Müstəqillik Dövründə Azərbaycan Respublikasının Təhsil Siyasəti.

You might also like

Download as doc, pdf, or txt
Download as doc, pdf, or txt
You are on page 1of 12

Müstəqillik dövründə Azərbaycan Respublikasının təhsil siyasəti.

PLAN

1. Azərbaycanda Təhsil sistemi və onun əsasında duran prinsiplər.

2. Azərbaycanda müasir təhsilin bəzi problemləri və xarakterik


xüsusuiiyətləri.

ƏDƏBİYYAT

1. Təhsil haqqında Azərbaycan Respublikası Qanunu. Bakı, 2009


2. Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı.Bakı,1999
3. 2009-2013-cü illərdə Azərbaycan respublikası ali təhsil sistemində İslahatlar
Üzrə dövlət proqramı. Bakı, 2009
4. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
dövlət proqramı" Bakı, 2007-ci il
5. Abbasov A.N. Pedaqogika. Bakı: Mütərcim, 2010
6. Ağayev M.H. Təlim-tərbiyə prosesində Heydər Əliyev irsindən istifadə.
(Metodik vəsait). Bakı: ADPU, 2009.
7. Mehrabov A., Əliyev R. Qloballaşma, millilik və təhsil siyasəti //Təhsil,
mədəniyyət, incəsənət, 2006, №3-4.
8. Mehrabov A. Azərbaycan təhsil sisteminin müasir problemləri. Bakı:
Mürtərcim, 2007.

1
Azərbaycanda Təhsil sistemi və onun əsasında duran prinsiplər.

Təhsil sistemi məfhumu müxtəlif ədəbiyyatlarda müxtəlif formada işlənir: “Maarif


sistemi”, “Xalq maarifi sistemi”, “Təhsil sistemi”, “Xalq təhsili sistemi”, “Dövlət
təhsil sistemi”. Müasir dövrdə maarif nazirliyi, ali və orta ixtisas təhsili nazirliyi və
texniki peşə təhsili komitəsi bir nazirlikdə birləşsə də bəzi başqa nazirliklərin
tabeliyində olan tədris müəssisələri də vardır. Tədris müəssisələrinin hazırkı
yerləşmə və idarə olunma vəziyyəti nəzərə alınarsa “təhsil sistemi” məfhumunun
işlənməsi məqsədəuyğun sayılmışdır. Çünki respublikamızda formalaşan tədris
müəssisələrinin bəziləri dövlətə, bəziləri təşkilatlara, bəziləri isə şəxslərə
məxsusdur. Təhsil sistemi məfhumunu üç əsas əlamət səciyyələndirir.

Birinci əlamət təhsil sisteminin konkret ölkə ilə bağlılığıdır. Belə ki, hər bir
ölkənin özünəməxsus, özünün sosial-iqtisadi və mədəni-siyasi vəziyyətinə uyğun
gələn təhsil sistemi vardır.

İkinci əlamət tədris müəssisələrini nəzərdə tutur. Bu və ya digər ölkədə mövcud


olan bütün tədris müəssisələri təhsil sistemi məfhumuna aid olur.

