Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 1

Hər bir natiq nitqini hazırlayarkən qarşısına məqsədlər qoyur.

Öz şəxsi
təcrübəsindən istifadə edib, nitqini maraq doğuran məsələlər üzərində qurmağa
çalışır. Nitqin qurulmasında kompozisiya da əsas amillərdən biri hesab olunur.
Natiq əvvəlcədən topladığı materialı ardıcıl şəkildə qruplaşdırır. Bunun əsasında
plan qurur. Plan ayrı-ayrı hissələrə bölünür:giriş, əsas və nəticə hissə.
Giriş hissə: giriş hissənin əsas vəzifəsi- mövzuya maraq oyadılması, auditoriya
ilə əlaqənin yaradılması və dinləyiciləri nitqi qavramağa hazırlamaqdır. Mövzuya
maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələr təsvir edilir və suallarla
yekunlaşdırılır. Auditoriyaya suallar veriməklə, müraciət etməklə və s. auditoriya
ilə əlaqə yaratmaq mümkündür. Əsas hissədə informasiya verilir, natiqin nəzər
nöqtəsi əsaslandırılır, auditoriyanı inandırmaq və dinləyiciləri konkret hərəkətlərə
yönəltmək lazımdır. Yekunda deyilənləri cəmləmək, nitqin mövzusuna marağı
artırmaq, söylənənlərin əhəmiyyətini bir daha qeyd etmək, qarşıya vəzifələr
qoymaq və bilavasitə hərəkətə çağırmaq lazımdır. Bunun üçün əsas problemlərin
(nəticələrin) qısa təkrarını vermək, deyilənlərin ümumiləşdirilməsi, perspektivlərin
göstərilməsi, illüstrasiya edilmiş sonluq və şüar vermək lazımdır.
Ekspromt (hazırlıqsız) çıxış etməyi öyrənmək üçün aşağıdakı çalışmaların tətbiq
edilməsi məqsədəuyğundur:
Mövzuların adlarını ayrı-ayrı kartoçkalara yazmaq, onları bir yerə toplamaq və
istənilən birini çıxarmaq, anışılası məsələnin əsas fikrini və bəndlərini ətraflı
düşünmək, yekunun necə olacağına qərar vermək, dinləyicilərə mövzu ilə bağlı
suallar vermək, çıxışın təhlili zamanı “Mövzudan kənara çıxılıbmı?”, “Nəticə
qüvvətli idimi?” kimi suallara cavab vermək lazımdır.

You might also like