Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 52

MAD İmtahan sualları 2022.

1. Fonetik qanunlar: ahəng qanunu və cingiltiləşmə qanunu. Ahəng


Qanunu. Bir çox türk dillərində, xüsusilə Azərbaycan dilində sabitləşmiş
şəkildə özünü göstərən fonetik qanun hesab olunur. Bu qanuna görə sözlərdə
eynicinsli səslər bir-birini izləyir və bu cür izlənmə sözlərə şəkilçi artırıldıqda da
özünü göstərir. Azərbaycan dilində ahəng qanunu həm saitlərdə,həm samitlərdə,
həm də saitlərlə samitlərdə özünü göstərir. Lakin daha aydın və güclü şəkildə
saitlərin ahəngi zamanı müşahidə edilir. Ona görə də saitlərin ahəngi ilə bağlı
daha geniş məlumat verilməsi məqsədəuyğun hesab edilir.Saitlərin ahəngi əksər
hallarda onların növlərinə, xüsusilə dilin və dodaqların vəziyyətinə uyğun
şəkildə özünü göstərir.
a) Dilin vəziyyətinə görə ahəng qanunu dilönü və dilarxası saitlərin sözlərdə və
onlara qoşulan şəkilçilərdə bir-birini izləməsi şəklində yaranır. Məsələn:
dəftərlər, vərəqlər, Əlidə, məktəbdən, arıçılıqdan, babadan, ağıllı, qaraşın və s.
b) Dodaqların vəziyyətinə görə saitlərin növlərinə uyğun olaraq sözdə və ona
artırılan şəkilçilərdə dodaqlanan və dodaqlanmayan saitlər bir-birini izləyir.
Məsələn: odunçuluq, uzunçuluq, yorğunluq, əkinçilik, gəlincik, dəftərçədə ,
meşədən və s.
Qeyd etmək lazımdır ki, dilimizdə saitlərin dilin vəziyyətinə görə ahəngi daha
ciddi şəkildə müşahidə olunur.Dodaqların vəziyyətinə görə isə ahəng qanunu
bəzi hallarda pozula da bilir.Məsələn:turac, qutab, ocaq, alov və s.
Cingiltiləşmə qanunu sözdə kar samitin müəyyən hallarda cingiltili samitlə
əvəz olunmasıdır.Cingiltiləşmə də ahəng qanunu kimi ədəbi dildə
sabitləşmişdir.Yəni kar samitlə bitən bir çox sözlərə saitlə başlayan şəkilçi
artırıldıqda kar samit cingiltiləşir.Məsələn:döşək-döşəyin/döşəyə/döşəyi;çörək-
çörəyin/çörəyə/çörəyi;yarat-yaradır/yaradar/yaradacaq və s.
Onuda qeyd etmək lazımdır ki,ahəng qanunu ilə müqayisədə cingiltiləşmə
qanunu o qədərdə sabitləşməmiş və bəzi hallarda bu qanun özünü göstərməyə də
bilir.
2.Sait səslər və onların təsnifi
Sait səsləri tələffüz edərkən hava axını ağ ciyərdən başlayaraq heç bir maneəyə
rast gəlmədən ağızdan xaric olur və ayrı-ayrı saitlərin yaranmasına səbəb
olur.Müasir Azərbaycan ədəbi dilində doqquz sait səs vardır: A,ı,o,u,ə,i,ö,ü,e.
Bu saitlər onların tələffüzü və yaranması zamanı daha fəal iştirak edən danışıq
üzvlərinin vəziyyətinə görə üç prinsip əsasında qruplaşdırılır və təsnif olunur:
a) dilin vəziyyətinə görə, b) dodaqların vəziyyətinə görə və c) alt çənənin
vəziyyətinə görə.
Dilin vəziyyətinə görə saitlər iki yerə bölünür: dilönü (incə) saitlər (ə, i, ö, ü, e)
və dilarxası (qalın) saitlər (a, ı, o, u).
Dodaqların vəziyyətinə görə saitlər dodaqlanan (o, ö, u, ü) və dodaqlanmayan
(a, ə, ı, i, e) növlərə bölünür.
Alt çənənin vəziyyətinə görə də saitlər iki cür olur: açıq (a, ə, o, ö, e) və qapalı
(ı, i, u, ü).
Saitlər sisteminin bu prinsiplər əsasında bölgüsü və onların müxtəlif növlərinin
tələffüzü zamanı hava axını ağciyərlərdən maneəsiz şəkildə çıxaraq ağız
boşluğundan sərbəst şəkildə xaric olmasına baxmayaraq,dil,dodaqlar və alt çənə
müəyyən vəziyyətlər aldığından ayrı-ayrı sait səslərin tələffüzü mümkün
olur.Bütün bu xüsusiyyətlərlə yanaşı,Azərbaycan dili saitləri digər
xüsusiyyətlərinə görə də təsnif edilir,fərqli qrupları qeyd edilirki, bu da onların
digər əlamətlərini də müəyyənləşdirməyə kömək edir.
3.Mətn sintaksisi: mikro və makromətnlər
Mətnin yaranmasının əsaslı qanunauyğunluqları vardır. Mətnin təşkili
mexanizmi, qurulma texnikası ardıcıl gələn cümlələrdə semantik proqressiya ilə
bağlıdır. Bu sahədəki qanunauyğunluqların hərtərəfli tədqiqi bir sıra dil
problemlərinin həllinə kömək edir, dilin funksional əhəmiyyətini daha ətraflı üzə
çıxarır. Ona görə də sintaksisin vəzifəsi yalnız söz birləşməsi və cümləni
öyrənməklə məhdudlaşmır. Yeni dövrdə mətnin struktur-semantik xüsusiyyətləri
onun əsas tədqiq obyektinə çevrilmişdir.
Mətn (ərəb mənşəli olub, rusca tekst, yunanca texstum – birləşmə sözünə
uyğundur) – möhkəm daxili struktur-semantik əlaqələri olan cümlələr birliyidir.
Mətn sözü bir dilçilik termini kimi, müxtəlif mənalarda başa düşülür – dilçilik
tədqiqatlarında iki növə – mikro və makromətnlərə ayrılır.
Makromətnlər – mənası, məqsədi, strukturu, kompozisiyası, qrammatik və
kommunikativ bütövlüyü olan cümlələr, abzaslar birliyidir, geniş mətnlərdir.
Kiçik bir miniatür də, bir mənsur şeir də, bir hekayə də, bir povest də, bir roman
da bütövlükdə makromətn hesab olunur. M.F.Axundovun “Aldanmış kəvakib”
povesti də, S.Rəhimovun “Şamo” romanı da müstəqil makromətnlərdir.
Makromətnlər həmişə dilçilik tədqiqatının obyekti olmuşdur. Dilçilik dünyaya
göz açdığı ilk gündən öz işini makromətnlər üzərində qurmuşdur. Biz hazırkı
dövrdə də dilimizin fonetik sistemini, lüğət tərkibini, morfoloji və sintaktik
quruluşunu, üslubi imkanlarını öyrənmək üçün makromətnlərə müraciət edir,
fikrimizi “Kitabi-Dədə Qorqud”dan, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif,
M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, C.Cabbarlı,
S.Vurğun, S.Rüstəm, S. Rəhimov, M.İbrahimov, H.Mehdi, B. Vahabzadə,
İ.Hüseynov və b. görkəmli söz ustalarının əsərlərindən gətirdiyimz dil faktları
üzərində qurur, əsaslandırırıq.
Mikromətnlər – mətn dilçiliyinin spesifik tədqiqat obyektidir. Əslində,
“mikromətn” termini də müxtəlif mənalarda başa düşülür. Bu sözün mətn
dilçiliyinə qədərki mənası hamıya məlum və aydındır: təhlil, tədqiq üçün seçilən
bir və ya bir neçə cümlə mənasındadır. Lakin mətn sintaksisində nəzərdə tutulan
mikromətn xüsusi səciyyəvi əlamətləri olan linqvistik vahiddir və bu cəhətdən
cari təhlil üçün seçilən hər hansı cümlələrdən, kiçik mətn parçalarından əsaslı
şəkildə fərqlənir. Mikromətn bu sonrakı mənada sintaktik bütövlərə uyğundur.

4. Fonetik hadisələr, assimilyasiya və onun növləri


Dilin fonetik sistemi inkişaf etdikcə burada müxtəlif orfoepik və orfoqrafik
proseslər, səsdəyişmələri meydana çıxır. Bu dəyişmələrin bir qismi ədəbi dildə
tam sabitləşir və qanun kimi fəaliyyət göstərir,digərləri isə ancaq şifahi nitqlə
bağlı olur ,yazıda öz əksini tapmır ki, bu cür dəyişmələr fonetik hadisələr
adlanır.
Azərbaycan dilində assimilyasiya, dissimilyasiya, səsartımı, səsdüşümü,
yerdəyişmə fonetik hadisələri, ahəng qanunu və cingiltiləşmə fonetik qanunu
müşahidə olunur.
Assimilyasiya sözlərdə hər hansı səsin digərinə təsir edərək onu səslənmə
baxımından özünə uyğunlaşdırmasıdır. Bu hadisə daha çox ayrı-ayrı sözlərdə
şəkilçi artırılarkən müşahidə edilir. Məsələn, gəlirlər [gəlillər], anlamaq
[annamaq] və.s
Verilmiş nümunələrdən müşahidə etmək olur ki, sözlərdəki səslərdən biri
digərinə keçərək onu özünə uyğunlaşdırır. Lakin bu cür uyğunlaşma ancaq şifahi
nitqlə, tələffüzlə bağlı olub, yazıda öz əksini tapa bilmir və ona görə də ancaq
fonetik hadisə səviyyəsində qalır.Müasir Azərbaycan ədəbi dilində bu fonetik
hadisə istiqamətinə və keyfiyyətinə görə özünü müxtəlif şəkildə büruzə verir.
•İstiqamətinə görə assimilyasiya irəli və geri assimilyasiya şəklində müşahidə
edilir.
1) İrəli assimilyasiya zamanı sözdəki əvvəl gələn səs sonrakına təsir edərək onu
özünə uyğunlaşdırır. Bunu proqressiv assimilyasiya da adlandırırlar. Məsələn:
səndən-sənnən , məndən- mənnən , sərinlik-sərinnik və.s
2) Geri assimilyasiya (reqressiv assimilyasiya) zamanı isə sonrakı səs özündən
əvvəlki səsə təsir edərək onu özünə uyğunlaşdırır.Məsələn, dinməz-dimməz,
yavaşca-yavacca və.s.
•Keyfiyyətinə görə assimilyasiya tamam və natamam olur.
1)Tam assimilyasiya zamanı səs digərinə təsir edərək onu tamamilə özünə
uyğunlaşdırır. Məsələn: gəlirlər[gəlillər] ,bəyənmək [bəyəmmək].
2)Natamam assimilyasiya zamanı isə səs digərinə təsir edərək özünə yaxın səsə
çevirir. Məsələn , gözlük - gözdük , qızlar - qızdar.
5. Zərfin quruluşca növləri
Zərf hərəkətə aid əlaməti, keyfiyyəti, hal və ya vəziyyəti, şəraiti, bəzən də
əlamətin əlamətini bildirir. Zərflər iş-hərəkətin icra tərzini, zamanını, yerini,
miqdarını bildirdiyi kimi, hal-vəziyyətin, hadisənin də eyni əlamətlərini göstərə
bilir. Zərflərin mənaca 4 növü var:
Tərzi-hərəkət zərfi iş, hərəkətin keyfiyyətini, əlamətini, bəzən də əlamətini
bildirir. Zərfin bu növü dilimizdə işlədilən sadə və düzəltmə zərflərin böyük
əksəriyyətini əhatə edir. Tərzi-hərəkət zərfinə, əsasən, - la, -ca, -casina - yana;
və s. şəkilçiləri vasitəsilə düzələn (sevinclə, güclə, yavaşca, qəhrəmancasına,
zarafat yana, tərsinə, köynəkcək, çəpəki, sevincək) və eləcə də adların
təkrarlanması və ya birləşməsi yolu ilə əmələ gələn zərf növləri (bərk-bərk,
başlı-başına, altdan-altdan), o cümlədən zərfləşən sözlərin və sadə zərflərin bir
qrupu (ürəkdən, ucadan, gözucu, qaçaraq) daxildir.
Zaman zərfi iş və ya hərəkətin icra olunduğu zamanı bildirir. Lakin zaman
zərfləri məna çalarına görə bir-birinin tam eyni deyildir. Ona görə də zaman
anlayışı ifadə edən zərfləri aşağıdakı kimi qruplaşdırmaq olar:
Adi zaman anlayışı ifadə edən zərflər (indi, dünən, ertə və s).
Konkret zaman anlayışı ifadə edən zərflər (indicə).
Davamlı zaman anlayışı ifadə edən zərflər (çoxdan, illərlə, aylarla, ildən-ilə,
gündən-günə, gecədən-gecəyə və s.).
Kəmiyyət zərfi iş və ya hərəkətin qeyri-müəyyən miqdarını bildirir. Zərfin bu
məna növü az miqdarda düzəltmə və zərfləşən söz qrupunu əhatə edir. (azca,
çoxca, olduqca, qədərincə, lazımınca, dedikcə və s.).
Yer zərfi iş və ya hərəkətin istiqamətini bildirir. Bu məna bölgüsünə yalnız
istiqamət bildirən əsli zərflər daxildir: irəli, geri, içəri, yuxarı, aşağı, ora, bura,
bəri və s.
6. Antonimlər: tam və nisbi antonimlər, antiteza, oksimoron
Antonimlər obyektiv aləmdəki əksikliklərin, ziddiyyətlərin dildə ifadə olunması
zamanı özünü göstərir. Yəni forma baxımından müxtəlif olan, məzmun
baxımından isə əks mənalar ifadə edən söz qrupu antonimlər adlanır.
Antonimlər mahiyyət etibarilə əkslik və ziddiyyət təşkil edən anlayışların
adlarıdır. Məsələn: ağlamaq-gülmək, gəlmək-getmək, az-çox, qısa-uzun, əvvəl-
axır və s.
Obyektiv aləmdəki əksiklikləri ifadə etdiyindən və bu əksikliklər ən müxtəlif
sahələrə aid olduğundan antonimlər də həmin sahələrə aid anlayışları ifadə edir.
Yəni antonimlər zamanla (gecə-gündüz, gec-tez), məkanla (yuxarı-aşağı, yer-
göy), əlamət və keyfiyyətlə (ac-tox, xeyir-şər), hərəkətlə (almaq-vermək,
yazmaq-pozmaq) və insan fəaliyyətinin ən müxtəlif sahələrinə aid anlayışları
ifadə edir. Bu söz qrupları həm də əsas nitq hissələrinin hər birinə aid ola bilir.
Nitqdə antonimlərin üslubi rolu da böyükdür. Bunların vasitəsi ilə əşyanın,
şəxsin və ya hadisənin müəyyən xüsusiyyətləri bir-birilə qarşılaşdırılır, bunun
nəticəsində anlayış haqqında daha aydın təsəvvür yaradılır. Dildəki bütün
antonimlərin ifadə etdiyi ziddiyyətin dərəcəsi eyni olmur. Bu səbəbdən
antonimlər tam və nisbi olmaqla iki qrupa bölünür. Mənaca bir-birinin tam və
mütləq ziddini təşkil edən sözlərə tam antonimlər deyilir: ağ-qara, dağ-dərə,
yay-qış. Mənaca bir-birinin şərti və nisbi əksini təşkil edən sözlərə nisbi
antonimlər deyilir: ağ-qırmızı, payız-qış, dağ-düz.
Oksimoron, bir-biriylə ziddiyyət təşkil edən və ya tamamilə zidd iki anlayışın
bir yerdə istifadə edilməsi və bu şəkildə yaradılmış ifadədir. Bəzən mənanı
qüvvətləndirmək üçün və ya ədəbi sənət məqsədiylə istifadə edilir, bəzən də hal-
hazırda istifadə edilən bir anlayışı tənqid etmək və ya lağ etmək üçün istifadə
edilir. Bununla birlikdə -paradokslar kimi- oksimoron saxlayan cümlələrə də rast
gəlinir. Məsələn, səssizliyin səsi, tərəfsiz tərəfdar, yaşayan ölü, gecənin
aydınlığı, gündüzün qaranlığı.
Antiteza (yun – qarşı –qarşıya qoyma) – bədii ədəbiyyatda və natiqlik sənətində
üslub vasitəsi; bədii təsiri gücləndirmək məqsədi ilə əks mənalı fikirlərin,
anlayış və obrazların qarşı-qarşıya qoyulması (məs., Hökmüylə, qəsdilə nə deyir
zaman? Uçurur bir yandan, qurur bir yandan – B. Vahabzadə). Antitezalar açıq
şəkildə ifadə olunan kontrastlardır. Bu özünü antonimlərdə daha çox büruzə
verir. Qədim və orta əsrlər ədəbiyyatında geniş istifadə olunmuşdur. Antitezadan
əsərin adında da istifadə olunur: “Eşq və intiqam”, S.S.Axundov; “Qılınc və
qələm”, M.S.Ordubadi.
7. Dilin lüğət tərkibi və əsas lüğət fondu
Leksikoqrafiya yunan mənşəli lexikos (lüğət) və grapha (yazıram) sözlərinin
birliyindən yaranıb lüğətlərin tərtibi qaydalarını və onun növlərini öyrənən
dilçilik bölməsidir. Bəzən leksikoqrafiya əvəzinə lüğətçilik terminindən də
istifadə olunur. Müxtəlif səciyyəli lüğətlərin hazırlanması cəmiyyətin bütün
tarixi dövrlərində aktual və həyati baxımdan əhəmiyyətli işlərdən olmuşdur.
Lüğətlər əsasən iki üsulla tərtib olunur: yuva üsulu və əlifba üsulu. Yuva üsulu
ilə lüğətlərin tərtibi zamanı eyni kökdən olan sözlər bir yuvada verilir və
onlardan törəyən müxtəlif mənalar da eyni yuvada izah edilib aydınlaşdırılır.
Əlifba üsulu ilə hazırlanan lüğətlər isə daha səmərəli olmaqla kəmiyyət
baxımından çoxdur. Bu tip lüğətlərdə sözlər və ifadələr əlifba sırası ilə düzülür
ki, bu da ondan istifadəni asanlaşdırır. Türk dillərində lüğətçiliyin tarixi qədim
dövrlərdən başlayır. Türk dillərinə aid XI əsrdə Mahmud Kaşğarlının tərtib
etdiyi “Divani- lüğət-it türk” bu gün elm aləminə məlum olan və türk dilləri
materialları əsasında tərtib olunmuş ilk lüğət hesab olunur. Lüğətlər müxtəlif cür
qruplaşdırılır, bütövlükdə isə onları ensiklopedik və linqvistik (filoloji) lüğətlər
şəklində qruplaşdırırlar. Ensiklopedik lüğətlər ayrı-ayrı sahələr, şəxslər, elmi-
texniki biliklər və digər sahələrlə bağlı hərtərəfli məlumatları özündə əks etdirir.
Ensiklopedik lüğətlər universal və sahə olmaqla iki yerə bölünür. Universal
ensiklopediyalarda cəmiyyətin bütün sahələri ilə bağlı geniş məlumat verilir.
Sahə ensiklopediyaları isə ayrı-ayrı konkret elmi-texniki sahələrə aid olan
məlumatları əks etdirir. Linqvistik (filoloji) lüğətləri də birdilli, iki və çoxdilli
(tərcümə) lüğətlər şəklində qruplaşdırmaq olar. Birdilli lüğətlərə izahlı,
dialektoloji, frazeoloji, orfoqrafik, orfeopik, omonimlər,sinonimlər.
Antonimlər, terminoloji və s. lüğətlər daxildir. Bunların içərisində tərcümə və
izahlı terminoloji lüğətlər son dövrlərdə öz əhatəsi və aktuallığı ilə daha çox
seçilir. Linqvistik lüğətlərdən biri də izahlı lüğətlər hesab edilir. İzahlı lüğətlərdə
dilin leksik tərkibinə daxil olan bütün sözlərin məna, qrammatik və funksional
baxımdan izahı verilir. Azərbaycanda lüğətlərin bütün növlərinin hazırlanıb nəşr
olunması işi həmişə aktual olmuş, bu sahədə xeyli işlər görülüb həyata
keçirilmiş və son dövrlərdə uğurla davam etdirilir.
8. Təyin budaq cümləsi
Təyin budaq cümləsi baş cümlədə adlarla ifadə olunan hər hansı bir üzvə aid
olub onun izahına xidmət edir. Bu növ budaq cümlələr baş cümlədə təyin
vəzifəsində işlənən və işarə əvəzlikləri (o, bu, elə, belə, həmin və s.) ilə ifadə
olunan sözlərin mənasının izah edilib aydınlaşdırılmasına xidmət edir. Məsələn:
O, elə əsər yazmaq istəyirdi ki, hamının xoşuna gəlsin. Qardaşım həmin adamdır
ki, çətin günlərdə hamıya əl tuturdu. Təyin budaq cümləli tabeli mürəkkəb
cümlələrin bu növlərində budaq cümləni asanlıqla baş cümlənin təyini
vəzifəsində işlətmək və cümləni sadə cümlə strukturuna çevirmək mümkün olur.
Məsələn: O, hamının xoşuna gələn əsər yazmaq istəyirdi. Təyin budaq cümlələri
baş cümləyə çox vaxt bağlayıcılar vasitəsilə bağlanır. Lakin dilin ayrı- ayrı
üslublarında bəzi hallarda tabelilik intonasiyası ilə bağlanan təyin budaq cümləli
tabeli mürəkkəb cümlələrə də rast gəlinir. Məsələn: Adam var, geyməyə
tapammır bezi
Adam var,al geyər,şalı bəyənməz.
Təyin budaq cümlələrin bu növü funksional baxımdan az işləkdir və daha çox
şifahi nitqlə bağlı olur.
9. Sinonim və antonim frazeoloji vahidlər
Ünsiyyət prosesində bəzən bu və ya digər mənanı ifadə etmək üçün məcazi
mənalar kəsb edən sözlərin birliyindən də istifadə edilir. Bu zaman həmin
məcazi mənalı sözlərin birliyinin ifadə etdiyi məna ayrıca bir sözün mənasına
uyğun gəlir. Məsələn: dağıtmaq- alt-üst etmək; qorxmaq-ürəyi düşmək;
əsəbiləşmək-özündən çıxmaq və s. Dildə bu cür birləşmələr tarixən formalaşmış,
sabitləşmiş və vahid formaya düşmüş dil vahidləridir. Belə dil vahidləri
dilçilikdə sabit söz birləşmələri və ya frazeoloji birləşmələr adlandırılr.
Dilçiliyin sabit və ya frazeoloji birləşmələri öyrənən bölməsi "frazeologiya"
adlanır. Frazeologizmləri iki qrupa ayırırlar: ismi və feili frazeoloji birləşmələr.
İsmi frazeoloji birləşmələrdə əsas məna yükü daşıyan sözün adlardan ibarət
olması (küpəgirən qarı, qəlbi qara, əli əyri) , feili frazeoloji birləşmələrdə isə
əsas tərəfin feildən ibarət olması (başa vurmaq, ələ salmaq, yola çıxmaq) əsas
götürülür. Feili frazeologizmlər ismi frazeologizmlərdən çoxdur.
Frazeologizmlərin əksəriyyəti bu və ya digər sözün ekvivalenti kimi özünü
göstərir. Ona görə də ayrı-ayrı sözlər kimi frazeologizmlərdə də omonimlik
(başa vurmaq - nəyisə başa vurmaq//başa çatdırmaq; üzə vurmaq; cana gəlmək -
bezmək//yaxşılaşmaq: yola düşmək-getmək//qaydasına düşmək və s.) ,
sinonimlik (söz açmaq-söz almaq; tər tökmək-əldən düşmək-can qoymaq və s.)
və antonimlik (ayağa düşmək-başa çıxmaq; yola gəlmək-yoldan çıxmaq, xoşu
gəlmək-zəhləsi getmək və s.) mənaları müşahidə olunur. Frazeologizmlər
Azərbaycan dili lüğət tərkibində xüsusi mövqeyi ilə seçilir və ünsiyyət
prosesində geniş şəkildə istifadə olunur. Onlardan bədii əsərlərdə, habelə nitq
prosesində müəyyən dəyişiklik edilərək və ya sabit formada istifadə edilə bilir.

