Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 10

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Fakültə: Məşqçilik-1
İxtisas: Voleybol
Qrup: 111A16
Kurs: 2
Tələbə: Məmmədzadə Pərviz
Fənn: Azərbaycan dili
Mövzu: Akademik kommunikasiya

1
Ünsiyyət prosesində dilin qayda-qanunlarından, normalarından düzgün istifadə edilməsi
kommunikasiyanın ən yüksək mərhələsi hesab olunan akademik kommunikasıyanı
formalaşdırır. Akademik kommunikasiya peşəkar ünsiyyət zamanı istifadə olunan nitqdir.
Bura müəllimin, hüquqşünasın, din xadiminin və b. peşəkar insanların nitqi daxildir.
Akademik nitq ictimai nitqin bir növüdür ki, bura həmçinin diplomatik nitq, məhkəmə nitqi
və s. kimi nitqlər də daxildir.
Belə ki, o dövrdə elim-tədrisin özü, o cümlədən ritorikanın tədrisi ictimai xarakter
daşıyırdı, heç də hamı inandırıcı, məntiqli və təsirli nitq hazırlamağı və cəmiyyət qarşısında
çıxış etməyi bacarmırdı. Buna görə də, qədim Yunanıstanda ritorika elmini tədris edən
müəllimlər – sofistlər peşəkar nitqlər tərtib edən loqoqrafları və peşəkar natiqləri
yetişdirirdilər.Qədim Yunanıstanın Sokrat,Platon,Aristotel,Demosfen və s . görkəmli
filosof-natiqləri ritorika elmini tədris etmiş, onun nəzəri və praktik əsaslarını qoymuşdular.
Məsələn, görkəmli yunan filosofu Aristotel hələ e.ə. 335-ci ildə “Ritorika” adlı traktatı
yazmaqla, Demosfen öz praktikasında kəşf etdiyi ritorik üsullarla bu elmin ənənələrini
yaratmışlar. Klassik ritorikanın bir çox qanunları bu gün də öz aktuallığını qoruyur.
Azərbaycanda da ta qədim zamanlardan akademik kommunikasiyanın- ritorikanın bir çox
görkəmli nümayəndələri yetişmişdir. Şifahi və yazılı dil nümunələrimiz bu barədə geniş
təsəvvür yaradır, ölkəmizin şeir, sənət ocağı, natiqlər məkanı olduğunu sübut edir.
Vətənimizin yetişdirdiyi N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, M.F.Axundov,
C.Məmmədquluzadə, N.Nərimanov, M.Ə.Rəsulzadə, S.Vurğun, nəhayət, H.Əliyev kimi
oğulları ritorika tarixində böyük rol oynamış, ritorikanın ənənələrini yaratmışlar.
Akademik kommunikasiya zamanı əsasən nitqin elmi üslubundan istifadə olunur. Elmi
üslub elmi məruzələrin, mühazirə və çıxışların, monoqrafiyaların, elmi məqalələrin,
dissertasiyaların, dərsliklərin, dərs vəsaitlərinin və s. dilidir. Bu üslub həmin materialların
məzmun və məqsədlərinə əsasən müəyyənləşdirilir.
Elmi üslubun səciyyəvi xüsusiyyətləri bunlardır:
● Şərhin məntiqi ardıcıllığı;

2
● Məzmunun informasiya zənginliyi ilə yanaşı dəqiqliyi,birmənalılığı və
yığcamlığı;
● Məzmunda terminlərin bolluğu;
● Mühakimənin konkretliyi,bitərəfliyi,obyektivliyi;
● Elmi frazeologiya(düz bucaq, kəsişmə nöqtəsi və s.)
● Mücərrəd leksikanın üstünlük təşkil etməsi (inkişaf,hərəkət,amil,fəaliyyət və
s.);
● Tək anlayışı bildirən formanın cəm mənasında verilməsi
● Mürəkkəb cümlələrdən istifadə;
● Modal sözlərdən istifadə;
● Elmi fikri sübut etmək üçün müxtəlif vasitələrdən-cədvəllər, diaqramlar,
düsturlar və s. istifadə;
Akademik kommunikasiya şifahi və yazılı formada təzahür edir. Mühazirə, məruzə,
çıxış şifahi akademik kommunikasiyanın ən geniş yayılmış növləridir.
