Download as pdf or txt
Download as pdf or txt
You are on page 1of 73

AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI

Osmanov Sabir

ELEKTRİK MAŞINLARI
(Mühazirələrin elektron veriyası)

Bakı – 2013
ELEKTRİK MAŞINLARI HAQQINDA
ÜMUMİ MƏLUMAT

Sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, hərbi texnikada və məişətdə geniş tətbiq olunan elektrik
avadanlıqlarının ən əsas elementlərindən biri elektrik maşınlarıdır. Elektrik maşınları əsas etibarilə
mexaniki enerjini elektrik enerjisinə və əksinə, elektrik enerjisini mexaniki enerjisinə çevirmək üçün
tətbiq olunur.
Mexaniki enerjini elektrik enerjisinə çevirmək üçün istifadə olunan maşınlar elektrik gene-
ratorlarıdır. Elektrik mühərriki elektrik enerjisini mexaniki enerjiyə çevirən maşındır.
Transformator fırlanan hissələri olmayan statik elektromaqnit aparatdır. Lakin iş prinsipinə görə onlar
elektrik maşınlarına çox uyğun gəlir. Elə buna görə də transformatorlar elektrik maşınlarına aid edilir.
Elektrik maşınları cərəyanın növünü, dəyişən cərəyanın tezliyini və fazalar sayını dəyişmək üçün,
dəyişən cərəyanı sabit cərəyana və əksinə çevirmək üçün də tətbiq edilə bilər. Belə maşınlara
elektromaşın çeviriciləri deyilir.
Cərəyanın növündən asılı olaraq elektrik maşınları-sabit və dəyişən cərəyan maşınlarına ayrılır.
Dəyişən cərəyan maşınları isə elektromaqnit sisteminin xüsusiyyətlərindən asılı olaraq asinxron, sinxron və
kollektorlu maşınlara ayrılır.
Gücə görə elektrik maşınları şərti olaraq mikromaşınlara, kiçik, orta və böyük maşınlara ayrılır.
Gücü vattın kiçik hissələrindən 500 vt-a qədər olan maşınlar mikromaşınlar, 500 vt-dan 10 kVt-a
qədər olan maşınlar kiçikgüclü, 10 kVt-dan bir neçə yüz kVt-a qədər olan maşınlar ortagüclü və bundan
artıq olanlar isə böyükgüclü maşınlar adlanır.
Fırlanma tezliyinə görə elektrik maşınları şərti olaraq kiçik (300 d/dəq qədər), orta (300-1500 d/dəq),
yüksək (1500-6000 d/dəq) və ifrat yüksəksürətli (6000 d/dəq çox) maşınlara ayrılır. Mikromaşınların
fırlanma tezlikləri bir neçə d/dəq-dən 100.000 d/dəq-yə qədər olur.
Müasir elektrik maşınlarında enerjinin bir şəkildən digərinə çevrilməsi maqnit sahəsi vasitəsilə
əldə edilir. Bunlara induktiv maşınlar deyilir.
Mümkün qədər daha böyuk güclü maqnit sahələri almaq üçün müasir elektrik maşınlarında onların ay-
rılmaz hissələri olan ferromaqnit nüvələr tətbiq edirlər.
Maqnit sahəsi dəyişən olduqda burulğanlı cərəyanları zəiflətmək və onların törətdiyi enerji itkilərini
azaltmaq məqsədilə, nüvələr elektrotexniki polad vərəqlərdən hazırlanır.
Elektrik maşınlarının ən əsas hissələrindən biri də cərəyan keçirən materialdan hazırlanmış dolaqdır.
Dolaqların elektrotexniki izolyasiyası üçün müxtəlif elektrik izolyasiya materialları tətbiq edilir.
Bütün elektrik maşınları çevriləbilmə (dönmə) qabiliyyətinə malikdir, yəni hər bir elektrik maşını
həm generator, həm də mühərrik kimi işləyə bilər.
Elektrik maşınları işləyərkən mütləq enerji itkisi yaranır. Belə ki, hər bir maşının aldığı güc onun
verdiyi faydalı gücdən böyük olur. Yəni maşının f.i.ə. 100%-dən kiçik alınır.
İş zamanı yaranan itkilər istiliyə çevrilir və maşının ayrı-ayrı hissələrinin qızmasına səbəb olur.

2
BİRİNCİ BÖLMƏ

SABİT CƏRƏYAN MAŞINLARI

SABİT CƏRƏYAN MAŞINLARININ TƏYİNATI


VƏ İŞ PRİNSİPİ

Sabit cərəyan maşınlarını əsasən elektrik mühərrikləri və bəzən generatorlar kimi tətbiq edirlər.
Sabit cərəyan mühərrikləri yaxşı tənzimləmə xüsusiyyətlərinə və artıq yüklənmə qabiliyyətinə malik
olmaqla həm sərt, həm də yumşaq mezaniki xarakteristikalar almağa imkan verir. Odur ki, bu mühərriklər
fırlanma sürətinin böyük hədlərdə səlis tənzimləməsini tələb edən mexanizmlərin elektrik intiqallarında,
nəqliyyatda, yükqaldıran qurğularda, dəniz və çay gəmilərində, metalemaletmə, toxuculuq, poliqrafiya
sənayelərində və s. çox geniş tətbiq edilir. Avtomatik idarə və tənzimləmə sistemlərində isə sabit cərəyan
maşınlarından elektromaşın gücləndiriciləri, icra mühərrikləri və taxogeneratorlar kimi istifadə edirlər. Bu
maşınlar həmçinin akkumlyator batareyalarından bəslənən start mühərrikləri, sualtı qayıqların və kosmik
gəmilərin mühərrikləri kimi də istifadə olunur.
Sabit cərəyan generatorları əvvəllər sabit cərəyan mühərriklərini doydurmaq üçün və həmçinin
akkumlyator batareyalarının doldurulması, elektroliz və qalvanik vannaların bəslənməsi, avtomobillərdə,
təyyarələrdə, sərnişin vaqonlarında, elektrovozlarda və s. müxtəlif elektrik avadanlıqlarının elektrik təchizatı
üçün geniş istifadə edilirdi. Lakin sabit cərəyan maşınlarında fırça-kollektor qovşağının mövcudluğu bu
maşınların əsas çatışmayan cəhəti olub, onların işinin etibarlığını azaldır. Odur ki, son zamanlar sabit
cərəyan generatorları stasionar qurğularda yarımkeçirici çevricilərdə sıxışdırılır. Nəqliyyatda isə onlar
yarımkeçirici düzləndiricilərlə birlikdə işləyən sinxron generatorlarla əvəz edilir.
Şəkil 1.8-də sabit cərəyan maşınının sadə sxemi verilmişdir. Tutaq ki, N və S qütbləri arasındakı sabit
maqnit sahəsində silindrik formalı lövbər fırlanır. (şəkil 1.8) Lövbərin silindrik səthində diametrial müstəvi
üzrə 2 naqildən ibarət olan bir sarğı qoyulub. Sarğının ucları kollektor lövhələri adlanan a və b mis
seqmentlərə birləşdirilib. Kollektor lövhələri lövbərlə eyni bir val üzərində olub, bir-birindən və valdan izolə
olunub. Kollektor üzərinə qoyulmuş tərpənməz fırçalar vasitəsilə lövbər dolağının sarğısı xarici dövrə ilə
əlaqələndirilib.
Maşının generator rejimində işləməsinə baxaq. Tutaq ki, şəkildə göstərilən sadə maşının lövbərikənar
qüvvə ilə saat əqrəbi istiqamətində fırlandırılır. Onda sarğının naqillərində elektromaqnit induksiya
qanununa əsasən e.h.q. induksiyalanır. Məlumdur ki, hər naqildə induksiyalanan e.h.q.-nin qiyməti Faradey
düsturuna əsasən aşağıdakı ifadə ilə tapılır:

e=Blv

burada B-qütb ilə lövbər arasındakı hava aralığında naqilin durduğu yerdəki maqnit induksiyası, ölçü vahidi
tesla Tl; l-naqilin aktiv uzunluğu, m; v-naqilin maqnit qüvvə xəttinə nəzərən xətti sürəti, m/san.
E.h.q.-nin istiqaməti sağ əl qaydası ilə təyin olunur. Hər iki naqil qütblərə nəzərən simmetrik
yerləşdirildiyindən onlarda eyni e.h.q. induksiyalanır.
Bu e.h.q.-lər sarğının konturu üzrə cəmlənir və buna görə baxdığımız maşında lövbər dolağının tam
e.h.q.-si

E=2e=2Blv

olur.
Baxdığımız iş prinsipindən görünür ki, e.h.q.-nin yaranması üçün generator aşağıdakı hissələrdən
ibarət olmalıdır:
1. Maqnit sahəsi yaradan hissə (qütblər).
2. E.h.q. yaranan hissə (lövbər dolağı).

3
Elektrik maşınında maqnit sahəsi yaradan his-
səyə indikator, e.h.q. induksiyalanan hissəyə isə löv-
bər deyilir. Bunlardan biri digərinə nəzərən hərəkətli
olmalıdır. Ümumiyyətlə, elektrik maşınlarının
tərpənməz hissəsinə stator, fırlanan hissəsinə isə
rotor deyilir. Sabit cərəyan maşınlarında indikator
statorda, lövbər isə rotorda olur.
Lövbər fırlanarkən dolağın naqilləri növbə ilə
şimal və cənub qütbləri altından keçdiyindən həmin
naqillərdə induksiyalanan e.h.q.-lər qiymət və istiqa-
mətcə dəyişir. Naqildə e.h.q.-nin zamandan asılı ola-
raq dəyişmə əyrisinin forması hava aralığının çevrəsi
boyu maqnit induksiyasının paylanma əyrisinin eyni
olur.
Sadəlik üçün fərz edirik ki, induksiya hava
aralığında sinusoidal qanunla dəyişir (şəkil 1.9).
Deməli, baxdığımız maşında lövbərin bir tam dövrü Şəkil 1.8.
ərzində hər bir naqildə iki dəfə öz istiqamətini
dəyişdirən və zaman etibarilə sinusoidal dəyişən
e.h.q. induksiyalanır. Başqa sözlə, ikiqütblü maşında e.h.q.-nin dəyişmə tezliyi lövbərin fırlanma tezliyinə
bərabərdir.

Şəkil 1.9.
Şəkil 1.10

Əgər maşının cüt qütblər sayı p qədər olarsa, onda e.h.q.-nin dəyişmə tezliyi pn olacaq, n-dövr/dəq ilə
göstərilsə, tezlik

pn
f= , Hs
60
Baxdığımız elementlər maşının lövbər dolağı tərpənməz fırçalar vasitəsilə hər hansı bir yükə, yəni
işlədiciyə qoşularsa, onda əmələ gəlmiş qapalı dövrə üzrə l n cərəyanı axar.
Lövbər dolağının özündə bu cərəyan dəyişən olub, əyrisinin forması isə eyni ilə e.h.q.-nin əyrisi kimi
olur. Lakin xarici dövrədən bu cərəyan həmişə yalnız bir istiqamətdə axır. Buna səbəb kollektordur.
Həqiqətən şəkil 1.8.-dən görünür ki, lövbər 900 dönərkən naqildə e.h.q.-nin istiqamətinin dəyişməsi ilə
eyni zamanda fırçalar altında kollektor lövhələrinin yeri də dəyişir. Belə ki, fırçaların hər biri yalnız
müəyyən qütb altındakı naqilə birləşdirilmiş kollektor lövhəsi ilə görüşür; aşağı fırça həmişə S qütbü, yuxarı
fırça isə N qütbü altındakı naqilə birləşmiş kollektor lövhəsi ilə əlaqədə olur. Nəticədə, xarici dövrədə
cərəyanın istiqaməti dəyişməz qalır.
Beləliklə, generatorda kollektor düzləndirici vəzifəsini görür. Başqa sözlə, dolaqda yaranan dəyişən
cərəyan kollektor vasitəsilə düzləndirilir və xarici dövrədə cərəyana çevrilir (şəkil 1.10).
Belə döyünən cərəyan praktiki məqsədlər üçün yararsızdır. Xarici dövrədə döyünməyən cərəyan və
gərginlik almaq üçün quruluşca daha mürəkkəb lövbər dolağı tətbiq edirlər.

4
Həqiqətən lövbərdə bir-birinə nəzərən 900 bucaq altında iki sarğı yerləşdirilmiş olarsa, fırçalarda
alınan gərginliyin döyünmə dərəcəsi azalar.
Hesablamalar göstərir ki, hər qütbə 8 kollektor lövhəsi düşdüyü halda, gərginliyin döyünməsi 1%-dən
də az olur ki, bunu da praktiki olaraq sabit qəbul etmək olar.
Düzlənmiş cərəyan lövbər dolağından axarkən cərəyanlı naqillə maqnit sahəsinin qarşılıqlı təsiri nəti-
cəsində elektromaqnit qüvvəsi yaranır. Bu qüvvənin qiyməti qüvvə qanununa əsasən

F em =Blİ a

Qüvvənin istiqaməti sol əl qaydasına əsasən təyin edilir.


Qüvvənin təsiri ilə maşında elektromaqnit momenti yaranır. Bu moment generator rejimində tor-
mozlayıcı təsir göstərir. Lövbərin bərabər sürətlə fırlanması üçün ona kənardan F em -ə bərabər mexaniki
qüvvə tətbiq edilməlidir. Belə ki, F= F em. Qüvvələr bərabərliyinin hər bir həddini sürətə vursaq, güclər
bərabərliyi alarıq:

FV= F em V,

Burada F em -in qiymətini yerinə yazsaq:

FV=B⋅l⋅İ a ⋅V=E a İ a

alarıq.
Göründüyü kimi kənar qüvvə tərəfindən verilən mexaniki gücü E a İ a -ya çevrildi.
Lövbər dolağının sıxaclarında alınan gərginlik həmişə onun e.h.q.-dən kiçik olur.

U a = E a -İ a r a

Bu ifadə generatorun gərginliklərinin müvazinət tənliyidir. Axırıncı ifadənin hər tərəfini İ a -ya
vursaq güclərin müvazinət tənliyini alarıq:

U a İ a = E a İ a - İ a 2r a

İndi də mühərrik rejiminə baxaq. Baxdığımız elementar maşın mühərrik rejimində də işləyə bilər.
Bunun üçün lövbər dolağına kənar mənbədən sabit cərəyan vermək lazımdır. Bu zaman dolaqdan axan
cərəyanla sahənin qarşılıqlı təsiri nəticəsində elektromaqnit qüvvələri və elektromaqnit momenti yaranır.
Momentin qiyməti qüvvənin verilmiş qiymətində lövbərin diametrindən asılı olur.

M= F em D a /2

Burada M-fırlandırıcı təsirə malik olur. Əgər o, valdakı müqavimət momentindən böyük olarsa, lövbər
fırlanmağa başlayır. Lövbər fırlanarkən naqillərin hər birində induksiya qanununa əsasən e.h.q.
induksiyalanır. Sağ əl qaydasını tətbiq etməklə görmək olar ki, induksiyalanan e.h.q.-nin istiqaməti tətbiq
olunan gərginliyin və bu dolaqdan axan cərəyanın əksinə yönəlib. Odur ki, mühərriklərin e.h.q.-nə əks e.h.q.
deyirlər.
Beləliklə, deyilənlərdən görürük ki, hər bir elektrik maşınının işləyə bilməsi üçün maqnit sahəsinin və
cərəyanlı naqillərin olması vacib şərtdir. Maqnit sahəsi güclənsin deyə ferromaqnit materiallardan istifadə
edirlər.
Bütün deyilənlərə əsasən görmək olur ki, hər bir sabit cərəyan maşını həm generator, həm də mühərrik
kimi işləyə bilər. Bu hal bütün fırlanma hərəkəti olan elektrik maşınlarına xas olub, dönmə prinsipi adlanır.
Generatoru mühərrik rejiminə çevirmək üçün fırçaların polyarlığının və fırlanma istiqamətinin
sabitliyi şəraitində yalnız lövbər cərəyanının istiqamətini dəyişmək kifayətdir.

5
SABİT CƏRƏYAN MAŞINLARININ QURULUŞU
VƏ ƏSAS ELEMENTLƏRİ

Hər bir elektrik maşını kimi sabit cərəyan maşını da 2 əsas hissədən ibarətdir.
1. Maqnit sahəsi yaradan hissə - induktor;
2. Elektrik hərəkət qüvvəsi yaranan hissə - lövbər.
Sabit cərəyan maşınlarında induktor maşının tərpənməz hissəsi olan statorda yerləşir, lövbər isə
fırlanan olur.
Sabit cərəyan maşınının statoru, yəni induktor əsas qütblər, əlavə qütblər və gövdədən ibarətdir. Əsas
qütblər nüvədən, qütb uclugu və dolaqdan ibarət olub, vəzifəsi maşında əsas maqnit sahəsini yaratmaqdır.
Qütb nüvəsi qalınlığı 0,5-1,0 mm olan polad vərəqlərdən, bəzən də 2mm qalınlığı olan konstruksion
polıd vərəqələrdən ştamplanaraq yığılır. Bunda məqsəd nüvənin lövbərə tərəf yönəlmiş aşağı qatlarında
dövri cərəyanları azaltmaqdır. Bu cərəyanlar lövbər dişli olduğu üçün maqnit sahəsinin döyünməsi
nəticəsində əmələ gəlir. Qütbdən lövbərə tərəf yönəlmiş genişləndiridmiş hissəsi başmaq, yaxud qütb ucluğu
adlanır.
Maşının bütün əsas qütb nüvələri üzərindəki dolaqlar öz aralarında ardıcıl birləşdirilir və yalnız 2 uc
kənara çıxarılır. Bütün nüvələrin dolaqlarının birləşdirilməsindən alınan dolağa təsirlənmə dolağı deyilir.
Gövdə sabit cərəyan maşınlarında əsas və əlavə qütbləri, eləcə də maşının bütün tərpənməz hissələrini
özündə birləşdirir və gövdə vasitəsilə maşın bünövrəyə bərkidilir. Gövdənin maqnit qüvvə xətlərini keçirən
hissəsinə yarmo deyilir.
Sabit cərəyan maşınının ən məsul hissəsi lövbərdir. Lövbər 3 əsas hissədən ibarətdir. Hazırda dişli-
yuvalı baraban tipli silindrik lövbərlər tətbiq olunur. Hər bir lövbər, nüvədən, lövbər dolağından və
kollektordan ibarətdir.
Lövbər nüvəsi qalınlığı 0,5mm olan xüsusi markalı elektrotexniki polad vərəqlərdən ştamplanmış
disklərdən yığılır. Dövri cərəyanların qarşısını almaq üçün disklər hər iki tərəfdən nazik lak, yaxud oksid
təbəqəsilə bir-birindən izolə edilir. Əgər nüvə bütöv poladdan hazırlanmış olsaydı, dövri cərəyanların təsirilə
istiliyə çevrilən itkilər çox böyük qiymət alar, nüvə həddindən artıq qızarvə f.i.ə. aşağı düşərdi.
Lövbər dolağı xüsusi şablonlarda hazırlanan seksiyalardan ibarət olub, nüvə səthindəki yuvalarda
yerləşdirilir.
Seksiyaların ucları müəyyən qayda ilə öz aralarında və kollektor lövhələri ilə birləşdirilir. Seksiyalar
nüvədən çox səliqəli izolə olunur.
Maşının ən xarakterik hissələrindən biri kollektordur. Kollektor izolyasiya təbəqəsilə bir-birindən
izolə edilərək silindr formasında yığılmış mis lövhələrdən ibarətdir. Lövhələrin qalınlığı maşının gücündən
asılı olaraq, 2-15mm ola bilər.
Yığılmış silindr xüsusi pərçimləyici boltlarla sıxılaraq vala geydirilir. Kollektordan cərəyan almaq və
yaxud ona cərəyan verməkdən ötrü fırça aparatı tətbiq edirlər.

LÖVBƏR DOLAQLARI

Lövbər dolağı sabit cərəyan maşınının ən əsas elementlərindəndir. Belə ki, enerjinin bir şəkildən
başqa şəklə çevrilməsi prosesi burada baş verir. Lövbər dolağı aşağıdakı əsas tələbləri ödəməlidir:
- Dolaq maşının nominal gücünə uyğun olan cərəyan və gərginliyə hesablanmalıdır.
- Dolaq maşının uzun müddətli (15-20il) işini təmin edən elektriki, mexaniki və termiki dayanıqlığa
malik olmalıdır.
- Verilmiş istismar göstəriciləri şəraitində material sərfiyyatı minimum olmalıdır.
- Dolağın hazırlanma texnologiyası sadə olmalıdır.
Müasir baraban tipli lövbər dolağının naqilləri lövbər nüvəsinin səthindəki yuvalarda yerləşdirilir.
Bunlara aktiv naqillər deyilir. İki aktiv naqil öz aralarında ardıcıl birləşərək bir sarğı təşkil edir. Sarğılar da
öz aralarında və kolletor lövhələri ilə birləşərək qapalı dövrə təşkil edir. Lövbər dolağının əsas elementi
seksiyadır. Seksiyalar bir sarğılı və ya çox sarğılı olurlar.

6
Şəkil 1.13

Seksiyanın eni qütb addımına bərabər və yaxud buna yaxın olur. Lövbər çevrəsi üzrə qonşu qütblərin
oxları arasında qalan məsafəyə qütb addımı deyilir və τ ilə işarə olunur. Belə seksiyalardan dolaq
hazırlanarkən aşağıdakı əsas şərtlər ödənməlidir:
1. Maksimal e.h.q. almaq üçün naqillərin e.h.q.-ləri mümkün qədər cəbri cəmlənməlidir.
2. Dolağın alın hissələri mümkün qədər az olmalıdır.
3. Dolaq simmetrik olmalı, yəni paralel qolların e.h.q.-rinin ani qiymətləri bərabər olmalıdır.
4. Bütün seksiyaların soyuma şəraiti eyni olmalıdır.
Bu şərtləri ödəməklə dolaq aşağıdakı 2 tipdə hazırlanır:
1. İlgəkvari dolaq (şəkil 1.14,a.)
2. Dalğavari dolaq (şəkil 1.14,b.)
Seksiyaları öz aralarında və kolletor lövhələri ilə düzgün birləşdirməkdən ötrü aşağıdakı dolaq
addımlarından istifadə edirlər.
Y 1 -birinci xüsusi addım. Bu, seksiyanın eni və ya seksiyanın başlanğıc və son tərəfləri arasındakı
məsafədir.
Y 2 -ikinci xüsusi addım. Hər hansı seksiyanın sonu ilə ondan sonra gələn seksiyanın başlanğıc tərəfi
arasındakı məsafədir.

a) b)

Şəkil 1.14

Y-ümumi addım. Bir-birinin ardınca gələn qonşu seksiyaların başlanğıc tərəfləri arasındakı məsafədir.
Y k -kollektor lövhələrinin sayı ilə ölçülür. Y 1 , Y 2 və Y 3 isə elementar yuvalar sayı ilə ölçülür.
Bir-birinin üzərində iki seksiya tərəfi yerləşdirilmiş şərti yuvaya elementar yuva deyirlər (şəkil
1.15.a). Elementar yuvalar sayı Z e ilə işarə edilir.

7
Şəkil 1.15.

Əgər yuvada iki və ikidən artıq seksiya tərəfi varsa bu real yuvadır. Real yuvalar sayı Z ilə işarə
olunur (şəkil 1.15. b,c.).
Z e =Z⋅u y

u y -yuvanın bir qatındakı seksiya tərəflərinin sayıdır. Deməli, hər hansı real yuva u y qədər elementar
yuvaya ekvivalentdir.
Birinci addım, yəni seksiyanın eni Y 1 elə olmalıdır ki, sarğının e.h.q.-si maksimum olsun. Bunun
üçün Y 1 =τ olmalıdır.
Bu qütb addımında
τ = Z e / 2p

qədər elementar yuva yerləşir.


