Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 78

1)Etnoqrafiya fənni vəzifə və problemləri-Etnoqrafiya – tarixi

elmlərdən biridir. Yunan dilindən tərcümədə etnos – xalq, qrafo isə – yazmaq,
təsvir etmək deməkdir. Etnoqrafiya xalqları – etnosları, onların məişət və
mədəniyyətini öyrənir. Etnoqrafiyanın tədqiqat obyekti yazıları olan və yazısız,
irəliləmiş və geridən qalmış xalqlardır. Dünya üzərindən artıq yox olmuş xalqları
tarixi etnoqrafiya öyrənir. Etnosu müəyyən əlamətlər səciyyələndirir. Bunlar – dil,
etnik ərazi, mənşə, ənənəvi məişət və mədniyyətin xüsusiyyətləri, etnik şüur – milli
öz özünü anlamadır.Hər bir xalqın özünə məxsus olan dili onu həm
səciyyələndirən və eyni zamanda digərlərindən fərqləndirən amildir.Etnik ərazi –
Bu amil həm səciyyələndirici və həm də fərqləndirici rolu oynayır. Hər bir etnos
müəyyən ərazidə formalaşır. Bəzən tarixi hadisələr nəticəsində etnoslar parçalanır,
başqa ərazilərə miqrasiya edir. Baskirtlər, tatarlar, belə məskunlaşmışlar.Mənşə –
bu amil etnosları başqa etnoslardan fərqləndirir. Lakin əsas amil kimi qəbul oluna
bilməz, çünki elə etnoslar var ki, öz etnik vətənlərindən uzaqda məskunlaşmışlar.
Məsələn, ABŞ-da yaşayan zəncilər .Uzun müddət oxşar təbii coğrafi şəraitdə
yaşyan etnoslar maddi və mənəvi mədəniyyətin oxşar ünsürlərini yaradırlar:
yaşayış məskənləri və evləri, geyimlər, yemək öynəsi, və s. Bu əlamət ikinci
dərəcəli əhəmiyyət kəsb edir. Məsələn, Volqaboyu xalqları haqqında bunları
söyləmək olar.Etnik-milli özünü anlama amili müasir alimlər tərəfindən əsas
xüsusiyyət kimi göstərilir. Müəyyən etnosun nümayəndələri doğma dilini bilməli,
mədəniyyəti, adət-ənənəsi və nəsildən nəsilə ötürülməlidir..
Etnoqrafiyanın problemləriEtnoqrafiya elminin problemləri yer üzərindəki
xalqları müxtəlif aspektlərdən öyrənilməsinə yönəldilmişdir.
1.Ayrı-ayrı dünya ölkələrinin əhalisinin etnik tərkibini öyrənməkdir: a) etnik
ərazini müəyyənləşdirmək, b) etnik sərhədləri dəqiqləşdirmək, əsas xalqlarla
yanaşı, milli azlıqları tədqiq etmək.
2.Xalqların etnogenezi və etnik tarixini araşdırmaq problemi. Etnogenez
məsələsinin araşdırılmasında tarixçilər, arxeoloqlar, antropoloqlar, dilçilər
maraqlıdırlar. Etnik tarix bilavasitə xalqın sosial-iqtisadi, siyasi, mədəni tarixi ilə
bağlıdır. Bəzən tarixi inkişafında xalq öz dilini dəyişir. Məsələn, fransızların
əcdadları kelt dilində danışıblar, sonra isə roman dil qrupuna daxil olan fransız
dilindən istifadə etməyə başlamışlar.
3.İcma – sinifsiz cəmiyyətin əsas məqsədi bu qədim dövrün təsərrüfatının
formalarını, ictimai quruluşu,maddi mədəniyyət sahələrini öyrənməkdir. Bu
məqsədlə arxeoloji və etnoqrafik materiallar cəlb olunmalıdır. Müasir dövrdə
mövcud olan relikt insan qrupları haqda məlumatlar böyük elmi əhəmiyyət kəsb
edir Ana nəsli, arxaik ictimai münasibətlərin təzahürü olan «qan intiqamı»,
«qarşılıqlı yardım» formaları, kollektiv torpaq mülkiyyəti və s. aid olan etnoqrafik
materialların vasitəsi ilə ibtidai icma quruluşunun bərpası aparılır.relikt tayfaların
əsasında öyrənirik. Piqmeylər, simaqlar, andamanlar, avstraliya tayfaları.
4.Tarixən formalaşmış milli mədəniyyətlərin öyrənilməsi problemi: maddi
mədəniyyət nümunələri, xalq sənətkarlığı, şifahi xalq yaradıcılığı, mənəvi
mədəniyyət nümunələri – musiqi, rəqslər və s., xalq təbabəti, xalq metereologiyası.
5.Müasir mədəniyyətin və məişətin öyrənilməsi problemi: ailə məişəti, nigah və
cinslərin qarşılıqlı münasibətlərinin, uşaqların tərbiyələndirilməsi, müasir etik
normalarının formalaşması, yaşayış evləri, geyimlər və s
.6.Müasir etnik proseslərin tədqiqi problemi. Milli konsolidasiya, etnik birliklərin
birləşməsi, yeni millətlərin formalaşması, Miqrasiya, assimilyasiya, inteqrasiya
Deportasiya, zor gücünə köçürmə, diskiriminasiya , adaptasiya kulturasiya,
İnkulturasiya
2.Etnosun əsas əlamətləri, subetnoslar
Etnosun 5 əlaməti var.1)Dil-Hər bir xalqın özünəməxsus olan dili onu həm
səciyyələndirən və eyni zamanda digərlərindən fərqləndirən amildir.2)Etnik ərazi-
Xalqın məskunlaşdığı ərazidir.Bu amil həm səciyyələndirici,həmdə fərqləndirici
rolu oynayır.Etnosun etnik ərazisinin təbii şəraiti onun təsərrüfat fəaliyyəti,məişəti
və mədəniyyətini formalaşdırır.Hər bir etnos müəyyən ərazidə formalaşır.Bəzən
tarixi hadisələr nəticəsində etnoslar parçalanır başqa ərazilərə miqrasiya
edir.Baskirtlər,tatarlar,karellər buryatlar,mordva belə məskunlaşmışlar.3)Mənşə-bu
amil etnosları xarakterizə edir və başqa etnoslardan fərqləndirir.Lakin əsas amil
kimi qəbul oluna bilməz,çünki elə etnoslar var ki, öz etnik vətənlərindən uzaqda
məskunlaşmışlar.Məsələn, qaraçılar, yəhudilər,ABŞ da yaşayan zəncilər və.s.4)
Uzun müddət oxşar təbii coğrafi şəraitdə yaşayan etnoslar maddi və mənəvi
mədəniyyətin oxşar ünsürlərini yaradırlar; yaşayış məskənləri və
evləri,geyimlər,yemək öynəsi,sənətlarlıq sahələri,folklor nümunələri və.s.Lakin bu
əlamət 2ci dərəcəli əhəmiyyət kəsb edir.Məsələn,Qafqazda yaşayan müxtəlif
mənşəlo xalqlar oxşar mədəniyyət və məişət kompleksi
yaratmışlar.Pribaltika,Volqaboyu xalqları haqqında da bunları söyləmək olar.
5)Etnik-milli özünü anlama amili müasir alimlər tərəfindən əsas xüsusiyyət kimi
göstərilir.Müəyyən etnosun nümayəndələri doğma dilini bilməli,mədəniyyəti,adət
ənənəsi ilə tanış olmalıdır.Etnik özünü anlama obyektiv amillərin subyektiv dərk
etməsidir.Milli özünü dərk etnos üzvlərinin öz qrup vəhdətini etnik qrupla
eyniyyətini dərk etməsi milli şüurun tərkib hissəsidir.Etnosların tərkibində
etnoqrafik qruplar-subetnoslar vardır.Subetnosların yaranmasının müxtəlif
səbəbləri ola bilər.1)Etnosun bir hissəsinin təcrid olunması.2)Qövmün yaxud
millətin başqa millətin bir qrupunu assimilyasiya etmək (məs:udmurtlar arasında
etnoqrafik qrup sayılan bessermyanlar).3)xüsusi sosial statusa malik olması(ruslar
arasında kazaklar).4)konfessional-dini mənsubiyyət (məs; livan ərəbləri arasında
maronitlər və drurlar).5)irqi xüsusiyyətlərinə görə fərqlənmə(ABŞ da
afroamerikalılar).Subetnoslar qövmün yaxud millətin bir hissəsi olaraq məişət və
mədəniyyətin xüsusiyyətlərinə görə(dialekt və şivə, maddi və mənəvi mədəniyyət
ünsürləri,dini etiqadı və.s) fərqlənirlər.Xüsusilə də Asiya və Afrika xaqları
arasındakı subetnoslar əsas xalqdan çox fərqli olduğundan bəzi amillər bu
subetnosları ayrı etnos kimi səciyyələndirilməsini məqsədli sayır
3)Etnoqrafiyanın digər elmlərlə əlaqəsi
Etnoqrafiya bir sıra tarixi və təbii elmlərlə sıx əlaqədədir. İlk növbədə Etnoqrafiya
ibtidai icma tarixi ilə əlaqəlidir, çünki məhz bu tarixi elm arxeoloji, etnoqrafik,
emqvistik, antropoloji və materiallara əsaslanaraq bəşər tarixini ilk mərhələsindən
sinifli cəmiyyətlərin meydana gəlməsi dövrə qədər öyrənir. Etnoqrafiya
arxeologiya elmi ilə də bağlıdır. Qazıntılar zamanı aşkar olunmuş artefaktlar
etnoqrafik tədqiqatlara cəlb olunur. Etnoqrafiyanın linqvistika elmindən
bəhrələnməsi nəticəsində hər bir etnosun dil mənsubiyyətini aydınlaşdırmaq olar
və eləcə də xalqın digər etnoslarla tarixi və mədəni əlaqələrini üzə çıxara bilər.
Etnoqrafiyanın inkişafında folklorun mühüm rolu vardır. Folklor nümunələrinin
tədqiqi etnoqrafları xalqların mənşəyi, məişəti, dini etiqadları, ailə-nigah
münasibətləri və s. haqda məlumat verir. Etnoqrafiya xalqların mənəvi
mədəniyyətini öyrənmək üçün çox vaxtı mədəniyyətşünaslığın müxtəlif
sahələrindən (musiqi, heykəltaraşlıq, memarlıq, boyakarlıq tarixi) bəhrələnir.
Müasir elmlər sırasından olan etnopedaqogika (ənənəvi tərbiyə və etik normaları),
etnososiologiya, etnopsixologiya, etnodemoqrafiya və s. ictimai elmlərlə
etnoqrafiya sıx bağlıdır. Etnoqrafiyanın inkişafı üçün hüquqi antropologiya
elminin böyük əhəmiyyəti vardır. Hüquqi antropologiya ibtidai icma dövrünün
hüquq normalarını öyrənir.Etnoqrafiya elminin vasitəsi ilə etnoqraflar xalqların
yaşadıqları coğrafi mühiti, iqlimi, relyefi, fauna və floranı öyrənirlər və bunun
sayəsində təsərrüfat, məişət və mədəniyyəti tədqiq etməyə imkan
qazanırlar.İnsanın bioloji əlamətlərini öyrənən antropologiyanın irqləri tədqiq edən
bölməsi (etnik antropologiya) etnoqrafiya elmi ilə sıx əlaqəlidir.Dünya xalqlarını
öyrənərkən dörd təsnifat növləri əsas götürülür: 1) linqvistik, 2) antropoloji, 3)
təsərrüfat-mədəni və 4) coğrafi təsnifatlar
4)Dünya xalqlarının coğrafi təsnifatı
İnsanın yer üzərində məskunlaşdığı ərazi – «oykumena» adlanır (oyken – yunan
sözüdür, tərcümədə «yaşayış» deməkdir). İnsanın məskunlaşması prosesi
minilliklər boyu baş vermişdi. Həyat nemətləri – qida məhsullarını, münasib təbii
şərait əldə etmək üçün hələ orta paleolit dövründə insan qrupları bir ərazidən,
digərlərinə miqrasiya etmişlər. Paleolitin sonunda təxminən 15 min il bundan əvvəl
insanların yer üzərində sayı təxminən 3 mln. çatmışdır. İnsan müasir oykumenanın
1/3 hissəsində məskunlaşmışdır. Mənimsəyici təsərrüfatla məşğul olan ibtidai
insanlar (ovçuluq, yığıcılıq, balıqçılıq) bilavasitə təbii şəraitdən asılı vəziyyətdə
yaşayırdılar və bunun nəticəsində əhalinin dinamikası intensiv arta bilməzdi. İlkin
mərhələdə oykumena Afrika və Cənub-Şərqi Asiyanın ayrı-ayrı bölgələrini əhatə
edirdi. Son paleolit, sonra neolitdə istehsalatın inkişafı nəticəsində oykumenanın
sərhədləri genişlənərək Şimali Avropa, Şimali Asiya, Amerika, Avstraliya,
Okeaniyanın qərbini və Afrikanın bir sıra bölgələrini əhatə edir. İqlimin
dəyişilməsi, qida ehtiyatlarının məhdudluğu, insanların sayının artması
miqrasiyaların genişlənməsinə səbəb olmuşdur. Miqrasiyalar quru və su yolları ilə
baş verirdi.İnsanların əkinçilik və maldarlıq təsərrüfatına (istehsaledici təsərrüfat)
keçidi onla rın qida ehtiyatlarına ehtiyacı ödəyir, təbii şəraitdən asılılığı azaldır,
əhalinin sayının dinamikasının dəyişməsində mühüm rol oynayır. Əhalinin
əksəriyyəti Qədim Misir, İkiçayarası, Hind-Qanq düzənliyi, Çində, Orta Asiyanın
vahələri ərazisində cəmləşmişdi. Hal-hazırda yer üzərində ancaq insan yaşayışı
üçün yararlı olmayan yerlər məskunlaşmamış qalmışdır. Təkrar miqrasiyalar
əhalinin etnik tərkibinə də müəyyən təsir göstərirdi. Yəni hansısa əraziyə
miqrasiya etmiş insan qrupları avtoxton əhalini sıxışdırır, yaxud assimilyasiya
edirdi. Məsələn, e.ə. II minillikdə HindÇindən İndoneziyaya gəlmiş əhali avtoxton
zənci-avstroloid qəbilələrinə etnik təsir göstərmişdir. Miqrasiya etmiş əhali müasir
indoneziyalıların ulu əcdadları olmuşdur. Müasir avropalıların əcdadları bütün
Avropa ərazisində məskunlaşaraq aborigenləri sıxışdırır və assimilyasiya etmişlər.
Hal-hazırda İspaniya və Fransada yaşayan basklar avtoxton əhalinin törəməsidir.
Ərəb xilafəti dövründə ərəblərin Şimali Afrikaya miqrasiya etmələri, aborigen
bərbər əhalisinə linqvistik baxımdın təsir göstərmişdir. Tədricən bərbər dilləri ərəb
dilləri ilə əvəz olunur. Böyük coğrafi kəşflər dövründə miqrasiyalar aktivləşir.
Amerika, Cənubi Afrika, Avstraliya, Okeaniyaya emiqrantların ardı kəsilmir. XVI-
XIX əsrlər ərzində Amerika, Avstraliya və bir sıra başqa bölgələrin etnik tərkibi
kəskin surətdə dəyişilir (aborigenlərin sayı azalır, immiqrantların sayı artır). Qeyd
etmək vacibdir ki, bir ərazidə uzun müddət yaşayan xalqlar, daimi iqtisadi, mədəni
əlaqələrin, təbii şəraitin təsiri nəticəsində maddi və mənəvi mədəniyyət,
məişətlərində oxşar cəhətlər yaradırlar. Belə ərazilər etnoqrafiya elmində tarixi-
etnoqrafik vilayətlər adını almışdır. Məsələn, Məğrib və Liviya, Skandinaviya,
Orta asiya və Qazaxıstan, Qafqaz və s. Coğrafi təsnifat xalqların ümumi təsviri
verildiyi halda istifadə olunur. Xalqların etnogenez problemini, tarixi keçmişini
araşdıranda coğrafi təsnifatla paralel başqa təsnifat tiplərindən də istifadə
olunmalıdır
5)Dillərin geneoloji və morfoloji təsnifatı-Dil insanlar arasında ünsiyyət
vasitəsi olaraq, xalqları xarakterizə edən və eyni zamanda bir xalqı digərindən
fərqləndirən amildir. Dünya üzərində 4-5 min dil və dialekt mövcuddur. Dil
təsnifatı geneloji və morfoloji prinsipləri əsasında aparılır. Dillərin geneloji yaxud
qohumluq əlamətləri xalqların ya genetik qohumluğundan, ya da onların
uzunmüddətli mədəni əlaqələrindən xəbər verir. Doğrudur, təkcə dil xalqlar
arasında qəti sərhəd qoymağa heç də həmişə imkan vermir. Belə hallarda digər
etnik göstəricilərə müraciət etmək lazım gəlir. Geneloji təsnifata görə dilləri
qohumluq əlamətlərinə görə dil ailələrinə birləşdirirlər. Ailələr qruplara, onların
bəziləri isə yarımqruplara bölünürlər. Dil ailələrinin formalaşması prosesi
insanların Yer kürəsinə yayılması ilə sıx bağlı olmuşdur. Ən yaxın dillərə, adətən,
mənşə ümumiliyi ilə, yaxud eyni regionda uzunmüddətli birgə yaşayışla bağlı olan
qonşu xalqlarda rast gəlinir. Bəzən bir-birindən uzaqda yaşayan etnoslarında dilləri
oxşardır (məsələn İva adasının sakinlərinin dilləri ilə malqaşların dilləri). Bu,
həmin dillərdə danışan xalqların hansısa ümumi genetik köklərə malik olması,
yaxud uzaq keçmişdə həmsərhəd ərazilərdə yaşaması ilə izah edilir: Bəşəriyyətin
bütün tarix boyu dil ailələrinin və qruplarının coğrafi yayılma sərhədləri fasiləsiz
olaraq dəyişmişdir. Bu dəyişikliklər, hətta məhdud tarixi dövrlərdə də nəzərə
çarpır. Ayrı-ayrı xalqların sayca qeyri-bərabər artımı nəticəsində dünyanın ümumi
əhalisi arasında müxtəlif dil ailələrinin xüsusi çəkisində xeyli dəyişiklik baş
vermişdir. Niger – kordofan (4,4%-dən 6,1%-dək), Afrasiya, yaxud Samihami
(4,2%-dən 5,1%-dək) və Avstroneziya yaxud Malay-Polineziya (4,4%-dən 4,9%-
dək). Eyni zamanda, dünya xalqları arasında Hind-Avropa və Ural (Fin-Uqor)
dillərinə mənsub olanların sayı bir qədər azalmışdır. Yer əhalisində Hind-Avropa
dillərinə mənsub xalqların payı, ümumən, xeyli azaldığı halda, ayrı-ayrı dil
qruplarına mənsub xalqların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Hind-ari
13,8%-dən – 15,6%-dək, İran 1,4%-dən – 1,6%-dək və.s.Bir qayda olaraq hər xalq
öz dilində danışır. Bununla yanaşı dünyada ikidillilik – bilinqvizm də geniş
yayılmışdır. Məsələn, Belçika və İsveçrə əhalisi alman, fransız və flamand
dillərində istifadə edirlər, Afrikanın bəzi dövlətlərində – ingilis və fransız dilləri
dövlət dili kimi qəbul olunmuşdur. Bəzən isə bir neçə xalq eyni dildə danışır.
İngilis dilində ingilislərdən başqa avstraliyalılar, amerikanlar, İspan dili təkcə
ispanlar üçün deyil, eyni zamanda Latın Amerika xalqlarını əksəriyyətinin doğma
dilinə çevrilib. Dünyada ən geniş yayılmış dillər çin, ingilis, hindi, ispan, rus,
benqal, indoneziya, ərəb, portuqal, yapon, alman, fransız dilləridir.
Dil ailələri arasında dilçi alimlər tərəfindən daha yaxşı hind Avropa dilləri
öyrənilmişdir. Dünya əhalisinin 45%-i bu dillərdən istifadə edir. Hind-Avropa
dilləri Ön və Cənubi Asiya, Şimali və Şimal-Şərqi Afrika, Rusiya, Orta Asiya ,
Şimal və Cənubi Amerikada yayılmışdır. Bu dillər e.ə. III minillikdə qohum
dialektlər əsasında formalaşmağa başlamışdır. 1.Hind-Avropa dil ailəsi 13 budağa
bölünür,2. İran burağı qərb və şərq qruplarına ayrılır,3. Slavyan budağı üç qrupa
ayrılır,4. Baltik budağına litva, latış, ölü kurş və prus dilləri daxildir,5. German
budağı üç qrupdan ibarətdir,6. Kelt budağı üç qrupdan ibarətdir,7. Roman
budağı ,8. Yunan budağı,9. Erməni budağı,10. Alban budağı, 11. İtaliya budağı,
12. Anadolu,13. Toxar budağı
Dilləri nəinki onların maddi qohumluğuna görə, habelə qrammatik quruluşuna görə
də təsnif etmək olar. Qrammatikanın əsas bölməsi morfologiya və sintaksis
olduğundan bu təsnifat növündə morfoloji və sintaksis əlamətlər onun əsas zəmnini
təşkil edir. Morfoloji təsnifatın əhəmiyyəti daha böyükdür. Şlegel-Humbolt
tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu
təsnifat dünya dillərini dörd tipə bölünür:
1. Köklü və yaxud təcrid olunan dillər; 2. Aqlyutinativ (iltisaqi) dillər;
3. Flektiv dillər;
4. İnkorpor edilənlər.
Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə
olur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada
sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm
və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri
təcrid dillərdir.
Aqlyunativ dil tipi və yaxud “yapışdırılan” dillər qramatik məna daşıyan çoxsaylı
affikslərin, kökləri dəyişməz olan sözlərlə birləşdirilməsi ilə xarakterizə olunur.
Affikslər sözlərin kökləri ilə asanlıqla birləşdikləri kimi, asanlıqla da onlardan
ayrılırlar. Məs: Türk, uqro-fin, dravid, bantu və b. dillər aqlyutinativ dillərə aiddir.
3. Flektiv və ya çevik tip müxtəlif sonluqların istifadə edilməsi və sözlərdə bütün
qramatik mənalı hissəciklərin möhkəm birləşməsi ilə fərqlənir. Aqlyutinativ
dillərdən fərqli olaraq flektiv dillərdə affikslərin sözün kökü ilə fonetik cəhətdən
qaynayıb qarışması və yaxud birləşməsi baş verir. Məs:Hind-Avropa və semit-
hamit dilləri flektiv dillərə aiddir.
4. İnkorpor edilən dillər üçün kompleks sözlər xarakterikdir. Hind və bir sıra
paleoasiya dillərində bizim cümləmizə onların söz cümləsi uyğun gəlir. İnkorpor
edən dillər başqa dillərdən cümlələrin analiz əsasına görə, yəni sintaksis əlamətlərə
görə fərqlənir. Məhz bu da morfoloji təsnifatın ardıcıllığına mane olur. Təsadüfi
deyildir ki, bir çox linqvistlər inkorpor edilən dilləri aqlyutinativ dillərə əlavə tip
kimi daxil edərək dünya dillərini dörd deyil, üç tip kimi təsnifləşdirirlər. Morfoloji
təsnifatın iki nöqsanlı cəhəti vardır: birincisi, onun köməyi ilə dillərin tarixi inkişaf
yolunu izləmək mümkün olmur; ikincisi, o dünya dillərinin struktur
xüsusiyyətlərini nəzərə almır. Morfoloji təsnifat öz əhəmiyyətinə görə geneloji
təsnifatdan çox geri qalır və köməkçi xarakter daşıyır.
6) Təsərrüfat-mədəni tipləri
Mədəniyyət insanların fiziki və əqli əmək fəaliyyəti nəticəsində yaranmış və
insanların müxtəlif mənəvi və maddi tələblərinin ödənilməsinə yönəldilir. Oxşar
təbii-coğrafi şərait, sosial-iqtisadi inkişaf səviyyəsində yaşayan müxtəlif xalqlarda
tarixən təsərrüfat – mədəni kompleksləri formalaşır. Təsərrüfat-mədəni təsnifat
müxtəlif tarixi dövrlərdə meydana gəlmişlər. Etnoqrafik ədəbiyyatda 3 TMT
müəyyənləşdirilmişdir .I qrupa kompleksi hələ son paleolitdə və II qrup mezolitdə
formalaşmışdır. Bu qrupa aid olan arktik ovçular və balıqçılar (eskimos, alent,
çukça, koryaklar), tayqa və tundranın köçəri və yarımköçəri ovçuları (oroçi,
nqanasan, ukaqirlər), Şimali Amerikanın alqonkin və atapask qəbilələri, Afrikada
piqmeylər, Avstraliya aborigenləri, Şrilankada veddlər, Filippin adalarında aəta və
b. əsas məşğuliyyəti ovçuluq, balıqçılıq və yığıcılıq – mənimsəyici təsərrüfat
olmuşdur. Əmək alətlərinin primitivliyi, əmək məhsuldarlığının aşağı səviyyədə
olması əlavə məhsulun əldə olunmasına imkan vermirdi. Ancaq Şimali Amerikanın
şimal-qərb sahillərinin oturaq balıqçılarında əlavə məhsulun meydana gəlməsi
sosial bərabərsizlik üçün şərait yaradara patriarxal qulçuluğun geniş yayılmasına
təkan vermişdi. I qrup üçün səciyyəvi əmək alətləri – ox, kaman, nizə, baltalar,
dəyənək, Afrikada və Cənubi Amerikada – sumpitan, Avstraliya aborigenlərində –
bumeranq və s. Yaşayış evləri və geyim primitiv, şimal qəbilələrdə xəz geyimlər,
yaşayış evləri ağac qabığı, ağac yarpaqları, yarımqazm və qazma evlər, qutb
eskimoslarında qar evləri – «iqlu» və s.II qrup mezolitin sonun formalaşır. Afrika,
Asiya, Cənubi Amerikada, Okeaniyada təşəkkül tapmışdır. İstehsaledici təsərrüfat
– toxa əkinçiliyi və maldarlığın təməli qoyulur. Torpağı dəmir ucluqlu toxalarla
istehsal edirlər. Əsasən qadın əməyindən istifadə olunur. Dənli bitkilər, çəltik, taro,
yanıs, batat becərilir. Maldarlıq təsərrüfatı insanlar və süd məhsulları ilə bərabər
geyimlərin və əşyaların hazırlanması üçün xammalla təmin edirdi. At və dəvədən
nəqliyyat vasitəsi kimi istifadə olunurdu. Köçəri maldarlıq Mərkəzi Asiya
(monqollar), Cənubi Sibirdə, Orta Asiyada (qazax, türkmən, qırğız), İranın çöllük
və dağlıq bölgələrində (kürdlər, lurlar və b.), Ərəbistan yarımadasında (bədəvilər),
Şimali Afrikada (beca, qalla, tuareqlər). Təsərrüfatda mütərəqqi dönüş istehsalat
qüvvələrinin inkişafı nəsli-icma quruluşunun dağılması, insan cəmiyyətində
siniflərin formalaşması (differensasiya prosesi) və sinifli cəmiyyətlərin yaranması
üçün şərait yaratmışdır. Toxuculuq, dulusçuluq sənəti meydana gəlir, ağartı
məhsullarının emalına başlanır .II qrupa melaneziyalar (Okeaniya), Filippində
ifuqao və batuklar, kaçinlər, li Çində, Şimali Amerikada irokerlər, atapasklar.
Afrikada zuluslar, hottentotlar, yakutlar, evenklər və b. aid edilə bilər.III qrup
eramızdan IV-III minilliklərdə formalaşması ilə suvarma, xış əkinçiliyi meydana
gəlir. Əkinçilik təsərrüfatında qoşqu heyvanlardan istifadə olunur. Güman edilir ki,
ilk dəfə xış əkinçiliyi Cənub-Qərbi Asiya (iki çayarası - Mesopotamiyada), sonra
Misirdə, sonra, Şimali Afrika, Avropa, Cənubi və Şərqi Asiyaya sirayət edir.
Amerika, Okeaniya, Avstraliyada toxa əkinçiliyi bu ərazilərə Avropa
müstəmləkəçilərin gəlişindən sonra məlum olur (XVI-XIX əsrlərdə). Xış əkinçiliyi
rentabel stabil təsərrüfat olduğu üçün inkişaf etmiş sayılır. Asiyalıların meydana
gəlməsinə təkan verir. Cəmiyyətdə kəskin təbəqələşmə, sosial və əmlak
bərabərsizliyi sənətkarlığın kənd təsərrüfatından ayrılması, çoxsahəli zəngin
mədəniyyətin yaranması III qrup TMT bağlıdır. Maldarlıq təsərrüfatında köçmə və
yarımköçmə formaları üstünlük təşkil edir. Bostan bitkiləri, buğda, arpa, darı,
çəltik yetişdirilir. III qrupa Somalida bedjalar, Ön Asiyada bəluclar, bəxtiyarlar,
lurlar, qırğızlar, monqollar, tibetlilər və b. aid edilir. Ənənvi ev tipləri – çadırlar,
keçədən yurtalar, oturaq əhalidə ağac və daş evlər, yarımqazma komalar və s
7)Semir-Hamit dil ailəsi-Semit, Misir (hamit), liviyabərbər, kuş və çad budaqları
ilə təqdim olunur. Semit budağı şimal və cənub qruplarına ayrılır. Onlardan
birincisi akkat (babil-assur) dilindən ibarət olan şərq yarımqrupuna və xananey,
finikiya, uqarit, moavit, qədim yəhudi və aramey dillərindən ibarət olan qərb
yarımqruplarına ayrılır. İsraildə hal-hazırda süni sürətdə qədim yəhudi dilini bərpa
etməyə çalışırlar. Aramey dili b.e.ə VI əsrdən başlayaraq eramızın VI əsrinə qədər
yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun qalıqlarına hazırda Livanda
təsadüf edilir. Arameyin bir hissəsi aysor dili kimi bu günə qədər Rusiya, İraq, İran
və Türkiyədə saxlanılır. Semit dillərinin cənub qrupu ərəb və efiopiya dilləri ilə:
amxar, tiqre, tiqrinye ilə təmsil olunmuşdur. Köhnə həbəş dili – gez hazırda kilsə
dili kimi saxlanılır. Qədim, orta və yeni Misir dilləri Misir budağına aiddir. Ərəb
dili yayılana qədər Misir əhalisi əsasən kopt dilində danışırdılar. Liviya-bərbər
budağına: liviya (ölü), bərbər, numidiya və quanc (Kanar adalarında), tuareq, kabil,
rif və zenaq dilləri daxildir. Kuş dillərində şimal-şərqi Afrikanın əhalisi danışır.
Onlardan ən çox yayılanı: qalla, somali, afar və bedauedir. Çad budağının ən
böyük dili hausadır. Semit-hamit dillərinin hamı tərəfindən qəbul edilən vahid bir
təsnifatı yoxdur. Bir çox alimlər bu dil ailəsini beş deyil, iki budağa semit və hamit
budaqlarına ayırır və liviya-bərbər, kuş və çad budaqlarını da axırıncıya
birləşdirirlər.
8)Altay dil ailəsi
Üç hissəyə – türk, monqol və tumqusmancur budaqlarına bölünür. Türk budağı öz
növbəsində 5 qrupdan ibarətdir: 1) bolqar – ölü bolqra və xəzər, müasir çuvaş; 2)
cənub-qərb qrupu – oğuz, türkmən, truxmən, Azərbaycan, qaqauz; 3) şimal-qərb-
tatar, başkırt, qazax, qırğız, altay, kumuk, noqay, qarapapax, qaraçay, balkar,
karaim, ölü poloves və penene; 4) cənub-şərq – özbək, nuğur, ölü çaqatay; 5)
şimal-şərq qrupu – yakut, tuva, xakas, şor, qaraqas, tobalar, ölu orxon dillərini
əhatə edir.Monqol qrupu – monqol, buryat, moqol, monqor, oyrat, daxur
dillərindən ibarətdir.Tumqus-mancur budağı üç qrupdan ibarədir.Afroasiya yaxud
sami-hamu dil ailəsi beş budağdan ibarətdir: 1) misir budağı qədim, orta və yeni
misir dilləri ildən başqa, qədim kopt dilini də əhatə edir. Kopt dili misirli koptların
məbəd dili kimi yaşamaqdadır; 2) Sami budağı şərq və qərb qruplarından ibarətdir.
Şərq qrupuna ölü akkad (qədim Assur və Babil dövlətlərinin dili) qərb qrupunun
tərkibində ölü xamaan, moavit, finikiya qədim yəhudi və onun müasir forması olan
– ibrit və aranu dilləri vardır. Yaxın Şərqdə geniş yayılmış aranu dili sonralar
tamamilə ərəb dili tərəfindən sıxışdırılıb aradın çıxmışdır. Bu qrupa aysor, ərəb və
Həbəşistan ərazisində yaşayan xalqların dilləri aid edilmişdir. Bunları amarinya,
yaxud amxar, tiqrinya yaxud tiqrai, tiqre, quraqe və s. dillərdir; 3) Liviya – bərbər
budağına ölü liviya, bərbər, kabil, şilx, tamazixt, şauya, rif, zenaq dillərindən bu
gün Məğribin dağlıq bölgələrində və Saxara səhrasının vahələrində istifadə olunur;
4) Kuşit budağı oromo, yaxud qalla, afar, ometo, somali və b. dillər daxildir. Bu
dillər Afrikanın şimal-şərqində yayılmışdır; 5) Cad budağına xausa, bode, kotoko
və s. daxildir.Afrasiya dilləri Ön Asiya, Şimali və Şimal-Şərqi Afrikada
yayılmışdır.
9)Ural dil ailəsi
Ural dil ailəsi üç budağa bölünür: fin, uqor və samodi. Fin budağının tərkibində
Pribaltika, Perm və Volqa qrupları vardır. Pribaltika qrupu: fin (suomi), saam
(lopar), eston, karel, ijor, veps və liv dilləri; perm qrupu – komi – ziryan, komi –
permyak və udmurt dilləri; Volqa qrupu – dağ və düzən marilər, erzya – mordva,
mokşa – mordvaların dillərindən ibarətlir.
Uqor budağına macar, ölü uqor, mansi (voqul), xantı (ostyak) dilləri aiddir.
Samodi budağı nen, nqanasan və selkup dillərindən ibarətdir.
Qafqaz regionunun dillərini dilçi almlər bir (qafqaz), yaxud iki (kartvel və şimali
qafqaz) dil ailələri tərkibinlə birləşdirirlər. Şimali və Cənubi Qafqazda yaşayan
xalqların dil təsnifatında Qafqaz dil ailəsi sistemindən istifadə etmək daha
labüddür.
10. Hind-Avropa dil ailəsi
 Dil ailələri arasında dilçi alimlər tərəfindən dahayaxşı hind Avropa dilləri öyrənil
mişdir. Dünyaəhalisinin 45%-i bu dillərdən istifadə edir. Hind-Avropa dilləri Ön v
ə Cənubi Asiya, Şimali və Şimal-Şərqi Afrika, Rusiya, Orta Asiya, Avropa, Şimal 
vəCənubi Amerikada yayılmışdır. Bu dillər e.ə. IIIminillikdə qohum dialektlər əsas
ında formalaşmağabaşlamışdır. Hind-Avropa dil ailəsi 13 budağabölünür:
1. Hind-ari budağına qədim hind, orta və yeni hinddilləri daxildir. Qədim hind dili
ndə Hindistanyarımadasına e.ə. I minillikdə müdaxilə etmiş arilər-vedlər danışmışl
ar. Bu dil əsasında sanskrit diliformalaşmışdı. Hal-hazırda elm aləmində istifadəol
unur. Orta hind dili – prakrit həm məişət və həm dəədəbi dil kimi istifadə olunmuş
dur. Prakrit dilinin əngeniş yayılmış forması – pali dilində dini kitablaryazılmışdır. 
Hal-hazırda Birma (Myanma), Şri-Lanka, Kamboca dövlətlərində dini və ədəbi dil 
imiəhəmiyyətini saxlamıhdır. Bizim eramızın X əsrindəprakritin əsasında yeni hin
d dili formalaşır və öznövbəsində urdu və hindi dillərinə ayrılır. Yeni hinddili qrup
una qucarat, benqal, bixar, maratx, pəncab, racastan, sindx dilləri aiddir. X əsrdə ye
ni hinddilinin əsasında qaraçı dili yaranır.
2. İran burağı qərb və şərq qruplarına ayrılır. Qərbqrupuna tacik, kürd, bəluc, talış, 
tat, ölü midiya, parfiya, ortafars dilləri; şərq qrupuna isə qədim fars, soqdiya, xərəz
m, sak, sarmat, alan ölü dilləri vəmövcud olan osetin, əfqan, yaqnob, pamir dilləria
iddir.
3. Slavyan budağı üç qrupa ayrılır: a) Şərq qrupudilləri X-XII əsrlərdə formalaşıbla
r. Sonra rus, ukrayna və belarus dillərinə ayrılıblar; b) Qərbqrupu: polyak, çex, slo
vak, kaşub və polab, yuxarı vəaşağı lujican dillərindən ibarətdir; Cənub qrupubolqa
r, sloven, serb, xorvat, makedon dillərinibirləşdirir.
4. Baltik budağına litva, latış, ölü kurş və prus dilləridaxildir.
German budağı üç qrupdan ibarətdir: a) Şərq ölü qotdili; b) Şimal – yaxud skandin
av – isveç, danimarka, porveç, island, farer dilləri; v) Qərb – ingilis,holland,
vlamand, briz, alman, afrikans (cənubi Afrika da Avropa mənşəli əhalinin dili) və
idiş (müasir yəhudi dili) dilindən ibarətdir.
6.  Kelt budağı üç qrupdan ibarətdir: a) qall-fransızların və belçikalıların
əcdadlarının danışdıqları, bizim eramızın əvvəlində ölü dilinə çevrilmiş qall dili; b)
brit qrupu – uels və ölü kornuel dilləri, həmçinin Britaniya adalarının sakinlərinin
dilləri daxil edilmişdir; v) kelt budağı – irland, şotland və breton dillərini əhatə
edir.
7.   Roman budağı – ispan, portuqal, fransız, katalon, provansal, italyan,
retorofman, Sardiniya adasının əhalisinin dili, moldovan, rumın və ölü dulmat
dillərini birləşdirir.
8.   Yunan budağı – qədim, orta və yeni yunan dillərindən ibarətdir.
9.   Erməni budağı – qədim – qrabar, orta erməni dili və müasir erməni dili –
aşxarabadı əhatə edir.
10.  Alban budağı – alban dili
11.  İtaliya budağı – ölü latın dili
12.  Anadolu – ölü helt, luv, palay dilləri
13.  Toxar budağı – ölü toxar dilindən ibarətdir.
Müasir zamanda ölü latın və qədim yunan dilləri beynəlxalq miqyasda
terminologiyada istifadə olunmaqdadır
11)Qafqaz dil ailəsi
Üç (kartvel, adıq-abxaz, nax-dağıstan), yaxud 4 budağa bölünür (kartvel, adıq-
abxaz, nax və dağıstan).1)Kartvel – gürcü (kartvel), meqrel, svan, lar (çan), acar,
mesx, tuşin, pşav, imeretin, quri dilləri2)Adıq-abxaz – adıq, kabardin, abxaz və
abazin, çərkəz dilləri3)Nax yaxud veynax – çeçen, inquş, batsbi və ona yaxın olan
kistin dilləri4)Dağıstan budağı – avar, ləzgi, lak, dargin, saxur, tabasaran, rutul,
aqul, udin, eləcə də azsaylı xalqlar olan didoy, xvarşin, qodoverin, arçin, vaqulal,
çınux, qunzeb, tindal, bejtin, çimalal və b. Məişətdə bu xalqlar öz doğma dillərində
danışırlar.
12)Avstraliya xalqları
Avstraliya, Tasmaniya və Okeaniya adaları ayrıca tarixi-etnoqrafik vilayət təşkil
edirlər. Avstraliya 1606-cı ildə Hollanda dənizçisi Vilyan İans tərəfindən kəşf
olunmuş və buraya Yeni Hollandiya adı verilmişdir. 1901-ci ildən müstəqil
federativ dövlət statusunu almışdır.İrqi avstroloid irqidir. Tünd-qəhvəyi rəngli
dəriləri, dalğavi qara saçları, yaxşı inkişaf etmiş üçüncü tük təbəqəsi, enli burun,
zənci irqindən fərqli olaraq bir qədər nazik dodaqları, qabarıq alın sümükləri,
proqnatik çənələri vardır.Ən böyük dil ailəsi pama-
nyunqdur. Əhalisi 24milyondur. Ərazisi 7.8kv. km-dir.Kenquru, Kinq, Feinders,
Freyzer, Melvil, Kartye və digər kiçik adalar Avstraliya dövlətinə
məxsusdur.Avstraliya 6 ştata bölünmüşdür: 1) Yeni Cənubi Uels, 2) Viktoriya, 3)
Kvislend, 4) Cənubi Avstraliya, 5) Qərbi Avstraliya, 6) Tasmaniya. Paytaxtı –
Kanverra şəhəridir. Avstraliyanın üç ən böyük şəhərində Sidney, Meburn və
Brisben ölkə əhalisinin 47% cəmləşmişdi. Avstraliyanın ilkin məskunlaşması son
paleolitdə baş vermişdir. Tasmaniyalıların mənşəyi haqda belə bir fərziyyə vardır
ki, onlar Avstraliyanın ilk sakinləri olmuşlar, lakin materikə gəlmiş sonrakı
immiqrantlar onları buranı tərk etməyə məcbur etmişlər. İkinci fərziyyəyə görə
Tasmaniyaya ilk sakinlər Cənubi Melaneziyadan, Yeni Kaledoniyadan gəlmişlər. 
Avropalıların buraya gəlişi zamanı burada təxminən 500-700 qəbilə yaşamışdır.
Məsələn, cənub-şərqdə kurnai və kamilaroi, mərkəzdə yaşayan
– diyeri, arabana aranda qəbilələridir. Şimalda və qərbdəki qəbilələrin bəzilərinin
ancaq adları məlumdur. Təsərrüfat: ovçuluq, balıqçılıq və yığıcılıqla məşğul
olmuşlar. Emu quşunu, kenquru, kisəli tülkü ov edirdilər. Bundan başqa müxtəlif
pusqu, tələlər, bitki liflərindən hörülmüş torlardan məharətlə istifadə olunurdu.
Kenqurunun ətini yeyir, dərisini qışda bürüncək edir, mədəsini çanta kimi ,
pəncələrinin vətərlərini isə kəndir əvəzində istifadə edirdilər. Əmək bölgüsü yaşa
və cinsə görə idi. Ovçuluq kişilərin sənətidisə, balıqçılıqla qadınlar və kişilər,
yığıcılıqla isə qadınlar və uşaqlar məşğul olurdular. Balıq ovunda nizə, qarpun,
tilov və qarmaqlardan, səbətlər, torlardan istifadə edirdilər. Nizə, bumeranqdan
geniş istifadə olunurdu, eləcə də insan saçlarından hörülmüş torlarla quşları
ovlamağı bacarırdılar. Aborigenlərin ov və əmək alətləri primitiv idi. Əsas alətlər –
balta, bıçaqlar, nizə ucluqları, əl kirkirələri daşdan hazırlanırdı. Ən çox baltadan
istifadə olunurdu. V.Smit yazırdı ki, balta aborigenlərin yaşayışını təmin
edirdi. Maddi mədəniyyət: Əmək alətlərindən başqa, aborigenlər evkalipt ağacının
qabığı və gövdəsindən qayıqlar hazırlayırdılar. Yaşadıqları komalar ağacın
budaqları, yarpaqları, qabığından qurulurdu, damlarını quru ot, yarpaqlarla,
Mərkəzi Avstraliyada isə qazmaların damını daş plitələrlə örtürdülər. Yarımqazma
evlərdə 30 nəfərə qədər adam yerləşirdi. Xalqlar bəzəyə önəm verirdilər. Bunlar
balıqqulağı, heyvanların dişləri, ağac və daş parçaları, quşların lələklərindən
düzəldilmiş sırğa, boyunbağı, taclar, ayaq və əl bilərzikləri və s. əşyalarla özlərini
bəzəyirdilər. Geyimləri bəsit idi.Yemək: Əti, balığı, bəzi tərəvəzləri tonqalın
közündə hazırlayırdılar. Geniş yayılmış üsul yeraltı sobalardır. Quraqlıq zamanı
bitkilərin şirəsini içir, çıxılmaz vəziyyətə düşəndə qan damarlarını kəsib qanlarını
içirdilər. Bulaq suyu içir, bəzən suya bal qatırdılar. Mənəvi mədəniyyət: Folklorları
rəngarəng idi. Kollektiv rəqs- korrobora var idi, yalnız kişilər iştirak edə bilərdilər.
Dini görüşlərindən totemizm, animizm, fetişizm mövcud idi.Eləcə də totemçilik
nigah münasibətlərini tənzimləyirdi. Bir totemdən olan kişi və qadın nigaha girə
bilməzdilər. Magiya və bu inancla bağlı mərasimlər onların həyatında vacib
əhəmiyyət kəsb edirdi. Magiyanın bütün növlərinə inam aborigenlərin həyatında
geniş yayılmışdı: müalicə, məhəbbət, hərbi, metereoloji, təsərrüfat və ziyanverici
növlərindən geniş istifadə olunurdu. Dini mərasimləri cadugərlər idarə edirdilər.
İctimai quruluş: Avstraliyada hər bir qəbilənin öz ərazisi, adı, adətləri, dili ya
dialekti var idi. Qəbilə iqtisadi əhəmiyyət kəsb edən lokal qruplara
bölünürdü.Lokal qrupa bir neçə ailə daxil olurdu, üzvlərinin sayı 40-50 nəfərdən
çox olmurdu. Qəbilə 2 ekzoqam fratriyadan ibarət olurdu. Bu fratriyaların əsas
funksiyası nigah münasibətlərini nizamlamaq idi. Ər-arvad müxtəlif fratriyalardan
olmalıydı. Nigahlar patrilokal idi. Poliqamiya, levirat nigahlarada rast gəlinirdi
13)Polineziya xalqları
Polineziya tərcümədə çoxsaylı adalar deməkdir. Bu adalar qrupuna Havay, Yeni
Zellandiya, Tonqa , Samoa ,Tumotu, Markiz, Elis, Kuk aiddir. Polineziyalılar irqi
baxımdan qarışıq polineziya okeaniya irqinə aiddirlər. Dilləri malay polineziya
( avstroneziya) dil ailəsinə daxildir. Sayları 870 min nəfərdir. Polineziyalıların
mənşəyinə dair elm aləmində bir neçə fikir vardır. Təsərüfatları paya əkinşiliyi idi
marian adalarında daş toxalarından istifadə olunurdu. 70 növə qədər yams taro
şəkər qamışı yetişdirirdilər. Ən geniş yayılmış Asiya və Amerika nəzəriyyələridir.
