Professional Documents
Culture Documents
Çarizmin Milli Qırğın Siyasəti
Çarizmin Milli Qırğın Siyasəti
Çarizmin Milli Qırğın Siyasəti
Sərbəst iş
Kurs: 1
Qrup: İME021
2022-2023
Azərbaycan öz təbii zəngınliyi, xammal ehtiyatı, həmçinin əlverişli strateji-coğrafi
mövqeyi ilə qonşu dövlətlərin diqqətini özünə cəlb edirdi. XVIII əsrin əvvəllərinə qədər
Rusiyanin hərbi-siyasi təcavüz üçün qüvvəsi olmadığından Azərbaycana qarşı yalnız iqtisadi
siyasət həyata keçirirdi. Lakin bu siyasətin az əhəmiyyətli olduğunu başa düşən I Pyotr hərbi
işğal yolu ilə Xəzəryanı bölgəni ələ keçirməyi qərara aldı. Bu cəhdlərin sonu 1723-cü ildə
Bakının işğalı ilə nəticələndi. Əsasən müsalmanlardan ibarət olan yerli camaatın narazılığını
və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olursa-olsun
Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini
vacib sayırdı. Çar Pyotr Bakıya və ona yaxın yerlərə xaçpərəstləri köçürməklə buarnın
etnodemoqrafik durumunu dəyişdirmək siyasəti yeritməyə başladı. O ölümündən qabaq, 10
noyabr 1724-cü ildə üç erməni katalikos İsayya ilə birlikdə qəbul etmiş, ermənilərə əl tutmaq
və Xəzəryanı əyalətlərdə yerləşmək barədə onların xahişini dinləmişdi. Ermənilər heç bir
ödənş vermədən Gilan, Salyan, Bakı və Dərbənddə yerləşmək üçün çarın icazəsini almaq
istəyirdilər. Beləliklə, tarixi qaynaqlar ”Pyotrun vəsiyyəti“ adlanan sənədin də, onun qarşıya
qoyduğu bədnam niyyətlərin də (Qafqazı “zəbt və işğal etmək “, “İslam əqidəsini Asiyadan
uzaqlaşdırmaq”, “xristian dini əqidəsini və mədəniyyətini orada yaymaq “ və bu kimi)
gerçək olduğunu üzə çıxardır .` Belə buyruq və göstərişlərin, tarixçilikdə “I Pyotrun
vəsiyyətnaməsi”, Sovet tarixçiliyində bu vəsiyyətnamənin varlığı və gerçək olması bir sıra
başqa tarixi qaynaqlar kimi inkar edilir, onun çar Pyotra aid olmadığı bildirilirdi. Ancaq
XVIII-XIX əsirlər boyunca çar Rusiyasının bu vəsiyyətnamə ilə (müəllifin kimliyindən asılı
olmayaraq) bir bütövlük yaratmaqdadır. Əsası Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar
Rusiyanın digər çarları həyata keçirdi. 1768-ci ildə II Yekaterina ermənilərin himayə
edilməsi barədə əmr imzalayır. IX-XIX əsrlər ərzində öz dövlətinə nail olmayan ermənilər
dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın imperiya siyasətinin həyata
keçirilməsində alət rolunu oynadılar. 1813-1828-ci illər Rusiya ilə İran arasında gedən iki
müharibənin (1804- 1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il)
və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarıxində faciəli rol
oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azəbycanın şimalı, Rusiyanın,
cənubu isə İranın idarəçiliyinə keçmişdir. Türkmənçay müqaviləsinin XV bəndinə əsasən
İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsi başlanılır.