Burada 2p-qütblər sayıdır.
Deməli: Y 1 = τ = Z e / 2p
Bu ifadə kəsr alına bilər. Lakin Y 1 tam ədəd olmalıdır.
Odur ki, Y 1 = Z e / 2p ± ε
ε-ən kiçik kəsrdir.
Bu ifadə hər iki tip dolaq üçün yarayır. Əgər ε=0 olarsa, Y 1 =τ olar. Buna tam addım deyirlər. ε<0 olsa
Y 1 < τ olar. Buna qısa addım, ε>0 olsa, Y 1 > τ olar ki, buna da uzun addım deyirlər. Adətən tam və qısa
addımlı dolaqlar daha çox tətbiq olunur. Belə ki, Y 1 > τ olduqda material sərfiyyatı artır, alın hissələrinin
uzunluğu çox olur. Hər iki tip dolaq sadə və mürəkkəb olur, hər iki tip dolaqda seksiyalar elə hazırlanır ki,
onların bir tərəfi hər hansı yuvanın üst qatındadırsa, o biri tərəfi hökmən başqa yuvanın alt qatında yerləşir.
Seksiyaların ümumi izolyasiyası və iki ucu olur. Belə seksiyalardan təşkil olunmuş dolağa bərabər seksiyalı
ikiqat dolaq deyirlər. İkiqat dolaqlarda alın hissələrinin uzunluğu az, onların yerləşməsi müntəzəm və bütün
seksiyaların soyunma şəraiti eyni olur.
Müasir lövbər dolaqlarının seksiyaları öz aralarında ardıcıl birləşərək qapalı kontur təşkil edir. Belə
dolağı spiral şəklində təsəvvür etmək olar (şəkil 1.16.).
Şəkildən göründüyü kimi ən sadə halda dolağın bir cüt paralel qolu var, yəni a=1; ümumiyyətlə isə cüt
paralel qollar sayı a = 2,3,4 ola bilər.

Şəkil 1.16

Müxtəlif adlı fırçalar arasında qalan dolaq hissəsinə paralel qol deyirlər.

8
Lövbər dolağının e.h.q.-si bir paralel qolun e.h.q.-sinə onun cərəyanı isə bütün paralel qolların
cərəyanlarının cəminə bərabərdir.

İ a = 2ai a

Əgər hər paralel qola daxil olan bütün seksiyaların e.h.q.-ləri eyni istiqamətli olarsa, dolağın e.h.q.-si
maksimum olar. Buna nail olmaq üçün fırçalar həndəsi neytralda yerləşdirilmişdir. Əgər fırçalar qütblərin
oxu üzrə yerləşərsə, dolağın ümumi e.h.q.-si "0" olar.

İLGƏKVARİ DOLAQ

İlgəkvari dolaqda ikinci addım lövbər çevrəsi üzrə birincinin əks tərəfinə atılır.
Addımlar arasındakı münasibət belə ifadə olunur

Y=Y 1 -Y 2
Birici xüsusi addım

Y 1 = Z e / 2p±ε

İlgəkvari dolaqda paralel qollar sayı

2a = 2pY

Əgər ümumi addım Y=1 olarsa, alının dolağa sadə ilgəkvari dolaq deyilir. Y>1 olarsa, dolaqmürəkkəb
ilgəkvari dolaqdır. Ümumi halda Y=m.

SADƏ İLGƏKVARİ DOLAQ

Aşağıda sadə misalda dolağın açılış sxemini qurub, onun xüsusiyyətlərini təhlil edək. Açılış sxemini
qurmaqdan ötrü seksiyaların sayı S və cüt qütblərin sayı p məlum olmalıdır.
Z e =S=K=18 və 2p=4 olan sadə ilgəkvari dolağın açılış sxemini quraq. Açılış sxemini qurarkən
seksiyalar bir sarğılı qəbul olunur. Yuvanın üst qatında qalan seksiya tərəfi bütöv qalın xətlə, alt qatında
qalan seksiya tərəfi isə qırıq xətlə göstərilir.
Açılış sxemini qurmaq üçün dolaq addımları məlum olmalıdır. Verilənlərə əsasən

Y 1 =Z e / 2p±ε = 18/4-1/2=4; Y=1; Y 2 =Y 1 -Y = 4-1=3


Məlum addımlara əsasən, birici yuvadakı seksiya tərəfindən başlayaraq dolağın açılış əxemini qururuq
(şəkil 1.17.).
Göründüyü kimi dolaq qapalı alınır. Bu hal lövbər dolaqlarında başlıca xüsusiyyətdir.
Sxemdə kollektor lövhələrini çəkib, onların üzərində fırçaları göstərmək lazımdır. Məlumdur ki,
fırçalar həndəsi neytraldakı seksiya tərəflərinə birləşmiş kollektor lövhələri üzərində olmalıdır. Həndəsi
neytralı bilmək üçün qütblərin yeri məlum olmalıdır. Bunun üçün qütblərin ölçüləri və onların oxları
arasındakı məsafə yəni qütb addımı məlum olmalıdır.
τ = Z e / 2p=18/4=4,5; qütbün eni b p =(0,65 - 0,75) τ = 3,2
Göründüyü kimi 1,5,6,10,11 və 14,15 saylı yuvalar baxdığımız anda həndəsi neytrala yaxındır.
Deməli fırçalar həmin saylı kollektor lövhələri üzərində yerləşdirilmişdir.

9
Şəkil 1.17.

Fırçaların eni b f =(1-1,2)b k . Fırçaların hansı polyarlı olması baxılan halda dolağın qütblərə nəzərən
hərəkəti istiqamətindən asılıdır.
Dolağın başqa xüsusiyyətlərini təhlil etmək üçün e.h.q.-lərin vektor diaqramlarından istifadə edirlər.
Bunun üçün e.h.q.-lər çoxbucaqlısa və e.h.q.-lər ulduzu qurulmalıdır. E.h.q.-lər ulduzu qurulsa görərik ki,
dolaqda bərabər potensiallı naqillər var (şəkil 1.18.) Məsələn 1-10,2-11,3-12 və s. Deməli sadə ilgikvari
dolaq nəzəri olaraq eyni potensiallı nöqtələrə malikdir. Əslində isə bərabər potensiallı nöqtələrin e.h.q.-ləri
heç də bərabər olmur. Elə bu səbəbdən dolağın paralel qollarının e.h.q.-ləri müxtəlif qiymətli olur və onların
arasında bərabərləşdirici cərəyanlar axır. Buna yol vermək olmaz. Odur ki, sadə ilgəkvari dolaqlarda
bərabərdəşdirici birləşmələr tətbiq edilir, yəni dolağın eyni potensiallı nöqtələri alın tərəflərdə naqillərlə
birləşdirilir.(şəkil 1.18)

Şəkil 1.18

Beləliklə ümumi halda sadə ilgəkvari dolaqlarda bir-biri üzərinə düşən p ədəd e.h.q. çoxbucaqlısı
alınır. Hər bir çoxbucaqlı iki paralel qola uyğun olduğundan paralel qollar sayı 2a=2p olur. Fırçalar sayı da
2p olur. Baxdığımız anda dolağın e.h.q.-nin qiyməti E max -dur. Lövbərin hər hansı bir vəziyyətində E a =E min
olacaq. Beləliklə görünür ki, lövbər fırlanarkən dolağın e.h.q.-si E max ilə E min arasında dəyişərək, döyünən
olur.
E.h.q.-nin döyünmə dərəcəsi faizlə belə ifadə olunur,
∆E%=((E max - E orta )/E orta )100%
E orta = E max + E min )/2

Seksiyaların, yaxud kolletor lövhələrinin sayı artdıqca çoxbucaqlı çevrəyə yaxınlaşır. Hesablamalar
göstərir ki, hər qütbə 10 kollektor lövhəsi düşdüyü halda (K/2p=10) e.h.q.-nin döyünməsi 1%-ə yaxın olur.

10
Bunu da sabit qəbul edirlər. Beləliklə sadə ilgəkvari dolağın əsas xüsusiyyəti bunlardır: 2a=2p; fırçalar sayı
da 2p olur. Bu dolağın çatışmayan cəhəti 2p>2 olduğu halda bərabərləşdirici naqillərin tələb olunmasıdır.
MÜRƏKKƏB İLGƏKVARİ DOLAQ

Çox böyük cərəyanlı maşınlar almaq üçün Y >1 olan ilgəkvari dolaqlar tətbiq edirlər. Çünki bu cür
maşınlar üçün qütblər sayının artırılması hər yerdə əlverişli olmur. Belə ki, maşınların ölçüləri artır, baha
başa gəlir.
Mürəkkəb ilgəkvari dolağı eyni bir lövbər üzərində yerləşdirilmiş və bir-birinə nəzərən sürüşdürülmüş
Y qədər sadə ilgəkvari dolaq kimi təsəvvür etmək olar.
Mürəkkəb ilgək dolağın paralel qollar sayı sadə dolağa nisbətən Y dəfə çox, hər paralel qola daxil
olan seksiyalar sayı isə Y dəfə azalmış olur.
Mürəkkəb ilgəkvari dolaqlarda fırçalar sayı yenə də əvvəlki kimi qütblər sayına bərabər götürülür.
Lakin hər bir fırçanın eni əvvəlkindən Y dəfə böyük olmalıdır.

DALĞAVARİ DOLAQ

Dalğavari dolaqlarda ikinci addım Y 2 -də birinci tərəfə atılır.


Dolaq addımları aşağıdakı münasibətdə olur:
Y=Y 1 +Y 2

Ümumi addım Y ikiqat qütb addımından bir qədər böyük yaxud kiçik götürülür ki, seksiyaların hamısı
dolağa daxil edilmişh olsun. Onda lövbər çevrəsi üzrə bir tam gedişdən sonra əvvəlki yuvadan m qədər sola
yaxud sada sürüşmüş yuvaya çatmaq olar.
Lövbər çevrəsi üzrə bir tam gedişdə olan ümumi addımların sayı cüt qütblər sayına bərabər
olduğundan yaza bilərik
pY=Z e ±m

və buradan ümumi addım Y=( Z e ± m)/p, burada p-cüt qütblər sayıdır.


Dalğavari dolaqda paralel qollar sayı 2a=2m. Ümumi addım üçün belə ifadə də yazmaq olar:
Y=( K ± a)/p.
Əgər a=1 olarsa, dolaq sadə dalğavari, a>1 olarsa, mürəkkəb dalğavari dolaq olur.
S=K=Z e =17 və 2p=4 olan sadə dalğavari dolağın açılış sxemini (şəkil 1.20.) qurub onu təhlil edək.
Sxemdən görünür ki, eyni adlı fırçalar həndəsi neytralda yerləşmiş seksiya tərəfləri idə öz aralarında
birləşir.
Əgər bu müsbət və bir mənfi fırça çıxarılıb atılarsa, bu da fırçalardan axan cərəyanlar göstərilən
birləşdirici seksiyalar vasitəsilə yerdə qalan fırçalardan axır. Belə olduqda yerdə qalan fırçalar dolağın
ümumi cərəyanına hesablanmalıdır.
Sadə dalğavari dolağın bu xüsusiyyəti onlarda p-dən asılı olmayaraq yalnız bir cüt fırça tətbiq etməyə
imkan verir. Lakin bu halda kommutasiya şəraiti pisləşir və böyük güclü maşınlarda kollektoru uzatmaq
lazım gəlir. Bu olmasın deyə adətən fırçalar sayı qütblər sayına bərabər götürülür. Dolağın digər
xüsusiyyətlərini təhlil etmək üçün e.h.q.-lər ulduzunu qursaq, görmək olar ki, dolağın bərabər potensiallə
naqilləri yoxdur, e.h.q.-lər çoxbucaqlısını qursaq, görə bilərik ki çoxbucaqlı yalnız bir dəfə qapanır.

11
Şəkil 1.20

12
Sadə dalğavari dolaqda bərabər potensiallı nöqtələr olmadığından o bərabərləşdirici birləşmələr tələb
etmir. Bu isə həmin dolağın ən böyük üstün cəhətidir.

LÖVBƏR DOLAQLARININ SİMMETRİYA ŞƏRTLƏRİ VƏ


TƏTBİQAT SAHƏLƏRİ

Dolağın ümumi e.h.q.-si bir paralel qolun e.h.q.-sinə bərabərdir. Dolağın ümumi e.h.q.-si bir paralel
qolun e.h.q.-sinə bərabərdir. Ümumilikdə lövbər dolağına paralel qoşulmuş elementlərdən ibarət olan mənbə
kimi baxmaq olar. Aydındır ki, belə mənbələrin normal işləyə bilməsi üçün, yəni öz aralarında
bərabərləşdirici cərəyanların axmaması üçün onların hamısının e.h.q.-ləri və daxili müqavimətləri eyni
olmalıdır. Bu tələblərin yerinə yetirilməsi üçün aşağıdakı simmetriya şərtləri ödənməlidir.

S/a=K/a=Z e /a=tam ədəd

Paralel qolların maqnit simmetrikliyinə malik olması üçün Z/a=tam ədəd və 2p/a=tam ədəd şərtləri
ödənməlidir. Bunlardan başqa dolaqlar seçilərkən aşağıdakı tələblərin ödənməsi də lazımdır.
1.Yuvanın həcmindən maksimum istifadə olunmalıdır. Yəni naqillərin maksimallığını ödəyən variant
ən yaxşıdır. Çünki bu halda izolyasiya az yer tutur.
2. Hər bir paralel qolun cərəyanı 350A-dən böyük olmamalıdır.
3. Qonşu kollektor lövhələri arasındakı gərginliyin orta qiyməti U k.or. <30V olmalıdır.
2-ci və 3-cü şərtlər ödənmədikdə fırçaların qığılcımsız işləməsini təmin etmək çətin olur.
Ümumi gərginlik 220-440V olsa, onu 30-a bölüb kollektor lövhələrinin sayını tapırıq. Kollektor
lövhələrinin sayı az alınsa bu, fırçalarda gərginliyin döyünməsinə səbəb olar. Adətən bir paralel qola 15-20
kollektor lövhəsi götürülür.
4. Mexaniki möhkəmlik və rahat hazırlanmaq baxımından kollektor lövhəsinin eni 3-4 mm-dən az
olmamalıdır.
Bu şərtlər ödənməklə dolaq seçərkən əvvəlcə sadə dalğavari dolağın tətbiq edilə bildməsinə baxılır.
Belə ki, sadə dalğavari dolaq nisbətən sadə olub, həm də sərfəlidir. Sadə dalğavari dolaq müxtəlif
gərginliklərdə müxtəlif güclərə hazırlanır. Belə ki, U=110V-da, P≤50kVt; U=220V-da, P≤100kVt; U=440V-
da, P≤250kVt.
Sadə dalğavari dolaqlar kiçik güclü və 500kVt-dan böyük güclü maşınlarda tətbiq olunur. Mürəkkəb
dalğavari dolaqlar 250-500kVt güclü maşınlarda nadir hallarda tətbiq olunur. Mürəkkəb ilgəkvari dolaqlar
isə böyük cərəyanlı və alçaq gərginlikli xüsusi tipli maşınlarda, məsələn qaynaq generatorlarda tətbiq edilir.

SABİT CƏRƏYAN MAŞINI LÖVBƏR DOLAĞININ


ELEKTRİK HƏRƏKƏT QÜVVƏSİ ( E.H.Q.)

Yüksüz işləmə zamanı, yəni İ a =0 halında təsirlənmə dolağından axan cərəyan maşının əsas maqnit
sahəsini yaradır.
Əsas sahənin qüvvə xətləri hava aralığından və lövbər nüvəsindən keçərək yarmo üzrə qapanır.
Yüksüz işləmə zamanı maqnit sahəsi induksiyasının lövbər çevrəsi üzrə paylanması şəkil 1.22-də
göstərilmişdir.

13
şəkil 1.22.
Tutaq ki, dolaq bərabər seksiyalı dolaqlar və fırçalar həndəsi neytralda yerləşdirilib. Onda Y l =τ-dırsa,
bir paralel qola daxil olan bütün seksiyalar bir qütb altında yerləşir. Bu halda sarğı tərəflərinin e.h.q.-ləri
cəbri cəmlənir. Əgər dolağın bütün aktiv naqillərinin sayını N adlandırsaq, onda bir paralel qola düşən
naqillərin sayı N/2a olar.
Aktiv uzunluğu l olan və fırçadan x məsafəsində yerləşmiş naqil v sürəti ilə hərəkət edərsə, onun
e.h.q.-si

e x =B x lv

Lövbər dolağının e.h.q.-si isə

N / 2a N / 2a
Ea = ∑ e x = ∑ B x lv
l l
və ya

N /2a
E a =lv ∑ Bx (1.1)
l

Sağ tərəfdəki B x -cəmini orta induksiyanın N/2a-ya vurma hasili ilə əvəz etmək olar, belə ki:

N /2a N
∑ Bx =B or lv (1.2)
l 2a

burada v=πD2 n/60- lövbərin xətti sürəti [m/san]; D a -lövbərin diametri m; n-fırlanma tezliyi [dövr/dəq]-dir.

πDa n 2 p pn
v= ⋅ = 2τ
60 2p 60

πD a
burada τ= qütb bölgüsüdür.
2p
Nəzərə alsaq ki, B or l⋅τ=Φ δ -hava aralığının faydalı maqnit selidir, onda (1.2.) ifadəsi

pN
E= ⋅ φδ ⋅ n = Ceφδ n (1.3)
60
şəklinə düşər.
(1.3.) ifadəsi fırçalar həndəsi neytralda olduğu hal üçün çıxarılıb Fırçalar həndəsi neytraldan
sürüşdürülsə paralel qolun e.h.q.-si azalır. Bu prinsipdən istifadə edərək təcrübə yolu ilə həndəsi neytralın
yerini təyin etmək olar.

14
SABİT CƏRƏYAN MAŞINININ MAQNİT DÖVRƏSİ
VƏ ONUN HESABI

Sabit cərəyan maşını layihələndirilərkən maqnitlənmə xarakteristikasını qurmaq, yəni əsas maqnit seli
Φ δ -nin təsirlənmə cərəyanından asılılığını təyin etmək lazım gəlir. Bu məsələ yüksüz iş rejimində (l a =0
halında) maşının maqnit dövrəsini hesablamaqla həll edilir.
Burada məqsəd əsas maqnit seli Φ δ -ni yaratmaq üçün lazım olan maqnit hərəkət qüvvəsini təyin
etməkdir. Əsas maqnit seli Φ δ maşın yüksüz işləyərkən bir qütb altındakı hava aralığından keçən seldir. Φ δ -
nin qiyməti lövbər dolağında induksiyalanan e.h.q.-nin qiymətini təyin edir.
Maşının simmetrikliyi və bütün qütblərin sellərinin bərabər olduğu nəzərə alınsa, yalnız bir cüt qütbün
maqnit dövrəsinin hesablanması kifayətdir (şəkil 1.23).
Göründüyü kimi maqnit selinin qüvvə xətləri beş müxtəlif hissədən keçərək qapalı kontur təşkil edir.
Maşının maqnit dövrəsini təşkil edən 5 hissə bunlardır:

1) hava aralıqları - 2δ,


2) lövbər dişləri -2h z,
3) lövbər nüvəsi -2L a ,
4) qütblər -2h m və
5) gövdə (yarmo) 2Lj

Bu hissələr həm də həndəsi ölçüləri həm də fiziki xüsusiyyətləri ilə fərqlənir.


Maşının maqnit dövrəsini, orta maqnit qüvvə xətti üçün, tam cərəyan qanununa əsasən hesablamaq
olar. Bu qanuna əsasən yazmaq olar:

∫ H dl = ∑ i (1.4)

burada H-maqnit sahə gərginliyi; dl-maqnit qüvvə xəttinin elementar uzunluğu; ∑i-maqnit qüvvə xəttinin
əhatə etdiyi tam cərəyandır.
Göstərilən xətti inteqralın dəqiq hesablanması çox çətindir. Odur ki, maqnit dövrəsi yuxarıda
göstərilən 5 müxtəlif hissəyə bölünür və bu hissələrin hər birinin uzunluğu boyunca H-ın sabit qaldığı fərz
edilir. Onda yuxarıdakı (1.4) bərabərliyini belə yazmaq olar:

2H δ ⋅δ + 2H Z h Z + 2H a L a + 2H m h m + 2H j L j = 2i t w t (1.5)

burada δ, h Z , L a , h m , L j - şəkil 1.23-də göstərilən ayrı-ayrı hissələrin orta maqnit xəttinin uzunluğuna
bərabər olan həndəsi ölçülər; H δ ,H Z ,H a ,H m ,H j - uyğun hissələrdə maqnit sahə gərginlikləri; W t -bir
qütbün təsirlənmə dolağının sarğılar sayıdır.
Göstərilən bərabərliyin hər bir həddi maqnit dövrəsinin ayrı-ayrı hissələrinin m.h.q.-dir ki, bunların da
cəmi maşının bir cüt qütbünə uyğun olan tam maqnit hərəkət qüvvəsini verir. Hər hansı bir hissə üçün
m.h.q.-ni F=Hİ işarə etsək onda (1.5) ifaləsini belə yazmaq olar:

2F δ + 2F Z + 2F a + 2F m + 2F j = 2F T = 2i t w t (1.6)

burada F T -bir qütbün tam maqnit hərəkət qüvvəsidir.


Maşının maqnit dövrəsinin hesabı aşağıdakı qayda üzrə aparılır. Lövbər dolağında induksiyalanması
istənilən e.h.q. E a -ya görə uyğun maqnit seli və hava aralığının buna mütənasib olan induksiyası B δ -ya
əsasən müvafiq materiallar üçün mövcud olan maqnitlənmə əyrilərindən maqnit sahə gərginliyi H k və H k l k
tapılır. Sonra (1.6) -ya əsasən bütün hissələrin maqnit gərginlikləri cəmlənərək maqnit dövrəsinin tam
maqnit hərəkət qüvvəsi təyin edilir.
Belə təxmini hesablama texniki məqsədlər üçün kifayət qədər dəqiq nəticə verir.
Ayrı-ayrı hissələr üçün hesablanmış m.h.q.-ni cəmləsək maşının bir qütbünün tam m.h.q.-ni alarıq:
15
F T = F δ + F Z + F a + F m + F j =İ t W t

E.h.q.-yə E a =(0,7-1,25)U n hədlərində bir neçə müxtəlif qiymətlər verib seli Φ δ -nın uyğun
qiymətlərini və sonra da göstərilən qayda üzrə F t -ni təyin edərək Φ δ =ƒ(F t ) və ya F δ =ƒ(İ t ) asılılıqlarını
(şəkil 26) qurmaq olar (bu asılılıqlar yalnız absis oxu üzrə qəbul edilmiş miqyasla fərqlənir). Bu asılılıqlara
maşının maqnitlənmə əyriləri və ya maqnit xarakteristikaları deyilir. Xarakteristikanın başlanğıc düzxətli
hissəsi maqnit dövrəsinin doymamış halına uyğundur, belə ki, bu halda dövrənin ferromaqnit hissələrinin
m.h.q.-ləri hava aralığının m.h.q.-si F δ -ya nisbətən çox azdır. Odur ki, xarakteristikanın başlanğıc hissəsinə
çəkilən toxunan düz xətt Φ δ =ƒ(F δ ) asılılığını verər.
Maqnit seli artarkən dövrənin polad hissələri doymağa başlayır və müəyyən həddən sonra
xarakteristika əyilir (yəni Φ δ və F T arasında münasibətlik pozulur).
Maqnit dövrəsinin doyma dərəcəsi doyma əmsalı ilə xarakterizə olunur.

