Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 12

BLOK 2 (15-28)

Sual 15 : Gəmi elektronikasının və gəmi elektrik avadanlıqlarının inkişaf tarixi

Elektronika elm, texnika və istehsalatın elektron cihaz və qurğularının işlənməsi,


hazırlanması və tətbiqi ilə məşğul olan sahəsidir. Elektronikanın elektron cihazlarının
işlənməsi və hazırlanması ilə məşğul olan sahəsi fiziki elektronika, onların əsasında elektron
qurğularının yaradılması ilə məşğul olan sahəsi isə sənaye (texniki) elektronikası adlanır.
Elektronika sənayesinin inkişafını iki istiqamətə – güc (energetik) və məlumat elektronikası
istiqamətlərinə ayırmaq olar. Energetika elektronikası elektroenergetika, metallurgiya və s.
sənaye sahələrinin ehtiyacları üçün əsasən, sabit və dəyişən cərəyanın çevrilməsini təmin edən
elektron vasitələrini əhatə edir.
• Gəmi elektronikası.
• Gəmi nəzarət və idarəetmə sistemlərinin inkişaf səviyyəsi müasir elektronikanın
nailiyyətlərinin geniş istifadəsinə əsaslanır.
• Bütün əsa məsuliyyətli gəmi texniki qurğuları elektron idarəetmə sistemləri ilə təchiz
edilmişdir.

• Tipik nümunələr bunlardır:


• Gəmi elektrik stansiyasının , gəmi şəbəkəsinin gərginliyini və tezliyini sabitləşdirən,
generatorların paralel işləməsini təmin edən, generatorları və elektrik enerjisi
istehlakçılarını anormal iş rejimlərindən qoruyan idarəetmə sistemi.

• Baş mühərrikn məsafədən avtomatlaşdırılmış idarəetmə sistemləri, mühərrikin işə


salınmasını və dayanmasını, yanacaq verilişini və vintin addımını tənzimləməklə
gəminin təyin olunmuş sürətini saxlanmasını təmin edir, mühərriki artıq yüklənmədən
qoruyur.

• Gəmi kursunu avtomatik idarəetmə sistemləri.


• Ən vacib gəmi avadanlığını mərkəzləşdirilmiş nəzarət , məsafədən ölçmə, xəbərdaredici
və qəza siqnalizasiya sistemləri.
• Gəminin texnoloji avadanlıqlarını idarəetmə sistemləri (ticarət, soyuducu və s.).
• Yanğın siqnalizasiya sistemləri.
Gəmi elektronikası sənaye elektronikasının müstəqil sahəsi kimi praktik olaraq ikinci dünya
müharibəsindən sonra inkişaf etməyə başlamışdır. Texnikanın bütün sahələrində geniş tətbiq
edilən yarımkeçirici cihazlar, nisbətən gec olsa da, gəmiçilik texnikasına da daxil olmağa
başladı. Yarımkeçiricilər elektronikasının təşəkkül tapdığı ilk dövrlərdə bu gecikmə, ilk
növbədə, elektron lampalarla müqayisədə yarımkeçirici cihazların etibarlılığının aşağı olması
ilə bağlı idi. Lakin onların etibarlılıq xarakteristikalarının yüksəlməsi, funksional imkanlarının
artması və radio-elektron və ölçü sistemlərində daha geniş tətbiq edilməsi nəticəsində,
yarımkeçirici cihazlar, faktiki olaraq, elektron lampalarını tamamilə əvəz etdi və gəmi
elektron aparatlarının əsas elementlərindən birinə çevrildi
Sual 16 : Biryarımperiodlu düzləndirmə sxemi
Birfazalı bir yarımperiodlu düzləndirici. Ən sadə birfazalı düzləndirici sxemi bir
yarımperiodlu düzləndiricilərdir (şəkil 16.1).

