Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 12

Mövzu 8.

Kommersiya banklarının valyuta əməliyyatları


Plan:
1. Valyuta əməliyyatlarınıniqtisadi əsasları
2. Valyuta əməliyyatlarının aparılması üçün lisenziyanın alınması üçün sənədlər
3. Valyuta əməliyyatlarının təsnifatı
4. Valyuta əməliyyatlarının tənzimlənməsi
5. Valyuta riskinin mahiyyəti və təhlükəsinin azaldılması üsulları
6. Valyuta risklərinin sığortalanması

1. Valyuta əməliyyatlarının iqtisadi əsasları


Valyuta əməliyyatları anlayışının quruluş və tərkibini açıqlamaq üçün əsas terminləri
müəyyən etmək vacibdir. Bu terminlərdən birincisi – xarici valyutadır. Xarici valyuta:
- pul vəsaitinin işarələrinin, xəzinə vərəqələrinin, pul vəsaitlərinin dövriyyəsinin (onlar
qanuni ödəniş vəsaitləridir) tərkib hissəsidir;
-xarici dövlətlərin pul vahidlərinin hesablarında yerləşən vəsait və beynəlxalq pul və hesab
vahidindən ibarətdir.
Valyuta sərvətlərinə aşağıdakılar aiddir:
- xarici valyuta;
- xarici valyutada qiymətli kağızlar–ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s.),
fond qiymətliləri (səhmlər, istiqraz vərəqələri) və xarici valyuta vasitəsilə icra olunan bir sıra
öhdəliklər;
- qiymətli metallar – qızıl, gümüş, platin və onun növləri, zərgərlik və digər məişət bəzək
əşyalarını çıxmaq şərtilə;
- təbii qiymətli daşlar – almaz, rubin, zümrüd, sapfir, aleksandrit, mirvari və s.
AR-in valyutasına isə bunlar daxildir:
- dövriyyədə olan və dövriyyədən çıxan ARMB-nın qəpik və manatları;
- AR-in kredit idarələri və banklarının hesabında yerləşən manat vəsaiti;
- AR-in valyutasının qiymətli kağızları – buraya ödəniş sənədləri (çeklər, veksellər,
akkreditivlər və s.) fond qiymətliləri (aksiyalar, istiqraz vərəqələri) aid edilir.
Milli və xarici valyuta vasitəsilə əməliyyatları həyata keçirən subyektlərin (şəxslərin)
müəyyən olunması üçün valyuta tənzimlənməsi sisteminin əsas anlayışı olan «rezident» və «qeyri-
rezident» anlayışlarını açıqlamaq lazımdır.
«Rezident» anlayışının tərkibinə vətəndaş və təşkilatların aşağıdakı kateqoriyaları daxildir:
1. AR-da daimi yaşayış yerinə malik şəxslər;
2. AR-nın qanunauyğunluğuna əsasən hüquqi şəxslərin yaşayış məntəqəsi;
3. Qeyri-hüquqi müəssisə və təşkilatlar;
4. AR sərhədlərindən kənarda yerləşən diplomatik və rəsmi səfirliklər, nümayəndəliklər;
5. AR-nın sərhədlərindən kənarda yerləşən rezidentsiyanın filialları və nümayəndəliyi.
«Qeyri-rezidentlər»ə isə bunlar aiddir:
1. AR-da müvəqqəti yaşayan və ölkədən kənarda daimi qeydiyyatda olan fiziki şəxslər;
2. AR-nın qanunauyğunluğu əsasında fəaliyyət göstərən hüquqi şəxslər;
3. Xarici ölkələrin qanunauyğunluğu əsasında yaradılan (təşkil olunan) müəssisə və
təşkilatlar;
4. AR-nın ərazisində yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, o cümlədən
də beynəlxalq təşkilatlar;
5. Qeyri-rezidentlərin AR-nın ərazisində fəaliyyət göstərən filialları və nümayəndəlikləri.
Valyuta əməliyyatları dedikdə aşağıdakı proseslər nəzərdə tutulmalıdır;
- Valyuta sərvəti kimi qəbul olunan mülkiyyət hüquqları ilə sıx bağlı əməliyyatlar;

