Professional Documents
Culture Documents
Ikt 2 2
Ikt 2 2
Ikt 2 2
Soyad:Cabbarova
Fakültə:Təhsil-2
İxtisas:İngilis dili müəlliməliyi
Qrup:126A
Kurs:1
Fənn:Təhsildə İKT
Mövzu:Microsoft Teams proqramının imkanları
2
Effektiv məsafədən tədris prosesini necə və hansı alətlər vasitəsi ilə təşkil etmək?
Ev mühitində şagirdləri öyrənməyə necə motivasiya etmək? Təlim-tədris
prosesinin düzgün təşkilinə necə nəzarət etmək? Təhsil nəticələrini hansı formada
təhlil etmək və s. Bu kimi suallar əsasında pandemiyanın ilk günlərindən etibarən
ölkəmizdə təhsilin davamlılığını təmin etmək məqsədi ilə təxirəsalınmadan yeni
təşəbbüslərin reallaşdırılmasına başlanılmışdır.Aparılan araşdırmalar nəticəsində,
məsafədən təhsilin təşkili istiqamətində beynəlxalq mühitdə effektiv, çoxfunksiyalı
və təhlükəsiz vasitə kimi özünü sübut etmiş “Microsoft Teams” platforması
əsasında “Virtual Məktəb” yaradılmışdır. “Niyə məhz bu platforma, platformanın
təhsil imkanları və üstünlükləri hansılardır?” – suallarına cavab verməli olsaq,
aşağıdakıları qeyd edə bilərik.Vahid plarforma. “Microsoft Teams” platformasında
məsafədən tədris prosesinin təşkili üçün lazım olan - video və audiodərslər, qrup
işləri, məlumat paylaşımı, ev tapşırıqları, qiymətləndirmə, tədris cədvəlləri,
monitorinq, nəzarət mexanizmləri, elektron poçt və virtual saxlanc xidmətləri kimi
geniş imkanlar vahid platformada təqdim edilir. Təqdim edilən bu imkanlardan
istifadə limitsiz və ödənişsizdir. Platformada məsafədən tədris prosesi milli təhsil
məzmunu əsasında və Azərbaycan dilinə tərcümə edilmiş interfeys vasitəsi ilə
təşkil olunur. Qeydiyyat zamanı istifadəçilərə dair bütün məlumatların məxfiliyi
qorunur. Tədris prosesində təhlükəsizliyin təmin edilməsi baxımından kənar
şəxslərin dərslərə daxil olması mümkün deyil. Bununla yanaşı, təqdim edilən
elektron poçt vasitəsilə məktubların rahat və təhlükəsiz mübadiləsi, virtual saxlanc
xidməti vasitəsilə onlayn mühitdə məlumatların etibarlı formada saxlanılması
mümkündür.Platformada mərkəzləşdirilmiş monitorinq imkanı vardır ki, bu da
öyrənmə nəticələrinə çevik reaksiya verərək, vaxtında düzəlişlər etməyə və
effektiv tədris strategiyaları qurmağa şərait yaradır. Şagirdlərin testləri necə yerinə
yetirdiklərini, hansı fənləri daha yaxşı mənimsədiklərini təhlil etmək üçün "Power
BI" aləti vasitəsilə təhlil olunub, boşluqları müəyyən edib, məzmunu lazım olan
yerlərdə zənginləşdirməyə imkan verir. Platformada məktəb üzrə bütün sinifləri
görmək səlahiyyətinə malik olan məktəb rəhbərliyi siniflər üzrə dərslərə,
davamiyyətə nəzarət edə bilirlər. Həmçinin, platforma vasitəsi ilə valideynlər öz
4