Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 28

Azərbaycan Xilafətin tərkibində. Xürrəmilər hərəkatı.

1. Azərbaycanda Ərəb istilası. İslam dininin yayılması.


2. Xilafətin, inzibati, torpaq və vergi siyasəti.
3. Xürrəmilər hərəkatı. Babəkin başçılığı altında azadlıq müharibəsi.
4. VII əsrin II yarası – IX əsrdə Azərbaycanın təsərrüfat həyatı və
mədəniyyəti.

VII əsrin əvvəllərində Qafqazda öz mövqelərini möhkəmləndirmək məqsədi


ilə 3 iri dövlət öz arasında mübarizəyə başladı. Bu dövlətlər özünün ən qüdrətli
dövrünü keçirən Ərəb xilafəti, Bizans imperiyası və Xəzər dövlətləri idi. 630-cu ilin
əvvəllərində ərəblərin çox hissəsi Məhəmməd peyğəmbərin hakimiyyətini
tanıdılar. Yeni dini etiqadın – İslamın qəbulunu hər kəsin öz vicdanına buraxan,
inandırmaq və təlqin yolunu seçən Məhəmməd peyğəmbər, siyasi üstünlüyü əldə
etdikdən sonra bütpərəstliyə qarşı qəti mübarizə elan etdi. İlk öncə bütpərəstliyə
sitayiş edən qəbilə başçılarına və digər bütpərəstlərə islamı xoşluqla qəbul etmək
imkanı verilirdi. Təyin olunan vaxt tamam olduqdan sonra, inadından dönməyən
bütpərəstlər silah gücünə ram edilirdi. İslamı bütün ərəblər arasında yaymaq
məqsədi ilə xəlifə Əbu Bəkr (632-634) Sasanilərin və Bizansın tabeliyində olan
İraq və Şama, ərəblərin yaşadıqları ərazilərə Xalid ibn əl-Vəlid və İyad ibn
Fəhminin başçılığı ilə qoşun dəstələri göndərdi. Ərəblərin yürüşləri və İslam
dininin yayılması nəticəsində bir çox xalqların, o cümlədən azərbaycanlıların
həyatı köklü şəkildə dəyişildi.
633-cü ildə ərəblər ilk olaraq İraq tərəfdən Sasani imperiyasının sərhədlərini
keçdilər. Ərəblərin hücumlarını dəf etmək və kömək məqsədi ilə III Yezdəgərd
özünə tabe olan ölkələrin hakimlərindən köməkçi qoşun dəstələri tələb etdi.
Ərəblər ilə döyüşlərdə 634-cü ildən başlayaraq Xorasan hakimi Fərruxzad oğlu
Rüstəmin rəhbərlik etdiyi Sasani ordusu tərkibində çıxış etmiş Albaniya hökmdarı
Varaz Qriqorun dörd oğlundan biri olan, alban qoşunlarının sparapeti - baş
sərkərdəsi Cavanşir özünün hünəri və rəşadəti ilə ad qazandı.
Sasani III Yezdəgərdin ərəbləri ölkənin içərlərinə buraxmamaq üçün etdiyi
səylərə baxmayaraq, 637-ci ildə ərəblər Ktesifondu mühasirəyə aldılar. Alban
sərkərdəsi Cavanşirin də üç minlik alban qoşunu ilə müdafiəsində durduğu
Ktesifon altı aydan sonra ərəblərin əlinə keçdi. III Yezdəgərd şəhərdən gizli qaçaraq
Dəclə çayı sahilindəki topalardan birində gizləndi. İran (Sasani) ordusu dağıldığından
Cavanşir də 639 ildə vətəninə qayıtdı.
Bu illərdən başlayaraq ərəblər Azərbaycan ərazisinə də hücum etməyə
başladılar. 639-cu ilin avqustunda xəlifə Ömərin əmri ilə sərkərdə İrd ibn Fənn
artıq işğal etdikləri Urmiya gölünün cənub-qərbindən Azərbaycana hücum etdi.
Nəticədə qərb sərhədlərinin mərzbanı ərəblər ilə müqavilə bağlamağa məcbur
oldu. Müqavilənin mətninə əsasən: "Mərzban ərəblərə 800 min dirhəm verməli,
ərəblər isə əvəzində heç kəsi öldürməməli, əsir almamalı, atəşgahları dağıtmamalı,
əhaliyə əvvəllər yerinə yetirdikləri ayinləri əməl etmələrinə mane olmamalı idilər".
İrandakı qeyri-sabitlikdən istifadə edən Cavanşir bütün Albaniyanı öz
hakimiyyəti altına almaq məqsədi ilə tədbirlər görməyə başladı. Bu çıxış İran
qoşunlarının ölkəyə hücumu ilə nəticələndi. Bu Cavanşiri qorxutmadı, əksinə o,
Girdiman və Kambisenaya hərəkət edən İran qoşununa qarşı əks-hücum edərək,
onları ölkədən çıxartdı. Kambisenada İberiya hökmdarı Atrnerseh (605-641) ilə
bağladığı "sarsılmaz ittifaq"dan sonra gürcü qoşunlarının köməyinə arxalanan
Cavanşir iranlıları Uti vilayətindən qovdu. Paytaxt Bərdəni və əsir düşmüş anası və
qardaşlarını azad etdi, Sakasena vilayətində iranlıları darmadağın etdi.
Ərəblərin Azərbaycana real hücumu 642-ci ildə Nəhavənd və Həmədanın
fəthindən sonra mümkün oldu. Bundan sonra ərəblər Həmədan-Rey yolu üstündə
olan Qum və Kaşan qalalarını tutdular. Beləliklə, bilavasitə Azərbaycana hücum
etmək üçün yol açıldı. Azərbaycana tərəf yolların üstündə ilk vilayət olan Rey
şəhərini tutmaq üçün ərəblər Dəstəbə sərhəd məntəqəsini ələ keçirdilər. Bu
qalalarda yerləşdirilən hərbi qarnizonlardakı ərəb əsgərləri Azərbaycana ediləcək
yürüşlərə hazırlıq görürdülər. Dəstəbə yaxınlığındakı Vacrud adlı yerdə ərəblər
ilə Azərbaycan, Deyləm və Reydən toplanılmış döyüşçülərin başında duran
Azərbaycan mərzbanı İsfəndiyar ibn Fərruxzad arasında qanlı döyüş oldu. Ərəblər
say üstünlüyünə malik olduqlarından azərbaycanlılara qalib gəldilər.
643-cü ildə xəlifə Ömərin əmri ilə Bukeyr ibn Abdullah və Utba ibn Farkadın
başçılıq etdikləri ərəb qoşun dəstələri Azərbaycana hücum etdilər. Ərəbləri
Cərmidan dağı yanında Bağarvan, Mingəz, Bəzz, Sərab, Şiz, Miyanə
şəhərlərindən topladığı əsgərlərin hesabına qoşununu artırmış İsfəndiyar qarşıladı.
Bir neçə gün davam etmiş bu döyüş də ərəblərin qələbəsi ilə nəticələndi,
İsfəndiyar isə əsir düşdü. İsfəndiyarın qardaşı Bəhram ərəb sərkərdəsi Utba ibn
Farkadın üzərinə hücum etsə də, ərəblər bu dəfə də qalib gəldilər. İsfəndiyar
ərəblər ilə müqavilə imzalamağa məcbur oldu. Müqaviləyə əsasən, Azərbaycan
əhalisi istisnasız can vergisi-cizyə ödəməli idi. Cərmidan döyüşündən sonra
Xəlifə Ömərin əmri ilə Bukeyr, Utba ibn Farkadı Azərbaycanda xəlifənin amili
vəzifəsinə təyin edib, özü Dərbəndin (ərəblər buranı Bab-əl-Əbvab -"Qapılar
qapısı" adlandırırdılar) işğalına hazırlaşdı.
Şimal yürüşünün çətin keçəcəyini və bunun çox vacib olduğunu, Dərbəndi öz
nəzarəti altına almadan Azərbaycanı və Cənubi Qafqazı tuta bilməyəcəyini başa
düşən xəlifə Ömər Bukayra öz sərkərdələrini köməyə göndərdi. Suraka Dərbənd
yaxınlığında birləşən qoşunların komandanı təyin edildi. Dərbəndin hakimi və
Sasanilərin şimal sərhədlərinin mərzbanı Şəhriyar qırğının qarşısını almaq üçün
ərəblərə tabe olduğunu bildirdi və dərbəndlilər can vergisindən azad oldular.
Xəlifə Osmanın (644-656) dövründə ərəblər xəzərlərə qarşı basqınları davam
etdirsələr də, bu bir nəticə vermədi. Ərəblər hücumların birində darmadağın
oldular, Əbu ər-Rəhman öldürüldü. Xəlifə Osman qoşunları geri çəkdi.
Xəlifə Ömərin ölümündən sonra Azərbaycanda ərəblərə tabe olan hakimlər
müqavilələrdən imtina etdilər. Xəlifə Osman sərkərdə əl-Valid ibn Ukbanın
rəhbərliyi ilə Azərbaycana qoşun göndərdi. Beləliklə, ərəblərin Azərbaycana
ikinci yürüşü başladı.
Əl-Validin qoşunu Muğan, Bərdə və Taylasanı yenidən işğal etdi və
Azərbaycanın cənub hissəsi yenidən ərəblərin əlinə keçdi. Digər bir hissəyə
başçılıq edən Salman ibn Rəbiə on iki minlik dəstə ilə Albaniya ərazisinə hücum
etdi və zəngin qənimətlə, əsirlərlə əl-Validin yanına qayıtdı. Əl- Valid əl- Əşas ibn
Qeysi Azərbaycana hakim təyin edərək paytaxt Mədinəyə qayıtdı.
Xəlifə Osmanın əmri ilə Salman ibn Rəbiə və Həbib ibn Məsləmə Kiçik
Asiyada bizanshların hücumunu dəf etdilər. Həbib ermənilər yaşayan ərazilərdən
keçərək, Gürcüstana soxuldu və Tiflisi işğal etdi. Beləliklə, 644-cü ildən Tiflis
Xilafətin Arran vilayətinə daxil oldu və ərəblərin tabeliyinə keçdi.
