Tebii Qazin Saxlanilmasi Ve Neqli

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 186

AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE

UNİVERSİTETİ

TƏBİİ QAZIN NƏQLİ VƏ


SAXLANMASI
DƏRS VƏSAİTİ

BAKI -2020

1
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE
UNİVERSİTETİ

H.F.MİRƏLƏMOV, Q.Q.İSMAYILOV,
E.X.İSKƏNDƏROV, F.B.İSMAYILOVA

TƏBİİ QAZIN NƏQLİ VƏ


SAXLANMASI
DƏRS VƏSAİTİ

Azərbaycan Dövlət Neft və Sənaye


Universiteti tərəfindən təsdiq edilmişdir.
Əmr № 01-I/13, « 24 » sentyabr 2020-ci il.

BAKI -2020

2
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin 100 illiyinə həsr olunur
R Ə Y Ç İ L Ə R:

AMEA-nın müxbir üzvü,


t.e.d., professor A.M.Quliyev
t.e.n., dosent Y.Z. Ələkbərov

H.F. Mirələmov, Q.Q. İsmayılov, E.X. İskəndərov,


F.B.İsmayılova «TƏBİİ QAZIN NƏQLİ VƏ
SAXLANMASI» (dərs vəsaiti),
Bakı, 2020, 186 s.
Dərs vəsaiti təbii qazın nəqli və saxlanması məsələlərinə
həsr olunmuşdur.
Kitabda qazların təsnifatı və xüsusiyyətləri, qaz
kəmərlərinin hesablanması, multifazalı qaz axınlarının
xüsusiyyətləri və hidravlik hesablanması öz əksini tapmış,
qazların saxlanması üsulları göstərilmişdir.
Dərs vəsaiti, “Neft-qaz mühəndisliyi” və “Neft-qaz
qurğuları mühəndisliyi” ixtisasları üzrə təhsil alan bakalavr və
magistrantlar üçün nəzərdə tutulmuşdur.
Dərs vəsaitindən həmçinin təbii qazların yığılması,
nəqli və saxlanmasıi problemlərinin tədqiqi ilə məşğul olan
tədqiqatçı və mütəxəssislər də faydalana bilərlər.

3
MÜNDƏRİCAT
Səh
GİRİŞ………………………………………...............…..…. 8

1-ci FƏSİL. TƏBİİ QAZLAR: XÜSUSİYYƏTLƏRİ VƏ


NƏQLƏ HAZIRLANMASI................................................ 10
1.1. Təbii qazların tərkibi, mənbəyi, hal parametrləri və
xassələri.................................................................................. 10
1.2 Təbii qazların nəqlə hazırlanmasının zərurətləri.............. 23
1.2.1. Qazların mexaniki qarışıqlardan təmizlənməsi və
separasiyası............................................................................ 24
1.2.2. Qazların hidratları və onlara qarşı mübarizə................ 25
1.2.3.Qazın qurudulması........................................................ 28
1.2.4. Qazların kükürd birləşmələri və karbon qazından
təmizlənməsi.......................................................................... 29
1.2.5.Qazın odorizasiyası........................................................ 30
1.3. Təbii qazların yığılması və nəqli..................................... 31
1.3.1.Qazın yığılması və nəqlinin prinsipial sxemi................ 31
1.3.2. Təbii qazların nəql üsulları.......................................... 32
1.3.3.Qaz kəmərlərinin təsnifatı və tərkib hissələri............... 34
1.4.Yoxlama sulları..................................................................39

2-ci FƏSİL. TƏBİİ QAZIN NƏQLİ ÜÇÜN


QURĞULAR...................................................................... 40
2.1. Kompressor qurğuları. Kompressorların təsnifatı........... 40
2.2. Kompressorun əsas parametrləri..................................... 44
2.3.Kompressor qurğularının xarakteristikaları..................... 51
2.4. Səmt qazlarının yığılması və nəqli sistemlərində
tətbiq olunan qurğular............................................................ 56
2.5.Yoxlama sulları..................................................................60

4
3-cü FƏSİL. QAZ KƏMƏRLƏRİNİN
HESABLANMASI............................................................... 61
3.1. Qaz kəmərlərinin hidravlik hesablanması....................... 61
3.2.Qaz kəmərinin temperatur rejiminin hesablanması......... 64
3.3. Qaz kəmərində təzyiqin düşməsi. Orta təzyiq................ 68
3.4. Qaz kəmərinin məhsuldarlığına trasın relyefinin
təsiri........................................................................................ 70
3.5. Mürəkkəb qaz kəmərlərinin hesablanması........................74
3.5.1. Atqı və qoşqu xətləri olan qaz kəmərinin
hesablanması.......................................................................... 75
3.5.2. Mürəkkəb qaz kəmərlərinin sadə hala gətirilməsi
üsulları.................................................................................. 77
3.5.3. Paralel qaz kəmərlərinin hesablanması..................... 80
3.5.4. Ardıcıl qaz kəmərlərinin hesablanması...................... 81
3.5.5. Paralel və ardıcıl bloklardan ibarət olan qaz kəmərlərinin
hesablanması.......................................................................... 82
3.5.6. Lupinqli qaz kəmərləri................................................ 82
3.5.7. Lupinqi olan çoxxətli qaz kəməri................................ 86
3.5.8. Calaq edilmiş qaz kəmərləri......................................... 87
3.6. Qaz kəməri və kompressor stansiyalarının birgə
işi.......................................................................................... 91
3.7. Qaz kəmərinin trasında kompressor stansiyalarının
yerləşdirilməsi....................................................................... 93
3.8. Qaz kəmərinin akkumilizasiya qabiliyyəti.................... 96
3.9. Mərkəzdənqaçma vurucu qurğularla təchiz olunan
kompressor stansiyasının iş rejiminin hesablanması...../...... 99
3.10.Yoxlama sualları............................................................103

4-cü FƏSİL MAYE QAZLARIN NƏQLİ....................... 105


4.1. Maye qazların alınması mənbələri və özəl
xüsusiyyətləri....................................................................... 108
4.2.Maye qazların boru kəmərləri ilə nəqlinin
texnologiyası........................................................................ 111
5
4.3. Maye qazları nəql edən boru kəmərlərinin
hidravlik hesablanması......................................................... 113
4.4. Maye qazları nəql edən boru kəmərlərinin hidravlik
hesablanmasına aid nümunə............................................... 121
4.5.Yoxlama sualları..............................................................124

5-ci FƏSİL. MULTİFAZALI QAZ KƏMƏRLƏRİNİN


HESABLANMASI............................................................. 125
5.1. Qaz kəmərlərinin multifazalılığı və çirklənməsinin əsas
səbəbləri............................................................................... 125
5.2.Maye fazanın mövcudluğunun qaz kəmərinin işinə
təsiri...................................................................................... 127
5.3. Multifazalı sualtı qaz kəmərlərinin istismar
xüsusiyyətləri....................................................................... 131
5.4.Qaz-kondensat qarışıqları üçün qaz kəmərinin
hesablanması........................................................................ 134
5.5. Qaz-kondensat qarışıqları üçün maksimal yığım-nəql
məsafəsinin təyini................................................................ 136
5.6. Qaz-kondensat qarışıqlarını nəql edən sualtı boru
kəmərinin hidravlik hesablanmasına aid nümunə................ 143
5.7. Multifazalı qaz kəmərlərində hidrodinamik korroziya
problemləri və həlli yolları................................................... 145
5.8.Yoxlama sualları............................................................. 152

6-cı FƏSİL. BORU KƏMƏRLƏRİNİN


TƏMİZLƏNMƏSİ..............................................................154
6.1. Boru kəmərlərinin çirklənməsi və təmizlənməsi...........154
6.2. Boru kəmərlərinin təmizlənməsi üsulları.......................155
6.3. Təmizləmə qurğularına qoyulan tələblər.......................158
6.4. Müasir təmizləmə üsulları..............................................160
6.5. Boru kəmərlərinin özlü-elastik ayrıcılarla
təmizlənməsi........................................................................ 164
6.6. Qaz kəmərlərinin təmizlənməsinin qiymətləndirilməsi.165
6.7. Yoxlama sualları............................................................166
6
7-ci FƏSİL. TƏBİİ QAZIN SAXLANMASI
ÜSULLARI......................................................................... 168
7.1.Qazın qeyri-bərabər istehlakının tənzimlənməsi
üsulları.................................................................................. 168
7.2. Qazın qazqolderlərdə saxlanması................................. 170
7.3. Magistral qaz kəmərlərinin sonunda qazın
yığılması............................................................................... 172
7.4. Yeraltı qaz anbarları...................................................... 172
7.4.1. Qaz anbarlarının əsas xüsusiyyətləri.......................... 175
7.4.2.Yeraltı qaz anbarlarının yerüstü
avadanlıqları......................................................................... 181
7.5.Yoxlama sualları.............................................................184
ƏDƏBİYYAT SİYAHISI.................................................. 185

7
GİRİŞ

Azərbaycan müstəqillik əldə etdikdən və “Əsrin müqa-


viləsi” bağlandıqdan sonra respublikamızın yanacaq-enerji
balansında karbohidrogenlərin rolu daha da artmış və ölkəmiz
neft ixrac etməklə yanaşı həm də qaz ixracatçısına çevrilmişdir.
Bu gün magistral neft kəmərləri ilə yanaşı «Bakı-Tbilisi-
Ərzurum» ixrac qaz kəməri də fəaliyyət göstərir. Hal-hazırda
Cənub Dəhlizi ilə TANAP magistral qaz kəmərinin tikintisi
başa çatmış, TAP layihəsinin icrası üzrə tərəfdaşlar arasında
bağlanan sazişin yerinə yetirilməsi başa çatmaq üzrədir.
İxrac kəmərləri ilə yanaşı hal-hazırda həm quruda, həm
də dənizdə neft və qaz kəmərlərinin şəbəkəsi xeyli
genişləndirilmiş və ölkəmizdə yüksək səmərəliliyə malik,
etibarlı yanacaq-enerji kompleksi yaradılmışdır. Bu
kompleksin yaradılması və inkişafında qaz sənayesi sahəsinin
xüsusi rolu və əhəmiyyəti vardır. Neftdən fərqli olaraq qaz
nəqletmə və marketinq sahəsi hesab edildiyindən qaz
sənayesinin problemi qaz ehtiyatı və hasilatının defisit
olmasında yox, qazın istehlakçıya nəql olunması işində
mövcud çatışmazlıqlarla bağlıdır.
Təbii qaz – universal, ekoloji təmiz və resurslara qənaət
baxımından ən etibarlı enerji daşıyıcısı kimi bəşəriyyətin gün-
dəlik həyatına əsaslı surətdə daxil olmuşdur. Təbii qazın
ekoloji baxımdan təmizliyi və istifadəsinin yüksək səmərəliliyi
onun enerji balansında və iqtisadiyyatın inkişafında rolunun
xeyli yüksəlməsinə səbəb olmuşdur.
Məlum olduğu kimi, qaz və qaz-kondensat yataqlarının
mənimsənilməsi zamanı qazın hazırlanması və nəqli ilə bağlı
qəbul edilən texniki qərarların hazırlanması üçün əsas meyar
qaz kəmərlərinin iş rejiminə qoyulan tələblərdir. Boru
kəmərlərinin əsaslandırılmış diametrinin düzgün seçilməsi də
çox vacibdir. Diametrin böyük qəbul edilməsi əlavə xərclərin
yaranmasına və boru kəmərində korroziya-eroziya
8
dağılmalarının baş verməsinə, kiçildilmiş qəbul edilməsi isə
hasilat quyularının verimini məhdudlaşdırmaqla yanaşı, həm də
təzyiq (enerji) itkisinin artmasına səbəb olur. Digər tərəfdən,
kondensləşəbilən qazların nəql məsafəsinin müəyyən quyuağzı
təzyiq altında məhdud olması nəzərə alınmadıqda qaz kəməri
kondensatla (maye ilə) dolur və qazın nəqli çətinləşir.
Texnoloji avadanlıqlar və boru kəmərləri elə seçilməlidir ki,
yatağın işlənməsinin bütün mərhələlərində quyu məhsullarının
hasilatını həyata keçirmək mümkün olsun.
Qaz kəmərləri sistemlərinin fasiləsiz və etibarlı işinin
təmin olunması üçün nəql olunacaq qazlar mədənlərdə
keyfiyyətli, texniki şərtlərə uyğun hazırlıq mərhələsi keçərək
qurudulmalı, ağır karbohidrogen və aqressiv komponentlərdən
təmizlənməlidir. Nəqlə hazırlıq texnologiyası, həmçinin
qiymətli xammal olan karbohidrogen kondensatının əmtəə
məhsulu kimi istifadəsini və qazın monofazalı nəqlini də təmin
etməlidir.
Bu kitabda, ardıcıl olaraq təbii qazlara aid olan əsas
anlayışlar, özəl xüsusiyyətlər şərh edilmiş, onların
hazırlanması, nəqli və saxlanması zamanı problemli
məsələlərin müqayisəli təhlili verilmiş və onların həlli yolları
göstərilmiş, multifazalı qaz kəmərlərinin hesablanması
əsasında maksimal nəql məsafəsi və optimal diametrin təyini
məsələləri öz əksini tapmışdır. Kitabda, həmçinin təbii qazların
saxlanması məsələləri işıqlandırılmış, qaz anbarlarının
xüsusiyyətləri göstərilmişdir. Qazın nəqli və saxlanması pro-
seslərinin səmərəliliyini artırmaq üçün işlənilmiş üsul və texno-
logiyalara aid hesablama nümunələri və yoxlama sualları
verilmişdir.
Kitabdan təbii qazların hazırlanması, nəqli və saxlanması
problemləri ilə məşğul olan elmi-tədqiqatçılar, doktorantlar,
mütəxəssislər, həmçinin ali texniki məktəblərin bakalavr və
magistr pillələrində müvafiq ixtisas və ixtisaslaşmalar üzrə
təhsil alan tələbələri faydalana bilərlər.
9
1-ci FƏSİL

TƏBİİ QAZLAR: XÜSUSİYYƏTLƏRİ VƏ NƏQLƏ


HAZIRLANMASI

1.1.Təbii qazların tərkibi, mənbəyi, hal parametrləri


və xassələri

Qazların tərkibi və mənbəyi. Təbii qazlar əsasən


metan sırası karbohidrogenlərdən ibarət olub, yer qabığında
əmələ gələn qaz şəklində faydalı qazıntı yataqlarından hasil
olunur. Təbii qazlar yanacaq və kimya sənayesi üçün xammal
kimi istifadə olunur. Yanar təbii qazların əsas komponenti
(98%-ə qədər) metan CH4 hesab edilir. Təbii qazların
tərkibində karbohidrogenlərlə yanaşı azot – N2, karbon qazı –
CO2, hidrogen sulfid qazı – H2S, su buxarları və başqa qazlar
da ola bilər.
Təbii qazda karbon qazı və azotun nisbətən çox olması
onun alışmasını aşağı salır və bununla istilikvermə
qabiliyyətini pisləşdirir. Bu zaman qazın yanma temperaturu
yüksəlir. Odur ki, yüksək təzyiq altında alışmayan qazlar neft
mədənlərində - buxar maşınlarında buxar yerinə istifadə
olunur. Yanmayan təbii qazlar “hava” qazları da adlandırılır
Dünyada elə yataqlar mövcuddur ki, onların qazlarında
qeyd olunan N2, CO2 və H2S qazlarının miqdarı əhəmiyyətli
dərəcədə çoxdur. Məsələn, ABŞ-ın Texas ştatındakı
“Uestbruk” yatağının qazında azotun miqdarı (85-95%), “Yeni-
Meksika” yatağında karbon qazının miqdarı (90%-dən artıq),
İranın “Mescede - Suleyman” yatağında isə hidrogen – sulfid
qazının miqdarı (40% -dən artıq) çoxdur.
Təbii qazları aşağıdakı 3 qrupa bölmək olar:
 Təmiz qaz yataqlarından çıxarılan qazlar. Bu qazlar
əsasən metandan ibarət olur və quru qazlar hesab edilir. Qazın

10
tərkibində ağır karbohidrogenlərin (propan və yuxarı – C3+)
miqdarı 50 q/m3-dan az olarsa, qaz quru hesab edilir.
 Neft yataqlarından neftlə birlikdə çıxarılan qazlar
(bu qazları səmt qazları da adlandırırlar). Əvvəllər bu qazlar
mədənlərdə yandırılırdı. Hal-hazırda yaxşı yanacaq və qiymətli
kimyəvi xammal hesab edilən həmin təbii qazlar yığılaraq
istifadə olunur. Səmt qazlarının tərkibində metanla bərabər
kifayət qədər ağır fraksiyalar (karbohidrogenlər) da olur (150
q/m3-dan çox) və yağlı (varlı) qazlar hesab olunur. Quru
qazların propan – butan fraksiyaları və C5+ ağır
karbohidrogenləri ilə qarışığından ibarət olan qaz qarışıqları
yağlı qazlar hesab olunur. Qaz emalı zavodlarında səmt
qazlarından qaz benzini və propan – butan fraksiyalarını
ayırırlar. Bu fraksiyalar maye qaz şəklində şəhər və qəsəbələrin
qaz təchizatı üçün istifadə olunur.
 Qaz – kondensat yataqlarından çıxarılan təbii qazlar.
Bu qazlar quru qaz və kondensat buxarlarının qarışığından
ibarətdir. Kondensat buxarları ağır karbohidrogen buxarlarının
(C5H12 və yuxarı) qarışığından ibarət olur.
Təbii qazların bəzi parametrlərini nəzərdən keçirək.
Qazın izafi və mütləq təzyiqi. Boruda və ya qapalı
qabda qazın təzyiqi atmosfer təzyiqindən çox və ya az ola bilər.
Əgər qazın təzyiqi atmosfer təzyiqindən az olarsa bu, qazın
seyrəkləşməsi deməkdir. Böyük dərəcəli seyrəkləşmə vakuum
adlanır. Qapalı qabda qazın, havanın və buxarların olmadığı
halda orada mütləq vakuumun və təzyiqin praktiki olaraq sıfıra
bərabər olduğu hesab edilir. İzafı təzyiq, təzyiqin qiymətinin
atmosfer təzyiqindən nə qədər çox olduğunu göstərir. Əgər
ölçülən təzyiq mütləq vakuumdan hesablanırsa, onda bu təzyiq
mütləq təzyiq adlanır. İzafi təzyiq anlayışından, adətən istismar
proseslərində, mütləq təzyiq anlayışından isə müxtəlif
hesablamalarda istifadə olunur.

11
Qazın mütləq təzyiqini almaq üçün manometrin göstə-
rişinə barometrin göstərişini əlavə etmək lazımdır. Praktiki
hesablamalarda (kqq / 𝑠𝑚2 ) ilə,
Pmütləq = 1+ Pizafı
ifadəsindən istifadə etmək olar.
Qeyd edək ki, Pbarometrik = Patmosfer = 1 kqq / sm2 qəbul edilir.
Təzyiqləri civə və ya su sütunları ilə də hesablamaq olar.
Misal: Qabda vakuumetrlə ölçülən vakuum 200 mm
civə sütununa bərabərdir. Barometrlə ölçülmüş xarici havanın
təzyiqi 750 mm civə sütunu olarsa, qabda mütləq təzyiq nə
qədər olar?
Bu halda seyrəkləşmə - vakuum halı olduğu üçün
mütləq təzyiqi tapmaq üçün mövcud barometrik (atmosfer)
təzyiqindən vakuum təzyiqi çıxılmalıdır. Yəni,
Pmütləq = Pbarometrik – Pvakuum = 750 mm.c.s. – 200 mm.c.s.
= 550 mm c. s.
Praktiki hesablamalarda vakuum təzyiqi kqq/sm2
(atmosferlə) verilərsə, mütləq təzyiqi tapmaq üçün Pmütləq = 1 –
Pvakuum ifadəsindən istifadə etmək olar.
Qazın sıxlığı və nisbi sıxlığı. Yanar qazların
əksəriyyəti (hidrogen, metan və b.) havadan yüngül, bəziləri isə
(propan, butan və b.) havadan ağırdır. Hər hansı qazın havadan
yüngül və ağır olmasını göstərmək üçün qazın nisbi sıxlığı (∆)
anlayışından istifadə olunur. Qazın havaya görə nisbi sıxlığı
qazın sıxlığının (ρq) havanın sıxlığına (ρh) olan nisbətinə
deyilir
∆ = ρq / ρh
𝑘𝑞
Havanın sıxlığı normal şəraitdə də ρh= 1,293 𝑚3
olduğu üçün nisbi sıxlığı aşağadakı kimi də yazmaq olar:
∆ = ρq / 1,293 = 0,773 ρq
Nisbi sıxlıq ölçüsüz kəmiyyətdir. ∆< 1 olduqda qaz
havadan yüngül, ∆ >1 olduqda isə havadan ağır olur. Nisbi
sıxlıq təhlükəsizlik baxımından da böyük əhəmiyyət kəsb edir.

12
İş yerlərinin qapalı və açıq olması ilə yanaşı qazın havadan
yüngül və ya ağır olmasını nəzərə almaq vacibdir. Qaz
yanacaqları və yanma məhsullarına daxil olan əsas qazların
sıxlığı və havaya görə nisbi sıxlığının necə dəyişilməsi cədvəl
1.1- də göstərilmişdir.
Cədvəl 1.1
Bəzi qazların normal şəraitdə ( 00 C və 760 mm c.st.)
sıxlıqları və nisbi sıxlıqları
Sıxlığı Nisbi Sıxlığı Nisbi
Qazın Qazın
ρq, sıxlığı ρq, sıxlığı
adı adı
kq/m3 ∆ kq/m3 ∆
Karbon 2
Azot 1,25 0,97 1,25 0,97
oksid
Butan 2,70 2,09 Propan 2,00 1,55
Kükürd
Hidrogen 0,09 0,07 2,93 2,26
qazı
Hidrogen
Su buxarı 0,80 0,59 1,54 1,19
sulfid
Karbon
Hava 1,293 1,0 1,98 1,53
qazı
Oksigen 1,43 1,11 Etan 1,36 1,05

Metan 0,717 0,55 Etilen 1,26 0,97

Qaz qarışığının tərkibi məlumdursa, yəni qarışıqda olan


komponentlər və onların hissələri (həcmi, mol, kütlə) verilibsə,
qarışığın sıxlığını onun ayrı-ayrı tərkib hissələrinin sıxlıqlarına
görə tapmaq olar.
Məsələn, qaz a, b, c kimi üç komponentdən ibarət
olarsa, onda qarışığın sıxlığı (ρqar)
𝐴·𝜌 +𝐵·𝜌 +𝐶·𝜌𝑐
𝜌𝑞𝑎𝑟 = 𝑎 100𝑏

13
Burada; A, B, C – qaz qarışığında a, b, c komponentlərinin
həcmi hissələri, %-lə, ρa; ρb , ρc - uyğun olaraq a, b, c qaz
komponentlərinin sıxlıqlarıdır (Bu qiymətlər cədvəl 1.1-dən
götürülür).
Misal: Tutaq ki, 85% metan, 10% etan və 5%
propandan ibarət olan qaz qarışığının sıxlığını tapmaq tələb
olunur. Həmin qazların sıxlığının
𝑘𝑞 𝑘𝑞 𝑘𝑞
ρmetan= 0,717 𝑚3 , ρetan= 1,36 𝑚3 , ρpropan= 2 𝑚3
olduğunu nəzərə alsaq, qaz qarışığı üçün sıxlığın aşağıdakı
qiymətini alarıq
85 · 0,717 + 10 · 1,36 + 5 · 2 𝑘𝑞
𝜌𝑞𝑎𝑟 = = 0,845 3
100 𝑚
Qazların həcmi və sıxlığı termodinamik şəraitdən
asılıdır. Qazın həcmi və digər parametrlərinin aid olduğu şərait
(yəni hansı temperatur və təzyiqə uyğun gəlməsi) göstə-
rilməlidir. Əgər bu şəraitlər göstərilmirsə, onda bu o deməkdir
ki, qazın parametrləri normal şərait üçün verilib.
Qazın həcmini işçi şəraitdən normal (Vnor) və standart
(Vst) şəraitə gətirmək üçün aşağadakı düsturlardan istifadə
etmək olar:
𝑃𝑖ş 273 𝑃𝑖ş
𝑉𝑛𝑜𝑟 = 𝑉𝑖ş · = 0,359 · 𝑉𝑖ş ·
760 𝑇𝑖ş 𝑇𝑖ş
𝑃𝑖ş 293 𝑃𝑖ş
𝑉𝑠𝑡 = 𝑉𝑖ş · = 0,383 · 𝑉𝑖ş ·
760 𝑇𝑖ş 𝑇𝑖ş
Burada: Viş – işçi şəraitdə qazın həcmi, m ; 3

Piş – işçi şəraitdə qazın mütləq təzyiqi, mm c.st.,


Tiş – işçi şəraitdə qazın mütləq temperaturu, K
(Tiş=273+tiş , harada ki, tiş –işçi şəraitdə qazın temperaturu, oC
ilə)
Misal: 147 mm c.st izafı təzyiqdə və 350C temperaturda
qazın həcmi 1350 m3 təşkil edir. Bu qazın normal və standart
şəraitlərdə həcmi neçə m3 olar ?

14
Atmosfer təzyiqi Patm=760 mm. c.st olduğu üçün ölçülən
qazın mütləq təzyiqi Piş=760+147=907 mm. c.st, mütləq
temperaturu isə Tiş=273+35=308 K
Bu qiymətləri yuxarıdakı düsturda nəzərə alsaq, qazın normal
şəraitdəki həcmi aşağıdakı kimi olacaqdır:
𝑃𝑖ş 907
𝑉𝑛𝑜𝑟 = 0,359 · 𝑉𝑖ş · = 0,359 · 1350 · = 1427𝑚3
𝑇𝑖ş 308
Yəni, iş şəraitində həcmi 1350 m3 olan qazın normal
şəraitdə tutduğu həcm 1427 m3 olacaqdır. İndi isə həmin qazın
standart şəraitdə tutduğu həcmi hesablayaq:
𝑃𝑖ş 907
𝑉𝑠𝑡 = 0,383 · 𝑉𝑖ş · = 0,383 · 1350 · = 1523 𝑚3
𝑇𝑖ş 308
Qazlar üçün Avaqadro ədədi. A.Avaqadro sübut
etmişdir ki, bütün qazların 1mol qazda eyni temperatur və
təzyiqdə eyni sayda (6, 06·1023) molekul olur. Bu ədəd
Avaqadro ədədi adlanır.
Təcrübə yolu ilə müəyyən edilmişdir ki, normal şəraitdə
1 mol istənilən qazın həcmi 22,4 l təşkil edir. Yəni, 1 kmol qaz
həmin şəraitdə 22,4 m3 həcmə malik olur. Buna əsasən
istənilən qazın sıxlığını aşağıdakı kimi təyin etmək olar:
𝑀
𝜌 = 22,4, q/l və ya kq/m3
Burada: M – qazın molekulyar kütləsidir.
Deməli, qazın molekulyar kütləsi çoxaldıqca onun
sıxlığı da artır. Eyni temperatur və təzyiqdə molekulyar
kütlələri eyni olan qazların (məsələn azot və karbon oksidinin)
𝑘𝑞
sıxlıqları eynidir (1,25 𝑚3 ).
Misal: Normal şəraitdə CO və N2 qazlarının sıxlığını
təyin edin.
𝑀𝐶𝑂 12+16
𝜌𝐶𝑂 = 22,4 = 22,4 = 1,25 𝑘𝑞/𝑚3
𝑀 14·2
𝑁2
𝜌𝑁2 = 22,4 = = 1,25 𝑘𝑞/𝑚3
22,4

15
Qaz qanunları. Təbii qazların fiziki halını xarakterizə
edən əsas parametrlər - təzyiq, temperatur və həcm onların
boru kəməri ilə nəqli və saxlanması proseslərində dəyişə bilər.
Bu parametrlər bir-biri ilə qarşılıqlı əlaqədə olurlar və bu
əlaqələr qazın hal tənlikləri ilə müəyyən edilir.
Qazların halını xarakterizə edən əsas qanunlar aşağıda-
kılardır:
 Boyl-Mariot qanunu. Sabit temperaturda (T=const),
yəni izotermik prosesdə qazın həcminin onun təzyiqindən asılı
olaraq neçə dəyişməsini xarakterizə edir.
P1V1= P2V2 = const
Yəni, sabit temperaturda qazın təzyiqi ilə həcminin
hasili sabit kəmiyyətdir.
Boyl – Mariot qanunu aşağı və orta təzyiqli qazlar üçün
yaxşı nəticə verir və qazın həcmi dəyişdikdə, təzyiqini və ya
əksinə təzyiqi dəyişdikdə həcmini tapmağa imkan verir.
Misal: P1=760 mm c.st təzyiqində və 00 C temperaturda
havanın həcmi V1=260 m3 təşkil edir. Hava P2 =1000 mm c.
st təzyiqində və həmin temperaturda nə qədər həcm (V2=?)
tutar? P1 V1 = P2 V2 olduğundan
𝑃𝚤 𝑉𝚤 760 · 260
𝑉2 = = = 197,6 𝑚3
𝑃2 1000
 Gey–Lussaq qanunu. Bu qanun sabit təzyiqdə
(izobarik prosesdə) temperaturdan asılı olaraq müəyyən qaz
həcminin artma və ya azalma dərəcəsini göstərir. Riyazi olaraq
Gey-Lussaq qanunu aşağıdakı kimi ifadə olunur:
Vt = V0 (1±α·t)
Burada: Vt – t temperaturunda qazın axtarılan həcmi, m3; V0 –
qazın 00C – də tutduğu başlanğıc həcm, m3; α - qazın istidən
1
həcmi genişlənmə əmsalıdır (α= ).
273
Misal: 16 kq metanın 0 C – də, P=760 mm c. st
0

təzyiqində həcmi Vo =22,4 m3 təşkil edir. Metan + 20 oC


temperaturda və həmin təzyiqdə hansı həcmi tutar?
16
1
Vt = V0 (1+ α t) =22,4 (1+ 273 · 20)=24,1m3
 Şarl qanunu. Sabit həcmdə (izoxorik prosesdə) qazın
təzyiqinin temperaturdan asılılığını ifadə edir. Şarl qanunu
riyazi olaraq aşağıdakı kimi ifadə olunur:
𝑃 · 𝑇
P2 = 1𝑇 2
1
Misal: +200C temperaturda qazın təzyiqi 30 kqq/sm2
təşkil edir. Bu qazın +600C-də izafı təzyiqi neçə kqq/sm2 ola-
caqdır?
Başlanğıc və son mütləq temperaturlar
T1 =20+273=293 K
T2 = 60+273=333 K
Atmosfer təzyiqini 1 kqq/sm2 qəbul etsək, onda qazın
qızmasına kimi mütləq təzyiqi 30+1=31 kqq/sm2 olar.Onda
qazın axtarılan izafi təzyiqi P2- ni hesablamaq olar
𝑃 ·𝑇 31·333
P2= 1𝑇 2 = 293 = 35,2 𝑘𝑞𝑞/𝑠𝑚2
1
Deməli qaz 600 C –dək qızdırıldıqdan sonra onun izafi
təzyiqi 35,2 – 1 =34,2 kqq/sm2 olacaqdır.
Qazların hal tənliyi (Klapeyron-Mendeleyev tənliyi).
Qazların hər üç parametrini (P, V, T) əlaqələndirən aşağıdakı
Klapeyron-Mendeleyev tənliyi mövcuddur:
𝑚
𝑃𝑉 = 𝑅𝑜 𝑇
µ
Burada: Ro –universal qaz sabiti (Ro=8314 C/(kmol·K)); P, m
və T-uyğun olaraq qazın təzyiqi, kütləsi və temperaturu; µ-
qazın molekulyar kütləsidir (kq/kmol).
Qaz qanunları və qazın hal tənliyi ideal qazlara aid
olduğu üçün real qazlar üçün bir qədər fərqli olur. Real
qazların ideal qazlardan fərqlənməsini nəzərə alan əmsal qazın
sıxılma əmsalı (Z) adlanır. Real qazlar üçün bir çox hallarda
hal tənliyi aşağadakı kimi yazılır:
P=Z(P,T)·ρRT

17
Aşağı və orta təzyiqli qazlar üçün Z əmsalını nəzərə
almamaq olar (Z=1).
Təzyiq çoxaldıqca Z əmsalının təsiri də çoxaldığı üçün
onu nəzərə almaq lazımdır. Hər bir real qaz üçün böhran
temperaturu (Tböh) və böhran təzyiqi (Pböh) mövcuddur. Belə ki,
böhran temperaturundan yuxarı temperaturlarda heç bir
təzyiqdə qazın mayeyə çevrilməsi mümkün deyil. Böhran
təzyiqində isə maye və qaz fazalarının xassələrini ayırmaq
olmur.
Təbii qazı təşkil edən komponentlərin böhran parametr-
lərinin (Pböh, Tböh) dəyişməsi cədvəl 1.2- də göstərilmişdir.
Cədvəl 1.2
Təbii qazı təşkil edən komponentlərin böhran parametrləri

Qaz Molyar Havaya Böhran Böhran


komponentləri kütlə, görə təzyiqi, temperaturu,
kq/kmol sıxlığı MPa K
Metan 16,042 0,554 4,641 190, 55
Etan 30,068 1,049 4,913 305,50
Propan 44,094 1,562 4,264 369, 80
İzobutan 58,120 2,066 3,570 407,90
N- Butan 58,120 2,091 3,796 425,17
N-Pentan 72,146 2,480 3,374 469,78
Azot 28, 016 0,970 3,396 126,25
Oksigen 32,000 1,104 4,876 154,18
Hidrogensulfid 34,900 1,190 8,721 373,56
Dəm qazı 44,011 1,525 7,382 304,19
Hidrogen 2,020 0,069 1,256 33,10
Helium 4,000 1,136 0,222 5,00
Hava 28,966 1,000 3,780 132,46

Misal. Təbii qazın (µ=18,5 kq/kmol) həcmi standart


şəraitdə 250 min m3 təşkil edir. Qazın kütləsi nə qədərdir?
18
Klapeyron-Mendeleyev tənliyinə əsasən aşağıdakını
yazmaq olar:
𝑚
105 ·2,5 ·105=18,5 · 8314 · 293
Buradan qazın kütləsi m ≈ 190 kq olacaqdır.
Qazın xüsusi həcmi . Qazın xüsusi həcmi (υq) onun
vahid kütləsinin həcmi olmaqla ədədi qiymətcə sıxlığın tərs
qiymətinə bərabərdir və m3/kq-la ölçülür.
1 𝑉𝑞
𝜐𝑞 = =
𝜌𝑞 𝑚𝑞
Burada, Vq, ρq, mq – uyğun olaraq qazın həcmi, sıxlığı və
kütləsidir.
Qazın kütlə, həcm və kommersiya sərfi. Qazın sərfi
vahid zamanda borudan axan qazın miqdarı - kütləsi və ya
həcmidir. Qazın kütlə, həcmi və kommersiya sərfi anlayışları
mövcuddur. Kütlə sərfi, əgər qaz kəməri boyu atqı və qoşqu
xətləri olmazsa sabit qalır. Həcmi sərf isə qaz kəməri boyunca
təzyiqin düşməsi baş verdiyi üçün getdikcə artır. Kommersiya
sərfi qazın standart şəraitə gətirilmiş həcmi sərfidir.
Kommersiya sərfi kütlə sərfinin analoqu olduğu üçün kəmər
boyu sabit qalır.
Qazın özlülüyü. Özlülük qazın boru kəmərində
hərəkətini xarakterizə edən mühüm kəmiyyətlərdən biri olub,
mayelərdə olduğu kimi, axıcılıq qabiliyyətini və ya qazın
sürüşmə gərginliyinə müqavimət göstərmək xassəsini göstərir.
Mayelərdə olduğu kimi dinamik µq (Pa·s,Pz) və kinematik vq =
µ𝑞 𝑚2
( ) özlülük anlayışları mövcuddur.
𝜌𝑞 𝑆
Qazın özlülüyü mayelərdən fərqli olaraq temperaturdan
(daha doğrusu √𝑇-dən) asılı olaraq mütənasib artır.
Ümumiyyətlə, qazın özlülüyü ilə onun hal parametrləri
arasında asılılıqlar çox mürəkkəbdir. Molekulyar – kinetik
nəzəriyyəyə görə qazın özlülüyü aşağıdakı ifadəyə əsasən
tapıla bilər:
19
𝜌𝑞 𝜐·𝜆
µq= 3 ,
Burada: ρq – qazın sıxlığı, υ – qaz molekullarının orta sürəti; λ-
qaz molekulların sərbəst yürüş yoludur. Sonuncu ifadədən
göründüyü kimi qazın özlülüyü təzyiq və temperaturdan asılı
olaraq dəyişir. Temperaturun artması ilə özlülüyün çoxalması
faktı molekulların orta sürətinin artması ilə izah edilir.
Tədqiqatlar göstərir ki, qazların tərkibinin hansı
komponentlərdən təşkil olunması və onların miqdarı özlülüyə
təsir edir. Məsələn, qazın tərkibində azotun miqdarı 5%-dən
artıq olduqda onun qarışığın özlülüyünə təsirinin nəzərə
alınması vacibdir.
Təbii qazların nəql praktikası göstərir ki, əgər qazın
tərkibində metanın miqdarı 96%-dən çox olarsa, onda böyük
xətaya yol vermədən hesabatlar üçün metanın özlülüyünü
qəbul etmək olar.
Təbii qaz və onun ayrı-ayrı komponentlərinin xassə-
ləri. Təbii qaz qarışığı və onun komponentləri aşağıda qeyd
olunan bir sıra xüsusiyyətlərə malikdir:
 Təbii qaz rəngsiz və tərkibində hidrogen sulfid
yoxdursa, iysiz olur. Havadan yüngüldür, yana bilir və
partlayış qorxuludur.
 Metan (CH4) kainatda ən geniş yayılmış (hidrogen və
heliumdan sonra), havadan yüngül, iysiz, rəngsiz və yanar
qazdır. Bir yanacaq kimi qaz sobalarında istifadə olunur.
 Etan (C2H6) havadan az ağır, rəngsiz, iysiz qazdır.
Yanar olmasına baxmayaraq yanacaq kimi demək olar ki,
istifadə olunmur. Etandan etilen alınmasında istifadə edilir.
 Propan (C3H8) rəngsiz, iysiz olmaqla zəhərli qaz hesab
edilir. Propanın faydalı xassəsi var. Belə ki, bu qaz alçaq
təzyiqdə mayeyə çevrildiyi üçün onu digər komponentlərdən
ayırmaq və nəql etmək mümkündür.

20
 Butan (C4 H10) öz xassəsinə görə propana yaxın olan
qazdır. Bu qaz havadan iki dəfə ağır olmaqla propana nisbətən
daha çox sıxlığa malikdir.
 Karbon qazı (CO2) rəngsiz, iysiz olmaqla turş dadır.
Təbii qazın digər komponentlərindən (heliumdan başqa) fərqli
olaraq karbon qazı yanmır. Karbon qazı ən az toksiki
xüsusiyyətə malik olan qazlardan hesab edilir. Ancaq bu qaz
atmosferdə oksigen 3%- dən 10%- dək olduqda onun
udulmasına mane olur və bu cür qatılıqlarda insanı boğur, hətta
öldürə bilir. Havadan 1,53 dəfə ağırdır.
 Dəm qazı (CO) rəngsiz, iysiz, dadsız qazdır. Dəm qazı
insan orqanizminə toksiki təsir göstərir, çox asanlıqla qanda
olan hemoqlabinlə birləşə bilir. Bu qazın havada müxtəlif
qatılıqlarının insan orqanizminə təsiri cədvəl 1.3- də göstəril-
mişdir.
Cədvəl 1.3
Dəm qazının (CO) insan orqanizminə fizioloji təsiri

CO – nun havada
miqdarı Təsirin müddəti və xarakteri
həcm % mq/l
0,01 0,125 Bir neçə saat ərzində təsir göstərmir
0,05 0,625 1 saat ərzində gözəçərpan təsiri olmur
1 saatdan sonra baş ağrısı, ürəkbulanması
0,1 1,25
baş verir
20 – 30 dəqiqədən sonra öldürücü təsir
0,5 6,25
göstərir.
Məişət – kommunal məqsədlər üçün qazdan istifadə
zamanı CO qazının otağın havasında buraxılabilən qatılığı 2
mq/m3 təşkil edir. Havadan 1,04 dəfə yüngüldür.
 Helium (He) rəngsiz, iysiz, havadan 7 dəfə yüngül olan
(hidrogen qazından sonra ikinci), təsirsiz qazdır. Yanmır,
toksiki deyil. Ancaq yüksək təzyiqdə başqa təsirsiz qazlar kimi
narkoz əmələ gətirir. Helium qazı ilə aerostat və drijablları,
21
uşaqların çox sevdiyi hava şarlarını doldururlar (hidrogen qazı
heliumdan yüngül olmasına baxmayaraq yanar olduğu üçün
istifadə olunmur). İstənilən qazdan fərqli olaraq helium bərk
halda mövcud deyil.
 Hidrogen-sulfid (H2S) rəngsiz, havadan ağır, lax
yumurta iyi verən çox zəhərli qazdır. Toksiki xassəsi çox
yüksəkdir. Uzun müddət insana təsir etdikdə baş gicəllənməsi
və qusma yaradır. Hidrogen – sulfidlə zəhərlənmə onun 0,2 –
0,3 mq/m3 qatılığında baş verir, qatılıq 1mq/m3-dan çox
olduqda ölüm halı baş verir. Toksiki xüsusiyyətinə baxmayaraq
kiçik miqdarda hidrogen-sulfid vannalarında müalicə üçün
istifadə olunur.
 Hidrogen (H2) iysiz, rəngsiz, dadsız toksiki təsir
göstərməyən qazdır. Hidrogen havadan 14,5 dəfə yüngüldür.
Hidrogen-hava qarışığı çox partlayış təhlükəlidir və alışma
temperaturu geniş intervalda dəyişir
 Azot (N2) rəngsiz, iysiz, dadsız qazdır. Yanma proses-
lərində bu qaz oksigenlə heç bir təsirdə olmadığı üçün təsirsiz
qaz hesab olunur. Təbii qazlarda azotun miqdarı xeyli çox ola
bilir.
 Etilen (C2H4) rəngsiz, xoş iyli qazdır. Xassələrinə görə
etana yaxın olsa da, ondan az sıxlığa malik olması və yanması
ilə fərqlənir. Etilen dünyada ən çox istehsal edilən üzvi maddə
və polietilen alınması üçün xammal hesab edilir.
 Asetilen (C2H2) rəngsiz, həddindən çox yanar və
yanğın təhlükəsi olan qazdır. Çox sıxıldıqda partlayış
təhlükəlidir. Böyük yanğın və partlayış riski olduğu üçün bu
qaz məişətdə istifadə olunmur. Asetilen, əsasən qaynaq
işlərində və metal kəsmədə tətbiq edilir, onun saxlanması
qaydalarına ciddi əməl olunmalıdır.
 Propan-butan qarışığı bir çox avtomobillərdə yanacaq
kimi istifadə olunur. Maye propan alışqanların doldurulması
üçün istifadə edilir.

