Bağırov B.ə-Kitab 2011

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 256

1

B.Ə.BAĞIROV

NEFT-QAZ MƏDƏN GEOLOGIYASI

BAKI-2010

Bağırov Bağır Əli oğlu,


geologiya-mineralogiya elmləri doktoru,
professor

BAĞIR ƏLI OĞLU BAĞIROV

NEFT-QAZ MƏDƏN GEOLOGIYASI

BAKI-2010
2
MÜNDƏRİCAT

Ön söz. .....................................................................................................................3
Giriş. ........................................................................................................................5
I Bölmə. Neft-qaz mədən geologiyası elmi haqqında ümumi məlumatlar.....8
I.1. Neft-qaz mədən geologiyasının mahiyyəti. ...................................................8
I.2. Neft-qaz mədən geologiyasının inkişaf mərhələləri. .....................................9
I.3. Neft-qaz mədən geologiyasının müasir problemləri və öyrənilmə yolları...11
I.4. İlkin məlumatların tədqiqi. ..........................................................................14
I.5. Müxtəlif üsullarla alınmış nəticələrin ümumiləşdirilməsi. .........................16
I.5.1. Geoloji-mədən üsulları. ......................................................................16
I.5.2. Geoloji-riyazi üsullar. ........................................................................17
I.6. Azərbaycanın neft-qaz mədənlərinin geoloji-texnoloji xüsusiyyətləri. ......18

II Bölmə. Neft və qaz yataqlarının işlənilməsinə qədər aparılan


kompleks tədqiqatlar. ........................................................................26
II.1. Karbohidrogenlərin yer təkində toplanmasının təbii şəraiti və
Paylanılma sərhədləri. ................................................................................26
II.2. Çoxlaylı mədənlərin geoloji quruluşu. .......................................................30
II.2.1. Çoxlaylı strukturun vertikal kəsilişinin öyrənilməsi. ........................32
II.2.2. Yataqların sahəvi öyrənilməsi. .........................................................39
II.2.3. Yataqların daxili quruluşunun öyrənilməsi. ...................................47
II.3. Lay süxurlarının litoloji göstəriciləri. ........................................................48
II.4. Geoloji müxtəliflik. ....................................................................................56
II.5. Lay flüidləri. ..............................................................................................72
II.6. Tektonik qırılmalar və onların flüid paylanılmasında rolu. .....................83
II.7. Neft və qaz yataqlarının enerji xüsusiyyətləri. .....................................87
II.8. Karbohidrogen yataqlarının ehtiyatları və onların hesablanılması. .......97

III Bölmə. Neft və qaz yataqların işlənilməsinin geoloji əsaslarının


yaradılma üsulları. .........................................................................109
III.1. Neft və qaz yataqlarının geoloji əsaslarının yaradılma mərhələləri. .......109
III.2. Neft və qaz mədənlərinin işlənilməsində geoloji tədqiqatların əsas
istiqamətləri. ............................................................................................111
1) Mədənin işlənilmə ərəfəsində aparılan tədqiqatlar. .........................112
2) Mədənin işlənilməsi prosesində aparılan tədqiqatlar. .....................113
III.3. Mədənin kəsilişində istismar obyektlərinin ayrılması. ............................115
III.4. Ayrılmış yatağın (fərdi istismar obyektinin) işlənilmə sistemləri. ........122
III.4.1. Yalnız təbii enerji ilə işlənilmə. ..................................................123
III.4.2. Süni təsir üsullarla işlənilmə. ......................................................126
1) Suvurma üsulları. ......................................................................126
2) Layların neftverimini artıran (LNA) üsullar. ............................128
III.4.3. Horizontal quyuların qazılmasının və istismarının geoloji
3
şəraiti...........................................................................................151

III.5. Yataqların işlənilməsi üçün tələb olunan quyu fondu və quyu


şəbəkəsi..................................................................................................154
III.6. İşlənilmə obyektlərinin qradiyent təzyiqi. .............................................159
III.7. Neft yataqlarının işlənilməsinin xarakterik mərhələləri. ......................159
III.8. Neft yataqlarının işlənilməyə cəlb edilməsi və neftçıxarma prosesinin
tənzimlənməsi. ......................................................................................164
III.9. Qaz və qazkondensat yataqlarının işlənilmə xüsusiyyətləri. .................174
III.10. Dəniz neft yataqlarının işlənilməsinin spesifik şəraiti. ........................179
III.11. Ehtiyatı çətinçıxarılabilən neft yataqlarının işlənilmə problemləri.......183
III.12. Neft yataqlarının lay parametrlərinin işlənilmə prosesində
dəyişilməsinin təyini. ............................................................................187
III.13. İşlənilən neft yataqlarının təsnifat üsulları. ..........................................193
III.14. Layların neftveriminə təsir edən amillərin təyini. ...............................198
III.15. Neft və qaz yataqlarının işlənilməsinin son mərhələsində aparılan
geoloji-mədən tədqiqatları.....................................................................208

Əlavələr.............................................................................................................214
Ədəbiyyat. ........................................................................................................248
4

ÖN SÖZ.

Azərbaycanda neft və qaz yüz illərdir ki, hasil edilir. Hələ qədim zamanlarda
burada olmuş səyyahlar, alimlər və yazıçılar təbii neft və qaz çıxışlarının, əl ilə
qazılmış dayaz quyuların mövcudluğunu qeyd etmişlər. Burada neftin istifadəsi və
nəqli haqqında da ətraflı məlumatlara rast gəlinir.
XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlayaraq bir çox ölkələrdə
sənaye sahələrinin inkişafı başlayır ki, bu da neft hasilatının artırılmasını tələb
edirdi. Bununla əlaqədar olaraq dünyanın digər neftçıxaran ölkələri ilə yanaşı
ölkəmizdə də onun hasilatı artmışdı. Lakin bu artım sistematik deyildi: ölkənin
geosiyasi vəziyyəti, geoloji-texniki, texnoloji və iqtisadi amillərin təsiri neft
hasilatının illik dinamikasında kəskin dəyişikliklərə gətirmişdir. Cari dövrdə isə
neft sənayesinin tarixində hələ müşahidə olunmayan bir səviyyə - illik hasilatın
50 milyon tona çatmasına nail olunmuşdur. Bu isə xalq təsərrüfatının inkişafında
öz rolunu oynamışdır.
Ümumiyyətlə, Azərbaycanın bugünkü və gələcək tərəqqisini neftsiz və
qazsız təsəvvür etmək mümkün deyil. Odur ki, ölkəmizdə bu sahənin inkişafına
xüsusi diqqət yetirilir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda neft-qaz elminin və sənayesinin
unikal xüsusiyyətləri vardır: burada məhsuldarlıq quru ərazidə və dəniz
akvatoriyasında yerləşən strukturlarla əlaqədardır; onların bəzilərində yüz ildən
artıq bir dövrdə neft-qaz hasil edilirsə, digərlərində bu prosesin tətbiqinə yaxın
keçmişdə başlanılmışdır; yataqlar Məhsuldar Qatla əlaqədar olmaqla müxtəlif
geoloji quruluşlarla səciyyələnirlər; istismar obyektlərində neftvermənin səviyyəsi
çox geniş hüdudlarda dəyişilir və s. Onu da qeyd etmək vacibdir ki, yataqların
uzun müddət müxtəlif texnologiya ilə işlənilməsi onların geoloji şəraitini xeyli
mürəkkəbləşdirmişdir: lay təzyiqi və qaz amili kəskin azalmış, qeyri-bərabər
sulaşma baş vermiş və s.
5
Belə bir şəraitdə neft və qazın tələb olunan həcmdə hasil edilməsi xeyli
sayda bir-biri ilə əlaqəli kompleks məsələlərin həllini tələb edir. Buraya uzun
müddət işlənilən yataqların müasir geoloji şəraitinin öyrənilməsi, işlənilmə
prosesində yüksək neftverməyə imkan verməyən səbəblərin araşdırılması, dünya
neftçıxarma təcrübəsində analoji geoloji şəraitlərdə istismar yeniliklərinin tədqiqi
və s. daxildir. Bu tədqiqatlar sistematik aparılmalı və alınan nəticələrdən müvafiq
layihə sənədlərində istifadə edilməlidir. Beləliklə, yataqların daima yeniləşən
geoloji əsasları yaradılır. Bu problemin həyata keçirilməsində bir çox elm
sahələrinin imkanlarından istifadə edilir. Onların cərgəsində “Neft-qaz mədən
geologiyası” elmi aparıcı yerlərdən birini tutur. Məhz bu elm sahəsinin
mütəxəssisləri yataqların geoloji əsaslarını tərtib edir və onun tətbiqini bilavasitə
həyata keçirirlər. Belə məsul vəzifənin yerinə yetirilməsini isə yalnız müvafiq
biliyə malik geoloq-mütəxəssislər təmin edə bilərlər. Odur ki, Azərbaycan Dövlət
Neft Akademiyasında bu sahədə fasiləsiz olaraq yüksək ixtisaslı kadrlar hazırlanır.
Bu dərslik bakalavr səviyyəli mütəxəssis hazırlığı üçün yazılmışdır.
Dərslikdə geologiya elminin müasir nailiyyətlərindən geniş istifadə edildiyindən
ondan magistrlər, eləcə də istehsalat və elmi müəssisələrdə çalışan mütəxəssislər
də istifadə edə bilərlər.
Dərslik müəllifin 20 ildən artıq bir dövrdə Azərbaycan Dövlət Neft
Akademiyasında oxuduğu mühazirələr əsasında yazılmışdır. Onun tərtibində bir
sıra universitet və institutlarda fəaliyyət göstərən alimlərin işlərindən istifadə
olunmuş, Azərbaycan Dövlət Neft Şirkətinin mədən-fond məlumatlarına istinad
edilmişdir.
Müəllif, kitabın hazırlanması prosesində və onun bilavasitə tərtibatında
göstərdikləri köməyə görə geologiya-mineralogiya elmləri doktoru Əhməd
Salmanova, geologiya-mineralogiya elmləri namizədləri Fuad Məhərrəmov və
Samirə Nəzərovaya öz minnətdarlığını bildirir.
6

GİRİŞ

Neft və qaz öz mahiyyətinə görə heç bir faydalı qazıntı ilə müqayisə oluna
bilməz. Müasir dünyanı bu karbohidrogenlərsiz təsəvvür etmək belə mümkün deyil:
insan cəmiyyətinin bugünkü tərəqqisi məhz neftə və qaza istinad etməklə
yaranmışdır. Qeyd etmək lazımdır ki, son 30-40 ildə onlara olan tələbat xeyli
artmışdır. Dünya miqyasında enerji resurslarından istifadənin müasir
göstəricilərinə müraciət etsək, aşkar olar ki, bunlardan neftin və qazın payına
təxminən 60% düşür (o cümlədən neft - 45%, qaz - 15%). Odur ki, müasir dövrdə
neft və qaz mənbələrinin aşkar edilərək istifadəsi ölkələr üçün tələbat xarakterli
problemə çevrilmişdir. Bu problem artıq geosiyasi baxımından həll olunur ki, bu
da dünya ölkələrinə öz təsirini müxtəlif cür göstərir. Texniki tərəqqinin neft və
qazdan bilavasitə asılılığı onların fasiləsiz əldə edilməsini tələb edir. Lakin, bu
problemin həlli göstərilən enerji resurslarının dünya üzrə paylanma xarakterindən,
qiymət dəyişmələrindən və s. amillərdən birbaşa asılıdır.
Beləliklə, neft və qazın hasil edilərək istifadəsi müasir dünyanın ən böyük və
çox şaxəli problemi kimi qiymətləndirilməlidir. Bu problem ayrı-ayrı ölkələrdə
müxtəlif qoyuluşlarla həll edilirsə də, geoloji-texniki baxımından üç qlobal amilin
mövcudluğu nəzərə alınmalıdır:
- yer kürəsində yeni karbohidrogen yığımları yaranmır və onların ehtiyatları
tədricən realizə olunduğundan sistematik olaraq azalır;
- neft yataqlarının yerləşdiyi regiondan (ölkədən), geoloji-fiziki xassələrindən,
tətbiq olunan neftçıxarma texnologiyasından və digər amillərdən asılı olmayaraq
onların ehtiyatlarını tam mənimsəmək mümkün olmur: uzun müddət proqressiv
üsulların tətbiqi ilə aparılan işlənilmə prosesləri nəticəsində belə, ilk balans
ehtiyatların yalnız 55-60% hasil edilə bilər;
- digər alternativ enerji mənbələrinin istifadəsi gözlənilən nəticələri
verməmişdir: günəş, külək, su enerji mənbələrindən hələ də kiçik miqyaslarda
istifadə olunur; daha böyük imkanlara malik nüvə enerjisindən istifadə isə
7
qənaətbəxş olmamışdır (xüsusi ilə Çernobıl atom elektrik stansiyasında baş verən
qəzadan sonra).
Beləliklə, neft və qaz amilinin müasir dünyadakı rolu aydın görünür. Odur ki,
bu karbohidrogen ehtiyatları olduqca səmərəli istifadə edilməlidir. Göstərilən
problemi həll etmək üçün müvafiq elm sahələrinin nailiyyətlərindən geniş istifadə
edilməlidir. Bu baxımdan neft-qaz mədən geologiyası elminin imkanları geniş və
effektlidir. Neft geologiyasının tərkib hissəsi olmaqla bu elm sahəsi yataqların
geoloji quruluşunun öyrənilməsi və rasional işlənilməsini təmin edən qoyuluş və
üsulları özündə cəmləşdirir. Onun əsas məqsədi çöküntü komplekslərində
toplanmış neft və qaz ehtiyatlarının səmərəli mənimsənilmə yollarını
əsaslandırmaqdır.
Qeyd etmək lazımdır ki, son zamanlar neft-qaz mədən geologiyası elmi və
onunla əlaqədar təcrübi üsullar əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bu elm
sahəsi hidrodinamika, riyazi statistika, ehtimal nəzəriyyəsi və s. elmlərin müvafiq
üsullarını özündə cəmləşdirərək məqsədyönlü məsələlərin effektli həllini təmin
edir. Müvafiq alqoritm və proqramların kompüter realizəsi isə müxtəlif geoloji-
mədən tədqiqatları üçün tələb olunan məlumatların (xəritə, profil, qrafik, cədvəl və
s.) müxtəlif variantlarının operativ əldə edilməsinə kömək edir. Məhz bu
məlumatlar əsasında yataqların ehtiyatlarının realizəsi üçün səmərəli yollar aşkar
edilir və iqtisadi cəhətdən əsaslandırılır. Odur ki, müasir dövrün mədən geoloqu
dərslikdə gətirilən müddəalar, qoyuluşlar, üsullar və onların kompüter realizəsini
mükəmməl bilməlidirlər.
Bu dərslikdə karbohidrogen yataqlarının geologiyası və işlənilməsində
istifadə olunan bəzi terminlərə də düzəlişlər verilmişdir. Bu hər şeydən əvvəl neft
və qaz yığımlarının yerləşdiyi geoloji cisimlərin adlandırılması ilə əlaqədardır: rus
dilində istifadə olunan “залежь” və “месторождение” terminləri müvafiq olaraq
fərdi və çoxlaylı yatağı təmsil edir. Azərbaycan dilində isə hər iki məfhum bir
terminlə - “yataq” kimi işlənilir ki, bu da geoloji cisimlərin indeksləşdirilməsində
müəyyən qarışıqlıq yaradır. Bununla əlaqədar olaraq fərdi işlənilən istismar
obyektlərini “yataq”, çoxlaylı strukturu (“месторождение”) isə bütövlükdə
8
“mədən” adlandırılmasını biz məqsədəuyğun hesab edirik. Belə olduqda, məsələn
Suraxanı yatağı - Suraxanı mədəni, Neft Daşları yatağı - Neft Daşları mədəni kimi
adlandırılmalıdır. Onların kəsilişində ayrılmış istismar obyektləri isə (məsələn, V
horizont, qırməki üstü qumlu lay dəstəsi) yataq kimi adlandırılmalıdır.
Onu da qeyd edək ki, neftli-qazlı obyektlərin yuxarıda qeyd edilən
məfhumlarla adlandırılması öyrəndiyimiz “Neft-qaz mədən geologiyası”
dərsliyinin əhatə etdiyi problemlərin istiqamətləri ilə də uzlaşır. Belə ki, bu fənn
ilə bağlı olan elm sahəsi təkcə fərdi yataqlar deyil, onların daxil olduğu çoxlaylı
yataqların - mədənin işlənilməsinin geoloji əsaslarının yaradılmasını təmin edir.
Dərsliyin hazırlanmasında digər terminoloji düzəlişlər və dəqiqləşdirmələr
də aparılmışdır ki, bu da elmin müasir inkişaf mərhələsinin tələbləri ilə bağlıdır.
9

I. NEFT-QAZ MƏDƏN GEOLOGİYASI ELMİ HAQQINDA


ÜMUMİ MƏLUMATLAR.

I.1. Neft-qaz mədən geologiyasının mahiyyəti.


Neft-qaz mədən geologiyası elmi xalq təsərrüfatının inkişafında önəmli
rol oynayır. Belə ki, neft və qaz yataqlarının işlənilməsi məhz bu elmin
müddəaları əsasında aparılır.
Neft-qaz mədən geologiyası yataqlarda mövcud olan neft, qaz və kondensat
ehtiyatlarının rasional mənimsənilməsini təmin edən elm sahəsidir.
Göstərilən tələbatı yerinə yetirmək üçün bu elm yataqların formasının və
daxili quruluşunun aşkar edilməsini, onların çöküntü kompleksinin litoloji-fasial
analizini, geoloji kəsilişin müfəssəl korrelyasiyasını, lay flüidlərinin fiziki-kimyəvi
səciyyəsini və yatma şəraitini, ehtiyatların hesablanmasını və onların realizə
imkanlarını öyrənir. Məhz bu məlumatlara istinad edərək yataqların işlənilmə
proseslərini tənzimli aparılma yolları əsaslandırılır.
Qeyd etmək lazımdır ki, bu tədqiqatlar yataqların işlənilməsinin bütün
dövrlərində fasiləsiz aparılmalıdır. Bu onunla əlaqədardır ki, məhsuldar layların
işlənilmə prosesində onların geoloji-texnoloji parametrləri müxtəlif dəyişmələrə
məruz qalır: lay təzyiqi aşağı düşür, su-neft və qaz-neft konturlarının yerdəyişməsi
baş verir, kollektorların fiziki xassələrində, neftin, qazın və suyun fiziki-kimyəvi
tərkibində müxtəlif dəyişmələr qeydə alınır. Təbii ki, bu vaxt neft və qaz
ehtiyatları da tədricən azalır. Odur ki, yataqların neft-qaz çıxarma prosesini
tənzimli idarə etmək üçün məlumatlar fasiləsiz əldə edilməli, tədqiqat nəticələri isə
yataqların işlənilməsinin geoloji əsaslarında əks olunmalıdır.
Yataqların işlənilməsinin müxtəlif dövrlərini əhatə edən geoloji
məlumatların müqayisəli analizi tətbiq olunan prosesin gələcək inkişafını
proqnozlaşdırmağa imkan verir.
Nəzərə almaq lazımdır ki, hazırkı dövrdə laylara müxtəlif təsir üsulları
(suvurma, fiziki-kimyəvi, fiziki-hidrodinamiki, termik və s.) tətbiq olunur ki, bu da
10
kollektorlarda yerləşən neftin quyudibi zonaya axımını sürətləndirir. Lakin bu
üsulların, eləcə də proqressiv qazıma üsulu sayılan horizontal (üfüqi) quyuların
istismarı universal xarakterli deyil: onlar məhsuldar layın yalnız müəyyən geoloji-
texnoloji şəraitlərində tətbiq edilərkən yüksək nəticə verə bilər. Odur ki,
işlənilmədə olan yatağın cari geoloji-texnoloji şəraitini etibarlı təyin etmək üçün
ənənəvi üsullarla yanaşı riyazi üsulların imkanlarından da maksimum istifadə
olunmalıdır. Alınan xəritə, qrafik, xüsusilə yatağın üçölçülü (həcmi) modelləri
hazırda geoloji tədqiqatların tərkib hissəsini təşkil edir.

I.2 Neft-qaz mədən geologiyasının inkişaf mərhələləri.


Neft və qazın tətbiq imkanları son dərəcə uzun bir dövrdə öyrənilmişdir.
Hələ Qədim Misirdə 5 min il əvvəl Vavilon qülləsinin inşasında asfaltdan istifadə
edilmişdir. Çində isə eramızdan 200 il əvvəl kiçik dərinliyə qazılmış quyulardan
neft çıxarılmış və evlərin işıqlandırılmasında istifadə edilmişdir.
Ölkəmizdə də neft istehsalı 1000 ildən artıqdır ki aparılır. Hələ IV əsrdə
Abşerondan Yaxın Şərq ölkələrinə neft daşınması barədə ərəb və iran tarixçilərinin
əlyazmalarında rast gəlinir. Burada yerin üzərinə çıxaraq yanan qazlar, əl ilə
qazılmış dayaz quyulardan çıxarılan neftlər haqqında XIII əsrdə Marko Polo, XIV
əsrdə Severok, XV əsrdə Barbaro, XVI əsrdə Nyuket, XVII əsrdə Oleariy, XVIII
əsrdə Lerxi və başqalarının əsərlərində rast gəlinir.
Abşeronda əl ilə qazılmış ilk quyular Bibi-Heybətdə, Balaxanıda,
Suraxanıda kiçik dərinlikdə yatan laylardan neft çıxarmağa imkan verirdi. Yalnız
1844-cü ildə dünyada ilk dəfə Bibi-Heybətdə mexaniki üsulla neft quyusu qazılmış
və böyük hasilatla istismar edilmişdir. Bundan sonra hər dövrün özünə müvafiq
qazıma texnologiyası yaranaraq, getdikcə təkmilləşmişdir. Bu səbəbdən də
Abşeronda bir sıra strukturlarda neftlilik aşkar edilmiş və işlənilməyə verilmişdir
(şək. I.1).
Elmin inkişafı və neft texnologiyasının təkmilləşdirilməsi nəticəsində
yataqların öyrənilmə və işlənilmə göstəriciləri də tədricən yüksəlmişdir.
11

Şəkil I .1. Azərbaycanın neft-qaz yataqlarının paylanması sxemi.

Təxminən yüz illik istismar dövrünə malik olan neft yataqlarının


öyrənilməsində üç mərhələ ayrıla bilər.
I mərhələ - neft yataqlarının işlənilməsinin ilk dövrlərindən 1940-cı illərə
qədər müddəti əhatə edir. Bu mərhələdə neft hasilatı yataqların yalnız təbii enerji
mənbəyinin istifadəsi nəticəsində əldə edilmişdir. Bu dövrdə fəaliyyət göstərən
geoloqlar layların təbii rejimlərini öyrənmiş, quyuların yerləşdirilmə formasını,
onların istismar üsullarını müəyyən etmiş və yataqların müxtəlif hissələrində
işlənilmə ilə əhatə olunmamış (“toxunulmayan”) zonaları aşkar etmişlər.
II mərhələ - 1940-1970-ci illəri əhatə edir və əsasən yataqlara suvurma
prosesinin geniş tətbiqi ilə xarakterizə edilir. Bu mərhələdə geoloji-mədən
tədqiqatları ilə müəyyən olunmuşdur ki, suvurma prosesi işlənilmənin
effektivliyini xeyli artırır. Yatağa vurulan su “işçi agent” rolunu oynayır. Onun
mənbəyinin bütün regionlarda mövcudluğu və prosesin sadə texnologiyası layın
süni sulaşdırılma prosesinin geniş istifadəsinə şərait yaratmışdır. Hazırda dünyada
istismar edilən yataqların böyük əksəriyyətində bu proses müvəffəqiyyətlə tətbiq
12
olunur. Məsələn, son 25-30 ildə keçmiş SSRİ-də hasil edilən neftin 40%-i suvurma
prosesinin tətbiqi ilə əldə edilmişdir. Bununla belə suvurma metodunun imkanları
da məhduddur. Belə ki, yataqlarda işlənilmə prosesinin ən yeni texnologiyası və
suvurmanın əsaslandırılmış formaları istifadə edildikdə belə, onların ehtiyatlarının
ən çoxu 50% realizə oluna bilər.
III mərhələ - 1970-ci illərdən başlayaraq, hazırda da davam etməkdədir. Bu
mərhələ yataqların neftvermə əmsalının daha da artırılmasına yönəldilmiş yeni
metodların axtarışı və tətbiqi ilə səciyyələnir. İstilik, fiziki-kimyəvi, fiziki-
hidrodinamiki, mikrobioloji və s. üsullarla məhsuldar laya süni təsir edildikdə,
onların son neftvermə əmsalı daha 3-20% artırıla bilər. Lakin, layların
neftverimini artıran üsulların tətbiqi, suvurma prosesinə nisbətən, mürəkkəb və
çətindir. Belə ki, hər hansı bir üsul yalnız müəyyən geoloji şəraitdə effektli tətbiq
edilə bilər. Tələb olunan şəraitin təyini isə yataqların təbii və texnoloji xarakterinin
dəqiq aşkar edilməsi ilə əlaqədardır. Bu isə öz növbəsində müxtəlif çətinliklərlə
rastlaşır, kompleks geoloji-texnoloji, geoloji-riyazi və s. məsələlərin həllini tələb
edir.
Beləliklə, neft və qaz yataqlarının işlənilməsi haqqında qısa məlumatlardan
görünür ki, bu elm sahəsi müqayisə olunmaz dərəcədə inkişaf etmişdir.
Nailiyyətlərin əldə edilməsində neft-qaz mədən geologiyası istiqamətində fəaliyyət
göstərən alimlərin əməyi böyük olmuşdur. Onların sırasında rus alimlərindən
M.A.Jdanov, M.M.İvanova, M.İ.Maksimov, M.F.Mirçink, M.A.Surquçov,
L.F.Dementyev, A.Y.Fursov, azərbaycan alimlərindən isə Ş.F.Mehdiyev,
H.Ə.Əhmədov, X.B.Yusifzadə, M.Ə.İsgəndərov, Ç.Ə.Sultanov, Ç.M.Şeydayev,
A.Ə.Nərimanov, B.Ə.Bağırov, E.B.Vəliyeva, T.Y.Baharov, Ə.M.Salmanovun
əsərləri xüsusi qeyd edilməlidir.

I.3 Neft-qaz mədən geologiyasının müasir problemləri və öyrənilmə yolları.


Dünya neft-qaz çıxarma təcrübəsindən məlumdur ki, yataqların işlənilmə
nəticələri hələ də qənaətbəxş deyil. Məsələn, keçmiş SSRİ-də uzun müddət
istismar edilən yataqların neftvermə əmsallarının orta qiyməti cəmi 0,35 təşkil edir.
13
Nəzərə almaq lazımdır ki, bu nəticənin əldə edilməsi üçün kompleks geoloji-
texniki tədbirlər həyata keçirilmiş, işlənilmə layihələrinə vaxtaşırı müvafiq
düzəlişlər də verilmişdir. Yataqların ehtiyatlarının mənimsənilməsində qeyd
olunan belə vəziyyət hər şeydən əvvəl onların daxili quruluşunun zəif öyrənilməsi
ilə əlaqədardır: layların statik və dinamik göstəricilərinin sahə və stratiqrafik
kəsilişlər üzrə paylanması mürəkkəb formada getdiyindən onları ənənəvi üsullarla
tam aşkar etmək mümkün olmamışdır; çox vaxt laya xas olan geoloji və işlənilmə
xüsusiyyətləri onların yalnız orta qiymətinə istinad etməklə təyin edilmişdir ki, bu
da əslində yataq həcmində mövcud geoloji müxtəlifliyin öyrənilməsinə imkan
verməmişdir. Geoloji-mədən tədqiqatların belə üsullarla aparılması müasir
tələblərə cavab verən işlənilmə layihələrinin tərtibatını çətinləşdirir. Bu tələbatın
yerinə yetirilməsi üçün neft geologiyası elmini, o cümlədən neft-qaz mədən
geologiyasını dəqiq elmlər cərgəsinə gətirilməsi lazım gəlmişdir.
Müasir dövrdə neft-qaz yataqlarının işlənilməsi ənənəvi üsullarla tərtib
olunmuş xəritə, profil, hesablama planları və s. əsasında aparılması kifayət sayılmır.
Məlumatların dolğunluğunu və etibarlığını təmin etmək üçün geoloji-riyazi
modellərdən istifadə edilməlidir ki, bu da nəticə etibarı ilə çoxlaylı mədəni
bütövlükdə və onun kəsilişində rast gələn ayrı-ayrı çöküntü komplekslərinin
geoloji-fiziki xassələrini təyin etməyə kömək edir. Qeyd olunan müddəaları
əsaslandırmaq üçün neft və qaz yataqlarının öyrənilməsinin prinsipial
qoyuluşlarına nəzər yetirək.
Məlumdur ki, neft və qaz layının öyrənilməsində əsas informasiya
mənbəyini qazılmış quyular təşkil edir. Quyuların dərinliyi və aralarındakı məsafə
həmin layın geoloji quruluşuna istinadən seçilir. Onlardan alınan geoloji-geofiziki
məlumatlar isə yatağın bütün həcmini deyil, yalnız onun ayrı-ayrı nöqtələrindəki
səciyyəsini əks etdirir. Nöqtəvi məlumatlardan sahə və ya həcm modellərinin
tərtibində sadə aproksimasiya üsullarından (üçbucaq, profillər və s.) istifadə edilir
ki, bu da öyrənilən lay parametrlərin real paylanma xüsusiyyətlərinin aşkar
edilməsini çətinləşdirir. Yatağın quruluşunun mürəkkəb olması və quyuların
14
sayının azlığı şəraitində tərtib olunan xəritələrin etibarlılığı daha aşağı olur.
Əslində onlar yatağın quruluşunun təsvirini müəyyən ehtimallılıqla əks etdirirlər.
Müasir dövrdə neft yataqlarının işlənilməsinin geoloji əsaslarının tərtibatına
qoyulan başqa bir tələbat müvafiq xəritə, qrafik və cədvəllərin çoxvariantlılıq və
operativlik prinsipi əsasında qurulmasıdır. Burada məlumatların kompüter
təsvirinin verilməsi nəzərdə tutulur ki, bu da yeni quyuların qazılmasından və işlək
quyu fondundan alınan hər bir yeni məlumatların tədqiqat kompleksinə əlavəsinə
şərait yaradır. Nəticədə, ilkin məlumatlar dərhal dəqiqləşdirilir işlənilmə prosesinə
müvafiq dəyişikliklər edilir.
Məlum olduğu kimi, yatağın parametrlərinin paylanma xüsusiyyətlərini
müəyyən etmək üçün müxtəlif təminatlı xəritələr də qurulur. Müasir dövrdə belə
xəritələr əsasən üçölçülü variantda (x, y və z koordinatları üzrə) verilir ki, bu da
hər hansı bir lay parametrinin (məsələn, süxur məsaməliyinin və keçiriciliyinin,
neftlərin özlülüyünün və s.) onun həcmi üzrə dəyişməsinin əyani göstərilməsini
təmin edir.
Ümumiyyətlə, neft, qaz və kondensat yataqlarının mənimsənilməsi
prosesində neft-qaz mədən geologiyası elmi aşağıdakı əsas məsələlərin
öyrənilməsini təmin edir.
1. Ilkin tədqiqatlarla (o cümlədən seysmik kəşfiyyat nəticələri) təqdim
edilmiş strukturun qazılmış quyularla dəqiqləşdirilməsi: yatağın kəsilişində
yerləşən hər bir məhsuldar təbəqənin ayrılması, qazılmış quyuların geoloji-
geofiziki kəsilişlərinin korrelyasiyası və makroqeyribircinsliyinin (laylaşma
xüsusiyyətlərinin) təyini və onların hər biri üçün struktur xəritə və profillərin
qurulması (hərgah tektonik qırılma qeyd olunursa, onun yerini, istiqamətini, ekran
xassəli olub-olmaması haqqında ilkin məlumatların alınması).
2. Yatağın daxili quruluşunun öyrənilməsi. Süxurların kollektorluq
xassələrinin (məsaməlik, keçiricilik, karbonatlılıq, qranulometrik tərkib) təyini və
onların sahəvi və dərinliklərdə paylanılma səciyyəsinin xüsusi qrafik və
cədvəllərdə təsviri.
15
3. Lay flüidlərinin fiziki-kimyəvi xassələrinin təyini. Burada lay neftlərinin
fiziki-kimyəvi xassələrindən onların sıxlığı və özlülük göstəricilərinə, suların isə
ion-duzluluq tərkibinə xüsusi diqqət yetirilməlidir.
4. Layların enerji mənbəyinin (rejimlərinin) öyrənilməsi. Lay təzyiqi və
temperaturu haqqında ilkin məlumatların alınması və təhlili.
5. Neft, qaz və kondensat ehtiyatlarının hesablanması və yatağın xalq
təsərrüfatı baxımından qiymətləndirilməsi.
6. Yatağın işlənilmə sisteminin əsaslandırılması. Quyuların (o cümlədən
horizontal) sayının və yerləşdirilmə sxeminin təyini. Suvurma modifikasiyasının
seçilməsi.
7. Yataqların işlənilməyə verilmə tarıxındən başlayaraq neft, qaz və su
hasilatının dinamik göstəricilərinin təsviri və təhlili.
8. Lay təzyiqi və temperaturunun işlənilmə prosesində dəyişməsinin
öyrənilməsi.
9. Yataqların işlənilmə proseslərinə nəzarət və onun operativ
tənzimləndirilməsi. Suvurma sisteminin effektivliyinin təyini və gələcək dövrlər
üçün proqnozlaşdırılması.
10. Layların neftvermə əmsalını artıran müasir üsulların tətbiq imkanlarının
öyrənilməsi.
11. Yatağın gələcəkdə hasilat dəyişmələrinin proqnozlaşdırılması.
12. Yer təkinin və ətraf mühitin mühafizəsinə istiqamətləndirilmiş
tədbirlərin əsaslandırılması və tövsiyələrin verilməsi.
Beləliklə, göründüyü kimi neft və qaz yatağı axtarış və kəşfiyyat
mərhələsindən sonra mədən geoloqlarının rəhbərliyi və bilavasitə iştirakı ilə
işlənilməyə verilir. Onun ehtiyatlarından istifadə dərəcəsi isə yuxarıda göstərilən
kompleks tədbirlərin əsaslandırılması və effektli tətbiqindən asılıdır. Odur ki,
mədən geologiyası istiqamətində ixtisaslaşan bakalavr, magistr və digər
mütəxəssislər bu üsulların geoloji-riyazi modellərlə tədqiqi yollarını
mənimsəməlidirlər.
16
1.4 İlkin məlumatların tədqiqi.
Axtarış və kəşfiyyat işləri nəticəsində strukturlar aşkar edilir və onlarda
karbohidrogen yığımlarının olub-olmaması haqqında ilkin məlumatlar əldə edilir.
Strukturun yerləşdiyi hövzəyə xas olan ümumi məlumatlarla yanaşı, yeni spesifik
məlumatlar əsasında onun forması haqqında ilkin mülahizələr nəzərdən keçirilir.
Quyularla açılmış layların isə geoloji-fiziki parametrlərinin qiymətləri əsasında
onların paylanılma sahələri, yatma dərinliyi, qalınlığı, süxurların kollektorluq
xassələri, lay təzyiqi və temperaturu və s. ətraflı tədqiq edilir. İlkin öyrənilmələr
kompleksinə, təbii ki, karbohidrogenlərin ehtimal olunan həcmi haqqında
məlumatlar da daxildir.
Göstərilən bu və ya digər məsələlərin həlli yalnız müvafiq məlumatlara
əsaslanır. Onlar isə aşağıda göstərilən üsullarla həyata keçirilir.
Geoloji üsullar. Bu üsullarla yatağın ilkin öyrənilməsi kompleks
məlumatlara istinad edir. Qazıma prosesində onun kəsilişini səciyyələndirən süxur
nümunələri (kernlər) götürülür və onların əsasında məhsuldar layların aşağıdakı
göstəriciləri haqqında məlumatlar əldə edilir: layların yatma dərinliyi və qalınlığı;
süxurların kollektorluq göstəriciləri (məsaməlik, keçiricilik və s.); məsamələrdə
yerləşən neft, qaz və suyun fiziki-kimyəvi xassələri; məsamələrin neftlə, qazla
doyma dərəcələri; lay təzyiqi və temperatur ölçüləri ilə konkret yatağın
hidrodinamikasının proqnozlaşdırılması və s.
Nəzərə almaq lazımdır ki, quyuların qazılması prosesində müxtəlif
dərinliklərdən çıxarılmış süxur nümunələri yer səthində tədqiq olunur. Bu isə onun
laydakı vəziyyətindən fərqli məlumatların alınmasına gətirir. Bu çatışmamazlıgları
aradan götürmək üçün son vaxtlar təcrid olunmuş nümunə götürən cihazlardan,
xüsusi hesablanma qrafiklərindən və s. istifadə edilir.
Geofiziki üsullar. Quyuların geofiziki tədqiqatlarının yataqların
öyrənilməsində rolu durmadan artır. Müasir dövrdə yatağın neftlə-qazla doyma
dərəcəsinin təyinində quyu kəsilişinin geofiziki üsullarla tədqiqi xüsusilə
əhəmiyyətlidir. Elektrik, radioaktiv, akustik, qaz karotajı üsulları ilə yanaşı
17
inklinometriya, kavernometriya, termometriya quyu kəsilişlərindən maksimum
məlumatların alınmasına imkan verir.
Hidrodinamik üsullar. Bu üsullardan kollektor süxurların göstəricilərinin
(o cümlədən məhsuldarlığının) təyin edilməsində istifadə edilir. Lay təzyiqinin
dəyişməsi ilə məsaməli mühitdə baş verən flüid yerdəyişməsinin proqnoz
qiymətlərinin alınmasında hidrodinamik üsullar xüsusi ilə effektlidir.
Qeyd etmək lazımdır ki, quyuların və layların tədqiqi əsasən kompleks
formada həyata keçirilir. Lay parametrlərinin təyinində çoxvariantlı yanaşma isə
alınan məlumatları daha etibarlı edir. Belə ki, geoloji, geofiziki, hidrodinamiki
üsulların verdiyi hər bir nəticə müqayisəli təhlil edildikdən sonra konkret lay
parametrinin daha dürüst qiyməti qəbul edilir.

I.5. Müxtəlif üsullarla alınmış nəticələrin ümumiləşdirilməsi.


Yuxarıda qeyd edildiyi kimi, neft yatağının öyrənilməsində əsas informasiya
onun sahəsinin müəyyən hissələrində qazılmış quyulardan alınır. Onların geoloji,
geofiziki və hidrodinamiki üsullarla tədqiqi işləniləcək yatağın geoloji quruluşunu
səciyyələndirməyə imkan verir. Burada ən vacib məqamı nəzərə almaq lazımdır.
Bu da alınan məlumatların yatağı nə dərəcədə səciyyələndirilməsindən ibarətdir.
Yuxarıda qeyd edildiyi kimi, bu məlumatlar nöqtəvi xarakter daşıdığından yatağı
tam təmsil edə bilməz. Yalnız müvafiq yanaşmalarla qeyd olunmuş nöqtəvi
qiymətləri yatağın sahəsinə, kəsilişinə və ən nəhayət onun həcminə şamil etmək
olar. Bu istiqamətdə aparılan tədqiqatlar xeyli sayda üsullara istinad etsə də, iki
böyük qrupda cəmləşdirilə bilər: geoloji-mədən və geoloji-riyazi üsullar.

I.5.1. Geoloji- mədən üsulları


Quyuların kəsilişinin və yataqların daxili quruluşunun öyrənilməsi uzun
müddət tətbiq olunmuş ənənəvi üsullarla aparılır. Onlar aşağıdakılardır.
a) Y a t a ğ ı n k ə s i l i ş i n i n ö y r ə n i l m ə s i. Qazılan quyuların
kəsilişinin tədqiqi strukturun əmələgəlmə və formalaşma prosesinin öyrənilməsinə,
laylaşma xüsusiyyətinin təyininə imkan verir. Kəsilişdə rast gələn ayrı-ayrı layların
yatma dərinliyi və qalınlığının, süxurların kollektorluq qabiliyyətinin, geoloji
18
müxtəlifliyin təzahürünün təyin olunması çoxlaylı mədənin geoloji modelinin
yaradılmasına imkan verir.
Quyu kəsilişi aparılan geoloji-geofiziki tədqiqatların analizi vasitəsilə
öyrənilir. Konkret quyunun kəsilişinin və onun bu struktura qazılmış digər
quyuların kəsilişləri ilə müqayisə etmək üçün ilk növbədə istinad (reper) horizontu
təyin edilməlidir. Onların sayı kəsilişdə bir və ya bir neçə ola bilər. Məsələn,
Cənubi Xəzər hövzəsində yerləşən məhsuldar qatın alt şöbəsindəki qırməki üstü
gilli lay dəstəsi, üst şöbədə isə IVcde horizontu mədənlərin bütün sahəsində
qalınlığın və gilliliyin sabitliyi ilə səciyyələnirlər. Onlar məhsuldar qata qazılmış
bütün quyuların kəsilişində aşkar görünürlər. İstinad layların ayrılması isə
onlardan yuxarıda və aşağıda yatan çöküntü komplekslərini ardıcıl olaraq
horizontlara bölünməsinə kömək edir. Quyu kəsilişinin horizontlara bölünməsinin
bu mərhələsindən sonra onların korrelyasiya əməliyyatı aparılır ki, bu da mədənin
sahəsi boyu eyni adlı horizontların paylanılma areallarının, qalınlıqlarının,
kollektorluq xassələrinin dəyişmə dərəcələrinin aşkar edilməsini təmin edir.
b) Y a t a q s a h ə s i n i n t ə d q i q i. Yataq sahəsinə qazılan quyulardan
alınmış nöqtəvi məlumatları onun sahəsinə şamil edilməsi üçün xüsusi xəritələr
(struktur, izopaxit, izobar və s.) qurulur. Onlar strukturun geoloji quruluşunu,
kollektorların paylanmasını, lay təzyiqlərinin anomal zonalarını müəyyən etməyə
imkan verir.
Yataqların sahəsi böyük, tektonik quruluşu mürəkkəb olduqda çox vaxt
blok-diaqramlar tərtib olunur ki, bu da onun müxtəlif sahələrində qeyri-bircinslilik
təzahürünün xüsusiyyətlərini daha etibarlı öyrənilməsini təmin edir.
Neft və qaz yataqlarının ənənəvi öyrənilmə kompleksinə müxtəlif cədvəllər,
qrafiklər və sxemlər də daxil edilir ki, onlardan müxtəlif məsələlərin həllində
istifadə edilir.
I.5.2. Geoloji-riyazi üsullar
Yuxarıda yataqların geoloji quruluşun müxtəlif məsələlərinin
öyrənilməsində ehtimallılıq prinsipi ilə yanaşmanın əsas götürülməsinin vacibliyi
qeyd edilmişdir. Bu səbəbdən də istər ayrı-ayrı quyu məlumatlarının və istərsə də
19
işlənilmədə olan yataqların göstəricilərindən maksimum etibarlı nəticələr əldə
edilməsi üçün müvafiq riyazi üsullardan istifadə edilməlidir.
Parametrlərin paylanılma xarakteri (normal, loqarifmik-normal və s.) və
onların statistik qiymətləndirilməsi; dispersiya, korrelyasiya, reqressiya,
diskriminant analizləri, xəritəalma metodları (trend analizi, splayn–funksiyası,
krayqinq analizi və s.); layların neftverməsinin qiymətləndirilməsi üçün riyazi
modellər; iki və daha çox geoloji obyektlərin müqayisəli analizi (Stüdent, Fişer,
Bartlet və s. meyarları) qeyd etmək lazımdır. Neft-mədən geologiyasında tətbiq
edilən riyazi-statistika və ehtimal nəzəriyyəsinin üsullarının sayı çox, imkanları
isə müxtəlifdir. Dərsliyin sonunda onların qısa səciyyəsi “Əlavələr”də verilir.

I.6 Azərbaycanın neft-qaz mədənlərinin geoloji-texnoloji xüsusiyyətləri.


Məlumdur ki, Azərbaycan ən qədim neftçıxarma ölkələrindən biridir.
Ölkənin geosiyasi vəziyyəti və dünyada enerji daşıyıcılarına artmaqda olan tələbat
burada quru ərazisində və sonralar dəniz akvatoriyasında xeyli sayda yataqların
kəşf edilərək istismarına təkan vermişdir (şək. I.1).

Şəkil I.2 Azərbaycanın quru ərazisi və dəniz akvatoriyası yataqlarının


neft hasilatının dinamikası
Kəşf edilmiş 67 mədəndən hazırda 54-də (o cümlədən quruda 37, dənizdə 17)
karbohidrogenlərin hasilatı davam etdirilməkdədir. Burada hasil edilən neftin
həcmi (illər üzrə) şək. I.2-də verilmişdir.
Göründüyü kimi, 130 ili əhatə edən hasilat əyrilərinin dinamikası kəskin
dəyişmələrlə səciyyələnir. Dünya neftçıxarma regionları üçün xarakterik olmayan
belə vəziyyətin əmələgəlmə səbəbləri ölkəmizdə və onun ətrafında baş verən
kəskin ictimai-siyasi problemlərlə əlaqədardır. Belə ki, 1870-ci ildən başlayaraq
otuz il ərzində Abşeronda yerləşən Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Bibi-
Heybət və s. neft mədənlərinin işlənilməyə cəlb edilməsi ilə əlaqədar ölkə üzrə
hasilat tədricən artaraq 11,0 milyon ton səviyyəsinə çatmışdır. Sonralar XX əsrin
əvvəllərində Rusiya imperiyasında baş verən kəskin siyasi böhran Azərbaycanda
neft hasilatının iyirmi ildən də artıq bir dövrdə qeyri-sabit vəziyyətə düşməsinə
20
gətirib çıxarmışdır. 1920-ci ildən sonra siyasi sabitlik təmin olunduqca illik neft
hasilatı da kəskin artaraq 2,5 milyon tondan 23,5 milyon tona çatmışdır. Bu dövrdə
Abşeronda bir sıra yeni yataqlar işlənilməyə verilmiş, obyektlərdə tədqiqatlar
aparılmış və texnoloji proseslər təkmilləşdirilmişdir. II Dünya Müharibəsi illərində
(1941-1945) hasilat yenidən 11,0 milyon tona qədər aşağı düşmüşdür.
Sonralar illik neft hasilatı yenidən yüksələrək 1964-cü ildə 21,4 milyon tona
çatmışdır. Qeyd etmək lazımdır ki, bu dövrdə ölkəmizdə dəniz yataqları da (o
cümlədən, Neft Daşları) işlənilməyə cəlb edilmişdir. Son otuz ildə neft hasilatının
sistematik enməsinin səbəbi isə yataqlarda ehtiyatların tükənməsi ilə izah edilə
bilməz: müşahidə edilən vəziyyət Sovet İttifaqında yeni neftli-qazlı regionların
intensiv işə salınması və onlardan maya dəyəri xeyli aşağı olan külli miqdarda
neftin hasilatı ilə əlaqədardır. Həmin dövrdə Azərbaycana diqqət zəifləmiş, burada
geoloji-kəşfiyyat və işlənilməyə sərf olunan maliyyə vəsaiti kəskin azalmışdır.
Təsadüfi deyil ki, artıq 1993-cü ildə respublika üzrə illik neft hasilatı 10,0 milyon
ton səviyyəsinə çatmışdır. Son on ildə isə Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti (ARDNŞ) maddi-texniki təminatının məhdudluğu şəraitində hasilatın
enmə tempinin zəiflədilməsinə nail olmuşdur (Günəşli-Çıraq-Azəri yatağının
məlumatları burada gətirilmir).
Ümumiyyətlə, respublika yataqlarından bu günədək cəmi 1,4 milyard ton
neft hasil edilmişdir ki, bunun da 945 milyon tonu quru ərazisinin, 455 milyon
tonu isə dəniz akvatoriyasının hesabına olmuşdur (B.Ə.Bağırov, 2003) .
Respublikanın neft yataqlarını xalq təsərrüfatı baxımından qiymətləndirmək
üçün hər şeydən əvvəl işlənilmə obyektlərində kəşf olunmuş (A+B+C1 kateqoriyalı)
ehtiyatların qiymətlərinə istinad etmək lazımdır (şək. I.3, cədv.I.1.).

Şəkil I.3. Azərbaycan mədənlərində neft ehtiyatının paylanması.


21

AZƏRBAYCAN MƏDƏNLƏRİNDƏ (ARDNŞ ÜZRƏ)


NEFT EHTİYATLARI HAQQINDA MƏLUMAT
Cədvəl I.1.
GÖSTƏRİCİLƏR Respublika üzrə Quru mədənləri Dəniz mədənləri
MƏDƏNLƏRİN SAYI 54 37 17
İSTİSMAR OBYEKTLƏRİN SAYI 584 430 154
NEFTİN İLK BALANS EHTİYATI, MLN.T. 3752 2568 1184
NEFTİN İLK ÇIXARILABİLƏN EHTİYATI, MLN.T. 1690 1135 555
ÇIXARILMIŞ NEFT HASİLATI, MLN.T. 1400 945 455
NEFTİN QALIQ BALANS EHTİYATI, MLN.T. 2062 1433 629
NEFTİN QALIQ ÇIXARILABİLƏN EHTİYATI, MLN.T. 290 190 100
YENİ TEXNOLOGİYANIN TƏTBİQİ NƏTİCƏSİNDƏ
120 80 40
ÇIXARILABİLƏN EHTİYAT, MLN.T.
CARİ NEFTVERMƏ ƏMSALI 0,37 0,37 0,38
SON NEFTVERMƏ ƏMSALI 0,45 0,44 0,47
22
Göründüyü kimi, respublika üzrə neftin ümumi balans ehtiyatı 3752 milyon
ton (o cümlədən, 2568 milyon ton quru, 1184 milyon tonu dəniz yataqları üzrə)
həcmində yüksək etibarlılıqla hesablanmış və təsdiq olunmuşdur. Məlum olduğu
kimi, belə ehtiyatlardan mövcud texnologiya ilə onun çıxarılabilən hissəsi də
əsaslandırılıb. Respublikada bu ehtiyatlar ümumi balans ehtiyatının 45%-ni təşkil
edir və 1690 milyon tona (quru üzrə 1135 milyon ton, dənizdə 555 milyon ton)
bərabərdir. Bu isə son neftvermə əmsalının 0,45 olması deməkdir (cari neftvermə
əmsalı 0,37-dir). Yuxarıda qeyd edildiyi kimi, artıq hasil edilmiş neftin həcmi
haqqında göstəricilər nəzərə alınarsa, ölkənin quru ərazisindəki yataqlar üzrə
ehtiyatların yalnız qalıq çıxarılabilən hissəsi 190 milyon ton, dəniz yataqlarında isə
100 milyon ton olduğu aşkar olur.
Beləliklə, ARDNŞ-nin istismar etdiyi yataqlar üzrə mövcud texnologiyanın
tətbiqi ilə 290 milyon ton neft hasil edilə biləcəyi şübhə doğurmur. Lakin burada
bir vacib problemin də mahiyyəti üzərində dayanmaq lazımdır. Bu, dünya
neftçıxarma texnologiyasında son 15-20 ildə baş vermiş proseslərlə əlaqədardır.
Belə ki, inkişaf etmiş ölkələrdə layların istismarı prosesində onların neftverimini
artıran proqressiv üsullar geniş tətbiq olunur (M.M.İvanova və b.,2000;
M.L.Surquçov,1985). Qeyd etmək lazımdır ki, göstərilən fiziki-kimyəvi, istilik və
digər üsulların sayı, onların tətbiq dairəsi daima artmaqdadır. Aparılan
ümumiləşdirilmələr göstərir ki, bu üsullar neftvermə əmsalını 3-20% artırır. Onu
da qeyd edək ki, ölkəmizdə də istifadə edilmiş bir sıra üsullar üzrə effektivlik
göstərilən səviyyədə olmuşdur. Deməli, respublika yataqlarında layların
neftverimini artıran üsullar tətbiq olunarsa və onlardan hətta orta hesabla ən azı 5%
effekt alınarsa, onda qalıq balans ehtiyatlarının 120 milyon tonu da real
çıxarılabiləcək ehtiyatlara aid edilə bilər. Belə olduqda ARDNŞ üzrə ehtiyatların
ümumi qalıq çıxarılabilən hissəsi 400 milyon tondan da artıq olar. Nəzərə alsaq ki,
neft şirkəti ildə 9-10 milyon ton səviyyəsində neft hasil edir, onda göstərilən
ehtiyatın ölkəmizdə neftə olan tələbatının 40-45 il müddətində təmin edə biləcəyini
təsdiqləyir.
Lakin yataqların ehtiyatlarından səmərəli istifadə problemini sadə
məsələlərdən hesab etmək olmaz. Burada xeyli sayda bir-biri ilə sıx əlaqədə olan
23
kompleks məsələlərin həlli tələb olunur. Belə ki, uzun müddət işlənilən yataqların
geoloji-texnoloji şəraitinin (o cümlədən, cari dövrlərdə) öyrənilməsi, işlənilmə
prosesində yüksək neftverməyə imkan verməyən səbəblərin araşdırılması, dünya
neftçıxarma təcrübəsində analoji geoloji şəraitdə işlənilmə yeniliklərinin və s.
tədqiqi tələb olunur. Başqa sözlə, bu yataqların bundan sonra da uzun müddət
işlənilən sənaye əhəmiyyətli obyekt kimi saxlanılması kompleks tədqiqatların
sistemli baxımdan aparılması ilə əlaqədardır. Buraya aşağıdakı tədqiqat blokları
daxil edilməlidir:
a) Geoloji tədqiqatlar. Nəzərə almaq lazımdır ki, istismarın gələcək
dövrlərini hər şeydən əvvəl iqtisadi göstəricilər müəyyənləşdirir. Bu isə yatağın
istismarını təmin edəcək müxtəlif geoloji-texniki tədbirlərin yüksək səmərə ilə
həyata keçirilməsini tələb edir. Bu tələbləri yerinə yetirmək üçün isə yatağın və
onun kəsilişindəki ayrı-ayrı layların daxili quruluşunun etibarlı öyrənilməlidir.
Tələbatın yerinə yetirilməsində bir sıra məsələlərin ardıcıl həlli təmin olunmalıdır.
Bunların arasında baxılan yataqların üçölçülü modellərinin tərtibi, cari neft
yığımlarının hidrodinamiki vəziyyətinin aşkar edilməsi və regionda oxşar
obyektlərin təsnifat üsulları ilə qruplaşdırılması və işlənilmələrinin təhlil edilməsi,
oxşar qrup obyektlərində neftverməyə təsir edən amillərin aşkar edilməsi və
onların məqsədyönlü tənzimləndirilməsi, layların neftverimini artıran üsulların
tətbiqi üçün müvafiq işlənilmə obyektlərin seçilməsi və s. kimi məsələlər mühüm
yer tutur.
Aydındır ki, yataqların uzun müddət müxtəlif texnologiya ilə işlənilməsi
onların geoloji şəraitini xeyli mürəkkəbləşdirmiş və burada sistematik dəyişmələr
çox hallarda lokal fluktuasiyalarla əvəz olunmuşdur. Odur ki, yataqların qalıq
ehtiyatlarının maksimum mənimsənilməsi üçün seçiləcək optimal yollar və onların
operativ həlli geoloji-riyazi modellərin tərtibini və onların müasir kompüterlərdə
realizəsini tələb edir.
b) Texnoloji tədqiqatlar. Azərbaycanda çoxdan işlənilmədə olan yataqlarda
tətbiq olunan texniki vəsait və texnoloji proseslər müasir tələblərə artıq cavab
vermir. Burada layların hidrodinamiki vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq
işlər son vaxtlar çox az aparılır. Məsaməli mühitdə qalmış neftin yuyularaq quyu
24
dibinə aparılması süni təsir üsullarının (səthi aktiv maddələr, polimerlər, miselyar
məhlullar, istilik üsulları və s.) və horizontal quyuların qazılması və istismarını
tələb edir. Beləliklə, yataqlarda ehtiyatların, o cümlədən, onun çıxarılabilən
hissəsinin tam realizəsinin buradakı işlənilmə texnikası və texnologiyasının
təkmilləşdirilməsindən asılı olması şübhə doğurmur.
c) İqtisadi tədqiqatlar. Azərbaycan yataqlarının gələcəkdə istismarının
iqtisadi cəhətdən səmərəliliyini təmin etmək üçün dünya neft təcrübəsində istifadə
edilən müxtəlif geoloji-işlənilmə-iqtisadi modellərin yaradılması və onların
əsasında konkret geoloji-mədən və ya təşkilatı tədbirlər vaxtaşırı həyata
keçirilməlidir.
d) Ekoloji tədqiqatlar. Dünya neftçıxarma təcrübəsində ekoloji təminatların
yerinə yetirilməsinə ciddi fikir verilir. Ölkəmizdə isə bu sahədə hələ də
çatışmamazlıqlar qeyd olunmaqdadır. Onları aradan qaldırmaq üçün isə müvafiq
tədqiqatlar aparılmalıdır ki, bu da quru sahəsi və dəniz akvatoriyasında işlənilən
yataqlarda ekoloji mühiti əsaslı surətdə yaxşılaşdırmalıdır.
Beləliklə, göründüyü kimi Azərbaycanın quru ərazisində və dəniz
akvatoriyasında yerləşən çoxdan işlənilmədə olan yataqların potensial imkanlarının
mövcudluğu şübhə doğurmur. Burada indiyədək istifadəsiz qalmış ehtiyatların
maksimum realizəsi respublikanın enerji-yanacaq kompleksi üçün çox vacib
problemdir. ARDNŞ-nin balansında olan neft yataqlarının işlənilməsinin rasional
aparılmasını təmin etmək üçün çoxfunksiyalı bir model təklif olunmuşdur, bu da
təcrübədə rast gəlinə bilən bütün məsələlərin həllini operativ rejimdə təmin edir
(şək. I.4.). Qeyd etmək vacibdir ki, təqdim olunan modelin bütün elementlərinin
alqoritmi tərtib olunmuş və proqramları müxtəlif geoloji-mədən göstəriciləri ilə
səciyyələnən yataqlarda tətbiq olunmuşdur [B.Ə.Bağırov, 2003].
Layların struktur elementlərinin dəqiqləşdirilməsi

1
(xəritələrin tərtibi, tektonik qırılmaların
funksiyalarının təyini)

Lay parametrlərinin (effektiv qalınlıq, məsaməlik,

2
keçiricilik və s.) cari vəziyyətinin təyini və
qiymətləndirilməsi

Lay enerjisinin cari göstəriciləri və tükənmə


3

dərəcəsinin öyrənilməsi

Neft ehtiyatının (ilk və cari) hesablanması,


4

differensiasiyası və realizəsinin qiymətləndirilməsi

Geoloji-işlənilmə göstəricilərinə görə təsnifat


5

modellərinin yaradılması və tətbiqi

Yataqların iki və üçölçülü işlənilmə modellərinin


6

yaradılması
Neft-qaz mədən geologiyasının tədqiqat istiqamətləri

Yataqlarda tətbiq olunan işlənilmə proseslərinin


7

tənzimlənməsi

Neftvermə modellərinin yaradılması


8

İşlənilmənin başa çatdırılması üçün çoxfunksiyalı


9

geoloji-riyazi və iqtisadi modellərin yaradılması


25
26

Şəkil I.4. Neft yataqlarının işlənilməsinin geoloji-texnoloji modelinin sxematik quruluşu


27
II. NEFT VƏ QAZ YATAQLARININ IŞLƏNILMƏSINƏ QƏDƏR
APARILAN KOMPLEKS TƏDQIQATLAR.

Neft və qaz yığımlarına müxtəlif dərinlikdə yatan özünə məxsus


strukturlarda rast gəlinir. Buradakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə
etmək üçün onların təbii şəraitindəki (işlənilməyə verilmə dövrünədək) geoloji
quruluşu öyrənilməlidir. Bu məqsədlə kompleks geoloji, geofiziki, geokimyəvi və
hidrodinamiki üsullarla tədqiqatlar aparılır. Onlardan alınan bütün məlumatlar
yataqda işlənilmə prosesini başlamaq üçün informasiya bazasında cəmləşdirilir və
geoloji əsasların yaradılmasında istifadə edilir.
Müasir dövrdə işlənilmənin geoloji əsaslandırılmasına tələbat olduqca
artmışdır. Burada yataqda işlənilmənin əsaslandırılması üçün lazım gələn bütün
məsələlər öz həllini tapmalıdır. Strukturun statik vəziyyətində öyrənilmə
kompleksinə ənənəvi geoloji, geofiziki üsullarla yanaşı riyazi-statistika və ehtimal
nəzəriyyəsinin müvafiq yanaşma və qoyuluşlar da əlavə edilməlidir ki, bu da
məlumat qıtlığı şəraitində yatağı daha da düzgün qiymətləndirməyə imkan verir.

II.1 Karbohidrogenlərin yer təkində toplanılmasının


təbii şəraiti və paylanma sərhədləri.
Dünya neft yataqlarının böyük əksəriyyəti çöküntü mənşəli olmaqla
antiklinal, braxiantiklinal, monoklinal və s. quruluşlarla əlaqədardır. Onlar
müxtəlif geoloji dövrlərdə əmələ gəlsələr də, litoloji-stratiqrafik və tektonik
baxımından qeyri-bircinsliliklə səciyyələnirlər: keçirici kollektor laylar qeyri-
keçirici süxurlu laylarla növbələşir. Çöküntü kompleksində qeyd edilən dəyişmələr
sərhədlərlə ifadə olunaraq laylaşma xüsusiyyətini əks etdirir. Strukturun kəsilişində
rast gələn kollektor layların bəziləri məhsuldar, digərləri isə sulu ola bilər. Burada
məhsuldar layların işlənilməsi üçün yalnız onların öyrənilməsi kifayət deyil:
mədənin kəsilişində rast gələn bütün layların tədqiq olunması tələb olunur.
Tədqiqatlar sistem baxımından həyata keçirilməlidir. Belə olduqda çoxlaylı
strukturu “geoloji sistem”, onun ayrı-ayrı laylarını isə “geoloji cisimlər” kimi
adlandırmaq olar. Təbii ki, “geoloji sistemin öyrənilməsi” “geoloji cisimlərin”
tədqiqi ilə başlanılmalıdır.
28
Geoloji cisimlər olmaqla laylar özləri də sadə və mürəkkəb quruluşlu ola
bilər. Hərgah sadə quruluşlu layların həcmində heç bir sərhəd keçirmək mümkün
deyilsə, mürəkkəblərdə isə bir və ya bir neçə sərhəd keçirilir ki, onlar da bu laya
məxsus fasial, tektonik və s. dəyişmələri əks etdirir.
Neft-mədən geologiyasında sərhədlərin mahiyyəti və aşkar edilməsi
üsullarına xüsusi diqqət yetirilir. Sərhədlərin keçirilməsi üçün layların səthində
(və ya həcmində) öyrənilən parametrin (məsələn, qalınlığın, məsaməliyin və s.)
müəyyən dəyişmələri mövcud olmalıdır.
Lay parametrlərin paylanılmasında baş verən dəyişmələri təsvir etmək üçün
sərhədlərin aşağıdakı kimi təsnifatını vermək olar.
Kəskin sərhədlər. Mədənin kəsilişi və ya sahəsi üzrə baş verən kəskin
litoloji-fiziki xassələri (məsələn, qumlu layın gilli laya keçməsi; yataqda neftli
hissənin sulu və ya qazlı hissə ilə əvəz olunması və s.) əks etdirmək üçün belə
sərhədlərdən istifadə edilir (şək.II.1).

Şəkil.II.1. Yataq kəsilişinin kəskin sərhədləri.

Qırılma (dizyunktiv) sərhədlər. Əvvəlcə onu qeyd edək ki, təbiətdə çox
nadir hallarda tektonik qırılmalarla mürəkkəbləşməyən sadə formalı neftli
strukturlara təsadüf edilir. Ölkəmizin yataqlarının böyük əksəriyyəti bu baxımdan
istisna deyil: strukturların uzunu və eni istiqamətində müxtəlif amplitudalı
qırılmalar qeyd edilir. Onlar funksiyasından asılı olaraq iki növə bölünür:
29
a) Ekran xassəli qırılmalar. Bu qırılmalar yatağın struktur və hidrodinamik
bütövlüyünü pozaraq, onu bir-birindən təcrid edilən tektonik sahələrə
bölür. Belə sahələr arasında flüid axımı bir qayda olaraq qeyd edilmir. Bu
səbəbdən də onların ehtiyatları ayrıca hesablanır və müstəqil işlənilmə
sistemləri tətbiq edilir (şək.II.2).

Şəkil. II.2.Ekran funksiyalı tektonik qırılmalar.

b) Keçirici xassəli qırılmalar. Yataq sahəsində qeyd edilən belə qırılmalar


atılma amplitudasından asılı olmayaraq laydaxili maye axımının qarşısını almır:
belə qırılmaların mövcudluğu şəraitində yatağın bir blokundan digərinə (qonşu
bloka) neftin, qazın və suyun (o cümlədən laya vurulan) sərbəst axımı müşahidə
olunur. Odur ki, belə qırılmalara keçirici xassəli qırılmalar deyilir (şək.II.3).
Onu da qeyd etmək lazımdır ki, qırılma sərhədləri neft yataqlarının
əmələgəlmə və formalaşmasında çox mühüm rol oynayır. Azərbaycanın neft və
qaz strukturlarının tədqiqindən məlumdur ki, onlar bəzi yataqların əmələ
gəlməsində (karbohidrogenlərin toplanılmasında) müsbət, digərlərində isə dağıdıcı
rol oynamışlar.
30

Şəkil. II.3.Keçirici funksiyalı tektonik qırılmalar.

c) Şərti sərhədlər. Neftli-qazlı strukturun geoloji-fiziki xassələri onun sahəsi


üzrə müxtəlif dəyişmələrə məruz qalır. Məsələn, layın yatma dərinliyi, süxur
məsaməliyi və s. qiymətləri müəyyən istiqamətdə artır və ya azalır. Belə
dəyişmələri təsvir etmək üçün şərti sərhədlərdən istifadə edilir ki, onlara da
horizontallar deyilir (şək.II.4 ).

Şək.II.4. Strukturda şərti sərhədlər.


d) Sərbəst sərhədlər. Neft yataqlarının işlənilməsi prosesində bəzən belə
sərhədlərdən istifadə edilir ki, bunların da geoloji cisimdə gedən dəyişmələrlə heç
bir əlaqəsi yoxdur. Onlar xəritələrdə sahənin məlumatlarla öyrənilmə dərəcəsini
31
(dolğunluğunu), ehtiyatın kateqoriyalarını təsvir etmək üçün istifadə edilir.
Məsələn, hər hansı bir yataqda neft ehtiyatının öyrənilmə dərəcəsinə görə A, B, C1
kateqoriyaları ayrılmışsa, onda bu tip sərhədlərdən istifadə edilə bilər (şək.II.5).

Şəkil II.5. Neft ehtiyatların kateqoriyalarının ayrılmasının sərbəst sərhədləri.

Yuxarıda qeyd edilən sərhədlərdən geoloji cisimləri bir-birindən ayrılması


üçün istifadə edilir. Yuxarıda qeyd edildiyi kimi, geoloji cisimlərin iki forması
mövcuddur: sadə və mürəkkəb.
Sadə geoloji cisimlərin səthində (və ya daxilində) hər hansı bir göstəriciyə
görə heç bir təbii və şərti sərhədlər keçirmək mümkün deyil. Mürəkkəb geoloji
cisimlərin quruluşunda isə əksinə - hər hansı lay parametrinin paylanılmasına görə
sərhədlər (ən azı bir sərhəd) keçirilməsi tələb olunur.
Bu laylar neft və qaz mədənlərinin tərkib hissəsi olmaqla geoloji sistemləri
təşkil edir.

II.2. Çoxlaylı mədənin geoloji quruluşu.


