Amin Maalouf Leon Afrikalı

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 482

FRANSANIN «PRIX GüNCQURT)) MÜKAFATÇISI

Amin
* Maalouf
Leon Afrikalı

“Mənim gənc dostum, əgər təsəvvür etsək ki, insanlar həmişə


ağılla hərəkət edirlər, onda tarixin gedişindən heç nə anlamayacağıq.
Düşüncəsizlik - tarixin əsas prinsipidir"
Amin Maalouf
AMİN MAALOUF

LEON AFRİKALI
amin maalouf

LEON, L'AFRICAIN
Hicri 894-cü il (miladi 1488-ci il dekabrın 5-i 1489-cu il noyab­
rın 24-ü). - əndəlusluların xoşbəxt, qayğısız əyyamı davam edir.
Kimin ağlına gələrdi ki, Qərb renessansının əsasını qoyan mavr-
Əndəlus mədəniyyəti məhz o əyyamda dönüşü olmayan bir ifla­
sın astanasında imiş. Və bu iflasın nə qədər istəsəniz səbəblərini
sadalaya bilərsiniz. Amma "heç bir sivilizasiyanı kənardan işğal
etmək mümkün deyil, bu, yalnız həmin sivilizasiya özü-özünü
«
daxildən məhv etdikdən sonra mümkün olur" - tanınmış filosof
Uilyam Dürant bötə deyirdi. Amin Maaloufun "Leon Afrikalı"sı
da məhz bu fikrin bədii həllidir.
"Romada hikməti, Qahirədə ehtirası, Fəsdə kədəri yaşamış,
amma hələ də Qranadanın bakirliyini və məsumiuğunu arayan ‘
Leon Afrikalının dolanbacları andıran həyatını anladan bu ro
man da eyni mövzudadır.
Həm fransız, həm də ərəb-məhcər ədəbiyyatlarının eyni za­
manda böyük imzası olan Amin Maaloufun tarixi romanları,
kimlik böhranı üzərində araşdırmaları ilə əslində həmişə gah
bədii, gah da elmi yolla tədqiq elədiyi bir mövzu var - dünyanın
özü qədər qədim sivilzasiyalar arası münasibətlər, Qərb-xristian
dünyası ilə müsəlman Şərqinin keşməkeşli əlaqələri.
AMİN MAALOUF LEON, L'AFRICAIN
AMİN MAALOUF LEON AFRİKALI
Bakı, Qanun Nəşriyyatı, 2014, 492 səh., 1000 tiraj

Ərəb dilindən tərcümə: Cəmaləddin Quliyev


Redaktor: Xeybər Goyalh
Korrektor: Ceyran Abbasova

Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing

ISBN 978-9952-26-880-5

© Qanun Nəşriyyatı, 2014


© Amin Maalouf, 1986

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım


hüquqları Qanun Nəşriyyatına məxsusdur.
Kitabın təkrar və hissə-hissə nəşri «Müəlliflik hüququ və
əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının
Qanunu»na ziddir.
Endriyə
"Ancaq şübhə eləmə ki, Leon İfriqi,
Leon Səyyah da mən özümüydüm".
V.B. Bits, irland şairi
(miladi 1875-1939-cu illər)
Mən, Həsən ibn Məhəmməd əl-Vəzzan, Yohannes-Leon
du Mediçi dəlləyin əliylə sünnət olunmuşam, papalardan
birinin əliylə də xaç suyuna çəkilmişəm, indi mənə "Afri-
kalı" deyirlər, ancaq mən nə IfriqiyyəMən, nə Avropadan,
nə də Ərəbistandanam. Mən həm də qərnatalı, fəsli, zəy-
yatlr kimi tanınıram, ancaq mən heç bir ölkədən, heç bir
şəhərdən və ya heç bir qəbilədən çıxmamışam. Mən yol
oğluyam, Vətənim - karvan, ömrümsə, gözlənilən ən qısa
mənzilbaşıdır.
Qollarım zaman-zaman ipək xışıltısını, yun yumşaqlığını
da görüb, əmirlərin qızılını və qulların qandallarını da. Bar­
maqlarım minlərlə örtükləri qaldırıb, dodaqlarım minlərlə
üzrxahlıqdan xəcalət qırmızısına boyanıb, gözlərim şəhərlə­
rin süqutunun və imperiyaların faniliyinin şahidi olub.
Mənim ağzımdan ərəbcə, türkcə, quştalca123, bərbərcə4,
ibranicə, latınca və italyan danışıq dili5 eşidərsən, zira, bü­
tün dillər və dualar mənim üçün əlçatandır, ancaq mən on­
ların heç birinə mənsub deyiləm. Mən Allahın və torpağı­
nam, bu yaxınlarda o ikisinin hüzuruna da qayıdacağam6.
1 Tunisin tarixi adı, sonradan bütün Afrika mənasında işləndi.
2 Misirdə yer adı
3 indi ispan dili kimi tanınan Kastiliya dilini Şərqdə belə adlandırırdılar.
* Məğrib ölkələrinin yerli əhalisinin dili, həm də german xalqlarının dili
mənasında
5 O zaman italyan dili ədəbi dil kimi işlədilmirdi.
6Qur'andan gələn ifadə
Övladım, məndən sonra sən qalacaqsan, hələ xatirə­
mi yaşadacaqsan, kitablarımı oxuyacaqsan. Kitablarımda
bu mənzərənin şahidi olacaqsan: atan onu Afrika sahilinə
qaytaran gəminin göyərtəsində neapollu qiyafəsində otu­
rub, başı yazı-pozuya qarışıb, elə bil ki, uzun dəniz sə­
yahətindən sonra tacir hesablarının siyahısını hazırlayır,
gəlir-çıxarını hesablayır.
Mənim elədiyim də təxminən bunun kimi deyilmi: nəyi
qazanıb, nəyi itirmişəm, Ulu Hakimin dərgahında nə üzlə
cavab verəcəyəm? Mənə 40 il ömür borc verdi, onu da yol­
larda xərclədim. Romada hikməti, Qahirədə ehtirası, Fəs­
də kədəri yaşamışam. Ancaq hələ də Qərnata'da bakiranə
və məsumanə yaşayıram.

1 Müasir ispan adı Qrenada


QƏRNATA KİTABI
Azad Səlma ili
Hicri 894-cü il (miladi 1488-ci il dekabrın 5~i-1489-cıı il
noyabrın 24-ii)
Bu il mübarək Ramazan ayı yayın isti vaxtına təsadüf
eləmişdi. Atam evdən çox nadir hallarda axşamdan qabaq
çıxardı, çünki adamlar gündüz vaxtı əsəbi, höcətdi, qanla­
rı qara olurdu ki, bu da onların təqvasmın göstəricisiydi.
Çünki yalnız oruc tutmayanlar qızmar günəş altında çöh­
rəsindəki təbəssümü qoruya bilərdilər, çünki yalnız müsəl­
manların taleyinə biganə olanlar daxili müharibələrdə di­
dilən və kafirlər tərəfindən təhdid edilən şəhərdə gülərüz­
lə gəzib dolaşa bilərdilər.
Allah-taalanın fəziləti və lütfü sayəsində Şəban ayının
sonu-Mübarək ayın başlanğıcından az əvvəl doğulmuşam.
Anam Səlma doğuşdan sonrakı qanaxmaların keçməsini
gözlədiyindən oruc tutmamışdı, atam isə aclıq və istidə
belə narazılıq etmirdi, çünki onun adını daşıyan oğlu dün­
yaya gəlmişdi, günün birində düşmən çəpərinə çevriləcək­
di ki, bu da istənilən kişi üçün haqlı qürur bəxş eləyəsi hal­
dır, Üstəlik, mən onun birinci oğluydum, indən belə "Əbu
Həsən1" deyə çağırılacağına görə atam sinəsini yüngülcə

1 Həsənin atası. Ərəblərdə atanın birinci oğlunun adıyla çağırılması


ənənəsi varidi.

11
qabağa verib bığlarına sığal çəkər və saqqalını barmaqla-
nyla yavaşca qarışdıraraq beşiyə bələndiyim yuxarı mərtə­
bədəki evə qıyqacı baxarmış. Ancaq onun çılğın sevinci
Səlmanın sevincinin dərinliyi və şiddətilə müqayisə oluna
bilməzdi, zira, üzücü sancılarına və çox zəifləməyinə rəğ­
mən başa düşürdü ki, mənim dünyaya gəlişimlə o, ikinci
dəfə anadan olub, çünki mənim doğulmağım onu evin bi­
rinci xanımına çevirir və illər uzunu atamın yanında qal­
maq şansı verirdi.
Mən doğulmadığım təqdirdə onun üzləşə biləcəyi təh­
lükələr mənə çox-çox sonralar çatdı, özüm də bilmədən bu
təhlükələri yüngülləşdirmişdim. Belə gətirmişdi ki, atam
və əmisi qızı körpəlikdən göbəkkəsmə olmuşdular. Amma
dörd il idi ki, evli olsalar da, əmiqızı hamilə qalmırmış.
Evliliklərinin ikinci ilindən bir-birinə qarşı soyuq münasi­
bət yaranıbmış. Hətta günlərin bir günü Məhəmməd evə
yanında qara saçh bir xaçpərəst qızıyla gəlmişdi. Morso
yaxınlığında əsir götürülmüş qızı bir döyüşçüdən satın al­
mışdı. Kənizə Vardə' adı verib, onu evin həyətinə açılan
kiçik bir hücrədə yerləşdirib deyirmiş ki, cavan kənizi İs­
mail əl-Misrinin yanına göndərəcək ki, ona udda çalmaq,
rəqs eləmək və yazmaq öyrətsin. Necə ki, bu işi sultanların
cariyələri bacarır. Anam mənə belə danışmışdı:
- Mən azad idim, o isə kəniz, di gəl, aramızdakı rəqa­
bət qeyri-bərabər idi. O, kefi istəyən kimi bütün tovlayıcı
silahlarından istifadə eləyə, hicabsız görünə, oxuyub rəqs
eləyə, şərab süzə, gözlərilə işvə sata və lütlənə bilərdi.
Mənsə statusuma görə qürurumdan əl çəkməməli, atanın
1 Qızılgül

12
əyləncələrinə heç bir maraq göstərməməliydim. Məni
"əmimqızı" çağırardı. Məndən söz düşəndə də sayğıyla
"azad" və ya "ərəb qızı" deyərdi, Vardə özü də qarabaşın
xanımı qənşərində gözləməli olduğu hörməti mənə qoyur­
du. Amma gecələri o, xanım olurdu.
Anam sözünə ara vermədi:
-Bir səhər zinətçi Sara qapımızı açdı, yaşının keçməsinə
rəğmən buxağı tarım, dodaqları qoz ağacının kökləri ilə
boyalı, gözləri sürməli, dırnaqları xınalı, təpədən-dırnağa­
can əlvan qədim ipək libasa bələnmiş, ətirli tozlar çilənmiş
və tumarlanmışdı. Adətən, bizə gözmuncuğu, bazubənd,
eləcə də limon, ənbər, yasəmən və nilufərdən düzəldilmiş
ətirlər satmağa, fahma baxmağa gələrdi - indi hər harda-
dırsa, Allahın ona rəhmi gəlsin. Gözlərimin qızartısı diqqə­
tindən yayınmadı. Kədərimin səbəbini ona xəbər verməyə
ehtiyac olmadı, açıq kitabın əzik səhifəsini oxuyurmuş
kimi əlimi götürüb falımı açmağa başladı.
Gözlərini qaldırmadan aram bir səslə, indi də xatırladı­
ğım bu sözləri dedi:
- Biz Qəmata qadınlarıyıq, azadlığımız gizli köləliyi­
miz, köləliyimizsə gözəl azadlığımızdır.
Sonra bir şey əlavə eləmədən zənbilindən yaşıl bir müc­
rü çıxarıb dedi:
- Bu axşam badam şərabı olan piyaləyə bu iksirdən üç
qətrə damızdırıb, öz əllərinlə əmin oğluna təqdim edərsən.
■•
Pərvanə özünü şama çırpansayaq sənə yaxınlıq edəcək. Uç
gecə təkrarla, sonra da yeddi gecə.
Sara bir neçə həftə sonra yanıma qayıdanda, mən artıq
öyüməyə başlamışdım. O gün üstümdə olan bütün sərvətimi

13
- bir ovuc dördkünc dirhəmi və xırda-xuruşuyla birgə pul
kisəmi ona bağışladım. Gülməyə başladım, gördüm ki, o da
yanbızlarını silkələdə-silkələdə rəqs eləyir, qıçıyla otağımın
döşəməsini var-gücüylə vurur, əllərilə pullan atıb-tuturdu,
sikkələrin cingiltisi, yəhudi qadınların daşımalı olduqları
xalxalın-kiçik zınqırovun cingiltisinə qarışırdı.
Səlmanın hamilə qalmaq vaxtı çatmışdı, çünki İlahi
lütfün istəyi ilə Vardə artıq hamilə idi, hərçənd ki, o özü
tənələrdən yayınmaq üçün bunu gizlətməyə çalışırdı, İki
aydan sonra iş aşkar olanda sual yarandı: kim oğlan uşa­
ğı doğacaq, əgər hər ikisinin oğlu olacaqsa, kimin körpəsi
dünyaya birinci gələcək?!1 Yuxusu ərşə çəkiləcək qədər na­
rahatlıq keçirən yalnız Səlma idi, çünki Vardəyə ailədəki
ikinci oğlan uşağını, hətta qız uşağını doğması da kifayət
eləyirdi. Axı uşaq doğması bizim şəriətlə ona azad qadın
statusu verir, bununla yanaşı, o, işvəkarlığını da itirməyə­
cəkdi; cariyə mənşəyinə görə bu, ona icazə verilirdi.
Atama gəlincə, kişiliyinə açıq sübut olandan sonra
özündən razılığını o həddə çatdırmışdı ki, damının altın­
da qəribə günülük rəqabəti getdiyindən xəbərsiz idi. Hət­
ta arvadlarının hər ikisinin qarnı şişəndə bir axşam onlara
əmr eləyibmiş ki, gün batmazdan bir az əvvəl onu, adətən,
dostlarıyla görüşdüyü meyxananın həndəvərinəcən ötür­
sünlər. Bir-birinin əlindən tutub, hər ikisi də, xüsusən anam
kişilərin onlara zillənmiş baxışlarından, məhəlləmizin qa­
rılarının öldürücü qəhqəhələrindən utana-utana atamın
1 Antik sami adətlərinə görə, ailədə varislik hüququ oğlanlara məxsus
olurdu. Ailədə iki və daha çox oğlan dünyaya gələndə isə, bu hüquq
birinci oğlana verilirdi. İslamı qəbul elədikdən sonra da ərəblər bu adəti
saxladılar.

14
dalınca gedirmişlər. Bisan nahiyəsinin çoxu işsiz-gücsüz
və boşboğaz qadınları anamla Vardəni evlərinin eyvanın­
dan izləyirmiş, onlar gəlib keçəndə qalxan pərdələrin arxa­
sında oturublarmış. Zövcələrini bu sayaq üzgördüyə çıxar­
dığından atam da baxışların ağırlığını duymuşdu, odur
ki, nəsə unutduğunu bəhanə eləyib eyni yolla mənzilinə
geri dönmüşdü. Qaranlıq Bisan küçələrinin saysız-hesab­
sız təhlükələrini gizlətməyə başlamışdı. Küçələrin bəzisi
bu yağışlı yaz vaxtı sürüşkən və palçıqlı, bəzisi də çınqıl-
h-daşh idi; bu da ən böyük təhlükə idi. Çünki yaxınlıqda
nə olduğundan xəbərsizlər üçün hər daş parçası ölümcül
tələ ola bilərdi.

Yorğunluqdan əldən düşüb xəcalətdən üzülmüş Səlma
və Vardə ilk dəfə hər ikisi qucaqlaşıb bir çarpayıya-qara-
vaşm çarpayısına sərilmişdilər. Çünki xanımın öz otağına
qalxmağa heç heyi də yox idi. O vaxt az qala bərk arzu­
ladığı iki çağasını da birdəfəyə itirə biləcəyindən xəbərsiz
ata-anam dediyi kimi, şübhəsiz ki, dostlarının ona iki top­
puş oğlan uşağı doğulması haqda səmimi arzularını eşit­
məyə və qonşumuz Həmzəni şahmatda udmağa tələsərək,
meyxanaya qayıtmışdı.
Hər iki qadın açarla qapının bağlanmasını eşidər-eşit­
məz birlikdə uzun-uzadı gülüşmüşdülər, bu kişnərtiyə-
bənzər gülüşün toxtaması xeyli çəkmişdi. Anam üstündən
on beş il keçəndən sonra da bunu xatırlayanda o yeniyetmə
çılğınlıqlarına görə xəcalətdən üzü allanırdı, fəxarət duy­
madan məni agah elədi ki, o zaman Vardənin vur-tut 16,
onunsa 21 yaşı varmış. Bu hadisələrin sayəsində iki qadın
arasında, bir növ, anlaşma yaranmış və günülüyün şiddəti

15
yumşalmışdı. Ertəsi gün Sara, Səlmanın yanına növbəti ay­
lıq ziyarətə gələndə isə qaravaşma icazə verdi ki, qarnını
bu zinətçi yəhudi qadına yoxlatsın. O qadın ki, yeri gəl­
sə, bədənin bəzi yerlərində bitmiş tükləri təmizlər, masaj
edər, saç darar, mamaçalıq edər, üstəlik, bundan daha yax­
şısı - evlərinə qapanıb qalmış çoxsaylı qadın müştərilərinə
şəhərin və məmləkətin pis-pis işləri barədə xəbərlər və de­
di-qodular nəql edərdi. Sara, anama and içir ki, bir yerin­
də eybəcərlik görüb, bu da onu çox sevindirir, çünki bu,
şəksiz-şübhəsiz, onun əlamətiydi ki, oğlana hamilə qalıb.
Əksinə, gözəl çöhrəsinin dolğunlaşmasına görə Vardəni
bir az şəfqətlə təbrik elədi.
Səlma onun müayinəsinin doğruluğuna əmin oldu­
ğundan elə həmin gecə Məhəmmədi bu haqda xəbərdar
eləməkdən özünü saxlaya bilməmişdi. Və elə zənn elədi
ki, Saranın dediyi yeni fikri bu yolla çatdıra bilər. Bu fi­
kir özlüyündə utandırıcı imiş, məzmunu buydu ki, bətn-
dəki çağaya əziyyət olmasın və onların vaxtından erkən
doğuşuna səbəb olmasın deyə kişi qadınlarına yaxınlaş­
maqdan çəkinməlidir. Xəbərin ehtiyatla, qorxa-qorxa çat­
dırılıb uzun-uzadı tərəddüdlərlə yarımçıq kəsilməsinə
baxmayaraq, biabırçılıqdan qaçmaq mümkün olmamışdı.
Belə ki, atam dərhal iri bir kösöv parçası kimi qızışıb güclə
anlaşılan söyüşlər söyməyə başlamışdı. Söyüşlərdə çəkicin
zindandakı aramsız zərbələri kimi "cəfəngiyat", sehrbaz­
lar", "xəbis İblis" sözləri təkrarlanırdı ki, nə həkimlərin, nə
yəhudilərin mədhinə və nə də qadınların ağhnın tərifinə
deyildi. Səlmaya elə gəldi ki, hamilə olmasaydı, əri onu
döyərdi. Ancaq öz-özünə dedi ki, bu halda mübahisə düş­
məsi yaxşı deyil.

16
Dözüb boyun əydi ki, analıq fəzilətləri ərinin ötəri pis­
liklərin öhdəsindən gəlsin. Cəza olaraq Məhəmməd ona
bu "zəhər qaynadan" Şirəni bir daha evində qəbul eləməyi
qadağan elədi. Məhəmməd onun adını Qərnataya xas olan
və bütün ömrü boyu qoruduğu ləhcədə tələffüz elədi. Bu
ləhcəyə uyğun olaraq anamı Səlma əvəzinə, "Silmə", ca-
riyəsini Virdə çağırır, Qərnataya "Qirnitə", qapıya "qipi",
sultanın Əl-Hamra qəsrinə "əl-Himrə" deyirdi. Bir müd­
dət qaşqabaqlı və qanıqara gəzib dolaşdı. Amma ta ki qa­
dınları uşaq dünyaya gətirənədək nə kənar durdu, nə də
mübahisəni davam etdirdi, eləcə iki zövcəsinin otaqlarına
baş çəkməyinə davam elədi.
Doğuşlar iki gün fərqilə keçdi. Vardəni əvvəl axşam­
dan xeyli keçmiş, sonra isə dan yeri sökülənə yaxın sancı
tutmuşdu. Yalnız həmin vaxt ucadan zarımağa başlamış­
dı ki, ətrafdakılar onu eşitsinlər. Atam təlaşla qonşumuz
Həmzənin qapısını döyüb xahiş eləmişdi ki, anasına xəbər
versin. O, çox dindar, fəzilətli və doğuş qəbul eləməkdə
çox mahir qadın idi. Bir neçə dəqiqə sonra Həmzənin ağ
••
yağmurluğa bürünmüş anası özünü çatdırdı. Ozüylə yekə
ləyən, hamam dəsmalı və bir qəlib sabun gətirmişdi. De­
yilənlərə görə, onun əli düşərliymiş, çünki oğlan uşaqları­
nın doğulmasını daha çox qəbul eləmişdi, nəinki qızların.
Bacım Məryəm günortaya yaxın doğulmuş, atam çağa­
ya narazılıqla baxmışdı. Səlmaya sarı dönməyə macal tap­
mamış o dillənməyə cürətlənmişdi:
- Mən səni məyus etməyəcəyəm!
Ancaq tam arxayın da deyildi ki, Saranınıeseptlərı>v£
dönə-dönə dediyi vədləri
ı Azərbaycan Midi
Kitabxanası
də ki, hələ qarşıda sonsuz kədər və əzab içərisində keçəcək
iki gün var idi. Yalnız bundan sonra onun ən ümdə arzusu
r■
çin olacaqdı: Əmisi oğlunun onu "Ummü-l-Həsən1" çağı­
racağını eşidəcəkdi.

Dünyaya gəlişimin yeddinci günündə atam dəllək Həm­


zəni məni sünnət eləməyə, dostlarını isə ziyafətə çağırıb­
mış. Anamın və Vardənin vəziyyətini nəzərə alaraq nənələ­
rim və onların xidmətçiləri yemək hazırlamaq işini öz öh­
dələrinə götürmüşdülər. Anam ziyafətdə iştirak eləməmiş­
di, amma sonradan mənə elə gəldi ki, o, xəlvətcə otağından
çıxıbmış ki, qonaqları görüb onların nə danışdıqlarına oğ­
run-oğrun qulaq assın. O gün haqda təəssüratı çox dərin ol­
muşdu, ən kiçik ayrıntılar belə yaddaşında həkk olunmuş­
du. Dəvətlilər evin ortasında cilalanmış mərmər fəvvarənin
dövrəsində cəm olmuşdular. Fəvvarə öz qıjıltısı və əmələ
gətirdiyi narın su sıçrantıları ilə evin havasını rütubətlən-
dirirdi. Ramazan ayının ilk günləri olduğundan çox işta-
hayla yeyirmişlər, axı iftarlarını mənim möminlər icması­
na gəlişimi bayram eləməklə açırdılar. Ertəsi gün süfrənin
artıq-urtuğuynan qidalanası olmuş anamın dediyinə görə,
ziyafət şahlara layiq imiş. Əsas tabaqda "muruziyyə" gəti­
rilibmiş. Bu təam bir az bal, keşniş, nişasta, badam və möv­
sümü yenicə başlamış sütül qozla bişirilən qoç ətidir. Həm­
çinin yaşıl "təfayə" (buğlama) varmış, bu təam təzə keşniş
dəstəsinə əlavə edilmiş yağsız ətdən hazırlanır, ağ təfayə
1 Həsənin anası

18
də olub - bu təam isə quru keşnişlə hazırlanır. Mən hələ
pendir qatılmış sarımsaqlı bulyonla cücələri, göyərçin çol­
palarını, torağayları, sirkə və zəfəranla basdırma edilərək
qızardılmış çöl dovşanlarını və onlarca digər tabaqları
xatırladımmı? Anam Göylərin qəzəbi ocağını və külfətini
tutmamışdan qabaq öz evində keçirdikləri sonuncu böyük
ziyafəti xatırlayaraq tabaqları birər-birər sadalamışdı. Ona
qulaq asanda hələ yeniyetməydim, odur ki, hər dəfə səbir­
sizliklə "mücənnəbaf'a (ağ pendirlə qızdırılmış və üstünə
bala batırılmış darçın səpilən fətir), badam və xurma məcu-
nundan hazırlanmış halvaya, içi küknar qozası və qızılgül
suyu hopdurulmuş cövüzlə doldurulmuş kökəyə çatması­
nı səbirsizliklə gözlərdim.
Anam Allaha and-qəsəm elədi ki, həmin ziyafətdə qo­
naqlar badam şərbətindən savayı bir şey içməyiblər. Daha
orasını demədi ki, bir qətrə də şərab süzülməyibsə, bunu
mübarək ayın hörmətinə etməyiblər. Sünnət Əndəlusda
baş tutsaydı, orda ziyafətin dini münasibəti unudulardı.
Bəyəm indiyədək Əndəlusun ən yaddaqalan ziyafəti sün­
nətlə bağlı deyilmi? Əmir Zu-n-Nun nəvəsinin sünnət mə­
rasimini Təlitələdə elə təmtəraqlı keçirmişdi ki, o gündən
hamı bu mərasimin oxşarını keçirməyə çalışsa da, alınma­
mışdı. Bəyəm, bu ziyafətdə şərab və dürlü-dürlü içkilər
çağlamırdımı, yüzlərlə cariyə "əclaf yəhudi"nin nəğmələri
altında süzmürdümü?
Anam təsdiqləyir ki, mənim sünnət toyumda da mu­
siqiçi və şairlər olub. Hətta o, atamın bu münasibətlə oxu­
duğu şeirdən bir parçanı da xatırlayırdı:
Sənin oğlun bu sünnətlə daha göyçək oldu;

19
Zira piltəni kəsəndə çırağın nuru daha da şölələnər.
Dəllək öz-özünə zümzümə edə-edə sərqatəli qədim
bir şairin bu beytini bütün nəğmələrdə oxuduqdan son­
ra ziyafət bitmiş və əsl mərasim başlamışdı. Atam məni
qolları arasında gətirmək üçün yuxarı mərtəbəyə qalx­
mışdı. Dəvədilər anmdaca kirimişcə gözlərini dəlləyə və
şəyirdinə zilləmişdilər. Şəyird bığ yeri tərləməmiş cavan
oğlanmış. Həmzə ona işarə elədi, o da əlində qəndil evin
içərisində dövr eləyərək hər bir qonağın qənşərində daya­
nırdı. Dəlləyə hərə kiçik bir nəmər bağışlamalı idi. Adətə
görə, hərə qolundan qopan qədər pul götürüb uşağın
üzünə sürtüb onun adını çığırmalıydı, şəyird də qonşu­
luqda durana yönəlməzdən qabaq həmin adama təşəkkür
eləməliydi. Bütün bəxşişlər cəm edildikdən sonra dəllək
tələb elədi ki, iki gur şamı ona yaxınlaşdırsınlar. Münasib
ayələri oxuya-oxuya ülgücünü çıxarıb mənə sarı əyilmişdi.
Anam deyərdi ki, o vaxt mənim çığırtım məhəllənin bü­
tün guşələrində əks-səda veribmiş ki, bu, yüksək zəkanın
əlaməti sayılır. Zəif vücudumun var gücüylə çığırmağım­
dan qalmırmışam, sanasan ki, gələcək müsibətlər gözlə­
rimə görünübmüş. Mərasim ud, ney, rübab və təbilin səda­
ları altında o başacan davam eləmişdi.
Amma heç də hamı qonaqlığa can atmırdı. O vaxtlar
əl-Həmra qəsrində dövlət divanında katib işləyən dayım
Əbu Mərvan ziyafətə yubanıbmış, üzündə də əsəbi günlə­
rin əlamətləri sezilirmiş. Bütün maraqlılar onun həndəvə­
rində dövrə vurublar. Anamın qulağına gəlib çatanlar onu
uzun-uzadı dəhşətli xəyala qərq eləmişdi, ona elə gəlirdi
ki, o dəhşəti həmişəlik unudub:

20
- Böyük tamaşadan bəri biz bir il də rahatlıq tanımırıq
- dayım belə deyib:
- Bu lənətə gəlmiş tamaşa!
Bunu eşidəndən sonra anam hamiləliyinin ilk həftəsin­
də olduğu kimi öyüməyə başlamışdı. Duman bürümüş
xəyalında özünü yenə də on yaşında ayaqyalın, adamsız
küçənin ortasında palçığın üzərində oturmuş qızcığaz
kimi gördü. Həmin yerdən bəlkə də yüz dəfə keçmişdi,
amma oram tanıya bilmədi. Palçığa batmış və əzik qırmızı
donunun ətəyini qaldırdı ki, ağlayan üzünü gizlətsin.
- Bisan məhəlləsinin ən gözəl və ən dəcəl qızcığazıy-
dım. Sənin rəhmətlik nənən paltarımdan
■ iki tilsim asmışdı.
Məni hər cür bədbəxtlikdən qoruyacaq bu tilsimlərdən biri
donumun üstündən, digəri isə astarında bərkidilmişdi,
amma o gün heç bir şey dadıma yetmədi.

***

- Zəmanənin sultanı - bu şəxs Əbu-l-Həsən Əli idi


- qərara almışdı ki, bəzi günlər və bəzi həftələr əsgərlə­
rinin hərbi keçidlərini təşkil eləsin ki, qara camaat onun
güc-qüdrətini görsünlər - amma yalnız Allah qüdrət və qü­
vvət sahibidir və təkəbbürlüləri sevmir. Sultan, əl-Həmra
qəsrindəki əl-Həmra təpəsində iqamət etmişdi. Hər səhər
öz məiyyəti ilə birlikdə "Xəyanətlər" alaqapısının yaxın­
lığındakı amfiteatrın üstündə əyləşib öz işçilərini qəbul
edir və dövlət işlərini idarə edirdi. Bu vaxt isə məmləkətin
hər tərəfindən: Zundədən Bəstəyədək, Malqədən əl-Mə-
riyyəyədək gələn qoşun hissələri dayanmadan keçə-keçə

21
sultanı salamlayır, ona cansağlığı və uzun ömür arzulayır­
dılar. Qərnatənin və ətraf kəndlərin sakinləri adət eləmişdi
ki, məqbərənin yaxınlığında əl-Həmra qəsrinin aşağısında,
Səbikənin ətəklərində toplaşsınlar. Burdan bitib-tükən­
məyən təntənəni müşahidə eləyə bilirdilər. Yaxınlıqda isə
ayaqqabıdan tutmuş Mərkas sosiskalarına, fətirə və güla­
badək hər şey satan çərçilər yaşayırdılar.
Paradın onuncu günü 882-ci hicri ili başa çatdı. Yeni il
bayramı bir qayda olaraq, hay-küysüz qeyd olunar, bitmək
bilməyən təntənələrin gurultusunda az qala görünməz
olardı. Bu təntənələr yeni ilin ilk ayı olan Məhərrəm boyu
davam edəcəkdi. Hər gün qardaşları və əmisi oğlanları
ilə birlikdə əs-Səbikəyə gedən anam sezmişdi ki, baxma­
ğa gələnlərin sayı get-gedə artır, tanış olmayan sifətlər də
çoxalmışdı. Küçələrdə sərxoşların sayı artmışdı, oğurluq
halları baş verirdi, yeniyetmə dəstələri arasında ədavət qı­
zışır, dəyənəklə bir-birinin qanlarını tökənədək dalaşırdı­
lar. Bir nəfər ölmüş, bir neçə nəfərsə yaralanmışdı ki, bu da
mühtəsibi 'polislərin sayını artırmağa vadar eləmişdi.
Sultan iğtişaşlardan və özbaşınalığın artacağından
qorxurdu deyə, nəhayət, qərara gəldi ki, təntənələri dayan­
dırsın. Elan edildi ki, paradın son günü hicri tarixiylə 883-
cü il Məhərrəm ayının 23-nə təsadüf edəcək (miladi təqvi­
mi ilə 1478-ci il aprelin 25-i), həm də son şənliklər əvvəlki
həftələrdəki şənliklərdən daha təntənəli olacaqdır. Həmin
gün əs-Səbikədə məhəllənin hicablı-hicabsız qadınları bü­
tün təbəqələrdən olan kişilərə qarışmışdılar. Şəhərin uşaq­
ları çölə çıxmışdılar, təzə libasını geyinmiş anam da orda
1 Polis komissarı
22
idi. Uşaqlar Malqədən gətirilən quru əncirlərdən almaq
üçün özləriylə bir az mis pul götürməyi də unutmamış­
dılar. Əs-Səbikə məhəlləsi boyunca falçılar, sehrbazlar,
ovsunçular, kəndirbazlar, meymun oynadanlar, təlxəklər,
gerçəkdən kor olan və ya özünü korluğa vurmuş dilənçilər
yayılmışdı, adamların bolluğu onları da cəlb eləmişdi.
Yaz idi, kəndlilər müəyyən ücrətin müqabilində xüsusi
olaraq bu parad üçün gətirilmiş ayğırları yedəklərinə alıb
gəzdirirdilər. Anam o günlə bağlı xatirələrini canlandıra­
raq dedi:
- Bütün səhəri təbilin sədaları altında qışqırışıb əl çaldıq.
Çünki əz-Zənati qəbiləsindən olan bərbər süvariləri bir-bi­
rinin ardınca at çapa-çapa çiling tullayıb, ağac nişangahı
vurmağa çalışırdılar. Biz ən yaxşı süvarini görə bilmirdik,
amma təpədən, konkret olaraq " təbil" deyilən yerdən bizə
çatan hay-küyə əsasən kimin qalib, kimin məğlub olduğu­
nu səhv ehtimala yol vermədən müəyyənləşdirə bilərdik.
Qəfildən başımızın üstünü qara bulud topası aldı. Hər
şey çox sürətlə baş verdi. Bir də hiss elədik ki, Günəş sö­
nüb, elə bil ki, o, cinin üfürüb söndürdüyü çıraqmış. Günün
günortaçağı zülmət çökdü, sultanın əmri olmadan oyunlar
dayandı, çünki hər bir şəxs səmanın basqısını çiyinlərində
duyurdu. Sonra şimşək oynayıb göy guruldadı, yenidən
şimşək oynayıb bərk ildırım çaxdı və üstümüzə leysan tök­
məyə başladı. Anlayanda ki, iş tufanhqdır, daha bu, nəhs
lənət məsələsi deyil, mən də əs-Səbikəyə toplanmış minlərlə
digər şəxs kimi daldalanmağa yer axtarmağa başladım. Bö­
yük qardaşım əlimdən tutmuşdu ki, bu da məni toxtadır­
dı. O məni palçığın içində olan yol ayrıcında yerə çökməyə

23
məcbur elədi. Qəfildən bizdən bir neçə addım aralıda qoca­
lar və uşaqlar yerə yıxıldı, adamlar dəli olubmuş kimi onları
tapdalayıb keçirdilər. Qaranlıq get-gedə şiddətlənirdi. Ağrı
iniltiləri qorxu fəryadlarına qarışmışdı. Mən də sürüşdüm,
əlim qardaşımın əllərindən qopdu. Əvvəlcə bir islaq ətək­
dən yapışdım, sonra digər ətəkdən, amma heç düz əməlli
tuta bilmədim. Su dizləriməcən qalxmışdı. Mən şübhəsiz ki,
başqalarından daha uca səslə bağırırdım.
Beş-altı dəfə yıxılıb-qalxdım, amma ayaq altında qalma­
dım, ta o vaxtacan ki, ətrafımda kütlənin tədricən seyrəldi­
yini, hərəkətlərinin də astagəlliyini hiss elədim. Çünki yol
yoxuş idi, onun üstündən axan sel-su isə gurlaşırdı. Mən
hələ də nə yeri-yurdu, nə də adamları ayırd eləmir, nə qar­
daşımı, nə də əmizadələrimi axtarırdım. Evlərdən birinin
örtüyü altında sərələnib ümidsizlikdən və yorğunluqdan
yuxuya daldım. Bir-iki saat sonra ayıldım. Hava azacıq to­
ranlaşmışdı, amma gürşad hələ də tökürdü. Hər tərəfdən
elə göy gurultusu eşidilirdi ki, qulaqları batırır və üzərin­
də əyləşdiyim daş piltəni silkələyirdi. Olduğum küçəni
Allah bilir neçə dəfə var-gəl eləmişdim! Amma mən onu
boş vaxtı görmüşəm, indi isə oranı sel basdığından harda
olduğumu kəsdirə bilmirdim. Soyuqdan tir-tir titrəyirdim,
paltarım islanmış, nəleyinlərim isə qaçaqaçda itmişdir, sa­
çımdan buzlu su damır, tellərim göz yaşından qızarmış
gözlərimi yuyurdu. Mən ara vermədən titrəyir və sinədo-
lusu öskürürdüm ki, bir qadın səsi məni hayladı:
- Qızım, ay qızım, bəri gəl!
Hər tərəfə boylanandan sonra xeyli yuxarıda qövsvarı
pəncərənin çərçivəsində zolaqlı bir şərf və bir əlin yellən­
diyini gördüm.

24
Ananı mənə bərk-bərk tapşırmışdı ki, sahiblərini tanı­
madığım evlərə girməyim; məni başa salmışdı ki, bu yaşda
özümü qorumalıyam, həm də təkcə kişilərdən yox, elə bə­
zi-bəzi qadınlardan da. Fəqət, tərəddüdüm uzun çəkmə­
di. Yoldan 30 addım məsafədə məni haylayan qadının özü
gəlib ağır taxta qapını açdı. O məni toxtatmaq üçün aman
vermədən çığırırdı:
- Mən səni tanıyıram. Sən kitab sərrafı Süleymanın qızı­
san. O, gününü Allaha ibadətlə keçirən kişidir.
Mən addım-addım ona sarı yaxınlaşırdım, o isə
danışırdı:
-Atanın yanında burdan keçib gonbul bibingilə getmə­
yini çox görmüşəm. Bibinin əri məhkəmədə katib işləyir,
özü də burdan yaxında, yolu bağlanmış Səfərcələ küçəsin­
də yaşayır.
Amma hələ də bir nəfər gözə dəymirdi, qadınsa üzünə
ağ rübənd salmışdı, yalnız qapını arxamca bağlayandan
sonra onu görə bildim. Əlimdən tutub məni dirsəyə bənzər
dar dəhlizdən keçirtdi. Məni buraxmadan yağış başımıza
tökə-tökə kiçik həyətdən qaçaraq keçdik. Sonra möhkəm
pilləli kiçik nərdivanla onun otağına qalxdıq. Qolumdan
tutub məni pəncərəyə sarı çəkdi:
- Bax bu, Allahın qəzəbidir!
Qorxa-qorxa əyildim. Keçidlər təpəsinin şiş ucunday-
dım. Sağ tərəfimdə əl-Həmra sarayının yeni qəsəbəsi,
sol tərəfimdə uzaqdan köhnə qəsəbə, arxada isə Bisanın
məhəllə minbərinin ağ divarları görünürdü. Bayaq küçədə
eşitdiyim uğultu qulaqbatırıcı olmuşdu. Aşağı əyilib səs
gələn yeri axtarırdım. Qorxunc bir nalə çəkməkdən özümü
saxlaya bilmədim:

25
- İlahi, bizə yazığın gəlsin, bu ki Nuh tufanıdır!
Məni qonaq eləyən qadın da arxamda eyni sözləri
pıçıldayırdı.

* * *

Anam heç vaxt gözündə canlanmış məsum qız obrazı­


nı unuda bilmirdi, necə ki onu həmin məşum parad günü
Qərnatada olanların heç biri unuda bilmirdi. Hay-küylü,
amma adətən, öz məcrasından çıxmayan Dərru çayının
vadisində əmələ gəlmiş Ərim seli1 öz yolunun üstündəki
hər şeyi süpürüb aparıb, bağ-bağatı viran qoyub, zorba-
ca qaraağacları, yüzillik qozları, badamları, taxta keçidlə­
ri ağuşuna alıb şəhərin mərkəzinə daxil olmazdan qabaq
tatar fatehi sayaq bütün qənimətlərini götürüb mərkəzi
məhəllələri bükmüş, yüzlərlə mənzili, dükanı, anbarı da­
ğıtmış, körpülərin üstündəki tikili binaları uçurmuşdu.
Belə ki, günün axırına yaxın çayın məcrasını tutan dağın­
tılar ucbatından bütün Ulu Came məscidinin ənginliyini,
tacirlər cərgəsini, zərgər və dəmirçi bazarlarını əhatə edən
böyük bataqlıq əmələ gəlmişdi. Heç kim suda boğulub,
uçqunların altında qalıb ölənlərin, ya da sellərin gizlətdiyi
şəxslərin sayını bilmirdi. Göylərin iradəsi axşam kabusun
çəkilməsinə izin verəndə sular axışıb gəldiyindən də tezcə
çəkilib getdi və sel dağıntıları şəhərin xaricinə yuyub apar­
dı. Yer üzü bərq vuran meyitlərlə örtülmüşdü, gün çırtla­
yanda qatil sel çox-çox uzaqlardaydı.
1 Antik Yəmən sivilizasiyanın süqutuna səbəb olmuş məşhur daşqın.
Dini mətnlərdə bu fəlakət Allahın yolundan sapmış mədəniyyətlərə
verdiyi cəza kimi xatırlanır.

26
Anam kəsik-kəsik ibarələrlə yeknəsəq səslə danışırdı:
- Bu, Qərnatanın günahları müqabilində verilən cə-
zaydı. Allah heç bir qüvvənin bərabər olmadığı qüdrəti­
ni göstərmək və müştəbehliyinə, cövrünə, fitnə-fəsadına,
pozğunluğuna görə hökmdarları cəzalandırmaq istəmişdi.
Azğınlığa davam edəcəyimiz təqdirdə başımıza gələcək
fəlakətdən bizi çəkindirmək istədi, amma gözlərimiz və
qəlblərimiz bağlıca qaldı1. Faciənin ertəsi gün bütün şəhər
əhli belə qənaət hasil elədi ki, müsibətin birinci baiskarı,
Allahın qəzəbini onlara cəlb eləmiş şəxs, təkəbbürlü, zül­
mkar, fitnəkarlar fitnəkarı, Qərnatanın 21-ci hakimi Əbu
Həsən Ali ibn Sə'd ən-Nəsridən savayı kimsə deyil. Allah
onun adını bütün yaddaşlardan silsin!
O, taxt-taca yiyələnmək üçün öz atasını devirmiş, sonra
da zindana atdırmışdı. Ölkənin ən zəngin ailələrinin öv­
ladlarının, o cümlədən ən cəsurların övladlarının başını
üzmüşdü ki, öz hakimiyyətini möhkəmlətsin. Bunlardan
savayı anamın nəzərində sultanın ən bağışlanmaz günahı
o idi ki, hürr zövcəsini - əmisi qızı Fatimə bint Məhəm­
məd əl-Eysəri, İzabel du Sulis adlı bir tərsa qızının xatirinə
boşamışdı. Bu gavur qızını sonradan o, "Sürəyya" deyə
çağırırdı.
Anam deyərdi:
- Belə rəvayət eləyirlər ki, bir səhər əyan-əşrəfini ər-Rey-
han sarayına yığıbmış ki, onlar da hamamlanan bu rum-
lu2qızına tamaşa eləsinlər.
1 Qur'anda tez-tez təkrarlanan ifadədir.
Rum, rumlu - hərfən romalı, Quranda bizanslılar belə adlandırılır,
sonradan türklər də bizanslıları belə adlandırıb. İslamın ilk əsrlərində
isə bütün xristian avropalılar belə adlandırılırdı, sonralar bu mənada
firəng sözündən istifadə edilməyə başlandı.

27
Belə bir küfrü nəql eləmək də anamı qorxuya salar,
göylərə baxıb - Allah, keç günahımdan, deyib hekayətinə
davam eləmək istəyirdi:
- Hamamlanma bitən kimi sultan tamaşaya yığışanla­
rın hamısını Sürəyya çıxan sudan bir kasa içməyə dəvət
eləmişdi. Sonra hamısı şeirlə və nəsrlə bu sailin qazandığı
təmiz yemək üçün tərif yağdırmışdılar. Təkcə vəzir Əbu-1-
Qasim Qiniğas öz yerində qürurla dayanıb gölməçəyə sarı
əyilməmişdi. Bu hərəkət sultanın nəzərindən yayınmamış,
vəzirdən səbəbini soruşmuşdu. Əbu-l-Qasim cavabında
demişdi:
- Ağam, qorxuram ki, şorbasını dadsam, kəkliyini də
könlüm istəsin.
Anam bu sözü təkrarlayanda uğunub getmişdi:
- Allahım, keç günahımdan.
Bu lətifəni Əndəlus sarayındakı digər şəxslər barəsində
də rəvayət olunmağını eşitmişdim. Düzü, kəsdirə bilmir­
dim ki, gerçəkdə bu hadisə onlardan hansının başına gəlib.
Ancaq o məlun tamaşa gününün sabahı Qərnatada hər kəs
fitnəli əl-Həmra sarayı sahibinin pozğun tərcümeyi-halın- •
da Allahın qəzəbinə səbəb olmuş bir hadisə axtarırdı. Nə
xoş o kəsin halına ki, qəti bir izah tapa bilir. Belə izahsa ək­
sərən yalnız əsrin zövqünə uyğun təhrif edilmiş şeir, lətifə
və zərb-məsəllərdə olur.
Sultan bu cəfəngiyatdan daha çox paytaxtına üz vermiş
fəlakətdən rəncidə olmuşdu. Dağıdıcı daşqında Allah-ta­
alanın xəbərdarlığını görməkdənsə ondan belə nəticə
çıxarmışdı ki, bu dünyanın ləzzətləri ötüb keçəndir, həyat
qaçhaqaçda keçib gedir, adam gərək bacardığı qədər hər

28
ləhzədən fayda götürsün. Bu nəticə, bəlkə də bir şair üçün
müdriklik ola bilərdi, daha məmləkəti təhlükə qarşısında
olan və sinni 50-ni ötmüş bir hökmdar üçün yox. Şəxsi həki-
mi ishaq Həmmunun dönə-dönə çəkindirməyinə rəğmən
əmir başını beləcə eyş-işrətə qatmışdı. Gözəl cariyələrlə ya­
tır və gününü şairlərin əhatəsində keçirirdi. Şairlər bir-biri­
nin ardınca qoşduqları beytlərdə zərif və qamətli gədələri,
üryan rəqqasələri vəsf eləyir, tiryəki zümrüdə, onun iyini
isə büxura bənzədir və sarı çaxırı tərənnüm eləyirdilər.
Şərab dolu qızıl camlar əldən-ələ, dodaqdan dodağa
keçirdi, kimin camı boşalırdısa, saqini çağırırdı ki, camı lə­
bələb doldursun. Qonaqların qabağına cövüz, badam, sidr
qozası, təzə və quru meyvələr, ənginar, paxlalar, mürəb­
bələr, lövün-lövün şirniyyatlarla dolu saysız-hesabsız si­
nilər düzülürdü. Bilmək olmurdu ki, bütün bunlar aclığı
öldürmək üçündür, yoxsa təşnəni yatırtmaq üçün? Son-
ralar uzun müddət Romada yaşayarkən öyrəndim ki, hər
lövündən bir tikə almaq qədim romalılarda da dəb imiş.
Həm də romahlar belə sinilərdən hər birini "naqlius" ad-
landırarlarmış. Görəsən, belə sinilərin Qəmatada "nuql"
adlanmasının səbəbi bu idimi? Düzünü, ancaq Allah bilər!
Hökmdarın başı eyş-işrətə qarışdığından məmləkətin
işlərinə məhəl qoymurdu. Yaxınlarına imkan vermişdi
ki, qanunsuz vergilər yığmaq və özgə əmlakını müsadirə
eləməklə böyük sərvət toplasınlar. Məvacib almayan əs­
gərlər isə ailələrini yedirtmək üçün hərbi geyimlərini, si­
lahlarını və süvar olduqları minikləri satsınlar. Şəhər dan
yeri söküləndən qorxu-hürküdə yaşayır, hər bir əsgər öz
taleyinə özü qərar verirdi. Bu şəhərdə içki məclislərinin

29
i
xəbərləri xidmətçilər və qonaqlar çölə çıxan kimi dərhal
yayılırdı, hökmdarın və ya Sürəyyanın adının çəkilməsi
bəs eləyirdi ki, söyüş-lənət yağdırılsın və camaat arasın­
da çaxnaşma düşsün. Bəzi cümə xətibləri "Əbu-I-Həsən"
adım çəkməyə ehtiyac görmür, yalnız nadir hallarda buna
cürət eləyirdilər. Çünki bu halda möminlər xətibləri rəzil,
acgöz, fasid və imansız kimi tanıyırdılar. Qəsdən ucadan
"Allahü-Əkbər" çığırırdılar. Hayqırtılar qamçı kimi çırpı­
lar, imamcümə bu hayqırtılara ikibaşlı cavab verərdi:
-Allahın əli onların əlinin üstündədir!1
Bu cümlə deyilər-deyilməz gözlər qəzəblə dolub
əl-Həmra sarayına sarı boylanardı. Hökmdara ellikcə
nifrət bəslənsə də, onun hələ ki camaat arasında göz-qu­
laqları var idi, hər nə deyilsə, dərhal ona çatdırılardı. Bu
da onu işini sayıq tutmağa, daha da amansız və qəzəbli
olmağa vadar eləyirdi.
Anam xatırlayırdı:
- Qövmün neçə-neçə başbiləni, şəhərin xəvası düşmən­
çilik və ya paxıllıq üzündən edilmiş çuğulluq səbəbinə
həbsə atılmışdılar. Onları hökmdarın şərəf və ləyaqətini al­
çaltmaqda suçlayıb zindana atmazdan və ya başlarını üz-
məzdən qabaq eşşəyin üstünə mindirib şəhərin küçələrini
gəzdirərdilər. Həm də onlar eşşəyin üstünə elə mindirilər­
dilər ki, üzləri quyruğa tərəf düşsün!
Sürəyyanın hökmüylə Əbu-l-Həsən zövcəsi Fatimə­
ni, eləcə də Əbu Abdullah deyilən Məhəmməd və Yusif
adlı iki oğlunu da məcburən əl-Qəmər bürcünə köçürt­
dü. Əl-Qəmər əl-Həmradan şimal-şərqdə əl-Arif bağının
1 Qur'andan ayə

30
yaxınlığında böyük bir qalaydı. Məşuqənin niyyəti o idi ki,
bununla da, öz oğlanlarının hakimiyyətə gedən yollarını
təmizləsin. Saray iki qrupa bölünmüşdü. Fatimənin tərəf­
darları çox olsalar da, onlar gizli qalmağa üstünlük verir­
dilər, Sürəyyanın tərəfdarları isə az olsalar da, əmir yalnız
onların sözlərini eşidirdi.
Adamların çoxu bu saraydaxili çəkişmələr haqda da­
nışa-danışa soyuq gecələrdə vaxtlarını öldürür, canlarını
darıxmaqdan qurtarırdılar. Hökmdara çox nifrət eləmələ­
rinin səbəbi isə onun quştallara qarşı münasibətindən irəli
gəlirdi. Hələ bədəninin qüvvəsini itirməmiş hökmdar rum­
in qızı əmisi qızından üstün tutduğuna, ordunu başlı-ba-
«
şına buraxdığına, şərəfsiz-izzətsiz həyat keçirdiyinə görə
ona ünvanlanmış töhmətlərin basqısı altında xaçpərəstlərə
savaş açmağa qərar verdi.
Hökmdar bəzi müdrik məsləhətçilərin öyüd-nəsihətinə
məhəl qoymadı. Onlar hökmdara deyirdilər unutmasın
ki, Ferdinand və İzabeila izdivaca girəndən sonra Oroqon
öz taleyini Quştala' ilə bağlayıb. Odur ki, gərək hökmdar
quştalların müsəlman məmləkətinə hücumu üçün bəhanə
verməsin. Amma hökmdar 300 nəfərlik qərnatalı süvari
dəstəsinin dörddəüç əsr əvvəl xaçpərəstlər tərəfindən işğal
edilmiş Əz-Zəhra qəsrinin üzərinə şığıdığını eşitdikdən
sonra qərara gəldi ki, Qərnata ilə güclü qonşuları arasında
bağlanmış sülh müqaviləsini pozsun.
Bunun müqabilində Qərnatanı sevinc bürüdü və
Əbu-I-Həsən rəiyyətinin nəzərində öz nüfuzunu bir az
bərpa eləyə bildi. Ancaq çox keçmədi ki, adamlar bir-birinə
1 Kastiliya, orta əsrlərə bəzən bütün İspaniyaya Kastiliya deyirdilər.

31
deyirdilər ki, əgər hökmdar cinayətkarcasma yelbeyinlik
eləməsəydi, ölkəni aqibəti naməlum müharibəyə sürük­
ləməzdi. Sonrakı hadisələr göstərdi ki, onlar haqlıymışlar.
Quştallar məmləkətin qərb hissəsində ən ələkeçməz qa­
lalardan sayılan əl-Haməni işğal eləməklə cavab verdilər,
hərçənd ki, bu qala qayaların zirvəsində yerləşirdi.
Sultanın onu geri qaytarmaq üçün üzücü cəhdləri isə
uğursuzluğa düçar olurdu. Hərb dəyirmanı üyüdüb tök­
məyə başlamışdı, müsəlmanlar bu müharibədə qalib gələ
bilməzdilər, amma müharibədən yayına bilər, heç olmasa,
geri çəkilməyi ləngidə bilərdilər. Müharibə 10 il davam
eləyəcək və çox biabırçı şəkildə qurtaracaqdı. Bundan
başqa, tezliklə məhvə doğru gedən məmləkətlərin taleyinə
yazılmış vətəndaş müharibəsi də başlayacaqdı.
Düzünə qalsa, müharibə başlayandan iki yüz gün sonra
əz-Zəhradakı məğlubiyyətdən sonra Əbu-l-Həsən haki­
miyyətdən uzaqlaşdırılmışdı. Hicri 887-ci il cəmadiyələv-
vəl ayının 17-də (miladi 1472-ci il iyulun 14-də) üsyan baş
qaldırmışdı. Həmin gün Ferdinand kral qoşunlarının ba­
şında Loşa şəhərinin divarları yanından axan Cənil çayı­
nın sahilində dayanmışdı. Beş gün idi ki, Ferdinand oranı
mühasirəyə almışdı. Qərnatanın ən mahir zabitlərindən
sayılan Əli əl-Əttarın başçılıq elədiyi bir dəstə müsəlman
qəfildən Ferdinandı haqlamışdı. Əbu-l-Həsən bu əlamət­
dar günə görə Öyünə bilərdi, çünki ogünkü qəhrəmanlıq
xaçpərəst kralının ordugahında təfriqə salmışdı. Ferdi­
nand özündən sonra arabalar, silah-sursat, çoxlu un, yüz­
lərcə meyit və əsir qoyub Qurtubə1 istiqamətində qaçmışdı.
1 indiki Kordova

32
Amma bu xəbər gec gəlib çıxdı. Qələbə xəbəri Qurtubəyə
çatanda artıq üsyan şəhəri başına almışdı. Fatimənin oğlu
Əbu Abdullah əl-Qəmər bürcündən qaça bilmişdi. Belə de­
yirdilər ki, o, kəndirlə bürcdən enmişdir. Çox keçmədən o,
Bisan nahiyəsində üzə çıxdı, ertəsi gün isə bir qrup sui-qəs-
dçi onun əl-Həmraya daxil olmağına kömək elədilər.
Səlma xəbərə öz sözlərilə şərh verdi:
- Allah istədi ki, Əbu Nəsr qələbə çaldığı gün taxtdan
salınsın, necə ki, Tamaşa günü onun üzərinə tufan göndə­
rib öz Xaliqinə arxa çevirdiyi üçün onu cəzalandırmışdı.
Amma qoca sultan məğlubiyyətlə barışmadı, Malqə-
ya qaçıb öz tərəfdarlarını yığmışdı ki, oğlundan intiqam
almağa cəhd eləsin. O vaxtdan bəri məmləkət bir-biriy-
lə ədavət aparan iki əmirliyə bölündü, çox keçmədən bu
ədavəti fərəhlə izləyən quştalların gözü önündə bir-birini
didib tökməyə başladılar.
Anam xatırlardı:
- Beləcə vətəndaş savaşının başlamağından 7 il ötmüş­
dü, 7 il idi ki, oğulun atanın qanını tökdüyü, qardaşın
qardaşı boğduğu, qonşunun qonşudan şübhələndiyi və
xəyanət elədiyi müharibə baş vermişdi. 7 il idi ki, bizim
Bisan mahalımızın camaatı Qurtubənin digər guşələrinə
gedəndə mütləq onlara rişxənd olunar, pis davranılar, dö­
yülər, bəzən də bıçaqlanardılar.
Onun fikri sünnət mərasimindən çox-çox uzaqlarda do­
laşır, addım-addım mərasimdəki səs-küydən, qədəhlərin
cingiltisindən uzaqlaşır, hər şey ona yuxudakı kimi səs-
səmirsiz gəlirdi. Yenidən özünə qayıdaraq təkrarlayırdı:
-Ax, o məlun Tamaşa!
Yarıyuxulu halda köks ötürdü.
33
- Mənim Silmi1 bacım yenə nə xəyallara dalıb belə?
Dayımın xırıltılı səsi anamı azyaşlı yeniyetmə qıza çe­
virdi. Ağadadaşının boynuna sarılıb alnını, çiyinlərini,
qollarını və əllərini isti öpüşlərə qərq elədi. Dayım şəfqət
göstərirdi, amma vüqarını silkələyən bu hisslər axınının
qarşısında bir az sıxılmışdı. O öz uzun, geniş ətəkli ipək
cübbəsində, səliqəylə çiyinlərinə atılmış plaşındaca donub
qalmışdı, çöhrəsində isə fərəhini göstərən nəvazişli təbəs­
süm kölgəsi var idi. Bu zahiri soyuqluq Səlmanın əl-qolu-
nu soyutdu. Sonradan öyrənəcəkdim ki, adlı-sanlı kişilər
öz hisslərini onların şəninə sığışmayan şəkildə büruzə verə
bilməzlər.
- Nə yaman fikrə getmisən?
Sualı atam versəydi, Səlmanın cavabı qarışıq olardı,
amma dayım yeganə şəxs idi ki, onun ürəyində gizlətdik­
lərini açmağın çəmini bilirdi, o da dayımın hüzurunda sa­
çını açıb tökərdi.
- Müsibətlərimiz, "Tamaşa günü", bu sonu bilinməyən
müharibə, bölünmüş şəhərimiz, hər gün qırılıb gedən in­
sanlarımız barədə düşünürəm.
Qalın baş barmağıyla bacısının yanağındakı iri göz yaşı
damlasını dağıdıb, inamsız-inamsız dilləndi:
- Bu, ilk övladının doğulmağından çox da vaxt keç­
məyən ananın fikirləri deyil.
Bundan sonra daha təntənəli intonasiya ilə davam elədi:

1 Qurtubə ərəblərinin ləhcəsində Səlma belə tələffüz olunarmış

34
- Peyğəmbər deyərmiş: özünüz necəsinizsə, sizə elə də
hökm olunar.
Səlma sadəlövhcəsinə xəbər aldı:
- Demək istədiyin nədir? Bəyəm sən indiki hökmdarın
birinci tərəfdarlarından deyildinmi? Onu müdafiə elədiyin
üçün Bisamı qəzəbləndirən sən olmadmmı? Sən əl-Həmra
sarayının ən hörmətli şəxslərindən biri deyildinmi?
Deyilənlər könlünə toxunmuşdu, hay-küylə höcətləşib
özünü müdafiə eləməyə hazırlaşırdı, amma dayım başa
düşürdü ki, qarşısındakı sısqa və xəstəhal kiçik bacısıdır. O
bacısı ki, bu gen dünyada onun üçün ən dəyərli varlıq idi.
- Eh Silmi, sən heç dəyişməmisən. Bir nəfər Süleyman
Varraqın qızıyla söhbət eləsə, elə zənn eləyər ki, tənha bir
qadınla danışıb. Allah onun ömründən kəsdiyini sənin öm­
rünə calasın, sənin dilindən də kəsib onun dilini uzatsın.
Hər ikisi atalarının xatirəsini anıb cingiltili avazla
gülərək uğunub getmişdilər. Yenə əvvəllər olduğu kimi
toxtaqlaşmışdılar. Dayım cübbəsinin ətəyini qabağa yığıb,
bacısının qapısının yanında qamışdan toxunmuş həsirin
üstündə bardaş qurdu:
- Sənin sualların insan ağlını nəvazişlə didib parçalayır,
necə ki, Şumeyr dağının qarları adamın üzünü səhra günə­
şindən də bərk yandırır.
Səlma qəfildən, çəkinmədən bir az qəzəblə dilləndi:
- Bəs sənin cavabların?
Ehmalca hərəkətlə başını aşağı dikib, qardaşının cübbə­
sini yığıb, qızarmış gözlərini örtdü.
- Hər şeyi mənə danış!
- Bu şəhəri məhz onun oğruları qoruyur, məhz onun

35
düşmənləri idarə eləyir. Tezliklə baş götürüb dəniz arxa­
sında bir yerə getməli olacağıq.
Səsi cingildəyirdi, Səlmadan yaxasını qurtarıb əsəbi­
ni büruzə vermədən gözdən itdi. Onu saxlamağa cəhd
eləmədi, heç buna heyi qalmamışdı. Hətta qardaşının
uzaqlaşmağmın da fərqində deyildi. Bağçadakı səs-küy,
çalğı, qədəhlərin cingiltisi və gülüş səsləri, heç nazik işıq
seli də ona çatmırdı.
Ziyafət artıq səngimişdi.

36
Ovsunlar ili
Hicri 890-cı il (Miladi 1489-cıı il noyabrın 25-i-1490-cı il
noyabrın 13-ü)
Həmən il dayım məmnunluqla sürgün yeri axtarışına
çıxmışdı. İllər sonra karvanımız Səhrayi-Kəbirdə Sicilma-
sanın cənubunda sakit bir gecə yırğalana-yırğalana ge­
dəndə, çaqqalların uzaqdan eşidilən ulartısı isə karvanı
qorxutmaqdan çox, ona layla deyəndə - bax o sakit və şirin
gecə necə oldusa, dayım öz qərarının səbəbini izah elədi.
Xəfif meh əsməsi dayımı məcbur eləyirdi ki, öz hekayəti­
ni ucadan danışsın. Bu uca səs mənim könlümə toxtaqlıq
verir və doğma yurdum Qəmatanın iyini daha yaxşı du­
yurdum. Onun təhkiyəsi elə ovsunlayıcı idi ki, mənə elə
gəlirdi ki, dəvəm yalnız bu söhbətin ritmilə yeriyir.
Onun dediklərini kəlməbəkəlmə nəql eləmək istərdim,
amma hafizəmin gücü buna yetmir və təəssüf ki, dilim də
onun hekayətinin çox incəliklərini hər hansı kitabda vəsf
eləməkdə acizdir.
— Bu ilin birinci günü əl-Həmraya vaxtından əvvəl gəl­
dim, - deyə dayım xatırlayırdı - Ona görə yox ki, həmişəki
kimi əmirin məktublarını yazdığım divana çatım, ona görə
ki, ailəmizin bəzi başçıları ilə birgə yeni il təbriklərimizi
çatdırım. Bu münasibətlə elçilər salonunda məclis təşkil

37
olunmuşdu. Məclis çalmalı qazilər, uca qırmızı və ya yaşıl
ləbbadədi saray adamları, saçı xınalanmış və mənim saçım
kimi xüsusi tağla ayrılmış varlı tacirlərlə dolmuşdu.
Qonaqların çoxu Əbu Abdullahın qarşısında təzim elə­
dikdən sonra mərsin bağçasına çəkilib getdilər, bir müddət
orda hovuzun dövrəsində əyləşib bir-birilə bayramlaşdı­
lar. Böyük əyanlar isə salonda geniş divarlara bərkidilmiş,
xalça döşənmiş taxtlarda əyləşib yanları ilə itələşirdilər ki,
sultana və ya vəzirlərdən birinə yaxınlaşıb bu və ya digər
xahişlərini eləyə bilsinlər, ya da sadəcə, göstərsinlər ki, hər
şeydən razıdırlar.
Mən dövlət divanında xəttat və katib olduğumdan ki,
barmaqlarımdakı qırmızı mürəkkəb ləkəsi də bunu sübut
edir - hovuzla məclis arasında var-gəl eləmək və mənə
maraqlı görünən şəxslərlə birgə addımlayıb, sonra məclisə
qayıdıb növbəti şikarımı gözləmək kimi kiçik imtiyazlarım
varıydı. Bu, həmin vaxtın müşkülləri barədə xəbər və rəy
öyrənməyin ən yaxşı üsuluydu. Əbu Abdullahın vaxtın­
da adamlar sərbəst şəkildə danışa bilirdisə, onun atasının '
zamanında bir kiçik tənqidi söz deməzdən qabaq bir neçə
dəfə ətrafa boylanırdılar. Tənqid də atalar sözü və ayələrlə
ifadə edilərdi ki, çuğullasalar da, yaxasını qurtara bilsin.
Qərnatalılar daha çox azad olduqlarını və daha az güdül­
düklərini hiss eləyəndən sonra hökmdara qarşı daha kəs­
kin oldular, baxmayaraq ki, onun himayəsi altındaydılar
və onun üçün cansağlığı, uzun ömür və qələbə dua elə­
yirdilər. Xalqımız padşah ola bilməyən padşahlara rəhm
eləmir.
1 Papaq növü

38
O xəzan günləri saralmış yarpaqlar öz ağaclarına daha
möhkəm yapışmışdı, nəinki Qərnata əyanları öz ağaları­
na. Neçə il əvvəl olduğu kimi, şəhər yenə də sülh tərəf-
darlarıyla müharibə tərəfdarlarına bölünmüşdü. Və onlar­
dan heç biri hökmdarın tərəfində deyildi. Quştallarla dinc
yaşamaq istəyənlər deyirdilər ki, biz zəifik, rumlular isə
güclü, Misirdəki və Məğribdəki qardaşlarımız da bizdən
üz döndərib, halbuki düşmənlərimiz Romanın və bütün
xaçpərəst dünyasının köməyindən bəhrələnir. Artıq Cə-
bəllütariqi, əl-Haməni, Mərbələni, Malqənı və çoxlu digər
yerlərimizi itirmişik. Sülh olmasa, daxili nizam-intizam
da zəifləyəcək, əsgərlər bağ-bağatımızı xaraba qoyacaq,
əkinçilər zülm çəkəcək, yollar salamat qalmayacaq, tacirlər
ölkəni ərzaqla təchiz eləyə bilməyəcək, dükan-bazar bom­
boş qalacaq, ətdən savayı bütün malların qiyməti qalxa­
caq. Ətin bir girvənkəsi bir dirhəmə satılırdı, çünki qarət
eləməsinlər deyə minlərcə davarı bazara çəkib kəsmişdilər.
Gərək Əbu Abdullah hərb istəyənləri sakitləşdirmək üçün
çox cəhd göstərsin və quştallar şəhəri mühasirəyə almaz­
dan qabaq onlarla barışığa gələ bilsin.
Müharibə tərəfdarları isə deyirdilər ki, düşmənlərimiz
bizim kökümüzü kəsmək haqda qərar qəbul eləyib və bu
qərarı dəyişdirməyəcəklər. Bizim geri çəkilməyimiz na­
minə edilən hücumların müqabilində təslim olmağımız
çıxış yolu deyil. Bir baxın, Malqə əhli təslim olduqdan son­
ra necə əsir-yesirə çevrildilər! Baxın, İşbiliyyə1, Sərqəstə,
Bəlsəniyyə, Troyla və Tolitillənin yəhudiləri üçün inkivi-
zisiya məhkəmələri necə tonqallar çatırlar! Günü sabah elə
1 İndiki Sevilya
39
inkivizisiyalar burdaca - Qərnatada da qurulacaq, özü də
təkcə şənbə əhli’nə qarşı yox, elə müsəlmanlara qarşı da.
Yaxşı bəs, bunun qarşısını almaq üçün müqavimət, səfər­
bərlik və cihaddan başqa, hansı yol var? Biz hər dəfə şid­
dətlə döyüşüb quştalların irəliləməsini dayandıra bilmişik,
intəhası, hər zəfərdən sonra içərimizdə xainlər tapılıb ki,
onları yalnız Allah düşmənlərilə sövdələşmə maraqlandı­
rıb. Allah düşmənləri belələrini pulla ələ alıblar onlar da
şəhərlərimizin qapılarını açıblar. Bəyəm elə Əbu Abdulla­
hın özü Ferdinanda boyun olmayıbmı ki, Qərnatanı təh­
vil versin? Artıq üç ildən çoxdur ki, bu işin müqabilində
onunla Loşada bir saziş də imzalayıb. Madam ki, bu sultan
xaindir, gərək elə həqiqi müsəlmanla əvəz edilsin ki, o, ci­
hadda israr eləyib ordumuzun özünə inamını qaytarsın.
Elə bir əsgər,
■ zabit, onbaşı, yüzbaşı və ya minbaşı tap-
maq çətin idi ki, bu mövzuda danışmasın. Belə qazi, ha­
kim, notarius və ya axund tapmaq daha çətin idi. Amma
əkinçilər və tacirlər sülh tərəfdarı idilər. Əbu Abdullahın
sarayı da bölünmüşdü. Əgər hökmdar öz ixtiyarında ol­
saydı, nəyin bahasına olursa olsun sülh müqaviləsi imza-
lardı. Çünki o, hökmdar kimi doğulmuşdu və çalışırdı ki,
elə hökmdar kimi də ölsün. Ancaq o, səbirsizliklə döyüş
əmri gözləyən ordunun istəyini də göz ardı eləyə bilməz­
di. Ən-Nəsr sülaləsinin axırıncı hökmdarları qəhrəmanlıq­
la döyüşürdülər.
Hərb tərəfdarlarının bütün söhbətlərində dillərindən
düşməyən bir zərbi-məsəl var idi. Bu məsəl Qərnatadan
şərqdə yerləşmiş Bəstə şəhəri barəsindəydi. Rumlular beş
1 Yəhudilər

40
aydan bəriydi ki, şəhəri mühasirəyə alıb top atəşinə tu­
turdular. Xaçpərəst hökmdarları şəhərin divarları önündə
taxta bürc ucaltmış və mühasirədə olanların kənara çıxa
bilməməsi üçün xəndək qazmışdılar, nə tikiblərsə Allah
yerlə yeksan eləsin, nəyi uçurublarsa, Allah ucaltsın. Quş-
tallar texnika və canlı qüvvə sarıdan üstün olmalarına və
Ferdinandın özünün döyüş meydanında olmağına rəğ­
mən, qələbə çala bilməmişdilər. Şəhərin mühafizəçiləri hər
gecə onlara öldürücü basqınlar edirdilər. Bəstə müdafiə­
çilərinin əmir ən-Nəsri Yəhya ən-Nəccarın rəhbərliyi altın­
da duruş gətirə bilməsi qərnatalılarda entuziazm doğurur,
onları coşdururdu.
- Bu, Əbu Abdullaha xoş gəlmirdi, - deyə dayım davam
elədi, - Yəhya onun ən amansız düşməniydi. Vaxtilə baba­
sı oturmuş əl-Həmra taxtını geri istəyir, indiki sultanı isə
qəsbkar hesab edirdi. Qərnatalılar Bəstənin müdafiəçiləri
barədə yeni tərifəlayiq xəbər eşitmişdilər. Şayiə gəzirdi ki,
quştallar Bəstədə azuqənin azalması barədə xəbər tutub.
Yəhya isə onlara bunun əksini sübut eləmək üçün hiylə iş­
lədərək qalmış ərzağı yığıb onu bazarda nümayiş etdirdi,
sonra xaçpərəstlərin nümayəndələrini danışıq aparmağa
çağırdı. Ferdinandın elçiləri şəhərə daxil olanda çeşid-çe­
şid nemətlərin belə bolluğunu görüb karıxıb qalmışdılar.
Qayıdandan sonra öz krallarına gördüklərini nəql eləmiş
və ona məsləhət vermişdilər ki, Bəstəni aclıqla diz çökdür­
mək cəhdindən əl çəkib ,onun müdafiəçilərilə şərəfli sülh
bağlasın.
Gah hamamda, gah məsciddə, gah da əl-Həmra sa­
rayında 10 saat ərzində azı on nəfər bu hekayəni böyük

41
sevinclə danışmışdı. Hər dəfə həmsöhbətimin pərt olma­
ması üçün özümü çaşqın kimi göstərirdim. Beləliklə də,
ona imkan yaradırdım ki, hekayəyə özündən nəsə əlavə et­
sin. Həm də gülümsəyirdim, amma hər dəfə daha az, çünki
narahatlıq qəlbimi didib parçalayırdı. Soruşurdum ki, axı
Yəhya niyə mühasirədə olan şəhərə Ferdinandın elçilərini
buraxıb? Düşməndən şəhərdəki aclığı gizlədə biləcəyinə
hardan əmin idi? Halbuki aclıq nəinki Bəstə camaatını, elə
Qərnata əhlini də üzüb əldən salmışdı, yəqin ki, Qərna-
ta ətrafında da eyni vəziyyət hökm sürürdü. Və yəqin ki,
düşmən əsl gerçəyi bilib qurulmuş hiyləyə rişxənd edirdi.
Dayım sözünə davam elədi:
- Yeni il günü əl-Həmraya gələnlərlə söhbətlərim vax­
tı ən çox qorxduğum şey təsdiqləndi. Öyrəndim ki, "Hü­
saməddin"1 və "Seyfülislam"2 deyə çağırılan Yəhya əslində
nəinki Bəstəni təhvil vermək qərarına gəlib, həm də quştal-
ların qoşununa qoşulub ki, məmləkətin digər şəhərlərinin,
xüsusən də Qadis, əl-Məriyyə, sonda isə Qəmatanı tutmağa
yol açsın. Beləcə, əmirin Ferdinandla danışıqlarının gerçək
məqsədini gizlədib müsəlmanları öz fırıldağına inandırmaq
üçün işlətdiyi yüksək bacarığın əsl mahiyyəti bəlli oldu. Sa­
raya gələnlərin bəziləri deyirdilər ki, o bu qərarı bol rüşvət,
döyüşçülərinin və təbəələrinin sağ saxlanacağı haqda vədin
müqabilində qəbul edib. O bundan daha çox şey əldə etmiş­
di: Razılaşdırılmışdı ki, bu əmir kral sülaləsindəndir, özü
də bu sülalənin sultanlarından biridir, xaçpərəstliyi qəbul
edəndən sonra isə quştalların aparıcı simalarından biri ola­
caq. Onun barəsində sənə sonra nəql eləcəyəm.

1 Dinin kəsəri
2 İslamın qılıncı

42
790-cı hicri ilinin əvvəlində belə dəyişikliyin olacağına
heç kim şübhə etmirdi. Amma Məhərrəm ayının ilk gün­
lərindən etibarən bizə ən iyrənc müjdələr çatmağa baş­
lamışdı. Bəstə təslim olmuşdu, çox keçmədən Bərmanə,
əl-Məriyyə, sonra da Qadis bu yolu seçmişdi. Məmləkətin
şərq hissəsi döyüşsüz-müqavimətsiz quştallarm əlinə keç­
di. Hərçənd ki, orda hərb tərəfdarlarının mövqeyi başqa
yerlərə nisbətən daha güclüydü.
Hərb tərəfdarları öz qəhrəmanlarını itirmişdilər, Əbu
Abdullah da beləcə onu narahat edən düşmənindən canı­
nı qurtarmışdı. Amma quştallarm qələbələri onun məm­
ləkətini Qərnata və ətrafından ibarət kiçik bir yerə sıxış­
dırmışdı. Üstəlik, bu kiçik ərazi belə dönə-dönə hücuma
məruz qalırdı. İndi sultan bilmirdi ki, sevinsin, şikayətlən­
sin, yoxsa vaysınsın? - dayım deyirdi, - Belə vaxtlarda in­
sanın böyüklüyü özünü büruzə verər və ya əksikliyi ifşa
olunar. Yeni il zamanı elçilər salonunda Əbu Abdullahın
sifətindən açıqca oxuduğum da bu sonuncu keyfiyyət idi.
Bəstədə baş verənlərin düzünü qvardiyada xidmət eləyən
bərbər əsilli cavan bir zabitdən öyrənmişdim. Onun bəzi
ailə üzvləri mühasirədəki şəhərdə yaşayırdı. Və tez-tez
də mənə baş çəkmək üçün sultanın divanına gələrdi. Za­
bitin mənə açdığı sirrə görə, xüsusən də belə müsibətdən
agah eləmək üçün sultana yaxınlaşmağa cürət eləmir. Za­
biti dərhal sultana çatdırdım, bununla da onu zəif səslə də
olsa, danışmağa vadar elədim.
O, sultanın şəklənmiş qulaqlarına sarı əyilib, eşitdi­
yi xəbərin hamısını kəlmə-kəlmə təkrar elədi. Amma za­
bitlə söhbətdən sonra sultanın enli, çirkli və iyrənc sifəti

43
təbəssümə qərq olurdu. Çox keçmədi ki,qarşımda onun
qalın dodaqlarının açılmasını, tüklə örtülmüş yanaqları­
nın qulaqlarına doğru çəkilməsini, seyrək dişlərini (belə
hesab olunurdu ki, bu dişlər qələbəni tutub saxlayacaq),
sevgilisindən isti öpüş qəbul etmişcəsinə gözlərinin qa-
panmasını gördüm. Bu baş qabağa-dala elə ləzzətlə yırğa­
lanırdı ki, sanki ən gözəl nəğmələrə qulaq asırdı. Nə qədər
canımda can var, o murdar təbəssüm gözlərimin önündən
çəkilməyəcək.
Dayım hekayətinə ara verdi. Gecənin qaranlığı onun
üzünü bizdən gizlətmişdi. Amma mən onun tövşüyüb
köks ötürməsini və bəzi duaları mızıldamasını eşidirdim.
Onun ardınca mən də bəzi duaları təkrarladım.Çaqqalla­
rın ulartısı get-gedə daha yaxından gəlirdi. Dayım onu sü­
kuta qaytaran səslə davam elədi:
- Əbu Abdullahın hərəkətləri məni təəccübləndirirdi.
Əl-Həmra sahibinin yüngülbeyinliyindən, zəifməcazlığm-
dan və quştallarla şübhəli əlaqələrindən xəbərdar idim.
Hakimlərimizin pozğunluğuna bələd idim. Bilirdim ki,
ölkənin müdafiəsi barədə düşünmürlər və xalqımızın al­
nına sürgün yazılıb. Mənə qismət olmuşdu ki, Əndəlusun
axırıncı sultanını öz gözlərimlə görüm. O öz qəlbində bü­
tün qadağaları götürmüşdü, hiss eləyirdim ki, mən üsyan
eləməyə məcburam: 'Allah kimə istəsə düz yol göstərər,
kimi istəsə yolundan sapdırar"1.
Dayım bundan sonra Qərnatada üç aydan çox qalmadı.
Çox keçmədən bütün əmlakını gizlicə satıb qızıla çevirdi
ki, aparmaq asan olsun.
1 Qur'andan götürülmüş ifadədir.

44
Aysız gecələrin birində o, atma süvar olub şəhəri tərk
elədi. Anası, arvadı, dörd qızı və qulluqçuları isə qatırlara
minmişdilər. Məriyyədə quştallardan icazə alınmışdı ki,
digər mühacirlərlə birgə gəmiyə minib Tilsimana getsin­
lər. Amma o istəyirdi ki, Fəsdə qərar tutsun. Qərnatanın
süqutundan sonra o, valideynlərində məni elə Fəsdə də
qarşılamışdı.
Anam dayımın gedişindən sonra bir il göz yaşı tökdü,
amma Məhəmməd Əbu Təyyibullah onun nəsibini təkrar­
lamaq haqda düşünmürdü. Şəhərimizdəki vəziyyət tam
məyusluq doğuran deyildi. Dillərdə çox qəribə şayiələr
dolaşırdı. Anamın mənə nəql elədiyinə görə, ən çox da bu
şayiələri Sara yayırmış:
- Hər dəfə bu zinətçi yanıma gələndə bilmirdim imka­
nım olacaqmı ki, bütün deyilənləri sənin atana danışım. Bu
hekayələr onu bütün həftəboyu əyləndirəcəkdi. Nəhayətdə,
o özü səbirsizliklə evdə olmayanda "zınqırovun" cingiltisi
haqda məndən xəbər alardı. Bir gün yenə Saranı qarşıladım.
Ağızdolusu xəbərləri var idi. Oturmazdan əvvəl əl-qolunu
ölçə-ölçə onları nəql elədi. İşbiliyyədə yaşayan əmisi oğlun­
dan təzəcə öyrənmişdi ki, Ferdinand Misirdən gələn iki elçi­
ni və Qüdsdən gəlmiş iki rahibi gizlicə qəbul eləyib.
Onlara həvalə olunubmuş ki, Qahirənin sahibinin de­
diklərini xüsusi tonda krala çatdırsınlar: ' Qərnataya hü­
cumu dayandırmasa, məmlük hökmdarının qəzəbi çox
şiddətli olacaq".
Bir neçə saatm içərisində xəbər bütün şəhəri do­
laşdı. Hərə onu yeni detallarla zənginləşdirirdi. Ertəsi
gün xəbər əl-Həmradan Mürura, Bisandan dulusçular

45
məhəlləsinədək yayıldı. Bəziləri şübhələnirdilər ki, çox­
saylı Misir ordusunun gəlməsi üçün iltimas edilib. Bəziləri
də inandırmağa çalışırdılar ki, Qərnatadan cənubda Rabitə
yaxınlığında açıq dənizdə müsəlman donanması görünüb,
özü də misirlilərə türklər və məğriblilər də qoşulub. Digər
şübhə edənlər, bu xəbərin doğruluğunu qəbul eləmirdilər;
axı hücum edən quştallarm yürüşlərinə bütün məmləkət
boyu bir həftədir dayandırmasma nə ad vermək olardı?
Halbuki ağciyərin biri olan Əbu Abdullah bir-birinin ar­
dınca xaçpərəst hakimiyyətindəki torpaqlara basqın edir
və cavabım da verən olmurdu. Can çəkişən şəhər qəribə
zəfərin sərməstliyinə qərq olmuşdu. Mən kişi müdrikli­
yindən mərhum olan balaca uşaq idim. Amma mən yet­
kin kişilərin təkcə müdrikliyindən deyil, dəliliyindən də
məhrum idim. Bu da məni çoxluqla birgə qərar qəbul
eləməkdən xilas etmişdi. Bundan çox-çox sonra böyüyüb
kişi olanda ərazisindən sürgün olunduğum məşhur şəhə­
rin xatirəsinə fəxrlə "əl-Qərnati" nisbə’sini daşıyacaqdım.
Vaxtımın çoxunu şəhərimin əhalisinin bu halı barədə dü­
şünməyə bilmirdim. İlk növbədə, o şəxslərin ölümü haqda
düşünürdüm ki, onlar tezliklə xilasedici bir qoşunun gəlib
çıxacağına özlərini inandırmışdılar. Hərçənd ki, o zaman­
lar ölümdən, biabırçılıqdan və məğlubiyyətdən savayı, heç
nə haqda düşünmək mümkün deyildi.
O il mənimçün ömrümün ən ağır illərindən biriydi.
Yalnız ona görə yox ki, doğma şəhərim təhlükələr altın­
da inləyirdi, həm də ona görə ki, hər bir Adəm övladının
həyatındakı birinci ili üzücü xəstəliklər ilidir. Elə bir il ki,
1 Tayfa və ya yer adlanyla düzəldilən familiya

46
məhz həmin vaxt adamların çoxu özündən sonra heç bir
iz qoymadan həyatla vidalaşırlar. Neçə-neçə böyük hökm­
dar, neçə-neçə ilhamlı şair, neçə-neçə cəsur səyyah Göy­
lərin onlara əta elədiyi qədəri reallaşdıra bilməyib, çünki
onlar bu birinci mərhələni və çətinliyi qət edə bilməyiblər.
Elə bir mərhələ ki, çox qorxulu və çox sadədir. Neçə-neçə
ana öz oğluna bağlana bilmirdi, çünki sonrakı qismətinin
ruhla oynamaq olacağından qorxurdu. Şair demişkən
• <•
Olüm həyatımıza hər iki tərəfdən yapışır
Qocalıq ölümə cavanlıqda olduğu qədər yaxın deyil.
Qərnatalılar deyərdilər ki, çağanın həyatında ən
qorxulu an bir yaşının sonunda süddən kəsildiyi vaxtlar­
dır. Çox uşaq ana südündən məhrum edildikdən sonra
uzun müddət yaşaya bilməyib. Buna görə də geniş ya­
yılmış adət üzrə çağaların bələyində tilsimlər, ovsunlar,
kiçik dəri kisələrə bükülmüş cadu-pitiklər asardılar. Elə
güman edərdilər ki, bu, körpəni bədnəzərdən və xəstə­
liklərdən qoruyacaq. Belə ovsunlardan birinə "qurd daşı"
deyirdilər. Elə hesab edirdilər ki, onu vəhşi heyvanların
başına qoyan kimi onlar əhliləşir. Yeddi yaşıma çatmadı­
ğım bir vaxt Fəs məntəqəsində olarkən təəssüflənmişdim
ki, bu "daş" əlimin altında deyil. Hərçənd düşünmürəm
V

ki, mən vəhşi heyvanın yalına daş qoya biləcək məsafə­


də yaxınlaşa bilərdim. Dindar adamlar bilir ki, bu inanc
və əməllər dinə xilafdır. Di gəl onlarm övladları da çox
vaxt göz muncuğu taxardılar. Çünki çox nadir hallarda
bu hörmətli kişilər öz həyat yoldaşlarını və ya analarını
belə bəd yoldan çəkindirib hidayət edə bilirdilər.
47
Mən özüm də heç vaxt Saranın bir yaşım tamam olan ax­
şam anama satdığı pitik parçasından ayrılmırdım. Həmin
pitiyin üstündə sehrli xətlər var idi ki, onların açmasım bir
cürə öyrənə bilmədim. Heç güman eləmirdim ki, bu pitik-
də nəsə sehrli qüvvə var, amma adam qəzavü-qədərin qar­
şısındakı acizliyi üzündən belə əsrarəngiz şeylərə inanır.
Bəyəm, insanları zəif yaratmış Allah bir gün zəifliyimə
görə məni qınayarmı?

48
"Əstəğfürullah" ili
Hicri 896-cı il (Miladil490-cı il noyabrın 14-ü — 1491-ci il
noyabrın 3-ü)
Şeyx Əstəğfürullahın əmmaməsi enli, çiyinləri ensiz,
səsi isə imamcümələrin səsi kimi xırıltılı idi. Onun qırmı-
21 boyanmış sıx saqqalı elə çallaşmışdı ki, bu, onun sərt
üzünə qəzəb cizgiləri əlavə eləyirdi. Sürgündəki tənha
vəxtlarında bu cizgiləri fəxrlə daşıyacaqdı. Zəif vaxtları­
nın birində qərara gəlmişdi ki, bir daha saç-saqqalına xına
9°ymasın. Vay o kəsin halına ki, ondan bunun səbəbini so­
ruşmuş olaydı: "Rəbbin səndən Qərnata mühasirədəykən
neylədiyini xəbər alanda cəsarətin çatacaqmı deyəsən ki,
mən o zaman bəzənib dözənirdim?"
Hər səhər tezdən azançağı mənzilinin damma çıxar­
dı. Bu mənzil şəhərdəki ən hündür mənzillərdən biriydi.
Amma o məqsədlə yox ki, uzun illərdən bəri elədiyi kimi,
indi də möminləri namaza səsləsin. Ora çıxırdı ki, qəzə­
binə səbəb olan yerə diqqət kəsilsin. Hələ yuxudan tam
oyanmamış qonşularını çağırırdı:
- Baxın, ora sizin qəbrinizdir, bax o Loşə yolunda tiki­
lir. Siz burda yatıb gözləyirsiniz ki, onlar gəlib sizi torpağa
gömsünlər. Allah sizin gözlərinizi açmaq istəyirsə, gəlin və
baxın! Gəlin və məlun İblisin qüdrəti sayəsində bir gündə-
cə ucaldılmış o divarlara baxın!
49
O, əli Sanifiyə hasarlarına doğru uzanmış halda barmaq-
larıyla işarə eləyirdi. Katolik hökmdarları onun tikintisinə
yazda başlasa da, yayın ortalarında artıq şəhər görkəminə
düşmüşdü. Şəhər əhalisi uzun zamandan bəri yaxşı olma­
sa da, ayaqyalın gəzər, kufiyəni necə gəldi başlarına atardı­
lar, nahar zamanı isə sürüşüb çiyinlərinə düşərdi. Onların
hamısı Şeyx Əstəğfürullahın göbələyə bənzəyən qaraltısı­
nı uzaqdan tanıyırdılar. Ancaq qərnatalıların çox az hissəsi
şeyxin doğru adının nə olduğunu bilirdilər. Deyilənə görə,
bu ayama ilə onu ilk dəfə anası çağırıbmış, çünki hələ uşaq
yaşlarından xoşuna gəlməyən bir hərəkət və şey görən
kimi qorxunc səslə "Əstəğfürullah" deyə bağırırmış. Şə­
rab, ölüm hadisəsi və ya qadın libası görər-görməz qışqı­
rarmış: "Əstəğfürullah! Əstəğfürullah!"
Bəzən onunla yumşaq, bəzən də çox sərt zarafat edər­
dilər. Atam mənə sirr açmışdı ki, mən dünyaya gəlməzdən
çox-çox qabaq cümə günləri öz dostlarını günorta qılman
camaat namazından əvvəl cümə məscidinin yaxınlığında­
kı kitab-dəftər dükanına yığarmış. Şeyxin öz xütbəsi zama­
nı bir neçə sevimli ibarəsini dönə-dönə tələffüz eləyəcəyi
haqda mərcə gələrlərmiş. Rəqəm 15-dən 75-dək dəyişər­
miş. Mərc gələn cavanlardan biri bütün xütbə boyu sayar
və sevincək digərlərinə işarə verərmiş. Atam Öz keçmiş ye-
niyetməliyini yada sala-sala danışardı:
- Lakin Qərnata mühasirədə olarkən heç kim Əstəğ-
fürullahın şıltaqlıqlarına gülmürdü. Şeyx camaatın gö­
zündə böyümüşdü. Amma yaşa dolduqca da şeyx onu
başqalarından fərqləndirən söz və əməllərindən qal­
mırdı. Əksinə, onu bizim nəzərimizdə gülüncə çevirən

50
xüsusiyyətlər daha da şiddətlənmişdi. Fəqət, indi şəhəri­
mizin ruhu dəyişmişdi.
Həsən, oğlum, bil ki, bu adam bütün Ömrünü insanlara
bəsirətlə baxa-baxa keçirmişdi. Bilirdi ki, onun dediyi kimi
yaşamasalar, Allah insanları bu dünyada da, o dünyada da
cəzalandıracaq. Gözlənilən faciə barədə danışmaq şeyxin
ümdə qayğısı olmuşdu. Onun xütbələrindən birini indi də
xatırlayıram. Xütbə təxminən beləydi: "Bu sabah Ər-Rəml
alaqapısından, köhnəfüruş bazarından və əstəğfürullah,
dörd şərab dükanından keçib cameyə gəlirdim. Orda giz­
lincə, əstəğfürullah, Malqə çaxırı və adını bilmək istəmədi­
yim digər haram şeylər satılır!"
Atam xətibin səsinin təqlidini çıxarmağa, nitqində say­
sız-hesabsız "əstəğfürullah" ibarəsi işlətməyə başladı. Bu
kəlmənin tələffüzü o qədər sürətli idi ki, başadüşülməz
olurdu. Danışdıqlarından yalnız bəziləri, şəksiz, həqiqət
idi. Mübaliğədə ifrata varsa da, mənə elə gəlirdi ki, bu
hadisələrin hamısı olmuş həqiqətlərdir: "O kəslər ki, belə
lənətlənmiş yerlərə gedirlər, bəlkə, uşaqlıqlarından bilmir­
lər ki, Allah alkoqol satanları da, alanları da lənətləyib?
Bilmirlərmi ki, çaxırı içən də, saqisi də lənətlənib? Yox! Bi­
lirdilər, amma yaddan çıxarıblar, ya da ki, insanı heyvana
döndərən o içkini cənnət vəd eləyən Allahın sözündən üs­
tün tutublar. Bu meyxanalardan birini yəhudi idarə eləyir,
bunu bilməyən yoxdur. Amma qalmış üçünü, əstəğfürul­
lah, müsəlmanlar idarə eləyir. Sonra onların müştəriləri
mən bildiyim qədər yəhudilər və ya xaçpərəstlər deyil.
Bəlkə də o müştərilərin bəziləri bu cümə günü bizim ara­
mızda oturub xoflana-xoflana Xaliqinə dua eləyir. Halbuki

51
bu səhər qədəhin önündə səcdə eləyirdilər, ya da hansısa
fahişənin ağuşuna atılmışdılar. Hələ bəlkə də ağlını itirib
gül ağızlarını açıb şərabı Haram Eləyənə küfr söyləyən də
var. O kəsə qarşı ki, "Sərxoş halda namaza yaxın durma­
yın" deyib, əstəğfürullah.
Atam Məhəmməd öskürdü ki, saxta səsin əziyyət verdi­
yi boğazını arıtlasın:
- Bəli, ey mömin qardaşlar, bu hadisələr sizin şəhəri­
nizdə, sizin gözünüzün qarşısında baş verir və sizə təsir
eləmir. Sanki Allah qiyamət günü sizi gözləmir və sizi
əməlləriniz barədə sorğu-sual eləməyəcək. Sanki siz Al­
lahın və Onun Rəsulunun sözünə qarşı çıxdığınız halda,
düşmənlərinizə qarşı mübarizədə sizə kömək eləyəcək.
Və yəqin ki, şəhərinizin küçələrini baş-gözü açıq bir xeyli
qadın dolaşanda yüzlərlə kişi şorgöz baxışlarını onlara zil­
ləyir. Elə düşünməyin ki, bu kişilərin hamısı onların ərləri­
dir və aralarında ataları, oğulları və qardaşları yoxdur. Bil­
mirəm Ulu Yaradan Qərnatanı onu sarmış bəlalardan niyə
qoruyur? Madam ki, şəhərin əhalisi cahiliyyə ’dövrünün
həyat tərzinə qayıdıb, İslama qədər adət edilmişləri: qəbir
üstündə ağlamağı, əsil-nəsəblə öyünməyi, kəhanətlə məş­
ğul olmağı, pis əlamətlərə, bütlərə və ox falına inanmağı,
bir-birini ələ salmaq üçün ayamalar qoymağı yenidən bər­
pa ediblər. Halbuki Tanrı, şübhə yox ki, insanları bu pis
əməllərdən çəkindirir.
1 islama qədərki ərəb mədəniyyəti belə adlanır. Bu zaman poeziya,
şəhərsalma, astronomiya və s. elmlərdə, eləcə də döyüş sənətində,
iqtisadiyyatın ayrı-ayrı sahələrində, xüsusən ticarətdə müəyyən inkişaf
olsa da, dini inancların səviyyəsinə görə belə adlandırılır. Ona görə tez-
tez cahiliyyə sözünü ərəblərin elmdən deyil, helmdən geri qalması ilə
əlaqələndirirlər.

52
Atam sözünə ara vermədən, hətta nəfəsini dərmədən
məni süzürdü:

- Ciddi qadağaların xilafına evlərinizə mərmər və fil
sümüyündən heykəllər daxil olub. Bu heykəllər iyrənclik-
lə kişi, qadın və heyvan şəklində yonulub. Yoxsa Yaradan
öz yaradılışını tamamlamaq üçün yaratdıqlarının kömə-
yinəmi möhtacdır? Hələ də sizin və övladlarınızın düşün­
cələrinə fəsadlı kafir şəkki hakim olub. Elə bir şəkk ki, sizi
Tanrıdan, Onun Kitabından, Rəsulundan və möminlərdən
uzaqlaşdırır. Elə bir şəkk-şübhə ki, Qərnatanın qala divar­
larını dağıdır.
Söz uzandıqca atamın intonasiyası daha az gülüş doğu­
ran, hərəkətləri daha az intizamlı olur, daha az əl-qol atır,
"Əstəğfürullah" kəlməsi daha az səslənirdi:
- Siz hələ də utanmadan və dayanmadan öz eyş-işrə­
tiniz üçün pul xərcləyirsiniz. Bu pulla minlərlə fəqiri do­
yurmaq, minlərlə yetimin çöhrəsinə təbəssüm bəxş eləmək
mümkün deyildimi? Hələ də özünüzü elə aparırsınız ki,
guya istifadə elədiyiniz evlər və torpaqlar sizin şəxsi mül­
künüzdür, halbuki mülk sahibi olan yalnız Ucalardan Uca
Olan Tanrıdır. Var-dövlət verən Odur və O, istədiyi vaxt
geri də alır. Necə ki, biz özümüz Onun yanma qayıdarkən
özümüzlə yaxşı əməllərdən və kəfənlərimizdən qeyri heç
bir dövlət götürmürük. Sərvət, ey mənim mömin qardaş­
larım, bizim malik olduğumuz əşyalarla ölçülmür, əksinə,
əşyalara ehtiyacımız olmadığını necə dərk eləməyimiz­
lə ölçülür. Allahdan qorxun! Allahdan qorxun! Ondan
qorxun, artıq gənc deyilsiniz, amma Ondan qorxun, siz
53
Onun nəzarəti altındasınız. Xəstəhal olanda Ondan çəki­
nin, amma həm də gümrah olanda Ondan çəkinin! Sizə
deyirəm ki, Ondan daha çox çəkinməlisiniz. Siz qüvvətli­
siniz, belə halda O, sizə daha az şəfqətli olacaq. Bilin ki,
Onun nəzərləri ən hündür qəsrin divarlarını asanlıqla ya­
rıb keçir, gildən tikilmiş komanın divarlarını yandırır. Bəs
Onun gözü qəsrlərin daxilində nə görür?
Danışığının bu yerində atamın intonasiyası təqlidi de­
yildi. Bu, ibtidai məktəb müəlliminin köməkçisinin səsini
xatırladırdı, indi onun səsi sövqi-təbii axıb gəlir, gözləri isə
uzaqlara dikilib qalmışdı, elə bil ki, bu gözlər atamın deyil,
yuxulu-yuxulu yeriyən bir şəxsin idi:
- Tanrının gözü qəsrin içinə yönələndə görür ki, burda
müsəlmanlar fəqih’lərdən daha çox müğənni qadınlara qu­
laq asırlar. Burdasa udun səsi insanlara azan səsini eşitməyə
mane olur. O, qadınları və kişiləri nə yerişlərinə, nə də ge­
yimlərinə görə fərqləndirə bilmir. Möminlərdən çapılıb ta­
lanan pul rəqqasələrin ayaqları altına atılır. Ey qardaşlarım,
torunuza düşən balıq başından iyləndiyi kimi, bəşər cəmiy­
yətlərində də yuxarıdan aşağıya doğru fəsad yayılır.
Bu sükut uzun çəkdi, ancaq mən sual vermək istəyəndə
atam əlinin hərəkətilə sözümü kəsdi. Xatirələrindən ayrıla­
na kimi gözlədim, özü mənə danışmağa başladı:
- Sənə dönə-dönə dediyim ibarələr, ey Həsən, Qərnata-
nın süqutundan bir neçə ay qabaq şeyxin oxuduğu xütbə­
dən iqtibaslardır. Onun dediklərilə razılaşıb-razılaşmasaq
da, üstündən on il keçəndən sonra da yadıma düşəndə
1 Müsəlman din alimləri

54
məni lərzəyə salır. Sən gərək mənhus şəhərdə o moizələrin
doğurduğu təsiri təsəvvür eləyəsən.
Qərnata, hicri 896-cı ildə belə lənətlənmiş vəziyyətdə
idi. Hər dəfə qərnatalılar anlayanda ki, son yaxındadır,
Əstəğfürullahm durmadan xəbərdarlıq elədiyi müsibətlər
ənların başına gəlir, daha çox əmin olurdular ki, şeyx lap
əvvəldən haqlıymış, nə zamanmış ki, Göylər onun dilincə
danışırmış. Küçədə, hətta kasıb məhəllələrdə belə qadın
sifəti görünməz olmuşdu. Yaxın vaxtlaracan üzüaçıq gəzən
bəzi qadınlar Allah xofundan, bəziləri isə camaatın qorxu­
sundan üzlərini örtməyə başlamışdılar. Çünki əli dəyənək­
li gənclər "əl-əmr bi-məruf və ən-nəhy-'an-il-münkər"in
riayət olunmasına nəzarət edirdi. Meyxanaların gizli də
olsa qapısını açmağa cürət eləmirdi. Şəhərin fahişələrini
dəstə-dəstə mühasirəçilərin ordugahına göndərdilər. Orda
onları sevinclə qarşılamışdılar. Dükançılar din və sünnəyə
Şəkk təbliğ eləyən kitabları vitrinlərdən yığışdırdılar, şə­
rab və eyş-işrət tərənnüm eləyən şeir məclisləri, falabaxma
yerləri, nücumxanalar bağlandı. Hətta həmin gün bəzi ki­
tablar müsadirə olunub cümə məscidinin səhnində tonqala
çatılmışdı. Mən ordan keçəndə kiçik tonqal sönməyə, tüstü
dağıldıqdan sonra adamlar çəkilməyə başlamışdı. Havada
Uçuşan vərəqlərin birindən öyrəndim ki, kitablardan biri
keçmiş dövrün Qələndər kimi tanınan şair-həkiminin kita­
bıdır. Yarısını od yandırmış bu vərəqdə deyəcəyim sözləri
oxuya bildim:
" Şərab mənim qanımı da, ömrümün gözəlliyini də
Öz sərxoşluğuyla aparıb getdi".
55
Atam dediyi kimi, həmin gün yandırılmış kitablar
Əstəğfürullahın sonuncu amansız düşmənlərindən olan
bir təbibə aid idi. Onun adı Əbu Amr idi, ancaq şeyxin
dostları onu "Əbu Xəmr"! deyə çağırırdılar. Vaizlə təbib
arasında mübarizə yalnız sözlə yekunlaşmırdı. Bu şübhə­
siz idi ki, qərnatalılar onların arasında kəsilmək bilməyən
dava-dalaş qızışmasının xəbərlərini izləyirdilər. Bunun­
la yanaşı, hiss olunurdu ki, Allah-taala bu adamların hər
ikisini dünya gərdişinin xilafına çox möhkəm məcazh xəlq
eləyib.
_ ♦
Əstəğfürullah İslamı qəbul eləmiş bir xaçpərəstin oğ-
luydu. Bu fakt hər halda onun cəsurluğunu və fədakarlığı­
nı izah eləyirdi. Əbu Xəmr isə qazi nəvəsi və qazi oğluydu.
Odur ki, özünün dinə, sünnəyə bağlılığını sübut eləməyə
ehtiyac görmürdü. Şeyx kürən, arıq və çılğın idi, təbib
isə xurma meyvəsi kimi əsmər, bayramlıq quzudan kök
idi,çox az hallarda dodaqları sevinc və ya rişxəndlə gülər­
di. O, tibb elmini qədim kitablardan; Bokratm1 2, Cəlyanu-
sun, Ər-Razinin, İbn Sinanın, Əbu-l-Qasimin, İbn Zöhrün
və Məymunun kitablarından, eləcə də Allah uzaq eləsin,
cüzam və taun barədə yeni kitablardan öyrənmişdi. Adə­
ti üzrə hər gün həm kasıblara, həm də varlılara padzəhr
şüşələri paylardı. Ancaq o bunu əfi ətinin və ya bal məcu-
nunun təsirini öyrənmək üçün edərdi. Çünki o, praktika­
dan daha çox elmə və sınağa üstünlük verirdi. Hansı həkim

1 Çaxır tuluğu-hərfən şərab atası


2 Hippokrat

56
içdiyi alkoqol şüşəsi tutan əllərilə mirvari suyu olan gözdə
cərrahiyyə apara bilərdi? Və ya heç olmasa, yara tikə bilər­
di? Və ya xəstələri üçün pəhriz yaza bilərdi? Peyğəmbər
buyurur ki, pəhriz bütün müalicələrin başındadır. Və ya
xəstələrinə tövsiyə edə bilərdimi ki, onlar yeyib-içməkdə
ifrata varmasınlar, madam ki, o özü dayanmadan hər cür
kefə qurşanmışdı. O, ən yaxşı halda qaraciyərin müalicəsi
üçün tündlənmiş şərab resepti verə bilərdi, necə ki, ondan
qabaqkı təbiblər belə edərdi. Ona "təbib" deyilməsinin
səbəbi isə buydu ki, təbabət, maraqlandığı elmlər: cəbr,
nəbatat, nücum və kimya içərisində yalnız oxumaqla ki­
fayətlənmədiyi sahəydi. Amma o bu işdən bir dirhəm də
°lsun fayda götürməzdi, çünki dolanışığı bundan çıxmır­
dı. Münbit Qərnata obasında sultanın torpaqlarına yaxın
yerdə onlarca kəndi var idi, bu kəndlər arpa-buğda zəmilə­
ri, zeytunluqlar və xüsusən də gözəl meyvəliklərin əhatə-
sindəydi. Deyilənə görə, bir mövsümdə onun bağ-əkin-
lərindəki buğda, armud, limon, portağal, banan, zəfəran
və şəkər qamışının üç min qızıl dinarlıq məhsulu olurdu.
Bu məbləği həkim 30 ilə qazana bilməzdi. Bundan savayı,
°nun əl-Həmranın zirvəsində gözəl ağacların əhatəsində
geniş bir evi var idi.
Əstəğfürullah varlıları nəzərdə tutanda ən çox Əbu
Xəmrə eyham edərdi. Təbib qara camaatın yaddaşında
Uzunətək ipək geyimi, yekə qarnı ilə yadda qalmışdı. Hət­
ta dərmanlarından məccani istifadə eləyənlər belə onu
görəndə özlərini bir az rahatsız hiss edərdilər. Bunun səbə­
bi ya onun, bir növ, sehrbazlığı xatırladan təcrübələrində,
ya da elmi ibarələrlə süslənmiş danışığında idi. Bu danışıq

57
yalnız məhdudsaylı mütaliəli və elmli zümrə üçün anla­
şıqlı olur. Həmin zümrə də vaxtını onunla səhər-axşam
azacıq zəhər qəbul etməyin immuniteti möhkəmləndirmə-
si, üstürlab (astrolobiya) və tənasüx' haqda söhbətlər və
içkiylə keçirirdi. Çox vaxt onların arasında kral ailəsinin
şahzadələri də olurdu. Əbu Abdullahın özü də onların içki
məclisinə öyrəşirdi, amma Əstəğfürullahın şəhərdə yarat­
dığı ab-hava üzündən Əbu Xəmrin dostluğunu seçən günə
kimi xeyli əmək sərf etməli olmuşdu.
Atam dediklərini izah elədi:
- Adamlar həm elmli, həm cahil olur. Sultanın içkiyə
qurşanmasıyla yanaşı, düz əməllərindən də bəhs edər­
dilər, amma dinsizliyə və avamlığa qərq olmuş kütlənin
şüurunu qıcıqlandıracaq şəkildə. Birisi qızıl və biliklə zən­
gin olanda gərək başqasının yoxsulluğunu nəzərə alsın.
Atam sevincək tonda əlavə etdi:
- Sənin ana baban, rəhmətlik kitabsatan Süleyman bir
neçə dəfə bu adamlarla bir yerdə toplanmışdı. Əlbəttə ki,
bu, yalnız içkiyə görə deyildi, həm də ünsiyyət üçün idi.
••
Üstəlik, təbib onun ən yaxşı müştərilərindən biri idi. Onun

üçün Qahirədən, Bağdaddan, İsfahandan, hətta Romadan,
Venesiyadan, Florensiyadan nadir kitablar gətizdirərdi.
Əbu Xəmr həmişə şikayətlənirdi ki, müsəlman ölkələrin­
də kitab istehsalı keçmişə nisbətən azalıb. İş köhnə kitab­
ların köçürülməsi və onların xülasəsinin hazırlanmasıyla
yekunlaşırdı. Baban bu gileydə onunla şərik idi. Tez-tez
təəssüflə deyərdi ki, islamın ilk çağlarında Məşriqdə fəl­
səfə, riyaziyyat, tibb, astronomiya kitablarının sayı-hesabı
1 Ruhun yenidən başqa bədənə keçməsi, reinkarnasiya

58
bilinməzmiş. Şairlərin özləri də çoxmuş, üslubları və söz­
lərinin məzmunları da yenilənərmiş.
Əndəlusda da elmlər çox çiçəklənmişdi, bunun nəti­
cəsində elm adamları nəfis şəkildə nüsxələnən kitabları
Çindən uzaq Məğribədək satardılar. Sonra qələm və el­
min tənəzzülü başladı. Firənglərdən, onların adətlərin­
dən və fikirlərindən özlərini qorumaq üçün sünnə'ni bir
sığınacaq qalaya çevirdilər. Qərnata yalnız istedadsız və
cəsarətsiz ənənəçilər yetişdirirdi. Buna görə də Əbu Xəmr
əziyyət çəkir, Əstəğfürullah isə sevinirdi. Yeni fikirlər ax­
tarışı sonuncu şəxsin nəzərində rəzil bir işiydi. Şeyx üçün
ən vacibi oydu ki, adam Allah-taalanın öyrətdiklərinə əməl
eləsin, özü də köhnə kişilər necə nəql eləyibsə və necə yo­
zum veribsə, eləcə. Axı kim deməyə cürət eləyər ki, haqqa
Peyğəmbər və əshabələrindən daha yaxındır? Müsəl­
manlar düşmən qarşısında yalnız ona görə zəif düşüblər
ki, düz yoldan sapıb fəsada uyaraq əxlaqlarını və düşün­
cələrini tərk eləyiblər. Təbibin fikrincə isə, tarixin verdiyi
ibrət bu deyilənlərdən tam fərqliydi. O deyirdi ki, "İslamın
ən yaxşı çağları o günlər idi ki, xəlifələr tərcüməçilər və
əlimlər üçün qızıl səpələyirdi, o günləriydi ki,vaxtlarını
yərımsərxoş halda şairlərin əhatəsində fəlsəfə və tibb haq­
da söhbətlərlə keçirirdilər. Bəyəm, Əndəlusun halı vəzir
Əbdürrəhmanın əyyamında pis idi? O Əbdürrəhman ki,
rişxəndlə deyərdi; ey o kəs ki "hayyə 'alə-s-salət"2 çığırır,

1 Hərfən adət, praktika, qanun. İslama qədərki ərəblərin əxlaq kodeksi.


İslamdan sonra Peyğəmbər barədə hədislər toplusu və bu topluyla
tənzimlənən müsəlman əxlaq kodeksi.
3 Namaza tələsin - azanda ibarə
59
yaxşı olardı ki, sən çığırasan: "hayyə 'alə-ş-şərab"1. Müsəl­
manlar yalnız ağılları sükut, qorxu və mütilik sayəsində
zülmətə qərq olan gün zəifləyiblər.
Mənə elə gəldi ki, atam mübahisələri çox yaxından iz­
ləyib, amma qəti olaraq heç birinin tərəfini saxlamayıb.
On ildən sonra onun danışıqları hər hansı şübhəyə yer
qoymurdu:
- Çox az adam təbibin dinsizlik yolunu tutmuşdu.
Amma onun bəzi fikirləri həmin azlığı da silkələyirdi. Top
məsələsi buna sübutdur. Qabaqlar bu haqda sənə bir şey
söyləməmişəm ki? Bu hadisə hicri 896-cı ilin sonlarında
üz verib. Düzənə aparan bütün yollar quştallarm əlinə
keçmiş, azuqə ehtiyatı da azalmışdı. Qərnatada vaxtı ke-
ı
çirmək üçün ancaq mənzillərdə daş yığmaq və ağı deyən
qadınların ağlamasına qulaq asmaq olardı. Cır-cındır içə­
risində yüzlərcə fəqir və ümidsiz şəhərli parklarda yığışıb
uzun və sərt keçəcəyi haqda xəbərdarlıq edilmiş qışın qar­
şılanması, axırıncı ağacların budaqları barədə mübahisə
edirdilər. Şeyxin adamları usanmadan küçələri dolaşıb,
onun qoyduğu qaydaları pozanları axtarırdılar. Mühasirə­
də olan şəhər ətrafında döyüşlər tez-tez kəsilirdi və qız­
ğın deyildi. Qərnatanın süvari və piyadaları qrup şəklində
uzağa keçməyə cürət eləmirdilər. Çünki şəhərdən çıxan
kimi quştallarm artilleriyası onları bir yerdəcə məhv elə­
yirdi. Ona görə də düşmən əsgərlərinə qarşı durmaq,onla­
rın silahlarını qarət eləmək və ya miniklərini ələ keçirmək
üçün kiçik gecə hücumları təşkil edirdilər. Bütün bunlar
cəsarətli iş idi, hərçənd ki, faydasız idi. Çünki mühasirəni
1 İçkiyə tələsin

60
yarmağa, şəhəri ərzaqla təmin etməyə, hətta qəhrəmanlıq
ruhunu qaytarmağa yetərli deyildi.
Qəflətən bir şayiə yayıldı, iri bulud topasından düşən
damlalardan yox, gündəlik yay buludlarından göy gurul-
tusuyla yağan leysanabənzər şayiələrdən idi. Şayiə, bəd­
binlik əksik olmayan şəhərimizə bir az şuxluq gətirdi. Mə­
lum oldu ki, Əbu Xəmr topu ələ keçirib. On qızıl pulun
müqabilində topu düşməndən qarət eləmiş cəsur əsgərlər
onu Əbu Xəmrin bağına çəkib gətirmişdilər.
Sözünə davam etməzdən qabaq atam badam şərbəti
dolu qədəhi dodaqlarına qaldırıb, ondan ard-arda bir neçə
qurtum içdi. Mənim ondakı qeyri-müəyyənlik sindromu­
na anlayışla yanaşmağıma əhəmiyyət də vermirdi:
— Əvvəllər qərnatalıların topu olmamışdı. Amma nə­
dənsə, Əstəğfürullah usanmadan onların qulaqlarına tək­
rar eləyirdi ki, şeytan ixtirası daha çox patıltı salır, nəinki
dağıntı. Onları inandıra bilmişdi ki, belə yeniliklər və di­
gər qəliz silahlar yalnız düşməndə ola bilər. Təbibin təşəb­
büsü onları heyrətə salmışdı. Günlər ötdü, qocalı-cavanlı
maraqlananlar əhəmiyyətsiz bir şeyə baxırmış kimi uzaq­
da dayanıb pıçıltıyla topun mükəmməl lüləsini, qorxunc
ağzını müzakirə edirdilər. Əbu Xəmr isə öz intiqamından
ləzzət alırdı: "Gedin, gedin, Şeyxə deyin, gününü namaz­
la keçirməkdənsəybura gəlsin! Soruşun, o bilirmi ki, kitab
yandırdığı fitillə top asanlıqla alovlanıb atəş açır. Çoxları
Çəkinərək burunlarının altında lənət eləyə-eləyə tələsik
Uzaqlaşırdılar. Digərləri isə topdan istifadə qaydaları və
Santafiyanı vurmaq üçün istifadə edilsə, hansı nəticələrin
olacağını xəbər alırdılar. Əlbəttə ki, təbib özü bu barədə bir

61
şey bilmirdi. Onun izahatları isə yalnız və yalnız işin anla­
şılmazlığını artırırdı. Həsən, oğlum, sən artıq özün anla­
dın ki, bu topdan qətiyyən istifadə edilməyib. Əbu Xəmrin
topu vardı, amma barıtı, mərmiləri və topçuları yoxuydu.
Qonaqları onu ələ salmağa başlamışdılar. Bəxtinin dönük­
lüyündən mühtəsib də gəlib çıxdı. O, adamların bir yerə
cəm olmasından narahat olmuşdu. Polis nəfərlərinə əmr
elədi bu şeyi Əl-Həmra qəsrinə çəkib aparsınlar ki, sultana
nümayiş olunsun. Bundan sonra heç kim topu görmədi,
ancaq onun haqda söz-söhbət hələ uzun müddət davam
elədi. Əlbəttə ki, təbibin dilində. O, durmadan təkrar elə­
yirdi ki, müsəlmanlar yalnız topların köməyilə düşmənlə­
ri üzərində qələbə çala bilər. Və nə qədər ki müsəlmanlar
bu alətlərdən daha çox əldə etməyib və ya özləri istehsal
etməyib, məmləkətləri düşmənlərin hədəfi olaraq qalacaq-
Əstəğfürullah isə başqa mətləblərdən müjdə verirdi:
- Mühasirəçilərin səfinin pozulması şəhidlərin Allah
yolunda ölümə getməsilə bitəcək.
Keşkə Əbu Abdullah onları barışdıraydı, axı o özü nə
topun-topxananın, nə də fədai şahidliyinin tərəfdarı idi.
Şeyxlə təbib əbəs yerə çəkişirdilər. Bütün Qərnata onların
vasitəsilə öz taleyindən xəbərdar olurdu. Şəhərin yiyəsi isə
döyüşdən yayınmaqdan savayı heç nə barədə düşünmür­
dü. Kral Ferdinanda naməni namə dalınca yollayır və o
məktublarda yalnız təslim olmaq vəd edilirdi. Mühasirəyə
alan, bu vədəni həftələrlə, mühasirədə olan isə aylarla
müəyyənləşdirirdi. O ümidlə ki, bəlkə Allah-taala bu müd­
dətdə İspaniyanın böyüklərini həlak edəcək tufan, zəlzələ
və ya taun kimi qəfil bədbəxtliklərlə adamların kövrək təd­
birlərini pozmuş ola.