Asiya nəzəriyəsinə görə Polineziyalıların ana vətəni Çinin cənub şərqidir.
Abraxam Fernander belə hesab edir ki, onların ilk vətəni İran və Şimali Hindistan
olmuşdur. Polineziyalıların cənub şərqi asiyadam gəldiklərini Te ranqi xirora
tədqiqatlarında əsaslandırmağa çalışmışdır. Din xadimi Uilyam Elis
polineziyalıların amerika ərazisindən köçüb gəldiklərini güman etmişdir. İngilis
alimi brosser de burbur Amerikanın ilk məskunlaşmasını e.ə 7-ci əsrdə Qüdsdən
gəlmiş yəhudilərlə əlaqəlandirirlər. Polineziya adalarında toxa əkinçiliyi inkşaf
etmişdir. Yams , Taro, Kokos, saqa palması becərilir. Təssərüfatın mühüm sahəsini
dəniz balıqçılığı təşkil edir. Florası çox zəngin deyil. Geyimləri bel sarğılarından,
önlüklərdən , Yeni Zellandiya geyimləri it dərisindən , kətandan hazırlanırdı.
Başçılar və əyanlar “arik , “ariki” azad əhali isə “ranqotira” adlanırdı. “Rəiyyət-
Mana xune” adlı kastalara daxil idi. Sənətkarlar ayrıca kasta təşkil edirdilər.
Polineziyalılar hesab edirlərki dünya yarananda əvvəl boşluq sonra zülmət hökm
sürmüşdür. Onlar 4 böyük Allaha itaət edirdilər. Tu, Ronqo, Tane, Tanqaroa.
Qəhrəman Maui haqqında rəvayətlər bütün okeaniyalılara məlumdur. Maui əvvəl
okean sularına alov atıb suyun dibindən polineziya adalarını üzə çıxarmışdır. O
insanları yaşatmaq üçün günəşin alovunu əldə edir və həlak olur. Polineziyada
animistik təsvirlər geniş yayılmışdır. Onların həyatında rəqslərin və tatirovkanın
böyük əhəmiyyəti var. Yazı rüşeymləri Pasxo Raponyedə tapılmışdır. ( koxa ronqa
ronqa) Samoa tonq adalarında pilləli ehramlar var idi. Gəmiçilik sənəti yayılmışdı.
14)Melaneziya xalqları-Meloneziya tərcümədə «Qara adalar» deməkdir. Yeni
Qvineya, Bismark arxipelaqı Solomon adalarını, Santa-Korus, Yeni Qebrib, Fici,
Yeni Kaledoniya, Loyalti adalarından ibarətdir. 18-ci əsrdə əhalisinin sayı
təxminən 1,5 mln. olmuşdur. Antropoloq Y.Y.Roqinski melameziyalıları böyük
avstraloid irqinin melaneziya irqinə aid edir. Bu irqin əsas xüsusiyyətləri: qıvrım
saçlar, tünd qəhvəyi rəngli dəri, enli burun, enli dodaqlar, proqnatizm. Linqvistik
təsnifatına görə – Melaneziya və papuas dillərindən istifadə olunur. Melaneziya
dilləri polineziya dillərinə qohum olaraq malay-polineziya dil ailəsinə daxildir.
Papuas dillərində Yeni Qvineya, Luiziadan və Bismark arxipelaqında, Solomon və
Santa- Krus adalarında papuaslar danışırlar.Manuas dillərinin sayı təkcə
Melaneziyada 700-ə yaxındır. P. Yeni Kaledoniya və Fici adalarında papuaslarla
melaneziyalılar qismən qaynayıb-qarışmışlar. Hal-hazırda Melaneziyanın yerli
əhalisinin sayı 4 mln. yaxındır. TəsərrüfatAvropalıların gəlişinə qədəri
melaneziyalıların istehsalat texnikası neolit dövrünə uyğun gəlirdi.Əsas əmək aləti
daş baltalar idi. Bıçaqları və nizə ucluqlarını obsidiandan hazırlayırdılar.
Təsərrüfatın əsasını kəsmə-tala əkinçiliyi təşkil edirdi. Suvarma kanallardan
istifadə olunurdu. Əkin sahələrini ucu iti ağac payalarla istehsal edirdilər. Əsasən
yanıs, taro, çörək ağacı, kokos palması, banan becərirdilər. Saqa palmasının
nişasta ilə zəngin olan gövdəsi qidada istifadə olunurdu. Əkinçilikdən sonra
təsərrüfatın vacib sahəsi dəniz balıqçılığı idi. Melaneziyada balığı uzunluğu 300 m
çatan, bitki liflərindən hörülmüş torlarla tuturdular. Eləcə də səbət, nizə, ox-
kamanla ovlayır, sahil sularında suya bitkilər, yaxud meyvələr atıb, iflic
vəziyyətinə düşmüş balığı yığırdılar. Balığı tilovla da tuturdular, qarmağı balıq
qulağlarından yonub əldə edirdilər. Aborigenlərin ovçuluq məharətinə avropalılar
valeh olmuşdular. Balıqçılar köpək balıqlarını kəndirin ucundan düzəldilmiş
halqaya salıb, cəld dartıb qayığa salırdılar. Melaneziyada balıqçılıqla ancaq kişilər
məşğul olurdular. Ev heyvanlarından donuz, toyuq və hürməyən it bəsləyirdilər.
İtləri qida üçün yetişdirirdilər.Əti, tərəvəzi közün üzərində, yaxud yeraltı sobalarda
bişirirdilər. Nadir hallarda suyu ağac qablarda qaynadıb, yemək hazırlayırdılar.
Yaxud qaynar bulaqların suyunda bişirirdilər. Fici, Yeni Qvineyada dulus çarxı
olmadan əl vasitəsi ilə dulus qablar hazırlanırdı. Bütöv ağac gövdəsindən daş
baltalarla uzun ensiz tararlı qayıqlar hazırlayırdılar. Fici adalarında – uzunluğu 40
m. olan, 150 sərnişin götürə bilən qayıqlar “düzəldirdilər.Sənətkarlıq sahələrindən
daş və ağacı işləmə, tapanın hazırlanması geniş yayılmışdı. Aborigenlər kokos
qorunun qabığı qurudulmuş boranı məişətdə istifadə edirdilər. Yükləri bitki
liflərindən hörülmüş çanta və çuvallarda daşıyırdılar. Tapa Okeaniya və Cənub-
Şərqi Asiyada geniş yayılmış «parça» növüdür. Ağacın qabığını bir müddət suda
saxlayır (yumşalana qədər), sonra ağac çəkiclərlə yüngülcə döyəcləyib parça
vəziyyətinə salırdılar. Tapadan bel sarğıları, önlüklər, bürüncəklər hazırlanırdı.
Tapanın üzərinə təbii boyalarla həndəsi naxışlar vurulurdu.Yaşayış məskənləri –
kənd idi. Evlər dairəvi və dördkünc formalı, dirəklər üstündə qurulurdu. Divarları
palma yarpaqları və bambukdan hörürdülər. Evin damını palma yarpaqları ilə
örtürdülər. Bəzən evin divarları olmurdu. Etnoqrafik tədqiqatda qeyd olunur ki,
evin uzunluğu 17 metrə çatır, burada 50 nəfərdən çox adam yaşaya bilərdi.
Kəndlərin mərkəzində ictimai və dini həyatın mərkəzi sayılan «kişi evləri»
ucaldılmışdı. Burada ancaq kişilər öz toplantılarını və mərasimlərini keçirirdilər.
Etnoqraflar hesab edirlər ki, bu ictimai evlər ana nəslinin dağıldığı, ata nəslinin
adətlərinin bərqərar olduğu dövrdə meydana gəlmişdir.İctimai
quruluşMelaneziyalıların və papuasların cəmiyyəti icma-nəsli quruluşunun
dağıldığı mərhələsində olduğu dövrdə avropalılar buraya gəlmişlər. Əhali
qəbilələrə bölünürdü. Lakin ilkin sinifli cəmiyyətlər meydana gəlir. Belə ki, Fici
arxipelaqının Fita-Levu adasında mban qəbiləsi sinifli cəmiyyətin təməlini
qoymuşdu. Əhali bir neçə sosial qrupa bölünmüşdü: 1. «doğulmamışlar» (qullar);
2. «tam doğulmayanlar»; 3. «yaxşı doğulmayanlar»; 4. «yaxşı, lakin yüksək
doğulmayanlar»; 5. «yüksək doğulmayanlar»; 6. «İlahi doğulmayanlar».2, 3, 4
qrupların üzvləri azad, lakin hüquqsuz əhali id. Beşinci qrupa mbau qəbiləsinin
sıravi üzvləri, altıncı qrupa isə məhdudsuz hakimiyyətə malik olan qəbilə başçıları
daxil idilər .Melaneziyada şimal və mərkəzi rayonlarında ana nəsli hökm sürürdü.
İkili nigahlar mövcud idi. Nigahlar ekzoqam idi.
15)Mikronezya xalqları
Tərcümədə, Sakit Okeanın qərbində yerləşən "kiçik adalar" deməkdir. 2140
adalardan ibarətdir, yalnız 96-da insanlar yaşayır. Mikroneziyaya Mariana,
Carolin, Marshall adaları, Gilbert daları, Palau və Yap daxildir. 1944-cü ildə ABŞ
Marian, Carolin və Marshall adaları üzərində nəzarəti ələ aldı. Mikroneziyanın
cənubunda Melaneziya irqi, şərqdə Polineziya irqi üstünlük təşkil etdi.
Mikroneziyanın dilləri Austroneziya (Malay - Polinezya) dil ailəsinə aiddir.
Avropalıların buraya gəlməsindən əvvəl aborigenlərin sayları 200 min nəfərə
çatmışdı və indi 190 min nəfərdir. İctimai Quruluş. Cəmiyyətdəki sosial
bərabərsizlik yerli əhalinin həyatında da öz əksini tapmağa başladı. Beləliklə,
yalnız yuxarı təbəqəyə aid olan insanlar hərbi işlər, gəmiçilik və gəmiqayırma ilə
məşğul ola bilərdi. Əkinçilik və balıqçılıq adi insanların məşğuliyyəti idi. 19-cu
əsrdə Mikroneziyada sosial fərqlilik prosesləri daha intensiv inkişaf etməyə
başladı. Yalnız Palau və Yap adalarında ana nəsli üstünlük təşkil edirdi, hər bir ana
nəslinin başında “runak” adlanan bir qadın dururdu. Qadınların çox böyük nüfuzu
var idi.  Ancaq Yap adasında bu sistem dağılmağa başlamışdı. Hər şeydən əvvəl,
bu proses mövcud kişi və qadın ittifaqları, kişilərə məxsus içtimai evlərdə özünü
göstərirdi. Kişilər gecələr bu evdə qalırdılar. Marian adalarında qadınlar ailədə və
cəmiyyətdə əhəmiyyətli rol oynayırdılar. Beləliklə, miras ana xəttindən keçirdi,
boşanma zamanı uşaqlar analarının yanında qalırdılar. Ailədə xəyanətə görə kişilər,
qadınlardan fərqli olaraq, ciddi şəkildə cəzalandırılırdı. Nigahlar dislokal xarakter
daşıyırdı (ər və arvadın hər biri öz nəslinin ərazisində yaşamalı idi). Dulusçuluq,
bəzək əşyaları və ağac məmulatlarının tayfalar arasında mübadiləsı mövcud idi.
Bəzi adalarda pul vahidi olaraq dəniz tısbagasının çanağının hissələri, tropik
quşların əlvan rəngli lələkləri, it dişləri, donuzlar, hörmə işləri və s. istifadə
olunurdu. Rus etnoqrafı Mikluxo-Maklay bəzən iri dəyirman daşları həcmində olan
daş “pulların” da təsvirini vermişdi. Mikroneziya cəmiyyətində sosial statusa
böyük əhəmiyyət verilirdi. Zadəganlarla adi əhali arasında evliliklər qadağan
edilmişdi. Bundan əlavə, aborigenlərin zadəganlarla eyni masada oturmasına icazə
verilmirdi. Mikroneziyada ölülərin ruhlarına pərəstiş formalaşmağa başlamışdı.
Dini ayinlər şamanlar tərəfindən həyata keçirilirdi. Bir tabu sistemi ortaya çıxdı.
Mikroneziyanın qərbində yerləşən Palau və Yap adalarının sakinləri başlıca olaraq
balıqçılıqla məşğul olurdular. Əkinçilikdə sünı suvarmadan istifadə olunurdu.
Dulusçuluq yalnız bu adalarda inkişaf etmişdi. Əsas əmək alətləri ox və kəman,
nizə və daş bıçaqlar idi. Mərkəzi və Şərqi Mikroneziyada əkinçilik zəif inkişaf
etmişdi. Əsasən balıqçılıqla məşğul olurdular. Uzunluğu 30-40 m uzunluğunda
balıq torlarından, çubuqdan hörülmüş səbətlərdən, qarmaqlardan, nizə və
qarpunlardan ov vasitəsi kimi istifadə edilirdi. Əmək alətlərinin əksəriyyətini
balıqqulağından düzəldirdilər. Toxuculuq peşəsi də çox yayılmamışdı, toxucu
dəzgahı isə yalnız Karolin adalarında yayılmışdı. Tapa parçası Şərqi
Mikroneziyada istehsal olmurdu. Geyimləri bitki liflərindən düzəldilmiş bel
sargılarından ibarət olmuşdu. Şərqdə döymə naxışlar geniş yayılmışdı.  Mərkəzi və
Şərqi Mikroneziyada əhali iki kastaya ayrılırdı: “nəciblər” və nəsli əyanlar; və sadə
insanlar
16)Odlu torpaq qəbilələri
İrq Avstroloid-Amerkanoid,Dil Ando ekvatorial dil ailəsi
Odlu torpaq arxipelaqı Antrakdidaya yaxın olduğundan iqlimi rütübətli, küləkli,
yağmurludur. Burada ona, alakaluf və yaqam-yaman qabilələri yaşayırdılar. Odlu
torpağa ilk insanlar e.ə. 8-6 minilliklərdə Cənubi Amerika materikindən köçüb
gəlmişlər.Antropologiyalarına görə monqoloid irqinin amerikanoid irqinə
aiddilər. Lakin avstroloid irqinin bəzi əlamətləri Odlu torpaq qəbilələrinin
morfologiyasında özünü büruzə verir. Saçları cod dalğavari, bir qədər dolu
dodaqları, açıq qəhvəyi rəngdə dəriləri vardır.Ona, yaqan və alkalufların dili ando-
ekvatorial din ailəsinə daxildir. Flora və faunanın kəsadlığı bu ərazidə yaşayan
qəbilələrə ancaq ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmağa imkan
verirdi. Təsərrüfatları I təsərrüfat mədəni tipinə aiddir. Əsasən
quanako, tülkü, suiti, balıq, xərçəng, dəniz quşları ov edirdilər. Qadınlar yeməli
bitki kökləri, meyvələri toplayırdılar. Ayaqlarına dəridən tikilmiş yumşaq
mokasinlər geyinirdilər. «Ona» qəbiləsinin hinduları isə başlarına quanako
dərisindən papaqlar qoyurdular.Qida qıtlığı aborigenləri köçəri həyat sürməyə
məcbur edirdi. Bu səbəbədən onların daimi yaşayış evləri olmurdu. Müvəqqəti
evləri ağac budaqlarından qurulmuş və üzərinə quanako dərisi ya ağac qabığı
salınmış komalar idi. Primitiv geyimlər aborigenləri sərt havada soyuqdan tam
qorumurdu.Odu çaxmaqdaşı vasitəsilə əldə edirdilər.Aborigen qadınları bitki
liflərindən hörmə sənətini yüksək səviyyədə mənimsəmişlər. Qadınlar dərilərin
aşılanma işi ilə məşğul olurdular.Odlu torpaq sakinləri nəqliyyat vasitəsi kimi
bütöv ağac gövdəsi yaxud ağac qabığından düzəldilmiş qayıqlardan istifadə
edirdilər.Arxipelaqın şimal-şərqində «ona» qəbiləsi məskunlaşmışdı. Onlar
özlərini «selknam», adlandırırdılar. Avropalılar bu torpaqlara ilk dəfə 18 əsrin 70-
ci illərində qədəm basmışlar. Zəngin ot örtüyü, xam torpaqların bolluğu ispan
kolonistlərini buraya cəlb edirdi. Qoyunçuluq təsərrüfatlarının yaranması ilə
aborigenlərin taleyində faciəvi dönüş baş verdi. Aborigenlərin şəxsi mülkiyyət
haqqında heç bir təsəvvürləri olmadığından onlar vaxtaşırı maldarlıq fermalarına
hücum edib qoyunları oğurlayırdılar. Buna cavab olaraq
kolonistlər aborigenlərin kütləvi surətdə odlu silahla məhv etməsinə
başladılar. Avropalıların gətirdikləri yoluxucu xəstəliklər, aborigenlərin bu
xəstəliklərə qarşı immunitetinin olmaması aborigenlərin demoqrafiyasına mənfi
təsir göstərmişdi. Avropalıların Odlu torpağa gəlişlərinə qədər ona qəbiləsinin
hindularının sayı 4 min nəfərə yaxın olmuşdur. XX əsrin 30-cu illərində cəmi 100
ona qeydə alınmışdır.Onlar orta xətti ilə sayılan 40 ekroqam qruplara
bölünmüşdilər. Bir qrupda təxminən 40-120 adam olurdu. Hər qrupun ov etmək
üçün ərazisi olurdu. Kiçik ailə və patrialxal nigah mövcud olmuşdur. Poliqamiya
və levirat adətlərinə təsadüf olunurdu. Sonuncu statistik məlumatlarına görə Çilidə
50 nəfər metis ona yaşayır. Ənənəvi olaraq quanko ovu ilə məşğuldular. Odlu
torpağın qərbində alakaluflar qabiləsi yaşayırdı. Onlar özlərini kauaşkar
adlandırırdılar..XIX əsrdə alukalufların sayı4 min nəfər olmuşdusa, 1920-ci ildə
cəmi 150 alakluf qalmışdı. Hal-hazırda Odlu torpaq arxıpelaqının şərq hissəsi
Argentina dövlətinə məxsusdur, qərb torpaqları isə Çili
dövlətinə. Argentinada 100, Çilidə200 nəfər alakaluf yaşayır, əksəriyyəti
metisdir. Alakaluflar muzdlu fəhlə kimi çalışırlar, bəziləri balıqçılıqla məşğul
olur.Jaqanlar Odlu torpağın cənub ərazisinin sakinləri idilər.
Jaqan tərcümədə «yaşayan»,«insan» deməkdir. Bu qəbilə alakaluf və ona qəbiləsin
ənisbətən sosial,iqtisadi inkişafına görə daha geridəqalmışdı. Okean sahili boyu dol
aşaraq dənizməhsulları toplayır, qayıqlarla ova çıxaraq su iti, kitvə delfin ovlayırdıl
ar.Ekzoqamiyaya ciddi riayətolunurdu. Sororat, poliqamiya, levirat nigahadətlərinə 
təsadüf olunurdu. Yeniyetmə oğlanlaratəqdis adətlərindən keçməyi vacib sayırdılar
. XIXəsrin I yarısında yaqanların sayı 3 min nəfərə çatırdı, 1890-cı ildə 300, 1920-
ci ildə isə 70 nəfər idi. Hal-hazırda 20 nəfər yaman Argentinada və 50 nəfərÇilidə 
yaşayır, lakin bunlar hamısı metislərdir. Assimilyasiyaya məruz qalmış, Odlu torpa
q sakinləriana dillərini itirmiş və ispan dilində danışırlar. Ancaqalakaluflar doğma 
dilindən başqa ispan dilindən dəistifadə edirlər.XIX əsrin II yarısında Odlu torpaq 
qəbilələrində ananəsli mövcud olsa da, ata nəsli formalaşırdı. Qohumluq həm ana v
ə həm ata xətti ilə Ailə ikili ailəformasında idi. Qəbilə nəsillərə, bunlar isə bir neçə
ailəni birləşdirən və iqtisadi xarakter daşıyan lokalqruplara bölünürdü. Odlu torpaq 
sakinləri animistikinanclara bağlı idilər. Onların fikrincə ətrafda bədruhlar yaşayır.
-totemlərə inam bəsləyirdilər. Dinimərasimlərə şamanlar başçılıq edirdi.Odlu torpa
qhindularının folklorunda qəhrəmanlar, nəslin totem ulu
əcdadları haqqında rəvayətlər mühüm yertuturdu. Şamanlar müalicəvi magiya ilə 
məşğulolurdular. Yeniyetmələri fiziki və mənənvi sınaqlardan təqdis
mərasimindən keçirirdilər
17)Astek dövləti-Astek dövləti Mexiko (Anauak- “su ölkəsi”) vadisində
mövcud olmuşdur. Asteklərözlərini naua, masexualli ( tərcümədə “maral ovçuları”
deməkdir), tenoşki, mexika adlandırırdılar. Dilləri- astekotanoan dil ailəsinə
daxildir. XII əsrdə asteklər digər köçəri qəbilələr olan akalxua, tepaneklər, çalki,
soçimilki, tlaskalteki qəbilələri ilə birgə Mexiko vadisinə gəlmişlər. Mexiko-
Anauak vadisinin sakinləri sosial- iqtisadi inkişafın aşağı pilləsində duran bu
köçərilərə çiçilmeklar, yəni barbarlar adı vemişlər. Miqrasiya etmiş qəbilələr  az
bir müddət ərzində asteklərin hökmranlığı altına düşür.Asteklər aborigen qəbilələri
də öz təsiri altına salmağa nail olurlar. 1325-ci ildə asteklər Teskoko gölünün
adaları üzərində  Tenotitlan şəhərini salırlar. 1427-ci ildə asteklər bütün Anauak
vadisinə, sonra isə mərkəzi, qərbi ,cənubi Meksika torpaqlarına sahib olurlar.
Astek mədəniyyəti Meksikada vaxtı ilə inkişaf etmiş
olmek,toltek, sopotek, mişteklərin mədəni nailiyyətlərindənbəhrələnib
formalaşmışdır. B.e.V əsrdə meydana gəlmiş Olmek mədəniyyətinin ən möhtəşəm
nümunəsi ehramlardır. Olmekləri toltek mədəniyyəti əvəz edir. Tolteklər sinifli
cəmiyyət yaratmışdılar. Onların hökmranlığı XII əsrə qədər davam  etmişdi.
Dövlətdə əkinçilik təsərrüfatı, toxuculuq, keramika, memarlıq inkişaf etmişdi.
Əkin sahələrində qarğıdalı, paxlalı bitkilər vəs yetişdirilirdi. Asteklər özlərini
tolteklərin və olmeklərin varisləri sayırdılar. Astek dövlətinin paytaxtı Tenoçtitlan
şəhəri olmuşdur. Asteklərin təssərrüfatlarının əsas sahəsi suvarma əkinçiliyi idi.
Əkin sahələrini kanalların suyu ilə suvarırdılar.. Teskoko gölünun üzərində
yaradılmış süni adalar – “çinampalarda” qarğıdalı, paxlalı bitkilər, boranı, pomidor
yetişdirilirdi. . Sahildə pambıq, aqava, tütün, kakao, şəkər qamışı becərilirdi.
Asteklər ənənəvi olaraqovçuluq, balıqççılq və yığıcılıqla məşğul olmağı
davamedirdilər. Astek sənətkarlarına dulus çarxı məlum olmadığından məmulatlar
əl vasitəsi ilə hasilə yetişdirilirdi.Daşişləmə sənətinin ən görkəmli nümunəsi pilləli
ehramlardır. Əhali qamışdan qurulmuş, divarlarına palçıqdan suvaq çəkilmiş,
damına küləş və aqava yarpaqları salınmış evlərdə yaşayırdılar. Varlıların evləri
çiy kərpic və daşdan inşa olunur, divarları əhənglənir və üstündən qırmızı rəng
çəkilirdi.Damı nazik çubuqlarla örtülürdü.Geyimləri pambıq parçasından kişilərdə
“maitli” adlı bel sarğıları və bürüncəklər, qadınlarda isə geniş uzunətəkli tumanlar
və qolsuz köynəklərdən ibarət olurdu. Ayaq geyimləri maral dərisi yaxud aqava
liflərindən hazırlanmış sandalilər idi. Astek dövləti quldar dövləti olmuşdur. Qul
ticarəti əyanların ixtiyarında idi.  Avropalılar astek dövlətinə qədəm basdıqları
dövrdə dövləti iki hökmdar: böyük hüquqlara və hakimiyyətə malik olan
“tlakatexuxtli” və ölkədə vergilərin toplanmasına nəzarət edən, məhdud hüquqlara
sahib olan “sixuakoatl” idarə edirdi.   Astek cəmiyyətində nigahlar
ekzoqamPoliqamiyavə levirat Nigahlaricazəverilirdi.Asteklər tibb və astronomiya
elmlərində böyük nailiyyətlər qazanmışdılar.Astek kahinləri apardıqları
müşahidələr nəticəsində mayalarda olduğu kimi 365 gündən ibarət olan dəqiq
günəş (18 ay x 20 gün) təqvimini yaratmışdılar. Günəş təqvimini “işxuitl”
adlandırmışlar . Dini ay təqvimi “tonalpoxualpi” adlanır və 260 gündən ibarət
olurdu (13 ay x 20 gün). Hər ay 20 gündən ibarət idi. Asteklər hər 52 ildən bir
tarixi mərhələnin sonunu qeyd edirdilər. Asteklərin inancına görə hər bir insanın
onu fəlakətlərdən qoruyan zoomorf simada ikinci tayı himayəçi mələyi olurdu. Bu
inanc forması- naqualizm adlanır. Asteklərin mürəkkəb sistemləşdirilmiş allahlar
panteonu vardır. Ali allahlar Tsenteote- torpaq; Tlalok-yağış; Uitsilopoçtli-
müharibə, Miktlanteuktli- yeraltı dünya; Tonatiu- Günəş; Metsli-ay; Ksiuteuktli-
alov, Ketsolkoatl-bilik allahları idilər.Asteklərdə qanqohumluğu ilə yanaşı mifoloji
qohumluq anlayışı da var idi. Torpağı özlərinə ana, Günəşi isə ata sayırdılar. Astek
allahları panteonunun baş allahı, hər şeydən xəbərdar olan və qərar verən Tloke-
Nauakedir. Ümumiyyətlə astek mifologiyasında Günəş kişi-qardaş Ay isə qadın-
bacı rolunda çıxış edirdi.Asteklərin piktoqrafik və heroqlif yazıları olmuşdur.
Varlılar və yoxsullar üçün nəzərdə tutulmuş dövlət məktəbləri yaradılmışdı.
Kahinlər üçün “kalmekak” adlı məktəblər fəaliyyət göstərirdi. Asteklər rəqəmləri
mişteklərdən mənimsəmişdilər. İyirmilik say sistemindən istifadə etmişdilər.  Hal-
hazırda asteklərin sayı 1 mln 200 mindir. Onlar xristianlığı qəbul etmişlər. Əsasən
meksikada yaşayırdılar
18)İnk dövləti
İrq Monqoloid-Amerkanoid Dil Keçua dil ailəsi İnk dövləti müasir Peru,
Ekvador, Kolumbiya və Çili dövlətlərinin ərazisində mövcud olmuşdur. Lakin
bundan bir neçə min il əvvəl başqa mədəniyyətlər  Peruda inkişaf etmişdir.
Perunun və Boliviyanın qərb hissəsindəki And dağlarının ətəkləri And vilayəti,
Sakit okean sahili boyu uzanan torpaqlar isə Kosta adlanır. Kostanın cənub
vilayətləri geniş səhralarla tanınır. Kostanın şimalında iqlim bir qədər yumşaq olsa
da, burada əkinçilik təsərrüfatı ancaq süni suvarma sisteminin tətbiq olunması
halda inkişaf edirdi. Perunun dağlıq bölgəsi – Syerra adlanır. Əlverişsiz təbii şərait
burada qarğıdalını ancaq süni suvarma ilə yetişdirmək mümkün olmuşdu və
beləliklə məhsul soyuqlar düşənə qədər yetişib yığılırdı. Peru adının etimologiyası
haqqında fransız alimi Pol Rive söyləyir ki, Çibça hindularının dilində “Pelu” su
deməkdir. Peruda ən qədim arxeoloji tapıntını yaşı 14 min ildir. Çilyon çayının
sahillərində, Perunun paytaxtı Lima şəhərindən 100 km məsafədə bu dövrə aid
kərxanalar aşkar olunmuşdur. Kolumbun kəşfinə qədər Peruda 40 növdən çox bitki
becərilirdi; qarğıdalı, pambıq, şirin kartof, paxla, 2 növ tütün, ananas, avakado, çili
istiotu, koka, balqabaq və s. .Alimlər belə qənaətə gəliblər ki, Peruda çox güman
ki, əkinçilik Yaxın şərqnən bir vaxtda meydana gəlmişdir. Yaşı təxminən 6300 min
ildir. Bu dövrün hər bir yaşayış məskənində təxminən 10-15 ailə yaşayırdı. Çilka
yaşayış məskəninin sakinlərinin kəllə sümükləri deformasiya olunmuşdu.
Dulusçuluq Perunun ərazisində 3-3,5 min il bundan öncə meydana gəlmişdir. E.ə.II
minilliyin I yarısında qədim hindular ilk dəfə olaraq bəsit toxuculuq
dəzgahlar yaradırlar. Qarğıdalı bitkisi yetişdirilməyə başlayır. Sənətkarlar təbəqəsi
formalaşır.Dini təsəvvürlərlə  bağlı olan məbədlər- ehramlar inşa olunur. İlk
piramida Lima şəhərinin ətrafında “La-Florida” adlı yerdə yerləşir. Bu dini  tikilini
e.ə.II minillikdə ucaltmışlar.
  Çavin mədəniyyəti
Bu mədəniyyət adını Çavin kəndinin adından almışdır. “Çavin” sözü karib dilindən
tərcümədə “yaquarın nizəli balaları” deməkdir. Çavin şəhəri e.ə.850-ci ildə
salınmışdır və dəniz səviyyəsindən 3200 m, hündürlükdə yerləşir.  Çavin şəhərinin
ən görkəmli abidəsi  “Böyük piramida”dır. Bu məbəd dörd  tərəfdən meydançalarla
əhatə olunub.Çavinlərin İnklər 365 gündən ibarət günəş və 354 gündən ibarət olan
ay təqvimləri yaratmışdılar. Ölçü sistemi mövcud idi: baş və işarə barmaqlarının
arasındakı məsafə- qarış uzunluq ölçüsü idi. Torpaq sahələrinin ölçülməsində 162
sm bərabər ölçüdən istifadə edilirdi. İnk dövlətində əyanların oğlanları 4 pilləli
məktəblərdə təhsil alırdılar. 1-ci  il  keçua dilinin öyrənilməsinə sərf olunurdu; 2-ci
ildə dini  görüşlər və təqvimlərlə şagirdləri tanış edirdilər;  3 və 4- cü pillədə kipu
yazısını öyrənirdilər. Kipu yazı forması ancaq ink mədəniyyətinə məxsus olmuşdu.
Kipu yazısını ancaq kahinlər,əyyanlar və xüsusi təlim keçmiş kipukamayokilər
oxumağı bacarırdılar. Vaxtilə  inklərin (keçua və aymaraların) heroqlifyazıları
olmuşdur. İspanlar yazılı parçaları yandırır, qızıl çərçivələri isə əridib külçələrə
döndərmişdilər. Keçua və aymaralar zəngin folklor nümunələri: əfsanələr,
rəvayətlər, lirik mahnılar, himnlər, komediyalar, dramlar yaratmışdılar. İnklərin
hakimiyyətinə qarşı üsyan qaldırmış Apu- Olyantayın qəhrəmanlığı haqqında pyes
ən məhşur dram əsər idi. Nəslin ulu əcdadları – uakaya sitayiş geniş yayılmışdı. Bu
inancla əlaqədar olaraq ölüləri mumiyalaşdırma- adəti yaranır,axirətə inam mövcud
idi. İnk imperiyasında əsas  sitayiş obyekti Günəş- İnti allahı idi. Sapa Luka onun
oğlu və yer üzərində elçisi sayılırdı. Ana torpağın ilahəsi Paçamama, qarğıdalı
ilahəsi Saramama, kartof ilahəsi Pomamo adlanırdı.  İmperiyanın
allahları sırasında dünyanın yaradıcısı Konye- İlyak-Tiksi Virakoça əsas
yer tutur. İnklərə bir çox bitkilərin müalicəvi xassələri məlum idi, zəngin astroloji
biliklərə malik idilər. Ehramların başında  qurulmuş  rəsədxanalardan səma
cisimlərini müşahidə edirdilər. İnk loğmanları cərrahiyyə əməliyyatlarını yerinə
yetirirdilər. Trepanasiya əməliyyatı tədqiqatçıların fikrincə magik əhəmiyyətli
olmuşdur. Aşkar olunmuş mumiyaların əksəriyyətinin başları süni deformasiya
edilmişdir. Hal-hazırda aymaralar Boliviya, Çili, Perunun sərhədyanı torpaqlarında
yaşayırlar. Katolik dinini qəbul etmişlər. Aymara dilindən
başqa keçua və ispan dillərində danışırlar. Sayları 2 mln 100 mindir. Keçua Peru,
Boliviya, Ekvador və Argentinanın şimal-qərbində məskunlaşıblar. Dini
etiqadlarına görə katolikdirlər. Sayları 13 mln-dan çoxdur. Avstroloid irqinə
mənsubdurlar.
Etiqadlarına görə 7 rəqəmi müqəddəs sayılırdı .Peruda Çavin mədəniyyətinin izləri
Moxek adlı yerdə diqqəti cəlb edir. Çavin mədəniyyətinin iqtisadi əsasını suvarma
əkinçilik təsərrüfatı təşkil edirdi.Çavin mədəniyyətinin Peruda yayılması e.ə XII
əsrdən başlayır, e.ə IX-VIII əsrlərdə çiçəklənir və e.ə III əsrdə süquta yetir. Bu
mədəniyyətin ilk vətənini haqda alimlər arasında uzun müddət mübahisələr
gedirdi. Arxeoloji tədqiqatlar sübut etdi ki, Çavin mədəniyyətinin daşıyıcıları
Meksikanın Verarkus və Tabasko ştatlarının ərazilərində təxminən e.ə 1400-1000
illərdə və La-Venta şəhərlərinin təməlini qoymuşlar. Meksikadan Peruya miqrasiya
etmiş olmeklər özləri ilə əsas etiqad obyekti yaquar totemini gətirmiş və əhali
arasında yaymışdılar.Parakas mədəniyyəti e.ə I minillikdə Perunun cənub sahilində
formalaşmışdır. Çavin və olmek mədəniyyətlərindən bəhrələnib Parakas cənubi
Amerikanın aborigenlərinin tarixində dərin iz qoymuşdu. Parakas sözü ando-
ekvatorial dillərindən tərcümədə “Qumlu yağış”mənasını verir. Parakas
mədəniyyəti ardınca e.ə.II əsrdə Naska  mədəniyyəti meydana gəlir. Bu
mədəniyyətin daşıyıcıları Perunun cənub düzənliklərində məskən salmışdılar. Bu
sivilizasiyanın mərkəzləri İka və Naska çaylarının sahillərində yaranmışdır.
Naskalılar əkinçilik mədəniyyətini yaxşı mənimsəmişdilər. Həmçinin yeraltı
quyular- kəhrizlər sistem vardı.Naska şəhərlərində evlər çiy kərpicdən
tikilmişdi. Qədim Peru sakinləri maya və asteklər kimi  aqavadan kağız və maral
dərisindən perqament hazırlamağı bacarmadıqlarından piktoqrafik təsvirlərini
daşların üzərində həkk edirdilər.  Eramızın I minilliyin ortasında şimali Peruda
Moçika mədəniyyəti formalaşır. Moçika qəbiləsinin hinduları avropa
ekspansiyasının başlandığı dövrdə yaşayırdılar. Onlar haqqında ilk məlumatları
ispanlarla Peruya 16 əsrdə gəlmiş xristian missionerləri vermişlər. Morçika
mədəniyyətinin ilk elmi tədqiqatı Maks Ulenin adı ilə bağlıdır. Moçika hinduları
şimali Peruda sahil boyu məskunlaşmışdılar. Onlar suvarma əkinçiliklə məşğul
olaraq . Əkin sahələrində kartof, pomidor, batat, çili istiotu, darçın, ananas, paxla
və qarğıdalı becərirdilər.Dövlətin başçısı həm də ali kahinin vəzifəsini yerinə
yetirməli idi. Yerlərdə “alalke” rütbəsini daşıyan məmurlar
fəaliyyət göstərirdi Bu mədəniyyətin möhtəşəm tikililəri Günəş və Ay ehramları
olmuşdu.Ümumiyyətlə Moçika mədəniyyətinə xas olan 57 ehram
üzə çıxarılmışdı.Animistik inanclar geniş yayılmışdı. Gölləri, dağları, ağacları,
daşları müqəddəs sayaraq onların ruhuna sitayiş edirdilər. Bu ruhları “uaka”
adlandırırdılar.Moçika mədəniyyətindən sonra qədim Perunun tarixi səhnəsində
Tiauanako mədəniyyəti peyda olur. Tiauanako şəhəri Boliviya respublikasının
ərazisində  mövcud olmuşdur və Çavindən sonra ikinci and mədəniyyəti kimi
tanınmışdır. Tiauanako şəhərinin tikililəri cilalanmış daş plitələrdən
ucadılmışdır.Dünyanı yaradan Virakoça- Kon-Tiki tanrısı idi.1531-ci ildə İspanlar
İnk dövlətinə qədəm basanda Paçakamak məbədinin sərvətləri haqda xəbərdar
idilər. Vaxtilə Moçika hindularının ulu vətəni olmuş Moçe vahəsindən Perunun
şimal torpaqlarına Takaynanonun başçılığı altında Çimu hinduları miqrasiya
etdilər. Çimu əslində hökmdarların daşıdıqları rütbəni bildirən məfhumdur. Çimu
dövləti ekspansiyalar nəticəsində sərhədlərini xeyli genişləndirir. Çimu güclü və
mərkəzləşdirilmiş dövlət idi. Dövlətin vilayətlərini canişinlər idarə edirdi.
Hökmdarlar qonşu ink dövləti ilə iqtisadi əlaqələr yaratmışdılar. Dövlətin paytaxtı
Moçe vahəsində ucaldılmış Çan-Çan şəhəri idi.Şəhərin xarabalıqlarında indiyə
qədər möhtəmşəmliyi ilə seçilən 2 ehram vardır. Dövlətin ərazisində 50-dən çox
ehram aşkar olunmuşdur. Çimu dövlətində ali allah- ay sayılırdı. Günəşin
tutulmasını çimu hinduları ayın günəş üzərində qalibiyyəti, ayın tutulmasını isə
böyük fəlakət kimi qəbul edirdilər.İnsanların dini və təsərrüfat həyatı ay təqvimi
əsasında qurulmuşdu. Dövlətdə dulusçuluq nümunələri daha çox məişət tələbatına
uyğun hazırlanırdı,  Çimu hindularının təsəvvürlərinə görə insanlar yer üzərinə
səma cisimlərindən, ulduzlardan köçüb gəlmişlər. Ulduzlar insanların bir hissəsini
hökmdar, digərlərini isə rəiyyət kimi yaradıb.  Ölkənin iki əsas şəhəri var idi.
Kusko (yerin göbəyi) dəniz səthindən 3400 m hündürlükdə yerləşir. Digər mərkəz
Kito idi.  İnklər dövləti Tauantinsuyu adlandırmışlar.Hər vilayətin başında “Kapak
apu” adlı məmurlar durur, yerlərdə tukuyrikukilər idarə edirdi. “Kapak apu”lar
əyanlarla birgə sapa-inkanın yanında müşavirə səsinə malik olan Dövlət Şurasının
üzvü idilər, lakin sonuncu qərarı inka özü verirdi.imperiyasında sənətkarlığın bəzi
sahələri yüksək səviyyəyə çatdırılmışdı. Xüsusi ilə metalişləmə sənəti yüksək
inkişaf etmişdi.Toxuculuq sənəti çox sahəli idi.İnk dövlətində canlı mübadilə
gedirdi.Tacirlər- mindalalar ayrıca təbəqə təşkil edirdilər. İnk memarlıq sənətinin
ən möhtəşəm nümunəsi dağlarda ucadılmış Saksayuaman qalasıdır. İnklər 365
gündən ibarət günəş və 354 gündən ibarət olan ay təqvimləri yaratmışdılar. Ölçü
sistemi mövcud idi: baş və işarə barmaqlarının arasındakı məsafə- qarış uzunluq
ölçüsü idi. İnk dövlətində əyanların oğlanları 4 pilləli məktəblərdə təhsil alırdılar.
1-ci  il  keçua dilinin öyrənilməsinə sərf olunurdu; 2-ci ildə dini  görüşlər və
təqvimlərlə şagirdləri tanış edirdilər;  3 və 4- cü pillədə kipu yazısını öyrənirdilər.
Kipu yazı forması ancaq ink mədəniyyətinə məxsus olmuşdu. Kipu yazısını ancaq
kahinlər,əyyanlar və xüsusi təlim keçmiş kipukamayokilər oxumağı bacarırdılar.
Vaxtilə  inklərin (keçua və aymaraların) heroqlifyazıları olmuşdur. Keçua və
aymaralar zəngin folklor nümunələri yaratmışdılar. İnklərin hakimiyyətinə qarşı
üsyan qaldırmış Apu- Olyantayın qəhrəmanlığı haqqında pyes ən məhşur dram
əsəri idi.Aymara və keçualar ağaclar, bitkilər, pumaya, qartala, meymuna, şahin
quşuna sitayiş edirdilər və onları öz totemları sayırdılar. Nəslin ulu əcdadları –
uakaya sitayiş geniş yayılmışdı. Bu inancla əlaqədar olaraq ölüləri
mumiyalaşdırma adəti yaranır. İnk imperiyasında əsas  sitayiş obyekti Günəş- İnti
allahı idi. Sapa Luka onun oğlu və yer üzərində elçisi sayılırdı. Ana torpağın
ilahəsi Paçamama, qarğıdalı ilahəsi Saramama, kartof ilahəsi Pomamo adlanırdı.
Əhali onları qidalandıran torpağı və tərəvəzləri ilahələşdirib pərəstiş obyektinə
çevirmişdilər. İmperiyanın allahları sirasında dünyanın yaradıcısı Konye- İlyak-
Tiksi Virakoça əsas  yer tuturdu İnk loğmanları cərrahiyyə əməliyyatlarını
yerinə yetirirdilər.Hal-hazırda aymaralar Boliviya, Çili, Perunun sərhədyanı
torpaqlarında yaşayırlar. Katolik dinini qəbul etmişlər. Aymara dilindən başqa
keçua və ispan dillərində danışırlar. Sayları 2 mln 100 mindir. Keçua Peru,
Boliviya, Ekvador və Argentinanın şimal-qərbində məskunlaşıblar. Dini
etiqadlarına görə katolikdirlər. Sayları 13 mln-dan çoxdur
19.Mayya dövləti
Maya-Meksika və Mərkəzi Amerikada yaşayan hindu xalqları qrupunun
adıdıdır.Bu qrupa maya-yukaterlər (onları “ax-kex”-maral ovçuları adlandırırdılar).
Lakandonlar, çoli, çantali, seltali, çorti, çuxi, totiki, kiçe, xakalteklər, kakçikeli,
uspanteklər, mame, kekçi, pokoman, pokamançi və digər qruplar aiddir.Hal-
hazırda ümumi sayları 3 mln yaxındır, bunlardan 700-800 min maya-
yukaterlərdirX əsrdə Meksikadan əfsanəvi Kukulkanın başçılığı altında gəlmiş
tolteklər maya torpaqların işğal edir və Çiçen- İtsa  şəhərini paytaxt seçirlər. 1517-
1518- ci illərdə Yukatan yarımadasına ilk dəfə olaraq ispanlar qədəm basır.
Yukatanın işğalı 1527- ci ildən başlayır. Maya dili penuti dil ailəsinə daxildir.
Tropik meşələr zolağında yaşamış mayalar ispanların gəlişinə qədər kəsmə- tala
əkinçiliklə məşğul olmuşlar. Qarğıdalı, paxla, boranı, pomidor, çili- istiotu,
pambıq, tütün, vanil, çirin kartof- batat, kakao becərirdilər. Mayalılar Yukatanı
sahillərində dəniz duzunun toplanması və emalı, balıqçılıq və dəniz məhsullarının
yığılması ilə məşğul olurdular. Ev heyvanlarından yemək öynəsinə daxil olan  hind
toyuğu və it saxlayırdılar. Maya mədəniyyətinin ən görkəmli nümunələri pilləli
ehramlar, stadionlar, yollar, su anbarlarıdır. Dulus qabları əl vasitəsi ilə hazırlanır,
üzərinə müxtəlif üsullarla naxışlar vurulurdu. Mayaların bütün tikililəri torpaq,
palçıq və çınqıldan düzəldilmiş platformalar üstündə inşa edirdi, üzərinə
“Stilobat”- daş plitələr salınırdı. Maya qadınlarının geyimləri pambıq parçadan
sinə sarğıları, tunik biçimli qolsuz köynəklər, uzunətəkli tumanlar, aqava ya
dərindən hörülmüş sandalilər, qısa çiyin örtüyündən ibarət idi. Kişilərin geyimləri
bel sarğıları, qısa tumanlar və bürüncəklərdən ibarət olurdu. Mayaların yemək
öynəsinə qarğıdalı unundan sıyıqlar və köz üzərində bişirilmiş kökələr, tərəvəz,
hindtoyuğunun əti daxil olurdu. Arı balını su ilə qarışdırıb  içirdilər. Aqava
bitkisinin gövdəsinin şirəsini qıcqırdıb məstedici içki hazırlayırdılar. Boyakarlıq
sənəti saray sənəti səviyyəsinə ucadılmışdı. Freskalar sarayları və ehramları
bəzəyirdilər. Onlara qızıl və misin ərintisi (tumbaça) məlum idi, eləcədə misi qızıl
suyuna salmağı bacarırdılar. Şəhər-dövlətin başında duran ökmdar –“xalaç-vinik”-
böyük, əsl insan rütbəsini  daşıyırdı. Maya cəmiyyəti 4 kateqoriyaya bölünürdü1.
