Download as doc, pdf, or txt
Download as doc, pdf, or txt
You are on page 1of 8

Rəsulullahın (s.ə.

s) təbliğ metodu
“Peyğ əmbər yalnız vəzifəsini dü şü nü r”, – dedik. Bəli, elə peyğ əmbərlər gəlib
getmişdir ki, ö mrü boyu mü barizə aparsalar da, Allahın əmrlərini əzmlə təbliğ
etsələr də, bircə nəfər də onlara iman gətirməmişdir.[1] Lakin onlar həmişə
itminan, hü zur içində yaşamış, vəzifələrini, ö hdələrinə dü şən işi layiqincə
yerinə yetirmişlər. Onların həyatının heç bir anında etiraz əlaməti olan “nə
ü çü n”lər yoxdur: “Nə ü çü n insanları imana gətirə bilmədim?”, “Nə ü çü n mənə
inanan yoxdur?”, “Nə ü çü n bu iş bir nəticə vermədi?”, “Nə ü çü n elə uğursuzluqla
qarşılaşıram?”
Bəli, hər bir nəbi yalnız ö z vəzifəsini necə icra etməyi dü şü nü r. Bunun ü çü n
də bü tü n şərtləri nəzərə alır və vəzifəsini buna uyğ un yerinə yetirir. Qəbul
etdirmək onun işi deyildir. İnsanların imana gəlib-gəlməməsi Allahın
iradəsindən asılıdır. Bir ayədə Allah-Təala Rəsuluna xitabən belə buyurur: “(Ya
Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən”. [2] Beləliklə,
nəbinin vəzifəsi yalnız təbliğ etməkdir. Heç kim onu qəbul etməsə, etibar
etməsə və maraq gö stərməsə də, o, yenə bezmədən-usanmadan, tərəddü d və
təşvişə dü şmədən, başqalarını qınayıb-gü nahlandırmadan vəzifəsini yerinə
yetirməkdə davam edir. Ona gö rə də bü tü n peyğ əmbərlər həqarət və təhqirə
məruz qalmalarına baxmayaraq, vəzifələrinin icrasında zərrə qədər qü sura yol
vermirlər.
Bu cü r təbliğ yalnız peyğ əmbərlərə aiddir. Belə bir təbliğ məziyyətini digər
insanlarda gö rmək, demək olar ki, mü mkü nsü zdü r. Başqa insanların belə
hallarda çox vaxt kü sü b incidiyini gö rərsiniz. Belə insanlar qədər kamilləşirlər-
kamilləşsinlər, nəticə əldə etmək arzusundan xilas ola bilmirlər. Nəticə ala
bilməyəndə də kü sü r və bezirlər. Yalnız nəbilərdir ki, kü smək və incimək nədir
bilmirlər və bu məziyyət onlara aid bir xü susiyyətdir.
Baxın, Uhudda başına gələn o qədər kədərli hadisələr belə Allah Rəsulunu
usandırmamış, kü sdü rməmişdi. Dişi qırılmış, dəbilqənin halqaları ü zü nə
batmış, hətta Əbu Ubeydə bunları Onun ü zü ndən çıxaranda dişlərindən
olmuşdu.[3] Bü tü n bunlara baxmayaraq, ü zü -gö zü qan-rəvan içində İki Cahan
Sərvəri ancaq bu sö zləri demişdi:
“Allahım, qövmümə hidayət ver, çünki onlar bilmirlər!” [4] (Bilmirlər, əgər
mənim peyğ əmbər olduğ umu bilsə idilər, belə etməzdilər). Belə ki bir gü n Onu
tanıyıb Allaha iman gətirəcək və Onun yolunda canlarını fəda edəcəkdilər.
Demək ki, o vaxt bilmirdilər. Bu və bu kimi hadisələr bizə Rəsulullahın nə qədər
geniş bir qəlb sahibi olduğ unu gö stərir. O və bu yolun yolçuları “dö yənə əlsiz,
sö yənə dilsiz və kö nü lsü z idilər”. Başları yarılsa, dişləri qırılsa, şikayət
mənasında “of” belə deməzdilər.
Allah (c.c.) Ona xitab edir: “Ey (libasına) bürünən (Peyğəmbər)! Qalx
(qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut!”[5]
“Ey (libasına) örtünüb bürünən (Peyğəmbər)! Bütün gecəni deyil, gecənin
yarısını, yaxud bir qədər azını və ya çoxunu ibadətlə keçir. Həm də aramla (ağır-
ağır) Quran oxu!”[6]
Yəni artıq ö rtü yə bü rü nü b yatmaq vaxtı deyil. Qalx, qaranlıqda qalmışların
imdadına yetiş! Bu qarışıqlıq və çaşqınlıq içində qalmış kü tlələri əyri yolun
aqibətindən və sapqınlığın tü kü rpərdici nəticəsindən xəbərdar edib Allahın
əzabı ilə qorxut və Ulu Rəbbinin bö yü klü yü nü elə hayqır ki, yer-gö y titrəsin!
