Ekran Resmi 2022-10-05 - 22.03.13 PDF

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 8

ADU-nun Azərbaycan dilçiliyi

kafedrasının 12.09.2022-ci il tarixli iclası


(protokol№ 1) ilə təsdiqlənmişdir.
Kafedranın müdiri
fil.f.d., dos. F.H.Niftəliyeva

Fənn Sillabusu
Fənnin adı: Müasir Akademik yarım il: I yarım il
Azərbaycan
dili
Fənnə ayrılan 45 saat Tədris forması: Ənənəvi
saatlar: (ənənəvi/məsafədən
)
Fənnin krediti: 3 Fənn müəllimi: Dos Sofiya Mirzəyeva

Dil Təhsil-2
səviyyəsi/Fakültə
Qrup: Virtual/ofis saatları
Dərs saatları:
Fənn üzrə qrup Fənn müəlliminin sofiyamirzeyeva@mail.com
rəhbəri: e-mail ünvanı:

Fənnin təsviri
“Müasir Azərbaycan dili” fənni məcburi kurs kimi ADU-nun bütün fakültələri
üzrə bakalavriat pilləsində tədris edilir. Kurs Müasir Azərbaycan ədəbi dilinin
fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətləri haqqında məlumatları ehtiva
edir.
Dərslərdə fənlə bağlı mövcud ədəbiyyatlardan, monoqrafiyalardan,
məqalələrdən, internet saytlarından və digər tədris vəsaitlərindən istifadə olunması
nəzərdə tutulmuşdur. Bundan əlavə, tələbələr müxtəlif mövzular üzrə yazılı və
şifahi formada fərdi iş yerinə yetirəcəklər.
Təqdim olunan kurs cədvəldə nəzərdə tutulmuş alt və üst həftədən asılı
olaraq, həftədə 2/4 saat olmaqla bir semestr boyu tədris olunacaq.

Şərtlər
Fənn tələbələrin Azərbaycan dilinin ədəbi dil normalarını yüksək səviyyədə
mənimsəməklə yazılı və şifahi formada tətbiq etməsini əldə etməyi əsas şərt kimi
təmin edir.

Fənnin məqsədi
Hər bir Azərbaycan vətəndaşı, xüsusilə də, gələcəyin müəllimləri Azərbaycan
ədəbi dilini mükəmməl şəkildə bilməlidir. Bu fənnin də tədrisi məhz buna xidmət
edəcəkdir. “Müasir Azərbaycan dili” fənninin məqsədi fonetika, leksika,
morfolologiya və sintaksis səviyyəsində Azərbaycan ədəbi dilinin normativ-təsviri
sistemi haqqında tələbələrə bilik verməkdən ibarətdir. Azərbaycan dilinin fonetik,
leksik, qrammatik normalarını mənimsətməklə, tələbələrin bu dildə öz fikirlərini
yazılı və şifahi formada düzgün, səlis və sərbəst şəkildə istifadə etmək bacarığını
inkişaf etdirməyə yardımçı olmaq kursun əsas hədəfidir.
Fənn üzrə təlim nəticələri