Mühazirə ali məktəblərdə, elmi idarələrdə, kütləvi tədbirlərdə istifadə olunur. Ali
məktəblərdə müəyyən mövzu üzrə professor və ya dosentin söylədiyi mühazirə bu nitqə ən
gözəl nümunədir. Mühazirə zamanı danışana yerindən sual verilə bilər. Bu zaman o,
suallara yerindəcə və ya nitqin sonunda cavab verə bilər.
Məruzə bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqdir. Məruzənin bir
neçə növü vardır: hesabat məruzəsi, elmi məruzə, siyasi məruzə. Məruzə digər nitq növləri
kimi üç hissədən- giriş, əsas hissə və nəticədən ibarət olur. Əvvəlcə məsələnin
əhəmiyyətindən, aktuallığından, məqsədə çatmaq üçün hansı yol və üsullardan istifadə
edildiyi, görülən işin məzmunu göstərilir, münasibət bildirilir, araşdırmalara yekun vurulur.
Sonda məruzə müzakirə edilir, təkliflər verilir.
Çıxış yığıncaq, müşavirə, nümayiş və konfranslarda edilən məruzə ətrafında
dinləyicinin öz fikrini, münasibətini bildirməsidir. Çıxış elmi, siyasi və ictimai xarakterdə
ola bilər. Çıxış yığcam olmalı, mövzudan kənara çıxılmamalı, ardıcıl, rabitəli və aydın
olmalıdır, loru, nalayiq sözlər işlədilməməlidir.
3
Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir. Yazılı
akademik nitqə tezis, məqalə, dissertasiya və s. aid etmək olar. Akademik yazı elmin və
təhsilin ayrılmaz atributlarından biridir. Beynəlxalq elm və təhsil sisteminə inteqrasiyada
tərəflərin bir-birini anlaması üçün dünyanın bir çox qabaqcıl universitet və təhsil
mərkəzlərində akademik ünsiyyət standartlarından istifadə olunur. Beynəlxalq akademik
yazı qaydalarına bələd olmaq dünya elm sisteminə inteqrasiya etmək, orada qəbul olunmuş
standartları mənimsəmək deməkdir. Bütün dünyada elmi işlərin standart bir yazılma forması
vardır. Həmin standartlara uyğun gəlməyən işlər beynəlxalq elmi jurnallar tərəfindən qəbul
edilmir.Beynəlxalq yazı qaydaları akademik ünsiyyəti asanlaşdırır,oxunu sadələşdirir.Vahid
standartlar üzrə yazılmış mətndə hansı məlumatın harada olduğu əvvəlcədən bilindiyinə
görə, lazım olan informasiyanı tapmaq asan olur.
Akademik yazını digər yazı növlərindən fərqləndirən xüsusiyyətlərə nəzər salsaq,
görərik ki, bu yazıda konkret yazı strukturu tələb olunur. Məsələn, giriş, əsas hissə və
nəticə. Bu sadə strukturu bütün akademik yazı formatlarında görmək olar. Akademik yazı
bir sıra digər şəxsi yazı formalarından fərqlidir, çünki o, təməl nəzəriyyələrlə bağlıdır,
gündəlik həyatda idarəedici proseslərə və təcrübələrə səbəb olur.