10.Say və onun mənaca növləri


Saylar əsas nitq hissələrindən biri olmaqla əşyanın miqdarını və sırasını bildirən
nitq hissəsidir. Azərbaycan dilində sayları fərqləndirən xüsusi morfoloji əlamət
olmasa da, onun məna baxımından miqdar və sıra bildirməsi sayın müstəqil bir
nitq hissəsi kimi qəbul edilməsinə əsas verir. Bu nitq hissəsi müstəqil leksik
mənaya və qrammatik funksiyaya malik söz qrupu olmaqla həmişə müəyyən bir
əşyaya aid olur, ondan əvvəl gəlir və cümlədə təyin vəzifəsində işlənir. Lakin
saylar müstəqil işlənərək substantivləşir, cümlədə mübtəda və tamamlıq
vəzifəsində də çıxış edə bilir.
Bəzi dillərdən fərqli olaraq, Azərbaycan dilində saylar onluq sistemi ilə işlədilir,
yəni ondan yüzə qədər on-on artır. Bu zaman onluqlar əvvəl, təkliklər isə sonra
işlənir. Məsələn: on beş, iyirmi beş və s.
Azərbaycan dilində saylar ifadə etdiyi mənalara göra iki cür olur: a) miqdar
sayları, b) sıra sayları.
Miqdar sayları əşyanın kəmiyyətini, miqdarını bildirir və neçə?, nə qədər?
suallarına cavab olur. Miqdar sayları üç növə ayrılır: 1) müəyyən miqdar sayları,
2) qeyri-müəyyən miqdar sayları, 3) kəsr sayları.
Müəyyən miqdar sayları əşyanın müəyyən, konkret miqdarını, sayını bildirir.
Müəyyən miqdar sayları ilə onların aid olduğu isimlər arasında həmin isimlərin
ifadə etdiyi mənaya uyğun olan numerativ sözlər işlənir. Bu cür sözlərə nəfər,
dənə, ədəd, cüt, dəst, nüsxə, top, göz, cild və s. daxil etmək olar. Məsələn: beş
nəfər adam. Hər bir əşyanın xarakterinə, onların mahiyyətinə uyğun olan
numerativ söz işlədilir.
Azərbaycan dilində müəyyən miqdar saylarının içərisində bir sözü işlənmə
məqamları və funksiyaları baxımdan çox fəal say hesab edilir. Bu say vasitəsilə
birgə, birlik, və s. kimi sözlər yarana bildiyi kimi, qeyri-müəyyənlik (sənə bir
sözüm var), təkid mənası (bir danış da!), mənanın qüvvətləndirilməsi (qoy bir
onu görüm)və s. mənalar da ifadə edə bilir.
Qeyri-müəyyən miqdar sayları əşyanın miqdarını və ya kəmiyyətini qeyri-
müəyyən şəkildə bildirir. Sayın bu növünəçox, az, bir az, xeyli vs. daxildir.
Məsələn: çox adam.
Kəsr sayları müəyyən miqdar sayı ilə ifadə olunan kəmiyyətin bir hissəsini
bildirir. Məsələn: dörddə bir, beşdə üç və s.
Sıra sayları sayıla bilən əşyanın, hadisənin sırasını bildirir və miqdar saylarına -
incı (-ncı, -nci) şəkilçilərindən birinin artırılması ilə yaranır, neçənci? və hansı?
suallarından birinə cavab olur. Məsələn: birinci kurs, ikinci sıra və s. Bəzən
əvvəl, axır, son sözlərinə də sıra sayı düzəldən şəkilçi artırmaqla sıra məzmunu
ifadə oluna bilir. Məsələn: əvvəlinci, axırıncı, sonuncu və s.
Sıra sayları müstəqil işləndiyi zaman isimlərə daha yaxın məna ifadə edir və
cümlədə adların daşıdığı funksiyanı yerinə yetirir. Cəm şəkilçisi qəbul etdikdə
isə (üçüncülər, beşincilər) isim kimi işlənir və bir çox hallarda şəxs anlayışı
ifadə edərək kim? sualına cavab olur: Məsələn: Beşincilər qalib gəldi.
11. Tabesiz mürəkkəb cümlə, onun komponentləri arasındakı məna
əlaqələri
Mürəkkəb cümlənin bu növü iki və daha çox sadə cümlənin tabesizlik əlaqəsi ilə
məna və qrammatik cəhətdən birləşməsi yolu ilə yaranır. Bu növ mürəkkəb
cümlələri fərqləndirən əsas əlamətlərdən biri də onların vahid cümlə
intonasiyasına malik olması və bütöv məna ifadə etməsidir. Məsələn: Külək
getdikcə güclənir, göy guruldayır, şimşək çaxır, hava soyumağa başlayırdı.
Tabesiz mürəkkəb cümlələri təşkil edən ayrı-ayrı sadə cümlələr oxşar strukturda
qurulmaqla həm məna və qrammatik baxımdan, həm də tabesizlik intonasiyası
və tabesizlik bağlayıcıları ilə bir-birinə bağlanır.
Tərəfləri intonasiya ilə bağlanan tabesiz mürəkkəb cümlələr daha çox şifahi
nitqlə bağlı olur və dilin daha qədim dövrlərindən öz işləkliyi ilə fərqlənmişdir.
Məsələn: Nə ətdir, nə balıq.
Tərəfləri tabesizlik bağlayıcıları ilə bağlanan tabesiz mürəkkəb cümlələr də dilin
ən müxtəlif üslublarında fəal şəkildə işlədilir. Komponentləri tabesizlik
bağlayıcıları ilə bağlanan tabesiz mürəkkəb cümlələrdə bağlayıcıların daha çox
bu növləri işlənir: birləşdirmə (və, həm (də), da (də), bölüşdürmə (ya ... ya da,
gah... gah da), qarşılaşdırma (amma, ancaq), inkar (nə, nə də), aydınlaşdırma
(yəni, məsələn). Məsələn: Qapı açıldı və o içəri girdi. Hamı dərsdədir, yəni
iştirak etməyən yoxdur.
Tabesizlik bağlayıcıları və intonasiya ilə yanaşı, bu növ cümlələrin
komponentlərinin bağlanmasında tabesiz mürəkkəb cümləni təşkil edən sadə
cümlələrdə ortaq elementlər, komponentlərdə üzvlərin paralelliyi və müxtəlif
məna əlaqələri də mühüm rol oynayır. Tabesiz mürəkkəb cümlələri təşkil edən
ayrı-ayrı sadə cümlələr bir-biri ilə müəyyən mənalara görə əlaqələnir ki, bu da
onların vahid cümlə strukturu kimi meydana çıxmasına kömək edir. Tabesiz
mürəkkəb cümlələrin tərkib hissələri bu məna əlaqələri ilə bağlanır: zaman
əlaqəsi, ardıcıllıq əlaqəsi, qarşılaşdırma əlaqəsi, bölüşdürmə əlaqəsi, səbəb-
nəticə əlaqəsi, aydınlaşdırma əlaqəsi.
Zaman əlaqəsi- Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində işlər eyni
zamanda baş verir. Tərkib hissələr inkar, bölüşdürmə, iştirak bağlayıcıları ilə
bağlanır. Məsələn: Həm gün çıxır, həm də külək əsirdi.
Ardıcıllıq əlaqəsi- Tərkib hissəlrəində müəyyən ardıcıllıqla baş verən hadisələr
sadalanır. Tərəflər daha çox sadalama intonasiyası ilə bağlanır. Bəzən iştirak və
birləşdirmə bağlayıcılarından da istifadə olunur. Məsələn: Elvin gəldi, görüşdük,
sonra mən suallarımı soruşdum.
Səbəb-nəticə əlaqəsi- 1-ci tərkib hissə iş səbəbi, 2-ci isə işin nəticəsidir. Birinci
səbəb, sonra ondan törəyən nəticə bildirilir. Bu tip cümlələrdə kortəbiilik,
zərurilik olur. Tərəflər həm intonasiya, həm də tabesizlik bağlayıcıları ilə
bağlanır. Məsələn: Hirslənmişəm, əllərim əsir.
Qarşılaşdırma əlaqəsi- Tərəflərdəki iş və hadisə qarşılaşdırılır. Tərəflər
intonasiya, qarşılaşdırma bağlayıcıları və antonimlər vasitəsilə bağlanır.
Məsələn: Hava soyuq idi, ancaq mən üşümürdüm. Biz varlıyıq, o kasıb.
Bölüşdürmə əlaqəsi- Burada ya hadisələr bir-birini əvəzləyir, ya da iki
hadisədən birinin mümkünlüyü bildirilir. Tərəflər demək olar ki, yalnız
bölüşdürmə bağlayıcıları ilə bağlanır. Məsələn: Gah biz onlara gedirdik, gah da
onlar bizdə gecələyirdi.
Aydınlaşdırma əlaqəsi- Tərkib hissələrindən biri ümumilik bildirir, digəri isə
onu aydınlaşdırır. Bu tip cümlələr əsasən intonasiya ilə, bəzən isə intonasiya ilə
yanaşı yəni bağlayıcısının köməyi ilə yaranır. Məsələn: Tarlada qızğın iş
gedirdi; kimi ştil əkir, kimi sahəsini sulayırdı. Tərəflərin arasında qoşa nöqtə,
nöqtəli vergül qoyulur.
Komponentlərdə ifadə olunan mənalar bəzən bütövlükdə tabesiz mürəkkəb
cümlələrin və mətnin ümumi məzmunundan müəyyənləşdirilir. Belə ki, bəzən
qeyd olunan bir məna əlaqəsində digər məna çalarlığı da müşahidə edilə bilər.
Məsələn, sadalama əlaqəsində ardıcıllıq, zaman əlaqəsi də müşahidə olunduğu
kimi, qarşılaşdırma əlaqəsində səbəb-nəticə əlaqəsi də özünü göstərə bilir.
Məsələn: Kimi odun doğrayır, kimi doğranmış odunları yığır, kimi ot biçirdi.
Burada həm sadalama, həm ardıcıllıq, həm də zaman əlaqəsi vardır.
12. Ahəng qanunu, növləri: saitlərin ahəngi, saitlərlə samitlərin ahəngi,
samitlərin ahəngi.
Ahəng qanunu bir çox türk dillərində, xüsusilə Azərbaycan dilində sabitləşmiş
şəkildə özünü göstərən fonetik qanun hesab edilir. Bu qanuna görə sözlərdə
eynicinsli səslər bir-birini izləyir və bu cür izlənmə sözlərə şəkilçi artırıldıqda da
özünü göstərir. Azərbaycan dilində ahəng qanunu həm saitlərdə, həm samitlərdə,
həm də saitlərlə samitlərdə özünü göstərir. Lakin daha aydın və güclü şəkildə
saitlərin ahəngi zamanı müşahidə edilir. Ona görə də saitlərin ahəngi ilə bağlı
daha geniş məlumat verilməsi məqsədəuyğundur.
Saitlərin ahəngi əksər hallarda onların növlərinə, xüsusilə dilin dodaq və
dodaqların vəziyyətinə uyğun olaraq özünü göstərir.
1. Dilin vəziyyətinə görə ahəng qanunu dilönü (incə) və dilarxası (qalın)
saitlərin sözlərdə və onlara qoşulan şəkilçilərdə bir-birini izləməsi şəklində
yaranır. Məsələn: dəftərlər, məktəbdən.
2. Dodaqların vəziyyətinə görə saitlərin növlərinə uyğun olaraq sözdə və ona
artırılan şəkilçilərdə dodaqlanan və dodaqlanmayan saitlər bir-birini izləyir.
Məsələn: odunçuluq, müəllimlik.
Dilimizdə saitlərin dilin vəziyyətinə görə ahəngi daha ciddi müşahidə olunur.
Dodaqların vəziyyətinə görə isə ahəng qanunu bəzi hallarda pozula da bilir.
Məsələn: turac, qutab, ocaq, alov və s.

13.Feilin növ kateqoriyası


Feillər iş, hal, hərəkət bildirir. Həmin iş, hal, hərəkət müəyyən subyekt
tərəfindən icra olunduğu kimi, həm də bu və ya digər obyekt üzərində icra
olunur. Bu üç anlayışın subyekt və obyektin qarşılıqlı münasibətinin dildə
ifadəsi nəticəsində feillərin növ kateqoriyası yaranır. Feilin 6 növü var: məlum,
məchul, qayıdış, qarşılıq, müştərək birgəlik) və icbar növ.
Məlum növ feillərdə subyekt (iş, hal və hərəkəti icra edən) məlum olur və feilin
bu növünün özünə məxsus şəkilçisi yoxdur. Məsələn: Əli məktubu oxudu və ya
məktubu oxudum// oxudun// oxudu. Məlum növ feillərdə subyekt ya özü
bilavasitə iştirak edir və ya asanlıqla təsəvvür edilir.
Məchul növ feillərdə subyekt məlum olmur və ya qeyri-fəal şəkildə özünü
göstərir. Bu növü yaratmaq üçün təsirli feillərə -ıl4 və -ın4 şəkilçiləri artırılır və
təsirsiz feillərə çevrilir. Məsələn: qapı döyüldü, ağac kəsildi, kitab alındı və s.
Məchul növ feillərdə subyektin müəyyənləşdirilməsi üçün kim kim tərəfindən?
Sualı vermək olur ki, bu zaman işin icrası üzə çıxarılır. Məsələn: Kitab oxundu-
Kitab kim tərəfindən oxundu?- Kitab Əli tərəfindən oxundu.
Məchul növün şəkilçiləri saitlə bitən feillərə əlavə olunduqda şəkilçinin saiti
düşür və ya bitişdirici y samiti əlavə olunur. Məsələn: yu-yul-maq, ye-yil-mək
Qayıdış növ Feilin bu növündə subyekt və obyekt eyni olur Yəni, subyekt iş və
hərəkəti öz üzərində icra edir. Feilin bu növünü də yaratmaq üçün -ıl4 və -ın4
şəkilçilərindən biri artırılır. Qayıdış növ feillər də təsirli feillərdən yaranıb
təsirsiz olur. Qayıdış və məchul növ feillərin şəkilçiləri eyni olsa da, feillərin
ifadə etdiyi məna bir birindən fərqlənir. Belə ki, məchul növ feillərdə icraçı
məlum olmur, qayıdış növ feillərdə isə subyekt və obyekt məlum olur, subyekt
həm də obyekt olur.
Qarşılıq növ Feilin bu növündə iş və hərəkət bir deyil, iki subyekt tərəfindən
icra olunur. Qarşılıq növ feillər əksər hallarda təsirli feillərə -ış4 ; -aş4 şəkilçisi
artırmaqla düzəlir və təsirsiz feilə çevrilir. Məsələn: yazışmaq, görüşmək,
vuruşmaq; Əli dostu ilə görüşdü.
Müştərək(birgəlik) növ feillər formal baxımdan qarşılıqlı növə bənzəsə də,
feildə ifadə olunan mənadan aydın olur ki, bu növdə öz əksini tapan iş və
hərəkət iki subyekt tərəfindən qarşı-qarşıya deyil, bir neçə subyekt tərəfindən
müştərək, birgə şəkildə icra olunur. Bu növün yaranmasında da -ış4 ; -aş4
şəkilçilərindən istifadə olunur. Məsələn: qaçışmaq, gülüşmək, ağlaşmaq; Əlinin
bu hərəkətinə dostları ürəkdən gülüşdülər.
İcbar növ Bu növ hər hansı subyektin tələbi, xahişi ilə iş və hərəkətin digər şəxs
tərəfindən icra olunduğunu bildirir. Feilin bu növü əksər hallarda təsirli
feillərdən yaranıb, təsirli olaraq qalır. İcbar növ feilin kökünə -dır4 (ıt)
şəkilçisini artırmaqla düzəlir. Məsələn: aldırmaq, yazdırmaq, sildirmək,
yandırmaq və s. Əli gələn yükləri vaxtında boşaltdırdı.

14.Samit səslər və onların təsnifi


Samit səslərin tələffüzü zamanı ağciyərlərdən gələn hava axını ağız boşluğunda
müəyyən maneələrə rast gəlir və bu maneələr nəticəsində ayrı-ayrı samit səslər
meydana çıxır. Azərbaycan dilində 24 samit səs vardır və bu samitlərin hər biri
müəyyən hərflərlə işarə olunur. Yalnız bir hərflə -k iki səs işarə olunur.
Azərbaycan dilində samitlər müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırılır. Bu
zaman samitlərin əmələ gəlmə üsulu, danışıq üzvlərinin samitlərin
tələffüzündəki fəallığı və s. nəzərə alınır. Azərbaycan dilindəki samitləri əmələ
gəlmə yerinə və üsuluna görə qruplaşdırırlar.
I Əmələ gəlmə yerinə görə samitlər danışıq üzvlərinin samitlərin tələffüzündəki
roluna əsasən müəyyənləşdirilir və 3 qrupa bölünür:
a) Dilin ön hissəsinin fəal iştirakı ilə yarananlar dilönü samitlər adlanır: t, d, s,
z, ş, j, c, ç, l, n, p
b) Dilin orta hissəsinin yuxarı qalxması ilə yarananlar dilortası samitlər adlanır:
k, g, y
c) Dilin arxa hissəsinin yuxarı qalxması ilə yarananlar dilarxası samitlər adlanır:
q, x, ğ, k’
Dodaq samitlərinin tələffüzündə dodaqlar daha fəal iştirak rol oynayır və bu
baxımdan onlar 2 yerə bölünür: a) qoşa dodaq samitlər: m, b, p b) dodaq-diş
samitləri: v, f . Boğaz samiti: h
II Əmələ gəlmə üsuluna görə müasir Azərbaycan dilində partlayan ( k, g, p, b, t,
d, q, m, n, k’ ) və sürtünən ( z, s, j, ş, f, v, y, l, r, ğ, x, h ) samitlər vardır.
III Səs tellərinin vəziyyətinə görə isə kar ( p, x, s, t, f, ç, ş, k, h) və cingiltili ( b,
ğ, z, d, v, c, j, y, g, l, m, n, r ) samitlər vardır. Cingiltili samitlərdən dördü sonor
samitlər (l, m, n, r ) adlanır.
Samit səslərdən ğ sözün yalnız ortasında və sonunda işlənə bilir. Digər samitlər
isə sözün hər yerində-əvvəlində, ortasında və sonunda işlənə bilir.
15.Heca və onun növləri
Tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələri heca adlanır.
Azərbaycan dilində hecalar sait səslərlə düzəlir. Ona görə də sözdə neçə sait səs
varsa, o qədər də heca olur. Hecalar fonetik tərkibinə görəbir səsdən ibarət ola
bilir. Təkcə bir səsdən- saitdən ibarət olan heca saf heca adlanır. Məs: a-ta, a-na,
ü-zük və s.
Sait və samitlərin birləşməsindən yarananlar isə qovuşuq heca adlanır. Məs: al,
ba-ba, dörd, al-tı və s. Hecanı təşkil edən səslərin sayına görə hecalar bir (o, a-
na), iki (ot, su, ba-ba), üç (biz, gəl), dörd (plan, yurd), beş (spirt, blank) səsli ola
bilir. Sözlərdə ilk və son səslərin xarakterinə və işlənməsinə görə hecaların dörd
növü özünü göstərir: açıq, qapalı, örtülü, örtüsüz hecalar.
Açıq hecalar sonu saitlə bitənlər (ye-ni), qapalı hecalar sonu samitlə bitənlər
(ilk, gəl), saitlə başlayanlar örtüsüz (əl, öz), samitlə başlananlar isə örtülü (kü-
lək) heca adlanır. Azərbaycan dilində hecalarda sait və samitlərin ardıcıllığı
baxımından onların müxtəlif tipləri özünü göstərir. Belə ki, Azərbaycan dilində
anca saitdən ibarət olan (o-taq, a-şıq), sait və samitdən (al, əl), samit və saitdən
(də-lə, çə-ki), samit, sait və samitdən (gəl, get) , sait və iki saamitdən (ilk, and)
ibarət olanlar və digər tipləri müşahidə edilir. Tarixən olduğu kimi, müasir
dilimizdə də milli dilə məxsus oıan sözlərdə hecalarda qoşa samitin işlənməsi
çox az təsadüf olunan heca növü hesab olunur. Lakin zaman keçdikcə dildə iki
samit yanaşı işlənən sözlərimizə də rast gəlmək olur. Məs: dörd, üst, alt və s.
16. Leksik, morfoloji və sintaktik yolla söz yaradıcılığı
Azərbaycan dilində söz yaradıcılığı əsasən 3 üsulla baş verir: leksik üsulla,
morfoloji üsulla və sintaktik üsulla söz yaradıcılığı.
Leksik üsulla sözyaratma deyərkən dildəki sözlərin mənalarının genişlənməsi,
onların yeni mənalar kəsb etməsi, dialekt və şivələrdən hazır söz və ifadələrin
ədəbi dilin lüğət tərkibinə daxil olması ilə lüğət tərkibinin zənginləşməsi nəzərdə
tutulur. Məs: ilğım, qırov, bürkü, nimdər, sayrışmaq, hülü, qınamaq, göyçə və s.
Ayrı-ayrı sözlər yeni mənalar kəsb edərək omonimləşir ki, bu da leksik yolla
sözyaratma hesab edilir. Məs: baş, qol, köç, ac, düz və s. Ümumi isimlərin
xüsusi isimlərə keçməsi və sifətlərin isimləşməsi yolu ilə də lüğət tərkibi
zənginləşir. Məs: Badam, Aslan, Alim, Qoca və s.
Morfoloji üsulla sözyaratmanın mahiyyəti odur ki, ayrı-ayrı müstəqil mənalı
sözlər sözdüzəldici şəkilçilər qəbul edərək yeni leksik mənalı sözlərin
yaranmasına və beləliklə, lüğət tərkibinin zənginləşməsinə imkan verir. Ayrı-
ayrı şəkilçilərin müxtəlif sözlərə artırılması ilə fərqli semantikalı sözlər yaranır.
Belə hallarda sözdüzəldici şəkilçilər adlara və feillərə artırılır və yeni yaranan
sözlər də adlar və ya feillər ola bilir. Bu baxımdan morfoloji yolla söz
yaradıcılığında iştirak edən sözdüzəldici şəkilçiləri ümumi şəkildə ad düzəldən
(-sız,-laq, -çı, -ı, -ma) və feil düzəldən (-a, -laş, -lan, -la) şəkilçilər kimi
qruplaşdırmaq olar.
Sintaktik üsulla sözyaratmada iki müstəqil məna daşıyan söz məna və
qrammatik baxımdan birləşərək yeni məzmunlu, mürəkkəb quruluşlu leksik
vahid yaradır. Bu üsulla yaranan sözlər bir vurğu altında deyilir və çox hallarda
bitişik yazılır. Sintaktik yolla yaranan bir çox mürəkkəb sözlərin yaranmasında
əsas semantik məna aparıcı olur. Məs: tozsoran, vintburan, yelqovan, taxılbiçən
və s. Bir qrup mürəkkəb sözlərin yaranmasında müəyyən bənzətmə əsas rol
oynayır, bəzilərində isə adlandırılan əşyanın bu və ya digər xüsusiyyəti öz əksini
tapır. Məs: quzuqulağı, güləndam, ördəkburun, dəvəquşu, sarıköynək,
qırxbuğum və s. Mürəkkəb sözlərin komponentləri isim+isim, sifət+isim, isim+
f. sifət, say+isim ola bilər. Sintaktik yolla sözyaratmada ayrı-ayrı sözlər iki yolla
birləşir. Onlar heç bir vasitə olmadan məna baxımından birləşərək bir vurğu
altında deyilir. Məs: istiot, beşdaş və s. Bu növ leksik-sintaktik üsul hesab edilir.
Digər növdə isə sözlərin birləşməsi zamanı müəyyən qrammatik vasitələrdən
( məns. və ya feili sifət şəkilçisi) istifadə edilir. Məs: dəvədabanı, itburnu,
kəklikotu və s.