Yer-gö y sənin səsinlə inləsin! Cinlər və insanlar sənin bu hayqırtınla Rəbbinin
bö yü klü yü nü bir daha eşitsin.
Ey gecə ö rtü yü nə bü rü nən Dost! Peyğ əmbərlik kimi ağ ır yü k səni gö zləyir,
qalx, ibadət et! Çü nki Sən Allahdan gü c-qü vvət almalısan. Çü nki Səni çox bö yü k
işlər gö zləyir. Sənə əmr edilən hər şeyi insanlara çatdırmalısan. Belə ağ ır işi
Rəbbinin kö məyi olmadan, Rəbbindən gü c almadan yerinə yetirə bilməzsən! Bu
gü cü də ancaq ibadət və qulluqla əldə edə bilərsən.
Bəli, Peyğ əmbərimiz Həzrət Muhəmməd (s.ə.s.) kimi hər bir nəbi də təbliğ
ü çü n gəldiyini elan etmişdir, həm də heç bir şey gö zləmədən, başqa şeylərə
bağ lanmadan, əğ yara kö nü l vermədən, Rəbbindən qeyrisinə baxmadan,
baxışları bulanmadan həmişə insanlığ ı Haqqın yoluna çağ ırmışlar. Onların
nurlu bəyanları olmasaydı, bü tü n bəşər zü lmət içində qalar və heyvandan
fərqlənməzdi.
Bəşər ö vladının taleyi ilə peyğ əmbərlərin gəlişi bir-biri ilə o qədər bağ lıdır
ki, bir bö lgəyə peyğ əmbər gö ndərilməmişsə, oranın sakinləri bəzi əməllərinə
gö rə hesaba çəkilməyə bilərlər. Amma peyğ əmbər gö ndərilmiş, onlar da
dinləməmişsə, sorğ u-suala mü tləq çəkiləcəklər. Budur ilahi fərman: “Biz
peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!”[7]
Və başqa bir bəyan: “Sənin Rəbbin mərkəzlərinə (ən böyük şəhərlərinə)
ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etməz. Biz
yalnız əhalisi zalım olan məmləkətləri həlak etmişik!”[8]
Demək ki, Allah (c.c.) əvvəlcə peyğ əmbər gö ndərir. Peyğ əmbər vəzifəsini
yerinə yetirib insanları xəbərdar etməsinə baxmayaraq, onlar inkardan əl
çəkməsələr, Allah (c.c.) da ardınca əzabını gö ndərir. Bu, hər dö vrdə belə
olmuşdur. Əgər bu gü n Allah kimlərisə cəzalandıracaqsa, yalnız mö minlərin
təbliğ vəzifəsini layiqincə yerinə yetirib-yetirməməsinə gö rə cəzalandıracaq.
Təbliğ edildiyi halda, inkardan əl çəkməyənlər, məhz belələri cəzaya haqq
qazanmış olanlardır.
Buna gö rə də hər bir nəbi bezib-usanmadan, ruhdan dü şmədən və bü tü n
təbliğ metodlarından istifadə edərək insanları Allaha çağ ırmışdır.

Təbliğ Onda fitri idi


Təbliğ İki Cahan Sərvərində fitri idi, xarakterinin ayrılmaz parçası idi. Biz
yemək yeməyəndə, içməyə su tapmayanda, hətta nəfəs ala bilməyəndə necə
ö zü mü zə yer tapa bilmir və məyus oluruqsa, O da dinini bir kö nü lə nəqş edə
bilməyəndə belə məyus olur, yemək-içməyi unudurdu. Bəzən dalbadal neçə gü n
oruc tuturdu,[9] bəzən də bir-iki tikə ilə kifayətlənirdi. Elə bil təbliğin iztirabı
Onda iştaha qoymamışdı. Mələklər Allahı təsbeh etməklə yaşadığ ı kimi, Həzrət
Məhəmməd (s.ə.s.) də təbliğ lə nəfəs alırdı. Bir pak insan tapıb dinini çatdıranda
bambaşqa olurdu. Və Allah Ona xitab edir: “(Ya Rəsulum! onlar) iman
gətirməyəcəklər deyə, özünü həlakmı edəcəksən?”[10]
Və yenə başqa bir ayədə Ona belə fərman edir: “(Ya Rəsulum!) Yoxsa
(kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə)
arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!”[11]
Bəli, O, bir yerdə qapqara, səcdəsiz bir alın gö rəndə pərişan olur, haldan-
hala dü şü rdü . İmansız bir insanla rastlaşanda içində hü zn fırtınası əsirdi. Bu,
Onun ruhunda əvvəl də vardı. Peyğ əmbərliklə daha da dərinləşdi, şaxələndi.