Neft və qaz yataqlarının böyük əksəriyyəti çökmə süxurlarla əlaqədardır.
Strukturun yerləşdiyi rayonun tektonik xüsusiyyətindən asılı olaraq, burada
müəyyən litologiyaya malik çöküntülər toplanır. Sonrakı geoloji dövrlərdə
plikativ və dizyunktiv dislokasiyaların təsiri ilə onların litoloji tərkibi dəfələrlə
dəyişmələrə məruz qalır. Nəticədə, kəsilişdə bir-birindən fərqlənən süxur
kompleksləri yaranır ki, onlar da lay və ya təbəqə adlandırılır.
32
Təbiətdə xüsusilə geosinklinal vilayətlərdə tam horizontal yatan, sadə
formalı laylaşmaya təsadüf edilmir. Onlar çoxlaylı olmaqla olduqca mürəkkəb
quruluşlu qalxımlarla səciyyələnirlər. Belə qalxımlarda laylaşmanın hər hansı bir
qanunauyğunluğu müşahidə etmək çətindir, tektonik qırılmalar isə strukturun
kəsilişindəki layların tamlığını müxtəlif cür pozur. Nəticədə, lay flüidlərinin
paylanmasının bənzərsiz formaları yaranır. Buna Cənubi Xəzər hövzəsinin
strukturlarını misal göstərmək olar. Burada qeyd olunan xeyli sayda qalxımlarda
müxtəlif laylaşma sistemi ilə yanaşı plikativ və dizyunktiv dislokasiyaların ən
müxtəlif formaları müşahidə olunur. Hətta qonşu strukturalarda belə, geoloji
quruluşların müxtəlifliyi də özünü göstərir. Məsələn, Abşeronun mərkəzində
yerləşən Balaxanı-Sabunçu-Ramanı mədəni yalnız yəhərvari kiçik sinklinalla
qonşu Suraxanı mədəni ayrıldığı halda onların kəsilişlərində ümumi oxşarlıq
fonunda, özlərinə məxsus geoloji quruluşlar da nəzərə çarpır: Balaxanı-Sabunçu-
Ramanıda məhsuldar qatın dabanı qırməkialtı lay dəstəsi təşkil edirsə, Suraxanıda
onu daha qədim qala lay dəstəsi çöküntüləri əvəz edir. Bu strukturlarda tektonik
qırılmaların forma və funksiyalarında da ümumi oxşarlıq qeyd olunmur.
Mürəkkəb quruluşlu strukturlarda flüid paylanılması da hidrostatikanın
qanununa tam müvafiq deyil. Məsələn, çoxlaylı yatağın neftlərinin sıxlığı və
özlülüyünün dəyişməsində onun yatma dərinliyindən asılı olaraq əslində ümumi
bir qanunauyğunluq qeyd olunmur; bu istiqamətdə məhsuldar layların qazla doyma
dərəcəsinin dəyişməsində də sistematik bir təzahür müşahidə olunmur və s.
Qeyd edilən qeyri-səlis geoloji mühitdə karbohidrogen yığımlarının aşkar
edilməsi onun ehtiyatının hesablanması, sonra isə realizə imkanlarının
əsaslandırılması, ilk növbədə həmin geoloji şəraitin özünün öyrənilməsini tələb
edir. Yalnız belə tədqiqatlardan sonra strukturlarda neft və qaz hasilatına başlamaq
üçün müvafiq işlər aparıla bilər.
Beləliklə, strukturun geoloji öyrənilməsi dedikdə, onun kompleks tədqiqi
nəzərdə tutulur. Burada dərinliklər üzrə, sahə və ümumilikdə onun həcmi boyu
gedən fasial, tektonik, hidrodinamik göstəricilərinin dəyişmələrinin aşkarı və
təhlili nəzərdə tutulur.
33
Nəzərə alsaq ki, flüidlər yer təkində müəyyən həcmlərdə yerləşir, onda
tədqiqatlar X, Y və Z oxları üzrə aparılaraq nəticələri strukturun üçölçülü
modellərində əks olunmalıdır.
II.2.1. Çoxlaylı strukturun vertikal kəsilişinin öyrənilməsi.
Strukturların stratiqrafik bölümlərində baş vermiş fasial dəyişmələr
haqqında məlumatların alınması neft geologiyasının ən vacib problemlərindən
biridir. Bu məsələni həll etmək üçün strukturun müxtəlif sahələrində (nöqtələrində)
qazılmış quyuların kəsilişindən əldə edilən geoloji-geofiziki məlumatlar ətraflı
öyrənilir.
Belə tədqiqatlar əsasən strukturda aparılan axtarış-kəşfiyyat işləri prosesində
və işlənilmənin ilk mərhələsində həyata keçirilir. Məhz bu dövrlərdə qazılan
müxtəlif təyinatlı quyuların kəsilişindən götürülmüş süxur nümunələri öyrənilir və
geofiziki üsullarla tədqiq olunur: layların stratiqrafik ardıcıllıqla yatımı, onların
qalınlığı və litoloji tərkibi, neftli-qazlı layların mövcudluğu və onların yatma
şəraiti və s. məlumatlar strukturun geoloji quruluşunun öyrənilməsinə kömək edir.
Məhsuldar təbəqələrin isə kollektorluq qabiliyyəti, neftlə-qazla doyma dərəcəsi,
fliudlərin fiziki-kimyəvi göstəriciləri, hasilat imkanları hər tərəfli tədqiq olunur ki,
bu da həmin strukturun xalq təsərrüfatı baxımından qiymətləndirilməsi
ilnəticələnməlidir.
Quyu kəsilişinin ö y r ə n i l m ə s i. Keçmiş dövrlərdə qazıma
prosesində kəsilişdən tam keyfiyyətli süxur nümunələrinin götürülməsi üçün
texniki imkanlar məhdud idi. Bu məqsədlə istifadə edilən müvafiq baltalar, yan
süxurgötürən cihazlar çox vaxt kəsilişin gilli hissəsindən nümunənin götürməsini
təmin edirdisə, qum fraksiyalı nümunələrin isə yer səthinə qaldırılmasına nail
olmaq çətin olurdu: onların qismən və ya tamamilə dağılması baş verirdi. Son
nəticədə yatağın kəsilişinin eyni dərəcədə tədqiqi mümkün olmurdu. Lakin müasir
dövrdə qazıma prosesində istifadə olunan çox effektli avadanlıqlar süxur
nümunələrini fasiləsiz və keyfiyyətli götürülməsini təmin edir ki, bu da
strukturların kəsilişinin təsvir edilməsinə imkan verir. Onu da qeyd edək ki,
quyulardan fasiləsiz süxur nümunəsinin götürülməsi (xüsusi ilə böyük
34
dərinliklərdə yatan laylardan) və laboratoriyalarda tədqiqi baha başa gələn bir
prosesdir. Odur ki, quyu kəsilişinin öyrənilməsində geofiziki üsullarından geniş
istifadə edilir. Bu üsulların tədqiqatlara cəlb etmək üçün bir qayda olaraq aşağıdakı
ardıcıllıqdan istifadə edilir: əvvəlcə strukturda qazılan ilk quyulardan süxur
nümunələri (kern) götürülür və tədqiq olunur. Sonra həmin quyularda geofiziki
tədqiqat üsulları vasitəsilə də kompleks tədqiqatlar aparılır. Hər iki üsulla alınan
ölçü qiymətləri xüsusi cədvəllərdə əks etdirilir. Onların müqayisəsi vasitəsilə bütün
lay parametrlərinin (məsələn, məsaməliyin) geofiziki qiyməti təyin edilir. Bu isə
həmin strukturda sonralar qazılan quyularda süxur nümunələri götürülmədən belə
onun kəsilişində rast gələn bütün layların parametrlərinin yalnız geofiziki
tədqiqatlarla öyrənilməsini təmin edir.
Beləliklə, quyuların qazılması prosesindən kompleks geoloji-geofiziki
üsullarla əldə edilmiş lay parametrlərinin qiymətləri müvafiq cədvəl və xəritələrdə
göstərilir ki, bu da strukturun müxtəlif hissələrində (nöqtələrində) kəsilişi
öyrənməyə kömək edir. Bu məlumatların ümumiləşdirilməsi isə strukturun daxili
quruluşunun müəyyən ehtimallıqla təsvirini təmin edir.
Yuxarıda qeyd edildiyi kimi, quyu kəsilişlərinin öyrənilməsində geofiziki
üsulların imkanları artmaqdadır. Odur ki, tələbələr bu sahəyə həsr edilmiş xüsusi
kursu öyrənirlər. Bununla əlaqədar hazırki dərslikdə quyuların geofiziki
tədqiqatları haqqında yalnız qısa məlumatların verilməsi məqsədə uyğun
sayılmışdir.
Beləliklə, neft yataqlarının tədqiqində istifadə edilən əsas müasir geofiziki
üsullar haqqında məlumatlar aşağıda verilir.
1. Elektrik karotajı (fərz olunan xüsusi müqavimət və quyu potensialı üsulları:
yan karotaj zondlama üsulu, yan karotaj üsulu, induksiya karotajı).
2. Radioaktiv karotajı (qamma karotaj üsulu, qamma–qamma karotaj üsulu,
neytron karotaj üsulu, neytron-qamma karotaj üsulu, impuls neytron karotaj
üsulu və s.).
3. Akustik karotaj (sürətə görə akustik karotaj, sönməyə görə akustik karotaj və s.).
4. Termometriya üsulu.
35
5. Kavernometriya, inklinometriya.
6. Qaz karotajı.
7. Debitometriya (sərf ölçən).
Strukturlarda k ə s i l i ş l ə r i n ö y r ə n i l m ə s i. Hər hansı bir
strukturu öyrənmək üçün onun sahəsində qazılmış hər bir quyunun geoloji və
geofiziki üsullarla kəsilişi öyrənilməli və müqayisəli təhlil edilməlidir.
Quyular qazılarkən baltanın keçdiyi hər bir layın yatma dərinliyi, qalınlığı,
litoloji tərkibi, neft-qazlılığı və s. göstəricilər haqqında məlumatlar əldə edilməli və
xüsusi cədvəl və qrafiklərdə əks etdirilməlidir. Bütün bu məlumatları əyani
göstərmək üçün hər bir quyu üçün şaquli kəsiliş sütunu tərtib edilir. Sütun
müəyyən miqyasla (məsələn, 1:500, 1:1000) qurulur və ardıcıl olaraq aşağıdakı
əməliyyatların yerinə yetirilməsini nəzərdə tutur: lay dəstələrinin, horizontların
və nəhayət layların ayrılması və geoloji-geofiziki məlumatlarının şərhi. Burada
müxtəlif stratiqrafik çöküntü komplekslərinin geoxronoloji yaşı, ümu və effektiv
qalınlığı, neftliliyi, qazlılığı və s. göstəricilərinin geoloji-petrofiziki (kern) və
geofiziki qiymətlərinin alınması və təhlili nəzərdə tutulur.
Strukturda (onun müxtəlif sahələrində) sonralar ikinci, üçüncü və s. quyular
qazıldıqda da eyni yanaşmalarla onların geoloji-geofiziki kəsilişləri tərtib olunur və
bir-biri ilə müqayisə olunur. Bu kəsilişlərin müəyyən istiqamətlərdə (eninə və
uzununa) izlənilməsi isə son nəticədə öyrənilən strukturun daxili quruluşu
haqqında məlumatların alınmasına kömək edir.
Strukturda qazılmış quyuların kəsilişlərinin bu cür müqayisəsinə mədən
geologiyasında korrelyasiya əməliyyatı deyilir. Bu əməliyyat qoyulan məsələnin
mahiyyətindən asılı olaraq aşağıdakı üsullarla həyata keçirilir.
1. Regional korrelyasiya. Adından göründüyü kimi bu əməliyyat region
(hövzə) miqyasında aparılır və buranın geoloji quruluşunun ilkin öyrənilməsində
istifadə edilir. Regionun müxtəlif strukturlarında qazılan quyuların kəsilişlərinin
stratiqrafiq bölünməsi, çöküntü komplekslərinin lay dəstələrinə (bəzən laylara)
ayrılması, onların qalınlıqları və dəyişmə intervalları haqqında ən ümumi
məlumatlar əldə edilir.
36
Regional korrelyasiya materiallarından əsasən axtarış və kəşfiyyat işlərində
istifadə edilir.
2. Ümumi korrelyasiya. Korrelyasiyanın bu üsulu konkret strukturlarda
qazılmış quyuların kəsilişlərinin müqayisəsini təmin edir ki, bu da həmin
strukturun quruluşu haqqında məlumatlar almağa imkan verir. Bu mərhələdə
strukturun kəsilişində gedən laylaşmanın xarakteri, neft-qazlılıq imkanları və s.
haqqında ilkin məlumatların alınması təmin olunur.
Bu dövrdə yataq üçün normal və tipik kəsilişlər tərtib edilir. Nəzərə almaq
lazımdır ki, neft yataqlarının böyük əksəriyyəti müxtəlif yatma bucaqları ilə
səciyyələnən laylarla əlaqədardır. Bu səbəbdən və quyu gövdəsinin əyilməsi
üzündən layların quyulardakı qeyd olunmuş (görünən) qalınlığı ilə onların həqiqi
qalınlığı arasında müəyyən fərqlərə təsadüf olunur (şək.II.6). Layın şaquli
kəsilişindən həqiqi qalınlığa keçmək üçün sadə hesablama üsulundan istifadə
edilir.
h = b·cos
burada h – layın həqiqi qalınlığı, m; b – layın görünən qalınlığı, m;  –
layın yatma bucağı (inklinoqramma vasitəsi ilə ölçülür).

h b

h - həqiqi qalınlıq, m
b – şaquli (görünən) qalınlıq, m
 - layın yatma bucağı
Şəkil II.6. Layın qalınlıqlarının təyini.
37
3. Müfəssəl korrelyasiya. Bu üsulun tədbiqi strukturlarda axtarış və
kəşfiyyat mərhələsinin son dövrlərində quyuların sayının nisbətən çox olduğu
halda mümkündür. Məhz bu mərhələdə kəsilişlərin tədqiqi nəticəsində həmin
strukturanın ilkin geoloji modeli yaradılır. Bu modeldə laylaşma sərhədləri,
sahələri, məhsuldar layların ayrılması, qırılmalar və s. öz əksini tapmalıdır
(şək.II.7).
ŞQ
400 1
300 2 CŞ
4
. . . 3
. . . ... ..
200
.
. .. . . . . . . . .. . . ... . . .
100 . .. . . ... . . .
. . .
0 .. . . .
..
. . . .
. . .. . . . . . . . .. .
-100
. . . . . . .
-200 . . . . . .
..
. . .
-300 . .. .
. . .. .
. . . .
. .. . .. ...... . . . ..
-400 . ...
. .. . .. . ..
.

-500
.
-600
. . . .. ... .
-700 ... . .
-800

-900

-1000 ..
. .
. . .
-1100 . . . .
. . .. . . .
-1200 .
. . . .. .
. ..
-1300 ... . .
..
-1400
M

Şəkil II.7. Strukturun korrelyasiya sxemi.


Neft-qaz mədən geologiyasında müfəssəl korrelyasiya üsulu əsas
öyrənilmə vasitəsi olduğundan onun əsas elementlərinə nəzər salaq.
a) Reper (istinad) layların ayrılması.
Tutaq ki, strukturun müxtəlif sahələrində bir neçə quyu qazılmış və
kəsilişləri geoloji-geofiziki üsullar ilə tədqiq olunmuşdur. Onları müəyyən
istiqamətdə (məsələn, şimaldan cənuba, şərqdən qərbə və s.) yerləşdirərək
kəsilişlərinə nəzər yetirək. Onlarda laylaşmanın müxtəlifliyi fonunda qalınlığı və
geoloji quruluşu sabit qalan (və ya az dəyişən) laylara da rast gəlinir. Belə laylara
reper laylar deyilir.
Reper laylar özündən yuxarıda və aşağıda yatan çöküntü komplekslərindən kəskin
fərqləndiyindən, onların ayrılma xəttinə reper sərhədi deyilir.
Reper laylar paylanılma xüsusiyyətlərinə görə üç kateqoriyaya bölünür:
38
– sərt reper laylar. Belə laylara yatağın bütün sahəsində rast gəlinir. Onların
litoloji tərkibi sabit, qalınlıqları isə dəyişmir (və ya az dəyişir). Belə laylar əsasən
gillərdən təşkil olunur;
– qeyri sabit reper laylar. Strukturda qazılmış bütün quyuların kəsilişində
qeyd edilən, lakin litoloji-fasial göstəriciləri sahəvi dəyişmələrə məruz qalan laylar
bu tip reperlərə aiddir;
– sahəvi reper laylar. Bu tip reperlər strukturun yalnız bəzi sahələrində
qazılmış quyuların kəsilişində qeyd olunur və əsasən az qalınlığa malik
təbəqələrdən təşkil olunur.
b) İstinad kəsilişin tərtibi.
Bu proses yatağın geoloji quruluşunun ümumi göstəricilərini özündə
cəmləşdirir və aşağıdakı ardıcıllıqla aparılır: sahədə qazılmış bütün quyularda
kəskin və qeyri sabit reperlərin sərhədləri (alt və üst), qalınlıqları və litoloji
quruluşu geoloji-geofiziki sütunda (sahə böyük olduqda-sütunlarda) yerləşdirilir.
Bundan sonra onlardan üstdə və altda yatan laylar və horizontların mövqeyi ardıcıl
olaraq müəyyənləşdirilir və sütunda yerləşdirilir. Beləliklə, yatağın müfəssəl
kəsilişi tərtib olunur və laylara geoxronologiyaya müvafiq adlar (indekslər) verilir.
Məsələn, bizim üçün maraq doğuran Cənubu Xəzər çökəkliyi yataqlarında alt
pliosen yaşlı çöküntü kompleksinin kəsilişində (stratiqrafiq dərinliklər artdıqca)
suraxanı, sabunçu, balaxanı, fasilə lay dəstələri, qırməki üstü gilli və qumlu,
qırməki, qırməki altı və qala lay dəstələri ayrılır (şək.II.8). Onu da qeyd etmək
lazımdır ki, hövzənin müxtəlif qalxımlarında özünəməxsus istinad kəsilişləri tərtib
olunmuş və müxtəlif cür indeksləşdirilmişdir.

Suraxanı lay dəstəsi


Məhsuld

Üst şöbə
ar Qat

Sabunçu lay dəstəsi


Balaxanı lay dəstəsi
39
Fasilə lay dəstəsi
Qırməki üstü gilli lay dəstəsi (QÜG)
Qırməki üstü qumlu lay dəstəsi (QÜQ)

Alt şöbə
Qırməki lay dəstəsi (QD)
Qırməki altı lay dəstəsi (QAD)
Qala lay dəstəsi (QaD)

Şəkil II.8. Cənubi-Xəzər hövzəsində məhsuldar qat çöküntülərinin


stratiqrafik bölgü sxemi.

c) Quyu kəsilişlərinin ardıcıl müqayisəsi (korrelyasiyası).


Strukturda qazılmış hər hansı bir yeni quyunun kəsilişini geoloji-geofiziki
cəhətdən təhlil etmək üçün əvvəlcə onun kəsilişində reper laylar aşkar edilir. Sonra
onlardan altda və üstdə yatan stratiqrafik komplekslər təyin edilir və
indeksləşdirilir (bu əməliyyat əsasən kompleks quyu geofiziki məlumatların
tədqiqi ilə həyata keçirilir). Daha sonra yeni quyunun kəsilişi istinad kəsilişlə
və digər quyu kəsilişləri ilə müqayisə edilir və yatağa xas olan ümumi və spesifik
geofiziki göstəricilər aşkar edilir və ətraflı öyrənilir. Məhsuldar qatların qalınlığı,
kollektor xassələri, neftlə-qazla doyma dərəcələri haqqında məlumatlar da
müqayisəli təhlil ilə ətraflı öyrənilir.
d) Quyu kəsilişlərinin sahəvi korrelyasiyası.
Yuxarıda qeyd edildiyi kimi strukturun bütün sahəsində çox vaxt laylaşma
müxtəlif xarakterli olur. Belə hallarda strukturun daxili quruluşunu ətraflı
öyrənmək üçün onun müxtəlif zonalarında quyu kəsilişləri ayrılıqda korrelyasiya
edilməlidir. Bu zaman qalxımın sahəsində gedən fasial dəyişmələr, onların
paylanılma arealları və səciyyələri (lay və layçıqların növbələşməsi və kəsilişdə
pazlaşması və s.) ətraflı öyrənilməlidir. Alınan nəticələr müvafiq xəritə və
profillərdə öz əksini tapmalıdır.
Strukturun bütün zonaları üçün aparılan sahəvi korrelyasiya
əməliyyatlarının nəticələri sonradan bir-biri ilə müqayisə edilir və son nəticədə
həmin yatağın daxili quruluşunun öyrənilməsini təmin edir.
Geoloji profilin tərtibi üsulu.
40
Geoloji profillər yatağın daxili quruluşu haqqında qiymətli məlumatlar verir.
Onlar yatağın müxtəlif hissələrindəki kəsilişlərdə laylaşmanın xarakterini
(qalınlıqlarını, litofasial xüsusiyyətlərini və s.) əks etdirir. Bu məlumatlara
istinadən struktur xəritələr qurulur, müxtəlif təminatlı quyuların qazılması üçün
layihələr tərtib edilir və s. Geoloji profillər strukturun uzununa və eninə
istiqamətləndirilir və strukturun geoloji-tektonik səciyyəsindən asılı olaraq
quyuların yerləşdirilmə sxemi əsaslandırılır.
Geoloji profillərin miqyası geoloji xəritənin miqyasına uyğun seçilməlidir.
Profillərin tərtibi aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- quyuların qazıldığı strukturun geoloji quruluşu haqqında ilkin
tədqiqatlar aparılır;
- dəniz səviyyəsi (Baltik dənizinin səviyyəsinə müvafiq) müəyyən
edilir və hər bir quyuda onun yeri qeyd edilir;
- qazılmış hər bir quyunun gövdəsinə parallel ikinci şaquli xətt çəkilir
və onlarda stratiqrafik-litoloji məlumatlar qeyd olunur (regionda
qəbul edilmiş şərti işarələrlə);
- geoloji izləmə üsulu ilə eyni adlı layların korrelyasiyası aparılır.
II.2.2. Yataqların sahəvi öyrənilməsi.
Qeyd edildiyi kimi, məhsuldar çöküntü komplekslərinin öyrənilməsi onun
kəsilişi ilə yanaşı sahəsində də gedən bütün struktur-fasial, tektonik və s.
dəyişmələrin aşkar edilməsini tələb edir.
Çoxlaylı yatağın sahəvi öyrənilməsi müəyyən ardıcıllıqla getməlidir:
kəsilişin bütün laylarının sahə üzrə yatma dərinliyi, struktur forması, qırılmalarla
bölünmə xüsusiyyətləri və s. tədqiq olunmalıdır. Qoyulan məsələnin effektli həlli
üçün belə öyrənilmələr əvvəlcə reper laylar üçün aparılmalıdır. Məhz reper layların
sahəvi tədqiqi, onlardan altda və üstdə yatan laylar üçün də analoji öyrənilmələr
daha əsaslı aparıla bilər.
Qeyd edək ki, korrelyasiya sxemləri və profillərin əsasında qurulacaq
struktur xəritələrin tərtibatında reper layların strukturları qalan layların strukturları
41
üçün əsas kimi götürülür. Kompüterdə müasir proqramlarda bu reper layların
strukturu yuxarı (və ya aşağı) layların strukturları üçün trend kimi götürülür.
Layların sahəvi dəyişmələrini öyrənmək üçün onların tavan və dabanına
görə struktur xəritələr qurulmalıdır.
Struktur xəritə topografik xəritələr kimi tərtib olunur. Fərq yalnız ondadır
ki, topografik xəritələr geodeziya və aerokosmik ölçü qiymətləri vasitəsilə yer
səthinin formasını tam əks etdirir; hər hansı bir layın struktur xəritəsi isə onun
səthinin (tavan və daban) quyu qiymətlərinə görə formasının təsvir edilməsini
nəzərdə tutur. Onu da qeyd etmək vacibdir ki, hərgah müasir topoqrafiya
xəritələri ilə yer səthinin modeli onun sahəvi dəyişmələrini tam əks etdirirsə,
layın struktur xəritələrində bu tip nəticələrin alınması nəzəri cəhətdən belə
mümkün deyildir. Burada layın yatma dərinliyinin qiymətləri onun yalnız
müəyyən sahələrində qazılmış quyulardan alınır. Bu qiymətlər isə layın
yatımının bütövlükdə deyil, yalnız onun müxləlif nöqlərindəki dərinliyini əks
etdirir. Təbii ki, quyuların sayının artması müşahidə nöqtələrinin artımı deməkdir.
Bu da yatağın strukturunun öyrənilmə dərəcəsinin yüksəltməsinə gətirir. Lakin
quyuların sayını sonsuz artırmaq mümkün olmadığından layın yatma
formasını da tam təsvir etmək mümkün olmur.
Daha bir məqama diqqət yetirək.
Qeyd edildiyi kimi, lay səthini keçən quyular onun həmin nöqtədə yatma
dərinliyinin qiymətini göstərir. Qalan sahədə bu dərinliyi əks etdirmək üçün
ekstrapolyasiya üsullarından istifadə edilir. Bu səbəbdən də qurulan xəritələr lay
səthini müəyyən ehtimallıqla əks etdirir. Odur ki, lay səthinin öyrənilməsi iki
baxımdan həyata keçirilməlidir.
 Geoloji -struktur üsullar geoloji tədqiqatlarda geniş istifadə edilmiş və
layların yatma şəraitlərinin öyrənilməsində önəmli rol oynamışdır.
 Geoloji-riyazi üsullar yataqların öyrənilməsində ehtimallı yanaşmanı
əsas götürür. Bununla əlaqədar olaraq ehtimal nəzəriyyəsinin və riyazi
statistikanın müvafiq üsullarını cəlb etməklə struktur modellərin
yaradılmasını təmin edir.
42
Geoloji- struktur üsullar.
Bu üsullar neft və qaz yataqlarının öyrənilməsində son vaxtlara kimi geniş
tədbiq olunmuşdur. Layların yatım relyeflərini horizontlarla təsviri onun struktur
xəritələrinin tərtib edilməsinə imkan verir.

Şəkil II.9. Struktur xəritənin köməyi ilə layın yeraltı relyefinin təsviri

Belə xəritələr işlənilmə prosesində daha çox istifadə olunur və aşağıdakı


üsullarla tərtib edilir.
Üçbucaqlar ü s u l u. Bu xəritəalma üsulu əsasən sadə geoloji
quruluşlu yataqların öyrənilməsi üçün tətbiq olunur və bunun üçün aşağıdakı
əməliyyatlar ardıcıl yerinə yetirilməlidir:
- sahədə qazılmış bütün quyuların geoloji-geofiziki kəsilişləri ətraflı
öyrənilir;
- korrelyasiya üsulları ilə layların yatma şəraitləri müəyyən olunur;
- reper laylar aşkar edilir; onların bütün quyularda yatım dərinlikləri,
qalınlıqları, litofasial tərkibləri haqqında məlumatlar müqayisəli analiz edilir.
43
Alınan nəticələr müvafiq sxem və cədvəldə əks olunmalıdır: sxemdə
quyuların planda (koordinat sistemində) yeri göstərilməlidir, cədvəldə isə həmin
quyuların reper layın tavanına (və ya dabanına) qədər olan həqiqi yatım dərinliyi
göstərilməlidir. Quyuların planda yerini müəyyən etmək üçün quyu ağzından laya
qədər əyilmə intervallarını da nəzərə almaq lazımdır. Beləliklə, quyuların
yerləşdiyi nöqtələri düz xəttlərlə birləşdirilir və bu xəttlər də üçbucaqlar sistemini
əmələ gətirir. Sonra qəbul olunmuş kəsmə yüksəkliyinə görə quyular arasında xətti
interpolyasiya aparılır və qiymətləri eyni olan yatma dərinlikləri birləşdirilir və
izohipslər əmələ gətirir. Buna struktur xəritə deyilir. Əlbətdə, qurulan xəritənin
dəqiqlik dərəcəsi quyuların sayından asılıdır: onların sayı çox olduqda yaranmış
üçbucaqların ölçüləri kiçik olur və bu halda dəyişmələrin aşkar edilməsi nisbətən
asan olur və əksinə - quyuların sayı az olduqda isə tərtib olunmuş üçbucaqların
ölçüləri böyük və informasiya dolğunluğu zəyifləyir.
Üçbucaqlar üsuluna xas olan məhdudiyyətləri minimuma endirmək üçün
tədqiqatların aparılmasında aşağıdakı tələbləri diqqətdə saxlamaq lazımdır:
- xəritəalmadan öncə strukturda layların yatma qanunauyğunluğu, onun
oxunun istiqaməti və s. haqqında ümumi məlumatlar əldə olunmalıdır;
- strukturun tədqiqində aparılmış seysmik kəşfiyyatın və struktur qazıma
məlumatlarının kompleksli tədqiqatların nəticələri nəzərə alınmalıdır;
- strukturun müxtəlif qanadlarında qazılmış quyuların (nöqtələrin)
məlumatlarını üçbucağın tərtibatında istifadə etmək olmaz (“kənar effekt”
adlanan bu halda nöqtələrin arasında interpolyasiya əməliyyatını aparmaq
metodiki baxımdan qəbuledilməzdir);
- struktur xəritənin qurulmasında sahənin faktiki quyu məlumatları ilə
əhatəolunma dərəcələri nəzərə alınmalıdır: bu proses strukturda quyuların
daha çox yerləşdiyi zonalardan tədricən onların nisbətən sayı az olan
hissələrinə keçməlidir.
44

1 – quyular: surətdə - quyu nömrəsi, məxrəcdə - mütləq yatma dərinliyi, m;


2 – xəritəalma səthinin qiymətləndirmə nöqtələri, m; 3 – izohipslər.
Şəkil II.10. Üçbucaqlar üsulu ilə qurulmuş struktur xəritə.

Profillər ü s u l u. Tektonik quruluşu mürəkkəb olan strukturların


xəritəalınmasında bir qayda olaraq profillər üsuluna üstünlük verilir. Bu kimi
struktur xəritələrin tərtibində öyrənilən sahənin uzununa bir, eninə isə bir neçə
geoloji profillərin seçilməsi vacibdir.
Tərtib olunmuş profillərdə struktur xəritə üçün qəbul olunmuş kəsmə
yüksəkliyinə əsasən horizontal xəttlər çəkilir (məsələn, kəsmə yüksəklikləri hər bir
25 m-dən bir seçilə bilər). Üfqu müstəvilərin lay ilə kəsişdiyi nöqtələr profil
xəttinə köçürülür. Layın qırılmalar müstəvisi ilə kəsişmə nöqtələri də uyğun olaraq
profil xəttinə köçürülür. Profil xəttlərində alınmış qiymətlər plana köçürülür və
eyni adlı qiymətlər izohipslər ilə birləşdirir və struktur xəritə alınır (şək.II.11).
45

Şəkil II.11. Profillər üsulu ilə struktur xəritənin qurulması


(M.A.Jdanova görə).

Geoloji-riyazi üsullar.
Geoloji xəritələr hər hansı bir göstəricinin ikiölçülü koordunat sistemində
(X, Y oxları üzrə) dəyişməsini əks etdirir. Belə xəritələrin tərtibində riyazi
üsulların imkanları daha genişdir. Belə ki, ənənəvi üsullarla xəritəalmada
(üçbucaqlar və profillər üsulları) daha çox vaxt sərf olunur və birmənalı nəticələr
alınmır. Bu onunla izah olunur ki, təqqiqatı aparan hər bir mütəxəssisin xəritəni
tərtib edərkən onun subyektiv yanaşmaları olur ki, bu da strukturun əks edilməsinə
öz təsirini göstərir. Odur ki, eyni bir struktur üçün eyni məlumat bazası əsasında
46
müxtəlif mütəxəssislərin tərtib etdiyi xəritələrdə müxtəliflik müşahidə olunur:
layın yatma dərinliklərinin dəyişməsinin ümumi konfiqurasiyası fonunda lokal
(yerli) təzahürlər fərqli əks etdirilir. Buna misal olaraq, Abşeron yarımadasında
olan yataqların struktur xəritələrini göstərmək olar. Burada, quyu məlumatların
olduqça genişliyi şəraitində belə, ayrı-ayrı mütəxəssislərin vaxtaşırı tərtib etdikləri
xəritələrdə bir qayda olaraq yeni struktur elementlər aşkar edilir.
Riyazi üsulların tətbiqi isə xəritəalmanın göstərilən çatışmamazlığını aradan
qaldırmağa imkan verir. Odur ki, son vaxtlar belə üsulların istifadəsinə daha çox
yer verilir. Onların xüsusi alqoritmlər əsasında kompüter realizəsi mütəxəssislərin
subyektiv yanaşmalarını aradan qaldırmaqla qısa vaxtda obyektiv xəritələrin
tərtibini təmin edir. Bu üsullardan daha çox tətbiq olunan aşağıdakılardır.
a) Xəritə izohipslərinin approksimasiya üsulları.
Bu üsulları tətbiq etmək üçün struktura qazılmış bütün quyuların yerini əks
etdirən nöqtələr coğrafi koordinat sistemində (X,Y oxlarında) qeyd olunur. Sonra
həmin nöqtələrdə tədqiq olunan layın tavanının və ya dabanının mütləq yatma
dərinliklərinin qiymətləri xüsusi cədvəldə əks etdirilir. Bu məlumatlar məlum
üsulların birinin (məsələn, splayn modelləşdirilməsinin) vasitəsilə emal olunur və
struktur xəritənin kompüterdə qurulması təmin olunur. Splayn modellər üsulu
(“Əlavələr”) üçbucaqlar üsulunda olduğu kimi quyular arasında onların konkret
layın tavanı və ya dabanını kəsdiyi mütləq dərinliklərin qiymət fərqlərini nəzərə
alır. Lakin burada fərq ondan ibarətdir ki, splayn modelləşdirilmədə horizontların
keçirilməsində iki qonşu quyu arasında ölçüləri deyil, həmin layı keçən bütün
quyularda onun mütləq dərinlik qiymətlərini nəzərə alır və nəticədə həmin
strukturun ən optimal xəritəsini təqdim edir (B.Ə.Bağırov,1981). Şək.II.12.-də
belə xəritələrin qurulmasının yaxşı öyrənilmiş Suraxanı mədəninin timsalinda
verilmişdir.
47

1- izohipslər; 2- splayn izoxəttləri; 3- tektonik qırılmalar


Şəkil II.12.Suraxanı mədəninin qırməki altı lay dəstəsinin tavanına görə splayn
funksiyası ilə qurulmuş struktur xəritə

Burada geoloji quruluşdan, quyuların sayı və yerləşmə sxemindən asılı


olaraq müxtəlif qoyuluşlardan istifadə edilə bilər:
 sadə quruluşlu strukturlar – burada strukturun bütün sahəsi üçün eyni
vaxtda xəritələr tərtib olunur;
 tektonik qırılmalarla mürəkkəbləşmiş strukturlar – burada seysmik
kəşfiyyat üsullarının məlumatlarından istifadə etməklə xəritəalmanı iki
mərhələdə həyata keçirmək lazımdır: əvvəlcə ayrı-ayrı tektonik blokların
sahəsi üçün xəritələr qurulur, sonra isə bu məlumatlar ümumiləşdirilərək
strukturun bütövlükdə xəritəsi tərtib olunur.
b) Trend-analizi.
Trend-analizinin nəzəri əsasını amerikalı alim İ.Krambeyn yaratmış (1969)
və geologiyada geniş tədqiq olunmuşdur. Ondan sahəvi dəyişmələri öyrənməkdə,
o cümlədən struktur xəritələrin qurulmasında istifadə edilir. Sonralar trend-
analizinin dərinlik-profil və həcmi modelləri də yaradılmışdır (B.Ə.Bağırov, 1982).
Həll ediləsi məsələnin xüsusiyyətindən asılı olaraq onların imkanlarından istifadə
olunur. Bu kitabın “Əlavələr”ində qeyd olunduğu kimi, trend-analizi yataq
parametrlərinin, o cümlədən layların yatma dərinliyinin sistematik (qanunauyğun)
və təsadüfi dəyişmələrinin aşkar edilməsinə imkan verir.
48
Bu üsulun üstün cəhədlərindən biri təqdim olunan xəritələrin dəqiqlik
dərəcəsinin avtomatlaşdırılmış rejimdə verilməsidir. Odur ki, alınmış xəritələrdə
struktur dəyişmələr regional və lokal miqyaslarda öz əksini tapır.
c) Krayqinq analizi.
Xəritəalmanın riyazi üsulları arasında krayqinq modelləşdirilməsi
özünəməxsus yer tutur. Bu modelləşdirmə quyularda qeyd olunmuş faktiki yatma
dərinliklərinin qiymətlərinin məhdudluğu şəraitində müvafiq riyazi ümumiləşdirmə
ilə daha etibarlı xəritələrin tərtibinə imkan verir.
II.2.3. Yataqların daxili (həcmi) quruluşunun öyrənilməsi.
Bu bölmənin əvvəlində yataqların kəsiliş və sahəvi öyrənilmə üsulları
verilmişdir. Yataqlara belə yanaşma onların həcminin xarakterizə edilməsinə
şərait yaradır. Bu isə neft və qaz yataqlarının işlənilməsini təşkil etmək üçün
ən vacib şərt hesab edilir.
Hər hansı bir məhsuldar obyektin həcmində laylaşmanın xarakteri
(kollektor və qeyri-kollektor laylaşma, yatma şəraiti), onların tərkibini təşkil
edən çöküntülərin litoloji-petroqrafik xüsusiyyətləri və nəhayət, neftlə, qazla və
su ilə doyma dərəcələri haqqında məlumatlar olmadan onların işlənilməsini
həyata keçirmək mümkün deyil. Bu kimi məlumatlar (seysmik, quyuların kəsilişi
və s.) axtarış və kəşfiyyat işlərinin son mərhələlərində əldə edilə bilər ki, bu da
yatağın daxili quruluşunu öyrənilməsinə şərait yaradır. Onlar yatağın həcmində
rast gələn süxurlar, flüid dəyişmələri, həmçinin tektonikanın əsas elementləri
və s. haqqında ilkin məlumatların alınması ilə nəticələnir.
Yataqların həcmində gedən dəyişmələri aşkar etmək üçün üçölçülü riyazi
modellərdən (o cümlədən həcmi trend-analizindən) istifadə edilir.
Şəkil II.13-də Bahar mədəninin həcmində suların ümumi mineralizasiyasının
həcmi dəyişmələri göstərilmişdir.
49

a – bütövlükdə b – kəsilməlkə.
Şəkil II.13. Bahar mədənin sularının ümumi mineralizasiyasının həcmi dəyişməsi:

II.3. Lay süxurlarının litoloji göstəriciləri.


Yatağın daxili quruluşu əsaslı surətdə onun kəsilişində rast gələn bütün
layların maddə tərkibi ilə səciyyələnir. Maddə tərkibi deyəndə lay çöküntülərinin
özlərini təşkil edən süxurlar və onların məsamələrində yerləşən neft, qaz və su
yığımları nəzərdə tutulur.
Karbohidrogen yataqlarının böyük əksəriyyəti su hövzələrində əmələ
gəlmiş terrigen və karbonat tipli laylarla əlaqədardır. Belə laylar isə əsasən
qumdaşı, qum, əhəngdaşı, dolomit və gil süxurlarından təşkil olunur.
Platforma vilayətlərində çökmə süxurlarla səciyyələnən layların qalınlığı
nisbətən az, sahəvi dəyişmələri isə kiçik miqyaslarda özünü göstərir. Geosinklinal
hövzələrdə isə çöküntülərin qalınlığı çox, geoloji quruluşları isə mürəkkəb olur
(laylaşma səlis getmir, tektonik qırılmalar onun bütövlüyünü müxtəlif cür pozur və
s.). Bizim maraq dairəmizdə olan Cənubi Xəzər hövzəsində çöküntü süxurların
qalınlığı 20 km-ə çatır; burada yerləşən çoxlaylı yataqların quruluşu isə laylaşma,
flüidin paylanması və s. ilə kəskin mürəkkəbləşmişdir.
50
Neft və qaz yığımları çöküntü süxurlarla əlaqədar olduğundan bu süxurlar
ətraflı tədqiq olunmalıdır. Belə ki, karbohidrogenlərin həcmi, yerləşmə şəraiti,
hərəkətetmə qabiliyyəti məhz süxur mühitində baş verir.
Süxurların qranulometrik tərkibi
Süxurların əmələgəlmə şəraitindən asılı olaraq onların dənələrinin ölçüləri
və forması müxtəlif olur. Bu göstəricilərin öyrənilməsi süxurların qranulometrik
analizi vasitəsilə həyata keçirilir.
Süxurların qranulometrik analizi ilə tələbələr artıq xüsusi fənlərdə tanış
olduğunu nəzərə alaraq, burada yalnız aşağıdakıları qeyd etmək istərdik.
Qranulometrik analizinin əsasını süxur dənələrinin ölçü qiymətləri təşkil edir.
Məsələn, süxur dənələrinin ölçüləri (diametri) 0,1 mm və daha çox olduqda onu
qum fraksiyasına aid edirlər; ölçülər 0,1-0,01 olduqda – alevrit, və 0,01 dən kiçik
olduqda isə pelit fraksiyasına aid edilir.
Qum fraksiyası özü də ölçü qiymətlərinə əsasən aşağıdakı kimi bölünür:
qum dənələrinin diametri 2-1 mm olduqda - kobud dənəli, 1-0,5 mm olduqda - iri
dənəli, 0,5-0,25 mm olduqda - orta dənəli, 0,25-0,1 mm olduqda isə xırda dənəli
siniflər.
Süxurların məsaməliyi.
Çökmə süxurların həcmi yalnız bərk maddələrdən ibarət deyil: burada
müəyyən ölçüdə və formada boşluqlar da olur ki, bunlara da məsamələr deyilir.
Məsamələrin həcmi süxurlarda olan dənələrin forması və çeşidlənməsindən
asılıdır: yaxşı çeşidlənmiş (eyni ölçülü) və sementləşməyən süxurlarda boşluqların
həcmi böyük olur. Müxtəlif ölçülü dənələrdən təşkil olunmuş süxurların
məsaməliyi isə az olur. Belə süxurlarda xırda ölçülü dənələr nisbətən böyük
dənələrin arasındakı boşluqları tutaraq məsaməliyin həcmini azaldır. Qeyd etmək
lazımdır ki, təbiətdə eyni ölçülü yaxşı çeşidlənmiş süxurlara rast gəlinmir. Bu
səbəbdən də onların məsaməliyi də nisbətən az olur.
Bəzi şəraitlərdə çökmə süxurların həcmi kaverna (yuva) və çatlar hesabına
da yaranır (şək.II.14).
51

3
1 – məsaməli; 2 – kavernalı; 3 – çatlı
Şəkil II.14. Süxurlarda boşluqlar.

Odur ki, çökmə süxurlar boşluqların xarakterinə görə məsaməli, kavernalı və


çatlı qruplarda cəmləşdirilir.
Əmələ gəlməsinə görə süxur boşluqları iki cür olur:
- ilkin boşluqlar – süxurəmələgəlmə prosesində yaranır;
- texnogen boşluqlar - yataqların işlənilməsi prosesində onun ilkin təbii
şəraiti dəyişir. Belə halda müxtəlif lay parametrləri kimi, süxur məsaməliyinin
həcmi də müəyyən qədər azalır.
Süxurları öyrənərkən iki məfhumdan istifadə edilir.
1) Süxurun məsaməliyi faizlə göstərilir.
Vm
m1  100%
Vнцм
2) Süxurun məsaməlik əmsalı.
Vмяс
m2 
Vнцм
Burada Vməs - süxur nümunəsində olan bütün məsamələrin həcmi;
Vnüm - həmin nümunənin ümumi həcmi.
52

Süxurların məsamələri bir-biri ilə müxtəlif əlaqə formasında qeydə


alınır: əlaqəli və əlaqəsiz. Bununla əlaqədar olaraq məsaməlik üç qrupa
bölünür:
1. yüksək kapilyar məsamələr - diametri 2,0-0,5 mm. Belə məsaməli süxurda
sərbəst maye axımı baş verə bilər.
2. kapilyar məsamələr - diametri 0,5-0,0002 mm. Bu tip məsamələrdən
neft və ya suyun hərəkəti kapilyar qüvvələrin təsiri nəticəsində zəifləyir.
3. subkapilyar məsamələr - diametri 0.0002 mm-dən az. Belə məsaməli
mühitdə maye axımı baş vermir.
Süxurlarda mayenin axma dərəcəsinə müvafiq olaraq məsamələr iki tipə
bölünür:
1. Ümumi məsaməlik. Süxurda mövcud olan bütün boşluqların cəmini
(yüksək kapilyar, kapilyar və subkapilyar məsamələri) əks etdirir.
2. Açıq məsaməlik. Bir-biri ilə əlaqədə olan və maye axımına şərait
yaradan məsamələri özündə cəmləşdirir (yüksək kapilyar və kapilyar kanallı
süxurlar).
Yataqların işlənilməsinin həyata keçirilməsində süxurların məsaməliyi
böyük əhəmiyyət kəsb edir: yüksək məsaməli laylarda işlənilmə şəraiti əlverişli
olduğu halda, məsaməliyi zəif olan süxurlarda neftçıxarma prosesi müxtəlif
çətinliklərlə üzləşir. Onu da qeyd edək ki, məsaməliyi 10 %-dən az olan
süxurlardan neft hasilatı mümkün olmur.
Çökmə süxurların məsaməliyini öyrənmək üçün Preobrajenski və geofiziki
üsullarından istifadə edilir. Süxur məsaməliyinin qiymətlərindən yataqların
işlənilmə prosesində istifadə etmək üçün aşağıdakı əməliyyatlar həyata
keçirilməlidir:
1. Yataq sahəsində qazılan (süxur nümunəsi götürülən) quyular, koordinat
sistemi göstərilməklə, cədvəl və xəritədə qeyd edilir (cədv.II.1, şək.II.15 ).
53
2. Məsaməliyin yataq sahəsində paylanma xüsusiyyətini öyrənmək üçün
onun statistik göstəriciləri (orta qiymət, dispersiya, orta kvadratik meyl,
variasiya əmsalı və s.) hesablanır.
Yatağa qazılmış quyularda süxut məsamələrinin qiymətləri
Cədvəl II.1.
sıra quyuların koordinatlar məsaməlik, _ _

№-si №-si Xi ,%-lə XX ( X  X )2


x Y
1 1 3.8 2.2 14 -5 25
2
2 4.3 3.2 16 -3 9

3 1.1 1.4 26 7 49
3

4 4 4.5 1.6 17 -2 4

5 5 5.9 4.6 23 4 16
6 6 6.0 4.0 19 - -
7 7 2.9 2.8 18 -1 1
8 8 4.6 4.3 19 - 104
_
X  19 104

Şərti işarələr:
2 – qazılmış quyuların nömrələri;
18 – quyularda süxur məsaməliyin qiymətləri (% -lə);
– neft-su konturu
54

– məsaməliyin dəyişmə izoxətləri

Şəkil II.15. Layın sahəsi üzrə süxur məsaməliyinin dəyişmə xəritəsi.


3. Xəritə almaq üçün istifadə olunan müasir proqramlardan birinin
tətbiqi ilə layın məsaməlik xəritəsi tərtib edilir.
4. Alınan nəticələr araşdırılır və tövsiyyələr əsaslandırılır.
Qeyd olunan öyrənilmə prinsipini konkret misalda şərh edək.
Tutaq ki, strukturda qazılan quyulardan səkkizi öyrənilən layı açmış və
onlardan süxur nümunələri götürülmüşdür. Onların məsaməliyinin qiymətləri
aşağıdakı cədvəldə verilmişdir. Məsaməliyin sahəvi dəyişməsi isə xəritədə əks
etdirilmişdir (şək.II.15).
Alınan ilkin məlumatlara istinad edərək riyazi statistikanın tətbiqi ilə
aşağıdakı əməliyyatlar yerinə yetirilir:
1. seçmə çoxluğun orta qiyməti
X = Xi /n= 152/8=19;
2 dispersiya
2
 _

  X  X 
  104  14,8;
D
n 1 7
3. orta kvadratik meyl
  D  14,8  3,8;
4. variasiya əmsalı
 3,8
V  100%   100%  0,2  100%  20,0% .
X 19
Beləliklə, tərtib olunmuş xəritəyə və müvafiq statistik qiymətlərə istinad
edərək bu layda məsaməliyin paylanması haqqında aşağıdakıları qeyd etmək olar:
layda məsaməliyin orta qiyməti 19%, dispersiyası 14,8, orta kvadratik meyl 3,8,
variasiya əmsalı isə 20% təşkil edir. Statistik baxımdan bu seçmə çoxluğu
eynibircinslidir.
Süxurların neftlə və qazla doyma dərəcəsi

Qeyd edildiyi kimi, neft və qaz yataqları əsasən su hövzələrində əmələ


gəlmiş laylarla əlaqədardır. Odur ki, həmin layların məsamələri ilkin olaraq yalnız
55
su ilə doymuş olur. Sonralar - yataq əmələgəlmə prosesində laya miqrasiya edən
karbohidrogenlər qravitasiya qanununa müvafiq tədricən onun yuxarı hissələrinə
doğru hərəkət etmişdir. Burada məsamələrdə olan su yığımları isə tədricən layın
aşağı hissəsinə sıxışdırılmışdır. Nəticədə müxtəlif formalı neft və qaz yataqları
əmələ gəlmişdir. Bu formaları sxematik olaraq aşağıda təsvir edilmişdir (şək.II.16).

Şəkil II.16.Strukturda flüid paylanmasının sxematik təsviriş

Qeyd etmək vacibdir ki, neft və qaz strukturun yuxarı hissələrinə hərəkət
edərkən məsamələrdə olan suyu tam sıxışdıra bilmir. Bu səbəbdən də, məsamələrin
səthinə yapışan müəyyən həcmdə su da mövcud olur. Bu sulara “qalıq” və ya
“əlaqəli” su deyilir. Beləliklə, neftli, qazlı layların məsamələrinin həcmində qaz
və neftlə yanaşı müəyyən qədər su da yerləşir. Bu baxımdan məhsuldar layı
öyrənərkən aşağıdakı əmsalların qiymətlərindən istifadə edilir.
1. Neftlə doyma əmsalı (kn). Məsamələrdə yerləşən neftin həcminin
məsamələrin ümumi həcminə olan nisbətini göstərir.
Kn= 1-Ksu
burada Ksu –məsamələrdə olan qalıq suyun həcmi.
2. Qazla doyma əmsalı (Kq). Məsamələrdə yerləşən qazın həcminin
məsamələrin ümumi həcminə nisbətidir.
Qeyd etmək lazımdır ki, bu əmsallar bəzən faizlə də göstərilir.
56
Məhsuldar layların “qalıq” su həcminin təyini neft və qaz ehtiyatlarının
hesablanılmasında nəzərə alınmalıdır. Bu məqsədlə müvafiq laboratoriyalarda
xüsusi analizlər aparılır.
Yaxşı öyrənilmiş neft yataqlarının məlumatlarının təhlili göstərir ki,
məhsuldar laylarda su ilə doyma əmsalı 20-30% təşkil edir.
Süxurların keçiriciliyi.
Lay süxurlarının məsamələrində yığılmış neftin və qazın həcmi özü-
özlüyündə onların sənaye əhəmiyyətini səciyyələndirmir. Belə ki, yalnız yataqda
neftin quyuətrafı zonaya hərəkəti baş verdikdə hasilat imkanları da yaranır. Lay
flüidlərin hərəkəti isə süxurlarda keçirici mühitin mövcudluğu şəraitində
mümkündür. Belə olduqda süxurların keçiriciliyi neft, qaz və suyun axma
qabiliyyətini nəzərdə tutur. Qumlar, qumdaşları keçirici olduğundan onlarda aktiv
maye axımı baş verə bilər. Sıx əhəngdaşı və xüsusilə gillər keçirici
olmadığından laylarda maye süzümünün qarşısını alır.
Yataqların işlənilməsinin effektivliyinə süxurların keçiriciliyi əhəmiyyətli
təsir edir. Odur ki, onun öyrənilməsinə xüsusi fikir verilir. Bütün hallarda alınan
nəticələr yataqların işlənilmə layihələrində istifadə edilir. Müəyyən olunmuşdur ki,
süxur keçiriciliyi lay flüidlərinin hərəkətinə eyni dərəcədə təsir etmir. Mayelərin
hərəkətini məhdudlaşdıran bəzi keçirici mühit qazlar üçün əhəmiyyətli rol
oynamır (lay təzyiqinin aşağı enməsi dərhal quyudibi zonaya qaz axımına səbəb
olur).
Qeyd olunan mülahizələri nəzərə alaraq süxurların keçiriciliyinin
öyrənilməsində aşağıdakı göstəricilərdən istifadə olunur.
1. Mütləq keçiricilik. Bu göstərici lay süxurlarının fiziki xassələrini
səciyyələndirir. Onu təyin etmək üçün quyudan götürülmüş süxur
nümunəsindən qaz axımının həcmi hesablanır. Burada nəzərdə tutulur ki, qaz,
neftə nisbətən, məsaməli mühitdə daha aktiv hərəkət edə bilər. Odur ki, süxurların
ən kiçik keçiricilik qiymətində baş verən qaz axımı qeyd olunursa, həmin qiymətə
süxurun mütləq keçiriciliyi deyilir.
57
2. Faza keçiriciliyi. Layda yerləşən flüidlər (neft, su, qaz) süxurun eyni
keçiriciliyində müxtəlif axım göstəriciləri ilə səciyyələnirlər. Neftin özlülüyünün
dəyişməsi onun süzülmə dərəcəsinə kəskin təsir edir: yüksək özlülü neftlərin
axmadığı keçirici mühitdə az özlülü neftlər süzülə bilir. Faza keçiriciliyi isə
süxurun konkret fazasını (flüidi) özündən keçirməsini səciyyələndirir. Beləliklə,
faza keçiriciliyinin qiymətini təyin etmək üçün süxurların fiziki xassələri ilə
yanaşı lay flüidlərinin fiziki-kimyəvi xassələri və onların doyma dərəcələri
müəyyən olunmalıdır.
3. Nisbi keçiricilik. Süxurların bu göstəricisi faza keçiriciliyinin onun mütləq
keçiriciliyinə olan nisbətini göstərir. Süxur keçiriciliyinin bu qiymətinin alınma
tələbatı onunla əlaqədardır ki, yataqların böyük əksəriyyətində işlənilmə
prosesində üç fazanın - neftin, qazın və suyun lay mühitində süzülməsi baş verir.
Belə bir mürəkkəb dinamik prosesi aktiv idarə etmək üçün nisbi keçiriciliyin
qiymətlərindən də istifadə edilir.
Mayenin süxur məsamələrinin sahəsində hərəkət etdiyini nəzərə alaraq,
keçiriciliyin ölçü vahidi m2 qəbul olunmuşdur.
Süxurların keçiriciliyinin ölçü vahidi aşağıdakı qoyuluşla əsaslandırılmışdır:
əgər süxur nümunəsinin sahəsi 1m2, uzunluğu 1metr, təzyiq düşküsü 1Pa olduqda,
özlülüyü 1 Pa·s-ya bərabər olarsa mayenin axımı 1 m3/s təşkil edir.
Süxurların keçiriciliyi laboratoriya şəraitində və hidrodinamik hesablama
üsulları ilə təyin edilir.

II.4. Geoloji müxtəliflik


Bütün geoloji cisimlərdə (süxur, lay, yataq) müəyyən dərəcədə müxtəliflik
qeyd olunur. Əmələgəlmə şəraiti və sonrakı geoloji proseslər nəticəsində
burada müxtəlif dəyişmələr baş verir. Məsələn, tektonik qırılmalar layın
bütövlüyünü pozur, kollektor süxurlar onun kəsilişi və sahəsi üzrə dəyişmələrə
məruz qalır və s. Belə dəyişmələrə geoloji müxtəliflik deyilir. Bəzən geoloji
müxtəliflik “geoloji qeyribircinslilik” də adlanır.
58
Bütün geoloji tədqiqatlarda lay, süxur, məsamə və s. səviyyələrdə
dəyişmələr öyrənilir ki, bu da elmi və təcrübi məsələlərin həllində istifadə edilir.
Neft geologiyasında müxtəliflik və onun təzahür elementləri daha ətraflı öyrənilir.
Bu da onunla əlaqədardır ki, müxtəliflik laylarda flüid axımına təsir edir və son
nəticədə onun neftverimini çətinləşdirir.
Eyni quruluşlu qumlu layda su-neft konturunun bərabər hərəkəti baş verir.
Nəticədə, yataqda neftin quyu dibinə müntəzəm hərəkəti təmin olunur (şək.II.17,
a).
59
Şəkil II.17. Müxtəlif quruluşlarla səciyyələnən laylarda su-neft
konturlarının işlənilmə proseslərində hərəkət sxemi.

Əksinə, məhsuldar qat gum-gil layları ilə növbələşdikdə - işlənilmə


dövründə neftin hərəkəti qeyri-bərabər gedir: keçiriciliyi yüksək olan laylarda
neftin aktiv hərəkəti baş verir və bu hissələr tədricən ətraf sularla tutulmağa
başlayır. Keçiriciliyi az olan laylarda isə neftin quyulara axımı məhdudlaşır (şəkil
II.17, b-1,4). Belə geoloji mühitdə yatağın ehtiyatının məsimsənilməsi müəyyən
problemlərlə üzləşir.
Göründüyü kimi məhsuldar layın hüdudlarında baş vermiş geoloji
müxtəliflik həmin layda neftçıxarma prosesinə öz təsirini göstərir.
Neft-qaz mədən geologiyası obyektlərin müxtəliflik məsələsini iki
qoyuluşda öyrənilməsini nəzərdə tutur.
1. Makro geoloji müxtəliflik yataqların kəsilişi üzrə laylaşmada gedən
dəyişmələr, onların qalınlıqlarının (o cümlədən effektiv qalınlıq) müxtəlif
istiqamətdə paylanılmasını nəzərdə tutur.
Bu tip dəyişmələri müşahidə etmək üçün laya qazılmış quyuların
kəsilişinə diqqət yetirmək lazımdır. (şək.II.18).

Şəkil II.18. Yatağın kəsilişində makromüxtəliflik.

Bu şəkildə strukturun bir hissəsinə qazılmış 5 quyunun məlumatları


əsasında kəsiliş verilmişdir. Göründüyü kimi bu, quyular müxtəlif qalınlığa malik
60
müxtəlif sayda layları açmışdır (o cümlədən qum layları 1-ci quyuda-3; 2-də 5; 3-
də 3; 4-də 6 və 5-də 4).
Belə laylaşmanı səciyyələndirmək üçün bölünmə əmsalından istifadə edilir:

Kb= 
m
n
m – hər bir quyuda qumlu (kollektor) layların sayı;
n – quyuların sayı.
Bu əmsalın qiyməti baxılan sahə üçün aşağıdakı kimi hesablanır:
3  5  3  6  4 21
Kb=   4,2
5 5
Qeyd edək ki, obyektin kəsilişində layların sayının artması (Kb-nin çox
olması) onun neftveriminə mənfi təsir edir.
Indi isə konkret layda neftli hissənin paylanılmasında gedən dəyişmələrə
nəzər salaq (şək.II.19). Göründüyü kimi, bu layın kəsilişində 4 quyunun
qalınlığının qiymətləri əks olunmuşdur. Bunlar layın həm ümumi və həm də
effektiv qalınlıqlarının müxtəlifliyini göstərir: 1-ci quyuda H (ümumi
qalınlıq)=20 m, h (effektiv qalınlıq)=5 m; 2-ci quyuda H=30 m, h=27 m; 3-cü
quyuda H=35 m, h=26 m; 4-cü quyuda H=32 m, h=3 m.
61

Şəkil II.19. Layın neftlə doymasının makro görünüşü.

Belə dəyişmələrin kəmiyyət göstəricilərini qumluluq əmsalı ilə ifadə etmək


olar:
h
H
Kq=
n

h - hər bir quyuda layın effektiv qalınlığı, m;


H - hər bir quyuda həmin layın ümumi qalınlığı, m;
n - quyuların sayı.
Bu məlumatlara əsasən həmin layın qumluluq əmsalını hesablayaq:
5 27 26 3
  
Kq= 20 30 35 32  1,98  0,50
4 4

2. Mikro geoloji müxtəliflik. Adından göründüyü kimi, layda gedən bu tip


dəyişmələr onun mikrosəviyyəsində baş verir. Belə dəyişmələrə süxurların
qranulometrik tərkibi, məsaməliyi, keçiriciliyi, lay flüidlərinin fiziki-kimyəvi
62
parametrləri (neftin özlülüyü və sıxlığı, suların ümumi minerallaşması və s. )
aiddir.
Bu tip müxtəlifliyi təyin etmək üçün makromüxtəlifliyin öyrənilməsində
tədbiq olunan xəritəalma üsulları ilə yanaşı riyazi üsullardan da istifadə edilir
(paylanılma əyriləri, dispersiya, orta kvadratik meyl, variasiya əmsalı və s. ).
Qeyd etmək lazımdır ki, lay müxtəlifliyinin bütün formalarının aşkar
edilməsində riyazi statistika üsullarının imkanları daha genişdir. Belə ki, bütün
dəyişmələrin öyrənilməsi yatağın qeyri-müəyyənlik şəraitində - yalnız qazılmış
quyu məlumatları əsasında aparılır. Odur ki, tətbiq olunan ənənəvi geoloji üsullar
kifayət qədər etibarlı sayılmır.

Fərdi yataqlarda geoloji müxtəliflik.


Fərdi yataq dedikdə işlənilmə məqsədi ilə ayrılmış geoloji-istismar obyekti
nəzərdə tutulur. Belə geoloji cisimlərdə parametrlərin müxtəliflik dərəcəsinin
təyini burada işlənilmə prosesini düzgün aparmağa imkan verir.
Aşağıda konkret neftli strukturda müxtəliflik məsələsinin həlli yolları
verilmişdir. Misal olaraq makro-müxtəliflikdən məhsuldar layın bölünməsi,
mikro-müxtəliflikdən isə lay neftlərinin özlülüyünün dəyişmə xarakteri
verilmişdir (cədv.II.2, şək.II.20).
Layın bölünməsi və neftin özlülüyünün quyular üzrə
paylanılması və statistik göstəriciləri
Cədvəl II.2.
Quyuların Koordinatlar Layın Neftin özlülüyü,
nömrəsi X Y bölünməsi mPa·s
1 10.0 10.8 3 25
4 6.8 5.5 8 27
2 9.6 15.5 7 26
3 11.5 7.5 14 25
6 13.9 12.2 9 28
5 15.3 11.0 8 26
7 16.3 16.0 10 28
8 18.6 16.0 13 27
9 20,7 15,8 14 28
_ _
n=9 X 1  9,55 X 2  26,66
 12  13,2  22  1,5
63
 1  3,64  2  1,22
V1 = 38 V2 = 5

Şəkil II.20. Geoloji müxtəliflik parametrlərinin paylanma xəritələri.


(a-layın bölünməsi; b – lay neftinin özlülüyü)
Göründüyü kimi, bu lay braxiantiklinal formadadır. Burada 9 quyu
qazılmış və hər iki parametrin ölçüləri əldə edilmişdir.
Ilkin öyrənilmələrə görə layın bölünməsi neftin özlülüyünə nisbətən daha
dəyişgəndir. Belə ki, hərgah quyuların kəsilişində bu göstəricinin qiyməti
strukturun tağ hissəsində 3-dürsə (quyu №1), qanadlara doğru artır: şimalda 7
(quyu № 2), cənubda - 9 (quyu №6), uzaq periklinallarda isə hətta 14-ə çatır
(quyu №3 və №9).
Neftlərin laboratoriya analizi burada dəyişmələrin daha kiçik miqyaslarda
getdiyini göstərir (25-28 mPa·s).
Beləliklə, eyni bir layda lay parametrlərinin dəyişmələrinin müxtəliflik
dərəcələri qeyd olunur. Bu da statistik göstəricilərin qiymətləri ilə təsdiqlənir
64
(cədv.II.2): hərgah layın bölünməsində kəskinlik qeyd olunursa (variasiya
əmsalının qiyməti V= 38%), neftin özlülüyünün sahəvi paylanılmasında isə
müxtəliflik dərəcəsi kiçik miqyasda baş vermişdir (V= 5).
Fundamental riyazi statistikaya görə (Е.С.Вентцель, 1988; В.Е.Гмурман,
1972). variasiya əmsalının qiyməti V>33% olduqda baxılan cəmlərdə kəskin
müxtəliflik mövcuddur. Bizim göstərdiyimiz misala nəzər yetirsək, deyə bilərik
ki, baxılan layda bölünmə müxtəlifliyi əhəmiyyətlidir və bu fakta mütləq
diqqət yetirilməlidir. Məsələn, işlənilmə prosesində suvurmanı əsaslandırarkən
konturarxası variantının effektli olacağı hər tərəfli tədqiq olunmalıdır. Belə ki,
qanad və xüsusilə periklinal hissələrdə bölünmə dərəcəsinin yüksəkliyi şəraitində
yatağın kontur arxasına vurulan suyun, onun mərkəz hissələrinə eyni dərəcədə
təsiri müşahidə olunmur.

Geoloji müxtəlifliyin regional tədqiqi.


Regional sahələrdə yerləşən strukturların geoloji quruluşu eyni dərəcədə
öyrənilmir: bəzi strukturlarda kəsilişlər kifayət qədər geoloji-geofiziki üsullarla
ətraflı tədqiq olunmuşsa, digərlərində isə belə tədqiqatlar az aparılmış və ya
tamamilə aparılmamışdır. Belə hallarda hövzəyə xas olan ümumi geoloji
qanunauyğunluqlara istinad edərək parametrlərin müxtəliflik dərəcələrini həmin
strukturlar üçün proqnozlaşdırmaq olar.
Qeyd olunanları Fatmai-Bahar antiklinal xətti hüdudlarında təsvir edək
(şək.II.21).
65

Şəkil II.21. Fatmayı-Bahar antiklinal xətti üzrə struktur qalxımların


yerləşmə sxemi.

Bu antiklinal xətt şimali-qərb, cənubi-şərq istiqamətində Abşeron


yarımadasını kəsərək dəniz akvatoriyasına uzanır. Burada Balaxanı-Sabunçu-
Ramanı, Suraxanı, Qaraçuxur və s. yataqlar geoloji cəhətdən ətraflı öyrənilmişsə
də, qalxımları bir-birindən ayıran yəhərvari sahələrdə və yeni açılmış strukturlarda
belə tədqiqatlar çox az aparılmışdır. Burada çatışmamazlığın aradan qaldırılması
isə reğional tədqiqatların aparılmasında istifadə edilə bilər. Qeyd edilənləri
antiklinal struktur xətdə qırməki üstü qumlu (QÜQ) lay dəstəsinin timsalında
baxaq.
66
Bu lay dəstənin ümumi qalınlığının sahəvi paylanılmasında qeyri-səlislik
qeyd olunur. Burada şimali-qərbdən cənubi-şərq istiqamətində bu parametrin
qiyməti 35-45 m-dən 60-65 m-ə qədər artır. Bütün antiklinal xətt üçün QÜQ lay
dəstəsinin həqiqi qalınlığının paylanılma xəritəsini qurmaq üçün burada yerləşən
strukturlarda qazılmış quyuların 88-nin məlumatlarından istifadə edilmişdir.
Məsələnin həlli trend analizinin istifadəsi ilə həyata keçirilmişdir. Nəzərə almaq
lazımdır ki, trend xəritələrinin etibarlılığı onun tənliyinin dərəcəsindən asılıdır
(trend tənliyinin dərəcəsinin artımı ilə onun dəqiqliyi də artır).
Trendin 1-ci dərəcəli tənliyi belə olmuşdur:
y1=82,3+0,15x1- 1,63x2 .
Bu tənliyə görə qurulmuş xəritənin dəqiqlik dərəcəsi aşağıdır: ά1=56,7%.
Odur ki, lay dəstəsinin qalınlığının yalnız ümumi dəyişmə tendensiyasını göstərir
(şək. II.22.).
Trendin 2-ci dərəcəli tənliyi aşağıda verilmişdir:
y2=108,47 - 4,88 x1- 3,56 x2 – 0,25 x12 + 0,32 x1 x2 + 0,02 x22.
Bu tənliyə əsasən qurulmuş xəritə şəkil II.22-də verilmişdir. Bu xəritənin də
dəqiqliyi kifayət qədər yüksək deyil (ά2=59,7%).
Trendin 3-cü dərəcəli tənliyi aşağıdakı kimidir:
y3=213,99 - 57,98 x1- 10,28 x2 + 3,44 x12 + 5,06 x1 x2 - 0,06 x22 +
+0,29 x13 – 0,29 x12 x2 – 0,08 x1 x22 + 0,007 x23 .
Bu tənliyə istinadən tərtib olunmuş xəritə II.22-də verilmişdir.
Qeyd edək ki, bu xəritə əvvəlki xəritələrdən fərqli olaraq qalınlığın dəyişmə
xarakterini daha etibarli əks etdirir, belə ki onun dəqiqlik dərəcəsi ά3=76,8% çatır.
4-cü dərəcəli tənliyin əsasında müvafiq trend xəritəsi qurulmuşdur ki,
bunun da dəqiqliyi 84,3% təşkil etmişdir (şək.II.22).
y4=262,74 - 91,52 x1 - 18,56 x2 + 12,75 x12 + 8,47 x1 x2 + 0,52 x22 -
-0,75 x13 – 1,02 x12 x2 – 0,15 x1 x22 - 0,01 x23 + 0,05 x14 +
+0,07 x13 x2 +0,02 x12 x22 – 0,001 x1 x23 +0,0004 x24 .
67

Şəkil II.22. Fatmayı-Bahar antiklinal xətti üzrə qırməki üstü qumlu lay
dəstəsinin həqiqi qalınlığının trend xəritələri.
68
Qeyd etmək lazımdır ki, trend tənliklərinin dərəcələrinin sonrakı artırılmaları
(5, 6 və s.) xəritələrin dəqiqliyini çox cuzi artımına gətirdiyinə görə 4-cü dərəcəli
trend xəritəsi baxılan məsələ üçün ən optimal hesab edilir. Bu xəritədə QÜQ lay
dəstəsinin qalınlığının Fatmayi-Bahar antiklinal xəttində dəyişmə xarakteri əks
etdirildiyindən təcrübi işlərdə istifadə edilə bilər.
Beləliklə, geoloji müxtəlifliyin region miqyasında öyrənilməsində trend
analizinin tətbiqi müsbət nəticələr vermişdir. Bu üsul lay parametrlərinin sahəvi
paylanılmasının öyrənilməsində etibarlı nəticələr almağa imkan verir
(B.Ə.Bağırov, 1981).

Layların geoloji müxtəlifliyinin müqayisəli təhlili.


Neft və qaz yataqlarının kəsilişi və sahəsi üzrə lay parametrlərinin
paylanılmasının sadə formasına rast gəlinmir: onların ölçü qiymətləri laydan
laya, sahədən sahəyə doğru müəyyən dəyişmələrin olduğunu göstərir. Onların
hər birində təzahür edən müxtəliflik göstəricilərinin təhlili fərdi yataqlarda
istifadə edilməlidir. Lakin burada növbəti, çox vacib bir geoloji-mədən tədqiqatının
da aparılma tələbatı qarşıya çıxır. Bu da parametrlərin müxtəliflik dərəcələrinin
laylar arasında və ya yatağın tektonik sahələri üzrə müqayisə edilməsi ilə
əlaqədardır.
Belə qoyuluşlu məsələnin həlli yataqlarda işlənilmə prosesinin effektli
aparılması üçün səmərəli yolların seçilməsinə və əsaslandırılmasına imkan
verir. Geoloji müxtəliflik dərəcəsinin müqayisəli analizi məsələnin qoyuluşundan
asılı olaraq iki səviyyədə aparılır: sadə və mürəkkəb.
Sadə səviyyə. Bu halda lay parametrlərinin cüt (qoşa) müqayisəsi həyata
keçirilir. Layın bölünməsinin, süxur məsaməliyinin və s. təyin olunmuş
qiymətlərinin kəsilişin iki layında (A və B) paylanılmasının müqayisə edilmə
prosesi aşağıda verilir.
Tutaq ki, hər iki layı açmış quyularda lay parametrlərindən bölünmə
əmsalı və məsaməliyin ölçüləri əldə edilmişdir. Bu parametrlərin laylardakı
qiymətlərini müqayisə etmək üçün əməliyyat bu ardıcıllıqla həyata keçirilir.
69
1. Xəritələrdə quyuların yeri göstərməklə parametrlərin qiymətləri
qeyd edilir (şək.II.23)
2. Parametrlərin paylanılmasını səciyyələndirən cədvəllər tərtib edilir
(cədv. II.3., II.4.).
3. Baxılan parametrlərin A və B laylarında fərqlənmə dərəcələrini
müəyyən etmək üçün parametrik meyarlardan istifadə edilir (cədv. II.5).

