Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 6

Ad:Samirə

Soyad:Cabbarova
Fakültə:Təhsil-2
İxtisas:İngilis dili müəlliməliyi
Qrup:126A
Kurs:1
Fənn:Dilçiliyə giriş
Mövzu:Tipoloji dilçilik,dil unersaliləri
Tipoloji (morfoloji) təsnifat qrammatik formaların yaranması
metodlarındakı (genetik yaxınlığından asılı olmayaraq)
fərqliliklərə əsaslanan bölgüdür. Tipoloji təsnifatda dillər dil
sisteminin ən əhəmiyyətli xüsusiyyətlərini əks etdirən ümumi
xüsusiyyətlər əsasında birləşir. Linqvistik tipologiya dillər
arasındakı genetik əlaqənin təbiətindən asılı olmayaraq, dillərin
struktur və funksional xüsusiyyətlərinin müqayisəli
araşdırmasıdır. Dillərin tipoloji tədqiqi dilin ən ümumi və ən
vacib xassələrinə əsasən onların genetik münasibətlərindən asılı
olmayan oxşarlıqları və fərqləri müəyyən etməyi hədəfə
alır.Tipoloji təsnifatın baniləri Avqust-Vilhelm və Fridrix Şlegel
hesab edilir. F. Şlegel sanskrit dilini yunan, latın, həmçinin türk
dilləri ilə müqayisə edərək belə bir nəticəyə gəlib: bütün dilləri
iki növə bölmək olar: flektiv və affiksiv.  Hər bir dil doğulur və
eyni tipdə qalır. Flektiv dillərə “zənginlik, möhkəmlik və
uzunömürlülük” xasdır, affiksiv dillərdə “başlanğıcdan etibarən
canlı inkişaf olmur”, onlar “yoxsul, kasad və süni” olur. Avqust-
Vilhelm Şlegel F.Bopp və digər dilçi alimlərin etirazlarını
nəzərə alaraq (aydındır ki, dünyanın bütün dillərini iki növə
bölmək olmaz. Məsələn, daxili fleksiya və affiksasiya olmayan
çin dilini hara daxil etməli?) qardaşının təsnifatını (“Provansal
dili və ədəbiyyatı ilə bağlı qeydlər”, 1818) yenidən işləyib və üç
növ müəyyənləşdirib: 1) flektiv, 2) affiksiv, 3) amorf (Çin dili).
O, flektiv dillərdə qrammatik quruluşun iki imkanını göstərib:
sintetik və analitik. Humboldt (1767 – 1835) dillərin tipləri
məsələsinə daha dərindən yanaşıb və nəhayət, nəzəri
mülahizələrini ifadə edib.Humboldt izah edir ki, Çin dili amorf
deyil, onda qrammatik forma flektiv və aqlütinativ dillərdən
fərqli şəkildə, sözləri dəyişdirməklə deyil, söz və intonasiya
qaydası ilə təzahür edir. Şlegel qardaşları tərəfindən qeyd olunan
üç dil tipinə əlavə olaraq, Humboldt dördüncü növü müəyyən
edib. Bu dillər inkorporlaşan kimi qəbul edilir. Bu tipologiyanın
inkişafına A.Şleyxer, G. Steyntal, E. Sepir, I.A. Boduen de
Kurtene, I.I. Meşşaninov əhəmiyyətli töhfə verib. Şleyxer amorf
və izolyasiyaedici dilləri arxaik, aqlütinativ dilləri keçid dövrü,
qədim flektivləri çiçəklənmə dövrü, yeni flektivləri (analitik)
enmə dövrünə aid olan dillər hesab edirdi. F.Fortunatov yaxın
zamanlara qədər dilçilər tərəfindən fərqlənməyən sami və hind-
Avropa dillərində sözlərin meydana gəlməsindəki çox incə fərqi
göstərib: sami dillər flektiv-aqlütinativ, hind-Avropa dilləri
flektivdir. Bu təsnifata görə, dillərin növləri belə fərqləndirilir:
flektiv, aqlütinativ, izolyasiya edən (amorf), inkorporativ.Flektiv
dillərin əsas əlaməti daxili fleksiya; affikslərin birmənalı
olmaması və qeyri-standartlığı, yəni qrammatik morfemlərin
yarımfunksiallığıdır. Flektiv dillər iki yarımqrupa bölünür:
daxili fleksiyası olanlar, xarici fleksiyası olanlar. Flektiv dillərə
hind-Avropa (rus, belarus, Ukrayna, çex və s., yəni bolqar dili
istisna slavyan dilləri, eləcə də, latın, litva), sami dillər daxildir.
