Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 21

1. Yaşlı insanlarda və uşaqlarda meyit qacıması özünü necə göstərir?

A) zəif biruzə verir


B) normadan daha intensiv
C) adi haldakı kimi
D) baş vermir
E) davamlı saxlanılır

2. Tamlığı pozulmayan qızlıq pərdəsinin müayinəsi zamanı hansı xüsusiyyətlərə diqqət edilməlidir?
A) aşağıda göstərilənlərin hamısına
B) kənarlarına
C) dəliyin ölçüsünə
D) sərbəst kənarına
E) təbii oymaların ölçülərinə

4. Qadınların cinsi yetişkənliyin əsas kriteriyaları hansılardır?


A) normal cinsi əlaqədə olma, döllənmə, hamilə olma, doğuş və uşağı tərbiyə etmə qabiliyyətinin
olması
B) əqli inkişafın olması
C) südvermə qabiliyyətinin olması
D) menstrual funksiyasında dəyişikliklərin olmaması
E) çanağın ölçüləri

5. Yüngül dərəcəli zərərvurmaya bu xəsarətlərdən hansı aid edilə bilər?


A) cərrahi tikişə ehtiyacı olan yaralar
B) almacıq sümüyünün qəlpəli sınığı
C) bud sümüyünün sınığı
D) baldır sümüklərinin sınığı
E) çənə sümüyünün qəlpəli sınığı

6. Bunlardan hansı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir?
A) udlağın, qırtlağın, traxeyanın və yemək borusunun daxilə keçən yaraları
B) üz sümüklərinin sınıqları
C) baş beyin silkələnməsi
D) mil sümüyünün sınığı
E) saidin sıyrığı

7. Bunlardan hansı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir?
A) ağır dərəcəli şokla və tənəffüsün pozulması ilə müşayiət edilən qırtlaq və traxeya qığırdaqlarının
qapalı sınıqları
B) bud sümüyünün qapalı, yerini dəyişən sınığı
C) baldır sümüklərinin qapalı, yerini dəyişən sınıqları
D) bir qabırğanın yerdəyişməyən sınığı
E) barmağın əzilmiş yarası

8. Bunlardan hansı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir?
A) bud sümüyünün açıq, yerini dəyişən sınığı
B) alın sümüyünün xarici sümük təbəqəsinin sınığı
C) baş beyinin yüngül dərəcəli əzilməsi
D) falanqa sümüyünün sınığı
E) əng sümüyünün sınığı

9. Bunlardan hansı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir?
A) dizaltı arteriyanın zədələnməsi
B) mil arteriyasının zədələnməsi
C) alın sümüyünün xarici sümük təbəqəsinin məhdud çatı
D) dirsək arteriyasının zədələnməsi
E) periferik damarların zədələnməsi

10. Bunlardan hansı sağlamlığa ağır zərərvurmaya aiddir?


A) peşəkar əmək qabiliyyətinin tam itirilməsi
B) ümumi əmək qabiliyyətinin 33%-ə qədər itirilməsi
C) ümumi əmək qabiliyyətinin 10%-ə qədər itirilməsi
D) ümumi əmək qabiliyyətinin 30%-ə qədər itirilməsi
E) ümumi əmək qabiliyyətinin 25%-ə qədər itirilməsi

11. Bu xəsarətlərdən hansı az ağır zərərvurma kimi qiymətləndirilir?


A) almacıq sümüyünün sınığı
B) təpə sümüyünün sınığı
C) burun sümüyünün sadə, yerinidəyişməyən sınığı
D) ayaq pəncəsinin əzilmiş-cırılmış yarası
E) baş beyin silkələnməsi

12. Bu xəsarətlərdən hansı az ağır zərərvurma kimi qiymətləndirilir?


A) bir qulaqda eşitmənin tam itirilməsi
B) baş beyin silkələnməsi
C) kəllə əsasının sınığı
D) körpücükaltı arteriyanın zədələnməsi
E) 2-3 daimi dişin travmatik düşməsi

13. Ayaqlar üzərinə yüksək hündürlükdən yıxılarkən yaranan kontakt xəsarət hansıdır?
A) daban sümüklərinin qəlpəli sınıqları
B) kəllə əsası sümüklərinin xətti sınığı
C) döş sümüyünün qəlpəli sınığı
D) daxili üzvlərin yerlərindən qopması və yerini dəyişməsi
E) bud sümüyünün köndələn çəp sınığı

14. Bərk küt əşyaların təsirindən əsasən hansı xarakterli yaralar əmələ gəlir?
A) əzilmiş, cırılmış yaralar
B) mişarlanmış yaralar
C) çapılmış yaralar
D) deşilmiş yaralar
E) kəsilmiş yaralar

15. Hansı qansızma kəllədaxili qansızma hesab edilmir?


A) subkonyuktival
B) subdural
C) epidural
D) subaraxnoidal
E) beynin bazal hissəsinə qansızma

16. Küt əşyanın bədənin hansı nahiyəsinə zərbəsi zamanı, qançır zərbənin təsir etdiyi yerdən kənarda
törənə bilər?
A) göz ətrafı nahiyədə
B) başın ənsə nahiyəsi
C) budun ön səthinin orta 1/3 hissəsində
D) sağrı nahiyəsində
E) saidin arxa səthində

17. Sıyrığın müayinəsində ekspert hansı suala düzgün cavab verə bilməz?
A) xəsarəti kimin yetirdiyini
B) sıyrığın əmələ gəlmə müddətinə
C) sıyrığı törədən alətin, əşyanın xüsusiyyətinə
D) qüvvənin tətbiq edildiyi yer
E) sıyrığın həyatı olub olmamasına

18. Göstərilən əlamətlərdən hansı sıyrığın həyati olduğunu sübut etmir?


A) qanla hopmanın olması
B) iltihab reaksiyası
C) üzvlərin piy emboliyası
D) sıyrığın rənginin qırmızımtıl-çəhrayı olması
E) sıyrığın ətrafında dərinin qızarması

19. Hansı yaralar bərk küt əşya ilə yetirilmiş yara hesab olunur?
A) əzilmiş yara
B) kəsilmiş yara
C) çapılmış yara
D) güllə yarası
E) qəlpə yarası

20. Avtomobilin bədənin üzərindən keçməsi nəticəsində hansı xəsarət və xarakterik xüsusiyyətlər
yaranır?
A) budun içəri səthində qanla dolu “cibşəkilli” yaraların əmələ gəlməsi və dərinin dairəvi soyulması
B) başın əzilmiş yarası
C) alnın dərialtı hematoması
D) qabırğaların birtərəfli sınıqları
E) qaraciyərin subkapsulyar hematoması