Bunun da nəticəsində həmin ərazidə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından
məhrum edilir. Türkmənçay müqaviləsinindən dərhal sonra imperator I Nikolay 21 mart
1828-ci ildə İrəvan və Navçıvan xanlıqlqrının ərazisində “Erməni əyalətinin” yaradılması
haqqında əmr imzalayır. Ermənilər 1905-1907-ci illərdə məqsədyönlü milli qırğın aktlarını,
Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Naxçıvan, Eçmiədzin, Cavanşir və Qazaxda
azərbaycanlıların yurd-yuvalarından çıxarılması aksiyasını həyata keçiriblər. 1905-1906-cı
illərdə İrəvan, Gəncə quberniyalarının 2000, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75
azərbaycanlı kəndini ermənilər talan ediblər. Bu hadisənin baş verməsini sübut edən faktlar
M.S.Ordubadinin “Qanlı illər”, M.M.Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman
müharibəsi” və s. kitablarda öz əksini tapıb . 1918-ci ilin mart–aprel aylarında qanlı hadisələr
zirvə nöqtəsinə catıb. O aylarda ermənilər tərəfindən edilən cinayətlər Azərbaycan xalqının
yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı
məhv edilir. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli
memarlıq abidələri, məktəblər, məscidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların
soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabag, Zəngəzur, Naxcıvan, Lənkəran
və Azərbaycanın digər ərazilərində həyata kecirilir. Bu torpaqlarda kütləvi qaydada dinc
əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhf edilmişdir. 1918-ci ilin
mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkaranda ermənilər 30 mindən cox
azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur.
Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla aərbaycanların daim
yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları
hesabına öz ərazılərini böyütməkdə davam ediblər. 1943-cü ildə Tehranda keçirilən
konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər birliyinə köçürülməsinə icazə
verilməsi xahişi ilə SSRİ xarici işlər naziri Molotova müraciət edirlər. Bu məsələdə Stalinin
razılığı faktiki olaraq azərbaycanlıların 1948-1953-cü illərdə kütləvi şəkildə Ermənistandan
deportasiya olunmasının əsasını qoyur. Moskva istəyinə nail oldu. Ermənistanda
azərbaycanlıların sayı azaldı. Bununla bərabər, Azərbaycanın qərb bölgələrinə-Daşkəsən,
Goranboy, Şəmkir, Gəncə, Dağlıq Qarabağa habelə Bakıya Erməni ekspedisiyası gücləndi.
Yeni sənaye mərkəzlərinə-Sumqayıta, Əli Bayramlıya, Şirvana, Mingəçevirə, Daşkəsənə
başqa respublikalardan minlərlə adam, o cümlədən erməni köçürüldü. Sovet imperiyasının
Cənubi Qafqazda yeritdiyi antitürk siyasətinin bir təzahürü də Ermənistan və Gürcüstandakı
qədim Azərbaycan torpaqlarında toponimlərin özgələşdirilməsinə geniş rəvac verilməsi idi.
1945-ci ildə Ermənistan rəhbərliyi iqtisadi əlaqələrin bağlılığını əldə bayraq edərək
Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırır, lakin həmin dövrdə bu cəhdlərlə
öz məqsədinə çatmır. O zaman başqa bir taktika seçilir. 1941-1945-ci illər müharibəsi başa
çatan kimi xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlanılır (5, 1). Belə ki,
1946-cı ildə Suriya, Yunanıstan, İran, Bolqarıstan və Rumınyadan 59 min 900, 1947-ci ildə
isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni
köçürülüb. 1947-ci ildə Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q.
