Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 14

I sinif

Qaydalar
Azərbaycan dili

Səslər və hərflər:Səsləri deyirik və eşidirik.Hərfləri isə


yazırıq və görürük.
Hərflər səslərin yazıdakı işarəsidir.
Hərflər birləşib heca,hecalar söz,sözlər birləşib söz
birləşməsi və cümlələr əmələ gətirir.
Səslər:Səslər 3 cür olur:danışıq səsləri,musiqi
səsləri,təbiətdən gələn səslər.
Danışıq səsləri 2cür olur:saitlər və samitlər
Saitlər-qırmızı olur,uzanır.Ağızda maneəyə rast
gəlmir.9 sait var:a,ı ,o,u,e,ə,i ,ö,ü
Samitlər-mavi olur,uzanmır.Maneəyə rast
gəlir.
23 samit var hərf var:
b,c,ç,d,f,g,ğ,h,x,j,k,q,l,m,n,p,r,s,ş,t,v,y,z

Heca:
Heca danışarkən sözün asanlıqla ayrıla bilən
hissəsidir.Hecalar yazıda tire ilə göstərilir.Hecalar iki
cür olur:açıq və qapalı.
Saitlə bitən heca açıq,samitlə bitən heca qapalı heca adlanır
Məsələn,ki(i saitdir ona görə açıq heca)-tab(b samitdir,ona
görə qapalı heca adlanır).

Əlifba
Səslərin müəyyən olunmuş ardıcıllıqla düzülüşünə əlifba
deyilir.Əlifbada 32hərf,34 səs var.9sait,23 samit hərf var.k
hərfi ka və ke kimi oxunur.
Əlifba sırası
Cümlə

Cümlə bitmiş fikri bildirir.İntonasiyaya görə aşağıdakı növləri


var:
1.Nəqli cümlə-sonunda nöqtə olur,xəbər verir.
2.Əmr cümləsi-əmr,arzu,istək bildirir.Sonunda nöqtə olur.
3.Nida cümləsi-Sonunda nida işarəsi olur.Hiss,həyəcan bildirir.
4.Sual cümləsi-Sonunda sual işarəsi olur.Nə isə soruşulur.
Nəqli cümlə-Mən məktəbə getdim.
Əmr cümləsi-O kitabı mənə gətir.
Nida cümləsi-Ah,nə gözəl havadır!
Sual cümləsi-Sənin bacın var?
Ad bildirən sözlər(İsimlər)

Varlığın adını bildirir,kim?,nə?,hara? Suallarından birinə cavab


verir.
Kim? –insan bildirən sözlərə
verilir.Ata,ana,Lalə,Nigar ,bacım,dostum və.s.
Nə?-sualı heyvan,bitki və cansız əşyalara verilir.Kitab,alma,
ağac,canavar və.s.
Hara?-Yer,məkan adını bildirir.Bakı,Gəncə,məktəb və s.
Ad bildirən sözlər cumlənin əvvəlində gəldikdə və varlığa verilən adı
bildirdikdə böyük hərflə yazılır.Məsələn,it balaca yazılır,Toplan böyük
hərflə.
Ad bildirən sözlər təkdə və cəmdə olur.
Kitab-tək,kitablar-cəm.
Bəzi ad bildirən sözlər özü cəm bildirir.Camaat,xalq,sürü və s.
Əlamət bildirən sözlər(Sifətlər)

Varlığın rəngini,formasını,ölçüsünü,qalınlığını,dadını,iyini bir


sözlə əlamət və keyfiyyətini bildirir.Necə?,nə cür?,hansı?
Suallarından birinə cavab verir.
Anam dadlı(necə?) yemək bişirdi.
Qeyd:Əlamət varlığın gözlə görünən ,keyfiyyət isə gözlə
görünməyən,hiss olunan xüsusiyyətidir.
Məsələn,alma qırmızı olur(əlamət),turş,şirin və tamlı olur(keyfiyyətidir).

Hərəkət bildirən sözlər(Feillər)


Varlığın hərəkətini bildirir.Nə etdi?,nə oldu?, nə edir?, nə olur?,
nə edəcək?, nə olacaq? suallarından birinə cavab verir.
Getdi-Nə etdi?
Gedir –Nə edir?
Gedəcək-Nə edəcək?
Əksmənalı sözlər(Antonimlər)

Bir-birinin əksi olan sözlərə əksmənalı sözlər deyilir.


