1505 101 - Kelam Ramiz - Abdullayev Baki 2010 106s

You might also like

Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 106

Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Ramiz Abdullayev

101 KƏLAM

BAKI-2010
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Ön sözün müəllifi:
Mədəd Çobanov,
Nyu – York Elmlər Akademiyasının
akademiki, filologiya elmləri
doktoru, professor.

Rəyçilər:
Buludxan Xəlilov,
ADPU-nun filologiya fakültəsinin
dekanı, filologiya elmləri doktoru,
professor

Bədirxan Əhmədov,
AMEA Ədəbiyyat Đnstitutunun elmi
işçisi, filologiya elmləri doktoru

Redaktoru və naşiri :
Müşfiq Borçalı
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Hər kəs yaşamaq istər...


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, ‘‘Abdulla Şaiq’’,
‘‘Nəriman Nərimanov’’, ‘‘Qızıl Qələm’’, ‘‘Qızıl Buta’’, ‘‘Araz’’ Ali Media
mükafatı laureatı, ‘‘Vətən Övladı’’ Qızıl medalı ilə təltif olunmuş istedadlı
dramaturq, nəğməkar şair Ramiz Abdullayev bir neçə kitab müəllifidir. Yüzlərlə
şeirinə nəğmələr bəstələnib, pyesləri səhnələşdirilib, ssenariləri əsasında filmlər
çəkilib. Təbii ki, hər qələm adamı öz sözü ilə yaşamaq istəyir. Bu arzu qələm
dostumuz Ramizin də ürəyindən gəlib keçən hissdir. Elə bilirik ki, bu niyyətlə də
bu miniatür kitabçasına ‘‘mini’’ şeirlərini – kiçik həcmli nümunələr daxil etməklə
arzusunu reallaşdırmaq istəyib. Həm həcmcə kitanın kiçik yer tutması, oxucuya
daim öz üstündə gəzdirə bilməsinin asanlığı nöqteyi – nəzərindən bu arzu
gerçəkləşə bilir, həm də burada özünə yer alan yaradıcılıq məhsullarının özünün
kiçik mətnlərdən – müdrik kəlamlardan, aforizmlərdən daha doğrusu tək
beytlərdən ibarət olması oxucunun mütaliəsini asanlaşdırır. Bir az da dürüst ifadə
etsək, az sözdə böyük mətləblər ifadə etməklə oxucunun yaddaşında özünə yer
eləmək şansı qazanan müəllif bu məqamda ikitərəfli qazanc əldə edir.Elə özünün
dediyi kimi:

Sayılmaz, bilinməz ulduzun sayı,


Heç biri deyil ki, günəşin tayı.
Yəni tək olanlar daha qiymətli olarlar, elə günəşin özü kimi. Eləcə də sözlərin –
mətnin genişliyi özü oxucunu yora bilər. Yığcam, mənalı sözlər oxucu üçün daha
asan qavranılır. Elə buna görə də, bu aforizmləri müdrik kəlamlar adlandırmaq
olar.

Ağsaqqal söz desə, qulaq as ki sən


Đbrət al, saçına tez düşməsin dən.
Bəli, ‘‘ağsaqqal sözü’’nə qulaq asıb nəticə çıxarsaq, çətinə düşmərik. Şairin də
missiyası oxucuya boş nəzəriyyə, quru fərziyyə söyləməkdənsə, əməli olaraq
praktik həyatda doğru yol göstərməkdir!
Yolunuz uğurlu olsun!
Mədəd Çobanov,

Nyu – York Elmlər Akademiyasının


Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Akademiki

filologiya elmləri doktoru, professor.

