Fatimə

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 29

Topic: Places

1.Are parks important for a city?


Yes, parks are important for cities. In the evening, on weekends, the number of
residents who come to the park increases even more. People gather with their
family members and relatives in the recreation areas of the park and organize
picnics. This forms a new culture of recreation in our citizens.
2. Are there many public parks or gardens in your country?
In accordance with the instructions and recommendations of the head of state Mr.
Ilham Aliyev, new greenery, forest massifs, recreation parks and gardens are being
built in all corners of our country, especially in our capital city of Baku, and the
existing green areas are being further expanded. This once again proves that
Azerbaijan is a country of parks. There are already about 300 parks, gardens and
recreational spaces in the city of Baku, and the process of building new parks and
major repair and reconstruction of existing ones continues.
One of the parks that gives special beauty to our capital is the culture and
recreation park named after "Nizami Ganjavi". In the park with an area of 11.2
hectares, all conditions have been created for the efficient recreation of the
residents of the capital and the guests of our city. The park was opened on
December 30, 2021.

3. What do you like to do when visiting a park?


I like to walk in the fresh air in the park, play with children and have fun. I also
like to have a picnic with my friends in the park. It is better to walk in the park and
have a picnic in the summer months. Most of us know the Botanic Garden, which
is considered one of the green cultural centers of Baku, as the "Botanical Garden".
It is very nice to have a picnic in this garden which is rich with countless
specimens of flora.
4. Would you prefer to play in a personal garden or public garden?
I prefer to play and have fun in the public garden. Because there are many people
in those areas. I love spending time with people, socializing. I am happy to see
people of different age groups in the parks. I spend my day productively by playing
with children, talking with my peers, and receiving advice from elders.
5. How are the parks today different from those you visited as a kid?
Previously, there were few parks. Today, almost every region has beautiful parks
decorated with unique plants and various attractions. In addition, today's parks are
located in beautiful scenic locations. Today's parks are more comfortable and more
suitable for recreation.
6. What kind of places do you like to visit in your free time?
Traveling is a factor that directly affects the enrichment of a person's world view.
But of course, the benefit of traveling is not only that. So, during the trip, we get
away from our daily monotonous life, even for a while, heavy work routine,
nervousness, stress, and many other problems get away from us, even for a short
time, which helps us relax a bit spiritually and gather energy to work more
diligently and effectively. is helpful. We get a chance to be alone and think better
about our future life and plans in a quiet environment. So I mostly like to visit
quiet places in my free time. In addition, I go to libraries, read fiction books on
various topics, and visit martyrs' alley. Additionally, when I have a lot of free time,
I explore different fun places.
7. Which one would you prefer: noisy or quiet places?
I mostly prefer quiet places. Because I relax more in quiet places. Quiet places help
me to think more and make the right decisions.
8. What do you do when the place is too noisy or too quiet?
Basically, I try to fit in the places I go to within a certain period of time. But since
I don't like noisy places, if the noise goes on too much, I go to quieter places.
Noisy spaces are tiring.
9. What was your favourite part of your flat when you were a child?
As a child, my favorite place in our house was the balcony. Because when I was at
home, I watched the children from the balcony. Children were playing interesting
games in the yard. After seeing them, I was going to play with them.
Tərcümə:
Mövzu: Məkanlar
1.Parklar bir şəhər üçün vacibdirmi?
Bəli, parkların olması şəhərlər üçün vacibdir. Axşam saatlarında, istirahət
günlərində parka gələn sakinlərin sayı daha da artır. İnsanlar ailə üzvləri, yaxınları
ilə parkdakı istirahət guşələrinə toplaşır, pikniklər təşkil edirlər. Bu da
vətəndaşlarımızda yeni istirahət mədəniyyəti formalaşdırır.
2. Ölkənizdə çoxlu ictimai parklar və ya bağlar varmı?
Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq
ölkəmizin bütün guşələrində, xüsusən də paytaxtımız Bakı şəhərində yeni
yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıqlar
abadlaşdırılır. daha da genişləndirilir. Bu bir daha sübut edir ki, Azərbaycan
parklar ölkəsidir. Bakı şəhərində artıq 300-ə yaxın park, bağ və istirahət məkanı
var və yeni parkların salınması, mövcud parkların əsaslı təmiri və yenidən
qurulması prosesi davam etdirilir.
Paytaxtımıza xüsusi gözəllik verən parklardan biri də “Nizami Gəncəvi” adına
mədəniyyət və istirahət parkıdır. Sahəsi 11,2 hektar olan parkda paytaxt
sakinlərinin və şəhərimizin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait
yaradılmışdır. Park 30 dekabr 2021-ci ildə istifadəyə verilib.
3. Parka gedəndə nə etməyi xoşlayırsınız?
Mən parkda təmiz havada gəzməyi, uşaqlarla oynayıb əylənməyi daha çox
sevirəm. Bundan başqa parkda rəfiqələrimlə piknik etməyi də sevirəm. Əsasən yay
aylarında parkda gəzmək, piknik etmək daha gözəldir. Bakının yaşıl mədəni
mərkəzlərindən biri hesab olunan Nəbatat bağını çoxumuz “Botanika bağı” kimi də
tanıyırıq. Saysız-hesabsız flora nümunələri ilə zəngin olan bu bağda piknik etmək
çox gözəldir.
4. Şəxsi bağda yoxsa ictimai bağda oynamağa üstünlük verirsiniz?
İctimai bağda oynamağa, əylənməyə daha çox üstünlük verirəm. Çünki həmin
ərazilərdə insanlar çox olur. Mən insanlarla vaxt keçirməyi, sosiallaşmağı sevirəm.
Parklarda müxtəlif yaş qruplarından olan insanların olması məni sevindirir.
Uşaqlarla oynayıb, yaşıdlarımla söhbət edib, yaşlılardan nəsihətlər alaraq günümü
səmərəli keçirirəm.
5.Bugünkü parklar uşaq vaxtı səyahət etdiyiniz parklardan nə ilə fərqlənir?
Əvvəllər parkların sayı az idi. Bugün artıq demək olar ki, hər bölgənin
özünəməxsus bitkilərlə, müxtəlif attraksionlarla bəzədilmiş gözəl parkları var.
Bundan əlavə, bugünkü parklar gözəl mənzərəli məkanlarda salınıb. Bugünkü
parklar daha komfortludur və istirahət üçün daha məqsədəuyğundur.
6. Boş vaxtlarınızda hansı yerləri ziyarət etməyi xoşlayırsınız?
Səyahət etmək insanın dünya görüşünün daha da zənginləşməsinə birbaşa
təsir edən faktordur. Amma səyahət etməyin faydası təbii ki təkcə bu deyil.
Belə ki səyahət zamanı biz bir müddətlik də olsa gündəlik monoton
həyatımızdan uzaqlaşmış oluruq, ağır iş rejimi, əsəb, stress, bir çox digər
problemlər qısa müddətə də olsa bizdən uzaqlaşır, bu da bizim mənəvi
cəhətdən bir qədər rahatlaşmağımıza və enerji yığıb daha səylə və effektiv
çalışmağımıza yardımçı olur. Özümüzlə baş-başa qalıb sakit bir mühitdə öz
gələcək həyatımız və planlarımız barədə daha da yaxşı düşünmək şansı əldə
edirik. Buna görə də mən boş vaxtlarımda əsasən sakit yerləri ziyarət etməyi
xoşlayıram. Bundan başqa kitabxanalara gedib, müxtəlif mövzularda bədii kitablar
oxuyuram, şəhidlər xiyabanını ziyarət edirəm. Əlavə olaraq, boş vaxtım çox
olduqda müxtəlif əyləncəli yerlər kəşf edirəm.
7. Hansına üstünlük verərdiniz: səs-küylü və ya sakit yerlər?
Mən əsasən sakit yerlərə üstünlük verirəm. Çünki sakit yerlərdə daha çox istirahət
edirəm. Sakit yerlər daha çox düşünməyimə, düzgün qərarlar almağıma kömək
edir.
8. Məkan çox səs-küylü və ya çox sakit olduqda nə edirsiniz?
Əsasən getdiyim yerlərə müəyyən müddət ərzində uyğunlaşmağa çalışıram. Lakin
səs-küylü məkanları sevmədiyim üçün səs-küy çox davam edərsə, daha sakit
məkanlara gedirəm. Səs-küylü məkanlar yorucu olur.
9. Uşaqlıqda mənzilinizdə ən çox sevdiyiniz yer hansı idi?
Uşaqlıqda evimizdə ən çox sevdiyim məkan balkon idi. Çünki evdə olduğum
zaman balkondan uşaqlara baxırdım. Uşaqlar həyətdə maraqlı oyunlar
oynayırdılar. Onları gördükdən sonra mən də onlarla oynamağa gedirdim.

