Download as doc, pdf, or txt
Download as doc, pdf, or txt
You are on page 1of 8

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ


FİLOLOGİYA FAKÜLTƏSİ

TƏSDİQ EDİRƏM

___________ akad. N.Q.Cəfərov

“15” fevral 2023-cü il

QƏDİM GERMAN DİLLƏRİ fənninin

SİLLABUSU

Fakültə: Filologiya İxtisasın 050205 - Filologiya


şifri və adı: (alman dili və
ədəbiyyatı), 050205 -
Filologiya (ingilis dili və
ədəbiyyatı)
Kafedra: Ümumi dilçilik Fənnin adı: Qədim german dilləri
Fənn Cavanşir Xankişi oğlu Muradov Qrup: Fl-164, Fl-166
müəllimi:
Elmi Filologiya üzrə fəlsəfə doktoru İxtisasın Bakalavriat
dərəcəsi: səviyyəsi:
Elmi adı: Dosent Fənnin 3 kredit;
krediti və 30 s. – 15 s.mühazirə,
saatı: 15 s. məşğələ
E-mail: cavanshirmuradov@bsu.edu.az Fənnin Nəzəri – mühazirə və
növü: məşğələ
Əlaqə 070-372-47-15 Prerekvizit Dilçiliyə giriş
telefonu: fənn:
Linkedin Təhsilalma Əyani
profili: forması:
Kafedranın http://philology.bsu.edu.az/az/ Tədris dili: Azərbaycan
saytı: content/
mum_dlclk_kafedrasi_346
Kafedranın umumidilcilik@bsu.edu.az Tədris ili 2022-2023-cü tədris ili
rəsmi (semestr): II semestr
e-mail:

Fənnin təsviri:
Qədim german dilləri fənni qədim german dillərinin öyrənilməsinə həsr olunan kursdur.
Bu kursda german dillərinin hind-Avropa dil ailəsindəki yeri və german dillərinin
formalaşması tarixi, gədim german tayfalarının dilləri, onların fonetik, leksik-semantik,
morfoloji və sintaktik strukturu öyrənilir.

Fənnin məqsədi:
Qədim german dilləri haqqında tələbələrdə linqvistik bilikləri formalaşdırmaq, onlara
german dillərinin özünəməxsusluğu haqqında məlumat vermək, bu dillərdə baş verən
tarixi prosesləri izləməkdir.

Fənnin təlim nəticələri:


Fənnin tədrisi prosesində bakalavrlar
bilməlidirlər:
- Qədim german tayfaları və onların yerləşməsini;
- Qədim german dillərinin tarixini;
- Qədim german dillərinin quruluşunu;
- Qədim german dillərinin abidələrini;
- Qədim german dillərinin digər dillərlə – yunan, kelt, latın dilləri ilə əlaqələrini.
Bacarmalıdılar:
- Qədim german dillərinin mənşəyi və inkişafını izah etməyi;
- Qədim germanların mədəniyyəti, dini, həyat tərzini müəyyənləşdirməyi;
- Dünya dillərinin təsnifatında qədim german dillərinin yerini və müasir german dillərinin
formalaşdırılmasında qədim german dillərinin rolunu müəyyənlərdirməyi.
Yiyələnməlidir:
Qədim german dillərini müxtəlif dilçilik metodları ilə araşdırmağı.

Tədris və öyrənmə metodları:


Mühazirə:
Mövzular üzrə müvafiq materiallar hazırlanaraq auditoriyada müzakirə xarakterində
tətbiq olunur. Bu metod birbaşa müəllimin nəzarəti altında həyata keçirilir.
Mövzü üzrə tapşırıqlar:
Bu metod üzrə tələbələrə dərs vaxtı öncədən müəllim tərəfindən hazırlanmış mövzular
üzrə uyğun tapşırıqlar təqdim olunur. Tapşırığı həll etmək üçün tələbələrə ümumilikdə
30 dəqiqə olmaqla vaxt ayrılır. Sonra cavablar dərs əsasında müzakirə olunur. Bu
metod tələbələrdə kritik düşünmə bacarıqlarını formalaşdırır.
Təqdimatlar:
Tələbələr öncədən müəyyən olunmuş mühazirə mövzularına uyğun olaraq təqdimatlar
hazırlayır. Bu təqdimatlar tələbələrdə təqdimat bacarıqlarının inkişafı üçün önəmli
metodlardan biridir. Bu metod həmçinin tələbələrdə fərdi bacarıqların formalaşmasına
kömək edir.
Debatlar:
Bu metod vasitəsi ilə tələbələrda komanda ruhu formalaşır, məsələlərə daha kritik
yanaşmanı inkişaf etdirir, əks arqumentlər vasitəsi ilə bütün mövzular arasında əlaqə
qurulur.
Tövsiyə olunan əsas və əlavə ədəbiyyat:
Əsas ədəbiyyat:
1. Yadigar F. German dilçiliyinə giriş. Bakı: 2001. 292 s.
2. Əliyeva N. German filologiyasına giriş. Bakı: 2009. 108 s.
Əlavə ədəbiyyat:
1. Соловьева Л.Н. Введение в германскую филологию. М., 1980. 120 с.
Tövsiyə olunan mövzu ilə bağlı elektron resurslar, məqalələr (xarici və yerli):
1. https://www.kitabyurdu.org/kitab/derslik/1507-german-dilciliyine-giris.html
2. http://vved-v-germ-phil.cvsw.ru/1.html
3. https://www.klex.ru/x60