22
Qaz komponentləri üçün parsial təzyiq. Təbii qazlar
qaz qarışığından ibarətdir. Bu qazlarda ayrı-ayrı qaz kompo-
nentləri olur. Əgər qaz qarışığının cəm təzyiqini 1 (vahid)
qəbul etsək, onda hər bir komponentin təzyiqi qarışığın
təzyiqinin həmin komponentin həcmi hissəsinə vurulmasına
bərabər olacaqdır. Başqa sözlə qarışığın bütün həcmini tutan
hər bir komponent qaz qarışığında onun payına uyğun gələn
təzyiqə malik olacaqdır. Komponentlərinin qaz qarışığında bu
cür təyin olunan təzyiqləri parsial təzyiqlər adlanır. Qaz
qarışığının parsial təzyiqlərinin cəmi bütün qarışığın ölçülən
təzyiqinə bərabərdir. Qaz qarışığının komponent tərkibi
məlumdursa, onda həmin qarışığın parametrlərinin orta
qiymətlərini hesablamaq üçün parsial təzyiqlərin qiymətlərini
bilmək vacibdir.
Təbii qazlar bərk halda. Elm sübut etmişdir ki, təbii
qazlar müəyyən termodinamik şəraitdə yer qatında bərk hala
keçir və qaz-hidrat yataqlarını əmələ gətirir. Qaz yer qabığında
lay suyu ilə birləşərək 250 atm- dək hidrostatik təzyiq altında
və nisbətən kiçik temperaturlarda (220C- dək) bərk hala keçir.
Hal-hazırda daimi don olan süxurlarda, həmçinin dünya
okeanının dibinin dərinliklərində xeyli qaz-hidrat yataqlarının
mövcudluğu müəyyən edilmişdir.

1.2 Təbii qazların nəqlə hazırlanmasının zərurətləri

Mədənlərdə istehsal olunan təbii qazların tərkibində


əlavə qarışıqlar kimi bərk hissəciklər (qum, gil, korroziya
məhsulları və s.), ağır karbohidrogenlərin kondensatı, su
buxarları, hidrogen - sulfid, karbon iki oksid və s. olur.
Qazda bərk hissəciklərin olması qazla təmasda olan
kompressor qurğularının hissələrinin tez yeyilərək sıradan
çıxmasına səbəb olur.
Bərk hissəciklər qaz kəmərlərində siyirtmələri, nəzarət-
ölçmə cihazlarını sıradan çıxarır, kəmərin ayrı-ayrı yerlərində
23
toplanaraq en kəsik sahəsini kiçildir, qaz yandırılan qurğuların
işini pisləşdirir.
Qazın tərkibində olan maye hissəcikləri (su, kondensat)
kəmərin çökək hissələrində yığılır, en kəsik sahəsini kiçildir,
bundan əlavə borunun, siyirtmə və cihazların korroziyaya uğra-
masına şərait yaradır. Qazda olan nəmlik qaz kəmərində bərk
kristallar şəklində çökən hidratın əmələ gəlməsinə səbəb olur.
Bəzi hallarda əmələ gələn hidrat birləşmələri qaz kəmərinin en
kəsiyini tam bağlaya da bilər.
Qazın tərkibində rast gəlinən hidrogen - sulfid qazı çox
zərərli qarışıqdır. İş zonasının havasında onun qatılığı 0,01 mq
/l-dən çox olduqda o artıq zəhərli hesab edilir. Bu qaz nəmlik
olduqda turşuya çevrildiyi üçün metalları çox intensiv şəkildə
korroziyaya uğradır.
Karbon iki oksid qazının olması isə qazın yanma
istiliyini xeyli azaldır.
Yuxarıda qeyd olunan zərurətlərə görə təbii qaz
magistral qaz kəmərinə verilməzdən əvvəl hazırlıq
mərhələsindən keçməlidir. Yəni qaz qurudulmalı, mexaniki və
zərərli qarışıqlardan təmizlənməlidir. Bundan əlavə, təbii qaz
odorizasiya da olunmalıdır ki, qaz sızmaları baş verdikdə onu
tez aşkar etmək mümkün olsun.
Təbii qazın nəqlə hazırlanması qaz kəmərinin baş qur-
ğularında yerləşən xüsusi qurğularda aparılır. Nəqlə hazırlıq
mərhələsini keçən qaz iqlim şəraiti nəzərə alınmaqla magistral
boru kəməri ilə nəql olunan təbii qaza olan sahə standartlarının
tələblərinə uyğun olmalıdır.

1.2.1. Qazların mexaniki qarışıqlardan


təmizlənməsi və separasiyası

Təbii qazda olan mexaniki qarışıqlar dedikdə qaz axını


ilə quyudan çıxarılan süxur (qum, gil və s.) hissəcikləri, mədən
qaz yığımı şəbəkələri və magistral boru kəmərlərinin tikintisi
24
başa çatdıqdan sonra qalan tikinti şlamları, boru xətlərinin
daxili səthlərinin korroziya və eroziya məhsulları, həmçinin su
və kondensat çöküntüləri başa düşülür.
Qazı mexaniki qarışıqlardan təmizləmək üçün mövcud
olan aparat və qurğular iş prinsipinə görə tozların quru və yaş
üsullarla tutulmasına əsaslanır. Quru üsulla işləyən aparatlarda
tozların ayrılması əsasən qravitasiya və inersiya (ətalət)
qüvvələrinin hesabına baş verir. Yaş üsulla işləyən aparatlara
şaquli və horizontal yağ toztutucuları aiddir. Təbii qazın
mexaniki hissəciklərdən təmizlənməsi yataqdan qaz
təlabatçısına olan yolda bir neçə pillədə aparılır. Bir qayda
olaraq yataqlardan daxil olan süxur hissəciklərinin hərəkətini
məhdudlaşdırmaq məqsədilə quyudibində xüsusi süzgəc
qoyulur.
Təmizlənmənin 2- ci pilləsi qaz mədənində yerüstü
separatorlarda həyata keçirilir. Bu zaman maye separasiya
olunur və qaz süxur hissəcikləri və tozdan təmizlənir. Mədən
təmizləyici qurğular qaz axınının sürəti azaldıqda ağırlıq
qüvvəsinin təsiri altında qarışıqların çökməsi və ya axının
xüsusi olaraq fırladılması zamanı mərkəzdənqaçma qüvvəsinin
təsirindən istifadə olunması prinsipi əsasında işləyir. Odur ki,
mədən təmizləyici qurğular qravitasiyalı və siklonlu olurlar.
Qravitasiyalı qurğular öz növbəsində şaquli və horizontal
qurğulara bölünür.
Şaquli qravitasiyalı qurğular əsasən tərkibində bərk
hissəciklər və ağır qətran birləşmələri olan qazların
separasiyası üçün təklif olunur.

1.2.2. Qazların hidratları və onlara qarşı mübarizə

Təbii qazlar müəyyən termodinamiki şəraitdə su ilə


birləşərək hidratlar əmələ gətirir ki, bunlar da mədən və
magistral qaz kəmərlərində yığılaraq hidravliki müqaviməti
artırdığı üçün kəmərin buraxma qabiliyyətini azaldır və bəzi
25
hallarda kəmərin en kəsiyini tam tutur. Hidrat birləşmələri
təkcə qaz kəmərlərində deyil, şəraitdən asılı olaraq qaz
quyularında da yarana bilir. Odur ki, təbii qazların çıxarılması
və nəqli zamanı mədən avadanlıqlarında və qaz kəmərlərində
praktiki olaraq hər zaman hidrat birləşmələrinin yaranması
hallarına təsadüf etmək mümkündür. Təbii qazların hidratları
dayanıqsız birləşmələr olduğu üçün temperaturun artması və ya
təzyiqin azalması zamanı qaza və suya ayrılırlar. Xarici
görünüşünə görə hidrat birləşmələri buza və ya qara oxşayan
ağ kristallik kütlədir. Təbii qazların tərkibində karbon iki oksid,
hidrogen - sulfid, azot və s. kimi komponentlərə də tez-tez rast
gəlinir. Turş qazların olması hidratəmələgəlmə prosesini kəskin
sürətləndirir.
Hidrat birləşmələri adətən qaz-su sərhəddində, təbii qaz
nəmliklə tam doyduqda əmələ gəlir.
Qaz kəmərləri sistemində hidratın kəmərin hansı hissə-
sində əmələ gəlməsini təyin etməyin böyük əhəmiyyəti vardır.
Qaz təchizatı sistemlərində hidratın əmələ gəldiyi və intensiv
toplandığı yeri proqnozlaşdırmaq üçün qazın tərkibində
nəmliyin müxtəlif termodinamik şəraitlərdə necə dəyişməsini
bilmək vacibdir. Qaz kəmərində temperatur və təzyiqin
dəyişmə xüsusiyyətindən, həmçinin qazın ilkin nəmliyindən
asılı olaraq bir neçə lokal hidrat tıxacları yarana bilər.
Təbii qazların nəqli zamanı hidrat birləşmələrinin
yaranmasının qarşısını almaq üçün istifadə olunan üsullar
aşağıdakılardır:
 qazın qızdırılması;
 təzyiqin aşağı salınması;
 inhibitorların tətbiqi;
 qazın qurudulması.
Qazın qızdırılması ilə hidrat əmələgəlmənin qarşısının
alınması üsulu qaz kəmərində təzyiqi dəyişmədən, qazın
temperaturunun hidrat əmələgəlmənin müvazinət tempera-
turundan yuxarı qiymətdə saxlanılmasından ibarətdir. Lakin
26
qazın magistral boru kəməri ilə nəqli zamanı bu üsul böyük
enerji xərcləri tələb etdiyi üçün məqbul sayılmır. Aparılan
hesablamalar göstərir ki, nəql edilən qazın böyük həcmlərində
onun soyudulması daha məqsədəuyğundur. Çünki bu, qaz
kəmərinin, ələlxüsus çoxlu kompressor stansiyaları olduqda,
buraxma qabiliyyətini xeyli artırmağa imkan verir.
Ona görə də qızdırma üsulu, əsasən böyük təzyiqlər fər-
qində drossel effektinin hesabına qazın temperaturunun xeyli
aşağı düşə bildiyi qazpaylayıcı stansiyalarda tətbiq olunur. Bu
zaman kəskin soyuma nəticəsində hətta kranlar, diafraqmalar,
tənzimləyici klapanlar və s. cihaz və avadanlıqlar da dona bilər.
Təzyiqin azaldılması üsulu ilə hidratın yaranmasının
qarşısının alınması qaz kəmərində dəyişməz temperaturda
təzyiqin hidratəmələgəlmənin müvazinət təzyiqindən aşağı
salınması prinsipinə əsaslanır. Praktikada bu üsuldan artıq
əmələ gəlmiş hidratları ləğv etmək üçün də istifadə olunur.
Yaranmış hidrat tıxaclarının ləğvi şamlardan qazın üfürülərək
havaya buraxılması ilə həyata keçirilir.
Təzyiq aşağı salındıqdan sonra hidratların parçalanması
üçün müəyyən müddət (bir neçə dəqiqədən bir neçə saata kimi)
tələb olunur. Sözsüz ki, bu üsul ancaq müsbət temperaturlarda
hidrat tıxaclarının dağıdılması üçün yararlıdır. Əks halda hidrat
tıxacı buz tıxacına çevrilə bilər.
Magistral qaz kəmərlərində minimal temperaturun 0 0C-ə
yaxın olduğu və təbii qaz üçün müvazinət təzyiqinin 1–1,5
MPa intervalında dəyişdiyi üçün qeyd olunan üsulun tətbiqi az
səmərəli hesab olunur. Təzyiqin aşağı salınma üsulu qəza
halları zamanı qaz kəmərlərində yaranan hidratların
parçalanması üçün inhibitorlarla birlikdə tətbiq olunduqda daha
səmərəli hesab edilir. Çünki əks halda təzyiq qalxdıqdan sonra
hidratlar yenidən əmələ gəlir.
Su buxarları ilə doymuş qaz axınına vurulan inhibitorlar
su buxarlarını qismən udmaqla onları sərbəst su ilə birlikdə
məhlula çevirir və suyun donma temperaturunu aşağı salır.
27
Həmin məhlulların tətbiqi ilə ya heç hidratlar əmələ gəlmir, ya
da onların yaranması ehtimalı çox aşağı temperaturda mümkün
olur.
İnhibitor kimi metil spirti (metanol), etilenqlikol,
dietilenqlikol, trietilenqlikol məhlulları və s. istifadə olunur.
Hal-hazırda yeni inhibitorlar da mövcuddur.

1.2.3.Qazların qurudulması

Təbii qazların böyük həcmdə nəqli zamanı boru kəmər-


lərində hidrat birləşmələrinin yaranmasına qarşı ən səmərəli
üsul qazın kəmərə verilməzdən əvvəl qurudulması hesab edilir.
Mədən praktikasında qazın nəqlə hazırlanması zamanı onun
qurudulması sorbsiya üsulu və ya qaz axınının soyudulması ilə
də həyata keçirilir.
Təbii qazların uzaq məsafəyə nəql edilməsi, onların mə-
dənlərdə nəqlə hazırlanmasının keyfiyyətindən asılıdır. Təhlil
göstərir ki, qazların lazımi səviyyədə qurudulması və təmizlən-
məsi yerinə yetirilməzsə, magistral qaz kəmərlərinə xeyli miq-
darda karbohidrogen kondensatı və lay suyu daxil olur ki, bu
da kəmərin buraxma qabiliyyətini azaltmaqla yanaşı nəql
olunan qazın keyfiyyətinin də pisləşməsinə səbəb olur.
Hal-hazırda qaz və qaz-kondensat yataqlarında və
yeraltı qaz anbarları şəraitində saxlanılan qazların nəqlə
hazırlanması zamanı müxtəlif üsullardan istifadə olunur. Bu
üsullardan absorbsiya, adsorbsiya, molekulyar ələklər, aşağı
temperaturlu separasiya üsullarını göstərmək olar.
Təbii qazların qurudulması maye sorbentlərin, yəni
absorbentlərin köməyi ilə həyata keçirilərsə üsul absorbsiya
üsulu adlanır. Maye absorbentlərə misal olaraq dietilenqlikol,
trietilenqlikol və nisbətən etilenqlikolu göstərmək olar.
Adsorbsiya ilə qazın qurudulması üsulunun mahiyyəti
təbii qazların nəmliyinin bərk maddələrin səthinə çökməsi və
ya səthi ilə udulması, yəni adsorbsiya prosesi ilə həyata
28
keçirilməsindən ibarətdir. Qaz sənayesində bərk adsorbentlər
kimi aktivləşdirilmiş aliminum oksidi, silikagel, seolit və
boksit (hansı ki, 50 – 60 % Al2O3 – dən təşkil olunur) geniş
tətbiq olunur.
Təbii qazları daha dərindən qurutmaq üçün seolitlərdən
- molekulyar ələklərdən istifadə olunur. Seolitlər mürəkkəb
qeyri-üzvi polimer birləşmələri olmaqla kub şəkilli yarığı olan
kristallik quruluşa malik olur. Seolitlər poroşok və ya qranul
şəklində (5 mm - dək) istifadə olunur.
Qazın qurudulması, qazlardan kondensatın ayrılması,
individual qaz komponentlərinin alınması və s. hallarda soyu-
dulma prosesindən istifadə olunur. Bu zaman aşağı
temperaturlu separasiya soyutma dərinliyindən asılı olaraq
qazdan 80–90 %- dək ağır karbohidrogenlərin çıxarılması və
qazın əhəmiyyətli dərəcədə qurudulmasına imkan verir.

1.2.4. Qazların kükürd birləşmələri və karbon qazından


təmizlənməsi

Bir çox yataqlardan hasil olunan təbii qazların


tərkibində kükürd birləşmələri və karbon qazı (turş qazlar) da
olur. Kükürd birləşmələri qazların emalı proseslərində
katalizatorları zəhərləyir, yanma zamanı SO2 və SO3
birləşmələri əmələ gətirir ki, onların da havada qatılığı çox
olduqda insan və ətraf mühit üçün qorxu törədir. Hidrogen -
sulfid (H2S) və karbon qazı (CO2) su mühitində polad boruları,
boru kəmərinin avadanlıqlarını və kompressor maşınlarını
korroziyaaya uğradır. Bu qazların olması hidratəmələgəlmə
prosesini sürətləndirir. Hal-hazırda təbii qazların tərkibində
H2S- in miqdarının 5,7 mq/m3, ümumi kükürdün -50 mq/m3 –
dan çox olmamasına, CO2 – nin isə 2%- dək olmasına icazə
verilir. H2S – dən ən təmiz və ucuz kükürd alınır. Kükürdlü
təbii qazların təmizlənməsinin müasir problemləri kükürdün
istehsalı və hava basseyninin təmizliyinin təmin edilməsi ilə
29
bağlıdır.
Təbii qazlardan turş komponentlərin çıxarılması üçün
regenerativ absorbsiya proseslərindən istifadə olunur. Kimyəvi
və fiziki absorbsiya prosesində turş komponentlər qazdan
çıxarılır. Doymuş absorbentin regenerasiyası zamanı kükürd
istehsalı qurğusuna göndərilən turş qaz axını alınır.
Kimyəvi absorbsiya proseslərində uducuların sulu
məhlullarından istifadə olunur ki, həmin məhlullar qazın turş
komponentləri ilə əks reaksiyaya girirlər.
Fiziki absorbsiya prosesləri absorbentin turş qazlarda
yüksək doyma dərəcəsi və uducuların aşağı sirkulyasiya sürəti,
aşağı enerji xərcləri, avadanlıqların kiçik qabaritli və sadə
olması ilə xarakterizə olunur. Təbii qazın təmizlənməsi zamanı
2-ci əməliyyat kükürd birləşmələrindən kükürdün alınmasıdır.

1.2.5. Qazların odorizasiyası

Təbii qaz, əgər hidrogen – sulfiddən təmizlənibsə,


rəngsiz və iysiz olur. Odur ki, baş verən qaz sızmalarını aşkar
etmək böyük çətinlik törədir.
Qazın nəqlinin və istifadə olunmasının təhlükəsizliyini
təmin etmək məqsədilə onu odorizasiya edirlər, yəni qaza
kəskin, arzuolunmaz iy verirlər. Bu məqsədlə qaza xüsusi
odorantlar qatılır. Odorantların yanma məhsulları fizioloji
cəhətdən ziyansız, kifayət qədər uçucu (qaynama temperaturu
aşağı) olmalı, korroziyaya səbəb olmamalı, kimyəvi olaraq
qazla qarşılıqlı əlaqəyə girməməli, su və ya karbohidrogen
kondensatı tərəfindən udulmamalı, torpaq və əşyalarla güclü
sorbsiya edilməməlidirlər. Odorontlar həmçinin baha
olmamalıdır. Qeyd olunan tələblərə ən çox cavab verən
odorontlardan etilmerkaptanları misal göstərmək olar. Lakin
etilenmerkaptanlardan istifadə etdikdə onlara xas olan
çatışmayan cəhətləri də nəzərə almaq lazımdır.

30
Məsələn, toksiki cəhətdən onlar hidrogen - sulfid qədər
zərərlidir. Əgər qaz emala göndərilirsə, onda onu
etilmerkaptandan təmizləmək lazımdır. Əks halda onlar
katalizatorları zəhərləyir. Etilmerkaptan metal oksidləri ilə
kimyəvi cəhətdən qarşılıqlı əlaqəyə girdiyindən, odorizasiya
olunmuş qazın nəqli zamanı tədricən odorantın iyi zəifləyir.
Etilmerkaptanlardan başqa qazın odorizasiyası
məqsədilə həmçinin metilmerkaptan, propilmerkaptan,
kalodorant, pentalaramdan və s. istifadə olunur. Odorant kimi
tərkibində kükürd və kükürd birləşmələri olan təbii qazların
təmizlənməsi zamanı alınan merkaptan qarışıqlarından da
istifadə olunur. Qazın odorizasiyası xüsusi odorizator qurğuları
vasitəsi ilə qaz kəmərlərinin baş qurğularında və ya
qazpaylayıcı stansiyalarda aparılır.
Qazda odorant buxarlarının qatılığı elə olmalıdır ki,
aşağı partlayış həddinin 1/5- dən çox olmayan qazın həcmi
qatılığında kəskin iy hiss olunsun. Etilmerkaptanın orta illik
sərf norması hər 1000 m3 qaza 16 q təşkil edir. Adətən qış
vaxtlarına nisbətən yay aylarında odorantın sərfi 2 dəfə az olur.
Odarizasiya dərəcəsi xromotoqrafik üsulla təyin edilir.

1.3. Təbii qazların yığılması və nəqli

1.3.1. Qazın yığılması və nəqlinin prinsipial sxemi

Neftdən fərqli olaraq təbii qazın yığılması və nəql edil-


məsi üsulları çox məhduddur. Təbii qaz istehsal olunan kimi
nəql olunmalıdır. Demək olar ki, təbii qazların nəqli əsasən
boru kəmərləri ilə həyata keçirilir. Mədənlərdə quyulardan
çıxarılan qaz separatorlara daxil olur və ondan bərk, maye,
mexaniki qarışıqlar ayrılır. Sonda qaz texnoloji mədən qaz
kəmərləri ilə, kollektorlarla mədən qazpaylayıcı stansiyalarına
daxil olur. Burada təbii qaz təmizlənir, qurudulur və
odorizasiya edilir. Qazın təzyiqi magistral qaz kəmərində
31
nəzərdə tutulan nəql təzyiqinə kimi aşağı salınır. Qaz kəməri
boyu təqribən hər 150 km- dən bir kompressor stansiyaları
yerləşdirilir. Qaz nəqli sisteminin prinsipial sxemi şəkil 1.1- də
göstərilmişdir. Kəmər boyu təmir işlərinin aparılması üçün hər
25 km- dən az olmayaraq siyirtmələr quraşdırılır. Qaz
kəmərinin sonunda qazpaylayıcı stansiya ilə qaz şəhərə və ya
sənaye mərkəzlərinə verilir. Yol boyu, lazım gəldikdə qaz
qazpaylayıcı stansiyalardan atqı xətləri ilə aralıq tələbatçılara
verilir.

Şək. 1.1. Qaz nəqli sisteminin prinsipial sxemi

Qaza olan mövsümi tələbatı tənzimləmək üçün yeraltı


qaz anbarlarından istifadə olunur. Bu məqsədlə adətən
tükənmiş karbohidrogen yataqlarından istifadə olunur
(məsələn, Azərbaycanda “Qaradağ” və “Qalmaz” yeraltı qaz
anbarları)

1.3.2. Təbii qazların nəql üsulları

Qaz sənayesinin problemi qaz ehtiyatı və hasilatının


defisit olmasında deyil, qazın istehlakçılara nəql olunması
32
işinin çatışmazlığındadır. Dünya iqtisadiyyatında bu enerji
daşıyıcısının payı hazırda 25 %-dən çoxdur. Təhlil göstərir ki,
dünyada qaz ehtiyatı neft ehtiyatından çox olduğu üçün qazdan
daha geniş, əsasən isə elektrik və istilik enerjisi almaq üçün
istifadə oluna bilər. Qazdan istifadə şansının yüksək olması bir
də neft və daş kömürə nisbətən onun ekoloji baxımdan təmiz
yanacaq olması ilə bağlıdır.
Xəzər regionunun digər ölkələri kimi Azərbaycan da
böyük 2.6 trln.m3 qaz ehtiyatlarına malik olduğu üçün
investisiya cazibədarlığı yüksəkdir. Xəzər dənizində indiyədək
aşkar edilmiş və istismara verilən ən böyük qaz-kondensat
yatağı Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz»
yatağıdır. «Şahdəniz» qazını Türkiyə və Avropa bazarına
çıxarmaq üçün 2007-ci il 3 iyulda «Bakı-Tiflis-Ərzurum»
Cənubi- Qafqaz Boru Kəməri (CQBK) istismara verilmişdir.
TAP və TANAP layihələrinin reallaşması ilə Azərbaycan artıq
regionda neft və qaz ixrac edən bir ölkəyə çevrilmiş və
ölkəmizin yuxarıda qeyd olunan əsas ixrac neft və qaz
kəmərlərinin təkcə regional deyil, həm də beynəlxalq
əhəmiyyəti danılmazdır (şəkil 2). Ən başlıcası isə artıq
reallaşan bu layihələr ölkəmizin enerji təhlükəsizliyinin təmin
olunmasına öz töhfəsini verməklə müstəqilliyimizin və
iqtisadiyyatımızın stabil artımının qarantına da çevrilmişdir.
Təbii qazın əsas nəql üsulu - boru kəmərləri ilə nəql
üsulu hesab edilir.
Təbii qaz 75 atm- dək təzyiq altında diametri 1,4 m-
dək olan magistral boru kəmərləri ilə nəql edilir. Qaz kəməri
boyu təzyiq düşdüyü üçün müəyyən məsafədən bir aralıq
kompressor stansiyaları tikilir, təzyiq qaldırılır, qaz soyudulur
və nəql davam etdirilir.
Qazları nəql etmək üçün xüsusi tankerlərdən də geniş
istifadə olunur. Bu gəmilərlə qaz maye halında –160 0 C- dən –
150 0 C- dək temperaturda xüsusi izotermik tutumlarda saxlanı-
laraq daşınır. Bu zaman qazın sıxılma həddi 600 dəfəyədək ola
33
bildiyi üçün bu üsul boru kəmərləri ilə nəql üsuluna nisbətən
iqtisadi cəhətdən daha səmərəlidir. Bundan əlavə maye qazın
sıxılmış qaza nisbətən həm daşınması, həm də saxlanması daha
təhlükəsizdir. Maye qazların başqa nəql texnologiyaları da
vardır. Məsələn, onların dəmir yol sisternləri ilə daşınması.
Qaz, şəhər magistral kəmərindən təlabatçılara
verilməzdən əvvəl onun təzyiqini tənzimləmək məqsədilə
qazpaylayıcı stansiyaya (QPS) verilir. QPS-də qaz təmizlənir,
qurudulur və odorizasiya edilir. Qazın təzyiqi bir pillə aşağı
salınır. QPS-dən qaz birbaşa ayrı-ayrı tələbatçılara ötürülə
bilər.
Qazı aşağı təzyiqli rejimə keçirmək üçün o qazpaylayıcı
məntəqəyə (QPM) daxil edilir. Yüksək və ya orta təzyiqli
şəbəkədən QPM-də daxil olan qaz süzgəcdən keçərək mexaniki
qarışıqlardan təmizlənir və sonra təzyiq tənzimləyicisindən
keçərək təzyiqi verilən qiymətədək aşağı salınır. Təzyiq
tənzimləyicisindən öndə isə təzyiq artan zaman qazın alçaq
təzyiqli şəbəkəyə düşməməsi üçün qoruyucu klapan
quraşdırılır.

1.3.3. Qaz kəmərlərinin təsnifatı və tərkib hissələri

Neft kəmərlərində olduğu kimi, qaz kəmərləri də həndəsi


forması və hidravliki hesablama üsuluna görə sadə və
mürəkkəb kəmərlərə ayrılır.
Sadə qaz kəməri uzımluq boyu diametri sabit qalan qaz
kəməri hesab edilir. Qalan bütün hallarda kəmərlər mürəkkəb
qaz kəmərləri sayılır. Mürəkkəb qaz kəmərlərinə misal olaraq
ardıcıl, paralel birləşdirilmiş, şaxələnmiş, halqavari, atqı və
qoşqu xətləri olan kəmərləri göstərmək olar.
Qaz kəmərləri öz təyinatlarına görə aşağıdakı qruplara
bölünür:
Daxili kəmərlər. Bu kəmərlər neft-qaz mədənləri, neft
bazaları və kompressor stansiyalarında müxtəlif qurğu və
34
obyektləri birləşdirməklə, kiçik diametrli və az uzunluğa malik
olur.
Yerli kəmərlər. Bu kəmərlər daxili kəmərlərə nisbətən
böyük uzunluğa (onlarla kilometrədək) malik olmaqla neft-qaz
mədənlərini magistral qaz kəmərinin baş tikililəri ilə
birləşdirən boru kəmərləri hesab edilir. Daxili və yerli kəmərlər
çox vaxt texnoloji kəmərlər də adlanır.
Magistral qaz kəmərləri. Bu kəmərlər böyük uzunluqlu
(yüzlərlə və minlərlə kilometr) və diametrli kəmərlər hesab
edilir və nəql bir deyil, kəmər boyu yerləşən bir neçə
stansiyalarla kəsilməz olaraq həyata keçirilir və bu zaman qısa
müddətli dayanma halları təsadüfi xarakter daşıyır və ya təmir
işləri ilə bağlı olur. Bu kəmərlərdə işçi təzyiqi 10 MPa- dək ola
bilir.
Mövcud standartlara uyğun olaraq magistral qaz
kəmərləri borunun şərti diametrinə (mm-lə) görə 4 sinifə
bölünür:
I sinif- (1000 +1400) mm;
II sinif - (500 +1000) mm;
III sinif- (300+500) mm;
IVsinif - 300 mm-dən kiçik.
Təbii qazların nəqlini həyata keçirən magistral qaz
kəmərləri, kəmərdəki işçi təzyiqinə görə iki sinfə bölünür:
I sinif- (2,5 +10,0) MPa;
II sinif-(1,2 +2,5) MPa.
Qaz kəmərlərinin buraxma qabiliyyəti təzyiq və
diametrdən asılı olaraq dəyişilir. Birxətli qaz kəməri üçün
buraxma qabiliyyəti diametrdən asılı olaraq ildə 10 -50
mlrd.m3 təşkil edir.
Layihələndirmənin texnoloji normalarına görə magistral
neft və neft məhsulları kəmərlərini seçərkən diametr, təzyiq və
buraxma qabiliyyətindən asılı olaraq cədvəl 1.4- də, göstərilən
asılılıqlardan istifadə olunması tövsiyyə olunur.

35
Cədvəl 1.4
Neft və neft məhsulları kəmərlərinin optimal parametrləri

Neft kəmərləri Neft məhsulları kəmərləri


Xarici İşçi Buraxma Xarici İşçi Buraxma
diametr, mm təzyiqi, qabiliyyəti, diametr, təzyiqi, qabiliyyəti,
MPa mln.t/il mm MPa mln.t/il

530 5,4-6,5 6-8 219 9,0- 0,7-0,9


630 5,2-6,2 10-12 273 10,0 1,3-1,6
720 5,0-6,0 14-18 325 7,8-8,5 l,8-2,3
820 4,8-5,8 22-26 377 6,5-7,5 2,5-3,2
920 4,6-5,6 32-36 426 5,5-6,5 3,5-4,8
1020 4,6-5,6 42-50 530 5,5-6,5 6,8-8,5
1220 4,4-5,4 70-78 5,5-6,5

Magistral boru kəmərlərinin tərkib hissələrinə


aşağıdakılar aiddir:
• Xətti tikililər. Buraya boru xətləri, korroziyaya qarşı
mühafizə sistemi, rabitə xətləri və s. aiddir;
• Kompressor stansiyaları;
• Qaz kəmərinin son məntəqələri və qazpaylayıcı
stansiyalar (QPS).
Bəzi hallarda magistral boru kəmərlərinin tərkibinə qazı
mədənlərdən kəmərin baş tikintilərinə ötürən boru kəmərləri də
daxil edilir.
Magistral qaz kəmərlərinin əsas elementləri kəmərin
xətti hissəsini təşkil edən borulardır. Magistral qaz kəmərləri
üçün diametri 300- dən 1420 mm- ə kimi dəyişən şovlu və
şovsuz borulardan istifadə olunur. Adətən, boru kəməri 0,8 m
dərinliyində (уег səthindən borunun yuxarı hissəsinə qədər
olmaqla) torpağa basdırılır.
Magistral qaz kəmərlərinin tərkib hissələri və sxemi şəkil
1.2 - də göstərilmişdir.
36
1-qaz mədəni; 2-qaz yığımı məntəqəsi; 3-təmizləyici qurğuları olan
baş kompressor stansiyası; 4-qaz paylayıcı stansiyaya boru xətti; 5 və
6-uyğun olaraq dəmir və şosse yollarındakı keçidlər; 7-aralıq
kompressor stansiyası; 8 və 9-uyğun olaraq çay və yarğanlardan
keçidlər; 10-yeraltı qaz anbarı; 11-katod mühafizəsi stansiyası; 12-
sonda qazpaylayıcı stansiya
Şək. 1.2. Magistral qaz kəmərlərinin tərkib hissələri və sxemi

Daimi buzlaq və ya bataqlıq şəraitində çəkilən qaz


kəmərini dayaqlar və ya süni tökülülər üzərində quraşdırmaq
olar.
Boruların divarının qalınlığı kəmərdə olan layihə təzyiqi
nəzərə alınmaqla mexaniki hesablamaya əsasən müəyyən
edilir. Əgər çəkilən qaz kəmərləri böyük çay hövzələrindən
keçirsə, bu zaman kəmərlər xüsusi yüklər və уa beton örtüklə
ağırlaşdırılaraq çayın dibinə yatırdılır. Bu zaman əsas kəmərlə
yanaşı həmin diametrli ehtiyat boru xətti də çəkilir. Dəmir yolu
və böyük şosse yolları ilə kəsişən yerlərdə qaz kəməri diametri
kəmərin diametrindən 100-200 mm çox olan borudan keçirilir.
Bir qayda olaraq kəmərlərin trasına yaxın olan yaşayış
məntəqələrinin və qaza olan tələbatını ödəmək üçün həmin
kəmərlərdən kiçik diametrli atqı xətləri də çəkilir.
Trasın relyefindən asılı olaraq qaz kəmərlərində hər 10-
30 km- dən bir qəza və təmir işləri zamanı kəmər hissəsini
37
sistemdən ayırmaq məqsədilə xətti kran və ya siyirtmələr
quraşdırılır. Qəza zamanı xətti kranın hər iki tərəfindən qazı
atmosferə buraxmaq üçün şamlar olur.
Dispetçer fəaliyyəti üçün kəmərin trası boyu rabitə xətləri
(telefon, radiorele) çəkilir ki, bundan da teleölçmə və teleidarə
siqnallarını ötürmək üçün istifadə edilir. Boru kəmərlərində
örtüklərlə yanaşı korroziyadan əlavə mühafızə məqsədilə tras
boyu katod və drenaj stansiyaları, həmçinin protektorlar
yerləşdirilir. Tras boyu 10-20 km- dən bir kəmərə nəzarət
etmək üçün xətti patrul xidməti məntəqələri yerləşdirilir.
Kompressor stansiyaları isə qaz kəmərlərində 100-200 km
intervalı ilə yerləşdirilir.
Qaz kəmərlərinin kompressor stansiyaları porşenli və ya
mərkəzdənqaçma kompressor qurğuları ilə təchiz olunur. Hal-
hazırda bir qazvurucu kompressor qurğusunun gücü 25 MVt- a
çatır. Adətən, mərkəzdənqaçma kompressor qurğulan qrup
şəklində ardıcıl və ya paralel birləşdirilərək işləyir. Bir
qurğunun verimi 50 mln. m3/gün -ə, stansiyanın çıxışında
təzyiq isə 10 MPa- a çata bilir. Qaz yataqlarının ilkin istismar
dövründə (lay təzyiqi yüksək olduqda) magistral qaz kəməri
baş kompressor stansiyasız da işləyə bilər. Bütün kompressor
stansiyalarında nəql olunan təbii qaz mexaniki hissəciklərindən
təmizlənməklə qurudulur, zəhərli qazlardan (kükürd və karbon
qazları) təmizlənir və odarizasiya olunur.
Kompressor stansiyaları da nasos stansiyaları kimi
köməkçi avadanlıqlara və sistemlərə (soyutma sistemi,
qazanxana, elektrik təchizatı, kanalizasiya və. s) malik olur.
Magistral qaz kəməri qazı qazpaylayıcı stansiyalara və
nəzarət- paylayıcı məntəqələrə verir, orada, istehlakçıya
verilməzdən əvvəl qaz mexaniki hissəciklərdən, kondensat və
nəmlikdən təmizlənir, keçən qazın həcmi ölçülür, təzyiqi aşağı
salınır və odorizasiya edilir (əgər baş kompressor stansiyasında
bunlar həyata keçirilməyibsə).

38
1.4. Yoxlama sualları

 Təbii qazları hansı qruplara bölmək olar?


 Qazın izafi təzyiqi və nisbi sıxlığı nədir?
 Avaqadro ədədi nə deməkdir?
 Qaz qanunları hansılardır?
 Qazın kommersiya sərfi necə tapılır?
 Qazın özlülüyü temperaturdan necə asılıdır?
 Dəm qazı hansı qazdır?
 Parsial təzyiq nədir?
 Təbii qazlar bərk halda olurmu?
 Nə üçün təbii qaz nəqlə hazırlanmalıdır?
 Qaz necə qurudulur?
 Qazın odorizasiyası nədir?
 Əsas qaz kəmərləri nə zaman istismara verilib?
 Boru kəmərləri ilə nəql üsulunun müsbət cəhətləri
hansılardır?
 Hansı kəmərlər magistral kəmərlər hesab edilir?
 Magistral qaz kəmərlərinin hansı tərkib hissələri vardır?
 Nə üçün maqistral qaz kəmərlərində xətti kran və ya
siyirtmələr quraşdırılır?
 Qaz paylayıcı stansiyalarda qaz hansı halda təmizlənməli
və qurudulmalıdır?

39
2-ci FƏSİL

TƏBİİ QAZIN NƏQLİ ÜÇÜN QURĞULAR

2.1. Kompressor qurğuları. Kompressorların


təsnifatı

Kompressor maşınları hava, buxar və qazın 0,2 MPa


təzyiqdən aşağı olmayaraq sıxılması və nəqli üçün istifadə
olunur. Ümumiyyətlə, kompressorlar soyuducu texnikada, qaz
turbin qurğularında, reaktiv mühərriklərdə, təbii qazların və
neftin çıxarılması, emalı və nəql edilməsində və digər
sahələrdə istifadə olunur. Kompressorlar müxtəlif tipli və
konstruksiyalı olurlar. Bunlardan pistonlu (porşenli),
mərkəzdənqaçma, vintli, oxlu, rotorlu, membranlı və s.
kompressorları misal göstərmək olar.
Qazların sıxılması üçün istifadə olunan bütün
kompressorlar iki sinfə-porşenli və mərkəzdənqaçma
qurğularına bölünür.
Porşenli kompressorların fəaliyyəti kompressorun
silindrinin işçi həcminin dəyişməsi hesabına qazın
sıxlaşdırılması prinsipinə əsaslanır. Belə ki, həcm çoxaldıqca
silindrin işçi tutumu sorma borusu ilə birləşərək qazla dolur,
həcm kiçildikdə isə orada olan qaz sıxılır və vurucu boruya
sıxışdırılır.
Mərkəzdənqaçma kompressorlarında qazın təzyiqinin
artması, ona böyük sürətin verilməsi və sonradan axının kinetik
enerjisinin sıxılma işinə çevrilməsi yolu ilə əldə edilir.
Porşenli kompressorlar rotasion və vintli maşınlara
bölünür. Bu maşınların da fəaliyyəti sıxışdırma prinsipinə
əsaslanır, lakin onlarda çarx qolu-sürgü qolu olmadığı üçün
rotor böyük sürətlə fırlana bilir və nəticədə onların kiçik
qabarit və çəkilərinə baxmayaraq nisbətən böyük məhsuldarlıq
əldə oluna bilir.
40
İntiqalın tipinə görə kompressorlar iki qrupa bölünür:
1. Qazmühərrikli – kompressor qaz mühərriki ilə birlikdə
hazırlanır;
2. İntiqallı–tələb olunan fırlanma tezliyindən, gücündən və
parametrlərinin tənzimləmə diapazonundan asılı olaraq
elektrik mühərriklərindən, qaz turbinlərindən və ya daxili
yanma mühərriklərindən istifadə olunur.
Məhsuldarlığına görə kompressor qurğuları az (0,015
m3/s qədər), orta (0,015-1,5 m3/s) və yüksək (1,5 m3/s və daha
çox) məhsuldarlıqlı olur.
Yaratdığı təzyiqə görə də kompressorlar aşağı (0,2-1,0
MPa), orta (1-10 MPa), yüksək (10-100 MPa) və daha yüksək
təzyiqli (100 MPa-dan çox) olurlar.
Sıxılan qazın xarakteristikasına görə kompressor
maşınları hava və qaz kompressorlarına bölünür.
Silindrlərinin oxlarının fəzadakı vəziyyətinə görə
kompressor maşınları şaquli, üfüqi, bucaq ( L, V və W şəkilli)
və oppozit tipli (silindrləri horizontal vəziyyətdə oxun iki
tərəfində yerləşən) olurlar.
Kompressorlar həm də konstruktiv quruluşuna, təzyiqə,
qazın sıxılma dərəcəsi və pillələrinin sayına, məhsuldarlığına
və s. görə də fərqlənirlər.
Müxtəlif kompressorların məhsuldarlıq (V) və
təzyiqdən asılı olaraq tətbiq sahələri şəkil 2.1- də
göstərilmişdir.
Məhsuldarlıq çoxaldıqca mərkəzdənqaçma komp-
ressorların, təzyiqin artması ilə isə porşenli kompressorların
tətbiq olunması daha məqsədəuyğundur. Bəzən, qazın
sıxlığının dəyişdiyi və ya məhsuldarlığın tənzimlənməsi
zərurəti yarandığı hallarda mərkəzdənqaçma maşınları istifadə
olunan sahələrdə porşenli kompressorların tətbiq olunması da
sərfəli olur. Qeyd olunanlarla yanaşı, bu və ya digər sinfə
kompressorların tətbiq sahəsi onların təkmilləşməsindən də
asılı olaraq dəyişə bilər.
41
Şək. 2.1. Müxtəlif sinfə məxsus kompressorların tətbiq

Konkret layihələr üçün kompressorların sayı və tipinin


seçilməsi onların sənayedə buraxılan nomenklaturasını da
nəzərə almaqla, mümkün variantların texniki-iqtisadi təhlilinə
əsasən həyata keçirilir.
Magistral qaz kəmərlərində tələb olunan şəraitdən asılı
olaraq əsasən porşenli qaz-mühərrik kompressorları və
mərkəzdənqaçma qazvurucu qurğulardan istifadə olunur.
Porşenli qaz-mühərrikli kompressorlar, bir qurğuda
güc hissəsini və kompressoru birləşdirməklə yüksək etibarlılığa
malik olur. Lakin gücü nisbətən az (3700 kVt-dək) olduğu
üçün bu kompressorlar məhsuldarlığı böyük olmayan qaz
kəmərlərində tətbiq olunur.
Konstruktiv icrasına görə porşenli (pistonlu)
kompressorlar aşağıdakı təsnifata malikdir:
 sıxılma pillələrinin sayına görə - birpilləli, ikipilləli,
üçpilləli və s;

42
 silindrlərin yerləşmə sıralarına görə-bir, iki və
çoxsıralı;
 hərəkət mexanizminin konstruksiyasına görə-
kreskoplu, kreskopsuz;
 təsir prinsipinə görə-sadə və ya iki təsirli və diferensial
təsirli;
 soyuducu agentin növündən asılı olaraq-hava və ya su
ilə soyudulan.
Mərkəzdənqaçma qaz-turbin kompressorları yüksək
məhsuldarlıqlı qurğular hesab edilir. Ona görə də bu
kompressorlar, əsasən, güclü qaz kəmərlərində tətbiq olunur.
Porşenli kompressorlarla müqayisədə qaz-turbin
kompressorlarının digər müsbət cəhətləri də vardır. Belə ki, bu
kompressorlar yağı az işlədir və güclü su soyuducu qurğusu
olmadan işləyə bilir. Bundan əlavə, onlar az vibrasiyaya
uğrayır, havanın aşağı temperaturunda gücünü xeyli artıra və
məsafədən asanlıqla idarə oluna bilir. Lakin porşenli
kompressorlarla müqayisədə bu kompressorların f.i.ə. aşağıdır.
Qazturbin mərkəzdən-qaçma kompressor maşınlarının gücü
4000-25000 kVt intervalında dəyişə bilir.
Elektrik mühərriki ilə işləyən mərkəzdəqaçma
kompressorları daha ucuz, kompakt olmaqla az yanğın
təhlükəlidir. Bu qurğularda sıxılma dərəcəsi 1,2-1,3, f.i.ə isə
0,21-0,28 intervalındadır.
Qaz kompressorlarının seçilməsi zamanı onların növü
və xarakteristikalarından, həmçinin kompressor stansiyasında
quraşdırılan köməkçi avadanlıqlardan asılı olaraq texniki-
iqtisadi göstəriciləri nəzərə alınır. Bu zaman istismar
xərclərinin nəzərə alınmasının çox əhəmiyyəti vardır.
Qaz kəmərlərində tikilən kompressor stansiyaları tətbiq
olunan kompressorların növündən asılı olaraq qaz-mühərrik,
qaz-turbin, elektrik- mühərrikli; sıxılma dərəcəsinə görə isə bir
və çox pilləli olur. Stansiyaların texnoloji sxemləri əsasən
kompressorların tipi və növü, qazın keyfiyyəti, nəqlə
43
hazırlanma qurğuları, həmçinin köməkçi avadanlıqlardan
və sistemlərdən asılıdır.
Kompressorların təsnifatı və növləri cədvəl 2.1-də
göstərilmişdir.

