Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 2

TOMAS EDDİSON VƏ QƏHRƏMAN ANASI

Tomos Eddison bir gün evə gəldiyində anasına bir kağız parçası təqdim
edir."Bu kağızı müəllim verdi və tapşırdı ki, sənə təqdim edim".

Anası gözyaşları içində məktubu oğluna oxuyur. "Sizin oğlunuz bir dahidir.
Bu məktəb onun üçün çox kiçik və səviyyəcə çox aşağı, bizim məktəbdə onu
öyrədə biləcək səriştəli müəllimlərimiz yoxdur. Xahiş edirik onu özünüz
tərbiyə edin "

Uzun illər keçdikdən sonra Eddisonun anası vəfat edir, o artıq 100 ilin ən
dahi elm adamlarından biri idi və bir gün köhnə ailə əşyalarnı səliqəyə
salarkən qutunun küncündə bir kağız parçası tapır və onu axumağa başlayır.
Kağızda "Oğlunuz ağıl xəstəsidir. Onun məktəbimizə gəlməsinə icazə verə
bilmərik" deyə yazılırdı. Eddison saatlarla ağladıqdan sonra gündəliyində
aşağıdakı sətrləri yazır " Thomas Alva Edison, qəhrəman bir ana tərəfindən
yüzilin dahisi halına gələn ağıl xəstəsi bir uşaqdı ".

Sinqapurda məktəb müdirinin imtahanlardan əvvəl valideynlərə


göndərdiyi məktub,

Əziz valideynlər, Uşaqlarınızın imtahanları tezliklə başlayacaq. Hər


birinizin övladınızın imtahanlarda uğurlu olması barədə narahat
olduğunuzu bilirəm. Lakin, xahiş edirəm, unutmayın ki, imtahana girən
uşaqların arasında riyazi biliklərə ehtiyacı olmayan bir sənətçi olacaq ...
Tarixi ya da ingilis ədəbiyyatını əhəmiyyətsiz hesab edən bir idarəçi ...
Kimyadan aldığı qiymətlər önəmli olmayan bir musiqiçi ... Fiziki olaraq
hazırlıqlı olması, fizika dərslərindən daha əhəmiyyətli olan bir idmançı
olacaq ... Əgər uşağınız bütün fənnlərdən yüksək nəticə göstərsə, bu, çox
yaxşıdır! Amma əgər bunu bacarmazsa... Xahiş edirik, uşağın özgüvənini
əlindən alıb, qürurunu sındırmayın. Övladlarınıza aşağı nəticələrin problem
yaratmadığını və bunun sadəcə imtahan olduğunu söyləyin. Onlar həyatda
daha böyük işlər üçün uyğun kadr ola bilərlər. İmtahanda neçə qiymət
almaqlarından asılı olmayaraq, onları daim sevəcəyinizi və
günahlandırmayacağınızı onlara bildirin. Bunu mütləq edin və bunu
etdiyiniz zaman uşaqlarınızın dünyanı fəth etdiyini seyr edin. Imtahanda
aşağı göstəricilər, onların xəyal və bacarıqlarını əllərindən ala bilməz. Bir
də lütfən, həkimlərin və mühəndislərin dünyadakı tək xoşbəxt insanlar
olduqlarını düşünməyin".

Məktəb direktorunun işə götürülən müəllimlərə məktubu

Əziz müəllimlər mən konslager həyatı yaşadım, gözlərim heç bir insanın
görməli olmadığı dəhşətləri gördü: peşəkar mühəndislərin qaz
kameralarını qurduqlarını; səriştəli həkimlərin uşaqları necə
zəhərlədiklərini; yüksək təlim keçmiş tibb bacılarının körpələri necə
öldürdüyünü; ali məktəb məzunlarının qadınları və uşaqları necə
güllələdiyini və yandırdığını. Ona görə də mən təhsilə inanmıram.

Sizdən xahiş edirəm, öz şagirdlərinizə insan olmağı öyrədin. Sizin düzgün


secdiyiniz təlim heç zaman canavar alimlərin, təlim görmüş psixopatların
yetişməsinə səbəb olmayacaq.
Oxu, yazı, riyazi biliklər yalnız uşaqlarımız tərbiyəli insan olduqları zaman
əhəmiyyətlidir.

You might also like