Download as docx, pdf, or txt
Download as docx, pdf, or txt
You are on page 1of 113

Q.Ə.

Məmmədov

NEFT EMALI VƏ KİMYA İSTEHSALININ


MAŞIN VƏ AVADANLIQLARI

Mühazirələrin konspekti

Bakı-2018
2

GİRİŞ

050625 – “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi” ixtisası üzrə bakalavr hazırlığı


– gələcək mütəxəssisin əsaslı və hərtərəfli peşəkar hazırlığını nəzərdə tutur. Bu ixtisasa malik
mütəxəssis aşağıdakıları bilməlidir:
– neft emalı və kimya istehsalının texnoloji avadanlıqlarının layihələndirilməsi,
konstruksiya edilməsi, istismarı və tədqiqi məsələlərini;
– maşın və aparatların yığım, düyün və hissələrinin mexaniki hesablanma metodlarını;
– aparatların funksional effektliyini təmin edən konstruktiv ölçülərinin təyin edilmə
prinsiplərini;
– materialların seçilməsi və avadanlığı konstruksiya etmə metodları ilə işçi mühit və
texnoloji proseslərin qarşılıqlı əlaqəsini.
Mütəxəssisin geniş təmayüllü hazırlığı aşağıdakı ümum mühəndis fənlərin əsaslı
öyrənilməsi nəticəsində təmin edilir: materiallar müqaviməti, maşın və mexanizmlər nəzəriyyəsi,
materialşünaslıq, konstruksiya materiallarının texnologiyası, maşın hissələri, hidravlika,
termodinamika və istilik ötürmə, elektrotexnika və s.
Mütəxəssis layihə-konstruktor, istehsalat-texnoloji, təşkilati-idarəetmə, neft və kimya
istehsalının maşın və aparatlarının istismarı, istehsalı sahələrində tədqiqat fəaliyyətinə
yönəldiyində, o, kimya sənayesinin əsas istiqamətlərini və inkişaf perspektivlərini aydın təsəvvür
etməli və ixtisası üzrə elmi-tədqiqat və eksperiment aparılması metodlarını bilməlidir.
Neft emalı və kimya istehsalının müasir texniki səviyyəsi, eləcə də yeni texnoloji
proseslərin tətbiqi istehsalatda çoxlu miqdarda müxtəlif konstruksiyalı maşın və aparatlardan
istifadə etməyi tələb edir.
Maşın və aparat anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Müxtəlif proseslərin
həyata keçirilməsində istifadə edilən quruluşa aparat deyilir. Adətən aparatda hərəkət edən
hissələr olunur. Aparata misal olaraq rektifikasiya və absorbsiya kalonlarını, istilikdəyişdiriciləri,
reaktorları göstərmək olar. Bəzi hallarda aparatlarda da hərəkət edən hissələr olur. Bu tip
aparatlara hava ilə soyudan kondensatorları, rotorlu-diskli ekstraktorları misal göstərmək olar.
Ümumiyyətlə, hərəkət edən hissələri olan avadanlığın aparat və ya maşın olması onun
vəzifəsindən asılı olaraq müəyyənləşdirilir. Məsələn, sentrifuqada fırlanan hissənin olmasına
baxmayaraq, əsas vəzifəsi bircinsli olmayan sistemlərin ayrılması proseslərinin həyata
keçirilməsi olduğundan, onun aparata aid edilməsi daha məqsədəuyğundur.
Maşın dedikdə, müəyyən iş görən və ya enerji çevirən mexanizm və ya mexanizmlər
yığını nəzərdə tutulur. Məsələn, soyuducu və xırdalayıcı maşınlar, dəyirmanlar, nasoslar,
kompressorlar və s.
Avadanlıq anlayışı isə maşın və aparat anlayışını özündə cəmləməklə, daha geniş məna
kəsb edir.
3
1. AVADANLIQLARIN TƏSNİFATI VƏ ONLARA VERİLƏN TƏLƏBATLAR

Avadanlıqlarin təsnifatının əsasını iki əlamət təşkil edir:


– texnoloji prosesin xarakteri;
– konstruktiv formaların, maşınqayırma texnologiyasının, istifadə olunan materiallar və
qoruyucu örtüklərin ümumiliyi.
Sənaye məhsulunun ümumi təsnifatında kimya avadanlığının indeksi 361100361800 ilə
işarə edilir. Bura kalon aparatları, istilikdəyişdiricilər, quruducular, fiziki-kimyəvi proseslər üçün
aparatlar, qablar və tutumlar, filtrlər, sentrifuqalar, materialların fiziki-mexaniki emalı üçün
avadanlıqlar daxildir. Hər bir qrupun avadanlıqlar nomenklaturası tiplərə bölünür, bunlar isə öz
növbəsində tipik ölçüləri olanlara bölünürlər.
Neft emalı və kimya istehsalının maşınlarına texnoloji avadanlıqlar aid olub, bunlarda
maşının işçi orqanlarının emal olunan obyektə mexaniki təsiri məcburi və texnoloji prosesin
məzmununu müəyyən edici olur. Kimya istehsalının maşınlarında mexaniki, hidromexaniki
proseslər mümkün olub, bəzi hallarda istilik mübadiləsi prosesləri və kimyəvi çevrilmələrlə
müşayiət olunurlar.
Kimya istehsalının yeni yaradılan maşınlarının konstruksiyalarına verilən əsas tələbatlar
sənayenin əsas inkişaf tendensiyasını nəzərə almalıdır. Bu tələbatlar aşağıdakılardır:
1. Avadanlığın effektli işləməsi – vahid gücü (məhsuldarlığı) böyük olan yüksək
intensivlikli, xüsusilə köməkçi əməliyyatları tam mexanikləşdirilmiş və avtomatlaşdırılmış, ən
yeni elmi nailiyyətlərdən istifadə etməklə fasiləsiz proseslərin yerinə yetirilməsi.
2. Etibarlılıq – yüksək məhsuldarlıqlı maşınların yaradılmasında ən vacibdir.
3. Uzunömürlülük – hesabi uzunömürlülük 10-15 il
4. Möhkəmlik, sərtlik və dayanıqlıq
5. Verilmiş məhsuldarlıqda material və enerji tutumu minimum olmalıdır
6. İstehsal və istismar texnolojiliyi
7. Nəql olunma – avadanlığın bütöv və ya ayrı-ayrı bloklarla hazırlayan zavoddan
quraşdırma yerinə daşınması
8. İstismar zamanı təhlükəsizlik
9. Ekoloji cəhətdən mükəmməl olmalıdır, yəni ətraf mühitə zəhərli təsir olmamalıdır
10. Erqonomika və texniki estetikanın əsas şərtlərinə uyğun olmalıdır
11. Patent təmizliyi
12. İqtisadi cəhətdən effektli olmalıdır.
4
2. FİLTRLƏR

2.1. Filtrləmə proseslərinin təsnifatı

Məsaməli arakəsmə vasitəsilə suspenziyanın maye və bərk fazalara ayrılmasına filtrləmə


prosesi deyilir. Arakəsmə üzərində qalan bərk faza çöküntü, arakəsmədən keçən faza isə filtrat
adlanır. Filtrləyici arakəsmə kimi parça, metal tor, məsaməli keramika, rezin və plastik
kütlələrdən istifadə edilir. Filtrlər iş rejiminə görə dövri və fasiləsiz işləyən olurlar. Dövri işləyən
filtrlərdə istənilən rejimdə filtrləmə aparılır, fasiləsiz işləyən filtrlərdə isə yalnız sabit təzyiqlər
fərqində filtrləmə prosesi aparılır.
Suspenziyaların ayrılması zamanı aşağıdakı texniki məsələləri həll etmək olar:
1. Suspenziyadan qiymətli bərk fazanı ayırmaq, bu halda maye faza tullantı məhsuludur;
2. Suspenziyadan qiymətli maye fazanı ayırmaq, bu halda bərk faza tullantı məhsuludur;
3. Suspenziyadan hər iki qiymətli maye və bərk fazaların alınması.
Suspenziyanı müxtəlif filtrləmə üsulları vasitəsilə ayırmaq olar:
1. Filtrləyici arakəsmənin səthi üzərində suspenziyanın bərk fazasından ibarət olan
çöküntünün əmələ gəlməsi ilə filtrləmə
2. Suspenziyanın bərk fazası ilə filtrləyici arakəsmənin məsamələrinin tıxanması ilə
filtrləmə
3. Filtrləyici arakəsmənin səthi üzərində köməkçi maddə və suspenziyanın bərk
fazasından ibarət olan çöküntünün əmələ gəlməsi ilə filtrləmə
4. Suspenziyanın qismən ayrılması və qatılaşdırılması ilə filtrləmə
Filtrləmə vasitəsilə suspenziyanın ayrılması zamanı qarşıya qoyulan hər bir texniki
məsələni göstərilən üsullardan istifadə etməklə prinsipcə həll etmək olar. Suspenziyanın ayrılma
üsulunun seçilməsi prosesin aparılma şəraitlərinin müxtəlifliyindən, xüsusilə də, suspenziyanın
konsentrasiyasından asılı olaraq müəyyən edilir.
1-cı üsuldan bərk fazanın suspenziyada konsentrasiyası 1%-dən artıq olduqda istifadə
edirlər. Bu üsul sənayedə geniş yayılsa da, onunla fərqlənir ki, dövrü olaraq çöküntü filtrləyici
arakəsmə üzərindən xaric edilməlidir (neft məhsullarından parafin karbohidrogenlərinin
ayrılması).
2-ci üsul o zaman yerinə yetirilə bilər ki, suspenziyanın bərk fazasının konsentrasiyası
0,1%-dən az olub, bərk hissəciklərin filtrləyici arakəsmənin məsamələrinə daxil olmaları üçün
əlverişli şərait yaradılır. Bu halda filtrləmə prosesi bir qayda olaraq, olduqca daha ləng gedir,
çünki, arakəsmənin məsamələrinin tıxanması artıq prosesin ilk mərhələsində baş verir. Belə
şəraitdə filtrin lazımi məhsuldarlığını təmin etmək üçün ya filtrləyici arakəsməni tez-tez
dəyişmək və ya yumaq lazımdır (məsələn, mineral yağların təmizlənməsi, süni liflərin
istehsalında sellyuloz məhsulların filtrlənməsi və s.).
3-cü üsuldan bərk fazanın konsentrasiyası 0,1-1% olduqda istifadə edirlər. Çünki bu
halda qarışıq filtrləmə üsulları nəzərə çarpır, belə ki, bərk hissəciklər qismən məsamələri tıxayır,
qismən isə çöküntü əmələ gətirir. Belə lazımsız (arzu edilməyən) filtrləmə üsulundan çöküntü
əmələ gələn üsula keçmək üçün suspenziyaya köməkçi maddə əlavə edirlər ki, bərk fazanın
konsentrasiyası artsın. Köməkçi maddə (məs. diatomit, ağardıcı gil, asbest) suspenziyanın
kütləsindən asılı olaraq 2%-ə qədər əlavə edilir və yuyulma vasitəsilə regenerasiya olunur.
Filtrləyici arakəsmənin məsamələrinin tıxanmasının qarşısını almaq üçün ona əvvəlcədən
qalınlığı 100 mm olan köməkçi maddədən ibarət olan lay çəkirlər.
Bərk fazanın konsentrasiyası 10%-dən kiçik olduqda suspenziyanı fırlanan barabanda
ayırmaq çətin olur, çünki lazımi qalınlıqlı çöküntünün əmələ gəlmə müddəti məhduddur. Bu
halda 4-cü üsula əsasən, əvvəlcə suspeniyanı ya ağırlıq qüvvəsinin təsiri altında çökdürücülərdə
və ya təzyiqlər fərqinin təsiri altında qatılaşdırıcılarda qatılaşdırırlar. Qatılaşdırıcının aşağısından
alınan çöküntü və filtratdan ibarət olan qarışıqda bərk fazanın konsentrasiyası ilk
suspenziyadakından böyük olur.
5
2.2. Filtrlərin təsnifatı

Fasiləsiz təsirli filtrlər üçün OCT 26-01-67-77 və dövri təsirli filtrlər üçün OCT 26-01-
110-79 üzrə təsnifat, rəqəm indeksi (siyahısı) və terminlər qaydaya (nizama) salınmışdı. Rəqəm
indeksi informasiya sistemləri üçün daha perspektivlidir.
Rəqəm

İş rejimi parametri

Prosesin hərəkət verici qüvvəsi

Filtrlər qrupu

Filtrin növü (modelin nömrəsi) 1 ... 99

Filtrləmə səthi, m2

İş rejimi parametri
Fasiləsiz təsirli 1
Dövri təsirli 2
Prosesin hərəkət verici qüvvəsi
Vakuum 1
Nasosdan yaranan təzyiq 2
Hidrostatik təzyiq 3
Filtrlər qrupu
Baraban (yalnız fasiləsiz təsirli üçün) 1
Lövhə (dairəvi formalı filtrləyici element) 2
Boşqab (şəbəkəli-şaquli fırlanma oxu olan
dairəvi formalı filtrləyici element) 3
Lent (yalnız fasiləsiz təsirli üçün) . . . . . . . . . . . 4
Filtrləyici vərəq . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 5
Patron . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 6
Silindr . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 7
Lövhə (müstəvi filtrləyici element) . . . . . . . . . . 8

Məsələn, Бcx OK 40-3,4 – barabanlı vakuum filtr, filtrləyici parçası enən (сходящий),
ümumi vəzifəli (общий), turşuya davamlı (кислотостойкий), filtrləmə səthi 40 m 2, barabanın
diametri 3,4 m.
6
Kiçik ölçülü istehsalat sahəsi üçün emal olunan məhsulların çeşidlərinin sayı çox olduqca
dövri işləyən filtrlərdən istifadə etmək məqsədə uyğundur. Böyük məhsuldarlıqlı sənaye
sahəsində və fasiləsiz gedən texnoloji proseslərdə fasiləsiz işləyən filtrlərdən istifadə etmək
lazımdır.
Təzyiqlər fərqinin yaranmasına görə filtrlər vakuum altında işləyən və təzyiq altında
işləyən filtrlərə bölünür. Konstruktiv mülahizələrə görə mümkün olan yerlərdə vakuum altında
işləyən filtrlərdən istifadə etmək məqsədəuyğundur. Çünki, təzyiq altında işləyən filtrlər daha
möhkəm olmalıdır. Çöküntünün müqaviməti böyük olduqda təzyiq altında işləyən filtrlərdən
istifadə etmək məqsədəuyğundur. Eyni zamanda filtrlər filtratın hərəkət istiqaməti ilə ağırlıq
qüvvəsinin istiqamətindən asılı olaraq əks istiqamətli, eyni istiqamətli və perpendikulyar
istiqamətli olurlar.

2.3. Filtrlərin konstruksiyası


2.3.1. Nutç filtr

Nutç filtr ən sadə filtr olub, dövri təsirli filtrlərə aiddir. Bu filtrlərdə filtratın hərəkət
istiqaməti ağırlıq qüvvəsinin istiqaməti ilə eynidir. Nutç filtr düzbucaqlı və ya dairəvi
rezervuardan ibarət olub, müstəvi dibi vardır. Bu dibdən müəyyən məsafədə müstəvi filtrləyici
arakəsmə yerləşir. Nutç filtrlərdə filtrləmə vakuum və təzyiq altında aparıla bilər. Çöküntünün
boşaldılması əl üsulu ilə yerinə yetirilir. Elə bu da, həmin filtrlərin mənfi çəhətidir. Bu filtrlərdən
hal-hazırda yalnız laboratoriya və pilot qurğularında istifadə olunur. Nutç filtrlərin diametri 22-
100 sm, həcmi isə 10-500 l arasında olur. Bu filtrlərdən kimya və əczaçılıq sənayelərində
suspenziyaları ayırmaq üçün istifadə edilir.
Nutç filtr

1 – filtrləyici arakəsmə; 2 – filtrat tutumu; 3 – monovakuummetr;


4 – sıxılmış hava vermək üçün borucuq; 5 – atmosferlə əlaqələndirmə borucuğu;
6 – vakuum xətlə əlaqələndirmə borucuğu
Şəkil 2.1.

2.3.2. Filtr – preslər

Filtr-preslər təzyiq altında dövri işləyən filtrlərə aiddir. Filtr-preslərdə filtratın hərəkət
istiqaməti ilə ağırlıq qüvvəsinin istiqaməti bir-birinə perpendikulyardır. Bu filtrlərdən
7
suspenziyaları 0,4-2,0 MPa təzyiq altında filtrləmə üçün istifadə edilir. Filtr-preslərdən bərk
fazasının konsentrasiyası böyük olmayan suspenziyaların və yüksək temperaturlu
suspenziyaların ayrılmasında istifadə edilr.
Çərçivəli filtr-presin ümumi görünüşü şəkil 2.2-də göstərilmişdir. Tərpənməz dayaq
lövhəsi və sıxıcı mexanizm iki ədəd tirlərlə birləşdirilərək dayaqlar üzərində yerləşdirilir. Üfqi
tirlər üzərində çıxıntılar vasitəsilə ardıcıl olaraq lövhə (4) və çərçivələr oturdulmuşdur. Lövhə və
çərçivələr arasında filtrləyici parça yerləşdirilmişdir, onlar sıxıcı mexanizmin ştoku ilə əlaqədar
olan sıxıcı lövhə vasitəsilə sıxılır. Hərəkət edən sıxıcı lövhə diyircəklər üzərində yerləşdirilmşdir.
Lövhə və çərçivələrin konstruktiv quruluşu şəkil 2.3-də göstərilmişdir. Lövhənin kənarları hamar
olmaqla, ortası nov şəkillidir. Lövhənin üzəri filtrləyici parça ilə örtülərək, filtrat və yuyucu
mayenin xaric olması üçün müvafiq kranla təchiz olunmuşdur.

Çərçivəli filtr-pres

a – ümumi görünüş; b – filtratı qapalı kənarlaşdırılan; c – filtratı açıq kənarlaşdırılan


1 – dayaq lövhəsi; 2 – çərçivə; 3 – – lövhə; 4 - üfüqi istiqamətləndirici tir;
5 – dayaq sıxıcı lövhə; 6 – sıxıcı hidravlik quruluş;
Axınlar: I – suspenziya; II – filtrat; III – hidromühərrikin mayesi
Şəkil 2.2

Lövhə və çərçivələrin konstruktiv quruluşu


8
1 – çərçivə; 2 – lövhə; 3 – suspenziya daxil edilən kanal; 4 – yuyucu maye daxil
edilən kanal; 5 – drenaj kanalı; 6 – toplayıcı kanal; 7 – filtrat və ya yuyucu maye xaric
edilən kanal
Şəkil 2.3

Filtr-presin iş sxemi şəkil 2.4-də göstərilmişdir. Filtrləmə mərhələsində suspenziya


mərkəzi kanal vasitəsilə iki lövhə arasında qalan çöküntü kamerasına verilir. Maye faza
filtrləyici parçadan keçərək nov vasitəsilə aşağı axır və kranlardan xaric olur. Çöküntü kamerası
çöküntü ilə dolduqda suspenziyanın verilməsi kəsilir. Yuma mərhələsində yuyucu maye kənar
kanallar vasitəsilə verilir, kranların yarısı isə tam bağlanır. Yuyucu maye ardıcıl olaraq filtrləyici
parça, çöküntü layı və ikinci filtrləyici parçadan keçdikdən sonra açıq olan kranlar vasitəsilə
filtr-presdən xaric edilir. Beləliklə, yuyucu maye vasitəsilə çöküntünün tərkibində az miqdarda
qalmış filtrat qalığı çıxarılır. Yuma qurtardıqdan sonra filtr-pres sıxılmış hava və ya buxarla
üfürülür. Bundan sonra hərəkət edən lövhə açılır, lövhə və çərçivələr bir-birindən aralanır və
çöküntü bunrerə tökülür.

Çərçivəli filtr-presin iş sxemi

a) – filtrləmə ; b) – çöküntünün yuyulması;


1 – dayaq lövhəsi; 2 – çərçivə; 3 – lövhə; 4 – filtrəyici parça; 5 – sıxıcı lövhə; 6 – çöküntü;
Axınlar: I – suspenziya; II – filtrat; III – yuyucu maye; IV – yuyucu filtrat
Şəkil 2.4

Filtr-presin üstün cəhətlərinə böyük filtrləmə səthinə malik olması, sıradan çıxmış
lövhənin kranını bağlamaqla prosesdən kənar edilməsi və istismar prosesində hərəkət edən
hissələrin olmaması sayılır. Onların mənfi cəhətlərinə isə xidmətin əl ilə olması, filtrləyici
parçanın tez-tez sıradan çıxması və çöküntünün təmiz yuyulmaması aiddir.
Çərçivəli filtr-preslər DÖST üzrə üç variantlı sıxıcı mexanizmli (əl ilə
mexanikləşdirilmiş, elektromexaniki və hidravliki) və iki tipli hazırlanır:
- filtratın açıq kənar edilməsilə;
- filtratın qapalı kənar edilməsilə.
Hiravliki sıxıcı mexanizm içərisində hərəkət edən lövhə və ştokla əlaqədar olan plunjer
yerləşdirilmiş silindrdən ibarətdir. Plunjer silindrə təzyiq altında verilən yağın hesabına hərəkətə
gətirilir.
DÖST-ə əsasən çərçivəli filtr-preslərin əsas ölçüləri, parametrləri, işarələnməsi, texniki
tələbatlar, dəstləşdirilməsi, sınaqdan keçirilməsi və s. yerinə yetirilir. Filtrləmə səthi 2140 m2
həddində olub, çərçivələrin işçi səthlərinin 4 tipik ölçüləri mövcuddur: 315x315; 630x630;
820x820; 1000x1000 mm.
Lövhə və çərçivələr çuqundan, poladdan, korroziyaya qarşı örtüyü olan poladdan,
alüminium və titan ərintilərindən və plastik kütlədən hazırlanır. Silindrlər, plunjerlər, hərəkət
edən və tərpənməz lövhələr, tirlər СЧ 18-36 markalı çuqundan tökülür.
9
Filtr-presin işarələnməsi onun tipinə (bir və ya iki) və bərkidilmə üsuluna əsasən (P- əl ilə
mexaniki bərkidilmiş, M – elektromexaniki,  - hidravlik) aparılır. Sıxılma üsulundan sonrakı
rəqəm filtrləmə səthini, tiredən sonrakı kəsr çərçivənin ölçülərini (surətdə çərçivənin böyük
tərəfi mm-lə, məxrəcdə çərçivənin qalınlığı mm-lə), sonra isə material göstərilir.
Məsələn, filtratı açıq kənar edilən, elektromexaniki sıxaclı, filtrləmə səthi 50 m 2 olan, işçi
səthinin ölçüsü 820x820 mm, qalınlığı 45 mm olan turşuya davamlı kimi işarələnir:
“Filtr-pres 1M50-820/45 K DÖST 833-90”.

2.3.3. Filtrləyici lövhələri mexaniki sıxılan avtomatik kameralı filtr-pres (FPAKM)

Çöküntünün boşaldılmasının tam mexanikləşdirilməsinə görə klassik filtr-preslərdən


fərqlənir. Bu filtrlər dövri təsirli olub, şaquli hazırlanır, filtrləyici parça hərəkət edən olub,
sonsuz lentdən ibarətdir. Filtrlər təzyiq altında (1,17 MPa) işləyir. Ağırlıq qüvvəsinin istiqaməti
ilə filtratın hərəkət istiqaməti eynidir. FPAKM tipli filtr-preslərdən 5-70 0C temperatur
intervalında hissəciklərinin ölçüləri 3 mm-ə qədər olan, konsentrasiyası 10-500 kq/m 3, çöküntüsü
böyük hidravliki müqavimətə malik olan incədispersiyalı suspenziyaları təzyiq altında ayırmaq
üçün istifadə edirlər. DÖST 19756-94-ə əsasən bu tip filtrlər üçün filtrləmə səthi 2,550 m2
həddində müəyyən edilir.
Kameralı filtr-press sütunlar üzrə aşağı-yuxarı hərəkət edən üfüqi yerləşmiş filtrləyici
lövhələrdən ibarətdir (şəkil 2.5). Filtrləyici lövhələr arasında yerləşən və diyircəklərin köməyilə
dartılan sonsuz lentdən ibarət filtrləyici parça baraban və sıxıcı diyircəklərlə hərəkətə gətirilir.
Filtrin aşağı hissəsində parça regenerasiya kamerasından keçir. Filtrləyici lövhələr
elektromexaniki sıxacla sıxıcı lövhə ilə yuxarı dayaq lövhəsi arasında sıxılır. Filtrləyici lövhələrə
suspenziya giriş kollektoru vasitəsilə verilir, filtrat isə filtrləyici lövhələrdən çıxış kollektoru ilə
xaric olur.
FPAKM tipli kameralı filtr-pres

1 – lövhənin üst hissəsi; 2 – perforasiya olunmuş vərəq; 3 – filtratı qəbul edən fəza;
4 – lövhənin çərçivə şəklində olan alt hissəsi; 5 – suspenziya və çöküntü üçün kamera;
6 – elastik su keçirməyən diafraqma; 7 – filtrləyici parça; 8 – suspenziya, yuyucu maye
və sıxılmış hava verilən kollektor; 9,10,13 – kanallar; 11 – filtrat, yuyucu maye və hava
xaric edilən kollektor; 12 – su üçün fəza;
Şəkil 2.5

Filtrləyici lövhə iki hissədən ibarətdir: filtratın xaric olması üçün yuxarı hissədən və
çərçivə şəklində aşağı hissədən. Yuxarı və aşağı hissələr arasında rezin diafraqma yerləşir.
Diafraqma üzərinə 1,5 MPa təzyiq altında su verildikdə, diafraqma suspenziyanın tərkibindəki
maye fazanı sıxaraq, çöküntünü presləyir. Filtrin işi avtomatlaşdırılıb və təkrar olunan aşağıdakı
4 mərhələdən ibarətdir:
10
- filtrləyici lövhələr elektromexaniki sıxacla sıxılaraq, b deşiklərindən kollektor vasitəsilə
filtrləyici lövhələrə suspenziya verilir, filtrat isə a deşiklərindən xaric edilir;
- çöküntü təbəqəsinin lazımi qalınlığı alındıqdan sonra v deşiklərindən diafraqma üzərinə
təzyiq altında su verilərək, maye fazanın sıxılması baş verir;
- lövhələr aşağı salınaraq müəyyən müddət qurudulur;
- əmələ gələn boşluqla parçanın hərəkəti nəticəsində bıçaqla lövhələrarası boşluqdan
çöküntü kənar edilir, regenerasiya kamerasına su verilir, parça yuyulur və şotkalarla təmizlənir.
Qələvi və neytral mühitlərdə işlənən filtr-preslər karbonlu poladlardan, yüksək yeyici
mühitlərdə işləyən filtr-preslər isə 12X18H9T, 12X17H13M3T, 06X28MDT markalı
poladlardan və titan ərintilərindən hazırlanır.
Bu filtr-presin üstün cəhətləri aşağıdakılardır:
- tutduğu yerə görə filtrləmə səthi yaradır;
- sıxılmış hava sərfi azdır və çöküntünün 1,5 MPa təzyiq altında hidravlik sıxılması
nəticəsində qurutma müddəti qısadır;
- köməkçi əməliyyatlara (filtr-presin açılması, çöküntünün xaric edilməsi, presin
bağlanması) sərf olunan vaxt 1-2 dəq. azdır;
- filtrləyici parça iş prosesində yaxşı regenerasiya olunur;
- filtr-pres tam avtomatlaşdırılaraq, optimal texnoloji iş rejimi tez tənzimlənir;
- çöküntünün kənar edilməsi mexanikləşdirilmişdir.
Bu filtr-preslərin filtrləyici parçasının vahid kütləsinə aid edilmiş metal tutumu çərçivəli
filtr-preslərə nisbətən 2-3 dəfə azdır, məhsuldarlığı isə 4-10 dəfə çoxdur. Bir operator bu cür
filtr-preslərin onuna xidmət edə bilər.

2.3.4. Barabanlı vakuum filtr

Bu filtr fasiləsiz işləyən filtr olub, ağırlıq qüvvəsinin istiqaməti ilə filtratın hərəkət
istiqaməti bir-brinin əksinədir. Filtr filtrləyici seksiyalı barabandan, yellənən qarışdırıcılı qabdan,
paylayıcı başlıqdan, çöküntünü kəsən mexanizmdən, yuyucu quruluşdan, elektrik mühərrikindən,
baraban və qarışdırıcıya hərəkət verən ötürücülərdən ibarətdir (şəkil 2.6). Baraban yanlardan
müstəvi qapaqlarla bağlanmışdır. Baraban oxları eyni olan iki silindrdən ibarətdir. Daxili silindr
bütöv, xarici silindr deşikli olmaqla üzəri filtrləyici parça ilə örtülmüşdür. Silindrlər arasındakı
həlqəvi boşluq uzununa arakəsmələr ilə filtrləyici seksiyalara bölünür.

Barabanlı vakuum filtr

1 – mühərrik; 2 – gövdə; 3 – baraban; 4 – filtləyici parça; 5 – nəql edici borucuqlar;


6 – yuyucu mayeni vermək üçün kollektor; 7 – fırlanan disk;
8 – paylaşdırıcı başlığın dəyişilən diski;
Axınlar: I – suspenziya; II – çöküntü; III – sıxılmış hava; IV – təsirsiz qaz;
V –yuyucu filtrat; VI – filtrat
Şəkil 2.6
11
Hər bir seksiya borucuqlar vasitəsilə şaybanın müvafiq deşiyi ilə əlaqələndirilmişdir.
Şayba isə öz növbasində üzərində uzunsov oval şəklində yarıqları olan paylayıcı başlığa kip
olraq sıxılır.

Barabanlı vakuum-filtrin işləmə sxemi

1 – baraban; 2 – uzununz arakəsmələr; 3 – filtrləyici parça; 4 – yuyucu mayeni daxil edən


kollektor; 5 - nəql edici borucuqlar
Axınlar: I – suspenziya; II – çöküntü; III – sıxılmış hava;
IV – yuyucu filtrat; V –filtrat
Şəkil 2.7

Sapfanın və paylaşdırıcı başlığın diskləri


12

a – sapfanın fırlanan diski; b – paylaşdırıcı başlığın diski; 1 –nəql edici borucuqların


birləşdirildiyi deşiklər; 2 – filtratı kənarlaşdırmaq üçün pəncərə; 3 – üfürücü qazın verilməsi
üçün deşik; 4 – yuyucu filtratın kənarlaşdırılması üçün pəncərə
Şəkil 2.8

Baraban fırlandıqca seksiyalar ardıcıl olaraq paqlayıcı başlığın uyğun kameralarından


(vakuum zonası, yuma zonası, çöküntünün qurudulması və çöküntünün kəsilməsi zonaları) keçir.
Paylayıcı başlıq daxilində dörd kamerası olan gövdədən ibarətdir. Barabanın müəyyən hissəsi
(0,30,4) suspenziyaya batırılır. Ağırlıq qüvvəsinin təsirindən çökmənin qarşısını almaq üçün
suspenziya qab daxilində qarışdırıcı ilə qarışdırılır. Baraban fırlandıqca onun seksiyaları ardıcıl
olaraq paylayıcı başlığın uyğun kameraları ilə əlaqədə olur. Paylayıcı başlığın filtrasiya zonası
vakuum xətti ilə əlaqədar olduğu üçün, suspenziyaya batırılmış seksiyalarda filtratın sorulması
baş verir. Bu zaman filtrat filtrləyici parçadan keçərək filtrat çəninə toplanır, çöküntü isə
filtrləyici parça üzərində toplanır. Baraban fırlandıqca paylayıcı başlığın ikinci kamerasına keçən
həmin seksiyalar xüsusi quruluşdan verilən yuyucu maye ilə yuyulur, sonra isə qurudulur.
Çöküntünün çıxarıldığı zonada başlığın üçüncü kamerasına sıxılmış hava verilərək çöküntünün
parçadan aralanması və bıçaqla kəsilərək bunkerə tökülməsi əməliyyatı yerinə yetirilir. Başlığın
dördüncü kamerasında sıxılmış havanın və ya buxarın verilməsilə parçanın regenerasiyası
aparılır. Bu qayda ilə proses fasiləsiz olaraq təkrar olunur.
DÖST 5748-99E-yə uyğun olaraq barabanlı vakuum filtrlər filtrləmə səthi 0,25100 m2
olan hazırlanırlar. Bu filtrlər aşağıdakı kimi işarə olunurlar:
Б – barabanlı;
О – ümumi vəzifəli;
Т – çətin filtrlənən suspenziyalar üçün;
Г – hermetikləşdirilmiş;
Л – asan filtrlənən suspenziyalar üçün;
cx – enən lentli;
г – ağırlıq qüvvəli (qravitasiyalı);
б – seksiyasız; (безъячейковый)
Н – layı yuyulan (с намывным слоем);
У,К,Р,П – filtrin hazırlandığı material tərtibi;
У – karbonlu polad; К – korroziyayadavamlı polad;
Р – qummirlənmiş; П – plastik kütlədən;
Ш – qapağı çadır formalı.
Cədvəl 2.1
Müxtəlif modifikasiyalı barabanlı vakuum-filtrlərin barabanlarının
dövrlər sayı və batma dərəcəsi
Filtrin tipi n, dövr/dəq Barabanlı batma dərəcəsi
БОШР 3 – 1,75 0,1 – 2,0 130
БОК 3 – 1,75 0,1 – 2,0 138
БОУ 5 – 1,75 0,1 – 1,8 134
БОР 10 – 2,6 0,1 – 2,0 144
БОУ 40 – 3 0,57 – 1,72 155

2.3.5. Lentli vakuum filtr

Bu filtrlərdən eyni ölçülü hissəcikləri olan suspenziyaların ayrılmasında istifadə edirlər.


