SV Ev Tapşiriği

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 11

SADƏLƏŞDİRİLMİŞ VERGİ BƏYANNAMƏSİ

BTP PROQRAMINDA BƏYANNAMƏNİN YIĞILMASI


BAŞLICA KAMERAL UYĞUNSUZLUQLAR

TEYMUR İSLAMLI

24.10.2022
1. Vergi qeydiyyatı Xaçmaz şəhəri olan, avtomobillərə texniki xidmət göstərən
Babayev Aydın Hüseyn oğlunun (VÖEN 7702361442, fəaliyyət kodu 4520015)
2022-ci ilin 3-cü rübündə xidmətlərin göstərilməsinə görə müvafiq olaraq aylar
üzrə aşağıdakı satış məbləğləri olmuşdur (manatla):
İyul - 4600
Avqust- 3600
Sentyabr - 5100
Cari rüb üzrə hasilat 10500 manat təşkil etmişdir. A. Babyevin əvvəlki dövrlərdə
nisyə qaydada gördüyü işlərdən 330 manat daxil olmuşdur. Sentyabr ayında bir
müştəri avtomobilini oktyabrda təmir etdirəcəyini bildirərək 150 manat beh
vermişdir.
Vergi ödəyicisinin sadələşdirilmiş vergi bəyannaməsini BTP proqramı vasitəsilə
tərtib edin.
2. Pərakəndə ticarətlə məşğul olan vergi ödəyicisinin rüb üzrə aşağıdakı
əməliyyatları olmuşdur:
1) Nisyə satış – 6.500 manat (aylarla 2.000, 1.500, 3.000 manat)
2) Avans – 7.400 manat
3) Satışdankənar gəlir 8.900 manat
4) Əvvəlki ayların 14600 manat debitor borcundan daxil olması – 6.700
manat
5) Nağd qaydada satış – 9.000 manat (aylarla 3.000, 4.000, 2.000 manat)

Vergi ödəyicisinin sadələşdirilmiş vergi bəyannaməsini BTP proqramı


vasitəsilə tərtib edin.
3. Hüquqi şəxs kimi fəaliyyət göstərən özəl tibb mərkəzinin
2021-ci ilin 1-ci rübü üzrə göstərdiyi xidmətlərə görə əldə etdiyi
hasilat 24300 manat olmuşdur (aylar üzrə satış 12500 manat,
5600 manat, 6200 manat). Vergi güzəştlərini nəzərə almaqla
vergi ödəyicisinin sadələşdirilmiş vergi bəyannaməsini BTP
proqramı vasitəsilə tərtib edin.
4. Sadələşdirilmiş vergi ödəyicisini aşağıdakı əməliyyatları olmuşdur
(manatla):
1) POS-terminal vasitəsilə nağdsız satış aylar üzrə - 4870, 8521, 6337
2) Nəzarət-kassa aparatı üzrə nağd satış – 3581, 3388, 2742
3) Nisyə satış – 716, 321, 87
4) Debitor borcun daxilolması (dövrün əvvəlinə debitor borc 10300
manat) – 6314, 741, 554
5) Avans daxil olmuşdur – 986
6) Satışdankənar gəlir - 3200
Vergi ödəyicisinin sadələşdirilmiş vergi bəyannaməsini BTP proqramı
vasitəsilə tərtib edin.
5. İctimai iaşə fəaliyyəti ilə məşğul olan, ardıcıl 12 aylıq dövrdə əməliyyatlarının həcmi
200000 manatdan çox olan vergi ödəyicisinin 2021-ci ilin 3-cü rübündə aşağıdakı
əməliyyatları olmuşdur (manatla):
a) Fəaliyyət göstərdiyi “Dostluq” restoranında yeməklərin satışına görə daxilolma aylar üzrə:
1) 26800
2) 18741
3) 23590
b) “Wolt” şirkəti vasitəsilə satışlar üzrə:
Dövrün əvvəlinə debitor borc 3500 manat olmuşdur
1) 8754 manat satış olmuş, 4741 manat daxil olmuşdur
2) 12411 manat satış olmuş, 7900 manat daxil olmuşdur
3) 14300 manat satış olmuş, 37000 manat daxil olmuşdur.
Bəyannaməni “BTP”də yığın.

You might also like