Ali təbəqə - əyyanlar, yüksək rütbəli məmurlar və kahinlərdən ibarət idi. Bunları
“almexoonob”, yəni ata-anası olan adamlar adlandırırdılar.2. II təbəqə - ax kinoob
(günəşin övladları) kahinlərdən ibarət idi.3. III təbəqəyə rəiyyət daxil idi. Bunlar
azad və müəyyən hüquqlara malik olan mayalardır. Onlar “masexualoob” adını
daşıyırdılar.4. IV təbəqəyə “pentakob” adlandırılan qullar aid idi. Nəsillər ata xətti
ilə müəyyənləşən ekzoqam birliklər idi. Nəsillər müəyyən totemlərin adını
daşıyırdı. Ən geniş yayılmış totem Balam (yaquar) çan (ilan), may (maral balası),
Pek (it idi).Mayalar dəqiq günəş və ay təqvimləri yaratmışdılar. Günəş təqvimi 365
gündən (18 ay hər birində 20 gün) ibarət olurdu. İlin sonuncu 5 günü bədbəxt
günlər sayıldığından adsız olurdu. Maya kahinləri vurma, bölmə, çıxma, üstəgəl və
digər əməliyyatları bilir, dünyada ilk olaraq  sıfr rəqəmini kəşf etmişdilər.
Totemçilik, aminizmla bağlı inanclar və mərasimlər əhalinin həyatiında mühüm
yer tuturdu. Mayalarda təbiət ünsürlərinə inanclar formalaşmışdı. Külək günəş,
yağış, torpaq, qarğıdalı allhları mayaların  yaratdıqları sakral panteonuna daxil
edilmişlər. Mərasimlər zamanı mahnılar ifa olunur. Müasir mayalar xristian dinini
qəbul etmişlər.
20)Aleutlar
İrq Böyük monqoloid Arktik budağı Dil Eskimos Aleut dil ailəsi ( Hindu
dili).Özlərini “unuqan” adlandırırlar, mənası insn deməkdir. Sayları 6700 nəfərdir.
Böyük Monqoloid irqinin arktik budağının nümayəndələridirlər. Aleut dili eskimos
aleut dil ailəsinə mənsubdur və 3 dialektə bölünür: 1)unalaşkin(şərq)
2)atkin(mərkəzi) 3)attuan(qərb) Aleutlar Asiyadan Amerikaya 10-12 min il əvvəl
köçüb gəlmişlər. Əsas məskunlaşma yerləri Aleut adaları, alyaskanın cənub qərbi,
rusiya federasiyasının komandar adalarıdır. Aleut adaları alyaskanın adalarından
kamçatkaya qədər uzanan,uzunluğu təxminən 1800 km olan adalar silsiləsidir.
Aleutlar ölkəsini “küləklər məskəni”adlandırırlar.Aleutların tədqiqi hələ18 ci
əsrdən başlamışdı. 1741 ci ildə berinq eksoedisiyasinın iştirakçıları Steller,
Çirikov,Sariçev maraqlı məlumatlar tapmışdılar.Aleutlar dəniz heyvanlarının ovu
və balıqçılıqla məşgul olurdular. Orada dəniz suları donmadığından ov ilboyu
davam edirdi. Suiti,dəniz pişiyi, delfin və heyvanlar ovluyurdular. Qarpunatan alət
qarpun, nizə, dəyənək alətləri dəniz ovuçuluğunda yararlı idi. Quşları ovlayanda ox
və kaman, atıcı alət bola və tələlərdən istifadə edirdilər.Yeməyi daş və ağac, Axta
adasında isə dəmir qablarda bişirirdilər. Balıq və əti çiy yeyirdilər,duzlayır və
qurudurdular.Yaşayış evləri qazmalar idi. Qazmalarin divarları balina sümüyü ilə
bərkidilir, arasına ağac dirəklər qoyurdular. 19 cu əsrdə giriş qazmalarda yam
tərəfdən idi. • Aleutların geyimi uzunətəkli, uzunqollu, kapşonsuz biçilirdi.
“Parka”adlı bu geyimi kişilər üçün dəniz quşlarının dərisindən tikirdilər. Təxminən
300 400 quş dərisindən istifadə olunurdu. Parkanın üstündən isə nerpa dəniz
heyvanının bağırsaqlarından tikilmiş kamleyka geyinirdilər. • Qadın parkası dəniz
pişiyinin dərisindən biçilirdi. • Siravi aletlar üstüaçıq papaq, əyyanlar isə
konikformalı papaq qoyurdular. • Aleutlar arasında tatuirovka adəti var idi. Alimlər
bu adətin animistik görüşlərlə bağlı olduğunu deyirdilər. • Aleutların mədəniyyəti
eskimoslar kimi neolit səviyyəsində idi. Onlar əsasən ağac, daş emal edərək
müxtəlif alətlər hazırlayırdılar. • 18 19 cu əsrin əvvəllərində aleutların ictimai
quruluşu ana nəslindən ata nəslinə keçidlə səciyyələnirdi. Lakin burada ana
nəslindən olan bəzi adətlər qalırdı:qonaqpərvər heterizm,qadınların müvəqqəti
dəyişdirilməsi və.s • Aleutlar əmlak və sosial təbəqələşmə nəticəsində qulçuluq
yaranmışdı. Qulçuluq irsi idi. Lakin qul qadınının azad kişidən dünyaya gələn
övladı azad sayılırdı. Varlı adamların dəfni zamanı qullar dəfn edilirdi. Bu isə dini
inanclardan irəli gəlirdi. • Aleutlarda əmlak və sosial təbəqələşmənin meydana
gəlməsinin səbəbləri: • 1. Aleutların təsərrüfatlarının rentabel olması • 2. Aleutların
çukça və hindularla daimi mübadiləsi • 3. Aleutların silahlı dəstələrinin mütəmadi
qonşu xalqlara hücum etməsi və hərbi qənimət qazanmaqları olmuşdur.
21)Şimali Amerika şimal-qərb sahillərinin oturaq balıqçıları-
Tlinkit və haydalar -na-dene, cinuk və şimsianlar-penuti, kvakiyutli,nutka, bela
kula və selişlər-alqonkin mosan dil ailələrinə mənsubdurlar. İrq- Monqoloid.Bu
tarixi etnoqrafik vilayətin hüdudları alyaskanın sahillərindən kolumbiya çayına
qədər böyük bir ərazidə məskunlaşmışdılar. Bunların təsərrüfatının əsasınl çay
balıqçılığı təşkil edirdi. Qızıl balığın müxtəlif növlərini torlar, tilovlar, qarmaql
ovlayır, çay sularında bənd qururdular. Ov və əmək alətlərini daşdan, ağacdan,
heyvan sümüklərindən istehsal edirdilər.Onlar dəniz sahillərində morj, balina, suiti
ovlayırdılar. Nutka qəbiləsinin hinduları balina yağını başqa qəbilələrlə mübadilə
edirdilər. Sənət sahələrindən bir qrup hindular daş və ağacişləmə, dərilərin
aşılanması, metalişləmə, silahsazlıq sənəti yaxşı inkişaf etmişdi. Oturaq balıqçılar
təsərrüfatda qul əməgindən geniş istifadə edirdilər. Onlar balıqların emalı, ev
işlərinin yerinə yetirilməsində iştirak edirdilər.Geyimləri uzunətəkli, uzun saqqallı,
uzunqollu sancaqlarla bəzədilmiş, azılanmış maral dərisindən biçilmiş geyimləri
var idi. Varlı əyanlar çiyinlərində xəz, yaxud it tükündən toxunmuş örtüklər
gəzdirirdilər.19 cu əsrin əvvələrində bu ərazinin hindularında ata nəslinin
formalaşmasl gedirdi. Lakin ana nəslinə xas olan adətlər hələ də aradan
çıxmamışdı. Tlinkitlər və simşianlarda qohumluq ana xətti ilə hesablanırdı,əmlaka,
totemlərə şəxsi adlara varislik bu qayda ilə müəyyənləşirdi, lakin nigahlar
patrilokal xarakterli idi. Nutka və selişlərdə partiarxal normal bərqərar olsa da,
avankulat adəti icra olunurdu. Sororat,levirat, kros kuzen nigahları bağlanırdı.
Tlinkit,hayda,simşianlar,kvakiyutlilərdə fartriyalara bölgü qalmaqda idi. Eyniadlı
fratriyalar qarşılıqdı ekzom olurdu. Fratriyalar nəsillərə, onların hər biri isə öz ulu
əcdadının toteminin adını daşıyırdı. Ən böyük nüfuzlu ailə qəbilə başçısı sayılırdı.
Onların yanında nüfuzlu hindulardan və bacarıqlı döyüşçülərdən ibarət şura
fəaliyyət göstərirdi. Şurada təsərrüfatla bağlı məsələlər həll edilir, sülhün
bağlanması, hərbi yürüşlərin başlanması və s məsələləri nəzarət altında saxlayırdı.
Potlaç adəti: bu nutka hindularının dilində hədiyyə vermək mənasını ifadə edir. Bu
mərasim zamanı süfrə açılır, qonaqlar rəqs edir və şənlənirdilər. Potlaçı təşkil
edənin qphumları ona bu işdə yaxından kömək edir və hədiyyə toplamaqda kömək
edirdi. Daha sonra isə hədiyyələdi qonaqlara paylamlı idilər. Öz qohumlarıda
onlardan hədiyyə ala bilərdilər. Əmlak bərabərsizliyinin yaranmasından sonra
qohumlar bu hüquqdan məhrum oldular.Bu adət haqda ilk məlumatı F. Litke
vermişdir. Oturaq balıqçıların dini görüşlərində totemçiliklə bağlı dini görüşlər
formalaşmışdı. Onların təsəvvüründə su, torpaq və səmanı heyvan cismində
qüvvələr idarə edur. Hər bir nəsil müəyyən totemlə bağlı idi. Bundan başqa
magiyaya inam bəsləyirdilər,yardımçı ruhlar və sənətkarlığı himayə edən ruhlara
inam formalaşmışdı. Günəşə geniş sitayiş yayılmışdı. Bütün dini ayinləri şamanlar
və qəbilə başçıları idarə edirdi. Hindularda ata nəsli formalaşsa da ana nəslinin
qalıqları sororat levirat,kroskuzen nigahlılarda,avankulat adətində,qohumluğun ana
xətti ilə hesablanmasında özünü biruzə verirdi. Nigahlar həm matrilokal həm də
patrilokal olmuşdu. Lakin qadınlar öz hüquqlarını tədricən itirirdi. Onlar şura
toplantıları,ziyafətlərdə iştirak etmək hüququnu itirmişdi. Hətta həyat yoldaşı ailə
sədaqətini pozduğuna görə qadını evdən qova bilər, qula belə çevirə bilərdi.
Hazırda bu qrup hindularının sayı: 1. Simşianlar-ABŞ-30,Kanada- 2 min 2.
Kvakiyutli 1 min Kanada da 3. Çinuk 300 nəfər ABŞ 4. Penuti 8 min ABŞ 5.
Hayda 1 min Kanada da 6. Tlinkitlər 1 min ABŞ, Kanada 7. Selişlər 20 min ABŞ
da,1 min Kanada da Hindular 3 qrupa bölünür: 1. Şimal-tlinkitlər, hayda,şimsianlar
2. Mərkəzi--kvakiyutililər,nutka, bela-kula. 3. Cənub-selişle və cinuklar
22.Madaqasqar xalqları
Madaqaskar krallığının adı ilk dəfə 1817-ci ildə çəkilib. 1960-cı ildən müstəqil
respublikadır. Paytaxtı Antananarivu şəhəridir. Ərazisi 596 min km2-dir, 6 əyalətə
- faritanlara bölünür. Ölkəyə Nusi-Be, Nusi-Lava, Sent-Mari adaları aiddir.
Əhalinin sayı 25,6 mln. nəfərdir. XIV əsrdə adanın mərkəzində İmerina dövləti
meydana gəlir. XVI-XVII əsrlərdə adanın müxtəlif yerlərində Betsimisaraka,
Betsuleu, Sakalava dövlət qurumları yaranır.1885-ci ilə qədər Madaqaskar
Fransanın siyasi qəyyumluğu altına düşür. Dövlət dilləri malqaş və fransiz
dilləridir. Əhalinin əksəriyyəti (98,9%) malqaşlardır, Malqaş dili malay-polinezya
dil ailəsinin tərkibindədir. Madaqaskarın arxaik əhalisi çox güman ki, Şərqi
Afrikanın xalqlarından antropoloji cəhətdən fərqlənmirdilər. Onlar koysan və
həbəş irqlərinə aid olmuşlar. Uzun müddətli müxtəlif mənşəli etnik elementlərin
qaynayıb-qarışması və dövlətlərin mövcudluğu nəticəsində malqaşlar arasında
dialekt, məişət və mədəniyyətlərinin xüsusiyyətlərinə görə fərqlənən çox saylı
etnoqrafik qruplar formalaşmışdır.  Ən böyük etnoqrafik qrup – imerinadır (xuva,
merina). Əhalinin 97,8% malqaşlardan ibarətdir. Madaqaskar aqrar ölkədir, 82%
kənd təsərrüfatı sektorunda çalışır. Madaqaskarın zəngin təbii sərvətləri vardır:
qızıl, kobalt, nikel, titan, dəmir, qiymətli daşlar-sapfir, yaqut və.s. Adanın flora və
faunasının 80% endemikdir.| Burada 19 min bitki növü, o cümlədən 1000 növ
orxideya vardır. Savannalarda baobab və palmalar bitir. Madaqaskarın fauna aləmi
çox zəngindir, Lakin ciddi mühafizəyə ehtiyacı vardır. Ölkədə çəltik istehsal
olunan torpaqlar 50% təşkil edirlər. Banan, qağıdalı, şirin kartof, ananas, avokado,
araxis, paxlalı bitkilər, kakao, kokos qozu, qəhvə, manqo, istiot, şəkər qamışı,
tütün, pambıq, ədviyyatlardan darçın, vanil, mixək yetişdirilir. Tərəvəzçilik sahəsi
yaxşı inkişaf edib. Əmək aləti anqadi adlı beldir. Maldarlıq təsərrüfatında keçi, iri
buynuzlu mal-qara, zebu, qoyun, donuz, quşçuluq (hind toyuqu, toyuq, ördək)
saxlayırlar. Sahil boyu sənaye balıqçılığı inkişaf etmişdirToxuculuq,həsirçilik,
oyuncaqlar və suvenirllərin, tikmələrlə bəzədilmiş süfrələr və ipək parçalar,
zərgərlik, batika , dəmirçilik, dulusçuluq inkişaf edir. Malqaşların ənənəvi evləri
dörd künc, dairəvi, hündür çatlı damlı formadadır. Çiy ya bişmiş kərpicdən tikilib.
Şimal sahillərində ağacdan tikilmiş dirəkli evlərdir. Cənubda qamış evlərdir. Hər
bir evin həyətində yaxud otağında əcdadların ruhuna həsr olunmuş minbər qurulur.
Milli geyimləri kişilərdə “salaka”adlı bel sarğılarından, qadınlarda qısa ətəklərdən
ibarətdir. Yemək öynəsi-tərəvəzdən, istiotlu əlavələrlə hazırlanan bişmiş düyüdən
ibarətdir. Bəzən düyü ev quşlarının əti və balıqla yeyilirdi. Sosial təşkilatın əsasını
kənd icması təşkil edirdi (fukunuluna). Qərbdə və cənubda böyük ailələr
mövcuddur. Qohumluq ata xətti ilə aparılır. Antadruilərdə levirat və krozkuzen
nigahları qalmışdır. Zəngin folkloru; əfsanələr, nağıllar, zərb misallar, atalar
sözləri, mahnılar, simli alətlər (bambukdan), təbillər. . Malqaşlar arasında ənənəvi
dini görüşlərin (totemçilik) geniş yeri vardır -əhalinin 45% bu dinlərə bağlıdır.
Sakalava, bara, maxafali, tsimixeti qrupları bu dinlərə bağlıdılar. Əhalinin 40%
xristiandir (katolik və protestant). Bunlar imerina, betsileu, bernozanu,
betsimisaraka, antadrui qruplarıdır. Müsəlmanlar əhalinin 7%-ni təşkil edirlər.
Bunlar sakalava, antakarana eləcədə hindistanlılar, pakistanlılar, ərəblər və
malaylardır. Ölkədə bir sıra afro-xristian (sinkretik) kilsələr fəaliyyət göstərir.
 23)Cənubi Afrika xalqları
Cənubi Afrikaya Namibiya, Svazilend (2018-ci ildən Esvatini, tərcümədə “svazilər
ölkəsi” deməkdir), Botsvana, CAR, Mozambik. Burada 40 mln çox əhali yaşayır,
ərazisi 3,2 mln kv km. Aborigenlərin əksəriyyəti bantu dillərində və koysan
dillərində danışırlar. Afrikada ilk avropa kolonistləri Hollandiyanın Ost-Hind
kompaniyasının əməkdaşları olmuşlar. 1652-ci ildə kolonistlərin kiçik qrupu Kap
koloniyanın əsasını qoydular, mərkəzi Kapştats (Keyptaun) şəhəri olmuşdur. Bu
şəhər Hollandiyanın İndoneziyadan Avropaya apardıgı ticarətinin mərkəzi idi.
Kolonistlər – hollandlar, almanlar, fransızların əksəriyyəti protestant olmuşdur.
Onlar fermer təsərrüfatları yaratmışdılar, bütün kolonistləri “bur” adlandırıblar,
“bur” holland dilindən tərcümədə kəndli deməkdir. Kolonistlər arasında
“afrikanes” adlı dil yaranıb, geniş yayılmışdır. Burlar az bir zaman ərzində geniş
torpaq əraziləri ələ keçirtmişdilər. Burlar – fermerlər yerli əhalidən təcrid olunmuş
ərazilər yaratdılar. Belə yaşamaq sistemi “aparteid” adlanır, yəni “ayrı, təcrid
olmaq” deməkdir. Burların təsərrüfatında Şərqi Afrika, Hindistan, İndoneziya,
Madaqaskardan gətirilmiş qulların əməyindən istifadə olunurdu. Kolonistlərin bir
çoxu Cənubi Afrikaya ailəsiz gəldiyinə görə öncə onlara yerli koysan qadınları ilə
evlənməyə icazə verilirdi, lakin qadın xristianlagı qəbul etməliydi. 1685-ci ildə
qəbul olmuş qanuna uygun olaraq artıq avropalılar bə qul qadınlarla nigahlar
qadagan edilmişdi, baxmayaraq ki, nigahdan kənar əlaqələr davam etməkdə idi. Bu
izdivacdan dogulan uşaqlar azad sayılır, bir qayda olaraq koloniyada yaşayırdı,
avropa mədəniyyəti bə dili öyrənirdi. 1795-ci ildə İngiltərə Cənubi Afrikanın
işgalına başlayir. 1806-ci ildə Kap koloniyasını işgal edir. 1814-cü ildə Vyana
konqresi İngiltərənin Kap koloniyası üzərində sahibliyini təstiqlədi. Kap
koloniyasında ingilis kolonistləri məskunlaşdılar. İngiltərə burada qulçulugu ləgv
edir, kontinentlər arası ticarəti nəzarətə alır. Cənubi Afrikanın yerli xalqlarından
biri zuluslardır. Sayları 11 mln nəfərdir. CAR-ın (Kvazulu – Natal) əyalətində
yaşayırlar. Kiçik qrupları Svazilend, Lesoto, Zimbabve, Zambiya və Mozambikdə
yaşayır. CAR-da aparteid dövründə ən iri etnik qrup olduqlarına baxmayaraq 2-ci
dərəcəli insanlar kimi qiymətləndirirdilər. Zulusların dili – zunda bantu dil
qrupuna daxidir. Zənci irqinə aiddilər. Zuluslara qohum olan etnoslar – kosa, svazi,
matabele, ntoni. Etnonimləri – ama Zulu – “səma övladları”. Zulusların ərazisi
1824-cü ildə 20 min kv.km təşkil edir, sayları isə 250 min nəfər olmuşdu. Hərbi
qulluga 20-40 yaş arası bütün kişilər çagırılırdı. Hərbi dəstələr – “amabuto”
ordunun əsasını təşkil edirdi. Nizam-intizamı pozanlar ölümə məhkum
olunurdular. Hərbi qulluq çəkən müddətdə qadın və kişilərin qarşılıqlı
münasibətlərinə çiddi qadagalar qoyulmuşdu. Bütün qızlar ayrı “amabito”
tərkibində biləşmişdilər. Çakanın xüsusi sərəncamı olmadan qadınlar və kişilərin
“amabuto”ları arasında nigahdan kənar əlaqələrə görə ölüm cəzası verilirdi.
Ancaq hərb işində qəhrəmanlıq ğöstərmiş əskərlər və hərbi qullugu başa çatdırmış
veteranlar nigaha qura bilərdilər. Zulusların silahları 1,5 m uzunlugu olan agac
karkasın üzərinə qurudulmuş öküz dərisi çəkilmiş qalxan və asseqay adlanan
nizədən ibarət idi. Dinc həyatda belə hərbi məşqləri davam etdirirdilər. Zulus
ordusu Cənubi Afrikanın ən möhtəşəm ordusuna çevrilmişdi. Zuluslar baş allah
yaxud səma allahı – Unkulunkuluya inam bəsləyirdilər. Onu zulusların ulu əcdadı
sayırdıar. O, insanlara odu əldə etmək, əmək alətlərindən istifadəsini, torpagı əkib-
becərilməsi və mal-qaranı bəsləməyi qaydalarını öyrətmişdi. Zulusların dini
görüşlərində animizm, ölülərin ulu-əcdadların ruhuna sitayiş geniş yayılmışdı.
Onlar nəslin, icmanın tam hüquqlu üzvləri sayılırdı. Zulusların tarixi vətəni –
Kvazulu-Natal, zuluslar özlərini isə Zululənd adlandırırdılar. Zulusların yaşayış
məskənləri və yaşayış evləri “kraal” adlanırdı. Evlər yarımdairəvi formada
çubuqlardan qurulurdu. Çubuqları bir-birinə kəndirlə birləşdirirdilər. Qapı əvəzinə
qalxan qoyurdular. Məskənlər agac hasarla əharə olunurdu, mərkəzində mal-qara
sürülərini saxlayırdılar. Evlərin döşəməsinə peyinlə palçıgı qarışıgı çəkilirdi ki,
həşəratlar insanlara əziyyət verməsin. Döşəməyə həsir salınırdı, onun üstündə
yatırdılar. Ev ləvazimatı dərindən hazırlanırdı. Ölənləri məskəndə dəfn edirdilər,
cünki hesab edirlirdi ki, heyvanlar ölənlərin ruhunu qoruyullar. Zuluslar iri
buynuzlu mal-qara saxlayırdılar. Sürülərə kişilər və yeniyetmələr qulluq edirdilər.
İnəkləri ancaq kişilər sagırdı. Əkin sahələrində qadınlar torpagı toxa ilə stehsal
edib darı, qargıdalı, sorqo, tərəvəz yetişdirirdilər. Həmçinin qadınlar yıgıcılıqla da
məgqul idilər. Həsirçilik, dabbaqçılıq, agacişləmə, dulusçuluq, dəmirçilik sənət
sahələri inkişaf edirdi. Dəmiri sobalarda əridib nizə ucluqları, bıçaqlar
hazırlayırdılar. Geyimləri dəridən bel sargıları və önlüklər, “karos” adlanan çiyin
örtüklərindən ibarət idi. Qəbilə başçıları çiyinlərinə bəbir dərisi salırdılar.
Yeməkləri sorqo və qargıdalıdan sıyıqlar, tərəvəzlər, süd, darı pivəsindən ibarət
olurdu. Nəsillər ekzoqam idi. Böyük patriarxal ailələr mövcud idi. Hər bir belə
ailənin ayrıca kraalı olurdu. Poliqam nigahlar geniş yayılmışdı. Hər arvad üçün
ayrı əkin sahəsi ayrılırdı.
24.Şərqi Sudan xalqları
Şərqi Sudanın ərazisi 2,5 mln km2 bərabərdir.Sudanda əhalinin sayı 42,9 mln,.
Şərqi Sudan tarixi Misir və Həbəşistan xalqlarının tarixi ilə sıx bağlıdır.E.ə IV-III
minilliklərdə hökmdarlar Nubiyaya fil sümüyü, qızıl, qullar, heyvan dəriləri. ətir,
dəvə quşu-straus lələkləri əldə etmək üçün ekspedisyalar təşkil edirdilər.Onlara
misirlilər “nexsi” deyirdilər. XVIII sülalənin hökmdarları (e.ə. 1580-1350)
Nubiyanı ələ keçirdilər və buranı   Misir canişini idarə etdi. Nubiyda Misir
mədəniyyəti; dil, yazı, memarlıq, din yayılır. E.ə XII əsrdə Nubiyada müstəqil
dövlətlər meydana gəlir - Napat quldar dövləti. Napatda qızıl mədənlərində, əkin
sahələrində minlərlə qul çalışırdı. E.ə. 840-cı ildə Napat hökmdarları Memfis
şəhərinə qədər bütün Yuxarı Misiri, sonra isə bütün Nil vadisini işğal etmişdilər.
Lakin çox keçməmiş əldə etdikləri əraziləri  itirmişlər və paytaxt Napat şəhərini
Meroye şəhərinə köçürmüşlər, . Meroye dövlətinin çiçəklənmə dövrü e.ə. I-III
əsrlərə təsadüf edir. Bu dövrdə kənd təsərrüfatı,sənətkarlıq, xüsusilə toxuculuq
intensiv inkişaf edir. Meroye mədəniyyətinin Misir mədəniyyəti ilə fərqli cəhətləri
var. Belə ki, onlar əlifba yazısı yaratmışlar. E. 24-cü ilində Napata romalılar
soxulublar. E. 350-ci ilində Aksum hökmdarı Eyzan Meroye dövlətini işğal etmiş
və talamışdır. XIX əarin əsrin astanasında Şərqi Sudanda iki qüdrətli sultanlıq
mövcud idi. Qərbdə Darfur, Şərqdə Sennar.  Darfur sultanlığında kotan əkinçiliyi,
çəltik, darı, buğda, bostan bitkiləri, iribuynuzlu mal-qara, davar yetişdirirdilər.
Darfurun avtoxton əhalisi zənci irqinə mənsub olan darqo tayfası idi. XVI-XVII
əsrlərdə Darfura bəni-hilal ərəbləri gəlmişlər.XIX əsrin ortalarında artıq bütün
əhali ərəb dilinə keçmişdir.Darfur qonşu ölkələrlə sıx ticarət əlaqələri
yaratmışdır.Misirdən qullar,fil sümüyü, emu (dəvəquşu) lələkləri
gətirilir. Darfurdan silah, qiymətli əşyalar aparılırdı.XVII əsrdə İslam dini dövlət
dini səviyyəsinə yüksəldi.
25)Məğrib, Liviya və Misir xalqları
Afrika 9 tarixi etnoqrafik vilayətə bölünür. Onlardanda da 2si Məğrib, Livya və
Misirdir. Məğrib bölgələrinə Əlcəzair,Mərakeş,Tunis,Liviya daxildir.Linqivistik
baxımdan sami-hami dil ailəsinə daxildir.Əlcəzair iki hissəyə bölünür.Əlcəzair və
cənub əraziləri .Əlcəzair Aralıq dəniz sahillərini,Kabil dağını,Atlas dağının ucqar
vilayətlərini əhatə edir.Saxara bölgəsi Cənubi Əlcəzairə daxildir.Saxara ölkənin
87%-ni təşkil edir.Əlcəzair 1830-1962-ci ilə qədər Fransanın müstəmləkəsi
olmuşdur.48 vilayətə bölünür.Şəhər sakinləri 64% təşkil edir.Saxarada 2 mln
bədəvi yaşayır.Onlardan 70%-i əkinçilik, qalanları köçəri və yarımköçəridir.Yerli
əhali burada bərbərlərdir.VII-VIII əsrlərdə buraya ərəb tayfalarının kütləvi köçü
başlayır.Bunlar bəni-hilal və bəni-süleym tayfaları olmuşdur.Əlcəzair əhalisi islam
dininin sunni təriqətinə bağlıdırlar.Lakin buna baxmayaraq Şimali Afrikada
bədəvilər müqəddəs yerlərə bulağa,ağaca, insanın ruhuna inanırdılar.Ərəblər
buraya miqrasiya etməmişdən əvvəl  bədəvilər günəşə, aya, ulduza, sitayiş edir, atı,
dəvəni qurban kəsirdilər.
 MərakeşƏhalisi 36 mln
Dövlət dili Ərəb Konstitusiyalı monarxiyadır.1912-1956-cı illərdə Fransa və
İtaliyanın qəyyumu olub. 2 şəhər prefakturası mövcuddur;rabad və
kasablanka.Paytaxtı Rabatdır.Şəhər sakini 43%-dir.Köçəri və yarımköçəri əhali 2
mln-dır.1912-ci ildə ölkə ərazisi 3 hissəyə bölündü.1)Fransızlara məxsus ərazi
2)İspanlara məxsus zona; 3)Beynəlxalq ərazi –Tanjer, Mərakeş ərəbləri 74,2%-
dir.Bədəvilər bir neçə qrupa bölünür; şlyoxlar,tamazxitlər, riflər.Riflər arasında ən
böyük tayfa bəni-səiddir.Bərbərlər ölkənin 25%-ni təşkil edir.Bərbər dilində
əhalinin 13% danışır.
TUNİS Avstroloid irqi zənci əlamətləri
Dövlət dili ərəb dili
Tunis 1881-ci ildə Fransa siyasi qəyyumluğu altına götürmüşdü. Tunis 1956-ci il
tarixinə qədər protektorat olmuş və bundan sonra müstəqillik əldə etmişdi. İnzibati
baxımından ölkə 19 qubernatorluğa bölünür. Paytaxtı Tunis şəhəridir. Əhalisinin
sayı təxminən 10 mlndur. Ölkənin ərazisi 163,6 min kv.km. Şəhər sakinləri
əhalinin ümumi sayının 54% təşkil edirlər. Tunisin cənub və cənub-qərbində,
köçəri və yarımköçərilər məskunlaşıblar. Əhalinin 97,3% tunis ərəbləridir. Tunis
etnosu bərbərlər və buranı VII-XI ə.ə. əsarəti altına almış ərəblərin qaynayıb-
qarışmasından formalaşıb. Bədəvilərin kiçik  bir hissəsi dağlıq bölgələrinə sıxışmış
matmata və varqamma qəbilələri doğma dillərini saxlamışlar.Dövlət dili ərəb dili
də olsa,fransız dili məişət dili kimi istifadə olunur. İslam dininin sünni təriqəti
dövlət dini kimi qəbul olunub.
 Liviya Əhali 6.8 mln
1951-ci ildə müstəqil oldu.1943-1951-ci illərdə İngiltərə və Fransa idarəçiliyi
altında idi. 25 dairəyə bölünür, 3 əyalət mövcuddur. Şərqdə Kirinayıka, qərbdə-
Tripolitaniya. Paytaxtı Tripoli şəhəridir. Burada dövlət qurumları
mövcuddur.Əhalinin 57%-i şəhərlərdə yaşayır. Köçəri və yarımköçərilər 1
milyondur.Kirinayikada onlar əhalinin 70%-ni təşkil edir.Liviya ərəbləri əhalinin
ümumi sayının 83,8%-ni təşkil edir.Kirinayikada bərbərlərin konfederasiyaları,
marabutlar və saaditlər mövcuddur.İslam VII əsrdə yaranıb və əhali sunnidir.Ucqar
bölgələrdə  Cofra, Modşopa,Suayya,Tuareq və Nefusa tayfaları yaşayır.Şimali
Afrika üçün səciyyəvi təsərrüfat əkinçilikdir.Əsasən dənli bitkilər, sitrus
meyvələri, üzüm, zeytun, xurma ağacları, pambıq,meyvə ağacları yetişir.Torpaq
dəmir kavahınlı ağac xışlarla emal edilirdi.Toxadan, oraqdan dənli bitkiləri
xırmanda döyəndə beldən istifadə olunurdu.Maldarlıqda qoşqu heyvanları
bəsləyirdilər (öküz,at,qatır,dəvə) Məğrib ölkələri üçün kustar sənətkarlıq səciyyəvi
idi. Dabbaqçılıq, duluçuluq, xalçaçılıq, toxuculuq, zərgərlik, metalişləmə,
ağacişləmə, daşişləmə mövcud idi. Dulus qabları dulus çarxı olmadan istehsal
olunurdu. Maldarlar və əkinçilər zəruri olan ərzaqları mübadilə edirdilər. Evləri bir
mərtəbəli, yastı tavanlı, pəncərəsiz, bir otaqlı çiy kərpicdən tikilmiş evlərdır. Evin
daxili görünüşü sadə idi. Həsir torpaq döşəməyə salınırdı. Bədəvilər üzərinə keçə
salırdılar. Çadırlarda yaşayırdılar. Şəhərlərin mərkəzində meydan yerləşirdi. Şəhər
hissələrə bölünürdü;Yəhudi məhəlləsi, avropalı məhəlləsi, sənətkar məhəlləsi.
Kişilər uzunətəkli, geniş, ağ və ya tünd mavi köynəklər geyinirdilər. Bəzən
köynəklərin üstündən qolsuz gödəkcələr geyinirdilər. Soyuqda dəvə yunundan
burnus adlı çiyin örtükləri gəzdirirdilər.Qadınlar nazik yun parçadan tikilmiş
uzunətkli,tünd rəngli, cübbə adlı köynəklər geyinirdilər.Kəndlərdə qadınlar
üzüaçıq,şəhərlərdə isə çadır, rübənd örtürdülər. Yeməkləri bitki mənşəli
ərzaqlardan ibarətdir. Çörək- buğda və ya qarğıdalı unundan bişirilir,sıyıq
hazırlanırdı. Kartof, tərəvəz, pendir, meyvə, ayran yeməklərinə daxil idi.Ət
yeməklərini az yeyirdilər.
 Misir- Misirin ərazisi 1001,4min kv.km. Ərazisindən Nil çayı keçir ki, əhalinin
əkinçilik həyatı bütövlükdə bu çayın hər il baş verən lilli, əkin sahələrinin qat-qat
məhsuldarlığını artıran daşqınlardan asılıdır. Misir Afrikanın şimal-şərqində
yerləşir. Əhalinin sayı 56 mln. 98,8% Misir ərəbləridir. Misir milləti Ərəblərin,
koptlar və bərbərlərin qaynayıb-qarışmasından formalaşmışdır. Kopt-yunan dilində
misirli deməkdir. Sayları 6 mln. Qahirə, Asyute, Ahmime şəhərlərində yaşayırlar.
Koptlar məişətdə ərəb dilinin dialektində danışırlar.Misir aqrar ölkədir və
şəhərlərdə əhalinin 47% məskunlaşıb.Misirlilər maldarlıqla məşğul olur.
,qoyun, keçi, dəvə yetişdirirlər. Təsərrüfat işlərində atlasdan, kəllədən və
uzunqulaqlardan istifadə edilirdi.Kəndlilər torpağı toxa və ağac xışlarla şumlayır,
buğda, qarğıdalı,pambıq  becərirlər. Meyvəçilik sitrusların yetişdirilməsi
iqtisadiyyatda vacib yer tutur. Fil dişi üzərində nəqqaşlıq sənətində koptlar böyük
ustalıq göstərirdilər.
Şəhərdə yaşayış iki hissəyə bölünür aşağı mərtəbə kərpic və daşdan, yuxarı mərtəb
daşdan inşa edilir və çox vaxtı açıq eyvanı olur. Aşağı təbəqənin əhalisinin evləri
birmərtəbəli olur. Kənd evləri bir otaqlı, çiy kərpicdən ucadılmış tikililərdir.Kişi
geyimləri geniş belində kəmər bağlamış şalvarlar, pambıq köynəkdən, qış vaxtı
çiyinə salınan örtük-bürüncək-sudeyri, uzunluğu dizə çatan darayıdan qaftan
çalmadan ibarətdir. Qadın geyim  dəstinə geniş cütbalaq, köynək, dördbucaqlı şal,
geniş xalat biçimli geyimlərdən ibarətdir. Şəriət qaydalarına görə evdən bayıra
çıxanda qadınlar üzlərinə rübənd salmalıdırlar. Qadınlar çoxlu bəzəklər gəzdirirlər.
Fellahların geyimləri mavi ya ağ parçadan tikilmiş enli qollu tunik biçimli üst
geyim- qalabeya, açıq dabanlı başmaqlardan ibarətdir.Misirlilərin yemək öynəsi
qarğı, dalı, buğda, vələnir yarmasından bişirilmiş, kökələr və yuxadan, ayran,
tərəvəz, ət yeməklərindən ibarətdir. Gün ərzində qara, şəkərsiz qəhvə, çay içirlər.
Arpadan pivə hazırlanır. Burada toxuculuq, dulusçuluq, metalişləmə, daş və ağac
işləmə, dabbaqçılıq sənət sahələri inkişaf edib və bu gündə öz əhəmiyyətini
saxlamaqdadır. Misirdə ailə monoqamdır. Əyalətlərdə, xüsusilə bərbər məişətində
patriarxal münasibətlər və adətlər qorunub saxlanılır. Endoqam nigahlara, levirat
adətinə təsadüf olunur. Misirin dövlət dili ərəb dilidir ki, Qahirə və aşağı Misir
dialektlərinə bölünür. Ölkədə islam dininin sünni təriqətini qəbul etmişdir
26)Qərbi Tropik Afrika
Qərbi Tropik Afrika: Bu tarixi və etnoqrafik bölgəyə Konqo, Zair, Qabon, Angola,
Ekvatorial Qvineya, Ruanda və Burundi dövlətləri daxildir. Əhalisi 53 milyon
nəfərdir, 92% -i bantu dillərində danışır. Bantu ayrıca Baynarunda (9,5 milyon),
Barundi (6,9 milyon), bakongo (6,7 milyon), baluba (5,6 milyon), mongo (4,2
milyon) bantu, qalanları isə sudan dillərində danışır. Avropalıların gəlişindən əvvəl
burada dövlət qurumları var idi. Konqo ərazisində dövlət 14-cü əsrdə meydana
gəldi. Bakongo bu dövlətdə əsas xalq olsa da, həmçinin burada basundi, majobve,
bavili etnik qrupları yaşamışdı. Əkinçiliklə məşğul idilər: darı, şirin kartof, sorgo
və banan becərirdilər. Ovçuluq və balıqçılıq ikinci dərəcəli rol oynayırdı. Dəmir
uclu ağac toxalarla torpağı emal edirdilər. Sənətkarlıq sahəsində toxuculuq, dəmir
emalı inkişaf etmişdi. Dəmirçilər sehrbazlar, cadugər mənasını verən Ngangula
adlanırdı. Mis və qızıl emalı işləri dəmirçilərin əlində cəmləşmişdi. Kahinlər də
onların içərisindən seçilirdi. Ticarətdə palma liflərindən hörülmüş baş örtükləri və
balıqqulaqlarından istifadə edirdilər. Qullar pula ekvivalent olaraq ticarətdə da
istifadə olunurdu. Kənd əhalisi dövlətə vergi ödəyir və dövlət məmurlarının da
torpağını becərirdilər. Konqoda qullar var idi, hökmdar isə hakim təbəqə arasında
ən böyük quldar sayılırdı. Çara məxsus qullar qızıl və mis mədənlərində
çalışırdılar. Dövlət idarə işləri bütünlüklə “mfumuların” əlində cəmləşmişdi.
Konqo çarı onların arasından seçilirdi. Ən yüksək məmurlar “ngudiankama”,
vilayət rəhbərləri isə “manimfumu” adlanırdı. Bunların əksəriyyəti çarın yaxın
qohumları idi. Varislik əvvəl ana xətti ilə aparılırdı, yəni bacı oğlu dayının varisi
sayılırdı (avankulat adəti). Sonralar qohumluq ata xətti ilə hesablandığından artıq
varislık bilavasitə oğula keçdi. Luanda dövləti (15-17 əsrlər) Angola ərazisində
təşəkkül tapmışdı. Lunda çarı “muata-jambo” titulunu daşıyırdı. Ana xaqanlığı
hökm sürdüyünə görə taxta sahib olmaq üçün qan qohumları arasında evliliklər
olurdu. Beləlıklə, Luanda çarı öz doğma bacısı ilə evlənməli olurdu. Dövlət və
əyyanlar asılı qəbilələrdən, öz xalqından töpladıqları vergi və hərbi basqınlar
sayəsində varlanırdı. Kişilər öz bədənlərinə parça kəsiyi sarıyır və bellərinə eni 4-
10 barmaq enində qurşaq bağlayırdılar. Bayram geyimi - qara yun parçadan
hazırlanmış mukongo idi. Muncuq bilərziklər gəzdirirdilər, saç düzümü hörük
olmuşdu, quş lələkləri ilə bəzədilən baş geyimi geyirdilər. Qadınlar muncuqlu
bilərziklər taxırdılar və saçlarını dəbilqəyə bənzər formaya salırdılar. Şimalda
Bakuba və ya Bushongo əyaləti var idi. Əsas xalq bambala idi. Dövlətin başçısı
bambala qəbiləsindən idi və bu adı daşıyırdı. Piqmeylər: yunan müəllifləri Homer,
Herodot, Strabon piqmeylər haqqında ilk məlumatlar veriblər. Piqmeylər XVI-
XVII ə.ə. mənbələrində "Matimba" adl ilə qeyd olunublar. Bantu dillərində
danışırlar. Piqmeylər üç qrupa bölünür: aka, bambuti və baka. XIX ə. 70-ci
illərində alman təqdiqatçısı G.Şveyfurt aka piqmeyləri barədə, həmin əsrin 80-cı
illərində isə V.Yunker başqa piqmey qəbilələri haqqında məlumat vermişdir.
Piqmeylər neqril irqinə aiddilər, qadınların boyları – 135-140 sm; kişilərin boyları
140-145 sm olur. Təkçə aka piqmeylərinin boyları 150-155 sm çatır. Qabon, Zair,
Ruanda, Mərkəzi Afrika Respublıkasında yaşayırlar. Sayları 280 mindir. Bambuti
qəbiləsi: Konqo çayının sağ qolu olan İturi çayı sahillərində yaşayan bambuti
qəbiləsi daha yaxşı öyrənilmişdir, aka qəbiləsi də bu ərazidə yaşayır. Piqmeylər
ovçuluq, yığıcılıql məhsulları ilə dolanırlar. Ov edərkən tələlərdən və lianadan
hörülmüş torlardan istifadə edirdilər. Donuz, antilop, kəl və hətta vil ovlayırdılar.
Ox-kəmandan, zəhərli nizələrdən istifadə edirdilər. Qadınlar və uşaqlar göbələk,
qoz-fındıq, bitkilər yigirdilar. Od əldə etmək üçün çaxmaq daşından istifadə
edirdilər. Yemək ocağın üstündə bişirilirdi. Hündürlüyü 170 sm-dən çox olmayan
ağac və palma yarpaqlarındam qurulmuş komalarda yaşayırlar. Ən təcrübəli
ovçuların rəhbərlik etdiyi 40-50 nəfərlik icmalarda bölünürlər. Fransız alimi Vallua
Cənubi Kamerundakı baka qəbilələrini araşdırıb belə nəticəyə gəlmişdi ki, dilləri
aka və bambuti piqmeylərin dillərindən fərqlənir. Balta və dəmir nizə ucluqları
mübadilə yolu ilə aka qəbiləsindən əldə edilirdi. Qadınlar kiçik göllərdə balıq
tuturdular. İsveçrə alimi Kollman, insan nəslinin pigmeylərdən yarandıgını
söyləmişdir. Vatikan pigmeylərdə təkallahlıq – monoteizm, xüsusi mülkiyyət,
monoqamiyanın olduğuna dair yanlış fikirləri dəstəkləmişdi. Qərbi Tropik
Afrikada sinifsiz cəmiyyətdə yaşayan ən böyük xalqlardan biri azandelər idi, dilləri
sudan dil qrupuna aid edilir. Azandelər əkinçi xalq olmuşlar, torpağı toxa ilə
yumşaldırdılar. Batat, boranı, yams, banan, telebun decərirdilər. Telebundan sıyıq
bişirir və pivə çəkirdilər. Əsasən bitki mənşəli məhsullarla dolanırdılar. Kişilərin
geyimləri ağac qabığının liflərindən hazırlanırdı. Nəsli qəbilə əyanları antilop ya
pələng dərisindən bürüncək geyirdilər. Azandelər öz bədənlərini qara, qırmızı,
bəzə də ağ rənglərə boyayırdılar. Patriarxal qulçuluq var idi. Qarətçi yürüşlər
zamanı adətən qızları və uşaqları əsir alırdılar. Hörmə əşyalar, dulus çarxı istifadə
etmədən saxsı qablar hazırlayırdılar. Patriarxal ailələrdə atanın hakimiyyəri çox
güclü idi. Qızlar onun icazəsi olmadan ərə gedə bilməzdilər. Oğurluğa görə, ailə
sədaqərini pozmağa görə günahkarların qulaqlarını, dodaqlarını, burunlarını, əksər
hallarda barmaqlarını kəsirdilər. Döyüşçülər ox və nizə, bıçaqlar, qalxanlardan
istifadə edirdilər. Hazırda azandelərin sayı 3 mln. Zənci irqinə aiddilər.
27)Həbəşistan xalqları
Əhali sayı 112 mln. Dil Hami sami dil ailəsi-sami, kuşit, sarinıl budaqları.İrq
Keçid həbəş irqi ; zənci avropoid qarışıqı Afrikanın şimal-şərqində yerləşir. Ölkə
14 əyalətə bölünür, paytaxtı Ədis-Əbəba şəhəridir. ərazisi 1221,9 mni kv.km.
Həbəşistan heç vaxt Avropa ölkələrinin müstəmləkəsi olmamışdır. Dövlət dili
amarinyadan əhalinin 75% danışır. Ölkədə oromo və tiqrinya dilləri də geniş
istifadədədirş. Xristianlar ölkə əhalisinin 60% təşkil edirlər. Müsəlmanlar əhalinin
25% təşkil edir. Yerli kultlara əhalinin 7% bağlıdır. Ölkədə 30 min nəfər iudaizmi
qəbul edib. İudaizm buraya III-IV ə.ə sirayət edib. Həbəşistan aqrar ölkədir.
Əhalinin cəmi 16% şəhərlərdə məskunlaşıb. Bu günə qədər 3 mln əhali köçəri və
yarımköçəri maldarlıqla məşğul olurlar. Dövlət dili amxara-amarinya dili sayılır.
Sayca ən böyük xalq amxaralardır. Amxara- Sayt və Şoa vilayətində yaşayırlar.
XIV əsrdən başlayaraq amxara dili əyyanların və Saray dili olur. Amxara etnosu
həbəş millətinin formalaşması prosesində əsas rol oynayır .Hündür boylu, iri gözlü,
dərilərinin rəngi qəhvəyi, burunları düz, saçları dalğavari və azacıq qıvrımdır.