"S" (specific) Tələbələrə Müasir Azərbaycan dilinin fonetik, leksik və qrammatik


xüsusiyyətlərini öyrətmək, ədəbi dil normalarını mənimsətmək.
"M" (measurable) Hədəfimiz tələbələrə səhvsiz, məntiqli, inandırıcı, əhatəli
yazmaq və danışmaq bacarığını aşılamaqdır.
"A" (achievable) Əyani təhsilin mümkün olan imkanlarından istifadə etmək,
tələbələrə verilən tapşırıqları müzakirə etmək, səhvlərini özlərinə bildirmək.
"R" (realistic) tələbələrə öyrəndiklərini tətbiq etmə bacarıqlarını formalaşdırmağı
əldə etmək.
"T" (time-mased) Dərs zamanı tələbələrin diqqətini hansı müddətdən sonra
yayındığını nəzərə almaq. Qoyulan hədəflərə çatmaq üçün vaxtın düzgün
bölünməsini təşkil etmək.
Təlim nəticələrini yazarkən Blum Taksonomiyasından istifadə etmək də müsbət
nəticə verə bilər. Blumun taksonomiyası ən universal bir model kimi tətbiq
olunmaqdadır. Bu taksonomiyalar sadədən mürəkkəbə doğru düşünmə
bacarıqlarının 6 səviyyədə təşkilini təmin edir. Bu prinsiplər nəzərə alınmaqla
koqnitiv sahədə təlim məqsədlərinin bilik, analama, tədbiq, analiz, sintez,
qiymətləndirmə kimi 6 səviyyəsi müəyyənləşdirilmişdir. Blum taksonomiyasından
pedaqoji prosesdə faydalanmaq üçün müəllim dərketmə səviyyələrini şərtləndirən
məsələləri tətbiq etməyi bacarmalıdır. Məsələn,
* bilik – informasiyanı eşidildiyi formada təkrar çatdırmaq qabiliyyəti;
* anlama – müəyyən bir fikri öz sözləri ilə və ya hansısa başqa bir yolla söyləmək
qabiliyyəti;
* tətbiq – yenicə öyrənilmiş üsuldan istifadə etməklə yeni bir tapşırığın həlli;
* təhlil – mürəkkəb bir ideyanın səbəblərini, nəticələrini və digər tərkib hissələrini
tapmaq bacarığı;
* tərkib – bir neçə ideyanın bir yeni ideya halında birləşdirilməsi, köhnə ideyanın,
yeni variantının yaradılması;
* qiymətləndirilməsi – konkret ideyanın, yaxud mənbənin, hansısa tezisin izahı
üçün uyğun gəldiyini qiymətləndirmək qabiliyyəti. Nümunələrə baxaq.
Kursun sonunda Linqvistik nəzəriyyə və konsepsiyaları öyrənənlər aşağıdakılara
nail olacaqlar:
* Azərbaycan ədəbi dilinin səs sistemini, fonetik tərkibini, sait və samit səslərin
müxtəlif prinsiplər üzrə təsnifini, vurğu, heca, fonetik hadisə və qanunları,
orfoepiya və orfoqrafiya qaydalarını və s. öyrənəcəklər;
* Dilin leksik-semantik tərkibini – sözün məna qrupları, frazeoloji birləşmələr,
dilin lüğət tərkibi və əsas lüğət fondu, sözyaradıcılığı, sözün üslubi layları və s.
haqqında geniş məlumat əldə edəcəklər;
* Dilin morfoloji xüsusiyyətlərini, kök və şəkilçi problemini, əsas və köməkçi nitq
hissələrini, onların qrammatik kateqoriyalarını və s. mənimsəyəcəklər;
* Söz birləşmələri, sintaktik əlaqələr, cümlə, cümlələrin quruluşu, növləri, mətn
sintaksisi, sintaktik bütövlər, aktual üzvlənmə haqqında məlumat əldə edəcəklər.

Qiymətləndirmə meyarları və mərhələləri


1 Dərsə davamiyyət 10 bal
2 Sərbəst iş 10 bal
3 Məşğələlərdə fəallıq 20 bal
4 kollokvium 10 bal
5 İmtahan 50 bal

0-50 F (qeyri-kafi)
51-60 E (qənaətbəxş)
61-70 D ( kafi)
71-80 C (yaxşı)
81-90 B (çox yaxşı)
91-100 A (əla)
Qiymətləndirmə mərhələləri: Kollokviumlar (cari qiymətləndirmə)
Dərslərdə aktiv iştirak (cari qiymətləndirmə)
Sərbəst iş
İmtahan (aralıq qiymətləndirmə)

İmtahan (aralıq qiymətləndirmə) Aralıq qiymətləndirmə kursun sonunda


aparılır və onun təşkili forması mövcud şəraitə uyğun olaraq dəyişə bilər.
Qiymətləndirmə sistemi/meyarları

Qiymətləndirmənin komponentləri
Kollokvium 1: (cari qiymətləndirmə)
Dəyəri: Cari qiymətləndirmənin 10 faizini təşkil edir.
Tarix: Dərs cədvəlində qeyd olunur.
Tapşırıq növü: Ədəbi dilin fonetik, leksik və qrammatik normaları ilə bağlı
çalışmalar üzərində iş.
Təsvir: Tapşırıq yazılı həyata keçirilir.

Dərslərdə aktiv iştirak (cari qiymətləndirmə)


Dəyəri:Cari qiymətləndirmənin 20 faizini təşkil edir.
Tarix: Dərs cədvəlində qeyd olunur.
Tapşırıq növü: Müzakirələrdə aktiv iştirak kursun təlim nəticələriylə birbaşa
əlaqəlidir.
Təsvir: Müzakirələr zamanı tapşırığı oxuyan tələbənin yol verdiyi səhvlər digər
tələbələrin köməyi ilə düzəldilir, nəticədə, hər bir tələbə fonetik, leksik və
qrammatik normaları təkrarlamış olur.

