PR MQ 3 Hendesi Qurmalar Qovushmalar

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 21

MÖVZU: HƏNDƏSİ QURMALAR.

ÇEVRƏ. ÇEVRƏNIN BƏRABƏR HISSƏLƏRƏ


BÖLÜNMƏSI
(DÜZGÜN ÇOXBUCAQLILARIN QURULMASI).
QOVUŞMALAR
BU RENGDE OLANLARI OXUMA

• Həndəsi qurmalar:
Mövzunun planı:
o Düz xətt yariya bölünməsi;
o Bucaqların qurulması və bərabər hissələrə bölünməsi;
• Çevrə. Çevrənın bərabər hıssələrə bölünməsı (düzgün çoxbucaqlıların
qurulması);
• Qovuşmalar:
o İki düz xəttin qovuşması;
o Düz xətlə çevrənin qovuşması;
o İki çevrənin qovuşması.
HƏNDƏSİ QURMALAR
Detalın çertyojunu çəkərkən çertyojda müəyyən həndəsi qaydalar əsasında əməliyyatlar tətbiq olunur.
Bu əməliyyatlara həndəsi qurma deyilir. Həndəsi qurma yolu ilə məsələlər qrafiki üsulla yerinə yetirilir.
Qurmanın nəticəsi hər hansı qrafiki element, həndəsi fiqur, detalın konturu şəkilində və s. alınır.
AB xətt parçasını iki bərabər hissəyə bölün
Bucaqların qurulması və bərabər hissələrə bölünməsi
15°, 30°, 45°, 60°, 75° və 105° bucaqları çəkmək üçün bucaq xətkeşlərdən istifadə etmək olar.
Məsələ 1. Verilmiş bucağı iki bərabər hissəyə bölün.
Məsələ 2. Verilmiş bucağa bərabər yeni bucağın qurulması.
ÇEVRƏ. ÇEVRƏNIN BƏRABƏR HISSƏLƏRƏ BÖLÜNMƏSI
(Düzgün çoxbucaqlıların qurulması)

Müstəvi üzərində verilmiş nöqtədən eyni məsafədə olan bütün nöqtələrin əmələ gətirdiyi qapalı
yastı əyri xəttə çevrə deyilir. Həmin nöqtəyə isə çevrənin mərkəzi deyilir. Müstəvinin çevrə ilə
məhdud-laşmış hissəsinə dairə edilir. Həmin çevrə isə dairənin sərhəddi adlanır. Çevrənin mərkəzini onun
istənilən nöqtəsi ilə birləşdirən düz xətt parçasina radius deyilir. Tərifdən görünür ki, çevrənin bütün
radiusları bərabərdir. Çevrənin istənilən iki nöqtəsini birləşdirən düz xətt parçasina vətər, mərkəzdən keçən
vətərə isə diametr deyilir. Diametr çevrənin mərkəzi ilə iki bərabər hissəyə bölünür. Çevrə üzərində
istənilən iki nöqtə götürsək, bu nöqtələrin onu böldüyü hissələrinə qövs deyilir. Əslində iki nöqtə çevrəni iki
qövsə ayırır. Ona görə lazım olan qövsü işarə etmək üçün adətən bu iki nöqtə arasında üçüncü bir nöqtə də
götürürlər.
Çevrənin 3 bərabər hissəyə bölünməsi