Lentli vakuum filtr fasiləsiz işləyən filtrlərə aid olub, filtratın hərəkət istiqaməti ilə ağırlıq
13
qüvvəsinin istiqaməti eynidir. Lentli vakuum filtr rezin parçalı filtrləyici lentlə əhatə edilmiş
aparıcı və aparılan brabanlardan ibarətdir. Lentin yuxarı qolu bütün uzunluğu boyu vakuum
kamera keçən üfüqi stol üzərində yerləşir (şəkil 2.9).
Stolun en kəsiyi nov formasına malikdir. Lentin aşağı qolu sərbəst asılır və ya
diyircəklərə söykənir. Lent dartıcı barabandan hamar stola keçərkən, kənarları stolun yan
istiqamətləndiriciləri vasitəsilə sıxılıb əyilərək, nov formasını alır. Suspenziya lent üzərinə
xüsusi quruluşdan verilir.
Lentli filtrdə yaradılmış vakuum hesabına, filtrat vakuum kameraya keçir, çöküntü isə
filtrləyici parça üzərinə yığılır. Lentin sonrakı hərəkəti zamanı, çöküntü müvafiq ştuserdən
verilən maye ilə yuyulur, qurudulur və bıçaq vasitəsilə kəsilir. Lentli filtrlər normal üzrə
filtrləmə səthi 3,24,8 m2 və lentin eni 0,51,0 m olmaqla hazırlanır. Bu filtrlərin üstün cəhətləri
bölücü başlığın olmaması, böyük hissəciklərin ağırlıq qüvvəsinin təsirindən çökməsi və
çöküntünün yuyulmasının əlverişli olmasından ibarətdir. Filtrlərin məhfi cəhətləri isə
aşağıdakılardır:
Lentli vakuum-filtr

1 – dayaq rezin lentli; 2 – hərəkətə gətirilən baraban; 3 – dartıcı baraban; 4 – filtrləyici parça;
5 – dartıcı diyircəklər; 6 – suspenzia verilən quruluş; 7 – yuyucu mayeni verən çiləyici quruluş;
8 – filtrat üçün vakuum kameralar; 9 – filtrat kollektoru; 10 – yuyucu mate üçün vakuum
kameralar; 11 – yuyucu maye kollektoru; 12 – istiqamətləndirici diyircək, 13 – çöküntü
bunkeri
Şəkil 2.9

- filtrləmə səthi kiçikdir;


- suspenziyanın filtrləyici lent üzərinə verilməsi bərabər olmalıdır.
Lentin aşağı qolunda filtrləyici parçanın regenerasiyası aşağıda yerləşən və üzərində
kiçik ölçülü deşiklər olan iki ədəd kollektordan verilən su şırnağı hesabına yuyulmaqla təmin
edilir. Suspenziya konsentrasiyası və ayrılmasına görə 4 dəq. ərzində qalınlığı 4 mm-dən az
olmayan çöküntü layının alınmasını təmin etməlidir.
14

3. SENTRİFUQALAR

Bircinsli olmayan sistemlərin – suspenziyaların, emulsiyaların mərkəzdənqaçma


qüvvəsinin təsiri ilə ayrılmasına sentrifuqalama deyilir. Sentrifuqalama prosesi aparılan aparatlar
isə sentrifuqalar adlanır. Mərkəzdənqaçma qüvvəsinin təsiri ilə suspenziya çöküntüyə və fuqat
adlanan maye fazaya ayrılır.
Sentrifuqanın əsas hissəsini silindrik divarı bütöv və ya deşikli olan üfüqi, şaquli və ya
maili vəziyyətdə yerləşdirilən rotor (baraban) təşkil edir. Rotor elektrik mühərrikindən hərəkətə
gətirilən val üzərində oturdulur və qapağı olan tərpənməz silindrik örtük içərisində yerləşdirilir.
Sentrifuqalar çökdürücü və filtrləyici olur. Filtrləyici sentrifuqaların rotorunun silindrik divarı
deşikli olur. Deşiklərin diametri d=(6-12) mm, deşiklər arasındakı addım isə t=(34)d olur.
Rotorun silindrik divarının daxili səthi filtrləyici parça ilə örtülür. Filtrin canlı en kəsiyini
azaltmaq məqsədilə filtrləyici parça ilə barabanın divarı arasında yuvacıqlarının ölçüsü 5 mm
olan 1-1,25 mm diametrli metal məftildən ibarət tor yerləşdirilir. Metal tor filtrləyici parçadan
barabanın deşiklərinə mayenin sərbəst axmasını təmin etmək üçün sahə əmələ gətirir.
Suspenziya daxil olan yerdən xaric olan yerə doğru istiqamətlənərkən, bərk hissəciklər
mərkəzdənqaçma qüvvəsinin təsirindən radial istiqamətdə barabanın divarına doğru hərəkət
edərək çöküntü əmələ gətirir. Barabandan isə təmiz maye xaric olur. Çöküntü müəyyən qalınlığa
malik olduqda, sentrifuqa saxlanaraq çöküntüdən təmizlənir. Belə sentrifuqalar dövri işləyən
filtrləyici sentrifuqa adlanır. Sentrifuqalarda mərkəzdənqaçma qüvvəsinin təsiri ilə mayenin
rənginin açıqlaşdırılması və çökdürmə proseslərini fərqləndirmək lazımdır. Birinci halda
mayelərdən az miqdarda olan bərk hissəciklər, ikinci halda isə bərk hissəcikləri çox olan
suspenziyalar ayrılır.
Çökdürücü sentrifuqaya xüsusi çəkiləri müxtəlif olan mayelərdən ibarət emulsiya
verilərsə, xüsusi çəkisi böyük olan ağır maye barabanın divarına yaxın yığılaraq, xarici həlqəvi
təbəqə əmələ gətirər. Ayrılan mayelər fasiləsiz olaraq xaric edilir. Belə sentrifuqalar fasiləsiz
işləyən çökdürücü sentrifuqa adlanır. Çökdürücü sentrifuqalarda emulsiyaların ayrılmasına
separasiya deyilir. Həmin sentrifuqalar isə separator adlanır.
Filtrləyici sentrifuqanın rotorunun daxilinə suspenziya verildikdə, mərkəzdənqaçma
qüvvəsinin təsiri ilə suspenziya barabanın divarına təzyiq göstərir. Nəticədə, təmiz maye (fuqat)
filtrləyici arakəsmədən keçərək, örtüyün içərisinə tökülərək, ştuser vasitəsilə xaric edilir.
Çöküntü təbəqəsini əmələ gətirən bərk faza, sentrifuqa saxlandıqdan sonra, əl vasitəsilə kənar
edilərsə, belə sentrifuqa dövri işləyən filtrləyici sentrifuqa, sentrifuqa işləyə-işləyə çöküntü layı
kürək, bıçaq və ya şneklə (sonsuz vintlə) kənar edilərsə, belə sentrifuqa – fasiləsiz işləyən
filtrləyici sentrifuqa adlanır.
Çökdürücü sentrifuqalar bərk hissıciklərinin diametri (5100) mk olan suspenziyaların,
filtrləyici sentrifuqalar isə bərk hissəciklərinin diametri 100 mk-dan kiçik olmayan
suspenziyaların ayrılması üçün istifadə edilr.
Sentrifuqaların işini ayırma faktoru xarakterizə edir (Frud kriteriyası):
15

ω2 R p
Fr= =112⋅10−5 R p⋅n2=56⋅10−5 D p n2
g
burada ω=πn/30 - rotorun bucaq sürəti, rad/san;
n - rotorun dövrlər sayı, dövr/dəq;
R p - rotorun ən böyük daxili radiusu, m;
D p - rotorun ən böyük daxili diametri, m;
g - ağırlıq qüvvəsinin təcili, m/san2.

3.1. Sentrifuqaların təsnifatı

Sentrifuqalar sənayedə aşağıdakı əlamətlərinə görə təsnif edilirlər:


- ayrılma prinsipinə görə: çökdürücü, ayırıcı, filtrləyici və kombinə edilmiş;
- sentrifuqlama prosesinin aparılmasına görə: fasiləsiz və dövri təsirli;
- rotordan çöküntünün boşaldılması üsuluna görə: əl ilə, vibrasiya ilə, inersiya qüvvəsi
ilə, bıçaq ilə, şneklə (sonsuz vintlə), pulsasiyalı porşenlə;
- rotorun fırlanma oxunun yerləşməsinə görə: üfüqi, şaquli və maili;
- ayırma faktoruna görə: normal (ka<3000) və ifrat (ka3000).

3.2. Sentrifuqaların işarələnməsi

Hər bir sənaye sentrifuqası şərti işarə olunur. Əsas işarə olunma üç hərfdən ibarətdir.
Birinci hərf ayrılma prinsipini, ikinci hərf konstruktiv əlaməti, üçüncü hərf isə çöküntünün
boşaldılması üsulunu göstərir.

Rotorun konstruksiyası Rəqəm işarəsi


Tək 1
Cüt və ya blokda olan rotorların sayı
Rotor kaskadlarının sayı: bir və iki və daha çox kaskadların sayına
görə
Təsnifat
Ayrılma prinsipi Hərfi işarəsi
nömrəsi
1 Çökdürücü və açıqlaşdırıcı O
Nazik təbəqəli açıqlaşdırma ilə çökdürücü tipli T
2 Ayırıcı P
3 Filtrləyici 
4 Kombinə edilmiş K
5 Nazik təbəqəli 
Təsnifat
Əsas konstruktiv əlamət Hərfi işarəsi
nömrəsi
1 Üfüqi 
Aşağıdan və ya yuxarıdan hərəkətə gətirilən valı sərt və B
ya elastik dayaqlarda yerləşən
Şaquli

2 Asılı, yuxarıdan hərəkətə gətirilən 


Asılı, aşağıda hərəkətə gətirilən M
Borulu T
3 Maili H
Təsnifat
Rotordan çöküntünün boşaldılma üsulu Hərfi işarəsi
nömrəsi
16
1 Şnek Ш
2 Piston (porşen) 
İnersiya- Inersiya mərkəzdənqaçma И
3
mərkəzdənqaçma yönəldici Ц
4 quruluş üzrə B
5 Vibrasiya H
Bıçaq Б
6 rotorun kənarından Д
Əl üsulu rotorun dibində olan deşikdən P
7 rotorun sökülməsi C
8 Qravitasiya K
9 Konteyner 
Hidravlik və ya digər üsullar
Əsas işarələnmədən sonra sentrifuqanın xarakteristikalarına uyğun olan aşağıdakı əlavə
işarələr əlavə olunur:
- barabanın daxili diametri, sm-lə;
- sentrifuqanın hazırlanması

Rəqəm
Hazırlanması (modifikaiyası)
işarəsi
1 Hermetik olmayan
2 Hermetik olmayıb, partlayışa qarşı müdafiə olunan elektrik avadanlığı
ilə təchiz olunmuş
3 Təsirsiz qazın izafi təzyiqi altında 0,0001-dən 0,01-dək
4 Hermetikləşdirilmiş, MPa 0,01-dən artıq
5 Qızdırılan və ya Hermetik olmayan
6 soyudulan Hermetk olmayıb, partlayışa qarşı müdafiə olunan elektrik
avadanlığı
7 Kapsullu
8 Xüsusi
Hərfi
Əsas hissələrin materialı
işarəsi
Karbonlu polad və çuqun У
Legirli polad Л
Korroziyaya davamlı polad ərintilər və bimetallar K
Titan və onun ərintiləri T
Mis və digər əlvan metallar, onların ərinti M
Qeyri metal və kramika H
Plastik kütlədən örtük 
Qummirləşdirilmiş (içərisinə rezin örtük çəkilmiş) 
Emal örtük Э
Modelin sıra nömrəsi İşarəsi
Birinci 01
İkinci 02
Modelin nömrəsinə görə (99-dək) axırıncı 99

3.3. Sentrifuqaların konstruksiyası


3.3.1. Üç sütunlu sentrifuqalar
17
Bu sentrifuqalar normal tipli sentrifuqalara aid olub, çökdürücü və filtrləyici olurlar.
Çöküntü əl vasitəsilə xaric edilir.
Sentrifuqa (şəkil 3.1) rotordan, gövdənin diyircəkli yastığında yerləşən valdan ibarətdir.
Gövdə özül lövhəsi üzərində yerləşmiş üç ədəd sütunlardan yay vasitəsilə asılmışdır. Bu,
val üzərindəki rotorun fırlanmasından özülə düşən dinamik yükün azalmasına imkan verir. Rotor
elektrik mühərriki ilə pazvari qayış ötürməsi vasitəsilə hərəkətə gətirilir. Şkif elektrik mühərriki
ilə blokirovka edilmiş lentli yaylı tormozla təmin edilmişdir. Elektrik mühərriki dayandırılarkən
bloklayıcı quruluş avtomatik olaraq tormozu qoşaraq rotoru dayandırır, elektrik mühərriki
qoşularkən isə avtomatik olaraq rotor işə düşür. Bloklayıcı quruluş qapaq açıq olarkən elektrik
mühərrikinin qoşulmasının və həmçinin elektrik mühərriki qoşularkən qapağın açılmasının
qarşısını alır. Suspenziya sentrifuqaya rotor yavaş fırlanarkən qapaqda olan deşikdən daxil edilir.
8340-68 dövlət standartı üzrə FMB (filtrləyici rotorlu) və OMB (çökdürücü rotorlu) tipli
sentrifuqalar buraxılır. Bu sentrifuqalar bir-birindən qabarit ölçüləri, kütləsi və rotorunun
konstruksiyasına görə fərqlənir.
Üçsütunlu sentrifuqalardan nəmliyi az olan çöküntü almaq lazım gəldikdə, orta və iri
dənəli suspenziyaları ayırmaq üçün istifadə edirlər. Bu sentrifuqaların hündürlüyü kiçik olmaqla
yanaşı dayanıqlıdır və uzun müddət sentrifuqlama üçün geniş istifadə edilir.

Üçsütunlu sentrifuqa

1 – özül lövhəsi; 2 – stanina; 3 – dayaq sütunları; 4 – örtük; 5 - rotor; 6 – ətək; 7 – doldurucu


quruluş; 8 – qapaq; 9 – val; 10 – rotorun dayağı; 11 – elektrik mühərriki; 12 – turbomufta;
13 – pazlı qayış ötürməsi; 14 – hərəkətə gətirilən şkiv; 15 - tormoz
Şəkil 3.1

3.3.2. Asılmış sentrifuqalar

Bu sentrifuqalar filtrləyici və çökdürücü olmaqla normal tipli sentrifuqalara aiddir.


Çöküntü layı bıçaq ilə, əl ilə və ya ağırlıq qüvvəsinin təsiri ilə xaric edilir. Sentrifuqalar dövri
işləyir və əsas hissəsi val üzərində oturdulmuş şaquli rotor sayılır (şəkil 3.2). Val yuxarı ucu ilə
ötürmə başlığının ağırlıq mərkəzindən yuxarıda yerləşən diyircəkli yastıqdan ibarət dayaqdan
asılmışdır. Başlıq iki ədəd sütuna söykənən üfüqi şvellerə bərkidilmişdir Başlığın gövdəsində
elektrik mühərrikinin valı ilə sentrifuqanın valı xüsusi elastik mufta ilə birləşdirilmişdir.
Sentrifuqa mexaniki lentli tormozla təchiz edilmişdr.
18

Asılmış sentrifuqa

1 – elektrik mühərriki; 2 – val; 3 – aparıcı boru; 4 – qidalandırıcı boru; 5 –çöküntünü kəsmək


üçün mexanizm; 6 – buxar köynəkli örtük; 7 – rotor; 8 – boşaldıcı bunker
Şəkil 3.2

371-62 standartı üzrə FPN və OPN tipli asılmış sentrifuqalar buraxılır. Bu sentrifuqalarda
çöküntü layı rotorun kiçik fırlanma sürətində dəstək vasitəsilə şaquli və radial istiqamətdə
hərəkət edən bıçaq vasitəsilə kəsilir.
19
374-54 standartı üzrə FP tipli asılmış sentrifuqalar buraxılır. Bu sentrifuqaların (şəkil 3.3)
rotoru və örtüyünün dibində tıxayıcı konusla örtülən pəncərələr vardır.

Tıxayıcı konuslu asılmış sentrifuqa

1 – baraban; 2 – val; 3 – paylayıcı disk; 4 – qabırğalı dayaq oymağı


Şəkil 3.3
Çöküntünü xaric etmək üçün rotor saxlanılır. Tıxayıcı konus yuxarı qaldırılaraq, çöküntü
kürəklər vasitəsilə həmin pəncərələrdən xaric edilir. Bunlardan başqa çöküntüsü özü xaric edilən
sentrifuqalar da mövcuddur. Bu sentrifuqaların rotorunun dibinin mailliyi elə hazırlanır ki,
çöküntü həmin mail diblə aşağı doğru sürüşərək, tökülür. Filtrləyici asılmış sentrifuqalarda
çöküntünün kənar edilməsi asan olduğu üçün, onlardan qısa müddətli sentrifuqlama proseslərini
aparmaq üçün istifadə edilir. Çökdürücü asılmış sentrifuqalar isə az konsentrasiyalı incə
disperslənmiş suspenziyaların ayrıması üçün istifadə edilir.
Müasir asılmış sentrifuqalar tamamilə avtomatlaşdırılmış və proqramla idarə edilir. Bu
sentrifuqalar aşağıdakı üstün cəhətlərə malikdir:
- rotor müəyyən qədər vibrasiya edə bilər;
- yeyici maye fazanın dayaqla və ötürməyə düşmə imkanı yoxdur.

3.3.3. Çöküntüsü mexanikləşdirilmiş bıçaqla xaric olan avtomatik sentrifuqalar

Bu sentrifuqalar normal tipli sentrifuqalara aid olub, filyrləyici və çökdürücü olurlar.


Avtomatik idarə edilən dövri işləyən sentrifuqalara aiddir. Bu sentrifuqalar FQN tipli filtrləyici
və OQN tipli çökdürücü hazırlanır. Filtrləyici sentrifuqanın sxemi şəkil 3.4-də göstərilib.
Sentrifuqa üfqi rotordan, gövdə üzərində yerləşdirilmiş diyircəkli yastıqdan, fırlanan
valdan ibarətdir. Rotor örtüyün daxilində yerləşdirilir. Örtük üzərində çöküntünü kəsən
mexanizm yerləşdirilmiş dönən qapaqla bağlanır. Sentrifuqa çöküntünün xaric olması üçün
bunkerlə, qidalandırıcı və yuyucu boru, baxış pəncərəsi, çöküntünü kəsmə mexanizmini açan
çöküntü təbəqəsini tənzimləyənlə təchiz edilmişdir.
FQN tipli sentrifuqanın rotoru qaynaqla hazırlanmış deşikli silindrik hissədən ibarətdir.
Onun daxilində lövhə və həlqənin köməyi ilə tor bərkidilmişdir. OQN tipli sentrifuqanın rotoru
isə qaynaqla hazırlanmış bütöv silindrik hissədən ibarətdir.
Çöküntünü kəsən mexanizm dönən bıçaqdan, lingdən, dartıcıdan və içərisində porşen
yerləşən hidrosilindrdən ibarətdir. Hidrosilindrə xüsusi avtomatik proqram quruluşu ilə idarə
olunan qutudan yağ verilməklə, porşen yuxarı və aşağı doğru hərəkət edərək, ling sistemi ilə
bıçağın əsasını döndərərək, rotorun daxili səthinə onu yaxınlaşdırır və uzaqlaşdırır. Rotor pazvari
qayış vasitəsilə elektrik mühərrikindən fırlanma hərəkəti alır. Sentrifuqanın işləməsi zamanı
suspenziya qidalandırıcı boru vasitəsilə rotorun daxilinə verilərək, filtrləmə prosesi aparılır.
Çöküntü lazımi qalınlığa çatdıqda, suspenziyanın verilməsi avtomatik olaraq kəsilir, çöküntünün
sıxılması və yuyulması aparılır. Sonra, bıçağı döndərən mexanizm avtomatik olaraq qoşularaq
çöküntü kəsilir və bunkerə tökülür. Beləliklə, proses təkrar olunur. Bu sentrifuqaların işi
tamamilə avtomatlaşdırılıb və mexanikləşdirilib
OQN tipli çökdürücü sentrifuqanın örtüyünün qapağında açıqlaşdırılmış mayeni xaric
edən mexanizm yerləşdirilmşdir. Həmin mexanizm hidrosilindrik ling sisteminə birləşdirilmiş
20
açıqlaşdırılmış mayeni xaric edən dönən borudan, həmin borunun dönmə sürətini tənzimləyən
drosseldən ibarətdir. FQN və OQN tipli sentrifuqalar DÖST 375-68 üzrə rotorunun diametri 350,
630, 900, 1250, 1600, 2000 və 2200 mm olmaqla buraxılır.
Bu sentrifuqalar orta və kobud disperslənmiş suspenziyaların ayrılması üçün istifadə
edilir.

Çöküntüsü mexanikləşdirilmiş bıçaqla xaric olan avtomatik sentrifuqa

1 – çöküntünü boşaldan bunker; 2 – qidalandırıcı boru; 3 – çöküntünü kəsən mexanizm;


4 – nəfəslik; 5 – örtük; 6 – rotor; 7 – valın dayaqları; 8 – val; 9 – stanina;
10 – paz şəkilli qayış ötürməsi; 11 – elektrik mühərriki
Şəkil 3.4

Dövri işləyən sentrifuqaların göstəriciləri cədvəl 3.1-də verilib.


Cədvəl 3.1
Dövri işləyən sentrifuqaların göstəriciləri
Şərti işarəsi Rotorun Rotorun Rotorun Ayırma
diametri, işçi dövrlər faktoru
Sentrifuqalar
mm həcmi, sayı
m3
1 2 3 4 5 6
Çöküntüsü bıçaq ilə xaric edilən FQN-35 350 7,5 3500 2400
üfüqi sentrifuqalar FQN-63 630 40 2390 2000
FQN-90 900 125 1500 1130
FQN-125 1250 315 1000 710
FQN-160 1600 630 750 500
21
FQN-200 2000 1250 670 500
FQN-220 2200 2700 600 445
Çöküntüsü bıçaq ilə xaric edilən FPN-100 1000 300 1450 1180
asılmış filtrləyici sentrifuqalar FPN-125 1250 435 1450 1480
FPN-122 1220 710 1450 1440
Çöküntüsü öz ağırlığı ilə xaric FPS-125 1250 430 1000 700
olunan asılmış filtrləyici
sentrifuqalar
Çöküntüsü bıçaqla xaric olan üç FMN-100 1000 140 1000 560
sütunlu filtrləyici sentrifuqalar FMB-63 630 45 1450 740
FMB-80 800 80 1250 700
FMB-125 1250 250 900 560
FMB-130 1300 400 760 485
Çöküntüsü əl ilə aşağıdan xaric FMD-80 800 800 80 730
edilən sentrifuqalar FMD-120 1200 1200 250 600

3.3.4. Çöküntüsü şneklə xaric edilən sentrifuqalar


Bu sentrifuqalar normal tipli sentrifuqalara aid olub, filtrləyici və çökdürücü olurlar,
şaquli və ya üfüqi rotorlu olmaqla fasiləsiz işləyir.
Şəkil 3.5-də çökdürücü sentrifuqa göstərilir. Bu sentrifuqaların işçi orqanı silindrik və ya
silindrik-konik rotor sayılır. Rotor içi boş valın ucları vasitəsilə iki ədəd diyircəkli yastıqda
oturdularaq pazvari qayış və şkiv vasitəsilə elektrik mühərrikindən fırlanma hərəkəti alır.
Rotorun daxilində onun oxu boyu şnek (sonsuz vint) yerləşdirilmişdir. Şnek dayaqda
yerləşdirilmiş planetar reduktor vasitəsilə rotorun fırlanma istiqamətində, ondan 1,5-2% kiçik
sürətlə fırlanma hərəkəti alır. Bu sürətlər fərqi nəticəsində şnek çöküntünü rotor boyu onun dar
yerində yerləşən boşaltma pəncərəsinə (a) doğru nəql edir. Çöküntü boşaltma pəncərəsindən
xaric edilir. Rotor arakəsmə vasitəsilə çöküntü və fuqat kamerasına ayrılan iki hissədən ibarət
örtük ilə örtülmüşdür.
Sentrifuqa işləyəkən, suspenziya qidalandırıcı boru vasitəsilə şnekin daxilinə verilərək,
oradan da deşiklər vasitəsilə rotora daxil olur. Mərkəzdənqaçma qüvvəsinin təsirinə suspenziya
ayrılır, bərk fazanın hissəcikləri rotorun divarına çökərək, şnek vasitəsilə boşaldıcı pəncərəyə
nəql edilir, oradan isə ştuserlə xaric edilir. Təmiz maye isə rotorun axma pəncərəsindən çıxaraq,
xaric edilir. Suspenziya təbəqəsinin hündürlüyü təmiz mayenin xaric olduğu pəncərənin
müəyyən hissəsini lövhə ilə örtməklə tənzimlənir.
Bu tipli sentrifuqalar standarta əsasən rotorunun diametri 200, 325, 350, 500, 800, 1200
mm olmaqla buraxılır Baxılan sentrifuqalar yüksək məhsuldarlığa malik olmaqla, bərk
hissəciklərinin konsentrasiyası böyük olan incə disperslənmiş suspenziyaları ayırmaq üçün
istifadə edilir.
Çöküntüsü şneklə xaric edilən sentrifuqa

1 – qidalandırıcı boru; 2 – boşaldıcı pəncərələr; 3 – rotor; 4 – şnek; 5 – örtük;


22
6 – yuma pəncərələri; 7 – fuqat kamerası; 8 – çöküntü kamerası.
Axınlar: I – suspenziya; II – fuqat; III - çöküntü
Şəkil 3.5

Bu sentrifuqaların mənfi cəhəti çöküntünün yerdəyişməsinə enerji sərfinin çox olması və


çöküntünün nəzərə çarpacaq dərəcədə əzilərək xırdalnması sayılır.

3.3.5. Çöküntüsü pulsasiya ilə xaric edilən sentrifuqalar

Çöküntüsü pulsasiya ilə xaric edilən sentrifuqalar, fasiləsiz işləyən filtrləyici sentrifuqa
olmaqla, rotoru üfüqi vəziyyətdə yerləşir.
Suspenziya (şəkil 3.6) içəri səthi metal tor ilə örtülmüş deşikli rotorla eyni sürətlə fırlanan
konus qıfın daralmış hissəsinə boru ilə daxil edilir. Suspenziya qıfın daxili səthi ilə yerini
dəyişdikcə, tədricən rotorun sürətinə bərabər sürət alır. Sonra isə suspenziya qıfda olan
deşiklərdən porşen qarşısındakı sahədə yerləşən rotorun daxili səthinə atılır. Mərkəzdənqaçma
qüvvəsinin təsiri ilə maye faza torun deşiklərindən keçərək, örtüyün ştuseri vasitəsilə xaric edilir.
Bərk faza tor üzərində çöküntü şəklində yığılaraq, rotorun uzunluğunun təqribən 1/10-i qədər
porşenin sağa hərəkəti ilə dövri olaraq rotorun kənarına doğru yerini dəyişir.

Çöküntüsü pulsasiya ilə xaric edilən sentrifuqa

Şəkil 3.6
Beləliklə, porşenin hər gedişində, porşenin getmə uzunluğu qədər rotordan çöküntü
örtükdə olan kanal vasitəsilə xaric edilir.
Porşen içi boş val daxilində yerləşdirilmiş ştoka bərkidilmişdir. İçi boş val elektrik
mühərriki ilə əlaqədar olub, rotora fırlanma hərəkəti verir. Porşenin irəli-geri hərəkəti avtomatik
olaraq dəyişir. Ştokun digər ucuna disk oturdulmuşdur. Diskin gah bir tərəfinə, gah da digər
tərəfinə dişli çarxlı nasosla təzyiq altında yağın verilməsilə, ştokun irəli-geri hərəkəti əldə edilir.
Çöküntünü yumaq üçün qruluşu olan sentrifuqalarda örtük iki bölməyə ayrılır. Bu
bölmələrdən biri yuyucu mayenin xaric olması üçündür.
Bu sentrifuqalar kobud disperslənmiş, tez ayrılan suspenziyaların ayrılması üçün,
xüsusilə, çöküntünü zədələmədən xaric etmək lazım gəldikdə istifadə edilir. Sentrifuqaların
çatışmayan cəhəti, tor üzərindəki çöküntü porşenlə yerini dəyişdikdən sonra, suspenziyanın tora
düşən zaman fuqat ilə bərk hissəciklərinin aparılması və həmçinin, porşenə enerji sərfinin çox
olması sayılır.
Çöküntüsü pulsasiya ilə xaric edilən sentrifuqanın rotorunun ən böyük uzunluğu çöküntü
layının minimum qalınlığı ilə əlaqədardır. Rotorun uzunluğu məhdud olduğundan, çöküntü
layının qalınlığını çox artırmaq əlverişli deyil. Bundan başqa, çöküntünün yuyulması,
23
qurudulması barabanın uzunluğunun böyük olmasını tələb edir ki, bu da çöküntünü kənar etmək
üçün böyük qüvvə tələb edir. Bu vəziyyət çox kaskadlı (çox pilləli) pulsasiyalı sentrifuqaların
yaranmasın səbəb olmuşdur.

3.3.6. Çöküntüsü inersiya ilə xaric olan sentrifuqalar

Bu sentrifuqalar normal tipli filtrləyici olub, fasiləsiz işləyən sentrifuqalara aiddir və


şaquli konus rotoruna malikdir.
İri dənəli, məsələn, kömür, filiz, qum materiallarına malik olan suspenziya sentrifuqanın
yuxarı hissədindən qıf vasitəsilə daxil edilir. Mərkəzdənqaçma qüvvəsinin təsirilə suspenziya
divarı deşikli olan konusşəkilli rotora atılır. Bu zaman maye faza rotorun divarındakı deşiklərdən
keçərək, sentrifuqanın kanalından xaric olur. Ölçüləri deşiklərdən böyük olan bərk hissəciklər isə
rotorun daxilində tutulur. Beləliklə, əmələ gələn bərk hissəciklər təbəqəsinin sürtünmə bucağı
rotorun divarının meyl bucağından kiçik olduğundan, divar boyu aşağı doğru hərəkət edərək,
sentrifuqanın aşağısından xaric olur. Çöküntü aşağı doğru hərəkət etdikcə, onun qalınlığı azalır
ki, bu da çöküntünün kənar edilməsindən əvvəl yaxşı mayesizləşdirilməsinə təsir göstərir. Maye
ilə bərk hissəciklərin ayrılma müddətini uzatmaq, yəni, suspenziyanın rotorda qalma müddətini
artırmaq üçün onların hərəkəti nisbətən kiçik sürətlə fırlanan şnek vasitəsilə tormozlanır. Rotorla
şnekin fırlanma sürətləri arasındakı fərq dişli reduktor vasitəsilə əldə edilir.

3.3.7. İfrat sentrifuqalar


İfrat sentrifuqalar çökdürücü tipli olub, borulu ifrat sentrifuqalara və maye separatorlarına
bölünür. Borulu ifrat sentrifuqalar incə disperslənmiş suspenziyaların, maye separatorları isə
emulsiyaların ayrılması üçün istifadə edilir.
Bu sentrifuqalar fasiləsiz işləyir, rotoru isə şaquli vəziyyətdə yerləşir
C=G r n2 /900
ifadəsinə əsasən, mərkəzdənqaçma qüvvəsi rotorun radiusu və dövrlər sayının kvadratı ilə
mütənasib olaraq artır. Rotorun divarında yaranan gərginlik isə radiusun kvadratı və dövrlər
sayının kvadratı ilə mütənasib olaraq artır. Böyük mərkəzdənqaçma qüvvəsi yaratmaq üçün
rotorun dövrlər sayını artırmaq məqsədəuyğundur, digər tərəfdən isə, rotorun divarında yaranan
gərginliyi azaltmaq lazımdır. Bu dəyişənlərə əsasən, rotorun radiusuna nisbətən dövrlər sayı çox
böyük olan müxtəlif konstruksiyalı ifrat sentrifuqalar yaradılmışdır.

3.3.7.1. Maye separatorları

Bu cür ifrat sentrifuqalarına maye separatorları aiddir ki, rotorunun diametri 150-300 mm
olmaqla 500010000 dövr/dəq. sürətlə fırladılır.
Maye separatorlarından emulsiyaların ayrılması və mayelərin rənginin
açıqlaşdırılmasında istifadə edilir. Şəkil 3.7-də boşqablı maye separatoru göstərilmişdir.
Emulsiya mərkəzi boru vasitəsilə rotorun aşağı hissəsinə verilərək, oradan boşqabın deşiklərilə
boşqablar arasında nazik təbəqələr şəklində paylanır.
Boşqablı maye separatoru
24

1 – elektrik mühərriki; 2 – tormoz;


3 – sonsuz vint reduktoru; 4 – val;
5 – hərəkətli dib; 6 – boşaldıcı
yarıqlar; 7 – boşqablar paketi; 8 –
rotor; 9 – örtük; 10 – yüngül
mayenin basqı diski; 11 – ağır
mayenin basqı diski.
Axınlar: I – ilkin maye; II - yüngül
maye; III - ağır maye; IV - çöküntü
Şəkil 3.7

“Alfa-Laval” şirkətinə məxsus özüboşaldan boşqablı separatorun rotorunun işləmə sxemi

a – separasiya prosesi; b – boşaltma prosesi; 1 – hərəkətli dib; 2 – boşaldıcı yarıqlar;


3 – rotorun qapağı; 4 – boşqablar; 5 – ayırıcı boşqab; 6 – neft üçün basqı diski;
7 – su üçün basqı diski; 8 – yuyucu maye verilən kanal; 9 – köməkçı porşen;
10 – yay; 11, 12 – bufer suyu verilən kanallar; 13 – boşaldıcı kanal.
Axınlar: I – neft şlamı; II – neft; III – su; IV – bufer suyu; V - çöküntü
Şəkil 3.8
25
Nisbətən ağır maye boşqabın səthi boyu yerini dəyişərək mərkəzdənqaçma qüvvəsinin
təsirilə rotorun kənarlarına doğru atılaraq, deşiklərdən xaric olur.
Nisbətən yüngül maye isə rotorun mərkəzinə doğru yerini dəyişib, həlqəvi kanaldan xaric
olur. Boşqablarda deşiklər təqribən ağır maye ilə yüngül mayenin ayrılma səthi sərhəddində
yerləşir. Mayenin rotorun fırlanma sürətindən geri qalmaması üçün maye separatoru qabırğalarla
təchiz olunmuşdur. Həmin məqsədlə boşqablar çıxıntılara malikdir ki, bu çıxıntılar həm də
boşqablar arasındakı məsafəni tənzimləyir.

3.3.7.2. Borulu ifrat sentrifuqalar


Maye separatorlarına nisbətən borulu ifrat sentrifuqalarının rotorunun diametri kiçik
olmaqla (200 mm-dən çox olmamaqla) böyük sürətlə (dəqiqədəki dövrlər sayı 45000-ə çatır)
fırlanır. Bu borulu ifrat sentrifuqalarda böyük ayırma faktoruna nail olmağa (K a = 15000) imkan
verir.
Ayırma şəraitini yaxşılaşdırmaq üçün borulu ifrat sentrifuqalarının rotorunun uzunluğu
diametrinə nisbətən bir neçə dəfə çox olmamalıdır. Ayrılan çöküntünün tərkibində maye
fazasının minimum miqdarda olması tələb olunduqda, borulu ifrat sentrifuqalardan istifadə
etmək əlverişlidir. Çöküntünün nəmliyinin az olmasına səbəb ayırma faktorunun böyük
qiymətlərində çöküntünün nəzərə çarpacaq dərəcədə saxlanmasıdır.
Borulu ifrat sentrifuqalardan avadanlığın kipliyini tələb edən mayelərin emalı üçün,
həmçinin onların istilik ötürmə səthi böyük olmadığından praktiki olaraq sabit temperaturlarda
gedən prosesləri aparma üçün əlverişlidir. Borulu ifrat sentrifuqalar bərk fazası az olan
suspenziyaların və eləcə də emulsiyaların ayrılması üçün istifadə edilir.
Borulu ifrat sentrifuqanın sxemi şəkil 3.8-də göstərilib. Örtük daxilində qapalı divarları
olan rotor yerləşdirilmişdir. Rotorun daxilində rotorun fırlanması zamanı mayenin onun
divarından geri qalmasına maneçilik törədən radial pərlər yerləşdirilmişdir. Rotorun yuxarı
hissəsi dayaqdan asılmış və şkiv vasitəsilə hərəkətə gətirilən konus valından sərt olaraq
birləşmişdir. Rotorun aşağı hissəsində suspenziyanın daxil edilməsi üçün boru keçən elastik
istiqamətləndirici dayaq yerləşmişdir. Suspenziya rotrun daxili ilə yuxarıya doğru hərəkət
etdikcə, bərk hissəciklər onun divarına çökür, təmiz maye isə deşiklərdən boruya xaric olur.
Müəyyən vaxt keçdikdən sonra ifrat borulu sentrifuqa saxlanaraq rotora yığılmış çöküntü xaric
edilir.
Emulsiyaları ayırmaq üçün istifadə edilən borulu ifrat sentrifuqalarda təbəqələrə ayrılmış
mayelərin ayrı-ayrılıqda xaric olmasına imkan verən rotorunun yuxarı hissəsi nisbətən mürəkkəb
konstruksiyaya malik olur.
Bu halda sentrifuqa işləyən zaman emulsiya qidalandırıcı boru ilə verilərək, rotor boyu
yuxarıya doğru hərəkət etdikcə iki maye fazasına ayrılır. Ağır maye rotorun divarında yerləşən
başlığın deşiyindən keçərək aşağı axma boşqabına daxil olur. Yüngül maye isə rotorun oxuna
yaxın yerləşən başlıın deşiyindən keçərək, yuxarı axma boşqabına daxil olur.
RTR və OTR tipli borulu ifrat sentrifuqalar 377-91 dövlət standartı üzrə rotorunun
diametri 50, 100, 150 mm, fırlanma sürəti isə uyğun olaraq 45000, 16500, 13750 dövr/dəq.
olmaqla buraxılır.

