Makro 1 Müh

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 20

Fənn: “Makroiqtisadiyyat” - 2023

Mövzu 1. Makroiqtisadiyyata giriş: əsas anlayışlar

1. Makroiqtisadiyyat (macroeconomics)
2. Mikro və makro iqtisadiyyatın fərqi (difference between micro and macro
economics)
3. Makroiqtisadi model (macroeconomic model)
4. Xarici dəyişənlər (exogenous variables)
5. Daxili dəyişənlər (endegenous variable)
6. Qısa və uzun zaman (short and long terms)
7. Öncədən (ex ante) və sonradan (ex post)
8. Nominal dəyər (nominal value) və real dəyər (real value)
9. Bazar təmizləməsi (market clearing)
10.Yapışkan qiymətlər (sticky prices) və elastik qiymətlər (flexible price)
11.Ehtiyatlar (stocks) və axınlar (flows)
12.ÜDM (GDP)
13.Adambaşına ÜDM (GDP per capita)
14.Biznes tsikli (business cycle)
15.Resesiya (recession)
16.Depresiya (depression)
17.İnflyasiya (inflation)
18.Deflyasiya (deflation)
19.İşsizlik (unemployment)
20.Valyuta kursu (exchange rate)
21.Ticarət balansı (trade balance)
22. Filips əyrisi (Philips curve)
23.Həyat standartı (standart of living)

Mühazirə mətni mənimsənildikdən sonra tələbə mikro və makro iqtisadiyyatın


məzmununu və onların arasındakı fərqi, makroiqtisadi modelləri, xarici və daxili
dəyişənləri, qısa və uzun zamanı, ÜDM, adambaşına düşən ÜDM-i, biznes tsiklini,
onun müxtəlif fazalarını, valyuta kursunu, ticarət balansını, həyat standartını və s-nin
məzmununu biləcəkdir. Həmin biliklər gələcək mütəxəssisə makroiqtisadiyyatdakı
münasibətləri daha dərindən öyrənməsinə və bu sahədə uğurla fəaliyyət göstərməsinə
imkan verəcək.
Sual 1. Makroiqtisadiyyat (macroeconomics)

1
Ekonomiks cəmiyyətin sahib olduğu qıt qaynaqlardan necə istifadə etdiyini
öyrənən bir elmdir. Makroiqtisadiyyat ekonomiksin, iqtisadi nəzəriyyənin mühüm
hissəsidir.
Makroiqtisadiyyat – iqtisadi nəzəriyyənin iqtisadiyyatın bütövlükdə fəaliyyət
mexanizmini öyrənən müstəqil hissəsidir. İqtisadiyyatı bütövlükdə öyrənən məhdud
resursların rasional istifadəsi nəzəriyyəsi–makroiqtisadiyyatdır. Elmin müstəqil
bölməsi kimi makroiqtisadiyyat mikroiqtisadiyyatdan azı yarım əsr gec
formalaşmışdır. Makroiqtisadiyyat – iqtisad elminin bir hissəsi olmaqla bütün
MİLLİ iqtisadiyyatlara məxsus olan ümumi qanunauyğunluqları və meylləri öyrənir.
Burada iqtisadi agentlərin və iqtisadi bazarların bir-birilə qarşılıqlı fəaliyyəti tədqiq
olunur. Bir müstəqil fənn kimi makroiqtisadiyyatın meydana gəlməsi C.M.Keynsin
adı ilə bağlıdır. Keynsçilik dövlət tənzimlənməsi sisteminə əsaslanan makroiqtisadi
nəzəriyyədir.
1929-1933-cü illərdə (“Böyük depressiya”) baş vermiş böhran istehsalın xüsusilə
uzunmüddətli və dərin tənəzzülü ilə fərqənmişdi. Bu böhranın nəticələrinin aradan
qaldırılmasında C.M.Keynsin nəzəriyyəsindən geniş istifadə olunmuşdur. C.Keyns
bazar iqtisadiyyatını saxlayıb, yalnız onu dövlət siyasətilə düzəltməyi təklif etmişdir.
C.Keynsin nəzəriyyəsi 1936-cı ildə yazmış olduğu “Məşğulluğun, pulun və faizin
ümumi nəzəriyyəsi” adlı əsərində verilmişdir. Bu əsər XX əsrdə iqtisadi nəzəriyyədə
inqilabi bir prosesə çevrildi.
Makroiqtisadiyyat çox sayda anlayışları və görtəriciləri əhatə edir, ancaq bunlar 3
mərkəzi kategoriyada birləşir: makroiqtisadiyyat adətən istehsal, işsizlik və
inflyasiya fenomenləri ilə əlaqəlidir. Makroiqtisadiyyatdan kənarda da bu göstəricilər
bütün iqtisadi agentlər (işçilər, alıcılar və istehsalçılar) üçün də əhəmiyyətlidir.
Makroiqtisadiyyatın tədqiqat problemlərinə aşağıdakılar aiddir:
- Məşğulliq səviyyəsi;
- Işsizlik səviyyəsi;
- Maliyyə-kredit münasibətləri;
2
- Iqtisadi dinamika, iqtisadi artım, onun amilləri və sürəti;
- Məcmu tələb və məcmu təklif;
- Iqtisadiyyatın tsiklik inkişafı;
- Qiymətlərin ümumi səviyyəsi və inflyasiya;
- Dövlət borcu, dövlətin iqtisadi siyasəti;
- Milli hesablar sistemi;
- Əhali gəlirləri və onların formalaşması, bölüşdürülməsi və istifadəsi;
- Dövlətin iqtisadi siyasəti;
- Beynəlxalq iqtisadiyyatın problemləri və s.