Gecə-gündüz,səhər-axsam,isti-soyuq,ağ-qara.
Yaxınmənalı sözlər (Sinonimlər)
Deyilişi və yazılışı fərqli olan,mənasına görə yaxın olan sözlərə
yaxınmənalı sözlər deyilir.Məsələn,demək-danışmaq,
oturmaq-əyləşmək,qovun-yemiş,yurd-oba və.s
Bir neçə məna ifadə edən sözlər(Omonimlər)
Deyilişi və yazılışı eyni mənası fərqli olan sözlərə omonimlər
deyilir.Məsələn,bal-arının çiçəklərdən aldığı şirə,
bal-oyunda qazanılan xal.
Riyaziyyat

Ədədlər və rəqəmlər
Rəqəmlər bunlardır:0,1,2,3,4,5,6,7,8,9
Ədədlər çoxdur və sonsuzdur.Onlar rəqəmlərin koməyilə yaranır.1-dən başlayır
sonsuzluğa qədər davam edir.1,2,3,...................

Ədəd evi
Ədədlərin tərkibini özündə birləşdirir.Ədəd evində eyni mərtəbədə qonşu ədədlər
birləşib evin damındakı ədədi əmələ gətirir.

Qonşu ədədlər.
Hər bir verilən ədədə qonşu ədədi tapmaq üçün toplama və çıxma əməllərindən
istifadə olunur.
Hər hansı bir ədəddən 1 çıxmaq ondan əvvəlki ədədi almaq deməkdir.

8 9
9-1=8
Hər hansı bir ədədin üzərinə 1 gəlmək ondan sonrakı ədədi almaq deməkdir.
9 10

9+1=10
Ədəd oxu
Ədəd oxunda ədədlər soldan sağa 0-dan 10-a qədər və daha çox düzülür.
0-a doğru qayıtdıqda çıxma,10-a doğru irəlilədikdə toplama əməlindən
istifadə olunur.

0 1 2 3 4 5 6 7 8 9 10
Ədəd ailəsi(ədəd üçlüyü)
Ədəd ailəsinə daxil olan ədədlərdən həm toplama ,həm də çıxmaya
aid misallar düzəltmək olur.Bu misallarda yalnız göstərilən ədədlər iştirak edə
bilər.Məs,
Burada 2,3,5 ədədləri ədəd ailəsidir.
3+2=5
2+3=5
5-2=3
5-3=2 Əməllər
4 hesab əməli var:toplama ,çıxma,vurma,bölmə.
Toplama əməli
Toplamanın kompanentləri bunlardır:toplanan,toplanan,cəm.
Toplananların yerini dəyişəndə cəm dəyişmir.Bu toplamanın
yerdəyişmə xassəsidir. 3+2=5,2+3=5
Toplananlardan birini tapmaq üçün cəmdən digər toplananı çıxmaq lazımdır.
3( toplanan)+2( toplanan)= 5 (cəm)
3+ ? =5
5-3=2 demək ? işarəsinin cavabı 2 ədədidir.
Çıxma əməli
Çıxmanın kompanentləri bunlardır:azalan,çıxılan,fərq
Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlmək lazımdır.
5(azalan)-3(çıxılan)=2(fərq)
?-3=2 3+2=5 5-3=2
Çıxılanı tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır.
5-?=3 5-3=2 5-2=3
Qeyd:Bir ədədin o biri ədəddən nə qədər çox və ya az olduğunu
tapmaq üçün böyük ədəddən kiçik ədədi çıxmaq lazımdır
Cüt və tək ədədlər

Cüt ədədlər 0-dan başlayır və 2-2 artır.0,2,4,6,8,10,12,.....


Tək ədədlər 1-dən başlayır və 2-2 artır.1,3,5,7,9,11,13,.......
10-dan sonra gələn ədədin tək və ya cüt olmasını müəyyən etmək üçün
həmin ədədin sonuncu rəqəminə nəzər yetiririk,rəqəm təkdirsə, demək
həmin ədəd tək,cütdürsə, demək cütdür.Məsələn,18 ədədində sonda olan
rəqəm 8-dir.8 cüt ədəddir.Ona görə də 18 cütdür.

Ədədin iki qatı(2 misli)


Hər hansı bir ədədin ikiqatı həmin ədədin 2dəfə özü-özünə toplanması
deməkdir.Məsələn,3-ün 2 qatı_______ 3+3=6.
Məsələ həlli.
Məsələdə verilənlər,axtarılanlar-məsələnin sualı,məsələnin
şərti,məsələnin həlli və cavabı var.
Məsələnin şərti verilənlərlə axtarılanlar arasında olur.Məsələnin
sualı sonda verilir.Məsələnin cavabı sualın açıqlanmasına xidmət edir.
Məsələdə çoxdur,vahid çox,dənə artıq,cəmi sözləri işlənərsə toplama
əməlindən,azdır,dənə az,qaldı,qədər az sözləri işlənərsə çıxma
əməlindən istifadə olunur.

You might also like