Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 9

MÖVZU: ÇERTYOJ STANDARTLARI: FORMATLAR,

MİQYASLAR, XƏTLƏRİN NÖVLƏRİ VƏ ŞRİFTLƏR


HAQQINDA

Mövzunun planı:
• Çertyoj standartları:
o Formatlar;
o Miqyaslar;
o Xətlərin növləri;
o Şriftlər haqqında.
CİZGİLƏRİN FORMATI
Bütün cizgilər cizgi vərəqində (formatda) yerinə yetirilməlidir. Cizgi vərəqi müəyyən Dövlət standartı
QOST 2.301-68-ə uyğun olan ölçüdə olmalıdır. Standart ölçüdə olan cizgi vərəqinə format deyilir.
Standarta görə beş əsas və bir neçə əlavə formatlar vardır. Əsas formatların işarələri və tərəflərinin
ölçüləri aşağıdakılardır.
Hər bir cizginin çərçivəsi olmalıdır. Detalın təsviri, ölçüləri və işarələri çərçivə daxilində olmalıdır.
Çərçivəni bütöv qalın xətlə çəkirlər. Cizgidə əsas yazını yerləşdirirlər. Forması, ölçüləri və iç yazıları
standarta uyğun olmalıdır.
MİQYAS
Təcrübədə elə olur ki, bizə böyük (məsələn, təyyarə, gəmi, yük maşınları) və yaxud çox kiçik (saat
qurğusu) ölçülü detalları təsvir etmək lazım olur. O zaman onların cizgisini onların həqiqi ölçüləri ilə
çəkmək olmur. Buna görə də onları bir qədər böyüdüb və yaxud kiçildib çəkirlər. Detalların həqiqi
ölçüləri onların cizgidə verilən ölçü rəqəmləri ilə təyin olunur.
Cizgidə təsvir edilən detalın xətti ölçülərinin onun həqiqi ölçülərinə olan nisbətinə miqyas deyilir.
Təsvirlərin miqyasları və onların cizgidə işarələnməsi QOST 2. 302-68-ə uyğun olaraq seçilir. Cizgilərdə
təsvirin miqyası əsas yazıda xüsusi miqyas qrafasında 1:1, 1:2 və ya 2:1 kimi yazılır. Cizgidəki hər hansı bir
təsvir əsas yazıda göstərilən miqyasdan fərqli bir miqyasda çəkilsə onda bu təsvirin yuxarı hissəsində
miqyas göstərilir.

Həqiqi ölçü Kişiltmə ölçü Böyütmə ölçü


ŞRİFTLƏR
Cizgidə bütün yazıları və ölçü rəqəmlərini qoymaq üçün cizgi şriftlərindən istifadə olunur.
Yazılışda eyni və asan olan standarta uyğun hərflər, rəqəmlər və işarələr - cizgi şriftidir. Cizgidəki
bütün yazılar QOST 2.304-81-ə görə yerinə yetirilməlidir. Bu standarta görə 2 növ şrift müəyyən
edilmişdir:

burada d – böyük hərflərin qalınlığı; h – böyük hərflərin hündürlüyüdür. Böyük (və ya baş)
hərflərin hündürlüklərinin mm-lə ifadəsi şriftlərin ölçülərini təyin edir. Standarta görə şriftlərin
ölçüləri aşağıdakılardır (1,8); 2,5; 3,5; 5; 7; 10; 14; 20; 28; 40 (cədvəl 1 və 2).
Mötərizə içərisində verilmiş 1,8 ölçülü şriftlərin istifadə edilməsi məsləhət görülmür və ancaq B
növlü şriftlərin istifadəsinə yol verilir (şəkil).
XƏTLƏRİN NÖVLƏRİ
Cizgini çəkdiyimiz zaman biz müxtəlif növdə xətlərdən istifadə edirik. Dövlət standartı QOST 2.303-68-ə
görə cizgidə, təyinatından aslı olaraq, 9 növ xətt işlədilir. Əsas qalın bütöv xəttin S qalınlığı cizginin ölçüsü və
mürək-kəbliyindən asılı olaraq 0,6-dan 1,5 mm-ə qədər qəbul edilmişdir. Nazik xəttlərin qalınlığı isə S/3÷S/2
arasında götürülür. Cədvəldə xətlərin növləri, qalınlıqları və əsas tətbiq sahəsi göstərilmişdir.

You might also like