Salman ibn Rəbiə Azərbaycanın şimal hissəsini tamamilə işğal etmək üçün
altı minlik dəstə ilə Albaniyanın Sünik vilayətində Həbibdən ayrıldı. O,
Beyləqanı, Bərdəni, Arsax, Uti, Sakasena və başqa vilaytələri tutaraq Kürün sağ
sahili torpaqlarını işğal etdi. Şəmkiri, Kürün sol sahilindəki Qəbələ, Şəki, Şirvan,
Şabran, Təbəristam ələ keçirdi və yenidən Dərbəndin hakimi ilə müqavilə
bağladı.
Ərəblər getdikdən sonra Dərbənd və Şirvan xəzərlərə arxalanaraq Xilafətlə
bağladıqları müqavilələri rədd etdilər. 652-653-cü illərdə Salman ibn Rəbiə dörd
minlik dəstə ilə Dərbənd və Şirvan hakimlərinə Xilafətin xeyrinə olan müqavilələri
imzalatdıraraq, xəzərlərin Bələncər şəhərinə hücum etdi. Xəzərlər ilə ərəblər
arasında Bələncər yaxınlığında baş vermiş vuruşmada birincilər qalib gəldilər,
Salman isə öldürüldü. Bu döyüşdən sonra Azərbaycanın çox hissəsi yenidən
ərəblərin itaətindən çıxdı.
655-ci ildə Həbib ibn Məsləmə yeni qüvvə ilə Qafqaza göndərildi. Onun
Azərbaycanı sülh yolu ilə Özünə tabe etmək cəhdləri alınmadı. Tezliklə Həbibin
yerinə Huzayfra ibn əl-Həmən Xilafətin Qafqaz vilayətlərinin hakimi təyin edildi.
Huzayfa işğal olunmuş şimal torpaqlarını yaxşı idarə etmək üçün canişinliyin
mərkəzini Dəbildən (640-cı ildə) Bərdəyə köçürdü. Huzayfa özü Mədinədə
otururdu, Bərdədə isə Sultan ibn Zafır onun adından canişinliyi idarə edirdi.
Sultanın bir illik fəaliyyəti nəticəsində, on ildən artıq müqavimətdən sonra
Azərbaycanın şimal hissəsi də ərəblərdən asılı vəziyyətə düşdü.
İlk illərdə ərəblərin mümkün qədər çox vergi almaq istəyi və ölkələrin
daxili həyatlarına qarşımamasından istifadə edən Cavanşir, bəzi yerli hakimlər kimi
daxili müstəqilliyini saxlamışdı və Ərəb əsarətindən tamamilə xilas olmağa cəhd
göstərirdi. Cavanşir onun üçün ciddi təhlükə olan hər üç iri dövlətlə dil tapmağa
çalışırdı. O, Kinkivar kəndində Bizans imperatoru II Konstantla müqavilə imzaladı.
664-cü ildə ölkəyə soxulan xəzərlərlə sülh bağladı və Xəzər xaqanının qızı ilə
evləndi.
661-ci ildə xilafətdə Əməvilər sülaləsi hakimiyyətə gəldikdən sonra Cavanşir
667 və 670-ci illərdə Xilafətin Əməvilər dövründə paytaxtı Dəməşqə gedir və ilk
Əməvi xəlifəsi Müaviyə ilə danışıqlara girdi. Albaniya rəsmi olaraq Xilafətə tabe
dövlət elan edilsə də, o, Mehranilərin daxili müstəqilliyini qoruyub saxlaya bildi.
Beləliklə, Azərbaycanın cənub hissəsi müstəqilliyini tamamilə itirdi, Şimal hissəsi -
Albaniya isə Xilafətdən vassal asılılığını qəbul etdi.
Albaniyada Cavanşir başda olmaqla ərəblərə güzəştə gedənlər ilə bizanspərəst
qüvvələr arasında mübarizə gedirdi. 680-cı ildə (bəzi mənbələrə görə 681-ci ildə də
göstərilir) Cavanşir bizanspərəst yerli hakimlərin təşkil etdikləri sui-qəsd
nəticəsində öldürüldü. Onların Albaniya taxt-tacına bizanspərəst feodalı çıxartmaq
cəhdləri baş tutmadı. Xəlifə I Yəzid (680-683) Cavanşirin qardaşı Varaz Perozun
oğlu Varaz Tiridatı Albaniyanın padşahı elan etdi və onu alban taxtında əyləşdirdi.
Cavanşirin qətli onun qayınatası, Xəzər xaqanı Alp İlitverə qisas almaq
məqsədi ilə Albaniyaya hücum etmək üçün əsas verdi. O, Albaniyaya soxuldu,
ölkəni taladı və Lpina vilayətində düşərgə saldı. 681-ci ildə I Varaz Tiridat ilk
olaraq alban katalikosu Yelizarı, sonra isə Böyük ketman yepiskop İsraili Xəzər
xaqanının yanına danışıqlara göndərdi. Onların səyi nəticəsində xaqan sülh
müqaviləsi bağlamağa razı oldu, hətta xristianlığı qəbul etdi.
Lakin, tezliklə bu sülh pozuldu. Albaniyada ərəblərin nəzarətinin
zəifləməsindən istifadə edən xəzərlər Albaniya və İberiyaya (Kartli) hücum
etdilər, böyük qənimət və xeyli əsir ilə öz ölkələrinə qayıtdılar.
Əməvilər sülaləsinin Mərvanilər qolunun banisi, bir il xəlifəlik edən I
Mərvanın (684-685) dövründə Albaniya ərəblərə vergi ödəməkdən imtina etdi.
680-cı ilin sonunda Cənubi Qafqazı ələ keçirməkdən ötrü xəzərlər, ərəblər və
bizanslılar yenidən mübarizəyə başladılar. 689-cu ildə Xəlifə Əbdülməlik ibn
Mərvan ilə Bizans imperatoru II Yustinian arasında bağlanılan müqaviləyə əsasən
Qafqazdan toplanan vergilər iki imperiya arasında bölünməli idi. 692-ci ildə II
Yustinan sülh müqaviləsini pozaraq, Şama hücum etsə də məğlubiyyətə uğradı.
Ərəblər bundan sonra bizanslara arxalanmırlar və 693-cü ildə xəlifə ərəblərin
Qafqazdakı mövqelərini möhkəmləndirmək məqsədi ilə öz qardaşı Məhəmməd
ibn Mərvanı əl-Cəzirə, Azərbaycan və Ərməniyyənin hakimi təyin edir. Bütün bu
tədbirlərə baxmayaraq ərəblərin Albaniyadakı mövqeləri yenə zəif olaraq qalırdı
və buranın əhalisi xəzərlər və bizanslara da vergi ödəyirdilər.
Bu vəziyyətdə I Varaz Tiridat Cavanşirin yolu ilə getməyə üstünlük verdi.
Lakin I Varaz Tiridatın bu hərəkəti pis sonluqla nəticələndi. Belə ki, ərəblər və
xəzərlər ilə münasibətləri yola qoyan I Varaz Tiridat Bizans imperatoru ilə
danışıqlar aparmaq məqsədi ilə oğlanları Qaqik və Vardanla 699-cu ildə
Konstantinopola gedir. Lakin Xilafətlə əlaqədə günahlandırılan alban hökmdarı
705-ci ilədək Konstantinopolda zindanda saxlanılır.
Xəlifə I Varaz Tiridatdan sonra Albaniyada hakimiyyətə gəlmiş Şiruyəni
özünə tabe etmək məqsədi ilə sərkərdəsi Mərvanı oraya göndərdi. Mərvan Şiruyə
başda olmaqla bir sıra alban knyazlarını da tutaraq onları Xilafətin paytaxtı -Şama
göndərdi. 705-ci ildə Şiruyənin öldürülməsindən sonra Albaniya xəlifə canişinləri
tərəfindən şəriksiz idarə olunmağa başladı. Beləliklə, 705-ci ildən etibarən Albaniya
vassallıq mövqeyini də əldən verdi. Azərbaycan isə şimallı-cənublu ərəblərin
tabeliyinə keçdi.
Ərəblərin bütün cəhdlərinə baxmayaraq, Azərbaycanda hələ də ərəblərə tabe
olmayan hakimlər də var idi. Xəlifə I Valid (705-715) qardaşı Məsləmə ibn
Əbdülməliki 707-708-ci illərdə Dərbəndi tutmuş xəzərlərin üzərinə göndərdi. Bu
yürüşdə Məsləmə ərəblərə boyun əyməyən qalaları tutaraq Dərbəndə çatsa da,
şəhəri tuta bilmədi. İki il sonra isə artıq Məhəmməd ibn Mərvanın yerinə
Xilafətin şimal vilayətlərinin canişini təyin edilən Məsləmə 714-cü ildə gərgin
mübarizədən sonra Dərbəndi tutdu və buranı taladıqdan sonra yenidən Dəməşqə
qayıtdı. Bundan istifadə edən xəzərlər yenidən Dərbəndi tutdular. Bunun ardınca
xəzərlər Azərbaycandakı azsaylı ərəb hərbi dəstəsini darmadağın edərək,
Şirvanı da ələ keçirdilər. Xəlifə II Ömərin (717-720) 717-ci ildə göndərdiyi
Xatim ibn Numan əl-Bəhilin başçılıq etdiyi ərəb qoşunları xəzərləri
darmadağın etdilər.
