Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 11

Azərbaycan təhsİl sİyasətİndə Heydər Əlİyev mərhələsİ və müstəqİl

Azərbaycan RespublİkasInIn İnkİşafInda onun rolu.

Plan:

1.Heydər Əliyev və milli təhsil quruculuğu.


2.Heydər Əliyev və Azərbaycanda ali təhsilin inkişaf tendensiyaları.
3.Gənc nəslin tərbiyəsində Heydər Əliyev irsinin rolu.
4.Çağdaş pedaqoyi fikir tarixində böyük hadisə.
5.H.Əliyevin elmə, ana dilinə, mədəni irsə münasibəti.
6.H.Əliyev mənəvi tərbiyə haqqında.
7.H.Əliyev müəllim haqqında.
8.H.Əliyev bədən tərbiyəsi və idman haqqında.

Ədəbiyyat

1. Azərbaycanda təhsil,elm və mədəniyyət.Bakı-2007.

2. Heydər Əliyev.Müstəqilliyimiz əbədidir.XX cild.Bakı-2007.

3. Axundova Elmira,Heydər Əliyev.Şəxsiyyət və zaman.Bakı-2007.

4.Xəlilov S.Təhsil,təlim,tərbiyə. Bakı:Azərbaycan Universiteti nəşriyyatı, 2005.

5.Valeh Mirzə - Azərbaycan Dövlətciliyinin qoşa qanadı.Bakı-2003.

6. Paşayev Ə.Pedaqogika-yeni kurs.Bakı,2004.

7. Heydər Əliyev –Azərbaycan Gəncə, Bakı 2009

8.M.Yusifov Heydər Əliyev və Azərbaycançılıq ideologiyası, Bakı,2003

9. M.Yusifov Milli lider və müstəqil dövlətçilik, Bakı 2005

10.N.Həsənzadə İllər....Pillələr....Talelər.., Bakı 2011

11.www.edu.gov.az,www.heydar-aliyev.org, heydaraliyev.preslib.az
Sovet hakimiyyəti dövründə adamlarda belə bir fikir formalaşmışdı ki, guya Sovet
cəmiyyəti dünyada ən ədalətli bir cəmiyyətdir. Burada məqsəd ondan ibarət idi ki,
xalq Kommunist paytiyasına və onun liderlərinə inansın. Təhsil sistemində mövcud
olan sistemə sədaqətli kadrlar yetişdirir fikri formalaşmışdı.
Müstəqillik biliyi əldə etmiş Azərbaycanda 90 –cı illərin əvvəllərində cəmi 17 ali, 77
ortaixtisas məktəbi var idi.
Ən zəruri ixtisas sahələri üçün kadrlar SSRİ – nin digər məktəblərində hazırlanırdı.
Bütün bunlar respublikanın başçısını qane etmirdi. O, kadr hazırlğını daha da
təkmilləşdirmək üçün azərbaycanlı gəncləri SSRİ – nin ali məktəblərinə oxumağa
göndərdi. O dövrdə Azərbaycan üçün 17 mindən çox yüksək ixtisaslı kadrlar
hazırlanmışdı.

Prezident H. Əliyev 13 iyun 2000 – ci ildə “Azərbaycan Respublikasında təhsil


sisteminin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu tarixi fərmana görə
ölkədə ali təhsilin təşkili və inkişafında yeni mərhələnin başlanğıcının əsasını qoydu.

Heydər Əliyev və milli təhsil quruculuğu.Şərqin böyük filosofu Sokratdan


soruşurlar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?”. Dahi filosof tez belə cavab
verir. “İnsaniyyət”. “Bəs, insaniyyət dedikdə nəyi başa düşürsən?” Onda dahi filosof
belə cavab verir. “İnsana layiq keyfiyyətləri”. Yenidən sual verirlər. “Bəs,
“insaniyyət” və “İnsana layiq keyfiyyətlər” ilə seçilən insanlar kimlərdir?”. O, belə
cavab verir. “O insanlar xoş ülfəti və insaniyyəti ilə göylərdən gəlmiş müqəddəslərə
bənzəyən, qəlbini və zəkasını vətən övladlarının maariflənməsinə, onların hərtərəfli
inkişafına həsr edən, gərəkli; ən faydalı və şərəfli peşə sahibləri olan insanlardır,
müəllimlərdir”.Təhsil sahəsində aparılan islahatlar və əldə olunan nailiyyətlər
ölkəmizin müstəqillik dövrünə təsadüf edir. Bildiyimiz kimi təhsil sosial proseslərə
müsbət təsir göstərən ən mühüm faktorlardan biridir. Bu, şəxsiyyətin formalaşmasına,
müsbət keyfiyyətlərin yaranmasına səbəb olur. Demokratik təhsil cəmiyyətin bütün
üzvlərinin bərabər təhsil almaq hüqüqu verir. (Sağlam və sağlamlığı məhdud olanlar).
Bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına xidmət edir. Belə bir şəraiti yalnız
inklüziv təhsil yarada bilər. Respublikamız müstəqillik əldə etdikdən sonra müvafiq
qanunvericilik bazasının yaradılması nəticəsində “Xüsusi qayğıya ehtiyacı olan
uşaqların təhsilinin təşkilinə xüsusi şərait yaradılmışdır”.