Dinin əmrlərinə həssaslıqla riayət etməsi də ö z yerində… Onun ü mmətindən
biri və əsrin çiləkeşi! Niyə evlənmədiyini soruşana bu cavabı vermişdi:
“Muhəmməd ümmətinin  bu qədər dərd və iztirabını düşünməkdən evlənməyi
fikirləşməyə nə vaxtım oldu, nə də  fürsətim!” Bəli, budur, Nəbi və Nəbi
varislərinin halı! Zənnimcə, bu gü n dü nya da belə dərdli insanları gö zləyir.

Təbliğdən doymamaq
Allah Rəsulu təbliğ dən doymurdu. Haqq və həqiqətləri hər kəsə çatdırmağ a
çalışır, bircə nəfərin də kənarda qalmasını istəmirdi. Onun ü çü n dayanmadan
çalışıb çabalayır və rastına çıxan hər kəsi ü suluna uyğ un şəkildə İslama
çağ ırırdı. Budur, Allah Rəsulu son anlarını yaşayan əmisinin yanındadır.

Əbu Talibi dəvət etməsi


Əbu Talib qırx ildən çox Allah Rəsulunu himayə etmişdir. Peyğ əmbərimiz
peyğ əmbərliyini elan edəndə ilk dəfə Əbu Talib aşılmaz bir qala kimi bü tü n
Məkkə mü şriklərinin qarşısında dayandı. Onu keçmədən Allah Rəsuluna bir şey
edə bilməzdilər.
Allah Rəsulunun xatirinə bü tü n çətinliklərə sinə gərən, qocalıq və
yoxsulluqla yanaşı bir də ü ç il çəkən boykotla mü barizə aparmaq
məcburiyyətində qalan Əbu Talib ö lü m dö şəyində və son nəfəsini verməkdə idi.
Allah Rəsulu fü rsət tapdıqca onun yanına gəlir və israrla “Lə iləhə illəllah”
deməsini istəyir, “Bunu söylə ki, axirətdə sənə şəfaət edim”, – deyirdi. Ancaq bu
əsnada Əbu Talibin ətrafını saran qaranlıq ruhlu insanlar onun hidayətinə
mane oldular. O, son nəfəsində: “Əbdü lmü ttəlibin dini ilə”, – dedi və – Allah bilir
– fü rsəti fö vtə verdi. Allah Rəsulu hıçqırıqlarını saxlaya bilməyib hö nkü r-
hö nkü r ağ ladı və “Yasaq edilmədikcə sənin üçün bağışlanma diləyəcəyəm”, –
dedi. Ancaq daha sonra nazil olan ayə əmisi ü çü n bağ ışlanma diləməyi qadağ an
edirdi.[12] Artıq Əbu Talib ü çü n əfv diləyə bilməyəcəkdi, çü nki ayədə
buyurulurdu:
“Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) açıq-aşkar bəlli olduqdan
sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün
bağışlanma diləmək yaraşmaz!”[13]
Onun Əbu Talibin hidayətə çatmasını nə qədər istədiyini ən yaxşı bilən Əbu
Bəkirdir. Məkkə fəthi zamanı Rəsulullaha iman etdiyini orada təsdiq etsin və
Onun mü barək əlindən tutub gö rü şsü n deyə yaşlı atası Əbu Kuhafəni İki Cahan
Sərvərinin hü zuruna gətirir. Gö zləri gö rməyən bu yaşlı ata iman gətirdiyini elan
edərkən Əbu Bəkir bir kü ncə çəkilib hıçqıra-hıçqıra ağ layır. Allah Rəsulu nə
ü çü n ağ ladığ ını soruşanda da bu cavabı verir: “Ya Rəsulallah, atamın hidayətə
çatmasını çox arzu edirdim və indi Allah (c.c.) ona bu hidayəti nəsib etdi. Ancaq
mən Əbu Talibin hidayətini atamın hidayətindən daha çox istərdim. Çünki onu
Sən də çox arzu edirdin. Lakin ona hidayət nəsib olmadı. Bunu xatırladım və onun
üçün ağladım”.[14]
Vahşini dəvət etməsi
Allah Rəsulu əmisi Əbu Talibin hidayəti ü çü n əlindən gələni etdiyi kimi,