Üçence tük örtüyü orta dərəcədə inkişaf etmişdir. Həbəşistanda yaşayan əhali
müxtəlif dillərdə danışır. Hami-sami dil ailəsinin sami budağına amxara- 18 mln,
tiqrai-3,5 mln, quraqe-1,5 mln, tiqre800 min, xarari- 50 min, arqobba-30 min,
ərəblər-50 min dilləri daxildir. Kuşit budağına: Oromo-17.5 mln, Ometo- 1.1 mln,
Konso-150 min, saxo-120 min, Somali-700 daxildir. Şari-nil budağı: nuer- 100
min, berta-100 min, barea-30 min daxildir.Tiqre birliyi 30 qəbilədən ibarətdir.
Tiqre Eritreyada, vadilərdə yaşayırlar. Dənli bitki- teffa, buğda, paxlalı bitkilər, iri
və xırda buynuzlu malqar yetişdirirlər. Dəvəşilik qismən inkişaf edib. Sahil boyu
balıqçılıqla dolanırlar.Əksəriyyəti sünni müsəlmandılar. Tiqrelara etnik
baxımından yaxın olan tiqreyilər qədim Aksum dövlətinin yaradıcılırandan
olmuşlar.Suvarma əknçiliklə məşğul olaraq, dənli bitkilər yetişdirirlər. Kənd
yerlərində ənənəvi yaşayış evləri düzbucaqlı formalı, tavanın üstündə ağac
budaqları və küləş salınmış üstündən torpaq qatı səpilmiş, daşdan tikilmiş
tikililərdir. Belə evlər “hadja” adlanır. Nəsli münasibətlər mövcuddur.Tiqrayilərin
əksəriyyəti xristiandır. Bir hissəsi islam dininin sünni təriqətinə
tapınmışlar.QuraqeHəbəşistan mərkəzi və cənubi rayonlarında yaşayırlar. 65%
sünni müsəlman qalanları xristian və əksi inanclara bağlı olanlardır. Quraqelər bir
neçə müstəqil knyazlıqar yaratmışdılar. XIX əsrin sonunda onlar vahid Həbəşistan
dövlətinin tərkibinə qatıldılar. Xış və toxa əkinçiliklə məşğul olurdular. Sayları 1.5
mlyndır. Ədis-Əbəbə şəhərindən şimalda yaşayan arqobba süni suvarma istifadə
olmaqla xış əkinçiliyi ilə məşğuldular. Arqobbaların əksəriyyəti xristiandır. Bir
qismi islamın süni təriqətinə bağlıdılar. Xararilər Xarer, Ədis-Əbəbə və başqa
şəhərlərdə məskunlaşıblar. Dini etiqadlarına görə sünni müsəlmandılar. XVIIXIX
ə.ə Xarara əmirliyinin əsas qövmü olmuşlar. Hal-hazırda Xarer şəhəri şərqi
Həbəşistanda islam dininin əsas mərkəzidir. Xararilər ticarətlə, sənətkarlıqla
məşğul olurlar. 50 mindilır.Kuşit dilli xalqlardan olan oromo (qalla) Həbəşistanın
amxaralardan sonra sayca ikinci xalqdır. Oromolar qəbilələrə bölünürlər. Afar
yaxud danakil Həbəçistanın şimal-şərq və şimalında yaşayırlar. Afarlar bir neçə
feodal sultanlıqlar yaratmışlar, bunlardan ən böyüyü Ausa idi. Ausa vahələrində
əkinçilik sahələrinin inkişafı sayəsində dolanırlar. İri şəhərlərdə məskunlaşmış
afarlara ziyalılar təbəqəsinə aiddilər. Dini etiqadlarına görə sünni- müsəlmandılar.
Sayları 800 mindi. Həbəşistan riayət etdiyi kopt təqvimi qriqorian təqvimindən 7 il
və 8,5 ay geriyə qalır. Yeni il sentyabr ayının 11-dən başlayır. İl 13 aya bölünür, 12
ay hər biri 30 gündən ibarətdir və axırıncı ay 5 gündən ibarət olur. Sutka səhər saat
6-dan başalnır. Həbəşistanda həm müsəlman və həm də xristian bayramları qeyd
olunur. Həbəşistan əhalisinin ənənəvi yaşayış evləri çiy kərpicdən hörülür və
“qurbi” adlanır. Bəzi bölgələrdə aqdo adlanan evlərin divarları ağac
budaqlarındaan hörülür, üzərinə palçıqdan suvaq çəkillir. Varlıların evləri daşdan
inşa edilir. Tukulinin torpaq döşəməsi, mərkəzdə ocağı olurdu. Yataq üçün divar
boyu “anqa” adlanan ağacdan taxtlar qurulurdu, üzzərinə palas salınır və balınclar
qoyulurdu. Yoxsulların komalarında divar boyu “kermeder” adlanan taxtlar olurdu.
Damına küləş dəstələri salınırdı. Həbəşistan əhalisin geyimləri demək olar ki, eyni
kompleks təşkil edir. Kişilər dar, uzun pambıq parçadan şalvar, uzunətəkli,
boyunduruqlu köynək, “şamma” adlı çiyin örtüyü güyiimlər, qöş aylarında dəvə
yunundan toxunmuş “burnus”papaqlı bürüncəklər gəzdirirdilər. Ayaq geyimləri
dəridən sandalilırdir. Qadınlar geyim kompleksinə dar qollu uzun ətəkli köynəklər,
burnus və şamma daxildir, başlarına yaylıq bağlayırdılar. Qadın geymləri
tikmələrlə bəzədilir. Varlı qadınlar mis və qızıldan bızıkllər gəzdirirlər. Saç
düzümləri- çox saylı hörüklərdir. Həbəşistan xalqlarının təsərrüfat həyatı onların
yemək öynəsini formalaşdırıb. Əkinççilər mayasız kökələr, müxtəlif tərəvəzlə
qidalanırlar. Paxlanı yağda, ədviyyatlarla pörtüb “şuro” adlı təam hazırlayırlar.
Dənli bitkilərin unundan bişmiş kökələr –“incera” adlanır. Durra bitkisinin
dənlərindən məstedici içki hazırlanır, gövdəsi yanacaq, yarpaqları isə aml-qaraya
yem kimi istifadə olunur. İnceranı həmçinin kətan bitkisinin dənələrindən də
hazırlayırlar. Maldar əhalinin yeməkləri ət və süd məhsullarından bişirilir. İçkiləri
u ilə balın qarışığı və arpa pivəsidir. Hal-hazırda ölkədə sitrus meyvələri, üzüm,
noxud, mərci, daqussa, qəhvə ağacları yetişdirilir
28) Şimali qafqaz xalqları
Şimali qafqaz xalqlarına– çeçenlər , inquşlar , abxazlar, dağıstan xalqları , adıqlar,
osetinlər, kumuklar, balkarar, qaraçaylılar , abazinlər aiddir. Qafqazda ən geniş
yayılmış dil ailəsi – Qafqaz və ya İber- Qafqaz dil ailəsidir. 4 budaqa bölünür.
1)Cənub- Kartvel ; 2) Şimal-qərb – abxaz-adıvey ; 3) Mərkəz – Nax dağıstan
budağı.
Çeçenlər- sayları 1 milyona yaxındır.Qafqaz dil ailəsinin nax budağına daxildir.
Özlərini “Noxço” adlandırırlar. Əksəriyyəti Çeçen İnquş respublikasında yaşayır.
Əsas yeməkləri un məhsullarıdır. Ətdən əsasən də qışda istifadə olunur. Yayda isə
süd məhsulları : pendir, yağ, süd sovet dövründə rus mətbəxindən borş, sup, kotlet,
düşbərə öyrənmişdilər. Əvvəllər toy və digər bayramlarda “braqa” içirdilər.
Geyimləri- 19-cu əsrdə onlar hələ milli kostyum geyinirdi.  Kişilər- üst geyimə
“çərkəzka” geyinirdi, əsasən, boz və tünd rəngdə geyinirdilər. Yayda beşmeti ağ
rəngdə geyinirdilər. Havadan asılı olaraq çeçen qadınlarının hazırladıqları “burnu”
və “başlık” geyinirdilər. Başlarına konusvari papaq, qoyun dərisindən hazırlanırdı.
Qadınlar – qırmızı və göy rəngdə dizdən köynəklər, enli şalvarlar geyinirdilər.
Başlarına yaylıq bağlayırdılar.
İnquşlar – özünü “qalqay” adlandırırdılar. Sayları 250 minə yaxındır. Əksəriyyət
İnquş-da yaşayır.Sayı 250 mindir.Ucqarlarda maldarlıq ,düzəndə isə əkinçiliklə
məşğul olurdular. Lakin ucqarlarda da buğda, arpa, kartof becərirdilər. Düzəndə
qarğıdalı əsas idi. Ucqarda yaşayış yeri yarımçala və çala tipli idi. Geyimlər :
Kişilər- düyməli köynəklər, çerkezka, beşmet, konusvari papaq. Qadınlar – uzun
ətək, enli şalvar, düyməli köynəklər və beşmet.  
Dini inanclar – totemizm, magiya, animizm. İslam dini XIX əsrin 1-ci yarısında
möhkəmlənir. Müasir inquşlar islamın sünni təriqətinə sitayiş edirlər.dilləri inquş
dili idi.Qafqaz dil ailəsinin nax dağıstan budağına aiddirlər. Yeməkləri- mal əti,
süd və tərəvəz idi. Adətləri – qan bahası, ağsaqqallara böyüklərə sitayiş
idi.Nigahlar ekzoqam idi.
Abxazlar- özlərini “apsua” adlandırırdılar. Abxaz r-da yaşayırdılar. Dil abxaz dili,
adıq abxaz budağı. 2 dialekt var : şimalda “bzım” cənubda “abjus” dil və
mədəniyyətləri adıqlara yaxındır. 120 minə yaxındırlar. Din- xristian və
müsəlman.Təsərrüfat : əsasən maldarlıq. Köməkçi sahə arıçılıq, ovçuluqdur. 20 ci
əsrdən tütünçülük, çayçılıq , sitrus meyvələri becərmişlərdir. Həmçinin taxılçılıq,
üzümçülük və balıqçılıq da var idi. Yeməkləri “abısta” -sıyıq idi. Pendir, meyvə və
tərəvəzlər yeyirdilər. Geyim – kişilərdə : çuxa geyinirdi. Bu onların sosial
quruluşunu müəyyən edirdi. Kəndlilərdə kobud parçadan qısa idi. Feodallarda
bahalı parçadan uzun ətəkli idi. Çuxadan başqa burun , başlık , papaq geyinirdilər.
Dağıstan xalqları- avarlar, aqullar, darçinlər, tabasaranlar və.s daxil idi. Dağıstan r-
da 102 millətin nümayəndəsi yaşayır. Qafqaz dil ailəsinin dağıstan budağında
danışırlar. Din- islam, xristian və induistirlər.
Qumuklar-  Qumuklar Dağıstan Respublikasının aborigen xalqlarından biridir.
Böyuk avropoid  irqinin oguz antropoloji tipinə aiddirlər. Qumuk dili Şimali
Qafqazda yazısı olan qədim ədəbi dillərdəndir. Qumuk dilinin buynak, qaytaq,
xasavyurt dialektləri vardır. Qumukların etnogenezində turk tayfalarından
bulqarlar, xəzərlər, qıpçaqlar iştirak etmişlər. Qumuklar Qumuk duzənliyində və
ona yaxın olan ərazilərdə yaşayırlar. Onlar Şimali Qafqazda yaşayan turk
xalqlarından sayca ən böyuyudur. Dagıstan Respublikası əhalisinin 13% təşkil
edirlər. Qumuklar böyuk qrupları Çeçen, Şimalı Osetiya respublikalarında
yaşayırlar.Qədim zamanlardan suvarma əkinçiliklə, əsasən dənli bitkilərin
yetişdirilməsi ilə məşgul olurdular. Bagçılıq, bostançılıq, uzumçuluk təsərrufatı
inkişaf etmişdi. İri buynuzlu mal-qara (qoşqu vasitəsi kimi) və davar saxlayırdılar.
Su mənbələrin bolluğu balıqçılıqla məşqul olmağa imkan verirdi. Qumuq
cəmiyyitəndə ciddi əmək bölgusu aparılmışdır. Kişilər mal-qaraya qulluq edir, cöl
işlərini yerinə yetirir, yem və odun ehtiyyatı görur, gön-dəri, metall, agac, daş
işləmə sənəti ilə məşqul olurdular. Qadınlar heyvanlara qulluq edırdilər.Əsasən ev
işləri ilə xalçaçılıq, şalbaflıq, tikmə işı, toxuculuq sənəti ilə məşgul
olurdular.Evlərin və darvazaların agac hissələri oyma naxışlarla bəzədilirdi.
Təsərrufat işlərinin yerinə yetirilməsində qarşılıqlı yardım adətindən istifadə
olunurdu. Qumukların yaşayış məskənləri yurt ya kent adlanırdı. Kişi geyimləri
köynək, şalvar-şalbar, beşmetdən, çuxa, yapıncı, papax-börkdən ibarətdir. Qadın
geyimləri geniş biçimli köynəklər, şalvar,baş yaylıqlarından, dabansız
başmaqlardan ibarət olmuşdu. Qışda qoyun dərisindən kürklər
geyinirdilər.Kişilərin baş geyimləri – qoyun dərisindən papaqlar  və başlıqdan
ibarətdir. XIX əsrdə əsas ailə tipi-böyük ailə olmuşdu. Ailənin başında ağsaqqal
dururdu.Ailə-nigah munasibətləri adətlər və şəriət normaları ilə nizamlanırdı.
Ənənəvi ailə forması-kiçik ailə idi. Butun əmlak və ərzaq ehtiyyanı ailənin
kollektiv əmlakı sayılırdı. Muhum məsələləri ailə toplantısında agsaqqalar və
agbircəklərin iştirakı ilə həll olunurdu.Cavanlar 15-16 yaşlarında nigah
baglayırdılar.  VIII-XII əsrlərdə qumuklar arasında islam dini yayılmışdı. Lakin
arxaik inancların qalıqları folklorda qalmışdır: Keçmişdə “yağış çağırma”,“gunəş
çağırma” mərasimləri keçirilirdi. Əski inanclar yas mərasimlərində öz əksini
tapmışdı. Musəlman qaydaları ilə bərabər əski elementlər icra olunurdu. Cənazənin
ətrafında rəqs edib ağı söyləyirdilər.Məhsul yığımı munasibəti ilə bayram
keçirirdilər.Novruz bayramı – baharın gəlişi böyuk təntənə ilə qeyd olunurdu.
Yemək öynəsinə ət  və xəmir yeməkləri, tərəvəz və sud məhsulları daxil idi.
29)Cənubi Qafqaz xalqları-Azəbaycanlılar Qafqazın sayca ən
böyük, qədım xalqıdırlar. Azərbaycan Respublikasından başqa İran İslam
Respublikasının tərkibində olan Cənubi Azərbaycan torpaqlarında (30 mln.)
Gürcüstan Respublikasının keçmiş Kvemo-Kartli- Borçalımahalında (400 min.),
Dagıstan Respublikasının Dərbənd rayonunda yaşayırlar. Azərbaycanlıların böyük
icmaları İraqda (Kərkük əyaləti) – 1 mln. Yaxın, Türkiyədə - 300 min. Çox
mövcuddur. 1988-ci ilə qədər azərbaycanlılar 1920-ci illərdə Ermənistanın
tərkibinə Sovet hökümətinin qərarı ilə qatılan Zənqəzur, Basarkeçər – tarixi etnik
torpaqlarında yaşamışlar. Azərbaycanlıların ümumi sayı bütün dünya üzrə 50 mln.
Çoxdur. Azərbaycanlılar arasında etnoqrafik qruplar mövcuddur:
padarlar, ayrumlar, şahsevənlər, əfşarlar, qarapapaqlar, qaradaqlılar. Azərbaycan
dili altay dil ailəsi türk budagının oguzqrupuna daxildir.Azərbaycanlılar islam
dininin sünni və şiə təriqətlərinə baglıdırlar. Neolit dövründən burada
əkinçilik təsərrqfatı inkişaf etmişdi. Dənli bitkilər: bugda, arpa, covdar,çəltik, darı,
XIX-cı əsrdən qargıdalı yetişdirirdilər.  Süni  suvarma və dəmyə əkinçiliyi inkişaf
etmişdi. Torpagı ucu dəmir kavahınlı agac kotanlarla şumlayırdıla. Məhsulu oraq,
çin, dəryazla toplayırdılar, sonra xırmana aparıb orada agac vəllər vasitəsi
ilə təmizləyirdılər. Bagçılıq, bostançılıq, tərəvəzçiliq, üzümçülük, ipəkçilik,
arıçılıq səhələri inkişaf etmişdi. Bir sıra texniki bitkilər: zəfəran, marena-boyaq
kökü, kətan, tütün, günəbaxan becərilirdi. Maldarlıq təsərrüfatında qara mal, at,
dəvə bəsləyirdilər, lakin ən geniş və yaxşı inkişaf etmiş sahə-xırda buynuzlu
heyvanların yetişdirilməsi olmuşdu.  Nəqliyyat vasitəsi kimi at, uzunqulaq, qatır,
dəvələrdən iztifadə olunurdu. Yaşayış məskənləri müvəqqəti (oba, şenlik, yurd,
binə, yataq) və daimi (kənd) xarakterli olurdu.  Müvəqqəti məskənlər maldarlar-
elatlar üçün səciyyəvi idi.  Arxaik yeraltı yaşayış evləri-qazma,
qaradam, pəyəbaşı adlanırdı. Yerüstü evlər quruluşu və inşaat materiallarına görə
fərqlənirdi. Ənənəvi geyimlər kişilərdə alt və üst köynəklərdən, dizlik, şalvar,
arxalıq, çuxa, kürk, yapıncı, başlıqdan, kəmər, qurşaq, başmaq,
çarıq, uzunbogaz çəkmədən, dəri və qaragül papaqlardan, araqçından ibarət idi.
Ruhanilər və tacirlər əba geyinərdilər, başlarına çalma baglayırdılar. Qadın geyim
dəstinə alt və üst köynək, çəpkən, arxalıq, nimtənə, kürdü, ləbbadə, zıbını, toqqa,
yun corab, zinyət əşyaları aid idi. Baş geyımləri ləçək, kələgayı, çalma,
təsək, araxçın, çadradan ibarət idi.Ayaq geyimləri: dabansız başmaq, məst.
Ənənəvi yeməklər bitki və heyvan mənşəli ərzaqlardan hazırlanırdı . 20 növə qədər
çörək bişirilirdi. Sacdan, təndirdən, kürədən istifadə olunurdu. Bugda unundan
halva, şirniyyatlar hazırlanırdı.  Agartı məhsulları, meyvə-tərəvəz  yay aylarının
yemək öynəsində mühüm yer tuturdu Qış aylarında yaglı ət və un yeməklərinə
üstünlük verilirdi.  Azərbaycanda XIX əsrdə böyük patriarxal ailələr
geniş vüsat tapmışdı. Ailənin başında agsaqqal dururdu Endoqam nigahlar geniş
tətbiq olunurdu.   Azərbaycan dili-Altay dilləri ailəsinin türk dilləri
şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir. Azərbaycan dili geneoloji bölgüyə
əsasən türk dillərinə mənsubdur. Daxilində 4 dialekte bölünür. Qərb Şərq Cənub və
şimal dialektlərine. Irqi-Azərbaycan türkləri avropoidirqinin kaspi yarımtipinə
aiddir. Bu yarım tipi bəzən Oğuz irqi belə adlandırırlar. Təkcə linqvistik baxımdan
yox, həm də antropoloji və genetik xüsusiyyətlərinə görə digər türk xalqı olan
türkmənlərə çox yaxındır. Bəzi tətqiqatçılar Azərbaycan
türklərinin avropoid irqinin kaspi yarımtipinə aid olmalarına baxmayaraq
onlarda monqoloidlərinən qədim sütunlarından biri sayılan poleosibir tipinin
elementlərinin belə olmasını iddia edirlər.   Cənubi Qafqazda ikinci böyük yerli
xalq gürcülərdir. Gürcüstanda gürcülərlə yanaşı azərbaycanlılar, ruslar, ermənilər,
abxazlar, osetinlər, acarlar və başqa xalqlar da yaşayırlar. Antropoloji cəhətdən
gürcülər Pont-Zaqros tipinə aiddir. Gürcülərin arasında bir çox etnik qruplar da
vardır. Hazırda onlar gürcü etnosunun tərkibinə daxil olaraq öz əvvəlki etnik
xüsusiyyətlərini itirmişlər. Bunlar, əsasən, kartli, kaxet, tuşin, xevsur, pşav, moxev,
mtiul, inqiloy, mesxi, cavax, imeret, raçin, leçxum, qori, acar, meqrel, laz (çan) və
svanlardır. Gürcülər daha çox əkinçilik, maldarlıq, üzümçülük və şərabçılıq, o
cümlədən, sənətkarlıqla məşğul olmuşlar. Gürcü yaşayış evləri 3 tipdir. Svanlar,
xevsurlar və tuşinlər 3-4 mərtəbəli evlərdə yaşayırlar. Gürcü xalq nəqliyyat
vasitələri 2 qrupdur: sürütmələr və xizəklər. Gürcü geyimləri özünəməxsusluğu ilə
seçilir. Kişi geyimləri çoxa-axalexi adlanır. Gürcü adətinə görə endoqamiyaya yol
verilmir. Elçiliyə gedənlər, adətən, qızın dayısının razılığını alırdılar. Bu adətə
dasacerisi – razılıq deyirlər. Sonra patara nişani, yəni kiçik nişan taxılırdı. Bu
mərhələdən sonra nişanlı qız artıq başı açıq evdən bayıra çıxa bilməzdi. Daha sonra
böyük nişan olurdu. Bir qədər sonra toy şənliyi başlayırdı.Ermeniler-Ermənilər
Cənubi Qafqazda gəlmə xalq olmaqla HindAvropa dil ailəsinin ayrıca bir qrupunu
təşkil edirlər. Qədim erməni dili qrabar XIX əsrə qədər danışıq dili kimi
istifadə olunmuşdur. Son orta əsrlər dövründən başlayaraq yeni ədəbi erməni dili
– aşxarabar dili təşəkkül taparaq XIX əsrdə tam erməni dilinə çevrilmişdir.
Ermənistan hal-hazırda monoetnikrespublikadır. Ermənistanın qədim yerli əhalisi
azərbaycanlılar olmuşdur.
30)Şimali Qafqazın türk xalqlar
Qafqaz xalqları lingvistik baxımdan fərqlidirlər. Gafqazda altay, qafqaz, hind-
avropa dil ailələrinin dilləri yayılmışdı. Şimali Gafqaz xalqlarından qumıklar,
qaraçaylılar, balkarlar, noqaylar altay dil ailəsının turk budagının dillərində
danışırlar. Qumuklar Daqıstan Respublikasının aborigen xalqlarından biridir.
Böyuk avropoid irqinin oguz antropoloji tipinə aiddirlər. Qumuk dili Şimali
Qafqazda yazısı olan qədim ədəbi dillərdəndir. Qumuk dilinin buynak, qaytaq,
xasavyurt dialektləri vardır. Qumukların etnogenezində turk tayfalarından
bulqarlar (barsillar, suvarlar), xəzərlər, qıpçaklar iştirak etmişlər. Qumuklar
Qumuk duzənliyində və ona yaxın olan ərazilərdə yaşayırlar. Onlar Şimali
Qafqazda yaşayan turk xalqlarından sayca ən böyuyudur. Dagıstan Respublikası
əhalisinin 13% təşkil edirlər. Qumuklar böyuk qrupları Çeçen, Şimalı Osetiya
respublikalarında yaşayırlar.Qədim zamanlardan suvarma əkinçiliklə, əsasən dənli
bitkilərin yetişdirilməsi ilə məşgul olurdular. Bagçılıq, bostançılıq, uzumçuluk
t.əsərrufatı inknsaf etmışdi. İri buynuzlu mal-qara (qoşqu vasitəsi kimi) və davar
saxlayırdılar. Su mənbələrin bollugu balıqçılıqla məşqul olmaga imkan verirdi.
Qumuq cəmiyyitində ciddi əmək bölgusu aparılmışdır. Kişilər mal-qaraya qulluq
edir, cöl işlərini yerinə yetirir, yem və odun ehtiyyatı görur, gön-dəri, metall, agac,
daş işləmə sənəti ilə məşqul olurdular. Qadınlar heyvanlara qulluq edırdilər.Əsasən
ev işləri ilə xalçaçılıq, şalbaflıq, tikmə işı, toxuculuq sənəti ilə məşgul olurdular.
Qadınların toxuduqları xovlu və xovsuz xalçalar, hazırladıqları keçə xalçalar,
heybələr ,həsirlər yuksək sənət xususiyyətlərinə görə seçilirdilər. Evlərin və
darvaza ların agac hissələri oyma naxışlarla bəzədilirdi. Təsərrufat işlərinin yerinə
yetirilməsində qarşılıqlı yardım adətindən istifadə olunurdu. Qumukların yaşayış
məskənləri yurt ya kent adlanırdı. Kişi geyimləri köynək, şalvar-şalbar, beşmetdən,
çuxa, yapıncı, papax-börkdən ibarətdir. Qadın qeyimləri qeniş bicimli köynəklər,
şalvar, çutqu,baş yaylıqlarından, dabansız başmaqlardan ibarət olmuşdu. Qışda
qoyun dərisindən kurklər geyinirdilər.Kişilərin baş geyimləri – qoyun dərisindən
papaqlar və başlıqdan ibarətdir. XIX əsrdə əsas ailə tipi-böyuk ailə olmuşdu.
Ailənin başında agsaqqal dururdu. İctimai munasibətlırdı tuxum-taypa muhum rol
oynayırdı. Tuxuma ata xətti ilə qohum olanlar daxil idi.Ailə-nigah munasibətləri
adətlər və şəriət normaları ilə nizamlanırdı. Ənənəvi ailə formasıkiçik ailə idi.
Butun əmlak və ərzaq ehtiyyanı ailənin kollektiv əmlakı sayılırdı. Muhum
məsələləri ailə toplantısında agsaqqalar və agbircəklərin iştirakı ilə həll
olunurdu.Cavanlar 15-16 yaşlarında nigah baglayırdılar. VIII-XII əsrlərdə
qumuklar arasında islam dini yayılmışdı. Lakin arxaik inancların qalıqları
folklorda qalmışdır: Albaslı, Suv-anası, Temirgöş. Keçmişdə “yagış
çagırma”,“gunəş çagıma” mərasimləri keçirilirdi. Əski inanclar yas mərasimlərində
öz əksini tapmışdı. Musəlman qaydaları ilə bərabər əski elementlər icra olunurdu.
Cənazənin .trafında rəqs edib agı söyləyirdilər.Məhsul yıgımı munasibəti ilə
bayram keçirirdilər.Novruz bayramı – baharın gəlişi böyuk təntənə ilə qeyd
olunurdu. Yemək öynəsinə ət və xəmir yeməkləri, tərəvəz və sud məhsulları daxil
idi. Noqay monqol dilindən tərcümədə “ag it” mənasını verir. Noqaylar Şimali
Qafqazda yaşayan türk xalqlarından biridir. Sayları 90 min nəfərdir. Əsas
məskunlaşma əraziləri Noqay çölüdür ki, Dagıstan, Çeçen Respublikası və
Stavropol ölkəsi arasında bölüşdürülmüşdür. Noqaylar cənubi sibir (turan) keçid
irqinə aiddilər. Antropoloji simalarında avropoid və monqoloid irqlərinin
əlamətləri vardır. Noqay dilinin iki dialekti vardır: noqay və kuban. Noqay
etnosunun formalaşmasında usunlar, uyqurlar, naymanlar, qıpçaklar, manqitlər
iştirak etmişlər. Ənənəvi olaraq noqaylar köçəri və yarımköçəri maldarlıqla məşqul
olurdalar. Bununla yanaşı əkinçilik, bostançılıq, bagçılıq sahələri də inkişaf
etmişdi. Mahud parçalarının, keçənin (yapıncı, uzunbogaz çəkmələr, başlıqlar),
xalçaların hazırlanması ilə məşgul olurdular. Köçəri noqayların evləri yurta, oturaq
həyat keçirənlərin isə “uy” adlanırdı. Ənənəvi kişi geyimləri köynək, şalvar,
beşmet, çuxa (çəpkən), yapıncı, kürk (ton), papax (börk), kəmər, çarıqdan ibarət
idi. Qadın geyimləri uzunətəkli paltar, şalvar, beşmet, enli kəmərdən ibarət
olmuşdu. Başlarına yaylıq baglayırdılar. Yemək öynəsinə ət, süd məhsullarından,
balıqdan hazırlanmış yeməklər daxildir. Ən geniş yayılmış yeməklər: ət
qovurması, xinqal, doldurma (kolbasa). Un yeməklərini yoqurt, ayranla yeyirdilər.
Şərbət, qumış içirdilər. Noqaylar XIII əsrdən islamın sünni təriqətinə baglıdırlar
31.Cənubi Asiya xalqları
Bu tarixi - etnoqrafik  vilayətdə  Hindistan, Pakistan, Butan, Banqladeş, Nepal,
Myanma, Şri-Lanka  dövlətləri daxildir. Burada linqvistik tərkib mürəkkəbdir.
Əhali hind-avropa (hind-ari budagı), dravid, avstroasiya (mon-kxmer, munda,
vyet-myonq, myao-yao budagl). Əhalinin  ümumi  sayı  təxminən 2  milyarddır.
Cənubi Asiyada 200 qədər xalq yaşayır. Hindistanda  yayılmış 187 dildən, yalnız
23 dildə bütün respublika əhalisinin 97%-i danışır. Antropoloji cəhətdən Cənubi
Asiyanın şimal bölgəsinin əhalisi cənubi Avropa irqinə mənsubdur. 2  iyun  1947-
ci il  tarixində  İngiltərə  Hindistana  müstəqillik  verilməsini bəyan etdi. Ölkə
əhalisinin dini mənsubiyyətinə görə iki dövlətə bölünürdü: Hindistan və
Pakistan. . Hindistan əhalisinin sayı – 1.376229000 nəfərdir. Şəhər sakinləri –
25%. Əhalinin böyük hissəsi Qanq çayının delta və vadisində yaşayır. Paytaxtı -
Dehli - Yeni Dehlidir.İnzibatı baxımdan Hindistan 22 ştat və 9 müttəfiq ərazilərdən
ibarətdir. Dövlət dili – hindi və ingilis (ingilis dili müvəqqəti olaraq) dilləridir. Xış
əkinçiliyi və maldarlıq kənd təsərrüfatının əsasında dururdu. Müasir zamanda hələ
də ağac xışdan, maladan istifadə olunur. Qoşqu heyvanlar – öküzlər və kəllər
cütüdür. Toxumu sahələrə əl ilə səpirlər. Bəzi az saylı etnoslar donuzçuluqla
məşguldular. Balıqçılıq, ovçuluq və yığıcılıq inkişaf edir. Cənubi Asiya xalqlarının
yemək öynəsinə dənli bitkilər, süd məhsulları, paxlalı bitkilər daxildir. Dənli və
paxlalı bitkilərin unundan müxtəlif növ kökələr köz üstə, təndirdə, tavada yagda və
yagsız bişirilir. Bugda yarması, unundan şorba və sıyıqlar hazırlanır. Çəltikdən
yeməklər gündəlik hazırlanır. Evlər agac, bambuk, palçıq, daş, palma agacının
gövdəsindən tikilir. Evlərin damlarına küləş, palma yarpaqları salınır.Yarımköçəri
qruplar keçi, yun parça, dəri, agac budaglarından çadırlar qururlar. Cənubi
Hindistanda tikişsiz və tikişli paltarlar geym kompleksinə daxildir. Şimalda qadın
və kişi geyimləri geniş şalvar,  qadınlarda əlvan rəngli tikmələrlə bəzədilmiş uzun,
geniş köynək, qolsuz gödəkçədən ibarətdir. Racastan qadınları geniş, dir neçə
qatdan ibarət çin-çin, büzməli ətəklər geyinirlər.  Cənubi Asiyada kişi geyimləri
tikişsiz formada olur: bel sargıları – “mundu”, “lunq”, “dxoti” adlanır, uzun ətəkli
bel sargıları, qısa bel sargıları, dar və geniş şalvarlardır. Ən geniş yayılmış kişi
geyim dəsti – dar şalvar, “servam” adlanan uzun ətəkli, gövdəyə kip yatan,
boyunduruqlu, düyməli gödəkcə, kiçik ölçülü papaqlardan ibarətdir.Keçmişdə ailə
məişətində poliqamiya və poliandriya nigahları, böyük ailələr mövcud idi. Sororat
və levirat nigahları baglanırdı.Müasir zamanda Hindistanda, xüsusilə şəhərlərdə,
monoqam kiçik ailə geniş yayılıb. Hindistanın şimal bölgələrdə patronimiya və
patriarxal ailə quruluşu mövcuddur. Cənubda bəzən qohumluq ana xətti ilə
sayılır.Burada həmçinin kros-kuzen nigahlar baglanır. Orto-kuzen nigahlar isə
qadagandır.  Parslar əsasən Hindistanda (70 min) və Pakistanda (5 min) yaşayırlar.
Ənənəvi olaraq Qucarat ştatında,  Mumbayda yaşayılar. Vətənləri İrandır.Pakistan
respublıkası – 14 avqust 1947-ci ildə yaradılışdır. 26 mart 1971-ci ildə Pakistanın
əyalətindən biri olan Şərqi Pakistan ərazisində müstəqil Banqladeş Xalq
Respublikası yaradılmışdır. Pakistanın əhalisinin sayı – 219 mln. Paytaxtı –
İslamabad şəhəridir. Dövlət dili – urdudur. Şəhərlərdə əhalinin 30% yerləşir.
İnzibatı baxımdan 4 əyalətə bölünür. 3,5 mln əhali köçəri və yarımköçəridilər.96%
dövlət dini sayılan islamın sünni təriqətini qəbul ediblər, induistlər – 2%,
xristianlar – 2% təşkil edirlər. Banqladeş əhalisinin  86%-müsəlmanlar ,22%-
induistlər;1%-xristianlar, buddistlər, animistlər. Ölkənin ən qədim əhalisi – dravid
dilli braquilərdir. Nepal - çox millətli dövlətdir, 1769-cu ildə yaranmışdır.
Əhalisinin sayı – 28,6 mln. Şəhərlərdə 6% yaşayır. Ərazisi – 140,8 min km2 və 14
bölgədən ibarətdir. Ölkədə təxminən 50-70 etnos yaşayır. Dövlət dili – nepalidir.
Nepallar ölkənin ən böyük xalqdır (45-50%) və nevarlardır. Tibet himalay xalqları
– qurunqlar, çepanqlar, maqarlar, çay, txarlay monqoloid irqinə aiddilər. Nepal
induizmi dövlət dini kimi qədul etmiş yeganə öıkədir. İnduistlər - 90% , onların
əksəriyyəti nepallardır. Vişnaizm və şivaizm geniş yayılmışdır. Ölkədə ikinci din-
buddaçılıqdır, bu dinin adeptləri nevarlar və tamanqlardır (9%). Kiçik etnoslarda
şamançılıq qalmaqdadır.   
32)Ön Asiya xalqları
Qabaq Asiya Avroasiya materikinin cənub-qərb hissəsində 6,2 milyon kv.km-dən
çox olan geniş ərazini təşkil edir. Bu bütün Asiyanın 15% -i deməkdir. O, şərqdən
qərbə 4400 km, şimaldan cənuba 3300 km-dən çox bir məsafədə uzanır. Bu
bölgənin demoqrafik məlumatını adətən təxmini olaraq verirlər. Bu ondan irəli
gəlir ki, bir çox ölkələrdə (Əfqanıstan, Yəmən, İran körfəzinin bəzi dövlətləri)
əhalinin siyahıya alınması ya ümumiyyətlə aparılmamış, ya da qismən aparılmışdır
(Səudiyyə Ərəbistanı və s.).Cənub-qərbi Asiya əhalisinin 90%-dən çoxu Türkiyə,
İran, Əfqanıstan, İrak və Səudiyyə Ərəbistanında yaşayır.Qabaq Asiya ölkələrinin
çox böyük iqtisadi və strateji əhəmiyyətini şərtləndirən ən böyük amillərdən biri də
burada çox zəngin neft yataqlarının olmasıdır.Coğrafi cəhətdən Qabaq Asiya Kiçik
Asiyanı, Mesopotomiyanı, Levantı, Ərəbistan yarımadasını və İran yaylasını
özündə birləşdirir. Bu ərazinin xeyli hissəsi, xüsusən cənub rayonları qur, səhra və
yarımsəhra iqlim şəraitinə malikdir. Yalnız Aralıq dənizi, Qara və Xəzər dənizləri
sahillərində, Ərəbistan yarımadasının cənub-qərb hissəsində, habelə bəzi dağlıq
ərazilərdə iqlim daha çox rütubətli və subtropik xarakterlidir. Dəclə və Fərat
çayları bu bölgənin ən böyük çaylarıdır.Müasir inzibati ərazi bölgüyə görə cənub-
qərbi Asiyada aşağıdakı dövlətlər yerləşir: Türkiyə respublikası, İran İslam
respublikası, Əfqanıstan, İrak respublikası, Suriyə Ərəb respublikası, Səudiyyə
Ərəbistanı, Yəmən, İsrail, Livan, İordaniya, Oman sultanlığı, BƏƏ, Bəhreyin,
Küveyt, Qatar və Kipr respublikası.Son antropoloji tədqiqatlar əsasında müəyyən
olunmuşdur ki, e.ə. IV-III minilliklərdə Qabaq Asiyanın qərb hissəsində iki
avropoid antropoloji tipi: biri şumerlər arasında, digəri isə semit dilli əhali arasında
formalaşmışdır.E.ə. II minilliyin ortalarında Qabaq Asiyada het dövləti yaratmış
gəlmə xalqların dilləri Hind-Avropa dillərinə mənsub idi. Hazırda Qabaq Asiya
ölkələri inkişaf səviyyələrinə görə eyni vəziyyətdə deyildir. Belə ki, Yəmən,
Səudiyyə Ərəbistanı və bu kimi ölkələrdə icma münasibətlərinin güclü qalıqları
şəraitində feodal qaydaları hökm sürürsə, Türkiyə, Livan və İsraildə kapitalist
münasibətləri zəif inkişaf etmişdir. Bununla belə bu bölgənin əksər dövlətləri
hazırda müstəqil siyasi, iqtisadi və mədəni inkişaf yolu ilə irəliləməkdədir.Qabaq
Asiysa əhalisinin böyük əksəriyyəti başlıca olaraq üç linqvistik qrupda təmsil
olunurlar: semit, İran və türk qrupları birinci qrupa, II qrupa əksəriyyət ərəblər
təşkil edən ölkələrdə ərəb dilli əhali daxildir. Ərəb dilinin çoxlu miqdarda ləhcələri
vardır. Belə ləhcələrə misal olaraq Suriya, İrak və Ərəbistan ləhcələrini göstərmək
olar. İran, İrak və Suriyada yaşayan aysorların da dili semit qrupuna aid edilir.
Buraya habelə moderiləşdirilmiş qədim yəhudi dili olan ivrit dili də daxildir.
Lakin yəhudi əhalinin böyük əksəriyyəti ivrit dilindən deyil, ən çox idiş dilindən
istifadə edir. İdiş ən çox Avropa yəhudiləri arasında yayılmışdır. Bəzi yəhudi
qrupları isə hansı ölkədən gəliblərsə, o ölkənin dilində danışırlar.Hind –Avropa dil
ailəsinin İran qrupuna daxil olan xalqlardan Qabaq Asiyada farslar, puştunlar,
taciklər, kürdlər, bəluclar, lurlar, baxtiyarlar, xəzəreylər məskunlaşmışdır. Farsların
və puştunların əksəriyyəti İran və Əfqanıstanda yaşayır. Taciklər Əfqanıstanın
şimal-qərbində, habelə İranın Xorasan əyalətində yaşayır. Kürdlər Türkiyə, İran,
İrak və Suriyada məskunlaşmışdır. Bu ölkələr arasında yalnız İrak hökuməti
kürdlərə milli-muxtariyyat hüququ vermişdir. Əksəriyyəti Pakistanda yaşayan
bəlucların bir hissəsi İran və Əfqanıstanda, lur və baxtiyarlar İranda, xəzəreylər isə
Əfqanıstanda yaşayırlar. Fars dilli talışlar İranda və Azərbaycanda yaşayır.Qərbi
Asiyanın türk dillərində türklər, azərbaycanlılar, türkmənlər, özbəklər, qaşqaylar,
şahsevənlər, qacarlar, əfşarlar danışırlar. Türklər əsasən Türkiyədə və Kiprdə
yaşayır. Azərbaycanlılar Azərbaycan respublikasından kənarda İran
Azərbaycanında, özbəklər Özbəkistandan kənarda Əfqanıstanın şimalında,
türkmənlər isə İran və Əfqanıstandan əlavə Turkiyədə və ərəb ölkələrində də
məskunlaşmışlar.Qabaq Asiyada çoxluq təşkil edən fars dilli xalqlar 40%, ərəb
dilli xalqlar 30%, türk dilli xalqlar 25%-dir. Qabaq Asiya əhalisinin 5%-ni təşkil
edən və başqa dil ailələri və qruplarına daxil olan xalqlardan Kiprdə yunanları,
ayrı-ayrı ölkələrdə, başlıca olaraq şəhərlərdə məskunlaşmış erməniləri, gürcüləri,
lazları və s. göstərmək olar.Cənub-qərbi Asiya əhalisinin böyük əksəriyyəti islam
dininə xidmət edir. İslam dini bir çox ölkələrin dövlət dini olmaqla sosial-iqtisadi,
siyasi və mədəni həyatda dərin iz qoymuşdur. Müsəlmanların böyük çoxluğunu
sünnülər təşkil edir. Lakin İranda əhalinin 90%-, Yəməndə 55% şiəlik təriqətinə
daxildir. Səudiyyə Ərəbistanındakı Məkkə və Mədinə şəhərləri, İranda Kərbəla və
Nəcəf şəhərləri, Suriyada Dəməşq, İranda Məşhəd şəhərləri müsəlmanların ənənəvi
dini ziyarət mərkəzləridir.Qabaq Asiyada xristianlar nisbətən azdır. Kipr əhalisinin
80%, livanlıların 40% xristiandır. Dövlət dini səviyyəsinə yüksələn iudaizm dini
yalnız İsraildə yayılmışdır.
33)MƏRKƏZİ ASİYA XALQLARI –
Mərkəzi Asiya dünyanın yeganə regionudur ki
burada yerləşən ölkələrin heç birinin dünya okeanına
birbaşa çıxışı yoxdur . Mərkezi Asiyada yerləşən Tyanşan,Pamir ,Altay
dağ sistemləri və Turan , Xəzəryanı ovalıqlar
regionun özünəməxsus landşaftını yaradır . Burada - Qobi , Takla
- Makan , Qaraqum , Qızılqum səhraları yerləşir.Regionun şimalında çöl zonası
geniş yayılıb .Buranın iqlimi kəskin kontinentaldır . Burada
su , torpaq və meşə resursları çatışmır . Amudərya və Sırdərya regionun yegane iri
çaylarıdır . Əhalinin milli terkibi müxtəlifdir .
Burada türk dil qrupuna məxsus - türkmənlər , özbəklar , qazaxlar , qırğızlar , qara
qalpaqlar ; Iran dil qrupuna aid- taciklər
və monqollar yaşayırlar . Monqollardan başqa digər xalqlar Islam dininə
sitayiş edirlər . Əhalinin təbii artımı yüksəkdir. Ən yüksək təbii artım
Tacikistan vəMonqolustanda ; ən az təbii artım isə
Qazaxıstandadır . Monqolustandan başqa qalan ölkələrdə təsərrüfat çoxsahəlidir .
Suvarma şəraitində yetişdirilən pambıqçılıq - regionunən yaxşı ixtisaslaşmış sahəsi 
sayılır.  Pambıq yığımına görə bu region dünyada 1 - ci yerdə durur .
Suvarma şəraitində həmçinin - çəltik , qarğıdalı , buğda və bostan bitkiləri yetişdiri
lir. Monqolustan və Qırğızıstanı çıxmaq şərti ilər egion ölkələrinin da əkinçilik
heyvandarlıqdan üstün inkişaf edib . Monqolustan və
Qırğızıstanda heyvandarlıq , xüsusi ilə
qoyunçuluq güclü inkişaf edib . Markəzi Asiya və ya Orta Asiya — 1924-1925 -
ci illərə qədər " Türküstan " adlanırdı.
Qazaxıstan ərazisinin böyüklüyünə görə Türk
dünyasının ən böyük müstəqil dövlətdir . O 2 qitədə
Avropa və Asiyada yerləşir . Qazaxıstanın paytaxtı Nursultan şəhəridir . Qazaxısta
n şimal - şərqdə və şimal - qerbdə Rusiya ilə , şərqdə
Çin , cənubda isə Türkmənistan , Özbəkistan
və Qırğızıstan ilə həmsərhəddir . Qərbdə  Xəzər dənizi ilə hüdudlanır .
Əhalisinin sayı 19 milyona yaxindır.
Umumi əhalinin 1/3 qazax , digerleri isə rus , ukrayn , alman və s - dir .Ən
iri şəhəri Almatadır.Ölkədə neft , kömür , metallurgiya və kimya sanayesi güclü
inkişaf edib.Təsərrüfatda əsas yeri taxılçılıq vəheyvandarlıq tutur . Ölkədə həmçini
n pambıq , şəkər çuğunduru , üzüm , çəltik , günəbaxan , tütün
becərilir . Maralçılıq , atçılıq və
dəvəçilik inkişaf edib .Əhalinin 70%muselmandir 26%
xristian.Rəsmi dil qazax dilidir ama rus dilidə eyni statusa malikdir.Qazax Dili
Altay-Dil ailesine mənsubdur.Etnik tərkibi: Qazaxıstan çox müxtəlif
etnik ünsürləri birləşdirən bir ölkədir.Statistikaya görə bu etnik ünsürlərin sayı 84-
dir Qazax(40%),Rus(38 %) Alman(5.8%),
Ukraynalı(5.44%),Özbək(2%),Tatar(1.99%), Belarus(1.1%),Uygur(1.1%).Burada
sayılanlardan başqa da Türk olmayan bir neçə etnik ünsür var . Türk birliklerinin
demək olar ki,hamısı Müsəlman,digər etnik ünsürlər isə əsasən xristian və
ya qərb dinlərinə sitayiş edirlər.Türk olmayan birliklərin təxmini sayı 53%-
dir.Qazaxların böyük hissəsi Qazaxıstanda yaşayır.Bununla bərabərÇin
və Monqolustan başda olmaqla bəzi qonşu
ölkələrə də yayılmışdılar.Qazaxların hamısı Müsəlman və onların
da əksəriyyəti sünnidir .  Müsəlmanlar əhalinin 47% -
ni teşkil edir.Əhalinin qalan hissesi xristian ,
bir hissəsi isə qərbi dinlərə sitayiş edir,Xristianlar arasında ortodokslar birinci
sıradadır . İkinci sırada protestantlar,sonra katolikler gelir.
