Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 13

Məktəbəqədər pedaqogika Dövlət imtahanı sualları.

1.Pedaqogika elminin mövzusu və əsas anlayışları haqqında məlumat verin.1. Pedaqogika elminin mövzusu haqqnda
məlumat verin.Pedaqogika yunan sözü olub (paydoqoqos) mənası uşaq ötürən deməkdir. Qədim Yunanıstanda qul
sahiblərinin uşaqlarını məktəbə aparıb-gətirən şəxsə paydoqoqos deyilirmiş. Zaman keçdikcə paydoqoqos sözünün mənası
dəyişmiş, pedaqogika anlayışı, uşaqların tərbiyəsi haqqında elm kimi inkişaf edib meydana gəlmişdir. İctimai münasibətlərin
ilk mərhələsi sayılan ibtidai icma quruluşunda bütün uşaqların tərbiyə olunması zəruri hal kimi özünü göstərmişdir.
Uşaqların tərbiyəsi ilə hamı, xüsusilə də yaşlılar məşğul olmuşlar. İbtidai icma quruluşu dağılandan sonra yaranan quldarlıq
cəmiyyəti ictimai həyatda, o cümlədən tərbiyə sahəsində əsaslı dəyişikliklər yaratdı. Quldar hakimiyyəti xüsusi tərbiyə
müəssisələri, məktəblər açır və orada öz uşaqlarının tərbiyəsini xüsusi müəllimlərə, tərbiyəçilərə tapşırırdılar. Eramızdan 300
il əvvəl ilk tərbiyə müəssisələri, məktəblər Qədim Çində, Hindistanda, Yunanıstanda yaranmağa başlayır, sinifli cəmiyyətdə
yalnız həmin sinifin uşaqları xüsusi tərbiyə ala bilərdi. Feodalizm cəmiyyətində tərbiyə əsasən dini ehkam və zadəganlıq
sinifi isdiqamətində inkişaf edirdi. Azərbaycan Respublikasında təhsil sistemində demokratik prinsiplər əsasında yeni
islahatlar həyata keçməyə başladı. Təhsilə yüksək qayğı ilə yanaşan dövlətimiz yetişməkdə olan gənc nəslin tərbiyəsini
müasir dövrün tələbləri səviyyəsində həyata keçirilən ən başlıca vəzifə kimi qarşıya qoymuşdur. Pedaqogika pedaqoji
prosesin- tərbiyə, təhsil və təlimin vəzifəsini, məqsədini, məzmununu, qanunauyğunluqlarını, prinsiplərini, metodlarını və
səmərəli yollarını öyrənən elmdir. Məktəbəqədər pedaqogika, pedaqogikanın xüsusi tərkib hissəsi olaraq, yalnız
məktəbəqədər yaş dövründə uşaqların fizioloji və psixoloji inkişafını əsas götürərək, tərbiyə prosesini pedaqoji qanunlar
əsasında həyata keçirir.Pedaqogika elminin əsas anlayışlarını sadalayın və izah edin.Pedaqoji elm - pedaqoji prosesə
nisbətən daha geniş anlayışdır. Pedaqoji elm bütöv bir sistemdir. Pedaqoji proses isə pedaqoji qanunlar əsasında cərəyan
edən fəaliyyətdir. Tərbiyə, təlim, təhsil və bunların nəticəsi olan inkişaf vahid proses daxilində mövcud olan əsas pedaqoji
anlayışdır. Tərbiyə, təlim və təhsil bilavasitə pedaqoji qanunlar əsasında həyata keçirildiyi üçün pedaqoji prosesdir. Yəni
tərbiyə, təlim və təhsil prosesini həyata keçirən şəxs pedaqoji elmi yaxşı bilməli və fəaliyyətini bu qanununlar əsasında
həyata keçirməyi bacarmalıdır. Tərbiyə sözünün mənası körpəlikdən inandırma, yetişdirmə, inkişaf etdirməkdir. Tərbiyə
prosesində iki tərəf iştirak edir. Tərəflərdən biri tərbiyə - idarə edəndir. Bura, tərbiyəçi, müəllim, valideyn və s. aiddir.
Tərəflərdən ikincisi tərbiyə - idarə olunandır. Bura, uşaq, şagird, tələbə, əsgər, işçi və s. aiddir. Tərbiyə iki mənada - fazil
(müsbət) və rəzil (mənfi) mənada mövcuddur. Təlim tərbiyəçinin, müəllimin və ya hər hansı bir şəxsin rəhbərliyi ilə həyata
keçirilən məqsədyönlü pedaqoji fəaliyyətdir. Təlim prosesində uşaqlar müvafiq bilik, bacarıq və vərdişlər sisteminə
yiyələnməklə tərbiyə olunur və təhsil alır. Təhsil geniş anlayışdır. Təhsil tərbiyə işinə xidmət etməklə, müxtəlif
istiqamətlərdə bilik alma və ixtisasa yiyələnmə prosesini həyata keçirir.
2.Məktəbəqədər pedaqogikanın xarakterik xüsusiyyətlərini izah edin .Pedaqogika - tərbiyə, təlim və tədrisinin forma və
metodlarını öyrənən elimdir. "Pedaqogika" sözü iki yunan sözünün birləşməsindən ("payda" və "qoqos") əmələ gəlib, hərfi
mənası " uşaq ötürən" deməkdir. O, tərbiyə haqqında elmdir.Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun
mərkəzində duran insandır. Pedaqogikanın mövzusu təkcə uşaqların tərbiyəsi ilə məhdudlaşmır.O, ümumilikdə insan
tərbiyəsi məsələlərini öyrənir. Hər bir əlmdə olduğu kimi, pedaqogika elminin də özünəməxsus anlayışlar sistemi vardır.
Buraya pedaqoji proses və s. anlayışlar daxildir. Pedaqoji proses tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin
vəhdətidir. Özünütərbiyə insanın məqsədyönlü və planlı şəkildə öz üzərində şüur və davranışında kök salmış mənfi halların,
keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanma prosesidir. Təhsil tərbiyə işinə xidmət etməklə,müxtəlif
istiqamətlərdə bilikalma və ixtisasa yiyələnmə prosesini həyata keçirir. Təhsil almağın əsas vəsaiti təlimdir.Təlim müəllimin
rəhbərliyi altında insanın təhsil alması prosesidir. Digər elmlərdə olduğu kimi, pedaqogika da elmi-tədqiqatların nəticəsində
inkişaf edib, yeni-yeni müddəalarla zənginləşir.
3.Azərbaycan Təhsil sistemi və Təhsil Qanunu haqqında məlumat verin. Azərbaycan Respublikasında təhsil sistemi
dedikdə,ölkəmiz də insanı həyata hazırlayan təlim-tərbiyə müəssisələrinin qarşılıqlı fəaliyyəti sayəsində meydana çıxan
böyük bir qurum nəzərdə tutulur.Ölkəmizdə təhsil sistemi Azərbaycan Respublikasının Konstitusiyası və Təhsil Qanunu
əsasında idarə olunur.Qanunda qeyd olunur:təhsil sistemi müxtəlif pilləli təhsil proqramını ardıcıl həyata keçirən təhsil
müəssisələri şəbəkəsindən,təhsili idarəetmə orqanlarından,təlim-tərbiyə prosesi ilə məşğul olan digər müəssisə və
təşkilatlardan ibarətdir.Təhsil sisteminin əsas məqsədi dövlət təhsil standartlarına uyğun biliyə,bacarığa,praktik
hazırlığa,mütərəqqi dünyagörüşünə malik olan,xalqın milli,mənəvi,mədəni dəyərlərinə və bəşəri dəyərlərə dərindən
yiyələnən,Azərbaycan xalqının azadlıq amalına və demokratik ənənələrinə,insan hüquqlarına hörmət edən
vətənpərvər,müstəqil və yaradıcı düşünən şəxsiyyət tərbiyə etməkdən ibarətdir. Respublikamızda təhsil sisteminin əsas
prinsipləri dövlətimizin Konstitusiyasında və Təhsil Qanununda təsbit edilmişdir.Həmin prinsiplər aşağıdakılardan
ibarətdir,irqi və milli mənsubiyyətindən,cinsindən,dinə münasibətindən,əmlak və ictimai vəziyyətindən asılı
olmayaraq,müstəqil Azərbaycan dövlətinin bütün vətəndaşları təhsil almaq hüququna malikdirlər.Azərbaycan
Respublikasının təhsil sistemi.Azərbaycan Respublikasının təhsil sistemi dedikdə ölkəmizdə insanı həyata hazırlayan
təlim-tərbiyə müəssisələrinin qarşılıq fəaliyyəti sayəsində meydana çıxan böyük bir qurum nəzərdə tutulur. Buraya dövlət və

1
özəl statuslu məktəbəqədər tərbiyə müəssisələri ümumtəhsil məktəbləri, peşə və ixtisas məktəbləri, texnikom kollec,
gimnaziya, seminariya, lisey, ali ixtisas məktəbləri, universitetlər, institutlar, bakalavr, magistratura, doktorantura,
akademiya və məktəbdənkənar tərbiyə ocaqları daxildir. Ölkəmizdə təhsil sistemi Azərbaycan Respublikasının
Konstitusiyası və Təhsil Qanunu əsasında idarə olunur. Təhsil sisteminin əsas məqsədə dövlət təhsil standartlarına uyğun
biliyə, bacarığa, praktik hazırlığa,mütərəqqi dünyagörüşünə malik olan, bəşəri dəyərlərə dərindən yiyələnən, Azərbaycan
xalqının azadlıq amalına və demokratik ənənələrinə, insan hüquqlarına hörmət edən vətənpərvər, müstəqil və yaradıcı
düşünən şəxsiyyət tərbiyə etməkdən ibarətdir. Təhsilin formaları: Azərbaycan Respublikasında təhsilalma prosesi aşağıdakı
formalarda həyata keçirilir.-Əyani təhsil; -axşam təhsili; -qiyabi təhsil; -evdə təhsil; -məsafədən təhsil.Təhsil müəssisəsi bir
və ya bir neçə təhsil proqramı əsasında təlim-tərbiyə prosesini həyata keçirir. Respublika qanunvericiliyində müəyyən
edilmiş qaydada dövlət və qeyri dövlət strukturlu təhsil müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdə təhsil ödənişsiz və
ödənişli əsaslarla həyata keçirilir.Təhsil müəssisələrinin tipləri: -Məktəbəqədər təhsil; -ümumi təhsil; -ibtidai peşə-ixtisas; -
orta peşə-ixtisas; -ali peşə-ixtisas; -əqli və ya fiziki inkişafı qüsurlu uşaqlar üçün xüsusi təhsil müəssisələri.Məktəbəqədər
təhsil-in məqsədi uşaqların erkən yaşlarından fiziki, əqli, mənəvi və psixi inkişafını pedaqoji qanunlar əsasında ilkin bilik,
bacarıq və vərdişlərin formalaşdırılması, özülün qoyulması və uşaqların gələcək normal inkişafının istiqamətini təmin
etməkdir.Məktəbəqədər tərbiyə müəssisələrinin tipləri: -körpələr evi; -körpələr evi-uşaq bağçası; -uşaq bağçası; -əqli və ya
fiziki cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə müəssisələri; -məktəb uşaq bağçası.Ümumi təhsil-in məqsədi
şagirdlərin fiziki və intellektual inkişafını, meyl və marağını nəzərə almaq, ona elmlərin əsasını öyrətmək və şəxsiyyətini
formalaşdırmaq, cəmiyyətdə səmərəli fəaliyyətə hazırlamaq, müstəqil və yaradıcı düşünən, milli və bəşəri dəyərlərə
yiyələnən, ümumi mədəniyyətə malik vətənpərvər vətəndaş yetişdirmək, onları peşə-ixtisas təhsili proqramlarını
mənimsəməyə hazırlamaqdır. Ümumi təhsil 3 pillədən ibarətdir.-İbtidai təhsil (l-lVsiniflər)-Natamam orta təhsil (V-lX
siniflər)n-Orta təhsil (X-Xl siniflər).Ümumi təhsil 6 yaşdan başlanır.Onbirillik məktəb orta ümumi təhsilin verilməsini təmin
edir.Günü uzadılmış məktəblər ailəyə kömək məqsədilə yaradılır, şagirdlərin dərsdənkənar tərbiyəsinə kömək edir.İnternat
məktəbləri valideynlərinin məşğulluğundan asılı olaraq uşaqlar həftə ərzində məktəbdə yaşayır və oxuyurlar. Məktəbyanı
internat məktəbi uzaq məsafədə yaşayan, gəlib-getməsi çətin olan şagirdlər üçün təşkil olunur. Sanator-peşə məktəbləri və
uşaq xəstəxanası sanatoriyalar yanında məktəblər uzunmüddətli müalicədə olan uşaqların orta təhsil almalarını təmin
edir.Axşam növbəli və qiyabi məktəblər işləyən gənclərin müxtəlif səbəblər üzündən təhsilini davam etdirə bilmədikləri
halda təşkil olunur və orta təhsil verilir. Liseylər, kolleclər və seminariyalar ört ixtisas və peşə təhsili verir.Xüsusi məktəblər
nadir istedadı olan uşaqlar üçün təşkil olunur.Əlahiddə məktəblər. Belə məktəblər fiziki, əqli cəhətdən qüsurlu uşaqlar üçün
lal-karlar, korlar və əqilcə nəm təşkil olunur. Ali məktəblər dövlət tərəfindən və müvafiq icazələrin özəl qaydada açılır. Belə
ali təhsil verən məktəblər universitet, institut və akademiya formasında olur. Magistratura və ya aspirantura gənclərə elmi
dərəcə verməklə ali məktəblərdə işə hazırlayırlar. Təhsil sistemi daim təkmilləşir, xalqın təhsil almasını real imkanlar
üzərində qurur, zəhmətkeşlərin mədəni inkişafını və ixtisasının təkmilləşməsinə kömək edir.
4.Kurikulumda məktəbəqədər təhsilin məzmunu.Məktəbəqədər təhsil proqramında məktəbəqədər yaşlı uşaqların ilkin
həyati bacarıq və vərdişlərə yiyələnməsi tələb olunur, onlara gələcək həyat fəaliyyətində lazım olacaq bacarıq və vərdişlərin
aşılanması, qabiliyyətlərin formalaşması ön plana çəkilir. Onların bir şəxsiyyət kimi formalaşmasının bünövrəsi qoyulur.
Kurikulumda uşaq fəaliyyətinin təmin olunması və formalaşması onun bir subyekt kimi inkişaf etməsi üçün müvafiq təhsil
şəraitinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə reallaşdırılması üçün bu vəzifələr həyata keçirilir: 1. Məktəbəqədər
dövrdə uşaqların inkişafının tənzimlənməsi. 2. Uşaqların məktəb təliminə hazırlığının məzmununun tənzimlənməsi. 3.
Məktəbəhazırlığın təşkili qaydalarını təqdim etməklə keyfiyyətin təmin olunması. 4. Məktəbəqədər təhsil sahəsində çalışan
mütəxəssislərin səriştəliliyinin artırılması. 5. Bütün maraqlı tərəflərin rollarının müəyyənləşdirilməsilə məktəbəqədər təhsilin
keyfiyyətinin təmin edilməsi. Məktəbəqədər təhsil kurikulumu hazırlanarkən aşağıdakı prinsiplər əsas götürülür: 1.
Uşaqyönümlülük: 2.Nəticəyönümlülük: 3. İnkişafyönümlülük: 4. İnteraktivlik: 5. Hər bir uşağın inkişafı üçün bərabər
şəraitin yaradılması: 6. Millilik və dünyəviliyin nəzərə alınması: 7. Uşaqların məktəb təliminə hazırlığının zəruriliyi.
Kurikulum şəxsiyyətyönümlü xarakter daşıyır. Şəxsiyyətyönümlülük kurikulumun məqsəd və məzmunu ilə bağlı olub,
cəmiyyət üçün yararlı şəxsiyyətin formalaşdırılmasının yerinə yetirilməsini təmin edir. Şəxsiyyətyönümlü təhsil proqramının
təhsil proqramına görə uşaqlar lazımsız informasiya ilə yüklənmir, gələcək həyat fəaliyyətində ona lazım olacaq ən zəruri
ilkin həyati bacarıq və qabiliyyətlərin yaradılması istiqamətində iş aparılır, bacarıq və vərdişlərin aşılanır, qabiliyyətlərin
formalaşması ön plana çəkilir. Onların bir şəxsiyyət kimi formalaşmasınının bünövrəsi qoyulur. İnkişaf sahələri üzrə bütün
nəticələr uşaqlara, onların inkişafının təmin olunmasına yönəlməlidir. Məktəbəqədər təhsil proqramı hazırlanarkən uşaq
fəaliyyətinin təmin olunması və bacarıqlarının formalaşması, onun bir subyekt kimi inkişaf etməsi üçün müvafiq təhsil
şəraitinin yaradılması nəzərə alınmışdır. Məzmunda uşaqların inkişaf səviyyələrini əks etdirən standartların verilməsi və bu bu
standartların təhsilatlara yönəldilməsi yönəlməsi uşaqyönümlülüyü ifadə edir. Bu keyfiyyət uşaqlara nəyi, necə və kiminlə
öyrənmək və oynamaq istəkləri haqqında seçimlər etməyə imkan yaradır. Bu yanaşma uşaqları müəyyən fəaliyyətlərə
təşəbbüs etməyə böyüklərin köməyi ilə öz yollarını müəyyənləşdirməyə istiqamət verir. Öz təcrübələrinə onları əhatə edən