Şəkildə 3 yuvası olan detal göstərilib. Çevrəni üç bərabər hissəyə bölmək üçün çevrənin istənilən
nöqtəsindən, məsələn A nöqtəsindən radiusu çevrənin radiusuna bərabər olan R radiusu ilə bir qövs çəkirik.
Bu qövs çevrəni iki nöqtədə kəsir. Bu nöqtələr axtarılan nöqtələrin ikisi 2 və 3 nöqtələri olacaqdır. Qalan
üçüncü nöqtə isə A nöqtəsindən keçən, çevrənin simmetriya oxu ilə kəsişmə nöqtəsi 1 olacaqdır. Beləliklə,
çevrəni üç bərabər hissəyə bölmüş oluruq. Çevrəni pərgarsız da üç bərabər hissəyə bölmək olar. Bunun üçün
bucaqları 30° və 60° olan düzbucaqlı üçbucaqdan istifadə edilir. Üçbucağın hipotenuzu çevrənin mərkəzindən
keçməlidir.
Çevrənin 4 və 8 bərabər hissəyə bölünməsi
Birinci şəkildə 8 yuvası olan detal göstərilib. Növbəti şəkildə bu məsələni pərgarın köməyi ilə yerinə
yetiriblər. Bu halda bir-birinə perpendikulyar olan AB və CD diametrləri artıq çevrəni 4 bərabər hissəyə
bölmüş olurlar. Çevrəni 8 bərabər hissəyə bölmək üçün AOC və COB buçaqlarını bərabər hissəyə bölmək
lazımdır. Bunun üçün isə həmin buçaqlardan tənbölənlər qurub E və F nöqtələrini alırıq (tənbölənin
qurulmasına biz artıq bucaqlara aid olan mövzuda baxmışıq). E və O nöqtələrindən və eyni qaydada F və O
nöqtələrindən keçən xətləri çəkirik. 1, 2, 3, ..., 8 nöqtələri bizim çevrəmizi 8 bərabər hissəyə bölür.
Məsələni üçbucaq xətkeşin köməyi ilə həll etmək olar. 1, 3, 5 və 7 nöqtələri bir-birinə perpendikulyar
olan simmetriya oxu xətlərin çevrə ilə kəsişən nöqtələridir. Qalan nöqlərəli qurmaq üçün isə 45°-li üçbucaq
xətkeşdən aşağıdakı kimi istifadə edirik. Üçbuçağı elə qoymalıyıq ki, onun hipotenuzu çevrənin O
mərkəzindən keçsin. Bu zaman çevrənin üstündəki 2 və 6, sonra isə üçbucağı fırladıb 4 və 8 nöqtələrini
qeyd edirik. Beləliklə, xətkeşin köməyi ilə çevrəni 8 bərabər hissəyə böldük.
Əgər 2, 4, 6 və 8, və yaxud 1, 3, 5 və 7 nöqtələrini düz xətt ilə birləşdirsək çevrə daxilində düzgün
dördbucaqlı alarıq. 1, 2, 3, 4, 5, 6, 7 və 8 nöqtələrini isə düz xətt ilə birləşdirsək çevrə daxilində düzgün
səkkizbucaqlı alarıq.

Çevrənin 7 bərabər hissəyə bölünməsi TEZDEN BAX OYRENMEMISEN

Şəkildə 7 yuvası olan detal göstərilib. Çevrənin yeddi bərabər hissəyə bölünməsi. A nöqtəsindən
çevrənin radiusuna bərabər R radiusu ilə çevrəni n nöqtəsində kəsən bir qövs çəkilir, n nöqtəsindən üfiqi
simmetriya oxuna perpendikulyar endirilir. Bu perpendikulyar simmetriya oxunu m nöqtəsində kəsir. Çevrəni
1 nöq-təsindən R = nm radiusu ilə çevrə üzərində yeddi nöqtə qeyd edirik. Beləliklə, çevrəni yeddi bərabər
hissəyə bölmüş oluruq. Qeyd etdiyimiz nöqtələri düz xətt parçası ilə birləşdirsək çevrə daxilində düzgün
yeddibucaqlı qurmuş oluruq.
Çevrənin 6 bərabər hissəyə bölünməsi

Şəkildə 6 yuvası olan detal göstərilib. Çevrəni altı bərabər hissəyə bölmək üçün onun simmetriya
oxlarının çevrə ilə kəsişmə nöqtələrinin ikisindən, yəni 1 və 4-dən R radiuslu iki qövs çəkilir. Bu qövslər
çevrəni dörd nöqtədə 2 və 6 birdə ki, 3 və 5-də kəsir. Qalan iki nöqtə isə qövslərin mərkəzləri olacaqdır, yəni
1 və 4. Beləliklə, çevrəni altı bərabər hissəyə bölmüş oluruq. Çevrəni, bucaqları 30° və 60° olan düzbucaqlı
üçbucaqla altı bərabər hissəyə bölmək üçün şəkilə baxmaq kifayətdir.
Hər iki halda tapdığımız nöqtələri düz xətt parçaları ilə birləşdirməklə çevrə daxilində düzgün üçbucaq
və düzgün altıbucaqlı qurmuş oluruq.
Çevrənin 5 bərabər hissəyə bölünməsi

