Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 230

BƏDƏN

DİLİ

Tərcüməçi:
Kamil Kamilli
WHAT EVERY

BODY
IS SAYING
BƏDƏN
DİLİ
Keçmiş FTB Agentindən
İnsanları Oxuma Bələdçisi

CO NAVARRO
FTB Agentindən
Prof. Dr. Marvin Karlinslə
WHAT EVERY

BODY
IS SAYING
An Ex-FBI Agent 's Guide
to Speed-Reeding People

JOE NAVARRO
FBI Special Agent (Ret.)
With Marvin Karlins, Ph.D.
Bədən dilinə aid bu möhtəşəm əsər elmi ictimaiyyətə məlum
olmayan bilikləri təqdim etməklə yanaşı, həm də onların
söykəndiyi elmi faktları diqqətə çatdınr. Kitabda çoxlu elmi
əsərlər, yazılar, müəllifdən sitatlar gətirilir, hər bir davranışın nə
anlama gələ biləcəyini daha ətraflı və etibarlı şəkildə izah etməyə
çalışdır.
İnsan davranışları bütün təfərrüatı ilə təsvir olunur və bu dav-
ranışlarla bağlı müəllifin rastlaşdığı, müşahidə etdiyi maraqlı
əhvalatlar nəql edilir ki, bu da kitabı daha maraqlı və oxunaqlı
edir.
JOE NAVARRO with Marvin Karlins, Ph.D.
WHAT EVERY BODY IS SAYING:
An Ex-FBI Agent's Guide to Speed-Reading People

CO NAVARRO, Prof. Dr. Marvin Karlinslə


BƏDƏN DİLİ:
Keçmiş FTB Agentindən İnsanları Oxuma Bələdçisi
Bakı, QANUN nəşriyyatı, 2019, 272 səhifə

Tərcüməçi: Kamil Kamilli


Redaktor: Flora Əliyeva
Mətn dizaynı: Rahilə Şamilqızı
Qapaq dizaynı: Rafael Qasım

Photographs by Mark Wemple


Illustrations (except for the limbic brain diagram) by David R. Andrade

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqlan Qanun


Nəşriyyatına məxsusdur. Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikasının
Qanununa ziddir.

ISBN 978-9952-36-631-0

© QANUN nəşriyyatı, 2019


Copyright © 2008 by Joe Navarro

QANUN nəşriyyatı
Bakı, Azərbaycan, AZI 102, Tbilisi pros., 76
Tel.: (+994 12)431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
www.instagram.com/Qanunpublishing
Şəfqətli əlləri ilə balaca bir uşağı kişiyə çevirən
nənəm Adelinaya ithaf olunur
—JOE NAVARRO

Məni hər zaman sevgisi ilə əhatə edən və mənə qayğının insan oğlu
üçün nə demək olduğunu öyrədən həyat yoldaşım Editə həsr olunur
—MARVİN KARLİNS
MUNDƏRICAT

Ön söz………………………………..…………………………………………………………………x
Təşəkkürlər………………………..………………………………………………………………xıv

В İ R. Qeyri-verbal ünsiyyətin sirlərinə yiyələnmək................................. 1


İ К İ. Limbik mirasımızı yaşamaq…………………………………………………………..21
Ü Ç. Bədən dilində"Ayaqları üstündə durmaq"…………………………………….56
D Ö R D. Gövdə ilə bağlı işarətlər………………………………………………………….92
B E Ş. Əlimizin altındakı bilik………………………………………………………………117
A L T I. Nəzarəti əldə saxlamaq…………………………………………………………..143
Y E D D İ. Zehin lövhəsi……………………………………………………………………….177
S Ə K K İ Z. Aldatmanı müəyyən etmək………………………………………………220
D O Q Q U Z. Son sözlər………………………………………………………………………251
ÖN SÖZ

Nə düşündüyünüzü
görə bilirəm
Marvin Karlins, Ph.D.

Adam masanın başında mətin bir şəkildə əyləşmiş, FTB agentinin verdiyi
suallara ehtiyatla və ustalıqla cavab verirdi. O, qətl hadisəsində əsas şübhəli
hesab edilmirdi. İfadəsi inandırıcı idi və nitqi də səmimi səslənirdi, bununla
belə, xəfıyyə israrla ona təzyiq göstərməyə çalışırdı. Şübhəlinin rizası ilə
ona qətldə istifadə olunan silah barədə suallar seriyası ünvanlandı:

“Əgər cinayəti sən törətmiş olsa idin, tapançadan istifadə edərdin?”


“Əgər cinayəti sən törətmiş olsa idin, bıçaqdan istifadə edərdin?”
“Əgər cinayəti sən törətmiş olsa idin, ledorubdan1 istifadə edərdin?”
“Əgər cinayəti sən törətmiş olsa idin, çəkicdən istifadə edərdin?”

Sadalanan silahlardan biri - ledorub cinayətin törədilməsində istifadə


olunmuşdu, amma bu informasiya gizli saxlanılırdı. Beləliklə, sadəcə, qatil
həqiqi cinayət silahının hansı olduğunu biləcəkdi. Silahların siyahısını bir
bir sadalayan FTB agentinin gözləri şübhəlinin üzərində idi. Ledorubun adı
çəkildikdə adamın göz qapaqları sərt bir hərəkətlə qapandı və növbəti
silahın adı çəkilənə qədər də elə qaldı. Xəfiyyə müşahidə etmiş olduğu göz
qapağı davranışının əhəmiyyətini dərhal anladı və həmin andan etibarən
cinayətkar olduğu ehtimal edilən həmin bu şəxs istintaqın əsas “qurbanf’na
çevrildi. Sonradan cinayəti törətdiyini boynuna aldı.
Cinayətin üstünün açılmasına nail olan şəxs çox dəyərli insan, FTB-də
çalışdığı iyirmi beş illik müdhiş karyerasına ledorub qatilindən əlavə, çox
1
Alpinizmdə buzlu zirvələrə dırmaşmaq üçün istifadə olunan çəkicə bənzər alət
sayda (o cümlədən “usta casusları”) cinayətkarın yaxalanmasını sığdıran Co
Navarro idi. Bəs o bunu necə edə bildi? Bu sualı ona versəniz, sakit tərzdə
sizə: “Bunun üçün insanlan oxuma bacanğıma borcluyam”, - deyəcəkdir.
Sən demə, Co bütün peşəkar həyatını insanlann nə düşündüyü, necə
hərəkət etmək niyyətində olduğu və nitqlərinin doğru və ya yanlış olduğunu
anlamaq üçün qeyri-verbal2 kommunikasiyaların araşdırılması, ayırd
edilməsi və tətbiqinə həsr edib. Bu qeyri-verbal kommunikasiyalara
daxildir: üz ifadələri, jestlər, fiziki hərəkətlər (kinesika), bədən məsafəsi
(proksimika), toxunuş (haptika), duruş və hətta geyim. Bu, diqqətli
müşahidə altında olarkən, çox vaxt öz düşüncə və niyyətlərini şəffaf və
müəyyən olunan etmək üçün qeyri-verbal bədən siqnallarını (“söyləntilər”)
normadan artıq nümayiş etdirən cinayətkarlar, terroristlər və casuslar üçün
yaxşı xəbər deyil.
Amma siz oxucular üçün çox yaxşı xəbərdir, çünki Conun söykəndiyi eyni
qeyri-verbal bilik FTB-də mahir “Casus- yaxalayan”, “yalan detektoru” və
təlimat kitabçasına çevrilib ki, bütün bunları o sizinlə bölüşəcək və beləcə,
siz də ətrafinızdakı insanlann duyğu, düşüncə və niyyətlərini daha yaxşı
anlayacaqsınız. Məşhur yazıçı və pedaqoq olan Co necə bir mütəxəssis kimi
müşahidə aparmağı, digərlərinin qeyri-verbal davranışlarını aşkar və
müəyyən etməyi sizə öyrədəcək, bununla da həmin insanlarla daha uğurlu
qarşılıqlı əlaqələr yarada biləcəksiniz. Fərqi yoxdur, bədən dilini iş üçün
öyrənirsiniz, ya sadəcə, ləzzət almaq üçün, bu bilik həyatınızı daha zəngin
və rəngarəng hala gətirəcəkdir.
Conun bu kitabda sizinlə bölüşəcəyi şeylərin əksəriyyəti on beş il əvvələ
kimi hətta elmi ictimaiyyətə məlum deyildi. Conun təsvir edəcəkləri yalnız
son illərdə beyin analiz edən texnologiyalarda və sinir şəkilləndirməsində
əldə olunan inqilablar vasitəsilə əsaslandırıla və təsdiq edilə bilər.
Psixologiya, neyrobiologiya, təbabət, sosiologiya, kriminologiya, ünsiyyət
elmləri və antropologiyadakı ən son kəşflərə, üstəgəl FTB xüsusi agenti
kimi dörddəbir əsrlik qeyri-verbal ünsiyyətdən istifadə təcrübəsinə
əsaslanan Со sizə qeyri-verbal kommunikasiyaları anlamaqda uğur
qazanmağa kömək etmək üçün peşəkar şəkildə ixtisaslaşmışdır. Onun

2
Verbal və qeyri-verbal kommunikasiya - sözlər vasitəsilə yaradılan ünsiyyət və sözsüz
ünsiyyət.
peşəkarlığını bütün dünya bilir və bu peşəkarlığa ehtiyac duyur. Müntəzəm
olaraq NBC’nin Today Show, CNN Headline News, Fox Cable News, and
ABC’nin Good Morning America kimi proqramlara dəvət olunmasından
əlavə, FTB və MKİ (CİA), eyni zamanda digər kəşfiyyat idarələrinin üzvləri
üçün seminarlar təşkil etməkdə davam edir. O, bir sıra bank və sığorta
sənayelərinin, eyni zamanda həm ABŞ-da, həm də xarici ölkələrdəki böyük
hüquq firmalarının məsləhətçisidir. Co həmçinin qeyri-verbal ünsiyyət
sahəsindəki nadir bacarığının anlayışlı auditoriya (o cümlədən daha böyük
sürət və dəqiqliklə pasiyentlərinə diaqnoz qoymağa can atan həkimlər
arasında) qazandığı Sent Leo Universiteti və ABŞ-dakı müxtəlif tibbi
məktəblərdə dərs deyir. Conun akademik biliyi ilə məsləki kimliyinin real
zaman daxilində baş verən gərgin vəziyyətlərdə qeyri-verbal
kommunikasiyalan ustacasına analiz etmə bacarığı ilə birləşməsi onu bədən
dili ekspertləri arasında xüsusi, qabaqcıl bir nöqtəyə qoyur ki, bu kitabı
oxumaqla özünüz də görəcəksiniz.
Co ilə işlədikdən, seminarlarında iştirak etdikdən və ideyalarını öz həyatıma
tətbiq etdikdən sonra bu səhifələrdəki materialların qeyri-verbal ünsiyyət
barədəki hər şeyi anlamağımızda böyük bir üstünlük olacağına səmimi-
qəlbdən inanıram. Bunu sizə təqdim edilən bu layihədə şəxsən iştirak edən
təcrübəli psixoloq kimi deməyimin səbəbi odur ki, Conun qeyri verbal
kommunikasiyaların elmi məlumatlarından peşəkar obyektivlərə və şəxsi
uğura nail olmaq məqsədilə qabaqcıl çalışması məni təəccübləndirib.
Məni həm də onun mövzuya məntiqi və diqqətli yanaşması da heyran
etmişdi. Misal üçün, qeyri-verbal kommunikasiyaların müşahidəsi bir sıra
davranışları “dəqiq şəkildə oxumağa” şərait yaratsa da, Со bizi bədən
dilindən istifadə etməklə aldatmanın müəyyən edilməsinin çox çətin və
əziyyətli iş olduğu barədə xəbərdar edir. Bu çox vacib baxış bucağıdır (eyni
zamanda dini individuallar və hüquq-mühafizə nümayəndələri onları nadir
hallarda tanıyırlar) və qeyri-verbal ünsiyyətə əsaslanaraq qarşı- nızdakı
fərdin dürüst və ya yalançı olduğunu bəyan etməmişdən əvvəl çox diqqətli
olmağınız üçün vacib və kəskin xatırladıcı rolunu yerinə yetirir.
Qeyri-verbal ünsiyyət barədəki daha çox fərdi düşüncələrə və masaüstü
fərziyyələrə əsaslanan bir çox kitabdan fərqli olaraq, burada sizə təqdim
olunan məlumatlar elmi faktlara və sınaqdan keçirilmiş təcrübələrə
söykənir. Bundan başqa, digər mətnlərin tez-tez gö- zardı etdiyi əsas məsələ
insanın limbik sisteminin qeyri-verbal siqnalları effektiv şəkildə
anlamağımızda oynadığı həlledici roldur.
Bədənin səssiz dili sizi təkmilləşdirə bilər. Fərqi yoxdur, qeyri-verbal
ünsiyyəti məsləkinizdə istifadə etmək üçün öyrənirsiniz, yaxud ailə və
dostlannızla daha yaxşı dil tapmaq üçün, bu kitab sizin üçün tərtib edilib.
Ustalaşmaq sizdən bütün fəsilləri diqqətli şəkildə mənimsəməyi, üstəgəl
gündəlik həyatınızda Conun göstərişlərini öyrənmək və tətbiq etmək üçün
əməlli-başlı vaxt sərf etməyinizi tələb edəcəkdir.
İnsanları müvəffəqiyyətlə oxumaq - insan hərəkətlərini qabaqcadan
müəyyən etmək məqsədilə qeyri-verbal kommunikasiyaları öyrənmək,
aşkarlamaq və işlətmək - diqqətəlayiqdir və bu elə bir məfhumdur ki,
çəkdiyiniz əziyyətin qarşılığını verəcəkdir. Odur ki ayağınızı yerə möhkəm
sıxın, növbəti səhifəni açın və Conun təqdim edəcəyi bütün qeyri-verbal
davranışları öyrənin və diqqətdə saxlayın. Sadəcə, hər bir bədənin nə
söylədiyini təyin etmək üçün gözlərinizi müşahidə subyektindən ayırmayın.
TƏŞƏKKÜRLƏR

Bu kitaba ilkin qeydləri edərkən qələmə alacağım layihənin uzun vaxt


alacağını anladım. Bədən dili ilə olan “yoldaşlığımız”ın başlamasına səbəb
nə qeyri-verbal davranışı oxumağa olan marağım, nə akademik fəaliyyətim,
nə də FTB-dəki karyeram olmuşdur; əslində, hələ çox illər əvvəl ailəmlə
başlamışdı.
İlk olaraq başqalarını oxumağı valideynlərim Albert və Mariana Lopez və
nənəm Adelina Paniaqua Espinodan öyrənmişəm. Onların hər biri mənə
qeyri-verbal kommunikasiyaların gücü və əhəmiyyəti barədə müxtəlif
şeylər öyrədib. Anamdan qeyri-verbal dilin başqaları ilə qarşılıqlı əlaqədə
qiymətsiz olduğunu öyrənmişəm. Onun mənə öyrətdiyi incə davranış çətin
vəziyyəti aradan qaldıra, yaxud da qarşımzdakı adamı tamamilə rahatlada
bilər - bu bacarığını bütün həyatı boyunca və heç bir əziyyət çəkmədən
nümayiş etdirib. Atamdan ifadənin gücünü öyrənmişəm; bir baxışla o, xeyli
sayda məlumatı nəfis dəqiqliklə ötürə bilirdi. O, sadəcə, varlığı ilə hörmət
edilməli olan bir insandır. Bu kitabı həsr etdiyim nənəmdən isə kiçik
davranışların böyük əhəmiyyətə malik ola biləcəyini öyrənmişəm; bircə
gülümsəmə, başı əymək, düzgün zamanda edilən zərif toxunuş çox şey deyə
bilər, hətta sağalda bilər. Hər gün mənə öyrətdiyi və nümayiş etdirdiyi bu
şeylər məni ətraf aləmi daha dəqiq müşahidə etməyə hazırlayırdı. Həmin
məsləhətləri və daha çoxunu oxuyacağınız səhifələrdə tapa biləcəksiniz.
Briqam Yanq Universitetində olarkən C.Vesli Şervud, Riçard Taunsend
və dekan II Klayv Vin mənə polis işi və cinayətkarları müşahidə etmək
barədə çox şey öyrətdilər. Əlavə olaraq FTB- də Daq Qreqori, Tom Rayli,
Culian “Cey” Koemer, Dr. Riçard Olt və Devid G.Meyer kimi şəxslər məni
əks-kəşfiyyat və casusluq davranışının incə nüansları barədə məlumatlarla
təmin edib. İnsanları izləmədəki bacarıqlarımı möhkəmləndirdikləri üçün
onlara minnətdaram. Eynilə keçmiş FTB agenti və Davranış Analizi
Proqramı bürosunun icraçı üzvü və məni yazmağa ruhlandıran və bir çox
hallarda onun yazdıqlanndan sitat gətirməyə icazə verən Dr. Con Şeyferə
təşəkkür etməyi özümə borc bilirəm. Çox sayda casusu yaxalamaqda
mənimlə çiyin-çiyinə fəaliyyət göstərən Mark Rizer də xoş sözlərə layiqdir.
Digər həmkarlarıma və FTB Milli Təhlükəsizlik şöbəsindəki məndən
dəstəyini əsiıgəməyən hər kəsə təşəkkürümü bildirirəm.
Uzun illər ərzində FTB-nin bizə təyin etdiyi ən yaxşılardan dərs almışıq:
professorlar Co Kulis, Pol Ekman, MorinO'Sallivan, Mark Frank, Bella M.
DePaulo, Aldert Vrij, Rid Meloy və Cudi Börqundan ya qeyri-verbal
ünsiyyət barədə birbaşa araşdırmalarından və yaxud yazılarından çox şey
öyrənmişəm. Spokane, Vaşinqtondakı Qeyri-Verbal Araşdırmalar
Mərkəzinin rəhbəri Devid Qivens kimi bir sıra mütəxəssislərlə dostluq
əlaqələri qurmuşam və onların yazıları və məsləhətlərindən çox şey əldə
etmişəm. Onların apardığı araşdırmalar və sorğular həyatımı zənginləşdirib
və onlarla birlikdə Dezmond Morris, Edvard Hol və bütün fəaliyyətinə
özünün qabaqcıl kitabı "İnsan və heyvan emosiyalarının ifadəsi" ilə
başlayan Çarlz Darvin kimi digər nəhəng mütəfəkkirlərin işini bu kitaba
daxil etmişəm.
Bütün bu şəxslər məni akademik baza ilə təmin ediblərsə, digərləri də
başqa yolla bu kitabın qələmə alınmasına öz töhfələrini veriblər və mən
onların hər biri ilə sizi tanış etməliyəm. Araşdırmalarıma başlayanda əziz
dostum Tampa Universitetindən Elizabet Li Baron sanki Tanrının mənə
hədiyyəsi oldu. Tampa Universitetindən Fil Kuin və Sent Leo
Universitetindən professor Berri Qlaverə də dostluqlarına və sıx səyahət
proqramımı qaydasına salmaqda əməklərinə görə boreluyam.
Bu kitab fotoşəkillərsiz belə keyfiyyətli olmayacaqdı, şəkillərin müəllifi
olan məşhur fotoqraf Mark Uempla minnətdaram. Həmçinin bu kitabın
üzü olmağı təklif etdiyim zaman “Məmnuniyyətlə, niyə də yox?” deyə
cavab verən inzibati köməkçimə və Eşli B. Kasla da təşəkkür etməsəm,
haqsızlıq olar; uşaqlar, möhtəşəmsiniz. Tampadan olan rəssam Devid
R.Andradeyə də çəkdiyi illüstrasiyalar üçün ayrıca təşəkkür etmək
istəyirəm.
Harper Collins-dəki ən dözümlü redaktorum olan Metyu Bencamin mənə
bu layihəni həyata keçirməkdə kömək edib və centlmen və əsl peşəkar
olduğu üçün təriflərimə layiqdir. Təşəkkürlərim həm də icraçı redaktor, bu
kitabı bitirməyim üçün canla-başla çalışan Toni Skiarrayadır. Metyu və
Toni möhtəşəm bir komanda ilə çalışırlar ki, onlardan biri korrektor Paula
Kuperə də təşəkkür borcluyam. Hər kəsdən öncə isə Dr. Marvin Karlinsə bir
daha düşüncələrimi formalaşdırdığı və ön sözdə xoş sözləri üçün öz
minnətdarlığımı bildirmək istəyirəm.
Sevimli dostum, həqiqi elm adamı və pedaqoq Dr. Elizabet A.Marreyə bu
kitabın ilkin cızma-qaralarına düzəliş etmək və insan bədəni ilə bağlı saysız-
hesabsız məlumatı mənimlə bölüşmək üçün öz dolu iş qrafıkinə rəğmən vaxt
ayırdığı üçün təşəkkür edirəm.
Ailəmə - yaxın və uzaq bütün ailə üzvlərimə - mənə və onlarla vaxt
keçirmək yerinə bu kitabla məşğul olmağıma dözdükləri üçün çox sağ ol
demək istəyirəm. Lukaya çox təşəkkür edirəm. Hər gün məni daha artıq
sevən qızım Stefaniyə təşəkkürlər.
Bütün bu şəxslər məni akademik baza ilə təmin ediblərsə, digərləri də
başqa yolla bu kitabın qələmə alınmasına öz töhfələrini veriblər və mən
onların hər biri ilə sizi tanış etməliyəm. Araşdırmalarıma başlayanda əziz
dostum Tampa Universitetindən Elizabet Li Baron sanki Tanrının mənə
hədiyyəsi oldu. Tampa Universitetindən Fil Kuin və Sent Leo
Universitetindən professor Berri Qlaverə də dostluqlarına və sıx səyahət
proqramımı qaydasına salmaqda əməklərinə görə boreluyam.
Bu kitab fotoşəkillərsiz belə keyfiyyətli olmayacaqdı, şəkillərin müəllifi
olan məşhur fotoqraf Mark Uempla minnətdaram. Həmçinin bu kitabın üzü
olmağı təklif etdiyim zaman “Məmnuniyyətlə, niyə də yox?” deyə cavab
verən inzibati köməkçimə və Eşli B. Kasla da təşəkkür etməsəm, haqsızlıq
olar; uşaqlar, möhtəşəmsiniz. Tampadan olan rəssam Devid R.Andradeyə
də çəkdiyi illüstrasiyalar üçün ayrıca təşəkkür etmək istəyirəm.
Harper Collins-dəki ən dözümlü redaktorum olan Metyu Bencamin mənə
bu layihəni həyata keçirməkdə kömək edib və centlmen və əsl peşəkar
olduğu üçün təriflərimə layiqdir. Təşəkkürlərim həm də icraçı redaktor, bu
kitabı bitirməyim üçün canla-başla çalışan Toni Skiarrayadır. Metyu və
Toni möhtəşəm bir komanda ilə çalışırlar ki, onlardan biri korrektor Paula
Kuperə də təşəkkür borcluyam. Hər kəsdən öncə isə Dr. Marvin Karlinsə bir
daha düşüncələrimi formalaşdırdığı və ön sözdə xoş sözləri üçün öz
minnətdarlığımı bildirmək istəyirəm.
Sevimli dostum, həqiqi elm adamı və pedaqoq Dr. Elizabet A.Marreyə bu
kitabın ilkin cızma-qaralarına düzəliş etmək və insan bədəni ilə bağlı saysız-
hesabsız məlumatı mənimlə bölüşmək üçün öz dolu iş qrafıkinə rəğmən vaxt
ayırdığı üçün təşəkkür edirəm.
Ailəmə - yaxın və uzaq bütün ailə üzvlərimə - mənə və onlarla vaxt
keçirmək yerinə bu kitabla məşğul olmağıma dözdükləri üçün çox sağ ol
demək istəyirəm. Lukaya çox təşəkkür edirəm. Hər gün məni daha artıq
sevən qızım Stefaniyə təşəkkürlər.

Co Navarro Tampa,
Florida Avqust 2007
BƏDƏN
DİLİ
BİR

Qeyri-verbal ünsiyyətin
sirlərinə yiyələnmək

Nə vaxt insanlara bədən dilini tədris edirəmsə, bu sualla mütləq


qarşılaşıram: “Со, səni qeyri-verbal davranışı araşdırmağa ilk növbədə nə
cəlb etdi?” Əslində, bu nə mənim etməyi planlaşdırdığım bir şey, nə də
mövzuya olan uzunmüddətli heyranlığımın nəticəsi olmuşdur; daha çox
praktiki məsələ olmaqla bərabər, tamamilə yeni bir həyat tərzinə
müvəffəqiyyətlə uyğunlaşma ehtiyacından, zərurətindən doğan bir məsələ
idi. Səkkiz yaşım olarkən Kubadan Amerikaya mühacir olaraq gəldim.
Donuzlar körfəzi əməliyyatından cəmi bir neçə ay sonra ölkəmizi tərk etdik
və açığı, ABŞ-da mühacir olaraq qısa müddət qalacağımızı düşünürdük.
Əvvəlcə, ingiliscə danışa bilmədiyim üçün bu ölkəyə gələn minlərlə digər
immiqrantın etdiyi kimi etdim. Tezliklə öyrəndim ki, yeni sinif yoldaşlarıma
adaptasiya olmaq üçün ətrafımda olan “digər” bir dildən - qeyri-verbal
davranışdan xəbərdar (və ona qarşı həssas) olmalıyam. Bu, dərhal tərcümə
edə biləcəyim və anlayacağım bir dil idi. Gənc beynimdə insan bədənini
həmin şəxsin düşündüyünü jestlər, üz ifadələri və fiziki hərəkətlər vasitəsilə
ötürən (reklam edən) bir növ elan lövhəsi kimi görürdüm. Zamanla, təbii ki,
ingilis dilini öyrəndim, hətta bəzi ispan dili bacarıqlarımı itirdim, lakin
qeyri-verbal davranışların mənalarını heç vaxt unutmadım. Qeyri-verbal
ünsiyyətə həmişə güvənə biləcəyimi çox erkən yaşda kəşf etdim.
Sinif yoldaşlarımın və müəllimlərimin mənimlə ünsiyyət qurma
cəhdlərini və haqqımda nə düşündüklərini anlamaq üçün bədən dilindən
istifadə etməyi öyrəndim. Müşahidə etdiyim ilk şeylərdən biri məni
həqiqətən sevən müəllimlərin və şagirdlərin sinif otağına daxil olarkən ilk
gördüklərində qaşlarını qaldırmaları oldu. Digər tərəfdən, o qədər də dostca
münasibət bəsləməyən şəxslər məni görəndə yüngülcə gözlərini qıyırdılar -
bir dəfə müşahidə etdiyin davranış heç vaxt unudulmur. Mən də bir çox
digər immiqrantların etdiyi kimi bu qeyri-verbal informasiyadan tezliklə
dostluqları qiymətləndirmək və inkişaf etdirmək, aşkar dil baryerinə
baxmayaraq, ünsiyyət qurmaq, düşmənçiliklərdən yayınmaq və sağlam
münasibətləri gücləndirmək üçün istifadə etdim. İllər sonra bu qeyri-verbal
göz davranışlarından Federal Tədqiqatlar Bürosunun (FTB) xüsusi agenti
kimi cinayətlərin üstünün açılmasında istifadə edəcəkdim (bax: qutu 1).

QUTU 1: BİR GÖZ QIRPIMINDA


"Göz bloklanması" təhdid hiss etdiyimizdə və xoşlamadığımız nəyisə
gördükdə əmələ gələn qeyri-verbal bir davranışdır. Gözlərimizi qıymaq
(yuxarıda sinif yoldaşlarımla baş verən halı təsvir etmişdim), qapamaq və
ya örtmək beynimizi istənməyən görüntüləri "görməkdən" qorumaq və
digər insanlara qarşı laqeydliyimizi göstərmək üçün təkmilləşdirdiyimiz
davranışlardır.
Bir xəfiyyə kimi "göz bloklanması" davranışından Puerto-Rikoda 97
nəfərin ölümü ilə nəticələnən və qəsdən törədildiyi güman edilən faciəli
hotel yanğını istintaqına köməklik göstə rərkən istifadə etdim. Yanğın
cavabdeh olduğu bölgədə baş verdiyi üçün təhlükəsizlik əməkdaşlarından
biri dərhal şübhə altına alındı. Bu şəxsin yanğının baş verməsi ilə heç bir
əlaqəsi olmadığını anlamağımıza səbəb yanğından əvvəl və yanğın zamanı
harada olduğu və yanğını törədib-törətmədiyinə dair ünvanladığımız
konkret suallar oldu. Hər sualdan sonra hər hansı "göz bloklanması"
davranışı işarəti varmı deyə onun üzünü müşahidə edirdim. Gözlərini
yalnız yanğın başlayanda harada olduğunu soruşduğum zaman "blokladı".
Qəribəsi bu idi ki, əksinə, "Yanğını sən törətmisən?" sualına cavab
verərkən narahat görünmürdü. Bu mənə əsas məsələnin onun yanğının
törədilməsindəki mümkün iştirakı ilə deyil, bu vaxt harada olması ilə bağlı
olduğunu göstərdi. Hadisə ilə bağlı daha sonra baş xəfiyyələr tərəfindən
dindirilən təhlükəsizlik əməkdaşı, nəhayət, elə həmin hoteldə işləyən qız
dostunu görmək üçün gözətçi postunu tərk etdiyini etiraf etdi.
Bədbəxtlikdən, o gedən kimi cinayətkarlar onun mühafizə etməli olduğu
əraziyə daxil olaraq yanğın çıxarıblar.
Bu halda mühafizəçinin "göz bloklanması" davranışı bizə sonda
cinayətin üstünün açılması ilə nəticələnən dindirmə xəttini izləmək üçün
ehtiyacımız olan baxış bucağını verdi. Sonda faciə ilə nəticələnən yanğının
törədilməsinə səbəb olan üç cinayətkar yaxalandı və təqsirkar hesab
olundular. Təhlükəsizlik əməkdaşı hər nə qədər ciddi bir məsuliyyətsizlik
etmiş və günahkarlıq yükü altında qalmış olsa da, müqəssir deyildi.

Öz tərcümeyi-halıma, təhsilimə və təcrübəmə əsaslanaraq sizə dünyanı


bir FTB ekspertinin qeyri-verbal ünsiyyət zamanı gördüyü kimi, yəni
insanlar arasındakı qarşılıqlı əlaqənin informasiya vasitəsilə rezonans
doğurduğu canlı, dinamik bir mühit və onun nə etmək niyyətində olduğu
haqqındakı biliklərini zənginləşdirmək məqsədilə bədənin səssiz dilindən
istifadə etmək üçün bir fürsət kimi görməyi öyrətmək istəyirəm. Bu biliyin
istifadə edilməsi sizə digərlərindən seçilməyə və insan davranışına bu günə
qədər gizli qalmış bir baxış bucağı qazandırmağa kömək edəcək, eyni
zamanda sizi qoruyacaqdır.

QEYRİ-VERBAL ÜNSİYYƏT TAM OLARAQ NƏDİR?

Qeyri-verbal davranış və ya bədən dili olaraq da adlandırılan qeyri-verbal


ünsiyyət eynilə danışıq kimi informasiya mübadiləsinin bir növüdür. Bu
ünsiyyətin danışıqdan fərqli olan cəhəti informasiyanın üz ifadələri, jestlər,
toxunma (haptika), fiziki hərəkətlər (kinesika), vücudun duruşu, bədən
aksesuarlan (qiyafətlər, cavahirat, saç düzümü, döymələr və s.), hətta şəxsin
səs tonu, tembri və yüksəkliyi (lakin nitqin özü ilə deyil) ilə çatdırılmasıdır.
Fərdlərarası əlaqənin təxminən 60-65 faizini təşkil edən qeyri- verbal
davranışlar cinsi əlaqə zamanı cütlüklər arasındakı ünsiyyətin 100 faizini
təşkil edə bilir (Burqun, 1994,229-285).
Qeyri-verbal ünsiyyət insanın əsl düşüncələrini, hisslərini və niyyətlərini
də ortaya çıxara bilər. Bu səbəbdəndir ki, qeyri-verbal davranışlar bəzən
“söylantilər” kimi də işlədilir, çünki onlar bizə qarşımızdakı insanın
ağlından, əslində, nəyin keçdiyini söyləyirlər. İnsanlar hər zaman bədən
hərəkətləri ilə münasibət qurduqlarının fərqində olmurlar, buna görə də
bədən dili şəxsi məqsədləri ifadə edən sözlü ifadədən daha həqiqətə uyğun-
dur (bax: qutu 2).Hərəkətlərini müşahidə edərək qarşınızdakı insanın
hisslərini, niyyətlərini, yaxud da gerçək düşüncələrini (və ya söylədiyi
şeylərin, əslində, nə mənaya gəldiyini) anlaya bilirsinizsə, bu haqqında
danışdığımız səssiz üsulu anlayıb ondan istifadə etdiyiniz anlamına gəlir.
QEYRİ-VERBAL DAVRANIŞLAR VASİTƏSİLƏ
HƏYATINIZI ZƏNGİNLƏŞDİRİN!

Qeyri-verbal ünsiyyəti effektif şəkildə anlaya və başqalarının bu


davranışları necə qavradığını idarə edə bilən insanların bu bacarıqdan
məhrum olanlara nisbətən daha böyük uğurlara nail olduqları tədqiqatçılar
tərəfindən tamamilə sübut olunmuşdur (Goleman, 1995, 13-92).

QUTU 2: HƏRƏKƏTLƏR SÖZLƏRƏ NİSBƏTƏN


"DAHA UCADAN DANIŞIR"
Bəzən bədən dilinin verbal dildən daha etibarlı olduğunu görmək
mümkündür. Bunun bariz nümunələrindən biri Arizonada Parker hindu
qoruğunda baş vermiş bir qadının zorlanma hadisəsidir. Hadisədə şübhəli
hesab olunan bir nəfər istintaqa cəlb olundu. Şübhəlinin söylədikləri
inandırıcı, hekayəsi ağlabatan səslənirdi; zərərçəkəni hadisə baş verən
zaman görmədiyini və bir pambıq tarlasını keçdikdən sonra sola j dönərək
birbaş evinə getdiyini iddia edirdi. Həmkarlarım şübhəlinin dediklərini
qeyd edərkən mən gözlərimi ondan ayırmırdım və əhvalatı danışarkən
sola dönüb evinə getdiyini söylədiyi an əllərinin sağ tərəfi - təcavüzün tam
olaraq baş verdiyi istiqaməti göstərdiyini müşahidə etdim. Əgər mən onu
diqqətlə izləməsəydim, verbal ("Sola dönüb") və qeyri-verbal (sağ tərəfi
göstərməsi) davranışları arasındakı uyğunsuzluğu tuta bilməyəcəkdim.
Lakin bu uyğunsuzluğu görən kimi onun yalan danışdığını anladım. Bir
müddət gözlədikdən sonra onu yenidən sorğu-suala çəkdim və sonda,
şübhəli cinayəti özünün törətdiyini etiraf etdi.

Bu kitabın məqsədi ətrafinızdakı aləmi necə müşahidə etməli və


düşdüyünüz istənilən şəraitdə qeyri-verbal davranışların mənasını necə
müəyyən etməli olduğunuzu öyrətməkdir. Bu güclü bilik mənim kimi, sizin
də şəxsi əlaqələrinizi inkişaf etdirəcək və həyatınızı daha da
zənginləşdirəcək. Qeyri-verbal davranışların ən təqdirəlayiq cəhətlərindən
biri onun bəşəri tətbiqi ilə bağlı və insanların qarşılıqlı əlaqədə olduğu hər
yerdə faydalı olmasıdır. Bu davranışlar etibarlı olduğu üçün çox
genişyayılıb. Bir dəfə hər hansı spesifik qeyri-verbal davranışın mənasını
bildinizsə, bu informasiyanı istənilən sayda müxtəlif situasiyada və hər növ
mühitdə istifadə edə biləcəksiniz. Əslində, qeyri-verbal davranışlar olmadan
effektiv şəkildə ünsiyyət qurmaq çətindir. Nə vaxtsa niyə insanların
kompüterlər, mesajlar, elektron poçtlar, telefonlar və video konfranslar
əsrində hələ də üzbəüz görüşlərə can atdığına təəccüb etmisinizmi? Bu
bizim bədən hərəkətlərini şəxsən izah və müşahidəçimə ehtiyacımızdan irəli
gəlir. Nə üçün? Çünki qeyri-verbal davranışlar qüvvətlidir və mənaları
vardır. Bu kitabdan əldə etdiyiniz məlumatları istənilən vaxt, istənilən
şəraitdə tətbiq edə biləcəksiniz (bax: qutu 3). HƏKİMİN "ƏLİNİ GÜCLƏNDİRMƏK"

QUTU 3: HƏKİMİN "ƏLİNİ GÜCLƏNDİRMƏK"


Bir neçə ay əvvəl bir qrup poker həvəskarı üçün qeyri-verbal
davranışdan istifadə edərək necə rəqiblərin əlini oxumaq və daha çox pul
qazanmaqla bağlı seminar təşkil etdim. Poker "hərbə-zorba" gəlmə və
aldatma ilə əlaqəli bir oyun olduğu üçün oyunçular rəqiblərinin
davranışlarını oxuya bilmə ilə çox maraqlanırlar. Onlar üçün bədən dilinin
"deşifrə edilməsi" uğur qazanmaqda həlledici rola malikdir. Bir çoxu
onlara öyrətdiyim "fərasətlər"dən razı qalsa da, məni ən çox düşündürən
o idi ki, bu seminar iştirakçılarından neçəsi qeyri-verbal ünsiyyəti an-
lamanın və ondan istifadənin dəyərini poker masasından kənarda görmə
iqtidarındadır.
Seminardan iki həftə sonra iştirakçılardan birindən - texaslı bir
həkimdən elektron məktub aldım. "Məni ən çox təəccübləndirən, - o
yazırdı, - sizin seminar zamanı öyrəndiklərimin peşə həyatında da mənə
kömək olmasıdır. Poker oyunçularının əlini oxumaq üçün bizə öyrətdiyiniz
qeyri-verbal davranışlar mənə xəstələrimi də "oxumaqda" yardım etdi.
İndi onlar narahat, arxayın, yaxud tamamilə dürüst olanda mən bunu hiss
edə bilirəm". Həkimin sözləri qeyri-verbal ünsiyyətin dünyəviliyi və
həyatın bütün aspektlərindəki dəyərindən xəbər verir.

QEYRİ-VERBAL ÜNSİYYƏTƏ YİYƏLƏNMƏK


ƏMƏKDAŞLIQ TƏLƏB EDİR

Normal zəkaya malik istənilən şəxsin özünü inkişaf etdirmək məqsədilə


qeyri-verbal ünsiyyətdən istifadəni öyrənə biləcəyinə əminəm. Bunu son iki
onillik ərzində eynən sizin kimi minlərlə insana qeyri-verbal davranışı necə
anlamağı və bu informasiyanı öz həyatlarını, sevdiklərinin həyatını
zənginləşdirmək üçün necə istifadə etməyi və öz şəxsi, peşəkar
məqsədlərinə necə çatmağı öyrətdiyim üçün bilirəm. Lakin bunu həyata
keçirmək sizin və mənim öz qarşılıqlı səyimizə önəmli yardım edəcəyimiz
birgə əməkdaşlığın qurulmasını tələb edir.

Bədən dilini uğurlu bir şəkildə müşahidə


etmək və anlamaq üçün on təlimat

İnsanları oxuma - onların düşüncələrini, hisslərini və niyyətlərini


qiymətləndirmək üçün qeyri-verbal davranış biliklərini toplama daimi
praktika və düzgün təlim tələb edən bir bacarıqdır. Təlim baxımından sizə
kömək etmək üçün bədən hərəkətlərini oxumadakı effektivliyinizi
maksimallaşdırmaq məqsədilə sizi bəzi göstərişlərlə (təlimatlarla) tanış
etmək istəyirəm. Əgər bu təlimatları gündəlik həyatınıza daxil etsəniz və
onu günlük rejiminizin tərkib hissəsinə çevirsəniz, o, azacıq şüurlu düşünmə
tələb etməklə tezliklə instinktiv vərdişiniz halına gələcək. Bu daha çox
avtomobil idarə etməyi öyrənmək kimidir. İlk dəfə sükan arxasına
keçdiyinizi xatırlayırsınız? Əgər siz də mənim kimi olmusunuzsa,
avtomobili idarəetmə zamanı onun daxilində olarkən, eyni zamanda da
xaricində nəyin baş verdiyini izləməyə diqqəti yönəltməyin çətin olması ilə
bağlı çox narahatlıq ke- çirmisiniz. Özünüzü yalnız diqqətinizi bütün maşın
idarəetmə mühitini mənimsəmək üçün genişləndirə bildiyiniz zaman rahat
hiss edirsiniz. Qeyri-verbal ünsiyyət də eynən bu cürdür. Bir dəfə bədən
dilindən istifadə mexanizminə effektiv şəkildə yiyələndiyiniz zaman o,
avtomatik səciyyə alacaq və siz bütün diqqətinizi ətrafımzdakı dünyanın
“oxunmasf’na yönləndirə biləcəksiniz.

Təlimat 1: Ətraf mühitinizin bacarıqlı müşahidəçisi olun


Bu, qeyri-verbal ünsiyyəti anlamağı və ondan istifadə etməyi arzu edən
hər kəs üçün başlıca tələbdir. Qulaqlarınızı tıxayıb kimisə dinləməyə
çalışmağın necə səfehlik olduğunu özünüz təsəvvür edin. Heç bir şey
eşitməyəcəyik və onun bütün dedikləri havaya deyilmiş olacaq. Deməli, ən
diqqətli dinləyici belə qulağında tıxacla heç nəyə nail ola bilməz. Ancaq
məsələ bədənin səssiz dilini görməyə gəlincə bir çox insanın ətrafındakı
bədən siqnallarına qarşı açıq-aşkar gözübağlı olduğunu söyləyə bilərik.
Bunu bir düşünün! Diqqətli dinləmə verbal ünsiyyəti anlamaqda
əhəmiyyətli olduğu kimi, diqqətli müşahidə də bədən dilimizi anlamaqda
həyati əhəmiyyətə malikdir. Durun! Bu cümləni başdansovdu oxuyub
keçməyin. Bu, olduqca əhəmiyyətlidir. Səmərəli (diqqətli) müşahidə
insanları oxumaqda və onların bədəninin nə “söylədiyi”ni
müəyyənləşdirməkdə çox vacibdir. Problem odur ki, insan həyatını
baxmaqla keçirsə də, əslində, bir şey görmür, yaxud başqa sözlə, tükü
tükdən seçən ingilis xəfıyyə Şerlok Holmsun ortağı Doktor Uotsona dediyi
kimi: “Görürsən, amma müşahidə etmirsən”. Təəssüf ki, əksər insanlar
onları əhatə edən mühiti minimal müşahidə zəhməti sərf etməklə görməyə
çalışırlar. Onlar özlərini əhatə edən təfərrüatların zənginliklərindən
bixəbərdirlər (bir fərdin düşüncə və niyyətlərini ortaya çıxara bilən mahir əl
və ayaq hərəkətləri kimi).
Əslində, müxtəlif elmi araşdırmalar insanların öz dünyalarının çox zəif
müşahidəçiləri olduğunu göstərir. Misal üçün, başqa işlərlə məşğul ikən bir
qrup gəncin qarşısında bir nəfər qorilla kostyumu geyinərək gəzsə də,
tələbələrin yansı aralarında qorillanın olduğunun belə fərqinə varmamışdır
(Simons&Debris, 1999, 1059-1074).
Müşahidə bacarığı çox zəif olan insanlar təyyarə pilotlanmn “vəziyyəti
anlama” adlandırdıqları (yəni insanın olduğu yerə dair fikrini ifadə etməsi)
xüsusiyyətə sahib deyillər və ətraflarında və hətta önlərində baş verən hər
hansı hadisənin təsvirini vermək iqtidarında deyillər. Həmin insanlardan
adamlarla dolu onlara yad olan bir otağa daxil olmalarını xahiş edin, yan-
yörələrinə göz gəzdirmələrinə imkan verin və sonra onlardan gözlərini bağla
malarım və otaqda nə gördüklərini söyləmələrini istəyin. Həmin fərdlərin
otaqda olan ən nəzərəçarpan xüsusiyyətləri belə xatırlaya bilməmələrinə
heyrət edəcəksiniz.
Adətən, həyatındakı hadisələrə həmişə gözü qapalı qalan kiminləsə
qarşılaşarkən və ya onun haqqında oxuyarkən təəssüflənirəm. Sözügedən
adamların şikayətləri təxminən belə olur:

"Arvadım məndən boşanır. Halbuki evliliyimizin onu bədbəxt etdiyinə


dair tək bir işarə belə görməmişdim ”.

"Məktəb psixoloqu oğlumun üç ildir kokain aludəçisi olduğunu deyir.


Onun narkotik problemi olduğunu belə bilmirdim ”.

"Müdirimin mənim işimdən çox məmnun olduğunu düşünürdüm. İşdən


çıxarılmağı ağlımın ucundan belə keçirməzdim ".

“Bu oğlanla mübahisə edirdim və qəfil o əclaf mənə yumruq ilişdirdi.


Haradan gəldiyini belə görmədim ”.

Bunlar ətrafındakı dünyanı müşahidə etməyi heç vaxt öyrənməyən qadın


və kişilərin dediyi sözlərdir. Bu cür əskikliklərin olması heç də təəccüblü
deyil. Axı biz övladlarımızı böyüdərkən başqalarının qeyri-verbal
əlamətlərini necə müşahidə etməklə bağlı heç vaxt təlimatlandırmınq.
Onlara “vəziyyəti anlama” bacarıqlarını öyrədən dərslər nə ibtidai, nə orta,
nə də ali məktəblərdə keçirilir. Bəxtiniz gətirsə, özünüzə daha yaxşı
müşahidəçi olmağı aşılaya biləcəksiniz, gətirməsə, həyatınızı sevgi
münasibətlərində, işdə və ya ailənizlə daha yaxşı yaşamağınıza yardımçı ola
bilən xeyli sayda faydalı məlumatı əldən vermiş olacaqsınız.
Xoşbəxtlikdən, müşahidə öyrənilməsi mümkün olan bir bacanqdır.
Həyatımız boyunca gözübağlı yaşamamalıyıq. Bundan başqa, müşahidə
düzgün şəkildə təlim və tətbiq ilə daha yaxşı yiyələnəcəyimiz bir dildir.
Əgər ətrafınızda baş verənləri daha şüurlu şəkildə müşahidə etmək üçün
vaxt və enerji sərf etməyə həvəsli olsanız, bu sahədə olan çətinliklərinizin
öhdəsindən gələ biləcəksiniz.
Öhdənizə düşən müşahidəni (diqqətli müşahidəni) həyat tərzinizə
çevirməkdir. Ətrafımzdakı dünyadan xəbərdar olmaq passiv hərəkət (sizlik)
demək deyil. Bu, nail olunması üçün zəhmət, eneıji və konsentrasiya,
qoruyub saxlamaq üçün isə daimi praktika tələb edən şüurlu, könüllü bir
davranışdır. Müşahidə əzələ kimidir, istifadə etdikdə möhkəmlənir,
etmədikdə isə “qeybə çəkilir”. Müşahidə “əzələləriniz”i məşq etdirin və
ətrafınızda aləmin qüvvətli dekoderi olun.
Bu arada mən diqqətli müşahidədən danışarkən yalnızca görmə
duyğusunu deyil, bütün duyğularınızı istifadə etməyinizi nəzərdə tuturam.
Həmişə öz mənzilimə daxil olanda dərin bir nəfəs alıram. Əgər normal qoxu
gəlmirsə, narahat oluram. Bir dəfə hansısa gəzintidən dönərkən otaqda
yüngül siqaret qoxusu hiss etdim. Gözlərim mənzilimi müşahidə etməmiş
artıq bumum mümkün təhlükədən məni xəbərdar etmişdi. Məlum oldu ki,
evə girən binanın təmir işlərinə nəzarət edən işçi imiş, saatlar keçməsinə
rəğmən onun paltarına, bədəninə hopmuş qoxu otağın havasını
dəyişdirmişdi. Xoşbəxtlikdən, qəhrəmanımız xoşniyyətli çağırılmamış
qonaq idi, ancaq digər bir otaqda pusquda duran oğru da ola bilərdi. Əsas
məsələ budur ki, həmin an bütün duyğularımı işə salmaqla mühiti
dəyərləndirmək, öz təhlükəsizliyimi və rifahımı daha yaxşı təmin etmək
iqtidannda idim.
Təlimat 2: Kontekstə uyğun olaraq müşahidəetmə qeyri- verbal
davranışı anlamanın əsas şərtidir. Qeyri-verbal davranışı real həyat
hadisələri daxilində anlamağa çalışarkən hadisənin hansı kontekst daxilində
baş verdiyini daha yaxşı başa düşsəniz, onun nə mənaya gəldiyini
anlamaqda daha səriştəli olacaqsınız. Məsələn, nəqliyyat qəzasından sonra
insanların şoka girməsini, çaşqınlıq içində ətrafda gəzinmələrini, əllərini
yelləmələrini və hətta daha ağılsız qərar verərək nəqliyyatın hərəkətdə
olduğu xəttə çıxmalarını çox görmüsünüz (buna görə də müfəttişlər belə
hallarda avtomobilin içində qalmağımızı xahiş edirlər). Nə üçün? Ona görə
ki qəzadan sonra bir müddət insanların “düşünən” beyni “limbik sistem”
adlanan yarımkürə tərəfindən ələ keçirilir. Bu qısaqapanmanın nəticələrinə
titrəmə, psixoloji pozulma, əsəbilik və narahatlıq daxildir. Kontekstə uyğun
olaraq, bu hərəkətlər müşahidə oluna və qəza stresini təsdiq edə bilər. İşə
qəbul zamanı müsahibənin başlanğıcında namizədin gərgin olmasını və bir
müddət sonra bu gərginliyin yox olmasını təbii hesab edirəm. Əgər mən
spesifik suallar verdikdə gərginlik yenidən meydana çıxırsa, deməli,
təəccüblənməyimə əsas var.
Təlimat 3: Universal bədən dilini tanımağı və onu "deşifrə etməyi"
öyrənin. Əksəriyyət tərəfindən eynilə təkrarlandığına görə bəzi bədən
davranışları universal hesab olunur. Misal üçün, insanlar dodaqlarını bir-
birinə sıxaraq gözlə görünməyəcək dərəcədə içəri çəkirlərsə, bu onların
narahat olduqlarından və nələrinsə yolunda getmədiyindən xəbər verir.
Dodaq büzmə kimi bilinən bu qeyri-verbal davranış universal
söyləntiXsr&əft biridir (bu barədə növbəti fəsildə daha ətraflı söhbət
açacağıq) (bax: qutu 4). Bu universal davranışların daha çoxuna bələd
olmaqla ətrafımzdakılann düşüncə, hissiyyat və niyyətlərinə qiymət
verməkdə daha effektiv olacaqsınız.
Təlimat 4: İdiosinkratik (özünəməxsus, spesifik) qeyri-verbal
davranışları tanımağı və başa düşməyi öyrənin. Universal qeyri-verbal
davranışlar bədən işarətlərinin bir qrupunu təşkil edir: bunlar hər kəs üçün
təxminən eynidir. İdiosinkratik qeyri-verbal davranış adlanan ikinci növ
bədən işarətləri də vardır. Bu işarətlər universal davranışlardan fərqli olaraq,
xüsusi bir fərdə məxsus olur.

QUTU 4: BİR DODAQ BÜZMƏ GƏMİLƏRİN


XİLASINA GƏTİRİB ÇIXARIR
Dodaqların universal söyləntiləri bir Britaniya daşıma şirkəti ilə
konsaltinq tapşırığı zamanı mənə çox yardımçı oldu. Britaniyalı olan
müştərim məndən sahib olduğu yük gəmilərinin nəqliyyat təminatını
edəcək böyük bir beynəlxalq şirkətlə müqavilə bağlayarkən orada
olmağımı xahiş etdi. Xahişi qəbul etdim və müqavilənin hər bir
maddəsinin üzərində dayanılmasını, həmin maddə razılaşdırılmamış
digərinə keçilməməsini təklif etdim. Bu yolla mən şirkət nümayəndəsinin
müştərimə yardımçı olacaq informasiyanı aşkara çıxara bilən istənilən
bədən hərəkətini daha yaxından izləyə biləcəkdim.
"Diqqətəlayiq nəsə müşahidə etsəm, sizə işarə edəcəyəm" - müştərimə
dedim və tərəflərin müqaviləni maddəbəmaddə nəzərdən keçirmələrinə
tamaşa etmək üçün yerimdə əyləşdim. Nəzərəçarpacaq bir işarəni
sezməyim o qədər də uzun sürmədi. Gəminin xüsusi bir hissəsindəki
təminatla bağlı maddə oxunduqda (milyon dollarlıq təminatdan söhbət
gedir) beynəlxalq şirkətin nümayəndəsi dodaqlarını büzdü - bu, mü-
qavilənin sözügedən hissəsində xoşuna gəlməyən nəyinsə olduğuna işarə
idi.
Müştərimə yazılı qeyd ötürərək onu müqavilənin bu xüsusi maddəsində
mübahisəli və problemli nəsə olduğu və nə qədər ki bir yerdəyik, yenidən
baxılıb, hərtərəfli müzakirə edilməli olduğu ilə bağlı xəbərdar etdim.
Məsələ yenidən müzakirə olunduqdan sonra (xüsusilə sözügedən
maddə) müqavilənin hər iki iştirakçısı da razılığa gəldi və bu, müştərimin
13,5 milyon dollarının xilas edilməsi ilə nəticələndi. Şirkət
nümayəndəsinin narazılıq ifadə edən qeyri- verbal davranışı müəyyən bir
problemin müşahidə edilməli və onun dərhal effektiv şəkildə aradan
qaldırılmalı olduğuna əsl sübutdur.

Bu idiosinkratik siqnalları müəyyənləşdirməyə cəhd edərkən müntəzəm


olaraq qarşılıqlı əlaqədə olduğunuz insanların (dostlar, ailə, iş yoldaşları,
sizi daimi olaraq mal və xidmətlə təmin edən şəxslər) davranış formalarını
müşahidə etməyiniz lazım gələcək. Daha yaxşı tanıdığınız və ya daha
uzunmüddətli qarşılıqlı əlaqədə olduğunuz fərdin özünəxas bədən dilini kəşf
etmək daha asan olacaq, ona görə ki həmin şəxs barəsində “hökm vermək”
üçün daha geniş məlumat bazasına maliksiniz. Məsələn, yeniyetmə
övladınızın imtahan ərəfəsində başını qaşıdığını və dodaqlarını çeynədiyini
görürsünüzsə, bu onun imtahana yaxşı hazırlaşmadığından irəli gələ bilər.
Şəksiz, bu davranış onun streslə mübarizə repertuarına daxil edilib, siz də
onu daim müşahidə edəcəksiniz, çünki “keçmiş davranışlarımız
gələcəkdəkilərin carçısıdır”.

Təlimat 5: Başqaları ilə ünsiyyətdə olarkən onların baza davranışlarını


müəyyənləşdirməyə çalışın. Daimi münasibətdə olduğunuz insanların baza
davranışlarını anlamaq üçün normal halda necə göründüklərini, adətən,
necə oturduqlarını, əllərini hara qoyduqlarını, ayaqlarının adi halda
mövqeyini, duruşunu və təbii üz ifadələrini, başlarının əyilib-əyilməməsini,
hətta əşyalarını (məsələn, pul kisələrini) hara qoyduqlarını müşahidə
etməlisiniz (bax: şək. 1). Onların “normal” və “stresli” üz ifadələri
arasındakı fərqi görməlisiniz.
Tanıdığınız birinin baza davranışlarına qarşı etinasız qalmaq sizi
xəstələnənə qədər uşaqlarının boğazına baxmayan valideynin vəziyyətinə
salır. Həmin valideynlər həkim çağırırlar və uşaqlarının boğazında nə
gördüklərini təsvir etməyə çalışırlar, lakin övlad- lan sağlam olan vaxt
boğazlarına baxmadıqları üçün müqayisə aparmaq şansları olmur. Normalın
nə olduğunu fərqləndirməklə qeyri-normalı müəyyənləşdirməyə və
tanımağa başlayırıq.
Hətta bircə dəfə görüşdüyünüz şəxsin belə ünsiyyətinizin əvvəlində
“başlanğıc vəziyyəti”nə diqqət etməyə səy göstərməlisiniz. Qarşınızdakı
şəxsin baza davranışını müəyyən etmək çox vacibdir, çünki bu həmin şəxsin
öz davranışlarından qaçmasım təyin etməyinizə kömək edəcək. Sözügedən
bilgi çox vacib və informativ ola bilər (bax: qutu 5).

Stress altında olmayan üz Stressli üz: üz yüngülcə


İfadəsinə diqqət! Gözlər sərtləşdirilib, qaşlar çatılıb,
rahat, dodaqlar isə bütövdür. alın qırışdırılıb

Təlimat 6: Həmişə insanların çoxlu sayda söyləntilərinə - toplu və ya


ardıcıl şəkildə baş verən davranışlarına diqqət yetirməyə çalışın. Çoxsaylı
söyləntiləri və ya davranış qruplarını müşahidə edərkən hansı bədən
siqnallarına etibar etmə qabiliyyətinizi insanlan oxumadakı dəqiqliyiniz
artıracaq. Bu siqnallar bir pazlın parçaları kimidir. Nə qədər çox parçaya
sahib olsanız, onları birləşdirmək və nəyi təsvir etdiklərini görmə şansımız
o qədər yüksək olacaq. Nümunə üçün: əgər iş rəqibimin stresli, ardınca da
sakitləşdiriciyə yaxın davranışlar sərgilədiyini görsəm, onun zəif bir
mövqedən çıxış etdiyinə daha da əmin ola bilərəm.
Təlimat 7: Qarşınızdakı şəxsin düşüncələrində, emosiyalarında, maraq
və niyyətindəki dəyişikliklərə işarə edə bilən davranış təbəddülatlarına
diqqət yetirmək vacibdir. Davranışdakı qəfil dəyişikliklər bir fərdin
məlumatı necə anladığını və emosional hadisələrə necə adaptasiya
olunduğunu aşkar etməyə kömək edə bilər. Lunaparka daxil olmaq
həvəsiylə həsəd və sevinc nümayiş etdirən bir uşaq parkın bağlı olduğunu
öyrənən kimi rəftarını dəyişəcək.

QUTU 5: BU BİR AİLƏ MƏSƏLƏSİDİR


Bir anlıq özünüzü qohumlarla görüş zamanı öz növbəsini gözləyən
səkkiz yaşlı oğlanın valideyni kimi təsəvvür edin, illik ənənə halını alan bu
görüşlərdə oğlunuzun hər kəslə salamlaşmaq üçün öz növbəsini
gözlədiyinin dəfələrlə şahidi olmusunuz. O, heç vaxt qohumlannızın
üstünə qaçaraq onları səmimiyyətlə qucaqlamağa tərəddüd etməyib.
Amma bu dəfə növbə Harri əmini qucaqlamağa çatanda o, keyimiş halda
yerində donub-qalır.
"Sənə nə olub?" - deyə qulağına pıçıldayır və oğlunuzu əlinizlə onu
gözləyən əmisinə tərəf itələyirsiniz.
Oğlunuz heç nə deməsə də, sizin fiziki siqnalınıza cavab verməkdə o
qədər də həvəsli deyil.
Nə etməlisiniz? Nəzərə almalı olduğunuz əsas məsələ oğlunuzun bu
davranışının baza davranışından fərqli olmasıdır. Əvvəllər o, heç vaxt
əmisini qucaqlamağa tərəddüd etməyib. Davranışdakı bu dəyişiklik nə ilə
əlaqədardır? Bu "donuqluq" oğlunuzun nədənsə qorxduğundan və ya
mənfi bir şeydən xəbər verir. Bəlkə də, onun qorxması üçün əsaslı səbəb
yoxdur, ancaq müşahidəçi və diqqətli valideyn üçün bu, həyəcan siqnalı ı
olmalıdır. Oğlunuzun baza davranışından sapması onunla əmisi arasındakı
son görüşdən bəri nəyinsə baş verdiyinə işarədir. Ola bilsin, bu, adi bir
anlaşılmazlıq, yeniyetməlikdən doğan kobudluq, yaxud əmisinin
başqalarına göstərdiyi üstün münasibətə olan reaksiyadır. Bir daha bu
davranış daha məşum nədənsə xəbər verə bilər. Məsələ burasındadır ki,
hər hansı bir fərdin baza davranışındakı dəyişiklik nəyinsə yolunda
getmədiyini göstərir və bu, spesifik halda daha da diqqətli olmağınızı
tələb edir.

Əslində, böyüklər də fərqli deyil. Telefonda pis xəbər alanda və yaxud


bizə əzab verən bir şey görəndə bu dəyişikliklərə dərhal reaksiya veririk. Bir
individualın davranışındakı dəyişikliklər müəyyən hallarda onun maraq və
niyyətlərini də büruzə verə bilər. Bu cür dəyişikliklərin diqqətli müşahidəsi
hadisələr baş verməmiş onlan duymağınıza şərait yarada bilər. Bu, aşkar bir
üstünlükdür - xüsusilə sözügedən hadisə sizə, yaxud başqalarına zərər yetirə
biləcək bir hadisədirsə (bax: qutu 6).

QUTU 6: BİR İŞƏ "BURNUNU SOXMAQ"


Bədən dilində niyyət işarətlərini təşkil edən dəyişikliklər insan
düşüncələrinə aid ən vacib qeyri-verbal davranışlar arasındadır. Bunlar bir
şəxsin nə etmək niyyətində olduğunu ortaya çıxaran və gözlənilən hadisə
baş verməzdən öncə diqqətli müşahidəçini ona hazırlaşmaq üçün vaxtla
təmin edən davranışlardır, insanların davranışlarındakı dəyişiklikləri
(xüsusilə də bu dəyişikliklər niyyət işarətləri ilə əlaqəlidirsə) diqqətlə
izləməyin nə dərəcədə mühüm olduğunu göstərmək üçün şəxsi
həyatımdan bir misal gətirmək istərdim. Bu misal vaxtilə işlədiyim bir
mağazadakı oğurluq cəhdindən bəhs edir. Bu hadisə zamanı kassanın düz
yanında duran adam diqqətimi çəkirdi, çünki orada durması üçün bir
səbəb yox idi; nə növbə gözləyirdi, nə də bir şey almışdı. Əlavə olaraq
kassanın yanında durduğu bütün vaxt ərzində gözləri kassa aparatına
zillənmişdi.
Əgər adam dayandığı yerdə sakitcə dayansa idi, sonda ona qarşı
marağımı itirər və diqqətimi başqa yerə yönəldərdim. Amma mən onu
müşahidə etdiyim müddətdə davranışlarının dəyişdiyinin fərqinə vardım.
Xüsusilə burun dəlikləri onu ələ verəcək şəkildə genişləndi (burun qanadı
genişlənməsi). "Şübhəlinin bu hərəkəti (dərin nəfəs alıb-verməsi) nəsə
hadisə törədəcəyindən xəbər verirdi. Hadisə baş verməzdən düz bir
saniyə əvvəl nəyin olacağını ehtimal etdim. Bir saniyədə əlimdən gələn
tək şey xəbərdarlıq ola bilərdi. Kassirə: "Diqqətli ol!" - deyə qışqırarkən üç
hadisə birdən baş verdi, (a) satıcı kassa aparatını açmasına səbəb olmuş
satışı bitirdi; (b) kassanın yanında duran şübhəli adam irəli atılaraq
kassadan pul götürmək üçün əlini uzatdı; (c) qışqıraraq xəbərdar etdiyim
kassir oğrunun əlindən bərkdən yapışdı və onu buraraq geri itələdi, bu da
oğrunun pulları əlindən salaraq mağazadan çıxıb qaçmasına səbəb oldu.
İşdir, onun niyyətini büruzə verən davranışlarını sezməsəm, əminəm ki,
oğru əziyyətinin "bəhrəsi"ni görəcəkdi. Yeri gəlmişkən, həmin kassir
mənim atam idi. O, 1974-cü ildə Mayamidə kiçik bir xırdavatçı mağazası
işlədirdi, yay tətili olduğundan mən də ona kömək edirdim.
Təlimat 8: Yanlış və ya aldadıcı qeyri-verbal siqnallar, müəyyən etməyi
öyrənmək də olduqca önəmlidir. Həqiqi və aldadıcı işarətləri bir-birindən
fərqləndirmək qabiliyyəti praktika və təcrübə tələb edir. Bunun üçün təkcə
düzgün müşahidə deyil, diqqətli mühakimə də lazımdır. Qarşıdakı fəsillərdə
mən sizi hər hansı şəxsin hərəkətlərinin gerçək və ya riyakar olduğunu
ortaya çıxaracaq incə fərqlərlə tanış edəcəyəm. Bu biliklər qarşınızdakı
şəxsi dəqiqliklə oxuma şanslarınızı artıracaq.

Təlimat 9: Komfort və diskomfort arasındakı fərqlərdən agah olmaq


qeyri-verbal ünsiyyəti anlamaqda ən vacib davranışlara fokuslanmağınıza
yardım edəcək. Həyatının yetkin dövrünün çoxunu qeyri-verbal davranışın
araşdırılmasına həsr etmiş biri kimi belə qənaətə gəlmişəm ki, axtarmalı və
diqqət etməli olduğumuz iki başlıca hal var: komfort və diskomfort. Bu sizə
qeyri-verbal ünsiyyəti necə öyrədəcəyimin əsasını təşkil edir. Başqalarının
komfort və diskomfort işarətlərini oxumağı dəqiq bir şəkildə öyrənmək sizə
onların bədənlərinin və beyinlərinin, əslində, nə dediyini meydana
çıxarmaqda çox kömək olacaq. Hər hansı bir davranışın nə mənaya gəldiyi
ilə bağlı şübhədəsinizsə, özünüzdən bunun rahat (məmnunluq, xoşbəxtlik,
rahatlıq), yoxsa narahat (dilxorluq, bədbəxtlik, təşviş, gərginlik) davranışa
bənzədiyini soruşun. Tez-tez müşahidə etdiyiniz davranışları bu iki
kateqoriyadan birinə aid edə biləcəksiniz (komfort və diskomfort).

Təlimat 10: Başqalarını müşahidə etdiyinizi bəlli etməyin. Qeyri-verbal


davranışlardan istifadə insanları diqqətlə müşahidə etməyi və bu
davranışları dəqiq bir şəkildə ortaya çıxarmağı tələb edir. Digər tərəfdən,
başqalarını müşahidə edərkən bu niyyətlərinizi bəlli etməməyiniz daha
məqsədəuyğundur. Çox insan ilk dəfə qeyri-verbal işarətləri müşahidə
etməyə cəhd göstərərkən gözlərini qarşılarındakı şəxsə zilləyir. Bu cür
müdaxiləedici müşahidə elə də məsləhət görülmür. Əsas məqsədiniz
başqalarını müşahidə edərkən onların bundan xəbərsiz olmasıdır, başqa
sözlə, müdaxilə etmədən.
Müşahidə bacarıqlarınızı mükəmməlləşdirməyə çalışın və əməklərinizin
uğurlu və incə olduğu bir nöqtəyə çatacaqsınız. Bu, sadəcə, praktika və istək
tələb edir, vəssalam!
İndi artıq iş birliyimizin sizə düşən hissəsi ilə tanışsınız, qeyri-verbal
ünsiyyəti uğurla “deşifrə etmək” üçün sadaladığım on təlimatı izləməlisiniz.
Amma beyninizdə belə bir sual yarana bilər: “Hansı qeyri-verbal
davranışları izləməliyəm və bu davranışlar hansı vacib məlumatları aşkar
edir?” Narahat olmağa heç bir əsas yoxdur, indi ora gəlirik.
Mühüm qeyri-verbal davranışların və
onların mənalarının müəyyən edilməsi

Nəzərə alın ki, insan bədəni minlərlə “siqnal” və “mesaj” ötürmə


qabiliyyətinə malikdir. Hansı daha vacibdir və onlan necə anlamaq olar?
Məsələ məhz burasındadır ki, qeyri-verbal davranışları dəqiq şəkildə
müəyyənləşdirmək və izah etmək ömürlük müşahidə, zəhmət,
təkmilləşdirmə və təsdiq tələb edə bilər. Xoşbəxtlikdən, bəzi istedadlı
tədqiqatçıların və qeyri-verbal davranış üzrə ixtisaslaşmış FTB
mütəxəssislərinin sayəsində sizi daha istiqamətli biliklə təmin edə bilərik.
Mən artıq ən vacib qeyri-verbal davranışları özüm üçün
müəyyənləşdirmişəm, beləliklə, siz də bu unikal bilikdən faydalana
bilərsiniz. Həmçinin davranışlan oxumanı asanlaşdırmaq üçün paradiqma
və ya model tərtib etmişik. Hətta hansısa xüsusi bədən siqnalının mənasını
tam xatırlaya bilməsəniz belə, onu “deşifrə” edə biləcəksiniz.
Bu səhifələri oxuduqca bu günə qədər bədən dilinə aid heç bir mətndə
qeyd olunmayan etibarlı məlumatlan öyrənəcəksiniz (o cümlədən gerçək
FTB cinayətlərinin üstünün açılmasında istifadə edilmiş qeyri-verbal
davranış nümunələrini). Materialların bəzi lori təəccübünüzə səbəb olacaq.
Məsələn, insan bədəninin ən “dürüst” üzvünü (insanın həqiqi hiss və
niyyətlərini daha çox büruzə verən üzvü) seçsə idiniz, bu hansı olardı? Bir
az düşünün. Mən cavabı dedikdən sonra iş ortağınızın, hansısa ailə üzvünü-
zün, sevgilinizin, yaxud da tamamilə yad bir adamın nələr düşündüyünü, nə
hiss etdiyini və ya hansı niyyətdə olduğunu təyin etməyə çalışarkən ilk
növbədə hansı bədən üzvünə baxmaq lazım olduğunu biləcəksiniz. Eyni
zamanda sizə qeyri-verbal davranışın fizioloji əsasını, qeyri-verbal ünsiyyət
zamanı beyinin oynadığı rolu da izah edəcəyəm. Bir əks-kəşfiyyat agentinin
əvvəllər heç vaxt etmədiyi yalan müəyyənləşdirmə barədəki həqiqətin
üstünü açacağam.
Tamamilə əminəm ki, bədən dilinin bioloji əsaslarını anlamaq sizə qeyri-
verbal ünsiyyətin necə çalışdığına və bunun nə üçün insanın düşüncə, hiss
və istəklərinin bu qədər güclü göstəricisi olduğuna qiymət verməkdə kömək
edəcək. Beləliklə, növbəti fəsildə insan bədəninin ən heyrətamiz orqanına -
insan beyninə nəzər salmaqla başlayacaq və bu orqanın bədən dilinin hər bir
üzünü necə idarə etdiyini göstərəcəyəm. Amma bundan öncə insan
davranışlarına qiymət vermək və onu anlamaq üçün bədən dilindən
istifadənin qanuni olduğu ilə bir müşahidəni sizinlə bölüşürəm.
"SÖYLƏNTİLƏR" KİMİN ÜÇÜN ÇALIR3

1963-cü ilin talenin yazdığı bir günündə Ohayo, Klivlenddə 39 yaşlı sabiq
xəfıyyə Martin Makfaden mağaza vitrininin önündə o tərəf-bu tərəfə gedib-
gələn iki nəfərə göz qoyurdu. Bu adamlar növbə ilə başını içəri soxub ətrafa
baxır, sonra isə uzaqlaşırdılar. Bu hərəkəti bir neçə dəfə təkrarladıqdan
sonra çiyinlərinin üstündən baxaraq sanki üçüncü bir adamla söhbət edirmiş
kimi dayandılar. Adamların dükanı güddüyündən və soyğun törətmək
niyyətində olduqlarından şübhələnən xəfıyyə hərəkətə keçərək onlardan
birini vurub yerə sərdi və üzərindəki silahı tapdı. Xəfıyyə MakFaden
adamların üçünü də yaxalamaqla oğurluğun və mümkün həyat itkisinin
qarşısını aldı.
Zabit MakFadenin diqqətli müşahidələri ABŞ Ali Məhkəməsinin verdiyi,
bu sahədə dönüş nöqtəsi hesab edilən və hər bir polis zabitinin bilmiş olduğu
bir qərarın təməli oldu (Terry v. Ohio, 1968, 392, U.S 1). 1968-ci ildən
etibarən qüvvəyə minən bu qanun polis məmurlarına cinayət törətmə
davranışı nümayiş etdirən hər bir fərdi saxlayaraq hansısa icazə sənədi
göstərmədən üstünü axtarmaq hüququ verdi. Bu qərarla Ali Məhkəmə təsdiq
etdi ki, düzgün şəkildə müşahidə və aşkar edildiyi təqdirdə qeyri-verbal
davranış cinayət hadisəsini qabaqcadan müəyyən edə bilər. Terry v. Ohio
bizə düşüncələrimiz və niyyətlərimizlə qeyri- verbal davranışlarımız
arasında aşkar əlaqə olduğunu göstərmiş oldu. Başlıcası, bu qərar bizi belə
bir əlaqənin varlığı və qanuniliyi ilə əlaqədar qanuni tanınma ilə təmin etdi
(Navarro&Schafer, 2003, 22-24).