2
ətraf mühitlə fəal ünsiyyətə əsaslanaraq yeni bilikləri əldə etməklə bütöv şəxsiyyət kimi inkişaf etməkdə uşaqlara şərait
yaradır. Məktəbəqədər təhsil proqramı həm də nəticəyönümlüdür. Onun məzmununu nəticələr formasında ifadə edilmişdir.
Bütün bilik və ifadələr həmin nəticələrdə əhatə olunmuşdur. Nəticəyönümlülük əldə olunan nəticəni əvvəlcədən görməyə
imkan verir. Uşaqların idrak fəallığının izlənməsi, inkişaf səviyyələri və nailiyyətlərinin təhlil edilməsi, bilik, bacarıq və
vərdişlərin inkişaf səviyyəsinin tənzimlənməsi onun inkişafyönümlülüyünü meydana çıxarır. Uşalar müxtəlif yollar vasitəsilə
öyrənir və müxtəlif yollarla göstərirlər. Ona görə kiçikyaşlı uşaqlar üçün səmərəli təlim təşkil olunmalıdır. Standartların fiziki,
sosial-emosional idrak və estetik bacarıqların ifadə olunmasına yönəlməsi isə onun interaktivliyidir. Məktəbəqədər təhsil
proqramı məktəbəqədər təhsilin son məqsədlərini, məhim məqsədlərə çatmaq üçün müəyyən edilən yol, forma və vasitələri,
uşaq inkişafının və təliminin izlənilməsini və dəyərləndirilməsini, inkişaf səviyyəsini müəyyənləşdirmək mexanizmlərini
özündə cəmləşdirən dövlət sənədidir. Təlim məzmunu - uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəkilində
ifadə edilən təlim nəticələrinin məcmusudur. İnkişaf sahələri- uşaqların inkişaf sahələri üzrə ümumi təlim nəticələrinin
reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissəsidir. Məzmun standartı- dövlətin təhsil alanların
bilik və bacarıq səviyyəsinə qoyduğu dövlət tələbidir. Əməkdaşlıq - "Tərbiyəçi - uşaq və valideyn münasib lərində qarşılıqlı
fəaliyyətin təmin olunmasıdır. Qiymətləndirmə- uşaqların inkişafı naliyyətləri və xüsusi ehtiyacları haqqında məlumat
toplaması prosesidir. Hər hansı uşağın naliyyətlərinin qiymətləndirilməsi həmin uşağın təlim fəaliyyətini təkmilləşdirmək
üçün nəzərdə tutulur.
5.Müəllim və uşaq bağçasının tərbiyəçisi haqqında.Müəllim və tərbiyəçi gələcək nəsilin yetişməsində xüsusi rol oynayır.
O, bəşəriyyətin yaşam boyu topladığı təcrübə əsaslarını uşaqlara öyrətmək məqsədilə hazırlıq keçərək pedaqoji fəaliyyət
göstərmiş olur. Təlim və tərbiyənin müvəffəqiyyətləri və nöqsanları müəllim və tərbiyəçinin işinin nəticəsidir. Müəllim və
tərbiyəçi hər bir uşağın öz fərdi xüsusiyyətlərinə uyğun yanaşmalıdır. Aşağıdakılar müəllimlik və tərbiyəçilik peşəsini əhatə
etməlidir: 1. Müəllim və tərbiyəçiyə verilən ictimai-siyasi tələblər; 2. Sosial-psixoloji, şəxsi və etik pedaqoji tələblər; 3.
Müəllim və tərbiyəçinin pedaqoji- psixoloji, ixtisas və metodik hazırlığı. İctimai- siyasi tələblərə aşağıdakılar daxildir: -
Azərbaycan dövlətinin gələcəyinə inam, dövlətin qərarlarına və göstərişlərini yerinə yetirmək; -Xalq qarşısında ictimai borcu
başa düşmək; -Tapşırılan iş üçün məsuliyyət hiss etmək; - Həyatda fəal mövqe tutmaq və s. Konstruktiv, kommunikativ,
qnostik və təşkilatçılıq bacarığı tələbləri müəllim və tərbiyəçi üçün nəzərdə tutulmuş əsas və aparıcı tələblərdir: Konstruktiv
tələb aşağıdakıları əhatə edir: -Təlim-tərbiyə materialını qarşıya qoyulmuş məqsədin tələblərinə uyğun seçə bilmək,
sistemləşdirmək, məktəbdə və bağcada uşaqların imkanlarına uyğunlaşdırmaq, uşağın özünü əvvəlcədən necə apara bilməsini
görmək bacarığıdır. - Şagirdin və ya uşağın inkişaf layihəsini hazırlamaq; yaranmış vəziyyətdən çıxmaq; işi planlaşdırmaq. -
maddi bazanı möhkəmləndirmək və. s. Kommunikativ bacarığına bunlar daxildir: - Uşaqların qəlbinə yol tapa bilmək; -
Özünü sevdirmək; - Uşaqların arasında münasibəti tənzimləmək; - Valideynlə dil tapa bilmək. Qnostik bacarıq: Yunanca
qnozis sözündən götürülüb mənası idrak deməkdir. Qnostik bacrıqlara diaqnostik və kreativ bacarıqlar daxildir. -Özünün və
yoldaşlarının təcrübələrini ümumiləşdirmək; -Elmi tədqiqat işlərində iştirak etmək; - Psixologiyanı bilmək. Təşkilatçılıq
bacarığına aşağıdakılar aiddir: - Uşaqları ictimai işə cəlb etmək; - Bağcada uşaqları yaşlarına görə ictimai faydalı işlərə cəlb
etmək; - Uşaqlar arasında düzgün vəzifə bölgüsü aparmaq, boş vaxtlarını düzgün səmərəli təşkil etmək.
6.Məktəbəqədər ictimai tərbiyənin təşəkkülü və yaş dövrləri haqqında.İnsanın hər bir yaş dövrünün özünəməxsus
xüsusiyyətləri vardır.Yaş dövrlərinin müəyyən edilməsi uşaqların bilik səviyyələri ilə əlaqədar meydana gəlmişdir.Hər bir yaş
dövrü üçün uşaqların fiziki,psixoloji inkişafının özünəməxsus səviyyəsi var.İnsan öz inkişafında müxtəlif yaş dövrlərindən
keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir. Həyatın birinci ilində uşaq böyüklərin köməyinə
möhtacdır.Bu dövrdə fiziki və sinir sisteminin inkişafı sürətli olur.Yeni anadan olmuş normal uşağın boyu 50-60 sm-ə qədər
olur.Uşaqda əsəb və psixi inkişaf sürətlə gedir.Bu dövrdə uşaq üçün bəzi amillərin-yuxunun,qidalandırmanın düzgün icrasının
mühüm əhəmiyyəti vardır.Uşaq sümüklərinin yumşaqlığı,elastikliyi onun orqanik xüsusiyyətləridir.Uşaqlar 3 həftədən sonra
görməyə başlayır.
Uşaq həyatının 2-ci ilinin dövrü fiziki inkişafın sürətlə getdiyi dövrdür.Bu dövrdə sinir sisteminin iş qabiliyyətinin həddi
genişlənir.Bu dövrdə uşaqlarda oyrənmə həvəsi artır və görmə həssaslığı xeyli çoxalır.Uşağın 3 yaşa kimi oyun və
yaradıcı fəaliyyətin köməyi ilə oyuncaqlarla əlaqəsi daha geniş olur.Bu dovrdə uşağın müstəqilliyi artır.Həyatın ikinci
ilində uşağın nitqi daha da təkmilləşir.1,5 yaş dövrü ərzində uşaq cəmi 30-40 söz öyrənir.İki yaşın sonuna yaxın uşaq
300-ə qədər söz işlədir ki,bunlardan bəziləri hətta əşyaların keyfiyyətinə aid olur.Həyatın üçüncü ilində uşağın fiziki
inkişafı ləng gedir.Sinir sisteminin iş qabiliyyəti bu yaşda daha da artır.Bu dövrdə yerimək muntəzəm xarakter almağa
başlayır.Üç yaşa yaxın uşaq müstəqil geyinir,soyunur,əl-üzunü özü yuyur.Üç yaşda olan uşaqda lüğət ehtiyyatı
zənginləşir və böyüklərinin dedikləri sozləri təkrarlayır.Karandaş və kağızla iş bu yaş dövründə daha çox kollektiv
xarakter daşıyır.4 yaş dövrü uşağın sosial sərhədləri qavradığı,birlikdə yaşamağın qanunlarını öyrəndiyi dövrdür.Bu
dövrlərdə hər iki valideyn eyni davranmalıdır.Əgər uşaq yalnış davranarsa,onu başa salmaq lazımdır.Bu yaş dövrundə
uşaqlar duyğularını ifadə etməyi kəşf edir.Erkən uşaqlıq dövrü 1 yaşdan 3 yaşa qədər olan dövrü əhatə edir.Erkən uşaqlıq
dövrü özünəməxsus xüsusiyyətləri ilə fərqlənir.Bu dövrdə uşaq nitqə yiyələnir.Bu dövrdə hafizə,diqqət,qavrayış fəal