1
- AR ərazisinə və ərazisindən valyuta sərvətlərinin gətirilməsi, o cümlədən də daşınması;
- Beynəlxalq pul vəsaitinin köçürülməsi;
Valyuta əməliyyatı (latın dilində оperatiо – fəaliyyət deməкdir) valyuta vahidi üzrə və
valyutada qiymətli кağızların dövriyyəsi zamanı yaranan pul münasibətlərinin təşкili və idarə
оlunması üzrə fəaliyyətdir.
Valyuta əməliyyatlarını səlahiyyətli banк statusuna maliк оlan banкlar həyata кeçirir.
Səlahiyyətli banк – Azərbaycan Respublikasının Mərкəzi Banкından хarici valyuta ilə
əməliyyatları həyata кeçirməк hüququ verən lisenziyanı əldə etmiş banкdır. Хarici valyuta ilə
əməliyyatlar həyata кeçirən hüquqi və fiziкi şəхslər rezidentlər (lat. residens – (resi-clientis) –
оturan, gələn) və qeyri-rezidentlərə bölünür.
Azərbaycanın valyuta bazarında rezident və qeyri-rezidentlər fəaliyyət göstərir. Valyuta
əməliyyatları cari (ödənişlə bağlı) və investisiyalı (кapitalın dövriyyəsi ilə əlaqədar) оlur.
Ölкədə valyutanın əsas tənzimləyici оrqanı Məkəzi Banкdır, valyuta nəzarətinin agentləri isə
səlahiyyətli banкlardır. İхracatçı üçün səlahiyyətli banкda valyuta hərəкətinin uçоtu məqsədilə
dərhal iкi:
1. Tranzit;
2. Cari valyuta hesabları açılır.
Tranzit valyuta hesabı malların (iş, хidmətin) iхracatından daхil оlan valyuta ilə
əməliyyatların uçоtu üçün təyin edilmişdir.
Cari valyuta hesabı daхili valyuta bazarında əldə edilmiş valyutalarla əməliyyatların
uçоtu üçün təyin edilmişdir. Sövdələşmə paspоrtu – valyuta nəzarətinin həyata кeçirilməsi
üçün zəruri оlan, rezident və qeyri-rezident arasında bağlanmış müqavilədən götürülmüş
məlumatlardan ibarət valyuta nəzarət sənədidir. Mərkəzi Bankın investisiya əməliyyatlarının
həyata кeçirilməsi yalnız Banк Nəzarət Коmitəsinin icazəsi ilə baş verir.
TОD sövdələşməsi zamanı həmin gün üçün bank məzənnəsinə əsasən valyutanın
коnvertasiyası barədə ərizə verilir və bütün hesablaşmalar həmin günü həyata кeçirilir.
TОM хidməti sövdələşmə imzalanana кimi bir gün əvvəl valyutanın alışı və satışı barədə
müqavilə bağlamaq imкanı yaradır. Bu zaman banк sabahкı valyutanın коnver tasiya
məzənnəsini bildirir. 
SPОT хidməti əvvəlкi хidmətlərə охşardır. Laкin fərq оndan ibarətdir кi, qeydə alınmış
məzənnə üzrə коnvertasiya barədə sövdələşmə müştəri ilə banк arasında müqavilə bağlandığı
vaхtdan sonra üçüncü gün həyata кeçirilir. 
Swap hərfi olaraq dəyişdirmək, mübadilə etmək mənasını verir. Bu anlayış, əslində hesabınızda
meydana gələn müsbət-mənfi vəziyyətin yaradıcısıdır.
Daha dəqiq desək swap, etmiş olduğunuz valyuta cütlərinin bir-biri arasındakı faiz fərqinə
görə hesabınıza müsbət və ya mənfi olaraq əks olunan gecəlik daşıma xərcləridir. Yəni, iki pul
vahidindən yüksək faizli olanını bazara verib, aşağı faizli olanını əlinizdə tutmağa qərar verdinizsə,
aşağı faizli pulun gecəlik daşıma xərci hesabınıza əks olunacaq deməkdir.
Swap əməliyyatları tamamilə, alınan pulun borc verilməsi, satılan pulun borc alınılması
məntiqinə söykənir.
Sadə bir nümunə ilə EUR/ USD cütündə alış yəni uzun mövqe meydana gətirdiyiniz zaman,
bazara Dollar verib, qarşılığında aşağı faizli olan evro almış olarsınız. Bu əməliyyat yatırımcıya mənfi
yönlü bir swap əvəzi olaraq geri dönəcək. EUR/ USD  satdığınızda isə bazara dollar verib, qarşılığında
Dollar aldınız deməkdir. Aşağı faizli pul vahidi bazara verdiyiniz üçün də müsbət yönlü bir swap gəliri
əldə edəcəksiniz.
Swap qiymətləri gecəlik işləyir, eyni gün içində bağlanılmayan və bir başqa günə köçürülən
əməliyyatlarda etibarlıdır. Bu tətbiq Mərkəz Bankı tərəfindən açıqlanan rəsmi faizlər əsas götürülərək
aparılır.

2
BİRBAŞA  VALYUTA MƏZƏNNƏSİ
Milli valyutanın  xarici valyutaya, yəni: ABŞ dollarına olan nisbətini ifadə edir.  Birbaşa
məzənnə milli valyutanın bir vahidinin hansı həcmdə ABŞ dollarına bərabər olduğunu göstərir.

Məsələn;
    EUR/USD= 1.12125  Bu məzənnə, 1 Avronun 1.12125 ABŞ dollarına bərabər oldugunu
ifadə edir.
DOLAYI (ƏKS) VALYUTA MƏZƏNNƏSİ
Xarici valyuta vahidinin milli valyuta vahidinə olan dəyərini göstərir. Dolayı valyuta məzənnəsi
1 ABŞ Dollarının nə qədər beynəlxalq valyutaya bərabər olduğunu əks etdirir.

Məsələn;
    USD/JPY= 110.81    Bu nümunədən 1 ABŞ dollarının 110.81 Yapon yeninə bərabər
olduğunu görürük.

Dolayı valyuta məzənnələrinə digər nümunə olaraq, USD/AZN -i göstərməyimiz


mümkündür. Burada 1 ABŞ dollarının 1 manat 70 qəpiyə bərabər olduğu ifadə olunur.
ÇARPAZ (KROSS) VALYUTA MƏZƏNNƏSİ
Üçüncü ölkənin valyuta vahidi ilə müqayisədə müəyyən kursa malik olan iki ölkə valyutasının
bir birinə nistbətdə dəyər ifadəsini özündə əks etdirir.

Dünya maliyyə bazarlarlarında ticarət əməliyyatlarında çox zaman ABŞ dollarının iştirakı ilə
çarpaz valyutalardan istifadə olunur. Bu onunla əlaqƏdardır ki, ABŞ dolları əsas ehtiyat valyutası
olmaqla yanaşı, əksər valyuta ticarəti əməliyyatlarında iştirak edən valyuta növüdür. ABŞ dolları ilə
əlaqədar çarpaz valyutalar üzrə bütün hesablaşmalar aşağıdakı şəkildə hesablanır.

Nümunə;
EUR/CHF= USD/CHF * EUR/USD
Avro/frank məzənnəsi dollar/frank və avro/dollar məzənnəsindən formalaşır.

2. Valyuta əməliyyatlarının aparılması üçün lisenziyanın alınması üçün sənədlər


Valyuta əməliyyatları aparmaq üçün lisenziyanın alınması üçün kommersiya bankları sifariş
verirlər. Bunun üçün həmin kommersiya bankları 1 ildən artıq faliyyət göstərməli və illik rəsmi
hesabat hazırlamalıdırlar. Lisenziyanın alınması üçün bank aşaöıdakı sənədləri təqdim etməlidir.
- Bankın təsdiq olunmuş nizamnaməsinin surəti;
- İqtisadi məqsədəuyğunluq və xarici valyuta vasitəsilə əməliyyatların icrasına hazır olan
bankın əsasnaməsi;
- Bankın quruluş tərkibi haqqında layihə;
- Bank rəhbərləri və məsuliyyətli şəxslər barəsində arayış;
- Müxbir sövdələşməsini imzalamaq haqqında səlahiyyətli bankın razılıq məktubu;
- Banklardaxili nəzarətin təşkili haqqında arayış;
- Əməliyyat üzrə normativlərə riayət olunması barəsində arayış və bankın balansı;
- Sonuncu tarixə dair gəlir və itkilər barəsində hesabat;
- İlin sonunda illik maliyyə hesabatı;
- Auditorların son qərarı;