FT F Z + Fa + F m + F j
kµ = =l+ (1.31)
Fδ Fδ

Maqnit xarakteristikasından bu əmsal

AC BC
kµ = =l+ (1.32)
AB AB
Normal maşınlarda nominal maqnit seli şəraitində k µ =1,2-1,35. Bəzi hallarda k µ =1,7-2,0 ola bilər.
Doymamış maqnit dövrəli maşın layihələndirmək sərfəli olmur, çünki bu halda material tam istifadə
olunmadığından maşın ağır alınır.
Həddən artıq doymuş maqnit dövrəli maşın hazırlamaq da məqsədə uyğun deyil, belə ki, bu halda F T
çox böyük olmalı, yəni maşın güclü təsirlənmə dolağına malik olmalıdır.
Bu səbəblərə görə maşın elə layihələndirilir ki, nominal rejimdə maqnit dövrəsi normal doymuş olsun,
yəni maşının nominal iş rejimi xarakteristikasının ikinci hissəsində alınsın.

YÜKLÜ REJİMDƏ MAQNİT SAHƏSİ.


LÖVBƏR REAKSİYASI.

Deyidiyi kimi yüksüz işləməzamanı maşının maqnit sahəsi təsirlənmə dolağından axan cərəyan
vasitəsi ilə yaranır.Yüksüz işləmə halında maşının sahəsi şəkil 1.27-də göstərildiyi kimidir.

Şəkil 1.27

16
Bu sahənin induksiyası qütbün altında maksimum olub sabit qalır. Qütblər arasındakı zonada azalır,
həndəsi neytraldaisə 0 olur. Nəticə maqnit induksiyasının 0 olduğu müstəvi fiziki neytral adlanır. Yüksüz
işləmə zamanı fiziki neytral həndəsi neytralın üzərinə düşür. Maşın yüklənərkən, yəni İ a ≠ 0 olarkən lövbər
dolağı öz maqnit sahəsini yaradır. Fırçaların həndəsi neytralda durduğu və təsirlənmə cərəyanının İ t = 0
olduğu halda lövbərin maqnit sahəsi şəkil 1.28-də göstərildiyi kimi olur.

Şəkil 1.28

Lövbər sahəsinin təsiri ilə maşının ümumi sahəsi dəyişilir və nəticə sahə şəkil 1.29-da göstiərildiyi
kimi olur.

Şəkil 1.29

Lövbər sahəsinin maşının əsas sahəsinə göstərdiyi təsirə lövbər reaksiyası deyilir.
Lövbər reaksiyası, yəni lövbər sahəsinin təsiri fırçaların vəziyyətindən asılı olur.
Fırçalar həndəsi neytralda olduğu halda lövbər sahəsinin qüvvə xətləri şəkil 1.28-də göründüyü kimi
qütblərin eninə istiqamətində qapanır. Odur ki, bu sahəyə eninə sahə deyilir və Φ aq ilə işarə olunur.
Şəkil 1.29-da göründüyü kimi normal yük aotında işləmə zamanı eninə lövbər reaksiyasının təsiri ilə
qütblər altında sahənin müntəzəmliyi pozulur. Belə ki, qütbün bir yarısında sahələr cəmlənir, digər yarısında
isə çıxılır. Nəticədə aşağıdakı hadisələr baş verir.
I. Əgər maqnit dövrəsi doymamış olsa idi, qütbün bir yarısında sahələrin cəmlənməsi o biri
yarısındakı zəiflənməyə bərabər olardı və ümumi sahə qiymətcə dəyişməz qalardı. Lakin əslində yüklənmə
zamanı maqnit dövrəsi doymuş olur və buna görə də qütbün bir yarısında sahələrin güclənməsi o biri

17
yarısındakı zəifləmədən az olur. Nəticədə generatorun ümumi sahəsi qiymətcə azalmış olur və e.h.q. azalır.
E.h.q.-ni sabit saxlamaq üçün bu halda təsirlənmə cərəyanını artırmaq lazım gəlir.
II. Seksiya induksiyası böyük olan yarım qütb altından keçərkən o seksiyada yaranan e.h.q. yüksüz
işləmə e.h.q.-sindən də böyük olur və həmin seksiya uclarının birləşdiyi kollektor lövhələri arasında
gərginlik artdığı üçün qığılcımlanma baş verir.
III. Eninə lövbər reaksiyasının təsiri nəticəsiində həndəsi neytral zonasında e.h.q. 0 olmur. Odur ki,
fırçalarda qığılcımlanma baş verir. Bu olmasın deyə, ya fırçaları fiziki neytrala sürüşdürürlər, ya da ki,
həndəsi neytral zonasında lövbər reaksiyasının təsirini yox edirlər.
Bunun üçün maşının statorunda həndəsi neytralda əlavə qütblər yerləşdirilir və onun dolaqlarını
lövbər dolağına elə ardıcıl qoşulur ki, yükün bütün qiymətlərində lövbər sahəsinin təsiri eyni dərəcədə yox
edilə bilsin. Lövbər sahəsi ilə əlavə qütblərin sahəsi əks təsirdə olmalıdır. Əlavə qütbləri olmayan kiçik
güclü maşınlarda fırçalar fiziki neytralda, əlavə qütbləri olan maşınlardı isə fırçalar həndəsi neytralda
yerləşdirilməlidirlər.
IV. Şəkil 1.28.-dən göründüyü kimi eninə lövbər reaksiyasının təsiri ilə lövbər N a -S a qütblüyünə
malik olur. Bu qütblərin əsas qütblərlə qarşılıqlı təsirindən maşından elektromaqnit moment yaranır.
Elektromaqnit moment generator rejimində toriozlayıcı, mühərrik rejimində fırlandırıcı olur.

Şəkil 1.31.

Şəkil 1.31.-dən göründüyü kimi fırçalar qütblərin oxu üzrə yerləşdirildikdə lövbərin sahəsi qütblərin
oxu üzrə istiqamətlənib həndəsi neytraldan yuxarı, yaxud aşağı yönələ bilər. Belə sahəyə uzununa sahə
deyilir. Bu sahənin m.h.q.-si F ad uzununa lövbər reaksiyasının m.h.q.-si adlanır.
Uzununa lövbər reaksiyası ümumi sahəni ya gücləndirir, ya da zəiflədir. Lakin bu reaksiyanın
təsirindən elektromaqnit moment yaranmır.
III hal. Ümumi halda fırçalar həndəsi neytraldan hər hansı α bucağı qədər sağa, yaxud sola sürüşə
bilər.

SABİT CƏRƏYAN MAŞINLARINDA


KOMMUTASİYA HADİSƏSİ.

Lövbər fırlanarkən onun dolağının seksiyaları növbə ilə bir paralel qoldan digərinə keçir və bu zaman
seksiyada cərəyanın istiqaməti +i a -dan - i a -ya qədər dəyişir (şəkil 1.32). Seksiyada cərəyanın belə
dəyişməsi prosesinə kommutasiya deyilir.

18
Şəkil 1.32.

Seksiyada cərəyanın istiqaməti və qiyməti dəyişərkən seksiyanın özündə və fırça altındabaş verən
proseslərə kommutasiya hadisəsi deyilir. Kommutasiya prosesində çox vaxt fırça altında qığılcımlanma baş
verir. Güclü qığılcımlanma bəzən kollektor üzrə dairəvi alova çevrilə bilər ki, bu da fırçaların və kollektorun
sıradan çıxmasına səbəb olur.
Qığılcımlanmanın baş verməsi səbəbləri adətən iki qrupa bölünür: mexaniki və elektromaqnit
səbəbləri.
Mexaniki səbəblərə kollektorun elliptik formada olması, fırça kontaktlarının boşluğu, kollektor
səthinin çirkli olması, fırçatutanların titrəyişi və s. daxildir. Bu səbəblər fırçaların titrəyişinə və nəticədə
fırça ilə kollektor lövhəsi arasındakı kontaktın qısamüddət qaralmasına və qısamüddətli elektrik qövsünün
yaranmasına səbəb olur.
Elektromaqnit səbəblərə potensial və kommutasiya səbəbləri daxildir.
Fırça ilə qapanmış halda kommutasiyalanan seksiyanın konturu üçün (şəkil 33.b) gərginliklərin
müvazinət tənliyini yazmaq olar.

i 1 r 1 - i 2 r 2 =∑e (1.42)

Burada ∑e- kommutasiyalanan seksiyada induksiyalanan bütün e.h.q.-lərin cəmidir. Bu cəmə


özünəinduksiya və qarşılıqlı induksiya e.h.q.-ləri e L , e M və kənar sahənin e.h.q.-si e k daxildir, belə ki,

∑e = e L + e M + e k = e R + e k

i 1 və i 2 1 və 2 lövhələrindən keçən cərəyanların ani qiymətləri; r 1 və r 2 -uyğun kollektor lövhələri ilə


fırça arasındakı keçid kontaktının müqavimətləridir.
Şəkil 1.33-dən görünür ki,
i1 = ia + i (1.43)

i2 = ia - i (1.44)

Şəkil 1.33

19
i 1 və i 2 -nin qiymətlərini (1.42)-də yerinə yazıb i-yə əsasən həll etsək alarıq:

r2 − r1 ∑e
i = ia + (1.45)
r1 + r2 r1 + r2

Fərz edək ki, r 1 və r 2 - fırça ilə uyğun kollektor lövhəsinin toxunma səthləri olan S 1 və S 2 -yə tərs
mütənasibdir:

r1 S2
= (1.46)
r2 S1

S 2 -sahəsi kommutasiyanın başlamasından sonra keçən t-müddətinə, S 1 -sahəsi isə kommutasiyanın


axırına qədər qalan T k -t müddətinə mütənasibdir. Odur ki,

r1 t
= (1.47)
r2 Tk − t

yaza bilərik.
(1.43) və (1.44) ifadələrinə əsasən demək olar ki, baxılan anda (şəkil1.33,b) cərəyanın sıxlığı 1
lövhəsində 2 lövhəsinə nisbətən çoxdur. 1 lövhəsi fırça altından çıxarkən i-nin dövrəsi qırılır və buna görə
də fırça ilə 1 lövhəsi arasında qığılcım yaranır. Bu hal hər dəfə fırça altından lövhə çıxanda təkrar olunur.
Məsələn, əgər fırlanma tezliyi n=3000 d/dəq və kollektor lövhələrinin sayı k=100 olarsa, 1 dəqiqə ərzində
hər fırça altında 300000 qağalcam alınar. Nəticədə fırçalar və kollektor lövhələri korlanaraq sıradan çıxır.
Bu prosesi keyfiyyətcə təhlil etmək üçün müxtəlif hallarda kommutasiyalanan seksiyada cərəyanını necə
dəyişməsini nəzərdən keçirək.
Tutaq ki, kommutasiyalanan seksiyada yaranan e.h.q.-lərin cəmi istənilən hər bir anda sıfırdır: ∑e =0.
Onda (1.45) bərabərliyi aşağıdakı kimi yazılar:

r2 − r1
i = ia (1.48)
r2 + r1

Burada (1.47) -ni nəzərə alaraqyaza bilərik:

2t
i = i a (1- ) (1.49)
Tk

Alınan bərabərlik göstərir ki, baxdığımız halda kommutasiyaların seksiyada i cərəyanı zamanın xətti
funksiyası olur (şək.1.34).
Belə kommutasiyaya düzxətli kommutasiya deyilir. Düzxətli kommutasiya zamanı fırça altında
cərəyanın sıxlığı həmişə müntəzəm paylanmış olur. Belə ki,

i1 i2
J1 = ; J2=
S1 S2

20
Şəkil 1.34

Məlumdur ki, S 1 =T k -t; S 2 = t


Onda

i1 i2
J1 ≡ = tgα1 ; J2 ≡ = tgα 2
Tk − t t

Lakin α 1 = α 2 olduğu üçün J 1 = J 2 və bu halda fırçalar qığılcımsız işləyir.


İndi isə fərz edək ki, kommutasiya zonasında xarici sahə yoxdur. Bu halda kommutasiyalanan
seksiyada yalnız özünə induksiya və qarşılıqlı induksiya e.h.q.-ləri olacaqdır. Bu e.h.q.-lərin cəminə reaktiv
e.h.q. deyilir və e k ilə işarə olunur. Bu e.h.q. - Lens qanununa görə cərəyanın dəyişməsini gecikdirir. Odur
ki, i cərəyanı sıfır qiymətini düzxətli kommutasiyaya nisbətən gec keçir (şəkil 1.35.). Belə kommutasiyaya
əyri xətli gecikmiş kommutasiya deyilir. Gecikmiş kommutasiya şəraitində fırça altında cərəyanın sıxlığı
müntəzəm olmur, fırçanın lövhə çıxan tərəfində cərəyan sıxlığı artır.
Belə ki, J 1 ≡ tgα 1 ; J 2 ≡ tgα 2 ; α 1 > α 2 deməli J 1 > J 2
Bu halda 1 lövhəsi fırça altından çıxanda, dövrə qırıldığından qığılcım alınır. Çünki kommutasiyanın
di di
axırında i - cərəyanının dəyişmə sürəti böyük olduğundan, reaktiv e.h.q. e R = -L R çox böyük
dt dt
qiymətə çatır.

Şəkil 1.35.

21
Kommutasiyanın seksiyada xarici sahənin yaratdığı e.h.q.-yə kommutasiyalayıcı e.h.q. deyilir. Xarici
sahənin polyarlığı elə qurulur ki, e k , e R -in əksinə istiqamətlənmiş olsun. Əgər bu halda e k > e R olarsa, i -
cərəyanın dəyişmə prosesi sürətlənər (şəkil 1.36.) Belə kommutasiyaya əyrixətli tələsmiş kommutasiya
deyilir. Bu halda fırçanın lövhə gələn tərəfində cərəyanın sıxlığı artır, yəni J 2 > J 1 . Artıq yüklənmə olarsa 2 -
lövhəsi fırçaya çatan anda qığılcım alınar.

Şəkil 1.36.

KOMMUTASİYANI YAXŞILAŞDIRMA
ÜSULLARI

Yuxarıda göstərilən (1.45) tənliyini aşağıdakı şəkildə yaza bilərik:

i = i düz + i əlavə (1.50)

Burada
r2 − r1 ∑e
i düz = i a və i əlavə =
r2 + r1 r1 + r2

Beləliklə kommutasiya cərəyanı i düz -dən və bununla toplanan əlavə cərəyan i əlavə -dən ibarətdir.
Kommutasiyanı yaxşılaşdırmaq üçün əlavə cərəyanı azaltmaq lazımdır. Əlavə cərəyanı 2 üsulla
azaltmaq olar: 1 - məxrəci, yəni r 1 + r 2 cəmini artıqmaqla, 2 - sürəti, yəni ∑e -ni azaltmaqla.
r 1 + r 2 cəmini artıqmaq üçün fırçaları böyük müqavimətli materialdan hazırlayırlar. Adətən qraıit
fırçalar tətbiq edilir. Çünki kömür fırça daha az cərəyan buraxa bilir və bunun kollektora sürtünmə əmsalı
böyük olduğundan fırça və kollektor çox qızır. Ən yaxşı fırça elektroqrafitləşdirilmiş fırça hesab olunur. 1-ci
üsulla i əlavə -ni istənilən qədər azaltmaq olmur. Ona görə də bu üsul 2-ci üsula yardımçı kimi götürülür.
İkinci üsulla i əlavə -ni azaltmaq üçün e.h.q.-lər cəmi ∑e -ni sıfır etməyə çalışırlar. E.h.q.-lər cəminin ∑e
= e R + e k =0 olması üçün reaktiv e.h.q. e R -i kommutasiyalamaq lazımdır. Bundan ötrü kommutasiya
zonasında elə sahə yaratmaq lazımdır ki, bunun kommutasiyalanan seksiyada əmələ gətirdiyi e.h.q. e k -
qiymədə e R -ə bərabər, istiqamətcə onun əksinə olsun. Bu məqsədlə fırçaları fiziki neytrala sürüşdürür, əlavə
qütblər və ya kompensasiya dolağı tətbiq edilir.
Kiçik güclü maşınlarda tələb olunan kommutasiyalayıcı sahəni almaq üçün fırçaları fiziki neytrala
doğru sürüşdürürlər. Lakin yükün dəyişməsi ilə fiziki neytral da dəyişdiyindən e k = -e R bərabərliyi pozulur.
Həm də bu üsul reversiv maşınlar üçün tətbiq edilə bilməz.
Lazımi kompensasiya selini yaratmaq üçün ən yaxşı üsul əlavə qütblərin tətbiq edilməsidir.
Əlavə qütblər əsas qütblərin arasında həndəsi neytralda yerləşdirilir. Bu zaman hava aralığındakı
ümumi sahə əsas qütblərin, lövbərin və əlavə qütblərin m.h.q.-ri olan F T , F a ,F əl -nin birgə təsiri nəticəsində
yaranır.

22
Əlavə qütblərin sarğılar sayı elə seçilir ki, onun m.h.q.-si lövbərin eninə m.h.q.-sini kompensasiyala-
maqla bərabər eyni zamanda kommutasiya zonasında tələb olunan sahəni yarada bilsin.
Əlavə qütblər lövbər reaksiyasını ancaq qütblər arası fəzada kompensasiyalayır. Əsas qütblər altında
lövbər reaksiyası kompensasiyalanmış qalır və sahə pozulur ki, bu da qonşu seksiyaların e.h.q.-lərinin kəskin
fərqlənməsinə və kommutasiyalanan seksiyaların kollektor lövhələri arasındakı potensiallar fərqinin
artmasına səbəb olur.
Əgər bu halda kollektorun səthi çirklidirsə və o qığılcımlanma sayəsində ionlanmış hava ilə əhatə
olunubsa, lövhələr arasında kiçik elektrik qövsünün əmələ gəlməsi üçün şərait yaranır ki, bu da nəticədə
dayanıqlı və güclü qövslə əvəz oluna bilər.
Kollektorda dairəvi alovun qarşısını almaq üçün kompensasiya dolağı tətbiq edirlər.
Kompensasiya dolağı qütb ucluqlarındakı yuvalarda yerləşdirilir, və lövbər dolağında ardıcıl qoşulur.
Kompensasiya dolağının m.h.q.-si lövbər m.h.q.-sinə bərabər olub onun əksinə istiqamətlənməlidir.
Kompensasiya dolağının tətbiqi əlavə xərclər tələb etdiyindən onu ağır şəraitdə işləyən böyük güclü
xüsusi tipli maşınlarda tətbiq edirlər.

SABİT CƏRƏYAN GENERATORLARI.


TƏSNİFATI VƏ ƏSAS TƏNLİKLƏFRİ.

Təsirləndirilməsi prinsipindən, yəni təsirlənmə dolağının lövbər dolağına görə necə qoşulmasından
asılı olaraq bütün sabit cərəyan generatorları kənardan təsirlənən və özünə təsirlənən generatorlara ayrılır.
Özünə təsirlənən generatorlar da öz növbəsində paralel təsirlənən, ardıcıl təsirlənən və qarışıq
təsirlənən maşınlara ayrılır (şəkil 1.37).

Şəkil 1.37. Kənardan (a), paralel (b), ardıcıl (c) və qarışıq (d) təsirlənən
generatorların və mühərriklərin sxemləri.

Kənardan və paralel təsirlənmə dolaqlarından axan cərəyan nominal lövbər cərəyanının 1-3%-ni təşkil
edir. Odur ki, lazımi maqnit hərəkət qüvvəsi ala bilmək üçün bu dolağın sarğılar sayı çox olmadıqda kiçik en
kəsiyi olan naqillərdən yığılır. Ardıcıl təsirlənmə dolağından isə tam lövbər cərəyanı axır. Odur ki, bu
dolağın sarğılar sayı az olub, böyük en kəsikli naqşillərdən hazırlanır. Bəzən kiçik güclü generatorlarda
qütblər sabit maqnitlərdən hazırlanır. Öz xüsusiyyətinə görə belə generator kənardan təsirlənən generatorlara
aid edilir.
Generatorun əsas tənliklərini almaq üçün onun energetik diaqramına baxaq (şəkil 1.38).

23
Şəkil 1.38.

Generatorun valına verilən P 1 gücünün bir qismi mexaniki, maqnit və əlavə itkilərə sərf olunur. P 1 -in
yerdə qalan əsas hissəsi lövbərdə elektromaqnit gücünə çevrilir. Elektromaqnit gücündən lövbər
dövrəsindəki elektrik itkiləri çıxıldıqdan sonra yerdə qalan güc generatorun sıxaclarındakı faydalı güc, yəni
işlədicilərə verilən P 2 gücü olur.
Energetik diaqrama əsasən yaza bilərik:

P 1 =P em + (∆P mex + ∆P maq + ∆P el ) (1.51)


P 2 = P em - ∆P a (1.52)

P 2 = P 1 - ((∆P mex + ∆P maq + ∆P el + ∆P a ) = P 1 - ∑∆P (1.53)

Generatorun faydalı iş əmsalı (f.i.ə.):

P1 P1 − ∑ ∆P ∑ ∆P
η= = =1 − (1.54)
P1 P1 P1

Burada

P em =E a İ a ; P 2 =U a İ a ; ∆P a =İ a 2 R a

Onda (1.52) ifadəsinə görə

U a İ a =E a İ a - İ a 2 R a (1.55)

Güclərin müvazinət tənliyi olan (1.55) ifadəsinin hər bir həddini İ a -ya bölsək generator üçün
gərginliklərin müvazinət tənliyini alarıq:

U a = E a - İa R a (1.56)

GENERATORLARIN XARAKTERİSTİKALARI

Xarakteristika generatorun iki rejim kəmiyyəti arasındakı asılılığa deyilir.


U a , E a , İ a , İ 1 və n- kəmiyyətlərinin hər hansı ikisinin arasındakı asılılıq qurularkən qalanları sabit
qəbul olunur. Əsas xarakteristikalar:
1. Yüksüz işləmə;
2. Qısa qapanma;
3. Yük;
4. Xarici;

24
5. Tənzim.
Bütün bu xarakteristikalar hesablama yolu ilə, qrafiki üsulla, və ya təcrübə yolu ilə qurula bilər.

A. Kənardan təsirlənən generatorlar.

Yüuküz işləmə (y.i.) xarakteristikası E a =f(İ 1 ).


Lövbər dövrəsinin açıq halında yəni İ a =0 və n=const olanda lövbər e.h.q.-sinin təsirlənmə
cərəyanından asılılığına yüksüz işləmə xarakteristikası deyilir.
Bu xarakteristikanı təcrübə yolu ilə almaqdan ötrü şəkil 1.39.-da
göstərilən sxemdən istifadə etmək olar.
Lövbər dövrəsinin sıxaclarına voltmetr qoşulur və təsirlənmə cərəyanını
0-dan başlayaraq E a =1,25U n alınana qədər artırıb, sonra da 0-a qədər
azaldaraq i t -nin istiqamətini dəyişdirir və əks istiqamətdə həmin əməliyyatı
yenə də icra edərək, y.i. xarakteristikanı tam ilgək şəklində ala bilərik (şəkil
1.40).
Xarakteristikanın simmetrik alına bilməsi üçün başlanğıc halda maşının
qalıq maqnitizmi yox edilir. Hesablama aparmaq üçün xarakteristikanın
koordinat başlanğıcından keçən orta (qırıq-qırıq) xəttindən istifadə edirlər.
Orta xətt müəyyən miqyasda generatorun maqnit xarakteristikasını verir və bu əyri üzrə maşının doyma
əmsalını təyin etmək olur. Şəkil 1.39

Histerezis ilgəyindən görünür ki, İ 1 =0 qiymətində e.h.q. müəyyən qiymətə malik olur. Bu qiymət
qalıq maqnitizmi hesabına alınır və qalıq e.h.q.-si adlanır.
Qısa qapanma xarakteristikası İ a =f (İ 1 ). Lövbər dolağının
qısa qapanmış halında, yəni U a =0 və n=const şəraitində lövbər
cərəyanının təsirldənmə cərəyanından asılılığına qısa qapanma
xarakteristikası deyilir.
Bu xarakteristikanı təcrübə yolu ilə almaq üçün əvvəlki sxemdə
(şəkil 1.39) voltmetr yerinə ampermetr qoşmaq kifayətdir.
Təsirlənmə cərəyanının bir neçə kiçik qiymətləri üçün lövbər
cərəyanı qeyd edilir və xarakteristika qurulur (şəkil 1.41).
İ 1 -nin 0 qiymətində lövbər cərəyanı müəyyən qiymətə malik
olur. Bu, qalıq e.h.q.-nin təsiri ilə alınan cərəyandır.