17.İsmin hal kateqoriyası


İsimlər xas olan qrammatik kateqoriyalardan biri də hal kateqoriyasıdır. Bu
kateqoriya isimlərin, isimləşmiş sifət, say, əvəzlik, feili sifət və məsdərlərin
müəyyən şəkilçilər qəbul edərək digər sözlərlə əlaqəyə girməsinə imkan yaradır.
Sözlər hal şəkilçisi qəbul etməklə digər sözlərlə sintaktik əlaqəyə girir və
cümlənin formalaşmasında mühüm rol oynayır. İsmin hallarının ifadə etdiyi
mənaları nəzərə aldıqda onları iki qrupa ayırmaq olar. Məkan, yer mənası ifadə
edən məkani hallar, digərləri isə qrammatik ( və ya qeyri- məkani) hallardır.
İsmin adlıq, yiyəlik, təsirlik halları qrammatik, yönlük, yerlik, çıxışlıq isə
məkani hallar adlanır. İsmin altı halı vardır: adlıq, yiyəlik, yönlük, yerlik təsirlik,
çıxışlıq. 
İsmin adlıq halı əşya və hadisənin adını bildirir, kim? nə? hara? suallarından
birinə cavab verir və heç bir hal şəkilçisi qəbul etmir. Adlıq halda olan söz digər
ad məzmunlu sözlə sintaktik əlaqəyə girərək birinci növ təyini söz birləşməsinin
birinci tərəfi kimi çıxış edir. Məsələn: qızıl üzük, taxta qapı. 
İsmin yiyəlik halı daha çox sahiblik, yiyəlik, aidlik mənalarını ifadə edir.
Kimin? nəyin? haranın? suallarından birinə cavab olur və sahib şəxslə mənsub
əşya arasında münasibəti ifadə edir. Yəni tərəflərdən biri sahiblik, digəri isə
mənsub olma mənası ifadə edir. İsmin yiyəlik halı iki cür olur: müəyyənlik
( şəkilçili) və qeyri - müəyyənlik ( şəkilçisiz) bildirənlər.  Müəyyən yiyəlik hal
sözlərə -ın⁴ (nın⁴) artırmaqla düzəlir və konkretlik ifadə olunur. Məsələn: kitabın
üzü, qələmin rəngi.  Qeyri müəyyənlik bildirən hal ikinci növ təyini söz
birləşməsinin birinci tərəfi kimi çıxış edir. Məsələn: uşaq bağçası, qar soyuğu,
novruz gülü. Formasına görə adlıq halda oxşasa da, işlənmə yerinə görə ondan
fərqlənir. Qeyri müəyyənlik bildirən hala şəkilçi artıraraq müəyyənlik bildirən
hala çevirmək, konkretləşdirmək mümkündür. 
Təsirlik hal hərəkətin təsir etdiyi obyekti, üzərində iş, hərəkət icra olunan əşya
və obyekti bildirir. Cümlədə bilavasitə təsirli feillərlə bağlı olur. Bu halı
fərqləndirən xüsusiyyətlərdən biri də onun xəbər funksiyasında işlənə
bilməməsidir. Əksər hallarda, tamamlıq vəzifəsində işlənilir. İki cür olur:
müəyyənlik və qeyri - müəyyənlik.  Müəyyən təsirlik halda işlənən sözlərin
məzmununda müəyyənlik, konkretlik ifadə olunur. -ı⁴ (-nı⁴) şəkilçisi ilə yaranır.
Məsələn: kitabı gətir, onu çağır, qutunu aç. Bəzən mənanı daha da
konkretləşdirmək üçün o, bu həmin işarə əvəzliklərindən istifadə olunur.
Məsələn: Əli o kitabı oxudu.  Müəyyən təsirlik halın şəkilçisi ilə üçüncü şəxsin
mənsubiyyət şəkilçisi oxşarlıq təşkil edir. Bu halda olan söz üzərində iş icra
olunan obyekti bildirdiyi halda, mənsubiyyət şəkilçili söz əşya və ya şəxsə
mənsub olanı bildirir. Qeyri müəyyənlik bildirən halda şəkilçi olmur. Nə sualına
cavab verir və adlıq halla oxşarlıq təşkil edir. Fərq budur ki, q.m təsirlik halda
olan sözlərə çox vaxt təsirlik hal şəkilçisi artırmaq mümkün olur. 
Yönlük hal hərəkətin, işin yönəldiyi şəxsi, əşyanı, istiqamətini, hərəkətin son
nöqtəsini bildirir. Bu hal -a² şəkilçisi ilə düzəlir. Kimə nəyə haraya suallarından
birinə cavab olur. Məsələn: Kitabı dostuna ver. O, güzgüyə baxır. Bəzən
qoşmalarla işlənə bilir və istiqamət bildirir. Tərəf, doğru, sarı qoşmaları ilə
işləndikdə: Onlar şəhərə doğru hərəkət etdilər. Kimi, qədər,-dək,-can qoşmaları
ilə işləndikdə: Ovçular meşəyə qədər heç nə danışmadılar. 
Yerlik hal özündə yer, məkan mənası ifadə edir. -da² şəkilçisi ilə düzəlir.  Yerlik
hal müxtəlif məzmunları ifadə edir. Məsələn: Kitabda şəkil var. Meşədə
heyvanlar var. 
Çıxışlıq hal məkan və zaman baxımından iş, hal, hərəkətin başlanğıc yeni çıxış
nöqtəsini bildirir. -dan² şəkilçisi ilə düzəlir.  Çıxışlıə halda işlənən sözlər hal,
hərəkətin, işin çıxış nöqtəsini ( işçilər tarladan qayıtdılar), fikrin mənbəyini
( kitabdan oxumaq istəyirəm) və s. mənaları bildirir. Qoşmalarla da işlənə bilir.
Başqa, savayı, bəri, qabaq, əvvəl, ötrü, artıq, çox qoşmaları ilə işlənərək
müxtəlif məna çalarları ifadə edir. Onun səndən başqa kimsəsi yoxdur.
Dünəndən bəri yağış yağır.
18. Dilin lüğət tərkibinin zənginləşmə yolları
Azərbaycanda siyasi, iqtisadi, elmi, mədəni tərəqqi və yüksəlişlə əlaqədar olaraq
dilimiz də çox sürətlə zənginləşmiş və inkişaf etmişdir. Zənginləşmə və inkişaf
dilimizin həm də leksikasında və frazeologiyasında özünü göstərir. XX əsrdə
Azərbaycan ədəbi dili lüğət tərkibinin zənginləşməsində iki mənbədən istifadə
edilmiş və hazırda da bunlardan istifadə olunur: birincisi, dilimizin daxili
imkanları, ikincisi başqa dillərin vasitələri.Ədəbi dilimizin lüğət tərkibi onun
daxili imkanları asasında, başlıca olaraq, iki yolla zənginləşir; birincisi yeni söz
və ifadə yaradılmaqla, ikincisi dialekt və şivələrdən söz və ifadə götürülməklə.
Məlumdur ki, dilin lüğət tərkibinin zənginləş- məsi, başlıca olaraq, yeni sözlərin
yaranması hesabına olur. Yeni söz və ifadə yaratmaq Azərbaycan dilində
müntəzəm davam edən zəruri bir prosesdir. Bu proses dilimizdə qüvvətli olduğu
kimi, həm də çox məhsuldardır.
Müasir Azərbaycan ədəbi dilində yeni söz və ifadələr müxtəlif şəkildə bir sıra
üsullarla yaradılır.
1. İxtisarlar vəsitəsi ilə, məs: k.- kənd, qəp,- qəpik, ADU- Azərbaycan Dillər
Universiteti, BMT- Birləşmiş Millətlər təşkilatı
2. Semantik yolla, yəni semantik hadisələr əsasında məs, zahid ümumi sözündən
Zahid xüsusi sözünün yaradılması və s.
3. Morfoloji yolla, yəni sözdüzəldici şəkilçilər (-lıq⁴, -ma²,-ar² və s.) vasitəsi ilə
4. Sintaktik yolla, yəni iki və artıq sözün birləşməsi ilə (ağacdələn, əl-üz yuyan)
Ədəbi dilin lüğət tərkibinin zənginləşməsində dialekt və şivələrin də xüsusi rolu
vardır. Ədəbi dilin lüğət tərkibinin zənginləşməsində dialekt və şivələrin də
xüsusi rolu vardır. Dialekt və şivələrdən ədəbi dilə müntəzəm olaraq söz və
ifadələr keçir. Söz və ifadələr ədəbi dilə yazıçı, alim, müəllim və mətbuat işçiləri
vasitəsilə dialekt və şivələrdən keçir. Şair və yazıçıların əsərlərində işlənən
dialekt sözü geniş oxucu kütləsinə malik olub, özünə hüquq qazandıqda ədəbi
dilin lüğətinə daxil olur. Bu nöqteyi-nəzərdən, məsələn: bürkü, yöndəm,
qınamaq, güvənmək, güdmək, qumral, hayan, yarğan və s. kimi yüzlərlə söz
ədəbi dilimizə şair və yazıçılar tərəfindən gətirilmişdir. Bunlardan əlavə, onlarca
frazeoloji vahid də ədəbi dilimizə dialekt və şivələrdən keçmişdir. Dialekt və
şivələrdən söz almaqda ciddi ehtiyatlılıq tələb olunur. Çünki dialektdə işlənən
hər sözü ədəbi dilə gətirmək olmaz. Əks təqdirdə bu, ədəbi dili ağırlaşdırar,
onun inkişafına mənfi təsir göstərə bilər.
Ədəbi dilin leksika və frazeologiyası ancaq öz daxili imkanları əsasında deyil,
həm də başqa dillərin vasitələri ilə zənginləşir. Alınmalar hesabına dilimizin
lüğət tərkibi, əsasən, üç yolla inkişaf edir:
1.Leksik-semantik alınma yolu ilə. Başqa dilin sözlərinin tərcümə edilmədən
eyni ilə götürülməsinə leksik-semantik alınma deyilir; məsələn: radio, teatr və s.
2.Leksik-morfoloji alınma yolu ilə. Yeni mənalı söz əmələ gətirmək üçün başqa
dillərdən leksik şəkilçilər götürülür. Dilimizdəki -dar, -baz, -xana, -stan, -şünas
və s. Şəkilçiləri alınmadır. Məs: dil-şünas, Hind-istan və s.
Bu şəkilçilərdən başqa dilimizdə beynəlxalq sözləri əmələ gətirən ünsürlər də
işlənir. Belə ünsürlər mənşəcə Avropa dillərinə məxsusdur. Məsələn: Latın
dilinə aid: -avi- (avis-qus)-aviapoçt, aviavağzal. Yunan dilinə aid arxeo-
(archaios- qədim), arxeo- qraf, arxeoloq, arxeologiya və s.
3.Kalka yolu ilə. Başqa dillərin söz və ifadələrinin eyni ilə deyil, tərcümə
edilərək alınmasına kalka yolu ilə alınma deyilir. Kalkada sözün forması, onun
səslənməsi yox, ifadə etdiyi mana götürülür; məsələn:
Черное золото-qara qızıl
Kalkalar iki cür olur: a) leksik kalkalar, b) frazeoloji kalkalar.
Leksik kalka: xolodilnik-soyuducu və s.
Frazeoloji kalkalara bir sıra sabit birləşmələri, məsəl
Varı ifadə və ibarələri misal göstərmək olar; Məsələn: He имей сто рублей, а
имей сто друзей – Yüz manatın olunca yüz dostun olsun və s.
19.Ədat
Ədatlar sözlərin və cümlələrin mənasını qüvvətləndirən,onlarda müxtəlif
məna çalarlıqları yaradan köməkçi nitq hissəsidir. Ədatlar da, qoşmalar kimi,
əsas nitq hissələrindən törəyib şəkilçiləşməyə doğru inkişaf edan nitq hissəsidir.
Bu inkişaf prosesinin nəticəsidir ki, bir çox ədatlar vardır ki, onlar
həıə də əsas nitq hissələrindən tam şəkildə uzaqlaşmamış və həm müstəqil leksik
mənalı söz, həm də ədat kimi işlənə bilir.  Bu baxımdan ədatlar dörd qrupa
bölünür:
a) həm müstəqil nitq hissəsi, həm ədat kimi işlənənlər: elə, belə, artıq, tək, bir, bax,
gəl, qoy, gör və s. 1. Elə danışırsan ki, guya bu işlərdən xəbərin yoxdur. (zərf kimi)
2.Elə məndə onu deyirəm. (ədat kimi) 1.İşə vaxtında gəl. (feil kimi) 2. Gəl bu inadı
ətəyindən tök. (ədat kimi)
b) həm bağlayıcı, həm ədat kimi işlənənlər: ki, hətta, ancaq, da, də və s.  1. Əli dedi
ki, dərslərə yaxşı hazırlaşacaq (bağlayıcı) 2.Sənsiz dünya boş qalmayacaq ki.
(ədat) 1. Mən gəlmişdim ancaq sən evdə yox idin. (bağlayıcı )   2.Ancaq sən bu işin
öhdəsindən gələ bilərsən. (ədat)
c) sabitləşmiş ədatlar: lap, axı, məhz, kaş, barı və s. Məsələn: Axı sən bu sözləri niyə
mənə deyirsən? Lap işin sonuna qədər gedǝcəyəm. 
d) şəkilçiləşməyə doğru gedənlər (-ca", -m, -sana). Məsələn: Gəlsənə bu işləri
sakitcə yoluna qoyaq. Etdiyin əməllərdən utanırsanmi?
Ədatlar mənaca növlərinə görə 7 yerə bölünür: 1) qüvvətləndirici ədatlar; 2)
dəqiqləşdirici ədatlar; 3) məhdudlaşdırıcı ǝdatlar; 4) əmr və təkid ǝdatları; 5)
təsdiq və inkar ǝdatları; 6) sual ǝdatları; 7) arzu, istək bildirən ədatlar.
1) Qüvvətləndirici ədatlar aid olduğu sözün və cümlənin mənasını
qüvvətləndirir, onun təsirini artırır. Bu növǝ lap, axı, ən, daha, bircə ədatları
daxildir. Məsələn: Axı sən belə deməmişdin. Bircə vaxtında çata biləydik. 
2) Dəqiqləşdirici ədatlar : aid olduğu sözün mənasının dəqiq ifadə olunmasına
kömək edir: elə, məhz, əsl. Məsələn: Elə mən də onu düşünürdüm. Məhz bu
işləri sən görməlisən. 
3) Məhdudlaşdırıcı ədatlar: yalnız, ancaq, təkcə, ela, Məsələn: Yalnız sənin üçün
buraya gəlmişəm. Təkcə sənin xətrinə razı oldum. 
4) Əmr və təkid ədatları : gəl, bax, gör, qoy, ha, di, -sana. Məsələn: Gəl
dərslərimizi vaxtında hazırlayaq. Qoy yaz gəlsin, torpaq oyansın, sonra əkinə
başlayaq. 
5) Təsdiq və inkar ədatları : bəli, hə, yox, xeyr, əsla.Məsələn: Bəli bu işlərin
öhdəsindən gəlsək, yaxşı olacaq . Yox, sən deyənlə razı ola bilmərəm.
6) Sual ədatları: bəs, məgər, ki, -mı. Məsələn: Bəs mənimlə kinoya
getməyəcəksən? Bu gün dərsə gələcəksənmi?
7) Arzu, istak bildirən ədatları : kaş, barı, bircə, nola, təki  Məsələn: Kaş bütün
arzuların çin olaydı. Bircə dərslərimi vaxtında hazırlaya biləydim.
20.Fonetika, onun növləri
Fonetika dilçiliyin bölmələrindən biri olmaqla dilin sistemini öyrənir.
Fonetikada səslərin əmələ gəlməsinin fizioloji əsasları, onun mahiyyəti, səslərin
yaranmasında iştirak edən üzvlər və onların rolu öyrənilir, nitq prosesində
səslərin yerinə yetirdiyi vəzifələrə aydınlıq gətirilir. Fonetikada, ümumiyyətlə,
səslər deyil, ictimai mahiyyət daşıyan səslər öyrənilir. Başqa sözlə desək, səslər
iki cür olur: fiziki səslər və ictimai səslər. Fiziki səslər dedikdə təbiətdə baş
verən hadisə və proseslərin, canlıların, əşyaların və s. çıxardığı səslər nəzərdə
tutulur. İctimai mahiyyətli səslərə insanlar arasında ünsiyyat prosesinin
reallaşmasına xidmət edən səslər – danışıq səsləri aid edilir. Danışıq səsləri, yəni
ictimai mahiyyət kəsb edən səslər dilin ən kiçik vahidləri olmaqla insanlar
arasında ünsiyyət prosesinin yaranmasında mühüm rol oynayır. Məhz dilçiliyin
bir bölməsi olan fonetika da ictimai səsləri müxtəlif yöndən öyrənib izah edir.
Bu baxımdan Fonetikanın üç növü mövcuddur:
a)tarixi fonetika, b) müqayisəli fonetika va c) təsviri fonetika.
1.Tarixi fonetikada danışıq səsləri tarixi abidələrin materialları əsasında
araşdırılır, dilin səs sisteminin ayrı-ayrı tarixi dövrlərdəki vəziyyəti və İnkişaf
xüsusiyatlari öyrənilir.
2. Müqayisəli fonetika dilin səs sistemini qohum va qeyri-qohum dillərin səs
sistemi ilə müqayisə edərək öyrənir. Fonetikanın bu növü həm də dilin ayrı-ayrı
dialekt və şivə materiallanin müqayisə olunması, burada özünü göstərən
oxşarlıqlan və fərqli cəhətlərin üzə çıxarılması yolu ilə danışıq səslərini tədqiq
və təhlil edir.
3. Bu və ya digər dilin səs sisteminin müasir vəziyyəti, fonetik sistemdə
müşahidə olunan qanunauyğunluqlar və baş verən proseslər təsviri fonetikada
öyrənilir. Təsviri fonetikada düzgün tələffüz və yazı qaydaları, onun
qanunauyğunluqları və səs sisteminin müasir vəziyyǝtində onların təsnif
olunması, qruplaşdırılması və s. məsələlər də öyrənilir. Ünsiyyət prosesinin
yaranmasında iştirak edən danışıq səsləri insanın ayrı-ayrı üzvlərinin fəal iştirakı
ilə yaranır. Səslərin yaranmasında bu və ya digər şəkildə iştirak edən
üzvlər danışıq üzvləri və ya nitq cihazı adlandırılır. Danışıq üzvlərini mövqeyinə
görə aşağı, orta və yuxarı üzvlər, danışıq səslərinin tələffüzündəki iştirakına görə
isə fəal və qeyri-fəal üzvlər şəklində qruplaşdırmaq olar.
Aşağı danışıq üzvlərinə ağ ciyər və nəfəs borusu, orta üzvlərə qırtlaq və səs
telləri, yuxarı üzvlərə isə ağızla əlaqədar olan üzvlər - dil, dişlər, dilçək, damaq,
dodaqlar və çənələr aid edilir. Yəni hava axını ağ ciyərdən başlayaraq ağızdan
xaric olana qədər müxtəlif səslər əmələ gəlir və yuxarı danışıq üzvlərinin iştirakı
ilə ayrı-ayrı səslər tələffüz olunur.
Danışıq səslərinin tələffüzü prosesində dil, dodaqlar, səs telləri, dilçək, alt çənə
daha fəal iştirak edirsə, dişlər, nəfəs borusu, ağciyər, sərt damaq nisbətən qeyri-
fəal iştirak edir və qeyri-fəal üzvlər adlanır. Deməli, danışıq səslərinin tələffüzü
zamanı danışıq üzvlərinin hər biri bu və ya digər dərəcədə müəyyən rol oynayır.
Müasir Azərbaycan dilində danışıq səsləri əmələ gəlməsinə, keyfiyyətinə və
səslənməsinə görə iki yerə bölünür: sait səslər və samit səslər. Dilçilikdə sait
səslər sistemi vokalizm, samit səslər sistemi isə konsonantizm adlandırılır.
21. Sifətin dərəcələri
Sifətin dərəcələri onu digər nitq hissələrindən fərqləndirən əsas morfoloji
xüüsusiyyət hesab edilir. Bəzi sifətlər əşyaya xas olan bu və ya digər
xüsusiyyəti, əlamət və keyfiyyəti adi şəkildə (adi dərəcədə) bildirirsə, bəzi
sifətlər həmin xüsusiyyəti, yəni əlamət və keyfiyyətin adi dərəcədən çox və ya
az olduğunu bildirir. Bu baxımdan sifətlərin üç dərəcəsi qeyd edilir: adi, azaltma
və çoxaltma dərəcəsi.
Adi dərəcə digər dərəcələr (azaltma və çoxaltma) üçün meyar hesab edilir. Yəni
digər dərəcələr məhz adi dərəcə ilə müqayisədə meydana çıxır. Bu dərəcənin
yaranması üçün heç bir formal əlamət olmur. Sadə sifətlər adi halda işləndikdə
əşyanın əlamət və keyfiyyətini normal, heç bir əlavə olmadan adi şəkildə istifadə
edir. Məsələn: ağ, göy, şirin, acı, uca, qısa, sarı, ala, boz, qara, turş və s.
Azaltma dərəcəsi əşyanın əlamət və keyfiyyətinin adi dərəcədən az olduğunu
ifadə edir. Belə ki, əgər uzun sözü iləəşyanın əlamətini adi halda ifadə etmək
mümkün olursa, uzunsov sözü ilə əşyanın əlamətinin adi haldan az olduğu
bildirilir və ya qara, sarı, şirin, göy və s. sifətlərlə əşyanın əlamət və
keyfiyyətinin adi halda, adi dərəcədə olduğu bildirilirsə, qaraşın, sarışın,
şirintəhər; göyümsov sözləri ilə əlamət və keyfiyyətin adi dərəcədən az olduğu
ifadə edilir. Sifətin azaltma dərəcəsini əmələ gətirmək üçün rəng bildirən
sifətlərə -ımtıl, -mtraq (sarımtıl, qırmızımtıl, ağmtıl, göyümtül, sarımtraq,
ağımtraq və s.), -ımsov (ağımsov, göyümsov), -şın (qaraşın, sarışın), digər
əlamət bildirən bəzi sifətlərə -sov (uzunsov, dəlisov), -raq (gödərək, yaxşıraq)
şəkilçiləri artırılır.
Verilmiş nümunələr də aydın şəkildə göstərir ki, bu şəkilçilər məhdud işlənmə
dairəsi ilə seçilir və ayrı-ayrı sifətlərdə fərqli şəkildə özünü göstərir.
Sifətin azaltma dərəcəsini əmələ gətirmək üçün bəzi sifətlərin əvvəlinə açıq, ala
və təhər sözləri artırılır və hər hansı əlamət və keyfiyyətin adi dərəcədən az
olduğu ifadə edilir. (Dilçilikdə dərəcə əlamətinin bu cür fərqli şəkildə ifadə
olunması sifətin dərəcələrinin analitik və ya sintaktik üsulu adlandırılır.)
Məsələn: açıq sarı, açıq qırmızı, alaqaranlıq, alayarımçıq, göytəhər, sarıtəhər,
boztəhər və s.
Sifətin çoxaltma dərəcəsi əlamət və keyfiyyətin adi dərəcədən artıq olduğunu
bildirir. Azaltma dərəcəsi kimi, çoxalt-ma dərəcəsi də fərqli şəkildə düzəlir və
məhdud işlənmə dairəsinə malikdir. Sifətin çoxaltma dərəcəsi iki yolla əmələ
gəlir. Bəzi rəng bildirən və digər mənalar ifadə edən sifətlərin əvvəlində həmin
sifətin iki səsinə (samit və saitə) m, p, s, r samitlərindən biri əlavə olunaraq
həmin hissə sifətin əvvəlinə artırılır və sifətlə bütöv şəkildə işlədilir. Bu dərəcə
bəzi dilçilik əsərlərində şiddətləndirmə dərəcəsi də adlandırılır. Məsələn:
qıpqırmızı, gömgöy, sapsarı tərtəmiz, dümdüz, dosdoğma və s. Sifətin çoxaltma
dərəcəsini yaratmaq üçün bəzi sifətlərin əvvəlinə ən, lap, daha, tünd sözləri
əlavə olunur. Məsələn: ən gözəl, ən yaxşı, lap aydın, lap yaxşı, daha düzgün,
daha aydm, tünd göy, tünd qırmizi və s. Sifətlərin əvvəlinə artırılan bu ədatların
ümumi məzmununda qüvvətləndirmə, çoxaltma semantikası vardır və həmin
semantika sifətlərin əvvəlinə artırıldıqda həmin sifətlərin ifadə etdiyi mənanın
çoxalmasına səbəb olur. Bu isə həmin ədatların qüvvətləndirmə ədatları
adlandırılmasına səbəb olur. Həmin ədatlar işləndiyi bütün hallarda mənanın
qüvvətlənməsinə kömək edir. Məsələn: Onlar lap kəndə qədər getdilər:

22.Sözün tərkibi: kök və şəkilçi morfemlər


Sözün tərkibi. Sözlər tərkibinə görə (morfoloji quruluşuna görə) iki hissədən
ibarətdir: kök və şəkilçi.
Sözün kökü bir qayda olaraq, leksik mənaya malik olur, ayrılıqda işlənə bilir,
bütün hallarda dəyişməyib sabit qalır, müxtəlif sözdüzəldici şəkilçilər qəbul
edərək yeni mənalı sözlərin yaranmasına səbəb olur. Sözün kökü sözdəyişdirici
şəkilçilər də qəbul edə bilir və müxtəlif qrammatik funksiyalar yerinə yetirə
bilir.
Şakilçilər isə leksik (lüğəvi) mənaya malik olmayıb, yalnız qrammatik mənaya
malik olan» (qrammatik funksiya daşıyan) morfemlərdir. Söz köklərindan fərqli
olaraq, səkilçilər ayrılıqda işlənə bilmir, yalnız söz köklərinə qoşularaq onlarn
leksik və qrammatik mənasını dəyişə bilir.
Şəkilçilər müxtəlif baxımdan təsnif oluna bilər:
1. Mənşəyinə görə: Azərbaycan dilində mənşəcə əsl Azərbaycan şəkilçiləri (-
çı⁴, -a², -lı⁴, -ı⁴, -ın⁴, -da² və s.), alınma şəkilçilər (-dan, -keş, -ist, ba-, bi-, a- və
s.) işlənir
2. Variantına (ahəng qanununa tabe olub, olmamasına) görə: bir (-lov, -
sov), iki (-da², -a²), dörd (-çı⁴, -dı⁴, -1ı⁴) variantlı şəkilçilər vardır.
3. Funksiyasına görə: sözdüzəldici, sözdəyişdirici.
Sözdüzəldici şəkilçilər söz köklərinə artırılaraq onun həm formasını, həm də
mənasını dəyişir, yeni mənalı sözlər yaradır. Məsələn: dəmir-çi, vur-ğu, kəs-ici,
duz-lu, ağıl-sız vəs. Bu cür şəkilçilərin bir qismi daha çox işlənir və məhsuldar
sözdüzəldici şəkilçi hesab edilir (-lı⁴, -çı⁴, -sız⁴, -lıq⁴ və s.), bir qismi isə az işlək
olmaqla qeyri-məhsuldar sözdüzəldici şəkilçi hesab edilir. (-caq², -sal, -lov, -ım²
və s.)
Sözdəyişdirici şəkilçilər isə sözlərə artırılaraq leksik mənasını dəyişməyərək
yalnız onların şəklini dəyişdirir və sözlər arasında qrammatik əlaqənin
yaranmasına kömək edir. Bu cür şəkilçilər ayrı-ayrı qrammatik kateqoriyaların
(hal, zaman, xəbərlik, mənsubiyyət və s.) formal əlamətləri olmaqla sözlər
arasında qrammatik əlaqə yaradır.
Azərbaycan dilində sözdəyişdirici şəkilçilər sözdüzəldici şəkilçilərdən sonra
işlənir. Bir sözə bir neçə sözdüzəldici şəkilçi artırıla bildiyi kimi (yaz-ı-çı-lıq),
bir neçə sözdəyişdirici şəkilçi də artırıla bilər (kitab-ım-da, dəftər-lər-də).
Sözlər quruluşuna görə isə üç cür olur: sadə, düzəltməvə mürəkkəb.
Sadə sözlər yalnız kökdən ibarət olaraq hissələrə parçalana bilmir. Müxtəlif
şəkilçilər qəbul edərək forma və mənasını dəyişə bilir. Məsələn: gəl, al, isti,
soyuq, ot, ad, gül və s
Düzəltmə sözlər sadə sözlərə müxtəlif sözdüzəldici şə-kilçilər artırılması ilə
yaranır. Yəni bu sözlər söz kökü və söz-düzəldici şəkilçidən ibarət olur.
Məsələn: duz-duzlu, yağ-yağ-sız, kəs-kəsici, yaz-yazı və s.
Mürəkkəb sözlər isə müstəqil mənalı ayrı-ayrı sözlərin məna və qrammatik
baxımdan birləşərək yeni leksik məna kəsb etməsi və vahid vurğu altında
tələffüz olunması ilə ya-ranır. Məsələn: çaytikanı, dəvədabanı, taxıldöyən,
tankvuran, əlüzyuyan və s.
23.Sözün leksik və qrammatik mənası
Sözlərin leksik mənası dedikdə onların ifadə etdiyi, yəni daxili məna
adlandırdığımız anlayış nəzərdə tutulur. Başqa sözlə desək,sözlərin səslənməsi
zamanı təsəvvürümüzdə canlanan anlayış onun leksik mənası hesab edilir.
Dildəki sözlərin hamısı müstəqil leksik mənaya malik olmur. Onların bir qismi
tam mənalı,digər qismi isə natamam mənalı olur. Tam mənalı sözlər müəyyən
leksik mənaya malik olur. Tam mənalı sözlər müəyyən mənalar ifadə edir, bu və
ya digər anlayışın adlandırmasına xidmət edir. Lakin natamam mənalı sözlər
ayrılıqda məna ifadə etməyib müəyyən sintaktik mühitdə bu və ya digər
funksiya yerinə yetirir. Dilçilikdə bu cür sözlər köməkçi nitq hissələri
adlandırılır. Sözlərin qrammatik mənası isə onların dilin qrammatik quruluşunda
yerinə yetirdiyi funksiyalarda öz əksini tapır. Məsələn kitab sözünün leksik
mənası onun müəyyən bilikləri özündə əks etdirən əşya anlayışını bildirirsə,
onun qrammatik mənası kimi nitq hissəsi kimi olması, ad bildirməsi, cümlədə
mübtəda vəzifəsində işlənməsi və s. başa düşülür.