Bütövlükdə, makroiqtisadiyyatın tədqiqinin əhəmiyyəti aşağıdakılarla müəyyən


olunur:

1. Makroiqtisadi hadisə və prosesləri şərh edir;


2. Hadisə və proseslər arasında qanunauyğunluqları və asılılıqları aşkar edir;
3. İqtisadiyyatda səbəb-nəticə əlaqələrini tədqiq edir;
4. İqtisadiyyatın mövcud vəziyyətini qiymətləndirməyə və onu daha da
yaxşılaşdırmaq üçün görülməli işləri müəyyənləşdirməyə imkan verir;
5. Dövlətin iqtisadi siyasətinin prinsiplərini və istiqamətlərini müəyyən edir;
6. Gələcək iqtisadi problemləri, iqtisadiyyatın perspektiv inkişaf istiqamətlərini
əvvəldən görməyə imkan verir, gələcək iqtisadi proqnozları müəyyən edir və s.

Sual 2. Mikro və makro iqtisadiyyatın fərqi (difference between micro and


macro economics)
Makroiqtisadiyyatın mikroiqtisadiyyata nisbətən təxminən yarım əsr sonra
formalaşmasına baxmayaraq iqtisadi nəzəriyyənin bu iki bölməsi arasında sıx əlaqə
vardır. Buna baxmayaraq, mikroiqtisadiyyatla makroiqtisadiyyatın tədqiqat
predmetləri və metodları arasında xeyli fərq də vardır.
3
Mikroiqtisadiyyat ailə təsərrüfatları və firmaların bazarda necə qərar qəbul
etdiklərini və qarşılıqlı fəaliyyətini öyrənən elmdir. Mikroiqtisadiyyatın əsas
subyektləri ev təsərrüfatları və firmalardır.
Makroiqtisadiyyat isə iqtisadiyyatı tam şəkildə, ümumilikdə öyrənən elmdir.
Makroiqtisadiyyatın məqsədi, iqtisadi dəyişikliklərin çoxlu sayda ailə təsərrüfatlarına,
firmalara və bazarlara eyni zamanda necə təsir etdiyini izah etməkdir.
Makroiqtisadiyyatın əsas subyektləri aşağıdakılardır: 1. Ev təsərrüfatları; 2. Firmalar;
3. Dövlət; 4. Xarici bölmə.
Makroiqtisadiyyat aşağıdakı suallara cavab verir: 1. Nəyə görə istehsal və
məşğulluq bəzi illərdə artır, digər illərdə isə azalır? 2. Nəyə görə adambaşına düşən
gəlir bəzi ölkələrdə aşağı olduğu halda, digərlərində yüksəkdir? 3. Nəyə görə bəzi
illərdə qiymətlər daha stabil qaldığı halda, digər illərdə sürətlə artır?
Makroiqtisadiyyat çox sayda anlayışları və görtəriciləri əhatə edir, ancaq bunlar 3
mərkəzi kategoriyada birləşir: makroiqtisadiyyat adətən istehsal, işsizlik və inflyasiya
fenomenləri ilə əlaqəlidir. Makroiqtisadiyyatdan kənarda da bu göstəricilər bütün
iqtisadi agentlər (işçilər, alıcılar və istehsalçılar) üçün də əhəmiyyətlidir.
Mikroiqtisadiyyatda tədqiqata yanaşmalarda bir-birindən əsaslı şəkildə fərqlənən
yanaşmalar yoxdur. Makroiqtisadiyyatın predmetinə aid olan problemlərə müxtəlif
məktəblərin nümayəndələrinin baxışları fərqlidir. Əsas nəzəri konsepsiyalar
aşağıdakılardır: 1. Neoklassik; 2.Keynsçi,

Neoklassik məktəb -klassik məktəbin ənənələrini ən ardıcıl davam etdirənlərdir.


Bu məktəbin əsas nümayəndələrindən biri Kembric Universitetinin aparıcı
professoru A.Marşalldır. Neoklassik məktəbin əsas ideyaları aşağıdakılardır:
1. İqtisadiyyat mahiyyətinə görə təkmil rəqabət iqtisadiyyatdır;
2. Qeyri – təkmil rəqabətin meydana gəlməsi təsadüfü hal olub iqtisadi təbiətin nə
mahiyyətini, nə də xarakterini dəyişmir;

4
3. İqtisadiyyat həmişə müvazinətdədir, qeyri- müvazinat vəziyyəti təsadüfü
səciyyəlidir və iqtisadiyyatın özü onu aradan qaldırır;

4. İqtisadiyyat özünətənzimlənəndir. Onun özündə olan tənzimləyiciləri bunlardır:


a) əmək haqqı; b)qiymət; v)faiz dərəcəsi.