Sxemin üstün cəhəti onun sadəliyi, çatışmazlığı isə düzləndirilmiş gərginlik və cərəyanın
qiymətlərinin kiçik olmasıdır. Sxemin döyünmə əmsalının böyük olması da onun mənfi
cəhətlərindən biri sayılır. Ümumiyyətlə döyünmə əmsalı düzləndirilmiş gərginliyin əsas
hormonunun maksimal qiymətinin (U0.m.) onun orta qiymətinə olan nisbətinə bərabərdir.

Sual 17 : İkiyarımperiodlu düzləndirmə sxemi


Bu düzləndirici daha böyük gücə malikdir, çünki şəbəkə gərginliyinin hər iki yarımperiodu
ərzində yükə cərəyan axır. Transformatorun ikinci tərəfinin yarımdolaqları elə birləşir ki,
onların gərginliyinin (UA,UB) müsbət qütbləri hər iki yarımperiodda diodlardan birinin
anoduna tətbiq olunsun.

Sual 18 : Gəmi elektrik stansiyasının elementləri və təsnifatı

Gəmi elektrik stansiyasının , gəmi şəbəkəsinin gərginliyini və tezliyini sabitləşdirən,


generatorların paralel işləməsini təmin edən, generatorları və elektrik enerjisi istehlakçılarını
anormal iş rejimlərindən qoruyan idarəetmə sistemi.

Gəmi elektrik stansiyasının ümumi xarakteristikaları;


Gəmilərdə əsasən 50 Hz tеzlikli dəyişən cərəyan еlеktrik stansiyaları qurulur. Хarici dоnanma
gəmilərində еlеktrik stansiyasının gərginliyinin tеzliyi 60 Hz də оlur. Еlеktrik avadanlığının
kütləsi və həcmi ön plana çəkildikdə, gəmi еlеktrik stansiyası üçün 400 Hz tеzlik qəbul оluna
bilər.
Gəmi еlеktrоеnеrgеtika qurğularında istifadə оlunan gərginliklər:
- 12 V, 24 V - qеyri-stasiоnar еlеktrik lampaları, siqnalizasiya, idarəеtmə, startyоr işəsalması
və digər alçaq gərginlikli işlədicilər üçün;
42 V - qеyri-stasiоnar еlеktrik alətləri üçün (Rusiya dəniz rеgistri tərəfindən qəbul
еdilmişdir);
220 V, 380 V - şəbəkəyə daimi оlaraq qоşulmuş еlеktrik avadanlığı üçün.
Gərginliyin yüksək оlması gəmi kabеl şəbəkəsinin çəkisini azaldır. Gəmidə cərəyan kеçirən
kabеllərin ümumi uzunluğu 100 km – ə çatır və gərginlik artdıqca, kabеlin naqilinin еn kəsiyi
azalır. Gəmilərdə 6300 V qədər gərginliyin tətbiqinə icazə verilir. Adətən еlеktrik еnеrji
mənbələrinin gərginliyi 400 V (tеzlik 60 Hz оlduqda – 450 V) təşkil еdir. Gəminin işıq şəbəkəsi
220 V-ludur. Aşağı vоltlu dəyişən cərəyan şəbəkələrinin gərginlikləri alçaldıcı
transfоrmatоrların köməyilə alınır.
Əgər gəmi elektrik stansiyasının hasil etdiyi elektrik enerjisinin bir hissəsi baş energetika
qurğularının payına düşürsə, onda elektroenergetika sistemi enerjinin bir hissəsini baş
energetik qurğudan alan sistem adlanır.
Gəminin baş mühərriklərindən enerji alan generator aqreqatları.
Əvvəllər gəmilərdə iki müstəqil enerji mənbəyindən istifadə olunurdu:
1.Gəminin hərəkəti ücün mexaniki enerji hasil edən baş enerji qurğusu;
2.Müxtəlif işlədiçilər ücün elektrik enerjisi hasil edən köməkci enerji qurğusu;
Gəmi elektrik stansiyası aşağıdakı rejimlərə cavab verməsi üçün hesablanır:
1. Dənizdə gediş
2. Manevretmə əməliyyatları
3. Dayanma
4. Qəza rejimi
5. Gəminin təyinatından asılı olaraq xüsusi rejimlər üçün

