Pedoqogika Imtahan Sualları PDF

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 79

Pedaqogika imtahan sualları

1) Pedaqogikanın obyekti və predmetinin mahiyyətini açıqlayın.


Pedaqogika anlayışının mənşəyi antik Yunanıstanla əlaqəlidir. Qədim Yunan
aristokratları uşaqların tərbiyəsini, onların məktəbə aparılması və gətirilməsini
qullarına həvalə edirdilər. Yunan sözü olan “paydaqoqos” (paido- uşaq, qoqos –
ötürən) uşağı müşayiət edən deməkdir. Sonralar uşaqların təlim və tərbiyəsi ilə
məşğul olan insanlar pedaqoq adlandırılmağa başlanıldı. Müasir pedaqogika
təlim, tərbiyə, təhsil ilə bağlı fundamental elmdir. O, təhsil prosesinin təsiri
altında insanın inkişaf səbəblərini müəyyənləşdirir, idarəetmə yollarını tədqiq
edir. Pedoqogikanın inkişafına cəmiyyətin ideologiyası, təlim, tərbiyə olan
tələbatı, dövlət siyasəti, pedaqoji innovasiyalar təsir göstərir. Müasir dövrdə
pedaqogika anlayışı “öyrətmə” , “təhsil” anlayışları ilə sinonim kimi işlədilir.
Pedaqogikanın obyekti tərbiyə nəticəsində inkişaf edən insandır.
Pedaqogikanın predmeti insanın inkişafını təmin edən tərbiyə
münasibətləridir. Pedaqogika fəal, həyatda yeri və mövqeyi olan insanın tərbiyə
olunmasına, mənəvi cəhətdən zənginləşməsinə yardım göstərən, cəmiyyətlə
təbiət arasındakı münasibətlərin tənzimlənməsini təmin edən elmdir. Onu yaşlı
nəslin təcrübəsinin gənc nəslə ötürülməsi kimi də dəyərləndirmək olar.

2) Kompetensiyaların formalaşdırılmasının təhsil sisteminə təsirini


dəyərləndirin.
Müasir pedaqogikanın vəzifələrinin yerinə yetirilməsi yalnız yeni,
kompetensiyalara əsaslanan yanaşmanın tətbiqi ilə mümkündür. Kompetensiya
sözünün mənası – şəxsə işdə effektiv davranmaq imkanı verən bacarıq,
qabiliyyət və biliklər toplusudur. Ənənəvi sistemdə təhsil prosesi zamanı
şagirddə yalnız biliklərin formalaşdırılması nəzərdə tutulurdu. Bunun nəticəsi
olaraq da real həyatda əldə olunan biliklərin tətbiq edilməsi zamanı bir sıra
çətinliklər yaranırdı. XXI əsrdə isə biliklərlə yanaşı şagirdlərdə təcrübənin, yəni
kompetensiyaların formalaşdırılması nəzərdə tutulur. Fərddə kompetensiyaların
formalaşdırılması birbaşa onun gələcəkdəki fəaliyyəti ilə bağlı olur. Belə ki,
məktəb vaxtı zəruri kompetensiyaları mənimsəmiş şagird işə götürülmə
prosesində daha üstün imkanlara malik ola bilər. Kompetensiyaların
formalaşdırılmasının əsas məqsədi isə mövcud təhsil məktəbinin və əmək
bazarının təlabatlarını bir araya gətirməkdir. Kompetensiyalara əsaslanan
yanaşmanın tətbiqi dövlətin, cəmiy yətin, işəgötürənin maraqlarına
uyğunlaşarsa, təhsilin keyfiyyətinə verilən tələblərlə təhsilin nəticələri arasındakı
ziddiyyətlər aradan qalxacaq, gözləgörünən irəliləyişlər əldə olunacaqdır.

3) Pedaqogikanın vəzifələrinin əhəmiyyətini əsaslandırın.


Pedaqogika elminin vəzifələrinə tədqiqatların aparılması; orta və ali məktəbin
nəzəri və praktik vəzifələri; məktəblilərin, tələbələrin təhsil və tərbiyəsinin
həyata keçirilməsi, yeni metodların, vasitə və formaların işlənib hazırlanması,
təlim sistemlərinin, tərbiyə və təhsil strukturlarının idarə olunması daxildir.
Pedaqoji elmin aparıcı vəzifələri sırasında təhsil və tərbiyənin
qanunauyğunluqlarını müəyyənləşdirmək mühüm yer tutur. Pedaqogikanın
qanunauyğunluqları mövcud şəraitlərdə obyektiv və qabaqcadan ona müvafiq
şəkildə yaradılmış əlaqə və əldə edilmiş nəticələr zəminində izah olunur.
Pedaqogika elminin daimi vəzifələrinin tərkibinə pedaqoji təcrübənin hərtərəfli
araşdırılması, öyrənilməsi və ümumiləşdirilməsi daxildir. Peşəkar təhsil və tərbiyə
işi-yaradıcı işdir. Odur ki, hər bir müəllim təcrübi olaraq öz tərbiyə etdiyi ilə bağlı
səmərəli rasional təsir mexanizmləri qurur. Pedaqogika elminin mühüm
vəzifələrindən biri də tədqiqatların nəticələrinin təcrübədə tətbiqi və həyata
keçirilməsidir. Pedaqogika elminin daimi və mühüm vəzifələrinə, təhsilin yaxın
və uzaq gələcəyə görə proqnozlaşdırılması daxildir. Pedaqogika elminin
vəzifələrinə həmçinin innovasiya proseslərinin nəzəri-metodoloji əsaslarının
işlənilməsi, qanunauyğunluqları öyrənmək; yeni və mükəmməl təlim
metodlarını, modellərini hazırlamaq; onların həyata keçirilməsi üçün elmi
işləmlərin daha qısa yollarını tapmaq; pedaqoji təcrübəni təhlil etmək və
gələcəyin təhsil strukturunu proqnozlaşdırmaq aiddir.

4) Pedaqogikanın əsas anlayışlarını mahiyyətcə qarşılaşdırın.


Pedaqogikanın əsas anlayışlarına tərbiyə, təlim, təhsil və inkişaf daxildir.
Tərbiyə inkişaf əsasında şəxsiyyətin 1)ətraf mühit hadisələrinə və predmetlərinə
müəyyən münasibətinin; 2)dünyagörüşünün; 3)davranışının məqsədyönlü
formalaşması deməkdir. Geniş mənada tərbiyəni cəmiyyətin şəxsiyyətə təsiri
kimi başa düşmək olar. Lakin dar mənada tərbiyə məqsəd yönlü fəaliyyətin,
şəxsiyyətin keyfiyyətlər sisteminin, baxışlarının formalaşmasını əks etdirir.
Tərbiyə prosesində insanda elə bir inkişaf gedir ki, bu, sonda onun tərbiyəsinə
təsir etməklə, onu dəyişdirir. Odur ki, insanın inkişaf amilinin əsasını
özünütərbiyə, özünütəhsil, özünütəlim və özünütəkmilləşdirmə təşkil edir. Təhsil
insanın cəmiyyətdə inkişafı üçün yaradılan xarici şəraitlər sisteminin xüsusi təşkil
olunmuş formasıdır. Xüsusi təşkil olunmuş təhsil sisteminə - təhsil, tərbiyə
müəssisələri, təşkilatları, ixtisasartırma müəssisələri və kadrların yenidən
hazırlanması institutları daxildir. Hərfi mənada təhsil müəyyən yaş mərhələsində
müvafiq nəticələrin əldə olunması deməkdir. Təhsil müxtəlif mənalarda işlədilir:
1.Təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və
onun nəticəsidir.
2.Təhsil – proses kimi müəyyən müddət ərzində həyata keçirilir. Onun başlanğıcı
və sonu bu prosesin iştirakçılarından, dəyişiklikləri əks etdirən və təmin edən
texnologiyalardan asılıdır.
3.Təhsil – insanın tədris müəssisəsini bitirməsi faktını təsdiq edən sənədin
verilməsi ilə başa çatır.
Təhsil, son nəticədə, insanın nəzəri tələbatının və bacarıqlarının müəyyən inkişaf
səviyyəsini, onun bilik, bacarıq, vərdişlərinin bu və ya digər praktik fəaliyyət
növünə hazırlığını göstərir.
Təlim pedaqoji prosesin xüsusi növüdür. O, əvvəllər hazırlıq keçmiş şəxsin
rəhbərliyi altında şəxsiyyətin təhsil vəzifələri ilə bağlı tərbiyə və inkişafının
qarşılıqlı əlaqəsi şəklində həyata keçirilir. Proses kimi təlim də iki hissədən
ibarətdir: 1) öyrətmə - tədris prosesinin gedişində biliklər sisteminin,
bacarıqların, fəaliyyət təcrübəsinin verilməsi; 2) öyrənmə - şagirdin fəaliyyəti,
onun təqdim edilən təcrübəni qavraması, düşünməsi və istifadəsi.
İnkişaf insanın fiziki və mənəvi gücünün keyfiyyət və kəmiyyət dəyişikliklərinin
daxili və ardıcıl obyektiv dəyişmə prosesini əks etdirir. Şəxsiyyətin inkişafı xarici,
daxili, sosial, təbii, idarəolunan, idarəolunmayan amillər əsasında həyata
keçirilir.

5) Pedaqogikanın başqa elmlərlə əlaqəsinə dair tutarlı nümunələr gətirin.


Heç bir elm təcrid olunmuş şəkildə fəaliyyət göstərə bilməz. Digər elmlərdə
olduğu kimi pedaqogika da bir elm kimi çoxsaylı elmlərlə qarşılıqlı əlaqədə inkişaf
edir. Onların hər biri dünya və insan haqqında dərketmənin hissələridir.
Pedaqogika elmi fəlsəfə, psixologiya, fiziologiya, sosialogiya, biologiya, tibb,
tarix, ədəbiyyat, pedaqoji kibernetika, informatika və başqa elmlərlə
əlaqəlidir.
Pedaqoji elm üçün fəlsəfi biliklər böyük əhəmiyyətə malikdir. Fəlsəfi biliklər
pedaqoji biliklərin əsasını təşkil edir. Təfəkkür nəzəriyyəsi, təlim-tərbiyə
fəaliyyətinin qanunauyğunluqlarını və idarəolunma mexanizmlərini
müəyyənləşdirməyə zəmin yaradır.
Pedaqogika psixologiya elmi ilə üzvi surətdə bağlıdır. İnsanı düzgün öyrətmək,
tərbiyə və inkişaf etdirmək üçün ilk növbədə, onu hərtərəfli öyrənmək lazımdır.
Pedaqogika şəxsiyyətin təlim-tərbiyə məsələlərini öyrənir, onun inkişafının idarə
olunmasını yollarını araşdırır. Psixologiya isə inkişafda olan insan psixikasının
xüsusiyyətlərini, şəxsiyyətin təşəkkül prosesini, təlim və tərbiyənin psixoloji
mahiyyətini öyrənir. Pedaqoji və yaş psixologiyası, pedaqoji fəaliyyətin peşəkar
psixologiyası, pedaqoji sistemlərin idarə olunması psixologiyası və s. pedaqogika
və psixologiya elmləri arasında körpü rolunu oynayır.
Pedaqogika fiziologiya ilə də sıx əlaqədədir. Təlimə cəlb olunanların psixi və
fiziki idarəolunma mexanizmini, onların inkişafını anlamaq üçün orqanizmin ayrı-
ayrı hissələrinin, həyat fəaliyyətinin qanunauyğunluqlarını bilmək vacibdir.
Pedaqoji elm üçün şəxsiyyətin inkişafına birbaşa təsir göstərən mərkəzi sinir
sisteminin fəaliyyətini, qanunauyğunluqlarını öyrənmək son dərəcə zəruridir.
Pedaqogika ilə tibb arasında da sıx bağlılıq mövcuddur. Əqli və fiziki inkişafa
mane olan anadangəlmə və ya sonradan qazanılmış qüsurlara malik uşaqlara
korreksion pedaqogika vasitəsilə təlim verilir. Gündəlik fəaliyyət zamanı adi
uşaqların da tibbi göstəricilər nəzərə alınmalı, pedaqoji proses korreksiya
olunmalı, tənzimlənməlidir.
Tərbiyə və təlim prosesinin tədqiqi pedaqoji kibernetikasında böyük
perspektivlər açır. Onun nailiyyətlərindən istifadə etməklə qarşı pedaqogika
elmi öz qanunauyğunluqlarını müəyyənləşdirilir, təhsil prosesinin idarə olunması
mexanizmi və üsulları dəqiqləşdirilir.
Təhsil mədəniyyətin tərkib hissəsidir. Bu səbəbdən pedaqogika mədəniyyətin
element kimi nəzərdən keçirilməlidir. Pedaqoji problemlər ümummədəni
əhəmiyyətə malik olduğundan insanın və bütövlükdə cəmiyyətin pedaqoji
mədəniyyəti müasir dünya mədəniyyətinin tərkib hissəsini təşkil edir.
Sosiologiya cəmiyyətin və onun sosial qruplarının mahiyyətinin, vəziyyətinin
pedaqoji planlaşdırılması ilə sıx əlaqəlidir. Pedaqogika konkret dövr və sosial
qrup üçün uyğun olan şəxsiyyət formalaşdırmaqla çox məsuliyyətli sosial sifariş
yerinə yetirir. Pedaqoji proses şəxsiyyətdə məhz müvafiq keyfiyyətlərin
formalaşmasına istiqamatləndirilir.
6) Pedaqoji elmlər sistemini xarakterizə edin.
Hər hansı elmin inkişafından söhbət getdikdə onun yaxın elmi fənlərlə yaranan
çoxsaylı əlaqəsindən danışırlar. Pedaqoji elmlər sistemini yaradan amillər
bunlardır:
1)Tərbiyənin əsas qanunauyğunluqlarını tədqiq edən ümumi pedaqogika.
2)Pedaqoji ideya və müxtəlif tarixi dövrlərdə tərbiyənin inkişafını öyrənən
pedaqogika tarixi.
3)Təhsil və tərbiyə sistemində müxtəlif ölkələrdə olan nailiyyətlərin müqayisəsi,
onlar arasındakı oxşarlıq və fərqlərin müəyyənləşdirilməsi
qanunauyğunluqlarının araşdırılması ilə məşğul olan müqayisəli pedaqogika
4)Müxtəlif yaş dövrlərində insan tərbiyəsinin xüsusiyyətlərini öyrənən yaş
pedaqogikası.
5)Fiziki və əqli nöqteyi-nəzərdən qüsuru olanların (uşaq və böyüklərin)
tərbiyəsinin vasitə və formalarını, metod və prinsiplərinin nəzəri əsaslarını işləyib
hazırlayan xüsusi pedaqogika.
6)Müxtəlif fənlərin tədrisi metodikası konkret fənlər üzrə (Azərbaycan dili,
fizika, riyaziyyat, kimya, tarix və s.) təlimin fərdi spesifik qanunauyğunluqlarını
özündə əks etdirir.
7)Texniki və peşə təhsili pedaqogikası konkret peşə sahəsi fəaliyyətinə
istiqamətlənmiş insanların tərbiyə və təhsil texnologiyalarının prinsiplərini
müəyyənləşdirir, məzmun işləyib hazırlayır, insanların tərbiyə
qanunauyğunluqlarını öyrənir.
8)İstehsalat pedaqogikası işləyənlərin təlim fəaliyyətinin, onların yeni istehsal
alətlərinə istiqamətlənməsinin, ixtisas dərəcələrinin artırılmasının və yeni
peşələrin mənimsənilməsinin qanunauyğunluqlarını öyrənir.
9)Sosial pedaqogika məktəbdənkənar tərbiyə və təhsil sahəsində tətbiqi və
nəzəri işləmlərin müddəalarını özündə əks etdirir.
10) İslah əmək pedaqogikası cəzaçəkmə müəssisələrində aparılan tərbiyə
işlərinin təcrübi və nəzəri əsaslarının işlənməsini nəzərdə tutur.
11)Müalicə pedaqogikası pedaqoqların təhsil, tərbiyə fəaliyyəti dövründə zəif və
xəstə məktəblilər üçün ümumi sistem qaydalarını işləyib hazırlayır və beləliklə,
lazımi rejimdə gedən müalicə və təlim şəraitində tibb elmi ilə pedaqoji elmin
inteqrasiyası yaranır.
7) Tədqiqat və onun əhəmiyyətini qiymətləndirin.
Tədqiqat problemi dərin və əhatəli anlamağa köməklik göstərən, məlumatın
toplanılması, təhlili üçün istifadə olunan addımlar prosesidir. Tədqiqat 3
mərhələdən ibarətdir:
1) Sualın müəyyənləşdirilməsi
2) Sualı cavablandırmaq üçün məlumatın toplanması
3) Cavabların təqdim edilməsi
Pedaqoji tədqiqatlar bütün müəllimlərə tanış prosesdir. Hər bir müəllim gündəlik
fəaliyyətində müxtəlif səpkili problemlərin həllinə cəlb edilir; suallarla qarşılaşır,
onları cavablandırmaq üçün məlumat toplayır və yekunda cavab formalaşdırır.
Sadalananlar tədqiqatın əsas çərçivəsidir. Pedaqoji tədqiqat bacarıqları pedaqoji
fəaliyyətin mühüm tərkib hissəsidir və müəllim fəaliyyətinin səmərəliliyinə
birbaşa təsir göstərir. Pedaqoq daim bilik və bacarıqları inkişaf etdirməyə
çalışmalıdır. Tədqiqatlar təhsillə bağlı müxtəlif problemlərin həllində mühüm rol
oynayırlar.
Tədqiqatın hesabatı müəllimləri qabaqcıl təcrübə haqqında məlumatlandırır.
Tədqiqatın hesabatında bu günə qədər aparılmayan araşdırmalar haqqında
məlumat verilə bilər. Məsələn, tədqiqatçı məktəbəqədər yaş dövrünə aid bu
günə qədər tədqiqata cəlb olunmayan emosional inkişafın rolunu araşdırırsa
deməli, tədqiqat bu mövzu ilə bağlı mövcud boşluğu doldurur. Tədqiqatçı
uşaqların məktəbdənkənar oyun zamanı sosial bacarıqlarını araşdırırsa, tədqiqat
mövzu ilə bağlı biliklərin zənginləşməsini təmin edəcək. Tədqiqat şagirdlərə
sosial bacarıqların aşılanmasına həsr olunursa, deməli, bu praktik tədqiqatdır.

8) Tədqiqatın təcrübəyə və təhsil siyasətinə təsiri ilə bağlı şəxsi fikirlərinizi


bildirin.
Tədqiqatlar təcrübəni təkmilləşdirmək baxımından böyük əhəmiyyət kəsb edir.
Tədqiqatın nəticələri müəllim və digər təhsil işçilərinə daha səmərəli fəaliyyət
göstərmək üçün şərait yaradır. Təhsil işçilərinin tədqiqatlardan, tədqiqat
nəticələrindən bəhrələnməsi təhsilin inkişafını təmin edir. Tədqiqatlar kadr
hazırlığına da müsbət təsir göstərir, çünki onlar təcrübəyə zəmin yaradır.
Tədqiqatların nəticələri ilə silahlanan müəllimlər və təhsil işçiləri peşəkar
baxımdan daha böyük irəliləyişlər əldə edirlər. Tədqiqatlardan əldə olunan
nəticələr ali məktəbdə pedaqoji kadr hazırlığında tətbiq edilir. Tədqiqatlar
müəllimlərə gündəlik fəaliyyətlərini təkmilləşdirmək, yaradır. Tədqiqatlar,
həmçinin, təlim prosesində müəllimlərin tətbiq etdiyi yanaşmaları, onların
səmərəliliyini qiymətləndirməyə, eyni ideyaları fərqli məkanlarda tətbiq edən
həmkarları ilə əlaqələr qurmağa imkan yaradır. Bu, tədqiqat prosesində ən
faydalı nəticəni müəyyənləşdirmək üçün daha yaxşı nəticənin yoxlanılmasını və
seçimini nəzərdə tutur.
Tədqiqatlar müəllimlərə praktik fəaliyyətlərini gücləndirməyə, təkmilləşdirməyə
köməklik göstərməklə yanaşı, təhsil sahəsində idarəetmə ilə məşğul olan
mütəxəssisləri, siyasətçiləri də təhsillə bağlı müxtəlif problemlərin araşdırılması
və müzakirəsində lazımi məlumatlarla təmin edirlər. Buraya qanunvericiliklə
məşğul olan insanlardan tutmuş yerli icra nümayəndələri, məktəb və təhsil
şöbələrinin rəhbərliyi aiddir. Onların təhsillə bağlı müzakirələrə cəlb olunması
təhsilin keyfiyyətinə töhfə verə bilər. Bu istiqamətdə fəaliyyət göstərən insanlar
tədqiqatların nəticələrindən müxtəlif fikirlərin, yanaşmaların
dəyərləndirilməsində istifadə edə bilərlər. Tədqiqatlar dəqiq nəticələr şəklində
qısa və lakonik ümumiləşdirilməli və konkret məlumatları özündə
cəmləşdirməlidir.

9) Tədqiqatın mərhələlərinin təsvirini verin.


Tədqiqat prosesində araşdırmaçı aşağıdakıları nəzərə almalıdır:
Tədqiqatın problemini və məqsədini müəyyənləşdirməlidir;
Problemin (əgər təsdiqlənərsə) həllinə köməklik göstərən fərziyyə yürütməlidir,
Fərziyyə yürütmək üçün məlumat toplamalıdır;
Proqnozun dəstǝklənməsi və tədqiqata səbəb olan problemin həllinə köməklik
göstərmək üçün məlumatı təhlil və interpretasiya etməlidir;
Tədqiqat prosesi altı mərhələdən ibarətdir:
1. Tədqiqat probleminin müəyyənləşdirilməsi;
2.Ədəbiyyatın nəzərdən keçirilməsi;
3. Tədqiqat məqsədinin dəqiqləşdirilməsi;
4. Məlumatın toplanılması;
5. Məlumatın təhlili və interpretasiyası;
6. Hesabatın hazırlanması və qiymətləndirilməsi.
Tədqiqat probleminin müəyyənləşdirilməsi.
Tədqiqat adətən təhsildə həlli tələb olunan problemin mövzusu
müəyyənləşdirilməsi ilə başlanır. Tədqiqat probleminin
müəyyənləşdirilməsinə araşdırılmalı məsələ, problemin dəqiqləşdirilməsi,
öyrənmək, araşdırmaq üçün əsaslandırmanın hazırlanması, hesabatı oxuyan
müvafiq auditoriya, qrup üçün mövzunun, problemin əhəmiyyətinin təsviri
aiddir.
Ədəbiyyatın nəzərdən keçirilməsi.
Tədqiqat başlamazdan əvvəl problemin daha öncə kimlər tərəfindən
araşdırılmasını bilmək olduqca vacib məsələdir. Ədəbiyyatın araşdırılması,
nəzərdən keçirilməsi aparılmış tədqiqatları təkrarlamamaq məqsədi daşıyır.
Ədəbiyyatın nəzərdən keçirilməsi mövzu ilə bağlı xülasə, kitab, jurnal, indeksli
nəşrlərin axtarışını, xülasəyə ədəbiyyatın seçim əsasında daxil edilməsini və
yazılı hesabatda ədəbiyyatın ümumiləşdirilməsindən ibarətdir. Ədəbiyyatın
nəzərdən keçirilməsi üçün lazım olan bacarıqlar tədricən təcrübə ilə
formalaşır və inkişaf edir. Buraya akademik kitabxanada kitab və jurnal
məqalələrinin axtarışı, elektron məlumat bazalarından istifadə, mövzu,
problem üzrə aparılmış tədqiqatların keyfiyyətinin müəyyənləşdirilməsi və
dəyərləndirilməsi, əldə olunan məlumatlar üzrə ümumiləşdirmənin
aparılması daxildir.
Tədqiqat məqsədinin müəyyənləşdirilməsi.
Problem geniş mövzunu əhatə edirsə, onu araşdırmaq üçün tədqiqat prosesi
sistemləşdirilməli və diqqət araşdırma üzərində cəmləşdirilməlidir. Problemin
məqsədyönlü təkrarlanması və dəqiqləşdirilməsi məqsədin formalaşdırılması
və ifadə olunmasıdır. Tədqiqatın məqsədi araşdırmanın əsas niyyətini
müəyyənləşdirmək və onun xüsusi tədqiqat sualı və fərziyyə şəklində ifadə
etməkdir.
Məlumatın toplanılması.
Dəlil və sübutlar tədqiqat sualı ,və fərziyyələri cavablandırmağa köməklik
göstərir. Cavabları tapmaq üçün məlumatın toplanılması mərhələsinə keçid
olunur. Məlumatın toplanılması tədqiqat üçün insanların
müəyyənləşdirilməsi və seçimi, onlardan icazənin alınması, tədqiqat
aparılması və məlumat toplanılması üçün sualın verilməsi, insanların
davranışlarının müşahidə edilməsindən ibarətdir. Prosesin tənzimlənməsində
ayrı-ayrı insanlardan və yerlərdən dəqiq məlumatlar əldə etmək əsas
məsələlərdən biridir.
Məlumatın təhlili və interpretasiyası (şərhi).
Məlumatın toplanılması və ya ondan dərhal sonra əldə olunan məlumatın
mənası dərk edilməlidir. Təhlil fərdlərin cavablarını müəyyənləşdirmək üçün
məlumatın hissələrə ayrılması, onların bir yerə toplanılması və
ümumiləşdirilməsidir. Məlumatın təhlili və interpretasiyası (şərhi) problemlə
bağlı nəticələrin çıxarılmasını nəzərdə tutur. Buraya nəticələrin cədvəllər,
şəkillər, sxemlərlə təqdimatı, tədqiqat sualını cavablandırmaq üçün
nəticələrin əhatəli şəkildə sözlə ifadə olunması daxildir. Hesabatın təhlili və
şərhi nəticələr bölməsində yer alır.
Hesabat və tədqiqatın qiymətləndirməsi
Tədqiqatın həyata keçirilməsi prosesi yekunlaşdıqdan sonra yazılı hesabat
hazırlanmalı və müvafiq auditoriya ilə paylaşılmalıdır. Tədqiqatın auditoriyası
elmi nəşrlərdə məqalələrlə çıxış edən akademik tədqiqatçılardan, dissertasiya
işlarinə rəhbarlik edən müəllim-məsləhətçilardan, aktual mövzularla bağlı
tədqiqatlarla maraqlanan təhsil işçilərinədək dəyişir. Tədqiqat hesabatının
strukturu auditoriyaya görə fərqlənə bilər. Məsələn, formal dissertasiya
formatından məktəb hesabatlan üçün qeyri-formal, rəsmi sənədədək.
İstənilən tədqiqat hesabatında təqqiqatçı etik qaydalara riayət etməlidir.
Cins, din, dil və etnik mənsubiyyətə göra ayrı-seçkilik yol verilməzdir.

