Pi̇ok 17.09.2023

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 16

PAŞA İNTELLEKTUAL OYUNLAR KLUBU

II MÖVSÜM - PAYIZ KUBOKU

I Oyun

TARİX: 17.09.2023

Sual müəllifləri: Adil Bəkirov, Vüqar Məmmədov,Şəhriyar Məmmədli, Səbuhi Göyüşov,


Eşqin İbrahimov, Toğrul Qurbanov.

Redaktor: Toğrul Qurbanov

Apelyasiya jürisi: ---------.

Sual müəllifləri paketi test etdiyi və öz dəyərli fikirlərini bildirdiyi üçün peşəkar oyunçular
Əşrəf Paşabəyli, Tərlan Əsədli, Babək Qasımzadə, Cavid Bədəlbəyli və Elşən Quliyevə öz
təşəkkürünü bildirir.

BAKI - 2023
I Tur
Sual 1.

Bir əsərdə sayrışan hər iki tərəfdən lampalarla işıqlanan Arno çayı ALFA ilə müqayisə
olunur. Aktyor Rupert Everettin avtobioqrafik kitabının adında ALFA yer alır. ALFANI
birinci növ təyini söz birləşməsilə yazın.

Cavab: qırmızı xalça


Şərh: Arno çayının hər iki tərəfdən lampalarla işıqlandığını görən qəhrəman çayı adətən,
təqdimat mərasimlərində qonaqların gəlişi üçün yerə sərilən qırmızı xalçaya bənzətmişdi.
Aktyor Rupert Everett isə bir çox filmlərin məhz təqdimatında çıxış etməsini bildirmək
üçün avtobioqrafik kitabına "Qırmızı xalçalar və digər banan qabıqları" adını vermişdi.
Sualın birinci verilməsi də sizə kömək olmalı idi. Beləcə bugünkü oyunumuza və
klubumuza yeni gələnləri salamlayırıq.
Müəllif: Toğrul Qurbanov

Sual 2.

"Family guy" serialının personajı otağa daxil olan Hindistanlı dostunun təhlükədə
olduğunu düşünüb üzərinə tullanır. Bəs o dostunu nədən qorumağa çalışırdı?
Cavab: snayper
Sayılma meyarı: snayper lazeri
Sayılma meyarı: Qırmızı nöqtə,snayper
Video cavab: https://www.youtube.com/watch?
v=bC56LnMt5vY&ab_channel=TheChuckFuckinNorris
Şərh: Hindistanlı personajın alnındakı qırmızı nöqtə, yəni bindini görən personaj bunu
snayper lazeri sanır və dostunu qorumaq üçün üzərinə tullanır.
Müəllif: Şəhriyar Məmmədli

Sual 3.

Vimbldon tennis turnirinin geyimlə bağlı qaydaları o qədər sərtdir ki, hətta X-lərin də ağ
olmasına diqqət edilir. Bir ABŞ şirkəti köhnə X-lərdən basketbol meydançaları hazırlayır.
X-ı 2 sözlə yazın.
Cavab: ayaqqabı altlığı
Şərh: Vimbldon tennis turnirində şərtlər o qədər sərtdir ki, oyunçuların matç zamanı
idman geyimi və ayaqqabısından əlavə ayaqqabı altlığı də ağ rəngdə olmalıdır. Bir ABŞ
şirkəti köhnə idman ayaqqbıların alt hissələrin əridib onların presslənməsindən sonra
idman meydançaların yaradılmasında istifadə edir.
Müəllif: Vüqar Məmmədov

Sual 4.
İsveçli dənizçi Ake Vikinq Siciliyalı həyat yoldaşı ilə məhz İKS vasitəsilə tanış olmuşdu.
Bioloq Corc Park Bidder İKS-dən axıntıların istiqamətini müəyyənləşdirmək üçün istifadə
edirdi. İKS-i iki sözlə cavab kartınıza yazın.
Cavab: Butulka poçtu
Sayılma meyarı: Dəqiq cavablar.
Şərh: Sual mətnində də gördüyünüz kimi İsveç və Siciliya bir-birindən əslində kifayət
qədər uzaq yerlərdir. Dənizçi Ake Vikinq butulka poçtu vasitəsilə özünə xanım axtarmış,
Siciliyada bunu tapan Paolina ilə ailə həyatı qurmuşdu. Butulka poçtu vasitəsilə
dənizdəki axınları öyrənmək isə mümkündür.
Müəllif: Səbuhi Göyüşov

Sual 5.