62
Sükut ili
Hicri 896-cı il (Miladi 1491-ci il noyabrın 4-ü-1492-cı il
oktyabrın 22-si)
- O ili Qərnatada hava soyuq keçirdi. Soyuq bir yana,
havaya qorxu hakim kəsilmişdi. Əkilmiş torpağın və tö­
külmüş qanın sayəsində qar da qara idi, ölümə hələ adət
edilməmişdi, hələ qaçqınlıq yaxın deyildi və hələ keçmişin
fərəhli günləri acı xatirələrə çevrilməmişdi.
Anam şəhərimizin süqutundan danışanda dönüb başqa
birisi olurdu. Bu müsibətin müqabilində ondan elə səs,
baxış və göz yaşlan çıxırdı ki, digər hər hansı münasibətlə
bağlı onları görməmişdim. Mən özümsə o hay-küylü gün-
lərdə hələ üç yaşıma çatmamışdım. O izdihamlı hay-kü­
yün qulağımdan çəkilməməsini anlaya bilmirdim, çünki
əslində mən həmin hay-küyü o zaman eşitməmişdim. Bu,
sadəcə, o vaxtdan bəri mənə nəql olunan minlərlə hekayə­
tin əks-sədasıydı.
O xatirələrin heç də hamısı özünəməxsus başlamırdı.
Anamın xatirələri aclıq və fəlakət haqda ilk danışılanlar
idi. Anam deyərdi:
— İlin ilk günlərindən yağan qar kiçik yolları bağladı.
Mühasirəçilər Qərnatanın digər şəhərlərdən təcrid edərək,
o kiçik yollara əhəmiyyət vermirdilər. Yalnız düzəngah və

63
cənubda Bəcras dağları qalmışdı. Ordan bizə yulaf, buğ­
da, un, üzüm və yağ gəlirdi. Qonşularımız qorxurdular, az
hissəsi isə kasıb idi. Hər gün əllərinə nə düşsə kəsirdilər.
Otaqların divarlarına yapışdırılmış ərzaq küplərini su ilə
yumşaldırdılar. Arxayın ola bilmirdilər, siçanlar, qarətçilər
və aclıq onların qorxusunu artırırdı. Hamı deyirdi ki, yollar
açılsa, yubanmadan qohumları yaşayan kəndlərə gedəcək-
lər.Mühasirənin ilk ayları qonşu kəndlərin əhalisi Qadis və
Cəbəlü-t-tariq qaçqınlarına qoşularaq Qərnatada sığına­
caq axtarırdılar. Onlar qohumlarının yanında, məscidlərin
həyətlərində və ya tərk edilmiş evlərdə-harda gəldi yerlə­
şirdilər. Hətta ötən yay onlar bağlarda və ictimai yerlərdə
yöndəmsiz çadırlar qurub məskunlaşmışdılar. Küçələrdə
addımbaşı dilənçilərə rast gəlmək olardı. Bəzən atalı-ana­
lı, qocalı-cavanlı bütöv ailə dilənçilik edirdi. Özü də ha­
mısı bu tərəfdən baxanda o tərəfləri görsənən bir dəri-bit
sümük skeletlər idi. Bəzən də görkəmləri adamın ürəyinə
vəlvələ salan cavanlar dəstəsi dilənçilik edirdi. Oğurluq
və dilənçiliyi özlərinə sığışdırmayanlarsa çox keçmədən
gözdən uzaq guşələrdə dünyalarını dəyişirdilər. Əlbəttə
ki, bu, zənginlərin nəsibi deyildi. Hətta ən ağır, ümidsiz
anlarda da atamın mövqeyi sayəsində bizim evin nəyəsə
ehtiyacı olmamışdı. İrsən atama şəhərdə mühüm mənsəb
keçmişdi. O, taxılın çəkisinə və ticarət əməliyyatlarının
düzgünlüyünə nəzarət eləyirdi. Bu da ailəmizin üzvlərinə
"əl-Vəzzan1" ayamasının əlavə olunmasına səbəb olmuşdu
ki, o ləqəbi indi də daşıyıram. Məğribdə heç kim bilmir ki,

1 Çəkici, indiki metrologiya və standartlaşdırma üzrə səlahiyyətli şəxsin


gördüyü iş

64
indi məni Leon və Yohannes-Covannes, başqa adla Leon
Mediçi çağırırlar. Onda mənə heç kim "Afrikalı"1 ləqəbi­
ni verməmişdi. Mən onlar üçün əl-Həsən ibn Məhəmməd
əl-Vəzzan idim. Rəsmi sənədlərdə adıma nəslimizin əsl
nisbəsi "əz-Zəyyati2*" və "əl-QəmatP" də əlavə olunurdu.
Fəsdən köçüb gedəli, doğma şəhərimdən sonra yaşadığım
ük şəhərə istinadən mənə"əl-Fəsi4" də deyirdilər. Fəs mə­
nim sonuncu məskənim olmadı.
Atam vəzzan olduğundan nəzarət elədiyi mallardan
ağlabatan miqdarda götürər və ya tacirlərin işlətdikləri
hiylənin müqabilində susduğu üçün qızıl dinarlar alardı.
Elə güman eləmirəm ki,o varlanmağa çalışırdı, sadəcə ola­
raq, özünü və yaxınlarını aclıq təhlükəsindən qoruyurdu.
Anam mənə deyərdi:
- Sən o vaxt toppuş bir uşağıydın, bəd gözlərdən qorx­
duğum üçün səni özümlə birgə küçəyə çıxarmağa cəsarət
eləmirdim ki, nisbi zənginliyimiz faş olmasın.
Atamın narahatlığı ondanmış ki, etibarlı qonşuların
Məhəbbətini itirməsin. Ona görə də əldə elədiklərindən,
xüsusən də ətdən, eləcə də göyərti və meyvələrin nübarın­
dan onların da bəhrələnməsinə çalışırmış. Amma sovqatla­
rı az miqdarda verərmiş, çünki toxluq digərlərini qıcıqlan­
dıra, rifahın yüksəlməsi digərlərinə yuxarıdan aşağı bax-
Mağa səbəb ola bilər. Paytaxt camaatının heyi tükənəndən
və cana doyandan sonra sultanın yanına nümayəndələr
göndərdilər ki, necə eləyir eləsin, davanı bitirsin. Atam da

1 Ərəbcə-əl-ifriqi, latınca Afrikanius


" Vağsatan
Qərnatalı
4 Fəsli
65
Əl-Bisandan gedən nümayəndələrin tərkibində olmağa
razılaşmışdı. Qərnatanm qaçılmaz süqutu xəbərini mənə
danışanda onun hekayəsi Həmranın döşəli salonlarından
başlayırdı.
- Şəhərin Nəcddən Eynu-d-Dəxtəyə-dulusçular məhəl­
ləsindən fındıq bağlarınadək bütün məhəllələrindən 30
nümayəndə gəlmişdi. Nümayəndələr danışanda səslərini
başqalarından yuxarı qaldırır, intonasiyaları daha da titrə­
yirdi. Səndən gizlətmirəm ki, qorxurdum və xəcalətdən
çəkinməsəydim, geri dönərdim; bizim təşəbbüsümüzün
axmaqlığını təsəvvür elə ki, minlərlə sakin bütün iki gün
ərzində şəhərin küçələrinə tökülüşüb özbaşınalıq yarat­
mışdı. Sultan haqda ən eybəcər söyüşlər bağırır, məsləhət­
çilərini söyür, hərəmlərini ələ salırdılar. Dayanmadan tələb
edirdilər ki, şad həyatdan və şərəfli ölümdən xali vəziyyəti
sonsuzluğadək uzatmaqdansa, ya döyüşsün, ya da sülh
bağlasın. Budur, indi biz, çığır-bağır salanların elçiləri sul­
tanın qəsrinə gedib, onun özünün, vəzirlərinin, mühafizə
zabitlərinin qabağında meydan oxuyuruq. Sanki casusla­
rın bizdən qabaq ona çatdırdıqları söyüşləri üzünə deməyə
gəlmişdik. Mənim mühtəsibin divanında vəzifəm vardı,
qanunçuluğu və ictimai intizamı gözləmək üçün yuxu-
suzluğa məhkum edilmiş birisiydim. İndi düşmən qapının
ağzını kəsdirən vaxt iğtişaş törədənlərlə bir yerdəydim. Et­
diklərimi düşünərək öz-özümə deyirdim ki, məni həmən
zindana atıb qanım axıb gedənə kimi qamçılayacaqlar, ya
da şəhər bürclərinin üstündə çarmıxa çəkəcəklər. Qorxum
keçmədən məni gülmək tutdu, sonra da qorxunc xəcalət
məni basdı. Xoşbəxtlikdən yanımda olanlardan heç biri

66
bunları hiss eləmədi. Həsən, oğlum, sən başa düşəcəksən
ki, niyə mən heç bir qohumuma, yaxmıma açıb demədiyim
bu zəiflik anını sənə danışıram. Mən istəyirəm sən o, fə­
lakət ilində şəhərimiz Qərnatada nə baş verdiyini biləsən.
Bəlkə sən camaatın taleyi əllərində olan şəxslərin səni ələ
salmağına yol verməyəsən. Əlbəttə ki, mən həyat haqda
çox dəyərli bir xəbər vermirəm, sadəcə, adamların könlü­
nü alıram. Nümayəndə heyətimiz elçilər qəbul olunan sa­
lona daxil oldu. Əbu Abdullah həmişə adət elədiyi yerində
bardaş qurmuşdu. Onu silahlı əsgərlər və bəzi əyan-əşrəf
dövrələmişdi. Üzünün qırışları çox dərin idi. Bu, 30 yaş­
lı şəxs üçün təəccüblü idi. Kirpikləri qapanırdı. Qabağın­
dakı misdən düzəlmə manqal onun sinəsini və ayaqlarını
bizdən gizlədirdi. Bu, məhərrəm ayının sonuna,xristian
təqvimilə dekabrın 1-ə təsadüf edirdi. Çox soyuq idi. ibn
Sar-əş-Şəntərinin Qərnatada olduğu gün dediyi pis sözlər
yada düşür:
- Ey bu şəhərin əhalisi, namaz qılmayın,
Haram şeylərdən də gen durmayın.
Beləcə, sizə cəhənnəm əzabı qazanmaq nəsib olacaq.
O cəhənnəm ki, orda şimal küləkləri əsəndə də, yalnız
istilik gətirir.
Sultan bizi dodaqlarında əks olunacaq qədər geniş bir
təbəssümlə qarşıladı. Mənə elə gəlirdi ki, salamlayıcı bir
təbəssümlə. Əliylə bizi əyləşməyə dəvət elədi, mən ke­
çib divanın bir küncündə əyləşdim. Lakin söhbətə başla­
mazdan əvvəl mən ölkənin hər yerindən xalqın görkəmli
nümayəndələrini: zabitləri, alimləri və əyanları gördüm,
^üzə yaxın adam olardı. Şeyx Əstəğfürullah, vəzir Mulih,

67
təbib Əbu Xəmr də onların arasında idi. Hamısı bir yerdə
görüşməyə can atırdılar.
Əbu Abdullah elə aram və alçaq səslə danışırdı ki, qo­
naqları ona yaxın əyləşib ağır nəfəs ala-ala susmağa məc­
bur olmuşdu. Əbu Abdullah dilləndi:
- Bismi-llahi-r-rəhmani-r-rəhim. Mən istədim ki, qədə­
rin bizim şəhərimizi saldığı ağır vəziyyət haqda rəy deyən­
lərin hamısını əl-Həmra qəsrində toplayım. İctimai fayda
götürmək üçün fikir mübadiləsi aparım. Mən sizin məs­
ləhətinizə uyğun davranacağam. Vəzirimiz Mulih öz rəyini
bildirən birinci şəxs olacaq, mənsə ən sonda danışacağam.
Sultan kürəyini divara vurulmuş xalçaya söykəyib,
kəlmə də kəsmirdi. Mulih, sultanın birinci köməkçisiy-
di. Onun dilindən səc'‘li nəsrlə deyilən mədhiyyə gözlə­
yirdim, ağası da indiyədək bu üslubu izləmişdi. Amma
belə bir şey baş vermədi. Belə ki, vəzir öz xitabını şərəfli
ən-Nəsriyyə sülaləsindən olan şərəfli oğula yönəltdi. Son­
ra tam fərqli bir tonda davam elədi:
- Mövlam, əgər mən bu saat fikirləşdiyimi çəkinmədən
desəm, amanda olacağammı?
Əbu Abdullah başını yavaşca tərpətməklə razı olduğu­
nu bildirdi, vəzir sözünə davam elədi:
- Mənim rəyimə görə, yürütdüyümüz siyasət nə Alla­
ha, nə də bəndələrə xidmət eləmir. Biz burda on gün-on
gecə danışsaq da, Qərnata uşaqlarının bomboş qablarına
bir düyü dənəsi də düşməyəcək. Acı da olsa, həqiqətlə
üz-üzə gəlməliyik, cavahiratla bəzənmiş olsa da, yalan­
dan çəkinməliyik. Şəhərimiz böyükdür, dinc, əmin-aman
1 Qur'anın da nazil olduğu qafiyəli nəsr janrı

68
vaxtlarda belə onun ərzaq tələbatını ödəmək asan olmur.
Hər keçən gün şəhərimizin qurbanları artır. Allah-taala bir
gün qarşısını almadığımız bu günahsız ölümlərin hesabı­
nı bizdən soracaq. Əgər biz onları yaxm zamanlarda xilas
olacaqlarına inandıra bilsəydik, əgər güclü müsəlman or­
dusu Qərnatanın mühasirəsini yarmağa və mühasirəçiləri
qovmağa başlasaydı, biz sakinlərdən fədakarlıqlar tələb
edə bilərdik. Fəqət, biz indi bilirik ki, heç kim bizim da­
dımıza yetişməyəcək. Mövlam, sən artıq Qahirə sultanına
da, Osmanlı sultanına da məktub yazmısan, sənə cavab
veriblərmi?
Əbu Abdullah inkar əlaməti olaraq qaşlarını çatdı.
- Bu yaxınlarda Fəsin və Tilmisanın müsəlman hakim­
lərinə yazdım ki, qoşunlarını hazırlasınlar. Nə cavab oldu?
Sənin nəcib qanın bunu deməyə mane olursa, sənin əvə­
zinə mən edərəm. Tilmisan və Fəsin hakimləri elçilərini
hədiyyələrlə göndərdilər, bizə yox, Ferdinanda. Elçilər ona
and içdilər ki, ölkələri quştallara qarşı silah qaldırmaya­
caqlar. Bu gün Qərnata tək qalıb, çünki məmləkətimizin
digər şəhərləri artıq yoxdur. Çünki digər ölkələrin müsəl­
manları bizim fəryadımıza qulaqlarını tıxayıblar. Bizə han­
sı çıxış yolu qalır?
Ara-sıra səs-küy salmaqla razılıqlarını bildirən qonaq­
ların üzərinə dərin sükut çökdü. Mulih ağzını açdı, san­
ki dəlillərini davam etdirməyə hazırlaşırdı. Ancaq heç nə
deməyib, bir addım geri çəkildi və oturub baxışlarını yerə
zillədi.
Sonra əsil-nəcabəti olmayan üç natiq bir-birinin ar­
dınca çıxışlarında şəhəri təslim etmək üçün danışıqların

69
A

sürətləndirilməsi zəruriliyindən bəhs elədilər, iddia elə­


dilər ki, məsuliyyət sahibləri fəqir-füqəranm dərdlərini
hiss eləmədən çox vaxt itiriblər. Sonra bayaqdan bəri ye­
rində qurcuxan Əstəğfürullahın növbəsi yetişdi. Qeyri-ira-
di hərəkətlə əllərini başına aparıb əmmaməsini düzəltdi,
nəzərlərini naxışlarla bəzədilmiş tavanda gəzdirib dilləndi:
- Vəzir Mulih öz zəkası və məharətilə məşhurdur. Ona
qulaq asanları bir fikrə inandırmaq istəsə, buna asanlıqla

nail olur, istəyirsə ki, təslim məktubunu bizə versin, artıq


beyinlərimizi onu qəbul eləməyə hazırlayıb. Ancaq son­
ra susdu, çünki içməyimizi xahiş elədiyi acı qədəhi bizə
öz əllərimizlə təqdim etmək istəyir. Bu qədəhdəki nədir?
» ■

Oz diliylə bunu demək istəmədisə, mən onu deyəcəyəm.


Vəzir istəyir ki, Qərnatanın Ferdinanda təslim edilməsi­
ni qəbul edək. Bizə izah elədi ki, bütün müqavimət puça
çıxıb, bizə nə Əndəlusdan, nə də xaricdən heç bir kömək
yetişməyəcək. Bizə faş elədi ki, müsəlman əmirlərin elçilə­
ri düşmənlərimizlə anlaşıblar. Allah onların hamısının la­
yiqli cəzasını versin. Ancaq Mülih bizə çox şeyi anlatmadı.
Bizə demədi ki, neçə həftədir rumlularla danışıqlar gedir.
Bizə o sirri faş eləmədi ki, rumlularla anlaşılıb ki, Qərnata-
nın qapıları onlara açılsın.
Əstəğfürullah səsini qaldırdı ki, get-gedə artan səs-küy­
dən uca olsun.
- Mülih bizə xəbər vermədi ki, təslim olmaq vədi ver-

məyi qəbul eləmək həddinə çatıb. Özü də bu vəd bu yaxın


günlərdə olacaq. O da ancaq qərnatalıların əfkari-ümu-
miyyəsini məğlubiyyətə hazırlamağa cəhd elədi. Ərzaq
mağazalarının bir neçə gün bağlanması da bizi təslim

70
olmağa məcbur eləmək məqsədindən özgə bir şey deyil.
Küçələrdə vəzirin casuslarının təşkil elədiyi nümayişlər də
bizim zəifliyimizi sürətləndirmək üçündür. Əgər bizi bu
gün əl-Həmraya yığıblarsa, bu onun üçün deyil ki, hakim­
lərimizin əməllərini tənqid edək. Vəzir istəyir ki, onların
Qərnatanın təslim edilməsi haqda kafir qərarlarının düz­
günlüyünə bizə inandırsın.
Şeyx az qala bağırır, saqqalı qəzəb və rişxənddən
titrəyirdi.
- Qınamayın, ey mömin qardaşlar! Mülih həqiqəti biz­
dən gizlədibsə, onun niyyəti bizləri aldatmaq olmayıb, elə­
cə vaxt ona macal verməyib. Ancaq Allah haqqı üçün onun
sözünü kəsməyək,imkan verək ki, bu son günlər nə elə­
diyinin təfsilatını anlatsın.Sonra qəbul eləməli olduğumuz
mövqe haqda rəy deməyə macalımız olacaq.
Qəfildən susub titrək əllərilə libasının çirkli ətəyini yığ­
dı. Bir anlığa salona qəbir sükutu çökdü. Bütün nəzərlər
Mülihə yönəlmişdi. Mülihsə gözləyirdi ki, iştirakçılardan
kimsə söhbətə müdaxilə eləsin.Amma əbəs yerə. Onda
titrəyə-titrəyə qalxıb dedi:
- Şeyx təqva və etibar sahibidir, bunu biz hamımız bi­
lirik. Onun bu şəhərə sevgisi də təqdirəlayiqdir, zira, bura
onun doğulduğu yer deyil. Onun İslama sədaqəti təqdirə­
layiqdir, əslində isə bu onun dini deyil. Həm də o özünü
dünyəvi və dini elmlərə həsr eləmiş çox erudisiyalı bir
şəxsdir. Elmi, nə qədər uzaq olsa da, mənbəyindən öyrən­
məkdə tərəddüd eləmir. Əndəiusun böyük hakiminin elçi­
si olaraq mənimlə kral Ferdinandın elçisi arasında gedən
danışıqlar haqda eşitməsinə isə öz heyrətimi, dəhşətimi və
71
təəccübümü bildirməkdən özümü saxlaya ■ bilmirəm,çün-
ki ona bu hadisələri mən danışmamışam. Digər tərəfdən
etiraf eləməliyəm ki, onun söylədikləri həqiqətə yaxındır.
Ona iradım yalnız budur ki, məsələləri düşmənimizin ya­
nında olubmuş kimi şərh elədi. Düşmənimizi qayğılandı­
ran əsas şey sülh müqaviləsinin vaxtıdır, çünki mühasirə
onlara çox baha başa gəlir. Bizim məqsədimiz qaçılmaz
olan sonluğu bir neçə gün və ya bir neçə həftə təxirə sal­
maq deyil ki, bundan sonra quştallar üzərimizə qat-qat
artıq qəddarlıqla hücum etsinlər. Madam ki, indiki vaxt
qələbəyə əlimiz çatan deyil (hər şeyi ölçüb-biçən adamlar
üçün bu, inkarolunmaz həqiqətdir), biz çalışmalıyıq ki/
ən yaxşı şərtlərlə sülhə nail olaq. O şərtlərlə ki, həyatımı­
zı, qadınlarımızın, övladlarımızın həyatını necə saxlayaq/
ərzağımızı, əkin yerlərimizi, evlərimizi, ev heyvanlarımızı
necə qoruyaq. Bizim hər birimizin haqqımızdır ki, Qərna­
tada Allahın və onun Rəsulunun dininə uyğun, məscidlər­
də namaz qılaraq, şəriətimizin üzərimizə qoyduğu zəkat
və üşurdan ’savayı, heç bir vergi ödəməyərək yaşayışımızı
davam etdirək. Eləcə də dəniz arxasına - Məğribə köçərək
bütün əmlakını aparmaq istəyənlərin azadlığı, həm də öz
seçimini müəyyənləşdirmək üçün üç il möhlət almaq, əm­
laklarını sərfəli qiymətə xristianlara və ya müsəlmanlara
satmağa haqqı olmalıdır. Mən Ferdinandla bu razılaşma­
nı yubadırdım o səbəblə ki, o, İncilə əl bassın ki, ölənəcən
özü, öləndən sonra isə xələfləri bu sazişə əməl eləyəcək.
Bəlkə səhv eləmişəm?
Mülih cavabları eşitmək üçün fasilə vermədən sözünə
davam elədi:
1 Qazancın onda birinin alınması şəklində olan vergi

72
- Ey Qərnatanın böyükləri və əyanları, mən sizə qələ­
bəni elan eləmirəm. Ancaq sizi şərəfsiz məğlubiyyət qədə­
hinin acısından, qətliamdan, qız və qadınlarınızın namu­
sunun tapdanmasından, qul edilib satılmaqdan, qarət və
talandan qurtarmaq istəyirəm. Buna görə də sizin razılı­
ğınıza və dəstəyinizə ehtiyacım var. Siz tələb eləsəniz, da­
nışıqları dayandıra və ya müddətini uzada bilərəm. Əgər
mənə axmaqların və özünü təqvalı göstərənlərin mədhiy-
yaləri lazım olsaydı, Ferdinandın elçiləri ilə sülh sazişi­
nin sonraya saxlamaq üçün min bir bəhanə tapa bilərdim.
Amma bu, doğrudanmı, müsəlmanların xeyrinə olacaq?
İndi qışdır, düşmənin qüvvələri pərakəndədir. Qar yağ-
ması onun öz hücumlarını azaltmağa vadar eləyib, indi o,
ucaltdığı Santafiyə divarlarının və istehkamların arxasında
gizlənərək yollarımızı kəsməklə kifayətlənib. Üç ay sonra
Ferdinandın aclıqdan üzülmüş şəhərimizə həlledici zərbə
endirmək üçün tam hazır olan ordusu olacaqdır, indi da-
nıŞiq aparmaq məqamıdır! İndi Ferdinand bizim şərtlər­
lə razılaşacaq, çünki qarşılığında bizim ona nəsə vermək
imkanımız var.
Müzakirələr başlayandan bəri kirimişcə qalan Əbu
Xəmr qəfildən yerindən sıçrayıb qonşularını iri çiyinlərilə
itələyib dilləndi:
- Deyirsən ki, bizim ona nəsə vermək imkanımız var.
Amma nə? Niyə sözünü boğazının dərinliyində gizlədir­
sən? Ferdinanda vermək istədiyin şey qızıl şamdan, bur-
nus1 və ya beşyaşlı cariyə deyil. Ona vermək istədiyin şey
bu şəhərdir. Şair onun haqqında deyirdi:
1 Plaş növü, yağmurluq

73
Qərnata! Qərnata! Nə Şam, nə İraq, nə də Misir
Onun misli deyil,
Cilvəli Qərnata! O, bir bəzəkli gəlindir!
Ey vəzir, sənin Ferdinanda vermək istədiyin varsa, bu­
dur, əl-Həmra sarayı, möcüzələr möcüzəsi, görməli yerlə­
rin ən yaxşısı! Qardaşlar, ətrafınıza boylanın! Nəzərinizi
yavaş-yavaş bu salona salın. Bu salondakı divarların süs-
lənməsinə ata-babalarımız necə səy göstərib, o sanki bir
bəzək dəstidir. Bu cah-calallı yeri yaddaşlarınıza həkk elə­
yin. Bura bir daha heç birinizin ayağı dəyməyəcək, dəysə
də, qul-qaravaş kimi dəyəcək.
Təbib ağlayırdı, kişilərin çoxu üzünü gizlətmişdi. Təbib
qırıq-kəsik, tövşüyən səslə davam elədi:
- Səkkiz yüz il ərzində bu torpağı öz bayrağımızla isit­
mişik, amma indi günəşimiz qürubdan xəbər verir, artıq
hər şeyə zülmət çöküb. Sən də, ey Qərnata, yaxşı bilirsən
ki, alovun sonuncu dəfə şölələnib sönəcək. Burda heç kim
onu üfürəcəyimə inanmasın. Çünki sonra övladlarım qi­
yamətəcən məni yad eləyib, xatirəmə tüpürərlər.
Yerə çöküb əyləşdi. Bir neçə dəqiqə ağır, səssiz dəqiqə
keçdi. Sonra sükutu yenə Əstəğfürullah pozdu:
- Təbib haqqına danışdı. Vəzirinsə istəyi odur ki, şəhə­
rimizi kafirlərin əlinə versin. Onun məscidləri kilsəyə çev­
rilsin, evlərində heç bir dini qadağa gözlənilməsin. Onun
istəyi odur ki, bizim üzərində yaşamaq və ölmək hüququ­
muz olan mülklərimizə sərəncam vermək hüququnu kafir­
lərə təqdim etsin. Axı xəbərsiz deyilik ki, rumlulann nəzə­
rində saziş və amanvermə nə deməkdir? Rumlular dörd il

74
əvvəl şəhərə girməzdən qabaq Malqənın sakinlərinə vəd
verməmişdilərmi ki, onlara toxunmayacaq və öldürməyə­
cəklər, amma arvad-uşaqlarını əsir-yesir eləmədilərmi? Hə
Mülih, sən mənə zəmanət verirsənmi ki, Malqənın başına
gələnlər Qərnataya olmayacaq?
Vəzir yorğun səslə cavab verdi:
- Mən sənə zəmanət verə bilmərəm, amma mən bu
Şəhərdə qalıb onun oğullarının taleyini bölüşəcəyəm və
Allahın mənə verdiyi var gücümü bağlanan sazişin qorun­
masını təmin etməyə sərf edəcəyəm. Bizim taleyimiz Fer-
dinandın əlində deyil, bu tale Tanrının əlindədir. O Varlıq
ki, bu gün bizə qələbə vermək istəmir, O, günün birində
bizə qələbə əta edə bilər. Amma indiki hal bildiyiniz kimi­
dir, müzakirəni uzatmağa dəyməz, qərara gəlmək lazım­
dır. Quştallarla saziş bağlanmasına razı olanlar ən-Nəsr
sülaləsinin devizini elan etsinlər.
Atam
* xatırlayırdı ki,səfirlər salonunun dörd bir tərəfin-
dən bir söz birləşməsi eşidilirmiş: "Yalnız Allah bizə qələ­
bə verə bilər"1. Bu ibarə qətiyyətlə deyilirdi, amma heç də
gur səslənmirdi. Çünki əvvəl savaş nidası idisə, bu il təs­
limçilik düsturuna dönmüşdü. Bəlkə də onlardan bəziləri­
nin dilində bu nida Xaliqə etiraz kimi səslənirdi. Tanrı bizi
küfr və şəkdən uzaq eləsin.
Əbu Abdullah iclasdakıların əksəriyyətinin dəstəyinə
əmin olandan sonra vəzirin nitqini özü davam elədi. Tə­
bəələrini əlinin israrlı hərəkətilə sakitləşdirib aram səslə
dedi:
1 "Nəsr" həm sülalənin adıdır, həm də ərəbcə "qələbə" deməkdir

75
- Möminlər yığışıb qərara gəldilər. Biz barışıq yoluyla
gedəcəyik, inanırıq ki, Allah bizi xeyrə yönəldəcək. O, Eşi­
dən və Cavab Verəndir1.
Əmir nitqini qurtarmamış Əstəğfürullah qapıya sarı
yönəldi. Hirsindən axsaması da artmışdı. Dodaqları isə bu
qorxulu sözləri pıçıldayırdı:
- Bəyəm biz Allahın Müqəddəs Kitabında bu kəlmələr­
lə nəzərdə tutulan kəslər deyilikmi: "Siz adamlar arasına
çıxardığım ən yaxşı ümmət idiniz".

***

Əl-Həmradakı iclas gününün axşamı bütün Qərnata


orda danışılanların hamısından xəbər tutmuşdu. Qərnata
üçün öz aqibətini ağır gözləmə sınağı başlamışdı. Şayiələr
ancaq bu və ya digər məyusedici mövzu barədəydi. Məhz
bu saat və ya bu gün quştallar şəhərə daxil olacaq. Anam
rəvayət eləyirdi:
- Səfər ayınm sonuncu həftəsiydi. Bu, İsa Məsih aley­
hissəlamın miladı ərəfəsinə təsadüf eləyirdi. Zinətçi Sara
yanıma gəlmiş, özüylə bənövşəyi rəngli ipəkdən olan rü­
bəndə bükülü kitabça gətirmişdi. Ehmalca bükülünün
içindən kitabçanı çıxardı. Mən zorla gülümsəyib dedim:
- Nə sən, nə də mən - heç birimiz oxumaq bilmirik, amma
mənə elə gəldi ki, o, bütün yumor hissini itirib. Olduqca
soyuq tonda danışmağa başladı. - Bunu gətirmişəm ki, sə­
nin əmin oğluna göstərim. Bu kitabı yazan bizim icmadan
1 Allahın mübarək adları: əs-səmi'-eşidən, əl-mucib-cavab verən

76
olan çox müdrik bir şəxsdir - Xaxam1 İshaq ibn Yəhya. O
deyir ki, bizi tufan haqlayacaq - qan və od tufanı. Cəza
təbii həyatını qoyub şəhərin fəsadına qurşanmışların ha­
mısını yaxalayacaq.
Anam kəkələyir, əlləri isə titrəyirdi:
- Oğlum, bardaş qurub oturmuşdum. Səni yatağında
möhkəmcə sıxıb hərarətlə öpməyə başladı. Baş verəcək
bəladan daha çox məni həyəcanlandıran Saraya qışqırdım:
” Ey nəhs xəbərlərin müjdəçisi! Görmürsənmi ki, hər gün
bir dərd məni çulğayır. Nə vacib düşüb ki, bundan daha
böyük fəlakət haqda kahinlik eləyəsən? Ancaq yəhudi qızı
öz dediyindən geri durmurdu:
- Xaxam İshaq kral Ferdinanda yaxındır və çox sirləri
bilir. Peyğəmbərlərin üslubunu ona görə götürüb ki, bizə
eşitdirmək istədiklərini başqa yolla çatdıra bilmir. Bəlkə də
Qərnatanın işğal ediləcəyini sizə xəbərdar etmək istəyib,
əmma bu, sirr deyil ki. Onun dedikləri daha artıqdır. O,
təkid eləyir ki, yəhudilər üçün udası hava, içəsi su olmaya­
caq, - Saranın, adətən, dili iti olardı, ancaq indi çətinliklə
danışırdı, çünki bərk qorxmuşdu.
- Səni kitabınmı belə qorxudur?
- Deyəcəyim yalnız bu deyiL Bu sabah xəbər tutmuşam
ki, bacım oğullarından biri Təlitalə yaxınlığında Lağvar-
diya tonqalında digər 10 nəfərlə birgə diri-diri yandırılıb.
Onları cadugərlikdə və bir xaçpərəst uşağını oğurlayıb isa
sayağı çarmıxa çəkməkdə ittiham eləyirlərmiş. Inkivizasi-
ya məhkəməsinin üzvləri heç nə sübut eləyə bilməyib; nə
öldürüldüyü iddia olunan uşağın adını təqdim eləyiblər,
1 Və ya ravvin - yəhudi din xadimi

77
nə bir meyit, nə də ki məntəqədəki uşaqlardan birinin it­
məsi barədə sübut. Amma Yusif və dostları suyla əzab ve­
rilməkdən və qamçılanmaqdan xilas olmaq xətrinə nəsə
"etiraf" eləməli olublar.
- Sən elə zənn eləyirsən ki, Qərnatada sizin icmanın aqi­
bəti beləmi olacaq?
Sara gözləri bərəli mənə baxdı. Mənə elə gəldi ki, bu
baxışlarda nifrət sezdim. Başa düşmürdüm ki, mən ona nə
pislik eləmişəm. Ancaq vəziyyətini nəzərə alıb ondan üzr
istəmək qərarına gəldim. Mənə aman verməyib dilləndi:
- Elə bilirsən ki, şəhər işğal olunanda sizin torpaqla­
rınıza, evlərinizə və var-dövlətinizə tamah, bizim evlərə,
torpaqlara, pul-dövlətə tamahdan az olacaq? Yoxsa elə gü­
man eləyirsən ki, tonqalm alovu Sam oğullarından1 birini
digərindən üstün tutur? Biz Qərnatada bir gəmidəyik, bir
yerdə üzürük və bir yerdə batacağıq, sabahsa bir yerdəcə
sürgün ediləcəyik.
Çox coşduğunu hiss eləyib səsini kəsdi. Məni müşk
qoxuyan, uzun yeləkli geniş əllərilə qucaqladı ki, sözlə­
rinin kəskinliyini yumşaltsın. Və çiynimə qısılıb hönkür­
məyə başladı. Fəqət, mən ona acıqlı deyildim, onu qorxuya
salan şeylər gecə-gündüz mənim də fikrimdən çıxmırdı.
Biz ikimiz də canının hayında olan şəhərin yetim qızlarına
çevrilməzdən qabaq bir-birimizə bacı olmuşduq.
Belə giley-güzarlı və sızıltılı halda olduğumuz vaxt
evə qayıdan atanın ayaq səslərilə eyni zamanda məni
öz otağından səsləməsini eşitdim. Pilləkənləri qalxanda

1 Həm yəhudilər, həm də ərəblər sami (semit) xalqıdır. Dini rəvayətlərə


görə, ulu babaları eyni şəxs-Sam olub.

78
yanaqlarımı paltarımın ətəyi ilə sildim. Sara isə tələsik
baş-gözünü gizlətdi. Məhəmmədin gözlərini qan örtmüş­
dü. Onun xətrinə dəyməmək üçün özümü elə göstərdim
ki, bunu hiss eləməmişəm:
- Sara sənə kitab gətirib ki, nə yazıldığını bizə izah
eləyəsən.
Atan indi bizə hər gün ayaq açan zinətçiyə acıqlanmır­
dı. Əksinə, onunla xəbər və rəy mübadiləsi eləmək atanın
xoşuna gəlirdi, həm də Saranın gülməli geyimini ələ salma­
ğı sevirdi. Bu əyləncə onun bütün vücudunu güldürürdü.
Bir kəlmə də kəsmədən kitabı əlinə götürdü, otağın kanda­
rında oturub vərəqləməyə başladı. Bir saatdan çox bu işlə
məşğul oldu, bizsə ona baxırdıq. Sonra kitabı qapayıb fikrə
daldı. Ona baxdığımı hiss eləmədən mənə nəzər saldı:
- Sənin atan kitabçı Süleyman mənə deyərdi ki, hər
dəfə ciddi hadisələr ərəfəsində belə kitablar peyda olur.
Bu kitablar dünyanın sonunun gəldiyi barədə kahinlik
eləyir, çalışırlar ki, bunu ulduzların hərəkətilə, adamların
Allah-taalanın qoyduğu qadağalara boyun əyməməsiylə
yozsunlar. Adamlar gizlində oxuduqlarını bir-birinə nəql
eləyir, bu da onları toxtadır. Çünki hər bir insanın şəxsi
müsibəti seldəki qətrəyə bənzəyir ki, itib unudulur. Bu ki­
tab deyir ki, ey Sara, sənin ailən acı qəzavü-qədər qapınızı
döymədən köçüb getməlidir. Əgər buna imkanın yoxdur­
sa, övladlarını götürüb ölkədən uzaqlaş.
Sara yaşmağını açıb (bu, faciə baş verməsi əlamətiydi)
dedi:
- Axı hara gedim?
Onun sualı sualdan daha çox, fəlakət nidasıydı. Atam
kitabı vərəqləyə-vərəqləyə dedi:

79
- Bu kitab tövsiyə eləyir ki, İtaliyaya və ya Osmanlı
ölkəsinə gedəsiniz. Ancaq sən dəniz arxasındakı Məğribə
də gedə bilərsən, ora daha yaxındır. Biz də ora gedəcəyik.
Kitabı qoyub bizə baxmadan çıxıb getdi. Onda atan
birinci dəfəydi ki, köçkünlükdən danışırdı, istəyirdim ki,
ondan bu qərar barədə və gördüyü hazırlıqlar barədə so­
ruşum, ancaq cürət eləmirdim.
Atan ertəsi gün ancaq bir dəfə bu söhbətə qayıtdı. Pıçıl­
tılı bir səslə mənə dedi ki, Vardənin yanında bu məsələni
qaldırmayım.
Sonrakı günlər mancanaq’lar və toplar susmuşdu. Qər-
nataya yağmaqda olan qar, ona sülh və əmin-amanlıq haq­
da müjdə verirdi. Adama elə gəlirdi ki, sülh və əmin-a­
manlıqla bərabər, şəhər də parça-parça bölünürdü. Heç
bir döyüş yox idi, uşaqların hay-küyü küçələrdə həyatı
canlandırırdı. Şəhər istəyirdi ki, zamanın yadından çıxsın.
Fəqət, zaman axıb gedirdi, hicri 897-ci il səfər ayının so­
nuncu günü, miladi 1492-ci il başladı. Qapımız dan sökül­
mədən bərk-bərk döyüldü. Anam ürkmüş halda yuxudan
durub, yanında yatan atamı səslədi. Atam gedib qapını
açdı. Qapını döyənlər sultanın bir neçə zabitiydi. Tələb
elədilər ki, atını minib onlarla getsin. Artıq on nəfərə qə­
dər adam toplamışdılar. Aralarında cavanlar da var idi, qar
onların saqqalsız üzlərini yuyurdu. Məhəmməd içəri ke­
çib isti libaslarından geyindi, iki əsgərin müşayiətilə çıxdı.
Evin arxasında duran nökər minik atını açdı.
Anam qapının arxasında dayanmışdı. Mən də yarı
yuxulu halda onun qollarının üstündəydim. Vardə onun
- ------------

1 Qala divarlarını dağıtmaq üçün istifadə edilən daşatan alət

80
çiyinlərinin üzərindən başını uzadıb zabitlərdən ərinin
hara aparıldığını öyrənmək istəyirdi. Cavab verdilər ki,
vəzir Mülih bizə əlüstü görüşmək istədiyi şəxslərin adları
olan siyahı veribdir. Əlavə elədilər ki, qorxulu bir şey yox­
dur. Atam da, öz növbəsində, toxtaq getməyə cəhd elədi.
Məhəmməd Əl-Həmra yaxınlığındakı Təbil meydan­
çasına çatanda gündüz işığı yayıldığından ata minmiş və
qalın yun burnusa bürünmüş 500-ə yaxm məhbus gördü.
Onları min nəfərə yaxm piyada və süvari əsgər dövrəyə
almışdı. Onlara bir kəlmə də kobud söz deyilmirdi. On­
ları dövrəyə almışdılar ki, uzaqlaşmalarına mane olsun­
lar. Qələbəlik karvan kirimişcə hərəkətə gəldi, qafilənin
önündə üzüörtülü süvari, yanında isə uzun bir əsgər səfi
gedirdi. Karvan Yeddi mərtəbələrin qapısının qənşərindən
keçərək, qala divarlarının bərabərincə gedib Nəcd alaqapı­
sından çıxdı, səthi donmuş Çənilə çatdı. Sakitcə ləngər vu­
ran qafilə ilk dəfə çay sahilindəki albalı bağında dayandı.
Günün günorta çağıydı. Amma hələ də yeni Ayı görmək
olurdu. Üzü rübəndli kişi rübəndini qaldırdı. Məhkum­
ların içərisindən seçdiyi on nəfəri yanına çağırdı. Həmin
rübəndli kişinin Mülih olması heç kimi təəccübləndirmə­
mişdi. Yanma çağırdıqlarına dedi ki, narahat olmasınlar və
izahat verməyi yubatdığı üçün üzr istədi:
- Şəhərdən çıxmağımız lazım idi ki, arzuolunmaz hər
hansı təsadüf və ya hadisədən qaçaq. Ferdinand, Qərnata-
nın əsilli-nəsəbli ailələrindən 500 zəngin kişi girov istəyib

ki, heç bir hücum olmayacağından qorxmayaraq qoşunları
ilə şəhərə daxil olsun. Bizim də marağımızdadır ki, təslim
kiçik bir qəddarlıq belə olmadan baş tutsun. Digərlərini də

81
toxtaqlaşdırın, deyin ki, onlarla yaxşı rəftar olunacaq və
hər şey tez başa çatacaq. Xəbər hamımıza çatdı və heç bir
narazılıq doğurmadı. Narazılıq eləməyin faydası da yox
idi, çünki əksəriyyət seçildiyinə görə qürur duyurdu, şəhər
talan ediləndə orda olmayacaqlanna görə bir az arxayınçı­
lıq da var idi ki, bu da müvəqqəti əsirliyin əvəzini çıxırdı.
Atam kimi olan digərləri isə çətin anda zövcələrinə və
övladlarına yaxın olmağı üstün tutardılar, ancaq bilirdilər
ki, əlləri bir yerə yetən deyil və Allahın iradəsi sonacan icra
edilməlidir.
- Dayanma yarım saatdan çox çəkmədi, karvan Cə-
nildən bir daş atımı məsafədən çox uzaqlaşmadan qərbə
doğru yönəldi. Çox keçmədən üfüqdə bir dəstə quştal əs­
gəri göründü. Bizə çata-çatda onların komandiri uzaqdan
Mülihlə danışdı. Mülih qərnatalı əsgərlərə əmr elədi, onlar
yüyəni şəhərə san döndərib çapıb getdilər. Ferdinandın
əsgərləri dərhal onların yerini tutub karvanı dövrəyə al­
dılar. Səmada daha aypara görünmürdü. Heyət daha sakit
və daha kədərli halda Santafiyə divarlarına qədər yoluna
davam elədi. Qəribəsi buydu ki, onların yeni şəhəri bizim
köhnə daşlarla hörülmüşdü.
Belə olacağı Məhəmmədin ağlına da gəlməzdi. O, ada­
mın gözündə uzaqdan maraqqarışıq qorxu yaradan düşər­
gəyə daxil oldu. Qəlbinə narahatlıq hakim kəsilmişdi. Elə
bir narahatlıq ki, böyük hücumlar olacağını müjdələyirdi.
Çünki Ferdinandın əsgərləri açıq-aşkar sonuncu döyüşə,
ən yaxşı halda isə əllərinə düşən şəhərin başını üzməyə
hazırlaşırdılar. Sanki Qərnatanın cıdır meydançasında it
ilxısının dörd bir yandan söküb dağıtdığı öküzü kəsməyə
hazırlaşırdılar.

82
Miladi 1492-ci il yanvar ayının birinci axşamı girovların
yanında qalmış vəzir bu dəfə çoxlu sayda xaçpərəst zabitin
müşayiətində qayıtmışdı. Sazişin şərtlərinə uyğun olaraq
vəzir onları şəhərə daxil etməli idi. Onlar şəhərə gecəykən
atam və əsir yoldaşlarının getdiyi yolla daxil olmuşdular.
Belə eləmişdilər ki, sübh tezdən adamlarda şübhə oyatma­
sınlar. Ertəsi gün səhərdən Əl-Qəmər bürcündə Əbu Ab­
dullahın yanına gəldilər, o da qalanın açarlarını gələnlərə
təslim elədi. Çox keçmədən əminlik üçün eyni yolla bir
neçə yüz quştal əsgəri gəlib qala divarlarında möhkəm­
ləndilər. Rahib, keşikçi bürcünün üzərinə xaç qaldırdı,
əsgərlərsə üç dəfə "Quştallar!", "Quştallar!", "Quştallar!"
deyə çığırışdılar. Bu onların adətiydi, bir yeri işğal edəndə
belə edərdilər. Qərnatalılar bu çığırtıları eşidəndə anladı­
lar ki, alınlarına yazılmış olan artıq başlarına gəlib. Belə
ciddi hay-küy doğuracaq hadisənin baş verməsi onları
çaşbaş qoymuşdu. Dua eləyib, ayələr söyləməyə başladı­
lar, dizləri qatlandı, gözləri doldu. Xəbər yayılar-yayılmaz
əhali küçələrə axışdı. Qadınlar kişilərə, müsəlmanlar yə­
hudilərə, kasıblar varlılara qarışmışdı. Onlar çaşqın və­
siyyətdə gəzişir, hər hənirtidən ürküşürdülər. Anam məni
bir küçədən başqasına aparırdı. Nəhayət, Əs-Səbikə küçə­
sində çöməlib Əl-Həmra ətrafında hərəkət eləyən hər şeyi
saatlarca müşahidə eləmişdi. Xatırlayıram ki, o gün quş­
tal əsgərlərinin oxuyub çığır-bağır sala-sala divarların üs­
tündə təkəbbürlə gəzişmələrini görmüşdüm. Günortaya
yaxın quştallar bütün şəhərə yayılmağa başladılar, onlar
artıq sərxoş olmuşdular. Səlma evə dönüb ərini gözləmək
qərarına gəldi.

83
Üç gündən sonra qonşularımızdan birini evə qaytardı­
lar. Atamla birlikdə əsir götürülmüş qonşumuz yaşı əllini
ötmüş notarius idi. O, xəstəhal görünürdü, quştallar eh­
tiyat eləmişdilər ki, onların əlində ölər. Ondan heyətləri­
nin hansı yolla getdiyini öyrənmək mümkün oldu. Anam
qərara gəldi ki, ertəsi gün sübhdən Cənil yaxınlığında
şəhərin cənubundakı Nəcd alaqapısını izləsin. Məsləhət
bildi ki, Vardə onunla getsin. Çünki dindaşları bizə hücum
eləyəndə o, müdafiə eləyə bilərdi.
Beləcə, günün birinci saatlarında evdən çıxdılar. Məni
anam, bacım Məryəmi isə öz anası aparırdı. Analarımız
usdufca yeriyirdilər ki, donmuş buzun üstündə sürüş­
məyək. Köhnə qəsəbəni, Qazi körpüsünü, Mürur (Keçid­
lər) məhəlləsini, Yəhudi Qərnatasını, Dulusçular alaqapı­
sını keçib getdik. Bir nəfər də olsun yoldan keçənlə rastlaş­
madıq. Bəzi metal qabların ara-sıra eşidilən taqqıltısı bizə
xatırladırdı ki, ruhların məskunlaşması üçün tərk edilmiş
obada deyilik, şəhərdə ətdən-qandan canlı varlıqlar var və
onlar qazan dınqıldatmağa ehtiyac duyurlar.
Anam uca səslə soruşdu:
- Doğrudanmı, bir azdan dan söküləcək. Amma bu,
Nəcd darvazasının yanında keşikçəkən patrulun olmama­
sını izah edirmi?
Məni yerə qoyub, qapının taylarını çətinlik çəkmədən
itələdi, çünki artıq əvvəl də açan olmuşdu. Şəhərdən çıx­
dıq, ancaq anlaşdıra bilmirdik ki, hansı cığırla getməliyik.
Qəribə bir mənzərə bərəlmiş gözümüzə dəyəndə divarla­
rın bir neçə addımlığında dayandıq. Elə bil ki, iki dəstə əs­
gər bizə sarı gəlirdi. Dəstənin biri sağdan, Cənildən qalxıb

84
atlan yoxuşa baxmayaraq səkdirirdi, ikinci dəstə soldan,
Əl-Həmradan aram-aram gəlirdi. Ancaq dəstədən bir sü­
vari ayrılıb çapmağa üz qoydu. Dərhal şəhərə dönməyə
tələsdik. Nəcd darvazasından keçdik, lakin qapının tayla­
rını bağlamadıq ki, müşahidələrimizə davam edək. Süvari
Əl-Həmraya çatanda anam boğuq səslə dedi:
- O, Əbu Abdullahdır.
Uca səslə danışmağa qorxan anam əlinin ovcuyla məni
kiritmək üçün ağzımı yumdu, hərçənd ki, mən onsuz da
kirimişcə qalmışdım, bacım da mənim kimi. Çünki gözü­
müzün qabağında baş verən qəribə mənzərə bizi mat qoy­
muşdu. Sultanın təkcə çalmasını gördüm, o, çalmanı başı­
na dolamış, alnını da qaşlarına kimi örtmüşdü. Mənə elə
gəldi ki, onun köhləni kralın yorta addımlarla ayaq döyən,
ipək və qızılla çullanmış iki köhləni müqabilində, çox sol­
ğun görünürdü. Əbu Abdullah atdan düşər kimi davranır­
dı, lakin Ferdinand sakit bir hərəkətlə onu dayandırdı. Sul­
tan hirslə qabağa gəlib kralla görüşmək üçün əlini sıxmaq
istədi, ancaq kral əlini çəkdi. İrəli əyilmiş sultan hələ də
hökmdar olduğunun əlaməti sayılacaq bir hərəkət eləyib,
kralın yalnız çiynindən Öpmək istəyi alınmadı. Bütün hal­
larda sultan daha Qərnata hökmdarı deyildi. Şəhərin yeni
ağaları ona Bicras dağlarında kiçik əmirlik bağışlamış və
ailəsi ilə birlikdə orda yaşamağa icazə vermişdilər.
Nəcd darvazalarındakı səhnə ancaq bir neçə dəqiqə
Çəkdi, sonra Ferdinand və İzabel əl-Həmraya sarı yollan­
dılar. Əbu Abdullah isə çaşıb yerindəcə fırlanırdı, sonra
yavaş-yavaş getməyə başladı. Kişiləri, qadınları, uşaqları,
sandıqları və qumaşa bükülü çoxlu müxəlləfatı daşıyan

85
yüz qatır və atdan ibarət dəstəsi də ona çatmağa tələsirdi.
Bu arada camaat arasında söz gəzirdi ki, sultan dədə-baba­
sının qəbirlərini qazdırıb onların sür-sümüyünü də özüylə
götürüb; qəbirlərin düşmən əlinə düşməsindən ehtiyatla­
nırmış. Belə də deyirdilər ki, sultan bütün var-dövlətini
götürə bilməyib, böyük miqdarda sərvətini Şumeyr dağla­
rındakı mağaralarda gizlədib. O ümidlə ki, bir gün həmin
sərvəti özləri tapacaqlar.
Oğlum, inanarsanmı - əgər desəm ki, həyatım boyu yal­
nız bu basdırılmış qızılları əldə etməyi arzulayan nə qədər
adamla rastlaşmışam? Hətta mən hər yerdə "dəfinə axta­
ranlar" adlandırılanlarla tanış olmuşam, onların dəfinə, o
cümlədən Əbu Abdullahın dəfinəsini axtarmaqdan özgə
bir iş-gücləri yoxdur. Belələrinin çoxu Fəsdə olurdular və
müntəzəm olaraq bir yerə yığışırdılar. Mən bu şəhərdə
olduğum günlərdə onlar şikayətləri araşdırmaq üçün öz­
lərinə hakim də seçirdilər. Bu məhkəmə çəkişmələrini isə
özülünü qazıyıb qızıl axtardıqları binaların sahibləri tez-
tez onların əleyhinə qaldırırdılar. Həmin dəfinəaxtaranlar
artıq başa düşmüşdülər ki, hökmdarların qoyub getdiyi
sərvətlər tilsimlənib ki, heç kim onları tapa bilməsin. Çox
zaman bu tilsimi qırmaq üçün ovsunçunun köməyindən
istifadə eləyirdilər. Haçan bir dəfinəaxtaranla söhbətləş­
səydin, and içərdi ki, artıq qızıl və gümüş təpəsinə rast
gəlib, intəhası, özüylə lazımi sehrli suyu götürmədiyi/
məxsusi cadu və tilsimi bilmədiyi üçün onlara toxuna
bilməyib. Bax, budur, dəfinə yerləşən yerlər xatırlanan
kitabı sənə göstərirəm, ancaq onu vərəqləmək olmaz. An­
caq Ən-Nəsriyyə hökmdarlarının uzun müddət topladığı

86
xəzinə güman eləmirəm ki, Əndəlus ölkəsinin o torpaq­
larında basdırılmış qala. Belə olduğunu düşünmürdüm,
çünki Əbu Abdullahın sürgündən geri dönəcəyi ehtimalı
yox idi. Rumlular icazə vermişdilər ki, götürmək istədiyi
hər şeyi götürsün. Və beləcə, o, gedər-gəlməzə varlı-hallı,
fəqət, ümidsiz-məyus yollanmışdı. Axırıncı dağ gədiyini
aşanda uzaqdan Qərnataya qanrılıb baxmaq imkanı ol­
muşdu, qorxudan ürkək nəzərlərlə kirimişcə xeyli dayan­
mışdı. Quştallar bu yerə "Ərəbin sonuncu ahı" deyərdilər,
helə ki, taxt-tacdan salınmış sultan orda, necə deyirlər, gö­
zündən xəcalət və peşmançılıq yaşları axıtmışdı. Bəlkə də,
anası Fatimə onu atıb deyibmiş ki, "Bacardıqca qadınlar
sayaq hönkür, ağlamaqdan kişilər kimi özünü saxlamaq
Yaxşı olmaz".
Atam sonralar mənə deyəcəkdi:
-Baş verənlər o qadının gözündə quştalların qələbəsi
yox, əksinə hər şeydən əvvəl günülərinin birinin ondan
qisas alması idi. Fatimə sultan qızı, sultan zövcəsi və sul-
tan anası olduğundan fitrətən Əbu Abdullahdan daha
Ç°x siyasət və intriqalardan başı çıxırdı. Əbu Abdullah
1
1Sə təhlükəsiz və zəhmətsiz əyləncəli həyatı seçməklə ki­
fayətlənmişdi. Fatimə özü oğlunu hakimiyyətə gəlməyə
təhrik eləmişdi. Təki əri Əbu-l-Həsəni taxtdan salsın. Əri
°nu tərk eləyib xaçpərəst cariyə Sürəyyanın ağuşuna atl­
anda günah eləmişdi. Məhz Fatimə Əbu Abdullahı Əl-
Qəmər bürcündən qaçırtmış, qoca hökmdara qarşı qiyam
Raldırmaq üçün ən incə təfərrüata qədər tədbir tökmüşdü.
yolla o, cariyəni aradan götürtmüş və onun övladları-
da hakimiyyətdən birdəfəlik uzaqlaşdırmışdı. Amma

87
Daniyyə şairlərindən birinin dediyi kimi, tale buqələmu­
nun dərisindən də çox dəyişkəndir. Fatimə itirilmiş şəhər­
dən qaçanda Sürəyya köhnə adıyla-İzabel Dualis kimi ora
qayıtdı. Izabel Qərnata taxtınm varisləri olan iki oğlunu da
xoşbəxtliklə xaç suyuna saldı. İndi onlar Don Fernando və
Don Juan olmuşdular. Hökmdar ailəsinin iki oğlu İspani­
yanın kübarlarından olmaq xətrinə dədə-baba dinlərindən
üz döndərmiş yeganə şəxslər deyildilər. Qərnatadakı savaş
partiyasının qəhrəmanlarından olmuş Yəhya ən-Nəccar
onları qabaqlayıb özünə Qərnata hersoqu Veniqas adını
götürmüşdü. Şəhər süqut eləyən kimi onu polis rəisi qoy­
muşdular, bu da sübut edir ki, o, qaliblərin tam etibarını
qazanmışdı. Bu nümunəni başqaları da təkrarladı, onların
içərisində sultanın katiblərindən biri də var idi. Vaxtilə
Əhməd adlı həmin katibin Ferdinandın xeyrinə casusluq
eləməyindən şübhələnirdilər.
Məğlubiyyətdən sonrakı günlər qəlblərdəki çox paxır­
ları üzə çıxardı. Mən Yəhyadan daha çox, vəzir Mülih haq­
da fikirləşirəm. Çünki o, Qəmatanm dulları və bu dulla­
rın yetimlərinin salamat qalması, həm də bizi inandırmaq
üçün danışıq aparırdı. Onun necə sevinməsini unutmaq
olmaz. Şəhərin təslimini sürətləndirməyin müqabilində 20
min quştal qızılı almışdı ki, bu, 10 min murabit1 qızılına
bərabər idi. Üstəlik, ona torpaq sahəsi bağışlanmışdı. O
da çox çətinlik çəkmədən Qərnata əhlini rumluların hök­
mranlığına razı salmışdı. Rumlulara gəlincə, qələbələrinin
ilk vaxtlarında çox dözümlü davranırdılar.

1 Şimali Afrikada dərviş ordeni. Burda Əl-Murabitlər sülaləsinin adıyla


zəbt edilən sikkə

88

işğal edilmiş Qərnatada həyat öz qaydasına düşdü,


deyəsən, Ferdinand müsəlmanların hamılıqla sürgün
olunmasını istəmirdi. Kral və kraliça şəhərə daxil olduğu
günün ertəsi girovlar öz ailələrinin yanma döndü. Atam
bizə danışırdı ki, ona hökmdar qonağına göstəriləcək qay­
ğı göstəriblər. Nə onu, nə də yoldaşlarını Santafiyə daxilin­
də həbsə atmayıblar. Onlar bazara gedə, hətta ara-sıra kiçik
dəstələrlə küçələrdə gəzib-dolaşa biliblər. Ancaq yanların­
da onlara nəzarət eləyən və sərxoş, qəzəbli əsgərlərdən qo-
ruyan keşikçilər varmış. Belə gəzib-dolaşmaların birində
atam genuyalı dənizçiylə tanış olub. Ona Kristobel Kolon
deyirlərmiş. Və o, iddia eləyirmiş ki, Hindistana qərb tərəf­
dən çatmaq istəyir. Nəzərə alsaq ki, yer kürə şəklindədir, o
bu kampaniyaya hazırlaşmaq üçün Əl-Həmra xəzinəsinin
bir hissəsini də xahiş eləməkdən çəkinməyəcəkdir. Neçə
bəftəydi ki, burda ya kral, ya da kraliça ilə görüşməkdə is-
rar eləyirdi. Amma onlar tanınmış bir şəxsin tapşırmasına
rəğmən, görüşdən qaçırdılar. Genuyalı isə qəbul intizarın­
da xahiş və məktublarını göndərməyindən qalmırdı. Mü­
haribə gedən vaxt bu təkid kralı da, kraliçanı da bezdirmiş­
di. Məhəmməd həmin genuyalını bir daha görmədi, fəqət,
°uun xəbərlərini eşitmək hələ mənə çox nəsib olacaqdı.
Atam qayıdar-qayıtmaz hersoq Yəhya onu çağırıb xa­
hiş elədi ki, yenidən vəzzanlığına başlasın. Çünki dediyinə
görə, bazar yenə ərzaq malları ilə bol olacaq. Hər cür fınlda-
ğ1u qarşısını almaq üçün ayıq-sayıq olmaq gərəkdir. Atam,
dk növbədə, bu zındığı gördüyünə görə əsəbiləşmişdi,
amma deyinə-deyinə də olsa onunla da, digər polislərlə də
əməkdaşlıq etdi, həm də hərdən keçmişdə müsəlmanların

89
bu kişiyə bağladığı ümidləri xatırlayanda onu lənətləyirdi.
Digər tərəfdən Yəhyanın varlığı şəhər əyanlarını toxtadır­
dı, çünki bəziləri onu çox yaxından tanıyırdı. Və onlar indi
Yəhya ilə daha çox ünsiyyətdə olurdular, nəinki o, bədbəxt
Əbu Abdullaha müxalif olanda.
Atam xatırlayır ki, Ferdinand özü Qərnataya gəlirmiş
ki, adamlarının verilmiş vədlərə əməl edib-etmədiklərini
öyrənsin, istəyirmiş ki, məğlub olanları öz xoş rəftarıyla
toxtaqlaşdırsın. ilk günlər kral özünün salamatlığı üçün
bərk rahatsız olduğundan küçəyə az çıxarmış, sonra şəhə­
rin ayrı-ayrı hissələrinə keçməyə, bazarları dolaşmağa, qə­
dim divarları yoxlamağa başlamışdı. Bu zaman, əlbəttə ki,
ciddi mühafizə olunurdu. Düzü, o, bir neçə ay şəhərdə ge­
cələməkdən çəkinərək günəş batmazdan qabaq Santafiya-
ya qayıtmağa üstünlük verərdi. Lakin onun haqlı ehtiyatlı­
lığı heç bir sıxışdırmaya, təqiblərə və ya təslim sazişini hər
hansı şəkildə pozmağa səbəb olmamışdı. Ferdinandın saf
və ya bəlkə də, süni qayğıkeşliyi elə geniş idi ki, şəhərimi­
zin yeni xaçpərəst qonaqları müsəlmanlara deyirdilər: "Siz
bu gün kralımızın qəlbində o qədər əzizsiniz ki, biz heç bir
gün də elə olmamışıq". Hətta bəziləri bədxahcasma iddia
edirdilər ki, ərəblər kralı ovsunlayıblar ki, xaçpərəstlərin
onların əmlakını ələ keçirmələrinə mane olsun.
Məhəmməd köks ötürərək davam elədi:
- Amma çox keçmədən dərdlərimiz üzə çıxdı və bizə
anlatdı ki, keçmişdə azad olmağımıza rəğmən, indi alçal­
dılmağa məhkum edilmişik. Qərnatanın süqutundan bir
neçə ay keçəli - Allah onu xilas eləsin - bizə ən dəhşətli bə­
lalar üz verdi. İlk əvvəl qaliblərin qanunları yəhudilərə də

90
Şamil edildi. Gözlənilirdi ki, bu bizim də başımıza gələcək.
Sara taleyin dönüklüyündən danışmaqda haqlıymış.

* * *

Həmin il cəmadiyə-s-saniyə ayı, yəni Qərnatanın süqu­


tundan üç ay sonra kralın elçiləri gəlib şəhərin baş mey­
danında təbil çala-çala Ferdinand və İzabelin buyruğunu
həm quştalca, həm də ərəbcə car çəkdilər. Buyruqda əmr
edilirdi ki, yəhudilər və xaçpərəstlər arasında hər hansı
əlaqə kəsilir və bu əmri yalnız bütün yəhudiləri məmləkə­
timizdən qovmaqla icra eləmək olar. Beləcə, yəhudilər xaç
suyuna çəkilmək və deportasiya arasında seçim etməli­
dilər. Axırıncı seçimi eləyənlərin daşınar və daşınmaz əm­
laklarını satmaq üçün dörd ay möhlətləri varıydı, ancaq
onlar özləriylə qızıl və gümüş götürə bilməzdilər.
Bu elanın səhərisi Sara bizə gələndə uzun gecə boyu ağ­
lamaqdan üzü şişmişdi. Fəqət, kirpikləri qurumuş gözləri
Çoxdan gözlədiyi faciənin verdiyi kədərqarışıq şəfqət saçır­
dı. Hətta o, quru kişi səsilə kral fərmanından bəzi sözləri
oxuyub zarafatlaşmağı da özünə rəva gördü: Inkivizasiya
uiəhkəməsinin üzvləri və başqaları bizə xəbər verdilər ki,
Yəhudilərin xaçpərəstlərlə birgə yaşayışı ən qorxunc bəlalar
gətirir. Yəhudilər xaçpərəstləri və onların övladlarını yeni­
dən dindən döndərməyə çalışır, onlara yəhudi dua kitab­
ları verir, pasxa günləri mayasız xəmirdən çörək və haram
yeməklər verir, onları Musanın şəriətini izləməyə inandır­
maq istəyirlər. Bu bizim müqəddəs katolik inancımızı təhqir
etməyə və onun qüdrətini zəiflətməyə gətirib çıxaracaq".

91
Anam iki dəfə onun səsini azaltmağa çalışdı, çünki biz
o yaz sabahı evin bağçasında oturmuşduq. Səlma istəmir­
di ki, bu rişxəndimiz bədxah qonşumuzun qulağına çat­
sın. Vardə atam və bacımla birgə xoşbəxt halda bazarlığa
getmişdi. Mən bilmirəm, "bizim müqəddəs katolik inancı­
mız" sözlərinin rişxəndlə deyildiyini eşitsəydi, indi onun
halı necə olardı? Sara yamsılamasını bitirən kimi anam tək
bircə sual verdi:
- Sən nə qərara gəlmisən, dinini dəyişməyi seçirsən,
yoxsa sürgün olunmağı?
Saxta bir gülüşlə cavab verdi, sonra da saxta bir sevinc­
lə "Mənim hələ vaxtım var!" sözlərini dedi. Anam bir neçə
həftə gözləyəndən sonra sualını təkrarladı. Cavab lən­
gimədi. Yəhudilərə verilmiş möhlətin dörddə üçü yayın
əvvəlində tamam olmuşdu:
_ •
- Eşitmişəm ki, İspaniyanın baş xaxamı Abraham Sen­
yor özünün, Övladlarının və bütün ailəsinin xaç suyuna
salınmasını istəyib. Əvvəlcə bunu qorxulu bilirdim. Sonra
öz-özümə dedim: "Ey Sara, ey Yakob Berdunilin dul qa­
dını, ey Qərnatada ətirsatan, sən xaxam Abrahamdan ar-
tıqmı yəhudi olacaqsan?" Qərara gəlmişəm ki, özümün və
beş oğlumun xaç suyuna çəkilməyimizi tələb eləyim.
O gün Saranın sıxıntısı aşkar hiss olunurdu, anam
şəfqətlə ona baxıb dilləndi:
-Mən xoşbəxtəm ki, sən köçüb getməyəcəksən. Mən də
bu şəhərdə qalacağam, çünki əmim oğlu köçkünlük barə­
də danışmayıb.
Ancaq bir həftə keçməmiş Sara öz fikrini dəyişdi. Bir
axşam üç oğlunu da götürüb bizə gəlmişdi. Onlardan ən

92
kiçiyi məndən azca böyük olardı. Dedi ki: "Gəlmişəm sizin­
lə vidalaşım. Nəhayət köçüb getmək qərarına gəlmişəm.
Sabah karvan Portuqaliyadan gedir, mən də onlara qoşula­
cağam. Dünən iki böyük qızımı ərə verdim, birincinin 14,
ikincinin də 13 yaşı var. Ona görə belə eləmişəm ki, yan­
larında onlara havadar olacaq kimsə olsun. Evimi isə kral
əsgərlərindən birinə dörd qatırın qarşılığında satmışam".
Bunu deyəndən sonra əlavə elədi ki, ey Səlma, əgər qal­
saydım, ölənəcən məni qorxu çulğayacaqdı, hər gün köçüb
getmək haqda düşünəcəkdim, ancaq mən heç vaxt bunu
bacarmaram.
Anam matdım-matdım soruşdu:
- Hətta dinini dəyişmiş olsaydın da?
Zinətçinin yeganə cavabı bir neçə gündən bəri Qərna-
tada dolaşan söz-söhbət oldu ki, bu da onu köçüb getməyə
vadar edibmiş.
~ Danışırlar ki, icmamızın rəhbərlərindən biri bir pən­
cərəsinə üç göyərçin qoyubmuş. Göyərçinlərdən birinin
başı üzülmüş, tükləri yoluqmuş. Onun boğazından asıl­
mış lövhədə bu sözlər yazılıbmış: "Bu mürtəd köçməyə
« I -
ən son qərar verəndir", ikinci göyərçinin tükləri yolunsa
da, sağmış. Boğazında belə lövhə daşıyırmış: "Bu mürtəd
sonuncudan az əvvəl köçüb". Diri və tükləri üstündə olan
göyərçində isə bu sözləri oxumaq olurmuş: "Bu, birinci
köçəndir".
Beləcə, Sara və ailəsi evini tərk eləyib getdi və bir daha
geri dönmədi. Qədər belə yazılmışdı ki, biz də onların ar­
dınca gedək, qürbətin yolu yaxın idi.

93
Şənlik ili
Hicri 898-ci il (Miladi 1492-ci il oktyabrın 23-U-1493-CÜ H
oktyabrın 11-i)
O ildən sonra atamın hüzurunda "şənlik" sözünün
tələffüzünə cəsarətim çatmazdı. Çünki bu, onu acı xa­
tirələrə qərq edərdi. Bundan sonra ailəm də o bayramı ke­
çirməzdi. Hər şey Mübarək Ramazan ayının doqquzunda
baş verdi; bəlkə də mənim üçün iyun ayının 24-də Müqəd­
dəs Yohannesin anım günündə demək daha düzgün olar­
dı. Çünki Mehrican hicri tarixlə deyil, xaçpərəst təqvimilə
qeyd olunurdu. Həmin gün yayın daxil olmağını müjdə
verirdi ki, bu da Günəşin tropikiylə müəyyən edilirdi-
Əlbəttə ki, bu, bizim qəməri təqvimimizdə yox idi. Həm
. Qərnatada, həm də Fəsdə adamlar iki təqvimi eyni zaman­
da izləyirdi. Əkinçilik, alma ağaclarının peyvənd edilməsi
üçün münasib vaxtı bilməyə, şəkər qamışını kəsib yığmaq
üçün vaxtı müəyyənləşdirməyə yalnız şəmsi aylar imkan
verirdi. Məsələn, Mehrican1 yaxınlaşanda adamlar bilərdi
ki, gec yetişən qızılgülləri dərmək vaxtıdır. Bəzi xanımlar
o günlərdə sinələrini həmin güllərlə bəzərdilər. Bunun ək­
sinə olaraq, birisi yola çıxanda Günəşin tropikinə yox, Ayın

1 "Avesta" təqvimində yay fəslinin gəlişi münasibətilə keçirilən bay­


ramdır.

94
tropikinə bel bağlardı. Baxardı ki, Ay bədirlənib, yoxsa
halələnib; bütövdür, yoxsa para, çünki bununla karvanın
mənzillərini müəyyənləşdirmək olurdu. Hələ, düzü, əmin
deyiləm, bunu da əlavə eləməyi nəzərdən qaçırmamışam-
mı ki, xaçpərəst təqvimi yalnız bitki becərmək üçün deyil,
həm də bayram eləmək üçün çox əlverişliydi.
Həmvətənlərim bu məsələdə özlərinə qadağa qoymaz­
dılar. Yalnız Peyğəmbərin mövludu açıqlıqlarda qəsidə
°xuyub möhtaclara yemək paylamaqla bayram edilməz,
Məsihin miladı da buğda, paxla, göyərti və ləbləbi dolu
sinilərin hazırlanmasıyla qeyd edilərdi. Əgər yeni hicri ili­
nin qeyd edilməsinin xüsusi əlaməti Əl-Həmra sarayında­
kı rəsmi təbriklər idisə, yeni miladi il şənliklərini uşaqlar
səbirsizliklə gözləyərdilər.
Həmin gün uşaqlar üzlərinə rübənd salıb varlıların qa-
Pdarını dolaşır, qapılarını döyüb bədihə oxuyurdular. Və
9apını açıb, onlara meyvə dolu qablar verərdilər. Bu mah-
nıya görə təşəkkür eləməkdən daha çox, səs-küyü özlərin­
dən uzaqlaşdırmaq məqsədilə edilərdi.
Adamlar bundan başqa, fars yeni ilini - Neyruz1 günü­
dü də sevinclə qeyd edərdilər. Novruz axşamı bağlanan ni­
kahların sayı-hesabı olmazdı. Belə deyərdilər ki, o axşam
oəsil artırmaq üçün çox münasib vaxtdır. Səhəri isə bütün
Yol ayrıclarında saxsı və ya qızıl suyuna çəkilmiş çinidən
uyuqlar satılırdı. Bu uyuqlar at və ya zürafə şəklində olar­
dı, hərçənd ki, din bunu qadağan eləyirdi. Əlbəttə ki, rəsmi
Hlam bayramları da varıydı: məsələn, Qurban bayramı. O,
Çox böyük bayram idi. Həmin vaxt qərnatalılar əllərində
Novruz bayramı

95
olan hər şeyi satardılar ki, qurbanlıq quzu və təzə libas al­
sınlar. Ramazan bayramında elə də sevinməzdilər, çünki
yemək üçün çox kasıb idilər; azı, on müxtəlif sini süfrəni
bəzəməliydi. Aşura bayramı ölüləri yad eləmək üçün xü­
susi gün idi. Bununla yanaşı, həmin gün adamlar bir-bi­
rindən bahalı hədiyyə qəbul eləməkdən çəkinməzdilər. Bu
bayramlardan savayı, pasxa bayramı, payızın ilk günü, xü­
susən də Mehrican bayramı qeyd olunardı.
Xalq adətinə görə, bu, sonuncu hadisə münasibətilə
qarğı topası yandırardılar. Gülə-gülə deyərdilər ki, bu gecə
ilin ən qısa gecəsi olduğundan o gecəni yatmaq yaramaz-
Heç bir halda kimsə həmin gün gecəni azacıq da olsa is-
tirahət eləyə bilməzdi. Çünki cavanlar dəstə-dəstə şəhəri
səhərəcən dolaşıb, uca səslə mahnı oxuyardılar. Bundan
başqa, küçələri sulamaq kimi pis bir adət də varıydı ki, nə­
ticədə üç gün küçələr sürüşkən olardı.
O il bu kütləyə yüzlərlə quştal əsgəri də qoşulmuşdu.
Müxtəlif məhəllələrə dağılmazdan qabaq şəhərin süqu­
tundan bəri ilk dəfə açılmış çoxlu dükanı çapıb-talamışdı­
lar. Atam səhərdən bəri bu şənliyə qoşulmaq üçün həvəs
göstərməmişdi. Ancaq mənim və bacımın göz yaşları,
üstəlik, Vardənin və anamın xahişləri onu bizi müşayiət
eləməyə vadar elədi, ancaq təkid eləmişdi ki, Bisanm hü­
dudlarından kənara çıxmayaq.
O, günəşin batmasını gözləməliydi, çünki biz orucluq
ayında idik. Belə uzun gündüz orucunu başa vurub əldən
düşdükdən sonra haqqı olan mərcimək şorbasını əlüs­
tü içib bizi Ər-Rıyad alaqapısına apardı. Burda Ramazan
münasibətilə quru əncir və Şümeyr dağlarının zirvəsindən

96
qatırların belində daşınan qarla doldurulmuş ərik şirəsi
satılırdı. Qədər bizə Köhnə Bürc küçəsində sürpriz hazır­
lamışdı. Atam bir əliylə Məryəmin, bir əliylə də mənim
əlimdən yapışıb gedir, qabağımıza çıxan qonşuların hər
biriylə hal-əhval tuturdu. Anam iki addımlıq məsafədən
°nun ardınca, Vardə isə anamın arxasınca gəlirdi. Birdən
Vardə yerində donub qışqırdı: "Xuan!". Uzunbığh cavan
bir əsgər yanımızda dayandı. Əsgər onu səsləmiş hicablı
qadını bu minvalla tanımağa çalışırdı. Atam dərhal təh­
lükəni hiss elədi. Qızının anasının ovuclarından bərk-bərk
yapışıb asta səslə dedi:
- Gəl evə dönək, Vardə! Gəl dönək, sən İsa Məsih haqqı!
Atamın səsində bir yalvarış vardı, çünki Xuanm çağır­
dığı özü kimi sərxoş və uzunsaplı ağır təbərzinlə silahlan-
^IŞ dörd quştal əsgərindən ehtiyat edirdi. Yoldan keçən-
*Ər kənara çəkildilər ki, özləri iştirakçıya çevrilmədən baş
tr

Verəcək tamaşanı seyr etsinlər. Vardə işi bağırtı ilə faş elədi:
- O mənim qardaşımdır!
Sonra çaşıb qalmış cavana səsləndi:
- Xuan, mən Esmiralda’yam, sənin bacın!
Bu sözləri deyə-deyə o, sağ qolunu Məhəmmədin əlin­
dən qoparıb niqabını yüngülcə qaldırdı. Əsgər yaxınlaşıb
kir neçə anlığa onun çiynindən tutdu, sonra da var-gü-
cüylə bağrına basdı. Atamın bənizi qaçdı, çeçəməyə baş­
ıdı. Bilirdi ki, artıq Vardəni itirmək üzrədir. Bunun bütün
Məhəllənin gözü önündə baş verməsi çox xəcalət gətiriciy-
di və onun kişiliyinə toxunurdu. Mənsə uşaq gözlərimin

Bu ispan adı da mosarabi - ərəbləşmiş ispanlar arasında yayılmışdı,


ə sinər qadın adından götürülüb.

97
önündə baş verən faciəni, təbii ki, dərk eləmirdim. Ancaq
əsgərin mənə sarı döndüyü anı dəqiqliklə xatırlayıram.
Vardəyə dedi ki, Qantariya adlanam kəndlərinə qayıtmaq
üçün onunla bir yerdə getməlidir. Vardə birdən tərəddüd
eləməyə başladı. O, beşillik əsirlikdən sonra qardaşını gör­
dükdə sevindiyini qeyri-ixtiyari büruzə verirdi, amma o,
atamın evini tərk eləyib, atası ərəb olan qızıyla birgə qo­
humlarının yanma dönmək qərarı verə bilmirdi. Şübhəsiz,
onun dilinin ucundaydı desin ki, yalnız əriylə xoşbəxt ola
bilər, Məhəmmədin yanında heç vaxt özünü bədbəxt hiss
etməyib. Axı Məhəmməd Vəzzan onu yaxşı yedirib-içirir,
geyindirir, iki gecədən artıq tək qoymur. Özü də o, hətta
faciə günlərində də Qərnata kimi şəhərdə yaşamağı baca­
ran kişidir. Vardə istəmirdi ki, gedib özünü Mursiya ətra­
fındakı kiçik bir kəndə gömsün. Ola bilsin, Məhəmməd
belə təsəvvür eləmişdi ki, qardaşı birnəfəsə təhrik eləyən­
də Vardənin xəyalından bunlar keçib.
- Bu iki uşaq sənindir?
. Səndələyə-səndələyə divara söykənib mızıldandı:
- Yox.
Çox keçmədən cavabı dəyişdi:
- Bəli!
Xuan sonuncu sözü eşidər-eşitməz tullanıb məni iki
qollarının arasında qaldırdı. Həmin vaxt anamın çıxar­
dığı bağırtını unutmaqmı olar? Əsgərin üstünə atılıb dır-
naqlarıyla onu didməyə, yumruqlamağa başladı, mən də
var-gücümlə onu vururdum. Cavan əsgər geri çəkilmədi,
az sonra məni yerə qoyub tənəylə bacısına dedi:
- Demək, ancaq qız uşağı sənindir?
98
Cavabında bir söz demədi, Xuanın nəzərində bu, yetər­
li cavab idi:
-Bu qızı özünlə götürəcəksən, yoxsa onlara buraxacaqsan?!
Xuanın səsinin tonu çox amansız idi, zavallı qadın
qorxudan yalvara-yalvara dilləndi:
-Sakit ol, Xuan, mən biabırçılıq istəmirəm. Sabah barxa-
namı götürüb Qantariyaya gedəcəyəm.
Ancaq əsgər işin belə getməsini başa düşmürdü:
- Sən bacımsan, indi yubanmadan gedib barxananı yı­
ğacaq, sonra da mənimlə Qantariyaya gedəcəksən.
Atam cəsarətlənib dedi:
- O mənim arvadımdır!
Bu sözləri o, əvvəlcə ərəbcə, sonra da pozuq quştalca
dedi. Xuan var-gücüylə atamın üzündən vurdu, o, yolun
ortasında arxası üstə sərili qaldı. Anam ona ağı deyən ar­
vadlar sayaq kömək etməyə çalışırdı. Vardə isə dilə gəldi:
- Onu incitmə. O, həmişə mənimlə yaxşı davranıb. O
tnənim ərimdir.
- Mən elə bilirdim ki, sən onun əsirisən. Biz bu şəhəri
ələ keçirəndən sonra sən onun sərvəti kimi qala bilməzsən.
Əgər deyirsənsə ki, o sənin ərindir, demək, səni saxlaya
bilər, amma gərək dərhal xaç suyuna düşsün və keşiş sizin
tedivacınıza xeyir-dua versin.
Vardə yalvarıcı səslə atama dedi:
- Qəbul elə, Məhəmməd, qoy bizi ayırmasınlar.
Sükut çökdü. Sonra ətrafımıza toplananlardan biri
"Allahü-əkbər!" deyə hayqırdı. Atam bayaqdan sərili qal­
dığı yerdən yavaş-yavaş qalxdı. Məğrur-məğrur Vardəyə
yaxınlaşıb, qəzəbli səslə çığırdı:
99
- Geyimlərini və qızını sənə verirəm!
Razılıq dolu mızıldanmaların müşayiətilə insan çəpəri­
ni yarıb evə sarı yönəldi.
Anam bu hadisəni çox sakit şərh edərdi: • I

- istədi ki, qonşuların yanmda abrını qorusun. Ancaq


bununla yanaşı, zəflik və acizlik hiss eləyirdi.
Sonra sözlərində heç bir istehza sezilmədən əlavə elədi:
- Həmin gün Qərnata, həqiqətən də, düşmən əlinə keçdi.
Məhəmməd günlərcə təsəlli bilmədən evdə oturdu.
Hətta dostlarıyla birgə iftar açmaqdan belə imtina eləmiş­
di. Heç kim ondan incimirdi, çünki Mehrican gecəsi ona
üz vermiş dərdi görmüşdülər. Qonşular bir neçə dəfə xəstə
adamı ziyarət edirmiş kimi, ona baş çəkib evlərində dadı­
na baxmadıqları xörək dolu boşqabları onun yanına gətir­
mişdilər. Evdə Səlmanın varlığını hiss eləyən bir nəfər qal­
mamışdı. Ərilə yalnız onun suallarına cavab vermək üçün
kəlmə kəsirdi. Məni atamı narahat eləməyə qoymurdu.
Kənara çəkilmişdi ki, varlığı Məhəmmədi usandırmasın-
Amma tam uzağa da getmirdi ki, bir şeyi ondan iki dəfə
istəməsinlər.
Narahatlığına baxmayaraq, anam toxtaqlığını qoruyur­
du, çünki bilirdi ki, zaman əmisi oğlunun dərdini uzaqlaş­
dırmağa kifayət edəcək. Sadəcə, ona ağır gələn oydu kb
Məhəmmədin "qız anasına" bu qədər bağh olmasını gö-
•■
rürdü. Ozü də, bu bağlılıq Bisanın bütün dedi-qoduları­
na mövzu olmuşdu. Mən ondan bu barədə soruşanda hər
şeyə rəğmən, o, günüsünün çıxıb getməyindən razı görü­
nür, öz qənaətini belə əsaslandırırdı:
-Ağıllı arvad çalışar ki, ərinin birinci qadını olsun. Çün­
ki yeganə olmaq istəyi xülyadan başqa bir şey deyil.

100
Sonra süni bir gülüşlə əlavə edərdi:
- Necə deyərlər, zövcənin yeganə zövcə olması övladın
yeganə övlad olmağından daha yaxşı deyil. Əksinə, bu
narahatlığı artıran bir işdir, zövcə ərin qəzəbinə də, tələb-
karlığına da təkbaşına tuş gəlir. Düzdür, qısqanclıq, qadın
məkri, dava-dalaş var, amma bütün bunlar, heç olmasa, ev
içində olub-bitir. Elə ki kişi əyləncəsini evdən kənarda ax­
tardı, bütün arvadları onu itirir.
Şübhəsiz, elə buna görə də Ramazanın axırıncı günü
Məhəmməd yerindən qalxıb sakit addımlarla evdən çıxan­
da Səlma özündən çıxmışdı. Yalnız iki gündən sonra öy­
rənə bilmişdi ki, Məhəmməd, Fəkkak1 ləqəbli Hamidin ya­
rana gedibmiş. Hamid 20 il idi ki, sələm müqabilində olsa
da, çətin iş görürdü - xaçpərəst torpağındakı müsəlman
' əsirləri pulla azad edirdi. Nə vaxt idi ki, işi Əndəlus ölkə­
sində girovları axtarıb tapıb, sonra onları azad eləmək idi.
Bu iş yalnız bizdə təşkil olunmamışdı. Xaçpərəstlər də
uzun zaman idi ki, əsir, girov və itkin düşmüş şəxslərin
işilə məşğul olanlar üçün Böyük Fəkkak rütbəsi təsis et­
mişdilər. Çox zaman dövlət adamlarının içərisində bir
əsilzadə şəxs bu işlə məşğul olar, ona çoxlu sayda könül-
lü-rnüftədilər kömək edərdilər. Əsirlərin ailələri ,adətən,
kəndlilər olardı, qarət və hücum vaxtı onları əsir alırdılar.
Müftədi və ya onun nümayəndələri axtarış vaxtı düşmən
ərazisinə keçir, lap uzaq məntəqələrə də gedib çıxırdılar.
Bəzən tacir qiyafəsində, bəzən də öz görkəmlərində gedib
itkinləri tapır fidyə2nin qiymətini sövdələşirdilər. Ailələrin
—-
1 Azad edən
2 Azad olmaq üçün ödənən pul
101
çoxu tələb olunan məbləği ödəməkdə çətinlik çəkdiyindən
xeyriyyə kampaniyaları təşkil olunardı. Heç bir sədəqə
möminin gözündə əsir edilmiş mömin qardaşının azad
edilməsi üçün istifadə olunan puldan üstün ola bilməzdi.
Elə əhli-təqvalar var idi ki, həyatları boyu görmədiyi əsir-
ləri azad etdirmək üçün bütün sərvətlərini xərcləyirdilər.
Onlar Allahın rəhmətindən özgə bir mükafat da ummur­
dular. Bəzi müftədilər isə ailələrin fəlakətlərindən istifadə
edib, onların əllərindəki pulu qoparıb varlanan cinayətkar­
lar idilər.
Hamid belələrindən deyildi, sadə evi də bunu göstərir­
di. Atam mənə danışardı ki, o, illər uzunu qorxu və tərəd­
düd içində yaşayıb və illər bunu onun canından çıxara
bilməyib:
- Məni soyuq qarşıladı. Tez-tez xahiş edilən şəxs,
adətən, adamları belə qarşılayır. Məni yumşaq mütəkkə'
də oturmağa dəvət elədi. Əvvəlcə hal-əhval tutub, məni
onun yanma gətirən səbəb haqda xəbər aldı. Xəbər verən­
də qəhqəhədən uğunub getdi, sonra onu xəfif bir öskürək
tutdu. Özümü təhqir olunmuş hiss eləyib vidalaşmağa
qalxanda Hamid ətəyimdən çəkib dedi:
- Mən sənin atan sinnindəyəm, gərək mənim gülməyi'
mi özünə təhqir qəbul eləməyəsən. Hesab elə ki, bu sənin
cəsarətinə edilən tərifdir. Qaytarmaq istədiyin müsəlman
qadın deyil, xaçpərəst quştal qadınıdır. Qərnata süqut
eləyəndən 18 ay sonra da sən onu öz yanında kəniz kimi
saxlamağa cürət eləyibsən. Halbuki qaliblərin ilk qərarı bu
olmuşdu ki, şəhərimizdəki axırıncı xaçpərəst əsirlər azad
edilsin, onların sayı isə 700 nəfər idi.

102
Mənim cavabım bir sözlə oldu:
- Bəli.
Uzun-uzadı geyimimi nəzərdən keçirib, sakit və ədəblə
danışdı, çox güman ki, belə anlamışdı ki, mən möhtərəm
bir şəxsəm:
- Oğlum, mən səni çox gözəl başa düşürəm ki, bu qadı­
na vurulmusan. Sən deyəndə ki, ona çox qayğı ilə yanaşını­
san və ondan olan qızını çox sevirsən, mən sənə sidq-ürək-
dən inanıram. Lakin sən etiraf etməlisən ki, nə bizdə, nə
də quştallarda heç də hamı qullarla belə davranmayıb.
Əsirlərin çoxu günlərini su daşımaq və ya nal düzəltməklə
keçirir, gecələri isə ayaqları və boyunları qandallı vəziy­
yətdə, çirkli kaftanlarda qazmalarda heyvan kimi yatışır­
dılar. Minlərlə qardaşımız indi də bu nəsibi yaşayır və heç
kim onların qurtulması haqqında düşünmür. Oğlum, onlar
barəsində də düşün, xəyal arxasınca qaçmaqdansa, onların
bir neçəsinin fidyəsini ödəmək üçün mənə kömək elə. An­
caq əmin ol ki, daha heç bir müsəlman Əndəlus ölkəsində­
ki xaçpərəst kişi və ya qadın haqqında hökm verə bilməz.
Yox, əgər o qadını qaytarmaq fikrin belə qətidirsə, gərək
kilsəyə üz tutasan.
Şeytana lənət oxuyub, ovuclarını üzünə çəkib dedi:
- Allaha pənah apar ki, sənə səbir və təsəlli versin.
Atam sözünə davam elədi:
- Qalxıb pərt və məyus şəkildə getmək istəyirdim ki,
Hamid sonuncu dəyərli öyüdlərini verdi: "Müharibə uc­
batından bu şəhərdə çoxlu dul, çoxlu imkansız yetimlər,
ruzisiz qadınlar qalıb. Yəqin onların içərisində sənin qo­
humların da var. Allahın Kitabı imkanlı kişilərə tövsiyə
103
eləmirmi ki, o qadınlara qayğı göstərib, himayəsinə alsın.
Müsəlman kişisinin borcudur ki, başımıza gəlmiş bu müsi­
bət kimi hadisələr olanda ikinci, üçüncü və dördüncü dəfə
evlənsin. Çünki bu həm onun öz əhvalını artırır, həm də
ümmət üçün təqdirəlayiq və faydalı iş görmüş olur. Sabah
bayram günüdür, bayramı göz yaşı tökməklə keçirənlər
barəsində də fikirləş". Qoca fidyəçini tərk eləyəndə mən
başa düşə bilmirdim ki, Göylər məni onun yanına, yoxsa
cəhənnəmə göndərmişdilər.
Bu günədək tam inana bilmirəm ki, Hamid sonda bütün
bacarıq, sədaqət və fədakarlığıyla çalışacaq ki, ailəmin hə­
yatı illər uzunu narahatlıqla keçsin.

104
Köç ili
Hicri 899-cıı il (Miladi 1493-cii il oktyabrın 12-si - 1494-cü
il oktyabrın 1-i)
"İtirilmiş vətən yaxın qohumlardan birinin meyitinə
bənzəyir, onu təntənəylə dəfn elə və əbədiliyə inan".
"Əstəğfürullah" kəlmələri nazik barmaqlarının yorulma­
dan danələrini bir-bir ayırdığı ənbər təsbehin şaqqıltısı ilə
cingildəyirdi. Vaizin yanında dörd qaşqabaqlı, saqqallı sifət
görünürdü. Onlardan biri də atamın sifətiydi. Sallanmış sifət­
də faciə əks olunmuşdu. Şeyx ehtiyatla bu kədəri artırırdı:
- Gedin, köçüb gedin. Allaha dua edin ki, sizin addımları
yeyinlətsin, çünki siz itaət və zəlalətdə yaşamağa razı olmu­
sunuz, siz müqəddəs dinin təlimləri pozulan, hər gün Alla­
hın Kitabı və Rəsulu (salla-l-lahu 'aleyhi va səlləm) söyülən
ölkədə yaşamağa razı olmusunuz. Siz İslamı çox pis şəkildə
təmsil etmisiniz, bunun hesabını qiyamət günü Allah-ta-
ala sizdən soruşacaq. Uca Tanrı Müqəddəs Kitabında bu­
yurur: "Mələklər özlərinə zülm eləyənləri vəfat etdirərkən
deyəcəklər: "Nə vəziyyətdə idiniz?". Onlar söylərlər: "Biz
yer üzündə zəif idik". Mələklər yenə deyəcəklər: "Allahın
torpağı geniş deyilmiydi, siz də köçüb gedəydiniz. Onların
sığındıqları yer cəhənnəmdir, necə də pis taledir"1.
1 "Ən-Nisa" surəsi 97-ci ayə
105
Bu bəla və ixtilaf dolu il qərnatalılara itaətkarlıq və sür­
gün arasında seçim etmək üçün verilmiş möhlətin sonuy-
du. Təslim əhdnaməsinə əsasən, son qərara gəlmək üçün
miladi 1495-ci ilin əvvəlinə kimi vaxtımız varıydı. Amma
oktyabrda dənizi keçib, Məğribə getmək qorxuluydu. Ona
görə də yaxşısı yazda, yaxud da yayda getmək idi. Çox
keçmədən xaçpərəst torpağında qalmaq istəyən müsəlman
sakinlərə "müdəccən"1 epiteti yapışdırıldı. Quştallar bu
sözü təhrif eləyib, "modiqar"kimi tələffüz eləyirdilər. Belə
təhqiramiz ad verilməsinə rəğmən, qərnatalıların çoxu
tərəddüd içindəydi. Bisandakı evimizin (Allah onu bizə
qaytarsın!) bağçasında məxfi iclas çağırılmışdı. Şəhərimiz­
də minlərlə belə iclas çağırılmışdı ki,icmanın taleyi, bəzən
də icmadan bir nəfərin taleyi müzakirə edilsin. Əstəğfürul­
lah hər dəfə imkanı olanda bu iclaslarda iştirak edər, əsas
söz də onun olardı. Bu sözü də o,asta səslə deyərdi ki, Rc-
konkista2 edilmiş ölkədə o vaxtdan qurbandır. Həmişə söy­
ləməyə tələsərdi ki, indiyədək ona görə sürgünə getməyib
ki, tərəddüd eləyənləri ölüm-itim yolundan çəkindirsin.
Tərəddüd eləyənlərin sayı isə köçməyə hazır olanların
sayından az deyildi. O sırada mən də vardım və hələ də
Vardə və qızıma rast gələcəyimə ümidimi itirməmişdim-
And içmişdim ki, Araqonun bütün quştal əsgərlərinin acı­
ğına bu iki nəfəri özümlə götürmədən çıxıb getməyəcəyəm-
O, inadından dönməyib, Hamiddən vəd almışdı ki,
övladının anasına məktub çatdıracaq. Beləliklə, çoxdan
bəri Qərnatada yaşayan və əsirləri fidyə ilə azad edilməsi

1 Ələ öyrədilmiş, əhliləşdirilmiş


2 Əndəlusun ispanlar tərəfindən işğal edilməsi

106
sayəsində yaxşıca pullanan Porfolomey adlı bir genuyalı
tacirə böyük məbləğ ödəyib, işi öz öhdəsinə götürməyə
razı sala bilmişdi. Çox baha başa gələn səylərinin bəhrəsi­
ni görmədən uzağa getmək istəməmişdi. Şəxsi faciəsi onu
camaatın dediklərinə və Səlmanın göz yaşlarına məhəl
Qoymayan, özünəqapanan dərdli bir kişiyə çevirmişdi.
Qonşumuz dəllək Həmzənin tərəddüdününsə başqa səbə­
bi vardı. Onun 20 il ərzində bahalı və zərif sünnət əmə­
liyyatları sayəsində qazandığı pulla hissə-hissə aldığı tor­
paqları varıydı. Özünə təskinlik verərdi ki, axırıncı mey­
nəliyini də münasib qiymətə satmadan getməyəcək, buna
görə gözləməyə dəyərdi. Çünki köçməyə tələsənlərin tor­
paq sahələri o vaxt üçün ucuz gedirdi, əsas söz satanla­
rın deyil, müştərilərin olurdu. Həmzə öz mövqeyini belə
əsaslandırırdı:
- Bu məlun rumluları məcbur eləyəcəyəm ki, nə qədər
mümkünsə, o qədər baha qiymət ödəsinlər.
Heyranı olduğu Əstəğfürullah Bisan yeniyetmələrinin
yarısını öz ülgücüylə təharətləmiş Həmzədən təharətli ol­
madığından gen gəzməyə çalışırdı. Digər qonşumuz qoca
bağban Səədin isə təzəlikcə gözləri tutulmuşdu və köçüb
gedəsi heyi yoxdu. Həmişə eyni sözləri deyərdi:
- Qart ağac öz torpağında bitər.
O, heç bir işində Allah xofunu unutmayan dindar bir
kişiydi, amma işi belə gətirmişdi ki, düşdüyü vəziyyətə
aid hədis və din bilicilərinin nə dediklərini şeytan ağzın­
dan eşitsin. Anam xatırlayır ki, Həmzə və Səəd zöhr na­
mazından əvvəl bizə gəlibmişlər. Məhəmməd onları evə
salanda, mən anamla birgə öz otağıma çəkildim. Onların
107
bənizləri solğun, gülüşləri də güdəydi, eynən atamın halı
kimi. Atam onları bağçanın kölgəli bir yerində oturtdu, eşi­
dilməz səslə danışmağa başladılar. Şeyx bir saatdan sonra
gəlib çıxdı, Məhəmməd yalnız o zaman məni çağırıb soyuq
içki hazırlamağı tapşırdı. Əstəğfürullahla birgə Hamid də
gəlmişdi ki, onun ev sahibilə əlaqəsinin səviyyəsi bəlliydi.
Qoca fidyəçi atamın dəlisovluğu qarşısında yumşalmış, bir
il idi ki, tez-tez ona baş çəkirdi. Bu onun sözübütövlüyün-
dən deyil, Məhəmmədin cəsarətinə, cavanlığına və aşkar
sevgisinə münasibətindən irəli gəlirdi. Buna rəğmən Fək-
kakın bugünkü ziyarəti bir az təmtəraqlı idi. Onun çatılmış
qaşları üzünə ciddilik verirdi. Danışdıqları isə düşmənlə
uzunmüddətli təmasların nəticəsiydi:
- Mən ömrüm boyu azadlıqdan savayı, heç bir arzusu
olmayan çoxlu sayda girov görmüşəm. Ancaq heç cür anlaya
bilmirəm ki, ağlı başında olan biri öz istəyi ilə əsirliyi seçsin.
Qoca Səəd birinci cavab verdi:
- Biz hamımız köçüb getsək, bu torpaqlardan İslamın
kökü kəsiləcək. Allahın köməyi ilə türklər bu torpaqlara
yetişib, rumlularla döyüşəndə burda olmayacağıq ki, onla­
ra kömək eləyə bilək.
Bayaqdan bəri ehtiramla susan Əstəğfürullahın səsi
bağbana təlqin eləyirdi:
- Dinimiz necə ki, meyiti, qanı, donuz ətini yeməyi və
günahsız insanı öldürməyi haram buyurub, eləcə də kafir­
lərin istila elədiyi torpaqlarda qalmaq bizə haramdır.
O, əlini Səədin çiyninə qoyub, sözünə davam elədi:
- İndidən belə Qərnatada qalan hər bir müsəlman ka­
firlər ölkəsi sakinlərinin sayını artırır, beləcə, Allahın və
Onun Rəsulunun düşmənlərinin güclənməsinə töhfə verir.
108
Bir damla göz yaşı qocanın üzündən axıb, saqqalında
itdikdən sonra dilləndi:
- Artıq qocalıb əldən düşmüşəm, yoxsulluq və xəstəlik
mənə güc gəlir, yola çıxıb dəniz keçəcək heyim də qalma­
yıb. Peyğəmbərimiz belə buyurmayıbmı ki, ancaq gücün
çatan işi gör və özünü çətinliyə salma?
Bağbanın halı Hamidin qəlbini riqqətə gətirdi və şeyxlə
mübahisə eləməyi gözünə alaraq "Ən-Nisa" surəsindən
iki ayə dedi/' ... Zəif qadın və kişilərdən, hiylə bilməyən
və yola çıxa bilməyən valideynlərdən başqa. Onlar Allah­
dan bağışlanmalarını dilərlər. Zira, Allah çox mərhəmətli
Və bağışlayandır".
Səəd tələsik dilləndi:
- Qadir və Uca Allahın dedikləri həqiqətdir.
Əstəğfürullah izaha ehtiyacı olmayan bu ayəni inkar
eləmədən dedi:
- Allahın rəhmi genişdir. Qüdrəti olanlardan və olma­
yanlardan özü üçün heç nə tələb eləmir. Əgər ona itaət
eləyib köçüb getmək istəsən də, gedə bilmirsənsə, sənin
qəlbindəkiləri oxuyur və niyyətinə görə hökm verəcək.
Səni cəhənnəmə vasil etməyəcək. Sənin cəhənnəmin bu
torpaqda, bu ölkədə olacaq. Sənin cəhənnəmin özünün və
ailənizdəki qadınların hər gün alçaldılması olacaq.
Qəfildən ovuclarını isti torpağa sürtüb, bütün gövdə­
silə atama və dəlləyə sarı qanrılıb, onları zəndlə süzərək
dilləndi:
- Bəs sən, ey Məhəmməd? Bəs sən, ey Həmzə? Sizdəmi
yoxsul və kasıbsınız? Siz varlı-hallı, icmanın sayılıb-seçilən
kişilərindən deyilsinizmi? Sizin səbəbiniz qəlblərinizin

109
islam tələblərinə bağlı olması deyilmi? Əgər siz Cahid
Yəhyanın yolunu izləyirsinizsə, heç bir rəhmət və bağış­
lanma gözləməyin. Çünki Allah-taala nemətini əsirgəmə­
diyi şəxslərə dözümlü yanaşmır.
Hər iki kişi bir az sıxıla-sıxıla and içdilər ki, onlar Dar-
ül-KüfrMə daim yaşamaq niyyətində deyillər. İstədikləri
tək şey odur ki, işlərini qaydaya salıb, əlverişli şəraitdə kö­
çüb getsinlər.
Əstəğfürullah ucadan bağırdı:
-Vay o kəslərin halına ki, cənnəti ucuz tutub, bu dünya'
nın ləzzətini daha üstün bilirlər.
Fidyəçi anmdaca reaksiya verib Məhəmmədi təxribat­
dan çəkindirməyə çalışdı. Çünki onun əsəblərinin tarım
olduğunu və ona qarşı çıxanlara axmaqlıq edə biləcəyini
bilirdi. Atama nəvazişlə dedi:
- Bu şəhər kafirlərin əlinə keçəndən bəri onun bütün
sakinləri üçün ar yeridir. Burda qapanıb ona görə qalıblar
ki, ləng tərpəniblər. İndi siz ikiniz bu sonuncu girəvədən
istifadə eləyib qaçmayacaqsınızmı?
Amma nə vaizin lənətləri, nə də qoca fidyəçinin qınaq­
ları atamı şəhəri tərk eləməyə məcbur edə bilmədi. İclasın
ertəsi günü Hamidin yanına getdi ki, sevgilisindən xəbər
tutsun. Səlma əzab içində sakitcə qovrulur və tezcə müha­
cirət eləməyi arzulayırdı.
Mənə danışardı ki:
- Yayın qora bişirənindəydik, ancaq Qərnata bağlarına
çıxanlar çox az idi, güllər rövnəqini itirmişdi. Şəhərin ən
gözəl mənzilləri boşalmışdı. Dükan-bazarda əvvəlki tək
1 Kafirlər ölkəsi

110
satlıq mal bolluğu yoxuydu, küçələrin hay-küyü səngimiş­
di, hətta yoxsul məhəllələri belə hay-küysüz idi. Quştal
əsgərləri ictimai yerlərə yalnız xahiş ediləndə gəlirdilər.
Çünki öz şərəf və nüfuzunu qoruyan müsəlmanlar onlara
diqqət yönələndə özlərini yaxşı hiss etmirdilər, axı hələ də
köçüb getməmişdilər.
Sonra ağızdolusu əlavə elədi:
- Kimsə Allah-taalaya qarşı asilik edirsə, gərək bunu
xəlvətdə eləsin. Çünki bu asiliyi gözə soxmaqla, onu iki
dəfə etmiş sayılır.
Bunu dayanmadan atamın qulağına töksə də, onu də-
bərdə bilmirdi.
- Qəmatada mənə baxan yeganə gözlər hələ də köçüb get­
məyənlərin gözləridir. Onlardan nə ibrət götürmək olar ki?
Atam bir tərəfdən deyirdi ki, ən ümdə arzusu kişilik
Şərəfinə xələl gəlmiş bu şəhərdən köçüb getməkdir, digər
tərəfdən də deyirdi ki, çaqqal kimi qaçıb getmək istəmir.
Hökmən başı dik, gözləri rişxənd dolu gedəcək.
Tezliklə zülqədə ayı gəldi-ilin axırıncı ayından əvvəlki
əy. Həmzənin köçmək vaxtı yetişdi. Qoca anası ah-ufla,
əğlayıb-sızlamaqla onu tələsdirirdi. Onu ittiham eləyirdi
ki, ailəsini cəhənnəmə sürükləyir. Beləcə, Həmzə torpaq­
larını satmadan çıxıb getdi, özünə təsəlli verirdi ki, sonra
təkbaşına dönüb müştəri tapacaq. Əstəğfürullah üçün də
sürgün saatı çalındı. O özüylə ancaq Müshəf1 və yola gərək
olan azuqə götürmüşdü.
Sonra zilhiccə ayı gəldi, hava daha çox buludlu olur, ge­
cələr daha çox soyuq keçirdi. Atam inadından əl çəkmir,
1 Qur'ani-Kərim

111
1
gününü genuyalıyla fidyəçinin arasında keçirir, gecəni
evə yorğun, fikri qarışıq, həyəcanlı və ümidlə dönürdü.
Köç barədə isə bir kəlmə də kəsməzdi. Sonra ilin başa çat­
mağına ikicə həftə qalmış qəflətən coşqun bir həvəs onu
tutdu; dərhal köçüb getmək istəyirdi. Məriyyəyə üç gün­
dən tez çatmaq lazım idi. Məriyyə niyə? Bəyəm, Əbu Ab­
dullahın getdiyi Ədra limanı daha yaxşı deyildimi və ya
Rabitə, Saloprineyye və ya Munyiqir limanları? Yox, gərək
Məriyyə olaydı və ora da üç gündən tez çatılaydı. Köç ax-
şamı Hamid bizimlə vidalaşmağa gəlmişdi. Başa düşdüm
ki, Məhəmmədin belə canfəşanlığı ona çöçün gəlmir. So­
ruşanda ki, o da mühacirət eləmək istəyirmi. Cavab verdi
ki: "Yox, sonuncu müsəlman əsiri azad olunmayınca köçən
deyiləm".
Səlma israr eləyirdi:
- Ancaq sən Dar-ul-küfrdə qalmaqla,özünü təhlükədə
qoyursan.
Fidyəçi tutqun şəkildə gülüb elə mızıldadı ki, sanki yal­
nız özüylə və ya birbaş Yaradanla danışır:
- Gərək Allaha daha yaxşı itaət eləyə bilmək üçün hər­
dən ona asi olasan.
Ertəsi gün sübh namazından qabaq yola çıxdıq. Atam
köhləninin, mən və anamsa qatırın tərkindəydik. Müxəllə-
fatımızsa əlavə beş miniyə yük edilmişdi. Şəhərin Cənubi
Nəcd alaqapısında səfər üstə olan onlarla qərnatalıyla rast­
laşdıq. Salamatlığımızın zəmanəti kimi onlarla yol yoldaşı
olduq. Şəhər həndəvərində və dağ gədiklərində yolkəsən­
lər, həramilər dəstə-dəstəydi. Çünki heç kimə sirr deyildi
ki, davamlı olaraq sahilə doğru var-dövlət daşmır.
112
Mənim uşaq gözlərimə çökmüş və indiyəcən unuda
bilmədiyim narahatlıq Məriyyə limanında keçib getdi.
Adamların xeylisi bizim kimi son anda köçüb getməyə qə-
far vermişdi. Çalışırdılar ki, nə qədər kiçik olur-olsun bir
gəmiyə əyləşib getsinlər. Orda-burda gözə dəyən quştal
əsgərlərinin hədələyici çığırtıları tələsənləri sakitləşdirirdi.
Bir başqaları isə həris gözlərdə sandıqların içərisindəkilə-
ri axtarırdı. Razılaşmaya görə, mühacirlər heç bir istisna
olmadan bütün əmlaklarını apara bilərdilər. Ancaq yaxşı
olardı ki, acgöz zabitin ovcuna bir qızıl pul basasan. Sa­
hildə sövdələşmələr ayaq üstə olurdu. Gəmi sahiblərinə
Allah-taalanın müsəlmanların müsibətindən sui-istifadə
edənlər üçün hazırladığı aqibət barədə durmadan mo­
izələr oxunurdu. Amma nə faydası, səfər haqqı saatbasaat
qalxırdı. Gəlir əldə etmək hərisliyi vicdanları oynadırdı,
əliaçıqlıq və Allah xofuna yer qalmamışdı. Kişilərin razı­
laşmaqdan başqa çarəsi qalmırdı. Pul kisələrinin ağzını
açıb, ailələrini göstərib işi tələsdirirdilər. Gəmidə isə çalı­
şırdılar ki, qız-gəlini basırıqdan və pis söhbətlərdən uzaq
tutsunlar. Əvvəllər yüzdən çox sərnişin götürməmiş gəmi­
də 300 nəfər qalaqlaşanda bu, elə də asan cəhd deyildi.
Biz sahilə çatandan bəri atam heç kimlə kəlmə kəsmirdi.
Miniyinin üstündən yavaş-yavaş limanın ətrafına boylan­
mağa başladı. Sonra kiçik taxta komaya san yönəldi. Kan­
darda gözəl qamətli bir kişi onu gülərüzlə qarşıladı. Uzaq­
dan bizi əliylə yanına çağırdı, biz də onun dalınca getdik.
Bir neçə dəqiqə keçər-keçməz boş gəmidə müxəlləfatımızın

113
üstündə rahatca əyləşmişdik. Gəmiyə körpüdən keçib əy­
ləşmişdik. Biz gəmiyə minən kimi körpü qaldırıldı, kişi/
Hamidin qardaşı idi. O, Məriyyədə gömrük məsələlərinə
baxırdı. Quştallar bu vəzifəni hələ onun əlindən almamış­
dılar. Gəmi onun şəxsi mülkü idi. Gəmini sərnişinlə dol­
durmaq ona ancaq ertəsi gün nəsib oldu.Anam və atama
kiçik bir parça zəncəfil verdi ki, dəniz xəstəliyindən qorun­
maq üçün çeynəyək. İri bir parçanı da özünə götürmüşdü.
Qonaqçının gətirdiyi ət küftələrindən bir az yeyib, gecə
düşən kimi yuxuya getdik. Tezdən qışqırıq və müdafiə
səslərinə oyandıq. Gəmimizə bağırışan kişilər, ağ və qara
geyimə bürünmüş qadınlar, çığırışan körpələr basqın et-
••
mişdi. Oz yerimizi tərk eləmədən yükümüzdən yapışmış­
dıq ki, bizi dənizə atmasınlar. Gəmi sahildən uzaqlaşmağa
başlayanda anam məni bağrma basdı. Ətrafımızdakı qo­
calar və qadınlar ucadan ağlaşaraq dua eləyirdilər. Dalğa­
ların qıjıltısı onların səsini batıra bilmirdi. Sürgün sabah­
larından o sabahı yalnız atam kirimişcə qalmışdı. Hətta
Səlma onun dodaqlarında bütün səfər əsnasında qəribə bir •
təbəssüm sezə bilmişdi. Çünki o, məğlubiyyətin ortasında
özünə kiçik bir qələbə sahəsi yarada bilmişdi.

114
FƏS KİTABI
Oğlum, mən sənin yaşındaydım və ondan sonra bir
daha Qərnatanı görə bilmədim. Allah istəməmişdi ki, mə-
nim bütün taleyim bir kitabda yazılsın. İstəmişdi ki, də­
nizlərin üstündən bir dalğa digər dalğanın ardınca gəlsin.
Qismətimdə olan bütün səfərlərdə işimi rast saldı ki, növ­
bəti səfər də olsun. Hər yeni sahil adıma tərk edilmiş vətə­
nin adını əlavə eləyirdi. Vücudum gecə və gündüz Məriy-
yədən Məliləyə yönəldi. Hərçənd ki, dəniz rəhmli, külək-
sə yatmış idi, amma valideynlərimin qəlbində qasırğalar
kükrəyirdi. Fidyəçi Hamid işi yaxşıca düzüb-qoşmuşdu.
Budur, Əndəlus sahili nazik peşmançılıq xətti kimi arxa­
mızda qaldı. Bir qadın, sərnişinlərin və yüklərin üstündən
adlaya-adlaya bizim gəmidəki guşəyə sarı yüyürdü.
Onun rəvan addımları qucağında Məryəm olmasaydı,
tanımağa çətinlik çəkəcəyimiz qədər qalın və tünd qara
parçadan olan üst geyiminə münasib deyildi. Yalnız mən
və bacım sevincdən çığırışırdıq. Həyəcandan, onlara dikil­
miş yüzlərlə nəzərdən Məhəmməd və Vardə donub qalmış­
dılar. Səlma isə məni daha çox köksünə sıxdı. Onun nəfəsi­
ni dərməsindən, bilmədən tez-tez köks ötürməsindən başa
düşmüşdüm ki, əzab çəkir. Bu, haqsız da deyildi, çünki
atamın cilovlanmayan hissləri bizi durmadan uçurumların

115
kənarına itələyirdi. Olduqca soyuqqanlı Məhəmməd Vəz-
zan çox tərs və inadkar olmuşdu. Iş belə gətirdi ki,onu ca-
vankən itirib, bir də yetkin yaşda tapdım, o zaman ki artıq
bu aləmdən deyildi.
Kişilərin, elə atamın da səadətləri ardınca getdiklərini
güman elədikləri vaxt, yollarını azmağa hüquqları olduğü'
nu anlayanacan mən saçlarıma dən düşməyini və ilk peş­
mançılıq əyyamı keçirməyimi gözləyəsi oldum. O gün-bu
gün onun yanlışlarından xoşlanmağa başladım, beləcə də,
sənin mənim sapqınlıqlarımı sevəcəyinə ümid bəsləyirəm-
Ümid edirəm ki, sən də arada yolunu azacaqsan. Ümid
edirəm ki, sən də son həddəcən sevəcəksən və həmişə hə­
yatın ən ciddi sınaqlarına hazır olacaqsan.

116
Karvansaralar ili
Hicri 900-cii il (Miladi 1494-cü il oktyabrın 2-si-1495-ci il
sentyabrın 20-si)
Fəsdən əvvəl heç bir şəhərə ayağım dəyməmişdi. Mən
nə adamların belə qaynaşmasını və küçələrdə məşğul ol­
masını görmüşdüm, nə də açıq dənizin küləyini andıran
qoxu və çığırtı yüklü kəsif iy üzümə vurmamışdı. Əlbəttə
ki, mən böyük Əndəlus məmləkətinin paytaxtı Qəmata-
da doğulmuşdum, amma bu, çox gec baş vermişdi. Mən
0 şəhəri ancaq ruhu və adamları boşalıb öləzimiş və zəlil
*
vəziyyətdə görmüşəm. Mən Bisan bölgəsini tərk eləyəndə
Şəhər valideynlərimin gözündə viran qalmış düşmən or­
dugahından özgə bir şey deyildi.
Ancaq Fəs bambaşqa aləmiydi, onu tanıyanacan bütün
gəncliyimi sərf elədim. Bu il onunla ilk görüşümüzdən ya­
dımda yalnız dumanlı xatirələr qalıb. Şəhərə yarıyuxulu,
pis gündə olan qatırın belində daxil olmuşdum. Atamın
qüvvətli əli məni bərk-bərk tutmuşdu, çünki bütün yollar
enişli-yoxuşlu idi. Bəzən yoxuş o qədər sərt olurdu ki, mi­
nik onu yırğalana-yırğalana keçirdi. Hər dəfə silkələnən­
də ayılıb təzədən yuxuya gedirdim. Birdən atamın səsi
cingildədi:
- Həsən, əgər öz şəhərini görmək istəyirsənsə, oyan!
117
Qorxum keçəndə anladım ki, kiçik qafiləmiz boz, az­
man və hündür qala divarlarından ən balacasının yanına
yetişibdir. Divarın üstündə girintili-çıxıntılı kəskin çəpər-
ləmələr var idi. Biz qapıçının ovcuna düşən bir sikkənin
sayəsində şəhərin alaqapısından keçdik. Beləcə, divarların
içərisində olduq.
Məhəmməd israr eləyirdi:
- Bax!
Fəs göz işlədikcə üstündə kərpicdən və daşdan hörül­
müş, çox zaman da Qərnatada olduğu kimi, saxsı örtük­
lə köbələnmiş saysız-hesabsız evləri olan sıra təpələrlə
əhatələnmişdi. Aralıq düzəngahdır, onu şəhərin ortasın­
dan axan çay ikiyə bölür. Solda əndəluslular sahili yerləşir.
Onu xeyli əvvəl Qurtubədən köç eləyib gələnlər salıb. Sol­
da qaravan'lıların sahili yerləşir. Bütün qaravanhlar və on­
ların məktəbləri burdadır. Bax, burda yaşıl kərpicli gözəl
bina durur. Allah qoysa, sən orada təhsil alacaqsan.
O məlumatverici izahlara qulaqlarımı sallamadan
diqqət kəsilmişdim, çünki xüsusən də evlərin örtüyünün
mənzərəsini gözüm almırdı. Payız ala-toranında qalın
buludlar günəşin qabağını kəsmişdi. Minlərlə şəhər saki­
ni səkilərdə əyləşib ucadan danışır, içir və gülüşürdülər.
Onların səsi hərc-mərclikdə əriyib gedirdi. Ətraflarında isə
vahid bir gəminin yelkənləriymiş kimi varlı və kasıb sakin­
lərin camaşırları dalğalanırdı. Məstedici hay-küy, paytaxt­
dan paytaxta üzən və bəzən də batan gəmilər. Bəyəm, bu,
həmin şəhər deyilmi?
Yeniyetməliyimdə çox zaman bütün günü məni xəya­
la qərq eləyən bu mənzərənin qarşısında keçirirdim. Fəsə
1 Yer adı
118
daxil olduğum gün keçici bir sevinc var idi. Məlilədən
səfər məni üzmüşdü, odur ki, dayımın evinə çatmağa tələ­
sirdim. Təbii ki, cəmi bir yaşımda olanda Məğribə köçüb
getmiş dayımı və oğlunun yanında getmiş nənəmi xatır­
laya bilmirdim. Ancaq inanırdım ki, onların bizi gülərüz­
lə qarşılamağı yolun bütün yorğunluğunu və ağrı-acısını
unutduracaq.
Məni və Səlmanı çox gülərüz qarşıladılar. Səlmanın bü­
tün bədəni və üst-başı anasının açılmış libasının altında it­
mişdi. Dayımsa məni qollarının arasına alıb, bir kəlmə də
kəsmədən xeyli süzdü, sonra da alnımdan hərarətlə öpdü.
Anam mənə danışırdı:
— Öz bacısı oğlunu sevən hər kəs kimi, o da səni sevir.
••
üstəlik, onun övladlarının hamısı qızdır, odur ki, sənə
doğma oğlu kimi baxırdı.
Bir çox hallarda mən buna əmin olmuşdum. Amma
Uiənə ogünkü qayğısı mənimçün bir bədbəxtlik gətirdi,
üayım məni yerə qoyandan sonra Məhəmmədə sarı dönüb
dilləndi, özü də onun səsində qınaq hiss olunurdu, çünki
səfərin təxirə düşməsinə səbəb olmuş bəlalı sevdası haqda
bilməyən yox idi:
- Səni nə vaxtdır ki gözləyirdim.
Hər halda iki kişi qucaqlaşdı. Sonra dayım bayaqdan
bəri uzaqda dayanmış Vardəyə sarı ilk dəfə çevrildi. Baxış­
ları onu süzdü, tez də çəkilib getdi. Onu görmək istəmirdi,
onsuz da, bu qadın onun evində sakin olmayacaqdı. Heç
çöhrəsindən təbəssüm yağan və gülərüz qız uşağı Mər­
yəmə də azacıq da olsa mehribanlıq göstərmədilər.
Sonradan anam hadisəni mənə belə izah eləyəcəkdi:
119
— Belə qarşılanacağımızdan qorxduğumdan Vardə gə­
midə peyda olanda sevinməmişdim. Məhəmmədin çox
cəfasını sakitcə çəkmişəm, onun davranışları bütün qon-
şuların nəzərində məni aşağılayırdı, bütün Qərnata onun
yelbeyin əməllərinə rişxənd eləyirdi. Amma həmişə öz-ö­
zümə deyərdim ki: "Səlma, sən onun zövcəsisən, gərək
itaət eləyəsən, günün birində yorulub mütləq sənin yanına
dönəcək". Bunu gözləyə-gözləyə qərara gəlmişdim ki, dö­
züb baş əyim. Amma çox ağırtəbiətli və məğrur qardaşım
mənim kimi davrana bilməzdi. Əgər biz ancaq üçlükdə
getsəydik, o, keçmişi unudardı. Amma yox ki, camaatın
hamısının bir ağızdan yeznəsini tilsimlədiyini dedikləri
"rumlu" qızı öz damının altında pişvaz eləsin. Çünki Fəs­
də yaşayan, hamısının da onu tanıyıb ehtiram elədikləri və
sayları altı mindən az olmayan qərnatalı mühacirlər yeznə­
sini ələ salacaqdılar.
Bütün qohumlarım yorulub əldən düşmüşdü, bircə
məndən savayı. Mən hamının qayğısıyla əhatələnmişdim
və şıltaqlığım tutmuşdu.
Məhəmməd mənə deyərdi:

- Iş elə gətirdi ki, sanki biz pis ruhların toydan yasa
çevirdiyi mərasimə şahidlik eləyəsi olduq. Uzun müd­
dət dayına öz doğma qardaşım kimi yanaşmışam. Onun
üzünə çığırmaq istəyirdim ki, Vardə mənimlə qovuşmaq
naminə həyatını təhlükəyə atıb, öz elindən-obasından qa­
çıb. O, rumlular ölkəsini bizim yanımıza gəlmək və bizim­
lə yaşamaq üçün tərk eləyib. Bizim daha onu "rumlu qız"
adlandırmaq haqqımız yoxdur. Ancaq boğazımdan bir səs
çıxmırdı.