10) Kəmiyyət və keyfiyyət tədqiqatlarının oxşar və fərqli cəhətlərini


tapın.
Pedaqoji tədqiqat prosesi iki əsas istiqamət (keyfiyyət və ya kəmiyyət
tədqiqatları) üzrə planlaşdırmanı nəzərdə tutur. Tədqiqatın hər iki növü müxtəlif
mərhələlərdən (özünəməxsus və fərqli şəkildə) keçir. Tədqiqatçı problemin
xüsusiyyətlərindən, problemin həlli məqsədilə qoyulan tədqiqat sualından,
ədəbiyyatda problemin qoyuluşunun təhlilindən asılı olaraq, keyfiyyət və ya
kəmiyyət növünü seçə bilər. Kəmiyyət və keyfiyyət tədqiqatlarının oxşar
cəhətlərinə aşağıdakılar aiddir:
1. Ortaya qoyulan problemin hərtərəfli araşdırıılması
2. Ədəbiyyat təhlilinin aparılması ( kəmiyyət tədqiqatında buna
xüsusilə yer verilir)
3. Verilən sualın cavabının tapılması üçün məlumatların toplanılması
4. Əldə olunan məlumatların şərhi
5. Sonra hər iki tədqiqatın hesabatının yazılması
Oxşar cəhətlərlə yanaşı bu iki tədqiqatın fərqli cəhətləri də vardır:
Kəmiyyət tədqiqatları:
-Dəyişənlər arasında qarşılıqlı əlaqələrin və ya tendensiyaların izahı vasitəsilə
tədqiqat probleminin təsviri;
-Ədəbiyyatın təhlilinə xüsusi yer verməklə tədqiqatın müəyyənləşdirilməsi,
tədqiqat probleminin əsaslandırılması, tədqiqatın aparılmasına tələbatın
yaradılması;
-Xüsusi, ölçülən və müşahidə olunan məqsədin, tədqiqat sualı və fərziyyənin
ifadə edilməsi;
-Əvvəlcədən hazırlanmış suallar və cavablar vasitəsilə rəqəmli məlumatların
toplanılması;
-Statistik təhlil vasitəsilə qrupların və ya əlaqəli dəyişənlərin müqayisəsinin
aparılması, tendensiyaların təhlil edilməsi, nəticələrin keçmiş tədqiqatlarla
tutuşdurulması;
-Obyektiv və qərəzsiz yanaşma əsasında müvafiq standart, struktur və
qiymətləndirmə meyarlarından istifadə etməklə tədqiqatın hesabatının
yazılması.
Keyfiyyət tədqiqatları:
-Problemin öyrənilməsi və əsas anlayışın tam anlaşılmasının inkişafı;
-Ədəbiyyat təhlili prosesin tənzimlənməsində vacib rol oynamasa da, problemi
əsaslandırmağa yardım edir;
- İştirakçıların təcrübəsi nəzərə alınmaqla məqsədin və tədqiqat probleminin
geniş şəkildə ifadə olunması;
-İştirakçıların fikrini öyrənmək üçün məlumatın toplanılması;
-Təsvir üçün məlumatın təhlili, əldə olunan məlumatların geniş şərhi
(interpretasiyası);
-Çevik strukturların qiymətləndirmə meyarlarının, həmçinin, tədqiqatçıların
subyektiv refleksiyasının, qərəzli fikirlərinin nəzərə alınması və hesabatın
yazılması.

11) Tədqiqatın dizaynı və növlərinin əsas cəhətləri arasında əlaqələr


yaradın.
Tədqiqatın dizaynı tədqiqat prosesində xüsusi prosedurdur və tədqiqat zamanı
məlumatın toplanılması, məlumatın təhlili və hesabatın yazılmasından ibarətdir.
Müxtəlif tədqiqat dizaynları mövcuddur və onların hər birinin özünəməxsus
xüsusiyyətləri var.
Eksperimental dizayn:
Eksperimental tədqiqat dizaynı kəmiyyət tədqiqatıdır. Tədqiqatçı bu və ya digər
fəaliyyət və ya materialların iştirakçıların nəticələrinə təsirini müəyyənləşdirir,
təsiri qiymətləndirmək üçün bir qrupa müəyyən fəaliyyətlər təqdim edir, digər
qrupa isə heç bir fəaliyyət tövsiyə olunmur.
Korrelyasiya tədqiqatları:
Korrelyasiya kəmiyyət tədqiqatlarına daxildir. O, korrelyasiya analizlərində,
təhlillərində statistik prosedurlar vasitəsilə bir və ya bir neçə dəyişənlər
arasındakı əlaqələri, birinin digərinə təsirini öyrənir, təhlil edir. Eksperimental
tədqiqatlardan fərqli olaraq, tədqiqatçı yalnız bir qrupu araşdırır.
Anket sorğusu:
Kəmiyyət tədqiqatlarına aid anket sorğusunda fəaliyyəti, materialları yoxlamaq
və ya dəyişənlər arasındakı əlaqələri üzə çıxarmaq istəməyən tədqiqatçı insan
kütləsinin fikirlərinin təsvirini planlaşdırır və həyata keçirir. Burada sorğu on yaxşı
vasitədir. Sorğu iki tip audutoriyanı əhatə edə bilər: azsaylı və çoxsaylı
respondentlər qrupu.
Tarixi tədqiqatlar:
Tarixi tədqiqatlar ilkin məlumatlardan asılı deyil. Bu tədqiqat növündə tarixi
hadisələrin, onların müasir inkişafa təsirini müəyyənləşdirmək üçün tədqiqat
hesabatları olunur və qanunvericilik aktları təhlil olunur.
Etnoqrafik tədqiqatlar:
Etnoqrafik tədqiqatlar bir qrup insanı yaşadığı, çalışdığı mühitdə araşdırmaq və
onlar arasındakı əlaqələri müəyyənləşdirib təsvirini vermək, mədəni qrupa xas
ümumi davranış, fikir, dil, münasibətləri araşdırmaq məqsədi daşıyır. Etnoqrafçı
qrupu mühitdə təsvir edir, qrupun fəaliyyəti ərzində yaranan problemlərin
təhlilini aparır və qrupun portretini “çəkir”.
Nəqli tədqiqatlar:
Nəqli tədqiqatlar keyfiyyət tədqiqatına aiddir. O, qrup davranışı, ideyaların şərhi
və təsviri, insanların təcrübəsi əsasında izahatın hazırlanması ilə yanaşı, bir və ya
iki nəfərin təcrübəsinin nəqlini də əhatǝ edə bilər. Tədqiqatçı insanların həyatının
təsvirini verir, onlar haqqında əhvalatlar danışır və təcrübələrini nəql edir.
Qarışıq tədqiqatlar:
Tədqiqat prosesində tədqiqatçı keyfiyyət və kəmiyyət məlumatlarını
toplamalıdır. Qarışıq tədqiqatların əsas üstünlüyü ondan ibarətdir ki, iki
metoddan eyni zamanda istifadə etmək mümkündür, hətta bu daha ssəmərəlidir
Qarışıq metodlar həm keyfiyyət, həm də kəmiyyət məlumatlarının tədqiqatda
toplanılması, təhlili və ya birləşdirilməsidir.
Fəaliyyət tədqiqatları:
Qarışıq tədqiqatlar kimi tədqiqatın bu dizaynında da, adətən kəmiyyət və
keyfiyyət məlumatlarından istifadə olunur, lakin daha çox təhsil müəssisələrində
praktik problemlərin həllinə diqqət göstərilir. Fəaliyyət tədqiqatları sistematik
prosedurları əhatə edir. Təhsil işçiləri təhsil mühitinin yaxşılaşdırılması, təlim-
tərbiyə prosesinin səmərəsinin yüksəldilməsi məqsədilə bu tədqiqat növünə üz
tuturlar.
Keys tədqiqatları:
Keys tədqiqatlara ümumi təsəvvürün, bütöv səhnənin yaranması üçün bir sıra
konkret nümunələrin təhlili aiddir. Tədqiqatçı valideyn, şagird və peşəkarların,
mütəxəssislərin fikirlərini, baxışlarını araşdıraraq dəyişikliklərin tədqiqini
aparmalıdır. Bunların hər biri konkret vəziyyət-keysdir.

12) Pedaqoji fəaliyyətin xüsusiyyətlərini təsvir edin.


Tədris prosesini idarəetmə - müəllim tərəfindən hər bir şagirdə və şagird
kollektivinə təlim nəticələrinin məqsədli şəkildə çatdırılmasıdır. İdarəetmə -
prosesin mahiyyətini maksimum şəkildə nəzərə almaq və hər bir təsiri müvafiq
məntiqlə əlaqələndirmək deməkdir. Tədris prosesində idarəetmənin
xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
-Pərakəndə nizamlamadan daha mühüm olan şüurlu və planlı təsir,
-İdarəedici sistemlə idarə olunan obyekt arasında səbəb-nəticə əlaqələrinin
olması;
-İdarə olunan sistemin bir keyfiyyət vəziyyətindən digərinə dinamik, yaxud
bacarıqlı şəkildə keçid;
-İnamlılıq, idarəetmə sisteminə gedən proseslərdə verilmiş funksiyaların yerinə
yetirilməsinin zəruriliyini dərketmə;
-Sabitlik: daxili və xarici narazılıqlara əhəmiyyət vermə dan əvvəlcədən müəyyən
olunmuş trayektoriya üzrə hərəkəti davam etdirmə.
Tədris prosesi idarəetmənin ardıcıl olaraq yerinə yetirilməsini şərtləndirir.
Idarəetmə müəyyən məqsəd və vəzifələrin qoyulması ilə başlayır, nəticələrin
əldə olunması ilə başa çatır.
Təlim prosesinin səmərəli idarə olunması yalnız bir neçə tələbi yerinə yetirdikdə
mümkün olur. Onlar aşağıdakılardır:
1.Təlim məqsədlərinin formalaşdırılması;
2.İdarəetmə prosesinin qurulması;
3.Təlim prosesinin vəziyyətinin əsas dəyişikliklərini nəzərdə tutan fəaliyyət
proqramlarının hazırlanması;
4. Müəyyən parametrlərə görə təlim prosesinin vəziyyəti haqqında
informasiyanın alınması;
5.Əks-əlaqə kanalı ilə alınmış informasiyanın, korrektəedici hərəkətlərin yenidən
hazırlanması və tədris prosesinə daxil olunması.

13) Pedaqoji tədqiqat metodlarını tutuşdurun.


Metod müəyyən qayda, priyom, həqiqətin nəzəri və praktik mənimsəmə
normaları anlamını verir. Müxtəlif metodların məcmusu metodologiya
adlandırılır. Metodologiya dərketmə metodları haqqında elmdir. İstənilən elmin
obyekti, predmeti və metodları sıx əlaqədədirlər. Elmin metodu onun obyekti
haqqında olan dərketməni daha da dərinləşdirir. Pedaqoji tədqiqat metodları iki
qrupa ayrılır: nəzəri tədqiqat metodları və pedaqoji təcrübənin öyrənilməsi
metodları.
Pedaqoji tədqiqat metodlarının birinci qrupuna pedaqoji təcrübənin
öyrənilməsinə dair metodlar daxildir. Bu metodlar həm qabaqcıl, innovativ
pedaqoji təcrübənin, həm də sıravi müəllimlərin qabaqcıl təcrübəsinin
öyrənilməsi üçün istifadə olunur. Həmin qrupa müşahidə, söhbət, müsahibə,
anket sorğusu, pedaqoji sənədlərin, şagird fəaliyyətinin öyrənilməsi aiddir.
Nəzəri tədqiqat metodlarına problemin müəyyən olunması, fərziyənin irəli
sürülməsi, əldə olunmuş məlumatların qiymətləndirilməsi də aiddir. Nəzəri
tədqiqat metodlarına problemin müəyyən olunması, fəziyyənin irəli sürülməsi,
əldə olunmuş məlumatların qiymətləndirilməsi aiddir. Nəzəri tədqiqat
metodları pedaqoji hadisələrin əlamətlərini, xüsusiyyətlərini üzə çıxarmaq və
araşdırmaq imkanı verir. Ayrı- ayrı faktların təhlilini aparmaq, qruplaşdırmaq,
sistemləşdirmək onlarda ümumi və xüsusi cəhətləri müəyyənləşdirmək üçün
şərait yaradır.
Müşahidə-pedaqoji təcrübənin öyrənilməsinin ən geniş yayılmış və əlçatan
metodlarındandır. Müşahidənin səmərəli olması üçün o uzunmüddətli, sistemli,
hərtərəfli, obyektiv və kütləvi olmalıdır. O, əvvəlcədən tərtib olunmuş plan
əsasında bir neçə mərhələli həyata keçirilir:
• Müşahidənin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi
• Situasiya, predmet və obyektin seçimi
• Müşahidə üsulunun seçimi
• Qeydiyyat növünün seçimi
• Əldə olunmuş məlumatın emalı və interpretasiyası.
Söhbət, müsahibə və anket sorğusu sorğu metodları blokuna aiddir. Söhbət
müşahidə zamanı qaranlıq qalan, aydın olmayan məqamlara aydınlıq gətirmək
və ya əlavə məlumat almaq məqsədilə aparılır. Müsahibə isə söhbətin bir növü
olub, sosiologiyadan pedaqogikaya gətirilmişdir. Tədqiqatçı müsahibə üçün
suallar hazırlamalı və müsahibə zamanı cavabları qeyd etməlidir. Anket sorğusu
respondentlərin təqdim olunmuş sualları yazılı formada cavablandırmasından
ibarətdir. O, məlumatın kütləvi toplanılmasıdır.
Şagird fəaliyyətinin (yazılı, qrafik, yoxlama, yaradıcı işlər) öyrənilməsi metodu
təcrübəli müəllimə şagirdin fərdi xüsusiyyətləri, maraq, meyil, tələbat, istedad,
formalaşmış bacarıqları haqqında kifayət qədər məlumat verə bilər. Təcrübənin
öyrənilməsi pedaqoji tədqiqat metodları arasında ən geniş yayılanlarındandır. O,
həm təlim-tərbiyə prosesində keçmiş nəsillərin təcrübəsinin, həm də yaradıcı
pedaqoji kollektivlərin, innovativ müəllimlərin qabaqcıl təcrübəsinin mütəşəkkil
öyrənilməsi və yayılmasıdır.
Eksperiment pedaqoji tədqiqatın mühüm metodlarındandır. “Eksperiment”
latın sözüdür, “təcrübə”, “sınaq” mənasını verir. O, pedaqoji hadisələrdə səbəb-
nəticə əlaqələrinin öyrənilməsi məqsədilə aparılan tədqiqat fəaliyyətidir.
Eksperiment bir neçə mərhələdən ibarətdir: Nəzəri ,Metodik, Eksperimentin
bilavasitə özü, Analitik.
Eksperimentin məqsədlərindən asılı olaraq aşağıdakı növləri fərqləndirilir:
Müəyyənedici eksperiment – mövcud pedaqoji hadisələr öyrənilir.
-Müəyyənedici eksperiment – mövcud pedaqoji hadisələr öyrənilir.
-Yoxlayıcı eksperiment- problemin ifadə olunma prosesində fərziyyə yoxlanılır.
-Yaradıcı eksperiment prosesində yeni pedaqoji hadisələr yaradılır.
Keçirilmə məkanına görə təbii və laborator eksperimentlər vardır. Təbii
eksperimentdə irəli sürülmüş fərziyyənin yoxlanılması təlim-tərbiyə prosesi
pozulmadan aparılır. Laborator eksperiment isə xüsusi təchiz olunmuş məkanda,
xüsusi yaradılmış tədqiqat şəraitində keçirilir.

14) Pedaqoji mədəniyyət və onun komponentləri ilə bağlı öz


mövqeyinizi müdafiə edin.
Pedaqoji mədəniyyətin başlıca dəyəri təhsilalanın inkişafı, təhsili, tərbiyəsi, sosial
müdafiəsi, ləyaqət və hüquqlarının qorunmasıdır. Pedaqoji mədəniyyət dəyərlər
sisteminin dinamikası, müəllimin davranış, fəaliyyət üsuludur. Bu sistemin
komponentləri kimi aşağıdakı cəhətləri qeyd etmək mümkündür:
• Pedaqoji mövqe və şəxsi keyfiyyətlər;
• Peşəkar biliklər və pedaqoji təfəkkür mədəniyyəti;
• Peşəkar bacarıq və pedaqoji fəaliyyətin yaradıcı xarakteri;
• Şəxsiyyətin özünü nizamlaması və müəllimin davranışı.
Müəllimin pedaqoji mədəniyyəti və peşəkar bacarıqları:
Müəllimin pedaqoji mədəniyyəti aşağıda sadalanan xüsusiyyətlərlə
müəyyənləşir:
1.Metodoloji biliklər
2.Nəzəri biliklər
3.Metodik biliklər
4. Texnoloji biliklər
Pedaqoji mədəniyyətin ən vacib xüsusiyyətlərindən biri pedaqoji təfəkkürdür.
Təlim-tərbiyə prosesi şagirdin təfəkkürünə, maraqlarına, tələblərinə və inkişafına
xidmət etməlidir.
Pedaqoji bacarıqlara aiddir:
Məqsədqoyma bacarığı;
Təşkilatçılıq bacarığı
Rəhbərlik və idarəetmə bacarığı;
İnformasiya çatdırmaq bacarığı;
Kommunikativ bacarıqlar
Öz fəaliyyətini, hiss və davranışını nizamlamaq bacarığı;
Tərbiyə fəaliyyəti və tərbiyə nəticələrinin təhlili və özünü təhlil bacarığı;
Pedaqoji texnologiyaya yiyələnmək bacarığı;
Tətbiqi bacarıqlar.
Şəxsiyyətin özününizamlaması və peşəkar davranış mədəniyyəti.
Özününizamlama şəxsiyyətin peşəkar istiqamətliliyi, sosial və mənəvi təcrübəsi,
digərləri ilə birgə fəaliyyət qurmaq bacarığıdır. Özününizamlama pedaqoji
fəallıqdır. Mənəvi özününizamlama isə şəxsiyyətin bacarığını xarakterizə edən
proses kimi öz davranışını ümumi əxlaq normaları, dəyərlər və peşəkarlıq
tələbləri ilə uyğunlaşdırmaqdır.
Pedaqoji mədəniyyətin səviyyələri – yüksək, orta və aşağı ola bilər.
Pedaqoji mədəniyyətin yüksək səviyyəsi pedaqoji fəaliyyətdə şəxsi keyfiyyətləri
ilə seçilən müəllimi xarakterizə edir. O, işini peşə kar səviyyədə həyata keçirir və
pedaqoji vəzifələrin yerinə yetirilmə si üçün axtarışlar aparır, yaradıcı inkişafını
daim diqqətdə saxlayır. Şagirdlərinin təlim və tərbiyəsində yüksək nəticələr əldə
edir. Bu səviyyə peşəkar yaradıcı da adlana bilər.
Pedaqoji mədəniyyətin orta səviyyəsi mühüm keyfiyyətləri müəllimin pedaqoji
fəaliyyətini xarakterizə edir. O, peşəkar biliklərinə söykənir, lakin yaradıcı
axtarışlar aparmır, təlim və tərbiyədə isə orta nəticələrə malikdir. Bu səviyyǝ
peşəkar adaptiv adlandırılır.
Pedaqoji fəaliyyətin aşağı səviyyəsinə yüksək peşəkarlıq keyfiyyətlərinə malik
olmayan müəllimlər aid edilir. Onlar fəaliyyətlərini peşəkar bilik və bacarıqlara
əsaslanmadan inkişaf etdirir, həyata keçirir, yaradıcı axtarış aparmır, yaradıcı
inkişafın qayğısına qalmır, təlim və tərbiyədə yüksək nəticələr əldə etmirlər. Bu
səviyyə reproduktiv, qeyri-peşəkar səviyyə adlandırılır.

15) Müəllim peşəsinin əhəmiyyətini dəyərləndirin.


Hər bir insan müəllim və onun fəaliyyəti haqqında müxtəlif fikirlərə malikdir. Bu
fikirlər məktəb illərində formalaşır və zaman keçdikcə ideallaşdırılır. Həmin
obrazın formalaşmasında ədəbiyyat və mətbuatın da rolu böyükdür. Media
vasitələri, televiziya, kinematoqrafiya, rəssamlıq müəllimi müxtəlif səpkidə
təqdim edir. Bu səbəbdən həmin peşəni seçən hər bir kəsin müəllim kimdir, nəyi
bilməli və nəyi bacarmalıdır suallarına öz cavabı vardır. Lakin bunlar arasında
seçim aparıb hansının doğru, hansının faydalı, mövcud təhsil sisteminə hansının
daha uyğun olması haqda fikir yürütmək mümkün deyil. Müəllim imici sosial və
mədəni baxımdan formalaşır və bir mədəniyyətdən, bir nəsildən, cəmiyyətin bir
qrupundan digərinə nisbətən dəyişir. Onun fəaliyyətinə dair müxtəlif fikirlər
bugün yaşadığımız multimədəni cəmiyyətdə durmadan artır.
Təhsil cəmiyyətin hər bir üzvünü əhatə etdiyi üçün insanların əksəriyyəti, o
cümlədən müəllimlər, şagirdlər, valideynlər və bu sahə ilə əlaqəsi olan digər
insanlar müəllim fəaliyyətinə böyük maraq göstərir. Siyasətçilər, alimlər,
tədqiqatçılar, məmurlar, müxtəlif təşkilatlar, assosiasiyalar-cəmiyyətdə ictimai
rəyə təsir göstərən hər bir qrup və təbəqə müəllim fəaliyyətini diqqət
mərkəzində saxlayır. Onların hər birinin özünəməxsus fikir və gözləntiləri var.
Çünki müəllimlik son dərəcədə fərdi peşədir. Müəllimlər şəxsi keyfiyyətlərinə
görə yaddaşlarda qalır: operativlik, qərəzsizlik, təşəbbüskarlıq, orijinallıq,
səriştəlilik, intellekt. Şagirdlər müəllimin özünütəqdimatı vasitəsilə onun şəxsi və
peşəkar keyfiyyətlərinə yiyələnirlər.

16) Müəllimin vəzifələri arasında məna əlaqələri yaradın.


Müəllim fəaliyyətinin əsas məzmunu bir neçə funksiyanın yerinə yetirilməsini
nəzərdə tutur. Bu funksiyalar müəllimlərin fəaliyyətində təkrarlanır. Müəllimləri
şərti olaraq üç qrupa bölmək olar:
1.Pedaqoji fəaliyyət istiqaməti üstünlük təşkil edən müəllimlər,
2.Tədqiqatçılıq istiqaməti üstünlük təşkil edən müəllimlər,
3. Fəaliyyətində pedaqoji və tədqiqatçılıq istiqamətləri eyni dərəcə də öz əksini
tapan müəllimlər.
Müəllim peşəsi “İnsan-insan” tipli peşəyə aiddir. Bu tip peşə sahibinə aşağıdakı
cəhətlər xasdır:
tərbiyə etmək;
idarə etmək;
təşkilatçılıq;
tənqidi və yaradıcı təfəkkür;
ünsiyyət qurmaq;
tolerantlıq;
qeyri-standart qərar qəbulu;
müşahidə etmək;
vətənpərvərlik;
empatiya.
Müasir təhsil sistemində texniki vasitələr də mühüm rol oynayır. Peşəkar müəllim
fənnin tədrisinin təşkili zamanı onlardan səmərəli istifadə etməklə, öyrənənlərin
İKT bacarıqlarına yiyələnməsinə yardımçı olur.

17) Müəllimin pedaqoji bacarıqlarının formalaşmasına təkan verən


amilləri xarakterizə edin.
Müəllim şəxsiyyəti təlim şəraitində birinci yeri tutur. Müəllim şəxsiyyətinin
göstəricilərində birinci obyektiv xarakterli xassə ondan ibarətdir ki, pedaqoq
tədris etdiyi fənni dərindən bilməlidir. İkinci xassə subyektiv xarakterlidir və
müəllimlik peşəsində özünü mütləq büruzə verir, yaradıcılığında özünü göstərir.
Müəllim fəaliyyətində qüsursuz olsa da, bəzən uşaqlara və yeniyetmələrə heç bir
yaxınlıq, ünsiyyət göstərmir, onlara sevgi ilə yanaşmır. Bu da, sözsüz ki, onu
başqalarının gözündə ucaltmayacaq. Görünür, məhz şagirdlərlə peşəyə olan əsl
sevginin birləşməsi müəllimin peşəkarlılığını təmin edə bilər.
Müəllimin pedaqoji bacarıqları bunlardan ibarətdir:
1. Didaktik bacarıqlar: şagirdlərə tədris materialını aydın və anlaşıqlı şəkildə
çatdırmağı, fənnə maraq yaratmağı, onlarda fəal, müstəqil fikir yürütməyi
formalaşdırmağı nəzərdə tutur.
2. Tədqiqatçılıq bacarıqlar: elmlərin müvafiq sahələrinə uyğun olan bacarıqlar
deməkdir. Bacarıqlı müəllim nəinki fənni tədris proqramı həcmində bilir, o,
həm də bu elm sahəsində daha geniş və dərin düşüncəyə, fikrə,
informasiyaya malikdir,
3. Anlama bacarıqları : şagirdlərin, tərbiyə olunanların daxili aləminə nüfuz
etmək bacarığıdır. Bacarıqlı müəllim ən xırda əlamətlərə görə öz şagirdinin
daxilində gedən cüzi dəyişiklikləri hiss edə bilir.
4. Nitq bacarıqları: öz fikrini, düşüncəsini nitqin, mimika və pantomimikanın
köməyi ilə ifadə etməkdən ibarətdir.
5. Təşkilatçılıq bacarıqları: şagird kollektivini yaxşı təşkil edib, birləşdirmək,
mühüm vəzifələrin həllinə ruhlandırmaqdan ibarətdir.
6. Avtoritar bacarıqlar: şagirdlərə emosional, iradi təsiretmə bacarığıdır.
Avtoritar bacarıqlar müəllimin şəxsi, iradi keyfiyyətlərinin kompleksindən və
məktəblilərin təlim-tərbiyəsi ilə bağlı xüsusi məsuliyyətindən asılıdır
7. Ünsiyyət bacarıqları: uşaqlarla kommunikasiyanın qurulmasından ibarətdir.
8. Proqnozlaşdırma :öz hərəkətlərinin nəticəsini əvvəlcədən görə bilmək
deməkdir.
9. Diqqətin bölüşdürülməsi bacarığı: fəaliyyətin eyni zamanda bir neçə növü
arasında gedir və müəllim işi üçün xüsusi əhəmiyyətə malikdir.

18) Müəllimin fərdi keyfiyyətlərinin təlim prosesinə təsirini


qiymətləndirin.
Bədən hərəkətləri ünsiyyət prosesində vacib rol oynayır və buna görə müəllim
özünü təqdim edərkən seçdiyi hərəkət, jest və mimikalara diqqət yetirməlidir.
Müəllim şəxsi inkişafının qarşısını alan xüsusiyyətlərini dərs zamani üzə çıxara
bilər. Belə nüansları nəzərə alaraq şagird və müəllim heyəti ünsiyyət prosesində
özlərini nəzarət altında saxlamağı bacarmalıdır. Fəaliyyətə başlamazdan əvvəl
müəllim aşağıda qeyd olunanlara diqqət yetirməlidir:
-Sinifdə arxa sıralarda əyləşən şagirdlər sizi eşidirmi?
-Fərdi və ya qruplara bölünmüş şagirdlərlə rahat ünsiyyət qura bilirsinizmi?
-Sinifdə ünsiyyətin qurulmasına mane olan xüsusi vərdişləriniz mövcuddurmu?
Maraq oyatmaq üçün üz ifadələrinizdən, mimikalardan yaxşı istifadə edirsinizmi?
Danışığınız monotondurmu? İnsanlarla danışarkən onlarla göz təması
qurursunuzmu?
-Sinif və dəhlizlərdə yerişiniz, hərəkətləriniz, bədən diliniz hansı mesajları
ötürür?
-Ünsiyyət prosesində, adətən, hansı jestlərdən istifadə edirsiniz?
Dərsin gedişində ayrı-ayrı şagirdlərin işinə rəy vermək müəllim mühüm hissəsidir.
Şagirdləri tənqid edib, onlara irad bildirmək, eyni zamanda, dəstəkləmək və
həvəsləndirmək hər zaman asan deyil. Şagirdlər işlərinə verilən ədalətli rəyə,
səmimi məsləhətə və göz təmasına hər zaman hörmətlə yanaşacaqlar.
Narahatlıq və qeyri-səmimi münasibət hiss etdikdə isə inamları azalacaq.
Müəllim üçün önəmli xüsusiyyətlərdən biri də səbrdir. Məsələn: eyni sualın bir
neçə dəfə cavablandırılması. “Səbrini sınamaq” ifadəsi burada yerinə düşür.
Şagirdlər bilərəkdən və ya bilməyərəkdən müəllimin səbrini sınaya bilərlər.
Müəllim daim təmkinli davranış nümayiş etdirməlidir.

19) Təlim fəaliyyətində müəllimin rolu barəsində təhlillər təqdim edin.