21. Aşağıdakılardan hansı küt əşya – alətə aid deyildir?


A) bıçaq
B) dəmir boru
C) taxta parçası
D) kərpiç
E) mərmi

22. Sıyrığın müayinəsi zamanı məhkəmə-tibb eksperti hansı sualları həll edə bilməz?
A) sıyrığın kim tərəfindən və nə məqsədlə yetirildiyini
B) sıyrığın küt əşya tərəfindən yetirildiyini
C) sıyrığın yetirilmə müddətini
D) sıyrığ törənərkən təsir edən qüvvənin istiqamətini
E) bəzən sıyrığın konturlarına görə onu törədən alətin xüsusiyyətini

23. Sınığın müayinəsi zamanı məhkəmə-tibb eksperti göstərilənlərdən hansı xüsusiyyətləri həll edə
bilməz?
A) sınığın kim tərəfindən yetirildiyini
B) zədə törədən aləti (odlu silah, çapıcı alət və s.)
C) sınığın əmələ gəlmə mexanizmini
D) xarici təsirin istiqamətini
E) bəzən sınığın törənməsinə sərf olunan qüvvəni

24. Sıyrığın sağalma müddəti nədən asılı deyil?


A) sıyrığı törədən alətin təsir istiqamətindən
B) sıyrığın səthi və dərin olmasından
C) sıyrığın lokalizasiyasından
D) şəxsin yaşından
E) xəsarət alanın fərdi xüsusiyyətlərindən

25. Adətən adi gedişində sıyrıq neçə müddət iz qoymadan sağalır?


A) 13-15 günə
B) 3-5 günə
C) 7-9 günə
D) 9-11 günə
E) 2-4 günə

26. Mexaniki xəsarətləri yetirən vasitələrə hansı aid deyildir?


A) kimyəvi turşular
B) silahlar
C) əşyalar
D) alətlər
E) bədən hissələri

27. Aşağıda qeyd edilən əlamətlərdən birindən savayı digərlərinin yaranması küt əşya təsirindən əmələ
gəldiyini göstərir:
A) yara kənarları hamar, sıyrıqsızdır
B) yara kənarında sıyrıq müşahidə edilir, nahamardır
C) yara kənarları qançırlıdır
D) yaradan qanaxma nisbətən az olur
E) yara bucaqlarında qopmamış liflər, toxuma atmaları müşahidə edilir

28. Meyit müayinə edilərkən aşağıda göstərilənlərdən hansı ekspertin özü tərəfindən aparılmaya bilər?
A) kəllə sümüklərinin mişarlanması
B) anatomik kəsiyin aparılması
C) yumşaq toxumaların ayrılması
D) daxili üzvlərin çıxarılması
E) daxili orqanların müayinəsi

29. Fəqərə sütununun müayinəsi hansı hallarda aparıla bilər, birindən başqa?
A) hava emboliyasına şübhə olduqda
B) onurğa beyni zədələndikdə
C) boyun fəqərələrinin çıxığında
D) hündürlükdən düşmə zamanı
E) boyun fəqərələrinin sınığında

31. Aşağıda göstərilən mərhələlərdən hansı terminal hala aid deyildir?


A) bioloji ölüm
B) predaqonal vəziyyət
C) terminal fasilə (pauza)
D) aqoniya
E) klinik ölüm
32. Ölümün baş verməsini göstərən nisbi (şübhəli) əlamətlərə aşağıdakılardan hansı aid deyil?
A) Beloqlazov əlaməti (pişikgözlülük fenomeni)
B) bədənin hərəkətsiz qalması
C) buynuz qişa refleksinin olmaması
D) bəbəklərin işığı qarşı reaksiyasının olmaması
E) huşun itməsi

33. Mumifikasiyanın məhkəmə tibbi əhəmiyyəti hansılardır, birindən başqa:


A) ölümün baş verməsinə kim səbəb olub
B) ehtimalla ölümün baş vermə müddətinin təyininə imkan verir
C) bəzən ölümün səbəbini göstərir
D) ölənin şəxsiyyətini müəyyənləşdirməyə kömək edir
E) Meyitin yerləşdiyi ərazinin xüsusiyyətlərini göstərir

34. Sudaboğulmanın dəqiq morfoloji əlamətləri olmadıqda diatom planktonun təyini üçün hansı orqan
və ya toxuma götürülməməlidir?
A) mədə (tam şəkildə) bir hissəsi
B) böyrək tam şəkildə
C) qara ciyərin bir hissəsi
D) bud sümüyünün iliyindən 50-100qram
E) bazu sümüyünün iliyindən 50-100qram

35. Meyitin məhkəmə-tibbi müayinəsi aşağıdakı hallarda tam hesab edilmir birindən başqa:
A) əlavə müayinələrin aparılması ilə birgə meyitin daxili və xarici müayinəsi aparılmışdırsa
B) meyitin meyitxanada xarici müayinəsi keçirilibsə
C) meyitin yalnız daxili müayinəsi keçirilibsə
D) meyitdə yalnız xəsarət olan nahiyyə müayinə edilmişdirsə
E) meyit yalnız hadisə yerində müayinədən keçirilibsə

36. Bioloji ölüm hansı mərhələdən sonra baş verir?


A) klinik ölüm mərhələsi
B) predaqonal vəziyyət
C) terminal fasilə
D) aqoniya
E) predaqonal vəziyyətdən sonra

37. Ölüm faktını göstərən şübhəli əlamətlərə aşağıdakılardan hansı aid deyildir?
A) uzun müddətli asistoliya və apnoye
B) az müddətdə ürək döyünmələri və nəbzin olmaması
C) bədənin hərəkətsiz qalması
D) buynuz qişa refleksinin olmaması
E) işığa qarşı reaksiyanın olmaması

38. Kəskin çürümə prosesinə məruz qalmış meyitdə restavrasiya apararkən qazları xaric etmək üçün
aşağıda göstərilən hansı nahiyədən kəsik aparılmır?
A) alında
B) boynun arxa səthində
C) yanaqların iç səthində
D) qulaq seyvanlarının arxa səthində
E) dodaqların iç səthində
39. Hadisə yerinin müayinəsində meyitə baxış aşağıda göstərilən hansı mütəxəssis tərəfindən aparıla
bilməz?
A) farmakoloq
B) məhkəmə-tibb eksperti
C) pataloq-anatom
D) terapevt
E) cərrah

40. Bunlardan hansı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir?
A) iri damarların zədələnməsi
B) üz sümüklərinin sınıqları
C) baş beyin silkələnməsi
D) mil sümüyünün sınığı
E) saidin sıyrığı

41. Aşağıda göstərilənlərdən kəllənin hansı sınıqları zamanı həyat üçün təhlükə törənmir?
A) kəllənin xarici səhifəsinin məhdud sahədə çatı
B) kəllə əsasının daxili səhifəsinin sınığı
C) təpə sümüyünün basılmış sınığı
D) ənsə sümüyünün xətti tam sınığı
E) alın sümüyünün dəlib keçən sınığı

42. Həyat üçün təhlükəli xəsarətlərə aiddirlər, birindən başqa:


A) baş beynin yüngül dərəcəli əzilməsi
B) mədəaltı vəzin açıq yaralanması
C) onurğa kanalına keçən və onurğa beynini zədələməyən yaralar
D) boyun fəqərələrinin sınığı
E) dizaltı arteriyanın zədələnməsi

43.Canlı şəxsin ekspertizası zamanı hansı sənəd tərtib edilir?


