Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 6

XIX ƏSR ƏDƏBİ DİLİ

XIX yüzilliyin əvvəllərindən Azərbaycan xalqının həyatında elə köklü bir tarixi
hadisə baş verir ki, sonrakı bütün siyasi-ictimai, mədəni-elmi inkişafın
məzmunu onunla şərtlənir. Bu, Azərbaycanın iki yerə parçalanması, Azərbaycan
xalqının iki siyasi və inzibati şəraitdə yaşamağa məcbur olması faktıdır.
Azərbaycanın iki dövlətin tabeliyində yaşaması bir xalqın iki siyasi şəraitə, iki
mədəni mühitə düşməsi demək idi. İran dövlətinin tərkibindəki Cənubi
Azərbaycanın mədəni təkamülü Şərq feodal relsi üzərində gedir; Rusiya
imperiyasına düşən Şimali Azərbaycan isə tədricən yeni, elmi-texniki tərəqqili
Avropanın inkişaf ritminə uyğunlaşır. Düzdür, Şimali Azərbaycan Rusiya
imperiyasında ikiqat zülmlə qarşılaşmalı olur - bir tərəfdən, ənənəvi feodal
özbaşınalığı qalır, ikinci tərəfdən, ona çarizm əsarəti, çar məmurlarının
özbaşınalığı, istismarı əlavə olunur: «...carizmin, mülkədar və kapitalistlərin ağır
zülmü rus xalqına və Rusiyanın bütün xalqlarına təzyiq edirdi. Rus olmayan
millətlərin xalq kütlələri, o cümlədən Azərbaycan xalqı ikiqat zülmə - çarizmin
və yerli istismarçıların zülmünə məruz qalmışdı. Yerli mülkədarlara və
burjuaziyaya arxalanan çarizm Azərbaycanda da amansız müstəmləkəçilik
siyasəti yürüdür, milli-azadlıq hərəkatını quduzcasına boğur, Azərbaycan dili və
mədəniyyətinin inkişafına əngəl törədirdi»1. Ancaq bu da var ki, burada
Azərbaycanın açıqfikirli oğulları, mütərəqqi ziyalıları qabaqcıl rus mədəniyyəti
(V.İ.Leninin təbirincə, Çernışevskilər və Plexanovlar irsi) ilə tanış olur, ondan
çox şey götürür, qabaqçıl ideyalarla qidalanırlar: bir tərəfdən, Rusiyadakı
dekabristlər hərəkatının səsi Azərbaycana çatır, o biri tərəfdən, Qafqaza sürgün
olunmuş dekabristlərə rəğbət bəsləyən rus ziyalıları, şairləri öz maarifçiliyi,
demokratizmi ilə xalqımızın ayrı-ayrı oğullarını bilavasitə mənəvi təsir altına
alırlar. Beləliklə, çar despotizmi ilə yanaşı, Rusiyanın demokratik və inqilabi
ideyalarının şüaları da Şimali Azərbaycana saçılmağa başlayır. Şimali
Azərbaycanın siyasi, mədəni həyatı Rusiyadakına uyğun tənzim olunur.
Çarizmin fəth etdiyi Qafqazda ziddiyyətlər barədə V.İ.Leninin sözlərini
xatırlayaq: «Qafqazın Rusiya tərəfindən iqtisadi «fəthi» siyasi fəthindən çox-çox
sonra olmuşdur. Qafqaz qızğın surətdə müstəmləkələşdirilirdi.

Rusiyadan çoxlu muzdlu kənd fəhləsi cəlb edirdilər. Digər tərəfdən, Moskvadan
gətirilən sənaye malları ilə rəqabətə davam gətirməyib süqut edən köhnə yerli
«kustar» peşələri sıxışdırılıb aradan çıxarılırdı»1. Bu fikir eynən Azərbaycana da
aiddir: ilk (siyasi) fəthlə qabaqcıl Rusiyanın ideyaları da Azərbaycana axır;
sonrakı (iqtisadi) fəthlə müasir sənaye, ticarət, elm təsirləri nüfuz edir. Gəlmə
iqtisadi maşınla yerli iqtisadiyyat arasındakı rəqabət ölkənin təsərrüfatında
müəyyən dirçəliş yaradır. «Əkinçi»nin Azərbaycanda kənd təsərrüfat
mədəniyyətini yüksəltmək təbliğatı məhz həmin «iqtisadi fəth» dövrlərinə düşür.
Hələ əsrin əvvəllərindən – 20-ci illərdən Qarabağ, Quba, Talış əyalətlərində
kənd təsərrüfatının inkişafında yüksəliş görünür, ümumiyyətlə, ölkənin iqtisadi
dirçəlişi hiss olunur. XIX əsrin birinci yarısından Gədəbəy filiz yataqlarının
istismarına başlanır2. Car-Balakəndə, Şuşada, Şamaxıda ipək istehsalı geniş
vüsət alır3. Quba, Şamaxı və Lənkəranda qızıl boya istehsal olunur4. 40-cı
illərdə şəhərlərin sənətkarlıq emalatxanalarında 10-12 nəfərə qədər adam
çalışırdı.

