Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 1

Azərbaycan Dövlət Neft va Sənaye Universitetinin "Cihaz mühəndisliyi"

kafedrasının "Biotexniki və tibbi apparatlar və sistemlər" ixtisası üzrə


magistrantı Naqqov Ömər oğlu Naqqayevin "Pozitron Emissiya
Tomografiyası təsvirlərinin kompyuter analizi" mövzusunda magistr
dissertasiya işinə elmi rəhbərinin

Rəyi

Dissertasiya işi mühəndislik və tibb sahəsində aktual mövzuya həsr edilmişdir.


Mövzu Pozitron Emissiyassi Tommoqrafiyası sahəsində hərtərəfli və dərin
tədqiqatı nümayiş etdirir. Tədqiqat mövzusu aktualdır və ağıllı texnologiyaların
inteqrasiyasının PET praktikasında inqilab etmək potensialına malik olduğu
səhiyyə sektorunda əhəmiyyətli ehtiyaclara toxunur.
Dissertasiya PET təsvirlərinin analizinə ağıllı yanaşmanın tətbiqi ilə bağlı
faydaları və problemləri araşdırmağı əhatə edən tədqiqatın əsas məqsədlərini
effektiv şəkildə ümumiləşdirir. Maşın öyrənməsi, Mamdani qeyri-səlis məntiq
və verilənlərə əsaslanan analiz kimi intellektual texnologiyaların qeyd edilməsi
tədqiqatın hərtərəfli və aktuallığını göstərir.
Dissertasiya işi üzərində işləyərkən magistrant Naqqayev Naqqov təhsil aldığı
ixtisas üzrə kifayət qədər biliyə malik olduğunu göstərmiş, verilən plana uyğun
hərəkət etmiş, müvafiq sahəyə aid kifayət gədər ədəbiyyata baxmış, lazımı
intizam və təşəbbüskarlıq göstərmişdir.
Mövzunun aktuallığı və magistr dissertasiyasında alınmıs qiymətli nəticələri
nəzərə alaraq hesab edirəm ki, dissertasiya işi əla səviyyədə yazılmışdır və
Naqqayev Naqqov magistr elmi adı almağa layiqdir.

ADNSU İnformasiya Texnologiya və İdarəetmə fakültəsi


“Cihaz mühəndisliyi” kafedrasının dosenti., t.e.n. Cabiyeva A.C.

You might also like