Üçüncü əlamət tədris müəssisələri arasında əlaqələrin olmasıdır. Mövcud tədris


müəssisələri bu cür əlaqələr sayəsində ölkədə sistem əmələ gətirir.
Göstərilən əlamətlərə istinad edilərək Milli pedaqogikada təhsil sistemi məfhumu
belə başa düşülür: bu və ya digər ölkədə qarşılıqlı əlaqə şəraitində fəaliyyət
göstərən tədris müəssisələri şəbəkəsi təhsil sistemidir. Təhsil sistemi ölkənin
sosial, iqtisadi, siyasi və mədəni səviyyəsi ilə əlaqədar təşəkkül tapır və inkişaf
edir. Təhsil sistemlərinin tam eyniyyət təşkil etdiyi ölkələr yoxdur. Bütün ölkələrin
təhsil sistemləri bir-birindən fərqlənir. Bu fərqin səbəbi həmin ölkələrdə həyata
keçirilən sosial-iqtisadi, siyasi və mədəni inkişafın müxtəlifliyidir. Nəzərə
2
alınmalıdır ki, cəmiyyətdə sosial-iqtisadi həyat dəyişdikcə təhsil sistemi də
vaxtaşırı dəyişir. Sovet dövründə təhsil sistemi əsasən beş dəfə yeniləşmişdir:
1921-ci, 1958-ci, 1966-cı, 1984-cü və 1988-ci illərdə. Bu dəyişiklik məktəb
tiplərini, onların tərkibini, təlim müddətini, qarşılıqlı əlaqələrini əhatə
etmişdir. Respublikamızda dövlət müstəqilliyi elan ediləndən sonra 1992-ci ilin
dekabrında “Azərbaycan Respublikasının Təhsil Qanunu” qəbul edildi. Təhsilin
inkişafında tamam yeni dövr başlandı. Nəhayət, 19 iyun 2009-cu ildə Azərbaycan
Respublikası Milli Məclisində gedən uzun müzakirələrdən sonra respublikamızın
yeni Təhsil Qanunu təsdiq olundu. Bu Qanun vətəndaşların Azərbaycan
Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi
sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin
tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə
müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza
rolunu oynayır. Yeni Təhsil Qanunu 6 fəsildən, 47 maddədən ibarətdir.
Azərbaycanda fasiləsiz təhsil sistemi məfhumu Azərbaycan pedaqogikası üçün
yenidir. Fasiləsiz təhsil sistemini üç əsas xüsusiyyət səciyyələndirir.

Birincisi, fasiləsiz təhsil bir ölkəni, onun adamlarını nəzərdə tutur.

İkincisi, fasiləsiz təhsil sistemi onun bir mərhələsindən digər mərhələsinə keçmək
imkanını zəruri sayır.

Üçüncüsü, adamın ömrü boyu təkmilləşməli olduğuna işarə edir.

Ömrü boyu adamın təhsil almasının vacibliyini Məhəmməd peyğəmbər vaxtilə


duymuş və aydın ifadə etmişdir: “Elmi beşikdən qəbrədək öyrənin”. Deməli,
Respublikamızda yaşayan vətəndaşların müxtəlif tipli təlim-tərbiyə
müəssisələrində, habelə müstəqil yolla müntəzəm olaraq təkmilləşmələri onların
fasiləsiz təhsili hesab edilir.

3
Ailə tərbiyəsi Azərbaycanda fasiləsiz təhsilin özülüdür.

Körpələr evi, uşaq bağçası fasiləsiz təhsilin başlanğıcıdır.

İbtidai məktəb I-IV sinifləri əhatə edir.

Natamam orta məktəb əvvəllər I-VII, sonralar I-VIII, hazıra isə I-IX sinifləri əhatə
edir.

Ümumi orta təhsil məktəbi fasiləsiz təhsil sistemində baza mərhələsini təşkil edir.

Məktəbdənkənar təlim-tərbiyə müəssisələri aşağıdakılardır:

Texniki peşə məktəbi.

Orta ixtisas məktəbi.

Ali məktəb bakalavr, magistratura, doktorantura.

İxtisasartırma təhsili və yenidən hazırlanma.

İxtisasartırma təhsili və yenidən hazırlanma bu yenilik onunla izah olunur ki,


sosial-iqtisadi və elmi-texniki tərəqqi sürətlə dəyişir, hər bir mütəxəssisin bilik və
bacarığı müntəzəm şəkildə təkmilləşməli olur. Doktorantura fasiləsiz təhsil
sisteminin yüksək mərhələsidir. Özünütəhsil növü indiki dördə böyük əhəmiyyət
kəsb edir. Özünütəhsildə kitab, radio və televiziya verilişləri, kino və teatr, qəzet
və jurnal, kompüter güclü vasitələrdəndir. Hər ölkənin sosial-iqtisadi və mədəni-
siyasi quruluşuna uyğun gələn təhsil sistemi və onun əsasında duran bir sıra
prinsiplər olur. Azərbaycanda təhsil sistemi aşağıdakı prinsiplərə uyğun qurulur:

4
Təhsilin dövlət və ictimai səciyyəli olması. Təhsilin maddi-texniki bazası dövlətə
məxsusdur. Təlim-tərbiyə müəssisəsi əsasən dövlət orqanları tərəfindən açılır və
bağlanır. Təhsilin idarə olunmasında ictimai təşkilatlar da iştirak edir. Deməli,
təlim-tərbiyə müəssisələrinin fəaliyyətində dövlət idarələri ilə yanaşı ictimai
təşkilatların və vətəndaşların iştirakı təhsilin dövlət və ictimai səciyyəli olmasıdır.