Şəkil II.23. Süxur məsaməliyinin və layın bölünməsinin


A və B yatağında paylanılması.
(surətdə - quyu nömrəsi, məxrəcdə parametrin qiyməti)
70
Süxur məsaməliyin A və B laylarında qiymət variantları
Cədvəl II.3.
A B
Quyuların _ _ Quyuların _ _
nömrəsi X (X  X ) (X  X ) nömrəsi X (X  X ) (X  X )

2 2

1 22 -0,1 0,01 1 19 -2 4
2 24 1,9 3,61 2 25 4 16
3 21 -1,1 1,21 3 26 5 25
4 22 -0,1 0,01 4 27 6 36
5 22 -0,1 0,01 5 15 -6 36
6 21 -1,1 1,21 6 18 -3 9
7 22 -0,1 0,01 7 11 -10 100
8 23 0,9 0,81 8 27 6 36
X =22 X =21
,1 ,0

Layın bölünməsinin A və B laylarında qiymət variantları


Cədvəl II.4.
A B
Quyuların _ _ Quyuların _ _
nömrəsi X (X  X ) (X  X ) nömrəsi X (X  X ) (X  X )

2 2

1 4 -1,2 1,44 1 5 0,4 0,16


2 6 0,8 0,64 2 5 0,4 0,16
3 5 -0,2 0,04 3 4 -0,6 0,36
4 5 -0,2 0,04 4 4 -0,6 0,36
5 6 0,8 0,64 5 4 -0,6 0,36
6 5 -0,2 0,04 6 5 0,4 0,16
7 6 0,8 0,64 7 5 0,4 0,16
8 5 -0,2 0,04 8 5 0,4 0,16
X =5, X =4,
2 6

A və B laylarının məsaməlik və bölünməsi üzrə statistik müqayisə

Cədvəl II.5.
Parametrlər Layla Statistik göstəricilər Parametrik meyarlar,
71
r =0,05
X 2  V,% thes. tcədv. Fhes. Fcədv.
Süxürların A 22,1 0,98 0,99 4,48
məsaməliyi, B 21,0 37.42 6,12 29,14 0,47 2,36 38,2 3,44
%
Layların A 5,2 0,5 0,71 13,65
1,82 2,36 1,85 3,44
bölünməsi B 4,6 0,27 0,52 11,30
Alınan nəticələrin öyrənilməsi göstərir ki, A və B layların bölünməsi və
süxurların məsaməliyi arasında fərqlənmə dərəcəsi müxtəlif cür təzahür edir. A və
B layları süxür məsaməliyinin orta qiymətlərinə görə az fərqlənirsə (thes=0,47,
tcədv=2,36), qeyri-bircinslilik dərəcəsinə görə isə fərqlənmə kəskin səviyyədə özünü
göstərir (Fhes=38,2, Fcədv=3,44). Layların bölünməsinə gəldikdə isə, qeyd etmək
lazımdır ki, hər iki statistik meyyara görə müqayisə olunan laylar biri birindən cuzi
fərqlənirlər. Belə ki, thes<tcəd və Fhes< Fcədv olmuşdur (meyyarların cədvəl qiyməti
95% etibarlılıqla əks edilmişdir).
Alınan nəticələr bu layların işlənilmə layihələrin tərtibində istifadə edilə
bilər.
Mürəkkəb səviyyə.
Təcrübədə bəzən 2-dən artıq geoloji cisimlərdə hər hansı bir parametrin
müxtəliflik dərəcəsinin öyrənilməsi lazım gəlir. Bu tələbatın ənənəvi üsullarla həlli
çox vaxt birmənalı nəticələr vermir. Odur ki, burada riyazi statistikanın müvafiq
üsullarının tədbiqinə müraciyət olunur.
Qeyd olunanları aşağıdakı misalda izah edək.
Tutaq ki, hər hansı bir yataq sahəsi tektonik qırılmalarla 6 hissəyə bölünmüş
və sərbəst istismar obyektləri kimi işlənilir. Bütün hissələrdə quyuların ümumi
hasilatında müəyyən qədər su da iştirak edir. Buradakı hidrokimyəvi tədqiqatlar bu
yatağın sularının ümumi minerallaşmasının müxtəlif dəyişmələrini göstərir.
Bölünmüş bloklarda onların oxşarlığının olub olmamasının təyini tələb edilir. Belə ki,
qoyulan məsələnin həlli yatağa daxil olan suyun mənşəyi, aktivlik dərəcəsi və s.
haqqında məlumatlar əldə etməyə imkan verir.
72
Bu məsələni həll etmək üçün lay sularının ion-duzluluq göstəricilərinin
qiymətləri tektonik bloklar üzrə təyin edilmişdir. Misal üçün burada istismar edilən
quyulardan su analizlərdən ümumi minerallaşma (∑a+k) qiymətləri təsvir edilmişdir
(cədv. II.6, şək. II.24.) .
Tektonik qırılmalarla mürəkkəbləşmiş yataqda suların ümumi
minerallaşmasının statistik qiymətləndirilməsi

Cədvəl II.6.
∑a+k - Meyarlar, =0,05

Orta kvadratik
nın orta Variasiy
Dispersiya,
Analizlərin

Fişer Bartlet
Tektonik

meyl, σ
sahələr

qiyməti a
sayı

σ2

, əmsalı,
mq/ekv % Fhes. Fcədv. Bhes. 2cədv.
, X
I 21 70,9 178,6 13,4 0,19
II 23 70,2 80,0 13,4 0,19
III 8 65,6 48,3 6,95 0,11
IV 22 61,3 114,5 10,7 0,17 7,94 2,30 44,93 11,1
V 19 52,3 15,9 3,98 0,08
VI 8 54,3 3,9 1,97 0,04

Şəkil II.24. Tektonik qırılmalarla mürəkkəbləşmiş yataqda suların ümumi


minerallaşmasının paylanma sxemi.

Bu cədvəlin qiymətlərindən istifadə edərək lay sularının müxtəliflik


dərəcəsini Fişer və Bartlet meyarlarının köməyi ilə aşkar edilmişdir.
73
Hesablama nəticələri belə olmuşdur: Fişer meyarının 95% etibarlılıqla
böhran qiyməti 2,30 olduğu halda, hesablanmış qiyməti 7,94 təşkil edir. Bartlet
meyarının 95% etibarlılıq səviyyəsində böhran qiyməti 11,1 olduqda isə,
hesablanmış qiyməti 44,9 olmuşdur.
Beləliklə, lay sularında (ümumi minerallaşmaya görə) ayrılmış tektonik
bloklarda heç bir oxşarlıqdan söz gedə bilməz. Belə ki, baxılan geoloji-statistik
şərait üçün hər iki meyarların hesablanmış qiymətləri 95% etibarlılıqla onların
böhran qiymətlərindən xeyli çoxdur. Bu da o deməkdir ki, yatağı parçalamış
tektonik qırılmalar ekran xarakterli olmuş, yatağın bir hissəsindən digərinə maye
axımının qarşısını almışdır. Layda tətbiq olunan işlənilmə prosesi (xüsusilə
müxtəlif intensivliklə tətbiq olunan suvurma) buradakı ilkin hidrokimyəvi şəraiti
daha da mürəkkəbləşdirmişdir.
Beləliklə, lay parametrlərinin oxşarlıq dərəcələrinin müxtəlif səviyyələrdə
müqayisəli analizi neft yataqlarının işlənilməsinin təcrübi məsələlərinin həllində
istifadə oluna bilər.

Geoloji müxtəlifliyin öyrənilməsində məlumatların tələb


olunan sayının təyini
Məlum olduğu kimi, geoloji obyektlərin öyrənilməsinin etibarlılığı həmin
obyektlərdən alınmış məlumatların sayı və paylanma xüsusiyyətlərindən asılıdır:
onların sayı artdıqca və bərabər sahəvi paylanması təmin olunduqca yataqların
öyrənilən parametrləri haqqında dolğun məlumatlar əldə edilə bilər. Lakin neft
geologiyasında bu sahədə müxtəlif hallara rast gəlinir: bəzi yataqlarda quyuların
sayı məhdud olduğundan (axtarış və kəşfiyyat mərhələsində) onların geoloji
müxtəliflik dərəcəsinin öyrənilməsi istənilən səviyyədə olmur. Belə halın əksinə də
rast gəlmək olar: məsələn, Abşeronun mərkəzində yerləşən strukturlarda uzun
müddət işlənilən mədənlərdə quyuların sayı o qədər çoxdur ki, onların hamısının
məlumatlarından eyni zamanda istifadə etmək müsbət nəticələr vermir.
Bütün hallarda yataqların geoloji müxtəliflik dərəcəsini aşkar etmək üçün
məlumatların tələb olunan (optimal) sayının müəyyən edilməsi aktuallıq kəsb edir.
Bu məqsədlə müxtəlif riyazi üsullardan istifadə edilir.
74
Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu üsullar arasında entropiya
daha çevik olmaqla qoyulan məsələnin etibarlı həllinə imkan verir.
Entropiyanın riyazi qoyuluşu hazırki kitabın “Əlavələr”ində verilir.

II.5. Lay flüidləri


Məsaməli mühitdə yerləşən neft, qaz və su lay flüidləri adlanır. Onların
strukturlarda yerləşməsi xüsusi çəkilərinin qiymətlərinə müvafiq qeyd olunur:
tağın ən hündür hissələrində qaz, ortada neft, daha sonra su yığımları yerləşir. (şək.
II.25).

Şəkil II.25. Lay flüidlərinin strukturda paylanılma sxemi.

Işlənilmə prosesini tənzimli aparmaq üçün lay flüidlərinin fiziki-kimyəvi


xarakteristikası, onların dərinliklərlə əlaqədar dəyişmə dərəcələri və s. ətraflı
öyrənilməlidir.
Lay neftləri
Kimyəvi tərkib. Neft kimyəvi tərkibinə görə karbohidrogen qarışıqlarından
ibarətdir. Burada parafin (CnH2n+2), naften (CnH2n) sıralı qarışıqlar üstünlük təşkil
edir. Bəzi hallarda onun tərkibində aromatic sıralı (CnH2n-6) birləşmələrə də rast
gəlinir. Bununla əlaqədar olaraq neftlər kimyəvi tərkibinə görə üç sinifə bölünür:
metan sıralı (və ya parafin), naften sıralı və aromatic sıralı karbohirogenlər.
75
Metan sıralı karbohidrogenlər – CnH2n+2 düsturu ilə ifadə olunur və onlara
doymuş karbohidrogenlər də deyilir.
Neftin tərkibinə daxil olan alkanlar sırasında CH4-C4H10 – qədər olan
karbohidrogenlər qaz halında, C5H12 - C15H32 maye və C16H34 – dən yuxarı isə bərk
halda olur.
Qeyd etmək lazımdır ki, neftlərin tərkibində metan sıralı karbohidrogenlərə
təsadüf olunursa, onların miqdarı neftin tipindən asılı olaraq kəskin dəyişir. Belə ki,
metan sıralı neftlər adətən neftin yüngül fraksiyalarında (benzin, kerosin) toplanır.
Naften sıralı karbohidrogenlər. CnH2n düsturu ilə ifadə olunan naften sıralı
karbihidrogenlərə doymamış karbohidrogenlər də deyilir. Metan sıralı
karbohidrogenlərə nisbətən onların tərkibində hidrogenin miqdarı azlıq təşkil edir.
Öz kimyəvi xassələrinə görə naften sıralı karbohidrogenlər alkanlara daha yaxındır.
Aromatik karbohidrogenlər. Bu sıraya daxil olan karbohidrogenlərin ən sadə
nümayəndəsi CnH2n-6 düsturu ilə ifadə olunur. Bu birləşmələr olduqca davamlı
olmaqla bərabər, metan və naften sıralı karbohidrogenlərə nisbətən çox yüksək
kimyəvi aktivliyə malikdir. Aromatik sıralı karbohidrogenlər çox yüksək həlletmə
qabiliyyətinə malikdirlər.
Neftlər tərkiblərində olan müxtəlif karbohidrogen qruplarına görə dörd sinifə
ayrılırlar:
1. tərkibində 66%-dən çox metan sıralı karbohidrogenlər olan nisbətən
yüngül metanlı neftlər.
2. tərkibində 66%-dən çox naften sıralı karbohidrogenlər olan naftenli neftlər.
3. tərkibinin 66%-i metan-naften sıralı karbohidrogenlərdən təşkil olunan
naftenli-metanlı neftlər.
4. tərkibi əsasən aromatik sıralı karbohidrogenlərdən ibarət olan aromatik
neftlər (M.M.İvanova və b.,2000).
Yuxarıda göstərilənlərdən əlavə neftlərin tərkibində olan kükürdün, parafinin,
qətranın və benzinin miqdarına görə onların sənaye təsnifatı da mövcuddur.
Tərkibində olan kükürdün miqdarına görə neftlər üç qrupa ayrılır:
1) Kükürdün miqdarı 0,5% - dən az olan neftlər (az kükürdlü).
76
2) Kükürdün miqdarı 0,5- 2,0% olan neftlər (kükürdlü ).
3) Kükürdün miqdarı 2,0%-dən çox olan neftlər (yüksək kükürdlü).
Tərkibindəki qətranın miqdarına görə də neftlər 3 qrupa bölünür:
1) Qətranın miqdarı 18%-dən az olan neftlər (az qətranlı).
2) Qətranın miqdarı 18-35% olan neftlər (qətranlı).
3) Qətranın miqdarı 35% - dən çox olan neftlər (çox qətranlı).
Neftlər tərkibində olan parafinin miqdarına görə də üç qrupa ayrılır:
1) Tərkibində parafinin miqdarı 1,5%-ə qədər olan neftlər (az parafinli).
2) Tərkibində parafinin miqdarı 1,5-6,0% olan neftlər (parafinli).
3) Tərkibində parafinin miqdarı 6,0%-dən çox olan neftlər (yüksək parafinli).
Benzinin miqdarına və keyfiyyətinə görə neftlər aşağıdakı qruplara ayrılır:
1) Yüksək oktanlı (oktan ədədi 72-dən artıq olan) benzinli neftlər.
2) Orta oktanlı (oktan ədədi 67-71 arasında olan) benzinli neftlər.
3) Aşağı oktanlı (oktan ədədi 67-dən aşağı olan) benzinli neftlər.
Neftin fiziki xüsusiyyətləri.
Neftin sıxlığı - əsas xüsusiyyətlərindən biri hesab olunur və tərkibindəki
qarışıqlardan asılı olaraq 0,750-1,0 q/sm3 arasında dəyişir. Bununla belə qeyd
etmək lazımdır ki, təbiətdə sıxlığı 0,750 q/sm3 -dan az və 1,0-dən çox olan neftlərə
də rast gəlinir. Məsələn, Azərbaycanda Suraxanı yatağından alınan ağ neftin sıxlığı
0,710 q/sm3, İranda və Kaliforniyada çıxarılan ağır neftin isə bu göstəricisi uyğun
olaraq 1,016 və 1,010 q/sm3 təşkil edir. Ümumiyyətlə, xüsusi çəkisinə görə neftlər
iki kateqoriyaya bölünür: yüngül (xüsusi çəkisi - 0,900 q/sm3 qədər) və ağır ( 0,900
q/sm3- dan yüksək) neftlər.
Neftin özlülüyü – lay şəraitində onun hərəkətetmə dərəcəsini göstərir. Odur
ki, yataqların işlənilmə prosesində özlülüyün həm sahəvi və həm də dərinliklərdə
paylanmasına xüsusi diqqət yetirilir.
Neftin özlülüyü onun sıxlığından asılıdır: yüngül neftlərin özlülüyü az və ya
əksinə.
77
Neftin özlülüyü millipaskal saniyə (mPa∙s) ilə ölçülür. Bu göstəricinin
qiymətinə görə neftlər aşağıdakı kimi qruplaşdırılır: cuzi özlülü ≤1 mPa∙s; az
özlülü -1-5 mPa∙s; özlülü – 5-25 mPa∙s və yüksək özlülü  25 mPa∙s.
Təcrübədə adətən nisbi özlülüyü təyin edirlər. Bunun üçün kapilyardan axan
eyni həcmli neft ilə suyun axma müddətləri viskozimetr adlanan cihazda
tutuşdurulur. Qeyd edək ki, bu məqsədlə ən çox Enqler viskozimetrindən istifadə
edilir.
Neftlərin özlülüyü onların kimyəvi tərkibindən və yatım şəraitindən asılı
olaraq böyük hüdüdlarda dəyişir. Neftin molekulyar çəkisi artdıqca onun özlülüyü
də artır, temperatur artdıqca - özlülüyü azalır. Özlülüyə əks olan kəmiyyət axıcılıq
adlanır.
Neftin rəngi və flüoressensiyası. Neftlər şəffaf rəngdən tutmuş tünd qara-
qəhvəyi rəngə kimi dəyişir. Adi şəraitdə neftin müxtəlif rənglərdə görsənməsinə
onun flüoressensiyası deyilir. Təbiətdə rast gələn neftlərin rəngi, onların tərkibində
olan asfalt və qətranların miqdarından asılıdır: bu maddələrin miqdarı artdıqca
neftin rəngi tündləşir.
Neftin səthi gərilməsi - mayenin öz səthini böyütməsinə göstərdiyi
müqavimət qüvvəsinə deyilir. Səthi gərilmə qüvvəsi təzyiqin artması ilə düz,
temperaturun artması ilə tərs mütənasibdir.
Neftin buxarlanması və qaynama temperaturu. Neftin buxarlanması onun
səthində əmələ gələn buxarın olması ilə ifadə olunur. Neftin tərkibindən asılı
olaraq qaynama temperaturu müxtəlif olur. Neftin qaynama temperaturu yüngül
neftlərdə aşağı, ağır neftlərdə isə yüksək olur.
Neftin alışma və alovlanma temperaturu. Alışma temperaturu elə
temperatura deyilir ki, bu halda neftin buxarı ilə hava qarışığına od
yaxınlaşdırdıqda buxar alışır.
Əgər yanma buxarla yanaşı mayedə də gedərsə, onda buna alışma və bu hala
uyğun olan temperatura isə alışma temperaturu deyilir. Benzinin alışma
temperaturu 20-250C, sürtgü yağlarında isə bu temperatur 3000C və daha yüksək
olur.
78
Neftin istilik tutumu – 1q nefti 10C qızdırmaq üçün sərf olunan istiliyin
miqdarına deyilir. Neftin istilik tutumu ilə sıxlığı arasında tərs mütənasib asılılıq
mövcuddur.
Neftin xüsusi yanma istiliyi – 1 kq neftin yandırıldıqda verdiyi istiliyə
deyilir. Neftin xüsusi yanma istiliyi onun sıxlığı ilə tərs mütənasib olub 10000-
11250 kkal arasında dəyişir. Məsələn, sıxlığı 0,793 q/sm3 olan Suraxanı neftinin
yanma istilik qabiliyyəti 10916 kkal, sıxlığı 0,923 q/sm3 olan Binəqədi neftinin isə
10430 kkal təşkil edır (M.M. Ivanova və b., 1985).
Neftin elektrikkeçirmə qabiliyyəti. Neftlər dielektrik xüsusiyyətinə malik
olduğuna görə elektrik cərəyanını keçirmir. Məhz onun bu xüsusiyyətindən istifadə
olunaraq geofiziki tədqiqat üsullarında süxurların müqavimətinin ölçülməsi üsulu
yaradılmışdır.
Neftin həllolma və həlletmə qabilliyyəti. Neft həm həlledici və həm də
həllolma qabiliyyətinə malikdir. Belə ki, o benzin, xloroform, benzol, efir və s.
kimi həlledicilərdə yaxşı həll olunduğu kimi, özü də qazları, yodu, kükürdü,
kauçuku, qətranı və başqa bitki, heyvan yağlarını özündə həll edir.
Lay qazları
Kimyəvi tərkibi. Təbii karbohidrogen qazlarının ümumi kimyəvi düsturu
CnH2n+2 kimi ifadə olunur. Qazların əsas komponenti metandır (CH4). Təbii
qazlarda onun miqdarı bəzən 98%-ə çatır. Qazların tərkibinə metanla birlikdə digər
ağır karbohidrogen qazları da daxildir. Bundan əlavə, qazların tərkibində N, CO2 ,
H2S, He və Ar kimi komponentlər də iştirak edir.
Təbii qazlar aşağıdakı qruplara bölünür:
1. qaz yataqlarının qazları - tərkibində ağır karbohidrogenlər olmur və onlar
“quru qazlar” adlanır.
2. səmt qazları - neftlə bərabər çıxarılan qazlardır. Onlar neftdə həllolmuş
vəziyyətdə, yaxud neft yataqlarının tağ hissəsində sərbəst formada toplanırlar. Bu
qazların tərkibində təmiz qaz, propan-butan fraksiyaları iştirak edir.
3. qaz-kondensat yataqlarının qazları – tərkibi quru qaz və maye
karbohidrogen (kondensat) qarışığından təşkil olunur. Karbohidrogenlərin
79
miqdarından asılı olaraq lay qazları benzinli, liqroinli, kerosinli və bəzən daha ağır
fraksiyalara ayrılır.
Qazların fiziki xüsusiyyətləri.
Qazın sıxlığı (ρq) aşağıdakı kimi hesablanır:
ρq =M/Vm = M/24,05
burada, Vm standart şəraitdə 1 mol qazın həcmidir.
Ümumiyyətlə, qazların sıxlığı (ρq) - 0,73-1,0 kq/m3 hüdudlarında dəyişir.
Qazların sıxlığı təzyiq və temperaturdan əhəmiyyətli dərəcədə asılıdır. Bəzi
hallarda havaya görə qazın nisbi sıxlığından istifadə olunur, yəni eyni temperatur
və təzyiq şəraitində götürülmüş qazın sıxlığının havanın sıxlığına nisbəti qəbul
olunur:
ρq.h = ρq /ρh
əgər ρq və ρh standart şəraitdə müəyyən olunursa, onda ρh =1,293 kq/m3 və
ρq.h=ρq /1,293 (M.M. Ivanova və b., 1985).
Qazın hərəkətini təsvir edən qaz parametrləri arasındakı analitik asılılıq hal
tənliyi adlanır. Təbii qazların bir çox fiziki xüsusiyyətlərini müəyyən etmək üçün
onların hal tənliklərindən istifadə olunur. Bu parametrlərə təzyiq, həcm və
temperatur daxildir.
Yüksək təzyiq və temperatur şəraitində ideal qazların halı Mendeleyev–
Klapeyron tənliyi ilə müəyyən olunur:
pVi =NRT
burada, p – təzyiq, Vi – ideal qazın həcmi, N – qazın miqdarı, kmol, R –
universal qaz sabiti, T- temperatur.
Molekullar arası qarşılıqlı əlaqə qüvvələrinin gücünə ideal qaz deyilir. Real
karbohidrogen qazları ideal qaz qanunlarına tabe olmur. Odur ki, real qazlar üçün
Mendeleyev–Klapeyron tənliyi aşağıdakı formada yazılır:
pV=ZNRT
burada, Z – real qazların sıxılma əmsalıdır.
80
Real qazların sıxılma əmsalı (Z) eyni termobarik şəraitlərdə (yəni eyni təzyiq
və temperaturda) real qazların həcminin (V) ideal qazların həcminə (Vi) nisbətinə
bərabərdir:
Z=V/ Vi
Qazların sıxılma əmsalının qiyməti laydan götürülmüş qaz nümunələri
əsasında laboratoriyada müəyyən olunur. Belə tədqiqatlar olmadıqda isə sıxılma
əmsalının qiyməti Braun qrafikinə əsasən tapılır. Qrafikdən istifadə etmək üçün
gətirilmiş psevdokritik təzyiq və psevdokritik temperaturu bilmək lazımdır.
Kondensat.
Təzyiqin azalması nəticəsində qazdan ayrılan karbohidrogenlərin maye
fazasına kondensat deyilir. Lay şəraitində kondensat adətən bütünlükdə qazda həll
olmuş halda olur. Qaz-kondensat yataqlarının vacib xüsusiyyətlərindən biri də
kondensat-qaz amilidir ki, bu da 1 m3 qaza düşən 1 sm3 kondensatın miqdarını
göstərir.
Təcrübədə qaz-kondensat amilindən də istifadə olunur ki, bu da 1 m3 qazdan
1m3 kondensatın çıxarılmasının miqdarını göstərir. Qaz-kondensat amilinin
qiyməti müxtəlif yataqlar üçün 1500-dən 25000 m3/m3 hüdüdlarında dəyişir.
Sabit kondensat pentan və daha yüksək (C5 və ondan yuxarı) maye
karbohidrogenlərdən təşkil olunmuşdur. Onu xam kondensatdan qazsızlaşma yolu
ilə alırlar. Kondensat komponentlərinin qaynama temperaturu əsasən 40-2000C
hüdüdundadır. Onun molekulyar kütləsi 90-160-dır. Standart şəraitdə sabit
kondensatın sıxlığı 0,60-0,82 q/sm3 hüdudlarında dəyişir.
Kondensatın miqdarına görə qaz-kondensat yataqları - zəif (150 sm3/m3
qədər), orta (150-300 sm3/m3 ), yüksək (300-600 sm3/m3 ) və çox yüksək (600
sm3/m3 -dan çox) növlərə bölünür.
Qaz-kondensat yataqlarının ümumi səciyyəsində kondensasiyanın başlanğıc
təzyiqinin müəyyən olunmasının çox böyük əhəmiyyəti vardır. Əgər qaz-
kondensat yataqlarının işlənilməsi zamanı onların lay təzyiqinin saxlanılması
üsulları tətbiq olunmursa, o halda bir müddət keçdikdən sonra, lay təzyiqi
başlanğıc kondensasiya təzyiqindən az qiymətinə çatır. Onda layda kondensatın
81
ayrılması başlayır ki, buna da retroqrad hadisəsi deyilir. Bu o deməkdir ki,
qazlardan maye fraksiyasının ayrılması bilavasitə quyu gövdəsində deyil, layda baş
verir və nəticədə kondensatın süxur məsamələrində hopmasına gətirir. Belə
təzahürlər əslində bu kondensatın dönməz itkisinə səbəb olur. Qaz–kondensat
yataqlarının işlənilməsində retroqrad hadisəsinə qarşı tədbirlər planı əsaslandırılır
ki, bu da həmin yatağın lay təzyiqinin düşmə tempinin azalmasına gətirməlidir. Bu
tədbirlər sırasında ən əlverişlisi yataqdan hasil edilən qazın yenidən laya
vurulmasıdır. Qeyd olunan tədbirə sayklinq prosesi deyilir.
Lay suları.
Neft və qaz yataqlarında neftlə birlikdə su yığımları da mövcuddur. Belə
sulara ayrı-ayrı laylarda və yaxud neftli-qazlı layların tərkibində rast gəlinir. Buna
görə də hər hansı bir neft yatağının səmərəli işlənilməsini təmin etmək üçün,
həmin yatağın ayrı-ayrı laylarındakı suların xüsusiyyətlərini bilmək lazımdır.
Neft yataqlarında sular, tutduqları vəziyyətə görə lay sularına və kənar sulara
ayrılır.
Lay sularına neftli horizontlarda neftlə birlikdə rast gəlinir. Onlar kontur və
yaxud yan, daban, aralıq və texniki sulara (laya süni olaraq vurulmuş) bölünür.
Kontur və yaxud yan suları layın aşağı hissəsində yerləşir və lay işlənildikcə
onun yuxarı hissələrinə tərəf (strukturun tağına doğru) hərəkət edərək nefti
quyunun dibinə sıxışdırır.
Neftin (qazın) su ilə birləşmə səthinə su-neft (qaz-su) kontaktı deyilir.
Neftin (qazın) su ilə təmasının daxili hüdudu sululuq konturu adlanır. Layın
yatım istiqaməti üzrə həmin konturdan aşağıda neft və su, qalxma istiqaməti üzrə
isə ancaq neft yatır.
Neftlə (qazla) suyun xarici hüduduna neftlilik (qazlılıq) konturu deyilir.
Həmin konturdan yatım istiqaməti üzrə aşağıda su yatır. Bu iki kontakt arasındakı
zolaq su-neft (qaz-su) kontaktı zona və ya konturətrafı zonası adlanır. Bu zonada
yerləşən quyular, adətən, su ilə birlikdə neft (qaz) verib, tezliklə sulaşır.
Kontur sulardan fərqli olaraq daban suları layın bütün sahəsi boyu yerləşir.
Buna görə də, layın hər yerində neft və ya qazdan aşağıda bu sulara rast gəlinir.
82
Əsas neftli (qazlı) horizontun kiçik təbəqələrindəki sular aralıq sular adlanır.
Bu təbəqələr ya xalis sulu, ya da böyük olmayan neftlilik konturuna malik olur.
Son illər neft, qaz və qaz-kondensat yataqlarında kondensasiya suları
adlanan az minerallaşmış suların mövcudluğu da müəyyən edilmişdir. Sular buxar
halında bəzən kollektorların məsamələrini doldurur, bəzən isə sıxılmış
karbohidrogen qazlarında həll olmuş halda rast gəlinir. Istismar zamanı lay təzyiqi
azaldığından, bu sular maye fazasına keçərək qismən kollektorların məsamələrini
doldurur, bəzi hallarda isə qaz-kondensat ilə birlikdə hasil edilir. Qaz-kondensat
ehtiyatları hesablanarkən belə sular nəzərə alınmalıdır, çünki onlar qaz-kondensat
yataqlarında rast gələn flüidin müəyyən hissəsini təşkil edə bilər.
Neftli-qazlı horizontlara görə yad olan sular – kənar sular adlanır. Kənar
sular üst, alt və qarışıq sulardan ibarət olur. Neftli laydan yuxarıda yerləşən sular –
üst sular, aşağıda yerləşən sular isə alt sular adlanır. Tektonik pozulmalar vasitəsi
ilə neftli laya daxil olan sulara tektonik sular deyilir. Bir neçə neftli horizontların
suları bir quyuya daxil olarsa, onlara qarışıq sular deyilir. Qarışıq sular çox
hallarda boruarxası boşluqda istismar olunan layın suları ilə kənar suların
qarışması nəticəsində yaranır.
Suların kimyəvi tərkibi. Suları öyrənmək üçün əsas üsullardan biri onların
tərkibinin kimyəvi analizidir. Adətən, lay suları ilə təmas edən süxurların
tərkibindəki mineral maddələrə, həmin sularda həll olmuş şəkildə rast gəlir.
Sularda həll olmuş mineral maddələrin miqdarı və tərkibi geniş hüdudda dəyişir.
Neft yataqlarının sularının tərkibində ən çox natrium ionları, az miqdarda isə
qələvi-torpaq elementləri vardır. Daha sonra xloridlər (Cl ionları), karbonatlar
(CO3 ionları), bikarbonatlar (HCO3 ionları), həll olmuş qazlardan isə karbon qazı
(CO2), metan (CH4 ), hidrogen-sulfid (H2S) rast gəlinir.
Bəzən neft yataqlarının sularında qiymətli yod, brom və bora təsadüf olunur.
Neft yataqlarının sularındakı duzlar, adətən, müsbət və mənfi elektrik yüklü olurlar.
Buna görə də suların kimyəvi tərkibini bir litr və ya 100q suya görə qramla, yaxud
milliqramlarla ion formasında ifadə edilməsi qəbul edilmişdir.
83
Adətən, neft və qaz yataqlarının sularında aşağıdakı komponentlər iştirak
edir:
həll olmuş duz ionları – anionlardan OH - , Cl - , SO4-2 , CO3- 2, HCO3- ;
kationlardan isə H+, K+ , Na+ , NH4+ , Mg+2 , Ca+2 , Fe+2 , Mn+2;
mikroelementlər – Br- , J- , B+3, Sr+2;
kolloidlər – SiO2 , Fe2O3 , Al2O3 ;
qazlar – CO2, H2S, CH4 , H2, N2 ;
üzvi maddələr – naften turşusu və onun duzları.
Tədqiqatlar göstərir ki, eyni lay daxilində suların kimyəvi tərkibi sabit
qalmır. Süxurlarda suların fasiləsiz hərəkəti zamanı onların bir-birinə təması
nəticəsində suların tərkibləri və xassələri dəyişir.
Suların kimyəvi tərkiblərinə görə bir sıra təsnifatları vardır. Bunlardan
Palmer və Sulin təsnifatları əsas yer tutur. Qeyd etmək lazımdır ki, bütün kimyəvi
təsnifatlar ionların faiz ekvivalent çəki qiymətinə əsaslanır.
Palmer təsnifatı. Bu təsnifatın əsasını Na+ + K+ və Cl-, SO4-2 ionlarının bir-
birinə olan nisbətinə görə siniflərə bölünməsi (5 sinif) qanunu təşkil edir. Həmin
nisbətdən asılı olaraq sularda bu və ya digər duzluluq (S), yaxud qələvilik (A)
iştirak edir.
Əgər (Na+ + K+ ) a ilə, (Cl- + SO4-2) b ilə, (Ca+2 +Mg+2) isə c ilə işarə
edilərsə, aşağıdakı siniflər ayrıla bilər:
I sinif - b<a olduqda suda S1, A1 və A2 ;
II sinif - b=a olduqda suda S1 , A2 ;
III sinif - a<b<a+c olduqda suda S1 , S2 , A2;
IV sinif - b=a+c olduqda suda S1 , S2 , A3;
V sinif - b>a+c olduqda suda S1 , S2 , S3 .
Qeyd etmək lazımdır ki, Palmer təsnifatına görə suların mənşəyini müəyyən
etmək mümkün olmur. Odur ki, bu məsələni aydınlaşdırmaq üçün Sulin
təsnifatından istifadə edilir.
Sulin təsnifatı. Sulin suların mənşəyini aydınlaşdırmaq üçün üç genetik
(mənşə) əmsal təklif edir:
84
rNa+/rCl- , rNa+ - rCl-/rSO4-2, rCl- - rNa+/rMg+2 .
Bu əmsallara görə suların tiplərinin təyin edilməsi aşağıdakı cədvəldə
göstərilmişdir.
Suların təsnifatı (Sulina görə).
Cədvəl II.7.
rNa +
rNa -
+
rCl-/rSO4- rCl- -
sıra №-si Sulinə görə suyun tipi
/rCl- 2
rNa+/rMg+2
1 natrium-sulfat suları >1 <1 <0
natrium-karbonat
2 >1 >1 <0
suları
3 kalsium-xlorid suları <1 <0 >1
maqnezium-xlorid
4 <1 <0 ≤1
suları
Qeyd: r - analizin ekvivalent şəkildə hesablandığını göstərir.

Cədvəldə birinci iki tip sular kontinental mənşəli, dördüncü tip sular dəniz
mənşəli sulara aiddir. Üçüncü tip sular isə istər kontinental, istərsə də dəniz
mənşəli suların dərinliklər şəraitində metamorfizləşməsini göstərir.
Suların fiziki xüsusiyyətləri.
Suların fiziki xassələri onlarda həll olmuş duzların tərkibindən asılıdır. Neft
yataqlarının sularında, adətən, xeyli miqdarda natrium-xloridə, az miqdarda isə
başqa duzlar və kimyəvi birləşmələrə rast gəlinir.
Sıxlıq suyun kütləsinin həcminə olan nisbətidir. Sıxlıq vahidi distillə
olunmuş suyun 40C -dəki sıxlığı qəbul edilir və q/sm3 ilə ölçülür. Suların sıxlığı
onların temperaturu, minerallaşma dərəcəsi, təzyiqi, həll olmuş qazların
miqdarından asılıdır.
Özlülük suların minerallaşma dərəcəsindən və temperaturdan asılıdır.
Minerallaşma dərəcəsi artdıqca özlülük də artır, temperatur artdıqda isə özlülük
azalır. Məsələn, suyu 150C –dən 1000C -ya qədər qızdırıldıqda onun özlülüyü altı
dəfə azalır.
Temperatur. Yeraltı suların temperaturu bir sıra geoloji amillərdən asılıdır.
Sular temperatura görə çox soyuq (0-50C), soyuq (4-200C ), ilıq (20-370C), isti (37-
420C), çox isti (42-1000C) və qaynar (1000C - dən çox) qruplara bölünür.
85
Dad. Dadlarına görə sular duzlu, acı, şirin və turş sulara ayrılır. Bəzən sular
az da olsa xlor və metal dadı da verir.
Qoxu. Sular, onlarda həll olan maddələrdən asılı olaraq müxtəlif iyə
malikdirlər. Məsələn, suda kükürd olduqda lax yumurta iyi verir. Iyin kəskinliyi
xüsusi şkala ilə təyin edilir.
Şəffaflıq sularda həll olan, yaxud asılı halda olan mineral və üzvi maddələrin
növlərindən asılıdır. Neft yataqları sularının şəffaflığı naften turşusu, neft və qaz
qarışıqlarının miqdarından asılıdır. Şəffaflıq hündürlük sütunu ilə (sm ilə) ifadə
edilir.
Rəng. Tərkibində dəmir olan sular pas rəngində, kükürd olan sular mavi, və s.
rənglərdə olur.
Elektrik keçiriciliyi. Yeraltı suların elektrik keçiriciliyi onların minerallaşma
dərəcəsindən asılıdır. Distillə olunmuş su elektrik cərəyanını keçirmir. Suyun
minerallaşma dərəcəsi artdıqca onun elektrik axınına müqaviməti azalır.
Xüsusi elektrik müqaviməti təbii məhlullar üçün müvafiq düsturla hesablanır.

II.6.Tektonik qırılmalar və onların flüid paylanılmasında rolu.


Yataqların geoloji quruluşunun əsas göstəricilərindən biri tektonik
qırılmalardır. Layların bütövlüyünü pozan bu pozulmalar geoloji ədəbiyyatda
dizyunktiv dislokasiyalar da adlanır.
Neft-qaz yataqlarında olan dizyunktiv qırılmalar və onların flüid
paylanılmasındakı rolu ətraflı öyrənilməlidir. Belə ki, neft yataqlarının böyük
əksəriyyətində tektonik qırılmalar qeydə alınır və müxtəlif funksiyalarla
səciyyələnirlər. Bu baxımdan bizi maraqlandıran Cənubi Xəzər hövzəsinin
yataqları istisna deyildir. Buradakı yataqların demək olar ki, hamısında dizyunktiv
pozulmalar mövcuddur və işlənilmə prosesində onların rolu nəzərə alınır.
Dizyunktiv pozulmalar əsasən iki tipdə olur: atılma və əks atılma (şək.II.26,
27).
86

Şəkil II.26. Atılma dislokasiyasının sxemi.

Şəkil II.27. Əks atılma dislokasiyasının sxemi.


87
Şəkillərdən göründüyü kimi dizyunktiv pozulmalar tipindən asılı olaraq
kəsilişdəki laylaşmaya müxtəlif təsir edir: hərgah atılmalarla mürəkkəbləşən yataq
kəsilişində hər bir lay eyni bir quyu ilə iki dəfə kəsilirsə, əks atılmada belə hala rast
gəlinmir; belə qırılmaların mövcudluğu şəraitində qazılmış quyu kəsilişindəki hər
layı yalnız bir dəfə keçir.
Qeyd etmək vacibdir ki, dizyunktiv qırılmaların aşkar edilməsi neft
geologiyasının ən vacib məsələlərindən biridir. Bu məqsədlə seysmik kəşfiyyat
üsullarından, əldə edilmiş digər quyu məlumatlardan da istifadə edilməlidir.
Qırılmalar öyrənilərkən onların yataqda flüid paylanılmasında roluna xüsusi diqqət
yetirilməlidir. Belə ki, onlar yataq sahəsinin bütövlüyünü pozduqları halda
yataqdaxili maye axımına müxtəlif cür təsir edir. Qırılmaların atılma amplitudası
və layların yerdəyişmə məsafəsindən asılı olmayaraq bəzi qırılmalar layda maye
axımının qarşısını almır, digərləri isə əksinə, yatağın sahəsində maye axımına
mane olur. Birinci tip pozulmalara açıq və ya keçirici, ikincilərə isə qapalı və ya
ekran xarakterli qırılmalar deyilir.
Dizyunktiv pozulmaların maye axımına təsirinin öyrənilməsinə neft-qaz
mədən geologiyasında xüsusi diqqət yetirilir. Bu da onunla əlaqədardır ki, sahədə
yeri, uzanma istiqaməti, atılma amplitudası məlum olan qırılmaların yatağın
hidrodinamik vəziyyətinə təsiri eyni cür olmur. Belə ki, qırılma keçirici olan
hallarda yatağın bir hissəsində intensiv maye çıxarılması prosesində onun
işlənilməyən (və ya zəif işlənilən) hissəsində də lay təzyiqi aşağı düşür. Odur ki,
laya vurulmuş su yatağın bu sahəsində də müşahidə olunur. Açıq (keçirici)
qırılmalar bəzən yatağın ümumi kəsilişindəki hidrodinamiki şəraitin
mürrəkəbləşməsinə də gətirə bilər: işlənilmə prosesində nisbətən yüksək təzyiqli
laydan yuxarıda və ya aşağıda yatan az təzyiqli laya mayenin axımına şərait yarada
bilər. Belə hallara Abşeronda yerləşən uzun müddət işlənilən yataqlarda da təsadüf
edilir.
Ekran (və ya qapalı) qırılmalar yatağın bir sahəsindən digərinə və bir laydan
başqa laya mayenin axımının qarşısını alır.
88
Işlənilmənin ilk dövrlərində dizyunktiv qırılmaların xarakterini öyrənmək
üçün ardıcıl olaraq aşağıdakı əməliyyatlar aparılır:
- yatağın struktur xəritəsi tərtib olunur;
- sahədə müşahidə olunan dizyunktiv qırılmaların yeri və amplitudaları
dəqiqləşdirilir;
- su-neft və qaz-neft konturları planda göstərilir;
- yataqda aparılan ölçü işləri (su və neft analizləri, lay təzyiqi və s.)
sistemləşdirilir;
- geoloji-mədən və geoloji-riyazi üsullarla tektonik qırılmalarla
parçalanmış sahələr müqayisəli təhlil edilir.
Yuxarıda göstərilən əməliyyatlar nəticəsində qırılmaların xarakteri aşkar
edilir. Bu alqoritmin istifadəsi neft-mədən geologiyasının aşağıdakı hipotezinə
istinad edir:
yataqda baş vermiş kəskin tektonik proseslərin nəticəsində onun bütövlüyü
pozulur; qırılmalar onu bir neçə tektonik bloklara bölür; sonrakı geoloji dövrlərdə
bölünmüş sahələrdə yataq üçün ümumi hidrostatik qanuna uyğun maye
yığımlarının paylanmasına gətirib çıxarır. Odur ki, su-neft və qaz-neft konturları
qonşu bloklarda eyni hipsometrik səviyyələrdə yerləşir. Belə hallarda dizyunktiv
qırılmaların keçirici funksiya daşıdığını flüid paylanılmasında əhəmiyyətli rol
oynamır. Qırılmalar ekran tipli oduqda isə, qonşu tektonik bloklarda su-neft
kontaktlarının hipsometrik dərinlikləri müxtəlif olur (şək. II.2, II.3).
Yataq sahəsinin bütövlüyünü pozan tektonik qırılmaların xassələrinin təyini
yalnız su-neft və qaz-neft konturlarının vəziyyətinin öyrənilməsi ilə bitmir:
qoyulan məsələnin həllinin etibarlılığını artırmaq üçün digər üsullardan da istifadə
edilməlidir. Burada ilk növbədə qırılmalarla sərhədlənmiş bloklarda lay təzyiqinin
qiymətlərinin su və neftin fiziki-kimyəvi göstəricilərinin müqayisəli təhlili aparılır
ki, bu da qonşu tektonik bloklarda oxşarlıq dərəcələrinin təyininə imkan verir. Belə
ki, kompleks lay parametrlərində riyazi oxşarlıq aşkar edilərsə dizyunktiv
pozulmaların keçirici, əks halda isə buradakı pozulmaların ekran funksiya
daşıdığını göstərir.
89
Qırılmaların xarakterini öyrənmək üçün hidrodinamik üsullardan da istifadə
edilir. Üsulu tədbiq etmək üçün tektonik qırılmanın müxtəlif hissələrində yaxında
yerləşən iki istismar quyusu seçilir və onların birində kəskin texnoloji dəyişikliklər
aparılır (hasilat artırılır və ya azaldılır) və həmin dəyişikliklər qonşu quyuda özünü
göstərirsə qırılma keçirici və ya əksinə hesab olunur.
Dizyunktiv pozulmalar haqqında məlumatların alınmasının yatağın işlənilmə
prosesini effektli aparmaq üçün çox böyük əhəmiyyəti vardır. Belə ki, hərgah
qırılmalar ekran tiplidirsə onun hər bir blokuna ayrıca istismar obyekti kimi
baxılmalıdır. Onlarda quyu şəbəkəsi (o cümlədən vurucu quyular), istismar üsulları
və s. məsələlər ayrıca qoyuluşlarla həll edilməlidir. Yataq sahəsini parçalamış
dizyunktiv qırılmalar keçirici olduqda isə onların sayından asılı olmayaraq həmin
yatağa yeganə istismar obyekti kimi baxılmalı və işlənilmə prosesinin bütün
geoloji, texnoloji, hidrodinamiki və s. məsələləri məhz yatağın bu xüsusiyyətini
nəzərdə tutmalıdır.
Nəhayət, qırılmalar haqqında daha bir xüsusiyyəti də qeyd etmək lazımdır.
Bu da onların funksiyasının işlənilmə prosesində dəyişilə bilməsidir: ekran tipli
qırılma neftçıxarma prosesində öz funksiyasını itirib, keçirici ola bilər və ya əksinə.
Tektonikanın bu xüsusiyyəti də yataqların ehtiyatlarının mənimsənilməsində
nəzərə alınmalıdır. Bu haqda hazırkı dərsliyin müvafiq bölməsində ətraflı
məlumatlar veriləcəkdir.

II.7. Neft və qaz yataqlarının enerji xüsusiyyətləri.


Neftin və qazın hasil edilməsi üçün onların məsaməli mühitdə
hərəkətetmə qabiliyyəti olmalıdır. Layda hərəkəti (axımı) reallaşdıran amil isə hər
şeydən əvvəl onun təzyiqidir: yataqda təzyiqin yüksək olması flüidlərin quyu
dibinə aktiv hərəkətinə gətirirsə, az olduqda isə, əksinə, onların
yerdəyişməsini çətinləşdirir.
Layın temperaturunun da neftin hərəkətinə təsiri vardır. Bu təsir, hər
şeydən əvvəl, neftin özlülüyünün dəyişməsi ilə əlaqədardır: layda temperaturun
90
yüksəkliyi şəraitində neftin özlülüyü az olur ki, bu da onun hərəkətinə müsbət
təsir edir.
Yataqların enerji xüsusiyyətlərini formalaşdıran amil lay rejimi adlanır.
Lay rejimi yatağın işlənilmə effektivliyini müəyyənləşdirən əsas göstəricidir.
Məsələn, layın qanad hissələrində yerləşən sular işlənilmə prosesində onun
sahəsi üzrə aktiv hərəkət edə bilirsə, burada yerləşən neft yığımlarını tədricən
quyulara doğru sıxışdırır. Layda belə şərait olmadıqda isə, onun ilk lay
təzyiqləri işlənilmə prosesində kəskin azalır ki, bu da məsaməli mühitdə
yerləşən neftin hərəkətini məhdudlaşdırır.
Neft-qaz mədən geologiyasının qeyd olunan müddəalarının ətraflı şərhi
ardıcıl olaraq aşağıda verilir.
Lay təzyiqi
Lay təzyiqinin karbohidrogen yataqlarının işlənilməsində rolunu qeyd
etməzdən əvvəl onun yaranma xüsusiyyətlərinin sadə halına baxaq.
Beləliklə, dənizin dayaz hissələrində toplanmış qumlu məsamələr su ilə
tam doymuş olur. Sonralar geoloji proseslər baş verir və dənizin dibi tədricən
çökməyə (enməyə) məruz qalır, qumlu çöküntülərin toplanılması davam edir.
Müəyyən həddə (qalınlığa) çatdıqdan sonra hövzədə kəskin enmə prosesi baş
verir ki, bu da qum çöküntülərinin üstündə gillərin toplanılmasına səbəb olur.
Sonrakı epeyrogenik (qalxıb-enmə) prosesləri hövzədə çöküntü laylarının
növbələşməsini yaradır. Onu da qeyd edək ki, qum laylarının daban və
tavanında yatan gil layları çox hallarda onların təcrid (izolyasiya) olunma
şəraitini yaradır. Sonralar strukturun əmələgəlməsi və miqrasiya prosesləri
nəticəsində müxtəlif təzyiqli neft və qaz yataqları əmələ gəlir. Həmin yataqlarda
ilk lay təzyiqin qiyməti onun yerləşdiyi hövzənin geoloji xüsusiyyətlərindən,
layların yatma dərinliklərindən, tektonik qırılmaların mövcudluğu və
funksiyasından (ekran və keçirici) və s. amillərdən asılıdır. Ümumiyyətlə ilk lay
təzyiqinin qiyməti onun hidrostatik durumuna müvafiq olur və aşağıdakı düsturla
hesablanır:
91
H
Play=
10
Bu o deməkdir ki, normal yatma şəraitində dərinliyin hər 10 metr
artması ilə təzyiq 0,1 MPa artır. Lakin, yataqəmələgəlmə prosesindən asılı
olaraq lay təzyiqinin yuxarıda qeyd olunan dərinlik amili ilə uzlaşma halına az
rast gəlinir: bəzi yataqlarda lay təzyiqi hidrostatik sütunun qiymətindən çox,
digərlərində isə az ola bilər.
Birinci qrup yataqlara anomal yüksək lay təzyiqli, ikincisinə isə anomal
aşağı lay təzyiqli yataqlar deyilir.
Lay təzyiqinin ölçü vahidi milli paskaldır (MPa) .
Lay təzyiqini ölçmək üçün dərinlik manometrlərindən istifadə edilir.
Neft və qaz yataqlarının işlənilməsində lay təzyiqinin iki göstəricisinin
qiymətlərindən istifadə edilir: ilk (yataqdan mayenin hasil edilmə anına qədər)
və cari (dinamik).
Lay təzyiqinin qiymətlərini almaq üçün təcrübədə aşağıdakı düsturdan
istifadə edilir.
h
Play=
S
Burada h – maye sütunun hündürlüyü;
ρ – quyudakı mayenin sıxlığı;
S - əmsaldır (102-yə bərabərdir).
Yataqların işlənilmə proseslərinin müxtəlif dövrləri üçün lay təzyiqinin
sahəvi dəyişməsini tədqiq etmək məqsədilə həmin dövrlər üçün müvafiq izobar
xəritələri tərtib olunur.
Lay temperaturu
Yuxarıda qeyd edildiyi kimi, layda neft və qazın fiziki-kimyəvi
xassələrinə temperatur müəyyən təsirini göstərir. Yer qabığında dərinliyin
qiyməti artdıqca temperatur çoxalır. Dərinliyə görə temperaturun dəyişməsini
xarakterizə edən iki anlayış mövcuddur:
1) geotermik pillə,
2) geotermik qradiyent.
92
Geotermik pillə yer səthindən dərinliyə getdikcə süxurlarda
temperaturun 10C artmasına uyğun gələn dərinlik qiymətlərinə deyilir və yer
qabığı üçün orta hesabla 33 m götürülür. Geotermik pilləni aşağıdakı düsturla
hesablayırlar:
H h
G
T t
burada, G - geotermik pillə, m/0C; H – temperaturun ölçülmə dərinliyi, m; h –
sabit temperatura uyğun gələn dərinlik, m; T – H dərinlikdəki temperatur, 0C;
t – yer səthində havanın orta illik temperaturu, 0C.
Sabit temperaturlu lay səthinə izotermik səth deyilir. Bəzi hallarda
dərinlik artdıqca temperaturun dəyişməsini xarakterizə etmək üçün geotermik
qradiyentdən istifadə edilir. Geotermik qradiyent hər 100 m dərinlikdə
temperaturun neçə dərəcə dəyişməsini göstərir.
(T  t ) 100
Q
H h
burada, Q – geotermik qradiyent, 0
C /100 m; H və h - ölçülən dərinlik
intervalları; T və t - H və h dərinliklərdəki temperaturlar.
Qeyd etmək lazımdır ki, havanın temperaturu yer qabığının 20-30 m
dərinliyinə qədər təsir edə bilər. Abşeron neftli-qazlı vilayətində bu rəqəm 10-
11 m -dir. Yuxarıda qeyd edilən dərinliklərdə bütün il ərzində temperatur sabit
qalır. Bizim regionumuzun ayrı-ayrı neft yataqlarında geotermik pillənin
qiyməti 22-37 m arasında dəyişir (orta qiyməti isə 28-29 m -dir).
Geotermik pillənin qiyməti strukturun əlamətlərinə görə dəyişir. Bəzi
tədqiqatçılara görə geotermik pillə antiklinalın tağında az, qanadlarında və
sinklinallarda isə çox olur. Tələlərdə temperaturun paylanmasına suların
hərəkəti də təsir edir. Odur ki, yataqda suyun hərəkət istiqamətini təyin
edərkən geotermik məlumatlardan istifadə edilməlidir. Izoterm (bərabər
temperaturlar) xəritəsinin tərtibində antiklinalın tağında minimum qiymətli
xətlər qeyd edilir.
Tədqiqatlar əsasında müəyyən edilmişdir ki, ayrı-ayrı süxurlar müxtəlif
istilikkeçirmə qabiliyyətinə malikdirlər. Məsələn, Azərbaycanın strukturlarında
93
minimum qiymətli geotermik pillə gillərdə, maksimum qiymətli isə qum və
karbonat süxurlarda qeydə alınır.
Yataqda temperaturun dəyişməsi neft və qaza əsaslı təsir göstərir.
Temperaturun artması neft və suyun özlülüklərinin azalmasına, qazın isə
özlülüyünün çoxalmasına səbəb olur.
Temperaturun artması qapalı tələlərdə təzyiqin yüksəlməsinə də təsir
edir. Temperatur çox artdıqda karbohidrogenlərin daxili quruluşlarında da
(molekullarda) dəyişiklik baş verir. Temperaturun dəyişməsi yatağın
fazalarında: neft və suda qazın həllolma nisbətlərinin dəyişməsinə təsir
göstərir. Temperatur yüksəldikcə suda duzların həll olması və bununla yanaşı
onların minerallaşması artır. Minerallaşma artdıqca qazın suda həllolması azalır.
Temperaturu ölçmək üçün xüsusi civəli və elektrotermometrlərdən istifadə
edilir.
Neft yataqlarının təbii rejimləri
Neft yataqlarında layların təbii rejimləri geoloji amillərlə müəyyən
olunur. Bunlara aşağıdakılar daxildir: yatağın mənsub olduğu regionun subasqı
sisteminin xüsusiyyəti və onun bu sistemdə yerləşməsi; yatağın geoloji-fiziki
xarakteristikası - termobarik şəraiti, karbohidrogenlərin faza vəziyyəti, kollektor
süxurların səciyyəsi və yatım şəraitləri və s.
Lay şəraitində neft və qazın istismar quyularına hərəkətini təmin edən
təbii qüvvələr cəminə yataqların təbii rejimləri deyilir.
Neft yataqlarında nefti hərəkət etdirən əsas qüvvələrə aşağıdakılar
daxildir: kənar suların basqısı, kənar suların təsiri nəticəsində süxurların və
suyun elastiki genişlənməsi, qaz papağındakı qazın təzyiqi, neftdə həll olmuş
qazın təzyiqi, neftin ağırlıq qüvvəsi və s.
Neft və qaz yataqlarının işlənilmə layihələrinin tərtib edilməsində və
işlənilmə prosesinin bilavasitə həyata keçirilşəsində təbii rejimlərin müəyyən
olunması çox böyük əhəmiyyət kəsb edir.
94
Rejimlərin təsnifatı layda mövcud olan enerjinin təzahürünə əsaslanır.
Hərəkətedici qüvvələrin təbiətindən asılı olaraq neft yataqlarında aşağıdakı
rejimlər qeyd edilir:
subasqı rejimi;
elastik-subasqı rejimi;
qazbasqı rejimi (yaxud qaz papağı rejimi);
neftdə həll olmuş qaz rejimi;
qravitasiya rejimi;
qarışıq rejimi.
Subasqı rejimi. Bu rejimdə neftli layda hərəkətetdirici qüvvə kənar,
yaxud daban sularının yaratdığı təzyiqdən ibarətdir. Işlənilmənin ilk dövrlərində
istismara daxil olan quyuların sayının tədricən artması nəticəsində neft
hasilatının da artması baş verir. Hasilat lahiyə səviyyəsinə çatdıqdan sonra lay
təzyiqi də ilk dövrlərdə sabitləşir. Lakin müəyyən müddətdən sonra kənar
suların hərəkəti nəticəsində layda sulaşma başlayır və neft hasilatı tədricən
azalır. İşlənilmənin sonrakı dövrlərində də sulaşma prosesi fasiləsiz inkişaf edir,
lay təzyiqinin düşgüsü isə kiçik miqyaslarda müşahidə olunur. İşlənilmə üçün ən
əlverişli olan belə rejimli yatağa süni suvurma üsulu tətbiq edilmir.
Səmərəli subasqı rejimində neftvermə əmsalı 0,60–0,70 arasında dəyişir.
Elastik subasqı rejimi. Belə rejimdə lay enerjisinin mənbəyini kənar
suların basqısı təşkil edir. Lakin, subasqı rejimindən fərqli olaraq burada süxur
kollektorlarının və onların məsamələrində yerləşən mayenin elastik qüvvələri də
enerji mənbəyinin formalaşmasında iştirak edir. Bu halda işlənilmə prosesində
laydan götürülmüş maye həcmini kənar sular tam kompensasiya etmir və lay
təzyiqi tədricən aşağı düşür. Nəticədə, lay süxurlarının və suyun genişlənməsi baş
verir, yaranmış enerji isə neftin quyu dibinə süzülməsinə müsbət təsir göstərir.
Bu rejim işlənilmə üçün kifayət qədər əlverişli hesab olunur və layların
neftverimini 0,50-0,60 səviyyəsinə çatdırılmasına imkan verir.
Qazbasqı rejimi (qaz papağı rejimi). Qazbasqı rejimi strukturun tağ
hissəsində toplanmış böyük təzyiqli qaz yığımlarının (qaz papağının) enerjisinin
95
təzahürü nəticəsində əmələ gəlir. İşlənilmə prosesində genişlənən qazın yaratdığı
təzyiq nefti quyu dibinə doğru sıxışdırır və nəticədə qaz-neft kontaktı
strukturun aşağı hissələrinə tədricən hərəkət edir.
Qaz papağı çox böyük olduqda işlənilmə zamanı bir müddət təzyiq
sabit qalır. Neftli hissədə ilk lay təzyiqi təxminən doyma təzyiqinə bərabər
olduğundan neftin ilkin hasilatı zamanı yataqda öncə həllolmuş qaz rejimi
meydana çıxır. Depressiya qıfının genişlənməsi nəticəsində qaz papağı da
genişlənir. İşlənilmənin sonrakı dövrlərində bu prosesin inkişafı nəticəsində
yatağın tağ hissəsinə yaxın zonalarda yerləşən quyularda qazlaşma intensivliyi
özünü göstərir. İşlənilmə prosesində yataqda ilk lay təzyiqinin düşməsi baş verir.
Bu rejimdə qaz-neft kontaktı durmadan neftli hissəyə doğru hərəkət
etdiyindən qaz amili artmağa başlayır və hətta quyularda təmiz qaz fontanı
baş verə bilir. Qazbasqı rejimi üçün süxurların yüksək məsaməliyi, layların
daha dik yatması və neftin özlülüyünün az olması daha əlverişli hal sayılır.
Bəzən qaz papağında təzyiq o qədər aşağı düşür ki, neft qaz papağına
tərəf hərəkət edir. Bu isə arzu edilən hal deyildir: qaz papağının yerləşdiyi
sahələrdə neft kollektorlara axaraq, onların məsamələrinə hopur və işlənilmənin
sonrakı dövrlərində onun hasilatı qeyri mümkün olur. Odur ki, qazbasqı rejimi
olan yataqlarda qaz papağındakı qazı hasil etmək və ya quyuları yüksək qaz
amili ilə istismar etmək düzgün deyildir.
Burada işlənilmə prosesi əvvəlcə neftli sahədən başlanmalı və ehtiyatın
realizə dərəcəsi layihə səviyyəsinə çatdırıldıqdan sonra yatağın tağ hissəsində
yerləşən qaz yığımlarını hasil etmək lazımdır. Yataqlarda lay enerjisini saxlamaq
üçün çox zaman qaz papağı zonasına süni olaraq neftdən ayrılmış qaz
yenidən vurulur.
Qazbasqı rejimində neftvermə əmsalı maksimum 0,40-0,50-ə çatdırıla
bilər.
Neftdə həllolmuş qaz rejimi. Bu rejimdə layda neftin quyu dibinə
hərəkəti ondan ayrılan qaz qabarcıqlarının genişlənməsi nəticəsində baş verir.
Belə rejimlə xarakterizə olunan yataqlarda ətraf suların təsiri özünü göstərmir.
96
İşlənilmə proseslərində lay təzyiqləri kəskin azalır. Işlənilmənin ilk dövründə
qaz hasilatı nisbətən az, sonradan isə kəskin artır. Son dövrlərdə belə yataqlar
qazsızlaşır və lay neftlərinin özlülüyü artır. Təbiidir ki, bu cür mexanizm
yataqların ehtiyatlarının müvəffəqiyətlə realizəsini təmin edə bilməz.
Bu rejimlə işləyən neft yataqlarının işlənilmə səmərəliliyini artırmaq
üçün laya hasil edilmiş neftdən ayrılan qaz ya da hava vurulur; konturdaxili,
yaxud konturyanı sulaşma üsulu tətbiq edilir. Yataqdan qaz tamamilə
tükəndikdən sonra qravitasiya rejimi meydana çıxır.
Neftdə həllolmuş qaz rejiminə misal olaraq Azərbaycanın neft yataqlarında
qırməki lay dəstəsi obyektlərini göstərmək olar. Burada uzun müddət intensiv
işlənilmə proseslərin aparılmasına baxmayaraq qeyri-aktiv lay enerjisinin təzahürü
nəticəsində cari neftvermə əmsalının yalnız 0,20-0,35 səviyyəsinə çatdırılmasına
nail olunmuşdur.
Bu tip yataqlarda son neftvermə əmsalının 0,30-0,35 səviyyəsini
optimal hesab edilir.
Qravitasiya rejimi. Bu rejimli yataqlarda nefti quyudibinə hərəkət etdirən
amil onun özünün ağırlıq qüvvəsidir. Belə rejimlər sərbəst formada (az
dərinliklərdə yatan laylarda) və süni (texnoloji) dəyişmələr nəticəsində - işlənilmə
prosesində neftdə həll olmuş qaz rejiminin tükənən anlarında yaranır. Bu rejimdə
neft layın yuxarı hissələrindən aşağılara doğru axır. Odur ki, aşağı hipsometrik
dərinliklərdə yerləşən quyuların hasilatı yuxarı hissələrdəki (məsələn, tağ
hissələrində) quyuların hasilatından çox olur. Qeyd etmək lazımdır ki, qravitasiya
rejimi ilə səciyyələnən yataqların işlənilmə intensivliyi zəif olur.
Son neftvermə əmsalı 0,10-0,20 təşkil edir.
Qarışıq rejim. Yataqların işlənilməsində neftin hərəkətinə eyni zamanda bir
neçə təbii enerji təsir edirsə ona qarışıq rejim deyilir. Qarışıq rejimlər təbii və
texnogen mənşəli olurlar.
Təbii qarışıq rejim yataqların əmələgəlmə prosesin sonunda yaranır. Bu
halda strukturun tağ hissəsində qazbasqı rejim, aşağı hissələrində isə neftdə həll
olmuş qaz rejimi və yaxud yatağın konturətrafı zonalarında subasqı rejimi, mərkəzi
97
hissələrində isə neftdə həll olmuş qaz rejimi özünü biruzə verir. Təbii qarışıq
rejimin digər formalarına da rast gəlmək olar.
Texnogen qarışiq rejim. Adından göründüyü kimi işlənilmə prosesinin təsiri
nəticəsində yaranır və müxtəlif formada özünü biruzə verir. Məsələn, işlənilmənin
ilk dövründə yataqda qeyd olunan neftdə həll olmuş qaz rejimi sonralar qravitasiya
rejiminə keçir.
Qarışıq rejimli yataqların işlənilməsini səmərəli aparmaq üçün burada lay
enerjisini təşkil edən amillərin rolunu nəzərə almaq lazımdır. Bütün mümkün
hallarda yatağa süni təsir üsulları tətbiq edilməlidir.
Qaz yataqlarının təbii rejimləri
Qaz laylarında lay enerjisinin əsas mənbəyini genişlənən qazın təzyiqi,
suların və süxurların elastik qüvvəsi və kənar suların təzyiqi təşkil edir.
Bu və ya digər enerji növünün üstünlüyündən asılı olaraq qaz
yataqlarında qaz, elastik qaz və subasqı rejimi qeyd edilir.
Qaz yataqlarının rejimi geoloji şəraitdən və işlənilmə tempindən asılıdır.
Qazın özlülüyü neftin özlülüyündən 100 dəfələrlə az olduğu üçün qaz
yatağında təzyiq neft yatağına nisbətən daha tez paylanır. Odur ki, hər hansı
bir quyuda təzyiqin dəyişməsi bütün layda özünü çox tez göstərir.
Qaz rejimi. Qaz rejimində qaz hasilatı genişlənən qazın hesabına əldə
edilir. Bu rejim litoloji cəhətdən hər tərəfdən tam hüdudlanmış və tektonik
ekranlaşmış tələlərə məxsusdur.
Qaz rejimli yataqlarda lay təzyiqinin düşməsi hasil edilən qazın
miqdarı ilə düz mütənasibdir: lay təzyiqinin saxlanılmasına heç bir xarici amil
təsir etmir. Qaz yatağının ehtiyatı hesablanarkən bu xüsusiyyət nəzərə alınır.
Qaz rejiminə malik olan yataqlar üçün qazvermə əmsalı 0,80-0,90 çata
bilər.
Elastik qaz-subasqı rejimi. Lay enerjisinin əsasını kənar suların zəif
təzyiqi, suların, süxurların və genişlənən qazın elastik qüvvələri təşkil edir.
Layın işlənilməsinin ilk dövrlərində qaz yataqlarında genişlənən qazın
hesabına qaz rejimi üstünlük təşkil edir. Ayrı-ayrı yataqlar üçün bu rejim
98
müxtəlif müddətdə davam edə bilər və təzyiqin 3-30% düşməsi ilə müəyyən
edilir.
İşlənilmə prosesində lay suları konturətrafı zonadan yatağın qazlı hissəsinə
doğru hərəkət edir. Qaz-su kontaktı tədricən strukturun yuxarı hissələrinə hərəkət
edir və işlənilmə prosesini çətinləşdirir.
Bu rejimdə yatağın qazvermə əmsalı 0,50-0,70 olur.
Subasqı rejimi. Subasqı rejimində kənar (yaxud daban) suları lay enerjisinin
əsasını təşkil edir. Qaz yataqlarında subasqı rejiminin meydana çıxması neft
yataqlarındakı kimidir. Bu rejimdə istismarın ilk dövründən başlayaraq lay
təzyiqi azalır və konturarxası sular yatağa daxil olur. Çıxarılan qazın həcmi
ilə yatağa daxil olan bu suların həcmi bərabərləşdikdə lay təzyiqi təxminən
bir səviyyədə qalır; qazın hasilatı qaz-su kontaktının qalxması ilə müşayiət
olunur. Göstərilən bərabərlik pozulduqda yataqda daha az səmərəli olan
elastik subasqı və hətta qaz rejimi yarana bilər.
Subasqı rejimində qazvermə əmsalı maksimum 0,70-ə yə çatır.
Yataq rejiminin proqnozlaşdırılması.
Yuxarıda qeyd edildiyi kimi, neft və qaz yataqlarının işlənilmə müvəffəqiyyəti
onların təbii rejimlərindən əsaslı surətdə asılıdır. Lay enerjisinin təzahüründən
asılı olaraq işlənilmə sistemləri əsaslandırılır və tətbiq olunur. Buna görə də
işlənilmə ərəfəsində lay enerjisi haqqında proqnoz məlumatların alınması vacibdir.
Dunya təcrübəsindən məlumdur ki, layların rejimi yatağın yerləşdiyi
regionun hidrodinamik mühitindən, qırışıqların tektonik xüsusiyyətindən, onların
geoloji qeyri-bircinsliyindən, kollektorların geoloji-fiziki xassələrindən, habelə
neftin, suyun və qazın fiziki-kimyəvi xüsusiyyətlərindən asılıdır. Odur ki,
işlənilmə ərəfəsində yatağa qazılmış quyulardan yuxarıda qeyd olunan lay xassələri
haqqında müvafiq məlumatlar əldə edilməlidir. Onlara istinadən işlənilmə
prosesində baş verə biləcək dinamik sistemlər haqqında mülahizələr söyləmək olar.
Yuxarıda qeyd olunanları geoloji quruluşu yaxşı öyrənilmiş Cənubi-Xəzər
hövzəsi neft yataqlarının timsalında şərh edilir.
99
Sadə tektonik quruluşlu, yaxşı ceşidlənmiş kvars qumlarından təşkil
olunmuş böyük qalınlığa malik laylarda neftlərin özlülüyünün kiçik olması burada
kənar suların aktiv hərəkəti haqqında fikir söyləməyə imkan verir. Layın
kəsilişində aralıq qil qatlarının olmaması və ya az olması bu suların tənzimli
işlənilməsi üçün əlverişli olacağı haqqında mülahizələr söyləməyi əsaslı sayır. Belə
şəraitə misal olaraq mərkəzi Abşeron yataqlarında məhsuldar qatın qırməkialtı və
qırməkiüstü qumlu lay dəstələrini göstərmək olar.
Kəsilişi qumlu–gilli qatların növbələşməsindən təşkil olunan yüksək özlülü
neftlər ilə səciyyələnən laylarda hidrodinamik şəraitin işlənilmə üçün əlverişli
olacağı şübhə doğurur. Belə ki, bu kimi geoloji şəraitdə kənar suların hərəkəti baş
vermir və ya onun hərəkəti yüksək keçiriciliyə malik ayrı-ayrı laylar və laycıqlarda
qeyd olunur. Nəticədə işlənilmə prosesi neftdə həll olmuş qaz rejiminin təsiri ilə
həyata keçirilir. Belə geoloji şəraiti Abşeron yarımadası və Xəzər dəniz
akvatoriyasında işlənilən yataqlarda qırməki lay dəstəsi obyektlərini göstərmək
olar.