24.Təktərkibli cümlələr
Təktərkibli sadə cümlələr baş üzvlərdən biri əsasında formalaşır. Bu baxımdan
həmin cümlələr mübtəda əsasında və xəbər əsasında formalaşanlar şəklində iki
növə bölünür. Mübtəda əsasında formalaşan sadə cümlələrin növü vardır ki, o da
adlıq cümlələr adlandırılır. Belə cümlələrdə bu və ya digər əşyanın adı
çəkilir,onun haqqında əlavə məlumat verilmir. Məsələn: Qarabağ. Şuşa qalası.
Xan sarayı.
Xəbər əsasında formalaşan tərkibli cümlələr funksional baxımdan işlək olması
və struktur semantik xüsusiyyətlərinin zənginliyi ilə seçilir. Bu isə onlarda
predikativliyin olması ilə bağlıdır. Bu tip sadə cümlələrin 3 növü vardır: şəxssiz,
qeyri-müəyyən və ümumi şəxsli cümlələr. Şəxssiz cümlələrdə mübtəda iştirak
etmir və onu təsəvvür etmək də olmur. Məsələn: Hər yerdə sakitlikdir. Gecədir.
Qeyri-müəyyən şəxsli cümlələrdə mübtəda iştirak etmir, yəni işin icraçısı
qrammatik mübtəda kimi ifadə olunmur. Lakin bu tip cümlələrdə işin iç
icraçısını təsəvvür etmək mümkün olur. Qeyri-müəyyən şəxsli cümlələrdə
mübtəda iştirak etmir, yəni işin icraçısı qrammatik mübtəda kimi ifadə olunmur.
Lakin bu tip cümlələrdə işin icraçısını təsəvvür etmək mümkün olur. Məsələn:
Onu mərkəzə çağırdılar. Ümumi şəxsli cümlələrdə qrammatik mübtəda iştirak
etmir və burada ifadə olunan məzmun bütün şəxslərə aid olur. Məsələn: Cücəni
payızda sayarlar, nə əkərsən onu biçərsən. Predikativliyi ifadə edən qrammatik
göstəricilər olmur. Adlıq cümlələrin predikativliyi yazılı nitqdə mətnin
məzmunu, şifahi nitqdə isə intonasiya vasitəsilə müəyyənləşdirilir və daha çox
dram əsərlərinin remarkalarında işlədilir.
25.Leksikologiyanın növləri
Leksikologiya yunanca iki sözdən ibarət olub söz-lüğət haqqında təlim
deməkdir. Leksikologiya dilçiliyin bir bölməsi kimi lüğət tərkibinin müasir
vəziyyətini və tarixini öyrənir. Azərbaycan dilinin leksikologiya onun lüğət
tərkibindən, lüğət tərkibinin mənşə baxımdan xüsusiyyətlərindən, lüğət
tərkibinin inkişafına təsir edən dildaxili və dilxarici amillərin rolunun
müəyyənləşdirilməsindən ibarətdir. Leksikologiya dilin lüğət tərkibinin öyrənir.
Dilin lüğət tərkibini mütəhərrik dəyişikliyə məruz qalan, fasiləsiz olaraq inkişaf
edən və zənginləşən sahədir. Azərbaycan dilinin lüğət tərkibinin Azərbaycan
xalqının tarixi ilə sıx bağlı olduğundan xalqın tarixində baş verən ictimai-siyasi
proseslər və hadisələr ilk növbədə lüğət tərkibində öz təsirini qoyur. Dilin leksik
sistemi müxtəlif cəhətdən tədqiq edildiyi, öyrənildiyi üçün leksikologiyanın bir
neçə növü meydana çıxmışdır:
Tarixi leksikologiya. Dilin leksik tərkibinin təşəkkülü, formalaşması , onun
dəyişməsi və inkişafnı tarixilik baxımından öyrənən leksikologiya tarixi
leksikologiya adlanır.
Müqayisəli leksikalogiya. Dildə ayrı- ayrı leksik vahidləri müqayisəli şəkildə
öyrənən leksikologiya müqayisəli leksikalogiya adlanır. Bu leksikologiyaya
əsasən qohum dillərin leksik tərkibi müqayisə edilir. Bu leksikologiyada həm də
qohum olmayan dillərin, hətda bir dilin leksik vahidləri də müqayisə olunur,
onların ümumi qanunauyğunluqları aşkar edilir.
Təsviri leksikalogiya. Dilin leksik sisteminin müasir inkişaf səviyyəsi təsvir
olunan leksikologiya təsviri leksikologiya adlanır. Təsviri leksikalogiya
tarixilikdən təcrid olunmur. Burada bu və ya digər leksik ünsür tədqiq edilərkən
tarixi faktlara müraciət olunur. Buna görə də tarixi və təsviri leksikologiya bir-
biri ilə sıx bağlıdır.
26.İşlənmə dairəsinə görə söz qrupları
Dilin lüğət tərkibinə daxil olan sözlərdən ünsiyyət prosesində həmişə eyni cür
eyni dərəcədə istifadə edilmir. Bir qismi çox, digər qismi az dərəcədə işlənir. Bu
baxımdan lüğət tərkibi işlənmə tezliyinə görə aktiv və passiv leksika olmaqla iki
qrupa bölünür. Aktiv leksikaya bu və ya digər dildə danışanların daha çox
müraciət etdiyi söz qrupları daxildir. Aktiv leksikaya ümumi işlək sözlər,
terminlər, neologizmlər və poetik sözlər daxil etmək olar. Ümumi işlək leksik
qatına dildə danışanların hamısının başa düşdüyü, ünsiyyət prosesində istifadə
etdikləri sözlər daxildir. Ümumi işlək sözlər ədəbi dilin bütün üslublarında nitq
prosesinin reallaşmasında ən mühüm dil vahididir. Terminlər də aktiv leksikaya
daxildir. Terminlər cəmiyyətin müasir inkişaf mərhələsində müxtəlif sahələrin
tərəqqisi, elmi sıçrayışlar , xalqlar arasında iqtisadi, siyasi əlaqələr səbəbindən
yaranan anlayışlara terminlər də daxildir. Terminlər müxtəlif ixtisas və peşə
sahibləri ilə bağlı sözlərdir. Terminlər leksik qatının elə vahidləridir ki, onlarsız
elmi-texniki, ictimai- siyasi, iqtisadi sahələrə aid fikirlərin ifadəsi mümkün
olmazdı. Dilin terminoloji qatı cəmiyyətin inkişafına uyğun dəyişir. Terminlər
əsasən elmi üslubda işlənir. Terminlər həm milli, həm də alınma olur. Akvarel,
metafora, metonimiya kimi sözlər yalnız termin kimi işləndiyi halda, sifət, isim
kimi sözlər həm ümumi işlək, həm də termin kimi işlənir. Neologizmlər aktiv
leksikasına daxil olmaqla dilin lüğət tərkibinin zənginləşməsinə xidmət edir.
Dilin müasir inkişaf səviyyəsini neologizmlərsiz təsəvvür etmək olar. Məsələn,
son dövrlərdə rabitə və kompyuterlə bağlı çoxlu sayda yeni sözlər dilimizin
aktiv leksikasına daxil ola bilmişdir. Neologizmlər linqvistikada yaranan yeni
sözlərdir. Kompyuter, film, sms, lizinq, servis kimi yeni sözlər vardır. Müəyyən
zaman geçdikdən sonra mənası hamı tərəfindən anlaşılmağa başlayır. Məsələn
vaxti ilə dilimizdə yeni sözlər olan televizor, kino, balet kimi sözlər artıq
ümumişlək vahidləri çevrilmişlər. Poetik sözlər də dilin aktiv leksikasına daxil
olan sözlər hesab edilir. Poetik sözlər fikrin obrazlı şəkildə çatdırılmasına
xidmət edir. Poetik sözlərin mahiyyətinə uyğun olaraq biz gündəlik nitqimizdə
ifadə etdiyimiz ayrı-ayrı ifadələri çox halda obrazlı, bədii şəkildə ifadə etməyə
onun təsirini artırmaq üçün poetik sözlərdən istifadə edilir. Passiv leksika dil
daşıyıcıları tərəfindən nisbətən az istifadə edilən sözlər passiv leksikaya daxildir.
Dialektizmlər, arxaizmlər, peşə-sənət leksikası, tabu, evfezim və jarqonlar
daxildir. Dialekt leksikası bu və ya digər coğrafi ərazidə işlədililən sözlərdir.
Ayrı- ayrı coğrafi ərazilərdə dilin ən müxtəlif səviyyələrində ədəbi dillə
dialektlər arasında fərqlər müşahidə olunur. Dialektizmlərdən bədii üslubda
obrazlılığı təmin etmək üçün istifadə olunur. Qədeş, ərəbə , qaysı, bajı kimi
dialekt sözlər vardır. Arxaizmlər dilin passiv leksikasına daxildir. Dil və
cəmiyyət sıx bağlı olduğundan cəmiyyətdə baş verən hadisələr dildə əksini tapır
və müəyyən anlayışlar köhnəlir və sıradan çıxır. Məsələn altun, güz və s.
Tarixizmlər də köhnəlmiş sözlərdir, amma arxaizmlə bir fərqi var ki, bu qrupla
bağlı olan sözlər həm adları, həm də ifadə etdikləri əşyalar köhnəlib sıradan
çıxır. Məs: çarıq, dəbilqə və.s Peşə-sənət leksikası müəyyən peşə, istehsalat
sahəsi ilə bağlı sözlərdir. Yalnız həmin sahədə çalışanlara məxsusdur. Məs:
kürə, yabı, ağıl və.s Tabu sözlər deyilməsi etnik normaya uyğun gəlməyən
sözlərdir. Bu sözlər müəyyən qadağalar sistemini bildirir. Efemizimlər tabu
sözlərin mənasını yumşaltmaq, onları nəzakətli sözlə əvəz etmək üçün işlədilir.
Jarqon sözlər müəyyən qrup içində mənası başa düşülən sözlərdir. Bu sözlər
müəyyən kommunikativ konteksdə istifadə olunur konteksdən kənara çıxdıqda
mənası başa düşülmür.
27.Cümlənin baş üzvləri: mübtəda və xəbər
Cümlənin baş üzvləri olan mübtəda və xəbər onun əsasını təşkil etməklə
cümlənin formalaşmasında mühüm rol oynayır və bir-biri ilə qrammatik və
semantik baxımdan sıx bağlı olur. Mübtəda qrammatik baxımdan cümlənin
digər üzvlərindən asılı olmayaraq onun əsasını təşkil edən üzvdür. Mübtəda
kim? nə? hara? suallarından birinə cavab verir. Azərbaycan dilində xəbər
özündə şəxs məzmunu da əks etdirdiyindən mübtədanın işlənməsinə çox vaxt
ehtiyac qalmır. Məs: Mən bu gün dərsə vaxtında çata bildim. Bu gün dərsə
vaxtında çata bildim.
Mübtəda əsasən isimlərlə və əvəzliklərlə ifadə olunur. Bununla yanaşı,
isimləşmiş sifət, say, feili sifət, məsdər, təyini söz birləşmələri, substantivləşmiş
məsdər və feili sifət tərkibləri ilə də ifadə oluna bilir. Mübtədalar quruluşca
sadə və mürəkkəb ola bilir. Sözlərlə ifadə olunanlar sadə, tərkib və söz
birləşmələri ilə ifadə olunan mübtədalar isə mürəkkəb mübtədalardır. Xəbər
mübtədaya aid olan hərəkət və əlaməti ifadə edir və cümlənin ümumi məzmunu
ilə bağlı məlumatın çatdırılmasına xidmət edir. Xəbər qrammatik cəhətdən
mübtədadan asılı olur, onunla şəxsə və kəmiyyətə görə uzlaşır. Bu cümlə üzvü
nə etdi? nə edir? nədir? kimdir? necədir? və s. suallara cavab verir. Xəbərlər
cümlədə daha çox feillərlə və adlarla ifadə olunur. Bu baxımdan xəbərin iki
növü özünü göstərir: ismi və feili xəbərlər. İsmi xəbərlər adlarla - isim, sifət,
say, əvəzlik, zərf və məsdərlə, habelə feili sifətlə ifadə olunur.  Təsirlik haldan
başqa digər hallarda işlənən adlar da xəbərin ifadə vasitəsi ola bilir. Məs:
Yolumuz hayanadır? və s.
Feili xəbərlər isə yanlız feillərlə - onun müxtəlif formaları ilə ifadə olunur.  Məs:
Axşam evə tez gəl. Gərək bu işləri vaxtında görəsiniz. və s.
Xəbərlər quruluşca sadə və mürəkkəb olur. Sadə xəbərlər leksik vahidlə,
mürəkkəb xəbərlər isə söz birləşmələri ilə ifadə olunur.
28.Qoşma və onun məna növləri
Qoşmalar ayrı-ayrı sözlərə qoşularaq onların digər sözlərlə qrammatik əlaqəyə
girməsinə kömək edən köməkçi nitq hissəsidir. Qoşmaların müstəqil mənası
olmur, müxtəlif sözlərə qoşularaq onlarla birlikdə müəyyən mənalar ifadə edə
bilir. Bu nitq hissəsi qoşulduğu sözlərin  daha çox ismin yiyəlik, yönlük və
çıxışlıq halarında işlənməsini tələb edir. Qoşmalar sözlərə qoşularaq mənalar
yaradır. Bu mənaların müəyyənləşdirilməsində onların qoşulduğu sözlərin və
mətnin məzmunu əsas rol oynayır. Belə ki, bənzətmə qoşmaları yiyəlik halda
olan sözlərə qoşularaq bənzətmə mənası yaradır. (Sənin kimi/ qədər/ tək) Bir
qismi yönlük halda olan sözlərə qoşulub istiqamət, son nöqtə mənası yaradır.
(Məktəbə kimi/qədər/dək/sarı/doğru)
Çıxışlıq halda olan sözə qoşularaq fərqləndirmə mənası yaradır. (Səndən
başqa/özgə/savayı)
Çıxışlıq hala qoşulub məqsəd mənası bildirənlər: səndən, ötrü. Bir qisim qoşma
isə zaman mənası yarada bilir. (Sabaha qədər/ kimi/ dək)
Ayrı-ayrı  qoşmalar oxşar mənalar ifadə etdiyi kimi,  eyni qoşma da müxtəlif
mənalar ifadə edə bilir. Məs. Kimi və qədər həm məsafə, həm zaman, həm də
bənzətmə mənaları yarada bilir.
29. Müasir Azərbaycan dilinin onomastik sistemi
Adlar,onların əlamət və xüsusiyyətlərinin tədqiqi müasir Azərbaycan
dilçiliyində diqqəti ən çox cəlb edən vacib elmi-tədqiqat sahələrindəndir.
Dildəki hər bir xüsusi ad – onomastik vahid ictimai-tarixi inkişafın məhsuludur.
Dildə mövcud olan xüsusi adların cəmi onomastikanı təşkil edir. Deməli,
onomastika hər hansı bir dildəki xüsusi adların məcmusudur. Məsələn,
Azərbaycan dilinin onomastikasi, özbək dilinin onomastikası,türkmən dilinin
onomastikası və s. Onomastika dar və geniş mənalarda işlənilə bilir. Geniş
mənada məsələn , qitələrin onomastikası – Avropanın onomastikası,
Amerikanın onomastikası , Asiyanın onomastikası; ölkələrin onomastikası -
Çinin onomastikası ,Hindistanın onomatikası; müəyyən ölkə sahəsinin
onomastikası - Qafqazın onomastikası, Krımın onomastikası və s. Geniş mənada
nəzərdə tutulan onomastik sistem makroonomastika adlanır. Onomastikya daxil
olan hər bir vahid dilin lüğət tərkibinin üzvüdür. Bu üzvlər də başqa vahidlər
kimi mənsub olduğu dilin ümumi qanunauyğunluqlarına tabedir və öz qidasını
həmin dildən alır. Onomastik vahidlər özünəməxsus spesifik cəhətlərə malikdir.
Bunların hər biri sosial işarədir. Ona görədə bəzi mühüm məsələlərin
açılmasında bunların xüsusi rolu vardır. Onomalogiyanın tədqiqat obyekti bu
istiqamətlərə yönəldilməlidir: dilimizin leksikasındakı xüsusi sözlərin müxtəlif
cəhətlərini araşdırmaq; xüsusi sözlərin mənşəyini,areallığını,dil mənsubunu
müəyyənləşdirmək; xüsusi sözlərin struktur cəhətlərini,yaranma
yollarını,semantikasını,dildəki üslubi çalarlarını və s. öyrənmək.
30.Əvəzlik və onun mənaca növləri
Əvəzlik — Bütün əsas nitq hissələrinin yerində işlənə bilən əsas nitq hissəsinə
əvəzlik deyilir. Əvəzlik əvəz etdiyi nitq hissəsinin suallarına cavab verir.
Əvəzlik əsas nitq hissələrindən biridir.
Şəxs əvəzlikləri: mən, sən, o, biz, siz, onlar. Həmişə insana aid olmaya bilər.
Mənsubiyyətə görə dəyişmir və quruluşca sadə olur (filankəs istisnadır.). İsmin
yerində işlənən və kim? nə? suallarını cavab verən əvəzliklərə deyilir.
İşarə əvəzlikləri - İşarə məqsədi ilə işlədilən əvəzliklərə deyilir. O, bu, elə, belə,
həmin sözləri işarə əvəzlikləridir. O, bu, həmin işarə əvəzlikləri, əsasən, sifətin
yerində işlənir və hansı? sualına cavab olur. Məsələn: Bu (hansı?) kitab
maraqlıdır.
Qeyri-müəyyən əvəzliklər: hamı, hər kəs, hər nə, heç nə, hər şey, hərə, bəzisi,
kim isə, kimsə, nəsə, biri, kimi, filankəs. İsmin yerində işlənir və qeyri-müəyyən
şəxsivə ya əşyanı bildirir. Qeyri-müəyyən əvəzliklər kim? nə? suallarına cavab
olur.
Təyini əvəzliklər: Əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilir. Öz,
(öz+mənsubiyyət), hər, bütün, filan, eyni sözlərindən ibarətdir. Təyini
əvəzliklər isimləşmir, mənsubiyyətə görə dəyişmir.
Sual əvəzlikləri - Sual bildirən sözlərə deyilir. Bütün əsas nitq hissələrinin
sualları, yəni kim? nə? hara? necə? nə cür? neçə? neçənci? niyə? nə zaman? nə
etmək? və s. sual əvəzlikləridir. Bunlar isim, sifət, say və zərf, sual şəklində
əvəz edir və ya cavab almaq məqsədi ilə işlədilir. Sual əvəzlikləri əvəz etdiyi
nitq hissəsinin qrammatik xüsusiyyətlərini daşıyır. Məsələn, kim? nə? hara?
ismin sualı olduğu üçün hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir, cümlədə
mübtəda və tamamlıq olur. Sual əvəzlikləri əvəzliyin özünü də əvəz edir.
31. İsmi söz birləşmələri
İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsi
əsasında formalaşan sintaktik vahidlərə söz birləşmələri deyilir. Söz birləşmələri
sistem təşkil edən dil vahidləri içərisində sözlə cümlənin sərhəddində dayanan
sintaktik vahiddir. O, bir tərəfdən sözə, digər tərəfdən cümləyə bənzəsə də,
özünün spesifik xüsusiyyətləri ilə seçilir. Söz birləşmələrinin komponentlərinin
birləşmə xüsusiyyətinə, birləşmə dərəcəsinə və mənalarına görə iki növü var:
Sərbəst və sabit söz birləşmələri.
Sərbəst söz birləşmələri əsas tərəfinin ifadə vasitələrinə görə bir-birindən
fərqlənir. Bu tip birləşmələrin əsas tərəfin ifadəsinə görə üç növü vardır: ismi,
feili və zərf birləşmələri.