3
Ernest Heminqueyin məşhur əsərinə işarədir. Əsərin orijinal adı “For Whom the Bell
Tolls ” (“Zənglər kimin üçün çalır”) olsa da, Azərbaycan oxucusu onu “Əcəl zəngi” adı
ilə tanıyır.
İKİ

LİMBİK MİRASIMIZI
YAŞAMAQ

Bir anlıq dayanın və dodağınızı dişləyin. Ciddi deyirəm, bir saniyənizi


ayırın və bunu edin. İndi də alnınızı ovuşdurun. Son olaraq boynunuzun
arxasına yüngülcə vurun. Bunlar hər zaman etdiyimiz hərəkətlərdir. Digər
insanların əhatəsində vaxt keçirin və onların bu davranışları müntəzəm
olaraq etdiklərini öz gözlərinizlə görəcəksiniz.
Nə vaxtsa onların niyə belə etdikləri ilə maraqlanmısmız? Nə vaxtsa
özünüzün nə üçün belə etdiyinizə təəccüb etmisiniz? Cavabını insan
beyninin “məskunlaşdığı” sərdabədə (beyin sərdabası) tapa bilərsiniz. Bir
dəfə beynimizin emosiyalarımızı qeyri-verbal şəkildə ifadə etmək üçün
bədənimizdən nə üçün və necə istifadə etdiyini öyrənsək, bu davranışları
necə izah etmək lazım olduğunu da öyrənmiş olacağıq. Beləliklə, gəlin
həmin sərdabanın içinə daha yaxından baxaq və insan bədəninin bu ən
heyranedici üçpaylı orqanını incələyək.
Çox insan bir beyinə sahib olduğunu və bu beyinin bütün idrak
proseslərinin kürsüsü olduğunu düşünür. Əslində isə insan qafatasmın
içində üç “beyin” var və onların hər biri “əmr-nəzarət mərkəzi” kimi birgə
fəaliyyət göstərərək bədənimizin həyata keçirdiyi hər şeyi tənzimləyən
özünəməxsus funksiyalar nümayiş etdirir.
1952-ci ildə görkəmli alim Pol MakLin insan beynindən “sürünən (əsas)
beyni”, “məməli (limbik) beyni” və “insan (neo- korteks) beyni”ndən ibarət
üçlü beyin kimi bəhs etməyə başladı (limbik beyin diaqramına baxın). Bu
kitabda biz MakLinin məməli beyni adlandırdığı limbik sistemin üzərində
dayanacağıq, çünki qeyri-verbal davranışlarımızın ifadə edilməsində ən
böyük rolu məhz o oynayır. Digər tərəfdən, neokorteksdən (insan beyni və
ya düşünən beyin) də başqalarının nə düşündüyünü, hiss etdiyini və yaxud
niyyətini aşkar etmək məqsədilə ətrafımızdakı insanların limbik
reaksiyalarını tənqidi yolla təhlil etmək üçün istifadə edəcəyik (LeDoux,
1996, 184-189; Goleman, 1995, 10-21).

Amygdala və Hippocampus kimi əsas xüsusiyyətləri ilə


limbik beyin diaqramı

Beynimizin şüurlu və şüursuz bütün davranışlarımızı idarə etdiyini


anlamaq çox vacibdir. Məhz bu ilkin şərt bütün qeyri-verbal
kommunikasiyaları anlamağın təməlini təşkil edir. Sadə baş qaşımaqdan
tutmuş simfoniya bəstələməyə qədər hər bir fəaliyyətimiz beynimiz
tərəfindən ya idarə olunur, ya da yönləndirilir (bəzi qeyri-ixtiyari edilən
əzələ refleksləri xaric). Bu məntiqə söykənərək beyinin zahirən ünsiyyət
qurarkən nəyə üstünlük verdiyini izah etmək üçün qeyri-verbal
davranışlardan istifadə edə bilərik.

ELEQANT LİMBİK BEYİN

Qeyri-verbal kommunikasiyaların öyrənilməsi zamanı hərəkətin olduğu


hər yerdə limbik beyinin də olduğunu fərz edəcəyik. Nə üçün? Ona görə ki
o, real zaman daxilində ətrafımızdakı aləmə refleksiv şəkildə, dərhal və
düşünmədən reaksiya göstərən beynimizin tərkib hissəsidir. Bu səbəbdən də
ətraf mühitdən gələn məlumatlara həqiqi reaksiya verir (Myers, 1993, 35-
39). Sağ qalmağımıza inanılmaz dərəcədə cavabdeh olduğu üçün limbik
beyin fasilə vermir və hər zaman “işlək” vəziyyətdədir. Limbik sistem həm
də emosional mərkəz rolunu oynayır. Siqnallar limbik sistemdən çıxaraq
beyinin müxtəlif hissələrinə ötürülür, öz növbəsində davranışlarımız da
duyğularımıza və yaşam tərzimizə uyğun nizamlanır (LeDoux, 1996, 104-
137). Bu davranışlar ayaqlarımızda, gövdəmizdə, əllərimizdə, qollarımızda
və üzümüzdə əks olunduğu kimi, müşahidə və müəyyən də edilə bilər.
Haqqında danışdığımız reaksiyalar düşünmədən meydana gəldiyinə görə
doğruçudur. Odur ki qeyri-verbal davranışlar haqqında düşündüyümüzdə
limbik beyin “ən dürüst beyin” hesab olunur (Goleman, 1995, 13-29).
Bu limbik sağ qalma reaksiyaları nəinki körpəliyimizə, hətta insan irqi
kimi əcdadımıza gedib çıxır. Sözügedən reaksiyalar sinir sistemimizlə sıx
bağlı olduğuna görə onların yox edilməsi və gizlədilməsi çox çətindir. Bu,
təxminən yüksək səs eşidərkən diksinməyimizi gizlətməyə çalışmağa
bənzəyir. Beləcə, limbic davranışların ən dürüst və etibarlı davranış olması
aksiom halını alır; onlar düşüncə, hiss və niyyətlərimizin başlıca
təzahürləridir (bax: qutu 7).

QUTU 7: TERRORİSTİ ZƏRƏRSİZLƏŞDİRMƏK


Beynimizin limbik hissəsi şüurla tənzimlənə bilmədiyi üçün qeyri-verbal
kommunikasiyaları izah edərkən limbik sistemin yaratdığı davranışlara
daha çox əhəmiyyət vermək lazımdır. Düşüncələrinizdən bütün
görülməsini istəmədiyiniz emosiyalarınızı gizlətmək məqsədilə istifadə
edə bilərsiniz, lakin limbik sistem öz- özünü tənzimləyir və bizə bununla
bağlı siqnallar verir. Bu həyəcan reaksiyalarını müşahidə etmək və onların
həqiqi və əhəmiyyətli olduğundan agah olmaq çox önəmlidir, o dərəcədə
əhəmiyyətlidir ki, hətta insan həyatını qurtara bilər.
Buna gətiriləcək nümunələrdən biri 1999-cu ilin dekabrında Birləşmiş
Ştatların gömrük məmurlarının "minilliyin terroristi" adlandırıla biləcək
bir canini zərərsizləşdirmələridir. Kanadadan ABŞ-a yenicə daxil olmuş
Ahmed Ressamın gərginliyi və həddən artıq tərləməsini müşahidə edən
müfəttiş Diana Din ondan sorğu-sual olunmaq üçün maşından çıxmasını
tələb etdi. Bu vaxt Ressam qaçmağa çalışsa da, tezliklə yaxalandı.
Məmurlar onun avtomobilindən partlayıcılar və vaxt tənzimləmə
qurğuları tapdılar. Sonradan Ressam Los-Anceles Hava Limanını
partlatmağa cəhddə təqsirləndirildi. Müfəttiş Dinin müşahidə etdiyi
gərginlik və tərləmə beyində çox böyük stressə cavab olaraq yaranır.
Müfəttiş Dinin sonradan istintaqın üstünün açılmasına səbəb olan bədən
dilinə bələd olduğu üçün Ressamın izlənməsindən əmin idi. Bu da limbik
davranışların həqiqi olduğunu bir daha sübut edir. Ressam istintaqı
insanın psixoloji durumunun bədənində qeyri-verbal şəkildə necə təzahür
etdiyini göstərir. Haqqında söhbət açdığımız bu misalda həqiqi
duyğularını gizlətməyə yönəlmiş bütün şüurlu cəhdlərə baxmayaraq,
terroristin aşkar olunma ehtimalından həddən ziyadə qorxan limbik
sistemi gərginliyini büruzə verdi. Qeyri-verbal davranışı düzgün müşahidə
etdiyinə və terror aktının qarşısını aldığına görə hər birimiz müfəttiş Dinə
minnətdarıq.
Beynimizin üçüncü hissəsi nisbətən gec aşkar olunduğuna görə yeni beyin
anlamına gələn neokorteks adlanır. Beynimizin bu hissəsi “insan beyni”,
“düşünən beyin” və yaxud “intellektual beyin” də adlanır, ona görə ki
yüksək səviyyəli idrak və yaddaşa görə “məsuliyyət” daşıyır. Bu, beyinin
düşünməyimizə şərait yaradan, böyük kütləsinə görə bizi digər
məməlilərdən fərqləndirən hissəsidir. O bizi Aya aparıb çıxaran beyindir; o,
insan irqinə bənzərsiz səviyyədə hesablama, analiz etmə, izah etmə və
instinktiv anlama qabiliyyətləri bəxş edən ən önəmli və ən yaradıcı beyindir.
Digər tərəfdən, neokorteks beynimizin ən saxta hissəsidir, elə buna görə də
“saxtakar beyin” adlandırılır. Bu beyin (limbik “həmkarTndan fərqli olaraq)
mürəkkəb düşünmə qabiliyyətinə sahib olduğu üçün digər üç əsas beyin
payı ilə müqayisədə ən etibarsızı hesab olunur. O aldatmağı bacaran, əslinə
qalsa, elə tez-tez aldadan beyindir (Vrij, 2003, 1-17).
Bayaqkı nümunəyə qayıtsaq, polis məmuru tərəfindən istintaqa çəkildiyi
zaman limbik sistem “minilliyin terrorçusu”nun həddən artıq tərləməsinə
səbəb olurdusa, neokorteks ona əsl niyyəti barədə yalan söylətməyə
tamamilə qadir idi. Nitqimizi idarə edən (xüsusilə Broka mərkəzi)
beynimizin bu düşünən hissəsi terrorçunun “Maşınımda partlayıcı yoxdur”
deməsinə səbəb olar, bu iddia ağ yalan olsa belə, polisin avtomobilin içində
bomba olub-olmadığına baxmamasına gətirib çıxara bilərdi. Neokorteks
bizə asanlıqla dostumuza bəyənmədiyimiz yeni saç düzümünü
bəyəndiyimizi deməyimizə icazə verə və “Miss Levinski adlı xanımla cinsi
əlaqəm olmayıb” kimi inandırıcı sözlər söyləməyinizi asanlaşdıra bilər.
Neokorteks (düşünən beyin) yalan söyləməyə qadir olduğu üçün etibarlı və
dəqiq məlumatın mənbəyi hesab olunmur (Ost, 2006, 259-291).
Ümumiləşdirsək, limbik sistem insanları oxumada bizə kömək edən dürüst
qeyri-verbal davranışları aşkar edərkən bədən dilinin “piri” rolunu oynayır.
Beləliklə, bu bizim bütün diqqətimizi yönəltməli olduğumuz beyin
sahəsidir.
LİMBİK REAKSİYALARIMIZ - QEYRİ-VERBAL
DAVRANIŞLARIN ÜÇ "D"Sİ

Təhlükə ilə üzləşərkən (fərqi yoxdur, bu, tarixdən öncəki adamın Daş
dövrü yırtıcısı ilə, yaxud müasir işçinin daşqəlbli müdiri ilə qarşılaşmasıdır)
limbik beynimizin bir növ kimi sağ qalmağımızı təmin etməsinin və bu
prosesdə etibarlı sayda qey- ri-verbal söyləntilər istehsal etməsinin ən qədim
yollarından biri davranışımızı tənzimləməsidir. Min ildən artıqdır ki, heyvan
əcdadlarımızın vacib, həyat qurtaran, intuitiv reaksiyalarını qoruyub
saxlamışıq. Sağ qalmağımızı təmin etmək üçün beynimizin fəlakət və yaxud
təhlükələrə qarşı eleqant reaksiyası üç forma almışdır: donma, dartınma və
döyüşmə. Bu formada qorunmalarını təmin edən limbik beyinlərə malik
digər heyvanlar kimi bu davranışlar sinir sistemi ilə sıx bağlı olduğuna görə
eyni limbik sistemə sahib insanlar da həyatda qalmaq və törəmək üçün oxşar
reaksiyalardan istifadə edirlər.
Əminəm ki, bir çoxunuz təhdidə və ya təhlükəli hallara qarşı necə
reaksiya verdiyimizi təsvir etmək üçün işlədilən, ümumi terminologiya
hesab edilən “döyüş, ya da qaç reaksiyası” ilə tanışsınız. Təəssüf ki, ifadə
yarımçıqdır, yəni üçdə iki hissəsi doğrudur. Reallıqda heyvanların və
insanların təhlükəyə qarşı reaksiyası bu ardıcıllıqla baş verir: donma,
dartınma və döyüşmə. Əgər reaksiya, həqiqətən də, “döyüş və ya qaç” olsa
idi, çox zaman əksəriyyətimiz döyülmüş, yaralanmış və ya əldən düşmüş
halda olardıq.
Stress və təhlükə ilə mübarizə aparmaq üçün qoruyub saxladığımız və
genişləndirdiyimiz bu əhəmiyyətli proses və bu prosesin nəticəsi olan
reflekslər qarşımızdakı şəxsin düşüncə, hiss və niyyətlərini anlamaqda bizə
yardımçı olan qeyri-verbal davranışları doğurduğu üçün hər bir reaksiyanı
daha təfərrüatlı bir şəkildə təhlil etməyə dəyər.

Donma reaksiyası

Milyon il əvvəl Afrika savannasını keçən ilk hominidlər özlərindən daha


sürətli və daha güclü yırtıcılarla qarşılaşdılar. Müvəffəqiyyət əldə etmək
üçün heyvan qonşularımızdan mənimsədiyimiz limbik beyin yırtıcıların
üzərimizdəki üstünlüklərini aradan qaldırmaq məqsədilə strategiyalar
yaratmaqda idi. Bu strategiya və ya limbik sistemin ilk müdafrəedicisi
hansısa yırtıcı ilə qarşılaşarkən, yaxud digər təhlükə hallarında donma
reaksiyası vermək üçün istifadə olunurdu. Hərəkət diqqəti cəlb edir; limbik
beyin sağ qalmağımızı təmin etmək üçün bizi mümkün olan ən effektiv
tərzdə reaksiya verməyə təhrik edir. Bir çox heyvanlar, o cümlədən yırtıcılar
hərəkətə reaksiya göstərir və hərəkət tərəfindən cəzb olunurlar. Təhlükə ilə
üzləşərkən donub yerində qalma bacarığının mənası var. Ətyeyənlərin çoxu
hərəkət edən hədəflərin arxasınca gedir və ilk yırtıcılardan olan
əcdadlarımızın “izlə, pus və dişlə” mexanizmini işə salırlar.
Çox heyvan yırtıcı ilə qarşılaşarkən hərəkətlərini dondurur, hətta bəzən
ölü təqlidi belə edirlər - bu ən son donma reaksiyasıdır. Bu reaksiya
opossumlar (kisəli siçan növü) tərəfindən istifadə edilən strategiya olsa da,
bu üsuldan yararlanan yeganə canlı onlar deyil. Kolumbayn və Virciniya
Тек məktəbinə olan silahlı hücumun nəticələri şagirdlərin ölüm təhlükəsinə
qarşı donma reaksiyasına müraciət etdiklərini göstərir. Qatildən, sadəcə, bir
neçə addım məsafədə olmalarına baxmayaraq, xeyli şagird yerində
dayanmaq və özünü ölülüyə vurmaqla həyatda qalmışdı. Şagirdlər təsirli
gücə malik olan bu qədim davranışlan instinktiv olaraq mənimsəyiblər.
Hərəkətlərinizi dondurmaq sizi başqalan üçün, demək olar ki, görünməz edə
bilər. Bu hər bir əsgərin və SWAT komanda əməliyyatçısının öyrəndiyi bir
anlayışdır.
Beləliklə, donma reaksiyası ilk insandan müasir insana ötürülüb və bu gün
də dərk etdiyimiz təhdid və ya təhlükəyə qarşı birinci müdafiə xətti kimi
qalmaqdadır. Bu gün də böyük pişiklərin tamaşanın tərkib hissəsinə
çevrildiyi Las-Veqas teatr- larındakı nəhəng pişikkimilərə qarşı insanların
nümayiş etdirdiyi limbik reaksiyaları görə bilərsiniz. Pələng, yaxud şir
səhnəyə gətirilərkən qabaq sıralarda oturan insanların lazımsız qol və ya əl
hərəkətləri etməyəcəyinə əmin ola bilərsiniz. Oturacaqlarında hərəkətsiz
dayanacaqlar. Bu insanlar donub-qalmaqla bağlı bildiriş almayıblar, sadəcə,
beyin beş milyon ildən çoxdur təhlükə ilə qarşılaşarkən insan növünü bu cür
davranmağa hazırladığı üçün belə edirlər.
Müasir cəmiyyətimizdə donma reaksiyası gündəlik həyatımızın bir
parçası kimi daha incə şəkildə istifadə olunur. Bu davranışı insanlarda onlar
hədə-qorxu gələndə, oğurluq edəndə və yaxud bəzən yalan danışanda
müşahidə edə bilərsiniz. Təhdid qarşısında və ya ifşa təhlükəsi ilə üzləşəndə
И
əcdadlarımızın eynilə milyon il əvvəl etdiyini təkrarlayırıq: donub
yerimizdə qalırıq. İnsanlar olaraq yalnız biz deyil, ətrafımızda olan digər
canlılar da hətta təhlükəni görməsələr belə, bizim donma davranışlarımızı
təqlid etməyi və öz hərəkətlərini dondurmağı öyrəniblər. Bu təqlidçilik və
ya izopraksizm (bir hərəkəti olduğu kimi təkrar etmə) insan irqi daxilində
toplu şəkildə sağ qalma, eyni zamanda sosial harmoniya üçün önəmli
olduğuna görə təkmilləşmişdir (bax: qutu 8)
QUTU 8: ƏLLƏRİN "DONDUĞU" GECƏ
Bir neçə həftə əvvəl ailə üzvlərimlə birgə anamın evində idik.
Televizora baxa-baxa dondurma yeyirdim. Gecədən xeyli keçmiş kimsə
anamgilin zəngini çaldı (anamın nadirən qarşılaşdığı hal idi).
Dondurmamı yarı etmişdim ki, qəfildən böyük və uşaq olmasından asılı
olmayaraq, hər birimizin əli sanki xoreoqrafiya yaradırmış kimi
hərəkətsiz qaldı. Hər kəsin dəqiq bir şəkildə eyni vaxtda "parlaq əl
donması"nı görmək təəccüblü idi. Sən demə, ziyarətçimiz açarlarını
yaddan çıxaran bacım imiş. Amma, təbii ki, qapının zəngini çalanın o
olduğunu bilmirdik. Bu, dərk etdiyimiz təhlükəyə qarşı bir-biriylə əlaqəli
ictimai refleksin və Ük limbik reaksiyanın - "donma"nın bariz
nümunəsidir.
Müharibə zamanı əsgərlər də eyni reaksiyanı verirlər. "Açar əsgər"
donub-qalırsa, digərləri də eynisini edir; əlavə sözə ehtiyac yoxdur.

Bu donma hərəkəti bəzən “fənərə yaxalanmış maral” effekti də adlanır.


Qəfil potensial təhlükə ilə qarşılaşarkən hərəkətə keçməzdən əvvəl dərhal
donub yerimizdə qalırıq. Gündəlik həyatımızda sözügedən donma refleksi
bizdən asılı olmadan təzahür edir. Məsələn, küçə ilə hərəkət edən bir nəfər
qafil dayanır, bir çox hallarda əlinin içi ilə alnına vurur, geriyə qayıdır və
yanılı vəziyyətdə qoyduğu sobanı söndürmək üçün evinə tələsir. Bu bir anlıq
dayanma beyinin cəld dəyərləndirmə aparması üçün kifayətdir (fərqi
yoxdur, yırtıcı ilə qarşılaşma təhlükəsi olsun, yaxud unudulmuş bir şey).
İstənilən halda ağıl potensial təhlükəyə qarşı mübarizə aparmalıdır
(Novarro, 2007,141-163).
Təkcə fiziki və ya vizual təhlükə qarşısında donub-qalmınq, eyni zamanda
gecəyarısı qapı zənginin çalınması kimi eşitdiyimiz aural təhdidlər də
limbik sistemimizi hərəkətə keçirə bilər. Misal üçün, döyülərək
cəzalandırılarkən çox adam hərəkətsiz şəkildə durub baxır. Eyni davranış
hər hansı bir fərd özü üçün narahatlıq doğuracağını anladığı məsələlər
barədə sorğuya çəkilərkən də müşahidə olunur. Həmin şəxs stulda “ejektor
oturacağTnda imiş
kimi donub (Gregory, 1999).
Limbik donmanm oxşar təzahürünə intervü zamanı namizədlərin
nəfəslərini tutub saxlamaları və mənasız danışmaları formasında rast gəlinir.
Bir daha xatırlatmaq istəyirəm: bu, təhlükə zamanı verdiyimiz ən qədim
reaksiyalardan biridir. Sözügedən reaksiya, sadəcə, intervüyə xas olan bir
şey deyil, üzərində diqqətin olduğu hər bir kəsdə müşahidə edilə bilər. Tez-
tez intervü verənlərə rahat olmağı və müsahibənin ortasında dərindən nəfəs
almağı, yaxud duruşunu dəyişməyi demək məcburiyyətində qalıram, çünki
həmin şəxslərin necə güclə nəfəs aldıqlarından xəbərləri olmur.
Təhlükə qarşısında donma ehtiyacına misal olaraq; cinayət üzrə dindirilən
insanlar ayaqlarını bir nöqtədə sabitləyir (stulun ayaqlarının arasında öz
qıçlarını bir-birinə keçirir) və bu vəziyyəti uzun müddət saxlayırlar. Bu cür
davranışı gördüyüm zaman nəyinsə yolunda getmədiyini o dəqiqə
anlayıram; bu, ifşa olunma təhlükəsinə qarşı nümayiş etdirilən reaksiyadır.
Həmin şəxs yalan danışa bilər, çünki aldatma birbaşa ayırd edilə bilməz.
Ancaq həmin individualın qeyri-verbal davranışına görə nəyinsə onu
narahat etdiyindən əmin ola bilərəm. Bununla da suallar və ya qarşılıqlı
ünsiyyət vasitəsilə narahatlığının səbəbini öyrənə bilərəm.
Limbik beyinin donma refleksini dəyişdirmək üçün istifadə etdiyi bir
digər yol ifşa olunmağımızı azaltmaqla bizi qorumağa səy göstərməsidir.
Mağaza oğrularına diqqət edərkən tez-tez qarşılaşdığımız mənzərələrdən
biri oğruların, adətən, hərəkətlərini məhdudlaşdırmaqla və yaxud sanki
gözəgörünməz olmağa çalışırmış kimi bellərini bükərək öz fiziki
mövcudluqlarını gizləməyə çalışmalarıdır. Maraqlısı budur ki, bu hərəkət
onlan daha çox nəzərə çarpdmr, çünki bu, normal alıcı davranışından fərqli
bir davranışdır. Mağaza ətrafında dolaşan alıcıların əksəriyyətinin qollan
hərəkətli, bədənləri isə dik olur, nəinki bükülü. Psixoloji olaraq mağaza
oğrulan və ya dolabdakı şəkərburalan gizlicə oğurlamağa çalışan qızınız, ya
da oğlunuzun “açıq ərazi”də öz “cəhdləri”ni büruzə verməməyə
çalışmasının səbəbi ətraf aləmə hakim olma istəkləridir. İnsanların açıq
ərazidə gizlənmə cəhdinin digər yolu başlarının görünməsini azaltmaqdır.
“Tısbağa effekti” adlandırdığımız bu hal zamanı fərd çiyinlərini dikəldir,
başını isə önə doğru əyir. Məğlub olmuş futbol komandasının meydanı tərk
etməsini gözünüz önünə gətirin, söhbətin nədən getdiyini anlayacaqsınız
(bax: şək. 4).
Maraqlı və təəssüfedicidir ki, istismar olunan uşaqlarda da donma limbik
davranışlarına təsadüf edilir. Valideynləri və yaxud başqa yetkin şəxslər
tərəfindən istismar edilən uşaqların qolları hərəkətsiz yanlarına salınmış
olur və elə bil onlara görünməməyə kömək edəcəkmiş kimi göz
kontaktından qaçırlar. Bu üsul köməksiz körpələrin açıq ərazidə sağ qalma
vasitələridir.
"Tısbağa effekti" (çiyinlərin qulağa doğru qaldırılması),
adətən, insanlar təvazökar olan zaman və ya qəfil
özünə inamlarını itirərkən müşahidə olunur
Dartınma reaksiyası

Donma reaksiyasının birinci məqsədi təhlükəli yırtıcılar tərəfindən, yaxud


təhlükəli vəziyyətlərdə aşkarlanmaqdan yayınmaqdırsa, ikinci məqsəd
təhdid altında qalmış şəxsə vəziyyəti qiymətləndirmək və ən məqbul
davranış biçimini müəyyən etməkdir. Donma reaksiyası təhlükədən
qorunmaq üçün yetərli olmadıqda, yaxud ən yaxşı davranış biçimi
olmayanda (məsələn, təhlükə çox yaxın olarkən) ikinci limbik reaksiya -
dartınma reaksiyası bizi təhlükədən uzaqlaşdırmaq funksiyasını yerinə ye-
tirir. Təbii ki, bu seçimin məqsədi təhlükədən yaxa qurtarmaq, ya da ən
azından ondan uzaqlaşdırmaqdır. Həyata keçirilməsi mümkün olduğu
müddətcə qaçmaq, əlbəttə, arzuolunandır və beynimiz bir sağ qalma
mexanizmi kimi minilliklər ərzində bədənimizi buna adaptasiya etmişdir.
Digər tərəfdən, müasir dünyamızda vəhşi təbiətdə yox, şəhərlərdə
yaşadığımız üçün təhdidlərdən fiziki olaraq qaçaraq uzaqlaşmaq çətindir;
odur ki qaçma refleksimizi müasir ehtiyaclarımıza uyğunlaşdırmışıq.
Sözügedən davranışlar tam aşkar şəkildə sərgilənməsə də, eyni amala qulluq
edir (özümüzü arzuolunmaz şəxslərin və ya əşyaların mövcudluğundan
uzaqlaşdırmaq kimi).
Əgər hər gün etdiyiniz qarşılıqlı sosial əlaqələri düşünsəniz, böyük
ehtimalla özünüzü başqalarının istənməyən diqqətindən yayındırmaq üçün
etdiyiniz bəzi “əcaib” hərəkətləri xatırlayacaqsınız. Eynilə bir uşağın nahar
stolundakı bəyənmədiyi yeməklərdən imtina edərək masadan qalxıb çıxışa
yönəlməsi kimi, istənilən şəxs də xoşlamadığı birinə üz çevirə və ya onu
təhdid edən ünsiyyətdən boyun qaçıra bilər. Bloklama davranışları gözləri
bağlamaq, ovuşdurmaq və yaxud əlləri ilə üzü qapamaq formalarında
təzahür edə bilir.
Həmin davranışı həyata keçirən şəxs uzanmaqla, çantasını ətəyinin
üzərinə qoymaqla və ya yaxm çıxışa doğru yönəlməklə özünü uzaqlaşdıra
bilər. Bütün bu davranışlar limbik beyin tərəfindən idarə olunur və kiminsə
bir və ya daha çox şəxsdən, yaxud ətraf mühitdəki hər hansı qavranılmış
təhlükədən uzaq durmaq istəyindən xəbər verir. Bir daha təkrar edək,
milyon illərdir insanlar xoşlamadığı, yaxud onlara zərər verəcək cisimlərdən
uzaq durduğu üçün biz də günümüzdə bu davranışlardan istifadə edirik.
Odur ki əxlaqsız bir yığıncaqdan çıxışımızı sürətləndirir, mənfi münasibətlə
aramızda məsafə saxladır və yaxud xoşagəlməz hesab etdiyimiz, hətta qəti
şəkildə razılığa gələ bilmədiyimiz insanlardan uzaqlaşmağa çalışırıq (bax:
şək. 5)
İnsanlar razılığa gəlmədikdə, bir-birinin ətrafında olmaqdan
məmnun olmadıqda instinktiv olaraq geriyə doğru əyilirlər.
Birinin sevgilisindən ayrıldığı kimi, danışıqlar prosesində xoşagəlməz bir
təklif eşidən, yaxud təhlükə hiss edən fərd də həmkarından uzaqlaşa bilər.
Bloklama davranışları iş adamının gözlərini qapaması və ya ovuşdurması,
həmçinin əli ilə üzünü örtməsi formalarında da təzahür edə bilər (bax: şək.
6). O, stoldan və yaxud qarşısındakı individualdan arxaya doğru yaşlana,
ondan uzaqlaşa bilər (bəzən bu uzaqlaşma ən yaxın çıxışa doğru
istiqamətlənir). Bunlar aldatma davranışları deyil, əksinə, həmin şəxsin
özünü narahat hiss etdiyini göstərən siqnaldır. Bu qədim dartınma
reaksiyaları formaları məsafəni uzaqlaşdırma qeyri- verbal davranışlarıdır
və masada baş verən hadisədən sözügedən iş adamının razı qalmadığını
göstərir.

Göz bloklanması çox güclü narahatlıq, inamsızlıq


və ya narazılıq təzahürüdür.

Döyüşmə reaksiyası

Döyüşmə reaksiyası limbik beyinin aqressiya işlədərək həyata keçirdiyi


son sağ qalma taktikasıdır. Təhlükə ilə üzləşən insan donma vasitəsilə boyun
qaçıra bilmədikdə, uzaqlaşma və ya dartınma ilə özünü xilas edə bilmədikdə
yeganə alternativ variant döyüşmək olur. İnsan irqi digər məməlilər ilə birgə
özlərinə hücum edənlərlə döyüşmək üçün təkamül prosesində qorxunu
qəzəbə çevirmə mexanizmi yaratmışdır (Panksepp, 1998, 208). Müasir
dövrdə qəzəbimizdən istifadə etmək praktiki, hətta qanuni olmadığına görə
limbik sistem daha primitiv döyüş reaksiyalarından daha mürəkkəb digər
strategiyalar təkmilləşdirmişdir.
Müasir aqressiyanın formalarından biri mübahisədir. Mübahisə
termininin əsl mənasının, sadəcə, debat və ya diskussiyaya uyğun gəlməsinə
baxmayaraq, daha çox söz deyişməsini təsvir etmək üçün işlədilməkdədir.
Qızışmış mübahisə qeyri-fiziki anlamda “döyüşmə”dir. Təhqirlərdən
istifadə, ad hominem4 ifadələri, qarşıdurmalar, peşəkar ağırlığın rədd
edilməsi, təşviqetmə və sarkazm öz-özlüyündə döyüşmənin müasir
ekvivalentləridir, ona görə ki sadaladıqlanmızın hamısı müasir aqressiya
formalarıdır. Əgər bu haqda düşünürsünüzsə, tərəflərin aqressiv şəkildə iki
tamamilə zidd fikir barədə mübahisə etdiyi, müasir və sosial olaraq qəbul
edilən məhkəmə işləri də döyüşmə kimi şərh edilə bilər.
İnsanlar tarixin digər dövrlərinə nisbətən fiziki mübahisələrə az girişsə də,
döyüşmə hələ də limbik “cəbbəxanamız”ın bir hissəsidir. Bəzilərinin
digərlərindən zorakılığa daha meyilli olmalarına rəğmən limbik reaksiyamız
yumruqlama, təpikləmə və dişləmədən fərqli bir çox formada özünü
göstərir. Fiziki kontakt olmadan da aqressiv ola bilərsiniz, məsələn, sadəcə,
gövdəniz, gözləriniz vasitəsilə, sinənizi qabartmaqla və ya digərinin şəxsi
zonasını qəsb etməklə. Şəxsi zonamıza edilən təhdidlər fərdi olaraq limbik
sistemimizi hərəkətə keçirir. Maraqlıdır ki, bu zona qəsbləri kütləvi şəkildə
də limbik reaksiyalara səbəb ola bilər. Bir ölkənin digərinin ərazisinə
soxulması çox vaxt iqtisadi sanksiyalar, diplomatik əlaqələrin kəsilməsi və
hətta müharibə ilə nəticələnir.
Təbii ki, kimsə fiziki hücum həyata keçirmək üçün döyüşmə
reaksiyasından istifadə etdikdə onu müəyyənləşdirmək asan olur. Sizin agah
olmağınızı istədiyim üsullar isə bəzi insanların döyüşmə reaksiyası ilə
əlaqəli daha incə davranışlar nümayiş etdirdikləri o qədər də aşkar olmayan
üsullardır. Donma və dartınma reaksiyalarında gördüyümüz kimi müasir
ədəb qaydaları qorxan zaman ilkin meylilərimizdən çəkinməyi məsləhət
görür.
Ümumiyyətlə, insanlara şəxsən məqsədlərinə çatmaq naminə aq-
ressiyadan (verbal və ya fiziki) istifadə etməkdən çəkinməyi məsləhət
görürəm. Döyüşmə reaksiyası təhlükə ilə mübarizədə son çıxış yolu olduğu
kimi (donma və dartınma reaksiyalarının işə yaramadığı sübut olunduqdan
4
Argumentum ad hominem (lat.) - reaksiyanın hansısa fərdin arqumentlərinə deyil,
şəxsinə yönləndirilməsi
sonra), siz də mümkün olduqca ondan uzaq durmağa çalışmalısınız. Bu
məsləhətimin fiziki və qanuni səbəblərini bir kənara qoysaq, aqressiv taktika
emosional nizamsızlığa gətirib çıxarmaqla qarşılaşdığınız təhlükəli vəziyyət
haqqında düşünməyinizi və bütün diqqətinizi onun həllinə yönəltməyinizi
çətinləşdirəcəkdir. Emosional olaraq coşduğumuz zaman (“yaxşı” bir dava
bu coşqunluğu daha da alovlandıracaq) bu, effektiv düşünmə
qabiliyyətimizə mənfi təsir göstərir. Bu, limbik beyinin işlək olan bütün
serebral (beyinlə bağlı) mənbələrindən istifadə etməsi səbəbiylə koqnitiv
bacarıqların itməsinə görə baş verir (Goleman, 1995,27,204-207). Qeyri-
verbal davranışlan öyrənmənin ən yaxşı faydalarından biri də qarşmızdakı
şəxs sizə fiziki xəsarət yetirmək niyyətində olarkən sizi bəzən xəbərdar edə
bilməsi, potensial münaqişədən yayınmaq üçün sizə zaman
qazandırmasıdır.

KOMFORT/DİSKOMFORT VƏ SAKİTLƏŞDİRİCİLƏR

Köhnə “Star Trek” serialmdan hamımıza tanış olan ifadə ilə desək, limbik
beyinin “baş direktivi” bir növ kimi sağ qalmağımızı təmin etməkdir. O
btınu təhlükə və ya diskomfortdan qaçmaq və mümkün qədər təhlükəsizlik
və komforta can atmaq vasitəsilə təhlükəsizliyimizi təmin etmək üçün
proqramlaşdırılması yolu ilə edir. Bu sistem həmçinin bizə keçmiş
qarşılaşmalanmızdakı təcrübələri xatırlamağa və onlan inkişaf etdirməyə
icazə verir (bax: qutu 9). Beləcə, indiyə kimi limbik sistemin təhlükələrlə
mübarizə aparmaqda bizə necə səmərəli şəkildə kömək etdiyini gördük.
İndisə gəlin beynimizin və bədənimizin bizi necə rahatlatdığına və şəxsi
təhlükəsizliyimiz üçün bizə necə özgüvən verdiyinə baxaq.

QUTU 9: UNUTMAYAN BEYİN


Limbik beyin xarici aləmdən aldığı məlumatları qəbul edən və saxlayan
kompüter kimidir. Bu əməliyyatı həyata keçirərkən o, mənfi hadisələrin
və təcrübələrin (isti sobaya toxunarkən yanan barmağımız, yırtıcı insan və
ya heyvan tərəfindən hücuma məruz qalmaq, hətta mənfi rəylər), eyni
zamanda xoş qarşılaşmaların siyahısını tərtib edir və bunları qoruyub
saxlayır. Bu informasiyalardan istifadə edən limbik beyin bizə təhlükəli və
çox vaxt rəhmsiz olan dünyanı müşahidə etməyə imkan verir (Goleman,
1995,10-21). Misal üçün, bir dəfə limbik beyin hər hansı bir heyvanı
təhlükəli olaraq qəbul etdisə, bu təəssürat duyğusal yaddaşımıza
yerləşdirilib beləliklə də, gələn dəfə həmin heyvanı görəndə dərhal
reaksiya veririk. Eynilə əgər iyirmi il sonra "sinfimizin qoçusu" ilə
qarşılaşsaq, limbik beyinin köməyi ilə uzun müddət əvvəlki mənfi
hisslərimiz bir daha üzə çıxacaq.
Bizi incidən birini unutmağın, adətən, çətin olmasının səbəbi həmin
təcrübənin nəticə üçün deyil, reaksiya üçün tərtib edilmiş beynimizin bir
hissəsi olan daha primitiv limbik sistemdə qeyd olunmasıdır (Goleman,
1995, 207). Bu yaxınlarda heç vaxt xoş münasibətdə olmadığım biri ilə
qarşılaşdım. Bu şəxsi sonuncu dəfə dörd il əvvəl görsəm belə, limbik
reaksiyalarım illər öncə olduğu qədər neqativ idi. Beynim mənə bu şəxsin
digərlərindən sui-istifadə etdiyini xatırlatdı; bu artıq həmin şəxsdən uzaq
durmağım üçün xəbərdarlıq siqnalı idi. Haqqında danışdığımız eynilə
Qevin de Dekerin dərin mənalı kitabı "Qorxunun bəxşişində" ("The Gift of
Fear") haqqında danışdığı fenomendir.
Digər tərəfdən, limbik sistem müsbət hadisə və təcrübələrin (əsas
ehtiyaclarınızın ödənməsi, tərif və xoşagələn fərdlərarası münasibətlər
kimi) effektiv formada qeydə alınması, saxlanması üçün də çalışır. Deməli,
doğma və ya tanış bir simA ani reaksiyaya (həzz və komfort) səbəb olacaq.
Eyforiya hissinin köhnə dostumuzu görərkən, yaxud uşaqlıqda
duyduğumuz xoşagələn bir qoxunu hiss edərkən baş verməsinin səbəbi
bu qarşılaşmaların yaddaşımızın limbik sistemimizlə bağlı "komfort
zonası"nda qeyd olunmasıdır.

Komfort (rifah) hissi keçirdiyimiz zaman limbik beyin bu məlumatı


müsbət hisslərimizə uyğun şəkildə bədən dili formasında nümayiş etdirir.
Mehli bir gündə hamakda (asma yataq) uzanıb dincələn şəxsi müşahidə
edin. Həmin şəxsin bədəni beyinin ona verdiyi yüksək komfort nümayişi
sərgiləyəcəkdir. Digər tərəfdən, biz sıxıntılı olarkən limbik beynimiz mənfi
ruh halımızı əks etdirən qeyri-verbal davranışla ifadə olunur. Sadəcə, uçuş
ləğv olunduqda və ya təxirə salındıqda hava limanmda olan insanlara diqqət
yetirin. Onların bədənləri hər şeyi deyir. Odur ki hər gün gördüyümüz
komfort və diskomfort davranışlarına daha yaxından baxmalı və onlardan
hisslərə, düşüncələrə və niyyətlərə qiymət vermək üçün istifadə etməliyik.
Ümumiyyətlə, limbik beynimiz komfort halmda olarkən bu əqli və
psixoloji rifah, məmnuniyyət və yüksək inamın qeyri-verbal təzahürlərində
əks etdirilir. Lakin limbik beyin diskomfort halmda olduqda müvafiq bədən
dili simvolik stress və ya aşağı inam davranışları ilə xarakterizə olunur. Bu
“davranış qəlibləri” və yaxud şöyləntiləri sizə qarşmızdakı şəxsin nə
düşündüyünü və necə davrandığını müəyyən etməkdə və ya istənilən sosial
və yaxud işgüzar konteksdə digər insanlarla çalışarkən nə gözləməli
olduğunuzu bilməkdə yardımçı olacaq.

Sakitləşdirici davranışların əhəmiyyəti

Limbik sistemin donma, dartınma və döyüşmə reaksiyalarının qeyri-


verbal ünsiyyətə təsirini anlamaq hələ tənliyin birinci tərəfidir. Qeyri-verbal
davranışı öyrənərkən nə vaxt limbik reak siya varsa (xüsusilə mənfi və
yaxud təhlükəli hadisələrə qarşı), deməli, ardınca mənim sakitləşdirici
davranışlar adlandırdığım davranışlar da müşahidə olunacaqdır (Navarro,
2007,141-163).
Ədəbiyyatdakı uzlaşdırıcılara uyğun gələn bu hərəkətlər bizi xoşagəlməz,
yaxud çox iyrənc bir şeylə qarşılaşdıqda sakitləşdirməyə xidmət edir, özünü
“normal vəziyyət”ə qaytarmaq üçün beyin bədəni rahatlaşdıncı
(sakitləşdirici) davranışlar sərgiləməyə sövq edir. Bunlar real zamanda
oxunula bilən siqnallar olduğu üçün biz onlan dərhal və kontekstə uyğun
olaraq müşahidə və təyin edə bilirik.
Sakitləşdirmə növümüz üçün nadir rastlanan hal deyil. Məsələn, itlər və
pişiklər bir-birilərini sakitləşdirmək üçün yalayırlar, insanlar isə daha
mürəkkəb davranışlar nümayiş etdirir. Bu davranışların bəziləri açıq-aşkar,
bəziləri isə çox incə olur. Uşağın barmağını əmdiyini görən insanlann çoxu
bunun sakitləşdirici davranış olduğunu müəyyənləşdirməkdə çətinlik
çəkməyəcək, amma biz həmin komfort nümayişindən istifadə etmə yaşını
arxada qoyduqdan sonra özümüzü sakitləşdirmək üçün daha təmkinli və
sosial olaraq daha məqbul hesab edilən üsulları mənimsədiyimizin fərqinə
varmırıq (məsələn, saqqız çeynəmək, qələmi dişləmək kimi).
Bir çox insanlar daha incə sakitləşdirici davranışlan ayırd edə bilmirlər,
yaxud da bu davranışlann düşüncə və duyğularını ortaya çıxarmasındakı
əhəmiyyətindən xəbərsizdir. Bu, faciədir. Qeyri-verbal davranışları
oxumaqda, bizi sakitləşdirən hərəkətləri tanımaq və aşkara çıxarmaqda
səriştəli olmaq çox vacibdir. Niyə? Çünki sakitləşdirici davranışlar
qarşımızdakı insanın psixikası haqqında bizə çox şey deyir və bunu
inanılmaz dəqiqliklə edir (bax: qutu 10).
QUTU 10: ƏLLƏRƏ SÖZ KEÇMİR
Boyunun ardına toxunma və ya ovuşdurma ıtrəsxə cavab ola raq
sərgllədlylmlz ən önəmli və sıxlıqla İstifadə olunan sakitləşdlrlç|
davranışlardan biridir» Oxşar hallarda qadınlar daha çox gövdə lla boğazın
birləşdiyi sahəni ya qapayır, ya da sadəcə, hamin hissəyə toxunurlar.
Sözügedən ərazi Adəmin alması (hülqum) Ha döş sümü* yü arasındakı
"çuxur"dur və adətən, boyun batığı adlanır, (bax: şək, 8.) Əgər qadın
boynunun bu hissəsinə toxunursa, yaxud onu all İlə örtürsə, bu, böyük
ehtimalla onun narahatlıq, təhdid, diskomfort, təhlükə və ya qorxu hiss
etdiyini göstərir, Sözügedən hərəkət başqa duyğulara nisbətən fərdin
yalan danışmasını, yaxud da vacib blr məlumatı gizlətməsini göstərən
narahatlığı İfşa etmək üçün İstifadə edilə bilən əhəmiyyətli bir davranış
biçimidir,
Bir dəfə silahlı və təhlükəli blr fərarinin anasının evində gizləndiyini
düşündüyümüz blr istintaq Işl üzərində çalışırdıq. Bir həmkarım və mən
qadının evinə yollandıq. Qapını döydük, qadın bizim çox rahat şəklidə içəri
keçməyimizə İcazə verdi, Sənədlərimizi göstərdikdən sonra ona bəzi
suallar verməyə başladıq. "Oğlunuz evdədir?"-deyə soruşduğum zaman
qadın əlini boyun batığına doğru apardı və bizə: "Xeyr, o, burada deyil", -
deyə cavab verdi. Sözügedən əl davranışı o dəqiqə diqqətimi çəkdi.
Dindirməyə davam etdik, Blr neçə dəqiqə sonra ona belə bir sual
ünvanladım: "Siz işdə olarkən onun glzlincə evə girməsi mümkündürmü?"
Yenidən eyni hərəkəti təkrar edən ana: "Xeyr, belə bir şey olsa, bilərdim",
- dedi. Artıq oğlunun evdə olduğuna əmin idim, çünki yalnız mənim
"mümkünlük" sualımdan sonra o, əlini eyni nöqtəyə doğru aparmışdı.
Fərziyyəmin doğru olduğuna tamamilə əmin olmaq üçün qadınla
söhbətləşməyə davam etdim, getməyə hazırlaşanda isə son sualımı
verdim: "Deməli belə, artıq qeydlərimi tamamlaya bilərəm, oğlunu» zun
sizin evinizdə olmadığından əminsiniz, elə deyil?" Üçüncü dəfə əlini
boğazına doğru apardı və İlk cavabını təkrarladı. Artıq tamamilə əmin
İdim ki, qadın yalan danışır. Evi axtarmaq üçün icazə istədim və heç də
təəccüblü deyil kl, cinayətkar hansısa dolabda örtüklərin arxasında
gizlənmişdi. Qadın sevinməli idi ki, istintaqa mane olduğu üçün heç bir
cəza almadı. Polisə yalan danışmaqdan doğan narahatlığı limbik
sisteminin sakitləşdirici davranış sərgiləməsinə gətirib çıxardı. Limbik
beyin qadının əllərini hərəkətə keçirdi və bu da onu ələ verdi.
Boyun batığını qapamaq güvənsizlik, emosional diskomfort,
qorxu və narahatlıqdan xəbər verən sakitləşdirici davranışdır.
Boyunbağı ilə oynamaq da eyni məqsədə xidmət edə bilər

Qarşımdakı insanlar narahat olduqda, mənim dediyim və ya etdiyim bir


şeyə mənfi reaksiya verdikdə sakitləşdirici davranışlara əl atıb-
atmadıqlanna diqqət yetirirəm. Müsahibə zamanı bu cür hallar xüsusi suala,
yaxud rəyə cavab olaraq yarana bilər. Diskomfort (arxaya doğru əyilmə,
qaşları çatma və ya bir-birinə keçirilmiş, yaxud əzələləri dartılmış qollar)
göstəricisi olan davranışların ardınca, adətən, beyin sakitləşmək məqsədilə
əlləri hərəkətə keçirir (bax: şək. 8). Bu davranışlan qarşımdakı şəxsin
ağlında nə olduğunu anlamaq üçün istifadə edirəm.

Alını ovuşdurmaq şəxsin zehni olaraq nə iləsə


məşğul olduğunun, yaxud onda diskomfort
hissinin güclənməsinin göstəricisidir
Gəlin bir misalla izah edim: nə vaxt bir məsələ barədə: “Bilirsiniz, cənab
Hilman?” - deyə soruşsam, o mənə: “Yox”, - deyə cavab verir, amma sonra
dərhal ya boynunun ardına, ya da ağzına toxunur, beləcə onun ünvanladığım
suala cavab olaraq özünü sakitləşdirməyə çalışdığını anlayıram (bax: şək.
9). Onun doğru, yaxud yalan dediyinə əmin ola bilmərəm, çünki aldatmanı
müəyyən etmək həddən artıq çətindir. Digər tərəfdən, onun bu suala görə
narahat olduğunu, elə buna görə də sualı eşitdikdən sonra özünü
sakitləşdirməyə cəhd etdiyini görə bilirəm. Bu məni sualın arxasınca
“getməyə” sövq edir. Cinayət təhqiqatçısmm sakitləşdirici davranışlardan
agah olması çox vacibdir, ona görə ki bu davranışlar bəzən yalanın və gizli
məlumatın üstünün açılmasına kömək edir.

Boyuna toxunma emosional diskomfort,


şübhə və güvənsizlik hallarında
müşahidə olunur.

Sakitləşdirici ipuclarmı həqiqəti tapmağa səy göstərməkdən daha


əhəmiyyətli və etibarlı hesab edirəm. Onlar bir şəxsi hansı mövzuların dilxor
və narahat etdiyini müəyyən etməyə şərait yaradır. Bütün bu davranışlardan
xəbərdar olmaq bizə keçmişdə gizli qalmış və yeni baxış bucağı verə biləcək
məlumatları aşkar- lamağımıza gətirib çıxara bilər.
Sakitləşdirici davranışın növləri

Sakitləşdirici davranışlar müxtəlif formalarda olur. Gərgin olarkən


yumşaq bir masajla boynumuzu rahatlada, sifətimizi sığallaya və ya
saçımızla oynaya bilərik. Bütün bunlar avtomatik olaraq baş verir.
Beynimiz: “Lütfən, dərhal məni sakitləşdir”, - deyə mesaj göndərir və buna
dərhal cavab verən əllərimiz yenidən özümüzü rahat hiss etməyimizə səbəb
olan hərəkətlər sərgiləyir. Bəzən stressi azaltmaq üçün yanaqlarımızı
ovuşdurmaqla və yaxud dilimizlə içəridən dodaqlarımıza sürtməklə, hava
ilə doldurduğumuz ağzımızdakı havanı yavaş-yavaş buraxmaqla beynimizi
sakitləşdiririk (bax: şək. 10 və 11). Siqaret aludəçisi daha çox siqaret
çəkəcək, saqqız çeynəyən isə daha sürətlə çeynəyəcək. Bütün bu
sakitləşdirici davranışlar beyinin eyni tələbini yerinə yetirir; beyin sinir
uclarını təhrik edərək bədəndən nəsə etməsini tələb edir, bədənin haqqında
söhbət açdığımız həmin davranışları da sakitləşdirici endorfinlər buraxır,
beləliklə də, beyin sakitləşir (Panksepp, 1998,272).

Yanağa, yaxud üzə toxunma Dərindən nəfəs aldıqdan sonra


gərgin olarkən sakitləşdirmənin həmin havanı yavaş-yavaş
bir yoludur. buraxmaq stresdən qurtulmanın ən
geniş yayılmış vasitələrindəndir.

Mövzumuz baxımından onu da qeyd edim ki, mənfi bir stimula (çətin
sual, utandıncı vəziyyət və yaxud eşitdiyimiz, gördüyümüz, düşündüyümüz
nəyinsə nəticəsi kimi meydana gələn stress) cavab olaraq sifətə, başa,
boyuna, çiyinə, qola, ələ və ayağa edilən istənilən toxunuş sakitləşdirici
davranışdır. Bu zərbə dav- I ranışlan problemi həll etməyə kömək etməsə
də, bu vaxt ərzində I sakit qalmağımıza şərait yaradır. Başqa sözlə, bu
hərəkətlər bizi “yüngülləşdirir”. Kişilər sifətlərinə, qadınlar isə boyunlarına,
qiyafətlərinə, cəvahiratlanna, qollarına və saçlarına toxunmağa üstünlük
verirlər. Bütün bunlar həqiqi söylənti, yaxud, sadəcə olaraq, həddən artıq
gərgin davranış göstəriciləridir.
Sakitləşdiricilərə gəldikdə, qeyd etməliyəm ki, hər insanın fərdi olaraq
daha çox üstünlük verdiyi davranışlar mövcuddur; şəxslər bir-birindən fərqli
olaraq, saqqız çeynəməyi, siqaret çəkməyi, daha çox yeməyi, dodaqlarını
gəmirməyi, çənələrini ovuşdurmağı, üzlərinə vurmağı, əşyalan ilə (qələm,
karandaş, dodaq boyası və ya saat kimi) oynamağı, saçlarını dartışdırmağı
və yaxud dirsəklərini qaşımağı seçirlər. Bəzi sakitləşdiricilər daha incə ola
bilər - köynəyi sahmana salmaq, yaxud qalstuku düzəltmək kimi (bax: şək.
12)

Qalstuku qaydaya salma güvənsizlik və


diskomfort əlamətidir

Bu hərəkət həmin şəxs üst-başını qaydaya salırmış kimi görünə bilər,


fəqət, əslində, əlini bədəni boyunca hərəkət etdirib nəsə edirmiş kimi
davranmaqla o, gərginliyini aradan qaldırmaq istəyir. Bunlar da sonda
limbik sistem tərəfindən idarə olunan və stressə cavab olaraq nümayiş
etdirilən sakitləşdirici davranışlardır.
Aşağıda ən geniş yayılmış və aydın şəkildə ifadə edilən bəzi sakitləşdirici
davranışlarla tanış olacaqsınız. Onları gördüyünüz zaman dayanın və
özünüzdən soruşun: “Niyə bu şəxs özünü sakitləşdirməyə çalışır?”
Sakitləşdirici davranışla stressin törədicisi arasında əlaqə yaratmaq bacarığı
sizə qarşmızdakı insanın düşüncə, hiss və niyyətlərini daha dəqiq bir şəkildə
anlamaqda yardımçı olacaq.
Boyunla bağlı sakitləşdirici davranışlar

Boyuna toxunma və ya yüngülcə vurma stressə cavab olaraq


sərgilədiyimiz ən vacib və tez-tez istifadə edilən davranışlardan biridir.
Kimsə boynunun arxasını barmaqları ilə ovuşdura və yaxud masaj edə,
başqası isə çənənin altındakı ətli hissəni dartışdıra, yaxud da boynunun
yanlarını əli ilə sığallayırmış kimi sürtə bilər. Bu hissə sinir ucları ilə
zəngindir və biz oraya toxunduqda qan təzyiqi aşağı düşür, qəlb
döyüntüsünün tezliyi azalır, bunun nəticəsində də insan sakitləşir (bax: şək.
13 və 14).

Kişilər stresdən qurtulmaq Güvənsizlik və ya


üçün boğazlarını masaj edir və diskomfort hallarında kişilər
ovuşdururlar. Bu ərazi sinir ucları qadınlara nisbətən daha sərt
(o cümlədən azan siniri) ilə zəngin şəkildə boyunlarını əlləri ilə
olduğu üçün masaj edildikdə qəlb qapayırlar
döyüntüsü azalır.

Qeyri-verbal davranışları araşdırdığım onilliklər ərzində boyundan


sakitləşmək məqsədilə istifadə edərkən qadınlar və kişilər arasında gender
fərqləri olduğunu müşahidə etmişəm. Kişilər sakitləşdirici davranışlardan
istifadə zamanı, adətən, daha sərt olurlar; çənələrinin altından əlləri ilə bütöv
şəkildə tutmaqla boyun sinirlərini (xüsusilə azan sinirini) işə salırlar ki,
onlar da öz növbələrində qəlb döyüntüsünü azaldır və sakitləşdirici təsir
göstərir. Bəzən kişilər barmaqları ilə boyunlarının arxasına və ya yanlarına
yüngülcə vurur, yaxud da qalstuklarının düyünlərini, köynəklərinin
yaxalıqlarını qaydaya salırlar (bax: şək. 15).
Hətta boyuna xırda toxunuş belə əsəbilik
və diskomfortu yüngülləşdirməyə xidmət edə bilər.
Boyuna toxunma və masaj etmə stressi
yüngülləşdirməyin güclü və universal üsuludur

Qadınlar daha fərqli davranışlar nümayiş etdirirlər. Misal üçün, qadın


boynundan sakitləşmək məqsədilə istifadə edərkən, adətən, ona toxunur,
onu burur, yaxud da boyunbağı taxıbsa, onunla oynayır (bax: qutu 11). Daha
öncə xatırlatdığımız kimi, qadınların istifadə etdiyi digər bir vacib üsul əlləri
ilə boyun batığını örtməkdir. Qadınlar gərginlik, təhlükə, qorxu, təhdid və
həyəcan hiss edərkən əlləri ilə bu hissəyə toxunur və yaxud örtürlər.
Maraqlıdır ki, bir qadının hamilə olarkən əlini ilk öncə boynunun ardına
apardığının, sonradan fikrini dəyişdirərək qarnına qoyduğunun
(doğulmamış körpəsini qorumaq istəyirmiş kimi) şahidi olmuşam.

QUTU 11: SAKİTLƏŞDİRİCİ MEXANİZM


Masa arxasında mübahisə edən bir cütlüyə diqqət yetirin. Əgər qadın
boyunbağısı İlə oynamağa başlayırsa, bu onun böyük ehtimalla gərgin
olmasından xəbər verir. Digər tərəfdən, əgər barmaqlarını boyun batığına
doğru aparırsa, narahat olma, yaxud özünü təhlükədə hlssetmə
ehtimalları daha böyükdür. Əksər hallarda qadın sağ əlini həmin hissəyə
doğru apararkən eyni zamanda sol əli ilə sağ dirsəyini ovcu içinə alır.
Stresli hal başa çatarsa və yaxud diskussiyanın narahatlıq doğurucu
hissəsində fasilə yaranarsa, qadının sağ əli boşalacaq və sağ dirsəyini
tutan əlinin Üzərinə düşəcək. Hərgah vəziyyət yenidən kəskinləşərsə,
qadının əlləri təkrarən boyun batığına doğru qalxacaq. Aralıdan qolun bu
hərəkəti stress "sayğacı" və üzərindəki əqrəbə oxşayır - aşağıdan (qolun
üzərindən) boyun istiqamətində (şaquli) qalxır və stressin dərəcəsinə
uyğun olaraq geri qayıdır

Üzlə bağlı sakitləşdirici davranışlar

Üzə toxunma (və ya tumarlama) stressə verdiyimiz ən sıx reaksiyalardan


biridir. Alnı ovuşdurma, dodağı yalama, dodağa toxunma və sürtmə, baş və
şəhadət barmağı ilə qulaq mərcəyini (sırğa taxılan yumşaq hissə) dartma və
ya masaj etmə, üzü, yaxud saqqalı sığallama, saçla oynama kimi
davranışlann hamısı stres- li halla üzləşən şəxsin sakitləşməsinə xidmət edir.
Yuxanda xatırlatdığımız kimi, bəzi insanlar yanaqlannı hava ilə şişirməklə,
sonra isə bu havanı yavaş-yavaş buraxmaqla sakitləşirlər. Üzün çoxlu sinir
ucu ilə təchiz olunması buranı limbik sistemin özünü rahatlatması üçün ideal
yer halına gətirir.

Səslə bağlı sakitləşdirici davranışlar

Fit çalmaq sakitləşdirici davranış ola bilər. Bəzi insanlar şəhərin tanış
olmayan küçəsində, qaranlıq və tərk edilmiş dəhliz, yaxud yol boyunca
addımlayarkən sakitləşmək üçün fit çalırlar. Stress hallarında sakitləşmə
məqsədilə özləri ilə danışanlara da rast gəlinir. Mənim bir dostum
(hamınızın olduğuna əminəm) gərgin və ya dilxor olanda dayanmadan
danışır. Bəzi davranışlar hissetmə və eşitmə duyğularının birləşməsindən
əmələ gəlir - qələmi taqqıldatmaq, barmaqların qulunclarmı qırmaq kimi.

Həddən artıq əsnəmək

Bəzən stress altında olan individuallarm həddən artıq əsnədiyini görürük.


Əsnəmə təkcə “dərin nəfəsalma” forması deyil. Stress zamanı ağız quruyur
və əsnəmə tüpürcək vəzilərini işə salır. Gərginlik halmda ağızın daxilində
və çevrəsində olan müxtəlif “strukturlar” tüpürcək vəzilərinin qurumuş
ağıza nəmlik buraxmasına səbəb olur. Bu halda əsnəməyə səbəb yuxusuzluq
yox, stress olur.
Qıç təmizləmə

Qıç təmizləmə çox vaxt masanın altında həyata keçirildiyi üçün o qədər
də nəzərə çarpmayän sakitləşdirici davranış hesab olunur. Bu
yüngülləşdirici davranış zamanı şəxs əlinin (və ya əllərinin) iç hissəsini
qıçının (və ya qıçlarının) üzərmə qoyur, sonra isə əllərini ombanın
başlanğıcından dizə doğru sürüşdürür (bax: şək. 16).

Stresli və gərgin olan insanlar özlərini sakitləşdirmək məqsədilə


ovuclarını dizləri üzərində sürüşdürə bilərlər. Masanın altında
həyata keçirildiyi üçün, adətən, diqqətdən yayınsa da, bu,
diskomfort və gərginliyin qüvvətli əlamətidir.

Bəziləri “qıç silmə”ni bir dəfə etsələr də, bu davranış, yaxud da qıçların
yalnızca masaj edilməsi adətən təkrarlanır. Sözügedən davranış stress ilə
əlaqədar olaraq tərləyən əlləri qurutmaq üçün də edilə bilər, lakin ilk
növbədə gərginlikdən qaçmaq məqsədilə edilir. Bu qeyri-verbal davranışı
araşdırmağa dəyər, ona görə ki o, qarşınızdakı fərdin stress altında olduğunu
sübut edən etibarlı göstəricidir. Onu müşahidə etməyin və sınamağın yolu
bir və ya hər iki qolunu masanın altında gizləyən şəxsə göz qoymaqdır. Əgər
qarşınızdakı şəxs qıç silmədən istifadə edirsə, güman ki, əlləri qıçları
üzərində sürüşdükcə qolunun bazu hissəsinin və çiyinlərinin hərəkət etdiyini
görəcəksiniz.
Təcrübələrimə əsaslanaraq, qıç silməni çox önəmli hesab edirəm, çünki
o, mənfi hadisəyə ən cəld verilən reaksiyalardan biridir. Bu davranışı uzun
illər ərzində dindirinə zamanı şübhəlilərə maddi sübutlar (məsələn, özlərinin
varlığından xəbərdar olduqları cinayət anının fotoşəkilləri) təqdim
olunarkən müşahidə etmişəm. Bu silmə-sakitləşdirmə davranışları iki şeyi
birdən həyata keçirir: tərli ovucları qurudur və fiziki toxunuş vasitəsilə
beyini sakitləşdirir. Bu davranışı masa arxasında əyləşmiş cütlük
“çağırılmamış qonaq” tərəfindən narahat edilərkən və bir şəxs başqa birinin
adını xatırlamaq istəyərkən də görə bilərsiniz.
Polis dindirmələrində sorğulama başlayarkən meydana çıxan əl-ayaq
sakitləşdiricilərinə diqqət yetirin, sonra isə çətin suallara sıra gəldikdə bu
davranışların artıb-artmadığına fikir verin. Qıç silmələrin saymda və ya
əhəmiyyətindəki artım ünvanlanan sualın həmin şəxsdə narahatlığa səbəb
olmasının, ya yalan danışdığı üçün günahkarlıq psixologiyasına sahib
olmasının, ya da sizin söhbət açdığınız məsələ barəsində danışmaq
istəməməsinin göstəricisidir (bax: qutu 12).
Hər hansı qeyri-verbal davranış verdiyimiz suala müsahibimizin tələb
olunan cavabı verməkdə çətinlik çəkdiyi üçün də baş verə bilər. Odur ki
gözləriniz stolun altındakı qolların hərəkətində olsun. Haqqında
danışdığımız davranışı müşahidə etməklə xırda detalları necə görəcəyinizə
özünüz də təəccüblənəcəksiniz.

QUTU 12: FEYSBUKDAN “EYİB” BUKA


İş görüşməsi zamanı namizəd gələcək müdiri tərəfindən sorğu-sual
edilirdi. Müsahibənin sonuna doğru - namizədin İnternet şəbəkəsi və
onun zərərləri barədə danışmağa başlamasına qədər hər şey yolunda imiş
kimi görünürdü. İşə götürən bu fikirlərinə görə namizədi təqdir etdi və bir
çox orta məktəb məzununun İnternetdən yararsız məqsədlərlə istifadə
etdiyini, Facebook və digər oxşar şəbəkələrdə həyatlarının qarşıdakı
hissəsində utanmalarına səbəb olacaq şəkil və postlar paylaşdığına görə
öz təəssüfünü dilə gətirdi. Bu əsnada müsa- hibəçi namizədin masanın
altında əllərini dəfələrlə dizlərinə doğru sürüşdürdüyünü müşahidə etdi.
Həmin an heç bir söz söyləməyən işə götürən namizədə müsahibə üçün
təşəkkür edib, onu qapıya qədər ötürdü. Namizədin sakitləşdirici davra-
nışlarına görə şübhələri artan müdir kompüterin arxasına keçərək bu
cavan oğlanın Facebook profili olub-olmadığını yoxlamaq qərarına gəldi.
Təbii ki, var idi və heç də xoşagələn deyildi.
Qıç silmə barədəki bu ehtiyat qeydimi yadınızda saxlayın: bu davranış
çox vaxt aldatmağa çalışan insanlarda görünsə də, şəxsən bunu, sadəcə,
gərgin olan insanlarda da müşahidə etmişəm, odur ki qərar verməyə
tələsməyin (Frank et al., 2006, 248-249). Qıç silməni izah etmənin ən yaxşı
yolu bunun beyinin verdiyi sakitləşmə ehtiyacına verdiyi reaksiya olduğunu
bilməkdir; bunu həyata keçirən şəxsin davranış səbəbləri ardınca
araşdırılmalıdır.

Ventilyator (havalandırma)

Bu davranış şəxsin (adətən, kişinin) barmaqlarını köynəyinin yaxalığı ilə


boynunun arasına salaraq geyimi dəridən uzaqlaşdırma şəklində baş verir
(bax: şək. 17). Bu havalandırma fəaliyyəti stressə qarşı reaksiyadır və
qarşmızdakı şəxsin düşündüyü və yaxud başma gələn bir hadisə barəsində
kədərli olmasının göstəricisi ola bilər. Qadınlar bu hərəkəti koftalarının
önünü ha- valandırmaqla və ya boynunu havalandırmaq məqsədilə saçmı
yuxan qaldıraraq daha incə formada nümayiş etdirir.

Boyun nayihəsinin havalandırılması stressi və emosional


diskomfortu yüngülləşdirir. Komediya ustası Rodney Deyncerfild
hər hansı "hörmət" əldə edə bilmədikdə bu davranışı
sərgiləməsi İlə məşhurdur.
Özünü qucaqlamaq

Stresli hallarla üzləşərkən bəzi şəxslər qollarını bir-birinin üstündən


keçirərək üşüyürmüş kimi əlləri ilə çiyinləri istiqamətində sığallamaqla
beyinlərini sakitləşdirirlər. Bu sakitləşdirici davranışı sərgiləyən birini
izləmək öz övladını qucaqlayan ananı xatırladır. Bu özümüzü təhlükəsiz
hiss etdirmək istəyəndə sakitləşmək məqsədilə nümayiş etdirdiyimiz
qoruyucu və rahatladıcı hərəkətdir. Bununla belə, qollarını bir-birinin
üstünə keçirmiş, qabağa doğru əyilib sizə baxan biri ilə qarşılaşsanız, bunun
sakitləşdirici davranış olmadığını yadınızda saxlayın.

SAKİTLƏŞDİRİCİ DAVRANIŞLARDAN İNSANLARI DAHA EFFEKTİV


ŞƏKİLDƏ OXUMAQ ÜÇÜN İSTİFADƏ ETMƏK

Qeyri-verbal sakitləşdiricilər vasitəsilə qarşımızdakı şəxs barədə bilik


əldə etmək üçün riayət etməli olduğumuz bəzi təlimatlar var:
(1) Baş verən sakitləşdirici davranışı tanıyın. Sizi əsas sakitləşdirici
davranışlarla tanış etmişəm. Əgər bu bədən siqnallarını güdmək üçün əmək
sərf etsəniz, başqaları ilə ünsiyyət zamanı onlan müəyyən etmək çox asan
olacaq.
(2) Qarşmızdakı fərdin sakitləşdirici davranışlannm təməl nöqtəsini
(normal olduğu vəziyyəti) müəyyən edin. Bu yolla həmin şəxsin
sakitləşdirici davranışlanndakı artımı və ya tezliyi görə və ona uyğun
reaksiyalar verə bilərsiniz.
(3) Birinin sakitləşdirici əl hərəkətlərini gördükdə dayanın və özünüzdən
soruşun: “Onu bunu etməyə vadar edən nədir?” Artıq həmin adamın narahat
olduğunu bilirsiniz. Bir qeyri-verbal kəşfiyyat kollektoru kimi işiniz həmin
“nəyinsə” nə olduğunu tapmaqdır.
(4) Sakitləşdirici davranışların, demək olar, həmişə stresli hadisə baş
verdikdən sonra insanın sakitləşməsinə xidmət etdiyini dərk edin. Beləliklə,
ümumi prinsip olaraq qar- şınızdakı individual sakitləşdirici davranış
sərgiləyirsə, hansısa stresli hadisə və stimulun buna səbəb olduğunu fərz edə
bilərsiniz.
(5) Sakitləşdirici davranışla buna rəvac verən xüsusi stress törədicisi
arasında əlaqə yaratmaq bacanğı qarşılıqlı ünsiyyətdə olduğunuz şəxsi daha
yaxşı başa düşməyinizə kömək edə bilər.
(6) Müəyyən hallarda qarşmızdakı fərdin düşüncə və niyyətlərini daha
yaxşı başa düşmək üçün, həqiqətən də, nəsə demək lazım olduğunu dərk edə
və bunun onu
stressə soxub-soxmadığını (sakitləşdirici davranışlarda yüksəlmə
müşahidə olunduqda) görə bilərsiniz.
(7) Qarşmızdakı şəxsin bədəninin hansı hissəsindən sakitləşdirici vasitə
kimi istifadə etdiyinə diqqət yetirin. Yüksək stress daha çox üz və beyin
toxunuşlarına səbəb olduğuna görə bu təlimat çox vacibdir.
(8) Daha böyük stress və narahatlığın daha çox və aydın sakitləşdirici
demək olduğunu yadınızda saxlayın.
Sakitləşdirici komfort və diskomfort hallarına qiymət vermək üçün
möhtəşəm üsuldur. Başqa sözlə, bu davranışlar bizim limbik
reaksiyalarımızdakı “köməkçi oyunçular”dır. Digər tərəfdən, onlar
emosional durumumuzu və əslində, nə hiss etdiyimizi ortaya çıxaran
davranışlardır.