721-722-ci illərdə qıpçaqların başçılığı ilə bir sıra türk tayfalarından toplanmış
və xəzərlərin də iştirak etdiyi 30 minlik ordu Arran ərazisindən keçərək Ermənistana
hücum etdi. Xəlifə II Yezidin (720-724) göndərdiyi Azərbaycanın və Ərməniyyənin
yeni canişini əl-Cərrah ibn Abdullah əl-Həkəmi xəlifənin əmiri ılə xəzərləri məğlub
etdi və onları Bələncərə qədər qovdu. O, Dərbənd və Bələncəri tutdu. Əsir aldığı
xəzərləri isə Qəbələ ətrafına köçürdü. Əl-Cərrah qışlamaq üçün Şəki vilayətinə gəldi vu
mərkəzdən yeni qüvvələrin gəlməsini gözlədi. Hakimiyyət başına gəlmış yeni xəlifə
Hişam isə əl-Cərrahın yerinə Məsləməni təyin etdi. 729-cu ildə isə xəlifə
Məsləməni geri çağıraraq yenidən əl-Cərrahı Azərbaycan və Ərməniyyənin
canişini vəzifəsinə təyin etdi.
726-727 və 729-cu illərdə Azərbaycana talançı yürüşlər edən xəzərlər 730-
cu ildə yenidən xaqanın oğlunun başçılığı ilə 300 minlik qoşunla Azərbaycan
ərazisinə soxuldular. Onlar Ərdəbilə qədər irəlilədilər və Savalan dağı yaxınlığında
yerli sakinlərin kömək etdiyi ərəblərin bütün ordusunu məhv etdilər. Bunun ardınca
xəzərlər Azərbaycanın bir çox şəhər və kəndlərini ələ keçirtdilər. Onlar
vəhşicəsinə əhalini qarət edir, öldürür, şəhərləri yandırırdılar.
Xəlifə xəzərləri ölkədən qovmaq məqsədi ilə Şamda olan sərkərdə Səid əl-
Həraminin başçılığı ilə 50 minlik qoşunu Azərbaycana göndərdi. Ərəblərə
Azərbaycanda yerli əhalidən olan könüllülər və əl-Cərrahın ordusunun qalıqları
qoşuldular. Səid böyük qüvvə ilə bir-birinin ardınca Xilat qalasını, Bərdəni,
Beyləqanı, Varsanı tutdu. Səid xəzərləri Bərzənd və Beyləqan yaxınlığında çox ağır
məğlubiyyətə uğratdı, Xaqanın oğlu öldürüldü və nəhayət, o, Şirvana qaçaraq
burada xəlifə Hitamın əmrini gözləməyə başladı. Xəlifə Hitam isə yenidən öz
qardaşı Məsləməni Azərbaycan və Ərməniyyənin canişini təyin etdi. Məsləmə
bütün Azərbaycanı xəzərlərdən təmizləyərək, Xilafətin Şimal vilaytələri
hüdudlarından kənara - xəzərlərin ərazisinə hücum etdi. Məsləmə bundan sonra
Dəməşqə, xəlifə sarayına qayıtdı. 732-733-cü ildə Mərvan ibn Məhəmməd
Azərbaycan, Ərməniyyə və əl-Cəzirənin amili təyin edildi. Mərvan Cənubi
Qafqazda alban və erməni knyazları ilə yanaşı, digər Cənubi Qafqaz xalqlarını
(gürcü və ləzgiləri) özünə tabe etdi və 737-ci ildə xəzərlərin üzərinə iki
istiqamətdən -Dərbənd və Dəryal keçidlərindən hücum etdi. Dərbənd şəhərinin
rəisi Üseyd ibn Zafır əs-Sulaminin başçılıq etdiyi Dərbənd qoşunu ilə Kasakdan
(Kasal) Dəryal keçidi vasitəsi ilə hücum edən qoşuna rəhbərlik edən Mərvan
yolboyu qalaları tutaraq Səməndər şəhəri yanında əsas qoşunla birləşdi. Onlar
Volqa çayının sağ sahilində yerləşən xəzərlərin paytaxtı əl-Beyda şəhərini
tutdular. Xəzər xaqanı islam dinini qəbul etsə də, bürada islam yayılmadı. 737-ci
ildən sonra ərəblər özlərinin əsas məqsədinə çatdılar. Beləliklə, xəzərlər Xilafət
tərəfmdən qəti şəkildə məğlub edildi.
738-ci ildə Mərvan Qafqaz dağlılarını ram etmək məqsədi ilə Şəkiyə gəldi.
741-ci ilə qədər Mərvanın burada apardığı mübarizə nəticəsində Qafqazda
ərəblərin hakimiyyəti möhkəmləndi.
750-ci illərin əvvəlində Xilafətdə baş vermiş qarışıqlıqdan istifadə edən
Bizans və xəzərlər Xilafətin ərazilərinə hücum etməyə başladılar. Xəzərlər
Xilafətin xaqanlıqdakı nümayəndəsini öldürdülər. Bizans isə 752-ci ildə Suğur
vilayətinin bir sıra şəhərlərini tutdu. Xəlifə əl-Mənsur (754-775) 759-cu ildə
Yəzid ibn Useyd əs-Sulamini Azərbaycan və Ərməniyyənin canişini təyin etdi.
Yəzid ibn Useyd Dəryal (Bab əl-Lan) keçidini tutduğundan, Xəzər xaqanı ərəblərin
hücumunun qarşısını almaq məqsədi ilə qızını ona ərə verdi. Lakin tezliklə
Xəzər xaqanının qızı və onun Yəziddən olan iki oğlu öldü. Qızının ölümündə
Yəzidi günahkar görən Xaqan böyük bir qoşunla Cənubi Qafqaza hücum
edərək, buranı qarət etdi. Xəlifənin Yəzidə kömək göndərdiyini biləndən sonra
isə öz ölkəsinə geri çəkildi.
Xəzərlərin Azərbaycan ərazisinə sonuncu böyük yürüşü Xəlifə Harun ər-
Rəşidin (786-809) dövrünə təsadüf edir. Xəzərlər Cənubi Qafqaza hücum edərək,
burada 70 gün qaldılar, ölkəni taladılar, 100 min adamı əsir apardılar. Bundan
sonra demək olar ki, xəzərlərin Azərbaycan ərazisinə soyğunçu yürüşləri sona
yetdi.
Ərəblər işğal etdikləri ərazidə demək olar ki, əvvəlki idarə sistemlərini
saxlayır, onlara çox az düzəliş verirdilər. İlk vaxtlar Azərbaycanın həm cənub
hissəsi Adurbadaqan, həm də şimal hissəsi Albaniya, Ermənistan, Şərqi
Gürcüstan, əl-Cəzirə ilə birlikdə xilafətin beş vilayətindən birini təşkil edirdi.
VIII əsrin əvvəllərindən isə Albaniya, Ermənistan, İberiya "Ərməniyyə" adlı yeni
inzibati əraziyə daxil edildilər. Sasanilər dövründə Xəzəryanı İran vilayətləri ilə
yanaşı, bütün Cənubi-Qafqaz vilayətlərini özündə birləşdirən Adurbadaqan,
Azərbaycan Ərəblərin hakimiyyətinin ilk dövründə Cənubi-Qafqazda Xilafətin
işğal etdiyi yerlərə verilən Ərməniyyə adı ilə əvəz olundu. Ərəblər ermənilərə
münasibətdə yumşaq davranır, hətta müvəqqəti də olsa, alban kilsəsi də erməni
katalikosunun idarəçiliyinə verilmişdi. Bunu da qeyd etmək lazımdır ki, Ərəb
"Ərməniyyəsi" vilayətləri azərbaycanlıların, gürcülərin, ləzgilərin yaşadıqları və
ümumiyyətlə ermənilərə dəxli olmayan Cənubi Qafqaz torpaqlarını əhatə edirdi.
Xilafətin Cənubi Qafqazdakı Ərməniyyə vilayəti I və II Ərməniyyə inzibati
bölgülərinə ayrılırdı. Bu inzibati bölgələr şimalda Tiflis və Dərbənddən cənubda
Araz çayınadək, qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzər dənizinədək olan
sahəni əhatə edir və ərəblərin "Arran" adlandırdıqları qədim Albaniya torpaqlarını
özündə birləşdirirdi. VIII yüzilliyin sonu- IX yüzilliyin I yarısmda "Ərməniyyə"
inzibati birləşməsi ləğv edildi və özündə Azərbaycan, Arran və Ermənistanı
birləşdirən Qafqaz canişinliyi yaradıldı. Bu dövrdə artıq ərəblərin yerlərdəki
hakimiyyəti zəifləmişdi. Yerli feodallar öz mülkləri daxilində müstəqil siyasət
yürüdür, Xilafətin Qafqazdakı canişininə - valisinə formal olaraq tabe olur və ona
vergi ödəyirdilər.
Ərəblərin işğalına qədər Cənubi Azərbaycanın paytaxtı Ərdəbil sayılırdı.
Lakin ərəblər buranı işğal etdikdən və xəzərlərlə mübarizəyə girdikdən sonra
paytaxtı Ərdəbildən başqa yerə köçürmək qərarına gəldilər. Belə ki, ərəb-xəzər
müharibələrinin başlanması ilə Ərdəbil döyüş meydanına çevrildi. Xilafətin Cənubi
Qafqazdakı canişini Mərvan ibn Məhəmmədin valiliyi dövründə (732-744) paytaxt
Ərdəbildən Marağaya köçürüldü. Arranın paytaxtı isə bu dövrdə özünün ən qüdrətli
dövrünü yaşayan və Həbib ibn Məsləmənin ikinci yürüşündən sonra (654-cü ildən)
bütün Qafqaz ərəb canişinliyinin yeni iqamətgahına çevrilmiş Bərdə şəhəri idi.
Xilafət dövrünün ilk illərdə işğal olunmuş əraziyə, həmin yeri fəth etmiş ordu
başçısı vali təyin edilirdi. Onların bir hissəsi də öz yerlərinə yaxın silahdaşlarını
amil təyin edirdilər. Amil -"vergiyə nəzarət edən" və əmir - "hərbi başçı" titulları
vali -"canişini" titulunu əvəz edirdi. Sonrakı illərdə isə "divan(xana)" vasitəsi ilə
vilayətin idarəsi əmir və ya vali tərəfindən həyata keçirilir, amil-vergi işlərini idarə
edən mülki hakim, qazi isə məhkəmə işlərinə baxan dini hakim idi.
