Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 1

İMTAHAN AVQUST 2022

Məsələ-F(div.1, div.2, div.3) Zər oyunu


Tunar və Əli zər atmaqla bir oyun oynamaq qərarına gəldilər. Onların başlanğıcda
hər ikisinin 100 xalı var. Daha sonra zər atmaqla xal itirə bilərlər. Belə ki, hər
mərhələdə Tunar və Əli hərəsi bir dəfə zər atır və zərin qiyməti böyük olanın xalı
eyni qalır, zərin qiyməti kiçik olanın xalı isə böyük atılan zərin qiyməti qədər
azalır. Məsələn, Tunar 5 və Əli 3 atarsa, onda onların xalı uyğun olaraq 100 və 95
olacaq. Əgər hər ikisinin atdığı zərin qiyməti eyni olarsa, onda heç birinin xalı
dəyişmir.
Giriş verilənləri
Girişdə oyunun mərhələlərinin sayını bildirən n tam ədədi verilir (1 ≤ 𝑛 ≤ 15).
Növbəti n sətrin hər birində iki tam ədəd verilir. Birinci ədəd Tunarın, ikinci ədəd
isə Əlinin atdığı zərin qiymətidir (zərin üzləri 1, 2, 3, 4, 5, 6 ola bilər).
Çıxış verilənləri.
Çıxışa bütün mərhələlər bitdikdən sonra Tunarın və daha sonra Əlinin yekun xalını
ayrı-ayrı sətirlərdə verin.

Nümunələr
Giriş Çıxış İzah
4 94 1-ci zər atışında Əli qalib gəlir və Tunarın xalı 6
5 6 91 azalır (94, 100).
6 6 2-ci zər atışında xallar dəyişmir. 3-cü zər atışında
4 3 Tunar qalib gəlir və Əlinin xalı 4 azalır (94, 96).
5 2 4-cü zər atışında Tunar qalib gəlir və Əlinin xalı 5
azalır (94, 91).

Qeyd: Bu məsələdə hər bir doğru testə görə bal hesablanır və toplam bal 100-dür.
Nümunədəki testlər hesablama testlərinə daxil deyil.

You might also like