3
- Lisenziya almaq məqsədilə müraciət edən banklara müxbir sövdələşməsinin qənaətinə
əsasən xarici partnyorlar haqqında arayış.
Banklar üçün lisenziyanın alınması ilə bağlı Mərkəzi Bank texniki və ixtisaslaşdırılmış
tələblər irəli sürür. Xarici valyuta vasitəsilə əməliyyatlar icra etmək üçün lisenziya alan bank
tədricən səlahiyyətli banka çevrilir və valyuta nəzarəti nümayəndəsinin funksiyalarını yerinə yetirir.
Yəni, bank şəxsi müştərilərinin valyuta əməliyyatlarına nəzarət edir. Beləliklə, lisenziya alan zaman
banklar aşağıdakı əməliyyatlar və sövdələşmələri həyata keçirə bilərlər.
- Depozit vəsaitləri cəlb edərək razılıq əsasında (müştəri ilə kreditlərin verilməsi;
- Müştərilərin tapşırıqlarına əsasən hesablaşmaların aparılması və kassa xidməti;
- Müştərilərə bank hesabının açılması;
- Sahibkarların tapşırıqlarına əsasən kapital qoyuluşunun  maliyyələşdirilməsi;
-Ödəniş sənədlərinin və qiymətli kağızların (çeklər, akkreditivlər, veksellər, səhmlər, istiqraz
vərəqələri və s.) buraxılışı, alqı-satqısı qorunması və onlar vasitəsilə əməliyyatların təşkili;
- Üçüncü şəxslərin pul vəsaiti ödənişinə dair zəmanətin verilməsi;
- Əmtəə-mal tədarükünə dair tələbat hüquqlarını qazanmaq, bu tələbləri inkassasiya etmək
(forfeytinq), eləcə də əmtəə-mallarının döriyyəsinə əlavə nəzarət vasitəsilə əməliyyatların icrası.

3. Valyuta əməliyyatlarının təsnifatı


Bütün xarici valyuta və qiymətli kağızlar vasitəsilə icra olunan əməliyyatlar aşağıdakı
növlərə ayrılır;
 cari valyuta əməliyyatları
 maliyyə kapitalının dövriyyəsi ilə sıx bağlı olan valyuta əməliyyatları
Hal-hazırda cari VƏ-rı geniş tətbiq olunur. Bu zaman ödənişin müddəti minimal surətdə
uzadılır. VƏ-nın məhdud çərçivəsi, maliyyə kapitalının dövriyyəsi ilə sıx bağlı olaraq, mürəkkəb
tərtibata əsaslanır.
Qeyd etmək lazımdır ki, valyuta əməliyyatları sıx əlaqəlidirlər. Ona görə də, xarici valyutaya
malik əməliyyatları təsnifləşdirmək çox çətindir. Belə ki, bu əməliyyatlar valyuta əməliyyatlarının
bir neçə əsas növlərinə aiddir.
1. Müştərilərin valyuta hesablarının açılması. Bu əməliyyat aşağıdakı növlərdən ibarətdir;
- hüquqi (rezidentlər və qeyri-rezidentlər) və fıziki şəxslər üçün valyuta hesabının açılması;
- hesabın qalığı əsasında faizlərin əlavə edilməsi;
- overdraftların verilməsi (bank rəhbərliyinin qərarı ilə xüsusi müştərilərə);
- əməliyyatın icrası zamanı çıxarış vərəqəsinin verilməsi;
- arxiv hesabını müəyyən müddət ərzində təsdiqi;
- ixracat idxalat əməliyyatlarına nəzarət.
2. Kommersiya banklarının qeyri-ticarət əmaliyyatları. Bu əməliyyatlarda (QTƏ) müştərilərə
xidmət (ixrac-idxal əmtəə mallarının və xidmətlərinin hesablaşmaları ilə bağlı olmayan) və maliyyə
kapitalının dövriyyəsi ilə bağlı müştərilərə xidmət əməliyyatları daxildir.
Səlahiyyətli banklar qeyri-ticarət xassəli növbəti əməliyyatları icra edə bilərlər:
- nağd xarici valyutanın və bu vəsaitə malik ödəniş sənədlərinin alqı-satqısı;
- xarici valyuta və bu vəsaitə malik ödəniş sənədlərinin inkassasiyası;
- bank müştərilərinin plastik vərəqələrinin buraxılışı və bu vərəqlər üzrə xidmət;
- xarici bankların yol-nəqliyyat çeklərinin alqısı və ödənişi;
- pul vəsaiti akkreditivlərinin ödənilməsi və oxşar akkreditivlərin nümayiş etdirilməsi.
3. Xarici banklar ilə müxbir münasibətlərin təşkili. Bu əməliyyat növü bank tərəfindən
beynəlxalq hesablaşmaların aparılması üçün zəruri şərtlərdən biridir. Xarici banklar ilə müxbir
münasibətlərin yaradılması qərarı müştərilərin daimi ixrac-idxal əməliyyatlarına xidmət
göstərilməsinin real ehtiyacına əsaslanıb. Bank beynəlxalq hesablaşmaların icrası üçün xarici

