Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 50

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

“AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ”

PUBLİK HÜQUQİ ŞƏXS

Əlyazma hüququnda

TƏNZİMLƏNƏN DROSSELİN TIXAC DÜYÜNÜNÜN


TƏKMİLLƏŞDİRMƏKLƏ İŞQABİLİYYƏTLİLİYİNİN YÜKSƏLDİLMƏSİ

(dissertasiyanın adı)

İxtisas: 060625 – Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

(ixtisasın kodu və adı)

MAGİSTR DİSSERTASİYASI

İddiaçı tələbə: Qəfərov Elmar Şikar oğlu


Rəhbər: t.ü.f.d., dos. Aslanov Cəmaləddin Nurəddin oğlu
Dekan müavini: t.e.n., dos. Süleymanov Tahir Süleyman oğlu
Kafedra müdiri: t.ü.f.d., dos. Aslanov Cəmaləddin Nurəddin oğlu

Bakı – 2023

Magistr dissertasiyası Antiplagiat


Sistemi tərəfindən yoxlanılmışdır. t.ü.f.d., dos. Dəmirova C.R.
REFERAT

Dissertasiya işi 3 fəsildən, 46 şəkildən və 14 cədvəldən ibarətdir.


Dissertasiyanın birinci fəslində drossellərlə bağlı ümumi araşdırma
aparılmışdır. Müxtəlif ədəbiyatlarda drossellərlə bağlı məlumatlar araşdırılaraq bu
disertasiya işində qeyd edilmişdir. Drossellərin təyinatına görə, quruluşuna görə
eləcədə əsas hissə olan ucluğun formasına görə qruplaşdırılmışdır. Bundan əlavə 1-
ci fəslin əvvəlində məhz neft sənayesində istifadəsi az olan drossellərlə bağlı
məlumat verilmişdir. Sonrakı səhifələrdə isə neft-qaz istismarı texnikasında istifadə
olunan tənimzlənən drossellərlə bağlı məlumatlar qeyd olunmur. Fəslin əvvəlində
qeyd olunan drossellər ГОСТ standartlarına istehsal olunan drossellərdir. Bundan
başqa bu fəsildə müasir dünyamızda istehsal və istismar olunan müasir drossellərlə
bağlı araşdırmalarda öz əksini tapmışdır. Əsas dünyanın məşhur neft-qaz servis
şirkətləri olan “NOV”, “ Camerun” kimi şirkətlərin istehsal etdiyi drossellərin tərkib
hissələri və texniki göstəriciləri qeyd olunmuşdur. Fəsildə “QUAM” firmasınında
ucluq-yəhər cütlü tənzimlənən drosselidə araşdırmama daxil edilmişdir.
Dissertasiyanın ikinci fəslində tədqiqat obyekti üzərində araşdırmalar
aparılmışdır. Təhqiqat obyekti kimi “QUAM” firmasının istehsal etdiyi ucluq-yəhər
cütlü tənzimlənən drosseli götürülmüşdür. Bu drossellin texniki göstəriciləri eləcə
də kəsim vəziyyətində təsviri verilmişdir. Seçdiyim bu tənzimlənən drossel İtaliya
istehsalıdır və 13.8-137.9 MPa təzyiqlər üçün nəzərdə tutulmuşdur. Təhqiqat
obyektindən sonra bu fəsildə təhqiqat metodundan danışılır. Mən tədqiqat apararkən
məhz sonlu elementlər metodundan istifadə etmişəm. Buna görədə bu fəsildə bu
metoddan söhbət açılır. Metodun unikallığı, əlçatanlığı və eləcədə metodun
səmərəlliliyi barədə araşdırmalarımı qeyd etmişəm. Fəsil son hissələrində məhz
sınağı apararkən istifadə etdiyim və sonlu elementlər metodu ilə çalışan
“SOLİDWORKS” proqramı haqqında məlumat vermişəm. Bu proqram vasitəsilə
mən tədqiqatımı aparmışam və nəticələrimi əldə etmişəm.
Dissertasiyanın üçüncü fəslində :

2
ABSTRACT

3
Dissertation starting with 3 chapters, 46 figures and 14 tables.
In the first chapter of the dissertation, a general study of throttles was
conducted. Data related to throttles in various literatures have been examined and
mentioned in this dissertation work. According to the purpose of throttles, they are
grouped according to the shape of the tip, which is the main part of the movement
according to their structure. In addition, at the beginning of chapter 1, information is
given about the throttle, which is used in the oil industry. The following pages do
not include information on adjustable throttles used in oil and gas exploitation
techniques. The chokes mentioned at the beginning of the chapter are chokes
manufactured to GOST standards. In addition, in this chapter, it was reflected in the
researches related to the modern chokes produced and operated in our modern
world. Mainly the world's famous oil and gas service companies, such as "NOV",
"Camerun" produced throttle tools and their technical indicators. In the chapter, a
tip-saddle pair adjustable throttle from the company "QUAM" is included in the
research.
In the second chapter of the dissertation, the research object was investigated.
A tip-saddle pair adjustable throttle produced by "QUAM" company was taken as
an object of investigation. The technical aspects of this throttle are described in the
previous section. This adjustable choke I chose is made in Italy and is designed for
pressures of 13.8-137.9 MPa. After the research object, this chapter talks about the
research method. I used the finite element method in my research. Therefore, this
chapter discusses this method. I have noted my research on the uniqueness of the
method, its accessibility, and the effectiveness of the past method. In the last part of
the chapter, I gave information about my use of the "SOLIDWORKS" program,
which works with the finite element method, while conducting the test. For this
program I have done my research and got my result.
In the third chapter of the dissertation,

MÜNDƏRİCAT
4
GİRİŞ........................................................................................................................9

FƏSİL I. ÖLKƏMİZDƏ VƏ DÜNYADA İSTİSMAR OLUNAN


DROSSELLƏRİN CARİ VƏZİYYƏTİNİN TƏHLİLİ.......................................7

1.1. Ümumi istifadə olunan drossellərin tənifatı ...............................................10


1.2. Hazırda dünyanın aparıcı şirkətlərində istismar edilən müxtəlif növ
drossellər................................................................................................................. 18
1.3 Drossellərdə yaranan problemlər və həll üsulları...................................... 30
FƏSİL II. TƏNZİMLƏNƏN DROSSELLİN TƏDQİQAT OBYEKTİNİN
VƏ METODUNUN SEÇİLMƏSİ.........................................................................35

2.1. Tədqiqat obyekti..........................................................................................35

2.2. Tədqiqat metodu – Sonlu elementlər metodu..............................................38

2.3. Tədqiqat prosesində istifadə edilən “SOLİDWORKS” proqramı...............45

FƏSİL III. TƏZİMLƏNƏN DROSSELİN HİSSƏLƏRİNƏ DÜŞƏN YÜKÜN


HESABLANMASI VƏ HİSSƏLƏRDƏ MAYE AXINI ZAMANI TƏZYİQİN
PAYLANMASININ HESABI...............................................................................49

3.1. Qapalı vəziyyətdə drosseldə axın zamanı təzyiqin paylanması üçün aparılan
sınağın nəticəsi......................................................................................................51

3.2. Aralıq vəziyyətdə drosseldə axın zamanı təzyiqin paylanması üçün aparılan
sınağın nəticəsi......................................................................................................58

3.3. Tam açıq vəziyyətdə drosseldə axın zamanı təzyiqin paylanması üçün
aparılan sınağın nəticəsi........................................................................................62

3.4. Tənzimlənən drosselin gövdəsinin möhkəmliyə sınağı...............................66

3.5. Tənzimlənən drosselin ucluğunun möhkəmliyə sınağı...............................66

NƏTİCƏ….............................................................................................................72

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATIN SİYAHISI..........................................

GİRİŞ

5
Tədqiqatın aktuallığı. Müasir dövrdə neft-qazın istismarında ən əsas
məslələrdən biridə məhz yüksək təzyiqə davam gətirə bilən avadanlığın istehsalıdır.
Bu ona görə vacibdir ki, yüksək keyfiyyətli avadanlıq neftin səmərəli istismarını
eləcədə uzunmüddət bu istismarın aparılmasını təmin edir. Əlbətdə hazırda dəniz
nefti daha aktual olduğundan bu avadanlıqlara olan tələbləri də artırır çünki dənizdə
aparılan istismar prosesi yüksək təzyiqlərdə aparılır ki buda qurudan fərqlənir. Bu
səbəbi əsas götürərək daima istismar prosesində istifadə olunan drosselin yüksək
standartların tələblərinə cavab verməsi və yüksək təzyiqlərə dözə bilməsini
tədqiqatın aktuallığını ortaya qoyur.