Keynsçi məktəbi makroiqtisadiyyatı bütöv sistem kimi nəzərdən keçirir və


klassik məktəbin bütün fikirlərini inkar edirdi. Keynsçi konsepsiyasının əsas
müddəaları aşağıdakılardır:

1. İqtisadiyyat təkmil rəqabət iqtisadiyyatı deyil. Əksinə, bazarların qeyri-təkmilliyi


müasir iqtisadiyyata xasdır.

2. Bazarın özü ümumi müvazinətın bərpa edilməsi problemini həll edə bilmir.

3. Müvazinətın bərpa olunması, bir çox problemlərin həll edilməsinə görə


məsuliyyəti dövlət öz üzərinə götürməlidir.

4. Dövlətin iqtisadiyyata müdaxiləsi obyektiv xarakter daşıyır.

Beləliklə, C.Keyns dövlətin iqtisadiyyata müdaxilə etməsinin zəruri olduğunu


əsaslandırdı.

Sual 3. Makroiqtisadi model (macroeconomic model)

Makroiqtisadi proseslərin tədqiqində mikroiqtisadiyyatda tətbiq olunan müxtəlif


metod və prinsiplərdən geniş istifadə olunur. Bununla yanaşı makroiqtisadiyyatın
özünəməxsus xüsusiyyətləri vardır. Makroiqtisadiyyatda tədqiqat metodlarının
xüsusiyyətləri aşağıdakılardır: 1. Ümumiləşdirmək; 2. Modelləşdirmək.
Ümumiləşdirmək - iqtisadiyyatın ayrı-ayrı sahəsi deyil, bütövlükdə iqtisadiyyat
üçün xarakterik olan proseslər əsas götürülür. Makroiqtisadiyyat iqtisadiyyatın
ayrıca sahəsi, subyekti və s. üçün deyil, bütün iqtisadiyyat üçün səciyyəvi olan
prosesləri öyrəndiyinə görə o, tədqiqatda ÜMUMİLƏŞDİRİLMİŞ göstəricilər və ya
kəmiyyətlərdən istifadə etməlidir (ÜDM, işsizlik səviyyəsi, inflyasiyanın səviyyəsi
və s.). Makroiqtisadiyyatda ümumiləşdirilmiş bazarlar aşağıdakılardır: 1. Əmtəə və
xidmətlər (nemətlər) bazarı; 2. Pul bazarı.
5
MAKROİQTİSADİ MODELLƏR müxtəlif iqtisadi hadisə və proseslərin
formallaşmış (məntiqi, qrafik və cəbri) təsvirini təcəssüm etdirir ki, bunlar da onlar
arasında funksional qarşılıqlı əlaqələri aşkara çıxarır. Istənilən model reallığın
sadələşdirilmiş abstrakt ifadəsidir, belə ki, konkret detalların bütün müxtəliflikləri
tədqiqat zamanı eyni vaxtda nəzərə alına bilməz. Buna görə də istənilən modelin
qurulmasının ən mürəkkəb məqamlarından biri konkret problemin makroiqtisadi
təhlili üçün mühüm olan amillər dairəsinin müəyyən edilməsidir.

Aşağıdakı modellər makroiqtisadi modellərə aiddir: 1. Dövri axın modelı;


2. Məcmu tələb və məcmu təklif: AD-AS; 3. Fillips əyrisi; 4. Laffer əyrisi və s.

Makroiqtisadi model: makroiqtisadi təhlilin bünövrəsinə dövri axınların sadə modeli


(və ya ÜDM-in, gəlirlər və xərclərin dövriyyəsi modeli) qoyulmuşdur. Sadə formada
bu model özünə yalnız iqtisadi agentlərin iki kateqoriyasını – EV TƏSƏRRÜFATI
VƏ FİRMALARI daxil edir. Bu subyektlər resurslar bazarı və məhsullar bazarında
qarşılaşırlar. Açıq iqtisadiyyatda dövlət müdaxiləsilə dövri axınlar modeli bir qədər
mürəkkəbləşir.

Dairəvi axınlar modelindən əsas nəticə: real və pul axınları ev təsərrüfatları,


firmalar, dövlət və yerdə qalan dünyanın məcmu xərclərinin istehsalın məcmu
həcminə bərabər olması şərtilə maneəsiz həyata keçirilir. Məcmu xərclər məşğulluq,
buraxılış və gəlirlərin artmasına təkan verir; bu gəlirlərdən yenidən iqtisadi agentlərin
xərcləri maliyyələşdirilir ki, onlar da yenidən gəlir şəklində istehsal amilləri
sahiblərinə qayıdır və i.a. Səbəb və nəticənin yerləri dəyişir və dairəvi axınlar modeli
dövran şəkli alır.

6
Sual 4 və 5. Xarici dəyişənlər (exogenous variables) və daxili dəyişənlər
(endegenous variable)
Makroiqtisadi modeldə aşağıdakı dəyişənlərdən istifadə olunur:

1. Daxili (endogen) dəyişənlər - onların kəmiyyəti tədqiqat nəticəsində


müəyyənləşdirilir (məs., məşğulluq, inflyasiya, işsizlik və s.).