2.2. Kompressorun əsas parametrləri

Həcmi verimi – kompressorun vahid zamanda sıxdığı


qazın həcmidir, m3/s. Sorma şəraitinə gətirilmiş məhsuldarlıq
– vurma qısa borusunda ölçülmüş və sorma şəraitinə
hesablanmış qazın həcminə deyilir. Normal şəraitdə
məhsuldarlıq – kompressorun vurma qısa borusunda ölçülmüş
və normal şəraitə (təzyiq 0,1 MPa və 00C temperatura)
hesablanmış məhsuldarlıqdır.
Kütlə verimi – vahid zaman ərzində kompressorun sıxdığı
qazın kütləsidir, kq/s.
Kompressorun girişində qazın təzyiqi – kompressor
girişindəki qısa boruda ölçülmüş qazın mütləq təzyiqidir.
Kompressorun girişində qazın temperaturu –
kompressorun girişindəki qısa boruda qazın temperaturudur.
Kompressorun çıxışında qazın temperaturu –
kompressorun çıxışındakı qısa boruda qazın temperaturudur.
Sıxılma dərəcəsi – kompressorun çıxışında və girişində
olan mütləq təzyiqlərin nisbətidir.
Güc – qaz mühitinin müəyyən həcmi üçün kompressorun
vahid zaman ərzində gördüyü işdir.
Nəzəri güc – müəyyən termodinamiki prosesdə verilmiş
miqdarda qazın sıxılması üçün vahid zaman ərzində tələb
olunan işdir.
İndikator güc (pistonlu kompressorlar üçün) – tsiklin
indikator işinə uyğun olan gücdür.

44
45
46
47
48
49
50
Qazdinamiki güc – verilmiş işçi qazın vahid zaman
ərzində sıxılmasına və nəql edilməsinə lazım olan faktiki işdir.
Bu iş mexaniki sürtünmədən başqa bütün növ itkiləri nəzərə
almalıdır: termodinamiki itkilər, sızmadan alınan itkilər,
hidravliki müqavimətlərdən alınan itkilər.
Kompressorun sərf etdiyi güc – qazın sıxılmasına, nəql
edilməsinə və eləcə də mexaniki itkilər də daxil olmaqla,
kompressorlarda bütün növ itkilərə sərf edilən gücdür.
Kompressorun maksimal gücü – kompressorun işi
zamanı sərf edilən maksimum gücdür: kompressorun
girişindəki təzyiq sabit və çıxışındakı dəyişən olduqda və ya
çıxışındakı təzyiq sabit, girişindəki isə dəyişən olduqda.
Kompressor qurğusunun gücü – verilmiş həcmdə qazın
sıxılması və nəql edilməsi zamanı kompressorlarda sərf edilən
bütün növ itkiləri, birləşdirici bəndlərdə (muftada, reduktorda
və s.) və intiqal mühərriklərində olan itkiləri dəf etmək üçün
tam gücdür.
Kompressorun faydalı iş əmsalı – verilmiş miqdarda
qazın sıxılması üçün sərf olunan faktiki gücün nəzəri gücə olan
nisbətidir.

2.3.Kompressor qurğularının xarakteristikaları

Mərkəzdənqaçma kompressor qurğusunun


xarakteristikası dedikdə təzyiqlər nisbətinin (sıxılma
dərəcəsinin)  , gücün politropik əmsalı  pol və daxili gücün
N i rotorun müxtəlif fırlanma tezliklərində sərfdən olan
asılılığı başa düşülür. Məlumdur ki,
 ,  pol, Ni  f1,2,3 Qs , Ps , s , D2 ,  (2.1)
Burada Qs  sərf; Ps  təzyiq;  s  sorma şəraitində qazın
sıxlığı; D2  işçi çarxın diametri;   bucaq sürətidir.

51
Oxşarlıq nəzəriyyəsinə əsasən (2.1) ifadəsini aşağıdakı
kimi yazmaq olar:
Ni  Qs U 2 
 ,  pol ,  f  , , (2.2)
 s  D22  U 23
1, 2 , 3
 D22  U 2 Z s RTs 

harada ki, U 2 D2   -çevrə sürəti; Qs D22U 2  sərf  
əmsalı; U 2 z s RTs  Max ədəddir.
(2.2) ifadəsinə uyğun olaraq, Max ədədinin müxtəlif
qiymətlərində ölçüsüz N i  s D22U 23 gücün ölçüsüz sərfdən
Qs D22U 2 asılılıq əyrilərini qurmaq olar.
Lakin D2 verilən kəmiyyət olduğu üçün sonuncu
ifadədə çevrə sürətini rotorun fırlanma tezliyi ilə əvəzləsək
alarıq:
Ni  Qs n 
 ,  pol ,  f  ,  (2.3)
 s  n3
1, 2 , 3
 n Z RT 
 s s 

Burada Ni s  n3 ; Qs n və n Z s RTs  ölçülü kəmiy-


yətlər olmaqla (2.2) ifadəsində müvafiq ölçüsüz kə-
miyyətlərə mütənasibdir.
Kompressor qurğularının xarakteristikaları müxtəlif
komponent tərkibli təbii qazlar üçün yararlı olsun deyə,
onları konkret olaraq seçilmiş bir şəraitə gətirmək lazımdır.
Beləliklə, gətirilmə parametrləri:
Rgət  490 C kq  K  ; Ts.gət = 288K ; Zs.gət =0,91 və
ngət = nn (nominal) olduğunu nəzərə alsaq, nəticədə alarıq:
 Ni  𝑛
 ,  pol ,   = 𝑓1,2,3 [𝑄𝑔ə𝑡 , (𝑛 ) ] (2.4)
 s  𝑛 𝑔ə𝑡
𝑔ə𝑡
harada ki,
𝑁 𝑁 𝑛 3
(𝜌 𝑖 ) = 𝜌 𝑖 ( 𝑛𝑛) ;
𝑠 𝑔ə𝑡 𝑠

52
𝑛
Qgət = Qs· 𝑛𝑛 ;
𝑛 𝑛 𝑍𝑠.𝑔ə𝑡 𝑅𝑔ə𝑡 𝑇𝑠.𝑔ə𝑡
(𝑛 ) =𝑛 √ (2.5)
𝑛 𝑔ə𝑡 𝑛 𝑍𝑧 𝑅𝑇𝑠
Bu cür xarakteristikalar kompressor qurğularının
gətirilmiş xarakteristikaları adlanır. Şəkil 2.2, a-da 370-14-1
qaz vurucu qurğu üçün gətirilmiş xarakteristikalar
göstərilmişdir.

Şək. 2.2. 370-14-1 qaz vurucu qurğunun gətirilmiş


xarakteristikaları

Gətirilmə şəraiti: Ts.gət =288K ; Rgət  500 C / kq  K ;


Zs.gət=0,91. Hesablama aşağıdakı ardıcıllıqla aparılır. (2.4)
ifadələrinə əsasən sormada gətirilmiş həcmi sərf Qgət və
𝑛
gətirilmiş nisbi fırlanma tezliyi (𝑛 )𝑔ə𝑡 hesablanılır. Qeyd
𝑛
etmək lazımdır ki, bu zaman Qgət işçi sərfi sərfin ən kiçik
qiymətindən (hansından ki, xarakteristika başlanır) azı 10%-
çox olmalıdır. Sonra Qgət -dən asılı olan asılılıqlardan  pol

53
əmsalı və gətirilmiş daxili güc (𝑁𝑖 /𝜌𝑠 )𝑔ə𝑡 müəyyən edilir.
(𝑛/𝑛𝑛 )𝑔ə𝑡 və Qgət asılılıqlarından isə sıxma dərəcəsi təyin
edilir. (2.5) ifadəsinə uyğun olaraq (𝑁𝑖 /𝜌𝑠 )𝑔ə𝑡 -nin tapılmış
qiymətinə əsasən N i hesablanır. Tapılmış N i -nin qiymətinə
mexaniki itkilərə sərf olunan gücü N mex əlavə etməklə
ötürülən gücü təyin etmək mümkündür.
nn= 5300 1/dəq
Kompressor qurğularının iş rejimlərinin hesablanması
zamanı 2-ci tip xarakteristikalardan, yəni həcmi deyil,
kommersiya sərfinə görə qurulmuş xarakteristikalardan da
istifadə etmək olar. Bu cür xarakteristika şəkil 2.2, b-də
göstərilmişdir. Bu xarakteristikalara əsasən kompressorun iş
rejimi aşağıdakı ardıcıllıqla həyata keçirilir.
Əvvəlcə gətirilmiş kommersiya sərfi Qk.gət və gətirilmiş
nisbi fırlanma tezliyi (𝑛/𝑛𝑛 )𝑔ə𝑡 hesablanır:
𝑍𝑠 𝑅𝑔ə𝑡 𝑇𝑠
𝑄𝑘.𝑔ə𝑡 = 𝑄𝑘 √𝑍 (2.6)
𝑠.𝑔ə𝑡 𝑅 𝑇𝑠.𝑔ə𝑡
𝑛 𝑛 𝑍𝑠.𝑔ə𝑡 ·𝑅𝑔ə𝑡 ·𝑇𝑠.𝑔ə𝑡
(𝑛 )𝑔ə𝑡 = 𝑛 √ (2.7)
𝑛 𝑛 𝑍𝑠· 𝑅 ·𝑇𝑠
Əyrilərin aşağı sahəsində Qk.gət və  s koordinatlarına
uyğun nöqtə tapılır və bu nöqtədən Qgət xətti istiqamətində
lazım olan (𝑛/𝑛𝑛 )𝑔ə𝑡 xəttini kəsənə qədər hərəkət edərək 
şkalasında sıxılma dərəcəsinin nəyə bərabər olduğu müəyyən
edilir. Daha sonra şaquli olaraq əyrilərin yuxarı sahəsinə
keçməklə vertikal xətlə (𝑛/𝑛𝑛 )𝑔ə𝑡 xəttin kəsişməsinə uyğun
gələn qiymətə əsasən gətirilən daxili gücün qiyməti Ni.gət
təyin edilir və aşağıdakı düsturla N i  nin qiyməti
hesablanır:
𝑃𝑠 ɛ 𝑍𝑠 𝑅𝑇𝑠
𝑁𝑖 = 𝑁𝑖.𝑔ə𝑡 √𝑍 (2.8)
𝑃𝑛 𝑔ə𝑡 𝑅𝑔ə𝑡 𝑇𝑠.𝑔ə𝑡

54
N i  nin hesablanmış qiymətinə əsasən oxdakı güc
N  N i  N max təyin edilir.
Qeyd olunanlarla yanaşı kompressor qurğularının
xarakteristikaları analitik yolla da ifadə oluna bilər. Məsələn,
1- ci tip xarakteristika
 2  a  b0Qs2 (2.9)
Pv
2- ci tip xarakteristikanın tənliyi isə  
Ps
Ps  Tst
( Pv –vurma təzyiqi) və Qs  Q olduqlarını
Pst  Ts  Z s
nəzərə alsaq, aşağıdakı kimi yaza bilərik:
Pv2  a  Ps2  bQ2 (2.10)
burada b  b0 Pst  z s  Ts Tst  ;
a və b0 -kompressorun girişində qazın temperatur və
tərkibindən, rotorun fırlanma tezliyindən ( n ) asılı olan
təcrübə yolu ilə təyin edilən əmsallardır.
Porşenli kompressorların xarakteristikasının ifadəsi
üçün də aşağıdakı emprik yazılış kifayət qədər doğru hesab
edilir:

Qs  a 1  b  2  1  (2.11)
Sonuncu ifadəyə daxil olan a və b sorma şəraitində həcmi
sərflərin sıxılma dərəcəsindən   asılı olan təcrübi əyrilərin
emalına əsasən təyin edilən əmsallardır.
a  Qs (   1 olduqda b əmsalı «ölü sahənin» təsirini
nəzərə alır). Əgər həcmi sərfi Q s kommersiya sərfi Q k ilə
əvəz etsək, onda (2.11) ifadəsindən mərkəzdənqaçma
kompressorlar üçün olan tənliyə oxşar ifadə alınacaq. Yəni,
Pv2  aP  Ps2  bP Q 2 , (2.12)
harada ki,
55
2
1 b 1  P T  Z 
aP  ; bP  2  st s s 
b a b Tst 
Bu tənlik də (2.11) ifadəsi kimi qaz kəmərinin
xarakteristikası ilə kompressor stansiyasının xarakteris-
tikasını birgə həll etmək üçün çox rahatdır.

2.4. Səmt qazlarının yığılması və nəqli sistemlərində tətbiq


olunan qurğular

QM-8 kompressorunun bazasında gücü 550 a.q olan KS


-550 çoxbloklu avtonom kompressor stansiyası istehsal edilir
və bu stansiya mədənlərdə neft qazının (səmt qazı) yığılması,
hazırlanması və nəqli üçün nəzərdə tutulur.
Stasionar kompressor stansiyaları ilə müqayisədə bu
stansiyanın üstün cəhətləri ondan ibarətdir ki, onu tez
quraşdırmaq və demontaj etmək, bir yerdən başqa yerə
daşımaq, dəfələrlə istifadə etmək mümkündür. Bundan əlavə,
xüsusi kapital qoyuluşu və istismar xərcləri aşağıdır. KS-550
kompressor stansiyasının komplektinə qazmühərrikli
kompressoru, radiator-ventilyasiya qurğusu, separatorlar, yağ
süzgəcləri, hava təmizləyici və səsboğucu blokları, həmçinin
boru kəmərləri, birləşdirici bloklar və digər hissələr daxildir.
Qazın nəql edilməsi üçün istifadə olunan qurğulardan biri
şırnaqlı kompressorlar və ya qaz ejektorlarıdır. Şırnaqlı
kompressorun (qaz ejektorunun) prinsipial sxemi şəkil 2.3-də
göstərilmişdir.
Bu kompressorun əsas elementləri qəbul kamerası (1),
konfuzor (2), yüksək təzyiqli işçi qazın lazım olan şırnağını
yaratmağa imkan verən fəal saplo borusu (3), aşağı təzyiqli,
sorulan qazın şırnağını yaradan passiv saplo (həlqəvi yarıq) (4),
qarışdırma kamerası (5) və qazın sonradan nəqli üçün onun
lazımi təzyiqli qarışığını formalaşdıran diffuzordan (6)
56
ibarətdir. Saploda (3) yüksək basqılı işçi qaz kəskin olaraq
axma sürətini artırır. Bu zaman onun temperaturu ani olaraq
aşağı düşür. Qaz axınının böyük sürətli olması ilə əlaqədar
olaraq şırnaq ejektorun divarları və ətraf mühitlə istilik
mübadiləsində olmur və ona görə də temperatur qazın ejektora
daxil olma temperaturundan xeyli aşağı olur. İşçi qaz şırnağı
böyük sürətə malikdir və onun ətrafında aşağı təzyiqli mühit
yarandığı üçün qəbul kamerasından (1) aşağı təzyiqli qazın
sorulmasına imkan yaranır.

1- qəbul kamerası; 2-konfuzor; 3-fəal saplo borusu; 4-passiv


saplo (həlqəvi yarıq); 5-quraşdırma kamerası; 6-diffuzor
Şək. 2.3. Qaz ejektorunun prinsipial sxemi

Qarışdırma kamerasında və diffuzorda aktiv və sorulan


qazın qarışması baş verir. Bu zaman onların temperatur və
axma sürətləri bərabərləşir, qurğudan çıxış yolunda qazların
tormozlanması zamanı isə həmin parametrlərin artması baş
verir. Ejeksiya prosesi işçi qazın enerji və təzyiqinin itməsi ilə
müşahidə olunur.
Qazşırnaqlı qurğuların işinin səmərəliliyini xarakterizə
edən əsas parametrlər aşağıdakılardır:
 Ejeksiya əmsalı. Bu əmsal sorma və işçi qazların çəki
sərflərinin nisbətini xarakterizə edir;
 Faydalı iş əmsalı, sorma qazının sıxılması zamanı
görülən işin işçi qazın genişlənməsi zamanı yaranan işə olan
nisbətini xarakterizə edir. Bu əmsal ejektorlar üçün faktiki
olaraq 30 %-dən çox olmadığı üçün onların tətbiq sahəsini
xeyli məhdudlaşdırır. Lakin izafi təzyiqli işçi qazı olduqda,
57
əksər hallarda ejektorların tətbiqi iqtisadi cəhətdən əlverişli ola
bilər, çünki, onlar sadə konstruksiyaya malik olmaqla mexaniki
kompressorlardan daha ucuz başa gəlir və quraşdırmaları çox
asandır.
Ejektorlardan əsasən, aşağı təzyiqli neft (səmt) qazlarının
sıxılması üçün yüksək basqılı təbii qazların istifadəsi zamanı
magistral qaz kəmərlərində aşağı təzyiqli qazın təzyiqini
artırmaq üçün qazın izafi enerjisindən istifadə olunduqda,
separasiyanın birinci pilləsində qazın enerjisindən istifadə
etmək hesabına aşağı pilləli separasiyadan neft qazlarının
yığımı və nəqli zamanı və s. hallarda istifadə olunur.
Ən sadə və ən geniş tətbiq olunan ejektorlardan EQ-P/D
tipli qurğunu göstərmək olar (şəkil 2.4). Burada E -ejektor; Q -
qaz; P -işçi təzyiq; D -qəbul kamerasının sorma borusunun
diametrini göstərir.

1- ejektorun kamerası; 2- qarışdırma kamerası; 3-; 4-ştuser; 5-


xarici örtük; 6- diffuzor
Şək. 2.4. EQ -P/D qaz ejektoru

Ejektorun kamerası (1) standart hissələrdən qaynaq


edilərək yığılır. Qarışdırma kamerası (2) qızdırma zamanı
istiliyin yaxşı qəbulu və hidratyaranmanın qarşısını almaq üçün
xüsusi quruluşa malikdir.

58
Diffuzor (6) nazik list poladdan hazırlanmaqla yüksək
təzyiqli xarici örtüklə (5) təchiz olunur. 1 və 2 kameralarının
flənsləri və diffuzorun örtüyü arasında kipləşdiricilərdən (3)
istifadə olunur ki, qızdırma zamanı hermetiklik yaxşı təmin
olunsun. Ejeksiyanın rejimlərinin dəyişilməsi, yəni fəal
saplonun diametrinin və diffuzorun giriş ölçüsünün azaldılması
və ya artırılması zamanı diffuzor dəyişməz qalır.
Qızdırıcının alışqanına qaz ştuserdən (4) götürülür.
Diffuzor və onun örtüyü arasında qalan boşluq qızdırıcıya daxil
olan qazın hazırlanması üçün sadə qravitasiya separatoru kimi
istifadə olunur.
EQ-P/D tipli ejektorların müxtəlif növləri cədvəl 2.2-də
göstərilmişdir.
Cədvəl 2.2
EQ-P/D tipli ejektorların növləri və göstəriciləri

İşçi
Maksimal Qabarit ölçüləri
qazının
işçi (uzunluğu, Çəkisi,
Ejektor maksimal
təzyiqi, hündürlüyü, kq
sərfi, min
MPa eni), mm
m3/gün
EQ-200/70 200 100 900x400x300 125
EQ-40/125 40 450 1500x400x300 250
EQ-100/125 100 900 1792x400x616 280
EQ-160/125 160 950 1800x800x650 300
EQ-25/250 25 1900 3000x900x700 600
EQ-64/250 64 3500 3500x900x750 700
EQ-100/250 100 4500 3500x900x800 800

Neft qazının sıxılması üçün ejektorların tətbiqinin bəzi


prinsipial texnoloji sxemləri şəkil 2.5-də göstərilmişdir. Səmt
qazının yığılması və nəqli sistemlərində ejektorlardan istifadə
edilməsinin başqa sxemləri də mümkündür.

59
a-separasiyanın II və III pillələrində neft qazının sıxılması üçün
ejektorun tətbiqi:b –eyni vaxtda ejektorlardan droselləmə kimi
istifadə olunmaqla; c-ejektorun qaz kəmərində tətbiqi; 1-ejektor; 2-
təzyiq tənzimləyicisi; 3-aşağı təzyiqli qaz kəməri; 4-yüksək təzyiqli
qaz kəməri; 5-siyirtmə
Şək. 2.5. Neft qazlarının sıxılması üçün tətbiq olunan
ejektorların prinsipial texnoloji sxemləri

2.5. Yoxlama sualları

 Qazları nəql etmək üçün hansı maşınlardan


(qurğulardan) istifadə olunur?
 Kompressor maşınlarının tətbiq sahəsi hansı
göstəricilərdən asılıdır?
 Kompressorların əsas parametrlərini göstərin.
 Kompressorun faydalı iş əmsalı necə tapılır?
 Porşenli kompressorların təsnifatı necədir?
 Mərkəzdənqaçma qaz-turbin kompressorları haqqında
nə bilirsiniz?
 Qaz vurucu qurğunun gətirilmiş xarakteristikaları
nəyi əks etdirir?
 Səmt qazlarının yığılması hansı qurğularla həyata
keçirilir?
 Qaz ejektoru nədir?
60
3-cüFƏSİL

QAZ KƏMƏRLƏRİNİN HESABLANMASI

Qaz kəmərlərinin hesablanması onların mexaniki və


hidravlik hesablanmasını nəzərdə tutur. Qaz kəmərlərinin
mexaniki hesablanması neft kəmərlərində olduğu kimi həyata
keçirilir.

3.1. Qaz kəmərlərinin hidravlik hesablanması

Qaz kəmərlərinin hidravlik hesablanmasını kəmərdə qazın


qərarlaşmış hərəkət rejimi olan hal üçün aparaq. Qeyd edək ki,
bir sıra praktiki məsələlərin həlli zamanı, o cümlədən qaz
kəmərlərinin texnoloji hesablanmasını aparmaq məqsədilə
qazın bu cür hərəkət rejimi qəbul olunur.
Baxılan halda boruda qazın hərəkət və kəsilməzlik
tənlikləri uyğun olaraq aşağıdakı kimi olacaqdır:
 
d w 2

dP
 g
dz

w 2
(3.1)
dx dx dx 2D


d w2  0, (3.2)
dx
Burada:  , w  uyğun olaraq qazın sıxlığı və kəmərdə
hərəkət sürəti ; x  borunun oxu və qazın axma istiqaməti ilə
üst-üstə düşən koordinat;  , w, P – uyğun olaraq x kəsiyində
qazın sıxlığı, sürəti və təzyiqi; z - x kəsiyinin mərkəzi
yerləşdiyi hündürlük;   hidravliki müqavimət əmsalı; D –
boru kəmərinin diametridir D  const .
(3.2) -dən göründüyü kimi, w  const . Onda,
d w 2   dw2 / 2

61
yazmaq olar.
Bunu nəzərə alaraq ( 3.1) tənliyini aşağıdakı şəkildə
yazmaq olar:
dx w2 w2
 dP    gdz  d
D 2 2
Sonuncu ifadə onu göstərir ki, kəmərdə təzyiqin düşməsi
sürtünməyə, qazın şaquli olaraq yuxarı qaldırılması və sürətin
artmasına sərf olunan təzyiq itkilərinin cəmindən ibarətdir.
Məhz bu tənlik hidravliki hesablamalar aparmaq üçün ilkin
tənlik hesab olunur. Hesablamalar üçün lazım olan düsturları
almaq məqsədilə həmin ifadəyə daxil olan  və w
dəyişənlərini yox etmək lazımdır. Bunun üçün uyğun olaraq
kəsilməzlik və hal tənliklərinin aşağıda göstərilən ifadələrindən
istifadə edək:
F w  M (3.3)
P /   ZRT , (3.4)
burada F – borunun en kəsik sahəsi; M - kütlə sərfidir.
Temperatur ( T ) və ideal qaz qanunlarından fərqlənməni
nəzərə alan qazın sıxılma (inhiraf) əmsalı ( Z ) sabit qəbul
edilir.
Beləliklə, (3.3) və (3.4) ifadələrinə uyğun olaraq, (3.1)
ifadəsində   P / ZRT  və w  MZRT / FP  olduğunu
nəzərə alsaq, həmçinin gdz  0 qəbul etsək (relyefin təsiri
olmayan hallarda) alarıq:
M 2 ZRT  dx dP 
 PdP   2 
 D P 
2
2F
Sonuncu ifadəni inteqrallasaq,
M 2 ZRT  L P 
Pb  Ps 
2 2
2
   2 ln b  ,
F  D Ps 
harada ki, Pb , Ps – qaz kəmərində, uyğun olaraq, başlanğıc və
son təzyiq; L – qaz kəmərinin hesablanan hissəsinin
62
uzunluğudur. İfadəyə daxil olan (2lnPb/Ps) həddi boru kəməri
boyu kinetik enerjinin artmasını göstərir. Qeyd etmək lazımdır
ki, magistral qaz kəmərləri üçün bu həddin qiyməti L / D
həddinə nisbətən çox-çox kiçik olduğu üçün onu nəzərdən
atmaq mümkündür.
Beləliklə, F  D 2 / 4 olduğunu da nəzərə almaqla
yazmaq olar:
16 L
Pb2  Ps2  2 ZRT 5 M 2 (3.5)
 D
Sonuncu (3.5) ifadəsinə əsasən, əgər kütlə sərfi ( M )
məlumdursa, kəmərdə təzyiqin düşməsini təyin etmək olar.
Təcrübədə bir çox hallarda məlum olan başlanğıc və son
təzyiqlərə görə kütlə sərfinin təyin edilməsi zərurəti yaranır.
Onda (3.5) ifadəsinə əsasən yazmaq olar:
 Pb2  Ps2 5
M  D (3.6)
4 ZRT L
Sözsüz ki, qaz kəmərlərinin hidravliki hesablanmasını
aparmaq üçün (3.5) və (3.6) ifadələrinə daxil olan digər
kəmiyyətlər də məlum olmalıdır. Əksər hallarda (3.6) ifadəsini
sərfin düsturu, (3.5) ifadəsini isə təzyiqlər kvadratının düşməsi
düsturu adlandırırlar.
Artıq qeyd olunduğu kimi, layihə və istismar
təşkilatlarında ən çox kommersiya sərfi təyin üçün və bu sərfin
standart şəraitə gətirilmiş həcmi sərf olunduğu üçün
M  Q   st qəbul edilməlidir (  st - standart şəraitdə qazın
sıxlığıdır). Əgər  st  Pst / RTst və qaz sabitinin R  Rhava / 
olduğunu nəzərə alsaq (  -qazın nisbi sıxlığı olub    /  hava
) qazın kommersiya sərfinin təyini üçün alarıq:
Pb2  Ps2
Qk  D5 , (3.7)
ZTL
harada ki,
63
 Tst
k Rhava
4 Pst
Bu zaman təzyiqlər kvadratları fərqinin düsturu aşağıdakı
kimi olacaqdır:
1 ZTL 2
Pb2  Ps2  2 Q (3.8)
k D5
(3.7) və (3.8) ifadələrində Z, T və  kəmiyyətləri
qabaqcadan təyin edilməlidir. k əmsalını isə hesablamaq olar.
Belə ki, Tst  293 K ; Pst  101,3  10 3 Pa ;
 
Rhava  287 m2 / s 2  K olduğunu nəzərə alsaq, yazmaq olar:
 Tst 3,14 293  287 m 2  s  K 0,5
k Rhava    0,0385
4 Pst 4 101,3  103 kq

3.2. Qaz kəmərinin temperatur rejiminin hesablanması

Qaz kəmərlərinin istismar səmərəliliyini artırmaq üçün


temperatur rejiminin müəyyən edilməsinin çox əhəmiyyəti
vardır. Kəmərdə hərəkət edən qazın temperatru hərəkətin fiziki
şəraitindən və ətraf mühitlə olan istilik mübadiləsindən asılı
olaraq azalır. Kəmərin temperatur rejimini araşdırmaq
məqsədilə termodinamikanın birinci başlanğıcının tənliyinə
uyğun olaraq qaza verilən istilik miqdarını dq aşağıdakı kimi
yazmaq olar.
dq  du  Pd (3.9)
Burada: du  qazın daxili enerjisinin dəyişməsi; P  təzyiq; υ
– qazın xüsusi həcmi; Pd  qazın gördüyü işdir.
Qaza verilən istilik (dq) xaricdən verilən dqxar  və
sürtünmə nəticəsində ayrılan dqsür  istiliklərin cəmindən
ibarət olduğu üçün dq  dq xar  dqsür .
64
Uzunluğu dx olan qaz kəmərində hərəkət edən qaza
xaricdən verilən istilik aşağıdakı kimi hesablanır:
dqxar  kDT  T0 dx / M , (3.10)
Burada: k  qazdan ətraf mühitə istilikvermə əmsalı; D 
kəmərin diametri; T  x kəsiyində qazın temperaturu; T0 
ətraf mühitin temperaturu; M  qazın kütlə sərfidir.
Qazın gördüyü işin Pd  d P /    dP /  olduğunu
nəzərə alsaq (   qazın sıxlığıdır),

kDT  T0 dx  P  dP
  dqsür  dU  d    (3.11)
M  
P
U   i  entalpiya olduğu üçün (3.11) ifadəsi

aşağıdakı kimi olar:
kDT  T0 dx dP
  dqsür  di 
M 
Əgər kinetik enerjinin dəyişməsini və ağırlıq qüvvəsinin
təsirini nəzərə almasaq, onda
dx w 2 dP
dqsür   
D 2 
yazmaq olar.
dP
Yəni, dqsür və  ixtisara düşürlər. Formal olaraq,

bu belədir. Ancaq fiziki mənası budur ki, sürtünməni dəf etmək
üçün qazın sərf etdiyi iş həmin anda dqsür istiliyi şəklində qaza
qayıdır. Sürtünmə işinin ayrılan istiliklə kompensasiyası daxili
prosesdir, lakin baxılan tənlik qazla ətraf mühit arasında enerji
balansını əks etdirir.
Beləliklə, qeyd olunanları nəzərə alsaq, alarıq:

65
 kDT  T0 dx / M  di (3.12)
Entalpiya təzyiq və temperaturun funksiyası i  iT , P 
olduğu üçün yaza bilərik:
 i   i 
   dT    dP  0
 T  P  P T
 i 
   C P - sabit təzyiqdəki istilik tutumudur.
 T  P
Tutaq ki, entalpiya sabitdir ( i  const ). Onda alarıq:
 i   i   T 
      
 P  T  T  P  P  i

 T 
   Di  Coul – Tomson əmsalı olduğundan yaza
 P  i
bilərik:
 i 
   C P Di
 P  T
Beləliklə, alırıq ki,
di  c P dT  C P Di  dP
Sonuncu ifadəni (3.12 )- də yerinə qoysaq, C P  yə bölsək,
alarıq:
kDT  T0 dx
  dT  Di dP
M  CP
dP
İndi dP  dx şəklində yazsaq və qəbul etsək ki,
dx
təzyiqin düşməsi xətti paylanma qanunu ilə baş verir, yəni
dP / dx  Pb  Ps  / L , həmçinin a  kD / M  C P 
əvəzləməsini aparsaq, onda yazmaq olar:

66
Pb  Ps
 aT  T0 dx  dT  Di dx
L
Sonuncu ifadəni dəyişənlərinə ayırsaq,
dT
dx   (3.13)
aT  T0   Di Pb  Ps  / L
(3.13) ifadəsini inteqrallasaq, qaz kəməri boyu
temperaturun dəyişməsi ifadəsini alarıq:
Pb  Ps
T  T0 Tb  T0 exp ax  Di 1  exp ax (3.14)
aL
(3.14) ifadəsində axırıncı həddi nəzərə almasaq, onda
Şuxov ifadəsini alarıq:
T  T0 Tb  T0  exp ax ( 3.15)
Şuxov düsturu ətraf mühitə istilik ötürməsi hesabına
qaz kəməri boyu temperaturun paylanmasını göstərir. (3.15)
ifadəsindən göründüyü kimi, Tb > T0 olduqca qaz kəmərinin
istənilən nöqtəsində qazın temperaturu (T) ətraf mühitin
temperaturundan (T0) çoxdur. Təkcə x   olduqda T  T0
olur.
(3.14) ifadəsində sonuncu hədd Coul – Tomson effekti
hesabına baş verən temperatur azalmasını göstərir. Qeyd etmək
lazımdır ki, hesablamanın dəqiqliyinin artırılması tələb
olunduqda bu hədd nəzərə alınmalıdır.
(3.14) və (3.15) ifadələrinə əsasən qaz kəməri boyu orta
temperaturun təyini üçün aşağıdakı ifadələri yazmaq olar:
1  exp aL P  P  1  exp aL 
Tor  T0  Tb  T0   Di b s 1   (3.16)
aL aL  aL 
1  exp aL
Tor  T0  Tb  T0 
aL
Qeyd etmək lazımdır ki, qaz kəmərlərinin hidravliki
hesabatı zamanı istifadə olunan qazın temperaturu məhz Tor –
ya bərabər olan temperatur qəbul edilir.

67
Qaz kəməri boyu temperatur dəyişməsi şəkil 3.1– də
göstərilmişdir.

1-Şuxov ifadəsinə görə;


2-Coul-Tomson effekti nəzərə alınmaqla
Şək. 3.1. Qaz kəməri boyu qazın temperaturunun dəyişməsi

3.3. Qaz kəmərində təzyiqin düşməsi. Orta təzyiq

Yuxarıda qeyd olunduğu kimi qaz kəmərinin


başlanğıcında və sonunda təzyiqlərin kvadratları fərqi:
1 z T    L   2
Pb2  Ps2  2 Q (3.17)
k D5
Kəmər boyu təzyiqin paylanmasını tapmaq üçün
(3.17) ifadəsində L -i x  lə əvəz etsək alarıq:
1 z T     2
P 2  Pb2  2 Q  x
k D5
və ya
P 2  Pb2  c  Q 2  x , (3.18)
harada ki,
1 z T    
c
k2 D5
Göründüyü kimi, (3.18) ifadəsi boru kəmərində
təzyiqin kvadratlarının dəyişməsini xarakterizə edir. Nəzərə
alsaq ki, magistral qaz kəmərləri üçün c dəyişməz qalır,
68
təzyiqin x  dən asılı olaraq dəyişməsi xətti qanunla baş
verəcəkdir (şəkil 3.2, b). Onda (3.18) ifadəsindən qaz
kəmərinin uzunluğu boyu təzyiqin dəyişməsini xarakterizə
edən aşağıdakı ifadəni alarıq:
P  Pb2  cQ2  x (3.19)
 b
2
s
2

Əgər cQ  P  P / L olduğunu qəbul etsək, onda
2

(3.19) tənliyini aşağıdakı kimi yazmaq olar:


P  Pb2  ( Pb2  Ps2 ) x / L (3.20)
Sonuncu (3.20) ifadəsinə əsasən təzyiqin kəmər boyu
dəyişməsi şəkil 3.2, a- da göstərilmişdir.
(3.20) ifadəsindən istifadə edərək qaz kəmərində orta
təzyiqi tapaq:
1
L
Pb2  Ps2
Por   Pb 
2
xdx
L0 L

Şək. 3.2. Qaz kəmərinin uzunluğu boyu təzyiqin kvadratlar


fərqinin (b) və təzyiqin (a) paylanması əyriləri

Sonuncu ifadəni inteqrallasaq, aşağıdakını alarıq:

2 Ps2 
Por   Pb   (3.21)
3 Pb  Ps 
Beləliklə, (3.21) ifadəsinə əsasən istismar zamanı
başlanğıc və son təzyiqlərin məlum olan qiymətlərinə əsasən
69
qaz kəmərində orta təzyiqi hesablamaq olar. Adətən, qaz
kəmərində orta təzyiq qazın nəqli dayandırıldıqdan sonra
qərarlaşan təzyiq hesab edilir. Orta təzyiqə görə qazın sıxılma
(inhiraf) əmsalı, həmçinin kəmərdə yığılan təbii qazın
miqdarı müəyyən edilir. (3.20) ifadəsində P  Por qəbul
etsək, təzyiqin orta təzyiqə hansı məsafədə bərabər olmasını
taparıq:
P 2  Por2
X or  b2 L (3.22)
Pb  Ps2
Pb
Sonuncu ifadədən görünür ki, X or məsafəsi təzyiqlər
Ps
nisbətindən asılıdır.
Pb X or
nisbəti 1- dən sonsuzluğa kimi dəyişdikdə, nisbəti
Ps L
uyğun olaraq 1/2- dən 5/9-a kimi dəyişir.

3.4. Qaz kəmərinin məhsuldarlığına trasın relyefinin


təsiri

Qaz kəmərlərinin layihələşdirilməsinin texnoloji


normalarına görə kəmərin trasının relyefi, başlanğıc nöqtəyə
görə 200 m-dən çox fərqlənərsə, bu boru kəmərinin hesabı
zamanı nəzərə alınmalıdır.
Fərz edək, belə bir qaz kəməri bir-biri ilə düz xətli
maili hissələrin birləşməsindən əmələ gəlib. Həmin hissələrin
hər birinin başlanğıc və sonu geodezik hündürlükləri kifayət
qədər fərqli olan kəmərin trasının xarakterik nöqtələridir (şəkil
3.3).
Əgər sahələr üzrə mikrorelyefləri nəzərdən atsaq, bu
hissələrdən hər biri üçün yazmaq olar:

70
Şək. 3.3. Qaz kəmərinin trasının hesabi profili
dx w 2
 dP    gdz (3.23)
D 2
Buraya hal tənliyini əlavə etsək, yəni  /   zRT və
4M 4MZRT dz z
w  ; dz  dx və ya dz  dx (mail
D  D P
2 2
dx l
dz z
boru kəmərləri üçün  olduğundan) əvəzləmələrini
dx l
aparsaq, həmçinin (3.23)-nı P-yə vursaq nəticədə alarıq:
z 2
 dP 2  ( M 2 b  a P )dx , (3.24)
l
harada ki,
16 ZRT 2g
b  2 5  və a 
 D ZRT
(3.24) – ni inteqrallasaq, alarıq:
exp( az )  1
Pb  Ps exp( az )  M 2 bl
2

az

Sonuncu ifadəni qaz kəmərinin trasının verilən hesabi


sxeminin ayrı-ayrı hissələri üçün yazaq.

1-ci hissə üçün:


exp( a  z1 )  1
Pb  P1 exp( a  z1 )  M 2bl1
2 2

a  z1
2- ci hissə üçün:
71
exp( a  z 2 )  1
P1  P2 exp( a  z 2 )  M 2 bl2
2 2

a  z 2
3-cü hissə üçün:
exp( a  z3 )  1
P2  P3 exp( a  z3 )  M 2bl3
2 2

a  z3
Sonuncu hissə üçün:
exp( az s )  1
Ps 1  Ps exp( az s )  M 2bls
2 2

a  Z s
2-ci tənliyi exp( aZ1 ) -ə, 3-cü tənliyi
expa(Z 2  Z1 ) -ə, 4-cü tənliyi isə expa(Z 3  Z 2  Z1 ) -
ə və s. vursaq, həmçinin nəzərə alsaq ki,
az1  a( z1  z b ) ;
a(z 2  Z 1 )  a( Z 2  Z b ) ;
a(z 3  z 2  z1 )  a( z 3  z b ) və s., onda bütün hissələr
üçün tənlikləri toplasaq, z b  0 qəbul etsək, alarıq:

k
exp( azi )  exp( azi 1 )
Pb  Ps exp( az s )  M 2 b  i
2
(3.25)
i 1 a ( z i  z i 1 )
Sonuncu ifadəyə daxil olan exp( azi ) sıraya ayırsaq, yaza
bilərik:
(azi ) 2
exp( azi )  1  azi  .
2
Deməli,
(az1 ) 2  (azi 1 ) 2 
1  azi   1  azi 1  
exp( azi )  exp( azi 1 ) 2  2  a
  1  ( z i  z i 1 )
a( z1  z i 1 ) a( z i  z i 1 ) 2
Nəzərə alsaq ki, exp( az s )  1  azs yazmaq mümkündür,
onda (3.25) ifadəsinə əsasən yaza bilərik
72
 a k 
P 2 b  P 2 s (1  azs )  M 2 b1   z1  z i 1 li  (3.26)
 2l i 1 
Sonuncu ifadədən qazın kütlə sərfinin təyini üçün
aşağıdakı ifadəni alırıq:
Pb  Ps (1  aZ s ) 2
M (3.27)
 a k 
bL1   (Z1  Z i1 )li 
 2 L i 1
Burada aZ s qaz kəmərinin son və başlanğıc nöqtələrinin
hündürlüklər fərqinin onun buraxma qabiliyyətinə təsirini
nəzərə alır. Belə ki, son nöqtə başlanğıc nöqtəyə nisbətən daha
yüksəkdə yerləşdikcə, yəni Z s çoxaldıqca kəmərin buraxma
qabiliyyəti azalır və əksinə.
a k
(3.27) ifadəsində  (Z1  Z i 1 )li ifadəsi aralıq
2 L i 1
nöqtələrin geodezik hündürlüklərinin, yəni trasın profilinin
xüsusiyyətinin kəmərin buraxma qabiliyyətinə təsirini nəzərə
alır. Əgər qaz kəməri trasının hesabı profilinə (şəkil 3.3) nəzər
1 k
salsaq görərik ki,  (Z i  Z i 1 )  li  F ifadəsi trasın profili
2 i 1
ilə kəmərin başlanğıcından keçirilən horizontal xətt arasında
qalan sahələrin cəbri cəmini ifadə edir. Profil xətti horizontal
xətdən yuxarı keçirsə, F sahəsi müsbət işarəli, aşağı keçdikdə
isə bu sahə mənfidir.
Beləliklə, (3.27) ifadəsindən də göründüyü kimi, buraxma
qabiliyyəti o qaz kəmərində daha çox olacaqdır ki, onda cəm
sahə ( F ) kiçik olsun. Məsələn, 1-2-3-4 qaz kəmərinin
buraxma qabiliyyəti həmin uzunluqda, diametrdə olan 1-5
kəmərindən kiçikdir. Bu, tək ona görə deyil ki, Z 4  Z 5 Həm də
ona görədir ki, F1 23 4 >0. Trasın profilinin formasının qaz
kəmərinin buraxma qabiliyyətinə təsiri onunla bağlıdır ki,
73
qazın sıxlığı qaz kəmərinin sonunda nisbətən, onun
başlanğıcında daha çox olur. Əgər (3.26) və (3.27) ifadələrində
a k
az k və  (Z i  Z i1 )  li hədlərini nəzərə almasaq, onda
2 L i 1
həmin düsturlar horizontal qaz kəmərləri üçün olan düsturlara
çevriləcəkdir.

3.5. Mürəkkəb qaz kəmərlərinin hesablanması

Birxətli, sabit diametrli qaz kəmərlərindən fərqlənən


kəmərlərə mürəkkəb qaz kəmərləri deyilir. Mürəkkəb qaz
kəmərlərinə misal olaraq lupinqli, paralel kəmərlər və
müxtəlif diametrli kəmərlərin ardıcıl olaraq birləşməsindən
yaranan qaz kəmərini göstərmək olar. Bunlardan əlavə,
mürəkkəb kəmərlərə yol boyu atqı və qoşqu xətləri olan qaz
kəmərləri də daxildir.
Mürəkkəb qaz kəmərlərinin hesablanmasının məqsədi
sadə qaz kəmərlərində olduğu kimidir. Yəni, məqsəd
buraxma qabiliyyətinin, ya da qovşaq nöqtələrində təzyiqin
(başlanğıc və ya son nöqtələr, atqı və ya qoşqu nöqtələri)
tapılmasından ibarətdir. Bu zaman əsas hesablama düsturları
sadə kəmərlərdə olduğu kimi aşağıdakılardır:
Pb2  Ps2
Qk  D5 (3.28)
zTL
1 Z T    L   2
Pb2  Ps2  2 Q (3.29)
k D5
 Tst m2  s  K 0, 5
k Rhava  0,0385
4 Pst kq
(3.28) və (3.29) ifadələrini mürəkkəb qaz kəmərlərinin
ayrı-ayrı xətləri, yaxud sadə hala gətirilmiş kəmər üçün tətbiq
etmək olar.

