Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 33

“FƏLSƏFƏ”

Tərtib etdi: f.e.d., professor


Ə. Kərimov
“Fəlsəfə” fənninin tədrisinə ayrılan saatların mövzular üzrə paylanması
s/s Mövzuların adları Cəm Müh Məşğ
Lab
1 2 2
Fəlsəfənin predmeti, cəmiyyətin mənəvi həyatında rolu
2 2 2
Antik dövr fəlsəfəsi
3 . 2 2
Qədim və orta əsrlərdə Azərbaycanda fəlsəfi fikir
4 2 2
İslam fəlsəfəsi
5 2 2
Azərbaycan maarifçilik fəlsəfəsi
6 6 4
Qərb fəlsəfəsi
7 2 2
Fəlsəfədə varlıq və materiya problemi

8 2 2
Fəlsəfədə və müasir təbiətşünaslıqda şüur problemi
9 3 2
Fəlsəfədə İdrak problemi
10 3 2
Elmi idrakin forma və metodları
11 2 2
Dialektikanın qanunları və kateqoriyaları
12 2 2
Təbiət fəlsəfi düşüncələrin obyekti kimi
13 2 2
Fəlsəfədə insan problemi
14 2 2
Mədəniyyət və sivilizasiya. İctimai şüur, onun strukturu və formaları
15
Azərbaycançılıq məfkurəsi və onun elmi-nəzəri əsasları
MÜHAZİRƏ 1

MÜHAZİRƏNİN MÖVZUSU:
Fəlsəfə, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri və jəmiyyətin həyatında
rolu
MÜHAZİRƏNİN MƏQSƏDİ – Fəlsəfənin pedmeti, funksiyaları, elmlər sistemində yeri və
cəmiyyətin mənəvi həyatında rolu barədə biliklərin əldə olunması
MÜHAZİRƏNİN PLANI:
1. Fəlsəfə dünyagörüşü, onun suturukturu və formaları.
2. Fəlsəfənin mənbələri: Mifologoya və din.
3. Fəlsəfənin predmeti və funksiyaları.
4. Fəlsəfə və digər elmlər
• Ədəbiyyat
• 1. F.Ramazanov və digər müəlliflər. Fəlsəfə fənni üzrə dərslik. Bakı,2001.
• 2. R.Ə.Mehdiyev. Fəlsəfə. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,2010.
• 3. S.S.Xəlilov. Fəlsəfə: tarix və müasirlik. Bakı,2006.
• 4. M.Fərhadoğlu. Fəlsəfənin əsasları. Bakı,2006.
• 5. H.R.İmanov. Fəlsəfənin əsasları. Bakı,2010.
• 6. M.Zeynalov. Fəlsəfə tarixi. Bakı,2000.
Dərsin Hədəfləri

Bu dərsi bitirdikdə

• Fəlsəfə sözünün mənası, tərifi, yaranma tarixi,

• Məzmununa daxil olan məsələlər,

• Dünyagörüş və onun strukturu,

• Fəlsəfənin funksiyaları ,

• Dünyagöruşunun tarixi tipləri,

• Fəlsəfənin qaynaqları olan mifoloqiya və din ,

• Fəlsəfənin yerinə yetirdiyi funksiyalar,

• Fəlsəfənin digər elmlərlə əlaqəsi haqqında biliklərə

yiyələnmiş olacaqsınız.