A) ekspertin rəyi
B) baxış protokolu
C) epikriz
D) tibbi arayış
E) xəstəlik vərəqi

44. Aşağıdakılardan hansı cinsi cinayət sayılır?


A) əxlaqsız hərəkətlər
B) abortun əlamətləri
C) mayalandırma qabiliyyətinin olması
D) cinsi aktın yerinə yetirməsi qabiliyyətinin olması
E) hamiləliyin əlamətləri

45. Aşağıdakı meyarlardan hansı sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir?
A) hamiləliyin pozulması
B) sağlamlığın uzunmüddətli pozulması
C) dirsək sümüyünün fəsadlaşmayan qapalı sınığı
D) qamış sümüyünün fəsadlaşmayan qapalı sınığı
E) ümumi əmək qabiliyyətinin 30%-ə qədərinin itirilməsi

46. Aşağıdakılardan hansı sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir?


A) görmənin itirilməsi
B) çəpgözlük
C) göz alması nahiyəyə qansızma
D) bir gözdə görmə itiliyinin azalması
E) göz almasının iltihabı

47. Aşağıdakılardan hansı sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir?


A) danışıq nitqinin itirilməsi
B) səsin karlaşması
C) ptoz
D) səs bağlarının iltihabı
E) sağlamlığın uzunmüddətli itirilməsi

48. Sağlamlığa ağır zərər vurmanın əlamətləri hansıdır?


A) hər hansı bir orqanın və ya onun funksiyasının itirilməsi
B) ayağın bütün barmaqlarının olmaması
C) əlin bir barmağının ankilozu
D) dirsək oynağının kontrakturası
E) diz oynağının kontrakturası

49. Sağlamlığa yüngül zərər vurmanın əlamətləri hansıdır?


A) sağlamlığın qısa müddətə pozulması
B) 21 gündən artıq sağlamlığın pozulması
C) ümumi əmək qabiliyyətinin 10%-dən 33%-ə qədər itirilməsi
D) bir qulaqda eşitmənin pozulması
E) mayalandırma qabiliyyətinin itirilməsi

50. Sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aşağıdakılardan hansı aiddir?


A) ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi
B) sağlamlığın uzun müddətə itirilməsi
C) sifətin silinməz dərəcədə eybəcərləşdirilməsi
D) bir gözdə görmənin itirilməsi
E) peşəkar əmək qabiliyyətinin itirilməsi

51. Bud arteriyasının zədələnməsi sağlamlığa zərər vurmanın hansına aiddir?


A) sağlamlığa ağır zərər vurmaya
B) sağlamlığa yüngül zərər vurmaya
C) sağlamlığa az ağır zərər vurmaya
D) xəsarətin nəticəsinin gözlənilməsi vacibdir
E) sağlamlığa zərər vurma dərəcəsi təyin edilmir

52. Mübahisəli cinsi vəziyyətin ekspertizası zamanı nə təyin edilir?


A) hermafroditizm
B) transvestitizm
C) epispadiya
D) qızlıq pərdəsinin tamlığını
E) mayalandırma qabiliyyətini

54. Hamiləliyin pozulması sağlamlığa zərər vurmanın hansı dərəcəsinə aiddir?


A) sağlamlığa ağır zərər vurma
B) sağlamlığın uzun müddətə pozulması
C) orqanın itməsi
D) ümumi əmək qabiliyyətinin 1/3-dən artıq itirilməsi
E) ümumi əmək qabiliyyətinin 1/3-dən az itirilməsi

55. Sağlamlığın vəziyyətinin təyini ekspertizası hansı növə aiddir?


A) komisyon
B) kompleks
C) birincili
D) əlavə
E) təkrari

56. Simulyasiya dedikdə nə başa düşülür?


A) olmayan xəstəliyin əlamətlərini yalandan təqlid etmək
B) xora xəstəliyi
C) epileptik tutmalar
D) gecələr sidiyin saxlanmaması
E) karlıq

57. Yaşın təyini zamanı hansı müayinə metodlarından istifadə olunur?


A) antropometrik, rentqenoloji, stomatoloji
B) ultrasəs, seroloji
C) elektrokardioqrafiya
D) ensefaloqrafiya, ultrasəs
E) seroloji

58. Hansı əlamət hamiləliyin əsas göstəricisidir?


A) dölün ürək döyüntüsünün eşidilməsi
B) doğuş yollarında qanlı ifrazatın gəlməsi
C) qarının ölçüsünün böyüməsi
D) bel nahiyəsində ağrının olması
E) susuzluğun olması

59. Həqiqi hermafroditizmin əlamətləri hansıdır?


A) kişi və qadın cinsi vəzilərinin olması
B) qadın cinsi vəzilərinin olması
C) kişi cinsi vəzilərinin olması
D) uşaqlığın ikibuynuzlu omlası
E) bir xayanın olmaması

60. Fiziki güc tədbiq etməklə cinsi əlaqəyə girmək üçün xarakterik zədələr hansılardır?
A) budun daxili səthlərində qançır və sıyrıqların olması
B) baş beyin silkələnməsi
C) aşıq-baldır oynağının çıxıgı
D) mil sümüyünün çıxıgı
E) sağ əlin birinci barmağının falanqa oynağının çıxıgı

61. Tamlığı pozulmuş qızlıq pərdəsinin tam sağalması hansı müddətdə başa çatır?
A) 2 həftədən sonra
B) 3 gündən sonra
C) 5-ci gün
D) 6-7-ci gün
E) 1 aydan sonra

62. Azərbaycan Respublikasının CPM-də ekspert haqqında hansı maddə öz əksini tapmışdır?
A) CPM.,maddə 97
B) CPM.,maddə 100
C) CPM.,maddə 93
D) CPM.,maddə 90
E) CPM.,maddə 116

63. Bu səbəblərdən hansı ekzogen tipli hipoksiya əmələ gətirir?


A) nəfəs alınan havada oksigenin parsial təzyiqinin düşməsi
B) tənəffüs orqanlarının xəstəliyi nəticəsində
C) ürək-damar sistemi xəstəlikləri ilə əlaqədar olan hemodinamika pozğunluqları zamanı
D) qan itirmələr və qan xəstəlikləri nəticəsində qanda oksigenin miqdarının azalması nəticəsində
E) bioloji oksidləşmə proseslərinin pozulması zamanı, ən çox sianid birləşmələri ilə zəhərlənmələrdə

64. İnspirator təngənəfəslik mərhələsində qan dövranında nə baş verir?