XIX əsrin sonlarında Azərbaycanda kapitalist sənayesi müəyyənləşir, nəqliyyat


inkişaf edir. Bakı böyük neft sənayesi mərkəzinə çevrilir, neft ixracı yaranır və
getdikcə artır. Şəksiz, bu iqtisadi yüksəliş kapitalizmi yaratmaqla bərabər, onun
ziddiyyətlərini də yaradır. «XIX əsrin sonlarında Bakı neft sənayesinin coşqun
inkişafı dövründə orada kapitalist istehsal üsuluna məxsus ziddiyyətlər kəskin
surətdə özünü büruzə verir1. Siyasi və iqtisadi fəthin ardınca və onunla bağlı,
Rusiyanın elmi, mədəni, ədəbi fikirləri də Azərbaycana yol tapır. Xalq öz
mütərəqqi qüvvələrinin vasitəsilə bu məzmunda təsiri məmnuniyyətlə qəbul
edir. Belə təsir kapitalist inkişaf yolundan kənarda qalan Şərqin feodal geriliyi
ilə müqayisədə müsbət faktor idi və bu, Şimali Azərbaycanın XIX əsrin yeni,
elmi-texniki tərəqqiyə meydan açan kapitalist Avropası səpkisində təkamülə
səmtləşməsi demək idi. Bu işi Şimali Azərbaycanda iqtisadi və mədəni inkişafın
Avropa tərəqqi yoluna yönəldiləcək yüksəlişi Rusiyanın şüurlu, düşünülmüş,
məqsədli planı idi. Birinci məqsəd Şimalı tərəqqi yoluna çıxararaq, feodal
geriliyi yaşayan cənubla onun arasında uçurum yaratmaq idi. İkincisi, şimalın
iqtisadiyyatını mədəniləşdirməklə məhsul bolluğuna nail olmaq, özü üçün güclü
gəlir mənbəyi əldə etməkdi. Üçüncüsü, istedadlı Şərq insanlarından elm,
mədəniyyət sahəsində kadrlar yetişdirməklə özünə mənəvi dayaq hazırlayırdı.
Bu məsələ Rusiyanın İrandakı səfiri A.S.Qriboyedovla Tiflisin mülki
qubernatoru P.D.Zaveleyskinin 1828-ci ildə çara ünvanlanmış məktubunda
aydın ifadə olunur. Onlar Zaqafqaziyada hazırlamaq istədikləri ticarət şirkətinin
layihəsini əsaslandırmaq üçün yazırdılar: «Zaqafqaziya ölkəsinin təbii
məhsulları o qədər rəngarəng və zəngindir ki, onları yalnız seçmək və emal
etməklə fayda götürmək olar.

