Mövzu 4. Azərbaycanda Dövlətçilik Ənənələrinin Bərpası VƏ Yeni Müstəqil Feodal Dövlətlərinin Yaranması (IX-XII ƏSRLƏR)

You might also like

Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 26

Azərbaycanda dövlətçilik ənənələrinin bərpası və yeni müstəqil feodal

dövlətlərinin yaranması

Plan

1. Azərbaycanda Xilafət hakimiyyətinin zəifləməsi və müstəqil feodal


dövlətlərinin meydana gəlməsi.
2. Azərbaycan və Böyük Səlcuq imperiyası.
3. Şirvan feodal dövlətinin yüksələşi. Atabəylər dövləti.
4. İX-XII əsrlərdə Azərbaycanın social-iqtisadi həyatı və mədəniyyəti.

IX yüzilliyin ortalarında Ərəb xilafəti zəifləmiş, feodal münasibətlərinin


inkişafı ilə əlaqədar iri feodalların mövqeyi xeyli möhkəmlənmişdi. Ərəb xilafətinə
tabe edilmiş ölkələrdə müstəqillik meyli də xeyli güclənmişdi. Bu ölkələrin başında
olan feodallar mərkəzi hakimiyyətə tabe olmur, topladıqları vergiləri dövlət
xəzinəsinə verməkdən imtina edirdilər. Xırda feodal dövlətləri - əmirliklər
yaranırdı. Bu dövlətləri keçmiş ərəb canişinləri - əmirlər idarə edirdilər. Onların
nəsilləri zaman keçdikcə özlərinin ərəb mənşəyini itirir, yerli xalqlarla qarışırdılar.
Hələ xilafətin tərəqqisi dövründə Azərbaycanda, xüsusilə Aranda ərəblərdən asılı
olan Sünik, Varsan, Beyləqan, Qəbələ, Şəki və s. kimi, feodal dövlətləri vardı. Lakin
onlar müstəqil deyildilər. Xürrəmilər hərəkatı yatırıldıqdan sonra IX -XI əsrlərdə
Azərbaycanda bir sıra müstəqil və yarımmüstəqil dövlətlər yarandı. Onlardan biri
Şirvanşahlar dövləti idi (861-1538).
Bu dövləti Məzyədilər idarə edirdilər. Məzyədilər mənşəcə Rəbiə adlı ərəb
tayfasına mənsub olub, hələ VII əsrin ortalarında Aranın işğalını həyata keçirən
Salman ibn Rəbiənin dövründən Azərbaycanda möhkəmlənməyə başlamışdılar.
Məzyədilərin nümayəndəsi olan görkəmli sərkərdə Yezid ibn Məzyəd xəlifə Harun
ər-Rəşidin (786-809) dövründə Cənubi Qafqaz, vilayətlərinin hakimi idi.
Məzyədilər Aranda yarımmüstəqil feodal dövləti olan Bərdə əmirliyini
yaratmışdılar. Bu əmirliyin mərkəzi Bərdə şəhəri idi. Yezidin ölümündən sonra növbə
ilə onun oğulları Əsəd, Xalid və Məhəmməd Cənubi Qafqaz valisi təyin edildilər. 859-
cu ildə Məhəmməd ibn Yezid qədim Gəncə şəhərini bərpa etdirdi və öz iqamətgahını
bura köçürdü.
861-ci ildə Məhəmməd ibn Yezidin qardaşı oğlu Heysəm ibn Xalid özünü
1
Şirvanın müstəqil hakimi elan etdi və mərkəzi hökümətlə əlaqəni kəsdi. Beləliklə,
müstəqil Şirvanşahlar dövləti yarandı.
IX əsrin sonlarında Arran, o cümlədən Bərdə sacilərin əlinə keçdiyindən
Məzyədilərin buradakı nümayəndələri də Şirvana köçdülər.
Şirvanşahlar dövlətinin ilk paytaxtı Şirvan şəhəri idi. Şirvan şahlığı bəzi
vaxtlar Azərbaycanın Cənub torpaqlarında yaranmış Sacilər və Salarilər dövlətlərinə
vergi verməli olsa da, onun bu asılılığı nominal xarakter daşıyırdı.
917-ci ildə qonşu Lahicanşahlıq Şirvanşahlar dövlətinə birləşdirildi.
Şirvanşah Əbu Tahir (917-948) qədim Şamaxını bərpa etdirib, paytaxtı Şirvan
şəhərindən bura köçürdü. O dövrdə Şamaxı Yezidiyyə adlanmağa başladı.
Salarilər dövləti süquta uğradıqdan sonra Şirvanşahlar dövləti tam
müstəqil bir dövlətə çevrildi və hətta qonşu torpaqlara hücum edərək onları zəbt
etdi. Şirvanşahlar 981-982-ci illərdə Qəbələni, 982-ci ildə Bərdəni, 983-cü ildə
Şabranı ələ keçirərək, öz ərazilərini genişləndirdilər. 988-ci ildə ərəb ınənşəli
Haşimilər tərəfindən idarə edilən Dərbənd əmirliyi Şirvanşahlar dövlətinə
birləşdirildi. Məlumdur ki, Dərbənd yerləşdiyi ərazidə qədimdən bəri, hələ
massagetlər dövründən elliklə türklər yaşayırdılar. Əski türk qaynaqlarında qədim
Azərbaycan şəhəri olan Dərbənd "Dəmir qapı" adlandırılırdı. Şirvanşahlar Dərbənd
səddini və şəhərin qala divarlarını təmir etdirib möhkəmləndirdilər. Bundan sonra
Xursan və Tabasaran da Şirvanşahlar dövlətinə qatıldı. Vaxtaşırı Şəki hakimləri də
Şirvanşahlardan asılı vəziyyətdə olurdu.
1027-ci ildə Şirvanda Məzyədilər sülaləsinin hakimiyyətinə son qoyuldu.
Şirvan şahlığında hakimiyyət Kəsranilər siilaləsinin (1027-1382)
nümayəndələrinə keçdi. Məhz bu dövrdə Səlcuq türkləri böyük kütlə halında
Azərbaycana daxil oldular. 1086-cı ildə Şirvanşahlar dövləti Səlcuqların yaratdığı
böyük imperiyadan asılı vəziyyətə düşdü. Hətta "şirvanşah" ti t u l u səlcuqlar
tərəfindən ləğv olundu. Lakin bu asılılıq uzun çəkmədi. Tezliklə Şirvanşahlar
dövləti öz müstəqilliyini bərpa etdi.
IX-X əsrlərdə Azərbaycanın cənub torpaqlarında da feodal dövlətləri
yaranmışdı. 879-cu ildə burada paytaxtı əvvəl Marağa, sonra isə Ərdəbil olan
Sacilər dövləti yarandı. Bu dövləti mənşə etibarilə türk olan Sacilər (879-941)
sülaləsi idarə edirdi. Ərəb ordusunun məşhur sərkərdəsi Afşin Heydər ibn Kavus bu
nəsildən çıxmışdır.
Sacilər sülaləsinin banisi Əbu Sac Divdad idi. O, Xilafət qoşunlarında xidmət
etmişdi. Sacilər dövlətinin əsasını qoymuş Məhəmməd ibn Sac Xilafətə qarşı
mübarizə şəraitində Sacilər dövlətini yarada bilmiş və Qərbi Azərbaycan torpaqlarını
(indiki Ermənistan) öz hakimiyyəti altında birləşdirmişdi.

2
Xidmətləri ilə xəlifənin rəğbətini qazındığına görə 889-cu ildə Məhəmməd
Azərbatcanın hakimi təyin olundu. Məhəmməd ona qarşı itaətsizlik göstərən Marağa
hakimini susdurdu və şəhəri ələ keçirtdi. 893-cü ildən başlayaraq o, bir necə dəfə
Ərməniyəyə uğurlu yürüşlər təşkil etdi. Qələbədən sonra Məhəmməd öz oğlu Divdadı
Ərməniyəyə hakim təyin edib, özü Gürcüstana gedərək, Tiflisi və digər şəhərləri soyub
taladı. 901-ci ilin mart ayında Məhəmməd Bərdədə tayn xəstəlikdən vəfat etdi.
Onun ölümündən sonra hakimiyyətə oğlu Divdad keçdi. Lakin onun hakimiyyəti
çox davam etmədi. Həmin ilin avqustunda əmisi Yusif Divdadı hakimiyyətdən salıb
özü Azərbaycan hakimi və canişini oldu.
912-ci ilə kimi Azərbaycanı müstəqil idarə edən Sacilər Xilafət xəzinəsinə ildə
120 min dinar xərac göndərirdilər. 912-ci ildən sonra xilafətə pul göndərilmədi. Yusif
ibn Əbu Sac Azərbaycan ərazisini ələ keçirməyə çalışan erməni və gürcü feodallarının
qoşunlarını dəfələrlə məğlubiyyətə uğratmış, 914-cü ildə verdiyi andı pozan və
dikbaşlıq edən erməni hakimi I Smbatı Dəbildə (Dvində) ələ keçirib edam etdirmişdi.
Yusif Şirvanşahlar dövlətini də özündən asılı vəziyyətə salmış və xəzərlərin hücumu
zamanı dağıdılmış Dərbənd səddini bərpa etdirmişdi. O, həmçinin Rey, Qəzvin,
Zəncan vilayətlərini də özünə tabe etmişdi.
Bu dövlətin müstəqil olduğunu belə bir fakt da sübut edir ki, IX əsrin sonlarından
başlayaraq burada pul kəsilirdi.
Bu dövlətin yaranmasının müsbət cəhəti, onun bütün Azərbaycan torpaqlarını
vahid dövlətin tərkibində birləşdirə bilməsi olmuşdu. Lakin Xilafətin tənəzzülü
nəticəsində yaranmış siyasi hərcmərclik şəraitində Sacilər dövləti də uzun zaman
davam gətirə bilmədi.
Sacilər dövlətinin hakimləri içərisində Yusif ən nüfuzlusu olub. O, 24 il bu
dövləti idarə etmişdi. 927-ci il dekabrın 27-do Kufə şəhəri yaxmlığında qərimətlərlə
döyüş zamanı Yusilln qoşunu məğlub olur, özü isə, əsir düşür və öldürülür. Yusifln
ölümündən sonra hakimiyyət onun sərkərdəsi Deysəmin əlinə keçdi. Onun dövründə
ayrı-ayn feodal qrupları arasında hakimiyyət uğrunda mübarizə gərginləşdi. Bundan
istifadə edərək Gilan hakimi Mərzban ibn Məhəmməd (941-957) 941-ci ildə axırıncı
Saci hökmdarı Deysəmi məğlub etdi və Ərdəbili tutdu. O, Salarilər tayfasına mənsub
olduğundan dövlət Salarilər dövləti (941-981) adlanırdı.
Salarilər dövlətinin paytaxtı Ərdəbil idi. Salarilər dövləti ərazilərini
genişləndirmək üçün qonşu ölkələrlə mübarizələr aparırdılar. Eyni zamanda Salari
hökmdarları Azərbaycan ərazisini şimaldan basqın edən köçəri tayfalardan qorumalı
olurdular. Hakimiyyətlərinin müəyyən dövrlərində Salarilər Şirvanşahlar dövlətini
özlərindən asılı vəziyyətə salmışdılar. Salarilərin şimal sərhədləri Dərbəndə qədər
uzanırdı. Onlar erməni feodallarını da özlərinə tabe edə bilmişdilər.
Hələ möhkəmlənməkdə olan Salarilər dövləti 944-cü ildə slavyan tayfaların
3
hücumuna məruz qaldı. Onlar Qafqazın mirvarisi, "Arranın anası" adlandırılan
Bərdə şəhərinə hücum etdilər. Görünməmiş qırğınlar və talanlar törətdilər. Şəhər
əvvəlki əzəmətini itirdi. Bundan istifadə edərək Mosul hakimi Azərbaycanın
Salmas şəhərinə basqın etdi. Salari hökmdarı Mərzban ibn Məhəmməd özünü
Salmasa çatdıraraq, düşməni məğlubiyyətə uğratdı və Azərbaycanın cənub-qərb
vilayətlərindən onları qovduqdan sonra, şimal-qərb və qərb (indiki Ermənistan)
vilayətlərini öz hakimiyyəti altına keçirdi.