Özbekistan.
Özbekistan Merkezi Asiyanın merkezi və şimal - qerb hissesinde yerləşir . Şimal
- şərqdə Qırğızıstan , şimal və şimal - qərbdə Qazaxıstan , cənub şərqdə
Tacikistan , cənub və cənub - qərbdə isə Turkmenistan və
Əfqanistanla həmsərhəddir . Paytaxtı Daşkəndşəhəridir.Özbəkistanda Asiyanın en 
böyük qizil medeni yerleşir.Ölkənin əsas hissəsi
Turan cavan platformasından ibarət Qızılqum səhrası əhatə edir.Ölkə neft
- qaz,qonur kömür,qızıl,və salvan metallarla zangindir.İqlimi mülayim və
subtropikdir . Əhalisinin sayına va sıxlığına görə Özbəkistan Merkezi Asiyada 1 -
ci
yeri tutur . Əhalinin təbii artımı çox yüksək olubesasən kendlerde yaşayırlar.Ölkəd
ə özbəklər
dən başqa qaraqalpaq adlı türkxalqı da yaşayır.Almalıq - Özbəkistanın ən iri əlvan 
metallurgiya merkezidir.Ölkədə maşınqayırma , kimya , yeyinti , toxuculuq
sənayesi pambıqçılığın inkişaf ilə əlaqədardır. Təsərrüfatda pambıqçılıq əsas yer tu
tur . Pambıqtoxumundan alınan yağ Özbəkistanın əsas
qidasıdır.Özbəkistan əhalisinin 71 % -ini özbekler təşkil edir.İkinci sırada 10
% teskil eden Ruslar gəlir.Digər etnik qruplardan başda qalanlari bunlardır :
Tacikler 4.7% , Qazaxlar 4% Qaraqalpaqlar 2% . Tatarlar 1.7% , Krim Tatarları
1% Bunlardan başqa qalan etnik qrupların sayı 1 % -dən az deyil . Onların
da basda gelenler bunlardır : Koreyalılar , Qırğızlar ,
Ukraynalılar,Turkmenler ,Mesheti Turkleri .
Yahudilər,Uygurlar,Çuvaşlar.Özbəkistanın yerli xalqi ve ən böyük etnik kütlə olan
Özbəklər Türk dilinin Cağatay Karluk lehceler qrupuna daxil olan
bir ləhcəsində danışırlar Özbekler esasen sünnidirler.Rəsmi dil özbək dilidir.
Qırğızıstan.Dənizə
çıxışı olmayan Qırğızıstanın qonşuları şimalda Qazaxıstan , qərbdə Özbəkistan ,cə
nub - qərbdə Tacikistan və cənub - şərqdə Çin Xalq Respublikasıdır.Tanrı
dağları ölkənin 80 % -ini əhatə edir.Dağlıq ölke olub ,türk
dünyasının ən hündür nöqtəsi olan Qələba piki Tyan Şan
dağlarında yerləşir .Ölkə paleolmetal,sink,qurğuşun,qızıl,neft qaz ehtiyatları ilə zən
gindir.İqlimi əsasən mülayim , qismən isə subtropikdir . Əhali əsasən kəndlərdə
yaşayır.Sənayenin aparıcı sahəsimaşınqayırmadır .Ölkəde şəkər çuğunduru,tütün,b
uğda, üzüm,kartof və
dərman xaş - xaşı becərilir.Heyvandarlığın əsas sahələri qoyunçul ,maldarlıq və atç
ılıqdır.Qırğızların etnik tarixi hun,sak və usun qəbilələri ilə bağlıdır.Qırğızıstan 19
91 - ci ildən müstəqilliyini elan etmiş parlamentli
respublikadır.Ölkənin başçısı prezidentdir . Qırğızistan çoxmillətli ölkədir.Əhalini
n 80% -dan çoxu dağətəyi düzənliklərdə və çay vadilərində cəmləşmişdir. 6
Milyon əhalisi var.  Şəhər əhalisinin 40% Qırğızıstanın paytaxtı Bişkek şeherində
yaşayır.Qoyunculuq ve atçılıq inkişaf edib.
Türkmənistan-Türkmənistan Mərkəzi Asiyanın cənub-qərb hissəsində yerləşir.
Şimal-qərbdə Qazaxıstan, şimal və şərqdə Özbəkistan, cənub-
şərqdə Əfqanıstan, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ölkənin qərbində
isə Xəzər dənizi yerləşir və bu dəniz
vasitəsilə Azərbaycan, Rusiya, Qazaxıstan İranla sərhədə malikdir. Paytaxtı və ən b
öyük
şəhəri Aşqabad şəhəri, ümumi sahəsi 491,210 kvadrat kilometrdir. Türkmənistan 2
7 oktyabr 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə
etmişdir.Türkmənistanda kənd əhalisi üstünlük təşkil edir.Əhali əsasən, Qaraqum
kanalı zonasında, Murqab və Təcən çaylarının deltasında, Kopetdağın ətəyində
cəmləşmişdir.Turkmenistanin yerli əhalisi olan Türkmənler ölke əhalisinin 67% -
ni təşkil edir.2-ci sırada 10.9% təşkil edən Ruslar gəlir.Özbəkler
(8%)qazaxlar(2.5%)tatarlar(1.1%)azəriler(1%-ə yaxin) 
Türkmənlər Türk dilinin Oğuz qrupuna daxil olan bir lehcesində
danışırlar.Türkmən ləhcesi Azəri lehcesine ve
Türk dilinə çox yaxındır.Türkmənlərin böyük əksəriyyəti
Türkmənistanda yaşayır.Türkmənlərdən Türkiyədə yaşayanlar da vardır.
Türkmənlərin əksəriyyəti sünnidirlər.Rəsmi dilləri Türkmən dilidir.Onların 80%-i
müsəlman qalanı,ortodoks xristianlarıdır.
Türkmənistanda əkinçilik üçün
yararlı torpaqların yarısından pambıqçılıqda istifadə olunur.Suvarılan torpaqlardan
bağçılıqda, üzümçülükdə və taxılçılıqda istifadə
olunur.Çəltik Amudəryanın aşağı axarlarında
becərilir.Vahələrdə əhali baramaçılıqla məşğulolur.
Son illər şəkər çuğunduru əkinləri geniş vüsət almışdır.
Kənd təsərrüfatının ikinci sahəsi heyvandarlıqdır. Şərqi Qaraqumda qaragül qoyunl
arı, Qərbi Qaraqumda zərifyunlu qoyunlar və bir hürgüclü dəvələr saxlanılır.
Tacikistan.Tacikistan dənizə çıxışı olmayan ölkələrdən biridir və ərazisi Pamir dağ
larının ətəklərində yerləşir. Şimalda Qırğızıstan, cənubda Əfqanıstan, qərb və şimal
-qərbdə Özbəkistan, şərqdə isə Çinlə həmsərhəddir. Paytaxtı və ən böyük
şəhəri Düşənbə şəhəri, ümumi sahəsi 143,100 kv km-dir. 
Tacikistanda kənd təsərrüfatı nisbətən zəifi nkişaf edib.
Bunun əsas səbəbi yararlı torpaqların sahəsinin olduqca az olması və
bununla yanaşı iqtisadi çətinliklərdir. Tacikistanda əsasən taxıl,kartof,
soğan,pomidor,meyvə və düyü becərilir.  
Tacikistan əsasən alüminium, pambıq, parça, bitki yağları, meyvələr ixrac edir, və
dəzgahlar, ərzaq, içkilər, elektronika, avtomobillər idxal edir.
Əhalisi 8 mln-dan çoxdur.Etnik
tərkibi: Tacikistanın yerli xalqı olan Taciklar əhalinin 62.2% -
ni təşkil edir . Ölkədəki ikinci böyüketnik qrup 23.5
% teskil edən Özbəklərdir.Diger etnik ünsürlər isə bunlardır :
Rus(9,6%),Tatar(1.4%),qırğız(1.25%).Taciklər , Fars soyludurlar ve Fars dilinin
bir şivəsini danışırlar.Taciklər Özbəkistan,Rusiya və
Qazaxıstana da yayılmışdırlar,Iranlilar əsasən Şiə
olmaqla bərabər onlarla eyni soydan
gelen Taciklərin böyük əksəriyyəti əsasən Orta Asiya Tacikləri sünnidirlər.Rəsmi d
illəri Tacik dili ,Özbək dili verus dilidir.Tacikistanın 90%-i müsəlmanlardi
34)Şərqi Asiya xalqları
İrq Monqoloid.Şərqi Asiya xalqları :Bu əraziyə Çin,Monqolustan,Koreya və
Yaponiya daxildir. Əhali, əsasən, Çin-Tibet,Altay və Avstroasiya dil ailələrinə
mənsub dillərdə danışır. Ərazi aşağıdakı etnoqrafik vilayətlərə bölünür.1) Çin
xalqları:Buraya çinlilər,xueylər,altaylar,uyğurlar,monqollar ,qazaxlar,mancurlar və
başqaları daxildir.2)Monqolustan xalqları 2,7 mln:Buraya monqollar,buryatlar və
qazaxlar daxildir.3)Koreya25,6 mln xalqları:Ərazidə Koreya Respublikası və
KXDR yerləşir. Əhalisinin əksəriyyətini koreyalılar təşkil edir.4)Yaponiya xalqları
126 mln :Əhalinin 99%-i yaponıardır. Bundan başqa ərazidə
koreyalılar,çinlilər,amerikanlar,filippinlər,ingilislər,hindlilər və kanadalılar yaşayır.
Çin:1.4 mlrd Çin çoxmillətli bir ölkədir. Əsas əhali Çin-Tibet dil ailəsinin
üzvlərindən ibarətdir.Çin əhalisi 1 milyard 403 milyon nəfərdir.Çin əhalisinin 93%
-i özlərini Haizhen adlandıran Çinlilərdir. Ölkədə 56 xalq qeydə alinmişdir.92%
xanyenlər təşkil edir.Şəhər sakinləri 21%- dir.1kvadratkm-100 nəfər sakin düşür.
Əhalinin 97%-i şərq əyalətlərində məskunlaşıb. Milli azlıqlar əhalinin 6,7% təşkil
edir,lakin ölkə ərazisinin 60%-ni təşkil edən torpaqlarda məskunlaşıblar.Milli
azlıqların ümumi sayının 26%-ni Altay dillərində danışan xalqlar və koreyalılar
təşkil edirlər.Çinin cənub-qərbi entik cəhətdən daha mürəkkəbdir,burada 30-a
yaxın xalq yaşayır.Şimal-qərb bolgəsində mancurlar yaşayır. Rəsmi dil Çin dilidir
(bir çox ləhcəsi var). Əsas dinlər Buddizm, Asizm öncəsi, Konfutsiçilikdir.
Əhalinin əksəriyyəti buddistdir. Ölkədə kənd təsərrüfatı inkişaf etmişdir
(maldarlıq, əkinçilik, ipəkçilik və s.) Burada sitrus meyvələri, düyü, buğda və
paxlalı bitkilər yetişdirilir. Maldarlıqda üstünlük təşkil edir. Quşçuluq, balıqçılıq və
dəniz məhsulları istehsalı geniş yayılmışdır. Çinlilər düyüdən geniş istifadə edirlər,
ondan çörək bişirirlər.Əsas içki çaydır.Zərgərlik, toxuculuq, toxuculuq, ağac emalı,
metal emalı, mis istehsalı və taxta məhsulların lak istehsalı istehsalını yayırlar.
Çinlilərin yaşayış yeri fanza adlanır - mantar sütun quruluşu olan ənənəvi bir
yaşayış yeridir.Qışda xəz paltar geyərdilər.Qəndlilər mavi pambıq şal
geyinirdilər.Orta əsrlər Çində zadəganlar ipək paltar və yuvarlaq papaqlar
geyirdilər. Manjurların təsiri ilə kişilərin hörük taxma adəti, tez-tez dəri saçlarının
perukları yayılırdı, eramızdan əvvəl 2 tondan bəri, zadəgan sinif qızlarının
ayaqlarını deformasiya etmək adəti Çində yayılmışdı. 6-7 yaşlarında qızların
ayaqları xüsusi bir materialla sıx şəkildə sıxılmış və yalnız sərbəst buraxılmışdır
baş barmağı. Belə bir deformasiya ilə müstəqil hərəkət etmək mümkün deyildi.
Çinlilər ayrılmaz böyük patriarxal ailələrdə yaşayırdılar. Ailədə ciddi qaydalar
hökm sürürdü. Ailə başçısının ölümündən sonra ailənin rəhbərliyi böyük oğula
keçdi. Qadınlar ümumi ailə mülkiyyətinə sahib deyildilər. Mülk yalnız kişilər
arasında bölündü. Yalnız ailədə kişi nümayəndələri qalmasaydı, qadınlar əmlakın
varisi ola bilərdi. Ənənəvi Çin yeməyi düyü, darıdan ibarət idi; mal və donuz əti
istifadə etdikləri ət idi. Çinin mənəvi mədəniyyətinin əsasini konfutsinin təlimi
təşkil edir. Komfutsi təlimi çinlilərin mənəvi safligini, etika, ailə və dovlet
munasibətlərini; Daosizm-elm və incəsənət sahələrini;buddizm-insanların axirət
dunyasi haqda tesevurleri nizamlayir.Monqolustan:Dövlət dili monqol dilidir. 18-
19-cu əsrin əvvəlində Monqolustanda tibet dili yayılmışdır. Hal-hazırda buddacı
monqolların dini mərasimlərində istifadə olunur.Ölkədə buddaçılıq
53%,müsəlmanlar 3%,şamanizmə bağlı olanlar 2,9%, xristianlar 2,1%, başqa dinlə
bahli olanlar 0,4%,atesitlər 38,6%.1576-ci ildən Monqolustanda buddizm
yayılmağa başlamışdır. Dini baxımdan əhalinin əksəriyyəti buddistdir. Heç bir dinə
etiqad etməyənlər ikinci ən böyük qrupdur. Monqollar monqoloid irqinin şimali
asiya tipinin nümayəndələridir. Çində 5,8 mln monqol yaşayır. 3 milyon nəfər
əhalisi, 1,5 milyon km2 ərazisi var.Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti
olmasına baxmayaraq, ərazinin məskunlaşma baxımından əlverişsiz olması
səbəbilə əhalisinin sayı üç milyon nəfərdir.Əhalinin təqribən yarısı paytaxt və ən
böyük şəhər olan Ulan-Bator şəhərində yaşayır. Ölkə əhalisinin əksər hissəsi etnik
monqollardan ibarətdir, lakin qazaxlar və tuvalar da xüsusilə ölkənin qərbində
etnik azlıq təşkil edirlər.Ölkə əhalisinin 51,2 faizi şəhərlərdə yaşayır. Monqolustan
monoetnik dövlətdir. Monqollar 94% təşkil edirlər. Monqol etnosu Merkezi
Asiyada formalaşmışdır. B.e 10-cu əsrində burada monqol dilli kidanlar
yaşamışdır. Xalxa-monqollar titul etnos sayilir və 82,40%- dir Xalxa-monqollar
arasinda etnoqrafik qruplar vardır-dariqanqa 1,04%,xotoqoytlar 0,59%. Xalxa-
monqollar cənubi monqollar qruplarınıurumçinlər,çaxarlar,xorçinləri assimilyasiya
edirlər. Monqolustanda Türk toplumununu qazaxlar , tuvalılar (onların etnik qrupu
olan urianxaylarla birlikdə) , uyğurlar (uyğur dilinin hotən dialektində danışanlar)
və özbəklər təşkil edir.Yaşayış evləri keçə çadirlardir.Girişlə üzbəüz olan yer
yurtanın ən hörmətli adamlar üçün nəzərdə tutulur. Yurtada sandıqlar, silahlar, at
ləvazimatı, qumıs və ayranla dolu dəri qablar yerləşirdi. Ocağı at və inək peyini ilə
yandırırdılar. Kişilərin geyimləri uzunətəkli deli adlanan xalatlardan ibarət idi,
yaxası soldan sağa bağlanırdı, sağ qolun altinda düymələnirdi.Qış xalatlarının
astarına quzu dərisi tikilirdi. Geniş biçimli , dəri ya da yun parçadan şalvar
geyinirdilər. Keçə şlyapalar və dəri papaqlar qoyurdular. Uzunboğaz çəkmələr
qutul dəridən tikilərdi, altına keçə salınırdı. Qadınların geyimləri kişi geyimləri ilə
eyni biçimli idi, ancaq xalatların çiyin hissəsinə yundan astar tikilirdi. Yeməkləri
süd məhsullarının müxtəif növləri: pendir, qurut, kəsmik, ayran, qumus, qaymaq.
Çaya qoyunun əridilmiş quyruq yağı, duz əlavə edirdilər. Əti bişmiş halda
yiyirdilər. Qərbi Monqolustanda balıqçılıq inkişaf etmişdi. Koreya: Koreyalı
etnosunun formalaşmasında Asiya,Altay,Avustroneziya qruplarının xalqları
mühüm rol oynayib. Dünya ölkələrində koreyalıların ümumi sayları 81 mln.-dur.
Bunlardan Koreya Respublikasında 50 mln., KXDR-da 24 mln., Çin və ABŞ-da
isə 1 mln-dan çox koreyalı yaşayır. Bundan başqa koreyalılara Mərkəzi Asiya,
Yaponiya, Rusiya, Kanada, Avstraliya və Filippində də rast gəlmək mümkündür.
Koreyalıarı protoaltay xalqlarına aid edirlər, etnogenez prosesinə isə paleoasiya və
avstroneziya xalqları təsir emişlər. Tarixən xış əkinçiliyi ilə məşğul olmuşlar.
Çəltik, qarğıdalı, darı, axla, tərəvəzlər, bostan bitkiləri becərirdilər. maldarlıq
nisbətən zəif inkişaf etmişdi, əsasən qoşqu heyanları saxlayırdılar. Dəniz
sahillərində baıq və digər dəniz məhsulları ovlayırdılar.Donuzlar,inəklər,xususi it
cinsləri yetisdirilir. Koreyalılar dulus qabları və üzərinə lak çəkilmiş ağac
məmulatları ilə şöhrət qazanmışlar. Kənd əhalisinin geyim tərzi ənənəvidir. Kişilər
geniş biçimli şalvar, ağ rəngli gödəkçələr; qadınlar qısa köynək- çoqori, geniş
şalvar və eyni biçimli ətək- çxima geyinirlər. Qışda qadınlar astarına pambıq qatı
vurulmuş xalatlar, hündür altlıqlı ağacdan çəkmələr, yayda küləş sandallar
gəzirirdilər. Bu gün isə hamı avropasayağı geyimlərdən istifadə edir. Nəsli qəbilə
elementləri uzun müddət koreyalıların məişətində yaşamaqda idi. Belə ki,
eynifamilyalılar evlənə bilməzdilər. IV-VI əsrin əvvəllərində Koreyada buddizm
yayılmağa başladı.(maxayana təriqəti) X əsrdə dövlət dini statusunu almışdı. XIV
əsrdə konfusionizm dövlət dini oldu. XIX əsrdə ölkədə xristianlıq yayıldı. Cənubi
Koreyada əhalinin 70%-I dinə bağlıdır: 37% buddist, 17% konfusiyaçı, 26%
protestant, 5% katolik, 6% sinkretik dinlərə bağlıdır.Koreyalıların yeməkıəri
balıqlardan ibaretdir:dəniz mehsullari;ət,əsasən donuz əti nadir halda quş eti
yeyirdiler. Gundelik yemek tərəvəz şorbaları, düyü sıyığı, lobyadan
ibaretdir.Xususi yetisdirilen itlərin ətindəndə yeməkdə istifadə edirdilər. Yaponiya:
polikonfesional ölkədir yəni ölkə vətəndaşları iki və üç dinin adepteəsidirlər.Ən
qədim yaponiyada din –sintoizmdir. Sintoizmdə
fetişizm,animizim,totemizm,magiya, şamançılıq elementləri vardır.Sintoizm çox
saylı kultlar, rituallar,etik normalardan ibarətdir. Baştanrı-günəş ilahəsi
Amaterasudur.IV-VI ə.ə Yaponiyaya Çindən koufuçilik və buddaçılıq yayılır.
Buddacılıq (maxayana forması) yapon əyanları arasında yayılması nəticəsində VII
əsrdə dövlət dini statusun alsada rəsmi olaraq IX-XI ə.ə bu hadisə baş verir. XII-
XIII ə.ə dzen- buddizm Yaponiyada yayılır. Maddi mədəniyyət:Yapon evlərinin
fasad divarları acılıb bağlana bilərki evin havasını deyişmek üçün.Evdə ayaq
geyimlərini cıxartmaq vacibdir..Yeməyi alçaq msalar ətarfında yeyirlər.Evi ocaq
və kürsü ilə isidirlər.Çəlləyi xatırladan “furo” adlı vannalarda çimirlər.Buddizmin
amallarına görə su-qadın daş-kişi enerjisini ,qüvvəsini əksr etdirir.Kiçik
gölməcələr,daşlar,bitkilər,adaların öz simvolik əhəmiyyəti vardır.Milli geyim
“kimono”dur.Tərcümədə “kimono” geyim deməkdir.Xalat bicimli düyməsiz və
cibsiz tikilir soldan sağa bağlanır,üstündən qadınlar geniş kəmər
bağlayırlar.Kişilərdə geniş kəmər şalvar ətəklərinə bağlayırlar.Cibləri olmadığında
görə xırda-xırda əşyaları kəmərə bənd edilmiş xüsusi yerdə “netske” də
saxlayırlar.Ənənəvi ayaq geyimləri səndəllərdir.Yağışlar zamanı qalın altlıqlı ağac
başmaqlar-qeta geyinirlər. Ənənəvi yapon təsviri sənəti- “nixonqa” kağız və ipək
üzərində sulu boyalar və tuşla təsvir olunur. Yaponiyada bir neçə təqvimdən
istifadə olunur.Əsas təqvim e.ə.660-cı ildən başlayır ki, o zaman ilk mifik yapon
imperatoru Dzimmu taxta çıxır.Digər hakimiyyət dövrünü əhatə edir.1970-ci
illərdən avropa (qriqorian) təqvimi istifadə olunur. Yaponiyada Çində olduğu kimi
günəş-ay təqvimi qəbul olunub.Hərəsi bir heyvanın adını daşıyan 12 il və 60-illik
bölgü.Hər ayın öz adı vardır.Yanvar-dostluq ayı,fevral- geyimlərin
dəyişilməsi,mart-otların bitməsi,iyun-quraqlıq,iyul-ayı seyr etmək, avqust- yarpaq,
sentyabr- xrizanteni, oktyabr-tanrılarsız ay,noyabr-ilk qar,dekabr- İşlərin başa
çatması. Ənəvi yapon mətbəxti bitki mənşəli zülallardan istifadəyə üstünlük
vermək düyü,balıq və dəniz məhsulları ilə zəngindir.Yeməkləri xüsusi hər bir
ərzağa münasib qabda verirlrə. Bayramlar:1yanvar- Yeni il,15 yanvar- Millətin
yaranması günü,11 fevral- Yetkinlik yaşına çatmaq günü,22 mart- Gecə ilə
gündüzün bərabər olduğu gün,3 may- Konstitusiya günü,5 may- Uşaqlar günü,10
oktybabr- İdman günü,3 noyabr –Mədəniyyət günü,23 noyabr –Əməyə şükranlıq
günü,23 dekabr –İmperator Akixitonun doğum günü.Bu bayramlardan yeni il ən
böyük təntənə ilə keçirilir. Ailə valideylər, uşaqlar, ölən ulu əcdadlar,hələ
doğulmamış törəmələrdən ibarət olduğu sayılır,konfuculuq prinsipinə uyğun olaraq
anaataya,arvad-ərə,kiçik qardaşlar-böyük qardaşlara,bacılar- bütün
qardaşlara,uşaqlar isə bütün böyüklərə tabe olmalıdırlar. Müasir etnik tərkib - 99%
yaponlar 0,%% koreyalılar,Çinlilər və aynlar, 0,5% .Ənənəvi təsərrüfat sahəsi xış
əkinçiliyidir.Çay ,tərəvəz, sitrus bitkiləri, yetişdirilir.İpəkçilik inkişaf edib.Yapon
cəmiyyətinin sosial strukturu kastalardan ibarətdir. Ev şəraitində yaponlar kimono
geyinirlər.Təntənəli hadisələr zamanı”montsuki” kimonasını geyinirlər (qara
parçadan tikilir) Soyuq havalarda astarına pambıq qatı vurulmuş “vataire”
kimonosu gəzdirmək olur.Kimono üstündən gödəkçə(xappi)taxılır.Kişilər
“mompe”- badışlar, bayramlarda uzun geniş ətəkli şalvar (xakama) geyinirlər.
Samurayların evləri bir mərtəbəli,60-70 sm dirəklər üzərində tikilirdi,divarlar və
darvaza ilə əhatə olunurdu..Çərçivə və barmaqlıqlar ağacdan
düzəldilirdi.Arakəsmələrə çəltik kağızı salınırdı. Sadə insanların evlərində insanlar
yerdə içinə küləş doldurulmuş çuvalların üzərində yatırlar.Bəzən “naqaylar” bir
neçə ailənin yerləşdiyi uzun evlərdə yaşayırlar, burada otağın ölçüləri 3x3 m
olurdu.Kəndlilərin evləri torpaq döşəməli olurdu.Ev heyvanlarını evdə saxlayırlar.
70% kənd təsərrüfatında məşğolur:çəltik,paxla,şəkərqamışı,tut ağacları,saqa
palması,batat ,indiqo ,sandal ağacı becərilir.Toxadan istifadə edilir.Az sayda
at,inək,keçi saxlayırlar.Ev heyvanları: donuz,toyuq,ördək,dovşandır.Balıqçılıq və
ipəkçilik inkişaf etmişdir.Naxışlı həsirlərin hörülməsi ilə kişilər məşğul olurlar.
Menevi medeniyet:Simvolik yapon kuklalarında biri -Qoqatsu ninqe adlanir.
Yaponiyada may ayinin 5-de oglanlar bayraminda gosterilir.Bu oyincaqlar gelecek
kişilərə güclü və igid olmaqlarina komek etmelidir.İmperator ve imperatriçiye
benzeyen kuklalar fevral ayindan qizlara hesr olunmus bayrama qeder ,yəni martin
3-nə kimi numayis etdirilir. Yapon mekteblerinde 4-cu sinifə qədər imtahan
vermirler. Hər sinif novbe ilə ders otagi,ayaqyollarini,dəhlizləri
yigisdirirlar.Onlarda kollekvtivle işləmək hissi formalasir.Dərslər bazar və tətil
günlərində də keçirilir. Beləliklə şagirdlər gün ərzində 6-8 saat məşğul
olurlar.Məktəblərdə xüsusi forma gəzdirmək vacibdir, bu qayda onları
nizamintizamlı, işgüzar əhval- ruhiyyədə olmağı təmin edir. Məktəblilər heç vaxt
dərslərə gecikmirlər. Şagirdlərin 91% daimi müəllimi dinləyirlər. Şagirdlərin 76%
təhsilini davam etdirir.
35)Cənubi –Şərqi Asiya xalqları- Cənub - Şərqi Asiya Hindistan yarımadası
və Malay arxipelağının çoxsaylı adalarında yerləsir. Bu regiona Vyetnam (96
mln), Tailand (66 mln), Malaziya (33 mln), Laos (7,1 mln), Kampuçiya (15,4 mln),
Filippin (109 mln), Bruney (433 min), Sinqapur, İndoneziya (267 mln) və Şərqi
Timor daxildir. Dövlətlər arasında Bruney sultanlığı mütləq monarxiya, Tailand,
Malaziya konstitusiyalı monarxiya quruluşludur. Bu regionda çin-tibet (çin, tibet-
birma), paratay (tay), avstroasiya, avstroneziya dil ailələrinin dilləri yayılmışdır.
Məhsuldar torpaqlarda çəltik, kakos palması, kauçuk ağacı - qeveya, banan,
ananas, çay, ədviyyatlar becərirdilər. Dağ ətəyi bölgələrdə terras əkinçiliyi
yayılmışdır. Meşələr çox qiymətli sandal ağacı, şam ağacları, sundry - manqra
ağacı, palmalarla zəngindir. Adalarda ovçuluq, yıgıcılıq, toxa əkinçiliyi, materikdə
-xış plantasiya əkinçiliyi inkişaf edir. Balıq resursları əhalinin yemək öynəsinə
daxildir. Malay arxipelağının bəzi adalarının sularında mirvari və sədəf -
balıqqulaqları yığılır. Əhalinin əksəriyyəti keçid monqoloid və avstroloid irqlərinə
aiddir. Bəzi rayonlarda avstroloid irqinə aid olan - veddoidlər yaşayır (Malakka
yarmadasında). Neqritoslar Malakkanın cənubunda və Filippində yaşayırlar. Təkcə
İndoneziyada 150-dən çox etnos yaşayır. F Tailand, Vyetnam, Kampuçiya, Laos
əhalisinin 2/3 hissəsi siamlar (yaxud tay), vyetlər, kxmerlər, lao və
myanmalılardan ibarətdir. Sinqapurda çinlilər 76,7%, malaylar 15%, hindistanlılar
6,5% təşkil edirlər. Bütün Cənub - Şərqi Asiya dövlətlərində ən böyük milli azlıq
çinlilərdi. Cənub-Şərqi Asiyada ən geniş yayılmış dil ailələri: çin-tibet (çinlilər
Malaziya və Sinqapur, birmalılar, karenlər Tailandda), tay (siamlar, lao), avstro-
asiya dilli (vyetnamlılar, kxmerlər Kampuçiyada), avstroneziya dilli
(indoneziyalılar, filippinlilər, malaylar), papuas etnoslarıdır (Malay arxipelağının
şərqində və Yeni Qvineyanın qərbində yaşayırlar). Dini baxımdan: buddizm –
Vyetnam (maxayana-buddizmin bu forması yerli kultlarla birgə mövcuddur), digər
buddist ölkələrdə - buddizmin başqa forması xinayana, İndoneziya, Malaziya
əhalisinin 80%-i islama bağlıdır, Xristianlıq qismən İndoneziyada yayılmışdır.
Cənub - Şərqi Asiya ölkələrinin aborigenləri arasında əkinçilik geniş vüsat
tapmışdır. Çay plantasiyaları Vyetnam, Laos, Tailanda salınıb. İri buynuzlu mal-
qara (əsasən qoşqu üçün camış), ev quşları, davar və donuz (ancaq xristian
əhalisində) bəslənilir. Yemək öynəsinə düyü, mal, qoyun, donuz əti, ev quşları,
paxla, tərəvəzlər, meyvələr, ədviyyatlar daxildir. Süd məhsullarından az istifadə
olunur. Geyimləri geniş şalvar, ətəklər, köynəklər, xalatlardan ibarətdir. Yaşayış
evləri agac dirəklər üzərində qurulmuşdur, uzunluğu 200 m çatır və burada 50 ailə
yerləşə bilər. Hər bir belə birlik ayrı icma təşkil edir, başında seçilmiş rəhbər durur.
XI-XII əsrlərdən İndoneziya və Malakkada islam yayılmağa başladı. Yerli
inanclardan animizm – ruhlara inam və pərəstiş, magiya – sehrbazlıq, qurban
gətirmə mövcuddur. Bəzi tayfalarda mərasim kannibalçılıgı olmuşdur.Hind-Çin
yarıadasında Myanma, Tailand, Laos, Kampyçiya, Vyetnam dövlətləri yerləşir.
Əhali suvarma xış əkiçiliklə məşguldur. Əsasən çəltik yetişdirirlər. Çəltiyin bir
neçə yüz növləri vardır. İldə iki dəfə - yaz və payızda məhsul yıgılır. Çəltik
Tailandan ixrac olunan əsas məhsuldur. Çəltiyi şitil əkmə yolu ilə yetişdirirlər.
Qarğıdalı, batat, taro, maniok, paxla, banan, çay, bugda, arpa yetişdirirlər. Qeveya
və kakos palma plantasiyalari geniş ərazilərini əhatə edir. Məhsuldar vadə
torpaqlarında sitrus, ananas bagları salınmışdır. Ev heyvanları (əsasən qoşqu
qüvvəsi), donuz, ev quşları saxlayırlar. Bəzi dag bölgələrdə keçi, bəzən at
bəsləyirlər. Ənənəvi sənətkarlıq sahələri: hörmə, agacişləmə, toxuculuq,
dəmirçilikinkişaf edir.Siamlar zərif ipək parçalar toxuyurlar. Qeyimlər: tikişsiz
geyimlər enli parçadan bel sargılarıdır. Saronq, gödəkçə, qurşaqdan ibarətdir.
Başlarına parça kəsiyi sarıyırlar. Qadınlar saronq, dar köynəklər geyinirlər.
Ənənəvi ayaq geyimləri – yüngül hörmə səndəllərdir. Hind - Çin xalqlarının
mətbəxində düyü əsas yer tutur. Buddist rahiblərə ət yemək yasaqdır. Vyetlərin
yemək öynəsinə meynə qurdu, çəyirtkə, qurbaga, tısbaga əti daxildir. Şirniyatlar
düyüdən hazırlanır. Ailə kiçik monoqam ailədir, patrilokallıq və ata nəsli hökm
sürür.Qadınlar ailədə böyük hörmətə sahibdilər. Dinin bu regionda böyük təsiri
vardır. Təkcə Kampuçiyada 100 midən çox buddist rahiblər və kahilər vardır.
Laosda iki min monastır, Tailandda 200 minə yaxın məbəd vardır. B.e. ilk
əsrlərində brahmançılıq buraya sirayət etdi. Bütün buddistlərin içində qədim
animistik inanclar və pərəstiş yerləri vardır. Magiyaya inam geniş yayılmışdır.
Buddizimlə baglı bayramlar qeyd olunur. Daşişləmə, zərgərlik, silahsazlıq, hörmə,
toxuculuq sənəti qədim zamanlardan inkişaf edir.
36.Sibir və Uzaq Şərq xalqları
Sibir Şimali Asiyanın regionudur. Ərazisi 13 mln. kv. km-dir. Rusiya ərazisinin
75%-ni təşkil edir. Sibir və şimal xalqlarının sayı- 30 min, azsaylılar- 50 min
nəfərdir.  Sibir xalqları Ural və Cənubi Sibir irqlərinə aiddirlər. Ural irqi şorlar,
samodilər, Cənubi Sibir irqinə altaylar, xakaslar aiddirlər. Epikantus əlaməti zəif
inkişaf edib. Ural irqində depiqmentasiya – dəriləri, saçları, gözlərinin rəngi
Cənubi Sibir irqinə nisbətən daha açıqdır. Sibir tatarları - 6779 nəfərdilər. Lakin
tədqiqadçılar hesab edirlər ki, onların sayı 100 minə çatır, nivxlər-5162 nəfərdir.
Saxalində məskunlaşıblar. Sibirdə faydalı resursların geniş istismarı nəticəsində
maralların otlaqları məhdudlaşır, torpağın üst qatı məhv edilir və maralların əsas
yemi sayılan mamır bitmir. Maralların sayı azalır. Çay sularında balıq ehtiyatı
kəskin surətdə azalıb.Rusiya Federasiyasında 40-a yaxın aborigen Uzaq  Şərq və
Sibir xalqları yaşayır. Ümumi sayları 244 min nəfərdir. Sibirin azsaylı xalqlarının
65% kənd yerlərində yaşayır. Nanaylar-balıqçılıq, ovçuluq, yığıcılıqla məşğul
olmuşlar. Əsas təsərrüfatları ovçuluq, balıqçılıq, itlərin yetişdirilməsi olmuşdur.
Balıq dərisindən üst və ayaq geyimləri hazırlanırdı. Hörmə sənəti inkişaf etmişdi,
Amur çayı hövzəsində yaşayan xalqlarda totemçilik yayılmışdı. Cənubi Sibir
xalqları buryatlar, yakutlar, altaylılar, xakaslar, tuvalılar, Qərbi Sibir tatarları,
şorlar, tofalardır. Şimali Sibir və Uzaq Şərq xalqları - xantı, mansi, nenlər,
nqanasanlar, enlər, selkuplar, ketlər, evenklər, dolqanlar, evenlər, neqidallar,
nanaylar, ulçilər, udeqeylər, oroçlar, oroklar, nivxlər, yukaqirlər, çukçalar,
eskimoslar, koryaklar, itelmenlər, aleutlardır. Yakutlar Saxa respublikasında
yaşayırlar, sayları 478 min 100 nəfərdir. Buryatlar - Buratiya respublikasında
yaşayırlar, sayları 461389 nəfərdir. Tuvalılar - Tuva Respublikasında yaşayırlar,
paytaxtı Qızıl şəhəridir, sayları 263934 nəfərdir. Xakaslar- Xakasiya
respublikasında yaşayır, paytaxt Abakan şəhəridir, sayları 72959 nəfərdir.
Altaylılar- sayları 71 min nəfərdir, Altay respublikası və Altay vilayətində
məskunlaşıblar. Nenlər-  44 min 640 nəfərdir, azsaylı samodi xalqı sayılır. Köçəri
maralçılıqla məşğuldurlar. Evenklər - Saxa Respublikasında yaşayırlar, sayları
39396 nəfərdir. Eyni sayda evenklər Çin və Monqolustanda yaşayırlar. Xantı -
30943 nəfərdirlər, dilləri fin-uqor dil ailəsinə aiddir. Balıqçılıq, ovçuluq, maralçılıq
əsas təsərrüfat sahələridir. Keçmişdə şamançılıq geniş yayılmışdı. Müasir dövrdə
əksəriyyəti xristian-provaslavdır. Evenlər - 21830 nəfərdilər, dilləri tunqus-mancur
budağına daxildir.Çukçalar- 16 min nəfərdirlər, Çukot yarımadasında yaşayırlar,
maralçılıqla məşğuldular, əsas dini etiqadları animizmdir. Şorlar - türk xalqlarıdır,
sayları 13 min nəfərdir. Qərbi Sibirin cənub-şərqində, Kemerovsk vilayətinin
cənubunda məskunlaşıblar. Əsas dinləri şamançılıqdır.Mansilər- voqullar 120 min
269 nəfərdilər. Xantı - Mansi muxtar vilayətində yaşayırlar. Nanaylar- 12160
nəfərdilər, Amur çayının sahillərində yaşayırlar. Dilləri tunqus-mancur budağına
daxildir. Koryaklar- 8743 nəfərdir, Kamçatka vilayıtində məskunlaşıblar. Maralçı
və balıqçıdırlar. Şamançılıq geniş yayılmışdır. Dolqanlar- 7885 nəfərdilər.
Krasnoyarsk ölkəsində yaşayırlar
37)Şərqi Avropa xalqları
Şərqi Avropada ərazisi və əhalisiin sayına görə ən böyük dövlət Rusiya
Federasiyasıdır. 2020-ci il stastistik məlumatlarına görə əhalisinin sayı 146 mln
748590 nəfərdir. Ruslar əhalinin 81% təşkil edirlər. Hər birinin sayı 1 mln artıq
olan altı etnik qrup yaşayır: tatarlar (3,9%), ukraynalılar (1,4%), başkırtlar (1,1%),
çuvaşlar (1%), çeçenlər (1%), ermənilər (0,9%). Rusiya Federasiyasında 200-dan
çox etnos vardır və bu dil ailəsinə aiddir: hind – avropa, ural, altay, şimali qafqaz
və b. Etnosların əksəriyyəti - 84.7% hind-avropa dillərində danışırlar. Slavyan
qrupunun dillərində danışan əhali Rusiya əhalisinin 82,5% təşkil edir: ruslar,
ukraynalılar, belaruslar, polyaklar, bolqarlar və b. Ruslar Rusiya Federasiyasının
əksər subyektlərində (Dağıstan, Çeçen və İnquş Respublikalarından başqa)
üstünlük təşkil edirlər. Ruslar arasında etnoqrafik qruplar vardır: dialekt, ayrı-ayrı
maddi və mənəvi mədəniyyətləri görə fərqlənən şimal və cənub velikoruslar, şimali
velikoruslar arasında etnoqrafik qruplar mövcuddur: pomorlar, mezenlər,
pustoverlər, üst-tsilemlər, poşexonlar, kerjaklar, karqopollar. Ortarus qrupuna-
meşeralar aid edilir. Cənubi velikoruslar etnoqrafik qrupuna: polexlar, sayanlar,
tsukanlar aiddir. Pomorlar Ag dəniz sahillərində Arxangelsk vilayətində yaşayırlar
və balıqçılıqla məşguldular. Sayları 7 mindir. Ukraynalılar Rusiyada 3 mln-dır,
əhalinin ümumi sayından 2%. Belaruslar – 0,6 mln 0,37 % təşkil edirlər. RF-da
həmçinin polyak, bolqar, çex, serblərin azsaylı qrupları yaşayır. Romandilli
xalqlardan: moldovanlar (175 min-0,11%), rumınlar, ispanlar məskunlaşıb.
Yunanlar - 86 min (0,06%) (hind-avropa dil ailəsinin yunan budagı) Krasnodar və
Stavropol ölkəsində yaşayırlar. Baltik qrupu litvalılar və latışların kiçik qrupları ilə
təmsil olunub (32 min və 20 min). Latışlar arasında etnoqrafik qrup - latqallar
(katoliklər) mövcuddur. German qrupundan almanlar (600 min-0,4%) təmsil
olunmuşdur. Əsasən qərbi və orta Sibirin cənubunda yaşayırlar. German qrupuna
yəhudilər (550 min-0,2%) aid olunur. Rusiya yəhudiləri əksəriyyəti idiş dilində
danışan yəhudi - aşkenazlardır, əsasən böyük şəhərlərdə yaşayırlar. İran qrupuna -
osetinlər (550 min-0,4%). Osetinlər Şimali Osetiya-Alaniya Respublikasında, dağ
yahudiləri Dağıstan və Kabardin-Balkar Respublikalarının sakinləridir. Hind-ari
budağına qaraçılar aiddir (205 min-0,14%). Kartvel qrupuna gürcülər (200 min-
0,1%) aid olunur. Şimali Osetiya, Krasnodar və Stavropol vilayətlərində yaşayırlar.
Həmçinin Rusiyada meqrellar və yahudi gürcüləri yaşayır (1,5 min). Fin-uqor dil
ailəsinin nümayəndələri: karellar (100 min-0,04%), ijorlar (0,7 min), finlər-50 min,
estonlar-18 min, vepslər-8 min, marilər (600 min-0,42%), udmurtlar 0,7 mln
(0,44%), saamlar – 2 min, besermyanalar-10 min, komi - 400 min (0,20%), komi-
permyaklar (150 min-0,09%), xantı-29 min, mansilər – 12 min və macarlar - 6 min
aid olunur. Karellər Kareliya Respublikası, Tver vilayəti, Murmansk və Leninqrad
vilayətləri və Sankt-Peterburqda yaşayırlar. Finlər Kareliyada, Leninqrad
vilayetinin sakinləridir. Azsaylı etnos - vod rusların asimliyassiyasına məruz
qalıblar. Vepslər Kareliya, Leninqrad və Voloqda vilayətlərində məskunlaşıblar.
Ural dil ailəsinin ən çox saylı etnosu mordvadı: mordva- erzya, mordva – mokşa
birgə 0,9 mln (0,58%) nəfərdir. Mordoviya Respublikasında 30% yaşayır,
Volqaboyu ərazilərdə məskunlaşıblar. Marilər – 0,7 mln. Volqaboyu Mari El
Respublikasında mari etnosunun ancaq yarısı yaşayır. Başqırdıstan, Tatarıstan
Respublikalarında marilərin böyük hissəsi məskunlaşıb. Udmurtlar - 0,7 mln
(0,44%) Udmurt Respublikası (30%), Tatarıstan, Başqırdıstan Respublikalarında
məskunlaşıblar. Udmurt Respublikasının şimalında bessermyanlar yaşayır
(linqivistik cəhətdən udmurtlar tərəfindən assimilyasiya olunublar). Şərqi
Avropanın şimalında komu, yaxud komi-zıryanlar Komi Respublikasında üstünlük
təşkil edirlər. Onlara yaxın olan komi-permyaklar Perm vilayətində yaşayırlar. Fin-
uqor xalqları meşəlik bölgələrində yaşayırdılar. Əsasən ovçuluq, yıgıcılıq, balıq
ovu ilə məşgul olmuşdular. Saamlar maralçılıq və ovçuluq ənəvi təsərrüfatını
indiki zamanda da davam etdirirlər. Altay dil ailəsinin türk budağı-çuvaşlar (1,6
mln-1,01%), tatarlar (Sibir və Həştərxan tatarları, mişarlar ilə birgə)-5,6 mln
(3,72%), kryaşenlər - 0,2%, naqaybaklar -8,2 min (0,01%), başkortlar - 1,9 mln
(1,29 %), kazaxlar - 660 min (0,05%), qarapapaqlar-6 min, noqaylar-104 min
(0,07%), qumuqlar (0,5 min - 0,35%), qaraçaylılar (220 min-0,15%), balkarlar-113
min, azərbaycanlılar-0,7 mln (0,42%), qaqauzlar – 14 min (0,01%), türkmənlər-35
min, özbəklər-130 min, karaimlər - 205 nəfər, çuvaşlar-1,7 mln (1,12%) Çuvaş
Respublikasında əhalinin əksəriyyətidir. Eləcədə Tatarıstan, Başqırdıstan
Respublikalarında yaşayırlar. Tatarlar Tatarıstan Respublikasından başqa Tümən,

38)Monqolustan xalqları-Dövlət dili monqol dilidir.Monqol dilində bir neçə


dialekt vardır. Yazı  monqol dilinin xalxas dialekti əsasında kiril əlifbası üzərində
yaradılıb. Çində yaşayan monqollar XIII əsrdə yaranmış, əsasını uyğur əlifbası
təşkil edən qədim monqol yazısından istifadə etmişlər. XVIII-XIX əsrin
əvvəllərində Monqolustanda tibet dili yayılmışdır. Hal-hazırda buddaçı
monqolların dini mərasimlərində istifadə olunur. Monqolustan əhalisi 2015-ci ilin
məlumatlarına görə 3 mln-dur. 57 min nəfərdir. Ölkədə buddaçılıq (lamaizm) 53%,
müsəlmanlar 3%, şamanizmə bağlı olanlar 2.9%, xristianlar 2.1%, başqa dinlərə
bağlı olanlar 0.4%, ateistlər 38.6% təşkil edir. Şamançılıq burada arxaik din
olmuşdur, lakin XVI əsrin sonunda Tibetdən buddizm yayılır. 1576-cı ildən
Monqolustanda buddizm yayılmağa başlamışdır. Şamançılıq nəslidən nəslə
ötürülən psixiki durumdur. Adətən insan depressiya, psixiki bəzən psixo-fiziki
hislər keçirirdi. Baş şamandan bu insanda şamançılıq xüsusiyyətlərini aşkar
etdikdən sonra xüsusi hazırlıq dövrü başlayırdı. Şaman 9 ya 11 təqdis
mərhələlərindən keçməli olurdu. Bu proses bir neçə il davam edə bilərdi.Ölkədə
yaşayan kişilərin 40%-i rahiblər olmuşdur. Kazaxlar və xotonlar müsəlmandırlar.