3
şəkildə inkişaf etməyə başlayır.5-6 yaş dövrundə hazirlığın önəmli hissəsi kimi oyun əsas fəaliyyət formasıdır.Məktəbə
uyğunlaşmanın iki əsas yolu var.Onlardan biri hələ məktəbəqədər yaş dövründə uşağın tədricən oyun prosesində təlimə
alışması,digəri isə təlim fəaliyyətinin müəyyən müddət oyun xarakteri daşıması ilə bağlıdır.
7.Məktəbəqədər yaşlı uşaqların inkişafında irsiyyət, mühit və tərbiyənin rolunu izah edin.Məktəbəqədər yaşlı uşaqların
inkişafında irsiyyətin,mühütün və tərbiyənin rolu böyükdür.Uşağın inkişafında irsiyyət əsas götürülür.Uşaq hər bir qabiliyyəti
və xüsusiyyəti hazır şəkildə ata və anasından irsən götürür. İrsiyyətdən asılı olaraq uşaq beyni müəyyən təbii imkanlarla və
xüsusi duyğu üzvləri ilə həyata gəlir ki,bunlar da onun gələcək həyatında həlledici əhəmiyyət kəsb edir.Şəxsiyyətin
inkişafında mühitin də xeyli rolu vardır.Əslində mühit məfhumu çox genişdir.Bu məfhum fərdin həyatı və inkişafın əlaqədar
olduğu xarici şəraitin hamısını əhatə edir.Buraya təbii mühitdə daxildir.Uşaq ictimai mühitdə doğulur və burada
yaşayıb,böyüyür.İctimai mühitdə aparıcı yeri insanlar tutur.Eyni bir mühiy ayrı-ayrı uşaqlara müxtəlif şəkildə təsir
edir.Uşağın inkişafında tərbiyənin rolu əvəzsizdir.Tərbiyə işi tələb edir ki,əvvəlcə uşağın inkişafının konkret proqaramı
hazırlansın,bütün təsirlər bu layihənin reallaşmasına doğru yönəlsin.Məhəmməd Peyğəmbər Əleyhissəlam hədislərinin birində
deyir:Həç bir ata övladına,gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz.Peyğəmbərimizin bu fikrində insan üçün tərbiyənin
yüksək əhəmiyyət kəsb etdiyi izah olunur.
8.Didaktika haqqında anlayış,M\qədər tərbiyə müəssisələrində təlimin ümumi didaktik prinsipləri.Didaktik sozu
yunan dilinden goturulub mənası oyredirem demekdi.Koçenskinin "boyuk didaktika"əsərinnən formalaşıb.Daha sonra
Uşimksi xıx əsrdə ikinci yarısında didaktik prinsipləri elmi cəhətdən əsasladırır.Əsrimizin əvvələrində bəxi nəzəriyyəçilər
təlim prinsiplərinj huxum etmişdi.Prinsipler: 1.İdeallığ prinsipi 2.İnkişafetdirici prinsip 3.Alınmış bilik və bacarığlar
həyatla ,əməklə əlaqələnəndirilməsi prinsipi 4.Təlimdə elmilik prinsipi 5.Təlimdə tərbiyəedici prinsip 6.Təlimin muvafiqlik
prinsipi 7.Təlimdə sistematiklik prinsipi 8.Təlimdə şuurluğ prinsipi və fəallığ prinsipi 9.Təlimdə əyanilik prinsipi
10.Təlimdə fərdi yanaşma prinsipi. •İdeallığ prinsipi . Təlim zamanı məktəbəqədər yaşlı uşağlarda anlaq səviyyəsinin uyğun
Azərbaycan Respublikasının daxili və xarici siyasətində ,xalqa vətənə məhəbbət hissi oyatmağ fikri formalaşdırmağ.Uşağları
ideallığ ruhunda tərbiyələndirmək lazımdı.Uşağlar ictimai həyatla tanışlığ zamanı bəzi muhum məsələləri sadə və anlayışlı
dildə nəqletme prosesinde başa duşurler.•İnkişaf etdirici təlim prinsipi. Təlim qarşısında duran vəzifənin həll edə bilmək
uçun ilk novbede o inkişaf etdirici olmalıdı.Əslində inkişaf etdirmeyin təlim prinsipi yoxdu. Bəzən muəllimələr uşağlara oz
vəzifələrini lazımınca yerine yetirmiller.Daha doğrusu muəllim və tərbiyəçi ,inkişafetdirmə mexanizmini aydın təssəvur ede
bilmir,yada bunu əhəmiyyətini kəsb ede bilmir.Buda inkişafın zeyif olmasına sebeb olur.•Alınmış bilik və bacarığlar həyatla
,əməklə əlaqələnəndirilməsi prinsipi. Məktəbəqədər real aləmi yaxşı oyretmekle təlimin çətinlikleri aradan qaldırmağ
imkanı artır.Tərbiyəçi elmle birlikde tebietle nece reftar olunmasında oyretmelidi.Alınan biliklər uşağları həyata
hazırlayr.•Elmilk prinsipi Elmin tetbiq sahelerinin xeyli genişlendiyi bir dovurdeyik.Telimde elmilik prinsipinin xususi rolu
var.Elm diretle deyişir və tərbiyəçilər dəyişilən qərarlarda xəbardar olmalıdır .Elektron derslikşerde uşağlar xebardar
olmalıdı.Uşağlar yeni bitki sortlarınan ,yeni qidalardan ,qidaların tərkibindən xəbardar olmalıdı.Çayın axması ,goyu
guruldamadı bunların səbəbini bilməlidi.Uşağlar ozleride tebietde baş veren deyşiklikleri muşahife etmelidi.Oxudu və
eşitdilerinen bir neticeye gelmelidir.Uşağın sirli dunyanı açmasına elm və tərbiyeşi yardm etmelidi.•Muvafiqlik prinsipi.
Təlim o vaxd səmərəli olur ki,uşağın yaşına ve anlağ srviyyesine uyğun olsun.Uşağın yaş səviyyədi ilə anlağ səviyyəsi həmişə
ust usdə duşmur.Tərbiyəçi nəsə öyrederken uşağın yan və anlağ səviyuəsini nəzərə almalıdı.Müvafiqlik prinsipi 4 muhum
didaktik qaydada ifadə olunur. 1.Məlumdan məchula 2.asandan çətinə 3.Sadədən murəkkəbə 4.umumiden xususiye.
Məlumdan məchula yuksək təlim əhəmiyyətinə malikdi.Bu məchulu bilinmeyen məlum əsasında oyretmek kimidi. Asandan
çətinə tələb edir ki, uşağa birinci sadə sonra murekkeb bilikler oyredilsin . Sadədən murəkkəbə tələb edir ki birinci sadəni
oyrenib daha sonra murekkebe getmek lazımdı.Uşağa birinci 1 dən 10 qeder saymağ oyredilir ,daha sonra ise onu yersine
saymağ. Umumiden xususiye əvvəl butov təsəvvur yaradılır,sonra hisse hisse ,detaylı melumat verilir. •Sistematiklik
primsipi Bu prinsipdə gore bilik uşağa elə məntiqli,ardıcıl şəkildə oyredilmelidir ki ,əvvəlki bilik sonrakı uçun zəncirvari
əlaqə rolu oynasn ,onun asan və mohkəm mənimsənilməsinə komek etsin.Sistematiklik prinsipi ,elmilik prinsipi ilə sıx
əlaqədədi.Sistematiklik tək tərbiyəçinin təlim işinə aid deyil ,o həm də uşağın şuurunda biliklerin ,vərdiş və bacarığların
sistemli olmasını yələb edir. Sistematiklik və ardıcıllığ prinsipi 2 yere bolunur.1 ci bilikleri sistemleşdirmek.2 ci si muəyyən
bilik sistemi yartmağ.•Şüurluluğ və fəallıq prinsipi. Bilik o zaman mohkem olur ki ,şüurlu şekilde
menimsenilsin.Şuurluğ ,fəallığ olan yerde fəalliyet məhsuldar və hərtərəfli olur.Şuurluğ və fəallığ prinsipi pedaqogika
tarixində doqmatik prinsipin əksi kimi meydana gəlmişdi.Doqmatik təlim biliyi ehkam kimi subutsuz dəlilsiz qəbul etmek
əzbərləməkdi..Uşağ bir melumati oyrenerken ne uçun ,niye kimi suallar vermelidi,araşdırmalıdır.Bilik tətbiq etdikcə
mohkəmlənir ,bunada əməl etmək lazımdı.Sonda uşağ biliyini yoxlamağ uçun test usullarında istifadə etməlidi. •Əyanilik
prinsipi Bu prinsipin oznnə məxsus tarixi var .Əyanilik prinsipi təlimi mucərrəd sozlər uzəridə deyil,uşağ tərəfindən
bilavasitə qavranılan konkret əşyalar və hadisələr uzərində qurmağa deyilir.Komenski təlim prosesinde əyaniliyin yuksək rol
oynadığını nəzərə alaraq. Boyuk didaktika "əsərini yazmışdır. Əyanilik biliyin asan ,mohkem və tez mənimsənilməsinə komek
edir. Əyanilk əşya və hadisələr haqında təssəvur yaratmağa yardm edir. Əyanilik nitq və təfəkkurun inkişafına yardm edir.

4
Əyanilik tətbiqi biliklərin hafizədə uzun muddət yaşamasına yardm edir. Əyanilik uşağları fəallaşdırır və məşğələ marağlı
keçməsinə səbəb olur. •Fərdi yanaşma prinsipi. Baxçada 20-25 uşağın hərsi bir xarakterə ,hərəsi bir qavretmə dərəcəsinə
sahibdi.Elesi var tez qavrayır,elesi var tez unudur ve.s Hər kəs muxtəlif olur.Tərbiyəçi bu xusussiyyətləri nəzərə almalı və hər
uşağa xususi yanaşmalıdı.Hər uzaşın zəyif və ustun tərəfini bilməli və ona gorə hərəkət etməlidir.Təcrubə gostərir ki tərbiyəçi
zəyif ,gec dərk edən uşağlara daha çox vaxd ayırır ,bu duzgun deyil.İlk oncə uşağa məhəbbət və hormətlə yanaşmağ lazımdı
və onların arasında ayrı seçkilik etmək olmaz.Uşağın hər yaxşı işini qoymətləndirmək lazımdı.Bəzən olnalar daha çərin
tapşırığlar vermək lazımdı ki onlarda oyrenmeye heves artsın .Qruplarla iş olmalıdır ki tənbəl uşağlarda çalışsın aktiv
olsun ,ancağ yərbiyəşinin danışnapı duzgun hesab olunmur.
9.Məktəbəqədər tərbiyə müəssisələrində təlimin metodları və texniki vasitələri.Təlim prosesində tərbiyəçi müxtəlif
metodlardan istifadə edir . Tərbiyəçi təlim prosesində istifadə edəcəyi metodları qabaqcadan müəyyən edir və bunların
vasitəsilə təlimin səviyyəsini yüksəldir . Uşaq bağçasında təlim metodları əyani , şifahi , praktik ve oyun növlərinə bölünür.
Uşaq bağçasında , əyani metodlar geniş yer tutur . Bu , didaktik prinsip olan əyanilikden istifadə uşaqlarda təfəkkürün inkişafı
ilə bağlıdır . Əyani metoddan yeni biliyin öyrənilməsində daha çox istfadə edilir. Əyani metoda natural obyektler, əyani
vəsaitler daxil olur . Texniki vasitələrin tətbiqi əyani təlimdə mühüm yer tutur . Müşahidə ətraf mühitdəki cism ve hadisələri
məqsədyönlü , planlı , qısa və uzunmüddətli qavrama prosesidir . Uşaqlar yaşlıların əməyini , nəqliyyatın hərəkətini ,
heyvanların xarakteri ve həyat tərzini , bitkilərin inkişafını müşahidə etməklə çox şey öyrənirlər. Müşahidənin səmərəliliyini
təmin etmək üçün tərbiyəçi aşağıdakı tələblərə əməl etməlidir: 1. Müşahidəni keçirmək üçün uşaqların qarşısında aydın və
konkret məqsəd qoyulmalı , məqsəd motivləşdirilməlidir . 2. Planlaşdırma müşahidənin məzmununu əks etdirməlidir . 3.
Uşaqların yaş xüsusiyyətlərindən asılı olaraq müşahidə edilən obyektin məzmunu uşaqların əvvəlki təsəvvürləri ilə bağlı
olmalıdır. 4. Keçirilən müşahidə uşaqların əqli fəallığına və müstəqilliyinə kömək etməlidir . 5. Müşahidə dəqiq ve konkret
sözlərlə müşaiyət edilməli , obyekti düzgün qavramağa , uşaqda tam təsəvvür yaratmağa və söz ehtiyatının artmasına müsbət
təsir göstərməlidir . Müşahidə zaman tərbiyəçi söhbət vasitəsi ile uşaqların obyekt haqqında biliyini daha da zənginləşdirir .
Şəkil və illüstrativ materialların nümауiş etdirilməsi. Metoddan ətraf mühitlə tanışlıqda ve nitqin inkişaf etdirilməsində
istifade edilir. Şəkildə müəyyən hadisələr təsvir oluna bilər. "Рауız fəsli","Dənizdə dalğa", "Ayı аğаcа dırmaşib, arıların
topladığı balı уeyir" və s. Beləliklə, şəkil uşaqların biliyini zənginləşdirir.Uşaq bağçasında təlimin praktik metodlarına
çalışmalar , oyun metódu elementar təcrübə və modelləşdirmə daxildir . Çalışmalar uşaqlara verilmiş tapşırıqların praktik
cəhətdən tətbiq etməklə dönə dönə təkrarıdır . Çalışmalar onların inkişafına müsbət təsir göstərir . Uşaqlar zehni fəaliyyətin
müxtəlif formalarına yiyələnir , onlarda praktik vərdişlər formalaşır , bilik daha da möhkəmlənir . Oyun metodu çalışma və
tərzlərdən istifadə edərək fəaliyyətin ayrı - ayrı komponentlərini oyun vasitəsi ilə həyata keçirməyə deyilir . Bu zaman sualdan
, göstəriş vermədən , təhlil və izahdan geniş istifadə olunur . Oyunun başlıca uşaqlarda təsəvvür yaratmaqdır. Oyun
metodlarından biri didaktik oyundur. Bu zaman uşaqların fəaliyyəti oyun qaydası və tapşırığı ile tənzim olunur.
Modelləşdirmə əyani praktik metod uşaq bağçalarında get -gedə geniş yayılır . Modelləşdirmə müəyyən modelin uşaqlar
tərəfindən düzəldilməsi, bu prosesde əşyanın keyfiyyəti , quruluşu , digər obyektlərlə əlaqəsi haqqında biliyə yiyələnmək
deməkdir . Modelləşdirmə əyani - praktik metod kimi bir sıra tələblərə cavab verməlidir : 1. Model düzəldilən əşyanı olduğu
kimi əks etdirməlidir , öyrənilən obyektin aparıcı əvəzi olmalıdır ; 2. Qavrama üçün yararlı , eləcə də onun düzəldilməsi
uşaqların anlaq səviyyəsinə uyğun olmalıdır ;3. Uşaqlara mühüm keyfiyyətləri aydın və dəqiq çatdırmaq lazımdır ki , onların
köməyi ile cism və hadisə başa düşülsün;4. Öyrənilən mürəkkeb sahələri nisbətən asanlaşdırmaq lazımdır . Təimin şifahi
metodu. Hər hansı əyani və praktik metodun həyata keçirilmesində sözdən geniş istifadə olunur . Şifahi metod uşaqların ətraf
aləmi öyrənməsində , biliyi ümumiləşdirmə və sistemə salmaqda mühüm rol oynayır . Şifahi metodun başlıca növlərinə
tərbiyəçinin nəqletmesi , uşaqların nəqletməsi , tərbiyəçinin bədii əsər oxuması , onun məzmununu uşaqlara danışdırması ,
müsahibə və s. göstermek olar . Tərbiyəçinin nəqlində başlıca məqsəd hər hansı əşya və ya hadisə haqqinda aydın və dəqiq
təsəvvür yaratmaqdır. Tərbiyəçinin nitqi ifadəli , təsirli və emosional olmalıdır . Yeri gəldikdə əyaniləşdirmədən istifadə
etməklə söhbəti, eşyanın özü, şəkli , modeli üzərində qurmalıdır . Nəqletmə qısa söhbət şəklində qurula bilər ki , belə söhbət
uşaqların hadisənin məzmununu daha yaxşı dərk etməsinə kömək edir . Uşaqların nəqletməsi başlıca metodlardan biri kimi
onların biliyini təkmilləşdirir , düşünmə və danışıq bacarığını gücləndirir . Uşaqlara bədii ədəbiyyatın oxunması. Kitabın
oxunması uşaqların ətraf mühit haqqındakı biliklərini zənginləşdirir və genişləndirir . Onlarda bədii ədəbiyyatı başa düşmək
və onun tərbiyəvi mahiyyətini başa düşmək qabiliyyəti formalaşır. Onlarda əsərin qəhrəmanının hərəkətlərini duymaq ,
müsbət cəhətlərindən sevinmək , müvəffəqiyyətsizliklərindən kədərlənmək və s. kimi hisslər oyadır. Oxudan sonra müsahibə
təşkil edilir . Müsabibənin məqsədi əsərin məzmununu daha aydın başa salmaq , uşaqlarda emosional , estetik təssüratı
dərinləşdirməkdən ibarətdir . Müsahibə didaktik məzmununa görə iki yerə bölünür : 1. İlkin müsahibə ;2. Yekun və ya
ümumiləşdirici müsahibə ; İlkin müsahibə ilə uşaqların əvvəlki bilikləri aşkar edilir. Məsələn , tikiş fabrikinə ekskursiya təşkil
etmək üçün qabaqca uşaqların paltarı kimler , necə və nə ilə tikmələri haqqında ilkin bilikləri aşkar edilməlidir . Bu müsahibə
qısa , çox da çətin olmayan məzmunda orta qrupda keçirilir. Yekun və ya ümumiləşdirici müsahibə biliyi sistemə salmaq , onu
daha da dərinləşdirmək və ya aydın başa salmaq üçün keçirilir . Belə müsahibə növündə öyrədilən bilik daha da genişləndirilir