Topic: Country
1.Where is your hometown?
My hometown is Sumgait. Sumgait city was built in 1949. It is the second largest
city after Baku in terms of population and industrial importance. There are various
legends about the name of the city. One of them is this: it is taken from the name
of the caravanserai that was on the coast of Sumgaitchay. Haji Zeynalabdin,
Jeyranbatan, Old Corat, New Corat, Novkhani, Chemists, Builders, Kotej, Yashma
and Saray settlements, Green Valley, Sumgait Station, Gurd Valley, Sarigaya,
Khazar gardens residential areas, 21 microdistricts and more than 67 city
administrative districts included in the area.
2.Do you like your hometown? Why?
Yes, I was born here and grew up here. That's why this city is very close to me. I
have walked everywhere in this city and I love every place.
3.How long have you been living in your hometown?
Since 2005, I have been living in Sumgait, my hometown. I have been living in
this city for 17 years.
4.Do you believe it is a proper place to grow up? Why?
Yes, I believe. All regions of Azerbaijan are beautiful. However, the city of
Sumgait is one of the most beautiful cities of the Republic of Azerbaijan. I love the
air, water, people and places of Sumgayit.
5.How could your hometown be improved?
My hometown is getting more beautiful day by day. For its development and
beautification, the head of the Sumgayit City Executive Authority takes many
measures. The beautiful places created in Sumgait city, Nizami Cinema, Sumgait
Drama Theater, House of Culture, History Museum, Flag Museum, Sumgait
Boulevard, etc. An example can be given. After the visit of the President of the
Republic of Azerbaijan Ilham Aliyev to Sumgait in 2011, Sumgait Boulevard was
established in 2016.
6.Has your hometown changed much since you were a child?
Yes, it has changed a lot. The city of Sumgait is changing and becoming more
beautiful day by day. In my childhood, there were not so many places to visit in the
city of Sumgayit. Today, Sumgait city is one of the most beautiful cities in
Azerbaijan.
7.Is there good public transportation in your hometown?
Yes, of course. There is a transport line that passes through every microdistrict and
settlement of the city. The abundance of public transport ensures the convenience
of city residents.
8.Will you be moving away from your hometown?
I travel to different cities for vacation. But I don't want to leave the city where I
live once and for all. Because I love my hometown.

Mövzu: Ölkə
1.Doğma şəhəriniz haradır?
Mənim doğma şəhərim Sumqayıtdır. Sumqayıt şəhəri 1949-cu ildə salınıb. Əhali
sayına və sənaye əhəmiyyətinə görə Bakıdan sonra ikinci böyük şəhərdir. Şəhərin
adı ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Onlardan biri də budur:
Sumqayıtçayın sahilində olmuş karvansarayın adından götürülmüşdür. Hacı
Zeynalabdin, Ceyranbatan, Köhnə Corat, Yeni Corat, Novxanı, Kimyaçılar,
İnşaatçılar, Kotej, Yaşma və Saray qəsəbələri, Yaşıl dərə, Stansiya Sumqayıt, Qurd
dərəsi, Sarıqaya, Xəzər bağları yaşayış massivləri, 21 mikrorayon və 67-dən çox
şəhər məhəllələri inzibati əraziyə daxildir.
2. Doğma şəhərinizi bəyənirsiniz? Niyə?
Bəli, mən burada doğulub, burada böyümüşəm. Ona görə bu şəhər mənə çox
doğmadır. Bu şəhərin hər yerini qarış-qarış gəzmişəm və hər yerini çox sevirəm.
3. Neçə ildir ki, doğma şəhərinizdə yaşayırsınız?
Mən 2005-ci ildən doğma şəhərim olan Sumqayıt şəhərində yaşayıram. 17 ildir ki
artıq bu şəhərdə yaşayıram.
4.Böyümək üçün uyğun yer olduğuna inanırsınızmı? Niyə?
Bəli inanıram. Azərbaycanın bütün bölgələri gözəldir. Lakin Sumqayıt şəhəri
Azərbaycan Respublikasının ən gözəl şəhərlərindən biridir. Sumqayıtın havasını,
suyunu, insanlarını, məkanlarını çox sevirəm.
5. Doğma şəhərinizi necə inkişaf etdirmək olar?
Doğma şəhərim günü-gündən gözəlləşir. Onun inkişaf etdirilməsi üçün,
gözəlləşdirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı çoxsaylı
tədbirlər görür. Sumqayıt şəhərində yaranan gözəl məkanları, Nizami Kinoteatrını,
Sumqayıt Dram Teatrını, Mədəniyyət evini, Tarix muzeyini, Bayraq Muzeyini,
Sumqayıt Bulvarını və s. Buna misal göstərmək olar. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2011-ci ildə Sumqayıta səfərindən sonra 2016-cı ildə
Sumqayıt Bulvarı yaradılmışdır.
6.Uşaqlığınızdan bəri doğma şəhəriniz çox dəyişibmi?
Bəli, çox dəyişib. Sumqayıt şəhəri gün keçdikcə daha çox dəyişir və gözəlləşir.
Uşaqlığımda Sumqayıt şəhərində bu qədər çox gəzməli məkanlar yox idi. Bugün
isə Sumqayıt şəhəri Azərbaycanın ən gözəl şəhərlərindən biridir.
7. Doğma şəhərinizdə yaxşı ictimai nəqliyyat varmı?
Bəli, əlbəttə. Şəhərin hər bir mikrorayonundan, qəsəbəsindən keçən nəqliyyat xətti
mövcuddur. İctimai nəqliyyatın çoxluğu şəhər sakinlərinin rahatlığını təmin edir.
8. Doğma şəhərinizdən uzaqlaşacaqsınız?
İstirahət üçün fərqli şəhərlərə səyahət edirəm. Lakin yaşadığım şəhərdən birdəfəlik
uzaqlaşmaq istəmirəm. Çünki doğma şəhərimi çox sevirəm.

Topic: Media and Technology


1.What apps do you often use?
Whatsapp is the most used platform by everyone today. Also I often use Whatsapp.
Whatsapp is very easy to use. Through it, people communicate with each other
both by voice and video. In modern times, Whatsapp is one of the most convenient
platforms for people to communicate with each other over long distances.
2. Which ones are popular in your country?
Popular applications in Azerbaijan today include Whatsapp, Instagram, Tiktok,
Facebook, Twitter, etc. belongs to. Through these programs, people can easily
learn about the happenings in the country, society, and even the world. In addition,
even people can freely express their opinions and opinions on the happenings.
Social networking applications are powerful Mass Media.
3. Do you want to make an app of your own in the future?
It would be great if everyone had a program of their own. But not everyone has the
same strength and not everyone can do it. I don't think I can do such a difficult job.
4. What kinds of apps do you expect in the future?
There are many programs that are popular in the world today. Each of these
programs has its own characteristics. In my opinion, today technology has already
developed a lot. There are all kinds of apps that people need. Therefore, I think that
for the future it is enough to work on these programs and develop them further.

Mövzu: Media və Texnologiya


1.Tez-tez hansı proqramlardan istifadə edirsiniz?
Bugün hər kəsin ən çox istifadə etdiyi Whatsapp platformasıdır. Həmçinin mən də
tez-tez Whatsapp-dan istifadə edirəm. Whatsapp-in istifadəsi çox asandır. Onun
vasitəsilə insanlar bir-biriləri ilə həm yazışır, həm səsli, həm də görüntülü
danışırlar. Müasir dövrdə Whatsapp uzaq məsafədə olan insanların bir-biri ilə
ünsiyyəti üçün ən rahat platformalardan biridir.
2. Ölkənizdə hansılar məşhurdur?
Bugün Azərbaycanda məşhur olan tətbiqlərə Whatsapp, İnstagram, Tiktok,
Facebook, Twitter və s. aiddir. Bu proqramlar vasitəsilə insanlar asanlıqla ölkədə,
cəmiyyətdə, hətta dünyada baş verən hadisələri öyrənə bilirlər. Bundan başqa, hətta
insanlar baş verən hadisələrə sərbəst şəkildə öz fikirlərini, rəylərini bildirə bilirlər.
Sosial şəbəkə proqramları güclü Kütləvi İnformasiya Vasitələridir.
3. Gələcəkdə özünüzə aid proqram yaratmaq istəyirsiniz?
Hər kəsin özünə aid yaratdığı bir proqramı olsa çox yaxşı olar. Lakin hər kəs eyni
gücə malik deyil və hər kəs bunu bacarmır. Düşünürəm ki, belə çətin bir işi mən də
bacarmaram.
4. Gələcəkdə hansı proqram növlərini gözləyirsiniz?
Müasir dövrdə dünyaca məşhur olan çoxsaylı proqramlar mövcuddur. Bu
proqramların hər birinin özünəməxsus xüsusiyyətləri var. Mənim fikrimcə bugün
artıq texnologiya çox inkişaf edib. İnsanların ehtiyacı olan bütün növ proqramlar
mövcuddur. Buna görə də düşünürəm ki, gələcək üçün bu proqramlar üzərində
çalışıb onları daha da inkişaf etdirmək kifayətdir.
Topic: Entertainment
1.How do you celebrate New Year?
New Year is a family holiday, it should be spent surrounded by close and dear
people. They say that how you welcome the year is how you send it off. In our
country, they welcome the New Year at a big festive table. A variety of dishes and
mainly Champagne are on the table. It seems to people that we have been
celebrating this holiday for centuries, but in fact, the beginning of celebrating the
New Year in Azerbaijan coincides with the times of the USSR. Now December 31
in Azerbaijan is not only the New Year, but also the Day of Solidarity of
Azerbaijanis of the World. Everyone wants to celebrate these two intertwined
holidays in a memorable way. Some at home, some in a restaurant, some on a trip.
2. Do you still remember a New Year that you celebrated in your childhood?
From my childhood until now, I have always loved the "New Year" holiday.
Because the new year is different from other holidays. There was always hope in
the New Year holiday. With each new year, I hoped that the difficulties of the old
year would be left behind, that new and different things would happen. I believed
that Santa Claus would come, bring gifts and ask what I wanted.

