Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 6

Ad:Samirə

Soyad:Cabbarova
Qrup:226 A
Fənn:Usaq psixologiyası
Mövzu: Autizimli uşaqların psixoloji xüsusiyyətlər.
Autizm — üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai
qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan
davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir
pozğunluqdur.Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha
yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar.
Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASP-nin
mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindən yoxsa nadir görülən
mutasiyalardan qaynaqlandığı çox açıq deyil. Nadir hallarda doğum
şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər
görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər
mübahisəlidir və peyvənd mənşəli fərziyyələri təsdiqləyən elmi dəlillər
yoxdur. Son illərdə aparılan araşdırmalar autizmin yayılmasını 1.000
adama bir ya da iki halda olaraq təxmin edir, eyni araşdırmalardakı
təxminlərə görə ASP təxminən 1.000 adamda altı haldadır və kişilərdə
rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur. Autizm
hallarının sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır.
Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir;
gerçək prevalansın artıb artmadığı məlum deyil.Autizm beyinin bir çox
qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil.
Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri
hiss edirlər. Erkən davranış ya da qavrayış müdaxilələri uşaqların
özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqlar
qazanmasına köməkçi ola bilər. Autizmin müalicəsi yoxdur. Autistik
uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyatda müvəffəq ola
bilməkdədir.Autizmin adı qoyulmadan çox əvvəl autistik simptomlar
və müalicəsi təyin olunmuşdur. Martin Lüterin əsərlərində şiddətli
dərəcədə autistik ola biləcək olan 12 yaşında bir oğlanın əhvalatı vardır.
1798-ci ildə tutulmuş yabanı bir uşaq olan Aveyronlu Viktor, autizmin
müxtəlif əlamətlərini göstərmişdir; tibb üzrə oxuyan tələbə Jean Itard,
ictimai bağlar qurmağa və təqlid yoluyla danışmağı təmin etməyə
yarayan davranış üsullu bir proqramla uşağı müalicə etmişdir.Neo-
Latın autismus termini İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən
şizofreniyanın əlamətlərini tərif edərkən 1910-cu ildə təklif edilib.
Bleuler termini yunanca autos (αὐτός, öz mənasında) sözündən
götürmüş və adamın özünə olan xəstəlikli heyranlığı mənasında
istifadə etmişdir: "Çöldən gələn hər hansı bir təsirin dözülməz bir
rahatsızlıq verməsinə qarşı xəstənin fantaziyalarına autistik çəkilməsi.
"Autizm termini bugünkü mənasında ilk dəfə 1938-ci ildə Vyana
Universitet Xəstəxanasından Hans Asperger tərəfindən uşaq
psixologiyası üzərinə apardığı Almanca bir dərsdə Bleulerin "autistik
psixopatlar" terminologiyası ilə istifadə edilmişdir. Asperger, hal-
hazırda Asperger sindromu olaraq bilinən bir ASP növünü araşdırırdı,
ancaq bu sindrom müxtəlif səbəblərə görə 1981-ci ilə qədər ayrı bir
diaqnoz olaraq tanınmamışdır. Johns Hopkins Xəstəxanasından Leo
Kanner 1943-cü ildə təəccüblü davranış bənzərliklər göstərən 11 uşaq
haqqında yazdığı hesabatında ilk olaraq erkən infantil autizm terminini
istifadə etmişdir. Kannerin ilk məqaləsində təyin olunan, xüsusilə
"Autistik yalnızlıq" və "dəyişməməkdə israr" kimi xüsusiyyətlərin az
qala bütünü hələ autistik spektrum pozuqluqlarının tipik xüsusiyyətləri
olaraq görülməkdədir. Kannerin, termini Aspergerdən asılı olaraq
istifadə edib, etmədiyi bilinməməkdədir.Kannerin autizm terminini
təkrar istifadə etməsi illərcə "infantil şizofreniya" kimi terminologiya
qarışıqlığına gətirib çıxardı və 20-ci əsrin ortalarında uşaq
psixiatriyasının ana məhrumluğu üzərinə sıxlaşması, autizmin,
"soyuducu analara" uşağın reaksiyası olduğu kimi səhv mövzulara
