Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 3

Zərdüştlük dini-fəlsəfi cərəyanı “Avesta”

Zərdüşt, Zaratuştra və ya Zoroastr (yun. Ζωροάστρης; lat. Zoroaster)
— Zərdüştlük dininin yaradıcısı İranın və Azərbaycanın tarixi şəxsiyyəti.
İndiki İranın şərqində b.e.ə. VI-V yüzilliklər aralığında yaşaması ehtimal edilir.
Bəzi mənbələrdə Zərdüştün doğuldğu yer kimi Urmiya ellərini göstərərək
atasının Atropatenalı (cənubi Azərbaycanlı) olması qeyd edilir (əl-Şahrəstani, X
əsr İslam alimi).Orta əsrlərdə Arranın, müasir dövr Azərbaycan
Respublikasının ərazisində olması böyük ehtimalla qeyd olunur. Orta
əsrlərdə Yaxın Şərqdə Zaratuştranı Zərdüşt adlandırırdılar. Avesta-Qatlar bizə
Zərdüştün möhtəşəm tarixi şəxsiyyət olması barədə məlumat verir. Avestanın
qatlarında verilən moizə-nəğmələrdə Zərdüşt tək Tanrıya sitayiş edən qədim Ariya
(Əryan) dinlərinin əsaslarını yenidən qaytarmağa çalşır, qanlı qurbanlara və
"xaum" ayının həyata keçirilməsinə qarşı çıxır. Öz moizələrində Zərdüşt təbiətcə
bir-biriniə zidd və daima mübarizə aparan iki qüvvə – Xeyir və Şəri Tanrının iki
başlanğıc enerjisi kimi qələmə verir. İnsanlara Xeyrə tabe olub (xeyrli işlər görüb)
Şərdən qaçmağı təbliğ edirdi. Zərdüşt Peyğəmbər bəşəriyyətin ümumi yaşam
konsepsiyasını bircə cümlədə ifadə etmişdir – Doğru Düşüncə, Doğru Söz, Doğru
İş! Bütün dinlərin mahiyyəti, insanlığın mənası, Allahı dərk etməyin yolu bu
fikirdə ifadə olunub. Dahiyanədir!
Həyatı. Orta əsrlərdə yaranmış "Zərdüştnamə" adlı kitabda deyilir ki, uşaqlıqda
Zərdüşt yaşıdlarından heç zaman ağlamaması və daim öz gülüşü ilə evlərini ilahi
nura qərq etməsi ilə seçilirmiş. Erkən yaşlarından ruhanilərdən dərs alan Zərdüşt
on beş yaşından kamil bir din xadimi kimi həqiqət axtarışı ilə dünyanı dolaşmağa
başlayır.
Peyğəmbərliyə yüksəlməsi. Otuz yaşında Tanrıdan bilik alan Zərdüşt artıq yeni
dinin yaradıcısı kimi peyğəmbərlik səviyyəsinə yüksəlir. Öz vətənində həmfikirlər
tapmayan Zərdüşt yeni təlimini yaymaqdan ötrü şərqə tərəf üz tutur. O səhər
müqəddəs çayı keçərkən səmavi ruhlardan Brahman onun qarşısında nazil olur və
Zərdüştü Tanrının – Ahura Məzdanın yanına qaldırır. Dərgahda Zərdüşt ilahidən
vəhy alır. Buradan cəhənnəmə düşən Zərdüşt onu öz dinindən döndərmək istəyən
şər ruhu Anhra Manyu (Əhrimən) ilə görüşür. Əhrimən istəyinə çata bilmir və
Zərdüşt göylərdən enərək öz təlimini "Avesta" adlı müqəddəs kitabda ifadə edir.