İmtahan (aralıq qiymətləndirmə)


Dəyəri:Yekun qiymətin 50 faizini təşkil edir
Tarix: İmtahan cədvəlində qeyd olunur.
Tapşırıq növü: Qiymətləndirmə açıq suallar əsasında aparılır.
Müddəti: Təhsilin növündən (ənənəvi və ya distant) asılı olaraq müəyyənləşir.
Təsvir: İmtahan təhsilin formasından asılı olaraq keçirilir (ənənəvi təhsil
prosesində yazılı, məsafədən təhsil prosesində şifahi olaraq həyata keçirilir).
İmtahanda həm nəzəri, həm də praktik suallara yer veriləcək.

Cari qiymətləndirmənin cədvələ salınması


Kollokviumlar sillabusda qeyd olunan tarixdə yazılmalıdır. Semestr boyu tələbələr
bir kollokvium verir və 10 bal qazanır. Onlayn/ Ənənəvi dərslərdə aktiv iştirakına
görə əlavə 20 bal əldə edir. Kollokviumlarda istifadə oluna biləcək tapşırıq
növlərini fənnin məzmunundan asılı olaraq, müəllim seçir və sillabusda qeyd edir.
Kollokvium suallarının hazırlanması ilə bağlı internet resurslardan istifadə etmək
olar. Məsələn, https://writing.colostate.edu/guides/teaching/e238/exams.cfm

Davamiyyət gözləntiləri (sinxron tədris formasında)

Dərsə davamiyyətə diqqət ciddidir. Üzrlü qaiblər qaib həddini aşmamalıdır.


Fənlərdə qaiblərin həddi problemlərlə əlaqədar olaraq, maksimum 25%-dir.
Qaiblərə görə yekun qiymətdən ballar çıxılacaq. Fənnə ayrılan saatların 25%-dən
çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır. Mövcud vəziyyətlə əlaqədar
olaraq, bu rəqəm maksimuma qədər qaldırılmışdır.
Dərsdə fəal iştirak (sinxron və asinxron tədris formalarında)

Fənnin məzmununa və xüsusiyyətinə uyğun olaraq, gündəlik dərslər sinxron,


tapşırıqlar asinxron tədris formalarında təqdim olunacaq.

Sərbəst iş
Sərbəst işlər müstəqil araşdırma xarakterli olacaq. Sərbəst işlərin son təqdimetmə
müddəti 10 dekabradək həyata keçirilir.
Sərbəst işlərin mövzuları:
Tədris və təlim metodları
Kursun tədrisi zamanı, əsasən, interaktiv metodlardan istifadə olunacaq və bu
metodlardan istifadə tələbələrə tədris olunan materialların daha yaxşı
mənimsəməsinə kömək edəcək. Müxtəlif mövzularda şifahi təqdimat və yazı işləri
vasitəsilə tələbələrin fərdi düşünmə və ədəbiyyatla müstəqil işləmə bacarıqları
inkişaf etdiriləcəkdir. “Müasir Azərbaycan dili” fənnində dilçiliyin nəzəri bilikləri
əməli şəkildə həyata keçirilir. Tədris edilən mövzular və araşdırılan problemlərin
interaktiv xarakter alması üçün onlara praktik cəhətdən yanaşmaq lazımdır, belə ki,
dərslərin kiçik və böyük qrup müzakirələri, fərdi və cütlüklərlə iş formatında
keçirilməsi materialın daha dərindən mənimsənilməsinə imkan yaradır. Dərslərdə
deduktiv, induktiv və elmi müqayisə metodları geniş tətbiq olunur.

Xüsusi qayğıya ehtiyacı olan tələbələrlə iş


Yüksək akademik göstəriciləri olan tələbələrə müxtəlif layihələr təklif olunacaq və
qiymətləndirmə zamanı göstəricilər nəzərə alınacaq. Zəif tələbələri qrup
layihələrinin təqdimatına cəlb etməklə onlari motivasiya etmək nəzərdə tutulur.

İstifadə olunacaq resurslar (Elektron/Yükləmələr/Əlavə materiallar)

1.Abdullayev Ə., Həsənov H., Seyidov Y. Müasir Azərbaycan dili . IV hissə.