Əsas tərəfi adlarla və ya substantivləşmiş hər hansı bir sözlə ifadə olunanlar ismi
birləşmələrdir. Bu birləşmələrin komponentlərinin ifadə vasitələrinə görə,
isim+isim; sifət+isim; əvəzlik +isim; feili sifət +isim kimi modelləri vardır. İsmi
birləşmələr 2 qrupa ayrılır: 1.Təyini söz birləşmələri; 2.Təyini söz
birləşmələrinə daxil olmayan ismi birləşmələr. Təyini söz birləşmələri forma və
məzmun baxımından üç cür olur: I növ təyini söz birləşmələri, II növ təyini söz
birləşmələri III növ təyini söz birləşmələri.
I növ təyini söz birləşmələrində heç bir qrammatik əlamətdən istifadə
olunmur.İki ayrı mənalı söz semantik baxımdan birləşir. Yanaşma əlaqəsi ilə
əmələ gəlir. I tərəf atributiv (təyin), II tərəf substantiv xüsusiyyət daşıyır. II
tərəfi həmişə isimlə və ya substantivləşmiş hər hansı sözlə, l tərəf isə isim, sifət,
say, əvəzlik və feili sifətlə ifadə olunur. Hər bir tərəf ayrıca cümlə üzvü olur.
Məsələn: qızıl medal, qırmızı qələm, çox kitab, bu iş, oxuyan tələbə və s.
II növ təyini söz birləşmələrinin I tərəfi heç bir morfoloji əlamət qəbul etmir. Bu
birləşmələrin birinci tərəfi qeyri-müəyyən yiyəlik halda olur, II tərəf isə
mənsubiyyət şəkilçisi qəbul edir. Bu birləşmələr mücərrədlik bildirir,hər iki
tərəfi
əsasən isimlə ifadə olunur, tərəfləri arasına söz əlavə etmək mümkün olmur,
bütövlükdə cümlənin bir üzvü vəzifəsində işlənir. Məsələn: məktəb binası, Sahil
metrosu, dərs vəsaitləri, uşaq bağçası, dağ havası, Qız Qalası və s.
III növ təyini söz birləşmələrində I tərəf yiyəlik hal, II tərəf mənsubiyyət
şəkilçisi qəbul edir. Bu birləşmələr müəyyənlik bildirir, tərəfləri arasına digər
sözlər daxil ola bilir. Tərəfləri birlikdə bir cümlə üzvü vəzifəsində işlənir.
32.Tamamlıq budaq cümləsi
Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr funksionallıq baxımdan çox
işlənən cümlə növlərindən biri olmaqla rəngarəng məna və struktur
xüsusiyyətləri ilə seçilir. Tabeli mürəkkəb cümlənin bu növünün budaq cümləsi
baş cümlənin feillə ifadə olunan xəbərinin mənasını aydınlaşdırır və tamamlığın
sualına cavab olur, onu əvəz edir. Tamamlıq budaq cümlələri də işlənmə yerinə
görə iki cür olur: Baş cümlədən əvvəl və sonra işlənənlər.
Budaq cümlə Baş cümlədən əvvəl işlənən tamamlıq budaq cümlələrinin
komponentlərinin bağlanmasında kim, nə, hər kim, hər nə və s. bağlayıcı sözlər
əsas rol oynayır. Bu növ tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin
baş cümləsində tamamlıq vəzifəsində işlənən əvəzliklər budaq cümlədəki uyğun
sözlərlə qarşı-qarşı işlənərək sanki bir-birini tamamlayır. Məsələn: Kimi (hər
kimi) deyirsən, onu çağırın; Nə (hər nə) demişdin, hamsını yerinə yetirdim.
Budaq cümlə baş cümlədən sonra işlənənlərin komponentlərinin bağlanmasında
isə ki bağlayıcısı ,bəzən isə intonasiya daha çox işlənir. Məsələn: Bilirəm, sən
bu işlərə razı olmayacaqsan.
Nümunələrdən də aydın olur ki, budaq cümlə baş cümlədən sonra işlənən
tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin budaq cümləsinin növünün
müəyyənləşdirilməsi üçün baş cümlədən budaq cümləyə sual vermək mümkün
olur. Belə hallarda baş cümlədə demək, düşünmək, qorxmaq, bilmək, zənn
etmək, söyləmək və s. kimi feillər işlədilir və həmin feillərdən tamamlığın
sualları meydana çıxır. Məsələn: Mən qorxurdum ki, o vaxtında gəlib
çıxmayacaq.
33. Leksikoqrafiya. Lüğətlərin növləri və onların tərtibi prinsipləri
Leksikografiya yunan mənşəli lexikos (lüğət) və grapha (yazıram) sözlərinin
birliyindən yaranıb lüğətlərin tərtibi qaydalarını və onun növlərini öyrənən
dilçilik bölmasidir. Bəzən leksikografiya əvəzinə lüğətçilik terminindən də
istifadə olunur.
Müxtəlif səciyyəli lüğətlərin hazırlanması, oxucuların istifadəsinə verilməsi
cəmiyyətin bütün tarixi dövrlərində aktual va hayati baxımdan əhəmiyyətli
işlərdən olmuşdur. Son dövrlərdə, xüsusilə qloballaşmanın geniş vüsət aldığı
dövrdə lüğətlərin hazırlanması və çapı daha geniş aktuallıq kəsb etmiş, müxtəlif
dillərdə danışan xalqların bir-biri ilə qarşılıqlı və hərtərəfli əlaqələrinin
artmasında, onların yaxınlaşmasında mühüm rola malik olmuşdur. Lüğətlər
əsasən iki üsulla tərtib olunur: yuva üsulu və əlifba üsulu. Yuva üsulu ilə
lüğətlərin tərtibi zamanı eyni kök- dən olan sözlər bir yuvada verilir və onlardan
törəyən müxtəlif mənalar da eyni yuvada izah edilib aydınlaşdırılır. Məsələn,
lüğətlərin bu növünda "vermək" feilinin yuvasında bu sözlə bağlı olan, onun
kökü əsasında formalaşan vergi, veriliş, alver verim, verilmiş və digər sözlər də
öz əksini tapır. Bu tip lüğətlər istifadə baxımdan o qədər da əlverişli hesab
edilmir. Çünki sözlərin bu şəkildə verilməsi lüğətlərin həcmini artırmaq yanaşı,
lazım olan sözlərin tez tapılıb müəyyənləşdirilməsində çətinlik yaratması, hər
hansı sözün yerinin müəyyənləşdirilməsində xeyli əlavə vaxt itkisinin də
olmasına səbəb olur. Ona görə də bu üsulla hazırlanan lüğətlər demək olar ki,
yoxdur va ona çox az müraciət edilir. Əlifba üsulu ilə hazırlanan lüğətlər isə
daha səmərəli olmaqla kəmiyyət baxımından çoxdur. Bu tip lüğətlərdə sözlər və
ifadələr əlifba sırası ilə düzülür ki, bu da ondan istifadəni asanlaşdırır, onun
praktik əhəmiyyətini artırır. Əlifba sırası ilə tərtib olunan lüğətlərdə sözlər
əvəlcə onların ilk hərflərinə ǝsasən sıralanır, sonra isə daxili əlifba sırası nəzərə
alınır. Sözlərin bu cür ardıcıllıqla sıralanması və həmin qaydanın həmişə
gözlənilməsi oradakı sözlərin optimal şəkildə tez müəyyənləşdirilməsinə imkan
verir və onun əhəmiyyətini artırır. Ona görə də müasir dövrdə hazırlanan
lüğətlərin əksəriyyəti bu üsulla tərtib edilir.
Lüğətlərin növləri. Lüğətlər müxtəlif cür qruplaşdırılır va fərqli şəkildə qeyd
edilir. Bütövlükdə isə onları ensiklopedik və lingvistik (filoloji) lüğətlər şəklində
qruplaşdırmaq daha məqsədəuyğundur. a) Ensiklopedik lüğətlər ayrı-ayrı
sahələr, şəxslər, elmi- texniki biliklər və digər sahələrlə bağlı hərtərəfli
məlumatları özündə əks etdirir. Burada ayrı-ayrı şəxslər, tarixi hadisələr, badii,
elmi, ictimai- siyasi biliklər və s. haqqında lüğət məqalələr şəklində geniş və
hərtərəfli məlumatlar öz əksini tapır. Ensiklopedik lüğətlər universal və sahə
ensiklopediyaları olmaqla iki yerə bölünür. Universal ensiklopediyalarda
cəmiyyətin bütün sahələri ilə bağlı geniş məlumat verilir. Vaxtilə nasr olunmuş
Azərbaycan Sovet ensiklopediyası, Uşaq ensiklopediyası bu qəbildəndir. Sahǝ
ensiklopediyaları isə ayrı-ayrı konkret elmi-texni ki sahələrə aid olan
məlumatları əks etdirir, bu sahələrlə bağlı elmi-publisistik dildə geniş məlumat
verilir. Məsələn: "Fəlsəfə ensiklopediyası" , "Dilçilik ensiklopediyası" , "Tibb
ensiklopediyası" və s. bu növə aiddir. Ensiklopediyalarda əksini tapan
məlumatlar məqalə adlanan hissədə verilir. b) Linqvistik (filoloji) lüğətləri də
birdilli, iki və çoxdilli (tərcümə) lüğətlər şəklində qruplaşdırmaq olar. Birdilli
lüğətlərə izahli, dialektoloji, frazeoloji, orfoqrafik, orfoepik (orfofonik),
omonimlər, sinonimlər, antonimlər, terminoloji və s. lüğətlər daxildir.
Azərbaycanda lüğətlərin bu növlərinin hər birinə aid xeyli sayda lüğətlər
hazırlanıb nəşr edilmişdir. Belə ki, dörd cildlik "Azərbaycan dilinin izahlı
lüğəti", bir və iki cildlik "Azərbaycan dilinin dialektoloji lüğəti", sinonimlər,
antonimlər, orfoqrafik və orfoepik (orfofonik) lüğətlər dəfələrlə nəşr olunmuş,
həmin sahələrə aid söz və ifadələr şərh edilmişdir. Bunların içərisində tərcümə
və izahlı terminoloji lüğətlər son dövrlərdə öz əhatəsi, əhəmiyyəti və aktuallığı
ilə daha çox seçilir.
34. Təktərkibli cümlələr
Sadə cümlələri təşkil olunduqları sözlərə, onların üzvlərə bölünməsinə (və ya
bölünməməsinə), baş üzvlərin hər ikisinin və ya onlardan birinin iştirakına görə
qruplaşdırmaq olar. Bu baxımdan sadə cümlələri üzvlənməyən və üzvlənən,
təktərkibli və cüttərkibli cümlələrə bölmək olar.
Təktərkibli sadə cümlələr baş üzvlərdən biri əsasında formalaşır. Bu baxımdan
həmin cümlələr mübtəda əsasında və xəbər əsasında formalaşanlar şəklində iki
növə bölünür.
Mübtəda əsasında formalaşan sadə cümlələrin bir növü vardır ki, o da adlıq
cümlələr adlandırılır. Belə cümlələrdə bu və ya digər əşyanın adı çəkilir, onun
haqqında əlavə məlumat verilmir. Predikativliyi ifadə edən qrammatik
göstəricilər olmur. Adlıq cümlələrin predikativliyi yazılı nitqdə mətnin ümumi
məzmunu, şifahi nitqdə isə intonasiya vasitəsilə müəyyənləşdirilir və daha çox
dram əsərlərinin remarkalarında işlədilir. Məsələn: Qarabağ. Şuşa qalası. Xan
sarayı.
Xəbər əsasında formalaşan təktərkibli cümlələr funksional baxımdan işlək
olması və struktur-semantik xüsusiyyətlərinin zənginliyi ilə seçilir. Bu isə
onlarda predikativliyin olması ilə bağlıdır. Bu tip sadə cümlələrin üç növü
vardır: şəxssiz, qeyri-müəyyən şəxsli və ümumi şəxsli cümlələr.
Şəxssiz cümlələrdə mübtəda iştirak etmir və onu təsəvvür etmək də olmur.
Məsələn: Hər yanda sakitlikdir. Mənə soyuqdur. Gecədir və s. Şəxssiz
cümlələrin fərqli sintaktik quruluşu və müxtəlif mənaları da ola bilər. Qeyri-
müəyyən şəxsli cümlələrdə mübtəda iştirak etmir, yəni işin icraçısı qrammatik
mübtəda kimi ifadə olunmur. Lakin bu tip cümlələrdə işin icraçısını təsəvvür
etmək mümkün olur. Məsələn: Onu mərkəzə çağırdılar. Əlini iclasda tənqid
etdilər.
Qeyri-müəyyən şəxsli cümlələr də zəngin struktur və semantik xüsusiyyətlərə
malik ola bilər və fəal işləkliyi ilə seçilir. Cümlənin ümumi məzmunu isə mətn
daxilində daha aydın olur.
Ümumi şəxsli cümlələrdə də qrammatik mübtəda iştirak etmir və burada ifadə
olunan məzmun konkret bir şəxsə deyil, bütün şəxslərə aid olur. Belə cümlələr
daha çox ümumiyə aid olan fikri özündə əks etdirir və əksər hallarda sabitləşmiş
formalar kimi özünü göstərir. Məsələn: Cücəni payızda sayarlar. Nə əkərsən,
onu biçərsən. Sözün doğrusunu zarafatla deyərlər və s. Ümumi şəxsli cümlələrin
çoxunda məzmunda nəsihə- tamiz, ibrətamiz fikirlər öz əksini tapır və əksər
hallarda frazeoloji, sabit birləşmələr şəklində meydana çıxır
35. Danışıq səsi və fonem. Fonemin əsas əlamətləri.
Danışıq səsləri və fonem
Fonetika dilçiliyin bölmələrindən biri olmaqla dilin səs sistemini öyrənir.
Fonetikada səslərin əmələ gəlməsinin fizioloji əsasları, onun mahiyyəti, səslərin
yaranmasında iştirak edən üzvlər və onların rolu öyrənilir, nitq prosesində
səslərin yerinə yetirdiyi vəzifələrə aydınlıq gətirilir. Fonetikada, ümumiyyətlə,
səslər deyil, ictimai mahiyyət daşıyan səslər öyrənilir. Başqa sözlə desək, səslər
iki cür olur: fiziki səslər və ictimai səslər.
Fiziki səslər dedikdə təbiətdə baş verən hadisə və proseslərin, canlıların,
əşyaların və s. Çıxardığı səslər nəzərdə tutulursa, ictimai mahiyyətli səslərə
insanlar arasında ünsiyyət prosesinin reallaşmasına xidmət edən səslər-danışıq
səsləri aid edilir. Danışıq səsləri, yəni ictimai mahiyyət kəsb edən səslər dilin ən
kiçik vahidləri olmaqla insanlar arasında ünsiyyət prosesinin yaranmasında
mühüm rol oynayır. Yəni danışıq səsləri olmadan dili təsəvvür etmək mümkün
olmadığı kimi, insanlar arasında ünsiyyət prosesi də reallaşa bilməz. Məhz
dilçiliyin bir bölməsi olan fonetika da ictimai səsləri müxtəlif yöndən öyrənib
izah edir. Bu baxımdan fonetikanın 3 növü mövcuddur:
1) Tarixi fonetikada danışıq səsləri tarixi abidələrin materialları əsasında
araşdırılır,dilin səs sisteminin ayrı-ayrı tarixi dövrlərdəki vəziyyəti və inkişaf
xüsusiyyətləri öyrənilir.
2) Müqayisəli fonetikada dilin səs sistemini qohum və qeyri-qohum dillərin səs
sistemi ilə müqayisə edərək öyrənir. Fonetikanın bu növü həm də dilin ayrı-ayrı
dialekt və şivə materiallarının müqayisə olunması, burada özünü göstərən
oxşarlıqların və fərqli cəhətlərin üzə çıxarılması yolu ilə danışıq səslərini tədqiq
və təhlil edir.
3)Bu və ya digər dilin səs sisteminin müasir vəziyyəti, fonetik sistemdə
müşahidə olunan qanunauyğunluqlar və baş proseslər təsviri fonetikada
öyrənilir.
Ünsiyyət prosesinin yaranmasında iştirak edən danışıq, səsləri insanin ayrı-ayrı
üzvlərinin feal iştirakı ilə yaranır. Səslərin yaranmasında bu və ya digər şəkildə
istirak edən üzvlər danisiq üzvlərii və ya nitq cihazi adlandirilir.
Danışıq üzvlərini mövqeyinə görə aşağı, orta və yuxarı üzvlər, danışıq səslərinin
tələffüzündəki iştirakına görə isə fəal və qeyri-fəal üzvlər şəklində
qruplaşdırmaq olar.
Aşağı danışıq üzvlərinə ağciyər və nəfəs borusu, orta üzvlərə qırtlaq və səs
telləri, yuxarı üzvlərə isə ağızla əlaqədar olan üzvlər - dil, dişlər, dilşək, damaq,
dodaqlar və çənələr aid edilir. Yəni hava axını ağciyərdən başlayaraq ağızdan
xaric olana qədər müxtəlif səslər əmələ gəlir və yuxarı danışıq üzvlərinin iştirakı
ilə ayrı-ayrı səslər tələffüz olunur.
Danışıq səslərinim tələffüzü zamanı hər bir danışıq üzvü bu və ya digər dərəcədə
muəyyən rol oynayır. Danışıq səslərinin tələffüzü zamanı dil, dodaq, səs telləri,
dilçək, alt çənə daha fəal iştirak edirsə, dişlər, nəfəs borusu, ağciyər, sərt damar
nisbətən qeyri-fəal iştirak edir və qeyri-fəal üzvlər adlanır.
Fonemin əsas əlamətləri
Fonemlər bu və ya digər dildə olan sözlərin maddi qabığını təşkil edən və bir
sözü başqasından nitq vahidi kimi fərqləndirən səslərdir. Dildəki fonemlərin bir
sıra əlamətdar xüsusiyyətləri vardır ki, onları digər səslərdən fərqləndirir:
1) Fonem dil sisteminim müstəqil bir həlqəsidir.
2) Fonem sözdən ayrı deyil, ancaq söz daxilində ola bilən mənalı bir vahiddir.
3) Fonem dilin məna fərqi yarada bilən ən kiçik vahididir.
4) Fonemlər sistemi hər bir dildə xüsusi əlamətlərinə görə müəyyənləşir. Buna
görə də, müəyyən bir dildə fonem fərqləndirici əlamət ölçüsü sayılır, başqa bir
dildə isə əksinə, sayılmır. Məsələn: rus dilində samit fonemləri fərqləndirən
əlamətlər sırasında yumşaqlıq, bərklik bir meyar kimi nəzərə alınır. Azərbaycan
dili fonemlərini müəyyənləşdirmədə isə belə əlamətlər nəzərə alınmır.
5) Bir fonem bir səsdən, iki səsdən, hətta üç səsdən ibarət ola bilər (monoftonq,
diftonq, triftonq)
6) Sözdən, ifadədən və daha bir sıra başqa səraitdən asılı olaraq bir fonem digər
bir fonem çalarlığında işləndikdə, yeni fonem formalaşması və ya fonem
variantı formalaşması mümkündür.
7)Fonemlər silsiləsi qarşılıqlı cütlükdən ibarət olur. Belə qarşılıqlı cütlüklər isə
müxtəlif əlamətlərlə müəyyənləşir:
Saitlərdə. Açıq saitlər-qapalı saitlər, qalın-incə saitlər və s.
Səslərin fonem halında formalaşmasını müəyyənləşdirən daha bir sıra əlamətdar
cəhətlər də vardır. Lakin yuxarıda qeyd olunanlar, əsasən Azərbaycan dilindəki
fonemləri müəyyənləşdirmək üçün birinci dərəcəli əlamətlərdir.

