Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 5

Azərbaycan–Belçika münasibətləri

Vikipediya, azad ensiklopediya

Azərbaycan–Belçika münasibətləri — Azərbaycan Azərbaycan-Belçika münasibətləri


Respublikası ilə Belçika Krallığı arasındakı mövcud
ikitərəfli əlaqələr.

Mündəricat
Tarixi
AXC dövrü
Müasir dövr
Diplomatik əlaqələr
Parlamentlərarası əlaqələr
Siyasi sahədə əməkdaşlıq Azərbaycan Belçika

İqtisadi sahədə əməkdaşlıq Belçikadaki Azərbaycanin səfirliyi


Əmtəə dövriyyəsi (min doll.)
Səfir Michel Peetermans
İdman sahəsində əməkdaşlıq Ünvan Bakı, ISR Plaza, Nizami
Futbol qarşılaşmaları küçəsi, 69
Həmçinin bax Azərbaycandaki Belçikanin səfirliyi
Mənbə Səfir Vaqif Sadıqov
İstinadlar Ünvan Brüssel, Tervüren prospekti,
Xarici keçidlər 282-284
Digər
Quruluş tarixi 17 iyun 1992
Tarixi Dövriyyə 0,077 mlrd doll. (2022)

AXC dövrü

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Qorçakovskaya küçəsi 19 ünvanında Belçikanın


nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Ayvazov rəhbərlik etmişdir[1].

Müasir dövr

31 dekabr 1991-ci ildə Belçika Azərbaycanın müstəqilliyini tanıyıb.

Diplomatik əlaqələr
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 17-də qurulmuşdur[2].

1995-ci ildə isə Azərbaycanın Belçikada səfirliyi açılıb.

Heydər Əliyev 3-5 may 1994, 1995 və 22-23 aprel 1996-cı illərdə Belçikada işgüzar səfərdə olub.
Səfərin əsas məqsədi NATO və Aİ ilə əməkdaşlıq məsələlərinin müzakirəsi idi. 13-15 aprel 1998-ci
ildə Belçikanın baş naziri Jan Lük Deon Azərbaycana rəsmi səfər edib. 17-19 may 2004-cü ildə İlham
Əliyev Aİ-nin ümumi məsələlər və xarici əlaqələr şurasının iclasında iştirak etmək və NATO-nun
səlahiyyətli nümayəndələri ilə görüşmək üçün Belçika krallığına işgüzar səfər edib. 21-24 noyabr
2004-cü ildə Belçika Krallığı Silahlı Qüvvələrinin komandanı general O.Vandel Azərbaycanda səfərdə
olub.

6-8 noyabr 2006-cı ildə İlham Əliyev Belçikada işgüzar səfərdə olub. Səfər zamanı İlham Əliyev
ATƏT-in o vaxtkı sədri - Belçikanın XİN-i Karel de Quxt, Aİ şurasının Baş Katibi Xavyer Solana, Belçika
senatının sədri, NATO-nun Baş Katibi ilə görüşüb. Noyabrın 7-də Brüsseldə Azərbaycan və Avropa
Birliyi enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Aİ-nin əsas qərargahı Brüsseldə yerləşir və birlikdə əməkdaşlıq məsələləri ilə bağlı Azərbaycanın
yüksək rəsmi şəxsi Belçikaya səfəri zamanı bu ölkənin ali rəhbərliyi ilə mütəmadi görüşmüşdür.

13 sentyabr 2006-cı ildə BMT Baş Asambleyasının 61-ci sessiyasının gündəliyinə "GUAM ölkələrində
uzanmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri" adlı yeni bəndin
əlavə edilməsi üçün Baş Assambleyasında keçirilmiş səsvermədə birtərəf qalıb. 21-26 noyabr, 2001-ci
ildə Belçika parlamentinin Belçika-Azərbaycan parlamentlərarası dost qrupu Azərbaycanda səfərdə
olub, Heydər Əliyev və digər rəsmi şəxslərlə görüşüb.

1-7 dekabr 2002-ci ildə Belçika Parlamentinin Belçika-Azərbaycan dostluq qrupunun rəhbərinin dəvəti
ilə Milli Məclisin Azərbaycan-Belçika dostluq qrupu Belçika Krallığına səfər edib.

25 iyun 2005-ci ildə Azərbaycanın müstəqilliyinin 10 ili ilə əlaqədar Brüsselin "Art Kiosk"
qalereyasında 12 azərbaycanlı rəssam Fərhad Fərzəliyevin rəsm əsərlərinin sərgisi keçirilib.

29 yanvar 2002-ci ildə Brüsselin "Palais des Beaux-Arts" sarayında muğan ustası Alim Qasımovun
konserti keçirilib. Tədbir çərçivəsində fotoqraf F.Məmmədovun fotosərgisi və Azərbaycan milli
mətbəxinin təqdimatı olub.

24-27 mart 2004-cü ildə BDU-nun rektoru Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti
Avropa Universitetləri Assosiasiyasının prezidenti E.Frankmentin dəvəti ilə Belçikaya səfər edib.