əmisi, Allahın aslanı Həzrət Həmzəni şəhid edən Vahşinin də hidayətə gəlməsini
istəyirdi. Hadisənin məğ zi belədir:[15]
Allah Rəsulu əmisinin qatili Vahşini doğ ru yola dəvət edir, məktub gö ndərir
və haqq din İslama girməsi ü çü n yanına çağ ırır. Ancaq Vahşi gələn şəxsə
məktub yazıb verir. Məktuba bu ayə ilə başlayırdı: “Onlar Allahla yanaşı başqa
bir ilaha ibadət etməz, Allahın haram buyurduğ u cana nahaq yerə qıymaz (onu
ö ldü rməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət
gü nü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar”.[16]
Vahşi ayənin altına bu sətirləri yazmağ ı da unutmamışdı: “Sən məni
mü səlman olmağ a dəvət edirsən, amma mən bu ayədə bəhs edilən bü tü n
gü nahları işləmişəm. Kü fr içində yaşamışam. Zina etmişəm və bir də sənin
gö zü nü n nuru olan əmini ö ldü rmü şəm. Mənim kimi bir adam bağ ışlanarmı ki,
mən də mü səlman olum?”
Allah Rəsulu ikinci məktubu gö ndərir. Məktuba bu ayəni yazır: “Şü bhə
yoxdur ki, Allah Ona şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin başqa
gü nahlarını bağ ışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə, bö yü k gü nah etmiş
olur”.[17]
Vahşi bu dəfə də ayədəki əfvin mü tləq olmadığını, ilahi iradədən asılı
olduğ unu Rəsulullaha çatdırır. O Şəfqət Peyğ əmbəri ü çü ncü məktubu gö ndərir.
Bu məktubda isə:
“De ki: “Ey Mənim (gü nah tö rətməklə) ö zlərinə zü lm etməkdə həddi aşmış
bəndələrim! Allahın rəhmindən ü midsiz olmayın. Allah (tö vbə etdikdə) bü tü n
gü nahları bağ ışlayar. Həqiqətən, O bağ ışlayandır, rəhm edəndir!”[18]
Vahşi ancaq bu ü çü ncü məktubdan sonra gəlir və Allah Rəsuluna beyət edir.
O da artıq səhabə sayılacaq və adı “radiyallahu anh” (r.a.) əlavəsi olmadan
xatırlanmayacaqdı. Ancaq o, Həzrət Həmzənin qatili idi. Nə ö zü nü n, nə də
başqasının bunu unutması mü mkü n deyildi. Vahşi, bəlkə də, axirətdə bu
gü nahın hesabını verməyəcəkdi. Çü nki o, cinayət işləyəndə mü səlman deyildi
və İslamı qəbul etməsi ilə də bü tü n keçmiş gü nahları bağ ışlanmışdı.[19] Bu
baxımdan bəxti gətirmişdi, ancaq ö ldü rdü yü insan da Həzrət Həmzə idi!
İndi isə onun qatili Vahşi qanlı əlini Allah Rəsuluna uzatmış, beyət edirdi.
Allah Rəsulunun təbliğ anlayışına baxın ki, bəli, O da uzanmış əli tutur və
Vahşini mü səlman olması mü nasibəti ilə təbrik edirdi. Vahşini şəxsən ö zü dəvət
etməmişdimi?!
Vahşi iman etdikdən sonra Allah Rəsulu onun qulağ ına əyilib bu sö zləri
pıçıldadı: “Mümkünsə, mənə çox görünməməyə çalış! Çünki səni hər dəfə görəndə
Həmzəni xatırlayar və sənə lazımi şəfqəti göstərməyə bilərəm. Beləcə sən
talesizliyə düçar olarsan, mən də vəzifəmi tam icra etməmiş olaram”. [20]
Vahşi bir səhabə şü uru ilə Allah Rəsulunun bu xahişini və əmrini yerinə
yetirdi. Daim Allah Rəsulundan uzaq gəzdi və gö zü nə gö rü nməməyə çalışdı.