Roma imperiyasının ucqar əyalətlərində yaşayan əhali yeni saç düzümləri barədə çox
zaman İKSLƏR sayəsində məlumat ala bilirdilər. Vaxtilə ABŞda uğur simvolu sayılan
İKSlər tanrı Merkurinin şərəfinə adlanmışdı.İKSlə əvəz olunan sözü yazın.
Cavab: sikkə
Sayılma meyarı: qəpik, pul
Şərh: Məhz sikkələr insan təsviri olan əşyalardan biri idi. Məhz ucqar əyalət sakinləri
imperiyanın mərkəzində saç düzümü ilə bağlı dəyişiklikləri ancaq sikkə vasitəsilə öyrənə
bilirdilər. Roma mifologiyasında Merkuri ticarət tanrısı hesab olunurdu. ABŞ-da 1916-
1945-ci illərdə buraxılmış 10 sentlik gümüş sikkələr məhz uğur simvolu hesab
edildiyindən tanrı Merkurinin şərəfinə adlanmışdı.

Müəllif: Toğrul Qurbanov

Sual 6.
Rekvizit:
Astronom Mayk Braun Plutonun planetlər siyahısından çıxarılması üçün çalışmış və
hədəfinə çatmışdı. Siz isə qarşınızdakı rekvizitin gizlədilmiş hissəsində nəyin təsvir
olunduğunu iki sözlə deyin.
Cavab: Darts iynəsi
Şərh: Astronom Mayk Braun Plutonun “cırtdan planet” olduğunu təkidlə bildirmiş və
onun günəş sistemindəki planetlər siyahısından çıxarılmasına çalışmışdı. Astronom nəşr
etdirdiyi kitabın üz qabığında günəş sistemini darts lövhəsinə bənzətmiş, Plutonun
üzərinə isə hədəfə sancılmış darts iynəsi təsvir etdirmişdi.

Müəllif: Şəhriyar Məmmədli

Sual 7.
Sual 8.
Rekvizit:

İxtiraçı Edvard Hebern yaratdığı şifrə aparatını "radioəlaqənin ALFASI" adlandırmışdı.


Heykəltəraş Ceyms Preston Franklin Ruzveltin hər zaman medianı çətin vəziyyətə
salması səbəbindən onun büstünü ALFA formasında hazırlamışdı. ALFANI yazın.

Cavab: sfinks
Şərh: İxtiraçı Edvard Hebern ötən əsrin 20-ci illərində almancadan “tapmaca” mənasına
gələn “Enigma” şifrə aparatı kimi yaratdığına "radioəlaqənin Sfinksi" adını vermişdi. Belə
ki yunan mifologiyasında Sfinks yoldan keçənlərin hər birinə tapmaca suallar verər,
düzgün cavab verə bilməyəni isə öldürərmiş. Bu səbəbdən Hebern ixtirasını belə
adlandırmışdı. Sualın ikinci hissəsində isə prezident Franklin Ruzveltin susaraq hər dəfə
medianı öz sualları ilə çətin vəziyyətə vəziyyətə salması səbəbindən ona Sfinks ləqəbi
verilmişdir. Heykəltəraş isə onun büstünü məhz Sfinks formasında hazırlamışdı. Sizə
verilmiş rekvizitdə Ruzveltin yandan görüntüsü məhz Giza şəhərində yerləşən Sfinks
abidəsinə də çıxmaq kömək ola bilərdi.

