C Fakepathl17stud

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 10

Qazkondensat qarışıqlarının tədqiqat üsulları

 Qazkondensat qarışığının laboratoriyada tədqiqatı aparılarkən,


qarışığın faza çevrilmələri prosesi elə termodinamik şəraitdə
aparılır ki, bu layda gedən proseslərə uyğun şərait olsun.
 Bunun üçün laboratoriya qurğusunun komplektinə ikidən az
olmayaraq yüksək təzyiqli qablar daxil edirlər. Bu qablardan
birincisi PVT bombasıdır, burada lay təzyiqini, başlanğıc lay
təzyiqindən atmosfer təzyiqinə qədər izotermik (lay
temperaturunda) qaydada aşağı salırlar.
 Belə üsulla tükənməyə işləyən qazkondensat yatağında laydakı faza
çevrilmələrinin modelini qururlar. Qaz və maye fazalarının həcmi
nisbətini kontakt və differensial kondensasiya zamanı ölçərək
müəyyən edirlər.
 Kontakt kondensasiya zamanı qazkondensat qarışığının tərkibi və
kütləsi sabit qalır, PVT – bombasında porşenin yerini dəyişərək
təzyiqi aşağı salırlar, yəni qarışığın həcmini böyüdürlər.
 Differensial kondensasiya zamanı PVT bombasından qazı buraxırlar,
onun həcmini dəyişmədən. Bu proses qazkondensat yatağından
qazın çıxarılması prosesinin imitasiyasıdır, lay qarışığının tərkibi
dəyişir, amma “laydan” (PVT-bombası) çıxarılmış qaz fazasını ikinci
yüksək təzyiqli qaba –separatora yönəldirlər, burada təzyiq və
temperaturu mədən şəraitindəki separasiya şərtlərinə uyğun
göstəricilərdə saxlayırlar.Belə üsulla qazın mədəndəki emal
proseslərini imitasiya edirlər.
 Termodinamik şəraitin qorunması, yəni layda P və T parametrlərinin
bərabərliyinin, laboratoriya şəraitində separatordakı göstəricilərlə
bərabər olması imkan verir ki, hasilatın planlaşdırılmasının
perspektivliliyi üçün, yaxınlaşdırılmış ilkin məlumatlar alınsın və
çıxarılan qaz və kondensatın tərkibinin dəyişməsi müəyyən edilsin.
 Tədqiqatlar zamanı, qazohirodinamik şəraitə tam əməl edilmir,
məsaməli mühitin faza çevrilmələrinə təsiri və onun bərabərlik
şərtlərindən real şəraitdə faza çevrilmələri prosesinin fərqli
olması nəzərə alınmır.
 Qazın nəql üçün mədən daxilində hazırlanması proseslərindəki
qazodinamik şərait, laboratoriyadakı separatorlarda olan
şəraitdən fərqlənir.
 Yataqlardakı real proseslərin laboratoriya şəraitindəki tədqiqat
proseslərindəki alınan nəticələrdən fərqliliyi, onu şərtləndirir ki,
laborator nəticələr əsasən işlənmənin hesabatında material
balansları tənliyində istifadə edilsin.

 Bunlara baxmayaraq laboratoriya tədqiqatları qazkondensat


yataqlarının işlənməsinin və istismarının proqnozlaşdırılması
üçün əsas üsul sayılır.

Qazkondensat qarışığının tədqiq edilməsi üçün UFR-2 qurğusu


(quraşdırılması sxemi)