Qazanc tamahı onların (şirkət üzvlərinin – T.H.) çoxunu daha çox öyrənməyə və
fəaliyyət göstərməyə həvəsləndirər. Beləliklə, maarif şəxsi mülahizələrə tabe
olan köməkçi vasitə kimi meydana çıxacaq, lakin tezliklə özünün qarşısıalınmaz
təsiri ilə yeni maarif axtaranları əhatə edəcək və tənbəllik hissi, elmə, incəsənətə
laqeydlik, faydasız, hər şeyə ziyan gətirən özünü sevmək hissi öz yerini ən nəcib
hisslərə – biliklərə yiyələnmək ehtirasına və öz varlığını mənəvi cəhətdən
zənginləşdirmək cəhdinə verəcəkdir. Etiraf edirik ki, Rusiyada hələ bacarıqlı və
savadlı adamlar çox deyil (rus dövlətinin özünün eyibləri də söylənir – T.H.),
onları öz müstəmləkələrinə və ya özünün işğal etdiyi qeyri xalqlar yaşayan
əyalətlərə göndərməklə Rusiya özözünə ziyan vuraraq gücünü səpələyir. Başqa
tərəfdən, faydalı və tərifəlayiq keyfiyyətləri ilə seçilməyən rus təbəələri yalnız
mənəvi pozğunluq yayırlar (dövlətin özündə olan rus yaramazlıqları söylənir və
bunun imperiya ərazisinə yayılma təhlükəsinə işarə olunur – T.H). Bununla
yanaşı, yürüşdən qayıdan gürcülər və ya Şirvan, Qarabağ və başqa əyalətlərin
müsəlmanları qılıncı qınına qoyub digər xidmətlərdən yayınır və ruslardan uzaq
gəzirlər (deməli, ölçüb-biçirlər, yerli şəraiti nəzərə alırlar. Bu, siyasətdə
incəlikdir – T.H.), indiyə qədər onlar rusları məğrur, əlçatmaz hesab edirdilər,
çünki onları həmişə amiranə və ciddi hakimlər kimi tanıyırdılar. Şəxsi fayda
üçün dinc, xoş münasibətlər, hər cür qarşılıqlı xidmət eyni cəmiyyətin üzvləri
arasında müəyyən bərabərlik yarada bilər. Yalnız bu yolla bizlə bizə tabe olan
xalqlar arasında kəskin sədd qoyan xurafat aradan qaldırılır və bu da
milliyyətindən asılı olmayaraq özlərinin bütün təbəələrinə xeyirxahlıq göstərən
bizim insanpərvər monarxların ali məqsədinə uyğundur. Yuxarıda qeyd
etdiyimiz məmurlara gəlincə şirkətin qulluqçuları və onların uşaqları onun
açacağı məktəblərdə təhsil alar, sonralar yeri düşdükcə, dövlət xidmətinə
qulluğa girər və Zaqafqaziya idarəsindəki xidməti, məhkəmə və s. yerləri tuta
bilərlər. Yerli sakinlər yeni dəyişilmiş həyat tərzinin xeyrini və yaxşı cəhətlərini
nə qədər 11 çox hiss etsələr, o qədər də onları bu dərəcəyə çatdıran idarə
üsulunu çox istəyəcəklər. Belə olduqda onlar həvəslə yaxşı təşkil olunmuş milis
və ya nizami alaylar şəklində bu üsulu müdafiə edən döyüşçü – vətənpərvərlərin
sıralarında birləşərlər; hər halda onlar döyüşlərin və hücumların deyil, yad
iqlimin qurbanları olan minlərlə oğulların qiymətli həyatını Rusiya üçün
saxlayırlar» (yəni minlərlə ruslar ölməkdən minlərlə yerli oğulların Rusiya
yolunda ölməsi məqsədə uyğundur – T.H.)1. Göründüyü kimi, sırf Rusiyanın
imperiya mənafeyi əsas tutulur, ancaq Azərbaycan sonra bundan öz istedadlı
övladlarının vasitəsi ilə fayda götürəcəkdir. A.Bakıxanov, M.F.Axundzadə kimi
imperiya qulluğunda olub millətinə xidmət etmiş məmurlar nəzərdə tutulur.
F.Engels K.Marksa məktubunda həmin tarixi mənzərəni belə təsvir edir:
«Rusiya Şərqə münasibətində həqiqətən proqressiv rol oynayır. Bütun
alçaqlığına və slavyan çirkabına baxmayaraq (ayırma mənimdir – T.H.)
Rusiyanın hökmranlığı Qaradəniz və Xəzər dənizi üçün, həmçinin Mərkəzi
Asiya üçün də, başqırd və tatarlar üçün də sivilizator rolu oynayır».
XIX əsrdən dilxarici amillər ədəbi dilin inkişafına o vaxta qədər görünməmiş
səviyyədə ciddi müdaxilə edir. Bu zaman dil һaqqında fikirlər sadəcə bədii söz
sənəti һaqqında poetik məzmunlu şair sözü olmaqla məһdudlaşmır, sistemli
dilçilik görüşü şəklini alır. Keçmiş yüzilliklərdəki mexaniki-kortəbii
təzaһürlərdən fərqlənərək dilxarici faktorlarla dildaxili һadisələr fəal qarşılıqlı
əlaqəyə girir. Bu dilxarici amillər ədəbi dilin inkişafını, uslubların yaranmasını,
olanların yenidən təşkilini, formalaşmasını sürətləndirir. Nə qədər qeyri-adi
görünsə də, xarici şəraitin dilin inkişafına çoxkeçidli təsiri aşkar görünür. İkiqat
zülmün yaranması, istismarın şiddəti narazılıq һissini gücləndirir. Bu һiss
ictimai müһitə satirik münasibət yaradır, һəmin münasibət təzə bədii formanın -
satiranın təşəkkülünə gətirir. Satira xalq dilindən material seçir, bədii üslubun
ifadə imkanı artır, beləliklə, bütövlükdə ədəbi dil leksik-frazeoloji cəһətdən
genişlənir, onun sintaksisi daһa da çevikləşir və xəlqiləşir. Dilxarici amillər
içərisində ədəbi dilin normativ inkişafına təsir edən güclü faktorlardan biri
dilçilik müһiti idi.