Şəkildə 5 yuvası olan detal göstərilib. Çevrəni beş bərabər hissəyə bölmək üçün aşağıdakı qurma
əməliyyatlarını aparırıq. Çevrə üzərində 1 nöqtəsini qeyd edib onu çevrənin beş bölgüsündən biri kimi
qəbul edirik. OA parçasını yarıya bölürük. Bunun üçün A nöqtəsindən R = OA radiusu ilə çevrəni n
nöqtəsində kəsən bir qövs çəkirik. Aldığımız n nöqtəsindən üfiqi simmetriya oxunu C nöqtəsində kəsənə
qədər perpendikulyar endiririk. C nöqtəsindən R1 = C1 radiusu ilə üfiqi simmetriya oxunu m nöqtəsində
kəsən bir qövs çəkirik. Sonra isə 1 nöqtəsindən R2 = 1 m radiusu ilə 2 və 5 nöqtələrində kəsən bir qövs
çəkirik. Sonra 2 və 5 nöqtələrindən R = R2 qövslərini çevrə ilə kəsişdirərək 3 və 4 nöqtələrini almış olu
ruq. Beləliklə, çevrəni beş bərabər hissəyə bölmüş oluruq. Bu nöqtələri düz xətt parçası ilə birləşdirərək
çevrə daxilində düzgün beşbucaqlı qurmuş oluruq.
QOVUŞMALAR VƏ ONLARIN QURULMASI
Maşın və cihazların detallarının çoxunun konturu düz xətlərdən və birindən digərinə səlis keçən
çevrə qövslərindən ibarətdir. Bir xətdən digərinə çevrə qövsü ilə səlis keçidə qovuşma deyilir. Bu qövs
qovuşma çevrənin qövsü adlandırılır. Bu çevrənin radiusu – qovuşma radiusudur. Bu çevrənin mərkəzi –
qovuşmanın mərkəzidir. Bir xətt digər xəttə keçən nöqtəyə qovuşma nöqtəsi deyilir. Qovuşmaların
qurulması həndəsi qurmalara əsaslanır. Qovuşmanı qurmaq – qovuşma mərkəzini və qovuşma nöqtələ
rini tapmaq deməkdir. Qovuşma iki düz xətt üçün, xətt və çevrə üçün və iki çevrə üçün mövcuddur.
İki xəttin çevrə qövsü ilə qovuşması

Şəkildə göstərilən detalların cizgilərini tətbiq edərkən, bucağın tərəflərinin verilmiş R radiuslu
çevrə qövsü ilə qovuşması qaydalarından istifadə edilməlidir. Şəkildə iti, kor və düzbucağın
tərəflərinin çevrə qövsü ilə qovuşması göstərilmişdir.

İti və kor bucağın


qovuşması
-ardı-
Düzbucağın qovuşması bir balaca fərqlidir
Düz xətlə çevrənin qovuşması
Düz xətlə çevrənin qovuşması üç halda mümkündür: qovuşma radiusu verilir; düz xətt üzərində
qovuşma nöqtəsi verilir; çevrə üzərində qovuşma nöqtəsi verilir. Hər üç halda xarici və daxili qovuşma
mümkündür.
Misal 1. Çevrə ilə düz xəttin xarici qovuşmasını qurun.
Misal 2. Çevrə ilə düz xəttin daxili qovuşmasını qurun.
İki çevrə qövsünün qovuşması
İki çevrə qövsünün qovuşması xarici, daxili və qarışıq ola bilər.
Xarici qovuşmada qovuşan çevrə qövslərinin O1 və O2 mərkəzləri R3 radiuslu qovuşma qövsünün
xaricində yerləşir.
Daxili qovuşmada qovuşan çevrə qövslərinin O1 və O2 mərkəzləri, R3 radiuslu qovuşma qövsünün
daxilində yerləşir.
Qarışıq qovuşmada isə çevrə qövslərindən birinin O2 mərkəzi R3 radiuslu qovuşma qövsünün
daxilində və o biri çevrə qövsünün mərkəzi O1 isə qovuşma qövsünün xaricində yerləşir.

Qovuşmanı qurmaq üçün aşağıdakılar verilməlidir:


1. Qovuşan çevrələrin R1 və R2 radiusları;
2. Bu çevrə qövslərinin mərkəzləri arasındakı L1 və L2 məsafələri;
3. Qovuşma qövsünün R3 radiusu.

Tələb olunur:
1. Qovuşma qövsünün mərkəzi O3 nöqtəsini təyin etməli;
2. Qovuşma nöqtələri 1 və 2-ni tapmalı;
3. Qovuşma qövsünü çəkməli.
Misal 1. Xarici qovuşmanı qurun.
Misal 2. Daxili qovuşmanı qurun.
Misal 3. Qarışıq qovuşmanı qurun.

You might also like