Monqollar monqoloid irqinin şimali asiya tipinin nümayəndələridirlər. Çində 5.8
mln. monqol yaşayır. Monqol etnonimi monqo- yəni monqol dilində”igid”
deməkdir.  
    Etnik tərkib. Monqolustan monoetnik dövlədir. Monqollar- 94% təşkil edirlər.
Monqol etnosu Mərkəzi Asiyada formalaşmışdır. B.e. X əsrində burada monqol
dilli kidanlar yaşamışdır. XII əsrdə monqoldilli tayfaları Çingiz xan birləşdirir və
monqol qövmünün formalaşması prosesi başlayır. XIV əsrdə Monqol imperiyası
dağılır, XV əsrdə monqollar  qərb və şərq qruplarına bölünürlər. XVI əsrdə şərq
budağı şimal və cənub qruplarına parçalanır. Xalxa-monqollar titul etnos sayılır və
82.40% təşkil edirlər. Xalxa-monqollar arasında etnoqrafik qruplar vardır-
dariqanqa 1.04%, xotoqoytlar 0.59%. Xalxa-monqollar cənubi monqollar
qruplarını -urumçinlər, çaxarlar, xorçinləri assimilyasiya edirlər. Darxatlar- 0.82%,
monqol, türk və samoqi elementlərinin qarışığından əmələ gəlmişlər. Monqolların
qərb qrupuna oyratlara- derbetlər, xoytalar, xoşutlar aiddir. Əhalinin ümumu
sayının 2.75%-ni təşkil edirlər. Qərb qrupuna zaxçinlər, oletlər, torqutlar, bayatlar,
mənqatlar daxildir. Altay urənxayları 1.01% təşkil edirlər. Buryatlar – 1.71% təşkil
edir,  Şərqi Sibirdən köçüb gəlmişlər. Şimal-şərqi Çindən barqutlar köçmüşlər.
Xammiqatlar 537 nəfərdilər. Monqolların assimilyasiyasına məruz qalmış
evenklərdir. Onlar maralçılıq təsərrüfatından köçəri maldarlığa keçmişlər. Kazaxlar
ölkə əhalisinin 3.86%-ni, yaxud təxminən 5%-ni təşkil edirlər. Kazaxlar doğma
dilləri və mədəniyyətlərini saxlamışlar. Xotonlar 0.43% təşkil edirlər. XVII əsrin
sonunda Monqolustana Sinsəndən gəlmişlər.Xotonlar türk etnosu olaraq, monqol
dilini qəbul etmişlər. Tuvalılar 0.20%-dirlər.
   Yaşayış evləri keçə çadırlardır. Dairəvi formalı ağac barmaqlıqların üzərinə keçə
salınır, ortada ocaq yandırılır. Yurtanın sağ tərəfində qadınlar və uşaqlar,  sol
tərəfində kişilər yerləşirlər. Girişlə üzbəüz olan yer yurtanın ən hörmətli adamlar
üçün nəzərdə tutulur. Yurtada sandıqlar, silahlar, at ləvazimatı, qumıs və ayranla
dolu dəri qablar yerləşirdi. Ocağı at və inək peyini ilə yandırırdılar. Kişilərin
geyimləri uzunətəkli deli adlanan xalatlardan ibarət idi, yaxası soldan sağa
bağlanırdı, sağ qolun altinda düymələnirdi. Xalat aşılanmış dəri və yun parçadan
tikilir, belinə rəngli parçadan qurşaq bağlanırdı. Qış xalatlarının astarına quzu
dərisi tikilirdi. Geniş biçimli , dəri ya da yun parçadan şalvar geyinirdilər. Keçə
şlyapalar və dəri papaqlar qoyurdular. Uzunboğaz çəkmələr qutul dəridən tikilərdi,
altına keçə salınırdı. Qadınların geyimləri kişi geyimləri ilə eyni biçimli idi, ancaq
xalatların çiyin hissəsinə yundan astar tikilirdi. Yeməkləri süd məhsullarının
müxtəif növləri: pendir, qurut, kəsmik, ayran, qumus, qaymaq. Çaya qoyunun
əridilmiş quyruq yağı, duz əlavə edirdilər. Əti bişmiş halda yiyirdilər.
39)Volqaboyu xalqları
Etnogenezlərində volqa-fin komponenti iştirak etmişdir. Marilər etnos kimi b.e. I
minilliyin I yarısında Oka və Sura çayları arasındakı ərazilərdə formalaşmaya
başlamış və bu proses IX-XI əsrlərdə başa çatmışdır. “Mar” etnonimi güman edilir
ki, hind-avropa mənşəli olaraq tərcümədə “ər”, “insan” deməkdir. Çeremis
etnonimi həm marilərə, həm də XVIII əsrə qədər çuvaşlar və udmurtlara da
ünvalanırdı. “Çeremis” mordov dilindən tərcümədə “günəşli tərəfdə, şərqdə
yaşayan insan” deməkdir. Başqa fikirə görə “çeremis”- “çer ya çar tayfasından
olan insan” deməkdir. Kənd təsərrüfatında “vümamüma”- qarşılıqlı yardım forması
mövcud idi. Təsərrüfatlarını kompleks şəklində aparmışlar: əkinçilik, maldarlıq,
ovçuluq, balıqçılıq, yığıcılıq, arıçılıq, sənətkarlıq olmuşdur. Əkinçilik kəsmə-tala
formasında olmuşdur. Şərqi Avropada məlum olan bütün dənli, paxlalı və texniki
bitkilər yetişdirmişlər. Oturaq maldarlıqla məşğul idilər. Ox və kaman, tələlər,
pusqular vasitəsi ilə ov edirlər. Bal və xəz dəriləri qonşu ölkələrə satırdılar. IX-XI
əsrlərdə dəmirçilik-zərgərlik sənətləri inkişaf etmişdir. Mis, tunc, gümüş bəzəklər
hazırlanırdı. Geyimlər, ayaqqabılar, ev əşyaları, dulus qablar, əmək alətləri kustar
üsulla hazırlanırdı. Parçalar kətan və çətənədən istehsal olunurdu. Geyimləri:
qadınlarda tunik köynəklər, qaftan, şalvar, küləşdən ayaq geyimləri. Köynək
-“tuvir” üzərinə ipək, yun, pambıq saplarla tikmə naxışlar salınırdı.
“Qaftan”-“mijer”in üzərinə pilək, muncuqla naxış salırdılar. Üstündən yun ya da
ipək kəmər bağlanırdı. Önlüyü tikmələrlə bəzəyirdilər. Qışda qoyun dərisindən
kürk geyiniridlər. Baş geyimləri: konusvari papaqlar, yaylıqlar idi. Baş, sinə,
boyun, bel bəzəkləri metal, gümüş pullar, muncuqlardan düzəldilirdi. Kişi
geyimləri: köynək, şalvar, kətan qaftan, küləşdən hörülmüş çarıqlar idi. Mahud
qaftan (mijer) və qoyun dərisindən kürk (ujqa) qadınların üst geyimləri ilə eyni
biçimli idi. Yeməklər: mayasız çörək müxtəlif dənli bitkilərdən bişirlirdi, balıq, ət,
kartof, noxud, yumurta, yumurta; içlikli kökələr, şorbalar, ayran, çaydan ibarət
olmuşdur. Ailəvi və dini bayramlarda buğda arağı, pivə hazırlayırdılar. Quraqlıq
vaxtı, ərzaq qıtlıgı ucbatından una ağac qabığı, yabanı otlar, şam ağaclarının
qozalarının toxumlarını əlavə edirdilər. Marilər-mari, mere, mare- “Mari El”
respublikasında yaşayırlar. Sayları 560 mindir. Pravoslav dinini qəbul etsələrdə,
ənənəvi dinləri (animizm, magiya) yaşamaqdadır. Kahinlər kart adlanırdı. Marilər
sub - ural antropoloji tipinə aiddir. Bu irq avropoidlərlə qədim ural irqinin
qarışığından formalaşıb, yəni marilərdə monqoloid əlamətləri vardır. Marilərin
kiçik ailə məskənləri “ilem” adlanırdı. Cəmiyyətdə tayfa başçılarının, ağsaqqalların
rolu böyük idi. Ağsaqqallar “kuquz” adlanırdı. Bayramları: “Peledış payrem” -
“güllər bayramı” yayda qeyd olunur, əkin işləri başa çatandan sonra “şorik-yol”
bayramı qışda qeyd olunur, zəngin süfrələr salınır. Uşaqlar qonşuların evlərini bir-
bir gəzib dolanır, ev sahiblərindən hədiyyə alırdılar. Əslində bu bayram qoyun
sürülərinin məhsuldarlığını artırmağa yönəlmişdi.Marilər müqəddəs ağaclarda
yaşayan ruhlara ibadət edirlər. Bu ağacları kəsmək olmaz, ətrafında yaşayan
heyvanlar, ov etmək, tonqal yandırmaq yasaqdır. Noqay monqol dilindən
tərcümədə “ag it” mənasını verir. Noqaylar Şimali Qafqazda yaşayan türk
xalqlarından biridir. Sayları 90 min nəfərdir. Əsas məskunlaşma əraziləri Noqay
çölüdür ki, Dagıstan, Çeçen Respublikası və Stavropol ölkəsi arasında
bölüşdürülmüşdür. Noqaylar cənubi sibir (turan) keçid irqinə aiddilər. Antropoloji
simalarında avropoid və monqoloid irqlərinin əlamətləri vardır. Noqay dilinin iki
dialekti vardır: noqay və kuban. Noqay etnosunun formalaşmasında usunlar,
uyqurlar, naymanlar, qıpçaklar, manqitlər iştirak etmişlər. Ənənəvi olaraq noqaylar
köçəri və yarımköçəri maldarlıqla məşqul olurdalar. Bununla yanaşı əkinçilik,
bostançılıq, bagçılıq sahələri də inkişaf etmişdi. Mahud parçalarının, keçənin
(yapıncı, uzunbogaz çəkmələr, başlıqlar), xalçaların hazırlanması ilə məşgul
olurdular. Köçəri noqayların evləri yurta, oturaq həyat keçirənlərin isə “uy”
adlanırdı. Ənənəvi kişi geyimləri köynək, şalvar, beşmet, çuxa (çəpkən), yapıncı,
kürk (ton), papax (börk), kəmər, çarıqdan ibarət idi. Qadın geyimləri uzunətəkli
paltar, şalvar, beşmet, enli kəmərdən ibarət olmuşdu. Başlarına yaylıq
baglayırdılar. Yemək öynəsinə ət, süd məhsullarından, balıqdan hazırlanmış
yeməklər daxildir. Ən geniş yayılmış yeməklər: ət qovurması, xinqal, doldurma
(kolbasa). Un yeməklərini yoqurt, ayranla yeyirdilər. Şərbət, qumış içirdilər.
Noqaylar XIII əsrdən islamın sünni təriqətinə baglıdırlar
40)Qərbi Sudan xalqları-Şərqi və Qərbi Sudan arasında sərhəd şərti olaraq Çad
gölünün üzərindən keçir. . Qərbi Sudanın sayca ən böyük xalqları vardır: fulbe (19
mln) – qərbi bantu dillərində; yoruba (20 mln) – niqer-kordofan; hausa (23 mln) –
sami-hami dil ailəsinin çad qrupu dillərində danışırlar. Digər xalqlar-ibo (16 mln),
eve (3 mln), malinke (3,5 mln), mandinqo (3,5 mln), mosi (6 mln). Qərbi Sudanın
ümumi əhalisi – 150 mln. Bu tarixi-etnoqrafik bölgədə toxa əkinçiliyi inkişaf
edirdi: çəltik, qargıdalı darı, batat, paxla, manioc vəs yetişdirilirdi. Ovçuluq və
balıqçılıqla məşgul idilər. Bizim e. III-IV əə. Seneqal və Niqer çaylarının
hövzəsində Qana dövləti meydana gəlmişdi. Qana sözü ya “kaya maqan” –
“mədənlərin sahibi” deməkdir və dövlətin hökmdarı “Qana” titulu daşıyırdı. Qana
dövlətinin əsas xalqı mandinqo yə malinke qrupunda olan soninke idi. Paytaxt –
Kumba şəhəridir. Ölkə qızıl öz ehtiyatları ilə zəngin idi. Qərbi Sudanın Məqrib
ölkələri ilə ticarətinə Qana nəzarət edir, qızıl və duz ticarətində vasitəçi rol
oynayırdı. Qanada soninke və Malidə malinke xalqları niqer-kordofan dil ailəsinin
mande dil qrupunun dillərində danışırlar. XV ə. II yarısından Mali tənnəzülə
ugrayır. Niqer çayının orta axarlarında mövcud olan Sonqai dövləti (Qao
imperiyası) Qərbi Sudanda siyasi hökmranlıq əldə etdi. Paytaxt – Qao şəhəri
olmuşdu. 1468-ci ildə Sonqai Mali dövlətinin Tambuktu, sonra Cenne şəhərlərini
ələ keçirir. Tambuktu şəhəri Sudanın mədəniyyət və elmi mərkəzinə çevrilir.
Sonqaidə içtimai quruluş quldarıqdan feodalizmə keçid mərhələsində olmuşdur.
Tədricən qullar təhkimli kəndlilərə çevrilirdilər və öz sahiblərinə natiral renta və
can vergisi ödəməliydilər. Sonqai dövlətində əhali suvarma toxa əkinçiliklə
məşğul olmuşdular. Zəngin duz yataqları və qızıl ehtiyatlar ı ölkədə ticarətin
inkişafına imkan verirdi. Tacirlər ölkəyə qullar, fil sümüyü, mis, qiymətli əşyalar
gətirir və bunları qızıla mübadilə edirdilər. Kauri balıqqulaqları pul vahidi
sayılırdı. Sonqai ərazisi Mərakəş sərhədlərinə qədər uzanırdı. Sonqainin
süqutundan sonra Sudanın vahidliyi daha bərpa olunmadı. Qərbi Sudanda ikinci
mədəni mərkəz şərqdə Çad gölünün ərazisində olmuşdur. Burada xausa və kanuri
xalqları e. VIII ə. Kanem dövlətini yaratmışdılar. XVIII ə. çarın iqamətkahı Çad
gölünün cənub-qərbinə, Bornu ölkəsinə köcürülmüşdü. Bunda sonra Kanem
dövləti Bornu adlandırıldı. Bu ğüclü dövlətə qonşu dövlətlər vergi ödəyir və
qullarla təmin edirdilər. Ölkədə əhali suvarma əkinçiliyini inkişaf etdirir, bugda,
çəltik, sorqo və pambıq becərirdilər. Bornuda Aralıq dəniz sahilləri xalqları ilə
ticarət və mədəni əlaqələr inkişaf edirdi. Çad gölündən qərbdə xausa tayfaları
məskünlaşmışdılar. Xausa e.VIII-IX əə. şəhər-dövlətlər yaratmışdılar və bunlardan
ən böyüyü Kano dövləti olmuşdu. Burada iqtisadiyyatın əsasını suvarma toxa
əkinçiliyi təşkil edirdi: bugda, pambıq, çəltik və darı becərilirdi. Xausalarda gön-
dəri emalı (öküz dərisindən məişət əşyaları – bal və yağ saxlamaq üçün “tandu”
adlı qablar; at yəhəri dəsti, yük daşımaq üçün çanta və çuvallar, ayaq geyimləri),
bundan başqa toxuculuq, dəmir emalı (əkinçi alətlərinin dəmirdən hazırlanması)
inkişaf etmişdi. Qərbi Sudanın üçüncü mədəni bölgəsi - Qvineya körfəzinin ərazisi
olmuşdur. Burada niqer-kordofan dil ailəsinin kva yarımqrupunun dillərində
danışan bir sıra xalqlar yaşayırdı: aşanti, yoruba, ibo, eve, edo, akan, nupe və b.
Burada iri ticarət mərkəzi – Benin şəhər-dövləti meydana gəlmişdi. Ölkədə
məhdudiyyətsiz monarxiya hökm sürürdü. Əsas xalq edo xalqı olmuşdu. Benindən
Avropaya ədviyyatlar, parçalar, palma yagı və fil dişi aparılırdı. XVI-XVIII əə.
tunc emalı yüksək səviyyədə inkişaf edirdi: tuncdan bəzəklər, məbədlərdə
saxlanılan vəfat etmiş çarların tunc başları idi. Müasir zamanda bu sənətlə baule və
aşanti dəmirçiləri məşğuldular. Benin sümük üzərində nəqqaşlıq sənətinin mərkəzi
olmuşdu.Tuareqlər Qərbi Sudanın xalqlarından biridir, Saxara, Niqer və Mali
dövlətlərində yaşayırlar. Hazırda sayları – 5,2 mln. Tuareqlər özlərini “imoşaq”,
yəni müstəqil, asad adlandırırlar. Ərəblər isə onları “keltiqelmust”, yəni “duvaqlı
xalq” adlandırıblar. Ərəblər onlara həmçinin “Tuareq” adını vermişlər, tərcümədə
“allahın üz döndərdiyi adamlar” deməkdir, çünkü uzum müddət islamı qəbul
etmək istəməmişlər. Tuareqlər böyük avropoid irqinin aralıq dəniz irqinə aiddilər.
Tuareq dili sami-hami dil ailəsinin bərbər budagına daxildir və iki dialekta
bölünür: tamaxak Mərkəzi Saxara və tamaşek Saxeldə (Niqer, Mali, Burkina-Faso
dövlətləri) yayılmışdı. Tuareqlər 6 qəbiləyə bölünür, bunlardan ikisi Saxarada
yaşayır və qədim adət-ənənələrini saxlamışlar. Bütün qəbilələrin başında bir rəhbər
– “amenonokol” dururdu. Onun hakimiyyət rəmzi – təbil olmuşdu. Tuareqlərdə
ana nəslinin qaydaları hökm sürürdü. Rəhbərin hakimiyyəti məhdudlaşdırılmışdı.
Tuareq cəmiyyətində 4 təbəqə formalaşmışdı: ali təbəqə - “imxarlar ya
“imqadlar”- nəciblər; “inislimen” – ruhanilər; “imradlar”-vasallar; “iklanlar”-
nökərlər, keçmiş qullar idi. Təhkimli kəndli vəziyyətində olan oturaq-əkinçi
tuareqlər – “xaratinlər” xurma ağacları, darı, qarpız, qovun yetişdirirdilər və
məhsulun bir hissəsini “imxarlara” verirdilər.Ailə monoqamdır. Tuareqlər sünnü-
müsəlmandılar. Tuareqlər dəvəçilik, xırda buynuzlu heyvanların bəslənilməsi, toxa
əkinçiliyi ilə məşğul olurlar. Süd məhsulları, dənli bitkilərdən sıyıqlarla, nadir
hallarda ət ilə qidalanırlar.Tuareqlər ənənəvi geyimlərini saxlayıblar. Kişilər -
geniş, baldırlarda büzmələnmış şalvarlar, enli dəri kəmər, tünd mavi rəngli uzun
köynəklər, dəri səndəllər geyinirlər. Sərin havada yun bürüncəkdən istifadə edirlər.
18 yaşına çatan oğlana valideynlər və qohumlar tünd mavi ya ağ rəngdə uzunlugu
40 m çatan enli parça “lisam” hədiyyə edirlər. Lisamı başlarına elə dolayırlar ki,
ancaq gözləri acıq qalır. Qadınların geyimləri uzun ağ köynəklər və tünd mavi
rəngli yaylıqdan ibarətdir. Üzlərinə ancaq yad kişilərin yanında nazik duvaq
salırlar. Qadınlar gümüşdən üzüklər, boyun bagı gəzdirirlər.Köçəri tuareqlər
“exan” adlı üzərinə dağ keçilərinin dəriləri salınmış çadırlarda yaşayırlar. Bir
çadırın üzərinə təxminən 30- 40 dördkünc dəri salırdılar.Çadır iki hissəyə ayrılır:
qadınlar sol, kişilər sagda yerləşirlər
41)Türkiyə xalqları.
Türkiyə respublikası ərazisinin 97% Asiyada, 3% isə Avropanın cənub-şərqində
Balkan yarımadasında - Şərqi Frakiyada yerləşir. Türkiyənin sahəsi 780 min kv
km-dir,əhalisinin sayı 83 mln nəfərdir.
Milli azlıqlar ölkə əhalisinin 14%-ni təşkil edir. Ölkənin 56 vilayətində türklər
böyük əksəriyyətə malikdir. Ölkənin şərq vilayətlərində kürdlər və ərəblər Avropa
Türkiyəsində isə türklərlə yanaşı bolqarlar, bosniyalılar, albanlar, Egey dənizi
sahillərində yunanlar, Qara dəniz sahillərində gürcülər və lazlar, kiçik Asiyanın
mərkəzi hissəsində isə çərkəzlər yaşayır. Yunan-türk müharibəsindən sonra 1923-
cü ildə baglanmış Lozanna sülh müqaviləsinə əsasən Türkiyədən Yunanıstana 1,25
mln yunan, Yunanıstandan Türkiyəyə isə 370 min türk köçüb gəlmişdir. II Dünya
müharibəsindən sonra Türkiyəyə Yuqoslaviyadan - 300 min, Bolqarıstandan -150
min türk gəlmişdir, yunanların, bolqarların və bosniyalıların böyük qrupları öz
ölkələrinə dönmüşdülər.Türklərin tərkibində, köçəri və yarımköçəri maldarlıq
təsərrüfatı ilə məşğul olan bir sıra etnoqrafik qruplar – yürüklər, taxtaclar,
zeybəklər, çeppenlər və abdallar vardır. Sayları 3 mln nəfərə yaxın olan yürüklər
başlıca olaraq Anadolunun qərb, cənub-qərb və cənub dağlıq hissələrində
məskunlaşmışdır.Türkiyədə yaşayan tatarlar mənşə etibarilə Tavriyadan
gəlmədirlər. Onların ilkin böyük axını Türkiyəyə XVII ə. Krımın Rusiyaya
birləşdirilməsi dövründə başlamişdi.Türkiyədə yaşayan İran dilli xalqlardan ən
böyüyü kürdlərdir – 20 mln. Ərəblər Türkiyəni cənub və cənub-şərq rayonlarında,
Suriya ilə sərhəd boyunda yerləşmişdir. Hatay, Mardin və Urfa vilayətlərində onlar
əhalinin 30%-dən çoxunu təşkil edir.Ermənilər İstanbulda və Ankara ilə Van gölü
arasında yerləşən yaşayış məntəqələrində məskunlaşmışdır. Ermənilərin xemşinlər
adlanan xüsusi bir etnoqrafik qrupu türkləşmiş və islam dinini qəbul etmişdir.
Onlar Qaradərə və Fırtına çayı vadilərində yaşayırlar. Türkiyədə yunan mənşəli
əhali İstambulda və Çanakqala vilayətində yaşayır.Türkiyədə keçmişdə xeyli sayda
gürcü və lazlar da yaşayırdı. Hazırda gürcülər Çorox və Kür çayı boyunda
məskunlaşmışdır.Gürcülərə qohum olan lazlar meqrel dilinə yaxın olan bir dildə
danışırlar. Onlar Qara dəniz sahillərində: Trabzon, Rize, Artvin vilayətlərində
yerləşirlər. Anadoluda yaşayan digər qafqaz dilli xalqlar - adıqlar, kabardinlər,
inquşlar, çeçenlər, ləzgilər və osetinlər, «çərkəzlər» adı ilə Tokkat və Malatya
vilayətləri arasıda yaşayırlar. Burada xeyli sayda roman dilli xalqlar: ispanlar (14
min), fransızlar (7 min) və italyanlar (3 min) da yaşayır ki, türklər bunların
hamısını «Frank» adlandırır.Türkiyənin yəhudi əhalisi başlıca olaraq İstanbul,İzmir
kimi iri şəhərlərdə məskunlaşmışdır.Türkiyənin dövlət dili türk dilidir. Bu dilin
lüğət tərkibində çoxlu miqdarda fars, ərəb, yunan, fransız və italyan dillərindən
götürülmə sözlər vardır.Əhalinin 98%-dən çoxu islam dininə etiqad edir. Əhalinin
onda bir hissəsi şiədir. Türklər onları «ələvi» adlandırır. Burada habelə xristianlar,
yezidlər və iudeylər də vardır.Müasir Türkiyə əhalisinin iqtisadiyyatının əsasını
aqrar-sənaye sahələri təşkil edir. Kəndli təsərrüfatında «qarasapan» adlanan dəmir
gavahınlı ağac kotanlar geniş yayılmışdır. Taxılı at və öküz qoşulmuş vəlin köməyi
ilə xırmanlarda döyürlər. Türklərin təsərrüfat həyatında əkinçiliklə yanaşı
maldarlığın da rolu böyükdür. Xırda və iri buynuzlu heyvanları, anqor keçilərini
bəsləyirlər.Türk əhalisinin məişətində kustar sənətkarlıq: xalçaçılıq, dulusçuluq,
metal, daş və ağac emalı, toxuculuq, gön-dəri emalı, keçəçilik yardımçı təsərrüfat
sahələri kimi böyük əhəmiyyətə malikdir. Türkiyədə başlıca xalq nəqliyyat
vasitələri iki təkərli «kani» adlanan arabalardan ibarətdir.Türkiyənin şimal meşəlik
zonasında evləri bir qayda olaraq ağacdan tikirlər.Mərkəzi Anadoluda kənd
evlərinin əksəriyyətinin ucuz başa gələn saman qarışdırılmış çiy kərpicdən
tikirdilər. Ölkənin cənubunda köçəri və yarımköçəri əhali qamış və çubuqdan
qurulmuş koma və alaçıqlarda yaşayırlar.Ənənəvi türk yaşayış evlərində heç bir
mebel dəstinə təsadüf edilmirdi. Yorgan-döşək dəstini divar taxçalarına-dolablara
yıgırdılar. Döşəməyə xalça, palaz, həsir, keçə salırdılar.
Müasir Türkiyədə ənənəvi kişi geyimləri tunik bicimli gömlək, yələk (qolsuz
gödəkçə), mahud parçadan qollu göləkçə, qurşaq, yun şalvar kənd yerlərində rast
gəlinir. Qadın geyim dəsti – büzməli geniş şalvarlar – cütbalaq, köynək, üstündən
geyilən uzun ətəkli qollu xalat - əntəri, qurşaq, yelək adlı qolsuz gödəkçə, astarlı
tikilən, uzun qollu içlikdən ibarətdir
42.Şərqi Tropik Afrika xalqları
Şərqi Tropik Afrika: Olduvay mədəniyyəti arxeoloqlar Likkilər ailəsi tərəfindən
kəşf edilmişdir. Tanzaniya, Kenya, Zambiya, Malavi, Mozambik ölkələrini əhatə
edir. 90 mln əhalinin 77 mln bantu, qalan kuşit, semi-hamit və Hindistanlı ları
danışır. Suaxili ərəb sözüdür, tərcümədə “sahildə yaşayanlar” mənasını verir.
Suaxili dillində bundan başqa 40 mln insan danışır. Bu dil Keniya və Tanzaniyanın
rəsmi dövlət dilidir. Suaxililər negroid və zənci irqlərinin qarışığının
nümayəndələridir. Keniyanın mərkəzi bölgələri ilə yanaşı Tanzaniyanın şimal
bölgələrində nilot və kuşit dillərində danışan qəbilələr var.  Müasir Uqanda
ərazisində Victoria gölündən şimal-qərb istiqamətində Buqanda dövləti mövcud
olmuşdur. Bugandada əkinçilik və balıqçılıq yayılmışdı. Cəmiyyətin azad
üzvlərinə bataka deyilirdi. Ölkə 24 bölgəyə bölündü. Ölkəni 3 hökmdar idarə
edirdi: çar özü, çarın arvadı olan bacısı və anası. Ölkədə kahinlər mühüm rol
oynayırdı. Portuqaliyalılara görə Zambiya, Konqo və Mozambik ərazilərində, adı
tərcümədə "Mədənlərin ağası" mənasını verən Monomotana dövləti var idi. Çünki
bu ərazidə çoxlu qızıl mədənləri mövcud idi. Cəmiyyətin azad üzvlərinə bataka
deyilirdi. Ölkə 24 bölgəyə bölündü. Ölkəni 3 hökmdar idarə edirdi: çar özü, çarın
arvadı olan bacısı və anası. Ölkədə kahinlər mühüm rol oynayırdı. Portuqaliyalılara
görə Zambiya, Konqo və Mozambik ərazilərində, adı tərcümədə "Mədənlərin
ağası" mənasını verən Monomotana dövləti var idi. Çünki bu ərazidə çoxlu qızıl
mədənləri mövcud idi. Portuqaliyalı səyahətçilərə görə dövlət 13 əsrdə meydana
gəldi. Torpaq dəmir toxa ilə becərilirdi, suvarma sistemi istifadə olunurdu. Ölkədə
qəbilə münasibətləri, xüsusən də matriarxatın qalıqları mövcud idi. Çarın 3 arvadı
var idi, ən böyüyü bacısı idi və dövlətin idarə olunmasında iştirak edirdilər, çarın
varisinin təyin edilməsi məsələsinə qərar verildilər. Çar xəstə olduğu təqdirdə
hakimiyyətdən uzaqlaşdırılırdı və kiçik arvad qəbilə zadəganlar məclisinə bu haqda
məlumat verirdi. Yalnız onların icazəsi ilə çarın oğlu taxta çıxa bilərdi. Çarın
qadınlardan ibarət şəxsi mühafizə dəstəsi var idi. Şərqi Afrikada yaşayan Masai
qəbilələri nilot dillərində danışırlar. Keniyada 300 min, Tanzaniyada 200 min
nəfərdilər. Maldar tayfalardır - qoyun, keçi, inək, öküz saxlayırlar. Patriarxal
ailələrlə yaşayırlar. 14 yaşdan 25 yaşa qədər bütün subay Masailər xüsusi
kraallarda yaşayır və silahlı qruplar təşkil edirdilər. Qonşu qəbilələrin üzərinə
hucum edərək mal-qaralarını ələ keçirirdilər, tutduqları əsirləri isə öldürürdülər.
Evli gənclər kraalı tərk edərək özləri üçün yeni təsərrüfat qururdular. Kraal adlı
komaları çubuq, palçıqdan qurulurdu, hündürlüyü 150 sm çatırdı, üstü heyvan
dəriləri ilə örtülürdü. Masai köçəri maldar tayfaları olmuşlar. Gənc kişilər mal-
qaranı otarır, qadınlar isə süd məhsullarını emal edirdilər. Süd və ət məhsulları ilə
qidalanırdılar. Silah nizə, bıçaq, nizə ucu - dəmirdən düzəldilirdi. Masailərin
kwaruşi qrupları əkinçiliklə məşğul olurlar. Sənətkarlıq - dəmirçilik, dərilərdən
hazırlanmış geyimlər, musiqi alətləri, heyvan buynuzundan hazırlanan qablar idi.
Geyimləri - dəridən çiyin örtüyü və bel sarğısı olmuşdu. Döyüşçünün dəvəquşu
lələklərindən düzəldilmiş baş geyimləri var idi. Qadınlar bir neçə sıra mis naqildən
boyunbağılar gəzdiridilər, döyüşçülər hörük gəzdirirdilər, alt çənədən 2 qabaq
dişləri çıxarılırdı. Çoxarvadlılıq mövcud olmuşdur. Göy gürultusu tanrısı Nqay və
ya Enqaya sitayiş edirdilər. Qəbilələr ağsaqqallar şurası tərəfindən idarə olunurdu.
r ağsaqqallar şurası tərəfindən idarə olunurdu.   
43.Azərbaycan əhalisinin müasir etnik tərkibi
         Ləzgilər-183 min - 2,01%; ruslar – 75 min - 1,3%; talışlar - 128 min - 1,3%;
avarlar - 50 min - 0,6%; tatarlar - 26 min - 0,3%; türklər - 38 min - 0,4%;
ukraynalılar - 21,5 min - 0,2%; saxurlar - 12,3 min - 0,1%; yenğiloylar - 9,9 min -
0,1%; kürdlər - 6,100 - 0,1%; tatlar - 26 min - 0,3%; yəhudilər - 9,1 min - 0,1%;
udinlər - 3,800-0,1%; ermənilər - 60 min - 1,4%; Ruslar Azərbaycana 19-cu əsrin
birinci yarısından köçmüşlər. 2004 - cü ildə sayları 200 min, hal - hazırda isə 75
min. Ukraynalılar 19-cu əsrin sonundan Azərbaycanda yaşamağa başlamışlar, bu
gün 30 mindirlər. Yəhudilər dağ yəhudilər və aşkenazlardir. Əksəriyyəti İsrailə
miqrasiya etmişdir. Ləzgilər Qusarda 4 min. və əhalinin 90 % təşkil edirlər.
Həmçinin Xaçmaz, Quba, Qəbələ, Oğuz, Şəki, Bakıda yaşayırlar. Udinlər - udin
dili 2 dialektdə bölünür: nic və oğuz. Qəbələnin Nic kəndində və Oğuzun
mərkəzində yaşayırlar. Avarlar - Zaqatala və Balakənd rayonlarında yaşayırlar,
avarlarla bərabər saxurlar da burada məskunlaşıb. Şahdağ xalqları - xınalıqlar (3.1
min-1,43%), qrızlar, buduqlardır. A.A.Anserovun yazdığına görə xınalıqları qafqaz
antropoloji tipinə aid etmək olar. Xınalıq kəndində, Qubanın bəzi bölgələrində,
Oğuzun Vandam kəndində yaşayırlar. Özlərini “kattidur” adlandırırlar. Ənənəvi
maldarlıq (davar) və əkinçiliklə (buğda) məşğul olurdular. Toxuculuq, xalçaçılıq,
dabbaqçılıq inkişaf etmişdi. Böyük patriarxal ailələrlə yaşayırdılar.  Qrizlar -
(2005- ilin məlumatına görə 10-15 mindir), Qubanın Qriz, Əlik, Çek, Haput
kəndlərində, bundan başqa Qusar, Xaçmaz, Bakı və Sumqayıtda da yaşayırlar.
Buduqlar Azərbaycanın Quba və Xaçmaz rayonlarının Buduq, Daliqaya, Pirüştü,
Qaraqız Buduq, Xaçmazda Ağyazı-Buduq, Dəvəçidə Yalavanc və digər kəndlərdə
yaşayrlar. Sayları təqribən 5,4 min nəfərdir. Sünnü müsəlmandılar.”Buduq” sözü
qədim türk dillərində “dəliqanlı, hirsli” mənasını verir. Buduqlar isə özlərini
“budad” adlandırırlar. Buduqlar tarixən nəsillərə böyük və ya kiçik ailə birliklərinə
bölünmüşlər və indi də həmin nəsillərin adı ilə tanınırlar. Buduqların əsas
məşğuliyyəti qoyunçuluqdur. Xalçaçılıq, yundan toxunmuş məmulatlar (yəhər,
xurcun, corab) mühüm yer tuturdu. İkinci yerdə əkinçilik dururdu. “Şahdaq
xalqları”ında böyük patriarxal ailələrdə cinsə görə əmək bölgüsü var idi. Ailə
daxili münasibətlər qarşılıqlı hörmət və ehtiram hökm sürürdü. Əksər hallarda
endoqam nigahlar baglanırdı. Bu xalqlar arasında sororat və levirat nigahlar
kəsilirdi.Azərbaycanda bir km2 97 sakin düşür. Ən sıx əhali Abşeron
yarımadasında    yerləşir. Dağ rayonlarında əksinə az əhali yaşayır. Bakı şəhərində
3 mln-dan çox əhali məskunlaşıb. Gəncə şəhərində cəmi 320 min əhali yaşayır.
Azərbaycanda 100-ə qədər etnos yaşayır. Əhalinin 90 % azərbaycanlılardır. 1996-
cı ildə Azərbaycanda 7, 5 mln, 2006-cı ildə isə artıq 8,5 mln, bu gün isə 10 mln,
nəfərdir. 2018-ci ilin avqust ayında Azərbaycan əhalisinin sayı – 9.943226 nəfər
idi. 2019-cu ildə Azərbaycan əhalisinin sayı 10 milyonu keçdi.
44) XIX-əsr Azərbaycanda maldarlıq təsərrüfatı
Qafqaz maldarlığın yaranmasının ilk vətənlərindəndir.bunun ilkin şərti əlverişli
şəraitin olmasıdır.Qoyunculuq-bildiyimiz kimi Azərbaycan ən qədim
qoyunçuluq ölkələrindən biridir.Azərbaycanin bir sıra bölgələrində orta əsrlərə aid
qoyun, qoç ,quzu daş heykəllərinin varlığı, xırdabuynuzlu heyvan təsvirləri onun
müqəddəs heyvan sayılması,həm də aparıcı təsərrüfat sahəsi
olmasını lakin qoyunculuğun inkişafı 19-cu əsrdə özünü daha qabarıq göstərir.19-
cu əsrdə qoyunculuqda keyfiyyət və kəmiyyətdəyişikliyi baş vermişdir.1843-1851-
ci illərdə Azərbaycanın bir sıra bölgələrində xırdabuynuzlu heyvanların sayı
müxtəlif olmuşdur. Bu dövrdə Naxçıvan bu
sahədə digərlərindən geri qalırdı.Bu sahədə Car-Balakən dairəsi böyük
üstünlük qazanmışdır. 19-cu əsrdə xırdabuynuzlu heyvanköçmə və
yarımköçəri maldarlıqla məşğul olan əhali arasında mühüm
rol oynayırdı.bu maldar əhali əsasən qoyunçuluqla məşğul olurdu.19-cu əsrin
əvvəllərində Azərbaycan C.Qafqazdaqoyunçuluq təsərrüfatında 1-ci
yerdə idi.Budövrdə Azərbaycanda onlarla qoyun cinsi olmuşdur.bunlar-“Qarabağ
qoyunu”, “Qaradolaq”cinsi,Şirvan”qoyuncinsi ən qədim
cinslərdən olub,”dönmə”cinsdə deyilir.1862-ci ildə ilk dəfə olaraq Azərbaycandan
Marselə yun göndərilmişdir.19-cu əsrin 90-cı illərində Cənubi Qafqazdan 250min
pud yun İng,Fransavə ABŞ-a göndərilmişdir.Qaramal-Azərbaycanda
qaramalın tarixi qoyunçuluq qədər qədim olub,Neolit dövründən təşəkkül
tapmışdır.19-cu əsrin 30-cu illərində tam olmayan məlumata görə Bakıda
20min,Talışda 36min, Qazax nahiyəsində 42min , Şəmşədil nahiyəsində
15min , Yelizavetpoldairəsində 45min,Qubada 110min baş iribuynuzlu heyvan
olmuşdur.19-cu əsrin əvvəllərində qaramalın sayı daha çox olmuşdur. Bu da
tamamilə təbiidir.Belə ki,Azərbaycanın  maldarlıqla məşğul olan digərbölgələri
nəzərə alınmamışdır.19-cu əsrin 1-ci yarısında dağətəyi və dağlıq ərazidə qaramal
naxırları əsasən xan və bəylərin əlində cəmlənsə də, kəndlilərin də az-çox qaramalı
olub.19-cu əsrdə qaramalın sayı xeyli artmışdır.Belə ki,1858-ci ildə Qubada 83978,
Bakıda 4281, Şamaxıda 136536,Nuxada 57149, Şuşada 258330,
Lənkəranda 82758 baş qaramal olmuşdur.Yelizavetpolda 1850-ci ildə 119795,
Naxçıvanda 1849-cu ildə 20618 baş iribuynuzlu heyvan
qeydə alınmışdır.Azərbaycanda xırdabuynuzlu heyvanlardan fərqli olaraq, qaramal
cinsi sayca çox deyildi.Burda əsas 2cins daha geniş yayılıb. Kiçik Qafqaz və
Böyük Qafqazcinsləri.K.Qafqaz cinsi əsasən qızılırəng,B.Qafqaz cinsi isə qara
rəngli olur.arxıd-ağac nehrələr (köçəri maldarlıqla bağlı).Atçılıq-
Azərbaycanin təbii-coğrafi şəraiti ilə əlaqədar olaraq minilliklər boyu ata böyük
ehtiyac olmuşdur.əsasən at qoşqu və nəqliyyat vasitəsi olub.Atçılığın tarixi daha
cavan olub , Tunc dövrünə dayanır (son araşdırmalar isə daha qədim Neolit
dövrü deyir-Əliköməktəpə.). Azərbaycanda atçılıq 19cu əsrdə özünün ən yüksək
inkişaf səviyyəsinə qalxır.1843-cu ildə Azərbaycanın 6 qəzasında 82075 at olduğu
halda ,1858-ci ildə onların sayı 114086-ya  çatmışdı.19-cu əsrin sonlarında Bakı
quberniyasında atçılıq daha çox inkişaf edir.1898-ci ildə Bakıda 9962 baş at var
idi.1897-ci ildə Yelizavetpolda. 91487 baş at olmuşdu.19-20-ci əsrin əvvəllərində
Azərbaycanda Qarabağ, Qazax, Şirvan, Quba atları daha məşhur idi.19-cu əsrin
sonlarında D.Dubenski yazırdı:”Cənubi Qafqaz at cinslərinin sayca çox olmasına
baxmayaraq, əslində bu cinslərin hamısı Qafqazın əsas cinsi olan Qarabağ atının
nəsli  dəyişmiş törəmələridir.” İbrahimxəlil xanın cins atları təkcə Azərbaycanda
deyil, Türkiyədə də məşhur olmuşdur.1826-cı il İran ordusunun
Azərbaycana yürüşü  Qarabağdakı at zavodlarına böyük ziyan vurdu və cins
atlar irana aparıldı.19-cu əsrin əvvəllərində Qarabağda cins atları olan onlarla
zavod olub,varlılara məxsus.(Mehdiqulu xan və Cəfərqulu xanın cins atları daha
məşhur olub.1865-ci ildə Cəfərqulu xanla görüşən rus fırça ustası V.Vereşagin öz
xatirələrində yazırdı:”Şuşada gördüyüm ən gözəl atlar Cəfərqulu
xanın zavodundandır.Mən belə yaraşıqlı atlara rast gəlməmişəm”. 1845-ci ildə
Mehdiqulu xanın ölümündən sonra Natəvan atçılığın inkişafına xüsusi
diqqət yetirir.S.Talizinyazır:”Xursidbanu Natəvanın Şahbulaqda yerləşən
at ilxisinda oldum.ilxisindaki atların uca boyuna və
yaraşığına vuruldum.Qarabagatının 3 əsas tipi olduğu qeyd
edilir.”Meymun”,”Qarnıyırtıq”və”Əlyetməz”.Dubenskinin mülahizəsinə görə”Qar
abağ atının nəsli pozulmuşlarının ən şöhrətlisi
Qazax atlarıdır.quvvətli,dağatıdır.Dilboz cinsi yaxşı
minik atlaridir.Dözümlülüyünə görə hətta Qarabağ atından da üstündür.1891-ci il
siyahıyaalmaya görə Ərəş və Göyçay qəzalarında 500 Şirvan atı olmuşdur.Qatır
19-cu əsrin sonlarında Azərbaycanda yayılmışdır.19-cu əsrin
ortalarında Şamaxı,Nuxa, Şuşa və Lənkəran rayonlarında 18min qatır və uzunqulaq
olmuşdusa,60-cı illərdə onların sayı 32500olub.Dəvəçilik də Azərbaycanın
qədim maldarlıq sahələrindən biridir.ilk dəvə burda ə.ə 2-ci minilliyin
sonuna aiddir.Mərkəzi Asiya vasitəsilə keçmişdir.1826-28-ci illər Rus-
iranmüharibəsi zamanı rusları təmin etmək üçün (yükdaşıma cəhətdən) yerli
əhalidən dəvələr alınmışdır.19-cu əsrin 80-ci illərində Şamaxıda 4282 baş dəvə
olmuşdur . dəvəçilik 19-cu əsrdə əsasən Şamaxı, Quba, Xaçmaz, Qəbələ
də yayılmışdır.Dəvəcilik Azərbaycanda 19-cu əsrin sonlarında azalmağa başlayır.  
45.19-cu əsr Azerbaycanda əkinçilik
Azərbaycanın təbii coğrafi şəraiti qədimdən burada əkinçilik mədəniyyətinin
inkişaf etdirilməsi üçün əlverişli yer olmuşdur.
Mingəçevir,Yaloylutəpə,Xocalı,Qəbələ,Kütlələr və.s.rayonlarında aparılan
qazıntılar sübut etmişdir ki, burada Son Neolit və Tunc dövrlərindən başlayaraq
burada əkinçilik mədəniyyəti olmuşdur. XIX əsrdə Azərbaycanda dənli bitkilər
əkinçiliyi-buğda, arpa,çəltik qismən qarğıdalı və darı becərilməsinə üstünlük
verilirdi. Yorulmuş torpaq sahələri bir qayda olaraq dincə buraxılır ,növbə ilə digər
boş sahələr becərilirdi.Dincə buraxılmış sahələrdə isə azot gübrəsi ilə zəngin olan
xüsusi yonca növü əkilirdi. Şumlanmanın xüsusiyyətindən aslı olaraq xış,ulamalı
xış, çatma xış, girdə xış,kotan və qara kotandan istifadə olunurdu.Əkinçilik sistemi
2 üsulla aparılırdı:dəmyə və suvarma əkinçiliyi.Dəmyə su çıxarılması mümkün
olmayan ərazilərdə tətbiq olunurdu.Subasar ərazilərdə isə suvarma əkinçiliyi tətbiq
olunurdu.Buğda növlərinin müxtəlifliyindən aslı olara (sarı buğda,ağ buğda,xırda
buğda və.s) qədim vaxtlardan Azərbaycanda yazlıq və payızlıq əkin sistemi tətbiq
edilirdi.Bununla belə yazlıq taxıla üstünlük verilirdi.Bu məqsədlə əvvəlcə
şumlanacaq sahəni suvarırdılar.Buna “arata qoyma”deyirdilər.İyun-avqust
aylarında şumlandıqdan sonra səpin qabağı torpaq yenidən şumlanırdı.Buna
pərşum deyirdilər.Sonra toxum səpilirdi.Toxum əllə səpilirdi.Hər qarış sahəyə 5- 7
dən düşməsi şərtilə normal səpin aparıldıqda gündə 2 hektar toxum səpə
bilirdilər.Toxum səpildikdikdən sonra onun üstündən mala çəkirdilər.Bu məqsədlə
müxtəlif mala növlərindən:hörməmala,ağacmala,daraq mala,çərçivəli mala,dişli
ağacmala kimi malalama alətlərindən istifadə olunurdu.Toxum səpilənnən dərhal
sora torpaq sulanırdı.Buna torpaq suyu deyilirdi. Əkinçilikdə istifadə olunan əmək
alətləri çox primitiv vəziyətdə idi. Qara kotanlar və XIX əsrin sonlarından istifadə
olunan dəmir kotanlar zadəganlar evində istifadə edilirdi.Qara kotanlar əsrlər boyu
istifadə olunan ən sadə alətlərdən tutmuş şum alətlərinə qədər olan əkinçilik
xüsusiyyətlərini özündə cəmləşdirir. Başlıca biçin alətləri olan dişli formada olan
və dişsiz alətləri idi.Bəzi ərazilərdə bu məqsədlə dəryazdan istifadə
olunurdu.Biçinçilər tez və itkisiz başa çatdırmaq üçün muzdla biçinçilər tutdular.