74
(3.28) və (3.29) ifadələrini daha kompakt şəklə salaq.
Göründüyü kimi ifadələrə daxil olan Z, T və  ayrı-
ayrılıqda təyin edilir və onları verilən kimi qəbul etmək olar.
Onda həmin parametrləri də sabit A0 əmsalına daxil etməklə
alarıq:
Pb2  Ps2
Q  A0  D5 (3.30)
L
Pb  Ps  B0Q2  L / D5 ,
2 2
(3.31)
harada ki, A0  k / zT ; B0  1/ A02
Qaz kəmərində qazın hərəkəti, əsasən, kvadratik
hərəkət rejimində baş verdiyi üçün   0,067 2k / D
0, 2

olduğunu nəzərə alsaq, onda (3.30) və (3.31) ifadələri


aşağıdakı kimi olar:
Q  A  D 2, 6 P
b
2
 Ps2 / L  (3.32)
P  P  BQ L / D
b
2
s
2 2 5, 2
(3.33)
A  A0 / 0,067  2k  ; B  B0  0,067 2k 
0, 2 0, 2

3.5.1. Atqı və qoşqu xətləri olan qaz kəmərinin


hesablanması

Tutaq ki, mürəkkəb qaz kəməri sərhədləri qoşqu və


atqı məntəqələri olan birxətli kəmər hissələrindən ibarətdir.
Hesab edək ki, həmin hissələr sadə qaz kəmərlərdir.
Hər bir hissəyə qoşqu və ya atqılar q1 , q2 , q3 və s.
verilmişdir. Aydındır ki, hər bir hissədə nəql olunan qazın
sərfləri Q1 , Q2 , Q3 və s. məlumdur. Tələb olunur ki, verilən
bu məlumatlara əsasən qaz kəmərinin qovşaq nöqtələrində
təzyiqin qiymətləri ( P1 , P2 , P3 ) təyin edilsin.

75
Beləliklə, (3.31) ifadəsinə və şəkil 3.4-ə uyğun olaraq
yaza bilərik:

Şək. 3.4. Birxətli mürəkkəb qaz kəmərinin sxemi

1- ci hissə üçün:
P  P12  B0Q12 1 L1 / D15
b
2

2- ci hissə üçün:
P1  P22  B0Q22 2 L2 / D25
2

m- ci hissə üçün:
Pm1  Pm2  B0Qm2 m Lm / Dm5
2

Sonuncu hissə üçün:


Ps 1  Ps2  B0Qs2 s Ls / Ds5 .
2

Qaz kəmərinin hissələri üçün yazılan ifadələri toplasaq,


alarıq:
k
Pb2  Ps2  B0  Qi2 i Li / Dim (3.34)
i 1

Bu zaman m hissəsinin sonundakı təzyiq aşağıdakı


ifadədən tapıla bilər:
m
Pb2  Pm2  B0  Qi2 i Li / Di5 (3.35)
i 1

və ya
k
Pm2  Ps2  B0 Q
i  m 1
i
2
 i  Li / Di5 (3.36)

Yəni, (3.35) və (3.36) ifadələrinin tətbiqi Pb və ya Ps


təzyiqinin məlum olmasından asılı olacaqdır. Lakin əvvəl i

76
hidravliki müqavimət əmsalları təyin edilməlidir. Qi və D i
məlum olduqları üçün i - nin təyini çətinlik törətmir. Əgər
atqılar (qoşqular) böyük deyilsə, onda sabit diametrli qaz
kəmərinin tikilməsi də məqsədəuyğun sayılır. Onda,
k
P  P  B0 / D
b
2
s
2 5
 Q L
i 1
2
i i i (3.37)

Qəbul etsək ki, kəmərdə qazın hərəkəti kvadratik


rejimdə baş verir və hidravliki müqavimət əmsalı bütün
sahələrdə eynidir, onda
k
Pb2  Ps2  B0  L / D 5  Qi2 Li (3.38)
i 1

Sonuncu ifadədən kəmərin diametrini təyin etmək çox


asandır, çünki hidravliki müqavimət əmsalı diametrin
funksiyasıdır. Lazım gəldikdə (3.35) və (3.36) ifadələrindən
istifadə etməklə qovşaq nöqtələrində təzyiqin qiymətlərini də
hesablamaq olar.

3.5.2. Mürəkkəb qaz kəmərlərinin sadə hala


gətirilməsi üsulları

Mürəkkəb qaz kəmərlərinin hesablanmasını


asanlaşdırmaq məqsədilə onların sadə hala gətirilməsi
zərurəti yaranır. Mürəkkəb qaz kəmərinin sadə hala
gətirilməsi ya onun ekvivalent kəmərlə əvəz olunması, ya da
xüsusi əmsallardan istifadə olunmaqla həyata keçirilir.
Ekvivalent qaz kəməri dedikdə birxətli, sabit diametrli
və buraxma qabiliyyəti hesablanması aparılan boru kəmərinin
buraxma qabiliyyəti ilə eyni olan qaz kəməri başa düşülür.
Sözsüz ki, istənilən qaz kəməri üçün diametr və uzunluğuna
görə fərqlənən çoxlu sayda ekvivalent kəmərlər seçmək olar.
Ekvivalent kəmərlərin sayının sənayedə buraxılan boruların
daxili diametrlərinin sayı qədər olması da mümkündür. Ona

77
görə də məsələ müəyyən olunsun deyə, göstərilən
kəmiyyətlərdən biri - ya diametr, ya da uzunluq verilməlidir.
Bu zaman 2-ci kəmiyyət xüsusi hesablama yolu ilə təyin
edilə bilər. Əgər ekvivalent kəmərin uzunluğunu verilmiş
qəbul etsək (yəni, kəmərin faktiki uzunluğuna bərabər
götürsək), onda hesablanması aparılan qaz kəmərinin
buraxma qabiliyyəti (3.32) ifadəsinə uyğun olaraq aşağıdakı
kimi təyin ediləcəkdir:
 
Q  ADe2,6 Pb2  Ps2 / L ( 3.39)
Əgər ekvivalent qaz kəmərinin diametrini verilmiş
qəbul etsək D0  , onda
Pb2  Ps2
Q  AD02,6 (3.40)
Le
Birinci halda, kəmər üçün ekvivalent diametr ( D e ),
ikinci halda isə ekvivalent uzunluq (L e ) tapılır. Beləliklə,
mürəkkəb qaz kəmərinin ekvivalent kəmərlə əvəz olunması
üçün xüsusi hesabatla ya D e , ya da L e kəmiyyəti təyin
edilməlidir.
Sadə qaz kəməri üçün ekvivalent və faktiki diametrlər
üst-üstə düşür, yəni De  D . Ekvivalent uzunluq isə (3.39)
və (3.40) ifadələrinin tutuşdurulmasına əsasən tapılır:
Le  LD0 / D
5, 2

Göründüyü kimi, mürəkkəb qaz kəmərinin ekvivalent


diametrə görə sadə hala gətirilməsi daha asandır, nəinki
ekvivalent uzunluğa görə. Ona görə də hesablamalar zamanı
üstünlük qaz kəmərinin diametrə görə sadə hala gətirilməsi
üsuluna verilir.y
İndi isə xüsusi əmsalların köməyi ilə mürəkkəb qaz
kəmərlərinin sadə hala gətirilməsinə baxaq. Bu məqsədlə
«etalon qaz kəməri» anlayışını qəbul edək və həmin kəmər
78
üçün diametri ixtiyari qiymət ala bilən D 0 ilə işarə edək.
Hesablamanın asan aparılmasını təmin etmək məqsədilə D 0
 1000 mm qəbul etmək olar. Onda etalon qaz kəməri üçün
buraxma qabiliyyəti
Q0  ADe2,6 P
b
2
 Ps2 / L (3.41)
(3.41) ifadəsinin sağ tərəfini D -ya vurub, bölsək,
2, 6
0

onda mürəkkəb qaz kəməri üçün buraxma qabiliyyəti


aşağıdakı kimi olacaqdır:
Q  AD02,6 P b
2

 Ps2 / L  k s (3.42)
Burada k s  De / D0  - qaz kəmərinin sərf əmsalı adlanır.
2, 6

Əgər (3.41) və (3.42) ifadələrini tutuşdursaq, onda


k s  Q / Q0 . Diametri D olan qaz kəməri üçün De  D
olduğundan k s  De / D0  .
2, 6

Müxtəlif uzunluqlu paralel kəmərlər blokundan təşkil


olunmuş mürəkkəb qaz kəmərlərinin hesablanması zamanı
təkcə ekvivalent diametri D e deyil, həmçinin qaz kəmərinin
uzunluğu da daxil olan əmsaldan istifadə olunması daha
məqsədəuyğun və rahatdır. Bu əmsalı «gətirilmə əmsalı» æ
ilə işarə etsək, kəmərin buraxma qabiliyyəti üçün yaza
bilərik.
Q  AD02,6 Pb2  Ps2  æ ( 3.43)
(3.35), (3.36) və (3.37) ifadələrindən göründüyü kimi
æ  D0  k s / L  De / L
2, 6 2, 6

D e kimi, k s və æ əmsalları da hesablanması aparılan


qaz kəmərinin konstruksiyasının xüusiyyətlərini nəzərə alır.
Ona görə də D e kimi k s və æ- nın da təyini mürəkkəb qaz
kəmərinin sadə hala gətirilməsi deməkdir. Beləliklə,
mürəkkəb qaz kəmərinin hesablanması üçün (yəni, Q və ya
79
Pb2  Ps2 parametrlərinin təyini üçün) hər şeydən əvvəl D e
və ya k s , yaxud da æ təyin edilməlidir. Əksər hallarda
mürəkkəb qaz kəmərini bir-biri ilə paralel və ya ardıcıl
birləşən ayrı-ayrı boru kəmərləri blokundan ibarət olan
sistem kimi qəbul etmək olar. Öz növbəsində bu bloklardan
hər biri də paralel və ya ardıcıl birləşmiş müxtəlif kiçik
bloklardan ibarət ola bilər. Ona görə də bu hallarda qaz
kəmərlərinin paralel və ardıcıl birləşmələri halları üçün ayrı-
ayrılıqda qeyd olunan əmsalların tapılmasına baxılması daha
məqsədəuyğundur.

3.5.3. Paralel qaz kəmərlərinin hesablanması

Hər hansı konstruksiyaya malik olan qaz kəmərinin, o


cümlədən paralel boru kəmərləri sisteminin buraxma
qabiliyyətini, yuxarıda qeyd olunduğu kimi, (3.33), (3.36) və
(3.37) ifadələrinə əsasən təyin etmək mümükündür. Sistemə
daxil olan i -ci boru kəməri üçün buraxma qabiliyyəti həmin
ifadələrə əsasən hesablana bilər. Bu zaman gərək D e , k s və
æ əmsallarının indekslərində i qeyd olunsun. Paralel qaz
n
kəmərlərinin sayını n qəbul etsək və Q   Qi olduğunu
i 1

nəzərə alsaq, alarıq.


n n n
De2, 6   Dei2, 6 ; k s   k si ; æ   æi (3.44)
i 1 i 1 i 1

Birinci iki bərabərlik o vaxt doğru olur ki, Li  L olsun


(yəni paralel birləşdirilmiş qaz kəmərləri eyni uzunluğa malik
olsun). Axırıncı bərabərliyə bu şərt aid deyil, belə ki, o qeyri-
bərabər uzunluğa malik olan paralel qaz kəmərləri üçün də
doğrudur. Ona görə də mürəkkəb qaz kəmərinin sadə hala
gətirilməsi üçün nisbətən üstünlük æ əmsalından istifadə
olunmasına verilir.
80
3.5.4. Ardıcıl qaz kəmərlərinin hesablanması

Ardıcıl birləşdirilmiş qaz kəmərləri üçün təzyiqlər


kvadratları fərqinin hesablanması üçün məlum düsturları
aşağıdakı kimi yazmaq olar:

5, 2 
Pb  Ps  BQ L / De
2 2 2

B 2 L 
Pb  Ps  5, 2 Q 2 
2 2
(3.45)
D0 ks 
1 
Pb2  Ps2  BQ 2 2 
 
(3.45) ifadəsinə uyğun olaraq k sayda ardıcıl olaraq
birləşdirilmiş qaz kəməri hissələri üçün Pb2  P12 ; P12  P22 ;
P22  P32 ; , Ps21  Pb2 təzyiqlər kvadratları fərqinin tapılması
üçün ifadələri yazıb toplasaq alarıq,
k
L 
Pb2  Ps2  BQ 2  5i, 2 
i 1 Dei 
B k
L 
Pb2  Ps2  5, 2 Q 2  2  (3.46)
D0 i 1 k si 
k
1 
Pb2  Ps2  BQ 2  
i 1  i 
Əgər (3.45) və (3.46) ifadələrini tutuşdursaq, onda
ardıcıl birləşdirilmiş mürəkkəb qaz kəmərinin hesablanması
məqsədilə D e , k s və æ əmsalları üçün uyğun olaraq alarıq:
k k
L Li 1 Li k
 
1 1
De5, 2
 5, 2
i 1 Dei
; 2
ks
 2
i 1 k si
;
 2
 
i 1  i
2
(3.47)

81
3.5.5. Paralel və ardıcıl bloklardan ibarət olan qaz
kəmərlərinin hesablanması

Bu cür mürəkkəb qaz kəmərlərinin hesablanması


məqsədilə onların sadə hala gətirilməsi proseduru və ya D e ,
k s və æ parametrlərinin təyini, hər şeydən əvvəl kəmərə
daxil olan ayrı-ayrı boru xətləri də daxil olmaqla əvvəlcə ən
iri, sonra isə kiçik blokların ayrılmasından ibarətdir. Bu
zaman nəzərə almaq lazımdır ki, kəmərlərin paralel
birləşməsi zamanı De2,6 , k si və æ i ardıcıl birləşmə olduqda
isə Li / Dei5, 2 , Li / k s2 və ya æ i2 parametrləri toplanır.
Bu cür mürəkkəb kəmərlərin hesablanması zamanı
növbəti mərhələ ayrı-ayrı boru kəmərləri (xətləri), sonra
bloklar və nəhayət bütün qaz kəməri üçün D e , k s və æ
kəmiyyətlərinin ədədi qiymətlərinin təyin edilməsindən
ibarətdir.
Qeyd etmək lazımdır ki, bu zaman mürəkkəb qaz
kəmərinin D e , k s və æ parametrlərinin köməyi ilə sadə
hala gətirilməsi üsulları bərabər qiymətli olsa da, paralel boru
kəmərləri müxtəlif uzunluğa malik olarlarsa, onda hər hansı
bir blokda æ əmsalı ilə hesablanma daha məqsədəuyğun
olur.

3.5.6. Lupinqli qaz kəmərləri

Lupinqli qaz kəmərləri mürəkkəb kəmərlərin sadə


növlərindən biri hesab edilir. Ümumiyyətlə, lupinqlərin tətbiq
olunmasında məqsəd qaz kəmərinin:
 buraxma qabiliyyətinin artırılması;
 sonunda təzyiqin artırılması;
 başlanğıcında təzyiqin azadılmasından ibarətdir.

82
Lupinqli qaz kəmərinin hesablanmasında məqsəd
lupinqin tələb olunan uzunluğunun tapılmasından ibarətdir.
Lupinqli qaz kəmərlərnin hesablanması zamanı sərf
əmsalından k s  istifadə olunması daha rahatdır.

Şək. 3.5. Lupinqli qaz kəmərinin sxemi


Tutaq ki, sxemi şəkil 3.5-də göstərilən lupinqli qaz
kəməri verilmiş və onun hesablanması tələb olunur. Şəkil
3.5- dən göründüyü kimi qaz kəməri L  x və x
hissələrindən ibarətdir. Bunlardan 1- cisi birxətli (diametri
D1 , sərf əmsalı k s1 ), 2- cisi ikixətli olmaqla diametrləri ( D1
və D2 ), sərf əmsalı isə k s 2 - dir.
L  x və x hissələri, şəkildən də göründüyü kimi
ardıcıl birləşmişdir. Ona görə (3.47) ifadəsinə uyğun olaraq
alarıq:
L Lx x
2
 2  2
ks k s1 ks2
Burada k s -bütün qaz kəməri üçün sərf əmsalı, ks1 sərf əmsalı
məlum kimi qəbul olunmalı, k s 2 əmsalı isə təyin
olunmalıdır. 1 və 2 boru kəmərləri paralel birləşdiyi üçün
(3.44) ifadəsinə uyğun olaraq, k s12  k s1  k s 2 (burada k s1
kimi k s 2 əmsalı da məlum kəmiyyətdir). Onda
L Lx x
 2 
ks2
k s1 (k s1  k s 2 ) 2
Sonuncu ifadədən

83
k s1
ks  (3.48)
x   k s1 
2

1  1    
L   k s1  k s 2  
 
İndi isə lupinqli qaz kəmərinin buraxma qabiliyyətini
( Q ) lupinqsiz kəmərin buraxma qabiliy-yəti ( Q1 ) ilə
tutuşduraq. Bu zaman qəbul olunur ki, hər iki halda, yəni
lupinqdən əvvəl və lupinq qoyulduqdan sonra Pb və Ps
təzyiqləri eynidir. (3.42) ifadəsinə əsasən yazmaq olar ki,
buraxma qabiliyyətinin artması əmsalı
æ  Q / Q  k s / k s1
(3.48) ifadəsini nəzərə alsaq,
1
æ (3.49 )
x   k s1 
2

1  1    
L   k s1  k s 2  
 
Sonuncu ifadədən buraxma qabiliyyətini æ i2 dəfə
artırmaq məqsədilə tələb olunan lupinqin uzunluğunu tapmaq
üçün alırıq:
1
1 2
x  L 
2 (3.50)
 k s1 
1   
 s1
k  k s2 

Xüsusi halda, magistral xətlə ( D1 ) lupinqin diametri


( D2 ) eyni olarsa, yəni k s1  k s 2 olduğunu nəzərə alsaq, onda
(3.49) və (3.50) ifadələri aşağıdakı kimi olacaqdır:
1 4  1 
æ və x  L1  2  (3.51)
3x 3   
1
4L
84
İndi isə buraxma qabiliyyəti ( Q ) dəyişməz qalmaqla
son təzyiqi ( Ps ) hər hansı Ps təzyiqinə qədər qaldırmaq
üçün lupinqin tələb olunan uzunluğunu tapaq. Bu məqsədlə
aşağıdakı tənlikləri yazaq:
B L
Pb2  Ps2  2, 6 Q 2 2 ;
D0 k s1
B 2L  x x 
Pb2  Ps2  Q  2  2
2, 6
D0  ks1 ks1  ks 2  
Sonuncu tənlikdən
L
x 2 (3.52)
 k s1  Ps2  Ps2
1    2
 k s1  k s 2  Pb  Ps
2

Lupinqin və magistralın diametri eyni olarsa,


D2  D1 
4 Ps2  Ps2
x L
3 Pb2  Ps2
Əgər lupinq Pb təzyiqini hər hansı Pb təzyiqinə kimi
azaltmaq məqsədilə çəkilirsə, onda analoji olaraq
L Pb2  Pb2
x  (3.53)
 k s1  Pb  Ps
2 2 2

1   
 s1
k  k s2 

Əgər D2  D1 olarsa,
4 Pb2  Pb2
x L 2
3 Pb  Ps2
Boru kəmərlərinin buraxma qabiliyyətini artırmaq
üçün digər üsul kompressor stansiyalarının sayının 2 dəfə
artırılmasıdır. Hesab etsək ki, stansiyaların sayının 2 dəfə
artırılması onların arasında məsafənin 2 dəfə azaldılması
85
deməkdir, onda yazmaq olar: Stansiyaların sayının 2 dəfə
artırmazdan əvvəl və sonra uyğun olaraq buraxma qabliyyəti:
Pb2  Ps2
Q  AD 2, 6
0 ks
L
Pb2  Ps2
Q  AD02,6 ks
L/2
Onda buraxma qabiliyyətinin artırılma əmsalını hesablamaq
Q
olar: æ    2 . Yəni, kompressor stansiyalarının sayını 2
Q
dəfə artırmaqla qaz kəmərinin buraxma qabiliyyətini 2
dəfə artırmaq olar.

3.5.7. Lupinqi olan çoxxətli qaz kəməri

Lupinqi olan n sayda xətli qaz kəmərinə baxaq (şəkil


3.6). Tutaq ki, baxılan qaz kəməri iki ardıcıl birləşdirilmiş
bloklardan ibarətdir: L  x  və x  L  x  bloku n sayda
paralel hissədən, x bloku isə ( n  1 ) paralel boru
xətlərindən ibarətdir. Ona görə də æ və x üçün ifadələr
(3.43) və (3.44) düsturlarına uyğun olacaqdır. Həmin
n
ifadələrdə kifayətdir ki, k s1 -in yerinə k
i 1
si yazılsın və
n 1
k s1  k s 2  isə  k si ilə əvəz edilsin.
i 1

Şək. 3.6. Lupinqi olan n sayda xətli qaz kəməri

86
Beləliklə, x uzunluğunda lupinqin çəkilişi zamanı buraxma
qabiliyyəti aşağıdakı ifadəyə əsasən tapıla bilər.
1
æ  (3.54)
x  n  
n 1 2

1  1    ksi  ksi  
L   i 1 i 1  
Onda, æ -nin verilmiş qiymətində lupinqin tələb olunan
uzunluğunu aşağıdakı ifadəyə əsasən hesablamaq olar:
xL

1  1  2  (3.55)
2
 n n 1

1    k si  k si 
 i 1 i 1 
Əgər qaz kəmərində təzyiqin Ps-dən Ps  -ə kimi artırılması
lazım gələrsə, onda lupinqin tələb olunan uzunluğunu
aşağıdakı kimi hesablamaq olar:
L Ps2  Ps2
x 
 Pb  Ps
2 2 2
 n n 1
1    k si  k si 
 i 1 i 1 
Sonuncu 3 ifadədən göründüyü kimi boru xətlərinin sayı n
çoxaldıqca lupinqin səmərəliliyi, yəni kəmərin buraxma
qabiliyyəti (æ) azalır. Bundan əlavə n çoxaldıqca verilən æ-
ni və ya Ps  parametrlərini təmin edən lupinqin uzunluğu
azalır.

3.5.8. Calaq edilmiş qaz kəmərləri

Ola bilsin ki, lupinq paralel qaz kəmərlərindən bir


neçəsi və ya birinə qoşulmuş olsun. Bu zaman lupinqin
qoşulduğu yerdə xətlərdə təzyiqin kvadratlarının düşmə
xəttində sınma baş verəcəkdir. «Sərbəst», yəni lupinqsiz boru
xətləri üçün təzyiqin kvadratlarının düşməsi xəttində isə
sınma müşahidə olunmayacaqdır. Bundan başqa, lupinq
87
qoşulan boru xətlərində təzyiq lupinqsiz qoşulan boru
xətlərinə nisbətən çox olacaqdır. (şəkil 3.7). Paralel boru
xətləri bir-birinə calaq olunarsa, onda təzyiqlər
bərabərləşəcək və bu zaman bütün xətlər üçün təzyiqin
kvadratlarının düşməsi xətləri eyni olacaqdır (şəkildə qırıq-
qırıq xətlə göstərilib). Qaz kəmərləri calaq edildikdən sonra
sərflərin yenidən paylanması sayəsində sistemin buraxma
qabiliyyətinin artması baş verir. Calaq olunmuş qaz
kəmərinin buraxma qabiliyyətinin, calaq olunmazdan əvvəl
olan buraxma qabiliyyətinə nisbəti calağın səmərəliliyi
adlanır. Qeyd etmək lazımdır ki, calaq təkcə lupinqlərin
birləşdirildiyi yerlərdə deyil, həmçinin boru kəmərinin
diametrinin dəyişildiyi nöqtələrdə də tətbiq olunduqda
səmərəli hesab edilir. Belə ki, həmin nöqtələrdə təzyiqin
kvadratının düşməsi xəttinin maillik bucağı dəyişilir, həmin
xətlərin calaqla digər xətlərə birləşdirilməsi buraxma
qabiliyyətinin çoxalmasına gətirib çıxarır.

1-2-calaq olunmamış 1 və 2 xətlərində; 3-4- L  x  hissəsində


4 və 3 xətlərində; 3-4-5 - x hissəsində 3,4 və 5 xətlərində; 1-2-3-4 və
1-2-3-4-5- L  x  və x hissələrində uyğun xətlərdə bütün xətlər
calaq edildikdən (birləşdirildikdən) sonra
Şək. 3.7. Təzyiqin kvadratının düşməsi xətləri
88
Aydındır ki, paralel xətlərin sayı çoxaldıqca calağın
səmərəsinin azalması baş verəcəkdir. Calağın səmərəliliyi
həmçinin qaz kəməri üçün müxtəlif diametrli sahələrin sayı
çoxaldıqca da azalacaqdır. Əgər kəmər boyunca paralel qaz
kəmərlərinin diametrləri dəyişməz qalırsa və lupinq
yoxdursa, onda qaz kəmərlərinin buraxma qabiliyyətinin
calaq vasitəsilə artırılması üsulu faydasız olur. Bu halda
təzyiqin kvadratının düşmə xətti bütün paralel xətlər üçün
ümumi və bir dənə olur. Lakin bu heç də o demək deyil ki, bu
cür qaz kəmərləri üçün calaqlar lazım deyil. Calaqlar boru
kəmərlərinin qəzaya uğraması və ya planlı xəbərdaredici
təmiri zamanı buraxma qabiliyyətinin azaldılmasına imkan
verir. Bir qayda olaraq bu işlər bütün zədələnmiş xətdə deyil,
onun nisbətən kiçik bir hissəsində aparılır.
Təmir olunan hissələr kranların köməyi ilə ayrılaraq
işdən dayandırılır. Bu zaman qaz kəmərinin buraxma
qabiliyyəti aşağı düşür. Sözsüz ki, təmir olunan hissənin
uzunluğu az olduqca və ya boru kəmərləri sistemində
calaqların sayı çox olduqca buraxma qabiliyyətinin
azalmasının dərəcəsi də kiçik olacaqdır.
Buraxma qabiliyyətinin verilən qiymətə qədər
azalmasına uyğun gələn calaqların sayını təyin edək. Təmir
olunan hissənin uzunluğunu L  x  -lə işarə etsək, calaqların
sayı üçün aşağıdakı ifadəni alarıq:
L x  x
m 1  1   (3.56)
Lx L  L
Paralel qaz kəmərində olan xətlərin sayını n qəbul
etsək, onda L  x  hissəsində bir xəttin təmirə dayandırılması
zamanı qaz kəmərini xətlərinin sayı n  1 olan x
uzunluğunda lupinqli kəmər hesab etmək olar. Bunları nəzərə
alaraq, daha sonra n xətli lupinqli qaz kəmərində buraxma

89
qabiliyyətinin artırılması əmsalının təyini zamanı olduğu kimi
hesablama aparmaq olar. Bu zaman fərq ancaq ondan ibarət
olacaqdır ki, buraxma qabiliyyətinin artırılması deyil, onun
azaldılması əmsalını təyin etmək tələb olunur. Yəni,
  Qn 1 Qn ,
harada ki, Qn 1  L  x  hissəsində bir xəttin təmirə dayanması
zamanı qazın sərfi Qn  bütün xətlər işlədildikdə qazın sərfidir.
Nəticədə aşağıdakı ifadəni alarıq:
n 1

k si
1
 i 1
n
 (3.57)
 k si x   n 1  2
n

i 1
1  1    k si   k si 
L   i 1  i 1 
Sonuncu ifadədən qaz kəmərinin təmir olunmayan
hissəsinin nisbi uzunluğunu tapırıq və (3.56) ifadəsində yerinə
yazırıq. Beləliklə, buraxma qabiliyyətinin nə qədər azalmasının
verilən qiymətindən asılı olaraq calaqların sayını təyin etməyə
imkan verən aşağıdakı düsturu alırıq:
2
 n n 1

 2   ksi  k si   1
m  i 1 i 1 
(3.56)
1  2
Xüsusi halda qaz xətlərinin sayı n  2 olduqda,
n 1 n

 ksi  ksi ;
i 1
k
i 1
si  k si  k s 2

Onda calaqların sayının tapılması üçün daha sadə ifadə


alınacaqdır:
 2 1  ks 2 ks1 2  1
m
1  2

90
3.6. Qaz kəməri və kompressor stansiyalarının birgə işi

Qaz kəməri və kompressor stansiyalarının iş rejimləri


bir-biri ilə sıx əlaqədardır. Belə ki, kəmərdə qazın sərfi KS-ın
veriminə bərabərdir. Stansiyanın çıxışındakı təzyiq (vurma
təzyiq) isə stansiyalar arasında qaz kəmərinin (hissəsinin)
başlanğıcında olan təzyiqə bərabərdir. Bu zaman sonrakı KS-ın
sorma təzyiqi məhz həmin hissənin sonundakı təzyiq olacaqdır.
KS-ın iş rejimində baş verən istənilən dəyişmələr boru
kəmərinin iş rejiminin dəyişməsinə səbəb olur və əksinə. Ona
görə də qaz kəmərinin buraxma qabiliyyətini təkcə sərf
düsturuna əsasən təyin etmək olmaz. Kəmərin buraxma
qabiliyyətini qaz vurucu qurğuların xarakteristikalarından
istifadə etməklə və ya həmin xarakteristikaların analitik
ifadələrinə əsasən təyin etmək də düzgün deyil.
Qaz kəməri və KS- ə bir sistem kimi baxılmalı və qaz
kəmərinin texnoloji hesablanmasında boru kəmərinin və KS-ın
iş rejimləri razılaşdırılmalıdır. Bu razılaşdırılma KS-ın və
kəmərin xarakteristikalarını birgə həll etməklə həyata keçirilə
bilər. Beləliklə, KS-ın xaraktiteristikasını PV2  aPs2  bQ2 ,
qaz kəmərinin xarakteristikasını isə PV2  Ps  cQ 2 şəklində
qəbul etməklə onları birgə həll etmək lazımdır. Burada  
kəmərin və ya KS-lər arasında olan kəmər hissəsinin uzunluğu;
c  sabit əmsaldır. Bir aralıq kompressor stansiyası olan sadə
qaz kəmərinə baxaq (şəkil 3.8).

Şək. 3.8. Aralıq kompressor stansiyası olan qaz kəmərinin


sxemi

91
Şəkil 3.8- də verilən qaz kəməri üçün bir qazodinamik
sistem kimi iş rejiminin təyini, yəni kəmərin buraxma
qabiliyyəti Q , qaz kəmərinin məlum olan başlanğıc Pv  və
son Pson  təzyiqlərində KS-ın sorma təzyiqi Ps  və vurma
təzyiqini PV 1  hesablamaq tələb olunur. Bu məqsədlə KS-lə
uzunluqları  1 və  2 olan qaz kəməri hissələrinin aşağıdakı
xarakteristika tənliklərini birgə həll etmək lazımdır:
Pb2  Ps2  c 1Q 2 ; 

PV21  aPs2  bQ 2 ;  (3.59)
2 
PV 1  Ps  c 2 Q .
2 2

Bu zaman qəbul edilir ki, c əmsalı hər iki qaz kəməri


hissəsi üçün praktiki olaraq eynidir və
16 Pst2  Z or  Tor  
c (3.60)
 2  Tst2  D 5
(3.60) ifadəsindən göründüyü kimi, c əmsalının
tapılması üçün ilk yaxınlaşmada Z or , Tor və  -ın qiymətləri
verilməlidir. Q, Ps və PV 1 parametrləri təyin edildikdən və
kəmərlərin rejiminin istilik hesablanmasından sonra onların
qiymətləri dəqiqləşdirilir.
(3.59) tənliklər sistemini həll edərək alırıq:
aPb2  Ps2
Q (3.61)
ac 1  b  c 2
KS işləmədikdə (3.61) tənliyi qaz kəməri hissəsi üçün
sərfin məlum düsturuna çevrilir. Yəni, a  1, b  0
olduğundan,
Pb2  Ps2
Q (3.62)
c ( 1   2 )

92
(3.62) ifadəsinə əsaslanaraq çox vacib olan bir praktiki
nəticə çıxarmaq olar. KS-ın verilən xarakteristikası üçün
(başlanğıc və son təzyiqlərin sabit qiymətlərində) stansiya qaz
kəmərinin başlanğıcına yaxın olduqca kəmərin buraxma
qabiliyyəti çox olacaqdır. Bu zaman aydındır ki, eyni zamanda
KS-ın giriş və çıxışında təzyiqlər də artacaqdır. KS-ın
başlanğıca tərəf sürüşməsi hesabına kəmərin buraxma
qabiliyyətinin artması stansiyada sıxılma dərəcəsinin artması
ilə izah edilir. Bu zaman qazın sıxılma dərəcəsinin artması
qurğunun sorma borusunda təzyiqin çoxalması ilə bağlı həcmi
məhsuldarlığın azalması, həmçinin hər iki qaz kəməri
hissəsində orta təzyiqin müəyyən qədər çoxalması hesabına baş
verir. Ümumiyyətlə, qaz kəmərinin buraxma qabiliyyəti, ilk
növbədə, başlanğıcda olan təzyiqdən asılıdır. Həmin təzyiqin
az da olsa dəyişməsi, məsələn, azalması buraxma
qabiliyyətinin xeyli azalmasına səbəb olur. Qaz kəmərinin
sonundakı təzyiq isə onun buraxma qabiliyyətinə çox az təsir
göstərir. Belə ki, həmin təzyiqin geniş intervalda dəyişməsi,
belə kəmərin buraxma qabiliyyətinə çox az təsir göstərir. Bu
hal stansiyaların sayı çoxaldıqca daha da zəifləyir. Bundan
fərqli olaraq kompressor stansiyalarının sayı çoxaldıqca
başlanğıc təzyiqin kəmərin buraxma qabiliyyətinə olan təsiri
daha da artır. Onu da qeyd etmək lazımdır ki, stansiyaların sayı
çoxaldıqca, yəni, onların arasındakı məsafə kiçildikcə Ps və
PV təzyiqləri çoxaldığı üçün təzyiqin qaz kəmərinin istənilən
bir nöqtəsində möhkəmlik şərtinə görə buraxılabilən təzyiqin
qiymətindən çox olmaması şərtinə diqqət yetirilməlidir.

3.7. Qaz kəmərinin trasında kompressor stansiyalarının


yerləşdirilməsi

Qaz kəmərlərinin trasında kompressor stansiyalarının


yerləşdirilməsi həm texnoloji, həm də iqtisadi amillər nəzərə

93
alınmaqla həyata keçirilir. Çalışmaq lazımdır ki, KS-ın
yerləşdirilməsi onların tikintisi və sonradan istismarına əngəl
törətməsin. Bundan əlavə yaddan çıxartmaq olmaz ki, tras boyu
KS-ın yerləşdirilməsi qaz kəmərinin və onun ayrı-ayrı
hissələrinin buraxma qabiliyyətinə çox təsir göstərir. Artıq
əvvəl göstərildiyi kimi eyni şəraitdə aralıq KS boru kəmərinin
başlanğıcına yaxın olduqca, kəmərin buraxma qabiliyyəti
çoxalır. Fiziki olaraq KS-ın kəmərin başlanğıcına yaxınlaşması
zamanı qaz kəmərinin buraxma qabiliyətinin artması iki
səbəblə izah olunur. Əvvəla, KS-ın başlanğıca yaxınlaşması
zamanı (şəkil 3.9, a) stansiyanın girişində təzyiq artır və
deməli, KS-ın sorma şəraitinə aid olan verimi azalır.

1 və 2 xətləri uyğun olaraq KS-ın yerdəyişmədən əvvəl və


sonra qaz kəmərində depressiya xətləridir
Şək.3.9. KS-ın (a) və aralıq KS-ın (b) qaz kəmərinin
başlanğıcına doğru yerdəyişməsi zamanı kəmərin iş rejiminin
dəyişməsi qrafiki

Bu da öz növbəsində KS-ın qaz sıxma dərəcəsini və bununla


əlaqədar kəmərin buraxma qabiliyyətini çoxaldır. İkinci
tərəfdən KS-ın boru kəmərinin başlanğıcına tərəf
sürüşdürülməsi zamanı stansiyalar arasında qazın orta təzyiqi
çoxalır ki, bu da sürtünməyə sərf olunan enerji itkilərini
azaldır. Çünki, boruda qazın sürəti azalır.
KS-ın verilən sayında, vurma təzyiqinin məhdudluğu da
nəzərə alınmaqla qaz kəmərinin maksimal buraxma qabiliyyəti
94
stansiyaların tras boyu elə yerləşməsi zamanı olacaqdır ki, bu
zaman bütün stansiyalarda təzyiq maksimal buraxılabilən
təzyiqə ( Pmax ) bərabər olsun.
Beləliklə, eyni tipli stansiyalar olduqda qaz kəmərinin
maksimal buraxma qabiliyyətini, boru kəməri hissələri və KS-
ın xarakteristikalarını ifadə edən aşağıdakı tənliklərdən tapmaq
olar:
2
Pmax  Ps2  cQmax
2
; 

2
Pmax  aPs2  bQmax
2
;  (3.63)

Pmax  Pson  c( L  n)Qmax .
2 2 2

(3.63) tənliklər sistemindən n sayda aralıq KS olduğu


zaman qaz kəmərinin maksimal buraxma qabiliyyətinin
hesablanması üçün alırıq:

Qmax 
na  1  aPmax
2
 aPson
2
(3.64)
acL  nb
KS-lər arasındakı məsafəni   aşağıdakı ifadəyə
əsasən təyin etmək olar:


a  1Pmax
2
 bQmax
2
(3.65)
a  c  Qmax
2

Bu zaman KS-ın sorma təzyiqi üçün:


2
Pmax  bQmax
2
Ps  (3.66)
a
Baş KS üçün də vurma təzyiqi Pmax  a bərabər
götürülür. Qeyd etmək lazımdır ki, bütün hallarda (hətta,
mədənlərdə lay təzyiqi düşərkən) baş stansiyada vurma təzyiqi
əlavə güclərin işə salınması (sıxılma dərəcəsinin sayının
artırılması) hesabına olsa belə, Pmax səviyyəsində
saxlanılmalıdır. Ona görə ki, bu qaz kəmərinin buraxma

95
qabiliyyətindən maksimum istifadə etməyə, qazın nəqlinə sərf
olunan enerjini azaltmağa imkan verir.
Bəzi hallarda qaz kəmərinin trasında KS-ın
yerləşdirilməsi verilən qaz miqdarının nəqlinə çəkilən xərclərin
minimum olması şərtinə əsasən də həyata keçirilə bilər. Bu hal
o vaxt mümkündür ki, (3.63) tənliklər sisteminə uyğun olaraq
stansiyaların yerləşdirilməsi zamanı qaz kəmərinin buraxma
qabiliyyəti qazın verimi və ya mədənlərin imkanından çox
olsun.
Qaz kəmərində sabit başlanğıc təzyiqində bir aralıq
kompressor stansiyası olduqda onun gücü kəmərin buraxma
qabiliyyəti dəyişmədikdə trasın harasında yerləşməsindən xeyli
asılı olacaqdır (şəkil 5.10, b). Belə ki, bu stansiya kəmərin
başlanğıcına yaxın olduqca onun qazı sıxma dərəcəsi və işçi
gücü az olacaqdır. Beləliklə, qazın nəqlinin enerji xərclərini
azaltmaq üçün KS başlanğıca elə yaxın yerləşdirilməlidir ki,
vurma təzyiqi Pmax olsun.

3.8. Qaz kəmərinin akkumilizasiya qabiliyyəti

Magistral qaz kəmərlərinin işinin xarakterik


xüsusiyyətlərindən biri qaza olan tələbatın mövsümi və
gündəlik qeyri-bərabər olması ilə bağlıdır. Qaz kəmərlərinin
istismar təcrübəsi göstərir ki, qaza olan tələbatın saatlıq
piklərini örtmək, mövcud qeyri-bərabərliyi tənzimləmək
məqsədilə qaz kəmərinin, daha doğrusu onun son hissəsinin
akkumilizasiya qabiliyyətindən istifadə olunması çox
məqsədəuyğundur. Kəmərin son məntəqəsinin akkumilizasiya
qabiliyyəti onun həndəsi ölçülərindən (diametr və uzunluğu) və
işçi təzyiqindən və sözsüz ki, sonuncu KS-ın harada
yerləşməsindən asılıdır.
Kəmərin son hissəsinin akkumilizasiya qabiliyyətini
təyin etmək üçün qərarlaşmış vəziyyətlərin ardıcıl olaraq
dəyişdirilməsi metodundan istifadə edək və hesab edək ki, gün
96
ərzində 2 dəfə, haçan ki, kəmər hissəsinin başlanğıc və
sonunda qazın sərfi orta saatlıq sərfə bərabər olur və qazın
hərəkət rejimi və təzyiqin paylanması qərarlaşmış rejimə
yaxındır. Onda kəmərin son məntəqəsində qazın yığılması
müddətinin sonunda orta təzyiqi aşağıdakı kimi ifadə etmək
olar:
2 P22max 
Por. max   P1 max  ,
P1 max  P2 max 
(3.67)
3
harada ki, P1 max -qaz kəmərinin son hissəsinin başlanğıcında
kəmərin möhkəmliyi və axırıncı KS-ın imkanları ilə təyin
edilən maksimal təzyiq; P2 max - qaz kəmərinin son hissəsinin
axırında maksimal təzyiq.
Qəbul olunmuş şərtləri nəzərə alaraq qaz kəmərinin son
hissəsi üçün olan tənlikdən alarıq:
P2 max  P12max  c sQor2 (3.68)
Kəmərin son hissəsində toplanmış qazın verilməsi
müddətinin sonunda formalaşan təzyiq orta təzyiq olacaqdır.
2 P22min 
Por. min   P1 min  ;
P1 min  P2 min 
(3.69)
3

P2 max  P22min  c sQor2 , (3.70)


harada ki, P2 min -kəmərin son hissəsində minimal buraxılabilən
təzyiqdir.
Onda son hissənin standart şəraitə gətirilmiş
akkumilizasiya qabiliyyətini təyin etmək üçün yazmaq olar:
 D2 Por. max  Por. min Tst
Vakk     s (3.71)
4 Pst Tor  zor
(3.71) ifadəsində (3.67), (3.69) və (3.70) ifadələrini
nəzərə alsaq, alarıq:

97
 D2 Tst
Vakk    ( P13max  P12max P12max  cQ 2  s  cQ 2  s P12max  cQ 2  s 
6 Pst  Tor  z or
1
 P23min  cQ 2  s P22min  cQ 2  s  P22min P22min  cQ 2  s ) 2 (3.72)
cQ
Sonuncu ifadədən qaz kəmərinin maksimal
akkumilizasiya qabiliyyətini təmin edən son hissənin optimal
uzunluğunu tapmaq üçün dVakk / d s  0 şərtindən istifadə
edərək, bəzi dəyişikliklərdən sonra alarıq:
P12max  P22min
s  (3.73)
2cQ2
Beləliklə, qaz kəmərinin sonuncu hissəsinin maksimal
akkumilizasiya qabiliyyəti o vaxt baş verir ki, həmin hissənin
uzunluğu maksimal mümkün olan uzunluğun yarısına bərabər
olsun:
P2  P2
 s. max  1 max 2 2 min (3.74)
cQ
(3.73) ifadəsini (3.72)-də nəzərə alsaq, kəmərin
maksimal akkumilizasiya qabiliyyətini hesablaya bilərik:

P12max  P22min
P13max  P23min 
Vakk. max  kD7 2
, (3.75)
Q2
harada ki, k -sabit əmsaldır.
Qaz kəmərinin sonuncu hissəsinin akkumilizasiya
qabiliyyətinin onun uzunluğundan asılılığı şəkil 3.10- da
göstərilmişdir.