Şəkil 1.40

Gərginliklərin müvazinət tənliyi olan U a = E a - İ a R a ifadəsində


U a =0 yazsaq E a = İ a R a alarıq. Onda İ a = E a /R a olar.
Məlumdur ki, lövbər dolağının müqaviməti R a çox kiçikdir. Odur
ki, İ a -nın çox böyük alınmaması üçün E a -da çox kiçik olmalıdır, yəni
təsirlənmə cərəyanı çox kiçik olmalıdır. İ 1 -nin kiçik qiymətində maqnit
dövrəsi doymamış olduğundan xarakteristika xətti alınır.

Şəkil 1.41
Xarici xarakteristika U a =f (İ a ) . İ 1 =const şəraitində generatorun sıxaclarındakı gərginliyin lövbər
cərəyanından asılılığına xarici xarakteristika deyilir. Təcrübə yolu ilə bu xarakteristikanı almaqdan ötrü
lövbər dövrəsi xarici yük müqavimətinə qoşulmalıdır.
Təsirlənmə cərəyanının sabitliyi şəraitində xarici yük müqavimətini dəyişməklə lövbər dövrəsindəki
cihazlar vasitəsilə lövbər cərəyanının və lövbər gərginliyinin bir neçə qiyməti qeyd olunur və alınmış
cədvələ əsasən xarici xarakteristika qurulur (şəkil 1.44).

25
Xarici yük müqavimətinin 0 qiymətində, yəni lövbər dövrəsi qısa
qapanmış olarsa, lövbər cərəyanı İ a =İ k çox böyük qiymət alar və belə
kənardan təsirlənən generatorlarda İ k =15-20İ n ola bilər. Bu, dolaqlar üçün
təhlükəlidir. Maşını qısa qapanmadan mühafizə etmək üçün lövbər
dövrəsində qlouyucular qoyulur.
Qrafikdən görünür ki, lövbər cərəyanı 0-dan İ n -ə qədər artdıqda
lövbər gərginliyi U 0 -dan U n -a qədər azalır. Bunların fərqinin faizlə ifadə
olunmuş qiyməti:

Şəkil 1.44
U0 − Un
∆U% = 100% (1.62)
Un

Kənardan təsirlənən generatorlarda ∆U n % = 5-15% olur. Bu kəmiyyətə generator gərginliyinin


nominal dəyişməsi deyilir.
Yük xarakteristikası U a = f (İ 1 ). İ a =const və n=const şəraitində lövbər gərginliyinin təsirlənmə
cərəyanından asılılığına yük xarakteristikası deyilir. İ a const qiymətində gərginlik düşgüsü İ a R a və eləcə də
lövbər reaksiyasının təsiri sabit qaldığından yük xarakteristikası həmişə y.i. xarakteristikasından aşağıda
alınır və təxminən ona paralel olur.

Şəkil 1.45

İ a =0 olduğu halda yüksüz işləmə xarakteristikası yük xarakteristikasının sərhəd qiymətini təyin edir.
Tənzimləmə xarakteristikası İ 1 =f (İ a ). U a =const və
n=const şəraitində təsirlənmə cərəyanının lövbər cərəyanından
asılılığına tənzimləmə xarakteristikası deyilir (şəkil 1.46).
Lövbər cərəyanı İ a - artarkən təsirlənmə cərəyanı İ 1 -ni bir
qədər artırmaq lazımdır ki, gərginlik düşgüsünün və lövbər
reaksiyasının təsiri kompensasiya olunsun.
Yük geniş hədlərdə dəyişərkən gərginliyin sabiit saxlanılması
üçün təsirlənmə cərəyanının hansı qanunla dəyişməsinibu xarakte-
ristika vasitəsilə təyin etmək olar.
Şəkil
1.46

26
B. Paralel təsirlənən generatorlar.
Öz-özünə təsirlənmə prosesi

Prinsipial sxemdən göründüyü kimi təsirlənmə dolağı lövbər


doolağına paralel qoşulub (şəkil 1.47). Belə maşında gərginliyin alınması öz-
özünə təsirlənmə prosesi nəticəsində baş verir. Bu prosesi araşdıraq.
Bütün sabit cərəyan maşınlarının yarmo və qütblərində maşın bir dəfə
işlədikdən sonra müəyyən qalıq maqnitizmi olur. Bunun təsirilə fırlanan
lövbər dolağında azacıq e.h.q. induksiyalanır. Bu e.h.q.-nin təsirilə paralel
qoşulmuş təsirlənmə dolağından kiçik təsirlənmə cərəyanı axır. Əgər bu
halda təsirlənmə cərəyanının yaratdığı əlavə maqnit seli qalıq maqnit seli ilə
eyni istiqamətdə təsir edirsə, yəni Φ=Φ qal + Φ əl olarsa, onda artmış maqnit
seli hesabına lövbər dolağında induksiyalanan e.h.q. bir qədər də artar,
təsirlənmə cərəyanı yenə də artar və i.a. Bu proses o vaxta qədər davam edər
ki, göstərilən kəmiyyətlər arasında uyğunluq alınsın və generatorun
sıxaclarında gərginlik qərarlaşmış olsun.

Şəkil 1.47

Öz-özünə təsirlənmə prosesini aydınlaşlırmaq üçün şəkil 1.48.-də ve-


rilən qrafikə baxaq.
Bu qrafikdə 1 - yüksüz işləmə xarakteristikası; 2 - təsirlənmə döv-
rəsinin voltmetr xarakteristikasıdır.
Öz-özünə təsirlənmə prosesində təsirlənmə cərəyanı dəyişən oldu-
ğundan təsirlənmə dövrəsi üçün aşağıdakı müvazinət tənliyini ala bilərik:

d (L t I t )
U t = İt R t + (1.63)
dt
burada R -tənzimləmə reostatının da müqaviməti daxil olmaqla təsirlənmə dövrəsinin tam müqaviməti;
L t - təsirlənmə dövrəsinin induktivliyidir.
Y.i. rejimində (İ a =0) lövbər dövrəsinin gərginliyibelə ifadə olunar.

U a = E a - İt R a (1.64)

Bu halda İ t - çox kiçik olduğundan U a = E a 1 əyrisi ilə təsvir olunur (şəkil 1.48).
Digər tərəfdən şəkil 1.47.-dəki sxemdən görünür ki, paralel təsirlənən generatorda U t = U a . Deməli
d (L t I t )
yuxarıdakı ifadədə həddi 1 və 2 xarakteristikalarının ordinatlarının fərqindən başqa bir şey
dt
olmayıb, İ t -nin dəyişmə sürətini və istiqamətinin dəyişməsini təyin edir. Əgər 2 xarakteristikası 1
d (L t I t )
xarakteristikasından aşağıda keçirsə, onda >0 yəni İ t artır və maşında özünə təsirlənmə baş verir.
dt
d (L t I t )
Xarakteristikaların kəsişmə nöqtəsində =0 və İ t -nin dəyişməsi dayanır. Özünə təsirlənmə prosesi
dt
bu nöqtədə qurtarır.
Beləliklə qrafikdən görünür ki, öz-özünə təsirlənmə prosesinin baş verə bilməsi üçün xarakteristi-
kaların kəsişmə nöqtəsi olmalıdır. Yəni y.i. xarakteristikası qeyri-xətti olmalıdır (maqnit dövrəsi bir qədər
doymuş olmalıdır). Əks halda xarakteristikalar kəsişməz və proses sonsuzluğa qədər davam edərdi.

27
Təsirlənmə dövrəsinin müqaviməti R t -ni tənzimləməklə xarakteristikaların kəsişmə nöqtəsinin yerini
dəyişmək olar. Başqa sözlə volt-amper xarakteristikasının mailliyini dəyişmək olvr. Həqiqətən qrafikdən
(şəkil 1.48) göründüyü kimi
Ut
Rt = = tgα
It

R t -nin hər hansı bir kiçik qiymətində volt-amper xarakteristikasına toxunan olur (şəkil 1.48-də 4). R t -
nin bu qiymətinə kritik müqavimət deyilir.
R tkr = tgα kr

Əgər R t > R kr olarsa 1 və 2 xarakteristikaları kəsişməz və aydındır ki, belə halda generatorun
sıxaclarında gərginlik alına bilməz. Deməli generatorun öz-özünə təsirlənə bilməsi üçün R t < R kr olmalıdır.
Beləliklə, gördük ki, paralel təsirlənən generatorun öz-özünə təsirlənməsi üçün, yəni onun
sıxaclarında lazımi gərginliyin qərarlaşması üçün aşağıdakı şərtlər ödənilməlidir.
1. Təsirlənmə dolağı lövbər dolağına elə qoşulmalıdır ki, onun yaratdığı maqnit seli qalıq maqnit seli
ilə toplansın, belə olmasa verilmiş fırlanma istiqamətində təsirlənmə dolağının uclarının yerini dəyişmək
lazımdır.
2. Təsirlənmə dövrəsinin ümumi müqaviməti kritik müqavimətdən kiçik olmalıdır.
Yüksüz işləmə xarakteristikası paralel təsirlənən generatorlarda yalnız koordinat sisteminin birinci
rübündə alına bilər.
Təsirlənmə cərəyanı nominal cərəyanının çox kiçik faizini təşkil etdiyindən y.i. xarakteristikasının
forması əvvəlki generatorda olduğu kimi alınır.
Qısa qapanma xarakteristikasını bu generatorda adi qaydada almaq olmaz, çünki U a =0, olanda U 1
=0 və İ 1 =0.
Əgər q.q. xarakteristikasını almaq tələb olunarsa, onda təsirlənmə dolağı kənar mənbədən
doydurulmalıdır.
Yük və tənzimləmə xarakteristikaları eynilə kənardan təsirlənən generatorda olduğu kimi çıxarılır və
həmin formaya malik olur.
Xarici xarakteristika, yəni U a = f (İ a ) asılılığı R 1 =const,
n=const şəraitində çıxarılır və aşağıdakı formaya malikdir (şəkil 1.49-
da 1).
Müqayisə üçün şəkil 1.49-da 2 əyrisi ilə kənardan təsirlənən
generatorun xarici xarakteristikası verilmişdir.
Yük cərəyanının artması ilə gərginliyin azalması burada
yuxarıda göstərilən 2 səbəbdən başqa 3-cü bir səbəbir, yəni təsirlənmə
cərəyanının azalması hesabına da baş verir.
1-ci səbəb gərginlik düşgüsü, 2-ci səbəb isəeninə lövbər reaksi-
yasının təsiridir.
Şəkil 1.49
Xüsusiyyətlərinə görə kənardan təsirlənən və paralel təsirlənən generatorlar eynidir. Yalnız
xarakteristikaları müxtəlifdir.

C. Ardıcıl təsirlənən generatorlar.

Ardıcıl təsirlənən generatorlarda İ 1 = İ a = İ. Odur ki, n=const


şəraitində generatorda yadnız iki sərbəst dəyişən kəmiyyət (U və İ) qalır və
buna görə də maşın yalnız bir xarakteristikaya, yəni ancaq xarici
xarakteristikaya [U=f (İ)] - asılılığına] malik olur. (şəkil 1.51-də 1 əyrisi).

28
Şəkil 1.51
Yük cərəyanının artması ilə təsirlənmə cərəyanı da artdığından e.h.q. və sıxaclardakı gərginlik
əvvəocə xətti olaraq artır, sonra maqnit dövrəsinin doyması ilə əlaqədar olaraq gərginliyin artım sürəti
azalır, cərəyanın çox böyük qiymətlərində lövbər reaksiyasının və gərginlik düşgüsünün təsiri nəticəsində
generatorun gərginliyi azalır.
Ardıcıl təsirlənən generator qısa qapanarsa, öz-özünə təsirlənmə nəticəsində lövbər cərəyanı çox
böyük qiymət alar və dolaq sıradan çıxa bilər.
Ardıcıl təsirlənən generatorda yüksüz işləmə zamanı gərginlik sıfra yaxın olub yükün dəyişməsilə
kəskin dəyişdiyindən, bir çox elektrik tələbatçılarının qidalandırılması üçün belə generatorlar yararsızdır.
Onlardan yalnız bəzi xüsusi qurğularda istifadəedilir.

D. Qarışıq təsirlənən generatorlar.

Burada da generatorun sıxaclarındakı gərginlik paralel təsirlənən generatorlarda olduğu kimi öz-özünə
təsirlənmə prosesi nəticəsində alınır. Bunların y.i. xarakteristikaları da bir-birinin eynidir.
Q.q. xarakteristikasını çıxarmaq ardıcıl təsirlənmə dolağının paralel təsirlənmə dolağına nəzərən necə
qoşulmasından asılıdır. Belə ki, əgər ardıcıl dolaq düzünə qoşulubsa, q.q.
xarakteristikasını çıxarmaq olmaz. Çünki cərəyan həddən artıq böyük qiymət
ala bilər. O biri xarakteristikalar, yəni xarici, yük və tənzimləmə
xarakteristikaları paralel təsirlənən generatorlarda olduğu kimi çıxarılır.
Lakin ardıcıl dolağın düzünə, yaxud əksinə qoşulmasından asılı olaraq, bu
xarakteristikalar müxtəlif formada alınır (şəkil 1.52).
Şəkil .52-də 1 əyrisi kənardan təsirlənən, 2 əyrisi paralel təsirlənən
generatorun xarici xarakteristikasıdır. 3 və 4 əyriləri isə uyğun olaraq ardıcıl
dolağın düzünə və əksinə qoşulan hallarında qarışıq təsirlənən generatolrun
xarici xarakteristikalarıdır.
Şəkil 1.52

SABİT CƏRƏYAN GENERATORLARININ


PARALEL İŞLƏMƏSİ

Sabit cərəyan generatorlarının paralel işləməsi üçün aşağıdakı əsas tələblər ödənilməlidir.
1.Generator şəbəkəyə paralel qoşularkən onun yük cərəyanı birdən-birə kəskin sürətdə artmamalıdır.
2.Paralel işləyən generatorlar arasında ümumi yük onların nominal güclərinə mütənasib
paylanmalıdır.
Bu tələblərin ödənilməsi üçün aşağıdakı iki şərt yerinə yetirilməlidir:
1.Paralel qoşulan generatorun e.h.q.-si şəbəkənin gərginliyinə bərabər olmalıdır.
2.Paralel qoşulan generatorun polyarlığı ilə şəbəkənin polyarlığı eyni olmalıdır.

1. Paralel təsirlənən generatorların parlel işləməsi

Tutaq ki, generator 1 şəbəkəyə qoşulmuş halda işləyir. 2


generatorunu buna paralel qoşmaq tələb olunur (şəkil 1.53).
Bunun üçün əvvəocə 2-nin lövbəri kənar mühərrik vasitəsilə
nominal sürətlə fırlandırılır, sonra onun təsirlənmə cərəyanını
tədricən artırmaqla e.h.q.-ni şəbəkənin gərginliyinə U ş -yə
çatdırırlar. II şərtin ödənilməsini yoxlamaq üçün V 2 voltmetrindən
istifadə edilir. Belə ki, "a" açarının açıq halında V 2 voltmetri "0"
göstərərsə bu generatorlar eyni polyarlıqlıdır. Bu halda "b" açarı
vurularsa, 2 generatoru şəbəkəyə paralel qoşulmuş olar və onun
yük cərəyanı "0" olır. Çünki E gn =U ş olub, istiqamətcə onun
əksinə yönəlib. Ümumi yükün bir hissəsini və ya hamısını 2
29
generatorunun üzərinə köçürmək üçün 1-in təsirlənmə cərəyanını tədricən azaltmaqla 2-nin təsirlənmə
cərəyanını tədricən artırmaq lazımdır. Şəkil 1.53
Ümumi yük cərəyanı:
İ üm = İ 1 + İ 2
Normal iş zamanı

U ş =E gn - İ 1 R 1 = E g2 - İ 2 R 2 (1.65)

Axırıncı ifadədən görünür ki, hər iki generatorun təsirlənmə cərəyanı eyni zamanda artırılıb,
azaldılarsa U ş sabit qalmaz. Hər bir generatorda

İ 1 = (E g1 - U ş )/R 1 (1.66)

İ 2 = (E g2 - U ş )/R 2 (1.67)

R 1 və R 2 uyğun lövbər dolağının daxili müqavimətidir.


Eyni güclü generatorlar olduğu halda ümumi yükün onların
arasında bərabər paylanması üçün generatorların xarici
xarakteristikaları eyni olmalıdır. Belə ki, ümumi yük paralel qoşulmuş
generatorların xarici xarakteristikalarına uyğun olaraq paylanır. Çox
vaxt eyni güclü generatorlar olduğu halda onların lövbər
müqavimətlərinin azca fərqlənməsi xarici xarakteristikaların fərqli
alınmasına səbəb olur (şəkil 1.54)

Şəkil 1.54
Şəkil 1.54-dən görünür ki,verilmişU ş qiymətində xarici xarakteristikasının mailliyi az olan generator
yükün çox hissəsini öz üzərinə götürür. Yükləri bərabərləşdirmək üçün 1 generatorunun təsirlənmə cərəyanı
bir qədər artırılmalıdır.

2. Qarışıq təsirlənən generatorların paralel işləməsi.

Bu generatorların paralel iş rejimində dayanıqlı işləyə bilməsi üçün onların ardıcıl təsirlənmə
dolaqlarının fırçalara birləşmiş ucları öz aralarında bərabərləşdirici naqil ilə birləşdirilir. Əgər belə naqil
olmasa, onda generatorlardan hər hansı birinin yükünün təsadüfi artması sayəsində onun təsirlənmə cərəyanı
bir qədər artar, e.h.q. və yük cərəyanı da artar. Beləliklə, generatorların biri çox yüklənər, o birinin isə yükü
sıfra qədər azalar və hətta o mühərrik rejiminə də keçə bilər. Bərabərləşdirici naqil olduğu halda yükün
təsadüfi artıb-azalması hər iki maşın arasında eyni dərəcədə paylanır və onlar paralel rejimdə dayanıqlı
işləyir.

SABİT CƏRƏYAN MÜHƏRRİKLƏRİ

Sənayedə, nəqliyyatda və b. sahələrdə fırlanma tezliyinin böyük hədlərdə və səlis tənzimlənməsini


tələb edən qurğuların intiqalı üçün sabit cərəyan mühərrikləri geniş miqyasda tətbiq olunur. Təsirlənmə
prinsipinə görə bunlar da generatorlar kimi kənardan təsirlənən, paralel, ardıcıl və qarışıq təsirlənən
mühərriklərə ayrılır.
Paralel təsirlənən mühərriklərdə yük cərəyanı İ = İa + İ t , kənardan təsirlənən mühərriklərdə İ=İ a =İ t .
Bunların prinsipial sxemləri də eyniilə generatorlarda göstərildiyi kimidir.
Kənardan və paralel təsirlənən mühərriklər bütün xüsusiyyətlərinə görə eynidir.

30
ƏSAS TƏNLİKLƏR

Müvazinət tənliklərini energetik diaqrama əsasən almaq olar (şəkil 1.56).

Şəkil 1.56.

Şəbəkədən alınan elektrik gücü P 1 -in bir qismi təsirlənmə itkilərinə və lövbər dövrəsinin mis
itkilərinə sərf edilir. Yerdə qalan hissə elektromaqnit gücə çevrilir.

P em = P 1 - ∆P a - ∆P t (1.68)

Bu gücün də bir qismi mexaniki polad və əlavə itkilərə sərf olunduğundan sonra yerdə qalan P 2
valdakı faydalı iş güc olur:

P 2 = P em - (∆P mex + ∆P pol + ∆P əl ) (1.69)

və yaxud

P em = P 2 + ∆P mex + ∆P pol + ∆P əl (1.70)

Əgər bucaq sürəti məlum olarsa, onda məlum güclərə uyğun olan momentlərin ifadələrini yazmaq
olar, belə ki,

Pem P2 ∆Pmex + ∆Ppol + ∆Pal


M st = ; Mv = ; M0 =
ω ω ω
Burada M em - fırlandırıcı elektromaqnit moment olub, valdakı yük momenti M v və y.i. itkilərinin
təsirindən yaranan y.i. momenti M 0 ilə müvazinətdə olur.

M em = M v + M 0 (1.71)

Lakin sürətin dəyişməsi zamanı dinamiki moment də meydana gəlir

d ω G D 2 dn
Md = J = ⋅ (1.72)
dt 375 dt
Onda momentlərin müvazinət tənliyini belə yaza bilərik:

M = Mv + M0 + Md (1.73)

31
Qərarlaşmış rejimdə n=const olduğunu nəzərə alsaq, M d =0 və M = M st alarıq. Əgər valdakı nominal
güc kvt-la, fırlanma sürəti isə dövr/dəq. ilə verilibsə, onda pasport göstəricilərinə əsasən nominal momentin
qiymətini kqm-lə ala bilərik, belə ki,

Pn ⋅10 Pn ⋅10
3 3
P
Mn = = = 975 n (1.74)
9,81ω n 9,81 ⋅ 2πn n / 60 nn

Elektromaqnit momentinin başqa ifadəsini belə yazmaq olar:

Pem E a I a C e n Φ δ I a
M= = = = C m Φ δ Ia (1.75)
ω ω 2πn
60
Burada
pN pN
Ce = və Cm = - maşının konstruksiyasından asılı olan sabit əmsallardır.
60a 2πa
Beləliklə, təsirlənmə itkisini nəzərdən atsaq

P 1 = P em + ∆P a (1.76)

alarıq.
Burada P 1 =U a İ a - mühərrikin şəbəkədən aldığı elektrik gücü,
P em = E a İ a - elektromaqnit gücü,
∆P a = İ a 2 R a - lövbər dövrəsində alınan elektrik itkiləridir.
Onda (1.76) ifadəsinə əsasən yaza bilərik: U a İ a = E a İ a + İ a 2 R a .
Bu ifadənin hər bir həddini İ a -ya bölsək

U a = E a +İ a R a (1.77)

alarıq.
(1.77) ifadəsi mühərrik üçün gərginliklərin müvazinət tənliyidir.
Qərarlaşmış rejimdə lövbər dövrəsindən axan cərəyan

U a − Ea
İa = (1.78)
Ra

Bildiyimiz kimi E a =C e nΦ δ . E a -nın bu qiymətini (1.77)-də yazıb, onu n-ə nəzərən həll etsək,

U a − Ia R a
n= (1.79)
CeΦδ

U a = const və Φ δ = const şəraitində n=f (İ a ) asılılğı alınır. n=f (İ a ) asılılğına sürət xarakteristikası
deyilir.
Mühərrikin momenti M = C m Φ δ İ a . Bu ifadədən İ a = M/C m Φ δ qiymətini (1.79)-da yazsaq

32
Ua MR a
n= − (1.80)
C e Φ δ C e C m Φ 2δ

alınar.
Yuxarıda şərtlər daxilində (1.80) ifadəsi n=f (M) asılılığını verir ki, buna da mühərrikin mexaniki
xarakteristikası deyilir.