Azərbayacanın Şəki,Zaqatala,Quba Xaçmaz,Zəngilan Qubadlı Lənkəran Astara
Qarabağ Şirvan və Naxçıvan kimi qədim şəhərləri çəltikçiliyin vətəni sayılır.Kürün
hər iki sahilində və Araz çayının aşağı axını boynda Əgərə və Bərgüşad çaylarə
yamaclarında geniş ölçüdə çəltik becərilən torpaqları var idi.Lənkəran qəzası öz
düyüsü ilə bütün zaqafqaziyanı dolandırmaq qabiliyətinə malik idi. Azərbaycanda
çəltik becərilməsi səpmə və şitil qoyma üsulları tətbiq olunurdu. Azərbaycanın ayrı
ayrı zonalarında çəltik becərilən sahələr xır,zəmi və s adlar altında tanınır. Toxum
səpilmiş bu sahələr məhsulun yetişməsinə qədər suyun altında olurdu.
Azərbaycanın ənənəvi təsərrüfat bitkilərindən biri də pambıq olmuşdu.Orta
əsərlərdə və yeni dövrdə bu texniki bitkiyə o qədərdi əhəmiyyət
verilməmişdi.Yalniz rusiyanın sənayesinin zamanla olan ehtiyacını ödəmək üçün
19 cü əsrin 2ci yarısında ehtibarən orta Asiyada olduğu kimi Azərbaycandada
pambıqçılığın inkişaf etdirilməsində diqqət artilirdi. Pambıqçılıqda sahibkarlar
artıq muzdlu əmək tətbiqinə keçmişdilər. 19 cü əsirdə Azərbaycan yetişdirilən
bitkilər içərisində tütün və təmbəkinin əhəmiyyəti yüksəlmişdi. Tətbi başlıca
olaraq Quba və Muxa qəzalarında və Zaqatalada yetişdirilirdi. Abşeron
kəndlərində ən qiymətli bitki növlərindən biri zəfəran yetişdirilirdi . Azərbaycan
toxucularinin bulaq maddələrinə olan ehtiyacının ödəmək üçün Quba Göyçay və
Lənkəran qəzalarında qırmızı boya əkinçiliyində diqqət yetirildi. Lakin 19 cü əsrin
70 ci illərində Alizarinin timsalında texniki boyaq maddəsinin kəsfindən sora bu
bitkinin istehsali sürətlə azalmağa başladı. Azərbaycanda əkinçiliyində bir
təsərrüfat sahəsi kimi qədim tarixi var. 19cu əsrdə ipək istehsalını həcminə görə
Nuxa qəzası Azərbaycanda birinci yer tuturdu.Daha sora Çar Balakən mahali Şuşa
Şamaxı qəzaları gəlirdi. Azərbaycanda mühüm təsərrüfat sahəsi kimi bağçılıq və
üzümçülükdə qədim tarixə malikdi.XIX XX ci əsrin əvvəllərində bağçılıq əhalinin
xüsusi təsərrüfat sahəsinə çevrilmişdi.Azərbaycanda üzümçülüyün şöhrəti nəinki
Rusiya hətta Avropa ölkələrinədə yayılmışdı.50 dən çox üzüm növü
yetişdirilmişdi. 1897 ci ilin statistikasına görə Yelizavetpol quberniyasında olan
üzüm bağları Zaqafqaziyada ümumi üzümlüklərin 12.94 faizini təşkil
edir.Azərbaycanda 4 cür tənək becərmə üsulu olub.1)Tənəklər bilavasitə qumlu
sahələrdə öz kökü üstündə bitib inkişaf edir.Bu əsasən Abşerona xasdır.2)Tənəklər
ağacların gövdəsinə budağlarına sarınan vəziyətdə inkişaf edir.3)lək üsulu-
tənəklərin üstü qışda torpaqla örtülür.(Naxçıvan) 4)Tənəklər bir birilə
əlaqələndirən yerə basdırılmış payalara qaldırılır(Yelizavetpol).Üzüm tənəklərinə
əsasən yaz aylarından qulluq göstərirlər
46)Azərbaycanda sənətkarlıq sahələri-Qədim və zəngin mədəniyyətə malik
olan Azərbaycan xalqı dekorativ- tətbiqi sənət əsərlərinin yaradılması işində də
əsrlərin sınağından bacarıqla çıxmışdır .Bədii sənətətkarlığın bir növüdə-
Metalişləmə sənətidir.Bu sənət sahəsinin ulu bir keçmişi vardır.Azerbaycan
ərazisində aparılan arxeoloji qazıntıların nəticələri bunu bir daha təsdiq
edir.Kultepe və Gəncəçay vadisi qazıntılarından əldə edilən Eneolit abidələri
içərisindəki mis bəzəklər də
diqqəti cəlb edir.Metalisleme sahəsindəki xalq sənətkarlığı öz ənənəvi
xüsusiyyətini XIX-XX əsrlərdə də davam etdirmişdir.Muxtelif metallardan
düzəldilən ev asanlığı ,zinət əşyaları başlıca olaraq Azərbaycanın
Şamaxı,Lahıc,Gəncə,Ordubad,Şəki,Şuşa və Naxçıvan şəhərlərində
hazırlanırdı.Lahicda hazırlanan ev
avadanlıqları:dolça,səhəng,sernic,qazan,sini,məcməyi və s.mehsullar öz keyfiyyəti
və kəmiyyətlərine görə mərkəzi şəhərlərdə hazırlanan metal məmulatlarından
həcdə geri qalmırdı.Bu işdə əsasən demirçi- misgerler böyük rol
oynayırdılar.Demirçixanalarda demirci ustalarla birlikdə 1-2 nefer usta köməkçiləri
var idi.Xammal bir qayda olaraq Bakı limanı vasitəsilə Rusiya quberniyalarindan
gətirilirdi.Şekide və Şamaxıda tökmə üsulu ilə hazırlanan məişət əşyaları ,qab-
qacaqlar,manqallar,gözəl sənət nümunələri idi.Bedii sənətkarlıq nümunələri
içərisində zərgərlik məmulatları xüsusi yer tuturdu.Qol bəzəkləri ne qiymətli daş-
qaşlarla bəzədilən qolbağlar,bilərziklər daxildir.Boyunbagilar qiymətli
muncuq,mirvari,paxlava və ya arpa formalı qızıldan və gümüşdən düzəldilən
naxışlarla bəzədilirdi.Libaslara bənd edilən bəzək nümunələrinə misal olaraq:
rengareng düyməcikler,qiymətli daş-qaşlar,qızıl və gümüşleri göstərmək
olar.Metaldan düzəldilən müxtəlif məişət əşyalarının silah,zinət əşyalarının üzəri
döymə basma,şəbəkə,xatemkarliq və minasazliq kimi texniki üsullarla
bəzədilirdi.Xalq sənətkarlığının mühüm sahələrindən biridə Toxuculuq
dur.Toxiculuq qədim bir peşə sahəsi kimi Azərbaycanda hələ Eneolit dövründə
genişyayılmışdır.Bele güman edilirki toxuculugun ilkin rüşeymlərinin hörmə işləri
təşkil edirdi.Toxuculugun tarixi inkişaf prosesində əmək alətlərinin böyük rolu
olmuşdur.Bunsuz toxuma əməliyyatını təşkil etmək qeyri-mümkündür.Bu və ya
digər toxuculuq əşyasının hazırlanması üçün ilk növbədə ip əyrilmesi tələb
olunurdu.İp əyrilmesinin tarixi də toxuculugun tarixi qədər qədimdir.Arxeoloqlarin
fikrincə ibtidai ip eyirme texnologiyası IV minilliyin sonlarından
məlumdur.Eyirme və toxuculuq da istifadə olunan başlıca əmək alətləri XIX əsrin
əvvəllərində öz keçmiş xüsusiyyətlərini qoruyub saxlamışdı.Bu dövrdə yenə də əl
iyindən ,əl çevresinden ,habelə,bu məqsədə xidmət edən yun darağı və yaydan,yer
dərgahından,ipək parça istehsalında isə şarbaf dəzgahından və nəhayət dik
hanalardan istifadə olunmuşdur.Tesvir olunan dövrdə toxuculuq məhsullarının
çeşidi olduqca müxtəlif idi.Rengareng xovlu və xovsuz
xalçalar,çullar,xurcun,fərməş,çuval,parça məmulatlarından
şal,Mahmud,zerbaft,xarab,atlas,məxmər,bez,tirmə və s.isyehsal olunurdu.Bu
parçalardan bəziləri xalq arasında “hacı mənə bax”,”gece-gundüz”,”alisdim-
yandim” və s.adlar altında tanınırdı. Yun emalı və məişətdə yun məhsullarından
istifadə ev peşəsi və sənətkarlıq sahəsində mühüm yer tuturdu.Yundan başlıca
olaraq yorğan,döşək,mütəkkə,keçə hazırlamaq ,xalça toxumaq üçün istifadə
olunurdu.Toxuma məişət əşyaları hazırlanarkən yerli əhali qoyun yunundan başqa
keçi tükündən də istifadə edirdi.Bozaq,herik,merinos,Qarabağ,qaradolaq və bu
kimi qoyun cinslərindən yüksək keyfiyyətli yun əldə olunurdu
47)XIX əsr Azərbaycanın maddi mədəniyyəti
Maddi mədəniyyət ayrılmaz tərkib hissəsi olub,xalqın fiziki əməyinin nəticəsi kimi
formalaşmış,böyük təkamül və inkişaf yolu keçmişdir.Maddi mədəniyyət deyəndə
yəni yaşayış məskənləri və evlər nəzərdə tutulur.Azərbaycanda bəşər
cəmiyyəti tarixinin ayrı ayrı mərhələlərində yaşayış məskənlərinin müxtəlif tip və
formaları mövcud olmuşdur.Arxeoloji qazıntıların nəticələrinə istinad edərək
Azərbaycan ərazisində Paleolit dövrü insanlarının təbii və süni yaşayış
məskənlərindən başlayaraq,müasir kənd,qəsəbə,şəhərlərə kimi müxtəlif
məskunlaşma yerləri vasitəsilə yaşayış məskənlərinin təkamül və inkişafını
izləmək mümkündür.XIX əsrin əvvəllərində çar Rusiyasının Azərbaycanı işğal
etməsindən sonra Şimali Azərbaycan ərazisinə kütləvi şəkildə rus,erməni və.b.
xalqların köçürülməsi nəticəsində çoxlu miqdarda qarışıq tərkibli kəndlər
meydana gəldi.Azərbaycan ərazisində qarışıq tərkibli kəndlərin əmələ
gəlməsində əsrlər boyu Azərbaycana basqın etmiş yadelli işğalçıların,yerli
hökmdarların və xanların təqibi üzündən əhalinin ölkənin içərilərinə,xüsusilə
dağlara çəkilməsi müəyyən rol oynamışdır.Azərbaycanın aran bölgələrində yaşayış
məskənlərinin salınmasında qohumluq prinsipləri üstün yer tutmuşdur.
Kənd yaşayış məskənləri əhalinin sayına görə qeyri
bərabər məskunlaşmışdı.XIX əsrdə Azərbaycan kəndlərinin əksəriyyəti 20-
60 nüfuzdan ibarət idi.Ailə nüfusunun sayına görə böyük kəndlər azlıq
təşkil edirdi.Azərbaycanın qərb bölgəsində 1 ci Şıxlı kəndi (301
tüstü),Qaraqoyunlu kəndi(260 tüstü),Salahlı kəndi(800 tüstü),Quşçular kəndi(278
tüstü) ən iri nüfuzlu kəndlərdən hesab olunurdu.Azərbaycan xalqının
yaşayış məskənlərinin tarixən yaranmış digər sosial-iqtisadi
tipləri:oba,şenlik,sığırxana,yataq,binə,yurd,qışlaq,düşərgə,çənkə və.s.müvəqqəti
yaşayış məskənlərindən ibarət idi.Oba-XIX əsrdə həm maldar icma üzvlərinə
məxsus xüsusi qurum və həm də oturaq əhalinin müvəqqəti yaşayış
məskəni olmuş,tədricən kəndə çevrilmişdir.Oba maldarlıq təsərrüfatının yaylağa və
qışlaq köçməsiylə əlaqədar meydana gəlirdi.Şenlik-oba kimi qədim tarixə malik
yaşayış məskəni olub.XIXəsrdə Azərbaycan xalq yaşayış məskənlərinin tarixən
yaranmış tipləri olan kənd,oba,şənlik anlayışları aralarında bəzi fərqləri olmasına
baxmayaraq bütövlükdə yaşayış məntəqəsi adında işlənir.Binə-müvəqqəti
yaşayış məskənlərinin ilkin tipi olaraq,bu və ya digər kəndin salınmasında
başlanğıc mərhələ təşkil etmişdir.Binə XIX əsrdə Azərbaycanın
dağlıq bölgələrindəki kəndlərin əksəriyyətində mövcud olmuşdur.XIX
əsrdə Azərbaycanda ən geniş yayılmış kənd formaları:koma,pərakəndə,qarışıq
tərkibli yığcam kəndlər olmuşdur.XIX XX əsrin əvvəllərində Azərbaycanda
dairəvi ,cərgəvi olan quruluşlu kənd formalarına da rast gəlinirdi.Dairəvi
kəndlərin salınmasında yaşayış məskənlərinin müdafiəsi mülahizələri əsas
tutulur,evlər,məscid,bazar,dükan və.s. ətrafında dairəvi
forma üzrə yerləşdirilir.Dairəvi formalı kəndlərin əhalisi əsasən ticarətlə məşğul
olurdu.Cərgəvi formalı kəndlərin isə əsas xarakterik xüsusiyyətləri onların təbii
yarğan,qobu,çay,arx,dəmir yolu və magistralyolların kənarı
boyunca salınmasıdır.Cərgəvi kəndlər Azərbaycanın həm dağlıq,həm  də düzənlik
hissələrində mövcud olmuşdur.Azərbaycanda evlərin tikilməsinin tarixiliyi çox
qədimdir.XIX əsrin əvvəllərində tikilən evlərin
əksəriyyətində “ayıbalası”kərpicdən istifadə olunurdu.Bunun əsas səbəbi
mərtəbəarası və dam örtüyünün böyük ağırlığa malik olması və divarlardan çoxlu
sayda açırımların qurulması ilə izah olunur.”Ayıbalası"kərpicin ölçülərinin böyük
olması divar hörgüsünü hörməyə və divar qatlarını biri birinə bağlamağa
imkan verirdi.XIX-XX əsrin əvvələrində Cənub bölgəsi kəndlərində orta tavanalı
əhali ev tikintisi zamanı bişmiş kərpicdən çiy kərpici kombinə edərk
üstünlük verirdilər.XIX əsrdə Azərbaycanın dağ və dağətəyi kəndlərində tikinti
materialı kimi çaydaşı və kötür daşdan geniş istifadə olunurdu.XIX əsrdə qərb
bölgəsinin əhalisi tikinti daşlarını Daşsalahlı,Incili, Ağköynək
mədənlərindən;Şirvan əhalisi Xilə,Böyükçilə,Kolaxanı,Çildaş mədənlərindən və.b
daş karxanalarından əldə edirdilər.Kirəmitdən Azərbaycanda az
istifadə olunmuşdur.Mənbələrdən məlum olurki Şahbazov adlı bir şəxs Şəkidə ilk
dəfə 1872ci ildə kirəmit zavodu tikdirib.Əsrin sonlarında Şəkidə işləyən 12 kirəmit
zavodundan ildə cəmi 960 min kirəmit istehsal olunurdu
 
48.19 cu əsr Azərbaycanın mənəvi mədəniyyəti(xalq və dini
bayramlar,mərasimlər,folklor)
    Xalq yaradıcılığı çox zəngin və geniş əhatəlidir. Əfsanələr, əsatirlər, lətifələr,
xalq mərasim və adətləri, nağıllar, dastanlar, bayatılar, laylalar, oxşamalar, sayaçı
sözləri, holavarlar, atalar sözləri, məsəllər, və s. Qədim Azərbaycan nəğmələri
xüsusi əhəmiyyətlidir. Bu nəğmələrdə əhalinin təsərrüfat və məişət həyatı xüsusi
ilə öz əksini tapmışdır. Xalq milli bayramlarda öz adət-ənənəsini daha yaxşı biruzə
verir. Novruz bayramında İnama görə, həmin gün bütün küsülülər barışmalı,
düşmənçilik aradan qaldırılmalıdır. Xalq yaradıcılığında səhnələşdirilmiş
oyunların, tamaşaların böyük rolu olmuşdur. Açıq havada keçirilir“Kos-kosa”,
“xan-xan”, “maral oyunu”, “kosa və gəlin”, “kilim arası” kimi xalq oyunları öz
mənşəkökləri ilə qədim Şərq xalqlarının mədəniyyətləri ilə səsləşir. Azərbaycanın
ayrı-ayrı bölgələrində bu günə qədər də bəzi yerlərdə qorunub saxlanılmış xalq
oyunları qədim tariximizin bir hissəsi olmaqla insanların mənəvi aləminin
formalaşmasında mühüm əhəmiyyətə malikdir.Azərbaycanda, əsasən də Gəncə-
Qarabağ bölgəsində yayılmış qədim xalq oyunları içərisində canbaz (akrobat), şatır
(qaçışla məşğul olan adam), ipatdı, sədağ (ox), qolça, kaman, dozu mərə, beş daş,
duvaqtapma, mil oynatmaq, daş qaldırmaq və s. geniş yayılmışdır.Xüsusilə, 4
çərşənbə olur novurzdan öncə Novruz bayramı günlərindəGəncə-Qarabağ
bölgəsində çovkan oyunu da genişyayılmışdır. Çovkan uzunluğu 1 – 1,25 metrə
qədər olan, başıəyri çömçəvari əl ağacıdır. Bu oyun meydançada ya at üstündə, ya
da piyada keçirilir. Adətən, yoxsullar, piyada oyun keçirirdilər. Gəncə-Qarabağ
bölgəsində piyada oyun daha geniş yayılmışdır.  XIX əsrdə Şimali Azərbaycan
Rusiyanın tərkibinə daxil olduqdan sonra Azərbaycanın yerli əhalisi fars
ənənəsindən rus-Avropa ənənəsinə doğru irəlilədi. Bu dövrdə Qasım bəy
Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Abbasqulu ağa Bakıxanov, Mirzə
Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə kimi şair və yazıçılar
yetişdi. XIX əsr İran Azərbaycanı ədəbiyyatının görkəmli nümayəndələrinə
isə Əbülqasım Nəbati və Heyran xanımı misal çəkmək olar. Bu dövrün elegiya
(mərsiyə) ədəbiyyatının ən vacib nümayəndələri Axund Molla Həsən Dəkil
Marağayi, Mirzə Əbülhəsən Raci Təbrizi .Şimali Azərbaycan və Cənubi Dağıstan
arasındakı tarixi-mədəni əlaqələrin artması XIX əsrdə Dağıstan müəlliflərinin
Azərbaycan dilində yazılmış əsərlərinin artmasına səbəb oldu. Ləzgi yazılı
ədəbiyyatının banisi  Emin doğma ləzgi və ərəb dili ilə birlikdə azərbaycanca da
yazırdı. Azərbaycan və ləzgi dillərində yazan Həsən Əlkədərinin 1892-ci ildə
azərbaycanca yazdığı "Əsəri-Dağıstan" kitabı onun öz şərhləri, müşahidələri    ilə
Dağıstan tarixi ilə bağlı Şərq yazılı məlumatlarını ehtiva edirdi. XIX əsrin
ortalarında Mirzə Fətəli Axundzadə yazdığı 6 komediya ("Hekayəti Molla
İbrahim-Xəlil Kimyagər", "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat", "Dərviş
Məstəli Şah Cadükuni Məşhur", ilə Azərbaycan ədəbiyyatında yeni janrın —
dramaturgiyanın əsasını qoyur.1896-cı ildə Nəcəf bəy Vəzirov ilk Azərbaycan
tragediyası olan "Müsibəti-Fəxrəddin"i yazmışdır. Nəriman Nərimanov ilk
Azərbaycan tarixi tragediyası olan "Nadir şah"ın müəllifidir. Səkinə
Axundzadə Azərbaycan ədəbiyyatında ilk qadın dramatuqdur.Azərbaycanda dövlət
səviyyəsində qeyd edilən dini bayramlar Qurban bayramı və otuz günlük orucdan
sonra qeyd edilən Ramazan bayramıdır. Ramazan bayramı 1993-cü ildən dövlət
səviyyəsində qeyd edilir. Azərbaycanda ölkə əhalisinin böyük hissəsini təşkil edən
şiə müsəlmanları tərəfindən qeyri-rəsmi olaraq İmam Hüseynin 680-ci ildə
Kərbəlada şəhid edildiyi Aşura günü qeyd edilir. Bu zaman hüzn mərasimləri
keçirilirMagiya günəş çağırma yağış çağırma müalicəvi magiya( loğmanlıq)
təssərüfat magiyası , təqvimlər əkinçilik təqvimləri var idi.Təqvimləri var idi. Köç
qışlaqlara qayıtma adətləri var idi.Hansı quşlar birinci gəlir.
49)XIX-əsr Azərbaycanlıların ailə-məişət və ailə-nigah münasibətləri
XIX əsrdə Azərbaycanda böyük ailələrinyaranması qardaşların azsaylı kiçik ailələr
inbir qisminin atalarının sağlığında bir yerdəyaşaması nəticəsində təşəkkül tapırdı. 
Etnoqrafik ədəbiyyatda böyük ailə mənasında“külfət”   “xizan”
“ bir çətən” və s. ifadələriişlədilir. Q. Qeybullayev böyük ailənin 11 nəgərdən çox  
olduğunu və Bakı, Yelizavetpol quberniyalarında 25283 böyük ailənin olduğuqəna
ətinə gəlmişdir. Ailə icmaaı üçün əsasmeyarlardan biri də müxtəlif  nəsilləri təmsil
edən bir neçə kiçik ailənin  birgə yaşamasıdır. Bpyük ailənin başçısı ağsaqqal hesa
b edilirdi. Ailənin başçısıböyük ata olurdu. Öldükdənsonra yerini böyük oğul tutur
du. XIX əsrdəailənin başçısına adı ilə deyil, “baba”, “ dadaş”,
“ağa” və “ lələ” kimi adlarla müraciətedilirdi. Ailə başçısının hakimiyyəti qeyrimə
hdud deyildi. O, mühüm məsələlərin
həllində cox vaxt yaşlı qadınlarlaməsləhətləşirdi. Ev işlərinə başçının arvadı- ağbir
çək qadın başçılıq edirdi.  Ağbirçəyə “ böynənə”, “ ana”,
“cici” deyilirdi. O qizlar vəgəlinlər arasında bölgü aparır, onlaratapşırıqlar verirdi. 
Ailə icmasında əməkbölgüsü yaş və iş təcrübəsinə əsasən aparılırdı. XIX əsrdə Rus
iyada kəndli islahatları, kənddəəmtəəpul münasibətlərinin formalaşmasıböyük aulə
lərin parçalanmasına yol açır.Ailəicmasının dağılması adətən başçı atanınvəfatında
n sonra baş verirdi.Ailə icmasınınparçalanması nəticəsində yaranmış yeni ailələrbir
biriləri ilə əlaqəni kəsmir,torpağı birgə əkibbecərirdilər. Belə qohum ailələr qrupu 
Patronimiya  adlanır.Hər bir patronimiyanınağsaqqalı olurdu.Patronimiyanın ictim
ai birliyitoy və yas mərasimlərində ,qan intiqamıməsələlərində özünü göstərirdi.Ki
çik ailə ilə böyük ailə arasında fərq yanlızkəmiyyət fərqi olmamışdır.Böyük ailənin
varidatı bütün ailəyə məxsus olduğu halda,kiçik ailədə mülkiyyət sahibi yalnız baş
çı kişihesab edilirdi. İkinci fərq isə nəsillərin durumuidi. Böyük ailələrdə şaquli isti
qamətdə ata,
oğul,nəvə , üfüqi istiqamətdə isə qardaşlarınailələrinin birliyi idi. Kiçik ailələrdə ya
lnızşaquli istiqamətdə 2,3 nəsil vardı . Kiçik ailə 2 qrupa bölünürdü: sadə  və  mürə
kkəbSadə ailə 2 nəsildən ( ata, ana  və uşaqlar),
mürəkkəb ailə isə 3 nəsildən ibarət olurdu. Sadə ailələr özəksayılır və nuklear adla
nırdı.
Nikah. Nikahın monoqamiya(təkkəbinlilik) vəpoliqamiya(çoxkəbinlilik) kimi növl
əri vardır.Bu formalar böyük və kiçik ailə iləqarşılaşdırılaraq  monoqam və patriar
xalailələr adlandırılır.
İbtidai cəmiyyətdəekzoqam olan qəbilələr ‘endoqam’, endoqamqəbilələr isə ‘ekzoq
am ‘ kimi verilir. Azərbaycanda poliqamiya əsasən ikiarvadlılıqşəklində yayılmışdı
. Ruhanilər və bəzi varlışəxslərlə yanaşı, ortabab və kasıb əhaliarasında da ikiarvad
lılıq yayılmışdı. Azərbaycanda qohumla evlənmə adətini 2 qrupa bölmək olar: yaxı
n və uzaq qohum.Yaxın qohumla evlənmə adəti kuzen nikahlaradlanır. Əmioğlu-
əmiqizi, xalaoğlu-xalaqızı nikahlari- ortokuzen nikahı, dayıoğlu-bibiqizi, bibioğlu-
dayıqızı nikahlari,krosskuzen nikahıadlanırdı. Nikah adətlərindən biri də leviratidi.
Bu nikah dul qalmış arvad iləmərhumunun qardaşlarından birinin evlənməsiidi. 
50)Azərbaycanda etnik və etnoqrafik qruplar-Dünyanın bir çox ölkələrində
olduğu kimi Azərbaycan əhalisinin tərkibi də yekcins deyil. Burada da əsas xalqla
yanaşı etnik və etnoqrafik qruplar yaşayırlar. Etnoqrafik qruplar öz təsərrüfat
mədəni tiplərinə görə əsas əhalidən fərqlənirlər. Etnik qruplar isə öz mənşəyi, dili
və bir sıra əlamətlərinə görə əsas xalqdan fərqlənirlər. Etnoqrafik qruplara misal
olaraq ayrımları, padarları, şahsevənləri misal göstərmək olar. Ayrımları bəzi
tədqiqatçılar erməniləşdirməyə çalışırdılar. Lakin Azərbaycan tədqiqatçıları onların
türkdilli xalq olduqlarını sübuta yetirmişdilər. Onlar əsas əhali kütləsindən
ayrılıqda yaşadıqlarına görə onların məişət və mədəniyyətlərində bəzi fərqli
xüsusiyyətlər var. Ayrımlar başlıca olaraq, Gədəbəy, Kəlbəcər, Göy-göl  (keçmiş-
Xanlar rayonu) rayonlarında yaşayırlar. İkinci Azərbaycanda yaşayan böyük
etnoqrafik qrup – padarlardır. Onlar Azərbaycanın Şirvan zonasında
məskunlaşmışlar. Həm ayrımların, həm də padarların mənşəyi bilavasitə oğuz
tayfaları ilə əlaqədardır. Belə hesab edirlər ki, axırıncılar Azərbaycana Elxanilər
sülaləsi dövründə gəlmişlər. 16-17əsrlərdə ləzgilərin şimaldan hücumlarına
görə padarlar Azərbaycanın şimal şərq hissəsinə köçürülmüşdülər. Azərbaycanın
Ağsu, Oğuz, Dəvəçi, Sabirabad, Ağdamrayonlarında yerləşən Padar İlxıçı və
İlxıçılar adları ilə tanınan müasir kəndlər padar etnonimi ilə bağlıdır. Muğanda
Araz çayı boyunda məskunlaşmış 3-cü böyük etnoqrafik qrup
olan Şahsevənlərin ilkin vətəni Cənubi Azərbaycan olmuşdur. Onlar şah Abbas
dövrünün Qızılbaşları ilə əlaqədar olan bir sıra Azərbaycan qəbilələrinin
ümumiləşdirilmiş etnik birliyidir. Onların şimali Azərbaycana ilkin axını XYIII
əsrin axırı XIX əsrin əvvəllərinə təsadüf edir. 1839-cu ildən Şahsevənləri
elbəyilər idarə etmişdilər.Bu etnoqrafik qrupların hər üçü həyat tərzi və
məişətlərinə görə azərbaycanlılardan fərqlənirlər. Onlar başlıca olraq yarımköçəri-
tərəkəmə təsərrüfatı ilə məşğul olurlar. Şahsevənlərin və padarların başlıca
məşğuliyyəti qoyunçuluqdur. Onlar az miqdarda iri buynuzlu heyvan saxlayırlar.
Əkinçilik yardımçı təsərrüfat hesab olunur. Dəmyə əkinçilik və tərəvəzçilik Ayrım
təsərrufatında maldarlıqla paralel aparılırdı.Azərbaycanın Şimal hissəsində Qafqaz-
iber dillərində danışan bir sıra xalqlar yaşayırlar. Bunlara ləzgiləri, avarları,
saxurları, udinləri və Şahdağ qruppu xalqlarından: buduq, qırız və
xınalıqları misal göstərmək olar. Gürcüstanla sərhəd rayonlarda yengiloy adlanan
başqa bir etnik qrup da yaşayır.Bundan başqa Azərbaycanda Hind-Avropa dil
ailəsinin İran qrupuna daxil olan bir sıra xalqlar da yaşayırlar. Məsələn: tatlar,
talışlar və kürdlər bunlara misaldır. Tatlar Quba, Dəvəçi, Şamaxı, İsmayıllı
habelə abşeronun bəzi kəndlərində yaşayırlar. Talışlar İranla sərhəd rayonlarda,
kürdlər Azərbaycanın qərb zonalarında məskunlaşmışdılar. Tatlar Sasanilər
dövründə İrandan Azərbaycana köçürülmüşlərdir (387-ci il İranla Bizans arasında
bağlanan müqavilədən, yəni Albaniya Sasanilərin hakimiyyətinə keçdikdən sonra).
Tat etnonimi türk mənşəli olub, oturaq qeyri-türk xalqlarına verilmiş addır. Dini
əlamətlərinə görə tatlar müsəlmanlara, (erməni) qriqoryanlara və yəhudilərə
bölünürlər. Müsəlman tatlar Abşeron yarımadasında, Quba və Dəvəçidə, yəhudi
tatlar Quba rayonunun Qırmızı qəsəbə, Oğuz rayonunun Vartaşen kəndində,
habelə Bakı və Dağıstanda yaşayırlar. Qriqoryan tatlar isə Şamaxının mədrəsə
kəndində dəvəçmnmn Gilvənkə kəndində yaşayırlar. Tatlar Azərbaycan türkləri
arasında yaşadıqlarından maddi və mənəvi mədəniyyətlərinə görə
azərbaycanlılardan çox az fərqlənirlər. Talışlar- Azərbaycan Respublikasının
cənub-şərq (Astara, Lerik, lənkəran, qismən Masallı) və Cənubi Azərbaycan
ərazisində yaşayırlar.Azərbaycanda 500 mindən artıq talış yaşayır. Təkcə
Lənkəranın əhalisi 220 mindir ki bunların 90 faizi talışlardır. Astaranın 100 min
əhalisi var ki orada da türklərə cüzi miqdarda rast gəlmək olar. Lerikin də 80 min
əhalisi mövcuddur ki, burada da Astara kimi çox cüzi qeyri talış millətlər yaşayır.
Masallının 200 min əhalisinin də yarısı türklər yarısı talışlardır. Bakıya və
xüsusilədə Sumqayıtda yaşayan talışları da nəzərə alsaq görərik ki, Azərbaycanda
nə qədər talış mövcuddur. İran talışlarının sayı Azərbaycandan təqribən iki dəf
artıqdır. Kürdlərin Cənubi Qafqaza gəlmələrinin dəqiq tarixi yoxdur. (Əsasən
Cənub-Şərqi Asiyada yaşayırlar). Hazırda Azərbaycanda 200 mindən çox kürdün
yaşadığı güman edilməkdədir. Əsasən Azərbaycanın qərb rayonlarında, Kəlbəcər,
Laçın, Qubadlı və Zəngilanda məskunlaşmışdılar. Onlar kürd dilinin kurmanci
ləhcəsində danışırlar. Keçən əsrin 80-cı illərin sonunda müsəlman kürdü zorla
erməni quldur dəstələri tərəfindən Ermənistandan, həmçinin Azərbaycana məxsus
torpaqlardan qovuldular. Kürdlər sünnü, şiə və yezidi kürdlərə ayrılırlar
51)ESKİMOSLAR.
Eskimoslarım sayı 107 min nəfərdir.Əsasən Alyaska sahillərində Labrador
yarımadasında, Qrenlandiya ve Şimal Buzlu Okeanı sahil yanı bölgələrdə
məskunlaşıblar.Rusiya ərazisində Çukot yarımadasında ve Vranqel adasında
məskunlaşmışlar,sayları  1700nəfərdi.Eskimoslar böyük monqolid irqinin arktik
budağına aiddirlər.Eskimos dili eskimos -aleut dil ailəsinə daxildir iki yerə bölünür
: inupik və yupik .Eskimoslar təxminən 2 min il bundan əvvəl Amerikanın arktik
sahillərinə Asiyadan miqrasiya olunmuşdur.Eskimoslar özlərini innuit ,yəni insan
adlandırırlar.Şimali Amerikanın alqonik qəbilələrin dilində Eskimos “çiy ət
yeyənlər” adlanır .Eskimoslarda  5 təsərrüfat-mədəni kompleksləri
yaranmışdır :1)dəniz heyvanlarının ovçuluğu ;2) balıqçılıq;3)karubi marallarını ov
edənlər ;4)suiti ovu ilə məşğul olanlar;5)karubi maralları və suiti ovu ilə məşğul
olanlar.Eskimosların təsərrüfatı 1ci təsərrüfat mədəni tipinə aiddir.Eskimoslar
deniz heyvanları:suiti ,morj ,balina,dəniz şiri ,dəniz dovşanı ,delfin
ovlayırdlar .Quruda yaşayan heyvanlardan:karubi ,tülkü,
dovşan ,canavar ,muskus.öküzlərini ovlayırdılar .Əmək və ov alətləri
ağacdan ,daşdan sümükdən hazırlanırdı.Nizələr,harpunlar ,ox və kaman,daş
bıçaqlar ,“bola “aləti , ovçuluq və balıqçılıq təsərrüfatında istifadə
olunurdu.Nizə ,ox,harpun ucluqları daş sümükdən, Viktoriya adasında isə misdən
hazırlanırdı .Eskimoslar müxtəlif nəqliyyat vasitələrindən istifadə edirdilər .Dəniz
ovçuluğu ilə məşğul olanlar iki nəfərlik qayıqlar “umayik”lərdən istifadə
edirdilər .Umayiklərin uzunluğu 5,6m olur ,xırda ağac parçalarını bir birinə heyvan
vətərləri vasitəsi ilə bənd edir,üzərinə heyvan dərisi çəkirdilər .Tundra eskimoslar
nəqliyyat kimi it yox marala qoşulmuş xizəklərdən istifadə edirdilər.Qar düşənədə
“raketka” adlanan kirşlərdən istifadə edirdilər.Eskimoslar dəniz heyvanı ətinin piyi
ilə ,o cümlədən qurudakı heyvanların əti ilə qidalanirdılar . Geyimləri tam təbii
şəraitə uyğunlaşmışdır.Qadın ve kişi geyimləri suiti ve karubi dərusindən
hazırlanırdı .İynə əvəzinə balıq sümüyü,sap əvəzinə heyvan vətərləri qurusundan
istifadə edirdilər.Qısa gödəkcəni xatırladan “kuxlyanka”adlanan geyimin arxa
hissəsinə qadınlar körpə uşaqları gəzdirmək üçün kisə tikirdilər.Geyim dəstini
xəzdən tikilmiş , uzunluğu dizə çatan şalvar,dovşan dərisindən tikilmiş corablar,
maral gönündən  “torbas”adlanan uzun boğaz çəkmə tamamlayırdı.Təbii şərait və
inşa materiallarından asılı olaraq müxtəlif tipli evlərdə yaşayırdılar.Qütb
eskimoslar iki ailəlik   “ilqu “adlanan evlərdə yaşayırdılar.Evin hündürlüyü 2m ,
diametri isə 9m idi. Qrenlandiya eskimosları yarımqazma və qazma tipli evlərdə
yaşayırdılar.Alyaska eskimosları isə dördbucaq formalı yerüstü evlərdə
yaşayırdılar.Maralçı eskimoslar isə yüngül konstruksiyalı çadırlarda-çumlarda
yaşayırdılar.Eskimoslar 19cu əsirin əvvələrində ana nəslindən ata nəslinə keçid
dövründə olmuşlar,bəzi qruplarda isə qonşuluq icması meydana gəlmişdir.19cu
əsirin sonunda qan qohumluğu öz əhəmiyyətini itirir.İkili nigahlar geniş
yayılmışdır ,lakin monoqamiya keçid prosesi gedirdi .Matrilokal ve patrilokal
məskunlaşma gedirdi.Göbəkkəsmə,poliqamiya arvadların dəyişdirilməsində rast
gəlinir.Ana adətinə xas olan xüsusiyyətlər qalıqlar ov qənimətinin hamının
arasında bölüşdürülməsi,aclıq baş verən zaman bütün qidaların bərabər paylanması
öz əksini tapmışdır.Eskimosların zəngin folkloru var idi.Kollektiv mahnıları ,
rəqslərin ifası, nağıllar,əfsanələr, rəvayətlər nəsildən nəsilə
ötürülürdü .Eskimosların musiqi alətləri primitiv olaraq qaval və balina bığarından
hazırlanan musiqi aləti olmuşdur . Eskimoslarda animistik ,totemçiliklə bağlı
təssəvvürlər geniş yayılmışdır.Onlar bəd və xeyir ruhlara inanırdılar.Bəd ruhlardan
qorunmaq üçün müxtəlif amuletlər gəzdirir,dualar oxuyurdular.Şamançılıq Asiya
və Amerika Eskimoslarında mühüm yer tururdu.Şamanlar insanlarla ruhlar
arasında vasitəçi kimi müxtəlif ruhlar sağaltmağa və təsərrüfat işlərinin uğurlu
olmasına kömək edir .Eskimoslar təbiət qüvvələrinə pərəstiş edir, xüsusilə onları
dəniz məhsulları ilə təmin edən və sahib olan dəniz ilahəsinə sitayiş
edirdilər.Magiyanın müxtəlif növləri tətbiq olunurdu.
52)Çin xalqları
Ölkədə 56 xalq qeydə alınmışdır.92% xanyenlər təşkil edir.İnzibati cəhətdən 22
əyalətə,Tayvan daxil olmaqla 5 muxtar vilayətə bölünür.Şəhər sakinləri 21%- dir.1
kvadrat km.-100 nəfər sakin düşür.Əhalinin 97%-i şərq əyalətlərində
məskunlaşıb.Milli azlıqlar əhalinin 6,7 % təşkil edirlər,lakin ölkə ərazisinin 60%-ni
təşkil edən torpaqlarda məskunlaşıblar.Milli azlıqların ümumi sayının 26%-ni
Altay dillərində danışan xalqlar və Koreyalılar təşkil edirlər.Çinin Cənub-Qərbi
etnik cəhətdən daha mürəkkəbdir,burada 30-a yaxın xalq yaşayır.Şimal-Şərq
bölgələrdə Mancurlar yaşayır.Sinsən Muxtar vilayətdə uyğurlar və xueylər
yaşayır.Tibet və Sinsyandan başqa çinlilər əhalinin 20-40%- ni təşkil edirlər.1950-
ci ildən başlayaraq Çinliləri kütləvi surətdə Çinin ucqar əyalətlərinə köçürülməsi
baş verdi.Təkcə sinsyan – uyğur muxtar rayonunda çinlilərin sayı 6%-dən 40%-ə
qədər çoxaldı.Paratay dillərində sayca çinlilərdən ikinci yer tutan – cuanlardır.Bu
dil ailəsinə lei,lay,şuy xalqları aiddir.Myao – yao ,vyet – muonq dilləri avstroasiya
dil ailəsinə daxildir.Avstroneziya dil ailəsinə qaoşanların dilləri daxildir.Altay
dillərində(türk qrupu)uyğurlar,kazaxlar,qırğızlar,salarlar,özbəklər,tatarla r;tunqus-
mancur qrupuna– mancurlar,sibo,evenklər,oroçonlar,nanaylar;monqol qrupuna –
olunsyanlar,monqorlar(tu),daurlar,monqollar daxildir.Mancurlar şimal-şərqi Çinin
avtoxton əhalisidir.1644-cü ildən 1911-ci ilədək Çini Sin Mancur sülləsi iadrə
edirdi.Monqollarda qəbilələr mövcuddur:cənubi monqollarda
qorloslar,xarçinlər,naymanlar,tumutlar,çaxarlar,ordoslar idi.Monqolların
əksəriyyəti köçəri və yarımköçəri həyat sürür.Əsas din buddizim (maxayana
təriqəti), daosizm,konfusiyaçılıqdır.Daurlar,koreyalılarda ,munqus-mancur
qrupunun bəzi xalqlarında bu dinlərlə yanaşı şamançılıqda
yayılmışdır.Cənubqərbdə yerli dinlər mövcuddur.Çin düzənliyində
buğda,qarğıdalı,soya,qaolyan(sorqo),şəkər çuğunduru,Şimal-Şərq Çin düzənliyində
buğda, qarğıdalı,pambıq becərilir .Qutsi vadisi – çəltikçilik
mərkəzidir.Bostançılıq,maldarlıq inkişaf etmişdir. Qərbdə Tibetdə yakları
bəsliyirlər.Sintsyan-uyğur vilayətində - qoyunçuluq,dəvəçilik,atçılıq inkişaf
edir.130 növdən çox tərəvəz yetişdirilir,bağçılıq inkişaf edir.Çin – ipəkçiliyin
vətənidir.Məskənləri natronimikdir,əfsanəvi ulu-əcdadların adlarını daşyır.Şimalda
ənənəvi yaşayış evləri – “fanza”,cənubda isə - “utza” adlanır.Evləri yerüstü
dördkünc formasındadır.XX əsrə qədər Çinlilərdə “tzuntzu” adlı patronimik
icmalar mövcud olmuşdur.Hazırda nuklear ailələr mövcuddur(ata-ana və
övladlar),lakin kənd yerlərində hələ də böyük patriarxal ailələr(valideynlər,onların
övladları ailələri ilə,subay qızları və nəvələri)qalmaqdadır.Çin mənəvi-
mədəniyyətinin əsasını Konfutsunin təlimi təşkil edir.Konfutsi təlimi Çinlilərin
mənəvi saflığını,etika,ailə və dğvlət münasibətlərini;daosizm – elm və
incəsənətsahələrini;buddizm – insanların axirət dünyası hqqında təsəvvürləri
nizamlayır.Yen – insan pərvərlik,humanizm;səo – oğulun atasına itayəti; “i” -
ədalət,mənəviyyat; “li” – mərasim deməkdir.
53) İsrail xalqları
İsrail Respublikası 14 may 1948-ci I tarixində BMT-nin qərarı ilə yaradılmışdı
(B.Britaniyanın mandatı altında). Bu qərara əsasən, Fələstin torpağında 2 dövlət -
Ərəb və Yəhudi dövlətləri yaradılmalı idi. Qüds şəhəri xüsusi beynəlxalq satatus
almışdı. 1948-1949-cu illərdə baş vermiş ərəb-israil müharibəsində İsrail ərəb
dövləti üçün nəzərdə tutulmuş ərazini və Qüdsün qərb hissəsini işğal etmişdi.
Minlərlə ərəb torpaqlarından didərgin düşdü. 1967-ci ildə İsrail ərəb ölkələrinə
qarşı yeni təcavüzə başlayır və Qüdsün şərq hissəsini işğal edir. Ərəb əhalisindən
azad olunmuş torpaqlarda 1983-cü ildən başlayaraq 150-dən çox İsrail
hərbçilərinin xüsusi məskənləri salınmışdı. Bu ərazilər işğal olunmuş İordan
çayının qərb sahilini və Holan yüksəkliklərinin böyük hissəsini əhatə edir. 1950-ci
ildə İsrail Qüdsün qərb hissəsini ölkənin paytaxtı, 1980-ci ildən başlayaraq isə
bütün Qüdsü əbədi paytaxt elan etdi. Şəhər 3 dünya dininin mərkəzi sayılır:
iudaizm, xristianlıq, islam. Dörd məhəlləyə bölünür: ərəb, yəhudi, erməni,
pravaslav. Tel-Əviv şəhəri baş iqtisadi və mədəni mərkəz və xarici səfirliklərin
yerləşdiyi yer olub. Əhalinin 90%-ı şəhərlərdə yaşayır. Yəhudi əhalisi
immiqrasiyanın hesabına artır. Əhalinin sayı 9.1 mln., 83%-ı yəhudilər təşkil edir,
ərəblər 16.8%-ı təşkil edirlər, burada 1000 nəfər erməni, 1000 nəfər polyak, 1000
nəfər macar, 1000 nəfər çərkəzlər yaşayır. Qədim Fələstinə yəhudilər e.ə. II
minilliyin ortalarında gəlmişlər. E.ə. XI-X əsrlərdə yəhudilər Vudeya dövlətini
yaratdılar, sonra bu dövlət 2 çarlığa parçalanır - İsrail və Vudeya. Bizim e.ə. 721-ci
ildən İsrail dövlətinin Assur, e.ə.568-ci ildə İudeyanın mövcudluğuna Babil dövləti
son qoymuşdur. Yəhudilərin əksəriyyəti Fələstindən qovulmuşdur. Babil dövləti
siyasi arenadan yox olandan sonra İudeya dövləti bərpa olunur. Romalıların
hokmranlığı dövründə b.e.ə. I-II əsrlərdə yəhudilərin üsyanları baş verir, bunun
nəticəsində yəhudilərin Aralıq dəniz hövzəsi ölkələrinə miqrasiyaları gücləndi.