[21]
 Ancaq hər dəqiqə, hər saniyəsi Allah Rəsulundan “gəl” dəvətini gö zləyə-
gö zləyə keçdi. O, bir dirəyin arxasından Allah Rəsuluna baxır, Onun baxışını
tutmağ a çalışır və ö z-ö zü nə: “Gö rəsən! – deyirdi, – gö rəsən, bir gü n mənə:
“Artıq gö rü nə bilərsən”, – deyəcəkmi?” – pıçıldayırdı. Vahşi o xoşbəxt gü nü
gö zləməkdə olsun, bir gü n acı xəbər aldı. Allah Rəsulu qü rub edib dü nyadan
kö çmü şdü . Dü nya-aləm başına fırlandı. Çü nki artıq çağ rılmağ a ü midi
qalmamışdı.
Vahşinin sonrakı gü nləri gü nahına kəffarə axtarmaqla keçəcəkdi. Nəhayət,
Yəmamə dö yü şü baş verdi. Dərhal Xalidin ordusuna qoşuldu və Yəmaməyə
gö ndərildi. Bu fü rsəti əldən qaçırmamalı idi. İslamın ən bö yü k bahadurlarından
birini ö ldü rməklə gü nah işləmişdi. O gü nah bağ ışlansa belə, Vahşinin vicdanı o
gü nahın əzabı ilə Cəhənnəm kimi yanırdı. İndi onun qarşısında bir fü rsət
çıxmışdı: İslamın ən bö yü k dü şməni Mü seyləmənin işini bitirmək.
Vahşi Həmzənin kö ksü ndən çıxarıb saxladığ ı paslı nizəsini gö tü rü b Yəmamə
hərbinə qatıldı. Hərb gü nlərlə çəkdi. Mü seyləmə və ordusu ö lü m-qalım
mü barizəsi aparırdı. Bir ara qaladan çö lə çıxıb qaçmaq istəyən Mü seyləməni
nö vbə çəkən bir səhabə gö rdü və Vahşiyə səslənib: “Budur Allah dü şməni
qaçır!” – dedi. Bunu eşidən Vahşi dərhal paslı mızrağ ı əlinə aldı və illər əvvəl
Həzrət Həmzənin kö ksü nə sancdığ ı kimi, Mü seyləmənin bağ rına sapladı.[22]
Onun atdan yerə yıxıldığ ını gö rü ncə səcdəyə qapandı. Gö z yaşları içində sanki
Allah Rəsulunun ruhuna xitabən: “Artıq gələ bilərəmmi, Ya Rəsulullah!” –
deyirdi.
Biz Allah Rəsulunun ona nə cavab verdiyini bilmirik. Amma ehtimal ki, Allah
Rəsulu da Yəmamədə olmuş, Vahşinin bu cü r inilti dolu yalvarışından riqqətə
gəlmiş və gö stərdiyi qəhrəmanlığı təbrik etmək ü çü n də onu bağ rına basıb:
“Artıq mənə gö rü nə bilərsən”, – demişdir. Bilmirik. Bu hadisəni Allah
Rəsulunun təbliğ ini izah etmək ü çü n danışdıq.
Bəli, gö rü rü k ki, Allah Rəsulu ən azı atası qədər istədiyi və yenə ən az doğ ma
qardaş qədər ü stü ndə titrədiyi Həzrət Həmzə kimi bö yü k səhabənin qatilini
belə bağ ışlayır və hidayətinə vəsilə olur.  Vahşinin mü səlman olması ü çü n,
bəlkə də, əlli yola baş vurur və onun kimi bir insanı səhabəyə çevirir. Gö rəsən,
Allah Rəsulunun təbliğ dü şü ncəsi təbiəti ilə bü tü nləşməmiş, fitrətinə işləməmiş
və ruhunun ayrılmaz parçasına çevrilməmiş olsaydı, Vahşi kimi bir insanı
israrla İslama dəvət edərdimi? Xeyr, Onun səyləri və israrla dəvəti təbliğ in
nəbiyə xas xü susiyyət olmasından qaynaqlanırdı. Bəli, O, başqa cü r hərəkət edə
bilməzdi.

İkriməni dəvət etməsi


İkrimənin dü şmənçiliyi Vahşidən də amansız idi. O, birbaşa İslamın dü şməni
idi. Yəni o, şü urlu olaraq dü şmənçilik edirdi. İkrimə ailəsinin, demək olar, bü tü n
ü zvləri fitrətən İslama dü şmən kəsilmişdi. Ailə başçısı Əbu Cəhil idi. Onun
cəhaləti bü tü n ailəyə sirayət etmiş və evi o qatı kü fr zü lməti ilə bir qəyyaya
dö nmü şdü . O evdə mü səlman olan hər kəs ən ağ ır əzab və cəfaya məruz
qoyulur və əsla rahat buraxılmırdı.