2001 – ci ilin iyununda ulu öndər H. Əliyev tərəfindən “Sağlamlıq imkanları məhdud
olan şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan
RespublikasınınQanununun qəbul edilməsidir.

Həmin qanunda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş,


sağlamlıq imkanları məhdud uşaqların, onların valideynlərinin və ya valideyinlərini
əvəz edən şəxslərin xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapmışdır.
Ulu öndər H.Əliyevin təhsil strategiyası çox geniş, aydın və inkişaf etdirici
strategiyadır.
XX əsrin sonu XXI əsrin qovşağının fenomeni olan H.Əliyev milli təhsil quruculuğu
strategiyası ölkənin sosial – iqtisadi inkişafı strategiyasına, tərəqqi və inkişafına,
müstəqqilliyinə, və dövlətçilik ənənələrinin möhkəm-lənməsinə, milli mənəvi və
bəşəri dəyərlərin qorunmasına, təhsildə köklü islahatlar aparılmasına zəmin
yaratdı.Ulu öndər H.Əliyevin təhsilə verdiyi böyük qiymət Azərbaycanda
demokratiyanın yaranması, formalaşması və çiçəklənməsi dövrünün inkişafında ən
mühüm hadisəyə cevrildi. Elm və təhsilə böyük önəm verilməsi, bir – birinin ardınca
yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi ölkənin elmi
mədəni və sosial iqtisadi həyatında dönüş yaratdı.

 Ulu öndər həmişə qloballaşan cəmiyyət yaratmaq uğrunda mübarirə aparırdı.


Buna isə yalnız elm, təhsil və yeni təfəkkürlə nail olmaq mümkündur.
Azərbaycan təhsilinin dünyaya inteqrasiyası H.Əliyevin adı ilə bağlıdır. Yeni
təffəkkürün formalaşması, sivilizasiyanın yeni mərhələləri kimi tarixə yazılır
və əbədiləşir. Yüz ildən bir, bəlkə də min ildən bir adını tarixin şanlı
səhifələrinə yazmağı bacaran nadir şəxsiyyətlərdən olan H.Əliyevin adı ilə
bağlı olub, onun müdrikliyi, uzaq görən siyasəti ilə ölçülür. Dərin zəkası,
zəngin biliyi, maraq dairəsinin genişliyi, qətiyyəti, ciddiliyi, daxili və xarici
siyasətdəki uğurları, elm, mədəniyyət və təhsilə göstərdiyi diqqət və qayğı onu
ictimai xadim, müdrik bir şəxsiyyət kimi ürəklərdə yaşadır. Bu gün dövlətimiz
də, xalqımız da, həyatımız da onun işıqlı ömründən nur alır.

 2001 – ci ildən fəaliyyətə başlayan “Ü.T.M – XXI əsr” Azərbaycanda yüksək


sürəttə inkişaf edən qlobal təhsil müəssisələrindən biridir. Burada təhsil
beynəlxalq aləmdə qəbul olunmuş tədris texnologiyalarından istifadə olunur.
Bu məktəb dərslər və ümumi tədris prosesi Azərbaycan Respublikasının Təhsil
Nazirliyinin təsdiq etdiyi proqramlara və Rusiya təhsil sisteminin müasir
metodlarını nəzərdə tutan proqranlara əsaslanır. Məktəbdə dərslər iki dildə -
rus və Azərbaycan dilində aparılır.

 Məktəbin hazırlıq şöbəsində 3 bölmə - rus, Azərbaycan və ingilis bölmələri


fəaliyyət göstərir. Bu məktəbdə çalışan müəllimlərin yalnız bir şagirdlərin ən
nüfuzlu təhsil ocaqlarına uğurla qəbul olunmaları.

 Ümummilli lider H.Əliyevin təhsil sahəsində fəaliyyəti o qədər çoxşaxəlidir


ki, onun bu istiqamətdə qördüyü quruculuq və yaradıcılıq işləri əvəzsizdir. Ulu
öndərimiz Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq
missiyaları bu qüm də uğurla davam etdirilir.
2003-cü il prezident seçkiləri əsəfəsində Ulu öndərimiz Azərbaycan xalqına
müraciət edərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa
çatdıracaq. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər
bəsləyirəm”. H.Əliyevin təhsil yönümündəki ideyaları sözün mütləq mənasında
XXI əsrin yeni dünya düzümündə ellərin taleyini müsbət mənada həll edə biləcək
bir proqramdır. Ümumiyyətlə Heydər Əliyevin fəaliyyəti bütövlükdə milli
özünütəsdiqə, milli əqdli qüdrətin müqayisəsinə yönəlmişdir. Bu günkü
Azərbaycan siyasi rəhbərliyinin elə dönməz kursudur. Ölkə prezidenti İlham
Əliyev qoyulmuş məqsədin reallaşması yönümündə mümkün olan hər şeyi edir.
Azərbaycan xalqı da Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan dövlət
başçımıza dəstəkdir. Gənclərimiz prezident İlham Əliyevin ətrafında sıx
birləşiblər. Onun gənclərə, təhsilə göstərdiyi qayğı gəncləri sabaha ruhlandırır.