A) A/T aşağı düşməsi
B) A/T bir qədər yüksəlməsi, bradikardiya, sianoz
C) bradikardiya, A/T aşağı düşməsi
D) bradikardiya, A/T minimal olması
E) ürək yığılmalarının olmaması

65. Ekspirator təngənəfəslik mərhələsində nə baş verir?


A) sfinktorların boşalması
B) A/T aşağı düşməsi, ürəkdöyünmənin zəifləməsi, boyunun və üzün sianozlaşması
C) bradikardiya, A/T aşağı düşməsi
D) bradikardiya, A/T minimal olması
E) ürək yığılmalarının olmaması

66. Ümumi daxili asfiktik əlamətlərə aid deyil?


A) mədənin selikli qişası altına nöqtəvari qansızmalar
B) ürəkdə və iri venoz damarlarda tünd qırmızı duru qanın olması
C) subplevral və subepikardial nöqtəvari qansızmalar (Tardye ləkələri)
D) ürəyin sağ yarısının sol yarısı ilə müqayisədə doluqanlığı
E) daxili orqanların doluqanlığı

67. Amyus əlaməti mexaniki asfiksiyanın hansı növündə rast gəlinir?


A) stranqulyasion
B) kompression
C) obturasion
D) aspirasion
E) məhdud qapalı şəraitdə baş verən asfiksiyada

68. Asılmanın əsas əlamətinə nə aiddir?


A) stranqulyasiya şırımı
B) burun və ağızdan ağ-çəhrayımtıl köpüyün ifraz olunması
C) ekximatik maska
D) üzün və boynun sianozu
E) tüklərin qabarması

69. Sudabatma zamanı müşahidə olunan mühüm əlamət hansıdır?


A) əsas sümüyün cibində 5 ml-ə qədər azad mayenin olmasıdır
B) Tardye ləkələri
C) ağciyərlərin karmin ödemi
D) stranqulyasion şırımın olması
E) Martin əlaməti

70. “Kataleptik” qacımanın səbəbi:


A) uzunsov beyin və ona yaxın yerləşən hissələrin zədələnməsi
B) qara ciyərin zədələnməsi
C) fosforlu birləşmələrlə zəhərlənmələrdə
D) ürək-damar xəstəlikləri
E) ağ ciyər xəstəlikləri

71. Mumifikasiyanın yaranması üçün hansı şərait lazımdır?


A) quru hava cərəyan edən, iri dənəli, məsaməli qumsallıq
B) nəm havalı, gilli torpaq
C) minerallarla zəngin torpaq
D) 0-5°C temperatur, nəm hava, qara torpaq
E) dəniz qumu, yüksək temperatur

72. Güllənin çıxış dəliyinin əlamətlərinə aid deyil?


A) toxuma çatışmazlığının olması
B) toxuma çatışmazlığının olmaması
C) çirklənmə həlqəsinin və sıyrıq həlqəsinin olmaması
D) kənarları nahamar, bəzən bayıra doğru çevrilmiş olur
E) çıxış dəliyinin yarıq və qeyri-müəyyən formada olması

73. Uzaq məsafədən atəş zamanı Vinoqradov fenomeninə hansı şərt mütləqdir?
A) iki hədəfin olması (ikiqat paltar, paltar və dəri)
B) bədəndə paltarın olmaması
C) mərminin dəydiyi hədəfdə maneə olmaması
D) güllənin sürətinin 100 m/s-dən az olması
E) güllənin kalibrinin böyük olması

74. Ağır zərərvurma əlamətlərinə aid deyil?


A) ümumi əmək qabiliyyətinin üçdə birindən az hissəsinin əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi
(10-33%)
B) ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən (33%) az olmamaqla uzun müddətə, daimi
(dayanıqlı) itirilməsi halında olan səhhətin pozulması
C) ruhi xəstəliklərə səbəb olma
D) peşəkar (professional) əmək qabiliyyətinin tam itirilməsi
E) hamiləliyin pozulması

75. Hansı kriteriya az ağır zərərvurma əlamətlərinə aid deyil?


A) səhhətin qısa müddətə pozulması
B) həyat üçün təhlükəliliyin olmaması
C) hazırki “Qaydalarda” nəzərdə tutulmuş ağır zərərvurmanın əlamət və nəticələrinin olmaması
D) səhhətin uzun müddətə pozulması
E) ümumi əmək qabiliyyətinin üçdə birindən az hissəsinin əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi
(10-33%)

76. Səhhətin uzun müddətli pozulması dedikdə nə başa düşülməlidir?


A) xəsarətlə bilavasitə əlaqəli nəticələrin 21 gündən çox davam etməsi
B) xəsarətlə bilavasitə əlaqəli nəticələrin 3-5 gündən çox davam etməsi
C) xəsarətlə bilavasitə əlaqəli nəticələrin 6 gündən çox davam etməsi
D) xəsarətlə bilavasitə əlaqəli nəticələrin 10 gündən çox davam etməsi
E) xəsarətlə bilavasitə əlaqəli nəticələrin 15-20 gün davam etməsi

77. Uzun borulu sümüklərin – bazu, bud və qamış sümüyünün açıq sınıqları sağlamlığa zərərvurmaya
görə CM hansı maddəsinə aiddir?
A) CM.,maddə 126
B) CM.,maddə 127
C) CM.,maddə 128
D) CM.,maddə 125
E) CM.,maddə 124

78. Körpücükaltı, qoltuqaltı arteriyaların və onları müşayiət edən venaların zədələnməsi sağlamlığa
zərərvurmaya görə CM hansı maddəsinə aiddir?
A) CM.,maddə 126
B) CM.,maddə 127
C) CM.,maddə 128
D) CM.,maddə 132
E) CM.,maddə 133

79. Bakirəlik dedikdə nə nəzərdə tutulur?


A) qızlıq pərdəsinin tamlığının pozulmaması
B) qızların qeyri-təbii yollarla cinsi əlaqədə olması
C) qızlıq pərdəsinin dəliyinin diametrinin az ölçüdə olması
D) qızlıq pərdəsinin arakəsməli formada olması
E) cinsiyət yarığının tam örtülməməsi

80. “Kriminal abort” nə deməkdir?