4
banklarda müxbir hesabları olan «Nostro» və «loro» açırlar. «Nostro» – cari hesab olub müxbir –
bank tərəfindən kommersiya bankları üçün açılır. «Loro» – cari hesab olub, kommersiya bankları
tərəfindən müxbir – bank üçün açılır.
4. Konversiya əməliyyatları qeyri-nağd xarici valyutaların alqı-satqı sövdələşməsidir. O, AR-
nın nağd və qeyri-nağd manatına qarşı əks münasibətdədir.
Hesabat günü ərzində dövriyyə əməliyyatları üzrə xarici valyutanın alqı-satqısı dedikdə alqı-
satqı prosesinin ümumi miqyası nəzərdə tutulur.
Müddətli tədarük sazişi (nağd saziş – cash) – bu valyutalaşdırılmış konversiya əməliyyatıdır.
Belə ki, «TODAY» növlü saziş müqavilə imzalandığı andan valyutalaşdırılmış konversiya
əməliyyatı kimi qəbul olunur.
«TOMORROW» növlü saziş növbəti gün üçün valyutalaşdırılmış konversiya sazişidir.
«SPOT» növlü saziş dedikdə iki gün ərzində imzalanmış valyutalaşdırılmış konversiya sazişi
nəzərdə tutulur.
Müddətli saziş («forward oufriqht») – uzun müddətə imzalanmış valyutalaşdırılmış
konversiya sazişidir. Müddətli birja əməliyyatları (fyuçers, opsion, svop və s.) konversiya
əməliyyatları deyil.
Svop sazişi (SWAP) – bu saziş eyni gündə imzalanmış, ikili əksistiqamətli konversiya
əməliyyatlarının eyni məbləğli bank müqaviləsidir. Bu əməliyyatlardan biri müddətli, digəri isə
təxirsiz tədarük müqavilələridir.
Kommersiya əməliyyatlarını bankın valyuta mövqeyinin təhlükəli məqamlarını (tərəflərini)
nəzərə almayaraq icra etmək olmaz.
Valyuta mövqeyi – xarici valyutanın vəsait qalığı olub, aktiv və passivləri təşkil edir. Bu
eləcə də valyuta kursunun dövriyyəsinin dəyişikliyi zamanı əlavə gəlir və məsrəflərin alınması
təhlükəsini yaradır.
Açıq valyuta mövqeyi xarici valyutaların vəsait qalıqlarının fərqli tərəfləridir. Onlar
kəmiyyətcə uyğunlaşmayan aktiv və passivləri təşkil edir.
Açıq – qısa valyuta mövqeyi – ayrı-ayrı xarici valyutaya malik açıq valyuta mövqeyidir.
Buraya passivlər və balansdankənar öhdəliklər də aiddir və açıq valyuta mövqeyi aktivləri üstələyir.
Açıq-uzun valyuta mövqeyi – bu xarici valyutaya malik açıq valyuta mövqeyidir ki, o da passivləri
üstələyir.
Qapalı valyuta mövqeyi – bu xarici valyutaya malik ayrı-ayrı valyuta mövqeləri, aktivlər və
passivlərdir.
Onların kəmiyyəti tam bərabərdir.
5. Mal və xidmətlərin ixrac-idxal əməliyyatları ilə bağlı beynəlxalq hesablaşma
əmdliyyatları.
Xarici ticarət üzrə hesablaşmaların rəsmi akkreditiv, inkasso və bank köçürməsi kimi növləri
tətbiq olunur.
Rəsmi akkreditiv – bankın öhdəliklərindən biridir, müştərinin xahişinə əsasən akkreditivlər
buraxır, ixracatının xeyrinə akkreditivlərdə göstərilmiş sənədlərə qarşı ödənişlərini icra edir.
İxracat üzrə hesablaşmalarda rəsmi akkreditivlər qismində xarici bankda ixracatçı-bankın
göstərişinə əsasən açılır və bunun haqqında banka akkreditiv məktub gönədrilir. Bu məktubda
akkreditivin növü və onun ödəniş qaydaları öz əksini tapır. Hər bir aakreditiv üçün xüsusi dosye
(sənəd) tərtib olunur.
Rəsmi inkasso qismində hesablaşmalar zamanı bank-emitent tə-davülçüyə etibar edən şəxs
tərəfindən təqdim olunmuş sənədləri pul vəsaiti almaq məqsədi ilə ötürülməsi üçün öhdəlikləri qəbul
edir.
Hesablaşmalar üzrə bank köçürməsinin tətbiqi zamanı valyuta mə-daxili səlahiyyətli
bankların tranzit hesablarına daxil edilir. Bu prosesin icrasından sonra cari hesabda yerləşən pul

5
vəsaitinin tam və ya qismən köçürülməsi haqqında göstəriş daxili valyuta bazarında ixrac
mədaxilinin bir hissəsini satışına da zəruri likvidlik qaydalarına əsasən şamil edilir.
6. Valyuta vəsaitlərinin bank vasitəsilə cəlb edilməsi və yerləşdirilməsi əməliyyatları növbəti
növlərdən ibarətdir:
 depozitlərin cəlb edilməsi
 fıziki şəxslərin;
 hüquqi şəxslərin, o cümlədən də banklararası depozitlərin;
 kreditlərin verilməsi;
 fiziki şəxslərə;
 hüquqi şəxslərə;
 kreditlərin banklararası bazarda yerləşdirilməsi.
Bu əməliyyatlar Azərbaycan Respublikasının kommersiya banklarının gəlir imkanları və
müştərilərə göstərilən xidmətlər şəbəkəsi üzrə əsas əhəmiyyətə malikdir.

4. Valyuta əməliyyatlarının tənzimlənməsi


Valyuta əməliyyatlarının tənzimlənməsi – valyuta sərvətinə dair sövdələşmələrin və valyuta
şərtlərinin icrası qaydalarının və hesablaşmalarının qanunlaşdırılmasını təmin edən dövlətin fəaliyyət
dairəsidir. Dünyanın bir sıra ölkələri valyuta tənzimlənməsinin köməyi ilə valyuta əməliyyatlarını,
valyutanın göndərişi və qəbulunu, tədiyyə balansının tarazlığını və valyutanın sabitliyini saxlamaq
məqsədilə – valyuta vəsaitinin ölkənin sərhədlərindən kənara (xarici ölkələrə) köçürülməsinə, dövlət
tərəfindən nəzarət olunmasına çalışır.
İqtisadi böhran dərinləşdikcə valyuta tənzimlənməsi prosesinin genişləndirilməsi ənənəsi
özünü daha çox büruzə verir. Bir çox ölkələrdə valyuta vəsaitinin xarici dövlətlərə ötürülməsi ilə
əlaqədar müəyyən hədd təyin olunur. Xarici ölkələrin hüququ şəxslərinə kredit verilməsinin xüsusi
sistemi formalaşmışdır. Valyuta tənzimlənməsi normativ xassəyə malikdir. Yəni əsas etibarilə VT-si
beynəlxalq valyuta sazişlərinin və normativ sənədlərin nəşri ilə bağlı həyata keçirilir. Bir çox
ölkələrin ekspertləri ödənəcək vəsaiti xarici valyutaya çevirərək müəyyən banklarda depozitə
qoymağı tələb edir.
Valyuta məhdudiyyəti (VM) – diplomatik və qeyri-diplomatik şəxslərin valyuta
əməliyyatlarının qanunauyğun və inzibati qadağası, miletləşmə (hədd qoyma) və nizamlanmasıdır.
VM – valyuta siyasətinin formalarından biridir. Valyuta məhdudiyyətinin ölkənin valyuta
qanunauyğunluğunun vasitəsilə təsbiti, dövlətlərarası tənzimləmə obyekti deməkdir. Valyuta
məhdudiyyətləri müxtəlif məqsədlərə xidmət edir.
- ödəniş balansının bərabərliyi,
- valyuta kursunun bəyənilməsi,
- cari dövlət və strateji tapşırıqların həlli üçün valyuta sərvətlərinin təmərküzləşməsi.
Valyuta mahdudiyyətlərinin tərkibi əsas prinsiplər vasitəsilə müəyyən olunur.
- mərkəzi və səlahiyyətli banklarda valyuta əməliyyatlarının mərkəzləşdirilməsi;
- valyuta əməliyyatlarının lisenziyalaşdırılması;
- valyuta nəzarəti orqanının xarici valyutanın əldə olunmasına dair icazəsi;
- təcridolunma və müxtəlif kateqoriyalı valyuta hesablarının ölkənin valyuta dövriyyəsinə
daxil edilməsi;
- valyutanın konversiyalaşmasının məhdudiyyəti prinsipləridir.
Xarici valyuta və qiymətli kağızlar əməliyyatları cari valyuta və valyuta əməliyyatlarına
bölünür. Sonuncular kapital vəsaitinin dövriyyəsi ilə sıx əlaqəlidir.
Cari valyuta əməliyyatlarına aşağıdakılar aiddir:
- əmtəə-mallarının, xidmətlərin idxalı və ixracına dair borcların bir müddətdə ödənilməsi,
(180 gün ərzində ixrac-idxal əməliyyatlarının kreditləşdirilməsinə dair hesablaşmalar xarici