5
, mühüm əlamətlər qabarıq izah edilir , uşaqlarda bəzi elementar anlayışlar yaradılır.Uşaq bağçasında təlimin texniki
vasitələrinin tətbiqi.Təlim prosesində ekran vasitələrindən və radiotexnikadan əyani vəsait kimi istifadə edilir . Təlim zamanı
videofilmlər , maqnitafon yazıları , televerilişlər və kompüter texnikasından istifadə etməklə yüksək müvəffəqiyyətlərə nail
olmaq olar . Texniki vəsaitlərdən istifadə təlim prosesini cəzbedici və maraqlı edir , uşaqları ətraf mühitlə tanış etmək üçün
geniş imkan yaradır . Bu yolla tərbiyəçi otağa gətirilməsi mümkün olmayan şeyləri və hadisələri nümayiş etdirir . Məsələn , "
Heyvanlar aləmində verilişi " , " Qoruqda " , " Pambıq tarlası " , “ Milli ordumuz ” filmləri ilə uşaqları tanış edir . “ Kəndimiz
” , “ Doğma Bakı ” , " Xəzər dənizi " və s . kimi gösterilen bədii - sənədli videofilmlərdən istifadə olunur . Filmlər uşaqlarda
maraq , yeni - yeni hisslər yaradır . Filmə baxarkən onlar öyrənirlər ki , çörəyin hazırlanması çoxlu əmək tələb edir , buna
göre də onun qədrini bilmək və qənaətlə istifadə etmək lazımdır .Kinofilm və videofilmlər təlimin digər metodları ilə, məsələn
, müşahidə , əşyaların özünü və şəkillərini göstərmək , tərbiyəçinin sözü , kitab oxunuşu və s . ilə əlaqələndirildikdə daha
səmərəli olur . Məşğələlərdə videofilmlərin nümayiş etdirilməsi çox vaxt almamalıdır . Uşaq bağçasında filmler 9-10
dəqiqədən artıq gösterilməməlidir . Filmdən sonra şərait yaratmaq lazımdır ki , uşaqlar öz təəssüratlarını bölüşdürsünlər .
Biliyi daha da dürüstləşdirmək və qavramaq , qaranlıq sahələri aydınlaşdırmaq üçün belə filmler 5-6 günden sonra bir də
göstərilə bilər . Filmler uşaqların biliklərinin möhkəmlənməsinə kömək edir , öyrəndiklərini ümumiləşdirməyə imkan verir ,
onların estetik tərbiyəsində mühüm rol oynayır . Nümayişetdirmə ilə əlaqədar tərbiyəçi uşaqlara istiqamətverici suallar da
verə bilər . Bəzən də tərbiyəçi uşaqları öz sualları ilə yaradıcılığa meyl etdirir . Məsələn , filmin adını müəyyən edin ,
haqqında fikir yürüdün və s. Kinofilmlər , müxtəlif sənədli videofilmlər , müəyyən tərbiyəvi xarakterə malik cizgi filmləri üç
mühüm vəzifənin həyata keçirilməsinə kömək etməlidir : uşaqların biliyini genişləndirmək , nitqini inkişaf etdirmək və əqli
qabiliyyətini formalaşdırmaq . Bu vəzifələrin həyata keçirilməsində tərbiyəçinin təsiri mühüm əhəmiyyət kəsb edir . Uşaq
bağçasında iki növ film nümayiş etdirilir : oçerkvari və süjetli . Oçerkvari filmlər hisslərə çox təsir edir.Buna göre də onlar
əsasən yuxarı qruplarda nümayiş etdirilir . Filmlərin göstərilməsində metodik tələblərə əmel etmek lazımdır.1. Uşaqlarla ilkin
söhbət ; 2. Filmdən sonra fikir mübadiləsi yaratmaq üçün müsahibə keçirmək.
10.Yeni məzmun üzrə (kurikulum)məşğələlərin təşkili və keçirilməsi.Məşğələnini təşkili. Məşğələlərin keçirilməsində
müəyyən gigiyenik qaydalara riayət etmək tələb olunur: məşğələ otağının havası tez-tez dəyişdirilməli, mebel uşaqların
boyuna uyğun olmalı, sol tərəfdən kifayət qədər işıq düşməlidir. Məşğələ zamanı tərbiyəçi uşaqların düzgün oturmasına fikir
verməlidir ki, onlarda onurğa sütunu əyilməsin. Xüsusilə, nitq inkişafı, elementar riyazi təsəvvürlərin şüalanması və savad
tə'limi məşğələlərində uşaqların yorulmasına imkan vermək olmaz.Məşğələlərin quruluşuş Məşğələnin məzmunu və
metodikası ətraflı düşünülüb həyata keçirilməlidir ki, uşaqlarda təlim işinə maraq yaransın. Uşaqların təlim vərdişlərinə
yiyələnməsində tərbiyəçinin ustalığı çox əhəmiyyətlidir. Məşğələnin müvəffəqiyyətlə keçməsi üçün uşaqlarda qarşıdakı təlim
fəaliyyətinə maraq oyatmaq məqsədilə tərbiyəçi onların yaşını və anlaq səviyyəsini nəzərə alaraq, müxtəlif metodlardan
istifadə etməlidir.Kiçik qrupda məşğələyə maraq yaratmaq üçün uşaqlarla əyləncəli məşğələlər keçirilməlidir. “Uşaqlar, görün
qapını döyən kimdir? Deyəsən, Piri baba sizə qonaq gəlib. O, sizə maraqlı nağıl danışacaq", -deyə tərbiyəçi “Piri baba”
nağılını danışmağa başlayır. Piri babanın əməksevərlik haqqında söhbəti ilə uşaqları tanış edən tərbiyəçi onları güclərinə və
yaşlarına uyğun işə qoşur. Bəzən tərbiyəçi böyük qrup uşaqlarının müəyyən mövzular üzrə nağıl danışmağa həvəsləndirir. Bu
məqsədlə bəzən uşaqlar görüb eşitdikləri hadisələri danışmağa cəlb edilirlər. Xüsusilə, uşaqların ekskursiyada gördüklərinə
aid söhbətləri daha maraqlı və tə'sirli olur.Bu yolla böyük qrup uşaqları tədricən məktəbə hazırlanırlar. Onlar tərbiyəçinin
məsləhəti ilə bu və ya digər hadisəyə diqqətlə tamaşa edir və gördüklərini yadda saxlamağa çalışırlar.
11.Tərbiyənin prinsiplərini sadalayın və izah edin.Tərbiyə prosesinin prinsiplerini səciyyələndirin.Tərbiyənin prinsipləri
dedikdə,məktəbdə,ailədə və ictimai mühitdə tərbiyə prosesinin təşkilinin məzmunu,metod və formalarını müəyyənləşdirən
rəhbər tələb və müddəalar anlaşılır. Tərbiyəçi (valideyn və müəllim)həmin tələbləri öz fəaliyyətində əsas götürür.Tərbiyənin
başlıca prinsipləri bunlardır: 1.Tərbiyədə məqsəd aydınlığı; 2.Tərbiyə işinin həyatla,əməklə və Azərbaycan Respublikasının
quruculuğu ilə əlaqələndirilməsi; 3.Yaşauyğunluq; 4.Fərdi xüsusiyyətlərin nəzərə alınması; 5.Tərbiyədə sistemlilik,ardıcıllıq
və fasiləsizlik; 6.Nikbinlik (uşağın müsbət cəhətlərinə istinadən qüsurlarının aradan qaldırılması); 7.Şəxsiyyətə hörmətlə
düzgün tələbkarlığın uzlaşdırılması (tərbiyədə hörmət və tələbkarlıq); 8.Tələblərdə vahidliyin gözlənilməsi; 9.Tərbiyə
prosesinə kompleks yanaşma; 10. Kollektivdə,kollektiv vasitəsilə və kollektiv üçün tərbiyə.1. Tərbiyədə məqsədaydınlığı
prinsipi; Bu prinsip şəxsiyyətin formalaşmasında özünəməxsus rol oynayır və tərbiyənin son məqsədini diqtə edir. Prinsipin
mahiyyəti ondan ibarətdir ki, müəllim tərbiyyənin ümumi məqsədini aydın təsəvvürünə gətirir,yaxın vəzifələri
müəyyənləşdirməyi bacarır,fəal surətdə və təkidlə onları yerinə yetirməyə çalışır,gənc nəslin ləyaqətli vətəndaşlar kimi
yetişməsinə nail olur.2. Tərbiyə işinin həyatla,əməklə və Azərbaycan Respublikasında dinc quruculuq işləri ilə
əlaqələndirilməsi prinsipi. Həyatda, cəmiyyətimizdə, ölkənin daxilində və xaricində hər gün nə qədər əlamətdar, qəribə,
ziddiyyətli, qəlbağrıdıcı hadisələr baş verir. Şagirdlər onlardan bəzilərinin canlı şahidi olur, bir qismindən mətbuat, televiziya
və radio, tay-tuşları, ailə üzvləri vasitəsilə xəbər tuturlar. Cəmiyyətin həyatında gedən köklü dəyişikliklər az əhəmiyyət
daşıyan məsələlər deyildir. Gənc nəslin müsbət nümunələr, mütərəqqi adət və ənənələr əsasında tərbiyə almalıdırlar. 3. Yaş
xüsusiyyətlərinin nəzərə alınması prinsipi. Hər bir yaş dövrünə xas səciyyəvi xüsusiyyətlər mövcuddur. Konkret şəxsin,

6
şagirdin hər birinə xas özünəməxsus fərdi xüsusiyyətləri vardır. Lakin müvafiq yaş dövründə bütün məktəblilər üçün eyni
dərəcədə səciyyəvi sayılan xüsusiyyətlər də mövcuddur.Bu yaş dövründə şagirdlərdə təlimə şüurlu münasibəti, iradi
keyfiyyətləri inkişaf etdirib formalaşdırmaq nəticəsində dərsdə onlarda fəallıq, müstəqillik, öyrənilən mövzulara maraq
yaradılır. 4. Fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi. Insanlar xarakter və xasiyyətcə bir-birlərinə bənzəmirlər. Hər bir
şəxs özünəməxsus fərdi xüsusiyyətlərə malikdir. Belə isə, deməli, tərbiyə prosesində yalnız həmin fərdi fərqləri hesaba
almaqla səmərəli nəticələr qazanmaq mümkündür. Psixoloqlar dörd temperament tipini göstərirlər: xolerik, sanqvinik,
fleqmatik, melanxolik. Fərdi fərqlər temperamentin bu tiplərindən irəli gəlir. 5. Tərbiyədə sistemlilik, ardıcıllıq və fasiləsizlik
prinsipi. Tərbiyə prosesi mövsümü xarakter daşımır, daşıya da bilməz. Sistemin gözlənilməsi tərbiyənin tərkib hissələri,
komponentləri, istiqamətləri arasında əlaqənin nəzərə alınmasını zərurətə çevirir. Ailədə aparılan tərbiyə işləri, təlim
prosesində tənəffüslərdə şagirdlərin asudə vaxtlarında davam etdirilməli, sinifdənxaric və məktəbdənkənar tədbirlərdə daha da
inkişaf etdirilib möhkəmləndirilməlidir. Tərbiyə işi sürəkli, uzunmüddətli bir prosesdir. Odur ki, o, tənəffüs və fasilələri
xoşlamır. Bir də görürsən ki, tərbiyəçi müəyyən müddət tərbiyə ilə ciddi məşğul olur, şagirdlərin davranış, təftar və ünsiyyət
tərzinə, yoldaşları ilə qarşılıqlı münasibətlərinin xarakterinə diqqət yetirir, özünüidarə orqanlarının fəaliyyətinə rəhbərlik və
nəzarəti həyata keçirir. 6. Nikbinlik prinsipi. Bu prinsip şagirdin müsbət keyfiyyətlərini əsas götürmək, onun qabiliyyət və
bacarığını, istedadını qiymətləndirməklə, onun mənfi cəhətlərini aradan qaldırmağı nəzərdə tutur. Məktəblilər arasında elələri
vardır ki, ailədəki yalnış tərbiyə, məhəllə mühitinin pozucu təsiri altında tədris ocağında özünü yaxşı aparmır, özündən
kiçikləri incidir, həmyaşıdları ilə kobud davranır, savaşır, dərsə mane olur, söyüş söyür, intizamı pozur, məşğələrdən yayınır
və yaxud qaçır. Pedaqoji prosesdə nikbin olmaq nəyi nəzərdə tutur? Heç bir uşaq anadan nümunəvi, intizamlı, bilikli, başqa
sözlə, ən yaxşı mənəvi keyfiyyətlərə yiyələnmiş şəkildə və yaxud intizamsız, mənfi keyfiyyətlərlə doğulmur. Düşdüyü
mühitin, aldığı tərbiyənin təsiri nəticəsində xarakteri formalaşır. Lakin məktəbli şəxsiyyətinin hansı şəkildə təşəkkül
tapmasından asılı olmayaraq, onu müsbət pedaqoji təsirlərlə əhatə etmək mümkündür. Hətta nümunəvi, əlaçı sandığımız
şagirdin xarakterində də bu və ya digər xoşagəlməz cəhətlər (təkəbbürlük, lovğalıq, xudpəsəndlik və s.) özünü göstərir. Lakin
onun uğurlarının fonunda böyüklər bu cəhətlərə fikir vermirlər. Əslində bunlar tərbiyəçinin diqqətindən yayınmamalıdır.
12.Tərbiyənin metodlarını təsnif edin.Tərbiyə metodu tərbiyə prosesinin mühüm ünsürlərindən biridir.O tərbiyənin məqsəd
və məzmunu ilə sıx bağlı olub, onların həyata keçirilməsinə kömək edir.“Metod” yunanca məqsədə çatmaq yolu deməkdir.
“Metod” sözü ərəbcə “üsul” sözünün qarşılığıdır. Tərbiyə metodları qarşıda duran tərbiyə məqsədlərinə nail olmaq üçün
istifadə olunan yollara deyilir. Pedaqogikada metodla yanaşı vasitə, tərz anlayışlarıda işlədilir. Vasitə dedikdə tərbiyə işində
istifadə olunan söz,fəaliyyət növləri,bədii texniki vasitələr (kitab,radio,telivizor,kinofilm)başa düşülür.Tərz isə metodun tərkib
hissəsidir.Məsələn əxlaqi söhbət metodu zamanı müəllim tarixi şəxsiyyətlər nümunəsindən istifa edirsə bu həmin metodun
tərzi sayılır.Tərbiyə metodlarını dörd qrupa bölmək olar: 1)Şüuru formalaşdıran metodlar.2)Fəaliyyətin təşkili və davranış
təcrübəsini formalaşdıran metodlar. 3)Fəaliyyət və davranışı stimullaşdıran metodlar. 4)Tərbiyədə nəzarət və özünə nəzarət
metodları.Hər bir metodun özünəməxsus xüsusiyyətləri var.Şüuru formalaşdıran metidların məqsədi insanın şüuruna təsir
etməklə ona düzfün inam və əqidə yaratmaqdan ibarətdir.Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini formalaşdıran
metodlar qrupu insanda müsbət adətlər yaratmaq və iradəni möhkəmlətməklə düzgün davranış təcrübəsi formalaşdırmağa
xidmət edir.Fəaliyyəti və davranışı stimullaşdıran metodlar qrupu insanın hiss aləminə təsir göstərməklə onu yaxşı hərəkətləri
möhkəmlətməyə pis hərəkətləri çəkindirməyə xidmət edir.
13.Məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsinin vəzifələri, həyata keçirilmə yolları.Fiziki tərbiyə - tərbiyənin tərkib
hissəsi olmaqla şəxsiyyətin hərtərəfli inkişafının mühüm vasitəsidir. Gənc nəslin fiziki tərbiyəsi salam nəslinin yetişdirilməsi
yolu ilə uşaqların həyata, əməyə və vətəni müdafiə etməyə hazırlanmalarına, fiziki kamilliyin formalaşmasına yönəldilir.
Fiziki tərbiyə prosesində uşaqda müvafiq bilik, bacarıq və vərdişlər sistemi yaradılır. Fiziki tərbiyənin anlayışları bunlardır:1.
Fiziki təhsil. 2.Fiziki inkişaf. 3. Fiziki hazırlıq.4. Fiziki mədəniyyət. Fiziki təhsil fiziki tərbiyənin mühüm anlayışlarından biri
olmaqla uşaqda fiziki inkişaf sahəsində müvafiq bilik, bacarıq və vərdişlər yaratmaq məqsədi güdür. Fiziki inkişaf sahəsində
yeni öz orqanizmi və müxtəlif hərəki tənzimlərin icrasında müvafiq bacarıq və vərdişlər yaradır. Tərbiyə ikitərəfli proses
olduğu üçün bu prosesin müvəffəqiyyəti təbii olunmanın özündən çox asılıdır. Bunun üçün də hər bir tərbiyəçi quşağı tərbiyə
prosesinə psixoloji cəhətdən tam hazırlamalıdır. Fiziki inkişaf uşaq orqanizmində gedən təbii proses və bizdən asılı olmayaraq
həyat tərzinin təsiri ilə uşaq orqanizmində baş verən funksianal fizioloji dəyişikliklərdir. Fiziki tərbiyənin elmi metedoloji
cəhətdən düzgün təşkili uşaqları fiziki inkişafını maksimal səviyyəyə çatdırır. Çəki artımında, bədən quruluşunda, sinir
sistemində və ağciyərin həcmində müntəzəm baş verən kəmiyyət dəyişiklikləri tədricən keyfiyyət dəyişiklikləri ilə əvəz
olunur. Fiziki tərbiyənin əsas vəzifələrindən biri də yetişməkdə olan gənc nəsli həyata fiziki cəhətdən tam hazırlamaqdan
ibarətdir. Fiziki hazırlıq elə yüksək ideal iradi qüvvədir ki, hər cür çətinliyə qalib gəlməklə qəhrəmanlıq səviyyəsinə qalxır.
Fiziki mədəniyyət anlayışı fiziki hazırlığa malik olan gənc nəslin sadəcə cismani güclülüyü deyil həm də mənəvi güclülüyü
kimi başa düşülür. Yəni fiziki tərbiyə prosesində uşaqların əzələlərinin inkişafı ilə yanaşı, onlarda yüksək əxlaqi keyfiyyətlər:
mədəni davranış qaydaları, xeyirxahlıq, insanpərvərlik, hər cür şər əməllərə qarşı mübarizlik kimi yüksək əxlaqi keyfiyyətlər
də formalaşdırılmalıdır.