Müəllimin əsas vəzifəsi şagirdlərin öyrənməsini təmin etməkdir. Geniş mənada
öyrənənlər məktəblərdə təsdiq edilmiş kurikulumun tələbləri əsasında təhsil
almalıdırlar. Digər tərəfdən, şagirdlərin səmərəli təhsil almaları müəllimin necə
öyrətməsindən, işləməsindən, hansı metod və materiallardan istifadə
etməsindən, bir sözlə, peşəkarlığından və fəaliyyət göstərdiyi məktəbdən asılıdır.
Müəllimliyin eyni yolu yoxdur. Səmərəli təlim eyni zamanda, eyni dərsdə
didaktik, yəni formal, məzmun əsaslıdan təcrübə əsaslıya kimi mümkündür.
Öyrədən kimi müəllimin rolu iki kateqoriyaya bölünür: o həm şagirdlərin
akademik və mənəvi inkişafina görə məsuliyyət daşıyır, həm də məktəbin
tələblərinin təmin olunmasına cavabdehdir. Hər məktəbin yüksək səviyyədə
fəaliyyət göstərməsi üçün xüsusi davranış, geyim, nizam – intizam qaydaları var.
Müəllimin akademik roluna fənnin tədrisi, dərsə hazırlıq, ev tapşırıqlarının
hazırlanması və qiymətləndirilməsi, hesabatların yazılması, fənn birləşmələrində
fəal iştirak, nailiyyətlərin qeydiyyatı, valideynlərə hesabatın verilməsi və s. Aiddir.
Müəllimin mənəvi roluna isə şagirdlərin fərdi xüsusiyyətlərini öyrənmək, onlara
müxtəlif problemlərin həllində kömək göstərmək, valideynlərlə müntəzəm əlaqə
saxlamaq, məktəbin fəaliyyəti haqqında məlumatları şagirdlər vasitəsilə
valideynlərə ötürmək, şagirdlərin milli və vətənpərvərlik ruhunda tərbiyəsinin
təşkili, sağlam həyat tərzinin təbliği, məktəb tədbirlərində iştirak və s. Aiddir.

20) Müəllimin nitqinin əhəmiyyəti ilə bağlı fikirlərinizi bildirin.


Təlim prosesində müxtəlif danışıq tərzləri mövcuddur:
Təlimat vermək;
Məlumatlandırmaq;
Sual vermək;
Münasibət qurmaq;
Dərs zamanı göstəriş vermək.
Müəllim danışıq tərzi və üslubunu seçməkdə azaddır, lakin diqqətli olmalıdır. O,
həmçinin, müxtəlif vəziyyətlərdə səs tonunun diapazonunu düzgün müəyyən
etməlidir. Şagirdlər təlimat, göstəriş və ya məzəmməti səs tonu, intonasiyadan
başa düşməlidirlər. Müəllim təlim prosesində faydalı dil ifadələri və müxtəlif
vəziyyət lərdə hansı ifadələrdən istifadə edəcəyi haqqında əvvəlcədən
fikirləşməlidir. Bu pedaqoqun özünəinamını artırır, müəllimlər istifadə etdikləri
dil vasitələri haqqında əvvəlcədən düşünməli, veriləcək sualları
planlaşdırmalıdırlar. Mövzuya dair izahat qabaqcadan hazırlanmalı, nəzarət
zamanı müəllimin nitqi ciddi olmalıdır və xırda detallara qədər düşünülməlidir.
Əlbəttə, sinfin idarəedilməsi, şagirdlərin məzəmmət olunması və davranışı ilə
bağlı spontan vəziyyətlər də ola bilər, bu zaman müəllim dərhal cavab reaksiyası
verməli olur. Səriştəli müəllim bunları əvvəlcədən nəzərə almalı və müxtəlif
vəziyyətlərə hazır olmalıdır. Şagirdlərin istifadə etdiyi danışıqdan, dil üslubundan
asılı olma yaraq, müəllimin dili aydın, mülayim olmalı və o öz nitqinə, istifadə
etdiyi ifadələrə diqqət yetirməlidir. Müəllimin nitqinin ən vacib aspekti fənnə
dair terminologiyanın nəzərə alınması və ondan düzgün istifadə olunmasıdır. Hər
fənnin özünəməxsus spesifik terminologiyası var və müəllimin əsas
vəzifələrindən biri ixtisas anlayışlarını öz məzmununda və yerində işlətməkdir.
Terminlərin nə vaxt və necə təqdim olunmasının izahatının şagirdlərə verilməsi
yollarını ətraflı düşünmək lazımdır.

21) Müəllimin peşə biliklərinin təlim prosesinə təsirini qiymətləndirin.


Müəllimin sahib olduğu biliklər təlim prosesində şagirdlərə transformasiya edilir.
Fənnin məzmununu ətraflı bilmək hələ yaxşı müəllim olmaq deyil. Bunun üçün
ona müxtəlif bilik və bacarıqlar: peşə haqqında biliklər, pedaqoji mülahizə və
fikirlər lazımdır. Peşə haqqında biliklər səmərəli müəllimlik haqqında fənn
məzmunlu biliklər, pedaqoji biliklər, şagirdlər haqqında biliklər, təhsilin yeri və
milli konteksti haqqında biliklərdir. Pedaqoji mülahizə və fikirlər təcrübənin
refleksiyası vasitəsi ilə zaman keçdikcə, müəyyən dövrdən sonra formalaşır.
Pedaqoji biliklərə aşağıdakılar aiddir:
1. Məzmun bilikləri- tədris olunmalı biliklərdir. Skvob məzmun biliklərinin iki
növünü təsnif etmişdir:
-əsas biliklər: fənnin konsepsiyasını və formalaşan bacarıqları əks etdirən
vacib biliklər;
-sintaktik biliklər: fənn daxilində əsas bilik və bacarıqların necə
strukturlaşmasını və təşkil olunmasını əks etdirən biliklər.
Bu biliklər fənnin əsasını təşkil edir, şagirdlərin fənn çərçivəsində yiyələnməli
olduğu bilik və bacarıqları nəzərdə tutur.
2. Ümumi pedaqoji biliklər- sinfin idarəolunması və təşkilinə dair geniş
prinsip və strategiyalardır. Bunlar müəllimə lazım olan əsas biliklərdir.
Onlar sinif təlimatlarını, təşkilati məsələləri və idarəetmə istiqamətini
müəyyən edən geniş prinsip və strategiyaları özündə cəmləşdirir.
3. Proqram bilikləri- müəllimin peşə “alətləri” olan proqram və müxtəlif
materiallardır. Bu, müxtəlif fənlər və siniflər üzrə hazırlanmış geniş diapazonlu
proqramlar, proqramlara dair müxtəlif növ təlimatlandırıcı materiallar,
metodik vəsaitlər toplusudur.
4. Pedaqoji məzmunlu biliklər- müəllimin səmərəli fəaliyyətini və şagirdlərin
bilikləri dərin mənimsəməsini təmin edir. Onlar, müəllimin şagirdlərə
çatdırmaq istədiyi məzmunun seçimi, təşkili və təqdimetməsinin əsası, yəni
fənni tədris etmək üçün məzmunun və pedaqoji biliklərin inteqrasiyasıdır.
5. Şagirdlər və onların fərdi xüsusiyyətləri haqqında biliklər- şagirdlərin yaş
dövrləri, onların dərketməsi haqqında biliklər, uşaq inkişafının müqayisəsi və
xüsusi şagird qrupları haqqında biliklərdir.
6. Təhsil haqqında biliklər- təhsil sistemi ilə birbaşa əlaqəsi olan bütün
anlayışlar toplusunu əhatə edir: məktəb, sinif, bağça, universitet, kollec,
məktəbdənkənar təhsil müəssisələri və s. Onlar qrup, sinif, məktəbin
idarəolunması və maliyyələşdirilməsi, cəmiyyətin xüsusiyyətləri və
mədəniyyətindən asılı olaraq dəyişir.
7. Təhsilin məqsəd və vəzifələri, dəyərlər, təhsilə fəlsəfi baxışlar və tarixi
təsir- buraya təhsilin və fənnin tədrisinin qısa və uzunmüddətli məqsədləri
haqqında biliklər, təhsilə dair fəlsəfi baxışlar, müasir təhsilin fəlsəfəsi, təhsilin
şagirdlərdə formalaşdırdığı dəyərlər aiddir.

22) Müəllim fəaliyyəti ilə bağlı müasir yanaşmaları şərh edin.


Müəllim təlim prosesini elə hazırlayır ki, bütün şagirdlər təlimə qatılsın. Bu,
müəllimin məsuliyyətini artırır, həmçinin pedaqoq dərsin müşahidəçisinə çevrilir.
Lakin belə halda ənənəvi təlimdən fərqli olaraq müəllim daha geniş biliklərə
malik olmalı, müxtəlif informasiya mənbələrindən faydalanmalı, daim öz
kompetensiyalarını inkişaf etdirməli, peşəkarlıq səviyyəsini artırmalıdır. Yalnız
belə olan halda o, şagirdlərin fəaliyyətini düzgün istiqamətə yönəldə bilər.
Hazırda müəllim davranışının müxtəlif xüsusiyyətlərini əks etdirən yanaşmalar
mövcuddur:
-müəllim-köməkçi (helper);
-təlim prosesini “asanlaşdıran” müəllim (fasilitator);
-müəllim-məsləhətçi (counsellor, adviser);
-müəllim-mentor (mentor);
-müəllim-tyutor (tutor);
-müəllim-kouc (coach) və s.
Azərbaycanda mentor vo fasilitator terminlərdən daha çox istifadə olunur.
Müəllim-fasilitator. Fasilitator təlimdə bütün iştirakçıların təbii, anlayışlı
davranışını, hər bir fikrin qəbul olunmasını təmin edərək, digərləri ilə əlaqələr və
dialoq yaradaraq təlim prosesinin səmərəsini artırır. Müəllim-fasilitatorun əsas
vəzifəsi bələdçilikdir. O, təlim prosesində öyrənənləri istiqamətləndirməli,
şagirdlərə yardım və dəstək göstərməli, münasibətləri müəllim-şagird, şagird-
şagird prinsipinə əsasən qurmalı, onları prosesin təşkilinə və idarə olunmasına
cəlb etməli, məktəbliləri diskussiyalarda iştiraka həvəsləndirməlidir.
Müəllim-mentor. “Mentor” sözü yunan mifologiyasindan götürülüb və
tərcümədə düz yola çağırmaq, istiqamətləndirmək mənası verir. Bugün bütün
dünyada olduğu kimi Azərbaycan təhsilində də gənc mütəxəssislərə kömək
məqsədilə mentorun dəstəyindən istifadə edilir. Müəllim-mentor nəzəriyyə ilə
təcrübə arasında əlaqə yaradır, peşə sirlərini öyrədir.

23) Müəllim-fasilitatorun funksiyalarını məzmunca qarşılaşdırın.


Əksər müəllimlər dərsə hazırlıq mərhələsindən çox tədrisin təşkilinə böyük
maraq göstərirlər. Dərsin səmərəliliyi, şagirdlərin fəallığının təmin olunması
müəllimin münasibətindən, yanaşmasından, dərsin təşkilindən birbaşa asılıdır.
Bu məqsədlə:
Müəllim şagirdlərinə diqqət göstərməli, onların inkişafın da maraqlı olmalı, milli,
bəşəri mədəniyyət formalaşdırmalı, müsbət və mədəni davranış nümayiş
etdirməlidir.
Müəllim seçdiyi peşəyə dəyər verməli, daim üzərində çalışmalı, biliklərini
artırmalı, bacarıqlarını inkişaf etdirməli, özünəinamı ən yüksək səviyyəyə
çatdırmalıdır. Şagirdlərin həyatda layiqli mövqe tutması, şəxsiyyət kimi
formalaşması, vətəninə, dövlətinə, millətinə layiq vətəndaş olması üçün onlara
daim həssaslıqla yanaşılmalı, təlim məqsədlərinə çatmaq üçün ciddi cəhd
göstərilməlidir.
Müəllim yeni eksperimentlərə hazır olmalıdır. Öyrənənlərin təlim motivasiyasını
yüksəltmək üçün müəllim daim yenilikləri təcrübədən keçirməli, innovativ
metodların tətbiqinə maraq göstərməlidir.
Müəllimin geyimi rahat olmalı, təlim prosesində planlaşdırılmış fəaliyyətin
həyata keçirilməsinə maneə yaratmamalı, sinifdə hərəkəti məhdudlaşdırmamalı,
şagirdlərin diqqətini yayındırmamalıdır.
Müəllim dərsə mükəmməl hazırlaşmalı, hazırladığı plan əsasında fəaliyyətini
tənzimləməli, istifadə edəcəyi resursların sayına, keyfiyyətinə və tərtibatına
diqqət yetirməli, texniki avadanlığın işlək vəziyyətdə olmasını əvvəlcədən
yoxlamalıdır.
Müəllim sağlamlığına və psixoloji durumuna xüsusi diqqət yetirməlidir. Həmçinin
düzgün qidalanmalı, idmanla məşğul olmalı, dincəlməlidir. Çünki müəllimin fiziki
və psixoloji durumu ilə tədrisin keyfiyyəti arasında bilavasitə əlaqə mövcuddur.

24) Əsas didaktik konsepsiyaların fərqli və oxşar xüsusiyyətlərini


müəyyənləşdirin.
Təlim prosesi əsasən didaktik sistem adlanan psixoloji, pedaqoji konsepsiyalara
əsaslanır. Didaktik sistem təlimin məqsədinə çatmağa xidmǝt edən elementlərin
məcmusundan ibarətdir. İndiyədək üç didaktik konsepsiyadan istifadə
olunmuşdur: ənənəvi, pedosentrik və müasir didaktika.
Bu konsepsiyaların hər üçündə şagirdlərin ümumi inkişafının təmin edilməsi,
onlarda biliklərin formalaşdırılması nəzərdə tutulur.
Təlimin ənənəvi sistemində əsas mövqe tədris və müəllim fəaliyyətinə
məxsusdur. Bu sistemin əsasını Y.A.Komenski, İ. Pestalotsi, kimi pedaqoqların
konsepsiyaları təşkil edir. Bu sistemdə müəllim fəaliyyətinin təşkil olunması,
uşağa yalnız hazır biliklərin verilməsi, öyrənənlərin müstəqilliyinin
məhdudlaşdırması əsas istiqamət kimi götürülmüşdür. Lakin XX əsrin
əvvəllərində , uşağın maraq və tələblərindən kənarda olduğuna görə həmin
sistem tənqidə məruz qalmışdır.
Pedosentrik konsepsiyada aparıcı rol uşağın fəaliyyətinə, onun təliminə verilirdi.
Həmin yanaşmanın əsasında Amerika pedaqoqu Con Dyunin sistemi dayanmışdı.
O, təlim prosesini uşaqların bacarıqlarına, tələbatlarına uyğun qurmağı təklif
etdiyi üçün konsepsiya pedosentrik adlandırılmışdı. Təlimin strukturu aşağıdakı
kimidir: fəaliyyət prosesində çətinliklərin hiss olunması, onların mahiyyəti və
problemlərin formalaşdırılması, alınmış biliklərə əsasən nəticələr və yeni
fəaliyyətin təşkili. Lakin belə bir didaktikanın mütləqləşdirilməsi, onun bütün
predmetlərə tətbiq olunması, uşaqların fəaliyyətinin yüksək
qiymətləndirilməsinə gətirib çıxarır, təlimin sistemliliyinin yox olması ilə
nəticələnir və burada materialın təsadüfi seçimi, böyük vaxt itkisi, təlim
səviyyəsinin aşağı düşməsi müşahidə olunur.
Müasir didaktik sistem tədris və təlim prosesinin hər iki tərəfini təşkil edir.
Müasir didaktik konsepsiyanın əsasını proqramlaşdırma, problemli təlim,
inkişafetdirici təlim, humanist pedaqogika, koqnitiv psixologiya, pedaqoji
texnologiya, əməkdaşlıq pedaqogikası kimi istiqamətlər təşkil edir.
Müəllim şagirdlərin tədris, idrak fəaliyyətini idarə edir, eyni zamanda, onların
müstəqil işini stimullaşdırır, əməkdaşlığa, fəallığa və yaradıcı axtarışa sövq edir.
Pedaqoji əməkdaşlıq – birgə inkişaf edən humanizm ideyasıdır, onun əsasında
qarşılıqlı dərketmə, bir-birinin mənəvi aləminə daxilolma, fəaliyyətin gedişinin və
nəticəsinin kollektiv təhlili nəzərdə tutulur.

25) H.Qardnerin “Müxtəlif intellektlər” nəzəriyyəsinin mahiyyətini


açıqlayın.
İntellekt müəyyən problemin həlli zamanı yeni məhsulu yaratmaq bacarığıdır.
Qardnerin nəzəriyyəsi iki prinsipə əsaslanır:
İntellekt qəti müəyyən edilmiş ölçü deyil. İnsan beyni adətən, yeni məsələnin
araşdırılması zamanı inkişaf edir.
İntellektin yalnız bir növü mövcud deyil. Ağıllı olmağın müxtəlif yolları var,
Qardner onları intellekt adlandırmışdır.
O, "Müxtəlif intellektlər" nəzəriyyəsi barədə ilk dəfə 1983-cü ildə "Ağıl çərçivəsi:
müxtəlif intellektlər nəzəriyyəsi” kitabında məlumat vermişdir. O bildirmişdir ki,
insan minimum səkkiz müxtəlif zəka tipinə malikdir.
1. Verbal-linqvistik-sözlərlə kompetensiyalılıq;
2. Məntiqi-riyazi-rəqəm və məntiqlə kompekompetensiyalılıq
3. Vizual-məkani-təsvirlərlə kompetensiyalılıq;
4. Musiqili-ritmik-musiqi ilə kompekompetensiyalılı
5. Bədən (motor-kinestetik)-bədənlə (hərəkətlərlər) kompetensiyalılıq;
6. Şəxsiyyətlərarası-insanlarla kompetensiyalılıq;
7. Şəxsiyyətdaxili-insanın özüylə kompetensiyalılıq:
8. Naturalist (təbiət)-təbiətlə kompetensiyalılıq.
Verbal – linqvistik intellekt- oxumağı sevir, yaxşı şifahi yaddaşı var, zəngin leksik
ehtiyata malikdir, uydurmağı xoşlayır. Bu intellekt şair, yazıçı və natiqlərdə güclü
inkişaf etmişdir.
Məntiqi-riyazi intellekt hesabı, rəqəmlərlə işi, məntiqi məsələləri həll etməyi,
şahmat oynamağı sevir, öz yaşıdları ilə müqayisədə daha abstrakt düşünür,
səbəb-nəticə əlaqələrindən baş çıxarır. İnsan yaşa dolduqca onun riyazi
qabiliyyəti yüksəlir.
Vizual- məkani intellekt- görmə obrazları vasitəsilə düşünür, mətnlərə nisbətən
xəritə, sxem və diaqramları daha asanlıqla oxuyur, uydurmaları və incəsənətlə
məşğul olmağı sevir, yaxşı rəsm çəkir, maraqlı, üçölçülü modellər quraşdırır,
mütaliə zamanı sözlərdən deyil, illüstrasiyadan daha çox informasiya əldə edir.
İntellektin bu növü rəssam, heykəltəraş, memar, ixtiraçı və şahmatçılarda yaxşı
inkişaf etmişdir.
Motor-hərəki intellekt- yüksək idman nəticələri göstərir, müvəffəqiyyətlə
başqalarının jest, mimika və hərəkətlərini yamsılayır, əşyaları söküb, yenidən
yığmağı, qaçmağı, tullanmağı sevir, bütün gördüklərinə əl ilə toxunur. İntellektin
bu tipi ən çox rəqqas, aktyor və idmançılarda inkişaf etmişdir.
Musiqili-ritmik intellekt- mahnıların melodiyasını yaddaşında saxlayır, yaxşı səsə
malikdir, musiqi alətində ifa edir, xorda oxuyur, hətta müəyyən fəaliyyət
prosesində masa üzərində ritm tutur. Bəstəkar, musiqiçilər, müğənni və
rəqqaslarda güclü inkişaf etmişdir.
Şəxsiyyətlərarası intellekt- yaşıdları ilə ünsiyyət qurmağı sevir, liderlik
bacarıqlarına malikdir, uşaqlarla oynamağı və onlara nəsihət verməyi sevir,
başqalarının halına acıyır, qayğıkeşdir, yaşıdları onlarla ünsiyyətə can atırlar.
Siyasətçi və diplomatlarda xüsusilə inkişaf etmişdir.
Şəxsiyyətdaxili intellekt- müstəqillik hissinə malikdirlər, iradəlidirlər, real olaraq
üstün və çatışmayan cəhətlərini anlayır, onlara mane olmayanda tapşırıqları
daha yaxşı həll edir, özünü tənzimləməyi bacarır, təklikdə işləməyə üstünlük
verirlər. Öz səhvlərindən nəticə çıxarırlar. Yüksək ixtisaslı psixoloq, müəllim və
tərbiyəçilər olurlar.
Naturalist intellekt- təbiətə və təbii hadisələrə, heyvan və bitki aləminə maraq
göstərir, ətraf mühitin əlamət və xassələrini fərqləndirmək qabiliyyətini nümayiş
etdirirlər.
“Müxtəlif intellektlər nəzəriyyəsi”nin tətbiqi təlimə müsbət təsir göstərir. Şagird
bəzən tədris materialının çox hissəsini yaddaşında saxlamaqda çətinlik çəkir.
Bunun əsas səbəbi müəllimin bir tip intellektə əsaslanmasıdır. Təlim prosesinə
bir neçə intellekt tipinin cəlb olunması uzunmüddətli yaddaşı gücləndirir. Dərsdə
bir neçə intellekt növünün fəallaşdırılması şagirdlərin özünüqiymətləndirməsinə
də müsbət təsir göstərir.
26) “Emosional intellekt” nəzəriyyəsinin əsas ideyasını şərh edin.
Emosional intellekti araşdıran tədqiqatçılardan Deniel Qoulmanın 1995-ci ildə
“Emosional intellekt” adlı kitabı işıq üzü görmüşdür. Tədqiqatçı əsərdə emosional
intellekt modelini təsvir etmişdir. Qoulmanın modeli beş komponentdən
ibarətdir: özünüdərk, özünütənzimləmə, sosial bacarıqlar, empatiya və
motivasiya. Emosional intellekt insanın emosiyalarını, hislərini
müəyyənləşdirməyi, özünü və başqalarını motivasiya etməyi, empatiya
göstərməyi, arzu, istək və niyyətini anlamağı, nəzərdə tutur. Qoulman emosional
intellekti aşağıdakı kimi təsvir etmişdir:
Başqasının hislərini bilmək və həyatda düzgün qarar vermək üçün onlardan
istifadə etmək;
Əhval-ruhiyyəni tənzimləmək, impulslara nəzarət etmək;
Məqsədlərə çatmaq üçün motivasiyalı olmaq uğursuzluqların öhdəsindən
gəlmək.
Emosional intellekt məktəbəqədər və kiçik məktəb yaşlarında xüsusi əhəmiyyət
daşıyır. Çünki məhz bu yaş dövründə uşaqların fəal emosional inkişafı,
özünüdərketməsinin təkmilləşməsi, qarşısındakı insanın mövqeyini anlamaq,
kimi bacarıqlar formalaşır.
Emosional intellekti yüksək səviyyədə inkişaf edən şagirdlər başqalarının hislərini
anlayır, stresin öhdəsindən gəlir, məktəbə tez uyğunlaşır, valideyn və
həmyaşıdları ilə daha yaxşı münasibət qurur, müvəffəqiyyət göstəriciləri yüksək
olur. Emosional intellekti aşağı səviyyədə inkişaf etmiş şagirdlər aqressiv davranış
nümayiş etdirir, müvəffəqiyyət göstəriciləri aşağı olur, diqqət zəifliyinə malikdir,
tez-tez stresə məruz qalır,təlimə maraq göstərmir.
Bu gün dünyanın aparıcı ölkələrində emosiyalarla intellektin əlaqəsi problemini
araşdıran institutlar mövcuddur və mütəxəssislər tərəfindən uşaqlarda
emosional intellektin inkişafı ilə bağlı müxtəlif proqramlar hazırlanır.

27) K.Dvekin “Sabit və çevik intellekt” nəzəriyyəsinin sözlü eskizini


çəkin.
Stendford universitetinin professoru Kerol Dvek şəxsiyyət fenomenini araşdıran
mütəxəssislərdəndir. Tədqiqatçı uzun illər araşdırma apararaq düşüncə tərzinin,
intellekt yanaşmasının insanın gündəlik fəaliyyətinə təsirini sübuta yetirmişdir.
O, düşüncə tərzinə görə o, insanları iki tipə ayırmışdır: “çevik” və “sabit”.
Bacarıqlarının anadangəlmə olduğunu və həyat boyunca dəyişmədiyini düşünən
insan “sabit” intellekt yanaşmasına malikdir. Bu tipə daxil şəxslər istənilən
vəziyyəti uğur və ya uğursuzluq, udmaq-uduzmaq mövqeyindən dəyərləndirirlər.
Adətən “sabit” intellekt nümayəndələri uğursuzluğun səbəblərini araşdırmaq,
onların aradan qaldırılması istiqamətində iş aparmaq əvəzinə
özünüqiymətləndirmə üzərində “çalışır”, özlərini daha zəif nəticə göstərənlərlə
tutuşdurur, özünüqiymətləndirməni artırmaq üçün günahlarını digərlərinin
üzərinə qoyurlar. Belə insanlar inanırlar ki, insan istedada malikdirsə, onun
inkişafına əlavə səy göstərməyə ehtiyac yoxdur. “Çevik” intellekt yanaşmasına
malik şəxslər daim inkişafdadırlar. Onlar uğurun zirvəsinə çatmağı bacarırlar. Bu
tip insanlar düşünürlər ki, bir şəxsdə müəyyən sahə üzrə inadkarlıq və səy
nəticəsində istənilən bacarığı formalaşdırmaq mümkündür. Əksər bacarıqları elə
inkişaf etdirmək olar ki, onlar insanın bir hissəsinə çevrilə və şüursuz şəkildə
özünü göstərə bilər.
“Sabit” intellekt yanaşmasına malik şagirdlər aşağı qiymət almaqlarını
intellektlərinin zəifliyinin nəticəsi, müəllimin qərəzli münasibətinin təzahürü
olduğunu bildirmişlər. “Çevik” intellekt yanaşmasına malik şagirdlərin
uğursuzluğa reaksiyası daha əzmlə çalışmaqda özünü göstərmişdir. Hər iki
intellekt tipinə aid şagirdlərin imtahana hazırlıq prosesi də müxtəlif şəkildə baş
verir: “sabit” intellektli məktəblilər materialı əzbərləməklə, “çevik” intellektli
şagirdlər isə məzmunu anlamaq və səhvləri götür-qoy etməklə imtahana
hazırlaşırlar.
“Sabit” intellekt yanaşmasına malik müəllimlər yarğılayıcı mühit yaradır, zəif
şagirdləri ümidsiz hesab etdikləri üçün onlara vaxt, diqqət ayırmır. “Çevik” zəkaya
malik istedadlı və yaradıcı pedaqoqlar isə hər bir şagirdə diqqət və qayğı göstərir,
onların müvəffəqiyyət qazanmasına inanır və potensiallarının üzə çıxarılmasına
əlverişli şərait yaradırlar.
Dvekə görə təlim prosesində “çevik” inkişaf etdirməyin bir neçə yolu
mövcuddur:
“Sabit” düşüncə tərzinə malik olduğunu özünə etiraf etmək;
“Sabit” intellekt yanaşmasına səbəb olan vəziyyətləri müəyyənləşdirmək;
“Sabit” intellekt yanaşması ilə ikinci “mən” kimi ünsiyyət qurmaq, ona “çevik”
intellektin üstünlüklərini izah etmək;
Şəxsi və başqalarının səhvlərindən öyrənmək;
Səbirli, intizamlı, israrlı olmaq.

28) Mərhələli nəzəriyyənin əsas ideyasını şərh edin.