3. How did you celebrate the last New Year?


I celebrated the last New Year with my family around a beautiful table. We had
interesting conversations with our family members and talked about our plans for
the upcoming new year. Later, when it was 12 o'clock, we had fireworks like
everyone else.
4. Do you have any ceremonies to celebrate the New Year in your country?
In our country, they welcome the New Year at a big festive table. A variety of
dishes and mainly Champagne are on the table. It seems to people that we have
been celebrating this holiday for centuries, but in fact, the beginning of celebrating
the New Year in Azerbaijan coincides with the times of the USSR. Now December
31 in Azerbaijan is not only the New Year, but also the Day of Solidarity of
Azerbaijanis of the World. Everyone wants to celebrate these two intertwined
holidays in a memorable way. Some at home, some in a restaurant, some on a trip.
5. How do most people celebrate New Year in your country?
Most people in Azerbaijan welcome the new year with their families. People gather
around the table, taste various dishes, and have pleasant conversations with each
other. Later, they celebrate the new year with fireworks in the streets.
6. Why do people think New Year is a new beginning?
Because in the New Year, the calendar is renewed, the year begins again. The new
year is considered a wonderful opportunity for new beginnings. Stating that the
New Year is generally seen as a good opportunity for new resolutions, new
beginnings or endings, experts emphasize that in addition to external factors,
internal factors such as thoughts and feelings are also important for the realization
of New Year's goals. December 31 is one of the dates that most people think of as
a new milestone when they think of birthdays, anniversaries and special days. That
night, when the clock strikes 12, the white page opens and all the negativity feels
left behind. Relationships and daily life are put in order by making new decisions.
7. How important is celebrating New Year in your country?
In fact, the New Year is not a Muslim holiday. Therefore, it is not so important to
celebrate the New Year in our country. There are even some families that do not
celebrate the New Year for this very reason. However, since this date is also
celebrated as World Day of Solidarity of Azerbaijanis, most people in our country
celebrate this date as a public holiday.
8. What is your opinion on having to work on New Year’s Day?
Since New Year's Day is a significant day in our country, it is considered a non-
working day. But this applies to those working in the public sector. People
working in private enterprises are also forced to work on holidays. In my opinion,
it would be very good if the holidays are at least half a working day in the private
sector as well. Because everyone wants to celebrate the holiday with their family.
9. How did you celebrate Nowruz (Aid, Ramadan)?
As with other holidays, I celebrated Novruz with my family. My family and I
gathered around a beautiful table and shared our holiday joy. On the holiday
evening, we gathered around a bonfire. Later, I performed ear divination, one of
the interesting beliefs of the holiday.
10. What do you like about Nowruz?
Nowruz is my favorite holiday. Nowruz holiday is very colorful and fun. On this
holiday, all of us, young and old, talk, laugh, have fun, and spend pleasant
moments together. Kekal and kosan performances add a special beauty to Novruz.
They bring joy to everyone and make the holiday unforgettable with their funny
stories and fun games. One of my favorite traditions in Nowruz is throwing a hat.
It is very nice to wait with curiosity and excitement, and then share the Nowruz
gift with friends. Another popular custom of Nowruz is to stay on a bonfire and
jump over it. It is really nice for relatives and neighbors to gather around a fire,
have fun, and share each other's joy. In Nowruz, hearts burn with joy like bonfires,
eyes shine in the dark like firelights. Most of all, I love to paint eggs and have egg
fights.
11. How do you usually celebrate Nowruz (Aid, Ramadan, and so on.)?
Novruz as a holiday is widely celebrated on the occasion of the arrival of spring
and is dedicated to a joyful occasion - the end of winter and the arrival of spring.
Celebrating Novruz means welcoming the new year, the first day of spring.
Nowruz holiday is celebrated with great pomp in our country. One of the main
attributes of Nowruz is the Nowruz table. According to our beliefs, the more
abundant and varied the blessings on the table, the more blessed the year will be.
One of the main features of the table on Nowruz holiday is that sweet dishes
should be placed on the table. From sweets, baklava, shakerbura, sweet cranberry,
badambura, etc. can be counted. In addition, ribs are roasted, various syrups and
national drinks are served. According to the custom, 7 types of food starting with
the letter "s" are placed on the table. Bonfires are left, and people jump over them
and think that they are burning their weight in the fire.

Mövzu: Əyləncə
1.Yeni ili necə qeyd edirsiniz?
Yeni il ailəvi bayramdır, onu yaxın və doğma insanların əhatəsində keçirmək
lazımdır. Belə deyirlər ki, ili necə qarşılasan elə də yola salarsan. Yeni il
bayramında yolka qurulur, süfrə açılır, milli mətbəximizdən olan müxtəlif
yeməklər hazırlanır. Gecə saat 12 olduqda Yeni il atəşfəşanlıq ilə qarşılanır.
2.Uşaqlıqda qeyd etdiyiniz Yeni ili hələ də xatırlayırsınız?
Uşaqlığımdan bu günə qədər həmişə "yeni il" bayramını çox sevmişəm. Çünki yeni
il başqa bayramlardan fərqlidir. Həmişə yeni il bayramında ümid olurdu. Hər yeni
ildə ümid edirdim ki, yeni fərqli şeylər baş verəcək köhnə ildə olan çətinliklər
geridə qalacaq. Şaxta babanın gələcəyinə, hədiyyələr gətirəcəyinə və nə istədiyimi
soruşacağına inanırdım.
3.Sonuncu Yeni ili necə qarşıladınız?
Sonuncu Yeni ili ailəmlə gözəl süfrə ətrafında qarşıladım. Ailə üzvlərimiz ilə
maraqlı söhbətlər etdik, qarşıdan gələn yeni il üçün olan planlarımızdan danışdıq.
Daha sonra saat 12 olduqda isə hər kəs kimi atəşfəşanlıq etdik.
4.Ölkənizdə Yeni ili qarşılamaq üçün hər hansı mərasimləriniz varmı?
Bizim ölkədə Yeni ili böyük bayram süfrəsi arxasında qarşılayırlar. Süfrədə
müxtəlif cür taamlar və əsasən Şampan şərab olur. Adama elə gəlir ki, biz bu
bayramı əsrlərdən bəri qeyd edirik, amma əslində Yeni ilin Azərbaycanda qeyd
edilməyə başlaması SSRİ dövrlərinə təsadüf edir. İndi isə Azərbaycanda 31 dekabr
ancaq Yeni il deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bir-
birinə qarışan bu iki bayramı hamı yaddaqalan şəkildə qeyd etmək istəyir. Kimi
evdə, kimi restoranda, kimi isə səyahətdə.
5.Ölkənizdə insanların əksəriyyəti Yeni ili necə qeyd edir?
Azərbaycanda insanların əksəriyyəti yeni ili ailəsi ilə birliklə qeyd edirlər. İnsanlar
bir süfrə ətrafında toplaşıb müxtəlif təamların dadına baxır, bir-biriləri ilə xoş
söhbətlər edirlər. Daha sonra Yeni ili küçələrdə atəşfəşanlıqla qarşılayırlar.
6.İnsanlar niyə Yeni ilin yeni başlanğıc olduğunu düşünürlər?
Çünki Yeni ildə təqvim yenilənir, il yenidən başlayır. Yeni il yeni başlanğıclar
üçün gözəl fürsət hesab olunur. Yeni ilin ümumiyyətlə yeni qərarlar, yeni
başlanğıclar və ya sonlar üçün yaxşı bir fürsət olaraq görüldüyünü ifadə edən
mütəxəssislər, yeni il hədəflərinin reallaşması üçün xarici faktorlarla yanaşı,
düşüncə və hisslər kimi daxili faktorların da əhəmiyyətli olduğunu vurğulayırlar.
31 dekabr ad günləri, yubileylər və özəl günlər deyəndə əksər insanların ağlına
yeni bir mərhələ kimi gəldiyi tarixlərdən biridir. Həmin gecə saat əqrəbi 12-ni
vuranda ağ səhifə açılır və bütün neqativlərin geridə qaldığı hiss olunur.
Münasibətlər və gündəlik həyat yeni qərarlar qəbul edilərək qaydaya salınır.
7.Ölkənizdə Yeni ili qeyd etmək nə dərəcədə vacibdir?
Əslində Yeni il müsəlmanların bayramı deyil. Buna görə də bizim ölkəmizdə Yeni
ili qeyd etmək bir o qədər də vacib deyil. Hətta bəzi ailələr var ki, məhz bu
səbəbdən Yeni ili qeyd etmirlər. Lakin bu tarix həm də Dünya azərbaycanlıların
Həmrəylik Günü kimi qeyd olunduğunu görə ölkəmizdə bu tarixi əksər insanlaer
bayram kimi qeyd edirlər.
8.Yeni il günü işləmək məcburiyyətində qalmağınız barədə nə düşünürsünüz?
Yeni il günü ölkəmizdə əlamətdar gün olduğu üçün qeyri-iş günü hesab olunur.
Lakin bu dövlət sektorunda işləyənlərə aiddir. Özəl müəssisələrdə çalışan insanlar
bayram günləri də işləməyə məcbur olurlar. Mənim fikrimcə bayram günləri özəl
sektorlarda da ən azından yarım iş günü olarsa çox yaxşı olar. Çünki hər kəs
bayramı ailəsi ilə birlikdə qeyd etmək istəyər.
9. Novruzu necə qeyd etdiniz?
Digər bayramlarda olduğu kimi, Novruz bayramını da ailəmlə birlikdə qeyd etdim.
Ailəmlə gözəl süfrə ətrafında toplaşıb bayram sevincimizi bölüşdük. Bayram
axşamında tonqal qalayıb ətrafına yığıldıq. Daha sonra bayramın maraqlı
inanclarından biri olan qulaq falını etdim.
10.Novruz bayramında xoşunuza gələn nədir?
Novruz mənim ən sevdiyim bayramdır. Novruz bayramı çox rəngarəng və
əyləncəli dir. Bu bayramda böyükdən-kiçiyə hər birimiz deyir, gülür, əylənir, birgə
xoş anlar keçiririk. Keçəl və kosanın tamaşaları Novruza ayrı bir gözəllik qatır.
Onlar öz gülməli söz-söhbətləri, əyləncəli oyunları ilə hər kəsə sevinc bəxş edir,
bayramı unudulmaz edirlər. Novruzda ən sevdiyim adətlərdən biri də papaq
atmaqdır. Maraq və həyəcanla papaq atıb gözləmək, daha sonra novruz sovqatını
dostlarla bölüşmək olduqca gözəldir. Novruzun ən çox sevilən digər adəti tonqal
qalamaq və üstündən tullanmaqdır. Qohum-qonşuların bir odun ətrafında
toplanması, əylənməsi, bir-birinin sevincinə şərik olması həqiqətən gözəldir.
Novruzda ürəklər də tonqallar kimi sevincdən alışıb-yanır, gözlər odun işıqları
kimi qaranlıqda parlayır. Mən ən çox da yumurtaları boyamağı və yumurta
döyüşdürməyi sevirəm.