120
Mənim qarşımda var-gəl eləyib qəbir sükutuna bənzər
sükutla çıxıb getməkdən başqa yol yox idi. Səlma bir az
tərəddüddən sonra dayımın hərəkətinə etiraz elədi. Hər-
Çənd ki, özü huşunu itirəcək vəziyyətdə idi, hamıdan, xü­
susən də Vardədən incikdi. Ancaq görürdü ki, uşaq anası
təhqir edilir. Anamın dözümü həm də bununla bağlıydı
ki/ Məhəmmədin öz abırını itirmədən Vardədən əl çək­
məyəcəyini bilirdi. Həm də onu belə bir hiss çulğayırdı ki,
Məhəmmədin yanında qalmaq üçün bu cövrə dözməlidir.
Bu hissiyyat onu yaralayırdı, amma Məhəmməd yaraya
məlhəm qoyurdu. Bəzi hallarda Səlmanı qatillik hissi bü-
rüyürdü, adətən, bu duyğu qadınlara yaşayıb mübarizə
aparmaq üçün ciddi stimul verir. Fəqət, Səlmada mübariz-
ükdən əsər-əlamət yox idi.
— Düşmənçilikdən sınmışdım. Həmin gün mənim nəzə-
dmdə qiyamət qopmuşdu. Vətənimi və uşaq dünyaya gə­
tirdiyim evi itirəndən sonra yavaş-yavaş atanı da itirirdim.
Hara gedəcəyimizi bilməsək də, qayıdıb qatırlarımıza
mindik. Atam əliylə miniyinin başını şapalaqlaya-şapalaq-
ləya mızıldandı:
- And olsun əcdadlarımın yatdığı torpağa,əgər mənə
deyilsəydi ki, Fəs diyarında belə qarşılanacağam, Qərnata-
m heç vaxt tərk eləməzdim.
Onun qorxunc sözləri qulağımı döyəcləyirdi:
- Səyahət edən kişi evini-eşiyini tərk eləyir, dəniz­
lər-dağlar keçir, əvəzində qarşısına çıxan ancaq yolkəsən­
lər, epidemiya qorxusu və üzlərinə çırpılıb örtülmüş qapı­
lar olur.
Doğrudan da, biz Afrika torpağına qədəm qoyandan
sonra müsibətlər, peşmançılıqlar durmadan üstümüzə

121
gəlirdi. Və bu, gəmimiz Məlilə limanına yan alandan baş­
lamışdı. Əmin idik ki, burda amana və İslam sahilinə ye­
tişəcəyik, bizim üçün rahatlıq olacaq, böyüklərdən qayğı
məlhəmi görəcək zəiflərin göz yaşları quruyacaq.
Ancaq bizi ləpədöyəndə qarşılayan hər kəs tövşü­
yə-tövşüyə xəbər alırdı:
- Düzdürmü ki, quştallar gəlir? Siz onların hərbi gə­
milərini görmüsünüzmü?
Məsələ ondaydı ki, bizi bu tərzdə sorğu-sual eləyənlər
limanı qorumağa deyil, əksinə, dərhal arxa çevirib qaçma­
ğa hazır idilər. Hiss eləyirdik ki, biz mühacirlər çox arxa­
yınlaşdırın sözlərdən istifadə etməliyik. Bizimlə bu sahil
arasındakı dağları və ya səhranı məskunlaşdırmağa tələ­
sirdik. O sahil ki, özünü əsnəyə-əsnəyə virançılara təqdim
edirdi.
Bir kişi bizə yaxınlaşıb dedi ki, çarvadardır, vaxt itirmə­
dən Fəsə getməlidir, İstəsək, 10-20 gümüş dirhəm müqabi­
lində bizə ucuz xidmət təklif edə bilər. Məhəmməd Məlilə-
ni gecə düşməzdən tərk eləmək istədiyindən təklif olunan
qiymət onu şirnikləndirmişdi. Odur ki, heç bir sövdələşmə
aparmadan təklifi qəbul elədi. Ancaq o, çarvadardan tələb
elədi ki, Badisədək sahilboyu gedib sonra cənuba - Fəsə
sarı yönəlsin. Çarvadarın fikri daha yaxşı idi. O, kəsə yol­
la getmək istəyirdi. And içdi ki, tam iki gün bizi xeyli əl­
dən salacaq. O, həmin yolu hər ay gedir və bu yolun hər
cikinə-bikinə qatırının belinə bələd olan kimi bələddir.
Onun arqumenti güclüydü, odur ki, gəmidən düşəndən
yarım saat sonra mən və atam bir minikdə, anam və barxa-
namızın çoxu başqasında, Məryəm və Vardə də üçüncü­
122
nün tərkində yola düşdük. Çarvadar və oğlu bir qatıra yük
olmuşdular. 0,13 yaşlı, yalınayaq, barmaqları kirli, çəpgöz
və eybəcər bir yeniyetməydi.
Heç üç fərsəx getməmişdik ki, qarşımızda mavi rəngə
bürünmüş, əllərində əyri xəncərləri olan iki kişi peyda
oldu. Çarvadar və oğlu sahilə doğru qaçmağa başladılar,
heç yol kirəsinin qalanını da istəmədilər. Elə bil ki, qaçıb
aradan çıxmaq üçün bir himə bənd imişlər. Oğrular yaxm
gəlib agah oldular ki, işləri himayəsində iki qadın və iki
də uşaq olan bir kişiylədir. Tam arxayınlaşıb qatırların yü­
künü çevikcə qamarlamağa başladılar. İlk qənimətləri Səl­
manın bütün qiymətli əşyaları qoyub üstündə saymazya­
na əyləşdiyi sandıq oldu. Sonra anamın ər evinə gətirdiyi
cehizin içərisində olan gözəl ipək geyimləri, tikmə çarpayı
örtüklərini bir-bir çəkməyə başladılar. Quldurlardan biri
Vardəyə yaxınlaşıb əmr elədi:
- Havaya tullan.
Vardə çaşıb qalmışdı. Quldur, Məhəmmədə yaxınla­
şıb xəncərinin ucunu onun boğazına dirədi. Uşağın ana­
sı qorxub çığırdı, qolları çıxarılmış kukla kimi yerindən
ayrılmadan hərəkət elədi. Vəziyyətinin faciəviliyini dərk
öləyəndə bərkdən qəhqəhə çəkdi. Sonra qaşlarını düyün­
ləməklə gülüşünü kəsdi. Ancaq kişi bağırdı:
- Daha hündürdən tullan.
Vardə var gücüylə tullanır, sikkələrin xəfif cingiltisi
eşidilirdi.
- Onların hamısını ver mənə.
Vardə əlini donunun içərisinə uzadıb kiçik pul kisəsini
çıxardı və təhqiredici tərzdə yerə tulladı. Quldur heç bir in­
ciklik büruzə vermədən kisəni götürüb anama sarı çevrildi.

123
- İndi növbə sənindir.
Həmin vaxt uzaqdan kənd müəzzininin azanı gurla-
dı. Atam başını qaldırıb səmanın yüksəkliyində gizlənmiş
günəşə boylandı. Miniyinin belində olan kiçik canamazını
ehmalca götürdü. Onu qumun üstünə sərib, üzünü qibləyə
çevirdi və uca səslə sübh namazını əda eləməyə başladı.
Bütün bu işini təbii şəkildə gözünün hərəkətilə bitirdiyin­
dən quldurlar necə davranacaqlarını kəsdirə bilmirdilər.
Bir-biriylə göz-qaşla məsləhətləşdikləri vaxt yolda bizdən
bir mildən də az məsafədə macəra baş veribmişcəsinə qə­
lin toz dumanı qalxdı. Quldurlar gərəyindən artıq vaxt sərf
eləmədən köhlənlərinin tərkinə sıçrayıb, əks-istiqamətə/
ən yüksək sürətlə bizə sarı götürüldülər. Anamın onların
əmrini yerinə yetirməkdən savayı çarəsi qalmamışdı:
- Əgər dediklərini eləsəydim, cingilti yox, əsl şaqqıltı
eşidilərdi. Çünki atan içi dolu 15-20 kisəni mənim qabır­
ğalarıma dolamışdı. Elə əminliyi var idi ki, heç bir kişi bu
həddə axtarış aparmağa cürət eləməz.
Allahın lütfüylə göndərilmiş yolçular bizə yetişəndə
başa düşdük ki, onlar ordu hissəsidir. Məhəmməd zərər­
çəkəni olduğumuz basqını təfsilatıyla onlara nəql elədi.
Əsgərlərin komandiri dodaqlarından təbəssüm əskik ol*
madan başa saldı ki, əndəluslular gəmiylə Məliləyə üz­
məyə başlayandan bəri onların vəzifəsi qaçaq-quldurla
qaynaşan yollarda intizamı təmin etmək üçün keşik çək­
məkdir. Tam sadəliklə əlavə elədi ki, müsafirlərin başı kə­
siləndən sonra çarvadarların geri qayıdıb öz miniklərini və
qənimətdən onlar üçün ayrılmış payı götürməsi bir adət
halını alıb. Zabitin dediyinə görə, Qərnatadan Fəsə və yə

124
Tilmisana gələnlərin çoxu belə məşum tale ilə üzləşiblər.
Amma Tunisə və ya Əlcəzairin Məticə, Səlla və Tətuvan
şəhərlərinə gedənlər belə narahatlığa məruz qalmayıblar.
Onun bizə nəsihəti belə oldu ki, limana qayıdıb göz­
ləyək. Haçan tacirlərin karvanı düzəlsə, qoşulub gedə­
rik. Çünki onların mütləq mühafizəçiləri olacaq və biz də
arnanda olacağıq.
Anam ondan qiymətli sandığını necə geri qaytara bilə­
cəyi haqda xəbər alanda bütün ağıllı adamlar kimi, o da
Qur'an ayəsilə cavab verdi: "Bəlkə də nifrət etdiyiniz şey­
lər sizin üçün daha çox xeyirlidir. Bəlkə də, sevdiyiniz
Şeylər sizin üçün ziyandır. Allah (daha düzgün) bilir, siz
bilmirsiniz".
Sonra da belə izah elədi:
— Yolkəsənlərin sizin üçün buraxıb getməyə məcbur ol­
duğu bu qatırların sizə faydası o daş-qaşdan daha çoxdur,
Çünki sizi və yüklərinizi daşıyacaq. Quldurların diqqətini
özünüzə çəkməyin.
O kişinin dediyi öyüdlərə birər-birər əməl eləyib, belə­
cə ,on gündən sonra heydən düşmüş, ancaq sağ-salamat
mənzilbaşına yetişdik ki, qohumlarımızın bizi qonaq qə­
bul eləməkdən imtina elədiklərini anlayaq.

x- * *

Bir gün sonra bizə kölgə olacaq dam tapmalıydıq. Fəsə


dəstə-dəstə gələn əndəluslu mühacirlər bütün boş mənzil­
ləri tutandan sonra bu, elə də asan iş deyildi. Deyirlər ki, üç
il əvvəl Əbu Abdullah gələndə özüylə 700 nəfər gətiribmiş,
125
onlar üçün xüsusi məhəllə də yaranıb. O məhəllədə hə­
yat Əl-Həmrada olduğu kimi, öz qaydasınca gedir, bircə
istisna ilə-Ötən illərin təmtərağı yoxdur. Adətə görə, yeni
gələnlər bir müddət ən yaxın qohumlarının yanında mən-
a

zillənərdilər. Vardə olmasaydı, biz də elə eləyəcəkdik. Iş


belə şəkil alandan sonra biz dayımın yanında bir gecəni
də keçirə bilməzdik, zira atam haqlı olaraq qət eləmişdi ki,
orda alçaldılıb. Qalırdı mehmanxanalar. Fəsdə onların sayı
iki yüzdən kəm deyildi. Əksəriyyəti çox təmiz idi. Hər bi­
rində su hovuzları və tualetlər var idi. İti axınla gələn su
həmişə onların çirkini min qola ayrılmış çaya yuyub apa­
rırdı. Bəzi mehmanxanalarda hər biri dəhlizə açılan 120-
dən çox iri otaq olurdu.
Otaqlar bomboş, hətta çarpayısız kirayəyə verilirdi-
Mehmandar, müsafirlərin yatması üçün yalnız həsir və
mələfə verir, ərzaq almağı onların öz öhdəsinə buraxırdı-
Ərzağı ahb, bişirilmək üçün ona verirdilər. Belə xidmət
çoxuna sərf eləyirdi, çünki karvansara müsafirlər üçün
müvəqqəti keçid yeri idisə, bəzi fəslilər üçün ora yaşayış
yeriydi. Fəsin o sakinləri üçün ki, onların arvadları ölmüş
və ailələri də yox idi ki, ayrıca mənzil və qulluqçu kirələ-
sinlər. Yaxud o kəslər üçün ki, ağır günlərində həmsöhbət
axtarıb bir otaqda ikilikdə qalmağa razı olurdular. Gərək
biz də daha yaxşı mənzil tapana kimi bu yerdə qalaydıq.
Hər halda, atamı narahat eləyən bu talesizlərlə qonşu
olmaq deyildi, əksinə başqa və mənfur bir dəstənin qonşu-
luğuydu. Atam yeniyetməykən Fəsdə olmuşdu, indiyəcən
xatırlayırdı ki, bəzi mehmanxanaların adı çox pisinə çıxmış­
dı. Belə ki, şəhərin heç bir möhtərəm əhli onların kandarını

126
keçmək və mehmandarla söhbət eləmək istəməzdi. Çünki
mehmanxanalarda yaşayanlar "havalı" kimi tanınardı, Ro­
mada qalmış "Afrikanın təsviri" kitabımda təsvir elədiyim
kimi, o kişilər həmişə qadınsayağı geyinib-kecinər, bəzə­
nib-düzənər, üzlərini tərtəmiz təraş edər, ancaq cığıltılı
səslə danışar, günlərini yun əyirməklə keçirərdilər. Fəs ca­
maatı onları yalnız matəmlərdə görərdilər. O da bu səbəbə
ki, hüznü artırmaq üçün onları ağıçı kimi tutardılar. Onu
da bilmək gərəkdir, bu adamlardan hər birinin arvadı və
yə əri kimi davranan aşiqləri var idi. Allah bizi azğınlıq
yolundan qorusun! Müştərilərin ən qorxulusu isə meh­
manxanalarda bol rast gəlinən qanun pozucuları idilər.
Qatillər, oğrular, qaçaqmalçılar, aradüzəldənlər və hər cür
pis əməllərin sahibləri sanki məmləkətin hüdudlarından
kənardaymışlar kimi, burda özlərini arxayın hiss edirdilər.
Orda şərab ticarəti ilə, nəşə çəkməklə, əxlaqsızlıqla məş­
ğul olurdular. Adamlar belə yerlərə meyil edirdilər ki, şər
əməllərə və kefə qurşansınlar.
Mən yol verdikləri fırıldağa görə satıcıları, qarnını do­
yurmaq üçün çörək oğurlayanları təqib eləməyə tələsən
polisi bu yerlərə daxil olmaqdan və cinayətkarları həbs
eləyib Allahın da, bəndənin də qəzəbinə gələn əməllərin
önünü kəsməkdən çəkindirən səbəb haqda çox xəbər eşit­
mişdim. Çox keçmədən səbəbi tapdım. Hər dəfə qoşun
döyüşə gedəndə əsgərlərin yeməyini hazırlayacaq lazımi
şəxsləri məccani təqdim eləmək bu mehmanxanaların öh­
dəliyinə salınmışdı. Hərbi işə verdikləri töhfənin müqabi­
lində sultan o mehmanxana sahiblərinə öz istəklərinə uy­
ğun fəaliyyət azadlığı vermişdi. Zira bütün müharibələrdə
nizam və anarxiya birlikdə mövcud olur.

127
Adı pisə çıxmış yerlərdən birinə düşmədiyimizə əmin
olmaq üçün biz gərək Kəndlilər cümə məscidi ilə qonşuluq­
da yerləşən mehmanxana axtaraydıq. Orda varlı tacir mü­
safirlər mənzil salırdılar. Digər mehmanxanalarla müqa­
yisədə qiymətlərinin yüksək olmasına rəğmən, burda otaq­
lar heç vaxt müştərilərdən boşalmazdı. Müştərilər bütün
qafilələrilə birgə orda məskunlaşardılar. Gərək gəldiyimiz
axşam bəxtimiz çox gətirəydi ki, bir qərnatalının idarə elə­
diyi müəssisədə sığınacaq tapaq. O, öz qullarından birini
Tüstülü bazara göndərdi ki, bizim üçün qızardılmış kiçik
balıq, ət qutabı, yağ və bir az üzüm salxımı alsın. Qapının
kandarında isə soyuq su cürdəyi qoyulmuşdu ki, gecə uzu­
nu içək. O, karvansarada bir neçə gün əvəzinə, altı həftə
qaldıq. Ta o vaxtacan ki, mehmanxana sahibi özü şəxsən
Çiçək bazarınm yaxınlığındakı dalanda Qəmatada yaşa­
dığımız evin yarısı böyüklükdə olan kiçik ev tapdı. Evin
yolu o qədər alçaq və murdar idi ki, zığ-zımrığa batmadan
ora çatmaq mümkün deyildi. Evi bizə göstərəndə izah elə­
di ki, orda indi böyük Qəstəntəniyyəyə köçüb fəaliyyətini
genişləndirmək istəyən bir qəmatalı tacir yaşayırmış. An­
caq həqiqət bambaşqaymış. Belə ki, tezliklə qonşularımız
bizi agah elədilər ki, sələfimiz yataqdan qalxmaz və ticarəti
davam etdirə bilməzmiş. Fəsdə keçirdiyi üç il ərzində bir
dənə də olsun xoşbəxt günü olmayıb, bütün səyini Qərna-
taya qayıtmağa yönəldib. Onun iki oğlu taundan ölmüşdü,
böyük oğlu isə, necə deyərlər, ayıb xəstəliyə tutulmuşdu. O
xəstəlik sızanaq kimi tanınır. Bütün Fəs biz gəldiyimiz vaxt
həmin xəstəliyin qorxusunu yaşayırdı. Çox sürətlə yayıldı­
ğından adam elə gəlirdi ki, heç kəs ondan canını qurtara

128
bilməyəcək. İlk vaxtlar qərara gəlmişdilər ki, ona yoluxan­
ları cüzamlılar kimi ayrıca evlərdə təcrid eləsinlər. Ancaq
tezliklə saylan artdığından onları ailələrinin himayəsinə
buraxdılar. Şəhər bütövlükdə xəstəlik zonasına çevrilmişdi,
heç bir dərmanın da müalicəyə faydası dəymirdi. Xəstəlik
barədə yayılan şayiələr isə xəstəliyin özü qədər öldürücü
idi. Şəhərin sakinləri xısınlaşırdılar ki, əndəluslular gələnə
qədər belə xəstəlik nə olduğunu bilmirlərmiş. Dediklərini
helə əsaslandırırdılar ki, qotur, yəqin ki, yəhudilərin və ön­
lərin qadınlarının sayəsində yayılıb.Yəhudilərsə quştalları
və portuqalları, bəzi hallarda isə genuyah və venesiyalı də-
• r
mzçiləri ittiham eləyirdilər. Həmin xəstəlik İtaliyada "fran­
sız xəstəliyi" kimi tanınır.

* * *

Məhz o il yaz güman elədiyim kimi oldu. Atam mənə


Qərnata haqda danışmağa başladı. O, sonralar da belə edə­
cək, məni saatlarla böyründə oturdub danışar, qətiyyən
mənə sarı baxmazdı və bilməzdi ki, ona qulaq asırammı,
başa düşürəmmi, dediyi şəxsləri və yerləri tanıyırammı?
Bardaş qurub əyləşər, danışdıqca sifəti nurlanar, səsi dal­
ğalanar, yorğunluğu və qəzəbi çıxardı. Bu, ancaq nəqlin
davam elədiyi bir neçə dəqiqə və ya saat çəkərdi. Onda
Fəsdə, xüsusən də bu üfunət hopmuş divarların arasında
olmazdı. Öz xatirələrində uzağa gedər, sonra da ağrıyla
geri dönərdi.
Səlma ona nəvazişlə, həyəcanla, bir az da qorxuyla baxar­
dı. Səlma onun tərzində vətən nisgilini və ya mühacirət
129
həyatının nəticəsi olan çətinlikləri sezmirdi. Anamın nəzə­
rində Vardə gedəli atam özündə-sözündə deyil, qız ana­
sının qayıtması da heç nəyi dəyişməyib. Bu itib gedən iki
göz, saxta səs, "Rumlu ölkəsi"nə elə dəlicəsinə meyil, heç
bir ağlasığmayan hərəkətlər eləməsinə nədən olan gizli
niyyətlər belə fərziyyəyə əsas verir ki, Məhəmməd hansısa
tilsimin təsiri altındadır. Səlma Məhəmmədi bu ovsundan
xilas eləmək planı qururdu. Hətta bu iş naminə bir-birinin
ardınca Fəsin bütün baxıcılarıyla məsləhətləşmişdir.

130
Baxıcılar ili
Hicri 901-ci il (Miladi 1495-ci il sentyabrın 21-i-1496-cı il
sentyabrın 8-i)
Fəs qadınları çox zirək idilər. Lazım gələndə yeyin-ye­
yin Gül bazarına gedər, rübəndlərini sıx salıb ürkək ceyran
kimi sağa-sola boylanardılar ki, nərgizin, reyhanın, ayıb bi­
linən güllərin yanından keçməsinlər. Çünki bilməyən yox
İdi ki, özlərini fidan və ya dərilmiş güllərlə əhatə eləmək
baram içkiyə qurşanan fəslilərin adətidir. Bəzi möminlə­
rin nəzərində ətirli bir gül dəməti almaq çaxır şüşəsi əldə
eləmək qədər günah idi. Onların gözündə gülsatanlar heç
də meyxana sahiblərindən yaxşı deyildilər. Əndəluslular
gələndən gülsatanların da, meyxanaçıların da pozğunlu­
ğunu və gəlirlərini daha da artırmışdılar.
Səlma Gül bazarı yerləşən meydandan keçəndə yerişi­
nin dəyişməyini hiss eləmişdi. Öz təhlükəsizliyi naminə
daha da xırdaçılıq edirdi. Onun yerişi haqda düşünüb belə
qərara gəlmişdim ki, bu, yeni bir oyundur. Və ona tərəf yu­
malanıb, onu ötürmüşəm kimi hərəkət eləyirdim. Həmən
ilin bir günü meydanı keçərkən addımlarını yeyinlətdi,
mən də qəhqəhə çəkərək yeriməyə başladım. Ancaq o,
adəti üzrə elədiyi kimi, məni tutmaqdansa, daha da yeyin
yüyürməyə başladı. Mən ona çata bilməyəndə bir anlığa

131
geri çevrilib məni qollarına aldı, qulağıma əyilib anışdıra
bilmədiyim bir söz çığırıb yürüməyinə davam elədi. Onun
tələskənliyinin səbəbini yalnız meydanın o biri başında da­
yanıb "Sara" adını çağıranda başa düşdüm.
Zinətçi Sara. O vaxtacan bu yəhudi qızı haqda çox eşit­
mişdim, Ancaq onun üz cizgiləri mənə heç nə demirdi. Səl­
ma birtəhər ona yetişib tövşüyə-tövşüyə dedi:
- Allah özü səni bu şəhərə göndərib.
Saranın dodaqları gülə-gülə açıldı:
- Bunu xaxamımız bizə təkrar-təkrar tövsiyə eləyirdi-
Ancaq mən özüm bundan əmin deyildim.
Onun hər şeyi: al-əlvan geyimi, sürəkli gülüşləri, qi'
zıl dişləri, iri sırğaları mənə qəribə gəlirdi. Məni köksünə
sıxdığı vaxt burnuma dolmuş boğucu ətrini isə heç vaxt
unuda bilmirəm. Mən görməmişcəsinə onu nəzərdən ke­
çirəndə bizdən azacıq qabaq Bisanı tərk eləyəndən sonra
bütün başına gələnlərin qissəsini (hekayəsini) əl-qolunu
ölçə-ölçə, çığır-bağır sala-sala anlatmağa başladı:
-Allaha həmd eləyirəm ki, məni sürgün yollarına saldı-
Çünki kimlər ki xaç suyuna çəkilməyi üstün tutmuşdular
indi onlar ən pis şəkildə təqib olunurlar. Əmi və dayı uşaq­
larımın yeddisi zindandadır, qardaşım qızı və onun əri
isə gizli yəhudilikdə qalmaqda ittiham edilərək diri-diri
yandırılıblar.
Məni yerə qoyub daha aşağı səslə sözünə davam elədi’
-Dinini dəyişənlərin hamısı yəhudilikdən çıxmamaqda
ittiham olunurlar. Heç kim "təmiz qanlı" olduğunu sübut
eləmədən inkivizasiya məhkəməsindən yaxa qurtara bil­
mir, Yəni sübut eləməlidir ki, ən uzaq zamanda yaşamış

132
babaları belə ərəb və ya yəhudi olmayıblar. Halbuki onların
kralı Ferdinandın və inkivizator türk komandanının yəhu­
di qanı var. Cəhənnəm odu əbədi olaraq onları yaxalasın!
Sara qaçıb Portuqaliyaya sığınmasına peşman deyilmiş;
to o vaxtacan ki, yalnız varlı yəhudilərin Portuqaliya kralı-
nı və müşavirlərini qızıla qərq eləmək şərtiylə orada yaşa­
ya biləcəklərini anlayıb. Qara camaatsa Qərnatada olduğu
kimi, seçim qarşısında qoyulublar: ya çıxıb getməli, ya da
dinlərini dəyişməlidilər.
- Beləcə, gəmiylə tələm-tələsik Tətuvana getdim. Orda
bir neçə ay vaxt keçirəndən sonra böyük qızım və zərgər
əmisinə yaxın yerdə yaşamaq istəyən kürəkənimlə birgə
Fəsə gəldim. İkinci qızım və əri isə bizim camaatın çoxu
kimi ağamız və hamimiz türk sultanının ölkəsinə gedib.
Allah onun ömrünü uzun, düşmənləri üzərində qələbələ­
rini davamlı eləsin!
Anam onun sözünə qüvvət verdi:
- Bunu hamımız arzulayırıq. Allah ölkəmizi bizə qay­
tarmaq istəyəndə Sultan da Onun vuran əli olar.
Şübhəsiz ki, Səlmanın könlündəki ən ümdə arzusu
quştallardan intiqam almaq idi. Ancaq həmin saatlarda
onu narahat eləyən Qərnatanın taleyi deyil, öz evinin və
siləsinin taleyi idi. Qədər Saranı rast gətirməklə onu sevin­
dirmişdi. Çünki mən doğulmazdan az əvvəl ondan qaç­
maq istəyən Məhəmmədin geri qaytarılması üçün Saranın
köməyinin verdiyi faydanı xatırlamışdı. Ancaq bu dələ ik­
sir bəs eləməzdi. Səlma baxıcılarla məsləhətləşməkdə israr
edirdi. Ağır xəstə olan anası onunla çıxa bilmədiyindən
zinətçiyə bel bağlayırdı.
133
Sara ondan xəbər aldı:
- Əmioğlun necədir?
Anam belə cavab verdi:
- Allah necə olmağa izin verirsə, elə.
Əlbəttə ki, deyilişdə yəhudi qızı üçün mübhəm bir şey
yox idi. Anamın qoluna girdi. Hər ikisi eyni vaxtda gözləri­
nin ucuyla mənə baxıb, bir addımlığa kənara çəkilib xısınlaş­
mağa başladılar. O söhbətin yalnız ucundan-qulağından bir
şey kəsdirə bildim. Səlmanın dilindən bir neçə dəfə "rumlu
qızı", "sevir" və deyəsən, "ovsunlanmış" sözləri eşidildi.
Yəhudi qızı işin nə yerdə olduğunu başa düşmüşdü.
Baxıcıları gəzmək üçün birisi gün iki dəfə eyni yerdə
görüşmək haqda vədələşdilər. Mən bunu o günü bildim,
çünki anam onunla getməyimi istəmişdi. Ola bilər ki, Var-
dənin yanında qoymaq istəmirmiş. Bəlkə də, düşünübmüş
ki, uşağı özüylə götürmək atamın və qonşuların gözündə
get-gəllər üçün canlı bəhanədir.Ancaq yeddi yaşımda ol­
sam da, anamın gözləmədiyi dərəcədə iti ağlım var idi.
Birinci dəfə "Görücülər anası" deyilən falçının yanına
getdik. Belə rəvayət eləyirlər ki, hər ayın başında Fəs sul­
tanı özü şəxsən onunla məsləhətləşirmiş. Onu hədələyər*
əmirə nə əməl eləyibsə, əmir kor olub. Belə məşhurluğa
rəğmən, Əttar bazarında örtülü dar dəhlizin sonunda
yerləşən, bizim mənzil kimi sadə bir mənzildə yaşayırdı.
Mənzilə daxil olmaq üçün pərdəni qaldırmaq kifayət idi-
Qara qul əvvəl bizi kiçik bir otaqda əyləşdirdi, sonra isə
qaranlıq dəhlizdən keçirib daha böyük bir otağa gətirdi-
Görücülər anası böyük yaşıl mütəkkəyə yayxanmış, saçla­
rını qızıl suyuna çəkilən saplardan toxunmuş yaşıl örtüklə
134
örtmüşdü. Arxasındakı divara yapışdırılmış qübbə Aym
28 mənziləsini əks etdirirdi. Qabağımızdakı mizin üstünə
parıldayan saxsı qab qoyulmuşdu.
Anam falçının önündə əyləşib, onun yanına gəlməsi­
nin motivini izah elədi. Mən və Sara arxada durmuşduq.
Görücülər anası qaba su tökdü, ora bir damcı əlavə eləyib
üç dəfə üfürdü. Bəzi anlaşılmaz kəlmələr oxuyub, saxsı fa­
lını müəyyən elədi və sanki mağaranın dərinliyindən çıxan
səslə dilləndi:
- Budur, cinlər! Kimisi quru yolla gəlib, kimisi dənizlə.
Sonra qəfilcə mənə qanrılıb əliylə çağırdı:
- Yaxın gəl.
Canıma qorxu düşdüyündən yerimdən qımıldanmırdım.
- Bəri gəl, qorxma!
Anam him-cimlə mənə toxtaqlıq verdi, qorxaq addım­
larla yaxınlaşdım.
- Mizin üstünə əyil! ••
Düzünü deyim ki, qorxulu mənzərəydi. Üzüşən yağ
qətrəciklərinin inikası butulkanın səthində dayanma­
dan hansısa sirri açırdı. Əgər birisi burda falına baxmaq
istəsəydi, fantaziyası intəhasız olar, hətta bütün canlıları
və cansızları orda görə bilərdi.
- Sən, tərpəşən cinləri gördünmü?
Təbii ki, "Bəli" cavabını verdim. Çünki anam bu
məsələyə çox həssas idi. İstəmirdi ki, qarşısına qoyduğu
məqsəd və artıq ödədiyi qiymət müqabilində gümanı onu
yanıltsın. Görücülər anasının əmrilə öz yerimə qayıtdım.
Falçı bir anlığa hərəkətsiz qaldı. Sonra əsrarəngiz tonda
izahat verdi:
135
- Cinlərin sakitləşməsini gözləmək lazımdır, onlar çox
həyəcanlanıb.
Bir xeyli müddət sükut çökdü, sonra cinlərilə danışma­
ğa başladı. Onlara suallarını pıçıldadı, sonra qaba əyildi ki,
əliylə və gözüylə göstərdiyi hərəkətləri izləsin.
- Əminoğlu üç işarədən sonra sənin yanma dönəcək.
Bu hökm heç bir şərh olmadan verilmişdi; bəlli deyildi
ki, söhbət üç gündən gedir, üç aydan, yoxsa üç ildən.
Anam bir qızıl sikkə ödəyib, pəjmürdə halda uzaqlaşdı-
Yolda mənə bərk-bərk tapşırdı ki, heç kimə, heç atama da
bu ziyarət barədə kəlmə kəsməyim. Əks halda, gecə yatdı-
ğım yerdə cin məni vura bilər.
Bir həftə sonra zinətçi ilə evimizə çox yaxın olan kvad­
rat meydançada yenidən görüşdük. Bu dəfə bizi sultan
qəsrindən elə də uzaq olmayan möhtəşəm bir yerə apardı.
Qarşılandığımız salonun sahəsi böyük idi, uca tavanı isə
qızılı və mavi rəngə boyanmışdı. Ordakı bir neçə qadının
hamısı üzüaçıq və kök idilər.Məni görmələrinə sevindiklə­
rini demək olmazdı. Barəmdə nəsə pıçıldaşdılar, sonra biri
yerindən ağır-ağır qalxdı, qolumdan tutub otağın uzaq bir
küncündə əyləşdirdi və mənə oyuncaqlar verəcəyini vəd
elədi. Otaqdan heç nə görmürdüm, ancaq mənim darıxma­
ğa vaxtım olmadı. Bir neçə dəqiqə keçmədi ki, Səlma və
Sara gəlib məni götürdülər.
Deməliyəm ki, o gün baş verənlər haqda gerçəyi bilmƏ'
yim üçün uzun illər gözləməli oldum. Ancaq xatırlayıram
ki, biz ordan uzaqlaşa-uzaqlaşa anam və zinətçi deyinir­
dilər. Hərdən də qəzəbli çığırtıların içərisində zarafatlaşıb
uğunub gedirdilər. Mən həm də xatırlayıram ki, pişvaz
otağında "əmirə" deyilən bir qadın var idi.

136
O, sultanın əmisi uşaqlarından biri olan ərinin ölümün­
dən sonra nücum elminə qapanmış dul qadın idi. Yalqız qa­
dınlardan ibarət qəribə bir dərnək təsis eləmişdi. Onlardan
bəzisini ulduzla fala baxmaq qabiliyyəti olduğuna görə, bə­
zisini isə sadəcə gözəl olduğuna görə seçmişdi. Uzun həyat
təcrübəsi olanlar bu qadınlara "sevici (lesbiyanka)" deyir­
dilər. Çünki onlar bir-birindən istifadə etməyə adətkərdə ol­
muşdular, açığı, bu, elə işdir ki, fikrimi daha münasib sözlə
ifadə eləyə bilmirəm. Yanlarına bir qadın gələndə ona təlqin
eləyirdilər ki, bəzi cinlərlə dostluqları var. Cinləri də bir
neçə növə bölürdülər; qırmızı cinlər, ağ cinlər və qara cin­
lər. Onlar səslərini də dəyişirdilər belə şübhə yaratsınlar ki,
guya həmin cinlər onların dilincə danışırlar. Bütün bunları
''Afrikanın təsviri" kitabında şərh eləmişəm. Gələn qadın­
ların gözəl görkəmi olanda çox vaxt cinlər əmr eləyərdi ki,
bütün geyimlərini soyunub bir-biriylə dəyişsinlər. Həqiqət­
də "əmirə" və "təbəələri" eyş-işrətlə məşğul olardılar. Əgər
qadın axmaqlıqdan və kefdən belə oyunda iştirakı qəbul
eləsəydi, dəməyə qoşulmağa dəvət olunar, onun şərəfinə
təmtəraqlı ziyafət verilərdi. Ziyafətdə qadınlar zənci xoru
nun nəğmələri altında birgə rəqs edərdilər.
Cinləri olan "əmirə"nin tarixçəsini biləndən sonra ana­
mın və Saranın oranı elə tələm-tələsik tərk eləməsinin sə
bəbini anladım.

***

Bu xoşagəlməz hadisəyə rəğmən, Səlma səylərini da­


yandırmaq istəmirdi. Ancaq növbəti səfərində baxıcını çox

137
ehtiyatla seçmişdi. Beləliklə, bir neçə həftə sonra üçlükdə
şəhərdə çox böyük hörməti olan bir kişinin yanına get­
dik. Dükanı Kəndlilər camesinin qonşuluğunda yerləşən
bu kişi kitabsatan münəccim idi. Dükanına çatandan bizi
inandırmağa səy eləyirdi ki, o, sehrbaz və kimyagər deyil
yalnız Allahın öz bəndələrinə göndərdiyi ayələrin mənası­
nı açmağa çalışır. Sözünə qüvvət olaraq Qurandan ayələr
oxumağa başladı:
- Yer üzündə inananlar üçün ayələr (əlamətlər) var. Si­
zin özünüzdə də (əlamətlər var), görməzmi oldunuz? Göy­
lərdədir sizin rizqiniz və sizə vəd olunanlar.
Beləcə, biz onun imanına və əsil-nəcabətinə əmin olan­
dan sonra bizdən tələb elədi ki, ən uzaq hücrəyə çəkilək.
Həsiri büküb, tabaşirlə torpağın üstündə bir mərkəzdə bir­
ləşdirilən bir neçə dairə çəkdi. Birinci dairədə xaç çəkib,
xaçın ətrafında dünyanın dörd cəhətini qeyd elədi, xaçın
içərisində isə dörd ünsürün adlarını yazdı. İkinci dairəni
dörd bərabər hissəyə, hər hissəni də yeddi hissəciyə böldü.
I lamısı birlikdə 28 hissəcik alınmışdı. Onların içərisində
ərəb əlifbasının 28 hərfi yazılmışdı. Digər dairədə yeddi
orbit, latın ilinin 12 ayı və digər əlamətlər yerləşdirilmiş­
di. "Zircə" kimi tanınan bu əməliyyat uzun və mürəkkəb
idi. Əgər üç dəfə gözümün önündə təkrarlanmasaydı, mən
onun təfsilatını xatırlamazdım. Ancaq ona təəssüflənirəm
ki, özüm bu əməliyyatı eləməyi öyrənməmişəm. Çünki Ön-
cəgörmə elmləri içərisində yalnız onun nəticələri, hətta din
xadimləri içərisində mübahisəli olsa da, qəbul olunurdu.
Münəccim rəsmxət işini bitirdikdən sonra anam axtar­
dığı şey haqqında ona sual verdi. Sualın hərflərini bir-bir

138
işarələyib, onların ədədi qiymətlərini əbcəd1 hesabıyla
qeyd elədi. Çox mürəkkəb hesablama yolu ilə hər hərfə
uyğun təbii ünsürü tapdı. Bir saat yazıb-cızdıqdan sonra o
bizə şeirlə cavab verdi.
- Ölüm keçəcək, sonra da dəniz ləpələri.
O zaman qadın qayıdacaq və onun cəhdi səmərə verəcək.
Anam o qədər həyəcanlanmışdı ki, sözü boğazında qal­
mışdı. Kişi onu sakitləşdirməyə başladı:
— Adam gələcəyi öyrənmək istəyəndə gərək bəzən ölüm
baqda eşidəcəyini də gözləsin. Bəyəm, ölüm taleyin sonu
deyilmi?
Səlma titrəyə-titrəyə yalvarırcasına cavab verməyə
özündə güc tapdı:
- Sonda buna şübhə yoxdur, ancaq indi o, öncəgörmə-
nin əvvəlində peyda oldu.
Kişinin cavabı ovuclarını və gözlərini göyə qaldırmaq
oldu. Bir kəlmə də kəsmədi, anam zəhmət haqqını ödəmək
istəyəndə, geri qaytarılması mümkün olmayan bir tərzdə
imtina elədi.

Dördüncü ziyarət isə Səlmanı məhv elədi. Bu dəfə işi­


miz Fəsdə "Cadugər" deyilən və cin qovmaqla məşhur
olanlardan birindən keçirdi. Rəhmətlik nənəm bu kişini tə
rifləyib demişdi ki, bizim müşküldən daha qəliz olan min
müşkülü çözüb. Həqiqətən də, ona tələbat çox idi. Belə kı,
bəlkə altı qadından sonra bizi qəbul eləyəcək deyə onu zal­
da gözləyəsi olmuşduq.
' Hərfən əlifba. Əski əlifbada hər hərf həm də rəqəm ifadə edirdi

139
Səlma öz əhvalatını danışan kimi onun dodaqlarına
gülüş qondu. And verirdi ki, yeddi gün keçməz Səlma öz
dərdlərini unudar.
- Əminoğlunun başında kiçik ifrit var.Onu qovmaq la-
••
zımdır. Ozü burda olsaydı, dərhal şəfa verərdim. Ancaq
mən sənə elə qüdrət verəcəyəm ki, onu özün qova biləsən.
Sənə bir ibarə öyrədəcəyəm, bu axşam, sabah və birisigün
o yatarkən başınm üstündə oxuyarsan, sənə həm də bu ətir
şüşəsini verirəm, ondan bir damla damızdıra-damızdıra
bütün duanı tələffüz eləyərsən.
Birinci axşam atam Səlmanın yanında yatmışdı; amma
o, duanı deyib iksir damcını tökməyə cürət eləməmişdi,
ikinci axşam gələndə isə heç bir ağlı başında olan adan1
o əməli eləməyi gümanından keçirməzdi, çünki Məhəm­
məd Vardənin yanmdaydı. Səlma əsə-əsə yavaş addımlarla
onların otağına yönəldi. Mayeni tökməyə hazırlaşanda qız
anası ucadan çığırdı, atam oyanıb üstünə gələn arıq ada­
mın bazusundan yapışdı. Səlma hönkürərək yerə çökdü.
Məhəmməd zövcəsinin əlində şüşə görəndə onu
"zəhərli", "dəli" və "sehrkar" adlandırdı. Danın sökülmə­
sini gözləmədən üç dəfə üzünə bağırdı:
— Sən boşanmısan, sən boşanmısan, sən boşanmısan.
Bununla başa saldı ki, həmin andan Səlma talağı oxun­
muş azad qadındır.

140
Ağıçılar ili
Hicri 902-ci il (Miladi 1496-cı il sentyabrın 9-u-1497-ci il
avqustun 29-u)
Həmin il Əbu Abdullah özü bizim evə gəlib başsağlığı
vermişdi. Bizim deyəndə, dayımm evini nəzərdə tuturam,
Çünki atam Səlmanı qovandan sonra mən onun yanında
qalırdım. Taxtdan salınmış sultan hacibi' və altı mühafizə­
çisi Həmrada geyindikləri geyimdə qonaq otağma daxil
°ldular. Əlini xeyli əlində sıxdığı dayımm qulağına yas
münasibətilə bir neçə söz pıçıldadı. Sonra dayım evdəki
ən uca taxtdan düşüb, ona yer elədi. Sultanın məiyyəti isə
ayaq üstə qaldılar.
Nənəm gecə vəfat eləmişdi. Fəsdəki qəmatalılar sübh
tezdəndən axışıb gəlirdilər. Əbu Abdullah isə gəlişi haq­
da heç bir xəbər verilmədən günorta namazından az əv­
vəl gəlmişdi. Gələnlərin heç biri onun barəsində yüksək
fikirdə deyildilər. Amma nə qədər xəyali olsa da, titulları
keçmiş rəiyyəti üzərində müəyyən təəhhüdlər qoyurdu.
Həm də yas kin-küdurət aparmaq və haqq-hesab çəkmək
üçün yaxşı məqam deyildi. Ancaq bu məsələlərin Əstəğfü-
rullaha dəxli yox idi. Sultandan az sonra gəlsə də, ona sarı
gözucu da olsa baxmadan birinci boş mütəkkədə oturub,
1 Qulluqçusu-yavəri
141
xırıltılı səslə Qurandan məqama uyğun gələn ayələr oxu­
mağa başladı.
Bəzi dodaqlar dua mızıldayır, bəziləri qəzəblə çeynə­
nir, bəziləri əyləncəli nəsə danışır, bəziləri də yorulmadan
mırt vururdu. Kişilərin otağında ancaq dayımın gözü yaşlı
idi. O, hələ də sanki bütün vücuduyla qarşımdadır. Özüm-
sə evdə torpağın üstündə əyləşmişdim. Təbii ki, fərəhsiz
idim, ancaq çox da hüznlü deyildim, quru və qayğısız göz­
lərim şişmanlaşmış Əbu Abdullahdan tutmuş yaşın və köç­
kün həyatının üzüb arıqlatdığı, bir dəri, bir sümüyü qalmış
şeyxə kimi bütün gələnləri hərisliklə nəzərdən keçirirdim.
Şeyxin əmmaməsi hər gün olduğundan daha gen və yön­
dəmsiz idi. O, hər dəfə Quran oxumağa ara verəndə sifət­
ləri qara ilə çirklənmiş, saçları dağınıq və yanaqları əlləri
ilə didilib qan axan ağıçı qadınlardan tükürpədici fəryad
qopurdu. Ağıçı kişilər də qadın əlbisələri (paltar) geyin­
miş, onlar kimi üzlərini təmizləyib bəzənmiş və bağçanın
bir küncündə kvadrat dəflərini yelləyirdilər. Əstəğfürullah
daha uca səslə və şövqlə yenidən oxumağa başlayırdı ki,
onların səslərini batırsın. Ara-sıra səyyar şair ayağa qalxıb,
yüzlərlə ölünü yola verdiyi qəsidəsini gur səslə deyərdi.
Çöldən qab-qacaq danqıltısı gəlirdi. Yemək yeyən qonşu
qadınlar idi, çünki ölü evində qətiyyən biş-düş edilməzdi.
Atam günortaya ancaq gəlib çıxdı. Birtəhər dil-ağız elə­
di ki, acı xəbəri indicə eşidib. Hamı onu qəribə nəzərlərlə
süzürdü. Belə güman eləyirdilər ki, onunla soyuq salam­
laşmalı və ya özlərini görməzliyə vurmalıdırlar. Özümü

əzgin hiss elədim, istədim ki, kaş o, burda olmayaydı,


kaş o, atam olmayaydı. Xəyalımdan keçənlərdən özüm də

142
xəcalət çəkib ona tərəf atıldım, başımı çiyninə söykəyib
hərəkətsiz qaldım. Ancaq onun əli boynumu oxşayanda,
bilmirəm nədənsə, kitabsatan münəccim və onun öncə
gördükləri barədə düşünməyə başladım.
Beləcə, ölüm keçib getdi, etiraf eləməsəm də, bir az tox­
tamışdım ki, onun qurbanı anam və ya atam olmayıb. Son­
ra Səlma danışacaqdı ki, o mənim qurban olacağımdan eh­
tiyat eləyirmiş. Ancaq o, bunu pıçıltı ilə belə deməyə cürət
eləmirmiş. Yalnız Əstəğfürullah bunu dilə gətirə bildi, o da
məsəl şəklində. Vəfat eləmiş şəxs haqda son söz söyləmək
üçün ayağa qalxıb, üzünü əvvəlcə dayıma tutdu:
— Belə rəvayət eləyirlər ki, ötən zamanın xəlifələrin­
dən biri sən öz ananı sevdiyin qədər sevdiyi anasını iti­
rir. Oturub zülüm-zülüm ağlayırmış, müdriklərdən biri
gəlib ona deyir: "Ey əmir-əl-möminin! Gərək sən Allaha
həmd eləyəsən ki, səni ananın üstündə ağlatmaqla ananı
Şərəfləndirib və onu sənin üstündə göz yaşı tökmək qədər
aşağı tutmayıb". Ölüm gərdişin təbii qaydasına uyğun baş
verəndə gərək Allaha həmd eləyəsən, buna xilaf olanda da
gərək Allahın hikmətinə boyun əyəsən.
Duasına davam elədi, məclis əhli də onunla bərabər dua
edirdi. Sonra keçid vermədən moizəsinə yenidən başladı.
- Yaslarda mömin və möminələrin ölümü lənətləməsi
Çox qulağıma çatıb.Halbuki ölüm Böyük və Qüdrətli Al­
lahın hədiyyəsidir. İnsan Allahın dərgahından gələn payı
lənətləyə bilməz. "Hədiyyə" sözü sizə qəribə gəlir. Amma
bu, tam həqiqətdir. Əgər ölüm ödənilməyəcək işlərdən ol­
masaydı, insan onun əvəzini ödəmək üçün bütün ömrünü
itirərdi. Heç nəyə risk eləməz, heç nəyə cəhd göstərməz,
143
heç nə ixtira eləməz, heç nə tikməzdi. Bəli, ey müsəlman
qardaşlarım, Allaha həmd eləyək ki, həyatın mənası olsun
deyə ölümü, gündüzün mənası olsun deyə gecəni, danış­
mağın mənası olsun deyə susmağı, sülhün mənası olsun
deyə müharibəni bizə pay verib.Ona həmd eləyək; bizə
yorğunluq və kədər əta eləyib ki, rahatlıq və şadlığın mə­
nası olsun. Ona həmd eləyək, Onun hikməti hüdudsuzdur.
Bütün məclisdən bircə nida qopdu:"Əl-həmdu li-Llah!
Əl-həmdu li-Llah!"
Fikir verdim ki, yalnız bir kişi dodaqları aralı və əlləri
yığılmış halda sakit qalıb. O kişi dayım idi. Sonra bu haqda
mənə belə izahat verirdi:
- Qorxurdum. Öz-özümə deyirdim ki, kaş həddini aş­
maya! Çünki mən Əstəğfürullahı yaxşı tanıyırdım. Odur
ki, onun çıxışını heç arzulamamışdım.
Doğrudan da, şeyx xütbəsinin məğzindən uzaqlaşmağa
başladı:
- Ban Allah mənə ölüm payı verəydi, şəhərimin can
verməsini mənə yaşatmaqdansa, barı məni öz dərgahına
qovuşduraydı. Mənə zülm etmədimi? Barı Qərnatanın əsir
olmasını, möminlərin alçalmasını öz gözümlə görməkdən
məni çəkindirəydi. Mənə zülm etmədimi?
Şeyx birdən hayqırtısını yüksəldib bütün əyləşənləri
hürkütdü:
- Mən burda ölümün ardan yaxşı olduğunu görən ye­
ganə şəxs deyiləmmi? Yalnız mən fəryad qoparmırdımmi
ki, Rəbbim, əgər mən möminlərin qarşısında öz missiya-
■■
mı gödək eləsəm, Oz Qüdrət Əlinlə məni toza döndər və
144
ziyanverici həşəratmış kimi məni yer üzündən sil? Ya Rəbb,
məni bu gün sorğu-sual et, yükünün çoxluğu səbəbindən
vicdanım çox ağırdır. Sən mənə şəhərlərin ən gözəlini
həvalə etdin, müsəlmanların həyatını və şərəfini mənim
əlimə vermişdin, indi niyə hesab verməyə çağırmırsan?
Dayım tər içində üzürdü, Əbu Abdullahın həndəvə­
rində əyləşənlər də beləydi. Əbu Abdullahın üzü sarıkök
Çubuğu tək ağarmışdı. Sanki hökmdar siması onu tərk
eləmişdi ki, biabırçılığına şərik olmasın. Yasa gəlməyi ona
bəzi müşavirləri məsləhət bilmişdilər ki, keçmiş rəiyyət-
bri əlaqələrini möhkəmlətsin, sarayın xərclərini çəkmə­
yi onlardan xahiş eləmək üçün yaxınlıq eləsin. Cəhdləri
boşa getdi, yeni bir peşmançılığa ürcah oldu. Qıpıq gözlə­
ri çıxış qapısına zillənib qalmışdı, ancaq onun ağır bədəni
2əif idi.
Rəhmdənmi, gizli bir niyyətdənmi idi, yoxsa sadəcə, tə­
sadüf idimi ki, Əstəğfürullah ittihamedici nitqini bitirməyə
qərar verib, yenidən dualarına başladı. Hər halda, dayım
bunu Göylərin işə qarışmasının nəticəsi bilirdi. Şeyx Əş-
hədu ənla İlahə, illə-l-Lah və əşhədu ənnə Məhəmmədən
rəsulə-l-Lah" deyən kimi dayım fürsət bilib həmən yerin­
dən sıçradı və qəbiristanlığa getmək işarəsi verdi. Çıxış qa­
pısına kimi qadınlar nəşi müşayiət elədilər, həm də vida
və kədər əlaməti olaraq ağ dəsmal yelləyirdilər. Əbu Ab­
dullah xəlvətcə qapıdan sivişib getdi. O gündən sonra qər-
natalılar rahat ölmək imkanı qazandılar, daha devrilmiş
sultanın eybəcər silueti indən belə onların son səfərlərini
korlamaq üçün gəlməyəcəkdi.
145
Təziyələr sonrakı altı gün də davam elədi. Hansı dərman
əziz adamın itkisinin verdiyi dərdə əlac edər? İlk gələnlər
sübh tezdən gələr, sonuncularsa gecədən bir qədər keçmiş
■*
gedərdilər. Üçüncü axşam qohumların göz yaşları quru­
muşdu, bəzisi hərdən özünü unudub dodaqlarını qaçırır
və ya gülürdü, bu hal məclis əhlinin qınağına səbəb olardı.
Yalnız ağıçılar haqlarını artırılması müqabilində vaveylala-
rını qaldırmaqda işlərinə sadiq idilər. Vəfatın qırxı çıxandan
sonrakı üç gün ərzində başsağlığıları yenidən verildi.
O yas həftələri atamla dayımın barışmaları üçün bir
fürsət oldu. Ancaq hələ iş bizim geri dönməyimiz həddinə
çatmamışdı. Hələ çox vaxt tələb olunurdu. Anam onu qov-
muş adamla üz-üzə gəlməkdən çəkinirdi. Amma 8 yaşıma
çatmış mənə elə gəlirdi ki, üfüqdə ümid işartısı görürəm-
Atamla dayımın müzakirə elədiyi məsələlərdən biri də mə­
nim gələcəyimlə bağhydı. Razılığa gəldilər ki, mənim dər­
sə gedən yaşım çatıb. Bəzi yaşıdlarım məktəbə getmirdilər
ancaq görünür, məndə inkişaf eləmiş ağıl əlaməti varrmŞ/
həm də məni bütün günü evdə qadınların əhatəsində sax­
lamağın faydası yoxmuş. Ola bilərdi ki, bu, zərifməcaz ob
mağıma və kişi xasiyyətimin zəifləməsinə gətirib çıxarsın.
Atam və dayım ayrı-ayrılıqda gəlib mənə işi başa saldılar.
O günün sabahı isə ikilikdə məni fəxrlə məhəllə məscidinə
apardılar.
Kürənsaqqal, başıçalmalı gənc molla məndən "Fa­
tihə oxumağımı tələb elədi. Dilim topuq vurmadan, heç
bir xətaya yol vermədən oxudum. Razılıqla dilləndi:
- Tələffüzü yaxşıdır, hafizəsi də qaydasındadır. Dörd-
beş il keçməz bütün Quranı hafizəsində saxlayar.

146
Bir az qürrələnirdim, axı bilirdim ki, şagirdlərin çoxu
bu işə altı, bəzən də yeddi il vaxt sərf eləyir. Allahın Kitabı­
nı öyrənəndən sonra müxtəlif elmlər öyrədilən ali məktəb­
lərə keçə bilərdim. Məktəbdar əlavə elədi:
- Ona hüsnxət və sərf-nəhvin1 bəzi qaydalarını da
öyrədəcəyəm.
Ondan istədiyi haqqı xəbər alanda bir addım geriləyib
dedi:
Mən öz haqqımı yalnız Allah-taaladan gözləyirəm.
Ancaq onu da əlavə eləməyi unutmadı ki, hər şagir­
din hamisi bayramlarda məktəbə imkanı çatan bir şey ve­
rir, üstəlik, Quranı əzbərləyib qurtarandan sonra təhsilini
^roa] etməsi münasibəti ilə sonuncu ili bitirəndə maddi
hədiyyə bağışlanır.
Özümə söz verdim ki, 114 surəni nə qədər mümkünsə,
0 qədər tez əzbərləyəcəyəm. Həftədə 5 gün mollanın dərs­
lərinə səylə çalışırdım. Sinfimizdə 7-14 arasında yaşı olan
ən azı 24 oğlan varıydı.
Bütün şagirdlər məktəbə yaxşı geyimdə gəlirdilər,
ənima heç kimin ağlına gəlmirdi ki, əyninə bahalı ipək və
Və toxuma libas geyinsin. Hər halda, məmləkətin kübar və
əmirlərinin balaları məscid mollaxanalarına getmirdilər,
molla dərslərini öz evlərində alırdılar. Ancaq məktəbdə
müxtəlif təbəqələrin; qazi və məhkəmə hakimlərinin, za­
bitlərin, şəhər və saray məmurlarının, dükançıların və
sənətkarların uşaqları varıydı. Orda hətta bəzən qulların
övladları da olardı; onları ağaları göndərirdi.

1 Qrammatika
147
Hücrə böyük və pilləli idi. Hündürboy şagirdlər arxa
pillələrdə, bəstəboylar isə qabaqda otururdular. Hər bir şa­
girdin üzərində müəllimin diktəsilə bu gün əzbərlənəcək
ayələr yazılmış lövhəciklər asılardı. Müəllim özüylə çubuq
gətirər, birimiz ağzımızdan pis söz çıxaranda və ya xətaya
yol verəndə tərəddüd eləmədən çubuğu işə salardı. Ancaq
şagirdlərdən heç kim ondan qorxmurdu, o özü də bugün­
kü xətaya görə sabah kiminləsə ədavət aparmazdı.
Məktəbə gəldiyim ilk gün üçüncü cərgədəki oturacaq-
lardan birində oturmuşdum. Belə güman eləmişdim ki, bu
yer müəllimi görməyim və eşitməyim üçün yaxın, onun
suallarından və qaçılmaz hirsindən gizlənmək üçün ki­
fayət qədər uzaqdır. Yanımda məhəllənin ən dəcəl uşağb
"Təhqiqatçı" ləqəbli Harun əyləşmişdi. Təxminən mənim­
lə yaşıd olardı, çox qaraşın görkəmi var idi, həmişə təmiz,
ancaq yamaqh libas geyinərdi. İlk davamızdan çox keçmə­
dən onunla ölənəcən can bir qəlbdə dost olduq. Onunla
rastlaşan hər kəs məni xəbər alar, mənimlə rastlaşanlarsa,
onu yanımda görməyəndə təəccüblənərdilər. Onun yanım'
da olması sayəsində Fəsi və gəncliyimi kəşf eləyəcəkdim-
Mən özümü qərib hiss eləyirdim. O isə başa düşürdü ki/
şəhər onun mülküdür, Fəs onun üçün bina olub. Burda
hər şey onun gözü üçündür, hər şey onun ayaqları üçün"
dür və hər şey yalnız onun qəlbi üçündür. Mənə göstərit'
di ki, şəhəri mənimlə bölüşsün. Düzü, o, ən nəcib icmada
doğulmuşdu.

148
Təhqiqatçı Harım ili
Hicri 903-cü il (Miladi 1497-ci il avqustun 30-ıı-1498-ci il
Çustun 18-i)
O il Məlilə şəhəri quştalların əlinə keçdi. Donanma hü-
eləmək üçün yaxınlaşanda görmüşdülər ki, şəhərin
əhalisi yoxdur. Şəhər camaatı öz müxəlləfatını da götürüb
9°nşu yaylalara çəkilmişdilər. Xaçpərəstlər şəhəri istila
eləyib onu möhkəmləndirməyə başlamışdılar. Allah bilir o
Şəhər bir də haçan azad ediləcəkdi. Fəsdəki qərnatalı mü­
hacirləri dəhşət bürümüşdü, onlara belə bir duyğu hakim
kəsilmişdi ki, düşmən onları təqib eləyir, hətta Dar-ül-İs-
lənVın içərisində, hətta dünyanın axınnacan onları qova-
Qohumlarımın narahatlığı artmışdı, ancaq mən çox az
Mütəəssir idim, bütövlükdə dərslərimə və uşaqlıq dostlu-
Suma qapanmışdım.

Harun birinci dəfə yanıma gələndə hələ utanırdı. Onu


^əyıma təqdim eləyib, ailəsi və mənsub olduğu icma haq-
məlumat verdim. Dayım öz əllərilə dostumun kiçik,
ar^ma çox tez kobudlaşmağa başlamış əllərini tutub, o
vəxt üçün mənə çox gülməli görünən bu sözləri nəql elədi:
İslanı dünyası
149
- Əgər gözəl Şəhrizad onları tanısaydı, əhvalatlarını
nəql eləmək üçün bütöv bir gecə ayırardı. Hekayətinə cin­
lər, uçan xalçalar və sehrli çıraq daxil eləyər, bir möcüzəylə
dan yeri sökülənədək onların başçısını xəlifəyə, komalarını
qəsrə, cır-cındırlarını şux arxalığa çevirərdi.
Onlar Fəsin hambalları idilər. 800 nəfərlik icmanın bü­
tün üzvləri sadə, yoxsul və demək olar ki, hamısı savadsız
idilər. Bununla bahəm, onlar şəhərin ən hörmətə layiq, ə11
həmrəy və ən intizamlı icması olmağı bacarmışdılar. İcma
ta bu günlərədək hər il onların fəaliyyətini dəqiqliklə tən­
zimləyən başçı seçir. O da hər həftəbaşı karvanların gəlmə
vaxtlarma, bazarın vəziyyətinə və müşayiətə hazırlıq və­
ziyyətinə əsasən kimin işləməli, kiminsə istirahət eləməl’
olduğunu müəyyənləşdirirdi. Heç biri gün ərzində qazan­
dığını öz evinə aparmaz, bütövlükdə müştərək sandığa qo­
yarlar. Həftəsonu qazanc işləyənlərin arasında bərabər bö­
lünər, bir hissə isə icmanın ümumi işləri üçün saxlanardı-

icma işləri isə çox və xərcgötürən olurdu. Biri rəhmətə ge"
dəndə, icma ailənin bütün xərclərini özü çəkər, dul qalrmŞ
zövcəyə ər tapmaqda kömək edər, yetim uşaqlar böyüyüb
bir işin qulpundan yapışanacan onların qayğısına qalardı-
Onlardan birinin övladı hamısının övladı sayılardı. ÜmU'
mi daxılın pullan təzə evlənənlər üçün də xeyir verərdv
hamısı söz vermişdi ki, təzə evlənənlərə mənzil alınmas1'
na kömək edəcəklər. Hambalların başçısı onlarm adından
sultan və köməkçiləri ilə danışıqlar aparıb, beləcə, icma'
nın vergi-töycüdən azad edilməsinə, xəmirlərinin şəhə'
rin çörəkxanalannda məccani bişirilməsinə nail olmuşdu.
••
Üstəlik, onlardan biri bədbəxtlikdən qətl cinayəti törətsəy'

150
di və cəzası ölüm olsaydı, onun edamı digər canilər kimi
aÇiq həyata keçirilməzdi ki, icmanın başqa üzvləri üçün
ayıb olmasın. Bunun müqabilində hambalbaşı fərq qoyma­
dan bütün yeni namizədlərin əxlaqını araşdırmalı, kiminsə
Şübhəsinə gəlmədən uzaqlaşdırmalıydı. Beləcə, icmanın
adı yaxşıya çıxmışdı, ona görə də tacirlər öz mallarını bo-
Şaltmaq üçün onları köməyə çağırardı. Kənddən şəhərə yağ
daşıyan alverçilər də müxtəlif məbləğlərin müqabilində
Ordarın yardımından istifadə edərdilər. Hamballar çəkini
Və məhsulun keyfiyyətini yaxşı bilir və müştəriyə zəmanət
Verirdilər. Məsələn, yeni növ parça gətiriləndə hamballa-
rı Ağırırdılar, onlar da adamlara əmtəənin üstünlükləri
haqda danışırdılar. Hambal gördüyü hər işin müqabilində
başçının qoyduğu tarifə uyğun müəyyən muzd alırdı.
Heç kim, hətta əmir özü belə onlara toxunmağa cürət
əhməzdi, çünki bilirdilər ki, o halda bütün icma ilə dalaş­
malı olacaqlar. İcmanın devizi Peyğəmbərin bu sözüydü:
Qardaşın zülm edəndə də, zülm ediləndə də kömək elə!
^rıcaq onlar bu devizi Peyğəmbərin özü təfsir elədiyi kimi
təfsir edirdilər. Ondan soruşublar: "Biz məzluma,şübhəsiz
kb kömək edəcəyik, bəs zalimə necə kömək edək?" Həzrət
cavab verdi: "Ona üstün gəlməyimizlə və zərər çəkməsinə
mane olmağımızla kömək edərik".
Bir sözlə, hamballardan hansısa biri Fəs bazarlarında
nadir hallarda dava salardı, çünki həmişə ona ağıl verib
s$kitləşdirən bir müdrik tapılardı. O icmanın üzvləri belə-
çox təvazökar, amma çox izzətli və qürrəli idilər. Çox
kasıb, amma çox əliaçıq idilər. Qəsr və qalalardan çox uzaq
idilər. Ancaq özlərini qorumaqda çox mahir idilər. Bəli, on-
tar ən yaxın dostumun mənsub olduğu qövm idilər.

151
Təhqiqatçı Harun hər gün sübh tezdən gəlib dayımın
evindən məktəbə qədər olan bir neçə yüz addımı mənini"
lə yanaşı qət edirdi. Hərdən bəzi söhbətlər edər, hərdən
də əvvəlki gün öyrəndiyimiz ayələri təkrarlardıq. Ancaq
çox vaxt susub qalardıq, biz sükut dostlarıydıq.Bir sabah
gözümü açıb onun otağımda, dolabın yanında dayandığı­
nı gördüm. Qorxdum ki, dərs vaxtına yubanmış olaram’
Müəllimin fitini və yançaqlarıma vurulacaq çubuğu təsəv­
vür eləməyə başladım. Harunun təbəssümü mənə toxtaq­
lıq verdi.
- Bu gün cümədir və məktəb bağlıdır, küçələrsə açıqd***'
eləcə də parklar. Bir parça çörək və banan götür, küçənin
tinində mənə çatarsan.
O gündən etibarən şəhərdə nə qədər gəzib dolaşdığımı­
zın hesabını təkcə Allah bilir. Çox vaxt gəzintiyə Möcüzələr
meydanından başlardıq. Bilmirdim ki, bu, meydanın doğ­
ruçu adıdır, yoxsa yox. Hər halda, Harun onu belə adlan­
dırırdı. Orda alacağımız, yığacağımız və yeyəcəyimiz bir
şey yox idi. Amma baxa biləcəyimiz, iyləyə və eşidə biləcə'
yimiz çox şeylər var idi. Hər şeydən əvvəl, yalançı xəstələm
Bəziləri iddia eləyirdilər ki, quduzluğa yoluxublar. Baş­
larını əllərinin arasına alıb var güclərilə silkələyirdilər
dodaqları və damarları sallanıb qalırdı. Sonra torpağı*1
üstündə yumalanırdılar.Ancaq bunu elə məharətlə edir­
dilər ki, qətiyyən üst-başları cızılmaz, sədəqə yığmaq üçün
yaxınlıqda qoyduqları kassanı da aşırmazdılar. Başqalar*
böyrəklərində daş olduğunu iddia edər, ta biz baxanacan
elə hey özlərini dəhşətli ağrıları varmış kimi göstərərdilər*
Bir başqaları isə yara-xoralarını və səpkilərini nümayiŞ
152
elətdirərdilər. Tezcə nəzərlərimi yana çevirərdim. Çünki
^ənə deyilmişdi ki, onlara gözünü zilləməyin kifayətdir
ki, özün də yoluxasan.
Meydandakı çoxlu sayda fokusçu alovlu məhəbbət qə­
sidələri oxuyar, onlara sədəqə verənlərə kiçik vərəqələr
satardılar. Vərəqələrdə, deyilənlərə görə, bütün xəstəlik­
lərdən şəfa verən sehrli kəlmələr olardı. Burda həmçinin
Valançı həkimlər ecazkar dərmanlarının təsirini nümayiş
ed ər dilər. Özü də onlar bir şəhərə ikinci dəfə gəlməkdən
Çəkinərdilər. Burda hamilə qadınları qorxutmaqla əylənən
meymunoynadanlar, ilanları boğazlarına dolayan ilan ov­
sunçuları olardı. Harun onlara yaxınlaşmaqdan qorxmaz­
da mən isə iyrənəcək qədər çəkinərdim.
Bayram günləri meydanda nağılçılar olardı. Onlardan
kir kar qocanı xatırlayıram. "Cilddən cildə girmə" işi haq-
də, Əndəlus savaşının qəhrəmanları və ya ərəblərin qəh-
rəmanı Əntərə ibn Şəddad haqda danışanda onun əsası
döyəclənirdi. Bir gün qara Əntərə ilə gözəl Əblənin sevgi
^əcərasını həmin əsa vasitəsilə göstərirdi, birdən dayanıb
s°ruşdu ki, yaxınlıqda uşaqlar və qadınlar yoxdur ki. On-
'ar da, bunlar da başlarını aşağı salıb uzaqlaşdılar. Mən
kir neçə dəqiqəliyə ayaq saxladım. Mənə sarı yüzlərlə
tərs nəzər zilləndi. Buna tab gətirməyib, getməyə hazır-
ləŞirdım ki, Harun məni him-cimlə başa saldı ki, getmək
Mütləq deyil. Bir əlini mənim çiynimə, o birini arxasına
^əyub, bir addım da atmadı. Nağılçı öz hekayətinə davam
ələyirdi, biz axırıncı öpüşədək ona qulaq asdıq, gəzib do-
‘əŞrnağımıza bir də bütün camaat dağılaşandan soma da-
vəm elədik.
153
Möcüzələr meydanı yolçularla dolu olan bir neçə küçə­
nin kəsişəcəyində yerləşirdi. Küçələrin birində kitabsatan­
lar və ərizəyazanlar çox olardı. Küçə məscidin həyətinə
* ■■ ■
çıxırdı, ikincisində başmaq satanlar olardı. Üçüncüdə mi­
nik heyvanları, yəhər və yüyən satanlar olardı. Dördün­
cü küçə isə bərə-körpü idi. Burda öz dükanlarını elə o
küçədəcə satılan ən yaxşı italyan saxsı qablarıyla bəzəmiş
ağardıcılar olardı. Satılmayıb qalan südü axşam öz qapı-
larındaca ucuzuna alıb evlərinə gətirər, gecə çalar, ertəsi
gün ayran edib satardılar ki, mömin bəndələr vicdanları və
cibləri üçün ağırlıq hiss eləmədən nuşcanlıqla içsinlər. Biz
onların yanma gedən deyildik.

***

Fəsi gəzmək mənim üçün də, Harun üçün də ancaq


vaxtlar nəsə kəşf eləmək kimi gəlirdi. Zifaf otağındakı gə'
lin kimi onun bir paltarının ardınca digərini soyundurur'
duq. O il haqda minlərcə xatirəm var. Hər dəfə xatirələri113
yadıma düşəndə, məni laübalı doqquz yaşımın sadəlövh'
lüyünə götürür. Amma hiss eləyirəm ki, bu yazımda o xa'
tirələrin bütün ağrı-acısını da danışmalıyam. Nəyisə gi2'
lətsəm, andlı şahid kimi vəzifəmə xəyanət etmiş olaram.
Ogünkü gəzinti də digər gəzintilər kimi başlamışdı. Hə'
run arayıb axtarmaq, nəsə tapıb yoxlamaq istəyirdi, mə11
də hər şeyə maraq göstərməkdə ondan geri qalmırdım-
Bilirdik ki, şəhərin qərbində "Gəmiyanalan" deyilən bir
nahiyə var. Məktəbdarımız o məkan barədə yalnız təə$'
süf hissilə mızıldanaraq danışırdı. Uzaq idimi? Təhlükəl*

154
idimi? Qeyrisi bu iki sualın qarşısında qalardı, bizsə ora
getməklə kifayətləndik.
Günortaya yaxın həmin nahiyəyə çatanda oranın sirrini
Çətinlik çəkmədən anladıq. Küçələrdə binaların fasadlarına
söykənmiş və ya açıq qapılarının yanında durmuş qadınlar
Var idi. Bu, dükanların qapıları idi. Harun gözəlçələrdən
birinin nazsatan yerişini yamsılamağa başladı.
Meyxanaların içərisində nə baş verdiyinə gedib baxsaq
nə olar? Bilirdik ki, o yerlərə daxil ola bilmərik, ancaq biz
■«
otəri nəzər salıb, sonra qaçmağa üz qoya bilərdik. Beləcə,
biz birinci meyxanaya yaxınlaşdıq. Qapı yarıaçıq idi. Bala-
başlarımızı içəri uzatdıq. Qaranlıq yer idi, ancaq içəri­
də bir dəstə müştərinin əyləşdiyini gördük. Aralıqda bol
kürən tük var idi. Özgə bir şey görə bilmədik, çünki ca-
ə^əat bizi ordan uzaqlaşdırmaq istəyirdi, yanaşı küçədəki
Meyxanaya sarı götürüldük. Ora da burdan işıqlı deyildisə
^ə/ gözlərimiz içəridə nə baş verdiyini daha tez ayırd elədi.
əörd qrup və on beş müştəri saydıq. Üçüncü meyxana-
isə bəzi sifətləri, bir neçə parıldayan qədəh və butulka
görməyə vaxtımız çatdı. Oyun davam eləyirdi, qayğısız
Aşlarımız dördüncüyə də soxuldu. Bizə elə gəldi ki, o, əv­
vəlkilərdən daha işıqlıdır. Qapının yanında bir sifəti ayırd
elədik. Bu saqqal, bu sifət, bu yan görünüş, bu qamət ta-
nıŞ idi. Başımı çəkib küçədə yüyürməyə başladım.Mən nə
Meyxana yiyələrindən, nə də işi-gücü arzuolunmaz şəxslə-
Qovmaq olanlardan qaçırdım, arxada qoyub uzaqlaşmaq
istədiyim atamın surətiydi. Meyxanadakı mizin arxasında
əyləşmiş, başında da çox sərbəst bir dəstə var idi. Şübhə
Yox ki, mənim kimi, Harun da onu görüb tanımışdı.
155
Bəs, o necə, görəsən, bizi sezmişdimi? Güman elə­
mirəm. O gündən sonra Gəmiyanalamn ən çirkli məhəl­
lələrinə və meyxanalarına yolum az düşməyib. Amma o
gün yer ayağımın altından qaçırdı, elə bil ki,qiyamət gü-
••
nüydü. Özümü alçalmış hiss eləmiş və bərk incimişdim.
Dayanmadam gedir, göz yaşlarım yanağımdan süzülürdü,
gözlərimsə yarıyumulu idi. Boğazım qəhərdən qurumuş,
nəfəsim təngiyirdi.
Harun mənə toxunub, bir kəlmə kəsmədən, heç yaxım
laşmadan arxamca gəlirdi. Mən heydən düşüb bağlı bir
dükanın kandarında yerə çökənə qədər belə davam elədi*
Mənə bir söz demədən o da böyrümdə əyləşdi. Bir saat
keçdi, bir az sakitləşdim. O da qalxıb sezdirmədən məni
qayıdacağımız səmtə yönəltdi.Hava toranlaşanda dayımın
evinin qənşərinə çatmışdıq, Harun ilk dəfə orda kəlmə
kəsdi:
- Madam ki, bütün kişilər meyxanalara gedir, bütün ki"
şilər şərabı sevir, bəs Allah niyə onu haram buyurub?
Ertəsi gün onunla rastlaşanda Harun sakit idi. Atamə
görə onunla üz-üzə gəlməkdən çəkinirdim. Xoşbəxtlikdə*1
o, kəndə gedib icarəyə götürüləcək torpaq axtarmahydi-
Bir neçə həftədən sonra geri döndü, ancaq tale o vaxt mƏ"
nim də, onun da ağrı-acısını daha alçaq və acı müsibətlər­
də batırmışdı.

156
İnkivizatorlar ili
Hicri 904-cü il (Miladi 1498-ci il avqustun 19-u-1498-ci il
avqustun 7-i)
O il yaşı 90-ı haqlamış fidyəçi Hamid, Əl-Həmranın zin­
danlarından birində verilən işgəncələrdən öldü. Əsirləri
azad eləməkdə ondan məharətlisi yox idi, ancaq iş özünü
a^ad eləməyə gələndə sözü kəsərini itirirdi. O, çox dindar
və təqvalı kişiydi. Əgər səhvi vardısa da, ömrünün sonun-
cu
* gününə qədər uşaq kimi safniyyətli idi. Çox yoxsulluq
lÇində dünyasını dəyişdi, Allah Ədən cənnətinin xəzinələ-
rıni onun üzünə açsın!
Ona işgəncə verilən vaxt minlərlə digər əsirlərə də iş­
gəncə verilirmiş. Köhnə vətənimizdən bir neçə ay idi ki,
əüirpərdici soraqlar gəlirdi. Ancaq bir ovuc adam Əndəlu-
SlJn axırıncı müsəlmanlarının başına gələcək fəlakəti göz­
ləyirdi. Hər şey inkivizatorlar dəstəsinin Qərnataya gəli­
bə başlamışdı. Onlar çox pedant din xadimləriydi. Dərhal
eləmişdilər ki, İslamı qəbul eləmiş sabiq xaçpərəstlər
əvvəlki dinlərinə dönməlidirlər. Bəziləri əmrə tabe olsa da,
əksəriyyət şəhərin süqutundan əvvəl imzalanmış sazişi xa-
tlrladıb etiraz eləmişdilər. Həmin saziş hərfən müsəlman­
lara Öz dinində qalmağa zəmanət verirdi. Amma nəticəsiz.
İ^kivizatorların nəzərində sazişin həmin bəndi yox idi.

157
Vaxtilə xaç suyuna düşüb, xaçpərəstliyə qayıtmağı rədd
eləyənlər indi bidətçi sayılır və beləcə ölməyə layiq olurdu.
Artıq yəhudilərə qarşı edildiyi kimi, müsəlmanlara qarşı da
bir neçə inkivizasiya tonqalı qalanmışdı ki, hələ də müqa­
vimət göstərənlərin ürəyinə qorxu düşsün. Sakinlərin bir
qismi öz dinindən üz döndərdi. Çox azsaylı digər qismi
isə özlərinə söz vermişdilər ki, qandallanmamışdan qabaq,
gec də olsa, onlar üçün qaçmaq daha yaxşıdır. Geyindikləri
üst-başdan savayı, Özləriylə heç nə götürə bilməmişdilər.
Sonra inkivizatorlar hökm çıxardı ki, nənə-babasından biri
xaçpərəst olmuş hər kəs xaç suyuna çəkilməlidir. Hamid
bu münasibətlə ilk incidilənlərdən olmuşdu. Çünki onun
babası kəlmeyi-şəhadəti tələffüz eləməyi seçmiş xaçpərəst
əsiri olubmuş. Beləcə, Bisanda-bizim nahiyədəki mənzilinə
bir axşam bir inkivizatorun müşayiətində əsgərlər gəlmiŞ'
dilər. Bu iş qocanın qonşularını qorxutduğundan küçəyə
tökülüb mane olmağa çalışmışdılar. Amma çifayda. Səhə'
ri gün şəhərin müxtəlif məhəllələrində axırıncı şəxslə1"'
4
o cümlədən iki qadın həbs edildi. Hər dəfə əsgər dəstək
düzəldilər, onlarsa özlərinə yol açmaq üçün qılınclarını si"
yirməli olardılar. Ancaq xüsusən də Bisanda narahatedic*
hadisələr qızışırdı. Köhnə mənzilimizin yanında təzəlikcə
tikilmiş kilsə yandırılmışdı. Bunun qisasını almaq üçün
iki məsciddə fəsad salmışdılar. Hamı imanını qabartmaq
istəyirdi.
O gün bəlli oldu ki, Hamid inkivizatorlann hökmünə
uyğun olaraq incidildikdən sonra keçinib. Son nəfəsinədə^
xaçpərəst kral və kraliçanın qol qoyduğu sazişi xatırlada"
raq dinindən dönməyi rədd eləmişdi. Onun ölüm xəbər*

158
yayılanda küçələrdə döyüş çağırışları gurladı. Hamid Bi­
san nahiyəsinin sayılıb seçilən şəxslərindən öz yurdunda
Ralmış yeganə adam idi; düşmənlə münasibətlərini sah­
mana salmaq üçün deyil, ömrünü həsr elədiyi missiyanı
başa çatdırmaq, müsəlman əsirləri azad etdirmək üçün
ilişib qalmışdı. Onun şərəfli işinə və yaşına sayğı, qəlblə-
rındə ətraflarındakılara gömülmüş nifrət sayəsində müsəl­
manlar dərhal baş vermiş hadisəyə reaksiya göstərdilər,
tabular aradan qalxdı, əsgərlərin, məmurların, din adam­
larının başları kəsildi. Qiyam və iğtişaş qalxdı.
Təbii ki, şəhər əhalisi işğalçı orduya müqavimət göstərə
biləcək gücdə deyildi. Ancaq onlar bir neçə kaman, nizə,
q^ınc və zopa ilə quştal qoşununun Bisana girməsinin
Rarşısım ala bilmiş, özlərini döyüş qabiliyyətli kiçik ordu
kmi təşkil eləməyə çalışmışdılar. Di gəl ki, döyüşdən iki-
cə gün sonra dağılışmışdılar. Və qırğın başlamışdı. Ha-
kimiyyƏt orqanları elan etdilər ki, kral və kraliçaya qarşı
^yam etdikləri üçün edam hökmü bütün müsəlmanlara
9arşı icra ediləcək. Aldadıcı şəkildə əlavə olundu ki, yalnız
XəÇpərəstliyi qəbul eləyənlər bundan can qurtara bilərlər,
ənda Qərnata sakinləri küçəbəküçə ellikcə xaç suyuna çə­
kiməyə məcbur oldular.
Bicaris dağlarının bəzi kəndlərində isə fəllahlar 1 müqa­
vimət göstərib bir neçə həftə duruş gətirə bilmişdilər. Belə
rəvayət edirlər ki, onlara hücum eləyən Qurtubə sərkər­
dələrini də öldürə biliblərmiş. Fəqət, orda da müqavimə­
ti davam etdirmək mümkün olmamışdı. Kəndlilər danı-
5*83 gedəsi olmuşdular: bir neçə yüz ailəyə səfər icazəsi
əkinçiliklə məşğul olan ərəb kəndliləri, rəncbərlər
159
verilmiş və onlar gəlib Fəsdə yerləşmişdilər. Bir neçə şəxs
dağlara sığınaraq and içmişdilər ki, heç kimə onların ya­
nına gəlməyə imkan verməyəcəklər, qalanlarının hamısını
xaç suyuna saldılar. Səkkiz əsr ərzində müəzzin sədasının
möminləri namaza çağırmış olduğu Əndəlus torpağının
üstündə heç kim bir daha "Allahü-əkbər" deyə bilmədi-
Heç kim atasının ölüsü üstündə "Fatihə" oxuya bilmədi-
Ən azı, bu işləri açıq şəkildə edə bilmədi. Belə ki, zor gü­
cünə dinindən döndərilmiş müsəlmanlar öz dinlərinə küfr
eləmirdilər. Onlar Fəsə ürək parçalayan məktublar gön­
dərməyə başlamışdılar.
Namələrin birində deyilirdi: "Ey müsəlman qardaşları*
mız, əgər biz Qərnatanın süqutu zamanı mühacirət etinə'
mişiksə, bu yalnız ona görə baş verib ki, köçməyə imkanı*
mız olmayıb. Çünki biz qərnatalıların ən kasıbı və pulsuz11
idik. Bu gün xaç suyuna düşməyi ona görə qəbul eləmişik
ki, arvad-uşağımızın həyatını hifz eləyək, ancaq qiyamət
günü Allahın bizə qəzəbindən və cəhənnəm əzabı vermə'
yindən qorxuruq. Ona görə də, ey mühacir qardaşlarımın
sizə yalvarırıq ki, öz öyüd-nəsihətlərinizlə bizə kömək edə'
siniz. Fəqihlərdən bizim barədə hökm çıxarılmasını tələb
eləyin. Bizim dərdimiz bitib-tükənən deyil".
Qardaşlarına ürəyi yanan qərnatalı mühacirlər o il bir
neçə iclas çağırmışdılar. Bəzi iclaslar dayımın evində keçi'
rilmişdi. Belə toplantılarda xalqın tanınmış adamları, xü'
susən də fəqihlər iştirak eləyirdilər. Bu şəxslərin bəziləri
uzaq yerlərdən gəlmişdilər ki, axtarışlarının yekunlarım
və düşündüklərinin məğzini çatdırsınlar. Bunu xatırlaya
ram, çünki Vəhram müftisinin gəlişini görmüşdüm. O qır*

160
yaşlarında, başına Əstəğfürullahın əmmaməsindən geri
qalmayan əmmamə qoyan bir kişiydi, özü də onu bir az gen
Çalmalayırdı. Dayım onu küçədəcə həmişə olduğundan da
artlq gülərüzlə qarşıladı. Toplantı ərzində bütün gələnlərin
sual verməyə, imkanı oldu. Ancaq heç kim onun verdiyi
cavablara şübhə eləməyə və onunla mübahisəyə girməyə
cürət eləməzdi. Doğrudan da, qoyulmuş məsələ şəriət və
sünnədə böyük bilik, həm də itctihad 1 üçün böyük cəsarət
Jstəyirdi. Ağıl qəbul eləmirdi ki, yüz minlərlə müsəlman
Peyğəmbərin dinindən üz döndərsin, axı, bütöv bir xalq­
dan tonqalların üstündə əzabla ölmək tələb olunurdu.
Mən Vəhraminin sakit, aram səslə dediyi ilk sözləri
xatırlayıram:
~ Ey müsəlman qardaşlarım, əl-həmdu li-llah, biz burda
Ü^ar-ül-islamdayıq. Dinimizi başımızın tacıymış kimi fəxr-
lə daşıyırıq. Dinlərini əllərindəki kösöv parçasıymış kimi
daşıyanların çətinliyini də nəzərə alaq.
Sonra əlavə elədi:
" Onlara cavab məktublarınız ehtiyatlı və ölçülü-biçili
Gahdır. Düşünün ki, göndərdiyiniz məktub tonqal qa-
lənrnasına səbəb ola bilər. Onların xaç suyuna çəkilməsini
^batmayın, əksinə onları bütün hallarda İslama müxlis
°Irnağa çağırın, qoy dinimizi övladlarına da təlqin eləsin­
lər. Ancaq həddi-buluğa çatmayanadək, sirləri qorumağı
bacarmayanadək bunu eləməsinlər. Uşaq ata-anasının
doğruçu dini haqda ağzından düşünülməmiş söz qaçırıb,
°nların ölümünə səbəb ola bilər.

biridə yeni hökm çıxarmaq


161
Bəs müsəlmanlar çaxır içməyə vadar edilsələr? Müsəl­
man olmadıqlarını sübut eləmək üçün donuz əti yeməyə
məcbur olsalar, necə? Müfti dedi:
- Məcbur olsalar, eləsinlər, amma ürəklərində özlərinə
bəraət tapsınlar.
Bəs onlardan Peyğəmbər sallal-lahu və səlləmi söymək
tələb olunsa necə?
Təkrar dilləndi:
- Məcbur olsalar, eləsinlər, amma ürəklərində əksini
söyləsinlər.
Müfti ən dəhşətli əzabla yaşayıb, "qərib" adıyla hicrət
eləyə bilməyən insanları "şəhid" adlandırdı.O, Peyğəmbə­
rin belə bir hədisinə istinad edirdi: "İslam qəribliklə başlə'
yıb, qəribliklə də bitəcək. Cənnət qəriblikdədir".

***

Fəsdəki qərnatalı icması qərara gəldi ki, əsas müsəl"


man hökmdarlarına: Qəstəntəniyyə ağası sultana, Farsün
yeni şalıma, Misir sultanına və şanı onlardan az olanlar3
elçilər göndərib Qərnatada zülm çəkən o müsəlmanla1*1
qurtarmaq üçün bütün ökələrin müsəlmanlarından imdad
istəsinlər. Əl-Həmrada gördüyü işləri nəzərə alıb, o rəsmi
məktubların lazımi qaydada tərtib edilməsi və yazılmas1
dayıma tapşırıldı. Bu məktublardan ən vacibi, yəni böyük
Qəstəntəniyyənin sahibinə ünvanlanmış məktubu müşa"
yiət eləmək də ona həvalə olundu. Ancaq dayım əvvəlcə
gedib Fəs sultanından və Əbu Abdullahdan etimad
1 İranın

162
tövsiyə məktubları aldı. Günü bu gün də hər dəfə o səfər
yadıma düşəndə ürəyim sıxılır. Hərçənd ki, o vaxtdan üzü
bəri ən uzaq ölkələr, ən çətin gedilən yerlərlə tanış olmu-
Şam. Nə vaxt idi ki, Qəstəntəniyyəni görməyi arzulayır­
dım. Dayımın ora gedəcəyini bilcək ürəyimdə götür-qoy
eləməyə başladım, öz-özümdəm soruşdum ki, on yaşım
var, bəlkə dayımdan bu səfərdə iştirak etmək haqda xahiş
e*əyim. Çox xəyala dalmadan məsələni dayıma anlatdım,
ə' qollarını sevincək açıb, mənə səsləndi:
~ Mən səndən yaxşı yol yoldaşı hardan tapacağam?
Rişxəııdaıniz tonuna rəğmən aydın idi ki, o, fikrimə se­
vinir. Atamı da qərarıma razı salmaq qalırdı.
Məhəmməd həmin ili də hay-küydən, qilü-qaldan, tənə-
olr gözlərdən uzaq kirayələnəsi torpaq axtarırdı. Habelə
y°rulub-usanmadan Məryəm və Vardədən hər gün onun
xəbərini soruşa-soruşa tam iki həftəni gözləyəsi oldum. Nə
məryəm, nə də Vardə onun barəsində bir şey bilmir və mə-
^’rn kimi onlar da gözləyirdilər. Axır ki qayıdıb gələndə
°*ümü tələsik ona yetirib, sürətlə danışmağa başladım ki,
bu da məni öz dediklərimi bir neçə dəfə təkrarlamağa va-
dar elədi. Amma səd heyif! Elə rədd cavabı verdi ki, təkrar
xahiş eləməyim mümkün deyildi.
Kaş ki, dayım səfəri haqda ona öz xüsusi tərzində dam­
aydı. Bəlkə, bilərdi ki, elə səfərlər necə yaxşı təqdir olunur.
$əlkə onda Məhəmməd mənim fikrimə etiraz eləməzdi?
AXı dayımın onunla barışmasından çox vaxt keçmir. Atam
aÇ!q şəkildə mənə "yox" deyə bilmişdi. Mənə səfərin təh-
əkələrini arqument gətirdi, gedib gəlməyən şəxsləri yada
Saldı, səfər səbəbinə yarımçıq qoyacağım dərslərimdən

163
danışdı. Ancaq mən bilirəm ki, gerçək səbəb mənim da­
yıma, anamm ailəsinə tam yaxınlaşmağımı istəməməsiydi.
Qorxurdu ki, ondan tam uzaqlaşım. Höcətləşməyə gücüm
çatmadığından yalvar-yaxar elədim ki, məsələ ilə bağlı
dayımla danışsın. Ancaq onunla görüşməkdən də imtina
elədi.
Bütün həftəboyu hər səhər yuxudan gözüm qan rən­
ginə boyanmış və yastığım islanmış vəziyyətdə oyanırdım-
Dayım məni sakitləşdirmək üçün and içdi ki, gələn səfər
mütləq onunla gedəcəyəm. Və öz andını tutdu.
Səfər günü yetişdi. Gəmi yola çıxmadan gərək dayım
Vəhrana gedən tacir karvanına qoşulaydı. Dan yeri sö­
küləndən qərnatalılar onun mənzilinə axışıb gəlir, ona
vəzifəsini yerinə yetirməkdə uğur diləyir və xərclərinə bir
neçə qızıl sikkə ilə töhfə verirdilər. Mənsə narahat şəkildə
bir küncdə yırğalanırdım.
Gözlərindən hiylə yağan bir qoca gəlib yanımda əyləşdi-
O kişi məni sünnət eləmiş dəllək Həmzəydi-məndən atamı
xəbər aldı, axırıncı dəfə Bisanda bizim yanımızda gördüyü
fidyəçinin ölümünə göz yaşı tökdü. Sonra məndən dərs­
lərim haqda və o vaxt öyrəndiyim surəni soruşdu. Ancaq
cavabımı gözləmədən özü surəni əzbərdən deməyə başla­
dı. Onunla ünsiyyət xoş idi, bir saata qədər çənə vurdum-
Mənə danışdı ki, yığdıqlarının çoxunu mühacirətdə itirib,
amma əl-həmdu li-llah, arvadlarının xərcini çəkməyə hələ
••
gücü çatır. Oz bərbər sənətinə qayıtmışdı, ancaq ülgücü­
nün zərbəsi sünnət üçün yaramırdı. Məhəllə hamamında
öz peşəsini davam eləmək üçün yer icarə götürmüşdü.
Lapdan başına bir fikir gəldi, gözləri parladı:
164
- Məktəbdə olmayanda mənə kömək eləmək istərsənmi?
Tərəddüd eləmədən razılaşdım.
- Hər həftə sənə bir dirhəm ödəyəcəyəm.
Dedim ki, mənim bir dostum var, istəyirəm ki, kaş ki o
da mənlə gələ biləydi.
Həmzə bunda pis bir şey görmədiyini dedi. Onun da
qisməti mənim kimi olacaqdı, hamamda görüləcək çoxlu iş
vardı. Dayım bir neçə dəqiqə sonra mənimlə öpüşüb vida­
laşmaq üçün gələndə gözlərimin quru və gülən olmasına
Ç°x şaşırmışdı. Ona dedim ki, işləyib həftədə bir dirhəm
alacağam. Sonra ona işində uğur arzuladım, o da mənə
uğur dilədi. L

165
Hamam ili
Hicri 905-ci il (Miladi 1499-cıı il avqustun 8-i-1500-cü il
23 iyul)
- Mən düşünməzdim ki, bu adamlar təzəklə çimirlər!
Harunun dediyini başa düşmək üçün mənə bir neçə göz
qırpımı vaxt lazım oldu. Sonra hər ikimiz ucadan qəhqəhə
çəkdik. Dostum həqiqətdən uzaq deyildi, çünki Fəsdə ha­
mamların suyu ,doğrudan da, təzəklə qızdırılırdı. O gün
işlə tanış olmaq üçün bizə pul verildi. Hamam sahibi bizə
iki qatır və bir az pul verib göndərmişdi ki, məhəllədəki
ilxı pəyələrini dolaşıb, təzək qalaqlarını alaq. Aldıqlarımızi
şəhərdən kənarda bizim üçün müəyyən edilmiş yerə daşı­
yırdıq. Yükü təhvil alacaq kişi orda bizi gözləyirdi. O, qiy~
mətli məhsulu sərib qurutmağa cavabdeh idi; bu iş yayda
bir ay, qışda isə üç ay vaxt aparırdı. Qayıdan baş ağac kimi
bərk və tez alışan təzək komasını götürürdük.
Gərək deyəsən ki, sonuncunu daşıyıb qurtarandan sonra
mənim və Harunun üst-başımız nə günə düşürdü-daşıdıq-
larimizin rəngi geyimimizə çıxır, iyi tənimizə hopurdu. Biz
həmən paltarımızı soyunub paklanmaq üçün isti nömrəyə
təpilməyə tələsirdik. Macəramız bizi əyləndirirdi. Qurulan-
ma otağında bir dostumuzu görcək ondan suyun əvvəlki
günlərdən fərqli olub-olmadığını soruşub əylənərdik.
166
Hamam bütün şəhər əhalisinin nəzərində görüş vəd
vermək üçün ən sevimli yer idi. Onlar hamamın girəcəyin­
dəki kiçik hücrələrdə libaslarını çıxarıb ,utanıb eləmədən
lüt-lüt yığışırdılar. Kiçik şagird idilərsə, müəllimlərindən
söz salır, döyülmək cəzası aldıqları gizli oyunlarından da­
nışırdılar. Yeniyetmələr qadınlardan danışar, bir-birini bu
və ya digər gözəlin dərdindən əriyib getməkdə suçlayar,
hər biri də eşqbazlıq macəralarıyla fəxr edərdilər. Orta yaş­
lılar bu mövzuda ehtiyatlı olar, danışanda da bədənlərinin
fəaliyyətini yaxşılaşdırmaq üçün məsləhət və reseptlərlə
bölüşərdilər. Bu da elə bir mövzu idi ki, bitib tükənmək
bilmir, həm də yalançı həkimlər üçün qızıl mənbəyi sayı­
lırdı. Qalmış vaxtı isə dedikləri rəydən asılı o?araq, alçaq
və ya uca səslə dinardan danışar, siyasət haqda mübahisə
eləyərdilər.
Məhəllə adamları çox vaxt yemək üçün hamamda gö-
rüşərdilər. Bəziləri yeməklərini Özləri ilə gətirər, bəziləri
isə qurulanma otağında xidmətçilərdən birinə deyərdi ki,
yaxınlıqdakı bazar-dükandan onlar üçün bir şey alsın. Özü
də onlar yüngül qismətlərini əlüstü yeməzdilər. Əvvəlcə
İsti otağa keçər, kisəçilər onları çimizdirər, bədənlərini yağ
və məlhəmlərlə ovuşdurardılar. Sonra buxar otağına keç­
məzdən qabaq qalın yun keçələrdə uzanıb, başlarını elə
həmin yunla örtülü taxta söykəyər, bir az istirahət edər­
dilər. Sonra yenidən isti otağa qayıdar, yenidən yuyunar
və istirahət edərdilər. Ancaq bundan sonra soyuq otağa ke­
çib yemək, gülmək, laqqırtı vurmaq və hətta oxumaq üçün
hovuzun ətrafında əyləşərdilər.
Onların çoxu yemək bitənədək üryan olardılar. Amma
bəzi hörmətli şəxslər istisna idilər. Onlar belə görkəmdə

167
üzə çıxmaqdan çəkinər, bellərinə fitə dolayar, fitəni yalnız
məxsusi olaraq onlar üçün hazırlanmış otaqlarda çıxarar­
dılar. Çox gözəl tərtiblənmiş həmin otaqlarda dost-tanış­
larını pişvaz edər, bədənləri övkələnər, sonra da bərbərlər
gəlib öz xidmətini təklif edərdilər.
Qadınlara gəlincə, xüsusi olaraq onlar üçün bir neçə
hamam var idi, amma hamamların çoxu hər iki cinsə xid­
mət göstərərdi. Yerlər eyni olsa da, hamam saatları başqa-
başqa vaxtlara təsadüf edərdi. Mən işlədiyim hamamda ki­
şilər sübh saat üçdən günortadan sonra saat ikiyədək gələ
bilərdilər. Günün qalan vaxtını isə qurulanma otağının
şəyirdlərini zənci qadınlar əvəzlərdi. Qapının yanını iplə
bağlayardılar ki, kişilər içəri keçə bilməyəcəklərini başa
düşsünlər. Hər hansı kişi arvadına bir söz deməyə ehtiyac
duyanda gərək hamam işlərinə məsul olan qadınlardan
birini çağırıb məktubunu verəydi. Hər dəfə kəndirin bağ'
landığını və qadınların gəldiyini görəndə biz məkanı tərk
eləməliydik.
Mənlə Harun hamam qadınlara meydan olan zaman nə
baş verdiyini bir-birimizdən soruşurduq. İlk vaxtlar özü­
müzü inandırmağa çalırdıq ki,orda kişilərdən bildiyimiz
şeylərdən başqa nəsə baş vermir; həmən masaj, həmən
ətirlənmə, həmən laqqırtılar, həmin şənlənmələr, varlı qız­
ların bədənlərini örtməsi üçün həmin fitələr.
Fəqət, ikindi vaxtı giriş qapısında apardığımız müşahi­
dələrimiz zamanı öz zənbillərilə gələn çoxsaylı xırdavatçı
qadınlar görmədik. Əksinə hər cür falabaxanlar, ara hə-
kimliyi edən qadınlar, bəzən də cindar qadınlar kimi na­
rahat-nadürüst adamlar. Görəsən, doğrudanmı, onlar iksir

168
gətirir və cadularıyla kişilərə ziyan vurur, mum heykəllərə
sehrli sancaqlar batırırlar? Əgər desək ki, bu maraq bizi
aludə eləmişdi, az olar, bizi çəkilməz bir narahatlıq çulğa-
rnışdı. Bu həm də instinktiv bir çağırış idi.
Bir gün Harun dedi:
- Nə olur olsun, mən sabah ora gedəcəyəm. Məni müşa­
yiət eləmək istərdinmi?
Gözlərinə baxdım, zarafat eləmirdi: "Məni müşayiət
eləmək istərdinmi?" "Yox" demək üçün mənə böyük cə­
sarət lazım gəldi.
Harun dedi:

- Bu, daha yaxşıdır. Təkbaşına gedərəm, ikindi düşəndə


sən burda, məhz burda olarsan.
Ertəsi gün yağış yağırdı, hava tutqun idi. Gəlib vədələş­
diyimiz yerdə durdum. Ordan heç birinin diqqətini cəlb
eləmədən qadınların hamama girməyini müşahidə eləyə
bilərdim. Səhərdən Harunu görməmişdim. Öz-özümə
s°ruşurdum ki, bəlkə, burda olub, əgər içəri keçə bilibsə,
görəsən, nə baş verib. Gözləyirdim ki, onun çölə atılmağı-
nı görəcəyəm. Qorxduğum o idi ki, o çölə çıxarkən onlar-
qadının onu təqib edib qovduğunu görəm. Mən də, öz
oövbəmdə, küçələr boyunca qaçmağa məcbur olam. Əmin
olduğum tək bir şey var idi ki, "Təhqiqatçı" öz dəlisov
planından vaz keçməyib. Ara-sıra günəşə, onun buludlar
arxasındakı haləsinə boylanırdım. Səbrim kəsilmişdi.
Hamamın qarşısında heç bir qeyri-adi hərəkət gözə
öəymirdi. Qadınların bir qismi hamama girir, digərləri
isə ordan çıxırdı. Bəziləri ağ və ya qara çadraya bürün­
müş, bəziləri isə ancaq saçlarını və üzlərini örtmüşdülər.

169
Yanlarında bəzən kiçik qız uşaqları, nadir hallarda isə çox
kiçik oğlan uşaqları olardı. Bir kök qadın mənə sarı yaxın­
laşıb, bir anlığa məni təpədən-dırnağa süzüb, başa düş­
mədiyim sözlər deyə-deyə geri döndü. Yəqin ki, gizlənən
kimi davranmağım ona şübhəli gəlmişdi. Uzun dəqiqələr­
dən sonra dayandığım yerə daha yaraşıqlı bürünmüş biri
yaxınlaşdı. Arxayın olmadığımdan dabana tüpürdüm.
- Sən burda əmin yerdəsən, özün də ürkürsən?
Harunun səsiydi! Ancaq bir dəfə çaşqınlıqdan çığıra
bildim.
- Heç bir hərəkət eləmə, heç bir səs çıxartma. Yüzə kimi
say, sonra məni evdə qarşıla.
Məni qapının yamnda gözləyirdi. Bağrım yarılırcasına
soruşdum:
— Mənə xəbər ver.
Etinasızlıqla xeyli ləng cavab verdi:
- Çatıb içəri girdim. Kimisə axtardığımı bəhanə eləyib,
bütün nömrələri dolaşıb, sonra çıxdım.
- Paltarını çıxardmmı?
-Yox.
- Nəsə gördünmü?
- Bəli, gözüm doyunca.
-Ay Allah səni öldürsün, di danışsana?
Heç nə demədi, dodağında nə bir qəzəb, nə də təbəs­
süm qalmamışdı. Ancaq gözləri məmnunluq və hiylə saçır-
•■
dı. Ürəyimdən keçdi ki, onun üstünə düşüb yumruqlayım.
- Bəlkə istəyirsən ki, sənə yalvarım, alnımı ayaqlarına
sürtüm.
Təhqiqatçı istehzama da məhəl qoymadı:

170
- Mənə yalvarsan da, ayağıma düşsən də, sənə heç nə
deyən deyiləm. Mən özümü təhlükəyə atdım, amma sən
bundan çəkindin. Əgər qadınların neylədiyini bilmək istə­
yirsənsə, gərək gələn dəfə mənlə gedəsən.
■ •

Özümü itirdim.
- Bəyəm sən yenə də ora getmək istəyirsən?
Iş onun üçün o qədər qətiləşmişdi ki, cavab verməyə
lüzum görmədi.
Ertəsi gün yenə gizləndiyim yerdəydim, bu dəfə onun
hamama girməyini gördüm. Geyimini yaxşılaşdırmışdı.
Bu dəfə qalın qara libasa bürünmüşdü, ancaq başına ağ
örpək salıb, alnının bir hissəsini, çöhrəsini və saçını ör-
tüb çənəsinin altında düymüşdü. Onun üstündən də na­
zik şəffaf rübənd var idi. Elə məharətlə maskalanmışdı ki,
az qala mən ikinci dəfə də aldanacaqdım. Çıxandan sonra
Onunla görüşəndə həyəcanlı görünürdü. Gətirdiyi xəbər­
lər haqda soruşdum, ancaq çığır-bağır salmağıma və israr
eləməyimə rəğmən, cavab verməkdən imtina elədi, sükut
Pozulmadı. Az qala həmin hadisəni unutmuşdum. Fəqət,
Harun bir neçə il sonra onu elə ifadələrlə yadıma saldı ki,
yaddaşımda əbədi həkk olundu.

* * *

Dayım səfərindən o ilin son günlərində döndü. Fəsdəki


əndəluslular işdən xəbər tutunca missiyasının nəticələrini
öyrənib bir soraq eşitmək üçün dəstə-dəstə axışıb gəlirdilər.
Dayım dəniz səyahətində, sulara qərq olmaqdan və dəniz
quldurlarından necə qorxmağından, Qəstəntəniyyəni və
171
mövlamız sultanın qəsrini görməyindən, yeniçərilərdən.
Məşriqin müxtəlif ölkələrini: Şamı, İraqı, Farsı, Ərməniy-
yəni1 və Tatarlar diyarını gəzib dolaşmağından təfsilatıyla
danışdı.
O, işi ləngitmədən əsas məsələyə də toxundu.
- Hər yerdə bizi qonaq eləyənlər əmin idilər ki, quştal­
lar Allahın iznilə tezlikcə məğlub olacaq və Əndəlus İslam
dünyasına geri qayıdacaq, hər kəs də öz evinə dönə biləcək.
Etiraf elədi ki, haçan və necə olacağını bilmir, ancaq o,
türklərin yenilməz gücünün, onların qüdrətli ordusunun
görən hər kəsin qəlbinə lərzə salan mənzərəsinin şahidi ola
bilib. O, türklərin Qərnatanın taleyi ilə ciddi maraqlandıq-
larına və onu kafirlərdən azad eləmək istədiklərinə inanır
Mən gələnlərdən daha az toxtamışdım. Dayımla tək qalan­
da, onun üstünə düşdüm.
- Haçan qayıda biləcəyimizi zənn eləyirsən?
Elə göründü ki, nə demək istədiyimi başa düşməyib.
- Hara qayıdırıq ki?
- Qərnataya, bəyəm, sən o barədə danışmırdın?
Bir xeyli mənə baxdı, sanki çəkimi ölçmək istəyirmiş*
Sonra sakit və aramla dedi:
- Oğlum, Həsən, daha 13 yaşmdasan, gərək səninlə kişi
kimi söhbət eləyəm.
Ancaq bir anlığa duruxdu:
- Mənə yaxşı qulaq as. Məşriqdə gördüyüm yalnız
o oldu ki, Əcəm sultanı2 başları xüsusən də venesiyah-
larla döyüşə qarışmış türklərlə müharibəyə hazırlaşır.

1 Müəllif bu ölkəni müsəlman əyalətlərdən birinin adı kimi sadalayır.


2 Səfəvi şahlarının Osmanlılarla müharibəsindən söhbət gedir

172
Misirlilərə gəlincə, bir müddət qabaq quştallardan bir qə­
dər buğda alıb, dostluq və ittifaq sözü veriblər. Bəlkə də bir
neçə il sonra iş başqa cür dəyişdi, bu günsə qarşılaşdığım
müsəlman hökmdarlarından heç birinin qərnatahların ta­
leyi ilə maraqlandığım hiss eləmədim, nə biz mühacirlərlə,
də o miskin "qəriblərlə".
Mənim gözlərimdə ümidsizlikdən daha çox təəccüb
var idi.
Dayım sözünə davam elədi:
~ Yəqin məndən soruşacaqsan ki, niyə burda olan adam-
Jara həqiqətin əksini dedim. Bax, Həsən, bu adamların
hamısı hələ də evlərinin divarlarında Qərnatadakı mən­
fillərinin açarlarını asırlar. Hər gün də onlara baxıb koks
ötürür və dua eləyirlər. Və hər gün fərəhli və məğrur yaşa­
dıqları keçmiş günləri xatırlayırlar. O qürur ki, köçkünlük-
də onun nə olduğunu unudublar. Onları həyatda saxlayan
lək şey budur; elə fikirləşirlər ki, Böyük Sultanın sayəsində
və ya Göylərin inayətilə çox keçmədən xəyallarında heç
hir insanın əli dəyib korlanmamış mənzillərini, mənzillə­
rinin daşlarının rəngini, bağçalarının ətrini, hovuzlarının
suyunu geri qaytara biləcəklər. Onlar bununla yaşayırlar,
hu ümidlə də öləcəklər, övladları da eləcə. Bəlkə də, onları
məğlubiyyətin gözünə baxmağa öyrətməyə cürət eləyən
kimsə olmalıdır. Elə bir adam ki,onlara başa salmağa cürət
eləsin ki, insan əvvəlcə yıxıldığını qəbul eləməlidir ki, aya­
ğa qalxa bilsin. Bir gün kimsə onlara doğrusunu deməlidir.
Ancaq mən belə cəsarət yiyəsi deyiləm.

173
iki qəzəbli aslan ili
Hicri 906-cı il (Miladi 1500-cü il iyulun 28-İ-1501-Cİ H
iyulun 16-sı)
Bacım Məryəm məndən xəbərsizcə böyümüşdü. İki
uzun ayrılıq onu mənə özgələşdirmişdi. Biz bir damın köl­
gəsində deyildik, oyunlarımız da eyni deyildi. Onunla üz-
üzə gələndə sözlərimiz anlaşma ifadə eləmir, baxışlarımız
da ilk dəfədən uzlaşmırdı. Həmin il qatırın üstündə məni
danışdırası oldu ki, onu yenidən görüb nəzərdən keçirim
və çox istədiyim, gözündən yaş gələnədək döydüyüm
cumbulu qızcığazı yadıma salım.
Bu hadisə yayın əvvəlində Miknasa gedən yolun üstün­
dəki zeytun bağında baş verdi. Atam istəmişdi ki, onun
Vardə və Məryəmlə birgə ölkədaxili səyahətlərini müşa­
yiət eləyim. Hələ də kirayəyə götürməyə torpaq axtarırdi-
O, təcrübəli əndəluslularla birlikdə az əkilən bəzi bitkilər
becərmək istəyirdi. O bitkilər əkiləndə də pis becərilirdi-
Xüsusən də ipək qurdu yetişdirmək üçün Afrika torpa­
ğında ağ tut əkmək istəyirdi. Ola bilsin ki, Fəsin ən var­
lı adamlarından birinin də iştirak eləyəcəyi plan haqda
minlərlə təfsilata toxunmaqla artıq mənə danışmışdı. Ona
qulaq asdıqca hiss eləyirdim ki, Qərnatanı tərk eləyəndən
sonra yaranmış, bir-birinin ardınca arvadlarını itirməsiylə

174
daha da şiddətlənmiş tənəzzül və uğursuzluq mərhələsini
adlayıb. Budur, plan qurub iddia ortaya qoymuşdu, əlləri
silahlı idi, gözləri isə yenidən arzuyla dolmuşdu. Səfəri­
miz zamanı tələb olunduğu kimi, mən köhlənə süvar ol­
muşdum, iki qadın üçünsə iki qatır verilmişdi. Gərək yo­
lumuzu getdiyimiz qaydada da davam etdirəydik. Birdən
Vardə Məhəmmədə yaxınlaşıb, Məryəmin yanına qayıtdı.
Məryəmsə hiss olunmadan qatırın sürətini yavaşıtdı, vali­
deynlər uzaqlaşdı.
- Həsən!
Dörd saat qabaq Fəsdən çıxandan bəri bacımı dindir­
məmişdim. Ona sarı çevrilib mənası yaxşı halda "miniyin ı4
səni incitmir ki?" sualını ifadə eləyən bir nəzər saldım. An-
Caq o, torpaq rəngli rübəndini götürdü və həlim bir təbəs­
süm ağ çöhrəsini işıqlandırdı:
- Dayın səni öz oğlu kimi sevir, deyilmi?
Sual mənə yersiz və məqsədsiz kimi gəldi. Vardənin
Rizinin anamın ailəsi daxilindəki münasibətlərdən hali
eləmək istəmədiyimdən çox tələsik formada razılaşdım.
Ancaq onun məqsədi düşündüyüm kimi deyilmiş.
- Mənim uşaqlarım olanda, sən də onları dayın səni
sevən kimi sevəcəksən?
Cavab verdim:
- Əlbəttə ki.
Amma dediyim "əlbəttə ki" sözü çox başdansovdu, ax-
uiaq və anlaşılmaz tələffüz olunmuşdu.
Fikrini tamamlayıb gözləməyə başladı. Gizlincə
Məryəmə baxırdım. Onun susmağı suallarından daha
Çox can incidən idi. Mənə sarı baxmırdı, həm də yolun
175
toz-tozanağına baxmayaraq, rübəndini salmamışdı. Ona
tərəf çevrilib, uzun zamandan bəri ilk dəfə seyr elədim.
Çöhrəsi ilk dəfə köç gəmisinin göyərtəsində anasının qu­
cağında bizə sarı gələndə gördüyümüzdən daha dolğun
idi, yanaqları isə ovaxtkı kimi al idi. Dodaqları eləcə parlaq
•■
idi. Üstəlik, qaşlarındakı sürmə ona qadın görkəmi verirdi.
Onu nəzərdən keçirəndə qamətini düzəltdi, döşləri oldu­
ğunu sezə bildim. Döyünən onun qəlbiydi, yoxsa mənim?
Bir ilin içində yetişmiş, gözəl və gözəgəlimli qız olmuşdu.
- Uşaqlarım olanda onları sevəcəksənmi?
Gərək acıqlanaydım, amma gülümsədim, çünki hələ
bir yaşındaykən eyni hərəkətləri eləməsini, eyni gəlinciyi
dayanmadan eyni tərzdə üç dəfə, dörd dəfə, on dəfə tələb
eləməsini xatırladım.
- Əlbəttə ki, sevəcəyəm.
- Onların anasıyla dayın, Səlmayla danışan sayaq
danışacaqsan?
- Əlbəttə, şübhəsiz.
Bərkdən qatırının yüyənini dartıb, onu mahmızladı.
Dayanıb baxışlarmı mənə zilləyib dedi:
- Niyə məni heç dindirmirsən? Niyə bütün gecəni ağla­
yanda gəlib məndən xəbər tutmursan? Mən indi gərək bü­
tün kişilərdən çəkinim. Bu gün atamdan, sabah ərimdən,
bütün qohum olmayanlardan gizlənməliyəm.
Yüyəni boşaltdı, qatır yorta-yorta götürüldü, ona çat­
mağa tələsdim. Onunla yenə kəlmə kəsmirdim. Ancaq nə
qədər qəribə hiss olsa da, mən ona görə qorxur, qəfil bir
mehribanlıqla onu süzürdüm. Mənə elə gəlirdi ki, onu
nəsə bir xətər gözləyir. Miknasla Fəsin arasındakı yolun

176
yarısında yerləşən "Ar" adlı kənddə dayandıq. Baxdığı ye­
timlərə verdiyimiz sədəqənin müqabilində kənd məscidi­
nin axundu bizi qonaq elədi. Az savadlı, ancaq çox ədəbli
bir kişiydi, tərəddüdsüz-filansız kəndin niyə belə adlan-
nıasının səbəbini bizə izah elədi.
Bəlli oldu ki, nə zamandır kəndin simiclikdə ad çıxaran
sakinləri bu addan bərk rəncidəymişlər. Günlərin birində
xəbər tuturlar ki, bəs, Fəs məliki aslan ovuna çıxıb. Qərara
gəlirlər ki, onu məiyyətilə bahəm qonaq eləsinlər. Məlikin
Şərəfinə bir neçə quzu kəsirlər.
Məlik ziyafətdən sonra orda gecələyir. Kəndlilər öz
səxavətlərini göstərmək istəyinə düşürlər. Odur ki, məlik
gecələyən evin qapısının yanında böyük tuluq qoyub, ra-
Zllaşırlar ki, hökmdarın səhər yeməyi üçün qabı südlə dol­
dursunlar. Sakinlər öz qoyunlarını sürüb gətirməli, sonra
da hər biri sağdığı dolçanı tuluğa boşaltmalıymış. Tuluq
çox gen olduğundan hər kəndli özlüyündə deyir ki, başqa-
tarı hiss eləmədən südünə bolluca su qata bilər. O səbəb­
dən səhər içmək üçün hökmdar və məiyyəti üçün xəsislik
dadından başqa, heç bir tam verməyən yarımşəffaf maye
süzülmüşdü.
Ancaq o kənddə olmağımızı hələ də xatırlamağımın
səbəbi sakinlərinin çarəedilməz rəzillikləri deyildir. Səbəb
budur ki, orda məni təsvir eləyə bilməyəcəyim bir qorxu
Çulğamışdı.
Axund bizi pis qarşılamamış, bizə məscidin yanındakı
taxta komada gecələməyi təklif eləmişdi. Komanın böyrün­
də heyvanlarımızı saxlamaq üçün çəpər var idi. Mən də,
atam da damda yatmağa üstünlük verdik ki, yay gecəsinin

177
təravətindən zövq alaq. Gecənin bir yarısı iki böyük aslan
qapımızın ağzını kəsəndə də biz burdaydıq. Onları iki qa­
tırla iki köhlənin iyi çəkib gətirmişdi və miniklərimizi qo­
ruyan tikanlı çəpəri qoparmağa səy eləyirdilər. Köhlənlər
quduzlaşıblarmış kimi kişnəməyə və komanın divarlarına
sürtünməyə başladılar. Koma isə hər dəfə silkələnəndə
az qalırdı ki, dağılsın. Belə vəziyyət bu minvalla iki saat,
bəlkə də daha çox çəkdi. Ta o vaxtacan ki, aslanlardan biri
geri döndü. Qapıya hər hücum eləyəndə minlərcə tikana
batması onu coşdurmuşdu. İki qabaq ayaqları ilə qapını
cırmaqlamağa və döyəcləməyə başladı. Mən də, atam da
çar-naçar mənzərəni seyr eləyirdik. Bilirdik ki, yırtıcılar
qadınlara çatıb, onları parçalaya bilər, bizsə baş verənlə'
ri damdan seyr eləməkdən və ya şərəfimizi xilas eləmək
naminə onların çənəsinə atılmaqdan savayı heç nə eləyə
bilmərik. Aşağıda Məryəmin çığır-bağırları və Vardənin
quştal dilində Məryəmi-Üzraya1 yalvarış duaları eşidilirdi-
Məhəmməd öz növbəsində titrək səslə əhd eləyirdi:
- Əgər bu fəlakətdən çıxmaq qismətimizdə olsa, səfəri'
mizi yarımçıq qoyub Tuğya şəhərini ziyarət eləyəcəyəm kt
aslanların şərini dəf eləməkdə möcüzələrilə məşhur olan
şeyx Əbu Izzənin məzarı üstündə qurban kəsim.
Bilmirəm övliyamı dadımıza yetişdi, yoxsa Cəna-
bi-Məsihin anasımı, ancaq onu bilirəm ki, sonda aslanlar
əldən-heydən düşüb, dan yeri sökülhasöküldə çəkilib get­
dilər. Hərçənd ki, ürəyə vahimə salan nərələri yaxın dağın
arxasından hələ də gəlib bizə çatırdı. Sabahın ilk saatlarında
kənddə canlanma başlayanacan biz daldalanacağımızdan
1 Bakirə Məryəm, Həzrəti Məryəm

178
çıxmağa cürət eləmədik. Səfərə yenidən başlamazdan qa­
baq uzun bir qafilənin keçməyini gözləyəsi olduq. Məhəm­
məd ləngimədən öz əhdinə vəfa eləməyi qərara almışdı və
k^iknasda Tuğyaya gedən zəvvarlarla rastlaşmaq istəyirdi.
Bir həftə sonra ora çatanda övliyanın məzarını bizim kimi
ziyarətə gəlmiş böyük bir kütlə olduğunu gördüm. Başa
düşdüm ki, aslanlar İfriqiyyə əhlinin ürəyinə necə qorxu
Sahr. Sonrakı səfərlərim əsnasında da buna daha çox əmin
əkırdum. Neçə dəfə hansısa bir kəndə çatanda faciə üz ver­
miş insan topası görmüşəm, demə, həmin yırtıcı heyvanlar
bütöv bir ailəni parçalayıb yeyiblərmiş! Neçə dəfə sarvanlar
məni yollardan biriylə getməkdən çəkindirib, ancaq o səbə­
bə ki, orda tam bir qafiləni aslanlar dağıtmışdılar! Hətta belə
bir hadisə də olmuşdu: yırtıcılardan biri iki yüz nəfərlik si­
lahlı süvari bölüyünə hücum eləyə bilmiş, onlardan beş-altı
nəfəri öldürüb, sonra geri qaçmışdı.
Şübhə yoxdur ki, aslan vəhşilərin içərisində ən şücaət-
asidir, mən bunu bir az qibtə ilə deyirəm, çünki İtaliyada
səkkiz il ərzində bu yırtıcının adını daşıyacaqdım. Bunun-
iə yanaşı, qeyd eləməliyəm ki, soyuq ölkələrin aslanları
*sfi ölkələrin aslanlarından daha az yırtıcı olurlar. Fəsdə
üzündən deyən birisini sakitləşdirmək üçün deyərdilər
ki/ "Sən köşəyin quyruğunu yeyən Əqlə şirləri kimi şü-
cəət sahibisən". Doğrudan da, o yerdə balaca uşağın şirin
ərxasınca düşüb çığır-bağır salması bəs eləyirdi ki, həmin
Şir uzaqlaşsın. Qırmızı daş adlı dağ kəndlərinin birində
əslanlar gəlib evlərin arasında onlara atılan sür-sümüyü
gəmirir, adamlarsa qorxusuz-hürküsüz onların yan-yörə­
sindən keçib gedirdilər. Onu da eşitmişəm ki, bir qadın

179
yalqız yerdə şirlə rastlaşsa, bədəninin bəzi əzalarını açıb
göstərməyi bəs eləyir ki, vəhşi ucadan nərə çəkib, gözünü
aşağı dikib getsin. Hər adamın haqqı var ki, nəyə istəyirsə,
ona da inansın!