İkrimə İslama dü şmənçilikdə elə bil atası ilə yarışırdı. [23] Atasının qatıldığ ı,
demək olar, bü tü n xəyanətkar əməllərdə iştirak etmişdi. Kü fr gö zü nü tutmuşdu.
Məkkə fəth edilmişdi, o, hələ də inad edirdi. Bəli, çoxları Məkkənin fəthi ilə
birlikdə mü səlman olub nur karvanına qoşulmuşdu, amma İkrimə
dü şmənçilikdən əl çəkənə oxşamırdı. Məkkənin fəthi zamanı  mü səlmanlara
qılınc çəkmiş, ardınca da Yəmənə qaçmışdı…[24]
Ü mmü Hakim İkrimənin həyat yoldaşı və əmisinin qızı idi. Bu qəhrəman
qadın sırf vəfa borcuna gö rə Yəmənə qədər getdi və ərini razı salıb geri
qaytardı. Ancaq İkrimənin Allah Rəsulunun hü zuruna çıxmağ a ü zü yox idi.
Çü nki etmədiyi dü şmənçilik və Allah Rəsuluna rəva gö rmədiyi zü lm və təhqir
qalmamışdı. Keçdiyi yollara tikan tö kü ləcəksə, hər kəsdən əvvəl o başlamışdı,
başına torpaq atılacaqsa, hamıdan birinci o qalxmışdı. Ancaq Allah Rəsulu
İkrimənin də hidayətə gəlməsini istəyir və Vahşiyə gö stərdiyi həssaslığ ı ondan
əsirgəmirdi.
İkrimə hü zura çıxanda İki Cahan Sərvəri ö zü nə yaraşan bö yü klü klə ona
xitab etdi: “Ey hicrət yolçusu, mərhaba!” – dedi. İslami hicrət sona çatmışdı,
ancaq Allah Rəsulu onun uzaq yoldan gəlməsinə işarə edirdi. Bu cü mlə
İkrimənin qəlbindəki bü tü n buzları əritməyə bəs elədi. İkrimə Allah Rəsulunun
əllərinə sarılıb: “Dua et, ya Rəsulallah! Və bütün düşmənçiliklərimə görə mənim
üçün əfv dilə!” – deyə rica etdi. Allah Rəsulu da əllərini qaldırdı, dua etdi. İkrimə
coşdu, heyrətə gəldi. Çü nki belə bir mü nasibət gö zləmirdi. O ana qədər Allah
Rəsulunu da sadə insanlarla mü qayisə edir və soyuq qarşılayacağ ını sanırdı.
Onun bu iltifatını gö rü ncə yanıldığ ını anladı. “Ya Rəsulullah! – dedi, – Sənə və
İslama dü şmənçilikdə nə qədər mal sərf etmişəmsə, bundan sonra İslam
uğ runda iki qatını sərf etməyə sö z verirəm”. Və Yermukda sö zü ndə durdu,
ancaq orada fəda etdikləri arasında canı da vardı.[25]
İkrimə Yermuk mü haribəsinə xanımı və ö vladı ilə birlikdə qatıldı. Yaralandı
və gö tü rü b bir çadıra gətirdilər. Başı ü stü ndə ağ layan xanımına: “Ağ lama! –
deyir –  mən zəfəri gö rmədən ö lməyəcəyəm”. Bu da onun kəramətidir. Bir az
sonra çadıra əmisi Haris b. Hişam girir: “Muştuluq, – deyir, – Allah bizə zəfər
nəsib etdi!” Elə həmin an İkrimə: “Məni ayağ a qaldırın. Çü nki Allah Rəsulu içəri
girdi”, – deyir və Allah Rəsulunun ruhuna xitabən bunları sö yləyir: “Ya
Rəsulallah! Sənə verdiyim sö zə əməl etdimmi? Əhdimi yerinə yetirdimmi?” və
son nəfəsində də: ]26[ ‫ َوَأ ْل ِح ْقنِي ُم ْسلِما ً ت ََوفَّنِي‬  َ‫ ِبالصَّالِ ِحين‬ ayəsini oxuyaraq ruhunu Allaha
təslim edir. Ayənin məalı belədir: “Mənim canımı müsəlman kimi al və məni
əməlisalehlərin cərgəsinə qat!”
Bəli, Allah Rəsulu insanların hidayətinə vəsilə olmaqdan doymurdu. O,
təbliğ də əlçatmaz zirvəni təmsil edirdi. Minlərə, yü z minlərə əlini uzadır və
minləri, yü z minləri işıqlı iqliminə çəkir, amma yenə də doymaq bilmirdi. Çü nki
rəhmət bulağ ından hər kəsin içməsini istəyirdi. Bəli, O, amansız dü şmənlərinə
belə şəfqət əli uzadır və peyğ əmbərlərə xas təbliğ vəsfinin necə uca bir ü fü q
olduğ unu gö stərirdi.