Ərəb canişinləri ilk çağlarda yerli hakimlərlə müqavilə bağlayır, onlardan
siyasi asılılıq və can vergisi-cizyə tələb edir, əvəzində isə onların keçmiş
imtiyazlarını saxlayırdılar. Pul və natura ilə toplanılan vergi xəlifə xəzinəsi
agenti vasitəsi ilə Ərəb canişininə çatdırılırdı. İşğal zonalarının idarəsində
ərəblərə yerli hakimlərlə yanaşı yüksək rütbəli ruhanilər - Adurbadaqan mobedi və
Albaniya katalikosu kömək edirdilər. Yerli üsul-idarəyə verilən sərbəstlik mərkəzi
hakimiyyətin zəiflədiyi dövrlərdə ərəblərlə bağlanılan müqavilələrin pozulması və
vergilərdən imtina edilməsi ilə nəticələnirdi.
Azərbaycan bütünlüklə ərəb işğal dairəsinə daxil olduqdan sonra, ərəb
əsgər dəstələri Xilafət üçün təhlükə olan hü dudlarda, şəhər və mühüm
qovşaqlarda yerləşdirildi. Onlar hərbi xidmət göstərməklə yanaşı, təsərrüfat
işlərinə baxır, ərazilərə nəzarət edir, vergilərin toplanmasına, mükəlləfıyyətlərin
yerinə yetirilməsinə fıkir verirdilər. Ərəb əsgərlərindən başqa, Xilafət
Azərbaycana böyük miqdarda ərəb əhalisi köçürdü. VIII yüzilin 30-cu illərində
canişin Məsləmə ibn Əbdülməlik Xilafətin şimal sərhədlərini möhkəmləndirmək
məqsədi ilə Dərbənddə Fələstin, Şam və əl-Cəzirədən olan iyirmi dörd min ərəb
döyüşçüsünü yerləşdirdi. 736-cı ildə Xəlifə Hişam tərəfindən Dərbəndə hakim
təyin edilmiş Əsəd ibn Zafır əs-Suləmi də bura (Dərbəndə) ailələri ilə birlikdə
çoxlu ərəb döyüşçüsünü köçürmüşdü. VIII əsrin ortalarında ərəblərin köçürülmə
siyasətində dəyişiklik baş verdi. Belə ki, 750-ci ildə şimal ərəb tayfalarına
arxalanan Əməvilər sülaləsini, cənub ərəb tayfalarına arxalanan Abbasilər sülaləsi
əvəz etdi. Abbasilər Azərbaycan və Arrandan şimal tayfalarını sıxışdıraraq,
özlərinə yaxın saydıqları tayfaları bura köçürdülər. Azərbaycanda şimal tayfaları
ilə cənub tayfaları arasında mübarizə başladı. Daha çox Beyləqan, Bərdə, Qəbələ
və Dərbənddə baş verən qarşıdurmalara yalnız Yəzid ibn Məzyəd əş-
Şeybaninin Azərbaycan və Arranda hakimliyi dövründə qəti olaraq son qoyuldu.
Ərəblərin köçürülməsi siyasətinə isə IX əsrdə bir çox ərazilərin Xilafətin
tərkibindən çıxmasından və Xürrəmilər hərəkatından sonra son qoyuldu. Ərəb
işğalının ilk dövründən başlayaraq İslam dinini yalnız bütpərəstlərə zorla qəbul
etdirir, yerdə qalan əhalidən isə - "Əhli kitab" xalqlarından (yəhudilər və
xristianlar), o cümlədən ilk çağlar atəşpərəstlərdən də can vergisi-cizyə alırdılar.
Ərəblər islamı öz istəyi ilə qəbul edənləri, yəni iman gətirənləri "Muminuna"
("Möminlər"), zor ilə qəbul edənləri isə "muslimıma"-müsəlmanlar (təslim
olmuşlar") adlandırırdılar.
İslam dininin yayılması bütpərəstliklə yanaşı, atəşpərəstliyin də aradan
götürməsinə baxmayaraq bu elə də tez baş verməmişdi. Ərəb işğallarının ilk
çağlarında Şimali və Cənubi Azərbaycanın xristian əhalisi, ölkənin Aran və dağ
yerlərinin atəşpərəst və bütpərəst əhalisi islama qədərki etiqadlarında qalırdılar.
Artıq xəlifə Əlinin dövründə (656-661) Cənubi Azərbaycan əhalisininin islamı qəbul
etməsinə baxmayaraq, hələ XII əsrin ortalarında da dağlarda islamı qəbul etməmiş
xalqlar qalırdı. XIV-XV əsr tarixçisi ibn Xəldunun fikrincə bu ərəblərin dağlıq
yerlərə deyil, düzən yerlərə hücum etməyə meyilli olduqları ilə əlaqədar idi.
İslamı ilk növbədə öz mülklərini qorumağa çalışan yerli əyanlar qəbul
edirdilər. Şəhərlilərin isə kəndlilərdən daha tez islamı qəbul etmələri kəndlilərə
nisbətən daha ağır vergilərlə yüklənməsi, daha çox cizyə vermələri, tacir və
sənətkarlara daha böyük güzəştlər verilməsi ilə əlaqələndirilir. Xəlifə I
Ömərin fərmanı ilə islamı qəbul etmiş kəndlilərə xəzinədən mükafat
ayrıldığından, kəndlilər arasında da islamı qəbul etmə kütləvi şəkil aldı.
İslamı qəbul etmiş qeyri-ərəblər "Məvla" adlandırılırdı. Birinci mərhələdə
islamı yayan əsas qüvvə ərəblərin özləri idisə, IX əsrin sonu - X əsrin
əvvəllərində bu işi islamı qəbul etmiş yerli əhali özü görürdü. Xəlifə Əlinin
dövründə Azərbaycanda yerləşdirilmiş ərəblər yerli əhalini islama dəvət
etmək tapşırığını aldılar. Elə bu dövrdə Cənubi Azərbaycanın mərkəzi şəhəri
olan Ərdəbildə Azərbaycanın hakimi təyin olunmuş Əl-Əşas ibn Qeys məscid
tikdirdi. Bunun ardınca Azərbaycanın digər ərəblər yaşayan şəhərlərdə
məscidlər tikilməyə başladı. Sonralar yerli əhali arasında islamı daha da
yaymaq və onları islam mədəniyyəti ilə tanış etmək məqsədi ilə
Azərbaycanın hər bir yaşayış məntəqəsində məscidlər tikildi. Beləliklə, artıq
X əsrdə Azərbaycanın demək olar, bütün şəhərlərində came (ellik) məscidləri
vardı.
Ərəblər müsəlmanlığı qəbul etməyən "Əhli-kitab" xalqından can vergisi
alırdılar. "Zimmi" - adlandırılan, öz əvvəlki dini etiqadını saxlayan yerli əhali cizyə
adlanan can vergisi verirdilər. Əməvilər bir müddət keçdikdən sonra yeni
müsəlmanlardan - məvalilərdən də can vergisi almağa başladılar. Əhalinin
narazılığından qorxan II Ömər (717-720) yeni müsəlmanlardan cizyə toplanmasını
qadağan etsə də, onun ölümündən sonra can vergisinin alınması yenidən bərpa
edildi.
İslam dini canlı varlığın şəklini çəkməyi yasaq etdiyindən, bu dövrdən
başlayaraq Azərbaycanda təsviri incəsənətin tətbiq dairəsi məhdudlaşmağa başladı.
Ərəb ağalığı dövründə də əkinçilik və maldarlıq Azərbaycanda həmişəki kimi
aparıcı yer tuturdu. Torpağın becərilməsi və şumlanması üçün iki və ya dörd öküzün
qüvvəsi ilə hərəkətə gətirilən ağac kotandan, adi kotandan, ağır və ya qara kotandan
(VIII-IX əsərlərdən başlayaraq məlum olan qara kotan əkinçilik alətlərinin inkişafı
baxımından ən təkmilləşmiş şum aləti sayılırdı) istifadə edilirdi.
Ərəb işğallarından sonra bütün becərilən torpaqlar müsəlman icmasının
mülkiyyəti elan edilmişdi. Bu torpaqlar əvvəlki sahiblərinin əlində qalsa da, onlar
xəzinəyə vergilər ödəyirdilər. İşğal zamanı sahibsiz qalmış torpaqlar (Savafi)
xəlifənin ixtiyarına keçmişdi. Xəlifə də öz növbəsində bu torpaqların bir hissəsini
vəzifəli şəxslərə, döyüşçülərə paylayırdı. Umumiyyətlə, ərəblər dövründə
Azərbaycanda aşağıdakı torpaq kateqoriyaları var idi:
1. Xəlifə və ya sultan torpaqları. Bu torpaqlar vəfat etmiş
və ya vəzifəsindən çıxarılmış məmurların mülklərinin müsadirəsi və ya satın alma
yolu ilə artırdı.
2. Iqta (paylaşdırma, ay). Adamlara onlardan əldə edilən
gəlirlə birlikdə xidmət müddətinə və ya ömürlük verilir, yəni lorpaq iqta
sahibinin mülkünə çevrilirdi. Lakin sahiblik hüququna heç də həmişə riayət
olunmurdu. İqta sahibi heç bir hərbi mükəlləfiyyət daşımır, əvəzində xəzinəyə
vergi verirdi. Sahiblik hüququna əsasən iqta 2 yerə bölünürdü. Bağışlanan iqta
(təmlik) - bu cür torpaqlar şəxsin tam mülkiyyətinə verilir və irsən keçirdi.
İkinci kateqoriyaya aid olan icarə iqtası isə hərbçilərə verilirdi. İqtaların özü də
sahibindən asılı olaraq bir neçə yerə bölünürdü. Bunlar mülki (şəxsi), xüsusi
(xass), hərbi və xəlifə iqtaları idi.
3. Mülk torpaqları yerli feodal əyanlarm irsi ixtiyarmda olan və mülk
adlanan xüsusi torpaq sahələri idi. Mülk torpaqlarını alıb-satmaq, özgəyə
bağışlamaq, irsən vermək olardı. Bu torpaqların sahibləri əlavə vergilər
ödəyirdilər, lakin hərbi xidmətdə olmurdular.