II.8. Karbohidrogen yataqlarının ehtiyatları


və onların hesablanılması.
Yataqlarda neft, qaz və kondensat yığımlarının həcmi onları xalq
təsərrüfatı baxımından qiymətləndirməyə imkan verir. Odur ki, ayrı-ayrı
layların və mədənin bütövlükdə ehtiyatları haqqında məlumatların alınması ən
vacib problem kimi qiymətləndirilməlidir. Problemin həlli müxtəlif çətinliklərlə
qarşılanır. Belə ki, flüidlərin toplandığı geoloji mühit hər hansı bir həndəsi
formaya uyğun gəlmir, daxili quruluşu isə lay parametrlərinin biruzəsinin
müxtəlifliyi və tektonik qırılmalarla səciyyələnir. Lakin yatağın axtarış və
kəşfiyyat işlərinin sonunda belə ən vacib elementlər haqqında ətraflı
məlumatlar olmur. Belə şəraitdə lay flüidlərinin ehtiyatlarını hesablamaq üçün
müvafiq elm sahələrinin, o cümlədən geologiya, geofizika, riyazi statistika,
ehtimal nəzəriyyəsi və s. elm sahələrinin imkanlarından geniş istifadə edilir.
Problemin vacibliyini nəzərə alaraq tələbələrə “Neft, qaz və kondensat
ehtiyatlarının hesablanılması” fənni tədris olunur. Bu səbəbdən də hazırkı
100
dərslikdə yataqların ehtiyatlarının hesablanılması haqqında yalnız ümumi
təsəvvür verilir.
Beləliklə, lay süxurlarında toplanmış neft, qaz və kondensatın miqdarına
ehtiyat deyilir. Ehtiyat dəqiqlik dərəcəsinə görə xüsusi təsnifat əsasında
qiymətləndirilir. Yataqların ehtiyatları öyrənilmə dərəcəsinə görə aşağıdakı
kateqoriyalara ayrılır – A,B, C1və C2 kateqoriyaları.
A kateqoriyası - yataqlar istismar edilən dövrdə onların informasiyası
tam əldə edilibsə, onun ehtiyatı A kateqoriyasına mənsub edilir. Bu halda
yatağın forma və qalınlığı, kollektor xassələri, neft və qazın fiziki-kimyəvi
tərkibi, quyuların hasilatı ilə yanaşı onların təbii rejimləri haqqında dəqiq
məlumatların olması tələb olunur. Bundan əlavə A kateqoriyalı ehtiyata malik
yataqların sahəsi tamamilə quyu şəbəkəsi ilə əhatə olunmalı və həmin
quyulardan yatağın geoloji-texnoloji parametrləri haqqında kompleks məlumatlar
əldə edilməlıdır.
B kateqoriyası - yataqların ehtiyatını B kateqoriyasına aid edilməsi
üçün aşağıdakı amillər tələb olunur: yatağın müxtəlif hipsometrik hissələrində
qazılan quyulardan sənaye əhəmiyyətli neft və qaz hasil edilməli; lay
neftinin və qazının tərkibi dəqiq öyrənilməli və yatağın forma və ölçüləri,
süxurlarının kollektorluq qabiliyyəti haqqında müəyyən (təxmini) məlumatlar
olmalıdır.
C1 kateqoriyası - yataqların geoloji və geofiziki öyrənilməsi kifayət
qədər olmadıqda onun ehtiyatı C1 kateqoriyasına aid edilir. Lakin burada
yataq üçün ən azı aşağıdakı məlumatlar olmalıdır: yataqda qazılan bəzi
quyularda sənaye əhəmiyyətli hasilat qeyd edilməli; layların formasını və
yatma şəraitini, kollektorluq haqqında quyu məlumatı məhdud olduğundan
geofiziki və analoji öyrənilmiş (qonşu strukturlara əsasən) metodlar vasitəsilə
təsəvvür yaranmalıdır.
C2 kateqoriyası - quyu məlumatı perspektiv strukturlarda geoloji-
geofiziki təsnifatlarla əsaslandırılan ehtiyatlar C2 kateqoriyasına daxil edilir.
Neft yataqlarının ehtiyatı xalq təsərrüfatı baxımından iki tipə bölünür:
101
balans ehtiyatı – iqtisadi göstəricilərə görə istismarı məqsədə uyğun olan
yataqların ehtiyatı;
balansdan kənar ehtiyatı – müvafiq texnika və texnologiya ilə və ya
iqtisadi göstəricilərə görə cari dövrdə istismar edilməyən yataqların ehtiyatı.
Ehtiyatlar hesablanarkən aşağıdakı bölgülər nəzərə alınmalı və
əsaslandırılmalıdır: balans - ilk və qalıq (cari), çıxarılabilən - ilk və qalıq (cari).
Neft ehtiyatları
Neft ehtiyatının hesablanmasında ən çox istifadə edilən metod həcm
üsuludur. Bu üsul məsaməli həcmdə neftin toplanması xarakterinə
əsaslanmışdır.
Q = F·h·m·β·ρ·θ
Q – sənaye əhəmiyyətli çıxarılabilən neft ehtiyatı, ton;
F – neftlilik sahəsi, m2;
h – layın effektli qalınlığı, m;
m – süxurların açıq (effektiv) məsaməliyi, %;
β – layın neftlə doyma əmsalı;
ρ – yer səthində neftin sıxlığı;
θ – neftin həcminin (sıxlığının) yer səthində dəyişilməsini nəzərə alan
1
hesablama əmsalı θ = ,
b
b – lay neftinin həcm əmsalıdır.
Neftlilik sahəsi (F) - qazılan quyuların və onların sınanması əsasında
təyin olunan məhsuldar sahədir. Bu sahə layın tavanı (və ya dabanına) görə
qurulmuş struktur xəritənin əsasında hesablanır. Yatağın ölçülərindən asılı
olaraq 1:5000-dən 1:50000-dək miqyaslarda qurulur.
Layın qalınlığı (h) - süxur nümunələri və karotaj diaqramları vasitəsilə
təyin edilir. Bundan başqa quyuların sınanma məlumatlarında qalınlığın
təyinində istifadə edilir. Alınan kəmiyyət göstəriciləri izopaxit xəritəsi qurmağa
imkan verir.
102
Açıq (effektiv) məsaməlik əmsalı - sahə üzrə qazılan quyulardan götürülən
süxur nümunələrinin analizi və geofiziki üsulların vasitəsilə təyin olunur.
Əgər öyrənilən lay litologiyasına görə bircinslidirsə, orta ölçü vahidi
hesablanır.
m  m  m ...  mn
mhesab = 1 2 3
n
Əgər sahə üzrə litoloji göstəricilər geniş dəyişməyə məruz qalırsa, orta həndəsi
ölçü vahidindən istifadə edilir:
mhənd= n m1  m2 ...  mn
n – analizlərin sayı.
Neftlə doyma əmsalı (β). Bu əmsalın qiymətini tapmaq üçün müvafiq
laboratoriyalarda analizlərdən və geofiziki məlumatlardan istifadə edilir.
Neftin sıxlığı (ρ). Neftin sıxlığını təyin etmək üçün yatağa qazılmış
quyulardan nümunələr götürülür və yer səthində (200C) müvafiq analizlər aparılır.
Neftin həcminin yer səthində dəyişilməsini nəzərə alan hesablama əmsalı
(θ) - dərinlik neft nümünəsi götürən cihazla quyulardan qaldırılan nümunələr
vasitəsilə laboratoriyada təyin edilir və nəticədə yer səthinə qaldırılmış neftin
həcminin laydakı həcminə nisbəti müəyyən edilir.
Yataqların çıxarılabilən neft ehtiyatının hesablanması
Qeyd olunduğu kimi, nefti digər faydalı qazıntılardan fərqləndirən əsas
göstəricilərdən biri onun ehtiyatının tam realizə edilə bilinməməsidir. Ən
müasir texnologiyanın yataqların ideal təbii şəraitində tətbiqi onların ilk
(balans) ehtiyatının 60-70% - dən artıq hasil edilməsinə imkan vermir.
Laylarda toplanmış neftin ümumi miqdarından onun realizə oluna bilən
hissəsi – yataqların çıxarılabilən neft ehtiyatı adlanır.
Yatağın çıxarılabilən ehtiyatının onun balans ehtiyatına nisbəti son
neftvermə əmsalı ilə ifadə olunur.
Qçb
Kson 
Qbal
103
Bu göstəricinin qiymətinin etibarlı təyin edilməsi üçün müxtəlif üsullar
təklif olunmuşdur.
Analogiyalar üsulu. Bu üsul yataqların son neftvermə əmsalını onların təbii
(geoloji) rejimlərinə görə müəyyən edir. M.A.Jdanov və E.A.Polambus MDB
və ABŞ-nın yataqları üçün, onların təbii rejimlərindən asılı olaraq, aşağıdakı
qiymətləri daha real sayırlar (М.A. Жданов, 1981; М.М. Иванова və b.,1985).

Müxtəlif təbii rejimlərdə neftvermə əmsalının göstəriciləri.


Cədvəl II.8.
Son neftvermə əmsalı
Təbii rejimlər
M.A. Jdanov E.A. Polambus
Subasqı 0,6 – 0,8 0,35 – 0,65
Elastik subasqı 0,5 – 0,7 -
Qaz “papağı“ 0,4 – 0,6 > 0,25
Neftdə həll olmuş qaz 0,2 – 0,4 0,5 – 0,35
Qravitasiya 0,1 – 0,2 -
Qarışıq - < 0,6

Qeyd etmək lazımdır ki, lay rejimləri və onların istismar prosesində


dəyişilməsi haqqında çox vaxt birmənalı qərarlar qəbul etmək olmur. Odur
ki, yeni kəşf edilmiş yataq üçün son neftvermə əmsalının bu üsulla
hesablanması bir çox hallarda ciddi səhvlərə gətirib çıxarır.
Hidrodinamika üsulu. Bu üsulun effektli tətbiq olunması öyrənilən
yataq haqqında müxtəlif xarakterli geniş məlumatlar olduğu şəraitdə
mümkündür. Azərbaycanın neft və qaz yataqlarında isə belə məlumatların
olmaması və ya məhdudluğu hidrodinamika üsulları ilə son neftvermə
əmsallarının təyininə imkan vermir.
Qrafika üsulu. Bu üsulla son neftvermə əmsalının təyini müxtəlif
qrafiklərin qurulmasına istinad etdiyindən, şərti olaraq onu qrafika üsulu
adlandırırlar. Üsul yataqların son neftvermə əmsalının əsasən neftin nisbi
özlülüyündən asılılığına əsaslanır.
104
Nisbi özlülük - neft və suyun özlülüklərinin nisbəti olub, quyuların
sulaşma tempini səciyyələndirən vacib göstəricidir (bu göstəricinin qiyməti nə
qədər böyük olarsa, kollektorda toplanmış neftin hərəkəti bir o qədər
çətinləşir). Qeyd edək ki, lay şəraitində neftin özlülüyü geniş miqyasda
dəyişdiyi kimi, lay sularının özlülüyü də temperatura, minerallaşma, qaz
tərkibi və təzyiqdən asılı olaraq 0,2-1,5 mPa·s hüdudlarında dəyişilə bilər.
Qrafika üsulunun tətbiqi üçün hər şeydən əvvəl layları geoloji
müxtəliflik dərəcəsinə görə bölmək lazımdır. Burada dörd tipin ayrılması təklif
olunur (Справочник по нефтепромысловой геологии, 1981).

Layların geoloji müxtəliflik dərəcələrinə görə bölünməsi.


Cədvəl II.9.
Tip Qumluluq əmsalı Bölünmə əmsalı Layların təsnifatı
I >0,73 <2,3 Bircinsli
II 0,73 – 0,5 2,3 – 3,5 Qeyri-bircinsli - 1
III 0,5 – 0,3 3,5 – 5,0 Qeyri-bircinsli - 2
IV <0,3 >5,0 Yüksək qeyri-bircinsli

I tip bircinsli, II-III tiplər – qeyri-bircinsli və IV tip isə yüksək qeyri-


bircinsli layları əhatə edir. Burada bircinsli və qeyri-bircinsli tipli laylardan
süxurların keçiriciliklərinə görə bir neçə yarımqrup ayrılmışdır. Keçiriciliyi
80 mkm2- dan çox , 30 - 80 mkm2, 10- 30 mkm2, 5 -10 mkm2 və 2,5 mkm2 qədər
olan işlənilmədə olan yataqlar üçün layların son neftvermə əmsalları müəyyən
edilmişdir (şəkil II.28). IV tip qeyribircinsli laylar üçün isə kifayət qədər
məlumatın olmadığına görə qrafika üsulunun tətbiqi mümkün deyil.
105

a) –nisbətən bircinsli; b) – qeyribircinsli.


Şəkil II.28. Geoloji müxtəlifliyə görə son neftvermə əmsalının təyini.

Layların neftvermə əmsalının modelləşdirilməsi üsulu. Bu üsul


çoxölçülü statistik modellərin istifadəsinə əsaslanır. Riyazi aparat kimi burada
korrelyasiya-reqressiya analizindən istifadə olunur. Üsulun tətbiqi, işlənilməsi
praktiki olaraq başa çatmış yataqların geoloji-texnoloji parametrləri haqqında
məlumatların olmasını tələb edir. Qrafika üsulundan fərqli olaraq, burada
neftverməyə daha çox lay parametrlərinin təsirini nəzərə almaq mümkündür.
Tənliklərdə neftvermə əmsalı ilə ayrı-ayrı parametrlər arasında müxtəlif
formalı asılılıqlar göstərilir ki, bu da öz növbəsində analoji quruluşlu yeni
yatağın çıxarılabilən neft ehtiyatının hesablanmasında əsas götürülür. Hazırda
müxtəlif təbii və texnoloji şəraitlərə malik istismar obyektlərini əks etdirən
neftvermənin riyazi modelləri yaradılmışdır.
Statistika üsulu. Üsul quyu hasilatının enmə əyrilərinin tədqiqinə
əsaslanır. Bu halda hasilat əyrilərinin müvafiq işlənilməsi, həmin yataqdan
gələcəkdə hasil edilə biləcək neftin proqnoz miqdarını əvvəlcədən
hesablamaq mümkün olur. Hazırda həmin əyrilərin aşağıdakı əsas növlərindən
istifadə olunur:
1. Quyuların (quyu qruplarının) və yaxud ümumi yatağın hasilatının
zamandan asılı olaraq enmə əyriləri (istismarın əvvəli və son mərhələsində).
2. Quyuların istismarının əvvəlində və sonunda ölçülmüş gündəlik neft
hasilatları arasında asılılığı göstərən məhsuldarlığın ehtimal əyriləri.
106
3. Toplanmış (kumulyativ) hasilat əyriləri.
Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, müasir dövrdə
yataqların çıxarılabilən neft ehtiyatlarını müəyyən edən universal metodika
mövcud deyil. Belə ki, baxdığımız hər bir metodikanın müəyyən üstünlüklərinin
olması ilə yanaşı, bəzi qüsurları da vardır. Onu da qeyd edək ki, həmin
üsullardan yalnız yataqlarda müvafiq şəraitin olduğu halda istifadə edilə bilər.
Dinamik üsulu. Uzun müddət işlənilən neft yataqlarının geoloji-mədən
məlumatlarının təhlilindən məlum olur ki, çıxarılabilən neft ehtiyatlarının
hesablanmış qiymətlərinin etibarlılıq dərəcələri yüksək deyildir. Belə ki, əgər
bir qrup yataqların çıxarılabilən ehtiyatlarının tam realizəsi şəraitində
onlardan müxtəlif miqdarda neft hasil edilirsə, digərlərində bu göstəricinin
qiyməti o qədər böyükdür ki, onun uzaq gələcəkdə belə realizə olunacağı
şübhə doğurur. Yuxarıda qeyd edildiyi kimi, göstərilən vəziyyət mövcud
hesablama üsullarının bəzi çatışmamazlığı üzündən baş vermişdir. Lakin,
burada iki prinsipial qoyuluş daha əhəmiyyətli rol oynamışdır.
1.Neft hasilatının proqnozlaşdırılması məqsədi ilə əyrilərin
approksimasiyası üçün təhlilə cəlb olunan illik məlumatlar yalnız işlənilmənin
III və IV mərhələlərini əks etdirir. Məsələnin belə qoyuluşunda işlənilmənin
ən məhsuldar ilk dövrlərinin (I+II mərhələləri) göstəriciləri nəzərə alınmır.
2. Yataqların illik neft hasilatı əyrilərinin approksimasiyası üçün tətbiq
olunan bütün üsullar ən kiçik kvadratlar üsulunun tətbiqinə istinad edir. Bu
üsula görə isə yatağın faktiki işlənilmə dövrünün 20%-dən artıq müddətə
proqnoz edilməsi düzgün sayılmır. Lakin, Azərbaycanın bəzi yataqlarında
neftçıxarma prosesinin müddətinin son dərəcə böyük olması, proqnozların
20%-dən daha çox dövrləri üçün aparılmasına gətirdiyindən, çıxarılabilən
neft ehtiyatlarının həcminin təyinində xətalara yol verilmişdir.
Azərbaycanın uzun müddət istismar olunan yataqlarında neftin
çıxarılabilən ehtiyatlarının dəqiqləşdirilməsinin zəruriliyini nəzərə alaraq,
Xabbert əyrilər sinfinin tətbiqinə və evolyusiyon modelləşdirilməsinə
əsaslanmış yeni metodika hazırlanmışdır (B.Ə.Bağırov və b., 1995). Bu
107
modellərin tətbiqi yataqların işlənilməsi prosesində neft hasilatının müəyyən
qanunauyğunluqlarla dəyişiliklərə məruz qalmasına əsaslanır.
Ümumiyyətlə, yataqların neftçıxarma dinamikasının ümumi forması
əsasən şəkil II.29-da olduğu kimidir. Onda yuxarıda qeyd edilən zaman
sırasında neft hasilatının dəyişilməsində müşahidə olunan tendensiyanı təsvir
etmək üçün eksponensial artım əyrilərindən istifadə olunur. Bu əyrilərin
asimptotunun fiziki mənası neftin çıxarılabilən ehtiyatının kəmiyyyət qiyməti
hesab edilir.

Şəkil II.29. Neft yataqlarının işlənilməsinin xarakterik mərhələləri


(M.M.İvanovaya görə)

Eksponensial artım əyrilər sinfinin növləri kifayət qədər çoxdur və


bura həmçinin S- formalı əyrilər də aid edilir: Qompers-Meykem, loqistik,
modifikasiyalaşdırılmış eksponent əyriləri (Əlavələr).
Ilk dəfə olaraq neft geologiyası sahəsində bu əyrilər sinfindən neft-qaz
hövzələrinin ehtiyat və resurslarının proqnoz qiymətləndirilməsi M.K.Xabbert
tərəfindən həyata keçirilmişdir. Ona görə də ədəbiyyatda bunlar Xabbert və ya
mənimsənilmə əyriləri adlanır.
Bu modellərdən istifadə edərək işlənilmədə olan yataqların çıxarılabilən neft
ehtiyatlarının həcminin hesablanması mümkündür.
108
Göstərilən tip əyrilərin tətbiqinin əsas mahiyyəti yataqların işlənilməsinin
keçmiş dövrlərinə istinad etməklə, gələcək illərdə əldə edilə biləcək neftin
miqdarının proqnoz edilməsindədir.
Bunun etibarlı həlli isə əyrilərin tipinin seçilməsindən əsaslı surətdə
asılıdır. Təcrübələr göstərir ki, bu məqsədlə Qompers-Meykem əyriləri daha
çevikdir və onların tətbiq nəticələri yaraqların qalıq çıxarılabilən ehtiyatlarının
etibarlı təyinini təmin edir.
Təklif olunan dinamik modelləri Azərbaycanın xeyli sayda neft yataqlarında
tətbiq olunmuş, alınan nəticələr isə neftçıxarma məsələlərinin həllində bilabasitə
istifadə edilmişdir.
Qaz ehtiyatları
Yataqlarda qaz yığımlarına əsasən iki formada rast gəlinir: sərbəst və
neftdə həll olunmuş şəkildə. Qaz yığımları strukturda sərbəst formada və ya neft
yatağının üst hissələrində yerləşə bilər.
1. Sərbəst qaz ehtiyatlarını hesablamaq üçün əsasən iki üsuldan istifadə
edilir: həcm və təzyiq düşgüsü.
a) həcm üsulu. Adından göründüyü kimi üsul qazın hər hansı bir layın
həcminin miqdarını göstərir. Lakin burada neftdən fərqli olaraq bəzi spesifik
parametrlər nəzərə alınmalıdır. Belə ki, lay həcmində qazın ehtiyatı həmin
layın təzyiq və temperaturundan da əsaslı sürətdə asılıdır.
V = S · h · m · f ·(P·α – Pson·αson)·βq · ηq , burada
V – qazın çıxarıla bilən ehtiyatı, m3.
S – yatağın qazlılıq sahəsi, m2.
h – qazlı layın effektiv qalınlığı, m.
m – lay süxurunun məsaməlik əmsalı.
f – layın temperaturu ilə standart (yer üstündə) temperatur fərqlərini nəzərə
alan düzəliş əmsalı.
T  t st
f=
T  tlay

burada T = 2730C, tst = 200C, tlay – lay temperaturu, 0C


109
P – layın (hesablanma tarixinə) orta mütləq təzyiqi , MPa;
Pson – layın işlənilmənin sonunda orta mütləq təzyiqi – MPa (çox hallarda 0,1
MPa bərabər götürülür).
1293109 H 
c  Patm  e

α, αson - qazın P və Pson təzyiqlərində Boyl-Mariott qanunundan fərqlənmə


düzəlişi.
βq – layın qazla doyma əmsalı.
ηq – layın qazvermə əmsalı.
b) təzyiq düşgüsü üsulu. Üsul qaz yatağının bilavasitə işlənilmə
prosesində tətbiq olunur, yəni işlənilmənin ilk dövründə (Q1) və bir müddət
keçdikdən sonra hasil edilmiş qazın həcmləri (Q2) və bu dövrlərə müvafiq lay
təzyiqlərinin (P1 və P2) qiymətlərinin müqayisəsinə istinad edir:
Q2  Q1
Q=
P1  P2

Belə olduqda yatağın qalıq qaz ehtiyatını hesablamaq olar.


(Q2  Q1)( P2 2  Pson son )
V=
P11  P2 2

2. Neftdə həll olmuş qaz ehtiyatını hesablamaq üçün yataqda xüsusi


təminatlı tədqiqatlar aparılmalıdır. Burada lay təzyiqinin, qaz amilinin və s.
göstəricilərinin yatağın işlənilmə illərində fasiləsiz ölçülməsi və alınmış
qiymətlərin sistemləşdirilməsi nəzərdə tutulur. Məhz bu məlumatlar əsasında
yatağın neftli həcmində həll olmuş qazın miqdarını hesablamaq olar.
V0 = Qb.r0 – Qçıx.b0psonαsonf – Qç.b.(b0-b) psonαsonf – Qç.b. rson
burada
Vo – standart şəraitdə (yer səthində) neftdə həll olmuş qazın çıxarıla
bilən ehtiyatı, m3;
Qb– standart şəraitdə neftin balans ehtiyatı, m3;
Qçıx. – həmin şəraitdə neftin çıxarılabilən ehtiyatı, m3;
Qç.b – həmin şəraitdə neftin çıxarıla bilməyən ehtiyatı, m3;
r0 – ilk qaz faktoru m3/m3;
110
rson – qalıq lay təzyiqində (Pson) neftdən ayrılmayan qazın həcmi, m3;
b0, b - ilk və cari dövrdə lay neftinin həcm əmsalı;
ason - qazın sıxılma əmsalı;
f – lay temperaturuna görə əmsal (M.M.İvanova və b., 1985).
Kondensat ehtiyatı
Kondensatın miqdarının hesablanılması onun qazda həll olmuş
həcminin təyini deməkdir.
V 
Q0 = o k , və ya Q0 = V0Pkq
R

Q0 – kondensatın balans ehtiyatı, m3;


V0 – kondensat da daxil olmaqla qazın balans ehtiyatı, m3;
ρk – kondensatın sıxlığı, t/m3;
R – lay üzrə qazkondensat faktoru, m3/ m3;
q – yatağın işlənilməsinin ilk dövründəki qazda kondensatın miqdarı,
m3/m3 (M.M.İvanova və b., 1985).
111

III. NEFT VƏ QAZ YATAQLARIN İŞLƏNILMƏSININ GEOLOJİ


ƏSASLARININ YARADILMA ÜSULLARI.

III.1. Neft və qaz yataqlarının geoloji əsaslarının yaradılma mərhələləri.


Kitabın əvvəlki bölmələrində neft və qaz yataqlarının işlənilməsinə qədər
olan dövrlərdə, onun statik vəziyyətində aparılan kompleks işlərin mahiyyəti
haqqında məlumatlar verilmişdir. Onlara istinad edərək yatağın daxili quruluşunu,
karbohidrogenlərin toplanma şəraitini və həcmini təyin etmək olar. Bütün bunlar
yataqların xalq təsərrüfatı baxımından qiymətləndirilməsində əsas götürülür.
Yatağın geoloji-texniki və iqtisadi göstəriciləri müasir tələblərə cavab
verirsə, onun öyrənilməsinin ən məsuliyyətli mərhələsi - yatağın işlənilməsinin
geoloji əsaslarının yaradılması prosesi başlanır. Bu prosesin aparılması yuxarıda
qeyd olunan məlumatlar bazasına istinad edir.
Yataqların işlənilməsi dedikdə, onların karbohidrogen ehtiyatlarının
mənimsənilməsi nəzərdə tutulur. Onun həyata keçirilmə dinamikasına isə
işlənilmə prosesi deyilir.
Uzun bir dövrlərdə (30-50, bəzən daha çox illər) cərəyan edəcək bu
proses elə aparılmalıdır ki, yatağın ehtiyatlarından maksimum istifadə edilsin.
Belə bir tələbatın yerinə yetirilməsi isə yatağın sistematik öyrənilməsini, onun
yeni geoloji-texnoloji elementlərinin aşkar edilməsini tələb edir. Məhz bu
səbəbdən də yataqların işlənilməsinin bütün mərhələlərində geniş elmi-
tədqiqat işləri aparılır və alınmış nəticələr onların geoloji əsaslarında öz əksini
tapır.
Təxminən yüz illik işlənilmə dövrlərinə malik olan neft yataqlarının
öyrənilməsində üç mərhələ ayrıla bilər.
I mərhələ - neft yataqlarının işlənilməsinin ilk dövrlərindən 1940-cı
illərə qədər zamanı əhatə edir. Bu mərhələdə neft hasilatı məhsuldar layın
yalnız təbii enerji mənbəyinin istifadəsi hesabına əldə edilmişdir. Bu dövrdə
lay rejimlərinin biruzə formaları, yataqların ehtiyatlarının onların sahələri üzrə
qeyri bərabər realizəsinin mümkünlüyü və yaranma səbəbləri, quyuların yerləşmə
112
sxemi və onların istismar üsullarının təkmilləşdirilməsi istiqamətində tədqiqatlar
aparılmışdır.
II mərhələ - 1940-1970-ci illəri əhatə edir və yataqlara müxtəlif
üsullarla suvurma prosesinin geniş tədbiqi ilə səciyyələnir. Bu proses yatağın
hidrodinamik şəraitinin yaxşılaşdırılması nəticəsində işlənilmənin effektivliyini
kəskin artırmağa imkan vermişdir. Su mənbəyinin bütün regionlarda
mövcudluğu və prosesin sadə texnologiyası, suvurma prosesinin geniş
istifadəsinə gətirmişdir. Məsələn, keçmiş SSRİ yataqlarında son 25 ildə hasil
edilən neftin 40%-i suvurma tətbiq olunan yataqların payına düşür. Bizim
ölkəmizdə də yataqların işlənilməsində suvurma sistemlərindən geniş istifadə
edilir. Bununla belə suvurma üsullarının imkanları da müəyyən hüdudlara
qədərdir. Belə ki, yataqlarda istismar prosesinin ən yeni texnologiyası və
suvurmanın əsaslandırılmış formalarda tətbiqi belə, onların ehtiyatlarının ən
çoxu 50% -nin realizəsinə imkan verir.
III mərhələ - 1970-ci illərdən başlayaraq, hazırda da davam etməkdədir.
Bu mərhələ yataqların neftvermə əmsalının daha da artırılmasına yönəldilmiş
yeni üsulların, horizontal quyuların tətbiqi ilə səciyyələnir. Bu istiqamətdə
aparılan geoloji tədqiqatların sahəsi daima genişlənməkdədir. Elmi-təcrübi
işlərin yataqlarda tətbiqi isə onların son neftvermə əmsalını daha 3-20%
artırılmasına gətirmişdir. Lakin layların neftverimini artıran (LNA) üsulları
suvurma prosesinə nisbətən mürəkkəb prosesdir. Nəzərə almaq lazımdır ki, hər
hansı bir üsul yalnız müəyyən geoloji şəraitdə effektli tətbiq edilə bilir. Odur
ki, məhsuldar strukturların öyrənilməsinə qoyulan yüksək tələbat yalnız geoloji-
mədən tədqiqatları ilə yerinə yetirilə bilmir. Bu səbəbdən də müasir tədqiqatlar
riyazi statistika və ehtimal nəzəriyyəsinin müvafiq üsullarının tətbiqi ilə aparılır və
kompüterlərdə realizəsi təmin olunur. Məhz belə tədqiqatların nəticəsi olaraq
yataqların geoloji və hidrodinamiki xüsusiyyətlərinin sxematik təsvirindən
onların real formasının alınmasına nail olunmuşdur.
Ölkəmizdə də bu istiqamətdə geniş elmi tədqiqatlar aparılmış və
nəticələr istehsalatda tətbiq olunmuşdur.
113
III.2. Neft və qaz mədənlərinin işlənilməsində
geoloji tədqiqatların əsas istiqamətləri.

Dünyanın neftli-qazlı hövzələrində mədənlərin böyük əksəriyyəti çoxlaylıdır.


Onlar çöküntü mənşəli olmaqla, laylaşmanın ən müxtəlif formaları ilə
səciyyələnirlər. Struktur qalxımlarda neftin və qazın paylanılmasında hər hansı
bir ümumi oxşarlıq qeyd olunmur: karbohidrogenlər müxtəlif dərinliklərdə,
cürbəcür tələlərdə özünəməxsus geoloji-hidrodinamik şəraitlərdə yerləşir.
Təbiətdə tam oxşar yataq olmadığından onların mənimsənilməsinin də
identik yolu mövcud deyil. Odur ki, hər hansı bir yatağda neft və qazı hasil
etmək üçün onun təbii şəraitinə müvafiq işlənilmə sistemi əsaslandırılmalıdır.
Bu proses özlüyündə çox mürəkkəb və məsuliyyətli olmaqla yatağın işlənilmə
effektivliyini müəyyənləşdirir. Belə ki, kompleks geoloji, texnoloji və texniki
tədbirlərin tədbiqi ilə karbohidrogenlərin hasilatını təmin edən və onun
dinamikasını tənzimləyən prosesə işlənilmə sistemi deyilir.
Neft və qaz mədəninin kəsilişində və ya tektonik qırılmalarla ayrılmış
sahəsində müxtəlif sayda məhsuldar laylara rast gəlmək olar. Bu laylar müəyyən
prinsiplə qruplaşdırılaraq istismar obyektlərinə (fərdi yataqlara) çevrilirlər. Onların
hər biri üçün işlənilmə layihələri tərtib olunur və onlara istinad edərək neft və qaz
hasilatına başlanılır. Mədən yalnız bir məhsuldar qatdan ibarətdirsə, onun işlənilmə
layihələri sərbəst həyata keçirilir. Lakin, mədənin həcmi üzrə (kəsiliş və sahədə)
iki və daha çox məhsuldar lay ayrılmışsa, onda bu mədənin işlənilmə məsələsi iki
qoyuluşla həll edilir:
a – fərdi yataqların (istismar obyektlərin) işlənilməsi;
b – mədənin (çoxlaylı yatağın) işlənilməsi.
Qeyd etmək lazımdır ki, hər iki məsələ qarşılıqlı əlaqə formasında həll
edilməlidir ki, bu da ümumilikdə mədənin ehtiyatlarından səmərəli istifadəni
təmin etməlidir.
Mədənin işlənilməsində aparılan tədqiqatlar zaman etibarilə iki qoyuluşda
həyata keçirilir.
114
1) Mədənin işlənilmə ərəfəsində aparılan tədqiqatlar.
Mədənin hər bir fərdi yatağının işlənilmə layihələrini nəzərə almaqla onun
üçün ümumi işlənilmə sistemi tərtib olunmalıdır.
Mədənin kəsilişində ayrılmış istismar obyektlərinin (fərdi yataqların)
sayından asılı olaraq burada mərtəbələr ayrılır. Mərtəbələrin sayı mədənin
kəsilişində ayrılmış fərdi obyektlərin sayından asılıdır. Hər bir mərtəbədə 2-dən
artıq fərdi yataq yerləşməlidir.
Hər bir mərtəbənin bazis yatağı olmalıdır. Bazis yataq kimi mərtəbənin ən
altda yatan və ən məhsuldar obyekti qəbul edilir.
Hər bir mərtəbənin laylarında olan ehtiyat həcmi, yatma dərinliyi, geoloji
şəraiti və s. məlumatlar sistemləşdirilir və ətraflı öyrənilir. Sonra çoxlaylı
mədənin işə salınma ardıcıllığı müəyyənləşdirilir. Işlənilmə ardıcıllığı iki etapda
aparılır: mərtəbələr üçün (mədən daxili) və ayrı-ayrı mərtəbələrdə cəmləşdirilmiş
fərdi yataqlar üçün (mərtəbə daxili).
Çox mərtəbəli mədəndə işlənilmə ardıcıllığını stratiqrafik dərinliklər
əsasında (aşağıdan yuxarı və ya yuxarıdan aşağı) aparılması əlverişli olmur, beləki
bu halda mədənin işlənilmə ilə tam əhatəsi çox vaxt aparır. Odur ki, bu problemin
həllində kombinasiya üsulunun tərtibi məqsədəuyğundur. Bu qoyuluş isə mədənin
mərtəbələrinin işlənilməsində ümumi növbəlilik prinsipinə riayət edirsə də onların
mümkün qədər ən qısa vaxtda işlənilmə ilə əhatəsini nəzərdə tutur.
Mərtəbələrin işlənilməyə verilmə ardıcıllığını müəyyən edərkən, onun daban
hissəsini təşkil edən məhsuldar fərdi obyektə üstünlük verilir və bazis obyekti
kimi seçilir. Ən əvvəl bu yatağa istismar, vurucu və s. quyular qazılır və
neft və qazın hasil edilməsinə başlanılır. Mərtəbənin üstdə yatan yataqları isə
bazis obyektini istismar etmiş və geoloji-texniki səbəblər üzündən sıradan çıxmış
quyularla işlənilir. Bu quyular həmin istismar obyektlərinin ehtiyatlarının
realizəsinə imkan verir. Bəzi hallarda bazis obyektindən yuxarıda yatan
məhsuldar laylara yeni quyular da qazılır. Mərtəbənin neft ehtiyatının
mənimsənilməsində optimal varianta üstünlük verilir: istismar və vurucu
quyuların yerləşdirilməsi, maye hasilatı və həcmi, lay təzyiqinin dəyişmə həddi
115
və s. məsələlər çox variantlı qoyuluşlarla həll edilir. Nəticələr müqayisəli analiz
edilir və ən əlverişli varianta üstünlük verilir.
2) Mədənin işlənilməsi prosesində aparılan tədqiqatlar.
Mədənin işlənilməsi son dərəcə mürəkkəb bir dinamik sistemdir. Onun
mərtəbələrində və fərdi yataqlarında neftin və qazın hasilatı layihə sənədlərinə
müvafiq aparılmalıdır. Odur ki, mədənin işlənilmə prosesi daimi nəzarətdə olmalı,
layihə göstəricilərindən hər hansı bir kənara çıxma halının səbəbləri
araşdırılmalıdır.
Mədənin işlənilməsi başlandıqdan bir müddət sonra, onun layihədə əks
olunmayan yeni elementləri aşkar edilə bilər: yeni quyuların qazılması və
istismarı yataqlar haqqında əvvəllər məlum olmayan xassələri müəyyənləşdirir
ki, bu da işlənilmə layihələrinə lazimi düzəlişlərin edilməsini tələb edir. Qeyd
olunanları aşağıdakı misallarla izah edək.
- Tutaq ki, layihə sənədlərində hər hansı bir mərtəbənin bazis obyektində
lay rejiminin kənar suların aktivliyi ilə biruzəsi proqnozlaşdırılmışdır. Bu
səbəbdən də onun işlənilməsində suvurma prosesi nəzərdə tutulmamışdır. Bu
yatağın işlənilmə prosesində isə məlum olunmuşdur ki, yatağa kənar sular kifayət
qədər aktiv təsir etmir. Nəticədə lay təzyiqinin enməsi baş verir. Belə halda
yatağın işlənilməsi üçün yeni layihə tərtib olunur: vurucu quyuların yeri,
vurulan suyun həcmi, istismar quyu şəbəkəsinin quruluşunda dəyişikliklər və s.
əsaslandırılır.
- Mədənin kəsilişində fərdi yataqlar ayrılarkən onların arasında hidrodinamiki
təcrid olmuş gil qatının mövcud olma şərti nəzərdə tutulmuşdur. Işlənilmə
prosesində isə hər hansı bir gil layında belə bir xassənin pozulduğu müşahidə
oluna bilər. Bu səbəbdən qonşu laylar arasında əlaqə yaranır: yüksək təzyiqli
laydan aşağı təzyiqli laya maye axımı baş verir. Bu proses qarşısı alınmaz olsa
da, onu mümkün qədər nəzarətdə saxlamaq lazımdır: istismar və vurucu quyuların
iş rejimini təyin edərkən kəsilişdə yerləşən bəzi obyektlər arasındakı
hidrodinamiki əlaqənin mövcudluğu, onun aktivliyi və s. nəzərdə tutulmalıdır.
116
- Fərdi obyektlərin ayrılmasında onların arasında geoloji müxtəliflik nəzərdə
tutulmuşdur. Işlənilmə prosesində isə müxtəliflik göstəricilərinin qiymətlər fərqi
qonşu yataqlarda tədricən azala bilər. Bu isə onların işlənilmələrinin sonrakı
dövrlərində ayrı-ayrı istismarını əlverişsiz edir. Belə halların müşahidəsi, mədənin
yataqlara bölünmə sisteminə düzəlişlər edilməsi tələbatını qarşıya qoyur. Işlənilmə
prosesində istismar obyektlərinin birləşdirilməsi məsələsinin həllinə kitabın
sonrakı bölmələrində veriləcəkdir.
- Mədəndə ayrılmış fərdi yataqlarda işlənilmə tempi tədricən enir və onun
qarşısını almaq üçün xeyli sayda quyuların qazılması tələb olunur. Lakin, neft
ehtiyatının böyük hissəsinin realizə olunmuş yataqlarda yeni quyuların qazılması
bəzən iqtisadi cəhətdən əlverişli olmur. Belə hallarda kəsilişin qonşu yataqlarında
mövcud olan quyu fondunun imkanlarından istifadə edilir. Bu məqsədlə bir
quyu ilə iki obyektin “eyni zamanda ayrılıqda” istismar üsulundan istifadə
edilir ki, bu da onların işlənilmə tempinin enməsinin qarşısını ala bilər.
Əlbətdə, yatağın işlənilməsi prosesində həll ediləcək məsələlər göstərilən
misallarla bitmir. Hər bir mədənin işlənilməsi prosesində ən müxtəlif geoloji-
texnoloji məsələlərin həlli qarşıya çıxa bilər. Onların vaxtında və etibarlı həlli
mədənin neft-qaz ehtiyatlarının səmərəli istifadəsinə imkan verir.
Dünya neft-qaz çıxarma təcrübəsindən məlumdur ki, karbohidrogen
mədənlərinin işlənilmə sistemlərinin yaradılması üçün aşağıdakı məsələlərin həlli
nəzərdə tutulur.
- mədənin (çoxlaylı yatağın) kəsilişində istismar obyektlərin ayrılması;
- ayrılmış fərdi istismar obyektlərinin işlənilmə sistemlərinin
əsaslandırılması;
- quyu şəbəkəsinin forma və sıxlığının təyini;
- işlənilmə obyektlərinin qradiyent təzyiqinin əsaslandırılması;
- yataqda suvurma üsullarının və yeni texnoloji proseslərin tədbiqinin
əsaslandırılması;
- işlənilmə prosesinin tənzimlənilməsi.
Qeyd edilən məsələlərin həlli yolları aşağıda ətraflı tədqiq olunur.
117
III.3. Mədənin kəsilişində istismar obyektlərinin ayrılması.
Neft və qaz mədəninin kəsilişində bir və ya bir neçə layın geoloji,
texniki, texnoloji və iqtisadi baxımdan birgə işlənilməsi mümkün olarsa onlar
istismar obyekti adlanır. Belə obyektlər üçün ayrıca quyu şəbəkəsi
əsaslandırılır.
Əgər mədənin kəsilişində yalnız bir məhsuldar lay varsa, belə hallarda
onun istismar obyektlərinə bölünməsi tələbatı qarşıya çıxmır. Əksinə, kəsilişdə
belə layların sayı çox olduqda onların işlənilmə obyektlərinə bölünmə sxemini
müəyyən etmək lazımdır. Burada, aşağıdaki qoyuluşlar nəzərə alınmalıdır.
Hər bir məhsuldar layın ayrıca işlənilməsi. Bu variant geoloji və
texnoloji tərəfdən əlverişlidir. Belə ki, hər bir layın özünün istismar və vurucu
quyu şəbəkəsi olur ki, bu da işlənilmə prosesində müvafiq üsulların tətbiqini
effektli aparılmasına şərait yaradır. Bu halda işlənilmə prosesini aktiv
tənzimləmək də mümkün olur (şək.III.1). Lakin, bu variant iqtisadi cəhətdən çox
vaxt əlverişli olmur: kəsilişdəki hər bir laya quyuların qazılması neftin və
qazın maya dəyərini o qədər yüksəldə bilər ki, onların hasilatı səmərəli olmaz.

Şəkil III.1. Neftli layların ayrılıqda işlənilmə sxemi

Mədənin kəsilişində neftli layların qruplaşdırılması ilə birgə işlənilmə sxemi


(şək. III.2). İşlənilmənin bu variantında quyuların sayı xeyli azalmış olur ki, bu
da hasilatın maya dəyərini aşağı səviyyədə saxlamağa imkan verir. Lakin, bu
118
variantda yatağın son neftvermə əmsalı onların hər birinin ayrı-ayrı işlənilmə
variantından az olacağı gözlənilməlidir. Belə ki,
Kneft.birgə < Kneft.ayrı

Şəkil III.2. Mədənin kəsilişində neftli layların qruplaşdırılması


ilə işlənilmə sxemi

Odur ki, yatağın kəsilişində istismar obyektlərinin ayrılması kompleks


tədqiqatlar əsasında yerinə yetirilməli və onların ən əlverişli variantı
seçilməlidir.
Birgə işlənilmə üçün kəsilişin məhsuldar layların qruplaşdırılması və
fərdi istismar obyektinin yaradılması üçün aşağıdakı əsas şərtlər olmalıdır.
- qruplaşdırılan layların lay təzyiqləri az fərqlənməlidir;
- bu layların litofasial göstəriciləri identik olmalıdır;
- onların neftlərinin fiziki göstəriciləri (özlülük və sıxlıqları) az
fərqlənməlidir;
- bu layların rejimləri eyni olmalıdır.
Qeyd olunan tələbatlara müvafiq olmayan hallarda laylarda birgə işlənilmə
prosesındə müxtəlif çətinliklər baş verir. Məsələn, lay təzyiqləri kəskin
fərqlənən horizontlardan birindən (yüksək təzyiqli) digərinə (az təzyiqli) maye
axımı baş verə bilər; neftin özlülüyü nisbətən yüksək olan layda onun quyu
119
dibinə hərəkəti kiçik özlülüklü neftlərə nisbətən zəif olur. Belə hallarda
onların ehtiyatlarından tənzimli istifadə çətinləşir.
Ümumiyyətlə, çoxlaylı mədən kəsilişində işlənilmə obyektlərinin ayrılması
olduqca məsul bir problemdir. Onun düzgün həlli mədənin ehtiyyatlarının rasional
isdifadəsini təmin edə bilər. Odur ki, bu problem tədqiqatçılar tərəfindən daim
öyrənilir və nəticələr müvafiq ədəbiyyatda əks etdirilir.
Onlara qısa nəzər salaq.
Neft və qaz yataqlarının kəsilişində onların işlənilmə obyektlərinin ayrılması
ilk vaxtlar mütəxəsislərin subyektiv baxışları ilə həyata keçirilmişdir. Bu dövrdə
əsas amil kimi quyunun kəsilişində ayrılmış obyektlərin qalınlıqları götürülürdü.
Sonralar layların litoloji xüsusiyyətləri, kollektorluq qabiliyyəti, enerji mənbəyi və
sair haqqında məlumatlar əldə edilmişdir ki, buda mədənin kəsilişinin istismar
obyektlərinə bölünməsində nəzərə alınırdı. Lakin burada da mütəxəsislərin
subyektiv yanaşmaları özünü göstərmişdir. Bu səbəbdən də eyni bir regionda
qonşu mədənlərin kəsilişində müxtəlif bölünmə sistemi təklif olunmuş və həyata
keçirilmişdir. Məsələn, Abşeronun mərkəzində yerləşən Balaxanı-Sabunçu-
Ramana mədənində məhsuldar qat çöküntülərinin kəsilişində 28 işlənilmə obyekti
ayrılırsa, qonşu Suraxanıda həmin çöküntü kompleksi 61 belə obyektə
bölünmüşdür.
Qeyd etmək lazımdır ki, işlənilmə prosesində bu çatışmamazlıglar aşkar
edilir və bölgü sisteminə müəyyən dəyişikliklər edilir. Digər tərəfdən, işlənilmə
prosesinin özü də çox vaxt bölgü sisteminin dəqiqləşdirilməsinin zəruriliyini
qarşıya çıxarır.
. Belə ki, yuxarıda qeyd edilən şərtlər əsasında kəsilişdə əvvəllər bir-birindən
kəskin fərqlənən qonşu istismar obyektlərinin işlənilmə prosesində bəzən
fərqlənmə dərəcələri tədricən azalır. Odur ki, istismarın III və ya IV
mərhələlərində onların ayrılıqda işlənilməsi məqsədəuyğun olmur. Lakin, burada
da obyektlərin birləşdirilməsi məsələsinin həllində xüsusi diqqət tələb olunur. Belə
ki, bəzən ilk baxışdan istismar obyektləri arasında bəzi lay parametrlərinə görə
oxşarlıq, digər göstəricilər əsasında öz əksini tapmır və ya birmənalı nəticələrə
120
gəlməyə imkan vermir. Odur ki, yataq kəsilişində ayrılmış istismar obyektlərinin
tədqiqi yalnız onların kompleks məlumat daşıyıcısı göstəricilərinin qiymətləri
əsasında aparılmalıdır.
Ümumiyyətlə, bu problem xüsusilə Cənubi Xəzər çökəkliyində yerləşən
mədənlər üçün aktuallıq kəsb edir. Burada qalınlığı 5500 m-ə çatan, geoloji
müxtəlifliyi ilə səciyyələnən məhsuldar qat (alt pliosen) çöküntülər kompleksi üzrə
istismar obyektlərinə ayrılmışdır. Onların bölgü sisteminin yenidən baxılmasının
böyük elmi-təcrübi əhəmiyyəti vardır. Belə ki, bu hövzədə işlənilmədə olan neft-
qaz yataqlarının kəsilişinin təyinində bəzi xətalara yol verilmişdir. Onların aradan
qaldırılması isə neft yataqlarının işlənilmə tempinin artırılmasına imkan verə bilər.
Bu onunla əlaqələndirilir ki, mədənin kəsilişində ayrılmış istismar obyektlərinin
birləşdirilməsi və ya istismar obyektinin iki və ya daha çox sərbəst horizonta
bölünməsi layların hidrodinamiki şəraitini yaxşılaşdırmağa, quyu fondundan daha
səmərəli istifadə edilməsinə real imkan yaradır. Bu məsələnin həllində kəsilişdəki
layların oxşarlıq dərəcəsinin təyini prinsipi əsas götürülür: geoloji oxşar laylar
birgə, müxtəliflər isə ayrılıqda istismar edilməlidir.
Beləliklə, çoxlaylı neft-qaz yataqlarının işlənilməsinin müxtəlif
mərhələlərində istismar obyektlərinin bölünməsinin dəqiqləşdirilmə məsələlərinin
həlli bütün yataqlar üçün vacib problem olaraq qalır. Odur ki, yataqların geoloji-
istismar göstəricilərinin kompleks istifadəsini nəzərdə tutan riyazi üsulların tətbiq
edilməsi təklif olunur.
Qoyulan məsələnin etibarlı həlli yatağın gələcəkdə işlənilmə
müvəffəqiyyətini müəyyənləşdirdiyindən, bu sahədə yuxarıda qeyd edilmiş
xətaları və qeyri-dəqiq baxımları aradan qaldırmaq üçün xüsusi üsul
yaradılmışdır (B.Ə.Bağırov, 1986).
Üsulun qısa səciyyəsi. Tutaq ki, mədənin kəsilişində işlənilmənin ilk
dövrlərində oxşarlıq dərəcəsinə görə məhsuldar laylar birləşdirilərək n sayda
istismar obyektlərinə çevrilmişdir. Onları biri-birindən ayıran sərhədlər də
müəyyən edilmişdir. Müəyyən dövr keçdikdən sonra işlənilmə obyektləri arasında
oxşarlıq dərəcəsinin (və ya onları ayıran sərhədlərin mövcudluğu) yoxlanılması
121
qarşıya çıxır. Belə olduqda yatağın kəsilişindəki çöküntü kompleksini müəyyən
ardıcıllıqla eyni tipli laylara bölən sərhədlərin təyin edilməsi məsələsinin həlli tələb
olunur. Bu məsələni həll etmək üçün riyazi üsullar kompleksi əsaslandırılmışdır.
Əvvəlcə sadə hala baxaq. Tutaq ki, mədənin kəsilişində yalnız iki istismar
obyekti vardır və onlar arasında fərqlənmə dərəcəsi yoxlanılmalıdır. Bu məqsədlə
onları səciyyələndirən göstəricilər (məsələn, kollektor süxurların məsaməliyi) biri-
biri ilə müqayisə olunmalıdır. Onda hər iki lay üçün həmin göstəricinin orta
qiyməti ( X ) və dispersiyası (S2) hesablanır və laylar üçün müvafiq olaraq X 1 , X 2
və S12, S22 qiymətləri əldə edilir. Sonra bu qiymətlər əsasında iki layı bir-birilə
müqayisə etmək üçün (normal paylanma şərti ilə) müvafiq olaraq Stüdent və Fişer
kriteriyalarından istifadə edilir.
Hər iki kriteriyanın hesablanmış qiymətini onların böhran qiyməti ilə
müqayisə edərək, layların süxur məsaməliyinə görə əhəmiyyətli və ya cüzi
fərqlənməsi haqqında qəti fikir söyləmək olar.
Neft-qaz mədəninin kəsilişində ikidən artıq istismar obyekti ayrılmışdırsa və
onların hər-hansı bir parametrinə görə (məsələn, kollektor süxurların keçiriciliyi)
bir-birindən fərqlənmə dərəcəsini müəyyən etmək üçün Bartlet və yaxud Koxran
kriteriyaları istifadə edilir. Lakin təcrübədə ayrılmış istismar obyektlərinin
müqayisəsi hər hansı bir parametrə görə deyil onların kompleks göstəricilərinin
qiymətlərinə istinad edir. Bu halda istismar obyektlərinin sayını n ilə, onların
müqayisə ediləcək parametrlərin sayını m ilə işarə etsək n x m ölçülü matris almış
oluruq. Onda mədənin kəsilişindəki laylar arasında oxşarlıq dərəcəsini yoxlamaq
üçün Rodionov kriteriyası daha effektli olmuşdur (D.A.Rodionov, 1981). Bu
kriteriyaya əsasən yatağın kəsilişində yerləşən obyektlərin oxşarlıq dərəcəsinə görə
birgə (və ya ayrılıqda) işlənilməsi haqqında birmənalı nəticəyə gəlmək olur.
Belə ki, əgər max (r2) ? 2q,m olduqda, obyektlər oxşar olduğuna görə birgə
işlənilməli və ya max  (r2) >  2q,m olduqda, laylar arasında müxtəliflik mövcuddur
və onların birgə istismarı müsbət nəticə verə bilməz.
Yuxarıda qeyd olunan üsulların səciyyəsi kitabın “Əlavələr” bölməsində
verilmişdir.
122
Qoyulan məsələnin həllinə müvafiq olaraq yatağın göstəricilərini
məlumatlandırma dərəcələrinə görə iki kateqoriyaya bölünməsi məqsədəuyğun
hesab edilmişdir:
I dərəcəli məlumat daşıyıcı amillər – qiymətləri məsələnin həllində
bilavasitə iştirak edənlər və
II dərəcəli məlumat daşıyıcı amillər – qiymətləri modelləşdirmədə iştirak
etməyən, lakin nəticələrin geoloji-işlənilmə baxımından interpretasiyasını təmin
etməyə yardım göstərənlər.
Üsulun realizəsi. Uzun müddət işlənilmədə olan çoxlaylı yataqların
kəsilişində ayrılmış istismar obyektlərinin oxşarlıq dərəcəsinin təyin edilməsi
məsələsinə baxaq. Bundan ötrü A mədənin kəsilişindəki istismar obyektlərinin
məlumatları cədvəl III.1-də verilmişdir.
Göründüyü kimi burada neft-qazlılıq doqquz istismar obyektlərində
cəmləşmişdir (A1-A9). Bu obyektlər üzrə hər iki dərəcəli məlumat daşıyıcı
göstəricilərin cari dövrdəki orta qiymətləri verilmişdir. Onu da qeyd edək ki,
mədənin kəsilişindəki obyektlər uzun müddət işlənilməsinə baxmayaraq böyük
qalıq neft ehtiyatları ilə səciyyələnirlər. Obyektlərin oxşarlıq dərəcəsini Pirson
kriteriyasının 95% etibarlılıqla həllində onun böhran qiyməti 2g;m =18,3 təşkil edir.
Bu qiymət cədvəlin 15 sütunda əks etdirilmişdir.
Müvafiq proqramın birinci dərəcəli məlumat daşıyıcı 10 amilin qiymətləri
əsasında kompüter realizəsi aşağıdakı nəticələrə gəlməyə imkan vermişdir.
123

A MƏDƏNİNİN İSTİSMAR OBYEKTLƏRİNİN GEOLOJİ-MƏDƏN MƏLUMATLARI


Cədvəl III.1.
II dərəcəli məlumat
I dərəcəli məlumat daşıyıcı amillər
daşıyıcı amillər
İstismar obyektlərinin
İstismar obyektlərinin işlənilmə

V(r02)x20,05;10= 18,3
neftlilik sahəsi, min m2
flüidlərinin cari
Keçiricilik, 0,001 mkm2

göstəricilərinin cari qiymətləri

effektiv qalınlıq, m.
Ümumi qalınlıq, m.
qiymətləri
Məsaməlik, %

İstismar

Lay təzyiqi, MPa

dərəcəsi, mq·ekv
Neftin özlülüyü,
Quyuların orta
Cari neftvermə

Suların ümumi
obyektləri

hasilatı, t/gün
gündəlik neft

Neftin sıxlığı,

minerallaşma
Qaz amili, m3/t
Sulaşma, %
əmsalı

mPa·s
kq/m3
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15
A1 26 406 0,63 0,6 83 7 60 914 50 186,2 43,0 11,8 39
36,9
A2 24 55 0,38 0,6 67 2 170 909 29 142,7 79,2 16,2 150
5,0
A3 24 44 0,28 0,6 67 2 214 907 29 94,2 66,4 17,3 214
18,9
A4 24 34 0,27 0,8 52 8 200 906 20,5 66,6 26,3 8,9 163
15,9
A5 25 76 0,32 0,8 69 10 190 908 20,4 59 19,2 14,8 189
19,3
A6 24 79 0,26 0,8 74 18 126 908 25 49,2 46,0 18,7 194
18,2
A7 25 43 0,39 1,0 71 22 180 911 14,5 49,2 32,0 12,6 168
24,3
A8 25 74 0,45 1,5 88 45 240 916 16,5 66,8 44,8 12,2 95
34,4
A9 24 492 0,42 1,7 90 55 150 915 16,5 55,4 43,6 24,7 66
124
Göründüyü kimi, ən kəskin sərhədlər iki halda qeyd edilir: A1 və A2
arasında V(ro)2 = 36,9 və A8 və A9 arasında V(ro)2 = 34,4. Bu o deməkdir ki, A1
obyekti ilə A2, eləcə də A8 və A9 kompleks parametrlərə görə oxşar deyil və
onların gələcəkdə də işlənilməsi ayrıca aparılmalıdır. Belə hala kəsilişin A3-A4, A5-
A6, A7 və A8 arasında da qeyd olunur. Yəni həmin obyektlər də müxtəlif xassəlidir
V(r2) X2g;m və onların birgə istismarı rasional olmayacaqdır.
Lakin A2 ilə A3 (V(r2)=5,0); A4 ilə A5 ((V(r2)=15,9); A6 ilə A7 (V(r2)=18,2)
arasında geoloji mədən göstəricilərinə görə oxşarlıq olduğundan onları
birləşdirərək birgə istismarı təmin olunmalıdır. Bu tədbir neft mədənlərinin
işlənilməsində çox vacib tədbirlərdən hesab olunur. Belə ki, kəsilişdə oxşar
obyektlərin birləşdirilməsi onların işlək quyu fondundan səmərəli istifadəyə
imkan verir (quyularda süzgəc intervalının artırılması əlavə neft hasilatının əldə
edilməsinə və qum tıxacının intensivliyinin azaldılmasına gətirir).
Beləliklə, yeni yaradılmış geoloji-riyazi metoddan istifadə etməklə
yataqlarda obyektlərin ayrılmasının yeni modeli əsaslandırıldı ki, bu da onlarda
işlənilmənin tempini yüksəltməyə və quyuların istismar göstəricilərini
yaxşılaşdırmağa kömək edir.
Bu üsul xeyli sayda quru və dənizdə işlənilən çoxlaylı neft mədənlərinin
kəsilişinin istismar obyektlərinə bölünmə sisteminin təkmilləşdirilməsinə imkan
vermişdir.

III.4. Ayrılmış yatağın (fərdi istismar obyektinin) işlənilmə sistemləri.


Qeyd edildiyi kimi, işlənilmə sistemin yatağın neft, qaz, kondensat və digər
faydalı komponentlərin hasili üçün tətbiq olunan kompleks texniki-texnoloji
proseslərin dinamikasını nəzərdə tutur.
Hər hansı bir mədənin kəsilişində ayrılmış istismar obyektində
işlənilmə iki variantda aparıla bilər:
- yalnız təbii enerji ilə işlənilmə,
- süni təsir üsullarla işlənilmə.
125
III.4.1. Yalnız təbii enerji ilə işlənilmə.
Müasir dövrdə neft yataqlarının təbii enerjilərinə istinadən işlənilməsi
əsasən iki halda aparılır:
- lay enerjisinin aktivliyi şəraitində;
- laylara su vurulmasının qeyri mümkünlüyü şəraitində (kəskin qeyri-
bircinslilik, layların pazlaşma formaları və s. səbəblərdən).
Yataqların işlənilməsinin hər iki halının geoloji-mədən xüsusiyyətlərinə
baxaq.
Lay enerjisinin aktivliyi şəraiti. Lay enerjisi subasqı və fəal elastik-subasqı
rejimlərinin mövcudluğu şəraitində nefti istismar quyularına doğru sıxışdıra
bilər. Bu tip rejimlərdə lay təzyiqinin düşküsü minimum olduğundan
onlarda təbii ki, suvurma vasitəsilə əlavə enerji tətbiqi tələb olunmur.
Belə yataqların işlənilməsi üçün onun sahəsi su-neft konturuna paralel
halqavarı sıralarla quyuların qazılmasını nəzərdə tutur. Sıralar arasında məsafə,
həmin sıralarda yerləşən quyular arasındakı məsafədən çox götürülür ki, bu
da susuz maye hasilatının müddətini uzadır (şək. III.3).

Şəkil III.3. Aktiv enerji mənbəyi olan yataqların işlənilmə sxemi


126
Bundan əlavə, quyularda süzgəc açarkən kənar suyun layın aşağı
hissələrində daha aktiv hərəkət edəcəyi nəzərə alınmalıdır. Bu məqsədlə
kontura yaxın sıralardakı quyularda neftli qalınlığın yalnız üst hissəsi, daxili
sıralarda isə tavandan-dabana qədər perforasiya edilməlidir.
Bəzi hallarda layın daban hissələrində subasqı və elastik-subasqı rejimi
mövcud ola bilər. Belə yataqların işlənilməsi dövrlərində su-neft konturu
tədricən qalxır, quyularda süzgəcin aşağı hissəsinə sular daxil olur. Nəticədə
yatağın neftli sahəsi tədricən azalır. Belə şəraitdə istismar quyularının
yerləşdirilməsi yatağın hündürlüyündən, lay süxurlarının keçiriciliyindən və
neftlərin özlülüyündən və s. amillərdən asılıdır. Belə ki, hərgah layın
hündürlüyü az olduqda quyular bərabər şəbəkə üzrə qazılır və su-neft
konturunun səviyyəsindən bir neçə metrdən yuxarı layın tavanına kimi
perforasiya edilir. Yatağın hündürlüyü çox olduqda (yüz metrlərlə) isə,
quyular yatağın mərkəzinə doğru sıxlaşan quyu şəbəkəsi ilə işlənilir.
Laylara su vurulmasının qeyri mümkünlüyü şəraiti. Qeyd edildiyi kimi
laylarda kəskin qeyri-bircinsliliyi və pazlaşması, yatağın tektonik qırılmalarla
kəskin mürəkkəbləşməsi və s. səbəblər üzündən yatağa suvurma mümkün
olmur: vurucu quyularda ən yüksək təzyiqlərlə laya su yeridilə bilmir. Belə
hallarda yataq ətrafındakı su-neft konturunun hərəkəti qeyd olunmur; lay
təzyiqi tədricən enir, hər bir istismar quyusu özünün ətraf zonalarda neftdən
ayrılmış qazların enerjisi hesabına istismar edilir (şək.III.4). Bu tip yataqlar
neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunur və neftvermə əmsalının
yüksək həddinə çatdırılmasına imkan vermir. İşlənilmə üçün qənaətbəxş
olmayan bu tip yataqlarda bir qayda olaraq quyular bərabər formalı şəbəkə
ilə qazılır və yatağın bütün qalınlığı bütövlükdə perforasiya edilir.
127

Şəkil III.4. Passiv enerji mənbəyi olan yataqların işlənilmə sxemi

Azərbaycanda da belə yataqlara rast gəlinir: onlar əsasən məhsuldar


qatın alt şöbəsində yerləşən qırmaki lay dəstəsi obyektləri ilə əlaqədardır.
Müxtəlif mədənlərdə (Balaxanı-Sabunçu-Ramana, Qala, Suraxanı və s.) bu lay
dəstəsinə suvurma mümkün olmamışdır ki, bu da işlənilmənin effektli
aparılmasına mane olmuşdur.
Bəzi aktiv qaz papağı olan yataqların işlənilməsində də suvurma
üsullarından istifadə edilmir. Belə yataqlarda quyular strukturda bərabər
şəbəkə ilə qazılır.
Belə hallarda quyulara qazın axımının qarşısını almaq üçün süzgəcin
üst hissəsi qaz-neft kontaktı səviyyəsindən xeyli aşağı götürülməlidir (şək.
III.5).
128

Şəkil III.5. Qaz papağı enerji mənbəyi olan yataqların işlənilmə sxemi

III.4.2. Süni təsir üsullarla işlənilmə


Kollektorlarda toplanılmış neftin quyu ətrafı zonaya hərəkətini təmin
etmək üçün laya kompleks təsir üsulları tətbiq olunur; su və müxtəlif fiziki-
kimyəvi məhlulların, reagentlərin, istilik daşıyıcılarının yatağa vurulması,
burada hidrodinamik durumu yaxşılaşdırır, işlənilmə prosesinin effektivliyini
xeyli yüksəldir.
1) Suvurma üsulları
1950-ci illərdən başlayaraq tətbiq olunan bu üsul neft mədənlərinin
ehtiyatlarının mənimsənilməsində olduqca müsbət rol oynamışdır. Bu üsullar
demək olar ki, dünyanın bütün hövzələrində istifadə edilir. Onların texniki
tərəfdən istifadəsi sadə olmaqla, yalnız su resurslarının (çay, göl, dəniz)
mövcudluğunu tələb edir. Laya su vurulduqda onun təzyiqinin düşmə tempi
azalır, bəzən hətta onun sabitliyinə gətirir. Nəticədə işlənilən lay aktiv
dinamika ilə səciyyələnir. Məhz belə şəraitlərdə bu dinamik sistemi
tənzimləmək də olur ki, bu da yataqda neft yığımlarının istənilən istiqamətlərə
sıxışdırılaraq hərəkət etdirilməsinə imkan verir.
129
Suvurmanın uzun müddət müxtəlif geoloji şəraitlərdə tədbiqi onun
müxtəlif modifikasiyalarının yaradılmasına gətirmişdir. Onlar aşağıdakılardır:
1. kontur arxası suvurma. Bu üsulla su, yatağın su-neft konturunun
arxasına vurulur (şək.III.6.a. ). Bu üsulla laya vurulan su yatağın hidrodinamik
şəraitinə o vaxt müsbət təsir edir ki, o yerdə layda geoloji-müxtəliflik dərəcəsi
az, lay süxurlarının keçiriciliyi çox, neftlərin özlülüyü isə az olsun. Yatağın
eni təxminən 5 km-ə qədər olmalıdır, daha böyük ölçülərdə olduqda isə onun
mərkəz hissələri vurulan suyun təsirindən kənarda qalır.

Şəkil III.6. Yatağa müxtəlif modifikasiyalarla suvurma sistemləri


130
2. konturyanı suvurma. Bu üsulun tətbiqi üçün tələb olunan şərait kontur
arxası suvurmanın tətbiq şəraitinin analoqudur. Burada fərqləndirici xüsusiyyət
yalnız ondan ibarətdir ki, su-neft konturu zonasında layların keçiriciliyinin
nisbətən az olmasıdır. Odur ki, su-neft konturundan uzaqda vurucu quyuların
yerləşdirilməsi və onların vasitəsilə yatağa suyun vurulması prosesin
effektivliyini azaldır. Belə hallarda vurucu quyuların su-neft konturlarının (daxili
və xarici) üzərində yerləşdirilməsi bu mürəkkəbliyi aradan qaldırır (şək.
III.6.b.).
3. kontur daxili (sahəvi) suvurma. Bu üsula bəzən “sahəvi suvurma”
modifikasiyası deyilir (şək. III.6.c.). Adından göründüyü kimi bu üsul vurucu
quyuların yatağın neftlilik sahəsində yerləşdirilməsini nəzərdə tutur. Sahəvi
suvurma modifikasiyasının effektli tətbiqi üçün yataqda aşağıdakı geoloji amillər
mövcud olmalıdır: yatağın neftlilik sahəsi böyük, layın geoloji müxtəlifliyi
yüksək, süxurların keçiriciliyi nisbətən az, neftlərin özlülüyü isə yüksək.
Suvurmanın yuxarıda göstərilən üsulları ümumi halda verilmişdir. Bu
bölgünün fonunda suvurma geoloji quruluşdan asılı olaraq müxtəlif
qoyuluşlarla həyata keçirilir: yatağın tağ hissəsinə suvurma, neftli sahəni kəsən
suvurma, strukturun oxu istiqamətində suvurma və s.
2) Layların neftverimini artıran (LNA) üsullar.
Məlum olduğu kimi neft yataqlarının işlənilmə prosesində layların
neftverimini artıran üsullardan istifadə edilir. Geoloji mühitin mürəkkəbləşdiyi
şəraitdə (layların yüksək qeyribircinsliliyi, süxurların keçiriciliyinin zəif olması,
neftlərin özlülüyünün çox olması və s.) ənənəvi üsullar ilə layların yüksək
neftvermə əmsalına nail olmaq mümkün olmur. Bu da təcrübi işlərdə elmin
mütərəqqi üsullarının tətbiqini tələb edir ki, nəticədə yataqların effektiv
işlənilməsinə nail olunur.
Hazırda LNA üsullarının tətbiq dairəsi durmadan genişlənir. Bu onunla
əlaqədardır ki, ənənəvi texnologiya ilə lay süxurlarının keçiriciliyi 0,1 mkm2-dan
kiçik olan laylarda yüksək özlülüklü neftlərin quyu dibinə kifayət qədər aktiv
hərəkətini təmin etmək mümkün olmur. Odur ki, belə yataqlarda geniş elmi və
131
təcrübi-sınaq işləri həyata keçirilmiş və müasir neftçıxarma üsulları təklif
edilmişdir. Hazırda bu üsullar aşağıdakı qruplarda cəmləşdirilir: fiziki-kimyəvi,
fiziki-hidrodinamiki, termiki, qaz, mikrobioloji, nüvə və akustik (şək.III.7.).
Aşağıda həmin üsulların ümumi xarakteristikaları barəsində qısa məlumatlar
verilmişdir (bu istiqamətlə tələbələr xüsusi fənnin tədrisində ətraflı tanış olurlar).
Fiziki-kimyəvi təsir üsulları.
Layların neftverimini artıran fiziki-kimyəvi üsullara səthi aktiv maddələr
(SAM), polimer, qələvi, mitselyar məhlullar, köpük və onların kombinasiyaları
aiddir (M.L.Surquçov, 1985).
Səthi aktiv maddələrlə təsir üsulu.
Neftçıxarma prosesində laya vurulan suya səthi aktiv maddələrin əlavə
edilməsi neft-su sərhədində səthi gərilməni azaldır. Nəticədə neftin lay şəraitində
hərəkəti aktivləşir və sıxışdırmanın yaxşılaşması üçün əlverişli şərait yaranır.
Bundan əlavə bu zaman süxurların islanması da yaxşılaşır: su məsamələrə hopur və
neftin hərəkətini asanlaşdırır, sıxışdırılma əmsalı artır. Səthi aktiv maddələrin hətta
cüzi miqdarda vurulan suya əlavə edilməsi bu prosesi aktivləşdirir.
Bu üsulun effektli tətbiqi qeyribircinsli kollektorların qalınlığı 3-12 m qədər,
süxurların keçiriciliyi 0,03-0,04 mkm2, lay temperaturu 700C qədər, neftlədoyma
əmsalı 50%-dən çox və lay sularının duzluluğu 20 mq/l.
Neft sənayesində geniş yayılmış səthi aktiv maddələrdən OP-10 göstərmək
olar. Neft yataqlarının istismarından alınmış məlumatlar göstərir ki, laylara
suvurma prosesində əlavə olunmuş səthi aktiv maddələr onların neftin yuyulma
xassəsini yaxşılaşdırır və son neftvermə əmsalını 3%-ə qədər artırılmasını təmin
edir.
132

+
133
134

QƏLƏVİLƏRLƏ TƏSİR ÜSULU.