♦**

O ziyarətdən qayıdarkən Məryəmlə bağlı məni çulğa-


mış hisslərimi qorxa-qorxa yada saldım. Bu, iki aslanın
bizim komamıza hücum çəkməsiylə bağlı həyəcan idi-
Həmin vaxt məni o həyəcan bürümüşdü. Axı mən on iki
yaşımdaydım və vəhşi heyvanlar mənim nəzərimdə insan­
lardan daha təhlükəliydi.

180
Quranın bitirilməsi ili
Hicri 907-ci il (Miladi 1501-ci il iyulun 17-si-1502-ci il
iyulun 6-sı)
Məryəmin nişanlısı Özündən dörd dəfə yaşlıydı, boyu
°ndan iki dəfə hündür idi, özü də çox pis yollarla toplanmış
sərvət sahibiydi. Güləndə elə gülərdi ki, belə ancaq erkən
Yaşlarında həyatın daim oğurluq eləyib, yalan danışmaq ol-
^nğunu öyrənənlər gülər. Fəsdə Zərvali kimi tanınar və çox­
ları ona həsəd aparardı. Zira dünənin bu çobanı indi məlikin
qəsrindən sonra ən əzəmətli qəsr inşa etdirmişdi. Bu, göv­
dəsinə yapışıq başını saxlamağın hikmətiyləmi olmuşdu?
Heç kim bilmirdi ki, Zərvalinin sərvəti necə artıb. De­
yilənlərə görə, ömrünün ilk qırx ilini dənizin 30 miPliyində
yorləşən Bənu Zərval dağındakı kənddə öz keçilərini otar­
maqla keçirib. Uzun illər sonra o yerlərə gedib qəribə bir
təbiət hadisəsinin şahidi olmuşdum. Ən aşağıdakı vadidə
y^rdə mağarayabənzər çat var idi. Həmin çatdan daim alov
qəlxır. Alovun həndəvərində qarama rəngli bataqlıq yaran­
mışdı. Bataqlıq kəskin iyli və yapışqan mayedən ibarətiydi.
bu möcüzəyə baxmaq üçün çoxlu adam gələr, ora ağac və
°dun parçaları atardılar, dərhal da alışıb yanardı. Bəziləri

Mil-üçdə bir fərsəxə(1920 metrə) bərabər ölçü vahidi, ingilis mili 1609
Metrdir. Dəniz mili 1852 metrə bərabər götürülür.
181
belə düşünürdü ki,ora cəhənnəmin ağzıdır. Deyilənlərə
görə, o yerin yaxınlığında əsrarəngiz quyular var və roma-
Iılar Afrikanı tərk eləyib getməzdən qabaq öz xəzinələrini
həmin quyularda gömüblərmiş.
Doğrudanmı, çoban öz sürüsünü otararkən günün bi­
rində təsadüfən o saxlanclara rast gəlib? Hələ Zərvali hə­
yatıma daxil olmazdan çox-çox qabaqlar Fəsdə bu barədə
pıçıldaşmalan eşitmişdim. Hər necə olubsa da, o, gömül­
müş pullan tapandan dərhal sonra ağlı hiylə işlətmək
4
üçün çox yaxşı inkişaf eləmişdi. Daha başına gözlənilmə­
dən var-dövlət tökülənlər kimi tapdıqlarını israf eləmə­
mişdi. Bir neçə kiçik ödənişlərlə xəzinəsinin bir hissəsini
satıb, bir gün təmtəraqlı geyimdə sultanın çağırdığı illik
məclisə gəlmişdi.
Hökmdardan soruşmuşdu:
- Sən hər il Bənu Zərvaldan neçə qızıl dinar götürürsən?
Sultan cavab vermişdi ki, üç min.
— Sən oranı mənə icarəyə ver, altı min dinar qabaqcadan
ödəyəcəyəm, - demişdi.
Beləcə, bizim Zərvali öz istədiyini əldə eləmiş, üstəlik/
hədə-qorxu yoluyla adamlardan töycü toplamaq və azacıq
daxıllarını çırpışdırmaq üçün ona kömək eləməyə əsgər
dəstəsi verilmişdi. İlin sonu məlikin yanına gəlib demişdü
- Mən yanılmışam; 6 min deyil, 20 min dinar töycü
yığmışam.
Fəsin sahibi bu işə mat qalıb, nahiyəni bütövlükdə Zər'
valiyə icarəyə vermiş, camaatdan töycü yığmaq üçün ona
kömək eləyəsi yüz yayçı, üç yüz süvari, dörd yüz də pi'
yada döyüşçü həvalə edilmişdi. Beş il keçər-keçməz gəlif

182
daha da çoxalmışdı. Beləcə, nahiyənin sakinləri var-yox­
dan olmağa başladı. Onların çoxu qaçıb qonşu məmləkət­
də yaşamağa getmiş, bəzi sahil şəhərlərinə isə quştalların
hücumları artmışdı. Zərvali işlərin pisləşdiyini görəndə
vəzifəsindən istefa verib, qəsb elədiyi sərvəti də götürüb,
nahiyəni tərk eləyərək Fəsdə məskunlaşmışdı. Məlikin eti-
harım qazanıb qəsr tikdirmiş, rəhm bilmədən acgözlüklə
daim ən rəzil niyyətlərini yüksək məharətlə həyata keçir­
məyə başlamışdı.
Atam varlı bir əndəluslu köçkünün vasitəsilə onunla
tanış olmuş, ipək qurdu bəsləmək barədə öz planını ona
təqdim eləmişdi. Zərvali məsələylə ciddi şəkildə maraqla-
nıb barama tırtılı, ipək saplarıyla bağlı min bir sual vermiş,
köməkçilərindən birindən də tələb eləmişdi ki, cavabı təf-
S1latıyla yadında saxlasın.
Hiss elətdirmişdi ki, Məhəmməd kimi bacarıqlı birisiy-
'ə ərnəkdaşlıq eləməkdən məmnundur.
* Bu, zəkayla sərvətin ittifaqıdır.
Atam cavab vermişdi ki, cəmi Fəs Zərvalinin zəkasına
və qabiliyyətinə bələddir. Zərvali isə belə izahat vermişdi:
— Ey çox kitab oxuyan kəs! Sən bilirsənmi ki, ötmüş əy-
yənun ümmül-xaqanlarından biri oğlu doğulanda nə dilək
tutubmuş? Sənin zəkalı olmağını istəmirəm, çünki sən onu
Süclülərin xidmətində biyara işlətməyə məcbur olacaqsan,
sənə elə xoş tale arzulayıram ki, zəka sahibləri sənin
xidmətində dursun.
Zərvali sözünü bitirib azı dişləri görününcəyədək
Sülmüşdü.
— Yəqin mən doğulanda da anam bunu arzulayıb,
* demişdi.
183
Görüş atamı ruhlandırmışdı. Hərçənd ki, həmsöhbəti
görüşün sonunda düşünüb-daşınmaq üçün ondan möhlət
istəmişdi, istəyirdi ki, sultanı öz nəqşəsilə tanış eləyib onun
rizasını alsın, həm də toxuculara və işbilənlərə gənəş-
sin. Bununla yanaşı, işə çox etina elədiyinin sübutu kimi
Məhəmmədə dörd yüz qızıl sikkə beh vermiş və iki ailə
arasında sövdələşməyə dair eyham vurmuşdu.
Bir neçə ay sonra-düşünürəm ki, o ilin şəban ayım
da-Zərvali atamı çağırıb xəbər verdi ki, planı qəbul olu-

nub. indi işə başlamaq, ağ tut bağlarına və digər əkinlərə


baxmaq, peşəkar işçilər tapmaq, barama qurdu bəsləmək
üçün xüsusi üstüörtülü anbar tikmək lazımdır. Məlik Özü
bu işə həvəslə yanaşır. O istəyir ki, Avropa və İslam ölkələ­
rini öz ipəkləri ilə qərq eləyən tacirləri bu nəfis əmtəəni
gətirmək üçün Çinə getməkdən çəkindirsin.
Atam fərəhindən dünyaya sığmırdı. Onun nəqşasi çm
olmaq ərəfəsindəydi, özü də arzu elədiyindən daha artıq
ölçüdə. Vaxtından əvvəl özünü kaşıyla döşənmiş
qəsrdə gen-bol ipək döşəklərin üzərində uzanmış şəkil­
də görürdü. Fəsin ən görkəmli şəxslərindən biri, qərnata-
lıların fəxri, sultan xəvasının biri, məktəb və məscidlərin
xeyriyyəçisi olacaqdı.
Zərvali sözünə davam eləmişdi:
- Sazişə qohumluq sövdəsindən daha yaxşı, hansı möhür­
lə damğa vura bilərik. Sənin ərə gedəcək qızın yoxdurmu?
Məhəmməd dərhal sponsoruna vəd eləmişdi ki, Mər­
yəmi ona ərə verəcək. Bir neçə gün sonra sırf təsadüf
nəticəsində həyatımı çox dəyişəcək bu söhbətin məzmu­
nundan xəbər tutdum. Zinətçi Sara Zərvalinin qəsrindəki

184
hərəmxanaya ətirlərini, ucuzvarı bəzək-düzəklərini sat­
mağa getmişdi, necə ki, bu işi əvvəllər Qərnata sarayında
edərdi. Sara qəsrə getdiyi vaxtlar qadınlar yalnız ağaları-
nın yeni izdivacı haqda danışar, onun indiki kişi müqtədir-
hyinə rişxənd eləyər, bu sonuncu evliliyin indi qəsrdə olan
bütün cəriyələr üçün nəticələri barədə mübahisə edərdilər.
Adamın dörddən çox, başqa sözlə desək, şəriətin icazə ver­
mədiyi sayda zövcəsi vardı. Ona görə də onlardan birini
boşamaq gərəkirdi, amma o, belə şeyə öyrəşmişdi, elə qa­
dınları da buna öyrəşmişdi. Boşanmış qadın qonşu mənzil­
lərdən birini alar, bəzənsə qəsrin divarları arasında qalardı.
Belə şayiələr gəzirdi ki, onların bəziləri boşanandan sonra
bəmilə qalarmış, amma Zərvali şaşırıb acıqlanmazmış.
Sara, əlbəttə, axşamüstü anamın yanına tələsirdi ki,
gəzən söz-söhbəti ona çatdırsın. Məktəbdən dönüb, dərhal
b*r az xurma çeynəyə-çeynəyə uzaqdan iki qadının qey­
bətinə qulaq vermişdim. Birdən bir ad çəkildi, mən yaxın
gəldim:
- Hətta onlar Məryəmin adına ayama qoşmağa da vaxt
Apıblar: ipək qurdu.
Zinətçidən tələb elədim ki, söhbətini kəlmə-kəlmə
mənim yanımda təkrarlasın. Sonra ondan səbirsizliklə
s°n.ışdum:
- Sən güman eləyirsən ki, bacım bu kişiylə xoşbəxt
°'əcaq?
— Xoşbəxtmi? Qadınlar daha pis olmasından can qurtar­
mağa çalışırlar.
Cavab mənə çox ümumi və başdan eləmə hiyləsi kimi
göründüyündən dedim:
185
- Bu Zərvali haqda mənə danış.
Bu tələb çox kişiyana alınmışdı. Saranın dodaqlarına
ötəri istehzalı bir təbəssüm qondu, amma cavab verdi:
- Reputasiyası yaxşı deyil, sazişə elə də əhəmiyyət verən
deyil, çox varlıdır.
- Deyirlər o kəndləri qarət eləyib?
- Yəqin ki, bütün əmirlər öz ölkələrini qarət eləyiblər*
Ancaq belə şey görünməyib ki, bu iş üzündən kimsə qızıdı
və ya bacısını ərə verməsin.
- Bəs o, qadınlanyla necə rəftar edir, o necə ərdir?
Məni başdan-ayağa süzüb gözünü bir xeyli üzümdəki
nazik tüklərə zillədi.
- Sən, qadınlar barədə nə bilirsən, axı?
- Nə bilməliyəmsə, bilirəm.
Gülmək istəsə də, sərt baxışım onun bu cəhdinə mane
oldu. Belə söhbəti mənimlə davam etdirib-etdirməmək 13'
zım gəldiyini soruşurmuş kimi anama sarı döndü. Anam
ona hə işarəsi verincə nəfəsini dərib əlini çiynimə qoyub
sözünə davam elədi:
— Bu Zərvalinin cavanlı-qocalı, kənizli-azadlı, ağh-rp'
ralı bütün qadınları onlar üçün ayrılmış hərəmxanada
dustaqdırlar. Sayları yüz nəfərdən kəm deyil. Ağa ilə bir
gecə keçirmək, övladlarına imtiyaz qazanmaq, otaqlarına
palaz, özlərinə ətir, daş-qaş və ya iksir əldə eləmək üçün
didişirlər. Ərindən şəfqət gözləyənlər onu almır, macəra
axtaranların işi boğulmaqla bitir. Ancaq ola bilsin ki, yal'
nız o qadınlar xoşbəxt ola bilirlər ki, mətbəxə və digər
işlərinə əmək sərf eləmədən, onlardan cürdək gətirməyi/
soyuq və zökəmdən qorunmaq üçün soba qalamağı tələb

186
eləyən kişisiz, yoxsulluqdan, ehtiyacdan uzaq əmin-aman­
lıqda yaşamaq istəyirlər. Sənin bacın hansı qrupa aiddir?
Mən çıldırmaq dərəcəsinə çatmışdım:
-Səncə, 13 yaşlı yeniyetmə qızın ticarisövdələşmə qarşı-
hğında qoca bir tacirə hədiyyə edilməsi biabırçılıq deyilmi?
- Bu sinnimdə yalnız sadədilliyim hərdən ar hiss eləmə­
yinlə səbəb olur.
Hirslə anama sarı çevrildim:
- Yoxsa sən də elə düşünürsən ki, müsəlmanların
var-yoxunu çapıb-talamağa, dörd əvəzinə, yüz qadın al­
mağa, beləcə Allahın qoyduğu şəriəti pozmağa bu adamın
haqqı çatır.
Anam Qurandan bir ayə gətirdi:
* Biz bir insana nemət verəndə etiraz edib üz çevirdi.
Mən qalxıb nə onunla, nə də bununla vidalaşmadan
hirbaşa Harungilə getdim. Ətrafımda bu işi mənim qədər
Alayan bir şəxsə ehtiyacım var idi. Elə bir şəxsə ki, dünya-
nin qadınları və ləzzətlərilə birgə Zərvali və onun kimilər
üçün xəlq olunmadığını mənə söyləsin. O adı çəkən kimi
^°stum dodaqlarını büzməklə, .mənimlə həmrəyliyini nü-
rriayiş etdirdi. Bacımın nişanlısı haqda eşitdiyim əvvəl bil­
iklərimdən bir az fərqliydi. Təhqiqatçı mənə and-aman
e,ədi ki, icmasının hamballarını sorğu-sual eləyib iş barə-
S]ndə məlumatı artıracaq.

***

İki nəfər dost ola, 13 yaşında olalar, əllərin saqqallarına


••
sürtməklə əhd kəsib zülmə müharibə elan edilə. Üstündən
187
20 il keçəndən sonra bu, əsl xoşbəxtlik mənzərəsini andı­
rır. Ancaq həmin vaxt necə ümidsizlik, necə itki, necə əzab
demək idi! Doğrudan da, mənim üçün mübarizə aparma­
ğıma iki ciddi səbəb var idi. Birincisi, Miknasa gedən yolda
Məryəm üstüörtülü şəkildə məndən kömək istəmişdi. Bu­
dur, indi mənə üz vermiş kədəri götür-qoy edirəm. İkincisi
isə o idi ki, Quranı xətm eləməyim dəliqanlılığıma, şəriət
qaydalarını bilmək qüruru və bu qaydaların pozulmağına
mane olmaq istəyi əlavə eləmişdi.
Quran xətm eləməyin mömin həyatında nə demək ol­
duğunu başa düşmək üçün adam gərək Fəsdə ,bəzi kənd­
lər bulaq ətrafında və ya şıx məzan ətrafında salındığ1
kimi, sanki mədrəsələr ətrafında salınmış bu elm şəhərin­
də yaşamış olaydı.
Adam nə zaman ki, Quranın bütün surələrini və bütün
ayələrini əzbərdən öyrənmək üçün bir neçə illik əziyyət
dən sonra işini bitirir, nə zaman ki, mədrəsə müəllimi onu
xətmə layiq elan eləyir, bax, o zaman bir dəfəyə uşaqlığ
çağından kişi həyatına, tanınmazlıqdan məşhurluğa keçin
Bu, bəziləri üçün işləməyə başlamaq, digərləri üçün ali
məktəbə-mərifət və həyata hazırlıq mərkəzinə qəbul olun­
maq vaxtıdır.
Bu münasibətlə keçirilən dini mərasim fəsli gəncə hiss
elətdirir ki, artıq nüfuzlular cərgəsinə daxil olub. Hər hab
da, mən o gün bunu hiss eləmişdim. Əmir oğlu mənə ipək
geyindirmiş, cins köhlənə mindirmiş və başıma enli gün
çətiri tutmuşdular. Sinfimizdəki şagirdlərin hamısı ətra­
fımda mahnı oxuya-oxuya şəhərin küçələrini dolaşdıq*
Bəzi yoldan keçənlər əl yelləyib məni salamlayırdılar, mən

188
də daha yaxşı tərzdə onlara salam qaytarırdım. Ara-sıra
tanıdığım şəxslərin; dayımın, anamın, bəzi qonum-qonşu­
nun, iki dayım qızının, hamam xidmətçilərilə birgə dəllək
Həmzənin, qapıların birində bir az uzaqdan bir qapının
tağları altında Vardə və Məryəmin başlarını görürdüm.
Atam mənim şərəfimə ziyafət təşkil olunmuş böyük
otağın qarşısında gözləyirdi. O, əlində təzə paltar tut­
muşdu. Adətə görə, məktəb müəllimi kimi minnətdarlıq
əlaməti olaraq mən o paltarı geyinməliydim. Məni həvəslə
nəzərdən keçirirdi. Mən də, öz növbəmdə, onu nəzərdən
keçirdim. Bir anlığa xatirimdən onunla bağlı bir neçə surət
gəlib keçdi: Qərnata haqda danışarkən rəğbət doğuran,
boynumu tumarlayarkən mərhəmət dolu, anamı qovarkən
qorxunc, bacımı qurban verərkən nifrətamiz, meyxana-
masaya yıxılarkən ağlamalı. Miniyin tərkindəcə neçə
həqiqətləri çığırmaq istərdim! Ancaq bilirdim ki, ayağım
Verə toxunan kimi dilim dolaşacaq, gərək mən atı və ipək
Paltarı kirayəçiyə qaytarıb Quran xətmi mərasiminin ötəri
qəhrəmanı olmaqdan çəkinəm.

189
Yalan ili
Hicri 908-ci il (Miladi 1502-ci il iyidim 7-Sİ-1503-CÜ H
iyulun 25-i)
- Zərvali iddia elədiyi kimi, bir gün də çoban olmayıb,
heç bir xəzinə də tapmayıbmış. Həqiqətdə o, illər uzunu
yolkəsən oğru və qatil olubmuş. Əsas sərvəti əsrin dörddə
biri qədər qarət və soyğunçuluq eləməsinin bəhrəsidir. Və
demək o, çox alçaq adamdır.
Harun bir neçə həftə ərzində yaxşıca təhqiqat aparmış,
amma yalvarışlarıma rəğmən işini bitirmədən heç bir işarə
belə verməmişdi. Həmin gün gəlib məni kəndlilər camesi
önündə gözləyirdi. Mən səhər saat üçdən beşə kimi Fəsi zi“
yarət eləməyə gəlmiş şamlı alimin qrupuna getməliydim-
Harun isə təhsili buraxıb , qaba və qısa hambal libası (əl'
bisəsi) geyməyə başlamışdı. O, yavaş-yavaş gündəlik işinə
başlamalıydı.
"Təhqiqatçı" əlavə elədi:
*
- işin ən qorxulu tərəfi odur ki, o, dəlicəsinə qısqanc
kişidir. Əmindir ki, qadınları həmişə xəyanət eləməyə ça­
lışırlar, xüsusən də onların ən cavan və ən gözəl olanı. Böh'
tan, şər və ya günüsünün bir məkrli sözü bəsdir ki, o mis'
kin qadın boğulub öldürülsün. Sonra Zərvalinin xacəHəd
1 Hərəmxanalarda qulluq eləyən axtalanmış kişi

190
cinayəti difteriyadan keçinmə, yıxılıb ölmə və ya suda bo­
ğulma kimi təqdim eləyirlər. Orda ən azı üç qadın şübhəli
Şəraitdə ölüb.
Məscidin günbəzinin altında - saysız-hesabsız yağ lam-
Pəları ilə işıqlandırılan yerdə var-gəl eləyirdik.Harun ağ­
amdan nə çıxacağını gözləyib susurdu. Qəmə batmışdım
Və cınqırımı da çıxarmağa heyim yox idi. Artıq bilirdim ki,
bacıma adaxlanmış kişi çox pis işlərlə məşğuldur. Elə buna
Sərə də nikahın baş tutmasına mane olmağa çalışırdım,
kəsələ daha növcavan qızı kədərli, ümidsiz həyatdan çə­
kindirmək məsələsi deyil, onu qatil, qaniçən vəhşi yırtıcı-
nın pəncəsindən xilas eləmək məsələsiydi.
Təhqiqatçı məndən heç də az narahat deyildi, ancaq
ənun beyni giley-güzar və ah-ufda ilişib qalmamışdı,
əilləndi:
~ Zifaf haçandır?
" Ən geci iki aydan sonra. Artıq nişan olub, hazırlıqlar
gədir. Atam cehizlik toplayır, çarpayı örtükləri və zinət
dəsti sifariş eləyib, Məryəm üçün xüsusi toy libası hazırdır.
- Gərək sən atanla danışasan, həm də təklikdə, çünki
kimsə işə qarışsa, o, inadkarlıq eləyəcək və fəlakətin qarşı-
Slr»ı almaq cəhdlərinin faydası olmayacaq.
Onun məsləhətinə olduğu kimi əməl elədim. Anamdan
xahiş elədim ki, Harımun məlumatlarının səhih olub-ol-
^adığmı Saradan öyrənsin. Bir həftə sonra zinətçi qadın
hər şeyi təsdiqlədi. Mənə Kitaba and içdirməyi də unut­
madı ki, bu xüsusda onun adını çəkməyəcəyəm. Bu təs­
diqə ehtiyacım var idi ki, atamla görüşümüz baş tutanda
məndə zərrə qədər də olsun şübhə qalmasın. Belə ehtiyatlı

191
olmağıma rəğmən bütün gecəni başımda mövzuya zəmin
hazırlamaq, hücumlara duruş gətirmək və Yaradan yar
olsa, bu işdə qərar qəbul eləmək üçün ilk əvvəl nə deyəcə-
yimi götür-qoy eləməklə keçirmişdim. Beynimdə minlərlə
kobud və incə cavab formalaşır, sonra dağılıb gedirdi. On­
lardan heç biri sabaha qalmadı, ertəsi gün atamla heç bir
dəlil və fikir olmadan görüşəsi oldum.
O, hər səhər olduğu kimi, bağçanın bir küncündə dəri
doşəkçənin üstündə oturub yarma sıyığı yeyirdi.
- Nəsə axmaqlıq eləmisən?

- Iş mənimlə bağlı deyil.


Hər iki əlimi sıxaraq cəsarətimi toplayıb dedim:
- Adamlar bacımın Zərvaliyə ərə veriləcəyini biləndə*1
sonra onlardan biri tez-tez mənə dəhşətli xəbərlər gətirir-
Boşqab dodağına toxunmaqda idi ki, açıq səslə onu kə'
nara püskürüb dedi:
- Hansı adamlar? Şəhərdə paxıllar az deyil!
• ■

Özümü eşitməzliyə vurub dedim:


- Deyirlər ki, onun arvadlarının çoxu boğularaq
öldürülüb.
- Adamlardan kimsə belə şeyləri təkrar desə, cavab ver
ki, o arvadlar cəzalarını ahblarsa, səbəbi odur ki, buna Ia'
yiq olublar, bizim ailənin qızları isə həmişə qınaqdan üs*
tün olublar.
- Sən əminsənmi ki, Məryəm xoşbəxt olacaq bu...
- Sözünün canını de!
Ağzını yeləyinin bir ucuyla silib ayağa qalxdı ki, getsin-

içimi çəkə-çəkə ondan yapışdım.


- Belə getmə, imkan ver, danışım.

192
- Mən kişiyə söz vermişəm, bacını ona ərə verəcəyəm,
sözüm birdir. Üstəlik, biz əqd bağlamışıq, bir neçə həftə
sonra toy olacaq. Durub boşboğazlara qulaq asmaqdansa,
faydalı bir işin qulpundan yapış! Get sırıqçının yanına gör
• 4 —
işində irəliləyiş varmı?
- Bu evlənmə ilə bağlı nə varsa rədd elə ki...
Bir şillə tutuzdurdu. Şillə ağır idi, odur ki, başım bir
Xeyli fırlandı.
Arxamda iki boğuq qışqırıq eşitdim. Qışqıranlar: Vardə
və Məryəm qapıların birinin arxasında gizlənmiş və söh­
bətdən bir şey başa düşmürdülər.
Atam cəhəngimi əliylə tutub möhkəm sıxır və hirslə ye­
rindən oynadırdı:
- Bir daha mənə "rədd elə" sözü deməyəsən! Bir daha
ənlə bu tonda danışmayasan!
Bilmirəm həmin gün mənə nə olmuşdu. Elə bil ki, özü-
mü başqa bir şəxs hiss eləyirdim və mənim dilimdən o
danışırdı:
' Səniynən bu tonda danışmazdım, əgər meyxanada
°turduğunu görməsəydim.
Dilimdən qeyri-iradi çıxmış sözlərə görə dərhal da peş-
oldum. Ömrümün sonuna qədər o sözləri dediyimə
Sörə peşmançılıq keçirəcəyəm. İstədim ki, o, məni yenə şil­
lələsin, məni yumruqlasın, amma üzünü ovuclarının için-
riə gizləyib doşəkçənin üstünə çökdü. Üzr istəməyin ona
Oə xeyri olacaqdı ki? Özüm özümü qovaraq onun evindən
Çixdım.
Heç kimə salam vermədən, gözlərim kimisə görmə­
dən başıaşağı saatlarca gəzib dolaşdım, başımsa ağrıyırdı.

193
O gecə nə atamın, nə də dayımın evində yatmamışdım. Ax­
şam özümü Harungilə yetirib həsirin üstünə sərildim və
sübhə kimi ayağa qalxmadım. Cümə günüydü. Gözümü
açanda gördüm ki, dostum gözünü mənə zilləyib. Mənə
belə gəldi ki, o saatlarca belə qalıb.
-Az qalmışdı ki, günorta namazmı fövt edəsən.
O, bir balaca şişirtmiş görünə bilərdi, amma günəş çox
yüksəlmişdi.
- Axşam bizə gələndə elə vəziyyətdəydin ki, elə bil biz­
də deyildiyi kimi, dədəni vurub öldürmüsən.
Gülmək əvəzinə, dodağımı büzdüm. Baş verənləri onə
izah elədim.
- Sən elə deməklə səhv eləmisən, ancaq o da səhv elə­
yib. Və onun səhvi səninkindən çoxdur, çünki öz qızını cəl­
lada təslim eləmək üzrədir. Sən elədiyin səhvi düzəltmək
üçün bacın haqda edilən cinayətə göz yumacaqsan?
Bu, doğrudan da, tutulması çox yanlış olan iş idi. Ammə
mənə belə gəldi ki, o, nifrət edirmiş kimi bir tərzdə danışı1*-
- Mən dayıma deyə bilərəm, o, atamı inandırmaq üçün
dəlillər tapar.
- Gözlərini aç! Sənin atan inandırılası şəxs deyil.
- Məryəm də, ərə getməkdən imtina eləməyə qadir de­
yil, axı. Yox deməyə cürət eləsə, nə qədər kiçik olur ol sum
sümüklərini qırarlar.
- Qaldı nişanlı oğlan.
Əvvəlcə başa düşmədim. Yəqin ki, mən yuxudan yaxŞ1
ayılmamışdım.
- Zərvali?
- Məhz o özü, mənə belə gözlə baxma. Qalxıb arxamca gəl*

194
Yolda hiyləsini mənə izah elədi. Varlı oğrunun deyil,
4əca bir kişinin qapısını döymək lazım idi. Bacımm ərə
getməyinə yaxın-uzaq heç bir dəxli olmasa da, nikahın baş
tutmasının qarşısını yalnız o ala bilərdi.
Əstəğfirullah. Qapını bizim üzümüzə şəxsən o, özü
aÇdı. Əvvəllər onu əmmaməsiz görməmişdim. Yarımçıl-
Paq idi, geyindikləri onu olduğundan iki dəfə kök göstə-
rırmiş. Hələ titrəməsi keçməmişdi, çünki iki həftəydi ki,
böyrək ağrısından şikayət eləyirdi. Bizə dedi ki, 79 yaşı var
Və düşünür ki, kifayət qədər ömür sürüb, amma yalnız AI-
işlər haqda hökm verir.
**
Üzlərində çaşqınlıq və danışmağa çətinlik çətən iki ye-
myetmənin gəlişi onu karıxdırmışdı.
" Ümid eləyirəm ki, mənə pis xəbərlər gətirməyibsiniz.
imkan verdim ki, Harun danışmağa başlasın. Təşəbbüs
°udan gəlmişdi, o da işi sona çatdırmalıydı.
- Bəli, pis xəbərdir, ancaq ölüm xəbəri yox, Allahın şəriə­
tinə müxalif olan evlənmə haqda xəbərdir. Bu, pis deyilmi?
" Kimdir ailə quran?
Həsənin bacısı, Məryəm...
" Rumlu qadının qızı.
- Anasının kim olması əhəmiyyətli deyil. Vəzzan müsəl­
mandır və onun qızı da müsəlmandır.
Şeyx təhqiqatçıya şəfqətlə baxıb dedi:
- Sən kim olursan? Mən səni tanımıram.
- Mən Hambal Abbasın oğlu Harunam.
" Sözünü bitir, danışığın xoşuma gəldi.
Şeyxin dediklərindən həvəslənmiş dostum səylərimi­
zin məqsədini izah elədi. Zərvalinin qadınlarının taleyi

195
barədə uzun danışmadı, çünki bilirdi ki, bu dəlil Əstəğ-
fürullaha ciddi təsir eləməyəcəkdir. Bunun müqabilində
o, nişanlının riyakarlığı və keçmiş arvadları ilə əlaqələri­
ni xatırladıb, keçmişi, yolçuları, xüsusən də ilk əndəluslu
köçkünləri öldürməyi, kəndləri çapıb talamağı üzərində
geniş dayandı.
- Sənin dediklərin adamı əbədiyyən cəhənnəm oduna
göndərməyə bəs eləyər. Ancaq dediklərinin sübutu hanı?
Hansı sübutları xatırlaya bilərsən?
Harım çox təvazökarlıqla dedi:
- Mən və dostum çox balacayıq. Biz hələ Quranı təzəcə
xətm eləmişik, sözümüzün böyük dəyəri yoxdur, həyatı da
yaxşı bilmirik. Bəlkə də, başqaları üçün adi görünən işlərə
qarşı üsyan eləyirik. İndi bildiyimiz hər şeyi deyib, vicda­
nımıza yük olan hər şeyi boşaltmışıq. Ya şeyx, indi ney­
ləməli olduğuna sən baxmalısan.
Mənzildən çölə çıxanda mən təhqiqatçıya şübhəylə
baxdım. O isə özündən razı görünürdü:
- Ona nə dedimsə, həqiqətən də, elə düşünürəm. Nə
eləyə bilərdiksə, elədik. İndi gözləməliyik.
Ancaq gülər çöhrəsi başqa şey deyirdi. Fikir verib dedirt*-
- Görürəm sən sevinirsən, ancaq mən buna səbəb
görmürəm.
- Ola bilsin ki, Əstəğfürullah məni tanımırdı, ancaQ
mən onu neçə illərdir ki, tanıyıram. Onun tündməcazlığ1'
na bel bağlayıram.
Ertəsi gün elə gəlirdi ki, şeyx sağalıb. Onun əmmamə"
sinin bazarlarda yırğalana-yırğalana getdiyi, damlarm

196
kölgəsində hərəkət elədiyi görünmüşdü, sonra hamamların
birində yox*olmuşdu. Növbəti cümə günü daha çox tün­
lük olarkən həmişəki məscidində xütbə söyləməyə başla-
üt Həmin məscid əndəluslu mühacirlərin ən çox getdiyi
məscid idi. "Adını çəkmək istəmədiyi çox möhtərəm bir
Şəxsin həyatına bənzər bir məsələ" danışmağa başladı.
Çox dəqiqliklə və incə bir tərzdə o "möhtərəm şəxsin"
V/ -
oğurluqları, qarətləri və riyakarlıqlarını xatırlatdı. Bircə
üəfə ad çəkməsə də, xütbəni qurtaranda Zərvalinin adını
PiÇildayırdılar.
- Bu həmin kişilərdir ki, möminlər onlara sayğı göstə-
rir/ belə düşkünlük zamanında onlardan xoşlan da gəlir!
$u/ həmin kişilərdir ki, evlərinizin qapısını onlara açdığı-
ni2ə görə fəxr eləyirsiniz. Bu, həmin kişilərdir ki, cahiliyyə
üÖvründə tanrıçalara qurban verilən sayaq Öz qızlarınızı
oolara qurban verirsiniz!
Axşam şəhərdə ancaq bu xütbədən danışırdılar. Şeyxin
^lxışı kəlməbəkəlmə Zərvaliyə nəql olunmuşdu. Dərhal bir
ədam göndərib atamı gətirtmiş, üzünə Qəmatanı və bütün
əudəlusluları söymüş, hirsindən kəkələyə-kəkələyə başa
səünışdı ki, ipək qurdu və evlənmə sazişləri qüvvəsini itirir,
ədur ki, əvvəlcədən beh verdiyi dinarları ləngimədən geri
^əytarmalıdır. Vəzzan və ailəsi çox keçmədən tutduqları işə
görə çox acı peşmançılıq keçirəcəklər. Məhəmməd çaşqın
məziyyətdə özünə haqq qazandırmağa çalışmış, amma Zər-
məlinin mühafizəçiləri onu qəsrdən qovmuşdular.
Toy son məqamda belə düşmənçilik əhvali-ruhiy­
yəsində ləğv ediləndə, nişanlıya elə gəlir ki, ələ salınıb.

197
O da şayiələr yayır ki, adaxlı qız bakirə deyilmiş, fəzilə­
tini qorumurmuş. Məqsəd də o olardı ki, heç kim ha­
min qızla evlənmək istəməsin. Məlun oğru belə hərəkat
eləsəydi, təəccüblənməzdim, çünki ondan hər cür alçaQ'
lıq gözləyirdim.
Ancaq hətta ən zülmət kabuslarımda belə Zərvalinin
planlaşdırdığı intriqa kimisi mənim ağlıma gəlməzdi.

198
Sancılmış çöp ili
Hicri 909-cu il (Miladi 1503-cü il iyunun 26-sı-1504-cü il
'yunun 13-ü)
Bu il sakit, dərslərdə ciddi çalışmalarla başlamışdı. Əv­
vəlki gecələr Mehrican bayramı münasibəti ilə bol su səpil-
diyindən yaya təsadüf eləyən yeni il vaxtı adamlar küçələr­
də yıxılırdı. Hər dəfə büdrəyəndə, hər çirkli gölməçənin
Vanında bu bayram və onunla bağlı hər şeydən zəhləsi ge­
dən atamı düşünürdüm.
Sözümüz çəp gələndən bəri — Allah günahımdan keç-
sin-onu görməmişdim. Ancaq Vardə və Məryəmdən mütə­
madi olaraq onun barəsində xəbərlər alırdım. Nadir hallar­
da onların cavablan məni toxtadardı. Məhəmməd olub-qa­
lanını bacımın cehizinə xərcləmişdi. Bir anın içində həm
borca girmiş, həm də arzularını çin eləməyə və ailəsinin
Qayğısını çəkməyə gücü yetməyən bir hala düşmüşdü.
Meyxanalarda özünə təsəlli tapmağa başlamışdı.
Amma ilin ilk həftələrində elə görünürdü ki, o, Zərvali
də üzülüşmənin qorxu-hürküsündən yavaş-yavaş dirçəl­
mək üzrədir. Nəhayət, o dağlarm birinin zirvəsində Fə­
sin altı min milliyində bir az dağınıq, ancaq şəhərə yaxşı
mənzərəsi, geniş torpaq sahəsi olan köhnə mənzil icarəyə
götürüb and içmişdi ki, orda ölkədəki ən yaxşı üzüm və
199
əncir sortlarını yetişdirəcək. Mən şübhələnərdim ki, dağlar
came məscidinin vəqfi1 olmağına rəğmən, məhsuldan öz
içməyi üçün çaxır çəkəcəkdir. Bu planlar, əlbəttə ki, ipək
qurdu yetişdirmək planları ilə müqayisədə çox təvazökar
idi, ancaq hər halda, bu, atamı Zərvali kimi oğruların min­
nətinə salmırdı.
Bu, sonuncu şəxs neçə ay idi ki, üzə çıxmırdı. O öz
uğursuzluğunu unutmuş ola bilərdimi? Ən kiçik təhqiri
belə, deyilənə görə, mərmərdə həkk eləyən bu şəxs uğur­
suzluğunu yaddaşından silib atmış ola bilərdimi? Mən
ağır təhsil məşğələləri səbəbindən uzaq düşdüyüm nara­
hatlıq barədə xəbər alırdım. Yay vaxtına uyğun olaraq ge'
cənin yarısından saat ikinin yarısınadək vaxtımı Kəndlilər
camesindəki kurslarda keçirirdim. Günün qalan vaxtları
Fəsin "Bu Inaniyyə" kimi məşhur mədrəsələrində keçirdi-
Dərslərarası fasilələrdə, bir az sübhdə, bir az da günor­
tadan sonra yatırdım, asudəliyə vaxtım yox idi. İstirahət
eləmək mənə gərəyindən artıq bir şey kimi gəlirdi. 15 yaş1'
mı yenicə tamam eləmişdim, bədənimi hərəkət etdirməliy'
dim. Qarşımda tanımalı olduğum dünya var idi, mütaliə
eləmək ehtirasım güclüydü.
Müəllimlərimiz bütün günü bizə Quran təfsirləri və
Peyğəmbərin sünnəsini oxudur, bu barədə müzakirələ1*
gedirdi. Çox vaxt dini elmlərdən tibbə, poeziyaya, coğra'
fiyaya, bəzənsə astronomiyaya və fəlsəfəyə keçirdik. Həl'
çənd ki, bu iki fənnin öyrənilməsinə sultan qəti qadağa
qoymuşdu.
1 Dini mülkiyyət növü. Adətən ,varisi olmayan şəxslərin ölümündə11
sonra vəsiyyətləri üzrə came, Mədrəsə və bəzən də dini ziyarətgahların
sərəncamına qalmış daşınmaz əmlak

200
Bəxtimiz gətirmişdi ki, müəllimlərimiz bütün elm
sahələrində məlumatlı idilər. Geniş xalq kütlələrindən
fərqlənmək üçün onlar əmmamələrini hündür papaqlarına
dolayırdılar. Bu, sonralar Romada yaşayarkən baş həkim­
lərin başında gördüyüm geyimə bənzəyirdi. Biz tələbələr-
Sə başımıza adicə qəlnəsvə 1 qoyardıq.
Tədris etdikləri fənlərdən və geyimlərindən asılı olma­
yaraq müəllimlərimizin əksəriyyəti həlim idi, hər birimi-
z*n bacarığına diqqətlə yanaşaraq izah və şərh verməkdən
usanmazdılar. Bəzən mənzilləri ilə tanış olmaq üçün bizi
evlərinə dəvət edərdilər. Birinin beş yüz, digərinin min,
üçüncüsünün isə üç min cild kitabı var idi. Bizi xəttimizi
Yaxşılaşdırmağa həvəsləndirirdilər ki, ən yaxşı kitabları
köçürə bilək və bu yolla onların iddia elədiyi kimi, maarif
yayılsın. İki dərs arasında boş vaxt tapan kimi hambalların
dayandığı yerə yollanırdım. Harunu tapanda ayran içməyə
Və ya Möcüzələr meydanında veyllənməyə gedərdik. Çox
Uadir hallarda orda nəsə öyrənmək istəyimizə nail olmaz­
dıq. Təhqiqatçı yük daşımaq üçün aradan itəndə də Gül
bazarından keçib, Məryəmi görməyə gedirdim. Razılaş­
mışdıq ki, həftəni keçirmək üçün kəndə gedəndə həyətin
Çöl divarındakı çatda saman çöpü taxsın.
Səfər ayının axırıncı günlərinin birində divarın yanın­
dan keçəndə saman çöpünün taxılmadığını görüb zəng
ipini silkələdim. İçəridən Vardə qışqırdı:
— Ərim evdə deyil, mən və qızım təkik, qapını sizə aça
bilmərəm.
- Bu mənəm, Həsəndir!
3 Papaq növü: qalpaq, fəs
201
I

Özünü itirmiş halda mənə izah elədi ki, bir neçə dəqiqə
əvvəl bir neçə kişi gəlib inadla qapını döyüblər və içəri bu­
raxılmalarını tələb eləyiblər. Vardə qorxmuşdu, Məryəm
isə mənə solğun və arıq göründü.
- Bu evdə nə baş verir? Elə görünür ki, hər ikiniz
ağlamısınız?
Göz yaşları yenidən axdı, ancaq Vardə tezliklə özünü
ələ alıb dedi:
•■
- Uç gündür cəhənnəmdəyik və çölə çıxa bilmirik. Qon­
şu qadınlar elə hey gəlib soruşurlar ki, bəlkə doğrudan da..
Səsi boğuldu, gözləri dolmuş şəkildə sözünün
tamamladı:
- Gəlib soruşurlar ki, sən də mərəzə yoluxmamısan ki?
Fəsdə "mərəz" deyəndə cüzam başa düşülür, "məhəb
lə" deyirlərsə, demək, ora cüzamlıların məhəlləsidir. Hələ
nə dediklərini başa düşməmişdim ki, qapmın döyülməyini
eşitdim.
- Sultanın adıyla gəlmişik, biz fərraşıq. İndi siz ikiniz
tək deyilsiniz. Bir az əvvəl içəri kişi keçib və o, bizimlə
danışa bilər.
Qapını açdım, 10 nəfərdən az olmazdılar, biri zabit
dördü ağ geyinmiş qadın, qalanları isə əsgərlər idilər.
- Məryəm bint Məhəməd əl-Vəzzan əl-Qərnatinin
evidirmi?
Zabit bir vərəq çıxardı.
- Bu, cüzamlıların şeyxindəndir1. Biz Məryəmi məhəb
ləyə aparmalıyıq.

1 Baş infeksionist və ya baş dermatoloq vəzifəsinə uyğun rəsmi tibb


məmuru

202
Beynimdə ancaq bir fikir dolaşırdı: kaş ki baş verənlər
axmaq bir kabus olaydı. Özüm eşidə biləcəyim bir səslə
dedim.
- Bu iş ancaq böhtandır. Bir gün də onun bədənində bir
dənə də olsun ləkə olmayıb. O, İlahidən nazil olmuş ayə
kimi tərtəmizdir.
Buna indi baxarıq. Burdakı dörd qadının vəzifəsi onu
dərhal müayinə eləməkdir.
* Məryəmi bir otağa apardılar. Vardə də onlara qoşulmaq
lstədi, ancaq zabit aralarına keçdi. Mənsə pəjmürdə halda
Çöldə dayanıb zabiti ağıllı qərar verməyə inandırmağa ça-
hşırdım. Sakit tövrdə mənə cavab verir, mənimlə həmrəy
°lduğunu göstərirdi. Ancaq hər nitqimdən sonra deyirdi
o, sadəcə, bir məmurdur və ona verilmiş əmri yerinə
Yetirməlidir. Mən gedib öz sözümü cüzamlıların şeyxinə
deməliyəm.
On dəqiqə sonra qadınlar otaqdan çıxdı, ikisi Məryə-
nəin qoltuğundan yapışıb sürüyürdülər. Onun gözləri açıq
bədəni isə süst idi və boğazmdan heç bir səs çıxmırdı.
Sənki ona nə üz verdiyini dərk eləməyə aciz idi. Qadınlar­
dan biri zabitin qulağına iki söz pıçıldadı. Zabit adamla-
rmdan birinə işarə elədi, o da yaxınlaşıb Məryəmin üstünə,
torpaq rəngli qaba bir parça atdı,.
- Bacın mərəzlidir, biz onunla getməliyik.
Yolu kəsməyə çalışdım, məni kobud bir hərəkətlə kəna­
ra itələdilər, məşum bir qafilə hərəkətə gəldi. Dalanın so­
lunda küçədən keçənlər toplaşmışdı. Mən çığır-bağır salır,
hədələyir, müxtəlif hərəkətlər eləyirdim. Vardə mənə çatıb
yalvardı:
203
- Sən, Göylər haqqı, içəri keç! Bütün qonşuları aya­
ğa qaldırmaq lazım deyil. Sənin bacın qətiyyən ərə gedə
bilməz.
Evə qayıdıb qapını çırpdım, qorxu hiss eləmədən diva­
rı yumruqlamağa başladım. Vardə mənə yaxınlaşdı. Ağla­
sa da, özünü itirməmişdi.
- Gözlə, onlar gedəndən sonra gedib dayınla danış-
Onun sarayda tanışları var. O, Məryəmi geri qaytara bilə1"-
Qollarımdan tutub geri çəkib dedi:
- Toxta, əllərini də yaralamısan.
Əllərimlə var-gücümlə çiynimin üstündən Vardəni at­
dım, əl yumruğumu da açmamışdım, sanki hələ də divarı
döyəcləyirdim. Üstümə yıxıldı, göz yaşları boğazımı islat­
dı, zülfü gözlərimi örtdü. Ancaq onun ətirli, nəm və yan­
dırıcı nəfəsilə nəfəs alırdım. Nə mən onun barəsində dü­
şünürdüm, nə də o mənim. Fəqət, bədənlərimiz qəfildən
bir yerdə oldu, onları qəzəb çulğamışdı. Əvvəllər bir gün
də özümün kişi olmağımı, nə də onun qadın olmağını hiss
eləməmişdim. Onun 32 yaşı var idi, bu , nənə olmaq yaş1
idi. Di gəl ki, üzündə bir dənə də olsun qırış yoxuydu, saçı
isə şəvə kimi qaraydı. Hansısa hərəkət eləməyə cürətim
çatmırdı ki, biabır olaram, onu özümdən uzaqlaşdırmağa
qorxduğumdan bir söz də demirdim.
Gözümü açmağa qorxurdum ki, mənə qəti şəkildə ha­
ram olan yeganə qadını, atamın arvadını qucaqladığımı
özümə etiraf eləyərəm.
Həmin anlarda onun fikri hara getmişdi? O da mə'
nim kimi ləzzət girdabına düşdüyünü hiss eləmişdi? Dü­
şünmürəm. Bəlkə də, ruhu və bədəni donuq idi. Dərdini

204
bölüşən bir insanamı ehtiyacı var idi? Bunu heç vaxt bil-
cəyəcəyəm, çünki bu iş barədə danışmamışdıq. Bir gün də
olsun heç bir hərəkətimiz və ya sözümüzlə yada salmadıq
ki/ amansız taleyin bir anlığa aralarında əlaqə qurduğu qa­
dın və kişi olmuşuq.
Astaca sürüşüb düşdü. Hərəkəti dostunu uzaqlaşdır­
caq mənasına gələn bu sözlərlə müşayiət elədi:
- Həsən, oğlum, get! Allah sənə kömək olsun. Sən,
Yəqin ki, Məryəm üçün yaxşı qardaş olacaqsan.
Durub getdim. Addımlarımı ehmalca atırdım ki, fikri-
Ci başqa heç nə məşğul eləməsin. Dayımın evinə çatana-
Can beləcə davam elədim.

***

Dayım mənə heyrətlənmədən qulaq asdı. Ancaq o, mən


düşündüyümdən daha çox təsirlənmişdi. Mən düşünmüş­
düm ki, onunla bacım arasında heç bir qohumluq əlaqəsi
olCadığını nəzərə alaraq hərəkət eləyəcəkdir. Sözümü ta-
Cama yetirəndən sonra dedi:
- Cüzamlıların şeyxi bu Ölkədə nüfuzlu şəxs sayılır.
Yalnız o, Fəsdən xəstələri uzaqlaşdıra bilər, məhəllə əlili
üzərində hakimiyyət sahibi də yalnız odur. Çox az qazilər
°nun qərarlarına etiraz eləməyə cürət göstərir. Sultan özü
də nadir hallarda onun cənazə işlərinə müdaxilə eləyir.
Üstəlik, o, ifrat dərəcədə varlı adamdır, çünki bir çox mö-
Cinlər vəfat edərkən mülklərini məhəlləyə vəqf eləyir. Ya
°na görə ki, ailələri mərəzə yoluxub, ya da ki o miskinlərin
^əziyyəti möminlərdə şəfqət oyadır. Bu vəqflərin hamısını
205
şeyx özü idarə eləyir. Pulun bir hissəsini xəstələrə ərzaq
alınması, xidmət göstərilməsi və sığınacaq verilməsinə
xərcləyir.Pulun böyük hissəsini isə öz şəxsi sərvətini artır­
maq üçün müxtəlif ticarət işlərində istifadə eləyir. Ehtimal
ki, bir çox işlərdə Zərvalinin şərikidir. Yəqin onun bizdən
intiqam almasına fürsət vermək üçün xidmət göstərmək
istəyibdir.
Dayımm açıq-aydın şəkildə "bizdən" dediyini eşitdim-
Mənim çaşqınlığımı sezmişdi:
- Sən, atanın bu rumlu qızına məhəbbətinə münasibəti­
mi çoxdan bilirsən. Bir gün ağlını itirmişdi, çünki rumlu qız
az qalmışdı ki, onu tərk eləsin. Atana elə gəlmişdi ki, onun
şərəfini alçaldırlar və quştallardan özünəməxsus şəkildə
intiqam almaq istəmişdi. O vaxtdan bəri onun baş verənlə"
ri düzgün anlayıb qərar çıxarma qabiliyyəti bərpa olunmə"
yıb. Amma indi baş verənlərin Vardəyə, Məhəmmədə, heç
bədbəxt Məryəmə də dəxli yoxdur. Zərvali Fəsdəki bütün
qərnatalı icmasına sataşıb. Biz mübarizə aparmalıyıq, hət"
ta rumlu qızı naminə olsa belə. Öz zəif üzvlərindən imtinə
eləməyə razı olan hər hansı icma dağılar.
Onun dəlili əksəriyyət üçün inandırıcı idi, mənimsə
ümidimi özümə qaytardı.
- Elə fikirləşirsən ki, bacımı geri qaytara biləcəyik?
- izzətli və Cəlallı Allahdan dilə ki, sənə ümid və səbü
versin! Biz nüfuzlu şəxslərə və şeytanın qullarına qarşı dö­
yüşməliyik. Sən bilirsən ki, Zərvali sultanın dostudur.
- Ancaq Məryəm uzun müddət məhəllədə yaşayası
olsa, sonda, doğrudan da, cüzama yoluxacaq.

206
- Gərək ona baş çəkib deyəsiz ki, başqalarına qayna­
yıb qarışmasın. Ona yemək üçün tısbağa əti apararsan, o,
tərəzə qarşı bədənin müqavimətini gücləndirir. Xüsusən
■•
üzünü sirkəylə isladılmış niqabla qorusun.
Deyilənləri Vardəyə nəql elədim. Deyilən şeyləri hazır­
ladım. Atam bir neçə gün sonra şəhərə dönəndə, onunla bir-
ükdə məhəllənin ətrafına getdilər. Keşikçilərdən biri Mər­
yəmi onların önünə çağırdı. O, çox heydən düşmüş, kədərli
və ümidsiz görünürdü. Gözləri solğun bənizdəki qan dam­
ası kimi qızarmışdı. Valideynlərilə aralarında arx olmasına
rəğmən, onunla danışa, tezliklə xilas olacağını vəd eləyə və
Ərnəl etmək lazım gələnləri ona tövsiyə eləyə bilmişdilər,
əua çatdırılmasını istədikləri şeyləri keşikçiyə ötürüb ,ov-
Cuna bir dirhəm də pul basmışdılar. Qayıdanbaş onları qa-
Pmın ağzmda gözləyirdim. Atam məni görməzliyə vurdu,
^izimin birini yerə söykədim, əlim götürüb dodaqlarıma
yapışdırdım. Uzun anlardan sonra əlini çəkib üzümə, çiy­
imə sürtdü, sonra kürəyimə vurdu. Ayağa qalxıb qolları-
Uın arasına atıldım. Yazıq bir səslə Vardəni hayladı:
- Bizə yemək hazırla, bizim söhbət eləməyə ehtiya-
C1mız var.
Vardə tələsdi. Söhbətə gəlincə, bir xeyli nə mən, nə də
heç bir şey danışmadıq. O an birinci dəfə iki kişi eyni
həsirin üstündə əyləşib, əllərimizi eyni sinidə kuskusPyə
uzatdıq, beləcə bir yerdə olmağımıza ehtiyac var idi. Mər­
yəmin bəlgələnməsi aramıza nifaq salmışdı, onun incidil­
məyi isə barışmağımızı sürətləndirdi. Məhəmməd anamın
əiləsinə də yaxınlaşacaqdı.
1 Mərakeşdə undan hazırlanan yemək
207
Dayım on il qabaq biz Fəsə gələndən bəri kandarını ad­
lamadığı evimizə o axşam ilk dəfə qonaq gəlmişdi. Vardə
onu hörmətli bir qonaq kimi ağırladı, ona badam şirəsi ver­
di, qabağına üzüm, ərik, armud və şaftalı dolu səbət qoy­
du. Bunun müqabilində, şəfqətli təbəssüm və təsəlliverici
sözlər aldı. Sonra bir qapının arxasına çəkilib , bizim danı­
şıb götür-qoy eləməyimizə imkan yaratdı.

* * *

ilin qalmış hissəsi də bitib-tükənməz səy və təşəbbüs­


lə keçdi. Bəzən ailəmizdən kənar şəxslər də faciəmizə şə­
rik çıxaraq, öz nəsihətlərilə bizə qoşulurdu. Onların çoxu
qərnatalıydı, ancaq aralarında mənim iki dostum da var
idi. Onlardan biri, əlbəttə ki, mənim müşkülümü mən­
dən alacaq qədər özününküləşdirən Harun idi. Mədrəsə­
də "Axsaq" deyə çağırılan ikincisinin adı isə Əhməd idi-
Mən onu xatırlayanda qələmimi axsamaqdan, fikrimi və
Özümü bir anlığa itirməkdən saxlaya bilmirdim. Tunisdən
Qahirəyə, Qahirədən Məkkəyədək, hətta Neapoladək hət
yerdə Axsaq haqqında çox şey eşitmişəm. İndi də fikirlə­
şirəm ki, bu köhnə dostum tarixdə bir iz qoyacaqmı, yox­
sa cəsur bir üzgüçü məcrası və suyunun səviyyəsi dəyiŞ'
məmiş Nil çayını keçən kimi o da adamların xatirəsindən
silinib gedəcək? Ancaq tarixçi vəzifəsi məndən tələb edir
ki, öz hisslərimi unudub, ilk dəfə o il auditoriyaya girdi­
yi və tələbələrin onu gülüş və istehzayla qarşılamağından
bəri barəsində bilib öyrəndiklərimi mümkün qədər daha
çox dəqiqliklə danışım. Kiçikyaşlı fəslilər qəriblərə rəhm

208
eləməzlər; xüsusən də onlar uzaq ölkələrdən gəliblərsə və
fiziki qüsurları varsa.
Axsaq bütün auditoriyanı süzdü, sanki bütün istehza
eləyənləri qeydə alırdı, sonra gəlib mənim yanımda əyləş­
di. Ya ona görə ki, daha yaxın idi, ya da ona görə ki, mənim
Ona başqaları kimi baxmadığımı sezmişdi. Əlimi sıxdı, sa­
dəcə, salamlaşmaqla kifayətlənmirdi:
* Sən də bu lənətə gəlmiş şəhərdə mənim kimi qəribsən.
Sualedici ton deyildi, sakit səs idi. Narahatlıqla ətrafa
boylandım, o isə əlavə etdi:
- Fəslilərdən çəkinib eləmə, onlar elmlə çox yükləniblər
və kiçik qəhrəmanlıq yükünü belə çəkməyə yerləri qalmayıb.
Az qala qışqıra-qışqıra danışırdı. Elə hiss elədim ki, bə­
dənimə dəmir qandalda mərmi yapışdırılıb. Bu vəziyyət­
dən zarafatla çıxmağa çalışdım:
- Sən, necə belə danışırsan ki, özün Fəsin mədrəsələrin­
də elm öyrənməyə gəlibsən.
- Elm öyrənmirəm, o, adamın əlini qandaldan da betər
bəğlayır. Sən, heç ömründə elə bir alim görmüsənmi ki, or­
duya komandanlıq eləsin və ya məmləkət qursun?
O danışan vaxt bəstəboy, astagəl müəllim içəri daxil
°ldu, bütün sinif hörmət əlaməti olaraq ayağa qalxdı.
- Sən necə istəyirsən? İstəyirsən ki, başında bu yırğala­
nan şey olan adam döyüşsün?
Artıq Əhmədin gəlib yanımda əyləşməyinə görə peş-
nianlamağa başlamışdım. Qorxa-qorxa baxıb dedim.
- Səsini aşağı sal, yalvarıram sənə, müəllimə eşitdirəcəksən.
Ata oğulun kürəyindən vuran sayaq kürəyimdən vurub
dedi:
209
- Ağciyər olma! Sən, belə gənc yaşında böyüklərin giz­
lətdiyi həqiqətləri uca səslə deməyəcəksənmi? Bu yaşda
məhz sən haqlısan! Sən cahiliyyə dövrünü özündə bərpa
eləməlisən, çünki o, əsl qəhrəmanlıq əsridir.
Bir az əvvəl dediklərini sübut eləmək üçün qalxıb aya­
ğını çəkə-çəkə müəllimin kürsüsünə yaxınlaşaraq müqəd-
diməsiz-filansız ona xitab elədi, bununla sinifdə bütün
hərəkət də dondu.
- Mənim adım Əhməddir, Peyğəmbər sallalahu. ə.v.səl-
ləmin nəslindən şərif1 Sədinin oğluyam.Yeriyəndə ona
görə axsayıram ki, ötən il mən Sus ölkəsinin ərazilərini vi­
ran qoymuş portuqallara qarşı döyüşəndə yaralanmışam*
Onun Rəsulullaha məndən daha çox aid olub-olmadı­
ğını bilmirdim, fiziki qüsuruna gəlincə, sonradan qohum­
larının birindən Öyrəndim ki, bu onda anadan gəlmə imiŞ-
Demək, hər iki deyilən yalan imiş, ancaq onlar müəllim də
daxil olmaqla hər kəsi qorxutmuşdu.
Əhməd başını dik tutaraq yerinə qayıtdı. Birinci güm
dən mədrəsədə ən hörmətli və izzətli tələbə oldu. Həmişə
yanında o güləndə gülən, hirslənəndə əsim-əsim əsən, bü­
tün hərəkətlərini təkrarlayan bir qrup tələbəylə gəzirdi. O/
rəftarında da çox tərslik edirdi. Bir gün Fəsin köklü nəsil"
lərindən olan bir müəllimimiz Axsağın özünə iddia elədiyi
nəsəb haqda şübhələnməyə cürət elədi. Bu, məhəl qoyul'
mayacaq bir rəy deyildi, çünki o müəllim mədrəsənin ən
məşhur müəllimlərindən idi. Bir müddət qabaq cümə məs"
f•

cidində xütbə oxumaq hüququ qazanmışdı. Əhməd əlüst11


cavab vermədi. Ona sualedici nəzərlərlə baxan tələbələrə
1 Peyğəmbər nəslindən olanlara verilən ad

210
anlaşılmaz təbəssümlə cavab verdi. Növbəti cümə günü
bütün sinif xətibə qulaq asmağa getmişdi. O, ağzını açıb bir
•• —
s°2 deməmiş, Axsaq dayanmadan öskürürdü. Yavaş-yavaş
başqaları da öskürməyə başladı, bir neçə dəqiqə keçmədi
ki, minlərlə boğaz səs salıb eyni anda arıtlanırdı. Qəribə
Yoluxucu xəstəlik xütbənin sonuna kimi davam elədi, ona
__ * i
ö°rə namaz qılanlar bir kəlmə də başa düşmədən evlərinə
dağılışdılar. O vaxtdan müəllim bir daha Əhmədin şərif
Əsil-nəsəbi haqda söz danışmaqdan vaz keçdi, hərçənd ki,
Şübhələnməyə yer var idi.
Mən Axsağın elədiklərini təkrarlamırdım, şübhəsiz ki,
buna görə o mənə hörmət eləyirdi. Ancaq bəzən mənim
evimdə, bəzən də onun evində, daha doğrusu, məktəbin
üzündə ailələri Fəsdən olanlar üçün-onun qohumları Mə-
rakeş krallığının əyalətlərində yaşayırdılar-ayrılmış otaq-
tarda ayrılıqda görüşürdük.
Etiraf eləməliyəm ki, təkbaşına qalanda onun bəzi
hərəkətləri məni hürküdür və narahat eləyirdi, bəzənsə
Qorxudurdu. Bəzən də səxavətli və füsunkar olurdu. Hər
halda, o il mənə elə gəlirdi ki, hər dəfə qətiyyətimi təqdir
eləyən fikirlər söyləsə də, ayıq gözlə məndə zəiflik əlamət­
ləri axtarır.
Düzü, onun varlığma çox ehtiyac duyurdum, eləcə də
h^arunun varlığına. Hərçənd ki, düşünürdüm ki, onların
hər ikisi Məryəmi xilas eləməyə aciz olacaqlar. Mənə elə
Səlirdi ki, yalnız dayım lazımi səyləri göstərə bilər. O bəzi
fəqihlər, qoşun komandirləri və məmləkətin görkəmli
^damları ilə görüşmüşdü. Bəziləri toxtaqlıq verir, bəziləri
S1Xıhr, digərləri isə gələn bayramdan qabaq azad eləməyi
211
vəd edirdilər. Bir ümiddən əlimizi üzəndə ondan daha fay-
dasız ikincisinə sarılırdıq. Nəhayət, min bir cəhddən son­
ra dayım kralın birinci oğluna yaxınlaşa bilmişdi. O, əmir
Məhəmməd Burtuğali1 ləqəbilə tanınırdı. Çünki yeddi yə”
şında olarkən Azilla şəhərindən oğurlanıb Portuqaliyaya
aparılmış və orda illər uzunu əsir saxlanmışdı. İndi qır*
yaşı var idi, dayımla yaşıd idi. Uzun-uzadı şeirdən bəhs
eləmiş, Əndəlusun faciəsini xatırlamışdılar. İki saat sonra
Məryəmin dərdini anladanda əmir hirslənmiş, vəziyyət
atasının qulağına çatdıracağına söz vermişdi.
Ancaq vaxt onun vədinə əməl eləməsinə macal vermə'
di, çünki sultan öldü. Qəribə təsadüfə bax! Özü də dayım
qəsrə gedən günün ertəsi.
Desəm ki, qohumlarım qoca hökmdarın ölümünə bir
xeyli göz yaşı axıtdılar, bu, sırf yalan olar. Çünki indi o,
bizim üçün, sadəcə, Zərvalinin dostu deyildi, həm də haki'
miyyətə keçəcək oğlu ilə dayım arasında yenicə yaranmı?
əlaqələr səbəbindən ölümü bizdə nikbinlik oyadırdı.

1 Hərfən portuqaliyalı, portuqal

212
Karvan ili
Hicri 910-cu il (Miladi 1504-cii il iyunım 14-Ü-505-Cİ il
"/unun 3-ü)

ə il mənim Atlas dağlarından Səclaməsəyə, Numidiya-


d^n səhralı ovalığa, sonra Zəncilər ölkəsinin heyrətamiz
Paytaxtı Timbuktuyadək aparıb çıxaran böyük səyahəti­
min iliydi.
Fəsin yeni sultanı, Sudanın1 böyük padşahı əl-Əskiya
məhəmməd Turiyə namə yetirməyi dayıma həvalə eləmiş­
di- Naməsində o, hakimiyyətə gəldiyini xəbər verir və iki
dikə arasında dostluq əlaqələrini möhkəmlədəcəyim vəd
^əyirdi. Dayım beş il qabaq məşriqə səyahət edərkən ver­
diyi vədə uyğun olaraq məni də onu müşayiət eləməyə
Ağırdı. Atama məlumat verdim, yumşaq olmasına rəğ­
mən, saqqalımın sıxlığına baxıb etiraz haqda düşünmədi
də. Heyəti, ərzaqları və hədiyyələri daşıyan iki yüz yük
dəvəsindən ibarət qafiləmiz payızın rütubət sezilən ilk
günlərində hərəkət elədi. Səfər boyu bizi qorumaq üçün
dəvələri minmiş keşikçilər və Səhrayi-Kəbirin girişində
geri qayıtmalı olan bir neçə süvari tutmuşduq. Bununla

’ Tarixi Sudan indiki Sudandan başlamış Atlantik okeanı, sahilinəd ək


u2anan böyük ərazini əhatə edirdi. Hərfən "Qaralar ölkəsi deməkdir.

213
yanaşı, bizi sarbanlar, təcrübəli bələdçilər və kifayət qə'
dər qulluqçu müşayiət eləməliydi ki, bizi pişvaz edənlərin
gözündə səfarətimizin əhəmiyyəti artsın. Dayımın iznilə
rəsmi heyətə öz yüklərilə birgə bir neçə tacir də qoşulmu?'
du. Onlar səfər zamanı məlikin himayəsindən, Timbuktu-
da isə qarşılaşacağımız ticari imtiyazdan istifadə eləməyə
ümid bəsləyirdilər.
Hazırlıq işləri çox diqqətlə aparılmış və istədiyimdən
çox çəkmişdi. Axırıncı günlər nə yata, nə də oxuya bilmir,
nəfəsimi belə ağır-ağır çəkirdim. Dərhal səyahətə çıxmağ3'
dəvənin güvənində çox hündürdən yapışmağa, səhranın
məni udmağına zərurət duyurdum. O səhranın ki, adam'
lar, heyvanlar, su, qum və qızıl-hər şey orda öz rəngini/ ÖZ
qiymətini, öz dəyərsizliyini alır.
Tezliklə onu da kəşf elədim ki, insan karvanın onu ud­
masına imkan verə bilər. Yol yoldaşları biləndə ki, həftələ1'
aylar ərzində eyni səmtdə getməli, eyni təhlükələrlə qafŞ1'
laşmalı, eyni yerdə yemək yeməli, namaz qılmalı, əylənmə'
li, çətinliklər çəkməli, bəzən də eyni yerdə ölməlidirlər;
lar bir-birinə yad olmaqdan əl götürür, gizli pisliklər qalrmr
və ikiüzlülük davam etmir. Karvana uzaqdan baxılanda
sadəcə, qafilədir, yaxından baxılanda isə öz sərgüzəştlə1"1'*
əyləncələri, ayamaları, məkrləri, küsüb-barışmaları, musiq1
və şeir axşamları olan bir kənddir. Elə bir kənd ki, bütün
şəhərlər, hətta karvan əhlinin gəlmiş olduqları və keçdiklə1’1
bütün şəhərlər belə ondan uzaqdır. Bu kənd dedikcə uzə^
olduğundan Fəsin ağır qayğılarını, Zərvalinin acgözlüyünü,
cüzamlılar şeyxinin təsvirəgəlməz qəddarlığını unutməÇ
üçün ora sığınmağa ehtiyacım var idi.
214
Səfərə çıxdığımız gün Fəsdən 25 mil uzaqlıqda, Atlas
^ağlarının ətəyində yerləşən Safru şəhərini keçdik. Onun
sakinləri varlıdır, ancaq geyimləri yağ ləkələri və cır-cındır
pərisində idi. Bunun səbəbi o idi ki, məlik ailəsindən olan
bir əmir özünə qəsr tikdirəndə bir az varlı görünən hər kə-
Sln üzərinə ağır vergi qoymuşdu. Böyük küçədən keçən­
də dayım miniyini səyirdib mənə yaxınlaşdı və qulağıma
PlÇÜdadı:
- Sənə kimsə desə ki, simicliyə səbəb ehtiyacdır, de ki,
səhv eləyirsən.Vergilər də simicliyə səbəb olub.
Karvan Safru yaxınlığındakı dağ gədiyini aşdı.Gədik-
dən sonra yollar Numidiyaya aparır. İki gün sonra meşə­
lin ortasında "Bütlər oylağı" deyilən köhnə şəhərin xara­
balıqlarının yanındaydıq. Orda ilin müəyyən vaxtı, adətə
Sərə, kişili-qadmlı cəm olduqları məbəd varmış. Ayinləri
*Cra eləyəndən sonra odları söndürər və hər kişi öz yanın­
dakı qadınla yatarmış. Bütün gecəni beləcə keçirər, səhər
^əhrladılarmış ki, ordakı qadınlardan heç biri ilboyu öz
ərlərinə yaxın düşə bilməzlər. Məbədin kahinləri o müd­
dətə doğulan bütün uşaqların tərbiyəsini öz öhdələrinə gö­
türərmişlər. O məbəd də, şəhər də İslam fütuhatlan döv­
ründə dağılmış, yalnız adı ötən cahiliyyə əsrinin tək şahidi
^irni qalmışdı.
İki gün sonra qədim əsərlərlə zəngin olan dağ kəndini
ötüb keçdik. Kənd Yüz quyu adlanırdı, çünki yaxınlığın­
da kaha kimi görünə biləcək həddə dərin olan quyular var
idi. Belə söyləyirlər ki, onlardan biri çox mərtəbəlidir və
215
içərisində divarlarla ayrılmış, bəziləri böyük, bəziləri kiçik
olan otaqlar var. Ancaq onların hamısı səliqə-sahmanlı­
dır. Odur ki, Fəsdən çoxlu sayda dəfinə axtaranlar həmən
yerə gələr, əllərində fənər kəndirlə quyuya enərdilər, fəqət
,çoxu ordan çıxmazdı.
Fəsdən çıxalı bir həftə ötmüş "Ümmü Cünneybə" de­
yilən yerə çatdıq. Orda qəribə bir adət vardı. Karvanlar
ordan axan su məcrası ilə paralel keçib gedərdilər. Söylə'
yirlər ki, o məcranı keçən hər kəs gərək oynayıb hoppa­
na-hoppana keçəydi ki, dördgünlük qızdırmaya yoluxma­
sın. Bütün karvan əhli, o cümlədən mən də, keşikçilər də,
böyük tacirlər də bunu sevinclə yerinə yetirdik. Kimimiz
bunu əylənmək xatirinə eləyirdik, kimimiz pis əlamətdən
qorunmaq üçün, kimisi də həşərat sancmasından qorun­
maq üçün belə eləyirdi. Yalnız dayım istisna idi, səfir kimi
nüfuzu onun belə uşaq hərəkətləri eləməyinə mane olmuş-
du. Sonra o, buna çox peşman olacaqdı. Artıq ən uca dağın
zirvəsindəydik. Orda həmişə, hətta payızda belə qəfildən
kəsici şimal küləkləri qopardı. Mən belə hündür və sərt iq-
limli bir yerdə elə gözəl bədən quruluşlu, xüsusən də belə
elmli adamlarla rastlaşacağımızı gözləmirdim. Ordakı ən
soyuq dağların birində "Müstəza" adlı qəbilə yaşayırdı.
Həmin qəbilənin ən nəzərəçarpan peşəsi yüksək xəttat us­
talığı ilə çoxlu sayda kitab köçürüb Məğribdə və kənardə
satmaq idi. Bizim karvana Fəsdə yaşayan Tomaso de Mari-
no adlı qoca bir genuyalı tacir də qoşulmuşdu. O tacir tək
bir kənddə yüzə yaxın gözəl xətli və cildli kitab aldı. Mənə
belə izah elədi ki, Zənc ölkəsinin alimləri və kübarları çox
kitab alırlar, ona görə də kitab ticarəti olduqca sərfəlidir.
216
Gecələmək üçün həmin yerdə dayandıq. Ticarət agen­
ti tərəfindən dəvət olunduğu şam yeməyində mən də onu
Müşayiət elədim. Gözəl tikilmiş olan mənzili mərmər
və kaşan bəzəyirdi, divarlarında zərif yundan xalçalar,
döşəmədə isə gözoxşayan rəngləri olan yun gəbələr var
idi. Elə görünürdü ki, dəvət olunanların hamısı varlıdırlar.
Ev yiyəsindən çəkinə-çəkinə, kəlmələri seçə-seçə dodaq­
larımı yandıran sualı soruşmaqdan özümü saxlaya bilmə­
dim. Necə olub ki, dağların qoynunda yerləşən bu soyuq
Məntəqənin adamlarına belə rahatlıq və elm nəsib olub?
Ev yiyəsi qəhqəhə çəkib güldü:
- Kəsəsi, sən bilmək istəyirsən ki, niyə bu dağların ca-
Maatı kobud dilənçilər deyil, eləmi?
Mən məsələni belə kəskin qoymaq istəmirdim, amma
gördüklərim, əlbəttə ki, məni təəccübləndirirdi.
- Ey cavan qonaq, bil ki, Allahın insana ən yaxşı töhfəsi
°dur ki, onu karvan yollarının keçdiyi uca dağların başında
dünyaya gətirsin. Yollar maarif və dövlət gətirir, dağlar isə
Yadlıq və müdafiəni təmin edir. Siz ey şəhər adamları, hər
cür sərvətə və kitablara əliniz çatır, ancaq sizin hakimləriniz
var və siz onların önündə başınızı aşağı tutmalısınız.
Sözünə davam elədi:
- Mən səninlə mətləbdən yayınmadan, əmi öz qarda­
şoğlu, qoca şeyx öz şagirdi ilə danışan kimi açıq danışa
kilərəmmi? Məndən inciməyəcəyinə söz verirsənmi?
Mənim geniş təbəssümüm onu Öz söhbətini davam
ələməyə həvəsləndirdi.
- Adam şəhərdə yaşayanda gərək sultanın himayə­
si müqabilində bütün nüfuz və cah-calalını bir kənara

217
qoysun. Bu himayənin dəyəri çox baha başa gəlir, hətta sul­
tan himayə eləməyə qadir olmayanda da. Adam şəhərdən
uzaqda düzən və təpəliklərdə yaşayanda sultanın, onun
əsgərlərinin və darğalarının təcavüzlərindən yayma bilin
amma ərəb və ya bərbər köçəri bədəvilərin "mərhəməti"
altında qalır. Onlar ölkədə fəsad salırlar. Tezliklə uçurula'
cağını görmək qorxusu olmadan divar da ucaltmaq müm-
f•
kün deyil. Adam get-gəli çətin bir yerdə yaşayanda özünü
istibdad və qarətdən qoruya bilir, amma bununla yanaşi/
digər məntəqələrlə əlaqələrin olmaması üzündən həyat
mərhumiyyətlər içərisində keçən nadan və vəhşi heyvan
həyatına çevrilir.
Mənə şərab qədəhi uzatdı, ədəblə onu içməkdən imti'
na elədim. Şərabı tək içdi, sözünə davam eləməzdən qabaq
bir qurtum da qəbul elədi.
- Təkcə bizim bəxtimiz gətirib. Bizim kəndlərə Fəsdən,
Numidiyadan, Zəncdən müxtəlif adamlar: tacirlər, əyan­
lar, tələbələr və alimlər gəlir. Hər biri özüylə bizə bir qız^
sikkəsi, geyim, oxuyub üzünü köçürmək üçün kitab, heÇ
olmasa, bir xəbər, bir söz, bir lətifə gətirir. Beləcə, karvan­
ların keçib getməyi ilə bu əlçatmaz dağlarm himayəsində
sərvət və maarif toplayırıq. Bu əlçatmaz dağları isə qartal­
lar, qarğalar və aslanlarla bölüşürük, şərəf və məğrurluqda
da onlar bizim dostlarımızdır.
Bu qəribə söhbəti dayıma nəql eləyəndə, kəlmə kəsmə"
dən köks ötürüb gözlərini yuxarı qaldırdı: Başa düşə bil­
mədim ki, bu, öz işini Xaliqə həvalə eləmək üçün idi, yoxsa
alıcı quşlardan birinin uçuşunu nəzərdən keçirmək üçün.
218
Növbəti mənzilbaşımız Zeyz dağlarında oldu. Ona
görə belə adlanırdı ki, eyniadlı çay öz mənbəyini həmin
dağlardan götürürdü. Həmin məntəqənin əhalisi Zənağa
adıyla tanınan qorxulu bərbər qəbiləsinə mənsub idilər,
ənlar güclü, birbaşa bədənlərinin üzərinə yun paltar ge­
yinər, ayaqqabı əvəzinə, qıçlarına əski dolayar, qışda da
yayda olduğu kimi çılpaq gəzərdilər. Mən o adamları təs-
vir eləyərkən inanılmaz bir işlərini xatırlamaya bilmirəm,
^ənə elə gəlir ki, bu, qeyri-adi haldan xəbər verir; pişiklər
və küçüklər kimi əhliləşdirilmiş çoxlu sayda ilan sakit-sa­
kit onların evlərinin içərisində sürünürdü. Sakinlərdən biri
yeməyə əyləşəndə ilanlar həmin sakinin ətrafında topla-
nirdılar ki, onlar üçün qoyulmuş çörək qırıntıları və yemək
qalıqları ilə qidalansınlar. Üçüncü həftə ərzində biz Zeyz
dağının başındakı dayanacağımızdan təzə-tər, dadlı bəhəri
kol olan saysız-hesabsız xurma bağlarından keçib, Səcəl-
^asa yerləşən düzəngaha doğru getdik. Belə deməyim
Qaha düzgün olar ki, o düzənlikdə keçmiş əyyamda mü­
safirlərin xoşuna gəlmiş olan şəhər yerləşirmiş. Deyilənə
§drə, onu inşa edən Böyük İsgəndər özü olub və şəhərin
kaş küçəsinin uzunluğu yanmgünlük yola bərabərmiş, hər
evi bağ-bağçasıyla əhatələnibmiş, məscidləri işıqlı, mək­
təbləri çox məşhur imiş.
İndi onun qədimdə hündür olmuş qala divarların­
dan geriyə uçuq-sökük, ot-yosun basmış qalıqlar qalmış­
dı. Onun sakinlərindən qalan isə bir-biriylə ədavət apa-
ran tayfalar idi. Hər tayfa qədim Səcəlmasa xarabalıqları
Yaxınlığında Öz tayfa başçısı ilə birlikdə xüsusi qorunan
kənddə yaşayırdı. Əsas qayğıları da qonşu kənddə yaşayan
219
tayfanın həyatını zəhərləmək idi. Onların qəlbi bir-birinə
qarşı rəhm duymaz, su arxlarını dağıdar, xurma ağacla­
rını kəsər, köçəri bədəvi qəbilələrini düşmən torpaqlarını
və mənzillərini viran qoymağa təhrik edərdilər. Mənə belə
gəldi ki, onlar düşdükləri vəziyyətə layiqdir.
Belə qərara gəlmişdik ki, adamların və minik heyvanla­
rının nəfəs dərməsi, bir az ərzaq almaq və bəzi avadanlıq­
ları düzəltmək üçün Səcəlmasa torpağında üç gün qalaq;
amma bizim qədərimizdə orda bir neçə ay qalmaq yazılıb­
mış, çünki ora çatmağımızın ertəsi günü dayım xəstələndi.
Gündüz vaxtı boğucu istidə titrəyir, gecə vaxtı isə uca dağ­
ların soyuğu kimi soyuq olsa da, bütün məsamələrindən
tər axırdı. Karvandakı tacirlərdən tibb sahəsində bacarığı
olan bir yəhudi müayinə edib dedi ki, bu, dördgünlük qız­
dırmadan başqa bir şey deyil və dayıma "Ummu Cunney-
bə"də rəqs eləməkdən imtina eləməyinin cəzası kimi üz
verib. Yalnız Allah mükafat və cəza verəndir!

* ♦f *

Daim xəstə dayımın yanını kəsib hər qımıldanmasınƏ/


sifətinin dəyişməsinə fikir verirdim, xüsusən də bəzən
uzun saatlarla yatanda, çünki o, çox narahat yatırdı. Bir­
dən hiss elədim ki, o, qocalıb əldən düşüb, özünü-sözünü
bilmir. Halbuki iki gün əvvəl onun rumlular, vəhşi hey­
vanlar, ilanlar haqda danışdıqları ilə bütöv insan kütlə­
sinin nəfəsini çəkib saxlamağa qadir idi. O, öz şairlik və
natiqlik məharətilə Məhəmməd əl-Burtuğaliyə elə təsir
eləmişdi ki, hakimiyyətə keçəndən hər həftə onu öz yanına
220
dəvət eləyirdi. Onun müşavir, katib və ya nahiyələrdən bi­
rinə qaimməqam1 təyin olunacağı da müzakirə olunurdu.
Yadımdadır ki, bir gün dayım qəsrdən qayıdanda ondan
yenə də Məryəm barədə söz salıb-salmadığını soruşdum.
Bir az sıxılan tonda cavab verdi:
- Mən çalışıram ki, sultanın daha çox inamını qazanım.
Çox keçməz ki, çətinlik çəkmədən onun köməyi ilə sənin
bacını azad edərəm. İndi isə mən onunla mümkün qədər
yumşaq davranmalıyam, hələ ki ondan nəsə istəməyim
yanlış olardı.
Sonra üzrxahlıq qəsdilə gülə-gülə əlavə elədi:
- Gərək siyasət oyununa girəndə beləcə davranasan.
Dayım səfir təyin olunandan sonra mən yenə təkrar
ələdim. O vaxt dayım sultana hadisə barədə danışmış, sul-
tansa vəd eləmişdi ki, o, Timbuktudan qayıdandan sonra
gənc qız öz evində olacaq. Bu xəbəri mənə gətirən dayıma
dönə-dönə təşəkkür elədim. Bundan sonra "məhəllə yə
getmək qərarı verdim ki, həm hökmdarın vədini, həm
də səfər xəbərini Məryəmə çatdırım. Həddən ziyadə çox
istədiyimdən, həm də onun üçün çox qorxduğumdan bir
d idi ki, bacımı görmürdüm. Bir kəlmə də inciklik eləmə­
di, əksinə üzümə güldü, sanki məndən yenicə ayrılmışdı.
Məndən dərslərimin necə keçdiyini soruşdu. Onun sakit
4
və tox tövrü məni utandırır, peşmanlığımı artırır və məm
təbimdən çıxarırdı. Bəlkə də, onu göz yaşları tökən vəziy­
yətdə görməyə üstünlük verərdim ki, ona təskinlik verim,
əramızda arx olsa da, özümdən razı-razı sultanın vədini
°na yetirim. Məryəmin cavabı inciməməyim üçün kifayət
indiki statusla icra hakimiyyəti başçısı ,
221
idi. Ona səfərim haqda danışdım, özümü çox sevincək
kimi göstərdim, ancaq başa düşmədim ki, qəfil sevincdən-
mi, yoxsa lovğalıqdanmı belə elədim. Güclü bir adamın bir
sıçrayışla hoppanıb keçə biləcəyi arx mənə vadidən dərin,
dəniz axınından da geniş gəldi. Məryəm uzaq idi, ona tə­
sir eləmək mümkün deyildi, səsi mənə kabusdan çıxırmış
kimi gəlirdi. Birdən cüzamlı ixtiyar bir qadın gəldi. Onun
barmaqsız əlini bacımm çiyninə qoymağmı gördüm. Çı­
ğırıb daş yığdım ki, ona tullayıb, bacımdan uzaqlaşdırım-
Məryəm işə qarışıb cüzamlı qadını müdafiə elədi:
- Daşları yerə qoy, Həsən, rəfiqəmi yaralama!
Sözünə baxdım, amma hiss eləyirdim ki, özümdən get­
mək üzrəyəm. Əl eləyib vidalaşdım, könlü pərişan və ümi­
dsiz halda çevrilib getmək istəyirdim. Bacım yenə adımı
çağırdı, ona sarı döndüm, suyun lap kənarına qədər yaxın­
laşmışdı. Mən gələndən bəri ilk dəfə göz yaşı tökdü:
- Məni burdan çıxaracaqsan, deyilmi?
Səsi yalvanşlı idi və məni sakitləşdirirdi. Onu təəccüb­
ləndirəcək bir səslə Quranın üstünə qoyurmuş kimi əlləri­
mi qabağa uzadıb, bu andı söylədim:
- And içirəm ki, səni bu lənətlənmiş məhəllədən çıxar­
madan evlənməyəcəyəm.
Bütün çöhrəsi güldü, ayağımın var gücüylə dönüb ora­
dan uzaqlaşdım, çünki səfərim boyunca onu belə yadda
saxlamaq istəyirdim. Elə həmin gün gedib atamla Var-
dəyə qızları haqda məlumat verdim. Qapını döyməzdən
qabaq bir anlığa hərəkətsiz qaldım. Çöl divarının çatında
Məryəm əsir götürülməzdən qabaq taxdığı çöp hələ də du­
rurdu, ancaq çox quruyub qaralmışdı. Onu barmaqlarımın

222
arasında tutub tezcə dodaqlarıma yaxınlaşdırdım, sonra
yenə qaytarıb yerinə qoydum.
••
* * ifr

Həmin çöpü bir də dayım gözlərini açanda düşündüm.


Soruşdum ki, vəziyyəti yaxşılaşıbını, başı ilə işarə elədi ki,
hə. Ancaq tez də yenidən yuxuya getdi. Beləcə, birinci isti
fəslə qədər qımıldanmağa heyi olmadan ölüm-dirim ara-
r
S1nda qaldı. Səhranı keçmək çətin idi. Biz səfərimizə da-
vam eləməzdən qabaq Səcəlmasa nahiyəsində bir neçə ay
gözləyəsi olduq.

223
Timbuktu ili
Hicri 911-ci il (Miladi 1505-ci il iyunun 4-ü-1506-cı H
mayın 23-ü)
Deyəsən, dayım tam özünə gəlmişdi. Həmin il yağış­
lı fəslin əvvəlində Numidiya səhrasmın mərkəzində, At­
las okeanından 300 mil uzaqlıqda, Səcəlmasadan iki yüz
mil cənubda yerləşən Təbilbalə istiqamətinə yönəldik. O
məntəqədə su və ət qıt idi, yalnız ceyran və dəvəquşu əti
var idi. Günəşin qızmarından ancaq bəzi hallarda palma
kölgəsi kömək edərdi.
Dayım, atamın bir neçə il əvvəl elədiyi kimi, mənə az-
az Qərnata haqda danışmağa başladığı axşamdan bəri bu
mərhələnin doqquzuncu gününü saydıq. Bəlkə də onlar
dan birinin xəstəliyi, ikincisinin də zəifliyi təsir eləmişdb
hər ikisinin müşahidələrini daha gənc və daha az xətər
görmüş yaddaşa köçürürdüm, Allahdan təmənna eləyirəm
ki, hafizəmi unutqanlıqdan qorusun. Hər gecə onun bəzən
çaqqalın yaxından gələn ulartısı ilə kəsilən hekayətinin bit­
məyini gözləyirdim.
••
Üçüncü gün iki əsgər torpaqları yolumuzun qərbin-
də yerləşən ağalardan birinin məktubunu bizə gətirdi. O/
xəbər tutmuşdu ki, Fəs məlikinin səfiri məntəqədən keçin
Həmin ağa inadla israr eləyirdi ki, səfir onunla görüşsün-
224
Dayım bələdçilərin birindən bu barədə xəbər aldı, bələdçi
ona izah elədi ki, yoldan bu kənaraçıxma bizi ən azı iki
həftə yubadacaq. Dayım əsgərlərdən üzrxahlıq eləyib dedi
ki, məlikin elçisi öz marşrutu xaricində olan ağalan zi­
yarət eləyə bilməz,üstəlik, xəstəlik onun missiyasım xeyli
ləngidib. Bununla yanaşı, ağaya bəslədiyi hüsn-təvəccöhü
göstərmək üçün-sonralar mənə etiraf eləyəcəkdi ki, həmin
Şəxs haqda heç nə eşitməyibmiş ,onun əlini öpməyə öz ba­
cısı oğlunu göndərəcək.
Beləcə, gözləmədiyim halda elçi kimi çıxış eləyəsi ol­
dum, halbuki mən 17 yaşımı tamamlamamışdım. Dayım
mənimlə iki süvari də göndərmiş, onun adından həmin
Xeyirxah ağaya təqdim eləmək üçün bəzi hədiyyələr də
vermişdi: Məğrib qaydasında süslənmiş iki dəvə, iki gözəl
malımız, qızılla hörülmüş iki ipək kəndir (onlardan biri
bənövşəyi, digəri isə mavi idi), Şimali Afrika övliyalarının
həyatından bəhs edən və təzə cildlənmiş bir kitab və bir
mədhiyyə qəsidəsi.
Səfər dörd gün çəkdi, vaxtdan istifadə edib məni qonaq
eləyənin şərəfinə bir neçə beyt qoşdum. Şəhərə çatanda,
düşünürəm ki, adı Urzuzat idi, mənə dedilər ki, ağa qonşu
dağlarda yırtıcı heyvan ovlayır və göstəriş verib ki, ona qo­
şulum. Əlini öpüb dayımın hədiyyələrini təqdim elədim.
Geri dönənə kimi istirahət eləməyim üçün yer ayırmışdı.
Gecə düşməzdən qabaq qayıdıb məni saraya dəvət elədi.
Yanına gedib yenidən əlini öpdüm, bir-bir ona təqdim elə­
diyim hədiyyələrə çox sevindi. Dayımın qəsidəsini təqdim
elədim, katiblərindən biri oxudu. O, hər kəlmənin tərcümə
olunmasını tələb eləyirdi, çünki ərəbcə yaxşı danışmırdı.

225
Qarnım ac olduğundan səbirsizliklə gözləyirdim. Səhər­
dən bəri ancaq bir neçə xurma yemişdim.
Bizə qızartma və diqqətlə xəmirə bükülmüş buğlama qo­
yun əti gətirmişdilər. Bu yemək bir az italyanların lazaniya
adlı yeməyinə bənzəyirdi, ancaq ondan daha tutumlu idi.
Sonra kuskusi və ətlə xəmirin qarışığından olan doğramac
və indi xatırlamadığım digər yeməklər gətirildi. Hamımız
tam doyandan sonra qalxıb öz qəsidəmi oxudum. Ağa bəzi
ifadələrin tərcüməsini tələb elədi, ancaq o mənə şəfqət və
əminlik ifadə eləyən nəzərlə baxmaqla kifayətləndi. Mən
qəsidəni qurtaran kimi yatmağa getdim, çünki ov onu əldən
salmışdı, ancaq məni ertəsi gün üçün onunla səhər yemə­
yinə dəvət elədi, katibinə də qışqırdı ki, dayıma çatdırmaq
üçün mənə yüz qızıl sikkə və səfər müddətində dayıma qul-
t

luq eləyəcək iki qul versin. Mənə tapşırdı dayıma deyim ki/
bu hədiyyələr onun göndərdiklərinin əvəzini çıxmaq üçün
deyil, qəsidəsinə görə təşəkkür eləmək üçündür. Mənə də,
məni müşahidə eləyən hər süvari üçün on sikkə vəd elədi.
Səhərə mənim üçün sürpriz saxlamışdı. Mənə 50 qızıl
sikkə verməklə başladı, ancaq katib işarə elədi ki, çıxanda
onun dalınca gedim. Dəhlizdən keçib həyətə açılan kiçik qa-
p!ya gəldik. Həyətin ortasında gözəl, amma balacaboy köh­
lən, üstündə isə üzüaçıq, gözəl və cazibədar bir qız var idi.
- Bu kəniz qəsidənə görə ağamın sənə mükafatıdır-
Onun on dörd yaşı var, ərəbcə gözəl danışır, biz onu hə­
diyyə edirik.
Cilovu tutub mənə verdi. Cilovu bərk-bərk tutdum.
Gördüyümə inanmırmış kimi yuxarı boylandım. Mükafa­
tım üzümə güldü.

226
Belə lütfi-kərəm müqabilində ağa ilə görüşməyimizə
görə məstedici bir xoşbəxtlik duyurdum. Birbaşa Təbil-
baləyə döndüm, orda karvan əylənib mənim yolumu göz­
ləyirdi. Dayıma xəbər verdim ki, vəzifəmi ən mükəmməl
şəkildə yerinə yetirmişəm, bütün hərəkətləri, deyilənləri
ona çatdırdım.
Ona ünvanlanmış hədiyyələri təqdim elədim, hədiy­
yələrə aid söhbətləri də danışdım. Sözümü mənə verilmiş
ləzzətli töhfə haqda məlumat verməklə bitirdim. Hekayə­
timin bu nöqtəsinə çatanda sifəti bozardı.
- Doğrudanmı, sənə dedilər ki, bu cariyə ərəbcə danışır?
- Əlbəttə, mən yol əsnasında buna əmin oldum.
- Mən buna şübhə eləmirəm. Ancaq sən yaşca böyük
və daha təcrübəli olsaydın, katibin dediyindən başqa şey
ənlardm. Sənə cariyə bağışlanması səni şərəfləndirmək də
°la bilər, ancaq səni alçaltmaq da ola bilər; səni sənin dilin­
də danışanların hansı səviyyəyə düşdüyü ilə tanış eləmək
üçün.
- Mən bundan imtinamı eləməliydim?
Dayım ürəkdən gülüb dedi:
- Mən yaxşı görürəm ki, bu qızı rastlaşdığın həyətdəki
yerdəcə qoyub getsəydin, ağlm başından olardı.
•*

Demək, onu yanımda saxlaya bilərəm. Oz oyuncağın­


dan tutub buraxmaq istəməyən körpə uşaq qədər həyə-
canlıydım. Dayım çiyinlərini atıb sarvanlara səfərə çıxmaq
işarəsi verdi. Mən uzaqlaşmaq istəyəndə yenidən çağırıb
dedi:
- Bu qıza hələ toxunmamısan ki...
Gözümü aşağı dikib dilləndim:
227
- Yox, biz açıqlıqda yatmışıq, yanımızda da iki keşikçi
var idi.
Dayımın dodaqlarının qaçmasmdan bir hiyləgərlik
yağırdı.
- Ona indi də toxunma, çünki Ramazan başlamış olma­
lıdır. Biz bir dam altında yatmağa məhkumuq. Sən səfər
zamanı oruc tutmalı deyilsən, amma gərək Yaradana itaə­
ti başqa cür göstərəsən. Cariyəni başından ayağına kimi
örtərsən, onu bəzənib saçma sığal verməkdən, hətta yu­
yunmaqdan belə çəkindirərsən.
Etiraz eləmədim, çünki o saat anlamışdım ki, dindarlıq
bu öyüdün yeganə səbəbi deyil. Karvanlarda dəfələrlə bir
gözəl cariyənin olması səbəbindən qovğalar çıxıb, dayım
istəyirdi ki, nəyin bahasına olursa-olsun hər hansı səhv və
təxribatçı işlərdən çəkinsin.
Növbəti mənzilbaşımız Tuvat və Qurara vahələrinə
oldu. Bu vahələr səhra karvanlarının marşrut nöqtələri idi-
Tacirlər və digər yol adamları orda səfərə çıxmaq üçün bir­
likdə gözləyirdilər. Çoxlu sayda yəhudu tacir orda məskən
salmış, amma orda qəribə bir repressiyanın qurbanı ol-
•■
muşdular. Ozü də Qərnata süqut eləyən il, həmən il ispan
yəhudilərinin də qovulma ili idi. Tilmisan vaizlərindən biri
Fəsə gəlib, müsəlmanları şəhərin yəhudilərini qırmağa təh­
rik edirmiş. Məlik işdən xəbər tutan kimi təxribata çağıran
həmin adamın qovulmasını əmr eləmişdi. O da Tuvat və
Qurar vahələrinə qaçıb, orda uğur qazanmışdı. Yəhudilə­
rin hamısını qırıb-çatmış, ərzaqlarını çapıb-talamışdılar.
Həmin nahiyədə çoxlu əkin sahələri var, amma dəm­
yə. Əkinləri ancaq quyu suyu ilə suvarmaq mümkün idi.
228
ona görə də məhsulu da az olurdu. Bu səbəbdən də torpağı
nıünbitləşdirmək üçün qeyri-adi üsuldan istifadə edirdilər.
Birinin yolu ordan düşəndə heç bir qarşılıq olmadan yanla­
rında qalmağa dəvət edərdilər. Karvanın minik heyvanla­
rının təzəyini götürür, adamları isə başa salırdılar ki, əgər
təbii ehtiyaclarını onlar qalan yerdən kənarda ödəsələr,
xətirlərinə dəyər. Beləcə, müsafirlər onların əkin yerlərinin
yanından keçəndə burunlarını tutmağa məcbur olurdular.
O iki vahə səhraya keçməzdən qabaq ərzaq təchizatı gö­
türmək mümkün olan sonuncu məntəqə idi. Su mənbələri
uzaqda idi, ilk məskun yerə çatmaq üçün iki həftə lazım
gəlirdi. Onu da qeyd eləmək gərəkdir ki, Təcazə deyilən
həmin yerdə yalnız duz mədənləri var idi. Onu çıxarıb kar­
dan gələnə kimi saxlayırlar,* karvanlar həmişə duz qıtlığı
olan Timbuktuda satmaq üçün duzu alırdılar. Təcazədə
duzçıxaranlar yeməyi iyirmi günlük məsafədə yerləşən
Timbuktudan və ya onun kimi uzaq şəhərlərdən alırdılar.
Belə danışırdılar ki, bəzən karvanlar vədəsindən gec gələn­
də neçə-neçə adamın öz komasında aclığın şiddətindən ke­
çindiyini görərdilər.
Ancaq əsl səhra cəhənnəmi o yerdən sonra başlayır.
Orda ancaq susuzluqdan qırılmış dəvə və adamların ağa­
ran sümükləri ilə rastlaşmaq olardı. Bol-bol təsadüf edilən
yeganə canlı isə ilanlar idi. Həmin sahənin ən quraqlıq ye­
rində iki məzar, üstündə isə daş sərdabə var idi. Sərdabə­
nin üstündəki daş kitabədə yazılmışdı ki, burda iki şəxs
Uyuyur, onlardan varlı tacir olan birincisi burdan keçərkən
təşnəliyini yatırmaq üçün karvanbaşı olan ikincidən 10
min sikkəyə bir kasa su alıb. Amma su alan da, satan da

229
bir neçə addım atdıqdan sonra hər ikisi susuzluqdan can
verib. Rizqi də, ömrü də verən yalnız Allahdır!

* * *

• A

Özümün xeyli yetkinləşməyimə, qələmiminsə sözə­


baxan olmasına rəğmən , mən bir neçə həftəlik üzücü
səfərdən, tozlu küləklərin sayəsində gözü qızarandan,
duzlu qahntı sudan ağzı şişəndən, bədəni çirklənəndən,
büzülüb, əyilib qıvrılandan sonra adam Timbuktu qa'
pılarını görəndə nə hiss elədiyini təsvir eləməyə acizəm-
Şübhəsiz ki, səhra bitəndən sonra bütün şəhərlər gözəl,
bütün vahələr Ədən cənnəti kimi görünür. Amma heç bir
yerdə həyat mənə Timbuktuda olduğu kimi fərəhli görün­
məmişdi. Şəhərə gün batanda çatdıq, bizi məxsusi olaraq
şəhərin sahibi tərəfindən göndərilmiş bir dəstə əsgər qan
şıladı. Bu vaxt biz sarayda qarşılanmaq üçün gec olduğun­
dan hər birimizin mənsəbinə uyğun hazırlanmış yerlərə
aparıldıq. Dayım məscidə yaxın bir yerdə mənzillənmiŞ'
di. Mənə izdihamlı meydana baxan geniş otaq düşmüşdü.
Meydanm izdihamı çəkilməkdəydi. Axşam hamamlanıb
,şam eləyib, Töhfəmi çağırdım. Daha dayım buna icazə ve­
rirdi. Saat təxminən on olardı, küçədən bizə haray-qışqırıq
səsi gəldi: bir dəstə gənc meydanda toplaşıb musiqi çalır
və rəqs eləyirdi. Mən orda qaldığım müddətdə hər gecə
meydana qayıdan o gənclərin yaxınlığında olmağına vər­
diş eləməliydim. Ancaq həmin gecə mənzərə mənə qəribə
gəldiyindən pəncərənin qənşərindəcə bitib qalmışdım. Ola
bilsin ki, ilk dəfə otaqda mənə məxsus qadınla qaldığımı
230
hiss elədiyimdən bir az narahatlığım da var idi. Səfərim
əziyyətləri keçmişdi, o, mənə hədiyyə edildiyi gün oldu-
gu kimi gülərüz, təravətli və üzüaçıq idi. Pəncərəyə yaxın­
laşıb, mənim kimi o da rəqs eləyənlərə baxmağa başladı.
Çiyni xəfifcə çiynimə söykənmişdi. Gecə rütubətli və so­
yuq idi, amma mənim yanaqlarım alışıb yanırdı.
- İstəyirsənmi ki, onlar kimi eləyim.
Cavabımı gözləmədən bədənin bütün hissələrilə rəqs
eləməyə başladı, əvvəl yavaş-yavaş, sonra sürətlə, amma
ahəngdarlığını itirmədən, əli, saçı və dəsmalı otaqda uçu-
Şur, hər birindən ətir yayılırdı. Ombaları zənci musiqisinin
ritmilə hərəkət eləyir, ayaqları yerdə müxtəlif əyrilər və or-
namentlər cızırdı.
Pəncərədən uzaqlaşdım ki, ay işığının içəriyə süzülmə­
yinə imkan verim.
Küçə öz sükutuna yalnız sübh saat birdən, bəlkə də,
daha sonra qayıtdı. Mənim rəqqasəm tövşüyə-tövşüyə
yorğun halda yerə sərildi. Pəncərənin pərdəsini saldım,
zülmətdə bir az cürətlənmişdim.
Töhfə. Əgər Afrika torpağı mənə ondan başqa heç bir
hədiyyə verməsəydi də, əbədiyyətəcən onun üçün darıx­
mağıma layiq olardı. Səhər hələ də yuxuda olan məşuqə­
min dodaqlarında bütün gecə təsəvvür elədiyim təbəssüm
Var idi. Dodaqlarından ənbər qoxusu yayılırdı. Onun ha­
mar alnına doğru əyilib səssiz və təsirli vədlər verməyə
başladım.
Pəncərədən yenə də hay-küy, satıcı qadınların höcət-
ləşməsi, küləş xışıltısı, misgərlərin taqqıltısı, minik hey­
vanlarının fmxırtısı eşidilir, örtüyü qaldıran xəfif rütubətli

231
külək qoxular gətirirdi. Mən məhəbbətimi hər şeyə şamil
eləməyə, hər şeyə-səmaya, səhraya, yola, Timbuktuya və
Urzazatın hökmdarına, hətta bu mənasız və üzücü səyahə­
timin verdiyi imtiyazmış kimi, məni məchula doğru cəlb
eləyən bədənimin ağrısına şükür eləməyə başladım.
Gözünü açıb, tez də qapadı, elə bil ki, məni xəyallarım­
dan eləməkdən qorxurdu. Pıçıldadım:
- Biz heç vaxt ayrılmayacağıq!
O, şübhə edərcəsinə gülümsədi. Dodaqlarımı onun
dodaqlarının üstünə qoydum. Bədənim yenə də gecənin
xatirəsini canlandırmaq üçün onun bədəninə doğru sü­
ründü. Ancaq qapı döyülürdü. Qapını açmadan cavab
verdim. Bizi sarayda gözləyən olduğunu mənim yadıma
salmaq üçün dayım tərəfindən göndərilmiş qulluqçu idi-
Mən məktubların təqdim edilməsinə rəsmi protokol geyi'
mində gəlməliydim.

*♦*

Timbuktu sarayında rəsmi mərasim çox dəqiq işlənmiş


və təntənəli idi. Səfir şəhərin hakiminin hüzuruna çıxan­
da gərək onun qabağında əyilib üzünü yerə sürtəydi və
bir ovuc torpaq götürüb onu çiyininə və başına tökəydi-
Onun rəiyyətləri də belə eləməliydi, ancaq ilk dəfə. Sonra­
kı dəfələrdə isə mərasim daha bəsit icra edilərdi. Qəsr bö­
yük deyildi, amma görkəmi çox harmonik idi, onu iki əsr

əvvəl ishaq Qərnati adlı bir əndəluslu memar inşa etmişdi-
Timbuktu hakimi özü Qau, Mali və digər nahiyələrin
məliki Əskiya Məhəmməd Turinin təbəələrindən olsa da,
232
0/ bütün Zənc ölkəsində sayılıb-seçilən şəxslərdən idi.
Onun sərəncamında üç min süvari, eləcə də zəhərli nizələr
və kamanlarla silahlanmış saysız-hesabsız piyada var idi.
O, bir şəhərdən başqasına gedəndə özü və məiyyəti dəvəyə
Hünir, onları qılınc qurşanmış qulluqçularm yedəyə aldıq­
ları atlar müşayiət edirdi. Düşmənlə üz-üzə gələndə onlar
atlarına süvar olmalıydılar, qulluçular isə dəvələri saxla­
yırdılar. Əmir qələbə çalanda onunla döyüşən xalqı uşaq­
lı-böyüklü əsir götürüb satırdılar. Ona görə də şəhərin ən
kasıb evlərində belə kişili-qadınlı bir neçə qula rast gəlmək
olardı. Bəzi ağalar bu kənizləri bazarlarda müxtəlif əşya­
lar satmaq üçün istifadə edirdi. Onları tanımaq asan idi.
Çünki Timbuktuda üzüaçıq qadm yalnız onlar idi. Xırda
ticarətin, xüsusən də ərzaq ticarətinin mühüm hissəsi on­
ların əlində idi. Bu, çox pul gətirirdi, çünki şəhər sakinləri
yeməklərinə çox fikir verən idilər. Burda taxıl və heyvan­
ları bol, süd və yağ istehlakı bəs deyincəydi. Yalnız duz
qıt idi. Ona görə də adamlar onu yeməyin üstünə səpmək-
dənsə, əllərində bir parçasını tutub yeməyin udumları ara­
sında yalayırdılar. Şəhər əhalisinin əksəri, xüsusən də Tim­
buktuda çox olan tacirlər varlı idilər. Əmir onların, hətta
Şəhər əhalisi olmayanların da qayğısına qalır. Özünün iki
qızını da qərib tacirlərə ərə vermişdi, çünki onlar varlı-hallı
adamlar idilər. Timbuktuya müxtəlif əmtəələr idxal edilir­
di, xüsusən də Avropadan parça gətirilər və Fəsdə satılan­
dan daha bahasına satılardı. Sövdələşmələrdə sikkə pul­
lardan yox, təmiz qızıldan istifadə edilər, az məbləğdə də
Hindistan və Farsdan gətirilən inci ilə ödənilirdi.
233
Günlərimi bazarları gəzib-dolaşmaqla, məscidlərə ge­
dib bir neçə kəlmə ərəbcə bilən hər hansı şəxslə söhbətə
girməyə cəhd eləməklə, axşamları isə gündüz şahidi ol-
duqlarımı Töhfənin şaşqın nəzərləri altında yazmaqla ke­
çirirdim. Biz Əskiyanm iqamətgahı yerləşən Qauya yönəl-
məzdən qabaq Timbuktuda bir həftə də qalmalıydıq. Qau
bizim səfərimizin sonuncu mənzilbaşıydı. Ancaq dayım
yolun çətinlikləri üzündən yenidən xəstələnmişdi. Yola
düşəcəyimiz günün axşamı onun dördgünlük qızdırması
yenə tutdu.Yenə də gecə-gündüz xəstənin çarpayısının ya­
nını kəsdirib qaldım. Etiraf eləyim ki, onun bir daha şəfa
tapacağına ümidimi itirmişdim. Şəhərin hakimi onun ya­
nma həkim göndərmişdi. Həkim üzünü xətt kimi ağ tük
basmış bir zənci idi. Məşriqlilərin və əndəlusluların kitab­
larını oxumuşdu. O, dayıma güclü pəhriz yazdı və əlac ha­
zırladı. Hərçənd ki, deyə bilmərəm ki, faydası və ya zərəri
olub, çünki dayım üç həftə ərzində nə yaxşılaşmadı, nə də
birdəfəlik vəziyyəti pisləşmədi.
Şəvval ayınm sonu dayım, çox zəif olmasına rəğmən/
Fəsə qayıtmaq əmri vermişdi. Artıq yayın şiddətli istiləri­
nin əlamətləri görünməyə başlamışdı ki, bu istilər gələn il­
dən qabaq səhranı keçməyimizə mane olacaqdı. Onu qəra­
rından daşmdırmağa çalışanda məni başa saldı ki, 5-6 aya
yerinə yetirilməli olan tapşırığa iki il vaxt itirə bilməz, həm
də ona verilmiş bütün pulu xərcləyib, hətta öz pulunu da
xərcləyib. Nə olur olsun, Allah onu öz yanına çağırmağı
qədərinə yazıbsa, yad eldə ölməkdənsə, öz qohumları ara­
sında ölməyə üstünlük verər.

234
Onun gətirdiyi dəlillər yetərlidirmi? Uzun illərdən
sonra da bu barədə hökm verməyi Özümə rəva görmürəm.
Həm də gizlədə bilmərəm ki, qayıdış bütün karvan üçün
ağır əzab oldu, çünki yeddinci gündən sonra dayım dəvə­
nin tərkində özünü saxlaya bilmirdi. Hələ də geri dönə
bilərdik, ancaq o bizə mane oldu. Bizə yalnız onu necə gəl­
di düzəldilmiş xərəkdə daşımaq qalırdı. Keşikçilər və qul­
luqçular xərəyi növbəylə daşıyırdılar. Təcazəyə çatmazdan
qabaq ruhunu tapşırdı, onu yol kənarında isti qumlarda
göməsi olduq. Allah ona rəhmət eləsin və cənnətdə onun
yerini kölgəli eləsin.

235
Vəsiyyət ili
Hicri 912-ci il (Miladi 1506-cı il mayın 24-ii-1507-ci il
mayın 22-si)
Fəsi dayımın yüklərinin içərisində tərk eləmişdim,
onun ardınca gedib, ona qulaq asıb qarabaqara izləmək'
dən savayı bir vəzifəmiz yox idi. Bu il ora başa çatmə-
mış missiya ilə, əli boş, veyl qalmış karvanla, üstəlik yal­
nız Numidiya səhrasında yetişə biləcək ən gözəl qadınla
qayıtmışdım.
Amma daşımaq ən ağır gələn şey bir məktub idi. Dayı-
min onu Timbuktudan çıxdığımız gün yazdığını görmüş­
düm, Kiçik bir dayanacaqdan belə istifadə edir, qurşağın­
dan mürəkkəb-qələmi çıxarır, qızdırmadan titrəyən əliylə
yavaş-yavaş yazmağa başlayırdı. Bütün yol yoldaşlarımız
uzaqdan ona göz qoyur, amma narahat eləmirdilər, çünki
onun sultan üçün yol təəssüratlarını qeydə aldığını güman
eləyirdilər. Məktub məsələsindən yalnız onun ölümündən
sonra agah oldum. Onun kar-kağızını yoxlayanda bükülüb
qızıl sapla bağlanmış məktubu tapdım. Məktub bu sözlərlə
başlayırdı: Əcəli yetişmiş insanları Onun Vəchi-kərəmiy-
lə görüşə hazırlamaq üçün bədənlərində və şüurlarında
əlamətlər göndərən, qiyamət gününün yiyəsi, Rəhman və
Rəhim Allahın adıyla!

236
Ey Həsən, ey bacım oğlu, ey övladım! Sənə üz tutu­
ram. Sən o şəxssən ki, adımı və az-çox sərvətimi deyil,
hiss-həyəcanımı, xətalarımı və faydasız məqsədlərimi mi­
ras qoyuram".
Mənə buraxıb getdiyi ilk şey karvan idi. "Onun gəlirləri
tükənib, yolu hələ uzaqdır, karvanbaşısı ölür, hamı sənə
üz tutacaq, səndən gözləyəcəklər ki, onları əmin-aman
yerə çatdırmaq üçün ən ədalətli göstəriş və ən müdrik rəy
verəsən. Sən gərək var-gücünü sərf eləyəsən ki, bu səfər
layiq olduğu şəkildə bitsin".
İlk vahələrdən məcbur oldum ki, üç sağlam dəvəni
xəstə dəvəylə dəyişib, ərzağı təzələyim və bizi Səcəlmasa-
da tərk eləyəcək iki bələdçinin ücrətini ödəyim. Növbəti
Mənzilbaşına çatana kimi narahatlıqları aradan qaldırmaq,
səfərin asanlaşmasına kömək məqsədi ilə əsgərlərə bir az
pul paylayım, həm də bizi qonaq eləyən əyanlara bəzi hə­
diyyələr verim. Bütün bunlar yolun bir hissəsini bizimlə
gələn əndəluslu tacirdən dayımın borc götürdüyü 80 dinar
nəqd puldan başqa heç nə olmayan kisədən gedirdi. Mən
də ,öz növbəmdə, borc götürə bilərdim, amma Timbuktu-
dan tələm-tələsik çıxmağımız heç bir tacirin bizə qoşulma­
sına macal verməmişdi. Beləcə azsaylı yoxsul müsafirlərlə
birgə iflas eləməyimdə qaldım. Səfər zamanı dayımın al­
dığı bəzi hədiyyələri satmağa məcbur oldum. Urzuzat ha­
kiminin verdiyi iki qulluqçunu da satdım ki, bundan bizə
40 dinar qaldı. Rişxənd olunmadan Töhfəni özümdə saxla­
maq üçün şayiə yaydım ki, məndən hamilə qalıb. Amma
onun bir cavahirat yumağına bənzər atını satdım, çünki bu
atdan heç bir xeyir yox idi, əksinə səhranı keçərkən yola
mane olurdu.
237
ikinci mirasa gəlincə, dayım onu mənə qədim zaman­
ların məsəlləri ilə təqdim eləmişdi: "Bir köçəri ərəb qadı­
nından sevimli oğlu kimdir deyə soruşuldu. O cavab verdi
ki, şəfa tapana kimi xəstə, böyüyənə kimi balaca, qayıdana
kimi yolçu".
Dayımın kiçik qızı Fatimə ilə bağlı narahatlığından
xəbərdar idim. O, biz Fəsə köçməzdən bir az qabaq dün­
yaya gəlmişdi və dayımın tanıdığı yeganə zövcə onu do­
ğarkən uşaq üstə ölmüşdü. Tifli nənəm, o, öləndən sonra
isə anam böyütmüşdü. Çünki dayım evlənəcəyi ögey qa­
dının qızlarına cövr edəcəyindən qorxurdu. Atası ölən­
də Fatimənin 12 yaşı olsa da, mənə həmişə hələ arıq və
hirsli uşaq kimi görünürdü. Heç bir vaxt dayım onunla
evlənəcəyimi mənə deməmişdi. Ancaq bilirdim ki, o mə'
nim deyiklimdir, çünki hadisələrin məntiqi tələb eləyirdi
ki, bibioğlu və ya əmioğlu əmisi və ya dayısı qızlarından
birini qanadı altına götürsün. Bəzən bu qız o qızların ən
gözəli olur, amma çox zaman qismətə ərə getməsi çətin
olan qız düşür. Beləcə, taleyə boyun əydim, çünki bilirdim
ki, bununla dayımın ürəyindəki ən ümdə arzusunu - heÇ
bir qızının ərsiz qalmaması arzusunu yerinə yetirəcəyəm-
Qalmış dörd qızına gəlincə, onların barəsində gözəl tədbir
tökmüşdü: böyük qıza evdəki ən böyük otaq ayrılmışdb
digər bacıları onun qaravaşlarıymışlar kimi davranırdılar
Ərə gedənə kimi yalnız o, təzə paltar və zinət ala bilərdi. O/
otağı özündən sonrakı böyüyə qoyub getdi, o da otaqdan
qürurla istifadə edirdi. Ondan sonra digər ikisi beləcə ye­
tişdi. Mənim üçün ayrılmış və hələ də balaca olan Fatimə
qalmışdı.
238
"Üçüncü mirasım sənin haqqındadır, çünki on ildən
bəri mənim damım altında yaşayan və elə mənim kimi
də yenidən ailə qurmaqdan imtina eləyən anana aiddir,
ə/ hələ də gəncdir. Onun üçün tək xoşbəxtlik o olardı ki,
atan onun yanına dönəydi. Bilirəm ki, atanın belə niyyəti
var. Ancaq Məhəmmədin eybi ondadır ki, pis qərarları ver­
məyə tələsir, yaxşılan isə gecikdirir. Səndən gizlətmişəm,
səfərə çıxdığımız axşam bütün qürurumdan vaz keçib bu
məsələni birbaşa atana çatdırdım. Mənə cavab verdi ki, biz
birləşəndən bəri həmişə bu barədə düşünüb. Hətta o, bu
barədə fəqihlə də məsləhətləşmişdi. Fəqih ona izah eləmiş­
di ki, boşanmış qadın onunla boşanandan sonra ərə get-
məyibsə, yenidən ona ərə gedə bilməz. Təklif elədim ki,
Səlmanı bizim yaxınlardan birinə ərə versin. Bu şərtlə ki,
həmin adam Səlmaya yaxın düşməsin və dərhal da boşa­
sın. Ona Əndəlus əmirinin əhvalatını da danışdım. Əmir
boşadığı qadını geri qaytarmaq, amma qadının özündən
başqa hər hansı şəxslə formal da olsa, əlaqə saxlamağını
istəmirdi. Məiyyətindəki qaziyə üz tutdu. Qazi də fəqih-
dən daha çox şairə yaraşacaq bir çözüm tapdı: qadın gərək
gecəni sahilə gedə, necə ki, kişinin qucağına təslim olur, elə
də orda dənizin ləpələrinə çılpaq buraxılaydı ki, bütün bə­
dənini ləpələr örtsün. Bundan sonra əmir şəriətin qanunla­
rını pozmadan qadını geri qaytara bilər. Beləcə, müzakirə­
mizi qəhqəhələrlə bitirdik".
Mən gülmək əvəzinə, əlimdə məktubu tutduğum və­
ziyyətdə donub-qaldım. Bərəlmiş gözlərimin önündən
uzaq təsvirlər keçirdi: gördüm ki, mən - körpə oğlan uşa­
ğı, anam və Sara sözləri qulağımda cingildəyən kitabsatan
münəccimin dükanmdayıq.
239
- Olüm keçəcək, sonra dəniz dalğalan
Onda qadın və onun bəhərləri qayıdacaq.
Mən Fəsə qayıdanda valideynlərim artıq yenidən ər-ar­
vad olmuşdular. Bu xəbərə təəccüblənməməyim onları ka­
rıxdırmışdı. Mən onların yasağı necə həll elədiklərini so­
ruşmaqdan cidd-cəhdlə yayındım.