Müəllif: Toğrul Qurbanov

Sual 9.
Əfsanəyə görə, tanrı İzanaqi bir dəfə qəzəblənərək alov tanrısı Kaqustuçini 8 hissəyə
ayırmış və həmin hissələr hər biri İKSƏ çevrilmişdi. Çilidə İKSƏ doğru tullanmaq, yəni
"İKS banqi campinqi" etmək mümkündür. İKSİ yazın.
Cavab: Vulkan
Şərh: Əfsanədəki adlardan söhbətin Yaponiyadan getdiyini təxmin etmək olardı.
Deyilənə görə, ölkənin ən böyük 8 vulkanı məhz alov tanrısının bədəninin hissələrindən
yaranıb. Ekstrim idman növlərindən olan banqi campinq zamanı hündür yerlərdən
aşağıya doğru tullanırlar. Ərazisində çox sayda vulkan olan Çilidə isə insanlar
vertolyotlardan birbaşa vulkanların içinə doğru atılırlar.
Müəllif: Eşqin İbrahimov

Sual 10.

Qədim Roma sakini deyirdi ki, saata qədər onlar vaxtı İKS-ə əsasən təyin edirdilər. Bir
pizza reklamında sevgilisinin atasından gizlənən şəxsi İKS ələ verir. İKS-i eyni hərflə
başlayan 2 sözlə yazın.
Cavab: Qarın qurultusu
Sayılma meyarı: Dəqiq cavablar.
Şərh: Sevgilisinin atasından gizlənən şəxs ac olduğu üçün onun qarnı quruldayır və
sevgilisinin atası onu yaxalayır. Pitsa şirkəti məsləhət görür ki, ac qalmamaq üçün

onların pitsasından yemək lazımdır. 😊


Müəllif: Səbuhi Göyüşov

Sual 11.
“Amadey” filmində Salyeri bildirir ki, operanın premyerası zamanı imperatorun üç dəfə
BUNU ETMƏSİ əsərin nümayişdən çıxarılmasına səbəb ola bilərdi. ABŞ-da saatlarla
davam edən bir məhkəmə prosesində andlı BUNU ETDİYİNƏ görə hörmətsizlik kimi
hakim tərəfindən cərimələnmişdir. BUNU ETMƏKLƏ əvəz olunanı tapın.

Cavab: əsnəmək

Şərh: Filmdə Salyeri qeyd edir ki, imperatorun premyera zamanı əsnəmə sayı operanın
ömrünü təyin edirdi: onun bir dəfə əsnəməsi bəstəkar üçün dözülən idi, iki dəfə əsnəmə
operanın bir həftə nümayişdə qalacağı, üç dəfə əsnəmə isə nümayişin premyera gecəsi
ilə yekunlaşacağı demək idi. ABŞ-da uzun çəkən bir məhkəmə prosesində yorğun və
prosesdən darıxan andlının əsnəməsi hakim tərəfindən hörmətsizlik kimi qəbul olunmuş
və ona cərimə tətbiq edilmişdi.
Müəllif: Adil Bəkirov

Sual 11.
İxtiraçı Con Douson İKSİN ilkin modellərindən birinə müalicəvi suları ilə məşhur olan
Bath [Bath]şəhərinin adını vermişdi. Eleonora xatırlayır ki, yoldaşı İKSi hazırlamaq üçün
evdəki mətbəx stullarından bir neçəsindən istifadə etməli olmuşdu. İKSİ iki sözlə yazın.