Akademik yazı ilə digər yazı janrları arasında ikinci fərq isə nəşr edilmiş yazılardan
gətirilən sitatlarla bağlıdır. Əgər akademik yazıda hər hansı bir arqument irəli
sürülürsə,həmin fikir mövzu üzrə yazı nəşr etdirmiş bir və ya bir neçə müəllifin mövqeyi ilə
əlaqələndirilməlidir. Əslində, digər müəlliflərin işlərindən sitat gətirmək akademik yazının
əsas şərtlərindən biridir, çünki bu, sizin mövzu ilə əlaqədar ədəbiyyatı oxuduğunuzu,
ideyaları anladığınızı, bu və ya digər ideyalardan öz yazı işinizdə istifadə etdiyinizi
göstərir. Akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır. Bu
qayda və təcrübələr istifadə edilən ədəbiyyatlardan gətirilmiş sitatlarla dəstəklənən
ideyaların təqdimatında müəyyən bir formal ardıcıllıq və ya struktura əsaslanmağa kömək
edə bilər.
Üçüncüsü, akademik yazıda hər zaman orfoqrafiya qaydalarına, punktuasiyaya və
qrammatik standartlara əməl edilməlidir. Düşüncənin ifadə olunmasında fikir aydınlığını
4
qoruyub saxlamaq və ikimənalılıqdan uzaq olmaq üçün punktuasiya, eyni zamanda
qrammatik qaydalar akademik yazıda böyük önəm daşıyır.
Akademik yazılar nə öyrədir?
∙ Yazı işləri mövzu üzrə daha dərin anlayışa sahib olmağınıza yardımçı olur.
∙ Bu işlər hər hansı bir mövzunu daha dərindən və analitik şəkildə araşdırmaq imkanı
yaradır.
∙ Yazı işləri daha fəal öyrənməyə təşviq edir.
∙ Onlar bilik və anlayışınızı, o cümlədən mühakimə etmək və akademik şəkildə yazmaq
bacarığınızı oxucunuza nümayiş etdirmək üçün bir vasitədir. Lakin ...
∙ Akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil.
∙ Onlar düşünmə və planlaşdırma tələb edir.
∙ Onlar ədəbiyyata əsaslanaraq və ondan istiqamət götürərək, öz rəylərinizi formalaşdırmağa
imkan verir.
∙ Onlar həmçinin, öz fikirlərinizi aydın şəkildə təqdim edə biləcəyiniz arqumentlərə
çevirməyi tələb edir.
∙ Eyni zamanda, onlar cümlələrinizin mümkün qədər aydın yazıldığına əmin olmağınızı
tələb edir, çünki yazı dili asanlıqla yanlış anlaşılmaya səbəb ola bilir.
Nəhayət, yazı işləri düşünmə, yazma və qiymətləndirmə bacarıqlarınızı gücləndirmək
imkanı yaradır
Akademik kommunikasiyada bir sıra tələblərə əməl olunmalıdır ki, bu da
kommunikasiya mədəniyyətinin mühüm hissəsini təşkil edir. Bunlar, əsasən,
aşağıdakılardır:
1. Ünsiyyət zamanı dil normalarını gözləmək. Dildə norma dedikdə, ədəbi dil başa
düşülür. Ədəbi dil fonetik, leksik və qrammatik qaydaları əhatə edir ki, kommunikasiya
prosesində bu, ən vacib şərtlərdəndir. Ünsiyyət zamanı sözlərin düzgün tələffüzü, kobud
sözlərdən, dialektlərdən və jarqondan istifadə edilməməsi, cümlənin düzgün qurulması,
düzgün söz sırası və s. norma hesab olunur.

5
2. Mədəni nitqin tələblərinə əməl etmək. Mədəni nitqin tələbləri içərisində bir neçə
istiqaməti- anlaşıqlılığı, ifadəliliyi, sadəliyi, yığcamlığı və s. göstərmək olar.
Nitqin təmizliyi. Ədəbi dil normalarına uyğun, yad ünsürlərdən uzaq olan nitq təmiz nitq
hesab edilir. Bir sıra söz qrupları - vulqarizmlər (kobud sözlər), varvarizmlər (dilimizdə
qarşılığı olan alınma sözlər), dialekt sözlər nitqin təmizliyinə xələl gətirir. Məs.: yenə-genə,
niyə-nöş, soyad-familiya, vəzifə-missiya, , sənəd-dokument. Nitqdə şeydi, zaddı, adı nədi,
və s. tüfeyli sözlər istifadə də yolverilməzdir. Mədəni nitq onların istifadə olunmasını qəbul
etmir.