Bu dövrdə Azərbaycanın cənub-şərq torpaqları - Zəncan, Əbhər və Qəzvin
İsfahan hakiminin asılılığında idi. Mərzban ibn Məhəmməd Azərbaycanın qədim
sərhədlərinin bütövlüyünə nail olmaq niyyətilə 948-ci ildə Qəzvinə yürüş etdi. Lakin
Mərzban bu yürüşdə məğlubiyyətə uğradı və əsir düşdü. O əsirlikdə olduğu dövrdə
dövlətdə hakimiyyət uğrunda mübarizə qızışdı. Hakimiyyət uğrunda mübarizəni
Mərzbanın atası, qardaşı Vəhsudan və Sacilər dövlətinin sonuncu hakimi Deysəm
aparırdı.
953-cü ildə Mərzban əsirlikdən qaçıb Ərdəbilə gələrək hakimiyyəti ələ
keçirdi. Deysəm qorxusundan əvvəlcə Mosula, sonra isə Bağdada qaçdı.
Ara müharibələri ölkənin təsərrüfat həyatına ağır zərbə vurur, xalg
kütlələrinin güzəranını ağırlaşdırır, bu isə onların narazılığına və üsyanlara səbəb
olurdu. Belə üsyanlardan biri 955-ci ildə Dərbənddə baş vermişdi. Mərzban bu
üsyanı yatırmağa gedən zaman Deysəm fürsətdən istifadə edərək Salması ələ
keçirdi. Lakin tezliklə Mərzban ibn Məhəmməd onu tutararq, gözlərini
çıxartdırıb, özünü də zindana saldırdı. Bundan sonra ölkədə mərkəzi hakimiyyət
möhkəmləndi. Azərbaycan ərazisinin böyük hissəsinin vahid dövlətin tərkibində
birləşdirilməsi ölkədə iqtisadiyyatın inkişafına təkan verdi. Salari hökmdarı
dövlətdə vergi sistemini qaydaya salmaq məqsədilə 955-ci ildə vergi islahatı
keçirdi. Onun dövründə dövlətdə iki cür vergi toplanırdı. Onlardan biri torpaq və
əmlak vergisi, digəri isə asılı ölkələrdən alınan illik xərac idi. Salarilərin muzdlu
ordusu var idi. Onların dövründə Azərbaycanda ilk dəfə ticarət donanması
yaradıldı.
Salari hökmdarı Mərzban 957-ci ildə öləndən sonra onun oğulları və
qardaşları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Bu mübarizədə
Mərzbanın qardaşı Vəhsudan qalib gəldi və hakimiyyəti ələ keçirərək iki qardaşı
oğlunu öldürtdürdü. Mərzbanın sağ qalmış oğlu İbrahim 961-ci ildə qüvvə
toplayıb əmisi ilə mübarizəyə girdi və hakimiyyəti ələ ala bildi. İbrahim
hakimiyyət uğrunda mübarizə dövründə zəifləmiş Salarilər dövlətinin əvvəlki
qüvvəsini bərpa edə bilmədi.
Şirvanşahlar dövləti Salarilər dövlətinin tərkibindən çıxdı. Şəddadilər
dövlətinin yaranması ilə (971-ci ildə) Arranın bir hissəsi və Qərbi Azərbaycan
4
torpaqları (indiki Emıənistan) da onların əlindən çıxdı.
981-ci ildə Təbriz, Marağa və Əhər hakimi Əbul-Heyca Rəvvadi sonuncu
Salari hökmdarı İbrahimi məğlub edib əsir aldı və Ərdəbili tutdu. Salarilər dövləti
süquta uğradı.
Bu dövlət 40 il yaşamasına baxmayaraq nüfuzlu dövlətlərlə müqayisə
olunurdu.
971-ci ildə Şimali Azərbaycanda yeni bir müstəqil feodal dövləti yarandı. Bu
Şəddadilər dövləti idi. Şəddadilər əvvəllər Dəbilin ətrafında məskunlaşmışdılar.
Salarilər dövlətinin zəifləməsindən istifadə edərək, onlar 951-ci ildə Dəbili zəbt
edib Dəbil əmirliyi yaratdılar. Bu əmirliyin əmiri Məhəmməd ibn Şəddad oldu.
Dəbil əmirliyi Salarilər dövründə və onların ərazisində meydana gəlmişdi.
Dəbilin Şəddadilər tərəfindən zəbti Salari hökmdarı Mərzbanın İsfahan hakiminin
əsiri olduğu vaxtda baş verdi. Lakin Mərzban əsirlikdən qaçıb, hakimiyyətini bərpa
etdikdən sonra Dəbili özünə qaytardı.
971-ci ildə Məhəmməd ibn Şəddadın oğulları Fəzl və Ləşkəri Gəncəyə
gəldilər və Salari İbrahimin naibini qovaraq burada hakimiyyəti ələ keçirdilər.
İbrahim ibn Mərzban Şəddadilər dövlətini rəsmən tanımağa məcbur oldu. Tez bir
vaxtda Şəddadilər Aranda olan kiçik feodal hakimlərini və Dəbil vilayətini də
özlərinə tabe etdilər. Onlar gürcü çarı Baqratın basqınlarının qarşısını almaq üçün
Gürcüstana hücum etdilər.
Fəzl ibn Məhəmmədin hakimiyyəti dövründə (985-1030) Şəddadilər dövləti daha
da möhkəmləndi. O, 1027-ci ildə Araz üzərində Xudafərin körpüsünü saldırdı. Bu
körpünün tikilməsi Azərbaycanın şimal torpaqlarının cənub torpaqları ilə iqtisadi, ticarət
əlaqələrinin genişlənməsinə xeyli təkan verdi. Bu körpünün hərbi əhəmiyyəti də var idi.
Şəddadilər "nigah diplomatiyasından" istifadə edərək Şirvanşahlar dövləti ilə
dostluq münasibəti yaratmışdılar. Bu dövrdə müstəqil müsəlman əmirliyi təşkil
edən Tiflis də Şəddadilərlə dostluq əlaqəsi saxlayırdı. Gürcü hakimi Baqrat Tiflis
müsəlman əmirliyini ləğv etmək niyyəti ilə Tiflisi dəfələrlə mühasirəyə alır. Lakin
hər dəfə Şəddadi qoşunları Tiflis əmirinin köməyinə gələrək gürcü qoşunlarını
geri çəkilməyə məcbur edirdi.
XI əsrin 30-cu illərində oğuz tayfalarının Azərbaycanın Arazdan şimala olan
torpaqlarında məskən salması Şəddadilər dövlətinin hərbi qüdrətini daha da artırdı.
1037-ci ildə Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına ağır zərbə
vuruldu. 1038-ci ildə Tiflis müsəlman əmirliyini ləğv etmək cəhdi göstərən
Bizans və gürcü feodallarının qüvvələri dəf edildi.
Erməni və gürcü feodalları Bizansa arxalanaraq, Azərbaycanın qərb
torpaqlarını ələ keçirməyə çalışırdılar. Onlara qarşı mübarizədə Şəddadilər oğuz
türkləri ilə əlbir hərəkət edirdilər.

5
Görkəmli Şəddadi hökmdarı olan Əbüləsvar Şavurun dövründə (1050-1067)
dövlətin paytaxtı olan Gəncə şəhəri möhkəmləndirildi. Onun ətrafına hasar çəkildi.
Dəmirçi İbrahim Osman oğlu 1063-cu ildə Gəncənin məşhur qala darvazalarını
düzəltdi. 1054-cü ildə Şavur səlcuqların vassalığını qəbul etməyə məcbur oldu.
1088-ci ildə səlcuq sultanı Məlikşah öz qoşununu Gəncəyə göndərdi və
Gəncəni tutdu. Sonuncu Şəddadi hakimi III Fəzlun əsir götürüldü və Bağdada
göndərildi. O, 1091-ci ildə əsirlikdə öldü.
VIII əsrdə Rəvvadilər Marağa, Təbriz və Əhərin hakimi olmuşdular. Əbul-
hica Rəvvadi Salarilərə tabe olan və onlara xərac verən nüfuzlu feodallardan
idi. 981-ci ildə Əbul-hica İbrahim Salarini hakimiyyətdən kənar edib öz dövlətini
yaratdı. Rəvvadilər dövlətinin paytaxtı Təbriz idi. Beləliklə, Rəvvadilər
Azərbaycanın cənub torpaqlarında möhkəmləndilər, Muğan hakimliyini də
özlərindən asılı vəziyyətə saldılar. 987-ci ildə Əbul-hica Ərməniyyəni özünə tabe
etdi. Xoy və Urmiya hakimləri də ona tabe oldular.
Rəvvadi Vəhsudanın hakimiyyəti dövründə (1020-1059) dövlətin nüfuzu
daha da artdı. Mərkəzi hakimiyyət möhkəmləndi. 1028-ci ildə Mahmud Qəznəvinin
Xorasanda oğuz türklərini sıxışdırması nəticəsində 2000 oğuz ailəsi Azərbaycana
köçdü və Vəhsudanın icazəsi ilə burada məskən saldı. 1038-ci ildə Reydən daha bir
oğuz dəstəsi gəlib Azərbaycanda məskunlaşmışdı.
1042-ci ildə Təbrizdə güclü zəlzələ baş verdi. Bunun nəticəsində bir çox
binalar və qala divarları dağıldı. Şəhərin müdafiə qabiliyyəti zəiflədi. XI əsrin
ortalarında Səlcuqlar Təbrizə hücum etdilər. Vəhsudan müqavimət göstərmədən
1054-cü ildə səlcuqların vassalığını qəbul etməyə məcbur oldu.
Səlcuq sultanı Alp Arslan (1063-1072) Rəvvadilərin daxili müstəqilliyini
tamamilə ləğv etdi. 1065-ci ildə Təbrizə səlcuq əmiri təyin olundu. Rəvvadilər
dövləti süquta uğradı.
IX-XI əsrlərdə yaranmış Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və
Rəvvadilər dövlətləri hökmdarların mənşəyindən və mənsubiyyətindən asılı
olmayaraq Azərbaycan ərazisində yaradılmışdılar və milli zəmində təşəkkül
tapırdılar. Bu dövlətlərin yaranması Azərbaycan dövlətçiliyinin dirçəlməsi
baxımından böyük əhəmiyyətə malik idi.
XI əsrin ortalarından etibarən Ön və Mərkəzi Asiyanın ictimai-siyasi və
sosial-mədəni həyatının ən mühüm amilinə çevrilən səlcuqlar səltənəti
Azərbaycanın da tarixində mühüm rol oynamışdı. O zaman Azərbaycanda,
həmçinin digər həm-hüdud ölkələrdə mövcud olan dövlətlər qısa müddət ərzində
səlcuqların təzyiqinə davam gətirə bilməyərək bu səltənətin nüfuz dairəsinə daxil
edilmişdilər. Orta Asiyadan Misirə və Kiçik Asiyayadək, Qafqazlardan Hind
okeanınadək uzanan çoxsaylı ölkələri öz ağuşuna alan səlcuq dövləti ilə
6
müqayisədə XI əsrin ortalarında mövcud olmuş Şirvanşahlar, Şəddadilər və
Rəvvadilər dövlətləri çox zəif siyasi qurumlar idi. Bu dövlətlərin arasındakı
hərbi-siyasi çəkişmələr ara vermirdi. Bu da öz növbəsində ölkənin müdafıə
imkanlarını sarsıdırdı.
Təxminən 100 il bütün şərqi, habelə o zamankı xristian dünyasının
liderlərindən sayılan Bizansı lərzəyə salmış səlcuq oğuzlarının banisi, qınıq
tayfasından çıxmış Səlcuq bəy idi. Bir əsrdən artıq ömür sürnıüş Səlcuq bəy islamı
qəbul etmiş, bu dinin türklər içərisində geniş yayılması yolunda çox çalışmışdır.
Bir müddət Xəzər-Aral bölgələrində yaşayan, X əsrin ikinci yarısında isə
Buxara həndəvərlərində möhkəmlənən səlcuq tayfalarının xeyli hissəsi görkəmli
türk dövlət başçısı, məşhur Sultan I Mahmud (988-1030) tərəfındən səlcuq
başçıları Mikayıl və İsrailin həbsi zamanı - 1009-cu ildə Mərkəzi Asiyadan
Xorasana köçürülmüşdülər. Səlcuqlar burada qəznəvilərə tabe olmaq istəməmiş,
vaxtaşırı - 1018, 1028 və b. illərdə qəznəvi sultanlarından yaxa qurtarmağa can
atmışdılar. Lakin Sultan Mahmud dövründə qəznəvilər bu çıxışları qətiyyətlə
yatıra bilmişlər. Səlcuqların minlərlə ailələri qərbə doğru qaçaraq rəvvadi
Vəhsudana pənah gətirmişdilər. Həmin dövrdə şəddadilərə qarşı mübarizədə
güclü hərbi dəstəyə möhtac olan Vəhsudan qüdrətli səlcuq qılıncından Gəncə
hökmdarlarına qarşı istifadə etmək üçün səlcuqları yaxşı qarşılamış, onlara yer
vermiş, onlardan başçı təyin etmiş, hətta səlcuq oyanlarının birinci qızı ilə evlənib
onlarla qohum olmuşdur. Lakin, səlcuq hərbçilərinin şəddadilər üzərinə növbəti
uğurlu səfərdən sonra Vəhsudanın doğma şəhəri olan Marağanı alt-üst etdiklərinə
görə rəvvadi hökmdarı səlcuqlara divan tutmuş və beləliklə də onların arasında
münasibətlər kəskinləşmişdir.