gətirib çıxardı. 1960-cı illərin sonundan başlayaraq autizmin, həyat
boyu sürdüyünü, zəka geriliyi, şizofreniya və digər inkişaf
pozğunluqlarından fərqini və valideynləri aktiv müalicə proqramlarına
qoşmağın gətirdiyi faydaları göstərərək ayrı bir sindrom olduğu qəbul
edildi. 1970-ci illərin ortalarına qədər autizmdə genetikin rolu üzərinə
çox az dəlil var idi. Ancaq indiki vaxtda autizmin bütün psixiatrik
vəziyyətlər içində ən irsi olanı olduğu hesab edilir. Valideynlər
təşkilatlarının ortaya çıxışı və uşaqlıq ASP haqqındakı ictimai
stigmanın(utanc verici) yıxılması ilə birlikdə ASP təsirləri, sərhədləri
və müalicəsi haqqında görüşlər böyük ölçüdə təsirlənmişdir. Ümumi
Şəbəkə, autistik fərdlərlə bacarma, çətinlik çəkdikləri sözsüz
işarələrdən və romantik paylaşmadan ayrıca olaraq ayıq qruplara
qatılmalarına və uzaqdan işlərinə köməkçi olmuşdur. Autizmin
sosioloji və mədəni istiqamətləri inkişaf etmişdir; birlik içində bəziləri
bir çarə axtarmaqda, digərləri isə autizmin mövcudluğun yalnız başqa
bir yolu olduğuna inanmaqdadır.
Autizmin spektr pozuntuları:Autizm,Asperger sindromu,Rett
sindromu,Uşaqlıq dezinteqrativ pozuntusu,Atipik autizm.Baxmayaraq
ki, autizmin təzahür spektri çox genişdir, əsas simptomları ümumi
xarakter daşıyır:Sosial münasibətlərdə pozğunluq,Nitq və ünsiyyətdə
pozğunluq,Тəxəyyüldə pozğunluq.Autizmli uşaqlarin xüsusiyyətləri:
• Başqalarına qarşı maraqsızdır
• Göz təmasından qaçır
• Başqaları ilə ünsiyyət qurmur
• İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir
• Digər uşaqlarla oynamır
• Uzun müddət ərzində eyni mövzu üzərində danışır
• Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş
etdirir
• Mənasız sözləri ardıcıl təkrarlayır
• Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir
• Yaradıcılıq tələb edən oyunları oynaya bilmir
• Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq
reaksiya verir
• Hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olur
• Davamlı olaraq eyni oyunları oynayır
• Ağrıya qarşı laqeyddir
• Səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq
laqeyddir
• Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar
etmək)
• Tək qalmağı xoşlayir
• Təmasdan və qucağa alınmaqdan xoşu gəlmir
• Predmetlərə bağlanır
• Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə
hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır
• Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik
müşahidə olunur
Əgər uşağınızda bu xüsusiyyətlərin bir necəsini müşahidə edirsinizsə
vaxt keçirmədən bir psixoloqa müraciət edin . Çünki ilkin diaqnoz çox
önəmlidir. Valideynlərin uşağın davranışlarını müşahidə etməsi,
müqayisəsi bəzi problemləri erkən fərq edə bilmələri baxımından çox
əhəmiyyətlidir. Onu da qeyd edək ki, körpədə autizmin olmasını
hamiləlik dövründə müəyyən etmək mümkün deyil. Autizmin
diaqnozu uşaq psixoloqları tərəfindən də qoyula bilər. Önce uşağın
inkişaf pillələrini, oyun şəkillərini, yaşıd əlaqəsini, maraq sahələrini,
şifahi və emosional ünsiyyətini müayinə etməli, valideynləri ilə
musahibə apararaq,uşagin inkişafında əsas diqqəti çəkən problemləri
öyrənmək , dogus və sonraki dövrləri usagin ozunemexsus
xususiyyetleri haqqinda herterefli informasiya almaq,daha sonra lazım
olan bütün testlər edilməlidir.Autistik uşaqların inkişafının ümumi
qanunauyğunluğu ondan ibarətdir ki,onların təfəkkürünün inkişafında
əks olunan bəzi psixoloji funksiyalar irəliləyə,bəziləri isə geriləyə
bilər.Məsələn, bəzi uşaqlar rəngləri çox böyük dəqiqliklə seçib
,mürəkkəb naxışları qura bildikləri halda, özünəxidmət vərdişlərinin
öhdəsindən gəlməkdə böyüklərin göstəriş və tapşırıqlarını yerinə
yetirməkdə böyük çətinlik çəkirlər. Autistik uşaqların zəkalarına
gəldikdə onların bəziləri cox üstün riyaziyyat bacarıqları və
əzbərləmək kimi xüsusi qabiliyyətlərə sahib ola bilər.
Vikipediya-Autizim.
Psixologiya Elmi-Tətqiqat İnstitutu-Autizim nədir?

You might also like