Nitqin düzgünlüyü.Bu, mədəni nitqin əsas tələbidir. Düzgünlük onunla ölçülür ki, söz
fonetik (orfoqrafik-orfoepik), leksik-semantik, qrammatik (morfoloji və sintaktik), eləcə də
üslubi baxımdan düzgündür , yoxsa yox? Bunun üçün nitqdə ədəbi dilin qayda-qanunları
pozulmamalıdır. Məsələn, “ondan” əvəzinə “onnan” yazılması səhv olduğu kimi, “saxlıyın”
tələffüzünü “saxlayın” şəklində etmək də səhvdir, birincidə orfoqrafik, iknicidə orfoepik
norma pozulur, deməli nitqin düzgünlüyünə riayət edilmir. Nitq həm məna, həm də
qrammatik cəhətdən düzgün qurulmalıdır. Əgər nitq düzgün qurulmazsa, öz ünsiyyət
funksiyasını yerinə yetirə bilməz.
Nitqin dəqiqliyi. Dəqiqlik zəngin söz ehtiyatı hesabına başa gəlir. Söz ehtiyatı zəngin olan
insanın nitqi də dəqiq olar. Dəqiq nitq odur ki, sözlər ifadə olunan nitqə uyğun seçilsin.
Bunun üçün dilin leksik tərkibinə dərindən bələdlik, sinonimlikdən düzgün istifadə
bacarığına malik olmaq lazımdır. Natiq hər hansı bir sinonimdən istifadə edərkən cərgədən
elə bir söz götürməlidir ki, qulaqda yad səslənməsin. Məsələn, söyləmək, demək, bəyan
etmək, şərh etmək və s. sinonim sözlər olsa da. onların hər birinin özünəməxsus məna
incəliyi vardır.
Aydınlıq və yığcamlıq mədəni nitqin əsas keyfiyyətlərindəndir. Uzunçuluq, eyni söz
və ifadəni lüzumsuz yerə bir neçə dəfə təkrar etmək, yersiz, mənasız söz işlətmək
dinləyicilərdə ikrah hissi oyatdığı kimi, danışanı da hörmətdən salır. Konkret, yığcam, aydın
nitq mədəniyyətin bir formasıdır. Nitqinin aydın olması üçün danışan nitq prosesində səsləri

6
və sözləri düzgün tələffüz etməli, bəzi nitq priyomlarına (diksiya, temp, intonasiya, vurğu,
fasilə) fikir verməlidir.
Nitqin sadəliyi də əsas şərtlərdən sayılır. Anlaşılmaz, dolaşıq, lazımsız, mürəkkəb
ifadələr nitqdə çətinlik yaradır, dinləyicini yorur. Ən mürəkkəb fikirləri belə sadə dillə ifadə
etmək olar. Sadəlik dinləyicilərlə əlaqə və ünsiyyət vasitəsinin möhkəmliyidir. Nitqdə
yersiz, həddindən ziyadə termin və arxaizmlərdən istifadə olunması nitq normalarına zidd
olduğu kimi, sadəliyə də ziddir.
Əgər bu tələblərə əməl olunarsa, nitq yaxşı qavranılar, dinləyicilər yorulmaz, nitq daha
təsirli və yaddaqalan olar. Məsələn, eyni bir mövzunu bir müəllimin olduqca aydın,
anlaşıqlı, digərinin isə qarmaqarışıq şəkildə şərh etdiyinin şahidi oluruq. Nəticədə birinci
müəllimi dinləyicilər həvəslə dinləyir, onun dərsindən yeni biliklərlə çıxırlar, ikinci
müəllimin verdiyi məlumatları qavraya bilmir, onu dinləməyə həvəs göstərmirlər.