36. Feilin təsriflənməyən formaları


Feilin təsriflənməyən formaları feillərə xas olan spesifik əlamətlərin bir çoxunu
özündə əks etdirirsə də, şəxsə, kəmiyyətə, zamana və şəkil əlamətlərinə görə
dəyişə bilmir və beləliklə də, xüsusi formalar kimi öyrənilir.
Feilin təsriflənən formaları- şəkilləri haqqında verilən məlumatlardan aydın oldu
ki, feilə xas olan əksər xüsusiyyətlər bu formalarda xüsusi morfoloji əlamətlərin-
şəkilçilərin köməyi ilə tapır. Lakin təsriflənməyən formaların bəzisi bu
əlamətlərdən məhrum olur, bəzisinin isə yaranmasında müəyyən morfoloji
əlamətlər iştirak edir. Feilin bu formaları öz məzmunlarına görə feilin təsriflənən
formalarından fərqlənir və ikili semantik səciyyəsi ilə seçilir. Feilin bu formaları
təsriflənməyən formalar adlandırılır. Yəni şəxsə, kəmiyyətə, şəkil əlamətlərinə
görə dəyişə bilmir. Feilin bu formalarında digər nitq hissələrinə oxşar əlamətlər
özünü göstərir. Belə ki, təsrifənməyən formalar olan məsdər, feili sifət və feili
bağlamalar bir çox xüsusiyyətlərinə görə ismə, sifətə və zərfə yaxınlaşır, həmin
nitq hissələrinin müəyyən əlamətlərini özündə birləşdirirlər və ikili xarakterə
malik olurlar. Məhz ona gorə də feilin bu formaları məsdər (feili isim), feili sifət
və feili bağlama adlandırılır. Bəzən bu formalara feilin şəxssiz formaları da
deyilir.
Məsdər, iş, hal hərəkətin adını bildirən təsriflənməyən formadır. Bu forma feilin
sonuna -maq şəkilçisinin qoşulması ilə yaranır: yaşamaq, oxumaq, gəlmək.
Məsdərin ikili xüsusiyyəti vardır: ismə və feilə məxsus xüsusiyyətləri. Bu
xüsusiyyətlərdən biri -maq? şəkilçisinə qədərki hissədə, ikinci xüsusiyyət isə -
maq şəkilçisindən sonrakı hissədə özünü göstərir.
Məsdərin feilə məxsus xüsusiyyətləri:
Məsdərlər də feillər kimi təsirli və təsirsiz olur (çağırmaq,gəlmək)
Məsdərlər feillər kimi təsdiq və inkarda olur(almaq-almamaq)
Məsdərlər feillərə məxsus olan növ kateqoriyasının şəkilçilərini qəbul edir
(kəsmək, kəsilmək, kəsdirmək)
Məsdərin ismə məxsus xüsusiyyətləri:
Məsdərlər isimlər kimi hallanır (demək, deməyin, deməyə və s.)
Məsdərlər isimlər kimi mənsubiyyət şəkilçisi qəbul edir (mənim deməyim, sənin
oxumağın)
Mənsubiyyət şəkilçisi qəbul etmiş isimlər kimi, mənsubiyyət şəkilçisi qəbul
etmiş məsdərlər də yenidən hallana bilir (senin çatmağına)
Məsdərlər isimlər kimi qoşmalarla işlənir (gəlmək üçün)
Feili sifət feilin təsriflənməyən formalarından biri olmaqla əşyanın əlamətini
hərəkətlə bağlı şəkildə bildirir. Bu feil forması özündə ikili keyfiyyət daşımaqla
həm feilin, həm də sifətin əlamətlərini birləşdirir.
Feili sifətin feilə məxsus xüsusiyyətləri:
Feillər kimi feili sifətlər də zaman bildirir. (deyilən, deyilmiş, deyiləcək)
Feillər kimi feili sifətlər də təsdiq və inkarda olur. (oxunmuş, oxunmamış)
Feillər kimi feili sifətlər də təsirli və təsirsiz olurlar. (danışan, deyilmiş)
Feillər kimi feili sifətlər də feilin növ şəkilçilərini qəbul edə bilir
(yazılan,yazışan)
Feili sifətin sifətə məxsus xüsusiyyətləri:
Feili sifətlər də sifətlər kimi təyin ola bilir. (Yeməli meyvə)
Feili sifətlər də sifətlər kimi substantivləşə bilir. Substantivləşmə zamanı feili
sifət hal, mənsubiyyət, şəxs və kəmiyyət şəkilçilərini qəbul edir. (Bu kitab çox
oxunandır)
Morfoloji göstəriciləri
1) İndiki zaman məzmunlu feili sifətlər: -an (gələn, oxuyan, görən)
2) Keçmiş zaman məzmunlu feili sifətlər: -ıl, -ın, -mış və -dıq + mənsubiyyət
şəkilçisi (oxunmuş, görülmüş, yazdığım)
3) Gələcək məzmunlu feili sifətlər: -acaq, -ar, -malı, -ası (deyiləcək, yazılası)
Feili bağlama Azərbaycan dilçiliyində geniş tədqiq olunmuş təsriflənməyən
formalardan biridir. Bəzən dilçilikdə feili bağlama tərkiblərini ayrıca cümlə kimi
hesab etmək istəyənlər olmuşdur. Lakin bu düzgün fikir deyildir. Çünki feili
bağlama tərkibləri cümlənin mürəkkəb üzvüdür. Onu ayrıca cümlə hesab etmək
cümlə ilə söz birləşməsi arasındakı sərhəddi məhv etmək deməkdir.
Feili bağlamanın morfoloji göstəricisi
a)Hərəkəti icra tərzinə görə tamamlayanlar: -ıb, -araq (gəlib çatmaq, qaçaraq
gəlmək
b) Hərəkəti zaman baxımdan izah edənlər: -ınca, -dıqda, -dıqca, -arkən, -alı, -
anda -mış, - mışkən, -madan, -caq şəkilçiləridir.
Feili bağlama və feilin oxşar və fərqli cəhətləri.
Feillər kimi dinamik məzmunludur.
Feillər kimi feili bağlamalarda təsirli və təsirsiz olur. (gəlib çatmaq, gələndə)
Feili bağlamalarda feillər kimi növ kateqoriyasının şəkilçisini qəbul edib
(görüldükdə, göründükdə, görüşdükdə)
Feillər kimi feili bağlamalarda inkarda və təsdiqdə olur. (gələndə, gəlməyəndə)
Feili bağlama tərkib yarada bilir amma feil yarada bilmir.
Feillər söz yaradıcılığında iştirak edir, feili bağlamalarsa yox.
Feili bağlamanın zərflə oxşar və fərqli cəhətləri
Feili bağlamada zərf kimi feilin yanında işlənir və feili tərz, zaman, səbəb və
məqsəd baxımından tamamlayır.
Feili bağlama feili miqdar və yer baxımından tamamlaya bilmir.
Zərf kimi feili bağlamada feillə yanaşma əlaqəsində olur.
Zərflər kimi feili bağlamalarda özündən əvvəlki sözlə idarə əlaqəsində olur.
37.Sintaktik əlaqələr. Tabelilik əlaqələri: uzlaşma, idarə, yanaşma
Qrammatikada sözlərin dəyişməsi, müxtəlif şəkillərə düşməsi, bir-biri ilə
bağlanma, əlaqələnmə qaydaları sintaksisin payına düşür. Bu əlaqələrə sintaktik
əlaqələr deyilir. Sintaktik əlaqələrin iki növü var: 1) tabesizlik əlaqəsi; 2)
tabelilik əlaqəsi.
Tabesizlik əlaqəsində tərəflər bərabərhüquqlu olur, ona görə də tərəflərdən biri
digərini izah etmir, aydınlaşdırmır. Bu əlaqə həmcins üzvlər və tabesiz
mürəkkəb cümlələrin tərəfləri arasında olur, bir-biri ilə sadalama intonasiyası və
ya tabesizlik bağlayıcısı ilə əlaqələnir.
Tabelilik əlaqəsinin dildə rolu daha çoxdur. Çünki cümlənin qurulmasında bu
əlaqə əsas rol oynayır. Xəbər mübtəda ilə, tamamlıq və zərflik xəbərlə, təyin
təyinlənənlə tabelilik yolu ilə əlaqələnir. Bu əlaqə iki komponenti birləşdirir.
Onlardan biri əsas, digəri asılı tərəf adlanır. Azərbaycan dilində tabelilik
əlaqəsinin üç növü var: yanaşma, uzlaşma, idarə
Yanaşma əlaqəsi. Yanaşma əlaqəsinin heç bir formal qrammatik əlaməti olmur.
Bu əlaqə söz sırası, məna və intonasiya əsasında qurulur. Burada asılı tərəf əsas
tərəfə məna və intonasiya ilə bağlanır. Öz xarakterinə görə yanaşma tam və tam
olmayan (natamam) növə ayrılır.
Tam yanaşmada bir-biri ilə əlaqədə olan sözlər arasına ya heç bir söz daxil
olmur, ya da elə sözlər daxil olur ki, onlar da tabeedici sözlərlə yanaşma
əlaqəsində olsun. Məsələn: dağdakı bulaq, dağdakı həmin iki bulaq.
Tam olmayan yanaşma zamanı yanaşan sözlə yanaşılan söz arasına müxtəlif
sözlər daxil ola bilir. Əli həmişə dərslərdə iştirak edir.
Uzlaşma əlaqəsi. Asılı tərəfin əsas tərəfə şəxsə və kəmiyyətə görə
uyğunlaşmasına uzlaşma deyilir. Bu əlaqə zamani 1-ci tərəf əsas, 2-ci tərəf asılı
olur. Xəbər mübtəda ilə həm şəxsə, həm də kəmiyyətə görə uzlaşa bilir. Xəbərlə
mübtəda arasında şəxsə görə uzlaşma 1-ci və 2-ci şəxsdə pozulmur, 3-cü şəxsin
cəmində isə pozula bilir. Məsələn: mən gəlirəm, biz gəlirik və s.
İdarə əlaqəsi. Əsas tərəfin tələbi ilə asılı tərəfin ismin müəyyən bir hal
şəkilçisini qəbul edərək dəyişməsinə idarə əlaqəsi deyilir. İsmin bütün halları
idarə əlaqəsinə xidmət etmir. İdarə əlaqəsində asılı tərəf dedikdə, ismin yiyəlik,
yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında olan sözlər nəzərdə tutulur. İdarə
əlaqəsində bütün əsas nitq hissələri həm asılı, həm də əsas tərəf kimi çıxış edə
bilir. İsim, əvəzlik, məsdər, say və feili sifətlər idarə oluna bilir. Məsələn:
məktub yazmaq, onu gözləmək, oxumağa getmək, beşə vurmaq, gələnləri
qarşılamaq və s. Feillər isə daha çox idarə etmək imkanına malikdir. Məsələn:
evə gəlmək, evdən gəlmək və s. Lakin digər nitq hissələri də idarə edə bilir.
38.Modal sözlər və onların mənaca növləri
Danışanın ifadə etdiyi, söylədiyi fikrə münasibətini bildirən nitq hissəsi modal
sözlər adlanır. Modallıq obyektiv kateqoriya olmaqla ayrı-ayrı subyektlərin
obyektiv aləmdəki əşya, proses və hadisələrə müxtəlif münasibətini əks etdirir.
Dildə bu münasibətlər müxtəlif vasitələrlə - intonasiya, modal sözlər, söz sırası
və s. vasitələrlə öz əksini tapır. Lakin dildə modallıq daha konkret və aydın
şəkildə modal sözlər vasitəsilə ifadə olunur. Modal sözlər dilin inkişafının
nisbətən sonrakı dövrlərində ayrı-ayrı nitq hissələrinə aid olan sözlər əsasında
yaranmışdır. Ona görə də modal sözlərin böyük əksəriyyəti hələ yarandığı
sözlərdən tamamilə uzaqlaşa bilməmiş və istifadə olunduğu yerinə və
mənalarına görə həm əsas nitq hissəsi, həm də modal sözlər kimi işlənə bilirlər.
Başqa sözlə desək, onların əksəriyyəti əvvəlki mənalarını bu və ya digər şəkildə
özündə qoruyub saxlaya bilmişdir. Məhz bu xüsusiyyətlərini nəzərə aldıqda
əmələ gəldikləri nitq hissələrinə görə modal sözlər ismi və feili modal sözlər
şəklində qruplaşdırılır. İsmi modal sözlərə nəhayət, xülasə, şübhəsiz, müxtəsər,
əvvələn, məncə, səncə, doğrudan, beləliklə və s. misal göstərmək olar. Feili
modal sözlərə isə görünür, deməli, elə bil, tutaq ki və s. misal göstərmək olar.
Modal sözlər quruluşca sadə (təəssüf, xülasə, əlbəttə...), düzəltmə (doğrusu,
düzü, sözsüz, şübhəsiz...) və mürəkkəb (elə bil ki, tutaq ki, daha doğrusu,
ehtimal ki...) olur.
Modal sözlərin mənaca növləri. Modal sözlər reallığa münasibəti ifadə etdiyi
üçün məna müxtəlifliyi ilə seçilir. Bu baxımdan modal sözlər bir çox mənalar
ifadə edir. Modal sözlərin məna növlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Qətilik, yəqinlik bildirənlər: şübhəsiz, doğrudan, əlbəttə, həqiqətən və s.;
2) Şübhə, güman bildirənlər: bəlkə, ehtimal ki, deyəsən, güman ki, olsun ki,
deyəsən və s.;
3) Bənzətmə, müqayisə bildirənlər: sanki, guya, elə bil, elə bil ki və s.; 4)
Nəticə, yekun bildirənlər: beləliklə, xülasə, deməli, bir sözlə, ümumiyyətlə,
nəhayət və s.; 5) Fikrin mənbəyini bildirənlər: məncə, deyilənə görə, səncə,
fikrimcə və s.
Modal sözlər işlənmə məqamından və mətnin ümumi məzmunundan asılı olaraq
digər mənalar da ifadə edə bilər. Bu qrup sözlərin cümlədə yeri sərbəstdir və
digər cümlə üzvlərindən vergüllə ayrılır.
39. Leksik məcazların növləri: metafor, metonimiya, sinekdoxa
Nitqdə sözün iki cəhəti olur: bir onun öz əsas mənası, bir də ondan istifadə
edilməsi. Sözün mənası əsasdır, məcazilik isə sözün mənasının ancaq bir
imkanıdır. Sözün məcazi işlənərkən ifadə etdiyi məna onun əsas mənasından
kiçikdir, həm də qeyri-müstəqildir. Elə buna görə də məcazilik həqiqi məna ilə
eyni hüquqa bərabər ola bilmir. Bunlar sözün həqiqi və məcazi mənası yox,
nitqdə sözün həqiqi və məcazi mənada işlədilməsi adlanır. Məsələn, daş sözü.
Bu söz daş ev ifadəsində öz həqiqi mənasında işlənir və evin başqa materialdan
deyil, məhz daşdan tikildiyini bildirir. Lakin daş qəlbli adam dedikdə daş sözü
məcazi mənada işlənir. Burada daşın heç bir şey hiss etməməsi əlaməti qəlb
sözünə aid edilir.
Sözün əsas mənası ilə onun məcazi mənada işlənməsi arasında müəyyən əlaqə
olur. Həmin əlaqəyə əsasən, söz məcazi mənada işlənərkən öz həqiqi mənası
üzərində yeni özünəməxsus məna çalarlığı yaradır. Beləliklə də, sözün məcazi
işlənilməsi ilə əlaqədar olaraq, sözlərdə çoxmənalılıq deyilən semantik hadisə
əmələ gəlir.
Azərbaycan ədəbi dilində də məcazların aşağıdakı əsas növləri vardır: metafor,
metonimiya, sinekdoxa.
Əşya və hadisələrin oxşarlığı əsasında yaranan məcazlara metafor deyilir;
məsələn: Gün saçlarını darayırş. Günün saçlarını daraması metafordur. Çünki
günün (günəşin) saçları yoxdur. Bu canlılara məxsus əlamətlərdir.
Məcazların digər növünə nisbətən dildə metaforlara daha çox təsadüf edilir.
Bunlardan xüsusən bədii ədəbiyyatda geniş istifadə olunur. Metaforlar vasitəsilə
bədii ədəbiyyatın dilində yüksək obrazlılıq yaradılır, bu və ya başqa hadisənin,
əşyanın xüsusiyyətləri daha aydın və təsirli ifadə edilir.
Metaforlar ümumi və xüsusi olur. Ümumi dildə işlənən və hamının istifadə
etdiyi metaforlar ümumi adlanır. Şair və yazıçının öz fərdi üslubuna müvafiq
yaratdığı metaforlara isə xüsusi metaforlar deyilir.
İki və daha artıq əşyanın yaxınlığı, əlaqəsi əsasında yaranan məcazlara
metonimiya deyilir; məsələn: Mən Füzulini oxudum. ADPU idman yarışlarında
qalib gəldi. Bu misallardan birincisində "Füzulinin əsərlərini oxudum",
ikincisində isə "ADPU-nun tələbələri qalib gəldi" fikri ifadə olunmuşdur.
Deməli, metonimiyanın metafordan fərqi ondadır ki, metaforda oxşarlıq,
metonimiyada isə əlaqəlilik əsas götürülür. Metonimiyadan bədii ədəbiyyatda da
geniş istifadə olunur. Metonomiyada bir anlayış verilsə də, onunla əlaqədar
başqa anlayış nəzərdə tutulur. məsələn: "Salon susub durardı..." misrasında
salondakılar, salonda əyləşənlər nəzərdə tutulmuşdur.
Bir sözün başqa sözlə birlikdə ifadə etdiyi mənanı təklikdə ifadə edə bilməsinə
sinekdoxa deyilir. Məsələn, Zəkalı adamlar tarix boyu yaşayır cümləsini
götürək. Bu cümlədəki zəkalı adam birləşməsi ağıllı adam, istedadlı adam,
məşhur adam və s. mənaları bildirir. Böyük zəkalar tarixdə az-az yaranır. Bu
cümlədəki zəkalar sözü sinekdoxadır. Dilimizdə sinekdoxanın çox müxtəlif
şəkilləri vardır və bundan həm ədəbi dildə, həm də danışıq dilində geniş istifadə
olunur.
40. Mübtəda və xəbər budaq cümlələri
Mübtəda budaq cümləsi baş cümlənin mübtədasının aydınlaşdırmasına, onun
haqqında geniş məlumat verməsinə xidmət edir. Bu növ tabeli mürəkkəb
cümlələrin baş cümləsində ya mübtəda olmur və ya əvəzliklə ifadə olunan
mübtəda iştirak edir. Budaq cümlə isə baş cümlədə əvəzliklə ifadə olunan və ya
baş cümlədə olmayan mübtədanı izah edib konkretləşdirir. Mübtəda budaq
cümləli tabeli mürəkkəb cümlələri sadə cümləyə çevirərkən budaq cümlə baş
cümlənin mübtədasını əvəz edir. Məsələn: Kim gündəlik dərslərə həmişə,
hazırlıqlı gəlir, o , əlaçı olur- Gündəlik dərslərə hazırlıqlı gələnlər əlaçı olur.
Kim tez gəlsə o birinci olacaq – Tez gələn birinci olacaq.
Baş və budaq cümlələrin işlənmə yerine görə mübtəda budaq cümləli tabeli
mürəkkəb cümlələrin iki tipi vardır: baş cümlə, budaq cümlə sonra işlənənlər və
əksinə, budaq cümlə əvvəl , baş cümlə sonra işlənənlər. Budaq cümlə baş
cümlədən sonra işlənənlərin baş cümləsində ya mübtəda buraxılır, ya da
mübtəda funksiyasında o, bu orası, burası və s. əvəzliklər işlənir, budaq cümle
ya olmayan ve ya əvəzliklə ifadə olunan mübtədanı əvəz edir. Məsələn:
Aydındır ki, bu yerlərin qışı həmişə sərt keçir. (O,bu) məlumdur ki, çox gəzən
çox bilər. Onun məktubundan bu da məlum oldu ki, təklik onu çox darıxdırır .
İkinci tip ( budaq cümlə əvvəl, baş cümlə sonra işlənən) mübtəda budaq cümləli
tabeli mürəkkəb cümlələrin budaq cümlələrinde kim ,hər kim, nə sözləri işlənir
ve baş cümlə olmayan ve ya əvəzliklə ifadə olunan mübtədanı konkretləşdirir.
Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələrin bu tipi funksionallıq
baxımından daha işlək olması ilə seçilir. Budaq cümlənin xəbərində çox vaxt -
sa -sə şəkilçiləri işlənir. Məsələn: Kim daha çox çalışırsa, o uğur qazanır. Kim
ki, ürəkdən çalışır, işə can yandırır, o mükafata layiq görüləcək.
Verilmiş mübtdəda budaq cümləli tabeli mürəkkəb cümlələri də asanlıqla sadə
cümləyə çevirmək olur və bu zaman budaq cümlələr baş cümlənin mübtədası
yerində işlənir.
Xəbər budaq cümləsi
Xəbər budaq cümləsi baş cümlədəki müxtəlif növ əvəzliklə ifadə olunan
xəbərin izah edilib aydınlaşdırmasına xidmət edir. Baş və budaq cümlələrin
işlənmə yerine görə xəbər budaq cümləli tabeli mürəkkəb cümlələrin də iki tipi
vardır: baş cümlə əvvəl , budaq cümle sonra işlənənlər və budaq cümlə əvvəl,
baş cümlə sonra işlənənlər.
Birinci tip ( baş cümlə əvvəl işlənən) xəbər budaq cümləli tabeli mürəkkəb
cümlələr də baş cümlələrin xəbəri o bu orası burası və s sözlərlə ifadə olunur,
budaq cümlə həmin xəbərin aydınlaşdırmasına xidmət edir. Mürəkkəb
cümləni sadələşdirdikdə budaq cümlə həmin əvəzliklərlə ifadə olunan
xəbərin yerində işlənir. Məsələn: Onun istəyi budur ki, işləri vaxtında sahmana
salaq. Mənim sizə məsləhətim odur ki, öhdənə götürdüyün işləri vaxtında
yerinə yetirəsən. Məsələnin əsas mahiyyəti burasındadır ki usta icra etdiyi işin
mahiyyətini dərk edə bilmir.
Baş cümlə budaq cümlədən sonra işlənənlərdə də budaq cümlə baş cümlənin
odur budur elədir belədir və s. sözlərlə ifadə olunan xəbərin izahına,
aydınlaşdırmasına xidmət edir. Məsələn: Suallara kim tez cavab verirsə, ən
bacarıqlı adam odur. Kim hər gün dərslərini vaxtında hazırlayırsa, ən bacarıqlı
tələbə də odur.
Bu tip xəbər budaq cümləli tabeli mürəkkəb cümlələrin komponentlərinin
bağlanmasında digər vasitələrlə yanaşı budaq cümlənin xəbərinə artırılan -sa²
də mühüm rol oynayır.
41. Sözün tərkibi: kök və şəkilçi morfemlər
Sözlər tərkibinə görə 2 yerə bölünür. Bunlar kök və şəkilçidir. Sözün kökü bir
qayda olaraq leksik mənaya malik olur, ayrılıqda işlənə bilir, bütün hallarda
dəyişməyib sabit qalır ,müxtəlif sözdüzəldici şəkilçilər qəbul edərək yeni mənalı
sözlərin yaranmasına səbəb olur. Sözün kökü sözdəyişdirici şəkilçilər də qəbul
edə bilir və müxtəlif qrammatik funksiyalar yerinə yetirir. Şəkilçilər isə leksik
mənaya malik olmur, ayrılıqda işlənə bilmir, yalnız qrammatik mənaya malik
olan morfemlərdir. Şəkilçilər söz köklərinə qoşularaq onların leksik və
qrammatik mənasını dəyişir. Şəkilçilər mənşəyinə, variantına, funksiyasına görə
qruplara bölünür. Mənşəyinə görə əsl Azərbaycan ( -çı, -a, -lı) və alınma ( -
dan, , -keş, -ba) şəkilçilər aiddir. Variantına görə bir ( -lov, -sov), iki (-da, -a),
dörd ( -çı, -dı, -lı) variantlı şəkilçilər aiddir. Funksiyasına görə sözdüzəldici və
sözdəyişdirici şəkilçilər aiddir. Sözdüzəldici şəkilçilər söz köklərinə artırılaraq
onun həm formasını, həm də mənasını dəyişir. Yeni mənalı sözlər yaradır.
Məsələn:dəmir-çi, vur-ğu və s. Sözdəyişdirici şəkilçilər isə sözlərə artırılaraq
onun həm formasını dəyişməyərək yalnız onların şəklini dəyişir, həm də sözlər
arasında qrammatik əlaqələrin yaranmasına kömək edir. Sözdəyişdirici şəkilçilər
sözdüzəldici şəkilçilərdən sonra işlənir. Sözdəyişdirici şəkilçilərə hal xəbərlik
mənsubiyyət hal və.s aiddir. Məsələn kitab-lar oyuncağ-ımız və.s
42. Cümlə üzvlərinin əlavəsi. Əlavənin növləri
Danışanın bu və ya digər cümlə üzvünün mənasını daha da dəqiqləşdirmək,
müəyyən söz və birləşmədə ifadə olunan məna haqqında əlavə məlumat vermək,
onun mənasını daha da konkretləşdirmək üçün işlətdiyi söz və söz birləşmələri
əlavə adlanır. Əlavələr aid olduğu üzvdən sonra işlənərək onun haqqında daha
