Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 16

Mövzu:

20 Yanvar-Qanlı Yanvar
Hadisəsi və Şəhidləri

Tədqiqatçı: 200 saylı Məktəb Lisey Kompleksi-nin


5d sinif şagirdi Nəcəfli Mədinə

😔🥀
Larisa Məmmədova- (tam adı: Larisa Fərman qızı
Məmmədova; d. 11 avqust 1977, Bakı, Azərbaycan
SSR, SSRİ — ö. 20 yanvar 1990, Bakı, Azərbaycan
SSR, SSRİ) — Qara Yanvar şəhidi və məktəb
şagirdi. O, 20 yanvar faciəsinin az yaşlı
şəhidlərindən biridir. Azərbaycan Respublikasının
Prezidenti 31 mart 1998-ci il tarixli fərmanı ilə
Larisa Məmmədova və digər 146 şəhidə "20
Yanvar Şəhidi" fəxri adı verilmişdir

1990-cı ilin 19 yanvardan 20 yanvara bağlayan


gecə Larisa atası Fərman Məmmədov ilə birlikdə
atasının işlədiyi L. Şmidt adına zavoda getmişdir.
L. Şmidt adına zavodun yanında İkarus
avtobusunda oturduqları yerdə maşın gülləbaran
edilmiş, Larisa ürək nahiyəsindən güllə yarası
almış, yerindəcə həlak olmuşdur. Atası Fərman
Məmmədov ağır yaralanmışdır.

Larisa Məmmədovanın adına Bakı şəhərində küçə


yerləşir. Azərbaycanın şairi Bəxtiyar Vahabzadə
Larisa ilə bağlı "On üç yaşlı körpə bala" şeirini
yazmışdır.
lqar İbrahimov (azərb. İbrahimov İlqar Rəşid oğlu) - 20
yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31
mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20
Yanvar Şəhidi fəxri adı verilmişdir.
İlqar İbrahimov 1976-cı ilin 13 oktyabr tarixində Bakıda
anadan olmuşdur. Bakıdakı 52 nömrəli məktəbdə birinci
sinifə gedib daha sonra məktəb dəyişərək 167 nömrəli
məktəbin 7a sinif şagirdi ikən 20 yanvarın qanlı gecəsinde
şəhid olmuşdur. Hadisə gecəsi İlqarın anası oğluna ancaq
həyətdə uşaqlarla oynamağa icazə vermişdi. İlqarın dostu
Pərvizin dediklərindən:

Təxminən saat 12-də küçəyə çıxdım. Gördüm ki, İlqar və


Zakir odun yığır! Soruşdum ki, odunu neynirsiniz? İlqar dedi
ki, Nazim dayıdan xahiş edəcəyik odunu Qızıl Ordu
meydanında dayananlara aparsın. Sonra onlar qonşuları
Nazim Ələkbərovun qapısını döyüb fikirlərini dedilər. Nazim
etiraz etmədi. Mən də onlara qoşuldum. Odunu "Zaporojets"
maşınına qoyub oraya gedəndə mebel fabrikinin yanında
qabaqda olan 2 tankdan biri geri qayıdıb düz üstümüzə
gəldi. Biz [uşaqlar] maşından düşüb qaçdıq. Tank gəlib
maşının üstünə çıxdı. Biz bunu gördük. Nazim dayı maşının
içində idi, ona kömək eləyə bilmədik. Biz bir-birimizi itirdik.
Sonra evə gəldim. Bir azdan eşitdim ki, İlqarı güllə ilə
vurublar.
Nazim dayı isə ağır yaralıdır.
Aslan Əlikram oğlu Ağaverdiyev — "20 Yanvar" şəhidi.
Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq
görülüb. Adı əbədiləşdirilərək 31 saylı tam orta məktəbə
verilib. Hal hazırda məktəbdə onun büstü yerləşir