Oxuyub dərk elə,

səninki olsun,
Yazmıram, yazdığım,
mənimki olsun.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Bir gün qəlb evini


eləsən talan,
Doğular günbəgün
yalandan yalan.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Ehtiyac sıxsa da səni


günbəgün
Səbir ocağında yanacaq,
bir gün
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Vermədən bir düşün


məhəbbətini
Əyməsin o sənin
şux qamətini.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Qəhrəman ölümə gedir,


o zaman
Vətənə bərabər
tutulanda can.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Fərqlidir dünyada millət,


həm sayı
Xırdalar böyüyə
söyləyir dayı.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Hamı azadlığa
eyləyir meyil
Azadlıq əməldə,
o sözdə deyil.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Gözləri kor olan


edərkən şükür
Nədənsə görənlər
olur naşükür.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Xəsislər var dövlət


yığır günbəgün,
Ləzzətin görməyir
öləndə o gün.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Gözləyir insanı
haqqın dərgahı:
Birinin sevinci,
birinin ahı.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Yaxşılar yaxşılıq
etdiyi zaman
Nadanlar çox azdı,
deyirlər bu zaman.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Qara saç rənglənib,


sarıya dönsə
Təəccüblənmə evin
işığı sönsə.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Mərhəmət göstər ki,


nur ol gözlərdə,
Xeyirxaha dönsün
adın sözlərdə.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Mənəm-mənəmliklə
keçməz tədbirin
Olarsan bərabər bir
gün bədbinin.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Əxlaqsız əxlaqa
söykənə bilməz,
Sıxar əməlləri,
ürəkdən gülməz
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Ehtiyac üzündən
dilənsə qadın,
Düşmənlər tələsik
ləkələr adın.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Buludlar örtsə də
günəş səthini
Şimşəkdən qorxaraq
bilər həddini
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Çayda axan suyu


saxlayan bənddir
Acı dilə dərman
bir parça qənddir.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Sayılmaz, bilinməz
ulduzun sayı,
Heç biri deyilki
günəşin tayı.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Qaranlıq zülmətdir,
zülmətdə həyat
Çətindir işıqlı
həyatdan qat-qat.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Dəniz şahə qalxıb


etsə ləpələr,
Damlalar yenədə
onu səpələr.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Mərifət o kəsdə
olur həmişə
Böyük qarşısında
yaraya işə.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Ağsaqqal söz desə


qulaq as ki, sən
Đbrət al, saçına tez
düşməsin dən.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Birinə dedilər,
dünya sənindir,
Dünyanın qəmi də,
sənin qəmindir.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Çiçək gözəlliyin
rəmzi olsa da,
Qalacaq ətiri özü
solsa da .
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Hər görünən insan


ziyalı deyil,
Şərəfə, vicdana
etməzsə meyl
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Oğrunu, qulduru
qorusa polis,
Onun ayağına gəlib
çıxar iz.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Səhralar alışır heç


bildin nədən?
Ona sevgi gəlir,
parlaq günəşdən.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Aldadar, oynadar
səni vəfasız,
Çünki o əzəldən
yaranıb arsız.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Nədir dərdi-səri
insan əhlinin,
Tapa bilməyiblər,
onun təhlilin.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Qaça-qaç yaxşıdır,
məqam olanda
Onun boxçasına
sevinc dolanda
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Dostluqda xəyanət
olarsa əgər,
Deməzdim o qara
qəpiyə dəyər..
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Xəstəyə dedilər
de dərdin nədir,
Göstərin kim mənə
qazacaq qəbir.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Doldurub ovcunda
suyu saxlasan,
Canın cəhənnəmlik
olar yoxlasan.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Kağızın qədrini
biləcək sətir,
Ağıllı kəlamlar
dilinə gətir.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Gecə gözləyərkən
sübhün çağını,
Qoyma talan olsun
eşqin bağını.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Balığa qiyməti xaliq


verərkən,
Onunçün olmadı sübh
çağı erkən.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Tısbağa dedilər
çox asta gedir,
Tülküdən deyən yox,
gör nələr edir.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Qarışqa zəhmətlə
təpəcik qurdu,
Öküz ayaq basdı,
üstündə durdu.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Biri Allahına
etdi ibadət,
Biri rəzilliyə
elədi adət.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Sevən sevgisindən ürək


istədi,
O başa düşmədi, dedi
xəstədi.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Əbədi dil üçün