Dövlət təlim-tərbiyə müəssisəsində təhsilin dövlət hesabına olması. Dövlət təlim-


tərbiyə müəssisəsində şagirdlərin, tələbələrin əksəriyyətindən təhsil haqqı alınmır,
təhsil xərcini dövlət orqanları ödəyir. Özəl tədris müəssisələrində isə təhsil xərci
təşkilatlar və ya vətəndaşlar tərəfindən ödənilir.

Hər bir vətəndaş üçün təhsilin müyəssərliyi. Respublikamızda təhsil hər bir
vətəndaş üçün müyəssərdir (yəni, əlçatandır). Deməli, təhsilini davam etdirmək
istəyən şəxslər üçün zəruri şəraitin yaradılması təhsilin müyəssərliyi deməkdir.

Təhsilin humanitar istiqamətli olması. Humanitarlaşma müxtəlif istiqamətdə


həyata keçirilir: birincisi, 1988-ci ilə qədər təhsil ocaqlarında tədris işinə ayrılan
vaxtın 40%-i humanitar fənlərə, 60%-i isə təbiət fənlərinə ayrılirdi. 1988-ci ildən
tədris yükünün 50%-dən artığı humanitar fənlərin öyrənilməsi üçün nəzərdə
tutulur; ikincisi, Azərbaycan xalqının mənəvi və estetik sərvətləri və bəşəri
dəyərlər müntəzəm öyrədilir; nəticədə gənc nəsildə estetik hisslər, anlayışlar və
qabiliyyətlər daha intensiv inkişaf etməyə başlayır; üçüncüsü, tədris prosesi
cəmiyyətdə baş verən müasir ictimai iqtisadi hadisələrlə və mədəni həyatla geniş
miqyasda əlaqələndirilir. Deməli, cəmiyyət haqqında biliklərə, bacarıq və
vərdişlərə diqqətin artırılması təhsildə humanitarlaşdırmadır.

Təhsil sistemində vahidlik və varisliyin olması. Azərbaycanın təhsil sistemində


vahidlik müxtəlif cəhətlərdən təmin edilir: 1) bütün tədris müəssisələri bir başlıca
məqsədə-Azərbaycan xalqının ehtiyaclarını ödəməyə xidmət edir; 2) təhsil
sisteminin hər bir vəsiləsində cəmiyyətin bütün siniflərindən və təbəqələrindən
5
olan şəxslərin təlim ala bilməsi üçün eyni şərait yaradır; 3) eyni tipıi məktəblərin
baza tədris planları və proqramları əsasən vahid olur.Azərbaycanda təhsilin bir
mərhələsindən digərinə yüksəlmək üçün maneə yoxdur. Deməli, eyni tipli müxtəlif
tədris müəssisələrində öyrədilən biliklərin, bacarıq və vərdişlərin təqribən eyni
olması təhsildə vahidlik deməkdir. Təhsilin bir pilləsindən digər pilləsinə keçməyə
əsas verən biliklər, bacarıq və vərdişlər sisteminə təhsildə varislik deyilir.

Dövlət təlim-tərbiyə müəssisələrində təhsilin dünyəviliyi. Bu prinsip təhsilin bütün


vəsilələrində gənc nəslə yalnız təbiət və cəmiyyət haqqında real biliklər verilməsini
nəzərdə tutur. Təhsilin dünyəviliyi bir neçə cəhətdən təmin olunur: dövlət təlim-
tərbiyə müəssisələri məsciddən ayrıdır; dövlət məktəblərində din tədris olunmur və
dini ayinlər icra edilmir; vicdan azadlığı təmin edilir; dövlət təlim-tərbiyə
müəssisələrində dini məshəbə görə heç kəsə üstünlük verilmir; həmin tədris
müəssisələrində şagirdlərə elmi dünyagörüşü aşılanır. Deməli, təbiət və cəmiyyət
hadisələri barədə gənc nəslə tədris müəssisələrində öyrədilən isbat olunmuş və
istifadəsi həyatda mümkün olan real elmi biliklər, bacarıq və vərdişlər sistemi
təhsilin dünyəviliyidir.

Təhsildə xalqların hüquq bərabərliyi. Azərbaycanda yaşayan bütün xalqların


nümayəndələrinə istədikləri tədris müəssisələrində təlim-tərbiyə almaları üçün
bərabər imkanların yaradılması təhsildə xalqların hüquq bərabərliyidir.