6
valyutanın köçürülməsindən asılıdır);
- 180 gündən gec olmayaraq maliyyə kreditlərinin alınması və verilməsi;
- AR-na və digər ölkələrə faizlərin, dividentlərin, əmanətlər üzrə mədaxili, investisiyaların,
kreditlərin maliyyə kapitalının dövriyyəsi ilə bağlı əməliyyatların köçürülməsi;
- AR-da və xarici ölkələrdə qeyri-ticarət xüsusiyyətli köçürmələr; məbləğlərin,əməк
haqqının,təqaüdlərin, alimentlərin, mirasın və s. köçürülməsi.
Kapital vəsaiti dövriyyəsi ilə bağlı valyuta əməliyyatları aşağıdakılardır:
- Birbaşa investisiyalar, müəssisənin nizamnamə kapitalına vəsait qoyuluşudur. Bu gəliri əldə
etmək və müəssisənin idarəetməsində iştirak etməsi hüquqlarmı qazanmaq məqsədinə xidmət edir;
- Portfel investisiyaları, qiymətli kağızların alınmasıdır;
- Binanın, tikilinin və digər mülkiyyətin, torpaq sahələrinin, daşınmaz əmlakın
mülkiyyətçilik hüquqlarının ödənişinin köçürülməsi qaydaları;
- Əmtəə-mallarının, xidmətlərin 180 gün ərzində ödəniş müddətinin uzadılması;
- 180 gün ərzində maliyyə kreditlərinin verilməsi və alınması;
- digər cari olmayan valyuta əməliyyatları.
Valyuta qanunauyğunluğu rezidentlərə cari əməliyyatları məhdudiyyətsiz həyata keçirməyə
imkan verir.
Bu əməliyyatlar kapital vəsaitinin dövriyəsi ilə sıx əlaqəli olduğu üçün onların icrasına
xüsusi icazə olmalıdır.
Qeyri-rezidentlər öz növbəsində aşağıdakı hüquqlara malikdirlər.
- xüsusi səlahiyyətli banklarda xarici valyuta hesabına açmaq hüquqlarına;
- gömrük qaydalarına riayət etməklə valyuta sərvətlərinin gətirilməsi və köçürülməsi;
- mərkəzi bankın müəyyən etdiyi qiymətlərlə xarici valyutanın alqı-satqısı hüquqlarına.
Valyuta nəzarəti orqanları tərəfindən valyuta əməliyyatlarının icrası zamanı valyuta
qanunauyğunluğuna riayət edilməsini təmin edən məqsədlər ön cərgədədir.
Valyuta nəzarətinin əsas cəhətləri aşağıdakılardır.
- fəaliyyətdə olan qanunauyğunluq ilə valyuta əməliyyatları arasında bərabərlik, zəruri
lisenziyalar və icazələrin mövcudluğu;
- dövlət qarşısında xarici valyutaya dair öhdəliklərin rezidentlər tərəfindən icrasına nəzarət
(buraya AR-nın daxili valyuta bazarında xarici valyutanın satışı da daxildir);
- xarici valyuta üzrə ödənişlərin əsaslı surətdə yoxlanılması;
- valyuta əməliyyatlarına dair uçotun obyektivliyinin yoxlanılması, buraya eləcə də AR-nın
valyutası üzrə qeyri-rezidentlərin həyata keçirdikləri əməliyyatlar da aiddir.

5. Valyuta riskinin mahiyyəti və təhlükəsinin azaldılması üsulları


Valyuta riski və ya valyuta kursunun itkiləri bank əməliyyatları bazarının
beynəlmilləşdirilməsi, müştərək (transmilli) müəssisələrin və bank idarələrinin təşkili və onların
fəaliyyət dairəsinin nizama (diversifikasiya) salınması ilə sıx əlaqəlidir. Valyuta kursunun enib-
qalxması pul vəsaiti itkilərinə səbəb ola bilər.
Beynəlxalq bank-fəaliyyəti aşağıdakılardan ibarətdir:
1) valyuta əməliyyatları;
2) xarici ölkələrin kreditləşdirmə təcrübəsi;
3) investisiya fəaliyyəti;
4) beynəlxalq ödənişlər;
5) beynəlxalq hesablaşmalar;
6) xarici ticarətin maliyyələşdirilməsi;
7) valyuta və kredit təhlükəsindən sığorta;
8) beynəlxalq zəmanət.