7
14. Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin vəzifələri, həyata keçirilmə yolları.Əqli tərbiyənin birinci və əsas
vəzifəsi uşaqların ətraf aləm, təbiət, əmək, ictimai hadisələr, müxtəlif əşyalar, onların keyfiyyətləri və xüsusiyyətləri haqqında
sadə biliklərə yiyələnməsini təmin etməkdir.Ətraf aləmin duyğular vasitəsilə dərk edilməsi insanın əqli cəhətdən
təkmilləşməsinə səbəb olur. Burada başlıca vəzifə uşaqlara ətraf mühit haqqında səthi biliklər deyil, hadisələrin başlıca
əlaqələri haqqında bilikləri dərk etdirməkdən ibarətdir. Kiçik yaşlı uşaqlar fəaliyyət prosesində yaxın adamlarla, onları əhatə
edən əşyalarla tanış olurlar. Sonra bu əşyaların əsas əlamətlərini ayırmağa, onlar arasındakı əlaqəni anlamağa, müxtəlif təbiət
və həyat hadisələrinin başvermə səbəblərini öyrənməyə başlayırlar. Uşaq üçün ictimai mühit inkişaf mənbəyidir. Uşağın əqli
fəaliyyəti onun təxəyyülünə, təsəvvürünə, mühakiməsinə özünəməxsus rəngarənglik verən emosiya ilə sıx bağlıdır. Bütün
yeniliklər uşaqda təəccüb əmələ gətirməklə bəzən, sevinc, heyrət, bəəzən vahimə, qorxu yaradır. Bu emosiyalar hafizədə
saxlanılaraq, elə bil həmin əşyanın və ya hadisənin keyfiyyəti kimi əks olunur.Əşya və hadisələr arasında qarşılıqlı əlaqəni
tapmaq, ona münasibət göstərmək, biliyi ümumiləşdirmək əqli inkişafın göstəricilərindəndir.Ətraf mühit haqqında biliklər
uşaqların əxlaq və estetik tərbiyəsində də mühüm rol oynayır.Tərbiyəçinin bu sahədə başlıca vəzifəsi uşaqlara bilik vermək,
bunun əsasında onların marağını, öyrənmək həvəsini, diqqətli olmasını formalaşdırmaq, nəcib hisslər oyatmaq və verilən
tapşırıq üçün üzərinə düşən funksiyaları yerinə yetirməyə sə’y göstərməyi formalaşdırmaqdır. Əqli cəhətdən formalaşma həm
də fiziki tərbiyə ilə əlaqəlidir. Fiziki cəhətdən sağlam olan uşaq hadisələrə sürətlə münasibət bildirir, düzgün fikirləşməyi
bacarır, normal böyüyür, müvəffəqiyyətlə irəliləyir. Uşaqlarda əqli inkişafın ardıcıllığını təmin edən başlıca faktor onun
tərbiyəsi ilə müntəzəm məşğul olmaqdır. Uşaqların əqli tərbiyəsində də həlledici rol tərbiyəçilərlə yanaşı, valideynlər də
üzərinə düşür. Valideynlər uşaqların fəaliyyətinə nəzarət edir və istiqamətləndirirlər ki, dərketmə prosesi normal formalaşsın,
lazımi bilik əldə etmək mümkün olsun. Dövlətimiz yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafını təmin etmək məqsədilə
əqli tərbiyənin vəzifələrinin düzgün müəyyən edilməsini məktəbəqədər tərbiyə müəssisələri qarşısında başlıca bir vəzifə kimi
qoyur: 1.Cəmiyyət və təbiət haqqında elmi anlayışları formalaşdırmaq, real elmi dünyagörüşü yaratmaq;2.Əqli fəaliyyəti
inkişaf etdirmək məqsədilə öyrənmə marağı, qabiliyyəti və əqli fəaliyyətin digər rəngarəng növlərini formalaşdırmaq;
3. Müstəqil öyrənmə meyli, mədəni əqli iş tərbiyə etmək.
15.Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsinin vəzifələri, həyata keçirilmə yolları.Tərbiyə tarixi və dünyəvi
pedaqoji anlayış olsa da, hər bir xalqın özünəməxsus milli mənəvi xüsusiyyətləri, öz dili, dini, tarixi, ədəbiyyatı, incəsənəti,
mədəniyyəti, adət və ənənələri var. Bütün bunlar həmin xalqın milli mə’nəviyyatını təşkil edir. Bu səbəbdən tərbiyə
prosesində mütləq milli xüsusiyyətlər nəzərə alınmalıdır.Tərbiyə prosesində iki tərəf iştirak edir. Tərəflərdən biri tərbiyə- idarə
edəndir. Bura, tərbiyəçi, müəllim, valideyn, rəhbər, ağsaqqal və s aiddir.Tərəflərdən ikincisi tərbiyə-idarə olunandır. Bura,
uşaq, şagird, tələbə, köməkçi, əsgər, işçi və s. aiddir. Buradan belə bir elmi qənaətə gəlmək olar ki, tərbiyənin özündə
hakimiyyətlik, idarəetmə hüququ var.Tərbiyə prosesi mə’nəvi və hüquqi qanunlar əsasında həyata keçirilir. Bu proses uşaq
bağçasında, məktəbdə, ailədə, idarə və təşkilatlarda, dövlət qurumlarında özünü parlaq formada göstərir. Bu həqiqətən belədir,
çünki tərbiyə üstqurum hadisəsidir. Onun məzmunu konstitusiyaya əsasən dövlət aktları ilə müəyyən olunur.İndiyə qədər
mövcud olan pedaqoji ədəbiyyatda tərbiyə anlayışı iki mə’nada işlədilmişdir. Geniş və dar (məhdud) mə’nada. Geniş mə’nada
tərbiyəyə verilən tərifdə onun xüsusiyyətləri ümumi halda izah olunur. Eyni zamanda, təkrarən məhdud mənada tərbiyənin
tərkib hissələri kimi izah edilir. Halbuki, elə bir əmək tərbiyəsi, fiziki tərbiyə, estetik tərbiyə, ekoloji tərbiyə, hüquq tərbiyəsi
yoxdur ki, onda əqli, əxlaqi anlayış olmasın. Və yaxud tərbiyənin hər hansı tərkib hissəsini ayrılıqda götürsək, yenə görərik ki,
bunların hər birində bütün tərkib hissələrin əlamətləri var və bunlar biri-birindən təcrid olunmuş halda mövcud deyil. Bu
baxımdan konkret olaraq qeyd etmək olar ki, tərbiyə geniş anlayışdır, onun məhdud forması yoxdur.
16.Məktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsinin vəzifələri, həyata keçirilmə yolları. Məktəbəqədər pedaqogika uşaq
əməyi qarşısında müəyyən məqsədlər qoyur: yaşlıların əməyi ilə uşaqları tanış etmək, uşaqlarda onların əməyinə hörmət
aşılamaq, sadə əmək bacarığı və vərdişləri yaratmaq, əməyə maraq formalaşdırmaq, əməyin ictimai mahiyyət daşıdığını
öyrətmək. Əmək tərbiyəsi zamanı həyata keçirilən vəzifələrdən biri gənc nəslin psixoloji cəhətdən əməyə hazırlanmasıdır.
Gənc nəslin əməli cəhətdən əməyə hazırlanması da əmək tərbiyəsinin vəzifəsidir. Ailədə, uşaq bağçasında, məktəbdə
özünəxidmət, məişət, ictmai faydalı fəaliyyət sahələri üzrə adi əmək bacarıqları və vərdişlərinin uşaqlara, yeniyetmə və
gənclərə aşılanmasından ibarətdir. Əməyə hazırlıqla əlaqədar söhbətdə əməyin digər növü olan zehni əməyi unutmaq olmaz.
Çünki zehni əməyin də özünəməxsus spesifik bacarıq və vərdişləri mövcuddur. Məsələn; şeir yazmaq, şəkil çəkmək, musiqi
bəstələmək, elmi tədqiqat işi, dərsə hazırlaşmaq, dərs təşkil edib keçirmək və s. fəaliyyət növləri zehni əməyə aiddir.Bu cür
bacarıq və vərdişlərin gənc nəslə aşılanması da əməyə əməli şəkildə hazırlığın tərkib hissəsidir.Əmək mədəniyyəti, bacarıq və
vərdişlərinin uşaqlara aşılanması əmək tərbiyəsinin vəzifələrindən biridir. Əmək mədəniyyəti deyəndə iş yerinin sahmana
salınması, iş üçün lazım olan əşyaların, cihazların, alətlərin, avadanlıqların və s-nin gətirilməsi, işdən sonra iş yerinin səliqəyə
salınması, təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur.Ailədə valideynlərin müxtəlif növ əməyi uşaqlar üçün nümunə
olur: ata-anaları kimi iş görməyə səy göstərirlər. Təcrübəli valideynlər övladlarını balacalıqdan gücləri çatan məişət və
özünəxidmət işlərinə cəlb edirlər. Əmək tərbiyəsi uşaq bağçasında davam etdirilir. Uşaqlar burada müəllimlik, həkimlik,
sürücülük və s. peşələri əks etdirən oyunlarda həvəslə iştirak edirlər. Bu baxımdan əməyin cəmiyyətdə rolunun nədən ibarət