A) hamiləliyin müalicə müəssisəsindən kənarda müxtəlif üsullarla pozulması
B) hamiləliyin stasionarda həkim tərəfindən pozulması
C) kəskin infeksiyadan hamiləliyin pozulması
D) ananın ürək qüsurundan hamiləliyin pozulması
E) sifilis xəstəliyindən pozulması

81. Məhkəmə-tibb praktikasında zorlama dedikdə nə başa düşülür?


A) zərərçəkmişin razılığı olmadan zor tətbiq etməklə cinsi əlaqədə olma
B) qeyri-təbii yolla cinsi əlaqə
C) uşaqbazlıq
D) qadının razılığı ilə cinsi əlaqə
E) hər iki cinsin razılığı ilə cinsi əlaqə

82. Cinsin təyininə nə vaxt ehtiyac yaranır?


A) nigahın pozulmasında
B) ağırlıq dərəcəsinin təyini zamanı
C) yaşı təyin edən zaman
D) xəsarətin xarakterini təyin edəndə
E) qızlıq pərdəsinin pozulmasının müddətinin təyinində

83. Məhkəmə-tibbi praktikada keçmiş doğuş əlamətlərinin vaxtının təyininə nə vaxt zərurət yaranır?
A) uşaq öldürməyə şübhə yarandıqda
B) qızların nigaha girdiyi vaxt
C) sağlamlığa zərər vurmanın təyinində
D) doğuş xüsusi doğum evləri-xəstəxanada olduqda
E) nigaha girən kişinin marağı olduqda

84. Azərbaycan Respublikasının CPM-nin hansı maddəsinin tələblərinə uyğun olaraq hadisə
yerinin müayinəsi həyata keçirilir?
A) CPM.,maddə 236
B) CPM.,maddə 237
C) CPM.,maddə 235
D) CPM.,maddə 234
E) CPM.,maddə 238

85. Hansı hallarda hadisə yerinin müayinəsinin periferiyadan mərkəzə doğru aparılması məsləhət
görülür?
A) periferiyada olan cinayət izlərinin və maddi sübutların tamlığının pozulması və itmə təhlükəsi
olan hallarda
B) periferiyada qana oxşar ləkələr tapıldıqda
C) hadisə yerinin mərkəzi aydın olduqda
D) hadisə yerinin mərkəzini müayinə etmək üçün periferiyada izlər olmadıqda
E) periferiyada tüklər tapıldıqda

86. Meyitin məhkəmə-tibbi müayinəsi nəyin əsasında aparılır?


A) hüquq-mühafizə orqanlarının yazılı təliqəsi əsasında
B) hüquq mühafizə orqanlarının şifahi göstərişi əsasında
C) baş həkimin göndərişi əsasında
D) ekspertiza idarəsinin rəisinin göstərişi əsasında
E) mərhumun qohumlarının xahişi əsasında

87. Meyitdə aşkar olunan hansı xəsarətlər təsadüfü sayıla bilməz?


A) meyitin offenziv və defenziv parçalanması zamanı
B) sudan çıxarılmış meyitlərdə aşkar olunan gəmi pərləri ilə yetirilmiş xəsarətlər
C) meyitin nəqliyyatda daşınması zamanı yaranan xəsarətlər
D) məhkəmə-tibbi və patoloji anatomik təşrih zamanı
E) meyitin ekshumasiyası zamanı

88. Bunlardan hansı xəsarətlər küt alət zədələnmələrinə aid deyil?


A) boynun kəsilmiş yarası
B) silahsız insanın yumruqla yetirdiyi xəsarətlər
C) hərəkət edən nəqliyyat vasitəsinin təsirindən baş verən xəsarətlər
D) hündürlükdən yıxılma nəticəsində baş verən xəsarətlər
E) mexanizmlərin hərəkətdə olan hissələrinin təsirindən baş verən xəsarətlər

89. Sıyrıqların məhkəmə-tibbi əhəmiyyətinə aşağıdakılardan nə aid deyil?


A) sıyrığın rəngi ölümün səbəbini təyin etməyə imkan verir
B) sıyrığın olması zədənin olmasını sübut edir
C) sıyrıq xəsarətin yetirilmə müddətini təyin etməyə imkan verir
D) sıyrıqların lokalizasiyası, bəzi hallarda zorakı hərəkətlərin xarakterini müəyyən etməyə
imkan verir
E) sıyrığın forma və ölçüləri, bəzi hallarda xəsarətin nə ilə yetirilməsini müəyyən etməyə
imkan verir

90. Sıyrıqların sağalması nədən asılıdır?


A) aşağıda göstərilənlərin hamısından
B) ölçülərindən
C) lokalizasiyalarından
D) zərərçəkmişin yaşından
E) orqanizmin vəziyyətindən

91. Sıyrıqların aşağıda göstərilən əlamətlərindən hansı məhkəmə-tibbi əhəmiyyətə malikdir?


A) aşağıda göstərilənlərin hamısı
B) sıyrığın olması zədənin olmasını sübut edir
C) sıyrıq xəsarətin yetirilmə müddətini təyin etməyə imkan verir
D) sıyrıqların lokalizasiyası, forma və ölçüləri bəzi hallarda zorakı hərəkətlərin xarakterini müəyyən
etməyə imkan verir
E) sıyrığa əsasən, xəsarət yetirən alətin istiqamətini təyin etmək olar

92. Qançırlara aid olan faktorlardan hansı düz deyil?


A) həmişə zərbənin yerini göstərir
B) küt əşyanın təsirini göstərir
C) xəsarətin müddətini təyin etməyə imkan verir
D) təsir faktını göstərir
E) zərbə yetirən küt alətin səthinin forma və ölçülərini bəzi hallarda əks etdirir

93. Qançırın rənginin dəyişməsinin ardıcıllığı necə olur?


A) tünd qırmızı→ qırmızımtıl-göyümtül→ yaşıl→ sarı
B) qırmızı→ göy→ yaşıl
C) tünd qırmızı → yaşıl →boz
D) qırmızımtıl → yaşıl → sarı → boz
E) tünd qırmızı → qırmızımtıl-göyümtül → sarı → yaşıl

94. Sınıqların növünə və xarakterinə görə məhkəmə-tibb eksperti nəyi təyin etmir?
A) xəsarətin kim tərəfindən yetirilməsini
B) xəsarətin xarakterini
C) xəsarətin əmələ gəlmə mexanizmini
D) xəsarəti yetirən əşyanın xarakterini
E) xəsarət yetirilmənin istiqaməti və təsir qüvvəsi

95. Bu xəsarətlərdən hansı avtomobil travmalarının spesifik xəsarətlərinə aid deyil?


A) bamper-sınığı
B) bədən üzərində protektorun izi
C) paltar üzərində protektorun izi
D) paltar və bədən üzərində fara izi
E) radiatorun çərçivəsinin formasını özündə əks etdirən xəsarətlər