Qələvi məhlullarla təsir üsulu layda natrium sabunlarını əmələ gətirir ki, bu
da səthi gərginliyi azaldır və neftin suda emulsiyasını yaradır. Yataqlardan
çıxarılabilən əlavə neftin miqdarı emulsiyanın parametrlərindən və layda olan
neftin paylanmasından asılıdır. Beləliklə, laylara qələvi məhlulu ilə təsir etdikdə
yüksək dispersli emulsiya dalğası əmələ gəlir ki, bu da neftvermənin artırılmasına
təsir edir.
Üsulun tətbiqindən qum və karbonat tipli kollektorlu yataqlarda neftin
özlülüyü 100 mPa  s qədər, neftlədoyumluluq 50%-dən çox, kollektor süxurların
keçiriciliyi 0,1 mkm2-dan böyük, neftin sıxlığı 850-980 kq/m3, lay temperaturu
1000C -yə qədər və s. olduqda daha yüksək effekt alınır. Əlverişsiz amillərdən
layların çatlılığı, gilliliyin çox olması və lay sularının yüksək minerallaşması hesab
olunur. Müəyyən olunmuşdur ki, laylara qələvi məhlulların vurulması nəticəsində
onların son neftvermə əmsalını 5-10% artırmaq mümkündür.
Polimerlərlə təsir üsulu.
Neft yataqlarının işlənilməsinin effektivliyi məsamələrdəki neftin müxtəlif
üsullarla sıxışdırılıb çıxarılmasından asılıdır. Laya vurulan suyun özlülüyü lay
neftlərin özlülüyündən kəskin fərqləndiyindən onun sıxışdırıcı qabiliyyəti yüksək
olmur: müxtəlif modifikasiyalarla laya vurulan su yüksək keçirici kanallarla işlək
quyulara doğru hərəkət edərək neftlərin məsaməli mühitdən maksimum
yuyulmasını təmin etmir. Odur ki, laya vurulan suya polimerlər əlavə edilir ki, bu
da onun özlülüyünü artırır. Nəticədə, lay neftlərinin daha aktiv yuyulmasına şərait
yaranır, suvurma prosesinin səmərəliliyi yüksəlir.
Üsulun tətbiqi qum və karbonat tipli kollektorlu yataqlarda neftin özlülüyü
10-100 mPa·s olduqda, süxurların neftlədoyumluluğu 50%-dən çox, kollektor
süxurların keçiriciliyi 0,1 mkm2-dan böyük, lay temperaturu 900C-yə qədər, gillilik
zəif (8-10%-ə qədər) olduqda daha yüksək effekt verir. Əlverişsiz amillər isə
layların çatlılığı, süxurlarda yüksək gillilik və suların codluluğu hesab olunur.
Müəyyən olunmuşdur ki, laylara polimer məhlulların vurulması nəticəsində onların
son neftvermə əmsalını 7-10% artırmaq mümkündür.
135
Mitselyar məhlullarla təsir üsulu.
Məlum olduğu kimi, yataqların işlənilmə prosesində neftin sahəvi
yerdəyişməsinin səlis formasına nail olmaq çox çətindir: yataq sahəsində müxtəlif
formada qeyri-müntəzəm qaydada paylanmış qalıq neftli zonalar mövcud olur.
Onların yaranmasına səbəb isə süxur məsamələrində yerləşən neftlərin özlülüyü,
kapilyar və səthi-molekulyar qüvvələr və s. amillərdir. Belə şəraitdə neftin bərabər
formalı hərəkətini təmin etmək üçün qeyd olunan qüvvələrin təsirini azaltmaq
lazımdır. Məhz bu məqsədlə laylara mitselyar məhlullarla təsir etdirilir.
Suvurma prosesində mitselyar məhlulların istifadəsi yataqların
işlənilməsinin bütün mərhələlərində yaxşı effekt verir.
Üsulun tətbiqi qumlu kollektorlarda layın qalınlığı 25 m-ə qədər, neftin
özlülüyü 15 mPa·s-dan kiçik, neftlədoyumluluq 25%-dən çox, süxurların
keçiriciliyi 0,1 mkm2-dan böyük, lay temperaturu 70-900C qədər, duzluluq 5 mq/l
olduqda yüksək effekt verir. Əlverişsiz faktorlara kollektorların çatlılığı, suların
codluluğu aiddir.
Mitselyar məhlulların suvurma prosesində tətbiqi yataqların son neftvermə
əmsalını 8-15% artıra bilər.
Köpüklə təsir üsulu.
Laylara köpük vurulması onların su keçiriciliyini azaldır və neftin
sıxışdırılma qabiliyyətini yaxşılaşdırır. Məsaməli mühitə köpük vurulmasının əsas
nəticəsi layların su keçiriciliyini əhəmiyyətli dərəcədə azaltmaqdan ibarətdir.
Köpük maye halında emulsiyalı qazdan ibarətdir. Köpüyün maye fazası su, turşu
və yaxud karbohidrogenlərdən biri ola bilər, qaz fazası isə adətən azotdan ibarət
olur və bəzi hallarda SO2-dən də istifadə olunur. Üsulun tətbiqindən layın effektiv
qalınlığı 20 m qədər, neftin özlülüyü 1-100 mPa·s, qeyri-bircinsli kollektorlarda,
çatsız süxurlarda, kollektor süxurların keçiriciliyi 0,05 mkm2, neftlədoyumluluq
50% çox, lay temperaturu 900C - qədər olduqda yüksək effekt alınır. Köpük
vurulmasında layların yatım dərinliyinə görə məhdudiyyət yoxdur. Bundan əlavə
üsul kiçik lay təzyiqinə malik və yüksək sulaşma ilə xarakterizə olunan yataqlarda
136
da tətbiq oluna bilər. Üsulun tətbiqi nəticəsində layların son neftvermə əmsalını 3-
4% artırmaq mümkündür.
Fiziki-hidrodinamiki təsir üsulları.
Bu üsullar zəif keçirici layları və yataq sahələrində işlənilməyən zonaları
istismara cəlb etməklə, layların neftçıxarma prosesi ilə əhatəsini artırmağa
yönəldilmişdir. Fiziki-hidrodinamiki təsir üsullarının mahiyyəti müxtəlif
keçiricilikli və neftlədoyumlu zonalar arasında təzyiq düşgülərinin dəyişməsini
yaratmaqdan ibarətdir. Təzyiq düşgülərinin dəyişməsi isə yatağın neft-su
konturunun səlis formasının alınmasına şərait yaradır.
Fiziki-hidrodinamiki təsir üsullarından yataqların bütün geoloji-fiziki
şəraitlərində istifadə oluna bilər. Bu üsullara dövrlərlə suvurma və dövrlərlə su-qaz
qarışığı təsir üsulları daxildir.
Dövrlərlə suvurma üsulu.
Dövrlərlə təsir üsulunun əsas məğzi qeyri-bircinsli yatağın sahəsi üzrə lay
təzyiqinin süni surətdə dəyişdirilməsidir. Bunu əldə etmək üçün vurulan suyun
həcmi dəyişdirilir və yaxud işlək quyular üzrə maye hasilatının miqdarı artırılır və
ya azaldılır. Nəticə etibarı ilə zamandan asılı olaraq yataqlara müxtəlif surətdə təsir
etməklə lay təzyiqi dəyişir. Bu proses yataqda neftlə doymanın yüksək
zonalarından az doymuş zonalara neftin axmasına gətirib çıxarır.
Üsul layın effektiv qalınlığı 3-25 m, neftlərin özlülüyü 10 mPa·s qədər
olduqda daha yüksək effekt verir. Layların çatlılığı isə, əksinə - prosesin
səmərəliliyini aşağı salır. Üsulun tətbiqi yataqların son neftvermə əmsalını 3-5%
artıra bilər.
Dövrlərlə su-qaz təsiri üsulu.
Laylara suyun və qazın növbə ilə vurulması neftlə doymuş sahələrdən neftin
işlək quyu zonalarına tənzimli hərəkətinə kömək edir. Üsulun effektli tətbiqi
qeyribircinsli çatsız laylarda keçiricilik 0,05 mkm2-dan çox, neftlərin özlülüyü 10-
25 mPa·s arasında, neftlədoyumluluq 60% çox olduğu halda mümkün olur. Bu
prosesi mürəkkəbləşdirən amillərdən layların çatlılığı və sərbəst qaz yığımlarının
137
olmasıdır. Bu üsulun tətbiqi layların son neftvermə əmsalını 5-6% artırmağa
imkan verir.
Qaz üsulları.
Karbon qazı (SO2 ) ilə təsir üsulu.
Laylara SO2-nin vurulması onların neftverimini artıran effektiv üsullardan
biridir. SO2 karbohidrogen həllediciləri kimi yüksək neftçıxarma prosesini təmin
edir və ucuzdur. Üsulun tətbiq prinsipi ondan ibarətdir ki, laya vurulan CO2 neftdə
həll olaraq onun həcm əmsalını 50%-ə qədər artırır; neft-su sərhədində səthi
gərilməni azaldır, neftin özlülüyünü aşağı salır və onun hərəkət sürətini artırır.
Bu üsul layların yatma dərinliyi 1000-1200 m, qalınlığı 10-15 m, neftlərin
özlülüyü 10-15 mPa·s, neftlədoyma əmsalı 40% çox, lay təzyiqi isə 8-9 MPa
olduqda daha yüksək effekt verə bilər. Onu da qeyd etmək lazımdır ki, keçiriciliyi
aşağı olan laylarda suvurma prosesinin tətbiqi mümkün olmadıqda karbon qazı ilə
təsir üsulu lay neftinin sıxışdırılmasında əsas üsul hesab olunur.
Üsulun tətbiqini mürəkkəbləşdirən amillər sırasında aşağıdakıları göstərmək
olar: layların qeyribircinsliliyi, çatlılığı, neftlərdə asfalt və qətranın mövcudluğu,
yataqda qaz papağının olması.
Bu üsul effektli tətbiq olunarsa yatağın son neftvermə əmsalını 10-15%
artırmaq mümkündür.
Yüksək təzyiqlə qaz təsiri üsulu.
Neftin layda qazla sıxışdırılması yatağın lay təzyiqini saxlanılması ilə yanaşı
lay süxurlarında kapillyar qüvvələrin gücünün azaltmasına yönəldilmişdir. Bu
prosesin nəticəsində məsaməli mühitdə neftçıxarmanın tempi artır.
Yüksək təzyiqlə yatağa qazın vurulması üçün əlverişli geoloji şərait
aşağıdakı kimidir: layın qalınlığı 10-50 m, lay təzyiqi 20 MPa-dan çox,
neftlədoyma 60-70%, neftin sıxlığı 825 kq/m3, özlülüyü isə 10 mPa·s-dan az,
süxurların keçiriciliyi zəif. Layın yatım dərinliyi 1700 m qədər olması üsulun
tətbiqi üçün daha əlverişlidir. Lakin laylarda çatlılıq və qaz papağının olması bu
üsulun tətbiqini çətinləşdirə bilər.
138
Üsulun tətbiqi nəticəsində layların son neftvermə əmsalını 10-15% artırmaq
mümkündür.
Termiki üsullar.
Yataqların neftverimini artıran termiki üsullara lay daxili yanma, neftin
buxar ilə çıxarılması, isti suyun laylara vurulması və onların kombinasiyası
daxildir. Bu üsullardan əsasən yüksək özlülüklü neft yataqlarının işlənilməsində
istifadə olunur. Məlumdur ki, neftin yüksək özlülüyünün olması onun layda zəif
hərəkət etməsinə təsir edən əsas amillərdən biridir.
Termiki üsulların geniş tətbiqi nəticəsində müəyyən olunmuşdur ki, neftin
özlülüyü temperaturdan əhəmiyyətli dərəcədə asılıdır və nefti 20-250C-dən 100-
1200C qədər qızdırıldıqda onun özlülüyü 100-500 mPa  s-dən 5-20 mPa  s-qədər
azala bilər ki, bu da onun məsaməli mühitdə hərəkətini əsaslı surətdə artırır.
Aşağıda layların neftverimini artıran ayrı-ayrı istilik üsulları qısa şərh olunur.
Lay daxili yanma üsulu.
Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki,
karbohidrogenlərin oksigenlə ekzotermik reaksiyaya girmək qabiliyyətinə
(reaksiya nəticəsində istilik enerjisinin yaranması) malik olmasından istifadə
etməklə neft laylarından istilik enerjisini almaq olar. Üsulun əsası ondan ibarətdir
ki, məsaməli mühitdə olan neftin bir hissəsi yanıb onun yanmayan fraksiyasını
hərəkətə gətirir. Xüsusi avadanlığın köməyi ilə quyu dibində müəyyən temperatur
səviyyəsi yaradılır. Sonra proses müstəqil rejimdə müntəzəm surətdə quyulara
hava vurmaqla davam etdirilir. Nəticədə yanma zonalarının temperaturu su
buxarının doyma temperaturundan yüksək olub, 400-6000C arasında dəyişir. Lay
daxilində yanma üsulu əsasən ağır neftli yataqlarda tətbiq edilir.
Üsulun tətbiqi layların yatım dərinliyi 2000 m qədər olan yataqlarda
əlverişlidir. Lay daxilində yanmanı aparmaq üçün qalınlıq 3-25 m olmalıdır. Qalıq
neftlədoyma 50-60%, sulaşma 40%-dən artıq olmamalıdır. Üsulun tətbiqinə mənfi
təsir edən faktorlardan layların çatlılığını və yüksək qeyribircinsliliyini, qaz
papağının mövcudluğunu, süxurların gilliyinin çox və örtük layların qalınlığının az
139
olmasını göstərmək olar. Lay daxili yanma üsulu layların son neftvermə əmsalını
20% qədər artırmağa imkan verir.
Su buxarı ilə təsir üsulu.
Bu üsul yüksək özlülüklü (40-50 mPa  s və daha artıq) neftli laylara su
buxarının yüksək təzyiqlə vurulmasını nəzərdə tutur.
Nəticədə laya külli miqdarda istilik enerjisi daxil olur və onu qızdırır. Bu
zaman neftin özlülüyü azalır və onun məsaməli mühitdə hərəkəti artır.
Qeyd etmək lazımdır ki, bu üsulun tətbiqi işlənilmənin ilk mərhələlərində
tətbiq olunduqda daha səmərəlidir. Üsul terrigen kollektorlarda layların yatım
dərinliyi 2000 m qədər, neftlərin sıxlığı 820-1000 kq/m3, neftin özlülüyü 40-50
mPa  s-dən çox, effektiv qalınlıq 10-40 m, süxurların məsaməliyi 15-35%,
süxurların keçiriciliyi 0,5 mkm2, neftlədoyumluluğu 40%-dən çox olduqda daha
yüksək effekt verir.
Laylarda qaz papağının mövcudluğu və gilliliyin yüksək olması prosesin
effektivliyini azaldır. Müəyyən olunmuşdur ki, laylara buxarın vurulması
nəticəsində onların son neftverməsini 20% qədər artırmaq mümkündür.
İsti su ilə təsir üsulu.
Bu üsul yüksək özlülüklü və parafinli neftlərlə səciyyələnən yataqların
işlənilməsində daha çox istifadə olunur. Bu zaman laya vurulan suyun temperaturu
layın temperaturundan yüksək olmalıdır. Üsul istismar obyektinin yatım dərinliyi
2000 m qədər, kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan böyük, məsaməlik
18%-dən çox, layların neftlədoyumluluğu 50%-dən çox, neftin özlülüyü 10 mPas
çox, layın qalınlığı 10-100 m olduqda daha çox effekt verir. Müəyyən olunmuşdur
ki, laylara isti suyun vurulması nəticəsində onların son neftvermə əmsalını 10%
qədər artırmaq mümkündür.
Mikrobioloji təsir üsulları.
Mikrobioloji üsullar layda bakteriyaların həyat fəaliyyətinin
intensivləşməsinə əsaslanır və tərkibində hüceyrənin quruluşu üçün zəruri
komponentləri olan qida maddələrinin istifadəsinə yönəldilmişdir. Burada üzvi
140
maddələrdən əlavə vacib biogen elementlər (S, K, Mg və s.) eləcə də hüceyrələrin
inkişafını təmin edən maddə və vitaminlər tələb olunur.
Mikroorqanizmlərin istifadəsinin əsas ilk şərtləri odur ki, bakteriyalar öz
həyat fəaliyyəti nəticəsində SO2, bio-SAM və üzvi turşular ifraz edir. Bio-SAM lay
nefti və suyu ilə mikroemulsiya əmələ gətirir və burada mikroemulsiyanın
özlülüyü lay neftinin özlülüyünü kəskin azaldır. Neftin özlülüyünün azalması isə
öz növbəsində lay neftinin həcmində əmələ gələn SO2-nin hesabına artım ilə
müşayiət olunur və bu da layda neftin hərəkət etmə qabiliyyətini artırır. Üsulun
realizəsi 1700-1800 m dərinlikdə yerləşən karbonatlı və zəif sementləşmiş qumlu
kollektorlarda, layın qalınlığı 8 m-dən çox, kollektor süxurların keçiriciliyi 0,05
mkm2-dan böyük, neftlədoyumluluq 30%-dən çox, neftin özlülüyü 10 mPa  s-dən
böyük, sıxlıq 820-950 kq/m3, lay temperaturu 25-300C olduqda yüksək effekt verir.
Mikrobioloji təsir üsulunun tətbiqində mənfi göstəricilərə layların yüksək
qeyribircinsliliyi, lay sularında yüksək tərkibli Ca, Na duzlarının olması və qaz
papağının mövcudluğu aiddir. Üsulun tətbiqi nəticəsində layların son neftverimini
14-19% artırmaq olar.
Nüvə üsulları.
Nüvə üsulları layların neftverimini artıran üsullardan kəskin fərqlənir və
yenidir. Bu üsul yatağın daha böyük sahəsində layların süzülmə qabiliyyətini
yaxşılaşdırmağa və izolə olunmuş linza və laycıqları işlənilməyə cəlb etməyə
imkan verir. Partlayış nəticəsində laylarda geniş çat sistemləri əmələ gəlir ki, bu da
obyektin struktur-tekstur xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Nüvə üsullarından ilk dəfə olaraq 1957-ci ildə SSRİ-də və ABŞ-da tətbiq
olunmağa başlanmışdır. Bu üsuldan ABŞ-da 1968-1973-cü illərdə işlənilməsi
dayandırılmış rentabelli olmayan bir sıra yataqlarda «Qazbaqqi», «Runison»,
«Rio-Blanka» və «Mineyta» layihələri üzrə həyata keçirilmişdir. Keçmiş Sovetlər
İttifaqında isə nüvə üsulları əsasən işlənilmədə olan yataqlarda tətbiq olunmuşdur.
Bu üsuldan massiv tipli neft yataqlarının yüksək sementləşmiş qumlu
kollektorlarında, qalınlığı 10-45 m olan əhəngdaşılarda, məsaməliyi 5-12%,
kollektorların keçiriciliyi 0,1-1,0 mkm2, neftin özlülüyü 6-23mPa  s, layların ilk
141
neftlədoyumluluğu 80% olan laylarda yüksək effekt alınır. Üsulun tətbiqi layların
son neftverimini 8-12% artırmağa imkan verir.
Akustik üsullar.
Neftli laylara akustik üsulla təsir nəticəsində neftlərin özlülüyü azalır, süxurların
istilik keçirmə qabiliyyəti artır. Nəticədə quyuətrafı zonalara neftin axımı sürətlənir.
Bu üsul asfalt, qatran və parafin tərkibli neftli laylarda tətbiq olunduqda daha
yüksək effekt verir və son neftverməni 2-7 % artırmağa imkan verir.
Layların neftverimini artıran üsulların tətbiqinin əsaslandırılması.
Yuxarıda qeyd edildiyi kimi, layların neftverimini artıran universal üsul
mövcud deyil. Hər hansı bir üsul yalnız müəyyən geoloji-işlənilmə şəraitlərində
yüksək effekt verə bilər. Digər hallarda isə həmin üsulun effektivliyi az olur. Odur
ki, yeni üsullardan əldə edilə biləcək səmərəlilik bu məqsədlə müvafiq yatağın
düzgün seçilməsindən asılıdır.
Layların neftverimini artıran üsulların effektli tətbiqinin yuxarıda göstərilən
geoloji şəraitləri onlardan alına bilən effektin hüdudları ümumiləşdirilərək cədvəl
tərtib olunmuşdur (cədv.III.2.).
Göründüyü kimi, ayrı-ayrı üsulların effektli tətbiqinə xeyli sayda lay
parametrləri təsir edir. Lakin, onların arasında 4 parametr daha önəmli rol oynayır.
Onlar aşağıdakılardır: neftlərin özlülüyü, layların yatım dərinliyi, süxurların
keçiriciliyi, neft ehtiyatlarından istifadə dərəcəsi.
Təcrübi-mədən məlumatlarının geniş araşdırılması göstərir ki, yuxarıda
sadalanan parametrlərin aşağıdakı kimi bölünməsi xüsusi məna kəsb edir.
1. Lay şəraitində neftlərin özlülüyü (A). Bu göstərici mahiyyətinə görə
təsnifat sxemində birinci yeri tutur. Belə ki, müəyyən olunmuşdur ki,
əgər ağır neftli layların yüksək neftveriminə termiki üsullar vasitəsilə nail
olunursa, yüngül neftli yataqlarda isə LNA digər üsullarının təsiri ilə bu
məqsədə nail olmaq mümkündür. Bunu nəzərə alaraq yataqların iki qrupa
bölünməsi məqsədəuyğundur: A1 - neftlərin özlülüyü 10 mPa·s qədər və
A2 - 10 mPa·s çox. Belə bölgü regionda işlənilmədə olan yataqları
çətinlik çəkmədən neftvermələrini yüksəltmək üçün artıq ilk mərhələdə
142
iki qrupa bölünməsinə imkan verir: işlənilmə prosesini əsasən termiki
üsulların təsiri ilə və LNA digər üsulların cəlb edilməsi ilə aparılması.
2. İşlənilmə obyektinin (layın) yatım dərinliyi (B). LNA üsulların tətbiqinin
texniki imkanlarını nəzərə alaraq yataqları iki qrupda cəmləşdirilməsi
nəzərdə tutulur: B1 dayazda yatan və B2 dərində yatan. Nəzərə almaq
lazımdır ki, B1 qrupunda termiki üsullar tətbiq oluna bilirsə, B2 qrupunda
isə bu proses effektli olmur (dərinlik artdıqca quyu kəmərində laya
vurulan termiki üsulun təsiri zəifləyir). Layların yatım dərinliyi fiziki-
kimyəvi, fiziki-hidrodinamiki və digər üsulların tətbiqini praktiki olaraq
məhdudlaşdırmır. Belə olduqda, bu parametrə görə yataqlar iki qrupda
cəmləşdirilir: B1 – layın yatım dərinliyi 2000 m qədər və B2 –layın yatım
dərinliyi 2000 m çox.
3. İşlənilən layın kollektorluğunu səciyyələndirən parametr – keçiricilik (C).
Müəyyən olunmuşdur, LNA bir çox üsullar süxurların zəif keçiriciliyi
şəraitində effektli olursa (qaz, dövrlərlə su-qaz qarışığı ilə təsir), digərləri
(mitselyar və polimer məhlulları, qələvilər, su buxarı, laydaxili yanma) isə
bu göstəricinin yüksək qiymətlərində müvəffəqiyyətlə tətbiq olunur.
Onda laylar bu göstəricinin qiymətlərinə görə iki qrupa bölünür: C1 – <
0,1 mkm2 və C2 – > 0,1 mkm2 .
4. İşlənilmə obyektinin (layın) yatım dərinliyi (B). LNA üsulların tətbiqinin
texniki imkanlarını nəzərə alaraq yataqları iki qrupda cəmləşdirilməsi
nəzərdə tutulur: B1 dayazda yatan və B2 dərində yatan. Nəzərə almaq
lazımdır ki, B1 qrupunda termiki üsullar tətbiq oluna bilirsə, B2 qrupunda
isə bu proses effektli olmur (dərinlik artdıqca quyu kəmərində laya
vurulan termiki üsulun təsiri zəifləyir). Layların yatım dərinliyi fiziki-
kimyəvi, fiziki-hidrodinamiki və digər üsulların tətbiqini praktiki olaraq
məhdudlaşdırmır. Belə olduqda, bu parametrə görə yataqlar iki qrupda
cəmləşdirilir: B1 – layın yatım dərinliyi 2000 m qədər və B2 –layın yatım
dərinliyi 2000 m çox.
143
LAYLARIN NEFTVERİMİNİ ARTIRAN ÜSULLARIN EFFEKTLİ TƏTBİQİNİN GEOLOJİ
ŞƏRAİTİ

Cədvəl III.2.
İstismar obyektlərinin geoloji-mədən göstəriciləri

minerallaşması

neftveriminin
Kollektorun
temperaturu,

Gillilik, %
Lay neftinin

Qaz papağı
keçiriciliyi,

Dərinlik, m

Qalınlıq, m
doyma, %

10-3 mkm2
özlülüyü,
LAYLARIN NEFTVERİMİNİ

artımı,
Suyun
Neftlə
mPa·s

Layın

, mq/l
növü

Son
Lay

%
ARTIRAN ÜSULLAR

0
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Səthi-aktiv <3-5 >50 <70 0.1 Məhd. 3-12 Quml <10 20 Zəif 2-3
maddələr yox u
Qələvi məhlullar 10- >50 <100 0.1 -''- Məhd. -''- <10 <20 -''- 5-10
100 yox
FİZİKİ-
Polimer məhlullar 10- >50 <90 >0.1 -''- 3-6 -''- <10 20 -''- 7-10
KİMYƏVİ
100
Miselyar məhlullar <15 >25 <90 >0.1 -''- <25 -''- Zəif <5 -''- 8-15
1- >50 <90 >0.0 -''- 20- -''- Zəif <20 -''- 3-4
Köpüklə təsir
100 5 dək
<25 60 Məhd. >0.0 -''- <20 Məhd. Zəif Məhd. Məhd. 3-5
FİZİKİ- Dövrlərlə suvurma
yox 5 yox yox yox
HİDRODİ-
Dövrlərlə su-qaz <25 >60 -''- >0.0 -''- 3-25 -''- Məhd. -''- Zəif 5-6
NAMİKİ
qarışığı 5 yox
Lay daxili yanma >10 >40 -''- 0.1 2-30 -''- -''- -''- -''- 20
2000
TERMİKİ >10 >40 -“- 0.1 1800 >6 -''- 5-10 -''- -''- 20
Buxarla təsir
144
5 >50 -''- 0.1 <1500 10- -''- 5-10 -''- Məhd. 4-10
İsti su ilə təsir 100 yox
<10- >40 -''- <0.1 1200 10-15 -''- Zəif -''- Zəif 10-
CO2 ilə təsir
15 15
QAZ
Yüksək təzyiqlə <10 >60 -''- <0.1 1200 <10 -''- -''- -''- -''- 10-
qazın vurulması 15
>10 >30 25-35 >0.0 1800 8-10 -''- -''- -''- -''- 14-
MİKROBİOLOJİ 5 19
5-25 80 Məhd. 0.1- >1200 10-45 Terrig Yüksə -''- -''- 8-12
NÜVƏ
yox 1.0 en k
- 50 - <0.1 - Məhd. -''- Zəif - -''- 2-7
AKUSTİK
yox
5. İşlənilmə obyektinin (layın) yatım dərinliyi (B). LNA üsulların tətbiqinin
texniki imkanlarını nəzərə alaraq yataqları iki qrupda cəmləşdirilməsi
nəzərdə tutulur: B1 dayazda yatan və B2 dərində yatan. Nəzərə almaq
lazımdır ki, B1 qrupunda termiki üsullar tətbiq oluna bilirsə, B2 qrupunda isə
bu proses effektli olmur (dərinlik artdıqca quyu kəmərində laya vurulan
termiki üsulun təsiri zəifləyir). Layların yatım dərinliyi fiziki-kimyəvi,
fiziki-hidrodinamiki və digər üsulların tətbiqini praktiki olaraq
məhdudlaşdırmır. Belə olduqda, bu parametrə görə yataqlar iki qrupda
cəmləşdirilir: B1 – layın yatım dərinliyi 2000 m qədər və B2 –layın yatım
dərinliyi 2000 m çox.
6. İşlənilən layın kollektorluğunu səciyyələndirən parametr – keçiricilik (C).
Müəyyən olunmuşdur, LNA bir çox üsullar süxurların zəif keçiriciliyi
şəraitində effektli olursa (qaz, dövrlərlə su-qaz qarışığı ilə təsir), digərləri
(mitselyar və polimer məhlulları, qələvilər, su buxarı, laydaxili yanma) isə
bu göstəricinin yüksək qiymətlərində müvəffəqiyyətlə tətbiq olunur. Onda
laylar bu göstəricinin qiymətlərinə görə iki qrupa bölünür: C1 – < 0,1 mkm2
və C2 – > 0,1 mkm2 .
7. Neft ehtiyatlarının mənimsənilmə dərəcəsi(D). Ölkəmizin neft mədənlərində
yüzlərlə yataq uzun müddətdir ki işlənilmədədir. Müxtəlif texniki və
texnoloji üsulların tətbiqinə baxmayaraq onların ehtiyatları qeyri bərabər
mənimsənilmişdir. Azərbaycanın neft mədənlərinin fond məlumatlarının
araşdırılması göstərir ki, bu yataqlarda cari neftvermə əmsalının qiyməti
0,05-0,65 hüdudlarında dəyişir. Bunu və balans neft ehtiyatlarının
mənimsənilməsi zəif olan yataqlarda LNA üsullarının daha çox effekt (əlavə
neft hasilatı) alınacağını nəzərə alaraq bu göstəricinin qiymətinə görə onlar
üç qrupa bölünür: D1 <20%; D2 =20-40%; D3>40%.

Layların neftveriminin effektivliyinə təsir göstərən yuxarıda sadalanan dörd


parametrin sərhəd qiymətlərini nəzərə alaraq riyazi məntiq elmində geniş tətbiq
olunan “struktur ağac” formalı təsnifat modeli almış oluruq. Modelin strukturunda
146
parametrlərin iyerarxik yerləşdirilməsi əsasında 24 qrup iştirak edir. Bu modelə
istinad edərək yataqlarda LNA-nın hər hansı bir üsulunun tətbiqini kifayət qədər asan
müəyyənləşdirmək mümkündür (şək.III.8.) Neft yataqlarının işlənilməsinin
perspektiv planlaşdırılmasında tələb olunan məqsədyönlü məsələlərin həllində bu
model həlledici əhəmiyyət kəsb edir (B.Ə.Bağırov, 1986).
Yataqlarda layların neftverimini artıran üsullarının
tətbiqi üçün növbəliliyin təyini.
Layların neftverimini artıran üsulların hər hansı bir region yataqlarında tətbiq
problemlərinə baxarkən daha bir məsələnin həlli qarşıya çıxır. Bu da üsulların
tətbiqi üçün ayrılmış yataqların növbəliliyinin müəyyən edilməsidir. Belə ki,
regionlarda, o cümlədən bizim üçün böyük maraq kəsb edən Cənubi-Xəzər
hövzəsində yataqların sayı çox olduğundan onlarda eyni zamanda hər hansı bir LNA
üsullarının tətbiqi qeyri mümkündür. Odur ki, üsulların tətbiqi üçün yataqların
növbəliyinin müəyyən edilməsi tələb olunur. Bu məsələnin həllində yataqlardan
alına biləcək əlavə neft hasilatının miqdarı əsas götürülür. Daha yüksək effekt isə,
digər eyni geoloji-istismar şəraitlərlə səciyyələnən yataqlarda, ilk balans
ehtiyatlarının çoxluğu və onların realizə dərəcəsinin azlığı qeyd olunan hallarda əldə
edilə bilər. Bu tələbata cavab verən bölgü sxemi (şək. III.9.) verilmişdir. Bu sxemin
strukturunda hər hansı bir üsulun tətbiqi üçün hər birində dörd qrupdan ibarət iki
səviyyə iştirak edir.
Birinci səviyyədə LNA üsullarının tətbiqi dörd növbəlidir: bütün hallarda
ehtiyatların həcmindən asılı olmayaraq cari dövrdə onların mənimsənilmə dərəcəsi
20% qədər götürülmüşdür. Onda yataqların üsulların tətbiqinə cəlb edilməsi
aşağıdakı ardıcıllıqla qruplara bölünə bilər: I qrup (növbə) – balans ehtiyatının həcmi
10 mln. tondan çox, II qrup – 5-10 mln. ton, III qrup – 2-5 mln. ton və IV qrup – 2
mln. tona qədər.
İkinci səviyyədə isə LNA üsullarının yataqlarda ehtiyatların istifadə dərəcəsi
daha yüksək (20-40%) olduqda tətbiqi nəzərdə tutulur. Yəni V qrup (növbə) balans
ehtiyatının miqdarı 10 mln. tondan çox, VI qrup – 5-10 mln. ton, VII qrup – 2-5 mln
ton və VIII qrup – 2 mln. tona qədər.
147
Misal üçün balans ehtiyatının miqdarı 4,5 mln. ton, neftvermə əmsalı isə 0,14
olan yataqda mitselyar məhlulların tətbiqi I qrupa uyğun gəldiyindən ilk növbəli
obyekt kimi nəzərdə tutulmalıdır. Digər bir misal: yatağın balans ehtiyatının miqdarı
8,2 mln ton, istifadə dərəcəsi isə 30 %-dir, onda bu yatağın növbəsi VI qrupa düşür.
Qeyd edək ki, neftvermə əmsalının qiyməti 0,40-dan yüksək olan yataqlarda
LNA üsullarının tətbiqi daha sonra (I-VIII növbəli obyektlərdə LNA üsullarının
tətbiqindən sonra) aparılmalıdır (B.Ə.Bağırov,1986).

Şəkil III.9. Yeni üsulların tətbiqi üçün növbəlilik sxemi

Layların neftverimini artıran üsulların tətbiqi üçün yataq sahələrinin


müəyyən edilməsi.
Məlumdur ki, neft yataqlarının sahəsi üzrə lay parametrləri qiymətləri sabit
qalmır: onların qalınlığı, qeyri-bircinslikliliyi, kollektorların neftlə doyma dərəcələri,
neftlərin özlülüyü və s. müxtəlif dəyişmələrlə səciyyələnirlər. Burada aparılan
neftçıxarma prosesləri parametrlərin ilkin paylanma vəziyyətinə təsir edərək onların
müxtəlifliyini daha da kəskinləşdirir. Layların neftverimini artıran üsulların (LNA)
effektli tətbiqi isə lay parametrlərinin cari göstəricilərinə istinad edir. Odur ki, bu
üsulların tətbiqini planlaşdırarkən hər şeydən əvvəl yatağın geoloji quruluşunu
səciyyələndirən parametrlərin sahəvi dəyişmələri aşkar edilməlidir. Təcrübələr
göstərir ki, belə tədqiqatları apararkən parametrlərin paylanmasının həm
148
qanunauyğun və həm də zonal (lokal) dəyişmələri aşkar edilməlidir. Belə qoyuluş isə
yatağın sahəsi üzrə LNA-nın hər hansı bir üsulunun tətbiqi üçün tələb olunan ən
əlverişli sahələrin mövcudluğunu, onların sərhədlərinin təyininə imkan yaradır.
Beləliklə yatağın LNA-nın üsullarının sahəvi əhatəsindən onun daha kiçik əlverişli
zonasının əhatəsinə keçilir ki, bu da maddi texniki imkanlardan səmərəli istifadə
edilməsinə kömək edir. Bəzən yatağın sahəsində bir neçə belə zonalar ayrıla bilər.
Belə hallarda LNA-nın üsullarını bütün zonalarda eyni vaxtda tətbiqi aparıla bilər.
Maddi texniki imkanların məhdudluğu şəraitində isə ayrılmış zonaların LNA
üsullarının tətbiqinin ardıcıllığı təyin edilməlidir. Bunun üçün həmin zonaların qalıq
neft ehtiyatlarının həcmi hesablanmalıdır. Digər geoloji parametrlərin eyniliyi
şəraitində ehtiyatları daha çox olan zona üsulların tətbiqi üçün ilk növbəli obyekt
sayılır. Qeyd edilənləri konkret olaraq hipotetik bir yatağın timsalında təsvir edək.
Tutaq ki, bu yataqda uzun müddət işlənilmədən sonra neftvermə əmsalı kifayət
qədər yüksək deyil. Cari dövrdə də istismar olunan quyuların hasilatı orta hesabla
cəmi 3,5 ton təşkil edir. Aparılan geoloji - mədən tədqiqatları nəticəsində müəyyən
olunmuşdur ki, yataqda belə bir vəziyyətin yaranmasına səbəb hər şeydən əvvəl lay
neftlərinin özlülüyü və sıxlığının yüksək olmasıdır. (Burada aparılan bir sıra tədbirlər,
o cümlədən suvurma prosesləri kifayət qədər effektli olmamışdır.) Odur ki, bu
yataqda termiki üsulların tətbiqinin labüdlüyü şübhə doğurmur.
Sahəsi 1000 hektardan çox olan bu yataq tektonik qırılmalarla mürəkkəbləşmiş
braxiantiklinal strukturdur. Hazırda burada 145 quyu işlənilməni təmin edir. Bu
yatağın geoloji-mədən səciyyələri haqqında ətraflı dayanmadan yalnız onu qeyd
etmək lazımdır ki, termiki üsulların tətbiqi üçün onun bütün sahəsi yararlıdır. Belə ki,
bu prosesin effektli tətbiqini müəyyən edən göstəricilər bu yatağa xasdır.
Neftin lay şəraitində hərəkətini səciyyələndirən əsas amillərdən sayılan
özlülüyü 35-115 mPa·s, sıxlığı isə 912-942 kq/m3 intervalında dəyişir. Belə böyük
neftlilik sahəsinə malik yatağın bütün hissələrində eyni zamanda termiki üsulların
tətbiqi mümkün olmadığından burada ən əlverişli zonaların seçilməsi məsələsi
qarşıya çıxır. Onun həlli aşağıdakı ardıcıllıqla həyata keçirilir.
149
1. Yatağın sahəsi üzrə neftin özlülüyü və sıxlığının paylanma
qanunauyğunluğunun təyini. Bu məsələnin həlli trend xəritələri vasitəsilə
həyata keçirilir (şək.III.10.).
Neftin sıxlığını təsvir edən VI-ci dərəcəli trend xəritələrinin dəqiqlik dərəcəsi
87%-dir. Göründüyü kimi burada sıxlığı 942 kq/m3-a çatan daha ağır neftlər
strukturun qərb sahəsində yerləşir. Şərq istiqamətində layın dərinliyi artdıqca neftin
sıxlığı tədricən azalaraq 912-922 kq/m3 çatır(şək.III.10 a). Bu yataqda neftin
özlülüyünün paylanma qanunauyğunluğunu aşkar etmək üçün dəqiqliyi 89% olan IV-
cü dərəcəli trend xəritəsi tərtib olunmuşdur (şək.III.10.b). Göründüyü kimi bu
göstəricinin qiyməti strukturun qərb hissəsindən şərqə doğru 135 mPa·s-dən 15mPa·s
qədər azalır.
2. Lokal (təsadüfi) zonaların ayrılması. Neftlərin sıxlığının və özlülüyünün
baxılan yataqda təsadüfi paylanmalarını aşkar etmək üçün trend analizinin
alqoritminin köməyi ilə xəritələr tərtib olunmuşdur (şək.III.11).
Göründüyü kimi daha ağır neftlər strukturun qərb və mərkəz hissələrindəki beş
zonada yerləşmişdir. Özlülüyü daha çox olan neftlər isə yatağın həmin hissələrində
dörd zona ilə əlaqədardır. Beləliklə, termiki metodların effektivliyinə əsaslı təsir
göstərən hər iki parametrin zonal paylanma xəritələri qurulmuşdur. Lakin onların hər
birinə ayrılıqda istinad etməklə bu üsulların tətbiq zonalarının seçilməsi əsaslı
sayılmır. Belə ki, bu parametrlərin termiki üsulların effektli tətbiqinə ayrılıqda deyil,
eyni zamanda birgə təsiri baş verir. Odur ki, hər iki parametrin yataq sahəsində
paylanmasını əks etdirən ümumiləşdirilmiş xəritənin tərtibi tələb olunur. Bu xəritədə
neftin həm sıxlığı və həm də özlülüyünün qalıq zonaları əks etdirilir (şək.III.12.).
Göründüyü kimi bu xəritədə doqquz zona ayrılır ki, onlarda da hər iki parametrin
qiymətlərinə görə işlənilmə üçün qeyri-qənaətbəxş şərait mövcuddur. Bu sahələrdə
neftlərin böyük sıxlığa və özlülüyə malik olması hazırda tətbiq olunan işlənilmə
prosesinin effektli olacağı şübhə doğurur. Odur ki, bu sahələrin neft ehtiyatlarının
realizəsi termiki üsullarla aparılması məqsədəuyğun sayılır. Zonaların termiki
üsulların tətbiqinə cəlb edilmə ardıcıllığı, yuxarıda qeyd edildiyi kimi, qalıq balans
ehtiyatının həcminin nəzərə alınması ilə təyin edilir.
150
Şəkil III.10. Hipotetik yataqda neftlərin sıxlığı və özlülüyünün trend xəritələri
a) neftin sıxlığı (VI dərəcəli trend); b) neftin özlülüyü (IV dərəcəli trend)
1 – quyu nömrəsi; 2 – layın tavana görə izohipslər; 3 – tektonik qırılmalar; 4 – trend səthi; 5 – su-neft konturu.
Şəkil III.11. Hipotetik yataqda neftlərin sıxlığı və özlülüyünün qalıq trend xəritələri
a) neftin sıxlığı (VI dərəcəli trend); b) neftin özlülüyü (IV dərəcəli trend)
1 – quyu nömrəsi; 2 – layın tavanına görə izohipslər; 3 – neftlərin sıxlığı və özlülüyü görə ayrılmış zonalar;
4 – tektonik qırılmalar; 5 – su-neft konturu.
Şəkil III.12. Hipotetik yataqda neftlərin sıxlığı və özlülüyünün ümumiləşdirilmiş “qalıq” trend xəritəsi.
1 – izohipslər; 2 – tektonik qırılmalar; 3 – istilik üsulları üçün seçilmiş sahələr; 4 – su-neft konturu.
III.4.3. Horizontal quyuların qazılmasının və istismarının geoloji şəraiti.

Bəzi mütəxəssislər horizontal quyuların tətbiqini yataqların neftverimini artıran


proqressiv üsullar cərgəsinə aid edirlər. Bu onunla əlaqələndirilir ki, yataqların son
neftvermə əmsalının səviyyəsini əsaslandırarkən bu üsulun imkanları nəzərdə
tutulmayır.

Dünya neftqazçıxarma təcrübəsindən məlumdur ki, yataqların işlənilmə


effektivliyini artırmaq üçün horizontal quyuların imkanlarından geniş istifadə edilir.
Son illərdə bu üsulla qazılmış quyuların istismarı bir qayda olaraq layihə sənədlərində
də öz əksini tapır. Horizontal quyular yeni kəşf edilmiş mədənlərlə yanaşı uzun
müddət işlənilən yataqların reabilitasiyası üçün də istifadə edilir.

Horizontal quyu məfhumu quyu gövdəsinin mütləq horizontal olmasını


nəzərdə tutmur; yatağın neftlilik həcminin forması və neftlədoymasından asılı olaraq
onun gövdəsi istənilən kimi istiqamətləndirilə bilər (şək.III.13.).

Şəkil III.13. Horizontal quyunun sxematik görünüşü.

Beləliklə, horizontal quyuların həndəsi vəziyyəti yatağın neftlədoymuş


sahəsində drenaj zonasını artırmağa, işlənilmə ilə əhatə olunmamış məhsuldar layları
açmaqla işlənilməyə cəlb olunmasını təmin edir. Odur ki, belə quyuların hasilat
imkanları adi (şaquli) quyulara nisbətən xeyli yüksəkdir, lakin horizontal quyuların
155
qazılması və istismarı iqtisadi göstəriciləri yüksək olduğundan onların qazılma
məsələlərinə məsuliyyətlə yanaşma tələb olunur.

Qeyd etmək lazımdır ki, dəniz akvatoriyasında yerləşən yataqların işlənilməsində bu


qazıma üsulunun əhəmiyyəti daha böyükdür. Belə ki, onların tətbiqi nəticəsində
özüllərin sayının azalmasına nail olunur.
Ümumiyyətlə horizontal quyularla yataqların işlənilməsi onların ehtiyatlarının
aktiv mənimsənilməsinə gətirərək son neftvermə əmsalının artırılmasına imkan verir.
Bu baxımdan horizontal quyularla istismar üsulunun layların neftverimini artıran
üsullar kompleksinə daxıl edilməsi məqsədəuyğundur.
Horizontal quyuların ənənəvi istifadə edilən şaquli quyulara nisbətən bir sıra
imkanları mövcuddur:

 quyu gövdəsinin vəziyyətinin geoloji fəzada dəyişdirilməsi nəticəsində


drenaj zonalarının əsaslı surətdə artırılması;

 layda mayenin (neftin) axım istiqamətinin dəyişilməsi;

 məhsuldar layın həcmində neftliliyin (sululuğun) paylanılmasından asılı


olaraq onun tavanının (dabanının) iki və ya bir neçə dəfə kəsilməsi,
şək.III.14.a.;

 ekran tipli qırılmalar ilə məhdudlaşan yatağın qonşu bloklarının eyni


vaxtda işlənilməyə cəlb edilməsi, şək.III.14.b.;

 zəif sementləşmiş kollektorlarda işlənilmə prosesində baş verən qum


tıxac əmələgəlmə intensivliyinin xeyli azalması.

Yataqların horizontal quyular ilə işlənilməsində alınan yüksək hasilat onların


qazılmasına sərf olunan xərcləri tamamilə ödədiyindən iqtisadi cəhətdən əlverişli
işlənilmə üsulu hesab edilir.
156

Şəkil III.14. Horizontal quyunun funksional imkanları.

Uzun müddət işlənilmədə olan yataqlarda minlərlə horizontal quyuların


qazılması və istismarı təcrübəsində, onların daha effektli tətbiqinin geoloji-mədən
meyarları müəyyən olunmuşdur (B.Ə. Bağırov, Ə.M.Salmanov,1994)
Onlar aşağıdakılardır:
 yataqda kifayət miqdarda qalıq neft ehtiyatı;
 kəsilişi qeyribircinsliliyi ilə səciyyələnən (bölünmə əmsalı böyük olan)
laylar;
 kollektorların kiçik keçiriciliyi ( kkeç < 0,1 mkm2);
 işlənilməyə cəlb olunmayan və ya zəif drenaj olunan zonaların
mövcudluğu;
157
 neftlərin yüksək özlülüyü (µ > 10 mPa·s);
 yatağın qeyri-aktiv təbii rejimi;
 layın effektiv qalınlığı 3 m-dən az olmadıqda.

Onu da qeyd edək ki, horizontal quyuların qazılmasına təsir edən bir sıra digər
amillər də (o cümlədən layların yatım dərinliyi) müasir dövrdə bu quyuların qazılma
imkanlarını məhdudlaşdırmır.
Beləliklə, yuxarıda sadalanan meyarlara istinad etməklə hər hansı bir regionda
işlənilən yataqlar sırasından horizontal quyuların qazılaraq istismarı üçün obyektlər
seçmək olar. Ilkin tədqiqatlar göstərir ki, Azərbaycanın quru sahəsində və dəniz
akvatoriyasında işlənilən yataqlarında horizontal quyuların qazılması üçün müvafiq
geoloji-mədən şəraiti mövcuddur və bu üsulun tətbiqi yüksək səmərə verə bilər.

III.5. Yataqların işlənilməsi üçün tələb olunan quyu fondu və quyu şəbəkəsi.
Quyu fondu.
Yataqların karbohidrogen ehtiyatlarının realizəsi müxtəlif təminatlı
quyularla həyata keçirilir. Layların neftçıxarma proseslərini tənzimləməyə imkan
verən bu quyular yatağın fondunu təşkil edirlər.
Quyu fondu yatağın layihə sənədlərinə müvafiq yaradılır. Fondun tərkibi
işlənilmə proseslərində dəyişilə bilər (yatağın bütün sahəsini işlənilmə ilə əhatə
etmək üçün quyuların yeri, sayı və funksiyası).
Quyu fondu dörd qrup quyulardan təşkil olunur: istismar (hasilat), vurucu,
xüsusi və köməkçi.
İstismar quyuları neftin və qazın hasil edilməsi üçün qazılır və təbii ki,
fondun böyük əksəriyyətini təşkil edir. Bu qrupa işlək və fəaliyyətsiz quyular
daxildir. Hər hansı bir ay və ya ildə hasilatın alınmasında bilavasitə iştirak edən
quyular işlək, müxtəlif səbəblər üzündən saxlanılmış quyular isə fəaliyyətsiz
adlanır.
158
Vurucu quyular laylara təsir üsullarının həyata keçirilməsində istifadə
edilir. Yatağa suyun vurulmasında iştirak edən quyulara suvurucu, buxarın
vurulmasında – buxarvurucu, qazın vurulmasında - qazvurucu quyular kimi
təsnifat edilir.
Xüsusi quyular yatağın işlənilməsi üçün tələb olunan müxtəlif
tədqiqatların aparılması üçün qazılır. Bunlardan bəziləri lay şəraitlərinin
qiymətlərini öyrənmək üçün istifadə edilir və qiymətləndirici quyular adlanır.
Digərləri isə işlənilmə dinamikasını izləmək üçündür və nəzarət quyuları kimi
təsnif olunur.
Köməkçi quyuların işlənilmədə istifadəsinə az təsadüf edilir. Onlar yüksək
təzyiqli su layının işlənilməyə mənfi təsirini azaltmaq üçün tətbiq olunur: bu
quyularla hasil edilən suları, az təzyiqli məhsuldar laylara vurmaqda istifadə
etmək olar (şək. III.15.).

Şəkil III.15. Yataqlarda quyu fondunun sxemi.

Quyu şəbəkəsi.
Yataqların quyu şəbəkəsi onların müəyyən formada yerləşdirilməsini nəzərdə
tutur. Quyu şəbəkəsi yatağın işlənilmə müvəffəqiyyətini müəyyənləşdirən əsas
amillərdən sayılır. Şəbəkənin forma və sıxlığını elə seçmək lazımdır ki, yatağın
ehtiyatlarından maksimum istifadə oluna bilsin. Lakin bu məsələnin həllində yatağın
işlənilməsinin iqtisadi göstəricilərini formalaşdıran əsas amil olan quyuların qazılma
xərci nəzərə alınmalıdır. Belə ki, böyük kapital qoyuluşu tələb edən, hətta bir
quyunun artıq qazılması, son nəticədə hasil edilən karbohidrogenlərin maya dəyərini
159
xeyli yüksəltmiş olur. Yataqların quyu şəbəkəsinin təyini bu yatağın geoloji
quruluşundan əsaslı surətdə asılıdır. Amma təbiətdə oxşar geoloji quruluşlu obyekt
olmadığından tam identik quyu şəbəkəsi də olmur.
Beləliklə, quyu şəbəkəsinin seçilməsinin əsas tələbatı yatağın geoloji
quruluşunu səciyyələndirən göstəricilər haqqında məlumatların olmasıdır: nə qədər
lay parametrləri haqqında məlumatlar dolğun olarsa, o qədər də quyu şəbəkəsi
düzgün seçilir. Lakin nəzərə almaq lazımdır ki, yatağın axtarış və kəşfiyyat
dövrlərində bu parametrlər haqqında məlumatların həcmi məhdud, keyfiyyəti isə
kifayət qədər yüksək olmur. Bu səbəbdən yatağın işlənilməsini təmin edəcək quyu
şəbəkəsini birbaşa seçmək düzgün nəticələrə gətirmir. Odur ki, bu problemin həlli iki
mərhələli olmalıdır.
Birinci mərhələdə yataqda, müəyyən həndəsi formada, əsas quyu fondunun
qazılması həyata keçirilir. İkinci mərhələdə isə ehtiyat quyu fondu qazılır. Onların
sayı əsas quyu fondunun 20-30%-ni, bəzən 50%-ni təşkil edə bilər. Ehtiyat fondunun
quyularının yerləşdirilməsi üçün əsas fondun qazılması və istismarından alınan
məlumatlar öyrənilməlidir. Burada su-neft konturunun hərəkəti, yataq sahəsində
işlənilməyə cəlb olunmayan və ya zəif drenaj olunan zonaların mövcudluğu nəzərə
alınmalıdır.
Quyu şəbəkəsini səciyyələndirmək üçün aşağıdakı göstəricilərdən istifadə
edilir:
quyuların yerləşdirmə xarakterində iki forma daha çox tətbiq olunur: bərabər
ölçülü və bərabər dəyişən.
Bərabər ölçülü forma yatağa qazılmış bütün istismar və vurucu quyular
arasında, eləcə də onların yerləşmə sıraları arasında məsafələrin eyni olmasını
nəzərdə tutur. Belə forma böyük neftli sahəyə malik, geoloji qeyribircinsliliyi yüksək,
süxurların keçiriciliyi az, lay neftlərinin özlülüyü isə çox olan yataqlarda tətbiq
olunur (şək.III.16).
160

Şəkil III.16. Bərabər ölçülü quyu şəbəkəsi


(º istismar quyuları; * vurucu quyular)

Bərabər dəyişən şəbəkədə isə quyular arasında məsafələr eyni qəbul edilirsə,
sıralar arasındakı məsafələr nisbətən çox götürülür. Bu halda vurucu quyular bir
qayda olaraq yatağın kənar hissələrində yerləşdirilir. Belə şəbəkə geoloji quruluşu
nisbətən sadə, qeyribircinsliliyi az, neftlərin özlülüyü isə zəif olanda tətbiq olunur.
Burada vurucu quyuların yerləşdirilməsində onların istismar quyu sıralarının
maksimum üçünə təsir edə biləcəyi nəzərdə tutulmalıdır.

Şəkil III.17. Bərabər dəyişən quyu şəbəkəsi


(º istismar quyuları; * vurucu quyular)

Quyuların yerləşdirilmə forması. Neftçıxarma təcrübəsindən məlumdur ki,


yataqlarda əsas fondun quyuları sahədə kvadrat və üçbucaq formalarında yerləşdirilir
(şək.III.18.)
161

Şəkil III.18. Hasilat quyularının yerləşdirmə sxemi


( a- kvadrat, b- üçbucaq).

Quyu şəbəkəsinin sıxlığı. Bu göstərici quyular və sıralar arasında məsafə və bir


quyuya düşən neftlilik sahəsi ilə səciyyələnir.
Yataqların geoloji quruluşundan asılı olaraq quyu şəbəkəsinin sıxlığı müxtəlif
cür qəbul olunur. Məsələn, qeyribircinsli quruluşlu, kiçik keçiricili layların və yüksək
özüllü neftlər şəraitində quyular arasında məsafə 400 m götürülür ki, bu da 16
ha/quyu deməkdir; geoloji mühitin qeyribircinsliliyi şəraitində yüksək özlülüklü
neftli laylarda süxurların keçiriciliyi yüksək olanda isə quyular arasında məsafə 400-
500 m götürülür (16-25 ha/quyu); yataqların əlverişli geoloji şəraitlərində (böyük
qalınlığa malik monolit laylarda, qeyribircinsliliyi zəif, yüksək keçiricili süxurlarda,
çox kiçik özlülü neftlərdə) quyular arasında məsafə 600-1000 m götürülə bilər. Bu da
quyu şəbəkəsinin sıxlığının 36-100 ha/quyu deməkdir.
Yuxarıda təsvir olunan quyuların yerləşdirilmə xarakteri, forması və sıxlığı
haqqında məlumatlar fonunda təcrübədə olduqca müxtəlif dəyişmələrə rast gəlinir.
Xüsusilə ehtiyat fondunun qazılmasında işlənilmə layihəsində nəzərdə tutulan şəbəkə
göstəriciləri dəyişdirilə bilər. Bu onunla əlaqədardır ki, işlənilmə prosesində yataqda
su-neft konturu qeyri-bərabər hərəkət edə bilər və yaxud yataq sahəsində işlənilmə ilə
əhatə olunmayan zonalar yarana bilər və s.
162
III.6. İşlənilmə obyektlərin qradiyent təzyiqi.
Neft yataqlarının işlənilmə tempi (illik neft hasilatının çıxarılabilən ehtiyatına
nisbəti) layların qradiyent təzyiqlərinin qiymətindən ( P ) əsaslı surətdə asılıdır:
P
P 
L
P  Play–Pq.dib - yataqların qidalanma konturu ilə neftçıxarma zonası (quyu

ətrafı) arasında təzyiqlər fərqi;


Play – qidalanma konturunda lay təzyiqi;
Pq.dib – istismar quyularında tarazlıq iş rejimində quyu dibi təzyiqi;
L – qidalanma konturundan hasilat zonasına qədər (quyunun dibinə) olan
məsafə.
Qradiyent təzyiqini artırmaq üçün qidalanma sahəsində suvurma sisteminin
aktivliyini (vurma təzyiqini) artırmaqla yanaşı istismar quyularında dib təzyiqini
aşağı salmaq lazımdır.
Suvurma prosesinin effektli getməsi üçün vurma təzyiqi ilk lay təzyiqinin
qiymətindən 15-20% artıq götürülməlidir. Təzyiqin daha artıq olması layların
hidravlik yarılmasına və su dillərinin əmələ gəlməsinə səbəb ola bilər.
Yataqların işlənməsində quyu dibi təzyiqlərinin aşağı salınması quyuların
hasilatını artırmağa imkan verir. Belə ki, təzyiqlərin aşağı enməsi az keçirici
laylardan da maye axımının çoxalmasına gətirir. Lakin quyu dibi təzyiqlərinin aşağı
endirilməsi layların geoloji-fiziki xarakterinə istinad etməlidir. Əgər lay süxurlarının
sementlənmə dərəcəsi zəifdirsə, quyu dibi təzyiqinin aşağı enməsi qum axımına
səbəb olar ki, bu da istismar prosesini çətinləşdirər. Belə halda yataqların
işlənilməsinin effektivliyini artırmaq üçün böyük təzyiqlə laya su vurulması nəzərdə
tutulmalıdır.

III.7. Neft yataqlarının işlənilməsinin xarakterik mərhələləri.


Neft yataqlarının işlənilməsi çox uzun bir müddət ərzində və
özünəməxsus dinamik sistemlə aparılır. Yerləşdiyi ölkədən (hövzədən), geoloji
quruluşundan, ehtiyat həcmindən, işlənilmə sistemlərindən və s. amillərdən asılı
olmayaraq neft yataqlarında hasilatın dinamikasının ümumi oxşarlığı vardır:
163
işlənilmənin əvvəlində illik neft hasilatının həcmi maksimum həddə çatır, sonra
nisbi stabillik qeyd olunur; bundan sonra isə onun sistematik azalma dövrü
başlanır. Bu dövrdə neft hasilatının enmə tempi müəyyən ardıcıllıqla baş verir:
əvvəlcə azalma kəskin, sonralar isə zəif templərlə gedir.
Neftçıxarma dinamikasının göstərilən ümumi qanunauyğun inkişafı
fonunda fərdi yataqlarda onun ən müxtəlif formaları müşahidə olunur. Məsələn,
əgər bir qrup yataqlarda hasilatın maksimum həddinə qısa bir vaxtda (3-5 il)
nail olunursa, digərlərində bunun üçün daha çox müddət tələb edilir; və ya bəzi
yataqlarda hasilatın nisbi stabilliyi bir neçə illərdə müşahidə olunursa,
digərlərində belə bir dövr çox qısa olur, yaxud heç olmur: yatağın neft
hasilatının maksimum səviyyəsinə çatdıqdan sonra, dərhal enməsi başlanır.
Beləliklə, yatağın neft hasilatının əvvəlindən sonuna qədər olan vaxtı –
işlənilmə dövrü adlandırsaq, onun dinamikasında baş verən spesifik dəyişmə
illərini mərhələ adlandırmaq məqsədəuyğun sayılar. Belə olduqda işlənilmə
dövrünü aşağıdakı mərhələlərə bölmək olar (şək.III.19.).
I mərhələ - yatağa layihə sənədlərinə müvafiq ilkin quyular qazılır və
istismara verilir. Onların yüksək hasilatları isə illik dinamikanı maksimum
səviyyəyə çatdırır ki, bu da I mərhələnin son həddi hesab edilir.
II mərhələ - hasilatının nisbi stabillik illəridir. Bu mərhələnin müddəti 1-10
il ola bilər və burada illik neft hasilatının həcmi onun maksimum qiymətindən
təxminən 10%-ə qədər aşağı enir. Həmin anı II-ci mərhələnin sonu və III-cü
mərhələnin başlanğıcı hesab etmək lazımdır. Bəzi yataqlarda, xüsusilə enerji mənbəyi
qaz resursları ilə səciyyələnən yataqlarda, işlənilmənin I mərhələsində quyulardan
alınan yüksək hasilatın səviyyəsini sonrakı illərdə saxlamaq mümkün olmur. Odur ki,
belə yataqlarda II-ci mərhələ çox qısa dövrdə qeyd olunur və ya heç qeyd olunmur.
Buna misal olaraq, Azərbaycan mədənlərində qırməki lay dəstəsi ilə əlaqədar
obyektlərin işlənilmə xarakterini göstərmək olar. Burada müxtəlif mədənlərdə
işlənilmənin əvvəlindən əldə edilən maksimum hasilatın səviyyəsini saxlamaq
mümküm olmamışdır: illik neft hasilatı dərhal enməyə məruz qalmışdır. Odur ki, bu
164
tip yataqların II-ci mərhələsi qeyd olunmamışdır. Belə olduqda işlənilmənin I
mərhələsindən sonra bilavasitə III mərhələsi başlanır.
Qeyd etmək lazımdır ki, I və II mərhələlərdə yataqların çıxarıla bilən
ehtiyatlarının 40-70% qədəri artıq realizə edilə bilər.
III mərhələ - yataqda işlənilmənin ilk illərində (I və II mərhələlər) əldə edilən
böyük neft hasilatı onun enerji mənbəyinin xeyli istifadəsinə səbəb olur. Odur ki,
sonralar quyu fondunun maksimum hissəsinin işə salınmasına və lay enerjisinin
enməsinə qarşı tədbirlərin görülməsinə baxmayaraq hasilatın kəskin aşağı enməsi
müşahidə olunur. Beləliklə, illik neft hasilatı azalır və neftçıxarma tempinin 2%
səviyyəsinə qədər düşür. Bu hədd III mərhələ ilə IV mərhələnin sərhəd qiyməti kimi
qəbul olunur (M.M.İvanova, 1976).
Şəkil III.19. Neft yatağının işlənilmə mərhələləri
IV mərhələ - yataqda illik neft hasilatının daha da azalması dövrü bu
mərhələyə aid edilir. Burada illik neftçıxarma tempinin qiyməti 2%-dən aşağı olur.
Bu mərhələ yataqların işlənilməsinin son dərəcə uzunsürən dövrüdür. Bu dövrdə
yataqlar geoloji və texnoloji amillərin xeyli mürəkkəbləşməsi ilə səciyyələnir: lay
təzyiqi azalır, sulaşma qeyri-bərabər formada özünü göstərir, quyuların istismarına
qum tıxacı təsir etdiyindən onların hasilatı yüksək olmur və s. Odur ki, işlənilmənin
IV mərhələsində neftçıxarmanın illik tempi bir qayda olaraq yüksək olmur.
Beləliklə, neft yataqlarının işlənilməsi dörd mərhələli kimi qəbul edilir. Lakin,
son vaxtlar yataqların işlənilmə prosesində onların neftverimini artıran yeni
üsullar tətbiq olunur ki, onlar da prosesin inkişafına müsbət təsir edirlər. Bəzi
yataqlarda laya təsir üsulları onların illik işlənilmə tempini 2%-dən yüksək bir
səviyyəyə qaldırmağa imkan verir. Belə illəri IV-cü mərhələyə aid etmək isə
geoloji - işlənilmə baxımından düzgün deyil. Odur ki, işlənilmə prosesində yeni
bir mərhələnin - V mərhələnin - ayrılması təklif olunmuşdur (B.Ə.Bağırov,1986).
Yataqların geoloji-texnoloji göstəricilərindən və laya təsir üsullarının tətbiqinin
nəticələrindən asılı olaraq bu mərhələnin müddəti müxtəlif olur. Bir müddət
keçdikdən sonra işlənilmə tempi yenidən 2%-dən aşağı bir səviyyəyə enir
(şək.III.19.). Odur ki, müvafiq tədqiqatları apararkən belə yataqların hasilat
dinamikasının ardıcıllığı aşağıdakı kimi əks olunmalıdır: I-II-III-IVa-V-IVb.
Yataqlarda illik neft hasilatının təqdim olunmuş formada mərhələlərə
bölünməsi onlarda müqayisəli geoloji-mədən analizin aparılmasına şərait yaradır ki,
bu da işlənilmə prosesinin mənfi və ya müsbət cəhədlərinin+ aşkar edilməsində
əhəmiyyətli olur.
Qeyd etmək lazımdır ki, I, II və III mərhələlər işlənilmənin əsas, IVa və IVb -
işlənilmənin son və ya tamamlayıcı, V mərhələ isə tətbiq olunan prosesin mütərəqqi
dövrü adlanır.
Dünya neft yataqları üçün xarakterik olan bu mərhələlərin ayrılması
fonunda Azərbaycan obyektlərində neftçıxarmanın özünəməxsus xüsusiyyətləri də
aşkar edilmişdir. Onların səciyyəsinə nəzər salaq.
Ölkəmizdə işlənilən yataqların geoloji-istismar xassələrinin təhlili göstərir
ki, illik neftçıxarma dinamikasının inkişafına əsas təsir edən amil onlarda lay
rejiminin biruzəsidir. Bu yataqların böyük əksəriyyətində qarışıq (ətraf sularla
qaz resurslarının müxtəlif kombinasiyada təsiri) və ya neftdə həll olmuş qaz
rejimi qeyd olunur. Məhz bu səbəbdən də onların işlənilməsinin xarakterik
mərhələlərini təhlil edərkən lay rejimləri nəzərə alınmışdır.
Qarışıq rejimli yataqların neftçıxarma dinamikasını təhlil etmək üçün müxtəlif
mədənlərdə (Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qala, Buzovna-Maştağa və s.)
qırməkialtı və qırməkiüstü qumlu, balaxanı, suraxanı lay dəstələrindən bu rejim
üçün xas olan obyektlər aid edilir. Neftdə həll olmuş qaz rejimli yataqlar üçün isə
qırməki lay dəstəsi ilə əlaqədar olan işlənilmə obyektlərinin dinamiki göstəriciləri
ayırd edilmişdir.
Məlum olmuşdur ki, lay rejimlərinə görə qruplaşdırılmış yataqların neft
hasilatının dinamikasında kəskin fərqlər mövcuddur. Məsələn, hərgah qarışıq rejimli
yataqlarda hasilatı maksimum qiymətinə çatdırılması üçün 3 il tələb olunmuşsa,
neftdə həll olmuş qaz rejimlərində bu səviyyəyə çatmaq üçün orta hesabla 5 il
tələb olunmuşdur. Araşdırmalar göstərir ki, belə yataqların az saylı quyularla
(bazis obyektlərindən qaytarılan) işlənilməyə verilməsi I mərhələnin uzanmasına öz
təsirini göstərmişdir. Maraqlıdır ki, I mərhələdə onlarda çıxarılabilən neft ehtiyatının
yalnız 10% realizə olunmuşdursa, qarışıq rejimli horizontlarda bu göstəricinin
qiyməti 13%-ə çatır; III mərhələdə qarışıq rejimli yataqlarda çıxarılabilən ehtiyatın
41,0% realizə olunmuşsa, neftdə həll olmuş qaz rejimində isə cəmi 32,0% çatır. Lay
rejimlərinə görə ayrılmış yataqlarda işlənilmə proseslərinin digər müxtəlifliyi də
aşkar edilmişdir ki, bunlar da Cənubi Xəzər hövzəsində yeni kəşf ediləcək oxşar
yataqlarının dinamik göstəricilərinin proqnozlaşdırılmasında istifadə edilə bilər
(B.Ə.Bağırov, 1986).
III.8. Neft yataqlarının işlənilməyə cəlb edilməsi və neftçıxarma prosesinin
tənzimlənməsi.
Yataqların işlənilmə effektivliyi onların bu prosesə cəlb edilmə dərəcəsindən
də asılıdır. Neftçıxarma prosesi kifayət qədər quyularla başlanmışsa, burada əlverişli
ümumi hidrodinamiki bir mühit yaranır. Belə şəraitdə yatağın həcmindəki neftin
müəyyən istiqamətlərdə hərəkəti təmin edilir (şək.III.20).