Cavab: əlil arabası


Şərh: İngiltərənin Bat şəhəri müalicəvi su və hovuzları ilə məşhurdur. Maraqlıdır ki,
bura sağalmağa gələn xəstələri görmüş Con Douson xəstələrin rahatlıqla sanatoriyada
daşınmaları üçün yaratdığı üçtəkərli əlil arabasına doğma şəhəri Batın adını vermişdi.
ABŞ prezidenti Franklin Delano Ruzveltin xanımı xatırlayır ki, Franklin ilk əvvəl mətbəx
stullarından əlil arabasını hazırlatmaqda istifadə etmişdi. Bundan bir neçə sual əvvəl də
sizə Franklin Delano Ruzveltdən bəhs etmişdik.
Müəllif: Toğrul Qurbanov

Sual 12.
İnnovasiyanın tədricən baş verən, uzun bir proses olduğundan danışılan bir kitabda
bildirilir ki, innovasiyada əslində amerikaya yer yoxdur. Əvvəlki mətndə bir sözdə bir
qədər dəyişiklik edilib. Sözü bərpa edib orijinalda yazın.
Cavab: Evrika
Sayılma meyarı: Dəqiq cavablar
Şərh: Şərh: İnnovasiya barədə danışılarkən bildirilir ki, innovasiyada evrika məqamları
demək olar ki, olmur. Çünki bu kifayət qədər uzun və vaxt çəkən bir prosesdir. Özündən
amerika kəşf etmək ifadəsinə görə amerika evrika əvəzetməsi edilmişdi.
Müəllif: Səbuhi Göyüşov

Sual 13.

XIX əsrdə yaşamış ingilis karikatürist Uilyam Elms ONU ayı pəncəli və aysberq formalı
baş geyimində təsvir etmişdi. ONU iki sözlə yazın.

Cavab: General Şaxta


Sayılma meyarı: general qış, rus soyuğu,rus qışı.
Şərh: Məhz həmin dövrdə Napoleon Bonapart Rusiya ilə müharibə aparırdı. Lakin
Rusiyada kəskin şaxtanın olması səbəbindən Napoleon xeyli itki vermiş və nəticədə geri
çəkilmişdir. Bu barədə çox zaman məhz General Şaxtanın Napoleona gəldiyini qeyd
edirdilər. Daima fransızlarla düşmən münasibət saxlayan ingilis karikatüristi əzəli rəqibini
belə ələ salmışdılar.
Müəllif: Toğrul Qurbanov

Sual 14.

Bir müəllif xatirəsində arx sahilində yerləşən ata evindən danışır. Bu zaman yazır ki, sən
demə, atası hər övladı olanda BUNU EDƏRMİŞ. BUNU ETMƏYİ sait hərflə başlayan 2
sözlə yazın.

Cavab: Ağac əkmək

Sayılma meyarı: Yalnız dəqiq cavablar


Şərh: Məşhur ifadədə deyilir ki, hər kişi həyatında mütləq ev tikməli, ağac əkməli və
oğul böyütməlidir. Sual mətni məhz bu ifadə formasında qurulub. Ziya Bünyadovun
həyat yoldaşı Tahirə Bünyadova ata evindən danışarkən evin yanından axan arxın
sahilindəki ağacları xatırlayır və atasının hər övladı olanda bir ağac əkdiyini qeyd edirdi.
Müəllif: Eşqin İbrahimov

Sual 15.
Aparıcı üçün qeyd: Komandalara bu sualdan sonra fasilə olacağı barədə məlumat
verir.
Nebraska ştatında Stounhencdən ilhamlanaraq yaradılmış Karhenc abidəsi mövcuddur.
Abidəni görməyə gələn turistlərin gözləmə zalı İKS adını daşıyır. İngilis mənşəli
olduğunu bilərək İKSİ cavab kartlarınıza yazın.
Cavab: Pitstop
Sayılma meyarı: Pit stop; Pit-stop
Şərh: Stounhencin dünyada bir çox fərqli instalyasiyası mövcuddur. Karhencdə daşları
avtomobillər əvəz edir. Nebraskanın turistik yerinə çevrilmiş burada gözləmə zalı isə
digər avtomobil termini olan Pitstop-la adlandırılıb. Həmçinin pitstop ümumi söz olaraq
səyahət zamanı qısa fasiləni bildirir. Biz də 15-ci sualda qısa fasiləyə ayrılırıq.
Müəllif: Eşqin İbrahimov
II TUR

Sual 16.
Bir animasiyanın sudan ibarət personajı bir matçı izləyir və İKS elə həmin personajdan
başlayır. İKSİ biri xüsusi isim olan 2 sözlə yazın.