 1 – elektromaqnit; 2 – qaz silindri; 3 – PVT kamerası; 4 – porşenin ştoku; 5


– elektromaqnitli qarışdırıcı; 6, 31 – yan keçən borular; 7 – baxış şüşəsi; 8 –
porşen; 9 – maye silindri; 10 – lüftsüz ötürmə; 11, 24 – həcm göstəriciləri;
12 – potensiometr; 13, 25 – porşenli konteyner; 14, 22, 26, 29 – nümunəvi
manometrlər; 15 – elektrokontaktlı; 16, 17, 18 – istilik qızdırıcıları; 19 – ölçü
plunjerləri; 20 – separator; 21 – hesablayıcı; 23 – qaz üçün nümunə götürən
(piknometr); 30 – basqı çəni; 32 – hidropress; 33 – yağ nasosu; 34 – resiver
 Qazkondensat qarışıqlarının tədqiq edilməsi üçün istifadə edilən
UFR-2 qurğusunun əsas birləşmələrindən biri tarazlıq
bombasıdır – 3, onun gövdəsi iki silindrdən ibarətdir: yuxarıdakı
silindr -2 – qaz silindri və aşağıdakı isə maye silindridir – 9.
Silindrdəki boş fəzalar onların ştokları tərəfindən keçən yan boru
– 6 ilə əlaqələndirilib bu porşenə düşən mərkəzi (“osevıye”)
qüvvəni (gücü) azaldır və porşenin – 8 maye silindrində mexaniki
təsirdən yerdəyişməsinin sinxronluğunu təmin edir. Porşen – 8
hərəkətə, sinxron mühərrikin reduktorundan (dişli çarx ötürməsi)
keçməklə vint-qayka – 10 vasitəsilə gətirilir.
 Qarışığın maye fazasının həcmini, həcm göstərən hesablayıcı–
11 vasitəsi ilə ölçürlər. Tam həcm (sm3 ilə) o məqamda ölçülür
ki, maye səviyyəsi baxış şüşəsinin ortasında olsun.
 Qarışığın qaz fazasının həcmini, həcm göstərən hesablayıcı – 24
vasitəsi ilə ölçürlər. O elə hesablanmışdır ki, maye fazasının
həcmini, həcm vahidi (sm3 ilə) hesablansın. Nümunə qaz
silindrində elektromaqnit qarışdırıcısı – 5 ilə qarışdırılır.
 Tədqiq edilən nümunənin faza ayrılması güzgüdə vizual olaraq
qeyd edilir, işıqlandırıcıdan gələn tarazlıq bombasının (PVT)
baxış pəncərəsindən keçən işıq şüalarının əksi.
 PVT-bombasını elektrikqızdırıcı – 17 vasitəsilə qızdırırlar. Tədqiq
edilən nümunənin temperaturunun sabitlləşdirilməsini istilik
qızdırıcıları – 18 ilə təmin edirlər.
 Qızdırıcı – 16 ona görə nəzərdə tutulmuşdur ki, qaz silindrinin
ştoku vasitəsilə nümunə götürülərkən kondensat əmələ gəlməsin
və istilik itməsin, onun köməkliyi ilə qazın hərəkət etdiyi yol boyu
onun temperaturunu sabit saxlamaq mümkün olsun və PVT-
bombasının daxilindəki temperatur ilə bərabər olsun və ya ondan
1-2 °C çox olsun.
 Verilmiş təzyiqin tənzimlənməsini manometrlər (26, 27, 28, 29)
vasitəsilə həyata keçirirlər. Sistemdə təzyiqə manometr – 14 ilə
daimi nəzarət edilir və onun mühafizəsi (təzyiqin qalxmasından)
elektrik kontaktlı manometr – 15 ilə təmin edilir.
 Digər cıhaz və avadanlıqlar tələb olunan rejimi tam olaraq təmin
edirlər. Avtomatika bloku imkan verir ki, texnoloji tələblərə uyğun
olaraq qurğunu avtomatik idarə etsinlər.
UFR-2 qurğusunda tədqiqatın aparılma metodikası

 Porşenin tam irəlidə olduğu vaxt və tarazlıq bombasının (PVT)


aşağı plunjerində 3350 Pa qədər vakuumlaşdırırlar və qaz
balonundan oranı nümunə qazı ilə doldururlar.
 Konteyneri qaz balonunda qalıq təzyiq qalana qədər doldururlar,
sonra balonu bağlayırlar, konteyneri isə yağ nasosu ilə birləşdirib
onda təzyiqi bombadakı təzyiqdən yüksəyə qaldırırlar və nümunə
qazını bombaya vururlar.
 Sonra konteyneri bombadan ayırıb qaz balonu ilə birəşdirirlər və
konteynerdəki qlikolu basqı çəninə sıxışdırıb çıxarırlar. Sonra
dövr təkrarlanır o vaxta qədər ki, təcrübənin aparılması üçün
bombadakı təzyiq tələb olunan səviyyəyədək qalxsın.
 Tarazlıq bombasına tələb edilən miqdarda nümunə qazı
vurularaq doldurulur, bombanın maye ilə doldurulması üçün onun
həcmi hesablanır və ölçmə pressi vasitəsilə bombaya təzyiq
altında vurulur.
 Tarazlıq bombasının (PVT) doldurulmasından sonra qızdırıcılar
işə salınır və təcrübənin müəyyən edilmiş temperaturu əldə
edildikdən sonra qarışdırıcını işə salırlar.
 Tarazlıq bombasında sabit təzyiq yuxarı porşenlə saxlanılır.
Nümunəni o vaxta qədər qarışdırırlar ki, verilmiş təzyiq və
temperaturda faza tarazlığı qərarlaşmış olsun. Faza tarazlığı
sistemində tədqiqat işləri –10-dan +200°C qədər temperaturlarda
və 2-dən 100 MPa-k qədər olan təzyiqlərdə aparılır.
 Təzyiq və temperaturun, maye və qaz fazalarının həcminə olan
düzəlişləri hesablama ilə müəyyən edilir. Qurğu lay qazlarının
mühüm xarakteristikalarını müəyyən edilməsinə imkan verir ,
yerin dərin qatlarında yerləşən qazkondensat yataqlarının
istismar prosesi zamanı müxtəlif termodinamiki şəraitlərdə
qazdan ayrılıb çıxan kondensatın miqdarı, həm də laydakı
kondensat itkiləri də müəyyən edilsin.
 Aparılmış təcrübələr nəticəsində alınmış ilkin məlumatlar
əsasında yatağın qaz və kondensat ehtiyatlarını, məhsuldar
layda kondensat itkilərini və qazkondensat yatağının işlənmə
üsulunun əsaslandırılması və hesablamması mümkün olur.