Şəkil III.20. Su-neft konturunun bərabər hərəkət prinsipi

Yatağın sahəsi böyük olduqda geoloji müxtəliflik şəraitində su-neft konturunun


bərabər hərəkətini təmin etmək üçün suvurma prosesi müxtəlif modifikasiyalar ilə
həyata keçirilir (şək.III.21.).

Şəkil III.21. Yatağa suvurma prosesinin tətbiqində bərabər sürətli işlənilmə


sxemi.
Əksinə - bu dövrdə quyuların sayı az olduqda yataq həcmində səlis flüid
axımına rast gəlinmir (şək.III.22).

Şəkil III.22. Neft yatağının qeyri-bərabər işlənilməsi.

Belə hallarda ümumi drenaja qoşulmayan sahələr yaranır ki, onlarda olan neft
ehtiyatlarını sonradan realizə etmək çox çətin olur. Odur ki, işlənilmə layihələri tərtib
edilərkən məhsuldar layın həcminin bütövlükdə ümumi drenaj sisteminə cəlb
edilməsi nəzərdə tutulur. Belə qəbul edilir ki, yatağın həcmi işlənilməyə nə qədər
aktiv cəlb edilə bilərsə, o qədər də burada toplanılmış neft yığımların realizəsi çox
olar. O da məlumdur ki, yatağı işə salarkən quyuların sayı və iş rejimi (o cümlədən
vurucu quyular) layihə sənədlərinə müvafiq olmadıqda yataq həcmindəki neftlərin
hərəkəti zəif və qeyri bərabər olur (şək.III.22.). Azərbaycanın bəzi yataqlarında da
belə hallara rast gəlinir. Burada istismar quyu fondunun əsas hissəsinin işə
salınmasına baxmayaraq həmin laya su vurulmur və ya ləng templərlə vurulur. Bütün
bu çatışmamazlıqlar yatağın işlənilmə ilə əhatəsini çətinləşdirir.
Beləliklə, bütün texniki imkanlar vasitəsilə - istismar və vurucu quyularla - neft
yatağı işlənilməyə cəlb edilir.
Hərgah yataqda neftçıxarma prosesi yalnız təbii enerji vasitəsilə aparılırsa,
onun işlənilməyə cəlb edilmə dərəcəsi aşağıdakı düsturla ifadə oluna bilər.
V
K ic  ic

Burada Kic –yatağın işlənilməyə cəlb edilmə dərəcəsi;
Vic- yataq həcminin işlənilməyə cəlb olunmuş hissəsi;
Vü- həmin yatağın ümumi həcmidir.
Qeyd edək ki, işlənilmənin ilk mərhələsində layihədə nəzərdə tutulmuş quyu
fondunun qazılması mümkün olmadığından yataq işlənilmə ilə tam əhatə edilə bilmir,
yəni Kic<1. Sonralar (işlənilmənin II və III mərhələlərində) yataq quyu şəbəkəsi ilə
tam təmin olunduqda, onun işlənilməyə maksimum cəlb edilməsinə nail olunur.
Qaz yataqlarında isə bu problem bir qədər başqa formada təzahür edir. Lay
şəraitində qazın böyük sürətlə hərəkət etmə qabiliyyətinə malik olduğundan, yatağı
nisbətən az quyularla işlənilməyə cəlb etmək olur (Kic=1). Əlbəttə, göstərilən proses
qaz yatağının əlverişli geoloji şəraitlərində baş verir.
Neft yatağına suyun vurulması, onun işlənilmə effektivliyini artırırsa da, bu
proseslə yatağın bütün həcmini həmişə əhatə etmək olmur: vurucu quyuların sayı,
yerləşdirilməsi, vurulan suyun həcmi və s. amillərdən asılı olaraq onun həcmi
müxtəlif dərəcədə bu prosesin təsirinə düşür, yəni
V
K s.я  s.я

burada Ks.ə - yatağın su ilə sıxışdırılmasının əhatə dərəcəsi;
Vs.ə - yatağın vurulan su ilə sulaşdırılan həcmi;
Vü - həmin yatağın ümumi həcmidir.
Hər iki əmsalın qiymətləri yatağın geoloji-fiziki göstəricilərinin
paylanılmasından, qeyri-bircinslilik dərəcəsindən və s. asılıdır. Layların bölünməsi
və keçiriciliyi, neftlərin özlülüyü, lay təzyiqi və s. xüsusiyyətləri yatağın işlənilməyə
cəlb edilmə dərəcəsinə öz təsirini göstərir. Odur ki, neft yataqlarının işlənilməyə cəlb
edilməsi üçün müxtəlif geoloji və texnoloji amillərin rolu nəzərə alınmalıdır.
Yatağın işlənilməyə cəlb edilmə dərəcəsini öyrənmək üçün xüsusi xəritələr
qurulur. Bu xəritələrdə yatağın sahəsi və kəsilişində işlənilmə zonaları və işlənilmə
layları müəyyən olunur.
Bu tip xəritələri tərtib etmək üçün müvafiq məlumatların mövcud olması tələb
olunur. Məsələn, qarışıq rejimli neft yatağında suvurmanı tənzimli aparmaq üçün
yataqda su-neft konturunun hərəkəti və laya vurulan suyun bu hərəkətə təsiri təyin
olunmalıdır (şək. III.21).
Beləliklə, neft yataqlarının işlənilməsi onların daimi nəzarətdə olmasını tələb
edir: neftin, qazın və suyun hasilat dinamikası, lay təzyiqi, sulaşmanın cari dövrdəki
göstəriciləri və onların gələcəkdə dəyişmə dərəcələri öyrənilməlidir.
İstismar və vurucu quyular işlənilmə layihələrinə müvafiq olaraq ilkin debitlə
işə salınmalıdır. Gündəlik hasilatlar ölçülməli və hər hansı bir dəyişmələr aşkar
edilməli, səbəbləri isə aydınlaşdırılmalıdır. Məsələn, hər hansı bir quyunun
hasilatında suyun olması və sonrakı artımı onun mənşəyinin tədqiq edilməsini tələb
edir: suların laboratoriya analizləri vasitəsilə kənar, lay və ya digər laylara (aşağı və
ya yuxarıda yatan) mənsubluğu öyrənilməli və təcrid edilmə (izolə) işlərinin
aparılmasının məqsədəuyğunluğu əsaslandırılmalıdır.
İşlənilmənin digər əsas göstəricilərindən sayılan neft ehtiyatının realizə sürətidir.
Məhsuldar layın bu göstəricisini işlənilmə tempi ilə səciyyələndirirlər. Bu da bir ildə
hasil edilmiş neftin həcminin onun ilk çıxarılabilən ehtiyatının ümumi həcminə olan
nisbətidir və faizlə ifadə olunur. İşlənilmə tempinin qiyməti prosesin mərhələlərindən,
yatağın geoloji quruluşundan, quyularının sayından və s. asılı olaraq geniş miqyasda
dəyişilə bilər.
Məsələn, respublika mədənlərində qarışıq rejimli yataqlarda I və II
mərhələlərdə tempin qiyməti 10-12% qeydə alınmışdır. Neftdə həll olunmuş qaz
rejimində də belə bir səviyyəyə nail olmaq mümkün olunmuşsa da, onun müddəti çox
qısa olmuşdur (1-2 il). Yatağın sahəsi böyük, geoloji müxtəlifliyi yüksək olan
hallarda hətta işlənilmənin ilk mərhələlərində yüksək neftçıxarma tempini təmin
etmək çox çətindir. Yataqların işlənilməsinin IV mərhələsində temp 2%-dən aşağı
olur. Bu dövrdə də onun sonrakı enməsinin qarşısı alınmalıdır. Bu məqsədlə müvafiq
geoloji-texniki tədbirlər həyata keçirilməlidir.
İşlənilmənin bütün dövrlərində tempin dəyişmə dinamikası diqqət mərkəzində
olmalıdır. Onun tənzimlənilməsi üçün yeni quyular (işlək, vurucu) qazılmalı,
suvurma prosesinə dəyişmələr edilməli, geoloji-texniki tədbirlər həyata keçirilməlidir.
Yatağın işlənilmə prosesini daimi diqqət mərkəzində saxlamaq üçün onun lay
təzyiqinin sahəvi dəyişmələri haqqında məlumatları almaq vacibdir. Bunun üçün
quyularda müvafiq ölçülər aparılmalı və müxtəlif dövrlər üçün izobar xəritələri
qurulmalıdır. Belə ki, onlar dinamik lay təzyiqinin sahəvi paylanmasını əyani
şəkildə göstərirlər. Qurulmuş xəritələrin müqayisəli analizi layın müxtəlif
hissələrində təzyiq düşküsü haqqında məlumatların alınmasını təmin edir.
Dəyişmələrin kəskinlik dərəcəsini riyazi statistikanın müvafiq meyarları
vasitəsilə (Stüdent, Bartret, Fişer, Koxran) müəyyən etmək olar. Yataqların
işlənilməsi prosesində lay temperaturun da tədqiqi diqqət mərkəzində olmalıdır. Belə
ki, bu göstəricinin qiyməti neftin özlülüyünə - son nəticədə onun hərəkətetmə
qabiliyyətinə əsaslı təsir edir. Hər hansı bir məhsuldar layın temperaturu və onun
yatım dərinliyindən asılı dəyişmələrini təyin etmək üçün quyularda elektrik
termometrlərlə ölçülər aparılır. Onun işlənilmə dövrlərindəki dəyişməsini isə həmin
dövrlərdə aparılmış ölçü qiymətlərinin müqayisəli analizi vasitəsilə müəyyən etmək
olar. Belə tədqiqatlar ölkəmizin yataqları üçün də aparılmış, nəticələri isə hazırki
dərsliyin müvafiq bölməsində verilir.
Alınan geoloji-mədən və riyazi təhlillərin nəticələrin kompleks öyrənilməsi
vasitəsilə yatağın işlənilməsi üçün tənzimləmə əməliyyatı aparıla bilər: yataqdan
maye hasilatına, laya vurulan suyun həcminə və paylanılma xüsusiyyətlərinə
düzəlişlər verilir. Nəticə etibarı ilə yatağın hidrodinamik vəziyyətinin aktivliyi təmin
edilməlidir ki, bu da məsaməli mühitdə neftin hərəkətinə müsbət təsir göstərməlidir.
Onu da qeyd etmək lazımdır ki, layın işlənilməsində tətbiq olunan geoloji-texnoloji
tədbirlər yalnız vaxtında həyata keçirildikdə effektli olur. Müşahidə nəticələrinə görə,
geoloji-texniki tədbirlər gecikdirildikdə onların effektivliyi cüzi olur və layda bərpa
olunmaz proseslər də baş verə bilər.
Qeyd etmək lazımdır ki, yataqların işlənilməsində proqressiv üsulların
imkanlarından da istifadə edilir. Layların neftverimini artıran fiziki-kimyəvi, istilik və
s. təsirlərlə, eləcə də horizontal quyularla da məhsuldar layın işlənilmə sisteminə
təsir edilir ki, bu da son nəticədə onun ehtiyatından maksimum istifadəsinə şərait
yaradır.
Beləliklə, ənənəvi geoloji-mədən üsulları ilə yanaşı yeni tətbiq olunmuş
üsullar vasitəsilə dinamik sistem olan neft yataqlarının işlənilmə proseslərini
tənzimləmək imkanları yaranır. Bu proses isə, yuxarıda qeyd edildiyi kimi məsaməli
mühitdə lay flüidlərinin hərəkətini istənilən kimi istiqamətləndirilməsini nəzərdə
tutur. Bu isə olduqca mürəkkəb bir şəraitdə aparılır: layın çox saylı parametrləri,
onların sahəvi, dərinlik və işlənilmə dövrlərindən asılı müxtəlif dəyişmələrə məruz
qalması və s. Tənzimlənmənin əsas məqsədi yatağın ehtiyatlarından istifadə
dərəcəsinin layihə sənədlərinə müvafiq qiymətlərinə çatdırmaqdan ibarətdir.
Neft yataqlarının işlənilmə prosesini tənzimləmək prinsipi onların geoloji
xüsusiyyətlərindən asılı olaraq seçilir. Təbiətdə neft yataqları təkrarolunmaz
xüsusiyyətə malik olduqlarından onların hər biri üçün müvafiq tənzimlənilmə sistemi
tədbiq olunmalıdır.
Aşağıda misal olaraq onların bir neçəsi üçün tənzimlənilmə üsulları verilir.
I-ci misal. Eni 3-4-km olan, geoloji quruluşu sadə (layın kəsilişində laylaşma
qeyd olunmur), neftin özlülüyü az, rejimi - subasqıdır. Bu tip yataqlarda işlənilmə
prosesini tənzimli aparmaq üçün ilk su-neft konturunun bərabər hərəkətinə nail
olmaq lazımdır.
Belə ki, yalnız bu halda layın kəsilişi üzrə kənar suyun hərəkəti buradakı
neftlərin maksimum yuyularaq quyu dibinə süzülməsinə gətirə bilər. Bu prosesi idarə
etmək üçün quyularda sistematik ölçü işləri aparılmalıdır (gündəlik hasilat, vaxtaşırı
lay təzyiqi və s.)
Hər hansı bir quyuda vaxtından əvvəl sulaşma baş verdikdə onun səbəbi
araşdırılmalıdır. Əgər su digər laydan axma vasitəsilə yatağa daxil olmuşsa, təcrid
işləri aparılmalıdır. Su fiziki-kimyəvi xassələrinə görə yatağın özünə məxsusdursa,
onda onu kontur suyu kimi qəbul etmək olar. Belə olduqda kontur sularının qeyri-
bərabər hərəkətinin qarşısını almaq üçün həmin quyu dayandırılır.
II-ci misal. Neft yatağının eni 4-5 km-dən, uzunu isə 10 km-dən artıq, geoloji
quruluşu mürəkkəb, neftin özlülüyü isə yüksək.
Belə yataqların işlənilmə sistemini tənzimli aparmaq üçün istismar quyu
şəbəkəsi seçilir, vurucu quyular konturarxası və konturdaxili kombinasiya ilə
yerləşdirilir.
Belə olduqda dinamik sistem mürəkkəb olsa da, tənzimlənilə bilər. Bir tərəfdən
istismar quyularında hasilat, digər tərəfdən vurucu quyularla su təsirinin həcmi layın
hidrodinamik vəziyyətinin daimi aktivliyini təmin edir və layda ehtiyatın bərabər
realizəsinə şərait yaradır. İşlənilmənin belə tənzimlənilməsinə yatağın bərabər sürətli
işlənilmə prinsipi deyilir.
Qaz yataqlarının işlənilməsində tənzimlənilmə əməliyyatı da neft yataqlarında
olan prinsiplərə müvafiq aparılır. Burada da işlənilmənin əsas tələbatı olan, layın qaz
ehtiyatından maksimum istifadə edilməsi yerinə yetirilməlidir. Yatağın geoloji
quruluşundan, xüsusi ilə onun təbii rejimindən asılı olaraq işlənilmədə qazın
quyulara doğru bərabər hərəkəti təmin olunmalı, layda işlənilmə ilə əhatə olunmayan
sahələr olmamalıdır.
İşlənilmə prosesinin qiymətləndirilməsində Şuxartın nəzarət xəritələrinin tətbiqi
Məlum olduğu kimi yataqlara qazılan quyulardan fluid hasilatı həmin
yataqların statik vəziyyətini pozaraq dinamik sistemə çevirir. Bu sistemin
parametrləri sabit qalmadığından sistemin özünün də inkişafı müxtəlif cür gedə bilər.
Neft yataqları dinamik sistem olmaqla işlənilmə parametrlərinin dəyişməsindən asılı
olaraq neftçıxarma dinamikasını ən müxtəlif formalarına gətirib çıxarır. Odur ki, neft
yataqları işlənilməyə verilən andan onun sonunadək dinamik sistem kimi tədqiq
olunmalıdır. Burada neft hasilatının dinamikası ilə yanaşı bu dinamikanı
formalaşdıran lay parametrlərinin də zaman çərçivəsində dəyişmələri də tədqiq
olunmalıdır. Belə tədqiqatlar neft yataqlarının hasilat dinamikasının
tənzimlənilməsinə imkan verir. Bu tələbatı təmin etmək üçün dinamik üsulların
imkanlarından geniş istifadə edilməlidir.

Neft yataqlarının işlənilmə prosesini qiymətləndirmək üçün statistikada Şuxart


tərəfindən təklif olunmuş “nəzarət xəritələrinin” imkanlarından istifadə edilməsi
məqsədəuyğundur.
Nəzərdə tutulur ki, yataq istismara verildikdən sonra onun illik neft hasilatı
müəyyən dəyişmələrlə səciyyələnir. Dəyişmələrin xarakteri isə yatağı səciyyələndirən
təbii-geoloji və texnoloji parametrlərin rolundan asılıdır. Odur ki, işlənilmə
prosesinin effektivliyini artırmaq üçün yataq parametrlərinin hər birinin qiymətlərinin
optimallaşdırılmasına nail olmaq lazımdır.
Yataq parametrlərinin optimallaşdırılması dedikdə, həmin parametrlərin
optimal işlənilmə prosesini təmin edən sərhəd qiymətlərinin təyin olunması nəzərdə
tutulur. Qeyd edilən tənzimləmə sərhədlərinin təyin edilməsinin riyazi qoyuluşu
Şuxart tərəfindən əsaslandırılmışdır. Onun təklif etdiyi modeldə öyrənilən dinamik
sistemlərin optimal səviyyələri (alt və üst tənzimlənmə sərhədləri) müvafiq dəqiqlik
ilə aşkar edilir. Əgər müşahidə qiymətləri həmin sərhədlər hüdudunda olarsa proses
statistik idarə olunan hesab olunur. Prosesin bu sərhədlərdən kənara (alt və üst)
çıxdığı zamanlarda isə onun optimallığı pozulur.
Qeyd etmək lazımdır ki, nəzarət xəritələri üsulu prosesin effektivliyi haqqında
məlumatı bilavasitə onun inkişafı (dinamikası) zamanı verir, tənzimləmə zonasından
çıxma vaxtını və səbəblərini müəyyən etməyə kömək edir. Şuxart nəzarət
xəritələrinin tərtibi zamanı alt və üst tənzimləmə sərhədləri aşağıdakı kimi tapılır:

3R 3R
X alt  X  ; X üst  X  .
d d
burada, Xalt və Xüst – müvafiq olaraq alt və üst tənzimləmə sərhədləri;
X – dinamikası müşahidə olunan parametrin orta qiyməti;
R – parametrin amplitudlarının orta qiyməti;
d – əmsaldır və qiyməti xüsusi cədvəldən götürülür və 1,128 bərabərdir.
Neft yataqlarının hasilat dinamikasının qiymətləndirilməsində də bu üsulun
tətbiqi əsaslandırılmışdır (B.Ə.Bağırov,2002). Burada illik neft hasilatın
dinamikasının optimallıq dərəcəsini müəyyən etmək üçün aşağıdakı mülahizələrə
istinad edilmişdir. Yataq istismara veriləndən sonra onun hasilatı müxtəlif
dəyişmələrə (əvvəlcə artmağa, sonralar isə müxtəlif intensivliklə azalmağa) məruz
qalır. O da məlumdur ki, hasilatın dəyişməsinə müxtəlif amillər öz təsirini göstərir.
Odur ki, neftçıxarma prosesini qiymətləndirmək üçün onun dəyişən göstəricilərinin
illər üzrə variasiya hüdudlarının müəyyən edilməsi məsələsi qarşıya çıxır. Nəzərə
almaq lazımdır ki, bu hüdudların yuxarı (maksimum) və aşağı (minimum)
sərhədlərinin qiyməti lay parametrlərinin illər üzrə inkişafının xarakteri haqqında
əsaslandırılmış fikir söyləməyə imkan verir. Belə ki, bu qiymətlərdən kənara çıxan
bütün hallar prosesin optimallığının pozulmasını sübut edir: əgər müşahidə qiymətləri
verilən hüdudlarda qeyd olunursa, bu halda neftçıxarma prosesi optimal sayılır.
Həmin qiymətlər bu hüdudlardan kənara çıxırsa, onda prosesin optimal olmadığı
sübut olunur.
Qeyd etmək lazımdır ki, neft yataqlarının işlənilmə prosesinin zaman sırasında
qiymətləndirilməsi yalnız neft hasilatının yatağın potensial imkanları çərçivəsində
optimallığı haqqında mülahizələrlə bitmir. Burada yataq hasilatının optimal zonadan
çıxma səbəblərinin müəyyən edilməsi və belə halda müvafiq qərarlar qəbul edilməsi
ön plana çıxır. Odur ki, burada neft hasilatı ilə yanaşı bəzi parametrlərin də (su
hasilatı, istismar quyuların sayı və bir quyuya düşən neft hasilatı və s.) əyriləri təhlil
olunmalıdır.
Şuxartın nəzarət xəritələri ilə dinamik proseslərin qiymətləndirilməsi haqqında
ətraflı məlumatlarla bu dərsliyin “Əlavələr”ində tanış olmaq olar.
Indi isə Şuxartın nəzarət xəritələrindən istifadə etməklə hipotetik yatağın
timsalında neftçıxarma prosesinin tədqiqinə baxaq.
Yataq 1957-ci ildə iki istismar quyusu ilə işlənilməyə verilmişdir. Qısa bir
vaxtdan sonra onun illik hasilatı 338 min ton səviyyəsinə çatmışdır (1963 il) . Sonra
hasilat düşküsü müşahidə olunaraq illik hasilat 8 min ton səviyyəsinə çatmışdır
(1988-cı il). Bu dövrdən sonra illik neft hasilatı 2001-ci ilə qədər 10-20 min ton
intervalında dəyişmişdir. Yalnız 2009-cu ildə illik neft hasilatı yüksələrək 71 min ton
səviyyəsinə çatmışdır. Dinamik prosesi qiymətləndirmək üçün nəzarət xəritələrini
yataqdan çıxarılan illik su hasilatı, istismar quyularının sayı, laya vurulan suyun illər
üzrə miqdarı və vurucu quyuların sayı üzrə müvafiq nəzarət xəritələri qurulmuşdur
(bu göstəricilər üçün dəyişmələrin orta qiyməti, üst və alt tənzimlənmə sərhədləri də
qeyd olunmuşdur, (şək.III.23.). Göründüyü kimi bu yatağın işlənilmə prosesinin uzun
bir dövründə illik neft hasilatı optimal sərhədlərdən kənara çıxmışdır (1961-1974
illərdə üst sərhəddən yuxarıda, 1979-2001 illərdə isə alt sərhəddən aşağıda). 2001-ci
ildən sonra illik neft hasilatı yenidən tənzimlənmə zonasına qayıtmış və hazırda da
bu mövqedə yerləşir. Göründüyü kimi hipotetik yatağın dinamik prosesi mürəkkəb
formada inkişaf etmişdir. Bu formanın yaranma səbəblərini araşdırarkən məlum
olmuşdur ki, illik neft hasilatının miqdarı istismar quyularının sayından əsaslı surətdə
asılıdır. Hətta işlənilmənin son dövründə quyuların sayının 4-8-ə çatması belə illik
neft hasilatının kəskin artmasına imkan vermişdir.
Onu da qeyd etmək lazımdır ki, son dövrdə neftçıxarma dinamikasına yataqdan
illik su hasilatının artımı da müəyyən təsir etmişdir. Maraqlıdır ki, bu yataqda xeyli
sayda (10-21 quyu) vurucu quyularla tətbiq olunan suvurma prosesi işlənilmə
prosesinə musbət təsir göstərməmişdir (şək. III.23).
III.9. Qaz və qazkondensat yataqlarının işlənilmə xüsusiyyətləri.
Qaz və qazkondensat yataqları əsasən çox böyük dərinlikdə (3-4 km və daha
çox) yatan laylarla əlaqədardır. Onlar ən müxtəlif yatma şəraitləri ilə səciyyələnirlər
(struktur, tektonik, ekran və s.). Bu tip karbohidrogenlərin yanacaq-enerji
kompleksindəki rolu olduqca böyükdür. Qeyd etmək lazımdır ki, Azərbaycanda da
xeyli sayda qaz və qazkondensat yataqları kəşf edilərək işlənilir (Qaradağ, Bahar,
Cənub, Şah-Dəniz və s.).
Qaz və qazkondensat yataqlarının işlənilmə sistemləri neft yataqlarında
olduğu kimi onların ehtiyatlarından maksimum istifadə edilmə tələbini qarşıya
qoyur. Bu tələbatı təmin etmək üçün müvafiq işlənilmə layihələri tərtib olunmalıdır.
Burada qaz və qazkondensat yataqlarının işlənilməsində ümumi və spesifik
məsələlərin həlli tələb olunduğundan, onların xüsusiyyətləri aşağıda verilir.
Qaz yataqları
Müxtəlif yaşlı çöküntü kompleksləri ilə əlaqədar olmaqla qaz yataqları bir və
ya çoxlaylı ola bilər. Onların kollektor xassələrinin əsasını məsaməli, çatlı, kavernalı
süxurlar təşkil edir. Bu yataqlarda qaz əsasən (94-99%) metandan ibarətdir. Onların
tərkibində az miqdarda etan və propanın iştirakı da istisna deyil.
Yataq çoxlaylıdırsa onu neft yatağında olduğu kimi ayrı-ayrı istismar
obyektlərinə bölərək işlənilməyə verirlər. Bu tip yataqlarda iki və ya daha çox
layın birgə işlənilmə üsulu da tətbiq edilə bilər.

Şəkil III.23. Neft yatağının işlənilmə göstəricilərinin Şuxart xəritələri ilə təsviri.
Qaz yataqlarının rejimi əsasən qaz və subasqı formalarında özünü göstərir.
Onların işlənilməsi yalnız təbii enerji mənbəyi ilə həyata keçirilir (qaz yataqlarında
laya su vurulmur). Onu da qeyd etmək vacibdir ki, burada lay enerjisinin təzahürü
mahiyyətcə neft yataqlarından kəskin fərqlənir: neft yataqlarında ən effektli olan
subasqı rejimi qaz yataqları üçün arzuolunmazdır.
Belə ki, subasqı rejimində kənar sular laya intensiv və qeyri bərabər hərəkət
edir, onun qazlılıq sahəsini ayrı-ayrı hissələrə bölür. Nəticədə quyuların istismarı
mürəkkəbləşir. Onu da qeyd edək ki, qaz yataqları sulaşdıqda quyularda izolə(təcrid)
işləri effektli olmur və çox vaxt onların istismardan çıxmasına gətirib çıxarır. Su ilə
parçalanmış qazlı sahənin ehtiyatından səmərəli istifadə etmək üçün isə yeni quyular
qazılır və işlək fondun hasilatının tənzimlənilməsi həyata keçirilir.
Yataq qaz rejimlidirsə (ətraf sular hərəkət etmədikdə) onun işlənilmə prosesini
daha effektli aparmaq olur. Belə yataqlarda layın geoloji şəraitindən (geoloji
müxtəliflik, keçiricilik və s.) asılı olaraq quyu şəbəkəsi seçilir. Qazın neftə nisbətən
daha aktiv hərəkətini nəzərə alaraq qaz yataqlarında quyular arasında məsafə daha
çox götürülür (500-700 m və daha çox). Belə laylarda yeganə qazdinamiki sistem
yaranır: tədricən enməkdə olan lay təzyiqi yatağın bütün sahəsini əhatə edir.
Tədqiqatlar göstərir ki, qaz yataqlarında lay təzyiqinin aşağı enməsi ona yuxarıda
yatan layların təsirini (dağ təzyiqini) artırır. Bu isə öz növbəsində süxurların
keçiriciliyini və məsaməliyini azaldır ki, bu da quyuların istismarını mürəkkəbləşdirə
bilər.
Qazkondensat yatağı
Təbiətdə karbohidrogen yataqları ilk olaraq neft və qazdan ibarət olurlar.
Yataqəmələgəlmə proseslərində strukturun enməsi baş verdikdə (yatma dərinlikləri
artdıqca) lay təzyiqi də artır və təxminən 25-30 MPa çatdıqdan sonra neft qazla
qarışır və bir fazalı faydalı qazıntıya çevrilir. Bu prosesə buxarlanma və ya
kondensasiya prosesi, başlanğıc həddinə isə kondensat əmələgəlmə sərhədi deyilir.
Müxtəlif region və yataqlarda bu sərhədin qiyməti geniş diapazonda dəyişir. Yataq
işlənilməyə verildikdən sonra burada tədricən lay təzyiqi aşağı düşür və əks proses
baş verir: lay təzyiqinin səviyyəsi kondensatəmələgəlmə həddinə çatır. Onda layda
kondensatəmələgəlmə prosesi baş verir: qazdan maye fraksiyası kimi kondensat
ayrılır və süxur məsamələrinə hopur. Bu prosesə retroqrad təzahürü də deyilir.
Kondensatın layda yaranması əslində onun hasil edilməsini qeyri-mümkün edir. Odur
ki, retroqrad təzahürünün qarşısının alınması vacibdir. Bu məqsədlə müvafiq tədbirlər
həyata keçirilməlidir. Tədbirlər müxtəlif olsa da, onlar xarakter etibarı ilə yatağın
işlənilməsində lay təzyiqinin kondensatəmələgəlmə həddindən aşağı enməsinin
qarşısını almağa kömək etməlidirlər. Bu məqsədlə laya aşağıdakı təsir üsullarından
istifadə edilir:
1. laya suyun vurulması. Bu üsulla layın təzyiqini saxlamaq üçün yatağın
quruluşundan asılı olaraq vurucu quyular yerləşdirilir. Vurulan suyun həcmi laydan
hasil edilən qazın həcminə müvafiq qəbul edilir. Proses işlənilmənin əvvəlindən
həyata keçirilməlidir. Ondan müvəffəqiyyətlə istifadə edilirsə, yataqdan eyni
zamanda qazla bərabər kondensat da çıxarıla bilər. Lakin suvurma prosesinin
qazkondensat yataqlarının işlənilməsində tətbiqi çox vaxt müxtəlif
mürəkkəbləşmələrlə qarşılaşır. Belə ki, yatağa vurulan su yüksək keçiriciliyə malik
laylarla istismar quyularına doğru qeyri-bərabər hərəkət edib onları sıradan çıxarır.
Bundan əlavə, laya vurulan suyun qeyri-bərabər hərəkəti yatağın qazladoymuş
sahəsini müxtəlif zonalara parçalaya bilər. Belə hallarda yatağın son qazvermə
əmsalının səviyyəsi azalır.
2. laya qazın vurulması. Yatağın işlənilmə prosesində lay təzyiqinin düşmə
tempini azaltmaq üçün həmin laydan hasil edilmiş qaz yenidən laya vurulmalıdır.
Bunun üçün əvvəlcə həmin qazlardan kondensat ayrılmalıdır. Odur ki, laya vurulan
belə qazlara bir qayda olaraq “quru qazlar” deyilir. Qazkondensat yataqlarının
işlənilməsinin bu texnologiyasına sayklinq prosesi deyilir. Bu proses hasil edilən
qazda kondensatın faizi müəyyən həddə qədər azalanadək həyata keçirilir. Bundan
sonra sayklinq prosesi dayandırılır, qazvurucu quyular da istismar fonduna keçirilir
və adi qaz hasiledici quyu kimi istifadə edilir. Məhz bu andan sonra qazkondensat
yatağının qaz yatağına çevrilməsi baş verir.
Bəzi qazkondensat yataqları neftli zolaqlarla da səciyyələnir. Onlar müxtəlif
ölçüdə olmaqla strukturun aşağı hissələrində yerləşirlər. Belə yataqlara
neftqazkondensatyatağı deyilir (şək.III.24.).

Şəkil III.24. Neft zolağı olan qazkondensat yatağı.

Bu tip yataqların bütün faydalı komponentlərinin (neftin, qazın və kondensatın)


itirilmədən hasil edilməsi çox vacib xalq təsərrüfatı əhəmiyyəti vardır. Lakin, bu
problemin həllinin universal yolu yoxdur. Konkret yataqların geoloji quruluşundan,
flüid paylanılmasının xarakterindən və s. asılı olaraq neft, qaz və kondensat
ehtiyatlarından maksimum istifadəsi üçün əsaslandırılmış layihələr tərtib
olunmalıdır. Burada aşağıdakı proseslər proqnozlaşdırılmalıdır:
1 - yataqda neftli zolağın ilk növbəli işlənilməsi. Bu halda lay enerjisi
nisbətən yüksək olduğundan neft ehtiyatı daha çox realizə oluna bilər. Lakin
prosesin belə aparılması lay təzyiqinin tədricən aşağı enməsinə gətirə bilər ki, bu
da yatağın qazlı hissəsində kondensatın qazdan ayrılaraq “itirilmiş” hala çevirir.
Digər tərəfdən, neft hasil edildikcə quyuların drenaj zonalarına intensiv qaz axımı
da baş verə bilər. Bu proses quyuların istismarını çətinləşdirir və yatağın
qazhidrodinamiki şəraitini mürəkkəbləşdirir.
2 - yatağın qazla doymuş hissəsinin ilknövbəli işlənilməsi. Işlənilmənin bu
variantı sayklinq prosesi aparılmadıqda effektli sayılmır: qazın hasili nəticəsində lay
təzyiqi kəskin enir ki, bu da layda kondensatın qazdan ayrılması ilə yanaşı neftli
zolaqdan neftin qazlı zonaya axımına gətirə bilər. Belə hallarda neftli zolağın
özündə də lay təzyiqi aşağı düşür. Bütün bunlar yatağın neftli zolağdakı neftin
hasilatını çətinləşdirir.
Qeyd edilənləri nəzərə alaraq, neft zolaqlı qazkondensat yataqlarında ən
proqressiv texnologiya “kombinasiya olunmuş” (birgə tətbiq olunan) üsuldur. Bu
halda yatağın qazhidrodinamiki şəraitini mürəkkəbləşdirilməməsi şərti ilə onların
birgə hasilatı aparılırır.
Burada flüid hasilatının aşağıdakı variantı nəzərdə tutulur: yatağın qazlı
hissəsində sayklinq prosesinin tədbiqi ilə kondensatın hasilatı; eyni zamanda neft
zolağındakı neftin hasilatını konturarxası və konturyanı suvurma prosesi ilə
aparılması; işlənilmənin son mərhələsində isə qaz hasilatının həyata keçirilməsi.
Lakin bu texnologiya yalnız müəyyən geoloji şəraitdə effektli ola bilər.
Odur ki, qazkondensatneft yataqlarında işlənilmə sistemini seçmək üçün
riyazi statistikada geniş tətbiq olunan optimallaşdırma qoyuluşlarından istifadə
edilməli və onlardan ən əlverişli variantı seçilməlidir.

III.10. Dəniz neft yataqlarının işlənilməsinin spesifik şəraiti.


Son zamanlar dəniz və okeanların şelf zonasında yerləşən yataqların
ehtiyatlarından istifadə məqsədilə böyük həcmli işlər aparılır. Odur ki, dəniz
yataqlarının kəşfiyyatı və istismarı haqqında məlumatlara əsasən bu yataqların
işlənilməsinin spesifik şəraitini nəzərə alan çox şaxəli istehsal müəssisələrin
yaradılması tələb olunur.
Ümumiyyətlə dənizdə neft-qaz çıxarma və onunla əlaqədar istehsalat
formalarının təmini yalnız elm və texnika tərəfdən inkişaf etmiş ölkələrdə
mümkündür.
Hər şeydən əvvəl, dəniz yataqlarının işlənilmə xüsusiyyətlərini təhlil edək.
Bunun üçün onların mənimsənilmə üsulları haqqında qısa məlumatın verilməsi
məqsədəuyğundur. Bu üsullar aşağıdakılardır.
1. Dambalar vasitəsilə dənizin sahilyanı zonalarının qurudulması üsulu.
Qeyd etmək lazımdır ki, bu üsul ilk dəfə Bibi-Heybətdə həyata keçirilib. Artıq XIX
əsrin axırlarında bu yatağın çox hissəsinin dənizdə olması müəyyən olunmuşdur.
Odur ki, 1911-1918-ji illərdə burada 200 hektara qədər dəniz sahəsi qurudularaq
istismara verilmişdir. 30-cu illərdən etibarən Pirallahı neft yatağının sahəsi də bu
üsulla genişləndirilmişdir. Qeyd etmək lazımdır ki, dənizin dərinliyi az olduqda
sahilyanı zonaların mənimsənilməsində dambalar üsulu iqtisadi cəhətdən əhəmiyyətli
hesab olunur.
2. Estakadalar üsulu. Əgər neft yatağı sahildən və yaxud adadan uzaqda
yerləşmirsə və dənizin dərinliyi çox deyilsə, onda estakadalar üsulu tətbiq edilir.
Estakadalara xüsusi estakadayanı meydançalar quraşdırılır ki, buradan da qazıma
işləri aparılır. Bu halda hər meydançada bir quyu şaquli, qalanları isə maili qazılır.
Maili quyuların sayı və strukturda yerləşdirilməsi yatağın neftlilik konturu müəyyən
edildikdən sonra dəqiqləşdirilir.
Estakadalar üsulu ilə dəniz yataqlarının mənimsənilməsi dənizin dərinliyi son
vaxtlaradək 40 m qədər olduqda səmərəli olurdu. Sonralar dənizin daha dərin
hissələrində də estakadaların tikilməsinə nail olunmuşdur. Bu üsulun müvəffəqiyyətlə
tətbiqinə misal olaraq Neft Daşları mədənini göstərmək olar.
3. Fərdi süni adalar üsulu. Dəniz yataqlarının fərdi süni adalarla istismarı
suyun dərinliyinin 300 m-dən çox olan hallarda həyata keçirilə bilər. Bu üsul yataqda
kəşfiyyat işi tam başa çatdıqdan sonra tətbiq olunur.
Dünya neft-qaz çıxarma təcrübəsindən məlumdur ki, dənizdə estakada və ya
süni adalar vasitəsilə aparılan prosesin optimal müddəti 25-30 il sayılır. Belə ki,
istismarı təmin edən estakada sistemləri, boru kəmərləri və s. texniki vasitələr bu
dövrdən sonra korroziyaya uğrayaraq tədricən sıradan çıxır. Onların yenidən
qurulması isə iqtisadi cəhətdən çox vaxt səmərəli olmur (bu dövrədək laylarda
toplanmış neft ehtiyatları heyli tükənmiş olur). Odur ki, dəniz şəraitində neft-qaz
yataqlarının işlənilməsinin nisbətən qısa müddətdə aparılması üçün geoloji-texnoloji
baxımdan konkret layihələr işlənilməli və həyata keçirilməlidir. Burada quruda
yerləşən yataqlarda tətbiq olunan bir çox tələblərə müəyyən düzəlişlər verilməlidir ki,
bu da laylar üzrə təsdiq olunmuş son neftvermə əmsalını təmin etməlidir. Əks halda
istismar prosesini texniki səbəblər üzündən saxlamaq məcburiyyətində qaldıqda
yataqlarda xeyli qalıq çıxarılabilən ehtiyatlar istifadəsiz qalacaqdır. Odur ki, işlənilmə
prosesinin başlanılması və gələcək dövrlər üçün proqnozlaşdırılmasında mümkün
qədər yüksək neftçıxarma tempi nəzərdə tutulmalıdır.
Beləliklə, dəniz şəraitində olan yataqların işlənilməsində baxılan spesifik
hallara nəzər yetirək.
1. Çoxlaylı yataqların kəsilişinin istismar obyektlərinə bölünməsi.
Məlumdur ki, quru mədənlərində bazis obyektlərinin seçilməsindəki qoyuluş
2-3 və bəzən 4 qaytarma obyektlərinin ayrılmasını nəzərdə tutur. Lakin dəniz
mədənlərində bazis obyektlərinin sayının artırılması məqsədə uyğun sayılır. Bu
isə qaytarma obyektlərinin sayının azaltmasına gətirir ki, bu da işlənilmə
müddətinin qısaldılması istiqamətində atılan addımlardan biridir.

2. Quyu şəbəkəsinin sıxlığı. Məlum olduğu kimi bu göstərici yataqların


işlənilmə prosesinə əsaslı təsir edir. Dəniz yataqlarında da quyuların sayının
artırılması işlənilmənin iqtisadi göstəricilərinə mənfi təsir göstərməyinə
baxmayaraq, burada quyu şəbəkəsi mümkün qədər sıx olmalıdır ki, bu da
işlənilmənin son nəticəsinə müsbət təsir edir. Odur ki, dəniz yataqlarında quyu
şəbəkəsinin seçilməsində optimal variantlar tapılmalıdır ki, bu da geoloji-
iqtisadi modellərlə təyin edilir.
3. Yataqlarda suvurma prosesi. Məlum olduğu kimi, quruda olan yataqlarda
bu üsuldan geniş istifadə edilir. Lakin dənizdə bu tədbirin həyata keçirilməsi
tələbatı çox vaxt kəskin xarakter daşıyır. Belə ki, bəzi hallarda quru yataqların
işlənilməsinin ilk mərhələləri neftçıxarma prosesi layın təbii enerji mənbənin
(ətraf suların, neftə həll olunmuş qaz və s.) təsiri ilə aparılır. Dəniz yataqlarında
isə işlənilmənin ilk anından suvurmadan geniş istifadə edilməlidir. Suvurmanın
modifikasiyası xüsusi layihələrə istinad etməli və suvurma əmsalının Ks  1,0
səviyyəsini təmin etməlidir.

4. Yataqların neftverimini artıran üsullar. Dəniz yataqlarında layların


neftverimini artıran (LNA) üsullar geniş tətbiq edilməlidir ki, bu da onların
işlənilmə tempini yüksəldə bilər. Burada bu üsulların tətbiq sahələrini aşkar
edən təsnifat modelindən istifadə edilməsi məqsədəuyğundur. Onun
strukturunda işlənilmədə olan yatağın dörd əsas parametrləri (lay şəraitində
neftin özlülüyü, istismar obyektlərinin yatım dərinliyi, kollektor süxurlarının
keçiriciliyi və ehtiyatlardan istifadə dərəcəsi) iştirak etdiyindən 24 qrupun
ayrılması mümkün olmuşdur. Bu model LNA üsulların istifadəsi üçün
perspektiv planların hazırlanmasında əsas götürülə bilər (B.Ə.Bağırov,
Ə.M.Salmanov, S.Ə.Nəzərova, 2007).

5. Horizontal quyular. Məlum olduğu kimi, yataqların işlənilmə prosesində


horizontal quyuların şaquli quyulara nisbətən böyük üstünlüyü vardır. Odur ki,
onlardan dəniz yataqların işlənilməsində də geniş istifadə edilməlidir. Belə
quyularla bir platformadan yataq sahəsinin böyük hissəsini işlənilmə ilə əhatə
etmək olar. Nəticədə yataqların işlənilmə tempi yüksəlir, neftçıxarma müddəti
isə azalmış olur.

6. İstismar prosesinə nəzarət. Yataqdan maye hasil edilməsi onu statistik


sistemdən dinamik sistemə çevirir. Bu sistemin inkişafının qənaətbəxş olması
ona daimi nəzarət edilməsini tələb edir. Dəniz şəraitində istismar edilən
yataqlarda tədqiqatlar kompleks şəkildə aparılmalı və nəticələri nəzarət
prosesində istifadə edilməlidir. Belə ki, nəzarət sferası aşağıdakıları özündə əks
etdirməlidir:
a) quyuların neft, su, qaz hasilatı;
b) lay təzyiqi və temperaturu;
c) layların işlənilməyə cəlb olunma zonaları;
d) layların suvurma ilə əhatə zonaları;
Nəzarətdən alınan məlumatlar işlənmə sistemlərinin operativ tənzimlənməsində
istifadə edilə bilər.
Lakin dəniz yataqlarında məlum tənzimləmə üsulları ilə yanaşı bəzi spesifik
qoyuluşlardan da istifadə edilməlidir ki, bu da işlənilmə prosesinin effektli
aparılmasına imkan verir. Tənzimləmənin aşağıdakı formaları mövcuddur:
a) istismar quyuların hasilatının dəyişilməsi;
b) vurucu quyularla suvurmanın miqyasının və istiqamətinin dəyişdirilməsi;
c) perforasiya intervalının genişləndirilməsi;
d) iki və ya daha çox layın birgə istismarı;
e) quyu dibi zonaya təsir üsullarının tətbiqi;
f) quyularda su hasilatının tənzimlənməsi;
g) horizontal quyuların qazılması.
Dəniz yataqlarında bu tədbirlərin həyata keçirilməsi daha operativ olmalı və
alınan nəticələr hərtərəfli araşdırılmalıdır.

III.11. Ehtiyatı çətinçixarılabilən neft yataqlarının işlənilmə problemləri


Dünyanın bir çox mədənlərində hətta uzunmüddətli işlənilmə prosesləri,
onların ehtiyatlarının böyük hissəsinin realizəsinə imkan vermir. Belə yataqların
neftvermə əmsalları bir qayda olaraq 0,25-0,30-dan yüksək olmur. Odur ki, belə
obyektlər ehtiyatları çətinçıxarılabilən və ya passiv ehtiyatlı neft yataqları kimi
təsnif edilir.
Respublikamızın quru ərazisində və dəniz akvatoriyasında yerləşən
yataqlarda da bu tip işlənilmə obyektlərinə rast gəlinir: yüzlərlə belə obyektlərdə
uzun müddətli intensiv işlənilmədən sonra ehtiyatların cəmi 20-30%, bəzən hətta 5-
10% mənimsənilmə dərəcələri qeyd olunur. Cari dövrdə də onlarda böyük qalıq
ehtiyatların olduğu şəraitdə işlənilmə templəri olduqca zəifdir.
Odur ki, belə yataqlara xas olan geoloji şərait ətraflı tədqiq olunmalıdır ki, bu
da onların ehtiyatlarından səmərəli istifadə yollarının təyininə imkan verə bilər.
Azərbaycan Dövlət Neft Akademiyasının “Neft-qaz mədən geologiyası”
kafedrasında aparılan kompleks tədqiqatlar nəticəsində yataqların işlənilməsində
qarşıya çıxan bu problemin mahiyyəti aşkar edilmiş və bununla əlaqədar müvafiq
tədbirlər proqramı əsaslandırılmışdır. Onlara qısa da olsa nəzər salaq.
Beləliklə, Cənubi Xəzər hövzəsi yataqlarına məxsus 500-dən artıq istismar
obyektlərinin geoloji-mədən məlumatlarının ətraflı tədqiqi nəticəsində məlum
olmuşdur ki, onların lay parametrləri müxtəlif dəyişmələrlə səciyyələnirlər.
Müəyyən olunmuşdur ki, belə xaotik dəyişmələr fonunda, bir qayda olaraq,
işlənilmə nəticələrinə iki parametr daha kəskin təsir göstərir. Bunlar süxurların
keçiriciliyi və lay neftlərin özlülüyüdür. Müəyyən olunmuşdur ki, keçiricilik 0,1
mkm2-dan kiçik, neftin özlülüyü isə 10 mPa·s-dən böyük olan yataqlarda 50-100
il işlənilmə müddətində onların ehtiyatlarının ən çoxu 30% realizə olunmuşdur.
Onu da qeyd etmək vacibdir ki, bu parametrlərdən hətta birinin də göstərilən
böhran qiymətindən kənara çıxması ehtiyatların realizə dərəcəsinin artmasına imkan
verməmişdir.
Dünya neftçıxarma təcrübəsində məhz belə yataqların ehtiyatları
çətinçıxarılabilən adlanır və onların realizə dərəcələrini artırmaq üçün müxtəlif
tədbirlər həyata keçirilir.
Respublikamızda da ehtiyatı çətinçıxarılabilən yataqların sayı çox
olduğundan (200-dən artıq) bu yataqların birgə təhlilini aparmaq olduqca çətindir.
Odur ki, onları müəyyən formada kiçik qruplarda cəmləşdirərək öyrənilməsi
məqsədəuyğundur. Bu məqsədlə yuxarıda göstərilən parametrlərin (süxurların
keçiriciliyi və lay neftlərinin özlülüyü) böhran qiymətləri əsasında yataqların
aşağıdakı şəkildə quruplaşması aparılmışdır (B.Ə.Bağırov, M.Q.Həsənəliyev, 1997).
I qrup – kollektor süxurların keçiriciliyi 0,1 mkm2 - dan kiçik və neftin
özlülüyü 10 mPa·s-dən böyük olan istismar obyektləri. Bu qrupa ölkəmizin quru
mədənlərində 55, dənizdə isə 10 istismar obyekti daxildir.
II qrup – kollektor süxurların keçiriciliyi 0,1 mkm2 - dan böyük neftin
özlülüyü isə 10 mPa·s - dən çox olan istismar obyektləri. Bu qrupa quruda – 58 və
dənizdə 10 istismar obyekti daxildir.
III qrup – kollektor süxurların keçiriciliyi 0,1 mkm2 - dan kiçik və neftin
özlülüyü 10 mPa·s - dən az olan istismar obyektləri. Bu qrupa quruda – 125 və
dənizdə 14 istismar obyekti daxildir.
Yataqların bu formada aparılmış təsnifatı analoji şəraitlə xarakterizə olunan
yataqlar üçün də istifadə edilə bilər.
Hesab olunur ki, alınmış nəticələr Cənubi Xəzər hövzəsinin yeni yataqlarının
işlənilməsinin layihə sənədlərinin hazırlanması zamanı yararlı olacaqdır. Belə ki,
əgər yataqda qazılmış ilk quyularda kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan
kiçik və lay şəraitində neftlərin özlülüyü 10 mPa·s-dən böyük olduğu qeyd
olunarsa, əvvəlcədən həmin obyektin ehtiyatının çətinçıxarılabilən (passiv) xarakterli
olduğu müəyyən olunur.
Yataqların işlənilməsi zamanı layların neftverməsinə təsir edən parametrlərin
müəyyən olmasının çox böyük elmi-təcrübi əhəmiyyəti vardır. Bu cür məsələlərin
həlli ehtiyatı çətinçıxarılabilən neft yataqlarında müstəsna əhəmiyyət kəsb edir.
Problemlə bağlı aparılan məqsədyönlü tədqiqatlar yataqların səmərəli istismarı
üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin hazırlanmasına imkan verir. Belə ki,
burada yataqlarda müşahidə olunan cari neftvermə göstəricilərinin formalaşma
səbəblərini aydınlaşdırmaq mümkün olur.
Məlumdur ki, neftçıxarma prosesinə təsir edən geoloji-texnoloji parametrlər
yataqların təbii şəraitlərini və onların işlənilməsinin xarakterini əks etdirir. Ona
görə də ehtiyatı çətinçıxarılabilən yataqların işlənilmə effektivliyinin artırılmasında
kompleks parametrlərin xüsusiyyətlərini müəyyən edən tədqiqatların aparılması
zəruridir. Bu da öz növbəsində işlənilmə prosesini çətinləşdirən bəzi
parametrlərin əks təsirini azaltmaqla yanaşı, digər parametrlərin müsbət təsirini
artırmağa imkan verir. Bu məsələni həll etmək üçün çoxölçülü korrelyasiya-
reqressiya analizi əsasında tərtib olunmuş modellərdən istifadə olunur. Bu
modellərin alınmasında əsas prinsip ondan ibarətdir ki, analiz zamanı cəm
korrelyasiya əmsalına əhəmiyyətli dərəcədə təsir etməyən amillər tədricən
modeldən çıxarmaqla analiz üçün onların ən əhəmiyyətliləri saxlanılır.
Tədqiqatların aparılmasını respublikanın quru ərazisində passiv ehtiyatlarla
xarakterizə olunan yataqların timsalında göstərsək burada bu tip yataqların sayı 238
təşkil edir.
Korrelyasıya–reqressiya analizində həmin yataqların (3 qrup üçün) aşağıdakı
parametrlərindən istifadə olunmuşdur.
Effektiv qalınlıq (X1), m, məsaməlik (X2), %, kollektor süxurlarının
keçiriciliyi (X3), mkm2, qumluluğu (X4), %, bölünmə əmsalı (X5), neftin özlülüyü (X6),
mPa·s, neftin sıxlığı (X7), kq/m3, sulaşma (X8), %, quyu şəbəkəsinin sıxlığı (X9),
m2/quyu və cari lay təzyiqi (X10), MPa.
Beləliklə, kompüterin köməkliyi ilə Azərbaycanın qurudakı mədənlərində
ehtiyatı çətinçıxarılabilən neft yataqlarının yuxarıda qeyd olunan qruplar üzrə
neftvermə modelləri tərtib olunmuşdur.
I qrup yataqları üçün
Y = 0,9332 – 0,00005(X1)2 – 157,4566(X3)-2 + 0,00004(X6)2 + 0,00008(X8)2 –
-0,03387 (X9)-2 – 0,00058 (X10)2
Cəm korrelyasiya əmsalı Rcəm = 0,72 .
II qrup yataqları üçün.
Y = -3,67653 + 0,12622( 3 x1 ) – 0,13211(lnX6) + 3643,56000 (X7)-1 +
+1,18310(X9)-2
Burada cəm korrelyasiya əmsalı Rcəm = 0,75-dir.
III qrup yataqları üçün.
Y = 1,32651 + 0,02092(lnX1) + 0,00002 (X3)2 + 0,21694(X5)-2 + 0,00030(X6)2
– 0,00030(X7) – 2,10213(X8)-1 – 0,02186(lnX9) – 0,00280(X10)
Burada cəm korrelyasiya əmsalı Rcəm = 0,68-dir.
Beləliklə, hər üç qrupun yataqları üçün müxtəlif quruluşlu modellər
alınmışdır ki, bunlar da yataqların işlənilmə proseslərin səciyyələndirilməsinə imkan
verir. Məsələn, yataqların neftverimini əks etdirən hər üç modeldə neftin
özlülüyü iºtirak edir. Kollektor süxurların keçiriciliyi isə I və III qrup yataqlar
üçün alınmış modellərdə iştirak edirlər. Lakin, II qrup yataqlar üçün alınmış
neftvermə modellərində isə həmin parametr daxil olmamışdır. Bu bir daha sübut
edir ki, yataqların ehtiyatını çətinçıxarılabilən (passiv) ehtiyatlara aid etmək üçün
mütləq göstərilən parametrlərin qiymətlərindən istifadə olunmalıdır. Modellərin
interpretasiyası göstərir ki, neftçıxarma prosesinin tənzimlənməsi üçün kollektorların
süzülmə qabiliyyətlərinin yaxşılaşmasına və neftlərin özlülüyünün aşağı salınmasına
imkan verən üsullardan geniş istifadə olunmalıdır.
Beləliklə, uzun müddət işlənilən yataqlarda ehtiyatı çətinçıxarılabilən
obyektlərin ayrılması üçün yalnız kollektor süxurlarının keçiriciliyi və lay
şəraitində neftlərin özlülüyünün qiymətlərinə istinad etmək məqsədəuyğundur.
Onların neftveriminə müsbət və ya mənfi təsir edən geoloji-texnoloji parametrləri
və əhəmiyyətliyini müəyyən etmək üçün korrelyasiya-reqressiya üsulundan istifadə
edilməsi işlənilmənin son mərhələsində neftçıxarma tempini yüksəltmək üçün
tədbirlərin əsaslandırılmasına imkan verə bilər.

III.12. Neft yataqlarının lay parametrlərinin işlənilmə prosesində


dəyişilməsinin təyini.
Yataqların işlənilməsinin geoloji əsaslarını tərtib etmək üçün ayrı-ayrı laylar
haqqında geoloji-mədən məlumatlarının qiymətlərini bilmək lazımdır. Təcrübələr
göstərir ki, yataqları xarakterizə edən məlumatların əksəriyyəti ilk qazılan quyulardan
alınır. Bu dövrdə məhsuldar layları təşkil edən süxurların tərkibi, onların neft və
sularının xarakteri, tektonik qırılmaların mahiyyəti və s. öyrənilir. İşlənilmə
prosesində yatağı xarakterizə edən parametrlərin əksəriyyəti dəyişməyə məruz qalır.
Bu dəyişmələr bəzən çox böyük miqyasda getdiyindən onların ilk qiymətlərinə
istinad edib işlənilmənin geoloji əsaslarını tərtib etmək düzgün deyil. Bununla
əlaqədar olaraq yataq parametrlərinin işlənilmə prosesində dəyişmə dərəcəsini
öyrənmək və onların müasir qiymətlərini əldə etmək mədən geoloqların qarşısında
duran əsas vəzifələrdən sayılır.

Süxurların kollektorluq xüsusiyyətləri. Yataqların işlənilməsi zamanı onların ilk


hidrodinamik tarazlığı pozulur (lay təzyiqi aşağı düşür, lay flüidlərinin yerdəyişməsi
baş verir və s.). Bu halda lay süxurlarına əlavə təzyiq (dağ təzyiqi) artır. Maye
çıxarılmasının həcmi artdıqca süxurlara həmin təzyiqlərin təsiri çoxalır. Bundan əlavə,
işlənilmə prosesində kontur və laya vurulan suların məsaməli mühitdə hərəkəti
duzların çökməsi ilə də nəticələnə bilər. Göstərilən amillər yatağın işlənilmə
prosesində süxurların məsaməlik və keçiriciliyini azaldır. Bu hal müxtəlif geoloji
şəraitlərdə müxtəlif intensivliklə özünü göstərir. Məsələn, subasqı rejimli layların
təzyiqləri az dəyişdiyindən həmin layların süxurlarında kollektorluq qabiliyyətinin
pisləşməsi kiçik miqyasda gedir. Qazbasqı və ya neftdə həll olmuş qaz rejimində isə
lay təzyiqi kəskin azaldığından lay süxurlarının məsaməlik və keçiriciliyi daha çox
azalmağa məruz qalır. Bundan əlavə yaxşı seçilmiş və yuvarlanmış qumdaşıları və
qumlarda bu proses zəif və pis seçilmiş süxurlarda isə kəskin müşahidə edilir. Bu da
onunla əlaqədardır ki, birinci tip süxurlar təzyiq düşküsünə dözümlü, ikincilər isə
əksinə - dağ təzyiqi artdıqca xırda dənəli qumlar iri dənəli qumlar arasındakı
boşluqlara itələnir. Nəticədə layın süxurlarının məsaməliyi azalmış olur.
Yuxarıda qeyd edilənləri Balaxanı-Sabunçu-Ramana mədəninin lay rejimləri,
litologiyası və kollektor xüsusiyyətləri biri-birindən kəskin fərqlənən qırməki (neftdə
həll olmuş qaz rejimi) və qırməkialtı (aktiv qarışıq rejimi) lay dəstələrinin
məsaməliyinin dəyişməsi timsalında göstərək.
Hər iki lay dəstələrin horizontları 100 ilə yaxındır ki işlənilmədədir. Onların
süxürlarını səciyyələndirən göstəricilərin, o cümlədən məsaməliyin, işlənilmənin ilk
və cari dövründə dəyişməsi əyani olaraq təsvir olunur şək.III.25. Göründüyü kimi,
qırməki və qırməkialtı lay dəstələrin süxurlarının məsaməliyi işlənilmə prosesində
azalır. Onların təbii göstəricilərindən asılı olaraq bu azalma işlənilmə prosesinin ilk
və cari dövrlərində müxtəlif miqyasda baş vermişdir: qırməki dəstəsində məsaməlik
cəmi 3,6-3,5% azalır (26,4-26,9 ÷ 22,8-23,4 %), qırməkialtı lay dəstəsində isə
məsaməlik 4.9-5.5% azalır (26,5-27,7 ÷ 21,6-22,2 %).
Odur ki, məhsuldar layların işlənilməsini rasional başa çatdırmaq üçün tərtib
olunan layihələrdə və qalıq ehtiyatların qiymətləndirilməsində məsaməliyin ilkin
qiymətlərindən istifadə etmək düzgün deyil (B.Ə.Bağırov,R.S.Bağırova,
F.F.Məhərrəmov, 1990).
Şəkil III.25. Balaxanı- Sabunçu-Ramana mədəninin süxurlarının
məsaməliyinin işlənilmə dövrlərində dəyişməsi
(a – qırməki lay dəstəsi; b – qırməkialtı lay dəstəsi)
Yataqların geoloji quruluşundan, hidrodinamik şəraitindən və işlənilmənin
xarakterindən asılı olmayaraq çökmə süxurların məsaməlik və keçiriciliyinin cari
qiymətlərini əldə etmək üçün yatağa qazılan quyulardan süxur nümunələrinin
götürülməsi və laboratoriya tədqiqatının aparılması lazımdır.

Lay flüidlərinin fiziki-kimyəvi tərkibi. Yataqların əmələgəlmə və


formalaşması prosesindən asılı olaraq lay flüidlərinin tərkibi müəyyən
qanunauyğunluqla (yatağın sahəsi və yatım istiqamətində) paylanır. Lakin işlənilmə
prosesinin intensivliyi və geoloji quruluşdan asılı olaraq bu qanunauyğunluq tədricən
dəyişikliyə məruz qalır.

Lay sularının fiziki-kimyəvi tərkibi suvurma prosesində istifadə edilən suyun


tərkibindən asılı olaraq kəskin dəyişə bilər. Yatağa minerallaşmış yüksək jod sular
vurulduqda lay sularının ilkin ion-duzluluq tərkibi dəyişir. Odur ki, istismar
quyularından çıxarılmış qələvi lay sularını yatağa yenidən vurmaq məqsədəuyğundur.

Lay neftlərinin fiziki-kimyəvi tərkibi də işlənilmə prosesində müxtəlif


dəyişikliyə məruz qala bilər. İşlənilmə sistemindən əlavə burada lay rejiminin böyük
rolu vardır. Belə ki, neftdə həll olmuş qaz rejimində lay təzyiqləri kəskin
düşdüyündən neftdən qaz və onun yüngül fraksiyaları ayrılır və quyu dibinə axır.
Layda qalan neftin isə xüsusi çəkisi və özlülüyü tədricən artmış olur. Subasqı
rejimində kontur yaxınlığında yerləşən nisbətən ağır neftlər işlənilmə prosesində
yataq daxilinə tədricən sıxışdırılır və müəyyən vaxtdan sonra neftin özlülüyü və
xüsusi çəkisinin artması müşahidə olunur. Qazqapağı rejimində yatağın tağ
hissəsində yerləşən, nisbətən yüngül neftlər dabana doğru hərəkət etdiyindən
işlənilmənin III və IV mərhələsində neftlərin xüsusi çəkisi və özlülüyü xeyli azala
bilər.

Lay flüidlərinin işlənilmə prosesində dəyişmə dərəcəsinin əyani təsviri üçün


misal olaraq Balaxanı-Sabunçu-Ramana mədəninin qırmakialtı lay dəstəsinin
işlənilməsinin ilk və cari dövrlərində lay neftlərinin sıxlığı və sularının ümumi
minerallaşmasının qiymətləri müqayisə olunmuşdur (şək. III.26).
Şəkil III.26. Balaxanı-Sabunçu-Ramana mədəninin qırməkialtı lay
dəstəsinin lay flüidlərinin işlənilmə dövrlərində dəyişməsi
(a - neftlərin sıxlığı və b - lay sularının ümumi minerallaşması).

Göründüyü kimi, lay flüidlərinin hər iki göstəricilərin qiymətləri işlənilmə


prosesində kəskin artmağa məruz qalmışdır (B.Ə.Bağırov, R.S.Bağırova,
F.F.Məhərrəmov, 1990).

Lay flüidlərinin işlənilmə prosesində dəyişmə dərəcəsini öyrənmək üçün


quyulardan su və neft nümunələri götürülür və laboratoriyalarda analiz edilir. Bundan
əlavə, yatağın sahəsində gedən flüid dəyişməsinin xarakterini (o cümlədən lokal)
öyrənmək məqsədilə onların işlənilmə prosesində dəyişmə dərəcəsini təyin etmək
üçün parametrik meyarlardan (Fişer, Stüdent, Bartlet və s.) istifadə edilir.

Lay temperaturu. Yataqların işlənilmə prosesində lay temperaturu və onun


dəyişməsi öyrənilməlidir. Belə ki, bu göstərici lay neftlərinin özlülüyünə kəskin təsir
edir.

Lay temperaturunun yataq üzrə dəyişməsini öyrənmək üçün işlənilmənin ilk


dövründə termoqram və profillər qurulur ki, bu da lazımi məlumatların alınmasına
imkan verir. Mədənin işlənilmə dövründə, bəzən temperaturun dəyişməsinə rast
gəlinir. Tədqiqat işlərinin nəticələri göstərir ki, yataq temperaturunun dəyişməsi
sahənin daxili istilik rejimi ilə əlaqədardır. Əgər geotermik qradiyent yüksəkdirsə,
laya böyük həcmdə su vurulduqda belə, onun temperaturu işlənilmənin bütün
dövrlərində ya az dəyişir, ya da sabit qalır. Geotermik qradiyentin az olduğu şəraitdə
yataqların suvurma prosesi nəticəsində temperaturun kəskin aşağı düşməsi baş verir.
Odur ki, belə yataqlarda laya soyuq suyun vurulması məsləhət görülmür.