11. Novruzu adətən necə qeyd edirsiniz ?


Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd
olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.
Ölkəmizdə Novruz bayramı böyük təmtəraqla qeyd olunur. Novruzun əsas
atributlarından biri Novruz süfrəsidir. İnanclarımıza görə, süfrəyə düzülən
nemətlər nə qədər bol, çeşidli olarsa, il bir o qədər bərəkətli olar. Novruz
bayramında süfrənin əsas özəlliyindən biri də budur ki, süfrəyə şirin yeməklər
qoyulmalıdır. Şirniyyatlardan paxlava, şəkərbura, şirin qoğal, badambura və s.
saymaq olar. Bundan başqa, qovurğa qovrulur, müxtəlif şərbətlər, milli içkilərə yer
verilir. Adətə görə, süfrəyə "s” hərifi ilə başlayan 7 növ ərzaq qoyulur. Tonqallar
qalanır, insanlar onun üzərindən tullanaraq öz üzərlərində olan ağırlıqları odda
yandırdıqlarını düşünürlər.

Topic: Environment
1.What kind of weather do you like most?
I like cool weather the most. Because you can't go out when the weather is too hot.
When the weather is hot, sunburns often occur. People feel uncomfortable. That's
why I always want the weather to be cool.
2. What is the weather like in your hometown?
In my hometown, the weather is often mild. The winter season is not very harsh. It
is not too hot in the summer. In general, since Azerbaijan is located in the
subtropical and temperate zone, harsh weather conditions do not prevail in our
country.
3. Do you like the weather in your hometown?
Yes, I like the weather in my hometown. In my hometown, the weather is often
mild. The winter season is not very harsh. It is not too hot in the summer. In
general, since Azerbaijan is located in the subtropical and temperate zone, harsh
weather conditions do not prevail in our country.
4. Is it reasonable to live in a place where it's always sunny?
In my opinion, it is not reasonable to live in a place where it is always sunny.
Because human needs cool air just as he needs the sun. But people who live in
places with always sunny weather are already used to these weather conditions. So
it doesn't matter to them.
5. Do you think that climate is changing?
Yes. Climate change is one of the global problems that worries the world. Climate
changes and their impact on the living world are increasingly worrying the world
community. Unstable weather conditions are felt not only in Azerbaijan but also in
several countries of the world and create problems. Increasing attention to these
problems is manifested in the holding of a number of international events,
including scientific and practical conferences. According to the latest assessment
report of the Intergovernmental Panel on Climate Change, the average temperature
on Earth has increased by 0.8 degrees in the last 100 years. The increase in
temperature is mainly due to anthropogenic factors. The basis of anthropogenic
factors are gases that create a thermal effect: carbon, methane, nitrogen oxide,
nitrogen 1 oxide and chlorine-fluorine compounds.
6. Would you prefer to move to another country where the weather is
different from yours?
I am satisfied with the weather of the country where I live. Because Azerbaijan is
located in the subtropical and temperate zone, the weather is not too harsh
regardless of the season. But if I had to move to another country, I would move to
a country with a cooler climate. Because I don't have much heat tolerance.
7. Does the weather affect your mood?
Yes, the days when the weather is very cold in winter and very hot in summer
affect my mood. I'm not in the mood when it's too cold. I don't even want to leave
the house in very cold weather. I just want to sleep at home that day. At the same
time, even when the weather is very hot, I prefer to stay at home unless I have
important work to do.
8. Does weather affect your study or work habits?
In my opinion, no matter how harsh the weather is, it should not affect our study or
work habits. Because education is for increasing our level of knowledge, and work
is for meeting our daily needs. That's why we have to continue our education and
work life regardless of the weather.
Mövzu: Ətraf mühit
1.Ən çox hansı havanı xoşlayırsınız?
Mən ən çox sərin havanı xoşlayıram. Çünki hava çox isti olduqda çölə çıxmaq
olmur. Hava isti olduqda tez-tez günvurma halları baş verir. İnsanlar özlərini
narahat hiss edirlər. Ona görə də havanın həmişə sərin keçməsini istəyirəm.
2. Doğma şəhərinizdə hava necədir?
Doğma şəhərimdə hava çox vaxt mülayim olur. Qış fəsli çox sərt keçmir. Yay
fəslində də çox isti olmur. Ümumiyyətlə Azərbaycan subtropik və mülayim
qurşaqda yerləşdiyi üçün ölkəmizdə sərt hava şəraiti hökm sürmür.
3. Doğma şəhərinizin havasını bəyənirsinizmi?
Bəli, doğma şəhərimin havasını bəyənirəm. Doğma şəhərimdə hava çox vaxt
mülayim olur. Qış fəsli çox sərt keçmir. Yay fəslində də çox isti olmur.
Ümumiyyətlə Azərbaycan subtropik və mülayim qurşaqda yerləşdiyi üçün
ölkəmizdə sərt hava şəraiti hökm sürmür.
4. Həmişə günəşli olan yerdə yaşamaq ağlabatandırmı?
Mənim fikrimcə həmişə günəşli olan yerdə yaşamaq ağlabatan deyil. Çünki insanın
günəşə ehtiyacı olduğu kimi, sərin havaya da ehtiyacı var. Lakin həmişə günəşli
hava olan yerlərdə yaşayan insanlar artıq bu hava şəraitinə öyrəşmiş olurlar. Ona
görə də bunun onlar üçün bir fərqi olmur.
5. Sizcə iqlim dəyişirmi?
Bəli. Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir.
İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox
narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir
sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə
diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki
konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası
Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer
kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən
antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan
qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil
edir.
6. Havanın sizinkindən fərqli olduğu başqa ölkəyə köçməyə üstünlük
verərdiniz?
Yaşadığım ölkənin havasından razıyam. Çünki Azərbaycan subtropik və mülayim
qurşaqda yerləşdiyi üçün fəsildən asılı olmayaraq hava çox sərt olmur. Lakin başqa
ölkəyə köçməli olsa idim havası daha sərin olan bir ölkəyə köçərdim. Çünki
mənim çox istiyə dözümüm yoxdur.
7. Hava əhvalınıza təsir edirmi?
Bəli, havanın qışda çox soyuq, yayda isə çox isti keçdiyi günlər əhvalıma təsir edir.
Hava çox soyuq olduqda əhvalım olmur. Hətta çox soyuq havada evdən çıxmaq
istəmirəm. Həmin gün ancaq evdə yatmaq istəyirəm. Eyni zamanda hava çox isti
olduğu zaman da vacib işim yoxdursa evdə olmağa üstünlük verirəm.
8. Hava sizin təhsil və ya iş vərdişlərinizə təsir edirmi?
Mənim fikrimcə hava nə qədər sərt keçsə də bu bizim təhsil və ya iş vərdişlərimizə
təsir etməməlidir. Çünki təhsil bizim bilik səviyyəmizin artırılması üçün, iş isə
gündəlik tələbatlarımızın qarşılanması üçündür. Buna görə də hava necə olursa
olsun təhsil və iş həyatımıza davam etməyə məcburuq.
Topic: Transport
1.Do you like to travel by car?
Yes, I like to travel by car. We are traveling by car with my family members. One
of the best things about traveling by car is that we can leave the house whenever
we want. Traveling by car is a real adventure and a great way to get to know our
country or neighboring countries. We reconnect with nature, discover beautiful or
strange places we would never have known.
2. When do you travel by car?
I mainly use the car when I go a long way. It is more advantageous to travel by car.
Because traveling by car allows you to see the surrounding sights more closely. At
this time, regardless of where we are going, we can stop at any place we like and
walk there, take pictures, etc.
3. What do you do when you are in a traffic jam?
When I'm in traffic, I try not to lose my temper. It is possible to use this time
effectively. At least you can listen to some good music. After all, we often
complain that we don't have time to listen to the music we like. In addition, if the
traffic jam is not short-term, then reading can be done to better estimate the time
spent.
4. What was your longest journey by car?
My longest journey by car was when I visited different regions of Azerbaijan. I
love traveling to different regions and discovering new sights in the summer. Last
summer, together with my family, we went to Ismailli district by car. We had a lot
of fun along the way.
5. Do you prefer the front seat or the back seat in the car? Why?
When traveling by car, I prefer the front seat. I usually sit in the front seat when we
go on a long drive. Because I feel uncomfortable when I sit in the back seat.
Mövzu: Nəqliyyat
1.Avtomobillə səyahət etməyi xoşlayırsınız?
Bəli, avtomobillə səyahət etməyi çox xoşlayıram. Ailə üzvlərimlə birlikdə
avtomobil ilə səyahət edirik. Avtomobillə səyahət etməyin ən üstün cəhətlərindən
biri də odur ki, istədiyimiz vaxt evdən çıxa bilirik. Avtomobil ilə səyahət əsl
macəradır və ölkəmizi və ya qonşu ölkələri tanımaq üçün əla yoldur. Təbiətlə
yenidən əlaqə qururuq, heç vaxt tanımayacağımız gözəl və ya qəribə yerlər
kəşf edirik.
2. Avtomobillə nə vaxt səyahət edirsiniz?
Əsasən çox uzun yol getdiyim zaman avtomobildən istifadə edirəm. Avtomobillə
səyahət etmək daha avantajlıdır. Çünki avtomobillə səyahət etdikdə ətrafda olan
görməli yerləri daha yaxından görməyə imkan verir. Bu zaman biz gedəcəyimizdən
yerdən asılı olmayaraq, bəyəndiyimiz istədiyimiz məkanda dayanıb orada gəzə
bilərik, şəkil çəkdirə bilərik və s.
3. Tıxacda olanda nə edirsən?
Mən tıxacda olanda çalışıram ki əhvalım pozulmasın. Bu vaxtdan da səmərəli
istifadə etmək mümkündür. Ən azı yaxşı bir musiqiyə qulaq asmaq olar. Axı çox vaxt
zövqümüzü oxşayan musiqilərə qulaq asmağa vaxt tapmamağımızdan da
şikayətlənirik. Bundan başqa tıxac əgər qısamüddətli deyilsə, bu zaman sərf olunan
vaxtı yaxşı dəyərləndirmək üçün mütaliə etmək olar.
4. Avtomobillə ən uzun səyahətiniz hansı olub?
Mənim avtomobillə ən uzun səyahətim Azərbaycanın müxtəlif bölgələrinə səfər
etdiyim zaman olub. Mən yay fəslində müxtəlif rayonlara səyahət edib yeni
görməli yerlər kəşf etməyi sevirəm. Keçən yay da ailəmlə birlikdə avtomobil ilə
İsmayıllı rayonuna getmişdik. Yolboyu çox əyrəndik.
5. Avtomobildə ön oturacağa üstünlük verirsiniz, yoxsa arxa oturacaq? Niyə?
Avtomobillə səyahət edərkən ön oturacağa üstünlük verirəm. Əsasən də uzun yol
getdiyimiz zaman ön oturacaqda otururam. Çünki arxa oturacaqda oturduğum
zaman özümü narahat hiss edirəm.