4. Vəqf torpaqları. Dini təsisatların ixtiyarına verilirdi. Bu torpaqlar
müqəddəs yerlər, qazilər, məscid və qalaların tikilməsi və sairə üçün ayrıldı.
5. İcma torpaqları kənd sakinlərinə məxsus olub, otlaqlar, örüş yerləri,
yanacaq toplanan yerlər, qəbiristanlıq və sairdən ibarət olurdu.
Ərəblər vergi siyasətində öz sələflərinin yolu ilə gedirdilər. Vergilər ilk
çağlarda müqavilələrə əsasən, onun şərtlərinə uyğun alınırdı. Əsas vergilər
torpaq vergisi-xərac, qeyri-müsəlmanlardan alınan can vergisi - cizyə sayılırdı.
Cizyə-müsəlman qanunvericiliyinə əsasən hər il ancaq kişilərdən, onların
sənət və ya ticarətdən əldə etdikləri qazanc-dan asılı olaraq almırdı. Varlılar 48,
ortabablar 24, zəhmətkeş yoxsullar isə 12 dirhəm ödəyirdilər. Sonralar bu
qiymətlər ya artır, ya da azalırdı.
Xilafətin mülkiyyəti sayılan bütün torpaqlar xərac torpaqları olduğundan
toplanılan xərac yalnız xəzinəyə gedirdi. Xəlifə əl-Mehdinin (775-785) sərəncamı
ilə Misəha xəracı (torpağın sahəsinə görə alınan vergi) Müqasəmə xəracı
(məhsula görə alınan vergi) ilə əvəz olundu. Həm də suvarılan torpaqlardan
məhsulun yarısı, dəmyə və kübrə ilə suvarılan torpaqlardan məhsulun 1/3-i,
duləbə suvarma çarxları ilə, suvarılan torpaqlardan isə məhsulun 1/4-i almırdı.
Bu iki vergidən başqa xüms, zəkat, zəkat -əl-fıtrə, uşr və digərləri də var
idi.
Xüms-mülkiyyətdən, əmlakdan, əmək haqqından, mədən və dəfinələrdən,
zimminin və kafırlər müsəlmanlardan satın aldığı torpaqdan, hərbi qənimətdən pul
və ya natura şəklində almırdı.
Zəkat-yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan bu vergi
ildə bir dəfə alınır və dənli bitkilər, gilə-meyvələr, daş-qaş, ev heyvanları üzərinə
qoyulurdu.
Zəkat əl-fitrə ildə bir dəfə, orucluq ayının başa çatması münasibəti ilə varlı
müsəlmanlardan alınırdı və 2 cür olurdu. Fitrə-məhsul və ya pul ilə verilən pay;
Sədəqə - yoxsullara verilən ianə idi.
Uşr - məhsulun 1/10-ni təşkil edir və bir sıra məhsullardan natura ilə alınan
vergi idi. Şimal vilayətlərindən, ümumiyyətlə, Xəlifə xəzinəsinə alınan vergilərə
gəldikdə isə, Ərəb Xilafəti zamanı Azərbaycandan ildə 2-4, 5 milyon dirhəm,
Albaniyadan 2 milyon dirhəm, Ərməniyyədən isə 4 milyon dirhəm xərac almırdı.
Ərəblərin daxilində Əli tərəfdarları, Əməvilər, sonralar isə peyğəmbərin
dayısı Abbasın nəslindən olan Abbasilərin arasında baş verən çəkişmələr,
bölgələrdə xilafətə qarşı çıxışlara və müstəqilliyə can atan xalq kütlələrinin
üsyanlarına səbəb oldu. İqtisadi vəziyyətin pisləşməsi bu vəziyyəti daha da
gərginləşdirdi.
VIII əsrin ortalarında Azərbaycanda ərəb üsul-idarəsinə qarşı böyük bir
hərəkat başladı. Bu hərəkatın başında Beyləqanda "əl-Qəssab" ləqəbli Müsafir ibn
Kəsir dururdu. Onu bu addımı atmağa xaricilər təriqətinə mənsub əd-Dəhhak
ibn Qeys əş-Şeybani sövq etmişdi. Müsafırin başçılığı ilə üsyançılar əvvəlcə
Ərdəbili, sonra isə Varsanı, Beyləqanı tutdular. 747-ci ildə Müsafirin başçılıq etdiyi
hərəkata qoşulmaq məqsədi ilə Mərv vadisində Əbu Müslim üsyan edir. Xəlifə II
Mərvanın qoşunu ilə Əbu Müslimin başçılıq etdiyi üsyançıların toqquşması
ikincilərin qələbəsi ilə nəticələndi. II Mərvan qoşun toplamaq üçün kiçik bir dəstə
ilə Şama, sonra Fələstinə, oradan isə Misirə qaçdı, lakin burada öldü. Əməvilərin
son hökmdarının ölümündən sonra onların 90 illik hakimiyyətinə son qoyuldu.
Xilafətdə hakimiyyət Məhəmməd peyğəmbərin əmisi Abbasın nəslinin -
Abbasilər sülaləsinin (750-1258) əlinə keçdi. Xilafətin adı da yeni paytaxtın adı
ilə Bağdad Xilafəti adlanmağa başladı.
Abbasilərin hakimiyyət başına gəlməsi Xilafətdə, eləcə də islam dünyasmda
çox böyük dəyişikliklərə səbəb oldu. Soy kökləri ilə peyğəmbər xanədanına bağlı
olan Abbas və Əli oğulları biri-digərinə düşmən kəsildi. İkinci Abbasi xəlifəsi Əl-
Mənsur Əli davamçılarını təqib etməyə və edam etməyə baş ladı. 755-ci ildə
Abbasiləri hakimiyyətə gətirmiş Əbu Müslim Xorasani xəlifə əl-Mənsurun əmri ilə
qətlə yetirildi. Bu Əbu Müslimi özlərinə müəllim hesab edən müxtəlif məzhəblər,
eləcə də onlarla birgə Xilafətin şərq vilayətində müsəlman-şiə əhalisi, atəşpərəst
azərbaycanlılar və iranlılar arasında böyük narazılığa səbəb oldu. 755-ci ildə
Nişapur şəhərinin rəisi olan atəşpərəst Sumbatın başçılığı ilə üsyan başladı.
Üsyançılar Nişapuru, Kumisi və Reyi ələ keçirdilər. Üsyanda atəşpərəstlər, imam
Hüseynin nəvəsi Zeyd ibn Əlinin başçılıq etdiyi rafızilər, digər şiə təriqətləri, eləcə
də Məzdəkin arvadı Xürrəmənin vasitəsilə məzdəkiliyi qəbul etmiş və
Xürrəmdinlər adlanan iri bir qrııp da iştirak edirdi. Xəlifə qoşunu 70 gün ərzində
üsyanı valırdı, Sumbat isə öldürüldü.
Ərəb zülmünə qarşı 794-cü ildə Beylaqanda iri üsyan baş verdi. Üsyanın
başlanmasına səbəb vergi zülmündən bezən bərdəlilərin ərəb vergi rəisini (amili)
öldürməli və xəlifənin də bərdəliləri məhv etməkdən ötrü İshaq ibn Müslimin
başçılığı ilə beş minlik qoşunu göndərməsi oldu. Usyana Abbas xəlifələri əl-Hadinin
və Harun ər-Rəşidin dövründə dəfələrlə üsyan etmiş Əbu Müslim başçılıq edirdi.
Harun ər-Rəşidin üsyançılara qarşı göndərdiyi İshaq ibn Müslim və digər iki
sərkərdə məğlubiyyətə uğradıldı. Bundan sonra, Əbu Müslim Naxçıvana, Dəbilə
hücumlar edir. Xəlifə Əbu Müslimə qarşı Yəhya əl-Hərami və Yəzid ibn Məzyədin
başçılıq etdikləri 130 minlik ordunu Beyləqana göndərdi. Lakin hücum ərəfəsində
Əbu Müslim xəstəlikdən vəfat edir, onun yerini tutmuş beyləqanlı əs-Səkin ibn
Musa isə üsyançıları tam ələ ala bilmədi. Beləliklə, üsyan yatızdırıldı, əs-Səkin isə
oğlu Xəlil əsir düşdüyündən ərəblərə tabe oldu.
VIII əsrin sonunda Harun ər-Rəşid tərəfindən Azərbaycan və Ərməniyyənin
hakimi təyin edilmiş Səid ibn Səlim üsyan etmiş Dərbənd hakimi Nəcm ibn
Haşimin boynunu vurdurdu və qoşununu Dərbəndə yönəltdi. Nəcmin oğlu Həyyun
ərəblərə qarşı Xəzər xaqanını köməyə çağırdı. Xəzərlər 70 gündən sonra böyük
qənimətlərlə geri döndülər. Həyyunun başçılıq etdiyi üsyançılar ərəblər tərəfindən
məğlub edildi. Səid ibn Səlim cizyə verməkdən imtina etmiş digər Arran
əhalisinin çıxışlarıın da yatırdı.
Xəlifə əl-Mehdinin dövründən başlayaraq bir çox təriqətlər meydana
gəlmişdi. Əbu Müslimin ölümündən sonra "Əbumüslimiyyə" təriqətinin ardıcılları
əvvəllər "ravəndilər", sonra isə digər bir sıra təriqətlər ilə birgə "xürrəmdini" adı
altında birləşdilər. Bir sıra tarixçilər səhvən Babəki və onun xürrəmi silahdaşlarını
da ifratçı şiə birliyi olan "Xürrəmdini"lərə aid edirlər.
Əməvi, eləcə də sonralar Abbasilərin zülmündən qurtarmağa can atan
üsyançılar arasında müxtəlif şiə və sünni təriqətinə mənsub müsəlmanlar,
atəşpərəstlik ideyasını təbliğ edən xürrəmilər, həmçinin məzdəkilər də vardı.