Arutyonov köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edir və təklif
edir ki, Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycanın pamıqçılıq rayonlarına
köçürülsün. Guya bu köçürülmə həmin rayonlarda pambıq istehsalının artımına təsir
göstərəcəkdir. İ.Stalin tərəfindən dəstəklənən bu ideya SSRİ Nazirlər Sovetinin iki qərarı ilə
həyata vəsiqə qazandı. Həmin qərarlarda (1947) 1948-1950-ci illərdə Ermənistan SSR-dən
100 min Azərbaycanlının Kür-Araz düzənliyinə könüllü köçürülməsi nəzərdə tutulurdu. Heç
bir səbəb, mexanizim və real şərait göstərilmədən statistik göstəricilərə əsasən 1948-ci ildə
Azərbaycana 2 min 357 ailə, 1949-cu ildə 2 min 368 ailə, 1950-ci ildə isə 14 min 361 ailə
köçürüldü. 1948-1950-ci illərdə köçürülən 8 min 110 ailədən yalnız 4 min 878 yaşayış yeri
ilə təmin olunur. Ümumiyyətlə, 1948-1952-ci illər ərzində respublikamıza 100 mindən çox
azərbaycanlı köçürülüb. Əsasən dağlıq ərazilərdə yaşamağa adət etmiş azərbaycanlılar
düzənlik ərazisinin iqliminə uyğunlaşa bilmirdilər. Yaşayış yeri ilə təmin olunmamaq da öz
təsirini göstərirdi. Köçürülənlər arasında yüzlərlə adam həyatla vidalaşırdı. Hətta belə
şəraitdə məngənədə sıxılan azərbaycanlıların dağlıq ərazilərə, Qarabağa köçürülməsi barədə
Azərbaycan rəhbərliyinə və Moskvaya dəfələrlə etdiyi müraciətlər mərkəzi orqanlar
tərəfindən rədd edildi. Bax, bu pambıqçılığın inkişafı naminə könüllü köçürülmənin daha bir
tərəfi...
Bununla yanaşı, 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və
Ruminyadan Ermənistana cəmi 10 min azərbaycanlı köçürüldü. Yuxarıda göstərilənlərdən
ümumi nəticəyə gəlmək olar: Ermənistandan azərbaycanlıların köçürülməsi nə xaricdə
yaşayan ermənilərin yerləşdirilməsi, nə də Azərbaycanda pambıqçılığın inkişafı məqsədini
daşımayıb. Bu hadisə sadəcə daşnakların köhnə ideyaları və arzuları monomillətçi dövlətinin
yaradılması siyasətinin elementi idi (6, 438). 1953-cü ildə Stalinin ölümü azərbaycanlıların
köçürülməsi prosesini dayandırır. Ev-eşiklə təmin edilməyən, mövcud şəraitə dözə bilməyən
köçürülmüş azərbaycanlılar ermənilər tərəfindən onlara qarşı kin və diskrinimasiyaya
baxmayaraq özlərinin dədə-baba yurdlarına qayıtmaq məcburiyyətində qalırdılar. Bu proses
erməni şovinizminin yeni dalğasını alovlandırırdı. Azərbaycanlılara qarşı mənəvi terrorun
həyata keçirilməsinə “start” verilir. Tədris müəssələrinin bağlanması, azərbaycanlıların təhsil
bölmələrinin ləğvi, rəhbər vəzifəsində çalışan azərilərin erməni kadırlarla əvəz olunması,
Azərbaycan kəndlərinin məişət və təsərrüfat ehtiyaclarına etinasız yanaşılması,
antiazərbaycan kompaniyasının aparılması (xüsusilə 1965-ci ildə “erməni genosidinin” 50-ci
il dönümü zamanı) daşnak siyasətinin açıq təzahürü idi. 1988-ci ildən başlayaraq
yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni
dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış, guya Ermənistanla Qarabağın iqtisadi
cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları
Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. Moskva,
Azərbaycanlılar və ermənilər arasında yaratdığı Dağlıq Qarabağ münaqişə ocağını
alovlandırmaq məqsədilə hələ 40-cı illərdə Ermənistanda təşkil edilmiş Qarabağ
hərəkatı,”Qarabağ komitəsinin” fəaliyyətini genişləndirmək üçün münasib şərait yaratdı.