7
2. Xarici (ekzogen) dəyişənlər – onların kəmiyyəti əvvəlcədən verilir (məs., dövlət
xərcləri, vergilərin faizi, pul təklifi və s.).

Qeyd etmək lazımdır ki, dəyişənlərin endogen və ekzogenlərə bölünməsi şərti


olaraq məktəblərin yanaşmalarından asılıdır. (Məs., Keynsçilərdə gəlir ekzogen,
neoklassik nəzəriyyədə isə endogen dəyişəndir).

Sual 6. Qısa və uzun zaman (short and long terms)

Makroiqtisadiyyat da simvolik olaraq iki əsas hissəyə bölünür: Qısamüddətli


(Short-Run): qısamüddətli dövrdə iqtisadiyyatda başverən hadisələrin səbəbini və
nəticəsini öyrənir. Uzunmüddətli (Long-Run): uzunmüddətli dövrdə iqtisadi artımın
təmin edəcək komponentlərin və yolların öyrənir.

Qısamüdddətli (adətən 2-3 ilədək) və uzunmüddətli dövrlər arasındakı fərqi


makroiqtisadiyyatda başlıca olaraq nominal və real dəyişənlərin davranışı ilə
əlaqələndirirlər. Qısamüddətli dövrdə nominal kəmiyyətlər (qiymətlər, nominal
əməkhaqqı, nominal faiz dərəcəsi) bazar tərəddüdlərinin təsiri altında tədricən dəyişir,
adətən onların nisbi “möhkəmliyi”ndən danışılır. Real kəmiyyətlər (buraxılışın həcmi,
məşğulluğun səviyyəsi, faizin real dərəcəsi) – daha hərəkətlidir, “çevikdir”.
Uzunmüddətli dövrdə, əksinə, nominal kəmiyyətlər yekunda kifayət qədər güclü
dəyişir – onları “çevik” hesab edirlər, real kəmiyyətlər isə hədsiz dərəcədə yavaş
dəyişir, belə ki, təhlilin münasibliyi üçün onlara çox zaman sabit kəmiyyət kimi
baxırlar.

Sual 7. Öncədən (ex ante) və sonradan (ex post)


Müasir makroiqtisadi modelləşdirmədə subyektlərin iqtisadi motivasiyası mütləq
nəzərə alınır. Subyektlər gözləmələrin, üstünlükverimlərin təsiri altında qərar
qəbul edərək iqtisadiyyatda fəaliyyət göstərirlər.

8
İqtisadi nəzəriyyədə GÖZLƏMƏLƏR xüsusi yer tutur. Gözləmələr baş
verənlərin nəticələrinin qiymətləndirilməsindən və ya gözlənilən hadisələr barədə
proqnozlardan çıxış edərək formalaşdırılır.

Bütövlükdə, formalaşma xarakterinə görə gözləmələr öncədən (EX ANTE) və


sonradan (EX POST) ola bilir. Öncədən (ex ante) gözləmələri subyektlərin
məramlarından, məqsədlərindən ibarətdir və bu məramlar qəbul edilən qərarı
müəyyənləşdirir. Sonradan (ex post) gözləmələri proses başa çatdıqdan sonra
subyektin prosesə verdiyi qiymətdir;

Hazırda üç növ ex ante fərqləndirilir:

1. Statik (sadəlövh) gözləmələr – iqtisadi subyektlər gələcəkdə də hesablamalarda


cari iqtisadiyyatın parametrlərindən (məs., gələn ilin qiymət səviyyəsi cari ildəki
qiymətlər səviyyəsində götürülür) istifadə edəcəklər. Pt+1 = Pt .

Burada, Pt –cari ildəki qiymətlərin faktiki göstəriciləri; Pt+1 - gələn ilə


proqnozlaşdırılan qiymətlərin göstəriciləridir.

2. Adaptiv gözləmələr – subyektlər davranışlarını keçmişin təcrübəsindən çıxış


edərək qurduqda və konyukturanın dəyişməsini nəzərə alaraq dəqiqləşdirmələr
apardıqda yaranır. Pt+1 =Pt + b(Pt - Pt - 1 ); b – keçmişin səhvlərini nəzərə alan
adaptasiya əmsalı.

3. Rasional gözləmələr – subyektlər planlarını əldə edə bildikləri informasiyadan


çıxış edərək qururlar: gələcəkdə ehtimal olunan hadisələrlə yanaşı keçmişin səhvləri
də nəzərə alınır.