Mərhələli nəzəriyyə şəxsiyyətin inkişafı ilə əlaqələndirilir. Bir çox alimlər bu
nəzəriyyə ilə bağlı öz fikirlərini irəli sürmüşlər. Belə ki, Köhlberq uşaqların idraki
inkişafı ilə onların mənəvi düşüncəsi arasındakı əlaqəni görmüş, mənəvi inkişafin
mərhələli modelini təqdim etmiş, Selman uşaqların əlaqə qurmaq, dostluq
etmək yollarını araşdırmış, əlaqələr qurmaq prosesinin mərhələlərini vermiş,
Bruner insanların dünya ilə bağlı düşüncələrinin mərhələli modelinin təsvirini
vermişdir. Piajenin nəzəriyyəsində “mərhələ” ideyası geniş yayılmışdır və onun
əsas mahiyyəti şagirdlərin müəyyən təlim tapşırığının öhdəsindən gəlmək üçün
xüsusi inkişaf səviyyəsinə malik olmalarıdır. Buna baxmayaraq, aparılan
tədqiqatlar şagirdlərin təfəkkürünün belə bir məhdudiyyətini əsaslı şəkildə təkzib
etmişdir. Piajenin tələbəsi Fleyvel iddia edir ki, Piajenin ardıcıl mərhələli inkişaf
haqqında ideyaları halə də qüvvədədir. Bu nəzəriyyə müəllimlərə mövzuların və
kurikulum materiallarının çətinlik dərəcəsini müəyyən yaş qrupu və bacarıq
səviyyələri üçün nə dərəcədə uyğun olduğunu müəyyənləşdirməyə kömək edir.
Müəllimlərin əsas vəzifəsi şagirdlərin inkişaf səviyyəsini mütəmadi
dəyərləndirmək, intellektual tələbi artırmaədan ibarətdir. Bu fikri dəstəkləyən
Bruner ǝlavə etmişdir ki, çətin ideyalar düzgün tətbiq olunduqda, şagirdlərin
əksəriyyəti onu mənimsəyə bilər.

29) “İdraki inkişaf” nəzəriyyəsinin mahiyyətini açıqlayın.


Jan Piaje Qesselin kamillik konsepsiyasını idraki inkişafa tətbiq edən isveçrəli
psixoloqdur. O hesab edirdi ki, uşaqların intellektual və mənəvi inkişafı ardıcıl
şəkildə həyata keçir və düşüncəsi mərhələli şəkildə formalaşır, dünyanı, ətraf
aləmi dərketmə kimi daxili tələbatlar ödənilir. Piaje bildirirdi ki, uşağın düşüncə
və inkişaf mərhələləri onun yaşı ilə əlaqədardır. Uşaqlar anadan olan gündən 2
yaşına qədər dünyanı öz hissləri, gördükləri, daddıqları və s. sayəsində dərk
edirlər. Piaje bunu sensorlu-motor mərhələ adlandırır. 2-6 yaş arası dövrdə
başqalarının fikir və düşüncələrinin olduğunu anlamağa başlayır, obyektləri
qruplara ayırır və simvollardan istifadə edirlər. Piaje bunu əməliyyat öncəsi
mərhələ adlandırırdı. 6-12 yaş arası dövrdə uşaqlar hələ də spesifik təcrübəyə
bağlı olur, lakin fiziki və əqli manipulyasiyalar edə bilirlər. Yeni əqli əməliyyatlar,
toplama, çıxma, qruplaşdırma baş verir, məntiqi düşüncə formalaşır. Bu konkret
əməliyyat mərhələ adlanır. İnkişafın son mərhələsində uşaqlar hələ baş
verməmiş hadisələr haqqında düşünür, heç zaman görmədikləri şeylər haqqında
fikirləşir, sistemli şəkildə ideya və hadisələri təşkil edir, bütün imkanları yoxlaya
bilirlər. Piaje bunu sonuncu mərhələ kimi təklif edir və formal əməliyyat
mərhələsi adlandırır. Bu mərhələ 12 yaşından etibarən başlanır.
Uyğunlaşma adlanan düşüncə mərhələsi şagirdlərin dünyanı dərk etmələrini
təcrübə prosesi ilə əlaqələndirir. "Əməliyyat" termini uşaqların yeni təcrübə ilə
qarşılıqlı əlaqə zamanı istifadə etdikləri strategiya, bacarıq və əqli fəaliyyəti təsvir
edir.

30) Konstruktivizm nəzəriyyəsini pedaqoji situasiyaya uyğun istifadə


edin.
Drayver və Bel tərəfindən təqdim olunan digər bir təlim nəzəriyyəsi
konstruktivizm adlanır. Konstruktivizm öyrənənlərin fərdi konsepsiyalarına daha
çox əhəmiyyət verir və onların öyrənmə proseslərini idarəetmə fikrini
dəstəkləyir. Konstruktivizmin pedaqoji fəlsəfə kimi əsas ideyası biliklərin təhsil
alanlara hazır şəkildə ötürülməməsi, bunun üçün onlara yalnız pedaqoji şəraitin
yaradılmasından ibarətdir. Belə şərait şagirdlərə bilikləri yarat mağa və inkişaf
etdirməyə əlverişli imkan verir. Konstruktivizm təhsilalanın fikrini mərkəzə qoyan
təlim yanaşmasıdır. Şagirdlər təcrübələrinə əsaslanaraq ideyalarını irəli sürür,
nəticə çıxarır, ətraf aləm hadisələrinə münasibət bildirir, onları şərh edirlər.
Şagirdin mövcud bilikləri kurikulumun tələblərinə əsasən yeni təcrübənin
qazanılmasına şərait yaratmalıdır. Yeni biliklər, yeni təcrübə şagirdlərin mövcud
bilikləri üzərində qurulmalıdır. Konsturktivizm yanaşmasına əsasən, müəllim
şagirdlərə biliklərə yiyələnmək üçün müvafiq şərait yaradır. Lianq və Qabel
müəllimləri öyrətmək, məlumat ötürmək əvəzinə məktəbliləri dəstəkləməyə,
nəzarət etmək və təlimatlar verməyə çağırır. Şagirdlər yeni məlumatları öz
keçmiş bilik, təcrübə, inam və yanaşmaları ilə sintez edir və sadəcə, məlumatı
passiv qavramaq əvəzinə, mənanı özləri tapırlar. Əgər şagirdlər nəyisə yanlış
anlayıbsa, deməli onların dərk etmək üçün köməyə ehtiyacları var, çünki müəllim
səhvi izah etsə də, uzun müddət yadda saxlanılan yanlış məlumatı unutmaq
çətindir. Konstruktivizm öyrənənlərə öyrənmə proseslərini idarə etmək imkanı
verməyin vacibliyini qeyd edir. Təlimin belə təşkili nəticəsində şagirdlər passiv
şəkildə hazır bilikləri mənimsəmir, nailiyyətləri uzun müddətli yaddaşda qalır.
Konstruktivizm ideyaları ən çox təbiət elmləri sahəsində səmərəli olmuşdur.
31) İnkişaf konsepsiyasının mahiyyətini açıqlayın.
Əldə olunan məlumat UMY-də ideyalar toplusu qismində sxem, plan şəklində
saxlanılır. Sxem təcrübədən alınan abstrakt quruluşdur. O, yeni stimul, həvəs və
maraqoyadıcı amilləri izah edən və kateqoriyalaşdıran gözləmələr toplusundan
ibarətdir. Məsələn, “məktəb”in sxemi şagird, müəllim, sinif otağı və s. ibarətdir.
Məktəb təliminin əsas məqsədi şagirdləri fənlərin tədrisində anlayışların
fərqləndirilməsinə yönəltməkdir. Bunun üçün müəllim obyekt və ya ideyalar
arasında müqayisəyə üstünlük verməli və yeni ideyaları konkret misallarla
təqdim etməlidir. Məlumatın emalı nəzəriyyəsi əsasında təşkil olunan təlimdə
bilik və bacarıqların yeni vəziyyətlərlə tətbiqi nəzərdə tutulur. Müəllimin rolu isə
şagirdlərə əvvəlki bilikləri təkrarlamağın yollarını tapmaqdan, problemləri
görməkdən, hipotezlər formalaşdırmaqdan və s. ibarətdir. Təlim prosesində
şagirdlərin tənqidi təfəkkürün inkişafı ilə bağlı tapşırıqların həllinə cəlb olunması
olduqca əhəmiyyətli məsələlərdəndir. Belə çalışmalar öyrənənlərdə yeni ideyalar
yaradır, müxtəlif məsələlərin həllinə həvəsləndirir. İnkişaf konsepsiyasının
ideyaları ənənəvi təlim ideyaları ilə üst-üstə düşmür.

32) “Məlumatın emalı” nəzəriyyəsinin əsas cəhətlərini xarakterizə


edin.
Təlimdə bu yanaşma qavrama və yaddasaxlama prosesinin izahı çərçivəsində
yaranmış və informasiya kommunikasiya texnologiyalarının inkişafı ilə
əlaqələndirilmişdir. İdeyanın əsasını beynin iştirakı ilə vacib məlumatın sınaqdan
keçirilməsi, qısamüddətli yaddaş çərçivəsində təhlili və uzunmüddətli yaddaşda
digər bənzər anlayışlarla birlikdə saxlanılması təşkil edir. Məlumat QMY-də təhlil
edilir və UMY-də mövcud uyğun məlumatla birgə saxlanılır. Orta məktəb
müəllimlərinin tez-tez üzləşdikləri çətinliklərdən biri şagirdlərinin əvvəlki
biliklərini dəqiq müəyyənləşdirməkdir. Təcrübəli müəllim, adətən, şagirdlərinin
keçmiş mövzuya dair biliklərini sual verməklə, mövzunun qısa məzmununun əsas
məqamlarına toxunmaqla müəyyən edir, həmçinin həmin mövzunu şagirdlərə
bir daha xatırlatmış olur. Belə strategiyaların tətbiqi çox vacibdir, çünki əgər
əvvəlki biliklər faydalı olubsa, məlumat şagirdlərin UMY-də qalıb və yenidən
təkrara ehtiyacı var. Pedaqoqlar hesab edirlər ki, material mövzunun konseptual
quruluşuna xas şəkildə şagirdlərə verilərsə, yaddaqalma daha səmərəli olur.
Məntiqi strukturdan istifadə yaddaşda saxlanılan məlumatın xatırlama prosesini
asanlaşdırır, çünki yeni ideyalar artıq mövcud olanlarla beyində birləşəndə, beyin
onu birinci mərhələdə daha asan emal edir. Müəllim əvvəlcədən bu strukturu
müəyyənləşdirməli, qurmalı, nə dərəcədə səmərəli olub-olmamasını ölçüb-
biçməli və işin planlaşdırılmasına kifayət qədər vaxt ayırmalıdır.

33) “Məlumatın emalı” nəzəriyyəsinin sözlü eskizini çəkin.


Təlimdə bu yanaşma qavrama və yaddasaxlama prosesinin izahı çərçivəsində
yaranmış və informasiya kommunikasiya texnologiyalarının inkişafı ilə
əlaqələndirilmişdir. İdeyanın əsasını beynin iştirakı ilə vacib məlumatın sınaqdan
keçirilməsi, qısamüddətli yaddaş çərçivəsində təhlili və uzunmüddətli yaddaşda
digər bənzər anlayışlarla birlikdə saxlanılması təşkil edir. Məlumat QMY-də təhlil
edilir və UMY-də mövcud uyğun məlumatla birgə saxlanılır. Altıya vurma
cədvəlini söyləsək, “altı dəfə bir altı, altı dəfə iki on iki” və s. deyəcəyik. Altı
amilinin vurulmasının riyazi prinsipini izah etməyəcəyik. Gözlənilmədən “iqtisadi
təşəbbüs” termininin mənası soruşulsa, dərhal yanlış cavab verəcəyik, QMY-mız
UMY-dən təşəbbüsün ideyasını soruşacaq, sonra terminin mücərrəd anlamını
izah edəcəyik. Anlama ilə bağlı çətinliklər olduqda vurma cədvəlinin çox faydalı
alət olmasını bilməyimizə baxmayaraq, ikinci cavabın verilməsi ciddi əqli səy
tələb edə bilər. Beləliklə, müəllimin şagirdlərdən nəyisə əzbər öyrənməyi tələb
etməyə yaxşı əsası var, lakin mexaniki öyrənmə təsirli deyil, ona görə də digər
uyğun məlumatlarla birlikdə UMY-də qalmayacaq. Böyük ehtimal ki, o tam
şəkildə yaddaşın “diskində” kifayət qədər yer tutaraq qalır, məlumat QMY-də
səthi təhlil olunur və bunun üçün şagirdlərin məlumatın digər hissələri ilə əlaqə
qurmaları üçün gərgin düşünmək ehtiyacı olmur. Xarici dilin və riyaziyyatın
tədrisində ardıcıllığın tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Məsələn, müəllim dil
dərslərinin tədrisində əvvəl yeni sözlərin qavranılması və mənimsənilməsi
prosesini təşkil edir, şagirdləri həvəsləndirir, sonra isə cümlələrin yazılı və şifahi
ifadəsinə keçidə əsaslanır. Bu yanaşma ümumidən xüsusiyə keçidi təsvir edir.
Eləcə də riyaziyyatda, rəqəmləri tanımaqdan başlayaraq, ümumi anlayışlardan-
toplama, çıxma, vurmadan digər xüsusi hesablama əməliyyatlarına, tənlik həlli və
qiymətləndirməyə keçilir.

34) İnkişaf konsepsiyasını pedaqoji situasiyaya uyğun istifadə edin.


Əldə olunan məlumat UMY-də ideyalar toplusu qismində sxem, plan şəklində
saxlanılır. Sxem təcrübədən alınan abstrakt quruluşdur. O, yeni stimul, həvəs və
maraqoyadıcı amilləri izah edən və kateqoriyalaşdıran gözləmələr toplusundan
ibarətdir. Məsələn, "məktəb”in sxemi şagird, müəllim, sinif otağı və s. ibarətdir.
Oraya daha çox məlumat əlavə edərək kateqoriyalaşdırmaq mümkündür:
məktəbin idarə olunmasına dair iyerarxiyalar, şagird mədəniyyəti, müəllimlər
arasında davranış, ünsiyyət tərzi və s. Müəllimin məktəb sxemi valideynlərin
təsəvvür etdiyi sxemdən fərqli və daha əhatəlidir, çünki onlar məktəb
fəaliyyətinə daha yaxından cəlb olunub, fəal iştirak edirlər. Uşaqlar hər yaş
dövründə, müxtəlif məlumat, əşya və hadisələrə fərqli münasibət, təsəvvürə
malikdirlər. Bir yaşlı uşağın iki heyvan, misal üçün, it və pişik haqqında təsəvvürü
eyni ola bilər, lakin bir müddət sonra bu heyvanları görünüş, səs və s.
əlamətlərinə görə fərqləndirməyi bacarır. Məktəb təliminin əsas məqsədi
şagirdləri fənlərin tədrisində anlayışların fərqləndirilməsinə yönəltməkdir. Bunun
üçün müəllim obyekt və ya ideyalar arasında müqayisəyə üstünlük verməli və
yeni ideyaları konkret misallarla təqdim etməlidir. Hətta yaşlı insanlar belə yeni
fikirlərlə bağlı çətin məsələlərin həllini konkret nümunələr vasitəsilə daha asan
başa düşürlər. Məlumatın emalı nəzəriyyəsi əsasında təşkil olunan təlimdə bilik
və bacarıqların yeni vəziyyətlərlə tətbiqi nəzərdə tutulur. Müəllimin rolu isə
şagirdlərə əvvəlki bilikləri təkrarlamağın yollarını tapmaqdan, problemləri
görməkdən, hipotezlər formalaşdırmaqdan və s. ibarətdir.

35) Mosstonun “Təlim üsullarının spektri” nəzəriyyəsinin mahiyyətini


açıqlayın.
Dərslərin təhlili zamani daha mürəkkəb modellərdən istifadə olduqca faydalıdır.
Planlaşdırma və öyrətmə prosesində əsas yer tutan və qərar qəbulu xüsusiyyəti
ilə fərqlənən modellər məhz bu qəbildəndir. Təlim prosesində müəllim tez-tez
özünün və şagirdlərin fəaliyyətinin istiqaməti barədə seçimlər edir. Qərarlardan
bəziləri təlim zamanı, bəziləri təlimdən əvvəl, bəziləri isə sonra qəbul olunur.
Mosstonun nəzəriyyəsinə əsasən, bunlar öyrətmə-öyrənmə əlaqəsini
formalaşdıran hadisələrdən ibarət zəncirin əsasını təşkil edir. Mosston tədris
üsullarının spektrini də yaratmışdır. Həmin spektr fərdi və ya şəxsi üsuldan asılı
deyil, lakin müəllimə istənilən metodun şagirdlərin öyrənmə prosesinə necə təsir
göstərdiyini tam şəkildə anlamağa kömək edir və bütün fənlərə tətbiq oluna
bilər. Həmçinin müəyyən bir məqsəd üçün ən yaxşı strategiyanın seçiminə zəmin
yaradır, şagirdlərin müstəqilliyini artırır. Mosston spektri qapalı çərçivəli və
müzakirə tipli strategiyalara bənzəyir, şagirdlərin intellektual baxımdan sərbəst,
kreativ və tədqiqat aparmasına yönələn təlim üsullarının tətbiqini nəzərdə tutur.
İllər ərzində bu saya bir çox modellər daxil olmuşdur:
Əmr üsulu- Müəllimyönümlü üsuldur. Bəzi hallarda müraciət olunması
məqsədəuyğundur, məsələn, təlim avadanlığından təhlükəsiz istifadə, rəqsdə
xüsusi hərəkətlərin öyrənilməsi və s.
Praktik üsul- Əmr üsuluna bənzəsə də, qərar qəbul etmə şagirdlərə də keçə bilir.
Bu üsuldan istifadə zamanı dil dərslərində yazı işi aparılsa və ya riyaziyyatda
praktik tapşırıq yerinə yetirilsə də, müəllimin istənilən şagirdlə fərdi məşğul
olmasına şərait yaranır.
Qarşılıqlı əlaqə üsulu- Şagirdlər bir-birinin fəaliyyətini qiymətləndirərək cütlər
şəklində işləyirlər. Hər kəs prosesdə fəal şəkildə iştirak edir-biri çalışır, digəri isə
bu zaman "müəllim-partnyor" qismində müşahidələr aparır. Bu üsul şagirdlərə
qiymətləndirmə və təhlil bacarıqlarımı inkişaf etdirmək üçün çoxsaylı imkanlar
yaradır.
Özünüyoxlama üsulu- Bu üsul şagirdlərə fəaliyyətlərini qiymətləndirmək
bacarığını inkişaf etdirmək üçün zəmin yaradır. Müəllim tapşırıqlar hazırlayır,
şagirdlər isə meyarlar əsasında fəaliyyətlərini dəyərləndirir, öyrədənlə
əməkdaşlıq edərək yeni məqsədlər üzərində çalışırlar.
İnklüziv üsul- Bu üsulun tətbiqi zamanı şagirdlərə uğur qazanmaq, müvəffəqiyyət
hissini yaşatmaq üçün müxtəlif çətinlik səviyyəsi olan, diferensiallaşmış
tapşırıqlar verilir. Tapşırığı uğurla yerinə yetirən şagirddə özünəinam hissi artır,
özü haqqında müsbət fikir formalaşır.
İstiqamətləndirilmiş kəşf- bu üsulda müəllim şagirdin öyrənmə proqramını onun
dərketmə inkişafı əsasında planlaşdırır, doğru cavabı tapmağa istiqamətləndirir,
lazım gəldikdə, sual və ya tapşırığı fərqli formada səsləndirir. Lakin hər zaman
təlim proqramını yoxlayır və öyrənənlərin ehtiyacları əsasında müvafiq
dəyişikliklər aparır.
Konvergent kəşf üsulu- Burada bir təhsil epizodu və ya dərs üçün yalnız yeganə
arzuedilən nəticə mövcuddur, lakin şagirdlər proses və təqdimatda
müstəqildirlər. Müəllim ehtiyac duyduqda öyrənənlərin düzgün cavab tapmaları
üçün açar kəlmələr söyləyə bilər.
Divergent kəşf üsulu- Şagirdlər bir suala müxtəlif alternativ cavablar tapmağa
həvəsləndirilir və müəllimin köməyi ilə doğru olan alternativ cavabı seçirlər.
Şagird tərəfindən hazırlanmış fərdi proqram- Şagird müəllim tərəfindən təsdiq
edilmiş və onun nəzarəti ilə proqram hazırlayır, yerinə yetirir, ehtiyac yaranarsa,
tədqiqat aparır. Belə dərslərdə tələb olunan bilik və bacarıqlar şagirdin əvvəlki
təlim təcrübəsindən asılıdır.
Şagirdyönümlü üsul- Bu üsulda öyrənmə prosesi üçün stimul məktəbliyə
məxsusdur. Araşdırmaq təşəbbüsü şagirddən gəlir. Beləliklə, məktəbli fəal
şəkildə öyrənmə təcrübəsi qazanmağa başlayır və müəllim də ona dəstək olur.
Bu üsul öyrənənə şəxsi maraq dairəsi çərçivəsində işləmək sərbəstliyi verən ev
tapşırıqlarını da özündə birləşdirir.
Özünütəhsil üsulu- Bu üsul kənardan kömək almaqla müstəqil öyrənmə
prosesinin reallaşmasını təmin edir.

36) Montessorinin pedaqoji yanaşmasının əsas ideyasını şərh edin.


Mariya Montessori XIX əsrdə özünün pedaqoji sistemini irəli sürmüş ilk qadın
pedaqoqdur. O apardığı tədqiqat və müşahidələrdən belə qənaətə gəlmişdir ki,
ənənəvi, klassik metodlar bəzən heç bir səmərə vermir. Onun metodikası
uşaqların təbii şəraitdə müşahidəsi əsasında hazırlanmışdır. Yanaşmaya görə
uşaqlar böyüklərin təsəvvür etdiyi, istədiyi kimi deyil, olduqları kimi qəbul
olunmalı, müəllim də fəaliyyətini bunun əsasında həyata keçirilməlidir.
Yanaşmanın mahiyyəti uşağı özünütərbiyə, özünütəhsil və özümüinkişafa
yönəltməkdən ibarətdir. Montessorinin nəzəriyyəsinə görə, pedaqoq öyrənəni
müşayiət etməli, inkişafetdirici mühitdə öyrənmə fəaliyyəti qurmalı, müstəqil
fəaliyyətinə rəhbərlik etməlidir. Montessori metodikasının əsas prinsipləri
aşağıdakılardır:
Uşaq fəaliyyət növünü özü seçir. Uşağın hərtərəfli inkişafı üçün ona düşüncə, hiss
və fəaliyyət üçün azadlıq verilir.
Məşğələlər xüsusi hazırlanmış mühitdə keçirilir.
Pedaqoq təlimdə ikinci dərəcəli rol oynayır, o, müəllim deyil, köməkçidir.
Pedaqoq uşaqlarla ünsiyyət qurur, lakin fikrini zorla qəbul etdirmir.
Uşaqlara qadağa qoymaq, onları tənqid etmək yolverilməzdir.
Uşaqda müstəqillik tərbiyə olunur. Bütün oyuncaq və vəsaitlər uşağın əli çatacaq
səviyyədə rəflərdə yerləşdirilir. Uşaq lazım olanı istifadə etdikdən sonra yerinə
qaytarır.
Montessori pedaqogikasının üstünlükləri:
Uşaqyönümlü yanaşmadır.
Yanaşma hər bir uşağın psixoloji xüsusiyyət və imkanlarını nəzərə almaq imkanı
verir.
Pedaqoqun hazırladığı xüsusi mühit uşağa müstəqil və təbii inkişaf imkanı verir.
Uşaq yarışmadan, proqramlı şəkildə öyrənir.
Yanaşmanın çatışmazlıqları:
İntellektin və praktik bacarıqların inkişafına yönəlib.
Yaradıcılığın inkişafı bir qədər diqqətdən kənarda qalır, uşaqların yaradıcı
fəaliyyəti üçün xüsusi zona, guşə nəzərdə tutulmayıb.
Hərəkətli və rollu oyunlar yox səviyyəsindədir.
Montessori metodikasından sonra uşaqlar adi bağça və məktəblərin birgə-
kollektiv fəaliyyətinə, nizam-intizamına alışmaqda çətinlik çəkirlər.
Uşaqların marağını cəlb edən vəsaitlər kifayət qədər bahalıdır.

37) Təhsil paradiqmlərini tutuşdurun.


Paradiqma latınca nümunə deməkdir .Təhsilin paradiqmləri əsasən iki qrupa
ayırmaq olar:
Ənənəvi (müəllimyönümlü, bilikyönümlü) paradiqmlər.
Şagirdyönümlü paradiqmlər.
Ənənəvi paradiqmin əsas məqsədi gənc nəslə bəşər sivilizasiyasının mədəni
elementlərinin mühüm cəhətlərini çatdırmaqdan, nəsildən-nəsilə keçən
mədəniyyət və sivilizasiyanın mühüm elementlərini translyasiya etməkdən
ibarətdir. Ənənəvi bilik paradiqmi bir neçə təhsil fəlsəfəsinin ideyalarını özündə
birləşdirir:
1.Perennializm: Perennializm latın sözü “perennia”dan əmələ gəlmişdir,
əbədiyyət deməkdir. Perennialistlər təhsilin məzmununun illər boyu dəyişməz,
köhnə adət-ənənə üzərində qurulduğunu və biliklərin mənasını itirmədiyini
hesab edirlər. Onlar şagirdlərin əsrlər boyu özünü təsdiqləmiş ideyaları
öyrənməsini, tanınmış alimlərin əsərlərini oxuyub təhlil etməsini vacib sayırlar.
Bu cərəyanın tərəfdarları belə düşünürlər ki, şagirdlər bu əsərləri araşdırıb
öyrənərkən təlimi daha çox dəyərləndirəcəklər.
2.Essensializm: Essensializm latın sözü “essentia”dan əmələ gəlmişdir, mahiyyət
deməkdir. Essensialistlər perennialistlərdən fərqli olaraq vahid fəlsəfi bazaya
malik deyillər. Sərt nizam-intizam qaydalarına əsaslanırlar. Essensializm
perennializm qədər intellektual deyil, əbədi həqiqətləri az tədqiq edir və daha
çox uşaqların fiziki və sosial mühitə alışmasına diqqət yetirir.
3.Neotomizm: Neotomizm – dini-fəlsəfi təlimdir. Bu təlim Foma (Toma)
Akvinskinin adından götürülmüşdür. Neotomistlər obyektiv reallığın
mövcudluğunu qəbul edirdilər, lakin bu reallığı onlar Allahın ifadəsi ilə bağlı
görürdülər. Onların fikrincə, dünya ilahi ağlın təcəssümüdür. Neotomistlər
düşünürlər ki, dünyanın mahiyyəti elm tərəfindən axıra qədər dərk edilə bilməz.
Onu yalnız Allaha yaxınlaşmaqla dərk etmək mümkündür.
4.Biheviorizm: Biheviorizm cərəyanı davranış faktorlarının elmə gətirilməsi ilə
xarakterizə olunur Bu cərəyan insanların, heyvanların davranışını və onlara təsir
yollarını öyrənir. Klassik biheviorizmin banisi Amerika filosofu və psixoloqu
C.Uotsondur.
Şagirdyönümlü paradiqm təlimin mərkəzində şagirdi qoyaraq bütün prosesi
onun maraq, meyil, tələbat və fərdi xüsusiyyətlərinin üzərində qurmağı təklif
edir. Şagirdyönümlü yanaşmanın tərəfdarları şagirdlərə biliklərin hazır şəkildə
deyil, təcrübə vasitəsilə qazanmasını təklif edirlər. Şagirdyönümlü paradiqm
özündə bir neçə təhsil fəlsəfəsinin ideyasını cəmləşdirir:
1.Ekzistensializm: Ekzistensializm ən güclü fəlsəfi istiqamətdir. O, şəxsiyyəti
dünyanın ən mühüm dəyəri hesab edir. Hər bir şəxsiyyət təkrarsız və xüsusidir.
2.Praqmatizm: Praqmatizm tərbiyənin həyatla yaxınlaşdırılmasına, tərbiyənin
əsas məqsədlərinin praktik fəaliyyətdə tətbiqinə yönələn fəlsəfi, pedaqoji
cərəyandır. Bu sistemin əsas müddəaları aşağıdakılardan ibarətdir: məktəb
həyatdan, təlim-tərbiyədən təcrid oluna bilməz. Təlim—tərbiyə prosesində
şagirdlərin xüsusi fəallığına söykənmək, onları inkişaf etdirmək və
stimullaşdırmaq lazımdır.
3.Neopozitivizm: Neopozitivizm elə bir fəlsəfi-pedaqoji istiqamətdir ki, burada
elmi-texniki inqilab tərəfindən ortaya çıxmış kompleks hadisələr nəzərdən
keçirilir. Neopozitivizm pedaqogikasının başlıca müddəalarına görə, təlim-
tərbiyə prosesi siyasiləşmiş ideologiyadan təmizlənməlidir.
4.Proqressivizm : Proqressivizmin yaranması ABŞ-da XIX əsrin sonu, XX əsrin
əvvəllərinə təsadüf edir. Bu cərəyan ənənəvi təhsil sisteminə qarşı çıxmaq
məqsədilə yaranmışdır. Onun tərəfdarları müəllimin avtoritarlığı, təlim
materiallarının əzbərlənməsi, təlim prosesində dərsliyin yeganə təlim vəsaiti və
resurs olması, təhsilin həyatla əlaqələndirilməməsi, şagirdlərə qarşı fiziki cəzanın
tətbiq olunması kimi müəllimyönümlü yanaşmaya xas xüsusiyyətlərin əleyhinə
çıxmışlar.
5.Rekonstruksionizm :Rekonstruksionistlər belə hesab edirlər ki, təhsil ictimai
quruluşun formalaşmasında, yenidən qurulmasında mühüm qüvvəyə malikdir.
Bu yanaşmanı dəstəkləyənlər, proqressiv hərəkatın digər davamçıları kimi
demokratiyanı ən yaxşı siyasi sistem kimi dəyərləndirir və hesab edirlər ki, bu
metodların məktəbdə tətbiqi şagirdlərə gələcəkdə ictimai, siyasi və iqtisadi
sistemlərin ən yaxşısını seçmək imkanı verəcək.
6.Humanizm: Humanist məktəb şagirdi həyatın subyekti kimi diqqət mərkəzində
saxlayır, onun azad şəxsiyyət kimi özünüinkişafa yönəlməsini təmin edir.
Humanizm yanaşması çərçivəsində fəaliyyət göstərən hər bir təhsil sistemi
yaradıcı axtarışlar aparır. Karl Rocers humanizmin banisi kimi tanınır.