7
Ölkələr arası maliyyə əməliyyatlarına xidmət göstərilməsi üçün valyuta bazarları təşkil
olunur. Valyuta bazarlarının iştirakçıları market-maykerlər, banklar, sənaye-sığorta kompaniyaları,
investisiya fondları, fərdi müştərilər, mərkəzi banklar və brokerlərdir.
Market-mayker bazarın digər iştirakçıları üçün valyuta kursunun qiymətini təyin edirlər.
Valyuta bazarı, nəinki banklararası, eləcə də müştərilər arasında münasibətlər məcmudur.
VB-nın əsas xarakterik cəhəti onun pul vahidlərinin qarşıdurmasıdır.
Valyuta bazarı banklararası bazar kimi fəaliyət göstərir. Belə ki, məhz banklararası
əməliyyatların icrası zamanı valyuta kursu müəyyənləşir. Əməliyyatlar müxtəlif rabitə və
kommunikasiya vasitələrinin yardımına əsaslanır. Valyuta bazarının funksiyaları:
1) əmtəə və malların, xidmətlərin və maliyyə kapitallarının beynəlxalq dövriyyəsi;
2) tələb və təklifin təsiri nəticəsində valyuta kursunun müəyyənləşdirilməsi;
3) valyuta riskinin müdafiə mexanizmi və bazar kapitalının sərf edilməsi;
4) pul-kredit və iqtisadi siyasət məqsədlərinə xidmət edən dövlətin vasitələri.
Valyuta riski aşağıdakı tərzdə quruluş tərkibinə malikdir;
- kommersiyalı,
- konversiyalı,
-translyasiyalı (dəyişkən) və s.
Kommersiya riski – borclu şəxsin öhdəliklərini icra edərək müəyyən vəsaiti ödəmək
vəzifəsindən imtina etməsidir. Konversiya riski – konkret əməliyyatlar üzrə valyuta itkiləri
təhlükəsidir. Bu təhlükələr ilk növbədə:
- iqtisadi,
- köçürülmə,
- saziş-sövdələşmə təhlükəsinə ayrılır.
İqtisadi risk zamanı firmaların aktiv və passivlərinin dəyəri dəyişilir və buna valyuta
kursunun gələcək dəyişiklikləri səbəb olur. Xarici ölkələrin aktivlərində investləşmə bank üçün milli
valyuta ilə ifadə olunmuş ödənişdən asılıdır. Bundan başqa, kreditlərin dondurulması üçün
ödənişlərin ölçüsü, miqdarı yalnız kredit valyutasının dəyərinin milli valyutanın dəyər qiymətinə
uyğun gəldiyi təqdirdə dəyişikliyə məruz qalır.
Köçürmə riski xarici valyutanın aktiv və passivlərinin qeydiyyatında müxtəliflik ilə sıx
əlaqəlidir. Valyuta kursunun aşağı düşməsi zamanı aktivlərin də dəyər qiyməti aşağı düşür:
aktivlərin miqdarının azalması ilə firma və ya bankların səhmdar kapitalının dəyər qiyməti də azalır.
İqtisadi nöqteyi-nəzərindən sövdələşmə riski daha əhəmiyyətlidir. O, firmanın gələcək mədaxilinə
təsir göstərir.
Sövdələşmə riski milli valyuta sistemində valyuta sövdələşməsinin qeyri-müəyyənliyi
nəticəsində meydana çıxır. Firmanın mənfəətinin dəy-işkənliyi onun kredit ödəmə qabiliyyətində də
dəyişikliyə səbəb olur.
Vəsaitlərin kompensasiyası xarici valyutaya malik qarşılıqlı tələblərin və öhdəliklərin
təşkilini nəzərdə tutur. Vəsaitlərin kompensasiyasının geniş istifadə olunan növlərindən biri müddətli
valyuta sazişlərinin imzalanmasıdır. Məsələn: İngiltərənin ticarət firması 6 ay ərzində ABŞ
dollarının göndərilməsini gözləyir və vəsaitlərin kompensasiyasını qəbul olunmuş valyutanı
dövriyyəyə buraxmaq ilə təmin edir. Dolların kursunun aşağı düşməsi zamanı ticarət müqaviləsi üzrə
itkilər müddətli valyuta sövdələşməsinin mənfəəti hesabına kompensasiya edilir.
Valyuta riski təhlükəsinin azaldılması üçün növbəti əsas üsullardan istifadəni tövsiyə etmək
olar. Birinci üsul: Milli valyuta kursunun aşağı düşməsi gözlənilir. Bu zaman bank üçün ən zəruri
hallar aşağıdakılardır:
1) Milli valyutanın satışı və saziş obyekti kimi digər valyutanın seçilməsi;
2) Milli valyutaya aid qiymətli kağızlar vasitəsilə əməliyyatların miqyasının, o cümlədən də
nağd hesabların da ixtisarı;

8
3) Debitor borcların ödənişinin sürətləndirilməsi;
4) Xarici valyuta üzrə debitor borcların toplanması;
5) Milli valyuta üzrə kredit borcları ödəniş müddətinin uzadılması;
6) Milli valyuta köçürmələrinin sürətləndirilməsi;
7) Məhsulların idxalının artımı və sürətləndirilməsi;
8) Əmək haqqının, dividentlərin xarici ölkələrin səhmdarlarına, kreditorlara ödənişinin
sürətləndirilməsi;
9) İdxalatçılara milli valyuta, ixracatçılara isə xarici valyuta vasitəsilə hesabların
göndərilməsi.
İkinci üsul: Milli valyuta kursunun yüksəlişi gözəlnilir. Bank bu zaman birinci üsulun bütün
fəaliyyət növlərinin əksi olaraq, prosesləri icra edir.
Valyuta bazarında Beynəlxalq Hesablaşma Bankının təhlükəli məqamlar ilə mübarizəsi
növbəti strategiyalara əsaslanır:
1) Ayrı-ayrı banklarda valyuta hesablaşmaları üzrə potensial təhlükəyə nəzarətin təşkili;
2) Banklar tərəfindən valyuta risklərinin çoxtərəfli üsulların yardımı ilə azaldılması;
3) Milli ödəniş sisteminin mərkəzi banklar tərəfindən təkmilləşdirilməsi və yerli bank
idarələrini valyuta təhlükəsinə nəzarəti gücləndirməyə məcbur edən tədbirlərin keçirilməsi.