***

Dayım məktubda davam eləyirdi: "Səfirliyimi də sənə


buraxıram, hərçənd ki bu iş mənim yox, onu mənə hə­
valə eləmiş sultanın səlahiyyətindədir. Bu işin sayəsində
sultana yaxınlaşacağıma ümid eləyirdim. Atamın yatdığı
türbətə and olsun ki, məqsədim rahatlıq və sərvət deyib
ailəmin xeyri olub. Bu işə girməyim tanışlığım səbəbindən
sənin bacının xeyri üçün deyildimi? Gərək sən də onun
barəsində fikirləşəsən və mümkün qədər məlikə yaxınla­
şasan. Qəbulunda olanda ona aid hədiyyələri ver, Timbuk­
tu haqqında düşüncələrini sözləri seçə-seçə anlat. Xüsusən
də ona de ki, zəncilər diyarında çoxlu padşahlıqlar var və
daim bir-birilə müharibə aparırlar, ancaq heç zaman bun­
dan uzağa getməyə gücləri yetməz. Elə ki onun diqqəti­
ni cəlb elədiyini və təqdirini qazandığım hiss elədin, ona
Məryəm haqda danış, əgər bu sətirləri yazdığım vaxt hələ
azad edilməyibsə".
Karvan, sarayın qapıları ağzına yetişəndə, məni qarşı­
lamağa gəlmiş Harun xəbər verdi ki, Məryəm hələ azad
edilməyib. Mən burda dəvələri yiyələrinə qaytarıb, hə­
diyyələri keşikçilərin rəisinə verməli və hökmdarın məni
240
qəbul eləməyini gözləməliydim. Bu formallıqlar bitəndən
sonra evimizə piyada döndüm, yolda Harunla söhbətlə­
şib ona dayımın xəstələnib ölməyi haqda danışdım. Ona
Səcəlmasa və Timbuktu barədə xatirələrimi nəql elədim,
bir neçə addım bizdən arxada gələn və yüklərimi daşıyan
Töhfə haqda danışmağı da yaddan çıxarmadım.
Təhqiqatçı da Fəsin son xəbərlərini mənə çatdırdı:
Əstəğfürullah ölüb, dəllək Həmzə ölüb, Allah onların hər
ikisinə rəhmət eləsin! Axsaq Əhməd Mərakeşin cənubuna,
Öz ölkəsinə getmiş, orda qardaşıyla birgə portuqallara qar-
Ş1 döyüşən kiçik bir dəstə təşkil eləmişdi.
Dayımın evində qadınlar qaraya bürünmüşdü, çünki acı
Xəbər karvandan çox əvvəl gəlib çatmışdı. Səlma da orday-
dı, gəlişim onu çox sevindirdi, atamın yanma qayıtmağını
tezcə pıçıldadı. İndi dayımın evində qalırdı ki, yeniyetmə
Qardaşı qızını tək qoymasın. Bəlkə də, ona görə ki, Vardəy-
lə bir dam altında olmaq istəmirdi. Məhəmməd öz vaxtını
üç məskən arasında bölürdü: zövcələrinin məskənləri və
kənddə həyətlərindəki tinglər böyümüş evi arasında.
Fatiməni də gördüm, yas onun nə təravətim artırmış,
nə də qaşqabağını azaltmışdı. Mənə çox qəmgin-qəmgin
baxırdı. Sövqi-təbii hərəkətlə qanrılıb baxdım ki, Töhfə
arxamda deyil. Nə qəribə hiss idi, indi özümün də atam
kimi iki qadın arasında: sevimli cariyə və dayımın gözü­
yaşlı qızı arasında qaldığımı görürdüm.
Ertəsi gün saraya gedib ailəmizə üz vermiş yasa hör­
mət əlaməti olaraq görüş vədəsini aldım. Hərçənd mən
ayrılıqda qəbul edilmədim. Məlikin yanında keşikçilərin
rəisi, baş qazi, divan və protokol xidmətinin rəisi və digər
241
əyanlar var idi. Onların hamısı məlikin libasından geyin­
mişdi. Mən çox ehtiyatla sözləri seçə-seçə çıxış eləyən vaxt
onlar öz aralarında söhbət eləyirdilər. Sultan ara-sıra pı­
çıltılara qulaq verir, amma mənə işarə eləyirdi ki, nitqimi
kəsməyim. Nitqimin doğurduğu aşkar faydanı nəzərə ala­
raq bacardığım qədər onu müxtəsər eləyib susdum. Məlik
bəzi pıçıldaşmalardan sonra susmağıma fikir verdi, dedi
ki, mənim bəlağətimə heyran olub. Bu, yaşımın azlığını
mənə xatırlatmaq vasitəsiydi. Məndən xahiş elədi ki, qo­
humlarıma onun başsağlığını çatdırım, dayım haqda mənə
bəzi sözlər də dedi: etibarlı qulluqçumuz idi. Sözünü belə
bitirdi ki, məni başqa münasibətlə görmək istəyir. Görüş
artıq bitmişdi. Amma protokol rəisinin qaşını düyünləmə­
yinə baxmayaraq, qaldım:
- Mənə bir an kərəm etsəydiniz, sizinlə təmas qurmaq
istərdim.
Və sürətlə bacımdan danışmağa başladım, dayıma ve­
rilmiş vədi xatırladaraq, iki və ya üç dəfə "zülm" kəlməsini
də tələffüz elədim. Sultan başqa istiqamətə baxırdı, elə gü­
man elədim ki, mənə qulaq asmır. Dediyi kəlmə gümanımı
alt-üst elədi:
- Cüzamlı qız?
Baş qazi onun qulağına nəsə pıçıldayıb, sonra yavaşca
çiynimə əlini vuraraq mənə dedi:
- Mən bu işlə maraqlanacağam. Xahişin yerə düşməyə­
cək. Bu problemlə əlahəzrəti narahat eləmə.
Sultanın əlini öpüb çıxdım. Hasarın kənarında Harun
məni gözləyirdi.
- Bilirsənmi ki, sən Allahın şəriəti haqqında cinayət
işləmisən.

242
İlk baxışdan sezilirdi ki, o, məni ələ salır və kədərimlə
öz bildiyi sayaq məzələnir. Heç bir söz demədən addımla­
rımı yeyinlətdim.
- Bu yaxınlarda hörmətli bir şeyxdən eşitdim ki, əsrimi­
zin padşahlarının çoxu, bəlkə də hamısı gəlirlərini Allah
Şəriətinin qadağan etdiyi vergilərlə artırır, ona görə də ön­
lərin hamısı kafir oğrulardır. Demək, onların süfrəsindən
yeyənlərin, onlardan ən kiçik hədiyyə qəbul eləyənlərin və
ya onlarla ailəvi əlaqə quranların hamısı onların oğurluq
və küfr üzrə şərikləridir.
Cavabım qəzəbli hərəkətlə müşayiət olundu.
- Belə danışıqlar İslam dünyasını parçalayan bütün mü­
haribələrin başlanğıcı olub. Həm də narahat olma, sultan
məni öz süfrəsinə dəvət eləmədi, mənə heç bir hədiyyə
də vermədi, mənə öz qızıyla evlənməyi də təklif eləmədi,
əemək, mən kafir və ya oğru deyiləm, mənim üçün cəhən­
nəm oduna düşmək qorxusu da yoxdur. Ancaq bacım in­
diyə kimi cüzamlıların yanındadır!
Harunun sifəti tutuldu:
- Yaxında onu görməyə getməyəcəksən ki?
- Baş qazinin cavabını gözləyirəm. Bacımı ondan sonra
görməyə üstünlük verirəm. Bəlkə də, ona çatdıracaq xoş
xəbərim oldu.
Növbəti həftələr Əbu İnaniyyə mədrəsəsinin bəzi dərs­
lərinə qayıtdım. Məndən xahiş olundu ki, yoldaşlarımın
qarşısında səfərim haqda danışım, xüsusən də Zəncilər
diyarında gördüyüm bəzi məscidləri və ziyarət eləyə bil­
diyim övliya məzarlarını təsvir eləyim. Müşahidələrimi
dəqiq yazdığımdan iki saat ərzində çıxış eləyə bildim.
243
Bu, müəllimimin çox xoşuna gəlmişdi. O məni öz evinə
dəvət eləyib müşahidələrimi İbn Bəttutə və məndən qa­
baqkı digər səyahət yazanlar kimi qeyd eləməyə həvəslən­
dirdi. SÖz verdim ki, Allah qoysa, bunu edəcəyəm.
Müəllim məndən xəbər aldı ki, bəlkə işləmək istəyirəm.
Çünki onun şəhər xəstəxanasının müdiri olan qardaşı
ayda üç dinar maaşa gənc tələbə axtarır ki, katib götürsün.
Həvəslə qəbul elədim, çünki müalicəxana və xəstəxanalar
xeyli vaxt idi ki, məndə maraq oyadırdı. Payızda işə başla­
mağa razılaşdım.

* * it-

Yenidən saraya qayıdana kimi iki ay keçməsini gözlədim/


çünki baş qazini bezikdirmək istəmirdim. Mənimlə çox yum­
şaq davranıb dedi ki, neçə vaxtmış intizarımdaymış. Məna
içki verib, gözləri doluxsunmuş halda mərhum dayımdan
danışdı. Sonra lovğa bir tonda mənə xəbər verdi ki, dörd
andlı qadının bacımın yenidən yoxlamasına nail olub.
- Cavan oğlan, sən yaxşı-yaxşı bil ki, öz əzəməti və nü­
fuzu ilə bahəm sultanımız belə bu kimi qorxunc xəstəli­
yin daşıyıcısı olmaqda şübhəli bilinən şəxsin şəhərimizin
mərkəzinə daxil olmağına icazə verə bilməz. Əgər elan
olunsa ki, bacın sağdır və ləkələri yoxdur, onda elə həmin
gün məlikin məktubu onu məhəllədən çıxaracaq.
Mənə ağlabatan həll göründü. Qərara gəldim ki, müm­
kün qədər çox sakit tərzdə bunu Məryəmə çatdırım kiz
onda ümid oyansm. Harun mənimlə gedib-gedə bilməyə­
cəyini soruşdu. Təəccüblənsəm də, hə dedim.
244
Məryəm dedi ki, belə uzun səyahətdən sonra məni
sağ-salamat görməyinə sevinir. Amma indi o, axırıncı gö­
rüşümüzdə olduğundan daha uzaq və meyit kimi solğun
görünürdü.
Ona diqqətlə baxa-baxa dedim:
- Sən özünü necə hiss eləyirsən?
- Qonşularımın çoxundan daha yaxşı.
- Ümid eləyirdim ki, mən qayıdanda sən artıq burdan
Çıxmış olacaqsan.
- Yox, burda eləyəcəyim çox işlər var idi.
İki il əvvəl məni qəzəbləndirmiş acı rişxəndinin həddi
bir'az artmışdı.
-Andımı xatırlayırsanmı?
- Sən ona əməl eləsən və ailə qurmasan, nə mənim öv­
ladlarım olar, nə də qardaşım uşaqları.
Harun mənim arxamda gəzişib gah arxa, gah da keşik­
çiyə baxırdı. Bacımla utana-utana və yalnız ötəri salamlaş­
mışdı. Hiss elətdirirdi ki, bizim söhbətimizə fikir vermir.
’irdən boğazını arıtlayıb, Məryəmin gözünə dik baxaraq
dedi:
- Sən bu şəkildə davransan və məyusluğa qapansan,
burdan qurtulması mənasız olan zəncirli dəli kimi çıxar-
sən. Qardaşın gəlib ki, saraydakı çalışmalarının nəticəsi
barədə sənə muştuluq versin.
Məryəm bu sözləri eşidən kimi, sakitləşib zarafat və acı
ətmacalarla incitmədən mənə qulaq asıb dedi:
- Məni haçan yoxlamalıdırlar.
- Yaxınlarda. Həmişə hazır ol.
- Hələ ki sağ-salamatam, heç bir səpkim yoxdur.
245
- Mən buna şübhə eləmirdim. Demək, hər şey Öz qay-
dasınca gedəcək.

***

O, lənətə gəlmiş yeri tərk eləyəndə Haruna yalvarışh


nəzər salıb dedim:
- Necə fikir eləyirsən, o, xilas olacaqmı?
Cavab vermək əvəzinə fikirli-fikirli bir neçə anlığa yerə
baxa-baxa gedirdi. Birdən yerində donub ovuclarıyla üzü'
nü tutdu, sonra əllərini çəkib gözüyumulu halda dedi:
- Həsən, mən qərarımı vermişəm. İstəyirəm ki, Məf'
yəm mənim zövcəm, uşaqlarımın anası olsun.

246
Dəlixana il
Hicri 913-cü il (Miladi 1507-cü il mayın 13-ii-1508'Cİ il
mayın 1-i)
Fəsin dəlixanasında altı feldşer, bir fənərçi, 12 keşikçi,
iki aşpaz, iki süpürgəçi, bir bostançı, bir müdir, bir müavin
üç katib var idi. Onların hamısı kifayət qədər məvacib
Cırdılar. Orda çoxlu xəstə də var idi. Ancaq Allah şahid­
dir ki, orda bir nəfər də həkim yox idi. Xəstə gələndə ona
xidmət eləyəcək şəxsin müşayiətində bir palataya yerləş­
dirilər, amma ölənə və ya sağalana qədər ona heç bir qayğı
göstərilməzdi.
Ora gətirilən xəstələrin də hamısı qəriblər olardı, çünki
fəslilər onlara öz evlərində qulluq göstərilməyini üstün tu­
tardılar. Ordakı tək-tük şəhər sakinləri dəlilər idilər ki, onlar
Üçün bir neçə otaq ayrılmışdı. Pis iş tutmasınlar deyə ayaq­
ları həmişə zəncirli olardı. Qolları uzun dəhlizin qalın də-
rnir üzlüklü künclərinə çəkilmişdi. Təcrübəli keşikçilərdən
savayı, kimsə onlara yaxınlaşmağa cürət eləməzdi. Onlara
yemək aparan da yoğun çəliklə silahlanırdı, birinin çılğın-
laşdığını görəndə onu vurub sakitləşdirir, ya da yerə sərirdi.
BimaristanMa işə başladığım vaxt bu fəlakətzədələr-
dən çox çəkinərdim. Mən onlarla kəlmə də kəsməzdim ki,
1 Xəstəxana və dəlixana funksiyası yerinə yetirən müalicə müəssisəsi
247
varlığımı belə onlara hiss elətdirməyim. Bununla yanaşb
onlardan bəzisi, xüsusən də yarıdaz, arıq, yaşlı kişi mən-
də şəfqət oyadırdı. O, gününü namaz qılıb dua eləməklə
keçirir, övladları yoluxmağa gələndə onları çox mehriban
qarşılardı.
Bir axşam işdə ləngidim kiz təsadüfən üstünə bir qə"
dəh içki tökdüyüm jurnalın səhifələrini yenidən köçürüm.
Gedəndə həmin kişiyə baxdım. Əllərini yenə otağının dat
pəncərəsinə söykəyib ağlayırdı. Məni görüb üzünü Örb
dü, bir addım ona yaxınlaşdım. Sakit avazla mənə nəql
eləməyə başladı ki, o, Allah adamı bir tacirmiş, paxıl rəqi'
binin böhtanıyla həbs edilib, ailəsi düşməninin nüfuzlu və
saraya yaxın olması səbəbindən onu azad eləyə bilməyib.
Onun dediklərindən mütəəssir olmamaq mümkün de­
yildi. Daha çox yaxınlaşıb iradəsini artırmaq naminə vəd
elədim ki, sabah müdirdən onun məsələsini öyrənəcəyəm*
Ona çox yaxın olanda qəfildən sıçrayıb bir əliylə yaxamdan
yapışıb dəlicəsinə qəhqəhə çəkdi, ikinci əliylə də üzümə
palçıq yaxmağa başladı. Dadıma yetişən keşikçilər axmaq'
Iıq elədiyimə görə məni xeyli danladılar.
Böyük xoşbəxtlik idi ki, xəstəxanaya yaxm hamarnm
qapılan o vaxt keşikçilər üçün açıq idi. Orda bütöv bir saat
üzümü və bədənimi sürtməli oldum. Sonra Harungilə yol'
landım. Hələ də narahatlığım keçməmişdi.
-Axır ki, dəlinin səbəbini anladım.
Sözlərim qırıq-qırıq və anlaşılmaz idi.

- indi anladım ki, niyə bütün səylərimiz yerində sayıC


niyə qazinin tonu eləydi, niyə məni saxta lütfkarlıq və tə­
bəssümlə qarşılayır, niyə mənə davamlı olaraq vəfa eləmə-
diyi vədlər verir.

248
Dostum öz sükutunu pozmadı, mən köks ötürüb dedim:
- Bu şəhərdə minlərlə adam bica yerə öz yaxınının xey-
nnə təşəbbüs edir, onun günahsız olduğunu iddia eləyir.
Halbuki həmin yaxın bəzən ən amansız qatil olur, ağlının
kaşında olduğunu iddia edir, halbuki çox zaman məni al­
dadan dəli kimi olur, yaxınının cüzamdan sağlam olduğu-
nu iddia edir, halbuki xəstəlik onun ürəyinə kimi işləyib.
düzü yalandan necə ayırd eləmək olar?
Ara verdim ki, təhqiqatçı vərdiş elədiyi kimi mənə eti­
lini çatdırsm, ancaq belə bir şey eləmədi, əksinə, alnını
Qırışdırıb fikrə getmişdi. Cavabı sualla qarışıq gəldi:
- Dediyin düzdür. İndi neyləməliyik?
Reaksiyası qəribə idi. Hələ Məryəm onun üçün dost
kacısı olanda tərəddüd eləmədən narahatlığımı anlayıb
kömək üçün, məsələn, Əstəğfürullaha üz tutur, beləcə bö­
yük biabırçılıq törədirdi. Budur, indi məhbus qızın taleyi
ilə bağh hər ikimiz qayğılı olanda, o, özünə çox inamsız
görünürdü.
Əslində Harun bacımla evlənmək niyyətini mənə xə­
bər verəndən bəri vaxt ötürməmişdi. Atamın kənddən
Qayıtmağını gözləyib, cümə günləri geyindiyi paltannı
geyinib onun ziyarətinə gəlmiş və rəsmən Məryəmin əlini
istəmişdi. Özgə vaxt olsaydı, Məhəmməd Vəzzan mütləq
götür-qoy edərdi ki, icmasının xoş adından savayı, heç bir
öəyərli sərvəti olmayan hambal onun qızına layiq deyildir.
Ancaq Məryəm artıq 19 yaşmdaydı, Fəsdə bu yaşda ərə
getməyən ancaq bəzi cariyələr və şortular olardı. Harun
Xilaskar idi, izzəti atama mane olsa da, bu cəsur deyiklinin
əlini qəbul elədi. Bir neçə gün sonra iki notariat işçisi nikah
249
müqaviləsini bağladı. Orda qeyd edilirdi ki, gəlinin atası
qızının gələcək ərinə yüz dinar ödəyir. Ertəsi gün Vardə
gedib bu xəbəri həbs olunandan bəri ilk dəfə ümidini və
təbəssümünü bərpa eləmiş Məryəmə çatdırdı.
Harun isə gecəni sübhədək sevincindən yata bilməmiş­
di. Səhərisi gün alnı davamlı olaraq onun həyəcan və nara­
hatlığını büruzə verirdi. O, axşam, nəhayət ki, dostumun
başında nə dolandığından agah oldum. Mənim rəyimi Öy'
rənməkdə israr eləyirdi.
- Heç bir halda Məryəmi cüzamlıların yanından Allahın
istədiyi kimi çıxarmağa gücümüz yetməyəcəkdir. İndiyə
kimi səyimiz bir xeyir verməyibsə, indən belə nə etməyi'
mizi təklif eləyirsən?
Nə edəcəyimizi bilmirdim, odur ki, cavabım qəzəblə
doluydu.
- Hər dəfə Məryəm haqqında, dörd ildən bəri çox pis
bir zülmün qurbanı haqda düşünəndə məni belə bir istək
çuğlayır ki, Zərvalinin boğazından yapışıb onu da, bu
sui-qəsddəki ortağı olan cüzamlılar şeyxini də boğum.
Əl-qolla danışırdım. Amma onun nələr elədiyi sezilmü'
di, yalnız bunu deməklə kifayətləndi:
- Sənin daşm çox böyükdür!
Sözünün mənasını başa düşmədim, bir az səbirsiz səslə
təkrar elədi.
- Sənə deyirəm ki, daş böyükdür, çox-çox böyükdür-
Küçədə mənim kimi hamballarla olanda tez-tez adamlə'
nn qışqırışıb söyüşə-söyüşə bir yerə yığılmasının şahidi
oluram. Bəzən adamlardan biri daş götürür. Əgər daş şaf'
talı və ya armud böyüklüyündə olarsa, adam onu əlində
250
möhkəm sıxmalıdır, çünki düşmənini yaralamaq üzrədir.
Yox, əksinə qarpız böyüklüyündə daş götürsə, ora topla­
şanlar dağılışıb gedər. Çünki bu adam düşmənini vurmaq
niyyətində olmur. Sadəcə, boş əllərində tutduğunun ağır
əlduğunu hiss elətdirmək istəyir. Sənin Zərvalinin və cü­
zamlılar şeyxini boğmaqla hədələməyin minarə ölçüsün­
də daşdır, əgər küçədə olsaydı, mən çiyinlərimi çəkib ötüb
keçərdim.
Harun sifətimin pərtlikdən qızarmağına fikir vermə­
dən sözlərini seçə-seçə davam elədi. Sanki onlardan hər
birini süzgəcdən keçirirdi.
- Gərək Məryəmin yenidən həbsinə və ailənin incidil-
məsinə yol vermədən ordan uzaqlaşdırılmasına bir çarə
tapaq. Təbii ki, bir neçə il o, Fəsdə yaşaya bilməz. Madam
ki, mən onunla evlənmək niyyətindəyəm, demək, onunla
birlikdə mən də qaçmalıyam.
Mənim onu tanıdığım vaxt anlamağım üçün kifayət idi
ki, plan onun başında tam bişmək üzrədir və zamanı gəl­
mədən onu mənə açmayacaq.
- Sən beləcə şəhərini, ailəni, icmanı tərk eləyib qovul­
muş ziyanverən adam kimi yenidən qandallanacağından
Qorxaraq dağdan - dağa qaçma taleyini seçəcəksən. Və bü­
tün bunlar həyatında vur-tut bircə dəfə kəlmə kəsdiyin qız
üçündür?
Təhqiqatçı biz uşaq olanda, mənə hansısa sirri açmaz-
dan qabaq elədiyi sayaq ovcunu başının əmgəyinə çəkib
dedi:
— Bu məsələni vaxtından əvvəl sənə xəbər verə bil­
mərəm. İstəyirəm ki, mənə bu gün and içəsən ki, bu sənin
Xətrinə dəyməyəcək.
251
Mən olan şeydən daha pisinin ola biləcəyindən, ailəmin
şərəfinə ləkə gətirə biləcək bir şeydən qorxa-qorxa and
içdim. Onun evinin bağçasında oturmuşduq. Təhqiqat'
çı kürəyini o gün suyu gəlməyən daş fəvvarəyə söykəyib
dedi:
- Hiylə ilə arvad hamamına girməyim yadına gəlirmi?
Elə güman eləyirəm ki, üstündən 7-8 il keçib, ancaq mən
hələ də ürəyimin hər çırpıntısını xatırlayıram. Təbəssümlə
cavab verdim.
- Onda yəqin xatırlamış olarsan. O vaxt sənin israrına
rəğmən nə gördüyümü sənə danışmaqdan imtina eləmiş-
44
dim. Önlüyümü düymələyib, onun altından saçımın ətra­
fına dəsmal bağlayıb, taxta çəkələyimi geyib içəri keçmiş­
dim. O vaxt on bir yaşım var idi və cinsimi büruzə verən
tüklər yox idi. içəridə gəzişərkən Vardə və Məryəmlə rast­
laşdım. Məryəm dik gözümə baxdı və dərhal anladım ki,0
məni tanıyıb. Yəqin ki, bizi bir yerdə görübmüş. Səhv eləyə
bilməzdi. Təlaşla səsimi udub çığır-bağır, vaveyla salınaca­
ğını, üstümə zərbələr gələcəyini gözləyirdim. Amma sənin
bacın çığır-bağır salmadı, tez fitəni qapıb ona büründü, bu
vaxt onun dodaqlarına hiyləgər bir təbəssüm qonmuşdu
və bir şey bəhanə eləyib anasını başqa bir otağa dartdı-
Tələm-tələsik çıxışa yönəldim, heç canımı qurtardığıma
inana bilmirdim. O gün təəssüf eləmişdim ki, Məryəm mə­
nim bacım deyil. Ancaq üç il keçər-keçməz sevindim ki/
sadəcə, onun qardaşının dostuyam, yəni mənim qan qo­
humum deyil. Demək, kişi bir qadmı istəyən kimi, mən də
onu istəyə bilərəm. Sonra o, sakitgözlü qızın başına müsi­
bətlər gəlməyə başladı.

252
Təhqiqatçının bayaqdan gülən çöhrəsi sonuncu sözlə­
ri deyəndə turşudu, sonra yenə də sözünə gülərüzlülüklə
davam elədi:
~ Hətta bütün dünya ona qarşı çıxsaydı, hamam xatirəsi
^ənim ondan imtina eləməyimə mane olardı. Bu gün o,
^ənim zövcəmdir, vaxtilə o məni xilas elədiyi kimi, mən
də onu xilas eləyəcəyəm və bizə ağuş açan torpağı birlikdə
yəmyaşıl edəcəyik.
Bir həftə sonra Harun mənimlə vidalaşmağa gəlmişdi,
bütün yükü şişmiş iki yun kisədən ibarət idi. Onlardan bi-
rındə cehiz üçün verilmiş qızıl, ikincisində isə özünün az-
Çox yığdıqları var idi.
- Kiçik kisə "məhəllənin" keşikçisi üçündür ki, Mər­
yəm qaçanda göz yumsun, böyük kisə bizim üçündür. Al-
ləhın köməyilə bir il müddətinə dolanışığımıza çatacaqdır.
Onlar bir müddət yaşayacaqları ümidilə məmləkətin
cəsur və ən səxavətli adamları olan Bənu-l-Vəlid tay­
asının dağındakı kəndə getmişdilər. Çünki torpaqlarının
məhsuldar olmasına baxmayaraq, onlar töycü Ödəməkdən

lrntina edirdilər. Birisi zülm görüb Fəsdən haqsız olaraq
Qovulanda bilirdi ki, onların yanında sığınacaq və kənd
tapa bilər. Hətta xərclərinin bir hissəsi üzərindən götürülər
və düşmənləri təqib eləsə, dağ sakinləri onlara müqavimət
göstərəcəkdir. Var gücümlə Harunu bağrıma basdım,
amma o, tezcə əlimdən çıxdı; çünki taleyin onun üçün giz­
lətdiklərini açmağa çox can atırdı.

253
Gəlin ili
Hicri 914-cü il (Miladi 1508-ci il mayın 2-si-1509-cu U
aprelin 20-si)
O il mənim üçün birinci toy oldu, O toy ki, öləndə da­
yım arzulamış, anam isə bu yolla məni Töhfədən ayırmaq
istəmişdi. Töhfəyə gəlincə, eşq yaşadığımız üç il ərzində
dünyaya nə oğlan, nə də qız gətirməməyinə baxmayaraq,
mənim ən yaxşı kişi qayğımla əhatə olunmuşdu. Adətə
görə, dayım qızı Fatimə zifaf otağına girəndə ayağımı onun
ayağına qoymahydım. Qapının astanasında isə qonşu qa'
dınlardan biri qanlı əsgini gözləyirdi ki, qalib görkəm­
də gülə-gülə onu dəvət olunanlarm gözünün qarşısında
göstərsin. Ki, bəs gəlin bakirəymiş, bəy isə impotent deyil'
miş və təntənələr başlaya bilər.
Mənə belə gəlirdi ki, bu işlər bitib-tükənməyəcək. Sa­
bahdan bəri geyimçilər, məşşatələr, qaşalanlar Fatimənin
başına cəm olmuşdular. Yerini heç kimin tuta bilmədiyi
Sara da onların arasında idi. Onlar Fatimənin yanaqlarım
qırmızıya boyayır, əllərinə və ayaqlarına qara həna yaxır,
qaşlarının arasmda gözəl üçbucaq qoyurdular. İkinci zey­
tun yarpağı tək üçbucaq isə alt dodağına çəkilirdi. Bu min­
valla onun bəzənib-düzənməsi bitəndən sonra isə kətildə
oturduldu ki, onu bəzəyib-düzəmiş qadınlara yemək təq'
dim ediləndə ona heyranlıqlarını bildirsinlər.
254
ikindi düşəndən dost-tanış, qohum-əqrəba dayımın
evinin qənşərində toplaşmışdı. İş onunla bitdi ki, gəlin
hədsiz dərəcədə həyəcanlı şəkildə çıxdı, az qala hər addı­
mında ayağı paltarına dolaşacaqdı. Sonra içi ipək, qumaş
və tikili parçayla dolu səkkizguşəli kəcavənin üstünə çıxdı.
Kəcavəni Harunun dostu olan dörd hambal başlarının üs­
tündə daşıyırdı. Bundan sonra kütlə hərəkətə gəldi. Dəflər,
zUrnalar, təbillər, eləcə də xəstəxana işçilərinin və ali mək­
təbdəki köhnə dostlarımın başları üzərinə qaldırdıqları
Ç°xlu məşəllər kütlə ilə bahəm irəliləyirdi. Onlar da mənim
yənımda gəlin kəcavəsinin önündə gedirdilər. Kəcavənin
ar*asında isə Fatimənin dörd bacısının ərləri gəlirdi.
Əvvəlcə hay-küylə bazarı keçdik. Dükanlar bağlanmış,
küçələr boşalmışdı, sonra cümə məscidinin önündə dayan­
dıq. Burda bəzi dostlar üstümüzə gülab çilədilər. Bir qədər
gedəndən sonra böyük bacanağım - o, mərasimdə dayımı
Əvəzləyirdi-qulağıma pıçıldadı ki, mənim getmək vaxtım ça-
bbdır. Onu qucaqlayıb, atamın evinə zifaf gecəsi üçün bəzə-
*
nıb hazırlanmış otağa tələsdim. Mən orda gözləməliydim.
Təntənəli yürüş bir saat sonra mənə yetişdi. Anam Səl-
tfta Fatiməni mənə təhvil verdi. Fatimənin qolundan tu-
t^b qapının kandarına gətirmiş anam bizi tərk eləməzdən
fləbaq ilk baxışdan güclü hakimiyyətimi qurmaq üçün nə
etrnəli olduğumu mənə göz-qaş və him-cimiylə başa saldı.
bütün ağırlığımla zövcəmin ayağının üstünə çıxdım,
əslində çəkələk onu qoruyurdu, sonra qapı örtüldü. Çöl­
dən gülüş, hay-küy yüksəlir, bəzən də lap yaxından gəlir­
di. Qazan taqqıltısı da gəlirdi, çünki toy mərasiminin ilk
Yeməyi nikah zamanı hazırlanmalıydı.
255
Qızılı-qırmızı libasa bürünmüş Fatimə bəzədilməyinə
baxmayaraq, gözlərim önündə solğun, daş kimi donuq,
gülməyə cəhd eləsə də, boğuq halda durmuşdu. Gözləri
isə o qədər dolmuşdu ki, onu sındırmamaq, kiritmək üçün
kortəbii hərəkətlə özümə sarı çəkdim. Başını köksümdə
gizlədib ağlamağa başladı. Başqalarının eşidəcəyindən
qorxub , onu sakitləşdirmək üçün qucaqladım. Yavaş-ya­
vaş göz yaşlarını boğaraq məndən yapışmışdı, ancaq vü­
cudu hələ də titrəyirdi. Sonra da ehmalca yerə çökdü. Tez­
liklə, qollarımın mənasız yerə tutub saxladığı odun bağ^'
mından fərqli olmadı.
Dostlarım mənə danışmışdılar ki, qızların çoxu toy
gecəsi özlərini olduqlarından daha az bilən, təcrübəsik
göstərməyə çalışırlar, amma heç kim bayılma haqqında
danışmamışdı. Başqa tərəfdən xəstəxanada eşitmişdim İd/
uzun müddət atılmış qadınlar və dullar tez-tez bayılırlar
bəziləri bunu qorxu ilə əlaqələndirirlər. Ancaq 15 yaşında
qızlar haqqında bunu eşitməmişdim, onu da eşitməmi?"
dim ki, bu, ərlərinin qollarının arasında baş versin.
Fatiməni silkələyib ayıltmağa çalışdım, başı geri dön-
müşdü. Gözləri yumulu, dodaqları isə avazımışdı. Etiraf
eləməliyəm ki, Fatimənin dayım qızı olmağı səbəbindən
daha çox, o səbəbə görə qorxurdum ki, birdən qapı açılar
və "imdad, gəlin huşunu itirib!" deyə çığırmağıma istehza
edərlər və bu istehzanı bütün həyatım boyu aradan qaldna
bilmərəm. Eləyə biləcəyim ən yaxşı iş o olardı ki, dayın1
qızını yatağa dartıb arxası üstə yatırım, çəkələyini çıxarıb
alt çənəsində düyünlənmiş dəsmalı açım. Hiss elətdirirdi
*•
ki, yatıb. Belə ki, nəfəsi kəsiləndən az sonra yenidən təbn
256
nəfəs alması bərpa olunmuşdu. Yanında oturub qaçmaq
planları cızırdım. Mən barmağımı sancaqla çərtib əskini
qana bulaya və ertəsi günə kimi zifaf gecəsini yaddan çıxa­
ra bilərdim. Ancaq əmin ola bilərdimmi ki, ağ parçanı elə
•« f

usulla qana bulaya biləcəyəm ki, saysız-hesabsız bəkarəti-


tirmə əməliyyatının şahidi olmuş yengə yalanımın üstünü
açmasın?
Fatimənin yalvarışlı-gileyli və ümidsiz baxışlarının
rnənə baxdığını gördüm. Onun qırmızıya boyanmış saçı
yastığa dağılmışdı. Əlimlə saçlarını qarışdırdım, bir çən­
gəsini tutub köks ötürərək buraxdım, sonra get-gedə daha
sürətlə və qəzəblə şapalaqlayırdım. Dodaqlarına təbəssüm
qondu, amma yuxudan ayılmadı. Çiynindən tutub möh­
kəmcə silkələdim. Çarpayı özüylə bərabər bizi də yırğala­
mağa başladı. Onun işi hiss elədiyi sezilirdi, heç təbəssü­
mü də çəkilməmişdi.
Əl-qolumu yatağa uzatdım, barmaqlarım şamdana
toxundu. O anda ağlıma gəldi ki, şamı söndürüb mən də
yatım, qoy nə olacaqsa, olsun.Amma o anlar çöldəkilərin
bilərəkdən və ya bilməyərəkdən qapıya sürtünmələrini
Eşidirdim, bu da mənə nə etməli olduğumu xatırladırdı,
birdən çöldəki səslər mənə daha çox tələsdirici və israre-
dici kimi gəlməyə başladı. Bilmirəm bu kabus otağında
qədər vaxt keçirdim. Yenidən əlimi Fatimənin üstünə
qoyub ürəyinin döyüntüsünü yoxladım və gözlərimi
yumdum. Xəfif ənbər qoxusu qulaqlarıma Timbuktudakı
Zənci musiqisinin sədalarını gətirirdi. Töhfə ay işığında
qabağımda durub rəqsini bitirmiş və qollarını açmışdı, ha­
mar dərisində əl sürüşürdü. Dəniz ənbəriylə ətirlənmişdi.

257
Dodaqlarım onun adındakı "t" hərfindən titrəyir, qollarım
yenə onun xətrinə dəyən hərəkətləri təkrar edir, bədənim
yenə özümə-sözümə baxmır, eyni əlamətlər, eyni ləzzət­
lər də təkrar olur. Beləcə, Fatimə huşsuz vəziyyətdə qadın
oldu. Qapını açdım, yengə ağır əsgini qapıb sevincdən
qışqırdı. Qonaqlar hərəkətə gəldi, musiqi sədası yüksəl­
di, yer rəqs eləyənlərin ayağı altında silkələnirdi. Tezliklə
gəlib məni də kütləyə qoşulmağa dəvət elədilər. İsrar elə­
yirdilər ki, zövcəmi görmək üçün çox vaxtım var. Adətlər
tələb eləyirdi ki, mən yeddi gündən tez evdən çıxmayım.

* * *

Mən yuxudan duranda gəlin həyətdə kürəyini fəv­


varəyə söykəyib durmuşdu. Anam etinasız halda onun iki
addımlığında bardaş qurub, bu axşama, adətə görə, yalnız
qadınlar dəvət olunan ikinci ziyafətqabağı böyük mis məc­
məyini parıldadırdı. Bu ziyafətdə xadimələr rəqs eləyə1*"
dilər. Səlma sakit səslə danışırdı, alnından narahatlıq hiss
olunurdu. Mən yaxınlaşanda birdən səsini kəsdi, qabı bir
az əldən iti sürtməyə başladı. Fatimə çevrilib məni gördü-
Sevincək gülümsədi, elə bil ki, ən yaxşı eşq gecəsi keçir'
mişdik. Bir az qırışmış və axşamdan əynində olan libası
çılpaq bədənə geyinmişdi, zinəti də həmən-həmən axşam­
kı idi, hətta bir az da artıq. Mən sezilən bir ikrahla üzümü
turşudub, gedib qonaq otağında atamın yanında əyləşdim-
Atam məni fəxrlə qucaqlayıb, uca səslə meyvə səbəti gəti-
rilməyini tələb elədi. Səbəti anam gətirdi, onu yerə qoyan­
da qınayıcı tonda mənə pıçıldadı:

258
- Bu miskin qızcığaza döz!
Axşam qadınların ziyafətinə qısaca baş çəkdim, bu, son
həftə ayrı düşdüyüm Töhfəni görməyimə bəs elədi. Mən
Çıxanda Fatimə, şübhəsiz ki, anamın təhrikilə mənimlə ota-
ga yetişdi. Əlimi alıb öpüşə qərq elədi:
•V
- Otən gecə sənin xoşuna gəlməmişəm.
Cavab vermədən çarpayının sol tərəfində uzanıb göz­
lərimi yumdum. Üstümə əyilib, kəsik, tıntın, güclə eşidilən
səslə dedi:-
- Kiçik bacımı ziyarət eləmək istəmirsən?
Qulaqlarıma inanmadan diksindim. Töhfə artıq rişxənd­
lə mənə danışmışdı ki, həmin ifadədən bu ölkənin bəzi
qadınları öz gözəlliklərinə işarə eləyərək istifadə edirlər.
Lakin mən belə bir ifadəni dünən yalnız gərdəyə girməyə
görə bayılmış Fatimədən necə gözləyim? Ona sarı çevril­
dim, əllərilə üzünü örtmüşdü.
- Belə danışmağı sənə kim öyrədib?
O, qorxusundan və xəcalətindən ağlayırdı. Uzun-uzadı
gülüşlə onu sakitləşdirib özümə sıxdım. Bağışlanmasına
nail olmuşdu. Həftə ziyafətlə bitdi. Onu keçirmək üçün
bacanaqlarımdan dörd kök quzu və bir az şirniyyat qabı
əldım. Ertəsi gün evdən çıxıb birbaşa bazara getdim ki,
sonu görünməyən evlənmə mərasiminin axırıncı işini də
yola verim: bir az balıq alıb anama verməliydim ki, gəlinə
cansağlığı və çoxlu uşaq arzulayaraq, ayağının altına atsın.

***

Həmin il başa çatmadan Fatimə hamilə qalmışdı, dər­


hal Bimaristanın gəlirindən daha çox qazana biləcəyim iş

259
axtarmağa ehtiyac duydum. Anam bukinist qızı olduğun­
dan mənim ticarətlə məşğul olmağımı israr eləyirdi. Sə­
yahət eləməyi sevsəm də, ticarəti xoşlamırdım. Öyüdünü
bir öncəgörmə ilə bəzədi ki, bu da məni güldürdü:
- Çox adam yalnız sərvətə can atanda gen dünyanı kəşf
eləyir. Sənsə, oğlum, dünyanı tanımağa can atırsan, ona
görə də xəzinə tapacaqsan.

260
Sərvət ili
Hicri 915-ci il (Miladi 1509-cu il aprelin 21-İ-15X il aprelin 9-u)
Yayın axırı Fatimə bir qız dünyaya gətirdi. Ona "Sərvət"
adını qoydum, çünki həmin il mənim tərəqqim başlamışdı.
tərəqqi qısamüddətli olsa da, şikayət eləyə bilmərəm;
Çünki verən də Allahdır, alan da.
O tərəqqiyə nail olmağımın tək səbəbi cəhalətim, lov-
V _ __
galığım və macəraya dəlisov həvəsim olmuşdu. Ticarət
səfərinə çıxmazdan qabaq Timbuktuya gedən yolda tanış
°lduğum, Fəsdəki əcnəbi tacirlərin ən ağıllı və doğruçu
°lanı qoca genuyalı sinyor Tomasso do Marinoya baş çək­
dim. Ondan məsləhət almaq istəyirdim. Bəlkə də, onun
Bir müddət bəzi səfərlərdə məni müşayiət etməsinə nail
°imaq istəyirdim. Xəstə yatağında olmağına baxmayaraq,
Böyük dostluq əlamətləri nümayiş etdirərək pişvazıma
Çıxdı, mənimlə birgə dayımı, birgə olduğumuz karvanın
Xatirələrini yad elədik. Onu niyə ziyarət elədiyimi bilincə
Uzun-uzadı fikrə daldı. Hiss olunurdu ki, onun gözləri ya-
Şil yun papağımdan tutmuş səliqəli saqqalıma qədər məni
süzürdü, sonra geniş təmtəraqlı qolları olan pencəyimi
üəzərdən keçirdi. Ağ qaşları yaxşı əməlləri və pis əməlləri
Çəkən tərəziyə bənzəyirdi. Sonra görüşün tərəddüdü keçdi
və mən gözləmədiyim bir təklif etdi:
261
- Səni Göylər yanıma göndərib, gözəl dost, elə indicə
İspaniya və İtaliyadan qara bıırnııs üçün iki mühüm sifa­
riş almışam. Birinci sifariş üçün min kəsim, ikinci üçünsə
səkkiz yüz kəsim tələb olunur. Parçaların hamısını payızın
əvvəlində təhvil vermək lazımdır. Sən bilirsən ki, Avropa­
da Təfəzə bıırnusunu daha çox xoşlayırlar, səhhətim yaxşı
olsaydı, gətirməyə şəxsən özüm gedərdim.
Mənə sövdələşməni izah elədi: mənə iki min dinar Ödə­
yir; topdansatış qiymətlə kəsimi bir dinardan olmaqla 1800
dinar əmtəəni almağıma, qalanı isə zəhmətim müqabilin­
də və səfər xərclərim üçün gedəcək. Əgər istehsalçılardan
daha yaxşı qiymətə ala bilsəm, qazancım artıq olacaq, yox
əgər baha qiymətə alası olsam, öz cibimdən ödəyəcəkdin^
Sövdələşmənin uğurlu, yoxsa uğursuz olduğunu yax­
şıca anlamadan həvəslə qəbul elədim. Beləcə, o, qızıl pulla
məbləği ödədi, səfər üçün bir at, iki qulluqçu, doqquz qatır
borc verib, tövsiyə elədi ki, tələsim və ehtiyatlı olum.
Minikləri yüksüz aparmayım deyə sərəncamımda olan
bütün pulları; öz yığdıqlarımı, anamda olanları, dayımın Fa­
timəyə miras qoyduğunun bir hissəsini cəm elədim, hamısı
400 dinar oldu. Bu pulla fəslilərin Təfəzə sakinlərinə satma'
ğa öyrəşdiyi qılınclardan ucuz qiymətə 400 yüzünü aldım-
Bazardan qayıdıb atama aldıqlarım barədə xəbər verəndə
peşmançılıq və narahatçılıqdan az qaldı yaxasını cırsın.
-Balaca şəhərdə bu qədər qılıncı xırıd eləmək üçün sənə
azından bir il vaxt lazım gələcək. Camaat bilsə ki, qayıt'
maq üçün tələsirsən, onları səndən su qiymətinə alacaqlar!
Dedikləri ağlabatan idi, ancaq geri qayıtmaq üçün gec
idi, çünki bütün ustaları dolaşıb pulu nəqd ödəmiş və
262
yükümü də tutmuşdum. Mənə bu, birinci ticarət səfərim­
dən ziyanla geri qayıtmaq qalırdı. Öz-özümə təsəlli verir­
dim ki, heç kim əl-qolunu yaralamadan usta olmur. Səfər
axşamı anam təlaşlı halda gəlib hamamda eşitdiyi şayiələ-

rı mənə çatdırdı: Təfəzədə qorxulu işlər cərəyan eləyir,
nizam-intizamı bərpa eləmək üçün Fəs ordusunun yürüş
hazırlığından danışırlar. Bu xəbərlər məni əl-qolumu so-
yutmaqdansa, həvəsimi o qədər coşdurdu ki, ertəsi gün
dan yeri söküləndə xəbər verməyə cəhd belə eləmədən
yola çıxdım. On gün sonra çətinlik belə çəkmədən hədə­
fimə yetdim. Şəhərin alaqapısından keçər-keçməz güruh
haşıma cəm oldu, bəzisi məni kobud-kobud səsləyir, bəzisi
də sual yağdırırdı. Çalışdım ki, təmkinimi saxlayım.
-Fəs ordusunun bura istiqamət aldığını görməmisən?
-Düzdür, belə şayiələr eşitmişəm, ancaq onlara əhəmiy­
yət vermədim.
Özümə yol açmağa çalışanda ucaboylu, əmir qiyafəsi
8eyinmiş birisi mənə yaxınlaşdı, kütlə sakitcə çəkilib onun
keçməyinə yol verdi. Başını ehmalca tərpətməklə məni sa­
lamlayıb özünü təqdim elədi ki, o, şəhərin andlı rəisidir.
Mənə izah elədi ki, Təfəzə bu günəcən cümhuriyyət üsu-
h-idarəsində yaşayıb, ona bir sultan və ya köçəri bədəvi
Qəbiləsi himayə eləmədən əyanlar məclisi hökm edir. Və
heç bir bac-xərac ödəmir, şəhərin rifahı bütün dünya miq­
yasında satılan yun bumuş sayəsindədir. Ancaq bir müd­
dətdir ki, iki düşmən əşirət arasında başlamış qan düşmən­
çiliyi, öldürücü hesab çürütmə və savaş o həddə şiddət­
lənib ki, qırğını dayandırmaq üçün məclis qərar verib ki,
hücum eləyən qəbilənin üzvləri şəhərdən uzaqlaşdırılsın.
263
Qovulanlar intiqam almaq üçün Fəs hakimindən kömək
istəyərək məkanı ona təslim eləyəcəklərini vəd eləyib­
lər. Ona görə də şəhər əhalisi yaxında hücum olacağım

dan qorxur, izahatına görə kişiyə təşəkkür eləyib adımı


və gəlişimin məqsədini dedim, Təfəzə hadisələri haqda
az-çox eşitdiklərimi təkrarlayıb əlavə elədim ki, orda çox
ləngimək istəmirəm, ancaq qılınclarımı satıb burnuslan
almaq və geri dönməyə hazırlaşmaq üçün vaxt lazımdır.
Rəis məndən xahiş elədi ki, onun vətəndaşlarının yelbeyin
hərəkətlərini bağışlayım, mənim Fəsin elçisi və ya casusu
deyil, genuyahlarm hesabına işləyən bir əndəluslu tacir oh
duğumu kütləyə bərbərcə izah eləyib əmr elədi ki, mənə
yol versinlər. Beləcə, şəhərə daxil olub, mehmanxanaya
sarı gedə bildim. Mehmanxanaya çatmazdan qabaq yolun
kənarında şuxgeyimli iki nəfərin uca səslə mübahisə eləyə'
eləyə durub mənə baxdıqlarını gördüm. Onlara yetişəndə
ikisi də birdən danışdı: onların hər biri məndən xahiş elə'
yirdi ki, evində qalmaqla onu şərəfləndirim. Üstəlik, vəd
də verirdilər ki, qulluqçu və heyvanların yerləşdirilməsinə
də özləri baxacaqlar. Onlardan heç birinin xətrinə dəymə'
sin deyə hər iki dəvətdən imtina eləyib, qonaqpərvərliklə'
rinə görə təşəkkür elədim. Rahatlığı Fəsdəki mehmanxa­
nalardan artıq olmayan mehmanxanada qaldım, hərçənd
ki, mehmanxana sarıdan giley-güzarım da yox idi. Çünki
neçə gecəydi ki, ulduzlarla bəzənmiş göy qübbəsindən sa­
vayı dam görmürdüm.
Nömrəmdə təzəcə mənzillənmişdim ki, şəhərin varh'
lari ora axışmağa başladı. Varlı tacirlərdən biri mənə təklif
elədi ki, dörd yüz qılıncımı səkkiz yüz burnusa dəyiş-düyüş
264
eləyim. Az qalmışdı təklifi qəbul eləyim kiz başqa bir tacir
Qulağıma əyilib aşağı səslə min burmıs təklif elədi. Təcrü­
bəsiz olduğumdan belə marağın səbəbini başa düşmür­
düm. Əhali düşmən ordusu yaxmlaşanda onun nəticələ­
rindən xilas olmaq, şəhərin istilasından sonra mütləq baş
verəcək qarətdən şəhəri uzaq tutmaq haqda fikirləşir. Bun­
dan əlavə, gətirdiyim silahlar xalqın hücuma qarşı müqa- -
vimət göstərmək üçün toparlandığı bu vaxtdan daha yaxşı
vaxt gələ bilməzdi.
Mənə alqı-satqı barədə öz şərtlərimi diktə eləmək qalır­
dı. Mən qılınclarımı 1800-dən biri də əskik olmamaq şərti
ilə yağmurluğa (plaşa) dəyişməyi tələb elədim. Bir az ha­
marlaşmadan sonra yəhudi taciri təklifimi qəbul elədi. Belə­
cə, elə gəldiyim gün sinyor do Marinyonun mənə verdiyi
Pula toxunmadan istədiyim malı aldım.
Daha satmağa bir şeyim qalmadığından ertəsi gün qa­
yıtmağa hazırlaşdım. Ancaq qismət məşuqə kimi gecəya­
rısı məni tərk eləmək istəmədi. Təfəzə tacirləri yenə axışıb
yanıma gəlir, indiqo1, hil, müşk, dəri və kölə təklif edir­
dilər, həm də bütün mallar onda bir qiymətinə verilirdi.
Bu da məni aldıqlarımı daşımaq üçün 40 qatır satın alma­
ğa məcbur elədi. Başımda rəqəmlər dolanmağa başladı, ilk
sövdəmdəcə varlanmışdım.
Üçüncü gün alış-veriş işlərini yekunlaşdıranda car­
çılar Fəs qoşunun yaxınlaşdığını car çəkdi. Qoşunda iki
min süvari və beş yüz oxçu var idi. Qoşunun gəldiyini
görər-görməz Təfəzə əhlinin könlünə qorxu düşdü və da­
nışıq aparmaq qərarına gəldilər. Şəhərdə yeganə fəsli mən

1 Tünd sürməyi boya alınan bitki


265
olduğumdan vasitəçilik eləməyim xahiş olundu. Etiraf elə­
yim ki, bu iş mənə olduqca əyləndirici görünürdü. Məlik
ordusuna komandanlıq eləyən zabitlə ilk görüşümüzdən-
cə dostlaşdıq. O, savadlı adam idi, amma çox qorxunc bir
işin girovuna çevrilmişdi. Şəhəri öz əyanları ilə birlikdə
düşmən qəbilənin intiqamına təqdim eləməliydi.
- Bu qovulmuş şəxslər xaindirlər, bu gün şəhəri sultana
təslim eləyirlər, sabah onun düşmənlərinə təslim eləyəcək­
lər. Yaxşı olar ki, fədakarlığın, sədaqətin və əmin-amanh-
ğın dəyərini bilən cəsur insanlarla əməkdaşlıq edilsin.
Gözlərindən gətirdiyim dəlillərlə razılaşdığını oxuya
bildim, ancaq ona verilən əmr aydın idi: şəhəri işğal eləyib
, sultana silah qaldıranları təqib eləmək, hakimiyyəti qə'
vulmuş əşirətə təhvil vermək, qalada onlara kömək edəcək
qarnizon saxlamaq. Ancaq onun rədd eləyə bilməyəcəyi
bir dəlil də var idi.
- Sultan öz himayəsi müqabilində nə qədər almağa
ümidlidir?
- Qovulmuş qəbilə ilə 20 min dinar vəd eləyib.
Başımda kiçik hesab əməliyyatı keçdi. Şəhər məclisində
30 əyan var, üstəlik, şəhərdə 12 varlı yəhudi taciri yaşayır-
Onlardan hər biri 2 min dinar versə, 84 min dinar toplanar-
Zabit sözümü kəsdi:
- Bütün məmləkətin gəliri 300 min dinara çatmır-
Sən belə balaca şəhərdən bu qədər pulu necə toplamağı
düşünürsən?
- Bu şəhərin var-dövləti gözlənilməz qədərdir. Ancaq
adamlar onu gizlədir və istifadə eləməyə də can atmırlar.

266
qorxurlar ki, hökmdarlar onları qarət eləyər. Sən bilirsənmi
ki, bu şəhərin yəhudiləri niyə simiclikdə ad çıxarıblar? Çün­
ki kiçik bir bədxərclik və ya lovğalıq onların sərvətini və
həyatını təhlükəyə ürcah eləyir. Eyni səbəbdən bizim neçə
Şəhərimiz yox olub və məmləkətimizə yoxsulluq üz verib.
Həmsöhbətim sultanın elçisi olduğundan onun hüzu­
runda belə danışmağıma izin verə bilməzdi. Məndən tələb
elədi ki, faktları yekunlaşdırım.
- Sən Təfəzənin əyanlarına toxunulmayacağma və şəhə­
rin öz adət-ənənələrini qoruyub saxlayacağına söz versən,
rnən onları dediyim məbləği ödəmələrinə razı salaram.
Zabitin vədini alan kimi əyanlarla görüşüb onları
ənlaşma ilə tanış eləməyə götürüldüm. Onların ehtiyat
elədiyini görəndə isə dedim ki, Fəsdən sultanın möhü-
rüylə kağız gəlib. Həmin kağızda tələb edilir ki, şəhərin
bütün kişiləri dərhal cəzalandırılsın. Şikayətlənib ah-vay
eləməyə başladılar, ancaq "Afrikanın təsviri"ndə dediyim
kimi, iki gün keçmədən zabitin ayaqları altına 84 min di­
nar tökdülər. Əvvəllər heç vaxt bu miqdarda qızıl gör­
ünəmişdim. Sonralar sultanın öz ağzından eşidəcəkdim
ki, nə o, nə də atası öz xəzinələrində bu məbləğə malik
olmayıblar.

* * *

Təfəzəni tərk eləyəndə şəhərlərini və canlarım qurtar­


dıqları üçün sevinən əyanlardan nəfis hədiyyələr aldım.
Zabit isə bir az pul verib mənə söz verdi ki, bu qəribə
267
anlaşmada oynadığım rol barədə sultanı agah eləyəcək-
*•
dir. Üstəlik, 12 nəfərlik bölüyə tapşırdı ki, Fəsə çatana kimi
məni müşayiət eləsin.
Evimə getməzdən qabaq sinyor do Marinyonu görüb,
almağı tapşırdığı əmtəəni təhvil verməyə getdim. Qulluq'
çularını, atını və qatırlarını geri qaytardım, iki yüz dinar
dəyərində hədiyyə də verib, heç bir ayrıntını yaddan çıxar-
madan öz macəramı ona danışdım, öz hesabıma aldığım
əmtəə ilə də onu tanış elədim. O da hesabladı ki, malın aşa-
ğı qiyməti 15 min dinardır.
Söylədi ki, bu məbləği toplamaq üçün ona 30 il vaxt la­
zım gəlib. Sözlərində heç bir paxıllıq və ya həsəd sezmədim-
Mənə elə gəlirdi ki, bütün dünya mənim mülkümdür,
daha heç nəyə və heç kimə ehtiyacım yoxdur, tale indidən
belə gözüm və barmağım sözümə baxan sayaq mənə itaət
eləyəcək, indi sanki yerimirdim, uçurdum. Genuyalı ilə vi­
dalaşanda bir az qabağa əyilib uzun müddət əlimi sıxdı,
mən başımı uca, bumumu dik tutmuşdum. Qoca əlimi öz
əlində adət elədiyimdən xeyli çox saxladı. Sonra qəddini
düzəltmədən gözümə baxıb dedi:
- Tale üzünə gülüb, ey gənc dostum, sənə görə öz oğ­
luma necə sevinərdimsə, elə sevinirəm. Ancaq ayıq-sayıq
ol, sərvət və hakimiyyət ehtiyatın düşmənidir. Sən buğda
zəmisinə baxanda gərək orda dik sünbülləri də, başıaşağı
əyilmişləri də görəsən. Çünki dikbaşlar boşdur! Səni mə­
nim yaşıma gətirəcək və Allahın köməyi ilə sərvət yollarını
üzünə açacaq bu təvazökarlığı hifz elə.

268
***

O il xəbər çıxdı ki, quştallar Məğribə qarşı böyük təca­


vüzə başlayıblar. Və sahildə iki mühüm şəhəri - məhərrəm
ayında Hərranı, ramazan ayında isə Bucanı istila eləyiblər.
Növbəti il isə Bərbər ölkəsindəki Trablus da süqut eləyə­
cəkdi. O zamandan bəri müsəlmanlar həmin şəhərlərdən
heç birini geri qaytarmayıb.

269
İki saray ili
Hicri 916-cı il (Miladi 1510-cu il aprelin 10-ıı-1511-ci il
martın 30-u)
Sənin çöhrəndə gül açmışam
Dodaqlarına gülüş qondurmuşam.
Məndən gen qaçma,
Şəriətimiz də açıq-aşkar deyir ki,
Hər kişinin əkdiyini yığmaq haqqı var.
O vaxtdan içimdə bir saray şairi var idi, içkiyə və ca-
riyələrə aludə olmuş, qızılımla nəfəs alırdım. Hər bayram"
da, hər dəfə karvanla səfərdən qayıdanda, hətta adi yemək
yeyəndə dövrəmə sədaqətli dost-tanış, peşəkar tacirlər,
yoldan keçən alimlər, sarayımı tikməyi təklif eləyən bənna'
lar yığışanda qonaqlarımı, daha çoxsa özümü vəsf eləməyi
xoşlayırdım. Təfəzəyə səfərimdən və sərvətim artandan
sonra ticarət agentlərim Badisdən Səcəlmasaya, Tilsiman-
dan Mərakeşə qədər Afrikanı gəzib dolaşır, həna, hil, xur­
ma, yağ və parça daşıyırdılar. Ancaq böyük səfərlərə mən
özüm çıxırdım. Qalan vaxtlar işlərimi öz divanımdan idarə
eləyir, qızım doğulandan sonra dayımın indi yiyəsi oldu­
ğum evinin yaxınlığındakı təpənin üstündə mənzilimin
tikinti meydançasına əlimdə qamış rəhbərlik eləyirdim-
Dayımın evi mənim sərvətimə uyğun olmadığı qədər dar,

270
kasıb və narahat görünürdü. Səbirsizliklə öz qəsrimdə
yaşayacağım günü gözləyirdim, o qəsrimdə ki, misli-bə­
rabəri yoxdur, o qəsr ki, arzusunda olmuşdum və daya­
nıb-durmadan barəsində danışırdım. Ən yaxşı peşəkarları
seçib tapşırmışdım ki, xərclərə məhəl qoymadan hər bir
istəyimə mükəmməl şəkildə əməl eləsinlər: əyri ağaclar­
dan tavan, mozaikalı tağlar, qara mərmərdən çarhovuzlar.
Rəqəmlər gözümün önündə durub tərəddüd eləyəndə şai­
rim dərhal dilə gəlirdi:
- İyirmi yaşın müdrikliyi odur ki, adam gərək müdrik
olmasın.
Düzünə qalsa, o öz sözlərini mənim qızılımın sayəsin­
də düzüb qoşurdu.
Tikinti başlayan gün həyatımın ən təmtəraqlı günüydü.
Axşam ala-toranında başımdakı adamlarla gedib, gələcək
binanın təməlində tilsimlər, dualar, qızımın saçmdan eh-
rnalca kəsilib götürülmüş uşaq tükü qoydum. Birdən-birə
sehr və pis sınaqlara inanan olmuşdum. Birinci özüm buna
təəccüb elədim.Yəqin ki, bu da varlıların və güclülərin nə­
sibidir. Başa düşəndə ki, sərvətləri şəxsi keyfiyyətlərindən
daha çox, bəxtin gətirməsi sayəsində qazanılıb, məşuqə
kimi onun başına dolanır, büt kimi ona tapınırlar.
Əndəluslu sazəndələr bütün gecəni musiqi çaldı. Da­
yımın evi xüsusi olaraq bu münasibətlə aldığım kəniz
rəqqasələrin səssiz addımları altında silkələnirdi. Töhfə-
ninsə rəqs eləməsinə mane oldum, çünki Timbuktu gün­
lərindən sonra onun sehrinin başqalarına da göstərilmə­
yinə icazə verə bilmirdim. Onu yanımda ən yaxşı xal­
çanın üstündə əyləşdirib, hörüklərini qoluma doladım.
271
Adətlərin tələbinə uyğun olaraq Fatimə erkəndən öz ota­
ğına çəkilmişdi.
Neçə aydan bəri ilk dəfəydi Töhfəmi üzügülər, qay­
ğısız görməyimə görə sevinirdim. Qızım doğulan günü
o, çox pərt olmuşdu. Bir gecə otağına girəndə rübəndinin
ucuyla gözlərinin yaşını sildiyini görmüşdüm, saçını qa­
rışdırıb, əlimi qulaqlarına aparanda məni zərif, amma qə'
tiyyətli əllərilə uzaqlaşdırdı. Tanıya bilmədiyim kəsik səslə
pıçıldadı: fe
- Mənim ölkəmdə qadın sonsuz olanda ərinin onu bo­
şayıb tərk eləməyini gözləmədən özü uzaqlaşıb gözdən itir
və özünü unutdurur.
Adətən, istifadə elədiyi şən tərzdə danışmağa çalışdım-
- Sən hardan bilirsən ki, növbəti Ramazan ayı mənə
gözəl bir oğlan uşağı doğmayacaqsan?
Gülümsəmədi.
- Qəbiləmin kahini mən hələ həddi-büluğa çatmazdan
qabaq deyib ki, heç vaxt hamilə qalmayacağam. Ona inan­
mamışdım, artıq beş ildir ki, səninləyəm, ancaq başqa biri­
si sənə qız doğdu.
Deyəcək sözüm olmadığından onu özümə sıxdım/
qaşqabaqla sürüşüb əlimdən çıxdı və acı-acı dedi:
- Sən məni azad eləməyə razısanmı?
- Sən mənim sevgilimsən, cariyəm yox.
Əllərim caynaqmış kimi onun biləyini möhkəmcə tut­
dum ki, ovuclarım bir-birinin ardınca dodaqlarıma aparım-
- Sən Timbuktudakı gecəmizi unutdunmu, sən bütün
gecələrimizi və bir-birimizdən ayrılmayacağımız haqda
əhdimizi unutmusanmı?

272
Açıq pəncərədən gümrahlaşdıncı yel daxil olub, tunc
Şamdanı söndürdü. Qaranlıq çökdü, məkan zülmət oldu-
w
gundan Töhfənin gözlərini görmürdüm. Onun səsi mənə
uzaqdan güclə gəlirdi, sanki həzin bir səhra nəğməsini
yamsılayırdı.
Çox vaxt aşiqlər qol-boyun olub gələcəkdə də xoşbəxt­
liklə uşaq dünyaya gətirirlər. Ancaq yaşa dolduqca xoş­
bəxtlikləri qol-boyun olduqları və arzuları çulğalayan vaxt
°lduğu kimi bol olmur.
Gecə onunla bitdi ki, Töhfə qollarını mənə açdı. Bunun
y°rğunluqdanmı, xatirələrinin təsirindənmi, yoxsa borc­
dan çıxmamı olduğunu bilmirəm. Ancaq onun gözlərinə
qonmuş nazik hüzn pərdəsi çəkilməmişdi. Mən onu yeni­
dən deyib-gülən gördüyümə və əllərilə Əndəlus musiqisi
Çaldığına görə sevinirdim. Ziyafətin ortasında şairim qalxıb
°nun vəsfinə qoşduğu beytləri əzbərdən dedi. O, yalnız
bircə misradan ibarət idi. Deyilirdi ki, qəsrim Əl-Həmra
qəsri, onun bağları isə Ədən cənnəti olaydı. Sən ora xoş
gündə daxil olasan, əllərimin üstündə olasan.
Qollarıma sıxdığım Töhfə birdən titrədi. Qulağıma pı-
Çddayıb dedi:
-Allahım, sənə varis doğmağı necə də istərdim.
Şair dinləyirmiş kimi ona nəzər saldı. Bu baxışlarda
Şəfqət şəhvətdən daha çox idi. Və o deklamasiyanı kəsdi
ki, iki beyt improvizə eləsin:
Məhəbbət quyunun yanında susuzdur.
Məhəbbət çiçəkdir, meyvə deyil ki...
Sövqi-təbii hərəkətlə pul kisəmi götürüb ona at­
dım. Kisənin içində 50 dinardan çox pul varıydı. Amma
273
Töhfənin çöhrəsini nurlandıran təbəssüm qiymətsiz idi-
Bütün gecəni onun bəhrəsini dərməklə keçirdim.

***

Bu məclisdən altı ay keçmiş, məlikin mühafizəsindən


bir zabit yanıma gəldi: sultan həmin gün günorta istirahə-
tindən sonra məni yanma çağırırdı. Bu münasibətə yaraşan
libasımı geyinib, bir az narahat və fikriqanşıq halda saraya
yönəldim.
Sultan məni çox gülərüz qarşıladı. Saray adamları da
onun elədiyi kimi süni də olsa gülərüzlülük göstərirdilər.
Sultan məni Timbuktudan ilk dönüşümü və Təfəzədə
onun xəzinəsinə bütün Fəs şəhərindən yığılan vergidən
daha çox qızıl gətirmiş vasitəçiliyimi yada saldı. Dayımb
əcdadlarımı, Qəmatanı öyəndən sonra uğurlarımdan, ri-
fahımdan, bəlağətimdən, bacarığımdan, Fəsin ən yaxşı
mədrəsələrində aldığım erudisiyadan saray adamlarına
ağızdolusu danışdı.
- Sən mədrəsədən Axsaq Əhmədi tanıyırsanmı?
- Bəli, mənim ağam.
- Mənə deyilənlərə görə, sən onun ən yaxın dostların­
dan biri olmusan, hətta hörmət və diqqətlə qulaq asdığ1
yeganə dostu olmusan.
Çağırılmağımın və gözləmədiyim təriflərin səbəbini
anladım. Əhməd diqqət mərkəzinə düşmüşdü. Fəsin, Mə'
4

rakeşin çoxlu gənc tələbələri ev-eşiklərini tərk eləyib, bü­


tün Atlas sahillərini təhdid eləyən tədrici portuqal işğalına
qarşı əldə silah mübarizə aparmaq üçün ona qoşulurdular.

274
Axsaq öz tərəfdarları ilə birgə bütün ölkəni gəzib-dolaşır
və Fəs hakimin sərt tənqid edirdi. Odur ki, sultan təhlükəli
qiyamçıyla mənim vasitəmlə danışıq aparmağa çalışırdı.
Fürsətdən istifadə eləyib qəlbimi sıxan köhnə hesabları
da çürütmək qərarına gəldim.
- Şərif Əhməd məktəb illərində tez-tez yanıma gələr­
di. Bacım cüzamlılar məhəlləsinə salman gün, Allah o gü­
nün xatirəsini yaddaşımdan silsin, özünü əsl qardaş kimi
göstərdi.
Hökmdar narahatlığını gizlətmək üçün öskürdü.
- Bu zavallı qıza nə oldu?
- Yaxşı bir gənc hambal oğlan onunla evlənib birlikdə
kəndə qaçıblar. Heç bir xəbər göndərməyə cürət eləmir, elə
bil ki, hər ikisi cinayətkarmış.
- Onlara aman almaq istərsənmi? Əfv necə? Katibim
I

°nu hazırlayacaq.
— Sizin şəfqətiniz hüdudsuzdur, Allah sizin ömrünüzü
Uzun eləsin!
Mən vəziyyətə uyğun sözlər deməliydim, ancaq zəiflik
göstərməmək üçün susurdum. Əyilib məlikin qulağına de­
dim:
- Dostum Şərif Əhməd bacımın mənfur Zərvalinin qur­
bam olmağından təsirlənmişdi.
- Bu adamın oynadığı roldan xəbərdaram.
Sultanın hadisələri dəqiqliyilə bilməyinə qətiyyən şaşır­
madım. Vaxtında niyə bir tədbir qılmadığını soruşmadım,
çünki onu öz tərəfimə çəkmək istəyirdim. Alçaq səslə da­
vam elədim:
275
- Zərvali, Əhmədin nəzərində onun öz sözləri ilə desək,
Fəs camaatının əxlaqını korlamış fəsad nümunəsidir. Hətta
mən bildiyimə görə, o bu şəxs haqda öz xütbələrində də
dəfələrlə danışıb.
Axsağın fikirlərilə razılaşmağım kimi çıxmasın deyə
ehtiyatla əlavə elədim:
-Allah onu haqq yolunda xətalardan çəkindirsin.
Sultan fikirli və mütərəddid görünürdü, sonra heç nə
demədən əmmaməsini düzəldib düz oturdu.
- istəyirəm ki, gedib Əhmədlə görüşəsən.
Qulaq asmaq əlaməti olaraq başımı əydim. O, sözünə
davam elədi:
- Onu razı salmağa, onda mənim haqqımda, sülaləmiz
haqda, şəhərimiz haqda - Allah onu bəd niyyətlərdən və
kafirlərdən hifz eləsin-yaxşı hisslər oyatmağa çalışarsan.
Mən bu gənc şərifin portuqal qəsbkarları ilə mübarizəsinə
silah və pulla kömək eləməyə hazıram. Ancaq bu gün zəif
olan məmləkətimi qorumaq üçün döyüşə girməli olanda/
öz növbəmdə, mənə təminat verilməlidir. Tancə portuqal'
lann əlindədir, eləcə də Ərzilə, Səbtə, Ləraş, Rəbat, Şəllə
»
və Salə təhdid altındadır. Şimalda ispanlar sahil şəhərlərim
bir-birinin ardınca istila edirlər.
Məni özünə san çəkib, səsini aşağı saldı və əyan-əşrəfi'
ni uzaqlaşdırdı, amma onlar gizlincə qulaq asırdılar.
- Bir neçə ay sonra Tancə və Ərziləni geri alməQ
üçün qoşunlarımı göndərəcəyəm. Ümidvaram ki, Al"
lah-taala öz dərgahında mənə kömək eləyəcək. Şərifdən
istədiyim odur ki, vilayətləri müsəlman hökmdarların
əleyhinə qaldırmaqdansa, bu məsələdə müttəfiq kimi
davranıb portuqallara hücum eləsin, çünki biz ikimiz də

276
Allah yolunda mücahidik. Mən sənə bu tapşırığı həvalə
eləyə bilərəmmi?
- Var gücümü sərf eləyəcəyəm, çünki mənim üçün
müsəlmanların ittihadından daha mühüm bir şey yoxdur,
^ənə Susa gedib Əhmədlə görüşməyimizi əmr eləyir­
sənsə, hər şey eləyəcəyəm ki, onu barışığa sövq eləyim.
Sultan razılıq əlaməti olaraq əlini çiynimə vurub mü­
hafizə rəisinin və baş qazinin yaxınlaşmalarını tələb eləyib
dedi:
- Elə bu axşam Zərvalinin evinə elçi göndərib ondan tələb
edərsiniz ki, azı iki illiyə şəhərdə görsənməsin. Qoy həccə
getsin, sonra da bir müddət doğulduğu kənddə qalsın.
Bütün saray adamları görməmiş kimi qulaq asırdılar.
neçə saat ötər-ötməz xəbər ağızdan-ağıza keçərək bü-
hin şəhəri dolaşdı. Heç kim qovulana salam verməyə və
°na baş çəkməyə cürət eləməyəcəkdir. Çox keçmədən
°nun evinə gedən yolu ot-ələf basdı. Ədalətli intiqamım­
dan ləzzət alırdım, ancaq bilmirdim ki, bu, qohumlarıma
da bəla gətirəcəkdir.
Çıxmaq üçün sultandan icazə alanda mənə əmr elədi ki,
ertəsi gün qayıdım, mənimlə məmləkətin xəzinəsi barədə
məsləhətləşmək istəyir. O gündən sonra hər gün sultanın
Vanında olur, məclislərinə gedir, bəzən də özüylə görüşür­
düm. Bu da digər mövqe sahiblərində həsəd doğururdu.
Amma mən buna məhəl qoymadan yazın əvvəlində Susa
V°la düşmək, qayıdanda karvanlarıma, xüsusən də arzula-
rımda böyüyüb şirinləşən qəsrimə diqqət artırmaq istəyir­
dim. Hərçənd ki, torpağın üstündə heç bir iş görülməmişdi,
Çünki ilin son iki ayı soyuq və yağışlı keçmiş, arzularımın
emalatxanası gil bataqlığına çevrilmişdi.
277
Axsaq Şərif ili
Hicri 917-ci il (Miladi 1511-ci il martın 13-ü-1512~ci H
martın 18-i)
O il planlaşdırıldığı kimi, bir tərəfdən Fəs sultanı, di"
gər tərəfdən Axsaq Şərif portuqallara həmləyə başladılar-
Birinci Tancəni geri qaytarmaq, ikinci isə Əğadiri xilas
eləmək istəyirdi. Hər ikisi də böyük itkilər verib dəf edil'
mişdilər, amma onlar barəsində qoşduğum qəsidələrdə bu
məğlubiyyətin
4 izinə belə rast gəlinmir.
işlərimi sahmana salmışdım ki, o döyüş günləri hər aX'
şam müharibə haqqında qeydlərimi aparmağa hazır olum-
Bir neçə il sonra Romada qeydlərimi yenidən oxuyanda
təəccübləndim ki, mən döyüşün gedişinə bir sətir də ayır'
mamışam. Diqqətimi çəkən yeganə şey əmirlərin və məiy*
yətlərinin məğlubiyyət müqabilndəki davranışları olmuş'
du. Saray əhli ilə ünsiyyətim sadəlövhlüyümə son qoysa
da, o davranış məni heyrətləndirmişdi.
O gün hicri 917-ci il rəbiuləvvəl ayının axırıncı günüm
dən əvvəl (miladi 1511-ci il iyunun 26-sı, çərşənbə günü)
qeydə aldığım əhvalatlar: "Tancənin önündə şəhid olmuŞ
300 nəfərin cəsədi ordugaha gətirildi. Qəlbimi parçalaya*1
bu mənzərəni görməmək üçün baş qaziylə birlikdə sulta-
nın çadırına getdim. Hökmdar məni görüb işarə elədi ki/
yaxın gəlim və dedi:
278
~ Eşit bax, bizim qazi bu gün nə görüb!
Qazi mənə başa saldı:
~ Ağamıza deyirdim ki, baş verənlərdə pis heç nə yox­
dur, biz müsəlmanlara cihad eləmək himmətimizi göstər­
dik, üstəlik, portuqallar hiss elədilər ki, ciddi tələfat verir­
lər və biz intiqam almağa səy edirik.
Onun fikrilə razılaşırmışam kimi başımı tərpədib, sön-
ra sual verdim:
■“Bəs həlak olanlar, doğrudanmı, onların sayı yüzlərcədir?
Qazi qınayıcı və rişxənd tərzimi sezdiyindən bir kəlmə
də kəsmədi, sultan özü cavab verdi:
■" Həlak olanların içərisində süvarilər çox az oldu. Di­
gərlərinə gəlincə, piyadalar, çılpaqlar və nəcabətsizlərdən
kəŞqa bir şey deyillər. Məmləkətimdə yüz minlərlə sayı
ələn, bir gün səfərbərliyə alıb silahlandıra biləcəyimdən
daha çox olan digərləri kimi, bu şəxslərin heç bir faydası
yəxdur.
Onun intonasiyası etinasızlıq və fərəh arasında gəzişir-
di. Üzr istəyib, çadırı tərk eləməyə icazə aldım. Çöldə bəzi
Əsgərlər gətirdikləri meyitlərin ətrafındakı məşəlin işığına
toplaşmışdılar. Kürənəçalan saqqalı olan bir qoca döyüşçü
Oıəni çöldə görüb yaxınlaşdı:
- Sultana de ki, ölənlər üçün ağlamasın, çünki onların
qiyamət günü alacaqları mükafat təmin edilib.
Göz yaşları axırdı, danışdığı yerdə birdən səsi boğuldu:
- Mənim ilkin oğlum da həlak olub, mövlamız əmr
etasə, mən də cənnətdə onunla qovuşmağa hazıram!
Biləyimdən yapışdı, əlləri ümidsiz tutmuşdular və do­
daqlarının demədiklərini diləgətirirdilər. Mühafizəçilərdən

279
biri gəlib əsgərə xəbərdarlıq elədi ki, sultanın müşavirini
narahat eləməsin, kişi içini çəkə-çəkə çəkilib getdi. Mən öz
çadırıma girdim. Bir neçə gün sonra Susa gedib Əhmədlə
görüşməliydim. Artıq ilin əvvəlində onunla görüşüb sulta­
nın salam məktubunu yetirmişdim. Fəs hökmdarı bu dəfə
Axsağa xəbər vermək istəyirdi ki, portuqallara daha çox
ölü düşüb, nəinki bizə; Sultan özü isə Allah-Təalanın rəh­
məti və fəziləti sayəsində sağ-salamatdır.
Mən Axsaqla görüşəndə o, Əğadirin mühasirəsinə baş­
lamışdı, döyüşçüləri də çox cəsarətli və çılğın idilər. Çoxu
da Məğribin müxtəlif guşələrindən gəlmiş tələbələr idi,
şəhid olmağı elə arzulayırdılar ki, sanki gizli nişanlıya can
atırdılar.
_••
Uç gün keçəndən sonra da döyüş elə qızğın idi ki, qan
qoxusu, intiqam və fədakarlıq duyğusu qəlblərə qeyrət
doldurmuşdu. Əhməd qəflətən hamını təəccübləndirmiş,
mühasirənin dayandırılmağını əmr eləmişdi. Geri çəkil'
mək əmrini uca səslə tənqid eləyən qorxmaz bir gəncin
başı dərhal üzüldü. Axsağın belə asanlıqla ruhdan düşmə'
yini və başladığı işdən tez imtina eləməyinin şahidi olma'
ğım məni çaşbaş qoymuşdu. O, çiynini çəkib dedi:
~ Əgər sən siyasətlə məşğul olmaq və əmirlərlə danr
şıq aparmaq istəyirsənsə, gərək gördüklərinə etinasız qa^a
biləsən.
istehzalı gülüşü məktəb illərindəki uzun-uzadı müba'
hisələrimizi yadıma saldı. Hərbi çadırın içində tək olduğu
muzdan geri çəkilmənin səbəbini birbaşa soruşdum.
Soyuqqanlıqla cavab verdi:
- Bu məmləkətin əhalisi Əğadiri işğal eləmiş və bü­
tün okean sahilinə hücum eləyib əkinçiliyə mane ola11

280
portuqallardan xilas olmaq istəyir. Fəs hökmdarı uzaq
olduğu, Mərakeş hökmdarı isə öz qəsrindən həftədə bir
dəfə, o da ova çıxdığı üçün məndən kömək gözləyirlər. Beş
yüz süvari və bir neçə min piyadanın təchizatı üçün lazımi
məbləği cəm eləyiblər. Demək, mən Əğadiri qaytarmağa
■»

Çalışmalıyam, amma mən onu tutmaq istəmirəm, çünki


döyüşdə qoşunumun yarısını itirəcəyəm. Daha təhlükəli­
si odur ki, ard-arda axışıb gələn portuqalların hücumunu
dəf eləmək üçün mən salamat qalan əsgərlərimi şəhərdə
saxlamalıyam. Amma indi mənim üçün yaxşısı o olardı ki,
işğala qarşı mübarizə naminə bütün Məğribin hiylə ilə və
ya zor gücünə toplanması və birləşməsi baş tutsun.
Ovcumu var gücümlə sıxdım, öz-özümə deyirdim ki,
cavab verməyim lazım deyil, ancaq hələ 20 yaşım yox idi,
Özümü saxlaya bilmədim. Guya başa düşməyə çalışıram­
mış kimi kəlmələri ehtiyatla seçə-seçə dilləndim:
— Sən portuqallarla döyüşmək istəyirsən, ancaq əsgərlə-
dni onların qabağına çıxarmayacaqsan. Cihad çağırışlarına
hay vermiş bu adamlar sənə Fəsi, Miknası və Mərakeşi tut­
caq üçün lazımmış!
Əhməd istehzalarıma məhəl qoymadan çiyinlərimdən
tutub dedi:
- Həsən, Allaha and olsun ki, sən nə baş verdiyini anla­
yana oxşamırsan! Bütün Məğrib qarışıqdır. Nəsillər öləcək,
ölkələr xaraba qalacaq, şəhərlər dağılacaq. Mənə bax, mənə
diqqətlə bax, qollarıma, saqqalıma, çalmama toxun, çünki
səbah mənə gözünü zilləyə bilməyəcəksən, barmaqlarını
üzümə sürtə bilməyəcəksən. Mən haman şəxsəm ki, bu
ölkədə başlar kəsirəm, haman şəxsəm ki, adım çəkiləndə
281
şəhərlilər və kəndlilər tir-tir titrəyin Tezliklə bu ölkə mə­
nim əmrimə baş əyəcək, günün birində öz övladlarına da­
nışacaqsan ki, Axsaq Şərif sənin dostun olub, gəlib evində
sənə baş çəkib, bacmın halına ağlayıb. Mən isə unudulmuş
olacağam.
Hər ikimiz əsim-əsim əsirdik, o, hirsindən və qəzəbin­
dən, mənsə qorxumdan. Hiss elədim ki, təhlükədəyəm1'
çünki onu məşhurlaşmağından qabaq tanıyırdımsa,
demək, onun həm ən dəyərli, həm də ən nifrətamiz sət'
vətiydim. Necə ki, var-dövlət əldə elədiyim gün nimdaş
və yamaqlı ağ yağmurluğum (plaşım) mənim nəzərimdə
beləydi.
Beləcə, qərara gəldim ki, bu adamdan uzaqlaşmağımı11
vaxtı çatıb, çünki indidən belə onunla bərabər səviyyədə
danışa bilməyəcəkdim, çünki bundan sonra onun otağmə
gedən dəhlizdə qürur və təkəbbür libasımı soyunmalıydım-

***

O ilin sonunda təfsilatım yalnız uzun zaman keçəndə11


sonra öyrənəcəyim bir hadisə baş verdi, amma o hadisə
ailəm üçün böyük fəlakət gətirəcəkdi. Mən bacardığı111
qədər onun heç bir dəqiqəsini də buraxmadan yada salm
danışıram, günah və savab arasında ayırıcı xətti qoymağ1
isə Allahın öhdəsinə buraxıram.
Zərvali ona verilmiş əmrə uyğun olaraq Məkkə ziyafə'
tinə getmişdi, sonra Bənu Zərval dağlarındakı vətəni olə11
kəndə yollanmışdı ki, iki illik sürgün müddətini tanıai11
eləsin. Keçmişdə fırıldaqla dəfələrlə pul mənimsədiyi 0

282
məntəqəyə qayıtmaqdan az ehtiyatlanmırdı, amma artıq
əsas qəbilə başçıları ilə müəyyən əlaqələr qurulmuş və on­
lara bir qədər pul kisələri paylanmışdı. Həm də onu dörd
silahlı keşikçi və Fəs hökmdarının əmisi oğlanlarından biri
müşayiət eləyirmiş. O, çaxıra qurşanmış yoxsul şahzadəy-
di, Zərvali onu bir müddət öz evində yaşamağa o ümid­
lə çağırmışdı ki, dağlılar Zərvalinin hələ də sarayla yaxşı
münasibətdə olduğunu güman eləsinlər. Karvan onu Bənu
Zərvala çatdırmaq üçün Bənu Vəlid ərazisindən keçməliy-
miş. Orda, çoban kəndlərində iki kəndin arasındakı sərt
yolun üstündə qoca bir qadın qaraltısı varmış. Qara torpaq
kütləsinə bənzər siluet ovcunu açıb ancaq tənbəl-tənbəl
yoldan keçənlərin səxavətini gözləyirmiş. Zərvali köhləni-
Cn tərkində, əli çətir tutmuş qulun müşayiətində çatanda
dilənçi qadın ona yaxınlaşıb güclə eşidiləcək səslə dua mı-
21ldamağa başlayır.
Mühafizəçilərdən biri çığırıb qocanın uzaqlaşmağım
toləb eləyir, ancaq ağası onu sakitləşdirdi. Zira o vaxtilə
Çapıb-taladığı bu məntəqədə bir az yaxşı ad-sanla tanın­
caq istəyirdi. Kisəsindən bir neçə qızıl pul çıxarıb əliaçıq
Şəkildə uzadıb gözləyir ki, qarı da onu almaq üçün əlini
boşqab kimi açsın. Amma dilənçi qadın bir göz qırpımında
zərvalinin biləyindən yapışıb hirslə sürüyərək atın üstün­
dən yerə saldı, sağ qıçı isə miniyindən asılı qalmışdı. Bə­
dəni çevrilmiş,əmmaməsi yeri süpürür, boğazına xəncərin
byəsi dirənmişdi.
"Dilənçi qadın" kişi səsilə qışqırır:
- Adamlarına de ki, yerlərindən tərpənməsinlər.
Zərvali əmrə tabe olmuşdu.
283
- Onlara əmr elə ki, növbəti kəndə kimi uzaqlaşsınlar.
Bir neçə dəqiqə sonra dağ gədiyində ürkək atdan, iki
sakit kişidən və əyri xəncərdən savayı heç kim qalma­
mışdı. Yavaş-yavaş onlar hərəkət eləməyə başlamışdılar*
Yolkəsən, Zərvaliyə qalxmağa kömək elədi, sonra yırtıcı
öz qurbanını çənginə alıb gizləyə-gizləyə sürüdüyü kimi
onu yoldan uzaq qayaların arasıyla çəkib aparmışdı. Bun­
dan sonra basqınçı onun əlinə düşdüyünə görə tir-tir əsən
şəxsə yaxınlaşmışdı.
Təhqiqatçı Harun üç ilmiş ki, Bənu Vəlid dağlarında
yaşayırmış. Dağlılar Harunu özlərindən biriymiş kimi qo-
ruyurmuşlar. Görəsən, təkcə qisas istəyimi onu yolkəsən­
lər kimi davranmağa sövq eləmişdi, yoxsa düşmənin qon­
şuluqda yaşayıb yenə ona, Məryəmə və atası olduğu iki
körpəyə fəlakət gətirə biləcəyi qorxusu? Nə olur-olsun, o,
qisasçı kimi hərəkət eləmişdi.
Harun qurbanını sürüyüb evə gətirmişdi. Bacım onları
görəndə Zərvalidən daha çox qorxmuşdu. Əri öz planı və
keçmiş nişanlısı sayılan Zərvalinin kəndə gəlişi haqda ona
xəbər verməmişdi. Həm də indi ancaq qoca kişi görürdü
və nə baş verdiyindən nəsə anlaya bilməzdi.
Harun ona əmr eləmişdi:
- Uşaqları burda qoy, gəl dalımca!
Girovla birgə yataq otağına girirlər. Məryəm də qap1-
nı bağlamaq üçün istifadə edilən yun pərdəni salıb onlara
qatılır.
- Bu qadına bax, Zərvali!
Bacım bunu eşidən kimi lənətlə köks ötürür. Qoca xən­
cərin tiyəsinin çənəsinə sıxıldığını hiss eləyir. Ağzını açma­
dan yavaşca geri çəkilir.

284
a
- Məryəm, çılpaqlan!
Məryəm qorxmuş və şaşqın gözlərlə təhqiqatçıya bax­
mışdı. Təhqiqatçı təkrar bağırdı.
- Mən, sənin ərin Harun, əmr eləyirəm ki, soyunasan.
Dediyimi elə!
Yazıq qız üzünü, dodaqlarını, sonra saçını açmışdı.
*

Zərvali gözlərini yumub, başını aşağı salmışdı. Əgər bu


qadının bədənini görmüş olsa, onu hansı taleyin gözlədi­
yini bilirdi.
- Başını qaldır və gözlərini aç!
Harunun əmri xəncərin kobud hərəkətilə müşayiət
olunurdu. Zərvali qəddini düzəltmiş, amma gözünü möh­
kəm-möhkəm yummuşdu.
Harun israr eləyirdi:
Gözünü aç və bax!
Həmin vaxt Məryəm bir əliylə donunu açır, digər əliylə
göz yaşlarını silirdi. Məryəmin paltarı sürüşüb düşdü.
- Bu bədənə bax! Cüzam əlaməti görürsənmi? Yaxın get
və diqqətlə araşdır!
Harun Zərvalini yırğalaya-yırğalaya Məryəmə sarı
bələməyə başladı, sonra onu geri çəkib buraxır və yenidən
daha amansızlıqla itələyirdi.
Qoca az qala bacımın ayaqları altına səriləcəkmiş. Ba-
C1m fəryad çəkmişdi:
- Bəsdir, Harun, sənə yalvarıram.
Məryəm ayağının altına düşüb qalmış ikrahamiz əsgi
Pərçasına qorxuqanşıq şəfqətlə baxırdı. Zərvalinin gözləri
aÇiq, özüysə hərəkətsiz idi. Harun ona yaxınlaşıb nəbzini
285
tutmuş, kirpiklərini yoxlamış, heç bir narahatlıq keçirmə­
dən ayağa qalxmışdı:
- Bu kişi əksəri günahsız olan qurbanlarının ayaqlan al'
tında gəbərməyə layiq idi.
Axşam düşmədən Harun Zərvalini üstünü, paltarını
ayaqqabılarını və zinət əşyalarını çıxarmadan əncir ağacı­
nın altında dəfn eləmişdi.

286
Qasırğa ili
Hicri 918-ci il (Miladi 1512-ci il martın 19-ıı-1513-cii il
marhn 8-i)
Həmin il Fatimə doğuş üstündə öldü. Onu üçcə gün ağ­
ladım, elə bil heç sevməmişdim. Çağa da yaşamadı, oğlan
uŞağıydı. Qırx mərasimi həftəsindən qabaq saraya çağırıl­
dım. Sultan portuqallar üzərinə yeni hücumdan təzəcə qa­
rtmışdı, hərçənd ki, bu hücumda xəcalətgətirici hərəkət­
lərdən savayı, heç nə qeydə alınmamışdı.
Sarayın böyük alaqapısından keçəndən məni turşumuş
Afətlərlə qarşılamalarının səbəbini anlaya bilmirdim. Sul­
tan özü heç bir ədavət sezdirmədi, intəhası onun pişvazı
V'°X soyuq idi, səsində isə saxta ehtiram duyulurdu.
- İki ildir ki, yeznən Hambal Harun üçün əfv xahiş edir­
sən. Ondan uzaq dur! Ona şəfqət göstərdim, amma o adam
■|
°zünü islah eləyib minnətdarlığını göstərməkdənsə, Fəsə
Qayıtmayıb qanunu pozanlar kimi kənddə yaşamağı və
Q°ca Zərvalidən intiqam almaq üçün girəvə gəzməyi üs-
tutdu.
- Ağam, Harunun cinayətkar olduğunu sübut eləyəcək
kir dəlil yoxdur. O dağlar həramilərlə doludur...
Baş qazi sultanın səsindən uca səslə mənim sözümü
kəsdi:

287
- Zərvalinin basdırılmış meyiti sənin bacınla əri yaşa­
yan evin yaxınlığında tapılıb. Əsgərlər öldürüləm tanıya
biliblər, çünki daş-qaşı üstündən çıxarılmayıb. Bəyəm, bu,
adicə bir yolkəsənin törətdiyi cinayətdir?
Etiraf eləməliydim ki, dörd ay əvvəl Zərvalinin yox ob
ması barədə ilk xəbərlər Fəsə gəlib çatandan bəri-o vaxt bu
hadisəni izah eləyən hər hansı təfsilat bilmirdim-Haruntui
intiqam alması haqda ehtimal başımda fırlanırdı. Bilirdim
ki, təhqiqatçı öz ədavətini sonacan davam elətdirməyə
dirdir, həm də onun yaşamaq üçün Ər-Rifin məhz həmb1
hissəsini seçdiyini də bilməmiş deyildim. Odur ki, Haru-
nun günahsız olduğunu elan eləmək mənim üçün asan
deyildi. Bununla yanaşı, onu müdafiə eləməliydim, çünki
tərəddüd eləməyim onun məhvinə səbəb olardı.
-Ağam, özünü müdafiə eləməyə imkanı olmayan biri51
haqda hökm verməkdən çəkinin. Xüsusən də söhbət hana-
ballar icmasının hörmətli bir üzvündən gedirsə..
Sultan acıqlandı:
- Söhbət sənin yeznəndən getmir, ey Həsən, iş sənin
başındadır. Zərvalinin qovulmağmı tələb eləyən sən idin-
Sənin israrına əsasən onu öz kəndinə sürgün eləmək
ni vermişik; Zərvali də ora gedən kimi təcavüz olunub və
qətlə yetirilib. Sənin məsuliyyətin ağırdır.
O danışdıqca gözüm qaraldı, önümdə bir zindan züb
məti çökməyə başladı. Var-dövlətimin müsadirə edilmə"
yini, mal-mülkümün bölüşdürülməyini, ailəmin alçaldıb
mağını, Töhfəmin Nəxisə bazarında satılmağını təsəvvüt
eləməyə başladım. Dizlərim boşaldı, tər məni basdı-soy^
acizlik təri. Ancaq mən zor gücünə olsa da, qəhərdən bo"
ğula-boğula dillənməyə çalışdım:

288
- Mənim günahım nədir?
Baş qazi yenidən müdaxilə eləyib qorxumu daha çox
faş eləmək üçün məni daha çox cırnatdı:
- Gizli sövdələşmə, ey qərnatalı, cinayətkarı azad bu-
raxıb, qurbanını ölümə göndərməyin sənin günahındır.
Sənin cinayətin odur ki, sultanın əfvindən, şəfqətindən
sui-istifadə eləmisən.
- Mən hardan biləydim ki, Zərvali həcdən haçan və
hansı yolla qayıdacaq? Harunu isə mən dörd ildir ki, gör­
dürəm. Heç əta olunmuş əhin icrası haqda da ona xəbər
Çatdıra bilməmişəm.
Əslində mən təhqiqatçıya bir neçə dəfə dalbadal xəbər
yollamışdım. Fəqət, o, ifrat inadkarlığı üzündən heç birinə
dəhəl qoymamışdı. Hər halda müdafiə naminə dediklə­
rim məlikə təsirsiz ötüşmədi. Onun intonasiyasında yeni­
dən yumşaqlıq duyuldu.
- Şübhəsiz ki, sən bunda suçlu deyilsən, ey Həsən. An-
Caq üzdə olan dəlillər sənin əleyhinədir. Ədalət məhkəməsi
dəlil]ərə istinad eləyir, ən azı bu dünyada, ən azı kütlələrin
gəzərində. Amma mən keçmişdə sənə iş buyrulanda mənə
Uecə sədaqətlə xidmət elədiyini unuda bilmərəm.
Sükuta daldı. Özlüyündə bir qərar götür-qoy eləyirdi,
hfiss elədim ki,o, mərhəmət göstərməyə meyil eləyir. Qazi
aÇiq-aşkar təsir eləmək niyyəti ilə ona sarı əyildi, ancaq
sultan qərarını elan eləməzdən qabaq qazini kobudluqla
susdurdu.
— Ey Həsən, sənin taleyin qatil taleyi olmayacaq, qur­
ban taleyi olacaq. Zərvali kimi sənin də qovulmağın
barədə hökm verildi. Tam iki il boyunca bu qəsrə ayağın
289
dəyməyəcək, Fəsdə və tabeliyimdə olan şəhərlərin heç bi­
rində yaşamayacaqsan. Rəcəb ayının 20-dən etibarən səni
kimsə məmləkətimin hüdudları daxilində görsə, qandalla-
yıb gətirəcək.
Sonuncu sözlərin sərtliyinə baxmayaraq, çox səy elədim
ki, kimsə sevindiyimi hiss eləməsin. İflasdan və həbsdən
canımı qurtarmışdım. Səyahət müddəti iki ildən çox olma­
dığından yüngülləşmişdim. Üstəlik, işlərimi sahmana sal­
maq üçün mənə bır ay möhlət verilmişdi.

* * it-

Fəsdən çıxmağım çox təmtəraqlı oldu. Mən başıuca/


al-xara geyinmiş vəziyyətdə, gecə yox, gündüz saat dörd'
də getmək istəmişdim. İzdihamlı küçələrdən keçmək,
arxamca da böyük karvan gəlməyini istəmişdim. 20 min
dinarlıq müxtəlif çeşidli mallar yüklənmiş iki yüz dəvəm,
onları qoruyan, muzdunu ödədiyim geyimli-yaraqlı 50
mühafizəçi var idi. Onların görkəmi yolda fəsad törədə*1
oğruların planlarım pozmalıydı. Üç dəfə-bir dəfə Əbu İnə'
niyyə mədrəsəsinin önündə, ikinci dəfə Əndəluslular məs'
cidinin həyətində, üçüncü dəfə isə Dulusçular küçəsindək1
qala divarlarının yanında dayandım ki, sərgərdanlar üçün
bir neçə ovuc qızıl dağıdıb, əvəzində alqış və tərif qazanım-
Belə nümayişkaranəlik eləməyim riskli idi. Baş qazinin,
sonra da sultanın qulağına bir neçə qərəzli sözlər pıÇ1*'
daşaydılar, sultanın mənə kəsdiyi cəzanı lağlağıya çevir'
məkdə ittiham olunmaqla həbs oluna bilərdim. Ammə
buna baxmayaraq, risk eləməliydim. Ona görə yox ki.

290
təkəbbürümü razı salım, əksinə atamın, anamın, qızımın
və cəmi əhli-əyalımın xatirinə belə eləyirdim ki, mən sür­
gündə olduğum müddətdə xəcalət içində yaşamasınlar.
Onların illər uzunu ehtiyacın bəlasından qorunub yax-
S1 geyinmələri, hətta xidmətçi saxlamaları üçün də gərək
°lan qədər pul verdim. Fəsdən iki mil uzaqlığında Səfru
yoluna çıxanda artıq təhlükənin bir saat arxada qaldığına
əminlik hasil eləyib dəvənin tərkindəki kəcavəyə əyləşmiş
Töhfəyə yaxınlaşıb ucadan dedim:
~ Fəslilər indiyəcən kiminsə şəhərdən belə təmtəraqlı
Ç]*dığını gördüklərini xatırlamırlar.
Bir az həyəcanla dedi:
- Nə taleyin hökmlərinə meydan oxumaq, nə də ki, düş­
məni kiçik saymaq lazım deyil.
Qətiyyən təsirlənmədim, çiyinlərimi atıb dedim:
- Sənə and içmişdim, öz qəbilənə qaytaracağam? Bir
ay sonra onların yanında olacaqsan. Əlbəttə, məni əvvəl­
cə Timbuktuya, sonra da Misirə qədər müşayiət eləmək
lstəmirsənsə.
Qaşqabağını salıb tutqun tərzdə "İnşallah! deməklə
kifayətləndi.
Dörd gün sonra çox soyuq bir havada Qəriblər gədiyi­
ni keçirdik. Hava, oktyabrın soyuq olacağını güman elədi­
yimdən, daha soyuq idi.
Gecələmək üçün dayanmalı olduğumuz vaxt keşikçilər
iki təpənin arasında düşərgə saldılar ki, Atlas dağlarının
kəsici küləklərindən hifz olunaq. Çadırlardan gülməli bır
Üövrə qurub , ortasında mənim çadırımı qoymuşdular.
Sanki bu çadır üzəri nəfis şəkildə Quran ayələrilə süslən­
miş bir qəsr idi.
291
Burda mən və Töhfə yatmalıydıq, həmin anı açıq-aş-
kar sevinclə gözləyirdim. Ancaq qaranlıq düşəndə rəfiqəni
aydın bir səbəb göstərmədən çadırda yatmaqdan imtina
elədi. Həm də bunu gözlərində elə bir qorxuyla eləyirdi
kiz bütün dəlillərimdən keçəsi oldum. Düşərgədən yarım
mil uzaqlıqda yerləşən mağaranı göstərdi ki, ordan başqa
bir yerdə yatmayacaq. Beləcə, gecəni Atlas dağlarının ma­
ğaralarında aslanlar, qaplanlar və goreşənlərin, bəlkə də,
deyilənlərə görə, buralarda bol olan iri ilanların qonşulu­
ğunda keçirməliydik. O ilanlar o qədər zəhərli idi ki, ada­
ma toxunmağı bəs edərdi ki, saxsı kimi ovulub töküləsən.
Töhfəni bununla qorxutmaq mümkün deyildi, İndi onun
yeganə qorxduğu şey mənim iri çadırım idi.
Mən təslim olmağa məcbur qaldım. Qorxumu boğub
keşikçilərin tənəsi və çəpəki baxışları altında mağara'
ya yollandım. Töhfənin görkəmi çox gülməliydi; o, yun
mələfədən, fənərdən, dəvə südü dolu badyadan, xurma
budaqlarından ibarət böyük bir barxananı çəkib aparırdı-
Hiss eləyirdim ki, artıq mənə bəslənən ehtirama xətər də-
yir. Daldalanacağımız o qədər darıydı ki, örtülü zağadan,
qalereyadan daha çox, qaya arasındakı oyuğa bənzəyirdi*
Bu mənə təskinlik verirdi, çünki onun axırına kimi asan­
lıqla əl sürtüb, orda heç bir canlının və vəhşi heyvanın
olmadığına əmin ola bilərdim. Amma Töhfəni toxtatmaq
olmurdu, əksinə, rəftarındakı qəribəliklər bir az da artır'
dı. Oyuğun girişini daraltmaq üçün ora daş komaladı,
torpağı çox diqqətlə dırmıqlayıb, tenti və budağı yunlə
örtdü ki, buz bağlamasın. Mənsə boş dayanıb, ona tənə və
rişxənd eləyirdim. Ancaq nə onun sifət cizgilərini dəyişə
292
və hirsləndirə bildim, nə də ki qarışqa əməyinə bənzər
ağır işindən ayıra bildim.
Sükuta daldım, özümü toxtatmaq üçün yox, külək qalx­
ağından. Külək get-gedə güclənib qulaqbatırıcı tufana
Çevrildi. Çovğunun havada oynatdığı qalın qar topasının
bizim daldalanacağa dolmaq təhlükəsi var idi. İndi o, qə­
tiyyən həyəcan keçirməyən təcrübəli nəzərlərlə düzəltdiyi
müdafiə və sığınacaq qurğusuna baxırdı.
Ey gözəl Töhfə! Mən, əlbəttə ki, onun məhəbbətinin
bu cəhətini heç vaxt gözləmirdim, O mənim nəzərimdə,
sadəcə, hərəmxananın gövhəri idi. Naz-qəmzəli, boğaz­
dan-boğaza taxılmaqdan uzaq qalmağı bacaran qiymətli
bir gövhər. Fəqət, Atlas qasırğasının ortasında bambaşqa
bir qadın kəşf eləyəcəkdim. İndi yeganə mənzilim onun
gəzlərində, onun dodaqlarında və onun əllərindəydi.
Abrıma qısılıb heç vaxt ona "səni sevirəm" deməmişəm,
$ncaq könlüm bir gün də onu sevməkdən utanmayıb. Qa-
Slrğaları göndərən və sakitləşdirən Uca və Qadir Allaha
and olsun ki, onu "xəzinəm" deyə çağırdım. Hələ bilmir­
dim ki, indidən belə o, sahibi olduğum yeganə sərvətdir.
°na "həyatım" dedim ki, bu, bir gerçək idi, çünki Allah
°nun şəfaətilə məni ölümdən qurtarmışdı.
Külək iki gecə-gündüz dayanmadan uğuldadı, qarı qa-
biqlayıb mağaramızın girişini bağladı və bizi onun içində
Məhbus elədi. Üçüncü gün bir neçə çoban gəlib oyuğun
ağzını açdılar. O da bizi xilas eləmək üçün yox, mağaraya
Slğmıb bir az yemək tapmaq üçün. Bizi görüb sevinənə ox-
Şamırdılar. Çox keçmədən mən qorxunc səbəbi öyrənəcək­
dim. Keşikçilər və dəvələr onları qəfilcə haqlamış boranın
293
qalaqladığı qarın altında keçinmişdilər. Onlara yaxınlaşan­
da mənə aydın oldu ki, ərzaq soyğunçuların qəniməti olub,
cəsədlər isə meyityeyən goreşənlərin. Karvanın düşərgəsi
xaraba səhraya çevrilmişdi.
Mənə əsəb rahatlığı gəldi, nə muzdla tutduğum adam*
lara görə, nə də dövlətimi itirdiyimə görə üzülmədim-
Düzünə qalsa, mən ilk baxışdan başa düşmüşdüm ki, ço­
banların soyğun işində əlləri olmamış deyil. Bəlkə də yə*
ralıların da axırlarına çıxıblar. Mənim və ya Töhfənin bircə
yanlış kəlməsi bəs eləyərdi ki, eyni aqibətlə üzləşək. Mən
mümkün qədər özümü laqeyd göstərməyə çalışıb, sinəm'
də coşan qəzəbi boğub dedim:
- Bu, Ucalardan Uca və Qadir Olanın hökmüdür.
Xitab elədiyim şəxs digərləri kimi mənimlə minnətdar­
lıqla razılaşdı, sözümə davam elədim:
- Yolumuz bitənəcən sizin qonaqpərvərliyinizə ümid
eləyə bilərikmi?
Mən bu qəribə köçərilərin adət-ənənəsinə nabələd de-
yildim. Onlar yük dəvəsini və ya pul kisəsini ələ keçirmək
naminə birini öldürməkdə tərəddüd eləməz, amma elə ki
kəramətlərinə sığındın, mehriban və istiqanlı qonaqpər'
vərə çevrilirlər. Belə bir məsəl var deyərlər ki, onlar əllərim
də xəncər gəzdirirlər ki, ya sənin özünü kəssinlər, ya sənin
pişvazın üçün qoç kəssinlər!

iki qızıl dinar və beş gümüş dirhəm saydım, onları tək'


rar sayıb, çəkisini yoxladım və çevirib baxdım. Səhranı

294
keçib, həyatımı yenidən başlamaq üçün böyük sərvətim­
dən mənə qalan bütün sərvət buydu. Töhfə giley-güzar
eləməyimə məqsədi bəlli olmadan gülürdü. Həm nazlı,
həm də istehzalı gülüşlə gülürdü, elə gülüşlə ki, ancaq mə-
uim qəzəbimi coşdururdu. Yenidən ucadan dedim:
- İki qızıl dinar, beş gümüş dirhəm. Nə bir dəvə qalıb,
nə də yolda nimdaşa çevrilmişdən savayı libasımız yoxdur.
- Mən sənin deyiləmmi? Yəqin ki, mən 50 qızıl sikkə-
smə, bəlkə də daha çoxuna dəyərəm.
Danışığına qatdığı naz-qəmzə kiçicik şübhəni də yox
edirdi, Dara çayının hər iki sahilində, onun doğulduğu
həndin girəcəyindəki indiqo ağacları əkilmiş bağların
görkəmi şübhələrə heç yer qoymurdu.
Bir neçə uşaq qabağımıza yüyürdü, sonra növbə qə­
bilənin lətif qırışları olan qaradərili, boyunbağına bənzər
Saqqalı olan başçısına çatdı. Rəfiqəmi dərhal tanıdı, bax­
mayaraq ki, onun yoxluğu on il çəkmişdi. Töhfəni bağrına
basdı, mənə üz tutub ərəbcə dedi ki, öz kasıb daxmasında
məni qonaq eləmək ona şərəf verərdi.
Töhfə onu mənə əmisi kimi təqdim elədi, mənim
barəmdə isə dedi ki, onun ağasıyam. Əslində, bu, həqiqət
’di, hərçənd bu şəraitdə elə bir mənası yox idi.
Məgər onun qohumlarının əhatəsində yeganə müflis
°lən şəxs mən deyildimmi? Hazırlaşırdım deyim ki, o mə­
nim nəzərimdə cariyə olmayıb, qaşlarını düyünləməklə
məni susdurdu. Bir kəlmə də kəsməməyə məcbur olub,
qəribə bir mənzərəni heyranlıqla və ləzzətlə müşahidə elə­
dim. Töhfə əmisinin mənzilinə daxil oldu, alçaq, amma çox
uzun bir hücrədə əyləşdik.
295
Yun xalıların üstündə oturmuşduq, xalçanın dövrəsin­
də isə qəbilənin 20 nəfər ixtiyar üzvü əyləşmişdi. Onların
sifətlərindən təntənəli şəkildə qarşılamalı olduqları şəxslə
görüşə görə sevindikləri qətiyyən sezilmirdi.
Töhfə sözünə başlayıb, məni Fəsdə çox nüfuzlu, özünü
ədəbiyyat və fiqhə həsr etmiş bir şəxs kimi təsvir elədi. Ur-
zazat əmirinin onu mənə bağışlamağı şəraitini xəbər verdi.
Çox bəzəkli üslubda və toxunaqlı şəkildə müflisləşməyimə
səbəb olmuş qar çovğunu hadisəsini nəql elədi. Nəqlini bu
sözlərlə bitirdi:
- Bu kişi məni bəzi yoldan keçənlərə satmaqdansa, öz
kəndimə qaytarmağı üstün tutdu. Mən ona and içmişəm
ki, elədiklərinə görə peşman olmayacaqdır.
Təsvir edilməsi mümkün olmayan açıq-saçıqlıqla əyan'
lardan birinə sarı dönüb dedi:
- Mənim fidyəm üçün sən nə qədər ödəməyə hazırsan,
ey Abdullah?
Kişi özünü itirmiş halda cavab verdi:
- Sən mənim ödəyə biləcəyimdən çox-çox qiymətlisən-
Amma mən on dinarla öz payımı verə bilərəm.
Töhfə oturduğu yerdə yönünü dəyişib ikinci şikarını
axtardı:
- Bəs sən, ey Əhməd?
Əhməd deyilən kişi, Abdullahı təhqiramiz şəkildə qi'
nayıb, sonra elan elədi:
- Qəbilənin üzərindəki namus ləkəsini yumaq üçün
məndən 30 dinar.
Oturanların dövrəsini bu minvalla süzərək, yüksək ağb
ilə ailələr və əşirətlər arasındakı paxıllıq və çəkişmələrdən

296
i

özünə hər dəfə əvvəlkindən daha artıq qatqı ala biləcək şə­
kildə istifadə eləyirdi.
Mənim iki miskin dinarım 22, 42, 70... oldu. Kömək
üçün sonuncu müraciət edilən əyan Töhfənin əmisi oldu.
Qəbilənin başçısı kimi o, təbəənin ən səxavətlisindən artıq
əliaçıqlıqla rütbəsini sübut eləməliydi. Heç kimə xitab elə­
mirmiş kimi qürurla ucadan dilləndi.
- İki yüz dinar.
Qulaqlarıma inanmadım. Ancaq axşam başçının gecəni
keçirmək üçün dəvət elədiyi otaqda uzanarkən Töhfə məni
görməyə gəldi. O, bütün məbləği-min səkkiz yüz dinardan
Çox məbləği də özüylə götürmüşdü.
- Ey Töhfə, mənə izah elə görək, bu qədər gözəlliyi sənə
kim verib? Bu oyunun mənası nədir? Bu kəndin adamla­
rında bu qədər sərvət hardandır? Ən əsası, bu pulu niyə
sənə verirlər?
- Mənim fidyəmi ödəmək üçün!
- Sən yaxşı bilirsən ki, onlar bir qara quruş ödəmədən
də sənin azadlığını ala bilərlər.
- Həm də öz fidyələrini ödəmək üçün!
Mən tam etinasızlıq göstərəndə axır ki, mənə izahat
verməyə razılaşdı:
- Qəbiləmizin neçə-neçə nəsilləri Böyük Səhranın qər­
bində köçərilik eləyib. Ta o günə kimi ki, babamın çox qa-
2anmaq tamahı üstün gələndən sonra indiqo əkib, onun
ticarətilə məşğul olmağa başlayıb. Beləcə, bu kənd xərc­
ləyə biləcəyindən qat-qat çox qazanır, hər kiçik komanın
döşəməsində Fəsin ən nəfis evlərindəkindən çox qızıl bas­
dırılıb. Ancaq qohum-əqrəbam oturaq həyatı seçdikdən

297
sonra bütün döyüşçü keyfiyyətlərini itiriblər. Artıq yetkin­
lik yaşıma çatdığım bir gün..
Başını arxaya çevirib yanımda əyləşdi və sözünə da­
vam elədi:
- Qocalı-cavanlı, qadınlı-kişili burdan birgünlük mə­
safədə yerləşən pirə ziyarətə getmişdik. Urzazat əmiri­
nin mühafizəçilərindən olan atlılar qəflətən bizə həmlə
elədilər. Biz əlli nəfərdən çox olduğumuz, iyirmidən çəx
adamımızsa tam silahlı olduğu halda ,onlar cəmi dörd
nəfər idilər. Ancaq yol yoldaşlarımdan heç biri silahla­
rından istifadə eləmək haqda fikirləşmədi. Əksinə hamısı
dörd basqınçının hər birinə kefi istəyəni seçmək üçün gənc
qızları başsız qoyub qaçdılar. Qəribə kütlənin içərisindəki
yaşlılar da özlərinin və oğullarının tapdanmış şərəflərini
qorumaq üçün heç nə eləmədilər. O yaşlıların öz borclarını
ödəməyə saatlarca vaxt sərf elədiklərinin şahidi oldun..
Başını çiynimə söykəyib dedi:
- Sən heç bir xəcalət hissi keçirmədən bu pulu götürə
bilərsən. Mənim kumirim olan ağamdan savayı, heç kimin
o pula haqqı çatmır.
Bu sözləri deyə-deyə dodaqlarını dodaqlarıma dayə'
••
dı. Ürəyim şiddətlə döyünür, gözlərimsə təlaşla Töhfə'
nin əmisi olan qonşu hücrədən bizi ayıran tül pərdəyə
zillənmişdi.
9

Töhfə sıxılıb eləmədən paltarını açıb, şümşad bədənim


baxışlarımın və əllərimin ixtiyarına buraxıb pıçıldadı:
- İndiyə qədər məndən cariyə kimi yararlanmısan, bn
gün ilk və axırıncı dəfə mənimlə azad qadın kimi yat.

298
Töhfəni tərk eləyərkən məni tələsdirən yeganə şey o
kiz bəlkə Timbuktuda onun xatirəsini anım, ilk öpüş
aldığım otaqda izlərini arayım. Həmən bina hələ də du-
rurdu. Ora hörmətli qonaqları pişvaz eləmək üçün şəhər
hakimlərinin mülkləri olsa da, bir dinar mülkün qapılarını
uzumə açdı. Axşam ora gələn kimi elədiyim ilk iş həmin o
Pəncərəyə söykənib çölün havasını udmaq, vaxtilə ətirlən­
miş otağın ənbər rayihəsini xatırlamaq oldu. Pəncərənin
qabağında durub zənci qrupunun ritmlərini gözləyirdim.
Şübhəm yox idi ki, çox keçmədən küçədə bu ritmlər gur-
iayacaqdır. Onda otağın ortasına qanrılıb Töhfəmin rəqs
eləyən siluetini görə bilərdim.
Şiddətli külək pərdəni qaldırdı. Pərdə incə şəkildə bü­
külüb-açılmağa və yellənməyə başladı. Bayırda get-gedə
Yaxınlaşan ayaq səsləri və hay-həşir eşidildi. Bu, xatirələ-
rimdəki ansambl olmasın ki? Bəs niyə belə səs-küylə gəlir?
Təəssüf ki, karıxıb qalmağım qısa çəkdi. Çox keçmə­
dən meydanda günorta saat dörddə olan sayaq qəfildən
qələbəlik yarandı. Meydanı doldurmuş qarışıq və qayna-
Şən kütlənin çığır-bağırından qulaq tutulurdu. Məni qorxu
necə çulğalamaya bilərdi? Başqalarından asta yortan bir
qocanı pəncərədən səslədim. Ayaq saxlayıb tövşüyə-töv­
şüyə ölkəsinin dilində bir neçə söz dedi. Başa düşmədi­
yimi görəndə yoluna davam eləyib işarə verdi ki, mən də
°nun dalınca gedim. Alovlanmış yanğının ilk şölələrini
gördüyümdən tərəddüd eləmədim. Qır-qızılımın üstümdə
°iduğuna əmin olduqdan sonra pəncərədən tullanıb yü­
yürməyə başladım.

299
Üç saatdan az olmayan bir müddətdə bu minvalla, baş
vermiş fəlakət barədə çox vaxt sözlə deyil, işarələrlə xəbər
verə-verə, sərgərdan şəkildə yol gedən kütlənin əhvali-ru­
hiyyəsinə uymuşdum.
Artıq Timbuktunun yarısı yanıb kül olmuşdu, elə gö'
rükmürdü ki, bir-birinə təhlükəli şəkildə yaxın olan və
küləş örtüklü saysız-hesabsız komaya küləyin körükləyib
yaydığı alovu nəsə söndürə bilər. Mən o böyük tonqaldan
mümkün qədər uzaqlaşmalıydım. Axşamçağı eşitdim ki,
müxtəlif ölkələrdən olan tacirlərdən ibarət karvan şəhərin

xaricində toplanıb sübh tezdən yola düşməyə hazırlaş11*/
mən də onlara qoşuldum. Təxminən 40 müsafir idik, bü­
tün gecəni qum təpəsinin üstündə dayanıb heyrətlə alovun
mənzərəsinə baxırdım. Odla bərabər yüksələn hay-küy
ürəklərimizi parçalayırdı. Hay-küyə o qədər qulaq ver­
mişdik ki, yananların tükürpərdici fəryadlarını ayırd eləyə
bilirdik.
Timbuktunu xatırladığım elə bir gün olmayıb ki, bu
cəhənnəm səhnəsi gözüm önünə gəlməmiş olsun. Biz yol^
düşəndə matəm buludları onun üzünü örtmüş, saysın
partlayışlar bədənini incidirdi. Onun tam xarabaya çevril­
məsini çox yaxşı xatırlayıram.