Rasional gözləmələr konsepsiyasının bir neçə şərhi var. Ən geniş yayılanı


R.Lukasın modelidir ki, burada gözlənilən parametrin göstəriciləri bir neçə amildən
asılıdır: P t+1 = Pt (Xi);

9
Xi-qiymət yaradan amillərdir (iqtisadi konyuktura, digər subyektlərin fəaliyyəti və s.)

Sual 8. Nominal dəyər (nominal value) və real dəyər (real value)


Makroiqtisadiyyatda istifadə olunan bütün göstəricilər orta göstəricilərdir.
Makroiqtisadi parametrlərin çoxu NOMİNAL və REAL əhəmiyyət daşıyır. Nominal
göstəriciləri hesablayıb reala çevirmək üçün qiymət səviyyəsindən (P) istifadə olunur.
Nominal dəyər – cari qiymətlərlə hesablanmış dəyərdir. Real dəyəri hesablayarkən
inflyasiyanın səviyyəsi nəzərə alınır, yəni inflyasiyadan “təmizlənilir”.

Sual 9. Bazar təmizləməsi (market clearing)


BAZAR TƏMİZLƏMƏSİ: Klirinq - öhdəliklərin qarşılıqlı əvəz edilməsi, ləğv
edilməsi əsasında aparılan nağdsız hesablaşma sistemidir. Bu zaman  əmtəə və
xidmətləri, qiymətli kağızları və s. aktivləri alan tərəf həmin məbləğ müqabilində
satıcı tərəfin ona qarşı olan öhdəliyini ləğv edir.

Sual 10. Yapışkan qiymətlər (sticky prices) və elastik qiymətlər (flexible price)
Yapışkan qiymətlər – Keynsçi makroiqtisadi modelin əsasını təşkil edir. Bu
qiymətlər tələb və təklifdəki dəyişikliklərə çox yavaş reaksiya verirlər. Yapışkan
qiymətlər sənaye bölməsi və xidmət sferası üçün xarakterikdir. Belə qiymətlərə əmək
haqqı dərəcəsi, faiz dərəcəsini aid etmək olar. Elastik qiymətlər – tələb və təklifdəki
və eləcədə hər hansı bir şəraitdəki dəyişikliklərə dərhal reaksiya verən qiymətlərdir.

Yapışkan Qiymət nəzəriyyəsi: 1)Yapışkan qiymət nəzəriyyəsi bəzi əmtəə və


xidmətlərin qiymətlərinin dəyişən iqtisadi şərtlərə çox tənbəlcəsinnə

uyğunlaşdırılmasına əsaslanır; 2) Qiymətlərin ləng tənzimlənməsi, qismən menyu


xərcləri adlanan tənzimləmə xərcləri səbəbindən baş verir; 3) Menyu xərclərinə
kataloqların çap olunması və paylaşdırılması xərcləri, eləcədə qiymət etketlərinin

dəyisdirilməsi üçün vaxt daxildir; 4) Xərclər səbəbindən qiymətlər, eləcə də əmək


haqları qısamüddətli dövrdə yapışkan olur.
10
Sual 11. Ehtiyatlar (stocks) və axınlar (flows)

Makroiqtisadi təhlildə adətən 2 qrup göstəricilərdən istifadə olunur. 1. Axınlar –


iqtisadi fəaliyyət prosesində sərvətlərin bir-birinə ötürülməsidir. Zaman kəmiyyəti
(adətən ay, rüb və ildə) ilə ölçülən iqtisadi parametrlərdir (ÜDM, XMM, milli gəlir,
yığım və s.). Vaxt üzrə iqtisadi proseslərin məhz “axınını” səciyyələndirir: il ərzində
istehlak xərclərinin həcmi, il ərzində investisiyanın həcmi, rüb ərzində işini itirənlərin
sayı və s.

2. Ehtiyatlar (aktivlər) – qiyməti cari məqam üçün müəyyənləşdirilən iqtisadi


parametrlərdir. Bura əmlakı, real kapital, maliyyə aktivlərini, real kassa qalıqlarını və
s. aid edirlər. Axınlar və ehtiyatlar qarşılıqlı əlaqədar ola bilirlər. Ev təsərrüfatlarının
büdcəsində bir tərəfdən bütün gəlir və xərc axınları, digər tərəfdən isə əmlakda
bununla əlaqədar olan dəyişikliklər əks olunur.

Axınlar ehtiyatlarda dəyişikliklər doğurur: bir sıra illər ərzində büdcə defisitlərinin
yığılması dövlət borcunun artmasına gətirib çıxarır; cari ilin sonunda keçən ilin
sonuna olan kəmiyyətilə müqayisədə kapital ehtiyatının dəyişməsi il ərzində xalis
investisiyalar axını kimi təcəssüm oluna bilər. Ehtiyatlar və axınların qarşılıqlı əlaqəsi
dairəvi axınların (dövrü-axın diaqramı) ilkin makroiqtisadi modelinin əsasını təşkil
edir.

Sual 12. ÜDM (GDP)

Əsas makroiqtisadi göstəricilər: ÜDM və adambaşına ÜDM; Biznes tsikli;


Ressesiya və depresiya; İnflyasiya və deflyasiya; İşsizlik səviyyəsi; Valyuta kursu;
Ticarət balansı və s.

Ümumi daxili məhsul (ÜDM) –milli mənsubiyyətindən asılı olmayaraq ölkə


daxilində yerli və xarici təsərrüfat subyektləri tərəfindən müəyyən dövr (adətən bir il)
ərzində istehsal edilən son əmtəə və xidmətlərin bazar dəyəridir.