Borulu ifrat sentrifuqa


26

1 – rotor; 2 – fırlanğıc; 3 – elektrik mühərriki; 4 – val; 5 – yuxarı boşaldıcı boşqab;


6 – aşağı boşaldıcı boşqab; 7 – stanina; 8 – tormoz; 9 – qaytarıcı disk;
10 – qidalandırıcı boru
Şəkil 3.8

4. QAZLARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN İSTİFADƏ OLUNAN APARATLAR

4.1. Qazların təmizlənməsi üsulları

Sənaye emal olunan qaz (buxar) axınında asılı vəziyyətdə bərk və maye hissəciklər olur.
Qaz axınını sonrakı emala hazırlamaq üçün bu hissəcikləri ondan ayırmaq və ya qiymətli
maddələri çıxarmaq və həmçinin, qazı atmosferə tullamazdan əvvəl təmizləmək lazımdır. Asılı
hissəcikləri qaz axınından təmizləmək üçün aşağıdakı üsullardan istifadə edilir:
1. Ağırlıq qüvvəsinin təsirindən çökmə
2. Qaz axınının istiqamətini kəskin dəyişdikdə, yaranan ətalət qüvvəsinin təsirindən
çökmə
3. Qaz axınının fırlanması zamanı yaranan mərkəzdənqaçma qüvvəsinin təsirindən çökmə
4. Elektrik sahəsi qüvvəsinin təsirindən çökmə
5. Filtrləmə
6. Sulu təmizləmə
Toz tutucu aparatların təsnifatını aşağıdakı kimi göstərmək olar.
27
Qazların təmizlənməsi üçün aparatlar

Quru təmizləmə Sulu təmizləmə

toz çökdürücü kamera skrubberlər


tsiklonlar barbotaj tipli
filtrlər
elektrofiltrlər

Lazımi təmizləmə dərəcəsini əldə etmək üçün, adətən qaz axınını təmizləmə üsullarını
birləşdirmək lazım gəlir. Məsələn, katalitik krekinq qurğularında regeneratordan qazı atmosferə
tullamazdan əvvəl onu tozlardan tsiklonlarda və elektrofiltrlərdə təmizləyirlər. Toz tutan aparatın
işləmə effektliyi ümumi f.i.ə. (təmizləmə dərəcəsi) qiyməti ilə xarakterizə olunur
G −Gc G
η= g =1− c
Gg Gg

burada
G g və Gc - uyğun olaraq, aparatın girişində və çıxışında tozun kütlə sərfidir.

4.2. Toz çökdürücü kamera

Ağırlıq qüvvəsinin təsiri ilə qaz bircins olmayan sistemin təmizlənməsinə toz çökdürücü
kameraları misal göstərmək olar. Çökdürmə kamerasının hündürlüyü az olduqca, çökmə vaxtı bir
o qədər az olur.
Toz çökdürücü kamera 1 gövdəsi daxilində yerləşdirilmiş 2 üfüqi arakəsmələrindən
ibarətdir. Bu arakəsmələr arasındakı məsafə (0,10,4) m olur.
Tozlu qaz kameraya daxil olarkən bu arakəsmələri keçdikdə, ağırlıq qüvvəsinin təsiri ilə
onda olan toz hissəciklərinin bir hissəsi arakəsmələrin üzərinə çökür. Həmin qaz 3 şaquli
əksetdirici arakəsməni keçdikdə ondan dönərkən, ətalət qüvvəsinin təsirindən onda olan toz
hissəciklərinin bir hissəsi də çökür. Şaquli əksetdirici arakəsmə eyni zamanda qazın arakəsmələr
arasında bərabər paylanmasına səbəb olur. Arakəsmələr üzərinə yığılan toz hissəcikləri dövri
olaraq əl vasitəsilə, kürəklərin köməyilə 4 qapılarından xaric olunur. Bəzi hallarda toz
hissəcikləri həmin qapılardan arakəsmələri yumaqla da xaric edilir.
Toz çökdürücü kameralardan kobud təmizləmə üçün, toz hissəciklərinin ölçüsü 100
mikrondan çox olduqda istifadə olunur. Bu kameraların təmizləmə dərəcəsi az olub, 30-40%
təşkil edir.

Toz çökdürücü kameralar

1 – gövdə; 2 – üfüqi arakəsmələr; 1 – gövdə; 2 – jalyuzlar (kürəklər);


3 – şaquli əks etdirici arakəsmə; I – tozlu qaz; II – təmizlənmiş qaz;
4 – qapaqlar; I – tozlu qaz; II – təmiz qaz III – toz
28
Şəkil 4.1

4.3. Tsiklonlar
Qaz axınlarını onlarda asılı vəziyyətdə olan bərk hissəciklərdən təmizləmək üçün
tsiklonlardan istifadə edilir. Tsiklon konus dibli şaquli silindrik aparatdır. Qaz axını tangensial
yerləşmiş boru vasitəsilə 15-25 m/san sürətilə aparata daxil olaraq fırlanma hərəkəti alır. Bu
zaman yaranan mərkəzdənqaçma qüvvəsi bərk hissəcikləri silindrin divarına atır. Hissəciklər
divarla aşağı doğru sürüşərək aparatdan xaric edilir. Qaz silindrin aşağısına doğru bir neçə dövr
edərək mərkəzi boru vasitəsilə aparatdan xaric olur. Qaz axınının bərk hissəciklərdən
təmizlənmə dərəcəsi tsiklonun formasından, ölçülərinin nisbətindən, qaz axınının sürətindən və
xarakterindən asılıdır. Sənayedə müxtəlif tipli tsiklonlardan istifadə edilir (məsələn, ЦН tipli,
NİİOQAZ və s.). Bunlar əsas etibarı ilə ölçülərinin nisbəti və ayrı-ayrı hissələrin konfiqurasiyası
ilə fərqlənirlər.
Tsiklon elementi

1 – “ilbiz” şəkilli təmizlənmiş qaz kamerası; 2 – qaz borusu; 3 – gövdə; 4 – bunker;


5 – lyuk. Axınlar: I – tozlu qaz; II – təmizlənmiş qaz; III – tutulmuş hissəciklər
Şəkil 4.2.
Tsiklonun bütün əsas ölçüləri gövdənin silindrik hissəsinin diametrinə aid edilmişdir. Ona
görə də, əgər tsiklonun konstruksiyası qəbul edilibsə, ölçülərdən biri təyin olunaraq, yerdə qalan
ölçüləri məlum nisbətlərdən hesablanıb tapıla bilər.
Tsiklon elementinin diametri (0,11,0) m olduqda, tərkibində toz hissəciklərinin ölçüsü
5 mikrona qədər olan qazların təmizlənmə dərəcəsi 70%-ə qədər, hissəciklərin ölçüləri 10
mikrondan böyük olduqda təmizlənmə dərəcəsi 7090%, toz hissəciklərinin ölçüləri 20
mikrondan böyük olduqda isə təmizlənmə dərəcəsi 9599% olur.
Tsiklonların nəzəri hesabı olduqca mürəkkəbdir. Ona görə də NİİOQAZ tərəfindən
tsiklonların hidravlik hesabı üçün təklif olunmuş metoddan istifadə olunması məsləhət görülür.
Bu metoda görə qazın fırlanma sürəti artdıqca təmizlənmə dərəcəsi müəyyən qiymətə qədər artır,
sonra isə sabit qalır. Təzyiq itkisi (enerji sərfi) isə sürətin kvadratına mütənasib olaraq artır. ЦН
tipli bütün tsiklonlar üçün Δp/ ρ=550÷750 qəbul edilməsi məsləhət görülür.
Burada Δp - təzyiq düşgüsü, N/m2; ρ - işçi şəraitdə qazın sıxlığı, kq/m3.
Tsiklonda təzyiq itkisini fiktiv sürət vasitəsilə ifadə etmək əlverişlidir:
Δp=ξρω 2or / g , N/m2
buradan:
29

burada ξ - müqavimət əmsalıdır.


ω or=
√ g Δp

ξ ρ , m/san

Tsiklonların diametri və sayı qaz axınının şərti sürətindən asılı olaraq seçilir:
ω or=V /S ,
burada V - qaz axınının həcmi sərfi, m3/san; S - tsiklonun en kəsik sahəsi, m2.
S=V /ωor =π D 2 /4
Buradan
D=
√ 4V
π ωor
,m.
Beləliklə, tsiklonun diametrinə əsasən yerdə qalan ölçülər təyin edilir (kataloqa əsasən).

4.4. Tsiklon batareyası

Qaz axınının həcmi böyük və təzyiq düşgüsü kiçik olan hallarda tsiklon batareyasından
istifadə edilir. Tsiklon batareyası düzbucaqlı və ya silindrik kameradan ibarət olub, toz üçün
bunkeri vardır. Kamera iki üfüqi arakəsmələr vasitəsilə 3 hissəyə bölünür. Aşağı arakəsmədə
tsiklonların gövdələri cərgələrlə yerləşdirilmişdir. Gövdənin divarı ilə xaric edici borular
arasındakı həlqəvi aralıqda yayvari kürəklər yerləşdirilir. Tozlu qaz kameranın orta hissəsinə
daxil olub, bütün tsiklonların gövdəsinə paralel paylanaraq kürəklərin hesabına fırlanma hərəkəti
alır. Mərkəzdənqaçma qüvvəsinin təsirindən çökən toz hissəcikləri gövdələrdən ümumi bunkerə
yığılır, təmizlənmiş qaz xaric edici borularla yuxarı kameradan xaric edilir. Bir ümumi kamerada
təqribən 100-200 xırda tsiklonlar yerləşdirmək olar. Tsiklon batareyalarının hesabı tsiklonların
ω
hesabı qaydası üzrə aparılır. Bu halda or və elementar tsiklonun diametrini qəbul edib,
tsiklonların ümumi sayını aşağıdakı ifadəyə əsasən təyin edirlər:
z=V /(0 ,785 D2 ωor )
Tsiklon batareyalarında qazın təmizlənmə dərəcəsi adi tsiklonlarda təmizlənmə
dərəcəsindən fərqlənir və 6585% (diametri 5 mkm), 85-90% (diametri 10 mkm) və 90-95%
(diametri 20 mkm olan hissəciklər üçün) təşkil edir.

Tsiklon batareyası
30

a – uzununa kəsik; b – burulğan yaradan quruluşun konstruksiyası; 1 –gövdə; 2 – tsiklon


elementləri; 3, 4 – boru şəbəkələri; 5 – vint şəkilli lent; 6 – kürəkli rozetka;
Axınlar: I – tozlu qaz; II – təmizlənmiş qaz; III – tutulmuş hissəciklər
Şəkil 4.3

4.5. Torbalı filtr


Torbalı filtrdə qazların təmizlənməsi filtrləmə prinsipinə əsaslanır.
Tozlu qaz ventilyator vasitəsilə 1 giriş yolundan daxil olaraq (şəkil 4.4) 2 kamerasından 4
şəbəkəsinə bərkidilmiş 3 torbalarına paylanır. parçadan ibarət olan 3 torbalarının
məsamələrindən qaz təmiz halda çıxaraq 5 klapanını keçdikdən sonra, 6 çıxış yolundan xaric
olur. Toz hissəcikləri isə torbanın daxili səthinin divarlarında tutulur. Təmizləmədən sonra 5
klapanı bağlanaraq 7 klapanı açılır və ventilyatorla hava və ya təmiz qaz verilməklə üfürülmə
nəticəsində torbaların divarında olan toz hissəcikləri 2 kamerasına tökülür. Eyni zamanda 8
mexanizmi vasitəsilə torbalar birləşdirilən 9 çərçivəsi yuxarı-aşağı hərəkət etdirilməklə
silkələnir. 2 kamerasına tökülmüş toz hissəcikləri 10 sonsuz vinti (şnek) vasitəsilə 11 xaric olma
tıxacına doğru itələnərək, oradan xaric olur.
Torbalı filtrlərin təmizləmə dərəcəsi yüksək olub, 98-99%-ə çatır.
Torbalı filtr

1 – filtrin gövdəsi; 2 – lyuk-baca; 3 – arakəsmələr;


4 – toz bunkeri; 5 – şnek; 6 – qaz daxil edilən ştuser;
7 – filtrləyici torba; 8 – torbaların qarmaqlı qapaqları;
9 – torbaların asıldığı çərçivə; 10 - əks üfürmə ştuseri;
11 – çərçivə asqısının yaylı dayaqlı oxu; 12 – qaz xaric
edilən ştuser. Axınlar: I – tozlu qaz; II –təmizlənmiş
qaz; III – toz.

Şəkil 4.4
4.6. Mərkəzdənqaçma skruberi
31
Sənayedə bircins olmayan qaz sistemlərinin təmizlənməsində nəmləşdirmə ilə
təmizləmədən də geniş istifadə olunur. Nəmləşdirmə ilə təmizləməyə mərkəzdənqaçma
skruberini misal göstərmək olar (şəkil 4.5).
Skruberin silindrik gövdəsinə düzbucaqlı en kəsiyə malik olan giriş yolu vasitəsilə
tangensial istiqamətdə tozlu qaz verilərək, fırlanma hərəkətinə məruz qalır. Yaranan
mərkəzdənqaçma qüvvəsinin təsiri altında toz hissəcikləri skruberin divarına toxunur. Skruberin
yuxarı hissəsində yerləşən həlqəvi səpələyici quruluş vasitəsilə verilən su skruberin divarı ilə
pərdə şəklində yuxarıdan aşağı doğru axaraq, divara toxunan toz hissəciklərini tutub, 4
konusundan xaric olur. Təmiz qaz isə skruberin yuxarısındakı 5 ştuserindən xaric olur. Toz
hissəciklərinin ölçüsü 530 mikron olduqda, skruberin təmizləmə dərəcəsi 95%, 2-5 mikron
olduqda isə, skruberin təmizləmə dərəcəsi 85-90% olur.

Mərkəzdənqaçma skruberi

1 – gövdə; 2 – giriş borusu; 3 – saplo; 4 – konus dib; 5 – çıxış borusu


Şəkil 4.5

4.7. Elektrik çökdürücüləri


Qazların təmizlənməsində elektrik sahəsindən də geniş istifadə olunur. Elektik
çökdürücüləri borulu və lövhəli olmaqla iki cür olur (şəkil 4.6).
Elektrik çökdürücüləri

a) borulu elektrik filtri b) lövhəli elektrofiltr


1 – çökdürücü elektrod; 1 – taclandırıcı elektrod;
2 – taclandırıcı elektrod; 2 – çökdürücü elektrod;
3 – çərçivə; 3 – çərçivə;
4 – silkələyici quruluş; 4 – izolyatorlar.
5 – izolyatorlar
Şəkil 4.6
Borulu (a) və lövhəli (b) elektrodların sxemləri
32

1 – taclandırıcı elektrodlar;2 – borulu çökdürücü elektrodlar; 3 – güc xətləri; 4 – lövhəli


çökdürücü elektrodlar. Axınlar: 1 – ilkin qaz; II – təmizlənmiş qaz
Şəkil 4.7

Borulu elektrik çökdürücüsü gövdə daxilində yerləşən diametri 150300 mm, uzunluğu
34 m borudan ibarət çökdürücü elektrodundan və boruların mərkəzi oxu üzrə keçən diametri
1,52 mm-lik məftildən ibarət olan taclandırıcı elektroddan ibarətdir.
Taclandırıcı elektrodların yuxarı ucları izolyatora söykənən çərçivədən asılmış,
elektrodların titrəməməsi üçün isə aşağı ucları çərçivədə bərkidilmişdir.
Lövhəli elektrik çökdürücülərində isə çökdürücü elektrodlar kimi paralel düzülmüş
lövhələrdən istifadə olunur.
Elektrik çökdürücüləri 40100 kV gərginliyə malik olan sabit cərəyanla işləyir. Belə
gərginlikli sabit cərəyanı 220380 V dəyişən cərəyandan xüsusi transformator və mexaniki
düzləndiricilərin köməyi ilə əldə edirlər.
Çökdürücü elektrod cərəyan mənbəyinin müsbət, taclandırıcı elektrod isə mənfi qütbü ilə
əlaqələndirilir. Tozlu qaz elektrik çökdürücüsünə aşağıdan ştuser vasitəsilə daxil olub metal toru
keçdikdən sonra çökdürücü və taclandırıcı elektrodlar arasında yüksək gərginlik fərqi nəticəsində
ionlaşır. İonlaşməş qaz hissəcikləri toz hissəcikləri ilə toqquşaraq öz yüklərini onlara verərək
mənfi yükləyir. Mənfi yüklənmiş toz hissəcikləri şökdürücü elektrodun divarları tərəfindən cəzb
olunaraq saxlanır. Təmiz qaz isə elektrik çökdürücüsünün yuxarısından ştuser vasitəsilə xaric
olur.
Quru elektrik çökdürmə üsulunda çökdürücü elektrodun divarında oturmuş toz
hissəcikləri həmin elektrodların silkələnməsi ilə aşağı konusa tökülərək, çökdürücünün
aşağısından xaric olur. Yaş elektrik çökdürücülərində isə, çökdürücü elektrodların divarı su ilə
yuyulmaqla təmizlənir.
Elektrik çökdürücülərinin təmizləmə dərəcəsi 100%-ə qədərdir.
33
5. İSTİLİKDƏYİŞDİRİCİ APARATLAR

Neft-kimya istehsalı aparatları sırasında istilikdəyişdirici aparatlar ən çox saylıdırlar.


Onlar texnoloji prosesi saxlayaraq, çıxan axınların istiliyinin regenerasiyasını təmin edir,
bununla da yanacağın, buxarın, həmçinin soyuducu agentlərin (su, hava və s.) sərfini azaltmaq
imkanı verir.
İstilikdəyişdiricilər korrozion, toksiki, yüsək özlülü, yanğın və partlayış təhlükəli kimi
müxtəlif mühitlərdə işləyirlər. Onları 4750C temperatur və 8 MPa təzyiq şəraitlərində istismar
edirlər.
Mühitin xüsusiyyətləri və parametrləri istilikdəyişdirici aparatların konstruksiyasına öz
tələbatlarını qoyur. İstilikdəyişdiricilərin texnoloji təyinatını nəzərə almaq vacibdir. Məhsulların
aqreqat halının dəyişməməsi (soyuducular, qızdırıcılar) və istilikdaşıyıcılardan birinin aqreqat
halının dəyişməsi ilə (kondensatorlar, buxarlandırıcılar) istilikdəyişmə prosesini həyata keçirən
aparatları fərqləndirirlər.
İstilikdəyişdiricilərdə aparılan proseslərin xarakteri əhəmiyyətli dərəcədə onların
konstruksiyasını təyin edir. Məsələn, buxarlandırıcılarda yaranmış buxarların tamamilə
kənarlaşdırılmasını təmin etmək lazımdır: Əgər istilik mübadiləsi buxarların kondensləşməsi ilə
müşayiət edilərsə, onda kondensatın istilik mübadiləsi səthindən kənarlaşdırılmasını nəzərdə
tutmaq lazımdır.
Konstruksiyanı seçərkən, bu və ya digər istilikdaşıyıcını hara yönəltmək barədə sualı həll
edərkən, aşağıdakı ümumi mülahizələri rəhbər tuturlar:
- daha böyük təzyiqə malik istilikdaşıyıcını borulara yönəldirlər, çünki onların diametri
kiçik olduğu üçün daha böyük təzyiqə davam gətirirlər;
- korroziyaedici istilikdaşıyıcını borularla yönəltmək məqsədəuyğundur;
- çirkli və ya çöküntü verən istilikdaşıyıcını istilikdəyişmə səthinin o tərəfinə yönəltmək
lazımdır ki, təmizləmə mümkün olsun (gövdə borulu istilikdəyişdiricilərdə boru fəzasını
təmizləmək daha əlverişlidir, ilanvari borularda isə - boruların xarici tərəfi);
- sürət artdıqca istilikvermə əmsalı artdığı üçün, istilikdəyişdiricilərin effektivliyini
artırmaq üçün istilikdaşıyıcı agentlər hərəkət edən kanalların en kəsiyini azaltmağa çalışırlar.
Nəzərə almaq lazımdır ki, qızdırıcı istilikdaşıyıcının borulara verilməsi ətraf mühitə istilik
itkisini azaldır.
Göstərilən şərtlərdən bəziləri bir-biri ilə ziddiyyət təşkil edə bilər; belə hallarda elə şərti
seçmək lazımdır ki, baxılan konkret halda ən böyük texniki-iqtisadi effekt vermiş olsun.
İşçi mühitlərin hərəkət istiqamətlərini elə seçmək lazımdır ki, maye və ya qazın məcburi
hərəkət istiqaməti imkan daxilində sərbəst hərəkət istiqaməti ilə eyni olsun: qızdırma zamanı –
aşağıdan yuxarı, soyutma zamanı – yuxarıdan aşağı. Hər iki mühit öz aqreqat halını dəyişməyən
hallarda, işçi mühitlərin qarşılıqlı hərəkət istiqamətlərini əks axın prinsipinə görə seçmək daha
məqsədəuyğundur.
Seçilmiş aparatda istilikdaşıyıcıların sürəti istiliyin intensiv ötürülməsi və
istilikdaşıyıcının yerdəyişməsinə aşağı enerji sərfinin əlverişli nisbətini təmin etməlidir. Bu
zaman istilik mübadiləsinin istilikdaşıyıcıları turbulent axın rejimlərində (Re 104) həyata
keçirilməsi daha məqsədəuyğun olardı.
Maye istilikdaşıyıcıların sürəti adətən 0,6-2,0 m/san, qaza bənzər istilikdaşıyıcıların isə 5-
30 m/san həddində saxlanılır.
Məhsulun sürətinə onun özlülüyü əhəmiyyətli təsir göstərir. Məhsulun özlülüyü aşağı
olduqca, onun optimal sürəti böyük olur. Soyuq neft üçün optimal sürətin qiyməti təxmini olaraq
0,8-0,9 m/san, qızdırılmış neft və açıq neft məhsulları üçün 1,0-1,2 m/san, ən yüngül məhsullar
üçün isə 1,5 m/san.
Boru fəzasında maksimal sərf məhsulun 2 m/san sürətinə əsasən təyin edilir. Borular arası
fəzada soyudulan mayelərin orta sürəti isə 1,5 m/san qəbul edilir. Mayenin daha böyük sürəti
böyük kondensatorlarda tətbiq edilir; burada soyudan suyun sürəti 3 m/san-yə çatır.
34
Suyun tərkibində kiçik ölçülü asılı hussəciklər olduqda, onların çökməməsi üçün sürəti
1,5-2,0 m/san-yə bərabər qəbul edirlər.
Latun borularda dövri suyun sürəti “zərbə korroziyasını” aradan qaldırmaq üçün 2,53,0
m/san-dən artıq olmamalıdır.
Dəniz və ya aqressiv suyun sürəti 1,5 m/san-dən artıq qəbul edilir; sürət 1,5 m/san
olduqda, daha dayanıqlı ərintilərdən hazırlanmış boruların tətbiqi tələb olunur.
İstiliyin ötürülmə üsulundan asılı olaraq istilikdəyişdiricilərin üç əsas qrupunu
fərqləndirirlər:
1) səthli istilikdəyişdiricilər, bunlarda mühitlər arasında istiliyin ötürülməsi onları ayıran
istilik mübadiləsi səthi (divar) vasitəsilə həyata keçirilir;
2) qarışdırma istilikdəyişdiriciləri – istilik bir mühitdən digərinə onların bilavasitə
görüşməsi ilə ötürülür;
3) regenerativ istilikdəyisdiricilər – maye mühitlərin qızdırılması aparatı dolduran və
periodik olaraq digər istilikdaşıyıcı ilə qızdırılan bərk hissəcik – doldurma ilə təmasın hesabına
həyata keçirilir.
Neft emalı və neft-kimya sənayesndə səthli istilikdaşıyıcılar daha geniş yayılmışlar.
Səthli istilikdaşıyıcılar arasında istilikdəyişmə səthi borudan hazırlanmış aparatlar aparıcı
yer tutur, məsələn: gövdə borulu, “boru-boru içində” tipli, buxar fəzalı buxarlandırıcılar, hava ilə
soyudan aparatlar.

5.1. Gövdə-borulu istilikdəyişdiricilər

Gövdə-borulu istilikdəyişdiircilər hazırkı şəraitdə geniş yayımış və bütün


istilikdəyişdirici aparatların 80%-ni təşkil edirlər. Onların əsas hissəsi – boru şəbəkələrinə
bərkidilmiş boru dəstidir. Bu istilikdəyişdiricilərin üstün cəhəti – nisbətən kiçik qabaritlərdə
böyük istilikdəyişmə səthinin alınma imkanı və hazırlanma texnologiyasının rahatlığıdır.
Bir qayda olaraq, istilikdəyişdiriciləri nisbətən kiçik diametrli və böyük uzunluqlu
konstruksiya edirlər. Bu istilikdaşıyıcının sürətinin artması hesabına istilikötürmə əmsalının
qiymətini artırmaq cəhdi və konstruktiv mülahizələrlə (boru şəbəkəsinin diametrini azaltmaq və
boruların şəbəkə ilə birləşmə sayını azaltmaq məqsədəuyğundur) izah edilir.
Konstruktiv xüsusiyyətlərinə görə gövdə-borulu istilikdəyişdirici aparatlar dörd tipə
ayrılırlar:
1) tərpənməz boru şəbəkəli sərt konstruksiyalı – TN;
2) gövdəsində kompensatoru olan – TK;
3) üzən başlıqlı – TP;
4) U-şəkilli borularla – TU.
Gövdə-borulu istilikdəyişdiricilərin konstruksiyaları onların texnoloji təyinatından da
asılıdır, məsələn, kondensator və buxarlandırıcılarda buxarın giriş və ya çıxış ştuseri böyük
ölçülü olmaqla, boru və borular arası fəzalarda arakəsmələrin yerləşməsi adi
istilikdəyişdiricilərdən fərqlənir.

5.1.1. TN tipli tərpənməz şəbəkəli sərt konstruksiyalı istilikdəyişdirici


Gövdə-borulu istilikdəyişdiricilərin ən sadəsi sərt konstruksiyalı bir gedişli
istilikdəyişdirici aparatdır (şəkil 5.1). Bu tip aparatlar onunla xarakterizə olunur ki, şəbəkələr
aparatın gövdəsinə qaynaq edilib, borular isə şəbəkələrdə vərdələnmə üsulu ilə birləşdirilib. Belə
konstruksiya boruların xarici səthinin mexaniki üsulla təmizlənməsini çətinləşdirir. Buna görə də
belə istilikdəyişdiricilərdən boruların xarici səthini mexaniki təmizləməyə ehtiyac olmayan
hallarda istifadə edirlər.
Boru şəbəkələri və boruların daxili səthini təmizləmək və təmir etmək məqsədilə,
istilikdəyişdiricilər sökülən qapaq və paylayıcı kamera ilə təchiz edilmişlər. Paylayıcı kameranın
35
qoyulması aparatın boru kəməri ilə əlaqələndirilməsini pozmadan, boru şəbəkələrini açaraq təmir
etmək imkanı verir.
Boru fəzasında istilik agentinin sürətini artırmaq üçün istilikdəyişdiricilər çoxgedişli
olmaqla üfüqi və şaquli (şəkil 5.2 və 5.3) hazırlanırlar. Bu məqsədlə paylayıcı kameralarda
uzununa arakəsmələr yerləşdirilir. Adətən gedişlərə görə bölməni elə aparırlar ki, boru
bölmələrində təxminən bərabər sayda boru olsun. 2, 4 və 6 gedişli istilikdəyişdiricilər tətbiq
edilir.
Tam boru dəstənin en kəsik sahəsinə nisbətən bir bölmədə yerləşdirilmiş boruların en
kəsik sahələrinin cəmi kiçik olduğu üçün, çox gedişli istilikdəyişdiricinin boru fəzasında
mayenin sürəti artır. Boru arası fəzada mühitin sürətini artırmaq və hərəkət yolunu uzatmaq üçün
seqment arakəsmələri yerləşdirilir. Üfüqi istilikdəyişdiricilərdə bu arakəsmələr eyni zamanda
borular üçün aralıq dayaq rolunu oynayırlar.
Çox nadir hallarda istilikdəyişdiriciləri boru arası fəzaya görə iki gedişli hazırlayırlar. Bu
zaman boru arası fəzada uzununa arakəsmə yerləşdirərək, gövdə ilə arakəsmə arasındakı boşluğu
yaxşı kipləndirmək lazımdır.
Sərt konstruksiyalı istilikdəyişdiricilər borularla gövdə arasındakı temperatur fərqi 40-
0
50 C-dən artıq olmayan hallarda istifadə edilə bilər.
Orta temperaturlar fərqi artıq olduqda, borularla gövdənin uzanması eyni olmur. Bunun
nəticəsində boru şəbəkələrində böyük gərginliklər yaranır, borularla şəbəkənin birləşmə kipliyi
pozula bilər, qaynaq tikişləri açıla bilər, beləliklə də boru daxili və borular arası ilə hərəkət edən
mühitlərin qarışması baş verir.

Gövdə-borulu şaquli bir gedişli sərt konstruksiyalı istilikdəyişdirici

1 – gövdə; 2 – eninə arakəsmə; 3 – istilikdəyişdirici


boru; 4 – dartqı; 5 – boru şəbəkəsi; 6 – araqatı;
7 – sferik qapaq; 8 – dayaq; 9 – qaytarıcı;
10 – gövdənin flənsi; 11 – uzununa arakəsmə
Şəkil 5.1

Gövdə-borulu üfüqi çox gedişli sərt konstruksiyalı istilikdəyişdirici

1 – paylayıcı kamera; 2 – gövdə; 3 – istilikdəyişdirici boru; 4 – eninə arakəsmə;


5 – boru şəbəkəsi; 6 –gövdənin qapağı; 7 – dayaq
Şəkil 5.2
36

Gövdə-borulu şaquli çox gedişli sərt konstruksiyalı istilikdəyişdirici

1 – gövdə; 2 – dayaq; 3 – eninə arakəsmə; 4 – boru şəbəkəsi;


5 – gövdənin flənsi; 6 – sferik qapaq
Şəkil 5.3

5.1.2. TK tipli gövdəsində kompensatoru olan istilikdəyişdirici


Gövdəsində linza şəkilli kompensatoru olan üfüqi və şaquli istilikdəyişdiricilərdə
gövdənin temperaturdan genişlənməsi kompensatorun elastik deformasiyası hesabına qəbul
edilir. Mütəhərrik elementlərin qoyulması temperatur gərginliklərini tamamilə aradan qaldırmasa
da, onları xeyli dərəcədə azaldır. Bu konstruksiyalı istilikdəyişdiricilər sərt borululardan onunla
fərqlənir ki, gövdəyə linza şəkilli kompensator qaynaq edilib. Təzyiq artdıqca kompensatorun
divarının qalınlığını artırmaq lazım gəlir. Bu isə onun sərtliyinin artmasına gətirib çıxarır və
nəticədə kompensasiya etmə qabiliyyəti aşağı düşür. Buna görə də boru arası fəzada təzyiq 1,6
MPa-dan artıq olan hallarda, gövdəsində linza şəkilli kompensatoru olan istilikdəyişdiricilər
nadir hallarda istifdə edilir.
İstilikdəyişdiricilərin yüksək effektivliyini təmin etməyin şərtlərindən biri, borular arası
fəzada axının maksimal sürətini yaratmaqdır. Bu səbəbdən istilikdəyişdiricinin gövdəsi daxilində
maksimal mümkün sayda boru yerləşdirmək məqsədəuyğun olardı. Buna isə borular arası
addımın minimal mümkün qiymətində nail olmaq olar. İstilikdəyişdiricilərdə xarici diametri
dx 19 mm olan borular istifadə edilən hallarda, borular arası addım t=(1,251,35)dx qəbul edilir.
Burada dx – borunun xarici diametridir. Boruların xarici divarları arasındakı məsafə (t-dx) 6 mm-
dən az olmamalıdır.
İstilikdəyişdiricilər üçün ən geniş yayılmış boruların xarici diametri 20 və 25 mm,
qalınlığı isə materialından asılı olaraq 2-3 mm-dir.
Sərt konstruksiyalı və gövdəsində linza şəkilli kompensatoru olan istilikdəyişdiricilərdə
boruların bərabər tərəfli üçbucağın təpələri üzrə yerləşməsi tətbiq edilir. Bu üsulun üstün cəhəti
boru şəbəkəsinin verilmiş sahəsində digər üsullara nisbətən daha çox borunun yerləşdirilməsidir.
37
Sərt konstruksiyalı və gövdəsində kompensatorlu olan istilikdəyişdiricilər
standartlaşdırılmış və DÖST 15122-79 əsasında tərtib edilmiş çertyojlar əsasında hazırlanırlar.
DÖST-də həmçinin, istilikdəyişdiricilərin əsas düyün və hissələrinin materialları, aparatın
kütlələri göstərilmişdir.
Gövdə-borulu şaquli bir gedişli gövdəsində kompensatoru olan istilikdəyişdirici

1 – paylayıcı kamera; 2, 8 – boru şəbəkələri; 3 – kompensator; 4 – gövdə;


5 – dayaq; 6 – istilikdəyişdirici boru; 7 – eninə arakəsmə; 9 – qapaq;
Axınlar: I – buxarlanan mühit; II – kondensat; III – buxar-maye qarışığı;
IV – su buxarı
Şəkil 5.4

Gövdəsində kompensatoru olan istilikdəyişdiricilər gövdə və boruların kompensatorlar


fərqindən 10 mm uzanma hallarına qədər tətbiq edilə bilər.