* * ıt-

Qədim coğrafiyaçılarımız Zənc ölkəsi, Qana və Livi­


ya səhrasmdakı vahələri təsvir ediblər. Sonra üzüniqabh
qəzavatçılar, vaizlər və tacirlər o diyarlara ayaq açdılar.
Mən özüm 60 zənci məmləkətinin adını bilirəm, Nigerdən
300
Nilə kimi bir-birinin ardınca onlardan 15-ni həmin il keç­
mişəm. Onlardan çoxu heç bir kitabda qeyd olunmayıb.
Ancaq onların kəşfi mənim adıma çıxılsa, etiraz edərdim,
zira Cinnədən (Qvineyadan), Malidən, Avalatədən və ya
Timbuktadan Qahirəyədək get-gəl eləyən karvanların vər­
diş elədikləri yolu izləməkdən savayı bir işim olmamışdı.
Niger çayı ilə paralel gedərək Qavo şəhərinə çatmaq üçün
bizə 12 gündən də az vaxt lazım gəldi. Şəhərin qala divar­
ları yox idi. Ancaq onun hakimi Əskiya Məhəmməd, Zənc
ölkəsinin ən qüdrətli adamı kimi məşhur olduğundan
heç bir düşmən şəhərə yaxınlaşmağa cürət eləmirdi. Kar­
vanın tacirləri orda azacıq əylənməyə sevinirdilər. Mənə
belə izah elədilər ki, Qavo əhlinin qızılı çoxdur; Avropanın
və Bərbər ölkəsinin ən keyfiyyətsiz parçalarını 15-20 dəfə
bahasına onlara satmaq olar. Bunun müqabilində orda ət,
düyü, çörək və yemiş bol idi, özü də ucuz qiymətə satılırdı.
Növbəti mərhələdə biz bir neçə məmləkəti də ötüb keç­
dik. Onların içərisində Avanqara, Zəğzəğ, Kano və Bomu­
zu xatırlayıram. Bornu digərlərindən daha böyük idi. An­
caq biz oralarda uzun müddət qalmaqdan çəkindik. Dü­
zünə qalsa, biz məmləkətin paytaxtına daxil olunca, bizə
başlarına gəlmiş müsibəti anlatmağa tələsən-mən Afrika­
mın təsviri" kitabında bu barədə yazmışam-qərib tacirlər­
dən ibarət bir qrupla rastlaşdıq. Bu ölkənin hakiminin çox
qəribə adətləri var idi. O, böyük ləzzətlə öz var-dövlətini
nümayiş etdirərdi. Belə ki, onun bütün atlarının yəhər-yü­
yəni, qəsrin bütün qab-qacağı, hətta itləri bağlanmış zən­
cirlər belə təmiz qızıldan idi-bunları öz gözlərimlə görüb
əmin olmuşam. Bu qədər cah-cəlal tacirləri özünə cəlb
301
QAHİRƏ KİTABI
••
Ovladım, mən Qahirəyə çatanda o, neçə əsr idi ki, impe'
riyanın əzəmətli paytaxtı, xilafətin1 qərargahı idi. Onu tərk
eləyəndə isə Qahirə bir vilayətin adi mərkəzi şəhərinə çev­
rilmişdi. Yəqin ki, o, keçmiş əzəmətini bir daha geri qayk'
ra bilməyəcəkdir. Allah istəmişdi ki, mən əvvəl keçirdiyik
möhnətlər, əvvəl gördüyüm sınaqlar kimi bu tənəzzülün
də şahidi olum.
Gəmimiz hələ də Nilin üzərində üzürdü. Mənə macə'
ralar, xoş yürüşlər arzulayan gəncə bədbəxtlik əlamətlər
özünü göstərməyə başlamışdı. Ancaq mən hələ bu əlamət-
lərə əhəmiyyət verib rəmzlərini açmağı öyrənməmişdik-
Geniş göyərtədə tənbəl-tənbəl uzanmış, başımı taxta söy'
kənəcəkdən azacıq qaldırmışdım, dənizçilərin suyun şırıl*
hsıyla həmahəng çənə vurmaları mənə layla deyirdi. Ça'
yın Afrika sahilində2 üç saatdan sonra qürub eləmək üzrə
olan və üfüqü al rəngə boyamış günəşə baxırdım. Bir zəncl
dənizçi məni hayladı:
- Sabah sübh tezdən köhnə Misirdə3 olacağıq.
Zənciyə onun özü kimi, bol təbəssümlə cavab verdik/
axı indidən belə məni Qahirədən heç bir maneə ayırmırdı-
1 Məmlük dövləti və Abbasi xilafəti nəzərdə tutulur
2 Məğrib sahili mənasındadır
3 "Misir" sözü şəhər deməkdir, burda Qahirədən söhbət gedir

304
Ancaq o qalırdı ki, özümü məni götürüb aparacaq taleyin
və Nil çayının öhdəsinə buraxım. Dənizçilərin səsləri yük­
səlib, söhbətləri qızışanda mən mürgüyə getmək üzrəy-
dim. Qalxanda gördüm ki, çayı keçən bir gəmi yanımıza
çataçat dadır. Yaxınlaşmağını hiss eləmədiyim bu gəminin
bərabərimizə çatmasında qəribə nə olduğunu ayırd eləmək
üçün bir az vaxt lazım gəldi. Gəmidə cəzbedici libaslı gözəl
qadınlar Öz uşaqlarını toplamışdılar, iyləri burnuma dol­
muş yüzlərcə davarın içərisində qalan uşaqların sifətinə
qorxu çökmüşdü. Bəzi qadınlar alınlarını gül düzümü
kimi daş-qaşla bəzəmiş, başlarına isə hündür və boru kimi
nazik külah qoymuşdular. Bir çox hallarda adət edilməmiş
mənzərəylə qarşılaşmaq kifayətdir ki, faciə baş verdiyi an­
laşılsın. Gəmiçilər hamılıqla üzləri sallanmış və əlləri göyə
açılmış şəkildə mənə yaxınlaşdılar. Uzun bir sükut çökdü.
Yaşca böyük olanın ağzından bir söz qopdu:
- Taun!

305
Hörmətli göz ili
Hicri 919-cıt il (Miladi 1513-cü il martın 9-ıı-1514-cii il
fevralın 25-i)
İlin əvvəlində, güclü küləklər və gürşad yağışlar ərəfə­
sində vəba yayılmışdı. Qahirəlilərin nəzərində bütün baş
verənlər Göylərin qəzəbinin və tezliklə gələcək cəzanın
təsdiqlənmiş əlamətləriydi. İlk xəstələnənlər uşaqlar ol-
muşdu. Xalqın imkanlıları ailələrini tələm-tələsik uzağa
göndərmişdilər. Bəzilərini Cənubi Sinaya-təmiz iqlimi olan
Tur dağlarına, digərlərini yaşayış yerləri olan vahələri
üçüncü qrupu da Yuxan Misirə. Çox keçmədən ağlamalı
halları olan qaçqın dəstələri daşıyan bir neçə gəmi qarşi'
mıza çıxdı.
Xəstəliyin yayılma səviyyəsini xəbər almadan hərəkə1
eləmək ağılsızlıq olardı. Ona görə də çayın şərq sahilində
••
səhralıq bir yerdə dayandıq. Qərara gəldik ki, götürdüyü'
müz ərzaqla qidalanıb lazımi müddəti gözləyək, hər gecə
də qaldığımız yeri dəyişdirək ki, qəfil basqın etmək ehtr
malları olan çapovulçulan azdıraq. Gündə 5-6 dəfə sor'
ğu-suala tutmaq üçün avarla bizim istiqamətə əks sahildə
üzənlərin yanına keçib xəbər alırdıq.
Vəba paytaxtı viran qoyurdu, hər gün rəsmi statistikə
dəftərində 50-60 ölüm qeydə alınırdı. Ancaq təcrübədə1"1

306
bilirdik ki, elan olunmamış ölümləri bundan 10 dəfə artıq
saymaq lazımdır. Hər gələn gəmi hər dəfə yeni rəqəm gə­
tirirdi, bəzən statistikaya mübahisə doğurmayacaq şərhlər
• «•
da əlavə olunurdu, üstəlik, xaçpərəstlərin pasxasına təsa­
düf eləyən bazar ertəsi günü yer üç dəfə silkələndi, ertəsi
gün isə 274 ölüm qeydə alındı. Növbəti cümə günü ilin bu
fəsli üçün görünməmiş bir soyuq yağış yağdı, elə həmin
gün 365 ölüm sayıldı.
Misir sultanı - o, Qansu adlı qoca bir çərkəz' məmlü-
kü idi-qərara gəlmişdi ki, özünü taundan hifz eləmək üçün
saray həkiminin reseptinə uyğun olaraq yaqut üzük taxsın.
Eləcə də əxlaqsızlığın, alkoqolizmin və narkomaniyanın qar­
şısını almaq barədə fərman vermişdi. Şəhərin bütün məhək
'ələrində ölüləri yumaq üçün gölməçələr qurulmuşdu.
Əlbəttə ki, heç də bütün qurbanlar xidmətçi və uşaq-
!ardan ibarət deyildi. Yüzlərcə əsgər və zabit də qırılıb
tökülürdü. Sultan tələm-tələsik elan eləmişdi ki, yalnız o,
üzü ölənlərin əşyalarının və əmlaklarının varisidir. Əmr
Vermişdi ki, vəfat eləmiş bütün hərbçilərin dul qadınları
ta ki cəbbəxanaya gümüş qəbzəli bir qılınc, zireh-qalxan,
dəbilqə, iki köhlən və ya onların dəyərində pul təhvil ver-
əy incə həbsdə saxlanılsınlar. Qansu qərara gəlmişdi ki,
Aəhirəlilər onsuz da sıxıntı çəkir, demək, daha artıq korluq
Çəkə bilər, odur ki, taxılın yeni yığımından böyük miqdar
ay>rıb dərhal Dəməşq və Hələbə göndərsin. Çünki orda
məhsulu üç qat bahasına satmaq olardı. Bir gecəyə çörəyin
və unun qiyməti intəhasız dərəcədə qalxmağa başlamışdı.
Çərkəz burda etnik məna daşımır, məmlüklərin Şimali Qafqaz mənşəli
Xınasına işarədir, daşıdıqları adlardan göründüyü kimi, onlar türk
(böyük ehtimalla qıpçaq) əsilli idilər.

307
Məqsədimə çatmaq üçün səbirsizləşirdim. Taunun ha*
çan bitəcəyinin güman edildiyi barədə müsahibimdən xə­
bər aldım.
- Əvvəlki taunların hamısının sonu misra1 başlamaz­
dan qabağa təsadüf eləyib.
Ondan rica elədim ki, pis eşitdiyimi zənn elədiyim axı­
rıncı sözü təkrarlasın. Xəfifcə gülümsəyib dedi:
- Misra qibti ilinin ayıdır, onda çayların suları öz səviy­
yəsinə çatır.
Sonra da pıçıldadı:
- Misirin müsəlman olması böyük fəzilətdir, amma Nil
və taun hələ də fironların təqviminə tabedir.
Onun gözünü qıymaq tərzindən və çaşqın gülüşündə!"1
başa düşdüm ki, özü müsəlman deyil. Çox keçmədən ye'
nidən dilləndi:
-Gecdi daha, güman eləyirəm ki, biz yelkənləri açmahy1^*
Xurman ağacınm ətrafında fırlanmaqdan usanmay311
oğlanlarından birinə dönüb dedi:
- Sizustris, gəmiyə qalx, biz gedirik!
Axırıncı dəfə əlimi sıxıb əlavə elədi:
- Evdə xaç və ikona var. Səni narahat eləsə, çıxarıb
gələnə kimi sandığa qoya bilərsən.
Dediyinin əksinə olaraq söz verdim ki, evindən
bir şeyi çıxarmayacağam, sonra ona böyük qayğısına görə
təşəkkür elədim.
Mən bu qibtiylə danışanda dənizçilər uzaqda durt^
əl-qol hərəkətləri və işarələr eləyirdilər. Mənə yaxşıW
eləyən kişi uzaqlaşan kimi gəlib sabahdan paytaxta y^a
1 Qibti təqviminin 12-ci ayı

310
düşəcəklərini xəbər verdilər. Hamısının müsəlman olma-
'arina rəğmən bilməmiş deyildilər ki, taun misradan qabaq
Çəkilib getməyəcəkdir. Amma başqa səbəblər onları yola
Çomağa sövq eləyirdi.
"" Kişi dedi ki, malların qiyməti qəfildən qalxıb. Köhnə
'iniana gedib yükümüzü satmaq və evlərimizə qayıtmaq
vaxtı yetişib.
Mən etiraz eləmək haqda düşünməmişdim də. Özüm
də hər gecə məşuqəsindən bir neçə arşın uzaqlıqda yat-
^əqdan usanmış aşiq kimiydim.

* * *

Məhayət, bu da Qahirə. Adam başqa heç bir şəhərdə


9əribliyini belə tez unuda bilməz. Müsafir ora daxil olan
L' , • j..
lrnı şayiələr, lətifələr və cəfəng danışıqlar girdabına dü-
$kr. Tanımadığı yüzlərcə adam onu dövrəyə alıb qulağına
qeybət pıçıldayır, özlərinin elədiklərinə şahid tutur, çiy­
indən itələyirdilər ki, eyni zamanda gözlənilən söyüş və
Sülüşə təhrik eləsinlər. Fantastik bir əhvalatda tərəflərin
kirini müdafiə eləyib sirlərə şərik olardısa, həmin əhvala-
bn necə bitməyini bilməliydi, lap bunun üçünsə növbəti
Arvanın gəlişini, gələn bayramı və ya daşqın mövsümünü
S^zləməli olsa da. Amma o zaman artıq başqa əhvalat baş-
'anuş olurdu.
O il gözüm yarıqapalı və üzgün halda yeni mənzilim­
in bir mil uzaqlıqda olanda taunun qırıb çatmasına rəğ-
n>ən, bütün şəhər elə hey "Hörmətli gözə", yəni sultanın
Sözünə istehza eləyirdi.
311
TJk içki satan nabələdliyimi hiss eləyincə bundan həzz
alıb özünə borc bildi ki, məni maarifləndirmək naminə
bütün işlərini saxlayıb nifrətdoğuran hərəkətlə, susamış
müştərilərini uzaqlaşdırsın. Bu kişinin mənə dedikləri ta­
cir və əyanların qulağıma pıçıldadıqlarından heç də fərqi*
deyildi. O dedi:
- Hər şey sultan Qansu ilə xəlifə arasındakı güclü qarşi'
durmadan başlayıb. Bu xəlifə sakitcə öz hərəmxanasına Çd'
kilib yaşayan, iradtutulası bir əməli olmayan qoca kişiyi’
Sultan ona cövr eləyib, taxtdan düşməsini tələb elədi. Bə'
hanəsi bu oldu ki, xəlifənin görmə qabiliyyəti zəifləməyə
başlayıb, sol gözü yarımkor olub, fərmanlarındakı bütün
imzalar pis və ləkəlidir. Görünür, Qansu əmir-əl-möminin*
qorxutmaq istəyirmiş ki, mənsəbində saxlanmağın müqə'
bilində ondan on minlərlə dinar qopartsın. Ancaq qoca xə'
lifə oyuna gəlməyib, vərəq götürmüş, əlləri əsmədən oğ'u’
nun xeyrinə taxtdan imtina eləməyi haqda sənəd yazmışd1.
Məsələ bu səviyyədə qala bilər, zülmün üstünə digər
zülmlər əlavə olunar və tezliklə unudulardı, əgər sultan*11
özü bir müddət sonra sol gözündə ağrı hiss eləməsəydi- B11
mənim gəlişimdən iki ay qabaq - taunun çox şiddətləndi
yi vaxt baş vermişdi. Amma o vaxt hökmdar vəbayla inə
raqlanmırdı. Onun kirpikləri ağırlaşmış, çox keçmədən də
tam qapanmışdı, yaxın yerə nəzər salmaq üçün barmağ*/
la göz qapağını qaldırmağı lazım gəlirdi. Şəxsi həkimi gdz
qapağında konyunktivit müayinəsi qoymuş və it dirsəyi*11
kəsib götürmə resepti yazmışdı.
Həmsöhbətim mənə bir piyalə gül suyu verib, ta*
ta sandığın üzərində oturmağımı təklif elədi, mən elə də

312
elədim. Həndəvərimizdə heç bir yığnaq yox idi, odur ki,
rəhatlıqla sözünə davam elədi:
"Sultan müalicədən qəti şəkildə imtina eləyəndə həkim
°nun yanına eyni xəstəliyə yoluxub, dərhal da əməliyyat
°lunmuş bir zabit gətirir. Adamın bir həftə sonra gözü açıl-
və xəstəlikdən tam sağalmışdı.
Ancaq əbəs yerə. Hekayəti mənə nəql eləyənin söylə­
diyinə görə, sultan onu cərrahiyyə təşrihi aparmadan göz
Səpağma polad tozundan hazırlanmış məlhəm yaxmaq-
müalicə eləyəcəyini deyən türkəçarəçi bir türk qarısı-
nin köməyini üstün tutmuşdu. Müalicənin üçüncü günü
xəstəlik sağ gözə də yayılmışdı. Sultan çölə çıxmaqdan
bütün işlərdən imtina elədi. O, hətta növrəsini də - bu,
əsirin sonuncu məmlük sultanlarının bağlamağa vərdiş
dədikləri ağır, ikizolaqlı papaq idi-bağlaya bilmirdi. Ona
zabitlər belə əmin olmuşdular ki, çox keçmədən sul-
bəsirətini tam itirəcək, odur ki, ona varis axtarmağa
^Şİamışdılar.
Məhz mən Qahirəyə gələn ərəfədə sui-qəsd haqda şa­
xələr şəhərdə baş alıb gedirdi. Əlbəttə, şayiələr sultanın
bağına çatmışdı, odur ki, axşamdan səhərədək şəhərdə
Bəzib-dolaşmağı yasaq eləyən əmr vermişdi.
Şirəsatan üfüqdəki günəşə işarəylə söhbətini bitirib
dedi;
- Ona görə mənzilin uzaqdırsa, dərhal qaçmağın yaxşı
°'ardı, çünki yeddi mərhələdən sonra küçədə kimə rast gə-
bfsə, qanı axana qədər camaatın gözü önündə qamçılanır.
Yeddi mərhələ... Bu, yarım saatdan az vaxt demək idi.
ötrafıma boylandım, küçənin heç bir künc-bucağında
313
qüruba tərəf laiibalı-laübalı baxan əsgərlərdən savayı kinv
sə gözümə dəymədi. Şübhə doğuracağından qorxduğum­
dan, yaxınlaşıb yolumu xəbər almağa cürət eləmədim. Ad­
dımlarımı yeyinlədib çayın qırağıyla getməklə kifayətlər*'
dim, o ümidlə ki, mənzili asanlıqla taparam.
iki əsgər mənə sarı yaxınlaşırdı, onların addımların­
dan, baxışlarından təhqiqat aparmaq istədikləri sezilirdi/
*
odur ki, mən bir halda sağımdakı cığıra buruldum. Mə111
belə bir qəribə hiss çulğamışdı ki, ömrüm boyu hər gü11
ordan addımlayıb keçmişəm. Evə necə gəlib çatmağımda11
xəbərim olmadı. Bağban qapının qənşərində fikri dağınıq
halda torpağın üstündə oturmuşdu. Əl işarəsilə onu sa­
lamlayıb açarlarımı çıxardım. Bir kəlmə də kəsmədən y°'
eləmək üçün kənara çəkildi. Ağasının evinə yad adam*11
daxil olduğunu gördüyü üçün təəccüblənməsi qətiyyən
sezilmirdi. Özümü itirməməyim onu toxtatmışdı. Ancə4
hiss elədim ki, burda olmağımın səbəbini göstərməliyəm
qibtinin imzaladığı sənədi cibimdən çıxardım. Kişi heç o113
nəzər də salmadı. Çünki oxumaq bilmirdi, fəqət, mənə inə'
nıb öz yerinə qayıtdı və heç qımıldanmadı da.

* * *

Ertəsi gün evdən çıxanda o hələ də öz yerində otururda


bilə bilmədim ki, gecəni ordamı keçirib, yoxsa keşik növ
bəsinə sübhdənmi qayıdıb. Mənə çox izdihamlı görünə11
küçədə bir neçə addım atdım, lakin bütün yoldan keçə11"
lər mənə baxırdılar. Bütün səfərə çıxanların keçirdiklər
bu sıxıntıya rəğmən, qeyri-adi qürur duymuşdum, bun11
məğribli libasımla əlaqələndirirdim.

314
Meyvəsatan, dükanını buraxıb, gəlib mənə nəsihət verdi:
- Adamlar ali təbəqədən olan birisinin torpağın içində
təvazökarlıqla piyada getməyini gördükləri üçün çaşıblar.
Cavab gözləmədən çarvadara işarə elədi ki, mənə iti-
ayəq, yaxşı palanlı bir eşşək və onu sürmək üçün də bir
yeniyetmə versin.
Beləcə, mərkibinüin üstündə köhnə şəhəri dolaşırdım,
yeni Qahirənin içərilərinə yönəlməzdən qabaq, Amr məs-
adində və parça bazarında xüsusi olaraq dayandım. Or­
dan qayıdanda başım pıçhapıçdan şişmişdi. İndidən belə
səyahət gündəlik olacaqdı, işimə və əhvalıma uyğun
°laraq gah uzun, gah da qısa çəkər, amma həmişə faydalı
°tardı. Çünki bu ekskursiyalar əsnasında əyanlarla, zabit-
lərləz sarayın böyük məmurlarıyla görüşür, bəzi işlər gö-
rdrdüm. Ayın əvvəlindən işimin tədbirini tökmüşdüm ki,
dəvə karvanı kirələyib hind ipəyi yüküylə Məğrib tacirlə-
rirıə/ ədviyyatı isə Tilsimandakı yəhudi tacirinə göndərim.
Qayıdanbaş tələbimə əsasən, bir kiçik sandıq "məssə" ən-
kəri göndərilmişdi.
İki əməliyyat arasında bəzi sirlərə vaqif oldum və gəli-
^tndən bir həftə sonra öyrəndim ki, sultanın vəziyyəti çox
yə^şıdır. Elə ki xəstəliyinin Allah-taalanın cəzası olduğuna
əIMin oldu, Misrin dörd fiqh məzhəbini təmsil eləyən dörd
köyük qazisini çağırıb onları tənbeh elədi ki, onu söyüb
^nanlamaqdansa bu qədər günah işləməsinə imkan veriblər,
əyilənlərə görə, sultan özlərini itirmiş qazilərin önündə
Ağlayıbmış da: əslində sultan uca qamətli, dolubədənli,
keybətli, yumru böyük saqqallı bir kişiydi. And içmişdi kı,
^inik heyvanı
315
qoca xəlifəyə qarşı elədiklərinə görə çox peşmandır və lən­
gimədən pis işi düzəldəcəyinə söz verdi. Dərhal devrilmiş
xəlifə üçün məktub diktə eləyib, əlüstü qalanın əmirinə
göndərdi. Məktubda deyilirdi: "Dəvət göndərməklə sənə
qarşı davranışlarının məsuliyyətindən qurtulmağa yalva*
ran sultanın salamını sənə çatdırıram. O sultanın ki, bəraət
vermədiyi çılğın hərəkətə görə qınaq və məzəmmətini qa'
zanmayacağına ümidvardır".
Elə həmin gün tacirlər gildiyasının başçısı qaladan çı*'
dı. Onun qabağmca gedən məşəlçilər şəhərə yayılıb rar
çəkirdilər:
-Ağamız, həşəmətli sultanın fərmanına əsasən, istisnası^
olaraq, bütün dolayı vergilər-aylıq və həftəlik tutqular, eləcə
də Qahirə dəyirmanına qoyulmuş rüsumlar ləğv edilir.
Sultan qərara gəlmişdi ki, nəyin bahasına olursa olsu11'
gözünün sağalması üçün Allahın rəhmini qazanmalıda
Əmr elədi ki, qadınlı-kişili bütün işsizlər ilxı meydanına y1-
ğılsm. Onların hər birinə yarım gümüş pul dəyərində iki sik'
kə sədəqə elədi; bu işə ümumən 400 dinar xərcləmişdi, hm1'
dan başqa, o, yoxsullara, xüsusən də Əl-Əzhər məscidində
və qəbiristanlıqdakı məqbərələrin hücrələrində yaşayanləra
3 min dinar pul paylatdı. Bu tədbirlərin ardınca Qansu
ziləri yenidən yanına çağırtdırıb tələb elədi ki, onun hörmət'
li gözünün şəfa tapması üçün ölkənin bütün məscidlərində
müsəlla^a çıxılsın. Onun dəvətini yalnız üç qazi qəbul elədi'
çünki dördüncü-maliki qazisi həmin bazar ertəsi taundə11
tələf olmuş körpə oğlanlarını dəfn eləməliydi.

1 Bu və ya digər niyyətlə(yağış yağması, quraqlığın bitməsi və s.) ellikə


qılınan namaz və dua mərasimi

316
Sultan ona görə dualarda belə israr eləyirdi ki, axır ki
cərrahiyyəyə razılıq vermiş və onun tələbinə əsasən cümə
narnazından sonra əməliyyat olunmuşdu. Növbəti cümə
gününədək otağında yatmış, sonra Əşrəfiyyə meydanına
gedib dörd qala bürcünün zindanlarında, şəhərin müxtə-
hf yerlərində, kral sarayının məhbəsində həbs edilmiş
Otaqları gətizdirib, azadetmə haqda çoxlu sənədlər im-
alamışdı, xüsusən də bir gün qəzəbinə gəlmiş yaxınları
^qqında. Sultanın əfvindən istifadə eləyənlərdən biri də
hərbər Kəmaluddin idi, tezliklə onun adı şəhərdə çoxlu
Sülənəli atmacalarla məşhurlaşdı.
Gözəgəlimli gənc olan Kəmaluddin uzun müddət axşa­
müstülər ayaqlarının pəncəsilə sultanı yırğalayaraq masaj
dəmişdi. Hətta sultanın xaya nahiyəsində iltihab olduğu
qan alınmağı lazım gəldiyi gündə də onu masaj eləmiş,
s°nra da xəbəri ən xırda təfərrüatına qədər bütün şəhərə
^yıb, ağasının cəzasını qazanmışdı.
^di o da əfv olunmuşdu. Özü də eləcə əfv olunmaq-
*Ş bitməmiş, kobud davranıldığı üçün ondan üzr istən-
mişdi. Sonra da xahiş olunmuşdu ki, gedib bütün şəhərdə
danışsın ki, Böyük göz artıq şəfa tapıb, axı xəbər yaymaq
°nUn zəif yeriydi. Doğrudan da, göz qapaqları sarıqlı olsa
sultan iclaslarını bərpa eləyəcək qədər hərəkət eləyə
hüdiyirj hiss eləyirdi. Həm də müstəsna dərəcədə ciddi
hadisələr baş vermişdi. Belə ki, bir-birinin ardınca az əvvəl
paytaxta eyni müşkül barədə danışmağa təşrif buyurmuş
^əkkə şərifinin elçisini və hind1 səfirini qəbul eləmişdi.
Şərqdə bu söz coğrafi məna daşıyırdı. İndiki Hindistan, Pakistan və
^nqladeş əraziləri o zaman müsəlman və türkdilli Babur sülaləsinin
akimiyyəti altında idi.
317
Portuqallar Qamran adasını tutub, Qırmızı dənizin gi­
rişini əllərində saxlayır, Yəmən sahillərinə də qoşun çıxar­
mışdılar. Məkkə şərifi qorxurdu ki, birbaşa təhdid altında
olan Ciddə və Yunbu limanlarından keçməyə adət eləmiş
misirlilərin qafilələrinə hücum edilər.
Çox təmtəraqla qırmızı məxmərli iki filin müşayiətində
gəlmiş hind səfiri daha çox məmlük imperiyasıyla Hindis­
tan arasında ticarətə diqqət yetirirdi, amma bu ticarət p°r'
tuqal viranları üzündən dayanmışdı.
Sultan ulduzların bu il müsəlmanlar üçün qətiyyən
münasib olmadığını-belə ki, taun, müqəddəs yerlərin təh­
did edilməsi və onun xəstələnməsi eyni vaxtda baş ver*
mişdi-nəzərdə tutaraq çox mütəəssir olduğunu elan elədi*
Ərzaq anbarlarının mühtəsibi əmir Xoşqədəmə buyn^
verdi ki, hind nümayəndəsini Ciddəyəcən müşayiət üə'
sin və portuqalların niyyəti barədə kəşfiyyat işinin təşldh
üçün orda qalsın. Üstəlik, vəd elədi ki, Allah ona cansağ'
•*
lığı versə, donanmanı silahlandırıb komandanlığı da özi'
eləyəcək.

* * *

Şəban ayından qabaq Qansunun ağır növrəsini bağləd1


ğını görən olmadı. Şəhər şənlik eləmək üçün əmr alanda
camaat başa düşdü ki, o, tam sağalıb. Bir yürüş dəstə5’
düzəldilmişdi, önündə də minnətdar sultandan hədiyyə
olaraq samur xəziylə bəzədilmiş qırmızı məxmərdən əha
geyinən dörd saray həkimi gedirdi. İri məmurlar innəh1
rəngli ipəkdən kəmər qurşanmış, yürüş keçəcək küçələr

318
baxan pəncərələrdən sevincin göstəricisi olaraq eyni rəngli
qurnaş asılmışdı. Böyük qazilər qapılarını zolaqlı və ənbər
dənəciklər tikilmiş muslin’lə bəzəmişdilər, qalanın sinclə-
rı Çalınırdı. Şəhərdə gəzib-dolaşmaq qadağası götürüldü­
yündən günəş qürub edərkən şəhərin bütün küçələrindən
Çal-çağır sədası gəlirdi. Hava qaralandan sonra çayın sahi-
ündə atəşfəşanlıq yüksəldi, camaat bunu uca qışqırıqlarla
4arşıladı.
♦ •

Urnumi sevinc hissləri dalğasında məni də qarşısıalın-


lriaz bir istək çulğadı-misirli geyimi əldə etmək istəyirdim.
Beləcə, fəsli libasımı çıxarıb, onu səyahət eləyəcəyim gün
üçün səliqəylə büküb, yaşıl zolaqlı, dar, sinəsi tikili, sonra
qədər geniş ətəyi olan libas geyindim. Köhnə tərzdə
nəleyn geyinib, başıma hind ipəyindən gen çalma dola-
dtırı. Bu gözəl geyimi tamam eləmişdim ki, miniyin mənə
sən gəldiyini gördüm, ona minib tərkindəcə yolun orta-
S!na istiqamət verməyə başladım. Sağ-solumda bayram
təntənələrinə davam etməyə gedən minlərlə yolçu var idi.
Hiss elədim ki, bu şəhər mənə doğmalaşıb, ona görə
coşqun bir məmnunluq duyurdum. Bir ay keçməmiş
Qahirə əyanlarından birinə çevrilmişdim; öz çarvadarım,
əttarım, sərrafım, meyvəsatanım, zərgərim var idi. İşlərim
tərəqqi elədi, sarayla əlaqələrim yarandı, Nilə baxan mən­
dim oldu. Mənə belə gəlirdi ki, soyuq bulaqları olan bır
vahəyə yetişmişəm.

’ BəŞqa adla mosulu. Mosulda istehsal edilən xüsusi parça novu


319
Çərkəz qızı ili
Hicri 920-ci il (Miladi 1514-cü il fevralın 26-sı-1515-ci H
fevral m 14-ü)
O il bir qadın öz sirrini bölüşmək üçün məni seçməsəy'
di, Qahirənin şənlik və təmtəraqları içərisində itib-bat3'
caqdım. Dediyim o sirlər nə qədər təhlükəli ola bilərdisə/
o qədər təhlükəli idi, ona görə də dünyadan və axirətdə11
əl götürməyimə dəyərdi. Həmin qadınla tanış olduğurn
gün çox pis başlamışdı. Belə ki, çarvadarın şəyirdi biz yerı^
şəhərə daxil olmazdan azca qabaq, adətən, getdiyimiz y0^
dan sapmışdı. Onun tıxaclardan yan keçmək istədiyidə
inandığımdan buraxmışdım ki, istədiyi kimi getsin. Ancall
o məni adamların gur oldüğu yerin ortasına gətirib, cilə
vu əlimə verdi. Sonra üzrxahlıq mızıldayıb ,ondan nəsə
soruşmağa macal tapmamış gözdən itdi. Heç vaxt bələ
davranmamışdı, özümə söz verdim ki, işi ustadına
dıracağam. Bütün bu həyəcanın səbəbini anlamağım Ç0*
ləngimədi. Səlibə küçəsilə önündə təbil çalanlar və mə£ə‘
tutaraq yürüyən əsgər dəstəsi gəlirdi. Dəstənin ortasın^1
gövdəsi açıq, əlləri qabağa uzanmış və süvarilərin tutduğ11
kəndirlə bağlanmış bir şəxs ayağını sürüyə-sürüyə gəlirə*
Elan oxundu, orda deyilirdi ki, xidmətçi işləyən kişi gecə)
kən bazarlardan çalmalar oğurlamaqda ittiham olunur
onun ikiyə şaqqalanması hökmü verilib.
320
Mən bilirdim ki, belə cəza qatillərə kəsilir, ancaq son
günlər silsilə oğurluqlar baş verdiyindən tacirlər tələb
eləmişdi ki, digərlərinə görk olmaq üçün cəza verilsin.
Zərərdidə səs salmır, başını yırğalaya-yırğalaya için-için
ağlayırdı, birdən iki əsgər onun üstünə şığıyıb müvazinə­
tindən çıxardılar. Yerə yıxılmazdan əvvəl əsgərlərin biri
°nun qoltuqlarından möhkəmcə tutdu, ikinci isə ayaqları-
nı qandalladı.
Hər iki əliylə ağır qılınc tutmuş cəllad irəli gəlib, bir
2ərbəylə kişinin gövdəsini ikiyə böldü.
Baxışlarımı çevirdim, qarnımda şiddətli sancı hiss elə-
dim, bədənimsə qıc olub bir yumaq kimi yerə düşdü. Mənə
sən qolumu tutan kömək əli uzandı və qoca bir kişinin səsi
Ucaldı:
~Adam miniyinin üstündən ölümə tamaşa eləməz!
Yerə sıçramaqdansa - əslində, buna tənbəllik edirdim
^eşşəyimdən bərk-bərk yapışıb cilovu döndərdim. Hərəkə­
timlə tamaşanın qalmış hissəsinə baxmalarına mane oldu-
8üırj şəxsləri acıqlandırıb, ordan uzaqlaşdım. Məhkumun
yuxarı hissəsini sönməmiş əhəng qalığının üstünə, üzü
kütləyə doğru qoymuşdular, o, Ölməmişdən qabaq bir
neçə dəqiqə can verəcəkdi.
Gördüklərimi unutmaq üçün ənənəvi məşğuliyyətlə-
rimlə başımı qatmağa, bəzi qeybətlərə qulaq asmaq və
karvanların get-gəl vaxtlarını öyrənmək üçün getməyə ça-
kşdım. Hər addım atdıqca başım ağırlaşırdı. Mən gücnən
nəfəs ala-ala zəfəran və qovrulmuş pendir rayihəsi iy-
l°yə-iyləyə, məni cəlb eləmək üçün inadkarlıq eləyən satı­
cıların səsinə qulaq verə-verə yarıbayılmış halda hara gəldi:
321
bazardan-bazara, küçədən küçəyə keçib gedirdim. Mehtəri
olmayan eşşəyim-mehtər hələ də cənazəni seyr eləyirdi, -
öz havasına və vərdişinə uyğun baş alıb gedirdi. Bu minval
ta ki bir - tacir əlimdən cilovu alıb, məni bir fincan yasəmən
suyuna qonaq eləyənəcən davam elədi. O içki mənə yax-
şı təsir elədi, bağırsaqlarımın sancısı keçdi. Mən artıq
Xan-əl-Xəliliyə gəlib yetmişdim, xeyirxahım isə məhəllədə­
ki ən varlı əcəm1 tacirlərindən Əkbər adlı bir kişiydi. Allah
ona öz nemətlərindən bəxş eləsin. Yanında əyləşdirib and
içdi ki, tam özümə gəlməmiş məni buraxan deyil.
Hardasa, bir saata yaxınıydı ki, burdaydım, başgicəllən­
məm tədricən keçirdi ki, içəri çərkəz qızı daxil oldu. Bib
mirəm diqqətimi ilk çəkən nə oldu? Gözəl çöhrəsimi? Üzü
açıq idi, belə ki, kürən saçlarını qara ipək rübənddən savay1
heç nə örtmürdü. Nazik bədənimi? Yeyimcil qadınların dəh­
şətli dərəcədə çox olduğu bu şəhərdə o, incə qədd-qamət'
liydi. Yoxsa Əkbərin - "ey əmirə!" deməyi incəlik xatirinə
səsləndirilməyən gizli kompliment ola bilərdimi?
Başının dəstəsi adi varlı qadının dəstəsindən seçilmir^1’
daimi gülərüzlü, işvəli və köhnə parçadan qat-qat bükül'
müş bir əşya tutmuş kəndli xadimə. Mən baxışlarımı zillə'
yib qalmışdım. Yəqin elə buna görə də qadın sərt hərəkətlə
üzünü çevirdi, bu hərəkəti sezən Əkbər məcburən mənə
yaxınlaşıb, təntənəli çıxmasmı istədiyi bir tonla dedi:
- O, böyük ağamız türk sultanının qardaşıoğlu ənqir
Əlaəddinin zövcəsi ülyahəzrət əmirə Nurdur.

1 Erkən orta əsrlərdə ərəb olmayan hər kəsə əcəm deyilirdi. Sonra bu
daha çox farslara şamil olundu. Osmanlı dövründə isə Şərqin bütün Şl
əhalisinə, daha çox da azərbaycanlı qızılbaşlara bu ad verilirdi.

322
Uzaqdan baxmağa cəhd elədim, ancaq marağım artıq
idi. Qahirədə bu Əlaəddin deyilənin faciəsini bilməyən
yox idi. O, sultan Bəyazidin varislərinin üz-üzə gəldiyi
qardaş savaşında iştirak eləmişdi. Hətta bəzən qalib də
gəlmiş, Bursam tutmuş və Qəstəntəniyyəni istila eləməklə
hədələmişdi. Ancaq sonda əmisi Səlim qalib gəlmişdi. Yeni
Osmanlı sultanının qəlbi rəhm tanımadığından əlaltıları-
na göstəriş vermişdi ki, qardaşlarım boğub, ailələrinin də
köklərini kəssinlər. Ancaq Əlaəddin qaçıb Qahirəyə sığm-
^əğa macal tapmış, burda layiq olduğu təmtəraqla qarşı-
'ənmışdı. Ona qəsr və xidmətçilər verilmişdi. Deyilənlərə
görə, burda o, məmlük dövlətinin, Əcəm şahımn və Ana­
dolunun öz içərisində yaşayan türk tayfalarının köməyi ilə
əmisinə qarşı qiyam qaldırmağa hazırlaşırmış. Bu ittifaq
Səlimə qalib gələ biləcəkdimi? Bu, heç vaxt bilinəsi deyil:
əlaəddin gəlişindən dörd ay sonra taundan keçinmiş­
di- Hələ 25 yaşma çatmamışdı, eşqi ağlını başından almış
bir çərkəz qızıyla yaxın vaxtlarda evlənmişdi. Çərkəz qızı
mühafizəsinə daxil olan bir zabitin qızıydı. Deyirlər
ht şahzadənin Ölümündən mükəddər olmuş Misir sultanı
* ■*
cənazə namazına pişnamazlıq eləyibmiş. Dəfn mərasi­
mi Çox təmtəraqlı keçmiş, Qahirə üçün yad olan Osmanlı
adət-ənənəsinə uyğun icra olunmuşdu. Öndə Əlaəddinin
'füyruqlan kəsilmiş, yəhərləri çevrilmiş atları gedir, üzə-
rinə nəş'i qaldırılmış xərəyin üstünə onun əmmaməsi və
Slr>dırılmış kamanları qoyulmuşdu.
Üç ay keçər-keçməz Qahirənin hakimi, Əlaəddinin
əsrini geri aldı və bu qərara görə də xalqın qınağına tuş
oldu. Osmanlı dulu isə sadə bir evə sakin edildi, ona elə
323
az miqdarda kəsmət kəsilmişdi ki, ərindən miras qalmış
azsaylı qiymətli əşyalarını hərracda xırd eləməyə vadar ol­
muşdu. Bu məsələlər vaxtilə mənə nəql olunsa da, mənim
üçün elə bir məna kəsb eləməmişdi. O deyilənləri yadıma
salanda Nurun incik, amma məğrur səsi qulağıma çatdı:
- Əmir öz qəsrində planlar cızanda bilmirdi ki, elə hə­
min vaxt bir daxmadakı sənətkarın barmaqları onun kəfə­
ninin parçasını toxuyurmuş.
O bu sözləri ərəbcə, amma bütün Qahirə əhlinin çətin­
lik çəkmədən başa düşdüyü çərkəz ləhcəsində - zira bu
ləhcə sərkərdə və məmlüklərin ləhcəsiydi-dedi. Mən cavab
verməyə macal tapmamış tacir yenidən qiymətini kəsdi:
- 75 dinar.
Əmirə bənizi qaçmış halda dilləndi:
- Bu, dünyada yeganə nüsxədir.
O, iynə ilə olduqca incə işlənmiş və yonulmuş ağac çər'
çivəyə salınmış divar xalçasıydı. Xalçanın üzərində qədə
örtülmüş zirvəyə doğru yüyürüşən qurd sürüsü təsvir
olunurdu.
Əkbər məni şahid gətirərək dedi:
•0
- Ulyahəzrət, çox doğrudur, ancaq mənim dükanım nə-
fis əşyalarla doludur və mən onların qiymətini aşağı sal­
mağa məcburam. Müştərilər də azdır.
Başımı ədəb ifadə eləməyən şəkildə tərpətdim. Əkbəri11
özünə inamı artdığından sözünə davam elədi.
- Ona görə hansı məbləği almağa ümid eləyirsən?
- 30 il qabaq işə başlayandan bəri bu il ən bəd gələnidir*
Adamlar sərvətlərini gizlətdiklərinə görə suçlanıb sonrə
da əllərindən alınacağından qorxduqları üçün dinarlarının

324
» *

ucunu belə göstərməyə cürət eləmirlər. Otən həftə bir


müğənni adicə donosla həbs olunub, mühafizəçilər onun
ayaqlarını sıxanda sultan şəxsən özü onu sorğu-sual elə­
yib. Həmin müğənnidən qarət edilən məbləğ 150 qızıl sik­
kəyə çatır.
Sözünü düzəltdi:
- Yaxşı-yaxşı bax, mən sultanımızı - Allah onu saxla-
sm-belə rəftara məcbur edən səbəbi tam anlayıram. Li­
manların gəlirləri çox azalıb, portuqal dəniz quldurlarının
üzündən bir ildən artıqdır Ciddə bir dənə də gəmi qəbul
dəməyib. Dimyatdakı vəziyyət bundan betərdir. İsgəndə-
riyyəyə gəlincə, görəcək bir iş tapmayan italyan tacirləri
Oranı tərk eləyib. Adamlar xatırlayırlar ki, keçmişdə bu
Şəhərdə 600 min sakin, gecəyədək qapıları açıq qalan 12
min baqqal dükanı, cizyə ödəyən 40 min yəhudi var idi.
bu gün sirr deyil ki, İsgəndəriyyə xəzinəyə Ödəmə-
ü olduğundan az gəlir gətirir. Nəticəni hər gün görürük,
ərdu altı aydır ki, ət almır, hərbi hissələrdə narahatlıq var.
Sultan harda əldə eləmək güman olunursa, orda da qızıl
axtarır.
İçəri adam girən kimi sözünü kəsdi. Yeni gələn əlində
heç nə gətirmədiyindən Əkbər güman elədi ki, o, müştə­
ridir və bir müddətə onu tərk eləməyimizi istədi. Əmirə
getməyə hazırlaşırdı ki, onu bu sözlə saxladım.
- Üç yüz dinardan az olmaz.
Xahiş elədim ki, parçanı mənə göstərsin. Qərarım veril­
mişdi, ancaq mən baxmadan onu ala bilməzdim, qorxur­
dum ki, aldığım sədəqə kimi görünər. Amma ona yaxından
diqqət eləmək fikrim də yox idi ki, sövdəgərhk aparmağa
325
çalışdığımı güman eləməsin. Ötəri bir nəzər salıb, qüsur­
suz bir ləhcəylə elan elədim:
*•
- Uç yüz, qiymət mənə münasib görünür, aldım.
Aldanmayıb dedi:
- Qadın minnətdarlıq eləyə bilməyəcəyi kişidən hədiy­
yə götürməz.
Sözlər qətiyyətli idi, amma intonasiyada azacıq da qə'
tiyyət yox idi. Mən ləyaqəti alçaldılmış sayaq cavab verdim:
- Bu, hədiyyə deyil. Mən bu şeyi alıram, çünki ona
bağlıyam.
- Sən, niyə ona bağlısan?
- Çünki o, yadigardır! -
- Ancaq sən onu birinci dəfə görürsən!
- Bəzən bir baxış bəs eləyir ki, əşyanın mübadiləyə lə'
yiq olmadığı anlaşılsın.
Sifəti allandı, baxışlarımız toqquşdu və dodaqlarım^
qaçdı. Artıq dostlaşmışdıq. Həmişəkindən şən görünən qə'
ravaş qız aramızda gəzişir, pıçıldaşmağımızdan daha ç0*
məlumat öyrənməyə can atırdı. Vədə kəsildi; cümə günü
Əzbəkiyyə meydanında eşşəkoynadanın qarşısında gü'
norta görüşəcəkdik.

* * *

Misirə gələli bir dəfə də olsun cümə namazını mə5'


ciddə qılmağa cəhd eləməmişdim. Ancaq o gün peşməm
çılıq keçirmədən cəhd elədim; hər halda bu qadını belə
gözəllikdə xəlq eləyən Xaliqdir və Xaliq Özü onu məni111
yoluma çıxarıb. Hər dəfə məscidlər boşaldıqca Əzbəkiyyə
326
Meydanı yavaş-yavaş dolardı, çünki qahirəlilər namazdan
sonra orda yığışıb nərd oynamağa, nağılçıların nağıllarına
Qulaq asmağa, bəzən də qonşu küçələrdə adamlara Ədən
cənnətinə qısa yolu göstərən meyxanalarda xəlvətə çəkil­
məyə vərdiş eləmişdilər.
Hələ çərkəz qızını görməmişdim, amma eşşəkoynadan
Çoxlu sərgərdanın əhatəsində dayanıb qalmışdı. Mən də
°nlara qoşuldum, dönə-dönə dövrəmdəkilərin sifətlərinə
bəxır, bir neçə dərəcə hərəkət eləyəcəyi ümidilə günəşə
boylanırdım. Fokusçu öz heyvanıyla rəqs eləyirdi, başa
düşmək olmurdu ki, o ikisindən hansı digərini təqlid elə-
yu*. Sonra o, eşşəyi ilə danışmağa başlayıb ulağa xəbər ver­
di ki, sultan Qahirədə böyük bina tikmək istəyir, kərpic
Ve daş daşımaq üçün şəhərdəki bütün eşşəkləri müsadirə
dəyəcəklər. Eşşək dərhal yerə sərildi, arxa üstə çevrilib
^Çİarını havaya qaldırdı, qarnını köpdürdü və gözlərini
yumdu. Kişi tamaşaçılara gileyləndi ki, eşşəyi artıq ölüb
Və başqa eşşək almaq üçün onlardan pul yığmağa başladı.
ən beş-iyirmi sikkə alandan sonra dedi:
" Eşşəyimin canını tapşırmasına inanmayın. O, çox hiy-
'əgərdir. Kasıb olduğumu bildiyindən özünü ölmüşlüyə
vUrur ki, mən bir az pul cəm eləyib ona yem alım.
Yoğun çəliyi götürüb, onunla heyvanı vura-vura deyirdi:
" Hey, indi qalx!
Ancaq eşşək tərpənmirdi, hoqqabaz davam elədi:
Ey Qahirə əhli, sultan fərman verib: sabah hamı onun
$əhərə müzəffər gəlişini pişvaz eləməyə çıxmalıdır. Eşşək­
də1* əli təbəqədən olan xanımları daşımaq üçün müsadirə
biləcək.

327
Heyvan dərhal sıçrayıb ayaq üstə qalxdı və çox fərəhlə
şıllaq atmağa başladı. Sahibi də kütləylə bərabər qəhqəhə
çəkib dedi:
- Demək, sən gözəl qadınları sevirsən! Burda onlar çox­
dur, sən onlardan hansını belinə almaq istərdin?
Eşşək tamaşaçılara dövrə vurub tərəddüd elədiyin1
göstərdi, sonra birbaşa bir neçə addımlığımda dayanmış
ucaqamətli seyrçi qadına sarı yönəldi. Qadın üzünü qalın
rübəndlə örtmüş, üzünü görünməz eləmişdi. Ancaq mən
onun yerişini o saat tanıdım. Gülüş səsləri və baxışların ona
zillənməsi onu qorxutduğundan qolumdan yapışmışdı.
Zarafatyana şəkildə eşşəyi qabaqlayıb dedim:
-Yox, sən mənim arvadımı daşımayacaqsan.
Qadından uzaqlaşmazdan qabaq başını qaldırdı.
- Səni hicablı görəcəyimi güman eləmirdim. Eşşək oh
masaydı, tanımazdım.
- Elə ona görə hicablanmışam ki, kimsə məni tanım3'
sın. Biz hər şeynən maraqlanan, boşboğaz kütlənin arasın
da küçədəyik, amma heç kim başa düşməyəcək ki, sənin
arvadın deyiləm.
Sonra da işvəylə əlavə elədi:
- Əgər bütün kişilərin mənə heyran olmağını istəsəm/
üzümü açaram, yox əgər yalnız bir kişinin xoşuna gəlmək
istəsəm, hicab salaram.
- indən belə üzüaçıq olmağını istəmirəm.
- Bir daha çöhrəmi görmək istəmirsən?
Düzü, birlikdə hər hansı evdə olmaq imkanımız yox i^1'
nə onun evində, nə də mənim evimdə. Ona görə şəhərdə
qoşa gəzib-dolaşmaqla kifayətlənməliydik. Birinci görüşü"
müzdə Nur israr elədi ki, yasaq bağa gedək. Və izahat verdi’

328
- Bağa ona görə belə ad veriblər ki, uca divarlarla hasar­
lanıb və sultan dünyanın bir möcüzəsini-dünyada həqiqi
balzam yapışqanı verən ağacı hifz eləmək üçün ora girişə
Qadağa qoymuşdu. Amma mühafizəçinin ovcuna bası­
lan bir gümüş sikkə bağa girişimizi mümkün elədi. Nur
ttiqabını qaldırıb ağacın üzərinə əyildi və bir xeyli beləcə
Xumarlanmış halda donub qaldı. Özüylə danışırmış kimi
təkrarladı:
" Bütün dünyada bu tingdən savayı ağac qalmayıb. O,
nazik və kövrəkdir, amma çox qiymətlidir!
Həmin ağac mənim gözümə çox adi görünürdü. Yar-
Pəqları meynə yarpaqlarını andırırdı və onlardan da kiçik
Özü də bulağın gözünə basdırılmışdı:
" Deyirlər ki, bu ağac başqa suyla suvarılsa, dərhal
Quruyar.
Bağa gəlişimiz onu çox təsirləndirmişdi, hərçənd ki,
bunun səbəbini anlaya bilmirdim. Ertəsi gün biz yenə
L•
lr yerdəydik. Mənə çox fərəhli, amma qayğılı görünürdü,
ə vaxtdan sonra az qala hər gün gəzintiyə çıxırdıq. Bazar
ertəsi və çərşənbə axşamları boş olmurdu. Səbəbini soruş­
duqda cavabı çox sərt oldu:
Sən məni heç görməyə də bilərsən və ya ayda bir dəfə
Sirərsən. İndi həftədə iki, üç və ya beş gün səninlə oluram,
°trnadığım vaxta görə mənə tənə eləyirsən.
" Mən səni gördüyüm günləri hesaba salmıram. Başqa
Sürdərsə mənə sonsuz görünür.
Bazar günüydü, biz artıq İbn Tulun məscidi yaxmlığın-
d^kı arvad hamamına çatmışdıq. Nur hamama daxil olma-
hazırlaşırdı. Bir az tərəddüdlə dedi:
329
- Sən heç bir sual vermədən məni müşayiət eləməyə
hazırsanmı?
- Lazım gəlsə, lap Çinə də gedərəm!
- Onda sabah tezdən məni Cizə məscidi qarşısında göz­
lərsən, özünlə iki dəvə və dolu tuluqlar götürərsən.

* * *

Mən vədimə əməl eləməyə çalışıb ondan səfərimizin


istiqaməti barəsində heç nə xəbər almadım.Yalnız iki saata
yaxm yol qət eləyəndən sonra bir neçə kəlmə kəsdik. An'
caq bunu qeyd eləməyi anlaşmamıza zidd saymadım:
- Düşünmürəm ki, ehramlar burdan uzaqdır.
- Düzdür.
Bu izah məni cəsarətləndirdi və davam elədim:
~ Olmaya biz ora gedirik?
- Əlbəttə.
- Sən, hər həftə buraya bu dairəvi tikililəri görməyə
gəlirsən?
Gülmək onu tutdu, istər-istəməz mənə elə gəlirdi ki/
könlümə toxunub. Öz narazılığımı ifadə eləmək üçün
dəvəmdən düşüb onu saxladım. Nur dərhal mənə safl
qanrılıb dedi:
- Gülməyimə görə məni bağışla, ona görə güldüm ki/
sən ehramların dairəvi olduğunu söylədin.
- Mən bunu özümdən uydurmuram ki. Böyük səyyə^
e-
ibn Bəttutə hərfən deyir ki, ehramlar dairəvi şəkildədir-
- Çünki İbn Bəttutə onlan heç vaxt görməyib, ya da ki
çox uzaqdan gecə vaxtı görüb, Allah onu bağışlasın! AncaLl

330
°nu qınama, yolçu öz hünərindən danışanda qulaqlarında
səslənən alqışların əsiri olur. "Başa düşmədim", "görmə­
dim" deməyə qorxur ki, nüfuzunu itirməsin. Belə yalan­
ların günahı onları eşitmək istəyən qulaqlardadır, onları
söyləyən ağızda yox.
Yenidən yola düşdük, o, sözünə davam elədi:
- ibn Bəttutə ehramlar haqda daha nə deyir?
- Deyir ki, onu tikən ulduzların trayektoriyasını yaxşı
bilən adammış. O, dünya tufanını əvvəlcədən bilibmiş,
ona görə bu ehramları tikib üstündə bütün elm və sənətləri
yazıbmış ki, onları unudulub getməkdən hifz eləsin.
Növbəti dəfə rişxəndə tuş gəlməkdən ehtiyatlandığım­
ın tələsik əlavə elədim:
* Hər halda İbn Bəttutə təsdiqləyir ki, bütün bunlar fər-
Z1yyədən başqa bir şey deyil və heç kəs bilmir ki, gerçəkdə
binalar nəyə işarə eləyir.
Mənəsə elə gəlir ki, ehramlar ancaq ona görə tikilib
möhtəşəm və gözəl olsun, dünyada ən birinci görməli
yer olsun. Şübhəsiz ki, bu tikinti hansısa işə həsr olunub,
ar|caq bu iş həmin zəmanənin əmiri üçün sadəcə bəhanə
°lub.
Təpəyə çatmışdıq, ehramlar üfüqdə bir-birindən aydın
Şəkildə ayrılmağa başlamışdı. Nur mindiyi mayasının mə-
ba^mı dartıb, sevinclə əlini şərqə sarı uzatdı:
- Bizim ev-eşiyimiz, qəsr-eyvanımız, elə biz özümüz də
yox olub gedəndən sonra bu ehramlar hələ uzun müddət
Alacaqdır. Bu o demək deyilmi ki, onlar Əbədi Dirinin
Gəzərində ən dəyərli əşyalardır?
1 Dəvə cilovu

331
Əlimi onun əllərinin üstünə qoyub dedim:
- Biz indi diriyik. Biz bir yerdəyik. Biz indi təkik.
Həndəvərə boylana-boylana incə bir ədayla qəfildən
dedi:
- Eh! Biz, doğrudan da, təkik ki!
Dəvəsini dəvəmə yaxınlaşdırıb, niqabını qaldırdı və
dodaqlanmdan bir Öpüş aldı. İlahi, necə də xoş idi. Ta
məhşərə kimi onunla ləb-ləbə, dodaq-dodağa qala bilər­
dim!.. Onun dodaqlarını buraxan mən olmadım, məndən
ayrılan o da deyildi. Günah dəvələrdəydi, onlar bir-bi­
rindən sürətlə uzaqlaşmış və müvazinətimizi itirməkdən
qorxmuşduq.
_ •
- Daha gecdir, istirahət eləsək, noolar?
~ Ehramların üstündəmi?
- Yox, bir az uzaqda. Bir neçə mil aralıda kiçik bir kənd
var, məni böyütmüş dayə orda yaşayır. Hər bazar ertəsi aX'
şamı o, məni gözləyir.
Kənddən azca aralıda, kiçik cığırın sonunda çamurdə/
zığ-zımrıxda itib-batan bir fəllah1 koması var idi. Nur cığ,rl
keçdi, mənə işarə elədi ki, onun ardınca getməyim. Məs'
kəndə yoxa çıxdı. Bir xurma ağacına söykənib onu gözdə'
yirdim. O, kök və gümrah, amma ixtiyar bir fəllah qadın1'
nın müşayiətindən qayıdanda hava toranlaşmışdı.
- Təzə ərimi sənə təqdim eləyirəm, Xəzra.
Mən ürpəndim. Bərəlmiş gözlərim Nurun çatılmış qa$'
lanyla rastlaşdı, dayə isə bu vaxt Göylərə dua eləyirdi-
- 18 yaşında dul! Ümid eləyirəm ki, bu dəfə şahzadə'
min qisməti daha yaxşı olacaq.
1 Əkinçiliklə məşğul olan misirli kəndli

332
Sövq-təbii mən də qışqırdım:
~ Mən də buna ümid eləyirəm.
Nur gülümsündü, Xəzra dua pıçıldayıb, bizi onun
evinin yanındakı kərpicdən tikilmiş daha darısqal bir evə
apardı.
-Bura qəsr deyil. Ancaq rütubətdən qoruyur, sizi də
”eÇ kim yuxudan eləməyəcək. Lazımınız olsam, məni ba­
bdan səslərsiniz.
ərda titrək şamın işıqlandırdığı sadə və uzun bir hücrə
Var idi. Dövrəmizdə xəfif ladan qoxusu var idi. Qapıları
əlniayan pəncərədən bizə camışın uzun-uzadı böyürtüsü
Çatırdı. Çərkəz qızı qapının cəftəsini salıb, kürəyini ona
s°ykədi.
əvvəl pırtlaşıq saçları dağıldı, sonra libası düşdü. Bo­
ğazında yaqut həlqəsi var idi, ən iri yaqutu daş-qaşların
atsında yırğalayırdı, çılpaq belinə qızıl saplardan toxun-
tTluŞ kəmər taxılmışdı. Gözlərim bu vaxtacan çılpaqlığı
öelə zəngin olan qadın görməmişdi. Yaxına gəlib qulağıma
P’Çddadı:
" Ola bilsin ki, başqa qadınlar da sənə xüsusi zinətlə-
nni göstəriblər. Amma mən onları qoruyuram. Evlər də,
avadanlıqları da satılar, bədəni və onun zinətini isə
bazlar.
Onu qucaqlayıb özümə sarı çəkdim:
Alnıma yazılıb ki, bu səhər şəfəq söküləndən sürpriz
ardinca sürpriz rastıma çıxsın. Ehramlar, sənin öpüşün, bu
kənd, evlənməyimizin elan olunmağı, sonra bu otaq, bu
sənin daş-qaşların, bədənin və dodaqların.

333
gözlədiyimdən hələ namaz qılmağı öyrənməzdən qabaq
barəsində dua elədiyim imperiyanın dağıdılması haqda bu
minvalla kəhanət verdi.
O imperiya gözüm önündəcə təşəkkül tapmağa başla­
mışdı. Qəstəntəniyyə, Serbistan və Anadolunu fəth eləmiŞ/
Şam, İraq, Ərəbistan, eləcə də Misirin daşını daş üstündə
qoymamağa hazırlaşırdı. Sabah da Bərbərlər ölkəsinin,
Əndəlusun, bəlkə də Siciliyamın sahibi olacaq. Əməvilər
dövründə olduğu kimi, bütün müsəlmanlar yenidən öz şə'
riətini kafirlərə qəbul elətdirə bilən qüdrətli və çiçəklənən
vahid xilafətinin kölgəsində birləşəcəklər. Mən ən ümdə
arzum, ən böyük ümidim olan o imperiyanın xidmətində
dura biləcəyəmmi? Onun meydana gəlməsinə töhfə verə
biləcəyəmmi? Heç vaxt. Mənim qismətimdə ya ondan q$Ç'
maq, ya da onunla cəng eləmək varmış. Artıq öz atasınb
qardaşlarını və qardaşı uşaqlarını, Allahın əli onu bu işdən
çəkindirmədən öldürmüş, üç oğlunu da çox keçmədən q11^
ban verəcək Fateh Səlimlə - Allahın bu qəzəb qılıncı ilə ÜZ'
üzə qalacaqdım. Böyüyüb yekə kişi, imperiyanın qəbirq3
zanı olanadək, öz növbəsində, irqinin qanunlarına uyğ11^
olaraq öldürməyə başlayanadək himayə eləyib, qoynurndə
bəsləməyə qərar verdiyim bir tifil var idi. Həm də bütü11
bunları mən seçməmişdim, mənim əvəzimə həyat Özü seÇ'
mişdi, necə ki, xasiyyətimi mənim əvəzimə o seçmişdi.
O andan etibarən mən Bəyazid və anasının təhlükədə
olduğu Misiri tərk eləməliydim. Nur hamilə olduğunu sirr
1 8-ll-ci əsrlərdə bu ada müsəlman hakimləri tərəfindən idafə
olunurdu. Qəribədir ki, İtaliyanın digər sıravi sakinləri Siciliya dili^1
(onu italyan dilinin dialekti də hesab edirlər) ərəbcə adlandırırlar.
çox siciliyahlarsa italyanlaşmış ərəb familiyaları daşıyırlar.

336
kimi saxlamışdı, bu sirri yalnız ona doğmağa kömək elə-
mış və çağa dünyaya gəldiyi ilk gündən ona baxmış Xəzra-
dan özgə bir kimsə bilmirdi. Dayənin ölməyi kifayət idi ki
' ə/ çox qocadır - körpənin Qahirəyə qaytarılmağı qətiləş-
Sln və çox keçmədən əsl kimliyi də bəlli olsun. Elədə o, Sə­
hmin Misirdə bol olan casuslarının əlinə düşəcək, bəlkə də,
sultan Qansu özü onu təhvil verəcək, çünki Osmanlılardan
Ç°x ehtiyat eləyir. Qorxuram ki, körpənin başını verməyə
məcbur ola.
Müşkülümün həlli hazır idi: Nurla evlənib körpəni Fəsə
aParmaq, ordasa onu öz oğlum kimi təqdim eləmək. Bir də
0 böyüyəndə Misirə qayıdım ki, yaşı onun əslini faş eləyə
bilməsin.
Kəbinkəsmə çox sadə və asan keçdi, çünki Nur dul
q^dın idi. Mənzilimdə bir neçə dost-tanış, qonum-qonşu
2lyafətə yığılmışdı, aralarında Əndəlus əsilli bir notarius
vər idi. Kəbini yazarkən gözü divardakı ikona və xaça
sataşdı, məndən onlan götürməyi xahiş eləyəndə dedim:
' Bunu eləyə bilmərəm. Evin yiyəsinə söz vermişəm ki,
qayıdana kimi bu iki şeyə əl sürtməyəcəyəm.
Notarius da, elə digər qonaqlar da narahat oldular, Nur
lŞə qarışıb dedi:
'Bu iki əşyanı götürə bilmiriksə, onların üstünü örtmə-
^^izə nə mane olur?
Cavab gözləmədən divara yaxınlaşıb ağ atlasla üstünü
Ortdüm, nikah katibi sevincək öz işinə başladı.
Təəssüflə tərk elədiyim mənzildə birlikdə iki gecədən
Ç°x qalmadıq. Onu bir təsadüf mənə bağışlamış və iki illi-
öhdəmə buraxmışdı, çünki qibti hələ görünmürdü və

337
ondan bir xəbər də yox idi. Ancaq mən bilirdim ki, taun Əs-
yut və ətrafını bürüyüb, sakinlərinin də böyük bir qismini
qırıb çatıb. Güman eləyirdim ki, yəqin o da taunun qurba­
nı olub. Allaha yalvarırdım ki, yanılmış olum, amma onun
yoxluğuna, xüsusən səs-sorağının olmamağına başqa izah
görmürəm. Bununla yanaşı, səfərə çıxmazdan qabaq açar­
ları zərgər Davud əl-Hələbiyə əmanət elədim. Xəzinədər
Yaqubun doğma qardaşı və sultanın yaxını olduğundan
başqalarına nisbətən onun daha çox imkanı var idi ki, bəzi
məmlüklərin boş mənzili ələ keçirməyinə mane ola bilsin-

♦ ♦ »

Səfərimiz səfər ayı, xaçpərəst fəsh (pasxa) bayran11


ərəfəsi başladı. İlk mənzil başımız Cizə yaxınlığında Xəz
ranın daxması oldu. O zaman 16 aylığında olan Bəyəzi^'
lə Qahirənin böyük çay limanı olan Bulaq istiqamətin^3
qayıtmazdan əvvəl bir gecəni orda keçirdik.Yaxşı bir bə*'
şiş sayəsində ləngimədən İsgəndəriyyəyə sultanının Ş3X’
si manufakturasında istehsal edilmiş təmiz şəkər daşıyan
gəminin göyərtəsində yola düşdük. Bulaq'da gəmi çox İCİ1'
onların bəzisi çox münasib idi də, amma mən İsgəndəriyyə
limanına sultanın bayrağı altında çatmağa israr eləyirdi111'
Belə ki, bəzi dostlar gömrüklərdə adamın rastlaşdığı Çətın'
üklər haqda məni xəbərdar eləmişdilər.
Tələbkar məmurlar bəzi yolçuların şalvarına kimi yo*'
layır, mala görə rüsumla kifayətlənmir, əlavə bir neçə
nar da ödəməyə məcbur eləyirdilər.*
1 Qahirə yaxınlığında yer adı

338
Belə narahatlıqdan yaxa qurtarmışdım, Quranda adı
xoş sözlərlə çəkilən, qəbri dindarlar üçün ziyarətgah olan
Böyük İsgəndərin inşa elədiyi o qədim şəhərə heyranlığım
artırdı. Düzünə qalsa, əvvəlki şəhərin qaraltısı qalmışdı.
Hələ də şəhərin sakinləri Flandriya, İngiltərə, Siciliya, Ba-
loniya, Portuqaliya və Biskayadan, xüsusən də Venesiya,
Geauya, Rodosdan və Türk Rumelindən yüzlərcə gəminin
Səlib bu limanda lövbər salmağını xatırlayırlar.
Şəhərin ortasında limanın qənşər tərəfində bir təpə var,
əyilənlərə görə, o, qədim zamanlarda yoxmuş, həmin təpə
^əfabalıqlann kül yığınından savayı bir şey deyil. Orda qa-
2lntl işləri aparılanda tez-tez qablar və başqa əntiq əşya-
lar apılırdı. Bu yüksəkliyin üzərində tikilmiş kiçik bürcdə
A^rovul gecə-gündüz keçən gəmilərə nəzarət eləyirdi. Hər
ordan gələn gəmiləri bir-bir rüsumyığanlara elan elə-
və mükafat alır. Yox, hərgah bir gəmi gələndə postunu
elərniş və ya yatmış olub, gəminin gəlişini car çəkmə-
*lŞ olsaydı, mükafatından iki qat artıq Ödənc verməliydi.
Şəhərin kənarında əzəmətli xarabalıqlar görə bilərsən,
llUn mərkəzində çox qalın və çox hündür sütun ucalır.
Qədim kitablar xəbər verir ki, onu Patelimus adlı alim inşa
Etdiribmiş. Onun ən hündür yerində, deyilənlərə görə,
SElə yaxınlaşmaq istəyən bütün düşmən gəmilərini yan-
^'üb-yaxan iri polad güzgü qoyubmuş.
ərda gəzib-görəsi yerlər çox idi, intəhası, hamımız İs-
kəndəriyyəyə başımızın qarışıq olmadığı, daha sakit gün-
Ədn birində qayıtmaq ümidilə səfərə tələsirdik. Beləcə, bir
^sirli gəmisində Tilsimana yola düşdük, quru yolla get-
^ə^dən qabaq orda tam bir həftə dincəldik.

339
Yenidən məğribli libası geyməyə başlamışdım, Fəsin
qala divarlarına çatanda üzümü taleysan’la örtmüşdüm,
istəmirdim ki, qohumlarımı görməmişdən qabaq kimsə
gəlişimdən agah olsun. Qohumlarım deyəndə atamı, ana­
mı, Vardəni, altıyaşlı qızım Sərvəti, eləcə də görəcəyimə
yox, bir xəbər tutacağıma ümid elədiyim Harun və Məryə'
mi nəzərdə tuturam.
Ancaq qəsrimin tikinti meydançasının qabağında ayaq
saxlamaya bilmədim. Hər şey qoyub getdiyim kimiyi'
yalnız tamamlanmamış divarları ot-ələf basmışdı. Tezliklə
öz gözlərimi və qatırımın donub qalmış gözlərini ordan Çə'
kib, qatırı burdan bir neçə addımlıqda olan dayımın evinə
yönəltdim. Qapını döydüm, içəridən tanış olmayan b*r
qadın səsi cavab verdi. Anamın adını çağırdım, səs mənə
cavab verdi:
- O daha burda yaşamır!
Həyəcan səsimi boğduğundan başqa sual verə bil*113'
dim. Atamın mənzilinə sarı götürüldüm.
Səlma qapıdaydı, məni bağrına basıb, sonra Nuru v3
Bəyazidi qucaqladı. Bəyazidi öpüşə qərq elədi, amma
luma belə az eşidilən ad qoyulmasından, dərisinin belə
olmasından çaşqınlığını da gizlətmirdi. Hərçənd ki/
heç nə demədi, yalnız gözləri danışırdı. O gözlərdə
dum ki, atam ölüb. Bir damcı göz yaşı da bunu təsdiqlə^1'
hərçənd anam söhbətə bundan başlamaq istəmirdi.
- Bizim vaxtımız azdır. Gərək yola çıxmazdan qab^
sənə deyəcəklərimə qulaq asasan.
1 Fəsli papağı, osmanlılar bu geyimə eləcə "fəs" deyirdilər.

340
-Ancaq mənim getmək fikrim yoxdur!
- Mənə qulaq ver, anlarsan!
Habelə bir saatdan çox, bəlkə də, iki saatdan çox dili
topuq çalmadan və dayanmadan danışdı. Elə gəlirdi ki, qa­
yıdacağım gün mənə danışacaqlarını özlüyündə min dönə
tokrarlayıb.
'Harunu lənətləmək istəməzdim, amma onun elədiklə-
tibizə hər cür lənət gətirdi.
Fəsdə heç kim onu Zərvalini öldürdüyünə görə qma-
to'rdı, ancaq təəssüf ki, Harun o həddə dayanmadı.
Mənə izah elədi ki, sürgün olunmağımdan az sonra
Sultan təhqiqatçını yaxalamaq üçün iki yüz əsgər göndə-
rtomiş, ancaq dağ adamları onunla birləşiblər. 16 əsgər
FUsquya salınaraq öldürülüb. Xəbər yayılanda Fəsin küçə
'ə rrıeydanlarında Harunun başı üçün qiymət kəsildiyi
aclda fərman oxundu. Mənzillərimiz polis nəzarəti altına
9 todı. Casuslar gecə-gündüz gedib-gələnləri sorğu-sual
əyirdilər, hətta ən yaxın dostlar da sürgünlə yaxın əlaqə-
b °'duğunu açıq söyləməyə tərəddüd eləyirdi. O vaxtdan
Ərı hər həftə carçılar Harunu və onun yolkəsənlərinin
ariSl dəstəyəsə basqın eləməkdə, hansı karvanısa soyub
^Çulan doğramaqda suçlayan buyruq car çəkirlər.
İnkar elədim:
Bu, düz deyil! Mən Harunu tanıyıram. Ola bilər ki, in-
^aır* və ya özünümüdafiə naminə adam öldürsün, daha
^arət naminə yox!
Nəyin düz, nəyin əyri olmağına Allahdan başqa kimsə
əhəl qoymur. Bizim üçün vacib olan, insanların nəyə inan-
a&dır. Atan yenidən Tunisə və ya özgə bir şəhərə köçüb
$Qhnək barədə düşünürdü ki, qəfildən ürəyi dayandı!

341
Səlma bir xeyli nəfəsini dərib,yenidən sözünə davam
elədi:
- Birgə iftar eləmək üçün çox adam çağırmışdı, ancaq
heç biri bu kandarı keçməyə cürət eləmədi. Həyat onun
gözündə çəkilməz yükə çevrilmişdi. Ertəsi gün yıxılan nə'
yinsə səsinə oyandım. Səhər tezdən ürəyi sıxılıb, var-gə'
elədiyi həyətdə uzanıb qalmışdı. Başı hovuzun qırağın3
dəymişdi, nəfəs almırdı.
Köksümü dəhşətli bir isti sardı, üzümü əllərində ört­
düm. Anam mənə baxmadan sözünə davam elədi:
- Ədavət olanda qadınlar taleyilə barışır, kişilərsə sl'
nır. Atan öz qürurunun asiriydi, məni isə tabe olmağ3
öyrətmişdilər.
- Bəs Vardə?
- Məhəmmədin ölümündən sonra bizi tərk elədi- • •
ölkədə ərindən və qızından qeyri kimsəsi yox idi. Elə gu
man eləyirəm ki, o, Quştalə'yə, ömrünü doğmalarının əra
sında başa vurmaq üçün öz kəndinə qayıdıb.
Sonra alçaq səslə əlavə elədi:
- Gərək Qərnatanı heç vaxt tərk eləməyəydik.
- Bəlkə də ora qayıtdıq.
Özünü cavab vermək əziyyətinə salmadı. YapıŞllaI
milçəyi qovan kimi, əliylə gözünün önündəki tuluqlaŞ1^
nı silib dedi:
- Yaxşı olar ki, məndən qızını xəbər alasan.
Üzü nurlandı, onunla bərabər, mənim də üzümə
gəldi.

1 Kastilya, burda bütün İspaniya ərazisi mənasında işlənir.

342
-Sənin onun barəsində söz salmağını gözləyirdim, so­
ruşmağa cürət eləmədim. Mən onu çox balacaykən qoyub
getmişəm!
_ •
- Dolusifət və dəcəl bir qızdır, indi Saragildədir, hərdən
nəvələrilə oynamağa aparır.
iki saat sonra hər ikisi gəlib çıxdı. Gözlədiyimin əksinə
olaraq, qızım aralıda durub baxanda zinətçi qadın boy­
numa sarıldı. Tanış edilməyə ehtiyac yaranmışdı. Anam
Ç°x doluxsunduğundan bu işi görmək Saraya düşdü və o
d’Uəndi:
~ Sərvət, bu kişi sənin atandır.
Qızım mənə sarı bir addım atdı, sonra dayanıb soruşdu:
~ Sən Timb... Timb...
~ Yox, Timbuktuda deyildim, Misirdəydim, sənə də ki-
Ç*k bir qaqaş gətirmişəm.
Onu çiynimdə oturtdum, qara, yumşaq saçlarının ətrini
‘Çimə çəkə-çəkə Öpürdüm, boynunu tumarlaya-tumarlaya
xəyala dalmışdım. Mənə elə gəldi ki, yüz dəfələrlə detalla-
ritla qədər gördüyüm mənzərəni təkrar eləyirəm: xalçanın
ərində atam əyləşib, yanında da anam.
" Məryəmdən bir xəbər-ətər varmı?
' Deyirlər ki, ərinin yanında əlində qılınc şəhid olub.
^Ocaq burda onlar haqda çox əfsanələr dolaşır...
"Sən dəmi inanırsan ki, Harun oğrudur?
- Hər dini icmada asilər var ki, aşkarda onları qarğıyır,
əlində dua eləyirlər. Belələri hətta yəhudilərdə də var. Bu
°‘kədə də cizyə ödəməyən, at minməyən və silah qurşama­
rlar yox deyil. Bizdə onları "karaim" adlandırırıq. Yəqin
sən bu haqda bilirsən.
343
Sözünə qüvvət verdim:
- Yüzlərcədir, özü də bir ordu kimi mütəşəkkil halda
Mərakeş yaxınlığındakı Dimənsərə və Həntalə dağlarında
yaşayırlar.
Ancaq istəyirdim məni narahat eləyən məsələyə qayı­
dım, odur ki, dedim:
- Doğrudanmı, elə zənn eləyirsən ki, Fəsdə Məryəm və
Harun üçün gizlində dua eləyən var?
Səlma hirslənib dedi:
- Harun oğru olmasaydı, bir-birinin ardınca bu qədər
buyruqlar verilməzdi. Zərvaliyə hücum eləyəndə az qa*'
mışdı ki, qəhrəmana çevrilsin, ona görə də onu oğru kim1
göstərmək istədilər. Qara camaatın nəzərində qızıl qanda*1
daha çox çirklidir. Sonra daha aramla danışdı, sanki onu*1
içində başqa bir adam danışırdı:
- Sənin öz yeznənə bəraət qazandırmağın yersizdə’
Onu müdafiə eləməyə çalışsan, səninlə yenə də onun g^1
cinayət ortağı kimi davranılacaq.
Anam qorxurdu ki, Harunla Məryəmə kömək eləməd
istəyim məni yeni axmaqlıqlar işləməyə sövq edər. Şübhə
siz ki, anam haqhydı, amma mən cəhd eləməliydim-
gün olunmağım özlüyündə məndə əminlik yaratmışd* k1'
sultan indi də məni dinləyəcəkdir.
Sultan həmin vaxt Buluvan səmtindən portuqahə^
qarşı həmləyə rəhbərlik eləyirdi. Bəzən aylarla əlində 5*^
bəzi toqquşmalarda sultan qoşununun ardınca gedə-S^
də ölkəni gəzib — dolaşdım. Əfv qazanmaq üçün hər 5^
eləməyə hazır idim. Döyüşlərarası fasilə zamanı hökmdə'
qardaşları və bəzi müşavirlərilə də qarşılaşırdım. A**11*13

344
nəticə bu qədər ümidsiz olanda təfsilata varmağa nə ha­
cət? İş sultanın yaxınlarından birinin mənə belə bir etiraf
eləməsinə gəlib çatdı ki, cinayətlərin çoxunu haqsız olaraq
Harunun adına çıxırlar. Sonra əl-qolumu işdən soyudacaq
nir səmimiyyətlə əlavə elədi:
'Elədiklərini yeznənə bağışlaya bilsək də, eləmədiyi, an­
caq suçladığımız şeylərə görə onu necə bağışlaya bilərik?
“ir gün səfərimi dayandırmağa qərar verdim. Əlbəttə
ümid elədiyimi əldə eləyə bilməmişdim, ancaq söhbət-
Or əsnasında təsadüfən bir xəbər eşitmişdim ki, indi onu
Alamaq istəyirdim. Fəsə dönüb onlara niyyətimi açma­
da11 Səlmanı, Nuru, Sərvəti və Bəyazidi götürdüm. Geriyə
dənmədən səfərə çıxdım. Fəsdə yalnız heç bir xoş xatirəsi
°'IT1ayan, uğursuzluqlarla dolu tikinti meydançasının xa-
abəsırıa malik idim.

** *

hədəfi bəlli eləmədən səfərimiz həftələrcə uzandı. Hə-


<aəfs_.
ü yer yox, kişiydi; "Qırmızısaqqal" ləqəbli axsaq dəniz
^u^Uru. Eşitmişdim ki, Harun onun tərəfindədir. Beləcə,
rhal Tilsimana yollandım, sonra quştalların işğal elədi-
bəhrən və Mərsa-əl Kəbir1 şəhərlərindən yan keçərək,
। doğru sahil yolu ilə irəliləyirdim. Portuqallarla rast-
biləcəyim yerlərdə, məsələn, Əlcəzair şəhərində, xü-
də sakinlərinin çoxu əndəluslu qaçqınlardan ibarət
। n ŞərşəldƏ dayanırdım. Qırmızısaqqal Ötən il portuqal-
az əhalisi olan Cəlcəl şəhərini
böyük liman
345
özünə baza eləmişdi. Ora çatmazdan qabaq məlumat al­
dım ki, o, quştalların Buci qarnizonunu mühasirədə sax­
layır. Həmin şəhər yolumun üstündə olduğundan qərara
gəldim ki, ora gedim. Ailəmi ordan bir neçə mil aralıda­
kı kəndin kiçik məscidinin axundunun öhdəsinə buraxıb,
özümə söz verdim ki, döyüş meydanını müşahidə eləyib/
onları götürməyə qayıdaram.
"Afrikanın təsviri" kitabımda xatırlatdığım kimi, Bucı-
də Qırmızısaqqalla görüşdüm. Əslində onun saqqalı təb11
rəngində çox kürən idi, ancaq yaşı əllini keçdiyi üçün həna
qoyduğuna görə olduğundan daha artıq kürən görünür'
dü. Onu bu görkəmdə qalmağa vadar eləyən düşmənlər
üzərində qələbə çalmaq çılğınlığı idi. Yeriyəndə axsayır^1'
az qala yerə toxunacaq qədər axsayırdı, sol əli isə gümüŞ'
dən idi. Məhz Bucinin məğlubiyyətlə bitmiş ötən müha.
sirəsi zamanı qolunu itirmişdi. Şəhərin kölmə qalasını tu­
tub quştalların möhkəmləndiyi və sahilə yaxın olan digər
qalaya hücum eləməyə hazırlaşırdı.
Mən ora çatdığım gün döyüş bir müddətə dayanm^
dı. Sərkərdə çadırının önündə mühafizə qoyulmuş^11
Mühafizəçilərdən biri malqə'li idi. Harunu ehtiramla Çl1
ğırmağa gedən də o oldu. Ondan öyrəndim ki, təhqiq3*1’
Qırmızısaqqalın müavinidir. İki türkün əhatəsində g5,aI1
yeznəm üstümə atıldı. Uzun müddət bir-birimizə sarıl’1’
qalmış, qüvvətlə əllərimizi bir-birimizin kürəyinə çırpa11’
dıq, bu, ayrılıq acısından, şaşqınlıqdan və məhəbbətə
xəbər verən bir hərəkət idi. Harun əvvəlcə məni xey^^
salıb Axsaqa təqdim elədi ki, mən şair və məşhur səfi1*^
1 Əndəlusda yer adı

346
Bu təqdimatın səbəbini sonradan anladım. Dəniz quldur­
ları şahlarsayağı qısa və kəskin, zahiri mənası boş, gizli
məğzini isə başa düşməkdə çətinlik çəkəcəyim cümlələr­
lə danışırdı. Bu tərzdə də Osmanlı Səlimin qələbələrini
Və quştalların artan dikbaşlığını xatırladıb, yanımcılhqla
4V eyd elədi ki, İslamın Günəşi Məşriqdə doğur, Məğribdə
1Sə qüruba gedir.
Getməyə izin alıb çıxandan sonra Harun məni xüsusi
Xeyməyə götürdü. Bu çadır on nəfər qonaq qəbul eləmək
uÇün hazırlanıb, meyvə və içkilərlə təchiz edilsə də, nis­
bətən dar və az bəzəkli idi. Təhqiqatçının cavab verməyə
bəşlaması üçün sorğu-suala tutmağa ehtiyac görmədim.
" Yalnız qatilləri qətlə yetirib, yalnız oğruları qarət elə-
^işəm. Bir anlığa da olsun Allah xofu məni tərk eləməyib,
^əqət, varlı-hallı şəxslərdən qorxmaqdan uzaq olmuşam.
$Urda bizim ağalarımızın xoş rəftar göstərdiyi kafirlərlə
üyüşür, tərk elədikləri şəhərləri qoruyuram. Dostlarım
ui* ı ■ *
utün yerlərdən gəlmiş qiyamçılar, sürgün edilmişlər
Və qovulmuşlardır. Dəniz ənbəri balinanın içalatından
Ç1Xrhirmı?
Müqəddəs Kitabın "Fatihə"sini oxuyurmuş kimi, belə
Ç°x sözlər söylədi. Sonra başqa avazla dedi:
Bacın Atlas dağlarının dişi aslanları kimi cəsur və
^°r)<rnaz idi. O, burdan altı mil məsafədə Cəlcəldəki mən-
Z1brndə üç oğlumla bir yerdədir. Kiçiyinin adı Həsəndir.
Mütəəssir olduğumu gizlətməyə çalışmadan dedim:
" Bir an da olsun sənin işinə şəkk-şübhəm olmayıb.
। ^niyetməliyimizdən bəri mübahisələrimiz olanda mən
örrhşə Haruna təslim olmağa tələsmişəm. Ancaq bu dəfə

347
çalışdım ki, əməllərinin yaxınlarımıza necə pis təsir elədi­
yini başa salım. Cavabında o, sifətini bozardıb dedi:
- Fəsdə onların əzab mənbəyi olmuşam, burda isə ha­
miləri olacağam.
Bir həftə sonra hamılıqla Cəlcəldə idik. Ailəmiz qovuş­
muşdu - on nəfər qaçqın bir dəniz quldurunun damı altına
yığılmışdı. Amma mən bunu nadir səadət anım kimi xatır­
layıram,, imkanım olsaydı, bu anın intəhasız uzanmasını
istərdim.

348
Böyük türk sultanının ili
Hicri 922-ci il (Miladi 1516-cı il fevralın 5-i -1517-ci il
Wwarın 23-ii)
Bəyazidi osmanlıların intiqamından yayındırmaq üçün
dünyanı gəzib-dolaşdığım halda, o il bir də gördüm ki,
°züm qadın və körpəylə birgə Qəstəniyyədə ağlagəlməz
vəziyyətdəyəm: Səlimin qorxunc əlinə sarı əyilmişəm,
0 da başını tərpətmədən gülümsəməklə mənə xoş rəftar
S°stərir Deyirlər ki, şikar çox zaman onu didməyə ha-
Zlr'aşan caynağa cəzb olunar. Bəlkə də bu mənim dəlisov
Gurluqlarımın izahıydı. Ancaq o anda mən bu haqda dü-
^Bmürdüm. Üzərində özümü qaçqın kimi hiss eləməyə-
Cöyim kiçik bir torpaqda həyatımı nizama salmağa çalışa-
ra4 düşüncələrimin ən yaxşı istiqamətinə uyğun hadisələ-
Məcrasına uymaqla kifayətlənmişdim. Ancaq necə baş
Verdiyini söyləməliyəm.
Gəz önündəcə Qırmızısaqqal, onun sayəsində də Ha-
tərəqqi eləyirdi. Buciyə hücum uğursuz olsa da, ilin ilk
^^ələrində şəhərin hakimi öz hamamında bədənini masaj
e’ətdiyi zaman dəniz qulduru onu öz əliylə qətlə yetirib,
Orira Əlcəzairi tutmağa nail olmuşdu.
əlbəttə ki, Əlcəzair şəhəri nə Vəhran, nə Buci kimi geniş
əyildi, nə də ki Tilmisanın bir məhəlləsi qədər olmazdı.

349
Amma özünün dörd min işığı, peşələrə uyğun salınmış
bazarları, gözəl evlərlə dövrələnmiş xiyabanları, hotelləri,
xüsusən də qalın daşlarla hörülmüş geniş həyət kimi sahil'
dən uzanıb gedən heybətli qala divarları ona şəhər görkə'
mi verirdi. Qırmızısaqqal oranı paytaxt eləyib, özünə mə­
lik ləqəbi götürdü və istəyirdi ki, özünü bütün müsəlman
əmirlərinə tanıtsın.
Cəlcəldə ailəmlə bir yerə yığılandan sonra yenidən
səfərə başlayası oldum. Cəlayi-vətən gəzməkdən yorul'
duğumdan və qəfil kəsilmiş Qahirə təcrübəm məni usan-
dırdığından Tunisdə, heç olmasa, bir neçə illiyə lövbər
salmağa ümidliydim. Bu ölkənin geyimini geyir, əmmamə
bağlayıb, üstündən də dəsmal çalmalayırdım. Bazuza, bəz1
hallarda bəsis1 yeməyə başlamışdım, iş o yerə çatmışdı kb
zərərli həşiş deyilən qidanın qəbulunu artırmışdım. Uyu$
durucuyla şəkərin qarışığı olan bu qida onu dadanlar^1
əhvalını qaldırıb meyxoş edir və iştahlarını açırdı. O həm
də cinsi fəallığı artıran bir vasitə olduğundan Tunis hök111
darı Əbu Abdullah da ondan istifadə eləyirdi.
Şəhərin bəzi şəxslərilə, o cümlədən ordu komanda*11
Mizvarla sıx əlaqələri olan Harunun sayəsində dəniz
hili nahiyəsində asanlıqla özümə mənzil tapa bildim-
laca bir dükan açmaq üçün parça istehsalçılanyla əlaCl3
qurmağa başladım. Di gəl ki, buna macal tapa bilmədim-
Gəlişimdən bir ay keçməmiş Harun Qırmızısaqqalm digə1
üç müşavirilə birlikdə gəlib qapımı döydü. Müşavidər
dən biri Bucidə ordu düşərgəsində salamlaşdığım türk i^1
Təhqiqatçı, qazi kimi ciddi təsir bağışlayırdı. Dedi:
1 Spesifik Tunis mətbəxindən yemək adları

350
-Sənə əzəmət sahibi əl-Müzəffər əl-Qaim biəmri-Ilahhn
Məktubunu gətirmişik.
Əlcəzair şəhərinin hakimini qətlə yetirəndən sonra Qır-
^ızsaqqalın layiq görüldüyü ləqəb beləydi. Məktubda
bəndən tələb eləmişdi ki, Sultana namə çatdırmaq üçün
Qəstəntəniyyəyə gedim. Namədə Əlcəzair məlikliyinin
Wulması haqda sultana xəbər verilir, ona sədaqət və itaət
vəd olunur və hələ də Əlcəzair limanının girişindəki bir
Qalanı istilada saxlayan quştallara qarşı savaşda kömək
istənirdi.
Bunca etimad mənim üçün şərəfdir. Amma siz indi
^rd nəfərsiniz, mənə nə ehtiyacınız?
V

" Sultan şair olmayan və ona bir-iki beyt mədhiyyə və


Şükranlıq yazmayan bir elçini qəbul eləməyə razı olmaz.
" Eləyə bilərəm ki, mən bir qəsidə qoşum, sən də
°Xuyarsan.
Yox, biz burda hamımız döyüşçüyük, sənsə əvvəllər
də elçilik funksiyasını yerinə yetirmisən. Sən bizim verə
keçəyimizdən daha çox xeyir verə bilərsən. Əsas budur
ağamız quldur kimi yox, məlik görkəmində görünsün.
Belə bir təhlükəli biyardan yaxa qurtarmaq üçün bə-
anə fikirləşə-fikirləşə sükuta daldım. Ancaq Harun aman
Vermədən məni qısnayırdı. Səsi də sanki məhz birbaşa mə-
daxilimdən gəlirdi.
. " Tərəddüd eləmək sənə yaraşmaz. Məşriqdə böyük
s^rn dövləti doğulur, burda Məğribdə də bizim borcu-
^üzdur ki, ona kömək əli uzadaq. İndiyə kimi Qərna-
Malqə, Tancə, Məlilə, Vəhran, Trablus və Bucini işğal
-----------
lahim əmrində duran qalib.
351
eləmiş, sabahsa Tilmisan, Əlcəzair və Tunisi tutacaq ka­
firlərin qanunlarına tabe olmuşuq. Onlarla qarşı-qarşıya
durmaq üçün Böyük Mövlamız Sultana ehtiyacımız var.
Səndən tələbimiz budur ki, bu missiyada bizə kömək ola­
san və rədd eləməyə cəhd eləməyəsən. Burda hər nə işm
olur-olsun, səndən tələb elədiyimizdən daha mühüm ola
bilməz. Ailən amandadır, üstəlik, biz sənin bütün xərcləri­
ni ödəyər və ən yaxşı hədiyyələr verərik, - deyib dodaqla­
rının ucunda dəniz quldurlarına xas gülüş nümayiş eləmə­
yi də yaddan çıxarmadı:
- Qırmızısaqqala sənin etiraz elədiyini deməyə nə mə­
nim, nə də dostlarımın cürəti çatmaz.
Mənim fəaliyyət azadlığım leyin qovduğu sərçəni11
azadhğı qədərmiş. Nurun sirrini faş eləmədən əsl tərəd­
düdümün səbəbini aça bilməyəcəyimdən höcətləşmədim-
- Dənizə haçan çıxmalıyam?
- Elə bu gecə. Donanma kanalda bizi gözləyir, bura də
səni götürmək üçün gəlmişik.
Edama məhkum edilmiş şəxs son sözdə istədiyini dəm
şan kimi mən də Nurla görüşməyə vaxt tələb elədim-
Nurun cavabı xatalı idi. Bu, uğurlu bir kişinin qadm1
nın (evliliyimiz sayəsində o belə olmuşdu) cavabı deyim1'
əksinə, bütün ömrü boyunca olduğu kimi əsgər qız10'1
cavabıydı. Həm də sultan anasının - belə olmaq onun ö
ümdə arzusuydu - cavabıydı. Otağında üzüaçıq, saçı da&‘
nıq, başıdik və düz baxaraq durmuşdu:
- Sənin ora getməyin lazımdırmı?
Deyiliş sualla təsdiq arasındaydı. Yalnız "hə" dedim-
- Sən elə fikirləşirsən ki, işdə nəsə bir tələ var?

352
- Mütləq. Başımla mərc gəlməyə hazıram.
- Əlbəttə, bu bizim yayınmalı olduğumuz məsələdir.
Madam ki, sən Haruna bu qədər inanırsan, biz hamımız
Ora gedərik.
Dediklərini düz anladığımdan əmin deyildim. Qətiy­
yətli səslə mənə izah elədi:
- Bəyazidin gözləri öz sarayını və şəhərini görə bilmə­
ddir. Bəlkə də yeniyetməliyində belə bir fürsəti olmayacaq,
əlbəttə, dəniz səyahəti təhlükəlidir, amma oğlum belə təh­
lükələrə vərdiş eləməlidir. Onu hifz eləmək və ya öldür-
^əksə Allahın əlindədir.
Özünə o qədər inamlıydı ki, mən səbəbləri barədə mü­
zakirə açmağa cürət eləmədən yayındırıcı fikirlərə üstün­
lük verdim.
" Harun bir oğlan uşağını və qadını müşayiət eləməyi
cürə qəbul eləməz.
"Sən onun tələbini qəbul eləmisənsə, o da sənin tələbi­
di qəbul eləməyə bilməz. Onunla danış, sən lazımi sözlər
^pa bilərsən.
Sübhdən biz Qəmman keçmişdik. Dəniz xəstəliyi ka-
k^sun içərisində üzdüyümüzü hiss eləməyə kömək oldu.

**+

Qəribə şəhərdir, bu Qəstəntəniyyə. O, tarixlə çox yüklə-


eyni zamanda adamları da, hücrələri də çox yenidir. 60
də az türk hakimiyyəti müddətində onun siması büs-
utün dəyişmişdi. Hərçənd ki, kilsədən sultanın hər cümə
örnəyə ajət e|ədiyi məscidə çevrilmiş Ayasofya hələ də

353
dururdu. Ancaq köhnə binaların çoxunu yeni fatehlər yox
eləmişdi. İndi burda hər gün məscid, mədrəsə və qəsrlər
kimi yeni binalar ucalırdı. Hətta köçərilik elədikləri düzən­
liklərdən təzəcə gəlmiş minlərcə türkün komalaşdıqları
taxta dəyələr də var idi.
Bu köçlərə rəğmən qalib xalq öz paytaxtında digər az­
lıqlar içərisində azlıq idi, özü də hakim sülalə istisna edil­
məklə varlı azlıq deyildi. Ən gözəl evlərdə, işi çox rəvac
gedən dükan-bazarların əksəriyyətində erməni, yunan/
italyan və əsasən Qəmatanm süqutundan sonra ƏndəluS'
dan gəlmiş yəhudilər görünürdü. Onların sayı 40 mindən
az deyildi və mövlamız sultanın ədalətli rəftarından razı
idilər. Heç bir nifrət və sıxıntı olmadan bazarlarda türk­
lərin çalmaları məsihi və yəhudi şapkaları ilə bir cərgəyə
düzülürdü. Bir neçəsi istisna edilməklə küçələr o qədər dar
və palçıqlı idi ki, kübarlar ancaq adamların belində gəz^
dolaşa bilirdilər. Minlərcə adam bu peşəylə məşğul idilər
ki, onların çoxu da hələ özlərinə yaxşı iş tapa bilmənüŞ
yeni gələn türklər idi.
Gəldiyimiz gün yorğunluq bizi elə üzmüşdü ki,
halda limanı tərk eləməyə heyimiz çatmadı. Səfərimiz q1?
fəslində baş tutmuşdu, çünki sultan yeni yaz hücum1111*1
başlamaq üçün Qəstəntəniyyəni tərk eləmədən biz ora yet
məliydik. Beləcə birinci gecəni Qırmızsaqqalın əmisi nəvə
si olan qəndiyyəli yunanın idarə elədiyi mehmanxana^
keçirdik. Səhəri sarayda sultanın iqamətgahının önündə)
dik. Nur hasarın xaricində qalıb nə yaşına, nə ara-sıra
ruldamağma, nə də səbəbsiz gülüşlərinə məhəl qoymadafl
oğlunun qulağına nəsə pıçıldayırdı. Şübhə eləmirəm k'

354
həmin gün o, ciddiyyətlə oğluna mənsub olduğu xanəda­
nın onun dünyaya gəlişindən iki il əvvəlki qanlı və şərəfli
hekayətini nəql eləyir. Mənsə alaqapının digər tərəfinin
hir neçə addımlığında idim. Qızılla süslənmiş xara plaş
geymişdim, dənizdə iki xəstəlik arası qoşduğum və sulta­
nın hüzurunda söyləyəcəyim qəsidəni dönə-dönə gözdən
keçirirdim.
Minlərcə əsgər, məmur və müxtəlif rütbəli şəhərli orda
sultanın şəxsinə hörmət əlaməti olaraq səssizcə durmuşdu.
İki saatdan çox gözlədim, əmin idim ki, gedib sonra qayıt-
^ağırnı tələb eləyəcəklər.
^u, Osmanlıların Qırmızısaqqahn şanına və mövqeyinə
Verdikləri pis qiymət idi.Amma çox keçmədən qulam gə-
’h məni, Harunu və bizi müşayiət eləyənləri ortadan ke-
Çirib divanın həyətinə gətirdi. Ora çox geniş, gül-çiçəkli,
ciəvəquşular qaçışan bir bağ idi. Yaxınlığımda bədöy atla-
rir> üstündə hərəkətsiz oturmuş bir dəstə gördüm. Birdən
izlərim qaraldı, qulaqlarım cingildədi, boğazım şiddətlə
Ş1Şdi. Hiss elədim ki, bir kəlmə də kəsməyə qadir deyiləm,
b
ü' qorxuydumu? Səfərin yorğunluğuydumu? Bu, sadəcə
°larəq, sultanın yaxınlıqda olmağının nəticəsiydimi? Gö-
^üıhə işıq gəlib heç nəyi görmədən dəstəni keçdim.
Məndən öndə gedən qulluqçu oğlanı yamsılayaraq təbii
verişimi qorumağa çalışırdım. Amma hiss elədim ki, büd-
röyib yıxılmaq üzrəyəm, daha çox ondan qorxurdum ki,
$°rxunc Səlimin1 hüzurunda olanda dilim tutular.
Orda qarşımda qoca bir kişi ipək balışda nümayişka-
rar>ə bir müştəbehliklə əyləşmişdi. Qəfil soyuq bir baxışla
Səlim Yavuz, yavuz sözü hərfən tərcümə edilib

355
gözümdən dumanı dağıtdı, hərçənd ki, üşəntim keçmə­
mişdi. Mən sultanın sakitcə diktə elədiyi müəyyən eyham­
lara əməl eləyən, iradəsini itirmiş birisinə çevrilmişdim.
Qəsidəm bəlağətlə olmasa da, kəkələmədən yaddaşımdan
süzülüb gəldi. Ancaq sonuncu beytlərdə bir az utandım ki/
bu məni xeyli tərləməyə və qəsidəni tamamlamaq üçün çox
cəhd göstərməyə vadar elədi. Sultan ara-sıra öz əyan-əşrə-
fiylə kəlmə kəsə-kəsə başını tərpədirdi. Saqqalı yox idi, an­
caq dayanmadan eşdiyi uzun bığları vardı, mənə elə gəldi
ki, dərisi kül rəngində, gözləri üzünə görə çox böyük və bir
az çəkik idi. Onun möhkəm çəkilmiş kiçik əmmaməsini11
üstündə qızılı gülün ortasında yaqut var idi. Sağ qulağ!rv
dan isə armud şəkilli ləl sallanırdı.
Qəsidəmi qurtaranda əyilib iri əlini öpdüm. Səlimi11
barmağında yaxşı işlənmiş gümüşü üzük var idi, mənə de­
yilənlərə görə, bu üzüyü ona münəccim bağışlayıb. Mə11
ayağa qalxanda qulluqçu oğlan çiynimə dəvə yunundən
bir əba salıb məni arxasınca getməyə çağırdı. Qəbul bil
mişdi, başqa otaqda müşavirlərlə danışıqlara başləmaCl
olardı. Mən danışıqlarda çox az iştirak elədim, çünki gərək
danışıq apara bilmədiyimi göstərməyəydim. Axı ərəbcə
başlayan söhbətlər çox keçmədən türkcə tamamlanacaqdı
Romadan əvvəlsə mən o dildə yaxşı danışa bilmirdim-
Hər halda müşavirlərdən birinin buraxdığı səhv sayə
sində çox təhlükəli bir xəbər əldə eləyə bildim. Allah üzüuLl
mübarək eləmiş Əli buyurub ki, insana çaşan dildən betər
bir şər yoxdur. Həmin əyanın diliysə durmadan çaŞır^J
Söhbət kafirlərin istila elədiyi Əlcəzair qalasından gedə11
də bu adam elə hey "Qahirə qalası" deyirdi, bu minvallə
"quştallar" yerinə "çərkəzlər" deyilməsinədək gəlib

356
Yaşca çox-çox kiçik olan digər müşavir gözlərini ona
bərəltdi, başqa birisi də heyrətdən başını çiyinlərinin üs­
tündə əsdirməyə başladı. O gözbərəltmə və bu bəniziqaç-
Wa ciddi və təhlükəli bir iş olduğunu anlamağıma daha
Ç°x kömək elədi, nəinki buraxılan səhvlər. Sultan Səlim
lstəyirdi elə güman olunsun ki, onun müharibə hazırlıqları
Pəs hökmdarına qarşı yönəlib, hətta Qahirə hökmdarını bi-
dətçilərə qarşı müharibədə ona qoşulmağa çağırmışdı, hal-
kuki Osmanlı əslində məmi ük imperiyasını ləğv eləmək
istəyirdi.
Danışıqlar bitər-bitməz baş verənləri tələm-tələsik Nura
Çatdırdım. Bu dil xətasının mənə toxundurduğu bir şər idi.
Mən çərkəz gözəlimin zahirdən deyil, qəlbindən alovlan­
mağını gözləməliydim. İstəyirdi ki, nə qədər çətin olsa da,
s°ydaşlarım onlara üz verəcək xətərdən çəkindirsin.
'Sultan Qansu qətiyyətsiz və xəstəhal qocadır, Osmanlı
Süıncı onun və bütün çərkəzlərin boğazını üzənəcən Səli­
min dostluq vədlərinə sevincək qulaq asacaq,
Şübhəsiz, o, gəncliyində cəsur bir döyüşçü olub, bu
günsə onu yalnız göz qapaqlarının dərdi və rəiyyətinin
mal-dövlətini çapıb talamaq qayğılandırır. Onu Qəstəntə-
n*yyənin niyyətindən xəbərdar eləmək lazımdır, yalnız biz
’Mmiz bunu eləyə bilərik, çünki yalnız biz ikimiz bu işdən
a8əhıq.
" Sən heç bilirsən mənə nə təklif eləyirsən? Ki, mən ca-
Slisluq eləyim, Səlimin divanından çıxıb gedim orda de-
Mlənləri Qansuya danışım? Bilirsənmi ki, burda aramızda
°'anlar başımızı qoparmağa yetər.
"• Məni qorxutmağa cəhd eləmə! Sənin yanında təkəm,
^üm də alçaq səslə danışıram.

357
- Sənin xətrinə Misiri tərk elədim, indi də ora qayıtma­
ğımı istəyirsən!
- Bəyazidin həyatını hifz eləmək üçün səfər eləməliy-
dik, bu günsə soydaşlarımı və oğlumun gələcəyini qurtar­
maq üçün qayıtmalıyıq. Bütün çərkəzlər qırılacaq. Sultan
Səlim onları qəfildən haqlayıb ərazilərini tutacaq, zorla Öz
imperiyasını qurub genişləndirəcək və oğlum da ona heç
zaman iddia eləyə bilməyəcək. Cəhd eləyə biləcəyim bir
şey varsa, onu eləməliyəm, lap bu, həyatım hesabına başa
gəlsə də. Biz Qalata’ya gedib birinci gəmiylə də İsgəndə'
riyyəyə yola düşə bilərik. Hələ ki imperiyalar müharibəyə
başlamayıb, əksinə bir-birinə müttəfiq sayılırlar.
- Sənə yox desəm necə?
— Mənə de ki: "Yox, sən soydaşlarını qırğından x1'
las eləməyə çalışmayacaqsan. Yox, sən oğlunun bir güp ff

Qəstəntəniyyənin ağası olmağına cəhd etməyəcəksən *


Mənə bu kəlmələri de ki, sənə itaət eləyim. Yoxsa mən
yatın və məhəbbətin ləzzətini itirərəm.
Heç nə demədim. O, əlavə elədi:
- Sən necə adamsan ki, heç vaxt mübarizə aparmadə11'
peşmançılıq keçirmədən, dönüb arxana baxmadan bir^1
rinin ardınca şəhərləri, vətənləri, qadınları itirməyə
olursan?
- Tərk elədiyim Əndəlusla vəd olunan cənnət arası11
dakı ömür səfərdən başqa bir şey deyil. Mən heç yana
atmıram, heç nəyin tamarzısı deyiləm, heç bir şeydən
dördəlli yapışmamışam. Mən yaşamaq şövqümə, xoşbə*
olmaq fəhmimə güvənirəm, eləcə də Göylərin ədalət
1 istanbulda körpü və tarixi məhəllə adı, başqa adla Südlücə

358
ərxayınam. Bizim aramızda olan budurmu? Mən sənin
ardınca gəlmək naminə şəhəri, mənzilimi və həyatı tərk
eləməyə tərəddüd keçirmədim.
- Bəs indi niyə mənə qoşulmaqdan imtina eləyirsən?
- Narahatlıqlar məni usandırıb. Əlbəttə ki, səni burda
düşmənlərin əhatəsində qoyub getməyəcəyəm. Səni öz
•e
Məvmünün yanına aparacağam ki, onları xəbərdar eləyə
biləsən, ancaq bizim yollarımız ordaca ayrılacaq.
Yaxşı saziş bağladığıma və ona vəfa qılacağıma əmin
deyildim. Ancaq ən azı inanırdım ki, özümçün məni ağu-
Şüna almış təhlükənin hüdudlarını müəyyənləşdirə bil-
^işəm. Nurun çöhrəsi isə mənə çox işıqlı göründü. Axı
ebtiyathhğım hələ də davam eləyənlərin önünü kəsmir və
°nun yoluna mane olmurdu. Uzun-uzadı müfəssəl nitqim­
dən təfsilatın qayəsi olacaq "bəli" sözündən başqa bir şey
eŞÜrnədi. Əslində heç onu da gözləmədi, çünki tələffüz
dəməmişdim. Mən beynimdə Harundan yaxa qurtarmaq
■i
uÇün ona danışacağım yalanı uyduranda, Nur gəmilər, li-
^ənlar və yüklər barədə söhbətinə başlamışdı.

M- * *

Nil ölkəsinə dönərkən İsgəndəriyyə limanında vergiyı-


Sən məmur yoxlamalar arası Osmanlıların Şam və Misiri
Vlrən qoymağa hazırlaşdıqlarının doğru olub-olmadığı-
xəbər alanda dünyanın bütün qadınlarını, xüsusən də
^ürən çərkəz qadınlarını lənətləyərək cavab verdim. Məni
təəccübləndirən o oldu ki, müsahibim də bunu təs-
dlcl>ədi. Sanki bu, bütün gələcək bəlaların açıq izahıymış.

359
Əmir ətrafa boylananda divarlardakı qibti xaçını və
ikonanı görüb başını qaşıya-qaşıya güldü. Marağının
oyanmasında tam haqlıydı. Misir geyimi geyinmiş və os-
manlı dulu olan çərkəz qızıyla evlənmiş məğribli mənzi'
lini xaçpərəstsayağı bəzəyir. Mənzili necə əldə elədiyim1
ona danışmaq istəyirdim ki, sözümü kəsib dedi:
- Bu iki əşyanın görünməsi məni sıxmır. İş ondadır ki/
mən Allahın lütfüylə müsəlman olsam da, xaçpərəst do­
ğulmuşam, sultan və digər məmlüklər kimi xaç suyuna
çəkilmişəm.
Bu sözləri dedikdən sonra sıçrayıb ayağa qalxdı, dönə'
dönə təşəkkür eləyib üzr istədi. Nur otağın qaranlıq kün­
cündə əyləşməyib söhbətdə iştirak eləyirdi. Söhbətdən
razı qaldığından dedi:
- O uzaq yerdən gəlişim yalnız bu görüş naminə olmə"
saydı, peşmançılıq keçirməzdim.
Tezlikcə hadisələrin gedişindən aydın oldu ki, o, həA'
lıymış. Məlum oldu ki, süitan, nəhayət ki, hərəkət eləməyə
qərar verib.
Onun bölüyünün cıdırdan çıxıb Rəmilə meydanını keÇ
diyini görmüşdülər. Sonra da əs-Siran yoxuşu və Səlibə
küçəsindən keçmişdi ki, mən də vəziyyətlə tanış olmə^
üçün artıq ora getmişdim. Sultan alqış seli altında məu1111
bir neçə addımlığımdan keçəndə fikir verdim ki,onun çəü
rinin təpəsində tikilmiş qızıl sərçə-bu məmlüklərin gerb1
dir-bir qızıl ayparaya dəyişdirilib.
Ətrafımda pıçıldaşırdılar ki, Osmanlıdan gələn və
Qansunun dini təəssübkeşliyinə şübhə eləyən məktubun
1 Hərfən xaçlı

362
təsirilə bu dəyişikliyə göstəriş verilib. Sultanın ucsuz-bu­
caqsız dəstəsinin önündə 15-i qızılı saplardan işləmiş hö-
cüklərlə, digər 15-i də rəngarəng məxmər saph hörüklərlə
bəzədilmiş dəvələr gedirdi. Bundan sonra qızılla süslənmiş
Yəhərləri olan 100 döyüş atı keçdi. Ondan uzaqda isə qa­
tırların üstündə innabı ipək örtüklərlə örtülmüş və sultan
ailəsini daşımaq üçün hazırlanmış kəcavələr görünürdü.
Axşamdan Tuman bay bütün Misir işlərinə tam səlahiy­
yətli ümumi komandan təyin olunmuşdu. Ancaq şayiələr
gəzirdi ki, xəzinənin bütün pullarını-bu da bir neçə milyon
dinara bərabərdir-sultan özüylə götürüb, eləcə də sultan
xəzinələrində olan qiymətli əşyaları götürübmüş.
Nurdan xahiş eləmişdim ki, dəqiqləşdirməyə çalışdığı
bədisəni izləmək üçün mənimlə getsin. O da məndən rica
elədi ki, tək gedim; halının yaxşı olmadığını israr eləyirdi.
zənn eləyirəm ki, mümkün qədər adamların qarşısına
Amaqdan çəkinmək istəyirmiş; onun hamilə olduğunu
əhməyim çox çəkmədi. Bu səbəbdən dolayı çox sevinməyə
eəsarət
*• eləmirdim. Çünki mən 30 yaşımm ərəfəsindəykən
belimdən gəlmiş bir oğlum olmağını çox çılğıncasına
^ulasam da, yaddan çıxara bilməzdim ki, Nurun halı
ididən belə nəinki onu tərk eləməyə, hətta onunla birgə
Qahirədən qaçmağıma da mane olur. Halbuki belə davran­
mağımı məntiq tələb eləyirdi. Üç ay keçmişdi, bu müddət
ərzində sultanın irəliləməsi haqda xəbərlər alırdıq. Qəzza,
^abərjyyə, sonra da təəssüfdoğuran hadisə qeydə alınmış
^ərnəşqt
Adətə uyğun olaraq, sultan şəhərə qalib kimi daxil
°larkən beytü-1-malm xəzinədarı onun ayaqları altma

363
yenicə kəsilmiş gümüş sikkələr atmışdı. Qansunun müha­
fizəçiləri sikkələri yığmaq üçün atılanda sultan özü az qalə
izdihamın altında atın üstündən yıxılacaqmış.
Məlumat gəldi ki, sultan Dəməşqdən sonra Həmat və
Hələbə gedibdir. Sonra sükut çökdü. Üç həftədən artıq bir
müddət ərzində heç bir şayiə bu sükutu korlamırdı. Belə
vəziyyət ta 16 şaban (miladi 1516-cı il sentyabrın 4-ü) şən-
••
bə günü bir qasid toz-torpağa batmış halda tövşüyə-tövşu-
yə yetişənəcən davam elədi. Döyüş Dəməşqin yaxınhğın'
dakı Dabiq çəmənliyində gedirdi. Sultan kiçik taqiyyə’5^1
dolayıb, ağ əbasını geyinmiş, çiynində təbərzini, yanında
xəlifə, qazilər və 40 nəfər Quran daşıyanla birlikdə orda
iştirak eləyirdi. Əvvəlcə üstünlük Misir ordusunun tərə'
findəydi, düşmənin 7 bayrağı və arabalarda daşınan bö'
yük topları ələ keçirilmişdi. Ancaq sultana xəyanət edildi
xüsusən osmanlılarla gizlincə əlbir olmuş Hələb hakim1
Xayir bək tərəfindən. Onun başçılıq elədiyi sol cinah gcrl
döndü, çox keçmədən onun tutduğu iş bütün orduda ruh
düşkünlüyü yaratdı. Nə baş verdiyi Qansuya çatan kim1
onu iflic vurdu və atın üstündən yıxılıb yerindəcə keçmd1.
Qarma-qarışıqlıqda onun cəsədinə rast gəlinmədi də.
Misir ordusunun əks istiqamətində hərəkət eləyə*1 və
beləcə Hələbi, sonra da Hamməni tutmuş osmanlı ordu
sunun yaxınlaşmağı haqda xəbərlər tezcə gəlib yetişdiyi
dən qahirəlilərin qəlbinə vic-vicə salmışdı. Xan-əl-Xəldidə
kiçik asiyalı türklərə və məğriblilərə aid bir neçə dükən
qarət edildi, ancaq Tuman bayın sayəsində nizam-intizə111
zor gücünə bərpa olundu, o bu faciəvi xəbərlərin ağırhğ1111
1 çalma

364
azaltmaq üçün vergi və rüsumların ləğv olunduğunu elan
elədi və ilkin tələbat mallarının qiymətini ucuzlaşdırdı.
Əmir mövqeyi ələ almağı bacarsa da, özünü sultan elan
eləməzdən qabaq bir ay gözlədi. Həmin gün Dəməşq də
Səlimin əlinə keçdi, çox keçmədən Qəzza da Dəməşqin
ardınca getdi. Nizami qüvvə çatmadığından Tuman bay
Paytaxtı qorumaq üçün silahlı xalq dəstələrinin yaradıl­
ması haqda əmr verdi. Türmələri boşaldıb elan elədi ki,
Xalq dəstələrinə qoşulanlara bütün cinayətlərə, o cümlə­
dən adamöldürmə cinayətinə görə əfv veriləcək. İlin son
eynləri
■■ osmanlı qoşunları yaxınlaşanda məmlük sultanı
02 qoşunlarını paytaxtın şərqindəki Raydəniyyə düşərgə-
s,nə toplayıb, ona fillər və yenicə tökülmüş bir neçə top da
9°şdu; uzunmüddətli mühasirəyə duruş gətirmək ümidilə
Uzun və dərin xəndək qazdırdı.
Lakin Osmanlının planında belə bir şey yox idi. Səlim
nzun çəkmiş Sinay səfərindən sonra ordu nəfərlərinə iki
istirahət verib toplardan atəş yağışına başladı və bö-
yük say üstünlüyü ilə ümumi hücum əmri verdi. Beləliklə,
neçə saat sonra Misir qoşunlarının sıralan parçalandı
və ilin axırıncı günü Mövlamız Böyük Sultan Qahirəyə fa-
kimi daxil oldu, onun önündə gedən carçılar Qahirə
əkinlərinə əmin-amanlıq vəd eləyir, sakinləri öz işlərinə
dənməyə çağırırdılar.
Cümə günü idi, Şamda əsir götürülüb fatehin müşayiə-
^ə qayıdan xəlifə fitva verdi ki, paytaxtın bütün məscidlə­
rdə "Sultanoğlu sultan, iki dənizin və iki qurunun sahibi,
ordunun səfini pozan, iki İraqın sultanı, iki müqəddəs
^rin xadimi, müzəffər məlik Səlim şah" adına xütbələr
°xünsun.

365
Nurun gözləri qan rəngindəydi. Osmanlı sultanının
qələbəsi onu o həddə pəjmürdə eləmişdi ki, hamilə oldu­
ğu çağanın həyatı üçün təşviş keçirdim. Bari-həmlini yerə
qoymağına bir neçə gün qaldığından ona and verdim ki,
yatağında sakit qalsın. Mən də doğuşdan həmən sonra bu
ölkəni tərk eləyəcəyim vədilə özümü toxtatmışdım. Qalch’
ğımız küçədə yaşayan əyanların hamısı qarətdən qorxduq­
ları üçün bütün qiymətli əşyalarını, pal-paltarlarını evləri­
nin zirzəmilərində gizlətmişdilər.
O gün mehtərim məni şəhərə aparmaq üçün öz eşşəy1
ilə qapıma gəlmişdi. Oğlan qəhqəhəylə danışdı ki, mə111
aparmağa gələndə kəsilmiş məmlük başına rast gəlib- He?
gülmədiyimi görüncə, özünə rəva bildi mənə desin ki, mən
baş verənləri çox ciddi qəbul eləyirəm. Bu sözlər ona əh-
min arxasıyla bir şapalaq vurmağıma başa gəldi. Ata səsilə
onu məzəmmətlədim:
- Şəhərin işğal olunub, Ölkən tar-mar edilib, bütün
hakimlərin ya öldürülüb, ya didərgin düşüb, onların ye
rini bambaşqa bir dünyadan gəlmiş özgələri tutub. Hələ
sən bir də məni baş verənləri çox ciddi qəbul eləməkdə
qınayırsan?
Onun yeganə cavabı çiyinlərini çəkib əbədi mütili)a
işarə eləyən bu kəlmə oldu:
- Anamı alan hər kəsə əmi deyərəm.
Və yenidən güldü.
Amma heç vaxt təslim olmayacaq birisi qalmışdı:
Tuman bay idi. O, Qahirə tarixinin ən böyük qəhrəman^!
səhifələrini yazmağa hazırlaşırdı.

366
Tuman bay ili
Hicri 923-cü il (Miladi 1517-ci il yanvarın 24-Ü-1518-Cİ
yanvarın 12-si)
Artıq həm də Qahirənin hakimi-mütləqi olmuş Osman-
sultanı şəhərdə gəzib-dolaşır, bununla da, sanki məhv
°^rnamış hər müqəddəs yeri, hər bir canlını, hər qapını,
hər ürkək baxışı yox eləmək istəyirdi. Elə hey camaatın və
baqlarının toxunulmazlıqları haqda fərman oxuyan car-
Çhar sultanın önündə gedirdilər, halbuki həmin vaxt sul­
anın dəstəsindən bir neçə addım kənarda qırğın, qarət və
s°yğunçuluq davam eləyirdi.
Hk qurbanlar çərkəzlər oldular; onların məmlük nəs-
‘h'idən olub-olmamasma fərq qoyulmadan amansızcasına
təqib olunurdular. Keçmiş dövrün hansısa bir əyanı həbs
ədiləndə eşşəyin üstünə üzü quyruğa sarı mindirilib, ba-
göy çalma qoyulur, boynuna isə bir neçə zınqırov
Alırdı. Başı bədənindən üzülməzdən qabaq bu qiyafə­
də küçələri dolandırırdılar. Baş hündür bir əsadan asılır,
cəsəd isə anındaca itlərə atılırdı. Osmanlı düşərgələrinin
^ər birində bu minvalla yüzlərcə əsa sancılıb, bir-bir ar­
dıca cənazə meşələri əmələ gətirilmişdi və Səlim orda gə-
^b~dolaşmağı sevirdi.