Müvəffəqiyyətlər diləyirik!..
1- Fəlsəfə və dünyagörüşü. Dünyagörüşün strukturu və formaları
1. Fəlsəfə ən qədim elm sahələrindən biridir. Əvvəllər o, “elmlər elmi” adlandırılmış , empirik
və nəzəri biliyin müxtəlif sahələrini ehtiva etmişdir. Mükəmməl dünyagörüşü, dünyanın dərk
etməyin xüsusi forması, varlığın ümumi prinsiplərinə dair baxışlar sistemi olan fəlsəfə, həm də
ən yaxşı nəzəri təfəkkür məktəbidir. Dünyanın mahiyyətini, həyatın mənasını, “görünənlərdə
görünməyənləri” məntiqi cəhətdən səmərli yolla anlamaq tələbatından doğan elm, təxminən iki
min beş yüz il bundan əvvəl Qədim Şərqdə-Misirdə, Babilistanda, Çində, Hindistanda təşəkkül
tapmış, e.ə. 7-6 –cı əsrlərdə Antik Yunanıstanda klassik forma kəsb etmişdir.
“Fəlsəfə nədir?”- sualı özlüyündə mürəkkəb və çoxmənalı olduğundan, hətta, görkəmli zəka
sahibləri əsrlər boyu ona birbaşa cavab verə bilməmişdir.
• İlk dəfə “fəlsəfə” sözünü yunan mütəfəkkiri Pifaqor işlətmiş və şan – şöhrət dalınca
qaçmayan, həqiqəti dərk etməyi özünə şərəfli peşə seçən dərin düşüncəli adamı
nəzərdə tuturdu. “Fəlsəfə” istilahının şərhi və onun Avropa mədəniyyətinə
möhkəmləndirilməsi Platonun adı ilə bağlıdır. O, fəlsəfəni tamın, ümuminin dərk
edilməsi kimi zənn etmişdir. Sokrat və onun şagirdləri isə fəlsəfəni həqiqətə məhəbbət
elmi kimi qiymətləndirmişlər.

• Bir çox yunan alimləri fəlsəfəni əqlin tələblərinə uyğun olaraq xoşbəxt yaşamağ
sənəti, xeyirxahlıq mücəssəməsi, qanunlar “ixtirası” hesab etmişlər. Aristotel fəlsəfəni
“başlanğıclar haqqında elm”, biliklərin unversal sistemi kimi səciyyələndirmişdir. İlk
dəfə olaraq o, mühüm fəlsəfi anlayışların və problemlərin sistemli nəzəri şərhini
vermişdir.“Fəlsəfə” etimaloji baxımdan yunanca “phileoc” – “sevirəm” , “sorhja” –
“hikmət” sözlərinin birləşməsindən əmələ gəlib, mənası “hikməti sevmək” deməkdir.
• Göründüyü kimi hikmət sözü fəlsəfənin mənasını anlamağın açarını verir.

Görkəmli Azərbaycan alimi və filasofu Nəsrəddin Tusi məhşur “Əxlaqi- Nasir”


əsərində hikmətin mənasını belə izah edir: “Mərifət sahibləri arasında hər seyi olduğu
kimi dərk etməyə , hər şeyi lazimi seviyyədə yerinə yetirməyə hikmət deyilir; bunun
nəticəsində insanın mənəviyyatı mümkün qədər təkminləşməli, arzu edilən səviyyəyə
yüksəlməlidir”.Hikmət sevən, onu bilən və təbliğ edən pirani şəxslər, adətən müdrik
adlandırılıblar. Fəlsəfənin təşəkkülü də elə bilavasitə müdrikliklə bağlıdır. Müdriklərin
zəkası tarix boyu həqiqəti və varlığın mənasını dərk etmək istəyənlərin yolunu
işıqlandırmışdir. Müdriklik qədim dünyanın ən şərəfli peşələrindən sayılıb. Antiq
Yunanıstanda natiqliyi, siyasəti, idarəciliyi, və s. kamil bilən, onları başqalarına
öyrədən müəllimlərə sofistlər deyilirdi. Sofistlərə görə hikməti sevmək, kamilliyə can
atmaq insan xislətinə daxilən xas olan əlamətdir.
Çində fəlsəfənin tarixi çox qədim olsa da, həmin istilahın özü burada 19-cu əsrdən geniş

yayılmağa başlamışdır. Yaxud “Avesta” da “filosof” yox, “müdrik adamlar” “müdrikliyə çatdıran”

sözlərinə daha çox rast gəlmək olar.