Cavab: Meksika dalğası

Sayılma meyarı: Yalnız dəqiq cavablar


Şərh: "Elemental" animasiyasının baş qəhrəmanların biri həqiqətən sudan ibarətdir.
Animasiyada personaj stadionda komandasını dəstəkləyir və həyəcanlanaraq ayağa
qalxır və elə Meksika dalğası da sudan ibarət olan bu personajdan başlayır.
Müəllif: Eşqin İbrahimov
Sual 17.

Kanadada bir məhkəmə prosesi zamanı elektron formada göndərilən müqaviləyə cavab
olaraq İKS emojisi istifadə edilməsi elektron imzaya bərabər sayılmışdı. 20-ci əsrin ikinci
yarısına aid əsərin üz qabığında da İKS görə bilərik. Söhbətin hansı əsərdən getdiyini
tapın.

Cavab: Avtostopçunun Qalaktikada bələdçisi


Sayılma meyarı: avtostop və qalaktika sözləri olan digər tərcümə adları.

Şərh: Sualda İKS ilə əvəz olunan baş barmaq (thumb up) işarəsi idi. Maraqlıdır ki,
Kanadada bir fermer ona elektron mesaj kimi göndərilən müqaviləyə cavab olaraq baş
barmaq emojisi ilə cavab vermişdi. Fermer daha sonra öhdəliklərini yerinə yetirmədiyi
üçün məhkəmədə müqaviləni imzalamaması iddiası ilə çıxış etsə də, yekunda məhkəmə
baş barmaq emojisini elektron imzaya bərabər tutmuşdu və fermeri müqavilə üzrə
öhdəliklərini yerinə yetirmədiyi üçün $61.000 cərimələmişdi. Bildiyiniz kimi, baş barmaq
işarəsi həm də avtostop üçün istifadə edilir. Duqlas Adamsın “Qalaktika üzrə avtostopla”
kitabı üz qabığında məhz bu işarə ilə nəşr edilmişdi.
kuk
Müəllif: Adil Bəkirov

Sual 18.

“The Economist” jurnalında dərc olunan məqalənin üz qabığında Donald Trampın


irqçiliklə bağlı çıxışlarda istifadə etdiyi rupor İKS kimi stilizə edilmişdir. İKSİ eyni hərflə
başlayan olan bir neçə sözlə deyin.
Cavab: Ku Kluks Klan kapuşonu
Sayılma meyarı: Ku Kluks Klan kolpakı
Şərh: Trampın irqçilərə tərəf çıxmasını tənqid edən məqalədə o qaradərilərə qarşı
mübarizə aparan Kukluksklanla assosiasiya yaratmış və nun ruporu onların baş geyimi
qismində stilizə edilmişdir.

Müəllif: Vüqar Məmmədov


Sual 19.

Rekvizit:

Gördüyünüz posterdə "Garnier" bir kremini reklam edir. Posterin sizdən gizlədilmiş
hissəsində İKSİ görmək olar. Yaşlı paleontoloq Edvard Kop bir dəfə hinduların
mühasirəsinə düşmüş və öz İKSİNİ nümayiş etdirərək onları heyrətləndirmişdi. İKSİ 2
sözlə yazın.

Cavab: Protez diş

Sayılma meyarı: Taxma diş


Şərh: "Garnier"in yaşlanmaya qarşı kremi o qədər effektivdir ki, gənc kimi
görünürsünüz. Protez dişləriniz olsa belə. Yaşlı paleontoloq protez dişlərini çıxardıb
taxaraq hinduları heyrətləndirmişdi. Belə ki, həmin vaxta qədər protez diş görməmiş
hindular onu ovsunçu hesab edib buraxmışdılar.
Müəllif: Eşqin İbrahimov
Sual 20.