Xam kondensatın və separasiya olunmuş qaz nümunələrinin tədqiqatı


 Mədənlərdə quyulardan götürülmüş xam kondensat və
separasiya olunmuş qaz nümunələrinin tədqiqatı laboratoriya
şəraitində aparılaraq qazın tərkibindəki etan, propan və
butanların miqdarı sabit kondensatda isə C5+ miqdarı
müəyyənləşdirilir.
 İlk növbədə xam kondensatı deqazasiya qurğusunda
qazsızlaşdırmaq lazımdır.

Xam kondensatın qazsızlaşdırılması üçün laboratoriya qurğusunun sxemi:


1 – termometr; 2 – ventil; 3 – hamam; 4 – xam kondensat konteyneri; 5 –
termometr; 6 – manometr; 7 – maye karbohidrogenlərin tutulması üçün
tələlər; 8 –qazometr

 Xam kondensatla dolu konteyneri – 4; hamamda – 3


yerləşdirirlər, hansında ki temperaturu termostatın – 1 köməyi ilə
saxlayırlar və temperaturu ölçü termometri ilə ölçürlər (5).
 Konteyner və qazometrin – 8 arasına şüşədən hazırlanmış
ilanvarı tələlər – 7 yerləşdirilir, hansılar ki buz və duz ilə
soyudulmuş (–20°C) qarışığın içində yerləşdirilirlər. Tələlərin
birbaşa funksiyası – konteynerdən qazla aparılan maye
karbohidrogenləri tutmaqdır.
 Xam kondensat nümunəsinin qazsızlaşdırılması üçün
konteynerin ventillərini açaraq qazı qazometrə 5 litr/saat sürəti ilə
buraxırlar. Bu zaman hamamda temperaturu 20°C saxlayırlar.
 Çıxan qazın təzyiqini manometrlə – 6 ölçürlər. Konteynerdən
ventilin açıq olması şərti ilə qaz ayrılıb qurtardıqdan sonra
hamamda temperaturu 30°C-dək qızdıraraq qaldırırlar. Bu
zaman konteynerdən əlavə qaz ayrılaraq çıxmağa başlayır və bu
qazı da qazometrdə yığırlar.
 Nəhayət, konteynerdə qazın tam ayrılıb qurtarmasından sonra
konteynerin ventilini bağlayırlar və konteyneri ondakı
qazsızlaşdırılmış kondensatla birlikdə 10-15°C qədər soyudurlar.
 Tələlərdə toplanmış, mayedə həll olmuş qazabənzər
karbohidrogenlərin ayrılaraq çıxarılması üçün qarışığın
temperaturunu tədricən 5°C-dək qaldırırlar. Konteynerdən ölçü
silindrinə tökülən kondensatın tərkibinə, qazdan ayrılaraq ilanvarı
tələlərdə toplaşmış mayeni əlavə edirlər. Yalnız bundan sonra
maye məhsulunun həcmini ölçürlər (C5+ ) və onun sıxlığını
müəyyən edirlər.
 Aparılmış mədən tədqiqatlarının nəticələrinə və nümunə qazının
laboratoriya analizlərinin nəticələrinə əsasən, separasiya edilmiş
qazın və xam kondensatın alınmış ilkin məlumatlarına əsasən,
etanın, propanın, butanların, pentanların və daha yüksək
qaynayanların lay qazlarının tərkibinin hesabatlarının aparılması
üçün ilkin məlumatlar əldə edilir.