Gövdə-borulu şaquli çox gedişli gövdəsində kompensatoru olan istilikdəyişdirici


38
1 – kompensator; 2 – dayaq; 3 – istilikdəyişdirici boru; 4 – eninə arakəsmə;
5 – gövdə; 6 – boru şəbəkəsi; 7 – gövdənin flənsi; 8 – qapaq
Şəkil 5.5

Sərt konstruksiyalı və gövdəsində kompensatoru olan istilikdəyişdiricilərin düyünləri

a – boru şəbəkəsinin gövdə ilə birləşdirilmə variantları;


b – boru şəbəkəsində deşiklərin yerləşməsi; c – linzalı kompensator

1 – boru şəbəkəsi; 2 – fləns; 3 – gövdənin sonu; 4 – gövdə; 5 – altlıq həlqə;


6 – boru; 7 – daxili stakan; 8 – gövdə; 9 – kompensatorun yarılinzası
Şəkil 5.6

5.1.3. Üzən başlıqlı istilikdəyişdirici


Üzən başlıqlı istilikdəyişdiricilərdə istilikdəyişdirici borular iki ədəd boru şəbəkəsində
bərkidilmişdir. Bu, şəbəkələrdən biri gövdə ilə tərpənməz bərkidilmiş, digəri isə ox istiqamətində
sərbəst hərəkət etmək imkanına malikdir, nəticədə gövdə və boruların temperatur deformasiyası
imkanı aradan qaldırılmışdır.
Üfüqi iki gedişli TP tipli istilikdəyişdirici gövdə və boru dəstindən ibarətdir (şəkil 5.7,
5.8). Sol boru şəbəkəsi gövdə və arakəsmə ilə təchiz edilmiş paylayıcı kamera ilə fləns
birləşməsi ilə əlaqələndirilmişdir. Paylayıcı kamera elliptik qapaqla bağlanır. Sağ hərəkət edən
boru şəbəkəsi gövdə daxilində yerləşdirilmiş və ona bağlanmış qapaqla üzən başlığı əmələ
gətirir. Üzən başlıq tərəfdən aparat nisbətən böyük ölçüyə malik olan qapaqla bağlanıb.
Boruların qızması və uzanması zamanı üzən başlıq gövdə daxilində hərəkət edir.
Diametri 800 mm və daha böyük olan aparatlarda, gövdə daxilində sərbəst hərəkəti təmin
etmək məqsədilə, boru dəsti dayaq platforması ilə təchiz edilir.
Üzən başlıqlı istilikdəyişdiriciləri adətən boru arası fəzaya görə bir gedişli hazırlayırlar.
Boru arası fəzada uzununa arakəsmələr qoymaqla çox gedişli konstruksiyalar almaq olar.
Üzən başlıqlı istilikdəyişdiricilərin ən mühüm düyünü – üzən boru şəbəkəsinin qapaqla
birləşmə düyünüdür. Bu birləşmə boru dəstinin gövdədən asanlıqla çıxarılma imkanını və gövdə
ilə boru dəsti arasındakı minimal ara məsafəsini təmin etməlidir. Üzən başlığın boru şəbəkəsi ilə
39
birləşdirilməsinin müxtəlif konstruksiyaları şəkil 5.9-da göstərilmişdir. Bu cür sadə
birləşmələrdən birində (şəkil 5.9, a) kəsilmiş flənslərdən istifadə edilmişdir. Konstruksiya 1
kəsilmiş flənsi (məhdudlaşdırıcı 3 həlqəsi ilə dartılmış iki yarımhəlqədən ibarətdir), kipləndirici
2 araqatı, üzən başlığın 4 qapağı və 5 boru şəbəkəsindən ibarətdir.
Strubsina tipli tərtibata bənzər flənsli bənd (2) (şəkil 5.9, b) vasitəsilə birləşmə geniş
yayılmışdır. Birləşmə 4 boru şəbəkəsinin kənarı ilə qapağın 3 flənsini əhatə edən iki
yarımhəlqədən ibarətdir. Flənsi əyici momentlərdən azad etmək məqsədilə 1 vintləri kipləşmənin
mərkəzində yerləşdirilməlidir.
Digər konstruksiyada (şəkil 5.9, v) 1 qoyulmuş flənsi boru şəbəkəsinin girinti hissəsinə
qoyulmuş 2 kəsilmiş həlqəsi ilə saxlanılır. 3 qapağı ilə 4 boru şəbəkəsinin yarım hissələri bir-biri
ilə 2 lövhəciyi ilə birləşdirilən 1 kəsilmiş həlqəsi vasitəsilə birləşdirilməsi də (şəkil 5.9, q) geniş
yayılmışdır.

Gövdə-borulu üzən başlıqlı istilikfəyişdirici

1 – paylayıcı kameranın qapağı; 2 – paylayıcı kamera; 3 – tərpənməz boru şəbəkəsi;


4 – gövdə; 5 – istilikdəyişdirici boru; 6 – eninə arakəsmə; 7 – hərəkətlı boru şəbəkəsi;
8 – gövdənin qapağı; 9 – üzən başlığın qapağı; 10 – dayaq; 11 – boru dəstinin diyircəkli dayağı;
Şəkil 5.7

“TP” tipli üzən başlıqlı ikigedişli istilikdəyişdirici

a – ümumi görünüş; b, c – uzununa arakəsmənin gövdə polad lövhələr və asbest məftili ilə
kipləşdirilmə variantları; 1 - paylayıcı kameranın qapağı; 2 – paylayıcı kamera; 3 – tərpənməz
boru şəbəkəsi; 4 – gövdə; 5 – istilikdəyişdirici boru; 6 – uzununa arakəsmə; 7 - eninə çubuq
şəkilli arakəsmələr (turbulizatorlar); 8 - hərəkətlı boru şəbəkəsi; 9 – gövdənin qapağı; 10 - üzən
başlığın qapağı; 11 – polad lövhələr; 12 – asbest məftl
Şəkil 5.8
Üzən başlığın qapağının boru şəbəkəsi ilə bərkidilmə üsulları

a – kəsilmiş flənslə; b – kəsilmiş flənsli bəndlə;


40
c – kəsilmiş həlqə; d – kəsilmiş polad həlqə ilə
Şəkil 5.9

5.1.4. U-şəkilli boruları olan istilikdəyişdirici

Gövdəborulu istilikdəyişdiricilərin bu konstruksiyasında (şəil 5.10) boruların sərbəst


uzanması təmin edilir, nəticədə temperatur gərginliklərinin yaranma ehtimalı aradan qaldırılır.
Bu cür aparatlar gövdə və bir ədəd boru şəbəkəsi ilə U-şəkilli borulardan ibarət olan boru
dəstindən ibarətdir. Boru şəbəkəsi, paylayıcı kamera ilə birlikdə aparatın gövdəsinə fləns
vasitəsilə bağlanır.
Borularla axan istilikdaşıyıcının girişi və çıxışını ayırmaq məqsədilə, paylayıcı kamerada
arakəsmə nəzərdə tutulmuşdur.
U tipli istilikdəyişdiricilər boru fəzasına görə iki gedişli, boru arası fəzaya görə isə bir və
ya iki gedişli ola bilərlər. Axırıncı halda (şəkil 5.11) aparatda 1 gövdəsindən boru dəsti ilə
birlikdə çıxarılan 2 uzununa arakəsməsi qoyulur.
İstilikdaşıyıcının sızmasının qarşısını almaq məqsədilə, aparatın gövdəsi ilə 2 arakəsməsi
arasındakı ara boşluğunda ya gövdənin divarına bərkidilmiş 3 elastik metal zolağı və ya 2
arakəsməsinin pazına qoyulmuş, rezinləşdirilmiş asbest məftilindən ibarət olan araqatı
yerləşdirilir.
U tipli aparatlarda boruların sərbəst temperatur uzanması təmin edilir: hər bir boru gövdə
və qonşu borulardan asılı olmayaraq genişlənə bilər. Bu aparatların gedişlərə görə borularının
divarlarının temperatur fərqi 1000C-dən artıq olmamalıdır. Əks halda boru şəbəkəsində, onun iki
hissəsinin birləşmə xəttindəki temperatur sıçrayışı hesabına qorxulu temperatur gərginlikləri
yarana bilər.
U tipli aparatın konstruksiyasının üstünlüyü – boruların xrici səthini təmizləmək üçün və
ya boru dəstini tam dəyişmək məqsədilə boru dəstinin dövri olaraq çıxarılma imkanıdır. Bununla
belə, qeyd etmək lazımdır ki, bu aparatlarda boruların xarici səthinin mexaniki üsulla
təmizlənməsi əlverişli deyil.
U tipli aparatların borularının daxili səthini mexaniki üsulla təmizləmək praktiki olaraq
mümkün olmadığı üçün, belə aparatların boru fəzasına mexaniki təmizləmə tələb edən
çöküntülər yaratmayan mühitlər verilməlidir. Belə aparatların borularının daxili səthi su, su
buxarı, isti neft məhsulları və ya kimyəvi reagentlərlə təmizlənir.
Bəzən hidromexaniki üsuldan da istifadə edilir (abraziv material, bərk kürəciklər və s.
əlavə edilmiş maye axınının boru daxilinə verilməsi).
Paylayıcı kameranın 4 flənsinin aparatın gövdəsinin 1 flənsinə bağlanma düyünü şəkil
5.12-də göstərilmişdir. Konus şəkilli dayaq çıxıntısına malik 3 xüsusi sancağa paylayıcı
kameranı, 2 boru şəbəkəsi ilə gövdə arasındakı birləşməni pozmadan, çıxarmaq imkanı verir.

U-şəkilli boruları olan gövdə-borulu istilikdəyişdirici

1 – paylayıcı kamera; 2 – boru şəbəkəsi; 3 – gövdə; 4 – istilikdəyişdirici boru;


5 – aralıq arakəsmə; 6 – dayaq arakəsməsi; 7 – dayaq; 8 – dayaq lövhəsi;
9 – dayaq platforması; 10 – gövdənin araqatı; 11 – paylayıcı kameranın araqatı
Şəkil 5.10
41
U tipli gövdə-borulu istilikdəyişdiricinin ən geniş yayılmış qüsurlarından biri – borular və
onlarla axan mühitin ağırlığından yaranan əyici gərginliklərin təsirindən borularla boru
şəbəkəsinin birləşmə düyünündə hermetikliyin pozulmasıdır. Bununla əlaqədar olaraq, diametri
800 mm və daha böyük olan U tipli istilikdəyişdirici aparatları quraşdırma rahatlığı və boru
dəstində əyici gərginlikləri azalmaq üçün diyircəkli dayaqla təchiz edirlər.
U tipli istilikdəyişdirici aparatların çatışmayan cəhətlərinə, boruların əyilməsi ilə
şərtlənən məhdudiyyətlə əlaqədar olaraq, gövdənin borularla nisbətən pis doldurulmasını aid
etmək olar.
Adətən, U-şəkilli boruları soyuq və ya qızdırılmış halda boruları əyməklə hazırlayırlar.
Polad borunun əzilməsi və dartılan tərəfində qalınlığının xeyli azalması hallarını aradan
qaldırmaq məqsədilə, əyilmə hadiusunu R4d qəbul edirlər, burada d – borunun xarici
diametridir.

U–şəkilli boruları olan ikigedişli istilikdəyişdirici

Şəkil 5.11

Paylayıcı kameranın flənsinin aparatın gövdəsinin flənsinə bağlanma düyünü

Şəkil 5.12

5.1.5. Üzən başlıqlı və kompensatorlu istilikdəyişdirici

Üzən başlıqlı və kompensatorlu istilikdəyişdirici yarımsərt konstruksiyalı aparat olmaqla,


temperatur gərginlilərinin kompensasiyası – üzən başlıqda quraşdırılmış elastik element olan
kompensator vasitəsilə təmin edilir.
PK tipli istilikdəyişdiriciləri bir gedişli, istilikdaşıyıcıların əks axın hərəkətli
hazırlamaqla, istilik mübadiləsində olan mühitlərin yüksək təzyiqə malik olduğu hallarda (510
MPa) istifadə edirlər.
Bu konstruksiyalı istilikdəyişdirici (şəkil 5.13) əvvəlkilərdən onunla fərqlənir ki, 2
qapağında içərisində 4 kompensatoru yerləşdirilən 3 uzunsov ştuseri (boğazcıq) qaynaq
olunmuşdur. Kompensator bir kənarı ilə 1 üzən başlığı, digər kənarı ilə isə istilikdəyişdiricinin
qapağındakı ştuserlə birləşdirilmişdir. İstilikdəyişdiricinin digər düyünlərinin konstruksiyası 
tipli aparatlarda istifadə edilənlərlə analojudur.
4.14 şəklində göstərilən konstruksiya boru dəstinin gövdədən çıxarılaraq vəziyyətinə
nəzarət etmək və boruların mexaniki təmizlənməsini təmin edir.
PK tipli aparatlarda istifadə edilən kompensatorlar K tipli aparatların linza şəkilli
kompensatorlarından, nisbətən kiçik dametri, dalğaların böyük sayı, divarının kiçik qalınlığı ilə
fərqlənir. Bu cür kompensatorları, təzyiq düşgüsü 2,5 MPa-dan artıq olmayan hallarda tətbiq
etmək olar. Bu səbəbdən, PK tipli aparatları yalnız istilikdaşıyıcıları boru və borular arası
fəzalara eyni vaxtda verməklə, istismar etmək olar.
42

Üzən başlıqlı və kompensatorlu istilikdəyişdirici

Şəkil 5.13

5.1.6. Gövdə-borulu istilikdəyişdirici aparatların elementləri


Gövdə-borulu istilikdəyişdirici aparatların əsas elementləri: gövdə, paylayıcı kamera və
boru dəstidir. Boru dəsti isə borular, boru şəbəkələri və arakəsmələrdən ibarətdir.
Yuxarıda nəzərdən keçirilmiş gövdəborulu istilikdəyişdiricilərin hər biri üçün, onların
təyinatından asılı olaraq materialları müvafiq DÖST-lə müəyyənləşdirilir.
Gövdə. İstilikdəyişdirici aparatın gövdəsi metal vərəqdən silindrik çəmbər şəklində və ya
uyğun diametrli borudan hazırlanır. Gövdənin divarının qalınlığı möhkəmliyə hesabatla tapılır.
Gövdənin üzərinə giriş və çıxış ştuserləri qaynaq edilir.
Paylayıcı kamera. Paylayıcı kameranın vəzifəsi boruların içərisi ilə hərəkət edən işçi
mühiti borulara paylamaqdan ibarətdir. Paylayıcı kamera konstruktiv cəhətdən, kənarlarda
flənslərlə təchiz olunmuş qısa çəmbərdən ibarətdir. Bu flənslərdən biri boru şəbəkəsinə, o biri isə
qapaqla bağlanır.
Paylayıcı kameranın daxilində lazımi gedişlər sayını yaratmaq üçün arakəsmələr
yerləşdirilir. Arakəsmə ilə boru şəbəkəsinin birləşmə düyünündə kiplik, boru şəbəkəsində paz
şəklində yerləşdirilən araqatı vasitəsilə əldə edilir. Yığma və sökmə işlərinin yerinə yetirilməsini
əlverişli etmək üçün paylayıcı kameranı və qapaqları qulaqcıqlarla təchiz edirlər.
Eninə arakəsmələr. Bu arakəsmələr borulararası fəzada yerləşdirilir. Vəzifəsinə görə
eninə arakəsmələr dayaq və yönəldici tipli olurlar. Dayaq tipli arakəsmələrin vəzifəsi borular
arası məsafəni saxlamaqdan ibarətdir. Yönəldici arakəsmələrin vəzifəsi isə borular arası fəzadakı
axının hərəkət istiqamətini borulara nəzərən eninə yönəltməkdən ibarətdir. Müxtəlif formalı
eninə arakəsmələr mövcuddur: bütöv, sektor, seqment, həlqəvi, yarıqlı və s. (şəkil 5.14). Bu
arakəsmələrdən seqment tipli eninə arakəsmələr ən geniş tətbiq sahəsi tapmışdı. Eninə
arakəsmələrdə borular üçün açılmış deşiklərinin ölçüsü boruların xarici diametrindən 1 mm
böyük olur.
Boru dəstəsini dartıcı millərlə təchiz etməkdə, boru dəstəsinin yığılmasını əlverişli etmək,
ona sərtlik və əlavə möhkəmlik verməkdir. Dartıcı millər dairəvi çubuqdan olub, boru şəbəkəsi
və arakəsmələrin deşiklərindən keçir.
Arakəsmələr arasındakı aralıqda dartıcı millərlə kəsik borular geydirilir. Millərin hər iki
qurtaracağında olan yivli hissələrdəki qaykaları çəkdikdə sərt karkas yaranır.
43

Eninə arakəsmələrin müxtəlif variantları

a – seqment kəsikli; b – sektor kəsikli; c – həlqəvi; d – yarıqlı; e - bütöv


Şəkil 5.14

5.1.7. Buxar fəzalı qaynadıcı

Buxar fəzalı qaynadıcıda (şəkil 5.15) gövdə (11) daxilində maye səviyyəsi 2 arakəsməsi
vasitəsilə saxlanır. Kifayət qədər buxar fəzası təmin etmək və buxarlanma səthini artırmaq üçün
maye səviyyəsindən gövdənin yuxarıcına qədər olan məsafə təqribən diametrin 30%-i qədər olur.
3 boru dəsti qaynadıcının gövdəsi daxilində 4 eninə yerləşdirilmiş tirləri üzərində yerləşdirilir.
Boru dəstinin quraşdırılma rahatlığı məqsədilə 2 arakəsməsi və sol dibdə 10 lyuku nəzərdə
tutulmuşdur. Bu lyukdan quraşdırma zamanı bucurqadın kanatı içəri salınır.
Məhsul buxar fəzalı qaynadıcıya 5 ştuseri ilə daxil edilir. Boru dəstini erroziyadan
qorumaq üçün bu ştuserdən yuxarıda 6 qaytarıcısı yerləşdirilir. Buxarlar 9, məhsul isə 1 ştuseri
vasitəsilə xaric edilir. İstilikdaşıyıcı boru dəstinə paylayıcı kamerada yerləşən 7 və 8 ştuserləri
vasitəsilə daxil və xaric edilir. Belə aparatlarda gövdənin diametrindən asılı olaraq 1, 2 və 3 ədəd
boru dəsti yerləşdirilir. Boru dəsti konstruksiyasına görə üzən başlıqlı və U-şəkilli borulardan
təşkil olunmuş ola bilər.

Buxar fəzalı qaynadıcı

1 – gövdə; 2 – lyuk; 3 – qoruyucu klapan üçün ştuser; 4 – boru dəsti; 5 – boğaz;


44
6 – paylayıcı kamer; 7 – dayaq; 8 – drenaj ştuseri; 9 – arakəsmə; 10 – bucurqadın trosu
üçün lyuk. Axınlar: I – buxarlandırılan maye; II – qalıq; III – buxarlar; IV - istilikdaşıyıcı
Şəkil 5.15

5.2. Vərəq materialından hazırlanmış istilikdəyişmə səthli aparatlar

Yuxarıda qeyd edildiyi kimi gövdəborulu istilikdəyişdiricilər – kimya və neft emalı


sənayesində ən geniş yayılmış istilikdəyişdirici aparatlardır. Bununla belə, son zamanlar vərəq
materialından olan istilikdəyişdiricilər, başlıca olaraq, lövhəli və spiral şəkilli istilikdəyişdiricilər
daha geniş tətbiq edilir.
Borulu istilikdəyişdiricilər konstruktiv sadədir və işçi mühitin geniş təzyiq və temperatur
diapazonunda istifadə edilə bilər, lakin bir sıra ciddi çatışmamazlıqlara malikdir. Gövdəborulu
istilikdəyişdiricilər geniş sıralı tip ölçüləri istehsalı şəraitində texnoloji deyillər. Unifikasiya
əmsalı 0,13-ə bərabərdir. Müqayisə üçün, lövhəli istilikdəyişdiricilər üçün analoji əmsal 0,9-a
bərabərdir.
Vərəq metalından hazırlanmış aparatlarla müqayisədə gövdəborulu istilikdəyişdiricilər
daha böyük metal tutumuna malikdir.

5.2.1. Lövhəli istilikdəyişdiricilər

Lövhəli istilikdəyişdirici, qofrlanmış səthə malik ştamplanmış, nazik lövhələrin yığılması


ilə istilikdəyişmə səthi yaradılan aparatdır. Bu aparatları istilikdəyişmə səthinin mexaniki üsulla
təmizləmə mümkünlüyü dərəcəsinə görə 3 qrupa bölürlər: sökülə bilən, yarı sökülə bilən və
sökülə bilməyən (qaynaq olunmuş).
Lövhələri bir-birindən araqatı ilə ayrılmış sökülə bilən lövhəli istilikdəyişdiricilər daha
geniş tətbiq olunur. Bu aparatların quraşdırılması və sökülməsi kifayət qədər tez həyata keçirilir,
istilikdəyişmə səthlərinin təmizlənməsi kiçik əmək sərfi tələb edir. Yarı sökülə bilən
konstruksiyalı lövhəli istilikdəyişdiricilərin lövhələri cüt-cüt qaynaq olunmuş və istilikdəyşmə
səthinə yaxınlaşma ancaq işçi mühitlərdən birinin gedişi tərəfdən mümkündür. Sökülə bilməyən
konstruksiyalı istilikdəyişdiricilərin lövhələri ümumi paketdə araqatılar vasitəsilə yığılan bloklar
şəklində qaynaq edilirlər.
Sənayedə daha geniş yayılmış lövhəsi istilikdəyişdiricilərin əsas ölçü və parametrləri
DÖST 15518-83-lə müəyyən edilir. Lövhlərin tip ölçülərindən asılı olaraq, onları 2600 m2
istilikdəyişdirmə səthinə malik hazırlayırlar. Bu istilikdəyişdiricilər 1,6 MPa təzyiqə qədər və
işçi mühitin -30  +1800C temperaturlarında istifadə edilirlər, maye və buxar (qaz) arasında
istilik mübadiləsini həyata keçirən soyuducu, qızdırıcı və kondensator kimi işlədilirlər.
Seriyalı istehsal edilən edilən sökülə bilən konstruksiyalı lövhəli istilikdəyişdiricilər bərk
hissəciklərinin ölçüsü 4 mm-dən artıq olmayan çirkli işçi mühitlərlə işləyə bilir.
Sökülə bilən lövhəli istilikdəyişdiriciləri 5 tərtibdə, o cümlədən konsal çərçivədə (1-ci
tərtib), iki dayaqlı çərçivədə (2-ci tətrtib) və üç dayaqlı çərçivədə (3-cü tərtib) hazırlayırlar.
İki dayaqlı çərçivəli sökülə bilən lövhəli istilikdəyişdirici şəkil 5.16-da göstərilmişdir.

Lövhəli istilikdəyişdirici
45

Şəkil 5.16
Aparat yuxarı və aşağı üfüqi ştanqalarda (3) yerləşdirilmiş 4 istilikdəyişmə lövhələri
sırasından ibarətdir. Ştanqaların kənarları 2 tərpənməz lövhəsi və 7 dayağında bərkidilmişdir. 11
sıxıcı lövhəsi və 8 vint vasitəsilə lövhələr sıxılaraq, istilikdəyişmə seksiyası yaradırlar.
İstilikdəyişmə lövhələri 4 ədəd deşiyə (a, b, c, d) malikdirlər. Bu deşiklər bir birindən
izolə olunmuş kanallar sistemi yaradırlar. Lövhə və kanalları kipləşdirmək üçün rezin
araqatılardan istifadə edilir. 6 araqatı lövhənin konturu üzrə pazda yerləşdirilir və qonşu lövhələr
arasındakı kanala daxil və xaric olan istilikdaşıyıcı üçün olan iki deşiyi əhatə edir. 5 araqatı isə
digər iki deşiyin kipliyini təmin edir.
İstilikdaşıyıcıların aparata daxil edilməsi və aparatdan xaric edilməsi üçün tərpənməz və
tərpənən lövhələr üzərində 1,9,10,12 ştuserləri nəzərdə tutulmuşdur. Lövhələr qalınlığı 1 mm
olan vərəq metalından ştamplama üsulu ilə hazırlanırlar. Lövhələrin qofru kəsik üzrə hündürlüyü
4-7 mm, əsası 14-30 mm (özlülü mayelər üçün 75 mm-ə qədər) olan bərabəryanlı üçbucaq
profilinə malikdir. Qofrlar üfüqi, yolkaya bənzər, bucaq altında və s. hazırlanırlar.
Lövhələrin materialı – sinklənmiş və ya korroziyaya dayanıqlı polad, titan, alüminium,
melkif. Lövhəli istilikdəyişdiricilərin dayaq və sıxıcı lövhələri qalınlığı 8-12 mm olan karbonlu
poladdan hazırlanır.
Lövhəli istilikdəyişdiricilərin çatışmayan cəhəti – 1,6 MPa-dan artıq təzyiqlərdə istifadə
edilə bilinməməsidir.

5.2.2. Spiral şəkilli istilikdəyişdiricilər

Spiral şəkilli istilikdəyişdiriciləri istilikdəyişmə səthi 10-100 m 2 olmaqla hazırlayırlar.


Onlar həm vakuum altında, həm də 1 MPa-a qədər təzyiq altında, işçi mühitin 202000S
temperaturlarında işləyirlər. Bunları maye-maye, qaz-qaz, qaz-maye işçi mühitləri arasında
istilik mübadiləsini həyata keçirmək və həmçinin buxar, buxar-qaz qarışıqlarını
kondensləşdirmək üçün istifadə etmək olar.
Son vaxtlar bu istilikdəyişdiricilərin daha geniş yayılması, başlıca olaraq hazırlanma
sadəliyi və konstruksiyanın yığcamlığı ilə izah olunur. Belə aparatda istilikdaşıyıcılardan biri
aparatın kənar kanalına daxil olub, spiral üzrə hərəkət edərək, yuxarı mərkəzi kanaldan xaric
olur. Digər istilikdaşıyıcı aşağı mərkəzi kanaldan daxil olub, kənar kanaldan xaric olur (şəkil
5.17).
Belə istilikdəyişdiricidə kanalların en kəsik sahələri bütün uzunluq boyu sabitdir, buna
görə də aparat çirkli mühitlərlə də işləyəbilir (çirk istilikdaşıyıcının axını ilə yuyulur).

Spiral şəkilli istilikdəyişdiricidə axınların hərəkət sxemi


46

Şəkil 5.17

Spiral şəkilli istilikdəyişdiricidə istilikdəyişmə səthi qalınlığı 3,56 mm və eni 400 -1250
mm olan iki ədəd 1, 2 polad lenti ilə uaradılır (şəkil 5.18) ki, spiralın bükülməsi hesabına
istilikdaşıyıcıların əks axınla hərəkət etdiyi, düzbucaqlı profilə malik a və b kanalları yaranır.
Aparatın mərkəzindəki spiralın birinci dövrü 3 uzununa saxlayıcılarında fiksasiya edilmiş 4
aralayıcı disklərində bərkidilmişdir. Spiralın səthinə istilikdəyişdiriciyə sərtlik verən 6 ştiftləri
addımı 70100 mm olmaqla qaynaq edilir. Ştiftlərdən əlavə spiralı yaradarkən, onun dövrləri
arasında 5 məsafə zolaqları yerləşdirilir. Bu zolaqlar ştiftlərlə birlikdə lentlər arasında tələb
olunan ara məsafəsi yaradır. Standart istilikdəyişdiricilər üçün bu ara məsafəsi 8-12 mm təşkil
edir. Kənar hissələrdə aparat 7 araqatı qoyulmaqla 8 qapaqları ilə bağlanır.

Spiral şəkilli istilikdəyişdirici

Şəkil 5.18
47
5.3. Hava ilə soyudan aparatlar
Üfqi hava ilə soyudan aparat (şəkil 5.19) 1 metalkonstruksiyası üzərində yerləşdirilmiş üç
ədəd boru bölməsindən ibarətdir. Metalkonstruksiyaya aşağı tərəfdən ortasında ventilyator
yerləşmiş diffuzor (3) və kollektor 94) bərkidilmişdir. Ventilyator elektrik mühərriki və bucaq
reduktoru (6) ilə birlikdə ayrıca çərçivə üzərində yerləşmişdir. Kollektor daxilində ventilyator
fırlanaraq havanı boru bölmələrinin (2) boruları arası boşluğuna vurur. Borulardan keçən məhsul
vurulan havanın hesabına soyuyur. Ətraf havanın temperaturu yüksək olduqda (isti yay
aylarında) aparatın effektivliyini artırmaq məqsədilə havanın ventilyatordan çıxdığı yerdə
havanın temperaturunu nəmləşdirərək aşağı salmaq üçün həlqəvi kollektor (7) yerləşdirilir.
Boruların səthində ərpin əmələ gəlməsinin qarşısını almaq məqsədilə nəmləşdirmək üçün
kimyəvi təmiz sudan istifadə etmək lazımdır.
Boru bölmələri bərabərtərəfli üçbucağın təpələri üzrə yerləşmiş, qapaqları olan iki
şəbəkədə vərdələnmə və ya qaynaq vasitəsilə bərkidilmiş dörd, altı və ya səkkiz boru
cərgəsindən ibarətdir. Daxili diametri 21 və ya 22 mm, uzunluğu 4 və ya 8 m olan borulardan
istifadə edilir.
Boru daxilindəki axına görə boru bölmələri çox gedişli ola bilər. Belə boru bölmələrinin
qapaqları boru dəstəsi üzrə gedişlərə bölmək üçün arakəsmələrlə təmin edilir. Hava ilə soyudan
kondensatorlarda axın boyu axının kondensləşərək həcmi kiçildiyi üçün gedişlərdə boruların sayı
get-getə azalır. Boru bölməsinin hər bir qabırğalı borusunun sərbəst uzanma imkanı vardır. Bu
zaman, uzanmış borunun qabırğasının aşağı cərgədə yerləşən borunun qabırğasına toxunmamaq
üçün, boru cərgələri arasında uzunluq boyu bir neçə yerdə eni 15 mm olan alüminium zolaqdan
ibarət araqatı qoyulur.

AVQ tipli hava ilə soyudan aparat

Şəkil 5.19

AVZ tipli hava ilə soyudan aparat

Şəkil 5.20
48

Belə boru bölmələri 0,66,4 MPa şərti təzyiqə görə buraxılaraq, 30475C
temperaturlarda olan buxar və ya maye mühitləri kondensləşdirmək və soyutmaq üçün istifadə
edilir. Soyutma səthini artımaq üçün boruları alüminiumdan olan eninə qabırğalarla təmin
edirlər. Qabırğalanma əmsalı borunun qabırğalı səthinin borunun xarici hamar səthinə olan
nisbətinə bərabərdir və 9, 14, 6 olur.
Boruların xarici səthinin qabırğalanması deformasiya ola bilən alüminium ərintisini
yaymaqla və ya spiral şəkilli metal lenti borunun üzərinə presləməklə, qaynaq etməklə və
həmçinin borunun səthində açılmış spiral şəkilli yarığa vərdənələmə ilə əldə edilir. Soyudulan
mühitin korroziya etmək qabiliyyətindən və temperaturundan asılı olaraq daxili borusu karbonlu,
legirli poladdn və ya bürüncdən ibarət olan ikiqat borudan istifadə edilir.
Soyuq havanı vurmək üçün məhsuldarlığı 0,9 mln m 3/saat-a qədər, çarxının diametri 2,6
m olan pərli ventilyatordan (şəkil 5.18) istifadə edilir. Ventilyatorun çarxı alüminiumdan qaynaq
vasitəsilə hazırlanır. Ventilyator reduktor vasitəsilə hərəkətə gətirilir. Kiçik sürətli elektrik
mühərriklərindən istifadə edildikdə ventilyatorun çarxını birbaşa elektrik mühərrikinin valına
birləşdirmək olar. Adətən fırlanma sürəti 160200 dövr/dəq olur.
Hava ilə soyudan aparatlar konstruksiyalarından və vəzifəsindən asılı olaraq, aşağıdakı
kimi işarələnir.
AVQ – üfqi; AVZ – boru bölmələri ziqzaq halında yerləşmiş; AVM – kiçik axınlar üçün.
Özlülüyü çox olan məhsullar keçdikdə (yağ, qudron, bitum və s.) boru bölmələrində
məhsulun donması qorxusu olur. Bununla əlaqədar olaraq, boru bölməsinin aşağısında havanın
qızdırılması üçün daxilinə su buxarı verilən borulu qızdırıcı quruluş yerləşdirilir. Bundan başqa,
işçi borunun daxilində içərisinə istilikdaşıyıcı verilən (isti su, su buxarı) qızdırıcı boru
yerləşdirilir.
Hava ilə soyudan aparatları konstruksiya etdikdə havanın mövsum və gündəlik
dəyişməsilə əlaqədar olaraq iş rejimini tənzimləmək üçün tədbirləri nəzərə almaq lazımdır. Hava
ilə soyudan aparatların işi ventilyatorun çarxının fırlanma tezliyini dəyişməklə hava tənzimləyici
(jalyuz) quruluşla, ventilyatorun pərlərinin meyl bucağı ilə ventilyatorların bir hissəsini və ya
hamısını dayandırmaqla, havanın bir hissəsini dövr etdirməklə, havanı nəmləşdirməklə
tənzimlənir.

5.4. “Boru-boru içində” istilikdəyişdiriciləri

“Boru-boru içində” istilikdəyişdiriciləri istilikdaşıyıcıların aşağı sərflərində və onların


aqreqat halı dəyişməyən zaman maye-maye sistemlərində soyutma və ya qızdırmaq üçün istifadə
edilir. Bəzi hallarda belə istilikdəyişdiriciləri yüksək təzyiqlərdə maye və qazvari mühitlər üçün
də tətbiq edirlər.
Gövdə-borulu istilikdəyişdiricilərlə müqayisədə “boru-boru içində” istilikdəyişdiriciləri
boru arası fəzada kiçik hidravlik müqavimətə malikdir. Lakin, bərabər istilikdəyişmə
xarakteristikalarında onlar gövdə-borulu istilikdəyişdiricilərə nisbətən az kompakt və böyük
metal tutumludur.
“Boru-boru içində” istilikdəyişdiriciləri sökülə bilən və sökülməyən, bir və çox axınlı ola
bilərlər.
Bir axınlı sökülə bilməyən istilikdəyişdirici (şəkil 5.21) hər birinə xarici 1 və daxili 2
borular daxil olan ayrı-ayrı düyünlərdən ibarətdir. Xarici boru iki ədəd qaynaq olunan həlqə
vasitəsilə daxili 2 borusu ilə əlaqələndirilərək düyün yaradır. Düyünlər isə öz növbəsində şaquli
sırada yığılaraq istilikdəyişmə bölməsini təşkil edir. Bu zaman daxili borular bir-biri ilə 3
dirsəkləri, xarici borular isə flənslərlə 4 ştuserləri və ya qaynaqla birləşdirilir. Düyünlər metal
çərçivədə 5 bənd vasitəsilə bərkidilir.

“Boru-boru içində” istilikdəyişdiricisi


49

a – ümumi görünüş; b – boruların sərt birləşdirilmə variantı;


c – boruların kompensasiya edici quruluşla birləşdirilmə variantı
Şəkil 5.21

Aydındır ki, sökülə bilməyən istilikdəyişdiricilər sərt tipli konstruksiyalara aid olduğu
üçün temperaturlar fərqi 70C-dən artıq olan hallarda istifadə edilmir. Boruların temperaturları
fərqi böyük olduqda və borular arası fəzanın mexaniki təmizlənməsinə ehtiyac olduqda, xarici
borusunda kompensasiya edici quruluşu olan istilikdəyişdiricilər tətbiq edilir. Bu zaman borular
arasındakı həlqəvi yarığı bir tərəfdən qaynaqla tam bağlayır, digər tərəfdən isə 6 kipgəci ilə
kipləşdirirlər.
İsitlikdəyişdiricilərin sökülə bilən konstruksiyalarında istilikdəyişmə borularının
deformasiyasının kompensasiyası təmin edilir.
Şəkil 5.22-də U tipli gövdə-borulu istilikdəyişdiricini xatırladan sökülə bilən çox axınlı
“boru-boru içində” istilikdəyişdiricinin konstruksiyası təsvir edilmişdir.
Apart orta 4 və sağ 7 boru şəbəkələrində vərdələnmə üsulu ilə bərkidilmiş gövdə borularından 5
ibarətdir. Gövdə borularının daxilində bir kənarı sol 2 boru şəbəkəsi ilə sərt əlaqələndirilmiş,
digər kənarı isə sərbəst hərəkət edə bilən 6 istilikdəyişmə boruları yerləşdirilmişdir.
İstilikdəyişmə borularının sərbəst kənarları cüt-cüt 8 dirsəkləri ilə birləşdirilmiş və 9 kamerası ilə
örtülmüşdür. İstilikdəyişmə borularına istilikdaşıyıcı axın 1 paylayıcı kamerası, boru arası fəzaya
isə istilikdaşıyıcı axın 3 paylayıcı kamerası ilə paylanır. 11 lövhələri ilə gövdə boruları 10
dayağında sərt əlaqələndirilir.
İstilikdəyişdirici həm daxili, həm də xarici boruda iki gedişə malikdir. İstilikdəyişmə
borularının boru şəbəkəsi (I düyün) və dirsəklə (II düyün) birləşmə düyünləri yarımkürəvi
nippelin konus şəkilli yuvacıqda sıxılması və deformasiyalı hesabına kipləşdirilir.
İstilikdəyişmə borularının daxili səthini mexaniki üsulla təmizləmək mümkün olduğu
üçün bu tip aparatlar çirkli istilikdaşıyıcılarla da işləyə bilər.
Gövdə borularının temperaturlar fərqindən uzanma imkanı onların dayaqlarla sərt
əlaqələndirilməsi hesabına məhdudlaşdığı üçün, həlqəvi ara boşluğu ilə axan mühitin giriş və
çıxış temperaturları arasındakı fərq 150S-dən artıq olmamalıdır.