Sual 19 = Sual 18

Sual 20 : Birfazalı körpü düzləndirmə sxeminin izahı


Birfazalı körpü düzləndiriciləri
Birfazalı körpü düzləndiriciləri çıxış gücünün geniş diapazonlara (adətən, 300 Vt–dan yuxarı)
malik olduğu hallarda istifadə olunur. Sxemin üstünlükləri ondan ibarətdir ki, yüksək
döyünmə tezliyinə malikdir, diodlardakı əks gərginlik kiçikdir, düzləndirici transformatorsuz
da işləyə bilər. Çatışmayan cəhətləri isə diodlarda gərginlik düşgüsünün çox olması və diodları
bir radiator üzərində izoləedici təbəqəsiz yığmağın mümkün olmamasıdır.
Hər diod cütü (VD1, VD3 və VD2, VD4) növbə ilə işləyir. Birinci yarımperiodda VD1 və VD3
açıq olur və yük müqavimətindən cərəyan axır (şəkil 16.8, b).

Sual 21 : Üçfazalı körpü düzləndirmə sxeminin izahı


Üçfazalı düzləndiricilər
Məlum olduğu kimi, qidalandırıcı gərginliyin fazalarının sayından asılı olaraq düzləndiriciləri bir, iki,
üç, altı, on iki, iyirmi dörd fazalı düzləndiricilərə ayırırlar. Bir – birinə nəzərən 1200 bucaq qədər
sürüşdürülmüş qidalandırıcı gərginlik tələb edən düzləndiriciləri üçfazalı düzləndirici adlandırmaq
qəbul olunmuşdur.
Üçfazalı körpü düzləndiricisinin də işi birfazalı müvafiq düzləndiricinin işinə bənzəyir. Birfazalı
düzləndiricidə hər bir
ventil bir yarımperiod ərzində digər qrupun bir ventili ilə qoşa işləyir. Belə ventil cütünün sayı ikidir.
Məsələn, VD 1, VD 4 və
VD 2, VD 3 cütü yaranır.
Lakin üçfazalı körpü düzləndiricilər altı ventildən ibarətdir. Onlar üç – üç katod və anod qrupu əmələ
gətirir. Hər hansı bir
ventil periodun 𝜔𝑡=1 3T (1200) ərzində əks qrupun iki ventili ilə qoşa işləyir. Onun 𝜔𝑡=1 6T (600)
müddətində həmin ventilin
biri ilə, qalan müddətdə isə o biri ventilə cərəyan keçirir. Bu zaman yük cərəyanını eyni zamanda
keçirən altı ventil cütü əmələ
gəlir: (VD 1, VD 2); (VD 1, VD 6); (VD 3, VD 2); (VD 3, VD 4); (VD 5, VD6); (VD 5, VD 4)
Üçfazalı körpü düzləndiricilərdə (Larionov sxemi) istifadə olunan transformatorların
sarğılarının qoşulma sxemi şəkil 16.9-da göstərilmişdir.