1038-ci ilde Səlcuqlar Səlcuq beyin nəvələri Toğrul və Cağrı bəy
qardaşlarının başçılığı ilə Xorasanda növbəti dəfə qəznəvilərə qarşı üsyan qaldırmış,
Nişapuru ələ keçirib Səlcuq dövlətinin (1038-1157) əsasını qoymuşdular. Sonralar
Rey və İsfahan Səlcuq səltənətinin paytaxtı olmuşdur.
1040-cı ildə Dəhdənəkan döyüşündə qəznəvi sultanı Məsuda qalib gəldikdən
sonra səlcuqlar, bütün Xorasana yiyələnən Toğrul bəyin (1038-1063) başçılığı ilə
tezliklə bir sıra qonşu ölkələri fəth edib öz dövlətlərinin tərkibinə qatdılar. Toğrul
bəy 1045-ci ildə Həmədanı, 1050-ci ildə isə İsfahanı tutur. Elə həmin il Bağdad
xəlifəsi əl-Qaill Toğrulun sultan titulunu təsdiq etməklə bütün müsəlman dünyası
üçün onun istilalarını qanuniləşdirir. Lakin bu da Bağdad xəlifələrini səlcuqların
olindən xilas edə bilmədi. 1054-cü ildə Revvadiləri özlərinə tabe edən səlcuqlar
növbəti il xəlifələrin iqamətgahı olan Bağdadda cənub müsəlman dünyasının lideri
olduqlarını bəyan ctdilər. Bundan sonra Bağdad xəlifələri səlcuq sultanlarının
əlində oyuncağa çevrildilər. Rəvvadi Vəhsudandan sonra 1059-cu ildə bu dövlətin
varlığına son qoymuş, növbəti səlcuq sultanı Alp Arslanın dövründə (1063-1072) isə
7
əslində həm Şəddadilər, həm də Şirvanşahlar səlcuqların asılılığına düşmüşdülər.
Hərçənd Rəvvadilərə qarşı mübarizənin başlanğıcında Şəddadilər səlcuqların
müttəfıqi rolunda çıxış edirdilər. Lakin 1086-cı ildə III Fəzldən sonra Şəddadilər
dövlətinin də varlığına son qoyuldu. Artıq 1071-ci ildə Malazgird döyüşündə Alp
Arslanın Bizans imperatoru IV Romen Diogenə qalib gəlməsi ilə Anadoluya qədəm
basan, Türküstandan Aralıq dənizinə, Dərbənddən İran körfəzinə uzanan Səlcuq
imperiyası sultan Məlikşahın lıakimiyyəti illərində (1072-1092) öz çiçəklənmə
dövrünü yaşayırdı. Məhz bu dövrdə Quzey Azərbaycanın tamamilə səlcuq
səltənətinə tabe edilməsi prosesi başa çatmışdır. 1086-cı ildə sonuncu Şəddadi
Fəzlun taxtından salındı. Az sonra Şirvanşah Fəriburz birdəfəlik 70 min, hər il isə
daha 40 min dinar xərac verməyə məcbur olmuşdu. Lakin Məlikşahın oğlanlarının
(Məhəmməd Qacar, Borküyarıq) dövründə Səlcuq dövlətində mərkəzi hakimiyyət
tədricən zəifləmişdi. Səlcuq imperiyası əslində silah gücünə yaradılan, əsasən ilk
hökmdarların hərbi-siyasi istedadına söykənən, bir-biri ilə iqtisadi-mədəni əlaqələri
zəif olan dövlətlərin birliyindən ibarət bir siyasi qurum idi.
Slavyanların (rusların) Azərbaycanla əlaqələri erkən orta əsrlərdən başlayaraq
ənənəvi xarakter daşıyırdı. Slavyan tayfaları dəniz və çay yolları ilə Azərbaycanla
ticarət edirdilər.
Lakin Kiyev Rus dövlətinin yaranmasından sonra IX əsriıı sonu - X əsrin
əvvəllərindən başlayaraq rusların bu ərazilərə gəlişinin məqsədi artıq ticarət deyil,
qarətçilik və istilaçılıq idi.
909-cu ildə onlar gəmilər ilə Xəzərə daxil olub, dənizin cənubundakı
Abaskun adasını ələ keçirdilər və sahil məntəqələrini qarət etdilər. Lakin, yerli
əhalinin güclü müqaviməti rusları ağır məğlubiyyətə uğratdı. 910-cu ildə ruslar
yenidən Azərbaycan ərazisinə hücum edib, Sarı adasında və Xəzəryanı
ərazilərdə yanğınlar, talanlar törətdilər. Onlar Xəzərin İran sahillərinə də
basqın etdilər. Lakin Gilan şahının qüvvələri i l ə toqquşmada məğlub oldular və
geri çəkildilər. Ruslar öz ölkələrinə qayıtmaq istəyərkən Şirvanşahın qoşunu
tərəfindən darmadağın edildilər.
913-cü ildə rusların daha böyük yürüşü təşkil olundu. Xəzər xaqanlığının
ərazisindən keçərkən, ruslar onlara ələ keçiriləcək qənimətin yarısını vəd etdilər.
Onlar 500 qayıqla Xəzər salnlı boyu hərəkət edib Bakıya gəldilər və buradan
əldə etdikləri qonimətləri Sarı adasına apardılar. Sahilə yaxın olan adalarda
möhkəmlənən ruslar sahil məntəqələrini qarət edirdilər. Onlar geri qayıdarkən
vədlərini yerinə yetirərək, ələ keçirdikləri qənimətin bir hissəsini Xəzər xaqanına
göndərdilər. Lakin xaqana xidmət edən müsəlman-türk döyüşçüləri slavyanların
ınüsəlmanların başına gətirdikləri müsibətlərdən qəzəblənərək Xəzərin şimal
sahilində üç gün davam edən döyüşdə rusları darmadağın etdilər.
30 illik fasilədən sonra bu diyarın zəngin sərvətini ələ keçirmək üçün daha
8
böyük qüvvə ilə hücuma keçən ruslar, bu dəfə Şirvana və Xəzər sahillərinə deyil,
"Arranın anası" adlandırılan Bərdəyə gəldilər. Onlar qayıqla Xəzər sahilləri ilə Kür
çayının mənsəbinə, sonra isə Kür çayı ilə Bərdə yaxınlığındakı Mübarəki adlı yerə
kimi gəlib çıxdılar. Burada əhalinin ruslara müqavimət göstərmələrinə baxmayaraq,
onlar şəhəri tuta bildilər. Salari hakimi Mərzban ibn Məhəmməd düşmənə
müqavimət göstərə bilmədi. Bərdə ruslar tərəfindən qarət edildi. Əhalinin çoxu
öldürüldü. Lakin onlar düşmənə müqavimət göstərməkdə davam edirdilər. Ruslar
onlardan üç gün ərzində şəhəri tərk etməyi tələb etdilər. Şəhəri tərk edə bilməyən
sakinlər qılıncdan keçirildi. Yoluxucu xəstəliklərdən qırılmağa başlayan ruslar altı
aydan sonra Kür çayı tərəfə çəkildilər, qayıqlarına doluşub Azərbaycan ərazisini
tərk etdilər. 944-cü il faciəsindən sonra Bərdə bir daha öz qüdrətini və
əhəmiyyətini bərpa edə bilmədi.
Bundan sonra da rusların Azərbaycana bir neçə yürüşü olmuşdur. 987-ci ildə
Dərbənd hakimi Maymun ibn Əhməd yerli əyanlar qrupuna qarşı mübarizə
apararkən ruslardan kömək istədi. 18 gəmi ilə ruslar Dərbəndə gəldilər.
Hakimiyyətini möhkəmləndirdikdən sonra da Maymun ibn Əhməd öz yanında
onlardan mühafizə dəstəsi saxlayırdı.
1030-cu ildə 38 gəmidə yenidən Xəzər sahillərinə hücum edən ruslar
Suqovuşanda Şirvanşahın qoşunlarını məğlub etdilər və Arazla yuxarı qalxmağa
başladılar. Bu zaman Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd Beyləqanda qardaşı
Əskuyəni tərəfindən qaldırılmış üsyanı yatırmağa çalışırdı. O, rusları köməyə
çağırdı. Onların köməyi ilə qiyamı yatırandan sonra Fəzl ruslara çoxlu hədiyyələr
verdi. Onlar Bizans ərazisindən keçib öz ölkələrinə qayıtdılar.
Gördüyümüz kimi, Azərbaycan hakimləri ümumi düşmənə qarşı birləşmək
əvəzinə bir-birləri ilə mübarizədə rus qüvvələrini buraya çağırıb, onlardan kömək
istəyirdilər.
1032-1033-cü illərdə Şirvan daha bir basqına məruz qaldı. Alanlar, sərirlər və
ruslar Yezidiyyə (Şamaxı) şəhərini ələ keçirib amansızcasına qarət etdilər. 10 min
nəfər şirvanlı vəhşicəsinə öldürüldü. Lakin öz torpaqlarının müdafiəsinə qalxmış xalq
yadelli işqalçıları Azərbaycandan qovdu. Dərbənd hakimi Mənsur ibn Maymun
Şirvandan qayıdan talançıları qılıncla qarşılayıb, onları ağır məqlubiyyətə uğratdı.
1033-cü ildə ondan qisas almaq üçün yenidən Dərbəndə hücum edən alanlar və ruslar
bu səfər də məğlubiyyətə uğradılar.
Göründüyü kimi, IX əsrdən başlayaraq Azərbaycan rusların təcavüzlərinə məruz
qaldı.
Bu dövrdə mövcud olan feodal pərakəndəliyi, feodal ara çəkişmələri və hərbi-
siyasi qarşıdurmalar, hərbi donanmanın yoxluğu yerli əhalinin xarici müdaxiləçilərin
qarətçi yürüşlərinə qarşı mübarizəsini çətinləşdirən amillər idi. Rusların əsasən
dəniz yolu ilə gələrək Azərbaycana soxulduqları nəzərə alınsa, sonuncu amil xüsusi
9
əhəmiyyətə malik idi.
Beləliklə, hələ IX-XI əsrlərdə Azərbaycan xalqı, Azərbaycan dövlətləri rusların
soyğunçu yürüşlərinə qarşı çətin mübarizə aparmış və çətinliklə olsa da, doğma
torpaqlarının azadlığını ruslardan qoruyub saxlaya bilmişlər.
Böyük Səlcuq sultanı Məlikşahın vəfatından sonra, XI əsrin sonu - XII əsrin
əvvəllərində sülalədaxili çəkişmələr nəticəsində səlcuq səltənətinin tənəzzülü
dövründə bəzi feodal dövlətləri tədricən güclənərək baş qaldırmaqda idi. Belə
dövlətlərdən biri də uzun müddət gah bu, gah da digər güclü dövlətdən asılı
vəziyyətdə olmuş Şirvanşahlar dövləti idi.
Elə həmin dövrdə gürcü çarı IV David (1089-1125) nigah diplomatiyasını işə
salaraq qızlarını Bizans, Şirvan şahzadələrinə verib öz sərhədlərinin
təhlükəsizliyini təmin etməyə, səlcuq asılılığından çıxmağa və nüfuz dairəsini
genişləndirməyə çalışırdı. O, eyni zamanda qıpçaq başçılarından olan Atrakın qızı ilə
evlənərək 40 min qıpçaq döyüşçüsünü ailələri ilə birlikdə Gürcüstanda yerləşdirib,
türklərin hərbi gücündən öz siyasi məqsədləri üçün istifadə etməyə başlamışdı. Bu
güc çox vaxt elə Azərbaycan dövlətlərinə qarşı tətbiq olunurdu.