Sintaksis. Bakı, Şərq-Qərb, 2007.
2.Abdullayev K. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, 1998.
3.Cəfərov S. Müasir Azərbaycan dili. II hissə. Leksika. Bakı, Şərq-Qərb, 2007.
4. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. I hissə. Fonetika. Bakı, Şərq-Qərb,
2007.
5. Hacıyev K. Müasir Azərbaycan dilində xüsusi nitq hissələri. Bakı, 1999.
6. Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1988.
7. Hüseynzadə M. Müasir Azərbaycan dili. III hissə. Morfologiya. Bakı,
Şərq-Qərb, 2007.
8. Xəlilov B.Müasir Azərbaycan dili (fonetika).Bakı,2007.
9. Xəlilov B.Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı,2008.
10. Xəlilov B.Müasir Azərbaycan dilinin morfologiyası.II hissə. Bakı,2003.
11. Xəlilov B.Müasir Azərbaycan dili (sintaksis). Bakı, 2017.
12. Kazımov Q.Müasir Azərbaycan dili (morfologiya).Bakı, 2010.
13. Kazımov Q. Müasir Azərbaycan dili (sintaksis). Bakı, 2004.
14. Qurbanov.A. Müasir Azərbaycan ədəbi dili. I cild,Bakı, 2010.
15. Mühazirə mətnləri.
Elektron dərsliklər:
1. http://anl.az/el/Kitab/252264.pdf
2. https://ebooks.az/view/5WVL7vaN.pdf
3. http://www.anl.az/el/Kitab/252276.pdf
4. http://www.buludxan-xelilov.com/pdf/leksikologiya.pdf
5. https://www.achiq.info/pitikler/M%20Husenzade_Morfologia.pdf
6. http://buludxan-xelilov.com/pdf/azerb-dilininin-morfologiyasi-II-hisse.pdf
7. http://www.anl.az/el/Kitab/252289.pdf
8.http://www.buludxan-xelilov.com/pdf/sintaksise%20girish%2003.07.2017-
A4.pdf