Təhsildə kişi və qadınların hüquq bərabərliyi. Tədris müəssisələrinə oğlan və


qızların eyni əsaslarla qəbul edilmələri, birlikdə təhsil almaları, bütün imkanlardan
eyni dərəcədə istifadə etmələri təhsildə hüquq bərabərliyidir.

Təhsilin milli və ümumbəşəri dəyərlərdən qidalanması. Təlim-tərbiyə müəssisəsi


üçün təhsilin məzmunu hazırlanarkən, yəni tədris planı, tədris proqramı və
dərsliklər tərtib edilərkən Azərbaycan xalqının həyatı, onun tarixi, mədəniyyəti,

6
adət və ənənələri ön plana çəkilir. Bütün ölkələrin xalqları üçün gərəkli sayılan
biliklər və bacarıqlar ümumbəşəri dəyərlərdir.

Təhsil sisteminin idarə olunmasında demokratiklik. Azərbaycanda təhsil sistemi


aşağıdan yuxarıya qədər demokratik prinsip əsasında idarə olunmağa başlamışdır.
Bu prinsip müxtəlif istiqamətlərdə həyata keçirilir: əvvəla, dövlət təlim-tərbiyə
müəssisələrində şagird və ya tələbə özünüidarələri yaradılır; ikincisi, onlar özlərinə
aid olan məsələləri müzakirə edirlər; üçüncüsü, təlim-tərbiyə müəssisələrində
təhsil işlərinin idarə olunmasında ictimai qurumlar iştirak edir; dördüncüsü,
qurumların tərkibinə məktəbin rəhbərləri, tərbiyəçilərin, müəllimlərin,
valideynlərin, ictimaiyyətin nümayəndələri daxil edilir; beşincisi, rayon, şəhər və
respublika miqyasında təhsil orqanları yanında təhsillə əlaqəsi olan tərəflərin
nümayəndələri müvafiq qurumların tərkibinə daxil edilir.

Təhsildə siyasi fəaliyyətin yolverilməzliyi. Azərbaycan təhsil sisteminin əhatə


etdiyi təlim-tərbiyə müəssisələrində heç bir partiyaya üstünlük verilmir. Bu
müəssisələrin fəaliyyətinə siyasi partiyaların müdaxiləsi yolverilməzdir; həmin
müəssisələrdə təlim zamanı tədris mövzularının hesabına siyasi partiyaların və ya
ictimai təşkilatların ideyalarını təbliğ etmək qəbahətdir. Tədris proqramında
nəzərdə tutulmayan siyasi məzmunlu məsələlər məşğələlərdən sonra müzakirə
edilə bilər.

Beləliklə, Azərbaycanda fasiləsiz təhsil sisteminin tətbiqinə başlanmışdır. Təhsil


sisteminin bir pilləsindən digərinə maneəsiz keçərək öz təhsilini durmadan
artırmaq üçün ölkə vətəndaşlarına hüquq bərabərliyi, demokratiklik, varislik,
vahidlik, müyəssərlik, dünyəvilik və s. prinsiplər əsasında imkan yaradılması
fasiləsiz təhsil sistemi deməkdir. Təhsil sistemində kompüterdən istifadə imkanları
getdikcə genişlənir. əvvəla, kompüterdən təlim və tərbiyə məqsədi ilə istifadə
halları çoxalır. İkincisi, kompüterdən pedaqoji idarəçilikdə, kargüzarliq işində
istifadə olunur. Üçüncüsü, kompüter müxtəlif formalı metodik işdə tətbiq edilir.
7
Dördüncüsü, elmi-pedaqoji tədqiqatlarda kompüterdən bir vasitə kimi istifadə
olunur. Beşincisi, məktəb kitabxanalarının kataloqları kompüterə daxil edilir.
Altıncısı, məktəblərarası, yaxud kitabxanalararası internet şəbəkələri yaradılır və s.

Azərbaycanda müasir təhsilin bəzi problemləri və xarakterik xüsusuiiyətləri.