Topic: Money
1.How much do you have to spend to eat a good meal at a restaurant in your
country?
As everywhere, there are various prestigious restaurants in Azerbaijan. The price
varies depending on the location of the restaurant and the food you eat. On
average, it is possible to eat a normal meal for 30-40 manats.
2.How much do you spend on food each week?
I spend an average of 30 manats on eating out every week. Since I spend more time
away from home, I prefer eating out. Mostly I love KFC food.
3.How much do you usually spend each month on entertainment?
The amount of money I spend on entertainment varies from month to month.
Because I don't go to the same places every month. For a month, I go to different
attractions in the park for fun. I go to the cinema every other weekend. In the
month after that, I spend weekends with my girlfriends in different places. That's
why the amount of money I spend on entertainment every month varies.
4.How much do you usually spend each month on food?
I usually spend an average of 100-150 manat per month on food. However, this
amount may change. Because I don't have to eat out on holidays and days when I
don't go to university. At this time, I save my monthly expenses.
5.How much do you usually spend each month on transportation?
I spend about 20-30 manats on transportation every month. Since many places in
Sumgayit city are close, I mostly walk. However, depending on the weather
conditions or the distance of the destination, I use transport at least once a day.
6.How much does it cost to get a haircut in your country?
The price of a haircut in our country varies according to the shape of the cut hair
and the prestige of the salon. Therefore, an exact price cannot be given. But the
price of a simple haircut is about 10-15 manats.
7.How much does it cost to ride a bus in your country?
The price of a bus in our country varies depending on the distance traveled. For
example, the price of intra-city buses in Sumgait is 40 kopecks per person. The
price of buses going from the city to the region is about 10 manat per person. But
this is an approximate price, because depending on the distance traveled, the price
can increase or decrease.
8.How much is a liter of gasoline in your country?
There are frequent changes in the price of gasoline in Azerbaijan. AI-95 and AI-98
brand gasolines are available. The price of EU-95 brand gasoline is cheaper than
the price of EU-98 brand gasoline. Today, the price of EU-95 brand gasoline is
about 2 manats, and the price of EU-98 brand gasoline is 2.30-2.50 manats.
9.How much money did you make on your first job? (How much money do
you think you will make on your first job?)
I am not working at the moment. I am a student. I had no idea how much money I
would make at my first job. But I understand that my first job will not be a high-
paying one. Because I will be inexperienced in my first job. As a person's
experience increases, he applies for better vacancies and his salary increases.
10.How much did you spend yesterday?
I spent 10 manats yesterday. I went to the park in the evening. I paid for
transportation, bought popcorn and water in the park, went to the attraction.
11.Where did you spend it?
I spent 10 manats yesterday. I went to the park in the evening. I paid for
transportation, bought popcorn and water in the park, went to the attraction.
12.What did you spend it on?
I spent 10 manats yesterday. I went to the park in the evening. I paid for
transportation, bought popcorn and water in the park, went to the attraction.
13.Do you often spend that amount in one day?
Yes, being a student, my daily expenses are high. Since I spend a lot of time
outside, I spend this amount almost every day. My daily transportation, food, etc.
My expenses are about 10 manats.
14.How much money did your parents give you for an allowance when you
were ten years old?
When I was ten years old, I didn't need money. On my way to school, my parents
would put food and water from home in my bag. But despite this, my parents gave
me 1 manat a day in case I needed anything.
15.How much time did you spend the last time you went shopping?
The last time I went shopping, I spent about 6 hours. I went to Baku from Sumgait.
I am very indecisive when buying clothes. That's why I spend a lot of time
shopping.
16.How often do you go shopping?
I love shopping. I go shopping about once a month and buy myself new clothes,
shoes, bags, etc. i buy Although I shop once a month, I regularly buy what I need.
Mövzu: Pul
1.Ölkənizdə bir restoranda yaxşı yemək yemək üçün nə qədər pul
xərcləməlisiniz?
Hər yerdə olduğu kimi, Azərbaycanda da müxtəlif prestijli restoranlar mövcuddur.
Restoranın yerləşdiyi məkandan, yediyiniz yeməkdən asılı olaraq qiymət də
dəyişir. Orta hesabla isə 30-40 manatla normal yemək yemək mümkündür.
2. Hər həftə yeməyə nə qədər pul xərcləyirsiniz?
Hər həftə çöldə yemək yeməyə orta hesabla 30 manat xərcləyirəm. Mən vaxtımı
daha çox evdən kənarda keçirdiyim üçün çöl yeməklərinə daha çox üstünlük
verirəm. Əsasən də KFC yeməyi çox sevirəm.
3. Adətən hər ay əyləncəyə nə qədər pul xərcləyirsiniz?
Hər ay üçün əyləncəyə xərclədiyim pulum miqdarı fərqli olur. Çünki hər ay eyni
yerlərə getmirəm. Bir ay əyləncə üçün parkda müxtəlif attraksionlara gedirəm.
Digər ay həftəsonları sinemaya gedirəm. Ondan sonrakı ayda həftəsonlarını
rəfiqələrimlə müxtəlif məkanlarda keçirirəm. Məhz buna görə də aylıq əyləncəyə
sərf etdiyim pulun miqdarı dəyişir.
4. Yemək üçün adətən hər ay nə qədər pul xərcləyirsiniz?
Yemək üçün adətən orta hesabla ayda 100- 150 manat pul xərcləyirəm. Lakin bu
məbləğ dəyişə bilər. Çünki bayram günlərində, universitetə getmədiyim günlərdə
çöldə yemək yeməli olmuram. Bu zaman da aylıq xərclərimə qənaət etmiş oluram.
5. Siz adətən hər ay nəqliyyata nə qədər pul xərcləyirsiniz?
Mən hər ay təxminən nəqliyyata 20-30 manat pul xərcləyirəm. Sumqayıt şəhərində
çox yerlər yaxın olduğu üçün əsasən piyada gəzirəm. Lakin hava şəraiti ilə
əlaqədar olaraq, yaxud da getdiyim yerin məsafəsindən asılı olaraq gün ərzində ən
azı bir dəfə nəqliyyatdan istifadə edirəm.
6. Ölkənizdə saç kəsdirmək nə qədərdir?
Ölkəmizdə saç kəsiminin qiyməti kəsilən saçın formasına görə və salonun
prestijinə görə fərqli olur. Buna görə dəqiq bir qiymət demək olmur. Amma sadə
saç kəsiminin qiyməti təxminən 10-15 manatdır.
7. Ölkənizdə avtobusa minmək nə qədərdir?
Ölkəmizdə avtobusun qiyməti getdiyi məsafədən asılı olaraq dəyişir. Məsələn
Sumqayıtda şəhərdaxili avtobusların qiyməti bir nəfər üçün 40 qəpikdir. Şəhərdən
rayona gedən avtobusların qiyməti 1 nəfər üçün təxminən 10 manatdır. Amma bu
təxmini qiymətdir, çünki getdiyi məsafədən asılı olaraq qiymət artıb azala bilir.
8. Ölkənizdə bir litr benzin nə qədərdir?
Azərbaycanda benzinin qiymətində tez-tez dəyişikliklər olur. Aİ-95 və Aİ-98
markalı benzinlər mövcuddur. Aİ-95 markalı benzinin qiyməti Aİ-98 markalı
benzinin qiymətinə nisbətən daha ucuzdur. Bu gün Aİ-95 markalı benzinin qiyməti
təxminən 2 manat, Aİ-98 markalı benzinin qiyməti isə 2,30-2,50-dir.
9. İlk işinizdə nə qədər pul qazandınız?
(İlk işinizdə nə qədər pul qazanacağınızı düşünürsünüz?)
Mən hal-hazırda işləmirəm. Tələbəyəm. İlk işimdə nə qədər pul qazanacağım
haqqında heç bir fikrim yoxdu. Amma düşürəm ki, ilk işim yüksək maaşlı olmaz.
Çünki ilk işimdə təcrübəsiz olacam. İnsanın təcrübəsi artdıqca daha yaxşı
vakansiyalara müraciət edir və aldığı maaş da artır.
10. Dünən nə qədər pul xərclədiniz?
Dünən 10 manat pul xərcləmişəm. Axşam saatlarında parka getmişdim. Nəqliyyata
pul verdim, parkda popkorn və su aldım, attraksiona getdim.
11. Onu hara xərcləmisiniz?
Dünən 10 manat pul xərcləmişəm. Axşam saatlarında parka getmişdim. Nəqliyyata
pul verdim, parkda popkorn və su aldım, attraksiona getdim.
12. Onu nəyə xərclədiniz?
Dünən 10 manat pul xərcləmişəm. Axşam saatlarında parka getmişdim. Nəqliyyata
pul verdim, parkda popkorn və su aldım, attraksiona getdim.
13. Siz tez-tez o məbləği bir gündə xərcləyirsiniz?
Bəli, tələbə olduğum üçün günlük xərclərim çox olur. Çöldə çox vaxt keçirdiyim
üçün bu məbləği demək olar ki hər gün xərcləyirəm. Gündəlik nəqliyyat,
qidalanmam və s. xərclərim təxminən 10 manat edir.
14. On yaşında olanda valideynləriniz sizə müavinət üçün nə qədər pul
verdilər?
On yaşında olarkən mənim pula ehtiyacım olmurdu. Məktəbə gedərkən valideynim
çantama evdən yemək və su qoyurdu. Lakin buna baxmayaraq, hər hansısa bir
ehtiyacım olar deyə valideynlərim mənə gündəlik 1 manat pul verirdilər.
15. Son dəfə alış-verişə getdiyiniz zaman nə qədər vaxt sərf etmisiniz?
Son dəfə alış-verişə getdiyim zaman təxminən 6 saat sərf etmişdim. Sumqayıtdan
Bakıya getmişdim. Mən geyim alarkən çox qərarsız oluram. Buna görə də alış-
verişə çox vaxt sərf edirəm.
16. Nə qədər tez-tez alış-verişə gedirsiniz?