Gürcü çarı IV David 1117-1120-ci illərdə dəfələrlə öz qoşunlarını qohumu
Şirvanşahın ərazisinə yeritmiş, Şirvan torpaqlarını çapıb talamış, Şamaxı, Şəki,
Qəbələ kimi şəhərləri xarabazarlığa çevirmişdi.
1121-1129-cu illərdə IV David Səlcuq hökmdarı Toğrulla hərbi
qarşıdurmada qalib gəlmiş, Tiflisi və Dmanisini ələ keçirib səlcuqların asılılığına
son qoymuşdu.
Gürcü çarının hərbi-siyasi nüfuzunun gücləndiyi bir şəraitdə Dərbənd uğrunda
döyüşlərdə həlak olmuş Şirvanşah I Əfridunun oğlu III Mənuçöhr (1120-1160) IV
Davidə doğru meyl etməyə başlayır. O, həm də arvadı, gürcü şahzadəsi Tamaranın
təsiri altında səlcuq vassallığından imtina edərək tamamilə gürcülərə uyur.
Şirvanın səlcuq xəzinəsinə 40 min dinarlıq xəracı ödəməkdən imtina
etməsindən qəzəblənmiş səlcuq sultanı Mahmud 1123-cü ildə səfərə çıxıb
Şamaxını tutdu, III Mənuçöhrü həbsə aldırdı.
IV David 30 minlik ordu ilə Şirvana, müttəfıqi və qohumu Mənuçöhrün
köməyinə gəlsə də gürcülər və qıpçaqlar arasında ixtilaf düşdü, onlar bir-birləri ilə
döyüşə girdilər, gürcü çarının qoşunu pərən-pərən düşdü. Bu hadisədən az sonra
sultan Mahnıud qoşunu ilə Şirvanı tərk edib öz paytaxtı İsfahana qayıtdı. Əslində
1123-cü ildən sonra səlcuq qoşunları bir daha Şirvanda görünmədilər,
Şirvanşahların dirçəlişi dövrü başlandı. Hərçənd ki, 1123-cü ildə dirçəlişin ilk
ilində, gürcülər Şirvana bir daha dağıdıcı yürüş edib Şabran, Buğurd, Şamaxı və
s.-ni tutdular. Lakin 1125-ci ildə Davidin ölümündən sonra taxta çıxmış I
Demetrenin 30 illik hakimiyyəti dövründə gürcü-Şirvan münasibətləri sabitləşdi,
sıx əməkdaşlıq və müttəfıqlik əlaqələri yarandı. III Mənuçöhrün hakimiyyətinin
10
sonrakı 36-37 ili Şirvan üçün yüksəliş və çiçəklənmə dövrü oldu. Xarici
yürüşlərdən xilas olmuş diyar dirçəlmiş, gürcülərin dağıtdıqları şəhər və kəndlər
bərpa olunmuş, Bakıda qala divarları tikilmiş, Kür üzərində yeni körpü salınmışdı.
III Mənuçöhr hətta Gürcüstana yürüş edib qohumu gürcü çarına qarşı silah qaldirmış
qıpçaqları əzişdirmiş, Arrana qalibiyyətli səfərdə olmuşdur.
Mənuçöhrün vəfatından sonra çariça Tamara Şirvanı Gürcüstana qatmağa cəhd
göstərir. Lakin şahzadə Axsitan qardaşları ilə mübarizədə qalib gəlib taxta yiyələnir və
Tamaranı Gürcüstana qayıtmağa məcbur edir (bir il sonra Tamara Gürcüstandakı
monastrların birində rahibə kimi vəfat edir). O, dövlətin müstəqilliyini
möhkəmləndirərək gürcülərlə, Şəmsəddin Eldəniz və Məhəmməd Cahan Pəhləvan
dövründə Atabəylər dövləti ilə yaxın münasibətlər saxlamışdır. Qızıl Arslanın
Eldənizlər taxtına çıxmasından sonra Axsitan bu dövlətin daxili işlərinə müdaxilə
etməyə cəhd göstərir, oraya qoşun yeridir, lakin ağır məğlubiyyətə uğrayır. Qızıl
Arslan əks zərbə ilə 1191-ci ildə Dərbəndə daxil olmaqla Şirvan torpaqlarını tutur.
1192-ci ildə Şamaxı zəlzələsi zamanı Şirvanın paytaxtı bərbad hala düşür,
minlərlə adam, o cümlədən Şirvanşah Axsitanın ailə üzvlərindən bir neçə nəfər
həlak olur, dövlətin paytaxtı Bakıya köçürülür.
1191-ci ildə Axsitanın Atabəy şahzadəsi Əmir Əmiran Ömərlə birlikdə Atabəy
Əbubəkrə qarşı çıxışı uğursuzluqla nəticələnsə də (Beyləqan məğlubiyyəti), 1195-
ci ildə müttəfiqlər Şəmkirdə Əbubəkri məğlub edib Arrana yiyələnə bildilər. Lakin
1197-ci ildə Əmir Əmiran Gəncədə, bir az sonra isə onun qaynatası Şirvanşah Axsitan
Şirvanda vəfat etdilər.
I Axsitanm 37 illik hakimiyyəti dövrü Kəsrani Şirvanşahlar dövlətinin
çiçəkləndiyi dövr olmuşdur.
Şamaxı zəlzələsindən sonra oğul varisi qalmadığmdan I Axsitandan sonra Şirvanı
8 il müddətində qardaşları və qardaşı oğlanları idarə etmiş, saray çəkişmələri və
çevrilişləri intensivləşmişdir. Şirvanşah II Fəriburz, I Fərruxzad, I Gərşəsb kimi
şirvanşahların dövründə dövlət özünün yaxşı dövrünü yaşamamışdır. I Gərşəsbin
hakimiyyətinin son dövründə Şirvan Cəbə və Subutayın qoşunlarının, habelə
qıpçaqlar və gürcülərin yürüşlərinə məruz qalmışdır. Nəhayət, III Fəriburn dövründə
Şirvan monqollar tərəfindən işğal olunsa da, Kəsranilər sülaləsinin hakimiyyəti
nisbətən sabitləşmiş, Gürcüstanla əlaqələr kəsilmişdir. Lakin monqolların Şirvana II
yürüşü (1231-1232) ilə Şirvanın müstəqilliyinə son qoyulmuşdur.
Beləliklə, XII əsr, xüsusən də bu yüzilliyin II yarısı Şirvanşahlar dövlətinin
tarixində qüdrətli mərhələlərdən biri olmuşdur. Bu dövrdə dövlətin hüdudları
şimalda Dərbənddən, cənubda Kürədək (bəzən Beyləqan və Muğanadək), şərqdə
Xəzər dənizindən qərbdə Şəki-Şəmkir xəttinədək çatırdı.
Böyük Səlcuq imperatorluğunun tənəzzülü dövründə Səlcuq sultanlarının sabiq

11
məmlükləri yeni tipli dövlət birlikləri yaratmışdılar. Onlar Səlcuqilərin vəliəhd
şahzadələrinin tərbiyəçiləri olub "atabəy" (yəni "hökmdar-ata") titulu daşıyırdılar.
Atabəylər qəyyumluq etdikləri şəxslərin yalnız adda başçılıq etdikləri dövlətlərin
taleyini müəyyənləşdirən faktiki hökmdarlar idilər. Sultanların adları sikkələr
üzərində zərb edilsə də, cümə xütbələrində adları çəkilsə də, onlar yalnız
hakimiyyətin zahiri əlamətlərini qorumuşdular. XII yüzillikdə Böyük Səlcuq
imperatorluğunda bir neçə belə Atabəy dövləti vardı. Bunlara Mosul atabəylərin
(Zəngilər sülaləsi tərəfindən yaradılmış və 1122-1262-ci illərdə mövcud olmuşdur),
Fars atabəyləri (Salturilər sülaləsi, 1137-1286-cı illər), İrbil atabəyləri (Beytekinlər
sülaləsi, 1144-1233-cü illər), Luristan atabəyləri (Xəzərəstilər sülaləsi, 1155-1424-cü
illər) aid idi. Bu atabəyliklərdən başqa bir sıra digər dövlətlər - Rum səlcuqiləri,
Xarəzmşahlar, Ərtutilər də sonralar qüvvətlənib müstəqil oldular.
Yuxarıda adlarını çəkdiklərimiz Atabəy dövlətlərinin ən qüdrətlisi və Səlcuq
imperatorluğunun parçalanmasına və dünya tarixində yeni dövlətlərin yaranmasına
səbəb olan atabəylik əsası Şəmsəddin Eldəniz tərəfindən qoyulan Azərbaycan
Atabəylər dövləti idi.
Şəmsəddin Eldənizin soykökü haqqında müxtəlif fikirlər var idı. Bəzi
mənbələrdə onun bir tayfa başçısının oğlu olması və tayfalar arası mübarizə
nəticəsində valideyinlərini itirməsi, özünün isə qul bazarında satılması göstərilir.
Digər mənbələrdə ısə onun uşaqlığının məşəqqətli keçməsi və valideynlərini çox
erkən itirib yetim qalması, özgə qapılarında nökərçilik etməsi, qul bazarlarında
satılaraq əldən-ələ keçməsi göstərilir. Qaynaqlardakı məlumatlara görə, bir tacir
Şəmsəddin uşaq ikən Dərbəndin qul bazarından almışdı. Çirkin və çəlimsiz uşaq olan
Eldəniz tacirə pulsuz başa gəlmişdi. O zamankı qul ticarətində olan qaydaya əsasən:
əgər birisi qul bazarından 40 qul alsa idi, qul satan tacir onlardan 39-nun pulunu
alar, birini isə bəxşiş verərdi. Satılan 40 qul arasında ən kiçik və çəlimsiz olan
Şəmsəddini də tacir pulsuz almışdı. Mənbələrə görə karvan Dərbənddən İraqa
gedərkən hava çox isti olduğundan Şəmsəddin iki dəfə huşunu itirib arabadan
yerə düşür, üçüncü dəfə bu hal təkrar olunduğundan ağası onu yolda qoyub gedir.
Fərasətli Eldəniz axşama yaxın gəlib yenidən karvana çatdı. İraqa çatdıqda Səlcuq
sultanınn vəziri Əli əs-Sumayrami (onu Əli əs-Süleyrami də adlandırırlar) qulların
hamısını almış, Eldənizdən isə imtina etmişdi. Sonda isə ona rəhmi gəlmiş və
almışdı. Şəmsəddin Eldənizin fövqəladə fitri istedadı, iti ağlı, bacarığı sultanın
diqqətini cəlb etmiş və o, sultan mətbəxinin başçısı vəzifəsinə qədər yüksəlmişdi.
Şəmsəddinin at çapmaq, ox atmaq məharəti də gözdən yayınmadı və o tezliklə
sultanın şəxsi məmlükləri sırasına keçirildi. Vəzifə pillələri ilə sürətlə irəliləyən
Şəmsəddin Eldəniz sultanın həyat yoldaşı Möminə Xatunun hörmətini qazandı.
Möminə Xatunun tövsiyyələrini nəzərə alan Şəmsəddin saray münaqişələrinə
uymamış, sultana və onun ailəsinə sadiq qalmışdı. Şəmsəddinin II Toğrula (1132-
12
1135) daimi sədaqəti onun əmir rütbəsinədək yüksəlməsinə səbəb oldu. II
Toğrul 1135-ci ildə ölümündən az əvvəl ona etimad göstərərək az yaşlı oğlu
Arslan şahın atabəyi təyin etdi.
II Toğrulun ölümündən sonra hakimiyyətə keçmiş yeni sultan Məsud (1235-
1152) Eldənizi mərhum sultanın dul qalmış arvadı Möminə Xatunla evləndirdi və
beləliklə, Şəmsəddin sultan ailəsi ilə daha da yaxınlaşdı. O, atabəyi olduğu
Arslanşahın həm də atalığı oldu. Eldənizlə Möminə xatunun izdivacından bir qız və
gələcəkdə Eldənizlər dövlətinin hökmdarı olmuş Məhəmməd Cahan Pəhləvan və
Qızıl Arslan dünyaya gəldi. 1136-cı ildə sultan Məsud Arranı iqta kimi atabəy
Şəmsəddin Eldənizə bağışladı. İqamətgahı Bərdədə olan Eldəniz ona qarşı olan
əmirləri aradan götürdü, digər yerli əmirləri isə öz tərəfinə çəkdi. Görkəmli sərkərdə
və uzaqgörən siyasi xadim olan Şəmsəddin Azərbaycanda qərarlaşdıqdan sonra
qüdrətli hökmdara çevrildi. O, Arran ölkəsində başlanmış həyəcanların qarşısını aldı,
türkmənlərin üsyan etmiş başçılarını məğlubiyyətə uğratdı. Şəmsəddin yerli əmirləri öz
tərəfinə çəkməklə tedricən bütün Azərbaycana sahib oldu. O, Naxçıvanı tutaraq
burada da öz adından pul kəsdirməyə başladı. Beləliklə, Azərbaycan Atabəylər
(Eldənizlər) dövlətinin əsası qoyuldu.