Ən qədim fəlsəfə tarixinin müəllifi Diogen Laertli “Məhşur filosofların həyatı, təlimləri və

deyimləri haqqında” əsərində İran mağlarının insan, cəmiyyət, ədalət, xeyirxahlıq haqqında fiirlərini

yunan filosoflarına böyük təsir göstərdiyini qeyd etmişdir. Deyilənlər belə bir nəticəyə gəlməyə

əsas verirki, fəlsəfənin mənbəyi indiyədək iddia edildiyi kimi Antik Yunanıstanla deyil, Qədim

Şərqlə bağlıdır. Ümumidünya tarixi prosesi idealizim mövqeyindən izah edən Hegel bildirmişdir ki,

mütləq ruh şərqdən qərbə doğru hərəkət etmiş, onun qədəm qoyduğu cəmiyyət çiçəklənmişdir.

Fəlsəfənin təməlində müdriklik dursa da, ənənəvi müdrikliklə filosof eyni deyildir. Tarixən

müdriklik qədimdir. Qəbilədə, tayfalarda yazının yaranmadığı bir dövrdə meydana çıxan, yaranan

həyat problemlərinin həlli, təbiət hadisələrinin izahı zəruri bilik tələb edirdi. Bu işdə böyük həyat

təcrübəsinə, güclü yaddaşa, iti hafizəyə, malik olan müdrik adamlar köməyə gəlirdilər. Müdriklər

həyatda, təcrubədən topladıqları bilikləri sonrakı nəsilə vermişlər.


• Kollektiv təcrübəni, tayfa birliyini ifadə edən müdriklərdən fərqli olaraq fəlsəfə fərdi-
şəxsi sistemli- nəzəri bilikdir. Hər bir fəlsəfi təlimdə onun banisinin özünəməxsus izləri
olur. Filosof bir tərəfdən əsrlər boyu yığılmış müdrik təsəvvürləri toplayır, öz təfəkkür
suzgəcindən keçirir, onlara tənqidi yanaşır və yeni dünya anlamı yaradır. Fəlsəfənin
yaranması nəzəri biliyin yaranması demək idi. Fəlsəfi təfəkkür dünyanı öz əsasında
vəhdətdə anlamaq, insanın təbiətini, taleyini, həyatını, yeni tərzdə düşünüb dərk
etmək səylərini təmsil edir.

• Fəlsəfənin başlıca mənası əsasən dünyagörüşü məsələlərinin qoyuluşunda və


onlara dair cavabların axtarılmasıdır. Bunların mənimsənilməsinin insanlar üçün
həyati əhəmiyyəti mühümdür. İstər təbiətdə, istərsə də cəmiyyətdə baş verən
hadisələrin fəlsəfi anlamı tarix boyu gərəkli olmuşdur. İndiki elmi-texniki tərəqqi
şəraitində bu həmişəkindən daha vacibdir. Fəlsəfə izah etməli olduğu məsələlərin bir
dəfəlik həllini izah etmir. Onun əsas mahiyyəti həqiqəti dərk etməyin əbədi axtarışında
olmasıdır.
• Dünya, kainat necə qurulub, Varlığın, təbiətin mahiyyətini təşkil edən nədir?
Mənəvi və maddinin, ideal və real olanın bir-birinə münasibəti necədir? İnasanın
dünyadakı yeri nədən ibarətdir? O, dünyanı dərk etməyə və dəyişdirməyə qadirdimi?
Həqiqqət nədir? Xeyir və Şər, gözəllik və eybəcərlik nə deməkdir?

• Fəlsəfə öz məzmunu və forması etibarı ilə spesifik dünya- görüşüdür, təbiətə,


cəmiyyətə, insana ən ümumi nəzəri baxışlar sistemidir. O, insanlaraın sosial-siyasi,
əxlaqi-etik, elmi-təbii, yönümlərinin əsas prinsiplərini işləyib hazırlamaqla, onların
fəaliyyətinə düzgün istiqamət verir.