Akademik etika və plagiatçılıq
Akademik hüquqi yazıda hər kəs akademik etika qaydalarına riayət etməli olduğunu
yaxşı bilməlidir. Bu etik qaydalardan biri də plagiatçılığa yol verməməkdir. Müxtəlif
mənbələrdə isə plagiatçılığa qısa olaraq belə anlayış verilir:
● başqalarının əsərlərini və ideyalarını öz əsərinizə tam rəsmi bəyanat vermədən köçürmə
və ya parafraz etmə;
● başqalarına məxsus ideyaları, anlayışları, sözləri və ya strukturları istinad etmədən
birbaşa olaraq yazınızda öz adınızdan göstərmək.
Tədqiqatçılar plagiatçılığı əsasən iki səbəbə görə mühakimə edirlər. Birincisi,
plagiatçılığa yol verməklə siz oxucuları bir növ aldatmış olursunuz. Siz hər hansı mövzu
barədə tədqiqat apardıqda (məqalə yazdıqda) orada öz mövqeyinizi ortaya qoymalısınız.
İkincisi, siz plagiatçılığa yol verməklə oxucuların inamını itirmiş olursunuz. Bir tərəfdən
onlara öz yaradıcılıq qabiliyyətinizi göstərmək istəyirsiniz, digər tərəfdən isə məqalənizi
oxuyarkən burada plagiatçılığa yol verildiyini görən oxucularda sizin barənizdə mənfi
düşüncələr yaratmış olursunuz.

7
Plagiatçılığın – sözbəsöz plagiatçılıq, maskalanmış və ya ört-basdır edilmiş
plagiatçılıq, struktur və ideya plagiatçılığı  – formalarını fərqləndirirlər.
Plagiatçılığın qarşısını almaq üçün başlıca tələb isə istinad formasına riayət
etməyinizdir. Hər hansı bir kitaba istinad etdikdə bu zaman müəllif, kitabın tam adı, istinad
etdiyiniz səhifə, nəşr olunduğu il dəqiq olaraq göstərilməlidir.  Akademik etikada belə qəbul
olunur ki, istinad etmək sizin məqalənizin və ya araşdırmanızın daha çox etibarlı olmasını
və onun əsaslı mənbələrə dayanmasını bir növ sübut edir.
Sosial şəbəkələrdə akademik ünsiyyət
XXI əsrin əvvəllərində ünsiyyət vasitələri və metodlarında baş verən dəyişikliklər elm
sahəsində də özünü göstərdi. Forumlar, bloqlar, təhsil platformaları və biliklərin
yayılmasında ixtisaslaşmış sosial şəbəkələr kimi internet kommunikasiyanın bu cür alətləri,
onlayn ünsiyyət vasitələri elm adamları tərəfindən son zamanlarda fəal şəkildə istifadə
olunur, hətta bəziləri üçün mövcudluq rejiminə çevrilib. Akademik şəbəkələr müxtəlif
coğrafi uzaqlıqla olan tədqiqatçıları bir araya gətirir. Elm adamlarına layihələrini və
nəşrlərini elan etməyə, tam mətnləri açıq girişdə yerləşdirməyə və fikir mübadiləsi
aparmağa imkan verir. Akademik şəbəkələrdə onlayn ünsiyyət gündəlik elmi təcrübənin
ayrılmaz hissəsinə çevrilir və elmi iş üçün tamamilə yeni imkanlar təqdim edir. Bu
şəbəkələrdən səmərəli istifadə edərək elmi fəaliyyətlərini geniş platformada nümayiş
etdirmək fürsətinə əlavə olaraq, alimlər və tədqiqatçılar dünyanın digər ucundakı bir
tədqiqatçı ilə əməkdaşlıq etmək və ya müxtəlif meyarlara görə yaradılan reytinqlər
vasitəsilə özünün və qurumunun səviyyəsini izləmək imkanına malik olurlar. Akademik
sosial şəbəkələr kollektiv sosiallaşmanın yeni növü kimi də qəbul edilir.