38) Ənənəvi paradiqmlərin xüsusiyyətlərini bir-birindən fərqləndirin.


Ənənəvi paradiqmin əsas məqsədi gənc nəslə bəşər sivilizasiyasının mədəni
elementlərinin mühüm cəhətlərini çatdırmaqdan, nəsildən-nəsilə keçən
mədəniyyət və sivilizasiyanın mühüm elementlərini translyasiya etməkdən
ibarətdir. Ənənəvi bilik paradiqmi bir neçə təhsil fəlsəfəsinin ideyaları nı
özündə birləşdirir:
1.Perennializm: Perennializm latın sözü “perennia”dan əmələ gəlmişdir,
əbədiyyət deməkdir. Perennialistlər təhsilin məzmununun illər boyu dəyişməz,
köhnə adət-ənənə üzərində qurulduğunu və biliklərin mənasını itirmədiyini
hesab edirlər. Onlar şagirdlərin əsrlər boyu özünü təsdiqləmiş ideyaları
öyrənməsini, tanınmış alimlərin əsərlərini oxuyub təhlil etməsini vacib sayırlar.
Bu cərəyanın tərəfdarları belə düşünürlər ki, şagirdlər bu əsərləri araşdırıb
öyrənərkən təlimi daha çox dəyərləndirəcəklər.
2.Essensializm: Essensializm latın sözü “essentia”dan əmələ gəlmişdir, mahiyyət
deməkdir. Essensialistlər perennialistlərdən fərqli olaraq vahid fəlsəfi bazaya
malik deyillər. Sərt nizam-intizam qaydalarına əsaslanırlar. Essensializm
perennializm qədər intellektual deyil, əbədi həqiqətləri az tədqiq edir və daha
çox uşaqların fiziki və sosial mühitə alışmasına diqqət yetirir.
3.Neotomizm: Neotomizm – dini-fəlsəfi təlimdir. Bu təlim Foma (Toma)
Akvinskinin adından götürülmüşdür. Neotomistlər obyektiv reallığın
mövcudluğunu qəbul edirdilər, lakin bu reallığı onlar Allahın ifadəsi ilə bağlı
görürdülər. Onların fikrincə, dünya ilahi ağlın təcəssümüdür. Neotomistlər
düşünürlər ki, dünyanın mahiyyəti elm tərəfindən axıra qədər dərk edilə bilməz.
Onu yalnız Allaha yaxınlaşmaqla dərk etmək mümkündür.
4.Biheviorizm: Biheviorizm cərəyanı davranış faktorlarının elmə gətirilməsi ilə
xarakterizə olunur Bu cərəyan insanların, heyvanların davranışını və onlara təsir
yollarını öyrənir. Klassik biheviorizmin banisi Amerika filosofu və psixoloqu
C.Uotsondur.

39) Şagirdyönümlü paradiqmlərin əsas ideyasını müəyyənləşdirin.


Şagirdyönümlü paradiqm təlimin mərkəzində şagirdi qoyaraq bütün prosesi
onun maraq, meyil, tələbat və fərdi xüsusiyyətlərinin üzərində qurmağı təklif
edir. Şagirdyönümlü yanaşmanın tərəfdarları şagirdlərə biliklərin hazır şəkildə
deyil, təcrübə vasitəsilə qazanmasını təklif edirlər. Şagirdyönümlü paradiqm
özündə bir neçə təhsil fəlsəfəsinin ideyasını cəmləşdirir:
1.Ekzistensializm: Ekzistensializm ən güclü fəlsəfi istiqamətdir. O, şəxsiyyəti
dünyanın ən mühüm dəyəri hesab edir. Hər bir şəxsiyyət təkrarsız və xüsusidir.
2.Praqmatizm: Praqmatizm tərbiyənin həyatla yaxınlaşdırılmasına, tərbiyənin
əsas məqsədlərinin praktik fəaliyyətdə tətbiqinə yönələn fəlsəfi, pedaqoji
cərəyandır. Bu sistemin əsas müddəaları aşağıdakılardan ibarətdir: məktəb
həyatdan, təlim-tərbiyədən təcrid oluna bilməz. Təlim—tərbiyə prosesində
şagirdlərin xüsusi fəallığına söykənmək, onları inkişaf etdirmək və
stimullaşdırmaq lazımdır.
3.Neopozitivizm: Neopozitivizm elə bir fəlsəfi-pedaqoji istiqamətdir ki, burada
elmi-texniki inqilab tərəfindən ortaya çıxmış kompleks hadisələr nəzərdən
keçirilir. Neopozitivizm pedaqogikasının başlıca müddəalarına görə, təlim-
tərbiyə prosesi siyasiləşmiş ideologiyadan təmizlənməlidir.
4.Proqressivizm : Proqressivizmin yaranması ABŞ-da XIX əsrin sonu, XX əsrin
əvvəllərinə təsadüf edir. Bu cərəyan ənənəvi təhsil sisteminə qarşı çıxmaq
məqsədilə yaranmışdır. Onun tərəfdarları müəllimin avtoritarlığı, təlim
materiallarının əzbərlənməsi, təlim prosesində dərsliyin yeganə təlim vəsaiti və
resurs olması, təhsilin həyatla əlaqələndirilməməsi, şagirdlərə qarşı fiziki cəzanın
tətbiq olunması kimi müəllimyönümlü yanaşmaya xas xüsusiyyətlərin əleyhinə
çıxmışlar.
5.Rekonstruksionizm :Rekonstruksionistlər belə hesab edirlər ki, təhsil ictimai
quruluşun formalaşmasında, yenidən qurulmasında mühüm qüvvəyə malikdir.
Bu yanaşmanı dəstəkləyənlər, proqressiv hərəkatın digər davamçıları kimi
demokratiyanı ən yaxşı siyasi sistem kimi dəyərləndirir və hesab edirlər ki, bu
metodların məktəbdə tətbiqi şagirdlərə gələcəkdə ictimai, siyasi və iqtisadi
sistemlərin ən yaxşısını seçmək imkanı verəcək.
6.Humanizm: Humanist məktəb şagirdi həyatın subyekti kimi diqqət mərkəzində
saxlayır, onun azad şəxsiyyət kimi özünüinkişafa yönəlməsini təmin edir.
Humanizm yanaşması çərçivəsində fəaliyyət göstərən hər bir təhsil sistemi
yaradıcı axtarışlar aparır. Karl Rocers humanizmin banisi kimi tanınır.

40) “Didaktika” anlayışının məzmunu ilə bağlı əsas məqamları təsvir


edin.
“Didaktika” termini mənşəyinə görə yunan dilindən götürülüb, öyrədici
deməkdir. Didaktika nəzəri və eyni zamanda, normativ tətbiqi elmdir. Didaktika
öz obyekti kimi real təlim prosesini öyrənir, onun müxtəlif tərəflərinin
qanunauyğunluqları haqqında biliklər verir, təlim prosesinin məzmun
elementlərinin struktur xarakteristikasının mahiyyətini açır. Didaktikanın
özünəməxsus spesifik anlayışları var:
Təlim- məqsədyönlü, əvvəlcədən proqramlaşdırılmış fəaliyyətdir. Onun
gedişində öyrənənin təhsil, tərbiyə və inkişafı həyata keçirilir, fəaliyyət və
dünyanı dərketmə təcrübəsi əldə olunur. Burada əsas məqsəd təlimalanların
inkişafı, onlarda biliklərin, bacarıqların və vərdişlərin formalaşdırılmasıdır.
Təhsilin məzmunu cəmiyyət tərəfindən bəşəriyyətin qəbul edilmiş obyektiv
təcrübəsinin elementlər sistemidir. Təhsilin məzmunu son nəticədir, bütün tədris
müəssisələri ona can atır.

41) “Təhsil” anlayışı və təhsilin məzmunu arasında əlaqə yaradın.


“Təhsil” anlayışına müxtəlif təriflər, izahatlar, şərhlər verilmişdir. Lakin onların
heç biri müasir dövrdə təhsilin rolunu hər tərəfli əhatə etmir. Təhsil cəmiyyətin
həyatında sosial, iqtisadi, siyasi, mədəni, mənəvi, fəlsəfi, psixoloji, pedaqoji,
ekoloji, əqli inkişaf mahiyyəti daşıyır. İnsan fəaliyyətinin bütün sahələrinin uğuru
təhsil sisteminin mütəşəkkilliyindən bilavasitə asılıdır. Ona görə də, təhsil dövlət
siyasətinin üstün sahəsi kimi qəbul olunmalıdır. Təhsil sosial baxımdan şərtlənən
prosesdir, o, insanın ictimai münasibətlər sistemi kimi təkrar hazırlanmasını
nəzərdə tutur. Təhsil sahəsində həyata keçirilən konsepsiyada təhsilin məzmun
elementləri müəyyənləşdirilmişdir:
Biliklər
Fəaliyyət üsulları
Yaradıcılıq təcrübəsi
Öyrənilən obyektə və real gerçəkliyə emosional dəyər münasibəti
Təhsilin məzmunu dedikdə, şagirdlərin təlim prosesində əldə etdiyi elmi biliklər
sistemini, praktik bacarıq və vərdişləri, eləcə də dünyagörüşü, mənəvi-estetik
ideyaları başa düşülür. Cəmiyyətin tələbləri təhsilin məzmununa təsiri
müəyyənləşdirən obyektiv amil kimi özünü göstərir. Elm və texnikanın
inkişafındakı dəyişikliklərin özü də təlimin məzmununa təsir edir. Tərbiyə və
təhsilin məzmununun aşağıdakı istiqamətlərini fərqləndirmək olar: fiziki tərbiyə,
estetik tərbiyə, əmək tərbiyəsi, əqli tərbiyə, mənəvi tərbiyə. Bu istiqamətlərin
məzmununun tərkib hissələri isə bunlardır: biliklər, bacarıqlar, vərdişlər,
münasibətlər, yaradıcı fəaliyyət.
Bilik- Pedaqogikada dərketmə, yadda saxlama, onu təkrar ortaya çıxara bilmə,
həm də elmin əsas faktlarını, nəzəri ümumiləşdirmələri tətbiq etmək bacarığıdır
Bu anlayış qanunlarda, nəzəriyyələrdə, faktlarda, ideyalarda öz əksini tapır.
Bacarıq- üsulların əldə edilməsi, biliklərin təcrübədə mənimsənilməsinin
qəbuludur. Bacarıqlar özündə bilik və vərdişləri əks etdirir. Bilik, bacarıq və
vərdişlərin formalaşması insanların qabiliyyətindən asılıdır. Qabiliyyətlər
şəxsiyyətin inkişaf etmiş psixi xassələridir.
Münasibət- özündə dəyər mühakimələrini, həyatın müxtəlif tərəflərini və
fəaliyyətin emosional təsəvvürlərini birləşdirir.
Yaradıcı fəaliyyət- yeni biliklərin, vərdişlərin, bacarıqların və münasibətlərin
yaranmasını, doğulmasını təmin edir.
Təhsilin məzmunu elmi əsaslar üzərində qurulmalı və elmdə faktların, nəzəri
müddəaların tam şəkildə təsdiq olunduğu məqamları əks etdirməlidir. Tədris
materialı elmin müasir səviyyəsinə cavab verməli, həyat mövqeyinin
formalaşmasına köməklik göstərməlidir.
Təhsilin məzmununda nəzəriyyə ilə praktika, təlim ilə istehsal əməyi
birləşdirilməlidir.
Təhsilin məzmunu şagirdlərin yaş inkişafına müvafiq olmalıdır.
Təhsilin məzmunu bütün pillələrdə təlim-tərbiyənin əsas məqsədinə
istiqamətlənməli, şəxsiyyətin hərtərəfli və harmonik formalaşmasına zəmin
yaratmalıdır.

42) Təlimin mahiyyəti və strukturunu təsvir edin.


Təlim insana müəyyən bilik, bacarıq və vərdişlərin verilməsi deməkdir. Lakin
bilikləri sadəcə olaraq vermək və almaq mümkün deyil. “Müəllim-şagird”
münasibətləri heç də ancaq “ötürən – qəbul edən” rolu kimi müəyyənləşə
bilməz. Burada tədris prosesinin iştirakçılarının hər ikisinin qarşılıqlı fəaliyyəti və
fəallığı zəruridir. Təlim öyrədənlə öyrənən arasında fəal, qarşılıqlı təsir, fəaliyyət
prosesidir ki, burada öyrənənin xüsusi fəallığı nəticəsində onda müəyyən bilik və
bacarıqlar formalaşır. Pedaqoq öyrənənin fəallaşması üçün lazımi şərait yaradır,
onu istiqamətləndirir, daha doğrusu, onun işinə nəzarət edir, ona lazımi məlumat
və vasitələr təqdim edir. Əgər pedaqoq şagirdlərində biliklərin əldə edilməsində
lazımi fəallığı oyada bilməsə, onda o, təlimi stimullaşdırmır. Bu zaman təlim baş
tutmur, şagird yalnız formal şəkildə dərslərdə iştirak edir. Təlim prosesində
aşağıdakı vəzifələri həyata keçirmək zəruridir:
1)öyrənənlərin idrak-təlim fəallığının stimullaşdırılması;
2)elmi biliklər və bacarıqları əldə etmək üçün idrak fəaliyyətinin təşkili;
3)təfəkkürün, yaddaşın yaradıcı bacarıqların inkişafı;
4)tədrisdə bacarıq və vərdişlərin təkmilləşdirilməsi;
5)elmi dünyagörüşünün və mənəvi-estetik mədəniyyətin işlənib hazırlanması.
Təlimin daxili strukturu
Təlimdə məqsədli, tələb-motivasiya, məzmun, əməli-fəaliyyət, emosional-iradi,
nəzarət-nizamlayıcı, dəyər- nəticə kimi struktur komponentləri fərqləndirmək
olar. Təlimin təşkilində aşağıdakı komponentlərin həyata keçirilməsi nəzərdə
tutulur: təlim məqsədlərinin qoyulması, tələbat-motivasiyanın
formalaşdırılması, məzmunun müəyyənləşməsi, materialın mənimsənilməsi
üçün idrak-təlim fəaliyyətinin təşkili, şagirdlərin təlim fəaliyyətinə nəzarət və
onun nizamlanması, şagirdlərin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi.
Paralel olaraq şagirdlər idrak-təlim fəaliyyəti həyata keçirirlər ki, bu da öz
növbəsində aşağıdakı müvafiq komponentlərdən ibarətdir: məqsəd və
vəzifələrin dərk edilməsi, idrak-təlim fəaliyyətinin motiv və tələbatlarının
dərinləşdirilməsi, mənimsənilmə üçün nəzərdə tutulan əsas materialın
qavranılması, başa düşülməsi, yadda saxlanılması, biliklərin təcrübədə tətbiq
edilməsi , özünənəzarət, idrak-təlim fəaliyyətinin qiymətləndirilməsi.

43) Təlimin qanun və qanunauyğunluqları haqqında fikirlər bildirin.


Təlim prosesində qanunlar hadisələrin inkişafını və təzahürünü müəyyənləşdirir.
Onlar nəzəri müddəalarda ifadə olunan dərketmə prosesinin nəticələridir.
Təlimin müxtəlif komponentləri mövcuddur: məzmun, məqsəd, müəllim və
şagirdlərin fəaliyyəti, dəstəkləyici mühit. Onlar arasında asılılıq və əlaqələr vardır.
Təlimin qanunları özünü bu əlaqə və asılılıqlarda göstərir. Təlimin aşağıdakı
qanunları mövcuddur :
Təlimdə sosial asılılıq – Təlimin məqsəd və məzmunu sosial, iqtisadi və mənəvi
mühitlə əlaqəli şəkildə təşkil olunur. İstənilən problem real həyati hadisələr
üzərində təqdim edilərsə, onun həlli asanlaşar, öyrənənlərin mənimsəmə
səviyyəsi yüksələr.
Təlimin tərbiyəedici vəzifələrindən istifadə- Tərbiyə təlimin reallaşdırdığı
vəzifələrdən biri kimi nəzərdən keçirilir. Təlim prosesində tərbiyə məsələləri
müxtəlif istiqamətlərdə özünü göstərir: tədris olunan mövzunun məzmunu,
tətbiq olunan forma və metodlar, təlim iştirakçılarının davranışı, nitqi, müəllim-
şagird, şagird-şagird münasibətləri və s.
Təlimin inkişafedici vəzifələrindən istifadə - Bu qanuna görə təlimdə şagirdlərin
fənn çərçivəsində müvafiq bilik və bacarıqlara yiyələnməsi ilə kifayətlənmək
olmaz. Onların daxili imkanlarını, qabiliyyət və istedadlarını üzə çıxarmaq, maraq
və meyillərini nəzərə almaqla dərsdə və dərsdənkənar fəaliyyətin təşkilində
hərtərəfli inkişafına nail olmaq mümkündür.
Şagird fəaliyyətinin təlim strategiyalarından asılılığı- Öyrətmə strategiyalarının
seçimi təlim nəticələrinin reallaşmasını təmin etməli, şagirdlərin fəaliyyəti isə
həmin strategiyalar əsasında təşkil olunmalıdır. Strategiyaların seçimində
müəllim sinfin ümumi səviyyəsini, mövzunu və şagirdlərin ehtiyaclarını nəzərə
almalıdır. Müasir təlimdə müəllimin əsas vəzifəsi şagirdlərin müstəqil idraki təlim
fəaliyyətini, tənqidi və yaradıcı təfəkkürünün inkişafına zəmin yaratmaqdır.
fasilitator qismində çıxış etməlidir.
Təlimdə nəzəriyyə ilə təcrübənin vəhdəti- Təlim prosesində nəzəri biliklərin
ötürülməsi ilə yanaşı, onların tətbiqinə də yer ayrılmalıdır. Təhsildə
şagirdyönümlü yanaşma öyrənənlərin təlim prosesində fəal iştirakını, onların
biliklərin yaradılmasına cəlb olunmasını, nəzəri biliklərin təcrübədə tətbiqini,
təlim materialının qavranılmasına əlverişli şəraitin yaradılmasını nəzərdə tutur.
Təlimdə şagird fəaliyyətinin fərdi və qrup şəklində təşkili- Təlimdə fərdi və qrup
işinin biri-birini əvəz etməsi, onlardan paralel istifadə əhəmiyyətli
məsələlərdəndir. Qrup işinin təşkili və həyata keçirilməsi zamanı şagirdlərdə
diskussiya aparmaq, bir-birini dinləmək, səslənən fikirlərə hörmətlə yanaşmaq
kimi mühüm bacarıqların formalaşması həyata keçirilir.
Təlimdə dəstəkləyici mühitin yaradılması- təlimin səmərəsinə xidmət edən
müxtəlif amillər mövcuddur. Onlardan maddi-texniki baza, sağlam mənəvi-
psixoloji mühit, təlim resursları ilə xüsusi vurğulamaq lazımdır:
1) Maddi-texniki baza məktəblərdə müasir infrastrukturun yaradılması, təhsil
müəssisəsinin laboratoriya və fənn kabinetləri ilə təchiz olunması, geniş çeşidli
kitabxananın fəaliyyət göstərməsi, sinif otaqlarında ağıllı lövhənin qurulması,
internet şəbəkəsi, multi-media avadanlıqları nəzərdə tutulur.
2)Məktəbdə mənəvi-psixoloji mühitin yaradılması müəllim-müəllim, müəllim-
şagird, şagird-şagird münasibətlərinin sağlam abu-hava, əməkdaşlıq şəraitində
həyata keçirilməsini labüdləşdirir.
Qanunauyğunluqlar təlimdə qanunların reallaşdırılması məqsədilə müvafiq
şəraitin yaradılmasına təkan verir. Onlar təlim-tərbiyə prosesinin inkişafını və
formalaşmasını əks etdirən daxili əlaqələrdə özünü göstərir. Təlim prosesində
aşağıdakı qanunauyğunluqları fərqləndirmək mümkündür:
Müəllim fəaliyyətinin təlimverici, tərbiyəedici və inkişafetdirici xüsusiyyətlərə
malik olması
Müəllim-şagird fəaliyyətinin təlim nəticələri ilə əlaqəsi.
Təlimdə şagirdlərin mövcud bilik və bacarıqlarının nəzərə alınması
Problemli təlim metodlarının tətbiqi
Şagirdlərin şüurunda assosiasiyaların yaradılması .
44) Təlim prinsiplərini bir-birindən fərqləndirin.
Prinsiplər elmin ilkin, əsas müddəalarını, bu və ya digər sahəyə verilən əsas
tələbləri nəzərdə tutur. Pedaqoji prinsiplər – qarşıya qoyulmuş pedaqoji
məqsədlərin daha yaxşı şəkildə çatmağa kömək edən ideyalardır. Təlimin
səmərəli formada həyata keçməsi üçün pedaqoji prinsiplər vardır:
Diferensiallaşma prinsipi- didaktikada ən qədim prinsip hesab olunur. Bu
prinsipdə şagirdlərin yaş və fərdi xüsusiyyətlər nəzərə alınır. Bunlara şagirdlərin
mövcud bilik, bacarıq və eləcə də psixoloji durumu aiddir. Səmərəli fəaliyyət üçün
pedaqoq öyrənənlərin daxili imkanlarını, yaxın inkişaf zonasını və öyrənmə
yollarını müəyyənləşdirib təlimi həmin amillər əsasında təşkil etməlidir.
İnteqrasiya prinsipi - Bu prinsipə görə təlim materiallarının məzmunu elə
qurulmalıdır ki, şagirdlərdə ətraf aləm haqqında tam təəssürat yaransın, fakt və
hadisələr arasında müxtəlif əlaqələrə dair təsəvvür formalaşsın. İnteqrasiya
prinsipi şagirdlərə vaxtdan səmərəli istifadə etmək, təlim materialının daha çox
və daha tez qavranılması imkanı verir.
Humanizm prinsipi – təlimin bütün iştirakçıları arasında münasibətlərin yüksək
mənəvi dəyərlər, qarşılıqlı hörmət əsasında qurulmasını təmin edir. Şagirdlərin
hüquqlarının qorunması, vəzifələrinin yerinə yetirilməsi də təlimin
müvəffəqiyyətinə təsir göstərir.
Demokratiklik prinsipi - hər kəs üçün bərabər imkanların yaradılması, prosesin
subyekt-subyekt münasibətləri əsasında təşkili, təlimin bütün iştirakçılarına
özünüinkişaf, özününizamlama, özünütəlim və özünütərbiyə üçün müvafiq
sərbəstliyin verilməsi ilə xarakterizə olunur.

Mədəniyyətəuyğunluq prinsipi- təlim və tərbiyədə mədəni mühitin nəzərə


alınmasına əsaslanır. Bu prinsipin tətbiqi şagirdlərdə dünyanın ümumi mənzərəsi
haqqında təsəvvür yaradır, tolerantlıq və empatiya kimi xüsusiyyətlər formalaşır.
Əməkdaşlıq prinsipi-Şagirdlərdə əməkdaşlıq bacarıqlarının formalaşdırılması
müasir təhsilin vəzifələrindəndir. Qloballaşma, dünyada gedən inteqrasiya
prosesləri qarşılıqlı ünsiyyət, əməkdaşlıq bacarıqlarını ön plana çıxartmışdır.
İnklüzivlik prinsipi - şagirdlərin ehtiyaclarının nəzərə alınmasında, təlimin
onların maraq, meyil və tələbatları üzərində təşkil olunmasında özünü göstərir.
İnklüzivliyin təmin olunması məqsədilə şagirdlərin tələbatları əvvəlcədən
müəyyənləşdirilməlidir. Buraya şəxsi, mədəni, idraki, fiziki və hissi tələbatlar
aiddir.

45) Təlim strategiyalarını qarşılaşdırın.


Təlim strategiyaları forma, üsul və müxtəlif texnikaları ehtiva edir. Dərs
prosesində müəllimin bəhrələnə biləcəyi müxtəlif strategiyalar mövcuddur.
Təlim məqsədlərində onlardan istifadə şagirdlərin mənimsəməsinə təsir göstərir.
Strategiyanın müəyyənləşdirilməsi zamanı təlim üsullarının seçiminə xüsusi
həssaslıq göstərilməli, maraq, meyil ehtiyacları, həmçinin mühit nəzərə
alınmalıdır. İstifadə olunan strategiyanın daha səmərəli olması məqsədilə o,
aşağıda sadalanan məqamlarla uzlaşdırılmalıdır:
Təlim nəticələri;
Təlim mühiti;
Resurslar,
Qrupun sayı və tərkibi.
Müasir təlim strategiyaları aşağıdakı amillər nəzərə alınmaqla seçilməlidir.
Nəticədən prosesə qədərki mərhələlər;
Problemin həllindən onun müəyyənləşdirilməsinə, araşdırılmasına keçid;
Hazır, bilikyönümlü məzmunun inkişafedici, təcrübəyönümlü yanaşmayla
əvəzlənməsi;
Anlayışın mahiyyətinin, istifadə hüdudlarının tədqiqatı;
Bilik-tətbiq nəzəriyyələrinin kommunikativ kontekst çərçivəli fərziyyə
nəzəriyyələri ilə əvəzlənməsi.

46) “Təlim metodları” anlayışını xarakterizə edin.