SABİT CƏRƏYAN MÜHƏRRİKLƏRİNİN


İŞƏ SALINMASI

İşə salınma zamanı çalışmaq lazımdır ki, işə salma momenti mümkün qədər böyük, başlanğıc işə
salma cərəyanı isə mümkün qədər kiçik olsun.
İşə salma zamanı aşağıdakı üsullardan istifadə edirlər:
1. Birbaşa qoşmaqla işə salma
2. Lövbər dövrəsinə əlavə müqavimət qoşmaqla işə salma.
3. Alçaldılmış gərginlik şəraitində işə salma.
Birinci üsulla işə salmanın başlanğıc anında n=0 olduğundan E a =0 olur.
Bu hal üçün lövbər cərəyanı

İ a = U a /r a (1.81)

kimi ifadə olunur.


Normal mühərriklərdə lövbər dolağının daxili müqavimətinin nisbi qiyməti çox kiçikdir. r a* = 0,02-
0,1.
Onda (1.81) ifadəsində U a -nın da nisbi qiymətinin 1,0 olduğunu nəzərə alsaq

İ a = (50 -10) İ n olar.


Belə böyük qiymətli cərəyanlar lövbər dolağı, fırçalar və kollektor üçün təhlükəlidir. Odur ki, birinci
üsulla yalnız çox kiçik güclü mühərriklər işə salınır.
Ən çox ikinci üsuldan istifadə edilir. Belə ki, işə salma zamanı lövbər dövrəsinə elə əlavə müqavimət
qoşulur ki, başlanğıc işə salma cərəyanı buraxıla bilən həddən artıq olmasın.
Onda bu hal üçün

Ua
İ a.i.s = (1.82)
(ra + ral )
r əl -ni elə seçmək lazımdır ki, İ ais ≤ 2İ n olsun.
İşəsalma üçün istifadə olunan əlavə müqasimətə işəsalma reostatı
deyirlər. Reostatla işəsalma prosesinə paralel təsirlənən mühərrik misalında
baxaq (şəkil 1.57).
Başlanğıc anda təsirlənmə dövrəsinin müqaviməti r 1 =0 olmalıdır.
Odur ki, açar vurulan zaman mühərrikin maqnit seli maksimal qiymətə
malik olur.
İşə salma reostatının dəstəyini 1 kontaktı üzərinə qoymaqla lövbər
dolağını şəbəkəyə qoşmuş oluruq. Lövbər dövrəsindən axan işə salma
cərəyanının yaratdığı moment M iş > M st olarsa, lövbər fırlanmağa başlayar.
Şəkil 1.57
Lövbərin fırlanma tezliyinin artması ilə eyni zamanda e.h.q.-nin də artması baş verir.
Bu zaman lövbər cərəyanı

33
U a − Ea
İa = (1.83)
ra + ral
olur.
Göründüyü kimi E a -nın artması ilə lövbər cərəyanı və elektromaqnit momenti M azalır.
İ a =(1,1-1,25)İ n qiymətinə çatdıqda reostatın dəstəyi 2 kontaktının üzərinə keçirilir, yəni reostat
müqavimətinin bir pilləsi dövrədən çıxarılır. Bu halda lövbər cərəyanı və eləcə də moment sıçrayşla əvvəlki
qiymətinə qədər artır (çünki lövbər dövrəsinin induktivliyi çox kiçikdir).
Artmış momentin təsiri ilə fırlanma tezliyinin artma prosesi daha da intensiv gedir və yuxarıda
göstərilən proses təkrar olunur. Bu o vaxta qədər davam edir ki, müqavimətin bütün pillələri dövrədən
çıxarılır, fırlanma tezliyi və cərəyan öz qərarlaşmış qiymətlərinə çatır. Qərarlaşmış rejimdə lövbər cərəyanı
belə olar:

İa = (U a -E a )/r a (1.84)

İşəsalma prosesinin qrafiki şəkil 1.58-də göstərilmişdir.


Bütün qalan sabit cərəyan mühərrikləri də bu qayda ilə işə
salınır. İşləyən mühərriki saxlamaq üçün göstərilən sxemdə açarı
açmaq kifayətdir. Bu zaman təsirlənmə dolağı lövbər dövrəsinə
qapanmış olur. Əks halda maqnit selinin ani olaraq dəyişməsi
nəticəsində təsirlənmə dolağında öz-özünə induksiya e.h.q.-si çox
böyük qiymət alar, dolağın izolyasiyası deşilə bilər.
Fırlanma istiqamətini dəyişmək üçün, ya lövbər cərəyanının,
ya da ki, təsirlənmə cərəyanının istiqamətini dəyişmək lazımdır.
Şəkil 1.58
Hər iki cərəyanın istiqamətini eyni zamanda dəyişməklə fırlanma istiqamətini dəyişmək olmaz.

SABİT CƏRƏYAN MÜHƏRRİKLƏRİNİN FIRLANMA


TEZLİYİNİN TƏNZİMLƏNMƏSİ

U a − Ia R a
Sürət xarakteristikasının tənliyi n = - ifadəsindən görünür ki, mühərrikin fırlanma
CeΦδ
tezliyini aşağıdakı üsullarla tənzimləmək olar.
1. Maqnit seli Φ δ -ni dəyişməklə;
2. Lövbər dövrəsinin müqavimətini dəyişməklə;
3. Tətbiq olunan gərginliyi dəyişməklə.
Adətən tənzimləmə gücün, yaxud momentin sabitliyi şəraitində aparılır.
Tənzimləmə dedikdə, güc yaxud momentin sabitliyi şəraitində kənardan təsir edilən təsir nəticəsində
hər hansı parametrin dəyişməsi ilə fırlanma tezliyinin dəyişməsini başa düşmək lazımdır.
Maqnit selinin qiymətini dəyişməklə fırlanma tezliyini yalnız nominaldan yuxarı istiqamətdə
tənzimləmək mümkündür. Belə ki, normal iş zamanı təsirlənmə cərəyanı İ t -nin və bununla da Φ δ -nin
maksimum olduğu nəzərdə tutulur.
Təsirlənmə cərəyanı kiçik oldubundan göstərilən üsulla tənzimləmə zamanı itkilər az, f.i.ə. böyük
olur.
İkinci üsulla fırlanma tezliyini tənzimləməkdən ötrü lövbər dövrəsinə əlavə müqavimət qoşurlar. Bu
hal üçün sürət xarakteristikasının tənliyi belə yazılır:

U a − I a (ra + ral )
n= (1.85)
CeΦδ

34
Göründüyü kimi, U a =const və Φ δ = const şəraitində lövbər dövrəsinə əlavə müqavimət qoşmaqla
fırlanma tezliyini nominaldan aşağı istiqamətdə tənzimləmək mümkündür. Bu üsulla tənzimləmə zamanı
böyük enerji itkiləri alındığından f.i.ə. kiçik olur. Həqiqətən, fırlanma tezliyini iki dəfə azaltmaq lazım
gələrsə, şəbəkədən alınan enerjinin yarısı əlavə müqavimətdə istiliyə çevrilər.
Gərginliyi dəyişməklə fırlanma tezliyini dəyişmək üçün gərginliyi tənzim olunan əlavə cərəyan
mənbəyi tələb olunur. Əlavə cərəyan mənbəyinin gərginliyini dəyişməklə mühərrikin fırlanma tezliyini çox
geniş hədlərdə və olduqca səlis tənzimləmək olur. Bu üsulla tənzimləmə zamanı əlavə itkilər olmadığından
f.i.ə. böyük alınır.
Mühərrikin gərginliyi U a > U n ola bilməz. Odur ki, bu üsulla fırlanma tezliyini nominaldan aşağı
istiqamətdə tənzimləmək lazımdır.

PARALEL TƏİRLƏNƏN MÜHƏRRİKLR

Paralel təsirlənən mühərriklərdə maqnit seli (Φ δ = const) sabit saxlanılarsa, onda M≡İ a (şəkil 1.60)
olur.

Şəkil 1.60 Şəkil 1.61

Sürət xarakteristikasının tənliyi n=(U a - İ a R a ) / CΦ δ - ifadəsindən görünür ki, U a = const şəraitində


n=f (İ a ) asılılığa xəttidir. Həmin məsələni mexaniki xarakteristika üçün də demək olar, yəni n=f (M) asılılığı
xəttidir. Odur ki, hər iki xarakteristikanı eyni bir koordinat sistemində müxtəlif miqyaslarla bir xətlə
göstərmək olar (şəkil 1.61-də 1 xətti).
Əgər xarakteristika U a = const və Φ δ = const şəraitində lövbər dövrəsində əlavə müqavimət olmadan
alınıbsa buna təbii xarakteristika deyilir.
Bütün qalan hallarda alınan xarakteristikalara süni xarakteristikalar deyilir.
Yükün dəyişməsi ilə belə az dəyişən xarakteristikaya sərt xarakteristika deyilir. Deməli paralel
təsirlənən mühərrikin təbii xarakteristikası sərt xarakteristikadır.
Əgər yük momenti həddindən çox artırılarsa, xarakteristika IV rübə keçər, yəni fırlanma istiqaməti
dəyişər. Mühərrikin bu rejimdə işləməsinə əks cərəyanla tormozlama rejimi deyilir. Bundan başqa paralel
təsirlənən mühərrik dinamiki tormozlama rejimində də işləyə bilər. Bunun üçün şəbəkədən açılmış lövbər
dövrəsi kənar müqavimətə qoşulur, təsirlənmə dolağı isə bu halda dövrəyə qoşulmuş halda olur. Əgər belə
şərtlər daxilində lövbər fırlanarsa, moment əks işarəli olur, o lövbəri tormozlamağa çalışır. Bu rejimin
xarakteristikası düz xətdir (şəkil 1.61-də 2 düz xətti).
Dinamiki tormozlama və əks cərəyanla tormozlama
rejimləri işləyən intiqalın birdən-birə saxlanması lazım gəldikdə
tətbiq olunur.
Yuxarıda göstərilən tənzimləmə üsullarının hər üçü paralel
təsirlənən mühərrikə tətbiq oluna bilər. Maqnit selini dəyişməklə
tənzimləmə aparmaq üçün təsirlənmə dolağının dövrəsinə
qoşulmuş reostat vasitəsilə onun cərəyanını azaldırlar.
İ t -nin, yəni maqnit selinin bir neçə qiyməti üçün sürət və
mexaniki xarakteristikalar belə göstərilə bilər (şəkil 1.62).

35
Şəkil 1.62
Bütün sürət xarakteristikaları absis oxunda bir nöqtədə görüşür. Həmin nöqtədə n=0 olduğu üçün

İa = U a / R a
Göstərilən üsulla fırlanma tezliyini 2:1 nisbətində tənzimləmək olar. Əgər kənar qüvvənin təsirilə
fırlanma tezliyi artırılarsa, E a da artdığına görə İ a və M azalar və n-nin hər hansı bir qiymətində İ a =0, M=0
olar. Bu halda mexaniki və maqnit itkiləri kənar qüvvənin hesabına ödənir. Əgər n bundan sonra da
artırılarsa, İ a və M-in işarəsi dəyişər və maşın generator rejiminə keçər. Bu rejimdə mühərrik şəbəkədən
enerji almayaraq, əksinə, şəbəkəyə enerji qaytarır.
Lakin yaranmış moment tormozlayıcı olduğundan bu rejimə faydalı generator rejimi deyilir.
Fırlanma tezliyini tənzimləməkdən ötrü II üsul, yəni
lövbər dövrəsinə əlavə müqavimət qoşmaqla tənzimləmə
üsulu daha çox tətbiq olunur.
Tənzimləyici reostat R əl bu halda işə salma reostatından
fərqli olaraq, uzun müddətli iş rejiminə hesablanmalıdır. R əl -
nin bir neçə qiyməti üçün sürət və mexaniki xarakteristikalar
şəkil 1.64.-də verilmişdir.
Burada 1 xarakteristikası təbii xarakteristikadır. Lövbər
dövrəsinin müqaviməti artdıqca, xarakteristikanın sərtliyi
azalır. Əlavə müqavimətin ayrı-ayrı qiymətləri üçün alınmış
bütün xarakteristikalar ordinat oxunda bir nöqtədə görüşür.
Şəkil 1.64
Xarakteristikanın absis oxundan aşağıda qalan hissəsi əks cərəyanla tormozlama rejiminə uyğundur. Bu
rejimdə moment fırlanma tezliyinin əksinə yönəlmiş olur.
Əks cərəyanla tormozlama rejimində cərəyanı məhdudlaşdırmaq üçün lövbər dövrəsinə hökmən əlavə
müqasimət qoşulmalıdır. Çünki fırlanma istiqaməti dəyişdiyindən e.h.q.-nin də işarəsi dəyişir və lövbər
cərəyanı İa =(U a + E a )/R a kimi təyin olunur. Göstərilən üsulla fırlanma tezliyini geniş hədlərdə tənzimləmək
mümkündür. Lakin deyildiyi kimi bu, əlavə müqavimətdəki böyük enerji itkilərilə əlaqədardır.
Tətbiq olunmuş gərginliyi dəyişməklə paralel təsirlənən mühərrikin fırlanma tezliyini
tənzimləməkdən ötrü ən çox generator-mühərrik sistemindən istifadə edilir.
Generatorun təsirlənmə cərəyanının sıfırdan başlayaraq, tədricən artırmaqla onun gərginliyini və
bununla da əlaqədar olaraq mühərrikin fırlanma tezliyini təxminən sıfırdan nominal qiymətinə qədər çox
səlis tənzimləmək mümkündür.
Əgər fırlanma tezliyini nominaldan yuxarı istiqamətdə tənzimləmək lazım gələrsə, mühərrikin
təsirlənmə cərəyanını azaltmaq olar. Beləliklə generator-mühərrik sistemində generatorun təsirlənmə
cərəyanını dəyişməklə fırlanma tezliyi nominaldan aşağı istiqamətdə, mühərrikin təsirlənmə cərəyanını
dəyişməklə isə nominaldan yuxarı istiqamətdə tənzimləmək mümkündür.
Göstərilən sxemdəki hər iki təsirlənmə cərəyanını dəyişməklə fırlanma tezliyini 10:1 nisbətində
tənzimləmək olur.
Müxtəlif əks əlaqələrdən istifadə edib, avtomatik idarə sistemləri yaratmaqla bu sistemdə
tənzimləmə həddini 100:1 nisbətinə çatdırmaq mümkündür. Üsulun çatışmayan cəhəti əlavə aqreqatın tələb
olunmamasıdır.
Generator-mühərrik sistemində gərginliyin müxtəlif qütbləri üçün xarakteristikalar şəkil 1.66-da
verilmişdir.

36
Şəkil 1.66
PARALEL TƏSİRLƏNƏN MÜHƏRRİKİN
İŞÇİ XARAKTERİSTİKALARI

U a =const şəraitində şəbəkədən alınan güc P 1 , moment M, lövbər cərəyanı İ a , fırlanma tezliyi n, f.i.ə.
η-nın valdakı faydalı güc P 2 -dən asılılığına mühərrikin işçi xarakteristikaları deyilir. Qrafiki olaraq bu
xarakteristikalar şəkil 1.67-də göstərilmişdir.

ARDICIL TƏSİRLƏNƏN MÜHƏRRİKLƏR

Ardıcıl təsirlənən mühərriklərdə lövbər cərəyanı eyni zamanda təsirlənmə cərəyanıdır, yəni burada İ 1
= İ a =İ (şəkil 1.68)

Şəkil 1.68

Odur ki, U a =const şəraitində

Φ δ =αİ a (1.88)

Mütənasiblik əmsalı olan α, yükün İ< İ n qiymətində sabit qalıb, İ> İ n hallarında maqnit dövrəsinin
doymasına görə bir qədər azalmağa başlayır.
Mühərrikin momenti

M=C m Φ δ İ n =α C m İ a 2 (1.89)

Əgər α C m =const olarsa M=İ a 2 alınar.


Sürət xarakteristikasının tənliyi paralel təsirlənən mühərrikdəki kimidir, yəni

U a − Ia R a
n=
CeΦδ

Moment xarakteristikasının tənliyini almaq üçün aşağıdakı əməliyyatları apararıq. (1.89) ifadəsindən
İa = M / αC m qiymətini (1/79)-da yerinə yazsaq alarıq:

Ua I R Ua R Ua R
n= − a a = − a = − a (1.90)
C e Φ δ C e Φ δ C e αI a αC e αC e M / αC m αC e

37
Bu ifadə hiperbolanın tənliyidir. Deməli ardıcıl təsirlənən mühərrikin mexaniki xarakteristikası
hiperbolik əyridir (şəkil 1.68). Göründüyü kimi yükün artması ilə fırlanma tezliyi kəskin dəyişir. Belə
xarakteristikaya yumşaq xarakteristika deyilir.

Şəkil 1.68

Yükün çox kiçik qiymətlərində fırlanma tezliyi sonsuz böyük qiymət ala bilər. Ona görə də ardıcıl
təsirlənən mühərriklərin yüksüz işləməsinə yol verilmir. Əks halda mühərrik sıradan çıxa bilər. Yüksüz
rejimdə işləyən mühərrikin valındakı güc nominal gücün (20-25)%-dən az olmamalıdır.
Göründüyü kimi mexaniki xarakteristika ordinat oxunu kəsmir (şəkil 1.68) yəni ardıcıl təsirlənən
mühərrik generator rejiminə keçə bilmir. Çünki yük cərəyanı azalarkən, təsirlənmə cərəyanı və maqnit seli
də azaldığından, fırlanma tezliyinin kəskin artmasına baxmayaraq EHQ-si tətbiq olunan gərginlikdən böyük
alınmır.
Göstərilən bütün tənzimləmə üsulları ardıcıl təsirlənən mühərrikə də tətbiq edilir.

Şəkil 1.69.

Maqnit selini dəyişməklə tənzimləmə aparmaq üçün təsirlənmə dolağını hər hansı bir müqavimət ilə
şuntlayırlar (şəkil 1.69). Bu zaman lövbər cərəyanının eyni bir qiymətdə təsirlənmə cərəyanının
azalmasından maqnit seli azalır və fırlanma tezliyi artır.
Bəzən lövbər dövrəsini şuntlamaqla da fırlanma tezliyini tənzimləyirlər. Lövbər dlövrəsinə ardıcıl
əlavə müqavimət qoşmaqla mühərrikin fırlanma tezliyini geniş hədlərdə tənzimləmək olar, lakin bu çox
böyük itkilər ilə əlaqədardır.
Tətbiq olunan gərginliyi dəyişməklə fırlanma tezliyini tənzimləmək üçün eyni vala işləyən 2 və daha
çox mühərrikin parael-ardıcıl qoşulması üsulundan istifadə edirlər (şəkil 1.70).

38
Şəkil 1.70.

Ardıcıl qoşma zamanı hər mühərrikə düşən gərginlik paralel qoşma zamanındakından 2 dəfə az
olduğu üçün mühərrikin fırlanma tezliyi də 2 dəfə azalır. Paralel-ardıcıl qoşma zamanı tənzimləmə həddini
artırmaq olar (mühərriklərin sayı çox olarsa).
Ardıcıl təsirlənən mühərrikin momenti İ a 2 -na mütənasib olduğundan bu mühərriklər böyük işəsalma
tələb olunan mexanizmlərin intiqalı üçün və 300%-ə qədər artıq yüklənmə tələb olunan mexanizmlər üçün
geniş tətbiq olunur.
Yumşaq xarakteristikaya malik olduğuna görə ardıcıl təsirlənən mühərriklər elektrik nəqliyyatında da
geniş tətbiq olunur.

QARIŞIQ TƏSİRLƏNƏN MÜHƏRRİKLƏR

Bu mühərriklərdə ümumi maqnit seli paralel və ardıcıl təsirlənmə dolaqlarının birgə təsiri nəticəsində
yaranır.Adətən ardıcıl təsirlənmə dolağı düzünə qoşulur, yəni hər iki təsirlənmə dolağının maqnit hərəkət
qüvvəsi (MHQ) eyni istiqamətdə təsir göstərir. elə olduqda yükün artması ilə maqnit seli də artdığından
qarışıq təsirlənən mühərriklərin mexaniki xarakteristikaları paralel və ardıcıl təsirlənən mühərriklərin
xarakteristikaları arasında aralıq vəziyyəti tutur (şəkil 1.71). Mühərrikin təyinatından asılı olaraq, tam MHQ-
nin yaranmasında ardıcıl dolağın payı geniş hədlərdə dəyişdirilə bilər.
Qarışıq təsirlənən mühərriklərdə fırlanma tezliyinin tənzimlənməsi, adətən eynilə paralel təsirlənən
mühərriklərdə olduğu kimi aparılır. Bu mühərriklərin üstün cəhətlərindən biri onların yumşaq mexaniki
xarakteristikaya malik olmaqla həm də yüksüz işləmə rejimində işləyə bilməsi və faydalı generator rejiminə
keçirilə bilməsidir. Odur ki, son zamanlar qarışıq təsirlənən mühərriklər elektrik nəqliyyatında da tətbiq
edilir. Ümumiyyətlə qarışıq təsirlənən mühərriklər böyük işəsalma momenti tələb olunan hallarda və yük
momenti geniş hədlərdə dəyişən mexanizmlərinintiqallarında tətbiq olunur.

Şəkil 1.71

İKİNCİ BÖLMƏ
39
TRANSFORMATORLAR

ÜMUMİ MƏLUMAT

Transformatorlar dəyişən cəoəyanın tezliyini və gücü dəyişmədən onun gərginliyini və cərəyanını bir
qiymətdən digər qiymətə çevirə bilən statik elektromaqnit aparatdır. Başqa sözlə desək, transformator
induktiv əlaqəli iki və ya bir neçə dolağı olan elə statik elektromaqnit qurğudur ki, onun vasitəsilə hər hansı
bir gərginlikli dəyişən cərəyanı həmin tezlikdə başqa bir gərginlikli dəyişən cərəyana çevirmək olur.
Transformatorlardan energetik qurğularda, rabitə qurğularında, radiotexnikada, avtomatika, telemexa-
nika sistemlərində, hesablama texnikasında və s. müxtəlif məqsədlər üçün geniş istifadə olunur.

QURULUŞU VƏ ƏSAS ELEMENTLƏRİ

Transformatorun bir-birilə elektromaqnit əlaqəsində olan iki və ya bir neçə dolağı olur. Ən sadə
transformator ikidolaqlı birfazlı transformatordur. Belə transformatorun elektromaqnit sxemində (şəkil 2.1.)
göstərildiyi kimi 1 dolağına kənar mənbədən elektrik enerjisi verilir, 2 dolağına tələbatçılar (yük) qoşulur.
Enerji bir dolaqdan digərinə elektromaqnit induksiyası vasitəsilə ötürülür. Dolaqlar arasındakı elektromaqnit
əlaqəsini gücləndirmək üçün onlar qapalı ferromaqnit nüvə (3) üzərində yerləşdirilir.
Transformatorun dəyişən cərəyan mənbəyinə qoşulan dolağına birinci tərəf dolağı, işlədicilərə
qoşulan dolağına asə ikinci tərəf dolağı deyilir.