B.e. III əsrindən Fələstin ərəblərin ölkəsi olur. XVI əsrdən başlayaraq ölkə
osmanlıların əsarəti altında olmuşdu. XIX əsrin ortalarından Fələstinə yəhudilərin
miqrasiyaları başlandı (“Ulu əcdadların vətəninə qayıdış kampaniyası” şüarı
altında). Bu siyasi prosesi Böyük Britaniya dəstəkləyirdi. 1919-1948-ci illər arası
Fələstinə 450 min yəhudi qayıtdı.1948-ci ildə Fələstində yəhudilər əhalinin 31.5%-
ni təşkil edirdilər, ərəblər 68.5%, immiqrantların 53%-ı Yaxın Şərq və Şimali
Afrika, 40%-ı Avropadan, 3% ABŞ və digər Amerika ölkələrindən gəlmişlər.
Anası yəhudi olan və iudaizmi qəbul etmiş hər bir kəs yəhudi sayılır. Yəhudilər
mənşələrinə görə 3 qrupa bölünür: səbrilər - ilk miqrantlar; aşkenazlar - Avropa,
Amerika, Şimali Afrika, Avstraliya immiqrantları; sefardlar-Aralıq dəniz
ölkələrindən, Yaxın və Orta Şərq, Şimali Afrika ölkələrindən gəlmiş yəhudilər,
səbrilər, Qərbi Avropa və Amerikadan gəlmiş immiqrantlar İsrailin siyasi və
iqtisadi həyatında mühüm rol oynayırlar. Şərqi Avropa yəhudiləri bir qədər aşağı
ictimai vəziyyət tutmuşlar. Ərəblərin 25%-ı şəhərlərdə yaşayır, 4%-ı köçəri həyat
sürür. Ərəblər diskriminasiyaya məruz qalırlar. Dövlət dili ibrit dilidir (qədim
yəhuydi dili əsasında formalaşıb, semmit dillərinə aiddir). Ərəb dili- ikinci rəsmi
dil sayılır. Aşkenazlar ibritdən başqa idiş dilindən, sefardlar-ispanyol yaxud
cudezmo (roman qrupu), Asiya və Afrika ölkələrindən immiqrant yahudilər ərəb,
fars dilinin müxtəlif dialektlərində danışır. Dövlət dini iudaizmdir. Ərəblərin 80%-ı
müsəlman-sünnidir, 20% - xristiandır. Qədim yəhudilər əkinçiliklə məşğul
olmuşlar. Dənli bitkilər, üzüm, zeytun, meyvə ağacları becərirdilər. Xırda
buynuzlu mal-qara bəsləyirdilər. Kiçik ailə forması mövcud idi. X əsrdən
monoqamiyaya kecid baş verdi. Poliqamiya XX əsrin ortalarına qədər mövcud
olmuşdu. Aşkenazlarda nigahlar matrilokal, şərq yəhudilərində patrilokal idi.
Levirata icazə verilirdi. Yəhudilərin məhəlləsi-qetto, məhəllə, juderiya adlanır.
Geyimləri: kişilərdə - qotazlı yun şallar (taliş), uzun xalatlar, qaftan, bürüncəklər,
baş geyimləri-şlyapalar, xəz papaqlar, saqqal və birçək (peyz) gəzdirmək vacibdir.
Qadın geyimlərini baş örtükləri, geniş biçimli uzun ətəkli paltarlar, ərli qadınlarda -
süni saçlar tamamlayırdı. Yeməklərdə dini qaydalara görə yasaq -“kaşrut” tətbiq
olunurdu. Müqəddəs şənbə günlərində - “xala” adlı şirin çörək, Pasxada “matsa”
(mayasız, duzsuz kökələr), əriştə, ət, balıq yeməkləri və s. bişirilir.
54)İndoneziya Malaziya Filipin-Avrasiya materikinin ucqar cənub-şərqində
cənub-şərqi Asiya tarixi- etnoqrafik əyaləti yerləşir. O hind-çin yarımadasını və
ona yaxın olan Malay arxipelaqını özündə birləşdirir. Ərazidə Vyetnam, Kamboca,
Laos, Tailand, Birma, Malayziya, İndoneziya, Filippin, Sinqapur, Şərqi Timor,
Bruney ölkələri yerləşir. Əhalinin sayı 600 milyon ətrafındadır. Cənub-Şərqi
Asiyada ən geniş yayılmış dil ailəsi Avstroneziya dil ailəsidir. Regionun özü də
aşağıdakı etnoqrafik bölgələrə ayrılır: Hind- Çin xalqları, Malayziya xalqları,
Sinqapur xalqları, Bruney dövləti, Filippin xalqları, İndoneziya xalqları. Cənub-
Şərqi Asiyada müsəlmanlar geniş yayılmışdır. Müsəlmanlar İndoneziyada üstünlük
təşkil edir. İndoneziya dünyada müsəlman əhalisinin sayına görə birinci yerdə
durur. Regionda xristianlar, buddistlər və yerli dinlərə inanan əhali də
yaşayır.Antropoloji baxımdan cənub-şərqi Asiya xalqları cənubi Asiya kiçik irqinə
daxildir. Onların xarici fiziki əlamətlərində monqoloid irqi ilə avstroloid irqi
qarışığı aydın nəzərə çarpır. Cənub-şərqi Asiya əhalisinin etnik tərkibi rəngarəng
olsada onlar linvistik cəhətdən 4 böyük dil ailəsində birləşirlər:çin-
tibet,avstroasiya,tan və avstroneziya. Cənub şərqi asiyada ən geniş dil ailəsi
avstroneziya dil ailəsidir. Burada indoneziya və Filippin dilləri ilə yanaşı papyas
dilləri də vardır. Lakin papyas dilləri heç bir dil ailəsinə daxil deyildir. Cənub-
Şərqi Asiya xalqlarının iqtisadiyyatında insanın təsərrüfat fəaliyətinin bütün
mərhələlərini izləmək mümkündür. Burada İndoneziya və Malaqkanın daxili
rayonlarındakı geridə qalmış qəbilələrin yığıcı və ovçuluq təsərüfatlarında
tutmuş,yaba əkinçiliyinə qədər ardıcıl inkişaf xətti müşahidə olunur. Hazirda
əhalinin böyük bir qismi kotan əkinçiliyi ilə məşğuldur. Bu bölgənin bütün
ölkələrində xış və toxa əkinçiliyi yenə də davam etməkdədir. Maldarlıq geniş
yayılmamışdır. Cənub-Şərqi Asiya xalqları süddən istifadə etmədiklərinə görə
südçülük təsərüfatı demək olar ki, yox dərəcəsindədir. Onlar az miqdarda qoşqu
heyvanları,donuz və toyuq saxlayır. Cənub-Şərqi Asiya xalqları dünyanın üç ən
böyük dinlərinə- buddizm, xristianliq və islama az miqdarda induizmə etiqad
edirlər. Hindi-çin xalqları: hindi-çin yarımadası Asiya materikinin cənub-şərq
hissəsini təşkil edir. Coğrafi cəhətdən o üç zonaya ayrılır:qərb,mərkəz və şərq.
Yarımadanın cənub hissəsi Malayziya respublikasının bir hissəsini təşkil
etməklə ,,malay dünyasına,, aid edilir. Siyasi baxımdan hind-çində beş dövlət
vardır:Vyetnam,Kamboça,Laos, Tailand və Birma.Bu ərazinin müasir siyasi
sərhədləri əsasən 15-16-cı əsrlərdə formalaşmışdır.Hindi-çinin müasir əhalisinin
böyük əksəriyyətinin çin-tibet dillərində danışan xalqlar təşkil edir. IV əsrlərdə
buddizm yayılmışdır. 13-cu esrden islam yayılıb. İndoneziyada milli
azlıqlar:çinli,ərəb,hindli. Dovlət dili-indoneziya dilidir. 6%xristian 5%-yerli
din,2%-induist. Flippin-1946-ci ildə suverenliyini berpa edibdi. Neqritos irqinə
aiddir. 15-16-ci əsrlərdə islam yayılıb. 1526-ci ildə Magellan Mindanao adasını
kəşf edib. 75 etnos yaşayır. 4etnik qrup var:1)xristianlığı qebul edənlər 2)islamı
qəbul edənlər 3)ölkənin dərinliyində yaşayanlar 4)neqritos irqinə aid tayfalar ayrı
qrup təşkil edir. Ən çoxsaylı xalq-bisaya(42%), taqal(23,7%),ilot(11%). Dövlət
dili-takalak yaxud filipino. İngilis dilidə dövlət dilidir. 90%xristian, 5%müsəlman.
Fillipində xristianlıq (katolik təriqəti) əsas din sayılır. Filippində çoxsaylı insanlar
islam dinini qəbul etmişlər .Malaziya-1963-cü ildə Malaziya federasiyasi
yaranmışdır. Sinqapur federasiyasının tərkibindən çıxıb müstəqi olmuşdir. Əhalisi
28 milyondan çoxdur. Malay dövlətini 12-ci əsrdə Minan-Kabay vilayətindən
gəlmiş malaylar təşkil etmişlər. Malaziyada əhalinin etnik tərkibinin
formalaşmasında Çin,Hindistan mühacirləri əsaa rol oynamışlar. Malaziyanın
qədim etnosları-semonq,senaylar. Saravak və Sabax quberniyalarında yaşayan
əhali 3 əsas etnik qrupa ayrılır:1)Avstroneziya dilli yerli əhali;dayak və laçao
2)İndoneziya,Filippindən gələnlər 3)Çinlilər. Malayların dövlət dili İndoneziya
dilinə yaxın Malay dilidir. Qərbi Malaziya əhalisinin böyük çoxluğu-sünnidir.
Həmçinin buddist, xristian,konfusiçilər var.
55.Hindistan Xalqları
 2  iyun  1947-ci il  tarixində  İngiltərə  Hindistana  müstəqillik  verilməsini bəyan
etdi. Ölkə əhalisinin dini mənsubiyyətinə görə iki dövlətə bölünürdü: Hindistan və
Pakistan. Hindistan əhalisinin sayı – 1.376229000 nəfərdir. Şəhər sakinləri – 25%.
Əhalinin böyük hissəsi Qanq çayının delta və vadisində yaşayır. Paytaxtı - Dehli -
Yeni Dehlidir. İnzibatı baxımdan Hindistan 22 ştat və 9 müttəfiq ərazilərdən
ibarətdir. Andaman, Lakkadiv və Nikobar adaları Hindistana məxsusdur. Dövlət
dili – hindi və ingilis (ingilis dili müvəqqəti olaraq) dilləridir. Xış əkinçiliyi və
maldarlıq kənd təsərrüfatının əsasında dururdu. Müasir zamanda hələ də agac
xışdan, maladan istifadə olunur. Qoşqu heyvanlar – öküzlər və kəllər cütüdür.
Toxumu sahələrə əl ilə səpirlər. Bəzi az saylı etnoslar donuzçuluqla məşguldular.
Balıqçılıq, ovçuluq və yığıcılıq inkişaf edir. Cənubi Asiya xalqlarının yemək
öynəsinə dənli bitkilər, süd məhsulları, paxlalı bitkilər daxildir. Evlər agac,
bambuk, palçıq, daş, palma agacının gövdəsindən tikilir. Evlərin damlarına küləş,
palma yarpaqları salınır. . Yarımköçəri qruplar keçi, yun parça, dəri, agac
budaglarından çadırlar qururlar. Himalayda müvəqqəti evləri təbii daşdan tikilir.
Ənənəvi geyimlər etno-regional səciyyəlidir. Cənubi Hindistanda tikişsiz və tikişli
paltarlar geym kompleksinə daxildir. Şimalda qadın və kişi geyimləri geniş şalvar, 
qadınlarda əlvan rəngli tikmələrlə bəzədilmiş uzun, geniş köynək, qolsuz
gödəkçədən ibarətdir. Racastan qadınları geniş, dir neçə qatdan ibarət çin-çin,
büzməli ətəklər geyinirlər. . Keçmişdə ailə məişətində poliqamiya və poliandriya
nigahları, böyük ailələr mövcud idi. Sororat və levirat nigahları baglanırdı.
Əyalətlərdə əsasən yüksək kastadan olan dul qadına təkrar nigah baglamaq yasaq
idi. XX əsrin ortalarına qədər.Müasir zamanda Hindistanda, xüsusilə şəhərlərdə,
monoqam kiçik ailə geniş yayılıb. Pakistan, Hindistan, Nepal, Şri-Lanka,
Banqladeş əhalisinin əksəriyyətinin bütün problemləri ailə-nəslin çərçivəsində həll
olunur. Hindistanın şimal bölgələrdə patronimiya və patriarxal ailə quruluşu
mövcuddur.Qadınlar ailədə yüksək statusa malikdirlər ki, buda onların xüsusi
magik qüvvəyə malik olması ilə izah olunur. Burada həmçinin kros-kuzen nigahlar
baglanır. Orto-kuzen nigahlar isə qadagandır.      Parslar əsasən Hindistanda (70
min) və Pakistanda (5 min) yaşayırlar. Ənənəvi olaraq Qucarat ştatında, 
Mumbayda yaşayılar. Vətənləri İrandır. 720-ci ilə yaxın. Parslar siravi
hindistanlılardan maddi  cəhətdən daha yaxşı təşkil olunmuşlar. Parsların 98%-i
savadlıdır, Parsların  sayları  tədricən  azalır. Fars  dilindən  Qucarat  dilinə 
keçmişlər.    Hindistan  əhalisinin  80,5% - induistlər ,13,1% - müsəlmanlar;2% -
xristinalar ); 2%-sikxlər ; 1,9% - buddistlər, caynistlər, parslardır
56)İran və Əfqanıstan xalqları-Əfqanfıstan Qərbi Asiyanın şərq hissəsində
yerləşir. Onun dənizə çıxış yolu yoxdur. Onun sahəsi 647,5 min kv.km, əhalisi isə
32,3 milyona yaxındır. Əhalinin yarıdan çoxunu (53%) əfqanlar – puştular təşkil
edir. Əfqanlar özlərini paxdanə adlandırırdılar. Puştu dili İran dillərinin şərq
qrupuna daxildir. Onların mənşəyi az öyrənilmişdir. Lakin belə güman etmək olar
ki, onların mənşəyində tacik, hind və türk elementləri iştirak etmişdir. Burada 30-a
qədər xalq yaşayır. Ölkənin bütün cənub və şimal-şərq vilayətlərində iran dilli
xalqlar, şimal-qərb millətlərində isə türk dilli xalqlar məskunlaşmışdır.Qabaq
asiyanın başqa xalqlarında olduğu kimi əfqanlar arasında çoxlu miqdarda nəsli
qəbilə qruplapı mövcuddur. İri əfqan qəbilə birliklərindən Dürraniləri və Kilzayları
göstərmək olar. Birincilər Qəndəhar, Herat və Fərəh əyalətlərində, Kilzaylar isə
Kalat Qəzvin əyalətləridə yaşayır.Momand qəbilə birliyinin bir hissəsi
Əfqanıstanda, digər hissəsi isə Pakistanda məskunlaşmışdır.Əfqanıstanın cənub
əyalətlərində yaşayan ən böyük qəbilə birliklərindən biri dzadzi qəbiləsi idi.
Onlarla yanaşı dzadran və manqal qəbilələri məskunlaşmışdı. Onlar da şimal
qəbilələri kimi əkinçilik və maldarlıqla məşğul olurdular. Qəndəhər vilayətinin
cənub hissələrində kakar, babi, bares və hindi qəbilələri yaşayır.Əfqanıstan aqrar
ölkədir. Əhalinin çox hissəsi oturaq əkinçiliklə məşğuldur. Əfqanların 20% qədəri
köçəri və yarım köçəri təsərrüfatla məşğuldur. Onlar əsasən qaragül və quyruqlu
qoyun cinsləri bəsləyir, at, dəvə və iri buynuzlu heyvan saxlayırdılar. Köçəri şərq
qəbilələri arasında nəsli qəbilə münasibətlərinin qalıqları çox
güclüdür.Əfqanıstanın daha çox inkişaf etmiş rayonlarında tədricən feodal
münasibətləri kapitalist münasibətləri ilə əvəz olunmaqdadırƏfqanıstan başdan-
başa şosse və karvan yolları olan ölkədir. Başlıca nəqliyyat vasitələri yük və minik
heyvanları – dəvə, uzunqulaq, at və qatırdan ibarətdir.Köçəri və yarımköçəri əfqan
qəbilələri yayda yüngül konstruksiya çadırlarda və keçə alaçıqlarda yaşayırlar.
Qışda onlar gil-palçıq daxmalara köçürlər. Yalnız varlı maldarların möhkəm əsaslı
qış yaşayış evləri vardır.Oturaq əkinçilərin yaşayış məskənləri müxtəlif formaya
malikdir. Əfqan-qilzaylar çox ailəli icmalar təşkil etməklə malikanə xarakterli
ümumi bir evdə yaşayırlar. Möhrə divarlarla əhatə olunmuş bu cür malikanələr
qala adlanırdı. . Evlər möhrə divardan və çiy kərpicdən tikilir. Belə evlərin dam
örtüyü yastı, ölkənin cənub-qərb hissəsində isə künbəzvari formalı
düzəldilir.Əfqanların milli kişi geyimləri enli müsəlman şalvarlardan (partuq) və
ağ köynəklərdən (kamis) ibarət olur. Onlar ayaqlarına çəkmə və ya palıdı rəngli
göndən tikilmiş uzun, dik burunlu ayaqqabılar geyirlər. Başlarına alçaq,
günbəzvari formalı yun papaq və çalma qoyurlar. Əfqan kişilərinin çoxu qalın
saqqal və bığ saxlayır və saçlarını qırxdırmayaraq çiyinləri üzərinə buraxırlar.
Onların geyim kompleksinə bir qayda olaraq ənənəvi silahlar da daxildir. Qadın
geyim kompleksinə uzun köynəklər və enli şalvarlar daxildir. Qadınlar başlarına
yüngül papaq qoyur və onun üstündən kiçik yaylıq bağlayırlar. Şəhərlərdə çadra
gəzdirirdilər. Varlı qadınların bayram geyimləri al-əlvan qiymətli daş-qaşlarla
bəzədilir.Əfqanların yeməklərinin müxtəlifliyi təbii-coğrafi şəraitdən və əhalinin
təsərürfat fəaliyyətindən asılı idi. Köçərilər südlü xörəklərə, oturaq əhali isə bitki
mənşəli yeməklərə üstünlük verirdilər. Ən sevimli milli yemək növləri düyü və
qoyun ətindən bişirilirdi.Əfqanların ailə məişəti və qadınların mövqeyi şəriət
qanunlarına və adət-hüquq normalarına əsaslanır. Ailə həyatında patriarxal
qaydalar hökm sürür. Ata-ər ailənin tam hüquqlu başçısıdır. Digər müsəlman
ölkələrində olduğu kimi poliqamiyaya icazə verilsə də, bundan yalnız varlılar
istifadə edirlər. Qızlar və gənc qadınlar yad adamları gördükdə adətə görə
yaylıqlarının bir ucu ilə sifətlərini örtürlər – yaşmaqlanırlar. Əfqanlar sünnü-
müsəlmandır.Bunlar başlıca olaraq ölkənin şimal və şərq rayonlarında yaşayan
özbəklər, türkmənlər ,cəmşidlər, bəluclar teymurilər nuristanlılar və
sbaşqalarıdır.Milli azlıqlardan ən çox saylı olanları taciklərdir. Onlar əsasən
Kəttəhan, Pərvan və Bədəxşan əyalətlərində yaşayırlar.Taciklər başlıca olaraq süni
suvarma əkinçiliyi ilə məşğul olurlar.Say etibarilə milli azlıqlar içərisində özbəklər
ikinci yerdə durur. Onlar Cənubi Türkmənistanın Meymənə, Məzarişərif, Bəlx,
Xanabad, Taşqursan və Qunduz rayonlarında yaşayırla. Özbəklərin əsas
məşğuliyyətləri əkinçilik və maldarlıqdır.Əfqanıstan türkmənləri əsasən köçəri və
yarım köçəri maldarlıqla məhğul olurlar. İran islam respublikası Qabaq Asiyanın
ən böyük dövlətlərindən biridir. Onun ərazisi 1 mln. 648 min km2. Əhalisinin sayı
isə 84 milyon nəfərdir. Paytaxt-Tehran şəhəridir. Dövlət dili fars dilidir.Əfqanıstan
kimi İran da çoxmillətli dövlətlər sırasına daxildir.İran öz etnik tərkibinin
rəngarəngliyinə görə çox mürəkkəb quruluşa malikdir. Burada müxtəlif dil
ailəllərinə mənsub olan 60-dan artıq xalq yaşayır. İran dilli əhali - 75%, türk dilli
əhali - 20% çoxdur. Əsas xalq sayılan farslar ölkə əhalisinin 50% yaxın təşkil etsə
də, rəsmi statistik məlumatlar ölkədə milli azlıqları gizlətməyə çalışaraq onları
farsların qəbilə qrupaları kimi təqdim etməyə meyl göstərir. Farslar, kürdlər (7
mln), qilyanlılar, mazandaranlılar, lurlar (3 mln), bəxtiyarlar (1,5 mln), talışlar,
xərəreylər, bəluclar, teymurilər, cəmşidilər, qaleşlər, tatlar, taciklər, əfqanlar,
qebrlər - (50 min) iran dillidilər. Türk xalqları - azərbaycanlılar – 30-35 mln,
türkmənlər – 1,5-3 mln yaxındır, qaşqaylar – 1,7 mln, əfşarlar - 600 min, qacarlar -
50 min, qaradağlılar - 50 min, qarapapaqlar – 50 min, şahsevənlər (400 min). Semit
dilli xalqlar - ərəblər -1 mln, aysorlar – 100 min, yəhudilər – 100 min; hind avropa
dilli xalqlar – ermənilər – 200 min, qaraçılar – 100 min, hindlilər və pakistatlılar –
30 min. İran iqtisadiyyatı aqrar –sənaye xarakteri daşıyır. İqtisadiyyatda kənd
təsərrüfatında əldə edilən milli gəlirin pay çəkisinin getdikcə aşağı düşməsinə
baxmayaraq ölkədə dənli və texniki bitkilərin məhsuldarlığını artırmağa çalışırlar.
İranda son vaxtlara qədər kənd təsərrüfatı alətləri olduqca primitiv vəziyyətdə idi.
Dəmir uclugu olan agac xışla – omacla torpagı emal edib çəltik, bugda, arpa,
vələmir, darı, paxla, çay kolları, tütün, pambıq yetişdirilir. Bostançılıq,
tərəvəzçilik, meyvəçilik inkişaf edir. İran yaşayış məskənləri ölkənin şimal
əyalətlərində, xüsusən Xorasanda qala tipli məskənlərdən ibarətdir. Belə kəndlərin
ətrafına möhrə divarlar çəkilmişdir. Başlıca yaşayış evləri çiy kərpicdən və palçıq
möhrədən tikilən yastı dam örtüklü evlərdir.Farsların ənənəvi geyimləri yerli,
kustar üsulla hazırlanan karbas adlanan parçadan tikilən ağ köynəkdən və mavi
rəngli şalvardan ibarətdir. Onların qaba adlanan kaftanları da vardır. Şəhərlərdə,
habelə Qum və Məşhəd kimi iri dini mərkəzlərdə, qadınlar qara və ya rəngli
çadralara bürünürlər.Qida öynəsində ən çox düyüdən hazırlanmış plov və çilov,
süd məhsulları geniş yer almışdır, çörək bir qayda olaraq dairəvi və uzunsov
formalı lavaş şəklində bişirilirdi. Milli ət xörəkləri də öz müxtəlifliyinə görə
fərqlənirdi. Ənənəvi içkilər: çay, qəhvə, şərbətlər.Kənd yerlərində olduğu kimi,
şəhərlərdə də ailə münasibətləri patriarxal-şəriət qaydalarına əsaslanır.Türkmənlər
XV əsrdən İrana Xəzərin o tayından köçüb gəlmişlər. İranda türkmənlər qəbilələrə
bölünürlər: yomutlar, qöklenlər, sarıklar, salırlar və iqdirlar. Luristan, Koxquliyə,
Bəxtiyariya vilayətlərinin yaylaqlarında köçəri bəxtiyarlar, lurlar, mamasanilər
qədim zamanlardan köçəri maldarlıqla məşquldular. Farslar mərkəzi və cənubi
bölgələrdə yaşayırlar.Onlardan şimalda qilanlar, mazandaranlılar, talışlar; qərbdə -
kürdlər, lurlar, bəxtiyarlar; şərqdə - əfqanlar, bəluclar, xəzəreylər, taciklər yaşayır.
İran əhalisinin 90% şiə müsəlmandır, 6%-sünnidir. Ölkədə bahailər, ismaililər
vardır.
57)Qərbi Avropa xalqları
Əsas irq – ağ- avropoid irqidir. Hind-avropa dilləri yayılmışdır. German dilləri
qərb və şimal qruplarına bölünür.( şərq qrupu-qot ölü dildir). Qərb qrupu- alman
dili (Almaniya və Avstriya, İsveçrənin əksər əhalisi), flamand dili ( Belçika və
Niderland), holland dili (Niderland), friz dili( Niderland, Şimal-qərbi Almaniya və
Danimarka), ingilis dili (İngiltərə, Uels, Şotlandiya, İrlandiya). Polşa, Rumınya və
başqa Avropa ölkələrində yuxarı alman dialektləri əsasında formalaşmış idiş dili
yəhudilər tərəfindən istifadə olunur. Alman dllərinin ikinci qrupu- Şimali alman,
yaxud skandinav- danimarka, isveç, norveç, island və farer( Farer adalarında
istifadə olunur) dilləri daxildir. Roman budağı ölü latın dilinin əsasında
ormalaşmışdır. Roman dilləri: rumın, italyan, retoroman (İsveçrənin şərqində və
İtaliyanın şimal-şərqi), fransız (vallon dialekti Fransanın şimal-şərqi və Belçikada),
provansal (Fransanın cənubunda), katalon (İspaniyanın şimal-şərqində), ispan,
portuqal və ona yaxın olan qalisiya dili (İspaniyanın Qalisiya əyaətində). Azsaylı
rumınlara yaxın romandilli etnik qruplar Almaniya, Yunanıstan və keçmiş
Yuqaslaviya ərazisində yayılmışdır (aroniynlar, istro-rununlar). Hind-avropa dil
ailəsinin kelt budağı: irland (İrlandiya), uels və breton dilləri (Breton və Fransanın
şimal-qərbində). Kelt qrupuna daxil olan əhali ümumi saydan 1.4% təşkil edir.
Hind-avropa dil ailəsinə alban və yunan dilləri daxildir. XV əsrdən demək olar ki,
Avropanın bütün ölkələrində (ən çox Balkan yarımadası və Dunay çayı hövzəsi)
qaraçılar məskunlaşmışdılar. Fin-Uqor dillərində macarlar, finlər və saamlar
(loparlar) danışır. Altay dil ailəsinin türk dillərində türklər,tatarlar və qaqauzlar
Bolqarıstanda, Türkiyənin Avropa hissəsində və Balkan yarımadasında yaşayırlar.
Sami-hami dil ailəsinin dillərində Malta adasını sakinləri danışır. Baskların dili
təcrid olunmuş dillərə aiddir. Bəzi ölkələrdə milli azlıqlar əsastitul xalq tərəfindən
uelslər, ingilislər, qellar- şotlandlar, bretonlar- fransızların assimilyasiyasına məruz
qalıblar.
58.Tasmaniya Xalqları-Tasmaniyanı 1642-ci ildə Abel Tasman kəşf etmişdi.
Tasmaniyalalır melaneziya irqinnə aid idilər. Dilləri Avstraliya dillərinəyaxındır.
Sayları avropalarına buraya gəlişi zamanı təxminən 6 min olmuşdu. 20 qəbilə 15-
20 nəfərdən ibarət olan lokal qruplara bölünürdü. Əsas məşğuliyyətləri yığıcılıq,
ovçuluq və dəniz heyvanlarının ovu olmuşdur. Avstraliya aborigenlərindən fərqli
bumeranq, qalxan, nizəatan alət, yeraltı sobalar, daş kirkirələrlə tanfş deyildilər.
İqtisadi və ictimai inkişaflarına görə dünyanın ən geridə qalmış xalqı
olmuşlar.Qidanı odun üzərində və küldə hasilə yetirirdilər. Əmək alətləri primitiv
və kobud idi. İstehsal texnikasına görə alətlər mustye dövrü üçün, xarakterik idi.
Lokal qruplar nəsillərin tərkibinə daxil idilər. İkili nigahlar mövcd olmuşdur. Lakin
qrup nigahının qalığı olaraq poliqamiya, endoqamnigahlar yayılmışdı. Təqdis
adətləri icra olunurdu. Ağrılı uzun müddətli sınaqlarla müşaət olunam təqdis
adətləri Totemizm, animizm, magiya, fetisizimlə bağlı inanclar formalaşmışdı.
Tasmaniya Böyük Britaniyanın müstəmləkəsi olmuşdur. Aborigenləri
torpaqlarından sıxışdırıb burada qoyunçuluq təsərrüfatları yaratmışlar. XIX əsrin
əvvəlində aborigenlərin sayı bir neçə min nəfər idi. Lakin ingilis okvatterləri
aborigenləri vəhşicəsinə məhv edib torpaqlarını ələ keçirirdilər. 1832-ci ildə 200
nəfər axırıncı tasmaniyalılardan ibarət qurupu yaşayış üçün əlverişli
olmayan Flinders adasına göndərmişlər. Sonuncu tasmaniyalı qadın Truqamna
– «Lalla Ruk» 1876-cı ildə, sonuncu tasmaniyalı kişi Uilyam Lens 1905-ci
ildə vəfat etmişlər. Beləliklə, tasmaniyalılar yer üzərindən yox olmuşlar.  Onlara
239 növ bitki məlum idi.
59.Ön Asiyanın ərəb dövlətləri
Qabaq Asiya Avroasiya materikinin cənub-qərb hissəsində 6,2 milyon kv.km-dən
çox olan geniş ərazini təşkil edir. Bu bütün Asiyanın 15% -i deməkdir. Müasir
inzibati ərazi bölgüyə görə cənub-qərbi Asiyada aşağıdakı dövlətlər yerləşir: 
Türkiyə respublikası, İran İslam respublikası, Əfqanıstan, İrak respublikası, Suriyə
Ərəb respublikası, Səudiyyə Ərəbistanı, Yəmən, İsrail, Livan, İordaniya, Oman
sultanlığı, BƏƏ, Bəhreyin, Küveyt, Qatar və Kipr respublikası. Son antropoloji
tədqiqatlar əsasında müəyyən olunmuşdur ki, e.ə. IV-III minilliklərdə Qabaq
Asiyanın qərb hissəsində iki  avropoid antropoloji tipi: biri şumerlər arasında,
digəri isə semit dilli əhali arasında formalaşmışdır. İraqın  Əhalisinin sayı 39.3
mln. nəfərdir. 1932-ci ildən müstəqil dövıətdir. Ərazisi 15 muxafəzə
(qubernatorluğa)  bölünür. Əhalinin 74%-i şəhər sakinidir. B e.ə. VII minillikdə
bu torpaqlarda suvarma əkinçilik və maldarlıq təsərrüfatları yaranmışdı. 637 - ci
ildə İkiçayarası torpaqlarına ərəblərin işğallarına məruz qalır. Ərəblər yerlilərlə
qaynayıb qarışırlar, islam dini və ərəb dili (yerliləri arami dilində danışırdı) yayılır.
1921-ci ildə İraq krallığı yaradıldı. 14 iyul 1958-ci ildə inqilab nəticəsində
monarxiya ləğv ediıir, respublika elan olunur. İraq ərəbləri 76.4% təşkil edirlər.
Ölkədə amarat, tamim, bedaan, ruala, müntəbik, dabir, şammar, zübeyd qəbilələri
köçəri həyat sürür. Son dövrlərdə köçəri və yarımköçərilər oturaq həyata keçirlər.
Kürdlər əhalinin 19%-ni təşkil edir. 90% İraq Kürdüstanında yaşayır. Böyük
qəbilələr rovanduz, boxtan, car, mendikan və s. Mosuldan şimal-şərqdə yezdi
kürdləri məskunlaşıb. 11 mart 1974-cü ildə mərkəzi Erbil şəhəri olan Muxtar İraq
Kürdüstanı yaradıldı. Farslar əsasən Kərbəlada və Nəcəfdə yaşayır, buradakı
əhalinin 30%-ni təşkil edirlər. Türkmənlər Mosul yaxınlığında məskunlaşıb sayları
1 mln-na yaxındır.
60)Şimali Amerikanın Preri ovçuları-
Şimali Amerikanın mərkəzi hissəsində böyük məsafələrə çöllüklər-prerilər
uzanırdı. XVII-XVIII əsrlərdə avropalıların apardıqları müstəmləkəçilik siyasəti
nəticəsində buraya əsasən şərq torpaqlarında Missisipi çayının hövzəsində yaşayan
hindu qəbilələri köçmüşdülər. Burada məskunlaşmış qəbilələr dil mənsubiyyətinə
görə fərqlənirdilər.Bu qəbilələrin maddi və mənəvi mədəniyyətlərində oxşar
cəhətlər çox idi. Təsərrüfatları I və II təsərrüfat-mədəni tipinə aiddir. Əsas
məşğuliyyətləri maral, və bizon ovu olmuşdu.
Əkin sahələrində boranı, paxla, tütün, qarğıdalı yetişdirilirdi. Torpağı ucu iti
payalar yaxud ucluğu daşdan olan toxalarla istehsal edirdilər. Ovlanmış
heyvanların əti, piyi qidada, vətərləri, dərisi, sümükləri isə məişətdə istifadəsini
tapırdı. Aşılanmış maral və bizon dərisindən kişilər və qadınlar üçün geyim dəsti
və mokasin hazırlanırdı. Ovçular ox-kəman, nizədən, kiçik ölçülü əl baltalarından
istifadə edərək qənimət əldə edirdilər.Adətən ovçuluq kollektiv xarakter
daşıyırdı.Burad Atçılıqda mühüm əhəmiyyət kəsb edirdi.Missuri çayının
hövzəsində yaşayan hindular əkinçiliklə məşğul olmuşlar. Lakin omaxa, osecilərin
həyatında ovçuluq və atçılıqnyer tuturdu.Yaşayış məskənlərində onlar ancaq
torpağın əkini və məhsulun yığımı vaxtı yaşayırdılar, ilin qalan hissəsini köçəri
həyat tərzində olurdular.Mandanlar, hidatsa və arikarilər əkinçilik işlərini başa
çatdırıb, at belində bizon ovuna çıxırdılar. Ovçuların preridə düşərgəsi dairə boyu
qurulmuş tipilərdən ibarət idi.Atları alafla yemləndirir və qış aylarına onlar üçün
yem tədarükü görmürdülər.Preri hindularının yaşayış evləri yarımqazma və
çadırlar–tipilər olmuşdu. Köç zamanı tipi, oturaq qəbilələrin məskənlərində
yarımqazmalar inşa edilirdi. Tipi-ağac yerə basdırılmış budaqlarından konus
formada qurulmuş çadır idi. Budaqların üzərinə bizon dərisi çəkilirdi.Mərkəzdə
ocaq yandırılır, yerə yumşaq maral dəriləri salınırdı. Hər bir ailənin şəxsi tipisi
olurdu.Adətən preri hinduları bizon və maral əti ilə qidalanırdılar. Əti bişirir,köz
üzərində qızardır,açıq havada qurudub-qaxac hazırlayırdılar.Qarğıdalı unundan
kökələr hazırlanırdı. Yemək öynəsinə istiot, boranı, paxla daxil idi. Hinduların
geyimləri aşılanmış bizon, maral dərisindən tikilir və zövqlə tikmələrlə bəzədilirdi.
Kişilərin geyimləri bel sarğıları və çiyin örtükləri, qadın geyimləri uzun ətəkli,
qolsuz paltarlardan ibarət idi və onları saçaqlarla bəzəyirdilər. Qəbilə başçısının
geyim dəstinə qartalın lələkləri və dəridən düzəldilmiş, yerlə sürünən baş geyimləri
daxil idi. Yumşaq ayaq geyimləri –mokasinlərin üzərinə də naxışlar salınırdı.
Metal preri hindularına məlum olmadığından məişət əşyaları göndən kisələr,
ağacdan və ağac qabığından hazırlanmış qablardan ibarət olurdu.Preri qəbilələrində
“potlaç” adəti geniş yayılmışdı. Kollektivçilik prinsipinin təzahürü sayılan “potlaç”
sosial-iqtisadi differensiasiya prosesi təşəkkül tapanda ilkin mənasını itirərək
müxtəlif icmalar və qəbilələrin ən varlı adamları arasında qiymətli hədiyyələrlə
mübadilə institutu formasını alır. Yoxsullara isə “potlaçda” dəyərsiz hədiyyələr
paylanırdı. ”Potlaç”ın təşkilatçısı əmlakının ancaq müəyyən hissəsini paylamalıydı
ki, müflisləşib varlılardan asılı vəziyyətə düşməsin. Əks halda o,cəmiyyətdəki
nüfuzunu itirə bilərdi.
Şəxsi mülkiyyətin meydana gəlməsinə baxmayaraq kollektivçilik qaydaları hindu
cəmiyyətində mühüm rol oynayırdı.Ovdan qayıtmış ovçu öldürdiyi heyvanın
ətindən bütün kənd sakinlərinə pay verməliydi.Bizon dili-hinduların yemək
öynəsində ən ləziz təam sayılırdı.İCTİMAİ QURULUŞ
Preri ovçularının ictimai quruluşu nəsli-qəbilə münasibətləri üzərində
formalaşmışdı. Qəbilə ekzoqam nəsillərdən ibarət olurdu. Qohumluq ana və ata
xətti ilə götürülürdü. Nəslin dağılması və köçəri icmaların meydana gəlməsi ilk
növbədə yeni təsərrüfat sahəsi-atçılığın yaranması ilə bağlıdır.At ilxıları var-dövlət
meyyarı sayılaraq cəmiyyətin sosial və iqtisadi təbəqələşməsi prosesinin
başlanmasına təkan verir. Atçılığın meydana gəlməsi sinifsiz hindu cəmiyyətini
sinifli cəmiyyətə çevirir.Atçılıq meydana gəlməzdən əvvəl qəbilə başçısının sosial
statusu ilk növbədə onun qazandığı hərbi nailiyyətlər, göstərdiyi səxavət və
natiqlik qabiliyyəti, adət-ənənənləri və loğmanlığı bilməsindən asılı idi. Atçılıq
yayıldıqdan sonra isə qəbilə başçısının cəmiyyətdəki sosial mövqeyi onun çoxsaylı
at ilxılarına sahib olub olmamasından asılı idi.Varlıların məişəti qiymətli
sənətkarlıq nümunələri, avropa istehsalı olan əşyalarla zəngin idi. Böyük at
ilxılarının sahibləri atları əkinçilik məhsullarına, həmçinin avropalılarla metal
əşyalara, odlu silaha, parçalara, bəzəklərə mübadilə edə bilərdilər.Atçılığın inkişafı
və atın ovçuluqda istifadəsi prosesində qaraayaqlılarda köçəri icmalar formalaşır.
İcmalar bir-birilərinə qohum və qohum olmayan ailələrdən ibarət idi. İcmaların
daxilində nigahların bağlanması münasib sayılırdı.Başqa preri qəbilələrində olduğu
kimi nəsli totemizm müəyyən heyvanların və quşların adlarından götürülməsində
təcəssüm olmuşdu. Bu ənənə müasir hinduların məişətində də yaşamaqdadır.
Keçmiş sosial quruluşun qalığı olaraq XIX əsrin sonuna qədər qaraayaqlılarda
sororal poliqamiya, levirat,” ev heterizmi”-qrup nigahının qalığı kimi, eləcə də
vəfat etmiş adamın əmlakını hamının arasında paylaşdırmaq adətləri mövcud
idi.Preri qəbilələrinin məişətində patriarxal qulçuluq mövcud idi. Hərbi və qarətçi
yürüşlər zamanı hindular qadınları və uşaqları əsir alıb, onları qul vəziyyətinə
salırdılar. Atçılığın inkişafı əmək qüvvəsinə olan ehtiyacı artırırdı və buna görə qul
qadınları dərilərin aşılanması və yəhər dəstinin hazırlanması işində, oğlanları isə at
ilxılarına qulluq etmək üçün istifadə edirdilər. Ocibve qəbilələrində ilkin
kollektivçilik qaydalarını xəz ticarəti  və fərdi ovçuluğun meydana gəlməsi
sarsıdır. Lakin 1963-64-cü illərdə etnoqraf V.Lober Rorl ocibvelərin
rezervasiyasında apardığı müşahidələrdən belə qənaətə gəlib ki, ocibvelərdə hələ
də torpaq icmanın mülkiyyəti sayılır ,ov qəniməti isə bütün kollektiv arasında
bölüşdürülür. Ocibvelərin vaxtı ilə onların həyatında mühüm rol oynamış hərbi
təşkilatlar müasir dövrdə fəaliyyət göstərirlər. Onların fəaliyyəti artıq mərasim
xarakteri almışdı və keçmişin ənənəsi kimi qorunub saxlanılır.
XIX əsrdə preri hindularının sosial həyatının əsasını böyük ailə icması təşkil
edirdi. Çeyenlər, krou, arapaxa, apaçilərdə bu icmalar matrilokallıq prinsini
üzərində formalaşaraq bacıların ailələrini birləşdirirdi.Bu icmalara çeyenlər
“siqita” adı vermişdilər. Etnoqraf F.Eqqan yazır ki, bacıların ərləri bu icmada ov
edir və təsərrüfat işləri ilə məşğul olurdular, ailə üzvləri üçün yemək qayınananın
çadırında hazırlanır və hər bir bacı bu yeməkdən öz ailəsinin çadırına yemək
aparırdı. Hər bir icmanın təxminən 20-50 nəfər üzvü olurdu. Komançilərdə hər
icmanın öz mərasim rəqsi olurdu. Mərasimlər eponim sayılan heyvana həsr
olunurdu. AİLƏ-NİGAH MÜNASİBƏTLƏRİ-
Hidatsa qəbiləsində qardaş bacının ailə və təsərrüfatının başçısı sayılaraq bacısının
oğlanlarının tərbiyələndirilməsində yaxından iştirak edirdi. Nigaha girmiş kişi
arvadının evinə köçməli olurdu. Lakin onun anası və bacısı ilə əlaqələri kəsilmirdi.
O, anası və bacısına yardım etməli, onları daima ət ilə təmin etməliydi. Kişiyə
məxsus olan atlar və şəxsi əmlakı ana və bacısının ailəsində qalmalı idi. Bacı və
qardaş “potlaç”ın təşkilində bir-birilərinə yardım göstərməliydilər. Böyük qardaş
bacısının dayağı və mühafizəkarı sayılırdı. Bacı və qardaş övladlarının nigahlarının
bağlanmasına hinduların məişətində tez-tez rast gəlmək olardı.Hidatsa qəbiləsində
ata ilə oğulları arasındakı qohumluq əlaqələri çox zəif idi.XIX əsrin II yarısında
matrilokal nigahlar artıq icbari xarakter daşımır. Hidatsalarda və kroularda
qohumluğun ata xətti ilə sayılması prosesi müəyyən adətlə meydana gəlmişdi. Ər-
arvad ilk övladlarını kişinin valideynlərinə “hədiyyə” edirdi. Uşağa adı nə ana, nə
də atanın nəsli vermirdi. Buna görə də uşağa ad vermək adlı-sanlı döyüşçüyə
tapşırılırdı. Patriarxal ailənin meydana gəlməsi qadının şəxsiyyətini alçaldan
adətdə öz əksini tapmışdı. Dul qadın əri üçün yas saxlayaraq saçlarını kəsməli,əl
barmağının bir falanqasını amputasiya etməli,bədəninə xəsarət yetirməliydi.XIX
əsrdə çeyenlərdə qohumluq ana və ata xətti ilə paralel mövcud idi. Lakin uşaq hələ
də ana nəslinə mənsub olsa da,adı ona ata nəsli verirdi.Çeyenlərdə bilateral
qohumluq sisteminin mövcud olmasını onlarda köçəri maldarlığın inkişafı ilə
bağlayırlar Bütün qəbilələrdə poliqam nigahlar geniş yayılmışdı.MƏNƏVİ
MƏDƏNİYYƏT-
Preri ovçu qəbilələrində ibtidai dinlərin müxtəlif formaları mövcud olmuşdur.
Onlar təbiət ünsürlərinə, səma cismlərinə, heyvanlara, bitkilərə, ruhlara, ulu
əcdadların ruhuna sitayiş edirdilər. Assinaboyinlər günəşə sitayiş edirdilər, onlarda
animistik təsəvvürlər geniş yayılmışdı. Dini mərasimləri kahinlər idarə edir və
qurbanlar gətirirdilər.
Komançilərdə fərdi himayəçi ruhlara inam yaranmışdı. Günəşə həsr olunmuş
rəqslər ifa olunurdu.Totemlərdən biri olan bizona həsr olunmuş rəqslər geniş
yayılmışdı.Şamanların dini mərasimlərin keçirilməsində böyük rolu var
idi.L.H.Morqan yazırdı ki,Canavara həsr olunmuş rəqsdə canavarın hərəkətlərini,
bizona həsr olunmuş rəqsdə isə bu heyvanı yamsılayırdılar. İfaçılar bizonun
dərisinə bürünüb meydana çıxırdılar. L.H.Morqan tülkü, ilan, bayquş, at, balıq,
çaqqal rəqslərinin adlarını çəkir. İfaçıların özlərini büründükləri dəri vasitəsi ilə
müəyyən heyvana bənzətmələri bu rəqslərin magik əhəmiyyət kəsb etməsindən
xəbər verir.Prerinin əkinçi qəbilələrində torpağa sitayiş vüsat tapmışdı. XIX əsrdə
qəbilələrin dini həyatına əmtəə münasibətləri sirayət edir.Bizon dərisi, tipilərin dəri
örtüyü üzərində rəssamlar qəbilə başçısının qəhrəmanlığını təsvir edən şəkillər
çəkirdilər. Dəriləri zoomorf və həndəsi naxışlarla bəzəyirlər. Xüsusilə, bu adət
dakot qəbiləsində geniş yayılmışdı. Piktoqrafik yazı meydana gəlir. Baş vermiş
əhəmiyyətli hadisələr şəkillər vasitəsi ilə həkk olunurdu.
Preri hindularının məişətində idman yarışları vacib məşğuliyyətlərindən idi. Ox
atmaq, at sürmək idman növləri hindulara öz məharətləri və şücaətlərini nümayiş
etdirməyə imkan verirdi.Hal-hazırda preri qəbilələrinin bir çoxu ABŞ dövlətinin
yaratdığı rezervasiyalarda yaşayır.Əksəriyyəti xristiandır. Lakin əski inanaclarla
bağlı birt sıra adətlər hələ də yaşamaqdadır

You might also like