LİMBİK İRSİMİZ BARƏDƏ SONUNCU QEYD

Artıq bir çox insanın xəbərdar olmadığı məlumatlara sahibsiniz. Güclü


sağ qalma mexanizminə (donma, dartınma və döyüşmə) və streslə mübarizə
aparmaq üçün sakitləşdirici sistemə malik olmağımızdan xəbərimiz var. Bu
davranışlardan təkcə sağ qalmağımız və uğur əldə etməyimiz üçün yox,
həmçinin başqalannm hiss və düşüncələrini müəyyənləşdirməkdən ötrü
istifadə etdiyimiz üçün şanslıyıq.
Bu fəsildə həm də öyrəndik ki, bütün davramşlar (bəzi reflekslər xaric)
beyin tərəfindən idarə olunur. Beyin tavanmda yerləşən üç “beyin”dən
ikisini (düşünən beyin - neokorteks və daha avtomatik olan - limbik beyin)
və yerinə yetirdikləri rol baxımından bir-birindən necə fərqləndiklərini
müəyyən etdik. Hər iki beyin vacib funksiyalar yerinə yetirir. Bununla belə,
araşdırmamız baxımından limbik sistem daha əhəmiyyətlidir, çünki o ən
dürüst beyindir (həqiqi düşüncə və hissləri aşkaretmə baxımından ən önəmli
qeyri- verbal siqnallar ötürdüyü üçün) (Ratey, 2001, 147-242).
Artıq beynimizin dünyaya reaksiya vermə mexanizminin təməlləri ilə
tanış olduğumuza görə qeyri-verbal davranışları müəyyən və təsbit etmənin
asan olub-olmaması ilə məşğul ola bilərsiniz. Bu, tez-tez rastlaşdığım
sualdır. Cavabı isə həm “hə”, həm də “yox”dur. Bu kitabı oxuyan kimi bəzi
qeyri-verbal davranışlar nəzərinizə çarpacaq. Onlara baxmağınız üçün var
gücləri ilə bağıracaqlar. Digər tərəfdən, bədən dilinin daha incə və müşahidə
edilməsi daha çətin olan aspektləri də var. Limbik beyinin bədəndən ayırdığı
daha aydın və incə davranışlara diqqət yetirəcəyik. Vaxtlı-vaxtında və məşq
elətdirməklə onlan “deşifrə” etmək o qədər təbii hal alacaq ki, sanki adamla
qaynayan küçəni keçmək üçün yolların hər ikisinə baxırsınız. Bu bizi
körpünün o biri tərəfinə keçirir və növbəti fəsildə əsas diqqətimizi
yönəldəcəyimiz qıç və ayaqlara gətirib çıxarır.
ÜÇ

Bədən dilində "Ayaqları


üstündə durmaq"

Ayaq və qıçlarla bağlı qeyri-verbal davranışlar

Birinci fəsildə bədənimizin ən dürüst hissəsinin (qarşımızdakı insanın


həqiqi niyyətlərini ən çox ortaya çıxaran və bununla da onun nə
düşündüyünü dəqiqliklə əks etdirən qeyri-verbal siqnalları araşdırarkən əsas
bədən üzvü) hansı olduğu barədə sual vermişdim. Heyrət edəcəksiniz,
amma, bəli, bu, ayaqlardır. Doğru oxudunuz; ayaqlarımız qıçlanmızla birgə
ən dürüst bədən üzvü mükafatını qazanır.
İndi isə başqalarının ayaq və qıç hərəkətlərinə diqqət yetirməklə onun
duyğu və niyyətlərinə qiyməti sizə izah edəcəyəm. Əlavə olaraq masanın
altında həyata keçirilən davranışları birbaşa olaraq izləmədən nəyin baş
verdiyini aşkar edən “xəbərçi” işarətləri sezməyi öyrənəcəksiniz. Fəqət ilk
öncə sizinlə niyə ayaqlarınızın ən dürüst üzv olduğu məlumatını bölüşmək
istəyirəm; bunu bildikdən sonra siz nə üçün ayaqlarınızın insanların həqiqi
hiss və niyyətlərinin ölçüsü olduğuna daha yaxşı qiymət verəcəksiniz.

"AYAQ QEYDİ"

Milyon illərdir ki, ayaqlar və qıçlar insan irqinin bir yerdən başqa yerə
getməsi üçün əsas vasitədir. Manevr etməyimiz, təhlükədən xilas olmağımız
və sağ qalmağımız onların sayəsində mümkündür. Əcdadlarımız Afrika
çölləri boyunca dik (şaquli) gəzməyə başladığı dövrdən bəri ayaqlarımız
bizi dünyanın dörd bir yanma aparmışdır. Mühəndislik möcüzəsi olan ayaq-
larımız bizə qaçmaq, yerimək, dönmək, hiss etmək, fırlanmaq, müvazinəti
saxlamaq, təpik atmaq, dırmanmaq, oynamaq, yapışmaq və hətta yazmaq
imkanı verir. Hər nə qədər bəzi işlərdə əllərimiz qədər effektiv olmasa da
(əllərimizdə olduğu kimi bir qarmalayıcı baş barmağımız olmadığı üçün),
Leonardo da Vınçi söyləmişdir ki, ayaqlarımız və onların etdikləri incə bir
mühəndislik əsəridir (Morris, 1985,239).
Yazıçı və zooloq Dezmond Morris ayaqlanmızm nə düşündüyümüzü və
hiss etdiyimizi bədənimizin digər hissələri ilə müqayisədə daha doğru
şəkildə əks etdirdiyini müşahidə etmişdir. Ayaq və qıçlarımızın duyğuların
bu qədər dəqiq reflektorlan olmasına səbəb nədir? Milyon illər öncə,
insanlann hələ danışa bilmədiyi bir dövrdə ayaqlanmız və qıçlarımız şüurlu
düşüncəyə ehtiyac duymadan təhdidlərə dərhal reaksiya verirdi (isti qum,
qıvrılan ilanlar və dəhşətli şirlərə qarşı). Limbik beynimiz bizi, ehtiyac
olarsa, potensial təhlükədən qaçaraq uzaqlaşmağa, yaxud ona zərbə
endirməyə sövq edirdi. Dədə-babalanmızdan qalan bu sağ qalma refleksi
bizə çox yaxşı xidmət edib və etməkdə də davam edir. Həqiqətən də, bu
qədim reaksiyalarla bizə elə bağlıdır ki, bu gün də təhlükəli və ya narazılıq
doğuran nə iləsə qarşılaşarkən ayaqlarımız və qıçlarımız eynən qədim
dövrdə olduğu kimi reaksiyalar nümayiş etdirir. Əvvəlcə donur, sonra
uzaqlaşmağa çalışır və nəhayət, başqa alternativ qalmadıqda döyüşməyə və
zərbə endirməyə hazırlaşır.
Bu donma, dartınma və döyüşmə mexanizmi yüksək səviyyəli idrak
prosesi tələb etmir - reaktiv bir mexanizmdir. Bu vacib təkamülçü
inkişafdan həm fərdi oluraq, həm də qrup şəklində faydalanırıq. İnsan
qrupları eyni təhlükəni görməklə və ona eyni zamanda reaksiya verməklə,
ya da digərlərinin diqqət cəlb edən hərəkətlərinə reaksiya verməklə və ona
uyğun hərəkət etməklə həyatda qalır. Qrup təhdid altında olarsa, hamının
təhlükəni görüb-görməməsindən asılı olmayaraq, bir-birinin davranışlarını
müşahidə edən qrup üzvləri sinxron şəkildə reaksiya verə bilirlər, Müasir
dünyamızda patrulun əsgərləri bütün diqqətlərini "nöqtə adam"a (komandir,
başçı) yönləndirirlor, O, yolun digər tərəfinə doğru çəkilərsə, bütün əsgərlər
özlərini qorumağa çalışacaqlar. "Nöqtə adam" pusquda durmuq əmri versə,
hamı onun dediyinə əməl edəcək. Beş milyon il boyunca bu həyat qurtaran
qrup davranışlarında kiçik davranışlar olmuşdur.
Bu qeyri-verbal ünsiyyət qurma qabiliyyəti növ olaraq həyatda
qalmağımızı təmin edib və hətta bu gün qıçlarımızı geyimlə, ayaqlarımızı
ayaqqabı ilə örtsək belə, aşağı ətraflarımız hələ də təkcə təhdid və gərginlik
törədicilərinə qarşı deyil, eləcə də emosiyalarımıza həm mənfi, həm də
müsbət yöndə reaksiya verir. Deməli, ayaqlarımız və qıçlarımız nə
duyduqlarımız, düşündüklərimiz və hiss etdiklərimiz barədə məlumatlar
ötürür. Bu gün etdiyimiz rəqslər və aşağı-yuxrı hoppanmalar milyon illər
öncə insanların ovun uğurla tamamlanması münasibətilə nümayiş
etdirdikləri qeydetmə coşqusunun qalıqlarıdır. İstər Masai döyüşçülərinin
dayandığı yerdəcə havaya sıçraması olsun, istərsə də firtına kimi rəqs edən
cütlüklər; ayaqlar və qıçlar bütün dünyada xoşbəxtliyi ifadə etmənin bir
yoludur. Hətta futbol matçlarında ayağımızı eyni ahənglə yerə vuraraq hansı
komandanı dəstəklədiyimizi göstəririk.
Gündəlik həyatımızda bu “ayaq duyğuları”nın başqa nümunəsinə təsadüf
olunur. Məsələn, ayaqların dürüstlüyündən həqiqi bir dərs almaq
istəyirsinizsə, uşaqların ayaq və qıç hərəkətlərinİ diqqətlə izləyin. Uşaq
yemək üçün masa arxasında otura bilər, amma o, bayıra oynamağa getmək
istəyirsə, onun ayaqlarını necə salladığını və hətta yeməyini bitirməsə belə,
hündür stulundan ayaqlarını döşəməyə çatdırmaq üçün necə dartındığını
görə bilərsiniz. Valideyn onu yerində saxlamağa səy göstərə bilər, yenə də
uşağın ayaqları masadan uzaqda duracaq. Gövdəsi valideyn tərəfindən masa
arxasında saxlanılsa da, o, ayaq və qıçlarını qapıya doğru istiqamətləndirmiş
olacaq - bu hərəkətlər uşağın hara getmək istəməsini dəqiq şəkildə
xarakterizə edir. Bu, niyyətlə bağlı olan işarətdir. Yetişkin insanlar olaraq
bizlər, təbii ki, bu limbik nümayişlər zamanı daha ehtiyatlı olmağa çalışsaq
belə, əslində, uşaqlar kimi öz niyyətlərimizi büruzə veririk.

BƏDƏNİMİZİN ƏN DÜRÜST ÜZVÜ

Bədən dilini oxuyarkən əksər insanlar müşahidələrinə çox vaxt hədə-


qorxu gəlmək və həqiqi duyğulan gizlətmək üçün istifadə olunan üzdən
başlayır və sonra aşağıya doğru enir. Mənim yanaşmam isə tamamilə bunun
əksidir. Minlərlə FTB dindirməsində iştirak etmiş biri kimi bədən
hərəkətlərini müşahidə edərkən ilk öncə şübhəlinin ayaq və qıçlanna diqqət
yetirməyi, sonra isə üzünü oxumamışdan qabaq tədricən yuxanya doğru
nəzərdən keçirməyi öyrənmişəm. Dürüstlükdən söz açmışkən, ayaqdan başa
qalxdıqca həqiqilik azalır. Təəssüf ki, son altı ildə hüquq- mühafizə
ədəbiyyatı, o cümlədən bəzi müasir sorğular tərtib edərkən və insanları
oxumağa səy göstərərkən üzə diqqət etməyi dönə-dönə vurğulayırlar. Bu
oxumanı daha da mürəkkəbləşdirən məsələ müsahibəçilərin çoxunun
müsahiblərə ayaq və qıçlarım yazı masasmın altında gizlətməyə icazə
vermələridir.
Diqqət etsəniz, üz ifadələrinin aldadıcı təbiətə malik olmaları üçün əsaslı
bir səbəbin olduğunu görərsiniz. Kiçik yaşlarımızdan bəri təlqin edildiyi
üçün bu gün də yalan danışarkən üzümüzdən istifadə edirik. Qarşımıza
qoyulan yeməyə dürüst şəkildə reaksiya verəndə valideynlərimiz: “Üzünü
bu hala salma deyə”, - deyinirlər. “Xalan uşaqları gələndə heç olmasa
xoşbəxt görünməyə çalış”, - deyə təlimatlandırılırıq və beləcə zorla
gülümsəməyi öyrənirik. Əslində, valideynlərimiz və cəmiyyət sosial
harmoniya xatirinə üzümüzlə nəyisə gizlətməyi, kələk gəlməyi və yalan
danışmağı təbliğ edir. Təəccüblü deyil ki, bu məsələdə ailə yığıncaqlarında
çox xoşbəxt sima alacaq qədər ustalaşmışıq, sanki arvadımızın qohumları
üçün ürəyimiz gedir, əslində, onların tezliklə çıxıb getmələrini arzulayınq.
Bu barədə düşünün! Əgər üz ifadələrimizi idarə edə bilməsə idik, “poker
üzü" ifadəsinin nə mənası olardı?! Ziyafət üzü adlanan ifadəni nümayiş
etdirməyi çox gözəl bilirik, çox az insan (digər bədən üzvləri ilə müqayisədə
daha çox az) öz ayaq və qıçlarına nəzarət edə bilər. Əsəbilik, stress, qorxu,
gərginlik, qayğılılıq, sıxılma, hüzursuzluq, xoşbəxtlik, şadyanalıq, inciklik,
utancaqlıq, naz, təvazökarlıq, əfəllik, inam, itaət, depressiya, letargiya,
şuxluq, həssaslıq və qəzəb - hər biri ayaqlar və qıçlar vasitəsilə təzahür edə
bilər. Sevgililər arasında qıçların şüurlu şəkildə bir-birinə toxunması, yad
adamla qarşılaşan oğlanın utancaq ayaqları, qəzəbli duruş, ata olacağını
gözləyən şəxsin gərgin şəkildə addımlaması - bunların hamısı emosional
durumumuzdan xəbər verir və real zaman daxilində asanlıqla müşahidə
edilə bilər.
Ətraf aləmi “deşifrə” etmək və davranışları düzgün şəkildə izah etmək
istəyirsinizsə, ayaq və qıçlara diqqət yetirin; bu iki üzvümüz ötürdükləri
məlumat baxımından, həqiqətən də, təqdirəlayiq və doğruçudur. Qeyri-
verbal kəşfiyyat materialları toplayarkən aşağı ətraflarımız (ayaqlar və
qıçlar) bütövlükdə bədənimizin önəmli bir hissəsi kimi götürülməlidir.

AYAQ VƏ QIÇLARLA BAĞLI ÖNƏMLİ


QEYRİ-VERBAL DAVRANIŞLAR

Xoşbəxt ayaqlar

Xoşbəxt ayaqlar sevincdən yırğalanan və ya qalxıb-düşən ayaqlara verilən


addır. İnsanlar qəfil xoşbəxt ayaqlar nümayiş etdirirlərsə (xüsusilə vacib bir
şey eşitdikdən və ya gördükdən sonra baş verərsə), bu, eşitdiyi və ya
gördüyü hadisənin həmin şəxsə müsbət yöndə təsir etdiyinin göstəricisidir.
Xoşbəxt ayaqlar bir insanın istədiyi nəyisə əldə etdikdə, yaxud özündən
üstün statusa malik birindən nəsə qəbul edən zaman, yaxud da ətrafındakı
hər hansı bir individualdan və ya əşyadan nəsə əldə edərkən hiss etdiyi
yüksək inam işarətidir (bax: qutu 13). Uzun bir ayrılıqdan sonra bir-birini
görən sevgililər hava limanında qovuşan zaman xoşbəxt ayaqlar nümayiş
etdirəcəklər. Xoşbəxt ayaqlan görmək üçün masanm altına baxmağınıza
ehtiyac yoxdur. Sadəcə, həmin şəxsin köynək və çiyinlərinə baxmaq bəs
edər. Əgər qarşınız- dakı fərdin ayaqlan yırğalanırsa və yaxud qalxıb-enirsə,
onun köynəyi və çiyinləri silkələnəcək və ya yuxan-aşağı hərəkət edəcək.
Bunlar aydm şəkildə nəzərə çarpan davranışlar deyil, daha incə
davranışlardır. Lakin siz onlan diqqətlə müşahidə etsəniz, nəzərəçaıpan
olacaqlar.
Bunu özünüz üçün sınayın. Adam boyu bərabərində olan güzgünün
qarşısına bir stul qoyun və əyləşin, ayaqlarınızı yırğalamağa, yaxud endirib-
qaldırmağa başlayın. O dəqiqə çiyinlərinizin və köynəyinizin hərəkət
etməyə başladığını görəcəksiniz.

QUTU 13: XOŞBƏXT AYAQLAR – ŞİRİN AYAQLAR


Bir müddət əvvəl televiziyada poker turnirini izləyirdim və bir oğlanın
əlində flaş (güclü əl) olduğunu gördüm. Stolun altında ayaqları hərəkətə
gəlməyə başladı. "Disney World"ə getməyə tələsən uşağın ayaqları kimi
flaş ələ malik oyunçunun ayaqları da yırğalanır və qalxıb-enirdi.
Oyunçunun üzü əziyyət çəkirmiş kimi görsənirdi, masanın üzərində
görünən hissəsi də sakit idi, amma aşağı - döşəməyə doğru isə sanki
zəlzələ baş verirdi. Mənsə əlimi TV-yə uzadır, digər oyunçuların kartları
atıb oyundan çəkilmələrini tələb edirdim. Bədbəxtlikdən, onlar məni
eşitmirdilər, elə buna görə də hər iki oyunçu böyük məbləğdə mərc etdi
və pulların hamısını bu "gülləkeçirməz" ələ uduzdular. Görünür, qalib
gələn oyunçu simasına "poker üzü" verməyi öyrənmişdi. Digər tərəfdən,
poker ayaqları məsələsində, şübhəsiz, hələ çox yol getməlidir. Bəxti
gətirdi ki, bir çox insan kimi, onun rəqibləri də ömürlərini insan bədəninin
üçdəbir hissəsini gözardı edərək və orada görə biləcəyimiz bir sıra önəmli
qeyri-verbal söyləntilərə etinasız qalaraq keçiriblər.
Poker salonları xoşbəxt ayaqları görə biləcəyimiz yeganə yer deyil. Bu
davranışları görüşlər zamanı, toplantı otaqlarında müşahidə etmişəm. Bu
fəsli yazarkən hava limanında idim və yanımda oturan gənc bir ana
telefonla ailə üzvlərindən biri ilə danışırdı. İlk başda qadının ayaqları
hərəkətsiz dayanmışdı, lakin oğlu dəstəyi götürən kimi ananın ayaqları
coşqunluqla enib-qalxmağa başladı. Onun uşağına qarşı nə hiss etdiyini
və məqsədinin nə olduğunu deməsinə ehtiyac yox idi. Ayaqları bar-bar
bağırırdı. Kart oynamağınızdan, bizneslə məşğul olmağınızdan, yaxud
dostunuzla söhbət etməyinizdən asılı olmayaraq, xoşbəxt ayaqların
beynimizin düzgün bir şəkildə "Mən çox xoşbəxtəm" deyə hayqırmasının
ən dürüst yollardan biri olduğunu yadınızda saxlayın.

Digər bədən üzvlərini müşahidə edərkən stolun üzərindəki aşağı ətraf


davranışlarınızın bu xəbərçi işarətlərini diqqətlə izləməsəniz, onları gözdən
qaçırmış olacaqsınız. Fəqət zaman ayırmağa və əziyyət çəkməyə həvəsli
olsanız, bu işarətləri müəyyən edə biləcəksiniz. Xoşbəxt ayaqlardan effektiv
qeyri-verbal siqnal kimi istifadə edərkən əsas məsələ əvvəlcə qarşmızdakı
şəxsin ayaq hərəkətlərini (baza davranışlar barədə danışmışdıq) qeydə
almaq, sonra isə baş verən istənilən qəfil dəyişikliyə diqqət yetirməkdir
(bax: qutu 14).

QUTU 14: AYAQLARIN DİLİ


Nəhəng bir korporasiyanın insan resursları şöbəsinin müdiri Culi bank
işçiləri üçün təşkil etdiyim seminarların birindən sonra ayaq
davranışlarına diqqət yetirməyə başladığını dedi. Yeni aldığı bilikləri işinə
döndükdən bir neçə gün sonra tətbiq edib. "Xaricdəki işlər Üçün şirkət
işçiləri arasından uyğun namizədləri seçmək mənə tapşırılmışdı, - o izah
edirdi. - Bir potensial namizəddən xaricdə işləmək istəyib-istəmədiyini
soruşdum, o mənə yırğalanan xoşbəxt ayaqlarla cavab verdi və razılığını
bildirdi: "Bəli". Ancaq sonra gedəcəyi destinasiyamn Mumbay, Hindistan
olduğunu dediyim zaman hərəkətdə olan ayaqları qəfil dayandı. Qeyri-
verbal davranışındakı bu dəyişikliyi sezən kimi niyə getmək istəmədiyini
soruşdum. Namizəd heyrət edib həyəcanlı bir şəkildə soruşdu: "Necə
anladınız? Mən ki heç bir şey demədim. Başqa biri sizə nəsə dedi?"
Qadına adını çəkdiyim yerdən xoşu gəlmədiyini "hiss edə" bildiyimi
söylədim. "Haqlısınız, - təsdiq etdi. - Honkonqa gedəcəyimi zənn
etmişdim, orada dostlarım var". Namizədin Hindistana getmək istəmədiyi
ortada idi və ayaqlarının da buna heç bir şübhəsi yox idi".

Ehtiyatlılığın iki əsas səbəbini izah etməyimə icazə verin. Birincisi bütün
qeyri-verbal davranışlarda olduğu kimi xoşbəxt ayaqların həqiqi söylənti və
ya həddən artıq gərgin davranış nümayiş etdirdiyini müəyyən etmək üçün
kontekstə uyğun yanaşmaq lazımdır. Məsələn, əgər bir nəfər fiziki olaraq
əsəbi ayaqlara (dayanmayan ayaq sindromu) malikdirsə, onda xoşbəxt
ayaqları həmin şəxsin normal əsəb enerjisindən fərqləndirmək qeyri-
mümkün ola bilər. Xüsusilə qarşmızdakı şəxs vacib bir şeyə şahidlik
etdikdən və ya eşitdikdən sonra yırğalanmanın sıxlığı artarsa, onun daha
inamlı və işlərin indiki vəziyyəti ilə bağlı daha məmnun olduğunu hesab edə
bilərsiniz.
İkincisi, ayaq və qıçları hərəkətə gətirmək, sadəcə, səbirsizliyin
göstəricisi də ola bilər. Ayaqlarımız tez-tez səbirsizlənərkən, yaxud işlərin
tezləşdirilməsini istəyərkən yırğalanır. Şagirdlərlə dolu sinfə nəzər salın və
dərs boyunca ayaqlarının nə qədər dartındığını, silkələndiyini, hərəkət
etdiyini və təpik atdığını müşahidə edin. Dərsin qurtarmasına yaxın bu
hərəkətlər artır. Həmişə olmasa da, çox vaxt bu, xoşbəxt ayaqlar işarəsindən
çox səbirsizliyin və hadisələri sürətləndirmə istəyinin gözəl bir nümunəsi
ola bilər. Bu cür hərəkət dərslərimdə buraxma vaxtının gəldiyini göstərən
kreşendo (sürətlənmə, artma) halmı alır. Bəlkə də, tələbələr mənə nəsə
deməyə çalışırlar.

Ayaqlar istiqamətini bir şəxs və ya əşyadan


uzaq və yaxud həmin istiqamətə yönəldərsə

Xoşladığımız və razı qaldığımız şeylərə doğru (bura qarşılıqlı əlaqədə


olduğumuz insanlar da daxildir) yönəlməyə meyilliyik. Faktiki olaraq biz
bu məlumatdan başqalarının xoşbəxt olub-olmaması, yaxud bizim onlan tək
qoymağımızı istəyib- istəməməsini müəyyən etmək üçün istifadə edə
bilərik. İki qarşılıqlı ünsiyyətdə olan insana yaxınlaşdığınızı zənn edin.
Bunlar sizin əvvəl görüşdüyünüz şəxslərdir və siz də müzakirəyə qoşulmaq
istəyirsiniz. Odur ki onlara yaxınlaşaraq salam verirsiniz. Problem ondadır
ki, onların sizinlə, doğrudan da, söhbət etmək istədiyinə əmin deyilsiniz.
Bunu bilmək üçün yol var? Bəli. Həmin şəxslərin ayaq və gövdələrinin
hərəkətinə fikir verin. Əgər onlar gövdələri ilə birgə, gövdələri ilə də sizi
qəbul edirlərsə, onda salamlaşma tam və həqiqidir. Yox, əgər ayaqlarını
sizinlə görüşmək üçün hərəkət etdirmir, əksinə, təkcə ombalarını
döndərərək salamlaşırlarsa, onlan ikilikdə qoymağınız məsləhətdir.
Xoşlamadığımız və ya razılaşmadığımız şeylərdən uzaqlaşmağa
meyilliyik. Məhkəmə zalı davranışlan üzrə araşdırmalar göstərir ki, şahidi
bəyənməyən jüri üzvləri ayaqlarını ən yaxın çıxış istiqamətinə çevirirlər
(Dimitrius&Mazzarella, 2002,193). Beldən yuxarısı - hakimin lütfkar
siması şahidə doğru yönəlsə də, ayaqları təbii “qurtuluş yolu”
istiqamətindədir (dəhlizə və ya öz otağına açılan qapıya).
Məhkəmə zalında jürilər üçün doğru olan şey ümumi fərdlərarası
ünsiyyətdə də keçərlidir. Ombadan yuxarı söhbət etdiyimiz individualla
üzləşirik, amma gedən söhbətdən məmnun qalmadıqda ayaqlanmız
istiqamətini dəyişir və ən yaxın çıxışa doğru yönəlir, insanın ayaqlarını
çıxışa doğru yönəltməsi təbii azadlıq işarəsi və hal-hazırdakı mövqeyindən
uzaqlaşma arzusudur. Biri ilə söhbət edərkən onun tədricən və ya birdən-
birə ayaqlarını sizdən başqa istiqamətə yönəltdiyini görürsünüzsə, bu,
hərəkətə keçməyiniz üçün bir işarə olmalıdır. Nəyə görə bu davranış baş
verdi? Bəzən bu həmin şəxsin görüşə gecikməsindən xəbər verə bilər və o,
həqiqətən getməlidir, digər hallarda isə şəxsin sizinlə eyni mühitdə olmaq
istəməməsinin göstəricisidir. Böyük ehtimalla incidici bir söz işlətmiş və ya
narahatedici bir iş görmüsünüz. Haqqında danışdığımız istiqamətini dəyişən
ayaq davranışı qarşmızdakı fərdin sizdən ayrılmaq istəməsinin göstəricisidir
(bax: şək. 18). Beləliklə, davranışı doğuran vəziyyətə əsaslanaraq həmin
şəxsin niyə gərgin olduğunu təyin etmək sizə bağlıdır (bax: qutu 15).

QUTU 15: AYAQLAR NECƏ “ƏLVİDA” DEYİR


İki nəfər söhbət edərkən təbii halda "barmaq-barmağa" durur. Lakin
şəxslərdən biri yavaşca ayağını fərqli yönə çevirirsə, yaxud bir ayağını
dəfələrlə 90 dərəcə fərqli istiqamətə ("L" formasında - bir ayaq sizə tərəf
olarkən o biri yan tərəfə yönəlir) yönəldirsə, onun getmək istədiyinə və
ya başqa bir yerdə olmaq istəməsinə əmin ola bilərsiniz. Bu cür ayaq
davranışı niyyət işarətinin digər bir nümunəsidir (Givens, 2005, 60-61).
Şəxsin gövdəsi sosial ədəb qaydalarına uyğun olaraq, sizə doğru olacaq,
ancaq ayaqlar limbik beyinin qurtulma ehtiyacını və istəyini daha dürüst
şəkildə əks etdirə bilər (bax: şək. 18).
Bu yaxınlarda bir müştərimlə təxminən beş saat idi ki, söhbət edirdim.
Ayrılarkən həmin gün nələri əhatə etdiyimizi əks etdirdik. Hətta
ünsiyyətimizin çox kollegial olmasına rəğmən müştərimin sağ ayağını
məndən fərqli istiqamətə çevirdiyini müşahidə etdim (öz yoluna getmək
istədiyi aşkar idi). Elə bu vaxt dedim: "Siz həqiqətən getməlisiniz,
düzdür?" "Bəli, - deyə təsdiq etdi. - Çox üzr istəyirəm, kobudluq etmək
istəməzdim, amma Londona zəng vurmalıyam və cəmi beş dəqiqəm
qalıb". Bu, müştərimin dilinin və bədəninin çox hissəsinin müsbət
hisslərdən başqa bir şey nümayiş etdirmədiyi hal idi. Bununla belə,
ayaqları ən dürüst kommunikator kimi mənə dedi ki, müştərim nə qədər
qalmaq istəsə də, öhdəliyi onu "çağırır".
Ayaq uclarından biri söhbət zamanı başqa istiqamətə yönələrsə,
bu həmin şəxsin getməli olduğunun (eynilə həmin istiqamətə) işarətidir.
Bu qeyri-verbal duruş niyyət işarətidir
Dizi örtmək

Qıçların hazırkı vəziyyətini tərk etmək istəyən fərdlə əlaqəli məqsədli


yerdəyişmələrinin digər nümunələri də var. Oturaq vəziyyətdə olan şəxs iki
əli ilə iki dizini ovcu içinə alıbsa, ona diqqət yetirin (bax: şək. 19). Bu onun
beynində nə olduğunun göstəricisidir və görüşü bitirməyə, müsahibəni tərk
etməyə hazır olduğundan xəbər verir. Adətən, bu əl-dizlərdə jestini bədənin
önə doğnı əyilməsi, aşağı ətrafların stolun kənarlarına doğru dəyişməsi
izləyir (hər ikisi məqsədli hərəkətlərdir). Bu işarətləri sezirsinizsə (xüsusilə
bu davranışlar sizdən yüksək mövqeli şəxslər tərəfindən edilibsə), deməli,
ünsiyyəti sonlandırmağın vaxtıdır; gözüaçıq olun və vaxt itirməyin.

Dizləri ovucun içinə almaq və bədənin ağırlığını ayağa salmaq


insanın ayağa durmasından və getmək istəməsindən xəbər
verən niyyət işarətidir
Ayaqların qravitasiyaya qarşı
gələn davranışları

Xoşbəxt və həyəcanlı olarkən elə yeriyirik ki, sanki havada uçuruq. Bunu
bir-birinin yanında olduğuna görə gözləri heç nə görməyən sevgililərdə və
lunaparka daxil olmağa can atan uşaqlarda müşahidə etmək olar. Bu
davranışlar açıq-aşkar olsa da, hər gün ətrafımızda baş verən qravitasiyaya
qarşı gələn davranışlar diqqətimizdən yayınır.
Bir şey barədə həyəcanlı olarkən və yaxud olduğumuz şəraitlə əlaqədar
müsbət hisslər keçirərkən ayaqlarımızı yuxarı-aşağı yırğalamaqla və ya hər
addımda havaya sıçramaqla qravitasiyaya qarşı gəlirik. Bir daha xatırladaq
ki, bu bizim qeyri-verbal davranışlarımızda təzahür edən limbik beyindir.
Bu yaxınlarda telefonla danışan birinə göz qoyurdum. Telefona qulaq
asdıqca bayaqdan hərəkətsiz dayanmış sol ayağı öz mövqeyini dəyişdi.
Ayağın daban hissəsi yerdə qalsa da, qalan hissəsi havaya qalxdı, beləcə
ayaq barmaqları səmaya doğru “baxırdı” (bax: şək. 20). İnsanlann böyük bir
qismi üçün bu davranış nəzərə çarpmayan, gərəksiz və önəmsiz görünə
bilər, lakin təcrübəli müşahidəçi həmin qravitasiyaya qarşı çıxan ayaq
hərəkətinin telefonla danışan adamın nəsə sevindirici bir şey eşitdiyi
anlamına gəldiyini asanlıqla başa düşəcəkdir. Təbii olaraq yanından ötüb-
keçərkən onun “Doğrudan? Bu ki möhtəşəmdir!” dediyini eşitdim. Qadının
ayaqlan artıq səssiz-səmirsiz eyni şeyi qabaqcadan demişdi.
Barmaqların bu fotoşəkildəki kimi yuxarıya doğru qalxması,
adətən, qarşmızdakı şəxsin yaxşı əhvali-ruhiyyədə olduğundan,
yaxud müsbət bir şeyi eşitdiyindən və ya düşündüyündən xəbər verir.

Hətta öz yerində hərəkətsiz dayanarkən əhvalat danışan şəxs bəzi


nöqtələri vurğulamaq üçün daha yuxarı tullana bilər, özü də dəfələrlə.
Həmin şəxs bunu instinktiv olaraq edir; belə ki, bu qalxma davranışları çox
dürüst işarətlərdir və hekayəçinin əhvalatla bağlı həqiqi emosiyalarını ifadə
edir. Onlar real zaman daxilində hekayə xətti ilə paralel ortaya çıxır və
hekayəçinin sözləri ilə duyğulan arasındakı uyğunluğu göstərir.
Ayaqlarımızı sevdiyimiz mahnının ritmi və temposuna uyğun olaraq hərəkət
etdirdiyimiz kimi, ayaq və qıçlarımızı da dediyimiz müsbət bir şeyə uyğun
olaraq hərəkətə gətirəcəyik.
Maraqlıdır ki, ayaq və qıçların qravitasiyaya müqavimət göstərən
davranışlan klinik depressiyadan əziyyət çəkən insanlarda nadir hallarda
müşahidə olunur. Onun bədəni emosional durumunu nümayiş etdirir. Odur
ki həyəcanlı insanlarda daha çox qravitasiyaya müqavimət göstərən
davranışlan görə bilərik. Qravitasiyaya qarşı gələn davranışlar saxtalaşdmla
bilər (bəlkə də, usta yalançılar və böyük aktyorlar tərəfindən). Amma adi
insanlar limbik davranışlan necə tənzimləməyi belə bilmirlər. İnsanlann
limbik reaksiyalanm və ya qravitasiyaya qarşı gələn davranışlarını idarə
etmə cəhdi “süni” görünür. Ya çox passiv görünürlər, ya da situasiyanı
kifayət qədər təsirli şəkildə əks etdirə bilmirlər. Saxta qol salamlaşması
qəbuledilməzdir (Amerika kinolannda gördüyünüz çiyin-çiyinə vurmaq).
Bu ona görə saxta görünür ki, qollar havada uzun müddət qalmır və çox vaxt
dirsəklər bükülü olur. Sözügedən jestin saxta olması ilə bağlı şübhə yeri
yoxdur. Həqiqi qravitasiyaya müqavimət göstərən davranışlar isə, adətən,
qarşınızdakı şəxsin pozitiv emosional durumunun müəyyənedicisi olur və
təbii görünür.
Açıqgözlü müşahidəçi üçün çox faydalı ola biləcək qravitasiyaya qarşı
çıxan davranışlardan biri başlanğıc vəziyyəti kimi tanmır (bax: şək. 21)

Ayaqların hərəkətsiz haldan "başlanğıc vəziyyəti"nə keçməsi həmin şəxsin


getmək istədiyindən xəbər verən niyyət işarətidir.
Bu, qarşmızdakı adamın ayaqlarını dabanını yerdən qaldıraraq ağırlığını
pəncəsinə salması ilə hərəkətsiz vəziyyətdən hazır və ya “hərəkət
vəziyyəti”nə gətirməsi ilə xarakterizə olunan davranışdır. Həmçinin həmin
şəxsin ayaqla həyata keçirilən hər hansı fiziki hərəkəti etməyə hazırlaşdığını
göstərən ipu- cudur. Müşahidəniz altında olan adam sizi daha maraqlı bir
şeylə cəlb etmək, ya da sadəcə, tərk etmək istəyir. Bütün qeyri-verbal
söyləntilərdə olduğu kimi, bir dəfə qarşmızdakı fərdin nəsə etməkdə
olduğunu öyrəndinizsə, kontekstə və nəyin baş verəcəyini ən yaxşı şəkildə
qiymətləndirmək üçün həmin şəxs haqqında nə qədər etibarlı olduğunuza
etibar etməlisiniz.

Qıç genişlənməsi

Ən səhvsiz və asanlıqla müşahidə edilə bilən ayaq və qıç davranışları


ərazi təzahürləridir. İnsanlar və bir çox digər məməlilər stresli və kefsiz
olarkən, təhdid edildikdə və ya tam tərsinə, başqalarını təhdid edərkən ərazi
təzahürlərinə əl atırlar. Hər bir halda onların nümayiş etdirdiyi davranışlar
düşdükləri vəziyyətdən və ərazini yenidən idarə etməyə səy göstərmə
cəhdlərindən xəbər verəcəkdir. Hüquq-mühafizə və hərbi personal bu
davranışlardan tez-tez istifadə edir, çünki məsul olmağa vərdiş ediblər.
Bəzən onlar bir-birini ötüb-keçməyə çalışa bilərlər. Və bu halda daha çox
əraziyə sahib olmaq üçün instinktiv cəhdlə hər bir şəxsin daha geniş ərazi
tutaraq həmkarına üstün gəlmək istəməsi gülünc görünür. İnsanlar
ziddiyyətli hallarla qarşılaşarkən ayaq və qıçlan təkcə müvazinəti daha asan
şəkildə saxlamaq üçün deyil, həm də daha geniş ərazi tutmaq üçün yayılır.
Bu davranış diqqətli müşahidəçiyə ən azı baş verməkdə olan məsələlər və
yaxud potensial real narahatlığın olacağı barədə əsaslı ismanc verir. İki fərd
arasında narazılıq olarkən ayaqlannın bir-birinin üstünə keçdiyini, beləcə öz
tarazlığını pozduğunu görə bilməzsiniz. Limbik beyin bunun həyata
keçməsinə, sadəcə olaraq, icazə verməyəcək.
Əgər bir individualm ayaqlannın bir yerdə, olduğu haldan genişlənərək
tamamilə ayrıldığına şahid olursunuzsa, həmin şəxsin tədricən kefinin
pozulduğuna tamamilə əmin ola bilərsiniz. Bu hərəkət açıq şəkildə deyir:
“Nəsə yolunda deyil və mən bununla mübarizə aparmağa hazıram”. Ərazi
ilə bağlı qıç genişlənmələri potensial əsəb partlamasından xəbər verir; odur
ki bu cür davranışı müşahidə və istifadə etməyinizdən asıh olmayaraq,
mümkün narahatlığa qarşı hazır vəziyyətdə olmalısınız.
Mübahisə qızışdıqca insanlar, adətən, daha yayxanmış duruş şəkli
aldıqlarına görə icraedicilərə hüquq-mühafizə işçilərinə ziddiyyəti aradan
qaldırmağın bir yolunun bu cür ərazi təzahürlərindən uzaq durmaq olduğunu
deyirəm. Qarşılıqlı məlumat mübadiləsi zamanı yayxanmış qamət halmda
olduğumuzun fərqinə varan kimi qıçlarımızı birləşdirməyimiz ziddiyyət
səviyyəsini aşağı salacaq və gərginliyi azaldacaq.
Bir neçə il əvvəl seminar vaxtı auditoriyada olan bir qadın keçmiş həyat
yoldaşının mübahisə zamanı evin girişində dayanaraq ayaqlannı aralı
qoyduğunu və çıxışı kəsdiyini dedi. Bu heç də xoşagələn davranış deyil,
vizual və viseral (daxili orqanlarla bağlı) şəkildə rezonans doğurur və idarə
etmək, hədə-qorxu gəlmək, təhdid etmək üçün istifadə oluna bilər. Faktiki
olaraq yırtıcılar (psixopatlar və antisosiallar) bu qıç genişləndirmə və göz
zilləmə davranışlanna başqalarını idarə etmək məqsədilə əl atırlar. Bir dəfə
bir məhbus mənə dedi: “Burada hər şey duruşla - necə dayanmağımız və
necə görünməyimizdən asılıdır. Bir anlıq belə olsun heç birimiz zəif görünə
bilmərik”. Hər yerdə qarşılaşa biləcəyimiz yırtıcı ehtimalına qarşı
qamətimizin və duruşumuzun necə olduğundan xəbərdar olmalıyıq.
Əlbəttə, qıçları aralı tutmanın xeyrinizə işlədiyi vaxtlar da (xüsusən
başqalarına səlahiyyət vermək və ya yaxşı məqsədlə onlan nəzarətdə
saxlamaq istədikdə) ola bilər. Qadm hüquq- mühafizə məmurlarına vəzifə
başmda başıpozuq izdihamla mübarizə apararkən daha sərt dayanmaq üçün
qıçlan geniş tutmadan istifadə etməyi öyrətməli idim. Ayaqlarım bir yerdə
saxlamaq (mütilik kimi dərk edilir) əleyhdara yanlış siqnal göndərir.
Ayaqlannı aralamaqla qadm işçilər daha əzəmətli görünə bilirlər. “Başçı
mənəm” duruşu daha avtoritar dərk ediləcək və beləliklə də, itaətsiz şəxsləri
idarə etməkdə daha effektiv olmalarına kömək edəcək. Siqaretlə bağlı
narazılığınızı azyaşlı övladınıza səsinizi qaldırmaqla yox, ərazi
təzahüründən istifadə etməklə çatdıra bilərsiniz.

Ərazi iddiası

Qıçların genişlənməsi və ərazi iddialanndan danışarkən insanlarda və


heyvanlarda şəxsi zonadan istifadəni təsdiq etmiş Edvard Holun əsərini
tanımalıyıq. Araşdırmalarında ərazi öhdəliyi adlandırdığı şəxsi zonamızla
bağlı ehtiyaclarımızı sə-
nədləşdirməyə müyəssər olmuş yazıçı bunu proksimika kimi qələmə
almışdır (Hall, 1969). Hol sübut etdi ki, sosial-iqtisadi və iyerarxik cəhətdən
üstün olan insanlar daha geniş əraziyə iddia edirlər. O həm də gördü ki,
gündəlik fəaliyyətində daha çox zonanı əhatə edən insanlar daha özündən
əmin, inamlı və təbii ki, daha yüksək statusa malik olurlar. Bu fenomen
insanlıq tarixi boyunca bir sıra sivilizasiyalarda nümayiş etdirilib. Yeni dün-
yaya gəlib çatan ispan işğalçıları buna şahidlik ediblər. Burada onlar kraliça
İzabellanm sarayında gördükləri ərazi təzahürlərini yerli amerikalılarda da
gördülər; bu nəticəyə gəlmək olar ki, imtiyaz təbəqə hər bir ölkədə əmr verə
bilir və daha geniş zonaya
sahiblənir (Diaz, 1988).
GEO-lar, prezidentlər və yüksək mövqeli individuallar daha geniş ərazi
iddia etmək iqtidarında olsalar da, geri qalanlarımız üçün bunu etmək elə də
asan deyil. Bununla belə, hər birimiz ölçüsündən asılı olmayaraq, şəxsi
zonamıza qarşı çox mühafizəkarıq. İnsanların bizə çox yaxın durmasını
xoşlamırıq. Öz araşdırmasında Edvard Hol göstərir ki, hər birimiz Holun
proksimika adı verdiyi mənşə etibarilə həm fərdi, həm də mədəni əsaslı zona
tələbinə malikik. Başqaları bu zonam keçərkən stress göstəricisi olan güclü
limbik reaksiyalar veririk. Şəxsi zonamızın pozulmaları çox diqqətli
olmağımıza gətirib çıxarır; nəbz atışla- rımız güclənir və biz qızarmağa
başlayırıq (Knapp&Hall, 2002, 146-147). Sadəcə, birinin sizə yaxm olduğu
zaman necə hiss etdiyinizi düşünün; fərqi yoxdur, çoxlu adam olan
liftdəsiniz, yoxsa ATM aparatının qarşısında növbə gözləyirsiniz. Bu ərazi
“məsələlərini sizə çatdırdığıma görə gələn dəfə kimsə sizə çox yaxm
dayananda, yaxud siz kiminsə şəxsi zonasını pozduqda baş verə biləcək
mənfi limbik reaksiyadan xəbərdar olacaqsınız.

Yüksək komfortdan doğan ayaq va qıç təzahürləri

Qıç və ayaqların diqqətli müşahidəsi sizə ətrafınızdakı insanların yanında


nə dərəcədə rahat olduğunuzu müəyyənləşdirməyə kömək edə bilər.
Ayaqlarını bir-birinin üstünə aşırma ətrafı- mzdakı şəxslə özünüzü nə qədər
rahat hiss etdiyinizin çox dəqiq göstəricisidir (bax: şək. 22).
Adətən, özümüzü rahat hiss edərkən ayaqlarımızı
bu cür saxlayırıq. Xoşlamadığımız birinin gəlməsi ilə
ayaqlarımız da normal vəziyyətinə qayıdacaqdır

Həmçinin başqalannm yanında ayaqlanmızı aşırmağımız əminliyimizdən


xəbər verir (əminlik rahatlıqdan doğur). Bunun nəyə görə bu qədər dürüst
və açıqlayıcı aşağı ətraf davranışı olduğunu gəlin nəzərdən keçirək. Ayaq
üstə durarkən bir ayağınızı o birinin qarşısına qoyursunuzsa, tarazlığınızı
ciddi şəkildə azaldirsiniz. Təhlükəsizlik baxımından müvazinətinizi, demək
olar ki, bir ayağınızın üzərində saxladığınıza görə real təhlükə yaranarsa, nə
donma, nə də dartınma reaksiyalarından istifadə edə bilməyəcəksiniz. Bu
səbəbdən də limbik beyin biz yalnız özümüzü rahat və güvəndə hiss edərkən
bu davranışı sərgiləməyimizə icazə verir. Əgər bir nəfər liftdə təkbaşına bir
ayağını digərinin önünə qoyaraq dayanıbsa, yad bir adam liftə minən kimi
qıçlarını normal vəziyyətə gətirəcək və ayaqlarını bərkdən döşəməyə sıxa-
caq. Bu, limbik beyinin “Risk edə bilməzsən, potensial təhlükə və problemə
qarşı bu dəqiqə mübarizə aparmalısan, hər iki ayağını döşəməyə möhkəm
bas!” deməsinin göstəricisidir.
İki kolleqanın söhbət əsnasında bir ayağını digərinin önünə qoyaraq
dayandığını görürəmsə, onların rahat olduğu qənaətinə gəlirəm. Əwəla, bu,
iki şəxsin bir-birinin hərəkətini təqlid etdiyini göstərir (rahatlıq göstəricisi
izopraksizm kimi tanmır), ikincisi, qıçlardan birinin digərinin önünə
keçməsi komfort əlamətidir (bax: şək. 23).
Bu “qıç keçirmə” davranışları fərdlərarası əlaqələrdə həmsöhbətinizə
aranızdakı hər şeyin qaydasında olduğunu (o qədər rahatsınız ki, onun
yanında müvazinətinizi belə pozursunuz) göstərmək üçün istifadə olunur.
Əlavə olaraq onu da qeyd edim ki, qıçları bir-birinin önünə keçirmə müsbət
duyğunu ifadə etməyin bir yoludur.
Bu yaxınlarda Koral Qeybls, Floridada bir yığıncaqda iştirak edirdim,
orada hər ikisi haradasa altmış yaşlarında olan iki qadınla tanış oldum.
Tanışlıq zamanı qadınlardan biri bir ayağım digərinin önündən keçirdi və
bir ayağı üstündə rəfiqəsinə doğru yaşlandı. Mən dedim: “Xanımlar, siz
uzun müddətdir bir-birinizi tanıyırsınız, elə deyil?” Hər ikisinin gözləri və
siması birdən-birə dəyişdi və biri bunu necə bildiyimi soruşdu.
“Baxmayaraq ki, mənimlə birinci dəfə idi (yad kimi) görüşürdünüz, biriniz
ayağınızı o birinin önünə keçirdiniz.

Söhbət edən iki insanın qıçlarını bu cür saxlaması bir yerdə


olduqları üçün çox məmnun olmalarının əlamətidir.
Əgər bir-birinizi sevməmiş və ya güvənməmiş olsa idiniz, bu hərəkət
qəribə görünərdi”. Hər ikisi gülümsədi və biri: “Düşüncələri də oxuya
bilirsiniz?” - deyə soruşdu. Mən güldüm və “Xeyr”, - deyə cavab verdim.
Onlann uzunmüddətli dost olmalarına necə qərar verdiyimi izah edəndən
sonra qadınlardan biri 40-cı illərdə Kubada ibtidai sinfə gedəndən bəri bir-
birini tanıdıqlarını etiraf etdi. Bu hadisə bir daha “qıç keçirmə”nin insan
hisslərinin dəqiq barometri olduğunu sübut etdi.
Qıçlan keçirmənin maraqlı bir xüsusiyyəti var. Adətən, bu davranışı çox
sevdiyimiz adamm xeyrinə instinktiv olaraq sərgiləyirik. Başqa sözlə,
qıçlanmızı elə şəkildə keçiririk ki, sevdiyimiz insana doğru əyilir. Çoxuşaqlı
ailələrdə valideynin ayaqlarından birini digərinin önündən keçirərək
uşaqlardan biri istiqamətinə əyilməsi hallanna təsadüf olunur (bu həmin
uşağı üstün tutduğu anlamına gəlir).
Bəzən hərəkətə keçmək niyyətində olan cinayətkarların polis yanlarından
keçərkən divara söykənib bir ayağını digərinin qarşısına qoyaraq “kul”
görünməyə çalışdıqlarından agah olun. Həmin cinayətkarlar, adətən, bu
davranışı çox saxlaya bilmirlər, çünki sözügedən davranış limbik beyinin
duyduğu təhlükəyə ziddir. Gözüaçıq və təcrübəli polislər bu fərdlərin rahat
deyil, təşviş içində olduqlarını görə bilər, amma səriştəsiz insanlar üçün bu,
səhvən həqiqi qəbul edilir.

Eşq münasibətlərində qıç və ayaq təzahürləri

Yüksək komfortlu sosial əlaqələr zamanı ayaq və qıçlarımız əlaqədə


olduğumuz şəxsin hərəkətlərini təqlid edir (izoprakzis) və hərəkətdə olur.
Eşqbazlıq zamanı rahatlıq ən yüksək həddə çatanda ayaqlanmız da incə
toxunuşlar və nəvazişlər vasitəsilə bu prosesdə iştirak edir (bax: qutu 16).

QUTU 16: ROMANTİKADA AYAĞINI SAĞLAM


YERƏ BASMAQ
Bu il televiziya sənayesində İşləyən bir müştərimə qeyri-verbal ünsiyyət
barədə təlim vermək üçün Los-AnceLesdə idim. Yetərincə nəzakətli biri
olduğunu məni evinin yaxınlığında olan Meksika restoranına aparmaqla
göstərdi. Yemək zamanı bədən dilini öyrənməyə davam etmək istədiyini
dedi və yaxınlığımızdakı masada əyləşən cütlüyü göstərdi. Sonra soruşdu:
"Müşahidələrinə əsasən onların yaxşı anlaşdıqlarını düşünürsən?" Hər iki
fərdi müşahidə edərkən gördük ki, əvvəlcə onlar bir-birinə doğru
əyilmişdilər, amma nahar və söhbət inkişaf etdikcə hər ikisi bir-birindən
uzaqlaşaraq stullarına söykəndi. Müştərim aralarındakı münasibətin
soyuduğunu düşünürdü. Mən ona dedim: "Təkcə masanın üzərinə deyil,
aşağısına da fikir ver". Bunu etmək çox asan idi, çünki masanın altını örtən
örtük və yaxud başqa bir maneə yox idi. "Gör ayaqları bir-birinə necə
yaxındır", - qeyd etdim. Əgər qarşılıqlı ünsiyyətdən narahat olsalar,
ayaqları o cür yaxın dayanmazdı. Sadəcə olaraq, limbik beyin buna icazə
verməzdi. Bu andan etibarən müştərimi cütlüyün ayaqlarını izləməyə
istiqamətləndirdim. Arabir ayaqlarının bir-birinə toxunduğunu,
sürtündüyünü və üstəlik heç birinin ayağını geri çəkmədiyini müşahidə
etdik. "Bu, önəmli davranışdır, - bildirdim, - hələ də birlikdə olmaqdan
məmnun olduqlarını göstərir". Cütlük restoranı tərk etmək üçün ayağa
qalxarkən kişi qolunu qadının belinə doladı və bir kəlmə belə etmədən
restorandan çıxdılar. Verbal olaraq danışmasalar belə, qeyri-verbal
davranışları hər şeyi deyirdi.
Nə vaxtsa masaların altında, yaxud üzgüçülük hovuzlarında niyə bu
qədər qıç toxunmaları və nəvazişləri baş verdiyinə heyrət etmisinizsə, çox
güman ki, iki fenomenlə əlaqədar olub. Birincisi, bədən üzvlərimiz baxış
bucağından kənarda (stolun və ya hovuzun "altında" olduğu kimi) olanda
ağıldan "kənarda" imiş kimi görünür (ən azından müşahidə bucağımızın
xaricində). Hər birimiz adamların hovuzda təklikdə imiş kimi davrandığını
görmüşük. İkincisi, ayaqlarımızda hesabagəlməz sayda sinir re- septorları
var və bu reseptorlar beyinin cinsiyyət duyğularının yerləşdiyi sahəyə
yaxın olan ərazisində sona çatır. İnsanlar masanın altında ona görə "ayaq
oyunları" oynayırlar ki, bu onların yaxşı hiss etməsinə və duyğusal olaraq
coşmasına səbəb olur. Əksinə, xoşlamadığımız, yaxud özümüzə yaxın hiss
etmədiyimiz biri ilə qarşılıqlı əlaqədə olarkən ayağımız masanın altında
həmin şəxsin ayağına toxunduqda dərhal onu arxaya çəkirik. Münasibət
yadlaşdıqca cütlüklərin etmədiyi davranışlardan biri istənilən formadakı
ayaq toxunuşlarının tədricən azalmasıdır.

Sevgi münasibətlərində (xüsusən oturarkən) qadın çox vaxt ayaqqabıları


ilə oynayır və həmsöhbətinin yanında özünü çox rahat hiss edirsə,
ayaqqabıları barmağının ucundan yerə buraxır. Amma qadın qəflətən özünü
narahat hiss edərsə, bu davranış yoxa çıxacaqdır. Evlənmək təklifi etmək
istəyən kişi bu “ayaqqabı oyunu” davranışına əsaslanaraq məsələnin nə
yerdə olduğunu anlaya bilər. Əgər qadına yaxınlaşarkən (və ya bir müddət
söhbət etdikdən sonra) o, ayaqqabısı ilə oynamağı dayandıraraq onları
dabanına keçirirsə və ardınca ayaqlarının ucunu sizdən yüngülcə çevirir,
hətta çantasını götürürsə, beysbol dili ilə desək, “çölə vurdunuz”. Qadın
ayağını sizə toxundurmasa belə, ayaqlarını arxaya çəkirsə, deməli,
diqqətinizi tələb edir. Ayaqqabı ilə oynamaq hərəkətdir və hərəkət diqqəti
cəlb edir. Beləcə, bu qeyri-verbal davranış deyir: “Mənə diqqət yetir!” (bu,
donma reaksiyasının tam əksidir). Ayaqlarını qarşındakı fərddən
uzaqlaşdırma instinktiv olaraq baş verir və bizi sevdiyimiz və arzu etdiyimiz
şeylərə və insanlara doğru yönəldir, xoşlamadığımız, güvənmədiyimiz və ya
sadəcə, əmin olmadıqlarımızdan kənarlaşdırır.
Oturaq vəziyyətdə ayağını digərinin üzərinə aşırma da diqqətəlayiq
davranışdır. İnsanlar qarşı-qarşıya əyləşərkən digərinin üzərinə aşırdığı
ayağının istiqaməti böyük əhəmiyyət kəsb edir. Əgər həmin şəxslər müsbət
əhvali-ruhiyyədə olsalar, aşırılan qıçlardan üstdə olanı digərinə doğru
yönələcək. Əgər birinci şəxs həmsöhbətinin açdığı mövzunu xoşlamırsa,
qıçlarının vəziyyəti dəyişəcək, belə ki, onun ombası aralarında sanki
maneəyə çevriləcək (bax: şək. 24 və 25). Bu cür sərhəd qoyma davranışı
limbik beyinin bizi qoruduğuna dair digər əsaslı misaldır. Hər iki tərəfin
oturaraq qıçlarını bir-birinin üzərinə aşırması harmoniyadan xəbər verir.

Bu fotoda kişi ayağını elə qoyub ki, dizi özü ilə


qadın arasında maneə rolunu oynayır.
Burada isə kişi elə oturub ki, dizi qadından çox uzaqdadır.
Bu onun qadınla arasındakı baryeri qaldırmasından xəbər verir

Ərazi ehtiyacımız

Nə vaxtsa qarşmızdakı şəxsdə necə təəssürat oyatdığınızı bilmək


istəmisinizmi? Başından bəri sizi xoşlayıb-xoşlamadığını, yoxsa bunu
anlamağın çətin olduğunu? Anlamağın bir yolu “silkələ və gözlə”
yanaşmasıdır. Gəlin bunun necə işlədiyinə baxaq.
İnsanlarla ilk dəfə görüşərkən ayaq və qıç davranışlarını müşahidə etmək
çox vacibdir. Bu onların sizin barənizdə nə hiss etdiklərini üzə çıxarır.
Şəxsən mən kiminləsə ilk dəfə salamlaşanda ona doğru azca əyilir, əlini sıxır
və silkələyirəm (həmin andakı uyğun mədəni normalardan asılı olaraq),
sağlam göz kontaktı qurur, sonra isə bir addım geri çəkilir və nəyin baş
verəcəyini gözləyirəm. Bu üç davranışdan birinin başvermə ehtimalı
böyükdür: a) yerindəcə dayanan şəxs bu məsafənin onun komfort zonası
olduğunu göstərir; b) qarşımdakı adam bir addım geri çəkilərək məndən
uzaqlaşmaqla daha geniş zonaya ehtiyacı olduğunu və yaxud başqa yerdə
olmaq istədiyini bilməyimi istəyir; c) müsahibim mənə qarşı addım adır, bu
da mənimlə olmaqdan məmnun olduğuna, yaxud mənə qarşı lütfkar
olmasına dəlalət edir. Qarşımdakı fərdin davranışından incimirəm, çünki bu
fürsətdən, sadəcə olaraq, onun mənim barəmdə nə düşündüyünü görmək
üçün istifadə edirəm.
Ayaqların bədənimizin ən dürüst üzvü olduğunu yadınızda saxlayın. Əgər
qarşımdakı şəxs əlavə zona tələb edirsə, mən bunu ona verirəm.
Narahatdırsa, onu daha artıq sıxmağın mənası yoxdur, mənə doğru addım
atırsa, yaxın durmaqdan rahatlıq duyduğunu bilirəm. Bu, istənilən sosial
struktur üçün əhəmiyyətli məlumatdır, lakin məsələ şəxsi zona olduqda biz
də özümüzü rahat hiss edəcəyimiz ərazi sərhədləri qoymalıyıq.

Yeriş tərzi

Ayaq və qıçlar haqqmda danışarkən müxtəlif yeriş tərzlərinin verdiyi


qeyri-verbal siqnalları xatırlatmamışamsa, çox böyük diqqətsizlik etmişəm.
Dezmond Morrisə görə, alimlər təxminən 40 yeriş tərzi müəyyən ediblər
(Morris, 1985, 229-230). Bu say sizə çox görünürsə, müxtəlif filmlərdə rol
alan bu şəxslərin yerişlərini xatırlayın: Çarli Çaplin, Con Veyn, Mey Uest
və ya Qranço Marks. Bu film qəhrəmanlarından hər birinin fərqli yeriş tərzi
var və bunlar öz növbəsində həmin insanlann xarakterlərini ortaya qoyur.
Necə yeriməyimiz çox vaxt əhvalımızdan və dav- ranışlanmızdan xəbər
verir. Biz qıvraq şəkildə və aram-aram çaşqın vəziyyətdə yeriyə bilərik.
Gəzişə, yayxana-yayxana, özündən razı şəkildə, rahatcasına, ağır-ağır
yeriyə, axsaya, ayağını sürüyə, oğrun-oğrun, tələsik, barmağının ucunda,
əda ilə yeriyə, şaqat edə (hərbi yeriş), gəzinə bilirik və bütün bu say-
dıqlanmız alimlər tərəfindən adlandınlmış yeriş tərzlərindən bir neçəsidir
(Morris, 1*985,233-235).
Qeyri-verbal davranışlan müşahidə edənlər üçün bu yerimə biçimləri çox
önəmlidir, çünki insanın normal yerişlərində baş verən dəyişiklik düşüncə
və emosiyalanndakı dəyişikliklərin nəticəsi ola bilər. Normalda şən və
ünsiyyətcil olan şəxs sevdiyi birinin yaralandığını eşitdikdə qəflətən öz yeriş
tərzini dəyişə bilər. Bəd və yaxud faciəli xəbər kiminsə yardıma çatmaq
üçün ümidsiz şəkildə otaqdan qaçaraq çıxmasına, başqa birinin dünyanın
yükü çiynində imiş kimi donuq, hissiyyatsız şəkildə hərəkət etməsinə səbəb
ola bilər.
Yeriş tərzindəki dəyişikliklər qeyri-verbal baxımdan çox vacibdir, ona
görə ki onlar bizə nəyinsə yanlış olduğundan, problem yarana biləcəyindən,
şərtlərin dəyişdiyindən, qısacası, əhəmiyyətli bir şeyin baş vermiş ola
biləcəyindən xəbər verir. Hər hansı bir dəyişiklik qarşımızdakı adamın
yerişində qəfil yaranan bu dəyişilmənin səbəbini qiymətləndirməyə ehtiyac;
olduğunu deyir, xüsusilə ona görə ki bu cür informasiya həmin individualla
gələcək münasibətlərin daha effektiv şəkildə qurulmasında yardımçı ola
bilər. Qarşımızdakı fərdin yerişi bilmədən aşkara çıxardığı şeyləri müəyyən
etməyimizə şərait yarada bilər (bax: qutu 17).

QUTU 17: CİNAYƏT TÜCCARLARI


Cinayətkarlar davranışları ilə nə qədər informasiya yaydıqlarının hər
zaman fərqində olmurlar. Nyu-Yorkda işləyərkən həmkarım və mən
izdihamın arasına qarışmağa çalışan küçə xuliqanlarını tez-tez görürdük.
Özlərini gizləməkdə uğursuz olduğu nöqtələrdən biri səkidə hərəkət
etmələri və mağaza vitrinlərinə məqsədsiz şəkildə baxarkən tez-tez
yerişlərinin sürətini dəyişmələri idi. Çox insan getməyə yeri və həyata
keçirməyə hər hansı bir işi olduğu üçün məqsədli şəkildə yeriyir.
Xuliqanlar (oğrular, narkotik alverçiləri, cibgirlər və kələkbazlar) növbəti
qurbanlarını gözləmək üçün pusquda dururlar, belə ki, onların
gövdələrinin duruşu və addımları fərqli olur. "Son zərbəni vurana" kimi
onların yerişlərində məqsədyönlü istiqamət olmur. Dilənçi və cibgir
olmasından asılı olmayaraq, hər hansı xuliqan sizə tərəf yönələrkən hiss
etdiyiniz narahatlıq limblk beyninizin sizi növbəti hədəf olmaqdan
qorumaq üçün nümayiş etdirməyə çalışdığı hesablamalara görədir. Gələn
dəfə böyük şəhərlərdə xuliqanlara diqqət edin. Məqsədsiz gəzən və qəfil
istiqamətini sizə doğru dəyişən insanları gördükdə ehtiyatlı olun. Yaxşısı
budur, mümkün qədər tez uzaqlaşın. Hətta bunun baş verməkdə
olduğunu hiss edirsinizsə, daxili səsinizə qulaq asın (de Becker, 1997,133).

Birgə əməkdaşlıq tələb edən və etməyən ayaqlar

Sizinlə sosiallaşan və ya əməkdaşlıq edən biri ilə ünsiy- yətdəsinizsə,


həmin şəxsin ayaqlan sizinkini təqlid etməli, təkrarlamalıdır. Həmin insanın
bədəni sizə tərəf ikən ayaqlan başqa istiqamətə yönəlirsə, özünüzdən bunun
səbəbini soruşmalısınız. Bədənin istiqamətinə rəğmən bu, həqiqi kooperativ
profil deyil və kəşf edilməyi gözləyən bir çox şeyin xəbərçisidir. Bu cür du-
ruş ya həmin şəxsin sizi tərk etmə, ya da uzaqlaşma ehtiyacım, müzakirə
olunan mövzunun onun üçün maraqlı olmadığım, sizə qarşıdakı yardımı
barədə könülsüz olmasını və ya verilən vədin çatışmazlığını özündə ehtiva
edir.
Tanımadığımız biri küçədə bizə yaxınlaşarkən, adətən, qurşaqdan yuxan
hissəmizin ona san döndüyünə, ayaqlanmızm isə getmək istədiyimiz
istiqamətdə dayandığına diqqət yetirin. Göndərdiyimiz mesaj “Qısa müddət
sənə diqqət edəcəyəm; şəxsən davam etməyə və uzaqlaşmağa
hazırlaşıram”dır.
İllər ərzində Birləşmiş Ştatlarda və xaricdə gömrük işçilərinə təlimlər
vermişəm. Onlardan çoxlu şey öyrənmişəm və ümid edirəm ki, onlar da
məndən nəsə öyrənə biliblər. Onlara öyrətdiyim şeylərdən biri gömrük
bəyannaməsini hazırlatmaq üçün müfəttişə doğru baxarkən ayaqlanm çıxış
istiqamətində tutan müsafirlərə diqqət etmələridir (bax: şək. 26). Həmin in-
sanlar, sadəcə, təyyarəyə yetişmək üçün tələskən ola bilərlər, amma
istənilən halda bu davranış məmuru şübhələnməyə vadar etməlidir.
Araşdırmalar “Bəyan etməli olduğum bir şey yoxdur, cənab müfəttiş”
deyə açıqlama verən, fəqət ayaqlan başqa istiqamətə yönələn insanlann
nələrisə gizləmə ehtimalının böyük olduğunu sübut edir. Kooperativ
görünüşlərinə, müti simalanna və aşkar sözlərinə rəğmən ayaqlar bütün
bunlann tam əksini söyləyir.

Əgər qarşınızdakı şəxs sizinlə danışarkən ayaqlarının


istiqaməti başqa səmtə yönəlibsə, bu onun başqa
yerdə olmaq istəməsindən xəbər verir
Ayaq və qıç hərəkətlərinin intensivliyindəki
əhəmiyyətli dəyişmə

Qıç dartınması və hərəkəti normal bir şeydir; bəziləri bunu tez-tez təkrar
edir, bəziləri isə heç vaxt. Bu davranış qarşınızdakı fərdin yalan
danışmasının mütləq göstəricisi deyildir (baxmayaraq ki, çoxlan səhvən
bunu yalan danışmanın əlaməti kimi görür); dürüst olan və olmayan insanlar
qıçlarını daimi olaraq oynada bilərlər. Diqqət etməli olduğumuz əsas faktor
bu davranışların hansı nöqtədə başlaması və dəyişməsidir. Misal üçün, illər
əvvəl Barbara Uolters təqdimetmə mərasimi öncəsi “Oskar” mükafatına
namizəd Kim Besincerdən müsahibə alırdı. Müsahibə boyunca xanım
Besincer ayaqlarını oynadırdı, əlləri isə çox gərgin görünürdü. Uolters
xanım Besincerdən bəzi maliyyə sıxmtılan və Besincer və onun gələcək
həyat yoldaşının etdiyi mübahisəli investisiya barədə soruşanda Besincerin
ayaqlarının hərəkəti qəfil dəyişdi. Bu, ani və diqqətəlayiq dəyişiklik idi. Bir
daha təkrar edirəm, sözügedən davranış onun yalan danışdığı və ya suala
səhv cavab vermək niyyətində olması demək deyildi, ancaq mənfi stimula
(verilən sual) qarşı aydın viseral reaksiya idi və suala cavab vermək
istəmədiyini əks etdirirdi.
Dr. Co Kulisə görə, istənilən vaxt oturan şəxsin 27-ci şəkildəki kimi ayaq
dəyişikliyi həmin adamın mənfi nəsə gördüyünün və ya eşitdiyinin və
bundan məmnun olmadığının etibarlı göstəricisidir. Birinci hərəkət
gərginliyin işarətidirsə, ikincisi xoşagəlməz münasibətə (suala, sözə,
hərəkətə) qarşı instinktiv olaraq “döyüşmə” üsuludur.

Ayaq qəflətən şəkildə göstərildiyi kimi formasını dəyişərsə,


bu, diskomfort əlamətidir. Bunu dindirmə zamanı şübhəliyə
xoşlamadığı bir sual ünvanlayarkən görə bilərsiniz
Bu davranışın özünəməxsusluğu avtomatik olmasmda və çox insanın onu
müəyyən edə bilməsindədir. Bu qeyri-verbal davranışdan öz xeyrinizə
xüsusi sualları, sorğuları və yaxud problemli mövzuları müəyyənləşdirmək
üçün sözügedən reaksiyanı (və ya badən hərəkətlərindəki istənilən dramatik
dəyişikliyi) aşkar edəcək suallar verməklə istifadə edə bilərsiniz. Bu halda
verilən suala cavab verib-verməməsindən asılı olmayaraq, insanlar barədə
gizli faktlar belə üzə çıxarıla bilər (bax: qutu 18).

QUTU 18: BONNİNİ UNUT KLAYDI TAP5


Böyük bir cinayətə şahidlik etdiyi düşünülən qadını sorğu- sual etdiyimi
indiki kimi xatırlayıram. Dörd saat idi ki, sorğu nəticəsiz şəkildə davam
edirdi (ümidsiz və darıxdırıcı şəkildə). Dindirilən heç bir nəzərəçarpacaq
davranış sərgitməsə də, daimi olaraq ayaqlarını yellədirdi. Bu, əlaqəli
sabitlik olduğu üçün "Klaydı tanıyırsan?" sualını verənədək heç bir
nəticəsi yox idi. Cavab verməsə belə (ən azından verbal şəkildə), sualı
eşidən kimi dərhal qadının ayaqları yellənmə vəziyyətindən yuxarı-aşağı
sallanma vəziyyətinə keçdi. Bu davranış dəyişikliyi həmin adın dindirilən
şəxsdə mənfi təsir oyatdığını göstərirdi. Sorğunun davamında o, "Klayd"ın
onu Almaniyada yerləşən hökumət binalarının birindən sənədlərin
oğurlanmasına daxil etdiyini boynuna aldı. Onun "təpik atma reaksiyası"
bizim üçün üzə çıxarmalı olduğumuz nələrinsə olduğunu göstərən önəmli
ipucu idi və sonda etirafı şübhələrimizin doğru olduğunu sübut etdi. İronik
olsa da, həmin "xəyanətkar" davranış onun özünü "təpiklədi", çünki bu
hərəkəti iyirmi beş il federal həbsxanada qalmasına səbəb oldu.