İlhamını göylərdən alan Zərdüşt ağ libasa bürünüb əlinə müqəddəs od və sərv
ağacından əsa alaraq şah Viştaspın (bəzi müəlliflərə
görə Midiya hökmdarı Astiaqın) sarayına yollanır və onu öz dininə gətirir. Şər
ruhlar onu burada da təqib edirlər, lakin hər dəfə Zərdüşt müqəddəs kitabdan
– Avestadan dualar oxumaqla onları qova bilir. Zərdüştün təlimi təkallahlılığı irəli
sürür və dünyada iki əbədi başlanğıc – Xeyirlə Şər arasında daimi mübarizənin
getdiyini və bunların Uca Tanrının enerjiləri olduğunu təbliğ edirdi. Bu təlimə görə
insan ömrünün mənası Əhrimənlə mübarizədə Ahura Məzdaya xidmət etməkdir.
Son nəticədə insan şərə qələbə çalmalı və şəri yer üzündən biryolluq silməlidir.
Zərdüşt Peyğəmbər öz Müqəddəs Missiyasını – dünyanın ən qədim biliklər
sistemini, əbədi dinini və ruhi elmləri, tarixin hansı zamanındasa itirilmiş
mədəniyyəti bütün insanlara yenidən qaytarmağa çalışır, Tanrı və yaradılış haqqda
biliyin bərpasına can atırdı. Bu bilik ona Şəxsən Tanrının Özü tərəfindən
verilmişdi və o bunu etməyə borclu idi. Bu qədim və mohtəşəm ideologiya ən ali
prinsipə əsaslanırdı – Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl. Tanrıya
sonsuz məhəbbətlə xidmət və bütün canlılara hörmət. Budur elm və budur din
(Rabindranat Taqor). Qonşu hakimlər Viştaspın ata-baba dinindən dönməsindən
narazı qalaraq, onun üzərinə hücuma keçirlər. Viştasp qələbə çalır və Zərdüştün
təlimi onun ölkəsində möhkəmlənir. Viştasp Baktriyada atəşgahlar tikdirir. Öz
ömrünün son illərini burada yaşayan Zərdüşt ya şər sehrbazlarının, yaxud da
düşmən əskərlərinin əli ilə 77 yaşında öldürülür.
Mənbələr Zərdüşt haqqında. Zərdüşt haqqında ilkin məlumat verən yunan
tarixçisi Xsanti (e.ə. 465 – 425) olmuşdur. Kiçik Asiyanın Sard şəhərində yaşayan
Xsanti Herodotdan da əvvəl Urmiya gölünə qədər olan əraziyə bələd olmuşdur. İlk
əvvəl Herodot, sonralar isə Dəməşqli Nikolay onun yazılarından istifadə
edib məzdəizm haqqında məlumat vermişdir. On yeddi il Əhəməni sarayında
yaşayıb, əsərini dövlət arxivinin sənədləri əsasında yazan Ktesidən (e.ə. 464-358)
istifadə edən Diodor Zərdüştün Bəlx şahı olduğunu bildirmişdir. Ammian
Marsellin yazdığına görə Zərdüştün dövründən etibarən xüsusi ailədən xüsusi
ailədən olan maqlar nəsildən – nəsilə din başçılığına təyin edilmişlər. (Ammian
Marselli, XXIII, 6) Ona görə ilk əvvəl onların sayı az olsa da sonralar get-gedə
artmışlar. Maqlar adət-ənənələrinə görə digər təbəqələrdən fərqlənirdilər. Onlar
xüsusi hörmət və nüfuza malik olmuşlar. Plasta istinad edən Ammian
Marsellin davam edərək yazır ki, "...maqların təriqəti və dünyagörüşü yüksək
olmaqla bərabər, həm də onların Allaha ibadət etmələri sırf və ciddidir. Bu dünya
görüşünün banisi Bəlxdən olan Zərdüştdür. Belə ki, onun ideologiyasını Daranın
atası Gəştasib qəbul edib, onun dininə inanmışdır. Dara Bisütun qayasında atasın
aişarə edərək yazmşdır: "Part və Varkan mənim əleyhimə çıxaraq Frasyakın
tərəfinə keçdilər. Atam Part ölkəsində idi, orada yaşayanlar ona qarşı çıxdıqda o,
ordusu ilə geri çəkildi. Partlarla olan vuruşmada atam Hörmüzdün köməyi ilə
onlara qalib gəldi (e.ə. 521-ci il 5 fevralda). Mən isə Raqadan (indiki Rey şəhəri)
Pars ordusunu atamın köməyinə göndərdim. Onlarla birlikdə düşmənə qarşı çıxan
Gəştasib (e.ə. 520) üsyan edənləri darmadağın etdi." Kitabədə Dara atasını şah
deyil, bir əyalətin satrapı adlandırır.