ədəbiyyatı,
Đnsan olmaq üçün
dərk et həyatı.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Məhrum eləmə sən


eşqdən özünü,
Ədəb ərkan ilə söylə
sözünü.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Etibar eyləmə,
görsən ayını,
O basıb, əzəcək,
axtar tayını.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Đslama ibadət,
elm, tərbiyə
Mərhəmət, halallıq
yetər sevgiyə.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Ağac gözəllikdir,
kölgədir, bardır,
Ona bir nəfəs tək
ehtiyac vardır.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Kobudluq edərkən
bir düşün, dayan,
Zaman əleyhinə dövr
edər, oyan
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Vətənə, xalqına
xidmət et ki, sən
Şöhrətin yayılsın
desinlər əhsən!
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Đnsan olmaq üçün


bil lazım deyil,
Đnsanlıqdan kənar
etməkçün meyil.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Təhsili döndərmə
pul mənbəyinə,
Bir gün tüpürərlər
bil cəmdəyinə.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Qarşında durana
hörmət et ki, sən
Hörmətlə hörmətə
ucal yet ki, sən.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Gözlər var səma tək,


nurlu tər-təmiz,
Gözlər var şeytana
bənzəyir təmiz.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Yollarda uğur var


fərqini görsən,
Xoşbəxt qismətinə
bir gün yetərsən.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Təhqirə döndərmə,
olan sevgini,
Đllərlə qəlbinə dolan
sevgini.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Birinə verdilər sevgi,


məhəbbət
Düşündü borcluymuş,
o buna əlbət.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Əl tutub birini
qaldırsan göyə,
Gəl çox eləmə ki,
bir gün də, söyə.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Pul ilə kimsə


önündə,
Dəyəri heç olmaz
eşşək gönündə.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Sındırma qəlbini hələ


uşaqdır,
Alça ağacında güldür-
budaqdır.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Bülbül nalə etsə hər


gün qəfəsdə,
Ona nə faydası,
gül olsa dəstə.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Kasıba dedilər,
çörəyin mənlik,
Đşlətdilər onu,
qalmadı mənlik.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Təsbeh çevirirlər
səbir adıyla,
Bəzən kor-təbii,
yersiz sayıyla.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Hipokrat andına
and içdi həkim,
Şikayət elədi,
ağırdı çəkim.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Axmağa dedilər,
gəl istə ağıl,
Dedi istəmirəm,
sən danış nağıl.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Kitab açılanda kitaba


dönür
Örtülü qalarsa kəlamlar
ölür.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Đsrafçılıq edən günaha


batır,
Milyonlarla insan gecə
ac yatır.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Qənaət edərək,
bil çörək qədrin
Onu nuş edərkən,
duyasan ətrin.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Halallıqla qazan
bəhrələn ondan,
Haramlıq edənin
sonudu zindan.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Dost etibar etsə


əmanətini,
Qoru sən nəfsini,
xəyanətini.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Namərdlə oturub,
durma heç zaman,
Sənə də o keçər,
bil zaman-zaman.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Yaşadığın yerdə
etsən abadlıq,
Rahatlıq taparsan,
həm canda sağlıq.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Acgözçün yeməyin
qaydası olmaz,
Şişirdər qarnını,
faydası olmaz.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Əziyyətə qatlaş,
zəhmət görəsən
Günbəgün qazanıb
ziynət görəsən.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Sərvət sahibinə
etmə paxıllıq,
Zəhmət çək,
əməyə eylə yaxınlıq.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Hövsələdən çıxma,
görsən haqsızlıq,
Đşləmirsə qanun
edirsə azlıq.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Mərdi-mərdanəlik
ucaldar səni,
Satqınlıq, nadanlıq
qocaldar səni.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Ehtiyac üzündən,
pənah gətirsə,
Əl tut, kömək eylə
mütləq o kəsə.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Məkrli, hiyləli
görsən kimsəni,
Çalış ki, toruna
salmasın səni.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Xətalar yetirsən
əməllərinlə,
Çoxalar düşmənin,
öz əllərinlə.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Pis əməldən dönüb,