Ayaq donması

Əgər bir insan davamlı olaraq ayaqlanm və qıçlanm silkələyir və birdən


dayandınrsa, deməli, buna diqqət yetirməlisiniz. Bu, adətən, həmin
individualm stress keçirdiyini və ya nədənsə qorxduğunu göstərir. Limbik
sistemin öz sağ qalma instinkti ərini niyə “donma rejimi”nə keçirdiyini
özünüzdən soruşun. Böyük ehtimalla buna həmin şəxsin sizin bilməyinizi
istəmədiyi məlumatı aşkara çıxarmağa yönəlmiş nəsə deməyiniz və yaxud

5
Bonni Parker və Klayd Barroudan təşkil olunmuş iki nəfərlik quldur dəstəsi. Bonni
və Klayd uzun müddət (1930-cu illərdə) ABŞ-da ən təhlükəli cinayətkarlar hesab
olunmuşdur.
soruşmağınız səbəb olub. Qarşınızdakı şəxsin nəsə etməsi və sizin bunu
ortaya çıxaracağınızdan qorxması da mümkündür. Ayaq donması limbik
sistemlə idarə olunan reaksiyanın digər bir növü, şəxsin təhlükə ilə
üzləşərkən fəaliyyəti dayandırma tendensiyasıdır.
Ayaqları "bağlamaq" və uzaqlaşdırmaq

Bir insan qəfildən ayaqlarını geriyə doğru çəkir və ya arxada bir-birinin


üzərinə keçirirsə, bu onun özünü təhlükədə, gərgin, yaxud qorxmuş hiss
etməsinə işarədir. Baş vermiş cinayət üzrə şübhəliləri dindirdiyim zaman
onların stress altında olarkən ayaqlarını bir-birinə keçirdiklərinin tez-tez
şahidi oluram. Çoxlan, xüsusilə qadınlar yubka geyinərkən bu cür oturmağa
alışıblar (bax: şək. 28). Buna rəğmən topuqlan bir-birinin üzərinə bu cür
qoyaraq oturmaq (xüsusilə uzun müddət) qeyri-təbii haldır və xüsusən
kişilər tərəfindən edilirsə, şübhələnməyə əsasınız var deməkdir.

Ayaqların qəfil üst-üstə keçirilməsi güvənsizlik və


ya diskomfort əlamətidir. İnsanlar rahat olarkən
topuqlarını "aralamağa" meyilli olurlar.
Bir daha qeyd edək ki, göstərilən şəkildə oturmaq təhlükə ilə qarşılaşan
limbik donma reaksiyasının bir növüdür. Təcrübəli qeyri-verbal
müşahidəçilər yalan danışan insanların sorğu zamanı hansı sıxlıqla
ayaqlarını hərəkət etdirmədiyi, donuq göründüyü, yaxud ayaqlarının
hərəkətini məhdudlaşdırmaq üçün onları sözügedən şəkildə keçirdiyini
müşahidə ediblər. Bu, insanların yalan danışarkən qol və qıç hərəkətlərini
məhdudlaşdırmağa meyilli olduğunu irəli sürən araşdırmanın müddəalarıdır
(Vrij, 2003, 24- 27). Söhbət əsnasındakı hərəkət məhdudiyyətinin öz-
özlüytində aldadıcı işarət olmadığı barədə sizi xəbərdar etməliyəm; bu hər
iki: həm gərgin, həm də yalan danışan adamların narahatlıqlarını “boğmaq”
üçün əl atdıqları özünüməhdudlaşdırma və ehtiyatlılıq göstəricisidir.
Bəzi fərdlər ayaqlarını və ya qıçlarını oturduqları stulun ayağına keçirirlər
(bax: şək. 29). Bu nəyinsə qarşınızdakı şəxsi narahat etdiyini söyləyən
məhdudlaşdırıcı (donma) dbvramşdır (bax: qutu 19).

QUTU 19: İKİQAT DONMA


Həmişə eyni davranışın nəticəsinə uyğun gələn çoxlu sayda söyləntinin
(davranış qruplarının) axtarışında olmalısınız. Bu qruplar sizin gəldiyiniz
nəticənin doğru olma ehtimalını artırır. "Ayaq bağlama" halında
ayaqlarını stulun qıçlarına keçirən, sonra isə əllərini qıçlarının üstü ilə
hərəkət etdirən (islaq əllərini şalvarına silirmiş kimi) şəxslərə diqqət edin.
Ayağı bir-birinə keçirmə donma reaksiyası, əlləri qıçlara sürtmə isə
sakitləşdirici davranışdır. İkisinin birdən edilməsi həmin fərdin ifşa
ehtimalını artırır; o, etdiyi nəyinsə aşkar olunmasından qorxur və bu
səbəbdən də stress keçirir.
Topuqların qəfil stulun ayaqlarına keçirilməsi
donma reaksiyasının bir növüdür və diskomfort,
gərginlik və narahatlıq əlamətidir

Bəzən qarşımızdakı fərdin gərginliyini hər iki ayağını bütünlüklə


gizləməyə çalışması büruzə verir. Kiminləsə söhbət edərkən həmin şəxsin
ayaqlarını oturduğu stulun qarşısından altına doğru çəkib-çəkmədiyinə fikir
verin. Söyləməkdə olduğum məlumat üzrə heç bir elmi araşdırma yoxdur
(hələ ki). Buna baxmayaraq, stress doğurucu sual veriləndə respondent
uzaqlaşma reaksiyası kimi görünə biləcək şəkildə stulun altına doğru
çəkəcək. Bu işarət həmin şəxsin haqqmda danışılan məsələyə görə narahat
olduğunu bilmək və sorğu-sualı davam etdirmək üçün istifadə oluna bilər.
Müsahibəçi izlədikcə müsahib haqqmda danışmaq istəmədiyi şeyləri
ayaqlan və qıçlan vasitəsilə sizə söyləyəcək. Mövzu dəyişərək daha az
stresli zəmin aldıqca ayaqlar yenidən səhnəyə çıxacaq və stresli məsələnin
artıq müzakirə edilmədiyini göstərən limbik beyin rahatlığını ifadə edəcək.
FƏSLİN YEKUNU

İnsan təkamülü boyunca ayaq və qıçlarımız sağ qalmağımızda birbaşa


əhəmiyyətə malik olduğu üçün bədənimizin ən dürüst üzvləri hesab olunur.
Aşağı ətraflarımız açıqgözlü müşahidəçini dəqiq, şüurla idarə edilə
bilməyən məlumatlarla təmin edir. Düzgün şəkildə istifadə olunarsa, bu sizə
istənilən şəraitdə başqalarını daha yaxşı oxumaqda kömək edə bilər. Ayaq
və qıçların qeyri-verbal davranışları ilə bağlı biliklərinizi bədənin digər
üzvlərindən aldığınız işarətlərlə birləşdirsəniz, insanlann nə düşündüyünü,
nə hiss etdiyini və nə etmək niyyətində olduğunu daha yaxşı başa
düşəcəksiniz. Odur ki gəlin diqqətimizi indi də həmin “digər” bədən
üzvlərimizə yönəldək. “Qapılar bağlanır, növbəti stansiya - insan gövdəsi”
DÖRD

Gövdə ilə bağlı işarətlər

Gövdə, budlar, sinə və çiyinlərlə bağlı


qeyri-verbal davranışla

Bu fəsildə toplu olaraq gövdə kimi bilmən budları, qan- nı, sinəni və
çiyinləri əhatə edəcəyik. Qıçlar və ayaqlarda öyrəşdiyimiz kimi, gövdə ilə
bağlı davranışların çoxu da emosionla (limbik) beyinin real duyğularım əks
etdirir. Gövdə ürək, ağciyərlər, qaraciyər və həzm sistemi kimi həyati
əhəmiyyətli daxili orqanların “evi” olduğu üçün təhlükə hiss etdikdə beyinin
bu ərazini böyük cidd-cəhdlə qorumağa çalışacağını gözləyə bilərik. Real
və ya dərk edilmiş olmasından asılı olmayaraq, təhlükəli dövr ərzində beyin
bədənin qalan hissəsini bu vacib orqanları qorumağa “çağınr” və proses
nisbətən incədən, daha açıq şəkil alır. Gəlin bəzi geniş yayılmış gövdə
siqnallarını və bu davranışların beyinin daxilində (xüsusən limbik beyinin)
nələrin baş verdiyini necə əks etdirdiyinə baxaq.
GÖVDƏ, BUDLAR, SİNƏ VƏ ÇİYİNLƏRLƏ BAĞLI ƏHƏMİYYƏTLİ QEYRİ-
VERBAL DAVRANIŞLAR

Gövdə əyilməsi

Bədənimizin çox hissəsi kimi, gövdə də dərk edilmiş təhlükəyə qarşı


stresdoğurucu və yaxud istənməyən bir şeydən özünü uzaqlaşdırmağa səy
göstərməklə reaksiya verəcəkdir. Misal üçün, üzərimizə bir cisim atıldıqda
limbik sistemimiz gövdəyə təhlükədən dərhal uzaqlaşması üçün siqnallar
göndərir. Cismin təbiətindən asılı olmayaraq, bu hadisə baş verəcəkdir; bizə
doğru hər hansı bir obyektin gəldiyini gördükdə kənara çəkiləcəyik (obyekt
beysbol topu, yaxud hərəkətdə olan avtomobil ola bilər).
Eynilə hər hansı bir şəxs “iyrənc” hesab etdiyi, ya da sadəcə, xoşlamadığı
birinin yanında durarkən gövdəsi həmin şəxsdən uzaq məsafədə
dayanacaqdır (bax: qutu 20). Gövdə çəkimizin böyük hissəsini daşıdığı və
bu ağırlığı aşağı ətraflarımıza ötürdüyü üçün onun yenidən oriyentasiyası
üçün enerji və müvazinət tələb olunur. Odur ki birinin gövdəsi nədənsə
uzaqlaşırsa, deməli, burada beyinin “barmağı” var, beləcə biz də bu
reaksiyaların doğruluğunu yoxlaya bilirik. Bu mövqelər əlavə zəhmət və
enerji tələb edir. Sadəcə, şüurlu bir şəkildə qamətinizin düz olmadığı bir du-
ruşu saxlamağa çalışın (qabağa və ya arxaya əyilməyin heç bir fərqi
yoxdur), tezliklə bədəninizin yorulduğunu hiss edəcəksiniz. Ancaq belə
davranışlar beyniniz instinktiv olaraq onların vacib olduğuna qərar verdiyi
zaman sərgilənir və siz, çətin ki, bayaqkı yorulma hissini duyasınız.
Biz yalnızca narahat olmağımıza səbəb olan insanlardan deyil, eyni
zamanda özümüzə uyğun görmədiyimiz, yaxud sevmədiyimiz şeylərdən də
müəyyən dərəcədə uzaqlaşırıq. Açılışından qısa müddət sonra qızımı
Vaşinqtona gələn hər bir ziyarətçinin getməli olduğu Holokost muzeyinə
aparmışdım. Dəyərli eksponatların arası ilə dolaşarkən gənclərin və
yaşlıların hər bir eksponata ilk olaraq necə yaxınlaşması diqqətimi çəkdi.
Bəziləri eksponata doğru əyilir və sanki hər bir nüansı tutmağa çalışırdı.
Başqaları isə digərlərinin yaxınlaşmasına məhəl qoymadan tərəddüdlə
yanaşır, nasist rejiminin vəhşiliyi onların hissiyyatlarına “təcavüz etdiyi”
üçün yavaşca dönür və aramla oradan uzaqlaşırdılar. Şahid olduqları
qəddarlıqdan çaşqınlıq içərisində olan digərləri isə 180 dərəcə dönür,
gəldikləri yolla qayıdıb çıxışda öz dostlarını gözləyirdilər. Beyinləri onlara
“Dözə bilmirəm” deyirdi, ona görə də bədənləri oradan uzaqlaşırdı. İnsan
irqi elə bir nöqtəyə gəlib çatıb ki, təkcə xoşlamadığımız insanlara olan fiziki
yaxınlığımız geriyə doğru gövdəmizi əyməyimizə səbəb olmur, həmçinin
xoşagəlməz şeylərin görüntüləri (fotoşəkillər kimi) gövdə əyilməsini törədə
bilir.

QUTU 20: AĞILLI, YOXSA ƏCAİB


İllər öncə FTB-nin Nyu-York ofisinə təyinat almışdım. Oradakı vəzifə
müddətində şəhərdaxili və xarici qatar və metrolara minmək üçün xeyli
imkanım olmuşdu. İctimai nəqliyyatdan istifadə edən insanların ərazi
iddia etmək üçün işlətdikləri üsulları müəyyənləşdirmək o qədər də
vaxtımı almadı. Həmişə oturacaqda oturan, amma bədənini o tərəf-bu
tərəfə yırğalayaraq, yaxud qollarını kobud şəkildə oynadaraq digərlərini
narahat edən biri həmişə olurdu. Heç kim onlara yaxın durmaq istəmədiyi
üçün bu individuallar daha geniş zonaya malik olurdu. Bu "qəribə
varlıqlar"ın yanında oturan sərnişinlər onlarla kontaktda olmamaq üçün
məcburən gövdələrini uzaq tutmağa çalışırdılar. Nyu-Yorkda bu hadisəni
müşahidə etmək üçün metroya minməyiniz kifayətdir. Əminəm ki, bəzi
sərnişinlər məqsədli şəkildə bu cür qəribə və yöndəmsiz hərəkət edirdilər
ki, başqalarını özlərindən — gövdələrindən uzaqda tutsunlar.
Bir dəfə Nyu-Yorkun uzunmüddətli sakinlərindən biri mənə belə dedi:
"Əgər canavar sürüsünü özündən uzaq tutmaq istəyirsənsə, məşəli yerə
qoyma!" Bəlkə də, haqlı idi.

İnsan davranışının diqqətli müşahidəçisi olaraq uzaqlaşmanın bəzən ani


və incə şəkildə baş verdiyindən agah olmalısınız; bədənin duruşunun bir
neçə dərəcə belə dəyişməsi mənfi duyğunu açıq göstərmək üçün kifayətdir.
Məsələn, emosional şəkildə bir- birindən aynlan cütlüklər fiziki olaraq da
bunu etməyə başlayır. Əlləri artıq bir-birinə çox toxunmur, gövdələri isə bir-
birindən uzaqlaşır. Yan-yana oturarkən gövdə məsafələrini uzaq tutmaq
üçün arxaya yaşlanırlar. Aralarına səssizlik divan hörürlər və yan-yana
oturanda (məsələn, avtomobilin arxa oturacağında) bir- birilərinə sarı təkcə
başlarını çevirirlər, bədənlərini yox.

Ventral (gövdənin ön hissəsi) rəddetmə və


ventral yönəlmə

Limbik beyinin uzaqlaşma və yayınma ehtiyacmı əks etdirən gövdə


nümayişləri həqiqi duyğulann carçılandır. Qarşılıqlı münasibətdə olan bir
şəxs nəyinsə yolunda getmədiyini hiss edirsə, ortağında incə dərəcədə də
olsa, fiziki uzaqlaşdırma hiss etməsi ehtimalı yüksəkdir. Bu uzaqlaşma
mənim ventral rəddetmə adlandırdığım formada da ola bilər. Gözlərimiz,
ağzımız, sinəmiz, qann boşluğumuz, cinsiyyətimiz və şairənin yerləşdiyi
ventral (qarşı) tərəfimiz xoşlayıb-xoşlamadığımız şeylərə qarşı çox
həssasdır. Əgər bir şey yaxşıdırsa, ventral tərəfimizi ona san çeviririk
(yanlannda özümüzü yaxşı hiss etdiyimiz insanlar da həmçinin). İşlər
yolunda getməyəndə, münasibətlər dəyişəndə, yaxud müzakirə
istəmədiyimiz istiqamətdə getdikdə ventral rəddetmədən istifadə edəcəyik
(başqa bir istiqamətə dönməklə). Ventral tərəf bədənin ən həssas hissəsidir,
ona görə də limbik beyinin bizi incidən və ya narahat edən şeylərdən ventral
tərəfimizi qorumağa özünəməxsus ehtiyacı vardır. Məsələn, bu, yığıncaqda
qucaqlaşdığımız biri bizə yaxınlaşarkən dərhal və instinktiv olaraq başqa
yönə dönməyimizin səbəbidir. Eşq münasibətlərinə gəldikdə ventral
rəddetmədə olan artım münasibətlərin yolunda olmadığını göstərən ən yaxşı
işarədir.
Vizual girişə əlavə olaraq qeyd edim ki, xoşagəlməz hesab etdiyimiz
söhbətlərə qarşı da reaksiya göstərir. Televiziyada yayımlanan hər hansı
tok-şounu səssiz izləyin və əks arqumentlər bildirərkən qonaqların necə
arxaya doğru əyilməsinə diqqət edin. Bu yaxınlarda respublikaçı
prezidentliyə namizədlərin debatını izləyirdim və fikir ayrılıqları artdıqca
namizədlərin bir-birindən gövdələrini arxaya doğru əyərək uzaqlaşdıqlarını
müşahidə etdim.
Ventral rəddetmənin əksi ventral məruz qalma və ya mənim
adlandırdığım kimi ventral yönəlmədir. Biz ventral tərəfimizi uyğun və ya
layiq gördüyümüz istiqamətə yönəldirik. Uşaqlarımız bizi qucaqlamaq üçün
qaça-qaça üzərimizə şığıyanda əşyalan, hətta qollarımızı onun yolundan
çəkir, onlara ventral hissəmizə doğru yol veririk. Ventral olaraq onu
qarşılayırıq, çünki belə özümüzü daha isti və rahat hiss edirik. Arxa
çevirmək ifadəsini kiməsə və ya nəyəsə qarşı mənfi hisslərimizi nümayiş
etdirmək üçün işlədirik, çünki ventral tərəfimizi qayğısına qaldığımız,
arxasını isə “vecimizə almadığımız” insanlara yönəldirik.
Oxşar şəkildə mənafeyimizə uyğun gələn istiqamətə doğnı gövdəmiz və
çiyinlərimiz vasitəsilə əyilərək komfort nümayiş etdiririk. Sinif otaqlarında
irəli doğru əyildiklərinin fərqində olmadan, stulları yanqalxmış vəziyyətdə,
hər kəlməyə diqqətlə qulaq asaraq sevimli müəllimlərinə doğru əyilən
şagirdləri görmək təəccüblü deyil. ‘‘Raiders of the Lost Ark” ('‘İtkin Arkın
axın- çılan”) filmindən professorlarını eşitmək üçün qabağa (ona) doğru
əyildiyi səhnəni xatırlayın. Bu qeyri-verbal davranış aydın şəkildə
şagirdlərin ona necə pərəstiş etdiklərindən xəbər verir. Sevgililərin kafedə
masanın üzərindən uzanaraq daha yaxşı vizual əlaqə əldə etmək üçün bir-
birinə yaxınlaşdıqlarını görə bilərsiniz. Onlar ən həssas hissələri olan ventral
tərəflərini bir-birinə doğru çevirirlər. Bu, sosial mənfəətə sahib limbik
beyinin sərgilədiyi təbii, təkamülçü reaksiyadır. Bir-birimizə yaxınlaşmaqla
və ya ventral tərəfimizi sevdiyimiz kiməsə, yaxud O nəyəsə doğru
çevirməklə sərbəstliyimizi, rahatlığımızı nümayiş etdiririk. Bu duruşu təqlid
və ya izopraksizm vasitəsilə qarşılıqlı olaraq nümayiş etdirmək qarşılıqlı
harmoniyadan xəbər verir. Gövdə ilə əlaqəli əyilmə, geri çəkilmə, ventral
məruz qalma və ya rəddetmə kimi qeyri-verbal limbik davranışlar iclas
salonlarında və digər görüşlərdə hər gün baş verir. Ortaq nöqteyi-nəzəri
bölüşən həmkarlar bir-birinə yaxın oturacaqlar, verbal olaraq daha çox
yönələcəklər və ahəngdar şəkildə bir-birilərinə doğru əyiləcəklər. Fikri
ayrılığında olan insanlar bədənlərini möhkəm tutacaq, ventral yönəlmədən
qaçacaq və böyük ehtimalla arxaya doğru əyiləcəklər (bax: şək. 30 və 31).
Bu davranışlar yarışüurlu şəkildə digərlərinə deyir: “Sənin ideyanla razı
deyiləm”. Bütün davranışları olduğu kimi, bunları da kontekstə uyğun
olaraq analiz etmək lazımdır. Məsələn, işə təzəcə qəbul olmuş insanlar da
iclasda soyuq və dəyişməz olurlar. Bu sərt duraş və limitli əl-qol hərəkəti
bəyənməmə və narazılıqdan daha çox həmin insanın yeni mühitdə özünü
gərgin hiss etməsindən xəbər verə bilər. Bu məlumatı təkcə digərlərinin
bədən dilini oxumaq üçün istifadə etməməli, həmçinin öz qeyri-verbal
davranışlarımızı formalaşdırarkən də xatırlamalıyıq. Söhbətlər və
yığmcaqlar zamanı məlumatlar və fikirlər “daşdıqca” xəbərlər və nöqteyi-
nəzərlər haqqındakı hisslərimiz də yüksələcək və tamamilə dəyişilmiş qeyri-
verbal davranışlarda əks etdiriləcək. Əgər bir dəqiqə xoşagəlməz, ardınca
isə xoşagələn nəsə eşitsək, bədənimiz hisslərimizdə olan bu dəyişilməni
büruzə verəcəkdir.
Başqalarına onlarla razı olduğumuzu və yaxud danışdıqları barədə
dərindən düşündüyümüzü göstərmənin ən təsirli yollarından biri onlara
doğru əyilmək və ya ventral olaraq onlara doğru yönəlməyinizdir. İclasda,
danışma imkanınız olmayanda bu taktika daha effektivdir.
İnsanlar yüksək komfort və razılıq hallarında bir-birinə doğru əyilir.
Bu təqlidetmə və ya izopraksizm körpəliyimizdən başlayır

Xoşlamadığımız şeylərdən və insanlardan, hətta razılaşmadığımız


halda kolleqalarımızdan uzaqlaşmağa çalışırıq
Gövdə qalxanı

Xoşlamadığımız kimdənsə və ya nədənsə arxaya doğru əyilməklə yaxa


qurtarmaq praktiki olmayanda və ya sosial olaraq qəbulolunmaz olanda,
adətən, qollarımızı, yaxud digər əşyalan instinktiv olaraq baryer kimi
istifadə edirik (bax: şək. 32). Qiyafət, yaxud yanınızda duran istənilən əşya
eyni məqsədə xidmət edə bilər (bax: qutu 21). Misal üçün, biznesmen
diskomfort hissi keçirdiyi biri ilə söhbət edərkən qəflətən pencəyini
düymələyə bilər və yalnız söhbət qurtarana yaxm bu düymələri açacaqdır

QUTU 21: YASTIQ SÖHBƏTİ


İndividuallarm qəflətən gövdələrini qorumağa çalışdıqlarını görəndə
rahat olmadıqlarını və onları qorxudan, yaxud təhlükəli bir vəziyyətin
olduğunu düşünə bilərik. 1992-ci ildə FTB-də işləyərkən Bostonda cavan
bir oğlanla atasını bir hotel otağında sorğu-sual edirdim. Ata oğlunu
sorğuya gətirməyə könülsüz də olsa, razı olmuşdu. Hotelin divanında
oturan gənc kiçik yastıqlardan birini götürdü və üç saat davam edən
dindirmənin böyük bir qismində onu sinəsinə yaxın vəziyyətdə saxladı.
Atasının yanında olmasına rəğmən oğlan özünü müdafiəsiz hiss edir və
buna görə də "təhlükəsizlik yastığı"na ehtiyac duyurdu. Hərçənd maneə,
sadəcə, bir yastıq olsa da, ona zərər verə biləcək bir şey olmadığından bu
da kifayət edirdi. Neytral (məsələn, idmana olan marağından)
mövzulardan söhbət açanda yastığı bir qədər sinəsindən aralı tuturdu.
Digər tərəfdən, onun böyük bir cinayətdəki mümkün iştirakından
danışanda yastığı geri qaytarır, bərkdən sinəsinə sıxırdı. Yalnız qorxarkən
limbik beyinin qoruma mexanizmini işə saldığı ortada idi. Bu
"görüşümüz"də o heç nə deməsə də, gələn dəfə dindirilərkən artıq
rahatladıcı yastıqlar yox idi.
Qolların qəfil bir-birinə keçirilməsi
diskomfort əlamətidir

Təbii ki, pencəyin önünü düymələmə həmişə diskomfort kimi qəbul


edilməməlidir; tez-tez kişilər “dizayn”ı tamamlamaq, yaxud başqalarına
sayğılarını nümayiş etdirmək üçun pencəklərini düymələyirlər. Bu, manqal
qonaqlıqlarında görə biləcəyimiz ümumi komfort növü deyil, fəqət
narahatlıqdan da xəbər vermir. Geyimimiz və onunla necə rəftar etməyimiz
başqaları ilə nə dərəcədə ünsiyyətcil, açıq ola biləcəyimizin qavranılmasına
təsir edir (Knapp&Hall, 2002,206-214).
ABŞ prezidentlərinin Kemp-Deviddə polo köynəklərində gəzdikləri
halda, ondan 40 mil uzaqda olan Ağ Evdə biznes geyimdən başqa bir şey
geyməməsi həmişə marağıma səbəb olub. Ventral olaraq “pərdələri
qaldırmaq”la (pencəyi çıxaraıkən), əslində, “Sizə açığam” deyirlər.
Pencəklərini çıxaran (istəyirsiniz zireh deyək) və adi xalq qarşısında
qollarını dirsəklərinə qədər çır- malayan prezidentliyə namizədlərin
mitinqlərdə eyni qeyri-verbal mesajı çatdırmaq istəmələrinin, yəqin ki,
şahidi olmusunuz.
Hər halda, heç kim etiraz etməz ki, qadınlar gövdələrini örtməyə
kişilərdən daha çox meyillidirlər, xüsusilə özlərini gərgin, qayğılı və ya
təhlükədə hiss etdikdə. Bir qadın gövdəsini müdafiə etmək və özünü
rahatlatmaq üçün qollarını qarnının üstünə sinədən bir az aşağı keçirə bilər.
O, bir qolunu digərinin üzəri ilə aparıb digər dirsəyini tutaraq sinəsinin
önünə baryer çəkmiş olacaqdır. Hər iki davranış instinktiv şəkildə, xüsusilə
diskomfortlu sosial situasiyalarda qorumaq və müdafiə etmək funksiyası
daşıyır.
Universitet kampusunda qadınların binaya daxil olarkən ^dəftərlərini
sinələrinə sıxdıqlarını tez-tez görürəm (xüsusilə də dərsin ilk günlərində).
Komfort dərəcəsi qalxdıqca onlar həmin dəftərləri aşağı salaraq yanlarında
tuturlar. İmtahan günlərində bu “sinə örtmə” davranışı hətta kişilərdə də
artır. Qadınlar illah da tək oturarkən kürək və ya əl çantalarından özlərini
“müdafiə etmək” üçün istifadə edirlər. Televizora baxarkən adyalı üstümüzə
sərdiyimiz kimi, ventral gövdə üzərinə nəsə qoymaq da bizi qoruyur və
rahatladır. Situasiyanın nə olmasından asılı olmayaraq, özümüzə doğru
çəkdiyimiz (xüsusilə ventral istiqamətdə) əşyaları həmin an ehtiyacımız
olan komfortla özümüzü təmin etmək üçün, adətən, sinəmizə sıxırıq.
İnsanların gövdələrini real zaman daxilində qoruduqlarının şahidi olduqda
bundan onların nədənsə narahat olduqlarını göstərən dəqiq işarət kimi
faydalana bilərsiniz. Şərtləri diqqətlə nəzərdən keçirdikdən sonra həmin
narahatlığın kökü sizə onlara kömək etməyə, ya da ən azmdan həmin
şəxsləri daha yaxşı anlamağa icazə verə bilər.
Səbəbindən asılı olmayaraq, kişilər gövdələrini daha incə formada
qoruyurlar. Bir kişi ventral hissəni bağlamaq üçün qol saatı ilə oynaya,
yaxud da İngiltərə şahzadəsi Çarizm xalqın arasında olarkən tez-tez etdiyi
kimi köynəyinin qollarını düzəldə, qol düymələri ilə oynaya bilər. Kişilər
həmçinin qalstuklarının düyününü vərdiş etdiyimizdən daha uzun müddətə
bərkidə bilər və bu, qolla sinənin və boyunun ventral hissəsini örtməyə
imkan verir. Bunlar qarşmızdakı fərdin həmin an təhlükədə olduğunu
göstərən müdafiə etmə formalarıdır.
Supermarketdə kassa növbəsində qarşımda dayanan bir qadının
əməliyyatını bitirməsini gözləyirdim. Gördüyüm qədəriyb, qadın debit
kartdan istifadə edir, aparat isə onun kartım rədd edirdi. Hər dəfə o, kartı və
PIN-kodu daxil edir, sonra qollarını sinəsinin üstündə bir-birinə keçirərək
aparatın cavabını gözləyirdi, nəhayət, səbri tükənən qadın cəhdlərindən əl
çəkərək marketi tərk etdi. Aparat hər rədd cavabı verəndə qadının əllən və
qollan daha bərkdən sıxılırdı və bu, narahatlığının artdığını göstərən aşkar
işarə idi (bax: şək. 33 və 34).

Cəmiyyət arasında çoxumuz rahat Əllərlə qollan bərk-bərk sıxmaq


bir şəkildə spikeri gözləyərkən və ya İsə diskomfort göstəricisidir
dinləyərkən qollarımızı bu şəkildə
keçiririksə, evdə bunu etməyimiz
nəyinsə bizi narahat etdiyindən
xəbər verir.

Uşaqlar hətta kiçik yaşlarda belə, qəmgin olanda, yaxud tərslikləri tutanda
qollarını bir-birinin üstündən keçirərək dayasa bilərlər. Bu müdafiə
davranışları qollan sinənin üzərində iksvari saxlamaqdan tutmuş bir əli
uzadaraq o biri çiyindən tutmağa qədər müxtəlif formalarda olur.
Tələbələr tez-tez məndən qollarını sinif otağında zireh kimi
keçirmələrində doğru olmayan nəsə olub-olmadığını soruşurlar. Məsələ nə
bir şeyin yanlış olmasında, nə də sözügedən duruşun müəllimdən müdafiə
olunmaq anlamına gəlməsindədir; ventral hissəmizdə bir-birinə keçirilmiş
qollar əksər insan üçün çox rahat duruş şəklidir. Amma qarşınızdakı adam
qəflətən qollarını bir- birinə keçirərək əlləri ilə onları kip saxlayırsa, bu,
diskomfortun əlamətidir. İlkin duruş şəklindən sapmaları
qiymətləndirməklə narahatlığın artdığını müşahidə edə biləcəyimizi
yadınızda saxlayın. Qarşınızdakı şəxs ventral hissəsini daha açıq saxlayırsa,
bu onun rahat olmasına işarədir. Mühazirələr zamanı iştirakçılardan
çoxunun əvvəlcə qollarını bir-birinə keçirərək oturduğunu görürəm, vaxt
keçdikcə həmin qollar tədricən boşalır. Görünür, bu davranışları
sərgiləməyə səbəb olacaq nəsə baş verir; ola bilsin, ətrafındakı şəxslərlə və
təlimçiləri ilə özlərini daha rahat hiss etməyə başlayırlar.
Qadınların (və ya kişilərin), sadəcə olaraq, üşüdüyü üçün qollarını bir-
birinə keçirmələri barədə mübahisə yarana bilər. Fəqət bu, qeyri-verbal
davranışın mənasını təkzib etmir, çünki soyuq da diskomfort formasıdır.
Sorğu-suala çəkilərkən narahat olan insanlar (məsələn, cinayət
dindirmələrindəki şübhəlilər, valideynləri ilə arası yaxşı olmayan uşaqlar və
ya nalayiq davranışa görə sorğuya çəkilən işçi kimi) çox vaxt müsahibə
boyunca soyuqdan şikayətlənirlər. Səbəbindən asılı olmayaraq, gərgin
olarkən limbik beynimiz donma, dartınma və ya döyüşmə sağ qalma
reaksiyalarını hazırlamaq üçün bədənin müxtəlif hissələrini işə sala bilər.
Bunun təsirlərindən biri qanın əzalarımızın iri hissəsinə doğru
yönləodirilməsi, dəridən isə uzaqlaşdınlması- dır. Belə olan halda həmin
əzələlərin təhlükədən qaçmaq və ya təhlükə ilə döyüşmək üçün istifadə
olunmağa ehtiyacı var. Qan bu həyati əhəmiyyət kəsb edən zonalara doğru
istiqamətləndikcə bəzi insanlar normal dəri rənglərini itirir və ağappaq
görünürlər (şokda imiş kimi). Qan vücudumuzu isitməyin əsas mənbəyi ol-
duğu üçün onun dəridən uzaqlaşaraq daha dərin əzələlərə doğru yönəlməsi
bədənin xarici təbəqəsinin soyumasına səbəb olur (bax: qutu 22) (LeDoux,
1996,131-133). Misal üçün, qutu 21-də haqqında danışdığım cavan oğlanı
xatırlayaq; dindirmə boyunca elə hey soyuq olduğundan şikayətlənirdi,
hətta mən kondisioneri söndürdükdən sonra belə. Atası və mən özümüzü
normal hiss edirdik, temperaturdan şikayət edən təkcə o idi.

QUTU 22: BƏZİ MƏSƏLƏLƏRİ NİYƏ


HƏZM EDƏ BİLMİRSİNİZ?
Nə vaxtsa masa arxasında mübahisə edərkən niyə mədənizin ağrımağa
başladığını bilmək istəmisinizmi? Üzgün olarkən həzm sistemimiz düzgün
həzmə kifayət edəcək qana malik olmur. Limbik sistemin donma,
dartınma və döyüşmə reaksiyaları qanı dəridən uzaqlaşdırdığı kimi,
üzgünlük də eynilə qanın istiqamətini həzm sistemindən ayıraraq
ürəyinizə və yaxanızı qurtarmağa hazır olmaq üçün aşağı ətraf əzələlərinə
(xüsusilə qıçlara) göndərir. Ağrıyan mədə limbik oyanmanın
simptomudur. Növbəti dəfəyeməkzamanı mübahisə yarandıqda limbik
sisteminizin üzgünlüyə qarşı verdiyi reaksiyanı ayırd edə biləcəksiniz.
Yemək masası ətrafında valideynləri mübahisə edən uşaq təbii olaraq
yeməyini Iqitirə bilməyəcək; limbik sistem qidalanma və həzmə üstCin
gələcək və uşağı qaçmağa hazırlayacaq. Bununla yanaşı, travmatik bir
hadisədən sonra bir çox adamın qusmasına da nəzər yetirmək lazımdır.
Əslində, fövqəladə hallarda bədən həzm etmək üçün vaxtın olmadığını
deyir; bu, "yükü boşaltma" və qaçış, yaxud fiziki konflikt üçün hazır olma
reaksiyasıdır (Grossman, 1996,67-73).

Gövdənin əyilməsi

Belin önə doğru əyilməsi özümüzü müşərrəf hiss edərkən (alqışlanarkən


olduğu kimi), demək olar, dünyanın hər yerində sərgilənən itaət, hörmət,
yaxud da təvazökarlıq işarətidir. Yaponların və müasir dövrdə azalmaqda
olsa belə, çinlilərin hörmət və ehtiram əlaməti olaraq baş əydiklərinə diqqət
yetirin. Biz başımızı önə əyəndə və ya koutou6 vəziyyətinə keçəndə başlıca
olaraq gövdəmizi əyməklə itaətimizi və ya daha aşağı statusa malik
olduğumuzu göstəririk.
Qərblilər üçün koutou etmək, xüsusilə şüurlu şəkildə edildikdə elə də asan
məsələ deyil. Lakin üfüqləri genişləndirdiyimiz və Yaxm və Uzaq Şərqdən
xeyli insanla ünsiyyətdə olduğumuz üçün, illah da bizdən böyük və
hörmətəlayiq insanlarla görüşəndə gövdəmizi yüngülcə önə doğru
əydiyimizi öyrənmək böyük əhəmiyyətə malikdir. Haqqında danışdığımız
reverans jesti bu cür ehtiram əlaməti nümayiş etdirən mədəniyyətdən gələn
insanlar tərəfindən tanınacaq və davranışı nümayiş etdirən qərblilərə böyük
sosial üstünlük qazandıracaq (bax: qutu 23). Yeri gəlmişkən, bəzi şərqi
avropalılar (xüsusilə yaşlı nəsil) topuqlarını vurub yüngülcə əyilməklə
ehtiramlarını bildirirlər. Həmişə bunu görəndə hələ də insanların lütfkarlıq
və ehtiram nümayişlərinin necə də məftunedici olduğunu düşünürəm.
Şüurlu və ya instinktiv edilməsindən asılı olmayaraq, gövdənin önə əyilməsi
başqalarına qarşı olan sayğının əlamətidir.

6
Koutou (kowtow) Çin mədəniyyətinə aid olan sözdür. Burada və bundan sonra bQtün
kitab boyunca bu kəlmə əsl mənası olan dizlərini yerə qoyaraq baş əymək deyil,
qurşaqdan əyilmə mənasında işlədilib.
QUTU 23: ALİ KOUTOU
Gövdə əyilməsinin universallığının İkinci Dünya müharibəsi
başlamamışdan əvvəl Filippinə təyin olunmuş general Duqlas
MakArturun köhnə bir kinojurnalda olan şəklini gördükdən sonra şahidi
oldum. Şəkildə ABŞ ordu zabitinin MakArturun ofisindən çıxarkən bəzi
sənədləri əlindən saldığı təsvir edilmişdi. Çıxarkən həmin zabitin koutou
vəziyyətində olduğunu gördüm. Kimsə ondan bunu etməsini xahiş
etməmişdi; bu davranışı zabitin beyni avtomatik olaraq yüksək statuslu
məmurun mövqeyinin aydın olduğunu bilməsinə izin vermək üçün təlqin
etmişdi - bu, MakArturun başçı olduğunu göstərən nümayiş Idl (qorillalar,
itlər, canavarlar və digər heyvanlar da bu İtaətkar duruşu sərgiləyirlər).
Maraqlıdır ki, otaqdan əyilərək çıxmaq istəyən şəxs bir gün Avropanın All
İttifaq komandiri, Normand işğalının memarı və bizim otuz dördüncü
prezidentimiz olacaq Duayt Devid Eyzenhauerdən başqası deyildi.
Təsadüfən, İllər sonra Eyzenhauerin prezident olduğunu öyrənən
MakArtur bildirmişdi ki, Eyzenhauer onun "ən yaxşı katibi" olub.

Gövdə bəzəkləri

Simvollar da qeyri-verbal ünsiyyətə daxil olduğu üçün geyim və digər


geydiyimiz aksesuarlara diqqət ayırmalıyıq (ümumilikdə bədənə). Deyimə
görə, “adamı geyiminə görə qarşılayarlar” və bu fikirlə razılaşıram. Bir çox
araşdırmalar sübut edib ki, rəsmi vo ya gündəlik geyimimizdən asılı
olmayaraq (hətta geyim dəstimizin rəngləri (mavi geyimin üzərinə
qəhvəyi)), nə geyinməyimiz başqalarına təsir göstərir (Knapp&Hall, 2002,
206-214).
Geyimimiz bizim haqqımızda çox şey deyə, bizim üçün çox şey edə bilər.
Bir baxımdan gövdəmiz duyğularımızı üzərində reklam etdiyimiz elan
lövhəsidir. Romantizm zamanı ovsunlanmaq, iş zamanı uğur qazanmaq
üçün uyğun tərzdə geyinirik. Oxşar şəkildə orta məktəb lettemanı, polis
nişanı və hərbi geyimlər - bunlar hamısı müvəffəqiyyətlərimizə diqqət
çəkmək üçün istifadə etdiyimiz geyimlərdir. Başqalarının bizə diqqət
yetirməsini istəyiriksə, bunu xarici görünüşümüzlə edirik. ABŞ prezidenti
Konqres önündə Birliyin durumu haqqında çıxış edərkən mavi və boz
geyimli izdihamın içində, tüklərini nümayiş etdirən nəzərəçarpan əlvan
qiyafət geyinməklə diqqəti üzərinə çəkmək istəyən qadınları, yəqin ki,
müşahidə etmisiniz.
Paltar geyinən şəxsin əhvali-ruhiyyəsini, yaxud xarakterini əks etdirməklə
çox sadə, çox uyğunsuz (skinhed geyimlərini, ya da qotik görünüşü
xatırlayın), yaxud da çox təmtəraqlı (Libereys və Elton Con kimi
musiqiçilər) ola bilər. Alternativ olaraq bədən qiyafətlərimizdən və ya
gövdəmizin hansısa çılpaq hissəsindən ya başqalarını cəlb etmək, ya nə
qədər əzələli, yaxud formada olduğumuzu göstərmək, ya da sosial, iqtisadi
və ya vəzifə baxımından hansı mövqe tutduğumuzu reklam etmək üçün
istifadə edə bilərik. Bu, yüksək səviyyəli görüşlər və ya yaxud sevgili ilə
yeməyə gedərkən niyə çox insanın nə geyinməklə bağlı təşviş keçirmələrini
izah edə bilər. Fərdi libaslarımız nəcabətimizi və ya hansısa qrupla
əlaqəmizi (məsələn, sevimli komandamızın rənglərini geyinmək)
göstərməyimizə icazə verir.
Geyim çox vaxt təsviri olmaqla bərabər (insanlann sevinclərini və ya
kədərlərini göstərən) yüksək statusa malik olub-olmadığını, hansı sosial
normalara və ya təriqətlərə mənsub olmasını da aşkar edə bilər (Hasid
yəhudisi, Amiş fermeri, yaxud Hare krişnalan). Bir tərəfdən də nə
geyiniriksə, oyuq (bax: 24). İllərdir insanlar mənə FTB agenti kimi
geyindiyimi deyirlər və məncə, haqlıdırlar. Mən standart xəfiyyə uniforması
geyinirəm: göy kostyum, ağ köynək, tünd-qəhvəyi qalstuk, qara ayaqqabılar
və dərindən qırxılmış saç.

QUTU 24: NƏ GEYİNİRSİNİZSƏ, OSUNUZ


Belə bir ssenari təsəvvür edin: bir axşam seyrək məşkun- laşmış küçə
ilə addımlayırsınız və arxanızca kiminsə gəldiyini eşidirsiniz. Həmin şəxsin
nə üzünü, nə də əllərini qaranlıqda seçə bilməsəniz də, kostyum
geyindiyini, qalstuk vurduğunu və əlində iş çantası olduğunu təyin edə
bilirsiniz. İndi yenə də həmin qaranlıq küçəni təsəvvür edin, amma bu
dəfə arxanızca gələn şəxsin əzilmiş və torba kimi qiyafət, sallanan şalvar,
arxaya doğru fırladılmış kepka, rəngli futbolka geyindiyini pırtlaşıq saçlı
olduğunu düşünün, başqa bir halda həmin adamın əynindəki geyimləri
detallı şəkildə görə bilmirsiniz - sadəcə, üst-başından kişi olduğunu zənn
edirsiniz. Digər tərəfdən yalnızca libasa əsaslanaraq, sizin
təhlükəsizliyinizə hər üç insanın fərqli potensial təhlükəyə malik olduğu
qənaətinə gələ bilərsiniz. Hətta hər bir insanın yaxınlaşma sürəti eyni olsa
belə, o, yaxınlaşdığı üçün limbik beyniniz aktivləşəcək (bu individuallarə
olan reaksiyanın zahirən onların geyimlərindən asılı olmasına
baxmayaraq). Vəziyyəti dəyərləndirməyiniz sizi rahat və ya narahat (hətta
qorxmuş) hiss etdirəcəkdir.
Hansı şəxsin özünüzü rahat hiss etməyinizə səbəb olacağını sizə
deməyəcəyəm, qərarı öz öhdənizə buraxıram. Düzdür, ya səhvdir deyə
bilmərəm, amma bütün digər şeylər bərabər olduqda həmin insanların
geyimi bizim onlar haqqında nə düşündüyümüzə böyük ölçüdə təsir edir.
Geyim özü bizə fiziki olaraq zərər yetirə bilməsə də, sosial olaraq ziyan
verə bilər. 11 sentyabr 2001-ci ildən sonra Yaxın Şərq üslubunda geyinən
insanları görən amerikalıların necə təhdidkar və şübhəli olduğunu
yadınıza salın. Bundan əlavə, bütün bu hadisələrin nəticəsi olaraq bəzi
əslən Yaxın Şərqdən olan amerikalıların özlərini necə hiss etdiklərini
təsəvvür edin.
Kollec tələbələrinə həyatın həmişə ədalətli olmadığını, çox təəssüf ki,
geyimlərinə görə mühakimə olunacaqlarını söyləyirəm; beləcə, onlar
qiyafətlərini seçərkən və başqalarına göndərdikləri mesajlar da daha
diqqətli olmalıdır.

Hətta xatırlatdığım xəbərdarlıqlarla belə geyim qeyri-verbal


dəyərləndirmənin ortalama sxemində düşünülərək seçilməlidir. Bu
səbəbdən geyindiyimiz paltarların vermək istədiyimiz mesajla ahəngdar
olması çox vacibdir (düşünsək ki, qarşımızdakı insanlann davranışına
müsbət, yaxud bizə fayda verəcək şəkildə təsir göstənnək istəyirik).
Görünür, xüsusi geyim tərzi tələb edən müəyyən məşğuliyyət sahələrimiz
olduğuna və məsələ geyimə gələndə şüurlu seçimlər etdiyimizə görə bunun
nə mənaya gəldiyinə qiymət verərkən diqqətli olmalıyıq. Bundan başqa,
qapınızın ağzmda dayanan, telefon təmirçisi geyimində olan bir şəxs evinizə
daxil olmaq üçün həmin geyim formasını satın alan və yaxud oğurlayan
cinayətkar da ola bilər (bax: qutu 25).

QUTU 25: HƏR ZAMAN GÖRÜNDÜYÜMÜZ


ŞƏXS OLMURUQ
Təbii ki, qarşımızdakı şəxsi, yalnızca geyiminə görə qiymətləndirərkən
diqqətli olmalıyıq, ona görə ki bu, bəzən bizi yanlış qərara sürükləyə bilər,
ötən il Londonda Bukingem sarayından 4 blok məsafədə olan, xadimələr
daxil bütün işçi heyəti "Armani" kostyumları geyinmiş çox gözəl bir
hoteldə idim, asanlıqla hansı sosial statusa malik olduqlarını səhv
salardım. Odur ki yadınızda saxlayın, mədəni olaraq müəyyən edildiyinə
və asanlıqla manipulyasiya edə bildiyinə görə geyim qeyri-verbal
görünüşün yeganə hissəsidir. Biz geyimi insanları libaslarına görə
mühakimə etmək üçün yox, verdiyi mesajı müəyyən etmək üçün
qiymətləndirməliyik.

Qarderobunuzu və aksesuarlarınızı seçərkən həmişə geyiminiz vasitəsilə


göndərdiyiniz mesaja və başqalarının sizin libasınızdan nəyi dərk
edəcəklərinə uyğun hərəkət edin. Həmçinin xatirinizdə olsun: spesifik
zamanda və məkanda libasınızdan bir şəxsə və ya bir qrup insana siqnalı
göndərmək istəyə bilərsiniz, amma sizin mesajınız qəbuledicisi olmayan
başqa bir çox insana da ötürülə bilər.
Seminarlarda tez-tez belə bir sual verirəm: “Bu gün sizdən neçənizi
ananız geyindirib?” Təbii ki, hamısı gülür və heç biri əlini qaldırmır. Sonra
deyirəm: “Əla, onda hamınız geyiminizi özünüz seçmisiniz”. Bu vaxt
ətraflarına göz gəzdirir, güman ki, ilk dəfə daha işgüzar və özlərini ifadə
edəcək tərzdə geyinə biləcəklərinin fərqinə varırlar. Hər şey bir kənara, iki
insan ilk dəfə görüşməzdən əvvəl hər biri digərinin fiziki görünüşünə və
qeyri-verbal ünsiyyətinə diqqət etməlidir. Bəlkə də, necə dərk ediləcəyinizə
diqqət etməyin vaxtıdır.

Çəki-düzən vermə

Fiziki və əqli cəhətdən problemimiz yoxdursa, xarici görünüşümüzə,


saçımıza və üst-başımıza uyğun şəkildə diqqət göstərəcəyik. Bu davranışı
sərgibyən yeganə canlı insanlar deyil, quşlar və digər məməlilər də oxşar
davranış nümayiş etdirirlər. Digər tərəfdən, fiziki və əqli baxımdan nasaz
olanda gövdəmizin və çiyinlərimizin duruşu, eyni zamanda ümumi xarici
görünüşümüz sağlamlığımızın yenndə olmadığını göstərir (Amerikan
Psixiatrik Лммдоуде. 2000, 304-307. 350-352). Bir çox bədbəxt, evsiz
insanlar şıznfrcnıyaya mübtəla olurlar və bu nizamsızlıq onlann
geyimlərində də öz əksini tapır. Həmin fərdlərin paltarları çirkli və köhnə
otar. Bu ındıvıduallann çoxu başqaları tərəfindən yuyunmadı və təmiz
qiyabilər geyinməyə məcbur edilir. Əqli olaraq depreawyadakı insan
yeriyərkən və ya dayanarkən boynunu bük ür.; saata dünyanın yükü onun
çiyinlərinə ağır gəlir.
Nasaz və kədərli olarkən səliqəsiz xarici görünüş fenomeni bütün Yer
üzündə antropoloqlar, sosial mütəxəssislər və tibb işçtləri tərəfindən
müşahidə edilmişdir, Beyin qüssələnərkən və ya xəstə olarkən özünə çəki-
düzən vermə və göstərmə ilk arxa plana atdığı şeylər arasındadır (Ç.Darvin,
872, fəsil 3, passim), Məsələn, əməliyyatdan sonra sağalan pasiyentlər
xəstəxana dəhlizində pırtlaşıq saçları və şəxsi görünüşlərinə fikir
verməyərək əməliyyat önlüyünü çiyinlərinə ataraq gəzə bilərlər. Xəstə
olarkən normal halda olduğunuzdan daha səliqəsiz şəkildə evdə dolaşa
bilərsiniz. Əgər bir insan, həqiqətən, naxoş və ya travma almış
vəziyyətdədirsə, beyinin digər “məşğuliyyətləri” olur va xarici görünüş
onlardan birisi deyil. Beləliklə, kontekst daxilində şəxsi gigiyenanın və ya
səliqənin ümumi çatışmazlığından qarşımızdakı şəxsin əqli vəziyyəti, yaxud
sağlamlığı barəsində fərziyyələr yürütmək üçün istifadə edə bilərik.

Gövdə yayılması

Kresloda və ya stulda yayılaraq oturmaq, adətən, rahatlıq işarəsidir. Lakin


müzakirə olunmalı ciddi məsələlər olarsa, yayılma ərazi və dominantlıq
göstəricisidir (bax: şək. 35).

Yayılaraq oturma öz evinizdə normal olsa da, iş yerlərində


(xüsusilə işə qəbul zamanı) qəbuledilməz ərazi təzahürüdür
Xüsusilə valideynləri tərəfindən danlanarkən yeniyetmələr öz mühitlərinə
ağalıq etmənin normal qeyri-verbal üsulu kimi, adətən, stulda, yaxud
skamyada yayılaraq otururlar. Bu yayılma davranışı sayğısızlıqdır və
özündən yüksək statuslu şəxslərə qarşı hörmətsizlik kimi başa düşülür.
Sözügedən hərəkət dəstəklənməyən və dözülməz ərazi təzahürüdür.
Əgər övladınız tez-tez bu davranışı nümayiş etdirirsə, deməli, ciddi
narahatlıqlar keçirir və siz bu cür davranışı övladınızdan ayağa qalxmasım
tələb edərək, bu da işə yaramasa, qeyri-verbal olaraq onun şəxsi zonasının
sərhədlərini pozaraq (yanında oturmaqla və ya onun düz arxasında
dayanmaqla) dərhal neytrallaşdırmalısınız. Qısa müddətdə övladınız sizin
ərazi “işğalınıza limbik reaksiya verəcək, nəticədə də bu onun ayağa qalx-
masına gətirib çıxaracaq. Ciddi narazılıqlar zamanı onun yayxanaraq
oturmasına izin versəniz, zamanla sizə olan hörmətini itirməsinə
təəccüblənməməlisiniz. Niyə də yox? Bu cür davranışlara şərait yaradaraq
sanki deyirsiniz: “Hər şey qaydasındadır, mənə hörmətsizlik et!” Həmin
uşaqlar böyüdükdən sonra ismətli şəkildə oturmalı olduqları iş yerlərində
kobud şəkildə “yayılmağa” davam edə bilərlər. Bu həmin iş yerində onların
uzun müddət qalması və işləməsi üçün heç də ürəkaçan hərəkət deyil, ona
görə ki rəhbərliyə qarşı çox mənfi qeyri-verbal sayğısızlıq mesajı göndərir.

Sinəni irəli vermək

Bir sıra canlılar kimi (bəzi kərtənkələlər, quşlar, itlər və bizim


qohumlarımız olan primatlar), insanlar da ərazi dominantlıqla- nnı
göstərmək üçün sinələrini qabağa verirlər (Givens, 1998- 2007). Bir-birinə
qəzəblənən iki insana diqqət yetirin; onlar eynilə qorillalar kimi sinələrini
şişirirlər. Başqalarının belə etdiyini görərkən bu bizə haradasa gülünc gələ
bilər, amma “sinəni qabağa vermək” gözardı edilməməlidir, çünki
müşahidələr göstərib ki, insanlar qarşısındakı “rəqiblər”i vurmağa
çalışarkən sinələrini şişirirlər. Məktəb stadionunda əlbəyaxaya hazır olan
uşaqlarda bunu görə bilərsiniz; sözügedən hərəkət əsas döyüşdən qabaq çəki
mərasimində verbal olaraq bir-birini qızışdıran boksçularda da müşahidə
edilir (sinələrini qabağa verir, bir-birinə doğru əyilir, qələbələrinə olan
əminliklərini göstərməyə çalışırlar). Dahi Məhəmməd Əli döyüşqabağı
mətbuat konfranslarında sözügedən davranışı ustacasma edirdi. O təkcə
təhdidkar yox, həm də gülməli idi (bütün şou boyunca) və bu, baxımlı bir
tamaşa və heç şübhəsiz, bilet satışlarına hesablanmış bir addım idi.
Gövdəni açmaq

Bəzən küçə döyüşlərində rəqibini vurmağa hazırlaşan adamlar köynək,


papaq kimi əşyalarını çıxanrlar. Bu hərəkətin, sadəcə, əzələləri nümayiş
etdirmək, soyunduğu paltarları qorumaq və ya rəqibinin həmin
qiyafətlərdən tutaraq öz xeyrinə istifadə etmək cəhdinin qarşısını almağa
hesablanıb-hesablanmadığını heç kim bilmir. İstənilən halda əgər biri ilə
mübahisə əsnasında o. papağı- nı, köynəyini, yaxud digər bir geyim əşyasını
soyunursa, böyük ehtimalla “yumruqlar işə düşmək" üzrədir (bax: qutu 26).

QUTU 26: KÖYNƏYİN ÇIXMASINI İSTƏMƏDİYİNİZ AN


İllər öncə iki qonşunun birinin yenicə cilalanmış avtomobilini digərinin
bağ sulama sisteminin islatması üstündə verbal olaraq mübahisə
etdiklərinə şahidlik edirdim. Vəziyyət kəskinləşdikcə qonşulardan biri
köynəyinin düymələrini açmağa başladı. Tezliklə yumruqların işə
düşəcəyini bilirdim. Təəccüblü deyil ki, qonşular arasındakı köynək
soyunma və sinə şişirmə davranışlan eyni zamanda başladı. Bu,
yumruqlaşmanm xəbərçisi idi, düzünü desəm, davanın başlaması çox
gecikmədi. İki yetişkin insan arasında maşının üzərinə düşən bir neçə
damcı üstündə dava düşməsi çox ağlasığmaz idi. Diqqətəlayiq olan
qonşuların qorillalar kimi sinələrini irəli vermələri idi. Onların bu cür
gülünc gövdə nümayişini izləmək utancverici olmaqla I yanaşı, belə bir
hadisənin baş verməməli olduğunu düşünürəm.

Nəfəsalma davranışı və gövd

Qarşmızdakı şəxs stress altındadırsa, sinəsinin qabardığını və yaxud tez-


tez enib-qalxdığını görə bilərsiniz. Limbik sistem oyananda, dartınma və ya
döyüşmə reaksiyaları sərgiləyəndə bədən ya dərindən nəfəs almaqla, ya da
tez-tez nəfəs almaqla mümkün qədər çox oksigen qəbul etməyə çalışır.
Limbik beyin “Potensial problemin həlli qəfil aradan çıxmaq və ya
döyüşmək üçün oksigen istehlakmı tənzimləməkdən keçir!" dediyinə görə
stresli individuallarm sinəsi qabarır. Bu cür qeyri-verbal davranışı başqa bir
fizioloji olaraq sağlam adamda gördüyünüz zaman onun bu qədər stress
keçirməsinə səbəb olan şey barədə düşünməlisiniz.
Çiyinləri çəkmək

Nümayişkaranə şəkildə və ya yüngülcə çiyinlərini çəkmək konteksdən


asılı olaraq, çox şeydən xəbər verə bilər. Müdir işçidən: “Müştərinin şikayəti
haqqında nəsə bilirsən?” - deyə soruşduqda işçi çiyinlərini yarıya qədər
çəkərək “Yox” cavabını verir. Amma spikerin təkcə sözlərinə diqqət
yetirmək kifayət deyil. Dürüst və düzgün cavab çiyinlərin kəskin və bərabər
səviyyədə çəkilməsinə səbəb olur. İnsanlar dediklərini əminliklə
dəstəkləyərkən tam olaraq çiyinlərini çəkirlər. Əgər “Bilmirəm” deyərkən
iki çiyin də qulaqlara qədər qalxırsa, hər şey qaydasındadır. Əvvəl də
haqqında danışdığımız kimi, bu, adətən, həmin fərdin hərəkətlərindən
narahat və ya əmin olduqlarından xəbər verən qravitasiyaya qarşı gələn
davranışdır. Hərgah qarşınızdakı şəxsin çiyinləri qismən qalxırsa, yaxud
çiyinlərindən biri qalxırsa, həmin individuahn dedikləri ilə limbik beyinin
“həmfikir olmaması” və ya onun söylədiklərinin ikibaşlı (yaxud fırıldaq)
olması ehtimalları çox böyükdür (bax: şək. 36 və 37).

Fotodakı kimi çiyinlərin Nəsə barədə məlumatsız olduqda


“yarımçıq” çəkilməsi öhtəliyin və ya şübhə etdikdə çiynimizi
yerinə yetirilməməsindən və çəkirik. İki çiyinin də qalxdığından
güvənsizlikdən xəbər verir. əmin olun, işdir, biri qalxıbsa,
şübhələnməyə haqqınız var.
Zəif çiyin nümayişləri

Çiyinlərdən söz açmışkən qarşınızdakı şəxsin söhbətə və ya hansısa mənfi


hadisəyə reaksiyası zamanı bədən hərəkətlərinə diqqət edin, həmin hallarda
çiyinlər boyunun görünməz olmasına qədər yavaş-yavaş qulaqlara doğru
qalxır (bax: şək. 38).

Qulağa doğru qalxan çiyinlər "tısbağa effekti"nə səbəb olur;


mesajları zəiflik, güvənsizlik və mənfi emosiyalardır. Məğlub olan
atletin soyunub-geyinmə otağına qayıtdığını yadınıza salın.

Burada diqqət etməli olduğunuz əsas məsələ çiyinlərin aramla


qalxmasıdır. Bu bədən dilini nümayiş etdirən şəxs, adətən, başını gizlətməyə
çalışır (eynilə tısbağa kimi). Bu cür individual özunəinamsızlıq və yüksək
narahatlıq keçirməkdədir. Bu davranışı biznes görüşləri zamanı müdir içəri
daxil olub “Okey, bu gün hər kəsin nə etdiyini bilmək istəyirəm” deyərkən
müşahidə etmişəm. Otaqdakı bəzi insanlar fəxrlə öz icralarından danışarkən
kənarda oturan işçilər nəzərəçarpacaq şəkildə aşağı çökməyə başlayacaq,
çiyinləri instinktiv cəhdlə başlarını gizlətmək tiçün yuxan qalxacaqdır.
Bu tısbağavarı davranış atanın “Kiminsə oxuma lampasını sındırması və
bunu mənə söyləməməsi qəlbimə toxundu” deyərkən də bəzi ailələrdə
müşahidə olunur. Ata uşaqlarının üzünə baxanda onlardan biri başını aşağı
əyir və çiyinlərini qulaqlarına doğru qaldırır. Bu zəif çiyin nümayişlərini
məğlub olan futbol komandasının oyunçuları soyunub-geyinmə otağına
gedərkən də görə bilərsiniz (elə təəssürat yaranır ki, sanki çiyinlər başı
udmağa çalışır).

GÖVDƏ VƏ ÇİYİNLƏR BARƏDƏ


SON BİR İZAHAT

Bədən dili haqqında yazılmış, gövdə və çiyinləri gözardı edən çox kitab
var. Bu, təəssüfedicidir, çünki xeyli sayda dəyərli informasiyanı
bədənimizin bu hissəsindən alırıq. İşdir, qeyri- verbal işarətlər üçün bədənin
bu sahəsinin izlənməsinə laqeyd yanaşmısınızsa, ümid edirəm ki, bu fəsildə
yazdıqlarını bədənin bu “elan lövhəsi”ni daxil edərək sizi müşahidə
qabiliyyətinizi gücləndirməyə inandıracaqdır. Gövdə ilə bağlı reaksiyalar
xüsusilə dürüst olur, ona görə ki həyati orqanlanmızm çoxu orada yerləşir
və limbik beynimiz gövdəmizi qorumaq üçün çox böyük qayğı göstərir.
BEŞ

Əlimizin altındakı bilik


Qolların qeyri-verbal davranışları

Bədən dilinin müşahidəsi zamanı qollar gözardı edilir. Qeyri-verbal dili


oxumağa çalışarkən daha çox üzə və əllərə diqqətimizi yönəldirik. Komfort,
diskomfort, inam və digər hisslərlə bağlı nümayişləri müşahidə edəndə
qollar emosiyaların ötürülməsinə çox yaxşı xidmət edir. Dədə-babalanmız
dik yeriməyə başladığı vaxtdan bəri insan qolu heyrətamiz məqsədlərə
çatma yolunda azadlıq əldə etdi. Qol larimiz vasitəsilə yük daşıya, yumruq
ata, əşyalan tuta və özümüzü yerdən qaldıra bilirik. Onlar məxsusilə aşağı
ətraflarla əlaqəli istifadə edilərkən zirək, yararlı olur və bizi istənilən xarici
təhdidə qarşı möhtəşəm ilkin reaksiya ilə təmin edir. Kimsə bizə bir əşya
atanda qollarımız instinktiv və dəqiq bir şəkildə onlann qarşısını almaq üçün
havaya qalxır. Qollanmız ayaq və qıçlarımız kimi həddən artıq reaktiv və
çoxistiqamətlidir; bu bədən üzvlərimiz bizi qorumaq üçün öz iradəmiz
altında olmasa belə, yuxan qalxacaq. FTB-də işlədiyim dövrdə fərdlərin
qollanndan vurularkən özlərini tapança atəşindən müdafiə etmək üçün
yuxan ətraflanndan istifadə etdiklərinin dəfələrlə şahidi olmuşam. Nəzərə
alın ki, beyin əllərin güllənin qarşısım kəsə bilməyəcəyini dərk edir, bununla
belə, limbik beynimiz hələ də qollanmızm qalxmasma səbəb olur və
saniyədə 270 metr sürətlə gələn mərminin qarşısını kəsmək üçün onları sipər
edir. Hüquq elmində bu cür zədələr müdafia yaraları olaraq tanınır.
Hər dəfə qolunuzu harasa vuranda (xüsusən kəskin bir şeyə) bunun
gövdənizi potensial ölümcül zərbədən qorumuş ola biləcəyi haqqında
düşünün. Bir dəfə Florida leysanı zamanı çətiri əlimdə saxladığıma görə
maşınımın qapısı (kəskin olan hissəsi) mənə doğru gəldi və qüvvətli zərbə
ilə böyrümə çırpıldı. Çətiri əlimdə tutduğuma görə zərbə nəticəsində
müdafiəsiz qalan böyrümdəki bir qabırğam sınmışdı. O vaxtdan bəri
qollarıma təşəkkür etməli olduğumu və onların məni necə qorumasını xa-
tırladan bir xatirəm var.
Ayaqlarımız kimi, qollarımız da sağ qalmağımıza yardım etmək üçün
dizayn olunduğuna görə onlardan əsl duyğu və niyyətlərin ortaya
çıxarılması məqsədilə yararlana bilərik. Beləliklə, daha aldadıcı və dəyişkən
olan üzdən fərqli olaraq, yuxarı ətraflarımız bizi nə düşündüyümüz, nə hiss
etdiyimiz və nə etmək niyyətində olduğumuz barədə daha dəqiq şəkildə
təsvir edilən qeyri-verbal biliklərlə təmin edir. Bu fəsildə bəzi - ən geniş
yayılmış qol hərəkətlərini izah etməyə çalışacağıq.

QOLLARLA BAĞLI NƏZƏRƏÇARPAN


QEYRİ-VERBAL DAVRANIŞLAR

Qravitasiya ilə bağlı qol hərəkətləri

Qollarımızı hərəkət etdirmə səviyyəmiz hadisələrə yanaşma və


duyğularımızın vacib və dəqiq göstəricisidir. Bu hərəkətlər məhduddan
coşquna qədər uzana bilər. Xoşbəxt və məmnun olanda qollarımız azad,
hətta sevincli hərəkətlər edir. Küçədə oynayan uşaqlara baxın. Onlar bir-
biriylə qarşılıqlı əlaqədə olarkən qollarını heç bir əziyyət çəkmədən hərəkət
etdirirlər. Siz həmin uşaqları barmaqları ilə nəyisə göstərərkən, jestlər
edərkən, nəyisə tutaraq yerdən qaldırarkən, bir-birilərini qucaqlayarkən və
əl edərkən görə bilərsiniz.
Həyəcanlı olanda qol hərəkətlərimizi məhdudlaşdırırıq; əslində, təbii
tendensiyamız qravitasiyaya qarşı gəlmək və qollarımızı başımızdan yuxarı
qaldırmaqla bağlıdır (bax: qutu 27).
QUTU 27: "ƏLLƏRİNİZİ HAVADA SAXLAYIN!"
İnsanların əlini başının üstünə qaldırması üçün silaha ehtiyacınız
yoxdur. Onları xoşbəxt edin, bunu avtomatik olaraq edəcəklər. Faktiki
olaraq silahlı soyğun, bəlkə də, individualların eyni zamanda həm əllərini
havaya qaldırdıqları, həm də bədbəxt olduğu yeganə zamandır. Atletlərin
gözəl oyundan sonra əllərini necə bir-birinə vurduqlarını düşünün; ev
sahibi komanda qol vurarkən futbol fanatlarının əllərini havaya
qaldırdıqlarını xatırlayın. Qravitasiyaya müqavimət göstərən qol
hərəkətləri sevinc və həyəcana qarşı ən geniş yayılmış reaksiyadır.
Braziliyada, Belizdə, Belçikada və ya Botsvanada olmasından asılı
olmayaraq, qolları yelləmək nə qədər sevincli olduğunuzun həqiqi,
beynəlmiləl təzahürüdür.

İnsanlar, həqiqətən də, enerjili və xoşbəxt olan zaman qol hərəkətləri


qravitasiyaya müqavimət göstərir. Daha əvvəl xatırlatdığımız kimi,
qravitasiyaya müqavimət göstərən davranışlar müsbət hisslərlə əlaqəlidir.
Bir insan özünü yaxşı və ya güvəndə hiss edirsə, yeriyəndə olduğu kimi
qollarını təsdiqləyici şəkildə yelləyəcəkdir. İnstinktiv şəkildə qolların
hərəkətini məhdudlaşdıraraq ağırlıq qüvvəsinə müqavimət göstərə bilmə-
mək özünü təhlükə altında hiss edən adama xasdır.
Həmkarınıza işdə çox böyük və nəzərəçarpan bir qəbahət işlədiyini
söyləsəniz, onun çiyinləri və qollan aşağı düşəcək və nəticədə yazıq kimi
görünəcək. Bu hissi nə vaxtsa yaşamısınızmı? Bu, mənfi hadisəyə qarşı
sərgilədiyimiz limbik reaksiyadır. Mənfi hisslər fiziki olaraq aşağı
çökməyimizə səbəb olur, Bu limbik reaksiyalar təkcə dürüst olmaqla qalmır,
həm də real zaman daxilində baş verir. Qol vurarkən qollarımızı yuxan qal-
dırır, sanki kiməsə zərbə endiririk, digər tərəfdən hakim bizi® əleyhimizə
qərar verdikdə çiyinlərimiz və qollanmız aşağı çökür. Bu qravitasiya ilə
əlaqəli davranışlar duyğulanmızı dəqiqliklə və tam da bizə təsir göstərən
vaxtda ötürür. Bundan əlavə, bu fiziki təzahürlər futbol meydançasında, rok
konsertində baş verməsindən, yaxud yaxın dostlann yığışmasından asılı
olmayaraq, keçici ola bilər.

Qolu arxaya çəkmə

Qanımız qara olanda, yaxud nədənsə qorxanda qollanmızı arxaya çəkirik.


Əslində, yaralananda, təhdid və təhqir ediləndə, narahat olanda qollanmız
ya yanlanmıza düşür, ya da sinəmizin üstündə bir-birindən tutur. Bu, həqiqi
vəyaxud dərk edilmiş bir təhlükə duyduğumuz zaman müdafiə
olunmağımıza kömək edən sağ qalma taktikasıdır. Misal üçün, kobud
uşaqlarla oynayan ananın necə narahat olduğunu yadmıza salın. O, tez-tez
qolla- nm mədəsinin üstündə bir-birinə keçirəcəkdir. Müdaxilə etmək istəsə
də, qollannı bu cür saxlayaraq və oyunun xətərsiz davam etməsi üçün dua
edərək aralıda dayanır.
İki şəxs mübahisə edərkən bir-birindən xəbərsiz şəkildə hər ikisi də bu
qolu geriyə çəkmə davranışım, nümayiş elətdirir. Bu məhdudlaşdırma sağ
qalma dəyərindədir; təhrikedici olmayan mövqe nümayiş etdirərkən bədəni
qoruyur. Əslində, qollar özlərini geri çəkir, çünki qolları geniş açmaq digər
tərəfi vurma və ona xətər yetirmə kimi izah oluna bilər (təbii olaraq ardınca
da davaya səbəb olacaqdır).
Özünüməhdudlaşdırma bizə, sadəcə, başqaları ilə mübarizə aparmaq üçün
deyil, həm də komforta ehtiyacımız olarkən özümüzlə mübarizə aparmaq
üçün lazımdır. Məsələn, gövdə və qollardakı xaralar, yaxud ağnlar özümüzü
sakitləşdirməyə cəhd edərkən qol hərəkətlərimizi məhdudlaşdırmağımıza
səbəb olur. Qollarımızı ağnyan bədən hissəmizə doğru geri çəkə bilərik. Nə
vaxtsa kəskin bağırsaq ağnsı keçirmisinizsə, qollarınız böyük ehtimalla
rahatlığınızı təmin etmək üçün qarnınıza toxunub. Belə hallarda qollar
kənara doğru hərəkət etmir, limbik beyin onlardan "ev”ə dönmələrini tələb
edir.

