Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 1

Məsələ-B Qısaltma

Zaman limiti: 1 s
Yaddaş limiti: 512 MB
Ən məşhur elmi kəşflərin adları onları kəşf edən alimlərin
soyadlarına görə adlandırılır. Məsələn, qraflarda istifadə
olunan Bellman-Ford alqoritmi, sətirlərdə tətbiq olunan
Knuth-Morris-Pratt alqoritmi və s. Bir çox elmi
məqalələrdə bu adlar qısaldılaraq yazılır. Bir neçə alimin
soyadı ilə bağlı olan alqoritmlər həmin alimlərin
soyadlarının baş hərfləri ilə əvəz olunur (məsələn, KMP).
Bu tapşırıqda siz verilən elmi kəşfin adını qısaltmalısız.

Giriş verilənləri
Girişdə yeganə sətirdə elmi kəşfin adı verilir. Mətnin tərkibində yalnız ingilis hərfləri və defis ola
bilər. İlk hərf həmişə böyük hərfdir, defisdən sonra hər zaman böyük hərf gəlir, və digər bütün
simvollar kiçik hərflərdir.
 Böyük hərflərin ASCII kodları: 65-90
 Kiçik hərflərin ASCII kodları: 97-122
 Defisin ASCII kodu: 45
Çıxış verilənləri
Çıxışa uyğun qısaltmanı verin.

Nümunələr
Giriş çıxış İzah
Knuth-Morris-Pratt KMP -

Bellman-Ford BF -

Qeyd: Bu məsələnin hər bir doğru testinə görə bal hesablanır və toplam bal 100-dür.

You might also like