Hələ 1998-ci ildə ümummilli lider H.Əliyevin uzaqgörənliyi ilə düşünülmüş


üçmərhələli islahat proqramının icrası bu gün də möhtərəm prezidentimiz İlham
Əliyevin ciddi dəstəyi və H.Əliyev fondunun rəhbəri Mehriban xanım Əliyevanın
yaxından iştirakı sayəsində davam etdirilməkdədir. Heç də təsadüfi deyil ki, təhsildə
qazandığımız uğurlara görə biz sovetlər birliyindən çıxmış respublikaların
əksəriyyətindən qabaqdayıq. İslahat Proqramımız çoxlarını maraqlandırır,
Azərbaycan təcrübəsinə istinad halları artır. Xarici universitetlər ilə əlaqələrimiz,
müxtəlif beynəlxalq layihələrdə birbaşa iştirakımız bunu cəsarətlə deməyə əsas verir.
Biz dövlətimizin başçısı, əziz İ.Əliyevin arxasında müsəlləh əsgər kimi dayanmışıq.

Birləşmiş Millətlər Təşkilatı XXI yüzilliyi “Təhsil əsri” elan etmiş, biliyi, ağlı, idrak
və intellekti dəyərləndirərək ön plana çəkmişdir.Təhsil dünyada baş verən qlobal
dəyişiliklərlə, qabaqcıl ölkələrin təhsil sahəsindəki mütərəqqi təcrübəsinin öyrənilib
mənimsənilməsi ilə paralel inkişaf edir, milli dövlətciliyimizin qorunub saxlanması
və daha da möhkəmləndirilməsi kimi şərəfli bir işin keşiyində durur. Dövlət təhsil
stragediyasını müəyyən edərkən onu özünün milli inkişaf stragediyasına
uygunlaşdırmış,vahid mərkəzdən idarə olunmaqla planlı şəkildə həyata kecirmək
ücün şərait yaratmışdır.Bu gün iftixarla demək olar ki, Azərbaycan Respublikasının
prezidenti Heydər Əliyevin yorulmaz və ardıcıl səyləri,tükənməz dühası və eneryisi
sayəsində kecid dövrünün problem və cətinliklərinə baxmayaraq təhsilimizin
inkişafına nəinki dövlət təminatı verilmiş, hətta milli inkişafımızın öncül istiqaməti
kimi səciyyələndirilmişdir. XX əsrin 70-ci illərindən etibarən quruculuq missiyasını
cəsarətlə öz üzərinə götürən böyük tarixi şəxsiyyət Heydər Əliyev uzaqgörən və
müdrük siyasəti sayəsində güclü kadr potensialı yaratmaqla milli təhsil quruculuğu
istiqamətində sonrakı uğurların bünövrəsini qoymuşdur.O,özünün bütün şüurlu həyatı
boyu istər əməli,istərsə də şəxsi nümunəsi ilə sübut etməyə calışmışdır kı,maarif və
mədəniyyətimizin,elm və təhsilimizin yorulmaz fədaisi,təəssübkeş himayəçisidir.
Zaman arasındakı fasiləsiz əlaqə,yəni kecmişin,bu günün və sabahın qırılmaz tellərlə
bir-birinə bağlı olması nə qədər təzadlı səslənsə də,hec vaxt təkistiqamətli səciyyə
daşımayıb.Düzdür,zamanı geriyə döndərmək mümkün deyil,lakin gələcəyin yolu bu
gündən keçdiyi kimi,bu gün də kecmişin davamıdır. Təməli hələ XIX əsrin
sonlarında “Realnı”,”Üsuli-cədid”məktəbləri ilə qoyulmuş müasir təhsil sistemi
sonrakı illərdə daha da inkişaf etdirilərək gəlib müasir səviyyəyə çatmışdır. Əgər 70-
80 ci illərdə yaranmış zəngin təhsil ənənələri olmasaydı,bu gün ən qabaqcıl
ölkələrdəki təhsil sistemləri ilə rəqabətə girə biləcək səviyyədə təhsilə də malik ola
bilməzdik. Bu uğurlar isə 30 ildən cox Azərbaycana rəhbərlik etmiş və həmişə xalqı
öz arxasınca aparmaq iqtidarında olan mahir siyasətçi,uzaqgörən lider Heydər
Əliyevin müstəsna xidmətlərinin nəticəsidir.Onun rəhbərliyi altında kecən 30-ildən
artıq bir dövr Azərbaycanın qədim və zəngin tarixinin ən şərəfli səhifələrindən
olmaqla bütöv bir epoxadır-tariximizin Heydər Əliyev epoxası. Heydər Əliyevin
yenidən qayıdışı,XX əsrin sonunda öz xilaskarlıq missiyasını yerinə yetirməsi nəinki
ölkəmizi böhran və depressiyalar girdabına yuvarlanmaqdan xilas etdi,həm də onun
dünya birliyinə inteqrasiyasını həyata kecirdi. Artıq qətiyyətlə demək olar ki,milli
ənənələrə,ümumbəşəri örnəklərə söykənən,dünya təhsil standardlarına cavab verən
təhsil sistemi yaratmaq sahəsində Azərbaycanın dövlət rəhbərliyi səviyyəsində xeyli
işlər görülüb. Əvvəlki mütərəqqi ənənələri yeni şəraitdə bərpa etməklə yanaşı,təhsil
sistemimiz milli inkişafın və milli özünü dərkin tələblərinə uyğun yeniləşməyə
başlayıb.Azərbaycan prezidentinin sərəncam və göstərişlərinə müvafiq olaraq
hazırlanmış” Təhsil sahəsində islahatın dövlət proqramı” həm məzmun,həm də
formaca daha mükəmməl,daha mütərəqqi və daha səmərəli təhsil sistemi yaratmaq
yolunda atılmış yeni addımdır. Tarixi həqiqətdir ki, Azərbaycanda təhsilin ,o
cümlədən ali təhsilin dünyanın inkişaf tendensiyalarına cavab verən
hazırki,səviyyəyə çatması və inkişafında ümummilli liderimiz Heydər Əliyevin
müstəsna xidmətləri olmuşdur.Bu gün dünya birliyinə sürətlə inteqrasiya olunan
müstəqil Azərbaycan dövlətinin inkişafı Heydər Əliyevin fəaliyyəti ilə birbaşa
bağlıdır və onun ölkəyə rəhbərlik etdiyi dövr sosial-iqtisadi sahələrin,xüsusilə də
təhsilin də təhsilin inkişafında mühüm mərhələ təşkil edir. Bu gün ölkəmizdə
fəaliyyət göstərən təhsil müəssələrinin geniş şəbəkəsi,güclü elmi-pedaqoji kadr
korpusu öz mənbəyini məhz elə keçən əsrin 70-ci illərindən,Heydər Əliyevin
rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən
almış,həyata kecirilən genişmiqyaslı təhsil quruculuğu işi gələcək inkişafın güclü
təməlini qoymuşdur.Həmin dövrdə Azərbaycanda bütün təhsil müəssələri,o cümlədən
ali məktəblər əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu
istiqamətdə ardıcıl aparılan dövlət siyasəti Azərbaycan əhalisinin
təhsil,ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol
oynamışdır. Heydər Əliyev və Azərbaycanda ali təhsilin inkişaf tendensiyaları.
Heydər Əliyevin tapşırığı ilə hazırlanmış və 1999-cu il iyunun 15-də təsdiq olunmuş
“ Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təhsilin gələcək
inkişaf konsepsiyası və strategidiyasını müəyyənləşdirməklə məırhələlər üzrə ali
təhsil sahəsində də islahatların aparılmasını nəzərdə tutmuşdur. Dünya təcrübəsinə
uyğun olaraq 1993-cü ildən ali təhsildə ikipilləli sistemə kecilmişdir. Ötən müddət
ərzində ali təhsilli mütəxəssis hazırlığını təmin edən ixtisas siyahısı hazırlanıb təsdiq
olunmuş,hər bir ixtisas üzrə mütəxxəsis hazırlığına minumum tələbləri əks etdirən
dövlət təhsil stahdardları,onlara müvafiq tədris plan və proqramları hazırlanmış,baza
təhsil proqramları və tədris planlarının strukturunda əsaslı dəyişiliklər aparılaraq
tədris olunan fənlərin sayı 45-55-dən 34-40 endirilmiş,bakalavr təhsil müddətində
dünya təcrübəsinə uyğun olaraq saatların sayı 4300-dən 3200-ə endirilmişdir. 1997-ci
ildə ölkəmizdə ali təhsilin ikinci-magistratura pilləsinə keçid olmuşdur. Təhsil
müəssələrinin idarə olunmasında təhsilin keyfiyyətinə nəzarət də mühüm əhəmiyyət
kəsb edirdi.Bu sahədə pərakəndəliyin aradan qaldırılması istiqamətində Heydər
Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsil sisteminin
təkminləşdirilməsi haqqında “ 13 iyun 2000-ci il tarixli fərmanı bu sahədə vəziyyətin
qaydaya düşməsinə zəmin yaratdı.Həmin fərmanla mülkiyyət formasından və
tabeliyindən asılı olmayaraq təhsilin keyfiyyətinə nəzarət səlahiyyəti Təhsil
Nazirliyinə verildi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
“Azərbaycanda təhsil davamlı inkişaf strategidiyasının ən öncül istiqamətlərindən
biridir” ideyasını irəli sürməklə ölkənin və cəmiyyətin inkişafında təhsilin müstəsna
rolunu əsas prioritet kimi bəyan etmişdir. Ali təhsil həm də mahiyyət baxımından
özündən əvvəlki pillələrdə təhsilin səviyyəsinin və dövlət standartlarının müasir
tələblərə uyğunlaşdırılmasına zəmin yaradan etibarlı mənbə kimi meydana çıxır.
Təhsil sahəsi ücün müəllim kadrlarının hazırlanmasının, pedaqoji sahədə elmi
tədqiqatların aparılmasının bütün ağırlığı da ali təhsilin üzərindədir.
Müasir mütəxxəsisi şərtləndirən başlıca xüsusiyyət onun əmək bazarının
tələblərinə cavab verməsidir.Hazırda ali təhsil müəssələrində daha çox diqqət
yetirilən nəzəri hazırlıq kifayət deyil,həm də müasr mütəxəssisdən digər bacarıq və
keyfiyyətlər də tələb olunur.Onların arasında mütəxxəsisin tənqidi təfəkkürə, mədəni-
intellektual səviyyəyə,İKT-dən istifadə və birgəfəaliyyət bacarıqlarına malik olması,
daim öyrənməyə və ixtisas səviyyəsini təkminləşdirməyə meyil göstərməsi,
yaradıcılığı, təşəbbüskarlığı, əməksevərliyi, intizamlılığı ilə fərqlənməsi,sağlam
rəqabətə dözümlü olması,müstəqil qərarlar qəbul etməsi, bəşəri və milli dəyərləri
qiymətləndirə bilməsi geniş miqyasda birmənalı qəbuledilən xüsusuyyətlərdir.Təhsil
ekspertləri fasiləsiz təhsili Avropanın gələcək inkişafında həyati məsələ səviyyəsində
qiymətləndirirlər.Artıq belə bir fikir formalaşmışdır ki,universitetlərin və digər ali
təhsil müəssələrinin statusu yüksəldilməklə onlar tədricən elmi-tədqiqat,peşə hazırlığı
verən fasiləsiz təhsil mərkəzlərinə çevrilməlidir. Burada əsas məqsəd ali məktəbləri
əmək bazarında yaranan tendensiyaların, eləcə də elm,texnika və iqtisadiyyat sahələri
üzrə yeniliklərin öyrənilməsi,tədqiq edilməsi yolu ilə mütəxəssis hazırlığının
yeniləşdirilməsi prosesinə,bu sahədə təkmil fotmaların və innovasiyaların
tətbiqinə,gələcəkdə cəmiyyətin rastlaşa biləcəyi problemlərin həllinə daha geniş cəlb
etməkdən ibarətdir.Təlimdə İKT-nin tətbiqinin artıq zərurətə çevrildiyi bir vaxtda
müasir tələbə yalnız mühazirələri dinləməklə,seminarlarda iştirak etməklə savadlı
mütəxəssis kimi yetişə bilmir.Geniş informasiya məkanına daxil olmasına şərait
yaradılmaqla bərabər tələbədə elektron vasitələrdən istifadəyə marağın oyadılması
çox vacibdir.Ali məktəblərdə tədrisin məzmunu və təşkili ilə yanaşı,tələbələrin
biliyinin obyektiv qiymətləndirilməsi də mühüm əhəmiyyət kəsb edir.Bu saahədə
olan problemlərin aradan qaldırılması istiqamətində 1999-cu ildən tələbələrin
biliyinin çoxballı sistemlə qiymətləndirilməsi üzrə yeni mexanizmin tətbiqinə
eksperiment şəklində başlanıldı və hazırda bu sistem demək olar ki,bütün ali təhsil
müəssələrini əhatə etmişdir. Bunlarla yanaşı,”Fasiləsiz pedaqoji təhsil və
müəllim hazırlığının konsepsiya və strategiyası” sənədi hazırlanıb hökumət
tərəfindən təsdiq edilmişdir.Həmin konsepsiyanın müddəalarına əsasən yaxın
gələcəkdə ilkin müəllim hazırlığı proqramlarından bilavasitə bu proseslə bağlı
olmayan fənlərin çıxarılması, birbaşa praktik müəllim hazırlığına yönəlmiş fənlər
üzrə dərs saatlarının artırılması, pedaqoyi təcrübənin prioritet səviyyəyə
qaldırılması,qoşaixtisaslı müəllimlərin hazırlanması,proqramlara təhsilin idarə
edilməsi ilə bağlı fənlərin daxil olunması nəzərdə tutulur.