Azərbaycan Respublikasının bütün sahələrində olduğu kimi, təhsil sahəsində də


geniş miqyaslı islahatlar aparılır. Müasir dövrdə ümumi təhsilin məzmunu,
pedaqoji prosesin təşkili elə qurulmalıdır ki, təhsil sistemində gedən islahatlara
dair dövlət siyasətinə və tədris prosesinin modernləşdirilməsi tələblərinə cavab
verə bilsin. Bu səbəbdən təhsil sisteminin müasir problemlərinin fəlsəfi, pedaqoji,
psixoloji aspektləri qarşılıqlı əlaqədə və vəhdətdə öyrənilməli, müasir şəraitdə
milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi və vəhdəti gözlənilməlidir.
Səciyyələndirilən xüsusiyyətlərini nəzərə alaraq müasir pedaqoji elm
(prof.N.M.Kazımov) orta ümumtəhsil məfhumunun mahiyyətini belə ifadə edir:
“Ali təhsil almağa imkan verən, məqsədyönlü, planlı, mütəşəkkil mənimsədilən,
ölkənin bütün oğlan və qızları üçün zəruri sayılan, tərbiyə və psixoloji inkişaf
imkanları olan sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi
keyfiyyətlərin məcmuu umumi orta təhsildir” (1, s. 98). Belə bir təhsil sisteminin
qurulması müvafiq siyasi-mənəvi mədəniyyət, hüquqi təfəkkür tələb etdiyindən,
bütün bunlar ilk növbədə təhsil sisteminin durumu ilə müəyyən edilir və birinci
növbədə təhsilin məzmununun yeniləşməsini tələb edir. Deməli, təhsilin
məzmununu təkmilləşdirmədən və müasir tələblərə uyğunlaşdırmadan onun
strukturunu tez-tez dəyişdirmək ancaq ziyan gətirə bilər. Pedaqoji prinsiplərdə,
tədris-təlim prosesinin elmi-nəzəri və pedaqoji əsaslarında yeni dövrün tələblərinə
uyğun dəyişiklik etmədən təhsil islahatları heç bir fayda verə bilməz. Azərbaycan
təhsil sistemində aparılan islahatlar keçmış sovet, həm də qərb təhsil sistemlərinin
ən yaxşı ənənələrini məqsədyönlü surətdə nəzərə almalı, daxili tamlığa malik, milli
mənəvi dəyərlərə əsaslanan bütöv bir təhsil sisteminin qurulmasına nail olmalıdır.

8
Göründüyü kimi təhsil ilk növbədə gənc nəsli həyata hazırlamalı, cəmiyyətin hər
bir üzvünü bir vətəndaş kimi formalaşdırmalı, təlim-tərbiyə prosesinin
humanistləşdirilməsi, humanitarlaşdırılması, fərdiləşdirilməsi XXI əsrin təhsil
paradikmasını müəyyənləşdirən başlıca şərtlərdən (prinsiplərdən) biri hesab
olunmalıdır. Humanitar təhsil paradiqmasının mənası və əsas meyarları
umumtəhsilin peşə ixtisas təliminin üzvü vəhdətində axtarılmalıdır. Belə ki, təhsil
şəxsiyyətin inkişafı, təlin isə bu məqsədə çatmağın vasitəsi olduğundan, peşə
ixtisas təlimi özü məqsədə çevrilməməli, əks halda məqsəd və vasitənin yeri
qarışıq salınar. Bu isə texnokratik və amiranə-inzibati təhsil sisteminə xas olduğu
üçün, yeni məzmunun formalaşması paradiqmanın dəyişdirilməsini zərurətə
çevirir.

Buradan görünür ki, ümumtəhsilin pillələri üzrə təlimin yeni zəruri minimumu,
bilik həddi, fənlər üzrə ümumi təlim nəticələri və qazanılacaq bacarıqların
əvvəlcədən ümumi təhsilin ayrı-ayrı pillələrində əldə olunacaq təlim nəticələri ilə
əlaqələndirilməsi təhsilin ən vacib problemlərindən biri hesab olunmalıdır. Ümumi
təhsildə Kurikulum islahatının xarakterik xüsusiyyətlərinin və elmi-nəzəri
əsaslarının işlənilməsi fəlsəfi, pedaqoji və psixoloji fikrin mühüm vəzifələrindən
birinə çevrilməlidir. Dahi yunan filosofu Plutarx demişdir: “ İnsan təbiətində iki
ali məqam var: zəka və nitq- hər ikisi ancaq təhsil vasitəsi ilə inkişaf etdirilir”. (6,
s. 128). Əbu Turxan isə yazırdı: “İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür
və o, insanların konkret ehtiyaclarına uyğunlaşdırılma-lıdır” (2, s.72).