Erik Emmanuel Şmit bir müddətdir ölmüş şəxsin açıq qalmış solan gözlərini İKS ilə
müqayisə edir. Bir şeirdə personaj xəzan mövsümünün bitməsilə nəzərdə tutaraq İKS-də
yaşamaqdan qurtulduqlarını bildirir. İKS-i cavab kartınıza yazın.
Cavab: Kəhrəba
Sayılma meyarı: Müxtəlif dillərdəki tərcümələri.
Şərh: Bir müddətdir ölmüş şəxsin gözləri artıq saralmışdı. Bu zaman personaj saralmış
gözlərin içindəki donmuş bəbəyi sanki kəhrəba ilə müqayisə edir. Bildiyimiz kimi,
kəhrəbalar adətən sarı rəngdə olur. Şeirdə xəzan mövsümünün bitməsi ilə personaj
kəhrəbadan qurtulduqlarını bildirir.
Müəllif: Səbuhi Göyüşov

Sual 21.

Yaradıcılığı əsasən ötən əsrin 20-30-cu illərinə təsadüf edən rəssam Otto Diks ölkəsində
baş verənləri rəsmlərində əks etdirməyə çalışırdı. Sənətşünaslar rəssamın bir rəsmində
ölümü simvolizə edən ALFANIN hərəkətləri ilə sanki BETTANI yaratdığını qeyd edirlər.
ALFA və BETTANI hər ikisi eyni hərflə başlayan əcnəbi mənşəli sözlə deyin.

Cavab: skelet, svastika


Şərh: Rəssam Otto Diks "7 ölümcül günah" rəsmində ölümü təcəssüm etdirən skeletin
əl-ayaq hərəkətləri və əlindəki dəryazla svastika işarəsini yaradır. Məhz ölüm Avropa
rəssamlığında adətən əlində dəryaz tutmuş skelet formasında təsvir edilir. Məhz itən
əsrin 30-cu illərində Nasist partiyasının hakimiyyətə gəlməsindən sonra ölkədə baş
verənləri 7 ölümcül günahla əlaqələndirmişdi.
Müəllif: Toğrul Qurbanov

Sual 22.

Haitidə lokal avtobuslara "Taptap" deyilir. Avtobusların belə adlandırılmasının səbəbi İKS
ilə bağlıdır. Alman ixtiraçı Hüqo Güldner İKSİ təkmilləşdirənlər arasında idi. İKSİ biri
xüsusi isim olan 2 sözlə yazın.
Cavab: Dizel motoru

Sayılma meyarı: Dizel mühərriki


Şərh: Haitinin simvoluna çevrilmiş "Tap tap" avtobusları səyahət üçün bir qədər
narahatdır. Avtobuslar öz adını da bu narahatlığa görə alıb, belə ki, vasitə işə salınan
zaman dizel mühərrikinə sahib olduğundan "tap tap" tərzində səslər çıxarır. Alman
Rudolf Dizelin hazırladığı mühərriki digər həmyerlisi Hüqo Güldner daha da
təkmilləşdirmişdi.
Müəllif: Eşqin İbrahimov

Sual 23.

Ötən əsrin 70-ci illərində Mayamiyə turist axını kəskin zəifləmiş və bölgənin keçmiş
parlaq, rəngarəng günlərindən əsər-əlamət qalmamışdı. Stendapçı Larri Brüs həmin
dövrdə belə bir zarafat etmişdi: "Mayami ONLARIN öldüyü yerdir". Söhbətin nələrdən
getdiyini bildinizsə, əvvəlki mətndə buraxlmış 2 hərfi yazın.
Cavab: n, e

Sayılma meyarı: Yalnız dəqiq cavablar


Şərh: Turistik bölgə olan Mayami özünün parlaq gecələri, reklamlarla, neon lampalarla
dolu küçələri ilə tanınırdı. Lakin böhrandan sonra artıq həmin neonlar diqqətdən kənar
qalmağa və qorxulu kinolarda olduğu kimi yanıb sönməyə başlamışdı. Stendapçı da
məhz buna görə şəhəri "neonların öldüyü yer" adlandırmışdı.
Müəllif: Eşqin İbrahimov
Sual 24.