1987-ci ilin oktyabrında Yerevanda Qarabağ komitəsinin ilk mitinqi keçirildi. Moskvada
ermənilərin “Milli müqəddəratının müstəqil təyin edilməsi birliyi” və “siyasi məhbusların
müdafiəsi üzrə erməni komitəsi” də bu istiqamətdə fəal iş görürdülər. Sovet imperiyası
tənəzzül edərkən fəallaşmış erməni millətçilərinin ilhamçısı təkcə Moskva deyildi. Erməni
millətçi Daşnaksütyun partiyasının 1985-ci ilin dekabrında Afinada keçirilən XXIII qurultayı
sərsəm “Böyük Ermənistan” mübarizəsini yenidən genişləndirmək üçün yaranmış əlverişli
şəraitdən səmərəli istifadə etməyə, qüvvələri birləşdirməyə çağırmışdı. ”Qarabağ
komitəsinin” Azərbaycan SSRdə, xüsusən DQMV-də uzun müddət gizli fəalliyyət göstərən
yerli “Kurunk” (Durna) təşkilatı bu millətçi təşkilatların bilavasitə köməyi ilə açıq, fəal
mübarizəyə başladı. Dağlıq Qarabağ erməniləri arasında Ermənistanla birləşmək ugrunda
“Miatsum” (birləşmə) hərəkatı genişlənirdi. Ona “55-lər komitəsi” adlı orqan xüsusi
rəhbərlik edirdi. İki xalq arasında milli ədavətin ilk qurbanları bu dəfə də Ermənistanda
yaşayan azərbaycanlılar oldular. Öz dədə-baba yurdunda yaşayan azərbaycanlıların kütləvi
şəkildə qovulmasının son dördüncü mərhələsi başlandı. Bunun üçün əvvəlcədən xüsusi
silahlı dəstələr hazırlanmışdı. 1987-ci ildə Ermənista nın Qafan və Mehri rayonlarından bu
cinayətkar dəstələrin əməllərindən yaxa qurtaran ilk qaçqınlar Azərbaycana pənah gətirdilər.
Onlar əsasən Sumqayıt şəhərində və onun ətrafındakı məntəqələrdə məskunlaşdılar. 1988-ci
il fevralın 19-da Yerevanda antitürk mitinqi kecirildi. ”Ermənistanı türklərdən təmizləməli”,
“Ermənistanda ermənilər yaşamalıdır” və s. millətci şuarlar irəli sürüldü. 1988-ci ildən
başlayaraq kütləvi hədə-qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi, yandırılması
həyata kecirilir. Bukakda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür, onların
21-i qadın, 6-sı da uşaq idi. Vardenis rayonunda isə 40 nəfər öldürüldü. Ermənistanın digər
rayonlarından-Erevan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovokan, Qorus, Sisian,
Amasiya və Alaverdidən 250 min azərbaycanlı öz evindən-eşiyindən qovulur. 1905-1920-ci
illərin tarixi yenidən təkrar olunur, qadın və uşaqlar, yaşlılar qarlı dağları aşaraq, dona-dona,
insani itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtarırdılar. Yenidən 1948-1953-cü
illərin tarixi təkrar olundu. İttifaqın mərkəzi hakimiyyətin qərarı ilə azərbaycanlı qaçqınların
Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır şəhərciyində sığınacaq
tapırlar. 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib).
Sonuncu Azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki
olaraq monomillətçi dövlətə çevrildi. “Türksüz Ermənistan” kimi daşnaq ideyası reallaşdı.
1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon
talan olundu, 1 millyona qədər adam doğma yurdundan didərgin düşdü. Tarixən Azərbaycan
xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarıni bir daha
bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan etdilər. Qanlı yanvar qırğını həm
rus, həm də erməni daşnaqlarının birgə apardıqları antitürk siyasətinin, türk soyqırımının
tərkib hissəsiydi.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət
olmuşdur. Azərbycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini daim yadda
saxlamalı və unutmamalıyıq. İki əsr davam edən soyqırımı gələcək nəsillərə olduğu kimi
çatdırmalıyıq. Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın tam iki
əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq aləmə
çatdırmaq üçün xeyli iş görub. Amma bu yetərli deyil. Çünki hələ də dünya miqyasında
ermənilərin saxta “tarixi” bizim gerçək tariximizi üstələyir. Ən əsası odur ki, tarix boyu
xalqımızın başına nələrin gətirildiyini, çəkdiyimiz müsibətlərin gerçək miqyas və
mahiyyətini özümüz dərindən dərk etməliyik.