Alış-veriş etməyi çox sevirəm. Təxminən ayda bir dəfə alış-verişə gedirəm və
özüm üçün yeni geyimlər, ayaqqabı, çanta və s. alıram. Ayda bir dəfə alış-veriş
etməyimə baxmayaraq, mütəmadi olaraq ehtiyacım olanları alıram.
Topic: Style
1.How frequently do you buy clothes?
I love shopping for clothes. That's why I shop often. Basically, I buy at least one
new clothes once a month. I am happy when I buy new clothes.
2. Where do you usually buy clothes?
I often buy my clothes at the Karvan shopping center in Sumgait city. However,
there are times when I buy clothes from different places. It can be said that I have
visited most of the clothing stores in Sumgait city. Apart from that, I really like the
clothes shops located in Memar Ajami and 28 May metro stations in Baku.
3. What is your favorite type of clothes?
I like all kinds of clothes. But if I had to choose between them, I would choose the
T-shirt and pants. I love T-shirts in different colors and shapes. I also really like
jeans models. I prefer loose jeans models.
4. What is your style?
I mostly prefer simple clothes. In my daily life, I mostly wear sportswear or jeans
and a simple blouse. On special occasions, I prefer simple party dresses.
5. Why do some people have too many clothes and shoes?
People have different characteristics. Some eat food, some jewelry, etc. some like
clothes as well. That is why they have more clothes and shoes. Such people try to
dress stylishly. Therefore, they often buy new clothes, shoes, bags.
6. Have you ever bought clothes online?
Yes, I got it. I have been very satisfied with the clothes I have bought online. But
sometimes I was dissatisfied. Because when you order clothes online, you can't
wear them and check them. That's why sometimes when you wear a dress that
looks great on the internet, it doesn't fit, the size doesn't match, the length, etc.
such problems occur. In addition, sometimes it happens that the dress is completely
different from what it looks like on the Internet. That's why I don't really prefer
online shopping.
7. What platforms do you use for online shopping?
I mainly use Instagram more for online shopping. When the address of the clothing
store is far away, I choose and order the clothes I like from clothing pages on
Instagram. The clothes I ordered are sent by the store in a short period of time
through the mail or various cargo companies.
8. Do you like wearing comfortable clothes or good-looking ones?
My personal opinion is that it is not necessary for a person to always follow
fashion and dress stylishly. I think a person should wear whatever suits him. I
always try to wear comfortable clothes that fit me. A dress may look cute, but if I
don't feel comfortable in it, I don't buy it.
9. Are people willing to buy expensive shoes?
There are people who prefer expensive clothes and expensive shoes. The fact that a
shoe is expensive does not always mean that its quality is high. It is possible to buy
quality clothes at a low price. High-priced clothes and shoes are often branded
clothes. There are also people for whom the cost of clothing is not important. They
always try to wear what suits them.
10. When was the last time you purchased new shoes?
The last time I bought new shoes was a week ago. I prefer sports shoes because
they are comfortable. I bought my new shoes from a shoe store located near
Memar Ajami station in Baku. The shoes of that store are both affordable and of
good quality. At the same time, the employees of the store are also very smiling.
Mövzu: Stil
1.Nə qədər tez-tez paltar alırsınız?
Mən paltar almağı çox sevirəm. Ona görə də tez-tez alış-veriş edirəm. Əsasən ayda
bir dəfə ən azı bir yeni paltar alıram. Yeni paltarlar aldıqda xoşbəxt oluram.
2. Paltarları adətən haradan alırsınız?
Paltarlarımı çox vaxt Sumqayıt şəhərində Karvan ticarət mərkəzindən alıram.
Lakin buna baxmayaraq, müxtəlif məkanlardan da geyim aldığım zaman olur.
Demək olar ki, Sumqayıt şəhərində olan paltar mağazalarının əksəriyyətini
gəzmişəm. Bundan başqa, Bakı şəhərində Memar Əcəmi və 28 May metro
stansiyalarında yerləşən paltar mağazalarını da çox bəyənirəm.
3. Ən çox bəyəndiyiniz geyim növü hansıdır?
Bütün geyim növlərini bəyənirəm. Amma onlar arasından seçim etməliyəmsə, mən
T-shirt və şalvarı seçərdim. Müxtəlif rəngdə və müxtəlif formada T-shirt-ləri çox
sevirəm. Cins şalvar modellərini də çox bəyənirəm. Boş cins modellərini daha çox
sevirəm.
4. Stiliniz necədir?
Mən əsasən sadə geyimlərə üstünlük verirəm. Gündəlik həyatımda daha çox sport
geyim və ya cins şalvar və sadə bir kofta geyinirəm. Özəl günlərdə isə sadə ziyafət
geyimlərinə üstünlük verirəm.
5. Niyə bəzi insanların paltarları və ayaqqabıları çox olur?
İnsanlar müxtəlif xüsusiyyətlərə malikdir. Bəziləri yeməyi, bəziləri zinət əşyalarını
və s. sevdiyi kimi bəziləri də paltarları sevirlər. Məhz buna görə də onların daha
çox paltarları və ayaqqabıları olur. Belə insanlar dəbli geyinməyə çalışırlar. Buna
görə də tez-tez yeni paltarlar, ayaqqabılar, çantalar alırlar.
6. Heç internetdən paltar almısınız?
Bəli, almışam. İnternetdən aldığım paltarlardan çox vaxt razı qalmışam. Amma
bəzən narazı olduğum da olub. Çünki paltarı internetdən sifariş etdikdə geyinib
yoxlamaq olmur. Buna görə də bəzən internetdə çox gözəl görünən paltar
geyindikdə o qədər gözəl yaraşmır, ölçü uyğun gəlmir, uzunluq baxımından və s.
kimi problemlər baş verir. Bundan başqa, bəzən də elə ola bilir ki, paltar internetdə
göründüyündən tamam fərqli gəlir. Ona görə də mən onlayn alış-verişə çox
üstünlük vermirəm.
7. Onlayn alış-veriş üçün hansı platformalardan istifadə edirsiniz?
Onlayn alış-veriş üçün mən əsasən İnstagramdan daha çox istifadə edirəm. Geyim
mağazalarının ünvanı uzaq olduqda İnstagramdan geyim səhifələrindən
bəyəndiyim geyimi seçib sifariş edirəm. Sifariş etdiyim paltarlar mağaza tərəfindən
poçt və ya müxtəlif kargo şirkərtləri vasitəsilə qısa müddət ərzində göndərilir.
8. Rahat paltar geyinməyi xoşlayırsınız, yoxsa yaraşıqlı?
Mənim şəxsi fikrim odur ki, insanın hər zaman dəbi izləməsi, dəbli
geyinməsi vacib deyil. Məncə insan özünə nə yaraşırsa onu
geyinməlidir. Həmişə özümə yaraşan rahat paltar geyinməyə
çalışıram. Paltar yaraşıqlı görünə bilər, amma onun içində özümü
rahat hiss etmirəmsə, onu almıram.
9. İnsanlar bahalı ayaqqabı almağa razıdırlarmı?
Elə insanlar var ki, bahalı geyimlərə, bahalı ayaqqabılara üstünlük verirlər.
Ayaqqabının bahalı olması həmişə onun keyfiyyətinin yüksək olması demək deyil.
Aşağı qiymətə də keyfiyyətli geyimlər almaq mümkündür. Qiyməti yüksək olan
geyimlər, ayaqqabılar çox vaxt marka geyimləri olurlar. Elə insanlar da var ki,
geyimin bahalığı onlar üçün əhəmiyyətli deyil. Onlar hər zaman özlərinə yaraşanı
geyinməyə çalışırlar.
10. Sonuncu dəfə nə vaxt yeni ayaqqabı almısınız?
Sonuncu dəfə bir həftə əvvəl yeni ayaqqabı almışam. Rahat olduğu üçün mən sport
ayaqqabılara üstünlük verirəm. Yeni ayaqqabımı Bakı şəhərində Memar Əcəmi
stansiyasının yaxınlığında yerləşən bir ayaqqabı mağazasından almışam. Həmin
mağazanın ayaqqabıları həm münasib qiymətədir, həm də keyfiyyətlidir. Eyni
zamanda mağazanın işçiləri də çox gülərüzdür.
Topic: famous people
1.What is a celebrity?
A famous person is a well-known person in any field. For example, people can be
famous for professions such as music, painting, sports, etc. Being famous is hard
work. It is more difficult to be a beloved celebrity.
2.Who is your favorite celebrity? ...
One of my favorite famous Azerbaijani singers is Eyyub Yagubov. He was born in
1965 in Baku. Eyyub Yagubov is an honored artist and people's artist of the
Republic of Azerbaijan. He was awarded the honorary title of "Honored Artist" in
2016, and the honorary title of "People's Artist" in 2018.
3.Why do you like him or her?
Because he has a very beautiful voice. The songs he sings find their way to
people's hearts. He has many beautiful songs. My favorites from them are: : "Ana",
"Mənə dəniz verin", "Kim bilir", "Neylərəm" etc.
4.Have you ever met a celebrity? ...
No, I haven't met any celebrities. But I would really like to meet my favorite
celebrities, get to know them closely. But this is not always possible. Although I
could not meet them, I attended their concerts and saw them more closely.
5.Has any celebrity ever inspired you?
No, I haven't done anything inspired by any celebrity. But I think their lives were
not easy at all. Before becoming famous, people go through a very difficult life.
The challenges they faced in life made them stronger and they worked harder to
achieve their goals.
6.What is it like being a famous person?
I think it's a great feeling to be famous. Because everyone loves you, everyone
wants to get to know you better. Famous people are very lucky, they are loved by
people because of their special skills.