24 avqust 1952-ci ildə Bakıda anadan olub. Bakının Zevin


küçəsində anbardar işləyib. Üç qızı olub.
Azərbaycanın əməkdar artisti, aktrisa Məsmə Aslanqızının
atasıdır.
Həmin gecə saat 22:00 radələrində keçmiş Naxçıvan
mehmanxanasının qarşısına gəlmiş,orada Sovet əsgərləri ilə
üzbəüz dayanan əli körpəli və uşaq arabalı qadınları geri
çəkmiş,onların qarşısında cavanlarla birlikdə sədd çəkib
dayanmışlar. Saat 00:01 radələrində atəş əmri verilərkən
qadınların və uşaqların qarşısında sədd çəkmiş cavanları
(Aslan Ağaverdiyev daxil olmaqla) güllə baran
etmişlər.Həmin gecə bu cavanlar canları bahasına onlarla
qadını və körpəni ölümdən xilas etmişlər. Aslan Ağaverdiyev
bu hadisədə yaralanmış güllə onun nazik və yoğun
bağırsaqlarını, mədəsini və böyrəyini zədələmişdir.
Xəstəxanaya gətirilənə qədər 3 litr qan itirib. İşıqlar
kəsildiyindən xəstəxanada çox ağır şəraitdə şam
işığında,qəzet alovunun işığında əməliyyat olunub. Ona
vurulan çoxlu qanların bədənində dövran etmədiyinə görə
Yanvarın 21-də şəhidlik zirvəsinə ucalıb. Şəhidlər
xiyabanında dəfn edilib.
Azər Ələkbərov — 20 yanvar şəhidi. 1967-ci
ildə Bakıda anadan olub. Azərbaycan
Respublikasının Prezidentinin 31 mart 1998-ci
il tarixdə fərmanı ilə ölümündən sonra 20
Yanvar Şəhidi fəxri adı verilmişdir.
172 nömrəli orta məktəbi bitirib. Azərbaycan
Dövlət İncəsənət Universitetinin rejissorluq
fakültəsinə daxil olub. III kursda oxuyurdu.
Ailənin yeganə oğlu idi. Azər bədii fəaliyyətlə
də məşğul olmuşdur. Qısa heykələrindən
Bahar sevinci və Yol ayrıcında hekayələri
məlumdur. Azər Ələkbərovun atası Nəsib
Ələkbərov Ədəbiyyat qəzetinin 23 fevral
nömrəsində oğlu haqqındakı yazısını bu
sözlərlə bitirir:
Aman allah, oğul dərdi nə yaman olurmuş. O
bizi od-alova salıb getdi. Onun yeri soyuq
məzar, odlu-alovlu bu gen dünya bizim
qəbrimiz!
Zəbulla Əliyev (azərb. Əliyev Zəbulla Xeyrulla
oğlu) - 20 yanvar şəhidi. Azərbaycan
Respublikasının Prezidentinin 31 mart 1998-ci il
tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar
Şəhidi fəxri adı verilmişdir.
1946-cı il 6 mart tarixində Sabirabad rayonunun
Kürkəndi kəndində anadan olub. 1 nömrəli tikiş
fabrikində sürücü işləyib. Beş uşaq atası idi.
Uşaqlar 38 №-li məktəbdə təhsil, alır. Vüqar, Leyla,
Sevinc, İzzət. Kiçik oğlu Rauf ruhi xəstədir.
Zəbulla Əliyev XI Qızıl Ordu meydanında başından
odlu güllə yarası almış, yanvarın 20-də vəfat
etmişdir. Anadan olduğu kənddə dəfn edilib.
Oqtay Eyvaz oğlu Kərimov 1964-cü il martın 21-də
Ermənistan SSR Göyçə mahalının (Krasnoselo)
Ardanış kəndində anadan olub. Arxangelsk vilayətində
Ali Partiya məktəbində təhsil alıb. “Novaya zemlya”
deyilən ərazidə, keçmiş SSRİ SQ-nin sıralarında xidmət
edib.
28 nömrəli təmir-tikinti idarəsində fəhlə işləyib.
Subay idi.
Atası Kərimov Eyvaz Kərim oğlu 1988-ci ilin
dekabrında dədə-baba yurdundan, — Göyçədən
qovulub.
O gecə Oqtay eşidib ki, «Gənclik» metrosunun yanında
əsgərlər günahsız adamları qırır, onlara kömək etmək
üçün metronun yanına gəlir. Stadionun şimal qapısının
yanında hərbçilər yaralılara kömək edənləri də
güllələyib. Onların içində Oqtay da olub. Yaralanandan
sonra təxminən 3 saat vurulduğu yerdə qalıb. Çoxlu
qan itirib.
Mərhumun meyidini yanvarın 21-də mərkəzi
ölüxanadan tapıblar.
Şəhidlər xiyabanında uyuyur.
Səxavət Quliyev (1940, Qaryagin rayonu – 20
yanvar 1990, Bakı) — 20 Yanvar şəhidi.
Azərbaycan Respublikasının Prezidentinin 31
mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən
sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
1940-cı ildə Cəbrayıl rayonunun İsaqlı
kəndində anadan olub. Nəsimi Rayon İstehlak
Cəmiyyətində mağaza müdiri işləmişdir. 4
övladı qalıb. Yanvarın 19-cu gecəsi güllə səsi
eşidəndə küçəyə çıxıb. Geri gəlməməsindən
sonra qardaşı Mahir küçəyə çıxır. Səxavəti
soraqlayanda cavab verirlər ki, onu vurdular.
Mahir qardaşının arxasınca 5 nömrəli
xəstəxanaya gedir. Qardaşı Səxavəti tapanda
artıq o keçinmişdi. Kürəyində bir güllə yarası
olub. Şəhidlər xiyabanında dəfn edilib.
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun
hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə
divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin
düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi
qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.
Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə
Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı
rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər
qətlə yetirilmişdir.[1]
Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan
rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs
olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o
cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində
dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar,
uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar
faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası
kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları
tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan
xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir
edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Eyni zamanda bu gecədə
evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürdülər.
1988-ci ildə Azərbaycan SSR Sovet İttifaqının ən konservativ respublikalarından biri idi və siyasi dissidentlər üçün burada yer yox idi.
Ermənistan SSR-də də partiya iyerarxiyasının böyük hissəsi yeni millətçi hərəkatla əməkdaşlıq etmək arzusunda olduğundan, burada
millətçilər hakimiyyəti daha asanlıqla ələ keçirdilər. Azərbaycanda hakimiyyət və müxalifət arasında kompromis üçün heç bir əsas yox
idi, həm də respublikanın gələcək taleyi barədə onlar fərqli fikirdə idilər. Fikir ayrılığının digər səbəbi rusdilli kosmopolit Bakı ziyalıları
ilə respublikanın digər əhalisini bir-birindən ayıran uçurum idi. "Alimlər klubu"nun bəzi iştirakçıları partiya üzvləri idilər. Millətçiliyi
təbliğ edən və Mixail Qorbaçovun perestroykaya maraq göstərməyən radikal ictimai xadimlər onlara nifrət edirdilər. İki ən məşhur
radikal – tarixçi Etibar Məmmədov və həmkarlar ittifaqı fəalı Nemət Pənahov 1940-cı illərdə Ermənistanı tərk etmiş azərbaycanlı
ailələrindən idilər. Hökumət və parçalanmış müxalifət "oyunun qaydalarını" razılaşdıra bilmədiklərindən, hakimiyyət uğrunda mübarizə
uzun sürdü. Sonda, 1990-cı ilin yanvarında Bakıda rəsmi Moskva və Azərbaycan Xalq Cəbhəsi arasında qanlı qarşıdurma baş verdi.
Sovet rəhbərliyi SSRİ tarixində ilk dəfə sovet şəhərinə qoşun yeritdi.[2]
Qara Yanvar başlayanda kütləvi zorakılığın həyəcan doğuran əlamətləri artıq sezilirdi: hüquq-mühafizə orqanları tərəfindən müdafiəsiz
qalmış ermənilər; Xalq Cəbhəsində mötədillərin radikallar tərəfindən sıxışdırılması; hakimiyyəti əlindən verən və yenidən özünə
qaytarmağa can atan yerli partiya rəhbərliyi; Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasına imkan verməmək üçün hər bir addıma
hazır olan Moskva rəhbərliyi.[2] Qarabağdan gələn xəbərlər vəziyyəti daha da gərginləşdirirdi. Yanvarın 9-da Ermənistan parlamenti
Dağlıq Qarabağı öz büdcəsinə daxil etmək qərarına səs verdi və əlbəttə ki, bu addım azərbaycanlıları qəzəbləndirdi. Qarabağın
şimalında – Xanlar və Şaumyan rayonlarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalar baş verdi, insanlar girov götürüldü,
daxili qoşunların dörd əsgəri öldürüldü.[3]
Yanvarın 6–7-də Xalq Cəbhəsi parçalandı. Mötədil baxışlarına sadiq qalan ziyalılardan ibarət kiçik qrup təşkilatın tərkibindən çıxdı və
Leyla Yunus və Zərdüşt Əlizadənin rəhbərliyi altında Azərbaycan Sosial Demokrat Partiyasını yaratdı. Cəbhənin tərkibində qalanlar isə
Lenin meydanında kütləvi nümayişlərə başladılar, lakin onlar da artıq iki dəstəyə bölünmüşdülər. Moskvadan Bakıya daha bir neçə min
nəfərlik daxili qoşun kontingenti göndərildi. Yanvarın 11-də Xalq Cəbhəsinin bir qrup radikalı Lənkəran şəhərində bir neçə inzibati
binanı zəbt etdi və hakimiyyəti ələ keçirdi.[2] İki gün sonra vəziyyəti aydınlaşdırmaq üçün hadisə yerinə göndərilmiş "Bakinski raboçi"
qəzetinin müxbiri şəhərdə sovet hakimiyyətinin devrilməsinin şahidi oldu:
Mən əvvəlcə şəhər partiya komitəsinin birinci katibi Y.Rzayevlə görüş təyin etdim və sonra raykomun binasına getdim. Lakin qapıda
silahlı adamlar durmuşdu. Məni içəri buraxmadılar və onlardan biri mənə yaxınlaşıb dedi: "Raykom artıq yoxdur. Burda heç kim işləmir.
İçəri girməyə icazə verilmir.[4]