geniş məlumat verir və cümlədə ifadə olunan fikri dolğunlaşdırır. Əlavələr hansı
cümlə üzvünə aiddirsə onun xüsusiyyətlərini özündə əks etdirir. Əlavələr aid
olduğu üzvdən xüsusi intonasiya, tire, vergüllə ayrılır. Əlavə bəzən yəni
bağlayıcısı ilə də işlənir. Bu halda yəni dən əvvəl vergül qoyulur. Cümlə
üzvlərinin çoxunun əlavəsi ola bilir.Mübtədanın əlavəsi ona aid olur və onu izah
edir. Məsələn: Əlinin dostu - o ucaboy sarışın oğlan bizim universitetdə oxuyur.
Xəbərin əlavəsidə onun mənasını dəqiqləşdirir. Məsələn: Onun kimi oğlanın
təhsil yeri buradır - universitetdir. Tamamlığın əlavəsi onun mənasını
konkretləşdirir. Tamamlığın hər iki növünün əlavəsinə rast gəlmək olar.
Məsələn: Sən böyük bir vəzifəni - hamıya yardımçı olmaq vəzifəsini yerinə
yetirirsən. (vasitəsiz tamamlıq)
Müəllim yeni şagirddən - Turaldan çox razı qalmışdı. (vasitəli tamamlıq)
Zaman və yer zərfliklərinin də əlavəsi olur. Bu əlavələr onların mənasını
aydınlaşdırır. Məsələn: Həmişə ilin bu fəslində - payızda təbiət gözəl olur.
(zaman zərfliyinin əlavəsi)
O bu yaxınlarda kəndə - ata - baba yurduna getmişdi. (yer zərfliyinin əlavəsi)
Nadir hallarda təyinində əlavəsi işlənir.Məsələn: Sonuncu, yəni 25-ci test çox
çətin idi.
43. Orfoepiya. Tələffüz üslubları: tam və sərbəst üslub
Orfoepiya ədəbi dilin şifahi qolunu ümumi normalar əsasında formalaşdıran
tələffüz qayda-qanunlarının sistemli məcmusudur. Orfoepiya anlayışını bəzən
çox dar, bəzən çox geniş mənada başa düşmək olar. Bu isə tələffüz anlayışı ilə
üzvi surətdə bağlıdır. Çünki sözlərin müxtəlif şəraitdə düzgün tələffüz olunması,
vurğu, intonasiya mənaları geniş mənada orfoepiya anlayışı ilə üzvi surətdə
bağlı məsələlərdir. Doğrudur, Azərbaycan dilində əsasən sabit vurğu var,sərbəst
vurğu isə məhdud dərəcədə işlənir. Lakin şivələrdə sərbəst vurğudan nəzərə
çarpacaq dərəcədə istifadə olunur. Orfoepiya siyasi ədəbi dilin normalar sistemi
ilə bağlı olduğundan şifahi ədəbi dilin müxtəlif üslubları ilə əlaqədar bir sıra
əlamətdar cəhətləri də ifadə edir. Nitqin müxtəlif şərait və məqsədlərlə bağlı
olaraq müxtəlif qol və budaqları vardır ki, bunlar ümumiləşmiş halda dilin
üslubları adlanır. Tələffüz üslubları məsələsi hələ də tam şəkildə
öyrənilməmişdir. Orfoepik üslublardan danışarkən iki əsas üslubdan bəhs
etməliyik: tam və sərbəst üslub.
Tam üslubun əlamətdar cəhətləri bunlardır: Sözlərin fonetik qabığını təşkil edən
səslər məxrəclərinə görə çox aydın, bu səslərdən yaranan hecalar isə adətən
üzvlənmiş halda tələffüz olunur. Vurğulardan isə dəqiq, öz yerində istifadə
olunur. Cümlələr arasındakı fasilə cümlə üzvləri arasındakı fasilədən çox olur.
Ümumiyyətlə, bu üslubda orfoepik normalara tam riayət olunur. Tam üslubdan
təlim-tədris prosesində, yəni mühazirə oxuyarkən, yeni termin və ya ifadə izah
edərkən, müəyyən məqsədi dinləyiciyə çatdırarkən istifadə olunur. Tam üslubda
hecalar aydın və ayrı-ayrı tələffüz olunduğundan mütəxəssislər bu üslubu hecayi
üslub da adlandırır. Bu üslub ciddi, rəsmi, dəqiq üslub olduğundan həmçinin
kitab üslubu, akademik üslub, ciddi üslub da adlanır.
Sərbəst üslubda cümlələrin əvvəlində olan sözün başındakı səslərin məxrəcinə
görə aydın tələffüzü zəruridir. Bu üslubda vurğulu səslərin də məxrəci aydın
tələffüz olunmalıdır. Burada bəzən səslərin biri ixtisara düşür, ya da son dərəcə
qısa tələffüz olunur, cümləni təşkil edən sözlər arasında fasilə az olur, söz
birləşmələrini və cümlə üzvlərini təşkil edən sözlər azacıq qovuşuq tələffüz
olunur. Şivəçilik, köhnəlik, əcnəbilik çalarlarına sərbəst üslubda az-çox yol
verilir. Şivəçilik: qapıyı (qapını) , köhnəlik: yüzük (üzük) , əcnəbilik: patalok
(tavan).
Bütün bunlardan görürük ki, ədəbi dilin üslubları kimi orfoepik üslublar da tam
təcrid olunmuş halda işlənilmir.
44. Çoxmənalı sözlər və omonimlər, onların fərqli xüsusiyyətləri
Sözlərin ancaq bir mənanı bildirməsinə təkmənalılıq (monosemiya) deyilir.
Məsələn: mən, sən, üç və s. Daha sonra dildə inkişaf baş verdikcə sözlərin
məcazi mənaya keçməsi baş vermiş və çoxmənalılıq yaranmışdır. Çoxmənalılıq
dildə qarışıqlıq yaratmır, onların çoxmənalılığı cümlə içərisində asanlıqla başa
düşülür. Məsələn, qaş sözünə nəzər salaq: Ay kimi qaşların məni heyran edir;
Qonduq yamaclar qaşına; Kərəm yəhərin qaşına sinmişdi. Burada birinci
misalda qaş insanın gözü üstə olan tükləri, ikincidə yamacın uc yerini, üçüncüdə
isə yəhərin qaşa bənzər hissəsinin adını bildirir.
Eyni səslənməyə malik olan müxtəlif sözlərə omonimlər deyilir. Məsələn: Bir
yandan tar səsi gəlirdi, bir yandan qaval; Çil toyuq tar üstünə qalxdı. Birinci
misalda tar sözü çalğı alətini, ikincidə isə toyuqların yatmaq üçün üstünə çıxdığı
ağac nəzərdə tutulur.
Omonimlər və çoxmənalı sözlər bir-birinə bənzəyir, onları fərqləndirmək üçün
bəzi prinsiplər vardır:
1. Sözlər arasında məna əlaqəsi varsa, bu zaman onlar çoxmənalı sözlərdir.
Semantik əlaqə tamamilə kəsildikdə isə bu sözlər omonim sözlər hesab
olunur,məsələn baş və əsər sözlərinə baxaq: Hər il yazbaşı şairin qəlbi isinirdi;
Dağlar başında duman görünür. Ovçu gördü ki, ovdan əsər yoxdur. Bu kasıb
komacığımda yüzlərlə əsər yazılıb. Burada baş sözləri arasında məna əlaqəsi
olduğu üçün çoxmənalı sözdür, əsər sözü isə omonimdir.
2. Əgər müxtəlif mənalarda işlənən söz yeni sözlərin yaranmasında baza ola
bilirsə, omonimdir, ola bilmirsə, çoxmənalı sözdür. Məsələn, adamın gözü,
bulağın gözü, stolun gözü. Göz sözünün işləndiyi bütün hallarda yeni söz
yaranmamışdır buna görə də “göz”sözü çoxmənalı sözdür.
Nənəm falçı idi, bibim bağ toxuyan. İndi bağ seyrinin vaxtıdır. Burada isə
tamamilə yeni sözlər yarandığından bağ sözü omonimdir.
3. Omonimləri təşkil edən sözlərə aid sinonimlər seçilir. Seçilmiş sinonimlər bir-
birindən tamamilə fərqlənirsə,bu söz omonimdir. Müəyyən yaxınlıq varsa,
çoxmənalı sözdür. Məsələn: Yel-külək-xəstəlik. Yel sözünün sinonimləri olan
külək və xəstəlik bir-birindən tamamilə fərqləndiyindən bu söz omonimdir.
4. Omonimləri fərqləndirmək üçün antonimlərdən də istifadə olunur. Çoxmənalı
sözlərdən fərqli olaraq omonimlərə antonim sözlər seçmək olur. Məsələn sağ
sözü: sağ-sol-ölü. Sol və ölü sözləri arasında heç bir yaxınlıq olmadığından sağ
sözü omonimdir.
5.Müxtəlif mənalarda işlənən sözlərin ifadə etdikləri anlayışa da diqqət yetirmək
lazımdır: biz-şəxs anlayışı; əşya anlayışı. Bu məfhumlar bir-birindən tamamilə
fərqləndiyindən bu söz omonim sözdür.
45. Müasir Azərbaycan dili orfoqrafiyasının tərtibi prinsipləri (fonetik,
morfoloji, ənənəvi).
Orfoqrafiya – yazılı nitqdə dil vahidlərinin yazılışını tənzim edən qaydalar
sistemidir. Bu qaydalar müəyyən prinsiplər əsasında müəyyənləşir. Müasir
Azərbaycan dilinin orfoqrafiya qaydaları əsasən 3 prinsipə görə müəyyən
olunur: fonetik, morfoloji və tarixi-ənənəvi prinsip.
Fonetik prinsipə görə, sözün tərkibindəki səslər tələffüz olunduğu kimi yazıda
hərflə ifadə olunur. Yəni sözlərin tələffüzü ilə yazılışı arasında, demək olar ki,
fərq olmur. Dilimizdə söz köklərinin çoxu bu prinsipə görə yazılır. Məsələn:
dağ, daş, gəl, vur, al, əl, xala, bala, baba, alma, gilas, beş, az, alt, və s.
Morfoloji prinsipə görə, məqamdan və şəraitdən asılı olaraq müxtəlif çalarlıqda
tələffüz olunan dil vahidləri vahid formada, yəni morfoloji quruluşa uyğun
olaraq bir cür yazılır. “Morfoloji prinsip – müxtəlif çalarlıqda tələffüz olunan
söz və şəkilçilərin bir cür yazılması prinsipidir” .Məsələn: əv, öy, öv – ev;
qərdeş, qardeş – qardaş; gessin – getsin; bacımnan – bacımdan, varrı – varlı və s.
Tarixi-ənənəvi prinsipə görə, əvvəlki dövrlərdə tətbiq olunan qaydalar mühafizə
olunur və bu gün də dəyişdirilmədən tətbiq edilir. Məsələn: hətta, xəstə, dəftər,
zülm, cəbr və s.
46. Ədəbi tələffüz normalarının pozulma mənbələri(şivə,yazı,əcnəbi dillərə)
İnsan ünsiyyəti yazılı və şifahi formada həyata keçirir. Hər adam çalışır ki, onun
yazısı və oxusu orfoqrafik-orfoepik qayda-qanuna uyğun gəlsin. Hər bir
azərbaycanlının əsas vəzifəsi ədəbi dilə yiyələnmək, onun leksik, qrammatik,
orfoqrafik və orfoepik normalarını öyrənməkdir. Həmişə kitab tələffüzü, yəni
sözlərin yazıldığı kimi tələffüzü canlı dilin tələffüzünün incəliyinə və
gözəlliyinə maneçilik törədir. Çoxları ömrü boyu bu yanlış tələffüz üslubundan
yaxa qurtara bilmir. Bir sıra sözlərin kitab tələffüzü quru və sxematik görünür.
Belə sözləri canlı danışıq nitqinə uyğun tələffüz etmək məqsədə uyğundur.
Məsələn, ikinci şəxsin cəmini bildirən –sınız şəkilçisi –sız kimi tələffüz olunur.
Nəqli keçmiş zaman şəkilçisindən ş samiti düşür: atmışsınız – atmısız.
Orfoepiya yunan sözü olub mənası orthos-düzgün, doğru, eqos isə nitq
deməkdir. Orfoepiya sözünün mənası düzgün, doğru tələffüz deməkdir.
Azərbaycan dilinin orfoepiyası dilimizin səs sisteminə uyğun olaraq, şifahi ədəbi
dilimizdə öz yerini tutmuş tələffüz qaydalarıdır. Orfoepiya ümumilikdə vahid
tələffüz qaydalarını təşkil etdiyi üçün bir dildə danışan hər bir insan bu qaydalar
vasitəsilə bir-birini tez və asan başa düşə bilər. İnsanlar arasında bu ünsiyyəti
yaratmaq üçün onların bir-birilə qarşılıqlı əlaqə saxlamağına nail olmaq üçün
istər şifahi, istərsə də yazılı nitqimizdə Azərbaycan dilinin ədəbi dil qaydaları
çərçivəsində vahid və hamı üçün məcburi olan bir norma yaradılmalıdır. Bir
millətin, bir xalqın arasında yaranan dialekt və şivələr, onlara məxsus tələffüz
qaydaları, sözlərin fərqli şəkildə formalara, eyni sözün müxtəlif dialekt və
şivələrdə fərqli leksik mənaya sahib olması insanların ünsiyyəti zamanı müxtəlif
çətinliklərə yol açır. Beləliklə, dilimizdə eyni sözlərin müxtəlif şəkildə tələffüz
olunması və ya onların qəbul olunmuş ədəbi tələffüz normalarından fərqli olaraq
deyilişi nitq prosesində, nitqin dərk edilməsi zamanı çətinləşməyə səbəb olur.
Əgər danışan hər hansı bir şəxs ədəbi dil çərçivəsindən kənar çıxaraq, həmin
normalardan uzaqlaşarsa, o zaman onu dinləyən şəxsin də əsas məsələdən
diqqəti yayınar və o deyilən sözün mənasını aydınlaşdırmağa çalışar. Bu zaman
diqqət yayınıqlığı baş verər və söhbət düzgün şəkildə baş tutmaz. Bütün dünya
dillərində olduğu kimi, Azərbaycan dilinin lüğət tərkibinə də tarixən bir sıra
əcnəbi dillərdən sözlər Daxil olmuşdur. Bu sözlərin müəyyən qrupu, klassik
ədəBiyyatda işlənməsinə baxmayaraq, indi ümumxalq üçün qismən, ya da
tamamilə anlaşılmaz şəklə düşmüşdür. Belə bir vəziyyət isə klassik irsi
mənimsəməyə mane olur. Buna görə də əcnəbi sözlər lüğətinin tərtib edilməsi
zərurəti yaranmışdır.Bu lüğət vasitəsilə bir sıra əcnəbi dillərə məxsus lüğətlərin
dilimizə uyğun məna izahı,mənşəyi,hansı dildən hansı dilə keçməsi kimi əhatəli
izahını öyrənmək mümkündür.
47. Sintaktik vəzifəsinə görə bağlayıcıların növləri
Nitq hissələri müstəqil mənasına, morfoloji nə və sintaktik vəzifəsinə görə əsas,
köməkçi, xüsusi və qeyri-müəyyən nitq hissələri olmaqla dörd qrupa ayrılır.
Cümlədə müstəqil bir üzv kimi işlənməyən, ayrılıqda müstəqil lüğəvi mənaya
malik olmayan, heç bir suala cavab verməyən, hərəkət, hadisə, əşya, əlamət və
keyfiyyət bildirməyən sözlərə köməkçi nitq hissələri deyilir. Köməkçi nitq
hissələri mənşə etibarilə əsas nitq hissələrindən əmələ gəlmişdir, lakin müəyyən
şərtlərlə onlardan fərqlənir: Köməkçi nitq hissələri müstəqil mənaya malik
deyillər, yalnız qrammatik məna daşıyırlar. Köməkçi nitq hissələri müstəqil
cümlə üzvü olmur. Köməkçi nitq hissələri heç bir suala cavab vermirlər. Cümlə
üzvləri və cümlələri bir birinə bağlayan köməkçi nitq hissəsinə bağlayıcı deyilir.
Bağlayıcılar cümlə üzvü olmur, söz yaradıcılığında iştirak etmir. Bağlayıcıların
iki növü var: tabesizlik və tabelilik bağlayıcıları. Tabesizlik bağlayıcıları
həmcins üzvlər ilə tabesiz mürəkkəb cümlələrin tərəflərini bağlayır. Tabesizlik
bağlayıcılarının da 6 növü var: 1. Birləşdirmə bağlayıcıları: və, ilə -la
bağlayıcıları aiddir. Və bağlayıcısı həmcins üzvləri həm də tabesiz mürəkkəb
cümlənin tərkib hissələrini bağlayır. İlə bağlayıcısı isə yalnız həmcins üzvləri bir
birinə bağlayır. Məsələn: Elə bu vaxt Ariflə Vəli qapıda göründü. Gün batdı və
hava qaraldı. 2.Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, halbuki, isə,
fəqət aiddir. Bu bağlayıcılar qarşılaşdırılan iki zidd təsəvvürü bir-birinə bağlayır.
Məsələn: Bu sükut ani idi, lakin çox mənalı idi. 3.Bölüşdürmə bağlayıcıları: ya,
və ya, ya da, ya da ki, və ya da ki, ya ki, yaxud, yaxud da, və yaxud, yaxud ki,
gah, gah da, gah da ki, istər, istərsə, istərsə də bağlayıcılarından ibarətdir.
Məsələn: Gah bədənini soyuq tər basır, gah da hərarət bürüyürdü. 4.İştirak
bağlayıcıları: həm, həm də, həm də ki, da, də, hətta, habelə, habelə də, həmçinin,
həmçinin də. Məsələn: O fikrindən çıxmır, hətta gecələr yuxusuna da girirdi.
5.İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. Bu bağlayıcılar mənaya görə inkarlıq
bildirir. Məsələn: Nə bir gələn var, nə yoxlayan var. 6.Aydınlaşdırma
bağlayıcıları: yəni, yəni ki, məsələn. Bu bağlayıcılar özündən əvvəl işlənən və
izahı lazım olan sözü, söz birləşməsini və ya cümləni aydınlaşdırmağa xidmət
edir. Məsələn: Ana, yəni müqəddəs varlıq bizim dayağımızdır. Tabelilik
bağlayıcıları. Bu bağlayıcılar ancaq tabeli mürəkkəb cümlələri təşkil edən baş və
budaq cümlələri bir-birinə bağlayır. Tabelilik bağlayıcılarının 5 növü var. 1.
Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Bu bağlayıcılar tabeli mürəkkəb
cümlənin budaq cümləsini müxtəlif cəhətlərdən aydınlaşdırma mənaları ilə
bağlayır. Məsələn: Sənə yaraşmaz ki, onun bunun sözünü danışmaq. 2. Səbəb
bağlayıcıları. Bu bağlayıcılar biri digərinə səbəb olan və səbəbə görə də biri
digərinə tabe olan iki cümlə arasında işlənir, onları bir-birinə bağlayır. Səbəb
bildirən bağlayıcılar: çünki, ona görə ki, buna görə ki, onun üçün ki, bunun üçün
ki, ondan ötrü ki, bundan ötrü ki, o səbəbə ki, ona görə, buna görə, ona görə də,
ondan ötrü də, o səbəbə, o səbəbə də, odur ki. Məsələn: Yedikləri qarınlarını
doyurmadı, çünki balalarından ayrı düşmüşdülər. 3.Müqayisə və bənzətmə
bağlayıcıları: İki hal-vəziyyəti bir-birinə bənzətmək və bir-biri ilə müqayisə
etmək üçün işlədilir. Buraya necə, necə ki, nə cür, nə cür ki bağlayıcıları
daxildir. Məsələn: Sən də döz, nə cür ki mən dözürəm. 4. Şərt bağlayıcıları:
əgər, hərgah, indi ki, madam, madam ki. Bu bağlayıcılar tabeli mürəkkəb
cümlənin şərt budaq cümləsini baş cümləyə bağlamağa xidmət edir. Məsələn:
İndi ki, sənin dilin gəlmir, qoy mən deyim. 5. Güzəşt və qarşılaşdırma
bağlayıcıları: Tabeli mürəkkəb cümlənin tərkibindəki budaq cümləni güzəşt yolu
ilə baş cümləyə bağlayır. Bunlar hərçənd, hərçənd ki, gərçi, əgərçi
bağlayıcılarından ibarətdir. Məsələn: Hərçənd bir az tezdir, amma zərəri yoxdur.
48. Fonetik hadisələr: dissimilyasiya, metateza
Ümumi inkişaf prosesi ilə, dildən istifadə edənlərin anlaşma tələbatı ilə əlaqədar
olaraq hər dilin lüğət tərkibində, qrammatik quruluşunda, fonetik sistemində
müxtəlif hadisələr baş verir; yeni sözlər yaranır, müstəqil sözlərdən köməkçi
sözlər formalaşır, köməkçi sözlərdən şəkilçilər yaranır, şəkilçilərin müxtəlif
variantları törəyir. Belə proseslərdə isə xüsusən sözlərin və şəkilçilərin fonetik
tərkibində müxtəlif tipli dəyişmələr, müxtəlif istiqamətli fonetik hadisələr olur.
Danışıq dilində işlənərək ədəbi dildə qanuniləşməyənlər hadisə adlanır. Müasir
Azərbaycan dilinin fonetik hadisələrinə bunlar aiddir: assimilyasiya,
dissimilyasiya, səsartımı, səsdüşümü, yerdəyişmə. Sözdəki eynicinsli səslərdən
birinin digərinə təsir edərək onu başqa səsə çevirməsinə dissimilyasiya deyilir.
Dissimilyasiya sözdəki məsafəsinə görə yaxın və uzaq olur. Sözdəki qonşu
səslərin bir-birinə təsiri nəticəsində yaranan dissimilyasiyaya yaxın
dissimilyasiya deyilir. Məsələn, hammal sözündəki birinci m səsi “qonşusu”
olan ikinci m səsinə təsir edib, onu b səsinə çevirir. Buna görə də həmin söz
hammal yox, hambal formasında tələffüz olunur. Sözdə qonşu olmayan səslərin
bir-birinə təsiri əsasında yaranan dissimilyasiyaya uzaq dissimilyasiya deyilir.
Məsələn, zərər sözündəki birinci r ilə ikinci r arasında başqa səs vardır. Lakin
buna baxmayaraq, birinci səs öz həmcinsi olan ikinci r səsinə təsir edərək, onu l
səsinə çevirir ki, bunun da nəticəsində zərər əvəzinə zərəl tələffüz edilir.
Metateza — söz daxilindəki səslərin qarşılıqlı halda öz mövqelərini dəyişmə
hadisəsi metateza adlanır. Məsələn, məşhur əvəzinə məşhur, yanlış əvəzinə
yalnış deyilir. Müasir Azərbaycan dilində metateza hadisəsinə, xüsusilə,
şivələrdə yol verilir və bir sıra sözlər müxtəlif çalarlıqda yerdəyişmə hadisəsinə
uyğun tələffüz olunur. Məsələn, qeyrət-qiryət (yr-ry), süfrə-sürfə (fr-rf), pəhriz-
pərhiz (hr-rh) və s.
49. Feili söz birləşmələri
Feili birləşmənin əsas tərəfi ikili xüsusiyyətə malik olan feili sifət, feili bağlama
və məsdərlə ifadə olunur. Məsələn :Tarixi vərəqləmək.
Əsas tərəfi- tabe edən sözü feillerden ibarət olan birləşmələrə feili birləşmə
deyilir. Feili birləşmələrin sade şəkili iki müstəqil sözün birləşməsindən ibarət
olur. Məsələn : mahnını dinlədikdə, ucadan oxuyan.
Sadə quruluşlu feili birləşmələrin asılı tərəfində qoşmalarda iştirak edə bilir.
Məsələn : quş kimi uçmaq. Mürəkkəb quruluşlu feili birləşmələr üç və daha çox
müstəqil sözün birləşməsindən əmələ gəlir. Məsələn : çiçəkləri evə gətirmək
Əsas tərəfin ifadə vasitələrinə görə üç qrupa ayrılır. 1. Əsas tərəfi feili sifətdən
ibarət olur : evə gedən
2. Əsas tərəf feili bağlamadan ibarət olur : teatra baxdıqca
3. Əsas tərəf masderden ibarət olur :musiqi dinləmək.
Feili birləşmənin aslı tərəfi adlardan, feillerden, zərflərdən, ismi və feili
birləşmələrdən ibarət olur.
Tərəflər arasındakı sintaktik əlaqə üsullarına görə feili birləşmələrin 3 qrupa
bölmək olar :
1) Koordinativ feili birləşmələr. Bu qrupa daxil olan feili birləşmələrin asılı
tərəfi adlıq halda olur. Məsələn : yağış başlayanda
2) Yanaşma əlaqəli feli birləşmələr. Bu qrupa daxil olan feili birləşmələrin asılı
tərəfi qeyri-müəyyən təsirlik halda olan isim və isimləşmis sözlərdən (kitab
vərəqləmək) şəxsiz feillərdən (qaçanda yıxılan) və bəzi zərflərdən ibarət olur.
(tez -tez əsəbiləşən)
3) İdarə əlaqəli feili birləşmələr. İsmin yönlük, təsirlik, yerlik və çıxışlıq
hallarında olan adlar, feili sifətlər, məsdərlər və bəzi zərflər əsas tərəflə
əlaqələnərək idarə əlaqəli feili birləşmələr əmələ gətirir : dağlara qalxanda,
dərədə otlayan.
Feili birləşmənin aslı tərəfi müxtəlif əsas nitq hissələri və ismi və ya feili
birləşmələrden ibarət ola bilər.