Aqlütinativ dillərdə sözün formaları fleksiyanı dəyişdirməklə
deyil, aqlütinasiya ilə formalaşır. Aqlütinasiya (latınca
agglutinare – yapışdırmaq)  standart affiksləri dəyişməz, daxili
fleksiyasız əsas və köklərə mexaniki şəkildə birləşdirməklə söz
formaları və törəmə sözlər yaratmaq üsuludur (qeyd  edək ki,
hər affiksin yalnız bir qrammatik mənası var, eləcə də hər bir
məna həmişə eyni affikslə ifadə olunur). Bu tip dillərin
əlamətləri: güclü inkişaf etmiş sözyaratma və sözdəyişmə
affiksasiyası; dəyişməz kök, morfemlər arasında zəif əlaqə,
standart və birmənalı affikslərdir. Affikslərin dəyişməsi
müntəzəmdir və fonem növbələşməsi qanunları (saitlərin ahəngi,
samitlərin assimilyasiyası qanunları) ilə əlaqələlidir, morfem
seqmentlərinin sərhədləri dəqiqdir. Aqlutinativ dillərə türk, fin-
uqor, Altay, Ural dilləri, bantu dilləri, yapon, Koreya və bir sıra
digər dillər daxildir.İzolyasiya edən (amorf (yunanca amorf
formasız) dillər – affiksi olmayan və qrammatik mənaların (hal,
kəmiyyət, zaman və s.) ya bir sözün digərinə qoşulması, ya da
xidməti sözlərlə ifadə olunduğu dillərdir. Bu qrupda söz bir
kökdən ibarət olduğundan affiksasiya yoxdur (söz kökə
bərabərdir). Məsələn, Çin dilində eyni səs kompleksi fərqli nitq
hissələri və müvafiq olaraq bir cümlənin fərqli hissələri ola
bilər. Buna görə əsas qrammatik metodlar bir cümlə içərisində
vurğu və söz sıralarıdır. Bu dildə məna fərqləndirici funksiya
intonasiya ilə yerinə yetirilir. Bu qrupa Çin, Birma, Vyetnam,
Laos, siam, tay, kxmer dilləri daxildir.İnkorporlaşan
(polisintetik) dillərin (Amerikada hindu, Asiyada paleoasiya
dilləri) əsas cəhəti cümlənin mürəkkəb bir söz olaraq
qurulmasıdır. Yəni söz eyni zamanda cümlə olur. Hissələr həm
sözün elementləri, həm də bir cümlə üzvləridir. Burada
başlanğıc mübtəda, son predikatdır, qalan üzvlər, əlavələr ortaya
daxil edilir. Humboldt bunu Meksika nümunəsi ilə izah
edir: ninakakwa, burada ni –  «mən», naka –  «yedim»  kwa –
«ət». Çukot dilində nümunə: tı-ata-kaa-nmı-rkın  –  «mən kök
marallar öldürürəm», hərfən: «mən-yağ-maral-öldür-
etmək», Beləliklə, inkorporlaşan dillər üçün aşağıdakı
xüsusiyyətlər xarakterikdir: müstəqil sözlərlə yanaşı, bu dillərdə
mürəkkəb komplekslər var, feil formasının tərkibinə obyekt,
fəaliyyət şəraiti, bəzən mübtəda da daxil edilir. İnkorporlaşan
dillər morfemin birləşməsi prinsipinə görə aqlutinativ, daxili 
formasına görə flektiv dillərə daha yaxındır. Dil haqqında elmin
inkişafı mərhələlərində dilçiliyin müxtəlif sahələrinin tələb və
səviyyəsinə uyğun bir çox zəruri problemlər ortaya çıxmışdır.
Bunlardan biri universali problemidir. Dil universalisi məsələləri
müasir dünya dilçiliyinin ən başlıca problemlərindəndir.