Qazkondensat yataqlarının tədqiqat üsulları və onların aparılması üçün


mədən qurğuları
 Qazkondensat yataqlarının tədqiqatı zamanı lay qarışığının
komponent tərkibi və işlənməyə qədərki onların faza vəziyyətləri
öyrənilir; işlənmə və istismar prosesi zamanı lay qarışığının
tərkibi və faza çevrilmələri lay–quyu–separator–magistral qaz
kəməri sistemində proqnozlaşdırılır və nəzarət edilir.
 Lay qazının komponent tərkibinin müəyyən edilməsi vacib
məsələdir. Onun tərkibinin düzgün müəyyən edilməsindən
aşağıdakılar asılıdır:
1) qazın tərkibinə daxil olan komponentlərin balans ehtiyatları;
2) qazın nəql və emal üçün hazırlanması üsulları;
3) lay qazının mədəndaxili yığılmasının texnoloji sxemi, onun
nəqli və qazın Qaz Emalı Zavoduna qədər nəqli;
4) lay məhsulunun emalının texnoloji sxemi və Qaz Emalı
Zavodunun məhsuldarlığı;
5) quyu və mədəndaxili metal avadanlıqlarının korroziyadan
mühafizəsinin əsaslandırılması;
6) ətraf mühitin və insan əməyinin mühafizə edilməsi.
 Qazkondensat quyularının tədqiqatını aşağıdakı kimi
klassifikasiya (siniflərə bölmək) etmək olar:
I. Kəşfiyyat və ilk istismar quyularında tədqiqat işlərinin
aparılması. Bu işlərin xüsusi şərti ondan ibarətdir ki, bütün
quyularda heç bir istisna olmadan tam kompleks tədqiqat işləri
aparılmalıdır. Bu imkan verir ki, qazkondensat xüsüsiyyətlərin
yatağın bütün sahə və kəsiliş üzrə necə dəyişməsi öyrənilsin.
Birinci kəşfiyyat quyusundan götürülmüş nümunə üzrə qarışığın
tərkibinin öyrənilməsi imkan verir ki, yataqda neft qurşağının
olması haqqında mülahizə yürüdülsün.
II. Məhsuldar layda ehtiyatların və kondensat itkisinin müəyyən
edilməsi üçün cari tədqiqat işləri aparılır, alınmış məlumatlar
əsasında illik planlaşdırmada kondensat hasilatı müəyyən edilir
və qazkondensat qarışığının cari tərkibi əsasında illik
planlaşdırmada kondensat hasilatı müəyyən edilir və
qazkondensat qarışığının cari tərkibi əsasında optimal
separasiya rejimi əsaslandırılır.
III. Qazkondensat yataqlarının işlənməsinin müxtəlif etaplarında,
qazkondensat qarışığının karbohidrogen tərkibinin və faza
vəziyyətlərinin sistemin hər bir elementlərində lay–quyu–şleyf–
separator–qaz kəməri sistemində öyrənilməsi üçün xüsusi
tədqiqat işləri aparılır.
 Bütün növ tədqiqat işlərinin nəticəsində əldə edilmiş kompleks
məlumatlar yatağın qazkondensat xarakteristikası adlandırılır.
Bura daxildir:
- yatağın işlənməyə cəlb edilməsindən qabaq lay şəraitində qazkondensat
qarışığının komponent tərkibi və faza vəziyyətləri;
- lay temperaturunda qarışığın kondensasiyasının izotermləri;
- çıxarılan qazda kondensatın miqdarı və lay təzyiqinin düşməsinin
başlanğıcından qalıq təzyiqə qədər olan bütün dövr üçün qazın və
kondensatın tərkibi;
- quyuağzı qazın ( = 258 − 293 Tc °K və təzyiq 2-10 MPa olmalıdır)
separasiyasının izotermləri;
- quyuağzından və ya separatordan götürülmüş nümunədə qazın və
kondensatın tərkibi və fiziki-kimyəvi xassələri;
- sistemin lay–quyu–şleyf–separator–qazkəməri elementlərində qaz və
kondensatın tərkibi və xassələri.
 Qazkondensatlılığın müəyyən edilməsi üçün aparılan tədqiqat
işləri mədən və laboratoriya şəraitində kompleks olaraq aparılır.
 Mədənlərdə aparılan tədqiqat işləri, zamanı separasiyanın
izotermləri müəyyənləşdirilir və quyuağzından separatorlardan və
sistemin lay–quyu–şleyf–separator –qaz kəməri elementlərindən
qaz və kondensatın nümunələri götürülür. Nümunələr vasitəsi ilə
qaz və kondensatın tərkibi və xassələri müəyyən edilir.
 Qaz kondensat yataqlarının mədən tədqiqatları eyni zamanda iki
istiqamətdə aparılır:
1) birincidə, bütün quyu məhsulu tədqiq edilir – qazın sənaye
həcmində götürülməsi;
2) ikincidə, ancaq axının hissəsi tədqiq edilir, o faza və
karbohidrogen tərkibinə görə bütün axındakı məhsulla eynilik
təşkil edir, “nümunəvi” nümunəsinin götürülməsi.
 Qazın sənaye miqdarının tədqiqatı mədəndəki stasionar
separatorların, daşınabilən separatorlar blokuların və səyyar
qurğulardakı separatorların köməkliyi ilə aparılır.
 “Nümunəvi” nümunələr aşağıdakı yerlərdən götürülür:
– hərəkət etməyən qaz sütunundan;
– fəaliyyətdə olan quyunun fontan armaturasında nümunəgötürülən (axının
mərkəzində quraşdırılır) borucuqdan;
– quyuağzında vertikal qoyulmuş nümunə qurğusundan;
– şleyfin horizontal hissəsində;
– qarışdırıcıdan.