Tədqiqatın məqsədi. Neftin istismarı prosesində geniş şəkildə istifadə


olunan tənzimləyici quruluş - tənzimlənən drosselin iş qabiliyyətinin artırılması
məqsədilə quruluşun ucluq hissəsinin yeni konstruktiv hissələ əvəz edərək
“SOLIDWORKS” proqramında layihələndirmək və sonra möhkəmliyə yoxlanılması
üçün proqramdan isifadə olunaraq simulyasinanı etmək və nəticələri qeyd etmək.

Problemin müasir vəziyyəti. Neftin istismarı zamanı drosseli açanda sol


tərəfdən daxil olan maye böyük sürətlə 90 º bucaq altında yuxarı oturma deşiyinə
daxil olur. Bu zaman Ucluq hissə tam açılmır. Ucluq hissənin yuxarı hissəsini
təzyiqlə vurur. Bu hissə qaykanın aşağı hissəsidir. Bu zaman o hissədə neftin
təsirində yeyilməyə məruz qalır. Nəzərə alsaq ki o hissənin diametri oymaqğın
diametrindən kiçikdir. Deməli əgər daxil olan mayenin təzyiqini qarşısını almasaq
həmin hissənin dağılmasına səbəb ola bilər.

Tədqiqatın yeniliyi.

İşin aprobasiyası: Təhqiqat işi aşağıdakı jurnalda nəşr edilmişdir:

1) İSSN:2663-8770, E-ISSN: 2733-2055, DOI:10.36962/ETM “Equipment


Technologies Materials” Volume 14, İssue 02.2023, 01.04.2023
2) Bundan əlavə təhqiqat işi “SCOPUS” beynəlxalq bazasına daxil olan
“İnternational Journal on Technical and Physical Problems of Engineering”
jurnalında çap edilməsi üçün verilmişdir.
6
FƏSİL I. ÖLKƏMİZDƏ VƏ DÜNYADA İSTİSMAR OLUNAN
DROSSELLƏRİN CARİ VƏZİYYƏTİNİN TƏHLİLİ

7
1.1. Ümumi istifadə olunan drossellərin təsnifatı

Fontan üsulu ilə istismar zamanı tənzimləmə prosesini həyata keçirmək üçün
məhz bağlayıcı qurğulardan sonra tənzimləyici qurğular qoyulur. Quyunun
texnoloji iş rejimini tənzim etmək üçün tənzimləyici quruluş tərəfindən quyu
ağzında əkstəzyiq yaradılır. Əlbətdə tənzimləyici quruluşdan əvvəl bağlayıcı quruluş
quraşdırılmasına baxmayaraq siyirtmələrin bağlayıcı hissəsinin mayenin (neft)
tərkibində olan qum tərəfindən yeyildiyindən bağlayıcı quruluşlar tənzimləyici
funksiyasını yerinə yetirmir. Bağlayıcı quruluşun işçi vəziyyəti tam bağlamaq və
tam açmaqdır. Tənzimləyici quruluşlara ştuserlər və drossellər aid edilir.
Drossellər iş prinsipinə görə özülülük müqavimətli və qasırğalı müqavimətli
olurlar. Əsasən drossel kanalında axan mayeyə göstərilən müqavimət nəticəsində
təzyiq düşgüsü baş verir ki, buna düzxətli drossellər deyilir. Düz xətli drossellər
özülülük müqavimətli drossellər hesab olunur. Özlülük müqavimətli drossellərin
özünə məxsusluğu bundan ibarətdir ki, drossel kanalının sahəsinin kiçik olması və
kanalın uzun olmasıdır. Buna görədə bu drossellərdə Reynolds ədədi böyük olmur
və drosseldə baş verən təzyiq düşgüsü məhz laminar rejimdə sürtünmə nəticəsində
baş verir [1, səh.113].
Qasırğalı müqavimətli drosseldə axının deformasiyası və ya kanal daxilində
mayenin qasırğalanması nəticəsində yaranan təzyiq düşgüsü baş verir. Belə
drossellərə kvadratik drossellər deyilir. Adının kvadratik olmasına səbəb təzyiq
düşgüsünün maye axının sürətinə kvadratik asılı olmasıdır [2, səh.112].
Drossellərin əsas tərkib hissəsi sayılan bağlayıcı-tənzimləyici elementinin
kontruksiyasına görə drossellər kran tipli drossellərə buna əsasən tıxaclı drossellərdə
deyilir, diafraqmalı drossellərə və zolotnik drossellərə ayrılır.
Kranlı drossellər (şəkil 1.1) əsasən 5,0 MPa təzyiqə qədər olan maye axınını
tənzimləmək üçün nəzərdə tutulmuşdur. Drossellin keçid sahəsi mütəlif formalı
olur: üçbucaq, dördbucaq, dairəvi və.s Düzbucaq formalı kranlı drossellərdə sərfin
dəyişməsi praktiki olaraq düz olur.

8
Xəttli drossellərdə (şəkil 1.2) basqı itikisi drossel kanalının uzunluğuna düz
mütənasib olur. Beləliklə, bu drossellər sabit temperaturlarda istismar olunur. Buna
səbəb drosselin müqavimətinin maye özlülüyündən asılı olmasıdır.
Geniş temperatur diapazonda dəyişən hidravlik sistemlərdə istifadə olunan
drossellərdə tələb olunur ki, mayenin özlülüyünün dəyişməsi sərfin əmsalına az təsir
etsin. Bu tələbə uyğun olaraq belə tövsiyyə edilir ki, drosselin kanalının diametri
sahəsinə nisbətən az və kanalın uzunluğu isə qısa olsun. Qeyd edilən bu
xüsusiyyətlər məhz kvadratik drossellərə (şəkil 1.3) uyğun gəlir.
Fontan üsulu ilə istismar zamanı istifadə olunan drossellər tənzimlənən və
tənzimlənməyən olmaqla iki yerə ayrılır. Drossel axın xəttində qurulur və yerli
müqavimət yaradır. Bunun nəticəsində təzyiq düşgüsü baş verir. Əlavə olaraq sabit
maye axını zamanı çıxış bəndinin sürətinin tənzimlənməsi zamanı da drossellərdən
istifadə olunur [3, səh.25].
Əsasən tənzimlənən drossel iki hissədən ibarət olur:
1) idarəetmə hissəsindən;
2) tıxayıcı hissədən.
İdarəetmə hissəyə aiddir: nazimçarx, təsbitedici, təsbitedici şayba, dayaq
qaykası, göstərici, yivli oymaq. Tıxayıcı hissəyə aiddir: ucluq, ucluğun gövdəsi,
tıxac, üst oturtma və oymaq. Sxemdə qara nöqtə şəklində qeyd olunanlar rezin
halqalardır ki, yuxarıda olan rezin halqalar maye axının yuxarı oymaqdan
çıxmasının qarşısını aldığı təqdirdə aşağıda olan rezin halqalar mayeni neftinin
yəhərin arxasına keçməsinin qarşısını alır.
Tənzimlənən drossel maye axınını düzbucaqlı şəkildə döndərərək tənzimləmə
prosesini həyata keçirir. Quruluşun hissələri rezin halqalarla kipləşdirilmişdir.
Drosseldə tarazlayıcı şayba şpindelin vəziyyətini müəyyən edir bundan əlavə
quruluşun açılıb-bağlanma dərəcəsi bölgü göstərici ilə təsbit edilir. Bölgülü göstərici
uyğun olaraq silindrik deşiyin mm-ilə diametrini göstərir. Nazimçarx vasitəsilə
uclu-

9
Şəkil 1.1. Kranlı drossellin sxemi [2]

Şəkil 1.2. Düzxətli drosselin sxemləri [2 ]:


a) düzbucaqlı; b) üçbucaq kanallı drossel

10
Şəkil 1.3. Kvadratik drossellin sxemləri [2]:
a) birhəlqəli; b) və c) çoxhəlqəli; ç) və d) onların qrafik işarələri

Şəkil 1.4. İynəvari bağlayıcı tənzimləyici element ilə tənzimlənən kvadratik


drosselin sxemləri [ 2 ]:
a) tənzimlənən konuslu iynəvari; b) tənzimlənən qanovcuqlu – şlisli iynəvari;
c) və d) onların qrafik işarələri