96. Avtomobil travmaları zamanı aşağıda göstərilən zədələnmələrdən hansı qeyri-xarakterik


xəsarətlərə aiddir?
A) yuxarı ətrafın pəncərədən çıxarılması hallarında qarşıdan gələn avtomobillə qopardılması
B) bamper-sınıq
C) dəri örtüklərin cibəbənzər cırılmaları
D) təkərin bədən üzərindən keçməsi nəticəsində daxili orqanların zədələnməsi
E) təkərlərin izini göstərən sıyrıq və qançırlar (protektor izi)

97. Bunlardan hansı xəsarətlər tipik dəmiryol travmalarına aiddir?


A) təkər bədən üzərindən keçdikdə sıxılma və sürtülmə zolağının əmələ gəlməsi
B) bamper sınığı
C) dərinin cibəbənzər cırılmaları
D) təkərin protektorunun izi
E) “qamçıya bənzər” sınıqlar

98. Kəsilmiş yaralar üçün hansı əlamət xarakter deyil?


A) yara kənarı qançırlı və qeyri hamar olur
B) yara kənarı düz və hamar olur
C) kəsilmiş yaraların ucları iti olur
D) kəsilmiş yaraların uzunluğu, onun dərinliyindən və enindən böyük olur
E) kəsilmiş yaralar ən çox xətti formada olur

99. Deşilmiş yaralar üçün hansı əlamət xarakterdir?


A) yaranın dərinliyi digər ölçülərdən çox olur
B) yaranın uzunluğu dərinliyindən çox olur
C) yaranın kənarları hamar olmur
D) yaranın kənarları nahamar olur
E) deşilmiş yaralar xətti formada olur

100. Çapılmış yaraların öz xarakter əlamətlərinə aid deyil?


A) dəridə yaranın kənarları dişli, saçaqlı olur
B) yaranın kənarlarının nazik zolaq şəklində sıyrılması əmələ gəlir
C) yara kanalının dibinə yaxınlaşdıqca toxumaların əzilməsinə, xıncım-xıncım olmasına rast gəlinir
D) dəridə çapılmış yaranın iti kənarlarından təzyiq nəticəsində əmələ gəlmiş xətt sıyrıqlar ayrılır
E) çapıcı alətlərin təsiri nəticəsində sümüklərin zədələnməsi müşahidə olunur

101. Bunlardan hansı döyüş odlu silah patronlarına aid deyil?


A) montaj-tikinti patronları
B) tüfəng patronları
C) tapança patronları
D) idman patronları
E) ov patronları

102.Məhkəmə təbabətinin müayinə obyektlərinə aid deyildir?


A) biopsiya
B) canlı şəxslər
C) meyitlər
D) maddi sübutlar
E) məhkəmə və istintaq işi materialları

103.Canlı şəxslərin ekspertizası əsasən harada aparılır?


A) məhkəmə-tibbi ekspertiza şöbəsinin ambulatoriyasında
B) mərkəzi poliklinikada
C) hadisə yerində
D) məhkəmə zalında
E) prokurorluğun inzibati binasında

104. Məhkəmə-tibb eksperti tərtib etdiyi rəyi və aktı kimin adından verir?
A) öz adından
B) idarə adından
C) şöbə adından
D) birlik adından
E) məhkəmə adından
105. Məhkəmə-tibb eksperti tərtib etdiyi rəyə görə hansı məsuliyyət daşıyır?
A) şəxsi
B) kollektiv
C) məsuliyyət daşımır
D) müstəntiq ilə birlikdə
E) təhqiqatçı ilə birlikdə

106. Məhkəmə-tibbi ekspertiza aparılan zaman müstəntiqin ekspertizada iştirakı necə tənzimlənir?
A) iştirak etməyə hüququ var
B) mütləq iştirak etməlidir
C) iştirak edə bilməz
D) ancaq bəzi hadisələrdə iştirak edə bilər
E) ancaq döyülmə hadisələrində

107. Hadisə yerində xəsarət alan şəxsdə ölümü təsdiq edən şübhəsiz (mütləq) əlamətlər olmadığı
halda məhkəmə-tibb eksperti nə etməlidir?
A) təcili yardımı cağırmaqla yanaşı ilkin tibbi yardımı göstərməlidir
B) ancaq hadisə yerinin baxışında iştirak etməlidir
C) ancaq təcili yardımın gəlməsini gözləməlidir
D) hadisə yerində olan şahidləri dindirməlidir
E) baxış protokolunu tərtib etməlidir

108. Ölüm faktını göstərən nisbi (şübhəli) əlamətlərə aid deyildir?


A) skelet əzələlərin qacıması
B) dəri örtüyünün avazıması
C) taktil və qoxu hissiyatlarının olmaması
D) göz bəbəklərinin işiğı qarşı reaksiyasının olmaması
E) bədənin hərəkətsiz qalması

109. Bioloji ölüm baş verməzdən əvvəl orqanizmdə gedən mərhələlər hansı ardıcıllıqla baş verir?
A) predaqonal vəziyyət, terminal fasilə, aqoniya və klinik ölüm
B) aqoniya, terminal fasilə, predaqonal vəziyyət və klinik ölüm
C) predaqonal vəziyyət, aqoniya, terminal fasilə və klinik ölüm
D) terminal fasilə, aqoniya, predaqonal vəziyyət və klinik ölüm
E) terminal fasilə, predaqonal vəziyyət, aqoniya və klinik ölüm

110.Beyin qan dövranı tam dayandıqdan sonra neyronların əksəriyyəti neçə müddətdən sonra məhv
olur?
A) 5-8 dəqiqə
B) 1-2 dəqiqə
C) 30-40 dəqiqə
D) 20-30 saniyə
E) 1-2 saat

111. Ölümü təsdiq edən mütləq əlamətlərə aid deyildir?


A) bədənin hərəkətsiz qalması və ağrı hissinin itməsi
B) ilkin meyit əlamətlərinin olması
C) Beloqlazov əlaməti – “pişikgözlülük fenomeni”
D) “Larşe ləkələri”-nin olması
E) uzun müddətli asistoliya və apnoe

112. Beloqlazov əlaməti – “pişikgözlülük fenomeni” ölüm baş verdikdən neçə müddət sonra
müşahidə olunur?
A) 10-15 dəqiqə
B) 30-40 dəqiqə
C) 30-40 saniyə
D) 1-2 saat
E) 3-4 saat

113. Məhkəmə-tibbi ekspertiza baxımından ölüm təsnifatı hansı qruplara bölünür?


A) zoraki və qeyri-zoraki
B) vaxtında və vaxtından erkən
C) şübhəli və şübhəsiz
D) fizioloji və şübhəli
E) patoloji və qeyri-zoraki

114. İlkin meyit əlamətlərinə aid deyildir?