Kursun qiymətləndirilməsi/Tələbə rəyləri


Kurs haqqında tələbələrdən rəyləri formativ formada almaq nəzərdə tutulur

Kursun məzmununun müfəssəl təsviri


№ Mövzunun adı saat
1. Azərbaycan dili haqqında ümumi məlumat. "Müasir 2s
Azərbaycan dili" fənninin mövzusu, məqsəd və vəzifələri.
Azərbaycan dilinin dövlət statusu.
Tələbə öyrənəcək:
Dil ictimai hadisə kimi. Azərbaycan dilinin türk dilləri ailəsində
yeri və quruluş xüsusiyyətləri. Bu fənnin başqa elmlərlə əlaqəsi.
Ümumxalq Azərbaycan dilinin tərkib hissələri (ədəbi dil, danışıq
dili), onların xüsusiyyətləri. "Müasir Azərbaycan dili" fəninin
şöbələri, başqa elmlərlə əlaqəsi.
Azərbaycan dilinin rəsmi dövlət dili kimi AR Konstitusiyasında
(21-ci maddə, I hissə) öz əksini tapması. Müstəqillik illərində
Azərbaycan dilinin inkişafına dair verilən fərman, qanun və
sərəncamlar: “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” (18 iyun 2001-ci il); “Azərbaycan əlifbası və
Azərbaycan dili gününün təsis edilməsi haqqında” (9 avqust 2001-
ci il); “Azərbaycan Respublikasında dövlət dili haqqında” (30
sentyabr 2002-ci il); “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı” (9 aprel 2013-cü il);
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən
istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”
(1 noyabr 2018-ci il).
2. Müasir Azərbaycan ədəbi dilinin fonetikası. Sait və samitlərin 2s
təsnifi.
Tələbə öyrənəcək:
Fonetikanın mövzusu, məqsəd və vəzifələri. Fonetikanın növləri:
təsviri, tarixi, müqayisəli, təcrübi (eksperimental), fizioloji
fonetika. Fonetikanın əhəmiyyəti. Danışıq səsi və fonem. Fonemin
əsas əlamətləri. Sait və samit səslər , onların müxtəlif prinsiplər
əsasında təsnifi.
3. Heca. Fonetik hadisə və qanunlar. Vurğu. İntonasiya. 2s
Tələbə öyrənəcək:
Heca, onun növləri (saf, açıq, qapalı, örtüsüz, örtülü). Fonetik
hadisələr: assimilyasiya, dissimilyasiya, proteza, eliziya, metateza.
Fonetik qanunlar. Ahəng qanunu, növləri. Saitlərin ahəngi,saitlərlə
samitlərin ahəngi,samitlərin ahəngi.Cingiltiləşmə qanunu. Vurğu,
növləri:heca vurğusu, məntiqi vurğu, həyəcanlı vurğu. İntonasiya,
onun tərkib hissələri:melodika, ritm, temp, tembr, fasilə və s.
Durğu işarələri.
4. Orfoqrafiya. Orfoepiya. 2s
Tələbə öyrənəcək:
Orfoqrafiya dil vahidlərinin düzgün yazılışını təmin edən qaydalar
sistemi kimi. Müasir Azərbaycan dili orfoqrafiyasının tərtibi
prinsipləri (fonetik, morfoloji, tarixi-ənənəvi). Defislə yazılan
sözlər.Böyük və kiçik hərflərin işlənilmə məqamları.Şəkilçilərin
yazılışı.Bitişik və ayrı yazılan mürəkkəb sözlər.Yazıda söz
hissələrinin sətirdən-sətrə keçirilmə qaydaları.
Orfoepiya anlayışı. Tələffüz üslubları: tam və sərbəst üslub.
Tələffüz şəraiti. Lüğəvi, qrafik və qrammatik (morfoloji, sintaktik)
şəraitdə tələffüz. Ədəbi tələffüz normalarının pozulma mənbələri
(şivələr, yazı, əcnəbi dillər).
5. Leksikologiya. Leksikologiyanın növləri. Dilin lüğət tərkibi və 2s
əsas lüğət fondu. Söz və onun əsas xüsusiyyətləri. Müasir
Azərbaycan dilinin mənşəcə tərkibi. İşlənmə dairəsinə görə
fərqlənən söz qrupları.
Tələbə öyrənəcək:
Leksikologiyanın predmeti, növləri(təsviri, müqayisəli, tarixi).
Söz, onun funksiyaları. Dilin lüğət tərkibi və əsas lüğət fondu,
onların səciyyəvi xüsusiyyətləri. Müasir Azərbaycan dilinin
mənşəcə tərkibi:Azərbaycan sözləri və alınma sözlər, onların əsas
əlamətləri. Beynəlmiləl alınma sözlər.