Şəkil 2.1

İkinci tərəf dolağının gərginliyi birinci tərəf dolağı gərginliyindən kiçik olarsa transformator alçaldıcı,
böyük olarsa yüksəldici transformator adlanır.
Transformatorun birinci tərəf dolağı bir gərginliyə hesablanıb hazırlandığı halda, ikinci tərəfi müxtəlif
gərginliklərə hesablanmış iki və daha çox sayda dolaqlara malik ola bilər. Belə transformator çoxdolaqlı
transformator adlanır.
Texnikanın müxtəlif sahələrində birfazlı və üçfazlı dəyişən cərəyanlardan istifadə edildiyindən
transformatorlar birfazlı və üçfazlı hazırlanır.
Transformatorun əsas hissələri maqnit dövrəsi (nüvə) və dolaqlardır.
Maqnit dövrəsi. Maqnit dövrəsinin quruluşuna görə transformatorlar çubuqlu və zirehli olur. Birfazlı
çubuqlu transformatorun maqnit dövrəsi iki çubuqdan və iki yarmodan ibarətdir. Çubuqların üzərində
dolaqlar yerləşdirilir, yarmolar isə qapalı maqnit dövrəsi yaratmaq üçündür. Dolaqlardan hər biri iki
hissədən ibarət olub, ayrı-ayrı çubuqlar üzərində yerləşdirilir və bu hissələr öz aralarında ardıcıl, yaxud
paralel birləşdirilir. Belə yerləşmədə dolaqlar bir-birinə yaxın olduğundan onların elektromaqnit əlaqəsi
yaxşılaşır. Böyük və orta güclü transformatorlar, adətən çubuqlu hazırlanır. Bunlar zirehli transformatorlara
nisbətən daha yaxşı soyudula bilir və kütləsi kiçik alınır.
Zirehli transformatorlar, əsasən, radiltexnikada, avtomatik idarə və tənzimləmə sistemlərində geniş
istifadə olunur.
Dəyişən maqnit selinin təsirindən yaranan burulğanlı cərəyanların törədə biləcəyi itkiləri azaltmaq
məqsədilə maqnit dövrəsi qalınlığı 0,28-0,5 mm olan elektrotexniki polad vərəqlərdən yığılır. Burulğanlı
cərəyanların daha çoz azalmasına nail olmaq üçün polad vərəqlər bir-birindən nazik oksid təbəqəsi ilə izolə
edilir.
40
Maqnit dövrəsində cubuqların en kəsiyə çevrə daxilinə çəkilmiş pilləli çoxbucaqlı forma verilir
(şəkil 2.4. a,b).

Şəkil 2.4.

Çubuqlu transformatorlarda dolaqlar silindr formasında olduğundan çoxbucaqlı en kəsik dolaq


boşluğunun poladla dolma əmsalının artmasına səbəb olur.
Transformatorun gücü artdıqca çubuqların pillələrinin sayı artır. Çubuqunun en kəsiyi böyük olan
transformatorlarda nüvə poladının daha yaxşı soyudulması üçün onu 5-6 mm eni olan uzununa yağ kanalları
vasitəsilə paketlərə ayırırlar.
Yarmonun en kəsiyini ya çubuğun en kəsiyinə bərabər, ya da yüksüz işləmə cərəyanını və polad
itkilərini azaltmaq məqsədilə ondan 10-15% artıq götürülür, belə ki, yarmoda induksiya 10-15% az olsun.
Hazırlanma texnologiyasını sadələşdirmək məqsədilə yarmonun en kəsiyinə düzbucaqlı, ya da bir və
ya ikipilləli sadə forma verilir.
Maqnit dövrəsinin maqnit müqaviməti az olsun deyə, çubuqla yarmo arasında hava aralığının
olmamasına çalışırlar. Bu məqsədlə, güc transformatorlarının maqnit dövrəsi dolaqlanma üsulu ilə
hazırlanır. Belə ki, çubuqlarla yarmolar uc-uca deyil, uc nahiyələrində ayrı-ıyrı təbəqələrin bir-birini örtməsi
üsulu ilə yığılır (şəkil 2.6).
Dolaqlar. Transformatorların dolaqları elektriki və mexaniki möhkəmliyə, həmçinin yüksək
temperatur düzümlülüyünə malik olmalıdır. Bundan başqa dolaqların hazırlanma texnologiyası mümkün
qədər sadə olub ucuzbaşa gəlməli, elektrik itkiləri verilmiş hədlər daxilində olmalıdır. Nominal cərəyan və
gərginliklərdən asılı olaraq dolaqların quruluşu olduqca müxtəlifdir.

Şəkil 2.6 Şəkil 2.7

Müasir transformatorlarda birinci və ikinci tərəf dolaqlarının maqnit əlaqəsini yaxşılaşdırmaq üçün
onları mümkün qədər bir-birinə yaxın yerləşdirməyə çalışırlar. Bu məqsədlə maqnit dövrəsinin hər bir
çubuğu üzərində hər iki dolaq bir-birinin üzərinə geydirilməklə konsentrik silindr
şəklində yerləşdirilir (şəkil 2.7.). Belə dolaqlara konsentrik dolaqlar deyilir.
Bəzi xüsusi tipli transformatorlarda diskşəkilli növbələnən dolaqlar tətbiq
edilir. Burada yüksək və alçaq gərginlik dolaqları bir neçə diskşəkilli sarğaclardan
ibarət olub, çubuqların hündürlüyü boyunca növbə ilə bir-brinin ardınca yığılır
(2.8).
Güc transformatorlarında adətən konsentrik dolaqlar tətbiq edilir. Burada
daxili silindr alçaq gərginlik dolağı, xarici silindr isə yüksək gərginlik dolağı olur.
41
Yüksək və alçaq gərginlik dolaqlarının ucları uyğun olaraq AX və ax ilə işarə edilir.
Üçfazlı transformatorlarda dolaqlar daxildə ulduz və ya üçbucaq birləşdirilir və hər dolaqdan üç uc
xaricə çıxarılır. Yüksək gərginlik dolağının ucları ABÇ və XYZ, alçaq gərginlik dolağının ucları isə abç və
xyz ilə işarə olunur. Dolaqlar həm bir-birindən, həm də nüvədən çox səliqəli izolə edilir. Soyuması yaxşı
olsun deyə, dolaq yığılarkən radial və aksial kanallar saxlanılır.
Transformatorların dolaqları mis və alüminium naqillərdən hazxırlanır. Alüminiumdan istifadə
etdikdə naqillərin en kəsiyi mis naqillərin en kəsiyindən təxminən 70% artıq götürülür. Bununla əlaqədar
olaraq transformatorun ölçüləri və kütləsi alüminium dolaqlar olduğu halda, xeyli böyük alınır.
Nisbətən kiçik güc və cərəyanlar şəraitində dolaqlar dairəvi en kəsikli izolə olunmuş naqillərdən
hazırlanır. Böyük güc cərəyanlar şəraitində isə düzbucaqlı en kəsiyi olan naqillər tətbiq edilir. Bəzi hallarda
(cərəyan böyük olmaqla) dolaqlar bir neçə paralel naqillərdən sarınır.
Şəkil 2.8

TRANSFORMATORLARIN KONSTRUKTİV
ELEMENTLƏRİ VƏ SOYUDULMASI

Transformator işləyərkən yaranan güc itkiləri hesabına ayrılan istilik onun dolaqlarının və maqnit
dövrəsinin qızmasına səbəb olur. Güc transformatorlarının hava və yağ vasitəsilə istiliyin konveksiya üsulu
ilə ötürülməsi hesabına əldə edilir. Hava ilə soyudulan transformatorlar "mayesiz", yaxud "quru"
transformator, yağla soyudulanlar isə "yağ" transformatoru adlanır.
Mayesiz transformatorların maqnit dövrəsi, dolaqları və digər hissələri əhatə edən mühitlə bilavasitə
əlaqədə olduğundan, onların soyudulması havanın konveksiyası yolu ilə əldə edilir. Bunun üçün soyuq
havanın daxil olması və isti havanın kənara çıxması üçün transformator örtüyündə jalüzlər, yəni xüsusi
yarıqlar açılır. Mayesiz transformatorlar adətən bunlarda, sexlərdə və başqa örtülü yerlərdə qurulur və
burada yanğın təhlükəsizliyinin təmin edilməsi əsas tələblərdən biri sayılır. Bunların istismarı da yağ
transformatorlarına nisbətən sadədir. Belə ki, burada yağın periodik olaraq təmizlənməsi və dəyişdirilməsi
lazım gəlmir. Lakin havanın istilikötürülmə qabiliyyəti yağa nisbətən az olduğundan mayesiz
transformatorlarda aktiv materialların elektromaqnit yükləri kiçik alınır ki, bu da onların nüvəsinin və dolaq
naqillərinin en kəsiyinin artmasına səbəb olur. Elə buna görə də mayesiz transformatorların aktiv
hissələrinin ölçüləri və kütləsi eyni güclü yağ transformatorların nisbətən böyükdür. Hazırda gücü 10 MVA-
ə və YG dolağının 35 kVa-a qədər olan mayesiz transformatorlar vardır.
Yağ transformatorlarında nüvə dolaqlarla birlikdə təmizlənmiş mineral yağla dolu olan çənin
içərisində yerləşdirilir. Transformator yağı havaya nisbətən daha yüksək istilikötürmə qabiliyyətinə malik
olub, nüvə və dolaqlardan ayrılan istiliyi çənin divarlarına doğru ötürməklə transformatorun yaxşı
soyumasına səbəb olur. Eyni zamanda yağ dolaqların izolyasiyasının elektrik möhkəmliyini yüksəldir və onu
havanın zərərli təsirindən qoruyur.
Çənin quruluşu transformatorun gücündən asılıdır. Gücü 20-30kVa-ə qədər olan transformatorlarda
ayrılan istilik az olduğundan, onların çəni hamar divarlı hazırlanır. Böyük güclü transformatorların yaxşı
soyudula bilməsi üçün çənin soyuma səthini süni surətdə artırmağa çalışırlar. Bu məqsədlə borulu çənlər
tətbiq edilir, belə ki, çənin divarlarına onu hər tərəfdən əhatə edən borular sistemi qaynaq edilir. Təbii
konseksiyaya görə yağ boruların içərisiylə dövr edir.
İş zamanı transformatorlarda yağ qızaraq genişlənir. Yükün azalması ilə yağ soyuyur, həcmi azalır və
onun çəndəki səviyyəsi aşağı düşür. Odur ki, gücü 25 kVa-dən böyük olan transformatorlarda
"genişləndirici" adlanan kiçik həcmli əlavə çən qoyulur. Transformator qızdıqda əsas çəndəki yağın həcmi
artdıqca genişləndiricidə də yağın səviyyəsi qalxır. Genişləndiricinin tətbiqi həm də yağın hava ilə toxunma
səthinin azalmasına səbəb olur ki, bu da onun tez çirklənməsinin və nəmlənməsinin qarşısını alır.
Məcburi soyudulma, quru transformatorlarda soyuq hava üfürülməsi yolu ilə, yağ transformator-
larında isə yağın xüsusi soyuducudan dövr etməsi hesabına əldə edilir.

TRANSFORMATORUN İŞLƏMƏ PRİNSİPİ

Transformatorun işləmə prinsipi elektromaqnit induksiya qanununa əsaslanır. Birfazlı ikidolaqlı


transformatorun elektromaqnit sxemi şəkil 2.1.-də göstərilmişdir.

42
Birinci dolağın ucları f tezlikli sinusoidal dəyişən cərəya nmənbəyinə qoşulduqda bu dolaqdan axan
cərəyan transformatorda həmin tezlikli maqnit seli yaradır. Nüvənin maqnit müqaviməti çox kiçik
olduğundan, sinusoidal dəyişən maqnit seli, əsasən nüvə üzrə qapanaraqhər iki dolağın sarğılarını kəsir və
bu dolaqlarda müvafiq elektrik hərəkət qüvvələri induksiyalayır. Əgər bu zaman 2-ci dolağa yük qoşularsa,
həmin dolaqdan cərəyan axar və onun uclarındagərginlik qərarlaşır. Nüvənin ümumi maqnit seli hər iki
dolağın cərəyanlarının birgə təsiri ilə yaranır.
Transformatorun birinci tərəf dolağı şəbəkəyə qoşulanda dolaqdan axan İ 1 cərəyanın əmələ gətirdiyi
dəyişən maqnit seli Φ-in hər iki dolaqda induksiyaladığı EHQ-ərin ani qiymətləri e 1 və e 2 Maksvell

qanununa əsasən,maqnit selinin dəyişmə sürəti -yə və uyğun sarğılar sayına mütənasib olur, belə ki:
dt

dΦ dΦ
e 1 = -W 1 ; e 2 = -W 2
dt dt

EHQ-lərin ani qiymətləri əvəzinə onların təsiredici qiymətlərini yazıb, aşağıdakı münasibəti almaq
olar:

e1 E 1 W1
= = (2.1)
e 2 E 2 W2

Transformatorun dolaqlarında gərginlik düşgüləri, adətən çox kiçik (nominal gərginliklərinin 3-5%-i
qədər) olduğu üçün nəzərdən atılarsa, U 1 ≈ E 1 və U 2 ≈ E 2 qəbul etmək olar:

U 1 E 1 W1
≈ = =K (2.2)
U 2 E 2 W2

burada K- transformasiya əmsalıdır.


K əmsalı YG dolağı EHQ-nin AG dolağının EHQ-nə nisbəti olub, həmişə vahiddən böyükdür.
Beləliklə, dolaqların sarğılar sayını uyğun surətdə seçməklə U 1 gərginliyinin verilmiş qiymətində istənilən
qiymətli U 2 gərginliyi almaq mümkündür. Əgər ikinci tərəf gərginliyini yüksəltmək tələb olunarsa W 2 W 1 -
dən çox olmalıdır. Belə transformator yüksəldici adlanır. U 2 gərginliyini azaltmaq tələb olunduqda W 2 W 1 -
dən az götürülür, buna alçaldıcı transformator deyilir.
Transformator ancaq cərəyan və gərginlikləri dəyişir, güc isə təxminən sabit qalır. Belə ki,

U 2 İ2 ≈ U 1 İ1 (2.3)

buradan

I 2 U 1 W1
≈ ≈ =K (2.4)
I1 U 2 W2

Deməli ikinci dolağın gərginliyi U 2 , K dəfə artarsa, həmin dolağın cərəyanı İ 2 isə K dəfə azalır.
Transformator yalnız dəyişən cərəyan dövrələrində işləyə bilər. Əgər transformatorun birinci tərəf
dolağı sabit cərəyan mənbəyinə qoşulsa, onun maqnit dövrəsində qiymət və istiqamətcə sabit və zaman
etibarilə dəyişməyən maqnit seli yaranır. Odur ki, qərarlaşmış rejimdə dolaqlarda EHQ induksiyalanmır və
birinci dolaqdan ikinci dolağa elektrik enerjisi ötürülmür. Belə rejim transformator üçün təhlükəlidir, çünki
EHQ (E 1 ) olmadığından birinci dolağın cərəyanı
U1
İ1 =
R1
çox böyük qiymət alır.

43
BİRFAZLI TRANSFORMATORUN YÜKSÜZ
İŞLƏMƏ REJİMİ

İkinci tərəf dolağının uclarının açıq halında (yəni oraya yük qoşulmazsa) birinci tərəf dolağına onun
nominal qiymətli gərginliyi tətbiq edilərsə, transformator üçün yüksüz işləmə rejimi alınar.
Transformatorda baş verən proseslərin fiziki mahiyyətini aydınlaşdırmaq üçün əvvəlcə ideal
transformatoru nəzərdən keçirək. İdeal transformator aktiv və reaktiv enerji itkiləri olmayan
transformatordur. Belə transfolrmatorda maqnit selinin bütünlüklə nüvə üzrə qapandığı, dolaqların
müqavimətlərinin və maqnit dövrəsində polad itkilərinin sıfır olduğu nəzərə alınır.
Tutaq ki, ikinci tərəf dolağının ucları açıq olduğu halda, birinci tərəf dolağına sinusoidal dəyişən
gərginlik

U 1 = U m sinωt

tətbiq olunub (əkil 2.14).


U 1 -gərginliyinin təsiri ilə birinci tərəf dolağından axan yüuksüz işləmə cərəyanı İ 0 -ın yaratdığı
dəyişən maqnit seli transformatorun dolaqlarında e 1 və e 2 EHQ-lərini induksiyalayır. Maksvell qanununa
əsasən:


e 1 = -W 1 (2.5)
dt


e 2 = -W 2 (2.6)
dt

Şəkil 2.14

Ümumi halda yüksüz işləmə rejimində birinci tərəf dolağının dövrəsi üçün aşağıdakı müvazinət
tənliyini yazmaq olar:


u 1 = İ0 R 1 + W 1 (2.7)
dt

burada u 1 - tətbiq olunan gərginliyin ani qiyməti; R 1 - birinci tərəf dolağının aktiv müqavimətidir.
Lakin ideal transformatorldarda R 1 = 0 olduğunu bilib, (2.7) tənliyində


W1 =-e 1
dt

yazsaq,
u 1 + e 1 =0 (2.8)

alarıq. u 1 və e 1 - in sinusoidal dəyişdiyini nəzərə alaraq (2.8) tənliyini kompleks formada göstərmək olar:

• •
U1 + E1 = 0 (2.9)

Deməli birinci tərəf dolağına tətbiq olunan gərginlik tamamilə bu dolaqda induksiyalanan EHQ ilə
müvazinətləşir.

44
Əgər tətbiq olunan u 1 gərginliyi sinusoidal qanunla dəyişərsə, maqnit seli də bu gərginlikdən fazca 900
geri qalmaqla sinusoidal dəyişən olar. Onda (2.5) və (2.6) ifadələrində maqnit selinin yerinə Φ=Φ m sin(ωt-
π/2) qoyub, ω=2πf olduğunu nəzərə alsaq yaza bilərik:

d   π   π
e1 = − W1  Φ m sin  ωt −   = − W1ωΦ m cos ωt −  =
dt   2  t (2.10)
= 2πfW1Φ m sin (ωt − π)

d  π   π
e 2 = − W2 Φ m sin  ωt −   = − W2 ωΦ m cos ωt − =
dt 
2   t (2.11)
= 2πfW2 Φ m sin (ωt − π)
burada Φ m -maqnit selinin amplitud qiyməti; ω - cərəyanın bucaq tezliyidir.
(2.10) və (2.11) tənliklərindən görunür ki, e 1 və e 2 EHQ-ləri maqnit seli Φ - dən 900 geri qalır.
Hər iki EHQ -nin təsiredici (effektiv) qiyməti müvafiq olaraq:


E1 = fW1Φ m = 4,44fW1Φ m (2.12)
2

E2 = fW2 Φ m = 4,44fW2 Φ m (2.13)
2

Göründüyü kimi hər bir dolaqda induksiyalanan EHQ həmin dolağın sarğılar sayı, tezlik və maqnit
seli ilə düz mütənasibdir. Dolaqların sarğılar sayını uyğun surətdə seçməklə ikinci tərəf dolağında istənilən
qiymətli EHQ almaq olar.
İdeal transformatorlarda birinci tərəf dolağı cərəyanının maqnit selinə düz mütənasib olduğunu qəbul
etmək olar. Buna görə də ideal transformatorun yüksüz işləmə rejiminin vektor diaqramında (şəkil 2.15)
yüksüz işləmə cərəyanı İ 0 , maqnit seli Φ m istiqamətində yönəlmiş vektorla göstərilir. Şəkil 2.16 -da ideal
transformatorun yüksüz rejiminin əvəz sxemi göstərilmişdir.
Həqiqi (real) transformatorda itkilər olur. Belə ki, yüksüz işləmə cərəyanı İ 0 birinci dolaqda
səpələnmə sahəsi və maqnit dövrəsində polad itkiləri yaradır. Bundan başqa dolaqların aktiv müqavimətləri
də nəzərdən qaçmır. Odur ki, tətbiq olunan u 1 gərginliyinin bir qismi birinci dolaqda aktiv və induktiv
gərginlik düşgülərinə (İ 0 R 1 və İ 0 X 1 ) sərf olunur, qalan əsas hissəsi isəəks EHQ E 1 -lə müvazinətləşir.

Şəkil 2.15 Şəkil 2.16


EHQ vektorları E 1 və E 2 maqnit seli vektorundan 900 geri qalır. Gərginlik vektoru U 1 -i almaq üçün İ 0
R 1 , jİ 0 X 1 və E 1 vektorlarını toplamaq lazımdır. Diaqram aydın görünsün deyə İ 0 R 1 və jİ 0 X 1 vektorları
olduqca böyük götürülmüşdür. Əslində isə bu gərginlik düşgüləri çox kiçik olub, U 1 -in cüzi hissəsini
(təxminən 0,5%-ni) təşkil edir. Odur ki, praktiki hesablamalarda U 1 = -E 1 qəbul olunur.

45
Şəkil 2.17 Şəkil 2.18

Yüksüz işləmə zamanı transformator şəbəkədən aktiv və reaktiv enerji alır. Aktiv gücün bir qismi
birinci dolağın qızmasına, yəni elektrik itkilərinə sərf olunur, belə ki,

∆P el1 = İ 0 2 R 1 (2.14)

Aktiv gücün qalan hissəsi isə polad itkilərini dəf etməyə sərf olunur. Belə ki, maqnitlənmə zamanı
nüvədə histerezis və dövri cərəyan itkiləri yaranır. Beləliklə, aktiv yüksüz işləmə gücü birinci tərəf
dolağında yaranan elektrik itkiləri və işləmə gücü birinci tərəf dolağında yaranan elektrik itkiləri və
transformatorun nüvəsində yaranan maqnit itkilərinin cəmi kimi qəbul edilir:

P 0 = ∆P el1 + ∆P m (2.15)

Mis, yaxud elektrik itkiləri yüksüz işləmə zamanı çox kiçik olduğu üçün onları nəzərdən atmaq olar.
Onda transformatorrun yüksüz işləmə gücü təqribən polad itkilərinə bərabər olar, yəni

P 0 ≈ ∆P m = İ 0 2 R m (2.16)

Buna görə də transformatorun aktiv yüksüz işləmə gücünü polad itkiləri adlandırmaq qəbul olunub.
Normal gərginlik şəraitində adətən

P 0 ≈ 0,5%P n

Transformatorun aldığı reaktiv güc qismən səpələnmə sahəsi yaratmaba sərf olunur, belə ki,

∆Q 1 = İ 1 2 X 1

Reaktiv gücün əsas hissəsi isətransformatorda əsas maqnit sahəsini yaradır, yəni ∆Q m = İ 0 2 X m . Onda
reaktiv yüksüz işləmə gücü

Q 0 = ∆Q 1 + ∆Q m (2.17)

Adətən, ∆Q 1 çox kiçikdir. Buna görə də reaktiv yüksüz işləmə itkiləri

Q 0 = ∆Q m = İ 0 2 X m (2.18)
qəbul edilir. Yüksüz işləmə zamanı transformatorun aldığı reaktiv güc aktiv gücdən xeyli böyükdür. Buna
görə də yüksüz işləmə cərəyanı kiçik aktiv və böyük reaktiv mürəkkəbəyə malik olur:

İ0 = I 2or + I 2oa (2.19)

46
burada İ 0r - yüksüz işləmə cərəyanının reaktiv mürəkkəbəsi olub, maqnitləndirici cərəyan adlanır və bəzən İ µ
ilə işarə edilir, İ 0n - yüksüz işləmə cərəyanının aktiv mürəkkəbəsidir.

Yüksüz işləmə təcrübəsi

Maqnitləndirici konturun parametrlərini və əvəz sxeminin digər kəmiyyətlərini təyin etmək üçün
yüksüz işləmə təcrübəsindən istifadə edirlər. Təcrübə şəkil 2.21-də göstərilən sxem üzrə aparılır.