Təbliğ dərdi yuxularını qaçırırdı


Ö mrü boyu Allah Rəsulunun gö zlərinə doğ ru-dü rü st yuxu girmədi. Çü nki O,
bü tü n insanlığ ın dərdi ilə yaşayırdı. Bəli, “ö mrü boyu rahat yuxu gö rmədi”
cü mləsi ancaq İki Cahan Sərvərinə isnad edilərsə, doğ ru ola bilər, çü nki Onun
həyatı təbliğ yollarında keçmişdi.
Məkkə dö vrü nü n ilk illərində bazar-bazar, kü çə-kü çə gəzir, insanları Haqq
Dinə çağ ırırdı. Bu yolda min bir təhqirə, həqarətə məruz qalır, başına daş,
torpaq atılırdı. Ancaq bunların heç birinə əhəmiyyət vermədən hədəfinə doğ ru
gedirdi. Mələklər Onun ü zü nə baxmağ a qıymırdılar, amma Məkkə mü şrikləri o
ü zə tü pü rü rdü lər. Gü nəş hərarəti ilə Onun vü cudunu incitməsin deyə bəzən
ü zü nə bulud niqabını çəkirdi, ancaq insanlar ü zü suyu hö rmətinə
yaradıldığ ımız o nurlu çö hrəyə ən çirkin təhqirləri rəva bilirdilər.
“Ən yaxın qohumlarını xəbərdar et!” məallı ]27[   َ‫يرتَكَ اَْأل ْق َربِين‬
َ ‫ َوَأ ْن ِذرْ ع َِش‬ ayəsi nazil
olunca O, dərhal bü tü n yaxın oymaq və qəbilələri yığ ıb onlara xitab etdi: “Allah
(c.c.) mənə ən yaxınlarımı dəvət etməyi əmr etdi. Siz də mənim ən yaxınlarımsınız.
Lakin siz “Lə iləhə illəllah” demədikcə Allah qatında sizin üçün bir şey edə
bilmərəm. Yalnız bu sözü söyləyəndən sonra axirətdə sizin üçün şahid ola
bilərəm”.
O, belə dedi, amma orada olanlar daş kimi susub cavab vermədilər. Bircə
əmisi Əbu Ləhəb danışdı – kaş danışmayaydı: “Bir buna baxın, bizi bunun
ü çü nmü çağ ırdın?” – dedi və bu sö zdən sonra hər kəs dağ ılışıb getdi.[28]
Həzrət Xədicənin bü tü n sərvəti Məkkə bö yü klərinə verilən ziyafətlərdə
tü kəndi. Allah Rəsulu onları evə dəvət edir, yedirib-içirir və az da olsa, bir şey
anlatmağ a çalışırdı. Amma nədənsə heç cü r qəbul etmək istəmirdilər.
Belə məclislərin birini Həzrət Əli (r.a.) nəql edir: “Yenə Allah Rəsulu Məkkə
bö yü klərini evinə dəvət etmişdi. Yeməklər yeyildi. Bir ara Allah Rəsulu
danışmağ a başladı. Ö zü nü n haqq peyğ əmbər olduğ undan və ən yaxınları kimi
onların ona kö mək etməli olmasından danışdı. Sö zü nü n sonunda da: “Bu
məsələdə mənə kim kö mək edəcək?”– dedi. Mən o gü n hələ yeddi yaşlarında,
solğun ü zlü , cılız bədənli bir uşaqdım. Su qabı ilə su paylayırdım. Allah
Rəsulunun sö zlərinə heç kimdən cavab gəlmədiyini gö rü b dö zə bilmədim. Su
qabını yerə qoyub: “Mən varam, ya Rəsulallah!” – dedim. Allah Rəsulu bu
təklifini ü ç dəfə təkrar etdi. Hər dəfə də məndən başqa cavab verən olmadı”.[29]
Və beləcə Allah Rəsulu illərlə çəkinmədən, yorulub-usanmadan təbliğ inə
davam etdi. Yaxınları Ona qulaq asmadı. O da daha uzaqlardan sö zü nü dinləyən
insanlar axtarmağ a başladı. Ancaq oralarda da təmiz insan tapmaq o qədər asan
olmadı. Taifdə daşlandı, ələ salındı. [30] Bazarlarda çadırların çoxundan əliboş
qayıtdı.[31] Amma bu əzmli təbliğ sanki onu gö zlənilməz hadisələrə doğ ru
çəkirdi və elə də oldu.