7.What do celebrities have that ordinary people don't have?


Celebrities differ from other people due to some special skills. It is because of
these skills that they are loved by people. But after all, they are also human. In my
opinion, there are no characteristics that distinguish them from other people, except
for their special skills in any field.
8.Are celebrities paid too little, too much, or about right for their work?
9.What do you think it would be like to be rich?
10.Is there ever a time when being famous is actually bad for someone’s
career?
11.Do celebrities enjoy being famous?
12.What’s your favorite celebrity couple?
13.How do you feel about celebrities who try to keep their private lives secret?
14.Are there questions you would like to ask a celebrity?
15.Should celebrities be role models?
16.What questions are the least/most intrusive when interviewing celebrities?
17.Do you have to be intelligent or talented to become a celebrity?

Mövzu: Məşhur insanlar


1.Məşhur nədir?
Məşhur insan hər hansısa bir sahə üzrə tanınmış şəxsdir. Məsələn musiqi üzrə,
rəsm üzrə, idman üzrə və s. peşələrə görə insanlar məşhur ola bilərlər. Məşhur
olmaq çətin işdir. Sevimli məşhur olmaq daha çətindir.
2. Ən çox sevdiyiniz məşhur kimdir?
Ən çox sevdiyim məşhur Azərbaycan müğənnilərindən Eyyub Yaqubovdur. O,
1965-ci ildə Bakıda anadan olub. Eyyub Yaqubov Azərbaycan Respublikasının
əməkdar artisti və xalq artistidir. O, 2016-ci ildə “Əməkdar artist” fəxri adına,
2018-ci ildə isə “xalq artisti” fəxri adına layiq görülmüşdür.
3. Niyə onu sevirsən?
Çünki onun çox gözəl səsi var. İfa etdiyi mahnılar insanların qəlbinə yol tapır.
Onun çoxsaylı gözəl mahnıları var. Onlardan ən çox sevdiklərim bunlardır: "Ana",
"Mənə dəniz verin", "Kim bilir", "Neylərəm" və s.
4. Heç məşhurla tanış olmusunuzmu?
Xeyr, heç bir məşhurla tanış olmamışam. Amma çox istəyərdim ki, sevdiyim
məşhurlarla tanış olum, onları yaxından tanıyım. Lakin bu hər zaman mümkün
olmur. Onlarla tanış ola bilməsəm də, konsertlərində iştirak edib olanları daha
yaxından görmüşəm.
5. Heç sizə ilham verən məşhur olubmu?
Xeyr, heç bir məşhurdan ilham alıb hər hansısa bir işi görməmişəm. Lakin
düşünürəm ki, onların həyatları heç də asan olmayıb. Məşhur olana qədər insanlar
çox çətin həyat yolu keçirlər. Həyatda gördükləri çətinliklər onları daha güclü edib
və onlar öz məqsədlərinə çatmaq üçün daha çox çalışıblar.
6. Məşhur insan olmaq necə bir şeydir?
Mənim fikrimcə məşhur olmaq gözəl hissdir. Çünki hər kəs səni sevir, hər kəs səni
yaxından tanımaq istəyir. Məşhur insanlar çox şanslıdırlar, onları xüsusi
bacarıqlarına görə insanlar tərəfindən sevilirlər.
7.Məşhurların adi insanlarda olmayan nələri var?
Məşhurlar hansısa bir xüsusi bacarıqlarına görə digər insanlardan fərqlənirlər.
Məhz bu bacarıqları sayəsində onlar insan tərəfindən sevilirlər. Lakin nəticə
etibarilə onlar da insandır. Mənim fikrimcə hər hansısa bir sahə üzrə olan xüsusi
bacarıqlarından başqa onları digər insanlardan fərqləndirən xüsusiyyətləri yoxdur.
8.Məşhurlar işlərinə görə çox az, daha çox və ya düzgün maaş alırlar?
Məncə bu tamamən onların işləməsindən asılıdır. Öz üzərində çox çalışan, çox
əziyyət çəkən insanlar əziyyətlərinin bəhrəsini çox görürlər. Tənbəl insanlar isə
təbii ki, öz üzərlərində çox çalışmadıqları üçün az maaş alırlar.
9. Sizcə zəngin olmaq necə olardı?
Mənim fikrimcə zəngin olmaq çox gözəl bir şeydir. Lakin zəngin olub pul ilə, ad-
san ilə insanları əzmək, onları zəif görmək düzgün deyil. Həyatda belə insanların
sayı çoxdur. Onlar puldan başqa heçnə görmürlər. Ona görə də zəngin olsaydım
əgər onlar kimi olmaq istəməzdim. Zəngin olub kimsəsiz uşaqlara, qocalara,
himayəsiz qalan insanlara və küçə heyvanlarına yardım etmək istəyərdim.
10. Məşhur olmağın əslində kiminsə karyerası üçün pis olduğu vaxtlar
olubmu?
Hər bir insanın həyatında çətin dönəmlər olur. Əlbəttə ki, bu məşhurların həyatında
da baş verib. Onlar məşhur olduqları üçün şəxsi həyatlarında, karyeralarında bir
müddət problemlərlə üzləşmiş ola bilərlər. Sonda sözsüz ki, onlar öz həyatları üçün
ən düzgün qərarı vermiş olurlar.
11. Məşhurlar məşhur olmaqdan həzz alırmı?
Mənim fikrimcə məşhur olmaq gözəl hissdir. Məşhurlar özləri də məşhur
olmaqdan həzz alırlar. Çünki hər kəs səni sevir, hər kəs səni yaxından tanımaq
istəyir. Məşhur insanlar çox şanslıdırlar, onları xüsusi bacarıqlarına görə insanlar
tərəfindən sevilirlər.
12. Ən sevdiyiniz məşhur cütlük hansıdır?
Azərbaycanlı məşhur cütlüklərdən ən çox Kənan MM və Aygün Şükürovanı
sevirəm. Kənan MM Azərbaycanın məşhur rejissorlarından biridir. O öz peşəsini
layiqincə yerinə yetirən, daima öz üzərində çalışan bir məşhurdur. Eyni zamanda
onun həyat yoldaşı Aygün Şükürova gözəl səsi olan bir müğənnidir. Mənim
fikrimcə bu cütlük bir-birinə çox yaraşır. Bu cütlüyün 2 oğlu və 1 gözəl qızı var.
13. Şəxsi həyatlarını gizli saxlamağa çalışan məşhurlara münasibətiniz
necədir?
Mənim fikrimcə zəngin olmaq çox gözəl bir şeydir. Lakin zəngin olub pul ilə, ad-
san ilə insanları əzmək, onları zəif görmək düzgün deyil. Həyatda belə insanların
sayı çoxdur. Onlar puldan başqa heçnə görmürlər. Ona görə də zəngin olsaydım
əgər onlar kimi olmaq istəməzdim. Zəngin olub kimsəsiz uşaqlara, qocalara,
himayəsiz qalan insanlara və küçə heyvanlarına yardım etmək istəyərdim.
14. Məşhurlara vermək istədiyiniz suallar varmı?
Məşhurlarla görüşmək şansım olsaydı onları daha yaxından tanımağa çalışardım.
Onların keçdikləri çətin həyat yolu, bu yolda qazandıqları, itirdikləri,mükafat
aldıqları, qurban verdikləri nələr varsa onları öyrənmək istəyərdim. Məşhurlara
sənətləri ilə bağlı gələcək planları haqqında suallar verərdim. Nə kimi yeniliklər
etmək istəyərlər, bu yenilikləri nə zaman edəcəklər və s. kimi suallar verərdim.
15.Məşhurlar nümunə olmalıdırmı?
Bəli, olmalıdır. Hər bir məşhur xüsusi bir bacarığına görə məşhur hesab olunur.
Buna görə də həmin insanların o bacarıqları digər insanlar üçün nümunə olmalıdır.
Lakin məşhur insan yalnız xüsusi bacarığı ilə deyil, həm də yüksək şəxsi
keyfiyyətləri ilə insanlara nümunə olmalıdır.
16. Məşhurlarla müsahibə zamanı ən az/ən müdaxilə edən suallar hansıdır?
Məşhurlarla müsahibə zamanı məncə ən çox verilən suallar onların şəxsi həyatı ilə
bağlı olur. Bir çoxları da haqlı olaraq bu suallara cavab vermək istəmirlər. Çünki
insanlar onları sənətlərinə görə sevirlər. Ən az verilən suallar insan məşhurların
gələcək üçün planladığı yeniliklər olur. Müsahibə zamanı jurnalistlər məşhurlara
daha çox gündəmdə olan sualları, insanları daha çox maraqlandıracaq sualları
verirlər.
17. Məşhur olmaq üçün ağıllı və ya istedadlı olmalısınız?
Bəli, mənim fikrimcə sevilən məşhur olmaq üçün istedadlı olmaq şərtdir. Çünki
insan hər hansısa bir sahə üzrə olan xüsusi bacarığına görə məşhur olur. Buna görə
də məşhur insan istedadlı insandır. Məşhur insan ağlından istifadə edib
məşhurluğunu qoruyub saxlamalı və insanlara özünü daha çox sevirməyi
bacarmalıdır.