Eyni ehkamlara riayət edən müxtəlif atəşpərəst-məzdəki təriqətinin ardıcılları
xürrəmilər, məzdəkilər, müxəmmirlər və xübayyidilərə bölünürdülər. Xürrəmiləri
və xürrəmdini ifrat şiə təriqətçiləri sayan bəzi alimlər, onları "batinilər" -
islamilərə də aid edirdilər. İbn ən-Nədim (X əsr) isə xürrəmiləri atəşpərəst
müxəmmirilərə-məzdəkilərə və babəkilərə ayırırdı. Lakin, mənbələrə əsasən qəti
söyləmək olar ki, Babəkin başçılıq etdiyi xürrəmilər-babəkilər öz ideya və
əməlləri ilə batinilər və ifrat şiəçilərdən tamamilə fərqlənirdilər. Onlar yalnız ərəb
hakimiyyətinə qarşı deyil, həm də onların gətirdiyi İslam dininə qarşı çıxır və
atəşpərəstliyi təbliğ edirdilər.
"Xürrəm" istilahına gəldikdə isə bəzi alimlər bunu Ərdəbil yaxınlığındakı
Xürrəm adlı kəndlə əlaqələndirirlər. Bir sıra tədqiqatçılar isə haqsız olaraq,
xürrəmiləri günah işlətməkdə və əxlaqsızlıqda təqsirləndirir, "xürrəm" sözünü isə
yalnız zahiri mənasına görə (farsca "şad xürrəm") izah edirlər. Amma Z.Bünyadovun
və digər alimlərin araşdırmalarından aydın olur ki, bu söz "xur, xvar" - "ad, günəş"
anlayışı ilə əlaqələndirir və Babək hərəkatının ideologiyaları ilə "Avesta"dakı
"xürrəm" anlayışı arasında bağlılıq vardır. Belə ki, "xürrəm" - kölgə ilə müşaiyət
olunan ilk mücərrəd işığa tapınma dualist dünyagörüşündən irəli gəlir. Xürrəmilər
sosial-bərabərlik ideyasını irəli sürür, torpaq və əmlak üzərində xüsusi mülkiyyəti
rədd edir, hakim siniflər və Xilafətin əleyhinə çıxırdılar.
Xürrəmilər VIII əsrin ortalarından başlayaraq xilafət əleyhinə olan çıxışlarda
iştirak etməyə başlamışlar. Onlar 755-ci ildə Sumbatın, 778-ci ildə Əbu əl-Qərranın,
796-797-ci illərdə Əmr ibn Məhəmmədin başçılıq etdikləri üsyanlarda iştirak
etmişlər.
808-809-cu illərdə İsfahan, Rey və Həmədanda baş vermiş üsyanlarda
xürrəmilər ön sıralarda dururdular. Bu çıxış Harun ər-Rəşid tərəfindən çox
qəddarlıqla yatızdırıldı.
IX əsrin ilk onilliyində xürrəmilərin rəhbərləri Cavidan və Əbu İmran
arasında ədavət başlandı. Bu ədavət 816-cı idə açıq döyüşlə başa çatdı. Nəticəsində
Əbu İmran döyüş meydanında, Cavidan isə 3 gündən sonra öldü. Cavidandan sonra
xürrəmilər hərəkatına Cavidanın Bilalabad kəndindən gətirdiyi Babək başçılıq
edirdi. Qeyd edək ki, onun xürrəmilərin başçısına çevrilməsində Cavidanın
arvadının böyük rolu olmuşdur. Xilafət mərkəzində hakimiyyət uğrunda əl-Əmin
və əl-Məmur qardaşları arasında gedən mübarizədən istifadə edən Babək
xürrəmi hərəkatının məcrasını tamamilə xilafətə qarşı yönəltdi.
Babək Bəzz qalasının ətrafında yaşayan ərəbləri və onların tərəfdarlarını
qırdı. Azərbaycanın və Arranın hər yerindən ərəblərdən narazı kəndlilər Babəkin
yanına axışmağa başladılar. Çox keçmədi ki, üsyan azadlıq müharibəsi şəklini
aldı. Beyləqan, Cibəl, Xorasan, Deyləm, eləcə də Şimal vilayətinin bir sıra
bölgələrinin əhalisi də üsyançılara qoşuldu. Bu mübarizədə kəndlilərlə yanaşı
ərəblərin yürütdüyü siyasətdən narazı olan mülkədarlar, hətta Xilafətin bəzi
tanınmış xadimləri də Babəkə kömək edirdilər. Onlardan Təbəristan hakimi
Məzyər, Əmir Mingicəhu, Mərənd hakimi İsma əl-Kürdi, Xilafətdən ayrılmaq
istəyən Cənubi Qafqaz hakimi Xatim ibn Hərsəni misal gətirmək olar.
819-cu ildə xəlifə əl-Məmun Yəhya ibn Müzinin başçılığı ilə Babəkə qarşı
ilk nizami ordu göndərdi. Ərəblərin həm bu, həm də 821-ci ildə Azərbaycanın
hakimi İsa ibn Məhəmmədin başçılığı ilə hücumları xürrəmilərin qələbəsi ilə
nəticələndi.
821-ci ildə ərəb mənşəli Cəhharilər nəslindən olan Savada ibn Əbdülhəmid
qarışıqlıqdan istifadə edərək Syünikə hücum etdi. Syünik hakimi Vasaq Babəkdən
kömək istədi və Savadanı məğlub etdi. Vasaq öldükdən sonra onun qızı ilə evlənən
Babək Syünik, Beyləqan, Arsax və Utiyə sahib oldu.
824-cü ildə Babək Əhməd ibn Cüneyd və Züreyt ibn Əlinin başçılıq etdikləri
dəstəni darmadağın etdi. Xəlifənin Azərbaycana hakim təyin etdiyi Məhəmməd ət-
Tusi bəzi vilayətlərdə xürrəmilərin qarşısını alsa da, 829-cu il iyunun 3-də
Həştədsər dağı yaxınlığında xürrəmilərlə həlledici döyüşdə öldürüldü, ordusu isə
məhv edildi.
Xəlifə hakimləri xürrəmilərlə bacara bilmədiklərinə görə günahlandırır və
onları tez-tez əvəz etdirdi. Təkcə 829-cu ildə Azərbaycan valiliyində 4 nəfər-
İbrahim ibn əl-Loys, Abdullah ibn Tahir, Əli ibn Hitam, Ucayer ibn Ənbəsən bir-
birilərini əvəz etmişlər.
830-831-ci illərdə beyləqanlılar Davan və Şapuhun rəhbərliyi ilə Babəkə qarşı
çıxdılar və onun tərəfdarı Arran hökmdarı Stepannos Ablasadı qətlə yetirdilər.
Beyləqanlılar Arsax və Utinin bəzi vilayətlərini ələ keçirsələr də, Babəkin
köməkliyi ilə Yesai Əbu Musa bu əraziləri geri qaytarır. Lakin burada Babək ilə
alban feodalları arasında soyuqluq yaranır. Belə ki, Babəkin kəndlilər tərəfində
durması, üsyançılarla barışıq bağlamaq istəməsi, istədiyi an Alban torpaqlarına
girməsi, feodalların "məsləhəti"nə qulaq asmaması, Səhl ibn Smbat, Yesai Əbu
Musa və digər alban knyazlarının Babəkdən uzaqlaşmasına səbəb olur.
833-cü ildə xəlifə əl-Məmunun ölümündən sonra İsfahan, Fars, Kuhistanda
üsyanlar başladı. 833-cü ildə xürrəmilər Ərəblər tərəfindən böyük bir zərbə aldılar.
Xəlifə əl-Mütəsimin İshaq ibn İbrahimin başçılığı ilə göndərdiyi Ərəb ordusu
Həmədan yaxınlığında xürrəmiləri məğlub etdi. 60 min üsyançı qətlə yetirildi,
yerdə qalan 14 min xürrəmi Nəsrin başçılığı ilə Bizansa keçdi və orada da qaldılar.
Xəlifə əl-Mütəsim Babəkin başçılıq etdiyi üsyanı tamamilə yatırmaq məqsədi
ilə Bizansla müharibəni dayandırdı və bu dörd illik (833-837) fasilə ona Babəkə
qarşı bütün xilafət qüvvələrini səfərbər etmək imkanı verdi. Xilafətin Azəbaycana
göndərdiyi Əbu Səid Məhəmməd Ərdəbil-Zəncan-Samirə arasındakı bütün qalaları
və rabitə sistemini bərpa etdirdi. Bu yol boyunca hərbi hissələr yerləşdirildi. 835-ci
ildə Xəlifə əl-Mütəsim bizanslılarla Misirdə aparılan döyüşlərdə ad çıxarmış Afşin
Heydər ibn Kavusu bütün xəlifə qoşunlarının başçısı təyin etdi. Afşin öz
qərargahını Bəzzə daha yaxın yerə Bərzəndə köçürdü. Ərəblərin hazırlıq prosesi
zamanı xürrəmilər onlara hücum edir, sonra isə Bəzz qalasına çəkilirdilər. Bu
hücumlardan biri zamanı Əbu Səid Məhəmməd Müaviyənin başçılıq etdiyi böyük
xürrəmi dəstəsini məğlub etdi.
Bu hadisə Babəkin bir çox müttəfıqinin ondan üz döndərməsinə səbəb oldu.
Təbrizin hakimi Məhəmməd ibn əl-Bəis ərəblərlə birgə öz qaynatası, Babəkin ən
yaxın silahdaşlarından olan İsma ibn əl-Kurdinin dəstəsini məğlub etdi.
Xəlifənin hüzuruna göndərilmiş və verilən işgəncələrə dözməyən İsma ibn əl-
Kurdi xürrəmilərin bir çox sirrlərini ərəblərə çatdırdı.
836-cı ildə xürrəmilər Həştadsər dağı yaxınlığında Afşindən xəbərsiz
onların üzərinə hücum edərək, özündən razı ərəb sərkərdəsi Buğa əl-Kəbirin
qoşununu darmadağın etdilər.