Fənnin təqvim planı


№ Mövzunun adı və qısa icmalı Mühazirə Məşğələ Saat Tarix
1 Mövzu № 1. Qədim germanlar Mühazirə 2 28.02.23
haqqında ilk məlumatlar. Məşğələ 2 16.02.23
Qədim germanların adət- Məşğələ 2 21.02.23
ənənələri və inancları.
Qısa icmalı: Qədim yunan və
Roma mənbələri qədim
germanlar haqqında. Qədim
germanların yaşadıqları ərazilər.
Qədim germanların digər xalq və
tayfalarla münasibətləri. Yuli
Sezarın “Qall müharibəsi
haqqında qeydlər” əsərində
qədim germanların ictimai
quruluşu, təsərrüfat həyatı və
məişətinin təsviri. Sezar qədim
germanların hərb sənəti
haqqında. Korneli Tasitin
“Germaniya” əsəri germanların
həyat tərzi, adət-ənənələri,
inancları haqqında. Yazılı
abidələrdə adət-ənənələr və
inanclar haqqında məlumatlar.
Mərasimlər və ayinlər. Mərasim
nəğmələri, ovsunlar, tapmacalar,
rəvayətlər, əmək nəğmələri.
“Merzerburq ovsunları” yazılı
abidəsi. Əsatirlərdə Allahların
təsviri.
Oxu materialları: 1. Yadigar F.
German dilçiliyinə giriş. Bakı:
2001. S.7-33. 2. Əliyeva N.
German filologiyasına giriş. Bakı:
2009. S.21-32.
2 Mövzu № 2. Ulu german dili Mühazirə 2 14.03.23
haqqında. Qədim german Məşğələ 2 02.03.23
tayfaları və onların dilləri. Məşğələ 2 07.03.23
Qısa icmalı: Böyük Plininin
german tayfaları haqqında
bölgüsü. 6 qrup german tayfaları.
Vindillər, inqveonlar, istveonlar,
pevkinlər, germinonlar,
gillevionlar. Şərqi, şimali, qərbi
german dilləri.
Oxu materialları: 1. Yadigar F.
German dilçiliyinə giriş. Bakı:
2001. S.65-70. 2. Əliyeva N.
German filologiyasına giriş. Bakı:
2009. 34-35.
3 Mövzu № 3. Qədim german Mühazirə 2 28.03.23
dillərində vurğu və fonemlər Məşğələ 2 16.03.23
sistemi. Məşğələ 2 21.03.23
Qısa icmalı: Vurğunun xarakteri.
Dinamik vurğu. Önşəkilçili fellərdə
və adlarda vurğunun yeri. Qısa
və uzun sait fonemlər. Ablautun
tərifi. Keyfiyyət və kəmiyyət
ablautu. Ablaut söz yaradıcılığı və
söz dəyişmədə istifadə edilən
saitlərin spontan əvəzlənməsidir.
Keyfiyyət ablautu səsin
keyfiyyətinin tam dəyişməsini
nəzərdə tutur. Umlautun tərifi.
Y.Qrimm umlaut haqqında. i/j
umlautu. Umlaut assimilyativ
dəyişikliklərin bir növü kimi. Ən
geniş yayılmış növü – sonrakı i
saitinin təsiri ilə kökdəki saitin
umlautudur. Hind-Avropa və
qədim german dillərinin cingiltili
samitlərinin müqayisəsi. Hind-
Avropa dilində p, t, k və onun
qədim german dillərində əksi.
Samitlərin ilkin irəliləməsi
qanunu. Verner qanunu.
Oxu materialları: 1. Yadigar F.
German dilçiliyinə giriş. Bakı:
2001. S.67-71. 2. Əliyeva N.
German filologiyasına giriş. Bakı:
2009. S.50-57.
4 Mövzu № 4. Qədim german Mühazirə 2 11.04.23
dillərinin morfoloji quruluşu. Məşğələ 2 30.03.23
Nitq hissələri. Məşğələ 2 04.04.23
Qısa icmalı: Ümumi hind-Avropa