Universali mənşəcə latın (universus) sözü olub, mənası
“ümumi”, “hamı üçün” deməkdir. Bu terminin ifadə etdiyi
anlayış təkcə dilçiliyə məxsus deyildir. Onun coğrafiyası
olduqca əhatəlidir. Belə ki, bir sıra elm sahələrində, o cümlədən
antropologiyada, mədəniyyət tarixində, sosiologiya və başqa
elmlərdə də universali barədə geniş bəhs olunur. Bəs dil
universalisi nədir? Dünya dillərində fərdi cəhətlərlə bərabər bir
sıra ümumi qanunlar, əlamətlər, ənənələr vardır ki, bunlara ya
bütün dillərdə, ya da dillərin çoxunda təsadüf edilir. Belə ümumi
qanunauyğunluqlar dilçilik elmində dil universalisi adlanır.
Misal üçün universallıq mövqeyindən iki dil hadisəsinə nəzər
salaq. Bunlardan biri xüsusi şəxs adları, digəri isə intonasiyadır.
Dünyada elə bir dil tapılmaz ki, orada şəxsləri bildirmək və
onları bir-birindən fərqləndirmək üçün ad – antroponim olmasın.
Məsələn: – Türk dillərində: Toğrul, Yılmaz, Aydil, Nuran,
Nurhan, Nihan, Nihat, Erol, Aydan, Erkin, Aygen, Ayhan,
Aysel, Ayşen, Aytaç, Ayten, Arguç, Eral, Aynur, Güner, Güral,
Leman, Nursal, Ursal. – İngilis dilində: Çarli, Con, Cek, Çarlz,
Ceyn, Vilyam, Tomas. – Alman dilində: Fridrix, Hans, Avqust,
Höte, Vilhelm, Bertold, Yakob, Karl, Qotfrid. – Fransız dilində:
Lui, Antuan, Fransua, Lozef, Pyer, Mişel, Jan, Klod, Anton. –
Yunan dilində: Apollon, Arximed, Platon, Odisey, Heraklit,
Sokrat, Esxil, Evripid, Aristotel. – Gürcü dilində: Şaliko, Şalva,
Şoto, Eteri, Givi, İrakli, Ramaz, Nona, Dariko, Vaso. – Çin
dilində: Di, Li, Si, Van, Çan və s. Göründüyü kimi, bu adların
işlənmə məqsədi eyni olmaqla bərabər, bunlarda hər xalqa
məxsus milli kolorit də öz əksini tapmışdır. Müəyyən istək və
vəzifələrlə bağlı işlədilən intonasiyada da universallıq əlaməti
vardır. Əvvəla, bütün dünya dillərində intonasiyadan istifadə
edilir. İkincisi, emosiya yaradan intonasiya dünya dillərində –
istər eynisistemli, istərsə də müxtəlifsistemli dillərdə eyni
mənanın ifadəsinə xidmət edir. Məsələn, 1) Azərbaycan dilində
– Yaşasın azadlıq! 2) İngilis dilində – Long Live Freedom! 3)
Fransız dilində – Vive la Paix! 4) Alman dilində – Es lebe die
Freiheit! Bu cümlə bütün dillərdə eyni tonda və eyni məqsədlə
ifadə olunur. Göstərilən misalların hər ikisi dilçilikdə ən ümumi
universali hesab olunur. Universali səsli dilin həm formasında,
həm də semantik quruluşunda mövcud ola bilir. Dilçilikdə
universali probleminin başlıca vəzifəsi dünya dillərinin müxtəlif
səviyyələrinə, sahələrinə məxsus universal münasibətləri
müəyyənləşdirib, onların elmi linqvistik təhlilini verməkdən
ibarətdir. Dünyada dillərin ümumi əlamətlərinin tipoloji
öyrənilməsi əsasında indi dilçilikdə tam dil universalisi
nəzəriyyəsi yaranıb formalaşmışdır. Bu nəzəriyyə təbii dillərin
tədqiqata daha çox cəlb edilməsi, elmi axtarışların genişlənməsi
və dərinləşməsi ilə bağlı get-gedə öz müddəalarının nəzəri
əsaslarını daha da möhkəmləndirməkdədir . Hazırda “dil
universalisi nəzəriyyəsi” müasir dilçiliyin mərkəzindədir.

You might also like