11
Ümumi daxili məhsul (ÜDM) iqtisadiyyatın gəlirlərinin və xərclərinin
ölçülməsidir. ÜDM verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan bütün
son əmtəə və xidmətlərin bazar dəyəridir.

ÜDM-i hesablayarkən aşağıdakılar nəzərə alınmalıdır: təkcə son məhsulların


dəyəri ÜDM-yə daxildir, yəni aralıq məhsullar ÜDM-ə daxil deyil; ÜDM, xüsusi
zaman intervalı müddətində baş verən istehsalın dəyərini ölçür (illik, rüblük və s.);
ÜDM-yə cari dövrdə istehsal olunmuş əmtəə və xidmətlər daxildir, keçmişdə istehsal
edilmiş məhsullara aid sövdələşmələr ÜDM-yə daxil edilmir.

ÜDM (Y) aşağıdakıların cəminə bərabərdir: İstehlak (C); İnvestisiya (I); Dövlət
Xərcləri (G) ; Xalis İxracat (NX) Y = C + I + G + NX

Bu eyniliyi əsas makroiqtisadi eynilik adlandırırlar

İstehlak (C): yeni mənzilin alınmasını çıxmaq şərti ilə, ailə təsərrüfatlarının əmtəə və
xidmətlərin alınmasına sərf etdiyi xərclərdir. İnvestisiya (I): yeni mənzilin alınması da
daxil olmaqla, fiziki kapitalın, uzunmüddətli avadanlıqların, anbar ehtiyatlarının və
yardımçı istehsal vasitələrinin alınmasına çəkilən xərclərdir. Dövlət Xərcləri (G):
yerli, ştat və federal dövlət orqanları tərəfindən əmtəə və xidmətlərin alınmasına
çəkilən xərclərdir. Transfert ödənişlər dövlət xərclərinin tərkib hissəsi kimi
hesablanmır. Xalis İxracat (NX): ixracat ilə idxalat arasındakı fərqdir.

ÜDM-in əsas növləri aşağıdakılardır: 1.Nominal ÜDM; 2. Real ÜDM; 3.


Potensial ÜDM – bütün resurslardan tam istifadə şəraitində (“tam məşğulluq”
zamanı) əldə edilə biləcək ÜDM-in həcmi.

Nominal ÜDM istehsal olunmuş əmtəə və xidmətlərin cari qiymətlərlə məcmu


dəyərləndirilməsinə deyilir. Real ÜDM istehsal olunmuş əmtəə və xidmətlərin baza
ilindəki qiymətlərlə məcmu dəyərləndirilməsinə deyilir, yəni inflyasiyann təsirindən

12
“təmizlənən” ÜDM. ÜDM deflyatorundan istifadə etməklə nominal ÜDM real ÜDM-
ə uyğunlaşdırılır.
ÜDM-un deflyatoru: ÜDM-un nominal kəmiyyətinin ÜDM-un real kəmiyyətinə
faiz nisbəti kimi hesablanır. ÜDM deflyatoru istehsal olunmuş əmtəə və xidmətlərin
miqdarını deyil, onların qiymət səviyyəsini özündə əks etdirir. Bu göstəricidən
qiymətlərin orta səviyyəsini öyrənmək üçün istifadə olunur.
ÜDM deflyatoru aşağıdakı kimi hesablanır: ÜDM deflyatoru= (nominal ÜDM :
real ÜDM) X 100%

Sual 13. Adambaşına ÜDM (GDP per capita)


Beynəlxalq praktikada iqtisadi inkişaf səviyyəsinin təhlilində istifadə olunan əsas
göstəricilər aşağıdakılardır:

1. Adambaşına düşən ÜDM$


2. İqtisadiyyatın sahə quruluşu – ÜDM-un sahələr üzrə hesablanmış quruluşu
(maddi istehsalın, qeyri-maddi istehsalın, emal sənayesinin payı və s.).

Adambaşına düşən ÜDM-i hesablamaq üçün ölkədə istehsal olunmuş ÜDM-i


əhalinin sayına bölmək lazımdır.

Sual 14;15 və 16. Biznes tsikli (business cycle). Resesiya (recession).


Depresiya (depression)
Makroiqtisadi qeyri-sabitlik daha çox əks olunur: 1. İqtisadi tsikldə; 2. İşsizlikdə;
3. İnflyasiyada.

Biznes tsikli və ya İqtisadi tsikl- bir iqtisadi böhranın başlanğıcından digər


iqtisadi böhranın başlanğıcına qədər keçən dövrdür. Başqa sözlə, biznes tsikli
iqtisadi fəaliyyətdə, məsələn məşğulluq və istehsalda, baş verən iqtisadi
dəyişikliklərdir. İqtisadi tsikl -milli iqtisadiyyatın bir makroiqtisadi tarazlıqdan
digərinə doğru hərəkətidir.

13
Tsikllər iqtisadi və ya işgüzar fəallığın dövrü dəyişmələridir. Makroiqtisadi
göstəricilərin dəyişmələri (ÜDM, qiymət səviyyəsi, faiz dərəcəsi, məşğulluq, iş
fəallığı) dedikdə adətən uzunmüddətli xətti trenddən (artım meyli) yayınmaları
nəzərdə tutur.