• Dünyada baş verən hadisələri dərk etmək, həyat fəaliyyətinin mənasını başa
düşmək, onu qiymətləndirmək üçün geniş bilik dairəsi, müəyyən dünyagörüşü tələb
olunur. Çoxcəhətli və mürəkkəb mənəvi hadisə olan dünyagörüş insan həyatının,
praktikasının müxtəlif sahələrində formalaşır.
Dünyagörüşü dünya və orada insanın yeri, mövqeyi, fəaliyyəti haqqında
təsəvvürlərin, anlayışların, baxışların, münasibətlərin, ideya və prinsiplərin
məcmusudur. Dünyagörüşü dedikdə. hər şeydən əvvəl, təbiət və insanın
qarşılıqlı əlaqəsi nöqteyi- nəzərindən dünyanın, gerçəkliyin mənəvi
mənimsənilməsi başa düşülür.
Dünyagörüşünün tərkibində ümumi səciyyə daşıyan adi, həyati, məişət, peşə,
elmi biliklər mühüm rol oynayır. Bilik onun əsas tərkib hissəsidir. Dünya haqqında
insanlarda sanballı elmi biliklər toplandıqca onların dünyagörüşləri də zənginləşir,
inkişaf edir, onların şüurunda dünyanın elmi mənzərəsi yaranır.

Dünyagörüşünün məzmunu, onun xarakteri təkcə bilik sahəsi ilə məhdudlaşmır.


Dünya və insan haqqında biliklərdən savayı dünyagörüşünün formalaşmasında
insanın həyat tərzi,mənəvi və maddi dəyərlərə münasibəti və digər amillər güclü
təsirə malikdir.Dünyagörüşünün əhval-ruhiyyə,hiss və həyacanlarla bağlı emosional-
psixoloji tərəfi dünyaduyumu ,onun idraki-intellektual tərəfi isə dünyaanlamı
adlanir.Hərgah dünyaduyumu insanların gündəlik həyat fəaliyyəti prosesində,
öz-özünə, kortəbii surətdə yaranırsa,dünyaanlamı şüurlu tərzdə formalaşır. Sonuncu
məzmunca daha dərin, daha dolğun və yüksəkdir. Dünyaduyumu insanların emosional
haləti, nikbin və bədbin olması ilə bağlıdır. Buna insanın həyat şəraiti, sosial vəziyyəti,
peşə fəaliyyəti, cinsi mənsubiyyəti, psixoloji temperamenti və s. ciddi təsir göstərir.
Məsələn, həya, namus, qeyrət kimi əxlaqi-emosional hisslər dünyaduyumuna güclü
stimul verir. Beləliklə, dünyagörüşü emosional və intellektual cəhətlərin,
dünyaduyumunun və dunyanlamının mürəkkəb qarşılıqlı əlaqəsindən ibarətdir. Deməli,
dünyagörüşü bilik və dəyərin , dünyaduyumu və dunyaanlamının, inam və zəkanın,
əqidə və şübhənin, ənənəvi və yaradıcı təfəkkürün,ictimai və fərdinin mürəkkəb,
ziddiyətli vəhdətidir. O həm də tarixi hadisədir. Bəşər sivilzasiyası tərəqqi etdikcə onun
yeni-yeni tipləri meydana gəlmişdir.
Fəlsəfə dünyagörüşünün tarixən yüksək tipi olub, onun nüvəsini təşkil edir.

Dünyagörüşü kortəbii surətdə insan tərəfindən dünyanın mənəvi mənimsənilməsi


tələbatından yaranmışdır. Həmin prosesin zirvəsində fəlsəfə durur. O, təbiət, cəmiyyət,
insan və onun dünyadakı mövqeyi haqqında ideyaların, təsəvvürlərin, baxışların
sistemidir. Fəlsəfə sistemli və nəzəri-məntiqi dünyagörüşüdür. Sistemlilik onun
məzmununu, nəzəri-məntiqilik isə formasını və səviyyəsini bildirir. Fəlsəfi dünyagörüşü
öz məzmununa görə elmi və qeyri elmi ola bilər. Dünyagörüşü o zaman elmi sayıla
bilər ki, o öz nəticələrini nəzəri təfəkkürün metodları əsasında, öz dövrünün elmi
bilikləri əsasında qursun.
2. Fəlsəfə gerçəkliyin nəzəri mənimsənilməsinin spesfik usulu kimi birdən-birə, boş
yerdən, hecdən yaranmamışdir. Onun təşəkkül tapmasının öz tarixi, sosial-iqtisadi
kökləri, ideya qaynaqları vardır. Beləki insanlar ilk dəfə onları əhatə edən ətraf aləmin
necəliyi, şeylərin təbiəti, hadisələrin səbəbi haqqında düşünməyə başlayan andan
fəlsəfənin də tarixi başlamışdir. Bunun üçün bəşər idrakı çox ziddioyyətli və mürəkkəb
bir təkamül yolu keçməli olmuşdur. Həmin yol öz başlanğıcını dünyanın mifoloyi və dini
anlamından götürmüşdür.