Bu anlar 𝜔𝑡1, 𝜔𝑡2, 𝜔𝑡3və 𝜔𝑡4- ə uyğun gəlir. Belə ki, 𝜔𝑡1anında VD1 diodunun anodunda potensial
o birilərlə mü-qayisədə daha yüksək olduğundan o işə qoşulur (şəkil 16.10, d). 𝜔𝑡2anında
kommutasiya hadisəsi baş verdiyindən cərəyan VD2 dioduna verilir. VD1 diodu bağlanır, VD2 diodu
işə qoşulur (şəkil 16.10, e). VD3 diodu isə 𝜔𝑡3 anından 𝜔𝑡4 anına yük cərəya-nını keçirir. Bununla da
bir period başa çatır və düzləndirmə prosesi yenidən təkrar olunur. Şəkil 16.10, ə–g diaqramlarında
uyğun olaraq düzləndirilmiş gərginlik, cərəyan və dioddakı maksimal əks gərginlik təsvir olunmuşdur.
Diaqramlar düzləndiri-cinin aktiv yük rejimini əks etdirir. A açarı qapalıdır. Sxemin analizi zamanı
ventillər və transformator ideal qəbul olunmuşdur.
Transformatorun səpələmə induktivliyi nəzərə alınmır. Göründüyü kimi, aktiv yük rejimində gərginlik
və cərəyan əyriləri bir – birini təkrarlayır və bir period ərzində üçqat döyünməyə malik olur.

Sual 22 : Gücləndiricilərin təsnifatı. Güc gücləndiriciləri


Gücləndiricilər. Elektrovakuum, yaxud yarımkeçirici cihazdan istifadə etməklə zəif elektrik
(elektromaqnit ) siqnallarında cərəyanın, gərginliyin yaxud gücün rəqslərinin amplitudunu böyütməyə
xidmət edən qurğulara elektron gücləndiriciləri deyilir. Radioelektronikada çox müxtəlif məsələlərin
həllində gücləndiricilərdən istifadə olunur. Ona görə də çox müxtəlif tip gücləndiricilər yaradılıb.
Gücləndiricilərin təsnifatını aşağıdakı kimi vermək olar.
Bir qayda olaraq gücləndiriciləri iki əlamətinə görə təsnifata ayırırlar.
I. Gücləndirilən siqnalın tezlik diapazonuna görə.
Bu əlamətə görə gücləndiricilərin aşağıdakı tiplərini fərqləndirirlər.
1). Sabit cərəyan gücləndiriciləri.
Gücləndirdiyi tezlik diapazonunun aşağı sərhəddi sıfıra kifayət qədər yaxın (yuxarı sərhəddi isə
yüzlərlə kilohers yaxud meqahers) olan gücləndiricilər sabit cərəyan gücləndiriciləri adlanır.
2). Alçaq tezlik gücləndiriciləri.
Bu gücləndiricilərin tezlik diapazonu səs tezlikləri diapazonunda olur.
3). Rezonans gücləndiricilər.
Bu gücləndiricilərdən yüksək tezlikli rəqsləri ( 1000 ) dar tezlik zolağında gücləndirmək üçün
istifadə olunur. f MHs
4). Enli zolaqlı gücləndiricilər.
Bu gücləndiricilərin tezlik diapazonu 25 -dən 10 -ə qədər rəqsləri əhatə edir. Hs MHs
5). Yüksək tezlik gücləndiriciləri.
Buraya ifrat yüksək tezlik gücləndiricilərini və optik diapazonda işləyən kvant gücləndiricilərini aid
etmək olar.

Rezistorlu gərgink gücləndiriciləri. Gərginlik gücləndiricilərində rezistor – tutum kaskadlarından,


yəni yük olaraq omik müqavimətdən (rezistor), kaskadlar arasındakı rabitə üçün isə kondensatorlardan
(tutum) istifadə olunur. Gücləndirmə kaskadlarının sayı tələb olunan gücləndirmə əmsalı ilə müəyyən
olunur.
Sual 23 : Qəza elektrik stansiyasından qida alan işlədicilər

Sual 24 : Gəmi qazan qurğusunun nəzarət olunan kəmiyyətləri


Sual 25 : Dizel mühərriklərinin nəzarət olunan parametrləri
Sual 26 : Baş mühərrikin işi zamanı nəzarət olunan parametrlər
Sual 27 : Gəmi elektrik stansiyaları
Sual 28 : Qəza elektrik stansiyası
Hazırladı Famil Əliyev 090A3

You might also like