Gələcək müəllimlərin praktik hazırlıqlarına,pedaqoyi ünsiyyət və idarəetmə


bacarıqlarına yiyələnmələrinə yardım etmək məqsədilə pedaqoyi profilli təhsil
müəssələrində pedaqogikanı,psixalogiyanı,metodikanı,ən başlıcası isə fəal
( interaktiv) təlim texnologiyası üzrə bacarıqların aşılanmasını özündə birləşdirən və
Azərbaycan təhsili ücün tamamilə yeni olan “ Təhsilin əsasları” fənninin
tədrisi nəzərdə tutulur. Bu tədbirin həyata kecirilməsi müəllimlərin peşəkarlıq
səviyyəsinin yüksəldilməsində,nəzəriyyədən təcrübəyə kecidin təmin olunmasında
mühüm rol oynayacaqdırDünya Bankı, YUNİSEF, Avropa İttifaqı, Avropa Şurası,
YUNESKO, İSESKO kimi nüfuzlu təşkilatlarla birgə həyata kecirdiyimiz layihələr
ölkəmizdə ali təhsilin müasr tələblər səviyyəsinə uyğunlaşdırılmasına,mütərəqqi
təcrübələrin öyrənilib tətbiq edilməsinə təsir göstərmişdir.
Ali təhsildə keyfiyyətin təmin olunması sisteminin yaradılması istiqamətində
də müəyyən işlər görülmüşdür.Belə ki,Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş
müvafiq əsasnaməyə uyğun olaraq indiyədək 8 ali təhsil müəssəsi akkreditasiyadan
keçmişdir
3 ali məktəbin bəzi ixtisasları isə akkreditasiyadan kecmədiyindən,həmin ixtisaslar
üzrə mütəxəssis hazırlığı dayandırılmışdır.
Təhsil Qanununa və normativ sənədlərə əməl olunmasında pozuntulara yol
verdiklərinə görə ötən müddət ərzində 6 özəl ali məktəbin fəaliyyəti dayandırılmışdır.
4-nə isə 1-3 il ərzində tələbə qəbulu planlaşdırılmamışdır.Nazirliyinmüvafiq vəsaiti
əsasında 7 xarici ölkə ali məktəbinin Azərbaycanda fəaliyyət göstərən qanunsuz
filialının fəaliyyətinə xitam verilmişdir.