Qolun hərəkətinin məhdudlaşdırılması

Qol hərəkətlərinin məhdudlaşdınlmasmın - qol donması-nın xüsusilə


uşaqlarda daha məşum nəticələri ola bilər. Uşaq istismarının əlamətlərini
araşdırdıqda öz müşahidəmə əsasən deyə bilərəm ki, istismara məruz qalan
uşaqlar istismarçı valideynlərin və ya digər “yırtıcılar”ın yanında qol
hərəkətlərini məhdudlaşdırırlar. Bu, heyrətamiz sağ qalma refleksidir, çünki
bütün heyvanlar (xüsusilə yırtıcılar) hərəkətə qarşı proqramlaşdırılıblar.
İstismar edilmiş uşaq instinktiv şəkildə öyrənir ki, daha çox hərəkət etsə,
daha tez nəzərə çarpacaq və potensial olaraq да я istismarçının hədəfinə
çevriləcək. Beləliklə, uşağın limbik sistemi qolların diqqət çəkmədiyindən
əmin olmaq üçün özünü tənzimləyir. Qol domna davranışı qayğıkeş
valideynləri övladının müəllimlərindən, qonşulardan, qohumlardan,
dostlarından asılı olmayaraq, istismarın qurbanı ola biləcəyi barədə
xəbərdar etməyə xidmət edə bilər (bax: qutu 28)
QUTU 28: BƏŞƏRİ ÖHDƏLİK
Gümrah qalmaq üçün yerli hovuzlardan birində üzgü- çülüklə məşğul
oluram, illər öncə normal halda ünsiyyətcil və gülərüz olan gənc bir qızın
nə vaxt anası yanında peyda olsa, qollarını məhdudlaşdırdığını müşahidə
edirdim. Həmin reaksiyanı bir müxtəlif günlərdə təkrar-təkrar gördüm.
Bundan başqa, ananın tez-tez qızı ilə kəskin, sərt və aşağılayıcı sözlərdən
istifadə edərək danışdığına da şahid olurdum. Fiziki olaraq qarşılıqlı
əlaqədə isə qadının qızına sevgidən daha çox kobud, sarsıdıcı
davrandığına diqqət edirdim (məsələ burasındadır ki, bu hərəkətlər
cinayət həddində deyildi). Qızı gördüyüm axırıncı gün dirsəyindən
yuxarıda qollarının ventral tərəfində (qollar normal halda hərəkətsiz
dayanarkən gövdə ilə üzbəüz olan hissə) bəzi göyərtilər gördüm. Bu
andan sonra şübhələrimi gizləyə bilməzdim. Hotelin heyətini uşaq
istismarından şübhələndiyim barədə məlumatlandırdım və onlardan
gözlərinin həmin kiçik qızda olmalarını xahiş etdim. İşçilərdən biri onun
xüsusi diqqət tələb edən uşaq olduğunu və zədələrin hovuzdakı
diqqətsizliyi ucbatından əmələ gələ biləcəyini dedi. Narahatlığımın tam
olaraq başa düşülmədiyini anladığıma görə müəssisənin direktorunun
yanına getdim və qayğılarımı dilə gətirdim. Ona izah etdim ki, yıxıldıqdan
sonra əmələ gələn zədə ventral tərəfdə ola bilməz, əksinə, dirsəkdə və ya
qolun dorsal (xarici) tərəfində ola bilər. Eyni zamanda bunun təsadüf
olmadığına da əmin idim, çünki hər dəfə anası ona yaxınlaşanda uşaq
robota çevrilirdi. Hovuzda olan başqa adamlarda da bunu müşahidə
etdikdən sonra bunun avtoritarlıqla bağlı məsələ olduğunu anlayıb
rahatladım.
İcazə verin vacib bir nöqtəyə toxunum. Əgərvalideynsinızsə, müəllim,
universitet məsləhətçisi və ya məktəb davranış qaydaları üzrə
müavinsinizsə və uşaqların kəskin dəyişdiyini və ya valideynləri, yaxud
digər yetişkin individuallar ətraflarında olarkən qollarını
məhdudlaşdırdığını sezirsinizsə, ən azından buna maraq göstərməli və
gələcək müşahidələr üçün hazır olmalısınız. Qol hərəkətinin
dayandırılması limbik sistemin donma reaksiyasının tərkib hissəsidir.
İstismar olunan uşaq üçün bu məhdud davranış sağ qalma anlamı daşıya
bilər.

Bəlkə də, FTB kimliyimi üzərimdən ata bilməməyimdən irəli gəlir, amma
nə vaxt küçədə oynayan uşaqları görürəmsə, onların qolunda göyərtilər və
yaralar axtarmaqdan gözümü çəkə bilmirəm. Təəssüf ki, dünyada zorakılığa
məruz qalan çox uşaq var və təlim keçdiyim dövrdə uşaqlarda və böyüklərdə
zorakılıq və ya kobudluq axtarmaq üçün təlimatlandırılmışam. Təkcə
hüquq-mühafizə orqanlanndakı karyeramın nəticəsi kimi deyil, bir ata kimi
də bədəndə yıxılma, yaxud harayasa dəymə nəticəsində əmələ gələn yaranın
nəyə bənzədiyini bilirəm. Zorakılıqdan doğan zədələr eyni olmur. Yerləri
və görünüşləri fərqli olur və təlim görmüş bir göz onlar arasındakı fərqləri
asanlıqla ayırd edə bilir.
Əvvəl də söylədiyimiz kimi, insanlar qollarından özlərini qorumaq
məqsədilə istifadə edirlər (bu, qabaqcadan edilən limbik reaksiyadır).
Uşaqlar qollarından ilkin müdafiə vasitəsi kimi bədənlərinin önünü
bağlamaq üçün istifadə etdiyinə görə (yetişkinlər daha çox əşyalardan
istifadə edirlər) müdafiəyə qalxmış qol istismarçının yapışdığı ilk şey olur.
Uşaqlarının qolunu aqressiv şəkildə tutan valideynlər qolun ventral (iç)
hissəsində zorakılıq izləri qoyacaqlar. İllah da əgər valideyn həmin
vəziyyətdə uşağı silkələyirsə, bu izlər daha dərin (daha qüvvətli təzyiq ucba-
tından) olacaq və valideynlərin əllərinin, yaxud barmaqlarının izi aydın
şəkildə görünəcəkdir.
Həkimlər və ictimai təhlükəsizlik məmurları hər gün gənc qurbanlarda və
ya pasiyentlərdə bu cür izlərin şahidi olduğu halda, bir çoxumuzun onlann
yayğınlığından və əhəmiyyətindən ümumiyyətlə xəbərimiz yoxdur. Hər
birimiz uşaqlan diqqətlə müşahidə etsək, qəddar rəftarın aşkar əlamətlərini
axtarsaq, məsum uşaqların qorunmasına yardım edə bilərik. Bunu deməkdə
məqsədim sizi paranoid və ya durduq yerə şübhəçi etmək yox, sadəcə,
xəbərdar etməkdir. Qayğıkeş valideynlər müdafiə yaralarının görünüşü və
uşaqlardakı digər zorakı zədələr haqqında daha məlumatlı olurlar. Biz də bu
cür zədələri daha çox müşahidə etsək, uşaqlarımız da daha yaxşı şəraitdə
yaşayacaqlar. Biz onlann xoşbəxt olmasım və sevincdən əllərini yelləməsini
istəyirik, qorxudan məhdudlaşdırmalarını deyil.
Məhdud qol davranışlan uşaqlarla bitmir, müxtəlif səbəblərdən yetişkin
insanlarda da müşahidə edilə bilir (bax: qutu 29). Yuma, Arizonada gömrük
məmuru olan dostum bir dəfə mənə demiş di ki, sərhəddə müşahidə etdiyi
şeylərdən biri adamların yük və əl çantalarını ölkəyə daxil olarkən necə
daşımaları ilə bağlıdır. Əl çantasının içində olanlar barədə narahat olan şəxs
(bu onların dəyəri və ya qanuni olmaması ilə bağlı ola bilər) çantanı əlində
bərk-bərk tutur (xüsusən də gömrük masasına yaxınlaşdıqca). Yalnızca
dəyərli əşyaları deyil, başqalarının görməsini istəmədiyimiz şeylərimizi də
qollarımızla qorumağa çalışırı.
QUTU 29: MAĞAZA OĞRULARININ DAVRANIŞI
Məhdud qol davranışları ilə ilk tanışlıqlarımdan biri təxminən otuz beş
il (bir az da çox) əvvəl bir kitab dükanında mağaza oğrularını güdmək üçün
işlədiyim vaxt baş vermişdi. Satış mərtəbəsinin üzərindəki rahat yerimdən
tezliklə bu xuliqaniarın asanlıqla ayırd edilə biləcəyini öyrəndim. Mağaza
oğrularının tipik bədən dilini öyrəndikdən sonra onları müəyyənləşdirmək
elə də çətin olmadı (təəccüblü olsa da, elə mağazaya girən kimi). Bu
insanların ilk xüsusiyyəti ətrafa çox boylanmaq idi. İkincisi, digər alıcılara
nisbətən daha az əl-qol hərəkətləri edirdilər. Bu, mağazaya girmək
ərəfəsində özlərini daha balaca hədəfə çevirmək istəmələrindən irəli
gəlirdi. Bununla belə, onların qol hərəkətlərindəki əskiklik daha çox
başqalarından fərqlənmələrinə səbəb olurdu - ən əsası da bu mənə
"əzəmətli" yollarının son addımlarında onları daha yaxşı izləməyə imkan
verirdi.

QOL İŞARƏTLƏRİNDƏN ƏHVALİ-RUHİYYƏ VƏ HİSSLƏRİ


QİYMƏTLƏNDİRMƏK ÜÇÜN İSTİFADƏ ETMƏK

Əgər müəyyən zaman daxilində xüsusi bir fərdin qol davranışlarını


müşahidə etmək vasitəsilə düzgün bünövrə qursanız, qol hərəkətlərinə
baxaraq onun özünü necə hiss etdiyini müəyyən edə bilərsiniz. Məsələn, qol
hərəkətləri bir insanın işdən evə hansı əhvali-ruhiyyədə gəldiyini söyləyə
bilər. Ağır bir gün sonunda, özünü kefsiz və ya üzgün hiss edərkən qollan
həmin şəxsin yanlarına düşəcək, çiyinləri isə çökəcək. Bu biliklə
silahlanaraq siz həmin şəxsi rahatlada, yaxud ağır gücdən istifadə edə
bilərsiniz. Əksinə, uzunmüddətli ayrılıqdan sonra qovuşan insanlara baxın;
qollarını açıq tuturlar. Məna ortadadır: “Bura gəl, səni bağrıma basmaq
istəyirəm”. Bu gözəl mənzərə valideynlərimiz bizi qucaqlayan və bizim ona
mehribancasına qarşılıq verdiyimiz hallara da xasdır. Qollarımız onlara
çatır, qravitasiyaya müqavimət göstərir və bütün bədənin önünü açır, çünki
hisslərimiz, həqiqətən də, müsbətdir.
Həqiqi müsbət duyğular hiss etmədikdə qol hərəkətlərimizlə nə baş verir.
İllər öncə, qızım hələ uşaq olarkən bir ailə yığıncağında iştirak edirdik.
Qohumlardan biri mənə yaxınlaşarkən qollarımı boydan-boya açmaqdansa,
təkcə dirsəklərimdən, yanlarıma yaxm olan bazu hissəsindən açmışdım.
Maraqlıdır ki, qızım da həmin bu qohumum onu qucaqlamaq istəyərkən
eynən mənim kimi qollarım açdı. İnstinktiv şəkildə o adamın xoş gəldiyini,
lakin mənim onu görməkdən məmnun olmadığımı nümayiş etdirmişdim.
Qızım nəzakətlə qarşılıq versə də, sonradan onun da bu | qohumumu elə də
xoşlamadığını dedi. Bilmirəm qızımın hissləri orijinal idi, yoxsa həmin
qohuma qarşı mənim duyğularımı təqlid I etmişdi, ikimiz də instinktiv
şəkildə qolumuzu yarıya qədər açmaqla, əslində, nə hiss etdiyimizi nümayiş
etdirmişdik.
Qol davranışlan həmçinin aşağıdakı gündəlik ünsiyyət klişelərini ifadə
etməyə də kömək edir: “salam”, “çox uzundur”, “bura gəl”, “bilmirəm”,
“orada yuxandadır”, “burada aşağıdadır”, “orada üstündə”, “dayan”, “geri
çəkil”, “gözümün önündən çəkil”, “nəyin baş verdiyinə inana bilmirəm”. Bu
jestlərdən çoxu dünyanın istənilən yerində anlaşıla və dil baryerini aradan
qaldırmağa kömək edə bilər. Qollara aid bir sıra əlaqəsiz jestlər də vardır ki,
bəziləri xüsusi sivilizasiyalara xasdırsa, digərləri beynəlmiləl olaraq başa
düşülür.

Təcridedici qol İşarətləri

Müəyyən qol davranışları “Mənə yaxın gəlmə, toxunma!" mesajları verir.


Misal üçün, bəzi universitet professorlarına, həkimlərə, yaxud
hüquqşünaslara onlar dəhlizlə addımlayarkən və ya eyni vəziyyətdə
İngiltərə kraliçasına, ya da onun əri şahzadə Filipə diqqət yetirin. Adamlar
əllərini bellərinə qoymaqla ilk növbədə “Mən daha yüksək statusa malikəm”
demək istəyirlər. İkincisi, “Lüttəıı, mənə yaxın gəlmə, toxunmağı ağlından
belə keçirmə!” mesajı ötürürlər. Bu davranışlar bəzən insanlar tərəfindən
yanhş olaraq, sadəcə, dalğın və ya fikirli duruş kimi başa düşülür, ancaq
muzeydə hansısa tablonu incələyən birində vəziyyət elə deyil. Qolları
gövdənin arxasına qoymaq aydın şəkildə “Yaxın gəlmə, səninlə əlaqədə
olmaq istəmirəm” mesajı verir (bax: şək. 39). Yetkin insanlar bu mesajı bir-
birinə və yaxud uşaqlarına ötürürlər (əslində, ev heyvanları bu cür
davranışlara həssasdır) (bax: qutu 30). Bu vəziyyətin hər dəfə qucağa
alınmaq üçün qollarını açdıqda anasının qollarını geri çəkərək arxasına qoy
duğu bir uşaq üçün necə təsiredici olduğunu təsəvvür edin. Təəssüf ki, bu
cür qeyri-verbal mesajlar yeniyetmələrdə dərin izlər buraxır və laqeydlik və
istismarın başqa formaları kimi, bunlar da sonradan gələcək nəslə təqlid
yolu ilə ötürülə bilər.
İnsanlar özlərinə toxunulmasını istəmədikdə onlara toxunsanız, bundan
xoşları gəlməyəcək. Cütlüklər piyada gəzərkən onlardan biri əlini belinə
vurubsa, deməli, bir-biriləri arasında sərhədlər qoyurlar. Təbii ki, bu
davranış yaxınlığı və intim münasibəti əks etdirmir. Qollarınızı geniş açaraq
birinin əlini sıxmaq istəyərkən həmin adam qarşılıq verməyəndə özünüzü
necə hiss etdiyinizi xatırlayın. Fiziki kontakt üçün birinə çatdıqda və qarşılıq
ala bilmədikdə özümüzü rədd edilmiş və məyus hiss edirik.

QUTU 30: İTLƏRİN "QƏLBİNƏ TOXUNMAQ"


Keyvan təlimçiləri mənə deyirlər ki, insanlar diqqətlərini və qollarını
geriyə çəksələr, itlər buna dözə bilmirlər. Əslində, davranışımız İtə "Sənə
toxunmayacağam" deyir. Əgər itiniz varsa, bu eksperimenti sınayın.
Qollarınız uzadılmış şəkildə, əlləriniz önünüzdə ev heyvanınızın qarşısında
dayanın, amma ona toxunmayın. Daha sonra qollarınızı belinizə doğru
çəkin və nələrin baş verəcəyini seyr edin. Böyük ehtimalla itin mənfi
reaksiyası ilə qarşılaşacaqsınız.

Bəzən "tənqidi mövqe" adlanan bu cür duruş


"Yaxın gəlmə!" mənasını verir. İnsanlarla aranızda məsafə
saxlamaq üçün istifadə olunur.
Toxunuşun insanın rifahı üçün vacib olduğunu sübut edən elmi-tədqiqat
aparılıb. Bu araşdırmaya görə, başqaları ilə nə qədər fiziki kontaktda
olmağımız və müsbət toxunuşların baş verməsi sağlamlığımıza, əhvali-
ruhiyyəmizə, əqli inkişafımıza, hətta uzunömürlülüyümüzə təsir göstərir
(Knapp&Hall, 2002, 290- 301). Sadəcə, itə toxunmanın insanın ürək
döyüntülərini aşağı saldığı və sakitləşdirici xidmət göstərdiyi barədə
hamımız oxumuşuq. Bəlkə də, bu, doğrudur, çünki ev heyvanlarının
sevgiləri qeyd-şərtsiz olduğu üçün biz onlardan qarşılıq gözləmirik.
Bir canlı növü olaraq toxunuşdan özümüzü necə hiss etdiyimizin Ölçüsü
olaraq istifadə etməyi öyrənmişik. Həqiqətən xoşladığımız şeylərə toxunma
məsafəsində danışırıqsa, xoşlamadıqla- nmızı qolumuzun çatdığından uzaq
məsafədə saxlayırıq. Kiməsə atması üçün çirkli bir bez verəndə onun həmin
zibili necə barmaqlarının ucunda və bədənindən bacardıqca uzaqda tutmağa
çalışdığına diqqət yetirin. Heç kim bü “sahə”də təlim keçməsə də, hər
birimiz eyni cur davranırıq, çünki limbik beyin razılaşmadığımız, sağlam
olmayan və bizim üçün təhlükəli əşyalara toxunmağımızı ongəlləyir.
Bu qol uzaqlaşdırmafenomeni təkcə xoşlamadığımız əşyalarla yox, bizə
xoş gəlməyən^insanlarla qarşılaşarkən də müşahidə olunur. Qollarınuz bizi
təhdidlərdən və ya ətrafımızda mənfi hesab etdiyimiz istənilən şeydən
qorumaq və uzaq tutmaq üçün baryerlər və bloklama mexanizmləri kimi
hərəkət edir. Qarşımızdakı şəxsin bir əşya və ya individuala qarşı nə hiss
etdiyinin fərqinə varmaqla bir fərd və yaxud əşya haqqmda çox şey öyrənə
bilərsiniz. Aeroportda, yaxud adamla dolu küçədə insanları izləyin və
onlann özlərini qorumaq, ya da başqalarını yaxma buraxmamaq üçün
qollanndan istifadə edərək izdihamın içində necə hərəkət etdiklərinə nəzər
salın. Daha sonra qarşılıqlı əlaqədə olduğunuz insanlann sosial və işgüzar
situasiyalarda necə salamlaşdıqlanna fikir verin. Düşünürəm ki, “bir kəsi qol
boyu məsafədə” saxlamaq ifadəsinin mənasım və nəticələrini götməyə
başlayacaqsmız.

QOLLARA AİD ƏRAZİ TƏZAHÜRLƏRİ

Qollarımızı özümüzü qorumaq və uzaq tutmaq üçün işlətməyimizdən


əlavə, həmçinin ərazini işarələmələri üçün də istifadə edə bilərik. Əslində,
bu paraqrafı yazarkən Kalqariyə uçan bir Kanada təyyarəsindəyəm və
haradasa uçuşun başından bəri iricüssəli qonşumla qol qoyma yeri üstündə
yarışıram. Hazırda məğlub olurmuş kimi görünürəm; qol yerinin kiçik bir
küncü məndədir, qalanma isə o nəzarət edir. Nəhayət, hər hansı əlavə ərazi
iddialarından əl çəkirəm, beləliklə də, uduzuram və o qalib gəlir. Amma ən
azından onun ərazi təzahüründən bu kitab üçün bir misal əldə edə bildim.
Bu cür hadisələrlə hər gün qapı ağzında, liftlərdə, yaxud sinif otaqlarında
qarşılaşırıq. Sonda uzlaşma və ya kompromis olmadığı təqdirdə biri
məğlubiyyətini qəbul edir və heç kim bu hissi xoşlamır.
Həmçinin ərazi təzahürlərini bir şəxsin qollarını yaşayaraq və konfransın
böyük bir qismində başqalarına nisbətdə ağalıq etmək üçün dirsəklərindən
istifadə etdiyi iclas otaqlarında və görüş zallarında görə bilərsiniz. Edvard
Hola, görə, ərazi, əslində, güc deməkdir (Hall, 1969; Knapp&Hall, 2002,
158-164). Ərazi iddiasının çox güclü mənfi nəticələri ola bilər (həm
qısamüddətli, həm də uzunömürlü) və bu nəticədən doğan savaşlar
kiçikdən- böyüyə genişlənə bilər. Ərazi münaqişələri izdihamlı metrodakı
torf məsələsindən tutmuş Folklend adaları uğrunda Argentina və Britaniya
arasındakı savaşa qədər hər şeyi əhatə edə bilər (Knapp&Hall, 2002,157-
159). Kalqariyə uçuşumdan bir neçə ay sonra, hazırda burada oturmuşam və
bu fəsli redaktə etdikcə hələ də oturacaq yoldaşımın qolluğu necə qəsb etdiyi
zaman hiss etdiyim diskomfortu anlaya bilirəm. Ərazi təzahürləri, şəksiz,
bizim üçün əhəmiyyətlidir və qollarımız məkan baxımından üst-üstə
düşdüyümüz şeylər üzərində olan dominantlığımızı qorumağa kömək edir.
Özünə inamlı, yaxud yüksək mövqeli insanların daha az özgüvənli və
daha aşağı statusa malik insanlara nisbətən qollan ilə geniş əraziyə necə
iddia etdiklərinə diqqət yetirin. Məsələn, demaqoq bir adamın qollarını
yamndakı stulların üstünə qoyaraq onlann həmin şəxsin malı olduğunu,
yaxud ilk görüşdəcə əlini güvənli şəkildə qadının çiyninə qoymaqla sanki
öz mülkü imiş kimi davrandığını görə bilərsiniz. “Masa məsələləri”nə
nəzərən yüksək statusa malik individuallann masa arxasında oturan kimi
qollarını masanın üzərinə yaymaqla və ya əşyalarım masanın üstünə
qoymaqla (diplomat çanta, pulqabı, sənədlər) çox vaxt mümkün qədər çox
ərazi iddia etdiklərindən xəbərdar olun. Bir təşkilatda yenisinizsə, şəxsi
materiallardan (qeyd dəftərləri, təqvimlər) və ya qollarından əksəriyyətə
nisbətən daha geniş real əmlak hissəsi iddia etmək üçün istifadə edən
adamlara göz qoyun. Hətta konfrans masalarında maddi əmlak güc və
statusa bərabər tutulur; odur ki bu qeyri-verbal kommunikasiyaların
müşahidəçisi olun və ondan individualın həqiqi və ya dərk edilmiş statusunu
müəyyən etmək üçün istifadə edin. Alternativ olaraq konfrans masasında
dirsəkləri qarnının önündə olan və qollan qıçlan arasından sallanan şəxs
zəifsizlik və güvənsizlik mesajı verir.
Qolların akimbosu

Dominantlığı qorumaq və avtoritar imic yaratmaq istifadə olunan ərazi


davranışlanndan biri qolların akimbosu kimi tanınır. Bu qeyri-verbal
davranış zamanı qollar V şəklində yanlarda genişlənir, əllər böyrəklərin
üstünə yerləşdirilir (baş barmaqlar arxaya baxır). Bir-biriylə söhbət edərkən
polis məmurlarını, yaxud hərbi qulluqçulan izləyin. Demək olar, həmişə
akimbo duruşu sərgiləyirlər. Bu onların avtoritar təliminin bir parçası olsa
da, özəl sektorda o qədər də xoş qarşılanmır. İş dünyasına daxil olmaq üçün
xidməti tərk edən hərbi qulluqçu bu imici yumşaltması üçün
təlimatlandırılmalıdır, beləliklə, onlar bu cür amiranə rəftar etməyəcəklər
(bax: şək. 40). Qol akimbosunu minimallaşdırmaq hərbi qulluqçunun
sivillər tərəfindən sıxıcı ,və ya təlaşlı görülməsinə səbəb ola bilər (bax: qutu
31).

Qolların akimbosu dominantlıq yaratmaq, yaxud "məsələ"


var demək üçün istifadə oluna bilən qüvvətli ərazi təzahürüdür.
QUTU 31: QANUNUN YANLIŞ QOLLARI
Qeyri-verbal davranışların digərlərinin hərəkətlərinə təsir etdiyinə
şübhə edən insanlar polislər yanlış zamanlarda qol akimbolarından
istifadə edərkən nəyin baş verdiyini xatırlasalar, yaxşı olar. Bəzi hallarda
bundan istifadə etmək təkcə polis işçisinin effektivliyini azaltmaqla
qalmır, həmçinin onlann həyatlarını təhlükəyə atır. İnstinktiv şəkildə
sərgilənən qol akimbosu səlahiyyət, dominantlıq, eyni zamanda ərazi
iddiasının qüvvətli bir təzahürüdür. Ev axtarışları zamanı polis işçisi bu
davranışı nümayiş etdirirsə, bu, evdə olanların qanlannı qaralda və
vəziyyəti gərginləşdirə bilər. Bu, xüsusilə məmurun girişdə duraraq ev
sahibinin çıxışını əngəlləməsi halında gözləniləndir. Akimbo kimi ərazi
nümayişləri ehtirasları coşdurur, çünki "hər kəsin evi onun qalasıdır" və
heç bir "kral" onun ərazisinin yadelli tərəfindən idarə edilməsini istəməz.
Qolların akimbo nümayişlərinin istifadəsi ilə bağlı digər bir potensial
təhlükə gündəlik patrul vəzifələrini tərk edərək mülki geyimdə işləyən
gənc polislərə aiddir. Bu kamuflaj olunmuş diletantlar bir təsisata ilk dəfə
daxil olarkən (məsələn, hansısa bara "sızmağa" çalışarkən) qol akimbosu
vəziyyətində dura bilərlər. Bu onların etməyə vərdiş etdikləri bir şey olsa
belə, tanımadıqları şəxslər arasında bu cür avtoritar və ərazi
nümayişlərini həyata keçirməyə haqları yoxdur. Onlar istəmədən polis
olduqlarını, yaxud əsəbi olduqlarını car çəkirlər. Xeyli cinayətkarla
aparılan sorğulamalar sübut edib ki, bu ərazi İlə bağlı qol nümayişi onların
kamuflyaj olunmuş polis işçilərini təyin etmək üçün axtardıqları
işarətlərdən biridir. Səlahiyyətli adamlar xaric çox mülki vətəndaş nadir
hallarda əlini belinə vuraraq dayanır. Həmişə təlimatçı məmurlara və
polis zabitlərinə bu hərəkəti etməsini və mülki geyimdə vəzifəyə çıxan
məmurların bu vərdişdən azad olduqlarına əmin olmalarını söyləyirəm,
beləcə, onlar kim olduqlarını büruzə verməyərək həyatlarını da təhlükəyə
atmamış olacaqlar.

Qol akimbosunun qadınlar üçün xüsusi faydası vardır. Qadın müdirlərə


bunun iclas zalında kişilərlə fikir ayrılığında olarkən tətbiq edə biləcəkləri
qüvvətli qeyri-verbal görüntü olduğunu öyrətmişəm. Hər bir kəs, xüsusilə
də qadınlar üçün bu, ayağını yerə sağlam basdığını, özündən əmin olduğunu
və geri çəkilməyə niyyətinin olmadığını nümayiş etdirmək üçün təsirli
yoldur.
Çox tez-tez qadın işçilər iş yerinə daxil olur və əl-qolla danışan və qol
akimbolan ilə ərazi dominantlığım göstərməkdə israr edən kişilər tərəfindən
təzyiqə məruz qalırlar (bax: şək. 41). Bu davranışı təqlid etmək (yaxud daha
öncə istifadə etmək) digər yollarla iddialı olmaqda istəkli olmayan qadınlar
üçün şəxsi zonanın bərabərləşdirilməsinə xidmət edə bilər. Akimbo
“məsələlər var”, “işlər yaxşı deyil”, yaxud “mən öz yerimdə dayanıram”
deməyin ərazi təzahürü baxımından qüvvətli bir yoludur (Morris,
1985,195).
Ənənəvi qol akimbosunun (əllərin belə vurulub baş barmaqların arxaya
doğru yönəlməsi) başqa bir növü də var, burada da əllər belə vurulur, bütün
barmaqlar arxaya, baş barmaq işə qabağa doğru yönəlir (bax: şək. 41 Və
42)t Bu davranış, adətən, insanlar maraq içində, yaxud narahat olanda
müşahidə olunur. Həmin şəxslər vəziyyətə nə baş verdiyini təyin etmək
üçün bu cür (baş barmaqlar qabağa doğru, əllər beldə, dirsəklər bükülü)
maraqlanan qol duruşu ilə yanaşa bilər və sonradan baş barmaqları arxaya
doğru çevirərək, hərgah lazım olarsa, daha dominant duruş sərgiləyəcəklər.

Qadınlar kişilərə nisbətən Bu fotoda da qollar akimbo


daha az akimbodan istifadə vəziyyətindədir, amma baş barmaqlar
edirlər. Şəkildəki baş önə doğrudur. Bu avtoritardan çox
barmaqlara nəzər salın. nəyisə bilməyə çalışan duruş şəklidir
(41-ci şəkildəki isə "məsələlər var"
anlamına gəlir.
Akimboya oxşar bir digər ərazi göstərişi tez-tez işgüzar görüşlərdə və
başqa oturaq sosial qarşılaşmalarda bir şəxsin arxaya söykənməsi və əllərini
boyunun arxasında birləşdirməsi şəklində müşahidə edilə bilər (bax: şək.
43). Bu davranış barədə mədəniyyət antropoloqu ilə söhbət edirdim və hər
ikimiz razılığa gəldik ki, bu, kobranın digər heyvanları öz ağalığı və gücü
barədə xəbərdar etmək üçün baş dərilərini qabartmasına bənzəyir. Bu,
qabartma effekti bizi həyatda toxunulmaz edir və qarşımızdakılara “Başçı
mənəm” mesajı verir. Bu və ya digər dominant nümayişlərdə iyerarxiya var.
Misal üçün, iclasın bağlanmasını gözləyərkən ofis supervayzeri əllərin
boyun ardında, dirsəklərin yanbükülü olduğu davranışı sərgiləyə bilər.
Lakin müdir içəri girən kimi bu qabarma hərəkəti dayanacaqdır. Ərazi
iddiası yüksək mövqeli və ya səlahiyyətli adamlara xasdır. Odur ki bu
davranışı nümayiş etdirmək müdirin haqqıdır, digərləri üçün isə ehtiram
əlaməti olaraq əllərini masanın üzərinə qoymaq daha məqbul hesab olunur.

Boyun ardında əlləri birləşdirmək komfort və ağalıq əlamətidir.


Adətən, iclasın "başları" bu cür davranır.
Tez-tez insanlar qollarından bir nöqtəni vurğulamaq və ərazi iddia etmək
üçün eyni zamanda istifadə edə bilərlər. Bu, insanla- nn hansısa bir məsələ
üzərində razılıq əldə etməsi zamanı sıxlıqla baş verir. Nyu-Yorkda bir
gecəlik hoteldə qalarkən müsafirlərdən birinin əlləri bədəninə bitişik şəkildə
hotel resepşnma yaxınlaşıb işçidən onun üçün bir yaxşılıq etməsini
istədiyini söylədiyini xatırlayıram. Yaxşılıq istəyi geri çevrildikdə qonaq
xahişini tələbə çevirdi və qollan daha geniş açılaraq danışıq kəskin şəkil
aldıqca daha geniş ərazini iddia etməyə başladı. Bu davranış dominantlıq
yaratmaq və qonağın öz nöqteyi-nəzərini vurğulamaq üçün tətbiq olunmuş
qüvvətli limbik reaksiya idi (bax: şək. 44).

Şəkildəki kimi duruş şəkli əminlik və avtoritarhqdan


xəbər verən əhəmiyyətli ərazi təzahürüdür.

Ümumiləşdirsək, məzlumluq qollan geri çəkirsə, güclü, qüvvətli və


əsəbilik individualın daha geniş əraziyə sahiblənməsinə xidmət edərək
qolların geniş açılmasına gətirib çıxarır (bax: qutu 32).
QUTU 32: QOLLARIN AÇILMASI HƏYƏCAN SİQNALI KİMİ
Uzun illər öncə Amerika Hava Yolları təhlükəsizlik əməkdaşlarına ölkə
xaricində təlim verirdim. İşçilərdən biri mənə bildirdi ki, bilet satışı
nümayəndəsi problemli sərnişinlə qarşılaşarkən onları qollarını necə
saxlamalarına görə müəyyən edirlər. O vaxtdan bəri bu davranışa mən də
diqqət edirəm və qarşıdurmalar zamanı bunun hədsiz sayda şahidi
olmuşam.
Hava limanında idim (bəli, yenə də); liman işçisinin bir sərnişini çox
ağırçəkili yük üçün əlavə məbləğ ödəməli olduğunu söyləyən yeni bir
qanunun çıxması barədə xəbərdar etdiyini eşitdim. Dərhal bu sərnişin
masanın üzərinə əllərini qoyaraq qollarını geniş açdı və təbii olaraq bu
onun belinin əyilməsinə səbəb oldu. Bu andan sonra başlayan mübahisə
zamanı aeroport işçisi geri addım atdı və qollarını sinəsinin üzərində bir-
birinə keçirərək sərnişinə razılaşana və sakitləşənədək təyyarəyə
minməyə icazə verməyəcəyi barədə xəbərdarlıq etdi.
Bu hər gün görə biləcəyiniz bir davranış deyil, bəlkə, qol güləşi
turnirlərində rast gələsiniz

İşgüzar görüşlərdə geniş ərazini əhatə edən və onu qoruyan spiker


müzakirə olunacaq mövzu barədə özündən əmindir (bax: şək. 45). Qolları
geniş tutmaq dəqiqliyi yüksək olan qeyri-verbal davranışlardan biridir,
çünki limbik əsaslıdır və “Mən əminəm” mesajı verir. Əksinə, stulda
yayılaraq oturan birinə onu narahat edən bir şey haqqmda sual verərkən
qollarını necə də tez-tez geri çəkdiyinə nəzər yetirin (bax: qutu 33).

QUTU 33: QOLLARINI YANINA SALMIŞ SWAT KOMANDİRİ


Uzun illər öncə Leyklend, Floridada baş tutmalı olan SWAT əmə-
liyyatının planlaşdırılmasında iştirak edirdim. Tapşırıq plan- layıcısı
əməliyyat planını izah etdikcə hər şeyi əhatə edirmiş kimi görünürdü. Çox
dəqiq işlənmiş əməliyyat planı üzərindən əminliklə keçərkən qollarını iki
stulun üzərinə uzatmışdı. Birdən kimsə sual verdi: "Bəs Leyklend
fizioterapevtləri, onlarla əlaqə yaratmışıq?" Komandir dərhal qollarını
geri çəkdi və ovuclarını bir-birinə yapışdıraraq qıçlarının arasından aşağı
salladı. Bu onun ərazi davranışındakı çox önəmli bir dəyişiklik idi. O, şəxsi
zonasını geniş ərazidən mümkün qədər dar əraziyə dəyişmişdi, hamısı
ondan ötrü idi ki, məsələnin bu tərəfi barədə diqqətsiz hərəkət etmişdi.
Missiya başçısının özünə güvəni birdən-birə yox oldu. Bu,
davranışlarımızın əhvalımızdan, güvən səviyyəmizdən, yaxud
düşüncələrimizdən asılı olaraq aşağı düşdüyünün və coşduğunun necə
tez-tez diqqət etməli olduğumuzun nümunəsidir. Bu qeyri-verbal
davranışlar real zaman daxilində baş verir və dərhal məlumat ötürür.
Özümüzdən əmin olduqda "yayxanırıqsa", güvənimiz az olduqda
"qınımıza çəkilirik".

Qolları geniş açaraq stulun üzərinə qoymaq dünyaya


özünüzdən əmin olduğunuzu və rahat olduğunuzu bəyan edir

Qol davranışları sevgi münasibətlərində

Sevgi münasibətlərində, adətən, kişi qollarını sevgilisinin belinə dolayır


(xüsusilə digər kişilər onun qadınma pis niyyətlə baxdığı zaman). Ya qolunu
onun arxasına keçirəcək, ya da heç kimin qadmına yaxınlaşmaması və onun
ərazisini tutmaması üçün onun ətrafında dörd dönəcəkdir. Sevgi rituallarını
ödəmək həm maarifləndirici, həm də əyləncəli ola bilər (xüsusilə kişilər ins-
tinktiv şəkildə özlərinin və sevgililərinin ərazisinin sərhədlərini eyni
zamanda müəyyən edəndə).
Qollarla bağlı sevgi davranışlarının digər bir nümunəsi cütlüyün masa
başında bir yerdə oturarkən yollarını bir-birinə nə qədər yaxın yerləşdirməsi
ilə əlaqədardır. Qollarımızda çoxlu hissiyyat reseptorları var, odur ki qol
toxunuşu hissiyyatlı zövq yarada bilər. Faktiki olaraq hətta çılpaq
qollarımızı saçlarımıza sürtmək sinir uclarını oyada bilir. Buna görə də
qollarımızı başqasının qollarına yaxın saxladıqda limbik beynimiz rahat
olduğumuzu, fiziki kontaktın mümkün olduğunu açıq-aşkar nümayiş etdirir.
Bu davranışın əksi münasibət pisləşməyə doğru getdikdə və ya birlikdə
oturduğumuz adam (sevgili və ya hər hansı bir yad) özümüzü narahat hiss
etməyimizə səbəb olduqda qollarımızı “ortağımız”ın qollarından
uzaqlaşdırmağımızdır.

Qol aksesuarları və artefaktlar

Yer üzündə zənginlik, adətən, qollara dəyərli artefaktlar, yaxud


aksesuarlar taxılması ilə nümayiş etdirilir. Yaxm Şərqin çox hissəsində hələ
də qadınların qızıl üzüklər taxması, qolbaqlar vurması şərti dəyər və
statusdan xəbər verir. Həmçinin kişilər bahalı saatlar vurmaqla sosial-
iqtisadi mövqelərini və yaxud zənginlik səviyyələrini bəyan etməyə
çalışırlar. 1980-ci illərdə Mayamidə kişilər “Rolex” saatları vurmaqda
yarışırdılar, həmin saatlar dövrün statusunu müəyyən edən simvollar idi və
narkotik alverçiləri ilə yeni varlılar arasında geniş yayılmışdı.
Birinin şəxsi və işgüzar tarixçəsinin təzahürlərinin də daxil olduğu digər
sosial emblemlər qollarımız üzərində müxtəlif yollarla nümayiş etdirilə
bilər. Tikintidə işləyənlərin, atletlərin və əsgərlərin qollarında bəzən
peşələrindən qalma çapıqlar nəzərə çarpır. Uniformaların bazu hissəsində
çox vaxt haşiyələr olur. Gövdə kimi, qollar da xarakterimizin müxtəlif
cəhətlərini reklam edən, elan lövhələri ola bilər. Sadəcə, adamların
qollarında döydürdükləri döymələrin müxtəlifliyinə, yaxud bodibilderlərin
qolsuz köynək geyərək fəxarətlə əzələlərini göstərmələrinə baxın.
Səriştəli müşahidəçi üçün insanların qollarının diqqətlə nəzərdən
keçirilməsi bəzən onların həyat tərzi haqqındakı məlumatları meydana
çıxara bilər. Ərköyün bir nəfərin zərif, ağappaq dirsəkləri günün altında
işləyən, qolları çapıq-çapıq olmuş, gün yandırmış şəxsinkindən böyük
ölçüdə fərqlənir. Hərbdə qulluq etmiş, yaxud həbsxanada məhkum olmuş
adamm qollarında həmin günlərdən qalan çapıq və ya döymə kimi
artefaktlar ola bilər. Müəyyən bir qrupa və subyektə qarşı kin bəsləyən
individuallar həmin şəxsin qollarında döymə izi tapmağa çalışırlar. Narkotik
aludəçisi olanların venalarında iynə izləri qaçılmazdır. Sərhad şəxsiyyət
pozğunluğu kimi tanınan psixoloji çatışmazlıq fərdlərin qollannda
bilərəkdən edilmiş kəsiklərə və ya zol-zol şırımlara səbəb ola bilər (Amerika
Psixoloji Assosiasiyası, 2000,706-707).
Döymələrdən söhbət açmışkən qeyd edim ki, bu cür bədən artefaktlan son
on beş ildə çoxalıb (xüsusilə də daha “müasir” ölkələrdə). Bununla belə,
fərdi bəzəyin bu üsulu Yer üzündə ən azı on üç min ildir ki, istifadə
olunmaqdadır. Bədənimizin bir hissəsi kimi günümüzdəki döymələrin
ötürdüyü mesajlar müzakirə olunmalıdır. Döymələrdə son illərdəki nisbi
artımla paralel olaraq potensial jüri üzvləri arasında (xüsusən bir şahidin və
ya təqsirləndirilən şəxsin döyməsi varsa, onun necə qəbul ediləcəyini
düşünün) sorğu keçirirdim. Bir qrup kişi və qadm arasında dəfələrlə
keçirilən sorğular onunla nəticələndi ki, döymələr jüri üzvləri tərəfindən
aşağı sinif artefaktlar kimi, yaxud da ümumən təqdir olunmayan gənc
“düşüncəsizliyi” kimi başa düşülür.
Tələbələrə deyirəm ki, əgər döymələriniz varsa, ələlxüsus da işə qəbul
zamanı, onlan gizlətsəniz yaxşıdır (illah da ərzaq sənayesində və ya tibb
sahəsində işləmək istəyirlərsə). Məşhurlarda da döymələrə rast gəlinir, lakin
hətta onlar belə iş başında bunu gizlətməyə çalışırlar. Mövzunu
ümumiləşdirsək, araşdırmalar göstərir ki, əksər İnsanın döymə görməkdən
xoşu gəlmir. Bu cür düşüncə tərzi, bəlkə, bir gün dəyişəcək, indilik isə
başqalarına müsbət təsir göstərmək istəyirsinizsə, döymələrinizi
gizlətməlisiniz.

Qollar ehtiras ötürücüləri kimi

Uşaqların şəfqətə ehtiyacı var, yalnız bu efir onlar özlərini təhlükəsiz hiss
edəcəklər, digər tərəfdən yetkin insanlar da ara- sıra qucaqlaşma ehtiyacı
duyurlar. Şəxsən mən rahat şəkildə qucaqlaşıram, çünki qucaqlaşma qayğı
və sevgini adi sözlərdən daha effektiv ötürmə qabiliyyətinə malikdir. Nə
qədər qüvvəli və təsirli olmasından asılı olmayaraq, qucaqlaşma sizə
başqaları üzərində üstünlük qazandıra və fərdlərarası effektivliyə nai
olmağınıza gətirib çıxara bilər, fəqət digər tərəfdən bəziləri tərəfindən bu
onların şəxsi zonalarının “tapdanması” kimi də qəbul oluna bilər. Hazırda
yaşadığımız hüquq dövründə xoş qarşılanmadığımız yerdə qucaqlaşmadan
yayınmalıyıq, çünki xoş niyyətlə edilmiş qucaqlaşma cinsi məqsədlə atılmış
addım kimi başa düşülə bilər. Həmişəki kimi qarşılıqlı əlaqədə olduğumuz
insanların davranışlarının diqqətlə müşahidəsi və şərhi istənilən vəziyyətdə
qucaqlaşmanın uyğun olub-olmadığını sizə nümayiş etdirən ən yaxşı
göstərici olacaq.
Digər tərəfdən insanlar qucaqlaşmadan belə qollarından istilik nümayiş
etdirmək və bunu edərkən başqaları tərəfindən müsbət qəbul olunma şansını
artırmaq üçün istifadə edə bilərlər. Yad adama ilk dəfə yaxınlaşarkən
qollarınızı rahat (boş) saxlamağa çalışın (ən çox da qollarınızın ventral
hissəsi və hətta ovuclarınızı aydın şəkildə göstərərək). Bu, qarşımızdakı
şəxsin limbik sisteminə “Salam, zərər yetirmək niyyətində deyiləm”
mesajını ötürmənin qüvvətli üsul udur. Bu davranış digər fərdi rahatlatma
gııı və ardınca istənilən münasibəti asanlaşdırmağın möhtəşəm bir yoludur.
Latın Amerikasında abrazo (qısa qucaqlaşma) kişilər arasındakı
mədəniyyətin bır parçasıdır. Bu “Səndən xoşum gəlir” deməyin bır yoludur.
Abrazo zamanı sinələr bir-birinə birləşir, qollar isə qarşınızdakı şəxsin
kürəyinə sarılır. Təəssüf ki, bunu etməyə həvəssiz olan və ya bunu edərkən
özünü narahat hiss edən xeyli insan tanıyıram. Latın Amerikasında abrazonu
rədd edən, ya da bunu edərkən nənələri ilə rəqs edirmiş kimi görünən
amerikalı iş adamları görmüşəm. Məsləhətim odur ki, bunu düzgün şəkildə
edin, çünki kiçik nəzakət göstərişləri istənilən mədəniyyətdə çox şey ifadə
edə bilər. Doğru abrazonu öyrənmək əllərlə düzgün şəkildə salam
verməkdən və bunu edərkən özünü rahat hiss etməkdən heç də fərqli deyil.
Əgər iş adamısanız və Latın Amerikasında işləyirsinizsə və bu məşhur
salamlaşma şəklini öyrənməmisinizsə, soyuq və kənar şəxs kimi qəbul olu-
nacaqsınız. Sadə bir jest xeyli xoş niyyət doğura biləcək və sizi xanzmatik
göstərə biləcəyi halda bu cür soyuqluğa nə ehtiyac var? (bax: qutu 34).

QUTU 34: QUCAQLAYANLARI BEZDİRMƏYİN!


İllər öncə bir casusluq məhkəmə işində Tampa, Floridada , müdafiə
vəkili məni utandırmaq, yaxud güvənimi sarsıtmaq məqsədilə kinayəli
şəkildə belə bir sual verdi: "Cənab Navarro, hər dəfə müttəhimlə
görüşərkən onunla qucaqlaşdığınız doğru deyil?" Cavab verdim: "Bu,
qucaqlaşma deyildi, cənab vəkil, abrazo idi və bunlar arasında fərqlər
var". Dramatik şəkUdə I pauza verdim, bir səniyə sonra yens davam
etdim; “Su swem müvəkkilinizin bir dəfə silahlı bank oğurluğu etdiyini
nəzərə alsaq, onun silah» olmadığını yoxlamaq üçün də imkan yaradırdı”.
Özünü itirmiş müdafiə vəkili provokatık sorğuləma xəttindən elə o andaca
əl çəkdi, görünür, müvəkkilinin keçmişdə silahlı bank soyğunu
törətdiyimdən xəbərsiz idi.
Maraqlısı budur ki, Tampa və onun yaxınlığındakı Ybor Siti (latın
amerikalıların məskunlaşdığı şəhər) sakinləri abrazo sözünü heç vaxt
eşitməsələr belə, bu abrazo hekayəsi məhkəmə işində həlledici rol
oynadı. Məhkəmədən sonra sözügedən vəkil ilə yaxın dost olduq və o,
hal-hazırda federal hakimdir. Təxminən iyirmi ildən sonra belə "həmin
abrazo insidenti"nə gülürük.
QOLLARIN QEYRİ-VERBAL DAVRANIŞLARI BARƏDƏ
YEKUNLAŞDIRICI QEYDLƏR

Qollarımız başqalarının niyyət və duyğularını aşkar etməkdə xeyli


informasiya ötürə bilir. Mənim nöqteyi-nəzərimdən, bir kəslə yaxm
münasibət qurmağın ən yaxşı üsullarından biri onun çiyni ilə dirsəyi
arasındakı (bazu) bir nöqtəyə toxunmaqdır. Əlbəttə, bunu etməzdən qabaq
həmin şəxsin fərdi və mədəni üstünlüklərinə diqqət etmək daha ağıllı olar.
Ümumilikdə kiçik toxunuş (mənim az öncə izah etdiyim); adətən,
fərdlərarası əlaqəni başlatmağın və digərlərinə birlikdə olduğunu
göstərməyin gözəl və təhlükəsiz üsuludur. Aralıq dənizi, Cənubi Amerika və
ərəb dünyasında toxunma ünsiyyət və sosial harmoniyanın əhəmiyyətli
komponentidir. İnsanlann qolunuza toxun- duqları ölkələrə səyahət
edərkən tƏbccüblənməyin, özünüzü itirməyin, qorxmayın (amma yuxanda
təsvir etdiyim kimi düzgün şəkildə həyata keçirilməsinə diqqət yetirin). Bu
“Biz yaxşı münasibətdəyik” deməyin qüvvətli yoludur. Faktiki olaraq insan
toxunuşu ünsiyyətdə çox yaxından iştirak etdiyinə görə, fəıdlər arasında
toxunuş yoxdursa, narahat olmalı və səbəbi ilə maraqlanmalısınız.
ALTI

NƏZARƏTİ ƏLDƏ SAXLAMAQ

Əllərin və barmaqların dili

Bütün canlı növləri arasında insan əli təkcə nəyi icra etdiyinə görə deyil,
həm də necə ünsiyyət qurmağına görə də özünəməxsusdur. İnsan əli sikst
kapellasmm divarlarına şək. çəkə, gitara çala, cərrahiyyə əməliyyatları
apara, David heykəlini ucalda, polad əridə və şeir yaza bilər. Onlann köməyi
ilə ətraf aləmi tuta, cıza, vura, yumruqlaya, hiss edə, duya, ölçə, saxlaya və
forma verə bilərik. Əllərimizin ifadə etmə qabiliyyəti həddindən artıq
böyükdür; onlar karlar üçün yeganə ünsiyyət vasitəsi ola, hekayə
söyləməyimizə kömək edə, yaxud daxili düşüncələrimizi ortaya çıxara bilər.
Əllərimiz başqa heç bir növün sahib olmadığı diqqətəlayiq bacanqlara
malikdir.
Bu bədən üzvlərimiz çox zərif hərəkətlər sərgiləyə bildikləri üçün
beynimizin daxilində olan incə nüanslan əks etdirə bilər. Əl hərəkətlərinin
başa düşülməsi qeyri-verbal davranışların deşifrə edilməsi üçün önəmlidir,
çünki praktiki olaraq şüurlu, yaxud şüursuz şəkildə beynimiz tərəfindən
yönləndirilərkən əlimizdə heç nə olmur. Milyon illik insan təkamülü
üzərində danışıq dilinin ağalığına baxmayaraq, beynimiz hələ də
emosiyalarımızı, düşüncələrimizi və duyğularımızı çatdırmaqda əllərimizlə
sıx bağlıdır. Beləliklə, insanların danışıb-danışmamasmdan asılı olmayaraq,
onlarm hiss və düşüncələrinin anlaşılmasıtıa kömək edən qeyri-verbal
davranışın zəngin mənbəyi kimi əllər diqqət yetirilməyə layiqdir.
ƏLLƏRİMİZİN GÖRÜNÜŞÜ VƏ QEYRİ-VERBAL
DAVRANIŞLARI FƏRDLƏRARASI DƏRKETMƏYƏ
NECƏ TƏSİR EDİR?

Təkcə başqalarının əlləri bizə məlumat ötürmür, bizim əllərimiz də


başqaları tərəfindən necə dərk edilməyimizə təsir göstərir. Odur ki
əllərimizdən istifadə üsulumuz (həmçinin başqalarının əl hərəkətlərindən
öyrəndiklərimiz) ümumi şəxslərarası effektivliyimizə yardım edir. Əl
hərəkətlərimizin başqalarının bizim haqqımızda nə düşündüklərinə necə
təsir etdiyini incələməklə başlayaq.

Effektiv əl hərəkətləri həqiqətə uyğunluğumuzu və


özümüzdən əminliyimizi artırır

İnsan beyni ən incə əl və barmaq hərəkətlərini hiss etmək üçün


proqramlaşdırılıb. Faktiki olaraq beynimiz bədənin qalan hissəsi ilə
müqayisədə biləklərimizə, ovuclarımıza, barmaqlara və əllərə böyük diqqət
ayırır (Givens, 2005, 31, 76; Ratey, 2001, 162-165). Təkamül nöqteyi-
nəzərindən bunun mənası var. Bizim irqimiz dik duruşu qəbul etdikcə və
beynimizin ölçüsü artdıqca əllərimiz daha bacarıqlı, daha qiymətli,
həmçinin daha təhlükəli oldu. Bizim əllərimizin nə dediyini, yaxud təhlükə
törədib-törətməyəcəyini (məsələn, əldə silahın olması) tez bir şəkildə
görməyi qiymətləndirmək üçün sağ qalma ehtiyacı mız var. Beynimizin
əllərə diqqət etməyə təbii meyli olduğuna görə uğurlu səhnə adamları,
sehrbazlar və görkəmli spikerlər öz təqdimatlarını daha həyəcanlı etmək və
bizi ovsunlamaq üçün bu fenomenə köklənirlər (bax: qutu 35).

QUTU 35: : UĞURU ƏLDƏ SAXLAMAQ


Ən uğurlu natiqlər güclü əl-qol hərəkətlərindən istifadə edirlər.
Təəssüfki, fərd olaraq ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün əl
jestlərini təkmilləşdirən ən yaxşı nümunələrdən biri Adolf Hitlerdir. Birinci
Dünya müharibəsində adi bir əsgər, təbrik kartları rəssamı və qısaboylu
Hitlerin heç bir ixtisaslaşmış istedadı və ya fitri, inandırıcı natiqliklə bağlı
normal səhnə fəaliyyəti olmamışdır. Hitler öz-özlüyündə güzgü qarşısına
keçərək bu istedadı inkişaf etdirib. Sonradan, bu dramatik danışıq stilini
yaxşılaşdıran əl jestləri edərkən özünü lentə aldırmışdır. Yerdə qalanı
tarixdir. Mənfur bir insan oğlu ritorik bacarıqlarının köməyi ilə III Reyxin
lideri kimi məşhurlaşmağa qadirdir. Hitlerin əl jestlərini məşq elətdirdiyi
filmlərdən bəziləri hələ də arxivlərdə mövcuddur. Bu kinolar
auditoriyasını ovsunlamaq və idarə etmək məqsədilə əllərindən geniş
şəkildə istifadə edən spiker kimi Hitlerin inkişafını təsdiqləyir.

Effektiv əl hərəkətlərinə insanlar müsbət reaksiya verirlər. İnandırıcı bir


spiker kimi təsir gücümüzü artırmaq fikriniz varsa (evdə, işdə, hətta
dostlarla), əl davranışlarınızda daha ifadəli olmağa çalışm. Bəzi
individuallar üçün təsirli əl ünsiyyəti təbiidir, həqiqi düşüncə və ya təhsilə
ehtiyacı olmayan bəxşişdir. Fəqət digərləri üçün konsentrasiyalı zəhmət və
məşq tələb edir. Fərqi yoxdur, əllərinizlə təbii şəkildə qurursunuz, ya yox,
əllərinizi də “oyuna daxil etdikdə” ideyalarımızı daha effektiv şəkildə
çatdırdığımızdan agah olun.

Əllərinizi gizlətmək mənfi təəssürat oyadır:


onları göz önündə saxlayın!

Siz danışarkən əllərinizi görə bilməyən insanlar sizə şübhə ilə yanaşa
bilərlər. Odur ki başqaları ilə üz-üzə ünsiyyət qurarkən əllərinizin görünəni
iyindən əmin olun. Əllərini masanın altında gizlədən kiminləsə nə vaxtsa
söhbət etmisinizsə, məncə, söhbətin necə narahatlıq doğurduğunu dərhal
anlamış olmalısınız (bax: qutu 36). Digər fərdlərlə şəxsən qarşılıqlı əlaqədə
olarkən onların əllərini görməyi gözləyirik, çünki beyin ünsiyyət prosesinin
ayrılmaz tərkib hissəsi kimi əllərdən asılıdır. Əllər baxış bucağımızdan
kənarda və ya daha az ifadəli olanda bizi ötürülən informasiyam dərk
edilmiş keyfiyyət və dürüstlüyündən yayındmr.

QUTU 36: XƏLVƏTİ EKSPERİMENT


İllər öncə siniflərimdən üçündə qeyri-rəsmi bir təcrübə keçirirdim.
Tələbələr bir-birindən müsahibə almalarını istədim, sinfin yarısının
müsahibə zamanı əllərini masanın altında saxlaması göstərişini verdim,
yerdə qalan yarısının əlləri isə gözə görüləcək şəkildə yerləşdirilmişdi. On
beş dəqiqə sonar gördük ki, əlləri masanın altında olanlar onlardan
müsahibə alanlar tərəfindən narahat, içinə qapalı, kələkbaz, yalançı kimi
dərk edilir. Əllərini göz önündə saxlayan müsahiblər daha ünsiyyətcil,
səmimi hesab edilirdi (heç birisi aldadıcı təəssürat doğurmurdu). Bu, elmi
bir tədqiqat olmasa da, çox ibrətamiz idi.
Məhkəmə araşdırmaları aparılarkən fərqlənən şeylərdən biri jürilərin
müqəssirlərin əllərini kürsünün arxasında gizlətməsinə necə ikrah hissi ilə
yanaşması ilə bağlıdır. Jürilər təqsirləndirilənlərin əllərini görməyə
çalışırlar: çünki beləliklə nitqi daha dəqiq şəkildə qiymətləndirə bilirlər.
Hakimlərin İ şahidlərin də əllərini gizlətməsindən xoşlan gəlmir; onlar bu
davranışı mənfi qəbul edir, əllərini gizlədən şahidlərin nədənsə
çəkindiyini və ya yalan danışdığını güman edirlər. Bu davranışların
özlüyündə aldatma barədə heç nə olmasa da, jürilərin bunu qavraması
vacibdir və bizə əllərimizi gizlətməməli olduğumuzu xatırladır.

Əl sıxmanın gücü

Əl sıxma qarşımızdakı şəxslə ilk olaraq (bəlkə də, yeganə) girdiyimiz


fiziki kontaktdır. Bunu necə etdiyimiz, onun qüvvəti və müddəti
görüşdüyümüz insanlar tərəfindən necə dərk edilməyimizə təsir göstərə
bilir. Hər birimiz əl sıxdığımız və bizdə oıılar, yaxud həmin situasiya barədə
narahatlığımıza səbəb olan kimisə böyük ehtimalla yada sala bilərik. Əl
sıxmanın bizdə yaratdığı təəssüratı gözardı etməyin. Bu çox vacibdir.
Bütün dünyada başqaları ilə görüşmək üçün əllərdən istifadə olunması
geniş yayılıb, hərçənd əl görüşmənin necə nümayiş etdirilməsi hansı
müddətdə və hansı qüvvədə olması barədə fərqliliklər diktə edir. İlk dəfə
Yutah ştatına - Briqam Yanq Universitetinə gedəndə tələbələrdən “Mormon
əl sıxması” terminini öyrənmişdim. Bu çox qüvvətli, uzunmüddətli və təkcə
BYU tələbələri tərəfindən deyil, həmçinin İsa Məsih Sonuncu Gün
Müqəddəsləri (Mormonlar) kilsəsinin üzvləri tərəfindən geniş ölçüdə
istifadə olunan bir əl sıxmadır. Orada olduğum uzun illər boyunca xarici
tələbələrin bu - həddən artıq duyarlı əl sıxmadan qaçdıqlarını müşahidə
etdim, çünki bir çox mədəniyyətdə (ələlxüsus da Latın Amerikasında) xəfif
şəkildə əl sıxılır (daha öncə də qeyd etdiyim kimi bəziləri abrazoya üstünlük
verirlər).
Əl sıxma iki insanın real olaraq bir-birinə toxunduğu ilk an olduğu üçün
onlar arasında münasibətdə müəyyənedici rol oynaya bilər. Görüşmə və
salamlaşma vasitəsi olmaqdan əlavə, müəyyən insanlar bundan öz
dominantlıqlanm təlqin etmək üçün istifadə edir. 1980-ci illərdə manevrlər
etmə yolu ilə dominantlıq yaratmaq və idarəçiliyi ələ almaq məqsədilə
əllərimizdən istifadə etdiyimiz barədə çox yazılırdı. Böyük bir eneıji israfı!
Mən dominantlıq məqsədi güdən əl polemikasını məsləhət görmürəm,
çünki başqaları ilə görüşən zaman niyyətlərimiz müsbət təəssüratlar
buraxmalıdır, mənfi yox. Əgər dominantlığınızı diktə etmək fikriniz varsa,
əllər bunu həyata keçirmək üçün doğru vasitə deyil. Şəxsi zonanı keçmək
və göz zilləmək kimi daha incə taktikalar mövcuddur.
Əl sıxma vasitəsilə dominantlıqlarını nümayiş etdirməyə çalışan
adamlarla nə vaxt əl görüşmüşəmsə, mənfi təəssüratla ayrılmışam. Həmin
insanlar özümü aşağı deyil, sadəcə, narahat hiss etməyimə səbəb olublar.
Sizinlə əl sıxışarkən təkidlə biləyinizin daxili (ventral) hissəsinə toxunan
insanlar da var. Əgər belə halla qarşılaşır və özünüzü narahat hiss
edirsinizsə, təəccüblənməyin, çünki əksər insan eyni reaksiyanı verir.
Oxşar şəkildə, “siyasətçinin əl sıxması” kimi bilinən (sağ əli ilə
salamlaşarkən sol əli ilə bizim sağ əlimizin üst hissəsindən tutmaq)
rastlaşsanız, güman ki, özünüzü narahat hiss edəcəksiniz. Zənnimcə,
siyasətçilər bu iki əlli jestlə daha səmimi olduqlarını düşünürlər və çox
adamın bu cür toxunuşdan xoşu gəlmədiyindən bixəbərdirlər. Bu cür
salamlaşan və görüşdüyü insanlarda mənfi hisslər oyadan (üstəlik bunda
israr edən) çox insan (məxsusilə kişilər) tanıyıram. Aydın məsələdir ki,
kimdəsə yadlaşdırma meyilləri yaratmaq istəmirsinizsə, bu cür diskomfort
doğuran əl sıxmalardan çəkinməlisiniz.
Bir çox sivilizasiyada kişilərin əl sıxarkən uzunmüddətli şəkildə bunu
etməsi bəzi qərblilərə yad görünə bilər. Sözügedən davranış müsəlman
dünyasında, həmçinin Uzaq Şərqdə, xüsusən Vyetnam və Laosda geniş
yayılıb. Birləşmiş Ştatlarda kişilər bir- birinin əlini uzun müddət tutub
saxlamaqdan çəkinirlər və bundan narahatlıq keçirirlər, çünki bu,
uşaqlıqdan bəri təlqin edilən mədəniyyətimizə və ehtimal ki, bəzi dini
rituallarımıza xas olan davranış deyil. FTB Akademiyasında dərs deyərkən
gənc xəfiyyələrdən ayağa durmalarını və bir-birilərinin əllərini sıxmalarını
istədim. Onlar bunu etməkdə heç bir tərəddüd etmədilər, hətta uzun müddət
davam etməsinə rəğmən. Ancaq əllərini yan- yana saxlamalarım istədiyim
zaman ağız büzmələr və etirazlar yüksəldi; bu davranışı çox tərəddüd edərək
həyata keçirdilər. Sonra gələcəyin xəfiyyələrinə fərqli mədəniyyətlərdən
olan fərdlərlə işlədiyimizi və bu insanların komfort səviyyələrini tez- tez
əllərini bu şəkildə saxlamaqla sərgilədiklərini xatırlatdım. Bu, amerikalılar
olaraq qəbullanmağı öyrənməli olduğumuz (xüsusilə də başqa ölkələrdən
olan insanlarla (xəbər mənbələri) ilə çalışarkən) bir şeydir (bax: qutu 37).
QUTU 37: ƏNƏNƏ VƏ KƏŞFİYYAT ƏL-ƏLƏ VERDİKDƏ
FTB-nin Manhatan ofisinə təyin olunarkən Bolqarıstandan qaçıb biz
tərəfə keçən bir casusla işləyirdim. O, yaşlı centlmen idi və zaman
keçdikcə onunla dostlaşdıq. Bir dəfə günortadan sonra onun evində çay
içdiyimizi xatırlayıram (əslində, o bunu daha gec saatlarda etməyi üstün
tutardı). Kreslodaoturmuşduq və mənə işi və dəmir pərdə arxasındakı
əhvalatlar söylədikcə sol əlimdən tutdu. Təxminən yarım saat əlimi beləcə
saxladı. . Bu centlmenin başqa şəxsin əlini tutmaqdan böyük həzz aldığı,
özünü daha rahat hiss etdiyi şübhəsiz idi. Mənə sovet zülmü altındakı
həyatı barədə danışdıqca bu görüşümün* işdən çox terapiya dəyərində
olduğunu anladım. Biz söhbət etdikcə bu davranışın onun mənə
güvəndiyinin əlaməti olduğunun,fərqinə vardım; bu, keçmiş kəşfiyyat
agentinin FTB-rutin məlumat almasından daha artığı idi. Onun bu əl
davranışını qəbul etməyim mənə əlavə və həyati əhəmiyyətli informasiya
verməsi baxımından çox vacib idi. Həmişə düşünürəm ki, görəsən, əlimi
geri çəksə idim, nə qədər məlumatı əldə edəcəkdim, çünki mən
həmcinsimin əlinə toxunmağı və onu tutmağı sevmirəm.

Bir sıra mədəniyyətlər Birləşmiş Ştatlarda elə də geniş yayılmayan


toxunuşlardan kişilər arasında müsbət hissləri möhkəmləndirmək məqsədilə
istifadə edir. Bolqar centlmeninin hekayəti, sadəcə, mədəni müxtəliflikləri
ortaya çıxarmaqla qalmır, həmçinin insan irqi üçün fiziki kontaktın
əhəmiyyətini təsvir edir. Fərdlərarası münasibətlərdə (kişilər, qadınlar,
valideynlər, övladlar və ya sevgili olmasından asılı olmayaraq) fiziki
kontakta girmək və münasibətin davamlılığının müəyyən edilməsinə qiymət
vermək vacibdir. Hər hansı münasibətin pisləşməsini və ya
razılaşdırılmasım müəyyən edən işarətlərdən biri toxunuşun sayında olan
qəfil azalmadır. Həqiqətin olduğu istənilən münasibətdə daha çox hiss
fəaliyyət göstərəcəkdir.
Bu dəqiqə xaricə uçursunuzsa və ya uçmağı planlaşdırırsınızsa, səyahət
edəcəyiniz ölkənin mədəni konvensiyalarını (xüsusən də salamlaşmanı)
bildiyinizdən əmin olun. Əgər kimsə əlinizi zəif şəkildə sıxırsa, üzünüzü
turşutmayın. Başqa biri qolunuzdan yapışırsa, alnınızı qırışdırmayın. Yaxın
Şərqdəsiniz və kimsə əlinizi tutursa, eynisini siz də edin. İşdir, Rusiyaya
səyahət etmisinizsə, salamlaşdığınız kişinin əlinizi sıxmaq yerinə
yanağınızdan öpməsinə təəccüblənməyin. Bütün bu davranışlar bir
amerikalının əl sıxması qədər həqiqi duyğulan ifadə etmənin təbii yoludur.
Bir ərəb və asiyalı əlimdən tutmağı təklif edirsə, bunun yüksək hörmət və
inam əlaməti olduğunu bildiyim üçün şərəf duyuram. Bu mədəni fərqləri
qəbul etmək aynlışmanı daha yaxşı anlamaqda və onu aradan qaldırmaqda
ilk addımdır.

Başqalarını incidən əi jestlərindən uzaq durmaq

Yer üzündəki bir çox ölkələrdə barmaqla göstərmə bir şəxsin nümayiş
etdirdiyi ən təhqiramiz jestlərdən biri hesab olunur. Araşdırmalar göstərir
ki, kiminsə barmağı ilə bizə işarə etməyini bəyənmirik (bax: şək. 46).
Məktəblərdə, həmçinin həbsxana həyətlərində barmaqla işarə etmə tez-tez
davalara səbəb olur. Uşaqları ilə danışarkən valideynlər “Bilirəm ki, bunu
sən etmisən” kimi sözlər işlədərkən onları barmaqları ilə göstərməkdən
yayınmalıdırlar. Barmaq uzatma elə xoşagəlməz hərəkətdir ki, hətta
valideynləri ədavətli əl mesajı ötürərkən bu həmin uşaqların diqqətlərini
nəyin deyildiyindən yayındıra bilər (bax: qutu 38).

QUTU 38: BARMAĞINI MƏNƏ UZATMA!


Mədəniyyətlərdən öİan qruplaT^rasn^a^parHan araşdır- malar
iddiaçının vəkilinin açılış bəyanatı zamanı təqsirləndiriiənə şəhadət
barmağı ilə işarə edərkən diqqətli davranmalı olduqlarını göstərir.
Hakimlərin bu cür davranışı görməkdən xoşu gəlmir, çünki
təqsirləndirilənin qanunsuz əməl törətdiyi sübut edilmədən vəkilin ona
barmaq uzatmağa ixtiyarı çatmır. Açıq əllə (ovuc açıq şəkildə)
təqsirləndiriiənə işarə etmək barmaq uzatmaqdan daha yaxşıdır. Cinayət
sübut olunarsa, iddiaçı son arqumentlərini söyləyərkən təqsirləndiriiənə
şəhadət barmağını uzada bilər. Bu sizə əhəmiyyətsiz görünə bilər, fəqət
hakimlər arasında aparılan sorğular onların bu hərəkətə qarşı çox həssas
yanaşdıqlarını sübut edib. Odur ki vəkillərə məhkəmə zallarında bu
barmaq hərəkətlərindən uzaq durmalarının daha məqbul olduğunu
söyləyirəm. Geri qalanımız isə nə xanı m lari mızla, nə də işdə
həmkarlarımızla ünsiyyət (və ya mübahisə) zamanı barmaq uzatmaqdan
imtina etməliyik. Barmaqla işarət etmə, sadəcə olaraq, incidir
Barmaqla işarət etmə, bəlkə də, nümayiş
etdirdiyimiz ən təhqiramiz ifadələrdən biridir və dünyanın
hər yerində mənfi jest kimi qəbul edilir.