11
İdarəetmə hissəsi

Tıxayıcı hissəsi

Şəkil 1.5. Tənzimlənən drosselin sxemi və tərkib hissələri [ 3 ]:


1 – təsbit edici; 2 – təsbitedici şayba; 3 – nazimçarx; 4 – dayaq qaykası;
5 – göstərici; 6 – yivli oymaq; 7 – şpindel; 8 – qapaq; 9 – gövdə; 10 – qayka;
11 – ucluq; 12 – ucluğun gövdəsi; 13 – tıxac; 14 – üst oturtma; 15 – oymaq

Şəkil 1.6. Tənzimlənməyən drosselin sxemi [ 3]:


1 – qapayıcı

12
ğun irəliləmə hərəkəti həyata keçirilir. Ucluq şpindellə qayka vasitəsilə
əlaqələndirilmişdir.
Tənzimləyən drossellərdə quruluş tamamilə fərqlənir. Beləki burada şpindel,
qayka, ucluq və digər detallar qapayıcı ilə əvəz edilmişdir (şəkil 1.6).
Drossellər neft sənayesində müxtəlif yerlərdə istismar edilir:
1. Neftin istismarı platformalarında;
2. Qazın istismarı platformasında;
3. Yerüstü quyuağzı avadanlıqlarında;
4. Dəniz dibində quraşdırılan fontan armaturlarında;
5. Yerüstü manifoldlarda;
6. Dəniz dibində quraşdırılan manifoldlarda;
7. Quruda olan neft quyularında [31].
İstismar prosesində istifadə olunan drossellər gün ərzində 40000 barel-ə
(6359492L) qədər neft qəbul edir və bununla yanaşı prosesi işə salır prosesi
dayandırır və ya axını tənzimləyir. Drossel tərəfindən tənzimlənən mayelərə quyu
məhlulu və ya istehsal olunan hidrokarbongenlər aiddir. Hidrokarbogenlər deyəndə
buraya mayelərin qarışığı daxildir : neft, su, qaz, qum, H 2S (hidrogen sulfid) və CO2
(karbon 4-oksid). Hər bir tətbiqdə mayelərin qarışığı fərdi əməliyyat mühitinə xas
olacaq və istehsal davam etdikcə zamanla dəyişəcəkdir. Hər hansı hasilat quyu
layının zədələnməsinin qarşısını almaq üçün quyu məhlulunun axınına diqqətlə
nəzarət etmək lazımdır. Qaz ən yüngül olduğuna görə qarışığın üstündə olacaq və
neft isə maye üzərində üzəcəkdir.
Müasir drossellər əsasən üç növdə olur:
1. Xarici oymaqlı;
2. Tıxac yuva cütü;
3. Ucluq və yəhər cütü [24].
Xarici oymaqlı drossellərdə (şəkil 1.7) oymaq yuvanın xarici tərəfi ilə yuxarı
və ya aşağı hərəkət edir. Bu hərəkət nəticəsində portlar ya bağlanır və ya açılır.
Xüsusilə ağır xidmət zamanı balaca diametrli diafraqma tətbiqlərində və yüksək
təzyiqlərdə istifadə olunur.
13
Drosselin bu növündə yuvanın içərisində tıxac yuxarı və aşağı hərəkət edir.
Bu növ hərəkət nəticəsində tıxac portları açıb və ya bağlayacaq. Nəzarət prosesi
zamanı aşağı təzyiqlərdə və ya daha geniş diafraqma və ya dəliklər üçün tətbiq edilir
(şəkil 1.8).
Pozitiv drossel (şəkil 1.9) sabit ölçülü diafraqmaya malikdir. Sabit diafraqma
ölçüsünə malik olan drossel müxtəlif ölçülərdə və növlərdə olmasına baxmayaraq,
“bean” (yuva)-nin ölçülərini dəyişdirmək üçün drossel sökülməlidir. “Bean” termini
xətdə quraşdırılmış, içərisində qazılmış deşiyi və ya açılışı olan qurğu hissəsinə aid
edilir.

1.2. Hazırda dünyanın aparıcı şirkətlərində istismar edilən müxtəlif növ


drossellər

1.2.1. «Quam» firmasının tənzimləyici drosseli [32]

Ümumi tətbiqi: CNA seriyalı tənzimlənən drossel fontan armaturlar,


tənizmlənən/boğma və ya istehsal/su inyeksiyası manifoldlarında quraşdırılması
üçün istifadə edilir (şəkil 1.10).
Əsas xüsusiyyətləri:
Mexanizmin dizaynı : Tıxac konik formalıdır və yəhər isə silindirik yuvadır.
İynəli ucluqlu şpindel xətti hərəkəti yəhərin yuvasına gələn mayenin qarşısını alır.
Erroziyaya müqavimət mexanizmi: Drossel mexanizmi ən yaxşı yeyilməyə
müqaviməti təmin edən daha yüksək bərkliyi olan paslanmayan polad və ya bərk
volfram karbid tətbiq edilib.
Metal-metal kipləşdirici: Yumşaq hissələri olmadan hər hansı fluid prosesilə
təkmilləşdirilmiş kipləşdirmə aparılır.
Aşağıda həmin firmanın istehsal etdiyi tənzimlənən drosselinin texniki
göstəriciləri cədvəl 1.1 verilmişdir.

14
Şəkil 1.7. Xarici oymaqlı drosselin tərkib hissələri [ 25 ]

Şəkil 1.8. Tıxac yuva cütü olan drosselin tərkib hissələri [ 25 ]

15
Cədvəl 1.1
CNA seriyalı tənzimlənən drosselin texniki göstəriciləri

Göstəricinin adı Göstəricinin qiyməti


Saat istiqaməti üzrə axının azalması
Drosselin hərəkəti
istiqamətinə
API 6A – 25,4 – 279,4 mm
Ölçü dərəcəsi
( 113/16”-11”)
Təzyiq qiymətləri API 6A – 13,8 – 137,9 MPa (2000-20000
PSI)
ANSI - 1.03-17,2 MPa (150-2500 Paund)
Avadanlığın quruluşunda
Flanslı, kök qaynağı və bolt
istifadə olunan birləşmələr
İşçi mühit Təbii qaz, neft, su və bunların qarışıqları
İşləmə temperaturu -600C - +2500C
Sertifikasiya dərəcəsi API 6A
İstehsalat dərəcəsi PSL 1-4
İstehsalçı ölkə İtaliya

1.2.2. «Cameron» şirkətinin tənzimləyici drosselləri [34]

Digər təqdim olunan drossel isə “Cameron” şirkəti tərəfindən istehsal olunan
H2, H2I və modifikasiya olunmuş H2IMS markalı ucluq-yəhər cütlü tənzimlənən
drossellərdir.
Drossellər API 6A dərəcəsinə uyğun olaraq dizayn edilib və hazırlanmışdır;
Döymə və ya ştamplanmış gövdəli eləcədə texniki xidmət və prosesin aparılmasının
asanlığıdır. H2 markalı drosselin işçi təzyiqi 68,9 MPa (10000 psi) -dır (şəkil 1.11
və 1.12).

16
Şəkil 1.9. Pozitiv drosselin tərkib hissələri [ 27]:
1 – pozitiv drosselin qapağı; 2 – “O” şəkilli halqa bonnet kipləşdirici;
2 – axın üçün ventalyasiya çıxışı; 4 – drosselin yuvası

Şəkil 1.10. “QUAM” firmasının “CNA” seriyalı tənzimlənən drosselinin


işçi quruluşu [33]

17
Şəkil 1.11. “CAMERON” şirkətinin istehsal etdiyi H2 markalı
tənzimləyici drosselin sxemi və tərkib hissələri [28]:
1 – nazim çarx; 2 – təlimat lövhəsi; 3 – yastı şayba; 4 – altıbucaqlı bolt;
5 – stopor (batırılmış) vint; 6 – göstərici (indikator); 7 – tıxac1; 8 - stopor
(batırılmış) vinti; 9 – qapaq; 10 – tənzimləyici qapağın qaykası; 11 – kipləşdirici
yığımı1;12 – saxlayıcı halqa; 13 – “O” şəkilli kipləşdirici halqa1; 14 – aralığı
qoyulan halqa; 15 – Boşaldıcı klapan; 16 – Firmanın adı olan lövhə;
17 – tənzimləyici vint; 18 – Ucluq2; 19 – Yəhər(Oturacaq) 1; 20 – Gövdə;
1
– Tövsiyyə edilən ehtiyyat hissələr; 2 - H2 markalı tənzimləyicinin ucluqları uyğun
H2I və H2IMS markalı tənzimləyicilərlə bir-birini əvəz etmir