Rekvizit:

Qarşınızdakı canlını antropoloq Miron Şekli BURAXILMIŞ SÖZ üçün ilham mənbəyi
olduğunu iddia edir. Leonard Koenin mahnısında ilk əvvəl yandırsa da, sonradan
sakitləşən qadın xarakteri BURAXILMIŞ SÖZ bənzədilir. BURAXILMIŞ SÖZÜ kapitalizasiya
nəzərə almadan yazın.

Cavab: yoda
Şərh: Rekvizitdə Cənub-Şərqi Asiya meşələrində yaşayan uzuntopuqlu idi. Şəkildən də
göründüyü kimi uzuntopuqlular çox kiçik boya, iri gözlərə sahibdirlər.Bu xüsusiyyətləri
əsas gətirən antropoloq Miron Şekli məhz “Ulduz müharibələri” franşizasının personajı
Yodanın məhz bu canlıdan ilhamlanaraq yaradıldığını iddia etmişdi. Leonard Koenin
mahnısında isə ilk əvvəl yandırsa da sonradan sakitləşən qadın xarakteri yoda bənzədilir.
Müəllif: Toğrul Qurbanov

Sual 25.

Dünyadakı ilk ALFAlardan biri Osmanlı dönəmində hazırlanmışdı və timsah formasında


idi. “72 metr” adlı filmdə hadisələr ALFA-da cərəyan edir. ALFANI iki sözlə cavab
kartınıza yazın.
Cavab: Sualtı qayıq
Sayılma meyarı: Sualtı gəmi.
Şərh: Timsah bildiyimiz kimi həm suda, həm də quruda yaşaya bilən canlıdır. Timsah
formasında hazırlanmış sualtı qayıq tam suyun altına girə bilir, daha sonra isə suyun
üzərinə çıxırdı. “72 metr” adlı filmdə hadisələr dənizin 72 metr altında, sualtı qayıqda
cərəyan edir.
Müəllif: Səbuhi Göyüşov

Sual 26.
Tomas Harret XIX əsrin ikinci yarısında minlərlə qulun azadlığa çıxmasında yaxından
iştirak etmişdi. Bu haqda danışılan məqalədə BURA "Vəd edilmiş torpaqların Başlanğıcı"
adlandırılır. BURADA yerləşən körpülərdən biri Göyqurşağı adını daşıyır. BURANI
defisdən istifadə edərək bir neçə sözlə yazın.

Cavab:ABŞ-Kanada sərhədi
Şərh: Cənub ştatlarından qullar azad olmaq üçün yeraltı dəmiryolu vasitəsilə şimala
doğru gizlincə qaçırdılar. Həmin dövrdə yardım edən şəxslərdən olan Tomas Harreti
zənci qullar yəhudiləri xilas edən Musa peyğəmbərlə müqayisə edərək "Bizim Musa"
adlandırırdılar. Məhz yeraltı dəmiryolu vasitəsilə Kanadaya çatdıralacaqları bildirilən zənci
qullar oranı Vəd edilmiş torpaqlarla müqayisə edirdilər. Sualın ikinci hissəsində isə ABŞ-
Kanada sərhədində yerləşən Niaqara şəlaləsi üzərinə göyqurşağı düşmüş olur. Bu
səbəbdən ABŞ-ın Nyu-York ştatını Kanadanın fransızdilli Ontario əyalətilə birləşdirən
körpüyə “Göyqurşağı” adı verilmişdir.
Müəllif: Toğrul Qurbanov