Akademik sosial şəbəkələrin əsas üstünlüklərindən biri də aparılan elmi tədqiqatların
nəticələrinin əlçatanlığını təmin etməkdir. Yəni öyrənən və öyrədənlər arasında virtual elmi
şəbəkənin formalaşması tədqiqat obyekti və mövzular haqqında məlumatların oxunma
sayının artmasına xidmət edir. Bu da fərdi olaraq hər bir alimin reytinq göstəricisinin
yüksəlməsinə səbəb olur.

8
Beynəlxalq aləmdə elmi kommunikasiya 2 istiqamətdə inkişaf etmişdir və aşağıdakı
terminlərlə ifadə olunur:
1. Elmdə kommunikasiya (Science communication)
2. Elmi kommunikasiya (Scientific communication)
Hər iki termin Azərbaycan dilinə hərfən “elmi kommunikasiya” formasında tərcümə edilsə
də bunlar arasında müəyyən fərqlər var. “Science communication” alimlər arasında elmi
ideya və informasiyaların mübadiləsini nəzərdə tutan sosioloji istiqamətdir. ABŞ sosioloqu
Qerbert Menzelə görə, kommunikasiyanın bu növü alimlər arasında elmi məlumatların
ötürülməsinə birbaşa və dolayı yolla təsir edən nəşr, vasitə, hadisə və mexanizmlərin
məcmusudur. Bu halda “science communicatio termini “elmdə kommunikasiya”, yaxud
“daxili elmi kommunikasiya” kimi tərcümə edilməlidir.
“Scientific communication” isə elmi biliklərin alimlərdən cəmiyyətə ötürülməsini nəzərdə
tutur və müvafiq olaraq “xarici elmi kommunikasiya” kimi adlandırılmalıdır. Bu sahələri
hüquqi və fiziki şəxslər baxımından fərqləndirsək, birinci halda elm xadimlərinin bir-biri
ilə, ikinci də isə elm adamlarının cəmiyyətin müxtəlif təbəqələri ilə (şagird, tələbə, dövlət
strukturları, media) ünsiyyəti nəzərdə tutulur.
Akademik kommunikasiya isə hər iki istiqaməti özündə birləşdirən mürəkkəb informasiya
mübadiləsi sistemidir. Daha dəqiq desək, akademik kommunikasiya həm elmi kəşf və
nəzəriyyələrin, bilik və təcrübələrin mübadiləsini, eyni zamanda əldə olunan bilik və
təcrübələrin ictimaiyyətlə paylaşmağı və ən mühümü isə bunların tədrisini özündə
birləşdirir.
Akademik kommunikasiyanın bir elm sahəsi kimi yaranması XX əsrin sonlarına təsadüf
edir. 1985-ci ildə ingilis genetiki Uolter Bodmer Kral Cəmiyyətinin iclasında “Public
Understanding of Science” (Elmin cəmiyyət tərəfindən anlaşılması) adlı məruzə ilə çıxış
edərək eyniadlı hərəkata start verdi. Məruzənin əsas tezisi ondan ibarət idi ki, elmin
cəmiyyət tərəfindən anlaşılması milli yüksəlişin əsasını təşkil edərək dövlət və özəl
sektorlarda qəbul edilən qərarların keyfiyyətini artıra, bununla da hər bir insanın həyat
rifahının yaxşılaşmasına səbəb ola bilər.
9
Akademik nitq, kütlə qarşısında çıxışın ümumi qaydaları. Məlum olduğu kimi, insanların
sosial və ictimai münasibətlərini tənzimləyən mühüm amillərdən biri nitqdir. Hər bir uğurlu
professional fəaliyyət keyfiyyətli nitq kommunikasiyası sayəsində mövcud olur. Akademik
nitq elmi dünyagörüşün, yaradıcı düşüncənin inkişafına kömək edən nitq bacarığıdır.
Akademik nitq idrak yönümlülüyü, məlumat vermə qabiliyyəti, ümumilikdə yüksək məntiq
mədəniyyəti ilə yanaşı, intellektual səviyyəsi və estetik dizaynı ilə seçilir.

10

You might also like