18
Şəkil 1.12. “Cameron” şirkətinin istehsal etdiyi H2I markalı tənzimləyici
drosselin sxemi və tərkib hissələri [ 34 ]:
1 – nazim çarx; 2 – təlimat lövhəsi; 3 – yastı şayba; 4 – altıbucaqlı bolt; 5 – stopor
(batırılmış) vint; 6 – göstərici (indikator); 7 – tıxac1; 8 - stopor (batırılmış) vinti;
9 – saxlayıcı halqa; 10 – qapaq; 11 – “O” şəkilli kipləşdirici halqa1; 12 –
tənzimləyici qapağın qaykası; 13 – “O” şəkilli kipləşdirici halqa1; 14 – “O” şəkilli
kipləşdirici halqa1; 15 – istiqamətverici oymaq; 16 – aralığı qoyulan halqa; 17 –
kipləşdirici yığımı1; 18 – “O” şəkilli kipləşdirici halqa1; 19 – metal kipləşdirici1; 20 –
hava buraxmaq üçün deşiyi olan yivli tıxac; 21 – saxlayıcı halqa; 22 – boru tıxacı;
23 – firmanın adı olan lövhə; 24 – tənzimləyici vint; 25 – ucluq1; 26 – yəhər
(oturacaq)1; 27 – gövdə; 1 – tövsiyyə edilən ehtiyyat hissələr

19
2.2.2. «NOV» şirkətinin tənzimləyici drosselləri [26]

Axının zərbəsi ilə enerjinin yayılması və ya dağılması prinsipi üzrə işləyir. Bu


model əsasən fontan armaturlarında, manifoldlarda və istismar avadanlığı olan
xətlərdə quraşdırılır. Quruluş hissələri submikron dərəcəli karbiddən hazırlanır və
bonet hissəsi kipləşdiricilidir. Geometrik trimli CVC-ME xarici oymaqlı model
eroziyalı, qumlu və digər kəskin mühitlərdə tətbiqi nəzərdə tutulmuşdur (şəkil 1.13).
CVC-MP model istehsal mayesinin geniş həcmdə axını olan yerlərdə və yüksək
səviyyədə idarəetmə qabiliyyəti təlləb olunan yerlərdə tətbiq olunur. Model əsasən
fontan armaturlarında, manifoldlarda və istismar avadanlığı olan xətlərdə quraşdırılır.
Quruluş hissələri submikron dərəcəli karbiddən hazırlanır və bonet hissəsi
kipləşdiricilidir. Gövdəsi yivsizdir (şəkil 1.14) [ 25 ].

MPC seriyalı drossel geniş həcmli tətbiqlər üçün yüksək mühəndislik


quruluşuna malikdir. Model yüksək temperatur tətbiqləri üçün nəzərdə tutulmuşdur.
(-101 0C-+3020C). Quruluşda yeyilmə manitoru nəzərdə tutulmuşdur ki, bu monitor
yəhər hissəsində yeyilməyə səbəb olan yuyulmanı azaldır (şəkil 1.15) [ 25 ].
İqtisadi cəhətdən sərfəli olan ucluq yəhər cütlü bu model tətbiqlərin ən geniş
diapazonunda tətbiq edilir. Qazma manifoldlarından istismar avadanlıqalara qədər
quraşdırılır. Avadanlığın mümkün 2 konfiqurasiyadan ibarətdir:
1) Pozitiv;
2) Tənzimlənən.
Positiv növ CH2 markalı drossel tənzimlənən növ olan CH2 markalıya çevrilə
bilər və ya əksinə. Əlavə olaraq CH2M markalı drossel əsasən bonnet hissəsi metal
kipləşdiricidən ibarətdir (şəkil 1.16).

1.2.4 “Critical Engineering” şirkətnin tənzimlənən drosselləri [35]

20
860HPC markalı yuva-tıxac cütlü, eroziyaya davamlı, tənzimlənmə
klapanıdır, çətin şəraitlərdə tənzimlənmə tələb olnunan yerlərdə istifadə üçün
idealdır. Drossel

Şəkil 1.13. “NOV” şirkətinin istehsal etdiyi CVC-ME markalı xarici


oymaqlı tənzimlənən drosselin işçi görünüşü [ 25 ]

21
Şəkil 1.14. “NOV” şirkətinin istehsal etdiyi CVC-MP markalı tıxac-yuva
cütlü tənzimlənən drosselin işçi görünüşü [ 26 ]

Şəkil 1.15. “NOV” şirkətinin istehsal etdiyi MPC markalı xarici oymaqlı
tənzimlənən drosselin işçi görünüşü [ 25 ]

22
Şəkil 1.16. “NOV” şirkətinin istehsal etdiyi CH2 markalı ucluq-yəhər
cütlü tənzimlənən drosselin işçi görünüşü [ 26 ]

23
davamlı, möhkəm və təhlükəsizdir eləcədə iş prosesi sübüt edilmiş həllə əsaslanır
(şəkil 1.17).
200 bar-a qədər təzyiq fərqi olan tətbiqlər üçün nəzərdə tutulmuşdur,
aşınmaya qarşı daxili qəfəs volfram karbiddən hazırlanmışdır və tıxacla
kipləşdirilmişdir. Yüksək çeviklik, yüksək iş şəraitinə uyğun olmaq üçün mövcud
olan iki müxtəlif trim dəsti nəzərdə tutulmuşdur. Böyük axın sürətləri şərtlərində
rast gəlinən daha aşağı təzyiq düşmələrini təmin etmək üçün yivli qəfəs təchiz
edilmişdir.
Çətin iş şəraitlərində tənzimlənən drossel tətbiqləri adətən yüksək səs-küy,
düzgün olmayan sürətə nəzarət, çoxfazalı axınlarda uyğunsuzluq və korroziya kimi
problemlərlə qarşılaşır. 860HPC bu narahatlıqları aradan qaldırmaq üçün
hazırlanmışdır. Avadanlıqla bağlı texniki göstəricilər cədvəl 1.2-də verilmişdir.
100DPC markalı tənzimlənən drossel istismar klapanıdır. Bugünkü qaz
yatağı mühitinə daxil olan qum və digər bərk hissəciklər eləcədə aqressiv mayelər
daha quyu ağzı təzyiqin yüksək olmasına gətirib çıxarır (şəkil 1.18). Sadə quruluşlu
tənzimlənən drossellər bu cür çətin şəraitlər üçün uyğun deyil. İstehsal səviyyəsinin
saxlanması zərurəti o deməkdir ki, tənimzlənən drosselin tez-tez təmiri və ya
dəyişdirilməsi artıq məqbul sayılmır.
100DPC markalı tənzimlənən drosselin əsas xüsusiyyətləri:
- Kipləşdiricilər, araqatlar və şpindel – Kipləşdirici seçilmiş materiallar
partlayış təhlükəsinə müqavimətlidir.
- İki qat gövdə kipləşdiriləri – yüksək toksik mühitlər üçün nəzərdə tutulub.
- Təzyiqi balanslaşdırma kipləşdiriciləri – Aktuatorun gücünü azaldır, İki qatlı
yağsiyirəm halqa ilə təmin edilmişdir.
- Boltla birləşdirilmiş gövdə - Qulluğu asanlaşdırır. 860HPC markalı
Bərk volfram karbidli tıxac – Yükək eroziya hallara müqavimətlidir Avadanlıqla
bağlı texniki göstəricilər cədvəl 1.3-də verilmişdir.