Sökülə bilən konstuksiyalı iki gedşli “boru-boru içində” tipli istilikdəyişdirici


50
Şəkil 5.22

5.5. Suvarma tipli istilikdəyişdirici


Suvarma tipli istilikdəyişdirici bir-birinin üzərində yerləşən bir neçə boru cərgəsindən
ibarətdir. Bu boruların xarici səthi üzrə, nazik təbəqə şəklində, onları soyudan maye axır (şəkil
5.23). Soyudulan işçi mühit axıdılan 2 boruları 3 dirsəkləri ilə birləşdirilmişdir. Suvaran suyu
paylamaq üçün yuxarıda yerləşən boru üzərində nov şəkilli və ya borulu 1 suvarıcı quruluşu
nəzərdə tutulmuşdur. Borulu suvarıcıda su borunun deşiklərindən çox saylı axınlar şəklində axır,
nov şəkilindən isə - novun yuxarı kənarındakı yarıqlardan axır. Cərgədə borular sayı çox olduqda
və ya borular arası məsafə böyük olduqda, suvarıcı quruluşu əlavə olaraq cərgələr arasında da
yerləşdirmək olar. İstilikdəyişdiricinin aşağı hissəsində 4 su paylayıcı zonası yeləşir.
Örtülü tikililərdən kənarda yerləşən istilikdəyişdiricilər, suyun külək vasitəsilə aparılması
üçün, hasarla təchiz edilir. Suvarma tipli istilikdəyişdiricilərdə borularla axan işçi mayenin
istiliyi suvaran mayenin qızması və az miqdarda buxarlanması hesabına aparılır. Bunun hesabına
digər tipli istilikdəyişdiricilərə nisbətən suyun sərfi müəyyən qədər azdır.
Kimya sənayesində bu cür istilikdəyişdiricilər kimyəvi aqressiv mühitlərin soyudulması
üçün istifadə ediir, məsələn kükürd turşusunun. Çünki, onların hazırlanması asandır və çətin
emal olunan, məsələn turşuya davamlı ferrosilid kimi korroziyada dayanıqlı ucuz materallrdan
hazırlana bilər.
Suvarma tipli istilikdəyişdiricilər aşağı effektivliyə malikdirlər, lakin, qeyd olunduğu
kimi, hazırlanması və təmiri sadədir.

Suvarma tipli istilikdəyişdirici

Şəkil 5.23
51

6. BORULU SOBALAR

6.1 Sobalar haqqında ümumi məlumat

Sənaye sobası termo-texnoloji quruluş olub, vəzifəsi ilk materialların optimal


temperaturlarda istilik emalı vasitəsilə kimyəvi və fiziki-kimyəvi çevrilmələrinin yerinə
yetirilməsidir.
Sobalarda ayrılan istilik bilavasitə kimyəvi və ya fiziki-kimyəvi çevrilmələrə və istilik
itkilərinin kompensasiyasına sərf olunur. Sobalarda yanacağın yandırılmasından alınan istilikdən
istifadə olunur.
Kimya sənayesində müxtəlif proseslərdə sobalardan istifadə olunur. Qeyri-üzvi sintez
sənayesində bərk hissəcikləri emal etmək üçün yandırma sobalarından geniş istifadə olunur.
Sənaye sobası aşağıdakı əsas elementlərdən ibarətdir: yanma kamerası, işçi kamera, xaric
olan tüstü qazlarından istifadə etmə quruluşları və s.
Yanma kamerasının vəzifəsi, yanacağın yandırılmasından ibarətdir. Yanacağın
yanmasından alınan istilik materiala ötürülür.
İşçi kameranın vəzifəsi verilmiş rejimdə materiallrın istilik emalından ibarətdir.
Tüstü qazlarının istiliyindən istifadə etmə quruluşlarının vəzifəsi yanma üçün verilən
havanın və su buxarının qızdırılmasından ibarətdir.
Sorma quruluşu (tüstü qazları üçün nasos və ya boru) tüstü qazlarını atmosferə ötürür.
İstilik enerjisinin əsas mənbəyi yanacaqdır. Adətən maye və qazvari yanacaqlardan
istifadə edilir. Təbii yanacağın əsas növləri – kömür, neft və təbii qazdır. Süni yanacağa misal
olaraq koksu, benzini, mazutu, mayeləşdirilmiş qazları, reaksiya qazlarını göstərmək olar.
Ən geniş yayılmış maye yanacaq – mazut, qaz yanacağı isə təbii qazdır. Qazvari
yanacağın maye yanacağa nisbətən aşağıdakı üstünlükləri vardır:
- böyük və kiçik izafi hava sərflərində yanma prosesinin tənzimlənməsinin sadəliyi və
tam yanması;
- yanmadan əvvəl qazın və havanın yüksək temperatura qədər qızdırılması mümkünlüyü;
52
- mineral tozların miqdarı olduqca cüzidir.
Mayeləşmiş qazlar adətən propan və butan qarışığından ibarət olub, tərkibində müəyyən
qədər etan və digər qarışıqlar olur. Bu yanacaq növündən təbii qaz olmadıqda istifadə olunur.

6.2. Sobaların təsnifarı


Kimya sənayesinin sobalarını bir çox əlamətlərə görə təsnif etmək olar. Sobaları
istehsalın növünə, texnoloji, istilik-texniki və konstruktiv əlamətlərinə görə təsnifata bölmək
məsləhət görülür. Fazaların qarşılıqlı təsir xarakterinə görə sobaları 2 qrupa bölmək olar.
Birinci qrupda istilik mübadiləsi borudan ötürülür, digərində isə emal olunan material
bilavasitə tüstü qazları ilə görüşür.
Sobaların konstruktiv əlamətə görə təsnifatı aşağıdakı şəkildə verilmişdir.
Neft-kimya sənayesində yüksək temperaturlu qızdırma və mayeləri qızdıraraq kimyəvi
çevrilmələrə dücar etmək üçün borulu sobalardan geniş istifadə olunur.
İstiliyin ötürülməsinə görə borulu sobaları aşağıdakı kimi təsnifata bölmək olar:
1) Alovlu yanma konveksiya tipli sobalar;
2) Alovlu yanma radiasiya-konveksiya tipli sobalar;
3) Alovsuz yanma radiasiya-konveksiya tipli sobalar.
Alovsuz yanma tipli sobalar 2 kameradan ibarət olur: radiasiya və konveksiya kameraları.
Radiant boruları yanacağın yanma kamerasında yerləşir.

Sobalar

İstilik divardan ötürülür İstilik mübadiləsi bilavasitə tüstü


qazları ilə material arasında baş verir

borulu şaxtalı
mufel kamerli
vanna tunelli
barabanlı emal olunan
maddənin qaynar laylı olması

6.3 Borulu sobaların üstün cəhətləri

1) İstilikötürmə əmsalı yüksəkdir, çünki xammal ilanvari borudan yüksək sürətlə keçir
2) Yüksək istilik effektinə malikdir, çünki istiliyin əsas hissədi radiasiya və konveksiya
vasitəsilə ötürülür
3) Yüsək temperatur zonalarında xammalın qalma vaxtı kiçik olur. Ona görə də xammal
parçalanmadan yüksək temperatura qədər qızır
4) Borulu sobalar yığcam olub, istismarı əlverişlidir. Avtomatlaşdırılması mürəkkəb
olmayıb, ona qulluq edən işçilərin sayı azdır
5) Yüksək istilik yüklü sobaların quraşdırılması mümkündür

6.4. Borulu sobaların işarələnməsi


Tipik borulu sobaları şərti işarələmək üçün aşağıdakı şifr qəbul edilmişdir:
53
I hərf yanacağın yandırılma üsulunu göstərir:
Б – panel lampalarda qaz yanacağının alovsuz yanması;
Ш – yarıqlı lampalarda qaz yanacağının yandırılması;
НB – qaz yanacağının döşənən yelpinc şəklində yandırılması;
C – şaquli sərbəst alovda kombinə edilmiş yanacağın yandırılması;
Ho – kombinə edilmiş yanacağın həcmi döşənən yandırılması;
HD – məşəli hündürlüyü boyu hava sərfinin dəyişməsi ilə kombinə edilmiş yanacağın
döşənən yandaraıması

II hərf borulu sobanın formasını işarə edir:


K – qutu şəkilli;
Ц – silindrik

III hərf radiasiya kamerasında boruların yerləşmə vəziyyətini işarə edir:


Г – üfüqi;
В – şaquli

1, 2, 3, ... və s. rəqəmləri radiasiya kameralarının sayını işarə edir.


Kəsrin sürəti – radiant boruların nominal qızma səthini güstərir (m2);
Kəsrin məxrəci – radiant boruların uzunluğunu göstərir.

6.5 Borulu sobaların istismarı


Borulu sobalar aşağıdakı kimi işləyir:
Sobanın döşəməsində və ya yan divarlarında yerləşdirilmiş yandırıcılar vasitəsilə mazut
və ya qaz yanacağı yandırılır. Tüstü qazları radiasiya kamerasından konveksiya kamerasına daxil
olur, sonra isə tüstü borusu vasitəsilə atmosferə xaric olunur. Tüstü qazlarının sorulması şiber
vasitəsilə tənzimlənir. Şiber sobanın çıxışında yerləşdirilir. Məhsul bir və ya bir neçə axınla
konveksiya kamerasına daxil olub, sonra isə radiasiya kamerasına daxil olaraq lazımi
temperatura qədər qızdırılaraq xaric olunur.
Sobanı seçərkən əsas etibarı ilə yanacağın növünü nəzərə almaq lazımdır. Radiasiya
kamerasında boruların yerləşdirilməsi konstruktiv əlamətlərə və istismar tələbatına görə
müəyyən edilir. Bütün texnoloji proseslər üçün boruları üfüqi yerləşən radiasiya kameralı borulu
sobalardan istifadə edilir. Ancaq, yüksək istilik yükü olduqda, bu tip borulu sobalar çox böyük
olur və onların konstruktiv hazırlanması xeyli çətinlik törədir. Onu da qeyd etmək lazımdır ki, 2
radiasiya kamerası olan və boruları 2 tərəfdən şüalanan orta mərkəzi şəbəkələr olduqca tez
sıradan çıxırlar. Ona görə də sobanın ortasında döşəmə divarı yerləşdirmək daha məqsədəuyğun
olub və bir cərgəli ekrandan istifadə edirlər. Əgər sobanın dayandırılması zamanı məhsul
borulardan öz axını ilə boşaldılarsa, bu halda radiasiya kamerasında və həmçinin konveksiya
kamerasında üfüqi yerlışdirilmiş borulardan istifadə etmək lazımdır.
Radiasiya kamerasında boruların şaquli yerləşdirilməsi istiliyə davamlı legirli poladların
sərfini azaldır, sobaların tutduğu sahəni xeyli kiçildir və çox kameralı sobaların hazırlanmasını
təmin edir.
İlanvari boru intensiv kokslaşarsa və koksun tez-tez yandırılması tələb edilərsə, bu halda
radiasiya kamerasında boruların şaquli yerləşdirilməsi məsləhət görülmür. Çünki, şaquli
yerləşmədə borular bütöv ikiliklərkə birləşdirildiklərindən, orada koksun yanması bir neçə dəfə
ləng gedir (ilanvari boru üfüqi yerləşdirilməyə nisbətən).
Xammal ilanvari boruda hərəkət etdikcə onun aqreqat halı dəyişir. Xammal ilanvari
boruya maye halında daxil olur, sonra isə buxarlanır və alınan maye-buxar qarışığı ilanvari boru
54
ilə hərəkət edir. İlanvari borunun hər bir sahəsində xammal istilik udaraq həddən artıq
qızmamalıdır. Ona görə də borunun hər bir sahəsi üçün onun özünün qızma səthinin istilik
gərginliyi tələb edilir. Qızdırılan xammalın axınlarının sayı iqtisadi mülahizələrə görə, ilanvari
borularda xammalın sürətinə görə müəyyən edilir.
Xammalın sürəti və boruların istilik gərginliyi qarışılıqlı asılıdırlar. Bunları ilanvari
borunun dəyərinə və ilanvari boruda hidravlik müqaviməti dəf etməyə sərf olunan enerjinin
dəyərinə görə seçirlər. İstənilən sobada bir axın yaratmaq mümkün olub, verilən istiliyin
tənzimlənməsi radiasiya kamerasının yandırıcı quruluşları vasitəsilə yerinə yetirilir. Qayda
olaraq hər axının borularında məhsulun sərfinin eyni olması təmin edilməli və verilən istilik
radiasiya kamerasının yandırıcıları vasitəsilə tənzimləyməlidir.
Hər bir axının boruları radiasiya kamerasının yandırıcı quruluşlarına nəzərən simmetrik
yerləşməlidir. Çoxaxınlı sobalar üçün əsas qayda hər axının borularının yandırıcı quruluşlara
nəzərən simmetrik yerləşməsi və axınların hidravlik müqavimətlərinin eyni olmasıdır. Bəzi
texnoloji proseslərdə məhsulun ilanvari boruda qalma vaxtı məhdud olur. Bu isə məhsulun
boruda hərəkət sürəti və borunun uzunluğundan asılıdır. Bu sürətin artması hidravlik
müqavimətin artmasına səbəb olur. İlanvari borunun uzunluğunun azaldılması axınların sayının
və ya radiasiya və konveksiya kameralarının borularının səthinin orta istilik gərginliyini
artırmaqla mümkündür. Radiasiya kamerasında boruların səthinin orta istilik grginliyinin
artırılması boruların addımının artırılması ilə mümkündür.

a) bir cərgəli ekran;


b) bir cərgəli 2 tərəfdən şüalandırılan ekran;
c) iki cərgəli 2 tərəfdən şüalandırılan ekran;
d) dəyişən addımlı 2 cərgəli 2 tərəfdən şüalandırılan ekran.
Konveksiya kamerasında boruların səthinin orta istilik gərginliyinin artırılması qabırğalı
borulardan istifadə edərək borulararası fəzada tüstü qazlarının sürətini artırmaqla mümkündür.
Borulu sobalarda texnoloji proseslərin tələbatından asılı olaraq müxtəlif diametrli və
qalınlıqlı borulardan ilanvari borunu quraşdırmaq, müxtəlif saylı axınlar və s. parametrlərlə
xarakterizə olunan ilanvari borudan istifadə edilməsi nəzərdə tutulur. İlanvari boru üçün adətən
xarici diametri 57; 76; 89; 108; 127; 159; 219; 273; 326; 377 və 426 mm olan borulardan istifadə
edirlər.
Adətən sobalarda qaz lampalarından və ya kombinəli yandırıcılardan istifadə edilir.
Sobanın karkası, futerovkası, ilanvari borusu, tökmə ilə hazırlanan hissələr, yandırıcılar,
tüstü qazı yolları və ya tüstü borusu, qulluq etmək üçün meydançalar, pilləkənlər daşınma
komplektinə daxildir.

6.6. Borulu sobaların konstruksiyaları


6.6.1. BKQ-2 tipli soba
BKQ-2 tipli alovsuz yanma sobasının sxemi aşağıdakı kimidir. Bu sobada ynacağın
yanma prosesi panel lampalarının daxilində baş verir. Soba qutu tipli olub, 2 radiasiya
kamerasında borular üfüqi vəziyyətdə yerləşir. Yandırıcılar yan divarların hər birində 5 cərgə
yerləşdirilir. Ona görə də bu sobalarda bir-birinə qarşı duran 2 şüalanan blok əmələ gəlir.
Şüalanan divarlar arasında 2 tərəfli şüalandırılan boru ekranı yerləşdirilir. Boru ekranı 2-cərgəli,
1-cərgəli və ya addımı dəyişən ola bilər. İstilik yükünün tənzimlənməsini asılı olmayaraq təmin
etmək üçün hər cərgənin lampaları üçün onların özlərinin qaz kollektorları nəzərdə tutulmuşdur.
55
Beləliklə, radiant ilanvari borunun uyğun sahəsinin istilik gərginliyini tənzimləmək mümkündür.
Borulrın uzunluğundan asılı olaraq bu sobalar 5 tipdə hazırlanır. Radiasiya kamerası isə 2 tipdə
hazırlanır (asılı şamot kərpicdən və yüngül çəkili istiliyə davamlı betondan).
Bu tip sobalarda kükürddən təmizlənmiş təmiz qaz yandırılır. Ona görə də atmosferə
zərərli tullantılar atılmır və tüstü borusunun hündürlüyünü 25 m götürmək olar.

BKQ-2 tipli soba

Şəkil 6.1

6.6.2. SKQ-1 tipli soba


Bu sobalarda kombinə olunmuş yanacaq sərbəst şaquli alovda yandırılır. Soba qutu
şəklində olub, ilanvari borular bir radiasiya kamerasında üfüqi vəziyyətdə yerləşdirilir.
Yandırıcılar sobanın döşəməsində bir cərgədə yerləşdirilir.
Radiasiya kamerasının hər bir yan divarında 1 cərgəli boru ekranı yerləşdirilir.
Bu borular şaquli məşəllərdən şüalanırlar. Bu tip sobalarda kombinə edilmiş yanacaq
yandırıldığından, sobada qaz toplayıcısı nəzərdə tutulur və yanma qazları buradan müstəqil
quraşdırılmış tüstü borularına daxil olur.
Bu sobalar 7 tipdə hazırlanırlar.

SKQ-1 tip li soba


56
Şəkil 6.2
6.6.3. H0KQ-2 tipli soba
Bu tip soba həcmi döşəmə alovlu soba olub qutu şəklində olmaqla xammal boruları üfüqi
vəziyyətdə yerləşir. Bu sobaların radiasiya kamerasının ortasında döşəmə divarı yerləşdirilib ki,
bu da kameranı 2 yerə ayırır. Yanacağın yanması üçün forsunkalar sobanın yan divarlarında hər
2 tərəfdən 45 bucaq altında yerləşir. Həmin forsunkalarda yanacağın yanması nəticəsində alınan
alovun istiliyini həcmi döşənmiş divar olaraq, radiasiya kamerasının yan divarlarında
forsunkadan yüksəkdə yerləşən radiant borularına şüalandırmaqla xammalı qızdırır. Yanma
məhsulları isə konveksiya borularını keçməklə onlara öz istiliyini verərək, həmin boruların
daxilindəki xammalı qızdırır. Bu sobalarda forsunkalarda yandırmaq üçün kombinə edilmiş
yanacaqdan, yəni qaz və maye yanacağından istifadə edilir.
Bu sobalar 7 tipdə hazırlanır.
H0KQ-2 tipli soba

Şəkil 6.3
6.6.4. СЦВ-1 tipli soba
Bu sobada kombinə olunmuş yanacaq sərbəst alovlu yandırılır. Soba silindrik şəkildə
olub, 1 radiasiya kamerasında ilanvari boruları vertikal yerləşir. Kombinəli yandırıcılar sobanın
döşəməsində yerləşdirilir.
Radiasiya kamerasının divarlarında 1 cərgəli boru ekranı quraşdırılır.
Boru ekranı 1 və 2 cərgəli ola bilər. Tüstü qazları qaz toplayıcıdan tüstü borusuna
yönəldilir. Bu sobalar 2 tipdə hazırlana bilər: radiasiya tipli (konveksiya kamerasız) və radiasiya
– konveksiya tipli.
Soba radiasiya tipli olduqda, onun şifrinə R hərfi əlavə olunur.
СЦВ-1 tipli soba
57

Şəkil 6.4

6.6.5. НДЦВ-4 tipli soba


Bu sobada kombinə olunmuş yanacaq döşənən yandırılır. Yanma zamanı alova əlavə
miqdarda hava verilir. Soba silindrik şəkildə olub, 4 radiasiya kamerasında borular şaquli
yerləşdirilir. Yandırıcılar isə sobanın döşəməsində yerləşdirilir. Bu yandırıcıların oxu əks
etdirici-paylaşdırıcıya doğru yönəldilir. Əks etdirici-paylaşdırıcı sobanın mərkəzində quraşdırılır
və piramida şəklində hazırlanır. Onun kənarları əyilir, əks etdiricinin daxilində hissələrə bölünür.
Həmin hissələrə əlavə hava verilir. Hər bir hava daxil edici şiberlə təchiz edilir. Bu şiberlərə
qulluq etmə və idarə meydançalardan həyata keçirilir.
НДЦВ-4 tipli soba

Şəkil 6.5
6.6.6. SKV-1 tipli soba

Bu sobada kombinə olunmuş yanacaq sərbəst şaquli yandırılır. Soba qutu şəklində olub,
ilanvari boruları şaquli vəziyyətdə yerləşdirilir, yandırıcılar isə sobanın döşəməsində
yerləşdirilir.
Şaquli borular radiasiya kamerasının 4 tərəfi boyu yerləşdirilir. Radiasiya kameralarının
divarlarında 1 cərgəli boru ekranı, radiasiya kameraları arasında 2 cərgəli 2 tərəfdən
şüalandırılan boru ekranı yerləşdirilir. Bu sobaların 6 tipi mövcuddur. Sobaların hər bir tipi
digərindən radiasiya kameralarının sayına görə fərqlənir.
Bu tip sobada hər bir radiasiya kamerası üzərində öz konveksiya kamerası yerləşir və hər
bir konveksiya kamerasının qaz toplayıcısı və tənzimləyicisi vardır. Yandırıcılara hər iki tərəfdən
qulluq edirlər. Bu tip sobalar yüngül çəkili, istiliyə davamlı betonla futerovka olunurlar.
58
SKV-1 tipli soba

Şəkil 6.6

6.7. Borulu sobaların elementləri


Konstruktiv cəhətdən borulu sobalar aşağıdakı hissə və düyünlərdən ibarətdir: ilnvari
boru, odadavamlı futerovka və istilik izolyasiyası, özül, metal karkas, yandırıcılar, tüstü yolu və
tüstü borusu, qarnitura (boru asqıları, dayaq düyünləri, şəbəkələr, kronşteynlər, odadavamlı
kərpiclər, qoruyucu pəncərə, baxış pəncərəsi və s.).
Özüllər. Borulu sobaların özülləri monolit və ya yığma dəmir betonlardan hazırlanır.
Özülləri yeraltı sulardan hidroizolyasiya vasitəsilə qoruyurlar. Çünki, 300-400C temperaturda
betonun tərkibində olan sement kristallizasiya suyunu itirir və möhkəmliyi aşağı düşür. Ona görə
də özülləri yüksək temperatur təsirindən qalınlığı kifayət qədər olan qoruyucu istilik izolyasiyası
ilə örtürlər.
Metal karkaslar. Metal karkas ferma çərçivəsindən ibarət olub, sobanın divarlarını əhatə
edir. Ona görə də metal karkasın konfiqurasiyası sobanın formasına uyğun olur. Karkas ilanvari
borulardan, qarniturlardan, asılmış tavanlardan və s. düşən yükləri qəbul edir. Sobanın karkası
müstəvi çərçivələrdən və ya fermalardan ibarət olub, onlar dayaq tirləri vasitəsilə özül üzərində
quraşdırılır. Bu tirləri bir-birinə üfüqi tirlər və ya şvellerlər vasitəsilə əlaqələndirirlər. Karkasın
fermasına boru asqıları, odadavamlı kərpiclər üçün asqılar və kronşteynlər bərkidilir.
Odadavamlı hörgü (обмуровка) və istilik izolyasiyası. Odadavamlı hörgünün vəzifəsi
karkası yüksək temperatur təsirindən qorumaqdır. Hörgü və istilik izolyasiyası ətraf mühitə itən
istiliyin qarşısını alır. Bir sıra soblarda hörgü üçün fasonlu şamot kərpiclərdən istifadə edilir.
A markalı – 1730C-dən kişik olduqda;
B markalı – 1670C-dən kiçik olmalıdır;
C markalı – 1580C-dən kiçik olmalıdır.
Odadavamlı kərpicin müxtəlifliyi hörgünün yaradılmasını olduqca çətinləşdirir. Ona görə
də müasir sobalarda blok şəkilli hörgüdən istifadə edirlər. Bu bloklar istiyədavamlı betondan
hazırlanır.
Metal karkası olan sobalar üçün kütləsi 500 kq və daha çox olan bloklardan istifadə edilir.
Alovsuz yanma sobalarının şaquli divarları və ayrı-ayrı sahələri keramik panellərdən
hazırlanır. Keramik panellər də sobanın karkasına bərkidilir.
Ayrı-ayrı yandırıcılar arasında kipliyi asbest araqatı vasitəsilə təmin edirlər.
Hazırda dünya miqyasında sobaların tikilməsində kərpicdən hörülmüş hörgüdən istiyə
davamlı və istilik-izolyasiya bloklarına keçilməsi istiqaməti nəzərdən keçirilir. Hörgü aşağıdakı
tələbatlara cavab verməlidir:
1) 6 – 8 il müddətində sobanın işləmə qabiliyyətini təmin etməlidir;
59
2) Sobanın radiasiya kamerasında yüksək istilikvermə şəraiti yaradıb, ətraf mühitə verilən
istiliyi azaltmalıdır. Bu halda qulluq edən işçilərin sanitar-gigiyena şəraiti təmin edilir.
3) Yanma və konveksiya kameralarına tüstü yolu ilə havanın sorulması yol verməməlidir.
Istiliyə davamlı və möhkəm olub, temperatur dəyişməsinə davam gətirməlidir.
4) Kütləsi minimum, təmir olunması isə əlverişli olmalıdır. Təmirə çəkilən xərclər
minimal olmalıdır. İstifadə olunan materialların quraşdırılması iqtisadi cəhətdən əlverişli
olmalıdır.
Sobalarda bir laylı və çox laylı panellərdən istifadə etmək olar. Bir panelli hörgünün
qalınlığı 250 mm-dən böyük olmamalıdır. Panellərin ölçüsü və forması sobanın
konstruksiyasından asılı olaraq müəyyən edilir. Bu zaman yandırıcıların yerləşməsi, sobanın
blok dəstinin nəqli, təmiri və quraşdırılma məsələləri də nəzərə alınmalıdır. Dəmir-beton
panellərin ölçüləri aşağıdakı kimidir:
- dəmir armatur olmadıqda – 1 m x 1 m;
- bucaqlıqdan karkas olduqda – 1,5 m x 2,0 m;
- metallik içlik olduqda – 2,5 m x 3,0 m
İlanvari boru. İlanvari boru ən məsul hissələrdən biridir. İlanvari boru tikişsiz soba
borularından və ikiliklərdən (returbent) yığılır. Bəzi sobalarda returbent olmayan qaynaq
ilanvari borularından istifadə edilir. Bu ilanvari borular etibarlı və hermetik olur.
Atmosfer-vakuum və vakuum qurğularında sobanın istismarının istilik rejimi sabit olur
və xammalın qızma temperaturu çox yüksək olmadığından neftin korroziyaedici xassəsini nəzərə
alaraq sobanın borularını polad 10, polad 20 və ya az legirli texniki poladlardan 15X5M və
15X5MA hazırlayırlar.
Katalitik krekinq və digər qurğularda gedən texnoloji proseslər yüksək temperatur və
korroziyaedici agentlərlə xarakterizə olunduğundan, az legirli poladların xidmət müddəti kiçik
olur (1-3 il). Xüsusilə, sobanın radiasiya seksiyasının ilanvari borusu daha tez sıradan çıxır.
Çünki, burada koks müxtəlif çöküntülər əmələ gətirir və həmçinin kükürd qazı iştirak edir. Ona
görə də bu qurğuların sobaları üçün VNİİNEFTEMAŞ-ın tövsiyyəsinə görə 12X8MA və X9M
poladlarından istifadə edilməsi göstərilir. İstiyə davamlılığına görə 550 və 600C
temperaturlarda 12XMA poladı məlum olan 15X5M poladından geri qalmır və korroziyaya
davamlılığına görə hidrogen kükürd isti mühitində 15X5MA poladı onu 2-3 dəfə ötüb keçir.
Hidrotəmizləmə və digər yüksək temperaturlu proseslərdə xammal 600C-yə qədər
qızdırılır və qurğuların sobalarında ilanvari borular üçün 12X18H9T və 12X18H10T və ya
1X12B2H poladlarından istifadə edilir. Sobalarda 15X5M poladı əvəzinə 1X12B2H soba
borularından istifadə edilməsi ilanvari borunun işləmə müddətini artırmağa və təmir vaxtı
sobanın dayanma vaxtını azaltmağa imkan verir. İlanvari borular üçün X9M poladından istifadə
edilməsi perspektivlidir. Bu poladda 9% xromun və 1% molibdenin olması yüksək istiliyə
davamlılığı təmin edir. Bu polad qiymətcə 20-25% 15X5M poladına nəzərən bahadır.
Soba ikilikləri (returbent). Returbent soba borularına birləşdirilərək ilanvari borunu
əmələ gətirir. Bunlar sökülə bilən hissələr olub, onların etibarlığı və qüsursuz olmasından
sobanın normal iş rejimi asılıdır. Returbentin konstruksiyasına aşağıdakı tələbat qoyulur:
Birləşmənin etibarlılığı, təmir və təmizəmə zamanı əlverişli olmalı, hidravlik müqavimət
kiçik olmalıdır.
Konstruksiyasına görə returbent 2, 4 borulu və bucaq şəklində olur. Hazırlanma üsuluna
görə tökmə və döymə ilə hazırlanırlar. Tökmə ilə hazırlanan returbentlər daha etibarlı olub, onlar
yığcam və döymə üsulu ilə hazırlanan returbentlər nisbətən iqtisadi cəhətdən əlverişli olurlar.
Returbentin silindrik yuvasında borular üçün 1 və ya 2 ədəd dərinliyi 1,52 mm olan
kanavkalar açılır. Returbentin gövdəsi termiki emal olunur.
Vərdələmə üsulu ilə boruların birləşdirilməsindən temperatur 560C olduqda istifadə
olunur. Daha yüksək temperaturlarda birləşmə qaynaq vasitəsilə yerinə yetirilir.

6.8. Borulu sobaların qarniturası


60
Sobanın qarniturasına aşağıdakı elementlər daxildir:
1) Qoruyucu pəncərənin vəzifəsi qəza zamanı partlayış qüvvəsini azaltmaqdan ibarətdir.
Bu pəncərədən istifadə edərək, təmir və təftiş zamanı qulluq edən yanma kamerasına daxil ola
bilər.
2) Baxış pəncərəsi. Onun vəzifəsi yandırıcıların işləməsinə, ilanvari borunun vəziyyətinə
və hörgüyə nəzarət etməkdən ibarətdir.
3) Sipərin (şiberin) vəzifəsi sobada sormanı tənzimləməkdən ibarətdir. Yanğın zamanı
şiber vasitəsilə tüstü qazının yolu kəsilir, nəticədə sorma və yanma intensivliyi azalır və məşəlin
tüstü borusuna keçməsinin qarşısı alınır.
4) Şəbəkələr və asqılar. Bunlar sobanın ilanvari borusu üçün dayaq hissələridir. Sobalar
üçün boru şəbəkələri 3 tipdə hazırlanır:
a) radiant boruların kənar şəbəkələri;
b) konveksiya bölməsinin kənar şəbəkələri;
c) konveksiya bölməsinin orta hissəsində yerləşən dayaq şəbəkələri.
Konveksiya kamerasının əksər boru şəbəkələri СЧ 21-40 tökmə çuqunundan hazırlanır.
Radiasiya bölməsinin şəbəkələrinin yuxarı hissələri 20XA23H13 və XA25H12 poladlarından
tökmə ilə hazırlanır. Bunlar 1050C-yə kimi istiliyə davam gətirirlər. Sobanın radiasiya
kamerasında radiant boruların sallanmasının qarşısını almaq üçün bir neçə cərgə boru
asqılarından istifadə edilir. Bu asqılar konstruksiyalarına görə bağlı və açıq tipli olurlar. Bağlı
tipli asqıların mənfi cəhəti ondan ibarətdir ki, defektli asqıları dəyişmək üçün boruları kəsmək
lazım gəlir. Soba borularının asqıları daha sərt şəraitdə işləyirlər. Asqılara aşağıdakı tələbatlar
qoyulur: asqılarda qabarmalar, iti uclar və bir kəsikdən digərinə keçid kəskin olmamalıdır. Yan
tərəflərində bərkitmək və borular üçün nəzərdə tutulmuş deşiklər tökmədən qalmış şlakdan
təmizlənməli və hamarlanmalıdır.
Yüksək temperaturlu borulu sobalarda radiasiya kamerasının boruları sərbəst olaraq
ştanqa və yaylı asqılar vasitəsilə asılaraq 150-200 mm uzanmaq imkanı vardır. Asqılar yanma
kamerasının xaricində yerləşirlər və ona görə də yüksək temperatur və aqressiv mühitə məruz
qalmırlar.
İlanvari borunun qazması və soyuması zamanı onun genişlənməsi və sıxılması eyni
olmur. Onun giriş hissədi çıxış hissəsinə nəzərən az genişlənir. Ona görə də yaylı asqıların
vəzifəsi genişlənmə və sıxılmadan yaranan temperatur yüklərin qəbul etmək və metalda yaranan
gərginliyi azaltmaqdan ibarətdir. Odadavamlı kərpiclər üçün kronşteyn və asqılar yüksək
temperaturdan kənarda yerləşdiklərindən, onları boz çuqundan hazırlayırlar.
Katalitik riforminq qurğularının sobalarında şaquli ilanvari borunun dayaq elementlərini
istiyə davamlı 10XA23HB poladından, şamot kərpicləri üçün asqıları istiyə davamlı metal
vərəqdən hazırlayırlar.

Yanma kamerasının baxış pəncərəsi


61
1 – gövdə; 2 – qapaq; 3 – dəstək
Şəkil 6.7.