Konsulluq məsələləri Azərbaycan Respublikasının Belçikadakı və Belçikanın Türkiyə və


Azərbaycandakı səfirlikləri vasitəsilə həyata keçirilir.

Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi
qrupu fəaliyyət göstərir[3]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Eldar
Namazov olmuşdur[4]. 4 mart 2016-cı il tarixindən Elxan Süleymanov işçi qrupunun rəhbəridir[3].

Belçika parlamentində isə Azərbaycanla dostluq qrupunun rəhbəri Filip Blanşardır.

Siyasi sahədə əməkdaşlıq


4 oktyabr 2011-ci il tarixində Belçika Krallığının Xarici İşlər Nazirliyinin siyasi əlaqələr üzrə baş
direktoru Geert Muyle Bakıya səfər etmiş və Azərbaycan Respublikası xarici işlər naziri Elmar
Məmmədyarov, Xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Mahmud Məmməd-Quliyevlə
görüşmüş, beynəlxalq və regional münasibətlər ətrafında fikir mübadiləsi aparılmışdır.

1. "Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə
münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın
qarşısının alınması haqqında Konvensiya".
2. "Azərbaycan Respublikası Hökuməti və Belçika-Lüksemburq İqtisadi İttifaqı arasında
sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında Saziş".
3. "Azərbaycan Respublikası Hökuməti və Belçika Krallığı Hökuməti arasında gömrük
məsələləri üzrə qarşılıqlı inzibati yardımın göstərilməsi haqqında ikitərəfli Saziş".
4. "Azərbaycan Respublikası Hökuməti və Belçika Krallığı Hökuməti arasında hava əlaqələri
haqqında Saziş". 13 aprel 1998-ci ildə imzalanmış, 4 dekabr 1998-ci ildə təsdiq edilmişdir.

İqtisadi sahədə əməkdaşlıq

Əmtəə dövriyyəsi (min doll.)

Ticarət əlaqələri 2008-ci il 2009-cu il 2010-cu il 2011-ci il

Xarici ticarət dövriyyəsi 60.86 74.1 45 786.7 59 729.1


İdxal 59.8 57.1 44 500.0 56 840.2

İxrac 1.06 17 1286.7 2 880.9

Ticarət saldosu -58.74 -40 -43 213.3 -53 959.3

İl İxrac Idxal Ümumi dövriyyəsi

2020[5] 1 174,23 48 406,36 49 580,59

2021[6] 33 156,47 58 343,17 91 499,64

2022[7] 11 041,12 66 307,60 77 348,72

İdman sahəsində əməkdaşlıq

Futbol qarşılaşmaları

Həmçinin bax
Avropa Birliyi–Azərbaycan əlaqələri

Mənbə
Azərbaycan-Belçika münasibətləri (http://mfa.gov.az/file Azərbaycan–Belçika, 2 sentyabr
s/file/Az%C9%99rbaycan%20v%C9%99%20Bel%C3% 2011
A7ika.pdf) Arxivləşdirilib (https://web.archive.org/web/20
130906104304/http://mfa.gov.az/files/file/Az%C9%99rbaycan%20v%C9%99%20Bel%C3%
A7ika.pdf) 2013-09-06 at the Wayback Machine

İstinadlar
1. Xarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri (http://axc.preslib.az/az_a8.html)
Arxivləşdirilib (https://web.archive.org/web/20180527130423/http://axc.preslib.az/az_a8.htm
l) 2018-05-27 at the Wayback Machine. axc.preslib.az (az.)
2. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı (http://www.mf
a.gov.az/?language=az&options=content&id=546) Arxivləşdirilib (https://web.archive.org/we
b/20170805015002/http://www.mfa.gov.az/?language=az&options=content&id=546) 2017-
08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
3. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının
rəhbərlərinin seçilməsi haqqında" (http://e-qanun.az/framework/32253) Arxivləşdirilib (http
s://web.archive.org/web/20171125010101/http://e-qanun.az/framework/32253) 2017-11-25
at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli,
161-VQR nömrəli Qərarı. e-qanun.az (az.)
4. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının
yaradılması haqqında" (http://e-qanun.az/framework/16244) Arxivləşdirilib (https://web.archiv
e.org/web/20190701124812/http://e-qanun.az/framework/16244) 2019-07-01 at the Wayback
Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli
Qərarı. e-qanun.az (az.)
5. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (https://customs.gov.az/uploads/foreign/2020/2
020_12.pdf?v=1640608671) (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06
tarixində arxivləşdirilib (https://web.archive.org/web/20211106191800/https://customs.gov.az/modules/pdf/pdffol
der/93/FILE_E7B3B9-B46FB9-AA0331-12CB1C-A0451C-E46BD4.pdf) (PDF). İstifadə tarixi: 2022-08-16.
6. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (https://customs.gov.az/uploads/foreign/2021/2
021_12.pdf?v=1643353987) (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31
tarixində arxivləşdirilib (https://web.archive.org/web/20220131092829/https://customs.gov.az/uploads/foreign/202
1/2021_12.pdf?v=1643353987) (PDF). İstifadə tarixi: 2022-08-16.
7. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. " "AR Xarici ticarətin gömrük statistikasi 2022" " (ht
tps://customs.gov.az/uploads/foreign/2022/2022_12.pdf?v=1674644815) (PDF). customs.az.
2023-02-18 tarixində arxivləşdirilib (https://web.archive.org/web/20230218082815/https://customs.gov.az/upload
s/foreign/2022/2022_12.pdf?v=1674644815) (PDF). İstifadə tarixi: 2023-02-18.