Azərbaycan tarixində çox mühüm yer tutan Eldənizlər dövlətinin tarixini
tədqiqatçılar 3 dövrə bölürlər. Bu, təşəkkül (1136-1160), çiçəklənmə (1161-1191) və
tənəzzül (1191-1225) dövrləridir.
Fəaliyyətinin başlanğıcında, Eldəniz, sultana və onun ailəsinə sədaqəti ilə
seçilir, səlcuq sarayında böyük nüfuza malik olur və dövlətin idarə olunmasında
yaxından iştirak edirdi. O, bununla yanaşı fürsəti əldən verməməsinə çalışırdı. Belə
bir fürsət 1160-cı ildə Şəmsəddinin əlinə düşdü. Həmin ildə əmirlərin qəsdi
nəticəsində sultan Süleymanşah devrilərək öldürüldü. Eldəniz 1160-cı ilin payızında
20 min süvari ilə Həmədana daxil oldu və atabəyi olduğu Arslanşahı sultan taxtında
əyləşdirdi. Beləliklə, Atabəy Şəmsəddin Eldəniz İraq sultanlığının gerçək sahibi oldu,
sultan Arslanşah isə onun dediklərini və göstərişlərini icra edirdi. Bu zamandan
etibarən o "Böyük Atabəy" titulu aldı və ierarxiyanın ("ikihakimiyyətlik") yaradıcısına
çevrildi. Sultan formal olaraq dövlət başçısı idi, bütün işlər Şəmsəddinin əlində
cəmləşmişdi. Eldəniz öz oğullarının feodal ierarxiyasının ən yüksək pillələrində
möhkəmlənməsinə nail oldu. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın
hacibi, kiçik oğlu Qızıl Arslan isə sultan qoşunlarının ali baş komandanı qoyuldu.
Beləliklə, İraq Səlcuq sultanlığı əslində Azərbaycan sultanlığına çevrildi.
Öz ərazilərinin qonşuluğunda güclü dövlət hakimiyyətinin olmasını istəməyən
xəlifə əl-Müstəncid (1160-1170) Arslanşahı sultan kimi tanımaqdan imtina etdi.
Xəlifə öz vəziri İbn Xubeyrəyə sultan taxt-tacı uğrunda mübarizəni qızışdırmağa,
sultanlığın nüfuzlu feodal əyanlarına Eldənizə və Arslanşaha qarşı çıxışa təhrik
etməsi üçün tapşırıq verdi. Əmirlərin sui-qəsd hazırlamasından Eldəniz xəbər tutdu.
13
Marağa hakimi Arslan Aba ibn Ağsunqur əl-Əhmədlinin sarayında sığmacaq
tapmış Məhəmməd ibn Mahmudun oğlu Mahmudşahın başçılıq etdiyi qoşun 1161-ci
ilin avqustunda Həmədan yaxınlığında Eldənizin ordusu tərəfindən darmadağın edildi.
Eldəniz sonra ələ keçirdiyi Reyi və Rey hakimi İnancın qızı ilə evlənən oğlu Cahan
Pəhləvana verdi. Rey hakimi İnanc, Qum hakimi Səkmən ibn Qaymaz, Ərdəbil
hakimi Ağ Quş sultanın tərəfinə keçdilər və Arslanşahdan vassal asılılıqlarını
etiraf etdilər. Qəzvin hakimi Alp Arqun tabe olmaqdan imtina etdiyinə görə,
Eldəniz onu məğlub etdi və Qəzvin ərazisini sultan mülklərinə birləşdirdi. Eldəniz
oğlu Cahan Pəhləvanı Marağa hakimi Arslan Abanı tabe etmək üçün onun üzərinə
göndərdi. Lakin, Cahan Pəhləvan Arslan Abanın köməyinə gələn Xilat
hakiminin birləşmiş qüvvələri tərəfindən məğlubiyyətə uğradıldı. Bundan sonra da
Azərbaycan Atabəyələri ilə Marağa hakimləri arasında mübarizə uzun illər davam
etdi. Marağa hakimi yalnız Şəmsəddin Eldənizin oğlu Qızıl Arslanın hakimiyyət
dövründə Atabəylərdən vassal asıhlığını etiraf etdi.
Fars hakimi Suntur ibn Mədud da Eldənizin rəqiblərindən biri idi. O,
Arslanşahın ali hakimiyyətini tanımaq istəmədi. Yalnız 1161-ci ildə Suntur ibn Mədud
öləndən sonra onun yerinə gələn Zəngi ibn Mədud (1162-1175) 1162-ci ildə sultanbəy
və atabəy Eldənizdən vassal asılılığını qəbul etdi, onların adına pul kəsdirdi.
1162-ci ildə Eldəniz münasibətləri pozulduğu Məhəmməd ibn Ağ Quşdan
Ərdəbil vilayətini alaraq, oğlu Cahan Pəhləvana verdi.
Şəmsəddin Eldənizin güc tətbiq edərək ərazilərini əlindən alacağından qorxan
Nişapur, Qumis və Mazandaran vilayətlərinin hakimi Müəyyid Ay Apa atabəy
Eldənizdən vassal asılılığını etiraf etdi və öz ərazilərində Azərbaycan atabəyinin adına
xütbə oxutdurmağa, pul kəsdirməyə başladı.
Atabəy Eldənizdən çəkinən digər rəqibləri də vassal asılılığını qəbul etməyə
qərar verdilər. Belə ki, Mosul atabəyi Qütbəddin Mədud, Diyarbəkir və əl-Cəzirə
vilayətlərinin başçıları Eldənizin tələblərini yerinə yetimıəyə razılıq verdilər. Onlar
Eldəniz və Arslanşahın adına xütbə oxutdurur, pul kəsdirir, atabəy xəzinəsinə
müəyyən məbləğdə vergi verirdilər.
1168-ci ildə Kirman hakimi atabəy II Arslanşah və Xuzistan hakimi Şimlə, 1170-
ci ildə isə şirvanşah III Mənüçəhr Eldənizlərdən asılı vəziyyətə düşdülər.
XII əsrin məşhur müəlliflərindən olan Sədrəddin əl-Hüseyni göstərirdi ki,
sultanın adından fəaliyyət göstərən Eldəniz öz sülalə mülklərini genişləndirirdi. Onun
mülkləri Tiflis qapılarından Məkranədək idi. O, Azərbaycan, Arran, Şirvan, Cibəl,
Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyin sahibi idi. Əldəniz Mosul, Kirman və
Fars atabəylərini, Şirvan, Xuzistan, Xilat, Ərzən, ər-Rum və Marağa hakimlərini
özündən asılı vəziyyətə salmış və vassalları etmişdi. Onlar Eldənizin adını xəlifə və
sultandan sonra xütbələrdə çəkir, adına pul kəsdirirdilər.
14
Eldənizin ən güclü rəqiblərindən biri də gürcü hökmdarı III Georgi (1156-1184)
idi. 1161-ci ilin avqustunda III Georgi böyük bir qoşunla Eldənizlərin hakimiyyəti
altında olan əraziyə soxuldu. O, Arranın tərkibində olan Ani şəhərini tutdu.
Salnaməçi Vardan yazırdı ki, gürcü qoşunları çoxlu sayda insanı qılıncdan keçirdi və
41 min adamı əsir aldı. 1161-ci ilin avqustun sonlarında 30 minlik gürcü ordusu
Azərbaycanın tərkibində olan Dvin (Dəbil) şəhərinə daxil oldu. Salnaməçi İbn əl-
Əsirin və digər salnaməçilərin məlumatlarına görə, "gürcülər amansızcasına və
vəhşicəsinə Dvinin 10 mindən artıq sakinini qarət edib qırdı, çoxlu qadın və uşağı
soyundurub, çılpaq və ayaqyalın qovub Gürcüstana əsir apardılar. Gürcülər öz
ölkələrinə qayıtdıqda, gürcü qadınları etiraz edərək, belə bir hadisənin müsəlmanlar
tərəfindən onların da başlarına gətirə biləcəklərini bildirdilər. Yalnız bundan sonra
vəhşi gürcü döyüşçüləri qadınların paltarlarını qaytardılar".
1162-ci ildə gürcülər Gəncəyə hücum etdilər və buranın əhalisini qarət etdilər.
Gürcülərin çox azğınlaşdığını görən atabəy Eldəniz Gürcüstana hücum etmək
qərarına gəlir. Eldəniz Xilat, Marağa, Ərzən ər-Rum hakimlərini və başqa əmirləri
gürcülərə qarşı birləşdirdi. 1163-cü ilin yanvarında Atabəy Eldənizin başçılığı altında
birləşmiş müsəlmanların qoşunları Gürcüstana daxil oldular. Hərbi əməliyyat 1 ay
davam etdi və Əldəniz xeyli gürcü döyüşçülərini öldürdü və hərbi qənimət ələ kcçirdi.
Eldəniz III Georginin qalmış qoşunlarını bir yerə toplamağa imkan
verməməkdən ötrü ikinci yürüşə başladı. O, III Georginin qoşunlarını darmadağın
etdi və Dvin şəhərini geri qaytardı. Bu məğlubiyyətdən ibrət dərsi almayan III
Georgi 1164-cü ilin aprelində Azərbaycana hücum etdi, Gəncəni taladı və Ani
şəhərini tutdu. Eldəniz 1164-cü ilin sonlarında yenidən gürcü qoşunlarını
məğlubiyyətə uğratdı, Aninin idarəçiliyini isə Şəddadi əmiri Fəzlunun qardaşı
Şahənşaha (1164-1174) tapşırdı.
1166-cı ildə III Georgi Eldənizin başının üsyanlara qarışmasından istifadə
edərək çoxsaylı qoşunla Azərbaycana soxuldu və Gəncəyədək irəliləyərək, şəhəri
qarət etdi. Eldəniz gürcülərin bu hücumunu da daha ağır zərbə ilə dəf etdi.
1166-1174-cü illərdə tərəflər arasındakı sakitlik yenə də gürcülər tərəfindən
pozuldu. Eldəniz gürcülərə qarşı 1174-cü ilin yazında yürüşə çıxmağa hazırlaşsa
da, bu zaman başlanmış taun xəstəliyi atabəy qoşunları arasında tələfata səbəb
oldu. 1174-cü ilin yayında Eldəniz Gürcüstana növbəti dəfə hücum etdi.
Gürcülərin bir hissəsi öldürüldü, qalan döyüşçülər isə əlçatmaz dağlarda və
meşələdə gizləndilər. Atabəy Eldəniz Ağşəhər qalasını tutdu, ətraf yerləri talan
etdi və böyük qənimətlə Naxçıvana qayıtdı. 1174-cü ilin oktyabr ayında
gürcülər Ani şəhərini mühasirədə saxladıqdan sonra şəhəri ələ keçirdilər.
1175-ci ilin avqustunda Eldəniz oğlu Cahan Pəhləvanın başçılığı ilə gürcülərə
qarşı böyük bir ordu göndərdi. Bu orduda Eldənizin, sultan Arslanşah, Xilat
hakimi Şəhr Ərmən və Diyarbəkr hakiminin döyüşçüləri birləşmişdi. Cahan
15
Pəhləvan çox ağıllı taktika seçərək, gürcüləri ağır məğlubiyyətə uğratdı və Ani
şəhərini gürcülərin əlindən aldı. Şəmsəddin Eldəniz Ani şəhərini öz əvvəlki
sahibinə-Şəddadi hakiminə verdi.
Gürcülərə ağır zərbə vurmaqla qərb sərhədlərində sakitliyi müvəqqəti bərpa
edən Eldəniz şərq sərhədlərindəki vəziyyəti nəzarətə almağa çalışdı. Xarəzm
hökmdarları hələ Xarəzmşah II Arslanın (1156-1172) dövründən Nişapuru ələ
keçirməyə səy göstərirdilər. 1166-cı ildə Xarəzmşahın qoşunları Nişapuru 2 ay
mühasirədə saxlasalar da, şəhəri tuta bilmədilər. Atabəy və Xarəzmşah qoşunları
arasında olan döyüşlər gah bir, gah da digər tərəfin üstünlüyü ilə keçirdi.