Qoruyucu pəncərə

1 – çərçivə; 2 – qapı; 3 – istilik izolyasiyası; 4 – oynağın oxu


Şəkil 6.8

Boru asqıları

a – açıq asqı; b – qapalı asqı; c – açıq kronşteyn


Şəkil 6.9

Boru şəbəkələri

Şəkil 6.10

6.9. Yandırıcılar
62
6.9.1. ГП-1 və П-2 tipli yandırıcılar

СКГ I, CKB, H0K2, CBI və CB7 tipli sobalarda qaz və maye yanacağını (və ya hər
ikisini eyni zamanda) su buxarı ilə səpələməklə yandırmaq üçün istifadə edilir.
Yandırıcı əsas üç hissənin (qaz, maye və hava) bir aqreqat halında birləşməsindən
ibarətdir. Yandırıcının qaz hissəsi iki sıra deşiyi olan kollektordan (qazın çıxması üçün) və
qazaparıcı borudan ibarətdir.
Yandırıcının maye hissəsi – yandırıcı daxilində yerləşən forsunkadan ibarətdir.
Yandırıcının hava hissəsi ventilyatordan, havaaparan xəttdən, üzərində atmosfer
havasının daxil olması üçün pəncərələri olan registr yerləşən gövdədən ibarətdir.
Yandırıcı quruluş qazla aşağıdakı qaydada işləyir.
Qaz qaz-kollektorunun deşiyindən hava xəttindən və gövdənin pəncərəsindən daxil olan
mərkəzi burulğanla və düz axınla ətraf hava axınına qarışır. Qaz-hava qarışığının əmələ gəlməsi
və onun alovlanması yandırıcının daxilində başlayır. Atmosfer havasının verilməsi yandırıcının
girişində şiberində və gövdədəki registrin vəziyyətinə görə tənzimlənir.
Yandırıcı quruluş mazutla aşağıdakı qaydada işləyir.
Qızmış mazut (95130C) forsunkanın mərkəzi borusuna daxil olaraq maye ucluğun
deşiklərindən səpələyiciyə keçir və həmən səpələyiciyə borular arası boşluqdan buxar daxil olur.
Səpələyici bir-birindən vintvari ayrılmış iki kameradan ibarətdir. Hər kameraya iki kanal daxil
olur. Buxarın burulğan hərəkəti nəticəsində mazut axını da burulğan hərəkət edir də birinci
kamerada buxar-maye emulsiyası alınır. Bu halda daha iri damcılar mərkəzdənqaçma qüvvəsinin
təsiri nəticəsində kameranın kənar divarına doğru hərəkət edir. Birinci kameradan ikinci
kameraya keçdikdə damcılar vintvari yivin iti uclarına toxunaraq xırda damcılara bölünür.
İkinci kamerada emulsiya iki buxar axının təsirinə məruz qalaraq mazut damcıların son
parçalanması baş verir və paylayıcı qapağın deşiklərindən yanma zonası axır. Mazutun yanması
üçün lazım olan hava yandırıcının gövdəsindən sovrulur.
Havanın miqdarı mazut hissəsində tənzimləyicinin vəziyyətinə əsasən dəyişdirilir. Maye
yanacağa görə nominal istilik yükünü təmin etmək üçün sobanın döşəməsi üzərində təzyiq 150
Pa (15 mm su süt.) olduqda tənzimləyicinin vəziyyəti tam aşağıya buraxılmış halda yerləşir.
П-1 və П-2 tipli yandırıcıların texniki xarakteristikaları cədvəl 6.1-də verilmişdir.

П-1 və П-2 tipli yandırıcılar

1 – qaz kollektoru; 2 – yandırıcının


gövdəsi; 3 – registr; 4 – hava
burulğandırıcı; 5 – hava aparıcı; 6 – maye
üçün forsunka; 7 – şiber; 8 – sektor; 9 –
hava aparıcı boru.

Şəkil 6.11

Cədvəl 6.1
Texniki xarakteristika
63
Göstəricilər -1 -2
1 2 3
İstilik yükü, MVt (kkal/saat) 2 (1,7) 2,4 (2,1)
Məhsuldarlıq:
u 180 216
Maye yanacaqla işlədikdə (Q a =9500kkal/kq) kq/saat
u 210 250
Qaz ilə işlədikdə (Q a =8200 kkal/m3), m3/saat
Yandırıcıdan qabaq təzyiq
mazut və buxar, MPa (kq/sm2) 0,26 (2,6)
qaz, KPa (kq/m2) 5,1 (510) 1,5 (150)
Yanma kamerasında təzyiq, Pa (kq/m2) 150 (15)
Yandırıcıdan qabaq temperatur, C 120
mazut
qaz 250-yə qədər
Yandırıcının səpələnməsi üçün buxarın xüsusi sərfi,
kq buxar/kq yanacaq 0,11
Hava artıqlıq əmsalı
mazutla işlədikdə 1,1
qazla işlədikdə 1,07 1,08
İşçi tənzimləmə diapazonu:
qazın sərfinə görə, m3/saat 52-208 52-250
mazutun sərfinə görə, kq/saat 44-180 45-216
İşçi tənzimləmə əmsalı 4,1 4,8
Məşəlin uzunluğu, m 5,5
Səsin səviyyəsi, aB 83
Qabarit ölçüləru, mm 665 x 495 x 470
Kütləsi, kq 70,4

Yandırıcının konstruksiyası hava xəttindən ventilyator vasitəsilə havanın verilməsi


imkanını nəzərə alır. Yandırıcıya havanın verilməsi iki səbəbə lazım olur: yanma kamerasında
sovurmanın lazımı dərəcədə olmaması nəticəsində lazımı miqdarda havanın sovrulması və eləcə
də yanacağın yandırdıqda qızmış havadan istifadə edilməsi.
П-1 və П-2 tipli yandırıcılar maye və qaz yanacaqlarını birlikdə istənilən nisbətdə
yandırdıqda dayanıqlı işləyir. Bu halda yandırıcının nominal istilik yükü təmin edilir.

6.9..2. BH-0,35 tipli qazla işləyən yelpikli döşəmə alovlu yandırıcı


BH-0,35 tipli yandırıcı HB kq tipli borulu sobalarda neft zavodları təbii və alınan
qazların yandırılması üçün istiadə edilir. Yandırıcı örtüyün daxili səthində qaz yanacağının
döşəmə yanmasını, onun qızmasını və ilanvari boruya enerjinin şüalanma və konveksiya ilə
ötürməsini təmin edir. Yandırıcı ilk havanı qabaqcadan natamam sovuran və döşəmə səthinə
hava-qaz qarışığını yelpikli paylayan injeksiya quruluşuna aiddir. Bu hətta tərkibində 60%-ə
(həcmlə) qədər hidrogen olan yanacaq qazının tərkibi dəyişdikdə məşəlin sıçrayış və
aralanmasının qarşısını almağa imkan verir və eləcə də yanma məhsulu ilə şüalanma səthinin
effektiv kontaktını təmin edir.
Yandırıcı paylayıcı başlıqdan, gövdədən, injeksiyalı qarışdırıcıdan, ilk və ikinci havanın
tənzimləyicisindən ibarətdir. Yandırıcının işləməsi zamanı ilk hava injeksiyalı qarışdırıcıya,
ikinci hava isə yanma kamerasında yaranan sovurmanın nəticəsində gövdə ilə qarışdırıcı
arasındakı kanala daxil olur. İlk və ikinci hava axının daxil olması üşün şiberləri – hava
tənzimləyiciləri döndərməklə tənzimləyir.
64
Yanma (radiasiya) kamerasında temperatur səviyyəsindən asılı olaraq örtüyü 350 və 460
mm qalınlıqda hazırlamaq lazımdır. Bununla əlaqədar olaraq BH-0,35 tipli yandırıcı iki
tərkibdə buraxılır.
I tərtib – örtüyün qalınlığı 350 mm olan borulu sobalar üçün
II tərtib – örtüyün qalınlığı 460 mm olan borulu sobalar üçün.
Sobanın nominal gücündən və ekranın hündürlüyü boyu istilikötürmənin lazımi
tənzimləməsindən asılı olaraq yandırıcılar bir və ya bir neçə mərtəbə yerləşdirilir. Bu halda
BH-0,35 tipli yandırıcıların hər mərtəbəsində yandırıcılar arasındakı addım 9001200 mm
götürülür. Mərtəbələr arası məsafə isə 1250-1350 mm götürülür. Paylayıcı başlığın yanma
məhsulları ilə yuyulmasını azaltmaq üçün yandırıcı odadavamlı şamotdan hazırlanmış dimdiklə
müdafiə olunmalıdır. BH-0,35 tipli yandırıcı üçün OK-20 tipli normallaşdırılmış kərpicdən
istifadə edilir.
Məşəlin əlavə stabilləşməsi üçün hər bir yandırıcının ətraf örtüyündə dərinliyi 40 mm
olan paz yerləşdirilmişdir.
Yanma məhsulun hərəkəti istiqamətində yanma məhsulu ilə divar arasında kontakt
səthinin artması ilə yandırılan qazın istiliyinin şüa enerjisinə çevrilmə enerjisini artırmaq üçün
döşəmə səthində çıxıntının olması lazımdır.
Çıxıntı qabırğa üzərində yerləşən kərpicləri 40-50 mm ocağa tərəf çıxarılmaqla şaxmat
qaydasında yerləşdirilir. Çıxıntıların üfüqi addımı 230 mm, şaquli addımı 114 mm.

BH-0,35 tipli yandırıcı

I – paylayıcı başlıq; 2 – daxili gövdə; 3 – mərkəzləşdirici lövhə; 4 – qarışdırıcı injektor;


5 – xarici gövdə; 6 – yandırıcının gövdəsinin flənsi; 7 – quraşdırma boltları; 8 – ikinci
havanı tənzimləyən; 9 – qarışdırıcı injektoru birləşdirən lövhə; 10 – ucluq; II – ucluğun
icliyi; I2 – ilk hava tənzimləyici; I3 – döngə
Şəkil 6.12

Çıxıntılı döşəmə səthinin sahəsi yandırıcının oxundan 600 mm məsafədə başlayır.


Yandırıcı qazlarda mexaniki çöküntülər olduqda yuvacıqlarının ölçüləri 3x3 mm olan tor
şəkilli filtrlər yerləşdirilir.
Yağlı qazla yandırdıqda və onda kondensat olduqda, qazı 100-120C -yə qədər qızdırmaq
lazımdır. Yandırıcının konstruksiyası işləyən sobada onların sökülməsinə imkan verir, özü də
bundan əvvəl yandırıcıdan qabaq yerləşən ventilin etibarlı işləməsinə əmin olmaq lazımdır.
Hər bir yandırıcının qarşısında gəzdirilən qaz alışdırıcını yerləşdirmək üçün qapaqlı lyuk
yerləşdirilir. Lyukun diametri – 40 mm. Yandırıcının yandırılması və onun işinə nəzarət yan
baxış pəncərələrindən edilir. Yandırıcıları yandırarkən baxış pəncərələri şüşə ilə müdafiə
olunmalıdır. Gəzdirilən alışdırıcının nominal məhsuldarlıqda məşəlin uzunluğu 250 mm-dən çox
olmamalıdır. BH-0,35 tipli yandırıcının texniki xarakteristikası cədvəl 6.2-də verilib.
65
Cədvəl 6.2
BH-0,35 tipli yandırıcının texniki xarakteristikası
BH-0,35 tipli yandırıcı
Göstəricilər
Tərtib I Tərtib II
İstilik gücü, MVt (qkal/saat)
Nominal 0,407 (0,35) 0,407 (0,35)
Maksimal 0,45 (0,39) 0,45 (0,39)
İstilik güünün tənzimləmə əmsalı
Işçi 4 4
hədd 5 5
Yandırıcıdan qabaq yandırıcı qazın təzyiqi
(nominal)
u 0,1 (I) 0,1 (I)
(Q a =8500kkal/m3, q=0ç73 kq/m3), MPa (kq/sm2)
Hava artıqlıq əmsalı:
ilk qarışıqda 0,65 – 0,75 0,65 – 0,75
Tam yanma şəraitində (0,5%) məşəlin sonunda 1,08 1,08
Nominal istilik gücündə yandırıcının yerləşmə
səviyyəsində sobada yaranan boşluq, Pa (mm.su 40 (4) 40 94)
süt)
Səsin səviyyəsi, aB 85 85
Qabarit ölçüləri, mm 846x290x290 956x290x290
Kütlə, kq 21 24,5

6.9.3. ГБПш – tipli alovsuz panel yandırıcıları

Bu yandırıcılar БКГ-2 tipli borulu sobalarda tərkibində kondensat, mexaniki çöküntü və


kükürdlü birləşmələr olmayan sabit tərkibli qaz şəkilli yanacağı yandırmaq üçün istifadə edilir.
Yandırıcı I0 markalı karbonlu poladdan (tərtib I) və ya 20x23 HI8 legirli poladdan (tərtib
II) ibarət olan borularla ştamplama-qaynaqla hazırlanır. Hər bir yandırıcı qaz ucluğu və hava
tənzimləyicidən ibarət qarışdırıcıdan, qaz-hava qarışığını bərabər paylamaq üçün quruluşla
qutudan, metal boru nikel və tunelləri olan ayrı-ayrı keramik doldurmadan yığılmış odadavamlı
paneldən ibarətdir.

ГБПш – tipli yandırıcıları

I – qutu; 2 – qarışdırıcı; 3 – ucluq; 4 – araqatı; 5 – dəstək; 6 – qundağ; 7 – keramika;


8 – izolyasiya; 9 – bolt; I0 – polad araqatı; II – izolyasiya; I2 – asbestli qaytan;
I3 – asbestli araqatı
Şəkil 6.13
66

Panelin ölçüləri 500x500 mm və ya 605x605 mm olur.


Yanıcı qaz yandırıcıya verilir, sonra isə qazın keyfiyyətindən və yandırıcının istilik
gücündən asılı olaraq müəyyən edilmiş təzyiqdə qaz aparıcı ilə ucluğa, oradan da qarışdırıcıya
daxil olur.
Ucluqdan çıxan qazın kinetik enerjisi hesabına qarışdırıcıya atmosferdən lazım olan
miqdarda hava sovrulur. Verilən qazın keyfiyyət və miqdarından asılı olaraq ucluğun diametri
yolu ilə müəyyən edilir.
Qarışdırıcıda yanıcı qaz və hava qarışır. Qaz-hava qarışığı paylayıca keçərək yandırıcının
qutusu boyu bərabər paylanaraq, panelin bütün nippellərinə daxil olur. Nippel üzərində sərbəst
oturdulmuş keramik prizmaların tunelinin girişində qaz-hava qarışığı alışır. Yanma tunelin
daxilində qurtarır. İstilik yükü 45000-dən 280000 kkal/saat-a qədər I0 markalı poladdan boruları
olan yandırıcılar altı tip ölçülü, istilik yükü 85000-dən 280000 kkal/saat-a qədər 20x23 HI8
legirli poladdan boruları olan yandırıcılar beş tip ölçüdə buraxılır.
Əgər ocaqdan çıxan qazın temperaturu 750C-dən artıq olmursa, sifarişçi ilə razılığa
əsasən boruları I0 markalı poladı olan yandırıcıların hazırlanmasına yol verir.
Yandırıcıların texniki xarakteristikaları cədvəl 6.3-də verilib.
Yandırıcıların tip-ölçüsü cədvəl 6.4-ə əsasən seçilir.
Cədvəl 6.3
Yandırıcıların texniki xarakteristikası
Borucuq- Borucuq- Qabarit
Qarışdı- Kütləsi
İstilik Boru-cuqların ların lar ölçüləri
Yandırıcının Qazın təzyiqi rıcının (kerami-
yükü 2 (nippellərin) diametri və arasında
tip-ölçüləri MPa (kq/sm ) diametri, kasız),
kkal/saat sayı qalınlığı, addım, L B
mm kq
mm mm
ГБПш – 45 45000 45 100 6 x 1,2 50 x 50 670 500 24,4
ГБПш – 85 85000 45 100 8 x 1,4 50 x 50 670 500 25,1
ГБПш – 120 120000 0,0010,25 45 144 8 x 1.4 50 x 50 670 605 32,2
ГБПш – 140 140000 (0,01  2,5) 45 100 10 x 1,4 50 x 50 690 500 25,5
ГБПш – 200 200000 45 144 10 x 1,4 50 x 50 670 605 33
ГБПш – 280 280000 70 196 10 x 1,4 35,7x35,7 859 500 35,5

Cədvəl 6.4
Yandırıcıların tip ölçülərini seçmək üçün məlumatlar
Yandırıcıların tip ölçüləri
İş rejimi Göstəricilər
ГБПш–45 ГБПш–85 ГБПш–120 ГБПш–140 ГБПш–200 ГБПш–280
İstilik yükü kkal/saat 45000 85000 120000 140000 200000 280000
Nominal Ucluqdan qabaq qazın
təzyiqi MPa (kq/sm2) 0,15 (1,5) 0,18 (1,8) 0,19 (1,9) 0,14 (1,4) 0,15 (1,5) 0,2 (2,0)
İstilik yükü kkal/saat 20000 35000 42000 71000 91000 110000
Minimal Ucluqdan qabaq qazın
təzyiqi MPa (kq/sm2) 0,03 (0,3) 0,03 (0,3) 0,03 (0,3) 0,03 (0,3) 0,03 (0,3) 0,03 (0,3)
İstilik yükü kkal/saat 35000 60000 71000 120000 160000 190000
Məsləhət
Ucluqdan qabaq qazın
görülən
təzyiqi MPa (kq/sm2) 0,1 (1,0) 0,1 (1,0) 0,1 (1,0) 0,1 (1,0) 0,1 (1,0) 0,1 (1,0)
67

Kütlə mübadiləsi aparatları


Müəyyən işçi şəraitdə maddənin diffuziya yolu ilə bir fazadan digər fazaya
keçməsinə kütlə mübdiləsi prosesi deyilir. Məsələn, rektifikasiya, absorbsiya,
desorbsiya, ekstraksiya və qurutma kütlə mübadiləsi proseslərinə aid edilir. Bu
prosesləri həyata keçirən aparatlar isə kütlə mübadiləsi aparatları adlanır. Neft
emalı və kimya istehsalı müəssisələrində kütlə mübadiləsi aparatlarının xüsusi
çəkisi kifayət qədər böyükdür.
Bu aparatları müxtəlif əlamətlərə görə təsnif edirlər:
- Fazalar arasında kontaktın təşkil edilmə üsuluna görə: boşqablı, doldurmalı
və pərdəli kütlə mübadiləsi aparatları fərqləndirilir. Prosesin hidrodinamikasının
düz-gün təşkili zamanı doldurmalı kütlə mübadiləsi aparatı boşqablı aparatla
müqayi-sədə iqtisadi cəhətdən daha səmərəlidir. Hal-hazırda istismar edilən kütlə
mübadi-ləsi aparatlarının (kalon aparatlarının) 80 % -i boşqablı, yerdə qalan hissəsi
isə dol-durmalı kalonlardır. Pərdəli kalonlar hazırlanmasının mürəkkəbliyi və
qiymətinin bahalılığı səbəbindən hələ ki, geniş tətbiq sahəsi tapmamışdır. Bu
aparatlar hal-ha-zırda tədqiqat mərhələsindədir və onların nümunələri “Linas
texnologiyası” adı al-tında yalnız ABŞ-nin bir neçə neft emalı zavodunda pilot
qurğusu şəklində istisma-ra buraxılmışdır.
- İşçi təzyiqin qiymətinə görə: təzyiq altında, atmosfer təzyiqində, vakuum al-
tında işləyən kütlə mübadiləsi aparatları.

Boşqablı kütlə mübadiləsi aparatı


Boşqablı kütlə mübadiləsi aparatı silindrik gövdəyə malik kalon tipli aparat
olub, aşağı dibinə sərt birləşdirilmiş dayağı vasitəsi ilə özül üzərində yerləşdirilir.
Formasına görə kalon aparatlarının dayağı silindrik və konik ola bilər. Bir qayda
olaraq konik dayaqlar kiçik diametrə, lakin böyük hündürlüyə malik kalon aparat-
larında istifadə edilir. Bu zaman əvvəla kalonun dayanıqlığı artırılır, ikincisi isə da-
yaq səthinə düşən yükün qiyməti aşağı salınır.
Maye və buxar fazaları arasında kontaktı təmin etmək məqsədi ilə kalon daxi-
lində texnoloji hesabatla müəyyən edilən sayda müxtəlif konstruksiyalı boşqablar
yerləşdirilir. Boşqablararası məsafə təmirin əlverişli olması səbəbindən 500 mm
qəbul edilir. Boşqabın konstruksiyasından və tipindən asılı olaraq hər 5-10 boşqab-
dan bir diametri 500 mm olan lyuk yerləşdirilməlidir. Lyuk yerləşən hissədə boş-
qablararası məsafə 8001000 mm olmalıdır.
Buxar axını böyük sürətə malik olan hallarda kalonun yuxarı hissəsində bu
axının özü ilə maye damcılarını aparmaması üçün kalonun yuxarı hissəsində
torşəkilli qaytarıcı quruluş yerləşdirilir. Kalonun silindrik gövdəsi və elliptik
68
dibində müxtəlif təyinatlı texnoloji və nəzarət ölçü cihazlarının quraşdırılması
üçün müxtəlif diametrli ştuserlər nəzərdə tutulur.
Diametri 1200 mm-dən böyük olan kalonlarda
boşqablar sökülə bilən ayrı-ayrı lövhələr şəklində (390
mm) quraşdırılır. Boşqablar üçün dayaq həlqələri kalonun
gövdəsinə qaynaq edilir, boşqab lövhələri isə dayaq
lövhələrinə xüsusi bənd və qaykalarla birləşdirilir.
Kalondan aralıq fraksiyaların xaric edilməsi ciblər
vasitəsi ilə həyata keçirilir. Bu zaman fraksiyanı xaric
edən ştuserin borucuğu tamamilə cibdəki mayeyə
batırılmalıdır. Çoxaxınlı boşqablarda aralıq fraksiyalar
mərkəzi cibdən kənarlaşdırılır.
Kalona xammalın daxil edildiyi düyünün
konstruksiyası xammalın aqreqat ha-lından asılıdır. Belə
ki, xammal yalnız mayedən ibarət olan hallarda axını
kalonun cibinə yönəldirlər. Xammal maye-buxar qarışığı
və ya buxardan ibarət olan halda isə axının enerjisi böyük
olur və bu, gövdənin intensiv yeyilməsinə səbəb ola bilər.
Bu məqsədlə, axını ilbiz
quruluşu vasitəsi ilə
daxil etmək məsləhət
görülür. Bu quruluş
qarışığın enerjisini
söndürməklə yanaşı,
buxarın en kəsik üzrə
bərabər paylanmasını
təmin edir.
Kalon aparatlarının
gövdəsi neytral və
azyeyici mühitlər
olduqda 20, 20K və 16ГС markalı poladlardan,
yeyici mühitlər olduqda isə 08X12Н6T,
12X1810T markalı poladlardan və ya qoruyucu örtüyə
malik poladlardan hazırlanır.
Boşqabların materialı əksər hallarda legirli 08X13
markalı poladdan hazırlanır. Boşqablar üzərində
mayenin hündürlüyü 100 mm-dən az olmamalıdır. Boşqab lövhələrinin qalınlığı
36 mm olur.
69

Kontakt tərtibatlarının əsas parametrləri

Neft emalı, neft-kimya sənayesində istismar edilən kalon aparatları müxtəlif


şəraitlərdə işləyirlər. Belə ki, bəzi aparatlarda vakuum şəraitində buxar axınının
böyük, maye axınının isə kiçik sərflərində proses həyata keçirilirsə, digər aparatlar-
da, xüsusi ilə də qazayırmada proses yüksək təzyiq altında maye fazanın böyük,
buxar axınının isə kiçik sərflərində aparılır. Göründüyü kimi işləmə şəraitinin
müx-təlifliyinə baxmayaraq kontakt tərtibatları üçün elə ümumi parametrlər
müəyyən etmək olar ki, bunlara əsasən verilmiş şəraitdə bu və ya digər kontakt
tərtibatının istifadə mümkünlüyü barədə fikir söyləmək olsun. Bu parametrlər
aşağıdakılardır:
- Mayeyə görə məhsuldarlıq L , m3 / ( m2 ∙ san ) və ya buxarın F faktoru:
'
ω ( 3 −0 ,5
F= , m/san ) ∙ ( kq /m )
√ρb
burada ω ' –kalonun en kəsiyinə görə hesablanmış sürəti, ρb –buxarın sıxlığıdır.
- Kontakt tərtibatının effektivliyi və ya Merfiyə görə f.i.ə.:
y s− y b
η=
y¿− yb
Kontakt tərtibatının f.i.ə. bu tərtibat üzərində buxar fazanın konsentrasiyasının
dəyişməsinin tarazlıq halına uyğun konsentrasiyasının dəyişməsinə nisbəti kimi
70
qəbul edilir. Burada y s , y b və y ¿ - müvafiq olaraq yüngül qaynayan komponentin
boşqab üzərində buxar fazadakı son, başlanğıc və tarazlıq halına uyğun konsentra-
siyalarıdır.
- Dayanıqlı işləmə diapazonu:
Qmax
Qmin
Dayanıqlı işləmə diapazonu buxar fazanın maksimal sərfinin minimal sərfinə
nisbəti olub, bu sərflər həddində boşqabın effektiv işləməsində minimal
nəzərəçarpacaq fərq hiss edilmir.
- Hidravlik müqavimət (∆ p):
∆p
∆ p -yə bəzən energetik göstərici də deyilir. nisbətinə nəzəri boşqabın
η
boşqabın f.i.ə. deyilir.
Bu göstərilən 4 parametrdən başqa kontakt tərtibatlarını çöküntü yarada bilən
mühitlərdə işləyə bilməsi, hazırlanma texnolojiliyi və metal tutumu kimi göstərici-
lərlə də xarakterizə etmək tövsiyə olunur. Lakin buna baxmayaraq konkret texno-
loji şərait üçün kontakt tərtibatının konstruksiyasının seçilməsi yuxarıda göstərilən
4 əsas parametrə əsasən aparılır. Proses yüksək təzyiq altında aparılarsa, əsaslı
xərclər həlledici əhəmiyyət kəsb etdiyindən aparatın ölçülərini azaltmaq məqsədi
ilə prosesi maye və buxar axınlarının böyük sürətində həyata keçirirlər. Proses va-
kuum altında aparılarsa, hidravlik müqavimət ön plana çəkilir.

Boşqabların təsnifatı

Kütlə mübadiləsi aparatlarında istifadə edilən boşqabları müxtəlif əlamətlərinə


görə təsnif etmək olar. Məsələn:
Mayenin bir boşqabdan digərinə ötürülmə üsuluna görə boşqablar axıdıcı qu-
ruluşlu və axıdıcı quruluşsuz olmaqla təsnif edilir:
- axıdıcı quruluşlu boşqablarda maye bir boşqabdan digərinə xüsusi kanallar
vasitəsi ilə axıdılır, buxar axını bu kanallardan keçə bilmir;
- axıdıcı quruluşu olmayan boşqablarda isə boşqabın müəyyən deşiklərindən
maye keçdiyi halda digər deşiklərdən buxar keçir. Maye və buxar axınlarının keçid
yerləri zamandan asılı olaraq boşqabın səthi üzrə yerlərini dəyişirlər. Başqa sözlə
maye keçən yerdən buxar, buxar keçən yerdən isə mayenin keçməsi baş verir.
Maye və buxar fazaları arasında kontaktın təşkil edilmə üsuluna görə boşqab-
lar:
- barbotajlı;
- şırnaq tipli olurlar.
Barbotajlı boşqablarda maye faza bütöv axın şəklində, buxar faza isə dispers-
lənmiş şəkildə hərəkət etdiyi halda, şırnaq tipli boşqablarda buxar faza bütöv axın
71
şəklində, maye faza isə dispers halda hərəkət edir. Bu zaman fazaların kontaktı
asılı vəziyyətdə olan maye damcıları və şırnaqlarının səthində baş verir.
Buxar axınının mayeyə daxil edilmə düyününün konstruksiyasına görə:
- dairəvi qapaqlı;
- S-vari elementli;
- klapanlı;
- torşəkilli qaytarıcı elementli;
- şəbəkəli;
- seksiyalanmış və s. olurlar.
Bu boşqablardan bəziləri yalnız barbotaj rejimində (dairəvi qapaqlı), bəziləri
şırnaq rejimində (axını yönəldən) işlədikləri halda, bəziləri də hər iki rejimdə
işləyə bilirlər (klapanlı).

Dairəvi qapaqlı boşqab


Dairəvi qapaqlı boşqablar hal-hazırda da komponentlərin dəqiq ayrılması üçün
nəzərdə tutulan rektifikasiya kalonlarında istifadə edilir. Boşqab, üzərinə qaz boru-
cuqları qaynaq edilmiş lövhədən ibarətdir. Qaz borucuqlarının üzərində dairəvi qa-
paqlar yerləşdirilmişdir. Qapağın diametri 60 və ya 80 mm, yan səthində açılmış
yarıqların hündürlükləri isə 15 mm, 20 mm və ya 30 mm ola bilər. Qaz borucuqları
üzərlərindəki qapaqlarla birlikdə boşqab lövhəsi üzərində şahmat qaydasında yer-
ləşdirilir.
Dairəvi qapaqlı boşqab

Boşqab bu qaydada işləyir: axıdıcı arakəsmə vasitəsi ilə yuxarı boşqabdan


aşağı boşqabın cibinə daxil olan maye boşqabın səthi üzrə qapaqların yarıqları
tamamilə maye təbəqəsinin daxilində qalmaq şərti ilə axıdıcı arakəsməyə doğru
yönəldilir. Buxar axını isə qaz borucuqlarından dairəvi qapağın altındakı fəzaya
daxil olmaqla qapaqların yan səthindəki yarıqlardan mayeyə barbotaj edir.
Barbotaj nəticəsində boşqab üzərində maye ilə buxar axınları arasında kütlə
mübadiləsi prosesi həyata keçirilir.
72
Dairəvi qapaqlar qaz borucuğu üzərində 2 üsulla yerləşdirilə bilər: 1-ci halda
dairəvi qapaq aşağı hissədən boşqab lövhəsinə tam söykənir; 2-ci halda isə boşqab
lövhəsindən müəyyən ara məsafəsi saxlamaqla yerləşdirilir. 2-ci bərkidilmə üsulu
1-ci ilə müqayisədə müəyyən texnoloji üstünlüyə malikdir. Belə ki, bu zaman qa-
paqların yerləşdirilmə hündürlüyünün və deməli, hidravlik rejimin dəyişdirilməsi
mümkündür.
Dairəvi qapaqlı boşqab alüminiumdan, çuqundan, legirli poladdan, plastik
kütlə və qrafitdən hazırlana bilər.
Bu boşqabların f.i.ə. 0,60,8 həddində dəyişir. Buxara görə F faktoru F=1 olur.
Bu boşqabların hidravlik müqaviməti qapaqların maye təbəqəsinə batırılma
dərinliyindən asılıdır və ümumi halda 1kPa-dan artıq deyil. Maye ilə buxar axınları
çarpaz axın rejimində hərəkət edir. Bu boşqabların çatışmayan cəhətləri konstruk-
siyasınının mürəkkəbliyi, dəqiq quraşdırma tələb etməsi və metal tutumunun bö-
yük olmasıdır. Boşqabın maye və buxar axınlarının dəyişən sərflərində işləyə bil-
məsi onun üstün cəhətidir.

S-vari elementli boşqab


S-vari elementli boşqab ştamplama üsulu ilə hazırlanmış “S” şəkilli profilə
malik boşqab lövhələrindən yığılır. Kalonun daxili diametrindən asılı olaraq S-vari
ele-mentli boşqablar biraxınlı və çoxaxınlı hazırlanırlar. Hər bir S-vari element
həm maye axınının, həm də buxar axınının keçməsi üçün müvafiq hissələrə
malikdir. Maye üçün kanalşəkilli çökəklik nəzərdə tutulduğu halda, buxar axınının
keçidi üçün yan səthi diş-diş yarıqlara malik qapaq hissə nəzərdə tutulur.
S-vari elementli boşqablar metal tutumuna görə dairəvi qapaqlı boşqablarla
müqayisədə 2 dəfə yüngül olsa da, effektivliyinə görə dairəvi qapaqlı boşqabı 30
% üstələyir. F.i.ə. 0,650,8 -ə bərabərdir.

S-vari elementli boşqab

Bəzən S-vari elementli boşqabın dayanıqlı işləmə diapazonunu və məhsuldarlı-


ğını artırmaq məqsədi ilə onları düzbucaqlı klapanlarla təchiz edirlər. Bu zaman
klapanlar S-vari elementin qapaq hissəsi rolunu oynayan səthində yerləşdirilir.
73

Klapanlı boşqab
Klapanlı boşqablar son vaxtlar ən çox tətbiq edilən boşqablardandır. Bu boş-
qabların maye və buxar axınlarının dəyişən sərflərində işləyə bilməsi, konstruksi-
yasının sadəliyi, metal tutumunun kiçik olması, özü qərarlaşan rejimdə işləyə bil-
məsi və qiymətinin ucuz olması onun üstün cəhətləridir. Texnoloji şəraitin tələbin-
dən asılı olaraq klapanlı boşqablar bir və çoxaxınlı hazırlanırlar. Boşqab, sökülə bi-
lən konstruksiyaya malik olub, dayaq elementləri üzərində bərkidilən, eni 390 mm
təşkil edən boşqab lövhələrindən ibarətdir. Boşqab lövhələri üzərində şahmat
qaydasında açılmış deşiklər üzərində diametri 50 mm olan deşikli klapanlar yerləş-
dirilmişdir. Standarta əsasən, klapanlar arasındakı addım 50 mm, 75 mm və 100
mm ola bilər. Hər bir klapanın diski planda bir-birindən 120 bucaq altında yerləş-
dirilən üç ədəd yönəldici ilə təchiz edilmişdir. Bu yönəldicilərdən ikisi uzun, biri
isə qısadır. Bunlardan başqa, klapana diskin yapışmaması, eləcə də boşqab lövhəsi
ilə ilkin ara məsafəsini təmin etmək məqsədi ilə ştamplama yolu ilə diskdə üç ədəd
söykəncik yaradılmışdır.
Klapanlı boşqab
74

Buxar axınının sərfindən asılı olaraq klapan 3 işçi vəziyyət ala bilər:
- buxar axınının kiçik sərflərində klapanın yüngül çəkiyə malik qısa yönəldicili
hissəsi qalxır və bu zaman klapanla lövhə arasında yaranan ara boşluğundan buxar
boşqab üzərindəki mayenin hərəkət istiqamətinə əks istiqamətdə çıxır;
- buxar axınının orta sərfində klapanın diski müəyyən qədər qalxaraq boşqab
lövhəsinə paralel vəziyyət alır, nəticədə lövhə ilə klapanın diski arasında yaranan
halqaşəkilli sahədən keçən buxar axını bütün istiqamətlər üzrə mayeyə barbotaj
edir;
- buxarın maksimal sərfində isə klapan bütün yönəldiciləri aşağı hissədən boş-
qab lövhəsinə söykənənə qədər tam qalxır və bu vəziyyətdə buxarın əksər hissəsi
klapanın altından mayenin hərəkət istiqamətində çıxdığı üçün boşqab üzərində
maye təbəqəsinin hündürlük qradiyenti minimuma bərabər olur.
Klapanlı boşqabların dayanıqlı işləmə diapazonu 3,5-dir. Buxara görə məhsul-
darlığı F  2,5-dir . Özü qərarlaşan rejimdə klapanlı boşqabda hidravlik müqavimət
minimum olur.
Klapanlı boşqabların məhsuldarlığı və dayanıqlı işləmə diapazonunu artırmaq
üçün onları ballastlarla təchiz edirlər. Buxarın kiçik sərflərində klapanlı ballastlı
boşqab adi klapanlı boşqab kimi işləyir, buxarın sərfi artdıqca isə ballastı da özü ilə
qaldırmaqla ağırlaşdırılmış klapan kimi işləyir.

Deşikli boşqab
Deşikli boşqablar bütün digər boşqablarla müqayisədə sadə konstruksiyaya
malik olub, üzərində bərabərtərəfli üçbucağın təpələri üzrə diametri 26 mm olan
deşiklər açılmışdır. Belə boşqablar daxili diametri 4000 mm olan kalon aparatların-
da istifadə edilə bilər. Bu boşqablar həm axıdıcı quruluşlu, həm də axıdıcı quruluş-
suz tərtibdə hazırlanır. Boşqabın effektiv işləməsi üçün onun sərbəst en kəsik sa-
həsi, yəni boşqab üzərindəki deşiklərin tutduqları sahə kalonun en kəsik sahəsinin
1030 %-dən az olmamalıdır.
Deşikli boşqab
75

Boşqabların çatışmayan cəhəti onun tam üfüqi vəziyyətdə quraşdırılmasının tə-


ləb olunmasıdır. Digər çatışmayan cəhəti isə çirkli mühitlərin emalı zamanı
deşiklə-rin tutulmasıdır.
Bəzən deşikli boşqabların buxar axınına görə məhsuldarlığını artırmaq üçün
onları uzunsov vərəq materialından hazırlanmış klapanlarla təchiz edirlər.

