Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 1

DİM-2023 DÖVLƏT İMTAHAN MƏRKƏZİ

57 İMTAHANA BURAXILIŞ VƏRƏQƏSİ 109910

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı
İş nömrəsi: 109910 ZAMANOV VASİF FİZULİ
Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN: AZE 17551012 77CDJQB
İmtahanı verəcəyi dil: Azərbaycan
Xarici dil: ingilis

İmtahan keçirilən bina:


Lənkəran şəhəri 2 N-li tam orta məktəb Lənkəran şəhəri, Səttarxan küçəsi

Zalın kodu: 4399 Sıra: 4 Yer: 3 Cavab kartını və sual kitabçasını


təhvil alan nəzarətçinin imzası
İmtahanın keçirildiyi ünvana saat 10:15 gec olmayaraq gəlmək lazımdır.
İmtahan 19 fevral 2023-cü il tarixi saat 11:00-da başlayır.
Bu imtahanda əldə etdiyiniz nəticəni öyrənmək üçün 1099101 kodunu Azercell, Bakcell, Nar və ya
Naxtel nömrəsindən 7727 qısa nömrəsinə göndərin.
İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər və digər qaydalarla "Yaddaş
kitabçası"ndan tanış olun.
İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA ƏMƏL ETMƏLİSİNİZ:
1. Siz imtahan günü buraxılış vərəqənizdə göstərilən vaxtda imtahan verəcəyiniz binanın qarşısına gəlməli (imtahan binası,
imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilmişdir), özünüzlə mütləq qara və ya tünd
göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm (və ya HB sərtliyində sadə karandaş, qələm yonan, pozan) və
aşağıdakı sənədləri gətirməlisiniz:
- şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər icazə
vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün
onlara verilən sənədləri və icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan
şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara
verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;);
- imtahana buraxılış vərəqəsi.
2. Bakalavr aşağıdakı hallarda imtahana buraxılmır:
- tələb olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda;
- saxta sənəd təqdim etdikdə;
- imtahan binasına imtahanın başlanmasına 15 dəqiqə qalmış gəldikdə;
- imtahana içkili vəziyyətdə gəldikdə;
- imtahan binasına imtahana gətirilməsi qadağan edilmiş əşyalarla daxil olmağa cəhd etdikdə.
3. Göstərilən sənədləri imtahan binasının giriş qapısında buraxılış rejimini həyata keçirən mühafizə əməkdaşlarına təqdim edib
yoxlamadan keçdikdən sonra imtahana buraxılış vərəqənizdə göstərilmiş müvafiq kodlu zala gedin.
İŞTİRAKÇIYA QADAĞANDIR:
- imtahana öz yerinə başqasını göndərmək;
- imtahan binasına, zalına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt,
lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə
etmək;
DİQQƏT! Bakalavrın imtahan binasına qadağan edilmiş vasitə, vəsait və ya əşya gətirdiyi müəyyənləşdirilərsə bu barədə
imtahan rəhbəri tərəfindən akt tərtib edilir və bu vasitə, vəsait və ya əşyalar araşdırma aparmaq üçün DİM-ə təhvil verilir.
DİQQƏT! Texniki vasitələrin informasiya ötürücülük xüsusiyyətini müəyyənləşdirmək mümkün olmadıqda bu vasitələrin də
imtahan binasına buraxılmasına icazə verilmir.
- yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu növ əşyalarla imtahan binasına girmək, özü ilə yemək, içmək (şəffaf plastik
qabda qazsız, içməli su istisna olmaqla), saqqız, siqaret gətirmək;
- sual kitabçaları paylandıqdan sonra, hər hansı bir səbəbə görə, imtahan zalını tərk edib yenidən geri dönmək;
- nizam-intizam qaydalarını pozmaq;
- zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq və bu kimi hallarla imtahanın gedişinə mane olmaq;
- başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait
yaratmaq;
- “İmtahan başlandı” elan olunan andan 1 saat 30 dəqiqə müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində,
səbəbindən asılı olmayaraq, imtahan zalından çıxmaq;
- nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;
- cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.
Belə hallar aşkar olunarsa, həmin bakalavr imtahandan xaric olunacaq və onun imtahan nəticələri ləğv olunacaqdır.
Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
"YADDAŞ KİTABÇASI"nın tam mətnini əsas səhifədən yükləyib mütləq oxumalısınız!

Diqqət! Buraxılış vərəqəsini çap edərkən şəklin və məlumatların kağız üzərində aydın çap
olmasından əmin olun, buraxılış vərəqəsini əzməyin. Barkod və QR kod hissəsi
imtahan binalarında xüsusi proqram vasitəsilə yoxlanılacaq.

You might also like