836-cı ildə Babəkin ən yaxın silahdaşı, türk Tarxanın öz malikanəsində
xəyanətlə öldürülməsi Babəkə çox pis təsir etdi. 837-ci ilə Xəlifə tərəfindən
Afşinə köməyə göndərilən Cəfər ibn Dinar və İtah onu ləng tərpənmədə
günahlandırdılar. Afşin isə hər vəchlə Babək və Təbəristan hakimi Məzyərlə
danışığa girməyə cəhd etdi. Bu məqsəd alınmadıqda Afşin Bəzz qalasına hücuma
başladı. 837-ci il avqustun 26-da xürrəmilərin istinadgahları ələ keçirildi, Bəzz
qalası dağıdıldı, 80 min xürrəmi öldürüldü, 7600 xürrəmi, eləcə də Babəkin
oğulları öz ailələri ilə birlikdə əsir düşdülər. Babək anası, qardaşları Müaviyə və
Abdullah, axırıncı arvadı, Syünik hakimi Vasaqın qızı İbnət əl-Kələndəliyə, bir
neçə xidmətçisi ilə qaladan qaçaraq gizləndi. Afşin Babəki təslim olarsa, ona
aman verəcəyini bildirdi. Əsirlikdə olan Babəkin böyük oğlu atasına məktub
yazaraq aman üçün gəlməsini xahiş etdi. Babək bu təklifı rədd etdi və oğluna
cavab məktubu göndərdi: "Sən artıq mənim oğlum deyilsən. Mənim oğlum belə
hərəkət etməzdi. Yadında saxla, mən yaddaşlarda Babək olaraq qalacam, sən isə
bir çoxları kimi heç yada da düşməyəcəksən. Bir gün azad yaşamaq qırx il
misgin qul olmaqdan yaxşıdır". Afşin Babəkin ona təslim olmayacağmı
anladıqdan sonra Azərbaycan, Arran və Ermənistanın bütün qala və şəhərlərinin
sahiblərinə xəbər göndərib, Babəki və onun adamlarını tutub verənlərə böyük
mükafat vəd etdi. Babəkin Bizansa keçmək istəyindən xəbər tutan Afşinin
sərkərdəsi Əbu-s-Sacı Babəkin ardınca göndərdi. Babək və onun qardaşı
Abdullah bir xidmətçi ilə aradan çıxa bilsələr də qalanları ələ keçirildi. Öz
torpaqlarında Babəkin olduğunu eşidən Səhl ibn Smbat onu öz qalasına dəvət etdi
və onu yazda Bizansa yola salacağını bildirdi. Babəkə qarşı hiylə işlədən Səhl
Babəkin və Abdullahın yerini Afşinə bildirir. Babəki onlara təhvil verdiyi
üçün Səhl ibn Smbata böyük pul mükafatı verilmişdi. Bəzi mənbələrin
göstərdiyinə görə, budan sonra Səhl ibn Smbat Albaniya, İberiya və Ermənistanın
hakimi təyin olundu. Digərləri isə ona yalnız Şəki hakimliyinin verildiyini
göstərirlər.
837-ci il sentyabrın 15-də Babək və Abdullah Bərzəndə, 838-ci il
yanvarın 4-də isə Babək Samirəyə gətirildi və elə həmin gün (bəzi yerlərdə
yanvarın 29, martın 14-ü göstərilir) edam edildi. Babəkin əvvəl əl-ayaqları, sonra
isə başı kəsilib, Xorasana göndərilir, bədəni isə Samirədə çarmıxa çəkilir.
Mənbələr edam mərasimində Babəkin edam edilərkən də mərdlik nümayiş
etdirdiyini qeyd edirlər. Belə ki, Babək sağ əli kəsildikdən sonra həmin əli ilə
sifətini qana boyamış, nə üçün etdiyini soruşduqda isə: "Qorxuram ki, bütün qanım
axıb gedər, sifətim solar, adamlar isə ölümdən qorxduğumu zənn edərlər" deyə
cavab vermişdi.
Beləliklə 20 ildən çox davam edən xürrəmilər və xalq azadlıq müharibəsi
Xilafətə çox böyük ziyan vurdu, onun 225000 döyüşçüsü öldürüldü.
Xürrəmilər hərəkatı digər xalqların Xilafətə qarşı çıxmasına və ərəb
imperiyasının parçalanma prosesinin sürətlənməsinə səbəb oldu.
838-839-cu illərdə Təbəristanda Əmir Məzyərin rəhbərliyi ilə üsyan başladı.
Məzyər təkcə siyasi deyil, həm də iqtisadi məqsədlər güdür, ərəb hakimiyyətinin
devrilməsinə çalışırdı. 840-cı ildə Xorasan hakimi Abdullah ibn Tahir üsyanı
yatırdır, Məzyər isə Samirəyə aparılaraq öldürülür.
838-839-cu illərdə Azərbaycan hakimi Mingicəvr əl-Fərqani mərkəzi
hakimiyyətə qarşı çıxsa da, bu üsyan da Böyük (əl-Kəbür) Buğanın başçılığı ilə
yatırıldı.
Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatı yatırılsa da, X əsrin ortalarına
qədər onlar Xilafətə qarşı üsyan edirdilər. Xürrəmilər təliminin izlərinə daha
sonrakı dövrlərdə də rast gəlinirdi.
Bütün işğalçı dövlətlər kimi Xilafət də Azərbaycanda təsərrüfatın, sənətkarlığın,
ticarətin, şəhərlərin və ümumiyyətlə, məhsuldar qüvvəiərin ahəngdar inkişafını xeyli
ləngitdi, ancaq onun qarşısını ala bilmədi. Tədricən ərəb xilafətinə tabe edilmiş digər
regionların (məsələn, Ön və Orta Asiya, Yaxın Şərq və sairə) xalqları ilə Azərbaycan
arasında iqtisadi və mədəni sahədə qarşılıqlı tə'sir gücləndi. Tarixin sübut etdiyi belə
bir qanunauyğunluq vardır ki, iqtisadi və mədəni cəhətdən istila etdiyi ölkələrin
xalqlarından aşağı inkişaf səviyyəsində olan istilaçı dövlət mütləq onların tə'siri
altına düşür. Bu eyni ilə ərəblərə də aid idi. Bir imperiyaya tabe edilmiş xalqların
mənafelərinin ümumi cəhətləri onları mə'nəvi cəhətdən birləşdirir, bir-birinə
yaxınlaşdırır. Onların arasında labüdən əməkdaşlıq yaranır. Qarşılıqlı təsirin və
əlaqənin verdiyi təkan nəticəsində həmin ölkələrdə təsərrüfat canlanır, məhsuldar
qüvvələrin inkişaf harmoniyası nizama düşür. Bu cəhətdən Azərbaycan həmin
təsirdən kənarda dayanmırdı. Ərəb istilası Azərbaycanın bütövlükdə Xilafətə daxil
olmasına şərait yaratdı.
Ticarət. Abbasilər dövləti Asiya, Avropa və Afrikanın bir sıra dövlətləri ilə geniş
ticarət edirdi. Azərbaycan tacirləri nəinki Xilafətin hakimiyyəti altında, hatta onların
təsirindən kənarda olan ölkələrin bazarlarına da çıxırdılar. Dünya ticarətində Bizans
və Ərməniyənin rəhbər rolu əhəmiyyətini itirdikdən sonra daxili və dünya ticarət
yollarının qovşağında yerləşən Dərbənd, Beyləqan, Bərdə, Ərdəbil, Təbriz,
Marağa, Naxçıvan, Kulsurə və sair Azərbaycan şəhərlərinin əhəmiyyəti daha da
artdı.
Bıı şəhərlər xilafətin digər ölkələrlə ticarətində fəal iştirak edirdilər. Bərdə,
Ərqəbil, Kulsurə bazarları əsas ticarət mərkəzlərindən hesab edilməklə, bütün
Şərqin və Qərbin diqqətini cəlb edirdi. Ölkənin və dünyanın müxtəlif guşələrindən
buraya gələn tacirlər gətirdikləri malları asanlıqla satır və özlərinə lazım olan yerli
mallar alırdılar. Bərdədəki «Kurkiy» deyilən bazar zəngin Kulsurə bazarı ilə
rəqabətə girmişdi. Çoxsaylı tacirləri Azərbaycana cəlb edən təkcə malların bolluğu,
gözəlliyi, alverin rəvan getməsi deyil, ən başlıcası ucuzluq idi. Müqəddəsi yazırdı:
«Burada yeyinti və ticarət mallarının qiyməti çox ucuzdur və hətta havayıdır. Bu
şəhərlərdə satış qiymətləri o qədər ucuzdur ki, bir sıra yerdə qoyunun qiyməti 2
dirhəmədəkdir. Balın qiyməti bir dirhəmdir. Bir dirhəmə 50 lavaş almaq olur. Ət, bal,
ərinmiş yağ, yarma, qoz-fındıq, kişmiş çox ucuzdur. Ona görə də hər yerdən buraya
tacirlər gəIir».
Azərbaycan şəhərləri ən'ənəvi əmtəə malları ilə bir-birindən fərqlənirdi.
Məsələn, yerli və dünya bazarlarına Bərdədən ipək, yaxşı pərdələr, qatırlar,
müxtəlifparçalardan tikilmiş paltarlar, Dərbənddən kətan parça, zəfəran, qırmız
deyilən qiymətli boyaq maddesi (marena), Beyləqandan əla şirniyyat, şirəli və
şirəsiz saxsı qablar, Dəbildən yun paltar, xalça, balış, örtük, qaytan; Bakıdan neft,
zəfəran; digər şəhələrdən qızıldan, gümüşdən, misdən hazırlanmış qablar, tabaq,
tas və dolçalar, əhəngdən və qızıldan düzəldilmiş satıllar, konusvari nəfis şüşə
qablar, büllurlar, cavahirat, zərgərlərin düzəltdiyi nəfis ziynət şeyləri, təzə və
qurudulmuş ləziz meyvələr, çaylardan və şirinsulu göllərdən tutulub qurudulmuş
tirrix, surmahi, kəsbuviya və başqa adda balıqlar ixrac edilirdi. Azərbaycan
sənətkarlarının məharətle hazırladıqları yüzdən artıq adda sənət mə'mulatına yerli və
xarici bazarlarda ehtiyac vardı.