Kəsilib-dartılmış deşikli torşəkilli boşqab


Kəsilib-dartılmış deşikli torşəkilli boşqab xüsusi texnologiya əsasında
hazırlanan lövhələrdən yığılır. Boşqab lövhələri üzərində 40 mm hündürlükdə və
60 bucaq altında, eni 150 mm olan kəsilib-dartılmış deşikli tor lövhələrindən
qaytarıcı quru-luşlar yerləşdirilmişdir. Bu boşqabların sərbəst en kəsik sahəsi 30 %
təşkil etdiyi üçün hidravlik müqaviməti çox kiçikdir. Bunun sayəsində bu
boşqablar vakuum al-tında aparılan rektifikasiya proseslərində geniş istifadə edilir.
Boşqabın qaytarıcı quruluşla təchiz edilməsi, hətta buxar axınının böyük
sərflərində belə, maye damcılarının aparılmasının qarşısını alır.
Kəsilib-dartılmış deşikli tor çəkilli boşqab
76

Şəbəkəli batırılmış boşqab


Şəbəkəli batırılmış boşqab axıdıcı quruluşu olmayan və maye ilə buxar axınları
arasında düz axın rejimində kontaktı təmin edən boşqabdır. Bu boşqablar işçi
məhsuldarlığı hesabi məhsuldarlığından 25 % -ə qədər kənarlaşan qurğularda kon-
takt tərtibatı kimi istifadə edilir. Boşqab lövhəsi üzərində eni 4 mm, uzunluğu
60 mm olan uzunsov yarıqlar açılır. Bu yarıqların addımı 1030 mm ola bilir.
Şəbəkəli batırılmış boşqab

Boşqabın normal işi zamanı aşağıdan yuxarıya doğru qalxan buxar axınının
bas-qısı hesabına boşqab lövhəsi üzərində müəyyən hündürlüyə malik maye
təbəqəsi yaranır. Bir qisim yarıqlardan buxar keçdiyi halda, digər yarıqlardan maye
77
keçir və müəyyən müddətdən sonra maye və buxar axınları keçid yerlərini
qarşılıqlı olaraq dəyişirlər.
Bu boşqabların üzərində açılmış yarıqların kifayət qədər böyük ölçüdə olması
onların, hətta çirkli mühitlərdə belə normal işləməsini təmin edir. Bu boşqabların
yeganə çatışmayan cəhəti maye axınının kalonun en kəsiyi üzrə bərabər paylan-
masının (xüsusilə kalonu yeni işə salarkən) mümkün olmamasıdır.

Çapılmış elementli uzununa seksiyalanmış boşqab


Son vaxtlara qədər kütlə mübadiləsi aparatlarının məhsuldarlığının artırılması-
nı onların həndəsi ölçülərini, yəni diametr və hündürlüyünü artırmaqla təmin et-
məyə çalışırlar. Lakin digər tərəfdən kalonun diametri böyüdükcə istər maye, is-
tərsə də qaz axınlarını kalonun en kəsiyi boyu bərabər paylamaq çətinləşir və ək-
sər hallarda mümkün olmur. Buna səbəb böyük diametrə malik boşqab üzərində
bolnast axınların (ölü zonaların) əmələ gəlməsi və hidrodinamik şəraitin qeyri-bə-
rabərliyidir. Bu səbəbdən hal-hazırda kifayət qədər böyük məhsuldarlığı kalon
aparatlarının ölçülərini artırmaqla deyil, əksinə, daha böyük məhsuldarlığa malik
yeni boşqab konstruksiyalarının yaradılması ilə təmin edirlər.
Çapılmış elementli uzununa seksiyalanmış boşqab

Belə boşqab konstruksiyalarından biri də çapılmış elementli uzununa seksiya-


lanmış boşqabdır. Boşqab lövhəsində çapma yolu ilə yarımdairəşəkilli yarıqlar açı-
lır və α bucağı altında boşqab lövhəsindən yuxarı doğru əyilir. Yan-yana yerləşən
belə elementlər sıralar üzrə bir-birinə əks istiqamətdə yönəldilir. Bundan başqa,
boşqab lövhəsində qəbuledici cibdən axıdıcı arakəsməyə doğru boşqabı ayrı-ayrı
seksiyalara bölən şaquli arakəsmələr yerləşdirilir. Boşqab üzərində hidrodinamik
şəraitin bərabərliyini tətbiq etmək üçün şaquli arkəsmələrdə uzunsov yarıqlar açı-
lır.
Buxar axınının sürəti 1,5 m/san -dən kiçik olan hallarda boşqab adi barbotajlı
boşqab kimi işləyir, yəni çapılmış elementin yarığından keçən buxar mayeyə bar-
botaj etməklə kütlə mübadiləsi prosesi həyata keçirilir. Maye təbəqədən keçərək
ayrılan qaz axını növbəti boşqaba doğru istiqamətlənir.
Bu boşqabları seksiyalamaqda məqsəd buxar axınının artan sərflərində boşqab
lövhəsi üzərindəki maye axınının kontakt zonasında qalma müddətini artırmaqdır.
78
Belə ki, buxar axınının sürəti 1,5 m/san -dən artıq olduqda çapılmış elementin ya-
rıqlarından böyük sürətlə çıxan buxar maye təbəqəsinə daxil olaraq onu elementin
açılma istiqamətində yönəldir. Bunun sayəsində boşqabın cibindən axıdıcı arakəs-
məsinə doğru hərəkət etməli olan maye axını boşqab üzərində mürəkkəb ziqzaq-
şəkilli hərəkətə məruz qalır, bunun da nəticəsində böyük sürətlə hərəkət edən
maye-qaz qarışığı intensiv kütlə mübadiləsində iştirak etməklə yanaşı, zərblə şaqu-
li arakəsmələrə və kalonun gövdəsinə çırpıla bilər. Belə çırpılma nəticəsində qaz
mayedən ayrılır və növbəti boşqaba doğru istiqamətlənir. Belə seksiyalanmış boş-
qabın məhsuldarlığı adi boşqabla müqayisədə 1520 % yüksək olur.

Doldurmalı kütlə mübadiləsi aparatı


Doldurmalı kütlə mübadiləsi aparatları qaz və maye axınlarının kalonun en kə-
siyi üzrə bərabər paylanmasına həssas olmaqla yanaşı, işinin effektivlik dərəcəsi də
məhz bu amildən asılıdır. Hal-hazırda istismar edilən doldurmalı kalonların dia-
metri geniş diapazonda (1,25 m) dəyişsə də, böyük diametrli
kalonların tətbiqi məsləhət görülmür. Baxmayaraq ki, ayrı-ayrı
hallarda gövdəsinin daxili diametri 1012 m olan doldurmalı
kalonlara da rast gəlinir. Standart quruluşa malik doldur-malı
kütlə mübadiləsi kalonu, əsasən sabit en kəsiyinə malik şaquli
silindrik gövdədən və qaynaq üsulu ilə birləşdirilmiş yuxarı və
aşağı elliptik diblərdən təşkil olunur. Aparatın silindrik dayağı
aşağı elliptik dibinə qaynaq üsulu ilə birləşdirilir. Bu zaman,
dayağı aşağı elliptik dibə birləşdirən qaynaq tikişi ilə aşağı
elliptik dibi gövdəyə birləşdirən qaynaq tikişi arasındakı
məsafə ən azı 80100 mm olmalıdır.
Məlumdur ki, doldurma təbəqəsinin əvvəlindən en kəsiyi
üzrə bərabər paylan-mış maye axını doldurma təbəqəsini
keçərkən onun yenidən paylanması nəticəsində maye axını
kalonun divarlarına doğru meyllənir. Doldurma təbəqəsinin
hündür-lüyü kifayət qədər böyük olan hallarda doldurma
təbəqəsinin başlanğıc səthindən müəyyən məsafədə
doldurmanın maye ilə suvarılmayan quru konusu əmələ gəlir.
Quru konusun hidravlik müqaviməti maye ilə isladılmış
doldurmanın hidravlik mü-qavimətindən kiçik olduğu üçün qaz
axını aşağıdan yuxarı hərəkət edərək doldurmanın
mərkəzindəki quru konusa yönəlir. Belə hal isə aparat
daxilində həyata keçirilməli olan kütlə mübadiləsi prosesinin
tamamilə pozulmasına gətirib çıxarır. Bu hal baş verməsin
deyə doldurmanı kalon daxilində bütöv lay şəklində deyil,
kiçik hündürlüyə malik bir neçə təbəqə şəklində yerləşdirir və
hər doldurma layının dayaq şəbəkəsinin aşağısına mayeni
toplayaraq yenidən paylaşdıran quruluş yerləş-dirilir.
Doldurma təbəqəsinin dayaq elementi kimi Kolosnik
şəbəkəsindən istifadə edi-lir. Bu şəbəkə, eyni zamanda qazın
(buxarın) doldurmanın en kəsiyi boyu bərabər paylanmasını təmin edir. İlkin maye
79
kalonun yuxarı hissəsindən paylaşdırıcı boş-qab vasitəsi ilə daxil edilir və kalonun
aşağı hissəsindən çıxarılır. Qaz axını isə ma-yenin hərəkət istiqamətinin əksinə -
kalona aşağı hissədən daxil edilərək yuxarısın-dan kənarlaşdırılır. Doldurmalı
kalonlarda doldurma kimi qeyri-müntəzəm, yəni pərakəndə tökülmüş və
müntəzəm, yəni nizamlı düzülmüş doldurmalardan istifadə edilir. Kalonun gövdəsi
karbonlu poladlardan (Ct3CP20), az legirli (16ГC) və le-girli poladlardan
(12X18Ni10T), eləcə də keyfiyyət təmin edilən halda qoruyucu örtüyə malik
bimetal poladlardan hazırlana bilər. Daxili quruluşlar (paylaşdırıcı və yenidən
paylaşdıran boşqablar, Kolosnik şəbəkəsi) 08X13 markalı poladdan, daya-ğı isə
Ct3 markalı poladdan hazırlanır.
Kalonun gövdəsinin daxili diametri 800 mm və daha kiçik olan hallarda
gövdəni kiçik hündürlüyə malik ayrı-ayrı qurşaqlar (sarpalar) şəklində hazırlayaraq
onları bir-birinə flans birləşməsi ilə bərkidirlər. Belə kiçik diametrli kalonlarda
lyuklar nə-zərdə tutulur. Onların təftişi və təmiri tam sökülməsi ilə həyata keçirilir.
Böyük di-ametrli kalonlarda isə kalonun daxilinə keçmək üçün müxtəlif
səviyyələrdə yerləşdirilən və diametri 500 mm olan lyuklarla yanaşı, hər bir
doldurma təbəqəsinin yu-xarı və aşağı hissələrində qeyri-müntəzəm doldurmanı
doldurmaq və boşaltmaq üçün nəzərdə tutulan və diametri 300 mm-dən az
olmayan iki lyuk nəzərdə tutulmalıdır.

Qeyri-müntəzəm doldurmalar
Qeyri-müntəzəm doldurmalar, əsasən təzyiq altında və çox dərin olmayan va-
kuum şəraitində kütlə mübadiləsi prosesini həyata keçirmək üçün həyata keçirilir.
Bu doldurmaların müntəzəm doldurma ilə müqayisədə ən böyük üstünlüyü dol-
durmanın hazırlanması üçün materialın seçilməsinin olmamasıdır. Qeyri-müntə-
zəm doldurmalar poladdan, keramikadan, plastik kütlədən, farfordan hazırlana bi-
lər. Bundan başqa, qeyri-müntəzəm doldurmanın hazırlanması, nəqli və quraşdırıl-
ması da çətinlik törətmir.
Qeyri-müntəzəm doldurmalar konstruksiyalarına görə halqaşəkilli və yəhərşə-
killi olmaqla iki qrupa bölünsə də, digər kostruksiyalara malik qeyri-müntəzəm
doldurmalara da təsadüf edilir.
Qeyri-müntəzəm doldurmaların ilk nümunəsi Raşik halqaları (Raschig Rings)
şəklində hazırlanmışdır. Bu halqaların diametri 5150 mm həddində dəyişir, hün-
dürlükləri isə diametrlərinin iki mislinə bərabər olur. Lakin diametri 15 mm-dən
kiçik olan halqaların hidravlik müqaviməti böyük olduğu üçün sənayedə tətbiq
edilmir. Böyük diametrli halqaların isə effektivliyi həddən artıq aşağıdır. Bu səbəb-
dən hal-hazırda ən çox plastik kütlə, keramika, farfor və metaldan hazırlanmış dia-
metri 2550 mm olan halqalardan istifadə edilir.
80

Sonralar Almaniyada qeyri-müntəzəm doldurma kimi Pall halqaları (Pall


Rings) yaradıldı. Bu halaqaların Raşik halqalarından fərqi kənarlarında və orta
hissəsində mayenin paylanmasına əlverişli şərait yaradan, eləcə də kostruksiyanın
dayanıqlı-ğını artıran genişləndirilmiş qurşaqlara malik olması və səthində iki
səviyyə üzrə eni 10 mm-ə bərabər olan yarıqların açılaraq ləçək şəklində daxilə
doğru əyilməsi-dir. Pall halqalarının ən çox tətbiq tapanı diametri 2535 mm
olanlarıdır. Sonralar Pall halqalarının yeni konstruksiyasını ABŞ-də “Hy-Pak”
doldurması kimi təklif etdilər.
Yəhərşəkilli qeyri-müntəzəm doldurmalar İntallaks (İntalox Saddles) və Berl
yə-hərləri (Berl Saddles) şəklində hazırlanır. Yəhərşəkilli doldurmalar halqaşəkilli
dol-durmalarla müqayisədə daha böyük nisbi səthə malik olmaları və maye və
buxar axınlarının en kəsiyi üzrə daha effektiv paylanması ilə fərqlənir. Sonralar
İntallaks metal doldurması (İnterlox) yaradıldı. Bu doldurma İntallaks
doldurmasından aşağı hissəsində qatlanmış uclara malik iki ədəd məftilin
birləşdirilməsi ilə seçilir.

Müntəzəm doldurmalar
Müntəzəm doldurmalar qeyri-müntəzəm doldurmalarla müqayisədə daha kiçik
hidravlik müqavimətə malik olduqları üçün vakuum şəraitində
aparılan kütlə mü-badiləsi prosesləri üçün əlverişli kontakt
tərtibatı hesab edilirlər. Ən sadə müntə-zəm doldurma müstəvi-
paralel doldurma hesab edilir.
Bu doldurma qalınlığı 0,41,2 mm olan vərəqlərin paralel
şəkildə düzülməsi ilə yaradılır. Lövhələrarası məsafə 1020 mm
həddində olur. Belə doldurma paketinin hündürlüyü
4001000 mm, xarici diametri isə kalonun daxili diametrinə
uyğun olur. Adətən, maye axınını kalonun en kəsiyi üzrə bərabər
paylamaq məqsədi ilə doldurma pa-ketləri biri digəri üzərində
45 və ya 90 döndərməklə yerləşdirilir. Adətən, 1,21,6 m
hündürlüyə malik doldurma təbəqəsi bir nəzəri boşqaba uyğun
gəlir. Bu doldurmanın hidravlik müqaviməti 80350 kPa təşkil
etsə də, aşağı effektivliyə malik olması onun geniş tətbiqinə mane olur.
81
Sonuncu çatışmamazlığı aradan qal-dırmaq üçün Leninqrad Texnologiya İnstitutu
tərəfindən təklif edilən doldurmada paralel düzülmüş lövhələrdə yarıqlar açılmaqla
ləçəklər şəklində qatlanır. Digər sə-viyyədəki ləçəklər əks istiqamətə qatlanır.
Beləliklə,
doldurmanın
hündürlüyü boyu
eninə istiqamətdə
boş kanallar
yaranır. Nəticədə,
aşağıdan yuxarı
doğru qalxan
buxar axını hər
dəfə ləçəklərə
dəyməklə
istiqamətini
dəyişir və açılmış
yarıqdan keçməklə
(eninə
istiqamətdə)
yenidən yuxarı
qalxır. Maye axını
isə yuxarıdan
aşağı doğru
hərəkət edərkən,
hər bir ləçəklə toqquşarkən yuxarı doğru qalxan qaz axını-nında kiçik damcılara
parçalanır. Məhz fazalar arasında kontakt səthinin qiyməti artdığı üçün
doldurmanın effektivliyi yüksək olur.
Müntəzəm doldurmaların digər növü Qofurlanmış doldurmadır. Qofurlanmış
doldurmalar arasındakı məsafənin (15 mm) bərabərliyi lövhələr arasında yerləşdi-
rilmiş plankalar vasitəsi ilə təmin edilir. Bu plankalar qofurlanmış lövhələrə
nöqtəli qaynaq üsulu ilə birləşdirilir. Bu doldurmaların üstün cəhəti damcı
aparmanın ümumiyyətlə mümkün olmaması sayılır.
Digər müntəzəm doldurma növü Z şəkilli doldurmadır. Bu doldurmalar səthin-
də xüsusi texnologiya üzrə yarıqlar açılmış lövhələrin paralel düzülməsi ilə yaradı-
lır. Z şəkilli doldurmanın effektivliyi müstəvi-paralel doldurma ilə müqayisədə 20
% artıqdır.
Yarıqlı doldurma qofurlanmış lövhələrin birinin digərinə nəzərən sürüşdürül-
məsi yolu ilə yaradılır. Bunun nəticəsində doldurmanın hündürlüyü boyu bir-birin-
dən asılı olmayan qapalı kanallar yaradılır. Qofurlanmış lövhələrin bir-birinə qay-
naq üsulu ilə birləşdirilməsi zamanı bir-birindən tam təcrid edilmiş kanallardan bə-
zilərinə soyuducu və ya qızdırıcı agent verməklə kütlə mübadiləsi zonasında opti-
mal temperatur rejimini təmin etmək mümkün olur. Ümumiyyətlə, bütün müntə-
zəm doldurmalar kimi bu doldurma da mayenin en kəsik üzrə qeyri-bərabər pay-
lanmasına həssasdır. Bu doldurmanın çatışmayan cəhəti suvarma mayesinin şaquli
kanalların künclərinə toplanması sayılır. Xarici ölkələrdə qalınlığı 0,1 mm olan
82

məf-tillərdən toxunmuş torları əvvəlcə üfüqə nəzərən 60 bucaq altında


qofurlayırlar, sonra isə qofurlanmış metal toru rulon şəklində bükürlər. Belə
doldurma paketinin hündürlüyü 200400 mm təşkil edir.
Qeyri-metal materialdan hazırlanmış Qudlo və Zultser doldurmaları yeyici mü-
hitlərdə geniş tətbiq edilir. Belə doldurmaların effektivliyi yüksək olub, 1 m hün-
dürlüyə malik doldurma təbəqəsi 5-6 boşqaba uyğun gəlir. İstər buxar, istərsə də
mayeyə görə böyük məhsuldarlığı təmin edir.
Digər müntəzəm doldurma növü Loripak doldurmasıdır. Bu doldurma üzərində
düzbucaqşəkilli yarıqları olan zolaqşəkilli lövhələri dayaq lövhələri üzərində maili
vəziyyətdə paralel düzmək yolu ilə yaradılır.

Doldurmalı kalonlarda maye və qaz axınlarını paylaşdıran quruluşlar


Doldurmalı kalonların effektiv işi əhəmiyyətli dərəcədə doldurmanın tam islan-
masından, eləcə də maye və qaz axınlarının en kəsik üzrə bərabər paylanmasından
asılıdır. Digər tərəfdən maye suvarması kifayət dərəcədə olmalıdır. Bu səbəbdən
doldurma kalonları üçün mayenin minimal sıxlığı anlayışı qəbul edilmişdir. Əksər
doldurmalar üçün q min =0 ÷12 , m3 / ( m2 ∙ san ) qəbul olunur. Digər tərəfdən mayenin
sıxlığı həddən artıq olmamalıdır. Çünki bu halda doldurma sanki mayedə batır.
Nəticədə hidravliki müqavimət kəskin artmaqla yanaşı, kütlə mübadiləsi xa-
rakteristikası kəskin pisləşir. Bu səbəbdən doldurmalı kalonlar üçün suvarmanın
maksimal sıxlığı q max =( 4 ÷ 6 ) ∙ qmin , m3 /(m2¿ ∙ san)¿ .
Maye və qaz axınlarını en kəsik üzrə bərabər paylamaq üçün müxtəlif suvarma
quruluşlarından istifadə edilir.
Paylaşdırıcı boşqab
Paylaşdırıcı boşqab diametri 4000 mm olan doldurmalı kalon üçün tipik suvar-
ma quruluşu kimi qəbul edilmişdir. Boşqab diametri kalonun daxili diametrinin
0,7-0,8 hissəsinə bərabər olan əfəkli diskdən, diskin mərkəz hissəsində xüsusi da-
yaqlar üzərində yerləşdirilən paylaşdırıcı stəkandan və disk üzərində konsentrik
çevrələr üzrə bərabər addımla yerləşdirilmiş yarıqlı suvarma borucuqlarından iba-
rətdir. Bu suvarma borucuqlarının diametri kalonun diametrindən asılı olaraq
3257 mm-ə qədər dəyişir. Boşqabın diski aşağı hissəsində olan üç ədəd çıxıntı va-
sitəsi ilə kalonun gövdəsinə qaynaq edilmiş dayaqlar üzərində vintlər vasitəsi ilə
yerləşdirilir. Suvarma borucuqlarının yuxarı hissəsində yarıqların açılma səbəbi
dis-ki tam üfüqi vəziyyətdə yerləşdirmədikdə belə, mayenin bütün borucuqlardan
ey-ni dərəcədə axmasını təmin etməkdir. Göründüyü kimi paylaşdırıcı boşqab
vasitəsi ilə doldurma təbəqəsinin mərkəz hissəsi suvarılır, kənar hissələri isə maye
doldur-manı keçərkən yenidən paylaşdığı zaman suvarılacaqdır. Bu boşqabdakı
suvarma borucuqlarının sayı da kalonun daxili diametrindən asılı olaraq qəbul
edilir. Paylaş-dırıcı boşqab, əsasən qeyri-müntəzəm doldurmaların suvarılması
üçün istifadə edilir.
Paylaşdırıcı boşqab
83

1 – ətəkli disk;
2 – axıdıcı borucuqlar;
3 – boşaldıcı stəkan;
4 – tənzimləyici vint;
5 – ştuser;
6 – dayaq.

Borulu kollektor
Borulu kollektor qeyri-
müntəzəm doldurmaların suvarılması üçün istifadə edilir və doldurmanın səthindən
1 m hündürlükdə quraşdırılır. Borulu kollektor böyük diametrə malik mərkəzi
kollektordan və ona flanslarla birləşdirilmiş kiçik diametrli şaxə borularından
ibarətdir. Bu suvarma quruluşu sökülə bilən konstruksiyalıdır. İstər mərkəzi
kollektorun, istərsə də şaxə boruların sonları müstəvi lövhələrlə qay-naqetmə yolu
ilə bağlanmışdır. Şaxə borularının aşağı hissəsində şaquli oxa nəzə-rən 30 bucaq
altında şahmat qaydasında olmaqla diametri 3 mm olan deşiklər açılmışdır.
Borulu kollektor
84

Kollektorlu-lövhəli suvarma quruluşu


Kollektorlu-lövhəli suvarma quruluşu müntəzəm doldurmaları, xüsusilə də
müstəvi-paralel doldurmanın suvarılması üçün istifadə edilir və bilavasitə doldur-
ma təbəqəsi üzərində yerləşdirilir. Kollektora daxil olan maye paylaşdırıcı borulara
daxil olur. Paylaşdırıcı boruların aşağı hissəsində şaquli oxdan sağ və sol tərəfə
doğru borunun bütün uzunluğu boyu diametri 3 mm olan deşiklər bərabər addım-la
açılmışdır. Boruların aşağı
hissəsində sol və sağ tərəfə
doğru şaquli lövhələr yer-
ləşdirilir. Lövhələr aşağı
hissədə zolaqşəkilli poladla
sərt birləşdirilir. Beləliklə,
pay-laşdırıcı boruların
deşiklərindən nazik şırnaqlar
şəklində çıxan maye
Kollektorlu-lövhəli suvarma
quruluşu

1 – kollektor; 2 – suvarma
boruları;
85
3 – paylaşdırıcı lövhələr; 4 – sərtlik lövhəsi; 5 – dayaq tiri; 6 – qabırğa;

lövhələrin səthində nazik pərdə əmələ gətirməklə üzüaşağı istiqamətdə axaraq


mayenin en kəsik üzrə bərabər paylanmasını təmin edir. Konstruksiyaya sərtlik
vermək üçün paylaşdırıcı boruların aşağı hissəsində dayaq tiri, hər üç paylaşdırıcı
borudan bir isə sərtlik qabırğası nəzərdə tutulmuşdur. Bu suvarma quruluşuna
çirkli mayelər də verilə bilər.

Kollektorlu-paylaşdırıcı parçalı suvarma quruluşu.


Kollektorlu-paylaşdırıcı parçalı suvarma quruluşunda ümumi kollektora birləş-
dirilmiş hər bir paylaşdırıcı borunun aşağı hissəsində oxu üzrə yerləşən bir lövhə
nəzərdə tutulmuşdur. Paylaşdırıcı boruların aşağı hissəsində bütün uzunluğu boyu
uzunsov yarıq açılır. Bu borunun xarici səthi sıx parçadan çexol kimi əhatə
etdirilə-rək parçanın ucları lövhənin hər iki tərəfini əhatə etməklə bərkidilir. Parça
boru-nun səthinə elə sıx çəkilməlidir ki, paylaşdırıcı boruya daxil olan maye parça
ilə bo-ruarası boşluqdan deyil, məhz parçanın lifləri arasındakı məsamələrdən
keçsin. Belə olan halda hər bir lövhənin hər iki üzündə üzüaşağı istiqamətdə axan
nazik maye pərdəsi əmələ gələcək. Göründüyü kimi bu suvarma quruluşuna yalnız
kim-yəvi təmiz maye verilə bilər.

Kollektorlu-paylaşdırıcı parçalı suvarma quruluşu

1 - suvarma boruları; 2 – parça çexol;


3 – lövhə

Novşəkilli suvarma quruluşu.


Novşəkilli paylaşdırıcı quruluş əsas novdan və
onun aşağı hissəsində yerləşdiril-miş köməkçi
novlardan ibarətdir. Əsas nova daxil olan maye novun divarında açıl-mış yarıqlar
vasitəsi ilə köməkçi novlara paylanır. Köməkçi novların yan divarları isə bütün
uzunluğu boyu üçbucaqşəkilli yarıqlara malikdir. Nəticədə, köməkçi no-va daxil
olan maye kalonun en kəsiyi üzrə bərabər paylanaraq doldurmanın tam is-
lanmasını təmin edir. Bu quruluş, əsasən qeyri-müntəzəm doldurmaların suvarıl-
ması üçün istifadə edilir və doldurmanın səthindən 1,21,4 m yuxarıda quraşdırılır.
Bu quruluşun yeganə çatışmayan cəhəti böyük quraşdırılma dəqiqliyi tələb
etməsidir.
86
Novşəkilli suvarma quruluşu

Aydındır ki, hətta doldurma təbəqəsinin əvvəlindən en kəsiyi üzrə bərabər pay-
lanan maye doldurma təbəqəsini keçərkən yenidən paylaşdığı üçün bərabər pay-
lanma pozulur. Bu pozulma mayenin doldurma təbəqəsində keçdiyi yolun uzunlu-
ğundan (H), kalonun diametrindən (D) və doldurma elementlərinin ölçüsündən (d)
asılıdır.
Hər bir doldurma növü üçün elə böhran hündürlüyü (H böh) var ki, bu zaman
mayenin qeyri-bərabər paylanması müşahidə olunur. Beləliklə, doldurmanın böh-
ran hündürlüyü dedikdə en kəsiyi üzrə qeyri-bərabər paylanmasının əlamətləri
müşahidə edilən doldurma təbəqəsinin hündürlüyü başa düşülür. Təcrübi yolla
müxtəlif doldurmalar üçün böhran hündürlüyünün kalonun diametrindən asılılığı
müəyyən edilmişdir:
- Raşik halqaları üçün H böh =( 2 ÷ 3 ) ∙ D ;
- Pall halqaları üçün H böh =( 5 ÷ 10 ) ∙ D ;
- Berl və İntallaks halqaları üçün H böh =( 5 ÷ 8 ) ∙ D .
Müntəzəm doldurmaların əksəriyyəti üçün böhran hündürlüyü qeyri-müntə-
zəm doldurmalarla müqayisədə daha böyükdür:
H böh =( 8 ÷ 10 ) ∙ D
Aparılmış texnoloji hesabat əsasında tələb edilən doldurma təbəqəsinin hün-
dürlüyü (H) qəbul edilmiş doldurma üçün (Hböh) H  Hböh olarsa, bu halda doldur-
ma təbəqəsini Hi  Hb hündürlüklü ayrı-ayrı təbəqələr şəklində yerləşdirərək, hər
bir təbəqədən sonra mayeni yenidən paylaşdıran boşqab yerləşdirmək lazımdır.
Aydındır ki, ∑ H i =H .

Kolosnik şəbəkəsi.
Doldurmalı kalonlarda mayeni en kəsiyi üzrə bərabər paylamaq üçün müxtəlif
suvarma quruluşlarından istifadə edilirsə, qazı (buxarı) paylaşdırmaq üçün əlavə
quruluşa ehtiyac yoxdur. Belə ki, doldurma üçün dayaq rolunu oynayan Kolosnik
şəbəkəsi qazın en kəsiyi üzrə bərabər paylanmasını təmin edir. Kolosnik şəbəkəsi
qalınlığı 410 mm, hündürlüyü isə 50 mm olan zolaq materialından hazırlanır. Şə-
bəkəni karbonlu və legirli poladdan hazırlayırlar. Hazırlanma üsuluna görə sökülə
87
bilməyən konstruksiyalı, yəni qaynaq üsulu ilə hazırlanmış və sökülə bilən
kostruk-siyalı, yəni zolaqlar arasında oymaqlar yerləşdirilməklə sancaq
birləşməsindən istifadə etməklə yığılan şəbəkələri fərqləndirirlər.
Kolosnik şəbəkəsi

Kolosnik şəbəkəsi kalonun gövdəsinə qaynaq


edilmiş və dayaq qabırğaları ilə möhkəmləndirilmiş
dayaq halqası üzərində yerləşdirilir. Qaynaq üsulu ilə
hazırla-nan şəbəkə xarici məhdudlaşdırıcı halqaya
malik olur və Kolosniklər (polad zolaqlar) bu halqaya
qaynaq üsulu ilə birləşdirilir. Sökülə bilən
kostruksiyalı şəbəkə yüksək istismar üstünlüyünə
malikdir.
Şəbəkənin zolaqları arasındakı məsafə qeyri-
müntəzəm doldurmanın müvafiq ölçüsündən 30 %
kiçik olmalıdır ki, doldurma şəbəkədən aşağı hissəyə
keçməsin.

Yenidən paylaşdıran
boşqab.
Yenidən paylaşdıran boşqab Kolosnik
şəbəkəsinin aşağı hissəsinə birləşdirilir. Boşqab mayeni kalonun divarlarından
toplayaraq onu mərkəzi diskinə yönəldən Kolosnik istiqamətləndiricidən və bu
istiqamətləndiricidən asqılar vasitəsi ilə asılmış ətəkli diskdən ibarətdir.
Yenidən paylaşdıran boşqab

Diskin üzərində bərabərtərəfli


üçbucağın təpələri üzrə
paylaşdırıcı borucuqlar
yerləşdirilir. Mayenin bütün
borucuqlara bərabər daxil ol-
masını təmin etmək üçün
borucuqların yuxarı səthində
baş oxlar üzrə yerləşmiş
yarıqlar açılır.

Doldurmanın tökülmə
üsulları.
88
Mayenin en kəsiyi üzrə bərabər paylanmasına doldurmanın tökülmə üsulu da
əhəmiyyətli dərəcədə təsir göstərir. Doldurma kalonun mərkəzindən (1), divarın-
dan (2) və üfüqi səthə qədər tamamlama (3) qaydasında tökülə bilər:
Doldurmanın tökülmə variantları

- a variantında tökülmə zamanı 1-3 sərhəddində doldurmanın hidravlik müqa-


viməti kiçik olduğu üçün maye kalonun divarlarına doğru yönəlir;
- b variantında doldurmanın 2-3 sərhəddində tökülmə sıxlığı, eləcə dəhidravlik
müqaviməti kiçik olduğu üçün axın halqanı keçərkən mərkəzə doğru istiqamətlə-
nir;
- a və b tökülmə variantlarını özündə cəmləyən c variantında maye 1-3 sərhəd-
dindən divara, 1-2 sərhəddindən isə mərkəzə doğru yönəldiyi üçün yaxşı nəticə əl-
də edilir.
Mayenin en kəsiyi üzrə müntəzəm paylanmasına doldurmanın tökülmə üsulu
ilə yanaşı, onun tam islanması da təsir edir. Doldurmanın islanma dərəcəsini artır-
maq üçün bəzi hallarda onun səthinə hidrofil örtüyü çəkilir və yaxud da doldurma-
nın hazırlandığı vərəq materialı xüsusi texnologiya ilə emal edilir. Bütün bunlar
yalnız o zaman effektli olur ki, iş prosesində doldurmanın səthində çöküntü təbə-
qəsi yaranmasın, əks halda çöküntü yaranarkən doldurmaya çəkilmiş hidrofil örtü-
yü əhəmiyyətini itirir.

Ekstraksiya kalonları.
Maye qarışıqlarının seçici-həlledici maye ilə ayrılma prosesinə ekstraksiya pro-
sesi deyilir. Bu prosesi həyata keçirən aparatlar isə ekstraktorlar adlanır. Mayelə-
rin qarşılıqlı kontaktı və ayrılması qravitasiya qüvvəsinin təsiri altında baş verərsə,
bu ekstraktorlar kalon tipli ekstraktorlar adlanır. Mayelərin qarşılıqlı kontaktı və
ayrılması mərkəzdənqaçma qüvvəsinin təsiri altında baş verərsə, belə ekstraktor-lar
mərkəzdənqaçma ekstraktorlar adlanır.
Kalon tipli ekstraktorlar iki qrupa bölünür:
1. kənardan enerji almadan işləyənlər;
2. kənardan enerji almaqla işləyənlər.
89
- Kənardan enerji almadan işləyən ekstraktor kalonlarına səpələyicili, doldur-
malı və boşqablı ekstraktorlar aiddir.
- Kənardan enerji almaqla işləyən ekstraktorlara isə Şaybelin ekstraksiya kalo-
nu (qarışdırıcılı-çökdürücülü), rotorlu-diskli, pulsasiyalı və vibrasiyalı ekstraktorlar
aiddir.