98
Şək. 3.10. Qaz kəmərinin sonuncu hissəsinin akkumilizasiya
qabiliyyətinin Vakk / Vakk. max  onun uzunluğundan  s / S s. max 
asılılığı

Son hissənin uzunluğu az olduqda, onun həndəsi həcmi


(tutumu) kiçik olduğundan akkumilizasiya qabiliyyəti aşağı
 
olur. Uzunluq böyük olduqda isə Por. max  Por. min təzyiqlər
fərqi azalır.
Beləliklə, son hissənin akkumilizasiya qabiliyyətindən istifadə
etmək məqsədilə, əgər qaza olan tələbat rejimi sabitdirsə, KS-
ın yerinin kəmərin sonuna doğru bir az dəyişdirilməsi zəruridir.

3.9. Mərkəzdənqaçma vurucu qurğularla təchiz


olunan kompressor stansiyasının iş rejiminin
hesablanması

Vurucu qurğuların gətirilmiş xarakteristikalarının


köməyi ilə kompressor stansiyasının iş rejiminin hesablanması
mərkəzdənqaçma kompressor qurğularının iş rejimlərinin
müəyyən edilməsi deməkdir. Yəni, gətirilmiş həcmi
məhsuldarlığın və ya sərfin [Q]gət ; gətirilmiş fırlanma
tezliyinin [ ] və ötürmənin valına düşən gücün N  təyini
𝑛
𝑛𝑛 𝑔ə𝑡
deməkdir. Hesabat aşağıdakı ardıcıllıqla həyata keçirilir:
1. Qaz sabiti təyin olunur:

99
kq  M / kq  K 
Rh
R , (3.76)

harada ki,  -havaya görə qazın nisbi sıxlığı; Rh  294
kq  M / kq  K  -hava üçün qaz sabiti.
2. Gətirilmiş təzyiq və temperaturdan asılı olaraq təbii
qazın sıxılma (inhiraf) əmsalı Z təyin edilir.
3. Standart şəraitdə (20 0 S və 760 mm civə sütunu)
qazın sıxlığı hesablanılır:
st    sthava   1,206
3
4. Qazın sorma şəraitindəki sıxlığı ( kq / m ) təyin
edilir:
P
s  s (3.77)
ZRT s
5. Qaz vurucu qurğunun məhsuldarlığı hesablanır
( m 3 / gün );
Q KS
Qk  k (3.78)
n
burada Q k KS -eyni tipli qaz vurucu qurğularla təchiz olunmuş
kompressor stansiyasının məhsuldarlığı, mln·m3/gün ;
n - paralel birləşmiş qrupların sayı.
6. 1-ci pillənin qaz vurucusunun həcmi məhsuldarlığı
təyin edilir (m3/dəq).
Q 
Q  k st (3.79)
1440   s
7. Gətirilmiş həcmi məhsuldarlıq hesablanır (m3/dəq).
𝑛
[Q]gət = 𝑛𝑛·Q (3.80)
nn -vurucunun rotorunun nominal fırlanma tezliyi, dövr/dəq.
8. Gətirilmiş fırlanma tezliyi tapılır (dövr/dəq).

100
𝑛 𝑛 𝑍𝑔ə𝑡 ∙𝑅𝑔ə𝑡 ∙𝑇𝑔ə𝑡
(𝑛 ) = √ (3.81)
𝑛 𝑔ə𝑡 𝑛𝑛 𝑍∙𝑅∙𝑇
harada ki, Zgət , Rgət , Tgət - gətirilmiş parametrlərdir.
9. Qazın sıxılma dərəcəsi   və gətirilmiş nisbi gücü
𝑁
[𝜌 𝑖 ] təyin edilir. Bu kəmiyyətlər mərkəzdənqaçma qaz
𝑠𝑡 𝑔ə𝑡
vurucu kompressor qurğusunun xarakteristikalarına əsasən
gətirilmiş həcmi məhsuldarlığın və gətirilmiş fırlanma
tezliklərinin tapılmış qiymətlərinə uyğun təyin edilir.
10. Kompressor qurğusuna lazım olan daxili gücü təyin
edilir ( KVt ).
𝑁 𝑛 3
Ni = [𝜌 𝑖 ] · 𝛾𝑠 · (𝑛 ) (3.82)
𝑠𝑡 𝑔ə𝑡 𝑛 𝑔ə𝑡
11. Ötürülən güc hesablanılır ( KVt ).
N  N i  N mex (3.83)
burada N mex -mexaniki güc itkiləridir.
Qazturbin ötürmələri üçün N mex  150 KVt .
12. Kompressorun çıxışında təzyiq ( Pv ) hesablanılır
( at. ).
Pv  Ps   (3.84)
13. Çıxışdakı temperatur təyin edilir:
k 1

T  Ts  e, k
(3.85)
harada ki, k -təbii qazın politrop göstəricisidir, k  1,3  1,31 .
İkinci pillənin də hesabatı analoji olaraq aparılır. Bu zaman 2-
ci pillənin girişindəki temperatur 1-ci pillənin çıxışındakı
temperatura bərabər götürülür. 2- ci pillənin girişindəki təzyiq
 
Ps' isə 1-ci pillənin çıxışında olan təzyiqə Pv  əsasən
aşağıdakı kimi tapılır:
Ps'  Pv  0,3  0,5 (3.86)

101
Burada, 0,3  0,5 1-ci və 2-ci pillələr arasındakı təzyiq
itkisidir ( at. ).
İndi isə hesablanmaya aid nümunəyə baxaq:
Gün ərzində 65 mln.m3 qaz nəql edən kompressor
stansiyasının iş rejiminin hesablanmasına baxaq. Tutaq ki, KS-
ın girişində təzyiq Ps  38 at , temperatur isə 290 K . KS 520
növlü qazvuruculu, TTK-10 qaz-turbinli 2 paralel qruplardan
təşkil olunmuş qurğularla işləyir. Nəql olunan qazın nisbi
sıxlığı   0,6 . Vurucu qurğunun rotorunun faktiki fırlanma
tezliyi 4600 dövr/dəq-dir.
Həlli:
 49 kq  M / kq  K  .
29,4
Qaz sabiti R 
0,6
Nomoqramdan Pgət və Tgət parametrlərinə əsasən qazın
sıxılma əmsalı Z  0,919 tapılır.
Standart şəraitdə qazın sıxlığı:
 st  0,6 1,206  0,724 kq/ m3
Sorma şəraitində (girişdə) qazın sıxlığı:
380000
 st   29,1 kq / m 3
0,919  49  290
Bir qrup qaz vurucusunun məhsuldarlığı:
65000000
Qk   32500000 m3/gün
2
Birinci pillə vurucusunun həcmi məhsuldarlığı:
32500000  0,724
Qk   561,5 m3/dəq
1440  29,1
(3.80) ifadəsinə əsasən 1- ci pillə qaz vurucusunun
gətirilmiş həcmi məhsuldarlığı hesablanılır:
4800
[𝑄]𝑔ə𝑡   561,5  586 3
m /gün
4600

102
(3.81) düsturuna uyğun olaraq gətirilmiş nisbi fırlanma
tezliyi tapılır:
𝑛 4600 0,91  50  293
(𝑛 )   0,968
𝑛 𝑔ə𝑡 4800 0,919  49  290
Qrafikə əsasən qazın sıxılma dərəcəsi   1,21 və
𝑁
gətirilmiş nisbi güc [𝜌 𝑖 ]  337 kVt /( kq  m 3 ) müəyyən
𝑠𝑡 𝑔ə𝑡
edilir.
Kompressor qurğusunun istifadə etdiyi güc:
N i  337  29,1 0,968 3  8895 KVt
Ötürmənin valına düşən güc:
N  38895  100  8995 KVt
Birinci pillənin çıxışında temperatur
1, 311

T2  290  1,21  306 K


1, 31

Kompressor qurğusunun ikinci pilləsinin də hesabatı 1-


ci pillənin hesabatına analoji olaraq aparılır.

3.10. Yoxlama sualları

 Qaz kəmərinin hidravliki hesablanması nəticəsində


nələr müəyyən edilir?
 Qaz kəmərinin temperatur rejimi dedikdə nə başa
düşürsünüz?
 Qaz kəməri boyu təzyiq necə düşür? Orta təzyiq necə
təyin edilir və nə üçün lazımdır?
 Qaz kəmərinin trasının relyefi onun hesablanmasına
təsir göstərirmi?
 Mürəkkəb qaz kəmərlərinə hansı kəmərlər aiddir?
 Atqı və qoşqu xətləri olan mürəkkəb qaz kəmərləri
necə hesablanır?

103
 Mürəkkəb qaz kəmərlərini hansı üsullarla sadə hala
gətirmk olar?
 Qaz kəmərlərinin buraxma qabiliyyətini hansı
üsullarla artırmaq olar?
 Lupinqli kəmərlər necə hesablanır?
 Calaq olunmuş qaz kəmərlərində calaqların sayı
nədən asılıdır?
 Kompressor stansiyaları nə üçün tikilir və hansı
avadanlıqlarla təchiz edilir?
 Kompressor stansiyalarının iş rejimi necə seçilir?
 Qaz kəməri ilə kompressor stansiyalarının birgə işi
nəyi xarakterizə edir?
 Kompressor stansiyalarının trasda yerləşməsi qaz
kəmərinin buraxma qabiliyyətinə necə təsir edir?
 Qaz kəmərinin akkumilizasiya qabiliyyəti dedikdə nə
başa düşülür?
 Qaz kəmərinin son hissəsində akkumilizasiya
qabiliyyəti nədən asılıdır və necə müəyyənləşdirilir?

104
4-cü FƏSİL

MAYE QAZLARIN NƏQLİ

Texniki ədəbiyyatda və praktikada maye qazlar o


qazlar adlandırılır ki, təmiz və ya qarışıq halda təzyiqin az
miqdarda qaldırılması zamanı onlar mayeyə çevrilir. Bu cür
qazlara propan, butan (izo-butan və n-butan), propilen, butilen
aiddir. Hal-hazırda nəqlin səmərəliliyini artırmaq məqsədilə
metan, etan, etilen qazlarının da sıxmaqla mayeləşdirilməsi
həyata keçirilir. Bu qazların sıxılması, saxlanması və nəqli
adətən, atmosfer təzyiqində, ancaq mənfi temperaturda (-161-
dən -900C-dək) həyata keçirilir.
Karbohidrogen qazlarının qaz və ya maye halına
keçməsi təzyiq, temperatur, həcm və onların tərkibindən
asılıdır. Odur ki, maye qazların tərkibinə müxtəlif tələblər
qoyulur. Belə ki, maye propan-35-dən ÷450 C-dək temperatur
intervalında istifadə edildiyi halda butan təbii buxarlanma
şəraitində 00 C-dən aşağı temperaturda tətbiq oluna bilməz,
müsbət temperatur şəraitində propana nisbətən butanın
üstünlüyü xeyli çoxdur. Maye qazların tərkibini dəyişməklə
istənilən xassəni əldə etmək olar. Maye qazlarla iş zamanı
təhlükəsizliyin təmini üçün aşağıdakıları bilmək lazımdır:
 maye qazların buxarları havadan ağırdır;
 maye qazların buxarlarının hava ilə qarışığı partlayış
törədə bilir, (propan üçün bunun aşağı həddi -2%, yuxarı -95%,
butan üçün isə aşağı hədd 1,8%, yuxarı -8,5% təşkil edir). Əgər
propan və butanın havada miqdarı yuxarı həddən çoxdursa,
onda açıq alovdan qaz-hava qarışığı yanır və yuxarı həddə
çatanda partlayış törənir;
 karbohidrogen qazlarını açıq qablarda saxlayan zaman
qaz buxarlanır və hətta havanın temperaturu mayeni qaynama
temperaturundan aşağı olduğu şəraitdə belə hava ilə partlayış
törədən qarışıq əmələ gətirir;
105
 qaz-hava qarışığında su buxarlarının olması onun
yanma imkanını aşağı salır;
 maye qazların doymuş buxarlarının təzyiqi benzin
buxarlarının təzyiqindən xeyli çoxdur;
 maye qazların ağır hissələrinin yuxarlarını sürətlə
çıxardıqda çəndə onların təzyiqi və temperaturu aşağı düşür,
mayeni sürətlə çıxardıqda isə tutumda təzyiq azalmır;
 temperatur yüksəldikdə maye xeyli genişləndiyi üçün
anbar, sisterna və balonları tam doldurmaq olmaz və dolma
dərəcəsinə nəzarət olunması vacibdir ki, o normanı keçməsin;
 Maye qazların qablara doldurulması və boşaldılması
zamanı buxarlanmadan baş verən soyumanın hesabına onlarla
təmasda olan şəxsin əllərinin və ya bədəninin digər hissələrinin
donması mümkündür.
Maye qazların saxlanması və nəqli zamanı aparılan
texniki hesablamalarda geniş istifadə olunan sıxlıq və dinamik
özlülük parametrləri qazın tərkibi, temperaturu və təzyiqindən
çox asılıdır.
Şəkil 4.1-də maye qazların əsas komponentlərinin
doymuş maye və buxar fazalarının temperaturdan asılılığı
göstərilmişdir. Şəkildə böhran temperaturuna uyğun gələn
sıxlıqlar (hansı ki, maye fazanın sıxlığı-  m buxar fazasının
sıxlığına  b bərabərdir) qara nöqtələrlə göstərilmişdir.
Texniki hesablamalar üçün maye qazların sıxlığını
aşağıdakı ifadəyə əsasən hesablamaq olar:
T  0  aT  T0  , (4.1)
harada ki,  0 - T0 temperaturunda maye qazın sıxlığıdır.
Cədvəl 4.1- də sıxlığın hesablanması məqsədilə  0 və
 əmsallarının qiymətləri müəyyən temperatur intervalinda
göstərilmişdir.

106
1-etilen; 2-etan; 3-asetilen; 4-propan; 5-propilen; 6-izo-butan; 7-
butan; 8-butilen-1; 9-butilen-2; 10-izo-pentan; 11-n-pentan
Şək. 4.1. Karbohidrogen qazlarının doymuş maye və buxar
fazalarının sıxlıqlarının temperaturdan asılılıq qrafikləri
Cədvəl 4.1
 0 və  kəmiyyətlərinin qiymətləri
Qaz kq , Temperatur
0 , 3
m kq /( m  K
3

)
Etilen ( C 2 H 4 ) 345,5 3,076 23-280
Propan ( C 3 H 8 ) 529,7 1,354 205-301
Sənaye propanı 533,8 1,730 273-328
Propilen ( C 3 H 6 ) 543,5 1,477 233-313
n -butan 581,0 1,145 223-289
İzo-butan 618,1 1,096 203-273
Sənaye butanı 603,6 1,210 273-328
n -pentan 645,5 0,950 150-332
Karbohidrogen 602,8 1,160 273-328
kondensatı

107
4.1. Maye qazların alınması mənbələri və özəl
xüsusiyyətləri

Maye karbohidrogen qazları istehsalının əsas mənbələri


səmt qazları, o cümlədən, neftin stabilləşməsindən alınan
qazlar, qaz-kondensat yataqlarının təbii-yağlı qazları və neftin
emalından alınan qazlar hesab olunur.
Səmt qazları və neftin stabilləşməsindən alınan qazlar
neftin çıxarılması zamanı əldə olunur (şəkil 4.2). Adətən, neft
yataqlarının yuxarı hissəsində bir hissəsi neftdə həll olunan qaz
papağı yerləşir. Quyudan neft həll olunmuş qazla birlikdə trap-
ayırıcıya (2) daxil olur. Burada qaz nefdən ayrılır və yuxarı
ştuserdən çıxır. Neft isə orta ştuserdən çənə (3) göndərilir.
Trap-ayırıcıdan qaz qaz emalı qurğusuna yönəldilir və
orada absorbsiya üsulu ilə asan sıxılabilən qazlar çıxarılır.
Mayeləşmiş qazlar absorbentdən ayrılaraq stabilləşdirmə
kalonunda (7) ayrı-ayrı karbohidrogenlərə ayrılır.
Səmt qazının qaz emalı zavodunda emalı nəticəsində
tərkibində olan metan, etan və propan hissəsi «quru» qaz,
həmçinin maye qazlar (propan, butan, izo-butan) və avtomobil
benzininin komponenti olan stabil qaz benzini alınır. Səmt neft
qazından ayrı-ayrı qazların ayrılması, 3-cü fəsildə qeyd
olunduğu kimi, aşağı temperaturlu seperasiya (ATS) yolu ilə də
həyata keçirilir.
Qaz-kondensat yataqlarının qazlarının tərkibində daha
ağır komponentlər (S5-S8) olduğundan onların ayrılmaları
zəruridir. Çünki magistral qaz kəmərində təzyiqin azalması
zamanı onlar kondensat şəklində çökərək kəmərin buraxma
qabiliyyətini aşağı salır. Ağır karbohidrogenlər və nəmlik qazın
separasiya olunması nəticəsində ayrılır. Ayrılmanın
səmərəliliyini yüksəltmək üçün hal-hazırda ATS-dən istifadə
olunur.
Maye qazların istehsalının vacib mənbələrindən biri də
neft-zavod qazları hesab olunur.
108
1-neft; 2-trap-ayırıcı; 3-çən; 4-qeyri - stabil qaz-benzin boru kəməri;
5- absorber; 6-desorber; 7-stabilləşdirmə kalonu
Şək. 4.2. Maye qazların alınması ilə səmt qazının emal sxemi

Müxtəlif neft emalı üsulları zamanı kütlə faizi ilə


qazşəkilli karbohidrogenlərin çıxışı aşağıdakı kimidir:
Neftin katalitik krekinqi ………………………........8-12
Neftin termiki riforminqi……….………………….15-20
Neftin qaz fazasında krekinqi……………………...20-25
Neftin ikifazalı krekinqi……………...………….....10-12
Qazoylun termiki krekinqi…………………...……...9-10
Liqroinin termiki riforminqi……………….....…....25-26
Qazoylun katalitik krekinqi…………………..............14-15
Maye qazların digər mayelərdən fərqli xüsusiyyətləri də
vardır ki, onların saxlanması və nəqli zamanı nəzərə
alınmalıdır. Məsələn, temperaturun artması ilə maye qaz, daha
doğrusu, sıxılmış qazın maye fazası öz həcmini kəskin olaraq
artırır.
Başqa mayelərdən fərqli olaraq maye qazların sıxılması
xeyli yüksəkdir. Ona görə böyük təzyiqlər fərqi ilə maye
qazları nəql edən boru kəmərlərinin hesablanması zamanı bu
amilin nəzərə alınması zəruridir. Doymuş buxar təzyiqinin və
onun dəqiq təyin edilməsinin maye qazların alınması və nəqli
üçün əhəmiyyəti çoxdur.
Maye qazlar üçün boru kəmərlərinin hesablanması
zamanı kəmər boyu təzyiqin doymuş buxar elastikliyindən çox
109
qəbul edilməsi zəruridir. Əks halda maye qazı nəql edən
kəmərdə qaz fazasının əmələ gəlməsi hesabına onun buraxma
qabiliyyətinin kəskin azalması baş verəcəkdir. Doymuş buxar
elastikliyinin temperaturdan asılı olaraq dəyişməsi bəzi
karbohidrogenlər üçün şəkil 4.3- də göstərilmişdir.
Maye qazların saxlanması və nəqli zamanı bəzi hallarda
çox sərt tələblər də qoyulur. Belə ki, sıxlaşdırılmış təbii qaz və
ya metan atmosfer təzyiqində saxlanılan zaman onun
temperaturu -162 0C olmalıdır. Bu isə digər sıxlaşdırılmış
karbohidrogen qazlarının, məsələn, propanın saxlanma
temperaturundan (-40 0C) xeyli aşağıdır. Maye qazlar istehsal
olunduğu yerlərdən tələbatçılara təzyiq altında xüsusi qablarda,
izotermik tutumlarda və boru kəmərləri ilə çatdırılır.

1-metan; 2-etilen; 3-etan; 4-propilen; 5-propan; 6-izo-butan; 7-izo-


butilen; 8-n-butan; 9-izo-pentan; 10-n-pentan; 11-su
Şək. 4.3. Bəzi karbohidrogenlərin buxar elastikliyinin
temperaturdan asılılığı

Maye qazların nəql olunması, paylanması və yerinə


çatdırılması sxemlərini işləyib hazırlayan zaman çalışmaq
lazımdır ki, boşaltma-doldurma əməliyyatlarının sayı minimal
olsun. Əks halda onların daşınmasına çəkilən xərclər xeyli arta

110
bilər. Odur ki, hər bir halda optimal nəql üsulunun təyini
məqsədilə texniki-iqtisadi hesablamaların aparılması vacibdir.

4.2. Maye qazların boru kəmərləri ilə nəqlinin texnologiyası

Magistral qaz kəmərlərinin tikilməsi təbii qazların uzaq


məsafələrə nəql olunmasına imkan verir. Boru kəmərləri ilə
nəql üsulunun bir çox üstün cəhətlərinə baxmayaraq maye
qazların kəmərlər sistemi ilə səmərəli nəqli üçün kifayət qədər
təcrübə toplanmamışdır.
Qazların maye halında boru kəmərləri ilə nəqlinin digər
üsullara nisbətən bir sıra üstünlükləri vardır. Tələbatçıların
qazla təchiz olunmasının yüksək etibarlılığı, partlayış və
yanğın təhlükəsinin xeyli az olması, istənilən vaxt, istənilən
miqdarda maye qazın verilməsinin mümkünlüyü, hava, iqlim,
şəraitindən asılı olmaması, istehsalın yüksək mədəniyyətli
olması bu üstünlüklərə misal ola bilər. Maye propan və butan
xüsusi boru kəmərləri, ya da mövcud olan benzin kəmərləri ilə
dövri şəkildə benzinlə ardıcıl olaraq nəql olunur. Eyni bir boru
kəməri ilə benzin və maye qazın ardıcıl olaraq nəqli zamanı bu
məhsulların qarışması çox az olur.
Boru kəmərləri ilə nəql zamanı ən vacib texnoloji tələb
ondan ibarətdir ki, kəmərdə elə təzyiq saxlanılmalıdır ki, nəql
olunan maye qazın qaynamasının (buxara çevrilməsinin)
qarşısı alınsın, yəni, gərək verilən temperaturlarda təzyiqin
doymuş buxar təzyiqindən aşağı düşməsinə yol verilməsin. Bu
tələbə əməl olunmaması boru kəmərində qaz tıxaclarının
yaranmasına səbəb ola bilər. Adətən, boru kəmərində maye
qazların minimal təzyiqi doymuş buxar təzyiqindən 0,6-0,8
MPa çox qəbul edilir. Bu məqsədlə hər bir nəqledici nasos
stansiyası üçün boru kəməri trasının relyefindən və nəql
olunan məhsulun temperaturdan asılı olaraq çıxışda tələb
olunan təzyiqin qrafiki işlənilib hazırlanmalıdır.

111
Maye qazlar üçün boru kəmərlərində təzyiqin minimal
qiymətləri cədvəl 4.2- də göstərilmişdir.
Cədvəl 4.2
Boru kəmərində maye qazların minimal təzyiqi (MPa)
Ətraf mühitin temperaturu, 0C
Qaz
Qış Yay
-20 0 25
Propan 0,94 1,2 1,7
Butan 0,7 0,8 1,05
Propan – Butan 0,9 1,1 1,3
(50+50%)

Maye qazların boru kəmərləri ilə nəqli problemlərinə


baxarkən hidratın yaranmasının qarşısını almağa da xüsusi
diqqət verilməlidir. Hidratların əmələ gəlməsi zamanı baş
verən istismar çətinlikləri qış aylarında, mənfi temperatur
hallarında daha da çoxalır.
Hidratla mübarizə üsullarından ən səmərəlisi nəql
olunan maye qazların boru kəmərlərinə verilməzdən əvvəl
dərindən qurudulmasıdır.
Maye qazları nəql edən boru kəmərlərinin texnoloji
sxemi şəkil 4.4- də göstərilmişdir.

Şək. 4.4. Maye qazları nəql edən boru kəmərlərinin texnoloji


sxemi

112
Texnoloji sxemə uyğun olaraq maye qazlar baş nasos
stansiyasında çənlərdən (1) nasoslar (2) vasitəsi ilə götürülür
və ölçü məntəqəsindən (3) keçərək boru kəmərinə (5) vurulur.
Baş nasos stansiyası bir başa maye qaz istehsal olunan
zavodun ərazisində və ya çənlər parkı ilə ayrılıqda bir
kompleksdə yerləşə bilər. Baş nasos stansiyasında qaz
ehtiyatlarını saxlamaq üçün çənlər və müxtəlif nasoslarla
(köməkçi, əsas və ehtiyat nasosları) təchiz olunmuş nasos
stansiyası tikilir. Magistral boru kəmərində hesablamalarla
müəyyən edilən məsafələrdə aralıq nasos stansiyaları da tikilir
və nasoslarla təchiz olunur. Aralıq nasos stansiyalarında maye
qaz (6) nasoslara verilir və beləliklə, «nasosdan nasosa» nəql
sxemi həyata keçirilir.
Maye qazları nəql edən boru kəmərinin səciyyəvi
xüsusiyyəti ondan ibarətdir ki, nəql olunan mühitin təsiri kəmər
boyu təzyiq və temperaturun dəyişməsindən çox asılı olur.
Maye qazların nəqlini həyata keçirən boru
kəmərlərində, trasın profilinin yüksək nöqtələrində buxar fazası
və quru qazın çıxması üçün vantuzlar quraşdırılır.

4.3. Maye qazları nəql edən boru kəmərlərinin hidravlik


hesablanması

Maye qazlar üçün magistral qaz kəmərlərinin


layihələndirilməsi zamanı kəmərlərin hidravliki və
möhkəmliyə hesablanması zəruridir. Maye qazlar üçün boru
kəmərlərinin hidravliki hesablanması, əgər kəmərin uzunluğu
boyu temperatur çox az dəyişərsə, neft məhsulları kəmərlərinin
hidravliki hesablanmasından, bəzi xüsusiyyətlər olmasına
baxmayaraq, keyfiyyətcə fərqlənmir.
Qeyd olunan xüsusiyyət onunla bağlıdır ki, müəyyən
təzyiq və temperaturda maye qaz çox asanlıqla qaz halına

113
keçir, boru kəmərinin canlı kəsiyini doldurur ki, bu da buraxma
qabiliyyətini kəskin aşağı salır. Digər tərəfdən maye buxar
qarışığının hərəkəti boru kəməri və nasoslarda kavitasiya
hadisəsini törədir. Kavitasiya hadisəsi nasoslar üçün daha
qorxulu hesab olunur. Kavitasiyaya qarşı ehtiyat nəzərə
alınmaqla kəmərdə maye fazanın hərəkət sürəti: sorma
borularında 1,2 m/s- dən, basqılı boru kəmərlərində isə 3 m/s-
dən çox olmalıdır.
Maye faza buxar halına keçdikdə həcm çoxaldığından
mühitin hərəkət sürətinin artması sürtünməyə sərf olunan
itkilərin çoxalmasına səbəb olur, başqa sözlə kəmərdə təzyiqlər
fərqi yüksəlir.
Maye qazı nəql edən boru kəməri üçün o nöqtə qorxulu
hesab edilir ki, maye fazanın daha çox buxarlanma imkanı olur.
Bu nöqtəni neft kəmərləri ilə analoji olaraq aşırım nöqtəsi
(əksər hallarda kəmərin trasının profilində ən yüksək nöqtə)
hesab etmək olar. Beləliklə, maye qazları nəql edən boru
kəməri üçün əsas tələb ondan ibarətdir ki, kəmərin itənilən
nöqtəsində təzyiq doyma təzyiqindən aşağı düşməsin. Maye
qazların nəqli zamanı onların tərkibinin dəyişməsi mümkün
olduğundan doyma təzyiqi də dəyişə bilər. Bundan əlavə nəqlin
maksimal temperaturunun seçilməsi zamanı da təqribiliyə yol
verilir, çünki boru kəmərlərinin istismarı zamanı temperatur
dəyişməsinin dəqiq nəzərə alınması mümkün deyil. Qeyd
olunanlardan belə çıxır ki, aşırım nöqtəsində minimal təzyiqin
müəyyən Peh ehtiyatla qəbul edilməsi zəruridir. Əgər propan–
butan qarışığının ardıcıl nəqli zamanı məhsul kəmərinin
uzunluğu boyu aşırım nöqtəsi varsa, onda həmin nöqtə maye
keçən zaman «qorxulu» nöqtə hesab olunur. Bu halda
qazlaşmanın qarşısını almaq üçün zəruri tədbirlərin görülməsi
vacibdir. Əgər maye qaz boru kəmərindən saxlanılmaq üçün
tutumlara daxil olursa, onda kəmərin sonunda təzyiq doyma
təzyiqindən 1,5  2  10 5 Pa çox olmalıdır.

114
Yəni,

 
Ps  Pdoy  2  10 5 Pa

Boru kəmərindən tutuma qədər, yol boyu xeyli sayda


müxtəlif hidravlik müqavimətlər məsələn, siyirtmələr, ventillər,
əks və tənzimləyici klapanlar, sərfölçənlər və s. ola bildiyi
üçün təzyiqin buxar elastikliyi təzyiqindən aşağı düşməsinə və
tutumlarda intensiv qaz əmələ gəlməsinə yol verməmək
məqsədilə həmin müqavimətlərdə olan itkilər hesablanmalı və
nəzərə alınmalıdır.
Aparılan tədqiqatlar göstərir ki, aralıq nasos
stansiyalarına girişdə və qəbul məntəqələrində buxar elastikliyi
təzyiqini azaltmaq və bununla nəqlə sərf olunan gücü aşağı
salmaq məqsədilə maye qazların soyudulması üçün qurğunun
işə salınması məqsədəuyğundur. Maye qazların nəqli zamanı
nasos stansiyaları arasındakı məsafə elə seçilir ki, stansiyadan
sonra təzyiq 5,0 MPa-dan çox olmasın. Bu zaman sonrakı
nasos stansiyasından əvvəl təzyiq gərək, p  0,5 MPa şərtini
ödəsin.
Hidravlik hesablamalar üçün nəql olunan maye qazların
tərkibi və xassələri, həmçinin temperaturun tras boyu
dəyişməsi məlum olmalıdır. Əgər boru kəmərinin uzunluğu çox
da böyük deyilsə, məhsulun hesabi temperaturu kimi yay
vaxtına uyğun, borunun basdırıldığı dərinlikdə torpağın
temperaturu qəbul edilir.
Maye qazları nəql edən boru kəmərlərinin hidravlik
hesablanması aşağıdakı ardıcıllıqla aparılır:
1. Nəql olunan maye qazların məlum olan kimyəvi
tərkibinə uyğun olaraq onların əsas fiziki parametrləri təyin
olunur:
 kəmərdə temperaturun dəyişməsindən asılı olaraq
sıxlıq müəyyən edilir;
 temperatur nəzərə alınmaqla özlülük hesablanılır;
115
 maksimal temperaturda doyma təzyiqi təyin edilir.
Boru kəmərində temperaturun dəyişməsi Şuxov düsturu
ilə təyin edilir. Belə ki, hər hansı x məsafəsində temperatur
t  t b  t 0   e 0, 27k , Dd  x
tx  0 ,
Q   Cp
harada ki, t 0 -torpağın temperaturu,0C; t b -boru kəmərinin
başlanğıcında qazın temperaturu, 0C; K -qazdan torpağa
istilikvermə əmsalı, kVt m 2  saat  0C  ; D d -boru kəmərinin
daxili diametri, m; Q - nəql olunan qazın həcm sərfi, m3/saat;
 - nəql olunan qazın sıxlığı, kq/m3; Cp – nəql olunan qazın
sabit təzyiqdə istilik tutumu, kC /( kq0 C ).
Təqribi hesablamalar üçün istilikvermə əmsalını quru
qum üçün 1,16, nəm gillər olduqda 1,45 və yaş qum üçün isə k
 3,48 qəbul etmək olar.
2. Maye qazın boru kəmərində optimal hərəkət sürəti
  1,2  3,0 m/ s intervalında qəbul olunur.
3. Seçilən sürətə  m / s  və kəmərin buraxma
qabiliyyətinə Q(m /s) əsasən boru kəmərinin diametri təyin
3

edilir:
4Q
D
 
4. Reynolds ədədi hesablanılır:
Re  D / ,
harada ki,  -maye qazın kinematik özlülüyüdür.
5. Hidravlik müqavimət əmsalı ( λ ) təyin edilir.
Laminar hərəkət rejimində boru divarının kələ-kötürlüyü
hidravliki müqavimət əmsalına təsir etmir. Bu hərəkət
rejimində   64 / Re (Stoks düsturu) ilə təyin edilir. Adətən,
maye qazların boru kəmərində hərəkət rejimi turbulent rejiminə
uyğun gəlir. Hamar sürtünmə zonasından qarışıq zonaya,
116
həmçinin kvadratik zonaya keçidi müəyyən edən Reynolds
ədədinin sərhəd qiymətləri aşağıdakı ifadələrə əsasən təyin
edilir:
1,125 0,12
 D  
Re t   3,324   
 ke   su 
1,125 0, 67
 D   
Re2  120    ,
 ke    su 
harada ki,  ,  su - uyğun olaraq maye qazın və suyun
özlülüyüdür; ke -ekvivalent kələ-kötürlülükdür, hansı ki,
borunun keyfiyyəti və vəziyyətindən asılı olaraq müəyyən
edilir (cədvəl 4.3).
Cədvəl 4.3
Polad borular üçün ekvivalent kələ-kötürlüyün ke (mm-lə)
tövsiyə olunan qiymətləri
Boruların vəziyyəti Kələ-kötürlülük (ke)
Təzə 0,05-0,06
Uzun müddət anbarlarda qalan və
işlənməyən borular 0,10-0,15
8 ilədək istismarda olan borular 0,50-0,60

Turbulent hərəkət zonasında hidravlik müqavimət


əmsalını təyin etmək üçün çoxlu düsturlar mövcuddur. Tövsiyə
olunur ki, aşağıdakı ifadəyə əsasən  əmsalı təyin edilsin:
0, 25
 ke 68 
  0,11   ,
 D Re 
harada ki, k e  0,1 mm qəbul etmək olar.
6. Darsi-Veysbax düsturuna əsasən boru kəmərində
sürtünməyə sərf olunan basqı itkisi müəyyən edilir:

117
L 2
H sür   ,
D 2g
harada ki, L və D -uyğun olaraq boru kəmərinin uzunluğu və
diametridir.
7. Boru kəməri boyu siyirtmə, kran, klapan və digər
yerli müqavimətlər quraşdırıldığından, yerli müqavimətlərə
sərf olunan basqı itkisi (Hy.m) sürtünməyə sərf olunan itkinin
1,5%-nə bərabər qəbul edilir.
H y.m  0,015 H sür
8. Boru kəmərində tam basqı itkisi müəyyən edilir.
H tam  H sür  H y.m  Z  H s ,
harada ki, Z -maye qaz nəql edən boru kəmərinin son və
başlanğıc hündürlüklər fərqi;
H s - boru kəmərinin sonunda zəruri olan basqı.
9. Nasos stansiyalarının sayı təyin edilir:
n  H tam / hn.s ,
harada ki, hn.s - nasosların xarakteristikaları və boruların
möhkəmliyi nəzərə alınmaqla bir nasos stansiyasının
basqısıdır. Nasos stansiyalarının sayı hesablandıqda
aşağıdakı bir neçə hallar ola bilər:
 nasos stansiyalarının hesabi sayı tam ədəddir;
 stansiyaların hesablanmış sayı tam ədəddən bir az
aşağıdır.
Bu halda nasos stansiyalarının sayı böyük qiymətədək
yuvarlaqlaşdırılır və qəbul edilir. Məsələn, n  2,8 isə n  3
qəbul edilir. Bu zaman layihədə nəzərdə tutulan buraxma
qabiliyyəti artacaq.
 nasos stansiyalarının hesablanmış sayı tam ədəddən
bir az çoxdur. Tutaq ki, n=2,2. Bu halda 3 nasos stansiyasının
qəbul edilməsi əlverişli deyil, 2 stansiya isə layihə gücünə
uyğun gəlməyəcək. Ona görə lupinqin tikilməsi zəruri sayılır.
118
Bütün hallarda optimal variantın təyini üçün (lupinq, qoşqu,
yoxsa stansiyaların sayının artırılması) texniki-iqtisadi
hesablamaların aparılması vacibdir.
10. Neft kəmərlərində olduğu kimi Şuxov qaydasına
uyğun olaraq nasos stansiyaları trasın profilində yerləşdirilir.
Bu zaman qazlaşma şəraitinin aradan qaldırılması şərti mütləq
nəzərə alınmalıdır.
11. Aralıq nasos stansiyalarının yerləşdirilməsi nəzərə
alınmaqla dəqiqləşdirici hidravlik hesablama aparılır.
12. Başlanğıc təzyiq ( P1 ) təyin edildikdən sonra
«qorxulu» nöqtədə təzyiq müəyyən edilir. Trasın profili və
planına əsasən ən yüksək nöqtə müəyyən edilir (şəkil 4.5).

Şək. 4.5. Maye qazı nəql edən boru kəmərlərinin hesabi sxemi

Sonra başlanğıc (nasos stansiyasının çıxışı) və ən


yüksək nöqtə (b) üçün Bernuli tənliyi tərtib edilir. Ən yüksək
nöqtəyə kimi olan hissədə basqı itkisi hb aşağıdakı ifadəyə
əsasən müəyyən edilir:
l
hb  H i b
li
Burada: H i -nasos stansiyaları arasında və ya «qorxulu» nöqtə
yerləşən son hissədə basqı itkisi; l i -nasos stansiyaları arasında
və ya «qorxulu» nöqtənin harada yerləşməsindən asılı olaraq

119
son hissənin uzunluğu; l b -trasın başlanğıcından ən yüksək
nöqtəyə qədər olan məsafədir.
Nəzərə alsaq ki, i2 / 2g  b2 / 2g , sürətlərin bərabərliyi
hesabına Bernuli tənliyindən ən yüksək nöqtədə pyezometrik
basqı müəyyən edilir:
Pyezometrik basqı və sıxlığa görə boru kəmərinin
«qorxulu» nöqtəsində təzyiq (Pb) təyin olunur. Bu təzyiq
gərək maye qazların nəqlinə qoyulan tələblərə uyğun olaraq
doyma təzyiqindən Peh qədər Pd çox olmalıdır. Beləliklə,
bütün sistemdə təzyiq gərək Pb qədər artmış olsun. Burada
Pb  Pb  Pdoy . Əgər P -nin qiyməti boru kəmərinin sonunda
və ya aralıq nasos stansiyasından qabaq təzyiqin seçilməsi
zamanı qoyulan şərti təmin edirsə, onda bununla kəmərin
hidravlik hesablanması başa çatır. Əgər bu şərt ödənilmirsə,
onda boru kəmərində təzyiqi Peh -nin qiyməti qədər artırmaq
lazımdır:
 son məntəqədə maye qaz tutuma-çənə verilirsə,
 
Peh  2 10 5  p , Pa
 maye qaz aralıq nasos stansiyasına daxil olursa,
 
heh  7 10 5  p , Pa .
Cədvəl 4.4- də maye karbohidrogen qazlarını nəql
etmək üçün boru kəmərlərinin texniki göstəriciləri
verilmişdir. Cədvəldə boru kəmərinin uzunluğu və nəql
olunan qazın həcmindən asılı olaraq surətdə maye
propanı nəql etmək üçün kəmərlərini optimal diametri
(mm), məxrəcdə isə nasos stansiyalarının sayı
göstərilmişdir.

120
Cədvəl 4.4.
Karbohidrogen qazlarını nəql etmək üçün boru kəmərlərinin
texniki göstəriciləri

Nəql olunan maye qazın həcmi, min t/il


Boru
kəmərinin
10 50 1090 500 1000
uzunluğu,
km
89  15 89  5 114  6 245  7 325  8
50
1 1 1 1 1
89  5 114  6 133 6 273 7 325  8
100
1 1 1 1 1
89  5 133 6 159  6 273 7 325  8
500
2 2 2 2 2
89  5 133 6 159  6 273 7 325  8
1000
3 2 3 3 4
89  5 133 6 159  6 273 7 325  8
2000
3 4 5 5 7

4.4. Maye qazları nəql edən boru kəmərlərinin hidravlik


hesablanmasına aid nümunə

Tutaq ki, diametri D  273  7 mm , uzunluğu


L  120 km olan boru kəməri ilə maye qaz nəql edilir. Maye
qazın tərkibi (%-lə) propan-60, n-butan-40. Başlanğıc nöqtənin
hündürlüyü Z1  80 m , son nöqtənin hündürlüyü Z 2  100 m ,
ən yüksək nöqtənin hündürlüyü isə 120 m olmaqla kəmərin

121
başlanğıcından 40 km məsafədə yerləşir. Boru kəmərinin
basdırıldığı torpağın orta temperaturu:
Tor  290 K
Kəmərin başlanğıcında təzyiq P1  5 MPa .
Kəmərin hidravlik hesablanmasını aparmaqla onun
sonunda təzyiqin qiymətinin tapılması tələb olunur.
1. Əvvəlcə Tor  290 K temperaturda nəql olunan
maye qazın fiziki parametrlərini təyin edirik:
 maye qaz qarışığının T temperaturunda sıxlığını
hesablayırıq:
 t   0   T  T0  ,
harada ki,  0 - T0 temperaturunda qazın sıxlığı;  -
aproksimasiya əmsalıdır (cədvəl 4.1).
Propan üçün To  273 K temperaturda  0  529,7 kq / m3 ,
  1,354 kq /( m 3  K ) və  T  506,7 kq / m 3 ; butan üçün isə
həmin temperaturda  0  601 kq / m3 ,   1,354 kq /( m 3  K )
və  T  582 ,8 kq / m 3 .
Onda qarışığın sıxlığı
1
T   532 kq / m3
Yi

i

 dinamiki özlülüyün propan üçün


 T  11,0  10 Pa  s , n-butan üçün T  18,2  10 Pa  s
5 5

olduğunu nəzərə alsaq, maye-qaz qarışığı üçün


  11,0  10 Pa  s . Onda qarışıq üçün kinematik
5

özlülülük  qar  0,246  10 m / s olacaqdır.