Azərbaycan şəhərləri xilafətlə Şimal-Şərqi Avropa və Asiya ölkələri arasındakı
ticarətdə vasitəçilik edirdilər. Azərbaycan zərbxanalarında kəsilən sikkələrdən
Rusiya, Almaniya, Skandinaviya və Pribaltika ölkələri ilə, habelə Şərq ölkələri ilə
ticarətdə istifadə olunurdu. Xəzər sahilindəki Dərbənd, Bakı, Abaskun, Astrabad və
başqa limanlar xilafətin Şimal və Şərq ölkələri ilə ticarətində başlıca mərkəzlər
idilər. Dərbənd bazarı şimaldan Xəzərlə mal gətirən əcnəbi və yerli tacirlərin
yığnaq yeri idi. Volqa boyundan gələn tacirlər samur, dələ, tülkü xəzi, ox,
yapışqan, qılınc, zirehli geyim, mis, mum və başqa mallar gətirirdilər. Yerli və
dünya bazarlarındakı ticarətdən Azərbaycan tacirləri xeyli mənfəət əldə edir va onun
bir hissəsini dövlətin xəzinəsinə verirdilər.
Şəhərlər. Daxili və xarici ticarətin, sənətkarlığın inkişafı Azərbaycanda şəhər
həyatına ınüsbət təsir göstərdi. Dünyanın siyasi həyatında baş verən dəyişikliklər də
az rol oynamadı. Guclü ərəb istilası dövlətlərarası iqtisadi və siyasi münasibətlərdə
ciddi dəyişikliklər əmələ gətirdi. Dünya ticarət yollarınıın bir hissəsi öz istiqamətini
dəyişdi. Bu dəyişikliklər öz təsirini Azərbaycan şəhərlərinin timsalında daha qabarıq
şəkildə büruzə verdi. Ərəblər bizanslıların Qara dənizdən keçən əsas ticarət
yollarının istiqamətini dəyişərək, onu şərqə-Xəzər tərəfə keçirdiklərindən
Azərbaycan şəhərlərinin fəaliyyəti xeyli canlandı. Bərdə ərəblərin ön Qafqazdakı
bütün ticarət yollarının kəsişdiyi yer, şimalla tranzit ticarətinin mərkəzi idi. Ərəb
tarixciləri «əkin və meyvələri bol, ağac və sulan çox, havası sağlam» Bərdə şəhəri
haqqında maraqlı məlumatlar vermişlər. Bu cəhətdən İbn Havqəlin məlumatı daha
maraqlıdır: «Bərdə Arranın anası (paytaxtı) və bu yerlərin ən yaxşısıdır. Şəhər çox
böyükdür. Onun bir fərsəx uzunu, bir qədər az eni vardı... Rey və İsfahandan sonra,
İraqla Təbəristan arasında Bərdətək böyük və məhsuldar, tutduğu mövqe və
xəzinəyə verdiyi gəlirə görə yaxşı yer yoxdur... İrana və Xuzistana buradan ipək
göndərilir».
Müəllıflər «Zərdüştün vətəni, iqlimi gözəl, torpağı münbit və bərəkətli»
Urmiya, Marağa, Ərdəbil, Səlmas, Mərənd, Miyanə Bərzənd, Muğan, Beyləqan,
Naxçıvan, Varsan, Dərbənd, Şabran, Şəkı, Qəbələ, Bakı, Şamaxı, Gəncə, Şəmkir ve
başqa şəhərlərin gözəl ıqlımındən, zəngin sərvətindən, əhalisinin
məşğuliyyətindən bazarlardan və orada gedən ticarətdən ətraflı məlumat verirlər
Bu şəhərlərin bir çoxu siyasi-inzibati mərkəz olmaqla yanaşı, ticarət və sənətkarlıq
mərkəzi kimi də məşhur idi. Şəhərlərdə yüzlərlə sənət sahəsı: dulusçuluq,
dərzilik, dəmirçilik, misgerlik, zərgərlik sərraclıq, çəkməçılik, toxuculuq, xarratlıq,
bənnalıq və başqaları geniş inkişaf etməkdə idi. Sənətkarlıq, ticarət və mədəniyyət
mərkəzi kimi Gəncənin şöhrəti yiiksəlməkdə idi.
Elm. Azərbaycanın Xilafət tərkibinə daxil olması onu ümumi müsəlman
mədəniyyətinə cəlb etdi. Xilafətin ərəb dilini həm ədəbi, həm danışıq dili kimi qəbul
etməsi, ərəb-müsəlman mədəniyyətini, qədim Şərq və antik dünya xalqlarından
qalmış ənənələrlə zənginləşdirirdi. Xilafətin ərəbləşməyib, yalnız müsəlmanlaşmış
bir çox xalqı, o cümlədən azərbaycanlılar, ərəblərin dini ilə birgə onların dillərini
də mənimsəyərək, XI əsrədək elmi, dini və ədəbi yaradıcılıqda ərəb dilini işlətməyə
başlamışdılar.
Quranın yazıldığı dildə öyrənilməsi, ümumiyyətlə, ərəb dilini bilmək
mədəniyyət göstəricisinə çevrildiyindən bu dili öyrənmək vacib sayılırdı. Ərəb
dilini öyrənmək məqsədi ilə bir çox azərbaycanlını Ərəb Şərqinin mədəni
mərkəzləri sayılan Bağdad, Kufə, Bəsrə, Dəməşq, Qahirə şəhərlərinə oxumağa
göndərdilər. Lakin çox keçmədi ki, Azərbaycanda da Ərdəbil, Marağa, Şamaxı
şəhərlərində tikilən təhsil ocaqları, kitabxanalar, məscidlər xilafətin ən mədəni
mərkəzlərinə çevrildilər. Azərbaycanda ərəb dilinin geniş yayılmasının digər səbəbi
də başqa şərq xalqları ilə olan ticarət-iqtisadi, siyasi və mədəni münasibətləri idi.
VII-X əsrlərdə Azərbaycanda ədəbiyyat, təbiətşünaslıq, riyaziyyat, astrologiya
və bir sıra digər ictimai və dəqiq elmlər yaxşı inkişaf etmişdi. Azərbaycan
alimlərindən Məhəmməd ibn Musa "Məntiq", Əbubəkr Məhəmməd ər-Razi (865-
925) tibb, Əbu Abdulla əl-Bəttani (858-929) astrologiyaya dair əsərləri ilə
məşhurlaşmışdılar.Azərbaycan nümayəndələrindən Əbusəid Əhməd ibn Hüseyn əl-
Bərdəi (929-da ölüb), Əbubəkr Məhəmməd ibn Abdulla əl-Əbhəri, Yəqub ibn Musa
əl-Ərdəbili kimi hüquqşünaslar, Əhməd ibn Harun əl-Bərdəi, Məkki ibn Əhməd əl-
Bərdəi, Cəfər ibn Məhəmməd əl-Maraği kimi hədis toplayanlar bütün Xilafətdə
məşhur idilər.
VIII əsrdə Zühd əsasında formalaşan sufızmin (təsəvvüf) tanınmış şəxsləri
arasında IX-X əsrlər Azərbaycan mütəfəkkirlərinin də - Hüseyn ibn Cibril əl-
Mərəndi, Əbubəkr əz-Zəncani, İbrahim ibn Yəhya ət-Təbrizi, Səid ibn Qasim əl-
Bərdəi, Məhəmməd əl-Bakuvinin ("Hekayət əs-Sufıyyə", "Əxbar əl-Arifin", "Əxbar
əl-Fafılin") adları da çəkilir.
O dövrdə Xilafətdə fəaliyyət göstərən "Saflıq qardaşları" cəmiyyətinin
məşhur baş müəllimindən biri azərbaycanlı Əbülhəsən Əli ibn Harun əz-Zəncani
idi. Elmi-fəlsəfi fıkrin inkişafında böyük rol oynamış bu cəmiyyətin digər
azərbaycanlı nümayəndələrindən Yəqub əl-Kindi, Əbunəsr əl- Farabinin də
adlarını çəkmək lazımdır.
Ədəbiyyat. Ərəb dili ədəbi-elmi yaradıcılığında hakım dıl olsa da
Azərbaycanın zəngin folkloru, atalar sözləri, ədəbı numunələri, zərb məsələləri,
eləcə də dastanları var ıdı. "Oğuznamə"lər içərisində ən məşhurlardan olan "Kitabi
Dədə Qorqud dastanı bu dövrə (bəzi mənbələrə görə daha qədımlərə) aıddır.
Yerli əhali arasından ərəb dilində yazan və bu dılı mukəmməl bilən şair və
yazıçılar çıxdılar. İki mədəniyyətın-oz mıllı Azərbaycan və ərəb mədəniyyətinin
təmsilçısı olan bu şaırlərdən Musa Şəhəvat, İsmayıl ibn Yasar, onun oğlu Ibrahım
və qardaşı Məhəmməd, Əbu-1-Abbas əl-Əmam misal göstərmək olar.
Memarlıq. Bu dövrdə Azərbaycanda çoxlu sayda məscidlər, mədrəsələr,
bazarlar, karvansaralar, hamamlar və başqa qurğular tikilmişdi. Artıq zərdüştlərin
və xristianların dını obyektlərı məscidlərə çevrilirdi. Şamaxıda, Ağsuda və dıgər
bölgələrdə məscidlər tikilmişdi. Beyləqan, Bərdə, Dərbənd, Mərənd, Ərdəbil
Urmiya, Marağa, Gəncə, Qəbələ, Şirvan, Naxçıvan, Təbriz, Şamaxı, Şəmkir, Şabran
kimi şəhərlərdə əzəmətlı saraylar və başqa memarlıq nümunələri ucaldılmışdı.

You might also like