Lakin,tezliklə Eldənizlər Nişapuru itirdilər. Bunun səbəbi, əvvəllər Atabəylərin
vassalı olan Nişapur hakimi Ay Abraryn Xarəzmşahın tərəfinə keçməsi idi.
1168-ci ildə Eldənizlərdən asılı olan Marağa hakimi Arslan Aba ali
hakimiyyətə qarşı üsyan etdi. Üsyanı yatızdırmaqdan ötrü Şəmsəddin Eldəniz
Cahan Pəhləvanın başçılığı ilə Marağaya ordu göndərdi. Cahan Pəhləvan Marağanı
mühasirəyə aldı və üsyanı yatırdı. Cahan Pəhləvan Arslan Aba ilə marağalıların
əvvəlki vassallığını bərpa edən barışıq imzaladı.
Xarəzmşah II Arslan Nişapuru ələ keçinnəklə kifayyətlənmir və atabəyin
vassalı olan Rey hakimi İnanc ilə gizli müqavilə bağlayır. Müqaviləyə görə, Rey
və onun ətraf ərazisi Xarəzmşahdan asılı olmalı, əvəzində isə İnanc Atabəy Eldəniz
hakimiyyətindən qurtulmalı, daha müstəqil siyasət yerittməli idi. 1169-cu ildə
Eldəniz və Xarəzmşah qoşunları arasında baş vernıiş döyüş atabəy ordusunun
qələbəsi ilə qurtardı. İnanc Əldənizlə barışmağa cəhd etsə də, Cahan Pəhləvanda
ərdə olan qızının vasitəsi ilə Eldənizə təsir etməyə çalışsa da, bütün bunlar
Azərbaycan atabəyi tərəfındən rədd edildi. Eldənizin tapşırığı ilə Rey hakimi İnanc
öldürüldü.
1175-ci ilin noyabrında Şəmsəddin Eldənizin həyat yoldaşı, dövrünün çox
ağıllı qadını olan Möminə Xatun Naxçıvanda vəfat etdi. Möminə Xatunun
ölümündən bir ay sonra böyük atabəy Şəmsəddin Eldəniz də vəfat etdi.
Azərbaycan Atabəylər dövlətinin banisi, zəmanəsinin böyük siyasi xadimi olan
Şəmsəddin Eldənizin ardıcıllığı, enerjisi, ağıllı daxili siyasəti, ehtiyatlı xarici
siyasəti, mərkəzi hakimiyyəti gücləndirməsi onun fəaliyyətinin başlıca cəhətləri
idi.
Şəmsəddin Eldəniz öləndə Cahan Pəhləvan Həmədanda idi. O,atasının ölüm
xəbərini eşidən kimi Naxçıvana gələrək, dovlət xəzinəsini, taxt-tacın əmlakını,
bütün qoşunları öz nəzarəti altına aldı.
Əldənizin ölümündən sonra ondan narazı olan İraq əmirləri sultan Arslanşahı
böyük ordu ilə Azərbaycana hücum etməyə təhri k etdilər. Zəncanda xəstələnən sultan
Arslanşah Həmədana qayıdaraq, Cahan Pəhləvanı da yanına dəvət etdi. Sultan
Arslanşah Cahan Pəhləvan ilə barışdı, dövlətin idarəsini ona az müddətdən
16
sonra isə Həmədanda vəfat etdi. Bəzi mənbələrdə onun Cahan Pəhləvanın
sərəncamı ilə zəhərlənməsi göstərilir. Cahan Pəhləvan sultanlıq taxtına Arslanşahın 7
yaşlı oğlunu əyləşdirir, özü isə onun atabəyi olur.
Saraydakı çəkişmələrdən istifadə edən Xuzistan hakimi Aydoğdu Şimlə Cahan
Pəhləvanın tabeliyindən çıxdı. Şimlə Nihavəndə hucum edərək, buranı tutdu, şəhər
qazisini və rəisini isə edam etdirdi. Şimlə Nihavəndi tutduqdan sonra, Azərbaycan
Atabəylərin vassalı olan türkman-əfşarların üzərinə hücum etdi. Cahan Pəhləvanın
göndərdiyi döyüşçülər və türkman-əfşarların birləşmiş ordusu Şimlənin Ordusunu
darmadağın etdi. Ağır yaralanmış Şimlə əsir düşdü, iki gündən sonra isə öldü.
Cahan Pəhləvan ədavətə baxmayaraq Şimlənin oğlu Şərəfəddin Əmiranı Xuzistanın
yeni hakimi təyin etdi, Şərəfəddin isə Azərbaycan atabəyindən asılılığını etiraf etdi.
Cahan Pəhləvanın sonuncu əsas rəqibi sultan III Toğrulun əmisi şahzadə
Məhəmməd idi. Xuzistanda yaşayan Məhəmməd sultanlıq taxt-tacına yeganə ciddi
iddiaçı idi. Məhəmməd ilk olaraq Cahan Pəhləvandan asılı olan əmirlərdən sığınacaq
istəyir, sonra isə Xuzistan, Vasit, Fars hakimlərini Cahan Pəhləvana qarşı çıxmağa
təhrik edir. Lakin bütün cəhdlərə baxmayaraq, heç kəs şahzadə Məhəmmədə yiyə
durmur və nəhayət, onu tutaraq Azərbaycan atabəyinə təslim edirlər.
1177-ci ilin iyulundan başlayaraq sultanlığın tabeliyində vassal asılılığında olan
bütün torpaqlarda xəlifə ilə yanaşı 7 yaşlı sultan III Toğrulun və onun atabəyi Cahan
Pəhləvanın adına xütbə oxunmağa başlandı. Şəmsəddin Eldəniz Arslanşahın
adından sultanlığı necə idarə edirdisə, Cahan Pəhləvan da atabəyi olduğu sultan III
Toğrulun adından dövlət işlərinin hamısını özü idarə edirdi.
Cahan Pəhləvan Azərbaycanın idarə olunmasını qardaşı Qızıl Arslana tapşırdı,
onu Azərbaycan və Arranın canişini təyin etdi. Onu eyni zamanda oğlu Əbu Bəkrin
atabəyi təyin edir. Dövlətin paytaxtını Həmədana köçürən Cahan Pəhləvan ora getdi.
Təbriz isə Azərbaycan hakimi Qızıl Arslanın iqamətgahına çevrildi.
Həmədana gələndən sonra Cahan Pəhləvan İraq əmirlərinin bir hissəsini öz
tərəfinə çəkdi, itaətsizlik göstərənlərin yerinə isə öz məmlüklərini təyin etdi.
Atabəy Cahan Pəhləvanın inzibatçılıq qabiliyyəti, tələbkarlığı, ağıllı siyasəti
nəticəsində dovlət idarəçilik sisteminin hər bir sahəsində möhkəm qayda-qanun
yaradıldı. Cahan Pəhləvanın hakimiyyəti dövründə dövlət heç bir xarici
müdaxiləyə məruz qalmadı. O, qonşu dövlətlərlə - gürcülər ilə sülh bağladı, şərq
qonşusu Xarəzmşah Təkişlə (1172-1200) dostluq münasibətləri yaratdı. Cahan
Pəhləvan xəlifələr əl-Müstədi və ən-Nasirlə (1180-1225) də xoş əlaqələr saxlayırdı.
Atabəy Cahan Pəhləvan ilə Ağsunqurilər arasında gedən mübarizə Atabəyin
qələbəsi ilə sona çatdı. O hər vəchlə Ağsunqur əl-Əhmədilinin varislərinin əlində olan
Təbrizi Eldənizlər dövlətinin ərazisinə birləşdirməyə çalışırdı. Bu arzu 1175-ci ilin
yayında Təbriz və onun ətrafındakı yerlərin hakimi Arslan Aba ıbn Ağsunqur vəfat
17
etdikdən sonra gerçəkləşdi. Belə ki, Cahan Pəhləvan əvvəl Ruindej qalasını, daha
sonra isə Marağanı, atabəyin qardaşı Qızıl Arslan isə Təbrizi paytaxt etdi.
Ağsunqurilər ilə Cahan Pəhləvan arasında bağlanan sazişə əsasən atabəy Təbrizi
alıb, iqta payı kimi qardaşı Qızıl Arslana verdi. Marağa isə əvvəlki sahiblərinə -
Ağsunqurilərə qaytarıldı.
Məhəmməd Cahan Pəhləvanı hakimiyyəti dövründə yalnız qərb sərhədləri daha
çox narahat edirdi. Belə ki, Misir və Suriyanın məşhur hökmdarı, atabəylər qədər güclü
olan, Əyyubilər sülaləsinin banisi Əlahəddin Yusif (1169-1193) tez-tez İraq
Səlcuqilərinin hakimiyyəti altında olan vilayətlərə hücum edirdi. Cahan Pəhləvan
bəzən İraq Səlcuqilərinə hərbi kömək göstərir, çox vaxt isə rəqibləri barışdırmağa
çalışırdı. Dörd oğul və bir neçə qız atası olan Cahan Pəhləvan qızlarını qonşu
hakimlərə və əmirlərə verməklə onlarla yaxşı münasibət yaratmışdı. O, Qüteybə
xatundan doğulan oğlu Əbu Bəkri Azərbaycan və Arran hakimi təyin etmişdi. Rey
hakiminin qızı İnanc xatundan doğulmuş oğlanları İnanc Mahmud və Əmir Əmiran
Ömərə Rey, İsfahan və İraqın qalan hissəsini vermişdi. Kənizi Zahidə xatundan
doğulmuş oğlu Özbəyə isə Həmədan vilayətini vermişdi. Cahan Pəhləvan uşaqlarının
hamısına o, öləndən sonra hakimiyyətə gəlməli olan qardaşı Qızıl Arslana tabe olmağı
tapşırmışdı.
Lakin, 1186-cı ildə Cahan Pəhləvan öləndən sonra onun varisi Qızıl Arslan
sultan III Toğrul, qardaşının dul qalmış arvadı İnanc xatun və İraq əmirlərinin bir
hissəsinin müqavimətləri ilə üzləşdi. Dövlət adamları və atabəyin yaxın adam ları
İnanc xatun başda olmaqla Cahan Pəhləvanın ölümünü bir neçə ay gizlədərək,
varis məsələsini həll etməyə çalışırdılar. Bütün bunlara baxmayaraq, İraq
əmirlərinin əksəriyyəti belə bir nəticəyə gəlirlər ki, Cahan Pəhləvanın varisi Qızıl
Arslan olmalıdır. Onlar Qızıl Arslandan Həmədana gəlməyi və dövlətin idarəsini
öz öhdəsinə götürməyi xahiş etdilər. Sultan III Toğrul da Qızıl Arslanı öz atabəyi
təyin etməyə məcbur oldu.
Qızıl Arslanın hakimiyyətə gəlməsinin əsas səbəblərindən biri də, Cahan
Pəhləvanın bütün sabiq məmlüklərinin Qızıl Arslanın tərəfidə olması idi. Bunları
başa düşən varisi Qızıl Arslanın ən qatı rəqibi olan İnanc xatun, mərhum ərinin
sabiq məmlükləri Əmir Camal əd-Din Ay-Aba, Seyfəddin Rusu, Zencan, Əbhər
və Marağa hakimlərini öz tərəfinə çəkdi və sultan III Toğrul ilə birləşdi. Onların
birləşmiş qüvvələri 1187-ci ildə Həmədan varisi Qızıl Arslanın ordusunu məğlub
etdi, Qızıl Arslan geri çəkildi.
Lakin, sultanın əmiri ilə əvvəl Əmir Rusun, onun ardınca Ay Abanın və Qızıl
Arslan ilə əlaqədar olanların öldürülməsi yerli hakimlərin sultanla olan əlaqələrinin
kəsilməsinə və birləşmiş qüvvələrin parçalanmasına gətirib çıxartdı.
Qızıl Arslan əlverişli şəraitin yaranmasından istifadə edərək rəqibə hücum
etmək qərarına gəldi. O, kömək məqsədi ilə xəlifə ən-Nasiri öz vəzirinin başçılığı
18
ilə Qızıl Arslanın ordu köməyinə göndərdi. Yolda gecikən Qızıl Arslanı
gözləməyən və sultanın qoşunlarını təkbaşına məğlub edəcəyinə inanan vəzir,
Həmədana hücum etdi, lakin məğlubiyyətə uğradı. Xəlifə 1188-ci ilin sonunda Qızıl
Arslana köməyə bir qoşun dəstəsini göndərdi. Qızıl Arslan və xəlifənin qoşunları
III Toğrulun qoyub getdiyi Həmədan şəhərini ələ keçirdilər. Həmədanda Qızıl
Arslanı təntənə ilə qarşılayıb, ona xəlifənin canişini təyin olunması haqqında
fərmanını təqdim etdilər. Bu, Atabəylər tarixində böyük hadisə idi. Qızıl Arslan
artıq sultanın vassalı və yaxud atabəyi kimi deyil, müstəqil hökmdar kimi tanındı.