1905-ci ildə Rusiyada hakimiyyət əleyhinə üsyanların və iğtişaşların baş verməsindən və
çarizmə qarşı narazılıq dalğasının güclənməsindən istifadə edən ermənilər Cənubi Qafqazın
müxtəlif bölgələrində, o cümlədən də Bakı şəhərində kütləvi qırğınlar törətmişlər. Bakıda bu işə
rəhbərliyi “Hnçak” və “Daşnaksutyun” partiyaları öz üzərlərinə götürmüşdü. XX əsrin əvvəllərində
erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida mənbəyi rolunu isə
əsasən erməni kilsələri, o cümlədən də Bakının mərkəzində yerləşən erməni qriqorian kilsəsi
oynayırdı. 12 iyun 1903-cü ildə erməni kilsələrinə məxsus torpaqların və mülkiyyətin Rusiya
Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin
maliyyələşdirdiyi siyasi partiyaların və onların terrorçu dəstələrinin maddi vəziyyətinə ağır zərbə
vurmuşdu. Həmin qanunun icrasının qarşısını almaq məqsədilə erməni siyasi partiyalarının
terrorçu dəstələri hakimiyyət mənsublarına qarşı terror aktları həyata keçirməyə başlamışdılar.
Ermənilər həmin ilin avqust ayında Cənubi Qafqazın müxtəlif şəhərlərində, o cümlədən də
Bakıda iğtişaşlar törətmiş və terror aktları həyata keçirmişdilər.
1905-ci ilin fevralın 6-da Bakıda erməni terrorçuları tərəfindən Sabunçu kəndinin sakini Ağarza
Babayevin öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları bəzi müəlliflərin iddia etdikləri
kimi, bir təsadüf nəticəsində deyil, məhz bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm
olduqları bir şəhərdə planlı şəkildə baş vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin
köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və
bundan sonra bütün Cənubi Qafqazdan müsəlmanları silah gücünə qovub, erməni dövləti
yaradacaqlarına əmin idilər. 1905-ci il fevralın 6-da Sabunçu qəsəbəsinin sakini Ağarza Babayevin
Bakının mərkəzində öldürülməsi ilə şəhərdə və ətraf qəsəbələrdə ilk qırğınlar başlamışdır.
Ermənilərin evlərinin damından, pəncərələrindən küçədən keçən azərbaycanlılar gülləbaran
edilirdi. Evlər, mağazalar qarət edilir və yandırılırdı. Bakıdakı bir çox fabriklər və müəssisələr
yandırılıb dağıdıldı. Hakimiyyət orqanları qırğınların dayandırılmasında acizliyini göstərdi. Bakı
qırğınlarının səbəb və nəticələrini araşdıran Rusiya Senatının üzvü Aleksandr Kuzminski 6-9 fevral
tarixlərində baş vermiş birinci Bakı qırğınları zamanı 232 nəfərin qətlə yetirildiyini, onların da
yarıdan çoxunu ermənilərin təşkil etdiyini yazır. Hər iki tərəfdən yüzlərlə insanın ölməsi və
yaralanması ilə nəticələnən qırğınlar fevralın 9-da dayandırılmışdı.