6. Valyuta risklərinin sığortalanması


Valyuta risklərinin sığortalanması valyuta kursunun gözlənilən dəyişikliyi nəticəsində
meydana çıxan itki təhlükəsindən onu tam və ya qismən uzaqlaşdıran maliyyə əməliyyatıdır. Valyuta
təhlükəsinin sığortası metodlarına aşağıdakıları aid etmək olar:
1) Struktur balanslaşma (aktiv və passivlərin, kreditor və debitor borcların);
2) Ödəniş müddətinin dəyişdirilməsi;
3) Forvard sazişləri;
4) «toplanma» növlü əməliyyatlar;
5) maliyyə fyuçersləri;
6) xarici valyuta vasitəsilə kreditləşdirmə və investləşdirmə;
7) valyuta borclarının strukturlaşdırılması;
8) paralel kreditlər;
9) lizinq;
10) xarici valyuta vasitəsilə tələblərin əsasında diskontlaşdırma, yəni veksellərin uçotu;
11) valyuta portfelləri;
12) filiallar tərəfindən pul vəsaiti ödənişlərinin təminatı;
13) özünüsığorta.
Qeyd etmək lazımdır ki, forvard sazişləri, ödəniş müddətinin dəyişdirilməsi, «toplanma» növlü
əməliyyatlar, maliyyə fyuçersləri va xarici valyuta vasitəsilə tələblər əsasında diskont (yəni veksellərin
uçotu qısamüddətli kompensasiya üçün digərləri: yəni xarici valyuta vasitəsilə kreditləşdirmə və
investləşdirmə, valyuta borclarının strukturlaşdırılması, paralel kreditlər; «artan» valyuta üzrə filiallar
tərəfindən ödənişin həyata keçirilməsi; özünüsığortalama qaydasında uzunmüddətli sığorta üçün istifadə
olunur.
Struktur balanslaşma (aktiv və passivlərin, kreditor və debitor borcların) və «valyuta
portfelləri» metodları hər zaman tətbiq edilir. Qeyd etmək zəruridir ki, paralel kreditlər və «artan»
valyutalar üzrə filiallar tərəfindən ödənişin həyata keçirilməsi yalnız və yalnız konpaniya, banklar
üçün daha əlverişlidir.
Bu kompaniya və bankların xarici ölkələrdə filialları fəaliyyət göstərir.
Struktur balanslaşma aktiv və passivlərin quruluş tərkibini qoruyub saxlamağa imkan verir.
Bu da valyuta kursunun dəyişkənliyi nəticəsində əmələ gələn itkilərin mədaxilin köməyi ilə aradan

9
götürülməsinə imkan yaradır. Bu cür taktika valyuta təhlükəsini minimallaşdıraraq, maksimal
miqdarda «qapalı» mövqelərin mövcudluğunu təmin edir. Belə ki, struktur balanslaşmanın
tələblərinə hər zaman hazır olmaq lazımdır.
Balanslaşmanın ən sadə üsullarından biri də valyuta axının umumi məxrəcə gətirilməsidir ki,
bu da öz növbəsində mədaxil və məsrəfləri ifadə edir. Müəssisə və ya bank müqavilə imzaladığı
zaman valyuta seçimində diqqətli olmalıdır. Düzgün seçim «açıq» valyuta mövqelərini tam və ya
qismən bağlamağa geniş imkanlar yaradır.
Ödəniş müddətinin dəyişdirilməsi «Lindz end liqz» valyuta qiymətləri kursunun dəyişikləri
və valyuta ödənişinin hesablaşmalarının manikulyasiyasıdır. Buraya:
- əmtəə mallarını və göstərilən xidmətlərin vaxtından əvvəl ödənişi. mədaxillərin
qaytarılmasının tezləşdirilməsi;
- kreditin əsas məbləğinin ödənilməsi və faizlər ilə dividentlərin hissə-hissə ödənişi;
- valyuta vəsaitlərinin milli valyuta mədaxilinin alınması şərtlərinin dəyişdirilməsini
tənzimləmək kimi üsullar daxildir.
Banklar əsasən valyuta təhlükəsinin tənzimlənməsinin yeni üsullarından istifadə edirlər. Bu
məqsəd ilə üç əsas növ yaradılmışdır:
- toplanclar,
- maliyyə vasitələri üzrə müddətli sazişlər (forvard və fyuçers),
- opsionlar.
Valyuta riskinin sığortalı üzrə forfard əməliyyatları.
Bu əməliyyatlardan xarici valyutanın alqı-satqısı əməliyyatlarını təhlükədən yayındırmaq
məqsədilə istifadə olunur. Forvard valyuta sazişi – dövriyyə kursu üzrə müəyyən olunmuş miqdarda
xarici valyutanın bank və müştəri arasında alqı-satqısını təmin edən zəruri sazişdir. Burada dəqiq
tarix göstərilməlidir.
Müddətli sövdələşmələrin xüsusiyyətləri aşağıdakılardır.
1) sazişin imzalanması və icrası müddəti arasındakı zaman intervalı;
2) valyutanın kursu sazişin imzalandığı təqdirdə müəyyən olunur.
Birja qiymət bülletenlərində sazişlər üçün valyutanın kursu dərc olunur. Forvard sazişi üzrə
valyutanın qiyməti yüksəldiyi əsnada toplanmış mükafatlandırma vəsaitinin də qiymət məbləği
müəyyən olunur. Güzəşt və ya diskont bu prosesin tam əksi deməkdir. Mükafat və ya güzəşti nəzərə
alan müddətli valyuta kursu autrayt adlanır.
Verilmə müddətinə əsasən mükafatlandırma valyutası, güzəşt üzrə nağd kursdan daha
dəyərlidir. Mükafat və diskant üçün autrayt kursu hesablanır.
Beləliklə, diskont/mükafatın müəyyənləşdirilməsi üçün aşağıdakıları bilmək zəruridir:
1) toplama kursu;
2) beynəlxalq bazarda faiz tarifi;
Formul üzrə (əsasında) fərqləndirmə aparılır:
Toplama kursu x faiz tarifinin fərqi x günlər
(360×100)+(valyuta sazişi üzrə tarifi x günlər)
Qəti müəууən edilmiş forvard ayutrayt valyuta sazişi.
Bu sazişin şərtlərinə konkret tarix üzrə gələcəkdə əməl olunmalıdır. Məsələn: qəti müəyyən
edilmiş iki aylıq forvard sazişi sentyabrın 1-i tarixində imzalanırsa, onun şərtlərinə 1 noyabr
tarixində real surətdə icra edilməlidir. Müştəri seçiminə dair opsion forvard sazişi yalnız aşağıdakı
hallarda icra edilməlidir.
1) Müqavilənin imzalandığı tarixdən icrası tarixinə kimi;
2) Hər an;
3) Yalnız və yalnız konkret tarixlər arasındakı müddət ərzində.
Opsion sazişi forvard valyuta müqaviləsinin yenidən imzalanmasının və tərtibinin qarşısını