“Metod” yunan sözü olub, yol, həqiqətə doğru hərəkət vasitəsi deməkdir.
Bəziləri hesab edirlər ki, təlim metodu müəllim və təlim alanların təhsil
vəzifələrinin həllinə istiqamatlənmiş qarşılıqlı fəaliyyətin sahmanlaşdırılması
üsulu deməkdir. Digərləri isə təlim metodu dedikdə, şagirdlərin idrak
fəaliyyətinin təşkili üsulunu nəzərdə tuturlar. Ənənəvi təlimdə iki əsas metoddan
istifadə edilir:
Təlimin izahlı-illüstrativ metodu – bu, mühazirə, hekayə, söhbət, təcrübənin
nümayişi, əmək əməliyyatları, ekskursiya və s. kimi həyata keçirilir. Şagirdin
fəaliyyəti informasiyanın alınmasına istiqamətlənir və nəticədə onun “biliklə
tanışlığı” formalaşdırılır.
Reproduktiv metod. Burada müəllim məktəblilər üçün tapşırıqlan tərtib edir və
onlar bu bilikləri qazanıb təzədən təkrar edir, fəaliyyət üsullarına, tapşırıqları
yerinə yetirməyə, təcrübəni yenidən təkrarlamağa malik olurlar və beləliklə də,
şagird özü fəal şəkildə təlim materialını yenidən deyə, danışa bilir, suallara cavab
verir, tapşırıqları yerinə yetirir və s., nəticədə “biliklər – nüsxələr” formalaşdırılır.

İzahlı-illüstrativ və reproduktiv metodların əsas mahiyyəti təhsilalanlara hazır


biliklərin çatdırılmasıdır.

47) Ənənəvi təlim metodlarının çatışmayan xüsusiyyətləri barəsində


tənqidi fikirlərinizi bildirin.
Ənənəvi təlimin bir sıra çatışmazlıqları var:
1) təlim materialının ümumi şəkildə öyrənilməsi
2) şagirdlər tərəfindən mənimsənilən biliklərin hazır şəkildə müəllimlərdən
alınması onları düşünməyə, bilikləri müstəqil şəkildə əldə etməyə və təcrübə
qazanmamağa imkan vermir
3) müəllimin çatdırdığı biliklərin şagirdlər tərəfindən tam mənimsənilməsinə
əmin olmaması
4) diqqəti yayındıran obyektiv səbəblərə zəmin yaradan materialın sözlə izah
olunması
5) təlim materialının düzgün bölünməməsi səbəbindən şagirdlərin dərslikdə
müstəqil iş apara bilməməsi
6) şagirdlərin yaddaşının həddindən artıq yüklənməsi
Beləliklə, ənənəvi təlim metodunda təlim prosesinin tələbləri ilə real peşə
fəaliyyətinin tələbləri arasında ziddiyyətlər meydana çıxır.
48) Təlimin təşkili formalarını tutuşdurun.
Təlim prosesində şagirdyönümlü yanaşma müəllim-şagird,şagird-şagird
əlaqələrinin intensiv şəkildə qurulmasını tələb edir. Bu məqsədlə müasir dərsdə
müxtəlif iş formalarından istifadə olunur.
Kollektivlə iş. Bu iş formasında uşaqlarda kollektivdə işləmək, birgə fəaliyyət
göstərmək və ünsiyyət qurmaq bacarıqlarının inkişafı təmin edilir.
Fərdi iş. Bu iş formasında uşaqların potensial imkanlarının müəyyənləşdirilməsi
və onların müstəqil fəaliyyət göstərməsi üçün şərait yaradılır.
Cütlərlə iş. Bu iş forması zamanı uşaqların hər hansı problemin həllində biri-
birinə kömək göstərməsinə, əməkdaşlığa, məsuliyyət hiss etməsinə və
məsuliyyəti bölüşməsinə, bir-biri ilə fikir mübadiləsi aparmasına imkan yaradılır.
Qrup işi. İntensiv qrup təlimində şəxsiyyətin formalaşmasına yaxşı təsir göstərən
təlim kollektivi yaranır.
Qrup işində aşağıda sadalanan məsələlər öz əksini tapmalıdır:
İş zamanı müəllim bütün qrupların fəaliyyətinə nəzarət etməli, onların tapşırığın
optimal həlli yolunu seçməsinə diqqət yetirməli, səhvləri üzə çıxarmalı və
şagirdləri düzgün istiqamətə yönəltməlidir.
Qrup işində fəallıq güclənir, alınan biliklərin səviyyəsinə maraq artır, işgüzar
ünsiyyət bacarığı inkişaf etdirilir, müxtəlif problemlərin həllində insanların
qarşılıqlı fəaliyyəti özünü göstərir.
Təlim prosesinin təxminən 40%-ni qrup işinə həsr etmək daha
maqsədəuyğundur.
Mikroqrupun optimal sayı 3-5 nəfərdən ibarət olmalıdır.
Hər bir qrupun işini idarə etməyi bacaran lider seçmək lazımdır.
Təlim prosesində yüngül masalardan istifadə olunmalıdır.

49) Fəal təlimin əhəmiyyətini əsaslandırın.


Müəllimin əsas vəzifələrindən biri şagirdlərin proqramın əsas konsepsiyasını
mənimsəməsinə , onların öyrənmə prosesinə daha da həvəslə yanaşmasına nail
olmaqdır. Konsepsiya şagirdin əqli inkişafının yetərli səviyyəyə çatdığı zaman
öyrədilməsi mümkün olan mürəkkəb və real düşünmə prosesidir. Bir çox
müəlliflər fəal təlimin səthi öyrənmənin əksi olan dərin öyrənməyə səbəb olması
haqqında fikir irəli sürür. Onlar düşünürlər ki, yüksək savad qazanmaq və
səmərəli təlimə nail olmaq üçün o, yeganə təlim növüdür. Fəal təlim biliklərin
səmərəli əldə edilməsinə kömək edir və bu zaman şagirdlər aşağıda qeyd olunan
önəmli xüsusiyyətlərə yiyələnirlər:
Tədris edilən fənn bilikləri
Öyrənmə prosesində biliyi nümayiş etdirmək bacarıqları
Saljo bir qrup yetkin insanla “öyrənmə sizin üçün nədir?” mövzusunda müsahibə
aparmışdır. Müsahibənin nəticələrinə əsasən öyrənmə prosesinin beş fərqli
məna kəsb etdiyi müəyyənləşdirilmişdir:
1. Biliklərin artırılması;
2.Əzbər
3.Fakt və metodların dərk edilməsi və istifadəsi;
4.Mənanın üzə çıxarılması
5. Reallığı anlamaq məqsədilə şərhetmə prosesi.
İlk iki növ səthi və ya mexaniki xarakterə malikdir. Digər üç növdə isə anlayışların
tam və geniş şəkildə mənimsənilməsi üçün öyrənmənin fəal şəkildə aparılması
tələb olunur.

50) Fəal təlimin əsas xüsusiyyətləri qarşılaşdırın.


Fəal təlim strategiyaları həm müəllim, həm də şagirdlər üçün faydalı hesab
olunur. Çünki öyrədən məktəblilərin fərdi və qrup fəaliyyətlərini qurmaq,
formativ qiymətləndirmə və əks əlaqə yaratmaq, həmçinin, xüsusi təlim
ehtiyacları olan şagirdlərə dəstək olmaq fürsəti əldə edir. Şagirdlər şəxsi
məmnunluq hissi, ünsiyyət, komanda işində iştirak, əməkdaşlıq, sinif yoldaşları
ilə birgə öyrənmək, hər kəsə öz fikrini bildirmək, dərsdə fəal olmaq, qarşılıqlı
hörmət, digərlərinin fikrini qiymətləndirmək kimi bacarıqlar qazanırlar.
Bəzi müəlliflərin fikrincə, təhsil müəssisələrində təlimin əsas hədəfi fərdin
öyrənmə bacarığının inkişaf etdirilməsi olmalıdır. Qay Klakston bunun həyata
keçməsi üçün aşağıdakı şərtlərin nəzərə alınmasını vurğulayır:
Öyrənmə prosesində məzmuna deyil, onun dərk olunmasına əhəmiyyət
verilməlidir.
Şagirdlərə müxtəlif vəziyyətlərdə öyrənmə bacarıqları aşılanmalıdır;
Şagirdlər bir çox öyrənmə üsullarına, məntiqi, dəqiq, təcrübi metodlara
yiyələnməlidirlər.
Şagirdlər öz öyrənmə proseslərindən xəbərdar olmalıdırlar.
Öz araşdırmasında Klakston bir ömür boyu öyrənən mütəxəssisin dörd
xüsusiyyətini göstərmişdir:
Davamlılıq – şagirdlərin kənar məşğuliyyətlərə yayınmaması üçün səy göstərmək
bacarığını, uğursuzluqlara baxmayaraq, öyrənmə prosesinin fasiləsizliyi,
dərslərdən zövq almasını təsvir edir;
Yaradıcılıq – şagirdlərin məsələ və problemlərə dərindən, yaradıcı, müxtəlif
aspektlərdən yanaşmasını nəzərdə tutur;
Düşünmək – şagirdlərin yanaşma və konsepsiyaları dəyişən informasiya və
anlama fonunda təhlil edib qaydaya salmağı özündə birləşdirir;
Məhsuldarlıq – şagirdlərin digərlərinə kömək göstərmək və kömək alaraq
başqalarının yanaşma və anlamasından öyrənmək bacarıqlarını ifadə edir.

51) Tədris prosesində fəal təlim (öyrənmə) metodunun əhəmiyyətini


əsaslandırın.
Müəllimin seçdiyi metodlar (üsullar) təlim nəticələrinin reallaşdırılmasına xidmət
etməlidir. Onun səmərəliliyi şagirdlərin təlimə cəlb olunma dərəcəsi, fəallığı ilə
müəyyənləşdirilir. Müəllim planlaşdırma mərhələsində seçdiyi metodu
öyrənənlərin səviyyəsi və mənimsəməsinə təsir baxımından dəyərləndirməlidir.
Hər bir dərsdə istifadə olunan metodların faydalılığı təhlil edilməli, müsbət və
mənfi cəhətləri araşdırılmalıdır. Eyni üsul müxtəlif siniflərdə, tamamilə fərqli
nəticələr verə bilər. Onlar bəzən uğursuz, bəzən isə gözləniləndən də yüksək
nəticə verə bilər. Təcrübəli müəllim aşağıda sadalanan pedaqoji texnikalardan
istifadə edə bilər:
-Klaster;
-Keyslər;
-Oyunlar;
- Müzakirə və debatlar,
- Fərdi və qrup təqdimatları;
- İnteraktiv mühazirə;
-Mətnə aid çalışmalar,
- Təlimatların verilməsi,
- Hörümçək diaqramları və beyin xəritələri və s.
Metodların tətbiqi müəllimdən müxtəlif bacarıqlar tələb edir. Məsələn, qrupun
interaktiv fəaliyyətinin fasilitasiyası, məlumatın çatdırılması prosesində
öyrənənlərin dinləməsinin təmin olunması üçün sual-cavabın təşkili və s. Bu
məqamlar nəzərə alınmalıdır. Metodların seçimi müxtəlif amillərdən asılıdır:
- təlim məqsədləri və əldə olunacaq təlim nəticələrindən;
- fənnin, mövzunun xüsusiyyətlərindən;
- mövzuya ayrılan vaxtdan;
-şagirdlərin fərdi və yaş xüsusiyyətlərindən;
- sinfin ümumi səviyyəsindən;
-maddi-texniki təchizatdan, avadanlıq və resurslardan;
-müəllimin imkan və xüsusiyyətlərindən, onun nəzəri və praktik hazırlıq
səviyyəsindən, peşəkarlığından.
Təlim metodlarının və üsullarının düzgün seçilməsi, tətbiqi müəllimdən yüksək
yaradıcılıq, peşəkarlıq tələb edir.

52) Müstəqil – kəşf edərək öyrənməni dəyərləndirin.


Kəşf, araşdırma əsaslı təlim konstruktivizm ideyalarına əsaslanır, problemin həlli
istiqamətində iş aparılır, lakin əsas məqsəd nəticənin əldə olunması deyil,
prosesin özü daha çox önəmlidir. Təlimin bu növündə şagirdlər keçmiş
təcrübələri ilə mövcud biliklərini əlaqələndirərək dünyanı, müxtəlif faktları
araşdırır, yeni məlumat və biliklər əldə edir, sual və ziddiyyətlərə cavab axtarır,
fəaliyyətlərinin nəticələrini nümayiş etdirirlər. İstiqamətləndirilmiş kəşf,
problemli təlim, simulyasiya əsaslı təlim, təsadüfi təlim, keys əsaslı təlim kəşf
əsaslı öyrənmənin müxtəlif formalarıdır. O, dərin öyrənmə, anlama üçün zəmin
yaradır, şagirdləri təlim prosesinə həvəsləndirir. Təlimin bu növü bir neçə
mərhələdən ibarətdir. İlk növbədə şagirdlər müxtəlif məlumatlar toplayır, təhlil
aparır, sonra konsepsiyalar arasında əlaqə yaratmaq, onları anlamaq məqsədilə
fərziyyələr irəli sürür, yekunda məlumatı dəqiqləşdirir, yəni lazım olan məlumat
qeyd olunur, fərziyyələrin doğru olub-olmaması təsdiqlənir və ümumiləşdirmə
aparılaraq nəticə çıxarırlar və ya problemi müəyyənləşdirir, həlli yollarını
araşdırır, çözüm məqsədilə strategiya seçir və həmin plana əsasən addımlayırlar.
Coys Kastronova kəşf əsaslı təlimi ənənəvi öyrənmədən fərqləndirən bir neçə
xüsusiyyətini müəyyən etmişdir: hazır biliklər ötürülür, şagirdlərin maraq, meyil
və tələbatları əsasında qurulmuş sagirdyönümlü problemli tapşırıqlar verilir,
mövcud bilik, təcrübələr əsasında yeniləri yaradılır, səhvlər üzərində iş aparılır,
düzgün həlli yolu tapılanadək axtarışlar davamlı xarakter daşıyır, tətbiqetmə və
digər mühüm bacarıqlar formalaşır..

53) Hafizəyə əsaslanan ənənəvi təhsilin çatışmayan cəhətlərinə dair


tənqidi fikirlərinizi bildirin.
Müasir təhsil mexaniki əzbərləməni geridə qoyaraq daha çox assosiasiyalı, meta-
idraki və tənqidi düşünmə kimi yeni təlim texnikalarından yararlanmışdır. Bəzi
müəllimlər yaddaşda saxlamağı, yəni yaddaşın imkanlarını intellektin ölçüsü kimi
qiymətləndirir. Lakin yaddaş öyrənənin əqli səviyyəsinin, intellektinin etibarlı
ölçüsü qismində çıxış edə bilməz. Adətən, hafizənin zəifliyi təlimin düzgün
strukturlaşmaması səbəbindən irəli gəlir. İstənilən məlumat pərakəndə şəkildə
yaddaşda saxlanılarsa, gündəlik stres, yuxusuzluq və digər ətraf mühit amilləri də
buraya əlavə olunarsa, zəruri məlumatın yada salınması çətinləşər. Belə hallarla
üzləşməmək üçün, yəni səmərəli yadda saxlamanı təmin etmək məqsədilə
məlumatın təsnif edilməsi, təfəkkür əməliyyatlarının aparılması lazımi səmərəni
verə bilər. Əzbər öyrənmə tamamilə faydasız deyil, bəzi fənlər üzrə yüksək
səviyyəli düşünmə bacarıqları formalaşdırmağın əsasını öyrənmənin məhz bu
növü təşkil edir, lakin bütün dərslərdə mütəmadi istifadəsi mümkünsüzdür.
Müəllimin vəzifəsi şagirdlərin bilməli olduğu naməlumları izah etməkdir. O əvvəl
nəyi öyrətmək istədiyini müəyyənləşdirməli, sonra isə qarşıya qoyduğu məqsədə
uyğun metodu seçməlidir. Məktəblilər tapşırığın nəticələrinə görə
qiymətləndirilməlidirlər, bu onlara dəstək verəcək və motivasiyalarını artıracaq.
Səhvlər üzərində işin aparılması çox önəmlidir, müəllimlər şagirdləri
alçaltmamalı, səhvləri düzəldərkən istifadə etdikləri üsluba diqqət etməlidirlər.
Bəzən şagirdlər tapşırığın bir hissəsini tam başa düşmədən əzbərləyirlər,
məzmunun başa düşülməsi əzbərləmə təcrübəsini inkişaf etdirir, bəzən müsbət
nəticə əldə olunur. Buna görə də hələ mexaniki əzbərə müraciət edilir.

54) Dərsdə fəal təlimin üstünlüklərini müyyənləşdirin.


Məlumatın yaddaşda qalması üçün əlaqələndirici struktur olmalıdır. O, beyində
təsəvvür yaratmağa kömək edir və beləliklə, informasiya yaddaşda daha asan
qalır, yadda saxlama prosesi baş verir. Bu struktura sözlər, cədvəl, diaqram və
digər vizual vasitələr aiddir. Şagirdlərin fakt və qaydaları asan formada hafizədə
saxlamasının digər üsulu xülasələrin hazırlanmasıdır. Xülasənin yazılma prosesi
həm öyrənməyə, həm də yaddasaxlamaya kömək edir.
Fəal öyrənmə modelinə planlaşdırmaq, yerinə yetirmək, təkrarlamaq, öyrənmək
və tətbiq etmək aiddir. Bu modelə əsasən, şəxsi inkişaf fəaliyyətinə yenidən
nəzər salaraq, onu götür-qoy, refleksiya etmək uğur qazanmağın ən yaxşı
yoludur. Refleksiyaya əsaslanan bu model “təkrarla” və “öyrən” terminlərindən
ibarətdir. Bu model həm şagirdlərin, həm də müəllimin öyrənmə prosesində
tətbiq oluna bilər.

55) Fəal təlim metodlarının oxşar və fərqli cəhətlərini tapın.


Fəal təlim metodlarının hər birində öyrənənlərin dərsə cəlb olunması, zəruri
bacarıqlarının formalaşması, onların aktivliyinin artırılması nəzərdə tutulur. Fəal
təlimin həyata keçirilməsinə imkan yaradan müxtəlif üsullar vardır:
Klasterlər (beyin xəritələri): Hadisəni yadda saxlamaq məqsədilə mövzu ilə
əlaqəli hörümçək şəkilli diaqram qurulur. Buradakı ox işarələri məfhumlar
arasındakı əlaqələri göstərir. Xəritələr tam və hissələrin qarşılıqlı əlaqələrini
müəyyənləşdirmək, yeni bilikləri köhnələrlə genişləndirib sistemləşdirmək
imkanı verir, öyrənənlərə yeni bilikləri öz sözləri ilə izah etməyə köməklik
göstərir.
Mətnə aid tapşırıqlar: Mətnə aid tapşırıqlar şagirdlərin mətni anlamaq, onu
refleksiya etmək bacarıqlarını inkişaf etdirmək üçün onları fəal oxu, yazı, dinləmə
kimi fəaliyyətlərə cəlb edir.
Mətni anlamaq üçün sualların verilməsi. Şagirdlər çox zaman düşünürlər ki,
mətni, kitabı və ya hər hansı bir məlumatı oxumaq artıq öyrənmək sayılır. Lakin
mətnin dərki yalnız oxumaqdan ibarət deyil. Şagirdlər mətni oxuyarkən onu nə
məqsədlə oxuduqlarını dəqiqləşdirməli, ondan nə qazanmaq istədiklərini
müəyyənləşdirməli, oxuyarkən hansı qeydləri aparmalarını dəqiq bilməlidir
Fikirlərin formalaşması. Mətni daha dəqiq anlamaq üçün şagirdlər oxuduqları
mətnin üzərində iş aparmalı, əsas fikir və sözlərin siyahısını tutmalı, mətnin
xülasəsini hazırlamalı, mətni diaqram, cədvəl şəklinə salmalıdır
Buzqıranlar. Buzqıranlardan sinfi fəallaşdırmaq və gərginliyi aradan qaldırmaq,
rahat təlim mühiti yaratmaq üçün istifadə edilir. O, eyni zamanda yorğunluğu və
mənfi enerjini azaldır. “Buzqıranalar”a hərəkətli oyunlar, iştirakçıların bir-biri ilə
tanışlığına dair tapşırıqlar daxildir.
Üç əşya. Şagirdlərə lövhədə bir-birilə əlaqəsi olmayan üç əşya adı yazmaq və
onları mətn daxilində əlaqələndirmək tapşırılır. Şagirdlər yazılarını bir-birinə
oxuyur, səhvlərini müzakirə edir və düzəldirlər. Bu üsul vasitəsilə öyrənənlərdə
yaradıcılıq, müqayisə, müzakirə, düşünmə, qavrama, əlaqələndirmə kimi
bacarıqlar formalaşır.
Səhvlərlə yazı. Səhvlərlə yazı qrammatik bilikləri təkmilləşdirən üsuldur.
Şagirdlərə elə bir mətn verilir ki, orada müəyyən səhvlər olsun. Öyrənənlər
mətndə verilmiş səhvləri düzəldərək qrammatik qaydaları xatırlayır və yazı
bacarıqlarını inkişaf etdirirlər.
Keys. Keys və ya konkret vəziyyətlər metodu istənilən sahə üzrə müəyyən
vəziyyətin təsviridir. O, adətən, problem və ziddiyyət üzərində qurulur, real,
həyati faktlara əsaslanır. Keys fəal təlim üsuludur. Onun məqsədi öyrənənlərin
birgə səyi ilə situasiyanın təhlili, praktik qərarın qəbuludur.

56) Fəal təlim əsasında bir dərs planlaşdırın.


Dərsin planlaşdırılmasında müəllim daha çox şagirdyönümlü tapşırıqlara
üstünlük verməlidir. Bu tip tapşırıqlar şagirdlərin təlim prosesinə fəal
qatılmasına, biliklərin müstəqil qazanılmasına, mövzunun dərin
mənimsənilməsinə zəmin yaradır. Dərsi planlaşdırarkən nəzər yetirilməli ən
önəmli məsələ şagirdlərin nail olduğu bacarıqlar və müəllimin bu istiqamətdəki
fəaliyyətidir. Müəllim aşağıdakı məsələlərə diqqət yetirməlidir:
-Şagirdlərə dərsin sonunda əldə olunmalı təlim nəticələrini elan etməlidir.
-Qiymətləndirmə meyarlarını dərsin əvvəlində şagirdlərə verməlidir.
-Dərsdə əldə olunmalı təlim nəticələrinə şagirdlərin fəaliyyətinə diqqət
yetirməlidir.
-Dərsin planlaşdırılmasında həm zəif, həmdə güclü şagirdlər nəzərə alınmadır.
Məsələn xarici dil dərsində müəllim yeni sözləri vizual şəkildə təqdim edir,
onların izahatını verir. Müəllim yeni sözləri tələffüz edir və şagirdlər də bir neçə
təkrar edirlər. Sonra müəllim şagirdlərə bir- birindən yeni sözləri soruşmaqlarını
tapşırır. Şagirdlər yaddaşlarını işə salaraq sualları cavablandırırlar. Və beləliklə də
bütün şagirdlər təlim prosesində iştirak etmiş olur, yeni mövzu asanlıqla dərk
olunur.

57) Fəal dərsin mərhələləri arasında əlaqə yaradın.


Fəal təlim əsasında təşkil olunan dərs adətən aşağıdakı mərhəIələrdən ibarət
olur:
I mərhələ: motivasiya, problemin qoyulması.
Motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir.
Tədqiqata başlamazdan əvvəl şagirdlərin təfəkkür prosesini hərəkətə gətirmək
və idrak fəallığını artırmaq məqsədi ilə müəllim motivasiyadan istifadə edir.
İstənilən tədqiqat problemin müəyyənləşdirilməsi ilə başlayır. Hər bir problem
müxtəlif fərziyyələr doğurur və onların yoxlanılması üçün tədqiqat sualı
formalaşır. Tədqiqat sualı yeni biliklərin kəşfinə aparan bələdçidir. Problemin
qoyulması idrak fəallığının yaranmasının əsas səbəbidir.
II mərhələ: Tədqiqatın aparılması
Suallar və fərziyyələr dəqiqləşdirildikdən sonra tədqiqatın aparılmasına
başlanılır. Tədqiqat müxtəlif iş formalarında aparıla bilər: fərdi, cütlərlə, qrup və
kollektiv şəklində. Problemin həlli üçün tədqiqat sualının cavabını tapmaq
zərurəti yaranır. Bu zaman problemin həllinə aparan, özündə yeni suallar,
məlumatlar daşıyan çalışmalardan istifadə olunmalıdır.
III mərhələ: Məlumat mübadiləsi.
Şagirdlər əldə etdikləri məlumatların mübadiləsini aparırlar. Həmin mərhələdə
yeni tələbatlar yaranır: natamam və qarışıq bilikləri qaydaya salmaq,
sistemləşdirmək, müəyyən nəticəyə gəlmək, tədqiqat sualına cavab tapmaq.
IV mərhələ: Məlumatın müzakirəsi və təhlili
Dördüncü mərhələdə müəllim fasilitasiya funksiyasını yerinə yetirir, yəni əldə
olunmuş məlumatların, faktların müzakirəsini təşkil edir, şagirdləri yönəldici
suallar vasitəsilə istiqamətləndirir, əldə olunmuş məlumatlar arasında əlaqə,
“körpü yaradır”. Beləliklə, tədqiqat sualının cavabı aydınlaşdırılır.
V mərhələ: nəticə , ümumiləşdirilmə.
Müəllim məlumatın ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədi ilə suallar
verir və şagird əldə olunan bilikləri tədqiqat sualı və irəli sürülmüş fərziyyə ilə
tutuşdurur.
VI mərhələ Yaradıcı tətbiqetmə
Yaradıcı tətbiqetmə bilikləri möhkəmləndirir, onun təcrübədə tətbiqi bacarığını
şagirdlərdə formalaşdırır. Bunun üçün müəllim şagirdlərə müxtəlif tapşırıqlar
verməli və onlarda müstəqil və yaradıcı tətbiqetmə bacarıqlarının
formalaşmasına və inkişafına xüsusi diqqət yetirməlidir
VII mərhələ: Qiymətləndirmə və refleksiya
Qiymətləndirmə müəyyən prosesin təkmilləşdirilməsinə xidmət edən prosesdir,
eyni zamanda təlim nailiyyətlərinin əsas ölçü vasitəsidir. Qiymətləndirmə zamanı
şagird deyil, onun işi qiymətləndirilməli, müsbət məqamlar xüsusi
vurğulanmalıdır. Şagirdlərin fəaliyyəti həm keyfiyyət, həm də kəmiyyət
baxımından qiymətləndirilməlidir.
Refleksiya artıq başa çatmış prosesin şüurda inikasıdır. O təlim prosesinin bütün
mərhələlərinin təhlilinə, qazanılmış bilikləri, aparılmış araşdırmaları dərindən
başa düşməyə imkan yaradır.

58) Şagirdlərdə yüksək səviyyəli düşünmə bacarıqlarının


formalaşdırılması üçün təkliflər verin.
Düşünmə bacarıqlarının hərtərəfli inkişafı yalnız dərsdə məzmunun tədris
olunması və nəticələrin əldə edilməsi deyil, prosesin özü də diqqətdə
saxlanılmalıdır. Bu səbəbdən, təlim şagirdlərə aşağıdakı xüsusiyyətləri inkişaf
etdirməlidir:
-Məntiqi təfəkkürün inkişaf etdirilməsi.
-Ziddiyyətli problemlərin həll edilməsi.
-Təlim fəaliyyətini qiymətləndirmə bacarığı.
Bu üç yanaşma şagirdləri dərsdə müxtəlif tapşırıqların həllinə yönəldir, bilikləri
tətbiqetmə imkanı yaradır. Fəal öyrənmənin tətbiqi zamanı müəllimlər
tərəfindən ən çox istifadə olunan sorğu-sualdır. Suallar müxtəlif formalarda
verilir və fəal təlim prosesində fərqli məqsədlərə xidmət edir:
-Şagirdlərin diqqət və marağını cəlb etmək;
-Keçmiş bilikləri yada salmaq;
-Şagirdlərin diqqətini müəyyən bir mövzu və ya məzmuna cəlb etmək;
-Şagirdlərin anlayıb-anlamamasını yoxlamaq;
-Şagirdlərin düşünmə bacarıqlarını inkişaf etdirmək;
-Öyrənməni fərqləndirmək;
-Təhlil və qiymətləndirmə qabiliyyətini gücləndirmək;
- Şagirdlərə necə öyrəndiklərini refleksiya etmək.
Suallar əvvəlcədən hazırlanmalıdır. Morqan və Sakston düşünməyə təkan verən
6 sual növünü müəyyənləşdirmişlər:
1. Bilikləri yada salmaq üçün suallar.
2. Dərk etməni yoxlayan suallar.
3. Tətbiqetmə tələb edən suallar.
4. Təhlil etməni tələb edən suallar.
5. Sintez tələb edən suallar.
6. Qiymətləndirməni inkişaf etdirən suallar.