Tale Onu Əqabəyə çəkib gətirdi və təmiz insanlarla gö rü şdü rdü . Burada altı
adamla tanış oldu. Onlar ertəsi il Əqabəyə on iki nəfərlə gəldilər. Allah Rəsulu
onlara bəzi məsələləri çatdırdı. Ona inanacaqdılarsa, mü əyyən şərtləri yerinə
yetirməyə sö z verməli idilər. Onlar da Allah Rəsulunun bü tü n təkliflərini
tərəddü dsü z qəbul etdilər. İki Cahan Sərvəri Musab b. Umeyri onlarla birlikdə
gö ndərdi. Musab onlara İslamı ö yrədəcəkdi. Nö vbəti il Musab Əqabəyə yetmiş
adamla gəldi. Bunlar da Allah Rəsuluna beyət etdilər. Bu vaxt Həzrət Abbas
onlara dü şü nü b qərar verməyi məsləhət gö rdü və belə bir təklifi qəbul etməyin
bü tü n dü nya ilə ü z-ü zə gəlməyə bərabər olduğ unu təfsilatı ilə izah etdi.
Qərarından dö nən olmadı. Ən çətin vaxtlarda belə Allah Rəsulunu ö zlərindən
ü stü n tutmağ a sö z verərək beyət etdilər.[32]
 
[1]
Buxari, Riqaq  50; Mü slim, İman  374-375.
[2]
Qasas surəsi, 28/56
[3]
Tayalisi, Mü snəd, s. 3; İbn Hişam, əs-Siratü n-nəbəviyyə, 4/29.
[4]
Qazi İyaz, əş-Şəfa, 1/105. Bənzər hədislər ü çü n baxın: Buxari, Ənbiya 54; Mü slim, Cihad105.
[5]
Mü ddəssir surəsi, 74/1-3
[6]
Mü zzəmmil surəsi, 73/1-4
[7]
İsra, 17/15
[8]
Qasas surəsi, 28/59
[9]
Buxari, Savm 20; Mü slim, Siyam 55-61.
[10]
Şü əra surəsi. 26/3
[11]
Kəhf surəsi, 18/6
[12]
Buxari, Cənaiz 81; Mü slim, İman  39-40.
[13]
Tö vbə surəsi, 9/113
[14]
Təbərani, əl-Mü cəmü l-kəbir, 9/40; İbn Həcər, əl-İsabə, 7/237-240.
[15]
Təbərani, əl-Mü cəmü l-kəbir, 11/197.
[16]
Furqan surəsi, 25/68-69
[17]
Nisa surəsi, 4/48
[18]
Zü mər surəsi, 39/53
[19]
İslam əvvəlki (kü fr və gü nahı) silib atır. (Əhməd bin Hənbəl, əl-Mü snəd, 4/199)
[20]
Təbərani, əl-Mü cəmü l-ö vsat, 2/222; İbn Hişam, əs-Siratü n-nəbəviyyə, 4/20; İbn Abdilbərr, əl-İstiab, 4/1565.
[21]
İbn Hişam, əs-Siratü n-nəbəviyyə, 3/76-77; İbn Həcər, Fəthü l-Bari, 7/370.
[22]
İbn Abdilbərr, əl-İstiab, 4/1563-1564; Zəhəbi, Siyərü l-alamin-nü bəla, 1/178; İbn Kəsir, əl-Bidayə vən-nihayə,
6/268, 325.
[23]
İbn Abdilbərr, əl-İstiab, 3/1082; İbn Həcər, əl-İsabə, 4/538.
[24]
Təbəri, Tarixü l-ü məm vəl-mü luk, 2/159-160.
[25]
Hakim, əl-Mü stədrək, 3/269-272.
[26]
Yusuf surəsi, 12/101.
[27]
Şuəra surəsi, 26/214.
[28]
Buxari, Təfsir (111) 1; Mü slim, İman  348-356; İbn Sad, ət-Tabaqatü l-kü bra 1/74.
[29]
Əhməd b. Hənbəl, əl-Mü snəd, 1/159.
[30]
İbn Sad, ət-Tabaqatü l-kü bra 1/211-212; İbn Hişam, əs-Siratü n-nəbəviyyə, 2/266-267.
[31]
İbn Hişam, əs-Siratü n-nəbəviyyə, 2/270 vd.
[32]
İbn Hişam, əs-Siratü n-nəbəviyyə, 2/276-292.

You might also like