Mifologiya (“mifos” yunanca rəvayət, əfsanə, nağıl, dastan, “logos” – söz, anlayış,
təlim) ictimai inkişafın ibtidai mərhələsi üçün səciyyəvi olan dünyagörüşü, ictimai
şüurun ilkin formasıdır. Mifologiya miflər haqqında elmə, təlimə deyilir. Dilimizdə mifin
qarşılığı “əsatir” sözüdür. Mif dünyanın yaranması, təbiət hadisələri, allahlar,
qəhramanlar, qedim xalqların adət-ənələri, etiqadları haqqınada möcüzəli əfsanəyə,
rəvayətə deyilir.
Mif qədim insanların şüurunda gerçəkliyin primitiv, fantastik, inkası, onların
təbiət, cəmiyyət sirləri qarşısında heyrətinin obrazlı- bədii
təcəssümüdür.İnsanın təbiətlə,ətraf aləm hadisələri ilə gündəlik təması onun
mifik şüurunun formalaşmasına əsas olmuşdur.Qədim insan dünyada baş
verən və onu heyrətə gətirən hadisələrlə,təbii fəlakətlərlə,ölümlə və i.a.
rastlaşdığca onları anlamağa can atmış,lakin dünyanın əsrarəngiz sirlərinə vara
bilmədikdə sadəlövhcəsinə uyduğu rəvayətlərdən,əfsanələrdən təskinlik
tapmalı olubdur.
.
Qədim yunanlar allahlar və qəhramanlar haqqında yaranmış əsərləri mifologiya
adlandırmışlar. Lakin mifologiyanın mövzü dairəsi bununla məhdudlaşmır. O, daha zəngin
və rəngarəngdir. Mifologiya real, həyati əsaslara malik dünyaduyumudur, dünya anlamıdır.

Dünyanın yaranması və cəmiyyətin meydana gəlməsi, həyat, ölüm və s. haqqında


vaxtı ilə mifologiyanın irəli sürdüyü suallara cavab axtarmaqda din və fəlsəfə başqa yolu
seçirlər.

Din dünyagörüşün elə bir formasıdır ki, burada dünyanın anlaşılması onun
ikiləşdirilməsi prinsipi əsasında mümkün sayılır. Əbədi axirət dünyasına və hiss üzvləri
ilə bilavasitə qavranılan real aləmə bölünən dünya dində fövqəltəbii qüvvələrin
fəaliyyətinin məhsulu kimi təqdim olunur. Burada mütləq, əbədi sayılan Allah sonlu, keciçi
şeylərə və hadisələrə qarşı durur. Allah ideyası, Allaha şəksiz inam dində başlıcadır. Dini
ehkamlarda o, hər şeyin, bütün dünyanın, təbiətin qanunlarının və insanın yeganə
yaradıcısıdır.
3 - Hər bir elm kimi fəlsəfənin də öz tədqiqat obyekti, predmeti vardır. Onun
obyekti varlıqdır, təbiətdir, cəmiyyətdir,insandır, real gerçəklikdir. Bunları fizika,
kimya, biologiya və s. elmlər öyrənir. Həmin elmlərdən fəlsəfəni fərqləndirən
başlıca xüsusiyyət ondan ibarətdir ki, o, təbiət hadisələri, cəmiyyətin inkişafı və
insan təfəkkürü üçün ümumi olan cəhətləri və qanunauyğunluqları tədqiq edir.
Bir çox əsrlər boyu fəlsəfə elmlər elmi funksiyalarını yerinə yetirmiş, dünya və
insan haqqında bütün bilikləri ehtiva etmişdir.
Fəlsəfə də xüsusi elmlər kimi müəyyən anlayışlar, kateqoriyalar və qanunlar
vasitəsilə fikri əməliyyat aparır. Lakin fəlsəfi anlayışlar və qanunlar yüksək ümumilik
səciyyəsinə malik olub, gerçəkliyin ən mühüm tərəflərini və onlar arasındakı qarşılıqlı
əlaqələri əks etdirir. Fəlsəfənin qanun və kateqoriyaları dünya, təbiət, cəmiyyət,
onların mövcudluq və inkişaf formaları haqqında ümumi məlumat verir. Belə ki,
insanın dünyaya və dünyanın insana münasibətini ayrıca bir problem kimi xüsusi
elmlərdən heç birisi öyrənmir. Bu problem fəlsəfənin predmetini təşkil edir. Geniş
mənada fəlsəfə varlıq və şüurun, maddi və mənəvi, insan və dünyanın münasibətini,
qarşılıqlı əlaqəsini, obyektiv reallığı, idrakın ən ümumi inkişaf qanunlarını öyrənir.
Fəlsəfənin biliklər sistemində yeri və rolu aləmə ümumi və bütöv halında yanaşması
ilə, müəyyən dünyagörüşü verməsi ilə müəyyən olunur. Bəşər cəmiyyətinin mənəvi
tərəqqisində fəlsəfə məhz dünyagörüşün xüsusi forması kimi mühüm əhəmiyyətə
malikdir.