Səpələyicili ekstraktor
Səpələyicili ekstraktor heç bir daxili quruluşu olmayan içiboş şaquli silindrik
aparat olub, fazaların əks-axın rejimində işləyir. Ağır faza kalona yuxarı hissədən
daxil edilərək bütöv axın şəklində aşağı doğru hərəkət edən zaman, yüngül maye
kalonun aşağı hissəsindən səpələyici quruluş vasitəsi ilə daxil edilir. Bu zaman bü-
töv faza ilə daxilində damcı şəklində yuxarı qalxan yüngül maye arasında kütlə
mü-badiləsi prosesi həyata keçirilir.
Yüngül maye bütöv faza rolunu oynayan halda isə aşağıdan daxil edilməklə ka-
lonun bütün daxili həcmini doldurmaqla yuxarıdan xaric edilir. Bu halda ağır maye
kalonun yuxarı hissəsindən səpələyici quruluş vasitəsi ilə daxil edilir və ayrı-ayrı
damcılar şəklində aşağı doğru istiqamətlənərək kalonun aşağı hissəsində fazaların
ayrılma sərhəddində toplanaraq ekstraktordan kənarlaşdırılır. Bu aparatlar sadə
quruluşa malik olsalar da, çox kiçik effektivliyə malikdirlər.
Səpələyicili ekstraktor
90

Doldurmalı ekstraktor
Doldurmalı ekstraktor xarici görkəminə görə rektifikasiya və absorbsiya
proses-lərinin aparıldığı doldurmalı kalonlara bənzəyir. Doldurma kimi əksər
hallarda Ko-losnik dayaq şəbəkəsi üzərində bütöv lay şəklində yerləşdirilən Raşik
halqaların-dan istifadə edilir.
Bu kalonda da fazalar (ağır və yüngül) bir-birinə əks-axın rejimində hərəkət
edirlər. Bütöv və dispers fazaların görüşməsi doldurmanın səthində baş verir. Məhz
bu görüşmə nəticəsində kütlə mübadiləsi prosesi həyata keçirilir. Doldurma-lı
ekstraktorlar nisbətən sadə quruluşa malik olsalar da, kiçik effektivliyə malikdir-
lər.
Doldurmalı ekstraktor
91

Boşqablı ekstraktor
Boşqablı ekstraktorun daxilində səthi deşiklərlə perforasiya olunmuş, axıdıcı
quruluşa malik torşəkilli boşqablar quraşdırılır. Aparatın yuxarı hissəsində, fazala-
rın ayrılma sərhəddindən aşağıda yerləşən ştuser vasitəsi ilə daxil edilən ağır faza
aparatın bütün həcmini doldurmaqla bütöv axın şəklində üzüaşağı istiqamətdə hə-
rəkət edir. Kalonun aşağı hissəsindən daxil edilən yüngül faza aşağıdan birinci boş-
qabın altında müəyyən hündürlüyə malik maye təbəqəsi şəklində toplanır, boşqa-
bın deşiklərindən keçməklə ağır faza daxilində növbəti boşqaba doğru ayrı-ayrı
damcılar şəklində qalxır. Yuxarı boşqabın altında yenidən bu damcılar koalisesiya
edərək (damcıların birləşməsi) yenidən müəyyən hündürlüklü maye təbəqəsi yara-
dır və boşqabın deşiklərindən keçməklə növbəti boşqaba doğru damcılar şəklində
hərəkət edir. Bu qayda ilə ağır və yüngül fazaların ekstraktor daxilində əks-axın re-
jimində ekstraksiya prosesi həyata keçirilir. Beləliklə, kalonun yuxarı hissəsində -
fazaların ayrılma səthindən yuxarı hissədə toplanan yüngül faza yuxarı ştuser vasi-
təsi ilə xaric edilir. Göründüyü kimi yüngül faza aşağıdan yuxarı doğru boşqabın
deşiklərindən keçməklə hərəkət etdiyi halda, ağır faza yuxarıdan aşağı doğru boş-
qabların axıdıcı arakəsmələri vasitəsi ilə hərəkət edir.
Boşqablı ekstraktor
92

Şaybelin ekstraksiya kalonu


Kənardan enerji almaqla işləyən ekstraktorların ilk nümayəndəsi Şaybelin eks-
traksiya kalonu hesab edilir. Kalon hündürlüyü boyu ardıcıl yerləşən qarışdırma və
çökmə zonalarından ibarətdir. Kalon daxilində mərkəz oxu üzrə yerləşən şaquli va-
la birləşdirilmiş kürəkli qarışdırıcılar vasitəsi ilə qarışdırma prosesi həyata keçirilir.
Çökmə zonasında isə Kolosnik dayaq şəbəkəsi üzərində yerləşmiş iri gözlü
toxunu-şa malik metal tor yerləşdirilir.
Ağır və yüngül fazalar əks-axın rejimində hərəkət edirlər. Bu zaman qarışma
zo-nasında böyük sürətlə fırlanan qarışdırıcı quruluşun hesabına fazaların intensiv
qa-rışdırılması həyata keçirilir. Çökmə zonasında isə bu fazaların bir-birindən
ayrılma-sı baş verir. Beləliklə, kalonun hündürlüyü boyu çoxdəfəli təkrarlanan
qarışdırma və çökmə nəticəsində ekstraksiya prosesi həyata keçirilir.
Prosesin effektivliyinin yüksək olması kənardan alınan enerji hesabına
fazaların intensiv qarışdırılması hesabına təmin edilir.
Şaybel ekstraktorunun sonrakı konstruksiyalarında qarışdırma və çökdürmə zo-
naları bir-birindən stator halqaları ilə təcrid edilmişdir. Kalonun daha təkmil vari-
antında mərkəzi stator halqaları arasında yerləşdirilmiş turbinli qarışdırıcıdan isti-
fadə edilir. Bu zaman stator halqaları kənarlardan metal torla əhatə edilir. Turbinli
qarışdırıcının intensiv hərəkəti zamanı mərkəzi stator halqalarının yuxarı hissəsin-
dən yüngül, aşağı hissəsindən isə ağır faza qarışdırma zonasına cəlb edilir və inten-
siv qarışdırılaraq, torla əhatə olunmuş periferiya zonasından kalonun divarlarına
doğru atılır.
Şaybelin ekstraksiya kalonu
93

Rotorlu-diskli ekstraktor
Rotorlu-diskli ekstraktorda mərkəz oxu üzərində yerləşən şaquli vala gövdəyə
tərpənməz biləşdirilmiş halqalar arasında yerləşmək şərti ilə disklər bərkidilmişdir.
Valın titrəyişsiz və səlis fırlanmasını təmin etmək məqsədi ilə o, aşağı hissədə fır-
lanma dayağı ilə təchiz edilmişdir. Elektrik mühərriki ilə hərəkətə gətirilən valın
böyük sürətdə fırlanması nəticəsində kalona yuxarı hissədən daxil edilən ağır və
aşağı hissəsindən daxil edilən yüngül fazalar fırlanan disklərin hesabına intensiv
qarışdırılmaya məruz qalırlar. Fırlanan disklər bu mayeləri qarışdırmaqla onlara
mürəkkəb dövredici hərəkət verir. Nəticədə, fazalar həm ox istiqamətində, həm də
radial istiqamətdə sürətləndirilirlər. Nəticədə, fazalar həm bir-biri ilə, həm də
kalonun divarı ilə toqquşma nəticəsində kütlə mübadiləsi prosesinə məruz qalırlar.
Rotorlu-diskli ekstraktor
94

Pulsasiyalı ekstraktor
Pulsasiyalı ekstraktorlarda fazalar arasında baş verən ekstraksiya prosesini in-
tensivləşdirmək üçün kənardan alınan enerji hesabına kalon daxilindəki maye sü-
tununa pulsasiyalı hərəkət verilir. Pulsasiyanın amplitudası böyük, tezliyi isə kiçik
olmalıdır. Pulsasiyanı vermək üçün ekstraktor aşağı hissəsinə birləşdirilmiş
pulsasi-ya kamerası ilə təchiz edilir. Pulsasiyanı mexaniki, pnevmatik və digər
pulsatorların köməyi ilə əldə etmək olar.
Pnevmatik pulsasiyalı ekstraktorun konstruksiyası aşağıda verilmişdir: görün-
düyü kimi kalon daxilində yerləşdirilmiş deşikli boşqablar axıdıcı quruluşa malik
deyillər. Kompressor vasitəsi ilə vurulan hava resiverə toplanır və orada pnevma-
tik pulsatorun zolotnikli paylaşdırıcı quruluşu vasitəsi ilə pulsasiya kamerasına yö-
nəldilir. Vurulan havanın basqısı hesabına pulsasiya kamerasındakı mayenin səviy-
yəsi aşağı düşdüyü üçün kalon daxilindəki maye sütunu yuxarı qalxır. Pulsatorun
əks gedişində isə pulsasiya kamerası atmosferlə əlaqələndirildiyi üçün bu kamera-
dakı maye yuxarı qalxır. Nəticədə, kalon daxilindəki maye sütunu aşağı düşür.
Boşqabların axıdıcı quruluşla təchiz ediməməsinin səbəbi ondadır ki, kalon da-
xilində maye sütunu yuxarı qalxarkən boşqabın deşiklərindən yüngül faza keçir.
Kalon daxilindəki maye sütunu aşağı düşərkən isə boşqabın deşiklərindən ağır faza
keçir.
Pulsasiyalı ekstraktorlarda son vaxtlar KRİMZ markalı boşqablardan istifadə
edilir. Bu boşqab kostruksiyasına görə müstəvi disk üzərində konsentrik halqalar
üzrə yerləşən düzbucaqlı yarıqların açılması və kürəklər şəklində yuxarı və aşağı
doğru qatlanmasından ibarətdir. Növbəti boşqabların kürəkləri əvvəlki boşqaba
nəzərən əks istiqamətdə qatlanır.
Pulsasiyalı ekstraktor

Vibrasiyalı ekstraktor
95
Vibrasiyalı ekstraktorlarda kalonun mərkəz oxu üzərində yerləşən ştoka boş-
qablar paketi tərpənməz birləşdirilir. Bu ştok kalonun yuxarı hissəsində ekssentrik-
lə əlaqələndirilir, ekssentrik isə elektrik mühərriki vasitəsi ilə fırlanma hərəkətinə
gətirilir. Ekssentrikin vəzifəsi fırlanma hərəkətini ox istiqamətində yuxarı və aşağı
istiqamətli hərəkətə çevirməkdən ibarətdir. Nəticədə, ştoka sərt birləşdirilmiş boş-
qablar paketi kiçik amplitudaya, lakin böyük tezliyə malik vibrasiyalı hərəkətə
gəti-rilir. Bu vibrasiya nəticəsində boşqablar paketinin aşağı istiqamətə hərəkəti
zama-nı yüngül fazanın, yuxarı doğru hərəkəti zamanı isə ağır fazanın
disperslənməsi tə-min edilir.
Fazalar arasında kontakt səthinin böyüməsi hesabına ekstraksiya prosesinin in-
tensivliyi artır. Vibrasiyalı ekstraktorlarda da KRİMZ boşqablarına bənzər boşqab-
lardan istifadə edilir.
Vibrasiyalı ekstraktor

Reaksiya aparatları
Bu və ya digər maddənin alınması məqsədi ilə kimyəvi reaksiyaların aparıldığı
quruluşlara kimyəvi reaktorlar deyilir (reaksiya aparatları). Bu aparatlar təyinatına,
iş şəraitinə və konstruktiv quruluşlarına görə bir-birilərindən əhəmiyyətli dərəcədə
fərqlənir və bütün bu aparatlar ümumilikdə qeyri-standart hesab olunur.
Reaktorların İşləməsinə görə Dövrü işləyən
təsnifatı
Fasiləsiz işləyən

Yarımfasiləsiz işləyən
96

Homogen reaksiyalar aparmaq üçün


Reafentlərin faza halına görə
Heterogen reaksiyalar aparmaq üçün

İzotermik

İstilik əlamətinə görə Adiabatik

Politropik

İdeal qarışdırma

Hidravlik əlamətə görə İdeal sıxışdırma

Aralıq tipli

Düz axınlı

Reagentlərin hərəkət istiqamətinə görə Əks axınlı

Reagentlərin pilləli daxil edilməsi

Silindrik

Borulu

“Boru-boru içində” tipli


Konstruksiyasına görə Soba borusu şəklində

Qarışdırıcı quruluşlu

Katalizatorun psevdoqaynar layı

Pnevmoqaldırıcı tipli (lift-reaktor)

Maye fazalı reaktor


İşçi mühiti mayedən ibarət olan reaktora maye fazalı reaktor deyilir. Bu
aparatlarda reaksiya bir və ya iki fazalı mühitdə (emulsiya) aparıla bilər. İki fazalı
mühitlərdə reaksiya aparılarkən ilkin komponentlər qarşılıqlı həll olmayan
mayelərdə həll edilir və onlar arasında reaksiya reaksiya zonasında intensiv
qarışdırma yolu ilə həyata keçirilir.
Göründüyü kimi aparat elliptik dib və silindrik gövdədən ibarətdir. Yuxarı
hissədə gövdə elliptik qapaqla bağlanır. Elliptik qapaqda elektrik mühərrikli
reduktorun dayağı yerləşdirilir. Bu dayağın daxilində qarışdırıcı quruluşun valı ilə
reduktorun valı yarımmuftalarla birləşdirilir. Aparat xarici tərəfdən
istilikdəyişdirici köynəklə əhatə edilmişdir. Bu köynəyin daxilinə qızdırıcı və ya
soyuducu agent verməklə temperatura nəzarət edilir. Əsas məqsəd reaksiya
zonasında temperaturu sabit saxlamaqdır. Çünki bütün reaksiyalar ya istiliyin
ayrılması, ya da udulması ilə gedir. Maye fazalı reaktorlarda aparılan reaksiyalar
diffuzion və ya kinetik sahələrdə gedə bilər:
- Diffuzion sahələrdə gedən reaksiyalar iti sürətli gedən reaksiya olduğu üçün
ən vacib şərt fazalar arasındakı kontakt səthinin böyük olmasıdır.
- Kinetikdə isə başlıca amil reaksiya müddəti və ya böyük reaksiya həcmidir.
Bu reaktorlarda qarışdırıcı quruluşlardan istifadə edərək istənilən nöqtədə
konsentrasiya ilə temperaturu saxlamaq olar. İlkin komponentlər reaktorun aşağı
dibinə yönələn boru vasitəsi ilə daxil olur və reaksiya başa çatdıqdan sonra məhsul
aşağı ştuserdən xaric olunur. Göründüyü kimi bu aparat dövri işləyir.
Maye fazalı reaktor
97

Qaz-maye reaktorları
Qaz-maye reaktorlarında bir-birindən fərqlənən iki tip reaksiya aparıla bilər:
- reaksiya bilavasitə qaz və maye arasında baş verir;
- maye katalizator rolunu oynayır və reaksiyaya girən qazlar arasında
reaksiyanı təmin edir.
Birinci halda reaksiya yalnız mayenin səthində gedirsə, ikincidə mayenin bütün
həcmi üzrə gedir.
98
Reaktor-turboabsorber
Bu aparat qaz-maye reaktoru olub, əsasən airozol istehsalında və zərərli
maddələrin konsentrasiyası böyük olmayan istehsalat tullantı qazlarının
təmizlənməsində istifadə olunur.
Aparat silindrik gövdəyə malikdir və daxili həcmi yarıya qədər maye ilə
doldurulur. Qaz absorberin yuxarı hissəsindən borucuq vasitəsi ilə mərkəzi boruya
daxil edilir. Mərkəzi borunun aşağı hissəsinə üzərində konsentrik halqaları olan
disk birləşdirilir. Fırlanma hərəkətinə gətirilən valın aşağı hissəsinə isə üzərindəki
halqaları tərpənməz diskin halqaları ilə labirint təşkil edən fırlanan disk
yerləşdirilir. Aparılan reaksiya istiliyin ayrılması ilə getdiyindən reaksiyadan izafi
istiliyi çıxarmaq üçün gövdədə perimetr üzrə bir neçə istilikdəyişdirici quruluş
yerləşdirilir. Beləliklə, mərkəzi boruya daxil edilən qaz boru üzrə aşağı hərəkət
edərək tərpənən və fırlanan disklər arasından mayeyə daxil olur. Baş vermiş
reaksiya nəticəsində alınan qazşəkilli reaksiya məhsulu mayedən reaktorun yuxarı
çökmə zonasına keçərək maye damcılardan azad olur və yuxarı ştuser vasitəsi ilə
kənarlaşdırılır. Maye vaxtaşırı olaraq reaktor daxilində dövr etdirilir.
Reaktor-turboabsorber

Fırlanan diskləri olan reaktor


Bu reaktor üfüqi-silindrik aparat olub, mərkəz oxu üzrə üzərində paralel disklər
yerləşdirilən vala malikdir. Val hər iki elliptik dibdə yumşaq salnik kipgəcinə
malik-dir. Reaksiya zonasının temperaturunu sabit saxlamaq üçün istilikdəyişdirici
köy-nəklə təchiz edilmişdir.
Aparat daxili həcminin 1/3 -i qədər maye ilə doldurularaq, disklər hərəkətə gə-
tirilir. İntensiv fırlanan disklərin hesabına kiçik damcılara paylanaraq qatı duman
halına gətirilir. Bundan sonra qaz daxil edilir və katalizator rolunu oynayan maye
dumanının səthində reaksiya həyata keçirilir. Alınan reaksiya qazı aparatın yuxarı
99
hissəsindən xaric edilir. Göründüyü kimi iti sürətli diffuzion reaksiyaların
aparılma-sı həyata keçirilir.
Bu reaktorun çatışmayan cəhətləri aşağıdakılardır:
- valın böyük sürətlərində salnik sıradan çıxır;
- reaktor daxilində texniki qulluq tələb edən hərəkətli hissələr vardır;
- disklərin fırladılmasına enerji sərfi böyükdür.
Fırlanan diskləri olan reaktor

Kalon tipli qaz-maye reaktoru


Bu reaktor konstruktiv quruluşuna görə boşqablı kalon aparatına bənzəsə də,
fərqli cəhəti ondan ibarətdir ki, hər bir dairəvi qapaqlı boşqabın üzərində ən azı 1
m hündürlüyündə maye təbəqəsi yaradılır. Bunu müvafiq uzunluğa malik və aşa-ğı
hissəsində hidravlik tıxacla təchiz edilmiş axıdıcı boru vasitəsi ilə təmin edirlər.
Reaksiya zonasından istiliyi kənarlaşdırmaq üçün hər bir maye təbəqəsində U şə-
killi boruları olan istilikdəyişdirici yerləşdirilir. Aşağı boşqabın maye təbəqəsi üzə-
rindəki istilikdəyişdirici yuxarıdakına nəzərən 90 fırladılıb.
Reaktora maye yuxarıdan, qaz isə aşağıdan daxil edilir. Qaz dairəvi qapaqlı
boş-qablardan mayeyə barbotaj etdikcə reaksiya həyata keçirilir.
Kalon tipli qaz-maye reaktoru
100

Barbotajlı gövdə-borulu reaktor


Bu reaktor konstruksiyasına görə gövdə-borulu istilikdəyişdiriciyə bənzəsə də,
mərkəzi dövretdirmə borusuna görə ondan fərqlənir. Aparat iki ədəd boru şəbəkə-
sindən və kiçik diametrli reaksiya borusundan və nisbətən böyük diametrli mərkə-
zi dövretmə borusundan təşkil edilmişdir. Reaksiya boruları boru şəbəkəsindən
aşağı yönələn çıxıntılara malikdir. Hər bir borunun çıxıntısında eyni səviyyədə yer-
ləşən deşiklər açılmışdır.
Maye aşağı ştuser vasitəsi ilə daxil edilir və yuxarı qapaqda yerləşən axıdıcı
ştu-serə qədər bütün borular maye ilə doldurulur. Borulararası fəzaya qızdırıcı və
ya soyuducu agent verməklə reaksiya zonasında temperaturu tarazlamaq olur. Qaz
axını isə aşağı boru şəbəkəsi ilə qapaqdakı arakəsmə arasındakı fəzaya daxil edilir.
Bu qazın qiyməti müəyyən həddə çatdıqdan sonra o, borulara daxil olaraq qabar-
cıqlar şəklində yuxarı qalxmağa başlayır. Bu zaman qaz-lift prinsipinə əsasən ma-
yeni də cəlb edərək özü ilə yuxarı qaldırır. Boruda qalxma müddəti ərzində reaksi-
ya baş verir. Reaksiya borusundan çıxan qaz mayedən ayrılaraq kənarlaşdırılır. Qa-
zın özü ilə qaldırdığı maye isə mərkəzi dövretdirmə borusu ilə yenidən aşağı axır.
Vaxtaşırı olaraq yeni maye daxil edilir, artığı isə axıdıcı ştuserdən xaric edilir.
Barbotajlı gövdə-borulu reaktor
101

Dövretdirmə konturlu qaz-maye reaktoru


Bu reaktor mərkəzi silindrik gövdədən və onun perimetri üzrə yerləşən reaksi-
ya borularından ibarətdir. Reaksiya borularının hər biri aşağı hissədən istilikdəyiş-
dirici köynəklə təchiz edilmişdir. (3) ştuseri vasitəsi ilə daxil edilən maye birləşmiş
qablar prinsipinə görə mərkəzi silindrik boru ilə yanaşı, reaksiya borularını da dol-
durur. Hər bir reaksiya borusunun daxilinə aşağı hissədə yerləşən injektor vasitəsi
ilə daxil edilən qaz qabarcıqlar şəklində yuxarı qalxarkən barbotajlı gövdə-borulu
reaktorda olduğu kimi mayeni də özü ilə qaldırır və bu prosesdə qazla maye ara-
sında reaksiya həyata keçirilir. Reaksiya borusundan ayrılan reaksiya qazı nisbətən
böyük diametrə malik separasiya zonasında maye damcılardan ayrılaraq yuxarı
ştuser vasitəsi ilə kənarlaşdırılır. Göründüyü kimi reaksiyaya uğramış mayenin kə-
narlaşdırıldığı ştuser ilkin mayenin daxil edildiyi ştuserdən yuxarıda yerləşir.
Dövretdirmə konturlu qaz-maye reaktoru
102

Katalitik krekinq qurğusunun reaktoru


Seolit əsaslı tozşəkilli katalizatorların tətbiqi katalitik krekinq qurğusuna əhə-
miyyətli dərəcədə təsir edir. Bu reaktor toz şəklində olan katalizatorla qaz şəklində
olan mühit arasında reaksiyanı aparmaq üçün nəzərdə tutulub. Bu reaksiya 0,18
MPa və 550 C temperaturda aparıldığı üçün polad gövdəni yüksək tempera-tur və
katalizatorun erozion yeyicilərindən mühafizə etmək üçün daxilini qalınlığı 150
mm olan torkret betonla örtürlər. Aparat qabarit ölçülərinə görə 55 m-dir. Yu-xarı
qaynar lay və separasiyanın diametri 8 m, desorber hissəsinin diametri 4,5 m və
aşağı lift borusunun diametri 1,4 m-dir. Lift borusunun aşağı qidalanma boru-
sundan yer səthinə qədər olan məsafə 8001000 mm təşkil edir.
Lift borusunun aşağı hissəsinə maye şəklində olan xammal (kerosin, qazoyl
fraksiyası), diametri 1 m olan maili boru vasitəsi ilə katalizator və hündürlük boyu
bir neçə yerdə katalizatoru regenerasiya etmək məqsədi ilə su buxarı daxil edilir.
Xammal, katalizator və su buxarı qarışığı böyük sürətlə qalxaraq (34 san) lift bo-
rusunun yuxarısına birləşdirilmiş katalizatorun qaynar lay zonasına atılır. Məhz ki-
çik müddətə qalxma zamanı reaksiya baş verir.
103
Reaktorun yuxarı separasiya zonasında 4 komplekt ikipilləli siklonlar
yerləşdiril-mişdir. İkinci pillə siklonlarının çıxışı reaktorun yuxarısında yerləşən
qaztoplayıcı kameraya birləşdirilir. Siklonların da daxili səthi 50 mm qalınlığında
futerovka olu-nur. Reaksiya qazları özləri ilə apardıqları katalizator tozlarından
ikipilləli siklonda təmizlənir və yuxarıdan çıxaraq fraksiyaya ayrılmaq üçün
rektifikasiya kalonuna göndərilir. Siklonda tutulmuş katalizator tozları çırpılan
klapanla təchiz olunmuş boşaldıcı borular vasitəsi ilə qaynar lay təbəqəsinə
qaytarılır. İşlənmiş katalizator qazpaylayıcı şəbəkə ilə konik dib arasındakı
sahədən desorberə yönəlir. Desorber daxilində səthi perforasiya olunmuş 7 boşqab
yerləşdirilir. Bu boşqabların vəzifəsi katalizatorla desorberə verilən su buxarı
arasında kontaktı təmin etməkdir. Su bu-xarı katalizatordakı qalığı buxarlandıraraq
çıxarır. Katalizator itkisinə yol vermə-mək üçün desorberin yuxarı hissəsinə
rektifikasiya kalonunun şlamı daxil edilir. Bu şlamın tərkibində reaksiya qazlarının
özləri ilə rektifikasiya kalonundan apardıqları katalizator tozları olur. Beləliklə,
desorberin aşağısından işlənmiş katalizator dia-metri 1 m olan maili boru vasitəsi
ilə aktivliyinin bərpa olunması üçün regenerato-ra göndərilir.

Katalitik krekinq qurğusunun reaktoru


104

Katalitik krekinq qurğusunun regeneratoru


Reaktorda səthi koks təbəqəsi ilə örtülmüş katalizator aktivliyinin bərpa olun-
ması məqsədi ilə regeneratora göndərilir. Regenerator hündürlüyü 27,2 m olan si-
105
lindrik aparatdır. Yuxarı separasiya zonasının diametri 11 m, koksun yandırıldığı
aşağı yanma zonasının diametri 9 m-dir. Hər iki hissə bir-biri ilə konik keçidlə əla-
qələndirilir. Regenerator yuxarıdan yarımkürəvi, aşağıdan isə konik dibə malikdir.
Regenerator konik dibinə qaynaq edilmiş silindrik dayağı vasitəsi ilə yerdən 14 m
hündürlükdə quraşdırılır. Yanma zonası mərkəzi silindrik arakəsmə vasitəsi ilə iki
yerə ayrılır: mərkəzi zona və halqaşəkilli zona.
Halqaşəkilli zonaya daxil olan katalizator mərkəzi və halqaşəkilli hissələrin
aşa-ğısında quraşdırılmış iki ədəd hava kollektoru vasitəsi ilə qaynar lay halına
gətirilir. Regeneratorun daxilində işçi təzyiq 0,14 MPa, temperatur isə 600-610 C
-dir. Bu-nun hesabına gövdənin hesabi temperaturu 300 C -dən artıq olmur.
Yüksək tem-peratur və izafi hava hesabına katalizatorun səthindəki koks təbəqəsi
yandırılaraq tüstü qazları şəklində separasiya zonasına keçir. Aktivliyi bərpa
olunmuş kataliza-tor silindrik arakəsmənin yuxarısındakı iki yarıqdan mərkəzi
hissəyə keçir və mər-kəzdəki boruya daxil olur. Nəticədə, reaktorun qidalanma
borusuna göndərilir. Re-generatorun yuxarı hissəsində 6 komplekt ikipilləli
siklonlar quraraşdırılıb. Birinci pillə siklonların diametri 1,6 m , ikinci isə 1,4 m-
dir.
Tüstü qazları qaztoplayıcı kameraya yığılaraq regeneratordan çıxarılır, elektrik
filtrlərdən keçdikdən sonra atmosferə atılır. Regeneratoru işə salan zaman yüksək
temperatur almaq üçün onun aşağısında 6 ədəd yanacaq farsunkası vardır. Tüstü
qazında olan karbon qazının regenerator daxilində yanması üçün separasiya zona-
sına və qaztoplayıcı kameraya su kondensatı çilənir. Separasiya zonasının yuxarısı-
na su buxarı verilir.

Katalitik krekinq qurğusunun regeneratoru


106

Katalitik riforminq qurğusunun reaktoru


107
Katalitik riforminq qurğusunun reaktoru daxili diametri 4 m, ümumi hündür-
lüyü 13 m olan şaquli silindrik aparatdır. Aparatın silindrik gövdəsi elliptik diblərə
malikdir. Reaktor silindrik gövdəsinə qaynaq edilmiş konik dayağı vasitəsi ilə
beton postament üzərində quraşdırılır. İstismar zamanı reaktorun daxilində
temperatur 550 C, təzyiq isə 5 MPa təşkil edir. Yüksək temperatur və
katalizatorun təsirin-dən reaktorun daxili səthi qalınlığı 100 mm olan torkret
betonla furterovka olunur. Torkret beton təbəqəsinin özü isə katalizatorun erozion
təsirindən legirli poladdan hazırlanmış stəkanla mühafizə olunur. Aparatın daxili
səthində bütün perimetri üz-rə şaquli paylaşdırıcı qutular yerləşdirilmişdir.
Xammal paylaşdırıcılarının kataliza-tora istiqamətlənmiş səthləri deşiklərlə
perforasiya olunmuşdur. Aparatın mərkəzi üzrə boru şəklində reaksiya məhsulu
toplayıcısı yerləşdirilir. Bu məhsul toplayıcıla-rının da bütün səthi deşiklərlə
perforasiya olunur. Məhsul toplayıcısı ilə xammal paylaşdırıcısı arasında qalan
fəza isə tərpənməz katalizator layı ilə doldurulur. Xammal reaktora yuxarı hissədən
daxil edilir və paylaşdırıcı boşqab vasitəsi ilə şa-quli qutulara paylanır. Bu
qutulardan radial istiqamətdə çıxan xammal reaksiya məhsulu toplayıcısına qədər
olan məsafəni katalizatorun içərisi ilə keçərkən kim-yəvi çevrilməyə məruz qalır.
Reaksiya məhsulunun toplayıcıya katalizator tozlarını aparmaması üçün
toplayıcının xarici səthinə narın gözlü və iri gözlü metal tor çəki-lir.
Reaksiya prosesinə reaktorun yuxarı elliptik dibində yerləşən və katalizatorun
bütün hündürlüyü boyu keçən 3 ədəd çoxzonalı termocüt vasitəsi ilə nəzarət edir-
lər. Bundan başqa reaktorun gövdəsinin temperaturu 22 ədəd səth termocütü va-
sitəsi ilə ölçülür. Reaktorun daxilində - paylaşdırıcı boşqabın aşağı hissəsində silin-
drik stəkan quraşdırılır. Bu stəkanın əsas vəzifəsi katalizatorun çökməsi zamanı
xammalın kimyəvi çevrilməyə məruz qalmadan çökmə nəticəsində yaranan boşluq
vasitəsi ilə keçərək məhsul toplayıcısına düşməsinin qarşısını almaqdır.

Katalitik riforminq qurğusunun reaktoru


108
109

Dizel yanacağının hidrotəmizləmə qurğusunun reaktoru


Dizel yanacağının hidrotəmizlənməsi prosesi 450 C temperaturda və 750 MPa
təzyiq altında həyata keçirilir. Bu prosesin həyata keçirildiyi reaktor daxili diametri
3050 mm, ümumi hündürlüyü isə 12 m olan, yuxarı və aşağı hissələrdə yarımsferik
diblərə malik şaquli slindrik aparatdır. Aparat konik dayaq vasitəsi ilə 4,5 m hün-
dürlüyə malik beton pastavik üzərində quraşdırılır. Gövdənin temperaturun təsi-
rindən sərbəst uzanma imkanını təmin etmək üçün əksər hallarda konik dayaq
gövdəyə qaynaq edilmir. Gövdə ona qaynaq edilmiş sərtlik halqasının hesabına
sanki dayaq üzərində sərbəst yerləşmişdir. Xammal reaktora yuxarı hissədən daxil
edilir, reaksiya məhsulu isə aşağı hissədən kənarlaşdırılır. Katalizator reaktor daxi-
lində ayrı-ayrılıqda iki təbəqə şəklində yerləşdirilir:
110
- Kolosnik dayaq şəbəkəsi üzərində yerləşən yuxarı katalizator layının
hündürlüyü 2,6 m ;
- aşağı katalizator layının hündürlüyü 4,7 m .
İki katalizator layı arasındakı fəzada su buxarını daxil etmək üçün nəzərdə tu-
tulmuş borulu kollektor quraşdırılır.
Yuxarı katalizator layı Kolosnik şəbəkəsi üzərinə döşənmiş iki lay metal tor
üzə-rinə nizamlı yığılmış, diametri 12 mm olan farfor kürələri üzərinə tökülür.
Kataliza-tor təbəqəsinin yuxarı hissəsində isə filtrləyici quruluş və diametri 24 mm
olan far-for kürələr yerləşdirilir. Reaksiya məhsulu xaric edilən aşağı ştuserin
üzərində re-aksiya məhsulunun toplayıcısı yerləşdirilir. Bu toplayıcı səthində
uzunsov yarıqlar açılmış silindrik çənbərdən və səthində deşiklər olan müxtəlif
radiusla əyilmiş qa-paqdan ibarətdir. Toplayıcının yan səthləri və üst qapağı
tamamilə diametri 12 mm olan farfor kürələrlə örtülür.
Xammal yuxarı ştuserdən paylaşdırıcı boşqaba daxil edilir. Paylaşdırıcı boşqab
müstəvi diskdən ibarətdir. Bu diskin üzərində qaytarıcı lövhələr yerləşmiş paylaş-
dırıcı borular quraşdırılmışdır. Paylaşdırıcı boşqab vasitəsi ilə en kəsik üzrə
bərabər paylanan xammal üzüaşağı istiqamətdə hərəkət edərkən ilk növbədə
filtrləyici qu-ruluşdan keçir. Filtrləyici quruluş metal çubuqlardan hazırlanmış,
aşağı və yan səthləri metal torla əhatə edilmiş səbətlərdən ibarətdir. Filtrləyici
quruluşun əsas vəzifəsi katalizatoru zəhərləyə bilən korroziya məhsullarını tutub
saxlamaqdır. Ka-talizator təbəqələrinin üzərinə farfor kürəcikəri yığmaqda əsas
məqsəd isə onları xammalın dinamik təsirindən mühafizə etməkdir. Xammal
toplayıcısının farfor kü-rələri ilə tam əhatə edilməsində məqsəd isə reaksiya
məhsulunun nizamlı şəkildə toplayıcıya keçməsini təmin etməkdir. Katalizatoru
boşaltmaq üçün aşağı yarım-sferik dibdə və silindrik gövdədə maili yerləşdirilmiş
ştuserlər nəzərdə tutulmuş-dur. Reaksiya zonasında temperatura nəzarət etmək
üçün yuxarı yarımkürəvi dib-də 3 ədəd çoxzonalı termocüt quraşdırılmışdır.
Bundan başqa katalizator layları arasındakı fəzada silindrik gövdədə yerləşən səth
termocütü vardır. Borulu kollek-tora müəyyən müddətdən bir su buxarı verməklə
katalizatorun regenerasiyasını həyata keçirirlər. Su buxarlarının özləri ilə
katalizator tozlarını aparmaması üçün filtrləyici quruluşun katalizatora batırılmış
səbətləri arasındakı sahələr iki metal tor arasında yerləşdirilmiş farfor kürəciklər
vasitəsi ilə alınır.
111

Dizel yanacağının hidrotəmizləmə qurğusunun reaktoru


112
113

ƏDƏBİYYAT
1. Плановский А.Н., Николаев П.И. Процессы и аппараты химической и
нефтехимической технологии. – М.: Химия, 1972. – 496 с.
2. Касаткин А.Г. Основные процессы и аппараты химической технологии. – М.:
Госхимиздат, 1961. – 829 с.
3. Криворот А.С. Конструкция и основы проектирования машин и аппаратов химической
промышленности. – М.: Машиностроение, 1976. – 376 с.
4. Поникаров И.И., Перелыгин О.А., Доронин В.Н., Гайнуллин М.Г. Машины и аппараты
химических производств. – М.: Машиностроение, 1989. – 368 с.

You might also like