Şəkil 2..21

Dolaqlardan birinə, adətən, alçaq gərginlik dolağına nominal gərginlik verilir, digər uclarına voltmetr
qoşulur, yəni bu dolağın dövrəsi açıq saxlanır. Cihazların göstərişləri U 10 = U 1n , U 20 , P 0 və İ 0 qeyd edilərək
transformatorun yüksüz işləmə parametrləri tapılır:
1. Tam, aktiv və induktiv yüksüz işləmə müqavimətləri

U 10 P0
Z0 = ; R0 = ; X0 = Z 20 − R 20 (2.20)
I0 I 20

2. Transformasiya əmsalı

U 20
K= (2.21)
U 10

3. Güc əmsalı

P0
cosϕ 0 = (2.22)
U 10 ⋅ I 0

Yüksüz işləmə rejiminin əvəz sxeminə əsasən yazmaq olar:

Z0 = Z1 + Zm ; R0 = R1 + Rm ; X 0 = X 1 + X m

Güc transformatorlarında R 1 və X 1 müqavimətləri R m və X m müqavimətlərindən yüzlərlə dəfə


kiçikdir. Odur ki, yüksüz işləmə parametrlərinin maqnitləndirici konturun parametrlərinə bərabər olduğunu
hesab etmək olar:
Z0 ≈ Zm ; R0 ≈ Rm ; X0 ≈ Xm (2.23)

Onda

47
U 10 P0
; və X m = Z m − R m
2 2
Zm = ; Rm = 2
(2..24)
I0 I0

Yüksüz işləmə cərəyanı transformatorun nominal cərəyanına nəzərən çox kiçik olduğu üçün elektrik
itkiləri ∆P el1 = İ 0 2 R 1 nəzərdən atılır və hesab edilir ki, transformatorun aldığı güc bütünlüklə nüvə poladında
maqnit itkilərini kompensasiya etməyə sərf olunur. Odur ki,

P 0 = İ 0 2 (R 1 + R m ) ≈ İ 0 2 R m (2.25)

və buradan

P0
Rm = (2.26)
I 20

Şəkil2.22

Yüksüz işləmə təcrübəsi, adətən U 10 -ın neçə müxtəlif qiymətləri üçün aparılır və alınmış göstəricilərə
əsasən transformatorun yüksüz işləmə xarakteristikaları, yəni İ 0 , P 0 , R 0 , Z 0 və cosϕ 0 -ın U 10 -dan asılıqları
qurulur (şəkil 2.22).
U 10 gərginliyinin artması ilə nüvə poladının doyma dərəcəsi artır və nəticədə X m azalır və
maqnitləndirici cərəyan kəskin surətdə artır. Yüksüz işləmə xarakteristikalarına əsasən müxtəlif
kəmiyyətlərin U 10 = U n halına uyğun olan qiymətləri təyin edilir.

BİRFAZLI TRANSFORMATORUN
QISA QAPANMA REJİMİ

İkinci tərəf dolağının qısa qapanmış halında birinci tərəf dolağına gərginlik verilərsə, transformator
üçün qısa qapanma rejimi adlanır.
Əgər bu zaman birinci dolağa tətbiq olunan gərginlik nominal qiymətli olsa, dolaqlardan axan
cərəyanlar 15-20 dəfə nominal qiymətlərindən böyük olar. Bu da həmin dolaqlar üçün çox təhlükəlidir.
Tətbiq olunan gərginliyi azaltmaqla elə qiymətə çatdırmaq olar ki, hər iki dolaqdan axan cərəyanlar öz
nominal qiymətlərinə bərabər olsun. Qısa qapanma rejimində dolaqlardan nominal cərəyan axıda bilən
gərginliyə qısa qapanma gərginliyi deyilir. Bunun qiyməti nominal gərginliyin 5-15%-ni təşkil edir.
Transformatorda qısa qapanma gərginliyi ən əsas kəmiyyətlərdən bir olub %-lə verilir və U k %- lə işarə
olunub,əsas parametr kimi pasportda göstərilir.

U k % =(U kn / U n ) 100 = 5 ÷ 15 %

48
Qısa qapanma rejimində dolaqlardan axan İ 1 və İ 2 cərəyanları müvafiq maqnit hərəkət qüvvələrini
yaradır. Belə ki,

F 1 = İ1 W 1 ; F 2 =İ 2 W 2

Adətən U k nominalgərginlikdən 15-20 dəfə kiçik olur. Maqnit seli isə gərginliyə mütənasibdir. Deməli
qısa qapanma rejimində Φ k yüksüz işləmə rejimindəki Φ 0 - dan çox kiçikdir. Odur ki, Φ k - nı və bunu
yaradan maqnit hərəkət qüvvəsi F k -nı nəzərdən atmaq olar. Onda

Fk = F1 + F2 = 0 (2..27)

və ya
İ 1 W 1 + İ 2 W 2 =0 (2.28)

yaza bilərik. Buradan

İ 1 W 1 =- İ 2 W 2

Axırıncı ifadənin hər bir həddini W 2 - yə bölsək:


W − I2
I1 1 = − I2 və ya I1 =
W2 K

alarıq. Əgər xüsusi halda K=1 olsa, onda I1 = − I2 olar.
Qısa qapanma rejimində birinci tərəf dolağına tətbiq olunan gərginlik:

U k = − E1 + I1 R1 + jI1 X 1 = − E1 + I1 Z1 (2.29)

İkinci tərəf dolağının uclarında inluksiyalanan elektrik hərəkət qüvvəsi:

E 2 = I2 (R2 + jX 2 ) = I2 Z 2 (2.30)

Xüsusi halda K=1 olsa, E 1 =E 2 və İ 1 =İ 2 olar. Onda qısa qapanma rejimi üçün gərginliklərin müvazinət
tənliyini belə yazmaq olar:
U k = I1 (Z1 + Z 2 ) (2.31)
Beləliklə qısa qapanma rejimində transformatoru U k gərginliyi tətbiq edilmiş və bir-birinə ardıcıl
qoşulmuş Z 1 =R 1 +jX 1 və Z 2 =R 2 +jX 2 müqavimətlərindən ibarət olan dövrə ilə əvəz etmək olar (şəkil 2.23).

Şəkil 2..23
Bu sxemə transformatorun qısa qapanma rejimindəki əvəz sxemi
deyilir. Burada R 1 və R 2 dolaqların aktiv müqavimətləri, X 1 və X 2 isə
səpələnmə induktivlikləridir. Əvəz sxeminə və müvazinət tənliyinə əsasən
qısa qapanma rejimi üçün qurulmuş vektor diaqramı şəkil 2.24-dəki kimi
olar.

49
Qısa qapanma rejiminin əvəz sxemində (şəkil 2.23) R 1 +R 2 =R k . X 1 + X 2 =X k və R k + X k = Z k
2 2

yazmaq olar. Burada R k , X k və Z k - transformatorun qısa qapanma parametrləridir. Bu ifadələrə uyğun olan
sadələşmiş əvəz sxemi və vektor diaqramı şəkil 2.25-də göstərilmişdir.
Diaqramda aktiv, reaktiv və tam gərginlik düşgülərinin vektorlarından təşkil olunmuş ABC
üçbucağına qısa qapanma üçbucağı və ya reaktiv üçbucaq deyilir. AC və BC katetləri uyğun olaraq qısa
qapanma gərginliyinin aktiv və reaktiv mürəkkəbələridir.
Şəkil 2.24
U kn = U k cosϕ k ; U kr = U k sinϕ k ;

Beləliklə, qısa qapanma rejimində tətbiq olunan gərginlik bütünlüklə transformatorun dolaqlarındakı
gərginlik düşgülərinə sərf olunur.

Şəkil 2.25

Qısa qapanma təcrübəsi

Qısa qapanma parametrləri olan U k , P k , R k , X k , Z k -nı təyin


etmək üçün şəkil 2.26-da göstərilən sxem üzrə qısa qapanma
təcrübəsi aparırlar.
İkinci dolağın qısaqapanmış halında birinci dolağa 3-7% U n
qədər gərginlik verilir ki, təcrübə zamanı dolaqlardan axan cərəyanlar
nominal qiymətlərindən böyük olmasın. Təcrübə zamanı temperaturu
da ölçüləlidir. Cihazların göstərişləri U k , P k , İ k , qeyd edilir və qısa
qapanma parametrləri təyin edilir. Belə ki, Şəkil 2.26

Uk Pk
Zk − R k
2 2
Zk = ; Rk = 2
; Xk = (2.32)
Ik Ik

Dövlət standartlarına görə dolaqların aktiv müqavimətləri orta istismar temperaturu olan 750 S -yə
görə hesablanmalıdır. Bu halda nominal qısa qapanma gərginliyi

u kn = İ n Z k (75) (2.33)

Müqavimətləri böyük parametrlərin nisbi qiymətlərini təyin edirlər.


u kn I Z
u k% = 100 = n k 100 (2.34)
Un Un

Uygun olaraq u k -nın aktiv və reaktiv mürəkkəbələrinin nisbi qiymətləri də təyin edilir.

In R k In X k
u k% = 100 və u k% = 100 (2.35)
Un Un

50
Qeyd etmək lazımdır ki, u k -nın nisbi qiyməti qısa qapanma müqavimətinin nisbi qiymətinə
bərabərdir:
u kn I n Z k Z k
u k* = = = = z *k (2.36)
Un Un Zn

Əgər qısa qapanma nominal gərginlik şəraitində baş versə, onda

1 100
İ k* = *
=
zk u k%

Burada

u kn
u k% = 100 = 100 ⋅ u k * = 100 ⋅ z k *
Un

Məsələn, əgər u k% =10% olsa, onda İ k =10İ n . Göründüyü kimi u k çox mühüm parametr olub,
transformatorun aktiv müqavimətlərinin və səpələnmə indukivliklərinin qiymətlərini xarakterizə edir.
Qısa qapanma rejimində (İ k = İ n halında) EHQ E 1 nominal gərginlikdən 15-40 dəfə kiçik olur. Buna
uyğun olaraq əsas maqnit seli Φ k çox zəif olduğundan maqnitləndirici cərəyanı və polad itkilərini nəzərdən
atırlar.Çünki polad itkiləri induksiyanın kvadratına, yəni maqnit selinin kvadratına mütənasibdir. Odur ki,
qısa qapanma rejimində transformatorun aldığı aktiv qısa qapanma gücü P k , bütünlüklə dolaqların
qızmasına, yəni elektrik itkilərinə sərf olunur:

P k = İ k 2⋅R k

Nominal cərəyan şəraitində P kn = İ n 2⋅R k transformatorun tam gücü S n -in 1%-i qədər olur və parametr
kimi pasportda göstərilir. Qısa qapanma rejimində transformatorun aldığıreaktiv güc Q k = İ k 2⋅X k dolaqların
səpələnmə sellərinin yaranmasına sərf olunur.

TRANSFORMATORUN ÇEVRİLMİŞ KƏMİYYƏTLƏRİ

Real transformatorda W 2 ≠ W 1 , E 2 ≠ E 1 və İ 2 ≠ İ 1 . Uyğun olaraq dolaqların parametrləri, yəni


aktivvə induktiv müqavimətləri də müxtəlifdir. Bu hal transformatorda gedən proseslərin öyrənilməsini
çətinləşdirir. Vektor diaqramları qurulduqda bu çətinlik daha da artır. Göstərilən çətinlik olmasın deyə
çevrilmiş transformator üsulundan istifadə edirlər. Belə ki, dolaqlardan hər hansı birinin sarğılar sayını digər
dolağın sarğılar sayına gətirirlər. Tutaq ki, sarğıların sayı W 2 olan real dolaq, sarğıların sayı W 2 = W 1 olan
dolaqla əvəz edilir. Onda bu dolağın sarğılar sayı

W2′ W1
K= =
W2 W2

dəfə dəyişər. Burada K - çevirmə əmsalı və ya transformasiya əmsalıdır. Belə əvəzetmə nəticəsində
çevrilmiş dolağın EHQ E′ 2 və gərginliyi U′ 2 real uyğun kəmiyyətlərinə nəzərən K dəfə dəyişər:

E′ 2 = KE 2 ; U′ 2 = KU 2 (2.37)

burada E′ 2 , U′ 2 - çevrilmiş kəmiyyətlərdir.


Çevrilmə zamanı real dolağın belə fiktiv dolaqla əvəz edilməsinəticəsində transformatorun gücünün
və aktiv güc itkilərinin dəyişməz qaldığı nəzərə alınmalıdır. Güclərin bərabərliyi şərtindən yaza bilərik:

51
U′ 2 İ′ 2 = U 2 İ 2

Buradan

U2 U I
İ′ 2 = I2 = 2 I2 = 2 (2.38)
U 2′ U1 K

Aktiv güc itkilərinin bərabərliyi şərtindən

(İ′ 2 )2 R′ 2 = İ 2 2 R 2

buradan

I 22
R 2′ = ⋅ R 2 = K 2R 2 (2.39)
(I 2′ ) 2

alınır.
Çevrilmə zamanı real və çevrilmiş dolaqların aktiv və induktiv müqavimətlərinin nisbəti də eyni
qalmalıdır, yəni:

X 2′ = K X 2
2
(2.40)

Beləliklə, bütün elektrik və elektromaqnit prosesləri çevrilmiş və real transformatorlarda bir-birinin


eynidir. Odur ki, sonrakı bütün hallarda çevrilmiş transformator kəmiyyətlərindən istifadə edəcəyik.

TRANSFORMATORUN YÜK REJİMİ

İkinci tərəf uclarına hər hansı yük qoşulduqda birinci dolağa gərginlik verilərsə, transformator üçün
yük rejimi alınar (şəkil 2.27).

Şəkil 2.27

Yükün normal qiymətlərində İ 1 (R 1 +jX 1 ) gərginlik düşgüsü çox kiçik olduğu üçün nəzərdən atılsa U 1
≈ E 1 yazmaq olar. Digər tərəfdən, məlumdur ki, E 1 nüvə üzrə qapanan əsas maqnit selinə mütənasibdir.
Deməli, əsas maqnit selinin qiyməti birinci dolağa tətbiq olunan gərginliyin qiymətilətəyin olunur.

U1
Φm ≈ (2.41)
4,44fW1

Yük rejimində dolaqlardan axan İ 1 və İ 2 cərəyanlarımüvafiq hərəkət qüvvələri yaradır. Belə ki,

52
İ1 W 1 = F 1 ; İ2 W 2 = F 2 ;

Bu maqnit hərəkət qüvvələrinin birinci dolaqlarında səpələnmə maqnit selləri olan Φ σ1 və Φ σ2


yaradır. Həmin maqnit hərəkət qüvvələrinin birgə təsiri ilə transformatorun nüvəsində əsas maqnit seli Φ
yaranır. (2.41) ifadəsindən göründüyü kimi əsas maqnit selinin qiyməti tətbiq olunan gərginliyin
qiymətindən asılıdır. Tətbiq olunan dərdinlik U 1 isə yükdən asılı olmayıb sabitdir. Ona görə də yük
rejimində və yüksüz işləmə rejimində əsas maqnit selləri bir-birinə bərabər olur: Φ=Φ 0 . Çünki hər iki halda
tətbiq olunan U 1 gərginliyi eynidir. Yüksüz işləmə zamanıəsas maqnit seli Φ 0 həmin rejimin MHQ F 0 =İ 0 W 0
-in təsir ilə yaranır.Yük rejimində isə əsas maqnit seli Φ hər iki dolağın MHQ-in həndəsi cəmi ilə, yəni
F1 = F2 = I1W1 + I2W2 vasitəsilə yaranır. Φ=Φ 0 olduğundan

F0 = F1 + F2 və ya I0W1 = I1W1 + I2W2 (2.42)

Bu ifadə yük rejimində maqnit hərəkət qüvvələrinin müvazinət tənliyidir. Yüksüz işləmə rejimindən
yükrejiminə keçərkən maqnit selinin dəyişməz qalması transformatorun ən mühüm xüsusiyyətidir. (2.42)
ifadəsindən
I0 = I1 + I2 və ya I1 = I0 + − I2 ( ) (2.43)
alınar. Deməli, yüklənmə zamanı birinci tərəf dolağının cərəyanı iki cərəyanın cəmindən ibarətdir.
Bunlardan biri İ 0 yüksüz işləmə cərəyanı olub, transformatorda maqnit sahəsi yaradır, ikincisi (-İ′ 2 ) isə yük
cərəyanının maqnitsizləşdirici təsirini dəf edir. Qeyd etmək lazımdır ki, yük cərəyanı İ 2 -nin yaratdığı maqnit
selinin çox hissəsi nüvədən qapanaraq birinci tərəf dolağının yaratdığı maqnit selinə qarşı yönəlib nüvəni
maqnitsizləşdirməyə çalışır. Beləliklə, yük cərəyanı İ 2 artarkən birinci tərəf dolağının cərəyanı İ 1 də
artmalıdır ki, maqnit seli dəyişməz qalsın.
Transformatorun yük rejiminin əvəz sxemini və vektor diaqramlarını qurmaq üçün onun cərəyan və
gərginliklərinin müvazinət tənliklərinə baxaq.
Deyildiyi kimi, real transformatorda nüvə üzrə qapanan əsas maqnit seli Φ ilə yanaşı səpələnmə
selləri Φ σ1 və Φ σ2 də mövcuddur (şəkil 2.27). Səpələnmə selləri enerjinin ötürülməsində iştirak etmir, Lakin
bunların hər biri yalnız öz dolağı ilə ilişərək bunlarda özünəinduksiya EHQ-ləri yaradır, belə ki:

E σ1 = 4,44fW 1 Φ σ1m ; E σ2 = 4,44fW 2 Φ σ2m ;

Səpələnmə selləri tamamilə və ya qismən hava ilə qapandığından, onlar müvafiq dolaqların maqnit
hərəkət qüvvələrinə və ya müvafiq cərəyanlara mütənasibdir:

E σ1 = İ 1 X 1 ; E σ2 ′ = İ 2 ′ X 2 ′

burada X 1 və X 2 ′ - transformator dolaqlarının səpələnmə sellərinə uyğun olan induktiv müqavimətlərdir.


EHQ vektorları E σ1 və E σ2 uyğun sel və cərəyanlardan 900 geri qalır deyə
E σ 1 = − jI1 X 1 ; E σ 2 = − jI 2′ X 2′ (2.45)

Onda transformatorun kompleks tənlikləri aşağıdakı kimi yazıla bilər:


Birinci tərəf dolağına tətbiq olunan gərginlik

U 1 = − E1 + I1 R1 + jI1 X 1 = − E1 + IZ1 (2.46)

ikinci dolağın uclarında alınan gərginlik

U 2 = − E 2′ − I2′ R2′ − jI2′ X 2′ = E 2′ − I 2′ Z 2′ (2.47)

53
birinci dolağın cərəyanı

I1 = I0 + (− I2 ) (2.48)

(2.46), (2.47) və (2.48) tənliklərinə əsasən transformatorun yük rejiminə


uyğun olan vektor liaqramlarını qurmaq olar.
Vektor diaqramları dolaqların cərəyanları, EHQ-ləri və gərginlikləri
arasındakı münasibətləri aydınlaşdırmağa imkan verir.
Aktiv-induktiv yük şəraitində işləyən transformatorun vektor diaqramı
şəkil 2.28-də göstərilmişdir.
Vektor diaqramından görünür ki, yük rejimində U 2 ′ gərginliyi yüksüz
işləmə rejimindəki U 20 ′ ≈ U 1 , gərginliyindən xeyli kiçikdir. Dolaqların
müqavimətləri R 1 , X 1 , R 2 , X 2 və ϕ 2 bucağı nə qədər böyük olsa, bu fərq o qədər
kiçik çox olur.
Yük rejimi üçün transformatorun əvəz sxemini qurmaqdan ötrü yenə də
(2.46), (2.47) və (2.48) tənliklərindən istifadə edilir. Bunun üçün həmin tənlikləri aşağıdakı kimi yazmaq
olar: Şəkil 2.28

U 1 = I0 Z m + I1 Z1 (2.49)

U 2′ = − I0 Z m − I2′ Z 2′ = I2′ Z ′j (2.50)

I2′ = I0 − I1 (2.51)

burada İ 0 Z m =-E 1 =-E 2 ;

Z 1 = R 1 + jX 1 ; Z 2′ = R 2′ + jX 2′

Z ′j - transformatora qoşulmuş yük müqavimətinin çevrilmiş qiymətidir.


(2.51) tənliyindən İ 2 ′-in qiymətini (2.50) -də yazsaq

Z 2′ + Z ′j
I0 = I1 (2.52)
Z m + Z 2′ + Z ′j

 Z m (Z 2′ + Z ′j )  
U 1 = I1  Z1 +  = I1 Z ek (2.53)
 Z m + Z 2′ + Z ′j 

(2.53) tənliyinə əsasən transformatoru şəkil 2.29-da göstərilən elektrik sxemi ilə əvəz etmək olar.
Burada İ 1 və İ 2 cərəyanlarını, şəbəkədən alınan P 1 gücünü, güc itkilərini və s. təyin etmək mümkündür.
Belə elektrik sxeminə transformatorun yük rejiminin əvəz sxemi deyilir.

54
Şəkil 2.29

Əvəz sxemində dəyişən parametr yalnız Z j -dir. Qalan bütün parametrləri sabit hesab etmək olar. Bu
parametrlər hesablama yolu ilə və həmçinin yüksüz işləmə və qısa qapanma təcrübələrindən təyin edilə bilər.
Yük rejimində transformator şəbəkədən S 1 =P 1 +jQ 1 gücü alır. Burada P 1 -aktiv güc; Q 1 -reaktiv
gücdür.
Aktiv gücün bir qismi polad və mis itkilərinə sərf olunur. Qalan əsas hissə

P 2 =P 1 -∆P pol - ∆P mis

isə ikinci tərəfdə alınaraq işlədicilərə verilən gücdür. Bu iki gücün nisbəti transformatorun faydalı iş
əmsalını (FİƏ) verir:

η = (P 2 / P 1 ) < 1

Deməli, həmişə P 2 < P 1 olur.


Transformatorun aldığı reaktiv güc Q 1 -in bir qismi maqnit sahəsinin yaranmasına, bir qismi
səpələnmə itkilərinə sərf olunur. Reaktiv gücün qalanhissəsi

Q 2 = Q 1 - ∆Q pol - ∆Q σ

ikinci tərəf dolağının uclarından alınır.


Əgər işlədicilər induktiv xarakterlidirlərsə, onda transformator həmin işlədiciləri reaktiv enerji ilə
təmin etməlidir. Bu zaman Q 2 müsbətdir. Əgər işlədicilər tutum xarakterlidirlərsə, onda yükün reaktiv
mürəkkəbəsi transformator vasitəsilə şəbəkəyə qaytarılır, yəni Q 2 mənfi olur.
Yük rejiminin fiziki mahiyyəti cərəyan və gərginliklərin balansına əsasən təyin edilə bilər. Bilirik ki,

U 1 = − E1 + I1 Z1

Yüksüz işləmə rejimində İ 1 =İ 0 ≈ 0 qəbul edilsə, U 1 = − E1 = − E10 alınar. Nominal yük rejimində isə

U 1n = − E1n + I1n Z1

Nominal yük şəraitində İ 1n Z 1 ≈ 2÷ 3% olur. Buna görə də yüksüz işləmə rejimində E 10 =100% olduğu
halda, nominal yük rejimində E 1n = 97÷ 98% təşkil edir. Bilirik ki, maqnit seli E 1 -ə mütənasibdir.

E 1 = 4,44fW 1 Φ = CΦ

Deməli, yüksüz işləmə zamanı maqnit seli 100% olduğu halda, yüklü halda həmin sel azalaraq 97÷
98% olur. İkinci tərəfin yük cərəyanının təsiri ilə maqnit selinin belə azalması E 1 -in azacıq azalması İ 1 -in
artmasına səbəb olur ki, bununla da yük cərəyanı İ 2 -nin maqnitsizləşdirici təsiri kompensasiya olunur.