Fəlsəfi dünyagörüşün əsas dairəsi, “gərginlik mərkəzi” dünya və insandır. Fəlsəfə


onlara əlahəddə deyil, qarşılıqlı münasibətdə baxır. “Dünya və insan” problemi fəlsəfi
düşüncələrin təməlini təşkil edir.
• Fəlsəfənin əsas məsələsinin klassik şəkildə ilk dəfə Hegel formula etməyə
çalışmışdır. Onun fikrincə, fəlsəfə şuurla varlıq arasındakı əksliyi ləğv edir.
F.Engels isə təfəkkürün varlığa, ruhun təbiətə münasibətini hər bir fəlsəfənin
əsas məsələsi kimi müəyyən etmişdir. Məhz bu məsələnin həlli müxtəlif
dünyagörüşlərin xarakterini müəyyən etməkdə başlıca rol oynamışdır.

• Fəlsəfənin əsas məsələsinin strukturunu təşkil edən “varlıq”, “təfəkkür”,


“ruh” və “təbiət” anlayışları “dünya-insan”, “maddi-mənəvi” probleminin həllinə
xidmət edir. Bu məsələnin ənənəvi olaraq iki tərəfi ayırd edilir: nəyin – maddi
dünyanınmı, yoxsa şüurunmu, ideyanınmı birinci və nəyin ikinci, törəmə
olmasını qəbul etmək məsələnin ontoloji ( yunanca “ontos” var olan, “logos”
təlim deməkdir) tərəfidir. Bu dünyanın mahiyyəti, varlığın təbiəti haqqında
təlimdir.
. Filosoflar bu münasibəti anlamaqda nəyi çıxış nöqtəsi götürmək baxımından iki böyük əks
istiqamətə ayrılırlar. Mənəvini maddinin məhsulu hesab edən, təbiəti,materiyanı ilkin başlanğıc kimi
qəbul edən filosoflar materialist (lat. “matera” – maddi, əşyavi olan), ideyanı, şüuru, ruhu, birinci,
maddi olanı isə ondan törəmə hesab odən filosoflar idealist (yunanca” ideya, fikir”) adlandırmışlar.
Bu fəlsəfi cərəyanlardan hər birisi uzun inkişaf yolu keçmiş və müxtəlif növlərdə, formalarda təzahür
etmişlər. Qədim dövrün sadəlövh materializmi, XVI-XVIII əsrlərin mexaniki-metafizik materializmi,
dialektik və tarixi materializm fəlsəfi materializmin əsas formaları sayılır.

İdealizmin isə - obyektiv və subyektiv idealizm kimi iki növü məlumdur. Obyektiv idealistlər (
Platon, Hegel) insan şüurundan asılı olmadan mövcud olan və ondan əvvəl gələn “mütləq ideyanı”,
“mütləq ruhu” hər şeyin yaradıcısı – demiurqu hesab etmişlər. Konkret şeylərə və hadisələrə onların
rəmzi təcəssümü kimi baxmışlar. Əslində “mütləq ideya” mahiyyətcə Allahın fəlsəfi təxəllüsüdür. Bu
baxımdan obyektiv idealizm dinə daha çox yaxındır və onu nəzəri cəhətdən əsaslandırır.