Ümumişlək sözlər, köhnəlmiş sözlər (tarixizm və arxaizmlər),
dialektizmlər, terminlər, sənət-peşə sözləri, ekzotik sözlər,
varvarizmlər, loru sözlər, yarqon sözlər, arqo sözlər, vulqar sözlər.
6. Semasiologiya. Sözlərin məna qrupları. Onomastika. 2s
Tələbə öyrənəcək:
Söz və məfhum. Sözün leksik və qrammatik mənası. Sözün
mənasının daralması, genişlənməsi. Leksik məcazların növləri:
metafor, metonimiya, sinekdoxa.
Çoxmənalı sözlər və omonimlər, onların fərqli xüsusiyyətləri.
Omoqraf, omoform və omofonlar. Sinonim sözlər. Mütləq və nisbi
sinonimlər. Dubletlər. Leksik sinonimlərin üslubi rolu. Sinonimik
cərgə. Antonimlər. Tam və nisbi antonimlər. Antonimlərin üslubi
xüsusiyyətləri. Antiteza, oksümoron. Tabu sözlər. Evfemizmlər.
Paronim sözlər.
Müasir Azərbaycan dilinin onomastik sistemi. Onomastik
leksikanın təsnifi: antroponimlər, etnonimlər, toponimlər,
hidronimlər, zoonimlər, kosmonimlər, ktematonimlər. Poetik
onomastika.
7. Müasir Azərbaycan dilinin frazeologiyası. Leksikoqrafiya. 2s
Tələbə öyrənəcək:
Frazeoloji vahidlər, onların əsas xüsusiyyətləri. Frazeoloji söz
birləşmələri: frazeoloji qovuşma, frazeoloji birlik, frazeoloji
birləşmə. Frazeoloji ibarə və ifadələr. Atalar sözləri və məsəllərin
frazeologiyada yeri. Frazeoloji vahidlərin məna növləri : omonim,
sinonim, antonim, çoxmənalı frazeoloji vahidlər. Kalka yolu ilə
yaranan frazeologizmlər.
Lüğətlər və onların tərtibi prinsipləri (yuva üsulu, əlifba üsulu).
8. Derivatologiya. 2s
Tələbə öyrənəcək:
Dilin lüğət tərkibinin zənginləşmə yolları. Leksik, semantik,
morfoloji və sintaktik üsulla sözyaradıcılığı. Dialekt və şivələrdən
söz və ifadə götürülməsi hesabına zənginləşməsi. Alınmalar
hesabına lüğət tərkibinin zənginləşməsi. Lüğətlərin əsas tipləri
(ensiklopedik, linqvistik).
9. Morfologiya. Nitq hissələri. Isim. 2s
Tələbə öyrənəcək:
Morfologiyanın tədqiqat obyekti. Sözün tərkibi: kök və şəkilçi
morfemlər. Nitq hissələrinin təsnifi. İsim. İsmin quruluşca və
mənaca növləri. İsmin qrammatik kateqoriyaları (kəmiyyət ,
mənsubiyyət, hal, xəbərlik).
10. Sifət. Say. Əvəzlik. 2s
Tələbə öyrənəcək:
Sifət, quruluşca və mənaca növləri. Dərəcə kateqoriyası. Sayların
mənaca və quruluşca mövləri. Miqdar sayları ilə işlənən numerativ
sözlər(nəfər, ədəd, cüt, dəst və s.)
Əvəzliklərin digər əsas nitq hissələrindən fərqli xüsusiyyətləri.
Əvəzliyin məna növləri: şəxs əvəzliyi, işarə əvəzliyi, sual əvəzliyi,
qeyri-müəyyən əvəzlik, təyini əvəzlik, inkar əvəzliyi, nisbi əvəzlik.
11. Feil. 2s
Tələbə öyrənəcək:
Feil çoxkateqoriyalı nitq hissəsi kimi. Feilin quruluşca növləri.
Feilin inkarlıq kateqoriyası. Təsirli və təsirsiz feillər. Feillərdə növ
kateqoriyası (məlum, məchul, qayıdış, qarşılıqlı, müştərək, icbar).
Feilin şəkilləri (əmr, xəbər, lazım, arzu, vacib, şərt, davam,
bacarıq). Feilin zaman və şəxs kateqoriyaları.
12. Feilin təsriflənməyən formaları. Zərf. 2s
Tələbə öyrənəcək:
Feilin zamana, şəxsə və kəmiyyətə görə dəyişməyən formaları
(məsdər, feili sifət, feili bağlama), onların ikili xüsusiyyətlri. Zərfin
quruluşca və mənaca növləri (tərzi-hərəkət, zaman, yer, kəmiyyət).
13. Köməkçi nitq hissələri. Qoşma.Bağlayıcı. 2s
Tələbə öyrənəcək:
Köməkçi nitq hissələrinin əsas xüsusiyyətləri.Qoşma, onun məna
növləri və qoşulduğu hallar. Bağlayıcı.Sintaktik vəzifəsinə görə
bağlayıcıların təsnifi. Tabesizlik və tabelilik bağlayıcıları, onların
məna növləri.