Bakının general-qubernatoru knyaz Nakaşidze açıq surətdə bəyan etmişdi ki, iğtişaşların
törədilməsində azərbaycanlılar yox, ermənilər təqsirkardırlar. Məhz onun bu mövqeyinə görə,
“Daşnaksutyun” partiyası Nakaşidzeni terror yolu ilə aradan götürmək barədə qərar qəbul
etmişdi. Bu barədə onun özü də xəbərdar edilmişdi. 1905-ci il mayın 11-də gündüz saat 3-də
erməni kilsəsinin yaxınlığında, Parapet bağı (indiki Fəvvarələr meydanı) ilə Voronsov (indiki Mirzə
İbrahimov) küçəsinin kəsişdiyi yerdə hərəkət edən Bakının general-qubernatoru knyaz Mixail
Nakaşidzenin faytonuna ermənilər bomba atırlar. Nakaşidze ağır yaralanır və mayın 18-də ölür.
Terror aktı zamanı Nakaşidzenin yavəri və həmin vaxt hadisə yerindən təsadüfən keçən iki
azərbaycanlı da həlak olurlar. Partlayışa görə məsuliyyəti “Daşnaksutyun” partiyasının Mərkəzi
Komitəsi öz üzərinə götürmüşdü.
Terror aktları zamanı istifadə etmək üçün Bakıda ermənilərə məxsus zavod və fabriklərdə
partlayıcı maddələr və bomba istehsal edilirdi. Nakaşidzenin öldürülməsindən sonra polis
şəhərdə ermənilərə məxsus idarə-müəssisələrdə axtarışlar aparmışdı. Polis tərəfindən 19 may
1905-ci ildə Bakıdakı Telefonnaya küçəsindəki Sarkis Poğosbekovun metaləritmə
emalatxanasında partlayıcı mərmilər və 80 hazır bomba aşkar edilmişdi. Həmçinin həmin
emalatxananın həyətində qazılmış xəndəkdə daha üç partladılmaya hazır bomba tapılmışdı.
Ermənilər həmin il avqustun 20-də Bakıda ikinci dəfə qırğınlar törətmişdilər. Şəhərin mərkəzində
yerləşən erməni kilsəsinin zənginin çalınmasından bir neçə dəqiqə sonra ermənilərin evlərindən,
onlara məxsus mağazalardan azərbaycanlıların üzərinə sel kimi atəş açılır. Qısa zamanda
iğtişaşlar Bakı ətrafındakı qəsəbələri və neft mədənlərini də bürüyür. Hakimiyyət qüvvələrinin ələ
aldığı ciddi tədbirlər sayəsində qırğınlara avqustun 30-da son qoyulur. İkinci qırğınlar zamanı hər
iki tərəfdən 500-ə yaxın insan tələf olmuşdu ki, onların da üçdə ikisini müsəlman-türk əhali təşkil
edirdi. Avqustun 23-25-də Bakının neft mədənlərində və zavodlarında baş vermiş dəhşətli
yanğınlar minlərlə fəhləni işsiz, onların ailələrini çörəksiz qoymuşdu. 1905-ci il sentyabrın 10-da
ermənilər və azərbaycanlılar arasında barışıq yaratmaq məqsədilə Qafqaz canişini Voronsov-
Daşkov Bakıya gəlir. Sentyabrın 14-də şəhərdə sülh bərpa olunur. Şəhərin Duma meydanında
quberniya qazısı Mir Məhəmməd Kərim ağa Mircəfərzadə, erməni keşişi və müvəqqəti general-
qubernator S.Fadeyev xalqa müraciətlə çıxış edərək onları sülhə çağırırlar. Danışıqlar aparmaq
üçün hər iki tərəfdən nüfuzlu şəxslərdən ibarət xüsusi komissiya yaradılır. Lakin bu sakitlik çox
da uzun sürmür.
Bakıda üçüncü qırğınlar 1905-ci il 20-25 oktyabr tarixində baş vermişdir. 17 oktyabr çar
Manifestinin imzalanmasından iki gün sonra - Nakaşidzeni öldürən 5 erməni məhbusunun
azadlığa buraxılması üçün “Daşnaksutyun” partiyasının təşkilatçılığı ilə oktyabrın 19-da Bakının
mərkəzində mitinqlər keçirilir. İndiki Nizami (keçmiş Torqovaya) küçəsində ermənilərlə
müsəlmanlar arşında yenidən silahlı toqquşma baş verir. Yenə də erməni evlərindən və
mağazalarından azərbaycanlılar atəşə tutulur. Qəzəblənmiş müsəlmanlar əks hücuma keçir.