Xəlifə Bağdadda onun adına "hökmdar, məliklər əmirinin köməkçisi" (əl-məlik ən-
nasir əmir əl-muminin) xitabı ilə xütbə oxutdu, öz qoşunlarının bir hissəsini isə
Qızıl Arslanın tabeliyinə verdi. Beləliklə, Qızıl Arslan müstəqil hökmdar kimi
sultan taxtına əyləşdi.
III Toğrul Qızıl Arslanın Həmədanda olmasından istifadə edərək öz qoşunu
ilə Azərbaycana - Uşnu, Xoy, Urmiya, Salmas şəhərlərinə soxulub, hər yeri talan
etdi. Misir hökmdarı Səlahəddin Əyyubi Qızıl Arslanla III Toğrulu barışdırmağa
çalışsa da, bu cəhdlər fayda vermədi. Qızıl Arslan III Toğrulu zəiflətməkdən ötrü
onunla müttəfiq olan İnanc xatun və oğlanlarını öz tərəfinə çəkdi. Qardaşının dul
qalmış arvadı İnanc xatunla evlənib, onun oğlanlarına isə yüksək vəzifələr verdi.
Qızıl Arslan Həmədan yaxınlığındakı son vuruşmada tək qalmış I I I Toğrulu çox
asanlıqla məğlubiyyətə uğratdı, sultanın özünü isə Azərbaycan qalalarının birinə
saldı.
İsfahan, Rey və başqa şəhərlərdə hələ Cahan Pəhləvanın dövründə
Atabəylərdən asılı olan, onun ölümündən sonra isə sultan III Toğrulun tərəfinə
keçən İsfahanın şəhər rəisinin başçılığı ilə Qızıl Arslana qarşı çıxışlar başladı.
Şəhərlərdə Atabəyin əleyhdarları və tərəfdarları arasında qanlı toqquşmalar gedirdi.
Üstünlüyü ələ alan bu rəis Qızıl Arslanın İsfahandakı bütün tərəfdarlarını qılıncdan
keçirmək əmrini vermişdi. Bu əmrə etiraz olaraq Atabəyin tərəfdarları İsfahanda
iki-üç il orzində bir neçe min şəfıni qətlə yetirdilər.
Qızıl Arslan çıxışları yatırdıqdan sonra Həmədana qayıtdı. Beləliklə, Qızıl
Arslan Azərbaycan, Arran, Həmədan, Rey vilayətlərinin sahibi oldu, Fars və
Xuzistan hakimləri isə ona bir vassal kimi tabe oldular.
Qızıl Arslanın sarayında özbaşınalıq başladı və nəhayət, az sonra arvadı İnanc
xatunun iştirakı ilə ona qarşı sui-qəsd təşkil olundu. Bu qəsd nəticəsində 1191-ci
ilin sentyabr aymda Qızıl Arslan öldürüldü.
Qızıl Arslanm ölümündən sonra dövlət Cahan Pəhləvanm oğulları arasında
bölündü. Əbu Bəkr Azərbaycan və Arranın sahibi oldu, Özbək də ona tabe oldu.
İnanc xatunun oğulları -Outluq İnanc və Əmir Əmiran Həmədan və ona qonşu
vilayətləri ələ keçirdilər. İnanc xatun Reydə qaldı.
1192-ci ildə III Toğrul Cahan Pəhləvamn məmlükü olmuş Mahmud Anas
19
oğlu tərəfindən azadlığa buraxıldı. 1192-ci ilin iyulunda III Toğrul Qəzvin
yaxınlığında Qutluq İnancı məğlub edərək, Həmədana daxil olaraq, sultan taxtına
əyləşdi.
Qutluq İnanc və anası İnanc xatun Xarəzmşah Təkəşə kömək haqqında
müraciətləri 1193-cü ildə Təkəşin Rey və Təbarək qalasını tutması ilə nəticələndi. III
Toğrul Təkəş gedəndən sonra Rey və Təbarəki geri qaytardı. İnanc xatun III
Toğrulla barışıq imzaladı və sultan III Toğrula ərə getdi. Sultan III Toğrul İnanc
xatunun onu zəhərləmək məqsədindən xəbər tutaraq, zəhəri onun özünə içirdir.
Beləliklə, Atabəy dövlətinin zəifləməsində, çoxsaylı qəsd və fəsadlarda məlum rol
oynamış İnanc xatun öldü.
Bundan sonra İnanc xatunun oğulları, Əbubəkr və III Toğrul arasında mübarizə
daha da qızışdı. Qutluq İnanc və Əbubəkr arasındakı döyüşdə ikinci qələbə qazandı,
Qutluq İnanc Şirvana, Əmir Əmiran isə Zəncana qaçdılar. Qutluq İnanc, Xarəzmşah
Təkəşdən kömək alaraq, Reyə hücum etdi. Buradakı vuruşmada o, III Toğrul
qoşunlarına qalib gələrək, sultanı özü öldürür.
Beləliklə, Atabəy Əbu Bəkrin hakimiyyəti (1191-1210) dövründə Atabəylər
dövləti çox zəiflədi. Ölkənin daxilindəki ara müharibələri gücləndi, qonşu dövlətlər
ölkəyə tez-tez hücum edərək, ölkəyə ziyan vurdular.
Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri qardaşı
Müzəffərəddin Özbək (1210-1225) idarə etməyə başladı. 1210-1211-ci illərdə
ölkəyə gürcülər hücum edir, Naxçıvanı, Culfanı, Mərəndi,Miyanəni, Zəncanı,
Qəzvini, Əbhəri, Ərdəbili, Dvini, Beyləqanı talan etdilər. Digər tərəfdən isə, 1212-ci
ildə Cahan Pəhləvanın sabiq məmlükü Nəsirəddin Menqli Həmədan, Rey, İsfahanı
tutdu. 1215-ci ildə o, Xəlifənin göndərdiyi ordu tərəfindən məğlubiyyətə uğradılır.
Menqli qaçaraq Savəyə yollanır və orada öldürülür. Onun torpaqları isə Xəlifə,
İsmaillər, Özbək arasında bölüşdürüldü.
Bundan sonra, Özbək, Xarəzmşah, gürcülər arasında mübarizə başladı.
Özbək gürcülərə qarşı Xarəzmşahla birləşdikdən sonra, gürcü hücumlarının qarşısı
alındı. Özbək öz mülklərindəki işləri qaydaya saldı, tabe olmayan hakimləri isə
məğlub etdi.
1219-cu ilin yayında monqollar Xarəzmşahlar dövlətinə hücum etdiyindən,
Xarəzmşah Özbəyə köməyə göndərdiyi 50 minlik qoşunu geri çağırdı. Xarəzmşah
Məhəmmədin hakimiyyətinə və onun dövlətinə son qoyan monqollar 1221-ci ilin
yanvarında Cebe-noyan və Subutay-bahadırın başçıhğı ilə Azərbaycana soxuldular.
Təbrizdə Özbək onlara pul, paltar, mal-qara verdiyindən, monqollar Muğandan
Arrana, oradan isə Gürcüstana hücum etdilər. Özbək monqollara qarşı gürcü
hokmdarı IV Georgi, Xilat və əl-Cəzirə hakimləri ilə birləşir. Bu danışıqlardan xəbər
tutan monqollar Gürcüstana, Arrana, sonra yenidən Azərbaycana soxuldular. Marağa,
20
Ərdəbil, Sarab, Naxçıvan, Beyləqan, Şamaxını dağıdan, Təbriz, Gəncədən isə təzminat
alan monqollar Dərbənd keçidini aşaraq Şimali Qafqaza doğru hərəkət edirlər.
Bununla monqolların kəşfıyyat xarakterli birinci yürüşü başa çatdı.
Monqol yürüşlərinin ardınca Azərbaycana qıpçaqların, gürcülərin hücumları
olur. Özbək qıpçaqlar ilə barışıq imzalayır və qıpçaqların bir hissəsi Azərbaycanda
yaşamağa başlayır.
Monqolların dağıtdığı Xarəzmşahlar dövləti süqut etsə də, sultanın oğulları digər
dövlətlərə hücumlarını davam etdirirlər. Cəlaləddin Manqburnu Bağdad
yaxınlığında xəlifənin qoşunlarını darmadağın edərək Azərbaycana tərəf gəlir. 1225-ci
ilin mayında Marağa, həmin ilin iyunun 25-də Təbriz Xarəzm qoşunları tərəfindən
tutulur. Cəlaləddin daha sonra Dvini ələ kcçirərək Gərni yaxınlığında gürcüləri
məğlub edir və Beyləqan, Bərdə, Gəncə, Şəmkir şəhərlərini tutur. Cəlaləddin
Təbrizdə, Atabəy Özbəyin arvadı Məleykə xatunla nigah bağlayır. Naxçıvan
yaxınlığındakı Əlincə qalasında sığınacaq tapan Özbək bu xəbəri eşitsə də, heç bir şey
edə bilmir, ürəyi partlayıb ölür. Bununla da Azərbaycan Atabəylər dövlətinə son
qoyulur. Ona tabe olan bütün ərazilər Cəlaləddin Manqburnun əlinə keçir. Özbəyin
ölümündən sonra onun yeganə oğlu, anadangəlmə lal-kar olan Qızıl Arslan Xamuş
Gəncəyə gələrək, Cəlaləddinə tabe oldu. Mənbələrdə onun oğlu Atabəy
Nüsrətəddinin adına rast gəlinsə də, atabəylərin bu son iki nümayəndəsi tarixdə heç bir
şey ilə yadda qalmadılar.
Kənd təsərrüfatı. Əlverişli təbii-coğrafi şərait Azərbaycan əhalisinin sosial-
iqtisadi həyatının inkişafı üçün yararlı idi. Xüsusilə, XII əsrdə, xarici istilaçıların
hücumlarının azaldığı bir dövrdə əhalinin kənd təsərrüfatı, əkinçilik ilə məşğul
olması üçün lazımi şərait var idi.
Mil, Muğan, Şirvan, Naxçıvan, Beyləqan, Qaradağ, Təbriz və digər yerlərdə
köhnə suvarma sistemləri bərpa olunmuş, yeni arx və kəhrizlər çəkilmişdir.
Əkinçilikdə süni suvarmadan geniş istifadə olunurdu.
Azərbaycanda buğda, arpa, düyü, darı, mərci, noxud, lobya kimi dənli
bitkilər, pambıq, zəfəran, boyaq, kətan və s. kimi texniki bitkilər becərilirdi. Arran,
Gəncə, Bərdə və Kür çayı sahilində becərilən pambıq, Şirvan, Şəki, Bərdə,
Beyləqanda alınan xam ipəkdən yerli sənətkarlar parça və paltarlar hazırlayır,
hətta onları və xammalın özünü də xaricə ixrac edirdilər.
Bu dövrdə bağçılıq və üzümçülük kənd təsərrüfatının ən geniş yayılmış
sahələrindən biri idi.
Azərbaycanda kənd təsərrüfatının sahələrindən biri də maldarlıq idi. Baş və
Kiçik Qafqaz dağlarının ətəklərində, Savalan, Şirvan, Muğan və Mil düzlərində
xırdabuynuzlu heyvan sürüləri, at ilxıları, dəvələr saxlanılır və bəslənilirdi.
Xəzər sahilində, iri çayların ətrafında balıqçılıqla, meşəlik və dağ
ətəklərində arıçılıqla məşğul olurdular.
21
Şəhərlər. Sənətkarlıq və ticarət. XII əsrdə Azərbaycanın Təbriz, Mağara,
Ərdəbil, Urmiya, Salmas, Xoy, Naxçıvan, Beyləqan, Gəncə, Dərbənd, Şamaxı, Bakı
kimi şəhərləri öz yüksəliş dövrlərini yaşayırdılar. Umumiyyətlə, bu dövrdə feodal
münasibətlərinin inkişafı və möhkəmlənməsi, əmtəə mübadiləsinin genişlənməsi
şəhərlərin böyüməsi və inkişafına səbəb oldu.