6 2

 Doymuş buxar elastikliyi şəkil 4.3-dən T  290 K


temperaturunda

122
Pdoy  5,5  10 5 Pa
2. Boru kəmərində maye qazın hərəkət sürətini təyin
edirik.
4Q 4  1800
 or    0,95 m / s
D 3,14  0,259   3600
2 2

3. Hidravliki müqavimət əmsalını təyin edirik.


 Reynolds ədədini tapırıq
D 0,95  0,259
Re    1000000
 0,246  10 6
 Ekvivalent kələ-kötürlüyü k e  0,5 mm qəbul
edirik.
 Reynolds ədədinin 2-ci sərhəddini Re 2 təyin edirik.
1,125 0, 67
 D  
Re 2  120       84100
 Ke    su 
Boru kəmərində maye qazın hərəkəti turbulentdir və kələ-
kötürlü sürtünmə zonasında baş verdiyi üçün hidravliki
müqavimət əmsalını Nikuradze düsturu ilə hesablamaq olar.
1
  0,0230
(1,14  2 lg D / k e ) 2
4. Sürtünməyə sərf olunan basqı itkisini təyin edirik.
l 2 120000  0,95
2
H sür    0,0231  494,3 m
2 gD 2  9,81  0,259
5. Boru kəmərində maye qazın nəqli zamanı cəm basqı
itkisini tapırıq
Hcəm  H sür  H y.m.  Z  1,015 H sür  Z  501,7  100  80  521,7 m
= 521,7 m
Onda, təzyiqlər fərqi
P  P1  P2  Hcəm·   g  521,7  532  9,81  2,72 MPa
6. Boru kəmərinin sonunda təzyiqi hesablayırıq
123
lb 40
hb  1,015 H sür  501,7  167 ,2 m
li 120
 P   6  10 5
Pb  g  Z b.i 1  eh  Z b  1,15 H sür  hb   532  9,81100  1
 g   532  9,81
Peh   2241369
 Z b  1,15 H sür  hb   532
 Pa  
 9,81100
6  10 5
 2,24 MPa Peh501,7  167 ,2  
 120 
g  Pb  g532
 Z 9b.,i81
1   H sür  hb 
 Z b  1,15   532  9,81
,24 MPa  g 
 2241369 Pa  2,24 MPa
Göründüyü kimi, maye qazı nəql edən boru kəmərinin
ən yüksək, qorxulu nöqtəsində qaz fazasının əmələ gəlməsi
üçün şərait yaranmır.

4.5. Yoxlama sualları

 Maye qazlar hansı qazlara deyilir? Bu qazların


saxlanması və nəqli necə həyata keçirilir?
 Maye qazla iş zamanı hansı təhlükəsizlik qaydalarına
riayət olunmalıdır?
 Maye qazlar necə və hansı mənbələr hesabına alınır?
 Maye qazların digər mayelərdən əsas fərqli cəhətləri
hansılardır?
 Maye qazları hansı üsullarla daşımaq olar?
 Boru kəmərləri ilə maye qazların nəqli necə aparılır?
 Maye qazların boru kəmərləri ilə nəqli zamanı hansı
tələblər ödənilməlidir? Nə üçün kəmərdə qaz fazasının
yaranmasına yol vermək olmaz?
 Maye qazın nəqlini həyata keçirən boru kəmərinin
hidravliki hesablanması necə aparılır?
 Kəmərin trasında hansı yer «qorxulu» nöqtə hesab
edilir?

124
5-ci FƏSİL

MULTİFAZALI QAZ KƏMƏRLƏRİNİN


HESABLANMASI

5.1. Qaz kəmərlərinin multifazalılığı və çirklənməsinin əsas


səbəbləri

Qaz kəmərlərinin buraxma qabiliyyətinin azalması və


çirklənməsinin, nəql prosesində enerji məsrəflərinin
artmasının əsas səbəbi qazın təmizlənməsi və qurudulması
proseslərinin kifayət qədər mükəmməl olmamasıdır. Məhz
dəniz yataqlarının mənimsənilməsinin ciddi problemlərindən
biri axınların multifazalılığı və çoxkomponentliliyi
səbəbindən quyu məhsullarının mədəndaxili yığımı və nəqli
sistemlərində enerji xərclərinin çox olması ilə bağlıdır. Dəniz
yataqlarından çıxarılan qazlar sualtı boru kəmərləri vasitəsilə
neftin və qazın yığılması, hazırlanması və nəqli məntəqəsinə
çatdırılır və burada ilkin hazırlıq proseslərindən keçdikdən
sonra sahilə nəql edilir. Qazların keyfiyyət göstəriciləri boru
kəmərləri ilə nəql prosesində də dəyişilə - pisləşə bilər. Əksər
hallarda bu hal kəmərlərin çirklənməsi ilə bağlı olur. Boru
kəmərlərinin çirklənməsi isə, əsasən qazın nəqlə hazırlanması
proseslərinin standartlara tam uyğun aparılmaması nəticəsində
baş verir. Qaz kəmərləri uzun müddət istismarda olduqda
qazın tərkibində olan su, ağır karbohidrogenlər, mexaniki
qarışıqlar və s. birləşmələr (ballastlar) çökərək kəmərin
divarında təbəqə və ya tıxaclar əmələ gətirir. Qaz kəmərlərini
qeyd olunan çirklənmələrdən təmizləmək məqsədilə
mexaniki, kimyəvi və digər üsullardan istifadə olunmasına
baxmayaraq, kəmərləri tam təmizləmək bir çox hallarda
mümkün olmur. Təhlil göstərir ki, nəql olunan qazın
tərkibindən karbohidrogenlərin və suyun çökməsi ilə əlaqədar
olaraq qaz kəmərinin buraxma qabiliyyəti 15 – 20 % azala
125
bilir. Qazların keyfiyyət göstəricilərinə təsir edən əsas
amillərdən biri qazın tərkibində aqressiv komponentlərin
(H2S, CO2 və s.) olmasıdır. Belə ki, bu birləşmələr qazın nəqli
zamanı su mühitində güclü korroziya yaratma qabiliyyətinə
malik olur. Odur ki, təbii və səmt qazlarının keyfiyyət
göstəricilərinə xüsusi tələblər qoyulur. Qazlar magistral kəmərə
verilməzdən əvvəl hazırlıq mərhələsindən keçməlidir. Yəni,
qaz mexaniki qarışıqlardan, ağır karbohidrogenlərdən təmizlən-
məli, qurudulmalıdır.
Mədən texnoloji və magistral qaz kəmərlərinin istismar
təcrübəsi göstərir ki, qazçıxarma və qaz nəqli sistemlərində
həyata keçirilən, hətta qazın dərin separasiyası prosesi belə
maye fazanın qaz kəmərində düşməsinin qarşısını tam ala
bilmir. Ümumiyyətlə, boru kəmərində qaz axını özü ilə
müəyyən miqdarda bərk hissəciklər (qum, gil, duz kristalları,
“tikinti zibili” və s.) də aparır. Bundan başqa, qaz axınında su,
qaz kondensatı, yağ, parafin, qatran, qlikol, metanol, absorbent
və s. olur. Təbii qazın tərkibində onun kəmərlə nəqli zamanı
düşə bilən hər hansı bir yağ olmur. Bir qayda olaraq, yağın
boru kəmərinə düşməsi təbii qazın onu toz tutan və
kompressorlar qurğularından özü ilə mexaniki olaraq aparması
nəticəsində baş verir. Qazların nəqlə hazırlanması zamanı toz
tutucularının işi o vaxt qənaətbəxş sayılır ki, isladan mayenin
(yağın) aparatdan aparılan miqdarı hər 1000 m3 təmizlənmiş
qaz üçün 25 qramdan çox olmasın. Praktikada isə bu qiymətin
dəfələrlə çox olduğu hallara tez-tez rast gəlmək olur.
Maye fazanın qaz kəmərinə düşməsinin əsas səbəbləri
separasiya qurğularının işinin qənaətbəxş olmaması, nəql
olunan qazın temperatur və təzyiqinin dəyişməsi ilə faza
çevrilmələrinin qanunauyğunluğu ilə bağlıdır.
Məlumdur ki, qaz-kondensat yataqlarının tükənməyə
işlənməsi zamanı qaz-kondensat sisteminin tərkibi fasiləsiz
olaraq dəyişilir. Bu səbəbdən də yatağın işlənməsinin
başlanğıcında təyin edilən maksimal kondensləşmə təzyiqi
126
sonrakı dövrlərdə separatorlarda kondensatın qazdan ayrılması
zamanı optimal şərait üçün kifayətedici olmaya da bilər. Qaz
kəmərlərində qazın temperaturunun aşağı düşməsi onu su
buxarları və ağır karbohidrogenlərlə daha da zənginləşdirir.
Baxmayaraq ki, qaz kəmərinin başlanğıcında da
termodinamiki parametrlər dəyişilir və son məntəqə ilə
müqayisədə qazın axın sürəti nisbətən aşağı, təzyiqi isə yüksək
olur, maye fazanın yığılması daha çox məhz boru xəttinin
əvvəlində müşahidə edilir. Başqa sözlə, qaz kəmərlərinin aşağı
hissələrində mayenin toplanması ilk növbədə kəmərin
başlanğıc hissələrində (qazın axın sürətinin 6-8 m/s
qiymətlərinədək olan hallarda) baş verir. Kəmərin sonunda,
təzyiqin düşməsi nəticəsində qazın axma sürəti 15-20 m/s-dək
arta bilir və maye fazanın yığılması ehtimalı çox aşağı olur.
Neftqazçıxarma rayonu çərçivəsində boru kəmərlərinin
multifazalılığının səbəblərindən biri də qazın və mayenin eyni
boru xətti ilə birgə nəql edilməsidir. Metal sərfini xeyli
azaltmağa və enerji məsrəfini aşağı saldığı üçün imkan verdiyi
üçün sərfəli variant hesab edilsə, maye-qaz qarışıqlarının 2
fazalı nəqli zamanı axında maye fazanın mövcudluğu boru
kəmərinin istismarının səmərəliliyini azaldır. Əksər hallarda,
multifazalı qarışıqların (neft və qaz, qaz və kondensat, o
cümlədən sulaşmış halda) uzaq məsafəyə nəqli məhdudlaşır,
bəzən isə heç mümkün olmur.

5.2.Maye fazanın mövcudluğunun qaz kəmərinin


işinə təsiri

Qaz axınlarında maye fazanın mövcudluğunun boru


kəmərlərinin işinə göstərdiyi mənfi təsirlər içərisində
aşağıdakıları göstərmək olar:
 Qaz kəmərlərinin buraxma qabiliyyətinin aşağı
düşməsi;

127
 Qaz kəmərlərinin daxili korroziya və erroziya
proseslərinin intensivləşməsi;
 Qaz kəmərinin müəyyən iş rejimlərində qaz
hidratlarının əmələ gəlməsi;
 Qazın sərfinin ölçülməsi xətasının çoxalması;
 Qaz kəmərlərində qəza vəziyyətlərinin sayının
artması;
 Qazın nəqli üçün enerji xərclərinin artması;
 Vaxtaşırı qaz kəmərlərinin maye fazadan
təmizlənməsi və üfürülməsinin zərurəti.
Buraxma qabiliyyətinin azalmasının kompensasiyası
məqsədilə (kəmərin 30% tutulması zamanı) kompressor
stansiyalarının sayının 2 dəfə artırılması tikinti və istismar
xərclərinin xeyli çoxalmasına səbəb olur; qazın nəqlinin maya
dəyəri əhəmiyyətli dərəcədə yüksəlir; boru xəttinin və onda
quraşdırılmış armatur və avadanlıqların sürətli eroziyası və
korroziyası baş verir; bəzi hallarda hətta çirklənmiş boru
kəmərinin təmizlənməsi yeni qaz xəttinin çəkilişindən çətin
olur və baha başa gəlir.
Məlum olduğu kimi, boru kəmərləri həm xarici, həm də
daxili səthlərindən korroziyaya uğrayır. Daxili səthdən fərqli
olaraq, kəmərin xarici səthində baş verən korroziyaya qarşı
mübarizənin aparılması nisbətən asandır. Xarici korroziyaya
qarşı praktikada müxtəlif üsul və vasitələrdən müvəffəqiyyətlə
istifadə olunsa da, boruların daxili səthinin korroziyası zamanı
nəzarətin aparılması və müdafiə işlərinin görülməsi
çətinliklərlə bağlıdır. Daxili korroziyanın yaranmasının əsas
səbəbi CO2, H2S kimi aqressiv qaz komponentlərinin və
yüksək minerallı suların qaz kəmərinə düşməsidir. Praktikada
boru kəmərlərinin korroziyadan deşilməsi, dağılması halları
daha çox məhz kəmərdə mayelərin yığıldığı yerlərində baş
verir. Korroziya prosesindən baş verən dağılma yerlərinin
xüsusiyyətinin təhlili göstərir ki, aqressiv mühit olan maye
faza boru xətlərinin aşağı hissəsi ilə hərəkət etdiyi üçün (və ya
128
toplanıb həmin hissədə qaldığı üçün) dağılmalar da, əsasən
həmin yerlərdə baş verir. Deyilənlər onu təsdiq edir ki, qaz
kəmərlərinin istismarı zamanı, faktiki olaraq, boru
kəmərlərində ayrı-ayrı təbəqələşmiş (maye və qaz fazaları
ayrılıqda) hərəkət formaları mövcud olur. Həmçinin qeyd
etmək lazımdır ki, maye fazanın boru kəmərində yığılması və
sonra hərəkəti zamanı kəmərin daxili səthi vaxtaşırı islanmaya
məruz qaldığından daxili korroziya baxımından həmin yerlər
çox həssas və zəif yerlər hesab edilir. Odur ki, istismar şəraiti
və xarici müdafiəsi lazımi qaydada təşkil olunmuş qaz
kəmərində vaxtaşırı islanma zonalarının mövcudluğu
səbəbindən daxili korroziyanın baş verməsi gözləniləndir.
Qazın tərkibində maye fazanın olmasının kəmərin işinə mənfi
təsirini şərtləndirən amillərdən biri də, qeyd olunduğu kimi,
müəyyən şəraitdə qaz kəmərində qaz hidratlarının əmələ
gəlməsi ilə bağlıdır. Hidratların əmələ gəlməsi, onların
qarşısının alınması və yaranmış hidratların ləğvi məsələlərinə
çoxlu sayda elmi-tədqiqat işləri həsr olunmuşdur. Bu işlərin
böyük əksəriyyəti “təmiz” hidratların problemləri ilə bağlıdır.
Təcrübədə isə hidratların daha mürəkkəb quruluşa malik olan
kompleks birləşmələrinə tez-tez rast gəlinir. Bu birləşmələrin
fiziki-kimyəvi xüsusiyyətləri qeyri-stabil olmaqla yanaşı
onların gözlənilməyən şəraitlərdə belə əmələ gəlməsi
mümkündür. Qaz kəmərlərində hidratların əmələ gəlməsi
kəmərin məhsuldarlığını azaldır, onun vaxtaşırı təmizlənməsini
tələb edir. Qazın təzyiq və temperaturunun kəmərin uzunluğu
boyu dəyişməsini, həmçinin qazın başlanğıcda nəmliyini
bilərək hidrat əmələgəlmənin tarazlıq parametrlərinə əsasən
onların boru xəttinin hansı hissəsində yaranma ehtimalını
proqnozlaşdırmaq mümkündür.
Qazın tərkibində maye fazanın olması onun sərfinin
ölçülməsi zamanı da ciddi xətaların baş verməsinə səbəb ola
bilər. Beynəlxalq standartlarda sərfölçən cihazlardan keçən qaz
üçün ən başlıca tələb onun fiziki bircinsli və bir fazalı
129
olmasıdır. Yəni qazın sərfinin ölçülməsi zamanı lazım olan
dəqiqliyin əldə olunması qazın bir fazalı və tərkibində maye və
bərk hissəciklərin olmaması ilə sıx bağlıdır. Odur ki, bu təsir
nəzərə alınmalı, bunun üçün isə əlavə tədqiqatlar aparılmalıdır.
Məlumdur ki, qaz kəmərlərinin layihələndirilməsi
zamanı enerji xərclərinə maye fazanın təsiri nəzərə alınmadan,
yalnız qaz fazasına görə baxılır. Odur ki, praktikada bu xərclər
planlaşdırılan xərclərdən, bir qayda olaraq xeyli çox olur və
qazın nəqlinin maya dəyərini artırır. Qeyd etmək lazımdır ki,
hal-hazırda kondensləşən qazların nəqli zamanı 2-ci fazanın
yaranması və diaqnostikası ilə bağlı yaranan problemlər kifayət
qədər araşdırılmadığı üçün öz həllini tam tapmamışdır.
Fəaliyyətdə olan və qaz-maye qarışığı nəql edən qaz
kəmərlərinin istismar təcrübəsi göstərir ki, axında maye fazanın
olması sistemdə təzyiq və sərf döyüntülərinin baş verməsinə də
səbəb olur. Bu isə, istər-istəməz boru kəmərinin və onun ayrı-
ayrı tərkib hissələrinin istismar etibarlılığına mənfi təsir
göstərir. Bu zaman hidravlik zərbələrlə müşahidə olunan hallar
relyefli qaz kəmərində qəza hallarının yaranma ehtimalını
çoxaltmış olur. Təhlil göstərir ki, baş verən döyüntülər
(pulsasiya hadisələri) metalın korroziyaya uğrayaraq
dağılmasını da sürətləndirir. Bu zaman axının struktur
formasından asılı olaraq baş verən korroziya prosesinin
intensivliyi də müxtəlif olur. Korroziya prosesi, daha çox
ikifazalı axınların ayrı-ayrı təbəqələşmiş hərəkət formalarında
müşahidə olunur.
Qaz-nəql sisteminin istismarı zamanı boruların
mayedən təmizlənməsi və üfürülməsi qaz kəmərinin işinin
dayandırılması və atmosferə xeyli qaz kütləsinin atılması ilə
bağlı olduğundan, bu proses çox vacib və mürəkkəb
tədbirlərdən biri hesab edilir. Hal-hazırda bu məqsədlə müxtəlif
təmizləmə üsul və vasitələrindən istifadə olunur.

130
5.3. Multifazalı sualtı qaz kəmərlərinin istismar
xüsusiyyətləri

Azərbaycanda dənizdə neftin və qazın çıxarılmasının


inkişafı müxtəlif təyinatlı çoxlu sayda boru kəmərlərinin
tikintisini zəruri etmişdir. Dənizdə ilk sualtı boru kəmərləri
hələ ötən əsrin 50-ci illərində çəkilməyə başlanmışdır. Bu
kəmərlərin çəkilməsində məqsəd 60-cı illərdə istismara verilən
Cənub qaz yatağının qazını sahilə nəql etmək olmuşdur. Dəniz
yataqlarının istismar şəbəkəsinin genişlənməsi ilə bağlı olaraq
sonralar çoxlu sayda sualtı neft və qaz kəmərləri çəkilmişdir.
Bu kəmərlər özüllər arası mədən-texnoloji və quyu
məhsullarını sahilə nəql edən magistral boru kəmərlərindən
ibarətdir. Hal-hazırda həmin kəmərlər şəbəkəsi Xəzər
dənizində çıxarılan karbohidrogen məhsullarını sahilə ən
səmərəli üsulla nəql etməyə imkan verir. Günəşli, Ələt-dəniz,
Bulla-dəniz, Ümid kimi dəniz karbohidrogen yataqlarının
işlənməsi ilə bağlı tikilən sualtı neft, qaz boru kəmərlərinin
şəbəkələri xeyli genişləndirilmişdir.
Bütün qeyd olunanlarla yanaşı, fəaliyyətdə olan neft və
qaz kəmərlərinin iş rejimlərində müxtəlif səbəblərdən tez-tez
pozulma halları və mürəkkəbləşmələr də mövcud olur, boru
kəmərləri şəbəkəsində qaz-maye axınlarının qeyri-rasional
paylanması və enerji xərclərinin çoxalması hesabına quyuların
optimal iş rejimləri pozulur. Bunun səbəblərindən biri dəniz
quyularından məhsulların çətin relyef və hidrotermodinamik
şəraitlərdə yığılması və nəql edilməsi ilə bağlıdır. Belə ki,
relyef baxımından istismar quyuları, yığım və hazırlıq
məntəqələri ayrı-ayrı özüllərdə yerləşdiyi üçün dənizin dibinə
enən və dibdən özülə qalxan boru xətləri (dik borular)
mövcuddur. Yəni, dəniz yataqlarında quyu məhsullarının
yığımı və nəqlini həyata keçirən sistemdə tək horizontal deyil,
vertikal (yuxarıdan aşağı və aşağıdan yuxarı) axınlar da
mövcuddur, hətta bəzi hallarda həmin axınların təkrarlanması
131
baş verir. Buraya axınların multifazalılığı və
çoxkomponentliliyini də əlavə etsək, axma rejimlərinin
müxtəlifliyi və necə dəyişilməsi bir daha aydın olur. Qeyd
olunan bu vəziyyətlər axma rejimlərinin müəyyən edilməsi və
boru xətləri boyu baş verən təzyiq itkilərinin hesablanmasını da
xeyli çətinləşdirir.
Digər bir mürəkkəbləşmə dənizdə çəkilən sualtı qaz
kəmərlərinin istismarı zamanı yol boyu təzyiqin düşməsi ilə
bağlı qazın temperaturunun azalması, başqa sözlə drossel
effekti hesabına yaranan təsirlə bağlıdır. Bir qayda olaraq sualtı
boru kəmərlərinin trası qazın hərəkəti istiqamətində fasiləsiz
mailliyin təmin olunması ilə onların tikintisini təmin etmir.
Mövcud olan texniki vasitələr boru kəmərlərinin trasının sualtı
nivelirlənməsi məqsədilə çox az hallarda tətbiq edilir. Xəzər
dənizində hazırlanmamış traslar üzrə çəkilən və quyu
məhsullarının özüllər arası və sahilə birgə nəqlini həyata
keçirən sualtı boru kəmərlərinin istismar təcrübəsi göstərir ki,
neftin, kondensatın yüksək reofiziki xassəyə (özlülük, sıxlıq,
donma temperaturu), başlanğıc təzyiqə və qaz amilinə malik
olduğu hallarda borunun en kəsiyinin tədricən azalması
hesabına kəmərin tutulma ehtimalı artır. Buna səbəb isə qazın
drosselləşməsi zamanı həmin sahələrdə temperaturun xeyli
azalması hesabına maye tıxaclarının yaranmasıdır. Əgər qaz
kəməri nisbətən sakit (düz) profilə malikdirsə, bu zaman
yüksək axın sürətlərində kəmərin istismarı üçün “quru” rejimə,
yəni mayenin qazla daşınan halına nail olmaq mümkündür.
Belə hallarda qaz kəmərlərində, demək olar ki, durğun
zonaların əmələ gəlməsi istisna təşkil edir. Beləliklə, təbii
qazların nəqlə hazırlanmasının dərəcəsi onların boru
kəmərlərində birfazalı vəziyyətdə nəql olunmasını təmin
etmədiyi hallarda qaz kondensləşə bilən olduğu üçün tras boyu
müəyyən şəraitdə ondan maye fazanın ayrılması baş verəcəyi
qaçılmazdır. Bu zaman qaz kəmərinin işinin səmərəli olub-
olmamasını müəyyən edən əsas amil onun trasının profili
132
olacaqdır. Odur ki, qazdan az miqdarda kondensatın
çıxarılması məsələsi heç də az əhəmiyyət kəsb etmir. Əks
halda, bu məsələ çox asanlıqla kəmərin baş hissəsinin və
abadlaşdırılmasının seçilməsinin probleminə çevrilə bilər.
Dəniz sualtı boru kəmərlərinin tərkibində vertikal
olaraq qalxma və enmə hissələrinin olması kəmərlərin
hidravlik xarakteristikalarını xeyli mürəkkəbləşdirir. Boru
kəmərlərinin horizontal və dənizin dibindən özüllərə qalxan
hissələri tez-tez maye (kondensat, su, neft) ilə dolur. Bu qeyd
edilənləri Xəzər dənizində karbohidrogen yataqlarının
mənimsənilməsi ilə bağlı çəkilmiş sualtı neft və qaz
kəmərlərinin istismar praktikası təsdiq edir. Belə ki, quyu
məhsullarının fazalara ayrılmadan birgə nəqli zamanı həmin
proseslərin tez-tez baş verməsinin şahidi olmaq mümkündür.
Nef-qaz və qaz-kondensat qarışıqlarının özüllər arası birborulu
xətlə çox da böyük olmayan (10 km-dək) uzaqlıqda yerləşən
quruya (sahilə) birgə nəqli zamanı müəyyən spesifik
problemlərin və pulsasiya (döyüntü) hadisələrinin baş verməsi
ilə nəql sistemlərinin, o cümlədən istismar quyularının iş
rejimlərinin pozulması halları qaçılmaz olur. Təcrübə göstərir
ki, bu zaman boru kəmərlərində, o cümlədən quyuda çoxfazalı
və çoxkomponentli axınların, əsasən, emulsiyalı-disperqlənmiş
(bir faza dispersion, 2-cisi isə bütöv mühitdə disperqlənmiş-
dispers faza) və təbəqələşmiş (hər iki faza ayrı-ayrı) struktur
formalarına rast gəlinir. Təbəqələşmiş, yəni fazalara ayrılmış
şəkildə hərəkət forması ən çox horizontal və az mailliyi olan
boru kəmərləri üçün daha səciyyəvidir. Aşağıdan yuxarı axınlar
zamanı isə əsasən qazın sürüşməsi baş verir. Axınların struktur
formasından asılı olaraq nəql təzyiqi xeyli müxtəlif olur. Belə
ki, təbəqələşmiş struktur formalı ikifazalı axınlar mövcud
olduqda boru kəmərində maye toplandığı üçün qarışığın nəql
təzyiqi çoxalmış olur. Qarışığın hərəkət sürəti nə qədər az
olarsa, boru kəmərində yığılıb qalan maye bir o qədər çox
olacaqdır. Bu zaman nəql təzyiqi də yığılan mayenin
133
miqdarına mütənasib olaraq çox olacaqdır. Qeyd olunanlardan
belə nəticə çıxır ki, karbohidrogenlərin yığım sistemi üçün
boru kəmərlərinin əsaslandırılmış diametrinin düzgün seçilməsi
çox vacibdir. Əks halda, diametrin böyük qəbul edilməsi əlavə
xərclərin yaranması və boru kəmərinin korroziya-erroziya
dağılmasının baş verməsinə səbəb olacaqdır. Diametrin
qiymətinin kiçildilmiş qəbul edilməsi isə quyuların hasilatını
məhdudlaşdırmaqla yanaşı, təzyiq itkisini də artırmış olacaqdır.
Təcrübədən məlumdur ki, hazırlıq mərhələsini tam keçməyən
kondensləşəbilən qazların müəyyən təzyiq altında daha uzun
məsafəyə nəql olunması məhduddur. Bu məsafə uzadıldıqda
qaz kəməri kondensatla (maye ilə) dolur və qazın nəqli çox
çətinləşir. Nəticədə, nəqlin səmərəliliyi xeyli azalmış olur, bir
çox hallarda isə hətta nəql etmək mümkün olmur.

5.4. Qaz-kondensat qarışıqları üçün qaz kəmərinin


hesablanması

Qaz-kondensat qarışıqlarının quyu-yığım-nəql


sistemində hərəkəti zamanı boru kəmərlərində yığılan mayenin
çıxarılma dinamikasının təhlili əsasında müəyyən edilmişdir ki,
maye fazanın kəmərdə yığılması və atılması (çıxarılması)
intervalı uzunmüddətli olmaqla günlərlə ölçülür. Buna əsas
səbəb isə boru kəməri ilə qazla birlikdə nəql olunan
kondensatın sərfininin az olmasıdır. Bu baxımdan kəmərin
faktiki yüklənmə dərəcəsinin, nəql olunan çoxfazalı
qarışıqların xüsusiyyətlərinin vaxtaşırı araşdırılması və nəzərə
alınması faydalı hesab edilməlidir. Qeyd olunanları nəzərə
alaraq belə bir təhlil hal-hazırda Xəzər dənizində istismarda
olan Ümid qaz-kondensat yatağı timsalında aparılmışdır.
Standart şəraitdə yataqdan çıxarılan qazın sıxlığı ρq
=0,733 kq/m3, qazla birlikdə nəql edilən kondensatın fiziki-
kimyəvi xassələrini əks etdirən parametrlər isə aşağıdakı
kimidir:
134
- Suyun miqdarı izlər;
- Sıxlığı (20 0C), kq/m3 810;
- Mexaniki qarışıqlar, % 0,222;
- Parafin, % 28;
- Qatran, % 2,0;
- Asfaltenlər, % 1,0;
- Özlülük (20 0C-də), sSt 7,6;
- Xlor duzları, mq/dm3 7,314;
- Donma temperaturu, 0C -3.
Qeyd olunan parametrlərin qiymətlərinə əsasən söyləmək olar
ki, öz tərkibinə görə Ümid yatağının kondensatı səciyyəvi
xüsusiyyətə malikdir. Belə ki, onun tərkibində yüksək
molekullu birləşmələrin, xüsusən parafinin miqdarı çoxdur(28
%). Kondensatın reoloji xüsusiyyətləri də fərqli olmuşdur.
Tədqiq olunan temperaturlarda (t=5 və 20 0C ) onun Nyuton
mayelərinə aid olmadığı müəyyən edilmişdir.
Kondensatın reoloji axma əyrilərinin 5 və 20 0C tempe-
raturlarda dəyişməsini əks etdirən qrafiklər şəkil 5.1.- də gös-
tərilmişdir. Şəkil 5.1- dən göründüyü kimi, axma əyriləri qeyri-
xətti olduğundan baxılan hər iki temperaturda kondensat qeyri-
Nyuton mayeləri tipinə aiddir və temperatur amili onun daxili
strukturu, özlülük xassələrini əhəmiyyətli dərəcədə dəyişə bilir.
Qrafikdən göründüyü kimi, axma əyriləri koordinat başlan-
gıcından keçmir və sürüşmə gərginliyi oxunu (τ) kəsməyə
meyillidir və ya kəsir (t=5 0C olduqda). Kondensatın axma
əyrilərində sürət qradiyentinin 𝛾̇ = 25-30 s-1 qiymətlərində
qeyri - xəttilik özünü daha aydın göstərir. Sürət qradiyentinin
sonrakı artımı ilə τ tədricən düz xəttə çevrilir. Bundan sonra
kondensat özünü adi maye -Nyuton mayesi kimi aparır və onun
özlülüyü demək olar ki, dəyişməz qalır.

135
15
τ, Pа

10
t=5 0C

5
t=20 0C
0
0 30 60 90 120 γ,
. s‾¹
150

Şək. 5.1. Kondensatın müxtəlif temperaturlarda axma


əyriləri

Daha sonra qaz və kondensatın reoloji və fiziki-kimyəvi


parametrləri nəzərə alınmaqla onların qarışığını nəql edən
sualtı boru kəmərinin hidravlik hesablanmasına baxılmışdır.
Baxılan halda qaz fazası əsas faza olduğu üçün, yəni həcmi sərf
qazlılığı β=0,99 təşkil etdiyi üçün qaz kəmərinin hesablanması
metodikasından istifadə olunmuşdur. Bu məqsədlə aşağıdakı
hesablama düsturundan istifadə olunmuşdur:
Q2q ·λ·L∙ρq ·Tor ·z
Pb2 − Ps2 = A ∙ (5.1)
D5
Burada, A=561,2 Pa/K. Tədqiq olunan sualtı qaz kəmərinin
hidravlik hesablanması fazaların qarşılıqlı təsiri nəzərə
alınmaqla həyata keçirilmişdir. Belə ki, boru kəmərinin hesabi
diametri qaz kəmərində (onun ayrı-ayrı hissələrində) qazın və
kondensatın paylanmasından asılı olaraq dəqiqləşdirilmişdir.

5.5. Qaz-kondensat qarışıqları üçün maksimal yığım-nəql


məsafəsinin təyini

Qaz-maye qarışıqları kimi heterogen sistemlərin yığımı


və nəqlini həyata keçirən boru kəmərlərinin hesablanması
zamanı 2- ci fazanın ayrılması amili nəzərə alınmalıdır. Belə
136
ki, neft-qaz sistemləri üçün əgər nəql təzyiqi neftin qazla
doyma təzyiqindən çoxdursa, onda qarışığa homogen qarışıq
kimi baxılması, kəmərin hesablanmasının isə 1 faza, yəni maye
fazası üzrə aparılması kifayətdir. Əgər boru kəməri ilə qaz-
kondensat qarışığının nəqlinə baxılırsa, bu zaman həlledici rolu
qaz oynadığı üçün kəmərin hesablanması əsasən qaz kəməri
üçün aparılır. Buna baxmayaraq, bu zaman kondensatın qaz
fazasından ayrılıb-ayrılmaması amili də mütləq nəzərə
alınmalıdır. Məlumdur ki, kondensləşmə təzyiqindən və
temperaturundan asılı olaraq qazdan kondensatın ayrılması
(düşməsi) layda, quyudibində, quyuağzı və yığım-nəql
xətlərində mümkündür. Ona görə əsas dispersion faza olan
qazda kondensatın paylanması (disperqlənməsi) şəklində və ya
kondensatın qazdan ayrılaraq 2-ci maye faza kimi qazla
birlikdə hərəkət etməsindən asılı olaraq boru kəmərinin
hidravlik xüsusiyyətləri bir-birindən xeyli dərəcədə fərqli
olacaqdır. Məhz boru kəmərində emulsiyalı və yaxud
təbəqələşmiş (ayrı-ayrı fazalar şəklində) axın formalarından
asılı olaraq mədənlərdə qaz-kondensat qarışığının yığılması və
nəqlinin optimal variantının, yəni enerji və resurslara qənaətli
nəqlinin seçilməsi mümkündür. Yəni, qarışığın hərəkətinin
struktur formasının düzgün təyini boru kəmərlərinin
hesablanma üsullarının seçilməsi üçün əsas şərtlərdən biridir.
Aparılan hesablamaların təhlili göstərir ki, qaz-maye qarışıqları
üçün boru kəmərlərinin hesablanması üsulunun seçilməsi (yəni
kəmərin qaz və ya maye kəməri olması) məqsədilə mühəndis
hesablamaları üçün qənaətbəxş olan aşağıdakı şərtləri qəbul
etmək olar:
 Həcmi sərfin qazlılığı β> 0,7 olarsa, onda boru
kəmərinin hesablanması qaz kəməri üçün aparılır. Bu zaman
maye faza- dispers fazası kimi qəbul edilir;
 Əgər β<0,5 olarsa, bu zaman boru kəmərinin
hesablanması mayeyə görə həyata keçirilir;

137
 0,5<β<0,7 kimi aralıq vəziyyətlərdə kəmərin həm
qaz, həm də maye üzrə hesablanmasını yerinə yetirmək
lazımdır. Bu zaman elə nəticə qəbul edilməlidir ki, kəmərin
trası boyu təzyiq itkisinin az olduğu hal həmin nəticədə
əsaslandırılmış olsun.
Yuxarıda qeyd olunanları nəzərə alaraq qaz-kondensat
qarışığının nəqli zamanı boru kəmərinin hidravlik
hesablanmasını aşağıdakı ardıcıllıqla aparmaq olar:
 İlkin verilənlərin (qazın və kondensatın həcmi sərfləri,
sıxlığı və özlülükləri, qaz kəmərinin uzunluğu və diametri,
kəmərin trasının xüsusiyyətləri, onun başlanğıcında və ya
sonunda təzyiqlər) hazırlanması;
 Qazın və kondensatın həcmi sərflərinə əsasən həcmi
sərf qazlılığının hesablanması;
𝑄𝑞𝑛
𝛽= 𝑛 (5.2)
𝑄𝑞 +𝑄𝑘
 Həcmi sərf qazlılığının hesablanmış qiymətinə əsasən
nəql olunan heterogen qarışıq üçün dispersion mühitin və
dispers fazanın təyini. Baxılan halda qaz fazası dispersion
mühit olduğu üçün hidravlik hesablama qaz kəməri üçün
nəzərdə tutulmuşdur;
 Əgər kəmərin diametri məlum deyilsə, onda əvvəlcə
diametr seçilməlidir;
 Qaz kəmərinin diametri üçün verilən və ya seçilən
qiymətə əsasən hərəkət rejimləri və qaz-kondensat axınlarının
struktur formalarının təyini. Bu məqsədlə qaz və kondensat
fazalarının qarşılıqlı təsiri nəzərə alınmaqla onların xüsusi
çəkilərinin fərqi 𝑔(𝜌𝑘 − 𝜌𝑞 ) təzyiq qradiyentinin maksimal
qiyməti ilə (𝑑𝑃⁄𝑑𝑟)𝑚𝑎𝑥 tutuşdurulmuşdur. Bu zaman
emulsiyalı (disperqlənmiş) axın forması (𝑑𝑃⁄𝑑𝑟 )𝑚𝑎𝑥
> 𝑔(𝜌𝑘 − 𝜌𝑞 ) olduqda, təbəqələşmiş (ayrı-ayrı fazalar
şəklində) hərəkətin isə (𝑑𝑃⁄𝑑𝑟)𝑚𝑎𝑥 < 𝑔(𝜌𝑘 − 𝜌𝑞 )
qiymətlərində baş verməsi qəbul edilmişdir. Qarışıq üçün

138
təzyiq qradiyentinin maksimal qiyməti aşağıdakı ifadəyə
uyğun olaraq təyin edilir:
2
(𝑑𝑃⁄𝑑𝑟)𝑚𝑎𝑥 =6,158∙ 𝜌𝑞𝑎𝑟 ∙ 𝜗𝑞𝑎𝑟 /𝐷 (5.3)
Qaz-kondensat qarışığı üçün sıxlıq isə additivlik
qaydasına əsasən müəyyənləşdirilir:
𝜌𝑞𝑎𝑟 = 𝛽 ∙ 𝜌𝑞 + (1 − 𝛽)𝜌𝑘 (5.4)
Qarışıq üçün axın sürətini 𝜗𝑞𝑎𝑟 tapmaq məqsədilə boru
hidravlikasının aşağıdakı ifadəsindən istifadə olunur:
4∙𝑄𝑞𝑎𝑟
𝜗𝑞𝑎𝑟 = 𝜋∙𝐷2 (5.5)
Qaz-kondensat axınının hərəkət forması təbəqələşmiş
olduqda isə fazaların sürüşməsi baş verəcək, yəni qaz fazası
maye fazası ilə müqayisədə daha sürətli hərəkət edəcəkdir. Bu
zaman qazın hərəkət etdiyi en kəsiyin - nüvənin diametrini
aşağıdakı kimi hesablamaq olar:
0,2
2,772∙𝜗𝑞2 ∙𝜌𝑞 ∙𝐷 4
𝐷𝑛 = [ ] (5.6)
𝑔(𝜌𝑘 −𝜌𝑞 )
 Qaz-kondensat qarışıqları üçün hidravlik müqavimət
əmsalının λqar təyini.
Bu məqsədlə birfazalı axınlar üçün tətbiq olunan,
hidravlikadan məlum olan ifadələrdən - hərəkətin laminar
rejimi üçün (Re<2300) Stoks və turbulent axın üçün isə (Re
>2300) Blazius düsturlarından istifadə olunur.
 (5.1) ifadəsinə əsasən ilkin məlumatların müxtəlif
qiymətləri üçün qaz kəmərində baş verən təzyiq itkisi, nəql
məsafəsi və ya nəql olunan qazın miqdarının seçilən boru kə-
mərinin diametrindən asılı olaraq dəyişməsinin hesablanması.
Bu zaman aparılan hesablamaların məqsədi nələrin verilməsi
və nəyin axtarılmasından asılı olaraq müxtəlif olacaqdır. Belə
ki, ola bilsin ki, qaz kəmərinin başlanğıcında, sonunda
təzyiqlər verilsin və məlum uzunluqda boru xəttindən axan
qazın miqdarı (sərfi) hesablansın. Əgər nəql olunan qazın
həcmi sərfi və kəmərin başlanğıc və ya son təzyiqlərindən biri
məlumdursa, onda aparılan hidravlik hesablamalara əsasən
139
kəmərdə məlum olmayan başlanğıc və ya son təzyiq müəyyən
edilir. Baxılan halda isə hidravlik hesablamalara əsasən qaz-
kondensat qarışıqlarının nəql məsafəsi, başqa sözlə boru
kəmərinin uzunluğunun təyini məsələsi əsas məqsəd olmuşdur.
Hər dəfə boru kəmərinin ilkin seçilməsindən sonra hərəkət
rejimləri və qaz-kondensat qarışıqları üçün axının struktur
formaları təyin edilir.
Kəmərin sonundakı təzyiqin sabit qiymətində (Ps=3,2
MPa), başlanğıcındakı təzyiqin, qaz və kondensatın sərfinin
müxtəlif qiymətlərində qazın nəql məsafəsinin boru kəmərinin
diametrindən asılılıqları tədqiq edilmişdir. Qaz-kondensat
qarışığının aşağıdakı variantları üçün qaz kəmərinin hidravlik
hesablanması həyata keçirilmişdir:

1. Qq=5·105 m3/gün; Qk=80 m3/gün; Pb=4,0 MPa ; Ps=3,2 MPa.


2. Qq=6,5·105 m3/gün; Qk=150 m3/gün; Pb=3,3MPa ; Ps=3,2 MPa .
3. Qq=106 m3/gün; Qk=150 m3/gün; Pb=4,0 MPa; Ps=3,2 MPa .
4. Qq=1,5·106 m3/gün; Qk=150 m3/gün; Pb=4,0 MPa ; Ps=3,2 MPa.
5. Qq=2,5·105 m3/gün; Qk=200 m3/gün; Pb=4,0 MPa ; Ps=3,2 MPa.
6. Qq=1,5·105 m3/gün; Qk=150 m3/gün; Pb=3,5 MPa ; Ps=3,2 MPa.
7. Qq=6,5·105 m3/gün; Qk=150 m3/gün; Pb=4,0 MPa ; Ps=3,2 MPa.
Aparılan hidravlik hesablamaların nəticələrinə əsasən
müəyyən edilmişdir ki, birfazalı axından fərqli olaraq qaz-
kondensat qarışığının nəql olunma məsafəsi boru kəmərinin
diametrindən asılı olaraq sonsuz arta bilməz (şəkil 5.2).
Baxılan bütün hesablama variantları üçün qaz-kondensat
qarışığının nəql məsafəsi qaz və kondensatın həcmi sərfi və
başlanğıc təzyiqindən asılı olaraq maksimum həddə malikdir.
Şəkil 5.2- dən də göründüyü kimi, yuxarıda qeyd olunan 7
hesablama variantları üçün bu məsafə uyğun olaraq 58, 7, 63,
64, 67, 23 və 68 km təşkil edir. Bu zaman nəql məsafəsinin
təzyiq, nəqlin həcmi və kəmərin diametrindən asılı olaraq çox

140
geniş intervalda dəyişməsi mümkündür.
80
Nəql məsafəsi L, km

7
60

1
40 4
3
5
20 6

2
0
0,1 0,2 0,3 0,4 0,5
D, m
0,6
1.Qq=5; 2.Qq=6.5; 3.Qq=10 ;4.Qq=1 5.Qq=25 6.Qq=15 7.Qq=6,510 m /gü
5 3

Qк=80 Qк=150 Qк=150 Qк=150 Qк=200 Qк=150 Qк=150 m3/gün


Pb=4,0 Pb=3,3 Pb=4,0 Pb=4,0 Pb=4,0 Pb=3,5 Pb=4,0 MPa
Ps=3,2 Ps=3,2 Ps=3,2 Ps=3,2 Ps=3,2 Ps=3,2 Ps=3,2 MPa
Şək. 5.2. Qaz-kondensat qarışığının nəql məsafəsinin
kəmərin diametrindən asılı olaraq dəyişməsi

Qeyd olunan bu məsafələrdə boru kəmərində 2-ci faza (maye)


yaranmadığı üçün qaz kəmərinin səmərəli və etibarlı işi təmin
olunacaqdır. Bu isə müxtəlif çətinliklərin və enerji xərclərinin
qarşısını almaq deməkdir. Beləliklə, kondensləşən qazın boru
kəməri ilə daha uzaq məsafəyə faza çevrilməsi baş vermədən
nəqlini həyata keçirmək üçün qazın həcmi və başlanğıc təzyiqi
nəzərə alınmaqla hesablamalara əsasən kəmərin diametri
seçilməlidir. Yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə
gəlmək olar ki, qaz kəmərində qaz-kondensat axınının forması
qarışığın hansı məsafəyə səmərəli nəql olunması üçün vacib
şərtdir. Belə ki, bu zaman qarışığın təbəqələrə ayrılmış ayrı-
ayrı fazalar şəklində nəql olunmasına şərait yaradılmamalıdır.
Başqa sözlə, axının bircinsliyi (heç olmasa emulsiyalı forması)
təmin edilməlidir. Əks halda, qaz kəmərində təzyiq itkiləri
çoxalacaq və boru kəməri maye faza-kondensatla dolmağa
başlayacaq. Bu zaman qaz-kondensatın yığım və nəql məsafəsi
141
xeyli məhdudlaşacaqdır. Qarışığın ayrı-ayrı fazalara ayrılmış
şəkildə hərəkətinin baş verməməsi üçün (dP/dr)max > g(𝜌𝑘 −𝜌𝑞 )
şərti ödənilməlidir. Bu şərtin ödənilməsi üçün boru kəmərində
təzyiq qradiyentinin maksimal qiymətinin (dP/dr)max fazaların
xüsusi çəkilər fərqindən çox olmasının zəruri olduğunu nəzərə
alaraq, baxılan variantlar üzrə (dP/dr)max parametrinin kəmərin
diametrindən asılılığı da araşdırılmışdır (şəkil 5.3). Şəkil 5.3-
dən göründüyü kimi, baxılan hallarda təzyiq qradiyentinin ən
çox düşməsi halı diametrin nisbətən kiçik qiymətlərində
(D<0,3 m) daha intensiv baş verir. Nəql olunan qazın həcmi
çoxaldıqca (dP/dr)max parametrinin qiyməti də artır. Qaz
kəmərinin diametri böyüdükcə təzyiq itkisinə olan təsir azalır
və diametrin 0.3m qiymətindən sonra bu təsir, demək olar ki,
artıq olmur. Beləliklə, kondensləşən təbii qazların sualtı boru
kəmərləri ilə nəqli zamanı maye fazanın ayrılması və fazaların
qarşılıqlı təsiri nəzərə alınmaqla kəmərlərin hesablanması
aparılmalı və maksimal nəql məsafəsi seçilməlidir.

