Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 3

Aristotelin fəlsəfəsində hərəkət, məkan, zaman problemləri.

Aristotel “Metafizika“ və “Kateqoriyalar“ əsərində həm də zaman və məkan


kateqoriyalarının şərhini vermişdir. O, konkret varlıq və zaman arasında sıx əlaqə
görür, zaman və hərəkətin qarşılıqlı əlaqəsinin izahına diqqət yetirirdi. Aristotelin
fikrincə “Zaman — keçmiş və gələcəyə nisbətdə hərəkətin miqdarıdır. Zaman
kəsilməzliyə aiddir, özü də kəsilməzdir“. Aristotel məkanı da cismin hərəkəti ilə
əlaqələndirir, onun mövcudluğunu qəbul edir, lakin məkanı “xüsusi“ zəruri reallıq
kimi başa düşürdü. O deyirdi ki, cismin hərəkətində təzahür edən həmin reallıq
obyektiv surətdə mövcuddur. Səbəbiyyət haqqında Aristotel təlimi də böyük
əhəmiyyət kəsb edir. O, dörd əsas səbəbi bir-birindən fərqləndirir: maddi səbəb,
formal səbəb, fəal səbəb, son və ya məqsədli səbəb. Aristotel yazır ki, maddi səbəb
birinci materiyada, onun xarakterində mövcuddur, bu elə materiyanın özüdür.
Deməli, maddi səbəb potensial (imkan) səbəb kimi çıxış edir. Fomıal səbəb bir fəal
prinsip kimi forma ilə birləşir, materiyadan (potensial varlıqdan) “həqiqi reallıq“,
mahiyyət yaradır. Fəal səbəb hərəkətin mənbəyi və imkanın gerçəkliyə çevrilməsi
prosesi ilə birləşir. Son və ya məqsədli səbəbi Aristotel yüksək qiymətləndirərək,
göstərir ki, bu səbəb hərəkətin məqsədini və mənasını izah edir. Aristotelə görə,
mövcudatm izahı və anlaşılması üçün həmin səbəblərin hamısını dərk etmək
lazımdır, çünki onların hər biri müxtəlif əhəmiyyətə malikdir. Ona görə formal
səbəb anlayışı daha mühüm əhəmiyyət kəsb edir, nəinki maddi səbəb. Aristotelin
bu fikri özünü passiv materiya və fəal forma anlayışında aydın büruzə verir.Bütün
bunlardan aydın olur ki, Aristotelin ontoloji baxışlarında idealizmin və
metafizikanın müəyyən elementləri olmuşdur. Bu özünü onun məkan və zaman,
son səbəb və məqsədəuyğunluq anlayışlarında aydın şəkildə göstərir. Ona
baxmayaraq, xarici aləmin reallığı, birinci mahiyyətin (keyfiyyətin) əhəmiyyəti,
ikincinin törəmə olması, hərəkətdə ziddiyyətlərin mövcudluğu haqqında onun
mülahizələri sübut edir ki, Aristotel fəlsəfəsində gerçəkliyin materialist və dialektik
anlayışlarının rüşeymiəri də büruzə vermişdir.İdealizm və materializm
elementlərinin Aristotelin ruh haqqında təlimində xüsusi yeri vardır. Aristotel belə
hesab edirdi ki, ruh canlı aləmin hamısına — bitkilərə də, heyvanlara da, insanlara
da məxsusdur. Şübhə yoxdur ki, bütünlükdə onun ruh haqqında təlimi idealist
xarakterə malikdir. Lakin Aristotel bu barədə bir sıra materialist fikirlər
söyləmişdir. Məsələn, o yazırdı: “Ruhun fəaliyyəti cismin vəziyyəti ilə müəyyən
edilir“. “Ruh materiyasız mövcud deyildir“. Bununla birlikdə Aristotel “Siyasət“
əsərində irəli sürür ki, “üzvi varlıq“ birinci növbədə ruhdan və cismdən ibarətdir;
burada mh hökmran, cisim isə tabeçilik prinsipinə malikdir“. Belə fikirlərə
Aristotelin “Ruh haqqında“ əsərində də rast gəlirik. Ona görə “ruh canlı aləmin
səbəbi və başlanğıcıdır. Ruh canlı cismlərin məqsədi və mahiyyətidir“. Bu traktatda