III Artakserks (Ərdəşir 356-338) Təxti Cəmşid kitabəsində öz əcdadı haqqında
yazır: " Böyük şah, şahlar şahı, ölkələr şahı, bu ərazinin şahı. Mən şah I
Artakserksin oğluyam. Artakserks Xaşayarşanın, Xaşayarşa Daranın, Dara isə
Gəştasibin, Gəştasib isə Arşamın oğludur." [3] Abdulla Fazili qeyd edir ki, şübhəsiz
adı bu kitabədə çəkilən Gəştasibi Zərdüştün himayədarı hesab etmək mümkün
deyil. Ona görə ki, bütün dövrlərdə Gəştasib adlı şəxslər olmuşdur. Müasir dövrdə
Zərdüşt dininə (daha doğrusu atəşpərəstliyə) inananların əqidəsinə görə Zərdüşt
e.ə. 660-589-cu illər arasında yaşamışdır.[4] Bu ehtimal həmçinin pəhləvi
mənbələrində az fərqlə təsdiq edilir. Ardavirafnamənin I fəslində deyilir
ki, "...müqəddəs və pak din olan bu dinin banisi Zərdüşt öz ideologiyasını əhali
arasında yayıb təbliğ etmişdir. Məzdəizm 300 il müqəddəs və toxunulmaz qala
bilmişdir. Nəhayət şər rəmzi olan Əhrimənin köməyi ilə Makedoniyalı İskəndər
Əhəmənilər imperiyasına hücum edib oranı dağıtmışdır."  Zad Sparam əsərində
deyilir: "Zərdüşt dininin yarandığı gündən 300 il sonra pərs taxt-tacı əldən
getmişdir."  Şübhəsiz ki, burada da Makedoniyalı İskəndərin Əhəmənilər
imperiyasına yürüşü nəzərdə tutulur. Bəndhüş adlı başqa bir mənbədə
deyilir: "Kəyan sülaləsinin (Əhəmənilər) hakimiyyət başına keçməsindən
İskəndərin vəfatına qədər olan müddət 329 ildir. Buna görə də Zərdüşt e.ə. 595 –
ci ildə peyğəmbər olmasını elan etmişdir. Bəhdhüşə görə İskəndər on dörd il
hökmdarlıq etmişdir." Ərəb müəllifi Məsudi deyir: "...maqların rəvayətinə görə
onların peyğəmbəri olan Zərdüşt ibn Spitmanın dövründən İskəndərə qədər olan
müddət 258 ildir."  Əbu Reyhan Biruni də Zərdüşt ilə İskəndər arasında olan
müddəti 250 il hesab edir.
Avesta (awastāg, apastāk, upastākəm) – Qədim Ari (İrandilli) xalqlarının dünya
mədəniyyətinə bəxş etdiyi möhtəşəm Təkallahlılıq kitabı. Zərdüştiliyin müqəddəs
kitablar külliyyatı. Dövrümüzə tam şəkildə çatmamışdır. Hesab edilir ki, Avestanın
tərkib hissələri, əsasən, e.ə. I minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır.
Avestanın dünyagörüşü üçün ifrat dualizm xarakterikdir. Avestaya görə dünyada
həm maddi, həm də xəyali olan hər şey xeyir və ya şər başlanğıca malik olmaqla
iki qismə ayrılır. İnsan bu və ya digər mövqeyi seçməkdə sərbəstdir.Avestada
yazılmışdır ki,hər an xeyir tanrısı Hörmüz və şər tanrısı Əhliman arasında döyüş
gedir.

You might also like