24
Cədvəl 1.2.

860 HPC markalı tənzimlənən drosselin texniki göstəricisi

Göstəricinin adı Göstəricinin qiyməti


ANSI 600, 1500, 2500
Təzyiq qiymətləri
API 5000
Temperatur diapazonu -46 °C - +176 °C (-50 °F - 350 °F)
Axın istiqaməti/ Axın istiqamətinə bağlanma/ bağlanmanın
bağlanmanın sinifi IV və V sinif
ASME B16.34, API PSL1, PSL2, PSL3,
Keyfiyyət dərəcəsi
API PR1, PR2
Gövdə/bonet/bonet dayağının A216-WCB / A105 standartı tətbiq üçün
materialı xüsusi seçimlər mövcuddur
Aktuatorlar Elektrik, hidravlik modulyasiya edən,
pnevmatik / hidravlik pilləli mühərriklər

Cədvəl 1.3

100DPC markalı tənzimlənən drosselin texniki göstəriciləri

Göstəricinin adı Göstəricinin qiyməti


ANSI 1500-2500
Təzyiq qiymətləri
API 5000-10000
Standart: API 61PSL
Keyfiyyət dərəcəsi
Könüllü: PSL2/3 və NACE MR0175
Temperatur diapazonu -45 °C - +121 °C (-50 °F - + 350 °F)
Nazimçarx, elektrik, hidravlik, pnevmatik
Aktuator növləri
diafraqma və piston

25
Şəkil 1.17. 860 HPC markalı drosselin təsviri və tərkib hissələri [ 29 ]:

İstinad
Hissənin təsviri Faydaları
nömrəsi
1 Boltla gövdəyə birləşdirilmiş bonet quruluşu Etibarlı sıx kipləşdirmə
2 Aktuatoru çıxartmadan
Xarici kipgəc
tənzimləmə və yoxlama
3 Yüksək temperaturlarda
Bonete birləşdirilmiş araqatlı gövdə
etibarlı kipləşdirmə
4 Balanslı kipləşməni təmin edən yağsiyirən Hissələrin bir-birinə
halqa yağışmasından qoruyur
5 Qəfəs və oturacaq düyünü Nəzarət etmək üçün
6 Volfram karbidli tıxac, yəhər və qəfəs Qumdan yeyilməni
düyünü minumuma endirir
7 Gövdəni eroziyadan
Drossellin çıxış xətti
qoruyur
8 Səs-küy azaldıcı
9 Trim
26
Şəkil 1.18. 100DPC markalı drosselin təsviri və tərkib hissələri [ 30 ]:

İstinad
nömrəs Hissənin təsviri
i
1 Gövdə
2 Bonnet
3 Disk
4 Yəhər
5 Tıxac
6 Şpindel
7 Kipləşdiricilər
8 Gövdəni bonete əlaqələndirən kipləşdirici
9 Trim

27
1.3 Drossellərdə yaranan problemlər və onların həll üsulları [ 22 ]

Tənzimlənən drossellər ağır istismar şərtlərinə məruz qaldıqları üçün onlar


"uyğun və unut" komponentidə deyillər. Baxım istehsalçının tələblərinə uyğun
aparılmalıdır. Gövdənin və hissələrin aşınması və korroziyasının yoxlanılması
vacibdir və nasazlıq rejimi effektinin və kritiklik təhlilinin (FMECA) xəta təhlilinə
əsaslanan stabil işləyən texniki xidmət proqramı ilə birlikdə aparılması vacibdir.
Həmçinin proses şərtləri müəyyən şərtlərdən dəyişərsə, məsələn, qumun miqdarı
artarsa, texniki xidmət və yoxlama “saatı” dəyişdirilmiş parametrlərə uyğun olan
müddətə sıfırlanmalıdır. Qeyd edək ki, qum monitorinqi və axın xəttinin eroziya
zondları kimi proqnozlaşdırıcı üsullardan istifadə faydalıdır, lakin texniki xidmət
müddətlərinin azaldılması üçün səbəb kimi istifadə edilməməlidir.

1.3.1. Korroziya [ 22 ]

Korroziya ümumiyyətlə yanlış material seçimi ilə əlaqələndirilir. Əsas


yanlışlıq budurki, əvvəlki tarixlərdə istifadə edilən drosselin spesifikasiyasından
istifadə etməkdir. Yadda saxlamaq lazımdır ki, neft/qaz quyusu müəyyən bir xüsusi
quyu ilə əlaqəli bir proses hissəsinə malikdir. Bir quyuda karbon qazı ola bilər,
digərində isə yox. Standart xüsusiyyət yanlış materialın seçilməsinə səbəb ola bilər.
Korroziya nisbətən asanlıqla həll olunur, çünki uyğun materialların seçimi geniş
şəkildə mövcuddur. Bununla belə, materiallar haqqında hərtərəfli bilik tələb olunur,
çünki müəyyən materialların birləşmələri qıcıqlanmaya səbəb ola bilər (şəkil 1.19).

1.3.2. Eroziya [ 22 ]

Mayenin sürət gövdənin eroziyasına, kəsiyin eroziyasına və boru kəmərlərinin


aşınmasına səbəb ola bilər. Sürət bədən eroziyasına, trim eroziyasına və boru
kəmərlərinin aşınmasına səbəb ola bilər. Maye tətbiqi zamanı əsas qayda bundan
ibarətdir ki, sürət flansın çıxışında 5-7 m/s-dən aşağı, iki faza gedişləri üçün bu 10-
28
15 m/s, qaz üçün isə 25 - 40 m/s-dir. Qeyd etmək lazımdır ki, bu rəqəmlər qum
miqdarı olan quyular üçün nəzərdə tutulmur və həmçinin iki fazalı vəziyyətlər üçün
qaz/maye nisbətini nəzərə almır. Onu da qeyd etmək lazımdır ki, tez-tez
tənzimlənən drossellərin ölçüsü azaldılır, məsələn, 152.4mm (6”) giriş və/və ya çıxış
flansları olan hissəyə 101.6 mm (4”) nominal diametrli gövdəyə uyğunlaşdırılır.
Çıxış flansındakı sürət hələ də yuxarıda göstərilən qaydada daxilindədirsə, bu,
avtomatik olaraq hər şeyin nəticə verəcəyini göstərmir, çünki nominal diametrli
gövdədə sürət yüksəlir və hesab ediləndən çox ola bilər. Bu məqbul hesab edilir.
Nominal diametrli gövdə ölçüsünü azaltmazdan əvvəl, boğulmanın sürəti ilk
növbədə eyni gövdəyə və flans ölçüsünə hesablanmalıdır. Əgər sürət yuxarıdakı
əsas qaydada qeyd olunandan aşağı olarsa, daha kiçik flanslı daha kiçik nominal
diametrli gövdə hesablana bilər (şəkil 1.20).
Beləliklə, sürət ən vacib quruluş meyarıdır, bunun düzgün quruluş
məhdudiyyəti yaxşı dizayn edilmiş bəzək ilə birlikdə istənilən aşınmanı
məhdudlaşdıracaqdır.
Sürətlərin hesablanması qaz, maye və hər ikisinin kombinasiyası (iki faza)
üçün ümumi hesablamalara əsaslanmalıdır. Tələb olunan drosseli müəyyən etmək
üçün hesablama vacib hesab olunur və buna nominal diametrli gövdə ölçülərində
nail olmaq olar. Bununla belə, müxtəlif boru diametri seçimi fərqli sürətlər yaradır.
Nisbətən aşağı sürətlər tövsiyə edilmir, çünki nəticə çox böyük ölçülü drosselin
seçilməsi ilə nəticələnə bilər. Yüksək sürətlər, çox güman ki, yüksək texniki xidmət
xərcləri ilə gövdənin aşınması ilə nəticələnə bilər.
Kəsmə seçimi də çox vacibdir. Nümunə olaraq, Mokveld tıxacları bütün çevrə
boyunca bərabər paylanmış deşiklərlə təchiz edilmiş bir qəfəs daxilindədir.

1.3.3. Kavitasiya [ 22 ]

Kavitasiya yüngül qəbul edilməməlidir, çünki bu, təkcə eroziyaya deyil, həm
də titrəməyə səbəb ola bilər. Titrəmə kövrək materialları parçalaya bilər, buna
görədə volfram karbiddən qoruyucu örtük kimi istifadə olunur (şəkil 1.21).