Barmaqla işarə etmə bir fərdin əli və ya barmaqları ilə edə biləcəyi çoxlu
təhqiramiz jestlərdən, sadəcə, biridir. Kiməsə çırtma çalmaq ədəbsizlik
hesab olunur; heç bir zaman itinizi çağırdığınız barmaq hərəkəti ilə kiminsə
diqqətini cəlb etməyə çalışmayın. 2005-ci ildə, Maykl Ceksonun
məhkəməsi zamanı qurbanlardan birinin anasının jürini çırtma ilə
çağırmasından hakimlərin heç də xoşu gəlməmişdi; bu, mənfi nəticələr
doğurdu. Dünyanın müxtəlif yerlərində əl hərəkətlərinin bir-birindən necə
fərqləndiyi və nə mənaya gəldiyi ilə maraqlananlar üçün DezmondMorrisin
“Bədənsöhbəti: insan jestlərinin mənası”və Rocer E.Ekstelin “Jestlər:
bədən dilinin dünyanın dörd bir yanında edilməli olanları və olmazları ”
kitablarını oxumağı israrla məsləhət görürəm. Bu iki əsrarəngiz kitab
gözlərinizi bütün dünyada jestlərin müxtəlifliyinə və əllərin insan
emosiyalarını ifadə etməsindəki əhəmiyyətinə açacaqdır.

Əllərinizlə özünüzü səliqəyə salarkən diqqətli olun

Necə göründüyümüz bizim üçün əhəmiyyətli olan zaman


barmaqlarımızdan geyimimizi, saçımızı və bədənimizi sahmana salmaq
məqsədilə istifadə edirik. Sevgi münasibətlərində bu cür hərəkətlərdən daha
çox istifadə edir - bu zaman yalnız öz xarici görünüşümüzü deyil,
“yanmız”ın da görünüşünə əl gəzdiririk. Yaxınlıq sevgiliyə nəzakətli
şəkildə kişi “həmkarTmn qolundakı pambıq tiffciyi qoparmağa və hətta
ağzının küncündə qalmış yemək qırıntılarını incəliklə təmizləməyə icazə
verir. Bu davranışlara ana-övlad münasibətlərində də rast gəlinir (yalnızca
insanlar arasında deyil, digər məməlilərdə və quşlarda da) və qayğının və
yaxm münasibətin əlaməti hesab olunur. Hər hansı münasibətdə müşahidə
edilirsə, demək cütlüklər arasındakı səliqəyə salma davranışlarının miqdarı
onların bir-biriylə anlaşmasının və icazə verilən yaxınlıq səviyyəsinin
dəyərli ölçüsüdür.
Bununla belə, özünü sahmana salma mənfi anlaşılmalara da yol aça bilər.
Məsələn, qarşısındakı şəxs danışarkən birinin özündənrazı və saymazyana
şəkildə üst-başım düzəltməsi təhqir və hörmətsizlik hesab olunur (bax: şək.
47). Əlavə olaraq ictimaiyyət arasında başqalarına nisbətən sosial olaraq
daha çox qəbul edilən bəzi çəki-düzən vermə davranışları vardır.
Sviterinizin qolundakı tiftiyi avtobusda götürmək normal hal sayılırsa,
cəmiyyət arasında dırnaqlarınızı tutmaq haqqında bunu deyə bilmərik.
Bundan əlavə, bir təşkilatda və ya sivilizasiyada sosial cəhətdən qəbul edilən
“səliqə-sahman” başqasında eyni cür görünməyə bilər. Bir adamın digərini
səliqəyə salması, əgər bu şəxslər həmin davranışın məqbul sayılacağı
səviyyəyə çatma- yıblarsa, yolverilməzdir.
Çəki-düzən vermə qəbul ediləndir, amma başqaları sizinlə
danışarkən yox, çünki laqeydlik əlaməti kimi başa düşülür.

Əllərimizin fiziki görünüşü

İnsanların əllərinə baxmaqla necə bir yerdə işlədiyini, yaxud hansı


fəaliyyətlə məşğul olduğunu müəyyən etmək çox vaxt mümkün olur. Əl
əməyi ilə çalışan individualların əlləri daha kobud və döyənəkli görünüşə
malik olacaqdır. Çapıqlar fermada işlədiyindən, idman zədələri oyun
meydançasında qazanıldığından xəbər verə bilər. Əllər yanda, barmaqlar isə
qatlanmış durursa, bu, hərbi təcrübənin əlaməti ola bilər. Gitara ifaçısının
əllərindən birinin barmaqlarının ucunda döyənəklər ola bilər.
Əllər həmçinin nə dərəcədə qayğıkeş olduğumuzu və sosial konvensiyanı
necə gördüyümüzü də nümayiş etdirir. Onlar yatımlı və ikrahdoğurucu,
dırnaqlar manikürlü və yaxud qılıqsız ola bilər. Kişilərdə uzun dırnaqlar
əcaib və ya qadma xas (nərmənazik) görünə bilər və insanlar dırnaq yeməni
gərginlik və təlaş əlaməti kimi izah edirlər (bax: qutu 48). Beyinlərimiz
əllərə çox fokuslandığı üçün başqaları kimi, siz də əllərin gigiyenasma
xüsusi diqqət ayırmalısınız.

Dırnaqları yemək gərginlik və güvənsizliyin göstəricisidir.

Tərli əllərin öhdəsindən gəlmək

Əslinə qalsa, heç kim nəm əlləri sıxmağı sevmir, odur ki başqaları ilə
görüşərkən əlləri tərləməyə adət etmiş şəxslərlə əl sıxmazdan əvvəl onları
qurutmağı məsləhət görürəm (xüsusilə potensial işə götürənlər, sevgilinizin
qohumları və mənfəətinizə uyğun gələn digərləri ilə salamlaşarkən). Əllərin
tərləməsi təkcə həddən artıq isti olanda yox, eyni zamanda gərgin və stress
altında olanda da baş verir. Əlləri tərli biri ilə kontakta girərkən onun stresli
olduğunu zənn edə bilərsiniz (çünki limbik oyanma tərləməyə səbəb olur).
Bu sakitləşdirici davranışlardan bəzi fərdlərarası məsələlərdə uğur
qazanmaq üçün bir fürsət kimi istifadə edə bilərsiniz. Stresli insanları
sakitləşdirmək daha dürüst, effektiv və uğurlu əlaqələri təmin etməyin ən
yaxşı yollarından biridir.
“Əllərin tərlidirsə, yalan danışırsan məntiqinə inanan adamlar var. Bu,
sadəcə, cəfəngiyyatdır. Limbik donma, dartınma və ya döyüşmə reaksiyası
(simpatetik sinir sistemi) zamanı işə düşən sinir sistemimizin eyni hissəsi
tər vəzilərimizi də idarə edir. Yeni birisi ilə görüşmək kimi sadə bir şey belə
əllərin tərləməsinə səbəb olduğuna görə bu fenomen aldatma əlaməti kimi
izah olunmamalıdır. Təxminən dünya əhalisinin beş faizi artıqlaması ilə
tərləyir və xroniki tərləmə ovucları nəmli hala gətirir (bu əlamət tibdə
hiperhidroz kimi adlandırılır) (Collett, 2003, 11). Tərli ovuclar aldatma
əlaməti deyil; onlar, sadəcə, stress, bəzi hallarda isə genetik pozğunluğun
göstəricisidir. Nəmli əllərin səbəblərini müəyyənləşdirərkən ehtiyatlı olun.
Bəzi mənbələr ovucları tərli olan şəxsin yalan danışdığını iddia etsə də, bu,
tamamilə cəfəngiyyatdır.

ƏLLƏRİN QEYRİ-VERBAL DAVRANIŞLARINI OXUMAQ

Bu nöqtəyə qədər əl davranışlarımızın və görünüşünün başqaları


tərəfindən necə dərk ediləcəyimizə təsir edə biləcəyini öyrəndik. İndi də
gəlin əllərin başqalarının nə düşündüyü və hiss etdiyini oxumağımıza
kömək edəcək bəzi qeyri-verbal davranışlara baxaq. Əllərimizin məlumatı
necə meydana çıxardığı barədə bir neçə ümumi rəylə başlayacağam və sonra
qarşılaşdığımız insanların başa düşməkdə faydalı ola biləcək bəzi spesifik
yuxan və aşağı güvənli əl davranışlarına diqqət edəcəyik.

Əllərdəki gərginlik vacib ismarıc verir

Əllərimizi və barmaqlarımızı idarə edən əzələlər dəqiqliklə və yaxşı


hərəkətlər üçün dizayn olunur. Limbik beynimiz oyanarkən və biz stresli,
yaxud gərgin olanda neyroötürücülərin və hormonların adrenalin (epinefrin)
kimi dalğalan əllərin idarə olunmayan şəkildə əsməsinə səbəb olur. Biz
mənfi nəticələri olan nəsə eşidəndə, görəndə və ya onun haqqında
düşünəndə əllərimiz titrəyə bilər. Əldə tutulan istənilən əşya bu titrəməni
böyük göstərə və “Stress altındayam” mesajı ötürə bilər (qutu 39). Bu
titrəmə davranışı bir şəxsin qələm və ya siqaret kimi uzun bir əşyanı, yaxud
nisbətən böyük bir parça kağız kimi kiçik bir şeyi tutduğu vaxt xüsusilə hiss
olunmaqdadır. Stresli nəticələr yaradan bəyanat və ya hadisənin ardınca
əlinizdəki əşya dərhal əsməyə, yaxud titrəməyə başlayacaq.
Uduşlu lotereya biletini əlində tutmaq və ya pokerdə bir əl udmaq kimi
müsbət hadisələr də əllərimizin əsməsinə səbəb ola bilər. Həqiqətən
həyəcanlanarkən əllərimiz titrəyir (bəzən isə idarə olunmaz bir şəkildə).
Bunlar limbik mənşəli reaksiyalardır. Hava limanında valideynlər, həyat
yoldaşları və digər ailə üzvləri həyəcanla əsgərin və ya qohumun qayıdışını
gözləyərkən əlləri tez-tez həyəcandan əsir. Onlar əllərinin titrəməsinin
qarşısını almaqdan ötrü başqa birinin əlindən yapışa və onu tuta, yaxud
onlan qoltuğunun altına soxa və ya əllərini bir-birinə keçirərək sinəsi
səviyyəsində saxlaya bilərlər. “Bitlz”ın Amerikaya ilk dəfə səfər'etdiyi
köhnə videolarda həddindən artıq böyük həyəcan keçirən və bu həyəcanı
boğmağa çalışan qızların döyüş vəziyyəti alaraq əllərini bir-birinə
keçirdiyini görə bilərik.

QUTU 39: OD OLMAYAN YERDƏN TÜSTÜ ÇIXMAZ


Böyük bir casusluq istintaqı zamanı proseslə bağlantılı qlan bir nəfəri
sorğuya çəkirdim. Mən onu izləyərkən siqaret yandırdı və çəkməyə
başladı. Onun təhqiqatla əlaqəsinin olduğuna dair əlimdə həqiqi ipucları
yox idi; cinayətin nə şahidləri, nə də tutarlı dəlilləri vardı, əvəzində
(iştirakçılarla bağlı dumanh fərziyyələr mövcud idi. Dindirmə zamanı bu
məsələdə maraqları olan FTB və hərbi nümayəndələrin adlarıq,çəkdim.
Konrad isjmli bir individualm adını tələffüz etdiyim zaman müsahibimin
əlindəki siqaret poliqraf maşınındakı iynənin əsdiyi kimi əsməyə başladı.
Bunun təsadüfi, yoxsa məqsədli hadisə olduğunu yoxlamaq üçün bir neçə
ad da çəkdim - ortada heç nə yox idi. Fəqət dörd fərqli halda Konradı
xatırlatdıqda subyektin siqareti təkrar-təkrar titrəyirdi. Dindirilənlə
Konrad arasında bizim bildiyimizdən daha yaxın münasibət olduğunu
təyin etməkdən ötrü bu mənim üçün kifayət idi. Siqaretin əsməsi
təhlükəyə qarşı limbik reaksiya olmaqla bərabər, mənim üçün də işarə idi
ki, bu adam həmin adin çəkilməsindən, bilinməsindən qorxur; o ya nəsə
gizlədirdi, ya da cinayətdə birbaşa iştirak etmişdi.
Həmin şəxslə ilk sorğu-sual zamanı onun, həqiqətən, cinayətdə iştirak
edib-etmədiyini bilmirdim, çünki düzünü desəm, proses haqqında
yetərincə məlumatlı deyildim. Bizi istintaqı davam etdirməyə və əlavə
sorğulamalartəşkil etməyə sövq edən yeganə şey həmin subyektin bir ada
qarşı "əsən əl" reaksiyasını sərgiləməsi faktı idi. Bəlkə də, həmin yeganə
davranış olmasa, o, ədalətdən yayına biləcəkdi. Nəhayət, il boyunca
davam edən dindirmələrin nəticəsində şübhəli casusluq fəaliyyətində
Konradla birlikdə çalışdığını təsdiqlədi və sonda isə törətdiyi cinayətləri
tamamilə etiraf etdi.

Təbii ki, ilk olaraq bu davranışa kontekst daxilində yanaşmalı, qorxu və


ya həzzin buna səbəb olduğunu müəyyən etməlisiniz - hansı hadisələrin
bunun baş verməsinə gətirib çıxardığına nəzər salmalısınız. Titrək əllər
boyuna toxunmaq, yaxud dodaqları möhkəm sıxaraq kip saxlamaq kimi
sakitləşdirici davranışlarla müşayiət olunursa, bunun daha çox stress əlaməti
(mənfi bir şey) ola biləcəyindən şübhələnirəm, nəinki müsbət. Yadda
saxlamaq lazımdır ki, titrəyən əllər yalnız qarşınızdakı şəxsin normal əl
hərəkətlərində dəyişiklik müşahidə olunduqda qeyri- verbal ipucu kimi
faydalı ola bilər. Əgər birinin əlləri daimi olaraq əsirsə (məsələn, kofe
həvəskan, yaxud narkotik və ya alkoqol aludəçisi olduğu üçün), bu, qeyri-
verbal baxımdan həmin insanın baza hərəkətinə çevrilmiş olur. Uyğun
şəkildə müəyyən nevroloji pozğunluqlar (Parkinson xəstəliyi) olan
insanlarda olan əl əsməsi onlann emosional durumundan xəbər vermir.
Faktiki olaraq bu cür bir insan əlinin əsməsini dayandınrsa, bu adı çəkilən
hansısa mövzuya daha dərindən konsentrasiya olmağa səy göstərməkdən
xəbər verə bilər (Murray, 2007). Ən önəmlisinin baza davramşm- dakı
dəyişikliklər olduğunu yadınızda saxlayın.
Ümumi direktiv kimi qəfil başlayan və bitən, yaxud nəzərəçarpacaq
dərəcədə baza davranışından fərqlənən istənilən titrəmə hərəkəti əlavə
diqqətə layiqdir. Titrəmənin baş verdiyi konteksti nəzərə alsanız, sözügedən
davranış baş verərkən bunu dəstəkləyə biləcək digər hansısa qeyri-verbal
söyləntilər qarşınızdakı fərdi daha dəqiq şəkildə oxuma bacarığınızı inkişaf
etdirəcək.

YÜKSƏK GÜVƏNDƏN XƏBƏR VERƏN


ƏL DAVRANIŞLARI

Yüksək güvən təzahürü beyin komfortunun və bundan əminliyinin yüksək


dərəcədə olduğunu əks etdirir. Əllərlə bağh bir çox əminlik nümayişləri bizə
qarşımızdakı şəxsin hazırkı durumundan razı olduğunu və özünü yaxşı hiss
etdiyini “söyləyir”.

Qüllə yaratma

Qüllə yaratma yüksək inamdan xəbər verən ən qüvvətli göstəricidir (bax:


şək. 49). Bu davranış zamanı barmaqlar bir-birindən aralı şəkildə saxlanır,
barmaq uclan bir-birinə toxunur (dua edirmiş kimi), lakin barmaqlar bir-
birinə keçirilmir və ovuclar da bir-birinə toxunmamalıdır. Bu nümayiş ona
görə qüllə yaratma adlanır ki, əllər bütün tərəfləri yuxarıya doğru birləşən
kilsə qülləsini xatırladır. Birləşmiş Ştatlarda qadınlar qüllə qurma
davranışını daha aşağı hissədə (təxminən bədənin qurşaq hissəsində) etməyə
meyilli olduqları üçün bəzən qadınlarda bu davranışı ayırd etmək çətin olur.
Kişilər isə qülləni yuxarıda - təxminən sinə səviyyəsində qurduqlarına görə
bu onlarda daha qüvvətli və nəzərəçarpan olur.

Barmaq ucları bir-birinə birləşdirilmiş şəkildə qüllə yaratmaq


sahib olduğumuz əminliyin ən qüvvətli göstəricilərindən biridir.

Qüllə yaratma düşüncə və mövqeyinizdən məmnun olduğunuzu nümayiş


elətdirir. Bu, başqalanna bir şey haqqmda tam olaraq necə hiss etdiyiniz və
öz nöqteyi-nəzərinizə nə dərəcədə bağlı olduğunuzdan xəbər verir (bax:
qutu 40)

QUTU 40: QÜLLƏ VARSA, HAKİMLƏR HEÇ YERƏ GETMƏYƏCƏK


Qüllə yaratmanın müxtəlif sosial sahələrdəki təsirini araşdırmaqla
qeyri-verbal davranışın gücü rəsmiləşdirilə bilər. Məsələn, məhkəmədə
ifadə verərkən qüllə yaratma çox yararlıdır; təcrübəli müşahidəçi bu
davranışdan istifadə etməkdən boyun qaçırmır. Şahidlər bir nöqtəni
vurğulamaq, yaxud verdikləri ifadəyə olan əminliklərini göstərmək üçün
qülləvarı davranışdan istifadə etməlidirlər. Bunu etdikdə ifadələri jürilər
tərəfindən daha inandırıcı şəkildə dərk ediləcəkdir (nəinki əlləri qurşaqla
diz arasındakı hissəyə qoymaq, yaxud barmaqları iç-içə keçirmək).
Maraqlıdır ki, təqsirləndirilənin şahidi ifadə verərkən vəkili əlini qüllə
formasında tutursa, ifadənin doğruluq səviyyəsi artır, çünki bununla
vəkilin şahidin bəyanatından əminliyi ifadə edilmiş olur. Hakimlər
barmaqlarını iç-içə keçirən və ya barmaqlarını ovuşduran şahidləri
gördükdə bunu gərginlik və çox vaxt, təəssüf ki, aldatma ilə
əlaqələndirirlər. İstər dürüst, istərsə də fırıldaqçı şəxslərin bu cür
davranışlarına diqqət etmək vacibdir və əgər kimsə bu davranışı
sərgiləyirsə, bu avtomatik olaraq yalanla əlaqələndirilməməlidir.
Məsləhət görürəm ki, ifadə verərkən individuallar ya əllərini qüllə
formasında, ya da barmaqları bir-birinə keçirmədən fincan formasında
saxlasınlar; bütün bunlar daha avtoritar, daha güvənli və daha həqiqi
jestlərdir.

Yüksək statusa malik insanlar (hüquqşünaslar, hakimlər, həkimlər)


özlərindən və mövqelərindən əmin olduqlarına görə qüllə qurmanı gündəlik
repertuarlarına tez-tez daxil edirlər. Hamımız nə vaxtsa barmaqlarımızı
qüllə şəklində bir-birinə birləşdirmişik, fəqət biz bunu müxtəlif səviyyələrdə
və formalarda edirik. Bəzilərimiz həmişə, bəzilərimiz nadir hallarda, qalan-
larımız isə kiçik dəyişikliklər edərək həyata keçiririk (məsələn, sözügedən
dəyişikliklərdən biri baş və şəhadət barmağımızın ucları birləşdirilərkən
digər barmaqların iç-içə keçməsidir). Kimiləri stolun altında, bəziləri
yuxarıda hər kəsin gözü önündə, bəziləri hətta başlarının üzərində qüllə
yaradırlar. Bu davranışın qeyri-verbal mənasının gücündən bixəbər olan
insanlarda reaksiya nəzərəçarpacaq müddət ərzində davam edir, ələlxüsus
da vəziyyət onlar üçün müsbət məcrada davam edirsə. Hətta qüllə
yaratmanın bir işarət olduğunu bilən insanlar belə onu gizlətməkdə çətinlik
çəkirlər. İkinci növ individuallarda qüllə təzahürləri öhdəsindən gəlməsi
çətin olduğuna görə limbik beyinləri bunu avtomatik refleks kimi həyata
keçirir; ona görə ki xüsusən subyekt həyəcanlı olanda sözügedən refleksi
diqqətdə saxlamaq və idarə etmək yadından çıxır.
Düşdüyümüz vəziyyət əşyalara və insanlara olan münasibətimizi cəld bir
şəkildə azacıq və ya tamamilə dəyişə bilər. Bu baş verərkən yüksək
əminlikli qüllə təzahüründən aşağı güvənli əl jestinə millisaniyələr içində
keçid edə bilərik. İnamımız sarsılanda, yaxud beynimizi şübhə gəmirəndə
qülləyəoxşar barmaqlarımız bir-birinə keçərək dua etmə formasını ala bilər
(bax: şək. 50).
Əlləri iç-içə keçirmə stresli və narahat olduğumuzu göstərməyin
beynəlmiləl üsuludur

Qeyri-verbal kommunikasiyalardakı bu dəyişikliklər çox cəld baş verir və


dəyişən hadisələrə qarşı həmin andakı daxili reaksiyalarımızı çox dəqiq bir
şəkildə müəyyənləşdirir və əks etdirir. Qarşınızdakı şəxs əllərini qüllə
yaratmadan (yüksək güvən) barmaqların iç-içə keçməsinə dəyişə (aşağı
inam) və qülləyəbənzər təzahürə (yüksək əminlik) geri dönə bilər (sanki
əminlik və şübhənin “qabarma və çəkilməsi” kimi).
Siz də qüllə yaratmadan müsbət təsir vasitəsi kimi istifadə edə bilərsiniz.
Qüllə qurma güvən və özünəinamın o dərəcədə qüvvətli “satıcısı” ola bilir
ki, əksəriyyət bu cür qeyri-verbal davranışdan istifadə edən insanla
mübahisə etməkdən çəkmir. Sözügedən davranış nəyisə qəbul etdirmək
üçün çox faydalıdır; spikerlər və satış mütəxəssisləri kimsə (rəqibi) önəmli
bir nöqtəni çatdırmaq istəyərkən bundan öz mənafelərini vurğula- maq
məqsədilə istifadə edirlər. Gələcək müdiriniz tərəfindən müsahibə
olunduqda, iclasda hansısa məlumatı çatdırarkən, yaxud da dostlannızla
müəyyən məsələləri müzakirə edərkən əl jestlərinizin əminlik mesajı
verdiyinə diqqət edin.
Bundan başqa, tez-tez peşəkar görüşlər zamanı qadmlann masanın
altında, yaxud aşağı hissədə qüllə qurduqlarını və həqiqətən sahib olduqlan
güvəni “kiçiltdikləri”ni görürəm. Ümid edirəm qüllə yaratmanın özünə
inam, səriştəlilik və güvənlilik əlaməti gücünün fərqinə varan kimi (bu, çox
insanın agah olmaq istədiyi rəftardır) daha çox qadın bu jesti
özününküləşdirəcək və onu masanın üzərində nümayiş etdirəcək.

BAŞ BARMAQ

Bəzən verbal ünsiyyətin qeyri-verbalı təqlid etməsi qəribə görünə bilər.


Film tənqidçiləri hansısa filmə iki əla verirlərsə, bu onların filmin
keyfiyyətinə olan əminliklərindən xəbər verir. Əla işarəti, demək olar ki,
həmişə yüksək əminliyin qeyri-verbal göstəricisi olur. Maraqlıdır ki, o,
yüksək statusla da əlaqəlidir. Con Kennedinin şəkillərinə baxın və necə tez-
tez əllərini paltosunun cibinə qoyarkən baş barmaqlarını bayırda
saxlamasma diqqət edin (bax: şək. 51). Mərhum prezidentin qardaşı Bobbi
də eyni hərəkəti edirdi. Hüquqşünaslar, universitet professorları və həkimlər
paltolarının bortlarını taxarkən eyni zamanda da baş barmaqlarını yuxarı
tuturlar. Amerikada qadınlar ən azı bir əlləri ilə yaxalıqlarını tutarkən baş
barmaqları əla göstərirmiş kimi dayanan şəkildə fotolarını çəkən yerli dəb
portret zənciri vardır. Şübhəsiz, bu şirkətin marketinq komandası baş
barmağının səmaya doğru istiqamətlənməsinin yüksək əminlik və ya yüksək
status əlaməti olduğundan xəbərdardır.

Adətən, yüksək statuslu individuallarda rast gəlinən əl cibdə olarkən baş


barmağın bayırda qalması davranışı yüksək əminlikdən xəbər verir
Yüksək inam və yüksək statusla bağlı
baş barmaq təzahürləri

İnsanlar baş barmaqlarım yuxarı doğru tuturlarsa, bu ya onlann özləri


barədə yüksək fikirdə olmasının, ya düşüncələrinə olan əminliyin, ya da
hazırkı vəziyyətə görə duyduqları məmnunluğun göstəricisidir (bax: şək. 52
və 53). Əl işarəsi göstərmək qravitasiyaya müqavimət göstərən jestin,
komfort və yüksək inamla əlaqəli qeyri-verbal davranış tipinin başqa bir
nümunəsidir. Normal halda barmaqların bir-birinə keçməsi aşağı inam jesti
olsa da, baş barmaqlar düz xətt boyunca genişlənirsə, bu onun tam əksidir.
Nəzərə alınmalıdır ki, baş barmaq nümayişlərindən istifadə edən insanlar
ümumən ətrafda nələrin baş verdiyindən daha agah, düşüncələrində daha
kəskin, müşahidələrində isə daha iti olurlar. Əla işarəsi göstərən fərdləri
müşahidə edin və sadaladığım profilə uyğun gəlib-gəlmədiyini yoxlaym.
Adi halda insanlann baş barmağı yuxarıya istiqamətlənmir, odur ki belə bir
hal baş verərsə, bunun müsbət hisslərdən xəbər verdiyindən qismən əmin
ola bilərsiniz.

Yuxarıya doğru istiqamətlənən Baş barmaqlar şəkildə


baş barmaqlar, adətən, müsbət gördüyünüz kimi qəfildən yoxa
düşüncələrdən doğur. Ünsiyyət çıxması vurğulama olmadıqdavə
zamanı həlledici rol oynaya bilər. yaxud mənfi düşüncələr hakim
kəsildikdə özünü büruzə verir.
Aşağı inam və aşağı statusla bağlı baş barmaq təzahürləri

Bir şəxs (adətən, kişi) baş barmaqlanm cibinə salıb, digər barmaqlarım
yanında saxlayıbsa, bu, aşağı inamın sübutu ola bilər (bax: şək. 54).
Xüsusilə əmək sahəsində bu siqnal deyir: “Özümdən əmin deyiləm!”
Liderlər və əksinə, idarə altında olanlar işləyərkən, yaxud nitq söyləyərkən
bu davranışı sərgiləmirlər. Adəti üzrə, rahat olan yüksək statuslu individual
bu davranışı ara-sıra nümayiş etdirə bilər, ancaq “yerində” olarkən heç vaxt.
Bu, demək olar ki, hər zaman aşağı inamlı və ya aşağı statuslu insanlara xas
olan təzahürdür.

Baş barmağın cibdə olması aşağı əminlik və status əlamətidir.


Avtoritar insanlar bu cür nümayiş yanlış mesaj verdiyi üçün
ondan qaçmağa çalışırlar.
QUTU 41: BURA BAŞ BARMAQ YERİ DEYİL
Kolumbiya, Boqotada dünyaca məşhur bir hoteldə qalarkən hotelin baş
meneceri mənə söylədi ki, yeni hotel mühafizəçilərini təzəlikcə işə
götürüb və baş barmaqlarını cibinə qoymasa belə, mühafizə işçiləri
barədə ürəyincə olmayan nəyinsə olduğunu hiss edirdim. Mənim hüquq-
mühafizə orqanlarında işlədiyimi bilirdi, odur ki məndən yeni komanda
üzvləri haqqında xoşagəlməyən nəsə görüb-görmədiyimi soruşdu. İkimiz
də mühafizəçilərin postları olan yerə - bayıra çıxdıq və onlara qısaca bir
nəzər saldıq. Menecer xatırlatdı ki, onların yeni kostyumları və çəkmələri
olsa da, nəsə ürəyincə deyil. Uniformaİarin peşəkar göründüyü ilə
razılaşdım, ancaq əlavə etdim ki, mühafizəçilər baş barmaqlarını ciblərinə
qoyublar və bu onları zəif və səriştəsiz göstərir. O, əvvəlcə, onların
duruşunu nümayiş etdirənədək nə dediyimi tutmamış kimi görünürdü.
Qəfil menecer dedi: "Haqlısan. Onlar analarının nə etməli olduqlarını
deməsini gözləyən balaca körpələrə oxşayırlar. Növbəti gün mühafizə
işçilərinə necə avtoritar (əllər arxada, baş isə dik) dayanmaq və görünmək
nümayiş etdirildi (qonaqları qorxutmamaq şərtilə). Bəzən kiçik şeylərin
böyük mənası olur. Bu halda görünməyən baş barmaqlar aşağı inamın
qüvvətli carçısına çevrilmişdi (xüsusilə bu, Boqotadakı təhlükəsizlik
işçisindən görmək istəyəcəyimiz bir şeydir).
Özünüz üzərində bu eksperimenti yoxlayın. Baş barmaqlarınızı cibinizə
qoyun və ətrafdakılardan sizin haqqınızda nə düşündüklərini soruşun.
Onların rəyi bu duruşun xoşagəlməz və zəif olduğunu təsdiqləyəcəkdir.
Heç vaxt hansısa prezidentliyə namizədin, yaxud ölkə başçısının baş
barmağını cibinə qoyduğunu görə bilməzsiniz. Ümumiyyətlə, bu davranış
özündən əmin şəxslərdə müşahidə olunmur (bax: şək. 55).
Cibə qoyulmuş baş barmaqlar, adətən, güvənsizlik və sosial diskomfortun
əlaməti kimi qəbul edilir, odur ki ondan uzaq durun!

Tənasül səliqə-sahmanı
Kişilər bəzən instinktiv şəkildə baş barmaqlanm şalvarın qabaq
hissəsindən içəri (molniyamn daxili hissəsinə) salaraq ya şalvarlarını yuxan
çəkir, ya da sadəcə, içəridə saxlayaraq bayırdakı qalan barmaqlan ilə tənasül
orqanlanm səliqəyə salırlar (bax: Şək. 56). Tənasül səliqə-sahmanı
dominantlığm göstəricisidir. Bu hərəkət özlüyündə deyir: “Mənə bax, mən
güclü kişiyəm”. Bu kitabı yazmağa başlamamışdan bir az əvvəl Virciniya,
Quantikoda FTB sinfində dərs keçərkən tələbələrlə sözügedən qeyri-verbal
davranışı müzakirə edirdim. Tələbələr dodaqlarını büzdülər və dedilər ki,
heç kəs, illah da instinktiv şəkildə öz cinsiyyəti ilə bu qədər abırsız rəftar
edə bilməz. Elə səhərisi gün tələbələrdən biri yanıma gələrək bütün sinfə
üzünü tutub söylədi ki, o, vanna otağında bir tələbənin güzgü qarşısında
dayandığını, saçlarını səliqəyə saldığını, gün eynəyini taxdığını və sadəcə,
bir anlıq vanna otağmı tərk etməmişdən əvvəl şəstlə tənasül üzvlərini sah-
mana saldığını müşahidə edib. Əminəm ki, həmin oğlan hətta nə etdiyini
belə bilmirmiş. Lakin faktiki olaraq tənasül sahmanı düşündüyümüzdən də
çox baş verir (sadəcə, vestem kinolann- da deyil). "Happy Days" (“Xoşbəxt
günlər”) serialındakı Fonzu xatırlayın.

öllərdən tənasülüzvlərini səliqəyə salmaq məqsədilə istifadə etmək gənc


kişi və qadınlarda müşahidə olunur. Bu, dominantlıq təzahürüdür.

AŞAĞI İNAM VƏ STRESDƏN XƏBƏR VERƏN ƏL TƏZAHÜRLƏRİ

Aşağı inam ifadə edən təzahürlər yüksək inamlı“həmkarları”nın əksidir.


Onlar beyin diskomfortunu, güvənsizliyi, özünə olan şübhəni əks etdirir.
Aşağı inam nümayişləri bizi xəbərdar etməlidir ki, qarşımızdakı adam
narahatedici situasiyadan, özünə şübhə və yaxud məhdud inama təhrik edən
düşüncələrdən doğa bilən mənfi duyğular içərisindədir.
Donmuş əllər

Araşdırmalar göstərir ki, yalançılar dürüstlərə nisbətən daha az


jestikulyasiyadan istifadə edir, daha az toxunur, qol və qıçlarını daha az
hərəkət etdirirlər (Vrij, 2003, 65). Təhdidlə qarşılaşarkən (haqqında
danışdığımız halda həmin şəxsin yalan danışdığı aşkarlanarsa) fərd daha az
hərəkət edir, yaxud diqqət çəkməmək -üçün donub yerində qalır. Bu
davranış söhbət zamanı, adətən, tamamilə müşahidə edilə bilər, çünki yalan
söyləyən şəxsin qollan çox məhdud şəkil alırsa, əksinə, həqiqəti danışan
adam daha hərəkətli jestlər nümayiş etdirir. Sözügedən dəyişikliklər
düşünən beyinlə deyil, limbik beyinlə idarə olunduğu üçün sözlərdən daha
etibarlı və dəqiq olur; bunlar danışan individualm beynində, əslində, nələrin
olduğundan xəbər verir (bax: qutu 42). (Qəfildən məhdudlaşdırılan əl və qol
hərəkətlərinə fikir verin, onlar qarşmızdakı adamm beynindən nələrin
keçdiyi haqqmda çox jşey deyir.

Əllərin birləşdirilməsi

Qarşmızdakı şəxslər xüsusən çox vacib bir rəyə, hadisəyə və ya


ətraflarında baş verən dəyişikliyə reaksiya olaraq əllərini bir- birinə kip
birləşdirir, yaxud barmaqlarını iç-içə keçirirlərsə, bu, stress və yaxud aşağı
inam göstəricisidir (bax: şək. 50).

QUTU 42: HƏRƏKƏTDƏN BELƏ AŞAĞI


Yalançıların daha az ifadəli jestikulyasiyadan istifadə etmə tendensiyası
yerli şerif müavinlərinə Florida ştatının Tampa şəhərində Uol-mart
parkinq meydançasında altı aylıq oğlunun qaçırılmasını iddia edən qadına
inanmamağımın əsas səbəblərindən biri idi. Qadın hadisəni nəql edərkən
müşahidə otağından onu izləyirdim. Davranışlarını incələdikdən sonra
təhqiqatçılara onun söylədiyi hekayəyə tam inanmadığımı söylədim;
hərəkətləri çox xəfif idi. Doğru söyləyən insanlar sizin onları başa
düşməyiniz üçün əllərindən gələni edirlər. Onların qol və sifət jestləri
həddən artıq ifadəli olur (bu qadının etdiyi kimi yox). Məyus və övladını
sevən bir ananın oğlunun qaçırıldığı ilə bağlı söylədiyi dəhşətli hekayəni
nümayişkaranə və daha alovlu jestlər müşayiət etməli idi. Bu cür jestlərin
olmaması bizi şübhələndirmişdi. Nəhayət, qadın etiraf etdi ki, əslində,
uşağı plastik zibil torbasına qoyduğu üçün o ölüb. Oğurluq hekayəsi
tamamilə uydurma idi. Qadının hərəkətlərini məhdudlaşdıran limbik
sistemin donma reaksiyası söylədiyi yalanı üzə çıxarmışdı.

Dünyanın dörd bir yanındakı insanlarda müşahidə edilən bu geniş


yayılmış sakitləşdirici davranış onlann sanki dua edirmiş kimi görünməsinə
səbəb olur (bəlkə də, şüurlu və ya instinktiv şəkildə elə bunu da edirlər).
Əlləri birləşdirmənin intensivliyi artdıqca barmaqlann rəngi də ağarmağa
başlayır, çünki qan gərgin nöqtələrdən uzaqlaşır. Bu davranış nümayiş
etdirilirsə, deməli, vəziyyət getdikcə pisləşir.

Əllərin iç-içə keçirilərək bir-birinə sürtülməsi

Şübhə içində olan (azalmış inamın daha aşağı dərəcəsi), yaxud aşağı stress
altında olan şəxs incə şəkildə ovuclarını bir- birinə sürtə bilər (bax; şək. 57).
Fəqət vəziyyət daha stresli şəkil alarsa, yaxud da inam səviyyəsi aşağı
düşməkdə davam edərsə, qəflətən xəfifcə bir-birinə sürtünən əl
barmaqlarının bir-birinə keçdiyini və sərt şəkildə sürtüldüyünü görə
bilərsiniz (bax; şək 58). Dindirmələr zamanı tez-tez gördüyüm (həm FTB-
də, həm də Konqres önündə şübhəliləri sorğulayärkən) barmaqların içib
keçirilməsi yüksək stresin ən etibarlı əlamətlərindəndir. Çox həssas bir
məsələyə toxunulan kimi barmaqlar gərilərək bir- birinə keçir və əllər
davamlı olaraq bir-birinə sürtülür. Əllər arasında toxunma kontaktının
beyini daha sakitləşdirici siqnallarla təmin etdiyini zənn edirəm.

Əllərimizi bir-birinə sürtərək, Fotodakı kimi barmaqların iç-içə keçərək


adətən, gərginliyimizi yuxarı-aşağı hərəkət etdirilməsi beyinin
azaltmağa çalışırıq daha ciddi narahatlıq, yaxud gərginlikləri
sakitləşdirmək istəyindən irəli gəlir.
Boyuna toxunmaq
Bu fəsildə əl davranışları barədə müzakirəmizdə boyuna toxunmaq
haqqmda danışacağam, çünki əllərdən gözünüzü Çəkməsəniz, onlar əvvəl-
axır boyuna doğru istiqamətlənəcək. Danışarkən boyunlarına toxunan
(istənilən yerdə) insanlar faktiki olaraq normadan aşağı inam və stress əks
etdirirlər. Stresli ballarda beyinin, boğazm və ya boyun çuxurunun
qapadılması beyinin həmin an aktiv şəkildə təhlükəli, etiraz edilə bilən, na-
^hatedici, şübhəli, yaxud emosional nə iləsə məşğul olduğunu sübut edən
beynəlmiləl və güclü dəlillərdən biridir. Yalan söyləyən fərdlər narahat
olarkən bu cür davranışlar sərgiləsələr də, bunun yalanla birbaşa əlaqəsi
yoxdur. Bir daha xatırladaq ki, gözlərinizi əllərdən ayırmayın və insanlar
diskomfort və sıxıntılı olarkən əlləri hərəkətə keçərək boyunlarım örtəcək
və ya sadəcə, boyunlarına toxunacaq.
Bu hərəkəti neçə min dəfə gördüyümü deyə bilmərəm, amma hələ də
əksər insanlar bunun əhəmiyyətindən bixəbərdirlər (bax: qutu 43).

QUTU 43: BOYNUNA QƏDƏR YALANA BATMIŞ QADIN


Bəzən boynunu örtməmək də yanlış nələrinsə olduğuna işarə edə bilər.
Bir dəfə zorlama hadisəsi ilə bağlı yerli bir hüquq- mühafizə agentliyinə
kömək edirdim. Cinsi təcavüzə məruz qaldığını iddia edən qadın son beş
ildə üçüncü dəfə idi ki, eyni hadisə ilə bağlı polisə müraciət edirdi, yəni
statistik olaraq da I bu, şübhədoğurucu vəziyyət idi. Videoya alınmış
görüntülərini izləyərkən gördüm ki, nə qədər qorxduğunu və necə
dəhşətli hisslər keçirdiyini söyləyən zaman həddən artıq passiv idi və
hekayəsini danışdığı müddətdə bir dəfə də olsun əlini boyun çuxuruna
aparmadı. Onun "davranış çatışmazlığı"nı müəyyən etdim və bu barədə
tədqiqatçılara məlumat verdim. Qadın, sadəcə olaraq, heç bir iztirab
nişanəsi sərgiləmirdi. Faktiki olaraq başqa təcavüz halları ilə də məşğul
olmuşdum, hətta dekadalar sonra belə qadınlar başlarına gələn cinayət
haqqında danışarkən əlləri ilə boyun çuxurlarını örtürdülər. Cinayət işinin
davamında qadının məsələsi aydınlaşdı. Sonda şəhərə minlərlə dollar
bahasına başa gələn bütün bu iddiaları qadının özündən uydurduğunu
öyrəndik. İddiaçı ilk başda ona inanan və yardımçı olmaq istəyən bütün
zabitlərin, xəfiyyələrin və öz vəkillərinin 4 diqqətini üzərinə çəkmək üçün
belə bir addım atmışdı.
Elə bu yaxınlarda bir dostumla konfrans zalının girişində söhbət edirdik
ki, qadm həmkarlarımızdan biri bir əlində telefon, digər əli isə boyun
çuxurunda zaldan çıxdı. Dostum heç nə olmamış kimi söhbətinə davam
edirdi. Qadın telefon söhbətini bitirən kimi dostuma dedim: “Gedib onunla
maraqlansaq, yaxşı olar. Nəsə yolunda deyil”. Təəccüblü deyil ki, onun
uşaqlarından biri bərk qızdırma içində huşunu itirmişdi və qadın mümkün
qədər tez evə getməli idi. Boyuna toxunmaq çox dəqiq və etibarlı davranış
olduğu üçün ona yaxından diqqət göstərməliyik.

Əllərin mikroifadələri

Mikrojest bir şəxs neqativ amilə qarşı normal reaksiyasını boğmağa


çalışarkən baş verən çox ani davranışdır (Ekman, 2003, 15). Bu hallarda ən
refleksiv və qısamüddətli davranış daha inandırıcı ola bilər. Misal üçün,
müdirin hansısa işçi xəstə olduğuna görə başqa işçisinə həftə sonu əlavə
olaraq çalışmalı olduğunu tapşırmasını təsvir edin. Xəbəri eşidərkən işçinin
burnu qınşır və ya qəfil, amma çox qısa bir gülümsəmə meydana çıxır. Bu
xoşagəlməyən hadisələrə qarşı verdiyimiz mikrojestlər, əslində, necə hiss
keçirdiyimizi dəqiq şəkildə nümayiş etdirən davranışdır. Oxşar olaraq
əllərimiz də bizi təəccübləndirəcək mikroifadələr nümayiş etdirə bilər (bax:
qutu 44).

QUTU 44: QUŞ KIMI SOZ


"Telling Lies" ("Yalanlar söyləmək") adlı dəyərli kitabında Dr. Pol Ekman
instinktiv olaraq bir individualın mənfi və ya həqiqi emosiyalarını ötürən
mikrojestlərini tutmaq üçün yüksək sürətli kameralardan istifadə etdiyi
eksperimentini təsvir edir (Ekman, 1991, 129-131). Dr. Ekmanın
xatırlatdığı bu çoxsaylı jestlərdən biri "orta barmaq hərəkəti"dir. Şəxsən
müşahidəçi kimi iştirak etdiyim böyük bir milli təhlükəsizlik
məhkəməsində şübhəli nə vaxt baş Ədalət Departamentinin
nümayəndəsi ona sual ünvanlayırdısa, orta barmağı ilə eynəyini burunun
yuxarısa doğru itələyirdi. Digər səlahiyyətli şəxslərə qarşı bu davranış
sərgilənmirdi; sadəcə, subyektin açıq-aşkar xoşlamadığı sözügedən
nümayəndəyə tuşlanırdı. Əvvəlcə bu qədər aydınca gördüyümüzə inana
biiməsək də, bu ani hərəkət, həqiqətən də, bircə nəfərə
istiqamətlənmişdi. Xoşbəxtlikdən, dindirmələr leqal prosedurun tərkib
hissəsi kimi videoya alınırdı (subyekt daha yüngül cəza almaq üçün bıı iş
birliyinə razı olmuşdu), * beləcə, gördüyümüzü təsdiqləmək üçün videoya
təkrarən baxa bildik.
Maraqlıdır ki, nümayəndə heç vaxt orta barmaq nüıriaai yişini tuta
bilməmişdi və bunu eşidəndə bunun şübhəlininч antipatiyasının əlaməti
plması ehtimalını rədd etdi. Hər şey bitəndən sonra dindirilən baş
ittihamçıdan nə qədər nifrət etdiyini kobudcasına bildirdi və tamamilə
aydın idi ki, o bu cür davakar xarakterinə görə prosesi pozmağa çalışırdı.
Əllərin mikrojestləri rirıüxtəlif formalarda olur; əllər qıçlar boyunca
aşağı sürüşdürülür və ovuclar dizlərə çatarkən orta barmaq yuxarı qalxın
Bu davranış həm kişilərdə, həm də qadınlarda müşahidə olunub. Bir daha
təkrarlayaq ki, bu mikrojestlər çox tez bir zaman kəsiyində baş verir və
başqa hərəkətlər tərəfindən asanlıqla ört-basdır edilə bilər. Bu jestlərə
diqqət edin və işdir, gördünüzsə, gözardı etməyin. Ən azından
mikrojestlər konteksdən asılı olaraq, düşmənçilik, nifrət, təhqir və ikrah
əlamətləri kimi qiymətləndirilməlidi.

Əl davranışlarındakı dəyişikliklər vacib


məlumatları ortaya çıxara bilər

Bütün qeyri-verbal davranışlarda olduğu kimi əllərin hərə- kətindəki qəfil


dəyişikliklər qarşımızdakı şəxsin düşüncə və hisslərində kəskin fərqlərdən
xəbər verir. Yemək zamanı sevgililərin cəld şəkildə əllərini bir-birindən
uzaqlaşdırması mənfi nəyinsə baş verməsinin əlamətidir. Əllərin geri
çəkilməsi saniyələr içində baş verə bilər, amma unutmayaq ki, bu, şəxsin
həqiqi hisslərinin çox dəqiq göstəricisidir.
Tədrici əl geri çəkmələri də diqqətəlayiqdir. Bir müddət öncə kollec
vaxtlarından bəri dostluq etdiyim cütlüyün evinə dəvət olunmuşdum.
Yeməyin sonlannda masa ətrafında söhbət edərkən maliyyə məsələlərinə
toxunduq. Dostum mənə pul problemlərinin olduğunu söylədi. Xanımı
“pulun necə yoxa çıxdığı” barədə şikayətlənərkən ondan fərqli olaraq,
dostumun əlləri paralel və tədrici olaraq masanın üstündən yoxa çıxdı.
Qadın danışdıqca kişiyə diqqət yetirirdim, əllərini geri çəkərək, nəhayət,
qıçlarının üzərində dayandırdığını müşahidə etdim. Biz özümüzü təhlükədə
hiss edərkən tez-tez baş verən bu cür uzaqlaşma psixoloji qaçışın (bizim
limbik sağ qalma mexanizmimizin tərkib hissəsi) carçısıdır. Sözügedən
davranış ərin nələrisə gizlətdiyindən xəbər verirdi. Sonradan kişinin ortaq
hesablarından pul çəkərək qumar ahşqanlığına sərf etdiyi məlum oldu,
təəssüf ki, bu ona evliliyi bahasına başa gəldi. Keçirdiyi günahkarlıq
psixologiyası əllərini niyə masanın üstündən geri çəkdiyini açıqlayırdı.
Bunun tədrici bir davranış olmasına rəğmən nəyinsə yolunda getmədiyini
hiss etməyim üçün bəs eləmişdi.
Əllərlə bağlı aparmalı olduğunuz müşahidələrdən biri on- larin
hərəkətsizləşməyinə diqqət yetirməkdir. Əgər əllər təsvir etməyi və
vurğulamağı dayandırırsa, bu, böyük ehtimalla beyin fəaliyyətində
dəyişiklikbaş verməsinə bir işarə (bəlkə də, fəaliyyət çatışmazlığı
ucbatından) və daha dəqiq şəkildə agah olmanın və müəyyənləşdirmənin
səbəblərindən biridir. Əl məhdudiyyətinin aldatma əlaməti ola biləcəyini
söyləməyinizə baxmayaraq, qərar verməyə tələsməyin. Bu an üçün əllərin
hərəkətsizləşməsi ilə əlaqədar çıxarmalı olduğunuz yeganə nəticə beyinin
başqa bir duyğu və ya düşüncə ötürdüyüdür. Davranışlardakı sözügedən
dəyişiklik söylənilənlərə qarşı müxtəlif səbəblərdən daha az inamı və ya
daha az marağı əks etdirə bilər. Yadda saxlayın, normal əl davranışlanndakı
istənilən sapma (artma, azalma, yaxud, sadəcə, qeyri-adilik) əhəmiyyətli
olduğuna görə nəzərə alınmalıdır.

ƏL VƏ BARMAQLARIN QEYRİ-VERBAL DAVRANIŞLARI BARƏDƏ SON


QEYDLƏR

Əksəriyyətimiz insanlann üzlərini incələməyə o qədər vaxt 1 sərf edirik


ki, əllərin bizi təmin etdiyi məlumatlardan lazımınca | yararlana bilmirik.
Həssas əllərimiz yalnızca ətrafımızı duyub 1 onu hiss etməyimizə kömək
etmir, həmçinin dünyaya verdiyi- 1 miz reaksiyalarımızı əks etdirir. Bir
bankirin qarşısında otururuq j əllərimiz önümüzdə, barmaqlanmız bir-birinə
keçmiş şəkildə | (dua edirmiş kimi) və daxilimizdəki narahatlıq və gərginliyi
əks etdirərək kreditin təsdiq edilməsini gözləyirik. Yaxud işgüzar gö- | rüş
zamanı əllərimizi qülləyəbənzər şəklə salaraq digər şəxslərə özümüzdən
əmin olduğumuzu göstəririk. Keçmişdə bizə xəyanət I edən birinin adı
çəkilərkən əllərimiz əsə bilər. Əllər və barmaq- \ lar bizi vacib
informasiyalarla təmin edə bilər; öhdəmizə düşən j onları müşahidə etmək,
dəqiq bir şəkildə və kontekst daxilində 1 onlann nə məna verdiyini təyin
etməkdir.
Qarşınızdakı şəxsin bircə toxunuşundan sizin barənizdə nə » hiss etdiyini
bilə bilərsiniz. Əllər emosiyalanmızın qüvvətli » göstəriciləridir. Öz qeyri-
verbal ünsiyyətinizdə onlardan başqa- V lan barədə dəyərli biliklərə
yiyələnmək üçün istifadə edin.
YEDDİ

ZEHİN LÖVHƏSİ

Üzün qeyri-verbal davranışları

Emosiyalara gəldikdə isə qeyd etməliyik ki, simalarımız zehnin


tablosudur. Hiss etdiyimiz bir gülümsəmə, üz turşutma və ya ikisinin
arasındakı ölçüyəgəlməz nüanslar vasitəsilə jncə bir şəkildə ötürülür. Bu
bizi digər canlı növlərindən ayıran və bütün planetdə ən ifadəli heyvanlar
edən təkamül nemətidir.
Üz ifadələrimiz hər şeydən əlavə burada (sizin üçün haradırsa) və
Borneoda olmasından asılı olmayaraq, universal dilimiz (insanlann
mədəniyyətlərarası linqua frankası kimi) xidmət edir. Bu beynəlmiləl dil
insanın doğuşundan bəri ünsiyyətin praktiki vasitəsi kimi adamlar
arasındakı ortaq dilin boşluqlannı aradan qaldırmağı təmin etməyə xidmət
edib.
Başqalannı müşahidə edərkən tez bir şəkildə qarşmızdakı şəxsin
təəccüblü, maraqlanan, bezgin, yorğun, gərgin və yaxud dilxor olduğunu
müəyyənləşdirə bilərik. Dostlarımızın sifətinə baxaraq onlann gileyli,
şübhəçi, kədərli, məyus, güvənsiz, yaxud narahat olduqlannı görə bilərsiniz.
Uşaqlann ifadələri onların qəmgin, həyəcanlı, çaşqın və ya əsəbi olduqlarını
bilməyimizə icazə verir. Peşəkar şəkildə heç birimizə bu üz ifadələrini ayırd
etmək və “tərcümə” etmək öyrədilməsə də, hamımız onları bilir, nümayiş
etdirir, izah edir və onlar vasitəsilə ünsiyyət qururuq. Ağzımızı,
dodaqlarımızı, gözlərimizi, bumumuzu, alnımızı və çənəmizi mükəmməl
şəkildə idarə edən bütün müxtəlif əzələlərlə birlikdə insan sifəti böyük sayda
ifadələr istehsal etmək üçün zəngin şəkildə dizayn edilib. Hesab olunur ki,
insan on mindən çox müxtəlif üz ifadəsi nümayiş etdirmək qabiliyyətinə
malikdir (Ekman, 2003, 14-15).
Bu çox yönlülük üzün qeyri-verbal kommunikasiyalarını çox effektiv,
faydalı və müdaxilə edilməzsə, tamamilə dürüst edir. Xoşbəxtlik,
qəmginlik, qəzəb, qorxu, təəccüb, ikrah, həzz, utanc, hiddət, kədər və maraq
bütün dünyada bilinən üz ifadələridir (Ekman, 2003, 1-37). Diskomfort
(uşağın, yeniyetmənin, yetkin insanın və ya yaşlının üzündə olmasından
asılı olmayaraq) Yer üzündə tanınır; eynilə hər şeyin yaxşı olduğunu
bildiyimiz ifadələri ayırd edə bilirik. Baxmayaraq ki, sifətimiz özümüzü
necə hiss etdiyimizi nümayiş etdirməkdə çox dürüst ola bilər, yenə də onlar
hər zaman həqiqi duyğularımızı nəzərəçarpacaq dərəcədə büruzə vermir.
Bu, bir nöqtəyə qədər üz ifadələrimizi idarə edə və maskalana
bilməyimizdən irəli gəlir. Erkən yaşlarımızdan valideynlərimiz
xoşlamadığımız yeməyə sifət eləməməyi bizə öyrədir və ya xoşlamadığımız
adamla görüşərkən saxta gülüşdən istifadə etməyə məcbur edilirik. Əslində,
bizə üzlərimizlə yalan danışmaq öyrədilir və beləcə, biz əsl üz ifadələrimizi
gizlətməkdə tamamilə ustalaşırıq. Bununla belə, üzümüz çox vaxt sözümüzə
baxmır.
Üzümüzdən istifadə edərək yalan danışarkən tez-tez rola girməyimiz tələb
olunur; sirr deyil ki, dünya səviyyəli aktyorlar tələb olunan uydurma hissləri
yaratmaq üçün çox sayda üzü mənimsəyirlər. Təəssüf ki, çox insan, xüsusilə
də fırıldaqçılar və digər sosial yırtıcılar da eynisini edə bilirlər. Onlar yalan
danışarkən, kələk gələrkən və ya yalançı gülüşlər, saxta göz yaşlan aldadıcı
görünüşləri ilə başqalarının onlan bu cür - istədikləri kimi qəbul etməsinə
təsir göstərərkən üzlərinə həqiqi olmayan ifadə verə bilirlər.
Üz ifadələri qarşımızdakı şəxsin nə düşündüyü və hiss etdiyindən agah
olmaq üçün bizi əhəmiyyətli baxış bucaqlan ilə təmin edə bilir. Yalnızca bu
siqnalların uydurma olma ehtimalını nəzərdə saxlamalıyıq, beləcə, həqiqi
duyğunun ən yaxşı sübutu üz və bədən işarətlərinin də daxil olduğu
davranışlar toplusundan törəyir və bir-birini ya tamamlayır, ya da
dəstəkləyir. Üz ifadələrini kontekst daxilində qiymətləndirməklə və bir-
biriylə müqayisə etməklə beyində nələrin baş verdiyi, beyinin nə hiss etdiyi
və hansı niyyətdə olduğunu ortaya çıxarmaq üçün istifadə edə bilərik. Beyin
çiyinlərdən yuxarıdakı hər şeyi ifadə və ünsiyyət üçün tək bir tablo təki
işlətdiyinə görə üzü və onun mantiyasını, yəni boyunu bir bütün şəklində
ictimai sifətimiz kimi qəbul edəcəyik.

ÜZÜN MÜSBƏT VƏ MƏNFİ EMOSİYALI


TƏZAHÜRLƏRİ

Mənfi emosiyalar (məmnuniyyətsizlik, ikrah, qəzəb, antipati- ya və qəzəb


kimi) gərginləşməyimizə səbəb olur. Həmin gərginlik bədənin üzərində və
daxilində müxtəlif şəkillərdə təzahür edir. Simamız gərginliyi müəyyən
edən ipuclarmm bir qrupunu eyni zaman daxilində büruzə verə bilir: çənə
əzələlərinin sərtləşməsi, burun qanadlarının genişlənməsi (burun qanadı
genişlənməsi), gözlərin qıyılması, ağızın titrəməsi və yaxud dodaq
öklüziyası (bu halda dodaqlar görünməz olur). Daha yaxından müşahidə za-
manı göz fokusunun sabitləşdiyini, boyunun sərtləşdiyini və dik qaldığını
da görə bilərsiniz. Qarşınızdakı fərd gərgin olduğu ilə bağlı heç bir şey
deməsə də, bu təzahürlər nümayiş olunduqda həmin adamın kefsiz olduğu,
beyninin isə hansı mənfi bir məsələ ilə məşğul olduğuna şübhə yoxdur. Bu
mənfi emosional işarətlər bütün dünyada oxşar şəkildə sərgilənir və onlara
nəzər yetirmək, doğrudan da, əhəmiyyətlidir.
İnsan kədərli olarkən bu qeyri-verbal davranışların ya hamısını, ya da bir
neçəsini sərgiləyə və bu davranışlar mülayim və ani, yaxud kəskin və açıq-
aşkar, dəqiqələrcə, ya da daha artıq zaman dilimində davam edə bilər. Klint
İstvudun vestem (kov- boy) filmlərində rəqibi ilə silah duellosuna
başlamamışdan qabaq gözlərini qıyaraq ona baxdığını xatırlayın. Həmin
baxış hər şeyi deyir. Əlbəttə, aktyorlar üz ifadələrini (asanlıqla müəyyən
edilməsi üçün) müxtəlif cür şəkilləndirməyi öyrənirlər. Digər tərəfdən real
həyatda bu qeyri-verbal əlamətlər ya çox incə, məqsədli olaraq dəyişikliyə
uğradılmış, ya da sadəcə olaraq, nəzərdən yayılır ki, buna görə də onlan
təyin etmək bəzən daha da çətin olur (bax: şək. 59).

Gözləri qıyma, alnı qırışdırma və üzün əyilməsi bikeflik


və ya diskomfort göstəricisidir

Məsələn, çənə gərilməsim gərginliyin bir əlaməti hesab edək. İşgüzar


görüşdən sonra icraçı həmkarlanndan birinə: “Mən təklif irəli sürdüyüm
zaman Bilin çənəsinin necə gərginləşdiyini gördün?” - deyə bilər - sadəcə,
həmkarının “Yox, tuta bilmədim” cavabını eşitmək üçün (bax: qutu 45).
Bizə insanlara gözümüzü zilləməmək öyrədildiyi və daha çox bir şeyin necə
deyildiyinə deyil, nəyin deyildiyinə fokuslandığımız üçün üzlə bağlı
işarətləri diqqətdən qaçırırıq.

QUTU 45: DODAQLARIM SƏNİ SEVİRƏM DESƏ DƏ,


GÖRÜNÜŞÜM BAŞQA FİKİRDƏDİR
Neçə dəfə insanların ağızlarından müsbət kəlmələr süzülərkən
simalarının dediklərinin tam əksi olaraq mənfi ifadələr sərgiləməyinə
heyrət etmişəm. Bu yaxınlarda bir yığıncaqda qonaqlardan biri
övladlarının çox gözəl işləri olduğu üçün xoşbəxt olduğunu bildirdi. O bu
hərəkəti nəzakətdən çox gülüşlü və çənə əzələləri gərilmiş şəkildə
dedikdə ətrafındakılar bir ağızdan onu təbrik etdilər. Sonra həmin adamın
qadını şəxsən mənə dedi ki, övladlarının mənasız bir işi olduğuna və
gələcəyi olmadığına görə o çox üzgündür. Sözləri bir şey, siması isə başqa
bir şey deyirdi.

Yadda saxlayın ki, hərgah gözüaçıq müşahidəçilər olmasaq, insanlar tez-


tez emosiyalarını gizlətməyə çalışdıqları üçün on- lan müəyyən etmək daha
çətin olur. Bundan başqa, üz işarətləri (mikrojestlər) o qədər ani ola bilir ki,
onları qavramaq da qəlizləşir. Gündəlik danışıq zamanı bu incə davranışlar
əhəmiyyətini itirə bilirsə, vacib fərdlərarası ünsiyyətdə (sevgililər,
valideynlər və uşaqlar, iş ortaqları arasında və ya işə qəbul zamanı) bu cür
kiçik görünən gərginlik təzahürləri dərin emosional münaqişədən xəbər verə
bilər. Neokorteks limbik emosiyalarımızı maskalama- ğa qadir olduqlarına
görə üzə çıxan istənilən siqnalın müəyyən edilməsi çox önəmlidir və
qarşımızdakı şəxsin daha dərin kökə malik düşüncə və niyyətlərinin
dəqiqliklə təsvir edilməsinə gətirib çıxara bilər.
Əksər şən üz ifadələri asanlıqla və bütün dünyada tanınmasına rəğmən
həmin qeyri-verbal işarətlər də basdınla və ya müxtəlif səbəblərdən gizlədilə
və bu onları təyin etməyin daha çətin olmasına gətirib çıxara bilər. Məsələn,
pokerdə əl güclü gələndə sevincimizi büruzə vermək istəmiriksə,
kolleqalarımızdan da onlardan daha çox maliyyə bonusu aldığımızı
gizlətməyə çalışınq. Sevincimizi nümayiş etdirməyin ağılsızlıq kimi qəbul
olunduğu hallarda xoşbəxtlik və həyəcanımızı ört-basdır etməyi öyrənirik.
Hər şeyə rəğmən mənfi bədən hərəkətləri kimi incə və məhdud müsbət
qeyri-verbal davranışlar da diqqətli müşahidə və digər incə təsdiqləyici
davranışların qiymətləndirilməsi vasitəsilə müəyyən edilə bilər. Məsələn,
üzümüz həyəcan əlamətini büruzə verə bilər ki, bu da öz-özlüyündə
dördgözlü bir müşahidəçini həqiqətən xoşbəxt olduğumuzu inandırmağa
kifayət etməyə bilər. Ancaq ayaqlarımız bizi əlavə inandırıcı həyəcan
sübutlan ilə təmin edərək müsbət emosiyanın doğruluğunu təsdiq etməyə
kömək edə bilər (bax: qutu 46).

QUTU 46: ÜZ, AYAQLAR HƏYATIN ŞİRİN OLDUĞUNU DEYİR


Bir müddət əvvəl Baltimora uçurdum. Yanımda olan sərnişin biletinin
först klässa yüksəldildiyi xəbərini aldı. Oturarkən gülüşünü gizlətməyə
çalışırdı, çünki yüksəlmə gözləyən digər sərnişinlərin yanında öz sevincini
açıb-ağartması sayğısızlıq ola bilərdi. Yalnızca üz ifadəsinə əsaslanaraq
onun xoşbəxt olduğuna qərar vermək yarımçıq bir iddiadan artıq olmazdı.
Amma sonra şad xəbəri həyat yoldaşına söylədiyini eşitdim və şanslı
adamın yanındakı şəxsin onu eşitməməsi üçün mümkün qədər alçaq səslə
danışmağa cəhd göstərməsinə baxmayaraq, ayaqları doğum günü
hədiyyəsinin açılmasını gözləyən uşağın ayaqları kimi bir yerdə durmurdu.
Xoşbəxt ayaqlar sevinci durumunun təsdiqləyici sübutu kimi görünürdü.
Müşahidələrimizi sağlamlaşdırmaq üçün davranış toplusuna diqqət
yetirməli olduğunuzu unutmayın!

Həqiqi və məhdudlaşdırılmamış xoşbəxtlik duyğuları üzdə boyunda əks


olunur. Müsbət emosiyalar alındakı qırışlı xətlərin boşalması, ağızətrafı
əzələlərin yüngülləşməsi, bütün dodağm görünməsi (içəriyə doğru və ya bir-
birinə sıxılmadıqda) və göz ərazisini əhatə edən əzələlərin rahatlaması ilə,
gözlərin böyüməsi ilə müşahidə olunur. Həqiqətən, özümüzü rahat və
yüngül hiss edərkən üz əzələlərimiz rahatlaşır və başımız ən həssas ərazimiz
olan boynumuzu tam görə biləcəyimiz şəkildə yana əyilir (bax: şək. 60).

Başın əyilməsi qüvvətli şəkildə "Mən rahatam, mən anlayışlıyam,


mən mehribanam" mesajı verir. Sevmədiyimiz insanların əhatəsində
bunu etmək müşkül məsələdir
Bu, narahat, gərgin, şübhəçi və ya təhdid edilmiş olarkən, demək olar ki,
təqlid edilməsi mümkünsüz olan eşq münasibətlərində tez-tez gördüyümüz
yüksək komfort göstəricisidir (bax: qutu 47).

QUTU 47: LİFTDƏ GÖRMƏYƏCƏYİMİZ BİR ŞEY


Tamamilə tanımadığımız adamlarla dolu bir liftdə başınızı önə əyərək
bütün mərtəbələr boyunca elə də dayanmağa çalışın. Çox insan üçün
bunu həyata keçirmək həddən artıq çətindir, çünki başı əymə, həqiqətən,
rahat olduğumuz vaxtlarda j qoruyub saxlaya bildiyimiz bir davranışdır (və
əcnəbilərlə dolu bir liftdə durmaq qətiyyən həmin vaxtlardan biri deyil).
Həmin liftdə birbaşa içəridəkilərdən birinə baxarkən başınızı əyməyə
çalışın. Bu, qeyri-mümkün deyilsə belə, çox çətin olacağını anlayacaqsınız.

GÖZLƏRLƏ BAĞLI DAVRANIŞLARIN İZAHI

Gözlər ruhun eyvanıdır, buna görə də bu iki orqanı emosiyaların, yaxud


düşüncələrin qeyri-verbal mesajları üçün araşdırmaq doğru görünür.
“Gözlər yalan deyir” kimi mahnı sözlərinə baxmayaraq, gözlərimiz xeyli
faydalı informasiyanı özündə saxlayır. Faktiki olaraq gözlərimiz
hisslərimizin çox dəqiq ölçüsü ola bilər, çünki müəyyən dərəcəyə qədər
onları nəzarət altında saxlaya bilirik. Hərəkətlərində daha az refleksiv olan
üzün digər sahələrindən fərqli olaraq, təkamül gözümüzün daxilindəki və
ətrafındakı əzələləri bu müdhiş orqanları təhlükədən qorumaq üçün
dəyişdirmişdir. Məsələn, göz kürəciyinin içindəki əzələlər gözü
balacalatmaqla həssas reseptorları yüksək işıqdan qoruyur və gözün
ətrafındakı əzələlər təhlükəli bir obyekt gözə yaxınlaşdıqda dərhal gözləri
qapayır. Bu avtomatik reaksiyalar gözlərin üzümüzün ən dürüst hissəsi
olmasına kömək etdiyi üçün gəlin bizə insanların nə düşündüyü və necə
hərəkət etmək niyyətində olduğuna diqqət etməyə yardımçı olacaq daha
spesifik göz davranışlarına nəzər salaq.

Bəbək klçilməsi və göz qıyma göz


bloklanmasının forması kimi

Tədqiqatlar sübut edib ki, təəccüblənmə reaksiyasının üzərindən keçərkən


və sevdiyimiz bir şeyi görərkən göz bəbəklərimiz böyüyür, əks halda isə
kiçilir (bax: şək. 61) (Hess, 1975a; Hess, 1975b). Göz bəbəklərimizin
üzərində şüurlu nəzarətə sahib deyilik və onlar həm xarici (işığın
düşməsindəki dəyişiklik), həm də daxili (düşüncələr) təsirlərə bir saniyənin
hissələrində cavab verir.
Göz bəbəkləri xırda və görülməsi çətin olduğuna görə (xüsusən tünd
rəngli gözlərdə) və onlann ölçülərindəki dəyişikliklər ani baş verdiyinə görə
bəbək reaksiyalarını müşahidə etmək çətindir. Bu göz davranışları çox
faydalı olduğuna rəğmən insanlar tez-tez onlan axtarmır, gözardı edir və ya
gördükləri zaman qarşılarındakı şəxsin nələri bəyənib, nələri bəyənmədiyini
təyin etməkdə onlann yararlılığını lazımınca dəyərləndirmirlər.

Bu diaqramda siz göz bəbəyi kiçilməsini və genişlənməsini görə bilirsiniz.


Doğulduğumuz gündən bəri, xüsusilə emosional olaraq coşqun olan zaman
rahatlaşmağımız üçün göz bəbəklərirpizi böyüdürük

Coşqun, təəccüblü olarkən, yaxud qəflətən zidd fikirlə üzləşərkən


gözlərimiz geniş açılır (onlar, sadəcə, genişlənmir, həmçinin bəbəklər
mövcud olan işığın maksimum miqdarda içəri daxil olması üçün cəld
uzununa böyüyür, beləcə, beyinə maksimum vizual informasiya göndərir).
Şübhəsiz ki, bu heyrət reaksiyası bizə min ildən artıqdır ki, müsbət şəkildə
xidmət edib. Digər tərəfdən, aldığımız məlumatı analiz etməyə bir dəfə
vaxtımız varsa və əgər bu, mənfi şəkildə dərk edilirsə (xoşagəlməz bir
sürpriz və ya aktual təhdid kimi), bir saniyənin içində bəbəklər kiçiləcəkdir
(Ekman, 2003,151) (bax: qutu 48).

QUTU 48: ONLAR KİÇİLİRSƏ, İNANDIRA BİLƏRSİNİZ


1989-cu ildə milli təhlükəsizliklə əlaqəli bir məsələdə FTB ilə işlədiyim
müddətdə iş birliyinə razı olmasına baxmayaraq, casusluqda birlikdə
fəaliyyət göstərdiyi agentlərin adını söyləmək niyyətində olmayan bir
casusu dəfələrlə sorğu-suala çəkdik. Onun vətənpərvərlik hisslərini
alovlandırmaq, milyonlarla insanın həyatının ona bağlı ola biləcəyi
barədəki sözlərimiz heç bir fayda vermirdi; hər şey yerində sayırdı. Bu
adamın digər ortaqlarının aşkarlanması vacib idi; onlar hələ də çoxsaylı idi
və Birləşmiş Ştatlar üçün ciddi təhdid təşkil edirdilər. Heç bir
alternativimiz olmadığını görən əsl dost və mükəmməl FTB agenti olan
Mark Rizer ehtiyacımız olan məlumatı əldə etmək üçün qeyri-verbal
davranışlardan istifadəni təklif etdi.
Sözügedən casusa cənab Rizer tərəfindən hazırlanmış üçün beşə (inç)
olan 32 kart təqdim etdik, bu kartlarda cinayətkarın' birlikdə çalışdığı və
böyük ehtimalla ona yardım etmiş şəxslərin adı yazılmışdı. Casus kartlara
baxdıqca şəkildə gördüyü şəxs barədə ümumiyyətlə nə bildiyi
soruşulurdu. Adamın cavabları ilə elə də maraqlanmırdıq, çünki, sadəcə,
sözlər aldadıcı ola bilərdi, odur ki biz onun daha çox simasına diqqət
edirdik. Xüsusilə iki nəfərin adını gördükdə gözləri tanıma əlaməti olaraq
əvvəlcə genişləndi, sonra göz bəbəkləri ani olaraq kiçildi və yüngülcə
gözlərini qıydı. İnstinktiv olaraq bu iki adı görməkdən xoşu gəlmədiyini və
niyəsə özünü təhlükədə hiss etdiyini büruzə vermişdi. Böyük ehtimalla
həmin individiuallar cinayətkarı onların adlatını açıqlamaması üçün
təhdid etmişdilər. Bəbək kiçilməsi və gözün qıyılması casusun ortaqlarını
müəyyən etmək üçün əlimizdə olan yeganə ipucları idi. Cinayətkar öz
qeyri-verbal siqnallarında xəbərsiz idi və biz də ona heç nə demədik. Digər
tərəfdən, bu göz davranışlarını müşahidə etməsə idik, həmin iki
individualı heç växt müəyyən edə bilməyəcəkdik. Nəhayət, həmin iki
cinayət ortağı tapıldı və məsuliyyətə cəlb olundu; sonradan cinayətdə
yardım və yataqlıq etdiklərini etiraf etdilər. Bu günə qədər də birinci
dindirmənin subyekti onun ortaqlarını necə tapa bildiyimizdən
xəbərsizdir.