edərkən tövbə,
Yeni bir xətayə
saxlama növbə.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Çörəyi verənə
dualar eylə,
Əvəzin sən ödə
səxavət ilə.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Mərhəmət sahibi
zülümkar olmaz,
Bir qaba iki qab
həcimi dolmaz.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Var sözlər dedikdə


bir dərman olur,
Var sözlər zəhrimar,
zəhər qan olur.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Muğamlarda yaşar
sevgi, intizar,
Həsrətdə, hicranda
qəhrəmanlıq var.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Qürbətdə torpağın
öpən anbaan,
Vətəndə Vətəni
eləməz talan.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Marsda dirçələcək
həyat bir zaman,
Oranın ziynəti
olacaq insan.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Günahı taparlar
sənin özündə,
Yoxdursa məhəbbət
onun gözündə.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Allaha inamla,
şükürlə yaşa,
Đnşallah deyərək
ömrü vur başa.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Qocalıq üstünə
xəstəlik gəlsə,
Uşaqlıq arzular
getməkçün dərsə.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Əlvida deyərək
örtsən qapını,
Nə qır, nə düyünlə
eşqin sapını.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Ataya, Anaya bəxş


et səadət,
Övladın seyr edib
eləsin adət.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Sus danışma ki,


səhvin olmasın,
Dilinlə, son günün
məhvin olmasın.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Sağlamlıq əlində,
əməlindədi,
Necə əməl etsən
qədərindədi.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Rəvayətə dönüb
qalmaqçün yadda
Göstər xidmətini,
özün öz adda.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Đnsanı ucaldan
səbirdir səbir,
Səbirsiz insana
məskəndir qəbir.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Cahu-cəlal ilə
öyünmə ki sən,
Var dövlət qalandır,
sən isə gedən.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Çalış ki nəfsini
hər şeydən qoru,
Tamahdan doğulur
əcəlin toru.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Şaxtalı-çovğunlu
olsada Sibir,
Olacaq günəşə
bir müddət əsir.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Verməyə insana
qiyməti bacar,
Pislərdə göz qaçar
saf da nur saçar.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Paxıllıq, xəyanət
bəsləyən kəslər,
Tez-tez dost sözünü
qarşında səslər.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Dəliyə yalanı
verirlər yemək,
Onun dəliliyi
düz sözdür demək.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Dərk etmək üçün


təkrar oxu sən,
Sözün qüdrətini
tamam biləsən.
Ramiz Abdullayev “101 kəlam”

www.ramizabdullayev.com

Azərbaycan Respublikasi

‘‘TƏHSĐL’’ Mərkəzi

‘‘Borçalı’’ Nəşriyyat-poliqrafiya

Müəssisəsi

Baş direktor: Müşfiq BORÇALI

Nəşriyyat redaktoru:

Aysel MƏDƏDLĐ

Texniki redaktoru:

Aytac MƏDƏDLĐ

Bədii redaktor: Aytən ALIQIZI

Korrektor: Rəna Təbəssüm

Operator:Tünzalə XƏLĐLOVA

Bakı, Mətbuat pros.,529 cu məh., ‘‘Azərbaycan’’ nəşriyyatı,

IV mərtəbə ‘‘Şərqin səsi’’ redaksiyası.

Telefon:438-10-95 ; (050)-322-05-55.

Yığılmağa verilib 24.01.2010.

Çapa imzalanıb 10.03.2010.

Ş.ç.v3. F.ç.v.3,25.

Ofset çap üsulu. Əla növ kağız

Sifariş 19 sayı 10000

Qiyməti müqavilə ilə.

BAKI-2010

You might also like