K.Marks tsiklin ardıcıl olaraq bir-birini əvəzləyən 4 fazasını fərqləndirirdi: 1,


Böhran; 2. Durgunluq (depressiya); 3. Canlanma; 4. Yüksəliş. Müasir iqtisadi
ədəbiyyatda ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosunun işləyib hazırladığı
məfhumlardan geniş istifadə olunur. Bu təsnifləşdirməyə görə iqtisadi tsiklin 4 fazası
var: 1. Zirvə (pik, bum); 2. Sıxılma (retsessiya, enmə); 3. Dib (depressiya); 4.
Canlanma (yüksəliş, genişlənmə).

Enmənin əsas əlamətləri bunlardır:1. Məhsulların reallaşdırılmasında problemlər


yaranır və qiymətlər enir; 2. İstehsal azalır; 3. Müəssisələr müflisləşir və iflasa
uğrayır; 4. Təklif tələbi üstələyir; 5. İşsizlik artır; 6. Əmək haqqı, gəlirlər, həyat
səviyyəsi aşağı düşür.

RESESSİYA və DEPRESSİYA: Enmə resessiya və depressiya ilə müşayiət


olunur. RESESSİYA – milli istehsalın 6 ay və ya daha çox davam edən azalmasıdır.

14
DEPRESSİYA dövrü bir neçə il davam edir: (təsərrüfatın durğunluq vəziyyəti, əmtəə
və xidmətlərə zəif tələb, müəssisənin xeyli az yüklənməsi, kütləvi işsizlik v ə s.)

Sual 17 və 18. İnflyasiya (inflation). Deflyasiya (deflation)


İnflyasiya dedikdə, pul dövriyyəsi kanallarının əmtəə kütləsinə nisbətən həddən
artıq dolması nəticəsində pul vahidinin qiymətdən düşməsi və qiymətlərin
səviyyəsinin uzunmüddətli artması başa düşülür. İNFLYASİYA – ölkə
iqtisadiyyatının əksər sahələrində məcmu tələblə məcmu təklif arasındakı
uzunmüddətli tarazlığın pozulması ilə əlaqədar qiymətlərin ümumi səviyyəsinin
artmasıdır.

Deflyasiya- əmtəə və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin aşağı


düşməsidir. Staqflyasiya-istehsalın azaldığı, işsizliyin artdığı halda qiymətlərin
yüksəlməsidir.

Sual 19. İşsizlik (unemployment)


ABŞ-da Əmək Statistika Bürosu (ƏSB) 16 yaşdan böyük olan əhalini 3 qrupa
bölür: 1. Məşğul əhali; 2. İşsiz əhali; 3. İş qüvvəsinə aid olmayan əhali. İşsizlik”
termini ilk dəfə 1911-ci ildə Böyük Britaniyanın ensiklopediyasında, 1915-ci ildə isə
ABŞ-ın Əmək Nazirliyinin hesabatında işlədilmişdir.

İşsizlik – məcburi şəkildə məşğulluqdan kənarlaşmaqdır ki, bu da əmək


bazarında və onun ayrı-ayrı seqmentlərində tələblə təklif arasında tarazlığın
pozulması nəticəsində baş verir. İşsizlik – sosial-iqtisadi hadisə olub, iqtisadi
cəhətdən fəal əhalinin müəyyən hissəsinin işinin və müvafiq olaraq gəlirinin
olmaması deməkdir. İŞSİZ VƏTƏNDAŞ – işi və qazancı olmayan, işə başlamağa
hazır olub, müvafiq icra hakimiyyəti orqanında iş axtaran kimi qeydiyyata alınan,
əmək qabiliyyəti yaşda olan əmək qabiliyyətli şəxsdir (“Məşğulluq”haq. Azərbaycan
Respublikasının qanunu).

Sual 20. Valyuta kursu (exchange rate)


15
Valyuta hər bir dövlətin pul nişanıdır və qanunavericilik qaydasında müəyyən
edilir. Valyuta dedikə milli pulların beynəlxalq ödəniş-hesablaşma dövriyyəsində
xüsusi istifadə üsulu başa düşülür. Valyuta beynəlxalq səviyyədə pul funksiyasını
yerinə yetirən istənilən əmtəədir.

Beynəlxalq valyuta bazarında valyuta kursu (məzənnəsi) formalaşır: valyuta


kursu (məzənnəsi) dedikdə, bir ölkənin pul vahidinin digər ölkələrin pul vahidlərində
ifadə olunmuş qiyməti nəzərdə tutulur.