14. Ədat. Modal sözlər. Xüsusi nitq hissələri.Təqlidi sözlər.Nida. 2s


Tələbə öyrənəcək:
Ədat, mənaca növləri, nitqdə rolu. Modal sözlərin digər köməkçi
nitq hissələrindən fərqi. Modal sözlərin məna növləri.
Təqlidi sözlər (yamsılamalar). Semantik müxtəlifliyinə görə
yamsılamalar: səs və görünüş yamsılamaları. Yamsılamalardan
yaranan isim və feillər.
Nida xüsusi nitq hissəsi kimi. Nidaların mənaca növləri. Nidaların
substantivləşməsi.
15. Sintaksis. Sintaktik əlaqələr. Söz birləşmələri. 2s
Tələbə öyrənəcək:
Sintaksis və onun predmeti. Sözlər arasında məna əlaqələri:
predikativ, obyekt, atributiv, relyativ əlaqə. Sintaktik əlaqələr
(tabesizlik, tabelilik). Tabelilik əlaqələri: uzlaşma, idarə, yanaşma.
Sıntaktık vahidlərin tərtibində rolu olan başqa vasitələr: söz-
formalar, söz sırası, təkrarlar, komponentlərin paralelliyi. Söz
birləşmələri, onların növləri: ismi, feili və zərf birləşmələri. Söz
birləşmələri arasında məna və sintaktik əlaqə. Söz birləşmələrinin
quruluşca növləri.
16. Cümlə. Cümlənin məqsəd və intonasiyaya görə növləri.Cümlə 2s
üzvləri.
Tələbə öyrənəcək:
Cümlənin əsas əlamətləri: bitkinlik, predikativlik, intonasiya,
modallıq. Məqsəd və intonasiyaya görə növləri: nəqli cümlə; sual
cümləsi; əmr cümləsi; nida cümləsi. Cümlənin baş (mübtəda,
xəbər) və ikinci dərəcəli (təyin, tamamlıq, zərflik) üzvləri. Cümlə
üzvlərinin sırası.
17. Cümlənin həmcins üzvləri. Əlavələr. Xüsusiləşmələr. Xitab. 2s
Ara sözlər.
Tələbə öyrənəcək:
Cümlə üzvlərinin həmcins işlənməsi. Həmcins üzvlərdə
ümumiləşdirici sözlər. Cümlə üzvlərinin xüsusiləşməsi.
Tamamlığın və zərfliyin xüsusiləşməsi. Cümlə üzvlərinin əlavəsi.
Xüsusiləşən və xüsusiləşməyən əlavələr. Qrammatik cəhətdən
cümlə üzvləri ilə bağlı olmayan sözlər:xitab və ara sözlər.Xitabla
mübtədanın oxşar və fərqli cəhətləri. Xitabların cümlədə işlənmə
yeri. Ara sözlər, onların məna növləri. Ara cümlələr.
18. Cüttərkibli və təktərkibli cümlələr. Üzvlənməyən cümlələr. 2s
Tələbə öyrənəcək:
Cüttərkibli və təktərkibli cümlənin quruluş xüsusiyyətləri.
Təktərkibli cümlələr. Qeyri-müəyyən şəxsli cümlələr. Ümumi
şəxsli cümlələr. Şəxssiz cümlələr. Adlıq cümlələr. Yarımçıq
çümlələr. Üzvlənməyən cümlələr. Söz-cümlə, onun ifadə
vasitələri, işlənmə yeri. Vokativ cümlələr.
19. Mürəkkəb cümlə. Tabesiz mürəkkıb cümlə. 2s
Tələbə öyrənəcək:
Tabesiz mürəkkəb cümlənin komponentlərini əlaqələndirən
vasitələr (məna əlaqələri, komponentlərin sırası,bağlayıcılar,
zaman uyuşmaları, intonasiya və s.) Tabesiz mürəkkəb cümlələrin
komponentləri arasındakı məna əlaqələri (sadalama,
aydınlaşdırma, qarşılaşdırma, səbəb-nəticə, bölüşdürmə, qoşulma).
20. Tabeli mürəkkıb cümlə. 2s
Tələbə öyrənəcək:
Baş və budaq cümlə. Tabeli mürəkkəb cümlənin komponentlərini
bağlayan vasitələr (bağlayıcılar, bağlayıcı sözlər, ədatlar,
əvəzliklər, modal sözlər, intonasiya). Mübtəda, xəbər, tamamlıq,
təyin budaq cümlələri.
21. Zərflik budaq cümlələri. 2s
Tələbə öyrənəcək:
Zaman, yer, tərzi-hərəkət, səbəb, nəticə, məqsəd, kəmiyyət, dərəcə,
şərt, qarşılaşdırma budaq cümlələri. Qoşulma budaq cümləsi.
Qarışıq tipli mürəkkəb cümlələr.
22. Mətn sintaksisi. 2s
Tələbə öyrənəcək:
Mətn sintaksisinin tədqiq obyekti. Mətn, növləri : mikromətn və
makromətnlər. Sintaktik bütöv. Aktual üzvlənmə, onun
komponentləri: tema və rema. Söz sırası və intonasiyanın aktual
üzvlənmədə rolu.
23. Özgə nitqi və onun verilməsi üsulları. Durğu işarələri. 1s
Tələbə öyrənəcək:
Vasitəsiz nitq. Vasitəli nitq. Sitatlar.
Punktuasiya durğu işarələrindən istifadənin cəmi kimi.

Həftə Modul/Bölmə/Fəsil Modul/Bölmə/Fəsil Oxu materialı Tədris


təlim nəticələri forması

Aralıq
qiymətləndirmə

You might also like