3. Gənc nəslin tərbiyəsində Heydər Əliyev irsinin rolu

Müstəqil dövlətimizin inkişafı və möhkəmlənməsinə təsir göstərən amillər coxdur.


Bu amillər icərisində tərbiyənin,xüsusilə gənclərin və yeniyetmələrin milli mənəvi
dəyərlər zəminində tərbiyəsinin əhəmiyyəti hec nə ilə müqayisə edilməyən dərəcədə
önəmli və aktualdır. Böyük tarixi şəxsiyyət, öz dövrünün canlı tarixi və aynası olan
Azərbaycan prezidenti Heydər Əliyevin bütün həyatı və ictimai –siyasi fəaliyyəti əsl
tərbiyə məktəbidir.Milli tərbiyənin əsas kompanenti ,ayrılmaz tərkib hissəsi kimi
milli vətənpərvərlik anlayışını ilk dəfə olaraq leksikonumuza gətirən cənab Heydər
Əliyev bununla da mili ideologiyanın,yəni azərbaycançılıq ideologiyasının
istiqamətini,məzmununu müəyyənləşdirmişdir. O, Dünya azərbaycanlılarının I
qurultayında demişdir: “Biz azərbaycanlıyıq. Hamımızın vətəni Azərbaycandır. Bizi
bir xalq, bir millət, bir insan olaraq bu torpaq ərsəyə gətirmişdir. Buna görə də bizim
hər birimizin canında azərbaycançılıq ruhu yaşayır. Bizim bir- birimizə bağlayan və
daha sıx birləşməyə sövq edən də azərbaycancılıq ruhu,azərbaycancılıq ideyası
olmalıdı. Hər bir dövlətin milli ideologiyası da azərbaycancılıq ideologiyasıdır

H.Əliyevin əsas qayəsi,ideyası gənc nəslin mənəvi dünyasını söz və fikir dühaları
olan babalarımızın yaratdıqları və miras qoyduqları zəngin milli əxlaqi dəyərlər
əsasında formalaşdırmaqdır.Bu torpaqda ana dilində yaranmış söz sənəti ilə
qanımıza,canımıza elə duyğular hopmuşdur ki,biz məhz həmin duyğularla
vətəni,onun təbiətini,insanlarınısevmişik və bu sevgini yer üzündə yaşayan bütün
insanlara çatdıra bilmişik.Rəhbər haqlı olaraq göstərir ki,milli məhdudiyyət
çərçivəsində yaşamaq olmaz.Xalqımızın ulu və dahi şəxsiyyətləri də sənət zirvəsinə
qalxmaq üçün bəşəri dəyərlərdənfaydalanmışlar.Belə olmasaydı,N.Gəncəvi
“İsgəndərnamə”kimi büyük bir poema yaza bilməzdi.Möhtərəm prezidentin mədəni
irsə böyük diqqət və qayğı ilə yanaşmasının özü bir örnək,nümunədir.Dahi Nizaminin
850 illik yubileyinin,M.Fizulinin anadan olmasının 500 illik yubileyinin,Bülbülün
100,görkəmli ekoloq alim H.Əliyevin 90,S.Vurğunun 90 illik yubileyinintəntənə ilə
beynəlxalq miqyasda bayram edilməsi bu qayğının parlaq təzahürüdür.Əsl
vətənpərvər insanın,öz xalqını,millətini dərin məhəbbətlə sevən,ziyalı,vətəndaş olan
H.Əliyevin irsi o qədər zəngin,o qədər əhatəli və hərtərəflidir ki,onu tam öyrənib
mənimsəmək ücün ayrıca universitet yaradılmalıdır. H.Əliyev irsində də milli və
ümumbəşəri dəyərlərin vəhdətinin təmin edilməsi zəruri sayılır.İslam dəyərlərini
mənimsəmək, “Qurani-kərim”i oxumaq məsləhət görülür. Bu aqil insanın özünün
dediyi kimi “Quran” dünyada cox oxunan müqəddəs kitablardan biridir. İslam
dininin “Quran”ın Azərbaycan xalqına bəxş etdiyi mənəvi dəyərlər bizim ücün
əzizdir.Biz ruhi tərbiyə anlayışına da ilk dəfə Heydər Əliyevin leksikonunda rast
gəlirik.Ruhi qida,məlumdur ki,insana böyük yaradanlatəmasdan,ünsiyyətdən daxil
olur.H.Əliyev zəmanəsinin həm də böyük pedaqoqu olduğunu sübut edərək ilk dəfə
uzaqgörənliklə milli tərbiyənin proqramına gənc nəsli ruhi tərbiyə etməyi məsləhət
bilmişdir. Hələ 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işciləri ilə görüşdə
deyib:
“Gənclərin tərbiyəsində milli,dini adət və ənənələrimizdən istifadə etmək
lazımdır.Əsrlərin dərinliyindən bu günümüzə gəlib çatan adət-ənənələrimiz həmişə
adamları saflığa,təmizliyə dəvət etmişdir.Milli və adət ənənələrimiz məhz bu
prinsiplərə əsaslanır.Bu gün biz də gəncləri paklıq,saflıq,yüksək əxlaq,yüksək
mənəviyyat ruhunda tərbiyə etməliyik”.