Bütün bu problemlər nəzərə alınaraq Azərbaycan hökuməti və Dünya Bankının


Beynəlxalq Assosiasiyası arasında bağlanmış II Kredit Sazişinə əsasən təhsil
sistemində 5 komponent üzrə 2003 -2009-cu illəri əhatə edən Təhsil Sektorunun
İnkişaf Layihəsinin (TSİL) birinci pilləsi uğurla həyata keçirildi. Layihənin əsas
istiqamətlərindən biri kimi “Ümumi təhsilin keyfiyyəti və real təlabatlara
uyğunluğu” komponentinin tərkib hissəsi olan “Kurikulum islahatı” alt
komponentinin tələblərinə müvafiq milli və ümumbəşəri dəyərlər nəzərə alınaraq
9
birinci dəfə “Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumu”
hazırlandı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il
tarıxli, 223 nömrəli qərarı ilə “ Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulumu)” konseptual xarakterli sənəd təsdiq edildi (2, s.
71). Hazırda bu sənəd əsasında ümumtəhsilin ayrı-ayrı pillələrində tədris olunacaq
fənlərin kurikulumlarının hazırlanması istiqamətində intensiv araşdırmalar davam
etdirilir.

“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)”


ümumi təhsilin konseptual xarakterli çərçivə səhədi olub, ümumi təhsil üzrə
məzmun standartlarını və təlim nəticələrini pedaqoji prosesin təşkilini, təlim
nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn
kurikulumlarının strukturunu əhatə edir. Sənəddə, birinci dəfə Milli
Kurikulumun təlim-tərbiyə prosesində reallaşdıracağı əsas funksiyalar
müəyyənləşdirilmiş, pedaqoji prosesin təşkili prinsipləri müasir tələblərə uyğun
işlənilmiş ümumi təhsilə və ümumi təhsilli şəxsə verilən tələblər və təlimin
məzmun standartları ümumi təhsilin hər bir pilləsi üzrə müəyyən edilmiş və
sistemləşdirilmişdir. Altı bölmədən ibarət olan “Ümumi təhsilin Konsepsiyası
(Milli Kurikulumu )”nda ümumi təhsilin hər üç pilləsində-ümumi ibtidai təhsil,
ümumi orta təhsil, ümumi tam orta təhsil, təhsilin məqsədi, ümumi təlim nəticələri
hər bir pillədə tədris olunan fənnlər, onların tədrisi vacibliyinin əsaslandırılması,
hər bir fənn üzrə təlim nəticələri ilə bağlılığı yüksək sənətkarlıqla
əlaqələndirilmişdir. Kurikulumun hazırlanmasında belə yanaşma öz orijinalliğı ilə
seçilir və mütəxəssislər (Mehrabov A.O., Abbasov A.N., Sadıqov F.B., Əliyev
R.İ., Rüstəmov F.A. və b.) tərəfindən haqli olaraq yüksək qiymətləndirilir. Bundan
başqa sənəddə, ümumi təlim nəticələrinin reallaşdırılmasında həlledici rol
oynayan fənn kurikulumlarının strukturu verilmiş, fənnlər üzrə onlara qoyulan əsas
tələblər sistemləşdirilmiş və şagird nailiyyətlərinin qiymətləndirilməsinin-
məktəbdaxili, milli və beynəlxalq olmaqla üç istiqamətdə aparılması
əsaslandırılmışdır.
10
Milli Kurikulumun məqsədlərinə uyğun fənn kurikulumlarının və qiymətləndirmə
meyarlarının hazırlanması “Kurikulum islahatları” alt komponentinin ən ağır və
həlledici pilləsidir. Pedaqoq-alimlərin bu məsələ ilə bağlı fikirlərindən belə bir
ümumi nəticə çıxır ki, məhz bu mərhələdə Milli Kurikulumda müəyyənləşdirilmiş
ümumi təlim nəticələrinin əldə olunmasına imkan verən fənn kurikulumlarınin və
bunların əsasında hər bir fənn üzrə, hər bir sinifdə qiymətləndirmə meyarlarının
hazırlanması həyata keçirilməlidir.