Yanvarın 12-də Viktor Polyaniçko yeni təzadlı plan irəli sürdü. Onun Xalq Cəbhəsi ilə apardığı danışıqlarının nəticəsində respublika
sərhədlərini erməni təcavüzündən qorumaq üçün Azərbaycanda "Milli Müdafiə Şurası"nın yaradılacağı bəyan olundu. Komitənin beş
liderindən dördü Xalq Cəbhəsinin radikal qanadını təmsil edirdilər və əsl mənada Azərbaycanda kommunist partiyası rəhbərliyinin
qəddar düşmənləri idilər. Onlardan ikisi – Nemət Pənahov və Rəhim Qazıyev yerli televiziyada çıxış etdilər. Pənahov bəyah etdi ki, Bakı
evsiz qaçqınlarla doludur, lakin minlərlə erməni hələ də rahatlıq içində yaşayır, bununla da o, əhalini ermənilərə qarşı yönəlmiş
zoraklığa təhrik etdi.[2]
Ermənilər Bakıdan qovulduqdan sonra Moskva və Xalq Cəbhəsi arasında münasibətlərə aydınlıq gətirməyin məqamı çatdı. Hələ
basqınlar bitməmiş, yanvarın 14-də vəziyyəti nəzarətə almaq üçün Qorbaçovun yaxın siyasi silahdaşı Yevgeni Primakovun başçılığı ilə
Siyasi Büronun nümayəndə heyəti Bakıya gəldi. Şəhər kənarında kazarmalarda yerləşdirilmiş çoxminli qoşunlara şəxsən komanda
etmək üçün SSRİ müdafiə naziri Dmitri Yazov həmçinin bura gəldi. Dağlıq Qarabağda, Azərbaycanın və Ermənistanın sərhədyanı
rayonlarında və Gəncədə fövqəladə vəziyyət tətbiq etmək qərarı verildi, lakin nədənsə bu qərar Bakıya şamil olunmadı. [2]
Bakı küçələrində millətçi hərəkatın fəalları ağalıq edirdilər. Şəhər kənarındakı əsgər kazarmalarına aparan yollarda onlar yük
maşınlarından və beton bloklardan barrikadalar qurmuşdular. Yanvarın 17-də onlar Mərkəzi Komitənin binası önündə bütün yolları
bağlayıb, fasiləsiz mitinqə başladılar. Binanın önündə dar ağacı peyda oldu, lakin onun əsl məqsədi – hədə-qorxu və ya həqiqi edam
aləti olması – elə də sirr olaraq qaldı. Moskva emissarları və Xalq Cəbhəsinin rəhbərliyi üstüörtülü oyun aparırdılar. [2] Etibar
Məmmədovun sözlərinə görə, Primakov Azərbaycanın Sovet İttifaqı tərkibindən çıxmasına razı olmayacağı haqqında onlara
xəbərdarlıq etdi və qoşun yeridəcəyinə işarə etdi:

Primakov mənə dedi ki, "Siz müstəqilliyin bir


addımlığındasınız".[
Yanvarın 20-nə keçən gecə 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü
yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs
edilmişdir.[16] Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə
vəziyyət elan edilməmiş rayonlarda – Neftçala və Lənkəranda 25–26 nəfər öldürülmüşdü.
Sonradan araşdırmalar aparan Moskvadakı "Şit" ("Qalxan") adlı müstəqil hərbi qrup belə bir
nəticəyə gəldi ki, Sovet ordusu sovet şəhərinin sakinlərinə qarşı əsl müharibə aparıb. Qrup
hərbi əməliyyata şəxsən başçılıq etmiş müdafiə naziri Dmitri Yazova qarşı cinayət işi açmaq
tələbi ilə çıxış etdi. Azərbaycan SSR Səhiyyə Nazirliyinin məlumatına görə 21, "Şit" təşkilatının
araşdırmasının nəticəsinə görə isə 9 sovet əsgəri müxtəlif səbəblərdən, o cümlədən, dost atəşi
nəticəsində öldürülmüşdü.[2]
"1998-ci il martın 31-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 1990-cı ilin
yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədi ilə
"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında fərman vermişdir.[20] 2000-ci il yanvarın
17-də 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə bir
milyon Azərbaycan manatı məbləğində birdəfəlik yardım ödənilmişdir.[21] Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş "20
Yanvar Şəhidi" fəxri adı haqqında Əsasnamə"yə uyğun olaraq, daha altı nəfərə "20 Yanvar
Şəhidi" fəxri adı verilmişdir
1990-cı ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların indiki Şəhidlər Xiyabanında dəfn olunması üçün ictimaiyyət
tərəfindən yaradılmış dəfn komissyasının adından çıxış edən elmlər doktoru Azər Nəbiyevin Respublika və şəhər rəhbərliyinə etdiyi
müraciətə müsbət cavab verilməmişdir. Bundan sonra Azər Nəbiyev o vaxtkı 26 Bakı Komissarları adına rayonun xalq deputatları
sovetinin icraiyyə komitəsinin sədri Əli Məmmədova müraciət etmişdir. Əli Məmmədov Azər Nəbiyevlə birlikdə Dağüstü parka gəlmiş və
orada olan bir çox insanların iştirakı ilə bir sıra yerə baxış keçirilmiş və sonda şəhidlərin hazırda dəfn olunduğu yer məqsədəuyğun
hesab edilmiş, şəhidlərin dəfn edilməsi üçün icazə verilmişdir. Yerin seçilməsində arxitektor Nəriman Əliyevin məsləhətləri nəzərə
alınmışdır.[32]
Yanvarın 20–21-də xiyabanda məzarlar qazıldı. 120-dən artıq qəbir qazıb hazırlandı. Yanvarın 21-də Azərbaycan SSR Ali Sovetinin iclası
keçirildi. İclas çox gərgin şəraitdə, qızğın mübarizələrlə keçdi. İclasda Dəfn Komissiyasının üzvləri də çıxış etdilər. Dəfn Komissiyası
aşağıdakı heyətdən ibarət komissiya üzvləri təşkil olundu: Qüdrət Əbdülsəlimzadə, Azər Nəbiyev, Xəliyəddin Xəlilov, Bağır Bağırov,
Rəhim Qasımov, İbrahim Əliyev, Nəriman Əliyev, İsmayıl İncəli, Malik Mehdiyev, Xalid Muxtarov.Sonradan təklif olundu ki, Şeyxülislam
Allahşükür Paşazadə də komissiyaya daxil edilsin. Qüdrət Əbdülsəlimzadə komissiyanın sədri seçilmişdi.[32]
Səhər saat 6.00-a qədər müzakirələr aparıldı.Saat 12.00-da şəhidlərin cənazələri insanların çiyinlərində Azadlıq meydanından izdihamla
paytaxtın küçələrindən keçməklə indiki Şəhidlər Xiyabanına gətirildi. Dəfn mərasimi 5 saat çəkdi. Yanvarın 22-də 51 nəfər dəfn olundu.
Bunlardan 3 nəfəri 1918-ci il Mart soyqırımı zamanı şəhid olanlar idi. Onlar da adət-ənənəyə uyğun dəfn edildi. Onları İlhamla Fərizədən
sonra dəfn etdilər. Hər üç məzarın üstündə 1918-ci il şəhidləri sözləri yazıldı. Sonra təzə qəbirüstü abidələr qoyulanda həmin məzarların
üstündə "Naməlum" sözü yazdılar. Qara Yanvar şəhidləri içərisində bir nəfər 25 yaşlı naməlum gənc var idi və o, ən sonda dəfn
olundu.[32]
Faciənin şərəfinə Bakıda keçmiş "XI Qızıl Ordu" metrosu 20 Yanvar metrostansiyası, Suvorov küçəsi "20 yanvar" küçəsi, Bərdə