29
Şəkil 1.19. Drosseldə baş verən korroziya hadisəsi [ 21]

30
Şəkil 1.20. Drosseldə yaranan eroziya hadisəsi [ 20]

31
Şəkil 1.21. Drosseldə yaranan kavitasiya hadisəsi [ 19 ]

32
FƏSİL II. TƏNZİMLƏNƏN DROSSELLİN TƏDQİQAT OBYEKTİNİN
VƏ TƏTQİQAT METODUNUN SEÇİLMƏSİ

2.1. Tədqiqat obyekti

Tədqiqat obyekti kimi CNA seriyalı “Quam” firmasının istehsal etdiyi


tənzimlənən ucluq-yəhər cütlü drosseldir.
Ümumi tətbiqi: CNA seriyalı tənzimlənən drossel fontan armaturlar,
tənizmlənən/boğma və ya istehsal/su inyeksiyası manifoldlarında quraşdırılması
üçün istifadə edilir (şəkil 2.1).
Əsas xüsusiyyətləri:
Kəsimin dizaynı : Tıxac konik formalıdır və yəhər isə silindirik yuvadır.
İynəli ucluqlu şpindel xətti hərəkəti yəhərin yuvasına gələn mayenin qarşısını alır.
Eroziyaya Müqavimət mexanizmi: Drossel mexanizmi ən yaxşı yeyilməyə
müqaviməti təmin edən daha yüksək bərkliyi olan paslanmayan polad və ya bərk
volfram karbid tətbiq edilib.
Metal-metal kipləşdirici: Yumşaq hissələri olmadan hər hansı fluid prosesilə
təkmilləşdirilmiş kipləşdirmə aparılır.
Tənzimlənən drosselin texniki göstəricilərinə nəzər yetirəndə avadanlıq API
6A standartların auyğun hazırlanmışdır. Drosselin hərəkəti saat istiqaməti üzrə
axının azalması istiqamətindədir. Drosselin ölçüsü yəni keçid diametri 25,4 mm-
279,4 mm olur. Təzyiq qiymətləri 13,8-137,9 MPa arası dəyişir. İşçi mühit kimi
neft, təbii qaz və ya su eləcədə qarışıq mühitlər ola bilər. Drosselin işçi temperaturu
-600C-+2500C arası qiytmələndirilir.
Avadanlığın istehsal sertifikar dərəcəsi PSL 1-4 hesab olunur. İtaliyada
istehsal olunan avadanlıqda flans, qaynaq və bolt birləşmələrindən istifadə olunur.

33
Şəkil 2.1 “QUAM” firmasının “CNA” seriyalı tənzimlənən drosselinin işçi
quruluşu [ 33 ]

34
Cədvəl 2.1
CNA seriyalı tənzimlənən drosselin texniki göstəriciləri

Göstəricinin adı Göstəricinin qiyməti


Saat istiqaməti üzrə axının azalması
Drosselin hərəkəti
istiqamətinə
API 6A – 25,4 – 279,4 mm
Ölçü dərəcəsi
( 113/16”-11”)
Təzyiq qiymətləri API 6A – 13,8 – 137,9 MPa (2000-20000
PSI)
ANSI - 1.03-17,2 MPa (150-2500 Paund)
Avadanlığın quruluşunda
Flanslı, kök qaynağı və bolt
istifadə olunan birləşmələr
İşçi mühit Təbii qaz, neft, su və bunların qarışıqları
İşləmə temperaturu -600C - +2500C
Sertifikasiya dərəcəsi API 6A
İstehsalat dərəcəsi PSL 1-4
İstehsalçı ölkə İtaliya
2.2. Tədqiqat metodu – Sonlu elementlər metodu

Bu üsulda obyektinin "sonlu" ölçünün çoxlu "elementlərinə" bölünməsi


təsəvvür edilir. Metodun adı da buradan gəlir. Obyekt fəzada n (= 1, 2, 3) ölçüsü
olan n ölçülü sonlu elementlər sisteminə bölünür. Şəkil 2.2, a-da olduğu kimi
düyünləri olan birölçülü cisimlər; Şəkil 2.2 b-dəki kimi xətləri olan ikiölçülü
cisimlər; üçölçülü cisimlər şəkil 2.2, c-də olduğu kimi müstəvilərlə sonlu
elementlərə bölünəcək. Bununla belə, iki və ya üç ölçülü elementlərdə elementlər
qeyri-bərabər ölçülərdə və ya müxtəlif formalarda ola bilər. Bununla belə, bütün
hallarda bədəni təmsil edən sonlu elementlər şəkil 2.2, a, b və c-də göründüyü kimi

35
qovşaqlarla birləşdiriləcəkdir. Nəticədə obyekt sonlu elementlər və onları birləşdirən
qovşaqlar sistemi ilə əvəz olunacaq.
Şəkil 2.2, a-da ayrı elementlər əlaqəsiz şəkildə göstərilmişdir. Biz qovşaqları
uclarında qonşu sonlu elementləri birləşdirən və 2.2, b-də olduğu kimi onları bir
yerdə saxlayan "qaynaq-bolt" əlaqəsi kimi düşünə bilərik ki, qovşaqlar çıxarıldıqda
elementlər bir-birindən ayrılsın.
Qonşu sonlu elementlər arasında fiziki davamlılıq yoxdur, çünki qovşaqlar
çıxarıldıqda elementlər bir-birindən ayrılacaqlar. Metodun təhlilində növbəti addım
obyekti təmsil edən elementlərin hər biri üçün “element sərtlik matrisi”nin müəyyən
edilməsidir. Sonra elementin sərtlik matrisləri bir araya toplanır və bütün
parçalanmış cismin “ümumi sərtlik matrisi” əmələ gəlir.Bununla yanaşı, cismin
sonlu elementlər modelində bütün qovşaqlarda qüvvələr balansı və yerdəyişmələrin
davamlılığı təmin edilir. Buradan aşağıdakı matris tənliyinə çatılır:
[K]{δ}={P}
[K] - obyektin universal sərtlik matrisini təyin edir. {δ} - bütün qovşaqların
yerdəyişmələrini göstərir. {P} - Universal güc vektoru. [ ] - işarəli kvadrat (və ya
düzbucaqlı) matrislər, { } - işarəsi vektor göstərəcək.
Verilmiş məsələni sonlu elementlər metodu ilə həll etmək üçün müvafiq
olaraq aşağıdakı əməliyyatlar tətbiq edilməlidir:
- Quruluşun sonlu elementlər sisteminə "bölünməsi" (bölünməsi).
- Quruluşu təmsil edən elementlərin hər birinin "element sərtlik matrisi" və
digər xüsusiyyətlərinin çıxarılması.
- "Universal sərtlik matrisi" [K] və "universal qüvvə vektoru" {P} əlavəsi.
- Müəyyən edilmiş sərhəd şərtləri ilə {δ} tənliyini müəyyən etmək üçün həll
etmək.
Təcrübədə elmi və mühəndislik problemlərində çox vaxt böyük [K] matrisləri
yaranır. Buna görə də məsləni həll etmək üçün kompüterdən istifadə etmək
qaçılmaz olur. Yuxarıdakı prosesləri avtomatlaşdırmaq üçün sadə proqramlar yazıla
bilər. Həqiqətən də, sonlu elementlər metodu avtomatik hesablama ilə birləşərək,

36
dəqiqliklə həlli çox çətin və hətta qeyri-mümkün olan mürəkkəb fiziki məsələlərin
həlli üçün çox effektiv və zərif alət yaradır.
Şəkil 2.3. və 2.4. bəzi tipik element formalarını göstərir. Obyektin həndəsəsi,
xüsusən onun daxili və xarici sərhədlərinin forması verilmiş cismin necə
bölünməsinin (komponentinin) müəyyən edilməsində əsas rol oynayacaqdır. İki
ölçülü obyektlərdə elementin forması obyektin formasından asılıdır. Əyri və
nizamsız sərhədlərdə üçbucaqlı və dördbucaqlı elementlər düzbucaqlı elementlərdən
daha əlverişlidir.
Üçölçülü cisimlərdə tetraedr (üçbucaqlı prizma) düzbucaqlı prizmadan
daha əlverişlidir (şəkil 2.5, a). Obyektin formasından asılı olaraq, konkret
elementdən istifadə etməkdənsə, qarışıq parçalanma praktikada daha uyğun ola
bilər. Şəkil 2.5, b təyyarə gövdəsini təmsil edən belə birləşməni göstərir.

Digər ədədi üsullar, xüsusən də sonlu fərqlər metodu daha köhnə və etibarlı
olsa da, nə üçün sonlu elementlər metodundan istifadəyə üstünlük verilməlidir?
Sonlu elementlər metodunu digər metodlardan üstün edən əsas məqamlar bunlardır:

- Sonlu elementlər, ölçüsü və formasının elastikliyinə görə, mürəkkəb


formalı obyektdə daha etibarlı obyekt kimi təmsil edə bilər.

- Çox əlaqəli bölgələr (yəni bir/və ya çox deşikli gövdələr) və ya təpə


bölgələri (şəkil 2.6.) çətinlik çəkmədən tədqiq etmək olar.

- Müxtəlif material və/və ya həndəsi xassələrlə bağlı problemlər çətinlik


yaratmır. Həndəsə və maddi qeyri-xəttiliklər, irsi olsa da hətta (məsələn, zamandan
asılı) materialın xüsusiyyətləri asanlıqla nəzərə alına bilər.