Şimali Azərbaycanda, ümumiyyətlə, elmin tərkib һissəsi kimi dilçilik də inkişaf


edir. Həm də dilçilik başqa elm saһələrinə nisbətən diqqəti xüsusilə cəlb edir.
Əlbəttə, bunun bir səbəbi bütövlükdə müxtəlif elm saһələrinin az-çox inkişafı
üçün şəraitin yaranmasıdır, ancaq başlıca cəһət bundan ibarətdir ki, imperiya
daxilində çar məmurlarına yerlərdə idarə məqsədi ilə, başqa dillərlə yanaşı,
Azərbaycan türkcəsindən də dərs vəsaitləri һazırlanırdı. Təsadüfi deyil ki, bu dil
əsərlərinin əksəri təcrubi-tədris kitablarıdır. Ya tədris kitablarının içərisində, ya
da müstəqil şəkildə ruscaazərbaycanca və azərbaycanca-rusca lüğətlər çap
olunur. Məsələn, T.Makarovun «Татарская грамматика кавказского наречия»
(Tiflis, 1848), L.Budaqovun «Турецко-татарский букварь» (Tiflis, 1844),
«Практическое руководство турецко-татарско-адербайджанского наречия»
(Moskva, 1857), M.Vəzirovun «Учебник татарско-адербайджанского
наречия» (Sankt-Peterburq, 1861) və s. kitabları bu qəbildəndir. Rusiyada
Azərbaycan dilinin öyrənilməsinə xüsusi fikir verilməsi bu dilin Yaxın Şərqdəki
kütləviliyi ilə bağlıdır. Rusiyanın öz şərq və cənub əyalətləri ilə və
ümumiyyətlə, Yaxın Şərqlə siyasi-diplomatik və yerli-milli əlaqələrində
Azərbaycan dili mühüm rol oynamışdır. A.A.Bestujev Marlinski yazırdı:
«Avropada fransızca ilə olduğu kimi, Zaqafqaziya tatarlarının (azərbaycanlıların
– T. H.) dili ilə də bütün Asiyanı tamam dolaşmaq olar»

Əsl məsələ də müstəmləkəçilik siyasəti ilə bərabər, Rusiyanın Şimali


Azərbaycanda oynadığı həmin «mədəniləşdirici rol»dadır. Bu dövrdə rus elm və
mədəniyyəti zəminində Mirzə Cəfər Topçubaşov, Mirzə Məhəmmədəli
Kazımbəy kimi görkəmli elm və maarif xadimləri yetişir; XIX əsr Azərbaycan
ədəbiyyatı və elmindəki qiymətli əsərləri ilə A.Bakıxanov mədəniyyətimizin
tarixində dərin izlər buraxır; Q.Zakir Azərbaycan şeirinin gəlişində təzə
istiqamət açır; M.F.Axundzadə ədəbi, elmi və ictimai fəaliyyəti ilə özünü
«universitetimiz» kimi tanıdır, milli mədəniyyətimizin gələcək inkişafına ton
verir, onun gördüyü işlər təkcə Azərbaycan xalqının həyatı ilə məhdudlaşmayıb,
ümumşərq əhəmiyyəti qazanır; yeni mədəni-siyasi şəraitlə əlaqədar olaraq
Xurşudbanu Natəvanın dünyagörüşü müəyyənləşir; Moskva Universitetini
bitirən Həsən bəy Zərdabi «Əkinçi» qəzeti ilə mədəniyyətimizin tarixinə təzə
səhifə yazır; XIX əsrin sonlarından Qori seminariyasının yetirdiyi
azərbaycanlılar elm, ədəbiyyat və mədəniyyətin müxtəlif saһələrinin,
bütövlükdə ictimai-siyasi gedişin gələcək istiqamətini müəyyənləşdirir, ölkədə
demokratik ideyaların һazırlanmasında, maarifçiliyin inkişafında, mətbuatın
xalqa xidmətinin fəallaşmasında çox iş görürlər. Qafqaz Azərbaycanında «Molla
Nəsrəddin», «Kaspi», «Həyat», «Füyuzat», «İrşad» nəşr olundu, opera
bəstələndi, Naxçıvanskilər, Ə.Şıxlinski, S.Mehmandarov kimi generallar yetişdi
və s.

You might also like