Mədən avadanlıqlarının köməyi ilə tədqiqat işləri

 Mədən avadanlıqlarının köməyi ilə tədqiqat işləri ilk dəfə Kambey


(Hindistan) qazkondensat yatağında 1964-cü ildə aparılmışdır
Qaz kondensat yatağında quraşdırılmış mədən eksperimental qurğusunun
sxemi:
1 – quyu; 2 – maye fazasının tələsi; 3 – ştutser; 4 – paylayıcı; 5, 6, 7 –
separatorlar; 8 – ölçü separatoru; 9 və 12 – şama gedən xətlər; 10 – təzyiq
tənzimləyicisi “özünə qədər”; 11 – ölçü çəni; 13 – mayenin həcmini ölçmək
üçün qurğu; 14 – səviyyəölçən şüşə

 Kondensasiya prosesinin izoterm və izobarlarını və faza


çevrilmələrinin diaqramlarının qurulmasının metodikası (adi
mədən avadanlıqlarının köməyi ilə qurulması) aşağıdakılardan
ibarət olur.
Kondensasiyanın izotermləri.
 Şleyf kifayət qədər uzunluqda olduqda qazın temperaturu
(quyuağzında ştuser dəyişməz qalmalıdır) cüzi dəyişir və praktik
olaraq süxurun (“qruntun”) temperaturuna bərabər olur. Bu
temperaturun ölçü separatorunda sabit saxlanılmasında istifadə
olunur, yəni izotermik şərait yaradılır.
 Təzyiq tənzimləyicisi “özünə qədər” köməkliyi ilə ölçü
separatorunda – 5 müxtəlif təzyiqlər yaratmaqla, məsələn 1,5;
3,5; 5,5; 7,5 MPa separasiyadan sonra qazın debitini – Qq
ölçürlər və bu zaman sabit kondensatın – Qk sərfi də ölçülür.
Qk /Qq = qk nisbəti müxtəlif təzyiqlərdə kondensatın çıxışıdır
(sm3 /m3 ).

Kondensasiyanın izobarları.
 Kondensasiyanın izobarlarını almaq üçün (dəyişməz ştuserlə və
ya quyuağzında onun qoyulmadığı zaman) qazın debiti tələb
olunandan ya çox, ya da ona bərabər olduğu şəraitdə ştuseri,
bilavasitə ölçü separaturunun qarşısında dəyişərək, həmin
zaman separasiya prosesini müxtəlif temperaturlarda aparırlar və
separatorda təzyiqi isə, təzyiq tənzimləyiciləri “özünə qədər” ilə
tənzimləyirlər. Beləliklə, qk – müəyyən edilir, birinci prosesdə
olduğu kimi.
 Yüksək təzyiq və temperatur diapazonunda faza çevrilmələrinin
diaqramları qurularkən kondensatın miqdarını maye tələlərində
ölçərək müəyyən edirlər, ona görə ki, mədən və ölçü
separatorlarının işçi təzyiqi diaqramların qurulması üçün tələb
olunan təzyiqdən aşağı ola bilər.

 Qazkondensat quyularının tədqiqatı, eyni zamanda həm qazın


sənaye miqdarını və həm də nümunəvi nümunələrin
götürülməsini təmin və təyin etmək üçün müxtəlif qurğulardan
(məsələn LPQ -1 ,“ЛПГ-1”) istifadə edirlər.
 Ümumiyyətlə mədən tədqiqatları əsas tələb olunan bütün növ
tətqıqatları həyata keçirməyə və bunu operativ az xərclə yerinə
yetirməyə imkan verir.

You might also like