- Səbəb-nəticə əlaqəsi problemləri universal sərtlik matrisi ilə


birləşdirilmiş ümumiləşdirilmiş “qüvvələr” və “yer dəyişdirmələr” baxımından
formalaşdırıla bilər. Sonlu elementlər metodunun bu xüsusiyyəti problemin başa
düşülməsini və həllini həm mümkün edir, həm də asanlaşdırır.

- Sərhəd şərtləri asanlıqla tətbiq olunur.

37
Şəkil 2.2. (a) Üç xətti sonlu elementə bölünmüş bir ölçülü obyekt, (b) üçbucaq
elementlər sisteminə çevrilmiş iki ölçülü deşikli obyekt, (c) a, b, c, d, e, f, g, h
formalı 8 eyni düzbucaqlı prizma elementinə bölünmüş üçölçülü obyekt [ 8 ]

38
Şəkil 2.3. (a) vahid qalınlığın iki müstəvi sonlu elementi; (b) (a) bəndindəki
sonlu elementlərin qovşaqlarla birləşdirilməsi [ 8 ]

Şəkil 2.4. İki ölçülü (müstəvi) elementlər [ 10 ]:


(a) üçbucaq, (b) düzbucaqlı və (c) dördbucaqlı

Şəkil 2.5. Üçölçülü elementlər [ 8 ]:


(a) tetraedr və (b) düzbucaqlı prizma

39
- Sonlu elementlər metodunun çox yönlü və çevikliyindən mürəkkəb
strukturlarda, kontinuumda, sahə və digər problemlərdə səbəb-nəticə əlaqələrini
hesablamaq üçün çox səmərəli istifadə etmək olar. Analitik və eksperimental
üsullardan daha dəqiq nəticələr verir.
Başqa cür qeyd edilmədiyi təqdirdə, aşağıdakı fərziyyələr tətbiq olunacaq:
- Deformasiya edən cisim, yerdəyişmələr Huk qanununa görə qüvvələrdən xətti
asılıdır.
- Yer dəyişdirmələri kiçikdir və deformasiyalardan xətti asılıdır.
- Sonlu elementin həndəsi və maddi xassələri sabitdir (şəkil 2.7).
1-ci fərziyyəyə uyğun gəlməyən cisimlər “material baxımından qeyri-xətti”
(qeyri-xətti) cisimlər adlanır. Bu tip davranış qeyri-xətti elastik və plastik və ya özlü
elastik materiallarda müşahidə olunur.
2-ci fərziyyəyə uyğun gələn cisimlər “həndəsi xətti” cisimlər adlanır. Lakin
yerdəyişmələr cismin həndəsəsində nəzərə çarpacaq dərəcədə dəyişikliyə səbəb
olacaq qədər böyükdürsə, onlar “həndəsi qeyri-xətti” adlanırlar.
3-cü fərziyyədə bildirir ki, obyektin maddi və/və ya həndəsi xassələri
nöqtədən-nöqtəyə dəyişirsə, hər bir element üçün bu xassələrin orta qiymətlərinin
həmin element boyu sabit qalacağı fərz ediləcək. Beləliklə, obyekti təmsil edən
elementlərin hər biri fərqli olacaq, lakin onların xassələri sabit olacaqdır.
Dəfələrlə biz kitablarda tez-tez "yay sabiti" termini ilə qarşılaşmışlar. Bu
konsepsiya sonlu elementlər metodunun əsasını təşkil edir. Üsul kimi, mahiyyətcə
“müqavimət” üsuludur.
Şəkil 2.8-də prizmatik vahid şüaya F ox qüvvəsi təsir etdikdə onun elastik
uzanması u olsun. Tərifə görə, "yay sabiti" vahid yerdəyişmə yaratmaq üçün tələb
olunan qüvvədir. Burada şüanın α kəsiyi elastiklik modulu E ilə işarələnirsə, onda,
1-ci fərziyyəyə görə, αE/h ölçüsü verilmiş şüa üçün həmişə sabit qalır. Eynilə, hər
biri özünəməxsus yerdəyişmələri yaradan şüanın sərbəst ucuna moment, kəsmə və
oxşar qüvvələr ayrıca tətbiq oluna bilər. Hər bir vəziyyətə uyğun gələn "yay sabiti"
güc/yerdəyişmə nisbəti kimi hesablana bilər. "Yay sabiti" termini əvəzinə daha
uyğun "sərtlik" terminindən istifadə edəcəyik. Beləliklə, yay sabiti şüanın "oxlu
sərtliyi" olacaqdır. Oxşar; "əyilmə sərtliyi" "burulma sərtliyi" olacaqdır.
Yay sabiti=F/u=αE/h bərabər olur.
40
Şəkil 2.6. Üçbucaqlı və düzbucaqlı elementlərə bölünmüş müstəvi cism [ 8 ]

Şəkil 2.7. Künclər (a) ikiölçülü cismdə və (b) üçölçülü cismdə [ 8 ]

41
Şəkil. 2.8. Eksenel qüvvə altında vahid prizmatik şüa [8 ]

42
2.3. Tədqiqat prosesində istifadə olunan “SOLİDWORKS” proqramı
[ 9, səh. 100 ]