50. Feilin şəkilləri


Subyekt ilə iş, hal, hərəkət arasındakı əlaqə və münasibətin qrammatik yolla
feillərdə ifadəsi dildə bir sistem təşkil edir və şəkil kateqoriyasının yaranmasına
səbəb olur. Subyektin gerçəkliyə münasibətini bildirmək üçün feillerin düşdüyü
şəkillərə feilin şəkilləri deyilir. Feilin 6 şəkili var.
1. Əmr:
Feilin əmr şəkli əmr, xahiş, tələb, məsləhət, nəsihət bildirir. Əmr şəkillin xüsusi
morfoloji əlaməti yoxdur. Feil kökü və ya əsasına yalnız şəxs şəkilçiləri
artırmaqla düzəlir. Əmr şəkilində olan feillər öz intonasiyasına görə çox zaman
nidalarla müqayisə edilir. Əmr şəkilində olan feiller cümlə daxilində bir sıra
ədatlarla birgə işlənir. Məsələn : gəl, di, qoy, bax, barı və.s
2 Xəbər :
Feilin xəbər şəkili işin hansı zamanda, hansı şəxs tərəfindən icra olunduğunu
bildirir. Feilin bu şəkili feilin kökünə və ya əsasına zaman və şəxs şəkilçiləri
artırmaqla formalaşır. Xəbər şəkilindəki feillərə əvvəlcə zaman, sonra şəxs
şəkilçiləri artırılır. Məsələn: Men yaz-di-m, Biz yaz-dı-q.
3 Vacib :
Feilin vacib şəkili işin icrasını vacib olduğunu bildirir. Vacib şəkili modallığın
mühüm ifadə vasitələrindən olub, feil kökü və ya əsasına – malı² şəkilçisi və
şəxs şəkilçiləri artırmaqla düzəlir. Məsələn : Ürək təmiz olmalıdır bulaqların
suyu kimi. Vacib şəkilinin inkarı –ma² şəkilçisi ilə düzəlir.
4 Arzu :
Feilin arzu şəkili iş və hərəkətin icrasını gərəkli olduğunu, arzu olduğunu
bildirir. Feillere - a² şəkilçisi və şəxs şəkilçilərinə artırmaqla düzəlir. Məsələn :
Düşmən acdır deyillər, onu gərək doyduraq. Arzu şəkili gərək, kaş, barı ədatları
ilə işlənir. Arzu şəkilinin inkarı - ma² şəkilçisi ilə düzəlir.
5 Lazım:
Bu şəkil işin icrasının lazım olduğunu bildirir. Şəkilçisi – ası² dır. Məsələn :Bu
zavallılar da öləsidirlər. Lazım şəklinin inkarı az işlənir. -Ma² şəkilçili inkar
daha az işlənir.
6 Şərt :
Feilin şərt şəkili işin icrasını müəyyən şərtlə bağlı olduğunu bildirir. -Sa²
şəkilçisinin artırılması ilə düzəlir. Şərt şəkilində olan feiller sadə və mürəkkəb
cümlənin müstəqil xəbəri ola bilmir. O, budaq cümlənin xəbəri kimi işlənir.
Məsələn : Bəbirin başına ləçək bağlamasam, atamın qızı deyiləm.
51.Fonetik hadisələr: eliziya, proteza
Dilin fonetik sistemi inkişaf etdikcə burada müxtəlif orfoepik və orfoqrafik
proseslər səs dəyişimlər ortaya çıxır. Bu cür dəyişimlər fonetik hadisələr
adlanır.
Azərbaycan dilində assimilyasiya dissimilyasiya səsartımı (proteza) səsdüşümü
(eliziya) yerdəyişmə fonetik hadisələri ahəng qanunu və cingiltiləşmə fonetik
qanunu müşahidə olunur.
Səsartımı (proteza) hadisəsi daha çox hallarda sait səslərin və samit səslərin
sözlərdə qoşa işlənməsinə yol verməmək üçün onların arasına müəyyən səslərin
əlavə edilməsilə yaranır. Səs artımı hadisəsi xüsusilə samit artımı bəzi hallarda
yazılı ədəbi dildə sabitləşərək işlədilir. Belə ki, saitlə başlayan şəkilçi
artırıldıqda (əmi-y-ə ata-y-a hara-y-a hara-n-ın əmi-s-i və.s) onların arasına y, n,
s samitlərindən biri əlavə edilir.Bir çox hallarda isə səsartımı hadisəsi ancaq
şifahi nitqdə özünü göstərir yazılı ədəbi dil üçün isə məqbul hesab edilmir.
Məsələn: stəkan-istəkan stol-ustol sentyabr-sentyabır və s.
Səsdüşümü (eliziya) fonetik hadisəsi əksər hallarda ədəbi dil üçün sabitləmiş
şəkildə özünü göstərir və daha çox sözlərə müxtəlif şəkilçilər artırılması zamanı
müşahidə edilir.Belə ki bəzi ikihecalı alınma sözlərə saitlə başlanan şəkilçi
artırdıqda sözün sözün ikinci hecasındakı sait düşür.Məsələn: isim-ismin fikir
fikrin ətir-ətrin və s.
Sonu saitlə bitən miqdar saylarına saitlə başlanan sıra sayı şəkilçisi artırdıqda da
şəkilçinin ilk saiti ixtisar olunur. Məsələn: iki-iki-(i)nci altı-altı-(ı)ncı və.s
Mürəkkəb isimlərin yaranması zamanı saitlə bitən və saitlə başlayan iki adın
birləşməsi zamanı da saitlərdən biri düşür. Məsələn: Əli Əsgər - Ələsgər, Əli
Abbas - Əlabbas və s.
52. Feilin təsriflənməyən formaları
Şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilmir. Felin təsriflənməyən formaları
üçdür: məsdər, feli sifət, feli bağlama.
1) Məsdər
Məsdər feilin təsriflənməyən formalarından biri olub feillə ifədə olunan iş hal
hərəkətin adlandırılmasına xidmət edir. Həm felin, həm də ismin
xüsusiyyətlərini daşıyır.
Şəkilçisi: -maq : ağla+maq, gül+mək
Lüğətlərdə bütün fellər məsdər formasında qeyd olunur.
a) Məsdərin felə aid xüsusiyyətləri:
— Leksik mənası var.
— Təsdiq və inkarda olur.
— Felin müəyyən növünə aiddir.
— Təsirli və ya təsirsiz olur.
— Tərkibi əmələ gətirir.
b) Məsdərin ismə aid xüsusiyyətləri:
— Hallanır və mənsubiyyətə görə dəyişir.
— Nə? sualına cavab verir.
— Xəbər şəkilçisi (-dır ) qəbul edib cümlədə ismi xəbər olur.
— Cümlədə mübtəda, tamamlıq, zərflik də ola bilir.
— Qoşmalarla işlənə bilir.
2) Feili sifət
Feili sifət əşyanın əlamətini hərəkətlə bağlı şəkildə bildirir.Həm felin, həm də
sifətin xüsusiyyətlərini daşıyır.
Şəkilçiləri:
Keçmiş: -mış : yazıl+mış (məktub); -dığı : yaz+dığım (məktub).
İndiki: -an : yazıl+an (məktub).
Gələcək: -acaq : yazıl+acaq (məktub); -ası : yazıl+ası (məktub); -malı :
yazıl+malı (məktub).
a) Feili sifətin feilə aid xüsusiyyətlər:
— Zaman mənası bildirir.
— Təsirli və ya təsirsiz olur.
— Növ bildirir.
— Təsdiq və inkarda ola bilir.
b) Feili sifətin sifətə aid xüsusiyyətləri:
— Əşyanın əlamətini bildirir.
— Neçə? , nə cür? , hansı? suallarından birinə cavab olur.
— Aid olduğu ismin əvvəlində gəlir.
— Cümlədə təyin vəzifəsində işlənir.
— Xəbərlik şəkilçilərini qəbul edir və ismi xəbər olur.
— Sifət kimi substantivləşə bilir və bu vaxt cümlədə isim kimi çıxış edir.
3) Feili bağlama
Feili bağlama hərəkəti digər bir hərəkət vasitəsilə izah edir, onun əlamətlərini
bildirir. Həm felin, həm də zərfin xüsusiyyətlərini daşıyır.
Şəkilçiləri: -ıb;-araq; -a -a; -madan; -anda ; -dıqda ; -arkən ; -ınca ; -dıqca ; -ar, -
maz.
Feli bağlamanın feilə aid xüsusiyyətləri:
— Leksik mənası var.
— Təsdiq və inkarda olur.
— Felin müəyyən növünə aiddir.
— Təsirli və ya təsirsiz olur.
— Tərkib əmələ gətirir.
Feli bağlamanın zərfə aid xüsusiyyətləri:
— Hərəkətin tərzini, zamanını, səbəbini və s. bildirir.
— Zərfin suallarına cavab verir.
— Tərkib əmələ gətirir.
53. Cümlə üzvlərinin xüsusiləşməsi
Cümlədə məna və intonasiya cəhətdən fərqləndirilən üzvlərə xüsusiləşmiş üzvlər
deyilir. Bütün cümlə üzvləri xüsusiləşə bilir. Lakin tamamlıqlar və zərfliklər
daha çox xüsusiləşir.
Tamamlıqlar başqa, qeyri, özgə, savayı, əlavə, əvəzinə və s. qoşmaların köməyi
ilə xüsusiləşir. Tərkibində bu qoşmalardan biri olan tamamlıq intonasiya və
fasilə ilə qalan üzvlərdən ayrılaraq xüsusiləşir. Məs: 1) Quşların səsindən başqa,
bir səs eşidilmirdi. 2) Plandan əlavə, 30 faiz pambıq nəzərdə tutulub və s.
Zərfliklər əksərən baxmayaraq, halda, kimi, əlaqədar olaraq, asılı olaraq və s.
sözlərin köməyi ilə xüsusiləşir. Məs: 1) Jəhər yorğun və ac olduğumuza
baxmayaraq, körpünü tikdik. 2) Payız olduğu halda, aran yerlərdə isti idi.
Qeyd: Başqa, əlavə sözləri qoşma kimi işləndikdə, halda, kimi sözləri xəbərin
yanında işləndikdə xüsusiləşmiş üzv əmələ gətirə bilmir.
Xüsusiləşmiş tamamlıq və zərfliklərdən sonra vergül qoyulur.
54. Azərbaycan dilinin mənşəcə tərkibi
Azərbaycan dilini mənşəcə 2 qrupa bölmək olar : milli (Azərbaycan dilinin
özünəməxsus) və alınma
Azərbaycan dilinin özünə məxsus və ya ümumtürk mənşəli sözləri leksik
tərkibin əsasını təşkil edir və ümumişlək sözlərin çoxu bu qrupa aiddir. Belə
sözlərin çoxü azacıq fonetik fərqlərlə digər türk dillərində də işlənir. Bu tip
sözlər həm formal, həm funksional, həm də semantik baxımdan seçilir və lüğət
tərkibinin ən aktiv hissəsi hesab edilir. Bu qrupa daxil olan sözlər ahəng
qanununun ciddi şəkildə gözlənilməsi, qoşa sait və qoşa samitin işlənməməsi,
azhecalı olması və asan tələffüzü ilə seçilir. Dilimizdə saylar, əvəzliklər, feillər
milli sözlər hesab olunur.
Alınma sözlər müxtəlif faktorlarla dilimizə keçmişdir. Burada tarixi, areal,
ictimai- siyasi, iqtisadi faktorlar mühüm rol oynamışdır.
Azərbaycan dilindəki alınma sözlər əsl Azərbaycan sözləri üçün səciyyəvi
olmayan aşağıdakı xüsusiyyətlərə malikdir:
1. Sözdə iki saitin yanaşı işlənməsi: ailə, zəif, səadət, müəllim, sual, maaş, bədii,
mətbəə və s.
2. Sözdə uzun tələffüz olunan saitin işlənməsi (Avropa mənşəli sözlərdə uzun
tələffüz olunan sait olmur): aləm, məna, elan, xüsusi, səliqə və s.
3. Sözün “r” samiti ilə başlanması: rezin, rayon, rəng, rəsm, rəssam, rəf, rəndə
və s.
4. Sözdə j samitinin işlənməsi (istər sözün əvvəlində, sonunda, istərsə də
ortasında): janr, müjdə, əjdaha, Əjdər, qaraj, jurnal, jurnalist, montaj və s. Qıjı,
qıjıltı kimi sözlər istisnadır.
5. Vurğusu son hecaya düşməyən sözlərin çoxu: kabel, kompüter, kalkulyator,
biologiya və s. Bayaq, bildir, dünən, necə, ancaq, yalnız, sanki sözləri istisnadır.
6. Sözdə ahəng qanununun pozulması: məktub, vəfa, ticarət və s. İlıq, işıq, inam,
ilxı, ildırım, işartı, islanmaq, tikan, elat, gedişat kimi sözlər və bəzi iki sözün
birləşməsindən yaranan sözlər istisnadır.
7. Təkhecalı sözlərin sonunda eyni samitlərin işlənməsi: sirr, həll, hiss, xətt,
tibb, hədd və s.
8. Qoşa “y” samitli sözlərin hamısı.
9. Tərkibində “q” samitinin kar qarşılığı “k” səsi olan sözlərin çoxu: kolxoz,
klub, tank, xalq, şəfəq, əxlaq və s.
10.Fleksiyaya uğrayan sözlər: nəsr – nasir – mənsur; şəkil – təşkil – mütəşəkkil;
eşq – aşiq – məşuq – məşuqə və s.
11. Sonu -at şəkilçisi ilə bitən sözlər: məlumat, hesabat, mühasibat, tələbat və s.
12. “O” kimi yazılıb “a” kimi oxunan sözlər: kompüter, kompot və s.
13. Ərəb və fars dillərindən alınma sözlər isə “la-, na-, bi-, ba-“ ön şəkilçiləri ilə
birlikdə Azərbaycan dilinə daxil olmuşdur: laməkan, laqeyd, naşükür, naməlum
və s. Nadinc və nakişi sözləri istisna hal olaraq milli mənşəlidir.
14. Məktəb, təhsil, din və ilahiyyatla bağlı sözlərin çoxu da ərəb və fars
dillərindən alınma sözlərdir: məktəb, məktub, kitab, katib, dərs, tədris, mədrəsə,
sinif, elm, Allah, rəbb, islam, peyğəmbər, məscid, müsəlman, inam, namaz,
səcdə, ilahi, oruc, həcc, molla, axirət, cənnət, şeytan, Əkbər, Zəhra, Ömər,
Cəfər, Həsən, Əli, Fatma və s.
15. Sözün əvvəlində iki samitin yanaşı gəlməsi də əsl Azərbaycan sözləri üçün
səciyyəvi özəllik deyil. Belə sözlər, əsasən, Avropa mənşəli alınma sözlərdir:
plan, prospekt, şkaf, tramplin və s.
16. Azərbaycan dilinə fars dilindən keçən sözlərin əksəriyyəti poetik ifadələr və
sözlərdir: gül, bülbül, bahar, payız, dilbər və başqa.
55. Aktual üzvlənmə, onun komponentləri: tema və rema
Dilçilərin dil sisteminin sintaktik layını iki yarusa – potensial (sintaktik) və
aktual (suprasintaktik) yaruslara ayırmaları, aktual sintaksisi ayrıca bir səviyyə
kimi nəzərdə tutmaları təsadüfi deyildir. Bu cəhətləri əsas götürdükdə aydın olur
ki, dilçilik elmi yaxın vaxtlara qədər başlıca olaraq dilimizin potensial
imkanlarının tədqiqi ilə məşğul olmuşdur. alimlərin araşdırmaları göstərir ki,
suprasintaktik səviyyənin, aktual səviyyənin öyrənilməsi çox vacibdir və yalnız
bu yolla dilimizin kommunikativlik imkanlarını, dialoji və monoloji nitqin nə
üçün bu və ya digər şəkildə qurulduğunu müəyyənləşdirmək mümkündür.
Dilçilik tədqiqatından məlumdur ki, bu məsələ yeni dövrdə sistemli şəkildə
fransız alimi A.Veyl danışan və dinləyən üçün daha maraqlı fikirlərin cümlənin
əvvəlində, ikinci dərəcəli fikirlərin cümlənin sonunda gəlməsi barədə iddiaları
rədd edərək, normal nitqdə əvvəlcə söyləmin çıxış nöqtəsinin, sonra əsas
məqsədin işləndiyini isbat etmişdir. Bu nəzəriyyənin əsasında cümlənin aktual
üzvlənməsi durur.
Hər bir cümlə az-çox bitmiş fikir ifadə etsə də, onun ifadə etdiyi fikir bitkinliyi
nisbi xarakter daşıyır. Cümlə yalnız mətn şəraitində bütün struktur-semantik
xüsusiyyətlərini üzə çıxara bilir. Müəyyən fikir ətrafında cümlələrin əlaqəli
birliyi mətnin yaranmasına səbəb olur. Mətnin təşkili, qurulması əlaqəli
cümlələrdə aktual üzvlənmənin gedişi ilə bağlıdır. Mətn komponentlərinin
aktual üzvlənməsi, yəni tema – rema əvəzlənməsi mətnin semantikasının
öyrənilməsində böyük rola malikdir. Tema cümlələr arasında semantik bağlılıq
yaradır, nəticədə bir cümlədə qeyri-müəyyən olan sonrakı cümlədə
müəyyənləşir. Bu ardıcıllıqda hər bir cümlədə verilən yeni informasiya remanı
təşkil edir. Tema və remanın hər bir cümlədə formal əlamətləri söz sırası və
intonasiyadır. Ədəbi dil normalarına müvafiq qurulmuş sadə nəqli cümlələrdə
adətən tema əvvəl, rema sonra işlənir; temada ton nisbətən yüksək olur, rema isə
məntiqi vurğu ilə, nisbətən aşağı tonda tələffüz edilir. Ədəbi dil normalarına
uyğun qurulmuş cümlələrdə mübtəda (və ya mübtəda zonası) temadan, xəbər (və
ya xəbər zonası) remadan ibarət olur. Yəni mübtəda zonası “məlum olan”ı,
xəbər zonası “yeni”ni bildirir.Tema danışana və dinləyənə mə`lum olanı,
söhbətin predmetini ifadə edir.

56. Sözlər arasında məna əlaqələri: predikativ, obyekt , atributiv,


Relyativ əlaqə
Söz birləşmələrini və cümlələri əmələ gətirən sözlər arasında iki cür əlaqə var.
Belə ki, söz birləşmələrini və cümlələri əmələ gətirən sözlər arasında həm məna,
həm də qrammatik cəhətdən bağlılıq olur.
Sözlər arasındakı məna əlaqələrinin əsasını təbiətdə olan obyektiv əlaqələr təşkil
edir. Obyektiv aləmdə əşyalar və hadisələr arasındakı münasibət və əlaqələrin
formalaşması çox müxtəlif və rəngarəng olduğu kimi, sözlər arasındakı məna
əlaqələri də müxtəlif və rəngarəng olur.
Sözlər arasındakı məna əlaqələri aşağıdakı özünü göstərir:
1. Predikativ əlaqə. Bu əlaqə əşya və onun hərəkəti arasındakı əlaqəni bildirir.
Məs: Dəniz dalğalanır. Şagird oxuyur. Külək əsir.
2. Atributiv əlaqə. Bu əlaqə əşya ilə geniş mənada onun əlaməti (keyfiyyəti,
miqdarı, sırası və s) arasındakı əlaqələri ilə ifadə edir. Məs: yaxşı şagird, dəmir
qapı, həmin adam və s.
Atributiv əlaqə özünü təyinlə təyinlənən arasında (təyin+mübtəda, təyin+ ta-
mamlıq, təyin+zərflik, təyin+xəbər şəklində) göstərir. Cümləyə ismi birləşmə
kimi daxil olur.
3. Obyekt əlaqəsi. Bu əlaqə hərəkətlə onun obyekti arasında olan əlaqələri ifadə
edir. Obyekt dedikdə həm müstəqim (ismin təsirlik halı ilə ifadə olunan), həm də
qeyri-müstəqim (isimin yönlük, yerlik, çıxışlıq halları ilə ifadə olunan) obyektlər
nəzərdə tutulur. Məs: dənizi seyr etmək, səndən soruşmaq. Obyekt əlaqəsi həm
söz birləşmələrində, həm də cümlələrdə özünü göstərir.
4. Relyativ əlaqə. Bu əlaqəyə zərfi əlaqə də deyilir. Məna əlaqəsinin bu növü hə-
rəkətlə onun tərzi, dərəcəsi, zamanı, yeri, kəmiyyəti, səbəbi, məqsədi, şərti və s.
arasındakı əlaqələri ifadə edir. Məs: asta danışmaq, çox oturmaq, kəndə
yollanmaq, sevincindən ağlamaq və s.
Relyativ əlaqə özünü zərfliklə feli və ismi xəbər arasında göstərir.
57. Vurğu və intonasiya
Vurğu sözlərdəki hecalardan birinin, cümlədə isə sözlərdən birinin digərlərinə
nisbətən qüvvətli tələffüz edilməsidir. Bir çox hallarda sözlərdə və cümlələrdə
vurğunun yerinin dəyişməsi mənanın dəyişməsinə səbəb ola bilir. Ona görə də
sözlərdə və cümlələrdə vurğunun yerini düzgün müəyyənləşdirmək vacibdir.
Sözlərdə və cümlələrdə vurğunun yerini nəzərə almaqla onun iki növünü qeyd
etmək olar:
Heca vurğusu və söz (məntiqi) vurğusu
Heca vurğusu sözlərdən birinin digəri ilə müqayisədə güclü tələffüz
olunmasıdır. Azərbaycan dilində heca vurğusu əksər hallarda sözün son hecası
üzərinə düşür və sözlərə şəkilçi artırdıqda da, müəyyən istisnalar nəzərə
alınmaqla, vurğu şəkilçinin üzərinə düşür.
Məsələn: taxıl' - taxılçı' - taxılçı'lıq, payız' - payızlıq' və s.
Bəzi şəkilçilər isə vurğu qəbul etmir. Bu şəkilçilər inkarlıq (-ma²), şəxs (-am², -
san²), əmr şəklinin II şəxs cəm şəkilçiləri (-ın²) və s. daxildir.
Alınma sözlərin bir çoxunda vurğunun yeri sərbəst olmaqla sözün əvvəlinə və
ortasına da düşə bilir. Məsələn: akadémik, káfedra, avtóqraf, avtóbus, élektrik
vs.
Məntiqi vurğu cümlədəki sözlərdən birinin digərlərinə nisbətən daha qüvvətli,
yüksək tonla tələffüz olunmasıdır. Bu zaman cümlədəki sözlərdən hamısının
mənası daha çox diqqətə çatdırılmalıdırsa, vurğu onun üzərinə düşür və vurğu
baxımından digərlərindən fərqlənir. Məsələn: Mən bu gün məktəbə gedəcəyəm
cümləsindəki sözlərin hər birini vurğu altında tələffüz etməklə diqqəti onun
mənasına yönəltmiş oluruq. Bəzən vurğu qəbul edən sözlərin yerini dəyişərək
onun xəbərin yanında işlətməklə vurğu ilə birlikdə həmin sözün mənasını
diqqətə çatdırmış oluruq.
İnkarlıq və əmr şəklinin ikinci şəxs cəm şəkilçisi qəbul edən sözlərdə vurğunun
yeri dəyişdikdə sözün mənası da dəyişir. Ona görə də tələffüz zamanı bu tipli
sözlərdə vurğunun düzgün işlədilməsi zəruri hesab edilir. Məsələn: gəlməz,
vurma, süzmə ; alın, gəlin,yeyin və s.
58. Frazeoloji söz birləşmələri: frazeoloji qovuşma, frazeoloji birlik,
frazeoloji birləşmə
Ünsiyyət prosesində bəzən bu və ya digər mənanı ifadə etmək üçün ayrıca
işlənən bir sözdən istifadə olunduğu kimi, müəyyən bir məna ifadə edən, məcazi
mənalar kəsb edən sözlərin birliyindən də istifadə edilir. Bu zaman həmin
məcazi mənalı sözlərini birliyinin ifadə etdiyi məna ayrıca bir sözün mənasına
uyğun gəlir. Məsələn: dağıtmaq — alt-üst etmək; qorxmaq - ürəyi düşmək/ ürəyi
qopmaq; tovlamaq- dilə tutmaq; əsəbiləşmək- özündən çıxmaq və s.
Dildə bu cür birləşmələr tarixən formalaşmış, sabitləşmiş və vahid formaya
düşmüş dil vahidləridir. Belə dil vahidləri dilçilikdə sabit söz birləşmələri və ya
frazeoloji birləşmələr adlandırılır. Dilçiliyin sabit və ya frazeoloji birləşmələri
öyrənən bölməsi "frazeologiya" adlanır. Bir çox dilçilik termini kimi
frazeologiya da yunan mənşəli olub phrasis (ifadə) və logos (təlim) sözlərinin
birləşməsindən əmələ gəlib dildə olan sabit, frazeoloji birləşmələri öyrənən
dilçilik bölməsinin adıdır.
Frazeoloji birləşmələri fərqləndirən əsas əlamət onları təşkil edən sözlərin həqiqi
mənadan uzaqlaşaraq məcazi məna kəsb etməsidir. Məsələn, ağız büzmək,
əldən getmək, dil vermək, baş vurmaq, ağzına su almaq və s. birləşmələri təşkil
edən sözlər öz ilkin mənasından uzaqlaşaraq məcazi məna kəsb etmiş və
frazeoloji (sabit) birləşmə yaradaraq hər hansı konkret bir məfhumun ifadəsinə
xidmət edir.
Dilçiliyin frazeologiya bölməsinin vahidi "sabit söz birləşməsi" və ya
"frazeologizm" adlanır.
Frazeologizmlər (sabit söz birləşməsi) müxtəlif mənalı sözlərin birliyindən
yaranır və bu baxımdan dildəki sərbəst söz birləşmələri ilə oxşarlıq təşkil edir.
Lakin bu zahiri, forma oxşarlığı onların eyni dil vahidi olması demək deyildir.
Belə ki, həm sabit, həm də sərbəst söz birləşmələri ayrı-ayrı sözlərin
birləşməsinə yaransa da, onlar həm məna, həm də forma baxımından fərqlənir.
Yəni sabit söz birləşmələri leksik, sərbəst söz birləşmələri isə qrammatik
birləşmələrdir.
Bu dil vahidləri arasındakı əsas fərqlərdən biri də odur ki, sərbəst birləşmələrin
tərəfləri ilkin, həqiqi mənada, sabit birləşmələrin tərəfləri isə məcazi mənada
işlənir. Frazeoloji birləşmələrin tərəfləri sərbəst olmaqla istənilən vaxt digər
sözlərlə qrammatik baxımdan birləşir və yeni birləşmələr yaradırsa, frazeoloji
birləşmələr struktur baxımdan sabit olmaqla dəyişmir və bütövlükdə vahid bir
mənanın ifadəsinə xidmət edir.
59. Sinonim sözlər: mütləq və nisbi sinonimlər, dubletlər
Dünyanın əksər dillərində olduğu kimi, Azərbaycan dilində də müəyyən bir
sözlə müxtəlif mənalar ifadə oluna bildiyi kimi, bir mənanı ayrı-ayrı sözlərlə
ifadə etmək və ya əks mənaları, bir-birinə mənaca zidd olan mənaları ayrı-ayrı
sözlərlə ifadə etmək mümkün olur. Bu xüsusiyyətləri nəzərə aldıqda dilin leksik
tərkibindəki sözləri forma və məzmun baxımından qruplaşdırmaq olar. Bu
baxımdan onları antonim, sinonim və omonim sözlərə bölmək mümkündür.
Sinonimlər- Obyektiv aləmdəki eyni və ya oxşar anlayışları, əşya, hərəkət,
keyfiyyət və s. müxtəlif şəkildə adlandıran sözlərdir. Sözlərin bu növündən
ünsiyyət prosesində təkrardan qaçmaq, fikri daha anlaşıqlı və aydın şəkildə ifadə
etmək üçün istifadə edilir. Məsələn: ürək-qəlb-könül, arzu-istək-dilək, uca-
hündür, gödək-qısa və s.
Sinonim münasibətdə olan, oxşar və ya eyni məna ifadə edən sözlər sinonim
cərgə adlanır.
Sinonim sözlər adətən eyni nitq hissəsinə aid olur və əksər nitq hissələrini əhatə
edir. Məsələn: isim ( ov-şikar, son-axır), sifət ( gözəl-göyçək-qəşəng), say ( çox-
xeyli, yarım-ikidə bir) və digər nitq hissələrinə aid olan sinonimlər vardır.
Sinonimlər iki yerə bölünür: mütləq sinonimlər və nisbi sinonimlər.
Mütləq sinonimlər hər zaman bir-birini əvəz edə bilir. Onlar bir sözün müxtəlif
formalarla adlandırılması nəticəsində yaranır. Məsələn: eynək–çeşmək, bəxşiş–
hədiyyə, dad-ləzzət və s.
Nisbi sinonimlər yaxın mənaları bildirir, onların nitqdə, söz birləşmələrində,
cümlələrdə bir-birini tam əvəz edə bilməsi hər zaman mümkün olmur. Məsələn:
«ürəyim ağrıyır» sözünün yerinə «könlüm ağrıyır» yaxud da «qəlbim ağrıyır»
deyə bilmərik. Deməli, bunlar həmişə bir-birini əvəz edə bilmir, ona görə də
bunlar nisbi sinonimlər adlanır.
Azərbaycan dilində bir çox sözlər vardır ki, onlar eyni əşya və məhfumları ifadə
edə bilər. Bu cür sözlər dilçilikdə dublet adlandırılır. Yəni sinonimlər bütün
hallarda bir-birini əvəz edə bilmirsə, dubletlər əksər hallarda bir-biri ilə əvəz
oluna bilir və bu zaman məna fərqi yaranmır. Məsələn: gözlük-eynək-çeşmək,
çeşmə-bulaq, həkim-doktor və s.

60.Vurğu və onun növləri: heca vurğusu, məntiqi vurğu, həyəcanlı vurğu


Vurğu sözlərdəki hecalardan birinin, cümlədə isə sözlərdən birinin digərinə
nisbətən qüvvətli tələffüz edilməsidir. Bir çox hallarda sözlərdə və cümlələrdə
vurğunun yerinin dəyişməsi mənanın dəyişməsinə səbəb ola bilir. Ona görə də
sözlərdə və cümlələrdə vurğunun yerini düzgün müəyyənləşdirmək vacib və
əhəmiyyətlidir. Sözlərdə və cümlələrdə vurğunun yerini nəzərə almaqla onun iki
növünü qeyd etmək olar: heca vurğusu və söz (məntiqi) vurğusu.
Heca vurğusu sözlərdə hecalardan birinin digəri ilə müqayisədə güclü tələffüz
olunmasıdır. Azərbaycan dilində heca vurğusu əksər hallarda sözün son hecası
üzərinə düşür və sözlərə şəkilçi artırdıqda da, müəyyən istisnalar nəzərə
alınmaqla, vurğu şəkilçinin üzərinə düşür. Məsələn: taxıl’- taxılçı’-taxılçılıq’ və
s.
Bəzi şəkilçilər isə vurğu qəbul etmir. Bu şəkilçilərə inkarlıq, şəxs, əmr şəklinin
II şəxs cəm şəkilçiləri və s. daxildir.Məntiqi vurğu cümlədəki sözlərdən birinin
digərlərinə nisbətən daha qüvvətli, yüksək tonla tələffüz olunmasıdır. Bu zaman
cümlədəki sözlərdən hansının mənası daha çox diqqətə çatdırılmalıdırsa, vurğu
onun üzərinə düşür və vurğu baxımından digərlərindən fərqlənir. Məsələn: Mən
bu gün məktəbə gedəcəyəm cümləsindəki sözlərin hər birini vurğu altında
tələffüz etməklə diqqəti onun mənasına yönəltmiş oluruq. Bəzən vurğu qəbul
edən sözlərin yerini dəyişərək onu xəbərin yanında işlətməklə vurğu ilə birlikdə
həmin sözün mənasını diqqətə çatdırmış oluruq. İnkarlıq və əmr şəklinin ikinci
şəxs cəm şəkilçisi qəbul edən sözlərdə vurğunun yeri dəyişdikdə sözün mənası
da dəyişir. Ona görə də tələffüz zamanı bu tipli sözlərdə vurğunun düzgün
işlədilməsi zəruri hesab edilir. Məsələn: gəlmə, vurma, süzmə; alın, gəlin, yeyin
və s. Hiss və həyacanın ifadəsi üçün cümlədə sözün, ifadənin qeyri-adi şəkildə
tələffüzünə həyəcanlı vurğu deyilir. Həyəcanlı vurğu danışıq zamanı yaranan
müxtəlif emosional vəziyyətləri ifadə edir. Daha çox nida cümlələrində özünü
qabarıq göstərir. Məsələn: İşə bax!, Haqlıykən olmuşam nahaq! və s.

You might also like