Subyektiv idealistlər (C. Bergli, E. Max, R. Avenarius və b.) isə hiss üzvləri ilə dərk edilən
predmetləri fərdi insan duyğularına müncər edirlər. Onların fikrincə, görünən, duyulan predmetlər
insanların hissi qavrayışından kənarda mövcud deyildir, duyğuların təsəvvürlərin bir növ
kombinasiyası, kompleksidir.
• Həm matrealizm və həm də idealizm varlığın əsasında bir başlanğıcı götürən
monist (yunanca –“monos”-bir) dünyagörüşdür. Fəlsəfə tarixində aləmin əsasında iki
başlanğıcı, maddi və mənəvi substansiyaları (latınca-mahiyyət, cöhvər) götürən
duualist (latınca-dualis ikili) fəlsəfi sistem də mövcuddur. Onun klassik nümayəndəsi
fransız filosofu R.Dekart (XVII əsr) şüuru materiya ilə birlikdə ilkin başlanğıc kimi
götürmüşdür.

• Fəlsəfənin əsas məsələsinin ikinci – qnoseoloji ( yunanca qnosis – bilik, logos –


təlim) adlanan tərəfi dünya və onun qanunlarının dərk olunub – olunmaması
problemindən ibarətdir. Tarixən filosoflar dünyanın mahiyyətcə dərk olunması prinsipini
əsaslandırmış, belə bir müddəanı qəbul etmişlər ki, təbiətdə dərk olunmaz bir şey
yoxdur və təcrübədə yoxlanılmış biliklər obyektiv aləmi əks etdirən həqiqi biliklərdir.
Lakin bununla yanaşı olaraq bir sıra filosoflar dünyanın prinsipcə dərkedilənliyini,
biliyin obyektiv xarakterini inkar edir, insan zəkasının qüdrətini məhdudlaşdırır, inama
bilik qarşısında üstünlük verirlər. Belə filosofların təbliğ etdikləri idrak nəzəriyyəsinə
aqnostisizm (yunanca “a” - inkar, qnosis – bilik, yəni – “bilmək”) deyilir.
• Çoxcəhətli “dünya-insan” münasibəti üç əsas tipə ayrılır: idraki, praktiki və dəyərli.
Klassik alman filosofu İ.Kanta görə, ümumən fəlsəfə üçün üç sualın böyük
əhəmiyyəti vardır. 1) Mən nəyi bilməliyəm? 2) Mən nə etməliyəm? 3) Mən nəyə
əmin olmalıyam? Məhz həmin suallar insanın dünyaya münasibətinin yuxarıda
göstərilən tiplərini ifadə edir. Mədəniyyətin ən ümumi əsasları kompleksində
varlığın və onun müxtəlif sahələrinin (təbiət, cəmiyyət, insan) ümumiləşdirilmiş
obrazı əsas yer tutur. Burada insanın dünyaya münasibətinin digər formaları da
əməli- idraki, qiymətləndirici və s. mühüm əhəmiyyət kəsb edir. Buradan da
fəlsəfənin mühüm bölmələrinin və uyğun funksiyalarının adları yaranmışdır: 1)
Ontologiya (varlıq haqqında təlim); 2) Qnoseologiya (idrak nəzəriyyəsi); 3)
Sosiologiya (cəmiyyət haqqında təlim); 4) Praksiologiya (insanın əməli fəaliyyəti,
praktika haqqında təlim); 5) Aksiologiya- insanın gerçəklikdəki predmet və
hadisələri qiymətləndirməsi haqqında təlim.
4- İngilis filosofu B.Rassel “Qərb fəlsəfəsinin tarixi” adlı əsərində yazır ki,
“teologiya ilə elm arasında hər iki tərəfdən həmlələrə məruz qalan sahibsiz bir
torpaq vardır: bu sahibsiz torpaq məhz fəlsəfədir”. Əslində isə fəlsəfə elmlər
kompleksində mühüm yer tutur. Fəlsəfənin bir elm kimi qərarlaşması İ. Kantın
adı ilə bağlıdır. Elmləri adətən 5 böyük qrupa bölürlər: fəlsəfi elmlərə, humanitar
elmlərə, təbiətşünaslıq, dəqiq və texniki elmlərə. Elmlərin belə təsnifatında
fəlsəfə mərkəzdə durur. Bu o deməkdir ki, fəlsəfə bütün elmləri bir biri ilə
əlaqələndirən vəsilə rolunu oynayır.
Elmlər sistemində fəlsəfənin başlıca vəzifəsi ondan ibarətdir ki, o, bir çox elm