Solidvorks (“SOLIDWORKS” stili ilə) “Dassault Systèmes” şirkəti


tərəfindən nəşr olunan komputer dəstəkli dizayn proqramı (CAD) və komputer-
dəstəkli mühəndislik (CAE) tətbiqidir. 2013-cü ilə kimi 165000-dən çox şirkətdə iki
milyondan çox mühəndis və dizayner Solidvörks-dən istifadə edirdi. Şirkətin 2011-
2012-ci ildə maliyyə gəliri 483 milyon dollar təşkil edib (şəkil 2.9).
SolidWorks Corporation 1993-cü ildə dekabr ayında Massaçusets
Texnologiyaları İnstitunun (MİT) məzunu Con Hirştik tərəfindən təsis edilib. Şirkəti
qurmaq üçün Hirştik MIT Blackjack komandasının üzvü olarkən qazandığı 1
milyondan dollardan istifadə edib. Əvvəlcə Hirştik istifadəsi asan, sərfəli və
Windows iş masasında mövcüd olan 3D CAD proqram təminatı yaratmaq məqsədilə
mühəndislər qrupunu işə götürdü. Şirkət ilk məhsulunu yəni “SOLIDWORKS 95”
1995-ci ildə noyabr ayında ictimayətə təqdim etdi. 1997-ci ildə ən yaxşı CATIA
CAD proqramı ilə tanınan “Dassault Systèmes” şirkəti SolidWorks-i 310 milyon
dollara satın aldı.
SolidWorks hazırda əməkdaşlıq aləti olan eDrawings və 2D CAD məhsulu
olan DraftSight-a əlavə olaraq SolidWorks CAD proqramının bir neçə versiyasını
bazara çıxarır.
Dünya üzrə şirkət 3.5 milyondan çox SolidWorks lisenziyasını satmışdır.
Bura təhsil lisenziyalarının böyük bir hissəsi daxildir. Onun istifadəçi bazası
fərdlərdən tutmuş iri korporasiyalara qədər dəyişir və istehsal bazarı seqmentlərinin
çox geniş kəsişməsini əhatə edir.
SolidWorks möhkəm modelləşdiricidir və modellər və montajlar yaratmaq
üçün əvvəlcə PTC (Creo/Pro-Engineer) tərəfindən hazırlanmış parametrik
xüsusiyyətə əsaslanan yanaşmadan istifadə edir. Proqram Parasolid modelləşdirmə
nüvəsindən istifadə edir.
Parametrlər dəyərləri modelin və ya montajın formasını və ya həndəsəsini
müəyyən edən məhdudiyyətlərə aiddir. Parametrlər ya ədədi parametrlər, məsələn,
43
xəttin uzunluqları və ya dairənin diametri, ya da həndəsi parametrlər, məsələn,
tangens, paralel, konsentrik, üfüqi və ya şaquli və s. ola bilər. Rəqəm parametrləri
əlaqələrdən istifadə etməklə bir-biri ilə əlaqələndirilə bilər ki, bu da onlara imkan
verir.
Dizayn hissənin yaradıcısının dəyişikliklərə və yeniləmələrə necə reaksiya
verməsini istəməsidir. Məsələn, içki qabının üstündəki dəliyin hündürlüyündən və
ölçüsündən asılı olmayaraq yuxarı səthdə qalmasını istərdiniz. SolidWorks
istifadəçiyə çuxurun üst səthdə bir xüsusiyyət olduğunu müəyyən etməyə imkan
verir və daha sonra qutuya hansı hündürlükdə təyin etməsindən asılı olmayaraq,
dizaynaəməl edəcək.
Xüsusiyyətlər hissənin tikinti bloklarına aiddir. Onlar hissəni yaradan
formalar və əməliyyatlardır. Formaya əsaslanan xüsusiyyətlər adətən patronlar,
dəliklər, yuvalar və s. kimi formaların 2D və ya 3D eskizi ilə başlayır. Bu forma
sonra materialı hissədən çıxarmaq üçün əlavə etmək və ya kəsmək üçün ekstrüde
edilir. Əməliyyat əsaslı xüsusiyyətlər eskiz əsaslı deyil və filetolar, paxlar, qabıqlar,
hissənin üzlərinə qaralama tətbiq etmək və s. (şəkil 2.10).
SolidWorks-də model yaratmaq adətən 2D eskizlə başlayır (baxmayaraq ki,
3D eskizlər güclü istifadəçilər üçün mövcuddur). Eskiz nöqtələr, xətlər, qövslər,
konuslar (hiperbola istisna olmaqla) və spline kimi həndəsədən ibarətdir.
Həndəsənin ölçüsünü və yerini müəyyən etmək üçün eskizə ölçülər əlavə olunur.
Əlaqələr tangens, paralellik, perpendikulyarlıq və konsentriklik kimi atributları
müəyyən etmək üçün istifadə olunur. SolidWorks-in parametrik təbiəti o deməkdir
ki, ölçülər və əlaqələr həndəsəni idarə edir, əksinə deyil. Eskizdəki ölçülər müstəqil
olaraq və ya eskizin daxilində və ya xaricində digər parametrlərlə əlaqə ilə idarə
oluna bilər.
Montajda eskiz əlaqələrinin analoqu yoldaşlardır. Eskiz əlaqələri eskiz
həndəsəsi ilə bağlı tangens, paralellik və konsentriklik kimi şərtləri müəyyən etdiyi
kimi, montaj yoldaşları da ayrı-ayrı hissələrə və ya komponentlərə münasibətdə
ekvivalent əlaqələri müəyyənləşdirir və montajların asan qurulmasına imkan verir.
SolidWorks, həmçinin, modelləşdirilmiş dişli birləşmələrə faktiki dişli çarxın
44
fırlanma hərəkətini dəqiq şəkildə təkrar etməyə imkan verən dişli və yumruqcuqlu
birləşmələr kimi əlavə təkmil cütləşmə funksiyalarını da əhatə edir. Görünüşlər solid
modeldən avtomatik olaraq yaradılır və qeydlər, ölçülər və ara məsafə ölçüləri lazım
olduqda asanlıqla rəsmə əlavə edilə bilər. Rəsm moduluna əksər kağız ölçüləri və
standartları daxildir (ANSI, ISO, DIN, ГОСТ, JIS, BSI və SAC).
SolidWorks faylları (2015-ci versiyadan əvvəlki) Microsoft Structured
Storage fayl formatından istifadə edir. Bu o deməkdir ki, hər bir SLDDRW (rəsm
faylları), SLDPRT (hissə faylları), SLDASM (montaj faylları) faylı, o cümlədən
ilkin baxış bitmapları və metadata alt faylları daxilində müxtəlif fayllar var. Bu alt
faylları çıxarmaq üçün müxtəlif üçüncü tərəf alətləri istifadə edilə bilər, baxmayaraq
ki, bir çox hallarda alt-fayllar xüsusi ikili fayl formatlarından istifadə edir.
SolidWorks 3D model məlumatını “step” formatında saxlamağa imkan verir
ki, bu da modelin digər təchizatçıların digər platformalarında göstərilməsinə və
dəyişdirilməsinə imkan verir.

45
Şəkil 2.9. “SOLIDWORKS” proqramının loqosu [ 18 ]

Şəkil 2.10. SolidWorks yuxarıdan aşağıya dizayn yanaşmasından çəkilmiş


ekran görüntüsü [ 18 ]

46
NƏTİCƏ

47
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATIN SİYAHISI

1) Vahidov M.A., Kərimov Ö.M., Eyvazova Z.E. “Neft-qaz istehsalı


texnikası” Dərslik. Bakı: Azərnəşr, 2008, s.155-196.
2) Ə.H. Əzizov, X.M. Heydərov, “Həcmi hidravlik intiqallar və
hidropnevmatika”.
3) Aslanov C.N. “Neft qaz istehsalı texnikası” mühazirələr konspekti.
4) Aslanov C.N., Hüseynli Z.S., Eyvazov Z.E., Bayramov F.H., “Maşın,
qurğu və avadanlıqların layihələndirilməsi” Dərs vəsaiti. Bakı 2020, s 1-10.
5) Aslanov C.N. “ Düzaxınlı siyirtmənin iş qabiliyyətinin artırılması”
6) Prof. Ziyadxan Nəbibəyli “Neft-qaz məhsuldarlığının artırılması və onun
tarixi”, Bakı-2018, səh.90-100.
7) J.N.Aslanov, S.M.Abbasova, Z.S.Hüseynli. “The Management of
Characteristics of the New Two-Layer Rubber Matrix Seals”. 02.2022. p. 1-13.
8) B.Nath “ Mühəndisler için sonlu elemanlar metodunun temelleri” s.1-15
9) “Dassault Systems” şirkəti “Introducing Solidworks” s.1-128
10) J.N.Aslanov, K.S.Mammadov, N.A.Zeynalov. “Selection of structural
materials for improved Liner motion gate valves based on friction correlation method”.
02.2022. p. 1-13.
11) Mr, Said Al-Jabri “Fundamentals of mechanical engineering”, 2017
səh 1-102
12) Harvard Devold “Oil and gas production handbook”, 2008 Səh 1-103
13) Асланов Дж. Н., Султанова А.Б., Гусейнли З.С. Диагностика
нефтяного оборудования высокого давления. «Наука и просвещения» SCIENCE
and EDUCATION. Пенза, 25 июня, 2021 г. стр.65.
14) МАМЕДОВ В.Т., МИРЗОЕВ О.Г. “РЕМОНТ И

ВОССТАНОВЛЕНИЕ НЕФТЕПРОМЫСЛОВОГО ОБОРУДОВАНИЯ” БАКУ –

2017, c.310-315

48
15) А. И. Снарев; ред. К. И. Архипов, С. В. Солошенко “Расчеты машин

и оборудования для добычи нефти и газа” Москва: Инфра-Инженерия, 2010

16) URL: https://en.wikipedia.org/wiki/Choke_valve


17) URL: https://ngm.az/product?id=28
18) URL: https://eaglepoint.com/software-training/solidworks-training/
19) URL:https://www.emerson.com/en-us/automation/valves-actuators-
regulators/control-valves/cavitation
20) URL:https://www.ijert.org/research/simulation-of-erosion-wear-in-
choke-valves-using-cfd-IJERTV3IS070121.pdf
21) URL:https://www.hydrocarbonprocessing.com/magazine/2022/july-
2022/special-focus-valves-pumps-and-turbomachinery/the-effects-of-highly-
corrosive-fluids-on-valves-and-disasters-that-can-be-avoided
22) URL:https://iceweb.eit.edu.au/processcontrol/valveweb/
choke_valves.html
23) URL:https://www.aspireenergy.com/what-is-a-choke-in-oil-and-gas-
operations/
24) URL:https://winnellievalves.com.au/valves/chokevalves/#:~:text=Choke
%20Valves%20are%20classified%20into,maintaining%20a%20steady%20flow%20rate
25) URL: https://www.nov.com/products/choke-valves
26) URL: https://www.nov.com/-/media/nov/files/products/caps/process-and-
flow-technologies/choke-valves/high-temperature-choke-valves-data-sheet.pdf
27) URL:https://uscortec.com/products/production-chokes/positive-chokes/
28) URL: https://www.slb.com/valves/choke-valves/h2-needle-and-seat-
choke
29) URL: https://www.imi-critical.com/products/860hpc/
30) URL: https://www.imi-critical.com/products/100-dpc/
31) URL: https://journals.sagepub.com/doi/pdf/10.1177/0020294016640556
32) URL: https://www.iamquam.it/Choke-valve-complete-series.php

49
33) URL:https://www.slb.com/-/media/files/sur/brochure/h2-family-of-
chokes-br.ashx
34) URL:https://www.nov.com/-/media/nov/files/products/caps/process-
and-flow-technologies/ch2-series/production-chokes-brochure.pdf
35) URL: https://www.imi-critical.com/product-type/choke-valves/
ƏLAVƏLƏR

50

You might also like