8
olmasının uşaqlara çatdırılması və həm də onlarda zəhmətsevərlik hisslərinin aşılanması, əməyin yaşamaq üçün nə qədər
zərurət olmasının onlara izah edilməsi bu gün mühüm vəzifələr sırasındadır.
17.Məktəbəqədər yaşlı uşaqların estetik tərbiyəsinin vəzifələri, həyata keçirilmə yolları.Estetik tərbiyənin vasitələri
tərbiyəçi tərəfindən seçilir və fəaliyyət prosesində tətbiq edilir.Bura məişət estetikası,təbiət,incəsənət,uşaqların bədii
fəaliyyəti,təlim məşğələləri,tərbiyəçinin davraanışı,uşaq tərbiyə müəssisəsində estetik tərbiyə üçün şəraitin yaradılması
daxildir.Uşaq bağçasında məşiət estetikasına xüsusi əhəmiyyət verilir.Uşaq bağçasının hər yerində estetik zövqü yaradan
əlamət olmalıdır.Divarların rəngi,mebel,şəkil və heykəllərin,otaq bitkilərinin cazibədarlığı və s. bütün bunlar uşaqların estetik
tərbiyısində mühüm əhəmiyyət kəsb edir.Məşiət estetikası uşaqların sağlamlığına,onlarla tərbiyə işi aparılmasına,bədii
zövqünün tərbiyə edilməsinə xidmət edir.Təmizlik və səliqə-sahman estetik tərbiyənin bünövrəsini təşkil edir.Məktəbəqədər
yaşlı uşaqlarda estetik tərbiyənin məzmunu,vəzifələri.Estetik tərbiyənin məzmunu- Estetik tərbiyənin məzmununa estetik,
bilik, bacarıq, vərdiş, hiss, maraq, və zövq daxildir.Uşaqların gözəllik haqqında anlayışları ətraf mühiti estetik cəhətdən
dərketmə prosesində yaranır. Məktəbəqədər yaşlı uşaqlar obyektiv həqiqətləri əks etdirən qrafik işlər nəqqaşlıq,
heykəltəraşlıq, dekorativ-tətbiqi sənət,ədəbiyyat musiqi, və onların müxtəlif kadrlarını mənimsəmə prosesində estetik
cəhətdən formalaşırlar. Uşaqlar həmçinin ətraf mühitdən irəli gələn estetik anlayışları da mənimsəyirlər. Böyüklərin rəhbərliyi
altında gözəl və çirkin, yaxşı və pis və s. anlayışlar haqqında təsəvvür və biliklərədə yiyələnirlər. Uşaqlar tədricən öyrənirlər
ki, hansı hərəkətlər yaxşı, hansı pisdir. Məktəbəqədər yaşlı uşaqlar gülməli əsərlərə tamaşa edərkən güldüyü,sevindiyi kimi
faciə əsərlərindəki kədərli əhvalatlardan qəmlənməyi də bacarırlar. Uşaqlar çalınan musiqidə, tamaşa etdikləri rəsm
əsərində,oxuduqları nəğmədə şad və kədərli halları duyur,onu əhval-ruhiyyələrində əks etdirir,bundan sevinir, kədərli
əhvalatlardan isə dərin həyacan keçirirlər. Onlar bəzən bunu çəkdikləri rəsmlərdə əks etdirməyə çalışırlar. Buna görədə uşaq
incəsənəti ideya-tərbiyəvi cəhətdən yüksək kefiyyətli olmalıdır. İncəsənət əsəri həmdə haqlı qəzəb, nifrət və həyacan oyada
bilər. Uşaq incəsənəti anlaşıqlı olmalıdır.Məzmun və formaca mürəkkəb olan incəsənət əsəri uşaq beyninin lüzumsuz
gərginliyinə səbəb olur, obrazların yalnış başa düşülməsinə gətirib çıxarır,uşaqları yorur. Əsəri təkrarən uşağa düzgün
anlatmaq və açmaq bacarığı tərrbiyəçinin əsas vəzifəsidir. Estetik keyfiyyət uşaqda kiçik yaşdan özünü göstərir,tərbiyə və
təlim prosesində tədricən formalaşır.Uşaq yaşa dolduqca tədricən estetik mədəniyyətə yiyələnir, onda estetik qavrayış, maraq,
meyl, bədii yaradıcılıq inkişaf edir.
18.Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsinin vəzifələri, həyata keçirilmə yolları.Ətraf mühitin qorunmasının
əhəmiyyəti və ekoloji tərbiyə məsələlərinin məktəbəqədər dövrdən başlayaraq həyata keçirilməsi vacibdir. Gələcək nəslin
ekoloji ruhda tərbiyə olunması uşaqların ən kiçik yaşından başlayaraq tərbiyə olunmasını tələb edir. Uşaqlara təbiəti qorumaq,
onun sərvətlərindən səmərəli istifadə emtək işində məsuliyyət hissi aşılanmasa, onlar bunu aydın dərk etməsələr ətraf mühitin
qorunmasında fəal rol oynaya bilməzlər. Aparılan müşahidələr göstərmişdir ki, təbiət nə qədər zəngin olarsa, maddi nemətlər
də bir o qədər bol olar, nə qədər gözəl olarsa, o qədər də insan zövqünü oxşayır. İstər-istəməz ətraf mühitə fasiləsiz olaraq
müxtəlif tullantılar daxil olur, nəticə olaraq da , atmosferi, suyu, torpağı çirkləndirir, havanı zəhərləyir. Saysız- hesabsız
maşınların çoxalması ətraf mühit üçün qlobal problemlərdən biridir. Bu gün hər bir gənc nəsil ekologiyanın qorunması
məsələsində fəal iştirak etməlidir. Təbiətə, onun sərvərlərinə məhəbbət və qayğı uşaqlarda kiçik yaşlarından təşəkkül tapmağa
başlayır. Bunun üçün uşaq bağçalarında və məktəblərdə uşaqlarda təbiətə, ətraf mühitə, təbii sərvətlərinə məhəbbət ruhunda
tərbiyə işi aparmaq, bitki və heyvanat aləmini izah etmək, onların qayğısına qalmaq hissini aşılamaq lazımdır. Uşaqlar
məktəbəqədər dövrdən bilməlidirlər ki, təbiətin mühafizəsi onun sərvətlərinin qorunması və artırılması, hava, su , torpaq, bitki
və heyvan, meşə, həmçinin bütün faydalı qazıntılar təbiətin sərvətidir.Məktəbəqədər yaşlı usaqlarda ekoloji tərbiyənin
prinsipləri.Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsini lazımi səviyyədə qurmaq üçün bir sıra mühüm prinsiplərə əməl
olunmalıdır:1)İlk olaraq ekoloji tərbiyəyə uşaq şəxsiyyətinin hərtərəfli inkişafının tərkib hissəsi kimi baxılmalıdır.2)Ekoloji
tərbiyədə təbii sərvətlərin mahiyyətini anlamaq üçün məktəbəqədər yaşlı uşaqların fərdi və yaş xüsusiyyətləri nəzərə
alınmalıdır.misal,bu yaşlı hər bir uşaqlara təbii ehtiyatların tükənməsi,havanın,suyun,bəzi heyvan və bitki növlərinin qeyri-
insani fəaliyyət nəticəsində məhv edilməsini anlatmaq üçün istər məşğələ zamanı,istərsə də məşğələdənkənar tərbiyəvi
tədbirlər vasitəsilə sadə şkildə çatdırılmalıdır.3)Ekoloji tərbiyə işində hər zaman ardıcıllıq və sistematiklik
gözlənilməlidir.Ekoloji tərbiyə sahəsində vərdişləri uşaqlara yavaş-yavaş,bir-biriylə əlaqəli surətdə aşılamaq
lazımdır.4)Ekoloji tərbiyə işi hərtərəfli aparılmalıdır.Uşaqlarda təbiətə sadə formada olsa da,münasibət formalaşdırmalıdır.
19.Məktəbəqədər tərbiyə müəssisələrində bayram şənlikləri və tədbirlərin əhəmiyyəti,növləri ,səmərəli keçirilməsi
şərtləri. Bayram şənlikləri uşaqlarda məşğulluq, sevinc, fərəh və iftixar hissi yaratmaq məqsədi ilə həyata keçirilən təntənəli
tədbirlərdir. Belə tədbirlər uşaqlarda ictimai fəallıq hissi yaradır. Uşaqlar bayram tədbirlərində iştirak etdikcə, onların şüuru,
nitqi, dünyagörüşü sürətlə inkişaf edərək müvafiq bilik, bacarıq və vərdişlərlə zənginləşir. Hər bir bayram tədbirinin
keçirilməsi xüsusi hazırlıq və bədii tərtibat tələb edir. Bayram tədbirlərinin yüksək zövqlə keçirilməsi uşaqların yaş və anlaq
səviyyəsinə uyğun olmalıdır. Belə tədbirlərə hazırlaşarkən folklordan götürülmüş bayatılar, nəğmə və şən mahnılar milli
mənəvi dəyərlərimizə, Vətənə sonsuz məhəbbət hissi yaradır. Bu məqsədlə də uşaq bağçalarında qeyd edilən bayram
şənlikləri və tədbirlər məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsinfə xüsusi əhəmiyyət kəsb edir. Məktəbəqədər tərbiyə

9
müəssisələrində keçirilən xalqımızın əsrlər boyu folklor nümunələrindən həmişə geniş istifadə olunur. Qədim zamanlardan
başlamış el şənlikləri, mərasimlər, onlarln yerli yataqlı icrası xalqımız üçün həmişə əziz və müəqəddəs olmuşdur. Adqoydu,
toy, yas və digər müqəddəs tarixi günlər həmişə böyük təntənə ilə qeyd olunmuşdur. Uşaq bağçalarında keçirlən bayram
tədbirlərini məzmununa görə üç qrupa bölmək olar.1. İctimai-siyasi bayramlar.2. Məişət bayramları. 3. Mövsümi
bayramlarMəişət bayramları haqqında məlumat verin.Məişət bayramları hər ailədə milli ənənə kimi yüksək səviyyədə
qeyd edirlər. Belə bayramlara Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı və s. aiddir. Bu bayramların hər birinin
özünəməxsus qeyd etmə xüsusiyyətləri var. Uşaq bağçalarında qeyd olunan hər bir bayram şənliyinin məqsədi birinci növbədə
uşaqlarda sevinc, fərəh, iftixar və s. nikbin hissləri formalaşdırmaq ve bu bayramlar haqqında onlarda müvafiq bilik, anlayış
yaratmaqla milli adət ənənələri yaşatmaq ruhunda tərbiyə etməkdir. Hər bir bayram şənliyi məzmun etibarilə maraqlı və
dolğun olmalıdır. Məktəbəqədər yaşlı uşaqlara yüksək sevinc və fərəh gətirən bayramlardan biri "Yeni il" bayramıdır. Uşaqlar
al - əlvan oyuncaqlarla bəzədilmiş yolkanı ve Şaxta babanı çox sevirlər . Yolka ağacı ətrafında dövrə vurub oynamağı və
mahnı oxumağı uşaqlar çox xoşlayırlar . Bu məqsədlə uşaqlara tapşırılan hər bir mahnını , şeiri onlar böyük həvəslə
öyrənməyə çalışırlar . Ona görə də tərbiyəçi uşaqların bu istəyindən səmərəli istifadə edərək , onlara çoxlu mahnı və şeirlər
öyrətməlidir . " Yeni il ” bayramına hazırlıq erəfəsində uşaqlara " Yolkamız " , " Qış baba " , " Şaxta baba xoş gəlib ” , “ Şən
yolka " , " Qış " , " Şaxta baba ",“ Yolka bayramı " , " Təzə il nəğməsi ” , “ Qış ", " Yeni il ” şeirlərini öyrətmək çox
faydalıdır . Şeir ve mahnıları öyrənmək , onları oxumaq uşaqların nitqini , vokal qabiliyyətini , estetik zövqünü , mədəni
davranışını , bədii fəaliyyətini , həssaslığını və s . əqli keyfiyyətlərini inkişaf etdirir. Milli məişətimizdə ən geniş qeyd olunan
bayram "Novruz" bayramıdır. Novruz bayramı çox qədim tarixə malikdir. Deyilənlərə görə Novruz ayı "boz ay" adlanır. Boz
ayında 4 çərşənbəsi var. Novruz bayramında tonqallar qalanır; şəkərbura,paxlava,qoğal və s. şirniyyatlar hazırlayırlar; səməni
cücərdirlər; yumurta boyanır; Novruz xonçası tuturlar. Bayram günlərində hamı deyib gülür, küsülülər barışır. Uşaq
bağçalarında Novruz bayramını su çərşənbəsi günündən başlayaraq xüsusi hazırlıq işləri görürlər. Uşaqlara Novruz bayramı
haqqında maraqlı söhbətlər edir, mahnılar şeirlər öyrədir, ssenari əsasına müxtəlif bayram tamaşaları hazırlayırlar. Tamaşa
zamanı mahnı oxuya-oxuya "Səməni xonçası", "Sünbül xonçası" gəzdirir,Kosa-kosa", "Qodu-qodu" oyunları göstərilir. Bahar
qız haqqında şeirlər oxuyur, şən rəqslər edirlər. "Yaz günləri", "Əziz qonaqlar", "Kəpənək", "Bənövşə", "Bahar nəğməsi",
"Bahar gəlir", "Qızılgül" və b. şairlərin şeirləri uşaqların dilinin əzbəri olur. İctimai-siyasi bayramlar.İctimai siyasi
bayramlar dövlət tərəfindən təntənəli şəkildə keçrilən şənliklərdir. Belə bayramlara 8 Mart Beynəlxalq qadınlar günü, 9 May
faşizm üzərində qələbə günü , 15 May Milli qurtuluş günü , 28 May Respublika günü aiddir. İctimai siyasi bayram şənlikləri
ilə yanaşı uşaq bağçalarında siyasi xarakterli tədbirlərin tarixi hadisələrin xüsusi qeyd olunması yüksək əhəmiyyət kəsb edir.
Məs: 31 Mart milli soyqrm günü , 26 fevral Xocalı faciəsi və Xocalı soyqırımı günlərinin qeyd olunması tariximizin qanlı
səhifələri haqqında uşaqlara yaşlarına müvafiq məlumatlar verir onları düşmənə nifrət ruhunda tərbiyə edir. Hər il 20 Yanvar
faciəsini matəm kimi qeyd etmək şəhidlərimizin əziz xatirəsini yad etmək uşaqlarda düşmənə nifrət hissi aşılayır. Uşaqlarda
Xocalı soyqırımı haqqında geniş anlayış yaratmaq məqsədi ilə bu barədə onlara ətraflı məlumat vermək lazımdır.
Şəhidlərimizin əziz xatirəsini əziz tutmaqla yanaşı uşaqlarda mərdlik mübarizlik qəhrəmanlıq ruhunda tərbiyə etmək zəruridir.
Uşaqları sevinməklə yanaşı pərişan olmağı gülməklə yanaşı ağlamağı mütəsir olmağada aşılanmalıdır. Xüsusən xalqımız milli
istiqlaliyyət uğrunda apardığı mübarizə erməni faşizminin alçaq cinayətkarlığı məktəbəqədər dövürdən uşaqlara aydın başa
salınmalıdır. Milli qəhrəmanlara şəhid oğul və qızlarımızın döyüş şücaətinə Dağlıq Qarabağa Xocalı qırğınına xəyanətkarlığın
qurbanı olmuş gözəl şuşaya Qartal yuvası laçına dair yazılmış əsərlərdən uşaq bağçalarında keçrilən tədbirlərdə yerli yerində
istifadə edilməlidir. Bizim qəhrəmanlıq tariximizi tədris edən müəllimlərimiz tarixi və ictimai hadisələrdən bu və ya digər
qəhrəmanın fəaliyyətindən bəhs edən vaxt onları yalnız siyasi və ictimai bir xadim kimi göstərməklə kifayətlənməyərək o
qəhrəmanların müxtəlif həyat səhnələrindən hər birinin yaşamış olduğu iztirab və sevinc zamanlarından canlı və təravətli
söhbətlər etməlidir.Uşaq bağçasında bayram şənliklərinin növləri.Bayram şənlikləri uşaqlarda məşğulluq, sevinc, fərəh,
iftixar hissi yaratmaq məqsədilə həyata keçirilən təntənəli tədbirlərdir. Belə tədbirlər uşaqlarda ictimai fəallıq hissi yaradır.
Uşaqlar bayram tədbirlərində iştirak etdikcə, onların şüuru nitqi,dünyagörüşü sürətlə inkişaf edərək müvafiq bilik, bacarıq və
vərdişlərlə zənginləşir. Hər bir bayram tədbirinin keçirilməsi xüsusi hazırlıq və bədii tərtibat tələb edir. Bayram tədbirlərinin
yüksək zövqlə keçirilməsi uşaqların yaş səviyyəsinə uyğun olmalıdır. Uşaq bağçalarında qeyd edilən bayram şənlikləri və
tədbirlər məktəbəqədər yaşlı uşaqların mənəvi tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir .Uşaq bağçalarında keçirilən bayram
tədbirlərini məzmununa görə üç qrupa bölmək olar: 1) İctimai-siyasi bayramlar 2)Məşiət bayramları 3)Mövsümi bayramlar.
İctimai-siyasi bayramlar– ictimai siyasi bayramlar dövlət tərəfindən təntənəli səviyyədə həyata keçirilən şənliklərdir. Belə
bayramlara 8mart Beynəlxalq Qadınlar Günü, 9May Faşizm Üzərində Qələbə Günü,15May Milli Qurtuluş Günü, 28May
Respublika Günü, Beynəlxalq uşaqlar günü və s. aiddir. İctimai-siyasi bayram şənlikləri ilə yanaşı uşaq bağçalarında siyasi
xarakterli tədbirlərin, tarixi hadisələrin xüsusi qeyd oıunması yüksək əhəmiyyət kəsb edir.Məşiət bayramları- Məşiət
bayramlarını ictimai-siyasi bayramlardan fəqli olaraq birinci növbədə hər ailədə milli ənənə kimi yüksək səviyyədə qeyd
edirlər. Belə bayramlara Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı, və s. aiddir. Bu bayramların hər birinin
özünəməxsus qeyd etmə xüsusiyyətləri var. Uşaq bağçalarında keçirilən hər bir bayram şənliy məzmun etibarilə maraqlı və