Azərbaycan yataqlarında aparılan tədqiqatlar göstərmişdir ki, geotermik


qradiyenti 2C-dən az olan yataqlarda suvurma prosesində temperatur 5-10C azala
bilər (B.Ə.Bağırov, S.F.Şabanov, 1990).
Tektonik qırılmaların xarakteri. Atılma amplitudasa, hidrodinamik tarazlıq
və başqa səbəblər üzündən qırılmalar ekran və ya keçirici tipli olurlar. Bütün hallarda
tektonik qırılmaların xarakterinin təyini çox mühüm məsələ kimi həll edilməlidir ki,
bu da yalnız geoloji-mədən materiallarının öyrənilməsi nəticəsində mümkündür.
İşlənilmənin ilk mərhələsində kifayət qədər geoloji-geofiziki məlumatların
mövcudluğu şəraitində dizyunktiv dislokasiyaların xassəsi, qonşu tektonik bloklarda
layın su-neft, qaz-neft konturlarının hipsometrik qiymətlərinin müqayisəsi vasitəsi ilə
öyrənilə bilər.
İşlənilmə dövründə təyin olunmuş xassələr dəyişikliyə uğraya bilər. Ekran
tipli qırılmalar - keçirici və əks hala da təsadüf oluna bilər. İşlənilmənin rasional
aparılması belə dəyişmələrin vaxtında aşkar edilməsini tələb edir. Bu məqsədlə
geoloji-mədən, hidrodinamik və geoloji-riyazi tədqiqatlar aparılır. Bu tədqiqatlar
riyazi statistika əsasında, müasir kompüterlərin köməyi ilə tələb olunan məsələnin
həllini təmin edir (B.Ə.Bağırov, İ.M.Allahverdiyev, F.F.Məhərrəmov, 1988).
Məsələnin həllində layların hidrokimyəvi xarakteri, lay təzyiqi, neftlərin özlülüyü,
xüsusi çəkisi iştirak edir və aşağıdakı mülahizələrə əsaslanır.
Əgər yatağın iki və daha artıq tektonik sahəsi eyni tipli geoloji quruluşa malikdirsə və
lay təzyiqləri, lay flüidlərinin fiziki-kimyəvi xassələri işlənilmə prosesində eynidirsə
tektonik qırılmaların keçirici, kəskin fərqlənirsə - ekran tipli olduğunu göstərir. Təbi
iki, alınan nəticələr öyrənilən yatağın cari işlənilmə göstəriciləri ilə də
uzlaşdırılmalıdır.
III. 13. İşlənilən neft yataqlarının təsnifat üsulları.
Neft-qaz regionların əksərində işlənilmə prosesində olan yataqların sayı çoxdur.
Məsələn, respublikamızın təkcə quru hissəsində hazırda 400-dən artıq istismar
obyekti mövcuddur. Belə hallarda hər hansı bir yataq üçün ayrıca layihələr və ya
digər layihə sənədlərini operativ tərtib etmək çox çətindir. Odur ki, işlənilmənin
effektivliyinin artırılmasına doğru yönəldilmiş tədbirləri ayrı-ayrı yataqlar üçün deyil,
oxşar yataqlar üçün hazırlamaq məqsədəuyğun hesab edilir. Bu tip məsələlərin
həllində təsnifat üsullarından istifadə edilir.
Neft geologiyasında müxtəlif təsnifat üsulları mövcuddur: yataqların
əmələgəlmə və formalaşması üzrə; təbii rejimlər və işlənilmə tempinə görə;
kollektorların tipinə görə və s. Həlli tələb olunan məsələnin qoyuluşundan asılı olaraq
müxtəlif təsnifat modellərindən istifadə edilir.
Kompleks geoloji-texnoloji göstəricilərinə görə təsnifatı. Bəzən mədən və ya
bütövlükdə regionun işlənilmədə olan neft yataqlarının kompleks geoloji-texnoloji
göstəricilərinə görə qruplaşdırılması tələb olunur. Belə məsələlərin həlli mədənin və
ya regionun eyni tipli yataqlarının qruplaşdırılmasına və onun əsasında müəyyən bir
müvafiq texnologiyanı bu qruplarda tətbiqini əsaslandırmaq olar. Yataqların
qruplaşdırılmasının iki variantda aparılması məqsədəuyğundur:
a) yataqların təbii-geoloji göstəricilərinə görə təsnifatı (suxurların kollektorluq
qabiliyyəti, lay flüidlərinin xarakteristikası, ilk lay təzyiqi və temperaturu və s.).
Bu təsnifat mədəndə və ya regionda yataqları istismara verilmə zamanı
oxşarlıq dərəcəsinə görə qruplaşdırmağa imkan verir.
b) yataqların kompleks geoloji və texnoloji parametrlərini birgə nəzərə almaqla
aparılan təsnifat. Belə təsnifatın nəticəsində mədən və ya regionda işlənilmə
obyektlərinin ayrılmasında onların oxşarlıq dərəcəsindən istifadə edilir.
Beləliklə, göründüyü kimi təsnifatın yuxarıda göstərilən hər iki variantı
yataqların çoxölçülü parametrlərinin qiymətlərinin nəzərə alınmasını tələb edir. Belə
olduqda klaster–analizi effektli riyazi üsul kimi istifadə edilə bilər. Üsul
standlaşdırılmış n-ölçülü evklid məsafəsi və ya korrelyasiya əmsalının istifadəsinə
əsaslanır. Klaster analizinin nəticəsi dendroqramlarla təsvir olunur ki, bu da
qruplaşdırılmanı əyani göstərməyə imkan verir (“Əlavələr”də üsulun riyazi qoyuluşu
və həlli yolları göstərilmişdir.).
Məsələnin həllini konkret misalda - Qaraçuxur mədəninin timsalında şərh edək.
Bu mədən çoxlaylı olmaqla 1928-ci ildən işlənilmədədir. Burada məhsuldar qat
28 işlənilmə obyektinə bölünmüşdür. Onların geoloji şəraitini yataqların effektiv
qalınlığı və sahəsi, süxurların məsaməliyi və keçiriciliyi, layların bölünməsi, neftin və
suyun fiziki səciyyəsi və balans ehtiyatının həcmi xarakterizə edə bilər. Bu
göstəricilərin qiymətləri əsasında tərtib edilmiş qruplaşdırma modeli şək.III.27-də
verilmişdir. Göründüyü kimi bu mədəndə təbii göstəricilərə görə 5 oxşar qrup
obyektlər mövcuddur. O cümlədən 1-ci qrupa 7, 2-ci qrupa 9, 3-cü qrupa 7, 4-cü
qrupa 3 və 5-ci qrupa 2 yataq daxil olur.
Qeyd edək ki, geoloji göstəricilərinə görə ayrılmış yataqların qruplaşdırılması
əsaslı sayıla bilər. Belə ki, məsələn, hərgah 1-ci qrupa qumlu-alevritli süxurlarla
səciyyələnən obyektlər daxil olmuşsa, 4-cü qrupa yüksək qumluluqla fərqlənən
obyektlər (QÜQ2 və QÜQ1) daxildir.
Şəkil III.27. Qaraçuxur mədəninin yataqlarının geoloji parametrlərinə
görə qruplaşdırılması (ilk dövr).
Şəkil III.28. Qaraçuxur mədəninin yataqlarının geoloji-texnoloji
parametrlərinə görə qruplaşdırılması (cari dövr).
Yataqların texnoloji parametrlərinin (quyu şəbəkəsinin sıxlığı, lay təzyiqinin
düşküsü, sulaşma faizi və s.) qiymətlərini də əlavə etməklə yataqları işlənilmə
obyektləri kimi qruplaşdırmaq olar. Qruplaşdırmanın belə qoyuluşla aparılma
nəticələri şək.III.28 göstərilmişdir. Bu modeldə 6 oxşar qrup obyektlər təsvir
olunmuşdur. İşlənilmənin ilk və cari dövrləri üçün tərtib olunmuş təsnifat
modellərinin müqayisəsi göstərir ki, obyektlər arasında fərqlənmə dərəcələri vaxt
etibari ilə bir qayda olaraq artır. Onu da qeyd etmək lazımdır ki, bəzi obyektlərin bir
qrupdan digərinə keçməsinə təsadüf edilir. (şək. III.28. ).
Neft-qaz-mədən geologiyası təcrübəsində, bəzən təsnifatın digər
qoyuluşlarından da istifadə tələb olunur. Məsələn, mədəndə və ya regionda iki və ya
daha çox bir-biri ilə kəskin fərqlənən işlənilmə obyektlərinə rast gəlinə bilər. Burada
yeni kəşf edilmiş naməlum obyektin və ya obyektlərin onların hansı birinə
mənsubluğunun sübut edilməsi tələb olunur. Belə qoyuluşla təsnifat məsələsinin həlli
diskriminant analizinin tətbiqi ilə həyata keçirilə bilər (“Əlavələr”).
Qeyd olunanları konkret misalda göstərək. Tutaq ki, regionda uzun müddət
işlənilən 150 obyekt mövcuddur. Bunların işlənilmə nəticələri geniş diapazonda
dəyişir: cari neftvermə əmsallarının qiymətinə görə onları biri-birindən kəskin
fərqlənən iki qrupda cəmləşdirmək olar. 1-ci qrupda neftvermə əmsallarının qiyməti
qənaətbəxş olmayan 52 obyekt cəmləşmişdir (cari neftvermə 20%-dən artıq deyil). 72
istismar obyektlərində isə əksinə - yüksək neftvermə göstəricilərinə nail olunmuşdur:
onların cari neftvermə əmsalının qiyməti 0-30÷0-60 hüdudlarında dəyişir.
Maraqlıdır ki, burada daha bir qrup obyektlər (21 obyekt) vardır ki, onları
neftvermənin cari göstəricilərinə görə yuxarıda ayrılmış qrupların heç birinə
mənsubluğunu geoloji-mədən üsulları ilə təyin etmək mümkün deyil: bu obyektlərdə
neftvermə əmsalının qiyməti 0,20-0,30 hüdudlarında dəyişir (şək.III.29). Bu
məsələnin həllində diskriminant analizinin tətbiqi göstərmişdir ki, yuxarıda qeyd
olunan naməlum qrupdakı 21 obyektindən 12-si 1-ci qrupa, 9-u isə 2-ci qrupun
obyektlərinə müvafiq gəlir (şək. III.30). Alınan nəticələrin interpretasiyası göstərir ki,
bu regionun yuxarıda qeyd edilən 9 obyekti daha böyük maraq kəsb edir. Belə ki,
onların neftverməsi yüksək olan qrupa mənsubluğu buradakı tətbiq olunan
neftçıxarma texnologiyasının çatışmamazlıgı ilə əlaqələndirilə bilər. Belə olduqda bu
obyektlər işlənilmə üçün diqqət mərkəzində olmalıdır.

Şəkil III.29. İşlənilən yataqların cari neftvermə əmsalının paylanılma qrafiki.

I qrup III qrup


12 II qrup 9

56 21 72

68 81

Şəkil III.30. Yataqların diskriminant analizi vasitəsilə qruplaşdırması.

III.14. Layların neftveriminə təsir edən amillərin təyini.


Neft yataqlarının işlənilməsi kompleks yataq parametrlərin fasiləsiz təsiri ilə
aparılır. Onların bəziləri nefti quyu dibinə hərəkət etdirirsə, digərləri əksinə məsaməli
mühitdə neftlərin dinamik göstəricilərini çətinləşdirir. Onu da qeyd etmək lazımdır ki,
yataq parametrlərinin təzahür etmə intensivliyi də işlənilmə prosesində sabit qalmır.
Məsələn, lay təzyiqi, neftlərin özlülüyü və sıxlığı bu dövrdə müxtəlif dəyişmələrə
məruz qalır. Odur ki, mövcud işlənilmə rejimləri çərçivəsində yataqların hər hansı bir
dövrü üçün neftvermə modelləri tərtib olunur. Onların analizi əsasında isə konkret tip
yataqlarda neftin hasilatına müsbət və ya mənfi təsir edən parametrləri müəyyən
etmək olur. Belə modellər dünyanın müxtəlif neftçıxarma regionları üçün yaradılmış
və onlardan elmi-təcrübi məsələlərin həllində geniş istifadə edilir. Qeyd etmək
lazımdır ki, bu tip modellər Azərbaycan yataqları üçün də tərtib olunmuşdur. Lakin
müəyyən olunmuşdur ki, modellər hər hansı bir mədən və ya tektonik rayonları
bütövlükdə təmsil etdikdə onun nəticələri kifayət qədər dolğun olmur. Onların
interpretasiya nəticələri isə çox vaxt geoloji-mədən məlumatları ilə tam uzlaşmır.
Aparılmış elmi tədqiqatlar nəticəsində müəyyən olmuşdur ki, belə bir vəziyyətin
yaranma səbəbi onların lay rejimlərini nəzərə almadan öyrənilməyə birgə cəlb
edilməsidir. Yatağın rejimi isə neftverməni formalaşdıran əsas göstəricidir. Məhz lay
rejimlərin nəzərə alınması ilə yataqların neftvermə modellərinin tərtibi düzgün
qoyuluş hesab edilir və onların nəticələri geoloji-mədən göstəriciləri ilə uzlaşır
(B.Ə.Bagırov,1984).
Cənubi Xəzər hövzəsi yataqlarının böyük əksəriyyəti qarışıq və neftdə həll
olmuş qaz rejimləri ilə xarakterizə olduğundan onların neftçıxarma modellərinə və
müqayisəli analizinə baxaq.
1. Qarışıq rejim - burada neft yatağının işlənilməsinin lay enerjisi,
konturarxası zonaların və yatağın məhsuldar hissəsindəki neftlərdə həll olmuş qazın
təzyiqlərindən təşkil olunur. Qeyd etmək lazımdır ki, qarışıq rejimin təzahürü həm
məkan, həm də zaman xarakteri daşıyır. Birinci tip obyektlərin işlənilməsi əsasən
neftdə həll olmuş qaz enerjisinin hesabına istismar edilir. Lakin belə yataqlarda
konturarxası zonaların az da olsa təsiri də özünü göstərir. İkinci tip qarışıq rejimli
yataqların işlənilməsi isə bir qədər fərqlidir: əvvəlcə rezervuarın əsas həcmi başlıca
olaraq neftdə həll olmuş qazın enerjisi hesabına drenaja cəlb olunur, sonra isə lay
təzyiqinin azalması ilə tədricən daha çox konturarxası sahələrin təsiri aktivləşir.

Qarışıq reyimlə səciyyələnən yataqlarda işlənilmənin tənzimlənməsi,


mayenin çıxarılması, laylara suyun vurulmasının istiqamətinin və həcminin
dəyişdirilməsi və s. mümkündür. Bütün bu məsələlər yalnız kompleks amillərin
neftverməyə təsirini müəyyən etməklə həll edilə bilər.
Cənubi Xəzər hövzəsi mədənlərində belə rejimlə səciyyələnən yataqlar
məhsuldar qatın alt şöbəsinin qırməki altı lay dəstəsi (QAD), qırməki üstü qumlu lay
dəstəsi (QÜQ) və balaxanı lay dəstəsinin V, VI, VII horizontları və sair obyektlərlə
əlaqədardır. Bu yataqların əsas fərqləndirici xüsusiyyətlərindən biri onların 50 və
daha çox il bundan əvvəl qazılmış xüsusi quyu şəbəkəsi ilə bazis obyekti kimi
işlənilmələridir. Hazırda bu obyektlərin cari neftvermə əmsallarının orta qiyməti 0,45
təşkil edir.
2. Neftdə həll olmuş qaz rejimi. Məlum olduğu kimi həll olmuş qaz
rejimində neftin laydan quyu dibinə hərəkəti əsasən neftdən ayrılan qaz
qabarcıqlarının genişlənməsi nəticəsində baş verir. Belə rejimlə xarakterizə olunan
yataqlarda ətraf suların təsiri özünü göstərmir; lay təzyiqləri kəskin azalmağa məruz
qalır. İşlənilmənin ilk dövründə qaz hasilatı nisbətən az, sonradan isə kəskin artır.
İşlənilmənin son dövrlərində belə yataqlar qazsızlaşır və lay neftlərinin özlülüyü artır.
Təbiidir ki, bu cür lay enerjisi yataqların ehtiyatlarının müvəffəqiyyətlə realizəsini
təmin edə bilməz. Odur ki, mütəxəssislər bu cür yataqlarda son neftvermə əmsalının
0,25-0,30 səviyyəsinin mümkünlüyünü qəbul etmişlər.
Qeyd etmək lazımdır ki, obyektlərin işlənilməsinin son mərhələsində, yəni
qaz resurslarının tükənməsi nəticəsində qarışıq rejim qravitasiya rejiminə keçir ki, bu
da neftvermənin artımına əhəmiyyətli təsir göstərmir.
Neftdə həll olmuş qaz rejimli yataqlar adətən kollektor süxurların yüksək
qeyri-bircinsliliyi ilə xarakterizə olunurlar. Ona görə də bu tip yataqlarda tətbiq
olunmuş müxtəlif modifikasiyalı suvurma prosesləri müsbət nəticə verməmişdir
(hətta müstəsna hallarda yüksək təzyiqlə laylara suyun vurulması belə effektli
olmamışdır).
Qeyd etmək vacibdir ki, məhsuldar qatın yataqlarında neftdə həll olmuş qaz
rejiminin təzahürü spesifik xüsusiyyətə malikdir. Belə yataqlar sahə üzrə və kəsiliş
boyu yüksək qeyri-bircinslidir, yaxşı və zəif keçirici layların növbələşməsi və hətta
pazlaşması müşahidə olunur; suvurma prosesi praktiki olaraq heç bir yerdə müsbət
nəticə verməmişdir. Bu yataqların əksərində qeyd olunan rejim bir qədər fərqli
formada özünü göstərir: neftçıxarmanın II mərhələsi başa çatdıqdan sonra hasilatın
tərkibində bir qədər su qeyd olunur ki, bu da genezisinə görə lay sularına aiddir.
Sonradan işlənilmənin III və IV mərhələsində laydan çıxarılan suyun miqdarı
tədricən artaraq, bəzi hallarda hətta 90-95% çatır. O da məlumdur ki, yataqların
işlənilməsi nəticəsində neft-su konturunun hərəkəti baş vermir. Görünür ki, yataq
sahəsinin müxtəlif hissələrindən çıxarılan sular konturarxası zonalardan ayrı-ayrı
yüksək keçiriciliyə malik laylardan daxil olmuşlar. Qeyd etmək vacibdir ki, bu
dinamiki prosesin mexanizmi çox mürəkkəbdir. Yataq kəsilişində layların pazlaşması
fonunda suların belə hərəkəti görünür ki, mikroçatlar və qazılmış çoxsaylı quyuların
kəmər arxası hissələri ilə əlaqədardır (sement həlqəsinin olmamağı və yaxud birtərəfli
sementlənmənin olması səbəbindən). Qeyd etmək lazımdır ki, bu məsələnin kifayət
qədər etibarlı həlli quyu kəsilişlərinin və yataq məlumatlarının geoloji-geofiziki
üsulların tətbiqi ilə həyata keçirilə bilər. Hal-hazırda bu problem neft-mədən
geologiyası elminin az öyrənilmiş sahəsinə aid edilir.
Beləliklə, bütün qeyd olunanları nəzərə alaraq drenaj rejimlərinə görə
tədqiqatı aparılan yataqların ehtiyatlarından istifadə müxtəlifliyinin aşkar edilməsi
problemi aktual hesab olunur. Odur ki, eyni tipli yataqların ehtiyatlarının realizə
dərəcələrinin müxtəlifliyinin səbəblərini öyrənmək məqsədi ilə respublikamızın quru
ərazisində istismarda olan neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunan 106 və
qarışıq rejimlə səciyyələnən 120 obyekt seçilmişdir (B.Ə.Bağırov, 2003). Həmin
obyektlərin işlənilməsi haqqında ümumi məlumatlar cədvəl III.3 verilmişdir.

Azərbaycanın qarışıq və neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunan istismar
obyektlərinin işlənilmə nəticələri haqqında məlumat.
Cədvəl III.3
İlk İşlənilmənin Qalıq
Neftvermə
ehtiyatlar, əvvəlindən ehtiyatlar,

obyektlərin
Lay əmsalları

İstismar
mln. t. toplanmış mln. t.
recimləri
neft hasilatı,

çıxarıla

çıxarıla
balans

balans
bilən

bilən
cari

son
mln. t.
Neftdə həll 106 320 108 81 0,23 0,29 239 27
olmuş qaz
Qarışıq 120 526 285 262 0,45 0,49 254 23
Hazırkı tədqiqatın ən vacib elementlərindən biri müqayisəli analizin aparılmasıdır ki,
bu da müxtəlif təbii şəraitlərə mənsub neft yataqlarının ehtiyatlarının realizəsinin
xüsusiyyətlərini aşkar etməyə imkan verir.
Müqayisəli analizin aparılması əməliyyatı neft-qaz mədən geologiyasının bir
çox məsələlərinin həllində geniş sınaqdan keçmiş statistik üsullardan Bartlet, Fişer və
Stüdent kriteriyalarını cəlb etməklə həyata keçirilmişdir.
Müvafiq statistik kriteriyalar əsasında yataqların ayrılmış eyni tipli qrupları
hüdudlarında ehtiyatların realizəsinin müxtəlif xarakterliyini və onların fərqlənmə
dərəcəsini aşkar etmək məqsədi ilə hər iki rejimlə səciyyələnən yataqların cari və son
neftvermə əmsallarının müqayisəli təhlili aparılmışdır. Çox maraqlıdır ki, yataqların
rejimlərinə görə neftvermə əmsallarını bir-biri ilə müqayisə etdikdə kəskin geoloji
müxtəlifliyin olduğu aşkar edilmişdir (cədv.III.4). Həqiqətən, bu obyektlər lay
enerjisinin təzahür xarakterinə görə kəskin fərqlənirlər.

Qarışıq və neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunan istismar obyektlərinin
neftvermə əmsallarının müqayisə nəticələri.
Cədvəl III.4
Təbii drenaj rejimləri Kriteriyalar
Neft- Neftdə həll
Qarışıq Stüdent Fişer Bartlet
vermə olmuş qaz
əmsal Orta
Orta Dispe Dispe
-ları qiymə thes. tcədv. Fhes Fcədv Bhes 2cədv
qiymət rsiya rsiya
t
Kcari 0,44 0,039 0,23 0,015 9,528 1,98 2,5 1,0 43,8 7,26
Kson 0,49 0,033 0,29 0,022 8,715 1,98 1,51 1,0 43,8 22,6
Kriteriyalar =0,05 əhəmiyyətlilik dərəcəsində hesablanmışdır.
Neft yataqlarının işlənilmə nəticələrinin qeyd olunmuş kəskin fərqlərin səbəblərini
aşkar etmək üçün onların neftvermə əmsallarını formalaşdıran amillərin
əhəmiyyətlilik dərəcələri tədqiq olunmalıdır. Burada neftvermənin modelləşdirilməsi
məsələsi korrelyasiya-reqressiya analizinin tətbiqi ilə həll olunmuşdur. Bu məqsədlə
qarışıq rejimlə səciyyələnən yataqların matrisinə aşağıdakı 11 parametrin orta qiyməti
daxil edilmişdir: layların effektiv qalınlığı (x1), süxurların məsaməliyi (x2),
keçiriciliyi (x3) və qumluluğu (x4), layların bölünmə əmsalı (x5), neftin özlülüyü (x6)
və sıxlığı (x7), quyu şəbəkəsinin sıxlığı (x8), işlənilmənin ilk dövrünə hasilatın
çıxarılma tempi (x9) və sulaşma dərəcəsi (x10), obyektlərin işlənilmə zamanı təzyiq
düşgüsü və cari lay təzyiqi (x11). Neftdə həll olmuş qaz rejiminə mənsub yataqlardan
isə 16 lay parametr seçilmişdir: burada yuxarıda qeyd olunan parametrlərdən əlavə
süxurlarda sementləyici maddənin miqdarı (x12), doyma təzyiqi (x13), neftin həcm
əmsalı (x14), lay temperaturu (x15) və qaz amili (x16) matrisə daxil edilmişdir.
Beləliklə, korrelyasiya-reqressiya analizinin realizəsi nəticəsində
neftvermənin aşağıdakı modelləri alınmışdır.
Neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunan obyektlər üçün:

Y2=2,751 + 0,165(x1) + 0,115 (x2) + 0,115 (x3) - 0,994(x7) - 1,06(x8) + 3,733(x11) –

-1,397 ( X 10 ) + 0,092(x12) - 1,665(x13) + 0,115 ( X 16 )

Burada, cəm korrelyasiya əmsalının qiyməti Rcəm=0,81 təşkil edir.


Qarışıq rejimlə xarakterizə olunan obyektlər üçün:
1
Y1=1,024 - 0,655(x1) + 5,334 x3 + 0,212(x 6)-1 -
e
0,457(x7)+1,714(x10)+3,126(x11)

Burada isə cəm korrelyasiya əmsalının qiyməti Rcəm=0,84 bərabərdir.

Qeyd etmək lazımdır ki, tənliklərin strukturuna yalnız neftverməyə əhəmiyyətli


dərəcədə (müsbət və yaxud mənfi) təsir göstərən parametrlər daxil edilmişdir. Digər
parametrlər isə az əhəmiyyət daşıdıqlarından tənliklərdə öz əksini tapmamışlar.

Müxtəlif rejimlərlə işlənilmədə olan yataqlarda lay parametrlərinin təsirinin


xarakterini əyani müşahidə etmək üçün onların sxemi tərtib olunmuşdur (şəkil III.31).
Göründüyü kimi neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunan yataqların neft
ehtiyatlarının işlənilməsinə müsbət təsir göstərən parametrlər bunlardır: layların
effektiv qalınlığı, süxurların məsaməliyi, kollektorların keçiriciliyi, quyu şəbəkəsinin
sıxlığı, hasilatın sulaşması və qaz amili. Mənfi təsir göstərən parametrlərə isə layların
bölünmə əmsalı, neftin özlülüyü, obyektlərin işlənilməsi zamanı lay düşküsü daxildir.

Qarışıq rejimlə səciyyələnən yataqların işlənilmələrinə müsbət təsir göstərən


parametrlərə - kollektorların keçiriciliyi, obyektlərin işlənilməsi zamanı lay düşküsü
daxildir. Mənfi təsir göstərən parametrlər isə – layların effektiv qalınlığı, bölünmə
əmsalı, neftin özlülüyü olmuşdur.

Neft yataqlarının neftveriminə təsir edən amillərin müqayisəli təhlili.

Yuxarıda qeyd edildiyi kimi, müxtəlif enerji mənbəyinə malik olan yataqların
işlənilməsində lay parametrlərinin rolu özünü müxtəlif cür büruzə verir. Onların
müqayisəli təhlili yeni istismara verilən yataqlarda işlənilmə prosesinin elementlərini
əvvəlcədən proqnozlaşdırmağa imkan verir.

Layların effektiv qalınlığı. Bu parametr hər iki rejimli yataqlarda modellərin


strukturunda əhəmiyyətli amil kimi iştirak edir. Lakin onun neftverməyə təsiri
müxtəlif rejimlərdə müxtəlif cür özünü göstərir. Neftdə həll olmuş qaz rejimində
yataqların effektiv qalınlığının artması onların neftverməsinə müsbət təsir göstərirsə,
qarışıq rejimli yataqlarda isə əksinə - quyuda süzgəcin həddən artıq artırılması
onların işlənilməsinin son göstəricisinə mənfi təsir göstərir. Bu texnoloji
xüsusiyyətləri aşağıdakı kimi interpretasiya etmək olar: neftdə həll olmuş qaz rejimli
yataqlarda ilkin süzgəc intervalından quyuya neftin hərəkətini təmin edən qazın
həcmi azaldıqca quyuya axan mayenin həcmi də azalır. Hasilatı saxlamaq məqsədilə
süzgəcin intervalının artırılması hasilatın artımına gətirir. Belə ki, bu halda kəsilişdə
yerləşən yeni laylar işlənilməyə cəlb olunur. Qarışıq rejimli yataqlarda isə süzgəcin
artırılması çox vaxt quyu gövdəsində qum tıxacının əmələ gəlməsinə gətirir ki, bu da
quyuların normal istismar prosesini pozur.
Kollektor süxurların məsaməliyi. Bu göstərici yalnız neftdə həll olmuş qaz rejimli
yataqlar üçün alınmış modeldə (müsbət təsirli parametr kimi) iştirak edir.
Kollektor süxurların keçiriciliyi. Bu göstərici lay rejimlərindən asılı olmayaraq,
neftin məsaməli mühitdə hərəkətinə müsbət təsir edən amildir. Hər iki rejimli
yataqların neftvermə modelində bu parametr müsbət yüklü olmaqla, əhəmiyyətlilik
dərəcəsi müxtəlifdir.
Kollektor süxurların qumluluğu. Bu əlamət modellərin strukturuna daxil olmamışsa
da, onun təsiri hər iki tip yataqlar üçün vacib göstəricidir. Onun neftverməyə
bilavasitə təsiri kollektor süxurları xarakterizə edən digər parametrlərlə (keçiricilik,
məsaməlik və s.) özünü göstərir və müsbət korrelyasiya ilə səciyyələnir.
Kollektor süxurların qumluluğu. Bu əlamət modellərin strukturuna daxil olmamışsa
da, onun təsiri hər iki tip yataqlar üçün vacib göstəricidir. Onun neftverməyə
bilavasitə təsiri kollektor süxurları xarakterizə edən digər parametrlərlə (keçiricilik,
məsaməlik və s.) özünü göstərir və müsbət korrelyasiya ilə səciyyələnir.
Süxurlarda sement maddəsinin miqdarı. Hər iki rejimli yataqlara görə alınmış
reqressiya tənliklərində bu göstəricinin əhəmiyyətlilik dərəcəsi az olduğu üçün
iştirak etmir.
Çöküntülərin bölünməsi. İstismar obyektinin kəsilişində müxtəlif xarakterli layların
növbələşməsi burada bərabər maye axımını təmin etməyə imkan vermir. Odur ki,
rejimlərindən asılı olmayaraq, layların bölünməsinin artması onların son neftvermə
əmsalına mənfi təsir göstərir.
Neftin özlülüyü. Məlum olduğu kimi, neftin özlülüyü artdıqca onların lay
şəraitindəki hərəkəti məhdudlaşır. Təsadüfi deyil ki, hər iki modeldə bu parametr
mənfi yüklü olmaqla iştirak edir.
Neftin sıxlığı. Bu göstəricinin modellərdə iştirak etməməyi onun neftin özlülüyü ilə
müsbət korrelyasiyası ilə izah olunur.
Quyu şəbəkəsinin sıxlığı. Neftdə həll olmuş qaz rejimli yataqların işlənilməsi sıx
quyu şəbəkəsi ilə aparıldıqda müsbət nəticələr vermişdir. Qarışıq rejimli yataqlarda
isə analoji effekt qeyd olunmur. Bu hal onların aktiv hidrodinamiki xüsusiyyətləri ilə
əlaqədardır. Hətta quyular arasındakı məsafənin ən böyük qiymətlərində belə kənar
suların aktiv təsiri nəticəsində layda toplanmış neft resursları son nəticədə istismar
quyularına doğru sıxışdırıla bilir.
İşlənilmənin ilk mərhələsində neftçıxarma tempi. Mərkəzi Abşeronun neftdə həll
olmuş qaz rejimli yataqlarında işlənilmənin ilk dövründə həddən çox miqdarda
mayenin hasilatı onların son neftvermə əmsalına müsbət təsir etməmişdir. Belə ki, bu
dövrdə əldə edilmiş yüksək hasilat lay enerjisinin (neftdə həll olmuş qazın) xeyli
istifadəsi nəticəsində əldə edilmişdir. Qarışıq rejimli yataqlarda isə işlənilmənin ilk
dövrlərində hasilatın böyük götürülməsi onun III və IV mərhələlərdə tempini
tədricən azaldır və nəticə etibarilə son neftvermə yüksəlmiş olur.
Layların sulaşması. Bu göstərici hər iki tip yataqların işlənilməsində müsbət rol
oynayır. Belə ki, ətraf suların süxur məsamələrində neftləri sıxışdırma qabiliyyətinə
malik olduğu şəraitdə yatağın ehtiyatlarının böyük hissəsini realizə etmək mümkün
olur.
Lay təzyiqi. Neftdə həll olmuş qaz rejimi ilə işləyən yataqlara bu göstərici müsbət
təsir göstərdiyi halda, qarışıq rejimli yataqlarda onun təsiri nəzərə çarpmır.
Qaz amili. Neftdə həll olmuş qaz rejimli yataqlar üçün bu parametrin müsbət rolunu
izah etməyə ehtiyac yoxdur. Qarışıq rejimli yataqlarda isə bu göstəricinin rolu qeyd
olunmur.
Neftin həcm əmsalı, susuz neftvermə əmsalı, layın temperaturu, işlənilmə
prosesində təzyiq düşküsü, doyma təzyiqi kimi parametrlərin hər iki təbii rejimlə
səciyyələnən yataqlar üçün əhəmiyyətli təsiri qeyd olunmamışdır.
Beləliklə, Azərbaycanın quru ərazisində yerləşən neft yataqlarının
işlənilməsində özünü büruzə verən lay rejimləri üzrə neftvermə modelləri alınmış və
onların müqayisəli təhlili verilmişdir. Müəyyən olunmuşdur ki, ayrı-ayrı
parametrlərin təbii rejimlərlə səciyyələnən yataqların işlənməsinə təsiri müxtəlifdir ki,
bu da neftvermə prosesinin tənzimlənməsində nəzərə alınmalıdır (şək.III.31.)

III. 15. Neft və qaz yataqlarının işlənilməsinin son mərhələsində aparılan


geoloji-mədən tədqiqatları.

Neft və qaz yataqlarının işlənilməsi olduqca uzun bir müddətdə həyata


keçirilməsinə baxmayaraq onların ehtiyatlarının tam realizə olunması mümkün olmur.
Geoloji mühit, işlənilmənin müddəti və intensivliyindən asılı olaraq yataqların
neftvermə əmsalının səviyyəsi geniş diapazonda dəyişir. Onu da qeyd edək ki, bu
əmsalın qiyməti neft-qaz elminin inkişafı və texnologiyasının təkmilləşməsi
nəticəsində yüksəlməkdədir. Məsələn, XX əsrin ortalarına qədər olan müddətdə
işlənilmə, yataqların yalnız təbii enerji mənbəyinin istifadəsi ilə aparıldığından
onların ehtiyatlarının yalnız 30-40%-nin realizəsinə nail olunmuşdur. Bu dövrdən
sonra yataqların işlənilməsində suvurma prosesinin tətbiqi, işlənilmə sistemlərinin
aktiv tənzimlənməsi, işlək quyuların texnoloji rejimlərinin optimallaşdırılması və sair
nəticəsində neft ehtiyatlarının realizə dərəcəsi yüksələrək, bəzi hallarda 50-60%
çatmışdır. Neft-qaz yataqlarının işlənilmə effektivliyinin gələcəkdə də yüksələcəyini
proqnozlaşdırmaq olar. Lakin belə vacib və mürəkkəb bir problemin həyata
keçirilməsi yataqların işlənilməsinin son dövrlərində (IV və V mərhələlər) kompleks
geoloji-mədən tədqiqatlarının həyata keçirilməsini tələb edir. Bu dövrdə məlum
olduğu kimi yataq kəskin dəyişikliyə məruz qalır: lay təzyiqi enir, laylarda müxtəlif
mənşəli suların hərəkəti müşahidə olunur, lay süxurlarının məsaməliyi və keçiriciliyi
azalır, tektonik qırılmaların funksiyasında və lay temperaturunun qiymətlərində
dəyişmələrə rast gəlinir. Neft ehtiyatlarının realizəsində də qeyri-bərabər formalar
müşahidə olunur: qanunauyğunluqlar çox vaxt lokal zonalarla mürəkkəbləşmiş olur
və sair. Odur ki, işlənilmənin son dövrlərində neft və qaz yataqlarına olduqca
mürəkkəb bir dinamik sistem kimi baxmaq lazımdır. Bu sistemlərin təzahüründə
ümumi oxşarlıq olmadığından onların səmərəli inkişafında xüsusü yanaşma prinsipi
əsas götürülməlidir.
Beləliklə, neft-qaz yataqlarının işlənilməsinin son dövrlərində qalıq neft
ehtiyatlarının maksimum səviyyədə mənimsənilmə yollarının təyini üsullarına nəzər
salaq. Bu məqsədlə aparılan tədbirlər kompleksini aşağıdakı tədqiqat sahələrinə
bölmək mümkündür.
Neft və qaz yataqlarının geoloji quruluşunun dəqiqləşdirilməsi. Yataqlara layihə
sənədlərinə müvafiq qazılmış bütün quyulardan (o cümlədən istismar, vurucu və sair)
alınmış kompleks məlumatlar yenidən nəzərdən keçirilir, mədənin kəsilişində rast
gələn layların daban və tavan qiymətləri müqayisəli təhlil əsasında təyin olunur.
Sonra hər hansı bir məlum alqoritm və proqram əsasında struktur xəritələr tərtib
olunur. Yatağın strukturunu mürəkkəbləşdirmiş tektonik qırılmaların yeri,
amplitudaları və funksiyaları (keçirici və ya ekran) müəyyənləşdirilir. Tərtib olunmuş
xəritə və profillər onların ilkin variantları ilə müqayisə olunur. Mədəndə aşkar
edilmiş hər bir yeni struktur elementinin etibarlılığı işlənilmə məlumatları ilə
yoxlanılmalıdır.
Neft və qaz ehtiyatlarının dəqiqləşdirilməsi. Yataqların işlənilməsinin əsas
göstəriciləri olan ehtiyatlar haqqında etibarlı məlumatlar vaxtaşırı əldə edilməlidir.
Odur ki, hər hansı bir mədənin, yatağın və ayrı-ayrı işlənilmə sahələrinin qalıq balans
və çıxarılabilən ehtiyatların təkrar hesablanması həyata keçirilməlidir. Bu problemi
həll etmək üçün yataqların işə salınması ərəfəsində və bilavasitə işlənilmə prosesində
alınmış hesablanma məlumatları bir daha nəzərdən keçirilir və sistemləşdirilir.
Hesablanma nəticələrinin etibarlılığı bir daha qiymətləndirilir. Bu məlumatların
əsasında işlənilmənin son dövrlərində yataqların potensial imkanlarını
qiymətləndirmək üçün bir-biri ilə əlaqəli iki məsələ həll edilməlidir: ilk növbədə
yatağın sahəsində, onun ayrı-ayrı tektonik blokları üzrə qalıq balans və çıxarılabilən
ehtiyatların həcmi dəqiqləşdirilir. Təcrübələr göstərir ki, bu problemin həllini
dinamik modelləşdirmədən, o cümlədən Hompers-Meykem əyrilərinin istifadəsi ilə
təmin etmək daha doğru nəticələr verir. II mərhələdə isə hesablanmış ehtiyat
həcminin həmin sahələrdə paylanılma xüsusiyyətlərinin aşkar edilməsini nəzərdə
tutur. Bu məsələnin həllində krayqinq analizinə istinad edilərsə nəticələr əyani olaraq
xüsusi xəritələrdə öz əksini tapmış olur. Beləliklə, işlənilmədə olan yatağın neft
ehtiyatı və onun yataq həcmində paylanılma arealları haqqında qiymətli məlumatlar
əldə edilmiş olur. Neft ehtiyatlarının hesablanmasında yeni yanaşma yataqların xalq
təsərrüfatı baxımından qiymətləndirilməsinə imkan verir. (B.Ə.Bağırov,
S.Ə.Nəzərova, Ə.M.Salmanov, F.F.Məhərrəmov, 2005).
Neft və qaz yataqlarının hidrodinamiki səraitinin təyini. Uzun müddətli neft, qaz, su
hasilatının nəticəsində lay təzyiqi və temperaturu, laylarda sulaşma prosesi, qaz
amilinin enməsi və digər proseslər gedir. İşlənilməni rasional başa çatdırmaq üçün
belə dəyişmələri özündə əks etdirən yatağın cari hidrodinamiki vəziyyəti haqqında
məlumatlar əldə edilməlidir. Bu məlumatlar isə həmin yatağın dəqiqləşdirilmiş
geoloji quruluşu ilə uzlaşdırılmalıdır. Bu tələbatı yerinə yetirmək üçün aşağıdakı
tədqiqatlar aparılmalıdır:
- işlənilmənin əvvəlindən cari dövrədək yataqdan hasil edilmiş neft, su və qaz
hasilatlarının (illik və toplanmış) qiymətlərinin xüsusi xəritə, qrafik və cədvəllərində
təsviri;
- yataqda suların hərəkət istiqamətlərini və intensivliyini göstərən xəritələrin tərtibi.
Suların mənşəyinin (ətraf, daban, tektonik və sair) təyin edilməsi və bu prosesin
ehtiyatların mənimsənilməsinə təsirinin tədqiqi.
Qeyd etmək lazımdır ki, bu məlumatlara istinadən quyularda təcrid (izolə)
işləri, sürətli neftçıxarma üsulu və digər tədbirlərin həyata keçirilməsi haqqında
qərarlar qəbul edilə bilər.
Neft yataqlarının işlənilməsinin son dövründə onlarda yaranmış hidrodinamiki
durumunu bəzən digər laylardan maye axını da mürəkkəbləşdirə bilər. Təcrübələr
göstərir ki, işlənilmənin ilk dövrlərində ayrılmış və sərbəst istismar edilən qonşu
laylar arasında sonralar hidrodinamiki əlaqə yarana bilər. Mədənin kəsilişində maye
axını, aralıq gil laylarının təcrid qabiliyyətinin dəyişməsi ilə, tektonik qırılma və
kəmər arxası yollarla baş verir. Bu proses isə yataqların hidrodinamiki inkişaf
qanunauyğunluqlarını pozur. Odur ki, onun təzahürü və inkişaf xüsusiyyətləri tədqiq
olunmalı və işlənilmənin gələcək dövrləri üçün müvafiq qərarlar qəbul edilməlidir.
Quyu fondundan istifadə üsulları. Neft yataqlarının işlənilmə təcrübəsindən
məlumdur ki, neftçıxarma prosesinin son mərhələsi çox hallarda seyrək quyu
şəbəkəsi ilə həyata keçirilir. Belə olduqda quyu fonduna diqqətlə yanaşmaq, işlək və
vurucu quyuların öz funksiyalarını tam yerinə yetirilməsinə nail olmaq lazımdır. Hər
şeydən əvvəl işlək quyuların sayı və planda yerlərini nəzərə almaqla ehtiyatların
mənimsənilməsində onların nə dərəcədə iştirakı müəyyənləşdirilməlidir. Dərsliyin
əvvəlki bölmələrində quyu şəbəkəsinin sıxlığının neftverməyə təsiri məsələsi ətraflı
şərh edilmişdir. Odur ki, işlənilmənin son dövrlərində zəif lay təzyiqi və kəskin
sulaşma şəraitində quyu şəbəkəsinin sıxlaşdırılması məsələsi aktualdır. Nəzərə almaq
lazımdır ki, bu zaman yeni quyular qazılmır və ya az qazılır. Ona görə də mövcud
quyu fondundan effektli istifadə edilməlidir. Bu məqsədlə aşağıdakı üsullardan
istifadə edilə bilər:
- bir quyu ilə iki və ya daha çox layın eyni vaxtda birgə işlənilməsi;
- iki və ya daha çox layın birləşdirilərək bir istismar obyektinə çevrilməsi;
- yatağın neftlilik sahəsinin işlənilməyə aktiv cəlb edilməsinə imkan verən
horizontal quyuların qazılması və istismarı;
- quyuların bir laydan digərinə qaytarılma əməliyyatı;
- işlək quyularda mövcud süzgəcin uzunluğunun artırılması və ya onun
təkrar perforasiyası;
- işlək quyularda axın məhdudluğunu aradan qaldırmaq üçün quyudibi
zonaya təsir üsullarının tətbiqi;
- mədənin fondunda olan quyuların funksiyalarının dəyişdirilməsi (işlək
fonddan vurucu fonda keçirilməsi və ya əksinə).
Yataqların işlənilmə prosesinin tənzimlənməsi. İşlənilmənin son mərhələsində
yataqların geoloji quruluşunun dəqiqləşdirilməsi, ehtiyatlarının həcminin və
paylanılma areallarının müəyyən edilməsi bu ehtiyatların maksimum realizəsini
təmin etmək üçün müvafiq tədbirlərin əsaslandırılmasına imkan verir. Təklif olunmuş
tədbirlərin həyata keçirilməsi son nəticədə qalıq ehtiyatların rasional realizəsini təmin
etməlidir. Burada ilk növbədə tətbiq olunan işlənilmə sistemlərinin aktiv
tənzimlənməsi nəzərdə tutulmalıdır. Cari dövrdə qalıq neft ehtiyatlarının həcmini,
layın sulaşma dərəcəsini, lay təzyiqi və sair nəzərə almaqla hər bir işlək quyu üçün
istismar rejimi təyin olunmalıdır. Suvurma prosesinin cari işlənilmə prosesinə
göstərdiyi təsir öyrənilməlidir. Lazımi hallarda vurucu quyularda suyun həcminin
dəyişdirilməsi və ya digər quyuların (o cümlədən işlək fonddan) vurucu quyular
fonduna keçirilməsi nəzərdə tutulmalıdır. Su-neft konturunun hərəkət intensivliyinə
müvafiq olaraq, işlək quyularda gündəlik neft və su hasilatlarının tənzimlənməsi
həyata keçirilməlidir. Burada hər hansı bir sulaşmış quyunun dayandırılması, digər
quyularda isə hasilatın artırılması nəzərdə tutula bilər. Bütün hallarda istismar
quyularında qum tıxacının və duzəmələgəlmə təzahürləri nəzərdə tutulmalıdır. Belə
ki, onların intensivliyi quyularda istismar prosesini çətinləşdirə bilər.
İşlənilmənin son mərhələsində laya təsir üsulları, o cümlədən, layların
neftverimini artıran üsulların tətbiqi onların müvafiq geoloji şəraitlərində tətbiq
olunmalıdır.
Neft yataqlarının işlənilməsini aktiv tənzimləmək üçün üç ölçülü geoloji-
dinamik modellər yaradılmalı və bu sistemdə gedən dəyişmələr həmin modeldə öz
əksini tapmalıdır.
Yataqların işlənilməsinin son mərhələsində tətbiq olunan kompleks tədbirlər
onların işlənilmə dinamikasında öz əksini tapır. Hər bir yatağda ehtiyatın həcmindən,
quyuların sayından, suvurmanın intensivliyindən və sair asılı olaraq neft, su, qaz
hasilatının dinamikası müəyyən bir səviyyədə aparılmalıdır. Bu səviyyə isə optimal
olmalıdır: yatağın imkanları və iqtisadi göstəriciləri əsasında optimal gündəlik, aylıq
və illik neft, qaz və su hasilatlarının norması əsaslandırılmalıdır. Onların vaxt etibarı
ilə dəyişmə dərəcələrini qiymətləndirmək üçün Şuxartın nəzarət xəritələrindən
istifadə edilərsə, birmənalı cavablar alınar. Bu üsulun neftçıxarma dinamikasının
bilavasitə gedişində tətbiq imkanları, konkret olaraq aşağıdakı suallara cavab
verməyə imkan verir: neft və su hasilatının dinamikasının tənzimlənmə zonalarında
yerləşməsi (yəni neftçıxarma prosesinin optimal aparılması), bu göstəricilərin
verilmiş sərhədlərdən çıxma halları və onların səbəbləri.
Qaz yataqlarının işlənilməsinin son mərhələsində bir sıra xüsusiyyətləri nəzərə
almaqla tədqiqat istiqamətləri neft yatağında olduğu kimidir.
Neft və qaz yataqlarının işlənilməsinin son mərhələsində qalıq ehtiyatların
maksimum mənimsənilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərinin
müvəffəqiyyətini yataqların işlənilməsində əldə edilən kompleks məlumatların
dolğunluğu və keyfiyyəti əsaslı surətdə müəyyənləşdirir. Odur ki, işlək, vurucu və
yeni qazılan quyulardan geoloji-geofiziki məlumatların alınma tarixləri müəyyən
olunmalı, nümunələr xüsusi laboratoriyalarda tədqiq olunmalıdır. Alınan nəticələr
hərtərəfli araşdırılmalıdır ki, bu da konkret yatağın işlənilməsinin cari vəziyyətinin
qiymətləndirilməsində və proqnoz məsələlərin həllində istifadə edilə bilər.

ƏLAVƏLƏR
Neft-qaz mədən geologiyasında istifadə edilən əsas riyazi üsullar.

ÜMUMI ANLAYIŞ. Məlum olduğu kimi, neft və qaz yataqları mürəkkəb


quruluşlarla səciyyələnən strukturlarla əlaqədar olurlar. Onlarda laylaşmanın müxtəlif
formalarına rast gəlinir: lay süxurlarında flüidlərin, təzyiqlərin və temperaturun
sahəvi və dərinlik üzrə paylanılmasının qanunauyğunluqları təsadüfi lokal
dəyişmələrlə mürəkkəbləşmiş olur. Onların aşkar edilərək öyrənilməsi neft və qaz
yığımlarından maksimum istifadəsinə zəmin yaradır. Bu tələbatı təmin etmək üçün
yatağın ayrı-ayrı hissələrinə (nöqtələrinə) quyular qazılır. Onlardan alınan məlumatlar
isə nöqtəvi xarakter daşıyır. Quyuların sayının sonsuz artırmaq mümkün
olmadığından nöqtəvi məlumatlarına sahəvi məlumatların şamil edilməsi müəyyən
bir ehtimallıqla mümkün olur. Bu səbəbdən də neft-qaz yığımlarının işlənilməsi
prosesində baxılan məsələlərin həllində etibarlığını artırmaq üçün ehtimal nəzərriyəsi
və riyazi statistikanın üsullarından istifadə edilir. Təbii ki, onların operativ realizəsi
müvafiq alqoritmlər əsasında kompüterlərdə realizə olunur.
Neft yataqlarının işlənilmə dinamikasının onların yerləşdiyi regiondan, istismar
edilən layın geoloji-struktur xüsusiyyətlərindən asılı olmayaraq ümumi oxşarlığı
müşahidə olunur: illik neft hasilatı işlənilmənin əvvəlində kəskin artır, sonra onun
stabilləşməsi qeyd olunur; daha sonra hasilatın enmə dövrləri başlayır. Lakin, neft
hasilatının dinamikasının qeyd olunan konfiqurasiyası yalnız işlənilmənin ümumi
halını səciyyələndirir: tədqiqatlar göstərir ki, təbiətdə eyni dinamik xüsusiyyətə malik
hətta iki yatağın belə müşahidəsi qeyri mümkündür. Ümumi qanunauyğunluq
fonunda uzun müddət inkişaf edən işlənilmə dinamikasının ən müxtəlif formalarına
təsadüf olunur. Odur ki, neft hasilatınınm dinamik göstəricilərinə istinad edərək
işlənilmənin tənzimlənməsi üçün təkliflərin əsaslandırılması, yataqların qalıq neft
ehtiyatlarının hesablanması və digər məsələlərin həllində dinamik modellərdən
istifadə edilməsi tələb olunan məsələlərin birmənalı həlləni təmin etmək
mümkündür. Beləliklə, işlənilmə obyektlərinə dinamik bir sistem kimi baxılarsa,
onun müxtəlif elementlərinin tədqiqində bu üsullardan istifadə edilməsi vacibdir.
Qeyd etmək lazımdır ki, riyazi üsulların sayı çox, həlletmə qabiliyyəti isə
müxtəlifdir. Onların hər biri haqqında müvafiq ədəbiyyatlarda məlumatlar vardır (bax
“ƏDƏBİYYAT” – Ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə elmi nəşrlər). Hazırki
dərslikdə neft-qaz mədən geologiyasında daha çox istifadə olunan üsulların qısa
səciyyəsi verilir.
ƏSAS STATISTIK GÖSTƏRICILƏR. Hər hansı bir geoloji obyektin
parametrlərinin qiymətləri geniş diapazonda dəyişir. Onlardan obyektiv məlumatlar
alınması, öyrənilən parametrlər haqqında ilk növbədə onun aşağıdakı statistik
göstəricilərinin hesablanmasını tələb edir.
Orta qiymət:
n
n  ni X i
 Xi
ədədi orta X  i 1 ; orta çəki X  i 1 .
n n
Statistik çoxluğunda arqumentin qiymətlərinin səpələnmə olçülərindən ən çox
istifadə edilənlərdən dispersiya və orta kavdratik meyl sayılır.
n

 (X i  X )2
Dispersiya: D(X )  i 1
(n> 30 olduqda) və
n 1
n

 ( X i  X )2
D(X )  i 1
(n< 30 olduqda).
n
Orta kvadratik meyl:
 ( X )  D( X ) .
Çoxluqların əksəriyyəti üçün kvadratik orta yayınmanın belə bir xassəsi vardır ki, X -
in bütün qiymətlərindən 99%-i ( x − 3σ , x + 3σ ) intervalında yerləşir. Beləliklə, σ nə
qədər kiçik olarsa, arqumentin qiymətləri onun orta qiyməti ətrafında o qədər cox
topalanacaqdır.
Variasiya əmsalı - çoxluğun orta kvadratik meylinin orta ədədi qiymətinə
nisbətinin faizlə ifadəsinə deyilir:

V  100%
X
Moda: Təsadüfi kəmiyyətin ən çox rast gəlinən variantına deyilir.
Mediana: X təsadüfi kəmiyyətinin aldığı qiymətlər sırasını iki bərabər hissəyə
bölən ədədə mediana deyilir. Belə halda zamanı medianadan bir tərəfdə duran ədədlər
ondan kiçik, digər tərəfdə duran ədədlər isə ondan böyük olur. Variantların sayı tək
olduqda, yəni n = 2k+1 olduqda
ME = Xk+1
xk  xk 1
cüt olduqda isə ME=
2
f(x)

Xorta=Me=Mo x

f(x)

Mo Me Xorta x
Normal və asimmetrik (loqnormal) paylanma qanunları üçün ədədi

orta, moda və mediananın sxematik qiymətləri

Amplituda -statistik çoxluq sırasının ən böyük və ən kiçik variantlarının fərqinə


amplituda deyilir:
R=Xmax.- Xmin
Asimmetriya - ixtiyari nəzəri paylanmanın asimmetriyası üçüncü tərtib
mərkəzi momentin orta kvadratik meylinin kubuna olan nisbətinə deyilir:
As=μ3/σ3 , burada μ3=M(X-MX)3
Paylanmanın sıxlıq əyrisinin böyük hissəsi riyazi gözləmədən sağda
yerləşdikdə As> 0, solda yerləşdikdə isə As<0 olur .
f(x)

As>0

M(x) x

f(x)

As <0

M(x) x

As parametrinin qiymətindən asılı olaraq asimmetrik paylanmanın sıxlıq


funksiyasının qrafikinin vəziyyətinin dəyişməsi
Exsess – paylanmanın yuksək və ya alçaq zirvəli olmasını olçən eksses
xarakteristikası aşağıdakı düsturla hesablanır:
Ek=μ4/σ4-3=  (X- X )4/ n(D(X))4-3, μ4=M(X-MX)3
Ek>0 olduqda normal paylanma ilə müqayisədə nəzəri paylanma əyrisinin
hündürlüyü böyük və təpəsi iti, Ek<0 olduqda isə nəzəri paylanma əyrisinin
hündürlüyü alçaq və təpəsi yastı olur.
PAYLANMALAR VƏ PAYLANMA ƏYRILƏRI. Birölçülü statistik çoxluğun
təsviri üçün digər vasitə – bəzi paylanmalar və paylanma əyriləridir. Belə
paylanmalardan ən mühümləri – Puassonun binomial paylanması və normal və ya
Qauss paylanmasıdır. Birincisi – hər bir sınaqda sabit ehtimalla baş verən, asılı
olmayan sınaqlarda hər hansı hadisənin tezliklərinin paylanması ilə müqayisə oluna
bilinən paylanmaların təsvir olunmasına xidmət edir. İkincisi – nadir hadisələr və
proseslərin paylanmalarının təsviri üçün istifadə olunur.

tənliyi ilə verilən normal paylanma, riyazi statistikada nəzəri və praktiki, fundamental
rol oynayır və coxsaylı asılı olmayan və ya sanki asılı olmayan səbəblərin təsiri
nəticəsində yaranan arqumentlərə toplananlar kimi baxdıqda, bu arqumentlərin
paylanmasının təsvirinə xidmət edir. Bu tənlik həndəsi anlamda, kəsilməz
paylanmaların təsviri üçün paylanma əyrilərindən biri – normal əyrini ifadə edir. Bu
paylanmalar ümumi şəkildə
y = n f ( x , θ1, θ 2 , ...,θ n )
tənliyi ilə ifadə olunur, burada θi – verilən konkret paylanma üçun müəyyən
qiymətlər alan paylanma parametrləridir.
Normal paylanmanın sıxlıq funksiyasının qrafiki

Loqarifmik normal paylanmanın sıxlıq funksiyasının qrafiki

Parametrlərin axtarılması üçün ən çox istifadə olunan ən kiçik kvadratlar


üsuludur. Üsul ondan ibarətdir ki, parametrlərin elə qiymətləri axtarılır ki, onlar
paylanmanın hesablanılmış muşahidə olunmuş tezlikləri arasında fərqlərin kvadratları
cəminin minimumunu təmin etsin.
HISTOQRAM. n obyektdən ibarət öyrənilən toplu hər hansı k e y f i y y ə t
əlaməti A-ya görə A1, A2 , ... , Ar siniflərinə ayrılır.
Bu bölgüyə uyğun s t a t i s t i k p a y l a n m a ayrı-ayrı siniflərdəki
obyektlərin sayı («tezlikləri») – göstərilməklə verilir.
ni-lərin əvəzinə uyğun – nisbi
tezlikləri göstərilir. Əgər hər hansı kəmiyyət dəyişəni oyrənilirsə, onda
onun n obyektdən ibarət topludakı paylanmasını həmin dəyişənin muşahidə olunmuş
x1 , x2 ,..., xr qiymətlərini artan qaydada bilavasitə hesablamaqla vermək olar. Lakin
n-in böyük qiymətlərində bu olduqca ağır üsuldur və eyni zamanda paylanmanın
mühüm xassələrini aydın aşkar etmir.
Praktikada n-in olduqca böyük qiymətlərində, adətən, müşahidə olunmuş xi
qiymətlərinin tam cədvəli tərtib olunmur və sonrakı işlərdə bütünlüklə elə
cədvəllərdən istifadə olunur ki, müvafiq seçilmiş intervallar üzrə müşahidə olunmuş
qiymətləri qruplaşdırdıqda, bunlarda yalnız siniflərdəki obyektlərin sayı göstərilsin.

Parametrlərin statistik qiymətləri və hipotezlərin yoxlanılması üçün ehtimal


nəzəriyyəsinə əsaslanan bütün qaydalar yalnız müəyyən ω < 1 mühümlük ölçüsü ilə
tətbiq oluna bilinir, yəni bu qaydalar α =1 –ω ehtimalı ilə səhv nəticələrə gətirə bilər.
Əgər normal paylanma və nəzəri dispersiyanın məlum olduğu hipotezində α -nı x
uzrə

qaydası üzrə qiymətləndirsək, onda səhv ehtimalı α -ya bərabər olacaqdır və α isə k
ilə aşağıdakı münasibətlə əlaqəlidir.
Verilmiş konkret şərtlərdə mühümlük ölçüsünün rasional seçilməsi haqqında
məsələ (məs., kütləvi məhsula statistik nəzarətin qaydalarının işlənilməsində) olduqca
mühümdür. Bu zaman mühümlük ölçüsü yalnız yüksək olan (vahidə yaxın) qaydaları
tətbiq etmək arzusuna əks olan bir vəziyyət yaranır ki, müşahidələr sayı məhdud
olduqda belə qaydalarla yalnız çox zəif nəticələr çıxarılır (bunlar, tezliklərin hiss
olunacaq bərabərsizliyində belə, ehtimalların bərabərsizliyini müəyyənləşdirməyə
imkan vermir və s.).
– a və ω = 1 −α-nın k-dan asılılığı.
PARAMETRİK KRİTERİYALAR.
STYUDENT KRİTERİYASI. Bu amil iki seçmə çoxluğun orta qiymətlərin bu və ya
digər çoxluğa mənsub olması hipotezini yoxlamağa imkan verir.

STYÜDENT PAYLANMASININ BÖHRAN QIYMƏTLƏRI


k sərbəstlik =0.01 dəqiqlik səviyyəsi( ikitərəfli böhran sahəsi)
dərəcələri 0.1 0.05 0.02 0.01 0.002 0.001
sayı 0
6.3 12.7 31.82 63.7 318.3 637.0
1.
1
2.9 4.30 6.97 9.92 22.33 31.6
2.
2
2.3 3.18 4.54 5.84 10.22 12.9
3.
5
2.1 2.78 3.75 4.60 7.17 8.61
4.
3
2.0 2.57 3.37 4.03 5.89 6.86
5.
1
1.9 2.45 3.14 3.71 5.21 5.96
6.
4
1.8 2.36 3.0 3.50 4.79 5.50
7.
9
1.8 2.31 2.90 3.36 4.50 5.04
8.
6
1.8 2.26 2.82 3.25 4.30 4.78
9.
3
1.8 2.23 2.76 3.17 4.14 4.59
10.
1
1.8 2.20 2.72 3.11 4.03 4.44
11.
0
1.7 2.18 2.68 3.05 3.93 4.32
12.
8
1.7 2.16 2.65 3.01 3.85 4.22
13.
7
1.7 2.14 2.62 2.98 3.79 4.14
14.
6
1.7 2.13 2.60 2.95 3.73 4.07
15.
5
1.7 2.12 2.58 2.92 3.69 4.01
16.
5
1.7 2.11 2.57 2.90 3.65 3.96
17.
4
1.7 2.10 2.55 2.88 3.61 3.92
18.
3
1.7 2.09 2.54 2.86 3.58 3.88
19.
3
1.7 2.09 2.53 2.85 3.55 3.85
20.
3
1.7 2.08 2.52 2.83 3.53 3.82
21.
2
1.7 2.07 2.51 2.82 3.51 3.79
22.
2
1.7 2.07 2.50 2.81 3.49 3.77
23.
1
1.7 2.06 2.49 2.80 3.47 3.74
24.
1
1.7 2.06 2.49 2.79 3.45 3.72
25.
1
1.7 2.06 2.48 2.78 3.44 3.71
26.
1
1.7 2.05 2.47 2.77 3.42 3.69
27.
1
1.7 2.05 2.46 2.76 3.40 3.66
28.
0
1.7 2.05 2.46 2.76 3.40 3.66
29.
0
1.7 2.04 2.46 2.75 3.39 3.65
30.
0
……… …. ….. ….. ….. …… ……
1.6 2.02 2.42 2.70 3.31 3.55
40.
8
1.6 2.00 2.39 2.66 3.23 3.46
60.
7
1.6 1.98 2.36 2.62 3.17 3.37
120.
6
1.6 1.96 2.33 2.58 3.09 3.29

4
0.0 0.025 0.01 0.005 0.001 0.0005
5
 dəqiqlik səviyyəsi( birtərəfli böhran sahəsi)

Üsulun tətbiqi zamanı ilkin məlumatların normal paylanma qanununa tabe


olması zəruri şərt kimi qəbul edilir. Styudent kriteriyasının təyini üçün aşağıdakı
düsturdan istifadə edilir:
1  X 2 n1n2
t
S X1  X 2 n1  n2

Burada n1, n2-seçimlərdə parametrlərin sayları; x1 , x2 seçimlərdə parametrlərin


orta qiymətləridir.
Parametrlər arasında orta qiymətlərə görə oxşarlıq və ya müxtəlifliyi müəyyən
etmək üçün xüsusi cədvəldən istifadə edilir. Bu cədvəldə t böhran qiymətləri
gətirilmişdir. Əgər thes. > tcəd. olsa, müqayisə olunan parametrlər arasında fərqlər
kəskin və thes. ≤ tcəd. olduqda isə həmin parametrlərin arasında statistik oxşarlıq
mövcuddur və əslində onları eyni seçimə daxil etmək mümkündür.
FİŞER KRİTERİYASI. İki seçimlərdə parametrlərin müxtəliflik dərəcələrini
(dispersiyalarını) müqayisə etmək üçün Fişer kriteriyasından istifadə edilir.
2
S1
F  2
S2
Burada S12 və S22 müvafiq olaraq seçimlərdə böyük və kiçik dispersiyaların
qiymətləridir.
Hesablama nəticəsində əgər müəyyən olunarsa ki, Fhes > Fcəd. müqayisə olunan
seçimlərdə parametrlər dispersiyaların qiymətlərinə görə kəskin fərqlənir, Fhes ≤ Fcəd.
olduqda isə, əksinə, həmin parametrlər arasında oxşarlıq aşkar olunur (Fcəd. qiymətləri
xüsusi cədvəldə verilir).
BARTLET KRITERIYASI. İkidən artıq eyniadlı seçimləri bir-biri ilə
müqayisə etmək üçün Bartlet kriteriyasından istifadə edilir.
2,3  k
  (n i  1) lg S i 
k
1 k k
2
 i  *  ( n  1) lg S
2 2 2
B ( n  1) ln S  ( n  1) ln S 
c  i 1
i 
c  i 1 i 
i
i 1  i 1

kəmiyyəti k-1 sərbəstlik dərəcəsində 2 kimi paylanacaqdır.


 
1  K
1 1 
C  1   k 
3( K  1)  I 1 (n1  1)
 ni  1
 i 1

1
S2  k
N  1 (ni  1) S1
2

i 1
yəni, s2 kəmiyyəti yoxlanılan hipotezin doğruluğu fərziyyəsində hesablanmış
dispersiyanın ümumiləşdirilmiş qiyməti kimi özünü göstərir.
Beləliklə, əgər hesablanmış V qiyməti q əhəmiyyətlik və k-1 sərbəstlik
dərəcəsinə uyğun olan Pirson kriteriyasının xq2, k-1 böhran qiymətindən az olarsa
(V < xq2, k-1), onda Ho hipotezi qəbul edilir. Alınan nəticənin geoloji interpretasiyası
o deməkdir ki, müqayisə olunan bütün seçimlər arasında fərqlər çox cuzidir və deməli
onlara bir obyekt kimi baxılmasının kifayət qədər əsası vardır. Əksinə olduqda isə
H0 hipotezi qəbul edilmir: əgər V > xq2 , k-1, onda H1 alternativi qəbul edilir.
Belə olduqda isə baxılan seçimlər arasında kəskin fərqlər mövcuddur və bu
səbəbdən də onlar ayrılıqda tədqiq olunmalıdır.
2 paylanmanın böhran qiymətləri
k sərbəstlik  dəqiqliyin səviyyəsi
dərəcələri 0.01 0.025 0.05 0.95 0.975 0.99
sayı
1. 6.6 5.0 3.8 0.0039 0.00098 0.00016
2. 9.2 7.4 6.0 0.103 0.051 0.020
3. 11.3 9.4 7.8 0.352 0.216 0.115
4. 13.3 11.1 9.5 0.715 0.484 0.297
5. 15.1 12.8 11.1 1.15 0.831 0.554
6. 16.8 14.4 12.6 1.64 1.24 0.872
7. 18.5 16.0 14.1 2.17 1.69 1.24
8. 20.1 17.5 15.5 2.73 2.18 1.65
9. 21.7 19.0 16.9 3.33 2.70 2.09
10. 23.2 20.5 18.3 3.94 3.25 2.56
11. 24.7 21.9 19.7 4.57 3.82 3.05
12. 26.2 23.3 21.0 5.23 4.40 3.57
13. 27.7 24.7 22.4 5.89 5.01 4.11
14. 29.1 26.1 23.7 6.57 5.63 4.66
15. 30.6 27.5 25.0 7.26 6.26 5.23
16. 32.0 28.8 26.3 7.96 6.91 5.81
17. 33.4 30.2 27.6 8.67 7.56 6.41
18. 34.8 31.5 28.9 9.39 8.23 7.01
19. 36.2 32.9 30.1 10.1 8.91 7.63
20. 37.6 34.2 31.4 10.9 9.59 8.26
21. 38.9 35.5 32.7 11.6 10.3 8.90
22. 40.3 36.8 33.9 12.3 11.0 9.54
23. 41.6 38.1 35.2 13.1 11.7 10.2
24. 43.0 39.4 36.4 13.8 12.4 10.9
25. 44.3 40.6 37.7 14.6 13.1 11.5
26. 45.6 41.9 38.9 15.4 13.8 12.2
27. 47.0 43.2 40.1 16.2 14.6 12.9
28. 48.3 44.5 41.3 16.9 15.3 13.6
29. 49.6 45.7 42.6 17.7 16.0 14.0
30. 50.9 47.0 43.8 18.5 16.8 15.0
Məlum olduğu kimi, yuxarıda göstərilən və hesablanan Fişer, Styudent və
Bartlet kriteriyaları parametrik kriteriyalardır. Onların tətbiqi isə lay parametrlərinin
paylanması normal qanuna tabe olduqda düzgün nəticələr verir.