59) Təlim prosesində öyrənənlərin həvəsləndirilməsinə mane olan


amilləri xarakterizə edin.
Pedaqoq dərsin planlaşdırılmasında təlim nəticələrinin əldə olunmasına,
fəaliyyətin təşkilinə, tapşırıqların və resursların hazırlanmasına, proqramın
tələblərinin ödənilməsinə xüsusi diqqət yetirir. Lakin şagirdlərin fəallaşdırılması,
həvəsləndirilməsi kimi vacib məsələlər nəzərdən yayınır. Şagirdlərin uğur
qazanması onların stimullaşdırılmasından asılıdır. Müəllim tədris ilinin əvvəlində
öyrənənlərlə düzgün ünsiyyət qurmasa, onların maraq dairəsini, öyrənmə
yollarını müəyyənləşdirməzə təlim müsbət nəticə verməyəcək və şagirdlər təlim
prosesinə həvəslə yanaşmayacaqlar. Bunlarla yanaşı, öyrənənlərin yeni mövzunu
və ya materialı mənimsəmələri ilə bağlı narahatlıqları da nəzərə alınmalıdır.
Şagirdlərdə narahatlıq və qorxunun aradan qaldırılmaması mövzunun dərk
edilməsini çətinləşdirəcək. Şagirdlərin təlimdə fəal iştirakını təmin etmək
məqsədilə onların emosiyalarının fəallaşdırılması da vacib məsələlərdəndir.
Məsələn, dərsin musiqi sədaları altında keçirilməsi öyrənənlərin emosiyalarının
aktivləşdirilməsinə təsir edəcəkdir.

60) Təlim prosesində motivasiyanın rolunu qiymətləndirin.


Motivasiya şəxsiyyətin meyillərinin, dəyərlərinin, məqsədlərinin, emosiyalarının,
iradi keyfiyyətlərinin və digər sosial-psixoloji xüsusiyyətlərinin toplandığı mərkəz,
şəxsin aldığı qərarların, icra etdiyi hərəkətlərin kökündə duran səbəblərin
məcmusudur. Motivasiya şagirdləri idraki fəaliyyətə, təhsilin məzmununun fəal
mənimsənilməsinə sövq edir. Hər bir şagirdin motivasiyasınin formalaşma yolları
fərdi və təkrarolunmazdır. Məqsəd şəxsiyyətin düzgün inkişafı və formalaşması
üçün şərait yaratmaqdır. Müasir pedaqoqlar motivasiyanın növlərini aşağıdakı
kimi qruplaşdırırlar:
1.Qısa müddətli, həvəssiz motivasiyaya müəllimin öz səlahiyyətindən avtoritar
şəkildə istifadə etməsi, şagirdin qeyri-kafi qiymət almaq qorxusu və pedaqoqun
cəza tədbirlərinə əl atması aiddir. Belə halda şagird təlimə həvəslə yanaşmır,
tapşırıqları yalnız qiymət xatirinə edir. Bu isə öyrənənin tədqiqat, təhlil, müstəqil
işləmək və s. bacarıqlarının inkişafı ilə nəticələnmir.
2.Motivasiyanın digər növü şagird fəaliyyətinin stimullaşdırılmasıdır. Bu,
şagirdlərin inkişafına deyil, yalnız qiymət almalarına əsaslanır və tapşırığın yerinə
yetirilməsi də məhz həmin səbəbdən baş verir.
3. Ən dəyərli motivasiya şagirdin öz fəaliyyətini öyrənmək, bilik almaq, tədqiqat
aparmaq, kəşf etmək məqsədilə tənzimlənməsinə əsaslanır.
Motivasiyasını formalaşdıran komponentlar aşağıdakı kimi təsnif edilir:
1.Motivasiyanın formalaşmasına səbəb olan bilik və təcrübəyə yiyələnmək.
2.Fəal – işgüzar komponent
3.Pozitiv motivlərin, səbəblərin psixoloji proseslərdə möhkəmlənməsi.
Motivasiyanın iki növünü fərqləndirirlər: daxili və xarici.
Daxili motivasiya müvaffəqiyyətli təlimin mühüm şərtidir. Daxili motivasiyanın
olmaması təlim prosesində müxtəlif problemlər yarada bilər. Yüksək nailiyyət
qazanmaq üçün müəllim öyrənənlərdə “lazımi” stimul yaratmalı və şagirdin
uğurla fəaliyyətinə təkan verməlidir.
Motivasiya şagirdlərin idrak fəallığının yüksəldilməsinə və tədris proqramının
müvəffəqiyyətlə mənimsənilməsinə zəmin yaradan ən önəmli proses kimi diqqət
mərkəzində saxlanılmalıdır.

61) Təlimdə inklüzivliyin təşkilinin hüquqi-normativ bazası barəsində


sistemli məlumat verin.
Cəmiyyətdə bütün insanlar üçün bərabər imkanların yaradılması yeni fikir deyil.
Dünyanın müxtəlif dövlətləri öz qanunvericiliyində bərabər imkanların
yaradılmasını qeyd etmişlər. Bu məsələdə Azərbaycan da kənarda qalmamışdır.
Azərbaycan müstəqillik illərində insan hüquqları ilə bağlı beynəlxalq saziş və
konvensiyalara qoşulmuşdur. Həmin sənədlər aşağıdakılardır:
İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, 1948-ci il
BMT-nin “Uşaq Hüquqları haqqında” konvensiyası, 1989-cu il
Azərbaycan Respulikasının Konstitusiyası, 1995-ci il
BMT-nin ”Əlilliyi olan şəxslərin hüquqları haqqında” konvensiya, 2006-cı il
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, 2009-cu il
“Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları”, 2010-cu il
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası, 2013-cü il
“2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud
şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”
İnsan Hüquqları haqqında Ümumi Bəyannaməyə görə hər bir şəxs irqindən,
rəngindən, cinsindən, dilindən, dinindən, siyasi əqidəsindən, milli və ya sosial
mənşəyindən, əmlak, sosial mövqeyindən asılı olmayaraq bərabər hüquq və
azadlıqlara malikdir. Hər bir kəsin təhsil hüququ var.
Azərbaycanın 1989-cu ildə qoşulduğu “Uşaq Hüquqları Konvensiyası”nda
aşağıda sadalanan vacib məsələlər öz əksini tapmışdır; bütün uşaqların təhsil
hüququna malik olması və bərabər imkanlar əsasında bu hüququn həyata
keçirilməsi, ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslər üçün inklüziv təhsilin
təşkil edilməsi, azlıqlara və yerli əhaliyə mənsub olan uşaqların öz
mədəniyyətindən, ana dilindən istifadə etmək və öz dininə etiqad bəsləmək
hüququna malik olması və s.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə sağlamlıq
imkanları məhdud olanlar onların məhdud imkanlarına görǝ həyata keçirilməsi
çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün
hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
2006-cı il dekabrın 13-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən
qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiya inklüziv təhsilin hər
kəs üçün ən yaxşı təhsil mühiti olduğunu qeyd etmişdir. İnklüziv təhsil uşaqların
fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq həmyaşıdları
ilə məktəbdə eyni sinifdə təlimə cəlb edilməsidir.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunda da sağlamlıq
imkanları məhdud şəxslərin təhsil hüquqlarının təmin olunması məsələsi təsbit
edilmişdir. Belə ki, Qanununun 5-ci maddəsinə əsasən, dövlət hər bir
vətəndaşının təhsil alması üçün müvafiq şəraitin yaradılmasına, cinsindən,
irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, iqtisadi və sosial
vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq təhsil
almaq imkanının yaradılmasına təminat verir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli 103
nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və
proqramları” adlı sənədində pedaqoji prosesin tamlığı, təlimdə bərabər
imkanların yaradılması, şagirdyönümlülük, inkişafyönümlülük, fəaliyyətin
stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması əsas prinsiplər kimi müəyyən
olunmuşdur.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının
Strateji hədəflər və tədbirlər bölməsində istedadlı uşaqlar üçün xüsusi inkişaf
proqramlarının hazırlanması ,xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və
inklüziv təlim proqramlarının, hər bir xüsusi istedadlı təhsilalan üçün fərdi təhsil
və inkişaf proqramlarının müəyyənləşdirilməsi, xüsusi qayğıya ehtiyacı olan
uşaqların həyata və təhsil mühitinə inteqrasiyası nəzərdə tutulmuşdur.
Sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsilə cəlb
olunması üçün “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq
imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”
qəbul edilmişdir. Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud
şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər
səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan
ibarətdir.

62) Sinifdə inklüzivliyin təmin olunması yolları haqqında


mülahizələrinizi bildirin.
Müəllim şagirdləri gördüyü ilk gündən etibarən inklüziv təlim həyata
keçirməlidir. Sinifdə hər bir şagirdin özünəməxsus tələbat və istəkləri var.
Şagirdlərin fərdi xüsusiyyətlərini müəyyən edən, onları başa düşən müəllim bu
tələbatları nəzərə ala biləcək. Tələbatlar təlim proqramına uyğunlaşdırılır.
Sinifdə səmərəli inklüzivliyi təmin etmək məqsədilə müəllim:
Nailiyyət və müvəffəqiyyətlərin əldə olunmasına şərait yaratmalı;
Şagirdləri həvəsləndirməli, onların hər bir uğurunu qeyd etməli;
Müəllim-şagird, şagird-şagird münasibətlərini pozitiv şəkildə qurmalı;
Təlimi qısa addımlara bölməli, həvəsləndirici hədəflər müəyyən etməli;
Şagirdlərdə maraq yaratmalı və onun bütün təlim prosesi boyunca saxlanılmasını
təmin etməli;
Mütəmadi əks-əlaqə yaratmalı;
Pozitiv yanaşma həyata keçirməli;
İnteqrativliyi təmin etməli;
Fərdi plan hazırlamalı;
Şagirdlərin fərdi tələbatlarının təmin olunması məqsədi ilə müxtəlif təlim
resursları hazırlamalıdır. Beləliklə də şagirdlərin təlimə motivasiyası, marağı
artacaq və təlim məktəblilər üçün faydalı olacaqdır.

63) İnklüzivliyin təşkilində nəzərə alınacaq şagirdlərin səciyyəvi


xüsusiyyətlərini ümumiləşdirin.
İnklüziv təlimdə nəzərə alınacaq şagirdlər:
Görmə, eşitmə vasitəsilə və hərəki öyrənənlər
Narazı, sərbəst və davranışla bağlı problemləri olan şagirdlər;
Qabiliyyətli və istedadlı –müxtəlif sahələrdə bilik və bacarıqlara malik şagirdlər
Diqqət zəifliyi olan hiperaktiv şagirdlər və s.

Görmə vasitəsilə öyrənən şagirdlərin təlimdə nəzərə alınması:


Kart və posterlərdən istifadə
Lövhədə tapşırıqların yazılması
Açar sözlərin və ya fikirlərin lövhədə qeyd olunması
Şəkil və diaqramların sözlə izah olunması
Görmə bacarıqlarını inkişaf etdirən suallar vemək
Eşitmə vasitəsilə öyrənən şagirdlərin təlimdə nəzərə alınması:
Müzakirələr təşkil etmək
Şagird və müəllimləri dinləmək
Eşitmə bacarıqlarını inkişaf etdirən suallar vermək
Hərəkət vasitəsilə öyrənən şagirdlərin təlimdə nəzərə alınması:
Sinif otağının müxtəlif hissələrində fəaliyyətlər təşkil etmək
Praktik tapşırıqlar və rollu oyunlar
Şagirdlərə fəaliyyət üçün imkan yaratmaq
Kinestetik bacarıqları inkişaf etdirən suallar vermək

Narazı, sərbəst və davranışla bağlı problemləri olan şagirdlər


Narazı sərbəst və davranışla bağlı problemləri olan şagirdlərin təlimdə fəal
iştirakını təmin etmək, onları təlimə cəlb etmək məqsədilə bir sıra tədbirlər
görülür:
İnklüzivliyə cəlb olunmalı şagirdlərin vaxtında müəyyənləşdirilməsi
Sinifdə çalışan müəllim, eləcə də psixoloq və digər əməkdaşlar arasında birgə
fəaliyyətin təşkili
Valideynlərlə işin təşkili, onları şagirdlərlə bağlı məsələlərdə iştirakının təmin
edilməsi

Qabiliyyətli və istedadlı şagirdlər.


Əksər müəllimlər hesab edirlər ki, əgər şagird hər hansı fənn üzrə xüsusi istedada
və daxili motivasiyaya malikdirsə, onun təlimdə heç bir dəstəyə ehtiyacı yoxdur.
Bu tamamilə yanlış yanaşmadır. Hər bir məktəblinin xüsusi ehtiyacı var. Odur ki,
müəllim təlimin planlaşdırılmasında, təlim nəticələrinin
differensiallaşdırılmasında digər şagirdlərlə yanaşı, xüsusi qabiliyyət və istedada
malik şagirdləri də nəzərə almalıdır.
Qabiliyyətli və istedadlı şagirdlərin xüsusiyyətləri:
-Çevik düşünmə
-Sistematiklik
-Yaradıcılıq
-Tez uyğunlaşan
-Cəld
-Komandada iş bacarığına malik olmaq

Diqqət zəifliyi olan hiperaktiv şagirdlər


Müasir dövrdə bu tip şagirdlərin sayı durmadan artır və müvafiq tədbirlər
görülmədikdə ciddi problemlər yaranır. Hiperaktiv şagirdləri təlimə marağının
təmin edilməsi üçün onları yayındıran, həyəcana səbəb olan amilləri aradan
qaldırmaq və sinifdə pozitiv mühit yaratmaq lazımdır. Bu məqsədlə:
Onların maraq dairəsində ola bilən material və resurslar hazırlanmalı
Müstəqil öyrənmək üçün onlara şərait yaradılmalı
Cütlərlə iş formasından mümkün qədər çox istifadə olunmalı
Qısa tapşırıqlar təqdim olunmalı
Daimi fəaliyyət təşkil edilməli
Aydın paylama materialları hazırlanmalı
Müvəffəqiyyətlə yerinə yetirilən tapşırıqlar müəllim tərəfindən qeyd olunmalıdır

64) İnklüziv təlimin təşkilinə xidmət göstərən vasitələri təsvir edin.


Təlim prosesində inklüzivliyin təmin olunması təlim səmərəsini dəfələrlə artırır.
Belə ki müəllim öz fəaliyyətinə, eləcə də şagirdlərin fəaliyyət və nailiyyətlərinə
nəzarət edir.
Tədris və təlim üstünlükləri:
Dərsdə eşitmə, görmə və hərəki fəaliyyət vasitəsilə öyrənməyə üstünlük verən
şagirdlər üçün lazımi metodlardan istifadə
Dərsi müvafiq strukturda təşkil etmək; giriş, orta və yekun hissə
Müəllim-şagird fəaliyyətinin tarazlığını təmin etmək
Dərsdə fəallıq göstərən şagirdləri vurğulamaq və bütün şagirdlərin iştirakını
təmin etmək
Şagirdləri təlimə cəlb etmək üçün maraqlı tapşırıqlardan istifadə etmək
Zəif, təlimdə çətinlik çəkən şagirdləri dəstəkləməklə yanaşı xüsusi qabiliyyətə
malik olan şagirdləri də həvəsləndirmək
Resurslar, paylama materialları və Power Point təqdimatları:
Dərsdə nəzəri materialın həcmi çox olduğu üçün görmə vasitəsilə öyrənən
şagirdlər üçün paylama materialları hazırlanır. Bu materiallar hərəki fəaliyyət
vasitəsilə öyrənən şagirdlərə də uyğunlaşdırıla bilər. Deyilən vasitələr müəllim
tərəfindən hazırlanan Power Point təqdimatla müşayiət olduqda mənimsəmənin
səviyyəsi bir neçə dəfə artır.
Sinif otağının təşkili.
Sinif otağı müəllim tərəfindən planlaşdırılan fəaliyyət növlərinə, nəzərdə tutulan
qrup işlərinə görə dərsdən əvvəl hazırlanmalıdır. Müxtəlif növ qrup işləri sinifdə
fərqli hazırlıq tələb edir. Burada müəllim qrup işlərində şagirdlərin, xüsusilə də
fiziki imkanları məhdud və ya xüsusi təlim ehtiyacları olan şagirdlərin təhlükəsiz
hərəkətini təmin etməli və dərs müddətində onları nəzarət altında saxlamalıdır.
Qiymətləndirmə.
Təlim prosesində diferensiallaşma qiymətləndirməni də əhatə edir. Belə ki, istər
qiymətləndirmə məqsədilə tərtib olunan testlərdə, istərsə də digər
qiymətləndirmə vasitələrində müəllim sinifdə bütün şagirdləri, onların inkişaf
səviyyəsini nəzərə almalı və müxtəlif çətinlik səviyyəsi olan tapşırıqlar
hazırlamalıdır.

65) Yaş qrupları və onların spesifik xüsusiyyətlərini müəyyənləşdirin.


Klassik pedaqoqlardan Y.A.Komenski uşaqların yaş xüsusiyyətlərinin
özünəməxsusluğunu, təhsil, tərbiyə işində onların ciddi qeydiyyatının
aparılmasının tərəfdarı idi. O, ilk dəfə olaraq təbiətəuyğunluq prinsipi ideyasını
irəli sürmüş və onu müdafiə etmişdir. Bu prinsipə əsasən Təlim və tərbiyə yaş
mərhələlərinin inkişafına müvafiq olmalıdır.
Yaş xüsusiyyətlərinin nəzərə alınması pedaqoji prinsiplərin ən aparıcılarındandır.
Ona söykənərək müəllim müxtəlif növ əməklə məşğulluğu həcmini müəyyən
edir, gün bölgüsü, əmək rejimi və istirahət üçün müvafiq şərait yaradılır. Bu cəhət
həm də təlim-tərbiyə fəaliyyətinin forma və metodlarının seçimini şərtləndirir.
Pedaqoqlar təlim-tədris prosesində şagirdlərin inkişafında akselerasiya kimi
mühüm hadisəni nəzərə almalıdırlar. Akselerasiya uşaq və yeniyetmə yaşında
fiziki, həm də eyni zamanda psixi inkişafın sürətlənməsi deməkdir.
Akselerasiyanın əsas səbəbləri sırasında aşağıdakıları sadalaya bilərik: həyatın
ümumi surətinin tempi, maddi şəraitin yüksəlməsi, qida keyfiyyətinin
yüksəlməsi, tibb xidməti, ilkin yaş dövründə uşaqlara diqqətin artırılması, ağır
uşaq xəstəliklərinin aradan qaldırılması və s.

66) Kiçik məktəb yaşı dövrü (6-10 yaş) və onun əsas xüsusiyyətlərini
dəyərləndirin.
Kiçik məktəb yaşı dövrü (6-10 yaş).
Altı yaşlı uşağı həyatda ilk böyük dəyişikliklər gözləyir. Belə ki, o, məktəb yaşına
keçir və fəaliyyətində, ünsiyyətində, digər insanlarla münasibətlərində bu
dəyişikliklər özünü ciddi şəkildə büruzə verir. Fəaliyyətin başlıca cəhəti kimi
öyrənməyə meyil yaranır, həyat şəraiti dəyişir, digər uşaqlarla və ətrafdakılarla
yaş münasibətləri ortaya çıxır. Kiçikyaşlı məktəblilərin qavrama qabiliyyəti qeyri-
sabitliyi və qeyri-mütəşəkkilliyi ilə seçilir. Lakin eyni zamanda, burada həm
ciddilik, həm də təzəlik, hər şeyi bilməyə daha böyük meyil, maraq özünü
göstərir. Təcrübəli müəllimlər məhz bu cəhətlərə diqqət yetirməli, məktəblilərə
tədricən məqsədyönlü şəkildə qulaq asmağa, baxmağa və onlarda müşahidəçilik
qabiliyyətini inkişaf etdirməyə şərait yaratmalıdırlar. Məktəbin birinci pilləsini
başa vuran uşağın xüsusi məqsədyönlü fəaliyyətində qavrayış mürəkkəbləşir və
dərinləşir. Məktəbin ilkin pilləsinin əsas vəzifəsi uşağın təfəkkürünü yeni
mərhələyə qədər yüksəltmək, qaldırmaq, onun intellektini inkişaf etdirməkdən
ibarətdir.
Kiçikyaşlı məktəblilərin xüsusiyyətləri (6-10 yaş)
Burada aparıcı fəaliyyət növü təlimdir.
İdraki proseslərin yenidən qurulması – sərbəstliyin, məhsuldarlığın və sabitliyin
formalaşması – sərbəst diqqətin, qavrayışın, yaddaşın inkişafı
Özününizamlamanın, davranışın, iradənin, sərbəstliyin inkişafı, burada “nəyi
istəyirəm, onu edirəm” yox, “nə lazımdır, onu edirəm” ön plana çıxır.
Refleksiyanın inkişafı.
Fəaliyyətin daxili planı formalaşır.
Oxu, yazı, riyazi hesablamalar, biliklərin toplanması bacarığının formalaşması.
İnkişafetdirici oyunlar tədrisdən sonra ikinci yeri tutur.
Özünə inam, kompetensiyalılıq formalaşır.

67) Orta məktəb yaşı dövrü (11-14 yaş) və onun əsas xüsusiyyətlərinə
dair məlumat təqdim edin.
Orta məktəb yaşı dövrü (10-11 yaşdan 15 yaşa qədər).
Orta məktəb yaşı dövrü uşaqlıqdan gəncliyə keçid dövrüdür. Bu, əsasən
məktəbin ikinci pilləsində təhsillə üst-üstə düşür və ümumiyyətlə, yeniyetmənin
bütün orqanizminin yenidən qurulması və həyat fəaliyyəti ilə bağlıdır. Bu dövrdə
yeniyetmənin mənəvi dünyasına yarımuşaq, yarımböyük düşüncə psixologiyası
xasdır. Öz inkişafında o, artıq uşaqlardan “uzaqlaşmış”, lakin hələ də böyüklərə
“yaxınlaşmamışdır”. Əlbəttə, bu dövr həm yeniyetmələrin özləri, həm də onları
əhatə edən insanlar üçün çətindir. Bu yaş dövründə uşağın boyunun sürətli
atması müşahidə olunur. Bu dövrdə düzgün təşkil olunmuş tərbiyənin
əhəmiyyəti son dərəcə böyükdür. Yeniyetmənin mənəvi və sosial davranışında
hislər xüsusi əhəmiyyətə malikdir. Onlar əvvəlcədən düşünülmüş və güclü olur.
Yeniyetmələr hislərini daha güclü büruzə verir. Yeniyetmənin mənəvi idealları və
əxlaqi inamları müxtəlif amillərin təsiri altında formalaşır. Ona görə də o, son
dərəcə müxtəlif və rəngarəngdir.
Orta məktəb yaş dövrünün (11-14) yəni yeniyetməlik dövrünün xüsusiyyətləri
Cinsi yetişmənin intensivliyi və inkişafı, orqanizmin fizioloji cəhətdən yenidən
qurulması.
Qeyri-sabit emosional sahə, hiss və emosiyaları, əhval-ruhiyyəni idarə etmək
bacarığı.
Özünütəsdiq – öz fəaliyyətində özünütəsdiq və fərdilik, böyüklərlə ziddiyyətli
münasibətlərin yaranmasının mümkünlüyü.
Özünüqiymətləndirmə və xarakterin formalaşması.
Həmyaşıdlarına münasibətdə özünə hörmətin ortaya çıxması.
Özününəzarət və fəaliyyətin planlaşdırılması.
Riskə meyillilik..
Şüurunda öz “mən”inin formalaşması.
Yeniləşmə – sosial və şəxsi şüurun, öz müqəddəratını həll etmənin inkişafı.

68) Böyük məktəb yaşı dövrü ( 15-18 yaş) və onun əsas xüsusiyyətlərini
qiymətləndirin.
Bu yaş dövründə insanın fiziki inkişafı, əsasən, başa çatır.15-18 yaş aralığı gənclik
yaş dövrüdür. Gənclik yaş dövrü – yeniyetmələrin dünyagörüşünün
formalaşması, xarakterinin, həyatının müəyyənləşməsi, özünütəsdiq, şüurun
güclü şəkildə inkişafı, gələcəyi fəal şəkildə dərk etmək, axtarışlar, inamlar, arzular
dövrüdür. Gənclik bütün zehni fəaliyyətin çiçəkləndiyi dövrdür. Yuxarı sinif
şagirdləri təbiətin, ictimai həyatın bütün hadisələrinin mahiyyətinə nüfuz etmək
istəyir, onlar arasındakı qarşılıqlı əlaqələri və asılılığı öyrənməyə can atırlar.
Gəncin nəzər nöqtəsi hamı tərəfindən qəbul olunmuş fikirlərlə üst-üstə düşməyə
bilər. Yuxarı sinif şagirdləri intellektual keyfiyyətlərə daha böyük hörmətlə
yanaşırlar. Gənclik yaş dövründə etik problemlərə maraq güclənir. İlk sevgi nəinki
gənclərin həyatına güclü hislər, həyəcanlar daxil edir, həm də onları o qədər də
asan olmayan məsələləri çözmək məcburiyyətində qoyur. Son dövrlərdə bəzi
gənclər dinə xüsusi maraq göstərirlər.
Böyük məktəb-Gənclik yaşı dövrünün xüsusiyyətləri(15-18)
Burada özünüşüur formalaşır.
İdeallarla müqayisə etmə yaranır, özünütərbiyənin imkanları ortaya çıxır.
Diqqətin cəmləşməsi artır, yaddaşın həcmi genişlənir, tədris materialı
mənimsənilir, mücərrəd məntiqi təfəkkürün formalaşması başa çatır.
Ən mürəkkəb məsələləri müstəqil həlletmə bacarığı yaranır.
Böyüklərin məsləhətlərinə etinasızlıq.
İnamsızlıq.
Peşə əldə etmək arzusu
Əsl müstəqilliyin olmaması, öz həmyaşıdlarının təsiri altına düşməyə meyillilik,
digər həmyaşıdlarına nisbətən yüksək özünütəlqin.
İlk sevgi, dostluq hisləri yaranır.
Öz davranışlarının gələcək nəticələri lazımi dərəcədə dərk edilmir.

69) Uşaqların əsas fəaliyyət növləri arasında əlaqələr yaradın.