dili. Onun üçünsürlü morfoloji
quruluşu. İsim və sifətlərin
morfoloji strukturu. İki morfemli
struktura keçid. Sözün
quruluşunun yenidən qurulması.
Qədim german dillərində hal
sistemi. İsmin cins, kəmiyyət və
hal kateqoriyaları. Hal
kateqoriyası ilə kəmiyyət
kateqoriyasının göstəriciləri
arasında eynilik. Sifətlərin iki tip
hallanması: güclü və zəif.
“Əvəzlik” hallanma. Sifətin
müqayisə dərəcələri. Qüvvətli və
zəif feillər. Praesens və
Prateritum zamanları. Felin üç
şəkli: xəbər, əmr və obtativ
(arzu). Aktiv və medium növləri.
Feil sistemində və sözdüzəltmədə
ablautun rolu. Feillərdə 6 sıra və
sinif.
Oxu materialları: 1. Yadigar F.
German dilçiliyinə giriş. Bakı:
2001. S. 71-103. 2. Əliyeva N.
German filologiyasına giriş. Bakı:
2009. S. 84-88.
5 Mövzu № 5. Şərqi german Mühazirə 2 25.04.23
dilləri. Qot dili. Məşğələ 2 13.04.23
Qısa icmalı: Qərbi və şərqi Məşğələ 2 18.04.23
qotlar. “İncil”in Vulfil tərəfindən
qot dilinə tərcüməsi. Qotların
əlifbası. Qot dilinin fonoloji
sistemi. Qot dilinin qrammatik
xüsusiyyətləri. İsim və sifət. Qot
dilində say.
Oxu materialları: 1. Yadigar F.
German dilçiliyinə giriş. Bakı:
2001. S.79-81. 2. Əliyeva N.
German filologiyasına giriş. Bakı:
2009. S. 57-60.
6 Mövzu № 6. Daç (Flamand, Mühazirə 2 09.05.23
Niderland, Holland) dili. Məşğələ 2 27.04.23
Qısa icmalı: Daç dili tarixən 3 Məşğələ 2 02.05.23
mərhələsi: 1) Qədim niderland-
fransız dövrü (VII-XI əsrlər); 2)
Orta dövr (XII-XVI əsrlər); 3) Yeni
dövr (XVII əsrdən sonra)
Oxu materialları: 1. Yadigar F.
German dilçiliyinə giriş. Bakı:
2001. S.126-131.
7 Mövzu № 7. Alman dilinin Mühazirə 2 23.05.23
tarixi. Məşğələ 2 11.05.23
Qısa icmalı: Qədim alman dili Məşğələ 2 16.05.23
dövrü (VIII-XI əsrlər). Qədim
alman dilinin fonetik və
qrammatik xüsusiyyətləri. Fonetik
xüsusiyyətlər: monoftonqlaşma,
diftonqlaşma. Umlaut hadisəsi.
İsim və sifət. Artikllərin
yaranması. Feil. Orta dövr alman
dili normasının yaranmasında
M.Lüterin rolu.
Oxu materialları: 1. Yadigar F.
German dilçiliyinə giriş. Bakı:
2001. S.95-103. 2. Əliyeva N.
German filologiyasına giriş. Bakı:
2009. S.72-76.
8 Mövzu № 8. İngilis dilinin tarixi. Mühazirə 1 30.05.23
Qısa icmalı: Anqlar, sakslar, Məşğələ 1 25.05.23
yutlar, saksonlar. Qeyri- Məşğələ 1 30.05.23
flektivlikdən flektivliyə doğru
inkişaf. Sintetizmdən analitizmə
keçid. Qədim ingilis dilinin
dövrləri. Qədim ingilis dilinin
fonetik və qrammatik
xüsusiyyətləri.
Oxu materialları: 1. Yadigar F.
German dilçiliyinə giriş. Bakı:
2001. S.82-87. 2. Əliyeva N.
German filologiyasına giriş. Bakı:
2009. 67-71.

Sərbəst işlərin mövzuları və təhvil vermə tarixləri (sərbəst iş bir mövzudan da ibarət ola
bilər, o halda ki, mövzu fənnin məzmununun 70%-ni əhatə etmiş olsun).