0,6
dP/dr, MPa/m

0,5
0,4
0,3
0,2 5
4
0,1 3;
2; 6
0
71
0,2 0,25 0,3 0,35 0,4 0,45
Diametr,0,5
m
1-7 – şək. 5.2-də olduğu kimidir.
Şək. 5.3. Qaz kəmərində təzyiq qradiyentinin kəmərin
diametrindən asılılığı

142
5.6. Qaz-kondensat qarışıqlarını nəql edən sualtı boru
kəmərinin hidravlik hesablanmasına aid nümunə

Qaz-kondensat qarışığı üçün hidravlik hesablanma


aşağıdakı ilkin verilənlərin qiymətlərinə uyğun olaraq
aparılmışdır:
- Boru kəmərinin diametri D=0,2 m;
- Boru kəmərinin uzunluğu L= 18700 m;
- Kəmərin başlanğıcında təzyiq Pb =4,0 MPa;
- Kəmərin sonunda təzyiq Ps=3,2 MPa;
- Qazın sərfi Qq=500000 m3/gün=5,787 m3/s;
- Kondensatın sərfi Qk= 80 m3/gün=0,0009 m3/s;
- Qazın standart şəraitdə sıxlığı 𝜌𝑞𝑠𝑡 = 0,733 𝑘𝑞/
𝑚3 ;
- Kondensatın standart şəraitdə sıxlığı 𝜌𝑘 =
810 𝑘𝑞/𝑚3;
- Orta nəql temperaturu 𝑇𝑜𝑟 = 283 𝐾 ;
- Qaz-kondensatın verilən qarışığı üçün dinamik
özlülük 𝜇𝑞𝑎𝑟 = 10−4 𝑃𝑎 ∙ 𝑠.
İlkin verilənlərə əsasən qaz-kondensat kəmərinin
hidravlik hesablanması aşağıdakı ardıcıllıqla aparılmışdır:
Əvvəlcə nəql olunan qazın və kondensatın həcmi sərflərinə
uyğun (5.2) ifadəsinə əsasən həcmi sərf qazlılığı
hesablanmışdır. Bu məqsədlə ilkin olaraq qazın sıxlığı və
sərfinin nəql şəraitinə (orta temperatur və son təzyiqdə) uyğun
gələn qiymətləri təyin edilmişdir.
𝜌𝑞𝑛 = 22,6 𝑘𝑞/𝑚3 və 𝑄𝑞𝑛 = 0,1747 𝑚3 /𝑠.
Deməli, qaz-kondensat qarışığının nəql şəraitindəki həcmi sərfi
aşağıdakı kimi olacaqdır:
𝑄𝑞𝑎𝑟 = 𝑄𝑞𝑛 + 𝑄𝑘 = 0,1747 + 0,0009 = 0,1756 𝑚3 /s
Onda qarışıq üçün həcmi sərf qazlılığı (5.2) ifadəsinə əsasən
aşağıdakı qiyməti alar:
143
0,1747
𝛽= = 0,994
0,1756
Yəni boru kəmərilə axan qarışığın 99,4 %-i qazdan, 0,6 %-i isə
kondensatdan ibarətdir. Bunları nəzərə alaraq qarışıq üçün
sıxlığın qiymətini additivlik qaydasına uyğun olaraq aşağıdakı
kimi hesablamaq olar:
𝜌𝑞𝑎𝑟 = 𝛽 ∙ 𝜌𝑞𝑛 + (1 − 𝛽) ∙ 𝜌𝑘 =
= 0,994 ∙ 22,6 + (1 − 0,994) ∙ 810 = 27,3 𝑘𝑞/𝑚3
Qaz-kondensat qarışığının orta axın sürəti hidravlikanın
məlum düsturuna əsasən aşağıdakı kimi olacaq:
4
4 ∙ 𝑄𝑞𝑎𝑟 4 ∙ 0,1756
𝜗𝑞𝑎𝑟 = = = 5,59 𝑚/𝑠
𝜋 ∙ 𝐷2 3,14 ∙ (0,2)2
Yuxarıda qeyd olunanları nəzərə alsaq (7.56) ifadəsinə
əsasən təzyiq qradiyentinin maksimal qiymətini və xüsusi
çəkilər fərqini aşağıdakı kimi hesablamaq olar:

2
𝑑𝑃 𝑣𝑞𝑎𝑟 (5,59)2
( ⁄𝑑𝑟 ) = 6,158 ∙ 𝜌𝑞𝑎𝑟 ∙ = 6,158 ∙ 27,3 ∙ =
𝑚𝑎𝑥 𝐷 0,2
𝑃𝑎 𝑃𝑎
= 26383 𝑔(𝜌𝑘 − 𝜌𝑞𝑛 ) = 9,8(810 − 22,6) = 7716
𝑚 𝑚

(𝑑𝑃⁄𝑑𝑟)𝑚𝑎𝑥 > 𝑔(𝜌𝑘 − 𝜌𝑞𝑛 ) olduğu üçün boru kəmərində qaz-


kondensat qarışığının axını üçün hərəkət formasını emulsiyalı
(disperslənmiş) hərəkət kimi qəbul etmək olar.
Həcmi sərf qazlılığı 𝛽 = 0,994 > 0,7 olduğunu nəzərə
alaraq, boru kəmərinin hidravlik hesablanması üçün qaz
kəmərinə aid olan hesablama metodikasından istifadə
olunmuşdur. Bu zaman birfazalı axına (qaza) aid olan hidravlik
hesablama düsturlarından istifadə olunmuşdur. Qaz-kondensat
qarışığının hesablamalarından Reynolds ədədi ( 𝑅𝑒𝑞𝑎𝑟 ) və

144
hidravlik müqavimət əmsalı (𝜆𝑞𝑎𝑟 ) üçün uyğun olaraq
aşağıdakı qiymətlər alınmışdır:
𝜗𝑞𝑎𝑟 ∙ 𝐷 ∙ 𝜌𝑞𝑎𝑟 5,59 ∙ 0,2 ∙ 27,3
𝑅𝑒𝑞𝑎𝑟 = = = 305214
𝜇𝑞𝑎𝑟 0,0001

0,3164 0,3164
λqar = 4 = 4 = 0,0134
√Reqar √305214
Daha sonra qaz kəməri üçün hidravlik hesablama düstu-
runa əsasən qarışığın baxılan hərəkət rejimində nəql məsafəsi
(L) təyin edilmişdir. Bu məsafə hesablamaların nəticəsinə görə
aşağıdakı kimi olmuşdur:
L=34,1 km
İlkin verilənlərə uyğun aparılan hesablamalara əsasən
müəyyən edilmişdir ki, kəmərin diametrinin 𝐷 > 0,3 𝑚 qiy-
mətində artıq hərəkət forması təbəqələşmiş ayrı-ayrı fazalara
ayrılan formaya çevrilir. Bu zaman maksimal nəql məsafəsi
57,5 km təşkil edir və diametrin 0,3 m-dən çox olduğu hallarda
belə dəyişməz qalır (şək. 5.2).

5.7. Multifazalı qaz kəmərlərində hidrodinamik korroziya


problemləri və həlli yolları

Qaz kəmərlərinin multifazalılığı ilə bağlı yaranan


mədən problemlərinə onların yığılması, hazırlanması və nəqli
zamanı ayrı - ayrı qurğuların, texnoloji boru kəmərlərinin
sıradan çıxması, qiymətli xammal itkisi, ətraf mühitin
çirklənməsi və baş vermiş qəzaların nəticələrini aradan
qaldırmaq üçün əlavə maliyyə resurslarının sərfi kimi halları
daxil etmək olar. Təhlil göstərir ki, multifazalı qazları nəql
edən boru kəmərlərinin dağılmasının böyük əksəriyyəti eroziya
və ya eroziya-korroziya xarakterli dağılmalarıdır. Belə ki,
kəmərin dağılması onun aşağı səthi boyu baş verir və qısa
zaman ərzində korroziya - eroziya prosesləri borunun divarını
dağıdaraq yarıq əmələ gətirir. Ümumiyyətlə, korroziya
145
fəallığının qiymətləndirilməsi üzrə aparılan tədqiqatların
nəticələrinə görə əgər qazın tərkibində hidrogen-sulfid qazı
yoxdursa, o aşağı korroziya fəallığı olan mühit hesab edilir.
Belə ki, bu zaman polad borular üçün korroziya sürəti çox da
böyük olmur və 0,1 mm/il təşkil edir. Yüksək minerallaşma
dərəcəsinə malik olan lay suları belə statik şəraitdə orta
korroziya fəallığına malik olur. Adətən, belə mühitdə polad
konstruksiyaların korroziyaya uğrama sürəti 0,3 mm/il- dən
çox olmur. Nisbətən böyük korroziya sürəti hazırlıq
mərhələsini tam keçməyən, kondensləşən qazların nəqlini
həyata keçirən boru kəmərlərində müşahidə olunur. Belə ki, bu
zaman korroziya sürəti 3-5 mm/il-ə çatır və təsadüfi deyil ki,
həmin kəmərlər 1-2 il ərzində sıradan çıxa bilər. Bu proses
qazın tərkibində mexaniki qarışıqlar olduqda daha da
sürətlənir. Mədən təcrübəsi onu da təsdiqləyir ki, qarışığın
böyük sürətlərində polad boru kəmərləri korroziyaya qarşı daha
dayanıqlı olur. Mövcud faktlara əsasən demək olar ki,
korroziya sürəti ilə qarışığın boru xətlərində hərəkət rejimləri
arasında korrelyasiya əlaqəsi xeyli güclüdür. Aktiv dağılmalar
daha çox qaz kəmərlərinin trasının qalxan hissələrinin
başlanğıcında baş verir. Bu hissələrin daha çox erroziyaya
məruz qalması onunla bağlıdır ki, məhz bu hissələrdə maye
fazanın (su, kondensat), bərk mexaniki hissəciklərin toplanması
və onların qarışığın axını boyu dövrü olaraq aşağı-yuxarı
yerdəyişməsi baş verir. Ümumiyyətlə, neft-qaz yığımı
şəbəkəsinin və həmin şəbəkəyə daxil olan ayrı-ayrı boru
xətlərinin dağılmasının statistikası ətraf mühitə neft dağılmaları
və təmir-izolyasiya işlərinin həcminin əhəmiyyətli dərəcədə
çox olduğunu göstərir. Ən başlıca rolu oynayan amil isə bu cür
axınlar üçün hidrodinamik rejimin necə dəyişməsidir. Boru
kəmərlərində eroziyalı (yarıq) korroziyaların baş verməsinin
digər əsas səbəblərindən ümumi korroziya fəallığını və nəql
olunan qazların təmizlənməməsini göstərmək olar. Çox da
aktiv olmayan korroziya mühitində müəyyən uzunluqda
146
yarıqların, özü də məhz boru xətlərinin alt hissəsində
yaranmasının tam izahı hələlik mövcud deyil.Ümumiyyətlə,
dinamiki korroziya problemləri geniş tədqiq olunmayıb və
istismarda olan mədən texnoloji boruların alt hissələrində
müşahidə olunan lokal korroziya dağılmaları bir çox hallarda
müəmmalı görünür. Boru kəmərlərinin aşağı hissəsində baş
verən korroziya-eroziya proseslərinin qarşısının alınması
probleminin həlli geniş tədqiqatlar tələb edir. İlk növbədə
daxili amillər hesabına baş verən bu proseslər multifazalı
axınların, o cümlədən tərkibində mexaniki qarışıqlar olan qaz
axınlarının strukturunun və hidravlik xüsusiyyətlərinin nəzərə
alınmasını tələb edir. Hər şeydən öncə, yataqların
abadlaşdırılması mərhələsində (və ya onların istismarı
prosesində) qaz yığım-nəql xətlərinin kiçildilmiş diametrinin
hesablanmış qiymətləri nəzərə alınmalıdır ki, borularda
multifazalı qarışıqların hərəkət sürətlərinin optimal səviyyəsi
təmin edilə bilsin. Boru kəmərində hərəkət zamanı mexaniki
hissəcik üçün daxili səthdə sürtünmə qüvvəsi aşağıdakı
asılılığa əsasən müəyyən edilir:
F = (𝜌𝑚.ℎ. − 𝜌𝑞 ) g𝜑𝜋d3/6 (5.7)
Burada, d - mexaniki hissəciyin diametri; 𝜌𝑚.ℎ. və 𝜌𝑞 - uyğun
olaraq mexaniki hissəciyin və qazın sıxlığı; 𝜑 - hissəciyin
metalla sürtünmə əmsalıdır.
Mexaniki hissəciyin yerdəyişmə sürətini kəmərin en
kəsiyi boyu sürətin aşağıdakı paylanma qanunundan istifadə
edərək müəyyənləşdirmək olar:
2𝑟 2
𝜐 = 𝑢 [1 − ( 𝐷 ) ] (5.8)

Burada, 𝑢- qaz axınının orta sürəti kimi qəbul edilə bilər; r-


axının oxu ilə mexaniki hissəciyin oxu arasındakı məsafədir.
𝐷−𝑑
Nəzərə alsaq ki, r = 2 , onda alarıq:

147
𝑑
𝑢𝑑 (2− )
υ= 𝐷
(5.9)
𝐷
F və υ -nin ifadələrinə əsasən sürtünmə qüvvəsinin
gücü aşağıdakı kimi olacaqdır:
N =Fυ= 5,144(𝜌𝑚.ℎ. − 𝜌𝑞 ) 𝜑𝑢 (2- d/D)𝑑 4 /D (5.10)
Sonuncu ifadədən görünür ki, boru kəmərinə eroziya təsirinin
gücü daha çox mexaniki hissəciklərin diametrindən asılıdır.
Aşağıda multifazalı qarışıqların dinamikası nəzərə
alınmaqla Azərbaycan yataqlarının timsalında neft-mədən
texnoloji qaz boru kəmərlərinin korroziyası proseslərinə
baxılmış və təhlil edilmişdir. Laylardan daxil olan mexaniki
qarışıqların, əsasən qumlardan ibarət olduğunu nəzərə alsaq və
ayrı-ayrı fraksiyaların orta ölçüləri və onların borulara olan
təsirinə görə nisbi paylanmasını şərti olaraq cədvəl 5.1-də
göstərildiyi kimi qəbul etsək boru kəmərinə olan eroziya
təsirinin gücünü (5.10) ifadəsinə əsasən hesablamaq olar.
Hesablamalar aşağıdakı ilkin məlumatlara əsasən aparılmışdır:
D = 200mm = 0,2 m; 𝜌𝑚.ℎ. = 1500 kq/m3; 𝜌𝑞 = 3 kq/m3 və
υ= 5; 10; 15; 20 m/s .
Hesablamaların nəticələri cədvəl 5.1- də və şəkil 5.3- də
verilmişdir. Cədvəl və şəkildən göründüyü kimi, demək olar ki,
100% sürtünmə gücünün payı, əsasən ölçüsü d > 0,5 mm olan
fraksiyaların - mexaniki hissəciklərin payına düşür. Maraqlısı
odur ki, eroziya effektinin böyük əksəriyyətini (95 %) ən
böyük diametrli (1-2 mm) fraksiyalar yaradır. Digər mühüm
nəticə ondan ibarətdir ki, 0,1 - 0,3 mm ölçülü fraksiyaların
mexaniki qarışıqların ümumi həcminin yarıdan çoxunu (56%)
təşkil etməsinə baxmayaraq onların ümumi sürtünmə gücündə
payı yox dərəcəsindədir (cədvəl 5.1 və şəkil 5.3). Deməli,
korroziya - eroziya sürəti mexaniki hissəciklərin qaz kəmərinin
daxili səthində sürtünmə gücü ilə mütənasib olaraq artır və bu
artım mexaniki hissəciklərin miqdarından çox, onların
ölçüsündən asılıdır.

148
149
Sürtünmə gücü, 10 -11 Vt.
150
4

100 3
2
50
1

0
0 0,5 1 1,5Hissəciklərin
2 diametri,2,5
mm
1-u=5 m|s 2-u=10 m|s
Şək. 5.3. Mədən qaz - yığım xətlərində axının müxtəlif
sürətlərində mexaniki hissəciklərdən yaranan sürtünmə
gücünün hissəciklərin ölçüsündən asılılığı

Göründüyü kimi, qaz kəmərini bərk mexaniki hissəcik-


lərin təsirindən (eroziyadan) qorumaq məqsədilə həmin
hissəciklərin borunun alt divarından qoparaq axının nüvəsinə
düşməsi və orada hərəkət etməsi vacibdir. Bunun üçün axında
statik təzyiq qradiyenti (dP/dr) mexaniki hissəciyin və qazın
xüsusi çəkilərinin fərqindən çox olmalıdır.
dP/dr> (𝜌𝑚.ℎ. − 𝜌𝑞 ) g (5.11)
Yuxarıdakı hesablamalardan göründüyü kimi, mexaniki
hissəciklərin diametrinin d < 0,5 mm qiymətlərində eroziya
təsirinin nəzərə alınmaması mümkün olduğundan axının
sürətinin hansı qiymətində (5.11) şərtinin ödənilməsini
müəyyən etmək olar. Belə ki, qəbul etmək olar ki, 𝛼 = 0,995
qiymətində boru kəmərinin aşağı səthində qalan qatın qalınlığı
0,005D təşkil edəcəkdir.Yerdə qalan mexaniki hissəciklər qaz
axını ilə hərəkət edəcəkdir. Beləliklə, dibdə olan hərəkətsiz qat
boru divarının eroziyaya uğramasına səbəb olmayacaqdır.
150
Qeyd olunanları nəzərə alaraq boru kəmərinin eroziya -
korroziyaya uğraması üçün axın sürətinin qiymətini aşağıdakı
ifadəyə əsasən müəyyən etmək olar:
𝜌𝑞
𝜐 = A √(1 − )∙𝐷 (5.12)
𝜌𝑚.ℎ.
√𝑚
Burada, A = 7,86 əmsaldır, 𝑠 . Sonuncu ifadədən göründüyü
kimi, hissəciklərin qaz axını ilə daşınma sürəti fazaların
sıxlıqları nisbəti və kəmərin diametrindən asılı olaraq müxtəlif
olacaqdır. Alınmış ifadəyə əsasən müxtəlif diametrli qaz
kəmərləri üçün 𝛼 = 0,995 qiymətində mexaniki hissəciklərin
hansı axın sürətlərində aparılması müəyyən edilmişdir.
Hesablamalar 𝜌𝑞 /𝜌𝑚.ℎ. parametrinin müxtəlif qiymətləri üçün
aparılmış və alınan nəticələr cədvəl 5.2 - də verilmişdir.
Cədvəl 5.2
Müxtəlif diametrli texnoloji qaz kəmərləri üçün mexaniki
hissəciklərin axında daşınma sürəti (d = 1,0 mm)

Qaz kəmərinin diametri, Hesablanmış sürətlər,


D, mm υ, m/s
0,10 2,48
0,15 3,04
0,20 3,51
0,25 3,93
0,30 4,30
0,35 4,65
0,40 4,97
0,50 5,56

Qaz kəmərlərində mexaniki hissəciklərin qaz axını ilə


daşınma sürətinin hesablanmış qiymətlərinin kəmərin diamet-
rindən asılı olaraq dəyişməsini əks etdirən qrafik şəkil 5.4-də
göstərilmişdir. Şəkildə göstərildiyi kimi, boru kəmərinin
151
diametri artdıqca ölçüləri 1,0 mm-dən böyük olan mexaniki
hissəciklərin qaz axını ilə daşınması üçün lazım olan sürətin
qiyməti də çoxalır.
6

5
Daşınma sürəti, m/s

0
0 0,1 0,2 0,3 0,4 0,5 0,6
Kəmərin diametri, m
Şək. 5.4. Qaz kəmərində mexaniki hissəciklərin qaz axını ilə
daşınma sürətinin kəmərin diametrindən asılılığı
Beləliklə, təbii qazların yığılması və nəqli zamanı boru
xətlərində lokal şəkildə eroziya-korroziya hadisələrindən baş
verən dağılmaların qarşısını almaq üçün ən çox eroziyaya
səbəb olan mexaniki hissəciklərin (diametri 1,0 mm-dən böyük
olan fraksiyaların) boru kəmərlərinin başlanğıcında süzgəcdən
keçirilərək yığılması korroziya sürətinin xeyli azalmasına
səbəb olar.
Qaz kəmərlərinin dağılmadan mühafizə üsullarından
biri elə hidrodinamik rejimin seçilməsidir ki, bu zaman qazın
hərəkət sürəti mexaniki hissəciklərin qaz axını ilə daşınmasını
təmin etsin.
5.8. Yoxlama sualları

 Hansı qaz kəmərləri multifazalı kəmərlər hesab


edilir?
 Qaz kəmərlərinin çirklənməsinin əsas səbəbləri
hansılardır?

152
 Qazın keyfiyyət göstəricilərinə qoyulan əsas tələblər
hansılardır?
 Nə üçün istismar vaxtı qaz kəmərinin buraxma
qabiliyyəti azalır?
 Qaz axınında maye fazanın mövcudluğu boru
kəmərinin işinə hansı mənfi təsirləri göstərir?
 Qaz kəmərləri necə təmizlənir?
 Multifazalı sualtı qaz kəmərlərinin əsas istismar
xüsusiyyətləri hansılardır?
 Qaz-kondensat qarışıqları üçün boru kəmərinin
hesablanmasında məqsəd nədir?
 “Ümid” yatağının kondensatının reoloji xüsusiyyətləri
necə dəyişir?
 Qaz-maye qarışığı üçün kəmərin hesablanması üsulu
necə seçilir?
 Həcmi sərf qazlılığı nə deməkdir?
 Fazaların qarşılıqlı təsirinin nəzərə alınması nədir?
 Maksimal nəql məsafəsi necə təyin edilir?
 Təzyiq qradiyenti diametrdən asılıdırmı?
 Nə üçün korroziya-eroziya prosesləri daha çox
multifazalı qaz kəmərlərində baş verir?
 Hidrodinamik korroziya sürəti necə dəyişir?
 Mexaniki hissəciklərdən yaranan sürtünmə gücü
hissəciklərin ölçüsündən asılıdırmı?
 Daşınma sürəti nədir?
 Hidrodinamik korroziya prosesini tənzimləmək
mümkündürmü?

153
6 – cı FƏSİL

BORU KƏMƏRLƏRİNİN TƏMİZLƏNMƏSİ

6.1. Boru kəmərlərinin çirklənməsi və diaqnostikası

Neft və qaz kəmərlərinin istismar təcrübəsi göstərir ki,


onların daxilində çöküntülərin toplanması buraxma
qabiliyyətinin azalmasına və nəticədə istismar xərclərinin
artmasına səbəb olur. Buraxma qabiliyyətinin azalaraq
müəyyən bir həddə çatması kəmərin təmizlənməsini tələb edir.
Magistral neft və qaz kəmərlərinin daxilində onların
tikintisi zamanı düşmüş kənar cisimlər (məsələn, qrunt, daş,
elektrod, onların qalıqları, su, karbohidrogen buxarlarının və
parafin çöküntülərinin toplanması) ola bilər. Kənar cisimlər
neft kəmərlərində olduğu kimi, qaz kəmərlərində də təmizləmə
və istismara verilmə zamanı və ya keyfiyyətsiz təmizləmə
zamanı baş verir.
Su və qazın toplanması əsasən boru kəmərlərinin sınağı
və istismara buraxılması zamanı tam onların təmizlənməməsi
səbəbindən baş verir. Boru kəmərində suyun toplanması nəql
zamanı neftdən suyun ayrılması hesabına da baş verir. Nəql
zamanı neftdən həll olmuş qazların ayrılması sayəsində qazın
kəmərdə toplanması baş verə bilər. Suyun toplanması boru
kəmərinin aşağı sahələrində, qaz toplanması isə hündür
sahələrdə baş verir. İstismar zamanı magistral boru
kəmərlərində su və qazın toplanması müəyyən hidrodinamiki
şəraitdə nəql sürəti böyük olmadıqda baş verir.
İstismar zamanı boru kəmərinin daxili səthinin
vəziyyətinin qiymətləndirilməsi çox vacibdir. İstismarda olan
boru kəmərinin daxili vəziyyətinin qiymətləndirilməsi
yoxlama-təmizləmə işləri ilə həyata keçirilir.
Yoxlama-təmizləmə işləri əsasən aşağıdakı hallarda
aparılır:
154
- Əvvəllər təmizlənmə aparılmayıbsa, müntəzəm və öncədən
təmizləmə işləri birləşdirildikdə;
- Texnoloji parametrlər (işçi təzyiq, vurulan mayenin
xüsusiyyətləri və s.) dəyişildikdə. .
Yoxlama-təmizləmə işlərini ətraf mühitin və boru
kəmərinin yerləşdiyi dərinlikdəki qruntun temperaturuna görə
məsələn, avqust, sentyabr və ya yanvar, fevral aylarında
aparmaq tövsiyyə olunur.
Qaz kəmərlərindəki qəza hallarının statistikası göstərir ki,
onlar əsasən istismarın ilk illərində baş verir. Bu isə istismarın
başlanğıcında kəmərin daxili səthinin vəziyyyətinin çox
dəyişməsi, onun yüklənmə sxemi, bəzi hallarda hədsiz
gərginlik – deformasiya vəziyyəti ilə bağlıdır. Bu cür vəziyyət
boru kəmərlərinin sınağının düzgün aparılmaması və tikinti-
quraşdırma işlərinin keyfiyyətinə nəzarətin zəif olması ilə bağlı
yaranır. Odur ki, ilkin sınaqlardan sonra daha məsul sahələrdə
boru daxili diaqnostikanın aparılması və defektlərin aşkar
olunması, boru kəmərlərinin vəziyyətinin müəyyən olunması
üçün çox vacibdir.

6.2.Boru kəmərlərinin təmizlənməsi üsulları

Boru kəmərlərinin maksimal en kəsiyinin saxlanması


üçün bir neçə üsullar mövcuddur. Bunlardan mexaniki,
vibromexaniki, ultrasəs, kimyəvi və s. üsulları göstərmək olar.
Qaz kəmərlərinin daxili səthinin korroziya
məhsullarından, kəmərə təsadüfən düşən qrunt, su və müxtəlif
cisimlərdən təmizlənməsinin geniş yayılmış üsullarından
üfləmə və yumanı göstərmək olar.
Üfləmə - qaz kəmərlərinin daxili səthinin sıxılmış hava
və təzyiq altında təmizlənməsi, yuma isə suyun təzyiqi altında
pistonun kəmərə yeridilməsi ilə aparılan təmizləmədir. Bundan
əlavə boru kəmərində aşağıdakı yoxlama və sınaq işləri də
aparılır:
155
Möhkəmliyə yoxlanma – qaz kəmərlərinin
konstruksiyasının bütövlüyünü təsdiq etməkdən ötrü daxili
statik təzyiqlə aparılan sınaq yoxlaması;
Hermetikliyə yoxlanma - məhsulun kəmərdən
sızmasının qarşısını almaq üçün daxili statik təzyiqlə
yoxlaması;.
Suyun çıxarılması – sıxılmış hava və ya qazın təzyiqi
altında porşenlər hidravlik sınaqdan sonra qaz kəmərinin sudan
azad edilməsi;
Boru daxili diaqnostika – hərəkət edən xüsusi
qurğularla qaz boru kəmərinin texniki vəziyyətinin təyin
olunması;
Qaz kəmərlərinin səthinin qurudulması – hidrat
əmələgəlmənin qarşısını almaqdan ötrü qaz kəmərində
nəmliyin azaldılması.
Boru kəmərlərinin təmizlənmə üsullarından biri də
onların hidrodinamik üsulla təmizlənilməsidir.
Magistral boru kəmərlərində ərsin, ayrıcılar, porşen
vasitəsi ilə daxili səthin mexaniki təmizlənməsi daha geniş
yayılmışdır. Mexaniki üsulun həyata keçirilməsi üçün müxtəlif
avadanlıq və qurğular işlənib hazırlanmışdır.
Boru kəmərlərinin daxili səthinin təmiz olması onun
etibarlı və səmərəli işi üçün çox vacibdir. Boruların qaynaq
edilməsi, daşınması zamanı onun içərisinə su, hər hansısa bir
tikinti materialı və torpaq daxil ola bilir. Bu səbəbdən boru
kəmərinin tikintisi başa çatdıqdan sonra onların hidravlik
sınağı, hava ilə üfürülməsi, su ilə yuyulması və təmizlənməsi
lazımdır.
Əgər kəmərin daxilində su və ya çirklənmə məhsulu
qalarsa, nəql edilən məhsulun fiziki-kimyəvi xüsusiyyətlərinə
təsir edə bilər. Digər tərəfdən boru kəmərindəki məhsula,
məsələn neftə, qaza çirkləndirici məhsulun qarışması nasos və
kompressorların, siyirtmə və digər qurğu və avadanlıqların tez
sıradan çıxmasına gətirib çıxarır. Qaz kəmərinin enişli –
156
yoxuşlu ərazidən keçməsi zamanı suyun yığılması hidrat
birləşməsinin yaranmasına səbəb olur. Belə ki sistemdə suyun
olması boru kəmərindən kükürdlü qazın nəqli zamanı onun
daxili səthində korroziya yaradır.
Hal-hazırda boru kəmərlərinin təmizlənməsi məqsədilə
müxtəlif təmizləyici qurğulardan istifadə olunur.
Bu qurğuların nasos və kompressor stansiyalarında işə
salınması və qəbulu üçün xüsusi sahə-kameralar nəzərdə
tutulur.
Şəkil 6.1– də təmizləmə qurğularının qəbul və
buraxılması sxemi verilmişdir.

1, 2, 3, 4, 5, 6, 7, 8 – siyirtmə
Şək. 6.1. Təmizləmə qurğularının ( TQ ) qəbulu və buraxılması
sxemi

Təmizləmə qurğularının işə salınması üçün 1 və 2


siyirtmələri açılır və 3 siyirtməsi bağlanır. Siqnalizator işə
salındıqdan sonra siyirtmə 3 açılır, 1 və 2 siyirtmələri bağlanır.
Təmizləmə qurğularının qəbulu kameranın boru kəmərinə
qoşulması ilə həyata keçirilir, buna görə də 7, 8 siyirtmələri
açılır və 6 siyirtməsi bağlanır. Təmizləyici qurğu kamera daxil
olduqdan sonra 6 siyirtməsi açılır və 7, 8 siyirtmələri isə
kameranı boru kəmərindən ayırmaq üçün bağlanır.
Təmizləyici qurğuların buraxılışı zamanı çıxarılan
çöküntülərin aralıq stansiyaları boru kəmərlərinə və nasos
kompressorlarına düşməməsi üçün onları dayandırırlar.
157
Stansiyaların işi təmizləyi qurğuların yaxınlaşmasından 2 saat
əvvəl dayandırılırlar.
Əgər çıxarılan çöküntülər texnoloji avadanlığın normal
istismarı üçün təhlükə yaratmırsa, onda aralıq stansiyalarını
işdən dayandırmadan da həmin qurğuları ötürmək mümkündür.
Kürə formalı rezin ayrıcı (şəkil 6.2) tam qalın divarlı
kürə 1, benzin – yağa davamlı rezindən ibarətdir. Ayrıcının
daxilini işçi maye ilə doldurmaq üçün rezin kürəyə metal
plastmas preslənir (2) ki, bu da onun klapanına xidmət edir.

1 – qalın divarlı kürə; 2 – metal plastmas


Şək.6.2. Rezin kürə ayrıcı

Rezin kürə (RK) ayrıcısının əsas xüsusiyyəti onun


elastikliyidir ki, bu da ona boru kəmərindəki maneələri (tam
keçilməyən siyirtmələr, kəskin döngələr, kiçik keçidli kəsiyi
olan boru kəmərləri və s.) asanlıqla keçməyə imkan verir. RK-
nın texniki göstəriciləri cədvəl 6.1- də verilmişdir.

6.3.Təmizləmə qurğularına qoyulan tələblər

Boru kəmərinin daxilinin təmizlənməsi üçün avadanlıq


kompleksi bütün lazımi texnoloji əməliyyatların – təmizləyici
qurğunun işə salınması və qəbulu, onun sahə üzrə keçidinə
nəzarət, boru kəmərindən çöküntünün çıxarılmasını yerinə
yetirilməsini təmin etməlidir.
158
Cədvəl 6.1
RK ayrıcılarının texniki xarakteristikası

Göstəricilər Ölçüləri
Ayrıcının ilkin
diametri,mm 249 297 351 498 690 790 985
Maye ilə dolu
olan ayrıcının
maksimum 285 340 400 540 780 860 1060
diametri,mm
Boru
kəmərinin
divarı ilə
yaranan
80 90 100 120 150 230 280
kontakt
dairəsinin
maksimum
eni,mm
Divarının
25 26 35 55 64 75 85
qalınlığı,mm
Geri klapan ilə
birlikdə dolu
olmayan 7,40 14,20 24,40 60,50 130,00 205,00 364,00
ayrıcının
kütləsi,kq

Avadanlıq kompleksi aşağıdakı qurğulardan ibarət olur:


təmizləyici qurğunun işə salınması və qəbulu kameraları;
təmizləyici qurğular; kameraya təmizləyicini salıb–çıxaran
qurğu; nəzarət və təmizləmə işinin gedişinə nəzarət
siqnalizasiya vasitələri; boru daxildəki çöküntülərin toplanması
və çıxarılması üçün qurğular.
Qurğular kompleksi boru kəməri daxilində
çöküntülərin tam çıxarılmasını təmin etməlidir, təmizləyici
159
qurğular isə təmizlənən sahə boyu hermetikliyin lazımi
səviyyəsini təmin etməlidir.
Qaz kəmərlərinin daxilini təmizləmək üçün qurğular
aşağıdakı tələbləri ödəməlidir: boru daxilinin çöküntülərdən
(sudan, kondensatdan, həmçinin boru divarlarını parafindən və
korroziya məhsullarından 120 – 500 km uzunluqda olan
sahələrdə tipindən asılı olaraq tam təmizlənməsini təmin
etməlidir; radiusu boru kəmərinin üç diametrindən az
olmayan əyrilər üzrə boru kəmərinin konstruktor
elementlərinin işini pozmamaqla hərəkət edə bilməlidir;
minimal çəkiyə malik olmalıdır.
Təmizləyici qurğuların konstruksiyası hermetiklik və
təmizləyici elementlər sıradan çıxdıqda onların əvəz
olunmasını təmin etməlidir.

6.4. Müasir təmizləmə üsulları

Hal-hazırda magistral boru kəmərlərinin


təmizlənməsinin geniş yayılmış üsullarından porşen, ərsin,
xüsusi ayrıcılar (o cümlədən özlü-elastik) və piglərin tətbiqi ilə
təmizləməni qeyd etmək olar.
Boru kəmərinin daxili səthinin ən geniş yayılmış müasir
təmizlənmə üsullarından biri kəmərin daxilinə porşen
yerləşdirərək onun təbii qaz və ya hava ilə sıxışdırılmasıdır.
Daha təhlükəsiz sayılan sıxılmış hava ilə olan təmizlənmədir.
Sıxılmış havanın verilməsi ilə boru kəmərlərinin təmizlənməsi
həyata keçirilir. Kompressor vasitəsilə hava boru kəmərinə
vurulur. Bu prosesi su ilə də həyata keçirmək mümkündür.
Müxtəlif konstruksiyalı və ya ayırıcı porşen kimi
təmizləyicilərdən istifadə edilir.
Təmizləyici porşenlər korpus, metal fırça və sıxıcı
element olan əsas hissələrdən təşkil olunub. Bir qayda olaraq,
korpus ön hissəsi (başlığı) kip qapanmış boru ilə hazıranıb.
Porşenin borunun divarına kip oturmasını sıxıcı element təmin
160
edir. Metal fırçalar vasitəsi ilə boru kəmərinin daxili səthi
təmizlənir. Özü sıxılan qıf görünüşlü manjet vasitəsilə sıxıcı
elementlər hazırlanır. Bu tip manjetlər borunun divarına
sıxılaraq porşenin müəyyən bir güclə hərəkətini və eyni
zamanda etibarlı hermetikliyini təmin edir. Bu hermetiklik
hava tərəfindən manjetlərin bərabər ölçüdə divara sıxılmasını
təmin edir. Manjetlər boruda olan çirklənmə məhsulunu daha
yaxşı şəkildə təmizləməyə imkan verir.
Porşenin ön hissəsində konsentrik kəmər şəklində
təmizləyici alətin metal fırçalarının yerləşməsi boru divarının
yaxşı təmizlənməsini, həmçinin sıxıcı elementin yeyilməsinin
qarşısını almaqla onun normal işini həyata keçirir. Böyük
diametrli boruların porşenlərinin fırçalarının silindrik şəkilli
ayrıca yayların üzərində yerləşdirilməsi həmin fırçaların
təmizlənməsi nəzərdə tutulan bütün sahə boyu borunun
divarına sıxılması üçün şərait yaradır.
Bir – birinə şarnirlə birləşmiş iki hissəli porşen vasitəsilə
müəyyən bucaq altında dönməli və yaxud da relyefli olan boru
kəmərləri təmizlənir. Göstərilən konstruksiya sayəsində kəmərə
heç bir əlavə dinamiki yüklənmə vermədən onun hər bir
döngədə hərəkət etməsini mümkün olur (şəkil 6.3).

Şək. 6.3. Təmizləyici porşen

161
1, 2 – ayrıcı; L – uzunluq; D – diametr
Şək. 6.4. Polietilen manjetli ayrıcı (ərsin)

Magistral boru kəmərlərində ərsin, ayrıcılar, porşen


vasitəsi ilə daxili səthin mexaniki təmizlənməsi daha geniş
yayılmışdır.
Polietilen manjetli ayırıcının texniki xarakteristikası
cədvəl 6.2- də verilmişdir.
Cədvəl 6.2
Ayrıcılarının (ərsinlərin) texniki xarakteristikası

Diametri, mm Uzunluğu, mm Kütləsi,


Tip ölçüsü
kq
300 325 500 25
500 570 785 60
700 770 1130 106
800 840 1254 179
1000 1050 1470 281
1400 1450 1990 639

Boru kəmərinin daxilinin təmizlənməsinin effektivliyi


kontakt dairəsindən asılıdır, bu da ayrıcıya vurulan işçi
mayenin həcmi ilə təyin olunur. İşçi maye: - yayda – su; qışda
– antifriz və ya dizel yanacağıq.

162
Boru təmizləmə qurğusu eyni zamanda “pig” adı ilə
tanınan cihaz borularda müxtəlif növ istismar əməliyyatlarını
yerinə yetirmək məqsədi ilə istifadə edilən təchizatlara aiddir.
Göstərilən qurğudan boru kəmərindən çıxan məhsulu
dayandırmaq üçün istifadə edirlər (şəkil 6.5). Bu qurğunun işi
təkcə boruları təmizləmək və yoxlamaq ilə kifayətlənmir.
Onunla həmçinin boru kəmərində axının sürət və təzyiqi
haqqında məlumat əldə etmək mümkündür.
Uzun illər ərzində neft sənayesində pig diametri böyük
olan boruların təmizlənməsində tətbiq edilmişdir. Onlardan
nəqletmə prosesinin istənilən bölməsi üçün istifadə oluna bilər
(məsələn, saxlama, yaxud da doldurma kimi sistemlərdə).

Şək.6.5. Boru təmizləyici qurğular (piglər)


Piglər eyni zamanda qaz və neft kəmərlərinin
təmizlənməsində istifadə edilir. Həmçinin ətraf mühit üçün
təhlükə yarada və partlayışa səbəb ola bilən sızmaların qarşısını
almaq məqsədilə boru kəmərlərini yoxlamaq üçün istifadə
olunan “ağıllı piglər” də mövcuddur.
Neft və qaz kəmərlərinin təmizlənməsinin yuxarıda
qeyd olunan ənənəvi üsulları bir çox hallarda geniş tətbiq
sahəsinə malik olmur. Bunun səbəbi hal-hazırda istismarda
olan boru kəmərlərinin bir çoxunun tikintisi zamanı onların
daxili en kəsik sahələrinin tikinti deffektləri səbəbindən fərqli
olması, xətti hissələrdə olan siyirtmə və digər avadanlıqların
163
tam açılıb-bağlanmaması nəticəsində onların diametrlərin
faktiki diametrdən az olması ilə bağlıdır. Yəni, bu hallar
ucbatından təmizləyici qurğuların tətbiq sahəsi məhdudlaşmış
olur. Digər tərəfdən, həmin qurğuların baha olması və
tətbiqinin əlavə xərclər tələb etməsi də onların istifadəsiini
məhdudlaşdıran amillərdəndir.

6.5.Boru kəmərlərinin özlü-elastik ayrıcılarla


təmizlənməsi

Bu bxaımdan ötən əsrin 80-ci illərindən başlayaraq


akademik A.X.Mirzəcanzadənin rəhbərliyi ilə prinsipial yeni
təmizləyici-ayrıcıların işlənib hazırlanması və boru
kəmərlərində sınaqdan keçirilməsi uğurlu nəticələrdən hesab
edilə bilər. Bu ayrıcılar dayanıqlı neft emulsiyaları əsasında
hazırlanan və özlü-elastik xüsusiyyətə malik olan sistemlərdir.
Yüksək temperatur və təzyiqə davamlı olan özlü-elastik
ayrıcılar laboratoriya sınaqları əsasında geniş tədqiq olunmuş
və onların hətta aqressiv mühitə qarşı da davamlı olduğu
müəyyən edilmişdir. Bu cür özlü-elastik sistemlər neft
məhsullarının ardıcıl nəqli zamanı bir ayrıcı kimi də iki
məhsulun təmasında tətbiq olunmuş və yaxşı nəticə vermişdir.
Beləliklə, bu sistemlərin vasitəsilə ilə boru kəmərlərində həm
məhsulları ayırmaq, həm də kəmərin təmizlənməsi kimi
funksiyaların yerinə yetirilməsinin mümkünlüyü göstərilmişdir.
Bu cür sistemlərin tətbiqinin hal-hazırda geniş yayılmamasına
baxmayaraq, onların boru kəmərlərində aparılan sınağının
nəticələri müsbət olmuşdur.