ruh bir forma kimi xarakterizə olunur, təbiət cismlərinin “entelexiya“sı adlandırılır.
(Aristotel fəlsəfəsində “entelexiya“ predmetin fəal gerçəkliyi mənasında başa
düşülür). Onun fikrincə bu “entelexiya“ əsasında predmetin imkandan gerçəkliyə
çevrilməsi prosesi həyata keçirilir, başa çatır.Aristotel fəlsəfəsində ruhun cismə
münasibəti məsələsi, müəyyən mənada materiya və fonnanın münasibəti
məsələsinin ontologiyasma bənzəyir. O, ruhun üç əsas səviyyəsindən danışırdı:
birincisi, vegetativ ruh (bitkilərin ruhu); ikincisi, hissi ruh (heyvanlarda üstünlük
təşkil edən ruh); üçüncüsü, ağlabatan ruh (bu ruh yalnız insanlara
məxsusdur).Başqa ruhlardan fərqli olaraq, ağlabatan ruhun fikir söyləmək, dərk
edə bilmək xüsusiyyəti vardır. Aristotel ağla batan ruhu bədəndən ayırır və onu
əbədi hesab edirdi. O yazırdı: “Əql — ruh bədənlə əlaqədar olmasa yaxşıdır“. Bu
ziddiyyətli fikirlər sonralar müxtəlif mövqelərdən fikir yürüdən filosoflar
tərəfindən sui-istifadə edilirdi. Aristotelin idrak nəzəriyyəsi haqqında nə demək
olar? O, dərk edən obyektə nisbətən maddi dünyanı birinci sayırdı. Aristotel hissi
idrakı, idrakın əsas və tarixən birinci səviyyəsi olduğunu sübut etməyə çalışırdı. O
deyirdi ki, insan hissi idrak vasitəsilə konkret varlığı — birinci mahiyyəti, təkcə
fərdi şeyləri dərk edir. Aristotel hissi səviyyəni idrakın əsası hesab etsə də, ümumi
qanunauyğunluqların dərk olunmasına diqqət yetirirdi. Onun fikrincə bu
qanunauyğunluqlar əql vasitəsilə dərk oluna bilər. Aristotel idrakı, inkişafdakı bir
proses kimi xarakterizə edir, onun qanunauyğun surətdə ən aşağı pillədən ən
yüksək pilləyə getməsini tam aydınlığı ilə açıqlayırdı. O, inkişaf pillələrini belə
təhlil edirdi: duyğu, təsəvvür, təcrübə. Aristotel deyirdi ki, incəsənət və elm —
inkişafın ən yüksək zirvəsidir. O, hissi idrakla məntiqi idrakın imkanları arasında
dialektik ziddiyyəti aydın görürdü. Yaşadığı dövr həmin ziddiyyəti həll etməyə
imkan vennəsə də o, hissi ilə rasionalın arasındakı dialektik vəhdəti çox yaxşı
anlayırdı. Aristotel göstərirdi ki, ümumini yalnız müşahidə vasitəsi, yaxud
“xatırlama“ yolu ilə dərk etmək olmaz. Təfəkkürü praktiki fəaliyyətlə tutuşdurmaq,
müqayisə etmək lazımdır. Beləliklə, Aristotel hissi idrakı həqiqi idrak sayırdı. O
yazırdı ki, duyğular fərdi varlığı bilavasitə əks etdirir. İdrak prosesi duyğu
səviyyəsindən və bilavasitə qavrayışdan təsəvvürə keçən zaman səhvlər əmələ
gəlir. Hissi qavranılan predmetlər müəyyən anlayışlarda birləşən vaxt həmin
səhvlər aradan qaldırılır. Elə elmi idrakın vəzifəsi də bundan ibarətdir. Aristotel
hiss ilə qavranılan gerçəkliyə və abstraksiyalar vasitəsi ilə əldə edilən anlayışlara
əsaslanan elmi idrakı mülahizədən fərqləndirirdi. Mülahizə də duyğuya əsaslanırdı.
Deyirdi ki, mülahizə təsadüfi faktların məcmusudur. Ona görədə, yaxşı halda
mülahizə təkcə və təsadüfi hadisələrə aid ola bilər. İdrakın vəzifəsi isə zərurini və
ən ümumini dərk etməkdən ibarətdir. Elmi idrak təcrübə yolu ilə
kifayətlənməməlidir. Hissi qavrayış faktı yalnız nəticədir, onun köməyi ilə ümumi
öyrənilməlidir.

You might also like