FIŞER-SNEDEKOR PAYLANMASININ BÖHRAN QIYMƏTLƏRI


k1 -qiyməti böyük olan dispersiyanın sərbəstlik dərəcələri sayı
k2 -qiyməti kiçik olan dispersiyanın sərbəstlik dərəcələri sayı
=0.01 dəqiqlik səviyyəsi
k1
k2 1 2 3 4 5 6 7 8 9 10 11 12
1 405 499 540 562 576 588 5998 5981 6022 605 6082 6106
2 9 3 5 4 9 6
2 98.4 99.0 90.1 99.2 99.3 99.3 99.34 99.36 99.36 99.4 99.41 99.42
9 1 7 5 3 0 0
3 34.1 30.8 29.4 28.7 28.2 27.9 27.67 27.49 27.34 27.2 27.13 27.05
2 1 6 1 4 1 3
4 21.2 18.0 16.6 15.9 15.5 15.2 14.98 14.80 14.66 14.5 14.44 14.37
0 0 9 8 2 1 4
5 16.2 13.2 12.0 11.3 10.9 10.6 10.45 10.27 10.15 10.0 9.96 9.89
6 7 6 9 7 7 5
6 13.7 10.9 9.78 9.15 8.75 8.47 8.26 8.10 7.98 7.87 7.79 7.72
4 2
7 12.2 9.55 8.45 7.85 7.46 7.19 7.00 6.84 6.71 6.62 6.54 6.47
5
8 11.2 8.65 7.59 7.01 6.63 6.37 6.19 6.03 5.91 5.82 5.74 5.67
6
9 10.5 8.02 6.99 6.42 6.06 5.80 5.62 5.47 5.35 5.26 5.18 5.11
6
10 10.0 7.56 6.55 5.99 5.54 5.39 5.21 5.06 4.95 4.85 4.78 4.71
4
11 9.86 7.20 6.22 5.67 5.33 5.07 4.88 4.74 4.63 4.54 4.46 4.40
12 9.33 6.93 5.95 5.41 5.06 4.82 4.65 4.50 4.39 4.30 4.22 4.16
13 9.07 6.70 5.74 5.20 4.86 4.62 4.44 4.30 4.19 4.10 4.02 3.96
14 8.86 6.51 5.56 5.03 4.69 4.46 4.28 4.14 4.03 3.94 3.86 3.80
15 8.68 6.36 5.42 4.89 4.56 4.32 4.14 4.00 3.89 3.80 3.73 3.67
16 8.53 6.23 5.29 4.77 4.44 4.20 4.03 3.89 3.78 3.69 3.61 3.55
17 8.40 6.11 5.18 4.67 4.34 4.10 3.93 3.79 3.68 3.59 3.52 3.45
=0.01 dəqiqlik səviyyəsi
k1
k2 1 2 3 4 5 6 7 8 9 10 11 12
1 161 200 216 225 230 234 237 239 241 242 243 244
2 18.5 19.0 19.1 19.2 19.3 19.3 19.36 19.37 19.38 19.3 19.40 19.41
1 0 6 5 0 3 9
3 10.1 9.55 9.28 9.12 9.01 8.94 8.88 8.84 8.81 8.78 8.76 8.74
3
4 7.71 6.94 6.59 6.39 6.26 6.16 6.09 6.04 6.00 5.96 5.93 5.91
5 6.61 5.79 5.41 5.19 5.05 4.95 4.88 4.82 4.78 4.74 4.70 4.68
6 5.99 5.14 4.76 4.53 4.39 4.28 4.21 4.15 4.10 4.06 4.03 4.00
7 5.59 4.74 4.35 4.12 3.97 3.87 3.79 3.73 3.68 3.63 3.60 3.57
8 5.32 4.46 4.07 3.84 3.69 3.58 3.50 3.44 3.39 3.34 3.31 3.28
9 5.12 4.26 3.86 3.63 3.48 3.37 3.29 3.23 3.18 3.13 3.10 3.07
10 4.96 4.10 3.71 3.48 3.33 3.22 3.14 3.07 3.02 2.97 2.94 2.91
11 4.84 3.98 3.59 3.36 3.20 3.09 3.01 2.95 2.90 2.86 2.82 2.79
12 4.75 3.88 3.49 3.26 3.11 3.00 2.92 2.85 2.80 2.76 2.72 2.69
13 4.67 3.80 3.41 3.18 3.02 2.92 2.84 2.77 2.72 2.67 2.63 2.60
14 4.60 3.74 3.34 3.11 2.96 2.85 2.77 2.70 2.65 2.60 2.56 2.53
15 4.54 3.68 3.29 3.06 2.90 2.79 2.70 2.64 2.59 2.55 2.51 2.48
16 4.49 3.63 3.24 3.01 2.85 2.74 2.66 2.59 2.54 2.49 2.45 2.42
17 4.45 3.59 3.20 2.96 2.81 2.70 2.62 2.55 2.50 2.45 2.41 2.38

P() EHTIMALININ QIYMƏTLƏRI


 P()  P()
0.30 1.00 1.10 0.1777
.1122 0.9997 1.20
0.40 .9972 1.30 .0681
0.45 .9874 1.40 .0397
0.50 .9639 1.50 .0222
0.55 .9228 1.60 .0120
0.60 .8643 1.70 .0062
0.65 .7920 1.80 .0032
0.70 .7112 1.90 .0015
0.75 .6272 2.0 .0007
0.80 .5441 2.10 .0003
0.85 .4653 2.20 .0001
0.90 .3927 2.30 .0001
0.95 .3275 2.40 .0000
1.0 .2700 2.50 .0000

KOXRAN KRİTERİYASI. Bu kriteriyanın həlletmə istiqaməti Bartlet kriteriyasına


müvafiqdir. Lakin onun məhdudiyyəti ondan ibarətdir ki, burada müqayisə olunan
seçimlərdə parametrlərin sayı eyni olmalıdır.
G=Smax2/S12+S22+...+Sk2
Burada Smax2 – maksimal dispersiya; S12, S22, ..., Sk2 – digər seçimlərin
dispersiyaıları; k – seçmələrin sayıdır.
G≤G0,05 halda müqayisə olunan seçimlərdə parametrlər arasında 95%
ehtimallılıqla oxşarlıq vardır və deməli onları eyni bir baş seçimdə toplamaq
mümkündür. Əksinə olduqda isə, ayrılmış seçimlərdə parametrlər bir-biri ilə kəskin
fərqlənir və onları cəmləşdirərək birgə təhlil etmək düzgün nəticələr alınmasına
imkan vermir.
RODİONOV KRİTERİYASI. Öyrənilən geoloji obyektin bircinsliliyi haqqında
hipotezin yoxlanması üçün statistik kriteriyaların qurulması məsələsinə bundan əvvəl
baxılmışdır, burda isə biz son nəticədən istifadə edəcəyik. Belə kriteriya kimi T
fəzasında iki yerə bölünən (r2) funksiyasına baxılır:
2
1   2
n1 n2  x j  x j 
m
 
 r2  
j 1

 n1  n2  s j
2

burada, xj-(1), xj-(2) - n müşahidə yığımlarına bölünmüş hər iki çoxluq üçün
hesablanmış j nömrəli orta ədədi göstəricilər, n1 və n2 - bu çoxluqlardakı
müşahidələrin sayı, sj2 - çoxluğun bölündüyü hər iki qrupun dispersiyalarının
bərabərliyi fərziyyəsində hesablanmış j nömrəli əlamətin dispersiyasının qiymətidir.
Bu qiyməti aşağıdakı düsturla hesablamaq olar:
 2
1   
2
S j   x2   x2  1   x   x  
tj tj
n 1  n 2  1 t A1 t j t A2 t j n 1  n 2  t A1 t A2  
 
burada A1 və A2 - T fəzasının bölündüyü çoxluqdur, A1  A2 = T. (r2) funksiyasını
isə aşağıdakı düsturla hesablamaq olar:
2
 
n 2  x t j  n1  x t j

 
n1  n2 1 m  t A 1 t A 2 
 
 r2  
 n 1  n 2  n 1 n 2 j1 2
1  
2   x t
 x t j  j 
t T n1  n2  t T 

Əgər yoxlanılan hipotez doğrudursa, onda  (r2) m sərbəstlik dərəcəsində  2


kimi bölünmüş təsadüfi kəmiyyətin qiymətini göstərəcəkdir. Beləliklə, əgər
max  (r2) ≤ x2q,m ,
r2  R2
onda, bircinslilik haqda hipotez qəbul edilir, əks halda
max  (r2) > x2q,m ,
r2  R2
olduqda qəbul edilmir.
Qeyd etmək lazımdır ki, kifayət qədər yüksək qiymətlərdə kriteriya kimi
aşağıdakı kəmiyyətdən istifadə etmək olar

max  r 2  m  
r 2 R 2

2m

Bu kəmiyyət sıfır hipotezi şərtində orta qiymət 0-a, dispersiyası 1-ə bərabər olmaqla
təqribən normal paylanmışdır. Böhran cədvəllərindən 3-ə bərabər olan böhran
qiyməti seçmək və onu hesablanmış  ilə müqayisə etmək kifayətdir. Əgər  > 3,
onda bircinslilik haqda hipotez qəbul edilmir. Əgər bircinslilik haqqında hipotez
qəbul edilirsə, onda bu onu göstərir ki, əldə olan mə`lumatlara görə öyrənilən obyekt
üzrə heç bir bölünmə aparmaq olmaz, belə ki, bunların heç biri
əsaslandırılmayacaqdır.
Əgər alternativ qəbul edilərsə, bu o deməkdir ki, öyrənilən geoloji obyekt əldə
olan mə`lumatlara görə ən azı iki çoxluğa bölünə bilər. Burada tələblərə cavab verə
bilən bölünmə variantı kimi max (r2) - na uyğun olan variant seçilir.
Nəticədə alınmış iki çoxluq, onların iki yerə bölünməsindən və ya dəyişməz
qalmasından asılı olaraq, bircinslilik haqda hipotezin uyğun yoxlanmasını tələb edir.
Yoxlanılan bircinslilik haqqında hipotezin qəbul edilmədiyi şəraitdə kriteriyanın
maksimum qiymətində çoxluqların bölünməsinin optimallığının nəzəri
əsaslandırılmasına artıq müəllif (Rodionov) tərəfindən baxılmışdır. Təbiidir ki, belə
dixotomik bölünmə o vaxta kimi davam etməlidir ki, bütün ayrılmış fəza alt
çoxluqları T bircinsli olsun.
KORRELYASİYA ANALİZİ. Korrelyasiya dedikdə tədqiq edilən iki və
daha çox hadisə arasındaki istənilən əlaqə nəzərdə tutulur. Korrelyasiya analizi
üsullarının köməyi ilə asılı olmayan dəyişənlər arasındaki təsadüfi əlaqə tədqiq edilir
və belə əlaqənin olub olmaması haqqında hipoteza yoxlanılır. Tədqiq edilən çoxluğun
strukturasından asılı olaraq iki ölçülü və çox ölçülü korrrelyasiya əlaqələri öyrənilir.
əgər X və U dəyişən kəmiyyətləri bir-birindən asılıdırsa, onlardan hər birinin bir
qiymətinə digərinin bir və ya bir neçə qiyməti uyüun ola bilər. Bu zaman onlar
arasındaki əlaqə X = f(U) və ya U=f(X) kimi funksional asılılıqlar ilə ifadə edilir.
Korrelyasiya asılılıüı iki təsadüfi dəyişən kəmiyyət arasındaki elə asılılığa
deyilirki, kəmiyyətlərdən biri dəyişdikdə digər kəmiyyətin ona uyğun orta qiyməti
dəyişsin.
Fərz edək ki, X və U təsadüfi kəmiyyətləri arasındaki asılılıq koordinat
müstəvisində göstərildiyi kimidir
Şəkildən göründüyü kimi X-in hər bir qiymətinə U kəmiyyətinin tam tə  yin
olunmuş bir qiyməti uyğun gəlmir. Diaqramda Ui dəyişəninin Xi dəyişəninə uyğun
olan orta qiymətlərini qeyd etsək (şəkildə üçbucaqlarla qeyd edilib) gətirsək və alınan
nöqtələrdən AV düzxəttini keçirsək, onun tənliyinin
Y  aХ  b

olduğunu taparıq. Bu tənlik U dəyişəninin X dəyişəninə nəzərən reqresiya tənliyi


adlanır. əgər, arqumenti U dəyişəni qəbul etsək, onda
X  a1Y  b1

tənliyi X dəyişəninin U dəyişəninə nəzərən reqresiya tənliyi olacaqdır. Diaqramda bu


düz xətt CD ilə göstərilmişdir.
Korrelyasiya asılılığının analitik formasını və bu asılılığın dərəcəsini təyin
etmək korrelyasiya nəzəriyyəsinin əsas məsələlərindən biridir. Bu məsələnin
öyrənilməsi reqresiya funksiyasının qurulması ilə əlaqədardır.

Korrelyasiya nəzəriyyəsinin ikinci əsas məsələsi korrelyasiya asılılıq


dərəcəsinin müəyyən edilməsindən ibarətdir. əgər X və U təsadüfi kəmiyyətləri
arasındaki əlaqə xəttidirsə, onda bu alaqənin dərəcəsi korrelyasiya əmsalı vasitəsilə
müəyyən olunur:
XY  X Y
r xy 
 x y
n n

 X i2 Y i
2

Burada  x  i 1
X 2
, y  i 1
Y 2
,
n n
n n
n  Xi  Yi
1
XY   X iYi , X  i 1 ,Y  i 1
n n n
i 1
Korrelyasiya əmsalı aşağıdaki qiymətləri ala bilər:
1. rxy=0 -bu halda X və U arasında əlaqə yoxdur;
2. = +1 -bu halda X və U arasında ciddi müsbət xətti əlaqə mövcuddur;
3. rxu = -1 -bu halda X və U arasında ciddi mənfi əlaqə mövcuddur.
Korrelyasiya-reqresiya analizində düsturların a, a1 və v, v1 əmsalları reqresiya
əmsalları adlanır və aşağıdaki kimi təyin olunurlar :
y y x
a  r xy ; b  Y  r xy X ; a1  r xy ; b1  X  a1Y ;
x x y
Bu ifadələrini yuxarıdakı düsturlarda nəzərə alsaq
y
Y Y  r xy X  X 
x

x
X  X  r xy Y Y  olduğunu tapırıq.
y
X və U təsadüfi dəyişən kəmiyyətlər arasındaki korrelyasiya əlaqəsinin olması
hipotezası aşağıdaki statistik kriteriya ilə təsdiq edilir:
rxy
t  n  2
2
1  rxy

Korrelyasiya əlaqəsinin (1-  ) ehtimalı ilə dəqiqliyi o vaxt qəbul edilirki, t-nin
göstərilən düstura görə hesablanmış qiyməti Styudent paylanmasına nəzərən
hesablanmış t ,n  2 cədvəl qiymətindən çox olsun.
REQRESIYA ANALIZI. Reqresiya analizi iki dəyişən kəmiyyət arasında
olan əlaqənin mövcudluğunu təyin edir. Belə ki, bu kəmiyyətlərdən biri (X)
əvvəlcədən verilir və təsadüfi deyildir. Ikinci kəmiyyət (U) isə təsadüfi kəmiyyətdir.
Ikinci kəmiyyətin təsadüfi olmasını iki səbəbə görə izah etmək olar. Birincisi: X
kəmiyyətindən asılı olaraq dəyişən təsadüfi U kəmiyyətinin ölçülməsi müəyyən
xətalar ilə bağlıdır; ikincisi: U kəmiyyətinin qiməti uyğun X kəmiyyətinin
qiymətindən asılı olmaqdan əlavə başqa idarə olunmayan faktorlardanda asılı ola
bilər. Bu zaman X dəyişəninin hər bir qiymətinə qarşı U təsadüfi dəyişəninin
paylanmasından danışmaq lazım gəlir.
Reqresiya analizinin əsas məqsədi təcrübi məlumatlardan istifadə etməklə
fiziki prosesə təsir edən amilləri nəzərə alan riyazi modelin qurulmasından və onun
dəqiqlik dərəcəsinin qiymətləndirməkdən ibarətdir.
Riyazi modelin təcrübi məlumatlara uyğunluğunun statistik qiymətləndirilməsi
üçün əsasən ən kiçik kvadratlar üsulundan istifadə edilir. Reqresiya tənliyinin
qurulması öz məzmununa görə üç mərhələdən ibarətdir.
Birinci mərhələdə U = (X) funksiyasının növü və ona daxil olan hədlərin sayı
haqda fərziyyə irəli sürülür.
Ikinci mərhələdə əldə olan məlumatlara əsasən naməlum parametrlər tapılır.
Üçüncü mərhələdə isə təcrübi məlumatlar əsasında qurulmuş riyazi modelin
dəqiqliyi statistik fərziyyələrlə yoxlanılır.
SPİRMENİN RANQ KORRELYASİYASI. Üsul qeyri-normal paylanması
olan iki seçmənin bir yığımına və yaxud ayrı-ayrı yığımlara aidiyyətini və eləcədə
eyni yataqda iki qonşu istismar quyusunun bir-birlərinə qarşılıqlı əlaqələrini müəyyən
etməyə imkan verir. Spirmenin ranq korrelyasiyasının əsas mahiyyəti aşağıdakı
kimidir.
Əvvəlcə iki seçmə götürülür (I və II seçmələr). Bunlar artma və yaxud azalma
sırasında düzülür və daha sonra isə hər sətirdə olan ranqların fərqi hesablanır,
kvadrata yüksəlir və toplanılır.
Spirmenin ranq korrelyasiya əmsalı aşağıdakı düsturla hesablanır:
n
6 g i
2

r  1 i 1

n(n 2  1)  0,5 T
t

burada, T=l3-1,1 - sütunda hər-hansı bir qiymətin təkrarlanma sayı, n - cütlərin sayıdır.
Əgər, cütlərin sayı n≤30 olarsa, bu zaman korrelyasiya əmsalmm qiymətini
yoxlamaq üçün Spirmenin ranq korrelyasiyası əmsalı cədvəlindən istifadə etmək olar.
n2
Cütlərin sayı n30 olduqda isə t=r kəmiyyətindən istifadə etmək lazımdır. t -
1 r2

kəmiyyəti Styudent paylanmasma uyğundur.


Sərbəstlik dərəcəsi f = n-2 olmaqla, Styudent paylanmasının böhran qiyməti
cədvəldə verilmişdir.
Müxtəlif geoloji obyektlərin öyrənilməsi zamanı obyekti xarakterizə edən
parametrlər arasındakı əlaqənin öyrənilməsi vacib sayılır.
İkiölçülü statistik modellərdə tədqiqat obyektinə ikiöölçülü statistik çoxluq
kimi baxılır və onun əsas xarakteristikası X, Y təsadüfi kəmiyyətlərinin paylanma
funksiyasıdır.
Korrelyasiya dedikdə tədqiq edilən iki və daha çox hadisə arasındakı istənilən
əlaqə nəzərdə tutulur. Korrelyasiya analizi üsullarının köməyi ilə asılı olmayan
dəyişənlər arasındakı təsadüfi əlaqə tədqiq edilir və belə əlaqənin olub olmaması
haqqında hipotez yoxlanılır. Tədqiq edilən çoxluğun strukturundan asılı olaraq
ikiölçülü və çoxölçülü korrelyasiya əlaqələri öyrənilir. Əgər X və Y dəyişən
kəmiyyətləri bir-birindən asılıdırsa, onlardan hər birinin bir qiymətinə digərinin bir və
ya bir neçə qiyməti uyğun ola bilər. Bu zaman onlar arasmdakı əlaqə X = f(Y) və ya
Y=f(X) kimi funksional asılılıqlar ilə ifadə edilir.
Korrelyasiya asılılığı iki təsadüfi dəyişən kəmiyyət arasındakı elə asılılıga
deyilir ki, kəmiyyətlərdən biri dəyişdikdə digər kəmiyyətin ona uyğun orta qiyməti
dəyişsin.
ƏN KİÇİK KVADRATLAR USULU – təqribi hesablamalar metodudur, əsas
məsələsi – bir və ya bir necə naməlum kəmiyyətin axtarılmasıdır; bu kəmiyyətlərin
əsl qiymətlərinə ən yaxın olanları – axtarılan kəmiyyətlərlə ifadə olunan digər
kəmiyyətlərin olçmə qiymətləri və hesablanmış qiymətlər arasındakı fərqlər
kvadratlarının minimumunu təmin edən qiymətlərdir.
Fərz edək ki, ölçmənin nəticələri ümumi şəkildə aşağıdaki cədvəldə verilmişdir:
X x1 x2 x3 ... xn
U u1 u2 u3 ... un
U =(X) həmin cədvələ uyğun seçilmiş emprik düstur olsun.

 (X) funksiyası bir sıra parametrlərdən asılıdır. Bu funksiyanın hansı şəkildə


verilməsi nəzəri müakiməyə əsasən və ya korrdinat müstəvisində təcrübədən
alınmış nöqtələri qurduqdan sonra göstərilə bilər.

Fərz edək ki, (X) funksiyası aşağıdaki kimi seçilmişdir:


(X) = a0 Xm + a1Xm-1 + ....+ am ,(a0 0)
(Xk) - Yk = Vk , ( k= 1, 2 , ...,n)

kəmiyyətinə təcrübədən alınan mə  lumatlarla həmin mə  lumatlara uyğun seçilmiş


riyazi modelin meyli deyilir. Burada k müxtəlif variantlarda aparılmış ölçmələrin
n
sayıdır. Tələb edilirki, a0, a1,..., am əmsallarını elə seçmək lazımdır ki,  Vk2
k1

verilmiş m-də minimum olsun. Görünürki m nə qədər kiçik olsa seçilmiş emprik
n
düstur bir o qədər sadə olar. Lakin, m -in kiçik qəbul edilməsi digər tərəfdən  Vk2
k1

meylinin qiymətinin artmasına gətirib çıxarır. Bu çatışmamazlıq seçilmiş modelin


adekvatlılığının statistik kriteriyalarla yoxlanması ilə arardan qaldırılır.
Ən kiçik kvadratlar üsulunu xətti yaxınlaşma variantında nümayiş etdirək.
(X) = a0x + a1
olduğunu qəbul edək. Onda
V1= a0x1 + b1 - y1
V2= a0x2 + b2 - y2
--------------------------
Vn= a0xn + bn - yn
n n
Buradan  Vk2 =  (a1  a0 xk  y k)2  F(a0, a1) ifadəsini alırıq.
k1 k1

Məsələnin şərtinə görə F (a0 , a1)  min olmalıdır. Bilirik ki, F(a0 , a1) funksiyasının
ekstremumunun olması üçün zəruri şərt, həmin funksiyanın a0 və a1 nəzərən xüsusi
törəmələrinin sıfıra bərabər olması və yaxud mövcud olmasıdır. Bu qaydanı tədbiq
ətsək, F(a0 , a1) funksiyasını minimallaşdıran a0 , a1 əmsallarının qiymətləri aşağıdaki
kimi tapılar:
n n n
n  xk y k   yk  xk
k1 k1 k1
a0  2
n  n

n  x2k    xk 
k1 k  1 
n n
 y k  a0  xk
k1 k1
a1 
n
Təcrübədə zox vaxt xətti çoxreqresiyalı analizdən istifadə olunur:
u = v0 +v1x1 + v2x2 + ....+ vnxn

FK-də olan hazır proqramlar v0, v1,..., vn əmsallarını asanlıqla hesablamağa


imkan verir.
Reqresiya tənliyi alındıqdan sonra nəticələrin statistik analizini aprmaq
lazımdır. Bu analiz zamanı tapılmış bütün reqressiya əmsallarının dəyərliliyi statistik
kriteriyalarla qiymətləndirilir və seçilmiş riyazi modelin adekvatlığı təsdiq edilir. Bu
şəkildə aparılan tədqiqat işi reqressiya analizi adlanır.
Reqressiya analizinin aparılması üçün aşağıdaki şərtlər ödənilməlidir:
1. Ölçülən X fiziki parametri çox kiçik xəta ilə ölçülməlidir,
2. Müşahidənin nəticəsi olan asılı olmayan u1 , u2 ,....,uk kəmiyyətləri normal
qanunla paylanmalıdır,
3. k həcmli seçmə çoxluq şəraitində hər təcrübənin m dəfə aparıldıüını qəbul
etdikdə seçmə çoxluğun dispersiyaları bircins olmalıdır.
DİSPERSİYA ANALİZİ. İki və daha çox çoxlurun statistik parametrlərinin
müqayisəsi dispersiya analizinin əsas mövzusunu təşkil edir. Klassik üsullardan fərqli
olaraq, dispersiya analizində bir çox faktorların baxılan prosesə eyni zamanda təsiri
və onlar arasındakı qarşılıqlı təsir məsələləri öyrənilir. Dispersiya analizi - analiz
edilən parametrlər arasında statistik əlaqənin olub olmadığı sualına cavab verir.
Burada aşağıdakı şərtlərin ödənilməsi zəruridir:
l. Baş çoxluqdan seçilmiş və normal paylanma qanununa tabe olan seçmə çoxluğa
nəticə əlaməti kimi baxmaq lazımdır;
2. Nəticə əlamətinə təsir edən amillər bir-birindən asılı olmamalıdır;
3. Qruplar arasında olan dispersiya bircins olmalıdır, yəni onların dispersiyaları bir-
birinə bərabər olmalıdır.
Bir-biri ilə tutuşdurulan çoxluqların xarakterindən asılı olaraq biramilli və
çoxamilli dispersiya analizləri aparılır.
Biz burada yalnız biramilli dispersiya analizini xarakterizə edəcəyik.
Bir amilli dispersiya analizinin ümumi sxemi müqayisə edilən qrupların hər
birinin orta qiymətinin baş çoxluğun orta qivməti ilə müqayisəsinə əsaslanır. Bu
zaman orta qiymətlərin özləri yox, faktiki qiymətlərdən orta qiymətlərin fərqinin
kvadratlarının cəmi müqayisə edilir.
Fərz edək ki n müqayisə edilən seçmə geoloji çoxluq var. Bu çoxluqların hər
birində öyrəniləsi geoloji əlamətin N qiyməti də məlumdur.
Bir amilli dispersiya analizi nəzəriyyəsinə əsasən:
N n n N n

 ij
(X 
i1 j1
X)  N j
(X 2
 X)  ij j
(X  X
i1
)2 2

i1 j1

Burada XJ  j- cu seçmə çoxluğun orta qiyməti; X - baş çoxluğun orta


qiymətidir.
N n n N n
Q   ( X ij  X ) ; Q1  N
2
(X J  X ) ; Q2   ( X İJ  X J ) 2 ;
2

i 1 j 1 i 1 i 1 j 1
kimi işarələmələr aparsaq, düsturunu aşağıdakı kimi yazmaq olar:
Q = Q1 + Q2
burada Q- ümumi kvadratik meylin cəmini, Q1 müqayisə edilən ilkin seçmə
çoxluqların orta qiymətlərinin ümumi orta qiymətdən kvadratik meyillərinin cəmini,
Q2-isə ilkin çoxluqların əlamətləri ilə onların orta qiymətlərinin kvadratik
meyillərinin cəmini xarakterizə edir.
Göstərilən cəmlərin hər birinin özünün sərbəstlik dərəcəsi vardır. Sərbəstlik dərəcəsi
dedikdə çoxluqdakı variantların sayı və yaxud da bir çoxluqda yerləşən elementlərin
yerdəyişmələrinin sayı nəzərdə tutulur.
DISKRİMİNANT ANALİZİ. Diskriminant analizinin riyazi modeli verilmiş
obyektin siniflərə optimal bölünməsini təmin edən diskriminant funksiyasının
seçilməsi üsuluna əsaslanır.
Fərz edək ki, tədqiqatçı iki U və V çoxluqlarmdan birinə məxsus olan
nümunəni öyrənir və onun hansı topluya aid olduğunu bilmir. Nümunə üzərində
laboratoriya şəraitində ölçmələr aparılır və onun k sayda əlaməti müəyyən edilir.
Alınmış bu əlamətlər əsasında həmin nümunənin bu və ya digər topluya məxsus
olduğu haqda qərar qəbul edilir.
Bu məqsədlə D(X, , X2, ........, X k ) kimi diskriminant funksiyası hesablanır.
Burada X 1 , X2 , ..., Xk k əlamətinin öyrənilən nümunədə aldığı qiymətlər çoxluğudur.
Sonra isə diskriminant funksiyasının elə bir D0 sərhəd qiyməti seçilir ki, D(X1
X2,.........., Xk)>D0 olduqda nümunə U toplusuna, D(X1, X2, ...,Xk) ≤D0 olduqda isə V
toplusuna aid edilir.
Xətti diskriminant funksiyasının ümumi şəklini aşağıdakı kimi qəbul edək:
D ( X 1 , X2, ......., X k ) = a 1 X 1 + a2X2+ ....+ akXk
Bu ifadə k ölçülü əlamət fəzasında hipermüstəvini xarakterizə edir.
Diskriminant funksiyasının qurulmasında birinci məsələ a1, a2, .......,ak
əmsallarının təyin edilməsindən ibarətdir.
Fərz edək ki, ilkin geoloji məlumatlar imkan verir ki, çoxölçülü topludan hər
biri j əlamətli I obyektdən ibarət iki A və V sinfləri ayrıla bilər. Bu ilkin verilənləri
matris şəklində göstərək:
A 11 A 12 ........A 1k B 11 B 12 ........B 1k
A 21 A 22 ........A 2 k B 21 B 22 ........B 2 k
A  ...................... B  ......................
...................... ......................
A n 1 A n 2 ........A nk B n 1 B n 2 ........B nk
Burada n 1 , n 2 A və B siniflərinə daxil olan obyektlərin sayı; k- hər bir obyekti
xarakterizə edən əlamətlərin sayıdır. Diskriminant funksiyasının qurulmasının
sonrakı mərhələsi A və B matrislərindən istifadə etməklə aşağıdaki S A və S B əlavə
matrisləri qurulur:
1
M 1
 (S A  S B ) köməyi ilə
n1  n 2  2
seçmə matrisi hesablanır. Bu matrisin tərs matrisinin köməyi ilə diskriminant
funksiyasına daxil olan əmsallar
k A
D
a p   c pj ( X J  X J )
j 1

düsturundan tapılır.
Onda diskriminant funksiyasının şəkli ∆
k
D   ap X p
j 1
kimi olacaqdır. Xr – r əlamətinin dəyişən qiymətidir. Diskriminant funksiyasının
sərhəd qiyməti isə
1 k A B
D 
2 p 1
ap (X p  X p )

düsturundan tapılır.
TREND ANALİZİ. Geoloji parametrlərin fəza dəyişmələrinin təsvirlərinin
qrafiklər, kəsilişlər, xəritələr, profillər şəklində verilməsi geoloji təcrübədə geniş
yayılmış ənənəvi üsullardan sayılır .
Xəritələrdə geoloji əlamətlərin mürəkkəb xarakterli paylanması çox vaxt həmin
parametrlərin dəyişmə xarakterinin real təsvirini çətinləşdirir. Bu çətinliyi aradan
qaldırmaq üçün trend analizindən istifadə edilir.
Öyrənilən geoloji əlamətin fəza koordinatlarından asılı olaraq dəyişməsini
ümumi halda aşağıdakı kimi yazmaq olar: y(x,y) = P(x,y) + ε(x,y)
Burada y(x,y) - öyrənilən geoloji parametri xarakterizə edən funksiya; P(x,y) -
XOY koordinat sistemində öyrənilən geoloji əlamətin dəyişməsini təqribi olaraq ifadə
edən n tərtibli polinomdur; ε(x,y) - isə dəyişənin əlamətin polinomla ifadə edilə
bilməyən qalığıdır. Yuxarıdakı düsturun sağ tərəfində duran hədlərin mənaları
aşağıdakı kimidir:
P(x,y) funksiyası öyrənilən geoloji əlamətin ümumi regional mənada
dəyişməsini xarakterizə edir və h(x,y) funksiyasının qanunauyğun komponenti hesab
edilir; ε(x,y) funksiyası öyrənilən geoloji əlamətin yerli lokal faktorlar hesabına
dəyişməsini xarakterizə edən qeyri-qanunauyğun stoxastik komponentidir.
Öyrənilən əlamətin regional meylinin aydınlaşdırılması trend analizi adlanır.
Bu mənada P(x,y) polinomunun formasının seçilməsi böyük diqqət kəsb edir. Adətən
geoloji məsələlərin həllində:
P(x,y) =ax + by + s - birinci tərtib;
P(x,y) = a1x + b1y +a2x2+ b2y2+a3xy+c1 - ikinci tərtib;
P(x,y)=a+a1x+a2x +βy+β1y2+β2xy+a3x3+a4x2y+β3y2x+β4y3 - üçüncü tərtib
və sair polinomlardan istifadə edilir.
Yuxarıdakı düsturlara daxil olan naməlum əmsallar ən kiçik kvadratlar
üsulunun köməyi ilə faktiki məlumatlar əsasında xüsusi proqramla FK (fərdi
kompüterlərdə) hesablandıqdan sonra hər variant üçün trend səthinin xəritəsi qurulur.
Bundan əlavə ε(x,y) qalıq trend xəritəsi də qeyd etdiyimiz proqram əsasında qurulur.
Nəticədə çoxölçülü korrelyasiya əmsalının hesablanmış qiymətinə nəzərən trend
xəritələri qurulur ki, bu da hər hansı bir parametrin yataq sahəsində qanunauyğun və
təsadüfi (lokal) dəyişmələrini müşahidə etməyə imkan verir.
KLASTER ANALİZİ. Müəyyən sayda obyektlərin iyerarxik klassifikasiyası
(təsnifatı) üçün klaster analizindən istifadə etmək məqsədə uyğundur.
Üsul oxşarlıq əmsalının tapılmasına əsaslanır ki, bu da geoloji-mədən
tədqiqatlarında özünün tətbiqini aşağıdakı formalarda göstərir.
1. Korrelyasiya əmsalı- oxşarlığın daha çox istifadə edilən göstəricisi olub
obyektlər və ya parametrlər arasında müqayisə aparmaq üçün istifadə olunur.
2. Standartlaşdırılmış n ölçülü evklid məsafəsi - əgər hər birinin n ölçüsü olan m
obyekt götürsək, bu zaman məlumatlar m∙n ölçülü matris şəklini alar. Hər cüt obyekt
arasında oxşarlıq ölçüsünü müəyyənləşdirmək üçün aşağıdakı düsturdan istifadə
olunur
n

(X ik  X ij ) 2
d ij  k 1
n
burada, Xik-i-ci obyektin k-ci kəmiyyətinin qiymətidir; Xjk-j-ci obyektdə k-ci
kəmiyyətinin qiymətidir.
Məsafə əmsalının qiymətinin d=0 bərabərliyi tamamilə oxşarlığı, artması d>0
isə, müxtəlifliyini göstərir. Klaster analiz vasitəsi ilə oxşarlıq əmsalının müəyyən
edilmiş qiymətində obyektləri optimal qruplaşdırmak mümkündür. Nəticə
dendroqramlar şəkilində verilir ki, bu da cüt-cüt qruplaşdırma, sadə qruplaşdırma,
orta gətirilmiş cüt-cüt qruplaşdırma variantları özündə əks etdirə bilər.
FAKTOR ANALİZİ. Faktor analizinin mahiyyəti müəyyən sayda öyrənilən
obyektlər çoxluğunu bilavasitə və yaxud dolayı yolla ölçülmüş əlamətlərinin daha az
sayda maksimal informasiyaya malik kəmiyyətlərə cevirməkdən ibarətdir. Bu tip
kəmiyyətlər özlərini əsas əlamətlərin hər hansı funksiyası şəkilində göstərir və faktor
adlanır. Faktor analiz əlamətlər sisteminin təhlilində tədqiqatçının adekvat
instrumentidir. O mürəkkəbliklərin məntiqi strukturunu acmağa, qarşılıqlı əlaqəli,
qarşılıqlı əvəz olunanları asılı olmayanlardan, əhəmiyyətliləri əhəmiyyətsiz
əlamətlərdən ayırır, bu və ya digər əlamət sistemlərinin secilməsini əsaslandırır,
onlarm informativliyini qiymətləndirir, baxılan mürəkkəb əlamətlər sisteminin
əlaqəliliyini hipotezlərlə yoxlamara imkan verir.
Faktor analizinin alqoritmi böyük sayda bir-biri ilə mürəkkəb qarşılıqlı əlaqədə
olan müxtəlif xüsusiyyətli göstəricilərindən müəyyən olunmuş sayda asılı olmayan
faktorlara keçməyə imkan verir. Bu baş komponent üsulunun (BKÜ) köməyi ilə
aparılır ki, hansıki faktor analizin müxtəlif keyfiyyətləri kimi baxılır. BKÜ aşağıdakı
şəkildədir:
i  1 , 2 ,..., m
X i  
r
w ij z j
 j  1 , 2 ,..., r

j1  r  m

burada Zj-axtarılan faktorlar (komponentlər);
wij - j-ci faktorda i-ci kəmiyyətin əks olunan yüküdür, əmsalıdır;
m - kəmiyyətlərin sayı;
r - faktorlarm sayı (komponent)
SÜNİ NEYRON ŞƏBƏKƏLƏRİ (SNŞ) bioloji neyronun riyazi analoqu
olmaqla, insan beynində gedən proseslərin riyazi modelləşdirilməsinə əsaslanır və
çox mürəkkəb məsələlərin həllində istifadə edilir.
Neyronun riyazi təhlili belədir: çoxlaylı şəbəkədə hər bir neyron özündən
əvvəlki laydakı neyronlardan siqnalları ( x1 , x2 ,.., xn ) qəbul edir. Giriş siqnalı uyğun
n
çəki əmsalına ( w1 , w 2 , .., wn ) vurulur və cəmlənir: S  w0   wi xi
i 1

Neyronun çıxış siqnalı (Y) aktivləşmə funksiyası vasitəsi ilə aktivləşir.


Y  f (S )
Bu məqsədlə əsasən aşağıdakı funksiyalardan istifadə edilir:
1. Xətti funksiya
Y  kS
2. Vahid sıçrayış funksiyası
1, S  0
Y 
0, S < 0
3. Siqmoid funksiyası Siqmoidal funksiya
1
Y
1  e  S
4. Hiperbolik tangens funksiyası
e  S  e  S
Y  S
e  e S
Axırıncı üç funksiyası mürəkkəb məsələlərin həllinə imkan verən çoxlaylı
şəbəkələrin qurulmasında istifadə edilir.
SNŞ-in tətbiqi ilə məsələ həllinin riyazi şərhi aşağıdakı kimidir:
1. Öyrətmə cütləri (X, Y) müəyyənləşdirilir;
2. Şəbəkənin arxitekturası seçilir;
3. Çəki əmsallarının ilkin qiymətləri müəyyənləşdirilir;
4. Şəbəkənin çıxışı hesablanır;
5. Xəta qiymətləndirilir;
a) əgər xəta qənaətbəxş deyilsə çəki əmsallarına qradiyent optimallaşdırma və
ya digər öyrətmə üsulları ilə düzəlişlər verilir və 3-5 ardıcıllığı təkrar edilir.
b) əks halda öyrətmə başa çatmış hesab edilir.
SNŞ-in əsas cəlbedici xüsusiyyəti giriş və çıxış siqnalları arasındakı gizli-
mürəkkəb asılılıqları tapmaqla emprik xətanın minumuma endirilməsidir ki, bu da
neyron şəbəkələr vasitəsi ilə öyrətmə adlanır. Şəbəkənin öyrədilməsi üçün əsasən
xətaların geriyə yayılması alqoritmindən və qradyentlər üsulundan geniş istifadə
olunur.
Qeyd edək ki, SNŞ-in tətbiqi ilə təsnifat (klassifikasiya, klasterizasiya)
aproksimasiya, proqnozlaşdırma və s. məsələlər həll edilə bilər.
KRAYGING ANALİZİ. Bu üsul geoloji obyektlərin xəritəalma üsullarından
daha əlverişli hesab olunur. Krayqinq üsulunun üstünlüyü, obyektin sahəsində
parametrlərin dəyişməsini əks etdirən zaman onun nəinki müstəsna çevikliyidir, hətta
sahənin hər bir hissəsində həmin dəyişənləri qiymətləndirərkən, kəmiyyət
göstəricilərini vermə imkanlarıdır.
Xəritəalma zamanı fərziyyələrdən azad olan krayqinq, bütün müşahidə
nöqtələrdə də parametrin çəkisini ciddi olaraq nəzərə alır. Bununla belə, yataq
sahəsində bizi maraqlandıran parametrin nəinki dəyişmə xəritələri, heləcə də,
xəritənin qurulması zamanı yol verilmiş xətanı əks etdirən xəritələr təmin olunur.
“Krayqinq” faktiki olaraq “nöqtənin ən yaxşı xətti yeri dəyişdirəlməmiş
qiymətləndirmə” yaxud “ ən yaxşı çəkiyə nəzərən ortalaşdırılmış sürüşən qiymət”
kimi daha mürəkkəb terminlərin ifadə olunması üçün nəzərdə tutulmuşdur. Bu termin
1966 ildə Fransada C.Materon tərəfindən işlənilmiş üsulu ifadə edilməsi üçün istifadə
edilmişdir. Üsulun adı cənubu-afrikalı dağ mühəndisi D.E.Krayq tərəfindən ilk dəfə
xətti ehtiyatların hesablanmasında tətbiq etdiyindən onun şərəfinə qoyulmuşdur.
Ortalaşdırılmış orta qiymətin bu və yaxud digər üsullarına əsaslanan modellər
xəritəyə alınan dəyişənin qiymətinin ona yaxın olan nöqtələrinə görə
qiymətləndirilməsi ilə bağlıdır. Burada fərz olunur ki, daha uzaq nöqtələrin təsiri
yaxında olan nöqtələrin təsirindən azdır.
Krayqinqin daha elementar prosedurası, xəritəyə alınan sahənin ehtimal
strukturu haqqında bəzi fərziyələrə əsaslanır. Müşahidələrin təhqiqi, istənilən iki
nöqtədə müşahidələrin fərqinin riyazi gözləməsi sıfıra bərabər olan və müşahidə
nöqtələri arasında yalnız məsafədən asılı olan fərqlərin dispersiyasının realizəsi kimi
edilir. Dəyişənin fəzada dəyişgənlik dərəcəsi varioqram vasitəsilə ifadə edilə
bilər.Varioqramın forması məlumdursa, onda baxılan sahədə istənilən nöqtədə
parametrin qiymətini müəyyən etmək olar. Burada iki xəritə tərtib olunur: birinci,
ayrı-ayrı nöqtələrdə (quyularda) qiymətlərin özlərinə əsaslanır və xəritəyə alınan
parametrlərin öncədən təsviri olunan konfiqurasiyasının ən yaxşısıdır. Ikincisi isə -
xəritənin xətasıdır və qiymətləndirmənin dəqiqliyini ifadə edən etibarlılıq səthini
göstərir.
Krayqinq, çəkilərin optimal çoxluğunu tapmaq, sınanma nöqtələrindən fərqli
olan nöqtələrdə səthin qiymətləndirilməsi məqsədilə informasiyanı
yarımvarioqramlardan istifadə edir. Yarımvarioqram, müşahidələr arasında məsafə
funksiyasını daşıdığından, çəkilər sınanma nöqtələrin coğrafi vəziyyətinə müvafiq
dəyişilir.
Adi xəritəalma üsullarından fərqli olaraq, krayqinq statistik optimal xassələrə
malikdir. Ən vacib odur ki, bu üsul izoxətlərlə təsvir olunan səthin xətasının
ölçülməsini təmin edir.
Umumiyyətlə desək, krayqinqin hər hansı qoyulmuş məsələyə aid praktiki
tətbiqi yalnız kompüter texnologiyasının köməyi ilə mümkün olur, çünki hər hansı
bir sahədə regionlaşdırılmış dəyişənin dəyişməsini səciyyələndirmək üçün
qiymətləndirmə müxtəlif nöqtələr üçün təkrarən həyata keçirilməlidir.
Krayqinq analizi artıq müasir proqlarımların tərkib hissəsinə daxil olunur.
DİNAMİK ÜSULLAR.
EKSPONENSİAL ARTIM ƏYRİLƏRİ.
Bu sinfinin növləri kifayət qədər genişdir və bura həmçinin S - vari əyrilər də aid
edilir. Həmin əyrilər aşağıdakılardan ibarətdir: Qompers-Meykem əyriləri
y=aexp [-bexp(-ct)]
Loqistik əyrilər
a
y=a[l+bexp(-ct)]-1 və yaxud y 
1  b exp( ct )
Modifikasiyalaşdırılmış eksponent
y=a[l-bexp(-ct)]
Bütün əyrilərdə, a -asimptota, çıxarılabilən ehtiyatın miqdarma bərabərdir; b
və c- əmsallar; t - zamandır.
İlk dəfə olaraq neft geologiyasg sahəsində bu əyrilər sinfmdən neft-qaz
hövzələrinin proqnoz ehtiyat resurslarının hesablanması üçün M.K.Xabbert
tərəfmdən istifadə olunmuşdur. Ona görə də ədəbiyyatda bunlar Xabbert və ya
mənimsənilmə əyriləri adlanır.
Göstərilən tip əyrilərin tətbiqinin əsas təyinatı, yataqlarm işlənilməsinin keçmiş
dövrlərinə istinad etməklə, gələcək illərdə əldə edilə biləcək neftin miqdarını təyin
etməsidir. Bunun etibarlı həlli isə əyrilərin tipinin seçilməsindən əsaslı surətdə asılıdır.
Odur ki, hər şeydən əvvəl bu məsələ tərəfimizdən geniş tədqiq olunmuşdur. Lakin,
mürəkkəb geoloji-riyazi modellərə istinad olunmuş nəticələrin bu işin maraq
dairəsindən kənarda oldurunu nəzərə alaraq, onlar haqqında yalnız aşağıdakıları qeyd
etməyi zəruri hesab edirik.
Neft hasilatının maksimum qiymətindən əvvəl və sonrakı dinamikasının
forması simmetrik olduru hallarda məntiqi əyrinin tətbiqi özünü doğruldur. Lakin,
məlum olduru kimi, belə hala neftçıxarma təcrübəsində bir qayda olaraq rast gəlinmir.
Bu səbəbdən də həmin tip modellərin baxılan məsələnin həllində tətbiqi məhduddur.
Qompers-Meykem və modifikasiya olunmuş eksponentə əsaslanan approksimasiya
modelləri isə daha çevikdirlər. Belə ki, burada approksimasiya əyrisinin nüvünün
seçilməsi funksiyalarm araşdırılması yolu ilə həyata keçirilir və approksimasiya
xətası minimum olan funksiya götürülür. Bununla yanaşı, nəzəri əyrini faktiki
məlumatlara maksimum yaxınlaşdıran seçilmiş approksimasiya funksiyasının
əmsallarının təyininə də xüsusi diqqət yetirilir. Əmsalların təyini üçün müxtəlif
linearizasiya üsullarından (Fişer, Yun, Rods və b.) istifadə olunur və xətti tənliklər ən
kiçik kvadratlar üsulu ilə həll edilir [5,6]. Lakin, bu zaman ən kiçik kvadratlar üsulu
ilə tapılmış dəyişənlər daha yaxşı hesab olunmur. Belə ki, dəyişənlərin digərləri ilə
əvəz edilməsi zaman sırasının böyük məsafəsində kiçik qiymətlərin çəkisinin süni
surətdə artmasına gətirib çıxarır. Nəticədə isə alınan tənliklər yalnız işlənilmənin ilk
üç mərhələlərini daha yaxşı təsvir edir. Odur ki, biz approksimasiya əmsalının təyini
üçün qradiyent və qeyri-xətti ən kiçik kvadratlar üsulundan istifadə etmişik.
Əmsalların dəyişilmə məsafələri məlum olduqda, etibarlı nəticələr yalnız FK-də
araşdırılma üsulu ilə alınır. Məsələyə bu cür yanaşdıqda, hesablamalar sadələşir və
optimal modellər kimi zaman sırasını daha yaxşı təsvir edən əyrilər seçilir.
Beləliklə də dinamik modellərin qurulmasında yataqların aşağıdakı
xüsusiyyətlərindən istifadə olunur:
1. İnteqral əyrilər və yaxud neftin toplanmış hasilatı - Qn.
2. Differensial əyrilər və yaxud neftin illik hasilatı – qn.
3. Asimptota və yaxud neftin çıxarılabilən ehtiyatları - Qç.
Tələb olunan məsələnin həlli üçün zamandan asılı olaraq, neft hasilatının
gözlənilən dinamikası modelləşdirilir. Beləliklə, proqnoz asılılıqları ekstrapolyasiya
ilə ifadə olunur və aşağıdakı kimi izah edilir:
a) inteqral əyrilər ilə toplanmış hasilatın mümkün olan səviyyələri və neftin
çıxarılabilən ehtiyatları müəyyən olunur;
b) differensial əyrilər ilə neftin gələcəkdə illik hasilatının mümkün olan səviyyələri
təyin olunur.
Bu məsələlərin həllində - yəni müxtəlif əyrilərin approksimasiya edilməsində
faktiki neft hasilatının illik qiymətlərində gedən dəyişmələr mütləq nəzərə alınmalıdır.
Belə ki, təcrübədə hasilat dəyişmələrinin səlis vəziyyətinə çox az hallarda təsadüf
olunur; əyrilər müxtəlif qırılma formasında olurlar. Belə olduqda isə approksimasiya
xətalarını azaltmaq üçün hasilatın dispersiyasını nəzərə almaq lazımdır. Bunun üçün
D=D(t) asılılıq qrafiki qurulur.

Z1 t

Zaman üzrə hesablanmış dispersiyanın dəyişmə əyrisi.


Şəkildə birinci səciyyəvi sahə üçün z1-t zaman məsafəsində Q-nın
dəyişilməsinə görə əmsallar birdəfəlik təyin olunur. Hesablamalar dispersiyaların
əhəmiyyətli dərəcədə dəyişilməsi baş verənə qədər aparılır. Zaman momenti z2
verilən sistemin dəyişilmə quruluşunda növbəti yeni bir səciyyəvi sahənin
mövcudluğunu göstərəcəkdir ki, bu da şəkildə aydın formada təsvir olunmuşdur.

t
Z1 Z2

Xarakterik sahələri olan əyrilər.

Beləliklə, də bütün proseslər aşağıdakı asılılıqlar vasitəsilə təsvir edilirlər: 1.


Modifikasiya olunmuş eksponentin cəbri cəmi:
Q= A +B 1 (1 - exp(-c1(t –z 1 )) ) + B 2 (1 - exp(-c2 (t - z 2 )))+.. +B n (1 - exp(-cn (t - z n )) )
burada, A -çıxarılmış neft həcminin başlanğıc qiyməti;
B n - hər bir diaqnoz olunmuş sahənin asimptotik qiyməti;
Cn – exponentin sönmə əmsalı;
A+Bn - çıxarılabilən neft ehtiyatıdır.
2. Qompers-Meykem əyrilərinin cəbri cəmi:
Q=A 1 exp(-B 1 exp(-c 1 (t-z 1 )))+A 2 exp(-B 2 exp(-c 2(t-z 2 ))+...+A n exp(-B nexp(-c n (t-
zn )))
burada, An -hər bir diaqnoz edilən sahənin asimptotik qiyməti; B n , cn - eksponentin
sönmə əmsallarıdır.
3. Qompers-Meykem və modifikasiya olunmuş eksponentin cəbri cəmi:
Q= A exp(-B1 exp(-c1 (t – z1))) +B2 (1 - exp(-c2 (t - z 2 ))) + ... + Bn (1 - exp(-cn (t –
zn)))
və ya
Q =D l +A l exp(-B1 exp(-c1(t-z1))) + D2+ A2 exp(-B2 exp(-c2(t-z2)))+... +Dn +..+
+Anexp(-Bnexp(-cn(t-zn))),
burada An B n -hər bir diaqnoz edilən sahənin asimptotik qiyməti;
C n - eksponentin sönmə əmsalı
Dn- hasil edilmiş neft həcmlərinin ilk qiymətləridir.

ŞUXART «NƏZARƏT XƏRİTƏLƏRİ». Məlumdur ki, yataq işlənilməyə başlayan


anda ondan maye çıxarılması buradakı müvazinət halını pozur və dinamik sistemə
çevirir. Bu dəyişikliyin fonunda yatağı xarakterizə edən təbii-geoloji və texnoloji
parametrlər də dəyişməyə məruz qalır. Odur ki, işlənilmə prosesinin effektivliyini
artırmaq üçün nizamlana bilən yataq parametrlərinin һər birinin qiymətlərinin
optimallaşdırılması lazımdır.
Nizamlana bilən yataq parametrlərinin optimallaşdırılması dedikdə, həmin
parametrlərin optimal işlənilmə prosesinə nail olmağa imkan verən sərhəd
qiymətlərinin təyin olunması nəzərdə tutulur. Qeyd edilən tənzimləmə sərhədlərinin
təyin edilməsinin riyazi əsası Şuxart tərəfindən verilmiş və bu sərhədlər daxilində
optimal işlənilmə prosesinin aparılmasını təşkil etmək üçün nəzarət xəritələrinin
qurulmasını təklif etmişdir.
Şuxart xəritələrinin tərtibi zamanı müvafiq dəqiqlik səviyyələrində alt və üst
tənzimləmə sərhədləri təyin edilir. Əgər nəticələr həmin sərhədlər hüdudunda olarsa
proses statistik idarə olunan, əks təqdirdə isə idarəetmə pozulmuş hesab olunur.
Nəzarət xəritələri üsulu prosesin dinamikliyi haqqında məlumatı onun inkişafı zamanı
verir. Bununla yanaşı nəzarət olunan yataq parametrlərinin tənzimləmə zonasından
çıxma vaxtını və səbəblərini müəyyən etməyə imkan verir. Yəni sistemin
dinamikliyinin pozulma səbəbini təyin etməyə və prosesin nizamlanması məqsədilə
müvafiq tədbirlər kompleksinin həyata keçirilməsinə imkan verir.
Şuxart nəzarət xəritələrinin tərtibi zamanı alt və üst tənzimləmə sərhədləri
aşağıdakı kimi tapılır:
3R 3R
Xalt= X - ; Xüst= X +
d d
burada, Xalt və Xüst - uyğun olaraq alt və üst tənzimləmə sərhədləri;

X - dinamikası müşahidə olunan parametrlərin orta qiyməti;

R - parametrlərin amplitudlarının orta qiyməti;


d - əmsaldır və qiyməti xüsusi əmsallar cədvəlindən götürülür.
Öuxart nəzarət xəritələri illik neft hasilatı, illik su hasilatı, istismar quyularının
sayı və bir quyuya düşən illik neft hasilatına görə qurulur. Onu da qeyd edək ki,
bizim hal üçün d-nin qiyməti 1,128-ə qədər bərabərdir.
Bu xəritələr statistik üsulun bir forması olub və aşağıdakı kimi realizə edilir.
Yatağın işlənilməsinin əsas göstəricisindən biri onun illik neft hasilatıdır. Bu göstərici
yataq işə salındıqdan sonra müxtəlif dəyişmələrə (əvvəlcə artmağa, sonralar isə
müxtəlif intensivliklərlə azalmağa) məruz qalır. O da məlumdur ki, hasilatın
dəyişməsinə müxtəlif amillər öz təsirini göstərir. Beləliklə, neftçıxarma prosesini
qiymətləndirmək üçün onun dəyişən göstəricilərinin illər üzrə variasiya hüdudlarının
müəyyən edilməsi məsələsi qarşıya çıxır. Nəzərə almaq lazımdır ki, bu hüdudların
yuxarı (maksimum) və aşağı (minimum) sərhədlərinin qiyməti lay parametrlərinin
illər üzrə optimal inkişafı haqqında əsaslandırılmış fikir söyləməyə imkan verir. Belə
ki, bu qiymətlərdən kənara çıxan bütün hallar prosesin optimallığının pozulmasını
sübut edir. Tənzimlənmənin yuxarı və aşağı sərhədləri müvafiq əhəmiyyət
səviyyələrinə görə təyin olunur. Əgər alınmış nəticələr verilən hüdudlarda təsadüf
edilirsə, bu halda proses optimal idarə edilən sayılır. Əgər alınmış nəticələr verilən
hüdudlardan kənara çıxırsa, bu halda neftçıxarma prosesinin optimal olmadığı sübut
olunur.
Qeyd etmək lazımdır ki, neft yataqlarının işlənilmə prosesinin zaman sırasında
qiymətləndirilməsi yalnız neft hasilatının yatağın potensial imkanları çərçivəsində
optimallılığı haqqında mülahizələrlə bitmir. Burada yataq hasilatının optimal zonadan
çıxmaq səbəblərinin müəyyən edilməsi və belə halda müvafiq qərarlar qəbul edilməsi
ön plana çıxır. Odur ki, burada neft hasilatı ilə yanaşı bəzi parametrlərin də (su
hasilatı, istismar quyuların sayı və bir quyuya düşən neft hasilatı və s.) əyriləri analiz
olunmalıdır.
AVTOKORRELYASIYA. Əgər təsadüfi funksiyanm ehtimal
xarakteristikaları 1-dən (daha dəqiq arqumentin 1 oxu üzrə dəyişməsi zamanı
dəyişmirsə) asılı deyilsə, onda o stasionar təsadüfi funksiya adlanır. Stasionar
funksiya daimi riyazi gözləmə, daimi dispersiya və korrelyasiya funksiyasının iki
arqument arasında deyil təkcə birinci və ikinci arqumentlər arasındakı məsafədən faiz
asılılığı ilə fərqlənir: Kx(1,1+r)=Kx(r)
Nəticə etibarə ilə stasionar təsadüfi funksiyasının avtokorrelyasiya funksiyası
iki deyil hər arqumentin funksiyası şəkilində aparır. Hansı ki, bu da areal üzərindəki
riyazi əməliyyatları olduqca sadələşdirir.
Stasionar təsadüfi funksiyanm korrelyasiya funksiyası təsadüfi funksiyanın
uyğun kəsiminin korrelyasiya momentini ifadə edir və onunla arqumentin qiyməti
arasındaki əlaqə dərəcəsini göstərir.

Burada:
L-tədqiq olunan profilin (sahənin) uzunluğu;
r-müşahidə nöqtələri arasmdakı məsafə, onlar arasındakı interval ədədlə ifadə olunur.
f(xi)-dəyişənin qiyməti (məs., sıradakı probda olan metalm miqdarının qiyməti,
hansı ki, xidməti ilə başlayıb xn-r qiyməti ilə qurtarır).
f(xi+r)-dəyişmənin qiyməti (məs., sıradakı probda olan metalm miqdarının
qiyməti, hansı ki, Xn-r qiyməti ilə başlayır, xn qiyməti ilə qurtarır)
Mx-f(x) dəyişənin miqdarının 0-1 intervalında orta qiymətidir. Bəzən
praktikada korrelyasiya funksiyasının dispersiyaya görə normallaşdırılmış
qiymətindən istifadə olunur: P x (r ) = K x (r ) / D x
px(r)-in qiyməti r məsafələrinə bölünmüş təsadüfi funksiyanın kəsimləri
arasındakı korrelyasiya əmsalını göstərir. Buradan, px(0)=1.
Stasionar təsadüfi funksiyanm dəyişmə xarakterini kəmiyyətcə
qiymətləndirmək üçün struktur funksiyadan da (varioqramma) istifadə olunur ki,
burada bir-birindən r məsafədə yerləşən nöqtələrin əlamətlərinin qiymətlərinin
Lr
1
fərqlərinin kvadratları hesablanır  x (r ) 
Lr   f (x
0
i r )  f ( xi )dx

Struktur və korrelyasiya funksiya arasında aşağıdakı əlaqə müvcuddur.


Li y a (r ) = 2[ k x (0 ) - k x (r ) ]
Stasionar korrelyasiya funksiyasının qiyməti artıqca təyin edilmiş qiymətinə
qədər arqumentin qiyməti ardıqca azalır ki, bu qiymət korrelyasiya sərhədi adlanır.
Korrelayasiya sərhədinin böyük qiyməti də 0-a bərabər olur. Lakin bu intervalda
struktur funksiyasının qiyməti artır və korrelyasiya sərhədinin böyük qiymətində
tədqiq olunan xüsusiyyətin iki hasilinə (2Dx) bərabər olur.
Diskret təsadüfi kəmiyyətlərdə empirik korrelyasion və struktur funksiyaların
hesablanması zamanı inteqral cəm işarəsi ilə əvəz olunur.
nr nr

 ( xi  x)( xir  x)  (x i  xi  r ) 2
K x (r )  i 1
 x (r )  i 1
(n  r ) (n  r )
Burada i-x qiymətinin tədqiq olunan sırada ölçünün sıra nömrəsi; N-ölçülərin ümumi
sayı; R-ardıcıl olaraq 1,2,3. . . ,(n-l) qiymətlərini alır.
ƏDƏBİYYAT.

Neft-qaz mədən geologiyası üzrə dərslik və elmi nəşrlər:

1. Максимов М.И. Геологические основы разработки нефтяных


месторождений. М., «Недра», 1975. 534 с.
2. Жданов М.A. Нефтегазопромысловая геология и подсчет запасов нефти
и газа. М., «Недра», 1981.
3. Справочник по нефтепромысловой геологии / Н.Е. Быков, А.Я.Фурсов,
М.И. Максимов и др. –М.: «Недра», 1981.-525 с.
4. Сургучев М.Л. Вторичные и третичные методы увеличения нефтеотдачи
пластов. –М., «Недра», 1985.-308 с.
5. Иванова М.М., Дементьев Л.Ф., Чоловский И.П. Нефтегазопромысловая
геология и геологические основы разработки месторождений нефти и
газа: Уч. Для вузов.- М.: «Недра», 1985. – 422с.
6. Иванова М.М., Чоловский И.П., Брагин Ю.И. Нефтегазопромысловая
геология: Учеб. для вузов. - М.: 000 "Недра-Бизнесцентр", 2000. - 414 с.

Ehtimal nəzərriyəsi və riyazi statistika üzrə elmi nəşrlər:

1. Смирнов Н.В., Дунин-Барковский И.В. Теория вероятностей и


математическая статистика в механике. -М.: Физматгиз, 1965,-554 с.
2. У.Крамбейн, Ф.Грейбилл. Статистические модели в геологии. Изд-во
«Мир», М., 1969. 396 с.
3. Митропольский А.К. Техника статистических вычислений. Главная
редакция физико-математической литературы изд-ва «Наука», 1971, 576с.
4. Гмурман В.Е. Теория вероятностей и математическая статистика.
Учеб.пособие для вузов. М., «Высшая школа», 1972. 368 с. с илл.
5. Дементьев Л.Ф., Жданов М.А., Кирсанов А.Н. Применение
математической статистики в нефтегазопромысловой геологии. -М.,
«Недра», 1977. 255 с.
6. Харбух Дж.У., Давтон Дж. Х., Дэвис Дж. К. Применение вероятностных
методов в поисково-разведочных работах на нефть. Пер. с англ. Под
ред.М.С. Моделевского. – М.: «Недра», 1981.-246 с. Пер.изд., США, 1977.
7. Д.А. Родионов. Статистические решения в геологии.М.: «Недра», 1981,
230 с.
8. Дементьев Л.Ф. Математические методы и ЭВМ в нефтегазовой
геологии. Учеб. пособие для вузов. М., «Недра», 1983, 189 с.
9. Дементьев Л.Ф. Системные исследования в нефтегазопромысловой
геологии. Учеб. Пособие для вузов. -М., «Недра», 1988.- 204 с.: ил.
10.Вентцель Е.С., Овчаров Л.А. Теория вероятностей и ее инженерные
приложения. – М.: «Наука».-1988. 480 с.
11.Дэвис Дж.С. Статистический анализ данных в геологии: Пер. с англ.В 2
кн./Пер. В.А.Голубевой, Под ред. Д.А. Родионова.- МА.: «Недра», 1990. -
427 с.:ил.
Neft-qaz mədən geologiyası və yataqların işlənilməsinin geoloji
əsaslarının yaradılması sahəsində müəllifin 200-dən artıq monoqrafiya,
dərslik, dərs vəsaitləri və elmi məqalələrindən bu dərsliyin
hazırlanmasında aşağıdakılara istinad edilmişdir:

1. Багиров Б.А. Выявление характера изменчивости параметров пластов с


использованием ЭВМ. Известия АН Азерб. ССР, Сер. наук о Земле, 1979,
№1, с. 38-43.
2. Багиров Б.А. Использование глубинно-профильного тренд-анализа для
прогнозирования параметров пласта. Нефтегазовая геология и геофизика,
1980, № 9, с. 46-50.
3. Багиров Б.А. Методика уточнения расчлененности объектов по
месторождениям, находящимся в поздней стадии. Азербайджанское
нефтяное хозяйство, 1981, №4, с. 20-24.
4. Багиров Б.А. Опыт использования тренд-анализа для решения
геологических задач. Нефтегазовая геология и геофизика, 1981, N7, с. 42-
44.
5. Багиров Б.А., Шабанов С.Ф. Об изменении теплового поля залежи в
процессе разработки. Известия АН Азерб. ССР, Сер. наук о Земле, 1981,
№ 4, с.101-105.
6. Багиров Б.А. Об интерференции добывающих скважин на поздней стадии
разработки залежей. Нефтяное хозяйство, 1982, №4, с.36-39.
7. Багиров Б.А. Изучение геологии нефтяных месторождений с помощью
математических методов. Советская геология, 1982, №5, с. 25-31.
8. Багиров Б.А. Системный подход при исследовании тектонического
строения нефтяного месторождения. Материалы Всесоюзного совещания
“Разработка и внедрение типовых автоматизированных систем решения
задач прогноза, поисков и разведки месторождений нефти и газа”,. -Л,
1983, с. 140-148.
9. Багиров Б.А. Математические методы при оценке свойств тектонических
разрывов. «Геолого-математическое моделирование в нефтяной
геологии». Труды ВНИГРИ, –Л, 1983, с. 140-149.
10. Багиров Б.А. Комплексирование классификационных моделей в
нефтяной геологии. Материалы 27-го Международного геологического
конгресса, М., 1984, Т.VIII, с. 323-324.
11.Багиров Б.А. Задачи классификации объектов на разрабатываемых
месторождениях нефти. Автоматизированная обработка геологических
данных (сб. научных трудов), М., ВИМС, 1984, с. 68-74.
12. Багиров Б.А. Автоматизированная система изучения неоднородности
нефтяных месторождений. Материалы Международного симпозиума
“Горнорудный Пржибрам в науке и технике ”. ЧССР, 1985, с.12.
13. Багиров Б.А. Математические методы выявления геологической
неоднородности. Материалы международного симпозиума КОГЕОДАТА
г. Алма-Ата, 1985, с.7-9.
14. Багиров Б.А. Геологические основы доразработки месторождений нефти
и газа. Баку: Элм, 1986, -164 с.
15. Багиров Б.А., Шабанов С.Ф., Алиев Р.М. Исследование влияния
заводнения на температуру залежей, характеризующихся различными
тепловыми режимами. Известия АН Азерб. ССР, Сер. наук о Земле, 1986,
№2, с.110-114.
16. Багиров Б.А., Шабанов С.Ф. Объемное моделирование обводненности
многопластовых месторождений нефти и газа. Известия АН Азерб.ССР,
Сер. наук о Земле, 1986, №5, с. 115-120.
17. Багиров Б.А., Аллахвердиев И.М. Методические принципы изучения
геологических и технологических факторов, влияющих на процесс
разработки залежей. Нефтяное хозяйство, №3, 1988, с. 27-30.
18. Багиров Б.А., Аллахвердиев И.М., Магеррамов Ф.Ф. Определение
экранирующих свойств разрывных нарушений разрабатываемых залежей
комплексированием математических методов. Советская геология, 1988, с.
17-22
19. Багиров Б.А. Системный подход к изучению и моделированию
параметров природных резервуаров нефти. Материалы XI Губкинских
чтений «Фундаментальные проблемы нефтегазогеологической науки»,
Москва, 1990. Том II, с.65-74.
20. Багиров Б.А., Магеррамов Ф.Ф. Методика определения изменчивости
геолого-физических параметров нефтяных залежей в процессе разработки.
Известия Вузов. “Нефть и газ”. №10, 1990, с. 3-9.
21. Багиров Б.А., Шабанов С.Ф. Объемно-динамическая модель для
изучения изменения температуры пласта в процессе разработки. Известия
АН Азерб.ССР, Сер. наук о Земле, 1990, №3, с. 70-77.
22. Багиров Б.А., Багиров Е.Б., Салманов А.М. Классификация нефтяных
залежей Азербайджана с трудноизвлекаемыми запасам. Материалы IX
Международного симпозиума “Нетрадиционные источники ” Санкт-
Петербург, 1992.
23.Багиров Б.А., Мамедов Т.М., Салманов А.М. Геологические основы
выбора нефтяных залежей месторождений Азербайджана для разработки
горизонтальными скважинами. Азербайджанское нефтяное хозяйство,
1994, №6, с.33-36.
24.Багиров Б.А., Мамедов Т.М., Салманов А.М., Ахундов Е.Т. Методика
определения извлекаемых запасов нефти на основе динамичекских
моделей. Материалы международного симпозиума. Баку, 1995, с. 59-69.
25. Bağırov B.Ə., Həsənəliyev M.Q. Azərbaycanın ehtiyatları çətin çıxarılabilən
neft yataqlarında işlənilmənin müasir vəziyyəti. ADNA-nın Elmi əsərləri
toplusu. №2, 1997, səh. 3-7.
26. Багиров Б.А., Салманов А.М., Назарова С.А. Об определении качества
запасов нефти. Геология нефти и газа, Москва, №1, 1998, с. 22-25.
27. Багиров Б.А., Салманов А.М., Назарова С.А. Математическое
моделирование для определения эффективности видов воздействия на
нефтяные залежи в процессе разработки. Методическое руководство для
студентов, обучающихся по специальности бакалавра Т.01.05.00 и
магистра ТЕМ 09.01.14. Баку:изд. АГНА, 1998, - 44 с.
28. Багиров Б.А., Салманов А.М., Назарова С.А. Методика определения
дифференциации запасов нефти после длительного периода разработки
залежей. «Геолог Азербайджана», №3, 1999, с. 23-32.
29. Багиров Б.А., Салманов А.М., Назарова С.А. Методика прогнозирования
коллекторских свойств объектов многопластовых месторождений.
«Геолог Азербайджана» , 2000, N5, с.57-64.
30. Bağırov B.Ə., Salmanov Ə.M., Nəzərova S.Ə., Nərimanov A.Ə. Coxlaylı neft
yataqlarının kəsilişində istismar obyektlərinin ayrılma üsulları. Bakalavr
Т.01.05.00 və magistr ТЕМ 090029 və 090028 ixtisası üzrə təhsil alan
tələbələır üçün metodik rəhbərlik, Bakı: Realcom BM nəşr., 2001, 24 səh.
31.Багиров Б.А., Салманов А.М., Назарова С.А., Нариманов А.А. Методика
выявления дифференциации запасов нефти (методическое руководство
для студентов, обучающихся по специальности бакалавра Т. 01.05.00 и
магистра ТЕМ 090029 и ТЕМ 090028.), Баку: изд.Realcom BM, 2001, 34 c.
32. Bağırov B.Ə., Salmanov Ə.M., Nəzərova S.Ə. Yataqların çıxarılabilən neft
ehtiyatlarının hesablanması. Bakalavr Т.01.05.00 və magistr ТЕМ 090029 və
090028 ixtisası üzrə təhsil alan tələbələır üçün metodik rəhbərlik, Bakı:
Realcom BM nəşr., 2001, 57 səh.
33. Bağırov B.Ə., Calalov Q.İ., Nəzərova S.Ə. «Riyazi geologiyanın əsasları»
fənni üzrə metodik göstəriş və laboratoriya tapşırıqları. Bakalavr Т.01.05.00
ixtisası üzrə təhsil alan tələbələır üçün metodik rəhbərlik, Bakı: Realcom BM
nəşr., 2001, 64 səh.
34. Багиров Б.А., Назарова С.А., Шабанов С.Ф. Методы подсчета запасов
нефти, газа и конденсата (методическое руководство для студентов,
обучающихся по специальности бакалавра Т.01.05.00 «Геология нефти и
газа»), Баку: изд.Realcom BM, 2001, 32 с.
35. Багиров Б.А., Халид Салим Башамех. Геолого-технологические
характеристики нефтяных месторождений Йеменской Республики. Баку,
“Нафта-Пресс”, 2002, 138 с..
36. Bağırov B.Ə. Müxtəlif təbii rejimlərlə səciyyələnən neft yataqlarının
işlənilməsinin müqayisəli təhlili. Azərbaycan Ali Texniki Məktəblərin
Xəbərləri, Bakı, 2003, №4, səh. 7-13.
37. Bağırov B.Ə. Azərbaycanın neft və qaz yataqlarının işlənilməsinin müasir
vəziyyəti və perspektivləri. Azərbaycan Ali Texniki Məktəblərin Xəbərləri.
Bakı, 2003, №2,(24), səh. 9-16.
38.Багиров Б.А. Геолого-математические модели в нефтяной геологии.
Ученые записки АГНА, 2003.
39.Bağırov B.Ə., Süleymanova V.M. Neft yataqlarının işlənilmə nəticələrinin
müxtəlifliyi haqqında. Azərbaycan Ali Texniki Məktəblərin Xəbərləri, №3.
2004. səh.15-19.
40.Bağırov B.Ə., Nəzərova S.Ə., Salmanov Ə.M., Məhərrəmov F.F. Neft
yataqlarında qalıq ehtiyatların sahəvi paylanmasının aşkar edilməsi üsulu.
AzNQSDETLİ-nin “Elmi əsərləri”, 2005, №5, səh. 3-8.
41.Багиров Б.А., Шабанов С.Ф., Назарова С.А., Салманов А.М., Багирова С.Б.
Особенности изменения температуры нефтегазовых месторождений
Южно-Каспийской впадины в процессе разработки. «Геолог Украины»
2005, №2, c.38-45.
42.Багиров Б.А. Геологические проблемы разработки нефтяных
месторождений Азербайджанской республики. Материалы
международной конференции по формированию залежей УВ и технике
их поиска и разведки. Пекин, 2006, c.127-140.
43.Bağırov B.Ə., Salmanov Ə.M., Nəzərova S.Ə. Azərbaycan dəniz yataqlarının
işlənilməsinin başa çatdırılmasının səmərəli yolları. Azərbaycan Ali Texniki
Məktəblərin Xəbəkrləri, №2, 2007. səh. 12-18.
44.Багиров Б.А., Салманов А.М., Назарова С.А. Особенности освоения
нефтяных запасов морских месторождений Азербайджана. Научные
Труды НИИ ГНКАР, №7. 2006. səh. 48-51.
45.Багиров Б.А., Салманов А.М., Назарова С.А. О контроле и
регулировании процессов разработки нефтяных месторождений геолого-
математическими методами. Научные Труды НИИ ГНКАР, №8. 2007. с
56-61.
46.Багиров Б.А., Салманов А.М., Назарова С.А. Оценка эффективности
методов применения нефтеотдачи пластов путем геолого-
математического моделирования кривых динамики добычи нефти.
Материалы Международной научной конференции «Актуальные
проблемы геологии» . Санкт-Петербург. 3-5 октябрь. 2007. с.261-267.
47.Багиров Б.А., Салманов А.М., Назарова С.А., Абдуллаева Л.А.
Обоснование приобщения экспуатационных объектов об в разрезе
морских многопластовых месторождений. Нефт и газ западной Сибири.
Материалы Всероссийской научно-технической конференции. 16-17
октября, 2007.
48.Bağırov B.Ə., Salmanov Ə.M., Nəzərova S.Ə. Neft –qaz yataqlarında birgə
işlənilmə üçün layların qruplaşdırılmasının riyazi modelləri. “Azərbaycan
Geoloqu” №12. 2008. səh.43-46.
49.Багиров Б.А., Салманов А.М., Гаджиев А.М. Геолого-математическое
обоснование мероприятий по реализации остаточных запасов нефти
залежей характеризующихся режимом истощения. Azərbaycan Ali
Texniki Məktəblərin Xəbərləri, № 5. 2009. с. 11-14.
50.Bağırov B.Ə., Qaragözov E.Ş. Yataqların neftvermə əmsalının neyron
şəbəkələrinin tətbiqi və modelləşdirilməsi. ARDNŞ–nin Elmi tətqiqatlar
İnstutunun “Elmi əsərləri”. 2008. №11. səh.60-63.

You might also like