A) yağmumlaşma
B) autoliz
C) meyit quruması
D) meyit soyuması
E) meyit qacıması

115. Meyit ləkələri hansı ardıcıllıqla bir-birini əvəz edən dövrləri keçirir?
A) hipostaz, staz və imbibisiya
B) staz, hipostaz və imbibisiya
C) imbibisiya, staz və hipostaz
D) imbibisiya, hipostaz və staz
E) hipostaz, imbibisiya və staz

116.Meyit ləkələrini qançırdan fərqləndirmək üçün meyitxanada həmin nahiyədə dəridə nə edilir?
A) xaçvari kəsik aparılır
B) dinamometr vasitəsi ilə təzyiq edilir
C) barmaqla təzyiq edilir
D) xətti kəsik aparılır
E) mikroskop altında baxılır

117. Gecikmiş meyit əlamətlərinə aid deyildir?


A) autoliz
B) çürümə
C) mumifikasiya
D) yağmumlaşma
E) torf aşılanma

118. Çürümə prosesinin ilkin əlaməti olan meyit yaşıllığı əsasən hansı nahiyədə əmələ gəlir?
A) sağ qalça nahiyəsində
B) sol qalça nahiyəsində
C) sağ said nahiyəsində
D) sol qasıq nahiyəsində
E) sağ bud nahiyəsində

119. Supravital reaksiyalar yolu ilə nə təyin olunur?


A) ölümün başvermə müddəti
B) ölümün başvermə şəraiti
C) ölümün başvermə səbəbi
D) ölümün başvermə yeri
E) ölümün başvermə mexanizmi

120.Cinayətkarların meyiti daha asan daşımaq məqsədi ilə meyitin hissələrə bölünməsi hansı
parçalanmaya aid edilir?
A) defenziv
B) offenziv
C) birincili
D) ikincili
E) degenerativ

121.Meyitin ekshumasiyası (qəbirdən çıxarılması) yalnız kimin qərarı əsasında keçirilir?


A) məhkəmənin
B) polisin
C) müstəntiqin
D) vəkilin
E) qohumlarının xahişi ilə

123. Terminal vəziyyət aşağıdakılarla xarakterizə olunur, birindən başqa:


A) bioloji ölüm
B) arterial təzyiqin kəskin aşağı düşməsi
C) qaz mübadiləsinin kəskin pozulması
D) metabolizmin pozulması
E) ifrazat funksiyasının pozulması

124. Aqoniyanın klinik şəkili hansı prosesin nəticəsində yaranır?


A) mərkəzi sinir sisteminin funksiyasının pozulması
B) ürəyin dayanması
C) maddələr mübadiləsinin pozulması
D) ağciyər çatışmazlığı
E) böyrək çatışmazlığı

125. Sepsisdən ölüm baş verən zaman meyit qacımasının inkişafı:


A) ləngiyir
B) adi haldan daha tez
C) adi hallardaki kimi
D) həddindən çox tezləşir
E) adi haldan çox tez və davamlı

126.Məhkəmə tibbi baxımından xarici mühit amillərinin xarakterindən asılı olaraq xəsarətlər
aşağıdakı 4 qrupa bölünür:
A) fiziki, kimyəvi, bioloji, psixiki
B) fiziki, histoloji, biokimyəvi, bioloji
C) fiziki, bioloji, bakterioloji, psixoloji
D) fiziki, fizioloji, kimyəvi, mexaniki
E) fiziki, bokimyəvi, kimyəvi, psixiki

127.Məhkəmə tibbi baxımından funksional xəsarətlərə aid deyildir?


A) daxili orqanların cırılması
B) daxili orqanların silkələnməsi
C) boyun nahiyəsində zərbə nəticəsində əmələ gələn şok
D) baş beyin silkələnməsi
E) xayalar nahiyəsinə zərbə nəticəsində əmələ gələn şok

128. Yaşlı şəxslərdə baş beyinə nə qədər həcmində qanaxma zamanı beyinin sıxılması nəticəsində
ölüm baş verə bilər?
A) 100-150 sm3
B) 10-15 sm3
C) 40-50 sm3
D) 1-5 sm3
E) 15-50 sm3

129. Nəqliyyat vasitələrinin növündən asılı olaraq nəqliyyat travmatizmi 3 əsas qrupa bölünür:
A) yol, hava və su nəqliyyat travmaları
B) avto, yük və metropoliten nəqliyyat travmaları
C) avto, motosiklet və dəmiryolu nəqliyyat travmaları
D) hava, dəmiryolu və motorlu nəqliyyat travmaları
E) dəmiryolu, avto və su nəqliyyat travmaları

130. Deşici alətlərə aid deyildir?


A) ülgüc
B) biz
C) stilet
D) mismar
E) iynə

131.Tüstülü barıtın tərkibi hansı qarışıqdan ibarətdir?


A) şora, kükürd, kömür
B) kömür, olein turşuları, qrafit
C) kükürd, duz, lak
D) kükürd, qum, yanmamış barıt dənəcikləri
E) şora, qrafit, qum

132. Odlu silah yaralanmalarında atəş məsafəsi məhkəmə təbabətində hansı məsafələrə bölünür?
A) dirənmiş vəziyyətdə atəş, yaxın məsafədən atəş, uzaq məsafədən atəş
B) çox yaxın vəziyyətdə atəş, yaxın məsafədən atəş, uzaq məsafədən atəş
C) yaxın vəziyyətdə atəş, orta məsafədən atəş, uzaq məsafədən atəş
D) dirənmiş vəziyyətdə atəş, dirənməmiş məsafədən atəş, uzaq məsafədən atəş
E) dirənməmiş vəziyyətdə atəş, uzaq məsafədən atəş, çox uzaq məsafədən atəş

133.Mexaniki asfiksiyanın aşağıdakı hansı növləri mövcuddur?