367
Bir müddət osmanlının vədlərinə aldanmış çərkəzlər
çox keçmədi ki, başlarına qoyduqları yüngül əmmamə və
taqiyələrdən xilas olub, xalqın arasında əriyib itmək üçün
böyük əmmamələr qoydular. İndidən belə də osmanlı əsgər­
ləri heç bir fərq qoymadan bütün yoldan keçənləri saxlayıb/
onları ittiham edirdilər ki, başqa qiyafət geyinmiş çərkəz­
lərdir və azad edilmələri üçün cizyə ödəmələrini tələb edir­
dilər. Küçələr boş olanda da qəfildən evlərə soxulub qaçmış
çərkəzləri daldalandıqları yerlərdən çıxarmaq bəhanəsilə
qarətlə məşğul olur, qadınlara təcavüz eləyirdilər.
O ilin dördüncü günü Sultan Səlim qoşunlarının ən
böyük ordugah saldığı Bulaq nahiyəsində idi. Bəzi zabit­
lərin edamına tamaşa eləmişdi, sonra əmr elədi ki, başlə-
rı üzülmüş və orduda sıxlıq yaradan cəsədlər dərhal Nilə
atılsın. Sonra limana yaxın məsciddə axşam namazı qılmə'
ğa getməzdən qabaq təharət alsın deyə hamama keçmişdi*
Gecə çökər-çökməz ordugaha dönüb, bəzi köməkçilə1^111
yanına çağırdı. Yığıncaq təzəcə başlamışdı ki, qeyri-adi biı*
hay-küy qalxdı: alovlanmış məşəllərlə yüklənmiş yüzlə1*'
lə dəvə osmanlıların mövqeyinə hücum eləyib, çadırləra
yanğın salmışdı. Zülmət öz pərdəsini çəkmişdi, minlədə
silahh ordugahı dağıdırdı, düşərgəni bürümüş qorxu də
onlara kömək eləyirdi.
Silahlıların başında öz əsgərləri ilə döyüşçülərə qoş0’
muş Tuman bay dururdu. Ancaq silahlıların çoxu qara cə
maatdan, dənizçilərdən, su daşıyanlardan ibarət adamlə1*
idi və məhkum edildikləri üçün xalq dəstələrinə qoŞu*
muşdular. Kimi xəncər qurşamış, kimisinin də sapand
dəyənəkdən savayı bir silahı yox idi. Buna baxmayaratT

368
osmanlıların sıralarında ölüm toxumları əkə bildilər. Gecə
olması və hücumun qafilliyi onların dadına yetmişdi. Dö­
yüşün qızğın çağında Səlimin özü hər tərəfdən mühasirəyə
almmışdı, yalnız mühafizəçilərinin amansızlığı sayəsində
əzünə yol açıb aradan çıxa bilmişdi. Ordugah Tuman ba­
y^ əlinə keçdi, o öz tərəfdarlarına əmr elədi ki, bir an belə
lürmədən düşməni Qahirənin bütün guşələrində təqib elə­
yib bir nəfəri də əsir götürməsinlər. Paytaxt küçəbəküçə
Seri alındı. Çərkəzlər xalqın fəal köməyi ilə osmanlı döyüş­
çülərini təqib eləyirdilər. Rəhmsiz görünən cəlladlar qur­
bana çevrilmişdilər. Mən özüm mənzilimin yaxınlığında
məscidə sığınmış yeddi türkün qətlə yetirilməyinin şahidi
əioauşdum. 20-yə yaxın qahirəli onları təqib eləyirdi. On-
‘arsa ən uca minbərə çıxıb, tüfənglə kütləyə atəş açmağa
başladılar. Çox keçmədən yaxalanıb doğrandılar. Sonra da
panlarına bələnmiş halda binanın üstündən yerə atıldılar.
Döyüş çərşənbə axşamının gecəsi başlamışdı. Cümə ax-
$arm Tuman bay Səlibə küçəsindəki Şcyxu came məscidinə
^üşüb, oranı özünə komandanlıq qərargahı elədi. Elə gə-
lirdi ki, o, artıq şəhərin sahibi olub, hətta səhər minbərin
kündən yenidən onun adına xütbə oxundu. Əslində isə,
Turrıən bayın vəziyyəti əvvəlkindən də kövrək idi. Qəfil-
'iyin hövlü keçincə osmanlılar özlərinə gəldilər, Bulağı
Atarıb, köhnə Qahirəyə, o cümlədən mən olduğum küçə
dəflərə də sızdılar. İtirdiklərini qarış-qarış ələ keçirirdilər.
Tuman bay, əsasən, mərkəzdəki sıx məskunlaşılan məhəl-
lələrə rəhbərlik eləyirdi, əlüstü barrikada və istehkamlar
bulduğu, xəndəklər qazıldığı üçün ora keçmək çətin idi.
T°rslikdən Nur, Allahın yaratdığı günlərdən məhz həmin

369
cüməni doğuş sancılarını hiss eləyəcəyi gün kimi seçmişdi.
Mən qonşudan mamaçanı çağırmaq üçün sürünə-sürünə
çıxıb bağımdan gizlicə keçməyə məcbur oldum. O getmək­
dən imtina elədiyindən bir saat yalvar-yaxar eləyib böyük
əlmuzdu ödəyəcəyimi söz verdim; yeni doğulan körpə qız
olsa iki dinar, oğlan olsa dörd dinar.
Çağanm şişkin qıçları arasında çəhrayı nazik çat görün­
cə qışqırdı:
- İki dinar!
Ona cavab verdim:
- Hər şey salamatlıqla bitsə, dörd dinar alacaqsan!
Belə səxavətə görə çox sevindiyindən vəd elədi ki, hıf
neçə gün sonra havayı sünnət1 eləməyə gələcək.
Ondan rica elədim ki, heç nə eləməsin və başa saldı^1
ki, mənim ölkəmdə bu əməliyyat yoxdur. Bu, onu çox Şa
şırdıb rəncidə elədi.
Qızım da mənə anası kimi bəyaz və gözəl görünürdü-
Onun adını "Həyat" qoydum, çünki bütün ailəm kimü
da Qahirənin öldürücü qarışıqlığından salamat çıxmaqdar1
özgə bir şey arzulamamışdım. Bu qarışıqlıqda iki impe^Y3
var idi: onlardan biri qələbəsi sayəsində böyüyür, digərl
isə ölümə qarşı inadla duruş gətirirdi.
Küçələrdə hələ də amansız döyüş gedirdi. Əksər
raflarda hakimiyyəti geri qaytarmış osmanlılar mərkəzə
keçməyə can atırdılar, ancaq onlar çox yavaş irəliləyü
itki verirdilər. Bununla yanaşı, döyüşün nəticəsinə heç h11'
şübhə yox idi; xalq dəstələrindən olan silahlı döyüşÇ^^
tədricən Tuman bayın ordugahından qaçıb gedirdilər
1 Misirdə qızlar da sünnət olunur

370
Məmlük sultanının özü isə bütün gün ərzində bir ovuc
sədaqətli adamın, bir neçə güllə atıcısının və şəxsi müha­
fizəsində olan çərkəzlərin başında döyüşürdü. Müqavimət
göstərmək niyyəti ilə şənbə gecəsi şəhərdən çıxmaq qəra­
ra gəlmişdi. Şayiə buraxdı ki, yaxınlarda işğalçıları qov­
maq üçün daha böyük qüvvə ilə qayıdacaqdır.
Osmanlıların Qahirə küçələrinə yenidən nəzarət imka-
nı qazandıqda törətdiklərini necə təsvir eləmək olar? İndi
°nların nəzərində vəziyyət birinci qələbələrində olduğu
mmi deyildi, daha doğrusu, onlara müqavimət göstərən
Çərkəz döyüşçüləri qovmuşdular, indidən belə Qahirə-
11'rı bütün sakinlərinin təqib edilməsi gəlirdi. Nəfəs alan
■ kəsin öldürülməsi əmri almış osmanlı əsgərləri şəhə-
rırı küçələrinə yayılmışdılar. Heç kim lənətə gəlmiş şəhə-
ri tərk eləyə bilməzdi, çünki bütün yollar kəsilmişdi; bir
3c$arn da daldalanacaq tapa bilməzdi, çünki qəbiristan və
məscidləri belə döyüş meydanına çevrilmişdi. Tufan
Sal<İtləşƏnəcıək adamlar öz evlərində gizlənməyə məcbur
°’rrıuşdu. O gün sübhdən gecənin son saatına kimi 8 min-
dən Çox adam həlak oldu. Küçələr sonsuz qan karvanma
^arışmış kişi, qadın, at və eşşək cəsədlərilə doluydu. Səhər
$ökrn öz ordugahında iki bayraq sancdı: biri ağ, digəri qır-
rəngdə. Bu, ordu nəfərlərinə qisasın dayandırılması
Qahirə əhalisi üzərindən qılıncın qaldırılması haqda ve-
^nıiş bjr işarƏydi Artıq bunun vaxtı çatmışdı, çünki qisas
lr r'cçə gün də eyni amansızlıqla davam eləsəydi, osman-
h sultanı bu ölkədə yalnız böyük sümük qalaqlarını istila
ləyəsi olardı.
ə qanlı günlər uzunu Nur dayanıb-durmadan Tuman
zəfəri üçün dua eləyirdi. Mənim şəxsi hisslərim də

371
fərqli deyildi. Haçansa bir gün məmlük sultanını öz evim­
də qəbul eləməyimi xatırlayır, onun cəsarətindən şövqə
gəlirdim. Xüsusən də ona görə ki, ortada Bəyazid var idi.
Bir şübhə, çuğulluq və kiminsə çənə boşluğu gec-tez onu
da, bütün ailə üzvlərimi də osmanlıların cənginə verəcək­
di. Qaçqın tifilin və bizim sağ qalmağımız üçün Tuman ba­
yın zəfər çalması gərək idi.
Bazar günü döyüşü uduzduğunu qəti başa düşəm
də ümidsizlik, qorxu və boğuq qəzəblə onu lənətlədim
ki, gərək heç vaxt belə axmaq iş tutmayaydı; camaatı öz
dəstələrinə çəkib şəhərdən alınacaq intiqamı onların üzə-
rinə yönəlməyinə səbəb olmayaydı.
Yorğunluğuna baxmayaraq, Nur ayağa qalxdı, çünki
pis yuxudan ayılmışdı. Onun solğun bənizində nəyəsə zil'
lənib qalmış gözlərindən başqa bir şey görünmürdü.
— Ehramları yada sal! Onları tikmək naminə neçə-ricÇə
adamlar ölüb, halbuki onlar uzun illər yaşaya, torpaq əkə'
yeyə və övlad dünyaya gətirə bilərdilər! Amma bəlkə də
taundan qırılıb, özlərindən sonra heç bir iz qoymazdılar'
Fironların istəyinə uyğun olaraq, elə abidə ucaldıblar kb
kölgəsi əbədiyyətədək onların zəhmətinin, ümidləri*1’11'
ən yaxşı cəhdlərinin xatirəsini yaşadacaqdır. Tuman bə}
da bundan qeyri bir şey eləməyib.
Dördgünlük qəhrəmanlıq, cəsurluq, alicənablıq döf
əsrlik itaətə, əyilməyə, alçalmağa bərabər deyilmi? Tumən
bay Qahirəyə və onun xalqına mümkün olan ən gözəl bə
diyyəni təqdim eləyib; müqəddəs od artıq başlamış ^ə11
gecəyə nur saçacaq və onu isidəcək.
Nurun sözləri məni ala-yarımçıq inandırdı, amma mə11
onun dediklərinə etiraz eləməyə cəhd eləmədim, yalnlZ

372
ona mehribanlıq göstərib, təzədən yerinə uzatmaq üçün
bəhanə gətirməklə kifayətləndim. Öz qövmünün dilində
danışırdı. Mənimsə tək istəyim o idi ki, özümü və qohum­
larımı həyatda saxlayıb, günün birində pardaxlı ağ kağızın
JM
üzərində Qahirənin özünün süqutunu, onun imperiyası-
nm süqutunu və qəhrəmanının süqutunu nəql eləyim.

***

Mən bir neçə həftə qabaq şəhəri tərk eləyə bilməzdim;


bir neçə həftə Nurun özünə gəlib səfərə çıxa bilməsi üçün
yetərli vaxt idi. O müddəti gözlədikcə Qahirədə həyat çə-
bndən çətin olurdu. Mallar qıtlaşmaq dərəcəsində azal-
^Şdı. Yağ, pendir, meyvə tapılmırdı, buğdanın qiyməti isə
Acmışdı. Deyirdilər ki, Tuman bay qərar verib ki, hələ də
hökmranlığında olan əyalətlərdən keçən yollarla şəhərə
ər2aq daşınmasına mane olmaqla, osmanlı qarnizonunu ac
əlasın.
^ə üstəlik, bir gün də olsun hər hansı Misir hakimiy­
yətinə tabe olmamış bədəvi ərəb qəbilələrilə anlaşıb ki, so-
y^b-talamaq üçün paytaxtın nahiyələrinə hücum eləsinlər,
ynı vaxtda adamlar iddia eləyirdilər ki, Tuman bay İsgən-
bəriyyədə Qx, kaman və barıtdan ibarət hərbi yardım alıb,
inidən hücum eləməyə hazırlaşır. Həqiqətən də, toqquş­
anlar şiddətlənmişdi, xüsusən də Cizə tərəfdə. Bəyazidi
8eri almaq üçün getməli olduğumuz ehramların yolunu
eləməyimiz çətinləşmişdi.
Belə bir vəziyyətdə biz özümüzü osmanlı patrulu-
Və ya bəzi qaçaq məmlüklərin, ya da ki çapovulçu

373
dəstəsinin əlinə düşmək təhlükəsilə üz-üzə qoyaraq qaÇ'
mağa cəhd eləməliydikmi?
Sultan Səlimin bir neçə min sakini Qəstəntəniyyəyə
köçürmək istədiyini öyrənənə kimi tərəddüd içindəydim.
Əvvəlcə xəlifə, məmlük əyanları və onların ailələrindən
bəhs olunurdu. Ancaq siyahı uzandıqca uzandı: bənnalar,
dülgərlər, mərməryonanlar, kaşıçılar və bütün peşələrdən
olan ustalar ora əlavə edildi. Çox keçmədən öyrəndim ki/
osmanlı məmurları şəhərdəki bütün yəhudilərin və məğ'
riblilərin adlı siyahısını tutmaqla məşğul olurlar kiz onlərl
da köçürsünlər.
u .

Qərar vermişdim. Gələn üç gün ərzində səfərə çıxmağ1


arzuladığımdan bəzi işlərimi yoluna qoymaq üçün şəhər
də sonuncu dəfə gəzib dolaşanda təsadüfən eşitdim ki, bə
dəvi qəbiləsi rəisinin xəyanəti ucbatından Tuman bay əslf
götürülüb.
Günortaya yaxın namaza səsləyən azan səslərinə qa
rışmış hay-küy eşidildi. Mənim yanımda bir ad çəkilə’
Zəvilə qapısı... Kişili-qadınlı, cavanlı-qocalı minlərcə Qa
hirə əhli həmin qapıya san götürülmüşdü. Mən də
eləyəni elədim. Böyük kütlə get-gedə çoxalır və özünü11
yanmsəssizliyi ilə diqqəti cəlb eləyirdi. Lapdan bu küüc
təxminən iki yüz süvari və onun iki misli qədər piyadadə11
ibarət osmanlı dəstəsinə yol açaraq dağılışdı. Dəstədəkilər
arxalarını camaata çevirib iç-içə üç çevrə əməl gətirdilək
lap ortada isə köhlənin üstündə bir kişi varıydı. Bu sü11
etdə Tuman bayı ayırd eləmək asan deyildi. Başı çılpa^
saqqalı pırtlaşıq idi. Əynində isə qırmızı qumaş cır-cınd^
dan savayı bir şey yox idi və bəyaz əba bu cır-cındırı ya*$

374
ort-basdır eləmirdi. Ayaqlarında isə yalnız abı mahuddan
patava var idi.
Osmanlı zabitinin tələbinə əsasən sultan atdan düşdü,
əllərinin kəndiri açıldı, amma 12 əsgər qılıncları sıyrıl-
halda onu dövrələyib qalmışdılar. Hərçənd ki, onun
9aÇmaq haqda düşündüyü sezilmirdi. Azad olmuş əllə-
r’lə onu şücaətlə alqışlayan adamlara salam verdi. Bütün
nəzərlər, o cümlədən də onun nəzərləri cəlladın üzərinə ip
Alamış olduğu qapıya sarı yönəldi. Tuman bayın çöhrə-
Slndə qorxu olsa da, dodaqlarından təbəssüm əskik olma-
mıŞdı. Baxışlarına gəlincə, yalnız onlar alovunu itirmişdi.
T°plaşanlara səsləndi:
" Mənim üçün üç dəfə "Fatihə" surəsi oxuyun!
Minlərlə zümzümə hər ləhzə dalğa-dalğa artan əks-sə-
verirmişcəsinə ucaldı:
" Əl-hamdu lillahi Rabbi-l-'aləmin, ər-Rahməni-r-Ra-
rnəliki-yaumi-d-din...
"Amin" kəlməsi uzun, qəzəbnak və nifrətamiz idi. Son-
heç nə olmadı, eləcə sükut çökdü. Osmanlılar çaşıb qal-
’Şdılar, onları hərəkətə gətirən Tuman bayın özü oldu:
Ey cəllad, işini gör!
b məhkumun boğazına kəndir dolanıb digər tərəfdən
°rk dartıldı. Sultan bir ayaq boyu qalxıb, sonra yerə yıxıl-
l’ Düyün təzələndi, cəllad və köməkçiləri onu yenidən
ərkitdiz amma bu dəfə də qopub düşdü. Gərginlik dözül-
dərəcədə idi. Yalnız Sultan özü başqa bir yerdəymiş
Şad görsənirdi; elə bir yerdə ki, orda qəhrəmanlığa
^Orə bu cəzadan fərqli, tam fərqli bir cəza-mükafat verir-
ör‘ Misirin sonuncu bahadırı, Nil vadisi hökmdarlarının

375
ən cəsurunu adi at oğrusu kimi mühakimə eləyib, Zəvilə
qapısından asmışdılar.

***

Gecə səhərəcən asılmış məhkumun surəti gözləri111


önündən çəkilib getmədi. Sabah isə ehramların yoluna qo­
yuldum; ağrı, yuxusuzluq və təhlükəyə qarşı hissiyyətslZ'
lıq məni qorxudurdu. Özüm də bilmədən qaçmaq üçün ç°x
yaxşı vaxt seçmişdim. Osmanlılar ehtiyatı əldən vermiŞ'
dilər, düşmənlərini ləğv eləməyin nəticəsində xeyli arxə'
yınlaşmışdılar. Tuman bayın dostları isə məğlubiyyətə11
çox təsirlənmişdilər və hara gəldi çıxıb gedirdilər. Şübhə'
siz ki, biz beş-altı dəfə ayaq saxlayıb şübhədən doğan bəzl
suallara cavab verməli olduq. Ancaq elə bir çətinlik çəkmə'
dik və qarət edilmədik, gecəykən artıq Xəzranın yanındə
ilk dəfə sevişdiyimiz komada sağ-salamat yatmışdıq- Bur
da gözləmədiyimiz xoşbəxt bir neçə ay keçirdik. Dayən111
kəndi kiçik və yoxsul olduğundan diqqət çəkmir, çevrmS
və müharibələrdən kənarda yaşayırdı. Ancaq bu sakit və
rahat həyat mənim üçün səfərin iki uzun mərhələsi arasın
da yaşıl nöqtəli vahədən başqa bir şey deyildi. Uzaq ellər’n
səsləri məni haylayırdı, qismətimə yazılmışdı ki, bu Ça8
nşın təlqinlərinə uzun müddət qulaqlarımı bağlamayın1-

376
Qaçırılma ili
1

Hicri 924-cü il (Miladi 1518-ci il yanvarın 13-ü~1519-cu il


yanvarın 2-si)
Kənddə uzun müddət qapanıb fikir-xəyala qərq olun-
^ağımız məni arxayınlaşdırmırdı. Bütün şəhərlər gec-tez
^əhvə qaildir, bütün imperiyalar amansızdır; ilahi inayə-
tiftsə həddi-hüdudu bilinməz. Yalnız Nilin daşması, ul-
^uzlarm axışı, camış balaqlarının mövsümi doğuluşu idi
^əni öz istəyimdən vaz keçməyə sövq eləyən.
Səfər vaxtı çatanda üzümü Məkkəyə san çevirdim. Həcc
həyatıma fərz olmuşdu. Nur biri bir yaşında, ikincisi isə
^Örd yaşında iki uşaqla səfərə çıxmaqdan çəkindiyindən
■^ə^radan xahiş elədim ki, bizi müşayiət eləsin. Bu, onu çox
Sevindirdi və and-qəsəm elədi ki, canını müqəddəs diyar-
tapşırmaqdan daha yaxşı bir əcri-mükafat gözləmirmiş.
^’zədən cənuba doğru yarımgünlük məsafədə çayın Afrika
Sahilincjə yelkənli gəmi tapdıq. Onun sahibi varlı un isteh-
Sakısıydı, malını Yuxan Misirə daşıyır, bir azacıq görkəmi
$lan bü tün şəhərlərdə bir-iki gün dayanırdı. Beləcə, bir-bi-
rinin ardınca Bəni Süveyf, Məniyyə və Mənflutdan keçdik;
°rda bizə bir kişi də qoşuldu. Həmin gecə sakitlikdən və
küpələrin yatmağından istifadə eləyib, şamdanın işığında
^mağa oturmuşdum ki, təzə sərnişin məni hayladı.

377
- Ey, sən, get gəmiçilərdən birini oyat. Mən suda böyük
ağac parçası görürəm, sabah yemək bişirəndə karımıza
gələcək.
Nə onun kobud ləhcəsi, nə kobud səsi, nə də gecəyarısı
elədiyi təklif məni təəccübləndirmədi, yaşma uyğun gəl'
məyən həyasızlığına məhəl qoymadan cavab verdim:
- indi gecəyarısıdır, yaxşı olar ki, heç kimi oyatmayaq-
Ancaq sənə mən özüm kömək eləyə bilərəm.
Qələmimi təəssüflə bir kənara qoyub, kişiyə sarı bir
neçə addım atdım. O, yelbeyincəsinə dedi:
- Mənim kimsəyə ehtiyacım yoxdur. Bu işi tək də görə
bilərəm!
Əlində ip tutub gəminin üstündən əyilmişdi. Üzən ağəc
parçasını iplə bağlamaq istəyəndə suda qəflətən bir quyruCl
peyda oldu, kişiyə dolanıb, onu Nilə çəkib atdı. GəmiÇ^3'
ri və sərnişinləri yuxudan oyadanadək çığır-bağır saldım-
Gəmini dayandırmaq üçün yelkəni yığdılar. Gəmi tam bır
saat sahildə bağlı qaldı, bu vaxt bir neçə cəsur dənizçi öz
lərini suya atmışdılar, amma faydası olmadı. Hamı belə
rəyə gəldi ki, zərərdidəni timsah parçalayıb. Səfərin qal#1^
vaxtı ərzində Yuxarı Misiri qorxuda saxlayan bu nəhər>S
kələzlər barədə çox əcaib hekayələr danışdılar. Fironlar”1'
romalıların əyyamında, hətta İslam fütuhatlarının başl”0
ğıcında onlar ən az zərərli timsahlar sayılarmış. Am”1‘
J- ’İ
hicri təqviminin üçüncü əsrində çox qəribə bir hadisə 1
verir. Mənfuz yaxınlığındakı mağarada bu heyvanla1'^11
birinin öz təbii həcmində olan, firon yazılarıyla süslə111^1^
qurğuşun heykəlini tapırlar. O dövrdə Misirin valisi olə1

378
ibn Tulun1 adlı şəxs büt hesab elədiyindən həmin heykə­
li məhv eləməyi buyurur. Gecədən səhərə kimi timsahlar
qəzəblə qorxu və ölüm saçaraq adamlara hücum eləyirlər,
ənda başa düşürlər ki, heykəl vəhşilərin əhliləşdirilməsi
n$minə ulduzlarla bağlanmış sazişə uyğun ucaldılıbmış.
Xoşbəxtlikdən bəla yalnız Yuxarı Misiri vurur. Timsahlar
Qahirəyə çıxır və yalnız insan əti yeyirmişlər, şübhəsiz, bu
ona görə baş vermişdi ki, onlara bunu eləməyə mane olan
heykəl artıq yox idi.
Mənflutdan sonra Əsyutdan keçdik, ancaq orda dayan­
madıq, çünki elan olunmuşdu ki, taun yenidən baş qaldı-
rıb. Növbəti dayanacağımız əhalisi xaçpərəst olan kiçik bir
Şəhəriydi. İki gün sonra kərpicdən qala divarları ilə əhatə
°lunmuş böyük Qina şəhərinə yetdik. Onun divarlarından
^ƏXrlə 300 timsah başı asmışdılar.
ərdan Qırmızı dənizin sahilində yerləşən Əl-Quseyr
hrnanınadək quru yolla getdik. Nildən sahilədək bir dənə
olsun su qaynağına rast gəlinmədiyindən özümüzlə su
^luqlan götürmüşdük. Səhralıq Ərəbistanın Yunbu lima-
nir»a çatmaq üçün bizə bir həftədən çox vaxt lazım olmadı.
^abia-s_sanjnjn hilalı görünəndə, ordan sahilə yan aldıq,
ə aym sonunda ilin həcc mövsümü yaxınlaşmışdı. Heç altı
də keçmədən Ciddədə olduq.
Tərəqqi əsər-əlaməti olmayan bu limanda ziyarət üçün
^ləb olunan ləvazimat az idi. İki qədim məscid və bəzi
Mehmanxanalar istisna edilməklə evlərin əksəriyyəti tax-
M komalar idi. Anamız Həvvanın bir neçə gccə keçirdiyi
ələnən sadə qübbəni də xatırlatmaq lazımdır. Həmin il
" ■*---------- -

Llrkəsilli Tulunilər sülaləsinin banisi


379
şəhərdə Osmanlı əmir-ul-bəhri hökmranlıq eləyirdi, məm-
lüklərə sadiq olan köhnə vali isə köpək balıqları qaynaşan
məntəqədə hərbi gəmidən dənizə atılmaqla vəzifəsindən
azad edilmişdi.
Hamılıqla yoxsul olan əhalinin isə yeni hakimiyyətdən
gözlədiyi o idi ki, Qırmızı dənizdə ticarəti sıxışdıran kafe­
ləri vursun. Ciddədə cəmi-cümlətanı iki gün qaldıq, başqa
sözlə desəm, Məkkəyə gedən karvana çatmaq üçün lazım
olduğu qədər.Yolun yarısında ihrama bələndim, dodaqlə'
nmsa elə hey hacıların kəlməsini təkrarlayırdı:
- Ləbbeykə Allahummə, ləbbəykə Allahummə.
Gözlərim üfüqdə Məkkəni axtarırdı, ancaq mən müqəd­
dəs şəhəri yalnız səfərin yeni gününün sonunda gördün1/
yalnız o zaman ki, artıq onun divarlarının yanına yetişnü?
dim. Peyğəmbərin (s.ə.s) vətəni çox alçaq bir dərədə yedə'
şir və əhatəsindəki dağlar onu göz-nəzərdən hifz eləyirdi-
Mən Umrə alaqapısından daxil oldum, o, şəhərin üç cla
pısından biri, özü də ən çox giriş-çıxış olanıydı. KüÇə^1*
mənə çox dar, mənzillərsə bir-birinə yapışıq gəldi, hərçə11^
ki, yaxşı binalar və Ciddədəkindən çox zəngin mənzillər
var idi. Ətraf torpaqların quraqlığına rəğmən , bazad^
təzə meyvələrlə doluydu.
İrəlilədikcə hiss eləyirdim ki, röyalar aləminə düŞ
müşəm. Adama elə gəlirdi ki, bu verimsiz torpaqlafC^
salınmış şəhərin taleyində sitayişsiz bir gün də olməY1^'
mərkəzində Əl-Hərəm-əş-Şərif-İbrahim evi, tən
da-Əl-Hərəmin həndəvərində isə Kə'bə yerləşir. Bu, dö1
rəsində üzülüb əldən düşənəcən təvaf1 eləmək istədiyi1'

1 Həcc zamanı yerinə yetirilən rituallardan biri, hərfən dövrə vurmatl'


çevrəsində gəzmək

380
hər sütunu xüsusi ad daşıyan (İraq sütunu, Şam sütunu,
Yəmən sütunu və qara sütun) heybətli bir bina idi.
Qara sütun şərq cəhətinə yönəlmişdi və sütunlardan ən
böyüyü idi. Bu sütunda da həcər-əl-əsvəd - qara daş yerlə-
?irdi. Məni başa salmışdılar ki, ona toxunmaq Xaliqin sağ
əlinə toxunmaq kimidir. Adətən, adamlar ora can atırlar,
odur ki, ona uzun-uzadı baxmaq çətin idi. Ancaq hacıların
böyük dalğası gəlib keçən kimi, öz istəyimə uyğun olaraq
Aara daşa yaxınlaşıb, onu öpüş və göz yaşlarıma qərq eləyə
bildim.
Məndən müəyyən qədər arxada gələn Nur üçün yeri
boşaltmaq lazım olanda Kəbəyə yaxın qübbənin altına get-
dhft ki, mübarək Zəmzəm suyundan içim. Kəbənin qapısı-
nirı vacib bir zəvvar üçün açıldığını görəndə ora daxil ol-
niağa tələsdim. Kəbə qırmızı və göyümtül çalarlar hopdu-
rı,lrnuş ağ mərmərlərlə döşənmişdi, divarlar boyunca qara
’Pəkdən örtüklər asılmışdı. Ertəsi gün eyni yerlərə qayıdıb,
eyni çılğmiıq və himmətlə eyni ayinləri əda elədim, sonra
°trafırnda nə olduğunu saatlarca hiss eləmədən kürəyimi
Müqəddəs məscidə söykəyib oturmuşdum. Fikrə dalmağa
səy eləmirdim. Qızılgül səhər şehinə açılan sayaq, mənim
^hrtim də Allah haqda geniş düşüncələrə açıq idi. Elə bir
səədət və rifah içərisindəydim ki, hər söz, hər baxış, hər
bərəkət mənim üçün qiymətsiz olmuşdu. Hər gündüzün
Sor0jnda təəssüflə ayağa qalxır və hər səhər tezdən sevin­
cək gerj dönürdüm.
Baxdığım əsnada çox vaxt məni Quran ayələri çulğay ır-
xüsusən də Kəbənin adı çox xatırlanan "Bəqərə surəsi-
ayələri: "Evi (Kəbəni) insanlar üçün əmin biı toplaşma

381
yerinə çevirdik, ibrahimin məqamını namaz qılma yen
etdilər". Dodaqlarımsa Quran xətm eləmə günlərində ol­
duğu kimi, Allah-taalanın kəlmələrini çaşıb-dolaşmadan,
təhrif, eləmədən söyləyirdi. *Dedilər ki, Allaha, İbrahimə/

İsmailə, Yəquba və (12 yəhudi) qəbilələr(in)ə nazil olan­
lara, Musaya, İsaya və peyğəmbərlərə Rəbbləri tərəfindən
verilmişlərə-onların arasında heç bir fərq qoymadan iman
gətirdik və biz Ona təslim olmuşlarıq (müsəlmanıq)*-

* * *

Sevgi gecəsinin bitməsindən daha tez bitən aydan son­


ra mən Məkkəni tərk elədim. Peyğəmbərin Mədinədə^1
qəbrini ziyarət eləmək üçün şimala doğru yönəldik, son­
ra Təbuka, Əqəbəyə və Qəzzaya yetişdik ki, orda da susln
bir tacir bizə oz gəmisində üzməyi təklif elədi. O, şəhərın
qərbindəki kiçik boğazda lövbər salmış sürətli bir gəmO7
di. Bu kişini səfərimin sonuncu mərhələsində görmüşdüm/
çox vaxt yan-yana at da çapmışdıq. Adı Əbbad idi-
yaşda, mən boydaydı, mənim kimi onun da könlü ticatə
və səfərlərdən xoş idi. Ancaq harda olsam da, naraha^Q
duyurdum, o, narahatlıq və həyəcandan savayı bir şey
lamırdı. Düzü, o, çox az kitab oxumuşdu, bəzi işlərdə Ç°y
naşı idi, halbuki mən həmin işlərdə naşılığımı çox erkə11
yaşlarımda itirmişdim.
Nur ilk dəfə məndən soruşanda ki, "Biz hara belə gL"
dirik? artıq açıq dənizdə idik. Cavab onun üçün də/ 111 ə
nim üçün də aydın olmalıydı. Bəyəm, mənim Turds^5

382
mənzilim yox idimi və orda məni anam və böyük qızım
gözləmirdimi? Amma mən kirimişcə qaldım, üzümdə isə
Müəmmalı təbəssüm var idi. Çərkəz qızı əl çəkmirdi:
~ Dostuna nə deyibsən?
* - Onun gəmisi Tancədən sonra Atlantik sahillərinə keç­
məzdən qabaq bütün Aralıq dənizini üzüb keçəcək. Harda
bizə yaxşıdırsa, orda düşəcəyik.
Nurun narahatlığı keçməkdənsə, cingiltili səslə dedi:
~ Misirdə yox, Şamda yox, Qəndiyyədə yox...
Sevincək bu oyunu davam elədim:
~~ Fəs məmləkətində yox, Susda yox...
- Bursada yox, Qəstəntəniyyədə yox...
" Əlcəzairdə yox...
- Çərkəz ölkəsində yox...
- Əndəlusda yox...
ikimiz də yalandan uğunub getmişdik, amma ikimiz
gözünün ucuyla digərinə baxırdıq ki, kimin qürbətdə
nisgilini sezdirəcəyini bilək. Mən Nurun qorxu və
Rahatlığını üzə çıxaran, toz və qurğuşun kükürdündən
Ralmış göz yaşlarını görməyim üçün daha on gün də
Şüləməli oldum...
Ərzağımızı təzələmək üçün İsgəndəriyyədə dayanmış-
yola düşməyə hazırlaşarkən sonuncu dəfə yoxlama
farılması məqsədi ilə gəminin göyərtəsinə bir osman-
1 nabiti qalxdı, bu özlüyündə adi bir işdi. Həm də zabit
hənifəsindən irəli gələrək şübhələndiyi şeylərdən başqa
^yəsə fikir vermirdi. Ancaq adamların sifətlərinə zənn ilə
axmaq tərzi ınər kəsə beıə hiss aşılayırdı ki, o, artıq günah
]v1
yjb qaçıbmış və indi ələ keçir.
383
Qəfildən Nurun oğlu onu tutmuş Xəzranın əlindən si-
vişib birbaşa əsgərin üzərinə yeridi; dayə səsləndi:
- Bəyazid!
Osmanlı bu sözü eşidincə əyilib uşağı qollarına alıb
yuxarı qaldırdı və boğazını, əllərini, saçını diqqətlə yoxla'
ya-yoxlaya çevirməyə başladı.
-Adın nədir?
- Bəzid.
- Kimin oğlu?
Oz-özümə donquldandım:
-Ay bədbəxt qadın, axı bunu sənə çox demişəm!
İki dəfə Nurun onu osmanlı Əlaəddinin oğlu oldugü
nu öyrətməyinin üstünə çıxmış və şiddətlə qınayaraq ızd
eləmişdim ki, bu yaşda uşaq özünü ələ verə bilər. Mə11*111
yanıldığımı demədən cavab vermişdi ki, uşaq öz taleP
ni daşımağa hazır olmaq üçün öz kimliyini öyrənmə
dir. Və o qorxur ki, uşağa bir gün öz sirrini izah elə1113
dən ölər.
’d
İndi isə o titrəyir və tər tökürdü, mən də eləcə. BəyaZl
cavab verdi:
— Əlaəddinin oğlu.
Bunu deyən vaxt titrək barmağını mən oturdug1111
yerə sarı uzatdı. O, işarəylə mən qalxıb, dodağıma geI1J
təbəssüm qonmuş və əlimi uzatdığım halda zabitə yaxlfl
laşıb dedim:
- Adım Əlaəddin Həsən ibn Vəzzandır, fəsli tacirƏ
I1
Qərnatada doğulmuşam, Allah onu osmanlıların qılmc1^
bizə qaytarsın!

384
Bəyazid mənə atıldı, o, çox utandığından başını mənim
Çiynimdə gizlətdi. Zabit onu buraxıb mənə dedi:
'Gözəl uşaqdır! Adı mənim ilk oğlumun adıdır! Yeddi
aydır ki, onu görməmişəm.
Bığları titrədi. Baxışlarında qorxunc heç nə yoxuydu.
əönüb keçidə keçdi və Əbbada əliylə işarə elədi ki, üzüb
gedə bilər.
Biz gəmi dayanacağından yarımca mil üzmüşdük ki,
^Ur kayutamıza girib indiyədək saxladığı bütün göz yaş-
^arını axıtdı.

5fr * *

Bir ay sonra Nurun ikinci qorxusunun şahidi oldum; bu,


hərbədə baş verdi, ancaq bu dəfə onun ağlamağını gormə-
dirn. Gecəni keçirmək üçün dayanmışdıq, silkələnən tax-
^ları sevincək tərk elədim ki, Əbbadla qurunun üzərində
gəlişim. Həm də mənə üzərindəki zəngin həyat haqda çox
danışılmış ada ilə tanış olmağa can atırdım. Uzun müddət
Tunis məlikinin mülkü olmuşdu, amma adanın sakin-
əsrin sonunda qərara gəlmişdilər ki, adalarını müstəqil
darə eləsinlər və onları quruyla birləşdirən körpünü da-
$ltsınlar. Onlar öz dolanışıqlarını yağ, yun və kişmiş isteh-
ilə çıxara bilərdilər, di gəl ki, tezliklə müxtəlif tayfalar
1rasinda vətəndaş müharibəsi qızışmış və ardı-arası kəsil-
^$yən qırğınlar adanı viran qoymuşdu. Yavaş-yavaş bü-
əzəmət itirilmişdi. Ancaq bu, Əbbada orda mümkün
^ə^ər dönə-dönə dayanmağa mane olmurdu. Baxıb dedi.
" Tezliklə sevinc və xaos həyatla qoşa olacaqdır.
385
O, dənizçilər üçün çox yaxşı bir meyxana tanıyırdı:
- Orda ən tutumlu balıq və ən ləziz şərab verirlər.
Yemək niyyətim yoxuydu, həcdən qayıdandan sonra
sərxoş olmaq istəyim bundan da az idi. Ancaq həftələrcə
yol gəldikdən sonra kiçik bir şənlik özlüyündə vacib idi-
Yenicə daxil olub oturmaq üçün gözümüzlə küncdəki
mizlərdən birini axtarırdıq ki, deyiləsi mümkün olmaya­
caq qədər qorxdum. Qulağım söz çaldı. Bir dənizçi nəç'
eləyirdi ki, Axsaq Qırmızısaqqalın kəsilmiş başının Vəh-
ram meydanlarının birində nümayiş etdirildiyini öz gəz'
lərilə görübdür. Onu quştallar öldürüb və əldə elədiklərJ
qənimətləri bir limandan digərinə daşıyırlar.
Oturduqdan sonra Əbbad dəniz quldurları barədə
tirələrini, mənsə Qırmızısaqqalı ziyarət eləməyim, on^n
adından Qəstəntəniyyəyə elədiyim elçilik haqda danış1113
ğa başladım. Lapdan yol yoldaşım mənə işarə elədi ki/ sə
simi aşağı salım. Sonra mənə pıçıldadı:
-Arxanda iki siciliyalı dənizçi var, biri cavan, o biri yə?
h. Sənə gərəyindən artıq diqqətlə qulaq asırlar.
Oğrun-oğrun geriyə qanrıldım. Qonşularımızın q11'11111
heç ürəkaçan deyildi. Odur ki, söhbətin axarını dəyişdə’
Onların getdiyini görüb toxtadıq.
Bir saat sonra biz də şən və tox halda çıxıb sahilbəY11
yaş qumların üstüylə nurlu ayın altında piyada gedirdə
Az qalmışdı, bir neçə balıqçı komasını da keçib gəmiyə Ç3
taq ki, qəfilcə qənşərimizdə uzanan bir kölgə görsəndi- P|f
göz qırpımındaca xəncər və qılıncla silahlanmış 10 nəfərli
dəstə bizi əhatəyə aldı. Onların içərisində yeməkxan3^1
bizimlə qonşu mizdə əyləşmiş iki nəfəri asanlıqla tanıd1111

386
Siciliyalılardan biri ərəbcə kobud bir neçə qəribə ifadə üyü­
düb tökdü. Belə başa düşdüm ki, qılıncdan keçirilmək istə­
miriksə, nə danışmaq, nə də yerimizdən tərpənmək lazım
deyil. Bunun ardınca bizi yerə sərdilər. Gözümün önündə
Əbbadın boynundan qəbzə ilə vurulması hələ də yadım-
dən çıxmayan sonuncu mənzərədir. Sonra gecə uzunu bo­
ğula-boğula çırpınmaqdan huşumu itirmişdim.
Heç gümanıma gələrdimi ki, ən qəribə səyahətim belə-
Cə başlayacaq?

387
ROMA KİTABI
Nə yerdəydim, nə dənizdə, nə gəmidə, nə də səyahə-
tin sonu vardı. Dilim çox acıydı, başım ağrı və dumandan
bulanırdı. Atıldığım zindanın dibindən ölmüş siçovulların
üfunəti, dəfn taxtalarının və məndən qabaq yığıb doldur“
duqları əsirlərin bədənlərinin iyləri qalxırdı.
Beləcə, əsir-yesir oldum, övladım, arımdan qanım qay'
nayırdı. Əcdadlarımın fateh kimi ayaq basdığı Avropada
əmirlərdən birinə, bəlkə də, Palermonun, Neapolun, Poq0-
sun tacirlərindən birinə, daha iyrənci, bəlkə də mənə hər
an Qərnatanın süqutu biabırçılığını dadızdıracaq bir qll§'
tala satılacağam.
Mənim kimi əli bağlanmış, mənim kimi qıçları küm
dələnmiş Əbbad yaxınlığımdaydı. Ən həqir qaravaş saya1]
toz-torpağın içinə atılmışdı. Halbuki dünən sürətli gəm1
nın göyərtəsində qəhqəhə çəkib təpik ataraq guruldayıb1'
bütün dəniz ona bəs eləyəcək qədər əngin, dalğaların qıj1*'
tısı onu ram eləyəcək qədər quzğun deyildi.
Eşidilə biləcək bir səslə inildədim, yatdığını güman
elədiyim həmdərdim reaksiya verdi, gözünü açmada*3
dilləndi:
- Əlhəmdu li-llah, əl-həmdu li-llah! Bütün nemətləri113
görə Allahımıza həmd eləyirik!

388
Fikrimcə, qətiyyən küfr eləmək vaxtı deyildi. Odur ki,
bunu deməklə kifayətləndim:
- Ona bütün hallarda həmd eləməliyik. Ancaq məhz bu
vaxt nəyə görə ona həmd eləmək istəyirsən?
- Ona görə ki, bu zavallı məhkumlar kimi avar çəkmək­
dən bizi qoruyub, onların içlərini hıçqırıqla çəkməklərini
eşidirəm. Ona həmd eləyirəm ki, məni sağ saxlayıb, mənə
yaxşı yol yoldaşı verib. Bu üç səbəb "Əl-həmdu li-llah"
demək üçün bəs deyilmi?
Dikəlib düz oturaraq dedi:
- Mən Allahdan məni müsibətlərdən çəkindirməyini
heç istəmirəm, Ondan istəyirəm ki, məni ümidsizlikdən
qorusun. Əmin ol, Allah bir əlini səndən çəkəndə, o biri
əliylə səni tutur.
Övladım, Əbbad doğru deyirdi, həm də inandığın­
dan daha səmimi deyirdi. Məkkədə Allahın sağ əlini artıq
buraxmış deyiləmmi? Romada mütləq onun sol ovcunda
Yaşayacağam!

389
Müqəddəs Encelo ili
Hicri 925-ci il (Miladi 1519-cıı il yanvarın 3-H-1519-C" H
dekabrın 22-i)
Məni oğurlayan təhlükəli şəxs çox məşhur və qorxunc
birisiymiş, 60 yaşına çatmış Petro Bovadilya adlı böyük
siciliyalı dəniz qulduru çox qətllər törətmişdi; oğurluq və
qarət eləyə-eləyə canını tapşıracağından qorxduğu üçün
Allaha fidyə verməklə günahlarının bağışlanmağına' eh­
tiyac duymuşdu. Və yaxşısı odur ki, Aralıq dənizinin bu
sahilində Allahın nümayəndəsinə, Romanın baş kahininə/
xaçpərəstlərin əmirinə2, Papaya aparılan hədiyyə 1X1311
özüm idim.
14 fevral Müqəddəs Valentin günü bayramı və bazar
günü münasibəti ilə ona təqdim edildim. Bu barədə geCə
ikən xəbərdar edilmişdim, sübhə kimi kameramda kürə­
yimi divara söykəli keçirdim, heç cür yata bilmir, şəhərin
adi səslərinə, keşikçinin gülüşünə, Tiber çayında nəyinS3
şappıltıyla düşməyinə, ya da qaranlığın bir aləmində kə­
silə-kəsilə gələn çağa çığırtılarına dinşək kəsilirdim-
maya gələli çox vaxt yuxusuzluqdan əziyyət çəkirdim- ’’
1 İndulgensiyaya işarə edilir.
2 Burada hadisə müsəlmanın dilindən nəql edildiyindən müsəln1*^ 2
xəlifəsi haqda işlədilən əmir-ul-muminin ifadəsinin xaçpərəst versiy*
kimi bu ifadə işlədilib.

390
gəlib təxminən o həddə yetdi ki, saatlar bunca dözülməz
°lur. Bu, azadlığın itirilməyindən daha şiddətli, qadınını
İtirməkdən, müəzzinin yoxluğundan daha pis idi. Əvvəl­
lər heç vaxt belə olmamışdı ki, namaza səsləyən, zaman bə-
ürləyən, fəzanı dolduran, insanlara və daşa-divara əminlik
gətirən nidanın yüksəlmədiyi şəhərdə həftələrcə yaşayası
olam.
Sarayda dustaq edilməyimdən bir ay keçmişdi. Üzücü
səfərdən və saysız dayanmalardan sonra İtaliyanın ən izdi-
həmh şəhəri olan Neapolun limanlarından birində Əbbad-
Slz düşürüldüm. Sonra məni təkbaşına quru yolla Romaya
gətirib gəldilər. Yol yoldaşımı görmək mənə bir də üç il
sonra qəribə bir şəraitdə nəsib olacaqdı.
Hələ də qolları bağlıydım, amma böyük təəccübümə o
səbəb oldu ki, buna görə belə sözlərlə üzr istəməyi özünə
rəva görmüşdü:
" Biz İspaniyadayıq. Əsgərlər qandallanmış ərəb gör­
klər, üstünə cumacaqlar.
Səsindəki ehtiram tonu mənə ümid verdi ki, bu gündən
Sonra mənimlə daha az kobud rəftar eləyəcəklər. Bu hiss
Müqəddəs Encelo qəsrinə çatandan sonra daha da möh­
kəmləndi. Qəsr silindr formalı böyük bir qalaydı, məni ora
dolama pilləkənlə çatdırmışdılar. Çarpayı, kürsü və taxta
səndıq doşəli kiçik otaqda oturdulmuşdum. Bu, məhbəs­
dən daha çox, sadə mehmanxananın vəziyyətini andırırdı,
yalnız çöldən möhkəm cəftəylə bağlanmış ağır qapı vəziy­
yətin başqa cür olduğunu xatırladırdı.
On gün sonra qonaq qarşıladım. Mühafizəçilərin onu
qarşılayarkən xüsusi ehtiramla davranmasını görəndə

391
anladım ki, o, Papanın yaxınlarından biridir. Məni hörmət­
lə salamlayıb, özünü təqdim elədi. O, Mudin hakimi və
zati alilərinin xidmətində olan səfir1, cənab Feranesko Qu'
veyçardini adlı florensiyalıydı. Mən də öz adımı, ləqəblə'
rimi, titullarımı, nə qədər təhlükəli olsa da, Timbuktudan
Qəstəntəniyyəyə qədər heç bir səfərimi unutmadan bütün
nəzərəçarpan işlərimi bircə-bircə nəql elədim. Buna sevim
di. Müəyyən qədər başa düşdüyüm quştalca danışırdı^
hərçənd ki, bu dildə fikirlərimi çətinliklə izah eləyirdim-
Dili yaxşı bilməməyimdən irəli gələn qeyri-münasibüyə
görə ədəblə təəssüfümü bildirib, asta-asta danışmağa rnəc
bur oldum, o olduqca sayğıyla cavab verdi:
- Mən də ərəb dilini bilmirəm, halbuki o, bütün Arə
lıq dənizi hövzəsinin xalq danışıq dilidir. Demək, əslində'
mən səndən üzr istəməliyəm.
Onun məsələyə belə yanaşmağı məni cəsarətləndi
diyindən italyan xalq dilində, yəni Toskaniya ləhcəsinə
bacardığım qədər bir neçə yaxşı söz dedim, hər ikimiz
tələffüzə gülüşdük. Sonra mehriban, amma meydan oxlJ
yan bir tonda vəd elədim:
— İl başa çatmadan sənin dilində danışacağam. Sa*1111
kimi yaxşı səviyyədə olmasa da, istədiyim fikri başa sa1
mağa bəs eləyəcək səviyyədə söyləyəcəyəm.
Mən sözümü davam eləyərkən, o, başını tərpədərək de
diklərimi təsdiqlədi.
- Öyrənməyimin vaxtını uzadacaq bəzi adətlər də vaf
Xüsusən də avropalıların söhbət eləyərkən öz həmsöhbə
bir neçə nəfərmiş kimi ona "Siz" və ya qaib qadınmış kü11
1 Papa elçisi, nunsi

392
'hiyə"1 deyə xitab eləməsi adəti. Ərəbcə danışan bütün
adamlara, qulluqçu da olsalar, əmir də, "Sən" deyilir.
Səfir danışmaqdan vaz keçdi. Mənə elə gəldi ki, bunun
səbəbi fikirləşməyidir, amma heç də belə deyilmiş, səbəb
iyləyəcəyi kəlmələri mümkün qədər xüsusi ibarələrlə
bəzəməyi idi. Otaqdakı yeganə kürsüdə əyləşmiş, başına
ərinizi başlıq dolamışdı ki, bu, ona amiranəlik verirdi.
ənun bir addımlığında, sandığın üstündə əyləşmişdim.
Aldadıcı hiyləgərliklə mənə sarı əyilib dedi:
Cənab Həsən, sənin bura gəlişin çox mühümdür,
Sönə bundan artıq deməyə səlahiyyətim yoxdur, çünki
Slrr Müqəddəs Ataya aiddir, yalnız o haçan münasib bilsə,
bLl sirri aça bilər. Ancaq güman eləmə ki, sənin hekayətin
təsadüf və ya bir dəniz quldurunun şıltaqlığıyla izah
bilməlidir.
Sözünü tamamladı:
Demək istəmirəm ki, xeyirxah Buvidilya səni axta-
c 'əxtara dənizlər dolaşıb, qətiyyən yox. Ancaq o bilirdi ki,
R/f ı’*
Llqəddəs Ataya necə ərəb tapıb təqdim eləməlidir.
Belə keyfiyyətli şikar olmağıma görə fəxrmi eləməliy-
lrtl? Hər halda, mən nə sevinc, nə də narazılıq eləmədim,
şaşırmışdım və əlbəttə ki, daha çox öyrənmək istəyir-
Ancaq Quveyçardini artıq ayağa qalxmışdı.
ə/ çıxar-çıxmaz mühafizə zabiti gəlib nəyəsə ehtiyacım
^b-olmadiğım soruşdu. Çəkinib eləmədən təmiz pal-
kiçik kətil, çıraq, yazı ləvazimatları istədim, elə həmin
də hamısını aldım. Axşam ənənəvi şam yeməyi də
i ^rəbcə üçüncü şəxs təkdə qadını bildirən əvəzlik. Rusca "Ona",
n§niscə „she„

393
dəyişmişdi; mərcimək və paxla yerinə mənə ət, lazaniya /
Tambiyatoda hazırlanmış qırmızı çaxır verildi, ondan bol-
bol içdim.

***

Florensiyalı yubanmadan gözlədiyim xəbəri mənə


çatdırdı. Papa məni Petro Bovadilyanm əllərindən qəb11^
edəcəkdir.
Müqəddəs Valentin günü quldur və səfir birlikdə kame­
rama baş çəkdilər. Papa bizi qəsrdəki kitabxanada gözlə-
yirdi. Bovadilya çılğınlıqla onun ayağına döşəndi, Quvey
çardini quldurun qalxmağına kömək elədi, özü isə Papə'
nın əlini öpməklə kifayətləndi. Mən də yaxınlaşıb səcdə
elədim. Papa öz taxtının üstündə əyləşmişdi, tüksüz, girdə
və şaşırdıcı üzü var idi. Çənəsi batıq, dodaqları, xüsusən
də alt dodağı iri, gözləri eyni zamanda həm sakit, həm də
sınayıcı, barmaqları əvvəllər heç vaxt əl əməyilə məşğul
mamış adamın barmaqları kimi hamar idi. Onun arxəsin
da bir kahin durmuşdu; izah elədi ki, tərcümandır.
Papa quldura bir neçə təşəkkür sözüylə xitab eləməzdə11
qabaq əyilib əllərini onun kürəyinə qoydu, bunun sahibə
yoxsa mehribanlıq əlaməti olduğunu bilmirdim. Mən bə ə
də diz çökmüş vəziyyətdəydim, yeni ağam məni qə$dən
bu halda bir müddət saxlamışdı və yalnız florensiyəb nlən
oğurlayıb çölə sürüyəndən sonra qalxmağıma izin verd
il 15^
Qəbulun onlara aid hissəsi bitmişdi, mənə aid bölümu
yenicə başlamışdı.
1 italyan mətbəxinə aid xəmirli xörək növü

394
Tərcüman çoxlu quştal tərkibləri qarışmış ərəb dilində1
bunları dedi:
- Adam elm və incəsənətdən halidirsə, xidmətçi kimi
deyib projemiz kimi həmişə gözümüz üstündə yeri var.
düzdür, sənin bu mənzilə gəlişin iradənə zidd olduğu deyə
biləcəyimiz vasitələrlə baş veribdir. Ancaq dünya belə xəlq
edilib ki, çox zaman rəzalər fəzilətin köməkçisi olur, çox
Zarnan da nəcib işlər pis səbəblərə görə, pis əməllərsə nəcib
]Şİər üzündən baş verir. Beləcə, sələfimiz Papa Yulius sənin
°zünü amanda hiss eləyəcəyin mülkiyyəti müqəddəs kil-
səmizə qazandırmaq üçün fəthlərə üz tutmuşdu.
Ara verdi və başa düşüldü ki, əvvəl kəlməsini belə bil­
mədiyim mübahisə başlayacaqdır. Fürsətdən istifadə elə-
^b utancaq rəy bildirməklə, risk eləyərək dedim:
" Məncə, burda qəbahət bir şey yoxdur. Peyğəmbərin
Xəlifələri də həm orduya komandanlıq, həm də dövlətləri-
idarə elədikləri müddətdə belə olubdur.
Dapa gözlənilməz bir diqqətlə tərcüməyə qulaq asıb,
ə’əui’tələsik məndən xəbər aldı:
*

Iş həmişəmi belə gedib?


" Sultanlar onların yerini tutana qədər. O vaxta qədər
' xəlifələrə öz qəsrlərinin hüdudlarından kənara çıxmağı
Sadağan eləyiblər.
" Bu, yaxşıdırım?
Görünürdü ki, Papa mənim fikrimə böyük əhəmiyyət
erib. Cavab verməzdən qabaq xeyli düşünüb-daşındım.

1 O ' '——-------
istjf^ °Srlardə belə qarışıq dil Avropada geniş yayılmışdı, ayinlərdə də
adə olunan bu dil mosarabi adlanırdı.

395
- Yox, bunun yaxşı olduğunu zənn eləmirəm. Necə ki,
xəlifələr hakim idilər Dar-ül-İslamda mədəniyyət inkişaf
eləyirdi, din bu dünyanın işlərinə ədalətlə hökm eləyik
Zor, hakimiyyəti ələ alalı, din çox vaxt yalnız sultanın əün'
də qılınca çevrilir.
Həmsöhbətim o qədər razı qalmışdı ki, tərcüməçik
dediklərini təsdiqləyib əlavə elədi:
- Həmişə belə fikir eləmişəm ki, möhtərəm sələk
haqlıdır. Özünə tabe ordusu olmayan Papa, güclü kral111
yanında adicə kahin olaraq qalacaqdır. İnsan hərdən düŞ'
mənlərinin yararlandığı eyni silahdan istifadə eləməyə və
onu bulaşdırdıqları şeyə bulaşmağa məcbur olur.
Şəhadət barmağıyla mənə işarə eləyib dedi:
- Dediklərin bizə təsəlli verir. Bovadilyanın əli k
barəkmiş. Sən bizə xidmət eləməyə hazırsanmı?
Razılaşdığımı bildirən bir ibarə mızıldadım. Bu, onUn
dodaqlarında istehzalı bir ifadə yaratdı və o dedi:
- ilahi inayətin hökmlərinə tabe olaq!
Sonra tərcüməçinin çətinliklə izlədiyi sürətli nM'
əlavə elədi:
- Müşavirimiz cənab Quveyçardini səndən gözlədi
lərimizin əhəmiyyəti barədə bəzi şeylər deyibdir.
gələndə onunla elədiyin söhbətə qayıdacağıq. Ancaq
t• •»
ki, sən bu müqəddəs şəhərə onun tarixinin ən qara Sc4
larında çatmısan. Romanı viranə qalmaq təhlükəsi g°z'
yir. Sabah bu şəhəri gəzib dolaşarkən hiss edəcəksə11
qoca və nəhəng budağında inkişaf edən kimi inkişaf
yib şirinləşir, ancaq ağac quruyub, bir neçə qönçəsi və

neçə yarpağı yaşıllanıb, bir neçə çiçəyi işıq saçır. Hər yL’r

396
bizim qanadımız altında ən yaxşı rəssamlar, ən yaxşı hey­
kəltəraşlar, yazıçılar, musiqiçilər və sənətkarlar ən nəfis
əsərlərini yaradırlar. Ölüm pusquya yatıb, bizi hər tərəf­
dən pusur. Bizi hayandan vuracaq? Bizi hansı qılıncla çala­
caq? Yalnız Allah bilir, ancaq ola bilsin ki, belə acı piyaləni
dodaqlarımızdan uzaqlaşdırmaq istəsin.
Qeyri-ixtiyari dedim:
~ Allahü-əkbər!1
papa "Amin" dedi, birdən üzünün bütün qırışları açıldı:
~ Tanrı bizi bütün sultanların şərindən hifz eləsin!
ə gün qəbul bundan o yana keçmədi. X Leon məni
inidən dəvət eləyəcəyini vəd elədi. Kamerama çatanda
gördüm ki, barəmdə yeni təlimat verilib: daha qapım hava
torənlaşmadan cəftələnmir və mən qəsrin daxilində istədi-
kimi gəzib dolaşa bilərdim.
həftə sonra Papayla görüşəndə mənim üçün sıx bir
^rəfik hazırlanmışdı: bu gündən vaxtımı öyrənib-öyrət-
^yə ayıracaqdım. Bir keşiş mənə latın dili, digəri məsihi
^niatikası2, üçüncüsü İncil və ibrani dili dərsləri verə-
k/ Sonra hər səhər bir erməni keşiş türk dili dərsi keçə-
əkdi. I\4ən də, növbəmdə, yeddi tələbəyə ərəb dili təlim
^əliydim. Bu işdən aya bir qızıl dukatAmiqdarında haqq
$Caqdım. Mən heç bir etiraz bildirməsəm də, havadarım
8Uld‘gülə etiraf elədi ki, bütün bunlar daha ağır işlərin yün-
* əŞdirilmiş şəklidir və onun mənə qarşı comərdliyinin
bürüdür. Təşəkkür eləyib, Papaya söz verdim ki, onun
x^Aətinə layiq olmaq üçün var gücümlə çalışacağam. O
1 böyükdür.
'bj? ehkamlar haqda təlim
' İtaliyada işlədilmiş pul vahidi
397
vaxtdan bəri məni hər ay ya təklikdə və ya müəllimlərimlə
birgə biliklərimi yoxlamağa çağırırdı, xüsusən də məsih1
doqmatikasına dair biliklərimi imtahan eləyirdi. Artıq mə
nim xaç suyuna salınmağım və daşıyacağım ad onun bey
nində müəyyənləşmişdi.

Birillik əsirliyim bədənim üçün məşəqqətsiz, zehnim


üçünsə faydalı olmuşdu. Günbəgün biliyimin artdıgınl
hiss eləyirdim, özü də təkcə öyrəndiyim fənlərin sayə^^ə
deyil, həm də müəllimlərim və tələbələrimdə təmasın sa} ə
sində. Onlardan ikisi araqonlu, ikisi fransız, ikisi venesi}a
lı, biri də saksoniyalı almanıydı. O, X Leon və rahib Lüm
arasında şiddətli ədavət olduğunu mənə anlatmış ilk
idi. Bu hadisə bütün Avropanı oda-qana qərq eləmə
təhdid etməyə başlamışdı və Romanı ən dəhşətli faciələ1
ürcah eləyəcəkdir.

398
Bidətçilər ili
Hicr/ 926-cı il (Miladi 1519-cu il dekabrın 23-U-1520-Cİ il
dekabrın 12-i)
Papanın faydası nədir? Kardinallardan nə xeyir var?
cah-cəlala və kefə qurşanmış Roma şəhərində hansı
tanrıya ibadət eləyirlər? Bu kəlmələr alman şagirdim, dini
əgüstin1 Bəradər olan Hansın dilindən səslənmişdi, o
.arıs ki, 10-cu Leonun hücrəsinə gedən dəhlizdə mənə ye-
rahib Lüterin etiqadına cəlb eləmək istəmişdi; mənsə
yalvarmışdım ki, tonqal üzərində mühakimə olunma-
V istəmirsə sussun.
inadcıl, arıq bir kürən olan Hans hər dərsdən sonra
^^smdan tənqidi bir məqalə və ya kitabça çıxarır, onlan
rcbrnə eləmək əziyyətinə qatlaşıb oxuduqları barədə mə-
1Irı rəyimi öyrənməyə israr eləyirdi. Mənim ona cavabım
belə olardı:
" Sən necə qəbul eləsən də, mən öz qəyyumuma xə-
^anət eləyə bilmərəm.
Plans peşman olar, amma qətiyyən əldən düşməzdi
*•
növbəti dərsdən sonra yenə də öz dediyinə qayıdardı,
^nki başa düşmüşdü ki, onun danışdıqlarına qulaq as-
narazılığım yoxdur. Bu söhbətlərdən bəziləri hərdən
Peyğəmbər s.ə.s-in hədislərini salırdı!2 Lüter bütün
---------
?l^,rıca''müqəddəs"
üəllif protestantizmin İslamın təsiri ilə yaranmasına işarə eləyir.

399
heykəlləri bütpərəstlik əlaməti sayaraq, ibadətgahlar-
dan yığışdırılmağını tövsiyə eləmirdimi? Allahın Rəsulu
"Əs-Səhih"‘də buyurmuşdu: "İt və şəkil olan evə mələklər
daxil olmur". Lüter təsdiqləmirmi ki, məsihi dünyası mö­
minlər icmasıdır və kilsə iyearxiya2sına tabe olmamalıdır?
Demirmi ki, yalnız Müqəddəs Kitab dinin əsasıdır? Keşiş**
lərin evlənməməyinə istehza eləmirmi? Öyrətmirmi ki, heç
bir insan Xaliqin onun üçün müəyyən elədiyi qədərdərı
qaça bilməz? Peyğəmbər də müsəlmanlara bundan özgə
bir şey deməmişdi.
Belə uyğunluqlara rəğmən bu ideoloji təmayülləri
ləmək mənim üçün çətin idi. X Leon və Rahib Lüter ara­
sında qızğın mübarizə başlamışdı, məni öz qanadı altmə
almış və o vaxtdan bəri məni dünyaya gətirmiş ata kim1
davranan kişiylə haqq-hesab çürütməyə kor-koranə rəzl
ola bilməzdim.
Əlbəttə ki, Papanın "övladım" deyə xitab elədiyi tək
şəxs mən deyildim, amma o, bu sözü mənə fərqli şəkildə
deyirdi. Mənə öz adını-Mediçilər sülaləsinin hörmətli əüə
sinin adını: Yohannes və Leon adını vermişdi. Özü də bütü’1
bunlar miladi 1520-ci il yanvarın 6-da təntənə və təmtəra<l
la edilmişdi. Hadisə hələ tikintisi tamamlanmamış Pe^°
kafedral kilsəsində baş verdi. Kilsə kardinallar, yepisk°P
lar, səfirlər, X Leonun himayə elədiyi şəxslərlə dölüyə'
ipək, zinət və daş-qaş içindəydi. Hətta Rafaello Urubb,nI'
pərəstişkarlarının adlandırdığı kimi desək, Səmavi
bundan üç ay sonra axırına çıxacaq xəstəliyi üzündən Ç°
üzülmüş görünsə də, o da mərasimə gəlmişdi.

1 Buxari tərəfindən tərtib edilmiş hədislər toplusu


* Təşkilat daxilində yuxarıdan aşağı vəzifə bölgüsü

400
Oz tacının altında heyrətamiz təsir bağışlayan Papa
Pxış eləyirdi:
~ Məsihin Yuhənna Vəftizçinin əliylə vəftiz' olunması-
nır>, eləcə də izlənən ənənəyə uyğun olaraq, Ərəbistandan
•* <ft
uç Kahinin Rəbbimizə ibadət eləməsini qeyd edəcəyimiz
kilsəmizin ağuşunda Bərbər elindən öz qurbanını Petrosun
ev’ndə təqdim eləməyə gəlmiş satrap2] qarşıladığım üçün
nə qədər bəxtiyaram.
Altarın3 önündə ağ yundan uzun əba geyinmiş halda
Çökdüyümdən buxurun iyi məni bihuş eləmişdi, layiq ol-
rt1adığım bu cür təmtəraq isə məni sıxırdı. Bu məkana top-
'aŞrnış hər bir şəxs bilməmiş deyildi ki, bu "satrap" bir yay
§ecəsi Cərbə sahilində bir dəniz qulduru tərəfindən əsir
götürülərkən ta Romayadək qul kimi gətirilibdir. Barəm­
də deyilənlər mənə çox çöçün, çox şişirtmə və çox gülməli
gəlirdi.
^ən narahat bir röyanın və ya ilğımın qurbanı olma-
^Şarnmı? Hər cümə olduğu kimi, Fəsin, Qahirənin və ya
^^buktunun məscidlərindən birində deyildimmi və uzun
g^ənin yuxusuzluğu ucbatından fikrim qarışıq deyilmi?
Şübhələrin içərisindəykən, mənə xitab eləyən keşişin
əsi qəfildən yenə ucaldı:
y Ey sevimli övladımız, Sən ey Yohannes-Leon, ey o kəs
l/ İlahi inayət bütün insanlar içərisində yalnız ona işarə

0 . randa Yəhya peyğəmbər adlandırılır. İncilə görə, Məsihdən qabaq


qklt1sanları paklığa dəvət edər, bunu daha çox Urdun(İordan) çayında
Hə həyata keçirirmiş. İndi xaçpərəstlərdə bu ayin vəftiz və
XaS suyuna salma" adlandırılır.
həkim, inzibatçı
1 sədə qurbangah

401
Yohannes Leon-Yohannes Liu! Hələ indiyədək mənim
ailəmdən heç kəsi belə çağırmayıblar. Təntənə bitəndən
sonra da uzun müddət hərfləri, hecaları beynimdə və do­
daqlarımda gah latınca, gah italyanca çək-çevir eləyə-eləyə
qaldım. İnsanlarda bu nə əcaib adətdir axı, qorxub-çəkin­
mədən yırtıcıların, nadir hallarda da özlərinə vəfalı olan
heyvanların adlanyla ad qoyurlar1. Adamlar çox istəyir k*>
onlara Qurd deyilsin, amma "İt" deyilməyini istəmirlər—
Görəsən, mənim üçün elə bir gün gələcəkmi kL
"Həsən"i unudub, güzgüyə baxanda özüm-özümə deyə­
cəyəm: "Gözlərin çuxura düşüb, Leon!"
Yeni adıma uyğunlaşmaq üçün onu ərəbləşdirdm1'
beləcə Yohannes Liu dönüb "Yohannes əl-Əsəd2" oldu.
Romada və Baloniyada yazdığım işlərin sonunda görülə
bilən imza idi. Ancaq Papa sarayına gəlib gedənlər və
diçi ailəsində əsmər, qıvrımsaç birinin gec doğulməSIIia
təəccüb eləyənlər adıma yubanmadan Afrikanius (afrikə
lı)3 ləqəbini əlavə eləyirdilər ki, övladlığa götürülməyi1
nəzərə çarpdırılmaqla, adım Müqəddəs Atamın admdə11
fərqlənsin. Həm də , bəlkə də, ona görə ki, məni onun i
gər əmizadələri kimi kardinal adlandırmaqdan çəkirdi
lər, onlardan bir çoxu 14 yaşa çatanadək belə adlanır.
Vəftiz gününün axşamı Papa məni yanına dəvət elə^1
Sözünə onunla başladı ki, mən bu gündən azadam,
bayırda özümə ev tapana kimi qəsrdə yaşamaqda da^əi
eləyə bilərəm; onu da əlavə elədi ki, mənim öyrətməyi1
də, öyrənməyimi də eyni səylə davam elətdirməyimi 1
1 Leon hərfən aslan deməkdir.
2 Ərəbcə aslan
J Orta əsrlərdə bu, tunisli mənasını verirdi.

402
S°nra masanın üstündən nəfis bir kitab götürüb, açılmış
əlimə qoydu. Kitabı açınca gördüm ki, o, ərəbcə yazılıbmış.
•*
'Ovladım, ucadan oxu!
Əmri yerinə yetirdim.
"Dua günlərinin kitabı... Miladi 1514-cü il sentyabrın
1^'də... Fono şəhərində Papa Leon həzrətlərinin himayəsi
,lə hazırlanıb../'
Hamim dediyinə inamsız bir səslə sözümü kəsdi:
'Bu mətbəədən ərəbcə çıxmış ilk kitabdır. Ailənin yanı-
Qayıdanda onu mütləq özünlə götürərsən.
Gözlərindən oxudum ki, mənim bir gün çıxıb gedəcə-
Hmi bilir. Yəqin ki, çox mütəəssir olduğumdan göz yaşla-
r*niirı axmasını saxlaya bilmədim.
Ayağa qalxdı. Əlinə öpmək üçün əyiləndə gerçək ata-
məni bağrına sıxdı. Bir az əvvəl mənim üçün məc-
^Urən keçirdiyi ayinə baxmayaraq, o andan sonra gerçək­
də11 də mən onun xətrini istədim. Avropa və ətraf ölkələrin
*aÇpərəstləri arasında belə ehtiram və nüfuzu olan şəxs əlin­
də yəhudi çapçının emalatxanasından çıxmış ərəbcə kiçik
kitabı tutduğu üçün ehtizaza gəlmişdi. Bu, məncə, tənəzzül
^vründən əvvəlki, Tanrı rəhmətinə qovuşmuş Məmun ibn
^arUn ər-Rəşid’ kimi xəlifələrə layiq hərəkətdir.
Bu görüşün ertəsi, ilk dəfə məhbəsimin çevrəsindən
^act əli-qolu açıq halda çıxıb Müqəddəs Encelo korpü-
vlə körpü məhəlləsinə sarı addımlayanda əsirliyimə
8örə beç bir acığım və kinim qalmamışdı. Bir neçə həftəlik
qandallardan və bir neçə aylıq tox köləlikdən sonra

SUsən inkişaf etdiyi dövr saydır

403
səyyaha, mühacirin birinə çevrildim, necə ki, yaşadığını
digər ölkələrdə zaman keçdikcə zövq və şöhrətə qovuşmu­
şam. Bir il ərzində Müqəddəs Encelo qəsrinin silindrəbən-
zər kölgəsindən və onu Vatikanla birləşdirən örtülü uzun
dəhlizdən başqa bir yeri tanımayan mən hələ neçə küçə/
neçə heykəl, neçə kişi, neçə qadın tanıyıb, kəşf eləməyəcaI1
atırdım.

Birinci ziyarətimdə yol yoldaşımın ipə-sapa yatməz


Hans olmağı, şübhəsiz ki, yanlış idi. Əvvəl-əvvəl kohnə
kanallar məhəlləsinə sarı yönəldim, sonra soldan məşl1Lir
Pilliqrino küçəsinə girdim ki, zərgər dükanlarının vitrinlə
rinə, ipək satıcılarının əmtəələrinə baxdım. Alman yol
daşımın səbri tükənməsəydi, orda saatlarca qala bilərə1111'
İş o yerə çatdı ki, aclığa dözümü olmayan uşaq kimi əbuq
dən tutub dartdı. Onun ağrısına dözüb, yüngül ayaqhğ1^3
və yeyin getməyimə görə üzr istədim. Ətrafımızda gözdən
keçiriləsi çoxlu kilsə, qəsr və heykəllər yox idimi? Yoxsə
məni yaxınlıqdakı Navona meydanına aparmaq istəyi^1'
Deyilənlərə görə, orda oyunlar, ən azı ilan ovsunçulərlfl1
və sehrbazların oyunları ilin bütün fəsillərində göstərilib
» 1
Hans bunların heç biri haqda düşünmürdü. Mərü 21
qalaqlarının üstündən, yalnız hoppana-hoppana keçilmə5
mümkün olan dar küçələrlə dartıb aparırdı. Sonra ən
ranlıq və ən üfunətli bir yerdə dayandı. Bizi çox ərl<l V
çirkli dilənçilər dövrəyə almışdı. Pəncərələrin birio^a
boylanan gənc qız bir neçə quruşun müqabilində evə k^Çİ '

404
onu görməyə dəvət elədi. Özümü çox pis hiss elədim, an-
Caq Hans yerindən tərpənmirdi. Ona nifrətlə baxdığımı
^uyub, mətləbini mənə açmağın münasib olduğunu zənn
elədi:
-istədim ki, kilsə başçılarının necə dəbdəbəli yaşadığı-
nı görəndə, gözlərinin önündə bu bədbəxtlik mənzərələri
də canlansın. O başçıların ki, hər birinin qəsri var, həmin
Aəsrlərdə oturub həyasızcasına və amansızcasına didişir,
^r"birinin bəhsinə 12 sini balıq, səkkiz lövün salat, beş cür
^^iyyətla ziyafətlər təşkil eləyirlər. Bəs, Papa özü? Gör-
^örsənmi, Portuqaliya kralının bağışladığı fili adamların
^arŞisında necə fəxrlə nümayiş elətdirir? Görmürsənmi,
sikkələri öz təlxəklərinə necə səpələyir? Görmürsən-
Malyanadakı geniş malikanələrində uzun meşin çək-
^ələri geyib başındakı 68 köpəklə necə səkərək qaban və

ənun mütəəssir olduğunu və reaksiyalarını anlayırdım,


8əl üslubu məni qıcıqlandırırdı:
Bundansa mənə Siseron və Titlivin bəhs elədiyi qədim
Olria abidələrini göstər!
dostum ürkmüş kimi oldu. Heç bir söz demədən
^Uidən asta addımlarla yeriməyinə davam elədi, ona
^c'bəlayia çatırdım.
^rım saat sonra fasilə verib, nəfəsimizi dərmək istəyən-
f, . J

ə' axırıncı küçəni çox uzaqda qoymuşduq. Geniş ictimai


bir x
yerin ortasındaydıq:
Bura qədim Romanın əhalisi sıx olan məhəllələrlə
bələnmiş bir meydanı imiş. Bu gün İnək meydançası ad-
ariJr. Qarşımızdakı Palatan dağını görürsənmi, burda ondan

405
şərqə Kolayziyanın arxasında Eskulyan dağıdır. Neçə əsrdir
ki, onların hamısı tərk edilib. Bugünkü Roma əzəmətli köh­
nə şəhərin ərazisində yerləşən böyük qəsəbədən özgə bir
şey deyil. Heç xəbərin varmı ki, onun indi nə qədər əhalisi
var-səkkiz min ailə, lap yuxarısı doqquz min ailə.
Bu, Fəsin də, Tunisin də, Tilmisamn da əhalisinin sa­
yından çox az idi. Qəsrə qayıdarkən fikir verdim ki, günəŞ
hələ də səmanın yüksəkliyindədir. Belə düşündüm ki, yo1
yoldaşıma Müqəddəs Petros kilsəsi istiqamətində dolaŞjb
gözəl Borqo məhəlləsindən keçməyi təklif eləməyim yaX?'
olar. Kilsəyə çatmağımıza azca qalmış Hans yenidən kə5
kin və dəlisov tənqidinə başladı:
- Heç bilirsən, Papa bu kilsənin tikintisini hansı metodlə
başa çatdırmaq istəyir? Almanların pulunu mənimsəmədə'
Artıq bəzi yoldan keçənlər də başımıza cəm olməb4
başlamışdılar, odur ki, yalvar-yaxarla dedim:
- Bu gün kifayət qədər çox abidəni ziyarət elədik.
bir vaxt yenə qayıdarıq.
Cavab gözləmədən sakitcə köhnə kamerama sığ111^
ğa tələsdim və özümə söz verdim ki, Romanı bir dəflt
bu lüteran bələdçinin müşayiətində gəzib-dola§mafe
çıxmayacağam.
Xoşbəxtlikdən növbəti ziyarətlərimdə məni uzun m
• 11
dət Mudində qaldıqdan sonra qayıtmış Quveyçardim
şayiət elədi. Mən ona dərin məyusluğum haqda, xüsU
də İnək meydançasına gedəndən sonra keçirdiyim mə}
luq haqda xəbər verdim.
Mütəəssir olduğu sezilmədən müdrik bir aramlə
- Roma əbədi şəhərdir, fəqət nöqsanlardan da xali

406
Sözünə davam elədi:
~ Müqəddəs şəhərdir, amma bəzi zındıqları var; viran
Qalmış şəhərdir, amma hər gün dünyaya yeni bir əsər təq-
d*nı eləyir.
Quveyçardini ilə yanaşı getmək, onun hisslərini, şərh-
'ərini tutmaq, sirlərindən hali olmaq adamın döşünə yatır-
Ancaq bəzi çətinlikləri də var idi: məsələn, Müqəddəs
Encelo qəsrindən bir mildən az uzaqlıqda yerləşən yeni
kardinal Ferrizin qəsrinə getmək üçün yol yoldaşımın ifrat
kübarı1ğl ucbatından bizə iki saat vaxt lazım oldu.
Yəldan keçənlərin bəziləri onunla ötəri salamlaşır, di-
o3rləri isə onunla ayrıca və uzun-uzadı söhbətə girmək
uÇün atdan düşürdülər. Florensiyalı hər dəfə azad olan
yanıma qayıdıb, üzr istəyib deyirdi:
" ə/ eloğlumdur, Romada yaşamaq üçün bura təzəcə
gəlib.
ya:
" adam sənədlər üzrə çox nüfuzlu mütəxəssisdir.
Bu adam da Fransa mülkünün poçtamt sahibidir.
^ətta iki dəfə belə dedi:
" Bu, filan kardinalın bic balasıdır.
^eç şaşırmadım. Hans artıq mənə qabaqcadan xəbər
^flhişdi ki, papalığın din xadimləri, rahibələr və bütün
b kəBən gəlmiş zəvvarlarla dolu olan paytaxtında kilsə
I °y^klərinin məşuqələrinin öz qəsrləri və qul-qaravaş-
var. O qadınların övladları ən iri mənsəbləri tuturlar.
h kiçik rütbəli keşişlərin də məşuqə və fahişələri olur və
^Hiadan onlarla birgə çöl-bayıra çıxırlar.
Quveyçardini fikirlərimə qüvvət verirmiş kimi dedi.

407
- Ehtirasa görə ar eləyənlər zənginliyə görə ar eləyən-
lərdən xeyli azdın
Əlavə elədi:
- Roma yepiskoplarının həyat tərzi çox böyük pullar3
başa gəlir, halbuki bu din xadimləri şəhərində heç nə iste^
sal edilmir! Hər şey Florensiya, Venesiya, Milan və xərlC'
dən alınıb gətirilir. Papalar bu şəhərin axmaqlarını maüy
yələşdirmək üçün dini rütbələri belə satmağa başlayıb^’
Bir kardinal üçün 10 min, 20 min, 30 min duka. Burda həf
şey alınıb satılır, hətta Papa müavini mənsəbi də! Bu da bə5
eləməyəndə, miskin almanlar üçün şəfqət satmağa başl3
dılar! Pulunu ödəsən, bütün günahların bağışlanar! Kəsə51z
Müqəddəs Ata cənnəti satmağa çalışır. Bu üzdən Lüt^
ədavət başladı.
- Onda həmin rahib haqlıymış ki.
- Müəyyən mənada, bəli.
Ancaq özümü düşünməkdən saxlaya bilmədim kv
şübhəli yolla cəm edilmiş pul Müqəddəs Petros kilsə5*11 t
tamamlanması üçün istifadə ediləcək, o pulun bir hi$5ə
isə ən yaxşı bəşəri yaradıcılıq əsərləri üçün ayrılıb/ 2*Ya
və içki üçün yox. Yüzlərcə yazıçı və rəssam antik səUə^
larin belə qarşısında həsəddən saralıb-solacağı gözəl ə5ə
lər yaratmaq məqsədi ilə Romaya toplaşıbdır.
İndi alınıb-satılan pozğun və zındıq Romada almən
dan qoparılmış pulun sayəsində, dünya yeni baxışlə' Y
həvəslə və yeni gözəllikdə dirçəliş və intibah yolund3
Burda çox faydalı bir israfçılıq yoxdurmu?
Necə düşünəcəyimi bilmirdim. Beynimdə xeyidə
doğruyla yalan, gözəllik və üfunət çox çulğaşmışdı!

408
bəlkə də bütün bunlar hamısı X Leonun Roması, Leon Af-
rikalınm Romasıydı. Uca səslə Quveyçardinin ifadələrini
təkrarlayırdım ki, yaddaşıma həkk eləyim:
"Xaraba şəhər... Müqəddəs şəhər... əbədi şəhər.
Qəfildən incik şəkildə aydın bir səslə sözümü kəsdi:
" Həm də lənətlənmiş şəhər.
Bir az aydınlıq gətirməyini gözləyərək ona baxanda ci-
^ndən əzik bir kağız parçası çıxarıb dedi:
" Lüterin papaya yazdığı bu sətirlərin dərhal üzünü
əÇürmüşəm.
alçaq səslə oxudu:
. Ehey, ey Leon, ey insanların ən bədbəxti! Sən ən təh-
ökaiin taxtda əyləşibsən. Roma keçmişdə cənnətin qapıla-
biriydi, bu günsə o, cəhənnəmin açıq uçurumudur.

409
Dönmə qadın ili
Hicri 927-ci il (Miladi 1520-ci il dekabrın 13-H-152W ,l
noyabrın 30-tı)
Bu il aprelin 6-sı şənbə günü həyatımın çox xoşbəxt
günlərindən biriydi! Amma Papa qəzəbliydi. Ucadan gu
ruldayırdı, odur ki, onun otağına gedən dəhlizdə bir
li qaldım, məni onun çığır-bağırından qapının iki ağır v
İn
naxışlı tayı qoruyurdu. Ancaq məni müşayiət eləyən
cibin1 işləri çox idi. Kitabxananın qapısını döymədən aÇ1^'
məni bir dəfəyə itələyib içəri saldı və arxamca qapm1
dü. Papa məni görəndə çığırmağına ara verdi, ancaq
lari düyünlənmiş, dodaqları əsirdi. Hirslə masanı döyaC
yirdi. Kütül barmaqlanyla mənə işarə elədi ki, ona ya?<1
laşım. Əlinə sarı əyildim, sonra onun sağ böyründə dnfa
şəxsin əlinə sarı əyildim,
- Leon, əmimizin oğlu Yuliusu tanıyırsanmı?
- Onu tanımadan Romada necə yaşamaq olar?
İndiki vəziyyət üçün bu, yaxşı bir cavab deyildi- ıu
Do Mediçi kilsənin ən parlaq böyüklərindən idi və
ona çox etibar eləyirdi. Ancaq Papa nə vaxt idi ki,
davranışlarına və özünü öyməyi xoşladığına, hay-^\
eşqbazhqlarma görə ona çox irad tuturdu. O işlərə görə
1 Başqa adla-kamerger, eşikağası, təşrifat rəisi, protokol müdiri

410
Onu lüteranların diqqətinə salmışdı. Amma Quveyçardini
deyilənlərin əksinə olaraq Yuliusu tərifləmişdi:
- Yulius püxtə bir kübarın, elm və ədəbiyyatın dözümlü
əmisinin, yaxşı qohumun bütün üstün xüsusiyyətlərinə
ilikdir. Lənət şeytana, axı niyə ondan din xadimi düzəlt-
^əkdə israr eləyirlər? -
Papanın əmisi oğlu qırmızı yağmurluğundaydı, başlı-
$lrı Atından qara hörüyü alnına tökülmüş, özü də dərin
^kirlərə qərq olmuşdu.
■'əvladım, kardinal səninlə danışmalıdır. Keçib, ordakı
0 ’ki oturacaqda əyləşin. Mənim oxumalı olduğum mək-
^blar var.
Oürnan eləyirəm o gün Papanın bizim söhbətimizdən
r kəlməni də diqqətdən qaçırmadığını desəm, yanıl-
^aram. Çünki o, əlində tutduğu mətnin bir səhifəsini də
dirməmişdi.
Yulius çox narahat görünür, mənim gözlərimdə gizli
S°vdələşmə əlamətləri axtarırdı.
Oizlicə boğazını arıtlayıb dedi:
** Xidmətimə bir gənc qız götürülüb, o, çox ləyaqətli,
Və zirəkdir. Müqəddəs Ata istəyir ki, sən onu özünə
alasan. Adı Madalinadır.
narahat elədiyi açıq-aşkar sezilən bu kəlmələri
k ə^üz eləyən kimi digər mövzulara adlayıb səfərlərim,
^İŞİm və Roınaclakı yaşayışım haqda soruşdu. Papanın
ls* oğlunun biliyə ehtirasını, Timbuktu, Fəs və Qahirə-
r Alarım eşidəndə sevindiyini, fikirlərimə dərin ehti-
bəslədiyini gördüm. Mənə and verdirdi ki, hər gün
hekayətlərimi qələmə alacağam, söz də verdi ki, bu
ələrin ən həvəsli oxucusu olacaqdır.

411
Bununla yanaşı, bu söhbətləşmədən hasil olan böyük
sevinc mənə elədiyi təklifə qarşı dərin şübhəni zərrəcə
də azaltmamışdı. Düşündüyüm işləri olduğu kimi ifadə
bl
eləmək üçün deyim ki, qətiyyən istəyim yox idi ki, özü­
mü erkən hamiləliyi bütün Roma şəhərinin dilinə düşəcək
gənc qızın gecikmiş əri qismində görüm,
Fəqətz Papaya və onun əmisi oğluna bir kəlməylə z/yoX
demək çətin idi. Beləcə, cavabımı elə ibarələrlə düzəltdi111
ki, dolaşıqlığı hisslərimi aça bilsin.
- Mənim ruhuma və bədənimə nəyin xeyirli olacəg1
nı məndən daha yaxşı bilən zati-ailələrinə və həzrətlər
inanıram.
Papanın gülüşü məni hürkütdü. Məktubu buraxıb/ bu
tövlükdə bizə sarı yönələrək dedi:
- Bu gün ölülərin ruhuna həsr olunmuş ayindən sonr<
birbaşa növcavanı görməyə gedərsən.

Əslində bu il Sakstin kilsəsində Orbinoda doğu^J


. j: a
Rafaellonun vəfatının birinci ildönümü qeyd ediləsıyu •
Leon onu qəyyumluğundakı bütün şəxslərdən daha ,
sevərdi. Qeyri-süni bir təəssüratla onu tez-tez xatırlat
bu da Rafaellonu yaxşı tanımadığıma görə məni təəsS
ləndirirdi. Düzü, inzivaya çəkildiyim bütün vaxt ərZl^j>
Rafaelloyla cəmi ikicə dəfə görüşmək imkanım olub-
rinci qısamüddətli görüş Vatikan dəhlizlərindən bit111
ikincisi isə xaç suyuna salındığım gün olmuşdu. Ayın
sonra o da digərləri kimi yaxınlaşıb Papaya təbrikləri111
dirmiş, Papa isə onu öz yanında əyləşdirmişdi.

412
Sual onun dodaqlarını yandırırdı:
Doğrudurmu ki, sənin ölkəndə rəssamlıq və hey-
kəltəraşlıq yoxdur?
" Ola bilər ki, kimlərsə heykəl yapır və ya şəkil çəkir,
arnma ümumən, canlıların surətini yaratmaq qınanıb
Mühakimə olunur. Bu, Yaradana meydan oxumaq hesab
°Iunur.
- Bizim sənətimiz üçün böyük şərəfdir ki, onun təbiətlə
r°qabətdə olduğuna inanırlar.
Dodaqlarına bir az müştəbeh və çaşqın bir qəzəb qon-
uŞdu. Hiss elədim ki, cavab verməliyəm:
' Doğrudurmu ki, Mikaelancelo Musanın heykəlini yo-
na^dan sonra ona əmr eləyib ki, yeriyib danışsın?
Rəfaello məkrlə gülüb dedi:
" Belə rəvayət olunur.
, - Mənim ölkəmin əhli bundan qaçmağa can atır. Çünki
nSan Xaliqin yerini tutmağa çalışır.
" Yaşadıb-öldürmək qərarını verən əmr necə, rəssamın
ltr,u qəsd elədiyindən daha artıq dərəcədə Allahın yerini
^urmu?
Rəssamın səsi bir qədər yüksəlmişdi. Onu bu sözlərlə
^^Rləşdirməyə cəhd elədim:
" gün sənin emalatxanana baş çəkəcəyəm.
b "■ Əgər bir gün sənin rəsmini çəkməyə qərar versəm,
küfr sayılmaz ki?
" Heç vaxt. Məncə, bu, ən bəlağətli şairlərimizin məni
eləyən qəsidə qoşmasına bənzərdi.
Randan yaxşı bir bənzətmə ağlıma gəlmədi. Cavabım-
razı qalmışdı.
413
- Çox yaxşı. Haçan istəsən, mənzilimə gələrsən.
Özümə söz vermişelim ki, gedəcəyəm, amma ölüm
daha tez gəldi. Mənə Rafaellodan yalnız bir neçə kəlmə'
dən, dodağına qonmuş qəzəbdən, təbəssümdən və vəddən
özgə bir xatirə qalmadı.
O anma günü bunları xatırlayıb düşünməyi özümə
borc bildim. Amma ayin bitməzdən qabaq fikrim Madalı-
naya yönəldi.
Özünü, saçlarını, qamətini, səsini xəyalımda canlan
dırmağa çalışdım. Öz-özümə sual elədim ki, onunla hansı
dildə danışıb, hansı sözlərlə söhbətə başlayacağam-
də məni çağırmamışdan qabaq X Leonun və əmisi oglL1
nun bir-birinə nə demiş ola biləcəklərinin hamısını təxmin
eləməyə çalışırdım.
Yəqin, Papa eşitmişdi ki, kardinal öz məiyyətinin sırası
na cavan və gözəl bir qadın da əlavə eləyib. Böyük biabıtÇ1
lıqdan qorxduğundan həmin qadından tezliklə və ləyaClət
lə qurtulmağı əmr eləmişdi. Və belə də heç kim iddia eləjə
bilməyəcək ki, kardinal o növcavana günahkar nəzərlər
baxır: yeganə qayğısı o imiş ki, əmisi oğlu Afrikalı Le°n‘
arvad tapsın.
bid
Kilsədən çıxarkən rastıma gələn tanış keşişlərdə11
fərziyyəmi qüvvətləndirən digər dəlillər də gətirdi: Ma
dalina uzun müddət vəng'lərdən birində yaşayırmış-
dinal ziyarətlərinin birində onun vücudunu görübm
günün sonunda geri dönən vaxt onu barxanasınm K’*11
qoyub götürübmüş. Belə davranış, əməllicə çaşqınM X
radıb, giley-güzar X Leonun qulağına çatınca kilsənm
bəri və Mediçi ailəsinin başçısı kimi bərk qəzəblənmiş^1
1 Monastır

414
Beləcə, mən işin əslini öyrəndiyimi güman elədim, amma
^ən həqiqətin yalnız nazik pərdəsinə toxunubmuşam.
- Düzdürmü ki, sən də mənim sayaq qərnatalısan və
^ənim sayaq dönmə’sən.
Gücümə və səbrimə çox arxayın idim. Yavaş addımlar-
kardinalın mənim üçün ayırdığı keçə döşəli qonaq ota-
8lrıa keçəndə dərhal onu sorğu-suala tutmaq istəyimi tam
ltlrdim; qorxdum ki, bircə kəlməsi məni ondan gen durma-
vadar eləyər. Madalina haqda həqiqət o idi ki, Madalina
lc^* Bu saat təkcə istəyim o idi ki, daim onun yerişinə-du-
ruŞuna və rəng-ruhuna baxa bilim. Səsi də, yerişi də Ro-
^Hin bütün qadınlarıyla müqayisədə çox zəif idi. Baxışla-
flrıdan isə eyni vaxtda həm davakarlıq, həm də dərdə tabe
ə^tışluq yağırdı. Saçları elə əsmər idi ki, yalnız Əndəlus
°yuq zülmət və yanmış torpaqdan kimyəvi yolla belə əs-
^Ərliyi almağın çəmin bilir. Arvadım olacağını gözlədiyim
a ^a, bacım oldu, nəfəsinə artıq alışmışdım. Oturmazdan
^aq özünün bütün qissəsini danışmağa başladı. Mənim
OruŞmaqdan vaz keçdiyim bütün suallara cavab vermək
barına gəlmişdi.
Babası yəhudi Əbrabanel sülaləsinin yoxsullaşıb yad-
Çıxmış bir tirəsindən imiş. Şəhərin mənim doğuldu-
®Urn Cənubi Nəcd nahiyəsində sadə bir dəmirçi olduğun-
ta ki sürgün planı qərarlaşanadək yaxınlarını təhdid
ayən təhlükəni heç cür başa düşməmişdi. Onda altı övla-
y^a birgə Tətuvana mühacirət eləyib burda da bədbəxt-
11 x *
lrı yaxınlığında yaşamışdı. Oğlanlarının bir azca savad
^^a^m a larini, qızlarınmsa gözəlləşdiklərini görməkdən
əlriini ı
11 aəyışən şəxs
415
savayı, onun həyatda özgə bir sevinci yoxmuş. Onlardan
biri dönmə qızın anası olacaqdı.
Mənə ətraflı danışırdı:
- Əmi uşaqlarının işinin yaxşı getdiyi Firraridə yaşamaq
üçün valideynlərim də ora gəlmək istəmişdilər. Ancaq gəl'
diyimiz gəmidə taun yayılıb, dənizçiləri və sərnişinləri ql'
rıb çatmışdı. Atam, anam və kiçik qardaşım öldüyündəng,
gəmi Piza sahilinə yan alanda tək qalmışdım. Qoca bır
••
rahibə məni qucağına alıb rəhbəri olduğu monastıra g°'
türdü, tezcə xaç suyuna çəkib Madalina adı verdi, halbuki
atam məni Cudiyət çağırardı. Ən əziz adamları itirdiyi
rəğmən taleyə lənət oxumurdum, çünki doyunca yeyır'
oxuyub-öyrənir, ciddi səbəb olmadan şallaqlanmır^#1.
Ta o günəcən ki, xeyirxahım öldü və onun yerini İspani}3
əmirlərindən birinin qeyri-qanuni qızı tutdu. Valideynlə#
-i' lıll
nin günahlarını gizlətmək üçün bura qoyulmuşdu, o da
gözəl monastıra özü və başqaları üçün günah yuma yer
kimi baxırdı. Bununla yanaşı, xoşbəxtlik və bədbəxtliklə
saçaraq orda hakimi-mütləqlik eləyirdi, qəlbində #lənə
qarşı bir pislik saxlamışdı. Yeddi il idi ki, etiqadı get'Se
də artan bir xaçpərəst idim. Ancaq onun nəzərində bc
də, sadəcə, qanıqanşıq və monastırda mövcudluğu
sində ora ən pis lənət gətirəcək bir dönməydim. Üstü#
yağan alçaldıcı hərəkətlər bolluğu altında belə bir nara#a
lıq hiss elədim ki, artıq əsl inancıma qayıtmışam. D01#1
əti yeyəndə öyüyürdüm, bu səbəbdən gecələrimi nan
keçirirdim. Qaçmaq üçün plan hazırlamışdım, fəqət'
və yeganə cəhdim uğursuzluğa düçar oldu. Əvvəlcə #^ə
heç vaxt belə sürətlə yüyürüb yortmamışdım, xüsusə11

416
rahibə geyimində. Bağban məni tutub toyuq oğrusuyam-
kimi qollarımı qanırdı. Sonra məni zindana atıb, qa-
nırrı sel olana qədər qamçıladılar.
Bədənində döyülməyinin bəzi izləri hələ də qalmış-
d1* ancaq bu, onun nə gözəlliyinə, nə də lətif bədəninin
mükəmməlliyinə bir əskiklik gətirməmişdi.
-iki həftə sonra mənə çıxmaq izni veriləndə davranışı­
mı dəyişmək qərarma gəldim. Özümü çox peşman olmuş
^mi aparır, itaətkarlıq, tabeçilik göstərir, heç bir təhqir
hiss eləməmiş kimi davranırdım. O vaxt kardinal Yulius
monastıra baş çəkməyə gəlmişdi. Baş rahibə onu ehtiramla
Aşılamağa məcbur idi, hərçənd ki, imkanı olsaydı, onu
tonqa]a atdırardı. Hərdən bizi kilsə rəhbərlərinin düz yola
göməsi naminə duaya məcbur eləyirdi. Tənqidlərində Me-
ailəsinin pozğun həyatına da yer ayırırdı, əlbəttə, aş-
^arda yox, öz böyür-başında olan rahibələrin önündə. On-
da deyilənləri başqalarına danışmağı ləngitməzdilər.
əQm elə kardinalm böhtanlarla ittihamlanması ümidimi-
°na bağlamağa səbəb olmuşdu.
sözlərlə də danışığına ara verdi:
" Fəzilət bəzi yanlışları yumşaltmırsa - xəstəlik, iman
41 Şübhələri azaltmırsa, amansız olur.
Madalina hekayəsinə davam eləməzdən qabaq inam
rj| I r
rt1əti olaraq xəfifcə çiyinlərimə toxundu:
" Kardinal yumşaq əlini öpdürmək üçün bizim cərgəyə
^dı. K4ən səbirsizliklə öz növbəmi gözləyirdim. Planım
idi. Kardinalın iki üzük taxılmış barmaqları fəxrlə
san uzadılmışdı. Onları öpüb, lazım olduğundan
$ $rhq qüvvəylə sıxdım, lazım olduğu vaxtdan iki saniyə

417
artıq saxladım. Bu onun diqqətini cəlb eləməsi üçün kifayət
idi. Çöhrəsini nəzərdən keçirmək üçün başımı qaldırdım:
- Mən sənə etiraf eləməyə ehtiyac duyuram, - dedim.
Özü də bunu uca səslə dedim ki, iltimasım rəsmi olsun və
həm kardinal, həm də monastırın baş rahibəsinin məiyyəti
onu eşitsin. Baş rahibə yumşaq tərzdə dedi:
- Qızcığazım, uzaq dur, sən kardinalı incidirsən, həm
də axı bacıların gözləyir.
Bir anlıq tərəddüd keçdi. Özümü yenidənmi intiqam
zindanında görəcəyəm? Nəfəsim tıncıxmış, gözlərimdənsə
yalvarış yağırdı. Göz yaşlarım səadətimi ifşa edərək axıb
gedirdi. Ancaq etiraf qəfəsPndə diz çökəndə səsim tıxan-
mışdı, buna rəğmən yüz dəfə təkrarladığım sözləri karıx­
madan tələffüz eləyə bildim.
Kardinal uzun-uzadı ümidsizlik çığırtılarımı səssizcə/
məni davam eləməyə cəsarətləndirmək üçün başını tərpət
məklə kifayətlənərək dinlədi. Mən kiriyib toxtayanda 1Sə
dedi:
- Qızım, zənn eləmirəm ki, monastır həyatı sənin üçün
uyğundur.
Artıq azad olunmuşdum.
Xatırladıqca göz yaşları sel kimi axırdı. Əlimi əllərin1*
üstünə qoyub mehribanlıqla sıxdım, hekayətinə təkrə1
başlayanda isə əlimi çəkdim.
- Kardinal məni özüylə Romaya gətirdi. Bu, bir a)
olar baş verib. Baş rahibə çıxıb getməyimi istəmirdi/ ə11
caq havadarım onun etirazlarına fikir vermədi. Rahibə 0,1
dan qisas almaq üçün məkrli davrandı, ispan kardinaÜə17
1 Katolik kilsəsində din xadimilə söhbətləşmək üçün xüsusu barır**1^1

418
« II—_

ağız açdı, onlar da, öz növbələrində, Papaya müraciət elə­


dilər. Əlahəzrətlər və mənim barəmdə ən iyrənc töhmətlər
yayıldı.
Mən sıçrayıb ayağa qalxdığımdan o da dayandı. O if­
tiralardan bircə kəlməni də Madalinanın dadlı ağzından
eŞitmək istəmirdim. İndən belə məni və dönməni ancaq
qəlbimizdə doğulmuş hisslər qayğılandırırdı. Mənimlə vi­
dalaşmaq üçün gözlərində bir həyəcan var idi. Tələsik get­
məyim onu bir az qorxutmuşdu. Mənə bu sözləri demək
••
uÇün həyasını bir kənara qoyası olmuşdu:
- Bir-birimizi arabir görəcəyikmi?
• i

" Ömrümün sonunadək.


Dodaqlarım onun dodaqlarına toxundu. Gözləri yenə
tiə ürkək idi, ancaq budəfəki ürkəkliyə səbəb səadət və
•a

umid hisslərinin baş gicəllənməsi idi.

419
Adrian ili
Hicri 928-ci il (Miladi 1521-ci il dekabrın l-i-1522-ci il no-
yabrın 19-u)
Papa Leon bu ilin birinci günü xoradan öldü. Bir müd­
dət elə zənn elədim ki, göylərin öz nemətlərini əsirgəmədi­
yi bu qayğıkeş xaç atası və səxavətli hamidən sonra qonaq­
sevməz olmuş Romanı tərk eləməliyəm.
Köçmək vəziyyətinə düşən təkcə mən deyildim.
dinal Yulius özü-özünü Florensiyaya sürgün elədi, Quve}
çardini Mudinə sığınmış, çevrəsindəki yüzlərcə məşhur
yazıçı, rəssam, heykəltəraş və tacir şəhərdən qaçmağa baş
lamışdı, elə bil ki, şəhər tauna yoluxmuşdu. Düzünə qalsa'
qısamüddətli vəba olmuşdu, amma əsl taun bu,deyüdL
Onun adı Burqodan Nafoni meydanına kimi dəyiŞ^ə^
epitetlərilə elan edilirdi: "Adrian Barbar!"
Səhvləri düzəltmək və günahları yumaq naminə kard1
nallar onu yeni papa seçmişdilər. Son dövrlərdə papabğ11
ünvanına çox ittihamlar yağmışdı, hətta alman vilayətIarl
bütövlükdə Lüterin tərəfini tutmuşdu, bütün bunlara gÖf£
də X Leon günahkar hesab edilirdi. Arzu edilmişdi ki/
sənin siması dəyişdirilsin, beləcə, 38 yaşında papa
Florensiyadan Romaya öz gözəllik və cah-calal vurğu*1 L1
ğunu gətirmiş Mediçidən sonra 63 yaşlı holland ask^d1*1

420
~ bu dazbaş, albinos, cansıxıcı, mübarək zatı iş başına ke­
çirmişdilər. Bu təsvir də xaçpərəstlərin yeni liderinə bir
zərrə də rəhm eləməyən Madalinadan gəldi:
- O məni incitmiş baş rahibəni yadıma salır. O, eyni
dərəcədə dar dünyagörüşlüdür, həyatı eyni qaydada müəy­
yən eləməyə, həm özü üçün, həm də digərləri üçün həmişə
böyük pəhrizdən ibarət ömür yolu cızmağa can atır.
ilk vaxtlar mənim rəyim belə kəskin deyildi. Mənə xe­
yirxahlıq eləmiş şəxsə həmişə sədaqətli olsam da, Roma
həyatının bəzi təzahürləri mənim çılğın əqidəmi zədələ­
yirdi. Heç bir papa Adrian kimi iddia eləməmişdi ki, yox-
Sulluqdan həzz alır. Məni kədərləndirən bu deyildi, nə də
°nun idarəçiliyinin ilk həftələrindən bəri məiyyətinin is-
tehza doğurmuş danışıqları məni güldürmürdü. O, yenicə
Papa olan kimi Sakstin kilsəsinə girib, freskalanm Mikae-
Encelo çəkmiş qübbəyə baxıb çığırmışdı:
'Bu, kilsə deyil, lütlərlə dolu hamamın qurulanma ota­
qdır ki, var!
Romalılarla dostluğum heykəltəraşlıq, rəssamlıq və
Çhpaq bədənlərlə bağlı bəzi konservativ baxışlarımı mən­
bən uzaqlaşdırmışdı. Amma ibadətgahlarda belə şeylərin
°'rnasını hər halda qəbul eləmirdün. VI Adrian papalıq
^Xtırıa çıxanda hisslərim beləydi. Ancaq mən hələ bilmir-
ki, keçmişdə imperator Şarlkanın müəllimi olmuş bu
$dXs Romaya gəlişindən qabaq Arqon və Navarda inkivi-
?$torluq eləyibdir. Bir həftə keçər-keçməz əslən nəcibqanlı,
azı fəaliyyətimə uyğun nəcabətli olmadığım üçün mə-
hirn Mediçi ailəsinə dəxli olmadığımı elan etdi. Bu, papa
Leonun verdiyi bütün məvacibləri, o cümlədən mənim

421
məvacibimi ləğv eləməklə başladı. Bütün rəsm, heykəl və
kitab sifarişlərini aradan qaldırdı, eləcə də bütün tikinti iş­
lərini dayandırdı. Hər moizəsində qəzəbini sənətin, antik
və müasir incəsənətin, şənliklərin, əyləncələrin və israfçılı*
ğın üzərinə tökürdü.
Roma bir göz qırpımındaca heç nə yaradılıb inşa edil­
məyən və alınıb-satılmayan ölü bir şəhərə çevrildi. Papa
öz qərarını əsaslandırmaq üçün sələfindən yığılıb qalmış
borcları bəhanə gətirib iddia elədi ki, pullar israf olunub.
Adrianın elita elədiyi şəxslər deyirdilər: Müqəddəs Pet-
ros kilsəsinin bərpasının udduğu məbləğlə türklər üzərinə
səlib yürüşünü silahlandırmaq olardı, Rafaelloya ödənilək
məbləğlə isə bir süvari alayım təchiz eləmək olardı.
Mən Romaya gələndən xaç yürüşləri barədə çox eşik
mişəm, elə X Leonun öz ağzından da. Ancaq əlbəttə ki, bu>
faydasız bir şüar idi və xeyli dərəcədə bəzi müsəlman baş­
çılarının danışdıqları vaxt düşməni narahat eləmək və ya
xalq kütlələrini sakitləşdirmək üçün cihad barədə məsə'ə
qaldırmasına bənzəyirdi. Adriana gəlincə isə, vəziyyət-
başqa idi-Allah ona və cəmi ifratçı din təəssübkeşlərə
lənət eləsin! O ciddi şəkildə inanırdı ki, xaçpərəstləri Is
lama qarşı müharibəyə səfərbər eləməklə Lüterin kilsə
təfriqəsinə son qoyub, imperator Şarlla Fransa kralını da
barışdıracaqdır.
Məvacibimin ləğv edilməsi və kütləvi qırğına çağırış-mən
də bu papanı təqdir eləmək həvəsini öldürən ciddi səbəblə1*
idi! Bu həm də məni mümkün qədər Romanı tez tərk ətə
yib, kardinal Yulisun olduğu və məni də özünə qoşulməS
həvəsləndirdiyi Florensiyaya getməyə təhrik eləyirdi.

422
Şübhəsiz ki, Madalina hamilə olmasaydı, ona qoşular­
dım. Körpü məhəlləsində üçmərtəbəli bir mənzil kirayələ-
dim. Sonuncu mərtəbədə mətbəx, ikincidə oturma otağıy-
dı-böyük iş mizim də ordaydı, birincidə isə göyərti bağça­
sına açılan geniş küçə var idi. Elə bu küçədə də iyul axşam­
larının birində Yəqubun oğluünın və Sultan Səlahəddinin2
Şərəfinə Cosep, yəni Yusif adlandırdığım birinci oğlum
dünyaya gəldi. Fərəhimdən yerə-göyə sığmırdım. Madali­
na mənə bir az rişxənd eləyirdi. Şişkin sifəti xoşbəxtlikdən
nur saçırdı, Saatlarca qalıb körpənin anasını sığallayır, on­
ların gündəlik hərəkətlərinə tamaşa eləyirdim, xüsusən də
görünüşü hələ də hisslərimi coşduran çağaya baxmaqdan
Yorulmurdum. Beləcə, onları sürgünün məşəqqətli cığırla-
rıyla sürüyüb aparmaq fikrim yox idi. Nə Florensiyaya, nə
də ki bu il mənə qəribə bir təsadüf zamanı təklif olunduğu
kimi Tunisə.

***

Kardinal Yulius Toskanoya səfər eləməzdən qabaqkı


gün onun yanındaydım, yanına gənc bir rəssam da gəlmiş­
di. Şəhərinə geri dönməzdən qabaq bəzi lövhələrini sata
biləcəyinə ümid bəsləyirdi.

1 yusif peyğəmbər nəzərdə tutulur.


'Avropa folklorunda qəhrəmanlıq eposlarının əsas müsəlman personajı
Oduğundan orta əsrlərdən üzü bəri avropalılar arasında belə bir yanlış
təsəvvür formalaşıb ki, Səlahəddin Yusif Əyyubi səlibçiləri müsəlman
torpaqlarından qovan əsas şəxsdir. Sonradan bu yanlış təsəvvür Şərqin
Aəhrəman qıtlığından əziyyət çəkən etnosları tərəfindən daha da
t’rajlandı.
423
Bir rəssamın uzaqdan qalxıb Mediçini görməyə gəlmə­
si nadir bir hadisə deyildi, çünki onun qapısını döyən hər
kəs inanırdı ki, cibiboş qayıtmayacaqdır. Beləliklə də, hə­
min neapollu öz şəkillərini açıb sərgilədi, mənə elə gəldi
ki, onlar fərqli keyfiyyətdədir. Onlara ötəri nəzərlə baxır­
dım, birdən bədənimdən gizilti keçdi.
Qarşımdan bir şəxsin surəti keçdi, rəssam tezcə narazı­
lıq nümayiş etdirən bir hərəkətlə şəkli yığışdırmağa başla­
dı. Soruşdum:
- Bu şəkli yenə də görə bilərəmmi?
- Əlbəttə, amma o, satlıq deyil, səhvən götürmüşəm- Bu
lövhə bir tacirin onun üçün hazırlamağı sifariş elədiyi kol­
leksiyadandır, gərək şəxsən özünə təslim edəm.
Həmən girdə almacıq sümükləri, həmən dolusifəb
həmən saqqal və daim razı olan həmən təbəssüm. Səhv olə
bilməz! Amma mən yenə də soruşmalıydım:
- Bu adamın adı nədir?
~ Cənab Abbado. O, Neapolun ən zəngin gəmiqayUə11
tarından biridir.
Əbbad əl-Susi! Xoş bir söyüş mızıldayıb dedim:
- Sən, onu yaxından görmüsənmi?
- Çox vaxt o, maydan sentyabradək səfərdə olur, an^
qışı Santa Lusiya nahiyəsindəki evində keçirir.
Bir kağız götürüb, əlim titrəyə-titrəyə dostuma nanlƏ
cızma-qara elədim. İki ay sonra Əbbad üç qulluqçusu/^3
birgə arabada mənim mənzilimə gəlib yetişmişdi. Bəlkə də
doğmaca qardaşım olsaydı, onu köksümə sıxmaqdan
qədər xoşbəxtlik duymazdım!

424
-Mən səni zirzəminin dərinliyində əli-qolu bağlı qoyub
getmişdim, indi budur, sən varlı-hallı vəziyyətdə gəlib
məni tapmısan,
- Əl-həmdu li-llah! Əl-həmdu li-llah! Allah mənə kə­
ramətli olub!
- Layiq olduğundan çox deyil! Mən şahidəm ki, hətta
ən dar vəziyyətində də ilahi inayət haqqında sənin ağzın­
dan bir pis söz də çıxmayıb.
Mən haqlıydım. Marağım azalmamışdı.
- O sıxıntıdan necə belə sürətlə çıxmağı bacardın.
- Anamın sayəsində, Allah onun qəbrini nurla doldur­
sun. Anam bu sözləri qulağımda sırğa eləməyim üçün
daim təkrarlayırdı: "Nə qədər ki, ağzmda dili var, insan
kasıb olmaz!" Düzdür, məni əlibağlı, qıçı qandallı qul kimi
Satmışdılar, amma dilim ki bağlı deyildi. Məni bir tacir al­
mışdı, ona sədaqətlə xidmət edir, ard-arda tövsiyələr ve­
rir, Aralıq dənizilə bağlı təcrübəmdən istifadə eləməyinə
*mkan verirdim. O qədər pul qazandı ki, birinci ilin sonu
məni azad eləyib, öz ticarətinə ortaq elədi.
İşlərin belə sadəliklə getməyinə təəccübləndiyim se­
viləndə çiyinlərini atıb dedi:
- Adam bir şəhərdə varlana bilibsə, demək, başqa bir
Verdə də yenidən asanlıqla buna nail ola bilər. Bu gün Ne-
$polda işlərimiz tərəqqi eləyir. Əl-həmdu li-llah!
Hər limanda müvəkkilimiz və on satınalma büromuz
var, müntəzəm olaraq bu bürolara baş çəkirəm.
- Bəs Tunisə baş çəkdiyin olubmu?
- Ora yayda gedəcəyəm. Sənin qohumlarını görmək
Üçün keçəcəyəm. Onlara deyimmi ki, sən burda yaşamaq­
dan məsudsan?
425
Etiraf eləməliydim ki, mən sərvət yığmasam da, əsir­
liyin məşəqqətini qətiyyən çəkməmişdim. Etiraf eləmə­
liydim ki, Roma mənə iki həqiqi bəxtiyarlıq dadızdırıb:
yenidən gözəlliyini bərpa eləyən qədim şəhərin xoşbəxt­
liyi və sevdiyim qadının qollarında uyuyan oğul balamın
xoşbəxtliyi.
Dostum razılaşmış kimi görünürdü, ancaq əlavə elədi*
- Bu şəhər bir gün sənə bəxtiyarlıq verməyinə son qoy"
sa, bil ki, vətənin sənin və zövcənin üzünə açıqdır, mənin1
gəmilərimsə səni qovuşmaq istədiyin məsafəyə apara bilən
• Romanı tərk eləməyə həvəs göstərməyib, Əbbada vəd
elədim ki, Tunisdən döndüyü vaxt onu burdaca qarşıləy1^'
əziz tutub təntənəli ziyafət təşkil eləyəcəyəm.

* * *

Dostumun yanında zarıyıb gileylənmək istəmirdin1/


ancaq bəzi şeylər nəzərimdə korlanmağa başlamışdı. Ad
rian saqqalsaxlayanlarla mübarizə aparmaq üçün kən1
paniyaya başlamaq niyyətinə düşmüşdü. Car çəkdirdi kh
əsgərlərə saqqal yaraşmır, bütün din xadimlərinə əmr ələ
mişdi ki, saqqallarını qırxsınlar. Mən bu yasaqlara birbaŞa
dəxli olanlardan deyildim. Ancaq saqqal saxlamaqda inə^
eləyə-eləyə Vatikan sarayına get-gəlim bu inadı nüməy1’
etdirirdi, sanki bu, ərəb mənşəyimə kobud sübutmuş
papaya meydan oxumaqmış, görkəmin özüysə dinsizə
əlamətiymiş. Rastıma çıxan italyanlarda saqqal üzlədə
uzun yayılmış kimi olmurdu, əksinə, sənətkarlara aid f
lilik əlaməti idi, bu onların bəzilərində eleqant nazik xəd

426
Şəklində, digərlərində isə geniş xətt kimi olurdu. Bəziləri
fərqləndirici əlamətdən möhkəm yapışmış, bəziləri öz­
lərinin saraya daxil olmalarını görməkdən məmnun olmaq
uÇun ondan xilas olmağa hazır idilər.
Məndə isə vəziyyət başqa cür idi. Saqqal mənim ölkəm­
də qanuni idi, üzün ondan təmizlənməsinə icazə verilir,
xüsusən də yadellilər üçün. Ancaq uzun müddət onu saxla­
yandan sonra qırxmaq düşüklük və alçaqlıq sayılır. Mənim
belə alçalmaya razı olmaq fikrim yox idi.
Əgər desəm ki, o ili saqqalımın uğrunda ölməyə hazır
lciim, birisi mənə inanarmı?
Təkcə saqqalıma görə yox, çünki Papanın beynində ol­
duğu kimi, mənim də beynimdə bütün ixtilaflar qarışıq idi:
din xadimlərinin saqqalı, Sakstin kilsəsinin qübbəsindəki
Çdpaq döşlər, Musamn şimşəkbaxışlı heykəli və Papanm
əsrnəcəli dodaqları. Buna səy eləməsəm də, Adriana qarşı
Müqavimətin məhvərinə və rəmzinə çevrilmişdim. Roma-
blar, hətta kosasaqqallar belə yanımdan keçəndə təəccüblə
Mızıldanır, mənsə fəxrlə sıx saqqalımı sığallayırdım. Papa
əleyhinə yazılmış bütün manifestlər şəhərin əyanlarının
4əpılarının altına sürüşməzdən qabaq mənim əlimdən
içirdi. Bəzi mətnlər sırf söyüşdən ibarət olurdu: Bar-
bər, dazbaş, donuz"; bəzən də bundan daha pis söyüşlər
°lurdu. Digər mətnlərsə romalıların izzətinə ünvanlanırdı,
qəlyanlardan başqa heç kim Müqəddəs Petrosun taxtında
01Mra bilməz!"
Bütün təlim-tədris işlərini dayandırmışdım ki, vax-
buriı bu davaya həsr eləyim. Düzü, buna görə yaxşıca
Mükafatlandırılırdım da. Kardinal Yulius həvəsləndirici

427
V

məktublarla birgə mənə böyük məbləğdə pul da göndə­


rirdi. Yaxşılığımın qarşılığında zamanı gələndə, vəziyyət
dəyişəndə böyük təşəkkür və minnətdarlıq edəcəyini söz
verirdi. O saatı səbirsizliklə gözləyirdim, çünki Romada
vəziyyətim kövrəkləşmişdi.
Tanışlarımdan bir keşiş var idi, o həm də alovlu ma-
nifestlərin müəllifiydi, o, məni ziyarət eləyəndən iki gün
sonra Müqəddəs Encelo qəsrində həbsə atılmışdı. İspan
rahiblər digər dostumu da incidirdilər. Mən özüm də daim
nəzarətdə olduğumu hiss eləyirdim. Evdən yalnız elə
məhəllədəcə tələm-tələsik alış-veriş eləmək üçün çıxırdım.
Hər gecə mənə elə gəlirdi ki, Madalinanın yanında sonun­
cu dəfə yatıram. Odur ki, hər dəfə onu əvvəlkindən daha
möhkəm qucaqlayırdım.

