Download as doc, pdf, or txt
Download as doc, pdf, or txt
You are on page 1of 1

Məqalənin tərtib olunması qaydaları

- Məqalənin mətni “Times New Roman” şriftində, sətirlərarası interval 1.5, hərflər 14 şrift, hər tərəfdən (sağ-sol, aşağı-yuxarı) 2,5
sm ölçülərində olmaqla tərtib edilməlidir.
- Məqalənin mətni 5 səhifədən az olmamalıdır.
- Məqalənin əvvəlində sətrin ortasından müəllifin adı və soyadı tünd-qara şriftlə, aşağıdan müəllifin elmi dərəcəsi, imeyli, əlaqə
nömrəsi və təşkilatın adı kursivlə yazılmalıdır.
- Müəllifə dair məlumatlardan sonra məqalənin adı böyük və tünd-qara hərflərlə yazılmalıdır.
- Məqalənin adından sonra xülasə və açar sözlər verilməlidir. Xülasənin həcmi 5 cümlədən az olmamalı, açar sözlər isə 5 sözdən
ibarət olmalıdır. Azərbaycan dilində olan məqalələrin xülasə və açar sözləri ingilis dilində, türk, rus və ingilis dillərində olan
məqalələrin xülasə və açar sözləri isə Azərbaycan dilində tərtib olunmalıdır.
- Konfransa tədqim olunmuş məqalələr bundan əvvəlki heç bir elmi konfransın və ya jurnalın materiallar toplusunda çap
olunmamlıdır.
- Məqalədə ədəbi dil normalarına ciddi əməl olunmalı, onun məzmunu elmi yeniliyi və aktuallığı ilə fərqlənməlidir.
- Məqalələrin konfrasda məruzə müddəti 15 dəqiqədən çox olmamalıdır. Hər məruzənin müzakirəsinə 5 dəqiqə vaxt ayrılır.
Məruzə zamanı texniki vasitələrdən istifadə oluna bilər.
- Məqalənin sonunda əlifba sırası ilə “Ədəbiyyat” qeyd olunmalı və aşağıdakı şəkildə tərtib edilməlidir:
Kitab:
Tək müəllifli:
Hacıyev T. Türklər üçün ortaq ünsiyyət dili. Bakı: Təhsil, 2012, 234 s.
Elmi müəssisənin kollektiv müəllifli nəşri:
Müasir Azərbaycan dili: 2 cilddə, II c., Bakı: Az. SSR EA, 1980, 542 s.
Məqalə:
Vəliyev M. Klassik Azərbaycan poeziyasında lirik qəhrəmanın ikili xarakteri // «Filologiya məsələləri», № 2, Bakı, 2014, s. 400-
404
- İstinadlar yalnız mətnin içərisində verilməli və göstərilən nümunəyə uyğun olmalıdır: (8, s. 120).
Bu tələbələrə cavab verməyən məqalələr qəbul olunmayacaq.

*** Məqalənin hazırlanmasına dair nümunə forması


Məmməd Əliyev
filologiya üzrə elmlər doktoru, professor
Bakı Dövlət Universiteti
m_aliyev@mail.ru // 050 741 21 85
MƏQALƏNİN ADI
Açar sözlər: (məqalənin yazıldığı dildə)
Xülasə (5-10 cümlə arası)
MƏQALƏNİN ADI
Xülasənin mətni
Xülasənin yazıldığı dildə açar sözlər(5 söz)
Açar sözlər: (kursivlə)
Məqalənin mətni
Ədəbiyyat

TƏŞKİLAT KOMİTƏSİ İLƏ ƏLAQƏ

Tel.: 055 -418-35-32; 055-465-95-40


BDU / 1 saylı tədris binası / Filologiya fakültəsi / “Türkoloji araşdırmalar” ETL / otaq 206

You might also like