Milli tərbiyənin əsas istiqamətlərindən biri də fiziki tərbiyədir. Saglamlıq, ümrahlıq,


fiziki kamillik insanın həyatında,fəaliyyətində mühüm əhəmiyyətə
malikdir.Müdriklər deyiblər ki,sağlam bədəndə sağlam ruh olar.Fiziki cəhətdən
sağlam olan insan mübarizələrdən dəyanətlə çıxar,döyüşlərdə cəsarətli olar.Fiziki
mədəniyyətin aşılanmasında isə əsas vasitə bədən tərbiyəsi və idmandır.Böyük idman
ölkəni şöhrətləndirir,milləti dünyaya tanıdır,ona başucalığı gətirir.Elə buna görə də
H.Əliyev idmana,gənclərin fiziki tərbiyəsinə diqqət yetirərkən,qayğı göstərərkən ona
təkcə iqtisadi-sosial, mədəni-mənəvi deyil,həm də ictimai-siyasi önəm verir.

Bu gün gənclərdə daha cox mənəvi tərbiyənin üstün tutulmasını vurğulayan


liderimizin fikrincə,mənəviyyat olmayan yerdə hec bir şey ola bilməz.Bu gün mənəvi
tərbiyə bəlkə də keçmiş illərdən daha cox lazımdır.Lakin Tərbiyəçinin özünün də
borc və məsuliyyət hissi örnək olası səviyyədə olmalıdır.Bubaxımdan Azərbaycan
müəllimləri qarşısında olduqca böyük və şərəfli vəzifələr durur.

Mən həmişə demişəm! Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”


Azərbaycançılıq yalnız Ulu öndər Heydər Əliyevə məxsusdur.Ömrünün hər anını
Azərbaycana, onun çiçəklənməsinə həsr edən böyük şəxsiyyət azərbaycançılıq
ideyasına daim sadiq qalmışdır. Azərbaycançılıqda nəyi başa düşmək olar?
Azərbaycançılıq dedikdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ümumbəşəri
ideyalara inteqrasiyası nəzərdə tutulur. Bu isə milli-mənəvi dəyərlərin cəmiyyətin
sosial-iqtisadi və mədəni-məişət həyatında baş verən hadisələrin tarixən formalaşması
nəticəsində meydana çıxır. Azərbaycan cəmiyyətində özünəməxsus olan milli
xarakterli ideyalar formalaşır. Bu milli xarakterli ideyalar başqa cəmiyyətlər üçün
yararlı olanlardan sayılır. Başqa cəmiyyətlərdə yaranmış ideyaların yararlıları
Azərbaycan cəmiyyətinə inteqrasiya olunur. İnteqrasiyasız bu cəmiyyəti təsəvvür
etmək olmaz. Hər bir xalqın həyatında ümumi xarakter almış ideyalar dərinləşir və
zənginləşir.Bu, bütöv bir xalqın malı olur və ümumişlək səciyyə daşıyır. Məs.,
Azərbaycan xalqının dahi şairləri N. Gəncəvinin, M. Füzulinin, İ. Nəsiminin öz
əsərlərində irəli sürdükləri insan azadlığı, sərbəst düşüncə, azad və demokratik
cəmiyyət ideyaları insan cəmiyyətində demokratikləşmənin yaranması və bütün
dünyada qəbul edilmiş humanistləşdirmə və demokratikləşdirmə prinsiplərinin
ümumbəşəri ideyaları kimi qəbul edilməlidir. Bütün bunların qəbul edilməsi üçün var
gücünü sərf edən, ömrünü, gününü xalqının yolunda sərf edən ulu öndər Heydər
Əliyev həyata keçirməyə başladı. Azərbaycançılıq ideyaları Azərbaycan cəmiyyətinin
bütün mərhələlərində olmuşdur. Bu ictimai-siyasi hadisələrin fəallığı isə yaradıcı
ideyaların təsiri ilə canlanır. Bütün bunların zəminində müstəqil dövlətimiz və millim
ideologiyamız formalaşmışdır. Dövlətçilik ənənələrinin yaranması, formalaşması, hər
şeydən əvvəl, ictimi-siyasi sabitliyin təmin olunmasında, iqtisadiyyatın durmadan
inkişafında, sosial, elmi və mədəni sahələr üzrə nailiyyətlərin əldə edilməsində,
dünyaya inteqrasiyada öz təcəssümünü tapmışdır.

