Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 17

MÖVZU: OVAL, OVOİD VƏ ELLİPSİN QURULMASI.

LEKAL ƏYRİLƏRİ.
MAİLLİYİN VƏ KONUSLUĞUN QURULMASI

Mövzunu planı:
O X U M A L I S A N M U T L E Q
• Ovalın qurulması;
• Ovoidin qurulması;
• Ellipsin qurulması;
• Lekal əyriləri;
• Mailliyin qurulması;
• Konusluğun qurulması.
OVAL, OVOİDİN VƏ ELLİPSİN QURULMASI
Müxtəlif radiuslu çevrə qövslərinin qovuşmasından əmələ gələn qabarıq qapalı xəttə oval deyilir. Ovala
çox vaxt maşın detallarının konturlarında rast gəlmək olur. Ovalı əsasən pərgarın köməyi ilə çəkirlər. Verilmiş
oxlara görə ovalın qurulma üsulu ilə tanış olaq.
-ardı-
Ovoid ovaldan onunla fərqlənir ki, ovoidin yalnız bir simmetriya oxu olur. Ovoidin bir-birinə bərabər
olmayan R və R1 radiuslu çevrə qövslərinin mərkəzləri simmetriya oxu üzərində yerləşir. Ovoidin verilmiş
AB oxuna görə qurulması aşağıdakı ardıcıllıqla yerinə yetirilir.
Ellips – müstəvi üzərində qapalı əyri xətdir. Bu xətt silindr ilə
müstəvinin kəsişməsi zamanı alınır. Ellipsin böyük və kiçik oxu eyni vaxtda
həm də onun simmetriya oxudur.

Ellipsin qurulma ardıcıllığını göstərək.


-ardı-
Lekal əyriləri

Bilirik ki, pərgarla çəkilən çevrə və oval pərgar əyrisi adlanır. Texnikada, səthlərinin doğuranı əyri
xətlərdən ibarət olan detallara da təsadüf edilir. Bu əyri xətlər çevrə qövsü deyildir və bu əyri xətlərin
nöqtələri çevrə üzərinə düşmədiyindən pərgarla çəkilmir. Həmin əyri xətlərin nöqtələri qrafiki qurma yolu
ilə qurulur, sonra lekalın köməyi ilə bu nöqtələr səlis əyri xətlə birləşdirilir. Lekal əyrilərinin adı da buradan
alınmışdır.
Lekal əyrisini səlis çəkmək üçün bir neçə lekal dəstindən istifadə etmək lazımdır. Lekal dəstindən,
verilən əyri xətt nöqtələrini birləşdirmək üçün seçilən lekalı, çəkiləcək əyri xəttin nöqtələrinə
uyğunlaşdırmaq lazımdır ki, mümkün qədər çox nöqtələri birləşdirmək olsun. Şəkildə göstərildiyi kimi,
artıq əyrini 1 - 6 nöqtələri birləşdirilmişdir. Əyrinin qalan hissəsini çəkmək üçün lekalı əyrinin 5 - 10
nöqtələrinə uygunlaşdırmaq lazımdır. Şəkildən göründüyü kimi əyrinin iki 5 – 6 nöqtələri cəkilmişdir.
Sonra isə əyrinin 6 - 9 nöqtələri birləşdirilir. Bu vaxt
əyrinin 9 və 10 nöqtələri arasındakı məsafə çəkilməmiş
saxlanılır ki, əyrinin 9 və 12 nöqtələri arasındakı məsafənin
çəkilməsi səlis alınsın. Texnikada çox geniş istifadə olunan
lekal əyrilərinə misal olaraq bunları göstərmək olar: ellips,
parabola, hiperbola, evolventa əyrisi və s.
MAILLIK VƏ KONUSLUQ
Rəsmxətdə xətlərin meyli maillik, konusun doğuranların meyli isə konusluq şəklində verilir.
BC düz xəttinin AB düz xəttinə nəzərən mailliyi nisbətinə deyilir. Tutaq ki, mailliyi
1:4

olan ВС düz xəttini qurmaq lazımdır. Bunun üçün üfiqi xətt üzərində A nöqtəsindən ixtiyari
uzunluqda
4 bərabər parça ayrılır. Beləliklə, B nöqtəsi qurulur.
Sonra isə A nöqtəsindən perpendikulyar qaldıraraq
onun üzərində AB xəttinin dörddə birinə bərabər
AC parçası ayrılır. Beləliklə, C nöqtəsi qurulur. Nə-
hayət B və C nöqtələrini birləşdirməklə mailliyi 1:4
olan BC xəttini qurmuş oluruq.
-ardı-
Fərz edək ki, mailliyi 20% olan AC xəttinin qurulması tələb olunur. Burada da mailliyin qurulması
düzbucaqlı üçbucağın hipetonuzuna görə qurulur. Katetlərdən birinin uzunluğunu 100 mm, o biri
katetin uzunluğunu isə 20 mm götürürük. Aydındır ki, 20% maillik, 1:5 mailliyi ilə eynidir. Cizgidə
maillik, ölçü rəqəminin qarşısında şərti işarə olaraq bucaq işarəsi göstərilir. Bu şərtlə ki, iti uc
maili tərəfə yönəldilsin.
-ardı-
Konusun oturacaq diametrinin onun hündürlüyünə olan nisbətinə konusluq deyilir.
Kəsik konusun iki oturacaq diametrləri fərqinin onların arasındakı məsafəyə olan nisbətinə konusluq
deyilir. Maillik i, konusluq isə C hərfi ilə işarələnir.
Konusluğun qurulması üçün onun oturacağının D diametrini ikiyə bölüb, konusun oxundan hər
iki tərəfdə qeyd edirlər. Uzunluğu dəyişdirmədən qeyd edilmiş oturacağın nöqtələri ilə birləşdirməklə
konusu qurmuş oluruq.
-ardı-

Kəsik konusun qurulması düstur ilə əldə edilir.


Əgər kəsik konusun uzunluğu L, oturacaqlardan birinin diametri d məlum olarsa, onun ikinci
oturacağının diametri D-ni tapmaq olar. Məsələn: C = 1:7, d = 20 mm və L = 70 mm. Onda D aşağıdakı
kimi təyin edilir

Cizgidə konusluq ölçü rəqəminin qarşısında şərti işarəsi ilə göstərilir. Bu şərtlə ki, işarəsinin
iti ucu konusun təpəsi tərəfə yönəldilsin. Adətən cizgidə kəsik konusun böyük diametri D verilir, çünki
konik detalın hazırlanması üçün bu diametr pəstahın seçilməsində vacibdir. Maillik və konusluq, nisbətlə
və ya faizlə verilə bilər.
Mailliyin qurulması ardıcıllığı
-ardı-
-ardı-
Konusluğun qurulması ardıcıllığı
-ardı-
-ardı-

You might also like