10
dolğun olmalıdır. Məktəbəqədər yaşlı uşaqlara yüksək sevinc və fərəh gətirən bayramlardan biri Yeni il bayramıdır. Uşaqlar
al-əlvan oyuncaqlarla bəzədilmiş yolkanı və Şaxta babanı çox sevirlər.Mövsümü bayramlar haqqında.Mövsümi şənliklər
ilin fəsilləri ilə bağlıdır. Misal üçün baharın gəlişi, yay istirahəti düşərgəsinin açılması, qışın gəlişi ilə bağlı keçirilən şənliklər
uşaqlar üçün çox faydalıdır. Uşaq bağçasında keçirilən hər bir tədbir, hər bir bayram şənliyi uşaqları təbiətlə, adət-
ənənələrimizlə, tariximizlə yaxından tanış edir, onların dünyagörüşlərini formalaşdırır, yüksek milli-mənəvi dəyərlərlə tərbiyə
olunmasına güclü təsir göstərir.Yüksək tərbiyəvi əhəmiyyət kəsb edən bayram şənliklərinə məqsədyönlü hazırlaşmaqda və
səmərəli həyata keçirilməsində mühüm pedaqoji şərtlərə düzgün əməl olunması çox vacibdir.1) Bayram şənliklərinin
məzmunu ideyalıq baxımından və bədii cəhətdən təsirliliyi düzgün müəyyən olunmalıdır.2) Bayram şənlikləri uşaqlarda
marağın artmasına və şüurlu fəaliyyətin inkişafına xidmət etməlidir.3) Bayram şənlikləri incəsənətin müxtəlif sahələri üzrə
uşaqlarda müvafiq bilik, bacarıq və vərdişlərinin formalaşmasına xidmət etməlidir.4) Bayram şənlikləri uşaqlarda milli-
mənəvi dəyərlərin formalaşmasına zəmin yaratmalıdır.5) Bayram şənliklərinin məzmun və məqsədi uşaqların anlaq
səviyyəsinə uyğun və tam aydın olmalıdır.Bayram şənliklərinin təşkilinə verilən tələblər.Uşaq bağçalarında keçirilən hər
bir təbrik, hər bir bayram şənliyi uşaqları təbiətlə, adət ənənələrimizlə,tariximizlə yaxından tanış edir, onların dünya
görüşlərini formalaşdırır,yüksək milli-mənəvi dəyərlərlə tərbiyə olunmasına güclü təsir göstərir. Yüksək tərbiyəvi əhəmiyyət
kəsb edən bayram şənliklərinə məqsədyönlü hazırlaşmaqda və səmərəli həyata keçirilməsində mühüm pedaqoji şərtlərə
düzgün əməl olunması çox vacibdir:1. Bayram şənliklərinin məzmunu ideyalılıq baxımından və bədii cəhətdən təsirliliyi
düzgün müəyyən olunmalıdır. 2. Bayram şənlikləri uşaqlarda marağın artmasına və şüurlu fəaliyyətin inkişafına xidmət
etməlidir.3. Bayram şənlikləri incəsənətin müxtəlif sahələri üzrə uşaqlarda müvafiq bilik,bacarıq və vərdişlərinin
formalaşmasına xidmət etməlidir.4. Bayram şənlikləri uşaqlarda milli-mənəvi dəyərlərin formalaşmasına zəmin
yaratmalıdır.5. Bayram şənliklərinin məzmun və məqsədi uşaqların anlaq səviyyəsinə uyğun və tam aydın olmalıdır.
20.Məktəbəqədər tərbiyə müəssisələrində oyunun pedaqoji əhəmiyyəti, növləri. Məktəbəqədər uşağların həyatında
oyunun rolu mustəsna əhəmiyyətə malikdir.Uşağlar oyun prasesinde yaşamağı oyrenir.Uşağ oynuyanda oyuncağın
rəngi ,matrialı ,formasını oyrenir. Uşağ oyunlarınin muxtəlif novləri var .Uşağ oyunları muxtəlifliynə rəngarəngliynə gorə
seçilir.Oyun 2 qrupa bolunur.1.Yaradıcı oyunlar. 2.Qaydalı oyunlar. Yaradıcı oyunlar uşağlar yərfinən duşunulub sonra
duzəldilir.Uşağ həyatda gprduklərini oyunda əks etdirir.Bu uzağın fantaziyasını artırır.Bunlara misal olarağ evcik oyunları
misal gostərmək olar.Uşağ oz ayləsini qurur,ana ata uşağ roluna girillər. Qaydalı oyunlar qaydalı şəkiıdə olur orda uşağ oz
goruklərni və fantazıiyasını ortaya qoymur.Qaydalı oyunların yuksək təlim tərbiyə əhəmiyyətinə malikdi.Qaydalı oyunlarda 2
yerə bolunur.1.Mutəhərrik.2.Didaktik.Mutəhərrik oyunlar misal gostərmək olar.Burda hərəkətlilik muhum rol oynayr.Topu
atmağ tutmağ,qaçb dosta çatmağ və.s .Didaktik oyunlarda isə oynayanın qarşısında əqli vəzifə qoyulur.Heyvan şəkillərini
cinsinə ,novunə gorə qruplaşdırmağ,tapmacanı tapmağ.Didaktik oyunlar uşağlar uçun zeyni tərbiyədi.Amma didaktik və
mutəhhərik oyunları ancağ fiziki və əqli tərbiyə kimi hesab etmək duzgun olmaz .Mutəhərrik oyunlarda nitq ,duşuncə inkişaf
etdirilir.Didaktik oyunlarda hərəkətlər,intizam ,idarə və xarakter tərbiyəsi muhum yer tutur.Hər ikisinin həm oxşar həm fərqli
cəhətləri var.Uşaq oyunlarının pedaqoji əhəmiyyəti.Uşaq həyatını əhatə edən oyunlar müxtəlif forma və məzmunda təkrar
olunur. Oyun, səhər yeməyindən əvvəl və sonra gəzintidə, məşğələdən sonra, axşamüstü və evə gedəndə qədər davam etdirilir.
Oyun üçün müəyyən edilmiş vaxt rejimi uşaqların müstəqil oyun fəaliyyətinin təşkilində, ondan uşaq həyatının təşkili və
tərbiyə vasitəsi kimi istifadə edilməkdə mühüm əhəmiyyət kəsb edir. Uşaqların məşğələlər zamanı biliyə marağı artır,
tərbiyəçi və yaşlılar onun təşkilatçısı rolunu oynayır, onların rəhbərliyi altında, müəyyən proqram əsəsında, müntəzəm və
ardıcıl olaraq biliyə yiyələnirlər. Tərbiyəçilər, eləcə də böyüklər uşaqlarda elementar vərdişlər yaradırlar. Təlimin məzmunu
və xarakteri oyunun yaxşı keçirilməsinə təsir edir. Məşğələ zamanı əldə edilmiş bilik, dərin təəssürat uşaqlarda oyuna marağı
gücləndirir. Bu rəngarəng oyunlarda öz ifadəsini tapır. Bundan başqa bilik əldəetmə prosesi müxtəlif metodların tətbiqi və
növbənöv oyun hərəkətlərinin keçirilməsi zamanı əldə edilir. Belə priyomlar uşaqların diqqətini mərkəzləşdirir, onların
qavrayışını möhkəmləndirir, biliyi yaxşı mənimsəməyə kömək edir. Uşaqların əl əməyi oyunla bilavasitə bağlıdır. Xüsusilə,
böyük qrup uşaqlarının əllə işləmək bacarığına yiyələnməsi oyunda onların müstəqil fəaliyyətinə çox kömək edir. Uşaqlar öz
bilik və düşüncələri əsasında nəinki hazır oyuncaq götürüb oynayırlar, onlar tədricən karton, kağız, ağac və s. təbii
materiallardan oyuncaq düzəltmək bacarığına yiyələnirlər. Uşaqlar üçün oyun o vaxt maraqlı va cəzbedici olur ki, o, pedaqoji
cəhətdən düzgün təşkil olunsun, məzmunu zəngin ve rəngarəng olsun. Uşaq yaşa dolduqca onun fiziki inkişafı üçün istifadə
olunan tədbirlərin növü artır ve xarakteri dəyişir. Tədricən uşaq müxtəlif oyuncaqlar, oyunlar va əmək mühitinə düşür.
Oyuncaqlar, oyunlar və əmək mühiti rol oynayır, həyatı dərk etməkde ona kömək edir. Uşaqların əmək mühiti uşağın
tərbiyəsində, o cümlədən, fiziki tərbiyəsində iştirak etdikləri oyunların əksəriyyəti (məsələn, “Siçan-pişik", "Bənövşə”,
“Gizlənpaç”, "Evcik-evcik" kimi xalq oyunlarının) yalnız fiziki inkişaf baxımından qiymətli olmayıb, həm də onların
nitqlərini, görüş dairələrini inkişaf etdirmək, necib əxlaqi sifətlərə yiyələnmək böyük əhəmiyyət kəsb edir.
21.Uşaq bağçasının məktəb və ailə ilə əlaqə formaları haqqında məlumat verin. Bağça illərində qazanılmış bilik,
bacarıq və vərdişlər məktəb illəri üçün təməl qoyur.Məktəbəqədər tərbiyə təhsil sisteminin ilk mərhələsidir. Məktəbəqədər
uşaqların tərbiyəsində hərtərəfli inkişafın təməlini qoyur və uşaqları məktəbə hazırlayır.Məktəbəqədər tərbiyə müəssisələrinin