Milli ideologiya xalqın milli birlik və mütəşəkkillik amalıdır. Xalqın bütövlüyü,


birliyi onun – dövlətçiliyin yaranmasının təməlidir. Milli ideologiya – vətənpərvərlik
və yurda bağlılıq hər bir azərbaycanlının ürəyindən gələn istək və sevgidən irəli
gəlməlidir. Bugünkü müstəqil Azərbaycan dövlətçiliyimiz Sovet dövlətinin
ideologiyası ilə eyniyyət təşkil etmir. Bizim ideologiyamız isə milli-mənəvi dəyərlərə
əsaslanır, söykənir, müstəqil dövlətçilik ənənələrinə, vətənpərvərliyə, ümumbəşəri
ideyalara inteqrasiyaya əsaslanır. Bizim ideologiyamızın sosial bazasını xalq təşkil
edir. Bunu böyüdən, xalqın ruhundan qida alan milli-mənəvi keyfiyyətlərdir və Ulu
öndər, ölməz Heydər Əliyev ideyalarıdır, gücüdür.Uzun tarixi dövrlər ərzində
formalaşan milli-mənəvi dəyərlər bu gün də yaşayır. Bu gün Azərbaycan xalqının elə
milli-mənəvi dəyərləri var ki, o, yalnız bizə - Azərbaycan xalqına məxsusdur. Məs.,
böyüyə hörmət, böyüyün kiçiyə qayğısı, kiçiyin böyüyə ehtiramı, ata-anaya sevgi,
əliaçıqlıq, səxavətlilik, qonaqpərvərlik, torpağa, vətənə, elə-obaya bağlılıq, abır-həya,
ismət vəs.Milli-mənəvi dəyərləri olmayan xalq həqiqi xalq, həqiqi millət ola bilməz.
Hər bir xalqın özünün milli mentaliteti , əxlaqi qaydaları var, mövcuddur. Bizim
əxlaqi kefiyyətləri əsrlər boyu bizim əcdadlarımız tərəfindən yaranmış adət-
ənənələrimizdir. Biz bunları qorumalıyıq, saxlamalıyıq. Bu fikirləri bizim Ulu
öndərimiz Ümummillli lider Heydər Əliyev öz çıxışında şöyləmişdi.XXI əsrin ən
böyük Azərbaycanlı obrazı Heydər Əliyev şəxsiyyətində özünü göstərir. O, bütün
azərbaycanlılar üçün bir müdriklik məktəbidir. Heydər Əliyevin həyatı və fəaliyyəti
Azərbaycan xalqı üçün nümunədir. O, insanlar üçün əzmkarlıq, yenilməzlik,
vətənpərvərlik məktəbidir. Heydər Əliyev şəxsiyyəti həqiqi azərbaycançılıq
məktəbidir. Onun həyatındakı uğurları, qələbələri geniş təfəkkürün, ağılın, savadın
məhsuludur. Heydər Əliyev məktəbi elə bir məktəbdir ki, ondan bütün nəsillər
bəhrələnəcəkdir. Heydər Əliyev məktəbinin bünövrəsini - azərbaycançılıq, ideyasını
- vətənpərvərlik, məqsədi milli birlik, bütövlük və mütəşşəkillik təşkil edir. Mahnıda
deyildiyi kimi “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək”. Onun bütün
varlığı, azərbaycançılıq ideyaları təsəvvür olunur.2011-ci il noyabrın 9-10-da Bakıda
dünya azərbaycanlılarının I qurultayındakı nitqində Heydər Əliyev demişdir: “Əziz
həmvətənlər! Öz ürəyindən keçən fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir
insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm bu gün
də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas
ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur
hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-
mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. (“Azərbaycan” qəzeti; 10 noyabr,
2001-ci il).

Hər bir azərbaycanlının müqəddəs borcu vətəninə və xalqına xidmət göstərməkdən


ibarətdir. Hər kəs, hər bir peşə sahibi öz-özünə hesabat verməlidir ki, mən vətənim
üçün, xalqım üçün hansı xidmətləri göstərmişəm. Hər bir şagird məktəbdə təhsil
alırsa, biliklərə yaxşı yiyələnirsə, vətən üçün yaxşı vətəndaş kimi yetişirsə, deməli, o,
əsl vətənpərvərlik tərbiyəsi alır. Əgər ali məktəb tələbələri aldıqları ixtisasları yaxşı
mənimsəyirsə, elmdə nailiyyətlər qazanırsa, öz işlərini istehsalata tətbiq edirsə,
deməli, o da azərbaycançılığın ideyalarını yerinə yetirir. Azərbaycançılıq - tarixi bir
kateqoriyadır. Müstəqillik olmamışdan əvvəl Azərbaycanda milli-mənəvi
keyfiyyətlərin ümumiləşdiricilik prinsipləri olmamışdır. Elə ona görə də
azərbaycançılıq anlayışı özü dərk olunmuş həqiqətə çevrilə bilməməmişdir. Bunun
nəticəsində azərbaycanlılara məxsus əlamətlər, milli-mənənvi dəyərlər
(qonaqpərvərlik, abır-həya, ismət, dönməzlik və s.) ancaq xalqın fərqləndirici və
özünəməxsus mənəvi-psixoloji keyfiyyətləri kimi dərk edilmişdi. Heydər Əliyev
sərbəst inkişafa aparan yolları kəşf etdi. O, xalqı mənəvi tərbiyənin, fəal həyat
mövqeyini inkişaf etdirməklə xalqı mənəvi və psixoloji sərbəstliyə hazırladı.
Azərbaycançılıq ideyalarının reallaşması, hərəkətverici qüvvəyə çevrilməsi, milli və
müstəqil dövlətçilik zəminində özünə münbit şərait yaratdı.
Heydər Əliyevin vətənə xidmət nümunəsi azərbaycançılığın bariz nümunəsidir.

You might also like