Şəxsiyyətin fəaliyyəti dedikdə, biz insanın məşğuliyyətinin çoxsahəliliyini nəzərdə
tuturuq; etdiyi hər nə varsa, bu, onun məşğuliyyəti, fəaliyyəti deməkdir. Uşaq və
yeniyetmələrin əsas fəaliyyət növləri oyun, təlim və əməkdir. Fəaliyyət həm
aktiv, həm də passiv ola bilər. Hətta ən kiçik uşaq belə özünü fəal bir canlı kimi
təsdiq etməyə, göstərməyə çalışır. O, böyüklərə, həmyaşıdlarına tələblərini
bildirir və insanlara, əşyalara münasibətini ifadə edir.
Təlim fəaliyyəti dedikdə, müəllimin rəhbərliyi altında bilik, bacarıq və vərdişlərin
məqsədəuyğun, mütəşəkkil, planlı şəkildə mənimsənilməsi prosesi nəzərdə
tutulur. Bu prosesdə iki mühüm cəhəti fərqləndirmək olar. Birinci
cəhət, müəyyən elmi anlayışlar, qanunlar və əməli məsələlərin həllinə əsaslanan
ümumi üsul və tərzlərlə bağlıdır. İkincisi isə, təlimin quruluşu ilə bağlıdır.
Təlim fəaliyyətinin quruluşu aşağıdakı komponentlərdən ibarətdir:
1) təlim şəraiti, situasiyası, yaxud vəzifələri;
2) təlim işləri, əməliyyatları;
3) nəzarət;
4) qiymətləndirmə.
Kiçik məktəblilərin aparıcı fəaliyyət növü təlim olsa da, burada özünəxidmət və
müəyyən xırda məmulatların hazırlanması şəklində həyata keçirilən əmək
fəaliyyəti də diqqəti cəlb edir. Kiçik yaşlı məktəbliləri əməyə məhəbbət ruhunda
tərbiyə etmək üçün onları kollektiv əməyin icrasına alışdırmaq
lazımdlr. Özünəxidmət əməyilə məşğul olan kiçik məktəblilərdə şəxsi məsuliyyət,
işə yaradıcı münasibət, əmək adamlarına hörmət hissləri, kollektivdə işləmək
bacarıq və meylli kimi keyfiyyətlər tərbiyə olunur. Əmək və təlimlə bərabər oyun
insan fəaliyyətinin ən mühüm növlərindən biri kimi bəşəriyyətin mövcudluğunun
olduqca qəribə bir fenomenidir. Oyun – fəaliyyətin konkret şəraitdə ictimai
təcrübənin mənimsənilməsi və onun yenidən yaradılmasına istiqamətlənməsi
deməkdir.
Uşaq oyunlarının strukturu özündə aşağıdakı komponentləri birləşdirir:
1) uşağın öz üzərinə götürdüyü yaşlı insanın rolu;
2) uşağın həyatda öz rolunu təcəssüm etdirmək üçün yaratdığı situasiya.
3) oyun hərəkətləri
Oyunda uşaq münasibətlərinin iki planı mövcuddur:
1) oyun- uşaqların rola uyğun bir-birinə münasibət bəsləməsi.
2) real- uşaqların öz arasında olan münasibət.

70) Təlim (öyrənmə) üsullarının oxşar və fərqli cəhətlərini tapın.


Təlim prosesi kompleks şəkildə həyata keçir. Şagirdlərdə məzmunun
mənimsənilməsi bacarıqlarının formalaşdırılması üçün müxtəlif yanaşma
tərzlərinin tətbiqi vacibdir.
Müxtəlif təlim üsulları mövcuddur və onlar fəal təlimdə istifadə olunur. Onları
birləşdirən cəhətləri bunlardır:
1.İştirakçıların bütün dərs zamanı fəallığı,
2.Dərsin əvvəlində problemin qoyulması və dərsin gedişinin problemin həllinə
yönəldilməsi,
3. Yeni biliklərin müstəqil kəşf edilməsi
4.Təlimin tədqiqat şəklində keçirilməsi
5.Təlimin interaktiv şəklində keçirilməsi: şagirdlərin birgə fəaliyyəti, müəllim və
şagirdlərin qarşılıqlı əməkdaşlığı,
6. Qrup işindən geniş istifadə olunması,
7.Biliklərin yaradıcı tətbiqi,
8. Müxtəlif tipli tapşırıqlardan, bilik mənbələrindən və iş vərəqlərindən istifadə
edilməsi və s.
Şagirdlərin fərdi xüsusiyyətlərini bilmək müəllimə onların məlumat emalı
prosesini düzgün qurmağa şərait yaradır. Raydinq və Çima öyrənmə üsullarını
iki prinsipial idraki üsulda qruplaşdırmağı təklif edirlər:
1.Holistik-analitik üsul- şagirdlərin məlumat emalını bütöv və ya hissələrə
bölünmüş şəkildə müəyyən edir.
2.Şifahi-obrazli üsul-fərdin məlumatı şifahi düşünərkən xəyalən, obrazlı təsvir
etməsidir.
Hər iki üsul ölçü qismi çıxış edir. Şagird harhər iki prosesin iştirakçısı ola bilər.

71) D.Kolbun ikiölçülü təlim strategiyasının əsas ideyasını


müəyyənləşdirin.
Təlim strategiyası şagirdlərin tapşırıq və ya müxtəlif vəziyyətlərin öhdəsindən
gəlmə yollarını təsvir edir. Şagirdlərin bilik və təcrübələri artdıqca, təlim
strategiyaları daha da inkişaf edir, təkmilləşir. Təlim strategiyalarına aid
nəzəriyyələrdən Kolbun ikiölçülü təlim strategiyası hazırda ən geniş istifadə
olunan yanaşmadır. O, təlim prosesinin dörd ardıcıl mərhələdən ibarət
dövriyyəsini təsvir etmişdir: konkret təcrübə, düşündürücü müşahidə,
mücərrəd konseptuallaşma, fəal eksperiment.
Fəal təcrübə və düşündürücü müşahidə “prosesi”, konkret təcrübə və mücərrəd
konseptuallaşma “qavramanı” təsvir edir. Kolb öyrənənlərin konkret təcrübə
mərhələsində yeni təcrübədən yararlanmaq ehtiyacının olduğunu iddia edir.
Öyrənənlər müxtəlif mövqelərdan təcrübələrinin təhlilini aparır və bu
“düşündürücü müşahidə mərhələsi” adlanır. Təhlil öyrənənlərə mücərrəd
konseptuallaşma mərhələsində gördüklərini mükəmməl məntiqi nəzəriyyələr
vasitəsilə təhlil edib yeni ideya yaratmağa imkan verir. Kolbun bu modeli əsasən
yaşlıların təlimi üçün hazırlanmışdır. Nəzəriyyə əqli fəaliyyətin mərhələli
formalaşmasını tədqiq edir, müxtəlif tərzlərdə interaktiv dərslərin gedişatında
tətbiq olunur, konkret insanların xüsusi öyrənmə üsullarının anlama tərzini
müəyyənləşdirir.

72) Təlim yanaşmalarını pedaqoji situasiyaya uyğun istifadə edin.


Entvaystl təlimdə müxtəlif istiqamətləri, məsələn, mövzunun mənasının,
mahiyyətinin araşdırılması və ya sadəcə səthi yanaşmaya yönəldilməsi kimi
yanaşmaları təsvir etmişdir. Şagirdlərin yanaşması motiv və strategiyanın birgə
fəaliyyətidir. Motivlər də təlim strategiyalarına təsir göstərir. Beləliklə, səthi
təlim motivinə malik şagirdlər daha çox mexaniki əzbərləməyə üstünlük verirlər.
Dərin motiv öyrənməyə daxili istək, qərarın nəticəsi kimi özünü göstərir.
Öyrənənlərin daxili motivasiyası onları həvəsləndirən amillərdəndir. Motiv və
strategiyaları təlim tapşırıqlarından irəli gələn tələblərlə üst-üstə düşən şagirdlər
bu tapşırıqların öhdəsindən, adətən, müvəffəqiyyətlə gəlirlər. Motiv və
strategiyaları tapşırığın tələbləri ilə uyğun gəlməyən şagirdlərin uğur qazanma
şansı daha azdır. Məsələn, təlimə dərin yanaşması olan, məsuliyyətli şagirdlərə
qısa cavab tələb edən asan tapşırıqlar təqdim olunanda onların inkişafının qarşısı
alınır.
Uğurlu və səmərəli təlim qavrama və daimilik nöqteyi-nəzərindən yüksək
səviyyəli təfəkkür səviyyəsinə nail olmağa kömək edən dərin yanaşmalarla
əlaqəlidir. Bir sıra tədqiqatçılar təlim yanaşmalarında sosial və mədəni mühitin
təsirini vurğulayırlar. Bu gün internetdən yararlanmaq səthi yanaşmaya geniş
imkan yaradır, çünki şagirdlar saytlardan istənilən məlumatı hazır şəkildə
götürüb istifadə edirlər.

73) Tədris (öyrətmə) üsulları və strategiyaları arasında əlaqələr


yaradın.
“Tədris üsulu” terminini istifadə edərkən paralel olaraq davranış, mikrodavranış,
öyrətmə və pedaqoji strategiya anlayışları nəzərdən keçirilməlidir.
“Tədris strategiyası” termini ilə yanaşı, “tədris yanaşması” və ya “tədris metodu”
ifadələri də eyni məzmunda işlədilir. Beləliklə, tədris strategiyasını bir təlim
epizodunda konkret məqsədə çatmaq üçün seçilmiş metod və ya yanaşma kimi
müəyyən etmək olar. Təlim məqsədinə çatmaq üçün optimal tədris üsulu və
fərdi tədris strategiyası seçimi ilə bağlı qərar qəbulunda aşağıda qeyd olunan
məsələlər nəzərə alınmalıdır:
-materialın təqdim olunması;
- fəaliyyət növləri və tapşırıqlar;
-şagirdlərin dərsdə iştirakı;
-şagirdlərin qruplaşdırılması;
-şagirdlərlə əks əlaqənin yaradılması
Tədris strategiyalarına daxildir:
-qapalı, çərçivəli və müzakirə strategiyaları;
-əmr, tapşırıq, qarşılıqlı sual-cavab, özünüyoxlama, inklüzivlik,
istiqamətləndirilmiş kəşf, birgə kəşf, şagird təşəbbüslü özünütəhsil strategiyaları
Müəllim ilbəil müxtəlif siniflərdə dərs dedikcə, fərqli tədris üsullarından istifadə
edir. Adətən, bir dərsdǝ bütün şagirdlərin təlim nəticələrinə nail olması üçün bir
neçə üsuldan istifadə etmə bacarığı mütləqdir. Lakin müəllimlər bəzən şagirdlərə
uyğun tədris üsulları seçmir. Bir qisim müəllimlər özləri öyrənərkən istifadə
etdikləri üsulların şagirdlərə də kömək edəcəyini düşünürlər. Nəticədə
müəllimlər özlərinə uyğun, şagirdlər üçün münasib olmayan üsullar tətbiq
edirlər. Bu vəziyyət gənc müəllim üçün daha da çətindir, çünki o, yeni metodlarla
müqayisədə təcrübədən keçirdiyi üsul və vasitələrdən istifadədə özünü daha
rahat və arxayın hiss edir. Evansa görə, gənc müəllimlərin 41%-i hətta
bəyənməsələr belə, onlara vaxtilə öyrədilən forma və üsullarla dərs keçir.

74) Öyrətmə və öyrənmə (tədris və təlim) ideyalarının qarşılıqlı


əlaqəsinin sözlü eskizini çəkin.
Müəllimin hər bir dərsə dair verdiyi qərar, seçdiyi strategiya fənn, şagirdlər və
ümumilikdə, pedaqoji proses haqqında biliklərindən və onlar arasındakı
əlaqədən asılıdır. Təsəvvür edək ki, sinifdə 10 dəqiqə ərzində yeni anlayışı izah
etmisiniz, lakin bəzi şagirdlər gözlənilmədən onu dərk etməkdə çətinlik çəkirlər.
Siz məktəblilərin dərketməsi ilə bağlı problemin səbəbini araşdırırsınız. Bunu
şagirdlər və onların mövzu ilə bağlı əvvəlki bilikləri, diqqət səviyyəsi, maraq və
motivasiyası, öyrənməyə fiziki və emosional cəhətdən hazırlıq vəziyyətinə və s.
əsaslanaraq aparırsınız, həmçinin mövzu və onun izahı yolları ilə bağlı amilləri
müəyyən edirsiniz. Məsələn:
Yeni materialın şagirdlər üçün uyğunluğu;
Yanaşmanızın mövzunun quruluşuna uyğunluğu;
Materialın çətinlik səviyyəsi;
Nitq və şərhinizin səlisliyi;
Yeni terminlərin anlaşıqlılığı;
İzahatların, sual-cavabın aparılması və nəticələrin çıxarılması.
Sonda şagirdlərin öyrənməsini, mövzunu qavramasını müəyyən etmək üçün bu
sualları cavablandırırsınız:
Təqdimatınız şagirdlərin öyrənmə tərzinə uyğun gəlirmi?
Yeni məlumatı qavramaq üçün şagirdlərǝ kifayət qədər vaxt ayrılırmı?
İzahatınız mövzunun quruluşunu ardıcıllıqla əks etdirirmi?
Şagirdlər yeni konsepsiyanı anlamaq üçün bir-birinə kömək etməyə və əlaqə
qurmağa ehtiyac duyurlarmı?
Qaqne səmərəli təlim üçün aşağıdakı amilləri müəyyənləşdirmişdir:
İdraki bacarıqlar
Şifahi bacarıqlar
Psixomotor bacarıqlar
İntellektual bacarıqlar
Fəaliyyət
Münasibətlərin strategiyası
Bu amillər kompleks şəkildə bütün fənlərin tədrisində bir-biri ilə qarşılıqlı əlaqədə
istifadə olunur. Onların ayrı-ayrılıqda araşdırılması dərslərin planlaşdırılmasına
müsbət töhfəsini verə bilər.

75) Səmərəli və dərin öyrənmə strategiyaları barəsində şəxsi


fikirlərinizi bildirin.
Səmərəli və ya dərin öyrənmə prosesi şagirdlərdən biliklərin mənimsənilməsində
fəal iştirak, əvvəlki biliklərlə əlaqələndirmə, yoxlama, ziddiyyətləri aradan
qaldırma, əsas prinsipləri müəyyənləşdirməyi tələb edir. Bu tapşırıqlar vasitəsilə
qazanılan bilik və anlayışlar yaddaşda qalır və yeni dərslərdə tətbiq edilir. Səthi
və dayaz öyrənmə prosesində isə əksinə, şagirdlər prinsipləri anlamır, bilikləri
yanlış şəkildə qavrayırlar. Məsələn, şagirdlər düsturları yadda saxlaya bilər, lakin
istənilən məsələnin həllində və yeni mövzuda onun tətbiq etməkdə çətinliklər
yaranar, bəzən də eyni zamanda iki ziddiyyətli fikir formalaşar.
Səthi və dərin öyrənmə arasında böyük fərq var. Gənc müəllim tədris
strategiyalarını bəzən birbaşa təlim ehtiyacları üzərində qurur və beləliklə, dərin
öyrənmə baş vermir. Lakin peşəkar müəllimlər hər iki növ öyrənməni həyata
keçirə bilir və şagirdlərin yaxşı anlamasını, təlim proqramını mənimsəməsini
təmin edir. Təlim prosesinin təhlili və onun nəticələrinin nəzərə alınması tədris
üsulunun təkmilləşdirilməsinə səbəb olur və təlimin səmərəsini artırır.
Təlim prosesində şagirdlərlə anlayışlı davranmaq, onları dəstəkləmək lazımdır.

76) Məlumat emalı modellərini bir-birindən fərqləndirin.


Şagirdlər müəyyən vaxt kəsiyində yalnız konkret miqdarda informasiyanı qəbul
edə bilərlər. Burada tutum məhdudiyyəti məsələsi var və ötürülən məlumatın
həcmi çox olarsa, “tıxac” yaranır, informasiya yaddaşda qalmır. Buna görə dərsdə
qısa müddət ərzində mövzu ilə bağlı çox sayda məlumatı eyni vaxtda ötürmək
olmaz. İnformasiya emalı modelləri təlim nəticələrinin formalaşması nəzərdə
tutulan bilik, bacarıq və yanaşmalarla uyğun olub-olmamasını və buna əsasən də
tədris üsulunun dəyişmə ehtiyacını üzə çıxarır. İnformasiyanı qəbul etdikdən
sonra qısa və uzunmüddətli yaddaş dinamik şəkildə işə düşür. Məlumat
qısamüddətli yaddaşda emal olunur, burada yeni informasiya mövcud biliklərlə
birləşərək yeni vəziyyətin mənasını anlamağa yardım edir. Belə dərin təlim
prosesində emal olunan məlumat, biliklər uzun-müddətli yaddaşa köçürülür.
Tədris üsulları və strategiyalar təlim nəticələrinə nail olmaq məqsədilə
seçilməlidir. Şagirdlər müxtəlif üsullarla öyrəndikləri üçün dərsin əsas
məqamlarının izahında müxtəlif vasitələrdən yararlanmaq vacibdir. Məsələn,
vizual vasitələrlə məlumatın ötürülməsi və ya şagirdlərin qruplaşdırılması
strategiyaları barədə düşünülməlidir. Araşdırmalar zamanı bəlli olmuşdur ki,
qruplaşdırma formalarının hamısının bütün şagirdlər üçün eyni qaydada tətbiqi
mümkünsüzdür. Bacarıqlara görə qruplaşdırma bacarıqlı şagirdləri
həvəsləndirən, zəif şagirdləri həvəsdən sala bilər. Dostlardan ibarət qruplar isə
bəzən öyrənməni təşviq edən sağlam dərs mühiti, bəzən də mədəni stereotiplar
yaradaraq inkişafın qarşısını alan mühit yarada bilər.
77) Təlim materialının qavranılması ilə bağlı şəxsi təkliflərinizi təqdim
edin.
İnformasiyanın qavranılması üçün əsas şərtlərdən biri hiss orqanlarına intensiv,
aydın və təhrif olunmamış siqnalların gəlməsidir. Bu siqnallar insan qavrayışının
xüsusiyyətlərinə və hiss orqanlarının xarakterinə uyğun olmalıdır.
İnformasiyanın qavrayışı mətnin uyğun şəkildə oxunuşundan, onun yazılışından,
yerindən asılıdır. Hətta kağızın rəngi, çapın üsulu, fonun rəngi və s. amillər də
həlledici ola bilər. Ən yaxşı rahat oxunan ağ fonda qara şriftli yazılardır.
Görmə sistemi vasitəsilə qavrayış üç səviyyədə həyata keçir: hissetmə, qavrayış
və təsəvvüretmə. Eşitmə sistemi ilə isə yalnız bir səviyyədə: təsəvvüretmə yolu
ilə. Bu, o deməkdir ki, oxu zamanı informasiya eşitmədən daha yaxşı qavranılır.
Qavrayış – fərziyyələrin irəli sürülməsi ilə bağlı olan fəal prosesdir. Müxtəlif
insanlar eyni obyekti nəzərdən keçirdikdə həmin obyektin fərqli-fərqli cəhətləri
görürlər. Bu, əlbəttə ki, görmə qavrayışına və nitq qavrayışına aiddir. İnsanın
gördüyü və eşitdiyi, ona deyilən və ya göstərilənlə tam şəkildə uyğun olmaya
bilər, yəni insanın nəyi və necə qavramasına onun gözlədiyi və ya ehtimal etdiyi
proqnoz daha çox təsir edir.
Təlim materialının məzmunu. Təlim materialı şagirdlərin mənimsəyə biləcəyi
məzmunda hazırlanmalı, öyrənənlərin diqqətini çəkməli, onları tədris prosesinə
yönəltməlidir.
Təlim materialının forması. Təlim materialının forması predmetli, obrazlı, nitqli
və simvolik ola bilər. Seçilmiş izah formasının səmərəliliyi iki amildən- öyrənilən
materialın xarakterinə nə dərəcədə müvafiq olmasından və şagirdlərin bu dili nə
dərəcədə yaxşı bilməsindən və bunun onların təfəkkürünə nə dərəcədə uyğun
olmasından asılıdır.
Təlim materialının çətinliyi. Yeni materialın öyrənilməsi şagirdin mövcud
təcrübə, bilik və bacarıqları ilə əlaqəlidir. Belə əlaqələr nə qədər çox olarsa,
öyrənmə üçün olan material o qədər asan yadda saxlanıla bilər.
Tədris materialının mühümlüyü. Müəyyən məlumat və fəaliyyətlər ümumilikdə,
və ya növbəti materialın mənimsənilməsində mühüm ola bilər. Onlar şagirdlərin
gələcəkdə təlim prosesində rastlaşacaqları tapşırıqların, vəzifələrin yerinə
yetirilməsində zəruri ola bilər.
Dərketmə. Dərketmə öyrənənin arsenalındakı zəruri anlayış və hərəkətlərin
olmasından, təlim materialının elementlərinin dərk edilməsindən və onlar
arasında əlaqələrin yaradılmasından asılıdır.

78) “Metaidrak” anlayışının mahiyyətini açıqlayın.


Metaidrak insanın düşüncə proseslərinin idarə edilməsini tənzimləyir,
təfəkkürünü zənginləşdirir, musiqi, parlaq rənglər vasitəsilə təlimə həvəs oyadır.
Metakoqnitiv bacarıqlar şəxsi dərketmə haqqında məlumatlı olmaqdır. İlk dəfə
metaidrak haqqında 1976-cı ildə Con Fleyvel məlumat vermişdir. O, metaidrakı
dərketmə fəaliyyəti, onun xüsusiyyətləri və strukturu haqqında biliklərin
məcmusu kimi təsvir etmişdir. Onun konsepsiyasında metaidrak fərdin düşünmə
strategiyalarının təhlili, idrak fəaliyyətinin idarə edilməsi bacarığıdır. Metaidrak
pedaqoji prosesdə mühüm rol oynayır. Təlim vəzifələrini planlaşdırmaq,
materialın qavranılmasını izləmək, irəliləmənin səviyyəsini qiymətləndirmək
metaidrakın mahiyyətini təşkil edir. Metaidrak təlimin müvəffəqiyyətinə böyük
təsir göstərdiyi üçün onu inkişaf etdirmək vacibdir. Metaidrak tənqidi təfəkkür
bacarıqlarının inkişafı üçün mütləqdir. Onun məqsədi şagirdə şəxsi idrak
prosesini qavramağa və məşğul olduğu fəaliyyətə köməklik göstərməkdir.
Öyrənən öz-özünə danışanda, səsli düşünəndə metaidrak aktivləşir. Lakin bu
bütün şagirdlərdə baş vermir. Bəzən müəllim məsələni həll etmiş şagirddən onun
yerinə yetirilmə üsulunu soruşduqda cavab verə bilmir. Bu, metaidrakın
çatışmazlığını göstərir.
Orta məktəblərdə idrak proseslərini müvəffəqiyyətlə idarə edənlər və bunu
bacarmayanlar arasındakı fərq ondan ibarətdir ki, müvəffəqiyyət qazanan
şagirdlər fəaliyyətlərinin mahiyyətini anlayır, lüzumsuz yerə impulsiv və intuisiv
hərəkətlər etmirlər.
Metaidrakın məqsədi şagirdin biliklərini test vasitəsilə yoxlamaq deyil, düşüncə
proseslərinin xüsusiyyətlərini işıqlandırmaqdır.

79) Fərdi təlim və şagirdlərin müstəqil fəaliyyətinin təşkilinə dair şəxsi


təkliflərinizi təqdim edin.
Fərdiləşdirilmiş təlim öyrətmə və öyrənmənin şagirdlərin üstünlük verdiyi üsullar
əsasında təşkilini tələb edir. Bəzi fənlərdə müxtəlif tapşırıqların yerinə
yetirilməsində bu yanaşmanın tətbiqi, demək olar ki, mümkünsüzdür. Lakin təlim
prosesində yalnız əmr üsulunu seçib, şagirdlərə fəaliyyətlərində sərbəstlik
verməmək də düzgün deyildir. Eləcə də inamlı şəkildə kəşf etmə üsulunu seçib
qərarların əksəriyyətini şagirdlərin öhdəsinə buraxmaq hər zaman özünü
doğrultmur. Bütün halları nəzərə alaraq fərdiləşdirməni inkişaf etdirmək üçün
şagirdləri təlim prosesində müstəqil fəaliyyətə həvəsləndirmək önəmlidir.
Müstəqil fəaliyyətinin təşkilinin əsas məqsədi şagirdlərin həm sinifdə, həm də
sinifdənkənar təlim fəaliyyətində yüksək fəallıq, müstəqillik və məsuliyyətinə nail
olmaq, öyrənənlərin fərdi fəaliyyətini tənzimləməkdir. Beləliklə, şagird müstəqil
işin yerinə yetirilmə prosesində təlim materialı ilə işləməyi öyrənəcək, özünü
formalaşdıracaqdır.
Şagirdlərin müstəqil fəaliyyətinin məqsədi:
Əsas təlim proqramının tam həcmdə mənimsədilməsi;
Şagirdlərin əldə etdikləri praktik və nəzəri biliklərin sistemləşdirilməsi və
möhkəmləndirilməsi;
Şagirdlərdə idrak fəaliyyəti, fəallıq, yaradıcı təşəbbüs, müstəqillik, məsuliyyət və
s. kimi keyfiyyətlərin inkişaf etdirilməsi;
Müstəqil düşünmə, inkişafa meyil;
Tədqiqat bacarıqlarının inkişafı və s.
Müstəqil fəaliyyətin təşkili prosesində qarşıya qoyulan məqsədlərə nail olmaq
üçün aşağıdakı vəzifələr yerinə yetirilməlidir:
-Şagirdlərdə müstəqil işləmək bacarığı və özünütəhsil tələbatının
formalaşdırılması;
-Təlim prosesində fənnin məzmununun mənimsədilməsi;
-Mövcud bilik, bacarıqların dərinləşdirilməsi;
-Şagirdlərdə idrak-təlim marağının formalaşdırılması;
-Şagirdlərə öyrənməyin öyrədilməsi;

80) Təlim prosesində tənqidi və kreativ təfəkkürün əhəmiyyəti


əsaslandırın.
Təfəkkürün inkişafı şəxsiyyətin birbaşa həyat tərzinin səviyyəsi ilə əlaqəli
olduğundan təlim prosesində nəzərə alınması mütləqdir. Pedaqoqlar
şagirdlərindən kreativ olmalarını- müxtəlif hadisələrə düzgün reaksiya
vermələrini, problemləri yeni və daha səmərəli yolla həll etmələrini gözləyirlər.
Təlim prosesində tənqidi və kreativ təfəkkürün formalaşdırılması prosesi,
adətən, ayrı-ayrılıqda nəzərdən keçirilir, hər biri müstəqil fəaliyyət kimi təşkil
olunur. Lakin onların vəhdətdə inkişaf etdirilməsi daha yüksək nəticəyə zəmin
yarada bilər.
Tənqidi təfəkkür adətən müəyyən struktur və ya kontekst çərçivəsində
mühakimə yürütmək vasitəsi kimi xarakterizə olunur. Tənqidi təfəkkür insanı
müəyyən çərçivə ilə məhdudlaşdırır. Təfəkkürün bu növü əsasən analitik,
qiymətləndirici qaydalarla bağlıdır. Tənqidi təfəkkürə malik insanlar obyektivdir
və sistematikdirlər. Onlar reallığa əsaslanırlar. Tənqidi düşüncəyə malik şagirdlər
problem həllində səmərəli yanaşma nümayiş edirlər. Tənqidi təfəkkürün
inkişafına yönələn təlim şagirdləri təhlilə və qiymətləndirməyə həvəsləndirən
metodlardan istifadəni nəzərdə tutur. Tənqidi təfəkkürün inkişafına dair müxtəlif
metodlardan istifadə idrak proseslərini fəallaşdırır, müstəqil fəaliyyəti təmin
edir, məlumat axtarışı və emalı prosesində təhlil, qavrama, qiymətləndirmə,
nəticə çıxarmaq, problem həllinə dair imkanlar müəyyənləşdirmək imkanı verir,
şagirdlərdə planlaşdırma, səhvlər üzərində iş, inadkarlıq kimi xüsusiyyətləri
formalaşdırır.
Kreativ təfəkkür təxəyyül, konstruktiv, generativ kimi dəyərləndirilir. O,
strukturun çərçivəsindən çıxmaq, hüdudları aşmaq imkanı verir. Kreativ təfəkkür
bacarıqlarına yaratmaq, kəşf etmək, fərziyyələr irəli sürmək, təxəyyül daxildir.
Kreativ təfəkkür yüksək bilik, dərrakə tələb edir. Bu təfəkkürə malik olan insanlar
subyektivdirlər. Onlar fantaziyalara əsaslanırlar.

You might also like