11
tərbiyəçiləri 1- ci sinif şagirdlərinə tətbiq olunan pedaqoji tələbləri yaxşı bilməli və uşaqları məktəbin təlim prosesinə
hazırlamalıdırlar.Uşaq bağçası il məktəbin arasındakı əlaqə və ardıcıllıq tərbiyə prosesində varislik prinsipinə əsaslanır.İbtidai
sinif müəllimləri təlimin səviyyəsini yüksəltmək üçün oyundan çox istifadə edirlər. Uşaq bağçasında da bu metoddan geniş
istifadə olunur. Uşaq bağçasında məşğələlər dərsin əsas məzmunu və mahiyyəti özündə ehtiva edir. Bunlar məktəbəqədər
dövrdən uşaqların zehni hazırlığını təmin edir. Məktəbə zehni hazırlıqlı gəlmiş olurlar, yəni uşaq düzgün nitqə yiyələnib,
fərqləndirməyi, müqayisə etməyi bacarır, onun şüuru məktəbdə adaptasiya hadisəsinə hazırdır. Uşağın məktəbəqədər dövrdə
təlim prosesinə hazırlığı onun fiziki və psixi inkişafı ilə sıx bağlıdır. Uşaqda məktəb illərində təlim üçün zəruri olan
keyfiyyətlər daha da inkişaf edib təkmilləşir . O, məktəbdə olduğu ilk günlərdən müəllimi dinləməyi, müəllimin tapşırıqlarına
müvafiq hərəkət etməyi, diqqətini müəyyən obyektə cəmləşdirməyi bacarır. Məktəbəqədər yaş dövründə qazanılmış əxlaqi,
estetik və zehni hisslər uşaqların məktəbdə emosional həyatının daha da zənginləşməsinin əsasını təşkil edir.Uşaq baxçası ilə
məktəb arasında varislik təlimin metodlarının seçilməsində də özünü göstərir. Baxçada qazanılmış keyfiyyətlər məktəbin ilk
günlərdən davam və inkişaf etdirilir. Məktəbdə dərs və uşaq bağçasında məşğələ bir sıra özünəməxsus xüsusiyyətlərə malik
olsalar da, bəzi ümumi cəhətləri də vardır. Onların hər ikisi təlim mahiyyəti daşıyır. Ümumi cəhətlər dərs və məşğələlərdə,
müəllim və tərbiyəçinin rəhbər rol oynamasında, təlimdə pedaqoji metodlardan istifadə olunmasında da özünü göstərir. Sübut
olunur ki, məşğələ və dərs ardıcıl bir prosesdir. Uşaqların məktəbə hazırlığında fiziki tərbiyənin də müstəsna rolu vardır.
Məktəb uşaqların həyat tərzində yeni mərhələdir.Uşaq Bağçasının ailə ilə kollektiv əlaqə formaları. Bağça ailə ilə əlaqənin
kollektiv formalarından da istifadə edir. Uşaq bağçalarında aparılan kollektiv iş formalarından ən çox yayılanı valideyin
yığınacaqlarıdır. Belə yığıncaq bütün valideyinlər üçün ümumi və ya qrup valideyinləri üçün ayrıca keçirilə bilər. Yığıncaqda
müəyyən dövr üçün bağçada aparılan təlim- tərbiyə işlərinin vəziyyəti, qarşıda duran vəzifələr, valideyin komitəsinin
fəaliyyəti və s. müzakirə oluna bilər. Ümumi yığıncağa hazırlıqda bağçanın bütün işçiləri fəal iştirak etməlidir. Qrup valideyin
yığıncağının hazırlanmasında qrupun tərbiyəçisi mühüm rol oynayır. Belə tədbirdə valideyinlər konkret məsələlərlə tanış
olurlar. Burda uşaqların oyunu, əməyi, rejimi, sağlamlıq haqqında həkim söhbəti, qabaqcıl valideyinlərin uşaq tərbiyəsi
sahəsində iş nümunələrindən danışıla bilər. Bir sıra uşaq bağçalarında valideyin universiteti və pedoqoji loktoriya da təşkil
olunur. Bu universitet və lektoriyalar valideyinləri müntəzəm olaraq pedoqoji biliklər və təlim tərbiyəyə aid son yeniliklərlə
silahlandırır. Valideyinlərin qrup və ümumbağça yığıncaqlarına yaxşı hazırlaşmaq lazımdır. Valideyinlər üçün təşkil edilən
müsahibə və məruzələr yüksək ideya- siyasi səviyyədə, elmi və praktik cəhətdən dolğun şəkildə keçirilməlidir. Bağçada
valideyin komitəsinin işi də çox əhəmiyyətlidir. Bağçanın valideyinlərlə müntəzəm əlaqəsini təşkil etmək və onların bağçaya
köməyinin ardıcıl olması sahəsində valideyin komitəsi böyük işlər görür. Bağçanın valideyin komitəsi özünün daimi və
müvəqqəti komissiyaları, eləcə də valideyin fəalları vasitəsi ilə bəzi işləri həyata keçirir. 1. Uşaqların ailədə tərbiyəsinin
ümumi quruluşuna nəzarət etmək və valideyinlərin müxtəlif tərbiyə tədbirlərinin təşkilinə cəlb edilməsi. 2.Uşaqların bağçaya
davamiyyətinə nəzarət və əmək tərbiyyəsinin təşkili. 3.ailədə uşaqların tərbiyəsinə aid əsas tələbləri valideyinlərə və əhaliyə
izah etmək. 4. Bağçanın təsərrüfat, tədris və maddi bazasının möhkəmləndirilməsi, abadlaşdırılması üzrə tədbirlər həyata
keçirilir.Uşaq Bağçasının ailə ilə fərdi əlaqə formaları.Bağçanın ailə ilə fərdi əlaqə formalarından biri uşağın yaşayış və
tərbiyə şəraitini öyrənmək üçün müdirin, tərbiyyəçinin və həkimin ailəyə getməsidir. Qabaqcıl tərbiyəçilər ailəyə gedərkən
qabaqcadan ciddi hazırlaşır, uşaq haqqında fikirlərini ümumiləşdirir, valideyinlərə nəyi deyəcəyini hərtərəfli düşünürlər.
Görüş zamanı tərbiyəçilər valideyinlərlə uşaqlar haqqında söhbəti onun müsbət cəhətlərindən başlayırlar. Söhbətə yalnız uşaq
xarakterindəki nöqsanlardan başlayıb valideyinlə pis əhval-ruhiyyə, ailədə əsəbi şərait yaradan tərbiyəçilər heç də düzgün
hərəkət etmirlər. Uşağın müsbət cəhətini nəzərə çatdırdıqdan sonra onun nöqsanlarından söhbət açması, tərbiyyəçinin ailəyə
gedişi zamanı səmərəli nəticə verir. Tərbiyəçi ailəyə gedişi ilə valideyinlərə konkret məsləhət verməli, lazım gəldikdə rejim
tərtib etməli və bunun əhəmiyyətini valideyinlərə başa salmalıdır. Tərbiyəçi valideyinlərə uşağa hörmət və tələbkarlıqla
yanaşmaq, rejimin səmərəli təşkil edilməsinə dair məsləhət verilməlidir. Valudeyinlərin bağçaya dəvət edilməsi də ailə ilə
əlaqədə mühüm əhəmiyyət kəsb edir. Belə görüş zamanı tərbiyəçi çalışmalıdır ki, valideyin uşağın tərbiyyəsində fərdi
xüsusiyyətlərini, uşağa yanaşma tərzini, ailədə uşağın sayını nəzərə alıb konkret nəyi əhatə edəcəyini qabaqcadan
müəyyənləşdirsinlər. Bu görüş zamanı valideyin də uşağın ailə tərbiyəsindəki çətinliklər barədə danışmaqdan çəkinməməlidir.
Valideyin bağçaya gələn zaman çalışmalıdır ki, müdirlə, həkimlə, musiqi müəllimi ilə, hətta dayə və aşpazla da görüşə bilsin.
Bu zaman valideyin uşağın musiqi marağı, sağlamlığı, əməksevərliyi və s. haqqında geniş məlumat ala bilər ki, buda uşağın
ailə tərbiyəsinə ciddi müsbət təsir göstərə bilər. Bağçada valideyinlər üçün açıq qapı günü keçirmək olar. Belə görüşlər
təsadüf olunan çətinliklərin aradan qaldırılmasında köməklik göstərir. Fərdi əlaqə formalarından biri də valideyin ilə
yazışmaqdır. Bu əlaqə forması müstəsna hallarda təşkil olunur. Valideyin məzuniyyətdə olanda uşaqlarda onunla bağa və
istirahətə gedir. Məktub vasitəsi ilə tərbiyəçi uşağın səhhəti, inkişafı, davranışı haqqında məlumat alır, valideyinləri
maraqlandıran suallara cavan göndərir. Bu əlaqə forması özünəməxsus əhəmiyyət kəsb edir.
22.Məktəb təliminə hazırlığın mahiyyətini izah edin.Məktəbə hazırlığın məqsədi uşağın fiziki ,psixi ,emosional,və
intelektual potensial inkişafı uçun şərait yaratmağ ,uşağın sadə əmək vərdişlərinə yiyələnməsini təmin etmək ,uşağlarda
məntiqli və yaradıcı teffekurun ilkin elementlerini formalaşdırmağ və.s Məktəbəqədər təhsil muəssələrinin uşağ şəxsiyyətinin

12
formalaşdırmağ ,uşağların təlim yərbiyəsini ,nəticə etibari ile onların məktəbə hazırlaşmalarını təmin etmək kimi muhum
vəzifələri yerinə yetirilməsi. Uşağların məktəbə hazırlığı haqqında mutərəqqi ideyalar.Pedaqoq və psixoloqların əsərlərində
məktəbə hazırlığ problemlerinin tədqiqi.
23.Uşaq bağçasında təlim-tərbiyə işlərinin planlaşdırılmasının məzmunu və formaları.Uşaq bağçasında təlimin əsas
təşkilat forması məşğələdir. Təlim prosesində uşaqlara müxtəlif sahələr üzrə yaş və anlaq səviyyələrinə uyğun müvafiq bilik
verməklə əqli, axlaqi, fiziki, estetik və praktik işlərə dair bacarıq və vərdişlər aşılanır, nitq və ünsiyyət qaydaları inkişaf
etdirilir Planda həyata keçiriləcək işlərin məzmunu onun bölmələrində ətraf mühitlə tanışlıq və nitq inkişafı, sadə riyazi
təsəvvürlərin inkişaf etdirilmasi, rəsm, yapma, quraşdırma, musiqi tərbiyəsi, fiziki mədəniyyət öz ifadəsini tapır. Məşğələlərin
planlaşdırılmasında uşaq bağçasının konkret şəraiti və qruplar üzrə uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınır.
Bağçanın kənd yerində, şəhər mərkəzində və ya müxtəlif bölgələrdə yerləşməsindən asılı olaraq, uşaqların təbiətlə tanışlığı da
yerli şəraite uyğun təşkil olunmalıdır. Hər bir bölmə üzrə təlimə məxsus məşğələləri planlaşdırarkən verilmiş biliyin əsas
mərhələsi nəzərə alınır (ilk qavrama, bilik və bacarıqları genişləndirmə, onlardan həyatda istifadə biliyi, yeni şəraitə keçirmə).
Planda biliyin məzmununu təkrarla möhkəmləndirmə və tədricən çətinləşdirmə nəzərdə tutulur. Bütün mövzular üzrə
əlaqələndirmədə uşaqların marağına fikir verilməlidir. Onlar uşaqların zehni inkişafına kömək etməlidir. Ana dili və təsviri
sənətə aid məşğələlərdə uşaqların etraf mühitle, təbiətlə tanışlığına diqqət yetirilməlidir. Bilikvermə işi məşğələlərdən kənar
tədbirlərdə davam etdirilməlidir. Tərbiyeçi ayrı-ayrı uşaqlarla və ya qrupla məşğələdən kənar işlərdə didaktik oyunlardan,
didaktik materiallardan (məsələn, uşaqların nitq mədəniyyəti üzrə işdən, riyazi təsəvvürlər üzrə bu və ya diger tedbirlərdən)
istifadə etməlidir. Belelikle, planda uşaqlarla öyrədici və həm də inkişafetdirici iş formaları öz məzmununu tapmalıdır. Uşaq
bağçasında təlim- tərbiyə işlərinin planlaşdırılmasının formaları. Uşaq bağçasında təlim-tərbiyə işləri 3 formada
planlaşdırılır: 1. Uşaq bağçasının illik planı. 2. Perspektiv plan. 3. Tərbiyəçilərin təqvim planı. Uşaq bağçasının illik planı.
İllik plan uşaq bağçasının bir ildə görəcəyi işləri əhatə edir. Orada müdiriyyətin işi və təsərrüfat məsələləri, kadrlarla iş,
uşaqlarla həyata keçirilən tərbiyə və təlim işlərinə aid metodiki tədbirlərə xüsusi əhəmiyyət verilir. Başlıca yeri uşaqlarla
həyata keçirilən tərbiyə və təlim işləri təşkil edir. Keçən ilin bu sahədə həyata keçirilən tədbirləri təhlil olunur, müsbət və
nöqsanlı cəhətlər göstərilir, bundan çıxış edərək qarşıdakı ildə həyata keçiriləcək tədbirlər həm ümumbağça, həm də qruplar
nəzərdə tutulur. Tərbiyə-təlim işləri sahəsində vəzifələr "Məktəbəqədər müəsisələrdə tərbiyə və təlim proqramı"nda qeyd
olunur. İllik planda uşaq bağçasının özünün qabaqcıl təcrübəsi də öz geniş əksini tapmalıdır. İllik planda tərbiyəçilərin
metodik işlərinin məzmunu, pedaqoji şuranın tematikası, məsləhətlər, valideynlərlə işin məzmunu və s. qeyd olunur. İllik
planın tərtibində müdirin rəhbərliyi altında tərbiyəçilər, metodist və tibb işçiləri fəal iştirak edir, ümumi iclas planını təsdqəiq
edirlər. Tərbiyəçilərin perspektiv planı. Perspektiv planlaşdırmanın məqsədi uşaqlarla aparılan tərbiyə-təlim işlərinin sistemini
müəyyən etmək və tərbiyə prosesində inkişafının məqsədyönlü və səmərəliliyini, istiqamətini düzgün təyin etməkdən ibarət
olur. Perspektiv planda "Məktəbəqədər müəssisələrin tərbiyə və təlim proqramı"nın qarşıya qoyduğu məsələlər əhatə olunur.
Bu məqsədlə proqramda aşağıdakılar nəzərdə tutulur: a) uşaqların davranışına aid əsas məsələlər daxil edilir. b) təlimə aid
bölmələr ardıcıllıqla sadalanır və qarşıya qoyulan məqsəd qeyd olunur. c) oyun və əməyin həyata keçirilməsi metodikası,
məqsəd və vəzifələri, o cümlədən, yeni oyuncaq və digər avadanlıq, xüsusən əyani vasitələr, əməyin yeni təşkil forması qeyd
olunur. Perspektiv planda uşaqların kollektiv fəaliyyəti və iş şəraiti nəzərə alınmalıdır. Uşaq bağçasının kiçik qrupları üzrə
pespektiv planın olması zəruri deyil. Böyük qrup uşaqları üçün isə pespektiv planın olması vacibdir. Məktəbəqədər yaşlı
uşaqların böyük qrupunda təqvim planı. Məktəbəqədər yaşlı uşaqların böyük qrupunda təqvim planı 10-12 gün müddətində
proqramın tələbi və bağçanın illik planı əsasında tərtib olunur. Təqvim planı üzrə məşğələləri planlaşdırarkən tərbiyəçi
proqramın qarşıya qoyduğu vəzifələri nəzərə almalıdır. Uşaqlarda proqram üzrə təlimə və tərbiyəyə aid mühüm keyfiyyətlər
formalaşdırılır. Proqram materialı nə qədər dəqiq və konkret planlaşdırılarsa, tərbiyəçilər onu məşğələ zamanı bir o qədər
asanlıqla yerinə yetirərlər.
24.Məktəbəqədər tərbiyə müəsisələrinin işini müəyyənləşdirən əsas dövlət sənədləri. Məktəbəqədər tərbiyə müəssisələri
haqqında əsasnaməyə görə uşaq bağçasında müəyyən işlər sənədləşdirilməlidir. Bağçanın əsasnaməsi binanın pasportu və əmr
kitabı rayon Təhsil şöbələri tərəfindən təsdiq olunur. Əmr kitabının bütün səhfələri nömrələnir tikilir səhfələrin ümumi sayı
göstərilir , möhür və imza ilə təsdiq olunur. Uşaqlara məxsus uçod kitabında uşaqların və valideynlərin ev ünvanı bağçaya
daxıl olması çıxması haqqında məlumat qeyd olunur. Xüsusi forma ilə hər gün uşaqların davamiyyəti qeyd olunur. Bütün bu
sənədlər cədvəllər davamiyyət vərəqləri hamısı saxlanılır. Təkliflər kitabına bağçanın yoxlanması zamanı qeydlər təlimati
fikirlər yazılır. Pedaqoji yığıncağın istehsalat toplantısının pedaqoji şuranın protokollar kitabı habelə sanitar jurnalı avadanlıq
və ərzaq alınmasına dair kitab müəssənin iş və prespektiv planı və s saxlanılan əsas sənədlərdir.

13

You might also like