Hazırda qarşıda duran ən ümdə vəzifələrdən biri Milli Kurikulumun tətbiqi


nəticəsində insanların təhsillilik cəviyyəsinin yüksəlməsinə nail olmaqdır.
Təhsillilik səviyyəsi əvvəllər də, indi də, bəşəriyyətin ən mühüm humanist
dəyərləri olaraq qalır. Təhsilin dəyəri, birinci növbədə insan tərəfindən əldə
edilmiş biliklərin nə dərəcədə onu əhatə edən sosial gerçəkliyin adapdasiya
olunmasına və bu gerçəkliyə humanist təsir göstərməsinə imkan verməsi ilə
müəyyən edilir. Bunun üçün ümumi təhsilin məzmunu təbiətin, cəmiyyətin,
iqtisadi inkişafın qanun və qanunauyğunluqları elə hazırlanmalıdır ki, onu
öyrənənlərdə formalaşdırdığı qabiliyyətlərin, bacarıqların tətbiqi obyektiv
gerçəkliyin düzgün qavranılmasını təmin etsin. Burada birinci növbədə nəzərə
alınmalıdır ki, təhsilin məzmunu, onun fasiləsizliyi nə dərəcədə humanizm
prinsipləri üzərində qurulmalıdır. Çünki, prof. A.O.Mehrabovun göstərdiyi kimi
“təhsildə humanizmin dərəcəsi şəxsiyyətin, cəmiyyətin mədənilik səviyyəsini
müəyyənləşdirir” (2, s. 73). Savadlı, lakin antihumanist insan insanlığın əldə etdiyi
ən dağıdıcı silahlardan da təhlükəlidir. Humanizm anlayışı əxlaq anlayışı ilə
korrelyasiya olunmuş, K.D.Uşinskinin dediyi kimi, əxlaqsız savadlılıq donuzun
burnuna taxılmış qızıl halqaya bənzəyir. Ümumi təhsilin Milli Kurikulumu
əsasında fənn Kurikulumlarının və qiymətləndirmə meyarlarının hazırlanmasında
bunlar nəzərə alınmalıdır.

11
XX əsrin sonu XXI əsrin başlanğıcında təhsildə effektliliyin artırılmasının elmi,
pedaqoji-psixoloji əsaslarının işlənilməsi filosof, sosioloq, pedaqoq, psixoloq
alimlərin əsas tədqiqat sahəsinə çevrilmişdir. Ədəbiyyatın təhlili göstərdi ki,
təhsilin, tədris-təlim prosesinin səmərəliliyinin artirilması, pedaqogikanın,
psixologiyanın, informasiya-kommunikasiya texnologiyalarının, dərketmə
fəaliyyətinin idarə olunması nəzəriyyəsinin son nailliyyətlərindən istifadə olunan
tədqiqatlar qismən də olsa aparılır. Qeyd etmək lazımdır ki, nəticəyönümlü,
şagirdyönümlü təlim prosesinin qurulması, inkişaf etdirici təlim və pedaqoji
texnologiyaların tətbiqi zamanı prosesin real nəticələrlə yekunlaşması üçün
öyrədən və öyrənənin fəaliyyətində qarşılıqlı münasibətlərin tənzimlənməsi təmin
olunmalıdır. Bundan başqa, tədqiqat göstərdi ki, inkişaf etdirici təlim və pedaqoji
texnologiyaların tətbiqi nəinki şagirdlərin yenidən qurulan prosesə adaptasiyasinı,
eyni zamanda prosesə psixoloji hazır olmalarını, tədris prosesində öyrədən və
öyrənən arsındakı qarşılıqlı münasibətlərin yeni tələblərə uyğun tənzimlənməsini
tələb edir. Belə olan halda öyrədənin fəaliyyəti elə demokratik xarakter
daşımalıdır ki, o, öyrənəni öyrənməyə istiqamətləndirsin, onun öyrənmə prosesi
hərtərəfli idarə oluna bilsin, yeni qazanılmış bacarıqlar tətbiq və koordinə edilə
bilsin, onların qazanılması motivləşdirilsin. Bütün bunlar bütövlükdə təhsil və
pedaqoji paradiqmanın dəyişməsini və onun mühitə uyğun formalaşdırılmasını
tələb edir. Belə dəyişmənin nəticəsində insan passiv informasiya qəbuledicisindən,
yəni onun obyektindən özünütəhsilə qadir olan subyektinə çevrilir.

12

You might also like