Xarici keçidlər
Belçikadaki Azərbaycanin səfirliyi Rəsmi sayti (https://brussels.mfa.gov.az/az)
Azərbaycandaki Belçikanin səfirliyi Rəsmi sayti (ing.) (https://azerbaijan.diplomatie.belgiu
m.be/en)
İkitərəfli münasibətlər (https://mfa.gov.az/az/category/avropa/belcika)

Vikianbarda Azərbaycan–Belçika münasibətləri ilə əlaqəli mediafayllar var.

Azərbaycanın xarici əlaqələri


Asiya Banqladeş • Bruney • Bəhreyn • BƏƏ • Cənubi Koreya • Çin •
Ermənistan • Əfqanıstan • Filippin • Fələstin • Gürcüstan • Hindistan •
İndoneziya • İordaniya • İran • İraq • İsrail • Kamboca • Küveyt • Laos •
Livan • Malayziya • Maldiv adaları • Monqolustan • Myanma • Nepal •
Oman • Özbəkistan • Pakistan • Papua-Yeni Qvineya • Qazaxıstan •
Qırğızıstan • Qətər • Sinqapur • Suriya • Səudiyyə Ərəbistanı •
Şərqi Timor • Şimali Koreya • Şri-Lanka • Tacikistan • Tailand • Türkiyə •
Türkmənistan • Vyetnam • Yaponiya • Yəmən
Albaniya • Almaniya • Andorra • Avstriya • Belarus • Belçika • Bolqarıstan
• Bosniya və Herseqovina • Böyük Britaniya (Uels • İngiltərə •
Şimali İrlandiya • Şotlandiya) • Çexiya • Danimarka (Farer adaları) • Estoniya
• Finlandiya • Fransa • Xorvatiya • Kipr (Şimali Kipr) • İrlandiya • İslandiya
Avropa • İspaniya • İsveç • İsveçrə • İtaliya • Kosovo • Latviya • Litva •
Lixtenşteyn • Lüksemburq • Macarıstan • Malta • Moldova • Monako •
Monteneqro • Niderland • Norveç • Polşa • Portuqaliya • Rumıniya •
Rusiya (Başqırdıstan • Tatarıstan) • San-Marino • Serbiya • Slovakiya •
Sloveniya • Şimali Makedoniya • Ukrayna • Vatikan • Yunanıstan
ABŞ • Antiqua və Barbuda • Baham adaları • Beliz • Haiti • Honduras •
Kanada • Kosta-Rika • Kuba • Meksika • Nikaraqua • Panama •
Şimali Amerika
Qvatemala • Salvador • Sent-Kits və Nevis • Seynt Vinsent və Qrenadin •
Trinidad və Tobaqo • Yamayka
Argentina • Boliviya • Braziliya • Çili • Ekvador • Kolumbiya • Paraqvay •
Cənubi Amerika
Peru • Qayana • Surinam • Uruqvay • Venesuela
Anqola • Benin • Burkina-Faso • Burundi • CAR • Cibuti • Cənubi Sudan
• Çad • Efiopiya • Ekvatorial Qvineya • Eritreya • Esvatini • Əlcəzair •
Kabo-Verde • Kamerun • Keniya • Kot-d'İvuar • Liberiya • Liviya •
Madaqaskar • Malavi • Mali • Mavriki • Mavritaniya • Misir • Mozambik •
Afrika
Mərakeş • Niger • Nigeriya • Qabon • Qambiya • Qana • Qvineya •
Qvineya-Bisau • Ruanda • San-Tome və Prinsipi • Seneqal •
Seyşel adaları • Somali • Sudan • Syerra-Leone • Tunis • Uqanda •
Zambiya • Zimbabve
Okeaniya Avstraliya • Nauru • Solomon adaları • Yeni Kaledoniya • Yeni Zelandiya
Beynəlxalq təşkilatlar ATƏT • Avropa İttifaqı • BMT • NATO • İƏT • Türk Dövlətləri Təşkilatı
Azərbaycanın diplomatik nümayəndəliklərinin siyahısı •
Digər
Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərin siyahısı
Facebook (https://www.facebook.com/100064717657173) ·
Sosial şəbəkələrdə
Twitter (https://twitter.com/azmissioneu)
Instagram (https://instagram.com/azembassybelux) ·
Foto, video və audio
YouTube (https://youtube.com/channel/UCLzP07Dx29EiS3MroXEfNww)

Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Azərbaycan–Belçika_münasibətləri&oldid=6970882"

Bu səhifə sonuncu dəfə 7 aprel 2023 05:49 tarixində redaktə edilib.

Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər.
Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.

You might also like