Sual 27.
XIX əsrin ortalarında baş tutan and içmə mərasimində Jak Viqe BUNU “bizim meşələrin
kralı” adlandırmışdı. BUNU saitləri qalın bir sözlə deyin.
Cavab: ağcaqayın
Şərh: Bundan əvvəlki sualda da Kanadadan bəhs etmişdik və orada fransız dilli olması
barədə məlumat vermişdik. XIX əsrin ortalarında Monrealın ilk meri seçilən Jak Viqe
ağcaqayın ağacını bizim meşələrin kralı adlandırmışdı. Belə ki görünüşcə ağcaqayın
yarpağı çox zaman taca bənzədilir.
Müəllif: Toğrul Qurbanov

Sual 28.

Texas təbiətinə xas olan bir siçan növü bəzi düşmənlərindən xilas olmaq üçün bəzən
ALFALARIN üzərində dayanır. Azteklər qıvrılmış sərt ALFALARDAN balıq tutarkən istifadə
edirdilər. İKS ilə əvəz etdiyimiz 2 sözü yazın.

Cavab: Kaktus tikanı

Sayılma meyarı: Kaktus iynəsi; Kaktus yarpağı


Şərh: Texasın təbiəti olduqca quraqdır. Burada ilanlar əsasən siçanlarla qidalanırlar.
Sözügedən siçan növü isə möhkəm ayağı sayəsində ilanlardan qaçarkən kaktus
tikanlarının üzərində dayanır. Beləcə, yumşaq qarınlı ilanlar kaktus tikanı üzərində
hərəkət edə bilmir. Azteklər isə qıvrılmış və sərtləşmiş kaktus tikanlarını tilovlarında
qarmaq kimi istifadə edərdilər.
Müəllif: Eşqin İbrahimov

Sual 29.
ALFA müəllifi kimi çalışan Ceyms Vonq müsahibələrindən birində zarafatla özünü
dünyanın ən çox oxunan yazarı adlandırmışdı. Meksikada ALFALAR tako formasında olur.
ALFANI iki sözlə yazın.
Cavab: tale peçenyeləri
Sayılma meyarı: arzu peçenyeləri, fortune cookies,печенье с предсказанием və
mənaca oxşar cavablar
Şərh: Ceyms Vonq məhz çin əsilli amerikalıdır. Ad və soyadından şəxsin şərq əsilli
olmasına çıxmaq olardı. Məhz ABŞ-da daha geniş yayılmış tale peçenyelərinin içərisində
insanlara ünvanlanan arzular, aforizmlər yer alır. Ceyms Vonq 2017-ci ildən tale
peçenyeləri istehsalı ilə məşğul olan "Wonton Food" adlı şirkətdə həmin peçenyelərin
yazarı kimi tanınır.
Müəllif: Toğrul Qurbanov
Sual 30.

Botoksun daimi istifadəçilərindən biri olan aktrisa Kim Novak 2014-cü il Oskar
mükafatlandırma mərasiminin aparıcılarından idi. Bir izləyici zarafatla bildirmişdi ki, Kim
Novakın məhz bu mənbəyə Oskarı təqdim etməsi simvolikdir. Söhbətin hansı mənbədən
getdiyini tapın.
Cavab: “Frozen” cizgi filmi
Şərh: Çoxlu sayda botoksdan istifafə edən şəxsin siması daşlaşır və donuq vəziyyətə
düşmüşdür. Adətən bu insanların “frozen face”, yəni “donmuş sima”ya sahib olmaları
bildirilir. Maraqlıdır ki, 2014-cü ildə Oskar mükafatının mərasimində "Frozen" cizgi
filminə mükafatı təqdim edən Kim Novakın danışmaqda çətinlik çəkməsini və donuq
simasını görən bir çox izləyici əslində mükafatın onun tərəfindən verildiyini simvolik
olduğunu və sanki özünə verilməsini qeyd etmişdilər. Beləcə başlanğıcda olduğu kimi
paketi Oskar təqdimat mərasimi ilə bitirdik.
Müəllif: Toğrul Qurbanov

You might also like