6.6. Qaz kəmərinin təmizlənməsinin qiymətləndirilməsi

Qaz və maye üçün hidravlik müqavimətin təbiəti eyni


olduğundan qaz və neft kəmərləri üçün onu təyin edən
düsturlar arasında prinsipal fərq yoxdur.
164
Qaz qurudursa və onun tərkibində hidrogen sulfid
yoxdursa, qazda olan bərk hissəciklər boru kəmərinin divarını
cilaladığı üçün hidravlik müqavimət əmsalı tədricən aşağı
düşür və əksinə qazda nəmliyin, xüsusən də hidrogen sulfidin
olması daxili korroziyanın və hidravlik müqavimətin tədricən
artmasına gətirib çıxarır. Hidravlik müqavimətə güclü təsiri
kondensat və nəmliyin boru kəmərinin aşağı nöqtələrindəki
toplanmaları yaradır. Hidravlik müqavimətin daha çox
artmasına hidratların yaranması da səbəb olur.
Boru kəmərinin hidravlik müqavimətinin dəyişməsi
səmərəlilik əmsalı 𝐸 = √𝜆𝑛 𝜆𝑓 ilə xarakterizə olunur. (𝜆𝑛 və 𝜆𝑓
– hidravlik müqavimətin uyğun olaraq nəzəri və faktiki
qiymətidir). Səmərəlilik əmsalı boru kəmərinin buraxma
qabiliyyətinin dəyişməsini göstərir: E= Qf/Qn. Qf və Qn –
uyğun olaraq qaz kəmərinin faktiki və nəzəri buraxma
qabiliyyətidir.
Səmərəlilik əmsalı vaxtaşırı qaz kəmərləri üçün təyin
olunur. E – nin qiymətinə görə boru kəmərinin
çirklənməsindən danışılır. E – nin aşağı qiymətləri boru
kəmərinin təmizlənməsinin mühümlüyünü göstərir. Kondensat
və su yığımı üfləmə ilə çıxarılır. Əgər bu yaxşı effekt
verməzsə, onda boru kəməri xüsusi ərsinlər vasitəsi ilə və ya
porşenlə təmizlənər.
Qaz kəmərinin çirklənmə dərəcəsi kəmərin hər bir
hissəsinin başlanğıcda və sonunda mütəmadi olaraq qaz
nümunələrinin götürülməsi və ya hesablama yolu ilə müəyyən
edilir.
Çirklənmənin intensivliyindən asılı olaraq porşenin
kəmərdə hərəkət sürəti təyin edilir. Yaxşı hermetiklik şərti ilə
qaz kəmərləri üçün porşenin hərəkət sürəti orta hesabla qazın
hərəkət sürətinə bərabər götürülə bilər:
𝐺
𝜗=
𝐹𝜌𝑜𝑟

165
Burada: G – kəmərlə nəql edilən qazın kütlə sərfi, kq / s; F –
qaz kəmərinin en kəsik sahəsi, m2; 𝜌𝑜𝑟 – təmizlənən sahədə
qazın orta sıxlığıdır, kq/m3.
Qaz kəmərlərinin təmizlənməsinin nəticələrinin
qiymətləndirilməsi təmizləyici qurğunun kəmərə
buraxılmasından əvvəl və sonrakı səmərəlilik əmsallarının
müqayisəsi yolu ilə həyata keçirilir. Qaz kəmərinin
təmizləmədən sonrakı buraxma qabiliyyətinin çoxalma
səviyyəsi, yəni təmizlənmənin səmərəliliyi aşağıdakı ifadə ilə
tapılır:
q
Δq = ( qf.q. − 1) ∙ 100%
f.s.
Burada, q f.q. – kəmərin təmizlənmədən qabaqki faktiki
buraxma qabiliyyəti; q f.s. – kəmərin təmizlənmədən sonrakı
faktiki buraxma qabiliyyətidir.

6.7. Yoxlama sualları

 Neft kəmərlərinin çirklənməsinin səbəbləri


hansılardır?
 Qaz kəmərləri nə üçün çirklənir?
 Boru kəmərlərinin çirklənməsi nəyə təsir edir?
 Qaz kəmərləri necə təmizlənir?
 Qaz kəmərlərində hansı yoxlama və sınaq işləri
aparılır?
 Hidratın əmələ gəlməməsi üçün nə etmək lazımdır?
 Kəmərlərin çirklənməsi nəql olunan məhsulun fiziki-
kimyəvi xassələrinə təsir edirmi?
 Boru kəmərləri hansı qurğularla təmizlənir?
 Təmizləyici qurğular kəmərə necə buraxılır?
 Rezin kürəvi ayırıcıların\əsas xüsusiyyəti nədir?
 Təmizləyici qurğulara qoyulan tələblər hansılardır?
 Porşen və ərsinlər kəməri necə təmizləyir?

166
 Piglər nə üçündür?
 Özlü-elastik ayırıcılar nə deməkdir?
 Ayırıcılar təmizləmə üçün istifadə oluna bilərmi?
 Qaz kəmərinin təmizlənməsi necə qiymətləndirilir?
 Qaz kəmərinin səmərəlilik əmsalı nədir?
 Nəzəri və faktiki hidravlik müqavimət əmsalları
fərqlidirmi?

167
7-ci FƏSİL

TƏBİİ QAZIN SAXLANMASI ÜSULLARI

7.1. Qazın qeyri-bərabər istehlakının tənzimlənməsi


üsulları

Şəhərlərin və sənaye müəssisələrinin qaz təchizatı


sistemləri üçün qaz istehlakının qeyri-bərabərliyi xarakterikdir.
Bu, onunla izah olunur ki, məişət, kommunal və sənaye
istehlakçıları ilin müxtəlif vaxtlarında (yay, qış) – ay, həftə,
gün və saattlar üzrə qazdan qeyri-bərabər istifadə edirlər.
Qışda, qızdırıcı cihazların işlədilməsi ilə qazın sərfi yayla
müqayisədə daha çox olur. Bir qayda olaraq gündüzlər qaz
sərfi gecəki sərfdən artıq olur. Nəzərə alsaq ki, qaz kəmərləri
vasitəsilə şəhər qaz təchizatı şəbəkələrinə orta sutkalıq sərfə
uyğun - eyni miqdarda qaz nəql olunur, bu zaman gündüzlər
qaz “qıtlığı”, axşamlar isə “artıqlığı”nın hiss olunması
labüddür.
Qaz sərfinin sutkalıq qeyri-bərabərliyini aradan
qaldırmaq üçün şəhərlərə yaxın yerlərdə tutumlar qurulur və
axşam saatlarında artıq qalan qaz ora vurularaq, gündüz
saatlarında qaz təchizatı şəbəkələrinə verilir. Bu məqsədlə
qazqolderlərdən və ya magistral qaz kəmərlərinin son
hissələrində yaradılmış tutumlardan istifadə olunur. Qaz
kəmərlərinin akkumiliyasiya qabiliyyəti hesabına axşam
saatlarında qazın yığılması ilə sistemdə təzyiq qalxaraq, səhərə
yaxın maksimal qiymətlərə çatır. Gündüz saatlarında qaz
sərfinin artması ilə qazın təzyiqi normal səviyyəyə düşür. Qaz
istehlakının mövsümi (yay-qış) tərəddüdləri daha böyük olur,
belə ki, iri şəhərlərdə ilin soyuq aylarında qazdan isitmə
məqsədilə istifadə olunduğundan maksimal (qış) və minimal
(yay) qaz istehlakları arasında kəskin fərq yaranır. Belə qeyri-
bərabərliyi aradan qaldırmaq üçün iri həcmli qaz anbarların
168
yaradılmasına zərurət yaranır. Belə hallarda, böyük tikinti
sahəsi və metal sərfi tələb etdiyindən, qazqolder parklarının
tikintisi iqtisadi cəhətdən əlverişli hesab edilmir və
mövsümlərarası qaz ehtiyyatlarının saxlanması üçün yeraltı qaz
anbarlarına (YQA) üstünlük verilir. Müəyyən vaxtda bu
anbarlardan sutkalıq və aylıq qeyri-bərabərliyi aradan
qaldırmaq üçün də istifadə edilə bilər. Bəzi hallarda qaz
istehlakındakı qeyri-bərabərliyi tənzimləmək üçün böyük
istühlakçıların ehtiyat tutumlarından və sıxılmış qaz
bazalarından da istifadə edilir.
Qaz anbarının və ya qazqolder parkının tələb olunan
həcmi qazın sutkalıq istehlakı qrafikinə əsasən hesablanır.
Qazın həcmi gecə vaxtında izafi qazın həcminə bərabər
götürülür ki, bu da öz növbəsində gündüz çatışmayan qazın
həcminə uyğun gəlir. Şək. 7.1–də istehlak və istifadəçilərə nəql
olunan qazın (qazın sutka ərzində bərabər miqdarda verilməsi
şərtilə) birgə qrafiki göstərilmişdir. Şək. 7.1-dən göründüyü
kimi, saat 0 – dan səhər 6-ya və 22-dən 24-ə qədər istehlak
olunan qazın miqdarı nəql olunan qazın miqdarından azdır, ona
görə də bu zaman nəql olunan artıq qazın saxlanması üçün
tələb olunan həcm qrafikdə miqyasla ştrixlənmiş sahələrin
cəminə bərabərdir. Bununla yanaşı, qaz anbarının həcmi
gündüz tələbatını (saat 6-dan 22-dək) tam ödəməlidir. Qaz
anbarının (qazqolder parkının) hesablanmış həcminin bir qismi
magistral qaz kəmərlərinin akkumiliyasiyaetmə qabiliyyəti
hesabına kompensasiya edilə bilər.
Qaz anbarının, istehlakın mövsümi (yay-qış) qeyri-
bərabərliyini aradan qaldırmaq üçün tələb olunan həcmi
müvafiq olaraq aylıq qeyri-bərabərliyi əks etdirən qrafiklərlə
müəyyən olunur. Belə ki, yayda izafi qazı anbarda saxlanılır,
qışda isə magistral qaz kəmərlərinin ritmik fəaliyyəti
nəticəsində istehlakçılara orta illik sərfə uyğun qaz verilir.

169
1 – orta gündəlik tələbat; 2 – maksimal tələbat qrafiki; 3 –
minimal tələbat qrafiki
Şək. 7.1. Qazın gündəlik tələbatının qrafiki

7.2. Qazın qazqolderlərdə saxlanması

Qazın (karbohidrogen qazları, azot və s.) böyük təzyiq


altında saxlanıldığı iri həcmli qurğular qazqolder adlanır.
Qazqolderlərin köməyi ilə, həmçinin, qazların qarışdırılması və
sərfinin tənzimlənməsi həyata keçirilir. İş prinsiplərinə görə,
qazqolderlər dəyişən və sabit həcmli, formasına görə isə sferik
və silindrik olurlar. Dəyişən həcmli qazqolderlər qazın aşağı
(4∙103 Pa qədər), sabit həcmli çənlər isə yüksək təzyiqlərdə
(4∙103 - 4∙305 Pa) saxlanmasına hesablanmışdır. Aşaöı təzyiqli
qazqolderlərin fərqləndirici xüsusiyyəti ondan ibarəıdir ki,
onların işçi həcmi dəyişir, qazın təzyiqi isə vurulma və götürmə
proseslərində sabit qalır (və ya cüzi dəyişə bilir). Yüksək
təzyiqli qazqolderlərdə isə, əksinə, hermetik həcm sabit, təzyiq
isə vurulma zamanı ilkin qiymətindən işçi qiymətinə qədər
dəyişir. Bundan başqa, onlar hərəkət edən hissələrə malik
olurlar. Dəyişən həcmli qazqolderlər quru və yaş olmaqla iki
qrupa bölünür. Quru qazqolderlər porşen prinsipi ilə işləyirlər.
Yaş qazqolderlər isə yuxarıda hərəkətli hissəyə, aşağıda
isə su hovuzuna malik olurlar və onlar həcmi 100 -30 000 m3
olmaqla bir, iki və üç həlqəlı olurlar.
170
Yüksək təzyiqli qazqolderlər sferik və horizontal
silindrik olmaqla ik yerə bölünür. Kürəşəkilli sferik
qazqolderlər, əsasən (şək. 7.2) sıxılmış qazların (izopentan,
butan, butilen, propan və bu qazların qarışıqları) saxlanılması
üçün istifadə olunur və saxlanılan mayelərin buxarlar
elastikliyinə uyğun gələn daxili təzyiqə hesablanırlar. Digər
formalarla (məsələn, silindrik) müqayisədə çənlərin sferik
forması metal sərfinə və qiymətinə görə daha səmərəli hesab
olunur. Həcmi 300 – 4000 m3, daxili təzyiqi 0,25 – 1,8 MPa
olan sferik qazqolderlər tətbiq olunur.
Sferik qazqolderlər qoruyucu klapan, nümünə götürən
və səviyyə ölçən cihazlar, termometr və qəbul-paylama
qurğuları ilə təchiz olunurlar.

Şək.7.2. Sferik şəkilli qazqolder


Ucları yarımsferik şəkildə olan silindrik qazqolderlər
horizontal və ya vertikal şəkildə olmaqla dayaqlar üzərində
quraşdırılır. Belə tipli qazqolderlərin həcmi 50 – 270 m3 olur.
Diametri sabit olan silindrik qazqolderlərin uzunluqları dəyişir
ki, bu da onların hazırlanması və daşınmasını, həmçinin
yerində hazır şəkildə quraşdırılmasının asanlaşdırır. Belə
qazqolderlərdə işçi təzyiq 0,25 – 2 MPa olur və onlar bağlayıcı
və qoruyucu apparatlar, həmçinin kondensat və qazın
kənarlaşdırılması üçün borucuqlarla təchiz olunurlar.

171
7.3. Magistral qaz kəmərlərinin sonunda qazın
yığılması

Magistral qaz kəmərinin iri istehlskçı – şəhərlərə


bitişdiyi yerlər kəmərin son hissəsi adlanır. Bu hissəni
fərqləndirən cəhət odur ki, minimal sərfiyyat dövründə orada
yüksək təzyiq altında qaz yığılır. Son hissənin qazqolder
funksiyası onu qaz sərfinin eyni olduğu digər aralıq hissələrdən
fərqləndirir. Qazın sərfi son hissənin yalnız başlanğıcında
dəyişməz qalır, sonunda isə gündüz vaxtlarında çox, axşam
saatlarında isə az qaz istehlak edən şəhərin qaz sərfinə
bərabərdir. Axşam saatlarında kəmərdə təzyiqi qaldırmaqla,
kəmərin son hissəsində qazın yığılması baş verir. Əgər gündüz
saatlarında sərf zamanı son hissədəki təzyiq kəskin düçürsə (1 -
1,5 MPa- a qədər), axşam saatlarında sərfiyyatın olmaması ilə
əlaqədar qazın yığılması ilə təzyiq hesabi qiymətinə, yəni
kompressor stansiyasında yaradılan qiymətə (5 – 10 MPa)
çatır. Magistral qaz kəmərinin son hissəsi sonda qazqolder
parkına birləşmiş və ya sərbəst şəkildə fəaliyyət göstərə bilər.
Sonuncu halda, qazın lazım olan əlavə həcminin toplanması
üçün son hissənin diametri artırılır və bununla da qazqolder
parkının yaradılmasına tələb olunan xərclərə qənaət edilir.

7.4. Yeraltı qaz anbarları

Yeraltı qazsaxlama anbarları, əsas etibarilə qaz


istehlakının mövsümi qeyri – bərabərliyini aradan qaldırmaq
üçün yaradılır. Ona görə də YQA, bir qayda olaraq magistral
qaz kəmərlərinə, iri sənaye şəhərlərinin və digər qaz istehlakı
mərkəzlərinə yaxın ərazidə qurulur. YQA mühitin vəziyyətinə
və yaradılma üsluna görə məsaməli və keçiriciliyi olmayan
laylarda yaradılan anbarlara bölünürlər. Məsaməli laylarda
yaradılan anbarlara – tükənmiş qaz və qazkondensat
yataqlarında, işlənmiş neft yataqlarında və su laylarında
172
hazırlanmış YQA- lar aid edilir. Tükənmiş neft-qaz
yataqlarında qurulmuş anbarlar daha geniş yayılmışdır. Bu
anbarların qurulma prinsipi qazın mövcud və ya sonradan
qazılmış quyularla bilavasitə tükənmiş neft və ya qaz layına
vurulmasına əsaslanır. Əksər hallarda tükənmiş və ya işlənmiş
qaz, qazkondensat və ya neft yataqlarının istismar
təcrübəsindən lay-kollektorun geoloji və fiziki parametrlərini
xarakterizə edən, o cümlədən, həndəsi ölçüləri, damının
hermetikliyi, vurula bilən mümkün qaz həcmləri, həmçinin
təzyiq dəyişilmələri və quyunun debiti haqqında zəruri
məlumatlar əldə etmək mümkündür. Bəzən qaz istehlak edən
iri rayonlarda qazsaxlama anbarlarının salınması üçün işlənmiş
qaz-neft yataqları olmaya bilər, lakin süxurların geoloji
kəsiyində çox vaxt su layları mövcud olur və bu layların
tələlərində yeraltı anbarlar yaratmaq mümkündür. Su
yataqlarında qazsaxlama anbarları məsaməli laydan mayenin
(suyun) sıxışdırılması hesabına yaradılır. Belə yataqlarda
anbarlar qurulmazdan qabaq lay parametrlərinin və su-qaz
keçirmə keyfiyyətlərinin qiymətləndirilməsi, həmçinin
quyuların texnoloji iş rejimi barədə məlumatların əldə edilməsi
üçün tədqiqatlar aparılır və sınaq qaz vurmaları həyəta keçirilir.
Bu məqsədlə, mövcud quyulardan istifadə edilir və ya yeniləri
qazılır. Adətən, yeraltı anbarlarda quyular dövrü olaraq
suvurucu və istismar quyuları funksiyalarını yerinə yetirirlər.
Şək. 7.3- də işlənmiş neft yatağında (a) və su layının tələsində
(b) yaradılan qaz anbarlarının sxemi göstərilmişdir.

Şək. 7.3. Təbii qazın saxlanma anbarının sxemi

173
YQA- da təzyiqin buraxılabilən maksimal qiyməti layın
yerləşmə dərinliyindən, onun kütləsindən, strukturundan və
qazlılıq sahəsinin ölçülərindən asılıdır. Qazın anbara vurulması
üçün, bir qayda olaraq, təzyiqi 15 MPa- a qədər olan
kompressor stansiyası (KS) tikilir. Yeraltı qazsaxlama
anbarlarının xarakterik cəhəti- onların işinin dövrü olması –
yəni, qazvurma və qazgötürmə proseslərinin növbələşməsindən
ibarət olmasıdır. Qazvurma prosesində lay-kollektorun qazla
doldurularaq anbarın ümumi həcminin yaradılması baş verir.
Bu həcm aktiv və bufer həcmi olmaqla iki yerə bölünür. Bufer
həcmi – qazın lay şəraitində çıxarılmayan minimal zəruri
həcmi olub, anbarın istismarının dövrülüyünü təmin edir.
Qazın aktiv həcmi isə qazvurma və qazgötürmədə iştirak edən
və dəyişən həcmidir. Qalıq bufer qazının həcmi, anbarda
qazgötürmə siklinin sonunda quyunun müvafiq debitinə uyğun
təzyiq yaratmaq şərtilə, onun aktiv həcminin 60 – 140%-ni
təşkil edə bilər.
Anbara qaz yaz-yay mövsümündə, yəni tələbatın qış
mövsümü ilə müqayisədə əhəmiyyətli dərəcədə azaldığı zaman
vurulur. Qış mövsümü isə anbarın qazgötürmə dövrüdür. Qaz
anbarlarının istismarı zamanı lay-kollektorun hidrogeoloji
şəraiti, mövcud qaz ehtiyatları və qaz kəmərləri sistemini
qeyri-bərabər qaz istehlakını nəzərə almaq lazımdır.
Qazın saxlanması üçün asan qazılan, azkeçiricili
süxurlarda, məsələn, sıx gil, əhəng daşı, daş duz, gips və s.
çöküntülərdə işlənmiş anbarlardan da istifadə oluna bilər.
Azərbaycanda tükənmiş yataqlarda tikilmiş qaz anbarlarından
Qalmaz və Qaradag anbarlarını göstərmək olar.
Bu zaman işlənmə süxurların xarakteri, keyfiyyəti və
yerləşmə dərinliyinə uyğun olaraq – mexaniki yolla, partlayış
və ya yuyulma üsulu ilə yerinə yetirilir. Daş duz yataqlarında
yuyulma yolu ilə yaradılan qazsaxlama anbarları daha geniş
istifadə olunmaqdadır. Belə anbarların həcmi 200 min m3-ə
qədər ola bilər.
174
7.4.1. Qaz anbarlarının əsas xüsusiyyətləri

Respublikada sənaye obyektlərinin və yaşayış


sahələrinin tələbatlarına uyğun olaraq vaxtında qazla təmin
olunması magistral qaz kəmərləri sisteminin optimal işindən
asılıdır. Lakin həmin qaz işlədiciləri tərəfindən qazın gün, ay
və il ərzində qeyri bərabər işlədilməsi magistral qaz kəmərləri
sisteminin işini mürəkkəbləşdirir. Qazın qeyri bərabər
işlədilməsi bərabərsizlik əmsalı ilə xarakterizə olunur.
Məsələn, qazın aylıq bərabərsizlik əmsalı (Ka) həmin ayda
işlədilən qazın sərfinin (qa) il ərzində qazın orta aylıq
sərfinə(qil) olan nisbətidir, yəni Ka=qa /qil. Əksər hallarda qazın
bərabərsizlik əmsalı 1,3- 1,75 arasında dəyişir.
İlin ayı və ya mövsümü ərzində qazın qeyri bərabər
işlədilməsi nəticəsində qazın sərfi (onlarla və yüzlərlə milyon
kub m) dəyişir. Həmin qazı saxlamaq üçün böyük həcmli
yerüstü qaz anbarları yaratmaq çətindir. Ona görə də, qazın
qeyri bərabər sərfini nizamlamaq üçün yeraltı qaz anbarlarının
yaradılması daha səmərəlidir. Hər hansı bir sənaye və yaşayış
mərkəzinin ümumi qaz təchizatı sxeminə görə magistral qaz
kəmərləri sistemi il boyu sabit buraxma qabiliyyətində işləyir.
Payız-yay aylarında artıq qaz yeraltı qaz anbarlarına vurulur,
ilin qış aylarında isə həmin artıq qaz işlədicilərə verilir. Yeraltı
qaz anbarının tələb olunan həcmini təyin etmək üçün qazın illik
sərf qrafiki tərtib olunur.
Qaz təchizatı sistemində qaz hasilatı yerlərindən xeyli
uzaqda olan yeraltı qaz anbarlarından istifadə etdikdə magistral
qaz kəmərlərinə əsaslı xərclər 30%, qazın nəqlinin maya dəyəri
isə 15-20% azalır. Bu halda yeraltı qaz anbarının yaradılma
xərcləri 2,5-3 il ərzində ödənilir.
Yeraltı qaz anbarını yaratmaq üçün aşağıdakı
mənbələrdən istifadə olunur:
- Lay enerjisi tükənmiş qaz və neft laylarından;
175
- Məsaməli su laylarından;
- Xüsusi dağ suxurlarında (xüsusi şaxtalar, daş duz
çöküntülərində yaradılmış kameralar). Bu tip anbarlar
maye qazları, xam nefti və neft məhsullarını
saxlamaq üçün də istifadə olunur.
Neft və qaz yataqlarının enerjisi tükənmiş laylarında
yeraltı qaz anbarlarının yaradılması digər qaz anbarlarına
nisbətən iqtisadi nöqteyi nəzərdən daha səmərəli və etibarlıdır.
Çünki həmin yatağın işlənilməsi və istismarı zamanı layın əsas
parametrləri: layın qaz hissənin minimal və maksimal təzyiq və
həcmləri məlumdur. Maksimum və minimum həcmlərin fərqi
aktiv həcm adlanır (yəni qaz anbarından alına bilən qazın
miqdarı). Layın məsamə və keçiriciliyindən asılı olaraq qaz
anbarının aktiv həcminin tam həcmə nisbəti 0,4-0,7 arasında
dəyişir. Layda qaz anbarını tikərkən həmin laya qazılmış
quyulardan da istifadə olunur və bu məqsədlə həmin quyular
bərpa edilirlər. Adətən, işlənmiş yataqların müxtəlif
horizontlarından istifadə edərək qaz anbarları qrupu yaradılır
ki, bu da il boyu qaz anbarlarının növbə ilə istismarında onların
təzyiqindən və kompressor stansiyasının gücündən daha
səmərəli istifadə etməyə imkan verir.
Yeraltı qaz anbarlarında qazın təzyiqi layın geoloji
parametrlərindən və yatma dərinliyindən asılı olaraq 15-20
MPa çatır. Qaz anbarında təzyiqin artması quyuların sayını,
kompressor stansiyasının gücünü azaldır, qaz təchizatı
sisteminin texniki-iqtisadi göstəricilərini yaxşılaşdırır. Lakin
təzyiqin həddindən çox artması layın strukturunun və qaz
anbarının hermetikliyinin pozulmasına, qaz itkilərinə səbəb
olur. Kompressor stansiyası qazı həm qaz anbarına, həm də qaz
anbarından işlədicilərə vurmaq üçün istifadə olunur. Qaz
anbarındakı qazı işlədiciyə verməzdən əvvəl onu təmizləmək
və qurutmaq üçün müvafiq qurğular yerləşdirilir. Bu növ qaz
anbarları Azərbaycanda, Fransada, Rusiyada, Almaniyada və
Amerikada daha geniş yayılmışdır.
176
İri sənaye mərkəzlərinə və böyük şəhərlərə yaxın
tükənmiş neft və qaz yataqlarında olan su laylarında da yeraltı
qaz anbarları yaratmaq mümkündür. Su layının qidalanma
mənbəyi olmalıdır ki, suyu qazla sıxışdırmaq mümkün olsun.
Layda suyu qazla sıxışdırdıqca təzyiq artır və qaz-su sərhəddi
kənarlara doğru yerini dəyişdirdikcə qaz anbarlarının həcmi
artır. Qaz anbarında suyun sıxışdırılması o vaxta qədər davam
edir ki, qaz anbarının hermetikliyi dəyişməsin və qazın sızması
olmasın. Bu qayda ilə yaradılmış qaz anbarının yararlılığı,
oraya qazın sənaye miqyaslı vurulması zamanı müəyyən edilir.
Həmin qaz anbarının vaxtaşırı istismarı zamanı onun aktiv
həcmi dəqiqləşdirilir.
Şaxta tipli yeraltı neft-qaz anbarı qaz və neftə keçirici
olmayan möhkəm süxurlarda süni surətdə yaradılır (şəkil 7.4).
Bu növ anbarlar əsasən gil süxurları, qranitlər, təbaşir
çöküntüləri və əhəngdaşlarında tikilir.

1 – yer səthi; 2 – nefti qaza vurmaq üçün quyu; 3 – nefti (qazı)


çıxarmaq üçün quyu gövdəsi; 4 – separator; 5 – deqidrator; 6 – maye
qazın yerüstü anbarı; 7 – boşaltma-doldurma estakadası; 8 – nasos;
9– yeraltı anbar
Şək. 7.4. .Şaxta tipli yeraltı neft-qaz anbarı

Şaxta tipli neftqaz anbarının dərinliyi 135-150 m-ə


qədər olur. Bu növ anbarların tikilməsi layihə dərinliyinə qədər
diametri 3–4 m–ə bərabər olan şaquli quyunun mövcud
üsullarla qazılması ilə başlanılır. Bəzən quyu ikipilləli (aşağı
pillənin diametri 430 mm və yuxarınınki isə 1300 mm balta ilə)
177
qazılır. Belə quyuların sayını artırmaqla quyunun gövdəsinin
diametrini 3-4 m-ə çatdırılır.
Qazma zamanı süxurlar gilli məhlul vasitəsilə yer
səthinə çıxarılır. Qazma sürəti köməkçi işləri nəzərə almaqla
0,3 m/saat-a çatır. Quyu qazılıb qurtardıqdan sonra divarının
qalınlığı 15-18 mm və hər seksiyanın uzunluğu 6-12 m olan
istismar kəməri layihə dərinliyinə qədər buraxılır. Kəmərin
seksiyaları bir-birilə qaynaq vasitəsilə birləşdirilir. İstismar
kəmərini buraxmazdan əvvəl qaz-neft anbarı layının qarşısında
10m hündürlüklü qum qatı (yastıq) və onun üstündə 1,5 m
qalınlıqda beton təbəqəsi yaradılır. Kəmərin arxasına diametri
38-50 mm olan boru kəməri qaynaq edilir ki, bu da istismar
kəmərinin arxasına sement məhlulu vurmaq güc kabelini
buraxmaq və anbarı tikərkən küləkləmək üçündür.
Quyu sementləndikdən sonra beton qat və qum qatı
yuyulur, layihə horizontu açılır, quyunun dibində zumpf qazılır
ki, bu da süzülən suların yığılması və yer səthinə nasosla
qaldırılması üçündür.
Qaz-neft anbarının tikilməsi, hündürlüyü 1,6-1,8 m, eni
1,4-1,6 m və uzunluğu 15-20 m olan, horizontal kamera
qazmaqla başlanır. Sonra həmin kamera partlayış və digər
üsullarla layihə ölçülərinə qədər genişləndirilir. Bu məqsədlə
hesablanmış sayda, hərəsinin dərinliyi 1,8-2,5 m olan, şpurlar
qazılır, oraya partlayıcı maddə doldurulub partlatmaqla anbarın
ölçüləri layihə qiymətlərinə çatdırılır.
Bir şpura tökülən partlayıcı maddənin miqdarı aşağıdakı
düstur ilə təyin olunur:
𝑞∙𝑆
𝑛=
𝑚∙𝛾
burada, q – 1 m3 süxura düşən partlayıcı maddənin xüsusi sərfi;

S – şpurun en kəsiyisahəsi;
m – uzunluğu 1 m olan şpurda süxurların kütləsi
(m=0,7–1,75 kq)
178
γ – şpurun partlayıcı maddə ilə doldurulma əmsalı ( γ =
0,50-0,75)
Partlayıcı maddə kimi əsasən 40%-li dinamit tətbiq
olunur. 1m3 süxurlara orta hesabla 0,5-2,7 kq partlayıcı maddə
düşür.
Şaxta anbarının hermetikliyi hava ilə, P=1,5•Pişçi
təzyiq altında 24 saat ərzində, sınanmaqla yoxlanılır. Anbarı
doldurmaqdan əvvəl oradakı havanı neft məhsulları buxarı və
ya qazla sıxışdırmaq lazımdır.
Partlayış metodu ilə tikilən yeraltı anbarlar maye qazları
və ya neft məhsullarını saxlamaq üçün istifadə olunur. Bu növ
anbarların tikilməsi mövcud səyyar qazma dəzgahları ilə
diametri 300-400 mm olan quyu qazmaqla başlanır. Həmin
quyu anbar yaradılacaq layın tavanına qədər qazılır, istismar
kəməri buraxılır və sementlənir. Sonra 200-250 mm diametrli
quyu anbarın mərkəzinə qədər qazılır, su ilə doldurulur,
partlayıcı maddə ilə partladılır və sferik formaya yaxın kamera
alınır. Partlayış nəticəsində divarları sıxlaşmış kamera alınır.
Bu üsul elastik süxurlardan ibarət laylarda çatlar əmələ
gəlməsin deyə daha yaxşı nəticə verir. Son zamanlar kameraya
partlayıcı maddə və beton məhlulu doldurulur. Partlayış zamanı
alınan təzyiq nəticəsində kameranın daxili divarlarında
möhkəm beton təbəqəsi əmələ gəlir.
Daş duzu çöküntülərində neft-qaz anbarı. Bu növ
anbarlar əsasən qazı, neft məhsullarını, maye qazı saxlamaq
üçündür. Neft məhsullarını saxlamaq üçün 20-60 m, maye
qazları saxlamaq üçün 60-800 m, təbii qazı saxlamaq üçün isə
500-1200 m dərinlikdə yatan daş duz laylarında neft-qaz
anbarlarının yaradılması iqtisadi cəhətdən daha əlverişlidir.
Daş duz laylarının qalınlığı 100 m - ə qədər çatır. Daş duzun
möhkəmlik həddi: sıxılmaya 20-30 MPa, dartılmaya 1,65 MPa
və əyilməyə isə 3,65MPa-dır. Təcrübələr göstərir ki, daş duz
laylarında yaradılmış anbarın ən əlverişli forması kürə şəklində
olmasıdır.
179
Daş duz laylarında anbarın yaradılması, laya qazılmış
quyuya su vurmaqla layda duzun yuyulmasına əsaslanır. 20 ºC
temperaturda 1 m3 suda 358 kq-a qədər duz həll olur. Beləliklə,
duz layında 1 m3 həcm yaratmaq üçün 6-7m3 təmiz su tələb
olunur. Təcrübi olaraq 1m3 duzun həcminə 10 m3-ə qədər su
sərf olunur, çünki suda duzun qatılığı artdıqca, onun duzu
yuma müddəti artır. Daş duz laylarında anbar yaratmaq üçün
bir neçə üsullar mövcuddur: düzünə, əksinə və qarışıq üsullar.
Layda kürəvi formaya yaxın həcm almaq üçün qarışıq yuma
üsulu daha səmərəlidir (şəkil 7.5).

1 – daş duz layı; 2 – duz məhlulu çıxan kəmər; 3 – su vurulan kəmər;


4 – kəmər başlığı; 5 – kəmərarxası sement həlqəsi; 6 – istismar
kəməri; 7 – neft qatı; 8 – yuyulan həcm; 9 – anbarın layihə həcmi
Şək.7.5. Maye dövranı ilə daş duz layında yeraltı
anbarın yaradılma üsulu
Bu üsulla anbarın həcmi 5000 m3-ə qədər çatır. Burada
şəkildən göründüyü kimi, diametri 141mm olan mərkəzi boru
kəməri ilə su vurulur, duz məhlulu isə diametri 219 mm olan
orta boru kəməri ilə çıxır, diametri 325 mm olan istismar
kəməri ilə isə neft məhsulu vurulur ki, anbarın tavan hissəsi
uçmasın. Bu qayda ilə duz layının yuyulması prosesi layihə
həcmi alınana qədər davam edir. Yuxarıda göstərilən yuma
180
üsulları maye dövranı üsulu adlanır. Bundan başqa şırnaq üsulu
da (şəkil 7.6) işlənilmişdir.

1 – şırnaq qurğusu; 2 – duz məhlulunu vurmaq üçün elektrik


dalma nasosu; 3 – anbarın layihə həcmi
Şək. 7.6. Şırnaq üsulu ilə daş duz layında yeraltı anbarın
yaradılması
Bu üsulda duzun yuyulması fırlanan xüsusi başlıqdakı
oymaqlardan çıxan yüksək sürətlə su şırnağı duz layını həm
dağıdır, həm də yuyur. Duz məhlulu isə mərkəzi boru kəməri
ilə kənar edilir. Yer səthinə çıxan duzun ümumi həcmi duz
layındakı anbarın həcminə bərabərdir.
Anbarın yaradılması zamanı əmələ gələn duzu
realizasiya məqsədilə mövcud duz mədənlərinə, kimya
müəssisələrinə və yaxud duz anbarlarına – xüsusi torpaq
anbarlarına verirlər. Məsələn 100000 m3 həcmi olan neft-qaz
anbarı yaradarkən 4 m dərinlikdə torpaq anbarının sahəsi 3
hektara yaxındır.

7.4.2.Yeraltı qaz anbarlarının yerüstü avadanlıqları

Yeraltı qaz anbarlarının istismarı yerüstü qurğular


kompleksi olmadan mümkün deyildir. Yerüstü qurğuların
tərkibinə : kompressor stansiyaları, nasos stansiyaları, qazın

181
təmizlənməsi və qurudulması qurğuları və digər avadanlıqlar
daxildir.
Su və daş duz laylarında yaradılmış yeraltı anbarların və
qurğuların yerləşdirilməsi sxemləri müvafiq olaraq şəkil 7.7 və
şəkil 7.8 – də göstərilmişdir.

1 – qaz xətti; 2 – yağ toztutucusu; 3 – kompressor; 4 – soyuducu; 5 –


separator; 6 – kömür adsorberi; 7 – keramik süzgəc; 8 – qazpaylayıcı
məntəqə; 9 – həcm separatoru; 10 – oymaq; 11 – siklin separatoru;
12 – adsorber; 13 – desorber.
Şək. 7.7. Su laylarında yaradılmış qaz anbarının
texnoloji sxemi
Adətən qaz anbarındakı təzyiq magistral qaz kəmərindəkindən
bir qədər çox olur. Qazı laya vurmaq üçün isə kompressor
stansiyası yerləşdirilir. Qaz magistral qaz kəmərindən
toztutucularına daxil olur, burada asılı hissəciklərdən və nəm
damcılarından təmizlənərək kompressor sexinə daxil olur və
qazın təzyiqi tələb olunan qiymətə qədər artırılır. Sonra qaz
ardıcıl olaraq hava soyuducusundan, separatordan, kömür
adsorberindən və keramik süzgəcdən keçir. Qaz separatorda
yağ damcılarından, kömür adsorberində yağ buxarlarından və
keramik süzgəcdə isə kömür tozlarından təmizlənir.
Soyudulmuş və təmizlənmiş qaz paylayıcı məntəqəyə daxil
olur, burada təzyiqi, temperaturu və sərfi ölçülür və qaz
şəbəkəsi vasitəsilə quyulara, oradan da qazanbarına vurulur.

182
Qazı anbardan götürüb magistral kəmərə və ya
işlədicilərə vermək üçün qaz qurudulmalı və hidratın əmələ
gəlməsinin qarşısını almaq üçün inhibatorla (dietilenqlikol,
metanol) işlənilir. Qazın qurudulma blokunda 2-3 adsorber,
qəza kəməri, soyuducu-buxarlandırıcı, qazanxana və nasosxana
yerləşdirilir. Qazı qurutmaq üçün adsorbent kimi kalsium
xlorid və boksiddən istifadə olunur. Qaz anbarının yerüstü
avadanlıqlarının yerləşdirilmə sxemi konkret şəraitdən asılı
olaraq dəyişə bilər. Bəzən kompressor stansiyasından qazı həm
qaz anbarına vurmaq, həm də qaz anbarında qazın təzyiqi qaz
kəmərlərindəkindən az olduqda qaz kəmərinə vurmaq üçün
istifadə olunur. Qazın parametrlərini mərkəzləşdirilmiş halda
ölçmək üçün ölçü məntəqəsi tikilir və lazımi nəzarət ölçü
cihazları ilə təmin olunur.
Daş duz laylarında yaradılmış yeraltı anbarın yerüstü
avadanlıqlarının yerləşdirilmə sxeminə (şəkil 7.8) görə maye
qaz dəmiryolu sistemi estakadasından 1 nasos 3 vasitəsilə
yeraltı anbara 9 vurulur və oradan sıxışdırılan duz məhlulu duz
anbarına 8 daxil olur.

1 – dəmir-beton estakada; 2 – kompressor; 3 – nefti vurmaq üçün


nasos; 4 – qazı qurutmaq üçün qurğu; 5 – kondensator; kondensat
toplayıcı; 7 – nasos; 8 – duz məhlulu anbarı; 9 – yeraltı anbar; 10 –
maye fazası üçün boru kəməri; 11 – duz məhlulu üçün boru kəməri
Şək. 7.8. Daş duz laylarında yaradılmış yeraltı anbarın
istismar sxemi
183
Dəmiryolu sisternlərindən maye fazası boşaldıqdan
sonra sisternlərdəki buxar fazası kompressor 2 vasitəsilə
kondensatora 5 və oradan da kondensat toplayıcısına 6 daxil
olur, burada kondensat alınana qədər sıxılır və vaxtaşırı yeraltı
anbara 9 vurulur. Qaz anbarından qazı işlədiciyə vermək üçün
duz anbarından 8 duz məhlulu nasos 7 vasitəsilə qaz anbarına
vurulur, sıxışdırılmış maye qaz isə quruducu qurğudan keçərək
dəmiryolu sisternlərinə və oradan da işlədiciyə verilir.

7.5. Yoxlama sualları

 Təbii qazı necə saxlamaq olar?


 Nə üçün qazın sərfi gündəlik dəyişir?
 Yeraltı qazsaxlama anbarlarının tikilməsində məqsəd
nədir?
 Yeraltı qaz anbarlarını necə və harada yaratmaq olar?
 Qazqolder nə üçündür?
 Magistral qaz kəmərinin son hissəsinin akkumilizasiya
qabiliyyəti nə deməkdir?
 Qaz anbrlarının hansı əsas xüsusiyyətləri vardır?
 Duz yataqlarında qaz anbarları necə yaradılır?
 Qaz anbarlarının yerüstü avadanlıqları hansılardır?
 Su laylarında qaz anbarları yaratmaq mümkündürmü?

184
ƏDƏBİYYAT SİYAHISI

1. Рид Р., Праусниц Дж., Шервурд Т. Своиства газов и


жидскостей. Справогное пособие / Пер. Сантл. –3-е
изд., Л.: Химия, 1982, 592 с.
2. Mirələmov H.F., ismayılov Q.Q. Neftin və qazın boru
kəmərləri ilə nəqli, Bakı, NQETLİ, 2010, 506 s.
3. Алиев Р.А. Белоусов Б.Д., Немудов А.Г. и др.
Трубопроводный транспорт нефти и газа. Учебник
для вузов. М.:Недра, 1988, 368 с.
4. Гриценко А.И., Сиротин А.М. и др.
Энергоеберегающие технологии при добыче
природного газа. М.: ВНИИГАЗ, 1996, 235 с.
5. Бунчук Б.А. Транспорт и хранение нефти,
нефтепродуктов и газа. М.:Недра, 1977, 366 с.
6. Лутошкин Г.С. Сбор и подготовка нефти, газа и
воды. М.:Недра, 1983, 224 с.
7. Ələkbərov Y.Z., Qazın nəqli hazırlanması prosesidə
seperator-kollektor sistemində qazohidrodinamik
amillərin təsiri haqqında // Azərbaycan Neft Təsərrüfatı
2010, № 7, s. 45-49
8. İsmayılov Q.Q., Nağıyev R.F., İsmayılov B.Q. Təbii
qazlar, Bakı, Təknur, 2013, 136 s.
9. Rəsulov A.M. Təbii qazların yığılması, nəqlə
hazırlanması və istifadəsi. Bakı, 2008, 454 s.
10. İsmayılov Q.Q., Ələkbərov Y.Z., İskəndərov E.X.,
İsmayılova F.B. Ekstremal şəraitlərdə qazların
yığılması, hazırlanması və nəqli, Bakı, Elm,2018, 502 s.
11. Едигаров С.Г., Бобровский С.А. Проектирование и
ээксплуатация нефтебаз и газохранилищ. Москва:
«Недра» , 1983, 367 с.
12. Тугунов и др. Транспорт и хранение нефти и газа.
М.: Недра, 1989, 340 с.

185
13. Правила технической эксплуатации магистралных
газопроводов Приказ Министерства газовой
промышленности СССР от, 22.03.88.
14. Деточенко А.В., Михеел А.Л., Волков М.М.
Спутник газовика. М. «Недра» , 1978, -380 с.
15. Добыча подготовка и транспорт природного газа и
конденсата. Справочное руководство в 2 – х томах.
Том II Под ред. Ю.П.Коротаева, М.: Недра, 1984,
288 с.
16. Сулейманов А.Б. и др. Экплуатация морских
нефтегазовых месторождений. М.: Недра, 1986, с.
284.
17. https://www.studentenergy.org/topics/natural-gas-
transport
18. http://naturalgas.org/naturalgas/transport/
19. https://www.api.org/~/media/Files/Policy/SOAE-
2014/API-Infrastructure-Investment-Study.pdf
20. http://iloencyclopaedia.org/component/k2/176-
storage/storage-and-transportation-of-crude-oil-natural-
gases-liquid-petroleum-products-and-other-chemicals
21. https://energyeducation.ca/encyclopedia/Transportation
_of_liquefied_natural_gas

186

You might also like