rayonunda park adlandırılmışdır.[13] 20 yanvar — Ümumxalq Hüzn Günü olduğundan, hər il Azərbaycanın idarə, müəssisə və
təşkilatlarında iş günü hesab edilmir və onun əvəzinə anım mərasimi keçirilir.[33] 2015-ci ilin 15 yanvar tarixində Pakistanın Pəncab
əyalətinin Qucarxan bölgəsində "20 Yanvar Şəhidləri Bulağı"-nın açılışı keçirilib.[34]
Azərbaycanda Qara Yanvara həm də poçt markası da həsr olunmuşdur.
Qanlı Yanvar hadisələrindən 32 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni
zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin
rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini
itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca
tutan vətənpərvər Azərbaycan övladları düz 30 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet
qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını
unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini
bildirir.
Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın
təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti
olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə
Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq,
Azərbaycanın ovaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet
rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.
Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının
təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri
pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini,
mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Məhz ümummilli lider Heydər Əliyevin bu cəsarətli addımı
sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi.
Əlbəttə, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və
müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.
Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı, SSRİ və
Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə,
beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu.
Vaxtında dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz Ulu
Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında”
1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi.
Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq,
xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Faciənin otuzuncu ildönümü ilə əlaqədar Azərbaycanda və dünyanın müxtəlif
ölkələrində silsilə anım mərasimləri, sərgilər, konfranslar keçirilir, bu qanlı qırğın, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığı bütün dünyaya
çatdırılır. Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il dekabrın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb. 20 Yanvar
faciəsinin Azərbaycan xalqının müstəqillik mübarizəsində yeri və rolunun xüsusi vurğulandığı həmin Sərəncamda deyilir: “1990-cı ilin 20 yanvarında Azərbaycan
xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin
müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq
səhifə yazdılar”.
Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə
olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar
şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinin pensiya təminatı, mənzil
şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə
sərəncamlar və fərmanlar verib. Bundan başqa, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. Ötən il əlil və şəhid ailələrinə
yeni mənzillər verilib ki, onların arasında 20 Yanvar əlilləri və şəhidlərinin ailələri də var. 20 Yanvar faciəsində şəhid olan şəxslərin ailələrinə Prezident təqaüdü
verilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır
Hazırladı:
200 saylı MLK-nin
5 d sinif şagirdi
Nəcəfli Mədinə

You might also like