№ Mövzunun adı Təhvil verilmə


tarixi
1. Sezar və Tasit qədim germanlar haqqında
2. Böyük Plininin german tayfaları haqqında bölgüsü 27.02 – 30.03
3. Qədim german dillərində sait və samit fonemlər sistemi
4. Qədin german dillərində nitq hissələri
5. Ulu german dili haqqında
6. Qədin german dillərində qüvvətli və zəif feillər 03.04 – 28.04
7. Daç (Flamand, Niderland, Holland) dili
8. Qot dilinin qrammatik xüsusiyyətləri
9. Qədim alman dili dövrü (VIII-XI əsrlər) 01.05 – 25.05
10. Qədim ingilis dilinin fonetik və qrammatik xüsusiyyətləri

Qaydalar:
Mühazirə dərsin təşkilinə qoyulan tələb:
 Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə
çatdırılmalıdır (mühazirələrin elektron versiyaları tələbələrə verilməlidir);
 Fənnin mühazirəsinə aid sillabus tədris prosesinin başlamasının ilk 10 günündə
tələbələrə çatdırılmalıdır;
 Fənnə aid imtahan sualları tədris prosesinin ilk 10 günündə tələbələrə
çatdırılmalıdır;
 Yeni mövzu əyani vasitələrin (PPT və video fayllar) nümayişi ilə izah edilməlidir
(dərsin və mövzunun xüsusiyyəti nəzərə alınmalıdır).
Məşğələ dərsin təşkilinə qoyulan tələb:
 Aralıq və final imtahanlarına qədər tələbələrin mənimsəmə səviyyələri (Quiz)
yoxlanmalıdır.
 Seminar məşğələləri zamanı tələbələrin əvvəlki mövzunu mənimsəmələri şifahi
və yazılı sorğunun keçirilməsi ilə hər dərs qiymətləndirilməlidir.
 Semestrin sonunda isə ortaq qiymət çıxarılmalıdır (Fəallıq).
 Semestr ərzində fərdi işlərin yerinə yetirilməsi vacibdir, xüsusilə prezentasiya
şəklində. Prezentasiya vaxtı, sonunda müzakirə də daxil olmaqla 15-dəqiqədən
artıq olmamalıdır. Prezentasiyanın özü isə çap olunmuş variantda təhvil
verilməlidir.
Davamiyyət:
 Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən
dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə
dekanlığına təqdim etməlidirlər. 25%-dən artıq dərs buraxan tələbələr imtahana
buraxılmamalıdır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları:
 Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq,
tələbə ikinci dərs saatına buraxıla bilər.
Yoxlama işi (Quiz):
 Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində
iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.
İmtahanlar:
 Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün
məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
 Aralıq və yekun imtahanın sualları tələbələrə imtahandan öncə verilir. Aralıq
imtahanının sualları yekun imtahanında təkrarlanmır.
İmtahan qaydalarının pozuntuları:
 Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və
köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv
olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.
Tələbələrin davranış qaydaları:
 Dərs zamanı dərs prosesini və etik qaydaları pozmaq, həmçinin tələbələr
arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.

Komponentləri Tarix/son müddət

Semestr ərzində 3
Fərdi iş
Qiymətləndirmə dəfə
(hər bir ATM-in fənlərinin Semestr ərzində
Davamiyyət
spesifikliyi nəzərə alınmaqla hər dərs
həyata keçirilir) Aralıq imtahanı
Cədvəl üzrə
(kollokvium)
Final imtahanı Cədvəl üzrə
Yekun

Kollokviumlarda və imtahanda iştirak etməmək yalnız dekanlığın icazəsi ilə


mümkündür. Bu qaydaya riayət etməyən tələbə 0 (sıfır) balla qiymətləndirilir. İctimai
fəaliyyətlə əlaqədar kollokviumlardan və imtahanlardan yayınma hallarına yol verilmir.

Semestr ərzində qiymətləndirmə və bal bölgüsü:

Fənnin qiymətləndirilməsi çoxballı sistemə əsasən aparılır. Tələbənin müvəffəq olması


üçün semestr sonu imtahandan minimum 17 bal, toplam olaraq minimum 51 bal
toplamalıdır.
Semestr nəticəsinə görə qiymətləndirmə (imtahan və imtahana qədər toplanan ballar
əsasında):
91 – 100 bal əla A
81 – 90 bal çox yaxşı B
71 – 80 bal yaxşı C
61 – 70 bal kafi D
51 – 60 bal qənaətbəxş E
51 baldan aşağı qeyri-kafi F

Müəllim: _______________ Muradov Cavanşir Xankişi oğlu


Tarix: 15.02.2023-cü il

You might also like