428
Süleyman ili
Hicri 929-cu il (Miladi 1522-ci il noyabrın 20-si-1523-cii il
noyabrın 9-u)
Bu il böyük türk sultanı gözümdə yenidən öz yerini
bərpa eləməliydi. Amma təbii ki, o özü bu barədə qətiy­
yən heç nə bilmirdi, fəqət nə fərqi? Mənim öz daxilimdə
ədavət yaranmış, öz içimdə də ədavət yox olub getmişdi.
Güclü İslam imperatorluğundan qaçmışdım ki, bir körpə-
qəddar qocanın intiqamından xilas eləyim. Xaçpərəst
Romasında elə bir xəlifəyə rast gəldim ki, onun qanadı al­
anda Bağdadda və ya Qurtubədə yaşamağı çox istərdim.
müqayisə beynimi məşğul eləyirdi, amma ürəyim ra-
bət olmurdu. Elə bir zamanın gəlişi gözlənilirmi ki, o vaxt
°2ümlə fəxr eləməyim ağlamalı lovğalıq olmasın.
Nəhayət, bu Adrian, bu da Süleyman idi. Üstəlik də Əb-
bədın get'gəlləri var idi. Tunisdən qayıdanda vədini tutub
^ənə baş çəkdi, dodaqları danışmaq üçün aralanmadan,
Sözləri mənə ağlayırdı. Xəbər tutduğu əhvalatlarla məni
isitmək istəmədiyindən, mən onu bu sözlərlə tələsdirəsi
°ldum:
- İlahi hikmətin cavabdeh olduğu şeyə görə elçini qı­
lmaq olmaz.
Saxta bir gülüşlə əlavə elədim:
429
- Birisi illərlə ailəsindən gen düşəndə hansısa sevindi­
rici xəbər-ətər gözləyə bilməz.
Dostum mənim zarafatda dərinə getməyimə macal
versə, işinin çətinləşəcəyini yəqin elədiyindən danışmağa
qərar verdi:
- Arvadın səni gözləmir. O sənin Tunisdəki evində vur-
tut bir neçə ay yaşayıbdır.
Əllərimdən tər süzüldü.
- Çıxıb gedib və sənə bunu saxlayıb.
Məktubu mənə təhvil verdi, zərfi açdım. Xətt gözəl ya'
zılmışdı, şübhəsiz, muzdlu bir mirzənin xəttiydi. Mətn isə
Nurun öz sözləriydi:
- Əgər iş yalnız mənim taleyimlə bağlı olsaydı, hətta sa­
çımın bir gecəyə gümüşü rəngə çaldığını görsəydim belə'
illər uzunu gözlərdim. Ancaq mən yalnız oğlumçün, inşəi
lah, bir gün onun çin olacaq taleyi üçün həyatdayam*
zaman səni yanımıza çağıracağıq ki, bizim cah-calabmiz
dan sənə də pay düşsün, necə ki bizim indiki təhlükələ* 1*
dən sənə də pay düşür. Bu arzu çin olanacan Əcəm1 ölkə
sində olacağam, orda Bəyazidin dostları olmasa da, °nU
təqib edənlərin düşmənlərinin yanında olacaq. "Həyat
sənə qoyub gedirəm. Sənin sirrin kimi daşıdım, bu sirrə
aid hər kəsin yenilənməsi vaxtı çatıbdır. Onlardan bəzilə
ri deyəcək ki, mən pis-kobud anayam, ancaq sən bilirSən
ki, mən qızcığazı elə onun öz xeyri üçün tərk eləyirə111
qardaşı Bəyazidin və mənim atacağımız addımlarla bag
qada-bəladan uzaq tutum. Onu sənin üçün qayıdışm
manı alacağın hədiyyə kimi qoyuram, böyüyəndə mən
• a
1 indiki iran

430
oxşayacaq, sevdiyin və səni sevən kürən şahzadə qızı hə­
mişə sənə xatırladacaq. O şahzadə qız didərgin düşdüyü
yeni ölkənin ən ucqar guşələrində də səni sevməyində ola-
caq. Qismətim ölüm də olsa, şöhrət də, qoyma ki, surətim
sənin qəlbində avazısın.
Əbbad gözümdən yaş damlalarının süzüldüyünü se­
vincə pəncərəyə söykənib özünü bağçadakı mənzərəni
$eyr edən kimi göstərdi. Özümü saxlaya bilməyib dördgöz
Şəkildə ətrafımdakı oturacaqlara məhəl qoymadan yerə
sürüşdüm. Qarşımdaymış kimi, boğuq bir pıçıltıyla Nura
üz tutdum:
- Ehramların ətəyindəki komada öz xoşbəxtliyini tapa
kilirkən, axı saray axtarmaq insanın nəyinə gərəkdir.
Bir neçə dəqiqə sonra Əbbad da çöküb böyrümdə
əyləşmişdi:
"Anan və bacın yaxşıdırlar, Harun hər ay onlara pul və
Ərzaq göndərir.
İki dəfə ah çəkəndən sonra əlimdəki məktubu ona sarı
Uzatdım. Onu itələyən bir hərəkət elədi. Mən israr elədim.
^Zun-uzadı fikirləşmədən onu məktubu oxumağını təkid
elədim. Olsun ki, onun Nuru suçlamaqdan əl götürməyini
*
lstəyirdim. Olsun da ki, mənə yolunu gözləməkdən bez­
miş zövcəsinin atıb getdiyi adi bəxtsiz bir kişi kimi şəfqətlə
Axmağından çəkindirmək istəmişdim. Həm də şübhəsiz
A indiyəcən tək daşıdığım sirrimi bir dostla bölüşməyə
ehtiyac duyurdum.
Beləcə, bir də eşitdim ki, Xan-əl-Xəlildəki bir tacirin ya-
nıMa naqafil bir görüşlə başlamış çərkəz qızı hekayətimi
həql eləyir.
431
- Hə, mən indi İsgəndəriyyə limanındakı türk zabiti,
Bəyazidi qollarına alıb qaldıranda hürkməyinin səbəbini
indi başa düşürəm.
Güldüm. Əbbad sözünə davam elədi, sirrimi mənini
özümdən öyrənməyi onu məmnun eləmişdi.
- Mən heç bir izah tapa bilmirdim ki, bir qərnatalı niyə
osmanlılardan bu qədər qorxur. Axı yalnız onlar qərnatah'
ya bir gün öz şəhərlərinə qaytarmağı söz verirlər.
— Madalina da başa düşə bilmir. O istəyir ki, həm yəhU"
di, həm də müsəlman əndəluslular sevinsin, odur ki, Os'
manlının hər qələbəsi haqda xəbəri sevinclə qarşılayın
mənim belə xəbərlərə soyuq münasibətimi görüb karıxıb
qalır.

— indi ona vəziyyəti başa salarsan.


Əbbad alçaq səslə danışırdı, məndə eyni tonda cavab
verdim:
- Hər şeyi ona xırda-xırda xəbər verəcəyəm. Əvvəlir
Nurun varlığını ona açmaq imkanım olmayıb.
Dostuma sarı çevrildim, çox zəif və qayğılı səslə dedi111’
- Fikir veribsənmi ki, biz bu ölkəyə gələndən nə qə^af
dəyişmişik? Fəsdə olanda qadınım haqda ən yaxın dosda
rımla da beləcə danışmazdım. Bunu etsəydim də, xəcalət
dən eşidənin əmmaməsinin təpəsi də qızarardı.
Əbbad gülə-gülə mənimlə razılaşdı.
- Mən özüm də qonşumdan arvadının halını soruş^əd
/43
üçün min bir üzrxahlıq kəlməsi və ifadə işlədərdim- D
şərəfinə sədəmə toxunmasından qorxaraq cavab verməz
dən qabaq əmin olmağa çalışardı ki, bizi kimsə eşitmir kb

432
əostum uzun-uzadı gülüb, bir neçə anlığa sükuta dal-
dıqtfan sonra bir kəlmə ilə başlayıb sonra da sıxıla-sıxıla
sözünü kəsdi.
- Sən nə deyəcəksən?
' Yox, hələ ki vaxtı gəlməyib.
" Bəli də, mən sənə sirlərimin çoxunu açdım ki, sən fi­
kirləşdiklərinin yarısını belə məndən gizlədəsən!
Vəziyyətə tabe olub dedi:
" Mən deyəcəkdim ki, bu gündən sonra sən Osmanlıla-
rı əməkdə sərbəstsən, zira Bəyazid oğlun deyil, ona görə
••
Çərkəz qızı arvadın deyil, ona görə ki, Romadakı hamin
yerini inkivizator üçün boşaldıb, həm də ona görə ki,
Səlim iki ildir ki, ölüb və Qəstəntəniyyədə onun ye-
r,ni Süleyman1 tutur.
Əbbadın dedikləri müəyyən mənada düz idi. Indidən
kelə sərbəst şəkildə hiss-həyəcanımı büruzə verib Madali-
^Hın sövq-təbii sevincinə qatıla bilərdim.
Taleyin dönəlgələrinin ortasında adamın sevinc və kə-
^ər arasında ayırıcı xətt cıza bilməsi necə xoşbəxtlik, necə
k*r könül rahatlığıymış! Ancaq bilirdim ki, xasiyyətim
kündən belə məsudluq mənə haramdır.
Əbbad üzümə baxmadan əlavə elədi:
"Ancaq mən səni tanıyıram. Sən sevinmək üçün hədə-
ftriə necə çatmağ! bilmirsən.
Bir an düşünüb dedi:
" Güman eləyirəm ki, sən əmirləri, rəhbərləri, sadəcə,
əmirsən, hökmdarlara sevgin onlara sevgindən də azdır.
^leyman Qanuni

433
Onlardan biri qalib gələn kimi özünü onun düşmənlərinin
cərgəsində hiss eləyirsən. Axmağın biri onları öyəndə bu
mədhiyyəni onlara nifrət bəsləmək üçün bəhanə eləyirsən*
Əbbadın bu dəfə dedikləri, şübhəsiz ki, düz idi. Özümə
haqq qazandırmaq üçün heç nə demədiyimi görüb bu SÖZ'
lərlə məni imtahana çəkdi:
- Axı sən Süleymana niyə düşmən kimi yanaşasan?
O qədər çılğın sadəlövhlüklə danışırdı ki, özümü gü'
lümsəməkdən saxlaya bilmədim.
Bu vaxt Madalina otağa girdi. Dostumun sonuncu ifa'
dəsini eşitmişdi, ona arxa duracağına əmin olduğundən
dostum dediklərini Madalinaya da tərcümə elədi.
Madalina da umulan dəstəyini coşqunluqla əsirgəmək-
— Cəhənnəm olsun hər şey, sən niyə Süleymana ədavət
bəsləyirsən?
Hələ də uzun "Ən-Nisa" surəsini tilavət eləyən tələbək
kimi divara qısıla-qısıla mənə yaxınlaşdı. Əbbad dikə^b
dilində dolaşıq bir söz var idi. Mən coşmuş, amma fiki^
halda yerimdəcə durub qalmışdım. Madalina fikirləri11^
şərik çıxmaq istəyilə böyük türk sultanını dəli bir sevgiyi
öydü:
- Süleyman hakimiyyət başına keçəndən atasının qənİ1
praktikasına son qoyub, nə qardaş, nə oğul, nə də ərrü°b
lu kəsib doğramayıbdır. Misirə sürülmüş əyanlar öz L
lərinə dönüb, məhbəslər boşalıbdır. Qəstəntəniyyə °nU
xeyirxah əməllərini müqayisə eləyib gənc hökmdarı tərən
nüm eləyir, Qahirə daha qorxu və yas içində yaşamın
- Osmanlı sultanıdır və öldürtmür!

434
Danışığımdan şübhə saçılırdı, Əbbad həmən düzəliş
verdi.
- Bütün başçılar öldürməlidir. Tələb olunan odur ki,
qoca sultan elədiyi kimi qətldən ləzzət almasın. Süleyman,
əlbəttə ki, Osmanoğullarındandır, fatehlikdə atasından
§eri qalmır. O, iki aydan bəridir ki, İslamın indiyədək gör-
doyü ən böyük donanma ilə Rodos adasının cəngavərləri­
di Mühasirədə saxlayır. Onun ətrafındakı zabitlər arasında
s°nin yeznən Harun və onun böyük oğlu da var. O oğlan
°ir gün sənin qızın Sərvətlə, dayısının qızıyla evlənəcək.
Sən istəsən də, istəməsən də ailən artıq mübarizənin içəri-
s‘ndədir. Hətta heç vaxt onlara qoşulmaq istəməsən belə,
ü,üara qələbə arzulamalı deyilsənmi?
Dostumun danışığına matdım-matdım qulaq asan Ma-
^əliriaya sarı dönüb, bir az təkəbbürlə soruşdum:
*" Əgər qərar versəm ki, oğlumuzu da götürüb Tunisə
almağımızın vaxtı yetişib, sənin sözün nə olacaq?
Sən bircə kəlmədən artıq deməməlisən, mən hələ də
S°ni həbsə atmaq üçün girəvə gəzən bu inkivizator Papa-
sevinə-sevinə baş alıb uzaqlara gedərəm!
Biz üçümüzün arasında ən çox coşmuş Əbbad idi.
- Sizi burda tutub saxlayan heç nə yoxdur, dərhal mə-
dimiə gedək!
Onu bu sözlərlə sakitləşdirdim:
- İndi hələ dekabrdır, dənizə çıxası olsaq, bunu üç ay-
tez eləmək mümkün deyil.
- Mənimlə Neapola gəlin, baharın elə ilk günlərındəcə
Urtisə yola çıxarıq.
435
Fikirli-fikirli dedim:
— Bu mənə mümkün görünür.
Amma tezcə də əlavə elədim:
- Fikirləşəcəyəm!
Əbbad sözlərimin axırıncı hissəsini eşitmədi. Mənini
qonağı təvazökar qarşılamağımı unutdurmaq və rəyimi
dəyişməyimə yol verməmək üçün pəncərədən iki xidmət­
çisini haylayıb, onlardan birinə əmr elədi ki,ən yaxşı yu­
nan şərabından iki şüşə almağa getsin, digərindənsə tələb
elədi ki, onun çubuğunu tənbəkiylə doldursun.
— Sən Yeni Dünyadan gələn bu lətif zəhərin heç əvvəllə^
dadma baxıbsanmı?
- İki il olar ki, bir dəfə kardinal florensiyalının yanında
təcrübədən keçirmişəm.
- Romada satılırmı?
- Ancaq bəzi meyxanalarda olur. Həm də o dükanla
rı idarə eləyən tütün xırdavatçıları şəhər əhli içərisində ən
pis imici olanlardır.
- Çox keçməz ki, dünya tütünsatanlarla dolar. Onlafin
ad-sanı heç də baqqal və ya əttarlarm reputasiyalarından
daha pis olmayacaq. Mən Özüm İşbiliyyətdən bütöv hi5
sələr gətizdirib, Bursa və Qəstəntəniyyədə satdırıram-
Çubuqdan bir qullab vurdum. Madalina onun iy,nl
qoxuladı, amma özünü təcrübədən çıxarmaqdan imtina
elədi.
- Çox qorxuram ki, onun iyindən boğulam!
Susi ona məsləhət gördü ki, bir azca su qaynadıb, tutu
nü qaynanmış halda azacıq şəkərlə çəksin.

436
Əbbad bizi tərk eləyib gedəndə, Madalina həmən çiy-
tirndən asılıb dedi:
~Mən getməyimizə çox sevinirəm.
* Burda çox ləngiməyək!
~ Hazırlaş! Dostum qayıdanda hamımız səfərə çıxacağıq.
Əbbad bəzi işlər üçün İnkonaya getmiş və söz ver-
^’Şdi ki, on gündən tez qayıdacaq. O, vədinə vəfa elədi,
arrırna onu qarşılayan için-için ağlayan Madalina olmuş-
Mənsə dekabrın 21-i, bazar günü axşam San Civonni
Feyorantini kilsəsindən çıxarkən fransız rahibin gizlicə
c'bimə atdığı intibahnaməni laqeyd halda daşıyarkən həbs
^umuşdum. i
Bu, bir təsadüf də olsa, düşünülmüş hiylə də olsa, məni
^Üqəddəs Encelo qəsrinə gətirib, təxminən iki il qaldı­
ğı kamerada dustaq elədilər. Hərçənd ki, indi əsirlikdən
^rxmamalıydım, ancaq mühakimə oluna bilərdim və cəza
Müddətimi uzaq zindanda və ya qandallı əsirlərin avar
Çəkdiyi gəmilərin birində keçirmək hökmü çıxarıla bilərdi.
Səfərə çıxmağı planlaşdırmasaydım, yəqin ki, mənə
^elə təsir eləməzdi. Bununla bahəm, həbsin ilk günləri gü-
elədiyimdən də sərt keçdi. Ta o vaxtacan ki, fevralda
Əbbaddan bir hədiyyə ala bildim. Düşdüyüm vəziyyətdə
bəmin hədiyyə mənə çox dəyərli görünmüşdü. Yun əba,
Armalı kökə, üstəlik, Süleymanın Rodosu istila eləməyi-
yarımeyhamlarla xəbər verən məktub var idi: Dəniz
^im adamları qayanın zirvəsinə çıxardı, qələbə nidaları-
^zdan yerlər titrədi".
437
Hadisəyə zindandan baxdığımdan mənə elə gəlirdi
ki, bu, Adrianm səlibçi arzularına qarşı şəxsi qisasımdır.
Növbəti ay həbs şəraitim ağırlaşanda, oxumağa bir şeyim
olmayanda, yazmağa nə qələm, nə mürəkkəb, nə də kağız
tapılmayanda, heç indi çökmüş zülməti dağıdacaq çıraq da
olmayanda, xarici aləmlə hər cür əlaqəmi itirəndə, keşik­
çim Allahın öz dərgahından nazil elədiyi dillərdən german
ləhcəsindən savayı heç bir dili başa düşmədiyini nümay1?
etdirəndə mən Əbbadın məktubuna Allahın saleh bəndələ­
rinin təbərrükü kimi baxmağa, namənin Rodosun fə^11
barədə hissələrini dini nəğmə kimi təkrarlamağa başladım-
Bir gecə Süleyman yuxuma girdi, çalmasının altında
uşaq çöhrəsi, Bəyazidin çöhrəsi var idi. Dağın başında11
enib məni xilas eləməyə yüyürürdü, ancaq o mənə yet
məzdən qabaq oyanıb, hələ də kamerada olduğumu və ye
nidən yatıb yuxumun sonunu görməyə acizlik çəkdiyi1111
anladım.
Qaranlıq, soyuq, yuxusuzluq, ümidsizlik, səssizlik-"
Dəli olmamaq üçün yenidən uşaqlığımın Rəbbinə günda
beş dəfə namaz qılmağıma qayıtdım. Mənə nicat bəxş eləyə
cək əl sahibinin Qəstəntəniyyədən gələcəyini gözləyib1111
Ancaq xilaskarım daha yaxmdaymış, bu gün möhnətdə}
kən Allah-taala öz kömək payını məndən əsirgəmədi.

438
Rəhmlinin ili
Hzcrz 930-cıt il (Miladi 1523-cü il noyabrın 10-ıı-1524-cü il
°ktyabrın 28-i)
Addım sədaları, səs-küyün çoxalması, sonra fırlanan
izlərlə açarlı topanın cingiltisi, qapının paslı cəftəsinin
C1nltısı. Çarpayımın yanında oturub gözlərimi sildim, çöl-
^Ərı düşən işıqda görünəcək siluetləri gözlədim. Bir kişi
ü^xil oldu. Kişinin siluetində Quveyçardinini tanıyınca
°na sarı addımlayıb çiyninə asılmağa hazırlaşırdım, amma
L. ’
Jrdən dayandım. Elə bil ki, xəfif bir qüvvə məni geri itələ-
^di. Sifəti sanki mərmər idi, bəlkə də, uzun-uzadı sükutu
Vö Ya vərdiş edilməyən sərt görünüşü buna səbəb olmuş-
Mənə elə gəldi ki, qaranlıqda onun dodaqlarında tə­
bəssüm müjdələri görürəm. Ancaq danışanda səsi çox qay-
hətta peşman olmuş kimi gəldi.
" Zati-Müqəddəs səni görmək istəyir.
Mən şikayətlənməliydimmi, yoxsa sevinməliydim?
^drian niyə məni görmək istəsin ki? Niyə mənim yanıma
Quveyçardinini göndərsin ki? Florensiyalının üzündəki
^Iqun ifadə onu sorğu-sual eləməyimə mane oldu. Göyə
baxdım. Səhər saat altı, ya da yeddi olardı.Ancaq hansı gü-
nün? Hansı ayın? Bu haqda Vatikan istiqamətində dəhlizi

439
keçəndə keşikçilərdən birindən soruşdum. Quveyçardini
özü çox soyuq bir tərzdə cavab verdi.
Artıq qapılardan birinə yetmişdik. Döyüb içəri keçdi/
mənə də işarə elədi ki, onun dalınca gedim. Bütün müxəl­
ləfat üç boş qırmızı kürsüdən ibarət idi. Məni də onu tək­
rarlamağa dəvət eləmədən keçib əyləşdi.
Onun hərəkətinə məna verməyə çətinlik çəkirdim. Qu'
veyçardini mənim çox yaxın, sirlərini bölüşən dostum idi-
Haman şəxs idi ki, dini yoldaşlığımın onun üçün dəyədi
olduğuna əmin idim, haman şəxs idi ki, bir-birimizlə ÇoX
zarafat edir və bir-birimizi çox da tənqid edirdik.
Qəfildən qalxıb dedi:
- Müqəddəs Ata, məhbus burda!
Papa mənim arxamdakı kiçik qapıdan səssizcə daxil ol"
muşdu. Onu görmək üçün döndüm:
- Göylər necə ədalətlidir!
Bu kəlmələrdən savayı, nəsə deməyə çətinlik çəkirdi*11'
Diz üstə çöküb Müqəddəs Atanın əlini öpməkdənsƏ/ 01111
götürüb alnıma, göz yaşımla islanmış üzümə və əsim-ə5*111
əsən dodaqlarıma sıxdım.
Əlini yumşaq şəkildə qurtarıb dedi:
- Mən xəbər vermək üçün getməliyəm, bir saat sonrə
qayıdacağam.
Məni yerdə buraxıb getdi. Quveyçardini uğunub
mişdi. Qalxıb hədələyici görkəmdə ona yaxınlaşdım:
2
- Mən səni indi öpməliyəm, yoxsa yumruqlamahyə111’
Ürək dolusu güldü. Məni dəvət eləmədən, özü divan111
üstünə yayıldı.

440
- Franesko, mən yuxumu görürdüm? Doğrudanmı, bu
°tağa gələn və ağa bürünən Kardinal Yuliusdur? Doğru­
danmı, öpdüyüm onun əliydi?
- Yulius do Mediçi daha mövcud deyil. Dünən o,
Müqəddəs Petrosun taxtına seçilib və özünə Kliman adını
götürüb, o bu adla adlanan yeddinci papadır.
- Göylər necə də ədalətlidir! Göylər necə də ədalətlidir!
Göz yaşlarım dayanmadan axıb gedirdi. Hönkürtümə
fasilə verəndə mən ancaq bunu deyə bildim:
- Bəs Adrian?
-Zənn eləməzdim ki, onun yoxluğu sənə bu qədər təsir
eləsin!
Ovuclanmla Quveyçardininin çiyinlərindən zərbəylə
Vurdum, bu zərbəni qazandığını bildiyindən ondan yayın­
mağa da çəkinmədi.
— Papa Adrian iki aydır ki, bizi tərk eləyib. Deyilənə
görə, zəhərlə Öldürülüb. Ölüm xəbəri yayılanda naməlum
Şəxslər Romanı xilas eləməyinə təşəkkür üçün həkimin qa­
ysından zinət hörükləri asmışdılar.
Sözünə davam eləməkdən əvvəl labüd bir qınayıcı ifa-
mızıldadı:
- O vaxt kardinallardan Kardinal Fernitzl və Kardinal
^tdius arasında düşmənçilik qızışdı, elə görsənirdi ki, bi-
içinin səsləri daha çoxdur. Amma keçdikləri çətinlikdən
s°nra kilsənin başçıları Mediçi sülaləsindən bir nəfərin
şəhərin başında böyüklüyünün bərpa olunmağını istə­
mişdilər. Bir neçə tur səsvermədən sonra dostumuz seçil­
di* Küçələrdə dərhal bayram təşkil edildi. Papanın ağlına
galən ilk düşüncələrdən biri də sənin barəndə fikirləşmək

441
olub, mən buna şahidəm. Sənin yubanmadan azad olunma­
ğını istəyirdi, ancaq mən ondan bunun teatral quruluşda
etməyə icazə aldım. Mənim günahımdan keçə bilərsənmi?
- Çətin!
Onu mehribanlıqla köksümə sıxdım.
- Nə Madalinanın, nə də Cosepin heç nəyə ehtiyacı
olmayıb. Sənin onları görməyə getməli olduğunu demək
istərdim, ancaq Papanı gözləmək lazımdır.
Florensiyalı həbsimdən sonra baş verənlərin hamısı­
nı az qalmışdı xəbər versin ki, VII Kliman qayıdıb gə^1'
Tələb elədi ki, onu heç kim narahat eləməsin və dünyadakı
ən sadə bir ədayla onun üçün saxladığımız divanın üstün
də əyləşdi.
— Elə güman eləyirdim ki, Romanın ən yaxşı zarafat*3
rı zavallı kardinal Bibinyanm zarafatlarıdır. Ancaq cənab
Quveyçardini tapıntılarını yadda saxlamalıdır.
Yerindən bir az dikəldi, gözləri qəfilcə avazıdı, mənə
zillənib dedi:
- Keçən gecə mən və Franesko uzun-uzadı söhbət*3?
dik, o, din mövzusunda mənə çox məsləhət verə bi*11111*'
lakin İlahi inayət mənim mənsəbimə dövlət idarəsi/
rosun taxtını dünyəvi qüvvələrin cəhdlərindən qorurnag
da əlavə eləyib. Franeskonun bu sahədəki məsləhətə1*
mənim üçün qiymətlidir, eləcə də sənin məsləhətlərin q1/
mətlidir, Leon.
Him-cimlə danışmaq işini səfirə həvalə elədi. Səf*r
nışmağa başladı:
- Leon, sən çoxdan Romaya gətirilmənin gerçək səbə
barədə soruşmuşdun. Niyə biz bir gün qərara gəldik

442
Petro Bovadilyaya Bərbər ölkəsi sahillərindən bir təhsilli
ərəbi oğurlatdıraq. Bir plan var idi ki, mərhum papa Leon
°nu sənə açmağa macal tapa bilmədi. Budur, indi o səbəbi
aÇ*b deməyin məqamı gəlib.
Quveyçardini susdu, Kliman davam elədi, elə bil ki, on-
'ar hər ikisi eyni mətni oxuyurdular.
- Ki, yaşadığımız bu dünyanı görə bilək. Şərqdə bizim
mənsub olmadığımız bir dinlə təşviq edilən qorxulu impe-
rjya var, kor nizam-intizam üzərində qurulub, top istehsa-
və donanma quruculuğunda mahirdir. Onun qoşunları
^Vropanın göbəyinə doğru hərəkət eləyir, Buda və Peşt
təhlükədədir, tezliklə Vyana da təhlükədə olacaq. Bizdən
hərbdə xaçpərəst imperiyasıdır, ancaq o daha az qorxunc
^eyil, çünki Yeni Dünyadan Neapoladək uzanır və cahan-
^ürnul bir hakimiyyət arzusundadır. Əsas arzusu da odur
ki/
1 Romanı öz iradəsinə tabe eləsin. Onun ərazilərindən
İspaniyada inkivizasiya məhkəmələri, Almaniyada isə bi-
^ətçilik çiçəklənir.
Səfir təsdiqlədi, Papanın başını tərpətməsi onu təşviq
bəyirdi.
" Bir tərəfdən sultan və müsəlmanların xəlifəsi Süley-
^ən-nüfuzlu və şöhrətpərəst gəncdir, amma xeyirxah
kimi görünməklə atasının günahları barədə xatirələri yad-
^əŞİardan silməyə can atır. Digər tərəfdən İspaniya kıah
Şərl-o daha gəncdir, şöhrətpərəstlikdə Osmanlıdan geıi
qəlrnır, Müqəddəs İmperiyanın taxtına seçilmək üçün bö-
məbləğ sərf eləyib. Dünyanın bu iki ən güclü şəxsinə
qarşı, sadəcə, nəhəng xaçı və cırtdan qılıncı olan papalıq
dövləti var.
443
Qısa ara verib əlavə elədi:
- ləbii ki, bu cütlükdən qorxan təkcə papa kürsüsü de­
yil. Fransa məmləkətinin hissələrə parçalanmaması üçün
mübarizə aparan fransız kralı da bu sıradadır. Bütövlük­
də zati-alilərinə sədaqətli olan İngiltərə kralı Henri də bu
F
sıradadır, amma hansısa bir kömək göndərmək üçün ço*
uzaqdadır.
Təvazökar şəxsimin bu taclılar ansamblının işinə yara­
yacaq nə iş görə biləcəyimi anlamırdım. Amma mən fl°'
rensiyalmın sözünü kəsməkdən çəkindim.
- Müqəddəs Ata Leonun sənin üçün nəzərdə tutduğu
bu incə vəziyyət mənimlə kardinal Yulius arasında bir neçə
dəfə müzakirə mövzusu olubdur. Biz dünən olduğu kimi/
bu gün də əminik ki, xətərləri sovuşdurmaq üçün bir neçə
istiqamətdə fəaliyyət göstərmək lazımdır. Hər şeydən qə'
baq, Fransa ilə sülh lazımdır, fəqət bu, heç də asan iş deyib
30 ildən çoxdur ki, fransız kralları İtaliyanı işğal eləməyə
can atırlar. Haqlı olaraq, yarımadaya üz vermiş müsibət'
lərin baisi sayılırlar, onların orduları bizə ancaq xəstələ
və viranəlik gətiribdir. Venesiya, Milan və Florensiyən111
da imperiyalara qarşı bir cəbhədə çıxış eləmələri naminə
onları bir-biriylə ədavətlərini unutmağın vacibliyini inən'
dırmaq gərəkdir.
Səsi daha həzinləşdi, hər dəfə sirr açmaq istəyəndə elə'
diyi sayaq qabağa əyilib dedi:
-Biz həmçinin qərara gəlmişik ki, Osmanlılarla daniş1CF
lara başlamaq lazımdır. Hansı yolla? Bilmirik. Yeniçərilər*n
Mərkəzi Avropaya axınları azalacaqmı? Dəniz quldurlə1*1"
nın viran və qarətləri dayanacaqmı?
Oz suallarına şübhə ifadə eləyən qəzəblə cavab verdi.
Bilmirik". "Kliman davam elədi.
- Qəti olan odur ki, Romayla Qəstəntəniyyə arasında
körpü salmaq vaxtı yetişib.Ancaq mən dünyəvi hökmdar
deyiləm. Əgər mən işləri tələsdirmək fikrinə düşsəm, Al­
baniya və İspaniyadakı həmkarlarımın min bir tənqidinə
bş gələcəyəm.
Karıxıb ağzından söz qaçırmağına özü də gülüb dedi:
- Kardinalları nəzərdə tuturam. Çox ehtiyatla işləmək,
əlverişli fürsətlər gözləmək, fransızların, venesiyalıların və
digər xristian güclərin davranışına diqqət eləmək gərək­
dir. Siz ikiniz bir qrup olacaqsınız. Leon indi ərəb dilindən
başqa, türkcə də bilir, Qəstəntəniyyəyə gedən nümayən­
də heyətinin tərkibində də olubdur. Franesko isə bizim si­
yasətimiz barədə hər şeydən agahdır və adımızdan danı-
ŞJq apara bilər.
Sonra öz-özünə danışırmış kimi əlavə elədi:
- Fəqət, bu iki elçidən birinin ruhani olmağını istərdim...
Sonra uca və bir az istehzayla davam elədi:
- Cənab Quveyçardini həmişə ruhaniliyə keçməkdən
imtina eləyibdir. Sənsə Leon, əgər əmimizin əziz oğlu və
Şərəfli sələfimiz sənə həyatını dinə həsr eləməyi aşılama-
biş olsaydı, təəccüb edərdim.
Şaşırdım. Məni Madalinaya yaxınlaşdıran şəxs niyə
bənə belə sual verir?
Quveyçardiniyə sarı boylandım, mənə rəngi qaçmış
kimi göründü. Belə qənaətə gəldim ki, Papa müsəlmanlar­
la bağlı mənə mühüm bir vəzifə həvalə eləməzdən qabaq,

445
dini baxışlarımı dəqiqləşdirməyə çalışır. Mənim cavab ver­
məyi ləngitdiyimi görüncə israrla dedi:
- Din sənin kimi elmli və geniş dünyagörüşlü birisi
üçün ən yaxşı yol deyilmi?

ikibaşlı cavab verdim:
- Zati-Müqəddəsin hüzurunda dindən danışmaq ata­
nın hüzurunda deyikli qızı haqda danışmaq kimidir.
Kliman gülümsədi, amma məni də əlindən buraxmadı: t
- Əgər qız atası burda olmasaydı, nişanlı qız haqda nə
deyərdin?
Aldatmağa üstünlük verdim:
- Əgər kilsənin rəhbəri mənə qulaq verməsəydi, deyər'
••
dim ki, din insanlara təvazökarlıq öyrədir, amma özü­
nün heç bir təvazösü yoxdur. Bütün dinlər eyni dərəcədə
mükəmməl ruhanilər və qatillər yetirir. Bu şəhərin həya"
tında olan mərhəmətli Kliman və amansız Adrianm illərl
arasında seçim eləməyə imkan vermir.
' - • İ?
- islam dini daha yaxşı seçim aparmağa imkan veririm •
Az qalmışdı ki, "biz" deyəm, ancaq münasib vaxtda sö
zümü düzəltdim.
- Müsəlmanlara öyrədilir ki, "ən yaxşı insan digərlərinə ən
faydalı olandır", ancaq bu deyimə baxmayaraq, onlar adətən
əməlisalehlərdən daha çox riyakarları şöhrətləndirirlər.
- Həqiqət yalnız bunlardanmı ibarətdir?
- Bu, heç zaman özümə vermədiyim sualdır. Mən artH
həqiqət və həyat arasında seçim eləmişəm.
- Əsl imana ehtiyac var.
- Etiqad müştərəkliyi deyil, müştərək gördükləri iŞ^f
möminləri daha çox birləşdirir.
446
B

- Iş belədirmi?
Papanın istifadə elədiyi tonu anlamaq mümkün deyil­
di. Mənə həvalə elədiyi tapşırığa yenidən baxmağı düşü-
nürdümü? Quveyçardini bundan qorxub daha çox təbəs-
fB -

Sumlə müdaxilə eləməyə tələsdi:


- Leon demək istəyir ki, həqiqət yalnız Allaha aiddir,


t

Asanlar yalnız onu təhrif eləyə, dəyərini kiçildə və onu öz


»
badəsinə tabe eləyə bilərlər.
Onun dediklərilə razılaşırammış kimi eşidiləcək bir
səslə pıçıldadım.
- Həqiqətin yeganə sahibi olduğunu düşünənlər qoy
bu iddiadan əl götürsünlər.
Kliman ürkək-ürkək gülüb sözünü tamamladı.
- Sözümüzü müxtəsər eləyək. Leon qardaş da Franesko
Qərdaş kimi dinə qarışmayacaq, ancaq səfirlik edəcəkdir.
Papa dayananda əllərini çarpazlayıb dindar görkəm
ahb, baməzə səslə dedi:
~ Əgər Leon qardaş həqiqətdən ürkürsə, qoy qorxudan
?l*sın. Bizim qardaşlığımızda həqiqətlə rastlaşmayacaqdır.
Eyni tərzdə sözləri xətm elədim:
- Amin.

* * *

Azad olunmağımı qeyd eləmək üçün mənzilimə çoxlu


^°stlar yığılmışdı. Xəbər sübhdən yayılıbmış. Qonşular,
Şagirdlər və dostlar bir fikirdə həmrəy idilər ki, həbsdə ol­
duğum bir il ərzində bir az dəyişmişəm. Hamılıqla həmrəy

447
idilər, inadla məni tanımaq istəməyən və ilk dəfə "ata"
deməzdən qabaq, üç gün imtina eləyən Cozepdən başqa-
Çox keçmədən qayıdışımı təbrik eləməyə, həm də ge­
cikmədən Romadan çıxıb getməyə təşviq eləməyə Neapol-
dan Əbbad gəldi. Bu isə qətiyyən ağlıma gəlmirdi.
- Sən əminsənmi ki, gələn dəfə çıxıb getmək istəsən,
Müqəddəs Encelo qəsrində məhbəsə salınmayacaqsan?
- Allah özü seçəcək məni burda saxlasın, yoxsa get­
məyə məcbur eləsin.
Qəfildən Əbbadın səsi sərtləşdi:
-Allah artıq seçimini edib. Deməyibmi ki, dar-ül-küh'
də1 öz xoşuna qalmaq günahdır?
Ona ağır qınayıcı nəzər saldım. Tələsik üzr istədi:
- Bilirəm ki, Neapolda yaşayıb, ildə iki dəfə Beskavilər
və quştallarm rəhbərlik elədiyi San Janvinyə kilsəsinə hə'
diyyə verdiyim halda, sənə moizə oxumağa haqqım y°x'
dur. Ancaq Qurana and olsun ki, mən sənə görə nig^ra-
nam. Hiss eləyirəm ki, sən bizə dəxli olmayan ədavətlərə
qarışmısan. Sən papaların biriylə eyni savaşa qoşulursən
və yalnız ölümünlə xilas ola bilərsən.
- Bu gün bu şəhər mənim şəhərimdir. Burda həbs olun-'
mağımsa onun taleyinə və onu idarə edənlərin taleyidə
daha çox bağlanmağıma səbəb olub. Onlar mənə dost kim1
baxırlar, mən onlarla yalnız rumlu imişlər kimi rəftar eləyə
bilmərəm,
- Amma sənin ailən başqa yerdə, sən ömrünün 30 ih
heç yoxmuş kimi onları sanki tanımırsan da.
Məni bu xəbərlə sarsıtmazdan qabaq qısa ara verdi:
’ Dini termindirıhərfən kafirlər ölkəsidir

448
- Anan bu yay ölüb.
Aydın oldu ki, Madalina işdən xəbərdarmış. Təskinləş-
dirici öpüşlə əlimi isitməyə başladı, Əbbad davam elədi:
- Onun son xəstəliyi zamanı Tunisdəydim. Yanında sə­
nin olmağını istəyirdi.
- Həbsdə olmağımı ona dedin?
- Bəli! Mən üstünlüyü ona verdim ki, son narahatlığı və
^yğısı sənlə bağlı olsun.

***

Əbbad növbəti dəfə bəd xəbər verməyinə görə üzr


istəmək üçün Tunisdən içərisində böyük həcmli vərəqləri
əlan bir sandıq gətirmişdi.
O kağızlarda səfər qeydlərimi yazmışdım, onların
köməyilə Romaya gələndən bəri Afrikanın və ordakı mü­
hüm işlərin təsvirini yazmağı məndən çox istənmişdi. Hələ
bir sətir də yazmamışdım ki, bu heyndə yazmaq üçün vax­
tımı ağılsız, amma cəlbedici bir plan aldı. Sabiq şagirdim
Hans mən həbsdən çıxandan bir il ötmüş mənə bu planı
təklif eləmişdi. Saksoniyaya qayıtmağa qərar verəndə mə­
nimlə vidalaşmağa gəlib ona yaxşı təlim-tədris keçdiyimə
görə mənə gen-bol təşəkkür, təqdir sözləri deyib, sözarası
bir dostuyla da tanış elədi. Dostu da onun kimi saksoniya-
h çapçıydı, amma beş il imiş ki Romada yaşayırdı. Hans-
dan fərqli olaraq o, lüteran deyildi. Deyirdi ki, o, holland
Mütəfəkkiri Erazmın — artıq Quveyçardini bu mütəfəkkir
barədə mənə danışmışdı - mürididir. Həmin mütəfəkkir
°na öz amalına çevirdiyi dəlisov bir fikir təlqin eləmişdi.

449
Mövzu böyük bir lüğətdə verilirdi. Həmin lüğətdə hər
kəlmə bir neçə dildə, o cümlədən latın, ərəb, ibrani, yunan,
sakson almancası, italyan, fransız, quştal, türk və digər dil­
lərdə təsbit olunurdu. Mən, öz növbəmdə, öhdəmə götür­
düm ki, latınca uzun sözlər siyahısına, əsasən, ərəbcəyə və
ibranicəyə ayrılmış hissələri təqdim eləyim.
Çapçı Öz rəyini çox təsirli bir qızğınlıqla dilə gətirdi.
- Şübhəsiz ki, bu layihə heç vaxt işıq üzü görməyəcək,
olsa da, mən həyatda olarkən və mən istədiyim şəkildə ol­
mayacaqdır. Amma bu işə var gücümü və bütün mal-döv­
lətimi həsr eləməyə hazıram. Birisi onun üçün çalışır ki/
bütün insanlar bir-birini başa düşsünlər, bu bəyəm ço*
gözəl nümunə deyilmi?
Sakson çapçısı bu böyük arzuya, bu gözəl dəlisovluğa
ad da qoymuşdu: Əks BabiP.

1 Dini rəvayətə görə, ilk vaxtlar bütün insanlar bir dildə danışırların11?-
Allah məşhur Babil qülləsini inşa eləmiş insanları cəzalandırmaq üçnn
müxtəlif dilləri yaradıb.

450
Fransa kardinalı ili
Hicri 931-ci il (Miladi 1524-cü il oktyabrın 29-u-1525-ci
oktyabrın 17-i)
Həyatımda üçüncü kərəydi bu il yoluma ölüm və məğ­
lubiyyətin soyuq elçisi olan qar yağmışdı. Uşaqlığımda
Qərnatadaykən bəzi qış fəslində olduğu sayaq, Atlasda
payız fəslində xoşbəxt günlərimdə olduğu sayaq; amma
bu dəfə çovğun, dağıdıcı külək taleyin ən məşum pıçıltısı
kimi qayıtmışdı.
Quveyçardininin müşayiətində Pavedən dönürdüm.
Biz çox qəribə və sirli bir missiyanı başa vurmuşduq. Çün­
ki yalnız papa onun məzmunundan hali olmalı, yalnız
Fransa kralına xəbər aparılmalıydı. VII Kliman tərəfindən
florensiyah zahirən xoş məram üçün mükəlləf olunmuşdu.
Sonuncu aylar qanlı keçmişdi. İmperatorun qoşunları
Marseli işğal eləməyə çalışaraq, şəhərin üzərinə yüzlərlə
top mərmisi yağdırmışdı. Amma əbəs yerə. Fransa kralı bu
cəhdə Milanın işğalı və Pavenin mühasirəyə alınmasıyla
cavab vermişdi. İki qoşun papalığı Lombardiyada üz-üzə
gəlməklə təhdid edirdilər, papa onları qanlı döyüşdən çə­
kindirməli idi. Quveyçardini mənə izah eləmişdi ki, bu,
onun eləməli olduğu işdir, lakin döyüşün baş verməyi pa­
panın mənafeyinə uyğundur. Çünki yalnız iki xaçpərəst

451
qüvvəsinin arasındakı ziddiyyət papalıq taxtının müstəqil­
liyini gücləndirə bilərdi. Buna görə də bilməyimiz gərək­
dir ki, biz sülh üçün vasitəçi olmamalıyıq.
Mənə tapşırılmış daha mühüm digər bir öhdəlik də var
idi. Papa xəbər tutmuşdu ki, böyük türk sultanının elçilə"
rindən biri Fransa kralının düşərgəsinə yola düşüb. Belədə
osmanlılarla ünsiyyətə girmək fürsəti olmayacaqmı? Biz
- mən və Quveyçardini - həmin elçi Pavenin qala divarla'
rma çatanda artıq orda olmalıydıq ki, VII Klimanın şifahi
ismarışmı ona yetirək.
Soyuğa baxmayaraq, bir həftədən də az müddətdə
biz Fransa hüdudlarına yetişdik. Bizi qəbul eləyən ilk
ali məqam şəxs qoca bir əsilzadə olan cənab Marşal Şə'
aban Lapalis idi. O, Quveyçardinini çox yaxşı tanıyırdı*
Səfərimizin niyyətindən də agah idi, çünki Papanın so­
nuncu elçisi olan protokol qeydiyyatçısı Mətyu Ciberet-
ti bir həftə əvvəl ora gəlmişdi. Dostum özünü itirmədən
yarıeyham, yarızarafatla cavab verdi ki, Məsihdən qabaq
Vəftizçi Yuhənnanın gəlməsi təsirlidir. Zarafat yerinə
düşdü, çünki kral elə həmin gündəcə florensiyalını qəbul
elədi. Mənə isə qəbulda iştirak izni verilmədi, amma mən
kralın əlini öpmək üçün izin istədim. Bu mərasimi icra et­
mək üçün əyilməyimə ehtiyac yox idi, çünki kral məndən
tam bir qarış hündür idi. Baxışlarında min bir gizli parılü
keçəndən sonra gözləri mənə kölgəli bir nəzər saldı - bu,
elə bir kölgədir ki, yalnız burunun donqarlığından yara­
na bilər. Mənim gözlərimsə onun yekə burnunun altın'
dakı nazik bığlarının dodaqlarma yayılıb sallanmış sifə"
tində bir nöqtəyə zillənib qalmışdı. Yəqin bu dolaşıqbq

452
səbəbindən Fransuanın təbəssümü o, yanımcıl olmaq
istəyəndə belə istehza kimi alınırdı,
Quveyçardini görüşün keçirildiyi dairəvi çadırdan
gülərüz çıxdı. Kral onu inandırmışdı ki, Osmanlı elçisi
ertəsi gün gəlib yetəcək, üstəlik, Romayla Qəstəntəniyyə
arasında əlaqə yaranmasından razılıq ifadə eləmişdi. Flo-
rensiyalı bunu belə izah elədi:
- Axı kafirlərlə ittifaq qurduğu halda, Müqəddəs Ata­
nın xeyir-duasına özgə cür necə ümid bəsləyə bilər?
Məni qəfil yaxaladığından açıq bir sevinclə dedi:
- Sənin mənimlə olmağını da, türk dilini bilməyini də
xəbər verdim. Əlahəzrət məndən xəbər aldı ki, sən mütər-
cimlik eləyə bilərsənmi.
Ancaq Osmanlı elçisi gəlib danışmağa başlayanda ağzı­
mı açmağa heyim olmadan yerimdəcə donub qaldım; heç
boğazımı arıtlamağa belə heyim yoxuydu. Kral öldürücü
baxışlarla məni süzdü, Quveyçardini qəzəb və həyəcandan
qızarmışdı. Xoşbəxtlikdən elçinin yanında xüsusi tərcümə­
çisi var idi və o, Fransuanın da dilini bilirdi.
Bütün iştirakçılardan yalnız biri dilimin dolaşmağının
səbəbini bilirdi, əslində, elə o da mənim günümdəydi, hər­
çənd ki, tutduğu mənsəb ən azı təntənəli təqdimetmə mə­
rasimi bitənədək onu heç nəyi açıb-ağartmamağa məhkum
eləyirdi. Səfir Osmanlı sultanından olan məktubu uca səs­
lə oxuyub, kralla bir az kompliment mübadiləsi eləyəndən
dərhal sonra mənə yaxınlaşıb qucaqlaşdı və ucadan dedi:
- Mən bilirdim ki, bu düşərgədə müttəfiq və dostlarla
rastlaşacağam, ancaq heç gözləməzdim ki, burda uzun il­
lər qabaq itirdiyim qardaşımı tapacağam.
453
Osmanlı heyətinin tərcüməçisi bu sözləri çevirəndən son­
ra bütün iştirakçıların nəzərləri mənə yönəldi, Quveyçardini
yenidən rahat nəfəs aldı. Mənim dodaqlarımdansa yalnız
özünəinamsız və çaşqın bir tonda "Harun!" kəlməsi qopdu.
Axşam mənə deyilmişdi ki, böyük türk sultanının səfi­
rini Harun Paşa çağırırlar, ancaq mən onunla ən əziz dos­
tum, onunla ən yaxın qohumum, onunla yarıdoğma qar­
daşım arasında heç bir əlaqə görməmişdim.
Onun üçün məiyyətdəkilərin qurduğu təmtəraqlı çadı-
nn altında ikilikdə görüşməyin bizə müyəssər olmağı uçun
axşamı gözləməli olduq. Həzrəti təhqiqatçı başına böyük
yaqut və tovuz lələyi ilə köbələnmiş iri əmmamə qoymuş­
du. .Ancaq o, dərhal canqurtarıcı bir tərzdə bütün bunlan
çıxarıb tükü seyrəlmiş və ağarmış başını açdı. Açıq danış­
maqdan yayınmadan marağımı təmin eləməyə çalışdı:
- Qəstəntəniyyəyə Babi-Aliyə rəhmətlik Qırmızısaqqə^
Axsağın elçisi kimi müştərək səfərimizdən çox keçib. Son-
ralar Qəstəntəniyyəyə onun qardaşı Xeyrəddinin elçisl
kimi gedərdim. Türkcəni və saray əhlinin danışıq tərzini
öyrəndim, sultan divanından özümə dostlar seçdim, Əlcə'
zairin Osmanlı səltənətilə əlaqələrinin qurulması məsələ'
silə bağlı danışıqlar aparmışam. Qiyamət gününəcən bu­
nunla fəxr eləyəcəyəm.
Əlinin geniş hərəkətilə havanı yelləyib sözünə davam
elədi:
-İndi Fəs sərhədlərindən tutmuş Məğrib sahilinə'
cən, Belqraddan Xoşbəxt Yəmən’ə qədər vahid İslam
■ ”■ " "

1 Yəmən hərfən sağda yerləşən deməkdir. Ərəb təsəvvürlərinə görə, sag


cəhət (cənub-şərq) xoşbəxtlik rəmzi sayılırdı. Odur ki, Yəmənə başqa
adla Xoşbəxt Ərəbistan da deyilirdi.

454
t
imperiyasının ərazisidir. Onun sahibinin mənə inam və
Qayğısı məni şərəfləndirir.
Gözlənilməyən tənəli bir tonla davam elədi:
- Sən bütün bu illər ərzində neyləmisən? Doğrudanmı,
sən indi papa sarayının mühüm bir personasısan?
Qəsdən məhz onun işlətdiyi eyni ifadələri işlətdim:
- Zati-aliləri öz inam və qayğısıyla məni şərəfləndirir.
Bu sözü də xüsusi vurğuyla əlavə eləməyi faydalı
bildim:
- Məni bura səninlə görüşməyə göndərib. O, Roma ilə
Qəstəntəniyyə arasında əlaqə qurulmasını istəyir.
Əgər bu rəsmi elanın qarşılığında təsirlənmə, sevinmə
və ya karıxma gözləsəydim, hirsimdən boğulardım. Harun
birdən geyiminin geniş qolunun yeləyindəki çirkli ləkəylə
Məşğul olmağa başladı. Onu silib bütün izini yox eləmək
üçün üstündən üfürəndən sonra, dayanıb süni fərəh se­
vilən bir tərzdə dilləndi:
- Dedin ki, Romayla Qəstəntəniyyə arasında? Axı bu-
nə mənası?
- Sülh naminə. Əgər Aralıq dənizi hövzəsindəki məsi­
hilər və müsəlmanların hamısı savaşlar, dəniz quldurları
8
°lmadan yaşaya bilsəydi, gözəl olmazdımı? Mən Isgəndə-
riyyədən Tunisə qədər hər hansı siciliyalı tərəfindən oğur­
lanmadan ailəmlə birgə gedə bilsəydim, gözəl olmazdımı?
O gecgedən ləkə hələ də yeləyindəydi. Ləkəni möh­
kəmcə sürtüb, bərk çırpdı, sonra mənə biclikdən xali bır
nəzər salıb dedi:
- Mənə qulaq as, Həsən! Əgər dostluğumuzu, mək­
təb illərimizi, ailəmizi, oğlumun sənin qızınla bu yaxında

455
evlənməyini xatırlamaq istəyirsənsə, dolu süfrə arxasında
söhbət edərik, sabah sən bu andan elə zövq alarsan ki,elə
an heç vaxt yaşamayıbsan. Ancaq sən papanın, mənsə sul­
tanın elçisiyiksə, onda başqa cür müzakirə aparaq.
•»
Özümü bu sözlərlə müdafiə eləməyə çalışdım.
- Məni niyə qınayırsan? Kitabi dinlərin bir-birini qır-
maqdan əl götürməsi təbii deyilmi?
Sözümü kəsdi:
- Bil ki, Qəstəntəniyyə ilə Romanı, Qəstəntəniyyə *lə
Parisi bir-birindən ayıran dindir. Onları yaxınlaşdıransa
xoş və ya bədməramlı olmağından asılı olmayaraq məna­
fedir. Mənə sülh və Kitab haqda danışma, ağalarımızı dü­
şündürən bunlar deyil.
Biz uşaq olandan bəri təhqiqatçıyla mübahisəni uda
bilməmişəm. Cavabım təslimə işarəydi:
— Ancaq mən hesab edirəm ki, sənin ağanın da, mənim
ağamın da müştərək mənafeləri var. Nə bu, nə də o biri
istəmir ki, Şarlkan imperiyasını bayrağı bütün Avropaya
və Barbarlar ölkəsinə yayılsın!
Harun gülümsəyib dedi:
»
— İndi eyni dildə danışırıq. Sənə nəyin naminə bura gə'
lib neylədiyimi deyə bilərəm. Mən krala hədiyyə və vəd­
lər gətirmişəm, hətta onun tərəfində vuruşacaq yüz cə­
sur süvari gətirmişəm. Davamız birdir. Sən bilirsənmi
Fransuanın qoşunları Oqdu du Munkadanı əsir götürüb, ə
kişini ki, Axsağın ölümündən sonra Əlcəzairin qarşısında
onu şəxsən mən məğlub eləmişdim. Bilirsənmi ki, bizim
donanmamıza əmr olunub ki, imperialistlər Marselə ye'
nidən girmək istəsələr, müdaxilə eləsinlər? Mövlam, kra*

456
Fransua ilə ittifaqa girməyə qərara alıb, bu məqsədlə dost­
luq müjdələri ikiqat artacaqdır.
-Sən, krala vəd eləyə bilərsənmi ki, Osmanlı Avropaya
hücum eləməyəcəkdir.
Harun mənim sadəlövhlüyümdən bezikib dedi:
- Əgər biz hətta hökmdarları imperator Şarlın kürəkə­
ni olan macarlara da hücum eləmişiksə, Fransa kralı buna
görə bizi qınamaq barədə düşünmür də. Eləcə də biz impe­
ratorun qardaşının hakimiyyətdə olduğu Vyanaya gəlsək,
eyni vəziyyət olacaqdır.
- Bəs Fransa kralının rəqibləri onun məsihi torpaqlarının
belə qəsb edilməyinə yol verdiyi üçün tənqid eləmirlərmi?
- Şübhəsiz, edirlər, amma Mövlam bunun müqabilin­
də Qüds kilsəsinin və Şərq məsihilərinin taleyinə baxmaq
hüququ1 verməyə hazırdır.
Hər ikimiz bir müddət susub düşüncələrə daldıq. Ha­
run naxışlı sandığa söykəndi, gülümsəyib dedi:
- Kral Fransuaya deyəndə ki, ona yüz döyüşçü gə­
tirmişəm; narahat oldu. Bir anlığa güman elədim ki, on­
ların öz tərəfində döyüşməyini rədd eləyəcək, amma o
rnənə çox hörmətlə təşəkkür eləməyə başladı. Ordugah­
da da şayiə buraxdı ki, guya süvarilər sultanın məsihi
təbəələrindənmiş.
Keçid üçün fasilə vermədən sözünə davam elədi:
- Haçan ailənin yanına dönəcəksən?
Tərəddüdlə cavab verdim:

1 Sonradan bu anlaşma Osmanlı imperiyası ərazisində yunan, erməni


və kəldanilərin xaricdən alınmış köməklə mərkəzi hakimiyyət əleyhinə
üsyanlarının əsas səbəbi olacaqdı.
457
- Günlərin birində, o zaman ki, Roma nəzərimdə öz
cazibəsini itirəcək.
- Əbbad Susini Tunisdə görəndə mənə xəbər vermişdi
ki, Papa səni bir illiyinə qalada həbsə atdırıbmış.
- Çəkinmədən onu tənqid eləmişdim.
Birdən Harunu dəlisov bir gülmək tutdu:
- Sən, Həsən ibn Məhəmməd Qərnati, özünə rəva gö­
rübsən ki, Romanın mərkəzində Papanı tənqid eləyəsən!
Əbbad mənə demişdi ki, sən həmin Papaya irad tutubsan
ki, o, yadellidir.
- Iş tam belə də deyil. Mən italyan işində öz marağımı
güdürdüm ki, Florensiyadan olan Mediçi şanslı olsun.
Dostum çox ciddi cavab verdiyimi görüncə heyrətləndi:
- Deyirsən Mediçi? Yaxşı mən də Qəstəntəniyyəyə
dönəndən sonra tələb edəcəyəm ki, xilafət şərfi Osman"
lılardan çıxarılıb, Abbasilər sülaləsindən olan birisinə
qaytarılsın.
O, ehtiyatla çiynini və boynunu oynadıb təkrar elədi:
- Deyirsən ki, sən Mediçiyə üstünlük verirsən.
Mən Harunla bu qaydada söhbətləşdiyim əsnada Qu'
veyçardini mənim böyük türk sultanının elçisi ilə əlaqələ'
rimin onun missiyası üçün ağlasığmaz xoş fürsət olduğu
na inanaraq qəribə planlar cızırdı. Onun coşqusunu azalt­
mağa, xüsusən də yeznəmin göstərmiş olduğu etinasızlığ
barədə xəbərdarlıq eləməyə məcbur oldum. Ancaq floren-
siyalı əlinin arxasını çırparaq bütün etirazlarımı rədd elə­
yib dedi:
- Harun Paşa bizim təşəbbüsümüzü ləngitmədən bö-
yük türk sultanına çatdıracaq, ilk addım artıq atılıb, çəx

458
keçməz ki, Romada Osmanlı elçisini qarşılayacağıq. Bəlkə
də biz özümüz, sən və mən, Qəstəntəniyyəyə gedəsi olduq.
Ancaq bundan daha qabaq biz öz missiyamız barədə
Papaya hesabat təqdim eləməliydik.

*4*

Romaya tələsdiyimiz vaxt Boloniyadan bir neçə fərsəx


məsafədə qəflətən bizi, barəsində bəhs elədiyim, qarlı ço­
vğun yaxaladı. Birinci borandan sonra Atlasdakı faciə ya­
dıma düşdü. Elə güman elədim ki, həmən qorxunc ana
dönürəm. O ana ki, ac qurdlarla dövrələnməyimi ölümün
mühasirəsində olmaq kimi hiss eləmişdim, elə hiss eləmiş­
dim ki, yalnız Töhfəmin sıxdığım əliylə həyata bağlıyam.
Gözəl numidiyalı cariyəmin adını dayanıb-durmadan pı­
çıldamağa başladım, sanki könlümdə ondan savayı bir qa­
dın yoxmuş.
Külək şiddətləndi, bizi müşayiət eləyən əsgərlər qorun­
mağa çalışaraq, piyada getməyə məcbur olmuşdular. Mən
də onlar kimi elədim, çox keçmədən görmə əhatəmdən
itirdiyim Quveyçardini də belə davrandı. Mənə belə gəldi
ki, qulağıma çığır-bağır səsləri və ulartılar gəlir. Ara-sıra
gözümə qaçışan qaraltılar dəyir, mən də onlara çatmağa
can atırdım, amma hər dəfə qaraltı sisdə yoxa çəkilirdi.
Çox keçmədən miniyim əlimdən çıxıb qaçdı. Gözə barmaq
" hara gəldi gedib bir ağacla toqquşdum, ondan yapışıb
titrəyə-titrəyə çöməldim. Çovğun yatanda əsgərlərdən biri
mənə yaxınlaşdı, mən qarın içərisində hərəkətsiz uzan­
mışdım. Qaçışan atlardan biri mənim qıçımı sındırmışdı.

459
Görünür, mən qarda çox qalmayıbmışam, bu da qıçımı
kəsilməkdən xilas elədi. Ancaq sinəm od tutub yanırdı və
mən yeriyə bilmirdim.
Boloniyaya qayıdası olduq, Quveyçardini orda məni is­
panların ali məktəbi ilə qonşuluqdakı kiçik mehmanxana­
da yerləşdirdi. O, özü isə mənə on gün sonra ayağa qalxa
bilib papa sarayına kimi ona çata biləcəyimi müjdələməyi
unutmadan yola çıxdı. Ancaq bu sözlər yalnız mənim tox­
tamağım üçün idi, çünki o, Romaya çatar-çatmaz Madali-
naya məsləhət görmüşdü ki, Özü də, Cozep də mənə qoşul­
sunlar, qeyd və kağızlarımı da mənə götürsün ki, yazmaq'
la başımı qatım. Düzü, mən heç də hərəkətsizliyə vərdiş
eləməyə can atmırdım. İlk vaxtlar gün ərzində qarı, qədə'
rimi, mehmanxananın bu miskin müdirini lənətləməklə
qəzəbimi ifadə eləməkdən yorulmurdum. Hərçənd ki, °
buna baxmayaraq, mənə səbirlə qulluq eləyirdi.
Mən o ilin ta sonuna kimi hücrəmi tərk eləyəsi olma­
dım. Az qalmışdı ki, sinəgirlik axırıma çıxsın. Bu dərd­
dən sovuşmamış qıçım məni incitməyə başladı. Qıç111
qıc olmuş və o qədər şişmişdi ki, kəsilmək ehtimalı məni
qorxudurdu. Hirs, məyusluq hissləri məni gecə-gündüz
işləməyə sövq eləyirdi. Beləcə , sakson çapçısına söz ver­
diyim ərəbcə və ibranicə tərcümələri bitirə bildim. Eləcə
də bu il "Afrikanın təsviri"nin ilk altı kitabını yazmağ3
macal tapdım.Vur-tut bir neçə ay sonra isə rezident-yazıç1
və geri dönmüş səyyah olmaq halımın verdiyi ləzzətə və
kiçik ailəmin bəxş elədiyi sevinclərdən dadmağa qapıldım-
Mənə üz vermiş hadisələri də bu hisslərarası qeydə almağı
yaddan çıxarmırdım.

460
Martın ilk günləri Madalina bütün İtaliyanı silkələməyə
başlamış xəbərləri mənə çatdıranda hələ də qızdırmanın
içindəydim. İmperialistlərin qoşunları kral Fransuanın
ordusunu Pave həndəvərində əzmişdi. İlk vaxtlar xəbər
yayılmışdı ki, Fransua artıq qətlə yetirilib, amma mən tez­
liklə öyrəndim ki, o, əsir alınıb. Ancaq bu özü də balaca
bədbəxtlik deyildi, kralın taleyi necə olur olsun, bircə şey
aydın idi ki, fransızlar imperiyaçıların niyyətlərinin önün­
də uzun zaman duruş gətirə bilməyəcəklər.
VII Klimanı düşündüm, o, Fransuaya çox yaxınlıq elə­
mişdi, demək, onun məğlubiyyətindən də öz payını al­
maması mümkün deyildi. Bu pis addımdan necə yaxasını
qurtaracaq? Şarlkanın qəzəbindən yayınmaq üçün onunla
anlaşmaya girəcəkmi? Yoxsa öz nüfuzundan istifadə eləyə­
cək ki, hamı üçün təhlükəyə çevrilən və get-gedə qüdrə­
ti artan imperatora qarşı bütün məsihi hökmdarlarını bir
yerə yığsın? Nəyin bahasına olursa-olsun keşkə Papayla
danışa biləydim. Bundan daha çox Quveyçardiniylə kəl­
mə kəsmək istəyirdim, xüsusən də yayın əvvəlində ondan
belə qorxulu,ikibaşh və rişxəndamiz məktub alandan son­
ra: "Romanın xilası üçün möcüzə qalır, Papa istəyir ki, o
möcüzəni mən eləyim!"

461
Qara dəstələr ili
Hicri 932-ci il (Miladi 1526-cı il oktyabrın 18-i-1526-cı il
oktyabrın 7-si)
Cingiltili qəhqəhələri və coşqun hayqırtıları ilə qaba­
ğımda ət və dəmirdən ibarət heykəl dikəldi:
— Mən kilsənin silahlı quluyam!
Amma ona Böyük Şeytan deyirdilər, beləcə, sevimli/
ramcdilməz, cəsur, dönməz, qalaları və qadınları bir həm­
ləyə ələ keçirən qorxunc birisiydi; adamlar ondan çəkinir,
Allaha dua eləyirdilər ki, onu hifz eləsin və buralardan
uzaqlaşdırsın.
VII Kliman sakit və mehriban bir tərzdə dedi ki, "o mə­
nim islahı mümkün olmayan əmioğlumdur".
O, Mediçi ailəsindən olan muzdlu əsgər kimi bütün
italiyanı təmsil eləyirdi. Başçılıq elədiyi qoşunlar da onun
sayaq satılıb-alınan, səxavətli, qəddar, ədalətli və özlərinə
etinasız idi. Bu il Papanın xidmətinə durmuşdu. Muzdlu­
lar "qara dəstələr" adlanırdı, onun komandanı da Yohan-
nes du Mediçi kimi deyil, "Qara dəstələr" Yohannesi kimi
tanınırdı.
Onu Boloniyada qarşılamışdım. İlk dəfə mehmanxa­
nadan bayıra çıxanda israr eləmişdim ki, cənab Ca-
kopo Calviyattiyə baş çəkim. O, şəhərin ən möhtərəm

462
aristokratlarından biri idi, xəstə yatdığım bütün müddət
ərzində elə hey mənə kitab, geyim və hədiyyələr göndər­
məklə diqqətini əsirgəməmişdi. Quveyçardini ondan rica
eləmişdi ki, məni himayə eləsin, o da bu işi atalıq qayğısı
ilə icra eləyirdi, bir həftəni keçirmədən nökərlərdən birini
göndərmişdi ki, səhhətimi yoxlasın. Bu Calviyatti Boloni-
yanın çox sayılan adamlarından idi, Mediçi ailəsinin ən
böyüyünə layiq rifahda yaşayırdı. Əslində, arvadı da Papa
Leonun bacısıydı, qızı Mariya isə "Qara dəstələr" Yohan-
nesinə ərə getmişdi. Demək lazımdır ki, bədbəxtlikdən ona
ərə getmişdi ki, çünki onu nadir hallarda görürdü, bu da
ərinin iki hücumu arası, ya iki sevgi macərası arası, ya da
iki xəyanəti arası fasilə olanda baş verirdi.
Bu il Boloniyada olmağı da daha çox altıyaşh oğlunun
xətrinəydi, nəinki arvadının. Madalinanm çiyninə söy­
kənə-söykənə Calviyattinin qəsrinə yaxınlaşırdım ki, atlı
dəstəsinin səsini eşitdim. Muzdluların komandanı qırxa
qədər sədaqətli süvarinin əhatəsindəydi. Yoldan keçənlər­
dən kimisi onun adını pıçıldayır, kimisi alqışlayır, kimisi
də addımlarını yeyinlədib uzaqlaşırdı. Mənsə çəkilib ona
yol açmağa üstünlük verdim, çünki yerişim yavaş-yavaş
sıçramaqdan savayı bir şey deyildi. O, uzaqdan qışqırdı:
"Kuzimo!"
Lap yuxarı mərtəbədəki pəncərələrdən birində oğlan
uşağı göründü, Yohannes atını yortmağa başladı. Düz oğ­
lan görünən pəncərənin altında olanda qılıncını siyirib ,
ona sarı yelləyib bağırdı: Tullan! Madalina huşunu itir­
miş kimi gözlərini qapadı. Mən də yerimdə donub qalmış­
dım. Ancaq kürəkənini qarşılamağa çıxmış sinyor Cakopo
463
heç nə demədi. Təbii ki, narahatlığı hiss olunurdu, ancaq
bu narahatlıq hər gün bədbəxtliklə rastlaşan kişinin nara­
hatlığı idi, faciə qarşısındakı narahatlıq yox. Balaca Kuzi-
mo da qətiyyən özünü itirib təsirlənməmişdi. Ayağını ar­
tırmaya qoyub boşluğa tullandı. Bir göz qırpımında atası
qılıncını buraxdı, onun qoltuqlarının altından tutub, əlləri'
ni irəli uzadıb başının üstünə qaldırdı:
- Şahzadəmin kefi necədir?
Ata da, uşaq da, mühafizə nəfərləri də gülüşdü. Ca-
kopo da gülməyə cəhd eləyəndə mənim gəldiyimi göriib,
gərginliyi dağıtmaq üçün fürsətdən istifadə eləyib məni
böyük təmtəraqla kürəkəninə təqdim elədi:
- Sinyor Yohannes-Leon, coğrafiyaçı, şair və papa sara­
yında diplomat.
Muzdlu döyüşçü atdan düşdü, əsgərlərdən biri qılın­
cını qaytardı. Qılıncı qınına qoyub böyük sevinclə özünü
təqdim elədi:
- Mən də kilsənin silahlı quluyam!
Saçları qısaydı, qara lopa bığlarının uclan vurulmuşdu,
elə iti baxışları var idi ki, adamı oxdan da betər dəlib ke­
çirdi. Mənə çox kobud təsir bağışladı, amma tezliklə rəyim
dəyişdi, məni də, digərlərini də heyran qoyan onun öz mə­
nafelərindən imtina eləyə bilməsi idi. Qonaq otaqlarından
birinə keçər-keçməz, o, incəliyi və iti ağlı ilə cəlbedici bir
florensiyalı və Mediçi ailəsinin bir üzvünə çevrildi.
- Mənə dedilər ki, sən Pavedə olmusan.
- Orda sinyor Franesko Quveyçardininin müşayiəti ilə/
o da cəmi bir neçə gün olmuşam.

464
- Mən özüm ordan çox uzaq deyildim, Milan yolunda
əsgərlərimə baxış keçirirdim. Mən qayıdanda Osmanlı el­
çisi artıq getmişdi, güman eləyirəm ki, sən də getmişdin.
Bic-bic gülümsədi. İşi korlamamaq üçün kirimişcə du­
rub, gözümün onun gözünə sataşmamasına çalışdım. Sö­
zünə davam elədi:
t

- Xəbər tutmuşam ki, Sarlkanın nəzərlərini İtaliyadan


yayındırmağa məcbur eləmək üçün türklərdən Macarısta­
na hücum eləmək xahiş olunan məktub Parisdən Qəstəntə­
niyyəyə təzəcə gedib.
• - A —

- Bəyəm, Fransa kralı İspaniyada məhbus deyilmi?


- Bu, onun Papa və sultanla danışıq aparmasına, Fransa
taxtının naibi olan anasına təlimatlar göndərməyinə mane
olmur.
- Bəs deyirlər, o, ölüm ayağındadır?
- Artıq belə deyil, ölüm öz fikrini dəyişdi.
Mən bu və ya digər rəy bildirməkdən çəkinib sual ver­
məklə kifayətləndiyimdən Yohannes məni birbaşa sor­
ğu-suala çəkdi:
- Sənə elə gəlmirmi ki, ortada qəribə bir ittifaq var: Papa
böyük sultanla müttəfiq olan Fransuanın müttəfiqidir?
Mənim osmanlılara olan münasibətimi öyrənməyəmi
çalışır? Yoxsa Harun Paşa ilə aramda nə barədə söhbət get­
diyini öyrənməyəmi?
- Güman eləyirəm ki, gücünə rəğmən böyük sultan İta­
liyada baş verəcək müharibənin taleyini həll eləyə bilməz.
Döyüş meydanındakı yüz hazır döyüşçü dünyanın obaşın-
dakı yüz min döyüşçüdən daha dəyərlidir.
- Səncə, İtaliyada kim daha güclüdür?
465
- Pavedə döyüş baş verib, onun nəticələrini yaxşıca öy­
rənmək gərəkdir.
Açıq-aydın sezilirdi ki, cavabım onun xoşuna gəlmişdi.
Dedikləri tam dostluq, hətta heyranlıq tonundaydı:
- Mən bu sözləri eşitməyimə şadam, çünki Romada
Papa tərəddüd içindədir və dostun Quveyçardini onu
Şarlla müharibəyə və Fransua ilə ittifaqa təhrik edir, hət­
ta Fransa kralı imperatorun əsiri olduğu indiki vaxtda da.
Mənim vəziyyətim belədir ki, imperialistlərlə üz-üzə gəl­
məkdən qorxduğum kimi başa düşülmədən iradlarımı çat­
dıra bilmərəm. Ancaq sən yaxında şahidi olacaqsan ki, bu
dəli Yohannes necə müdrikdir, bu müdrik Quveyçardini
isə ağılsız iş tutmağa və Papanı da ağılsız iş tutmağa sövq
etməyə can atır.
Mətləbi çox uzatdığını hiss eləyincə çoxlu lətifə və göl­
məçələr əlavə eləyib, sonuncu dəfə qaban ovlaması xəbə­
rini danışmağa başladı. Sonra da birdən əvvəl elədiyi söh­
bətə qayıtdı:
- Nə ki fikrin var, Papaya deməlisən. Niyə mənimlə R°'
maya qayıtmırsan?
Düzünə qalsa, özüm də Boloniyada məcburən uzun­
müddətli qalmağıma son qoymaq fikrindəydim. Öz-ö­
zümə dedim ki, Yohannesin yanında səfər eləmək çox se­
vincli və təhlükəsiz olacaq, çünki heç bir oğru bu qafiləyə
yaxınlaşa bilməz. Təklifi tələsik qəbul elədim. Ertəsi gün
Madalina və Cozep ilə birgə beləcə çox mehriban yol yol'
daşına çevrilmiş "Qara dəstələr"in döyüşçülərinin əhatə'
sində səfərə çıxdıq.

466
Aa
Üçgünlük səfərdən sonra Yohannesin iqamətgahına çat­
dıq. Gecələdiyimiz həmin yer "İl Torbiya" qəsri adlanırdı.
Ertəsi gün erkən saatlarda Florensiyanı da keçdik.
Muzdluların komandanı təəccüblə dedi:
- Sən,yəqin ki, bu şəhəri tanımayan yeganə Mediçisən!
- Mən Quveyçardiniylə Paveyə gedərkən burda daya­
nacaqdıq, amma buna vaxtımız olmadı.
- Sənin Florensiyanı görməyinə mane olan çox cahildir.
Tezcə də əlavə elədi:
- Vaxt indi də bizi sıxır, ancaq mən sənin Florensi-
yanı gəzib-dolaşmağına mane olmadığım üçün özümü
qınayacağam.
Hələ mən heç vaxt hansısa şəhərə qoşunun mehman-
darlığı ilə baş çəkməmişdim. Uzun Lorqa küçəsindən Me-
diçilər sülaləsinin qəsrinə gəldik. Orda qəsrin xaç suyuna
çəkilmə həyətinə külək kimi keçdik, bu, əsgərlərin səhər
paradına bənzəyirdi. Xidmətçi gəlib bizi içəri dəvət elədi,
ancaq Yohannes kobudluqla imtina elədi:
- Cənab Sendor evdədir?
- Yəqin ki, o yatır.
- Bəs cənab Eynolitto?
- O da yatır, onları oyadımmı?
Yohannes etinasızlıqla çiyinlərini çəkib atının yüyənini
döndərdi. Biz bir neçə addım sağa atdıq ki, tikinti mərhələ-
sində olan binanı göstərsin.
- Müqəddəs Lorenzo kilsəsidir. Burda indi Mikaelan-
celo Biyunarotti işləyir, ancaq səni ora aparmağa cürət
467
eləməyəcəyəm, çünki bizi qova bilər. O, Mediçi ailəsini
sevmir, özü də qaba adamdır. Bu, hər halda . onu Florensi-
yaya qayıtmağa məcbur eləyib.
Sənətkarların əksəriyyəti Romada yaşayır, ancaq iste­
dad sahiblərinin çoxunu öz yaxınlığında yaşamağa dəvət
eləyən X Leon, Mikaelancelonu uzaqlaşdırıb, ona burda iş
tapşırmağa üstünlük verib.
Yenə də qübbəyə sarı irəliləməyə davam elədi. Mə­
nim yanımda gedirdi, mənzillər mənə çox gözəl tərtibatlı,
zövqlə bəzədilmiş görünürdü, amma onlardan çox az his­
səsi Romadakı kimi təmtəraqlı idi. Bələdçim etiraf elədi ki,
"Əbədi şəhər incəsənət işləri ilə doludur, ancaq Florensiya
bütövlükdə gözəllikdir, insanlar bütün incəsənət sahələrin­
dəki ən gözəl əsərlərə görə florensiyalılara borcludurlar".
Mənə elə gəldi ki, bir fəsliyə qulaq asıram! Deyla Sin-
yorya meydanına çatanda uzun əbah, yaşlı bir əyan Yohan-
nesə yaxınlaşdığı an bir qrup şəxs Mediçilər ailəsinin qar­
şılanma şüarını çığırmağa başladılar. Yol yoldaşım onlara
salamlaşma ilə cavab verib mənə dedi:
- Heç də elə düşünmə ki, ailənin bütün üzvləri belə
alqışlanır. Mən yeganə şəxsəm ki, hələ də florensiyalıların
yanında bir az üstün mövqeyə malikəm. Əmimoğlu Yo-
hannes, Papa Kliman demək istəyirəm, bura gəlmək qərarı
versə, o, yalnız narahatlıq və həyəcanla qarşılanar. Hər hal­
da, özü bunu dəqiq bilir.
- Bu şəhər sənin vətənin deyilmi?
- Ah dostum! Mediçilər ailəsinin nəzərində Florensiya
qəribə məşuqədir! Biz uzaqda olanda bizi ucadan səsləyir,
onu gəlib görəndə isə bizi lənətləyir.
468
- Bu gün nə istəyir?
Fikirli göründü, atını yolun ortasında,adamların onun
keçməsi üçün yol açdığı, bununla bərabər, bəzi alqış səsləri
eşidilən qədim körpünün girəcəyində saxlayıb dedi:
- Florensiya yaxşıca istəyir ki, onu əmir idarə eləsin, bir
şərtlə ki, onun hakimiyyəti respublika üsuli-idarəsi olsun.
Hər dəfə ata-babalarımız bunu unudanda peşmançılıq ke­
çiriblər. Bu gün Mediçi ailəsini vətənlərində Senador adlı
bu məğrur gənc təmsil eləyir. 15 yaşı ancaq olar və elə bi­
lir ki, madam Mediçi xanədanına mənsubdur və Papanın
oğludur, demək, Florensiya öz qadınları və xeyratları ilə
birlikdə onun şəxsi mülküdür.
- Papamn oğlu?
Təəccübüm qondarma deyildi. Yohannes uğunub getdi:
- Mənə söyləmə ki, sən Romada yeddi il yaşaya-yaşaya
Senodorun Klimanın qeyri-qanuni oğlu olduğunu bilmə­
yibsən.
Xəbərsiz olduğumu etiraf elədim. Yoluma işıq salmaq­
dan zövq alırmış kimi dedi:
- Əmimoğlu hələ kardinal və papa olmazkən Neapolda
bir ərəb cariyəsilə tanış olub, cariyə də bu oğlanı dünyaya
gətirib.
Artıq Pitti qəsrinə sarı qalxmağa başlamışdıq. Tezliklə
Roma alaqapısını keçdik, orda Yohannesi yenə də alqışla-
dılar. Ancaq fikrə qərq olduğundan kütləni salamlamaq
yaddan çıxmışdı, onun əvəzinə bu işi tələm-tələsik mən
icra elədim. Bu oğlum Cozepin o qədər xoşuna gəlmişdi
ki, mənə yalvardı ki, eyni hərəkəti təkrar-təkrar eləyim, hər
dəfə də qəhqəhə çəkirdi.

469
dəstənin başında peyda olmuş, bəzi evləri yandırtmış və
ümumi meydanda elan eləmişdilər ki, onlar Romanı Kli-
manın zülmündən azad eləyəcəklər. Kolonanm adamları
Müqəddəs Petros qəsrində fəsad törətdikləri vaxt Papa VII
Kliman Müqəddəs Encelo qəsrinə sığınıb, barıların və di­
varların arxasında gizlənmişdi. Mən özüm də az qala Ma-
dalina və Cozepi həmin qəsrə aparacaqdım, ancaq sonda
bu niyyətdən daşındım, çünki fikirləşdim ki, belə şərait'
də Encelo qəsrinin körpüsünü adlamaq ağılsızlıq olardı.
Beləcə , öz mənzilimə qapanıb, bu gərgin saatlar uzunu
hadisələrin öz məcrasını almasım gözlədim.
Vaqeə beləydi ki, Papa, Kolonanın bütün şərtlərini qə­
bul eləməyə məcbur olmuşdu. İmperatora qarşı ittifaqdan
çəkildiyini və günahkar kardinal barədə cəzadan imtina
elədiyini vəd eləyən təəhhüdnamə imzalamışdı. Təbii ki,
hücum eləyənlər geri çəkilər-çəkilməz hamı başa düşdü ki,
məcburetmə və müqəddəs dəyərləri dağıtma yoluyla sırın­
mış müqaviləyə əməl eləmək Papanın hesabında yoxdur.
Bu təcavüzün ertəsi günü, hələ VII Klimanm impera­
tor və onun müttəfiqlərinə qəzəbi soyumamış Sultan Sü­
leymanın Mohakda qələbə çalmağı haqda və imperatorun
yeznəsi olan Macarıstan kralının ölümü haqda xəbərlər
yetişdi. Papa məni çağırıb türklərin Vyanaya hücum elə-
yib-eləməyəcəyi barədə rəyimi, Almaniyaya nə qədər tez
daxil olacaqları və ya Venesiyaya yönələcəkləri barədə rə­
yimi soruşdu. Mən etiraf eləyəsi oldum ki, bu barədə heç
bir fikrim yoxdur. Papa çox həyəcanlıydı. Quveyçardini id­
dia eləyirdi ki, üz verən bu məğlubiyyətin bütün məsuliy­
yəti xaşpərəst torpaqlarını qoruyub, Almaniyanı tar-mar

472
eləyən bidətçilərlə döyüşməkdənsə, başı İtaliyada mühari­
bəyə qarışmış imperatorun üzərinə düşür. Sonra bunu da
əlavə elədi:
- Madam ki, Lüter səhər-axşam deyirsə ki, "türklər göy­
lərdən bizə nazil edilmiş ilahi cəzadır, onlara qarşı çıxmaq
Xaliqin iradəsinə qarşı çıxmaqdır", niyə almanların Maca­
rıstanın xilasına tələsməyi arzu edilsin ki?
VII Kliman başını tərpətməklə razılaşdı. Quveyçardi­
ni böyük sevincini mənimlə bölüşmək üçün çıxmağımızı
gözləmişdi:
- Osmanlıların qələbəsi taleyin axarını dəyişəcəkdir.
Bəlkə də gözləmədiyimiz möcüzə elə buymuş.

* * *

Bu il "Afrikanın təsviri" kitabımın axırıncı cizgisini


qoydum. Sonra qərara gəldim ki, bir gün də dincəlmədən
ömürlüyümü, eləcə də başıma gəlmiş və ya şahidi oldu­
ğum əhvalatların qeydə alınmasına girişim. Madalina mə­
nim belə dəlisovcasma çalışmağıma baxıb, işdə pis əlamət
öncədən gördü. Deyirdi:
- Elə bil sayılı günlərimiz qalıb.
Onu toxtatmaq istədim, ancaq mənim də beynimdə
_ •
eyni qorxu və təlaşlar dolaşırdı: Roma can verir, İtaliyada
yaşamağım sona çatmaq üzrədir, bilmirdim ki, yazmağa
bir də haçan vaxtım olacaq.

473
Alman muzdlular ili
Hicri 933-cü il (Miladi 1526-cı il oktyabrın 8-İ-1527-Cİ il
sentyabrın 26-sı)
Həmin vaxt mənim 40 yaşım-ümidimin axırıncı ili, qa­
çışımın axırıncı ili tamam oldu. "Qara dəstələr" Yohannesi
cəbhədən ümidverici xəbərlər göndərməklə Papaya, onun
idarəsinə və bütün Romaya müharibənin çox uzaqda oldu­
ğu və belə də qalacağı haqda aldadıcı rəylə təskinlik verir­
di. Muzdluların sərkərdəsi vəd eləyirdi ki, imperialistlər
Po çayından şimaldadır və onu heç vaxt keçməyəcəklər.
Trastividən Trivi məhəlləsinədək hər kəsə Mediçi və onun
döyüşçülərini tərif eləmək xoş idi. Romalılar da, yolçular
da hamıya bəlli olduğu kimi, hələ əbədi şəhərə həsəd, ac­
gözlük və nadanlıqla baxan "bu barbar germanlara" isteh­
za eləmək yarışma çıxmışdılar.
Bu dəlisov təəssübkeşliyi bölüşə bilmirdim, o səbəb­
dən ki, yaddaşımda Qərnatanın son günlərinin hekayətləri
dərin iz buraxmışdı. O günlərin ki, atam, anam, Sara və
bütün sürgünə məhkum olanlar inanırdılar ki, xilas müt­
ləq gələcək, o günlərin ki, qalib quştalları təhqir eləmə­
yi hamılıqla özünə borc bilirdi. O günlərin ki, tezliklə
kömək yetişəcəyinə şübhə eləyən hər kəsə şübhə ilə baxır­
dılar. Ailəmin,xalqımın möhnətindən ibrət aldığımdan

474
qabaqdangəlmiş, basmaqəlib mühakimələrdən çəkinməyi
öyrənmişdim. Bütün adamlar bir rəyə gələndə, mən qaçı­
ram; zira həqiqət başqa yerdə olur.
Quveyçardininin reaksiyası da eyni cür idi. Papa qo­
şunlarının baş sərkərdəsi təyin edildiyindən İtaliyanın
şimalında Yohannesin müşayiətindəydi və onu heyranlıq
və qəzəblə müşahidə edirdi: o, çox qoçaqdır, ancaq hər ki­
çik toqquşmada həyatını təhlükəyə atır. Əgər ona ağır bir
müsibət üz versə, imperialistlərin axınını biz dayandırma­
lıyıq. Papaya ünvanlanmış məktubda olan bu şikayətdən
Romada məlumatsız idilər. Məktubda deyilirdi ki, “Qara
dəstələr"in başçısının qıçı yüngül top mərmisindən pa­
ram-parça olub. Kəsilməməsi mümkün olmayıb.
Qaranlıq düşəndə Yohannes tələb eləmişdi ki,həkim
onun yaralı nahiyəsini mişarla kəsən vaxt məşəli özü
tutsun. Mənasız əzab idi, çünki əməliyyat başlayandan
az sonra yaralı canını tapşırmışdı. Çərkəz Tuman bay və
"Qara dəstələr" Yohannesi mən tanıdığım ən cəsur kişilər
idilər. Birincisi Şərq sultanı, ikincisi isə Qərb imperatoru
tərəfindən qətlə yetirildilər. Birinci Qahirəni xilas eləyə
bilmədi, ikincisi isə bilmədi ki, Romanın taleyinə yazılmış
əzabı necə sovuşdursun.
Bu ölüm xəbəri bilinincə ürəklərə hürkü düşdü. Düş­
mən hələ yalnız bir neçə mil irəliləyə bilmişdi, ancaq belə
şüur hakim kəsilmişdi ki, o, artıq şəhərin alaqapısına çatıb,
sanki Yohannes istehkamları uçurub, çayları qurutmuş və
dağları düzləmişdi.
Həqiqətən də, elə görünürdü ki, axının qarşısını al­
maq mümkün deyildi. "Qara dəstələf'in sərkərdəsi qətlə

475
yetiriləndə ümidsizcəsinə iki silahlı imperialist qüvvəsinin
İtaliyanın şimalında görüşməyinə mane olmağa çalışırdı.
Bu qüvvələrdən biri quştallardan ibarət idi və Milanda
idilər, ikincisi daha təhlükəli olub, alman muzdlulardan
ibarət idi. Alman muzdluların, demək olar ki, hamısı ba-
variyalı, saksoniyalı və frankoniyalı lüteranlar idilər. Alp
dağlarını keçib məsihiliyi korlamaq günahını törətmiş Pa­
panı cəzalandırmaq üçün ilahi mükəlləfiyyət aldıqlarına
inanaraq, Tarantonunu viran qoymuşdular. On minlərlə
üsyançı bidətçi katolik imperatorun bayrağı altında papa
ilə üz-üzə qalmağa gəlirdilər: bu, həmin il İtaliyaya ürcah
olmuş möhnət idi.
Yohannesin ölümü və bundan sonra "Qara dəstələr"in
tələm-tələsik geri çəkilməsi imkan verdi ki, bütün imperi­
alistlər toplaşıb Müqəddəs Petros qəsrinə getmək üçün Po
çayını keçsinlər. 30 mindən az olmayan sayda cındır ge­
yimli, pis qidalanan və pis məvacib alan döyüşçü İtaliya­
nın sayəsində rifahda yaşayacaqlarına və vəziyyətlərinin
yaxşılaşacağına ümid eləyirdi. İlk dəfə Boloniyaya yaxın­
laşmışdılar, şəhər zülmdən qurtulmaq üçün böyük miq­
darda bac-xərac ödəməyə məcbur olmuşdu. Sonra növbə
taun yayılmış Florensiyaya çatdı, o da qarətdən yaxa qur­
tarmaq üçün böyük məbləğ ödəmişdi. Bu tədbirlərdə rolu
olan Quveyçardini məsləhət gördü ki, Papa müvafiq saziş
naminə danışıqlar aparsın.
Romada yenə də entuziazm ab-havası var idi, adamlar
iddia eləməyə başlamışdılar ki, sülhə nail olunacaq. Martın
25-də Neapol kralı Şarl do Lapuanın naibi imperator tərə­
findən fövqəladə elçi kimi saziş bağlamağa gəlmişdi. Bu

476
xilas anını müşahidə eləmək üçün Müqəddəs Petros mey­
danında kütlələrin arasındaydım. Ali məqam sahibi mü­
hafizəçilərin əhatəsində peyda olanda hava yaxşı idi, gözəl
bahar gündüzü idi. Ancaq Vatikanın qapısını keçəndə ildı­
rım çaxdı, ardınca da leysan yağışı guppultuyla başımıza
tökdü, elə bil ki, bu saatın əlamətlərindən idi. Çaşqınlıqdan
özümə gələn kimi götürülüb darvazaların birinin talvarına
sığındım, çox keçmədən məni çirkli sel dövrələdi.
Yan-yörəmdə bir qadın bu məşum müjdəyə görə gi­
ley-güzarla deyinirdi. Xatirəm oyandı, mənə elə gəldi ki,
rəhmətlik anamın gözlərində yaşadığım Qərnata tufanını
görürəm. Bu da yenə böyük fəlakətin baş verməyinə Göy­
lərin işarələrindən biri ola bilərmi? Amma həmin gün nə
liber çayında daşqın, nə dağıdıcı sellər, nə də qırğın ol-
rnadı. Belə ki, axşam saziş imzalandı. Mətndə deyilirdi ki,
^apa Romanı virandan qorumaq üçün böyük məbləğ pul
ödəyir.
Pul,həqiqətən də, ödəndi, mənə deyilənə görə, bu, 60
^in duka məbləğində olubdur. VII Kliman xoş məramı­
nı sübut eləmək üçün əsir götürülmüş muzdluları azad
eləmək qərarına gəldi. Ancaq imperatorun qoşunu hərəkə­
tini dayandırmadı. Geri çəkilmək barədə danışmağa cürət
eləyən hər hansı zabitin qisməti öz əsgərinin əliylə öldü­
rülmək olurdu. Mübahisə vaxtı almanların baş komandanı
*
ınsultdan keçinmişdi. Komanda Fransa kralının qardaşı
oğluna və onun barışmaz düşməni olan baş komandan
Burbona keçdi. Ciddi idarəçilik yox idi, ona görə də im­
peratorun qoşunu idarəolunmaqdan daha çox tabe olur­
du. Bu çoxsaylı başıpozuq dəstənin üzərində heç kimin,

477
hətta hər ehtimala qarşı İspaniyada qalmış imperatorun
də təsiri yox idi. Beləcə, rəhmsizliklə yolunun üstündəki
hər şeyi dağıdaraq Romaya doğru sürünürdü. Sülhə bəs­
lənən ümidlərin yerini təşviş tutdu. Xüsusən də kardinal­
lar ancaq gözləmək və sərvətlərini aradan çıxarmaq barədə
düşünürdülər.
Papa isə israrla inanırdı ki, onun kral naibilə bağladığı
sazişə çox keçmədən əməl olunacaq, lap sonuncu məqam-
da olsa belə, imperatorun qoşunları aprel ayının sonu
şəhərin bir neçə fərsəxliyində Tiber çayına çatanda, yalnız
o vaxt Müqəddəs Ata müdafiəni təşkil eləmək qərarına
gəldi. Papa xəzinələri boş olduğundan altı varlı tacir kar­
dinal rütbəsinə qaldırıldı, onlar da bu imtiyazı əldə eləmək
üçün iki yüz min duka ödədilər. Bu pul 8 min nəfərlik ordu
təşkil eləməyə imkan verdi, onlardan iki mini mühafizə­
çi saray adamlarından, iki min döyüşçü "Qara dəstələri­
dən, dörd mini Roma əhalisi içərisindəki könüllülərdən
ibarət idi.
40 yaşımda silah daşımağa təpərim qalmamışdı. Amma
bununla yanaşı, Müqəddəs Encelo qəsrində silah-sursat
anbarına öz xidmətimi təklif elədim. Gecə-gündüz oyaq
qalmağı tələb eləyən bu işin öhdəsindən mümkün qədər
yaxşı gəlmək üçün Madalinanın yanımda olmasını təmin
eləyəndən sonra qalada yaşamaq qərarına gəldim.Düzü,
bura bütün şəhərdə ən əlçatmaz yer idi, tezliklə şəhərin
hər tərəfindən ora qaçqınlar axışmağa başladılar. Köhnə
otağımı boşaltdım, bu da özümü varlı-hallı hiss eləməyə
kifayət idi, çünki yeni gələnlər ailəlikcə dəhlizlərdə qalaq­
lanmağa məcbur olmuşdular.

478
Mayın əvvəllərində qəflətən yaranmış və gərginlik üçün
rnünasib şərait olan düşərgədə qəribə ab-hava hökm sürür­
dü. Yəqin ki, Papa orkestrində fleyta çalanın tövşüyə-töv-
Şüyə çatıb uca səslə bağırdığı anı həmişə xatırlayacağam:
"Burbonu öldürdüm, Burbonu öldürdüm!'". O, Floren-
siyadan olan Benvetto Şillini adlı birisiydi. Qardaşlarından
biri "Qara dəstələr"in cərgəsində döyüşürdü, o özü isə or­
den nəqqaşlığı eləyirdi, indiyədək heç bir ordunun tərki­
bində olmamışdı. Xəbər verdi ki, o və iki dostu Terittoni
alaqapısı tərəfə gedib döyüşlərə qatılıb:
- Orda sıx duman vardı, ancaq mən atına süvar olmuş
sərkərdəni ayırd eləyə bilən kimi tüfəngdən atəş açdım.
Bir neçə dəqiqə keçmiş o yerdə duman çəkilincə gördüm
ki, Burbon yerdə üstü Örtülüb, aydınca görünürdü ki, o,
ölüdür.
Mən çiyinlərimi çəkə-çəkə qulaq asmaqla kifayətlən­
dim. Bəziləri qəzəblə onun üstünə bağırışdılar ki, demək,
Şəhər divarlarının üstündə döyüş qızışıb, özü də xüsusən
də Borqo istiqamətində, ancaq atışma hələ o qədər də
Şiddətli deyildi. Gün günorta olmazdan qabaq isə xəbər
yayıldı - mənim təəccübümə səbəb olsa da, deməliyəm -
təsdiqləndi ki, Burbon Torittonni alaqapısının divarında ,
həqiqətən də, qətlə yetirilib.
Bunu mənə elan eləyəndə kardinalın çöhrəsi geniş tə­
bəssümlə canlandı və yerbəyer bəzi qələbə nidaları ucaldı.
Mənim böyrümdə heç bir fərəh ifadə eləməyən bir kişi var
idi. "Qara dəstələrin" sabiq döyüşçülərindən olan o kişi
hirsindən kəsilirdi:
- Bu heç bizim əyyamın müharibəsinə bənzəyirmi? Ən
cəsur cəngavəri uzaqdan tütəkçalanın biri bu lənətə gəlmiş
479
tüfənglə öldürüb! Bu, cəngavərliyin sonudur! Şərəfli mü­
haribələrin sonudur!
Bu deyilənlərə rəğmən florensiyalı tütəkçalan kütlənin
nəzərində qəhrəmana çevrildi. Ona içki təqdim olundu,
xahiş olundu ki, elədiyini təzədən nəql eləsin, sonra da
çiyinlərdə daşındı. Təntənə yerində deyildi, çünki BurbO'
nun ölümü imperiyaçıların hücumunu yubatmırdı. Əksinə
, demək olar ki,ordu sərkərdəsinin yoxluğu onun döyüş
nəfərlərini daha da çılğınlaşdırmışdı. Müqəddəs Encelo
qəsrində qoyulmuş topların təsirini azaldan duman sayə"
sində alman muzdlular bir neçə yerdən qala divarlarına
dırmaşıb küçələrə yayıldılar. Bəzi canını sağ qurtaranlar
ilk qorxularının hekayətlərini gözlərində daşıyaraq qəsrə
>
yetişə bilmişdilər, onların ardınca digərləri öz hekayətlər1'
ni danışdılar.
And olsun məni gen dünyanı gəzib-dolaşdıran Alla"
ha, and olsun mənə Qəmata əzabı yaşadığım kimi Qahirə
əzabı yaşatmış Allaha, mən bu qədər vəhşiliyi, bu qədər
nifrəti, bu qədər qanlı ağılsızlığı, qətliamdan, dağıntıdan
və müqəddəsləri təhqir eləməkdən bu qədər həzz almag1
heç vaxt yaxından görməmişəm.
Düz olarmı, desəm ki, rahibələr boğulub öldürülmə2'
dən qabaq kilsələrin altarında alman muzdluları tərəfindən
hay-küylə təcavüz olunub? Düz olarmı desəm ki, vəng'
lər dağıdılıb, rahiblərin geyimləri çıxarılıb, qamçılanmaq
qorxusundan xaçı murdarlayıb məlun şeytanı qovduqla'
rını1 elan eləməyə məcbur olublar, kitabxanaların əlya2?
maları şənlənmək üçün qalanmış şöləyə çevrildi və sərxoŞ
1 Katolik ayinlərindən biri belə adlanır.

480
əsgərlər dövrə vurub ətrafında rəqs eləməyə başladılar?
Düz olarmı, desəm ki, heç bir mehrab, qəsr və ev talan­
dan qurtulmadı, eləcə də varlılar cizyə ödəyənədək girov
götürüldü? Qəsrin divarlarından səhərdən qalxıb sıxlaşan
duman sütunlarına
m baxa-baxa ilk görüşümüzdə bu fəlakət
barədə öncəgörənlik eləmiş Papa Leonun surətini yadda­
şımdan qova bilmirdim: Roma yenicə dirçəlmişdi, ancaq
ölüm şəhəri güdürdü. Budur, ölüm burda qənşərimdədir,
əbədi şəhərin canına daraşıb.

Bəzi silahlılar və "Qara dəstələr"dən sağ qalanlar yol


ayrıclarına çatmağa bəzən mane olmağa çalışırdılar, ancaq
tezliklə hücum edənlərin seli onları batırdı. Burqo məhəl-
tesində, xüsusən də Vatikan qəsrinin ətrafındakı nahiyələr­
də mühafizəçilər qvardiyasının hər küçə, hər bina uğrun­
da özlərini on-on, yüz-yüz fəda edib, imperiyaçıların ira­
dəməyini ləngidərək müqavimət göstərməyi heyranlıq
doğururdu. Amma çox keçmədən onlar düşmənin çoxsaylı
kütləsi ilə əzildi, alman muzdlular Müqəddəs Petros mey­
danını viran qoyub qışqırışırdılar: "Lüter Papadır! Lüter
Papadır!"
Papa VII Kliman təhlükəni hiss eləmədən hələ də öz
müsəllasında idi. Yepiskop gəlib çəkinmədən onun qolu­
mun yeləyindən dartdı:
- Ey Müqəddəs Zat! Ey Müqəddəs Zat! Day gəlib yetib-
lər! Səni öldürəcəklər!
Papa səcdədəydi. Qalxıb dəhlizlə Müqəddəs Ence-
lo qəsrinə keçdi, yepiskop ayağı dolaşmasın deyə onun

481
ətəyini tutmuşdu. Qaçarkən pəncərələrin birinin önündən
keçdi, bir imperialist əsgər onu güllə yağışına tutsa da,
vura bilmədi.
Yoldaşı ona demişdi:
- Sənin ağ libasın çox diqqət çəkir, ey Müqəddəs Zat!
Onu tezcə öz paltosuyla örtmüşdü, palto bənövşəyi
rəngdə olduğundan az nəzərə çarpırdı.
Müqəddəs Ata qəsrə çatanda sağ-salamat da olsa, çəx
zəif, baxışları şaşqın, üzü solğun, fikri tutqun idi. Əmr elə­
di ki, düşmənin qalaya girməyinə mane olmaq üçün dişli
qapılar salınsın, sonra öz cinahında təklikdə dualara, bəlkə
də, ağlamağa qapıldı.
Muzdluların öhdəsinə buraxılmış şəhər növbəti üç gün
də qarət edildi. Ancaq Müqəddəs Encelo qəsri az zərər çək­
mişdi. İmperialistlər qəsri hər yandan mühasirəyə alsalar
da, hücuma risk eləmirdilər. Çünki onun divarları möh­
kəm, topları çox və müxtəlif kalibrli idi, müdafiəçiləri isə
qərara gəlmişdilər ki, şəhərin biçarə əhalisinin taleyini ya'
şamaqdansa, ölümü birgə qarşılasınlar. Adamlar ilk güm
lər hələ də kömək gözləyirdilər. Bilirdilər ki, italyanlar
buno hersoqu Françesko dila Rufirrinin başçılığı altındakı
müqəddəs ittifaqa daxildirlər və Romadan uzaq deyibə1"'
Roma yepiskopu qulağıma pıçıldadı ki, böyük türk sultanı I

60 minlik döyüşçü ilə Alp dağlarını aşıb və imperialistlə1”1


arxadan vuracaqdır. Fəqət, xəbər doğru çıxmadı, ittifaq10
qoşunları da müdaxiləyə cürətlənmədi, halbuki imkanla1
var idi ki, çətinlik çəkmədən Romanı geri qaytarıb, həya'
sızlığa, sərxoşluğa və qarətə başları qarışmış muzdlulm
rın hamısını qırıb-çatsınlar. Müttəfiqlərinin tərəddüdü

482
qorxaqlığı üzündən Papanın iradəsi zəifləmiş və danışıq­
lar aparmağa qərar vermişdi. Mayın 21-də imperialistlərin
elçisini qəbul eləmişdi.

iki gün sonra onun ardınca başqa bir elçi qısa ziyarətə
gəlmişdi. Qəsrin pilləkənlərilə dırmaşanda onun adı bəzi
mənfi epitetlərlə tələffüz olunurdu. Elçilik eləyən Kolona
sülaləsinin başçılarından biri idi, o, Pompey kardinalının
əmisi oğluydu. Florensa yepiskopu onu söyməyə başladı,
ancaq qalan şəxslər yepiskopu susdurdular. Mənim kimi
Çoxları bilirdilər ki, bu adam çox vicdanlı şəxsdir, şəhərinə
üz vermiş faciəyə sevinmir, əksinə nəslinin elədiyi xəyanətə
görə peşmandır, Romanı xilas eləyib Papanın toxunulmaz-
üğını qorumaq üçün nə əlindən gəlirsə, eləməyə çalışacaq­
dır. Onun gəlişi məni təəccübləndirməmişdi, amma heç gü-
eləməzdim ki, Papa ilə danışıqlar əsnasında mənimlə
söhbət eləmək istəyəcəkdir. Əvvəllər onu görməmişdim,
üuna görə də silahlılardan biri gəlib məni çağıranda heç bir
təsəvvürüm yox idi ki, məndən nə soruşacaqlar.
iki kişi kitabxanada yaxın taxtlarda əyləşmişdilər. Papa
Kliman yas əlaməti və ona yüklənmiş taleyə etiraz əlaməti
0İ£>raq saqqalını iki həftəydi ki, taraş etmirdi. Mənim otur­
mağımı istəyib, ziyarətçisinə təqdim elədi:
- Çox əziz adamın oğlu, çox sadiq və etibarlı dostum.
Kolona mənə məktub gətirmişdi, məni mehribanlıqla
salamlayıb dedi:
- Sakson muzdluların rəhbəri məndən xahiş elədi ki,
Sənə sadiqliyini, minnətdarlığını və xatirinin onun üçün
əziz olduğunu çatdırım.
Leon Afrikalını ancaq bir saksoniyalı tanıya bilərdi. Onun
ədi bir az təntənəli qələbə nidası kimi dilimdən qopdu.

483
- Hans!
- O sənin keçmiş şagirdlərindəndir, yaxşı başa düş­
müşəmsə, böyük səbirlə ona bütün öyrətdiklərinə gərə
sənə təşəkkür eləməkdə və minnətdarlığını sənin, yol-
daşının və oğlunun burdan çıxmağınıza köməklə izhar
eləməkdə israrlıdır.
Mən cavab verməyə macal tapmadan Papa söhbətə
müdaxilə elədi:
- Sən necə qərar qəbul eləsən də, mən etiraz edən de­
yiləm. Ancaq mən xəbərdarlıq eləməliyəm ki, sənin səfərin
özün üçün də, ailən üçün də böyük xətər toxundura bilər.
Kolona mənə izah elədi:
- Qəsri mühasirədə saxlayan əsgərlərin içərisində
apostal kilsəsini sona qədər alçaltmaq istəyən çox qəzəbli
adamlar, xüsusən də Lüterin - Allah onu qiyamət günü öz
qəzəbinə tuş eləsin - fanatizm təlqin elədiyi almanlar van
Orda əksinə kürsünün ləğv olunmamasını və məsihiləra
üz verən rəzalətə son qoyulması üçün çarə tapılmasın1
istəyən başqaları da var. Bu gün zati-aliləri çölə çıxmaq
istəsə, dəstələr tanıyıram ki, onu ələ keçirib, ən iyrənc İŞ'
gəncə və əzablar verməyə tərəddüd eləməyəcəklər.
Ziyarətçisi bu sözlərlə davam eləyəndə isə Klimanin
rəngi avazıdı.
- Nə mənim, nə də ki imperatorun bu işə mane olacaq
gücümüz yoxdur. Danışıqları davam elətdirmək, inandırmə"
ğa və hiyləyə əl atmaq və heç nəyi əsirgəməmək lazımdır.
Bəlkə də buna nümunə göstərmək xüsusən də fay-
dalı ola bilərdi. Bizim indi ümid eləmədiyimiz bir fürsə'
timiz var ki, lüteran missionerin israrlı tələbinə əsaslanıb

484
rnühasirədə olanlardan birini çıxara bilək. O özü kimi ye-
retiklərdən ibarət sakson dəstəsi ilə səni gözləyir, deyir ki,
Şəxsən özü səni burdan uzaqlara müşayiət eləyib yola sal­
mağa hazırdır. Hər şey arzulanan kimi baş versə, bütün
qoşun sabah biləcək ki, sakson muzdluların komandanı
Encelo qəsrində mühasirədə olanlardan birini azad eləyib,
°oda bizə də asan olacaq ki, bir neçə gün sonra digər şəxs­
lərin, bəlkə də zati-alilərini də, toxunulmazlığı və hörməti
gözlənilmək şərtilə azad olunmasını təklif eləyək.
VII Kliman yenidən söhbətə qarışdı:
- Təkrar eləyirəm ki, təhlükələri yaddan çıxarmaq ol-
maz. Həzrət mənə ərz elədi ki, bəzi fanat əsgərlər səni də,
ailəni də, o missioneri də sağ buraxmadan səni müşayiət
eləyənləri də didim-didim eləyə bilərlər. Səndən qəbul
eləməyini gözlədiyimiz qərar asan deyil. Üstəlik, sənin fi­
kirləşmək üçün vaxtın yoxdur, kardinal getməyə hazırla-
Ş,r/ sən də onunla getməlisən.
Xasiyyətimə görə mənim üçün daha yaxşı olardı ki,
birbaşa, ancaq qısamüddətli təhlükəyə atılım, nəinki hər
viran qoyula bilən, od yağdırılan və qan axıdılan mü-
bəsirədəki zindanda sonsuzluğadək daldalanam. Yeganə
tərəddüdüm Madalina və Cozep sarıdan idi. Mənim üçün
asan deyildi ki, qarətkar və qatillər yığnağı içərisindən on-
lan xatircəmliklə keçirib aparım. Di gəl ki, özüm olsam da,
°irnasam da, onları Encelo qəsrində saxlamaq da salamat-
bqlarına təminat vermirdi.
Kolona məni qabaqladı:
- Seçimin necə oldu?
- Allaha pənah. Qadınıma deyəcəyəm ki, burdakı az-
Ç°x müxəlləfatımızı yır-yığış eləsin.

485
- Özünlə heç nə götürməyəcəksən. Qan qoxusu yırtıcı­
larda necə qıcıq doğurursa, kiçik bir düyünçə və dağarcıq
da muzdlularda elə qıcıq doğurur. Buranı necə varsız eləcə
- əliboş, yüngül geyimdə tərk eləməlisiniz.
Höcətləşməyə cəhd də eləmədim. Qismət beləymiş ki,-
bir vətəndən digərinə həyatdan ölümə köçürəmmiş kimi
pulsuz, mal-dövlətsiz, Allah-taalanın iradəsinə tabe olma­
dan köçüm.
işi Madalinaya bir neçə kəlməylə başa salanda həmişə'
ki kimi, heç bir tərəddüd eləmədən dərhal ayağa qalxdı,
elə bil ki, nə vaxtdan bilirmiş ki, onu bir gün sürgünə gel'
məyə çağıracağam. Cozepin əlindən tutub arxamca düşdü/
bizə xeyir-dua verib qəhrəmanlığımızı tərifləyən və biz’
Allahın himayəsinə əmanət eləyən Papanın yanına getdik-
Onun əlini Öpüb, hələ tamamlanmamış bu hadisələr istis-
na edilməklə, bütün yazdıqlarımı ona verdim, bitmənıiŞ
yazılarımı isə büküb kəmərimin altında gizlətmişdim.
Hans keçmişdə birgə gəzib-dolaşdığımız, indi isə əır
caq yanmış xaraba olan Riqollo məhəlləsinin girəcəyində
qolları açıq bizi gözləyirdi. Əynində gödək paltar, ayaT
larında rəngi solmuş nəleyn var idi, başına isə dəbilə
qoymuşdu ki, məni qucaqlamazdan qabaq onu tələsik gö'
türdü. Müharibə onu vaxtından qabaq qocaltmışdı, indi
üzünün sümükləri keçmiş günlərdə olduğundan daha
donqar idi. Böyür-başında 12-yə qədər geniş geyimli və
xal-xal lələkli muzdlu var idi, onları mənə öz qardaşla^’
kimi təqdim elədi.
Elə bir-ikicə addım atmışdıq ki, bir quştal zabiti ÖZ
adamianyla yolumuzu kəsdi. Hans əliylə mənə işarə eləd’

486
ki, yerimdən tərpənməyim və əsgərə qətiyyətli, amma
təhrikedici olmayan bir ədayla yönəldi. Sonra cibindən
bir məktub çıxardı, onun göstərilməsi yolumuzu açdı.
Görəsən, bizi bu minvalla neçə dəfə saxladılar? İyirmi və
ya otuz dəfə. Ancaq Hans bircə kərə də olsun çıxılmaz və­
ziyyətdə qalmadı. O, əvvəlcədən bu kampaniyanı diqqətlə
təşkil eləmişdi, Neapol kralının naibi, kardinal Kolona və
müxtəlif hərbi komandirlərin imza qoyduğu keçid izin-
namələri əldə eləmişdi. Bundan savayı, çevrəsində möh­
kəm və qənimət ardınca küçələri dolaşan çoxsaylı sərxoş
əsgərlərə qarşı silahlarını həmən tuşlayan "sakson qardaş­
ları" var idi.
Hans planının işləməyinə əmin olanda mənə müha­
ribədən danışmağa başladı. Qəribədir ki, dedikləri onun
haqqında məndə olan təsəvvürə uyğun deyildi. Hadisələ­
rin onu necə yaxalamasından şikayətlənib, Romada keçir­
diyi illərin təəssüratını xatırlamağa və şəhəri viran qoyan­
ın suçlamağa başladı. Lap əvvəldən açıq sözlərlə danışır­
dı, ancaq üçüncü gün biz Neapola çataçatda atını səyirdib
qıçı qıçıma toxunanadək mənə yaxınlaşıb dedi:
- İkinci dəfədir ki, toparlaya bilməyəcəyimiz qüvvələ­
ri boşlayırıq. Birincisi Lüterin təlimilə ilhamlanmış sakson
kəndli üsyanı idi, onu ittiham eləyib yatırtmaq lazım idi.
indi də burda Romanın dağıdılması.
İlk iki sözü ərəbcə dedi, sonra fikrini ibranicə tamam­
ladı, bu dili o birindən daha yaxşı bilirdi. Bir şey yəqin idi:
istəmirdi ki, onu müşayiət eləyən əsgərlər şübhələrini və
Peşmanlığının təsirini başa düşsünlər. Hətta mənə elə gəl­
di ki, o, Lüterin müridi olmağına görə son dərəcədə sıxılır.
487
Biz Neapolda olanda hiss elədim ki, ona məni Tunisə qədər
yola salmağı təklif eləməliyəm. O, acı-acı gülümsəyib dedi:
- Bu müharibə mənim müharibəmdir. Özüm onu
istəmişəm, ona qardaşlarımı, əmim oğlanlarını, mitro-
poliya'mın gənclərini çəkib qatmışam. Mən ondan qaça
bilmərəm, hətta məni lap əbədi lənətə aparsa da. Sənsə
ona yalnız izah eləyə bilməyəcəyim ilahi lütfün iradəsilə
qarışmısan.
Bir nökər Neapolda bizi Əbbadın evinə gətirdi, Hans isə
Əbbad gəlib hasar qapısını açmayınca bizi tərk eləmədi. Az
qalmışdım ki, bir gün onu görmək arzularımı deyim, an­
caq istəmədim bu kişiyə qarşı duyduğum minnətdarlığı'
mı saxta ibarələrlə korlayım. Onu eləcə möhkəm-möhkəm
bağrıma basıb, atalıq mehriylə baxmaqla kifayətləndim. ■

indi Susinin məni hərarətlə qucaqlamaq növbəsi çat'


dı. Neçə ay idi ki, hər gün bizim gəlişimizə ümid bəslə'
yib, bütün səfərlərini ləğv eləmiş və and içmişdi ki, bizsiz
getməyəcəkdir. Daha onu saxlayan heç nə qalmadı. Ancaq
hamamlanmaq, təntənəli ziyafət və gözümüzün acısın1
almaq üçün vaxt lazım oldu. Hamımız ətirlənib, yeni əl'
bisələrimizin ətəklərini sürüyə-sürüyə gəlib limana yetdik*
Əbbadın ən yaxşı gəmisi Tunisə yola düşmək üçün bizi
gözləyirdi.
Sonuncu səhifədə sonuncu kəlməni cızanda İfriqiyyə
sahilindəydik. Qəmaratın ağ minbərləri, Qərtacənin uca
təpələrinin kölgəsində unutqanlıq pusub məni gözləyirdi/
çoxlu sayda batıb-çıxmalardan sonra həyatımın məcras1
onların istiqamətinə dəyişdi. Qahirə fəlakətindən sonra
1 Mitropolun (katolik dini rütbəsi) tabcliyindəki ərazi

488
Roma viranı, Qərnatanın süqutundan Timbuktunun yan-
Vf
gını-müsibətmi məni haylayır, yoxsa mənmi müsibətləri
özümə haylayıram?
•«
Ovladım, üzləşdiyim dolanbacın bütün hallarına şahid
°lan bu dəniz məni yenə də aparır, o dəniz ki, bu gün səni
lIk sürgün yerinə aparır. Sən Romada afrikalı balasıydın,
Afrikada isə rumlu balası olacaqsan. Harda olsan da, sənin
dərini və dualarını araşdırmaq istəyənlər tapılacaqdır. Öv-
tadım, onların instinktlərini oyatmaqdan çəkin, kütlənin
təzyiqinə boyun əyməkdən saqın. Müsəlman da olsan, yə­
hudi də, nəsrani də, səni olduğun kimi qəbul eləməlidirlər,
Yə da sən onları tərk eləməlisən. Haçan sənə elə gəlsə ki,
adamların düşüncəsi dardır, özünə de ki, Allahın torpağı
8eniş, əlləri və qəlbi əngindir. Bütün dənizlərin arxasına,
bütün sərhədlərin, vətənlərin və etiqadların o biri üzünə
haqlaşmaqda tərəddüd eləmə.
Mənsə öz səyahətimin sonuna çatmışam. 40 illik ma­
cəralar mənim könlümü də, addımlarımı da ağırlaşdırıb,
indi öz ailəm və qəbiləmin arasında sakit və uzun bir əy-
yərn yaşamaqdan özgə bir istəyim qalmayıb. Yalnız kaş ki
Allahın vəchi önündə, heç kimin qəribçilik hiss eləmədi­
yi axırıncı yerə bütün səyahət eləyənlərin arasında birinci
°ləydım.

489
Mündəricat

QƏRNATA KİTABI. . . . . . . . . . . . . . . . . . . . . . . . 11
Azad Səlma ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 11
Ovsunlar ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 37
"Əstəğfürullah" ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . 49
Sükut ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 63
Şənlik ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 94
Köç ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 105
FƏS KİTABI. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 115
Karvansaralar ili. . . . . . . 117
Baxıcılar ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 131
Ağıçılar ili. . . . . . . . . 141
Təhqiqatçı Harun ili. . . . . . . . . . . . . . 149
İnkivizatorlar ili . . . . . . . . . . . . . . . . . . . . 157
Hamam ili. . . . . . . . . . . . . . . . . . . .

İki qəzəbli aslan ili. . . . . . . . . . . . . . . . . . . . . . . . 174


Quranın bitirilməsi ili. . . . . . . . . . . . . . . . . . . . . . 181
Yalan ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 190
Sancılmış çöp ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . 199
Karvan ili . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .213
Timbuktu ili. . . . . . . .. . . . . . . 224
Vəsiyyət ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 236
Dəlixana il. . . . . . . . . . . . . . . . . . . . . . . . . 247
Gəlin ili. . . . . . . . . . . . . . . . . . . .

490
Sərvət ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 261
«
•ki saray ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 270
Axsaq Şərif ili 278
Qasırğa ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 287
QAHİRƏ KİTABI. . . . . . . . . . . . . . . . . . . . . . . . . 304
hörmətli göz ili . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 306
Çərkəz qızı ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 320
üsyançılar ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 335

°yük türk sultanının ili . . . . . . . . . . . . . . . . . . . 349


^ünian bay ili. . . . . . . . . . . . . . . 367
Qaçırılma ili . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 377

R°Ma KİTABI. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 388


^Üqəddəs Encelo ili. . . . . . . . . . . . . . . . . . . . . . . 390
Bidətçilər İ1İ. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 399
üönmə qadın ili.. . . . . . . . . . . . . . . -. . . . . . 410
Adrian ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 420
Süleyman ili. . . . . . . . . . . . . . . . •. . . . . . . . . .....429
rəhmlinin ili. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 439
Brənsa kardinalı ili. . . . . . . . 434
Qara dəstələr ili 462
Alman muzdlular ili 474

491
The: International B
Amin

Maalouf
Leon l'Africain
WINNER OF THE
«PRIX GONCDURTn

...Bir vaxtlar Əndəlus mövzusu böyük ideoloqumuz Əli bəy Hüseynzadəni


("Kasablanka faciəsi və Osmanlı-İran komediyası" əsəri) və böyük
dramaturqumuz Cəfər Cabbarlını da düşündürüb. Mövzunun çağdaş
azərbaycanlı oxucuya da maraqlı olacağını düşünürük. Zira torpaq itkisi,
böyük tarixi şok yaşamış hər bir xalq belə bir taleyi yaşamış digər xalqların
tarixindən çox ibrətlər əxz edə bilərlər.

Amin Maalouf 1949-cu ildə Beyrutda xristian ailəsində anadan olub. Beyrutdakı
Ali Ədəbiyyat Məktəbi və Müqəddəs İosif Universitetində iqtisadiyyat və ictimai
elmlər üzrə ali təhsil alıb. Jurnalistika sahəsində çalışar. Amin Maalouf Beyrutda
nəşr olunan "ən-Nəhar" (Gün) qəzetinin iqtisadi əlavəsində, sonra isə beynəlxalq
şöbəsində işləyib. 1976-ct ildə Fransaya köçərək orada yaşamağa başlayıbdır. Burada
"Ekonomiya" iqtisadi jurnalında işləyib. Sonra isə "Con Afrik” jurnalında redaktor
kimi çalışıb və "ən-Nəhar-əl-arabi-əd-duvali" qəzeti ilə əməkdaşlıq edibdir. Bundan
sonra ədəbi yaradıcılığa keçərək bədii əsərlərini dərc etməyə başlamışdır, ilk bədii
yaradıcılıq nümunəsi "Səlib müharibələri ərəblərin gözü ilə" əsəridir. 1983-cü ildə
nəşr olunan tarixi roman çox keçmədən bir neçə dilə çevrilir. 1986-cı ildə isə onun
şah əsəri sayılan "Leon Afrikalı" romanı işıq üzii görür. Əsər "Ərəb-fransız
dostluğu" mükafatı ilə təltif edilibdir. 1988-ci ildə ədibin türk tarixinə də toxunan
"Səmərqənd" tarixi romanı nəşr olunubdur.

7 99^

You might also like