10
alır. Müştəri ilə bank arasındakı forvard opsion müqaviləsinin imzalanması alqı-satqı kursunu
müəyyənləşdirməyə şərait yaradır. Opsion dövrü ərzində bank daha əlverişli kursun qiymətini təyin
etməlidir.
Bu böyük əhəmiyyətə malikdir. Çünki bu zaman opsion müddəti ərzində müştəri sazişin
şərtlərinə əməl olunmasını tələb edə bilər. Bank bu zaman müştərinin digər bankın hesabına daha
əlverişli kurs olmayacağına əmin olmalıdır.
Opsionlar ilə sazişlərin müxtəlifliyi valyuta kursunun enib-qalxması hesablarının spekulyativ
sövdələşmələrini həyata keçirən müvəqqəti opsiondur. Müştəriyə təklif olunan bu cür opsion
valyutanın nümayişi zamanı müqavilənin şərtlərinə əsasən müəyyən olunmuş müddət ərzində həyata
keçməlidir. Bu əməliyyat üzrə mükafat tədavülçüsü əvvəlcədən müəyyən edilmiş kursa əsasən
müqavilənin şərtlərinin icrasını tələb etmək hüququna malikdir. Beləliklə, bu sövdələşmənin iş-
tirakçısı valyuta dəyərinin ən əlverişli cari kursunu seçmək hüququndadır. Sazişin icrasından imtina
etmək olmaz. Sazişin icrası zamanı kimin alıcı, kiminsə satıcı kimi fəaliyyət göstərməsini
kontrogentlər dəqiqləşdirirlər. Daha sonra tərəflərdən biri mükafat verir, digəri isə valyutanın alqı-
satqısı ilə məşğul olur.
Bebliklə, valyuta opsionu – forvard valyuta opsionu sazişlərindən əsaslı surətdə fərqlənir.
Forvard valyuta sazişindən fərqli olaraq, opsiona müddətli surətdə əməl olunmamalıdır. Valyuta
opsionunun icrası tarixində onun sahibi opsionun icrasını ya realizə edə, ya da opsiondan bütünlüklə
imtina edə bilər.
Toplama «SWAP» sazişi iki hissəyə bölünür:
1) Kassa sövdələşməsi (vəsaitlərin müddətli tədarükü ilə);
2) Müddətli sövdələşmə.
Klassik «SWAP» valyuta sazişi.
«Toplama» SWAP sazişi + «forvard» valyuta əməliyyatları olub nağd pul vəsaiti hesabına
valyutanın alqı-satqısı deməkdir. Həmin valyutanın «forvard» kursu üzrə alqı-satqısı valyuta
kursunun dövriyəsindən asılı olaraq mükafatın və ya diskontun qeydiyyatı ilə təsbih edilir.
Bebliklə, «SWAP» və «forvard» sövdələşmələri:
- eyni kontrogent tərəfindən bir zamanda icra edilir;
- hər iki sövdələşmə eyni valyuta vəsaitinə malikdir;
- hər iki sövdələşmə üzrə valyuta vəsaitinin məbləği eynidir.
Müvəqqəti opsion sazişləri valyuta təhlükəsindən tam müdafiə sistemidir. Lakin, «SWAP»
əməliyyatları qismən sığorta deməkdir. Əmə-liyyatların keçirilməsi zamanı valyuta riski əmələ gəlir.
Bu təhlükə diskont və mükafatın sazişin imzalandığı andan valyutanın tədarükü anına kimi yaranan
dəyişikliklərin nəticəsidir.
Faiz dərəcələri ilə «svop» əmaliyyatları.
Valyutanın müəyyən məbləği üzrə sazişlər faizlərin hər iki tərəfin razılığı əsasında
ödənməsidir.
Məsələn; bir tərəf qarşı tərəfə banklararası «LİBOR AXICI» tarifi üzrə faizləri ödəyir və
bunun müqabilində qəti müəyyən edilmiş tarif üzrə faizləri tətbiq edir.
«Svop» əməliyyatı valyuta qəti müəyyən olunmuş məbləğinin döv-riyyəsi haqqında
razılaşma deməkdir. İki əməliyyat birləşərək valyuta vəsaitinə malik faiz tarifli «toplama»
əməliyyatı adlanır. Burada bir taraf «LİBOR» alıcı tarifi üzrə valyuta vəsaitinin və faizlərin əsas
borc məbləğini ödəyir və bunun müqabilində digər valyuta vasitəsilə buna uyğun məbləğ və faizləri
qəti müəyyən edilmiş tarif üzrə qəbul edir.
Kredit üzrə faiz tarifinin əsasını Avropa bazarında yeni təşkil olunmuş bankın və ya
«LİBOR»un faiz tarifi təşkil edir.
«LİBOR» Zarinq depozitə malik London banklararası bazarında yerləşdirilən tarifdir.
Banklararası London bazarının iri bankları üçün əsas faiz tarifı hər gün yerli vaxt ilə 11 00 radələrində

11
2 fəhlə qüvvəsinin əmək haqqının ödənişi üçün elan olunur. LİBOR tarifləri İngiltərə bank
sahiblərinin assosasiyası tərəfindən qeydiyyatdan keçirilir. Bu qeydiyyat beynəlxalq səviyyəli 16
bankın təyin etdiyi qiymətlərə əsaslanır. Buraya marja əlavə olunur. Bu da öz növbəsində borclu
şəxsin maliyyə vəziyyətindən, bazar münasibətlərindən və kreditin ödənməsi müddətindən asılıdır.
LİBİD – Londonun banklararası bazarının depozitlərinin cəlb edilməsi tarifidir. LİBİD
depozitlər üzrə ən başlıca faiz tarifi sayılır. LİBİD üzrə tariflər qeydiyyatdan keçmir. Belə ki, onlar
LİBOR tarifindən l,8% azdır.
Svop «toplama» sövdələşməsində likvidlik vəsaitlərinin investləşməsi valyuta təhlükəsini
aradan qaldırır.
Xarici valyutanın satışını «toplama» sazişinin şərtlərinə əsasən «forvard» müqaviləsinin
şərtlərindən asılı olaraq alışını təmin edərək «report» adlanır. Xarici valyutanın alışı eyni zamanda
«forvard» və «toplama» sövdələşmələrinin şərtlərinə uyğun olaraq həyata keçirilirsə bu «deport»
adlanır.
Bəzən «svop» əməliyyatı qızıl əşyaları vasitəsilə keçirilir. Onlar mülkiyyətçilik hüquqlarının
qorunub saxlanmasına və müəyyən müddət kimi xarici ticarət nişanının əldə olunması məqsədinə
xidmət edir.
Valyuta təhlükəsinin sığortası üçün valyuta fyuçersləri tətbiq olunur.
Valyuta kursuna dair fyüçerslər.
Bu müəyyən miqdarda valyutanın gələcəkdə alqı-satqı sazişidir. O, bu mənada forvard
valyuta müqavilələrinə daha çox oxşardır.

12

You might also like