Erməni terrorçularının cəbbəxanaya çevirdikləri 20-dən artıq erməni evi yandırılır. Sonrakı
günlərdə iğtişaşlar Bayıl qəsəbəsində və mədənlərdə davam edir. Güc strukturlarının kəskin
müdaxiləsi ilə qırğınlar dayandırılır. Bu zaman şəhərdə 60-dan artıq, Bayıl qəsəbəsində isə 35
nəfər qətlə yetirilir.
Erməni tədqiqatçısı A. Lalayanın yazır ki, Qafqazın canişini İllarion Vorontsov-Daşkovun xanımı
Yelizaveta Qriqoryevna “Daşnaksutyun” partiyasının Tiflis bürosunun rəhbərlərindən biri yepiskop
Mesropun məşuqəsi idi və Qafqaz Canişinliyinin ermənilərin mənafeyi ilə bağlı qərarları canişinin yataq
otağında hazırlanırdı. Bir müddət sonra ermənilərin mənafeyinə xidməti müqabilində Vorontsov-Daşkov
Balaxanıda neft mədənlərinə sahib olmuşdu. Bu layihənin “Fotoqalereya” bölməsində erməni
milyonerlərinin Vorontsov-Daşkova hədiyyə etdikləri neft mədəninin fotosu təqdim edilir. 1906-cı ilin
payızında azərbaycanlıların təşkilatlanaraq “Difai” partiyasını yaratmaları nəticəsində ermənilər terror
aktlarına müvəqqəti olsa da son qoymuş və 1918-ci ilin mart ayınadək şəhərdə asayiş bərpa edilmişdi.
Erməni vilayəti İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü. 1829-cu ilin
əvvəlində qraf Paskeviç-Erivanskinin tapşırığı ilə kollec assesoru İ.Şopen erməni vilayətində kameral
siyahıya alma keçirmişdir. İ. Şopenə görə Erməni vilayətində 752 kənd olmuşdur. Onlardan 521-i İrəvan
əyalətində, 179-u Naxçıvan əyalətində, 52-si Ordubad dairəsində olmuşdur. Müharibə nəticəsində vilayətin
ərazisində 359 kənd, o cümlədən 310 kənd İrəvan əyalətində, 42 kənd Naxçıvan əyalətində, 6 kənd Ordubad
dairəsində xaraba qalmış, əhalisi didərgin düşmüşdü45. Deməli, dağıdılmış, xaraba qoyulmuş kəndlərlə
birlikdə Erməni vilayətində cəmisi 1111 kənd olmuşdur. İ.Şopenin hesablanmasına görə, xanlıqların işğal
edilməsinədək Erməni vilayətinin ərazisində təxminən 23.730 ailə (İrəvan əyalətində 17.000 ailə, Naxçıvan
əyalətində 4.600 ailə, Ordubad dairəsində 2.130 ailə) yaşamışdır ki, orta hesabla, hər ailədə 5 nəfər
götürdükdə, bu, 118.650 nəfər olar46. Siyahıyaalmanın nəticələrinə görə, vilayətdə 81.749 müsəlman və
25.131 yerli erməni qeydə alınmışdır. Çarizmin bütün Şimali Azərbaycanda, o cümlədən İrəvan və Naxçıvan
əyalətlərində yaratdığı inzibati-idarə sistemi əhali arasında ciddi narazılıq yaradırdı. Çar hökuməti vəziyyəti
stabilləşdirmək məqsədilə inzibati-idarə sahəsində islahatlar hazırlamağa başladı 47. 1840-cı ildə Erməni
vilayəti ləğv edilərək, əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmeret quberniyasının tərkibinə daxil
edilir. 1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Yeni Bəyazid qəzalarından ibarət İrəvan
quberniyası təşkil edilir. Quberniya beş qəzaya: İrəvan, Aleksandropol, Yenibəyazid, Naxıçıvan və
Ordubada bölünürdü və 1917-ci ilə qədər bu struktur dəyişməz qalmışdır.
