Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 3

49.

Ehtimal olunan doğru cavablar:


1. inqilab yaradacaq, səs-küy yaradacaq, rezonans yaradacaq .
2. ruhdan salmasın, təşvişə salmasın, qorxuya salmasın.
Qiymətləndirmə meyarı:
Bal şkalası Meyarlar
A. Hər boşluğa mümkün doğru cavablara uyğun ən azı 1 fikir yazılır, yanlış
1 bal
fikir yazılmır;
B. Hər boşluğa mümkün doğru cavablara uyğun ən azı 1 fikir yazılmaqla
yanaşı, boşluqlardan hər hansı birinə 1 yanlış fikir də yazılır;
bal
C. Boşluqlardan biri doğru, digəri yanlış yazılır;
D. Boşluqlardan biri doğru yazılır, digər boşluq isə yazılmır;
E. Hər boşluğa mümkün doğru cavablara uyğun ən azı 1 fikir yazılmaqla
yanaşı, boşluqlardan hər birinə 1 yanlış fikir də yazılır;
F. Mümkün doğru cavablara uyğun 1 nümunə ilə yanaşı, 2 və daha çox yanlış
0 bal
fikir yazılır;
G. Hər iki ifadə yanlış yazılır;
H. Digər bütün hallarda.
Qeyd 1: “yayılıb, məqaləçi, sanınızı yaydı, tanınır, ad saldı, səs yaratdı” kimi fikirlər 1-ci
boşluğa yazılarsa, yanlışdır.
Qeyd 2: “gəlsin, yağdırsınlar, başınızdan getsin, tənha buraxsın, səs ucaltsın” kimi fikirlər 2-ci
boşluğa yazılarsa, yanlışdır.
Qeyd 3: Cümlədə sintaktik əlaqələr (yanaşma, idarə, uzlaşma) və rabitə gözlənilməlidir. Əlaqə
gözlənilmədiyi hallar maksimum balla qiymətləndirilmir. Bu qeyd yalnız meyarın “A” bəndi
üçündür.
50. Ehtimal olunan doğru cavablar:
Kontekstə uyğun işlənməyən Kontekstə uyğun olmayan ifadənin doğru ifadə ilə əvəz
ifadənin olduğu cümlə edilərək həmin cümlədə işlədilməsi
Musiqi səslərindən qulaqlara Musiqi səslərindən insan cuşa gəlir (ilhama gəlir, vəcdə gəlir,
pambıq tıxanır. həvəslənir, qol-qanad açır, insanın yaşamaq eşqi artır, insanın
həyat eşqi yüksəlir).
Qiymətləndirmə meyarı:
Bal şkalası Meyarlar
A. Nümunədə verilmiş cümlə cədvəlin birinci boş xanasına yazılır və cümlədə
nümunəyə uyğun düzəliş edilib ikinci xanaya yazılır, yanlış fikir yazılmır;
B. Nümunədə verilmiş cümlə cədvəlin birinci boş xanasına yazılmadan
1 bal
cümlədə nümunəyə uyğun düzəliş edilib ikinci xanaya yazılır, yanlış fikir
yazılmır;
C.Yalnız uyğun olmayan ifadə və onu əvəz edə bilən doğru fikir yazılır;
D. Nümunədə verilmiş cümlə cədvəlin birinci boş xanasına yazılır və cümlədə
nümunəyə uyğun düzəliş edilib ikinci xanaya yazılsa da, 1 yanlış fikir də
bal yazılır;
E.Kontekstə uyğun işlənməyən ifadə və onu əvəz edən ifadə doğru yazılmaqla
yanaşı, bir tələb olunmayan ifadə və onu əvəz edən fikir də yazılır;
F. Cədvəlin birinci xanasına uyğun nümunə yazılır, digəri yazılmır və ya yanlış
yazılır;
bal G. Nümunədə verilmiş cümlə cədvəlin birinci boş xanasına yazılır, ikinci
xanaya isə kontekstə uyğun olmayan ifadə (pambıq tıxanır) mətndənkənar
cümlə daxilində doğru ifadə ilə əvəz olunub yazılır, yanlış fikir yazılmır;
Hər iki xana yanlış fikir yazılır;
0 bal
E. Digər bütün hallarda.
Qeyd 1: “Musiqi səslərindən qulaqlar açılır, qulaqlar heyran olur, qulaqlar zövq alır, qulaqlar
bihuş olur, qulaqların pərdəsi deşilir, qulaqlara səs yayılır, ətraf gözəlləşir, musiqi səsi gəlir,
insanlar firavan olurlar” kimi fikirlər yanlışdır.
Qeyd 2: Cümlədə sintaktik əlaqələr (yanaşma, idarə, uzlaşma) və rabitə gözlənilməlidir. Əlaqə
gözlənilmədiyi hallar maksimum balla qiymətləndirilmir.
59. Ehtimal olunan doğru cavablar:
Uğur qazanmaq üçün hövsələ və dözüm tələb olunur.
Əsaslandırma: N.Ukitiron qar dənəciklərini saxlamaq üçün cəhdlər etmiş, böyük səbirlə qar
dənəciklərini araşdıraraq onların özəl xüsusiyyətlərini göstərmişdir.
Qiymətləndirmə meyarı:
Bal şkalası Meyarlar
A. İşarə doğru qoyulub əsaslandırılır, yanlış fikir yazılmır;
1 bal
B. İşarə qoyulmadan birbaşa əsaslandırılır, yanlış fikir yazılmır;
C. İşarə doğru qoyulub əsaslandırılsa da, 1 yanlış fikir də yazılır;
bal
D. İşarə yanlış qoyulsa da, doğru əsaslandırılır, yanlış fikir yazılmır;
E. İşarə doğru qoyulur, lakin əsaslandırılmır;
F. İşarə doğru qoyulub əsaslandırılsa da, 2 və daha çox yanlış fikir də yazılır;
0 bal G. İşarə yanlış qoyulsa da, doğru əsaslandırılır, həmçinin 1 və daha çox yanlış
fikir də yazılır;
H. Digər bütün hallarda.

60. Ehtimal olunan doğru cavablar:


təsdiq etmək olar
Əsaslandırma: Fotoşəkillər buna əyani sübutdur. Buranı ziyarət edənlər də bu təbiət hadisəsini
yaddaqalan edir.
Qiymətləndirmə meyarı:
Bal şkalası Meyarlar
A. “Təsdiq edir” ifadəsi seçilir və fikir əsaslandırılır, yanlış fikir yazılmır;
1 bal B. “Təsdiq edir” ifadəsi seçilmədən fikir birbaşa əsaslandırılır, yanlış fikir
yazılmır;
C. Hər iki xana seçilməklə fikir düzgün əsaslandırılır;
D. “Təsdiq edir” ifadəsi seçilir və fikir əsaslandırılmaqla yanaşı, 1 yanlış fikir də
bal
yazılır;
E. “Təkzib edir” ifadəsi seçilir və fikir əsaslandırılır, yanlış fikir yazılmır;
F. Yalnız “təsdiq edir” ifadəsi seçilir, yanlış fikir yazılmır;
0 bal G. “Təsdiq edir” ifadəsi seçilsə də, yanlış əsaslandırılır;
H. Digər bütün hallarda.

You might also like