Bəbəkləri balacalatmaqla qarşımızdakı hər bir şey dəqiqliklə fqkuslanmış


olur və beləcə biz onu özümüzü müdafiə etmək, yaxud effektiv şəkildə
canımızı qurtarmaq məqsədilə aydm və dəqiq şəkildə görə bilirik (Nolte,
1999, 431-432). Bu, kamera diyaffamınm çalışmasına bənzəyir; daha
xırdası diyaffam, daha böyüyü fokus uzunluğu, daha aydını isə yaxm və
uzaqdakı hər şeyin fokusudur. Yeri gəlmişkən, nə vaxtsa oxuma eynəklərinə
təcili ehtiyacınız olsa və onlara əliniz çatmasa, bir vərəqdə iynə ilə deşik
açın və gözünüzə tutun; kiçik diyaffam nəyə fokuslan- maq istəyirdinizsə,
onu da sizə verəcək. Hərgah maksimal bəbək kiçilməsi yetərli olmazsa,
onda gözü qoruyarkən diyaffamı mümkün qədər kiçiltmək üçün gözlərimizi
qıyırıq (bax: şək. 62).
İşıqdan və ya görməyimizə mane olan şeylərdən
qorunmaq üçün, qəzəblənəndə, hətta sevmədiyimiz səsi,
yaxud musiqini eşidəndə də gözlərimizi qıyırıq

Bir neçə il əvvəl qızımla gəzişərkən onun tanıdığı bir nəfərin yanından
ötdük. Tanışma həvəssizcə əl edərkən gözlərini qıydı. Aralarında mənfi
nəyinsə baş verdiyindən şübhələndim, odur ki qızımdan həmin qızı necə
tanıması ilə maraqlandım. Qızım cavab verdi ki, sözügedən qızla orta
məktəbdə sinif yoldaşı olublar və keçmişdə aralarında söz-söhbət yaranıb.
Əllərini aşağıda yelləməsi sosial harmoniyaya uyğun gəlmirdi, digər
tərəfdən, göz qıyılması mənfi emosiya və ikrah nümayişindən xəbər verən
dürüst təzahür idi (yeddi illik).
Qızım göz qıyma davranışının sinif yoldaşına qarşı hiss etdiyi əsl
duyğulan üzə çıxardığından xəbərsiz idi, amma mənim üçün həmin
informasiya mayak rolunu oynamışdı (bax: şək. 63).
Göz qıyma çox qısamüddətli - saniyənin 1/8-də - ola bilər,
amma real zaman daxilində mənfi emosiya və
düşüncələri əks etdirə bilər.

Eyni fenomen iş dünyasında da müşahidə olunur. İstehlakçılar, yaxud


müştərilər müqaviləni oxuyarkən qəfildən gözlərini qıyırlarsa, güman ki,
müqavilənin mətnində onlan narahat edən, şübhələndirən, elə buna görə də
dərhal gözlərində əks olunan nəsə var. Böyük ehtimalla müqaviləni
hazırlayan biznesmenlər həmin davranışın bu qədər aşkar razılaşmama və
məmnuniyyətsizlik mesajı ötürdüyündən tamamilə bixəbərdirlər.
Göz qıymadan əlavə mühitlərində narahatedici nəsə müşahidə etdikdən
sonra bəzi fərdlər qaşlarını endirirlər. Tağ formalı qaşlar yüksək inamdan və
müsbət hisslərdən (bu, qravitasiyaya müqavimət göstərən davranışdır) xəbər
verirsə, aşağı düşmüş qaşlar, adətən, aşağı inam və mənfi hisslərin əlaməti
olur və həmin şəxsdəki zəiflik və onun təhlükədə olduğu anlamına gəlir
(bax: qutu 49).
QUTU 49: QAŞLARIN ÇATILMASI: NƏ QƏDƏR
AŞAĞI ENDİRƏ BİLƏRSİNİZ?
Qaşların çatılması bir neçə fərqli məna verə bilər. Bu fərqli mənalar
içərisində doğru olanını ayırd edə bilmək üçün qaşın hərəkətinin
dərəcəsini və hansı şəraitdə baş verdiyini qiymətləndirməlisiniz. Məsələn,
aqressiv və davaya meyilli vaxtianmızda bəzən qaşlanmızı aşağı endirir və
çatinq. Eynilə real və ya dərk edilmiş təhlükə, yaxud təhdidlə üzləşərkən
də qaşlarımızı aşağı endiririk. Bikef, məmnuniyyətsiz olduğumuzda, yaxud
qəzəblənəndə də eyni davranışı sərgiləyirik. Bununla belə, məğlub olmuş
uşaq kimi qaşlanmızı həddən artıq endiririksə, bu, zəiflik va
güvənsızliyimizin universal əlaməti kimi başa düşülür, Bu bir təvazökarlıq,
yaltaqlıq və itaətkarlıq davranışıdır (xüsusilə də koutou və yaxud diz
çökmə İlə də müşayiət olunarsa) və sosial yırtıcılar tərəfindən (psixopatlar
kimi) əleyhimizə istifadə oluna bilər. Araşdırmalara görə məhbuslar yeni
"həmkarlar"ı qazamata gələrkən onların zəif və güvənsiz tərəflərini
ortaya çıxarmaq üçün bu narahatedici enmiş qaş davranışlarına diqqət
edirlər. Sosial və yaxud işgüzar münasibətlərdə qarşınızdakıların güclü, ya
zəif olduğunu yoxlamaq üçün sözügedən qaş hərəkətlərinə diqqət yetirə
bilərsiniz.

Gözlərin bloklanması, yaxud beyin


özünü necə qoruyur
İstənilən kameradan daha mükəmməl olan gözlərimiz informasiyam
qəbul etməyimiz üçün birinci dərəcəli vasitə kimi təkmilləşib. Əslində, biz
tez-tez qəbul etdiyimiz məlumatı arzuolunmaz təsvirləri “görmək”dən
beyini qorumağı üçün təkamül etmiş, göz bloklanması kimi tanınan limbik
sağ qalma mexanizmindən “süzməyə” cəhd edirik. Fərqi yoxdur, göz qıyma
olsun, ya da bəbəklərin kiçilməsi - gözlərin ölçüsündəki istənilən
balacalaşma instinktiv bloklama davranışının formalarındandır. Və bütün
bloklama davranışları ya narahatlıq, xoşlamama, razılaşmama əlaməti, ya
da potensial təhlükənin dərk olunmasıdır.
Əksər insanın ya tamamilə gözdən qaçırdığı, yaxud da anlamlarını
gözardı etdiyi göz bloklanmasının çox geniş yayılmaqla qalmamış, qeyri-
verbal repertuarımızın da tərkib hissəsinə çevrilmişdir (bax: şək. 64-67).
Əllərlə gözün bloklanması "İndicə Dialoq zamanı qarşınızdakı fərdin
eşitdiyimi, gördüyüm və ya göz qapaqlarına toxunması
öyrəndiyim şeyi xoşlamıram" müzakirə edilən məsələ ilə bağlı
deməyin effektiv üsuludur. mənfi düşüncələrinin olduğuna
dəlalət edə bilər.

Bir informasiyanı eşidərkən göz Göz qapaqları fotodakı kimi bərkdən


qapaqlarının açılmasındakı ləngimə, sıxılırsa, böyük ehtimalla həmin şəxs
yaxud uzun müddət qapalı mənfi hadisə və ya xəbərdən yaxa
saxlanması mənfi emosiyalardan qurtarmaq istəyir.
xəbər verir.
Məsələn, kitııitısə sizə pis xəbər verdiyini düşünün. Yəqin ki, ferqində
olmayaeuqsınız, amma xəbəri eşidən kimi göz qapaqla* i’iıuz bir anlığına
bağlanacaq. Bu cür bloklama hərəkəti çox qədim tarixə malik olmaqla yanaşı,
beynimizlə də sıx əlaqəlidir; hətta doğulmamış körpələr həddən artıq yüksək
səs eşidəndə analarının bətnində bu göz bloklama davranışlarından istifadə
edirlər. On heyrətamizi odur ki, anadan görmə əngəlli doğulan uşaqlar belə bəd
xəbər eşitdikdə gözlərini qapayırlar (Knapp&Hall, 2002,42-52). Həyatımız
boyunca dəhşətli bir şey eşidən zaman bu limbik mənşəli göz bloklama
hərəkətinə müraciət edirik, baxmayanıq ki, bu nə eşitməyimizin, nə də
düşüncələrimizin qarşısını ala bilir. Ehtimal ki, bu, sadəcə, beyinə
müvəqqəti dincəlmə imkanı yaradır, ya da ən dərin duyğularımızı ifadə edir,
lakin nə səbəblə olur-olsun, beyin hələ də bizi bu davranışı həyata keçirməyə
təşviq edir.
Göz bloklanması müxtəlif formalarda olur və istənilən tragik hadisədə
(fərqi yoxdur, pis xəbər çatdırılıb, yaxud başımıza fəlakət gəlmək üzrədir)
müşahidə edilə bilər. İnsanlar əllərini gözlərini tamamilə bağlayacaq şəkildə
saxlaya, hər iki əlini barmaqlan aralı şəkildə gözlərinin qarşısına tuta və
yaxud qəzet və kitab kimi əşyalarla bütün simalarını qapaya bilərlər. Hətta
düşüncə formalı daxili informasiya da bu reaksiyanı törətməyə qadirdir.
Vacib bir şeyi yaddan çıxardığını qəfil xatırlayan adam həmin kobud
səhlənkarlığını götür-qoy edərkən bir anlıq gözlərini qapayaraq dərin bir
nəfəs alacaqdır.
Kontekst daxilində izah edilərsə, göz bloklama davramşlan qarşımızdakı
şəxsin həqiqi duyğu və düşüncələrinin çox qüvvətli carçısı ola bilər. Bu
əlamətlər real zaman daxilində mənfi bir şey eşidən kimi özünü büruzə verir.
Qarşılıqlı ünsiyyət zamanı göz bloklama . hərəkəti söylənilən hansısa
məlumatın bunu eşidən fərdin ürəyincə olmadığını bilməyimizə imkan
yaradan ən yaxşı siqnallardan biridir.
FTB-də işlədiyim zaman göz bloklama kommunikasiyasından dəfələrlə
istifadə etmişəm. “Buz qırma” cinayəti və Puerto- Rikodakı hotel yanğını
(daha əvvəl haqqmda söhbət açmışdıq) bunlardan cəmi ikisidir. Bu cür göz
davranışlarının əhəmiyyətinin bir neçə dəfə şahidi olmuşam. Hələ də
gündəlik yaşamımda başqalannm hiss və düşüncələrini müəyyən etmək
üçün gözlərin bloklanmasma diqqət edirəm.
Göz bloklama davranışlannm, adətən, narahat olmağımıza səbəb olan
mənfi nəsə görmək və eşitməklə əlaqəli olmasına baxmayaraq, aşağı inam
göstəricisi də ola bilərlər. Digər bir çox söyləntilərdə olduğu kimi, göz
bloklanması da təyin edə bildiyiniz vacib bir hadisədən sonra baş verərsə,
ən etibarlı və dəyərli işarətlərdən biri olacaqdır. Əgər göz bloklanması qarşı-
nızdakı fərdə xüsusi bir məlumatı verdikdən, yaxud hansısa bir təklifinizdən
sonra baş verərsə, nəyinsə yolunda getmədiyindən və həmsöhbətinizin
narahat olmasından agah olmalısınız. Bu nöqtədə amalınız həmin insanla
fərdlərarası ünsiyyət şanslarını artırmaqdırsa, söhbətinizə necə davam
edəcəyiniz barədə bir də düşünməlisiniz.

Bəbəklərin böyüməsi, qaşların qalxması və fleş kimi parlaq gözlər

Müsbət hissləri ifadə edən xeyli göz davranışlan mövcuddur. Hələ


körpəliyimizdən anamızı görərkən gözlərimizdə məmnunluq ifadəsi
meydana gəlir. Körpə doğumundan etibarən yetmiş iki saat ərzində anasının
simasını izləyir və anası otağa daxil olarkən maraq və sevgi əlaməti olaraq
gözləri genişlənir. Qayğıkeş ana da öz növbəsində şəfqət dolu gözlərlə
övladma baxır; körpə gözlərini anasının gözlərinə zilləyərək rahatlıq tapır.
Geniş açılmış gözlər yaxşı əlamətdir; onlar həmin şəxsin özünü yaxşı hiss
etməsinə səbəb olan nəyisə müşahidə etmələrindən xəbər verir. Bəbəklərin
kiçilməsinin əksinə, məmnunluq və
müsbət emosiyalar bəbəklərin böyüməsi ilə müşahidə olunur. Beyin
deyir: “Gördüyümdən çox məmnunam, qoy daha yaxşı görüm”. İnsanlar
gördükləri şeydən həqiqətən həzz alarkən, sadəcə, göz bəbəklərini
böyütməklə qalmır, qaşlarını qaldırır, göz yuvasım genişləndirir və
gözlərinin daha böyük görünməsinə çalışırlar (bax: şək. 68, 69, 70)
(Knapp&Hall, 2002, 62-64). Əlavə olaraq bəzi insanlar gözlərini böyük və
geniş açmaqla göz di- yaframlannı dramatik şəkildə böyüdür və fleş lampası
gözləri kimi bilinən xarici görünüş yaradırlar. Bu, adətən, təəccüb və müsbət
hadisələrlə əlaqəli olan irigözlü görünüşdür (bax: qutu 50). Sözügedən
davranış həmçinin müsbət hisslərlə bağlı qravitasiyaya müqavimət göstərən
davranışların digər bir formasıdır.

QUTU 50: FLEŞ LAMPALARI SÖNƏNDƏ


Sevdiyimiz birini görəndə, yaxud xeyli vaxtdır görmədiyimiz bir şəxslə
qarşılaşarkən təəccübdən gözlərimizi mümkün qədər böyük ölçüdə
bərəldir, eyni zamanda bəbəklərimizi də böyüdürük. İş mühitində
müdiriniz sizə baxarkən gözlərini geniş açırsa, onun, həqiqətən, sizdən
xoşu gəldiyini, yaxud vacib bir işin öhdəsindən gəldiyinizi zənn edə
bilərsiniz.
Sevgi münasibətlərində, iş mühitində, yaxud dostluqlar qurmağa
çalışarkən bu təsdiqləyici davranışdan doğru yolda olub-olmadığınızı
təyin etmək üçün istifadə edə bilərsiniz. Misal üçün, heyranlıqla
sevgilisinə gözlərini zilləyən gənc qızın arzu dolu gözlərini təsəvvür edin.
Qısacası, gözlərə diqqət (daha böyükdürlərsə, hər şey daha yaxşıdır)!
Digər tərəfdən, gözlərin qıyılması, qaşların düşməsi və ya bəbəklərin
kiçilməsini gördükdə davranış taktikanız üzərində yenidən düşünməli və
onu dəyişdirməlisiniz.
Bununla belə, diqqətli olmağınızı tövsiyə edirəm. Bəbəklərin böyümə
və kiçilməsinə emosiyalar və hadisələrlə bağlı olmayan (məsələn, işıq
sürətinin dəyişməsi, tibbi problemlər və müəyyən dərmanlar) durumlar
da səbəb ola bilər. Bu faktorları diqqətdə saxlayın, əks halda, yanlış
istiqamətə yönlənəcəksiniz.

Məmnun olarkən Burada isə qaşlar azca


gözlərimiz daha rahat olur qalxıb ki, bu, qravitasiyaya
və onlarda gərginlik qarşı gələrək müsbət
ifadəsi az olur. emosiyalardan xəbər
verir.

Fleş lampası gözləri birini görməkdən çox şad olanda,


yaxud idarə edə bilməyəcəyimiz güclü müsbət emosiyalar
keçirərkən müşahidə olunur
Gözlərin parlaması

Fleş lampasına bənzər gözlərin bir növü çox cəld, bir anın içində müsbət
emosiya doğuran hadisə zamanı baş verən qaşların qalxması və ya gözlərin
parlamasıAvr. Bu davranış, sadəcə olaraq, xoş bir sürprizin (birinin xəbərsiz
olduğu yığıncağın ortasına düşdüyünü təsəvvür edin) əlaməti kimi bütün
dünyada tanmır, həmçinin nəyisə vurğulamaq və intensivlik nümayiş
etdirmək üçün istifadə edilir. İnsanlann qaşlan qalxarkən və gözləri
parlayarkən “Vau!” dediyini görmək adi hala çevrilib. Bu, həqiqi, müsbət
təzahürdür. Kimsə müəyyən bir həyəcanlı nöqtəni vurğulayarkən və ya
hansısa əhvalatı nəql edərkən qaşlannı qaldıracaqdır. Bu zaman həmin
individualm həqiqi əhvali-ruhiyyəsi əks etdirilir, həmçinin daha yaxşı vizual
barizliyə yol açır.
Bəlkə də, qaşlann qalxmasının ən əsas faydası qarşımızdakı şəxs
əhvalatını danışarkən bunu dayandırmasına diqqət etməkdir. Adətən,
deyilənlərə emosional olaraq fokuslanmadıqda gözlərdə də heç bir
vurğulama işarəti olmur. Bu şəkildə müşahidə olunan konsentrasiya
çatışmazlığı, sadəcə olaraq, marağın azaldığını əks etdirə, yaxud deyilən
sözlərin həqiqət olmaması ucbatından baş verə bilər. Bu səbəbləri ayırd
etmək asan məsələ deyil; edə biləcəyiniz tək şey sizi nələrinsə dəyişdiyindən
xəbərdar edən qaşlann qalxması davranışındakı düşməni və ya onun
qəfildən yox olmasını müşahidə etməkdir. Deyilən və yaxud edilən bir şeyə
qarşı tədricən daha az maraq göstərən insanların üz ifadələrinin hansı
dərəcədə dəyişməsi nəzərə alınmalıdır.

Göz zilləmə davranışı

Diqqətlə qarşımızdakı şəıçsə baxınqsa, ya onu sevirik, ya marağımızı cəlb


edib, ya da onu qorxutmağa çalışmq. Bu, beynəlmiləl davranışdır.
Sevgililər, ana ilə övlad bir-birinin gözünün içinə uzun müddət dayanmadan
baxa bilirlər; lakin gözlərin zilləııməsindən yırtıcılar da hipnoz etmək və ya
qorxutmaq üçün istifadə edirlər (Ted Bandi və Çarlz Mensonun baxışlarını
xatırlayın). Başqa sözlə, beyin sevgi, maraq və qəzəbi ötürmək üçün bircə
göz davranışından - qüvvətli göz zilləmədən istifadə edir. Beləliklə,
bəyənməni (yumşaq gülümsəmə) və bəyənməməni (gərilmiş çənə, bir-birinə
sıxılmış dodaqlar) müəyyənləşdirmək üçün göz zilləmə davranışı ilə
müşayiət olunan digər üz ifadələrinə güvənməliyik.
Əksinə, ünsiyyət zamanı diqqətimizi başqa istiqamətə yönəldiriksə,
hansısa fikirlə daha yaxından maraqlanmaq üçün ünsiyyətdə olduğumuz
adamdan nəzərlərimizi ayırmamağa səy göstəririk. Bu davranış çox vaxt
yanlışlıqla kobudluq və ya fərdi uzaqlaşma kimi başa düşülsə də, əslində,
belə deyil. Hər hansı aldatma və marağın itməsinə də dəlalət etmir; əslinə
qalsa, komfort təzahürüdür (Vrij, 2003, 88-89). Dostlarımızla söhbət
edərkən gözlərimiz davamlı olaraq yol çəkir. Bunu etmək bizim üçün
yetərincə rahat olduğu üçün sözügedən davranışı sərgiləyirik; limbik beyin
həmin insandan təhlükə gələ biləcəyi ilə bağlı narahatlıq keçirmir. Sadəcə,
başqa yönə baxdığı üçün qarşmızda- kı fərdin sizi aldatdığını, sizinlə
maraqlanmadığını və ya sizinlə birlikdə olmaqdan məmnun olduğunu
düşünməyin. Düşüncənin ; təmizlənməsi əksərən başqa istiqamətə baxmaqla
gücləndirilir, ona görə də belə edirik.
Spikerdən baxışlarınızı yayındırmağın bir sıra səbəbləri ola bilər.
Gözlərini yerə dikmək hansısa hiss və ya düşüncə ilə məşğul olmağımız,
daxilən özümüzlə danışmağımız, yaxud itaətkarlıq göstərdiyimizlə bağlı ola
bilər. Bir çox mədəniyyətlərdə gözünü ’ yerə dikmə, yaxud da göz ikrahının
digər formaları səlahiyyətli şəxslərin simasında və yüksək statuslu şəxslərin
peyda olması ilə yaranır. Uşaqlara valideynləri, yaxud başqa böyükləri
tərəfindəni cəza verilərkən yerə baxmaq öyrədilir (Johnson, 2007,277-290).
Utandıncı səhnələrdə seyrçilər mərifət əlaməti kimi gözlərini yerə dikirlər.
Gözləri yerə dikməyi heç vaxt aldatma əlaməti hesab etməyin.
Araşdırmaların təşkil edildiyi bütün mədəniyyətlərdə elm təsdiq edir ki,
demaqoq insanlar göz zilləmə davranışını istifadə etməkdə özlərini daha
sərbəst aparırlar. Bu həmin insanların onsuz da hər bir yerə baxa bilmələri
ilə xarakterizə olunur. İtaətkar insanlar isə hara və nə vaxt baxa biləcəkləri
barədə daha məhdud imkanlara malikdirlər. İtaətkarlıq ali insanlann gəlməsi
ilə (məsələn, kilsədə) başın əyilməsini tələb edir. Ümumi qayda kimi
demaqoqlar vizual olaraq itaətkar insanlara məhəl qoyma- mağa meyilli
olurlarsa, itaətkarlar müəyyən məsafədən ancaq dominant individuallara
gözlərini zilləyə bilirlər. Başqa sözlə, yüksək statuslu fərdlər etinasız olursa,
aşağı statuslu şəxslərdən daha diqqətcil olmaları tələb olunur. Hökmdar
istədiyi şəxsə baxmaqda sərbəstdir, ancaq bütün qalan subyektlər hətta onun
otağından çıxarkən hökmdara doğru baxmağa məcburdurlar.
Çox iş verənlər mənə müsahibə zamanı namizədin gözlərinin
“sahiblənirmiş” kimi bütün otağı süzməsindən xoşlan gəlmədiyini
söyləyirlər. Ətrafa göz gəzdirmək bizi etinasız, yaxud üstün göstərdiyi üçün
bunu etmək həmişə mənfi təəssürat oyadır. Hətta orada işləyib-
işləməməyinizə qiymət vermək istəyi ilə baxmış olsanız belə, işə qəbul
zamanı gözləriniz müsahibəçiyə fokus- lanmayıbsa, orada işləmə şansını,
demək olar, heç vaxt əldə edə bilməyəcəksiniz.
Gözqırpma davranışı

Həyəcanlanarkən, narahat olarkən və yaxud nə iləsə həddən çox


maraqlanan zaman gözlərimizi qırpma dərəcəmiz yüksəlir. Cəld göz
qırpmaq daxili əzabı əks etdirə bilər. Misal üçün, kimsə xoşlamadığımız
nəsə dedikdə göz qapaqlanmızı əsdirə bilərik. Oxşar olaraq ünsiyyət zamanı
özümüzü ifadə etməkdə çətinlik Çəkəndə də bu cür edə bilərik (bax: qutu
51). Göz qapaqlarının əsməsi ya performansımızla, ya da məlumatın
çatdırılması, yaxud qəbul edilməsi ilə bağlı narahatlığımızdan xəbər verir.
Yəqin ki, bütün aktyorlardan çox Hyu Qrant təəccübləndiyini,
heyrətləndiyini, əzab çəkdiyini və yaxud narahat olduğunu çatdırmaq üçün
göz qapaqlarının əsməsindən istifadə edir.

QUTU 51: Göz QAPAQLARININ TİTRƏMƏSİNƏ DİQQƏTİ


Göz qapaqlarının titrəməsini müşahidə etmək sizə insanları oxumaqda
və öz davranışınızı da onlara görə uyğunlaşdırmaqda kömək edə bilər.
Məsələn, sosial və ya işgüzar görüşlərdə sosial olaraq ustalaşmış şəxslər
iştirakçılarda komfort səviyyəsini ölçmək üçün bu davranışı axtarırlar. Göz
qapaqları əsən adamı nəsə narahat edir. Bu qeyri-verbal davranış çox
dəqiqdir və çox insanda məsələ kəskinləşdikcə nümayiş olunmağa
başlayır. Məsələn, qarşılıqlı əlaqa zamanı göz qapaqlarının əsməyə
başlaması mövzunun mubahisəli və ya qəbuledilməz olduğundan xabər
verir və müzakirədə müəyyən dəyişiklik edilməsi xeyrinizə olar. Bu qeyri-
verbal siqnalın qəflətən ortaya çıxması önemlıdir və gözardı
edilməməlidir (əgər qonaqlarınızın özünü rahat hiss etmələrini
istəyirsinizsə). İnsanların gözqırpma va göz qapaqlarını əsdirmə
dərəcələri müxtəlif olduöu üçün qarşmızdakı fardın duyğu va
düşüncələrinə bələd olmaq uçun titrəmə səviyyəsindəki qəfil
meydanagəkmə və уoxlamа kimi dəyişikliklər a diqqət yetirməlisiniz.

Qeyri-verbal Qnaiyyəti öyrənmək istəyənlər prezident Rıçurd Niksonun


məşhur "Mən saxtakar deyiləmnitqi zamanı gözqırp- masının necə
çoxaldığına baxa bilərlər Məsəb burasındadır kı, yalan söyləyib-
söyləməməyımızdən <ыЬ olmayaraq, gözqırpma tezliyi, demək olar kı, hər
birimizdə artacaqdır Mən prezident Bili Klintonun devrilməsi zamanı
keçirdiyi stressin nəticən olaraq gözqırpma dərəcəsinin beş dəfə artdığını
görmüşəm. Çoxlannın bu cür hərəkət etməsinə baxmayaraq, mən bırına,
sadəcə. gözqırpma tezliyinin yüksəldiyi üçün yalançı otaraq qəbul
edilməsinin əleyhinəyəm, çünki gözqırpmanm artmasına cəmiyyət içində
verilmiş sualdan tutmuş istənilən stress obeb ola bilər.

Çəpəki baxmaq

Kiməsə çəpəki baxmaq baş və gözlərin köməyi ilə nümayiş etdirilir (bax:
şək.71). Bu, başın yana dönməsi, yaxud əyilməsi ilə iti baxış və ya göz
süzdürmə formalarında ola bilər. Çəp- çəp baxmaq digərlərindən
şübhələnərkən, yaxud onlara sual ünvanlayarkən sərgilənən davranışdır. Bu
bədən siqnalı bəzən çox incə, bəzən isə alçaldıcı şəkildə şişirdilmiş ola və
bütün kommunikasiya ərzində davam edə bilər. Tam olaraq hörmətsizlikdən
daha çox maraq və ehtiyat ifadə etsə də, bu qeyri-verbal davranışı
müəyyənləşdirmək, doğrudan da, çox asandır və sanki: “Səni dinləyirəm,
amma ən azından hələlik dediklərini qəbul etmirəm”, - deyir.

İnsanlara güvənmədikdə, yaxud inanmadıqda onlara


çəpəki nəzərlərlə baxırıq - eynən bu fotoşəkildəki kimi.

AĞIZIN QEYRİ-VERBAL DAVRANIŞLARINI


ANLAMAQ

Gözlər kimi, ağız da bizi insanlarla daha effektiv şəkildə ünsiyyət


qurmağımıza yardımçı olan böyük ölçüdə etibarlı və təqdirəlayiq söylənti
ilə təmin edir. Gözlər kimi, ağız da saxta siqnallar göndərmək üçün beyin
tərəfindən manipulyasiya edilə bilər, odur ki ağızla bağlı davranışları izah
edərkən diqqətli olmağınız məqsədəuyğundur. Ağızın bədən dili ilə bağlı
bəzi lazımlı nöqtələrinə nəzər salaq.
Saxta gülüş - səmimi gülüş

Tədqiqatçılar tərəfindən sübut olunub ki, insanlar iki: həm həqiqi, həm də
saxta gülüşə malikdirlər (Ekman, 2003, 205- 207). Saxta gülüş bizə çox da
yaxm olmayan insanlara qarşı sosial öhdəlik kimi istifadə olunursa, səmimi
gülüş, həqiqətən, qayğı göstərdiyimiz insanlar və ya hadisələr üçün nümayiş
etdirilir (bax: qutu 52). Həqiqi gülüş, xüsusilə iki əzələnin: ağızın
küncündən yanaq sümüyünə qədər uzanan ziqomatik mq/or və gözü əhatə
edən obrucularls oculi əzələlərinin köməyi ilə əmələ gəlir. Qarşılıqlı olaraq
fəaliyyət göstərdiyi zaman bu əzələlər ağız künclərinin yuxarıya doğru
dartılmasına və gözlərin uc hissələrinin qınşmasına səbəb olur ki, nəticədə
hamımızın yaxşı tanıdığı səmimi və gerçək gülüş meydana çıxır (bax: şək,
72).
Sosial və yaxud sosial gülüş nümayiş etdirərkən dodaq küncləri risorius
adlanan əzələlərin işə düşməsi vasitəsilə yanlara doğru dartılır. Qarşılıqlı
olaraq fəaliyyət göstərərkən bu əzələlər ağız künclərini yanlara doğru dartır,
fəqət həqiqi gülüşdə olduğu kimi onları yuxarıya qaldırmır (bax: şək. 73).
Maraqlıdır ki, cəmi bir neçə həftəlik olan körpələr analarına qarşı ziqomatik,
başqalanna qarşı isə risorius gülüşdən istifadə edirlər. Xoşbəxt deyilsinizsə,
böyük ehtimalla istər ziqomatik major, istərsə də obrucularis oculi
əzələlərindən tam olaraq istifadə edə bilməyəcəksiniz. Həqiqi gülüşləri
müəyyən duyğu çatışmazlığı yaşayarkən saxtalaşdırmaq çox çətindir.

Həqiqi gülüş ağız Bu İsə saxta, yaxud "nəzakətli"


künclərinin gözlərə doğru gülüşdür: ağız küncləri qulaqlara
qalxmasına səbəb olur. doğru dartılsa da, gözlərdə emosiya
çox zəif olur.
QUTU 52: "GÜLÜŞÖLÇƏN"
Saxta İlə səmimi gülüşü ayırd etmək praktika İlə elə də çox vaxtınızı
almayacaq, öyrənmə prosesini sürətləndirməyin ən sadə yollarından biri
bir-blrl haqqında hansı hisslərə malik olduğunu bildiyimiz Ikl fərdin
salamlaşmasını İzləməkdir. Məsələn, biznes ortağınızın Individual A-nı
sevdiyini, B-nl sevmədiyini bildiyinizi zənn edək və onların hər ikisi
ortağınızın təşkil etmiş olduğu qonaqlığa dəvət olunub. Hər Ikl fərdlə
qapıda görüşərkən ortağınızın simasına fikir verin, öyrəndiyimiz Ikl gülüşü
blr*blrlndən fərqləndirməkdə çətinlik çəkməyəcəksiniz.
Bir dəfə saxta və həqiqi gülüşü ayırd edə bildinizsə, bunu İnsanların
sizinlə bağlı hansı hisslər keçirdiyinə qiymət verməkdə İstifadə edə və
uyğun olaraq da cavab verə bilərsiniz. Həmçinin müxtəlif gülüşlərdən
ideya və təkliflərinizin dinləyici tərəfindən necə qarşılandığını təyin etmək
üçün də İstifadə edə bilərsiniz. Həqiqi gülümsəmə İlə qarşılanan ideyalar
İnkişaf etdirilməli və ediləcəklər siyahısında ən başa qoyulmalıdır. Saxta
gülüşlə qarşılanan təkliflər İsə yenidən nəzərdən keçirilməli, yaxud da
İkinci plana alınmalıdır.

Gülüşün ölçülməsi dostlarla, həyat yoldaşınızla, həmkar- larınızla,


uşaqlarınızla, hətta müdirinizlə belə işə yarayır. Bu bizi fərdlərarası
qarşılıqlı əlaqənin bütün növlərində və hər bir mərhələsində qarşımızdakı
şəxsin həqiqi hissləri barədə məlumatla təmin edir.

Yoxa çıxan dodaqlar, dodaqların bir-birinə


sıxılması və başaşağı "U"

Son vaxtlar Konqres önündə ifadə verən kimin fotosuna baxsanız,


dodaqlarının yoxa çıxdığını görərsiniz ki, buna səbəb stresdir. Bunu
əminliklə deyirəm, çünki stresdən söz açarkən (Konqres önündə ifadə
vermək kimi) bilməlisiniz ki, dodaqlarından yoxa çıxmasından daha çox heç
bir davranış universal deyildir. Stress altında olan zaman instinktiv olaraq
dodaqlarımızı gizlədirik.
Dodaqlarımızı bir-birinə bərkdən sıxanda sanki limbik beynimiz bizə
deyir ki, bağlan və heç nəyin bədəninə daxil olmasma icazə vermə (bax: şək.
74). Bu an biz ciddi məsələlərlə məşğul oluruq. Dodaqların sıxılması real
zaman daxilində tamamilə parlaq şəkildə təzahür edən mənfi duyğunun
gerçək əlamətidir (bax: qutu 53). Bu, qarşımızdakı şəxsin narahatlıq içində
olduğunun və nəyinsə yolunda getmədiyinin aşkar işarətidir; nadir hallarda
müsbət anlama gələ bilər (çətin ki). Bu davranış həmin adamın yalan
danışması demək deyil, sadəcə, o an stresli olmasma dəlalət edir. Aşağıdakı
fotoşəkillər seriyasında (bax: şək. 75-78) dodaqların tədricən bütöv
formadan (hər şey qaydasmda olarkən) necə yoxolma və ya bir-birinə
sıxılma (nəsə yolunda getmədikdə) formalarına keçdiyini göstərməyə
çalışmışam. Ələlxüsus da axırıncı fotoda (şək. 78) ağız künclərinin necə
aşağı çevrildiyini və başıaşağı çevrilmiş “U” şəklini aldığına diqqət yetirin.
Bu davranış yüksək stress (diskomfort) göstəricisidir. Bu həmin
individualın böyük miqdarda stresdən əziyyət çəkdiyini göstərən möhtəşəm
ipucu və ya siqnaldır.

Dodaqlar yoxa çıxıbsa, buna səbəb böyük


ehtimalla stress və ya gərginlikdir.
Dərslərimdə (dostlannızla da sınaya bilərsiniz) tələbələrə dodaqlarım
yoxa çıxarmalarını, yaxud bir-birinə sıxmalarını, sonra isə bir-birinin
sifətinə baxmalarını söyləyirəm. Mən onlan başa salarkən fərqinə vardıqlan
şey dodaqlarını yoxa çıxara bilmələri olur, ancaq, adətən, paralel şəkildə.
Bunu etməyə səy göstərən əksər adamlar ağız künclərini aşağı əyərək “U”
şəklinə salmaq iqtidarında deyillər. Nə üçün? Ona görə ki bu, həqiqətən,
bikef və ya qəmgin olmadıqca təqlid edilməsi qəliz olan limbik reaksiyadır.
Yadda saxlayın ki, bəzi insanlar üçün ağız künclərinin aşağı salınması
normal davranışdır və bu təzahür narahatlıq göstəricisi deyil.

QUTU 53: DODAQLAR GİZLƏDİLƏN YEGANƏ ŞEY OLMADIQDA


Dindirmələr zamanı, yaxud kimsə bəyanatla çıxış edərkən dodaqların
bir-birinə sıxılmasına və ya yox olmasına diqqət yetirirəm. Bu, o qədər
etibarlı siqnaldır ki, çətin bir sual ünvanlanan individual onu
nəzərəçarpacaq şəkildə nümayiş etdirir. Bu davranışı müşahidə etməyiniz
həmin şəxsin yalan danışması kimi başa düşülməməlidir; əksinə, o, xüsusi
bir sualın mənfi stimulu kimi xidmət etməsindən və qarşmızdakı adamın
narahat olmasına səbəb olmasından xəbər verə bilər. Məsələn, mən bir
nəfərə: "Məndən nəsə gizlədirsən?" - deyə sual ünvanlayıramsa, o da
mən sual verən kimi dodaqlarını bir-birinə sıxırsa, deməli, nəsə gizlədir.
Bu söhbətimiz ərzində həmin şəxs ancaq sual zamanı bu davranışı
sərgiləyirsə, xüsusilə dəqiqdir. Bu siqnal məni həmin adamla apardığım
sorğu-sualı davam etdirməyə sövq edir.

Dodaqla bütövdürsə, Stress altında olarkən


deməli, həmin şəxs dodaqlar sərtləşməyə
məmnundur. və yoxa çıxmağa
başlayacaqdır.
Digər tərəfdən böyük əksəriyyətimiz üçün bu, mənfi düşüncə və
duyğuların dəqiq işarətlərindən biridir.

Dodaq büzmək

Gözünüz ünsiyyət zamanı dodaqlarını büzən insanlarda olsun (bax: şək.


79). Bu davranış, adətən, həmin şəxslərin deyilənlərlə razılaşmadığı və ya
alternativ düşüncə, yaxud ideya irəli sürmək fikrində olduqları deməkdir.
Sözügedən məlumatı bilmək vəziyyətinizi necə nümayiş etdirmək,
təklifinizə düzəliş, yaxud da söhbəti necə idarə etməyi müəyyənləşdirməkdə
yardımçınız ola bilər. Dodaqbüzmənin narazılıq, yoxsa alternativ nazər-
nöqtəsini düşünmə anlamına gəlməsindən əmin olmaq Üçün ünsiyyəti əlavə
ipucları əldə edənədək diqqətlə davam etdirməlisiniz.

Stress və gərginliyi əks etdirən Dodaqların yoxa çıxması ilə


dodaqların sıxılması, vəziyyət birlikdə ağızın künclərinin
kəskinləşdikcə fotodakı kimi aşağı düşməsi gərginlik,
dodaqların yoxa çıxmasına stress və narahatlıq artarkən
keçə bilər. emosiya inamın azalmasına
dəlalət edir.

Kiminləsə, yaxud nə iləsə razılığa gələ bilmədikdə və ya


mümkün alternativ barədə düşündükdə dodaqlarımızı
büzürük (ya da yumrulayırıq).
Dodaqbüzmə məhkəmədə yekunlaşdırım arqumentlər söylənərkən tez-tez
meydana çıxır. Bir tərəfin vəkili danışarkən əks tərəfin nümayəndəsi
narazılıq əlaməti olaraq dodaqlarını büzəcəkdir. Hakimlər də məhkəmə
öncəsi yığıncaqlar zamanı vəkillər ilə razılaşmadıqda bu cür edirlər.
Müqavilələrə göz atarkən dodaqbüzmə davranışına diqqət yetirmək
vəkillərə qarşı əks tərəfin narahatlıqlarını üzə çıxarmaqda yardımçı ola bilər.
Dodaqbüzmə polis dindirmələri zamanı, illah da şübhəlinin yalan
söylədiyindən şübhələnərkən müşahidə edilə bilər. Narazı olan şübhəli
dodaqlarını bükür, çünki təhqiqatçımn yanlış faktlara malik olduğundan
xəbərdardır.
Biznes mühitində dodaqbüzmə hər zaman baş verir və vəziyyət barədə
məlumat toplamağın effektiv üsulu kimi daim diqqətdə saxlanmalıdır.
Məsələn, müqavilənin bir paraqrafı oxunarkən xüsusi bir maddə və ya cümlə
ilə razı olmayan şəxslər həmin cümlə oxunan kimi dodaqlarını bükürlər.
Yaxud bəzi adamların vəzifələri artırılarkən arzuolunmaz birinin adı
çəkildiyi zaman dodaq bükmələrini asanlıqla görəcəksiniz.
Dodaq bükmək, həqiqətən də, dəqiq olduğuna görə ona daha böyük diqqət
göstərməlisiniz. O, xeyli sahələrdə və hallarda qarşınıza çıxır və ünsiyyətdə
olduğunuz fərdin ya başqa şey barədə düşündüyünü, yaxud da deyilənləri,
ümumiyyətlə, qəbul etmədiyini göstərir.

Rişxənd

Göz süzdürmə kimi, istehza da bütün dünyada tanınan aşa- ğılama


hərəkətidir; hörmətsizlik olmaqla bərabər, istehza ilə baxırsa, qarşmızdakı
individualm sizə qarşı etinasızlıq və empa- tiya azlığının göstəricisidir. Biz
rişxəndlə kiməsə baxarkən yanaq əzələləri (üzümüzün yanlarında yerləşən
və elmi adı mus- cuius buccinator olan əzələlər) dodaq kənarlarının
qulaqlarımız istiqamətində yanlara doğru dartılmasına şərait yaradır və
yanaq larda istehza batığının əmələ gəlməsinə səbəb olur. Bu ifadə bir anlıq
peyda olsa belə, çox nəzərəçarpan və mənalıdır (bax: şək. 80). İstehza
insanın beynindən nələrin keçdiyi və bunun nəyin göstəricisi ola biləcəyi ilə
əlaqədar çox aydmladıcı məlumatlar verə bilər (bax: qutu 54).
QUTU 54: RİŞXƏND ETMƏLİ BİR ŞEY YOXDUR
Vaşinqton Universitetinin tədqiqatçısı Con Qotman evli cütlüklərlə
apardığı terapiya sayəsində kəşf etdi ki, əgər tərəflərdən biri və ya hər
ikisi istehza ilə baxırsa, bu onların böyük ehtimalla ayrılacaqlarından
xəbər verən əhəmiyyətli və qüvvətli siqnaldır. Bir dəfə laqeydlik və ya
alçaltma şüura daxil olubsa 1 (istehza ilə müşayiət olunan), həmin
münasibət sarsılıb, ya da son həddədir. FTB istintaqları zamanı
dindirilərkən şübhəlilər I sorğulayandan daha çox şeyə vaqifdirlərsə, onun
tam rəsmi görə bilmədiyini anlayırlarsa, xəfiyyəyə rişxəndlə baxırlar.
İstənilən vəziyyətdə rişxənd digər şəxsə qarşı ciddi hörmətsizlik və
alçaltma göstəricisidir.

Rişxənd aşağılama və sayğısızlıq əlamətidir. "Sən və


düşüncələrin mənim üçün az maraqlıdır"
anlamına gəlir.
Dil təzahürləri

Bizi qarşımızdakı fərdin duyğu və düşüncələrinin dərinliyinə enməklə


təmin edə bilən çox sayda diq siqnalı mövcuddur. Stresli olan zaman
ağzımız quruyur və dilimizlə dodaqlarımızı nəmləndirməyə çalışmağımız
normal haldır. Həmçinin diskomfort hiss etdikdə özümüzü ələ almaq və
sakitləşdirmək üçün dilimizi dodaqlarımız boyunca sağa-sola sürüşdürürük.
Bir işə ciddi şəkildə konsentrasiya olarkən dilimizi ağzımızın küncündən
azca bayıra çıxara bilərik (məsələn, əfsanəvi basketbolçu Maykl Çordan hər
dəfə dank etməyə hazırlaşarkən belə edirdi), yaxud sevmədiyimiz insana
düşmənçiliyimizi və ya ikrah hissimizi göstərmək üçün ona dilimizi çıxara
bilərik (uşaqlar bunu həmişə edirlər).
Əgər bir insan streslə bağlı dodağı dişləmək, ağzına əli ilə toxunmaq,
dodaqlarını yalamaq və ya hansısa əşyam dişləmək kimi ağız təzahürləri
nümayiş etdirirsə, bu, diqqətli müşahidəçinin həmin şəxsin güvənsiz olduğu
ilə bağlı inamını gücləndirəcəkdir (bax: şək. 81). Bundan əlavə, əgər
insanlar seçimlərini götür- qoy edərkən (xüsusən vərdiş olunmayan qədər
çox vaxt ərzində) dodaqlarına toxunur, ya da onlan yalayırlarsa, bu,
güvənsizlik əlamətidir.

Dodaq yalama bizi rahatlaşdırma məqsədi güdən


sakitləşdirici davranışdır. Test öncəsi dərs otaqlarında
tez-tez rast gəlinir
Dıl çıxarma davranışı nəyisə əldən buraxdığını və ya nəsə edərkən
yaxalandığını anlayan şəxslərə xasdır. Bu davranışı ttoncı əl bazarlarda.
ABŞ-da və Rusiyada, Lover Manhetlcndəki səyyar satıcılar arasında. Las-
Vcqasdakı pokcr masalarında, FTB dindirmələri zamanı və işgüzar
görüşlərdə müşahidə etmişəm. Hər bır halda icraçı şəxs sözügedən jesti (dil
dodaqlara toxunmayacaq şəkildə dişlərin arasında olur) bir növ
sövdələşmənin nəticəsi kımı, yaxud sonuncu qeyri-verbal bəyanat kimi
sərgi- byırik (bax: şək. 82). Bu. öz növbəsində əməli davranışdır. Sözügedən
davranış sosial kommunikasiyanın sonunda instinktiv olaraq nümayiş
olunur və konteksdən asılı olaraq, müxtəlif mənalar daşıyır. Həmin müxtəlif
mənalara daxildir yaxalanmaq, sevincdən doğan həyəcan, nədənsə
qurtulmaq, axmaq bir iş tutmaq. ya di sadəcə, çılğınlıq.

Dil çıxarma insanlar etməməli olduğu bir işi edan


zaman yaxalandıqda, işləri korladıqda, yaxud nədənsə yaxa
qurtarmaq istədikdə meydana gələn ani davranışdır.

Elə bu dəqiqə kitabıma bəzi qeydlər edərkən universitet kafeteriyasında


xidmətçi tələbənin boşqabına onun sifariş vermədiyi tərəvəzlər qoydu.
Tələbə səhvin düzəldilməsini rica edərkən xidmətçi dilini dişlərinin
arasından bayıra çıxardı və çiynini çəkdi (sanki: “Ah, bu mənim səhvimdir”,
- dedi).
Sosial və işgüzar müzakirələrdə bu dil çıxarma davranışı bir şəxs nəyisə
nəzərdən qaçırmış olduğunu hiss edərkən digər tərəf məsələni müəyyən
edə və izləyə bilmədikdə dialoqun sonlarına doğru müşahidə olunur. Dil
çıxarma davranışı görən kimi nəyi gözdən qaçırdığınızı xatırlamağa çalışm.
Aldadılmış ola biləcəyinizdən, yaxud sizin və ya qarşı tərəfin səhv etmə
ehtimalından əmin olmağa çalışm. Həmin an kiminsə başqasmı sizdən
üstün tutub-tutmadığmı müəyyən etməyin vaxtıdır.

ÜZÜN DİGƏR QEYRİ-VERBAL DAVRANIŞLARI

Alın qırışması

Alının (və qaşların) qırışması ilə müşahidə olunan qaşların çatılması


davranışı, adətən, insan gərgin, qəmgin, fokuslanmış, narahat, çaşqm və
əsəbi olarkən baş verir (bax: şək. 83). Aim qınşmasmm həqiqi mənasının
müəyyən edilməsi üçün o, kontekst daxilində nəzərdən keçirilməlidir. Misal
üçün, supermarket kassirinin kassasmdakı nağd pulu çıxarıb sayarkən
qaşlarını çatdığını görmüşəm. Onun üz ifadəsindəki intensivliyi və kon-
sentrasiyanı öz iş növbəsinin sonunda ümumi məbləği sayarkən görə
bilərsiniz. Eyni qaşların çatılması davranışı yenicə haqqmda həbs olunma
hökmü verilmiş və jurnalistlərin önündən keçən adamda da müşahidə
oluna bilər. Almın qırışması, adətən, kimsə özünü müdafiəsiz və narazı
vəziyyətdə olduğunu anlayıb, amma qaça bilməyəndə nümayiş olunur, ona
görə də oğrularda bunu tez-tez görə bilərsiniz.
Yeri gəlmişkən, bu qaş çatma davranışı o qədər qədim və məməlilərdə o
qədər geniş yayılmışdır ki, hətta itlər onlara qaşınızı çataraq baxarkən bunu
duyurlar (tanıyırlar). İtlər özləri də gərgin, kədərli və ya konsentrasiyalı
olarkən oxşar ifadəni sərgiləyirlər. Qaşların çatılması ilə bağlı digər maraqlı
fakt odur ki, yaşlandıqca və həyat təcrübələrimiz artdıqca alnımızdak
bürüşüklər daha da dərinləşir və sonda daimi qırışlara çevrilir. Müsbət
qeyri-verbal davranışların nəticəsi olan üzdəki daimi gülüş xətləri həmin
insanın xoşbəxt bir ömür sürdüyündən xəbər verirsə, alnında dərin qırışları
olan adamın tez-tez qaşlarını çatmasına səbəb olan ömür yolu olduğuna
şübhə yoxdur.
Qırışmış alın diskomfort və gərginliyin asan yollarından biridir. Qarşınızdakı
şəxs xoşbəxt və məmnun olduqda, çətin ki,
bu davranışı görəsiniz.

Burun qanadlarının genişlənməsi

Daha öncə müzakirə etdiyimiz kimi burun deşiklərinin böyüməsi


qarşımızdakı şəxsin hissiyyatının dəyişdiyinə dəlalət edən üz əlamətidir.
Bir-birinin ətrafında dolanan sevgililərin burun deşiklərinin həyəcandan
incə şəkildə genişləndiyi müşahidə edilə bilər. Böyük ehtimalla sevgililər
feromens kimi bilinən seksual cazibə qoxularını içinə çəkərkən bu instinktiv
davranışa əl atırlar (Givens, 2005, 191-208). Burun genişlənməsi həmçinin
niyyət göstəricisi, sadəcə, seksual deyil, fiziki nəyisə etmək niyyətində
olmasından xəbər verən qüvvətli əlamətdir. O, dik pilləkənləri çıxmağa
çalışmaqdan tutmuş kitab rəfinin yerini dəyişdirməyə qədər istənilən bir şey
ola bilər. İnsanlar fiziki bir hərəkətə hazırlaşarkən dərindən nəfəs alırlar ki,
bu da burun dəliklərinin böyüməsinə səbəb olur.
Hüquq-mühafizə orqanlarında çalışan bir xəfiyyə kimi küçədə baxışlarını
yerə dikən, ayaqları hazır və “bokslaşma” vəziyyətində (ayaqlar bir-
birindən aralı) olan, burun qanadlan geniş açılan adamla qarşılaşıramsa,
onun bu üç şeydən birini etməyə hazırlaşdığından şübhələnirəm: mübahisə
etmək, qaçmaq və ya döyüşmək. Ətrafınızda ya sizə hücum etməyə, ya da
sizdən qaçmağa səbəb olan kim varsa, burun qanadlarının genişlənməsini
həmişə diqqət mərkəzində saxlamalısınız. Bu, uşaqlanmıza diqqət
yetirmələri ilə bağlı öyrətdiyimiz xeyli şübhə doğuran davranışdan, sadəcə,
biridir. Ətraflanndakı (xüsusilə məktəbdə, yaxud oyun meydançalannda)
təhlükələrdən daha çox xəbərdar olmalıdırlar.

Dırnaq yemək və onunla bağlı stress əlamətləri

Hansısa mövzunu bağlayan zaman qarşınızdakı adamın dırnağını


yeməsini müşahidə edirsinizsə, güman ki, həmin şəxs sizə özündən əmin
imiş kimi görünməyəcəkdir. Dırnaq yemə stress, güvənsizlik və diskomfort
göstəricisidir. Sövdələşmə zamanı bunu gördükdə hətta bir anlıq olsa belə,
dırnaq yeyən şəxsin özündən əmin olmadığını, yaxud onun prosesdə zəif
tərəf olduğunu zənn etməyə tam haqqınız var. İntervüdə olan və ya
sevgililərini gözləyən gənclərin dırnaq yemədən qaçması məqsədə
uyğundur; tək ona görə yox ki bu, iyrənc görünür, dırnaq yemə davranışı
eyni zamanda: “Mən güvənsizəm!” - deyə çığırır. Dırnaqlarımızı kəsilmə
ehtiyacından deyil, özümüzü sakitləşdirmək üçün “yeyirik”.

Üz qızarması və ağarması

Bəzən istəməsək də, dərin emosional durumumuza görə sifətimiz qızarır,


yaxud ağarır. Dərslərimdə qızarma davranışını nümayiş etdirmək üçün
tələbələrdən birini önə çıxarır və yaxınlaşaraq düz boynunun dalında
dururam. Adətən, həmin tələbənin qızarması üçün şəxsi zonasına müdaxilə
etmək bəs edir. Bəzi fərdlərdə (ələlxüsus da dəri rəngləri daha bəyaz
olanlarda) qızarma daha nəzərəçarpan olur. Səhv olduğundan agah olduqlan
bir şeyi edərkən yaxalanan insanların rəngi də qaça bilər. Üzün qızarması
birini sevdiyinizdə, amma onun bunu bilməyini istəmədiyinizdə də
meydana çıxır. Gizlincə bir qızı sevən yeniyetmələrin sevdikləri onlara
yaxınlaşan zaman üzləri qızarır. Bu, bədən tərəfindən ötürülən həqiqi bir
limbik reaksiyadır və müəyyən edilməsi də nisbətən asandır.
Digər tərəfdən, rəngin qaçması (solğunlaşması) biz şok olaraq bilinən
davamlı limbik reaksiyanın içində olarkən də özünü büruzə verə bilər.
Rəngin ağarmasını yol qəzasının nəticəsi kimi, yaxud hər hansı bir şübhəlini
dindirərkən onun təqsirini sübut edən dəlil qəfildən qarşısına qoyulanda da
müşahidə etmişəm. Rəngin qaçması instinktiv sinir sistemimiz bütün səthdə
olan qam çəkərək daha böyük əzələlərə qaçan və ya hücum etmək məqsədilə
ötürülən zaman baş verir. Ən azından bir adamın həbs olunduğuna görə
həddən artıq təəccübləndiyi və nəticədə ölümcül infarkt keçirdiyi məhkəmə
prosesinə şahidlik etmişəm. Bu davranışlar dərinin altında getsə də, yüksək
stressin əlaməti olduğuna görə, təbiəti və hadisələrin başvermə müddəti
etibarilə müxtəlif cür sərgiləndikdə onlan gözardı etməməlisiniz.

Üz ifadələri ilə çatdırılan rəddetmə işarətləri

Narazılıq əlamətləri dünyanın müxtəlif yerlərində fərqli şəkildə təzahür


edir və xüsusi bir mədəniyyətin sosial normalan- nı əks etdirir. Rusiyadakı
incəsənət muzeylərinin birinin dəhlizi ilə fit çalaraq yeridiyim üçün
insanlann mənə qəzəblə baxdıqlarını görmüşdüm. Görünür, Rusiyada qapalı
yerdə fit çalmaq qəbulolunmazdır. Montevideoda təsdiqləmənin gözlərini
qıyaraq baxma, ardından üzü saymazyana çevirmə olduğu bir qrupla söhbət
etmişəm. Görünüşə görə bizim qrupumuz çox ucadan danışırdı, yerli camaat
bu hay-küylü yumorumuzdan razı deyildi. Birləşmiş Ştatlarda ölkə çox
geniş və fərqli olduğuna görə hər yerli əhali özünəməxsus narazılıq
nümayişinə malikdir; Orta Qərbdə gördüyünüzlə Nyu-İnqlend və Nyu-
Yorkda gördükləriniz eyni olmayacaqdır.
Çox narazılıq təzahürləri simada gözə dəyir və bunlar valideynlərimizdən
və qardaş-bacılarımızdan öyrəndiyimiz ən erkən ismanclardandır.
Qayğımıza qalan insanlar “həmin üz”ü bizə təqdim etməklə nəyisə səhv
etdiyimizi, yaxud xətti keçdiyimizi bilməyimizə imkan yaradırlar. Çox
şübhəçi olan atamın həddindən artıq kəskin baxışları var; etməli olduğu tək
şey mənə gözlərini ağartmaqdır ki, bu da bəs edir. Hətta dostlarım belə onun
bu cür baxışından çəkinirlər. Atam bizi verbal olaraq heç vaxt təhqir
etməyib; sadəcə, heç vaxt yayınmayan soyuq baxış - vəssalam.
Düzünü desəm, çox vaxt narazılıq əlamətlərini müəyyənləşdirməkdə
çətinlik çəkmirik, baxmayaraq ki, bəzən onlar çox incə ola bilir (bax: qutu
55). Hər hansısa ölkənin qınadığı şeylərdən agah olmaq, yazılmamış
qaydalarım və adətlərini bilmək həmin ərazini tanımaqda əsas faktordur.
Onları tapdalayanda cəzasını da çəkirik. Bu siqnallar kobudluq edərkən
ondan xəbər tutmağımıza yardımçı olur. Lakin narazılıq və qınağın layiq və
uyğun olmayan nümayişləri də öz növbəsində kobudluqdur. Amerikada çox
geniş yayılmış bəyənməmə təzahürlərindən biri göz süzdürməkdir. Bu, bir
növ hörmətsizlik əlamətidir və xüsusilə sizə qarşı bunu daha aşağı mövqeli
həmkarlar, yaxud uşaqlarınız nümayiş etdirirlərsə, tolerantlıq göstərməyin.
İkrah və bəyənməmə beyindən nələrin keçdiyini əks etdirir. İkrah hissi,
demək olar ki, ilkin olaraq üzdə təzahür edir, çünki o, milyon illərdir xarab
olmuş qidam və bizə zərər vura biləcək yerdə qalan hər şeyi rədd etmək
üçün uyğunlaşdırılmış anatomiyamızın tərkib hissəsidir

QUTU 55: TƏSİRİ ZƏİF OLAN SATIŞ NİTQİ


Qısa müddət öncə mərkəzi Floridadakı məşhur idman zalları
şəbəkəsinin qadın satış təmsilçisi mənə yaxınlaşdı. Gənc xanım məni
təmsil etdiyi zalın üzvü etməkdə çox həvəsli idi və ilin qalanı ərzində orada
məşq etməyin mənə cəmi bir dollara başa gələcəyini söyləyirdi. Mən ona
qulaq asdıqca qız daha da canlanmağa başladı. Görünür, məni yaxşı
potensial müştəri hesab edirdi. Danışmaq növbəsi mənə çatanda zalın
hovuzu olub-olmadığını soruşdum. Olmadığını bildirsə də, digər xüsusi
imkanların olduğu barədə israr edirdi. Sonra təzəlikcə üzv olduğum zal
üçün aylıq iyirmi iki dollar ödədiyimi və həmin zalın Olimpiya ölçüsündə
hovuzu olduğunu da vurğuladım. Mən danışanda ayaqlarına baxaraq
ikrah mikrojestinə müraciət etdi (qızın burnu, ağzının sol küncü yuxarı
qalxmışdı) (bax: şək. 85). Bu, qısa və bir anlıq jest idi və uzun müddət
davam etsə idi, heyvanın mırıldanmasını xatırladacaqdı. Bu jest satıcının
sözlərimdən məmnun qalmadığını müəyyənləşdirməyim üçün kifayət
etmişdi; bir-iki saniyə sonra qız üzr istəyərək məndən uzaqlaşdı və başqa
birinə yaxınlaşdı. Satış nitqi beləcə başa çatdı. Bu həmin davranışı
müşahidə etdiyim nə ilk hal idi, nə də son. Əslində, bunu danışıqlar
zamanı tez-tez görürəm - təklif irəli sürülür və danışıq iştirakçılarından biri
qəfil və şüursuz şəkildə sözügedən mikrojest davranışlarından birinə əl
atır. Latın Amerikasında yeməyi lütfkar şəkildə rədd edərkən heç bir söz
söyləmədən başı sağa-sola yelləmək narazılıq davranışının ən geniş
yayılmış növüdür. Maraqlıdır ki, bir bölgədə, yaxud ölkədə I kobudluq kimi
qəbul edilən hərəkət başqa birində məqbul sayılan bir jest ola bilər.
Uğurlu səyahət zamanı əsas məsələ həmin ölkənin adət-ənənələrini
əvvəlcədən öyrənməkdir, beləcə nə edəcəyinizi və nə ilə qarşılaşacağınızı
təxmin edə biləcəksiniz.

Baxmayaraq ki, bu üz ifadələri səssizdən açıq-aşkara qədər dəyişir (mənfi


və ya xoşagəlməz informasiyadan tutmuş pis dad verən qidaya qədər), onlar
beyinin narahat olduğunu bildirir və hissiyat eyni olaraq qalır. “Bunu
sevmirəm, məndən uzaq tut!” Üzünü turşutmağın, diksinmə və narazılıq
ifadəsinin nə qədər incə olmasından asılı olmayaraq, bu davranışlan düzgün
şəkildə mənalandırmaqda qətiyyətli olmalıyıq, çünki onlar limbik sistem
tərəfindən idarə edilirlər (bax: qutu 56).
QUTU 56: MƏMNUNİYYƏTSİZLİK BİZİ AYIRANA QƏDƏR
Bu məmnuniyyətsizlik jesti daxili düşüncə və niyyətlərinizi ortaya
çıxarmaqda çox dəqiqdir. Sizə bir nəfəri nümunə gətirim. Bir dostum və
nişanlısını ziyarət etmişdim. Dostum evlilik və bal ayı planlarından
danışırdı. Evlilikdən söhbət açılan kimi nişanlısının ikrah mikrojesti
sərgilədiyinin şahidi oldum. Bu, həddən artıq ani bir jest idi və məsələ
ortaya atılan kimi hər ikisinin həyəcanlı olacağını düşünürdüm, amma
qəribə nəsə var idi. Aylar sonra dostum mənə zəng vuraraq nişanlısının
evlilikdən imtina etdiyini söylədi. Mən bircə jestlə qadının beyninin həqiqi
duyğularını qeyd-şərtsiz büruzə verdiyini görmüşdüm. Evlənmə fikri ona
qəbulolunmaz görünmüşdü.

Nifrət və ikrah hissini nümayiş etdirərkən


burnumuzu qırışdırırıq. Bu çox dəqiq davranışdır
və bir çox mədəniyyətlərə xasdır
Üzün qravitasiyaya müqavimət göstərən davranışları

Depressiyada olan və yaxud uğursuzluğa uğrayan insanlara “Başını dik


tut!” demək ta qədimdən qalıb (bax: şək. 85 və 86). Bu xalq təfəkkürü limbik
sistemimizin fəlakətə qarşı reaksiyasını dəqiqliklə əks etdirir. Başı aşağı
sallanmış adam az inamlı və mənfi duyğulardan əziyyət çəkirmiş kimi qəbul
edilirsə, başını dik tutan adamın müsbət hisslər keçirdiyi düşünülür.

Güvənimiz aşağı olduqda, yaxud Müsbət hisslər keçirərkən çənə və


özümüz barədə narahat olan zaman burun havaya qalxır ki, hər ikisi də
çənə və burun aşağı düşəcəkdir. inam və komfortdan xəbər verir.

Bu davranış burun üçün də keçərlidir. Burunu dik tutma ilə müşahidə


olunan qravitasiyaya zidd davranış yüksək inamla əlaqəli qeyri-verbal
jestdirsə, burunun sallanması aşağı inamdan xəbər verir. İnsan stresli və ya
dilxor olanda çənə (təbii ki, burun da) yuxanda durmur. Çənəni sallamaq
geri çəkilmə və uzaqlaşmanın bir formasıdır və mənfi həqiqi duyğunun təyin
edilməsində çox dəqiq rol oynaya bilər.
Avropada bu davranışa xüsusilə çox təsadüf olunur (illah da aşağı sinifdən
olan adama yuxandan aşağı baxarkən və yaxud kimisə kiçiltmək məqsədilə
burunu havada tutmaq). Xaricə səfər edərkən fransız televiziyasını
izləyirdim və bir siyasətçinin sual verilərkən qarşısındakı müxbirdən özünü
üstün hesab edərək burnunu dikəltdiyini gördüm. Jurnalistə saymazyana
nəzər salaraq: “Bu suala cavab verməyəcəm”, - dedi. Burun siyasətçinin
statusunu və müxbirə laqeyd yanaşmasını əks etdirirdi. Fransanın prezidenti
belə seçilən çox mürəkkəb insan olan Şarl de Qoll bu cür təkəbbürlü
yanaşması və imic nümayiş etdirməsi ilə məşhur idi.

Qarma-qarışıq siqnallar qaydası

Bəzən nə düşündüyümüzü dilə gətirməsək də, üzümüz onu həqiqətən də


əks etdirir. Məsələn, durmadan qol saatına, yaxud ən yaxındakı çıxışa baxan
adam sizdə harasa gecikdiyi, görüşünün olması, ya da sadəcə, başqa yerdə
olmalı olduğu təəssüratı yaradacaqdır. Bu cür görünüş niyyət işarətidir.
Başqa vaxt bir şeyi deyirik, amma bunun əksinə inanırıq. Üz ifadələrinə
baxmaqla emosiyaları və sözləri izah edərkən bu bizi ümumi bir qaydaya
gətirir. Üzün qarışıq siqnalları ilə qarşılaşanda (xoşbəxtliyi müşayiət edən
narahatlıq siqnalları, yaxud narazılıq təzahürləri ilə paralel sərgilənən
məmnunluq davranışları kimi) və yaxud da verbal və qeyri-verbal təzahürlər
ahəng təşkil etmədikdə hər zaman daha dürüst olan mənfi emosiyaya
arxalanın. Mənfi hissiyyat, demək olar ki, həmişə qarşmızdakı fərdin həqiqi
hiss və düşüncələrini təyin etməkdə daha dəqiq və inandırıcı olacaqdır. Nəyə
görə mənfi emosiyaya inanmalıyıq? Ona görə ki bizim qəbulolunmaz bir
hadisəyə verdiyimiz ilkin reaksiya, adətən, ən doqiqi olur; yalnız bir an
sonra başqalarının bizim gerçək hisslərimizi duya biləcəklərindən ehtiyat
edərək ilkin reaksiyamızı sosial olaraq daha məqbul hesab edilən üz
davranışı ilə əvəztəyirik. Beləliklə, hər iki emosiya ilə qarşılaşdıqda ilk
müşahidə etdiyinizin arxasından gedin, ələlxüsus da o, mənfidirsə.

ÜZLƏ BAĞLI YEKUN DÜŞÜNCƏLƏR

Üz xeyli sayda müxtəlif ifadələr ötürə bildiyinə görə və bu ifadələri erkən


yaşlardan etibarən maskalamağı öyrəndiyimiz üçün üzdə müşahidə
etdiyiniz istənilən bir şey bədənin digər qeyri-verbal kommunikasiyaları ilə
tutuşdurulmalıdır. Əlavə olaraq üzlə bağlı davranışlar çox mürəkkəb olduğu
üçün onlann komfort, yaxud diskomfort ifadəsi olduğunu ayırd etmək çətin
ola bilər. Əgər hər hansı üz ifadəsinə anlam verməkdə çətinlik çəkirsinizsə,
onu təkrarlayın və sonra nə hiss etdiyinizi düşünün. Bu kiçik “kələyin”
müşahidə etdiyiniz şeyi mənalandırmaqda sizə kömək etdiyini
anlayacaqsınız. Üz böyük bir məlumatı ortaya çıxara bildiyi kimi, sizi yanlış
yönləndirməyi də bacarır. Davranışlar toplusunu araşdırmalı, davamlı
olaraq gördüyünüzü kontekst daxilində dəyərləndirməli və həmin üz
ifadəsinin bədənin digər hissələrindən gələn siqnallarla uyuşduğuna (və ya
uyuşmadığına) diqqət yetirməlisiniz. Yalnız bütün bu müşahidələrin təhlil
edilməsi ilə siz əminliklə qarşınızdakı fərdin emosiya və niyyətləri ilə bağlı
qiymətləndirmələrinizi təsdiq edə bilərsiniz.
SƏKKİZ

ALDATMANI MÜƏYYƏN ETMƏK

Ehtiyatlı hərəkət edini

Bu kitabın başından etibarən qeyri-verbal davranışın və başqalarının hiss,


düşüncə və niyyətlərini daha yaxşı başa düşmək üçün istifadə edə
biləcəyimiz bədən siqnallarının bir çox nümunəsinə toxunmuşuq. İndi isə
ümid edirəm ki, izləmiş olduğunuz bu qeyri-verbal işarətlər vasitəsilə
istənilən şəraitdə hər bədənin nə “demək” istədiyini aydınlaşdıra
biləcəksiniz. Bununla belə, oxunması çətin bir qrup insan davranışı da var.
Bu, aldatmadır.
Hesab edə bilərsiniz ki, insan yalan danışma detektoru olaraq tanınan FTB
agenti kimi bir karyera səbəbiylə yalanı nisbətən daha asan tuta bilirəm və
hətta sizə qısa zamanda fərdi poliqraf olmağı da öyrədə bilərəm. Heç bir şey
həqiqətin qılıncından boynunu qaçıra bilməz. Dürüst olsaq, aldatmanı
müəyyənləşdirmək həddən artıq çətindir (hətta o qədər çətindir ki, qeyri-
verbal davranışları düzgün şəkildə müşahidə etmək üçün bu kitab boyunca
söhbət açmışıq).
Davranış analizi ilə əlaqədar FTB agenti təcrübəmə görə (bütün
karyerasım yalanları müəyyən etməyə çalışan adam düşünün) aldadıcı
davranışı dəqiq şəkildə qiymətləndirmədəki çətinlikləri bilirəm və
anlayıram. Hazırkı bütöv bir fəsli qeyri-verbal kommunikasiyaların realistik
şəkildə qiymətləndirilməsi və tətbiqini yalanı aşkara çıxarmaqdakı roluna
həsr etmişəm. Bu mövzunun hətta həvəskarlar üçün belə asan olduğunu
söyləyən xeyli kitab yazılıb. Əmin olun ki, bu heç də belə deyil!
Bu sahədə diqqətəlayiq təcrübəyə malik və hələ də xəfiyyə birliyində
bədən dilindən dərs deyən bir hüquq-mühafizə və əks- kəşfiyyat zabitinin
birinci dəfədir belə bir xəbərdarlığı dilinə gətirdiyinə əminəm; çox insan
(həm kilsəyə gedən sıravi insanlar, həm də peşəkarlar) yalanları təyin
etməkdə o qədər də səriştəli deyil. Nə üçün bu qədər iddialıyam? Çünki uzun
illər ərzində xeyli sayda qeyri-verbal hərəkətləri yanlış şərh edən və
günahsız yerə məsum insanlann özlərini günahkar və narahat hiss
etmələrinə səbəb olan çoxlu təhqiqatçıyla qarşılaşmışam. Eyni zamanda
həvəskarların dəhşətli iddialarla məhkəmə prosesində insan həyatlarını
günahsız yerə necə məhv etdiyinə şahidlik etmişəm. Çox insan müstəntiqin
hansısa stress reaksiyalarını səhvən yalan kimi dəyərləndirməsi ucbatından
yalan ifadə vermək cəzası ilə həbs olunub. Qəzetlər bu cür dəhşətli
hekayələrlə doludur; onlardan biri Nyu-York Mərkəzi Parkında zabitlərin
stress davranışını aldatma kimi başa düşərək məsum insanların suçlu olduq-
larını boyunlarına almağa məcbur edilmələri olmuşdur (Kassin, 2004, 172-
194; Kassin, 2006, 207-227). Bu kitabı oxuyanların qeyri-verbal yanaşma
ilə aldatmanı müəyyən edərkən nəyə nail olunub, nəyə nail olunmaması ilə
bağlı realist və dürüst təsvirə malik olacaqlarına və bu bilgiyə söykənərək
qarşısındakı fərdin yalan söyləyib-söyləməməsini təyin edərkən daha
məntiqlə və diqqətlə yanaşacağınıza ümid edirəm.