rəvan quberniyasının təşkili ilə əlaqədar olaraq, sahəsinə görə əvvəlki İrəvan xanlığı ərazisinə uyğun
gələn İrəvan qəzasının (1840-1849) ərazisində dəyişiklik edildi və o yeni yaradılmış İrəvan quberniyası
qəzalarından birinə çevrildi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə İrəvan qəzasının ərazisi 2724,30
kv.verst (1 verst = 1,0668 km) idi. Bu, İrəvan quberniyası ərazisinin 11,74%-ni təşkil edirdi. Qəzada 154331
nəfər əhali yaşayırdı. Onların 82680 nəfəri (53,57%) kişi, 71651 nəfəri (46,43%) qadın, 148791 nəfəri yerli
sakin, 18992 nəfəri müvəqqəti yaşayanlar idi53. İrəvan quberniyası təşkil edildikdən sonra da onun xarici
hüdudları və tərkibi müəyyən dəyişikliklərlə müşahidə edilmişdi. 1862-ci ildə yeni təyin olunmuş canişin
Mixail Nikolayeviçin təqdimatı ilə çar II Aleksandr 1867-ci il dekabrın 9-da Qafqaz və Cənubi Qafqaz
diyarının idarə olunmasında dəyişiklik edilməsi haqqında fərman verdi. Bu fərman üzrə Ordubad qəzası on
yeddi il mövcud olduqdan sonra ləğv edilərək, Naxçıvan qəzası ilə birləşdirildi. Onun yerinə Eçmiədzin
qəzası təşkil edildi. Mehri sahəsi isə yeni yaradılmış Yelizavetpol quberniyasına birləşdirildi.
1870-ci ilin əvvəllərində qəzaların hüdudlarında dəyişiklik etdi. Sürməli və Ecmiədzin qəzalarının bir
hissəsi İrəvan qəzasına birləşdirildi. Şərur sahəsi isə İrəvan qəzasından alınaraq Naxçıvan qəzasına
birləşdirildi. Dövlət Şurasının təsdiq edilmiş rəyinə əsasən 1874-cü ildə ŞərurDərələyəz və Sürməli qəzaları
yaradıldı. Şərur-Dərələyəz qəzası Naxçıvanın iki sahəsi – Şərur və Dərələyəz əsasında təşkil edilmişdi.
Bununla da, Rusiya imperiyası tərkibində Naxçıvanın tarixi ərazisinin inzibati-ərazi bölgüsü üzrə çoxsaylı
dəyişikliklər, əsasən, başa çatmışdı 54. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra (28 may 1918-ci
il) İrəvan qəzasında birinci, üçüncü və dördüncü polis sahələrinin bir hissəsini öz əraziləri sırasına daxil
etmişdi. İkinci yarımfəsildə çarizmin xristianlaşdırma siyasəti və onun nəticələri şərh edilir. Şimali
Azərbaycanın Rusiya tərəfindən işğalından sonra imperiya bölgənin siyasi, iqtisadi və mədəni həyatını
tamamilə nəzarət altına almaq məqsədilə bütün potensialını səfərbər etdi.
.
İstifadə olunmuş ədəbiyyat siyahısı
1. Ordubadi M.S. Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman
davasının tarixi. Bakı: Qarabağa XYK, 1991, s.100.
2. Verdiyeva H.Y. XIX əsrin birinci yarısında Şimali Azərbaycanın əhalisi. Bakı, 1993,
133.
3. Arzumanli V., Mustafa N. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq.
Bakı: “Qartal”, 1998