Topics: gifts
1.What kinds of gifts do you like to give?
2.Have you ever re-gifted something?
3.If you don't like a gift, how long should you keep it?
4.What gift will you give your home-stay family when you leave?
5.What was your last gift?
6.What gift will you give your boyfriend/girlfriend for their birthday?
7.Is there a special gift you like to get?
8.What kinds of gifts do you like to get?
9.Do you ever give or get a knick-knack as a gift?
10.How did you like your last gift?
11.Did you ever get a gift you didn't like?
12.What gift do you recommend someone give in your culture: for children,
for parents, for spouses, for boyfriend, for girlfriend?
13.What gift would you most like to get?
14.What was the best gift you ever received?
15.How do you thank someone who gave you a gift?
16.What kinds of gifts do you think the other people in the class need?
17.Who was the last person you gave a gift to?
18.Is it enough for a husband/boyfriend to give flowers to his wife/girlfriend
on her birthday?
19.What are the times of the year that you give gifts?
20.What are some of the things that you do not give as gifts in your country?
21.What do you think of people who give gifts?

Mövzular: Hədiyyələr
1.Hansı hədiyyələr verməyi xoşlayırsınız?
Mənim fikrimcə hədiyyənin nə olmasının fərqi yoxdu. Mən hədiyyə verməyi çox
sevirəm. Çünki kiməsə hədiyyə verdiyim zaman həmin insan sevinir. Başqa birini
sevindirmək də məni çox xoşbəxt edir.
2. Heç nəyisə yenidən hədiyyə etmisiniz?
Elə hədiyyələr olur ki onun mənəvi dəyəri yüksək olur. Hədiyyə verdiyim insan
həmin hədiyyəni itiribsə və ya hədiyyə qırılıbsa o hədiyyəni ona yenidən almışam.
Və mənim bu hərəkətim həmin insanı çox sevindirib.
3. Əgər hədiyyəni bəyənmirsinizsə, onu nə qədər saxlamalısınız?
Mən əsasən alınan bütün hədiyyələri bəyənirəm. Çünki mənimçün hədiyyənin
böyük və ya kiçik olmasının bir önəmi yoxdu. Vacib olan həmin insanın mənə
qarşı olan diqqətidir. Həmin insan mənə sevmədiyim bir şeyi belə alsa, mən onu
həmişə xatirə olaraq saxlayaram.
4. Evdən çıxanda evdə qalan ailənizə hansı hədiyyəni verəcəksiniz?
Mən əgər evi müvəqqəti və ya bir dəfəlik tərk etməli olsam o zaman evdə qalan
ailə üzvlərimə məni xatırladacaq və mənəvi dəyəri böyük olan hər hansısa bir
əşyamı hədiyyə edərəm. Əminəm ki, mənim bu hədiyyəm ailə üzvlərimin xoşuna
gələcək. Çünki onlar məni çox sevir və təbii ki mən də onları.
5. Ən son hədiyyəniz nə olub?
Ən son aldığım hədiyyə gümüş sep olub. Qrup yoldaşım mənə bəyəndiyim bir
sepi hədiyyə edib. Ən son verdiyim hədiyyə də dedektiv kitab olub. Dedektiv
əsərlər sevən bir qrup yoldaşıma sevdiyi kitabı hədiyyə etmişəm.
6. Sevgilinizə ad günü üçün hansı hədiyyə verəcəksiniz?
Sevgilim yoxdur. Amma olsa idi yəqin ki çox sevdiyi hər hansısa bir əşyanı
hədiyyə edərdim. Elə bir hədiyyə ki, onun mənəvi dəyəri yüksək olsun.
7. Almağı xoşladığınız xüsusi bir hədiyyə varmı?
Hədiyyə nə olursa olsun hədiyyə almağı sevirəm. Lakin xüsusi bir hədiyyə seçməli
olsam şokolad dolu kreativ hədiyyə qutusu olardı. Çünki şokoladı çox sevirəm.
Onu hədiyyə olaraq almaq məni çox xoşbəxt edər.
8. Hansı hədiyyələri almağı xoşlayırsınız?
Mən bütün hədiyyələri xoşlayıram. Hədiyyə aldıqda özümü xoşbəxt hiss edirəm.
İnsanların mənə diqqət və qayğı göstərməsi məni çox sevindirir. Ona görə də
mənimçün hədiyyənin nə olmasının fərqi yoxdu.
9. Siz nə vaxtsa hədiyyə olaraq bir ləzzət alırsınızmı?
10. Son hədiyyənizi necə bəyəndiniz?
Son hədiyyəm gümüş sep olub. Onu mənə qrup yoldaşım hədiyyə etmişdi. Son
hədiyyəmi çox bəyəndim. Sevərək istifadə edirəm.
11. Heç bəyənmədiyiniz hədiyyə almısınız?
Heç sevmədiyim hədiyyə yoxdur. Hədiyyələrə çox önəm verirəm. Ona görə də
bütün hədiyyələri sevirəm. Lakin bəyənmədiyim bir hədiyyə alsam da onu xatirə
olaraq saxlayaram.
12. Mədəniyyətinizdə kiməsə hansı hədiyyəni verməyi tövsiyə edirsiniz:
uşaqlar üçün, valideynlər üçün, həyat yoldaşları üçün, sevgiliniz üçün?
Uşaqlar üçün oyuncaq hədiyyə edərdim. Çünki uşaqlar oyuncaqları çox sevirlər.
Valideynim üçün ona məndən xatirə qalacaq mənəvi dəyəri yüksək olan bir
hədiyyə alaram. Yaxud da onun mənimçün nə qədər dəyərli olduğunu göstərəcək
bir hədiyyə alaram. Həyat yoldaşım və ya sevgilim üçün də onun çox sevdiyi hər
hansısa bir hədiyyəni alaram. Bu geyim də ola bilər, əşya da və yaxud da tamam
fərqli bir hədiyyə.
13. Ən çox hansı hədiyyəni almaq istərdiniz?
Mən bütün hədiyyələri xoşlayıram. Hədiyyə aldıqda özümü xoşbəxt hiss edirəm.
İnsanların mənə diqqət və qayğı göstərməsi məni çox sevindirir. Ona görə də
mənimçün hədiyyənin nə olmasının fərqi yoxdu.
14. Aldığınız ən gözəl hədiyyə hansı olub?
Aldığım ən gözəl hədiyyə ağıllı saat olub. O saatın xüsusiyyətlərini çox bəyənirəm.
Həm də o hədiyyəni mənə dəyərli olan bir insan alıb. Ona görə də o hədiyyəmi çox
bəyənirəm və sevərək istifadə edirəm.
15. Sizə hədiyyə verən birinə necə təşəkkür edirsiniz?
Mənə hədiyyə verən birinə aldığı hədiyyə üçün minnətdarlığımı bildirirəm. O
hədiyyənin mənim üçün nə qədər dəyərli olduğunu ona hiss elətdirirəm. Onun
qarşılığında mən də ona mənəvi dəyəri yüksək olan hər hansısa bir hədiyyə alıram.
16.Sizcə, sinifdəki digər insanların hansı hədiyyələrə ehtiyacı var?
Məncə hər kəs hədiyyə almağı sevir. Hədiyyənin nə olmasına baxmayaraq hədiyyə
insanları xoşbəxt edir. Sinifdəki hər kəs də hədiyyəni sevir. Ayrı-ayrılıqda onların
nəyə ehtiyacı olduğunu bilmirəm. Lakin düşünürəm ki onlar istənilən hədiyyəni
sevərlər.
17. Sonuncu dəfə kimə hədiyyə etdiniz?
Ən son verdiyim hədiyyə dedektiv kitab olub. Dedektiv əsərlər sevən bir qrup
yoldaşıma sevdiyi kitabı hədiyyə etmişəm. Ən son aldığım hədiyyə isə gümüş sep
olub. Qrup yoldaşım mənə bəyəndiyim bir sepi hədiyyə edib.
18.Ər/sevgilinin ad günündə həyat yoldaşına/sevgilinə çiçək verməsi
kifayətdirmi?
Bəli, məncə kifayətdir. Çünki vacib olan onu düşünməsidir. Xanımına qarşı olan
diqqəti, qayğısı daha önəmlidir. Bundan başqa, insanların maddi vəziyyəti həmişə
yaxşı olmaya bilər. Ona görə də insanlar bir-birilərini başa düşməlidirlər.
19. İlin hansı vaxtlarında hədiyyələr verirsiniz?
Mənim fikrimcə hədiyyə yalnız özəl günlərdə verilməməlidir. Adi günlərdə də
insanlar hədiyyə verərək bir-birilərini sevindirməlidir. Lakin əsasən insanlar bir-
birilərinə bayramlarda, ad günlərində və s. kimi özəl günlərdə hədiyyə alırlar.
20. Ölkənizdə hədiyyə olaraq vermədiyiniz bəzi şeylər hansılardır?

21. Hədiyyə verən insanlar haqqında nə düşünürsünüz?


İnsanlar hədiyyə verərək digər insanları sevindirirlər.

You might also like