sahələrinin nailiyətlərini ümumiləşdirərək, təbiəti, cəmiyyəti, insanı öyrənən elmlərin bir


növ inteqrasiya vasitəsi kimi çıxış edir.

Fəlsəfənin tədqiq etdiyi problemlər müəyyən mənada digər elmləri də


maraqlandırır. Fizika, riyaziyyat, kimya, biologiya, pisxologiya, etnoqrafiya,
sosiologiya, tarix, təbiət, hüquq, ədəbiyyatşunaslıq, siyasətşşunaslıq, iqtisadiyyat və s.
elmlərin öyrəndiyi proses və hadisələrin təhlili mahiyyətcə fəlsəfi problemlərin
qoyuluşuna gətirib çıxarır. Fəlsəfə onun tarixi və etika, estetika kimi sahələri nəinki,
elmi –nəzəri, həm də praktik əhəmiyyətə malikdir. Elm dəyərli nəzəri əsaslara malik
olduqda fayda verə bilər.
Fəlsəfə və elm tarix boyu bir-birindən faydalanıblar. Müasir elmi ideyaların əksər
qismi vaxtı ilə fəlsəfə tərəfindən irəli sürülmüşdür . Müasir dövrdə fəlsəfənin digər
elmlərlə qarşılıqlı əlaqə dairəsi daha da genişlənmişdir. Fəlsəfə varlıqla şüurun
universal münasibətini, onların ən ümumi inkişaf qanunlarını öyrənərkən “insan-
dünya” problemini tədqiq edən bütün başqa elmlərin nailiyyətlərindən bu və ya digər
dərəcədə istifadə edir. Bunsuz o, inkişaf edə bilməz. Onun tədqiqat metodları da məhz
həmin prosesdə formalaşmışdır. Fəlsəfənin başqa elmlərlə, biliyin digər sahələri ilə
qarşılıqlı əlaqəsi onun inkişafının zəruri şərtidir.
Bu bölmədə,
Mühazirənin Xülasəsi
• Fəlsəfənin predmetini,

• Öyrəndiyi məsələləri,

• Dünyagörüş və onun strukturu,

• Fəlsəfənin mifalogiya və dindən fərqi,

• Fəlsəfənin funksiyalarını,

• Fəlsəfi dünyagörüşün mahiyyətini,

• Fəlsəfənin yaranma və inkişafını ,

• Fəlsəfənin elmlər sistemindəyeri və rolunu,

• Digər elmlərlə əlaqəsini ,

Öyrəndiniz.
İndi özünüzü sınaya bilərsiniz.
Müvəffəqiyyətlər diləyirik!..
Mühazirə üzrə yoxlama sualları

1.Fəlsəfənin tərifini ifadə edim.

2.Fəlsəfənn predmetinə hansı sualların cavabları daxiildir?

3.Dünyagörüşünün tərifi və strukturu.

4.Mifoloji dünyagörüş nədir?

5. Fəlsəfənin qaynaqlarına nələr daxildir?

6.Fəlsəfə ilk dəfə harda yaranmışdır və sozün mənası?

7. Fəlsəfənin fumksiyalarını sayın.

8. Fəlsəfənin digər elmlərlə əlaqəsini necə izah edərsiniz?

9.Dünyagörüşün strukturuna nələr daxildir?

10.Nə üçün fəlsəfə qədim Şərqdə yaranmışdır?

Müvəffəqiyyətlər diləyirik! ..

You might also like