Gəncənin Şəddadilər dövlətinin paytaxtı, Səlcuq sultanı Məhəmməd Təpərin,
Xarəzmşah Cəlaləddinin iqamətgahı olması, onu Yaxın və Orta Şərqin ən böyük
şəhərinə çevirmişdi. Lakin 1139-cu il sentyabrın 30-da baş vermiş zəlzələ zamanı
şəhərdə 150-200 min adam tələf olmuş, şəhər bərbad vəziyyətə düşmüş, hətta bu
zaman Kəpəz dağının uçması nəticəsində Göygöl yaranmışdı.
Eldənizlərin paytaxtı olmuş Naxçıvan daha da inkişaf etmişdi. Memar Əcəmi
ibn Əbubəkr tərəfindən yaradılmış Möminə xatun və Yusif ibn Quseyr türbələridə
şəhərə xüsusi gözəllik verirdi.
Beyləqanın əhalisi bu dövrdə 40 minə çatmışdı. Əhali 30-dan artıq peşə ilə
məşğul olurdu. Şəhər ticarət və hərbi strateji mövqeyə malik idi.
Bütün sənət sahələrinin inkişaf etdiyi Təbriz Eldənizlərin paytaxtı olduqdan
sonra əhəmiyyətini daha çox artırdı.
Şamaxı, Bakı, Dərbənd, Şabran da sənətkarlıq, ticarət, mədəniyyət
mərkəzlərindən idilər. Bu dövrdə şəhər əhalisi bir çox sənət sahələri ilə, o
cümlədən dəmirçilik, xarratlıq, toxuculuq, sərraclıq, dərzilik, ipəkçilik, zərgərlik,
misgərlik, papaqçılıq, bənnalıq, boyaqçılıq, xalçaçılıq, dabbaqlıq, silahqayırma və
s. məşğul olurdular. Bu peşələr üzrə də şəhərlər məhəllələrə bölünürdü.
Əhalinin çoxalması nəticəsində əkinçilik, maldarlıq və sənətkarlıq
məhsullarına tələbatın artması, əmtəə-pul münasibətlərinin inkişafı və mühüm
karvan yollarının buradan keçməsi Azərbaycanda daxili və xarici ticarətin
canlanmasına səbəb olmuşdu. Azərbaycan, Hindistan, Çin, Mərkəzi Asiya, Misir,
Skandinaviya, İtaliya ilə ticarət əlaqəsi saxlayırdı. Azərbaycandan bu ölkələrə
ipək, yun və pambıq parçalar, paltarlar, mis və saxsı qablar, meyvə, zəfəran, düyü,
neft, balıq, boyaq ixrac olunurdu. Şəhər bazarlarında həftənin bütün günlərində
alver edilirdi. Ticarətlə birlikdə pul dövriyyəsi genişlənirdi. Atabəylər və
Şirvanşahlar öz adları həkk edilmiş pul kəsirdilər.
İctimai münasibətlər. Torpaq üzərində bir neçə mülkiyyət forması mövcud
idi. Şahın və ya hökmdarın ailəsinə və sülalə üzvlərinə mənsub olan torpaqlar xass
(Eldənizlərdə "Tac") adlanırdı. Xəzinəyə məxsus torpaqlar divan torpağı, mülk idi.
Kənd icmasının əlində olan torpaqlara icma torpağı deyilirdi.
Xidmətə görə verilən və irsi mülkiyyət hesab olunan iqta osas mülkiyyət
formalarından biri idi. İqta hökmdarlar tərəfindən öz yaxın adamlarına iri şəhər,
böyük əyalətlər şəklində verilirdi. Feodal və əyanların əlində olan xüsusi torpaqlar
mülk adlanırdı. Bu torpaqlar irsi keçə və yaxud feodal tərəfindən bağışlana və
22
satıla bilərdi.
Məscid, ruhani, xeyriyyə təşkilatlarının, müqəddəs yerlərin ixtiyarında olan
torpaq sahələri vəqf adlanırdı. Bu torpaqların gəliri onların ehtiyaclarına
xərclənirdi.
Əhalinin əksəriyyətini kəndlilər təşkil edirdi. Dövlətin, feodalların, vəqf
idarələrinin torpaqlarında yaşayan mükəlləfiyyətli kəndlilər - rəiyyət adlanırdı. Heç
bir torpaq payı və istehsal aləti olmayan kəndlilər - əkərlər sahibkarların
təsərrüfatında işləməyə məcbur olurdular.
Kəndliləri var-yoxdan çıxaran feodal vergi sistemi idi. Torpaq vergisi olan
xərac pul və ya natura şəklində olurdu. Müsəlman olmayan əhalidən cizyə
toplanırdı. Bundan başqa, gəlirin ondabirini təşkil edən uşr vergisi var idi.
Otlaqlardan istifadə əvəzində xəzinəyə haqq vergisi verilirdi.
Yuxarı təbəqələrin atlarını yemlə təmin etmək üçün ələf vergisi toplanırdı.
Onları yemlə təmin etmək üçün kəndlilərdən nüzl vergisi də yığılırdı. Gömrük və
gözləmə haqqı üçün təhəkkümat vergisi verilirdi. Beləliklə, vergilərin sayı 40-a
çatırdı. Bu da kəndlilərin vəziyyətini ağırlaşdırır və bunun nəticəsində kəndli
çıxışları baş verirdi.
Məhz XII əsrdə Azərbaycan şəhərlərində feodal istismarına qarşı sinfi
mübarizə, əsasən dini bayraq altında gedirdi. Burada sənətkar təşkilatları fəaliyyət
göstərirdi. Bu təşkilatların üzvləri əxi (qardaş) adlanırdı.
Mədəniyyət. XII əsr Azərbaycan mədəniyyətinin "qızıl dövrü" adlanır. Bu
intibah dövründə ədəbiyyatın, incəsənətin və elmimizin böyük dahiləri yaşamışlar.
Şəhərlərdə məscidlər, məhəlli məktəblər-mollaxanalar və mədrəsələrdə dini
elmlərlə yanaşı, şərq dilləri, ədəbiyyat, məntiq və başqa fənnlər də tədris olunurdu.
Məktəblərdə əsasən feodal, ruhani, tacir və varlı sənətkarların övladları təhsil
alırdılar. Şərqin böyük şəhərlərində bu dövrdə təhsil alan, yaşayıb-yaradan çoxlu
azerbaycanlı alim olmuşdur. Onlardan Məkki ibn Əhməd əl-Bərdəi, Səid ibn Əluru
əl-Əzdi, Əbdül - Əziz ibn Həsən əl-Berdəi, Əbdülhəsən Yəqub ibn Musa əl-
Ərdəbili, Səid ibn Əmrul Bərdəi, Əbubəkr Hüseyn ibn Əli Yəzdani, Əhməd ibn
Süleyman Təbrizi, Babakuhi-Bakui, Mir Hüseyn Şirvani, Fətih Obülvəfa
Məhəmməd Mərəndi, Bəhməniyar ibn Mərzban, Xətib Təbrizi elmin müxtəlif
sahələrində şöhrət qazana bilmişdilər.
30 ildən çox astrologiya elmi ilə məşğul olmuş Fazil Fəridəddin Şirvani bir
sıra ulduz cədvəli tərtib etmişdi.
Böyük filosof Əbu Əli ibn Sinanın şagirdi görkəmli fılosof Bəhməniyar ibn
Mərzbanın məntiq və fəlsəfəyə aid bir sıra ınəşhur əsərləri - "Məntiqə dair zinət
kitabı", "Musiqi kitabı", "Təhsil kitabı", "Gözəllik və səadət kitabı", "Metafizika
elminin mövzusuna dair traktat" vardır.
23
Fəlsəfə, məntiq, ədəbiyyatşünaslığın görkəmli şəxslərindən biri Xətib Təbrizi
(1030-1108) də bu dövrdə yaşayıb-yaratmışdı. Hüquqşünaslıq sahəsində Əbubəkr
Məhəmməd Şirvani və Bərdəi Məhəmməd ibn Abdulla məşhur idilər.
Geniş yayılmış sahələrdən olan memarlıq sənətinin nümayəndələri Təbriz,
Marağa, Ərdəbil, Bakı, Beyləqan, Bərdə, Gəncə, Şamaxı, Naxçıvan və digər
Azərbaycan şəhərlərində gözəl abidələr ucaltmışlar. Onlardan dəmirçi usta
İbrahim (Gəncə), bənna Məhəmməd Əbubəkr oğlu (Bakı), memar Möhsün
(Bakı), bənna Aşur İbrahim oğlu (Bakı), memar Əmirəddin Məsud (Naxçıvan),
memar Əcəmi Əbubəkr oğlu (Naxçıvan), bənna Əbu Mənsur ibn Musa (Urmiya)
yalnız Azərbaycanda deyil, bütün Orta Asiya və Yaxın Şərqdə məşhur olmuşlar.
Abidələrə gəldikdə isə Əcəmi Əbubəkr oğlunun tikdiyi Yusif ibn Quseyr,
Möminə xatun türbələrini, Xanəgşah sərdabəsini, Urmiyada üç günbəzi,
Marağada göy günbəzi və digər memarların ucaltdıqları gözəl saray, məscid,
karvansara, körpü, buruc və qalaları göstərmək olar.
Xudafərin körpüsü, Gülüstan qalası, Qəleybuğurd qalası, Əlincə qalası,
Oğlanqala, Qız qalası və s. kimi möhtəşəm abidələr də bu dövrdə yaradılmışdır.
Bu dövrdə şifahi və yazılı ədəbiyyat inkişaf edirdi. Şəhər və oturaq əhali
arasında sehrli nağıl və dini rəvayətlər, aşıq yaradıcılığı daha çox inkişaf
etmişdi. Şifahi xalq ədəbiyyatında, əsatir, yazılı ədəbiyyatda isə real həyat ünsürləri
üstünlük təşkil edirdi.
X-XII əsrlərdə yazılı ədəbiyyatın geniş yayılmış formalarından biri saray
ədəbiyyatı idi.
XI əsr saray şairlərinin görkəmli nümayəndələrindən biri Qətran Təbrizi
(1010-1080), Gəncədə Şəddadilər və Naxçıvan saraylarında böyük hörmət
qazanmışdı.
Dərin biliyinə görə Şirvanşahlar sarayında "şairlərin padşahı" rütbesinə
layiq görülmüş Əbülula Gəncəvi də saray şairləri arasında məşhur idi. Bir ara
Şirvanşahlar sarayında xidmət edən Fələki Şirvani (1108-1146) yalnız şeriyyat
aləmində deyil, münəccimlik sahəsində də uğur qazanmışdır.
Dövrünün istedadlı şairəsi olmuş Məhsəti Gəncəvinin ictimai-əxlaqi rübailəri
nəinki Azərbaycanda, hətta bütün Yaxın Şərqdə meşhur olmuşdur.
XII əsr Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən biri də Əfzələddin
Xaqani idi. Şamaxıda anadan olmuş Əfzələddin Xaqani (1120-1199) ərəb və fars
dillərində sərbest danışır, dilçiliyi, fəlsəfə, məntiq, nücum, riyaziyyat,
qanunşünaslıq və şəriəti gözəl bilirdi. O "Mədain xərabələri", "Töhfətül-İraqeyn",
"Həbsiyyə" və digər məşhur əsərlərin müəllifidir.
Milli mədəniyyətimizin "Qızıl əsrini" yaradanlardan ən görkəmlisi "dünya
klassik şairlərindən" olan Nizami Gəncəvidir (1141-1209) (əsl adı İlyas, atasının adı
24
Yusif). Nizami mədrəsədə təhsil almış, məntiq, fəlsəfə, tarix, astronomiya,
coğrafiya, musiqişünaslıq, rəssamlıq və bir sıra elmləri mükəmməl bilirdi. O bir
çox şahların saraya dəvətini rədd etmişdi.
Onun ölməz poemaları - "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və
Məcnun", "Yeddi gözəl" və "İskəndərnamə"dir. Bu poemalar "Xəmsə" ("Beşlik")
adlanan divanı təmsil edir. "Sirlər xəzinəsi" 20 mənzum həyati məsələləri əks
etdirən hekayədən ibarətdir. Böyük mütəfəkkirin irsinin müasir dövrümüz üçün də
əhəmiyyəti vardır.
IX-XII əsrlərdə musiqi də xeyli inkişaf etmişdi. Əsasən simli, nəfəsli, zərb
musiqi alətlərindən geniş istifadə edilirdi. Muğamat zənginləşir, istedadlı
musiqişünaslar yetişirdi. Oyma, həkketmə, zərbetmə, kaşı işi, xalçaçıhq, tətbiqi
incəsənət sahələri inkişaf etmişdi.

25
26

You might also like