A) stranqulyasion, kompression, obturasion, məhdud bağlı mühitdə
B) ventilyasion, aspirasion, obturasion, açıq mühitdə
C) aspirasion, açıq mühitdə, qarışıq, məhdud bağlı mühitdə
D) stranqulyasion, qarışıq, açıq mühitdə, məhdud bağlı mühitdə
E) aspirasion, kompression, obturasion, açıq mühitdə

134.Mexaniki asfiksiya nəticəsində ölmüş şəxslərin meyitlərinin müayinəsi zamanı hansı morfoloji
əlamət aşkar olunmur?
A) mədənin selikli qişası altında 0,3-0,4 sm diametrində tünd-qırmızı və ya tünd qəhvəyi rəngdə
dairəvi formalı qansızmalar
B) ürəyin sağ yarısının sol yarısı ilə müqayisədə doluqanlılığı
C) subplevral və subepikardial nöqtəvari qansızmalar
D) ürəkdə və iri venoz damarlarda tünd qırmızı duru qanın olması
E) alveolyar emfizema və ağciyərin şişkinliyi

135.Asılma zamanı rast gəlinən əlamətlərdən biri olan Amyuss əlaməti aşağıdakılardan hansıdır?
A) yuxu arteriyalarının intima qişasının köndələn istiqamətdə cırılması
B) yuxu arteriyalarının adventisiyasına qansızmalar
C) döş-körpücük-məməyəbənzər əzələlərin medial ayaqcığına qansızmalar
D) fəqərəarası disklərə qansızmalar
E) aorta qövsünün cırılması

136. Əllə boğma zamanı daxili müayinədə aşağıdakı əlamətlərdən daha çox rast gəlinəni
hansıdır?
A) dilaltı sümüyün sınığı
B) yuxu arteriyalarının adventisiyasına qansızmalar
C) yuxu arteriyalarının intima qişasının köndələn istiqamətdə cırılması
D) döş-körpücük-məməyəbənzər əzələlərin medial ayaqcığına qansızmalar
E) boyun fəqərələrinin sınıqları

137. Sudabatmanın həyatiliyini göstərən əlamətlərə aid deyildir?


A) dərinin maserasiyası
B) damarlarda və sağ mədəcikdə duru və albalı rəngində qanın olması
C) orta qulağa, sümük eşitmə keçəcəyinə və gicgah sümüyünün piramidinə qansızma
D) öd kisəsinin divarının və yatağının ödemləşməsi
E) əsas sümüyünün cibində 5 ml-ə qədər azad mayenin olması

138.Təxminən necə müddətdən sonra meyitin sudaqalması nəticəsində maserasiyaya uğramış


epidermis dərinin digər qatlarından ayrılaraq, əlcək kimi “ölüm əlcəyi” çıxması başlayır?
A) 2-3 həftədən sonra
B) 5-6 gündən sonra
C) 3-5 gündən sonra
D) 1-3 saat sonra
E) 30-40 gün sonra

140.Həyat üçün təhlükəli olan vəziyyətlərə aid deyildir?


A) müxtəlif etiologiyalı I-II dərəcəli şok
B) massiv qanitirmə
C) kəskin böyrək və ya qaraciyər çatışmamazlığı
D) ağır dərəcəli kəskin tənəffüs çatışmamazlığı
E) irinli-septik vəziyyət

141.Sağlamlığa yüngül zərər vurmaya aid edilməyən xəsarət hansıdır?


A) 11-ci qabırğanın fraqmentləri yerinidəyişməyən sınıqları
B) 10-cu qabırğanın fraqmentlərinin yerinidəyişməyən sınıqları
C) 9-cu qabırğanın fraqmentlərinin yerinidəyişməyən sınıqları
D) 8-ci qabırğanın fraqmentlərinin yerinidəyişməyən sınıqları
E) 7-ci qabırğanın fraqmentlərinin yerinidəyişməyən sınıqları

142. Sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət hansıdır?


A) baş beyin silkələnməsi
B) beyin kötüyünün zədələnməsi simptomları ilə müşayiət edilən orta beyin əzilmələri
C) boyun fəqərələrinin çıxıqları
D) daraq sümüklərinin yerdəyişməyən sınığı
E) mil sümüyünün qapalı sınığı

143. Hündürlükdən ayaq üstə düşmə zamanı xəsarətin xarakteri bir haldan savayı aşağıdakı
faktorlardan asılıdır:
A) xəsarət alanın cinsindən
B) əlavə sürətləndirmədən
C) zərərçəkənin cəkisindən
D) zərərçəkənin boyundan
E) düşdüyü hündürlükdən

144. Hərəkət edən avtomaşının piyadanı vurması zamanı əmələ gələn xarakterik xəsarətlərə
aşağıdakılardan hansı aiddir?
A) bamper tipli sümük sınıqları
B) kəllə əsasının sınığı
C) baş beynin əzilməsi
D) daxili üzvlərin cırılması
E) çanaq sümüklərinin sınığı

145. Meyitin hissələrə parçalanması hansı növ travmatizmdə tez-tez rast gəlir?
A) rels tipli nəqliyyat travmaları zamanı
B) idman travmalarında
C) istehsalat travması vaxtı
D) küçədə baş verən travmada
E) məişətdə olan travmalarda

146. Meyitin müayinəsi zamanı yara kanalına zondun salınmasına hansı halda icazə verilir?
A) heç bir halda icazə verilmir
B)yara kanalının girişindən başlayaraq qat-qat müayinəsindən sonar nəzarət üçün visual olaraq
həyata keçirilməsinə icazə verilir
C)yara kanalı qarın boşluğunda yerləşdikdə icazə verilir
D)boşluqlu orqanların xəsarətlərində suyun altında müayinəyə icazə verilir
E)yara kanalı döş boşluğunda yerləşdikdə icazə verilmir

147. Döş qəfəsinin qapalı küt travması zamanı qabırğaların bilavasitə kontakt sınığı üçün xarakter
əlamət aşağıda göstərilənlərdən hansıdır?
A) qabırğaların daxili səhifəsində sınıq xətti düz olur
B) qabırğaların sınığına müvafiq bədən nahiyəsində qançır və sıyrıqların olmaması
C) hemotoraks
D) divar plevrasının zədələnməsi
E) ağ ciyərlərin zədələnməsi

148. Kəskin qanitirmə ilə əlaqədar baş verən ölümlərdə xarakterik simptom-dəyişiklik
göstərilənlərdən hansıdır?
A) ürəyin sol mədəciyinin daxili səhifəsinə qansızma (Minakov ləkələri)
B) ağ ciyərlərin visseral plevra altına nöqtəvari qansızma
C) daxili üzvlərin degenirasiyası
D) yayılmış meyit ləkələri
E) ağ ciyər plevrası altına qansızma

149. Hava emboliyasına şübhə olduqda sınağı (Suntsov) apararkən aşağıda göstərilənlərdən
hansını etmək olmaz?
A) su altında ürəyin sol mədəciyinin deşilməsi
B) döş qəfəsində xarici kəsiyin aparılması
C) döş boşluğu üzvlərini çıxarmamış, perikard kisəsinin açılması
D) ürək kisəsinin su ilə doldurulması
E) su altında ürəyin sağ mədəciyinin deşilməsi

150. Qabırğaların bilavasitə lokal kontakt sınıqları əsasən hansı halda əmələ gəlir?
A) döş qəfəsinə məhdud səthli bərk küt əşyalarla zərbələr zamanı
B) döş qəfəsi üzərindən avtomobil keçdikdə
C) çox yüksək hündürlükdən düşmədə
D) öz boyu hündürlüyündən hamar səthə yıxıldıqda
E) hərəkət edən nəqliyyatdan yıxıldıqda

You might also like