Sual 21.Ticarət balansı (trade balance)


Ticarət balansı - bir ölkənin (digər ölkələrlə) əmtəə alqı-satqısının (ixrac, idxal)
balansıdır. Xarici ticarət idxal və ixracdan ibarətdir: idxal - xaricdə istehsal edilib
yerli bazarda satılan məhsullardır. İxrac - ölkə daxilində istehsal edilib xarici
bazarlarda satılan məhsullardır. Müsbət ticarət balansı ölkənin istehsal etdiyi
məhsulların dunya bazarında tələbinin yüksək olmasının göstəricisidir, yəni ixrac
idxala nisbətən daha çoxdur. Mənfi ticarət balans isə ondan xəbər verir ki, ölkə özu
istehsal etdiyi məhsuldan əlavə xarici məhsullara da ehtiyac duyur, yəni idxal daha
çoxdur.

Ölkələr arasında iqtisadi əlaqələrin xarakteri dünya dövlətlərinin xarici ticarət


siyasətini müəyyən edir. Ticarət siyasətinin 2 forması vardır: 1. Azad ticarət siyasəti;
2. Himayəçilik (proteksionizm) siyasəti .

Sual 22. Fillips əyrisi (Philips curve)


“Ekonomiksin” 10-cu prinsipində göstərilir ki, cəmiyyət inflyasiya ilə işsizlik
arasında qısa müddətli seçimlə üzləşir. Yəni, inflyasiya ilə ilə işsizlik arasında tərs
mütənasib asılılıq vardır: ↓ İnflyasiya ↔ ↑ İşsizlik . Bu qısa müddətli seçimdir. Filips
əyrisi qısa müddətdə inflyasiya ilə işsizlik arasındakı seçimi göstərən əyridir.

16
Qrafikdən görünür ki, inflyasiya 8% olarsa bu zaman məhsul qiymətləri
gözləniləndən daha çox artacaqdır. Bu zaman təklif qanununa əsasən firma daha çox
istehsal etməkdə maraqlı olacaq və bunun üçün daha çox işçi götürəcək.
Deməli, inflyasiya artdıqca işsizlik səviyyəsi azalır. Əgər inflyasiya 3% olarsa bu
zaman məhsulunn qiyməti gözləniləndən aşağı olacaqdır. Bu zaman təklif qanununa
əsasən firma daha az istehsal etmək məcburiyyətində qalacaq və işçilərinin bir
hissəsini işdən azad edəcəkdir. Deməli, inflyasiya azaldıqda işsizlik səviyyəsi artır.

Beləliklə, ənənəvi Fillips əyrisi inflyasiya ilə işsizlik arasındakı əks asılılığı
təsbit edərək bu dəyişənlərin qısamüddətli dinamikasını əks etdirir. Uzunmüddətli
dövrdə adətən pul kütləsinin artması ilə müşayiət olunan məcmu tələbin
stimullaşdırılması işsizlik və real buraxılışın səviyyəsinin ciddi dəyişikliklərinə səbəb
olmur və əsasən qiymətlərin yüksəlməsində əks olunur, yaxud Fillips əyrisi təbii
işsizlik səviyyəsində şaquli xəttə yaxınlaşır. İşsizlik isə uzun müddətdə öz təbii
dərəcəsində qalır.

17
Sual 23. Həyat standartı (standart of living)

“Ekonomiks”in 8-ci prinsipində deyilir ki, ölkədəki həyat səviyyəsi (həyat


standartı) ölkədə istehsal olunan əmtəə və xidmətlərin istehsalından asılıdır. Həyat
standarı (Standard of living) aşağıdakı yollarla ölçülə bilər: 1. Fərdi gəlirlərin
müqayisəsi ilə; 2. Milli istehsalın məcmu bazar dəyərinin müqayisəsi ilə.

Həyat standartlarındakı bütün fərqliliklər ölkələrin məhsuldarlıqları arasındakı


fərqlərlə izah olunur. Məhsuldarlıq (productivity) işçi vaxtının hər saatında istehsal
olunan əmtəə və xidmətlərin məcmusudur.

Həyat standartının tək bir meyarla - yəni adambaşına düşən ÜDM ilə ölçülməsi
mümkünsüzdür. Bu səbəblə də ən yaxşısı çoxsahəli indekslərə baxmaqdır ki, bunlar
da Potensial İnsan İnkişafı İndeksi, İctimai Tərəqqi İndeksi, Ümumi Milli Xoşbəxtlik
İndeksi və başqalarıdır.

18
Mühazirə mövzusu üzrə əsas ədəbiyyat siyahısı

1. N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilinə tərcümə,


E.İbadov və b.), 836 səh. Fəsil 1; 2.
2. N. Gregory Mankiw. Principles of Microeconomics. Eighth Edition.
3. Грегори Мэнкью. Принципы микроэкономики. Питер.

Əlavə ədəbiyyat siyahısı

1. İqtisadi nəzəriyyə. Makroiqtisadiyyat 1,2. Juravlyovanın red. ilə. Tərcümə. Ə.


Babayevin red.ilə. 870 səh. Bakı. 2010. F.1; F. 3, § 2. .
2. İqtisadi nəzəriyyə kursu. A.Sidoroviçin red.ilə. Moskva. Tərcümə. Ə.Babayevin
red. Ilə. 1086 səh. Bakı, 2012. F.18.
3. A. Daripa. Microeconomics. LSE.
4. David R. Hakes. Study Guide to Accompany Principles of Microeconomics,
Seventh Edition.

19
20

You might also like