YALANÇILIQ: ÜZƏRİNDƏ İŞLƏMƏYƏ DƏYƏCƏK BİR MÖVZU


Hamımız doğruya bel bağlamalıyıq. Cəmiyyət, insanların dediklərinə
rayət edəcək şəkildə davranacaqlarını güman edir - həqiqət yalanın
üzərindədir. Böyük bi ölçüdə belədir. Belə olmasaydı, münasibətlər çox qisa
davam edəcək, işlər bir nəticə verməyəcək və valideynlər ilə övladlar
arasındakı inam yox olacaqdı. Hamımız dürüstlüyə söykənmək
vəziyyətindəyik, çünki həqiqət yox olmağa üz tutduqca, fərdi və sosial
cəhətdən dəhşətli iztirablara məruz qalırıq. Adolf Hitler Nevill Çemberlenə
yalan söylədiyində sülh yer üzündən çəkildi və əlli milyondan çox insan
bunun əvəzini canları ilə ödədi. Riçard Nikson öz millətinə yalan
söylədiyində insanların böyük əksəriyyətində hakimiyyətə duyduğu inam
yox olub getdi. Enron rəhbərləri öz işçilərinə yalan danışdıqda, bir gecədə
minlərlə insanın həyatı çökdü. Hökumətimizin və iş qurumlarımızın dürüst
və doğru olacaqlarına inanırıq. Dostlarımızın və ailəmizin də şəxsi,
profesional ya da ictimai, bütün münasibətlərin təməlində doğruluq və
dürüstlük olmalıdır.
Əslində insanlar əsasən dürüstdürlər və hər gün eşitdiyimiz yalanların
böyük bir hissəsi ya sosial, ya da "Bu geyimdə kökmü görünürəm?" kimi
sualların həqiqi cavablarından bizi qorumaq məqsədilə deyilən "ağ"
yalanlardır. Şübhəsiz ki, daha ciddi məsələlərə gəldikdə, bizə deyilən
şeylərin həqiqiliyini müəyyənləşdirmək bizim xeyrimizədir. Ancaq bunu
bacarmaq heç də asan deyil. Min illərdir ki, insanlar həqiqəti öyrənmək üçün
falçılara, kahinlərə və ya digər vasitələrə (danışmasını istədiyiniz adamın
boğazına bıçaq dayamaq kimi) müraciət edirdilər. Bu gün də bəzi qurumlar
adamın yalan danışıb-danışmadığını müəyyən etmək üçün əl yazısı
nümunələrini araşdırır, səs və vibrasiya analizi aparır və ya yalan
maşınlarından istifadə edirlər. Bütün bu metodlar mübahisəli olur. Yalanı
100% dəqiqliklə ortaya çıxaran hər hansı üsul, test, maşın və insan mövcud
deyil, Hətta haqqında ağızdolusu danışılan poliqraf belə eksperiment
aparılan şəxsdən asılı olaraq, 60-80% arası dəqiqliyə nail ola bilir (Ford,
1996, 230- 232; Cumming, 2007).

Yalançıların izində

Yalanı təyin etmək o qədər çətindir ki, 1980-ci illərdə dəfələrlə aparılan
tədqiqatlar əksəriyyətimizin (hakimlər, həkimlər, vəkillər, polis məmurları,
FTB agentləri, siyasətçilər, müəllimlər, atalar və həyat yoldaşları) aldatmanı
müəyyən etməkdə əlli-əlliyə şansı olduğunu göstərdi (Ford, 1996, 217,
Ekman, 1991, 162). Əksəriyyət (hətta peşəkarlar belə) nadürüstlüyü təyin
etməkdə qəpiyin hansı üzünün düşəcəyi ehtimalından artıq şansa malik
deyil (Ekman&O’Sullivan, 1991,913-920). Hətta yalanı aşkarla- maqda
vergıli olan insan belə (ümumi dünya əhalisinin təxminən 1%-dən azı) nadir
hallarda 60%-dən yuxarı nəticə göstərə bilir. Aldadıcı davranışlar haqqmda
nə düşündüklərinə əsaslanaraq dürüst və fırıldağı, təqsiri və yaxud
məsumiyyəti bir-birindən ayırmaq məcburiyyətində olan ölçüyəgəlməz
sayda hakimləri düşünün. Təəssüf ki, tez-tez nadürüstlük kimi səhv başa
düşülən davranışlar aldatmadan çox ilk növbədə stress təzahürləridir
(Ekman, 1991, 187-188). Buna görə də yalan əlaməti olan, sadəcə, bir
davranışın heç nəyi həll etmədiyini bilən insanlardan öyrənmiş olduğum
sloqanla yaşayıram - bir yox (Ekman, 1991, 162-189).
Bu o demək deyildir ki, biz yalanı aşkaretmə cəhdlərimizdən əl
çəkməliyik, əksinə, kontekst daxilində müşahidələrimizi təsdiq edəcək
davranışlan axtarmalıyıq. Məsləhətim odur ki, realist olun; qeyri-verbal
davranışları aydın şəkildə oxuya bilmək və qarşmızdakınm bədəninin nə
düşündüyünü, hiss etdiyini və hansı niyyətdə olduğunu sizə söyləməsi üçün!
Bunlar sonda, sadəcə, başqalarını daha effektiv şəkildə anlamağınıza kömək
etməklə qalmayıb, həmçinin sizə aldatma ilə bağlı müşahidələrinizin ikinci
bir nəticəsi kimi ipuclan verən daha əsaslı obyektivlərə çevriləcəkdir.

Yalanı müəyyən etməyi bu qədər çətinləşdirən nədir?

Əgər yalam təyin etməyin niyə bu qədər çətin olduğunu bilmək


istəyirsinizsə, qədim bir məsəli xatırlayın: “Cəfa çəkməyən səfa sürməz”.
Yalan danışmağı o qədər erkən yaşlarda öyrənirik ki (və bunu tez-tez
edirik), inandırıcı şəkildə yalan söyləməkdə ustalaşırıq. Gəlin təsəvvür edək
hər gün işlətdiyimiz bu ifadələri: “Onlara de ki, mən evdə yoxam”,
“Qonaqlıqda bir az gül”, yaxud “Olanları atana demə, yoxsa ikimizi də
öldürər”. Sosial heyvanlar olduğumuz üçün təkcə öz mənfəətimiz üçün
deyil, başqalarının xeyri üçün də yalana müraciət edirik (Vrij, 2003, 3-11).
Yalan uzun-uzadı izahatlardan yaxa qurtarmaq, cəzadan qaçmaq, asan yolla
doktor dərəcəsi almaq və ya sadəcə, nəzakət xatirinə işlədilə bilər. Hətta
kosmetika və pambıq qiyafət də yalanımıza alət olur. Əslində, biz insanlar
üçün yalan “sosial sağ qalma vasitəsi”dir (St-Yves, 2007).

YALANI ÜZƏ ÇIXARMADA YENİ YANAŞMA

FTB-də işlədiyim son ildə aldatma üzrə araşdırmalarımı və topladıqlarımı


tamamladım, o cümlədən ötən qırx il ərzində istifadə etmiş olduğum
ədəbiyyata yenidən göz atdım. Bu, “Yalanı təyin etməyin dördlü modeli:
dindirmələr üçün alternativ paradiqma” başlıqlı bir məqaləmin FTB
tərəfindən nəşr olunması ilə nəticələndi (Navarro, 2003,19-24). Bu məqalə
limbik oyanma konseptinə və bizim komfort və diskomfort təzahürlərimizə,
ya da başqa sözlə, komfort/diskomfort modelinə əsaslanaraq aldatmanı
müəyyən etmənin yeni bir modelini təklif edirdi. Daha açıq desəm, təklif
edirdim ki, biz doğrunu söyləyəndə və narahat ol- madıqda yalan
danışdığımız və tutulacağımız qorxusu içində olduğumuza nisbətən daha
rahat oluruq, çünki ikinci halda “günahkarlıq psixologiyası”ndan əziyyət
çəkirik. Model həmçinin rahat və dürüst olarkən necə daha empatik
davranışlar sərgilədiyimizi, narahat olarkən isə onlara müraciət
etmədiyimizi də göstərirdi.
Hal-hazırda bu model dünya səviyyəsində istifadə olunur. Onun məqsədi
cinayət təhqiqatları zamanı hüquq-mühafizə işçilərinə yalanı müəyyən
etməyi öyrətmək olsa da, istənilən fərdlərarası münasibətdə də tətbiq edilə
bilər (evdə, işdə, ümumiyyətlə, yalanı həqiqətdən ayırmağın vacib olduğu
hər yerdə). Əvvəlki fəsildə dediklərimə diqqət etmisinizsə, bu fəsildə sizə
təqdim edəcəyim məlumatlara artıq hazırsınız.

Komfort/diskomfort bərabərliyinin yalanı


ifşa etməkdəki önəmli rolu

Yalan danışan, yaxud günahkar olan və bu yalanlar ilə cinayətlərin


yükünü daşımalı olan insanlar komforta nail olmağın çətinliyini anlayır,
gərginlik və narahatlığı zamanla ayırd edə bilir. Nisbətən sadə suallara
cavablar uydurmaqda çətinlik çəkərkən günahlarını və yalanlarını ört-basdır
etmə cəhdi onsuz da xeyli stress keçirən zehnin yüklərini bir az da
ağırlaşdırır (De Paulo et al., 1985, 323-370). Bizimlə danışarkən daha rahat
olan bir individualda aldatma ilə önəmli diskomfort əlamətlərini müəyyən
etmək daha asan olacaqdır. Məqsədiniz istənilən qarşılıqlı əlaqənin
başlanğıcını və ya “yaxınlıq qurmaq” zamanı yüksək komfortun əsasını
qoymaqdır. Bu sizə qarşınızdakı şəxs özünü təhdid altında hiss etmədiyi
dövr ərzində (ümid edək ki) davranışların bünövrəsini qoymağa kömək
edəcək.

Yalanı üzə çıxarmaq üçün komfort zonası yaratmaq

Yalanın aşkar olunma prosesini təqib edərkən yalanından şübhələndiyiniz


adamm hərəkətlərinə təsir edə biləcək davranışlardan xəbərdar olmalı və
sözlərinizin həmin şəxsə necə təsir göstərdiyinə diqqət etməlisiniz (Ekman,
1991, 170-173). Necə sual verməyiniz (ittiham edirmiş kimi), necə
oturmağınız (çox yaxm) ya “şübhəlilər”in komfort səviyyəsini yüksəldəcək,
ya da sıfira endirəcəkdir. Aydm məsələdir ki, insanlann şəxsi zonasına nüfuz
etmək, özünü şübhəli aparmaq, qarşmızdakma düzgün olmayacaq tərzdə
baxmaq, ittihamedici tonla suallar vermək dialoqun inkişafına mənfi təsir
göstərəcəkdir. Əwəla və ən əsası, yalançılan ifşa etmək aldatmanı aşkar
etmək məqsədilə necə müşahidə etməyiniz və necə suallar
ünvanlamağınızdan asılıdır. Demək ki, bu, qeyri-verbal kəşfiyyat
materiallarının toplanması ilə əlaqədardır. Daha çox görmək (davranışlar
toplusunu) müşahidələrinizdə özünüzdən daha əmin hissetmə və kimsə
yalan söyləyərkən onu anlama şansınızı böyük ölçüdə artıracaqdır.
Hətta bir müzakirə və ya sorğu zamanı yalam aktiv şəkildə axtarsanız
belə, tutumunuz şübhəçi yox, neytral olmalıdır. Şübhəçi olduğunuz an
qarşmızdakı şəxsin sizə verəcəyi cavaba təsir göstərmiş ola biləcəyini
ağlınızda saxlaym. Əgər “Yalan danışırsan!”, “Məncə, həqiqəti demirsən”
kimi cümlələr işlətsəniz və ya ona, sadəcə olaraq, şübhəli nəzərlərlə
baxsanız, həmin fərdin verəcəyi cavaba müdaxilə etmiş olacaqsınız (Vrij,
2003, 67). İrəliləmək üçün ən yaxşı yol məsələ ilə bağlı daha aydmlaşdıncı
suallar verməkdir: “Anlamadım”, ya da “Bunun necə baş verdiyini bir daha
izah edə bilərsən?” kimi sadə suallar. Çox vaxt kiminsə nitqini uzatması
sonda yalanla həqiqəti fərqləndirməyimizə bəs edir. İstənilən şəraitdə (fərqi
yoxdur, kiminsə etimadnaməsinin keçərliliyindən əmin olmaq istəyir, işə
qəbul zamanı, yaxud işdəki oğurluq barədəki məsələlərdə bir nəticə əldə
etməyə can atır, ya da xanımınızla maliyyə, yaxud mümkün xəyanətiniz
barədə mübahisəyə girişmisiniz) soyuqqanlılığınızı qorumağınız
vacibdir. Sual ünvanlayarkən sakit qalmağa, şübhəli davranma- mağa və
rahat olmağa, ittihamedici olmamağa çalışın. Bu yolla müsahibiniz daha az
mühafizəkar və doğrulan söyləməyə meyilli olacaq.

Komfort əlamətlərinin müəyyənləşdirilməsi

Ailə və dostlarla ünsiyyət zamanı komfort asanlıqla büruzə verilir.


Ətrafımızda olmaqdan məmnunluq duyan və rahat olan insanları
müəyyənləşdirmək üçün Nostradamus olmağa ehtiyac yoxdur. Masa
arxasında rahat olan adamlar bir-birilərini görməyə mane olan əşyaları
kənara itələyirlər. Vaxt keçdikcə bir-birinə yaxınlaşır, nəticədə yüksək səslə
danışmağa məcbur olmurlar. Rahat individuallar bədənlərini daha açıq
şəkildə nümayiş etdirir, gövdələrinin böyük hissəsini, qol və qıçlarının
daxili tərəflərini göstərməkdən çəkinmirlər. Yad adamlar peyda olduqda,
xüsusilə də rəsmi dindirmələr və böyük bir vəzifədən devrilmə zamanı
komforta nail olmaq çox çətin olur. Odur ki başqası ilə ünsiyyətimizin lap
əvvəlindən komfort zonası yaratmaq üçün əlimizdən gələni etməyimiz
önəmlidir.
Rahat olanda qeyri-verbal davranışlarımızda sinxroniya baş verir. İki
məmnun insanın danışıq tonu və sürətiylə birgə nəfəslərində də müəyyən bir
ritm olur. Kafedə bir-birinə san əyilən cütlükləri yadınıza salın, bu,
tamamilə rahatlıqdan xəbər verir. Əgər tərəflərdən biri önə doğru əyilir və
qarşı tərəf də eynisini təkrar edirsə, buna izopraksizm deyilir. Qarşımızdakı
adam söhbət zamanı bir əli cibində bir böyrünə doğru əyilərək bir ayağını
digərinin önünə qoyursa, böyük ehtimalla biz də eyni hərəkəti edəcəyik
(bax: şək. 87). Digər bir fərdin davranışını təqlid etməklə “Səninlə rahatam”
mesajı veririk.
Bu, izopraksizm nümunəsidir: hər iki şəxs bir-birinin
hərəkətlərini təqlid etməklə və bir-birinə doğru əyilməklə
komfort əlaməti nümayiş etdirir.

Cinayət dindirməsi zamanı, yaxud problemli bir mövzu müzakirə edildiyi


istənilən situasiyada əgər sinxroniya mövcuddursa, bir tərəfin səs tonu
digərininkini təqlid etməlidir (Cialdini, 1993, 167-207). Ünsiyyətdə olan
insanlar arasında harmoniya olmazsa, sinxroniya da olmayacaq və nəzərə
çarpmayacaqdır. Onlar fərqli şəkildə otursa, bir-birindən fərqli mövzudan
və yaxud səs tonu ilə danışsa, ya da hərgah ifadələri tamamilə fərqli olmasa
belə, qəribə görünəcəkdir. Asinxroniya effektiv ünsiyyət üçün maneə və
dindirmə və uğurlu müzakirədə ciddi baryerdir.
Dialoq və ya dindirmə zamanı özünüzü rahat və gümrah hiss edərkən qarşı
tərəf davamlı olaraq qol saatına baxırsa, ya da gərgin, yaxud hərəkətlərini
məhdudlaşdıracaq şəkildə otu- rubsa, bu, komfortun olmadığına işarədir,
baxmayaraq ki, vərdiş, etməmiş gözə hər şey qaydasında imiş kimi görünə
bilər (Knapp&Hall, 2002, 321; Schafer&Navarro, 2004, 66). İşdir,
qarşmızdakı şəxs tez-tez sözünüzü kəsir və yaxud söhbəti qısa zamanda başa
vurmaq üçün yeyin danışırsa, bu da diskomfort kimi başa düşülməlidir.
Təbii ki, insanlar həqiqəti söyləyərkən komfort təzahürləri sərgiləmələri
adi haldır; gizlədilməli olan stress, narahatlığa rəvac verən suçluluq
psixologiyası yoxdur (Ekman, 1991, 185). Beləliklə, mümkün yalanı
qiymətləndirmək üçün gözünüzü diskomfort təzahürlərindən
ayırmamalısınız (ən əsası konteksdən asılı olaraq).

Qarşılıqlı əlaqədə diskomfort əlamətləri

Başımıza gələn hadisələrdən məmnun olmayanda, görüb və eşitdiklərimiz


ürəyimizcə olmadıqda, ya da gizlətməyə çalışdığımız şeylər barədə
danışmağa məcbur edilərkən diskomfort nümayiş etdiririk. Limbik beyinin
oyanmasına görə diskomfort əvvəlcə fiziologiyamızda meydana çıxır. Qəlb
döyüntülərimiz sürətlənir, tüklərimiz biz-biz durur, daha çox tərləyir və
daha qısa tezliklə nəfəs alırıq. Fizioloji reaksiyalardan əlavə, bədənimiz də
qeyri-verbal olaraq diskomfort sərgiləyir. Qorxmuş, gərgin və həddən artıq
narahat olduğumuz zaman bloklama və uzaqlaşma cəhdi edərkən
bədənimizi hərəkət etdirir, özümüzü yenidən “quraşdırır”, yerimizdə
qurcuxur, ayaqlarımızı yellədir, ya da barmaqlanmızla ritm tuturuq (de
Becker, 1997, 133). Hər birimiz ətrafımızdakı insanlarda bu cür davranışları
sezmişik (istər işə qəbul zamanı, İstər sevgi münasibətlərində, İstərsə də işdə
və ya evdə vacib bir məsələ İlə bağlı sorğu-suala çəkiləndə). Bu hərəkətləri
avtomatik olaraq aldatma ilə əlaqələndirmək yanlışdır; digər tərəfdən onlar
cari situasiyada qarşımızdakı şəxsin hər hansı bir səbəbdən narahat
olduğundan xəbər verir.
Əgər diskomfortu aldatmanın potensial göstəricisi kimi müşahidə etmək
fikriniz varsa, ən yaxşı üsul müşahidə və ya sorğu-sual etdiyiniz şəxslə
aranızda hansısa əşyanın (masa və stullar kimi) olmamasıdır. Aşağı
ətrafların məxsusilə dürüst olduğunu bildiyimizdən qarşımızdakı şəxs masa
arxasındadırsa, həmin masanı kənara itələyin, çünki belə bir maneə
müşahidə edilməli olan vücudun böyük bir hissəsinin (təxminən 80%-nin)
qarşısını alacaqdır. Faktiki olaraq yalançıların aranızda baryer qurmaq
məqsədilə maneə və əşyalardan (yastıq, su şüşəsi, stul kimi) istifadə
etməsinə diqqət edin (bax: qutu 57). Əşyaların istifadə edilməsi qarşınızdakı
şəxsin daha qapalı olduğu üçün (hansı ki, narahatlıq və hətta yalanla
əlaqələndirilə bilər) özünü uzaqlaşdırma, təcridetmə və qismən də gizlətmə
əlamətidir.

QUTU 57: DİVAR İNŞA ETMƏK


FTB-də işlədiyim dövrdə başqa bir hüquq-mühafizə orqanının zabiti ilə
bir subyektin dindirməsini həyata keçirirdik. Dindirmə boyunca çox
narahat və fırıldaqçı təsir bağışlayan adam olan şübhəli tədricən mineral
su butulkaları, qələmqabları və həmkarımın masasının üstündə olan
sənədlərdən istifadə etməklə "müdafiə divarı" yaratmaqda idi. Sonra bel
çantasını da bizimlə özü arasına yerləşdirdi. Bu baryerin inşası elə tədrici
olmuşdu ki, sorğu-sualın videoyazısına baxanadək fərqinə varmamışdıq.
Bu qeyri-verbal davranışın baş verməsinə səbəb subyektin materiallar
divarı arasında gizlənməklə rahatlıq əldə etmə cəhdi idi. Təbii ki, biz
ondan az məlumat qopara bildik və onların da çoxu yalan idi.

Yeri gəlmişkən, dindirmədən və qarşınızdakı şəxsin nitqindən əmin


olmasını maraqlandığı istənilən vəziyyətdən danışarkən bilməlisiniz ki,
ayaq üstə duraraq daha çox məlumat əldə edə bilərsiniz; ayaq üstə
dayanmaqla oturan zaman nəzər yetirə bilmədiyiniz bir çox davranış
materiallarını toplaya bilərsiniz. Hər nə qədər uzun müddət ayaq üstə
dayanmaq, adətən (məsələn, rəsmi iş görüşməsində), əlverişsiz və qeyri-
təbii olsa da, yenə də ayaqüstü davranışları müşahidə etmək üçün
imkanlarımız olur (salamlaşma və ya dialoq zamanı nahar stolunun hazır
olmasını gözləyərkən).
Ətrafımızdakı adamlar özümüzü narahat hiss etməyimizə səbəb olursa,
onlarla aramızdakı məsafəni uzaqlaşdırmağa səy göstəririk. Bu hal bizi
aldatmağa çalışan individuallarla xüsusən tez-tez baş verir. Hətta böyür-
böyürə oturarkən özümüzü narahat hiss etdiyimiz insanlardan, adətən, ya
gövdəmizi, ya da ayaqlarımızı kənara çəkir, yaxud da çıxış istiqamətinə
tutmaqla yana doğru əyirik. Bu davranışlar ya iştirakçı tərəflər arasında
çətin, qıcıqlandırıcı, yaxud soyuq.münasibətlər, ya da müzakirə olunan
məsələ ucbatından baş verir.
Çətin və narahatedici ünsiyyət zamanı insanlarda görülən digər aşkar
diskomfort əlamətlərinə daxildir: gicgaha yaxın yerdən alının
ovuşdurulması, sifətin sıxılması, boyunun ovuşdurulması, yaxud başın arxa
tərəfinə sığal çəkilməsi. İnsanlar narazılıqlarını sayğısızcasma gözlərini
süzdürməklə, üst-başlarını səliqəyə salmaqla və ya danışdığı adama suallar
verməklə nümayiş etdirirlər (qısa cavablar verərək, israredici,
düşməncəsinə, yaxud kinli olmaqla, hətta barmaq göstərmək kimi nalayiq
mikrojestlərlə) (Ekman, 1991, 101-103). Anasının ticarət mərkəzindən
oğurlanmasından şübhələndiyi yeni və bahalı sviter üstə sorğu-suala çəkilən
dikbaş və acıqlı yeniyetməni təsəvvür edin və narahat insanın sərgiləyə
biləcəyi bütün müdafiə manevrləri barədə açıq ideyaya sahib olacaqsınız.
Yanhş bəyanatlar verərkən yalançılar nadir hallarda sizə toxuna və ya
fiziki kontakta girə bilərlər. Xüsusilə pisləşən və pul barədə yalan məlumat
verən infortmantlarda bunun doğruluğunun şahidi olmuşam. Toxunma daha
çox dürüst adam tərəfindən vurğu məqsədilə nümayiş etdirildiyinə görə bu
məsafəni uzaqlaşdırma davranışı yalançı şəxsin hiss etdiyi gərginlik
dərəcəsini yüngülləşdirməyə kömək edir. Danışıqda iştirak edən şəxsdə
müşahidə olunan istənilən toxunuşun azalması (ələlxüsus da vacib sualları
eşidərkən və cavablayarkən) aldatma əlaməti olmağa daha yaxındır
(Lieberman, 1998, 24). Əgər mümkün və əlverişlidirsə, sevdiyiniz birinə
onu ciddi bir məsələ barədə sorğu-sual edərkən yaxın oturmağı və ya ciddi
bir məsələ haqqında mübahisə edərkən övladımızın əlindən tutmağı nəzərdə
saxlaya bilərsiniz. Bu yolla bütün ünsiyyət boyunca baş verən dəyişiklikləri
daha asan təyin edə bilərsiniz.
Ünsiyyət zamanı toxunmamaq avtomatik olaraq kiminsə yalançı olması
anlamına gəlməməlidir, bununla belə, fiziki kontakt bəzi fərdlərarası
münasibətlərdə, təbii ki, digərlərinə nisbətən daha uyğun və gözləniləndir.
Toxunma çatışmazlığının kiminsə sizi xoşlamamasmdan xəbər verdiyi faktı
doğrudur, belə ki, biz də hörmət etmədiyimiz və ya ikrah hissi duyduğumuz
insanlara toxunmuruq. Ən sonda münasibətin uzunluğunu və təbiətini
qiymətləndirmək də bu cür uzaqlaşma davranışım izah etməkdə
əhəmiyyətlidir.
Üzdə komfort və diskomfort əlamətləri axtararkən üz-gözünü turşutma və
yaxud aşağılayıcı görünüş kimi incə davranışlara diqqət yetirin (Ekman,
1991, 158-169). Həmçinin ciddi və müzakirə zamanı qarşmızdakı şəxsin
narahat biçimdə ağzını əsdirməsinə və ya qınşdırmasma nəzər yetirin. Fərqi
yoxdur, gülümsəmə olsun, qaşlarını çatma, yaxud təəccüblü görünüş olsun,
uzun müddət davam edən və ya yubanan istənilən üz ifadəsi normal deyil.
Danışıq və ya dindirmə zamanı bu cür qurma davranış hansısa rəyə təsir
etmək və etibarlılığı azaltmaq məqsədi güdür. Tez-tez insanlar yanlış bir şey
edərkən və ya yalan danışarkən yaxalandıqda simalarına sonsuzadək
sürəcəkmiş kimi təsir oyadan gülüş qondururlar. Bu cür saxta gülüş kom-
fortdan daha çox diskomfort təzahürüdür. Nəyisə eşitməkdən məmnun
olmadıqda, fərqi yoxdur, bu, sualdır, ya cavab, sanki indicə eşitdiyimizi
bloklamaq məqsədilə gözlərimizi bağlayırıq. Göz bloklama
mexanizmlərinin müxtəlif formaları əllərimizi sinəmiz üzərində bir-birinə
keçirməyə, yaxud razılaşmadığımız adamlardan üzümüzü çevirməyə
bənzəyir. Bu bloklama təzahürləri xüsusilə rəsmi dindirmələr zamanı
instinktiv olaraq sərgilənir, sıx-sıx baş verir və adətən, spesifik bir məsələyə
uyğun gəlir. Xüsusi bir individual dilxor olmağımıza səbəb olarkən göz
qapaqlarının titrəməsi müşahidə edilir (Navarro&Schafer, 2001,10).
Bütün bu göz təzahürləri informasiyanın necə analiz edilməsi və ya hansı
sualların qəbuledici üçün problematik və qüvvətli ipuclan olmasıdır.
Bununla belə, onlar nəzərəçarpacaq dərəcədə birbaşa finldaq göstəriciləri
deyildir. Az və ya heç bir göz kontaktı aldatma əlaməti kimi
düşünülməməlidir (Vrij, 2003,38-39). Bu, əvvəlki fəsildə müzakirə
edilmişdir.
Yadınızda saxlayın ki, yırtıcılar və vərdişkar yalançılar əksər şəxslərdən
daha çox göz kontaktından istifadə edirlər. Araşdırmalar açıq-aşkar sübut
edir ki, makiavellian insanlar (məsələn, psixopatlar, fınldaqçılar və ya
vərdişkar yalançılar) aldatma sırasında göz kontaktlarını həqiqətən artınrlar
(Ekman, 1991, 141-142). Yəqin ki, göz kontaktındakı bu artım həmin
fərdlər tərəfindən şüurlu şəkildə həyata keçirilir, çünki kiminsə düz gözünün
içinə baxmağın doğruluq əlaməti olduğuna geniş şəkildə (amma yanlışlıqla)
inanılır.
Yalanı üzə çıxarmaq üçün edilən istənilən səy zamanı nəzərə alınmalı
olan göz kontaktı və göz zilləməsində mədəni fərqlərin olduğuna diqqət
edin. Misal üçün, müəyyən qrupa aid olan (məsələn, afroamerikanlar və
latm amerikalılar) fərdlərə sorğu- suala çəkilərkən və ya danlananda hörmət
əlaməti olaraq valideyn qarşısında yerə, yaxud başqa istiqamətə baxmaq
öyrədilir (Johnson, 2007,280-281).
Danışdığımız insanlann baş hərəkətlərini diqqətinizdə saxlayın. Əgər
qarşınızdakı fərd danışarkən başı təsdiqləyici və ya inkaredici şəkildə
yırğalanmağa başlayırsa və bu hərəkət dediyi sözlərlə eyni anda baş verirsə,
onda nitq əksər halda həqiqi hesab edilə bilər. Digər tərəfdən, baş yırğalama
və yaxud digər baş hərəkəti gecikirsə, ya da əvvəl baş verirsə, deməli, böyük
ehtimalla söylənilən fikir qurma və həqiqətdən uzaqdır. Çox incə olma
ehtimalına baxmayaraq, təxirəsalınmış baş hərəkəti fikri təsdiqetmə
cəhdidir və ünsiyyətin təbii axınının tərkib hissəsi deyil. Əlavə olaraq dürüst
baş hərəkətləri verbal rəddetmələr və yaxud təsdiqləmələrlə paralel şəkildə
nümayiş etdirilməlidir. Əgər hansısa baş hərəkəti şəxsin nitqi ilə
uyğunlaşmazsa və ya ona zidd olarsa, bu, yalandan xəbər verə bilər. Baş
hərəkətləri, adətən, şişirdilmişdən daha çox incə olsa da, verbal və qeyri-
verbal siqnallar arasındakı bu uyğunluq düşündüyümüzdən daha sıx-sıx baş
verir. Məsələn, kimsə başmı təsdiq əlaməti olaraq yırğalayan vaxt deyə
bilər: “Bunu mən etməmişəm”.
Diskomfort zamanı limbik beyin idarəetməni ələ keçirir və şəxsin üzü
gözlərinin əksinə ya qızarır, ya da ağappaq olur. Çətin ty danışıqlar zamanı
tərləmə və nəfəsalmada da artım müşahidə edilir; həmin şəxsin
nəzərəçarpacaq şəkildə tərini silməsinə, yaxud sakit qalmaq üçün nəfəsini
kontrol etməyə çalışmasına diqqət yetirin. Bədənin istənilən titrəməsi, -
əllərin, barmaqların və ya dodaqların, - yaxud dodaqları və ya əlləri
gizlətməyə, ya da məhdudlaşdırmağa istənilən cəhd diskomfort, yaxud
yalan əlaməti ola bilər, xüsusilə mövcud olmalı olan normal gərginlikdən
sonra baş verərsə.
Fərdin nitqi aldadıcı dialoq zamanı əsə, ya da rabitəsiz ola bilər; boğaz
stresdən quruyanda udqunmaq çətinləşir, odur ki çətin udqunmaya diqqət!
Bunlar hülqumun atılıb-düşməsi ilə, ya da davamlı olaraq boğazın
antlanması ilə müşayiət oluna bilər (bunların hər biri diskomfort
göstəricisidir). Yadda saxlayın ki, bu davranışlar bikeflik əlaməti olsa da,
yalanla əlaqəli olmaya da bilər. Çox dürüst insanlann məhkəmə qarşısında
mühakimə olunarkən yalan danışdığına görə deyil, sadəcə, gərgin olduğu
üçün bütün bu davranışları sərgilədiyini görmüşəm. Hətta federal və dövlət
məhkəmələrində ifadə verməyimizdən illər keçsə də, hələ də kürsüyə
çıxanda özümü gərgin hiss edirəm. Belə nəticəyə gəlirik ki, gərginlik və
stress əlamətləri hər zaman konteks daxilində dəyərləndirilməlidir.

Sakitləşdiricilər və discomfort

FTB-də işlədiyim illərdə şübhəliləri dindirərkən sorğuda mənə bələdçilik


etməkdə kömək etmək və şübhəlinin stresli olmasına xüsusilə nəyin səbəb
olduğunu təyin etmək üçün sakitləşdirici davranışları diqqət mərkəzində
saxlayırdım. Təkcə sakitləşdiricilər qəti sübutu olmasa belə (çünki onlar
məsum insanlarda da təzahür edə bilir), qarşmızdakı adamın, əslində, nə dü-
şündüyü və hiss etdiyini müəyyən edən pazlın digər hissəsini tamamlayın.
Aşağıda fərdlərarası qarşılıqlı əlaqədəki sakitləşdirici qeyri-verbal
davranışları oxuyan zaman etdiyim (və yadda saxladığım) on iki məsləhət
siyahısım sizinlə bölüşürəm. Kimisə sorğuya çəkərkən və ya mübahisə
edərkən - fərqi yoxdur, rəsmi istintaq dindirməsi olsun, ya hər hansı ailə
üzvünüzlə ciddi dialoq, ya da iş ortağınızla qarşılıqlı ünsiyyət - oxşar
strategiyaya müraciət etməyi düşünə bilərsiniz.
(1) Önünüz açıq olsun. Apardığım sorğularda, yaxud başqaları ilə
qarşılıqlı əlaqə qurarkən istənilən sakitləşdirici davranışı nəzərdən
qaçırmamaq üçün qarşımdakı şəxsi ümumi görüş bucağımı heç nəyin
bloklamasmı istəmirəm. Məsələn, əgər önümdəki fərd əllərini buduna
sürtməklə sakitləşirsə, onu görmək iqtidarında olmalıyam (arada masa olan
zaman bu çətinləşir). HR mütəxəssisi müsahibə aparmağın ən yaxşı yolunun
fiziki olaraq açıq ərazi olmasından agah olmalıdır (gözün önünü kəsəcək
nəsə olmamalıdır), beləliklə, müsahibə etdiyiniz insanı tam olaraq müşahidə
edə biləcəksiniz.
(2) Bəzi sakitləşdirici davranışların baş verəcəyini gözləyin. Sakitləşdirici
kommunikasiyanın müəyyən bir həddi gündəlik qeyri-verbal davranışların
tərkib hissəsidir; insanlar bundan özlərini rahatlatmaq üçün istifadə edirlər.
Qızım uşaq olarkən dünya ilə bütün əlaqəsini kəsmiş kimi şəkil alaraq, saçı
ilə oynayıb tellərini barmaqlan ilə buruşduraraq özünü sakitləşdirər və
yuxuya gedərdi. Beləliklə, bütün gün boyunca insanların eynilə nəfəs alması
kimi, tamamilə dəyişilmiş mühitə adaptasiya olması kimi az, ya çox Özlərini
sakitləşdirmələrini gözləyirəm.
(3) İlkin gərginliyə “ümid olun”! Xüsusilə görüşü əhatə edən hallar stress
doğurarkən hər'hansı bir cinayət soruşdur- masmda və yaxud ciddi söhbətdə
ilkin gərginlik normaldır. Misal üçün, atanın oğlundan ev tapşırıqları barədə
soruşması ondan uyğun olmayan davranış səbəbiylə niyə məktəbdən xaric
edilməsini soruşması ilə eyni stressə gətirib çıxarmayacaq.
(4) Qarşılıqlı əlaqədə olduğunuz şəxsin ilk növbədə rahatlanmasına şərait
yaradın. Hansısa dindirmə, vacib görüş və ya önəmli mübahisə inkişaf
edərkən, sonda tərəflər özlərini sakitləşdirməli və daha rahat olmalıdır.
Əslinə qalsa, yaxşı bir müsahibəçi sııal verməzdən, yaxud stress törədici
məsələləri açmazdan qabaq bunun baş verəcəyindən əmin olduğu üçün
qarşısındakı adamın daha rahat olmasma şərait yaradır.
(5) Baza yaradın. Bir dəfə kiminsə sakitləşdirici davranışları azaldı və
yenidən normal halına (həmin şəxs üçün) qayıtdısa, müsahibəçi onun
gələcək davranışını qiymətləndirmək üçün həmin sakitləşdirici səviyyədən
baza kimi istifadə edə bilər.
(6) Artan sakitləşdiricilərin İstifadəsinə diqqət yetirin. Müsahibə və ya
söhbət davam edərkən, xüsusilə sakitləşdirici davranışlar spesifik bir suala
və ya məlumata cavab olaraq baş verirsə, həmin davranışları, yaxud onların
tezliyindəki artımı (yüksəlməni) müşahidə etməlisiniz. Bu cür yüksəlmə
verilən sual və informasiya barəsində nəyinsə həmin şəxsin sakitliyinə
təhdid törətməsinə və sözügedən mövzunun əlavə diqqət və konsentrasiya
tələb etməsinə işarədir. Sakitləşdirici reaksiyaya səbəb olan xüsusi
“səbəbkaf’ı (sualı, informasiyanı, hadisəni və s.) düzgün şəkildə müəyyən
etmək önəmlidir, əks halda, yanhş nəticəyə gələ, yaxud mübahisəni səhv
istiqamətə yönləndirə bilərsiniz. Məsələn, işə qəbul müsahibəsi zamanı
keçmiş mövqeyi ilə bağlı müəyyən bir sual verilərkən namizəd köynəyinin
yaxalığını açmaqla hava almağa çalışırsa, həmin xüsusi sual onun beyninin
sakitləşmək üçün tələb etdiyi kifayət qədər stressə səbəb olması deməkdir.
Bu, məsələnin davam etdirilməli olduğundan xəbər verir. Sözügedən
davranış aşkar şəkildə yalanın olduğu anlamına gəlmir, lakin ən azından
həmin mövzu müsahibin stressə girməsinə səbəb olur.
(7) Soruş, fasilə ver və müşahidə et! Yaxşı həmsöhbətlər kimi, yaxşı
müsahibə götürənlər də stakato (qısa və kəskin) stilində suallar vermirlər.
Əgər səbirsizliyiniz, yaxud sayğısızlığınız ünsiyyətdə olduğunuz şəxsdə ik-
rah oyadarsa, yalanı dəqiqliklə müəyyən etməyiniz daha çətin hal alacaqdır.
Bir sual ver və sonra bütün reaksiyaları müşahidə etmək üçün gözlə!
Müsahibinizə düşünmək və cavab vermək üçün vaxt verin və bu
obyektivinizə nail olmaq üçün uyğun fasilələr verin. Eyni zamanda
istədiyiniz məlumatı dəqiq şəkildə əldə etmək üçün suallarınızı düzgün
şəkildə təşkil etməlisiniz. Daha spesifik sual daha qəti qeyri-verbal
davranışları ortaya çıxara bilər və artıq instinktiv hərəkətlərin mənasım daha
yaxşı anladığınıza görə dəyərləndirməyiniz də daha dəqiq olacaqdır.
Təəssüf ki, hüquq-mühafizə dindirmələrində stakatostilli sualvermə yanlış
etiraflara və stressə səbəb olur və stressin əsl mahiyyəti təkcə qeyri-verbal
işarətlər vasitəsilə müəyyən oluna bilər. Artıq bilirik ki, məsum insanlar da
cinayətləri etiraf edə, hətta təzyiq göstərilən stresli müsahibəni sona
çatdırmaq üçün yazılı bəyanat belə verə bilər (Kassin, 2006, 207-228). Eyni
hallar valideyni, əri, xanımı, dostu və ya müdiri tərəfindən təzyiq göstərilən
oğullarda, qızlarda, dostlarda və işçilərdə də özünü büruzə verir.
(8) Sorğu-suala çəkdiyiniz şəxsin məsələyə fokuslanmasmı təmin edin.
Müsahibəçilər yadda saxlamalıdırlar ki, çox vaxt insanlar, sadəcə, söhbət
edən zaman - hekayənin özlərinə aid hissəsini söyləyərkən - müsahibəçinin
söhbətin idarəsini əlinə aldığı vaxta nisbətən daha faydalı qeyri-verbal
davranışlar sərgiləyirlər. Kəsərli suallar bir şəxsin dürüstlüyünü meydana
çıxarmaqda faydalı olan davranış təzahürlərinin əsasını qoyur.
(9) Boşboğazlıq həqiqət demək deyil. Həm təcrübəsiz, həm də təcrübəli
müsahibəçi tərəfindən edilən bir səhv ilə həqiqətə qiymət vermək
tendensiya halını alıb. Müsahibə götürənlər danışanda onlara inanırıqsa,
səssiz dayandıqları zaman yalan danışdıqlarını düşünürük. Qarşılıqlı
ünsiyyət zamanı bəziləri böyük miqdarda məlumatla və təfərrüata malik
olmaqla hər hansı bir hadisə və ya situasiya barəsində həqiqəti söyləyirmiş
kimi görünə bilərlər; digər tərəfdən, onlar faktları dolaşdırmaq və söhbətin
istiqamətini dəyişmək ümidi ilə “gözə kül üfürə” bilərlər. Həqiqət material
cildiylə deyil, spiker tərəfindən ötürülən faktların təsdiqlənməsi vasitəsilə
aşkar edilir; informasiya təsdiq olunana qədər isə, sadəcə, söylənmiş, amma,
bəlkə də, heç bir mənası olmayan datadır (bax: qutu 58).

QUTU 58: HAMISI CƏFƏNGİYYATDIR!


Bir dəfə Meykon, Corciyada bir qadını sorğuya çəkdiyim cinayət işini
xatırlayıram. Qadın ilk üç gün bizi könüllü olaraq səhifələrlə İnformasiya
ilə təmin edirdi. Həqiqətən, onun dediklərini təsdiqləyənə qədər, nəhayət
ki, sorğu-sual başa çatanda nəsə əldə etdiyimizi düşünürdüm. Bir ildən
artıq qadının ifadəsindən yola çıxaraq araşdırmalar etdik (istər ABŞ-da,
istərsə də xaricdə), amma xeyli miqdarda enerji və vəsait xərclədikdən
sonra sonda aşkar etdik ki, qadının söylədiyi hər şey cəfəngiyyat imiş. O
bizi səhifələrlə məlumatla "təmin etmiş", hətta həyat yoldaşını da
cinayətə qarışdırmışdı. Əməkdaşlığın hər zaman həqiqətlə əlaqəsi
olmadığını xatırlamış və onu daha diqqətli şəkildə gözdən keçirmiş
olsaydım, bu qədər böyük vaxt və pul israfından qaçmış olacaqdıq.
Qadının verdiyi məlumat yaxşı səslənir və ağlabatan görünürdü, ancaq
hamısı uydurma idi. Kaş bu insidentin karyeramın əvvəllərində başıma
gəldiyini deyə bilsəydim, amma, təəssüf ki, belə deyildi. Mən bu formada
aldadılan nə . birinci müsahibəçiyəm, nə də son. Baxmayaraq ki, bəzi
fərdlər digərlərinə nisbətən daha çox danışırlar (anadangəlmə), hər
zaman bu cür "boşboğazlıq" hiyləsindən qorunmaq üçün gözdə-qulaqda
olmalısınız.

(10) Stress gəlir və gedir. Dindirilənlərin davranışım illərlə araşdırmağıma


əsaslanaraq belə bir nəticəyə gəlmişəm ki, təqsirkar olduğunu bilən insan
“Nə vaxtsa cənab Consun evinə daxil olmusunuzmu?” kimi çətin bir sual
verilərkən bunun nəticəsi olaraq iki tamamilə fərqli davranış qəlibini
nümayiş etdirir, tik davranış sualı eşidərkən məruz qalınmış stressi əks
etdirəcəkdir. Dindirilən instinktiv olaraq çeşidli uzaqlaşma reaksiyaları, o
cümlədən ayağı geri çəkmə davranışını (onları həmsöhbətindən
uzaqlaşdırma) sərgiləyəcək; arxaya doğru yaşlanacaq və ya çənəsini və
dodaqlarını sərtləşdirəcək. Bunu uyğun davranışların ikinci axını müşayiət
edə bilər: boyuna toxunma, burunu sığallama, yaxud sualı və ya cavabı
götür-qoy edərkən boyunun masaj edilməsi kimi siqnalların da daxil ola
biləcəyi sakitləşdirici davranışlar.
(11) Stressin səbəbini ayırd etmək. Haqqında danışdığımız ard-arda gələn
iki davranış biçimi (sakitləşdirici davranışları izləyən stress əlamətləri)
səhvən uzun illərdən bəri yalanla əlaqələndirilib. Bu, təəssüf doğurur, çünki
sözügedən təzahürlər nadürüstlük kimi yox, daha sadə (stressin
yüngülləşməsinin əlamətləri kimi) izah olunmalıdır. Şübhəsiz, yalan
danışan şəxs eyni davranışları sərgiləyə bilər, amma gərgin olan insanlar da
bu davranışlara əl atırlar. Bəzən kiminsə “əgər insanlar danışarkən
burunlarına toxunurlarsa, deməli, yalan danışırlar” dediyini eşidirəm.
Aldatmaq niyyətində olan insanlann danışarkən burunlanna toxunması
həqiqət ola bilər, digər tərəfdən dürüst, amma stress altında olan fərdlər də
bunu edirlər. Buruna toxunma daxili gərginliyi yumşaltmaq üçün nümayiş
etdirilən sakitləşdirici davranışdır (diskomfort törədicisindən asılı
olmayaraq). Hətta təqaüdə çıxmış FTB agenti belə yüksək sürətə görə sax-
lananda və qanuni “bəhanəsi” olmadıqda bumuna toxuna bilər (bəli, söhbət
məndən gedir). Bu yanaşma mənə məxsusdur. Kimsə bumuna toxunursa,
bunu aldatmaya cəhd kimi qiymətləndirməyə tələsməyin. Yalan danışan-
lardan əlavə, bunu stressi yüngülləşdirmək məqsədilə etməyə vərdiş etmiş
yüzlərlə insana rast gələcəksiniz.
(12) Sakitləşdiricilər çox şey deyir. Sakitləşdirici davranışlar qarşımızdakı
adamın stresli olduğunu müəyyənləşdirməyimizə kömək etməklə qalmır,
həmçinin əlavə konsentrasiya və araşdırma tələb edən məsələləri üzə
çıxarmaqda da bizə dəstək verir. Təsirli şəkildə sorğuya çəkmə vasitəsilə
istənilən fərdlərarası əlaqədə qarşımızdakı insanın həqiqi duyğu və
niyyətlərini daha yaxşı anlamaq üçün haqqmda danışdığımız
sakitləşdiriciləri aşkar və təyin edə bilərik.

YALANIN ÜZƏ ÇIXARILMASINDA İKİ ƏSAS


DAVRANIŞ QƏLİBİ

Bizi mümkün aldanma barədə xəbərdar edən bədən siqnallarına gəldikdə,


vurğulama və sinxroniyanın daxil olduğu qeyri- verbal davranış qəliblərinə
diqqət yetirməlisiniz.
Sinxroniya

Bu fəslin əvvəlində fərdlərarası ünsiyyətdə komfortu müəy- yənetmə


vasitəsi kimi sinxroniyanın əhəmiyyətindən söz açmışdım. Sinxroniya
yalanın ifşasında da kifayət qədər böyük əhəmiyyətə malikdir. Verbal və
qeyri-verbal olaraq deyilənlər arasında, söhbət gedən anın təfərrüatları və
subyektin nə söylədiyi arasında, hadisələr və emosiyalar arasında, hətta
zaman və məkan arasında sinxroniya axtarın.
Sorğuya çəkilərkən bir nəfər təsdiqedici cavab verəndə dediklərini
dəstəkləyən uyğun baş hərəkətlərini də paralel şəkildə göstərməlidir.
Sinxroniya çatışmazlığına qarşımızdakı şəxs “Bunu mən etməmişəm”
deməsinə rəğmən başını təsdiq edirmiş kimi yırğalayanda rast gəlinir.
Eynilə asinxroniya da birindən “Yalan danışmırsan ki?” deyə soruşduqda
“Yox” cavabı verərkən yüngülcə başını tərpətdikdə nümayiş olunur.
Etdikləri xətanın fərqinə varan adamlar vəziyyəti nəzarət altına almaq üçün
baş hərəkətlərində “düzəliş” edəcəklər. Asinxronik davranış qurma və
qəribə görünür. “Bunu edən mən deyiləm” kimi aldatma məqsədli cavabm
ardınca gecikmiş və daha az empatik olan baş hərəkəti özünü göstərəcəkdir.
Bu davranışlar sinxronik deyil, odur ki əmələ gəlməsində diskomfort
nümayiş etdirdiyi üçün böyük ehtimalla aldatmaya bərabər olurlar.
Deyilən sözlə həmin an baş verən hadisələr arasında da uyğunluq
olmalıdır. Misal üçün, körpələrinin oğurlandığı zaman valideynlərin
emosiyaları ilə iddiaları (oğurluq) arasında ahəng olmalıdır. Təlaşlı ana və
ata hüquq-mühafizə orqanlarından vardım almaq üçün hər bir incə təfərrüatı
vurğulamah, ümidsizlik hissi keçirməli, kömək üçün dəridən-qabıqdan
çıxmalı, hadisəni təkrar-təkrar danışmağa ərinməməli, qışqır-bağır salmalı,
hətta fərdi riskə belə hazır olmalıdırlar. Bu cür iddialar uyğun emosional
təzahürlər etməyən, daha çox hadisənin xüsusi bir nöqtəsi barədə narahat
olan, yaxud öz rifahlan və necə qəbul ediləcəkləri barədə narahatlıq hissi
keçirən individuallar tərəfindən edildikdə sinxroniyadan uzaq və
dürüstlüklə əlaqəsi olmayan davranış təsiri bağışlayır.
Son olaraq hadisələr, məkan və zaman arasında uyum olmalıdır.
Dostunun, həyat yoldaşının və ya uşağımn batması kimi vacib bir hadisəni
nəql edərkən qeyri-verbal baxımdan yubanan, yaxud hadisəni danışmaq
üçün başqa bir səlahiyyətli orqana üz tutan şəxs haqlı olaraq şübhə altına
alınmalıdır. Bundan başqa, danışılan hadisənin iddiaçının olduğu yerdən
müşahidə edilməsi qeyri-mümkündürsə, uyğunsuzluq var və şübhə etməkdə
haqsız deyilsiniz. Yalan danışan adamlar sinxroniyaya diqqət etmirlər, ona
görə də danışdığı əhvalatlar və davranışları sonda onlart yan yolda qoyur.
Sinxroniyaya nail olmaq komfortun bir formasıdır və əgər müşahidə
edilirsə, polis dindirmələrində və cinayətin nəql edilməsində böyük rol
oynaya bilir. Sinxroniya eyni zamanda yalanın olub-olmadığının təyin
edilməsinin vacib olduğu ciddi məsələlər barəsində uğurlu və mənalı
dialoqun təşkil edilməsinə də kömək edə bilər.
Vurğulama
Danışarkən qaşlar, baş, əllər, qollar, gövdə, qıçlar və ayaqlar kimi
bədənimizin müxtəlif hissələrindən dərin və emosinal olaraq hiss etdiyimiz
hansısa bir nöqtəni təbii olaraq vurğulamaq Üçün istifadə edirik. Vurğunu
müşahidə etmək vacibdir, çünki həqiqəti söyləyərkən vurğulama
beynəlmiləl hal alır. Vurğulama limbik beynin ünsiyyətə bir nişanəsi,
başqalarına qüvvətli şəkildə nə hiss etdiyinizi bilmələrinə icazə verməyin
bir yoludur. Əksinə, limbik beyin dediyimizi dəstəkləməyəndə ya az, ya da
heç vurğulamınq. Çox vaxt mənim və başqalarının müşahidəsinə görə
yalançılar vurğudan istifadə etmirlər (Knapp&Hall, 2002,320; Lieberman,
1998, 37). Yalançılar şüurlu beyinlərindən nə deyəcəklərinə qərar verməsi
və necə aldatmaq üçün istifadə edirlər, lakin nadir hallarda yalanın təqdimatı
barədə fikirləşirlər. Yalan danışmaq məcburiyyətində qalan əksər insanlar
gündəlik danışıqlarına nə qədər vurğu daxil etdiklərindən xəbərdar deyillər.
Yalançılar cavab uydurmağa səy göstərərkən onlann vurğulamalan qeyri-
təbii və gecikmiş görünür; nadirən münasib yerdə nəyisə vurğulayır və
yaxud nisbətən vacib olmayan məsələlərdə buna üstünlük verirlər.
Verbal və qeyri-verbal olaraq nəyisə vurğulaya bilirik. Verbal olaraq
səsimiz, səs yüksəkliyimiz, səs tonumuz və ya təkrar vasitəsilə vurğulaymq.
Qeyri-verbal olaraq da vurğuya müraciət edirik və bu davranışlar hansısa
dialoq və ya müsahibədə həqiqəti və yalanı müəyyən etməyə çalışarkən
hətta sözlərdən də dəqiq və faydalı ola bilər. Adətən, danışanda əllərindən
istifadə edən insanlar fikirlərini əl jestləri ilə tamamlayırlar və hətta daha
irəli gedərək barmaqlarını masaya vurmaqla hansısa bir nöqtəni vurğulaya
bilərlər. Başqaları üçün vurğulama vasitəsi barmaqlarını yellətmək və yaxud
əşyalara toxunmaq ola bilər. Əl davranışları dürüst nitq və düşüncələrdən,
həqiqi duyğulardan xəbər verir (Knapp&Hall, 2002, 277-284). Qaşlarımızı
qaldırmaq və gözlərimizi bərəltmək də nəyisə vurğulamağın yoludur
(Morris, 1985,61; Knapp&Hall, 2002, 68).
Vurğunun digər bir təzahürü kimsə maraq əlaməti olaraq önə doğru
əyilərkən müşahidə olunur. Barmaq uclarımızın üstündə qalxmaq kimi
qravitasiyaya qarşı gələn jestlər emosional olaraq vacib bir nöqtəni diqqətə
çatdırmaq istəyərkən tətbiq edilir. Oturaq vəziyyətdə insanlar vacib hissələri
vurğulamaq üçün dizlərini qaldırırlar; vurğunun ©lav© edilməsi emosional
coşqun» luq kimi başa düşülən dizə şapalaq vurma ilə də göstərilə bilər.
Qravitasiyaya müqavimət göstərən jest ler yalançıların nadir hal» larda
nümayiş etdirdiyi vurğulatnanın vo həqiqi duyğuların sim» voludur,
Əksinə, insanlar əllərinin arxasında gizlənərək (əlləri ilə ağız» larim
qapamış şəkildə), yaxud məhdud üz ifhdolərinə əl ataraq vurğulamadan yan
keçir vo söylədiklərinin arxasında durma» dıqlarını boyan etmiş olurlar,
Dürüst davranmayan insanla» rın üz iihdəlorini idarə etmələrindən əlavə,
bədən hərəkətlərini məhdudlaşdırma vo geri çəkilməyə istiqamətlənən
hərəkətlər nümayiş etdirməsi do mümkündür (Knapp&Hall, 2002, 320;
Lieberman, 1998, 37), Aldadıcı davranışlar sərgiləyən fhrdlər, adətən,
fikirli, arnnıa tədbirli olurlar; barmaqlarla çənəni, ya da yanaqları
sığallamaq kimi (sanki hələ də nə dəyəcəklərini götür-qoy edirlər: bu
hansısa bir sözü və ya fikri vurğulamaq niyyətində olan İnsanlara tamamilə
ziddir, Yalançılar nə deyəcəklərini və bu dediklərinin necə qarşılanacağım
uzun-uzadt fikirləşirlər ki, bu da dürüst davranışla üst-üstə düşmür.

YALANI ÜZƏ ÇIXARMAQ ÜÇÜN İSTİFADƏ EDƏ


BİLƏCƏYİNİZ XÜSUSİ DAVRANIŞLAR

Aşağıda potensial yalanı təyin etmək üçün vurğulamadan bir vasitə kimi
Islllhdəedərkən diqqət etməli olduğunuz qaydalar var.
Əl davranişlarındakı vurğulama çatışmazlığı
Alderl Vrij və digərlərinin yazdığı kimi; qol hərəkətlərinin və vurğulamanın
əskikliyi yalan əlamətidir, Problem ondadır ki, bunu ölçmənin heç bir yolu
yoxdur (İllah da ictimai və ya sosial mühitdə). Hər halda, bu baş verərkən
(Kontekstə uyğun olaraq) diqqətli olun, ələlxüsus da həmin əskiklik xüsusi
bir məsələyə toxunularkən meydana çıxırsa (Vrij, 2003, 25-27).
Hərəkətlərimizdəki istənilən qəfil dəyişiklik beyin fəaliyyətini əks etdirir.
Qollar hərəkətli haldan süst görünüşə keçirsə, bunun bir səbəbi olmalıdır
(bikeflik və ya yalan kimi).
Özümün müsahibə yürütmə təcrübələrimdə yalançıların daha az qüllə
yaratma davranışı sərgilədiyinin şahidi olmuşam. Həmçinin stulun
qolluğundan “ejektor oturacağı”nda imiş kimi bərk-bərk yapışan fərdin
yumruq sıxarkən üzə çıxan “soyuq silah” hissəsinin ağlığına da diqqət
edirəm. Təəssüf ki, bu narahat şəxs üçün müzakirədən yayınmaq, adətən,
qeyri-mümkün olur. Bir çox cinayət tədqiqatçıları ortaya çıxarıb ki, baş,
boyun, qollar və qıçlar cüzi hərəkətdədirsə, əl və qollar stulun qolluğuna
sərilibsə, bu davranış yalan danışmağa yaxın olan kəslərə çox uyğun gəlir,
fəqət bir daha qeyd edək ki, bu bir hökm deyil (Schafer&Navarro, 2003, 66)
(bax: şək. 88).

Ejektor oturacağında otururmuş kimi oturacaqda uzun müddət donmuş


vəziyyətdə qalmaq yüksək komfort
və stressin sübutudur.

Maraqlıdır ki, insanlar saxta bəyanedici nitq əxz edərkən, sadəcə, şəxslərə
deyil, platforma və ya masa kimi əşyalara toxunmaqdan da çəkinirlər. Nə
vaxtsa yalan danışan birinin yumruğunu masaya vuraraq əmin şəkildə
“Bunu mən etməmişəm!” deməyini nə eşitmişəm, nə də görmüşəm. Adətən,
müşahidə etdiyim çox zəif və empatiyadan uzaq nitqlər və bir o qədər də
süst olan jestlər olub. Yalançılar söylədiklərində inamsız, fəaliyyətlərində
isə süst olurlar. Baxmayaraq ki, onların düşünən beyinləri (ne- okorteks)
nəsə deməyə qərar verəcək, duyğusal beyinləri (lim* bik sistem - beyinin ən
dürüst hissəsi), sadəcə olaraq, bu hiyləyə uymayacaq və beləcə, qeyri-verbal
davranışlardan (məsələn, jestlərdən) istifadə etməklə əxz etdikləri nitqi
vurğulamaqdan imtina edəcəkdir. Limbik mənşəli duyğulan ört-basdır
etmək çox çətindir. Sevmədiyiniz birinə ürəkdən gülümsəməyə cəhd edin;
bunu həyata keçirmək olduqca çətindir. Saxta və səmimi gülüşdə olduğu
kimi, saxta nitqlər də zəif və ya passiv qeyri-verbal kommunikasiyalar ilə
müşayiət olunur.

Dua etmə duruşu

Bir şəxsin yanaçılmış qollarını qarşısında tutaraq ovuclarını səma


istiqamətində açması dua etm9 nümayişi kimi tanmır (bax; şək. 89).
Allahdan mərhəmət diləyən insanlar dua edərkən ovuclarını səmaya doğru
açırlar. Oxşar olaraq əsir düşən əsgər onu əsir götürənlərə yaxınlaşarkən
ovuclarını gözlə görünəcək şəkildə yuxarıda tuturlar. Bu davranış sizi
inandırmağa çalışan təni nəsə deyən zaman da müşahidə edilir. Mübahisə
zamanı danışdığınız şəxsə diqqətlə nəzər salın. O, bəyanedici nitq
söyləyərkən ovuclarının yuxarıya, ya aşağıya doğru durduğuna fikir verin,
İdeyaların müzakirə edildiyi və tərəflərdən heç birinin qabarıq şəkildə
hansısa xüsusi bir amili vurğulamadığı adi söhbət zamanı ovuclar həm
yuxan, həm də aşağıya doğru dayana bilir.

Dua etmə duruşu qarşımızdakı fərdin ona inanmaq


və ya qəbul etmək istəməyindən xəbər verir.
Bu, dominant yox, inamlı davranışdır.
Digər tərəfdən, bir adam emosional və qətiyyətli bəyanat verərkən
(“Mənə inanmalısınız! Onu mən öldürməmişəm") ovucları yerə
''baxmalıdır” (bax: şək, 90). Əgər ovuclar yuxarı doğru saxlanarkən
sözügedən individual bizi inandırmağa çalışarsa, şəxsən bu cür nitqi şübhəli
sayacağam. Bu, qəti bir iddia olmasa da, ovuc səmaya istiqamətlənibsə,
şübhə etməyə haqqım var, Ovucun səmaya baxdığı duruş elə də təsdiqləyici
deyil və qarşımızdakı adamın ona İnanmağımızı rica etməsinə dəlalət edir.
Dürüst insan inandırmağa çalışmamalıdır; sözlərini desinlər, onsuz da hər
kəs inanacaq.

Ovucların sşeğı olduğu nitq yuxarı olduğundan


daha empatlk və inandırıcı teslr bağışlayır.

Özümüzdən oınin və rııhnt oltırkən daha çox ərazini zəbt edirik. Daha
güvənsiz olduğumuz zaman tutduğumuz ərazi də balacalaşır, Kefi olmayan
individuallar fövqəladə hallarda əllərini və ayaqlarını toplayaraq, demək
olar ki, rüşeym formasına düşürlər. Narahatedici dialoqlar və soruşulamalar
müxtəlif geriçəkilmə davranışlarına səbəb ola bilər; krendel kimi bir-birinə
keçən qollar və üst-üstə minən topuqlar müşahidəçiyə bəzi hallarda əzab
verir, Daha çox yalan əlaməti olan bədən duruşundakı dramatik
dəyişikliklərə fikir verin (xüsusən bu dəyişikliklər mövzudakı müəyyən
dəyişikliklə paralel şəkildə baş verərsə).
İnandığımız, yaxud dediyimiz şeylərdən əmin olduqda çiyinlərimizi
qaldırıb kürəklərimizi geniş tutaraq təhlükəsizlik əlaməti olan şaquli duruş
nümayiş etdirməklə ayaq üstə durmağımız mümkündür. İnsanlar yalan
danışarkən instinktiv olaraq sanki deyilənlərdən gizlənirmiş kimi (hətta
həmin sözü özləri demiş olsalar belə) masanın altına sürüşə bilərlər.
Güvənsiz və yaxud özlərindən, düşüncə və inanclarından əmin olmayan
adamlar sözügedən hərəkəti çox vaxt öz duruşlarında əks etdirirlər (adətən,
yavaşca aşağı çökməklə, bəzən kəskin şəkildə əllərini aşağı salmaqla və
çiyinlərini çəkməklə). Həmsöhbətiniz narahatdır və bu narahatlığı
gizlətməyə çalışırsa, bu “tısbağa effekti” ağlınızın bir küncündə olsun. Bu,
tamamilə güvənsizlik və diskomfort göstəricisidir.

Çiynini çəkmək

Baxmayaraq ki, hər birimiz nədənsə əmin olmadıqda çiyinlərimizi


çəkirik, yalançılar özlərindən əmin olmayanda çiyin çəkmənin dəyişikliyə
uğramış variantından istifadə edirlər. İxtisar və təhrif olunmuş çiyin
çəkmələr yalançı və qeyri-təbiidir, çünki bunu sərgiləyən şəxs izahına
köklənmir. Əgər çiyinlərdən biri çəkilirsə, yaxud çiyinlərdən biri qulağa
qədər gəlib çatır və icraçının başı yoxa çıxmış kimi görünürsə, bu,
diskomfort əlamətidir və adətən, hər hansı suala yalandan cavab verməyə
hazırlaşan fərdlərdə müşahidə edilir.

YEKUNLAŞDIRICI QEYDLƏR

Bu fəslin əvvəlində söylədiyim kimi: son iyirmi ildə təşkil olunan


təhqiqatların nəticələri qaçılmazdır. Thmamilə aldatma əlaməti olan heç bir
qeyri-verbal ünsiyyət əlaməti yoxdur (Ekman, 1991,98; Ford, 1996,207).
Həm dostum, həm də tohqiqatçı olan Dr. Mark G.Frankm mənə dəfələrlə
söylədiyi kimi: “Co, çox təəssüf ki, yalanın aşkar olunmasında “Pinokkio
effekti” yoxdur" (Frank, 2006). Bu fikirlə qeyd-şərtsiz razılaşmalıyam.
Odur ki həqiqi faktı uydurmadan ayırd etmək üçün yeganə realistik yanaşma
bizi yönləndirən güvənli davranışları: komfort, diskomfort, sinxroniya və
vurğulamanı müşahidə etməkdir. Onlann bir bələdçi və paradiqmadan heç
bir fərqi yoxdur.
Rahat olmayan, vurğulamayan və hərəkətləri sinxroniya- dan uzaq olan
şəxs ən yaxşı halda ünsiyyət qura, ən pis halda isə ifşa oluna bilər.
Diskomfort törədicisi bir sıra amillər ola bilər (müzakirə iştirakçıları
arasında antipatiya, dialoqun təşkil edildiyi mühit və ya dindirmə
prosesindəki gərginlik), Təbii ki, bu həm də günahkarlıq hissinin, suçluluq
psixologiyasının, məlumatı gizlətməyin, ya da ağ yalanın üstünün
açılmamasına səy göstərmənin nəticəsi ola bilər, Ehtimallar çox olsa belə,
artıq başqalarını daha yaxşı sorğuya çəkməyi bilir, diskomfort əlamətlərini
tanıyırsınız və davranışların kontekstə uyğun olaraq tətbiq edilməsinə vaqi
İkiniz, Ən azından başlanğıc nöqtəsi barədə məlumatlısınız. Yalnızea
sonrakı dindirmə, müşahidə və uyğunlaşdırma mülahizələrimizi təsdiq edə
bilər, İnsanların bizə yalan söyləməsinin qarşısını heç vaxt ala
bilməyəcəyik, amma ən azından başqaları bizi aldatmağa çalışarkən biz onu
qabaqlaya bilərik,
Son olaraq bir daha xatırladım ki, məhdud lıılbrmasiya və ya bircə
müşahidəyə əsaslanaraq kiminsə yalan danışdığını təyin etməyə tələsməyin,
Bir çox uğurlu münasibətlər tələskənlik ucbatından dağılıb, Yadda saxlayın
ki, yalam müəyyənləşdirərkən hətta ən yaxşı ekspertlər (o cümlədən mən)
belə səhv edə bilərlər, yalam təyinetmə şansımız əlli-əlliyədir, I lətta ən
aydın ifadə belə yüz faiz əmin olmağımız üçün yetərli deyil.
DOQQUZ

SON SÖZLƏR

Bu yaxınlarda dostlarımdan biri bu kitaba Uyğun olan bir hekayə danışdı


və yeri gəlmişkən, nə vaxtsa Koral Qeybls, Floridada ünvan axtarmağa cəhd
etsəniz, həmin bu əhvalat sizin üçün çox faydalı ola bilər. Dostum qızım
Tampadakı evlərindən bir neçə saatlıq məsafədə olan bir fotostudiyaya
aparırmış. Əvvəllər heç vaxt Koral Qeyblsda olmadığı üçün ən yaxşı
marşrut xəttini tapmaq üçün xəritələrdən istifadə edib. Qəsəbəyə çataraq
küçə nişanlarım axtarana qədər hər şey yolunda imiş. Məsələ burasındadır
ki, nə qədər çalışsa da, küçədə bir dənə belə nişana rast gəlməyib (iyirmi
dəqiqə o baş-bu başa maşın sürməsinə rəğmən). Sonda ümidsiz şəkildə bir
benzindol- durma məntəqəsində dayanıb və işçidən küçələri necə ayırd edə
bildiklərini soruşub. Həmsöhbəti dostumun bu sualına təəccüb etmədən:
“Bunu soruşan birinci adam deyilsiniz”, - deyərək şəfqətlə başını yırğalayıb.
“Yol qovşağma çatanda aşağı baxmalısınız, yuxan yox. Küçə adlannın
səkinin kənanna rəngli şəkildə yazılmış olduğunu görəcəksiniz”. Dostum
işçinin dediklərinə əməl edib və bir dəqiqəyə ünvanı tapıb.
Elə bu kitab da nişanlar haqqındadır. İnsan davranışı barədə söz açarkən
iki əsas nişanı ayınnq: verbal və qeyri-verbal. Verbal nişanları tapmaq və
müəyyən etmək hər birimizə öyrədilib. Analogiyaya müraciət etsək, onlar
dayaqlara vurulub və biz tanımadığımız şəhərin küçələri ilə hərəkət edərkən
aydın şəkildə görünür. Digər tərəfdən, qeyri-verbal nişanlar da mövcuddur.
Bu nişanlar hər zaman mövcud olub, amma onları təyin etməyi heç vaxt
öyrənməmişik, çünki yerdən altı qarış havada yerləşən bu nişanları
axtarmaq və mənalandırmağı bizə heç kim başa salmayıb. Maraqlısı budur
ki, bir dəfə qeyri-verbal davranışları təyin etməyi və oxumağı öyrənsək,
reaksiyalarımız dostumun sonda nümayiş etdirdiklərinin eynisi olacaqdır.
“Bir dəfə nəyi və harada axtaracağımı bildikdən sonra nişanlar çox aydın
görünürdü. Ünvanı tapmaqda, zərrə qədər də çətinlik çəkmədim”.
Ümid edirəm ki, qeyri-verbal ünsiyyəti anladıqdan sonra ətrafmızdakı
aləmi daha dərin və mənalı formada qavrayacaqsınız - insan təcrübəsini
zəngin bir şəkildə əhatə edən iki dili də - səsli və səssiz nitqi eşidə və görə
biləcəksiniz. Bu, izlənməyə dəyər məqsəddir və əziyyət çəksəniz ona
müvəffəq olacaqsınız. Hal-hazırda qüvvətli bir şeyə sahibsiniz. Həyatınızın
geri qalan hissəsində fərdlərarası əlaqələri zənginləşdirəcək biliyə
maliksiniz. Hər bir bədənin nə söylədiyini bilməyinizdən zövq alın; mən bu
kitabı elə həmin məqsədlə də qələmə almışam.

Co Navarro
Tampa, Florida
ABŞ

You might also like