TRANSFORMATORUN İKİNCİ TƏRƏF GƏRGİNLİYİNİN DƏYİŞMƏSİ


VƏ XARİCİ XARAKTERİSTİKASI

55
Yüksüz işləmə rejimində ikinci tərəf gərginliyi U 20 ′ ≈ U 1 = 100 % qəbul edilir. Yük rejimində isə
eyni bir U 1 =100% şəraitində yükün qiymətindən asılı olaraq U′ 2 dəyişir. Buna səbəb transformatorun
dolaqlarında alınan gərginlik düşgüləridir.
Müxtəlif yüklərdə transformatorun ikinci tərəf gərginliyini təyin etmək sadələşdirilmiş əvəz
sxemindən və vektor diaqramından istifadə edirlər. Orta və böyük güclü transformatorda yüksüz işləmə
cərəyanı nisbətən kiçik olduğu üçün nəzərdən atılarsa maqnitləşdirici konturu olmayan sadələşdirilmiş əvəz
sxemialınır.
Həqiqətən (2.46), (2.47) və (2.48) tənliklərində İ 0 =0 yazıb İ 1 =-İ′ 2 və E 1 = E 2 olduğunu nəzərə alsaq,

U 1 = U 2′ + I1 Z1 + I1 Z 2′ = −U 2′ + I1 Z k (2.54)

alarıq. Bu tənliyə əsasən qurulmuş əvəz sxemi və vektor diaqramı şəkil 2.30-da göstərilmişdir. Belə
sadələşmənin xətası nominal yük şəraitində 0,1%-dən çox olmur. Diaqram (şəkil 2.30, b) aktiv-induktiv
xarakterli yük üçün qurulub. Diaqramda İ 1 R k vektorları - sevrilmiş transformatorda ümumi aktiv gərginlik
düşgüsü; İ 1 X k vektoru- ümumi reaktiv gərginlik düşgüsü; İ 1 Z k vektoru- tam gərginlik düşgüsüdür. Onda

İ 1 Z k = İ 1 R k + jİ 1 X k (2.55)

Sadələşdirilmiş vektor diaqramı (şəkil 2.30,b) yükdən asılı olaraq transformatorda gərginliyin
dəyişməsini təyin etməyə imkan verir. Adətən, bunu birinci tərəf gərginliyinin və tezliyin sabitliyi şəraitində
hesablayırlar. U 1 =U 1n və f n şəraitində yüksüz iş rejimindən yük rejiminə keçərkən ikinci tərəf gərginliyinin
dəyişməsini nominal gərginliyə nəzərən faizlə göstərmək qəbul edilmişdir. Belə ki,

U 20 − U 2 U ′ − U 2′
∆U% = 100 = 20 100 (2.56)
U 20 ′
U 20

Şəkil 2.30

Yüksüz işləmə rejimində transformatorun dolaqlarında gərginlik düşgüləri olmadığından U′ 20 =U 1 .


Onda U 1 =U 1n halı üçün
U 1n − U 2′
∆U% = 100 (2.57)
U 1′n

Vektor diaqramından (şəkil 2.30, b) görünür ki,


U 1 − U 2′ = I1Z k (2.58)

56
Burada ϕ 1 - ϕ 2 bucağı çox kiçik olduğundan, U 1 vektorunun mldulunu onun U′ 2 vektoru istiqamətinə
endirilmiş proyeksiyası ilə, yəni OA parçası ilə əvəz etmək olar. Onda təxmini hesablamalar üçün

∆u = U 1 - U′ 2 = OA - OB =BA

Uyğun olaraq İ 1 R k və jİ 1 X k vektorlarının da U 2 vektoru istiqamətindəki proyeksiyaları nəzərə alınsa

∆u = BA = I1R k cos ϕ 2 + I1 X k sin ϕ 2 (2.59)


alarıq.Axırıncı ifadəni belə yazmaq olar:

I1 I
∆u = I n R k cos ϕ 2 + 1 I n X k sin ϕ 2 (2.60)
In In
burada İ 1 /İ n =β - yük əmsalıdır. Onda

∆u = βİ n R k cosϕ 2 + βİ n X k sinϕ 2 (2.61)

(2.61) ifadəsinin hər bir həddini U 1n -ə bölüb 100-ə vursaq gərginliyin nisbi dəyişməsini alarıq, belə
ki,

∆u% = β(u kn % cosϕ 2 + u kr % sinϕ 2 ) (2.61)


Beləliklə,

∆u% = f (β; ϕ 2 )

(2.62) düsturuna əsasən cosϕ = const şəraitində ∆u% = f (β ) və β= const şəraitində ∆u% = f (cosϕ 2 )
asılılıqlarını qurmaq olur ki, bunlar da böyük praktiki əhəmiyyətə malikdir. Bu asılılıqlar şəkil 2.31-də
göstərilmişdir. Göründüyü kimi hər iki halda gərginliyin nisbi dəyişməsi yükün xarakterindən asılıdır.
Həqiqətən, ∆u% = f (cosϕ 2 ) asılılığından (şəkil 2.31, b) görmək olur ki, aktiv yüklərdə ∆u% kiçik olub
aktiv-induktiv xarakterli yüklər şəraitində artır və ϕ 2 = ϕ k olanda maksimal qiymət alır; aktiv-tutum
xarakterli yüklərdə isə bu kəmiyyət mənfidə ola bilər.

Şəkil 2.31.
U 1 = U 1n =const, f = f n =const və cosϕ 2 = const şəraitində U 2 = f (İ 2 ) və ya U 2 = f (β ) asılılığına
transformatorun xarici xarakteristikası deyilir. Bu xarakteristikanı qurmaq üçün

U′ 2 = U 1n (1- ∆u%) = U 1n [1-β(u kn% cosϕ 2 + u kr% sinϕ 2 )] (2.63)

düsturundan istifadə etmək olar.

57
Yük əmsalı β-nın sıfır qiymətindən vahidə qədər dəyişən hədlərində xarici xarakteristikalar praktiki
olaraq düzxətli alınır (şəkil 2.32). Qısa qapanma gərginliyi U k və onun mürəkkəbələri U ka , U kr müəyyən
dərəcədə transformatorun nominal gücündən asılıdır. Orta və böyük güclü transformatorlarda reaktiv
mürəkkəbə U kr aktiv mürəkkəbə U ka -dan xeyli böyükdür. Odur ki, belə transformatorlarda reaktiv yük ikinci
tərəf gərginliyinin daha çox dəyişməsinə səbəb olur, yəni cosϕ 2 nə qədər kiçik olsa, xarici xarakteristika o
qədər aşağıdan gedir. Aktiv-induktiv xarakterli yüklərdə U′ 2 < U 1 , aktiv-tutum xarakterli yüklərdə isə, ϕ 2 -
nin bəzi qiymətlərində U′ 2 > U 1 ola bilər.

TRANSFORMATORUN İTKİLƏRİ VƏ
FAYDALI İŞ ƏMSALI

Transformator işləyərkən onda enerji itkiləri əmələ gəlir. Belə ki, ikinci tərəf dolağından alınan güc
P 2 , birinci tərəf dolağına verilən P 1 gücündən bir qədər fərqlənir. Bu iki gücün nisbəti transformatorun
faydalı iş əmsalı (FİƏ) adlanır:

P2 U 2 I 2 cos ϕ 2
η= = (2.64)
P1 U 1I1 cos ϕ1

və ya
P1 − ∆P ∆P
η= =1− (2.65)
P1 P2 + ∆P

burada ∆P - transformatorda olan bütünitkilərin cəmidir.


İtkilərin cəmi birinci və ikinci tərəf dolaqlarının aktiv müqavimətlərində əmələ gələn elektrik
itkilərindən (∆P el1 ; ∆P el2 ) və nüvə poladında yaranan maqnit itkilərindən (∆P maq ) ibarətdir. Deməli,

P 2 = P 1 - ∆P el1 - ∆P el2 - ∆P m (2.66)

Onda (2.65) düsturu belə yazılır:

∆Pel.1 + ∆Pel.2 + ∆Pm


η= 1 − (2.67)
P2 + ∆Pel.1 + ∆Pel.2 + ∆Pm

İkinci tərəf dolağına verilən P EM = P 1 - ∆P el1 - ∆P m gücünə transformatorun daxili elektromaqnit gücü
deyilir. Bu güc transformatorun qabarit ölçülərini və kütləsini təyin edir.
Yüksüz işləmə təcrübəsində İ 0 cərəyanı çox kiçik olduğuüçün birinci tərəf dolağının elektrik itkiləri
nəzərdən atılır. Maqnit ikiləri (polad itkiləri) isə bu halda transformatorun aldığı gücə, yəni yüksüz işləmə
gücü P 0 -a bərabər qəbul edilir. Bu itkilər maqnit sahəsinin dəyişməsindən yaranıb histerezis itkilərindən və
dövrü cərəyan itkilərindən ibarətdir. Məlumdur ki, maqnit itkiləri nüvədəki induksiyanın qiymətindən və
dəyişən cərəyanın tezliyindən asılıdır. Şəbəkə cərəyanının tezliyi f = const, induksiyanın qiyməti isə yükdən
asılı deyil. Odur ki, birinci tərəf gərginliyinin sabit qiymətində (U 1 = const) maqnit itkiləri transformatorun
yükündən asılı olmayıb sabit qalır (şəkil 2.33) və yüksüz işləmə gücünə bərabər olur:

∆P M ≈ P 0 (2.68)
Elektrik itkiləri cərəyanın kvadratına mütənasib dəyişən itkilər olub, birinci və ikinci tərəf
dolaqlarının elektrik itkilərinin cəmi kimi təyin edilir. Sadələşdirilmiş əvəz sxeminə (şəkil 2.30,a) əsasən İ′ 2
=İ 1 qəbul edib, yazmaq olar:
∆P el = ∆P el1 + ∆P el2 = İ 1 2 R 1 + (İ′ 2 )2 R′ 2 = İ 1 2 (R 1 + R′ 2 )= İ 1 2 R k (2.69)
və yaxud

58
2
I 
∆P el = İ 1 R k = İ n  1  ⋅ R k = β I n ⋅ R k = β ∆Pkn
2 2 2 2 2
(2.70)
 In 

Deməli, elektrik itkiləri β 2 -dan asıl olaraq dəyişir və qısa qapanma təcrübəsi zamanı transformatorun
aldığı nominal gücə bərabər qəbul edilir:

∆P el = β 2 P k (2.71)

Beləliklə, transformatorun tam itkiləri:

∆P = ∆P m + ∆P el = P 0 + β 2 P k (2.72)

Tam itkilər (∆P) üçün (2.72)-də alınmış qiymətləri (2.65)-də yerinə qoyub

P 2 = U 2 İ 2 cosϕ 2 = U 2n βİ 2n cosϕ 2 = βS n cosϕ 2

olduğunu nəzərə alsaq

P0 + β Pk
2
η= 1- (2.73)
βS n cos ϕ 2 + P0 + β 2 Pk

alarıq. Burada S n , P 0 və P k - transformatorun parametrləri olub, məlumdur və sabit kəmiyyətlərdir, dəyişən


kəmiyyət yalnız β -dır. Deməli (2.73) düsturu η= f (β ) asılılığını verir.
(2.73) düsturundan istifadə edərək, FİƏ -nin yükdənasılılığını
qurmaq olar (şəkil 2.33). Əgər xüsusi halda β = 0 olsa faydalı güc və FİƏ
sıfır olar. Transformatorun verdiyi güc artdıqca, FİƏ artır. Belə ki, ümumi
energetik balansda sabit maqnit itkiləinin xüsusi qiyməti (çəkisi) azalır.
Yükün müəyyən β ort qiymətində FİƏ maksimuma çatır və sonra yükün
artması ilə azalmağa başlayır. Buna səbəb dolaqlarda elektrik itkilərinin
kəskin artmasıdır. Çünki elektrik itkiləri cərəyanın kvadratına, yəni β 2 -na
mütənasib olaraq artdığı halda, faydalı güc (P 2 ) β - ya mütənasib artır. FİƏ-
nin maksimal qiymətinə uyğun olan optimal yük əmsalı β ort - nı (2.73)

düsturuna əsasən = 0 şərtindan tapmaq olar. Bu halda Şəkil 2.33

β ort 2 P k = P 0 (2.74)

P0
β ort = (2.75)
Pk

Beləliklə, transformatorun FİƏ yükün elə optimal qiymətində maksimal qiymətə malik olur ki, bu
halda dəyişən itkilər sabit itkilərə bərabər olsun. Bu şərt başqa tipli elektrik maşınları üçün də düzgündür.
Güc transformatorları üçün
P0
β ort = ≈ 0,25 ÷ 0,36 = 0,5 ÷ 0,6
Pk

Həqiqətən uzun illərin təcrübəsi göstərir ki, güc transformatorları il boyu çox vaxt 50-60% yüklənmiş
olur. Ona görə də yükün bu qiymətində, yəni β ort = 0,5÷0,6 qiymətlərində FİƏ-nın maksimal olması
məqsədəuyğundur.
59
ÜÇFAZLI TRANSFORMATORLAR

Üçfazlı cərəyanı transformasiya etmək üçün üç ədəd birfazlı transformatordan istifadə etmək olar
(şəkil 2.34). Bu halda şəbəkənin hər bir fazına transformatorlardan biri qoşulur. Belə sxem ilə qurulmuş
transformator yığımına transformatorlar qrupu deyilir. Transformatorlar qrupu əvəzinə fazların hər üçü üçün
eyni bir maqnit dövrəsi olan üçfazlı, üçbucaqlı transformatorlardan istifadə etmək olar, çünki üçbucaqlı
transformator ölçücə yığcam olub ucuz başa gəlir.

TRANSFORMATOR DOLAQLARININ
BİRLƏŞMƏ QRUPLARI

Birinci və ikinci tərəf dolaqlarının uyğun xətt gərginliklərinin vektorları arasındakı bucaqdan asılı
olaraq transformatorlar bir neçə birləşmə qrupuna ayrılır. Məsələn, birfazlı transformatorlarda dolaqların
sarınma istiqamətindən və üç işarələrindən asılı olaraq birinci və ikinci tərəf dolaqlarının gərginlik vektorları
ya üst-üstə düşür, ya da ki, bir-birinin əksinə yönəlir, yəni bu vektorlar arasındakı bucaq sıfır vəyaxud 1800
olur (şəkil 2.40). Əgər dolaqlar bir istiqamətdə sarınıb uc işarələri, yəni çıxış üclarının nişanlanması
simmetrikdirsə, (şəkil 2.40) onda bu dolaqlarda induksiyalanan EHQ-lər eyni istiqamətli olar və uyğun
yüksüz işləmə gərginlikləri fazca üst-üstə düşər. Dolaqlardan birinin sarınma istiqaməti və ya uclarının yeri
dəyişdirilsə, birinci və ikinci tərəf gərginliklərinin vektorları fazca 1800 fərqlənər.

Şəkil 2.40

Yükün və alçaq gərginlik vektorları arasındakı bucağı 30-a bölsək alınmış rəqəmlə birləşmə qrupunun
nömrəsini təyin edirlər. Sadəlik üçün gərginlik vektorlarını saat əqrəblərinə bənzədirlər. Belə ki, yüksək
gərginlik vektorunu dəqiqə əqrəbi, alçaq gərginlik vektorunu isə saat əqrəbi qəbul edib dəqiqə əqrəbini
(yüksək gərginlik vektorunu) saat siferblatı üzərindəki 12 rəqəminə doğru yönəldirlər. Bu qayda ilə
qurulmuş vektor diaqramlarından (şəkil 2.40 a,b) göründüyü kimi, birfazlı transformatorlar üçün yalnız iki
birləşmə qrupu 0 və 6 nömrəli qrupları almaq mümkün olur. Bunlar uyğun olaraq 1/1 -0 və 1/1-6 işarə
edirlər.
Üçfazlı transformatorlarda eyni bir çubuq üzərində yerləşdirilmiş hər iki dolağın faz EHQ-ləri birfazlı
transformatorda olduğu kimi ya üst-üstə düşür, ya da fazca bir-brinin əksinə yönəlir.
Lakin üçfazlı transformatorda yüksək və alçaq gərginlik dolaqlarının birləşmə sxemindən və sarınması
istiqamətindən asılı olaraq 12 ədəd birləşmə qrupu almaq olar. Bütün Y/Y və ∆/∆ sxemləri üzrə qoşulmuş
transformatorlar cüt nömrəli, Y/∆ və ∆/Y qoşulmuş transformatorlar isə tək nömrəli birləşmə qrupunu verir.
Birləşmə qrupunu təyin etmək üçün aşağıdakı iki şəot əsas götürülür:
1) dolaqların faz ardıcıllığı bütün hallarda dəyişməz qalmalıdır;
2) faz dolaqlarında gərginliyin müsbət istiqaməti məlum olmalıdır.
Faz dolağında müsbət istiqamət kimi dolağın sonundan başlanğıcına doğru olan istiqamət qəbul edilir.
Bir nesə hala baxaq:
Tutaq ki, YG və AG dolaqları Y/Y sxemi üzrə qoşulub hər iki dolağın sarınması istiqaməti eynidir və
uyğun faz dolaqları ümumi bir çubuq üzərində yerləşdirilib (şəkil 2.41).
Bu sxemə əsasən hər iki dolaq üçün qurulmuş faz və xətt gərginliklərinin vektor diaqramları şəkil
2.41-də göstərilmişdir. Göründüyü kimi xətt gərginliklərinin eyni adlı vektorları eyni istiqamətli olub fazca

60
üst-üstə düşür, yəni uyğun xətt gərginliklərinin vektorları arasındakı bucaq 0-dır. Siferbal üzərində bu
vektorlar, deyilən qaydaya görə, saat 12-ni, yəni saat 0-ı göstərir. Odur ki, bu sxem üzrə qoşulmuş
transformatorun birləşmə qrupu Y/Y-0 ilə işarə edilir.
Əgər baxdığımız sxemdə AG dolağının uclarının yeri dəyişdirilsə bu dolağın gərginlik vektorları
fazca 1800 dəyişər. Belə transformator 6 nömrəli birləşmə qrupuna mənsub olub Y/Y-6 işarə edilir.

Şəkil 2.41

Şəkil 2.42

İndi tutaq ki, dolaqlar Y/∆ sxemi üzrə qoşulub (şəkil 2.42) və yuxarıda göstərilən bütün şərtlər göz-
lənilir. Onda gərginliklərin vektor diaqramlarından (şəkil 2.42) görmək olur ki, bu sxem 11 nömrəli birləşmə
qrupunu verir və belə birləşmə qrupu Y/∆-11 işarə edilir. Bu halda da AG dolağının uclarının yeri
dəyişdirilsə uyğun, xətt gərginliklərinin vektorları arasındakı bucaq 1500 olar ki, bu da 5 nömrəli birləşmə
qrupunu verir, yəni Y/∆-5.
Göstərilən dörd birləşmə qrupu (0,6; 11 və 5) əsas hesab olunur. Hər bir əsas qrupda faz ardıcıllığını
saxlamaq şərti ilə, fazlar sırasını dəyişdikdə əvvəlki qrupdan dörd nömrə fərqlənən iki yeni birləşmə qrupu

61
almaq olar. Məsələn, əgər Y/Y-0 birləşmə qrupu olan transformatorlarda AG dolağının ucları a, b, c
ardıcıllığı əvəzinə c, a, b və ya b, c, a ardıcıllığı ilə nişanlanarsa, uyğun olaraq 4 və 8 nömrəli birləşmə
qrupları alınar. Həmin qayda ilə 6 nömrəli qrupdan 10 və 2 qruplarını, 11 nömrədən 3 və 7 qruplarını, 5
nömrəli qrupdan isə 9 və 1 nömrəli birləşmə qruplarını almaq olar.

TRANSFORMATORLARIN PARALEL İŞLƏMƏSİ.

Elektrik təchizatının etibarlılığını artırmaq məqsədilə yüksəldici və alçaldıcı yarımstansiyalarda bir


neçə transformator qoyulur və onlar, adətən paralel qoşulur (şəkil 2.43). Transformatorların paralel qoşula
bilməsi üçün aşağıdakı şərtlər ödənilməlidir:
1) paralel qoşulan transformatorların birinci və ikinci tərəf gərginlikləri bir-birinə bərabər olmalıdır,
belə ki, U 11 = U 111 ; U 21 = U 211 . Deməli, onların transformasiya əmsalları bərabər olmalıdır: K 1 = K 11 ;
2) paralel qoşulan transformatorlar eyni birləşmə qrupuna mənsub olmalıdır;
3) transformatorların qısa qapanma gərginlikləri bərabər olmalıdır.

u k1 = u k11 = u k111

4) paralel işləyən transformatorların nominal güclərinin nisbəti 3:1-dən çox olmamalıdır.

Şəkil 2.43.

Bu şərtlərin ödəniləsi paralel işləyən transformatorlar arasında ümumi yükün müntəzəm paylanması
üçündür.
Göstərilən şərtlərdən hər hansı birinin yerinə yetirilməyən hallarına baxaq.
1. Tutaq ki, paralel qoşulan transformatorların ikinci tərəf gərginlikləri bərabər deyil. Bu halda ikinci
tərəf dolaqlarından əmələ gəlmiş kontur üzrə bərabərləşdirici cərəyan İ bər axar(şəkil 2.43, a). Əgər
transformatorların hər birini sadələşdirilmiş əvəz sxemində olduğu kimi Z k ilə işarə etsək (şəkil 2.44),
bərabərləşdirici cərəyan

İ bər = ∆U/(Z k1 + Z k11 ) (2.78)

gərginliyi yüksək olan dolaqdan gərginliyi alçaq olan dolağa tərəf axar. Transformatorlar yükləndikdə
bərabərləşdirici cərəyan onların birinin yük cərəyanından çıxılır, digərinin yük cərəyanı ilə toplanır. Rdur ki,

62
bu hala yol vermək olmaz. Belə ki, Z k1 =Z k11 ≈ 5% olduğunu nəzərə alsaq və nisbi qiymətdə ∆u=0,01 qəbul
etsək, onda

∆u ∗ 0,01
İ bər. * = = = 01
,
Z k1* + Z k11* 0,05 + 0.05

olar.
Belə olmasın deyə transformatorların transformasiya əmsallarının fərqinin onların orta həndəsi
qiymətlərinə nisbəti 0b5%-dən artıq olamamalıdır. Yəni:

∆K = [(K 1 - K 11 ) / K ] ⋅100% ≤ 0,5%

burada K= К 1К 11 - transformasiya əmsallarının orta həndəsi qiymətidir.


2. Tutaq ki, paralel qoşulan iki transformatorun birləşmə qrupları müxtəlifdir. Onlardan biri Y/∆ -11,
digəri isə Y/Y-0 birləşmə qrupuna mənsub olub transformasiya əmsalları bərabərdir. Belə iki
transformatorun ikinci tərəf gərginlikləri üçün vektor diaqramı şəkil 2.45-də göstərilmişdir. Diaqramdan
görünür ki, ikinci tərəf gərginlikləri qiymətcə bərabər olub, fazca 300 fərqlənir. Bunların fərqi:

∆U = 2U 2 sin150 =0,518U 2

Şəkil 2.44 Şəkil 2.45

∆U-nun təsirilə transformatorlar arasında axan bərabərləşdirici cərəyanın qiyməti ancaq onların qısa
qapanma müqavimətləri ilə məhdudlaşır. Belə ki:

∆U
İ bər. =
Z k1 + Z k11

Nəzərə alsaq ki, Z k1* = Z k11* =u k1* =u k11* =0,05, onda cərəyanın nisbi qiyməti:

0,518 ⋅10,
İ bər. = = 518
,
2 ⋅ 0,05

Belə böyük qiymətli cərəyan transformatoru dərhal sıradan çıxarır. Odur ki, müxtəlif birləşmə
qruplarına mənsub olan transformatorların paralel işləməsinə heç cür yol vermək olmaz.
3. Tutaq ki, paralel işləyən transformatorların qısa qapanma gərgiinlikləri müxtəlifdir. Lakin onlar
eyni birləşmə qrupuna mənsub olub, transformasiya əmsalları bərabərdir. Maqnitləşdirici cərəyanları
nəzərdən atıb, sadələşdirilmiş əvəz sxemindən istifadə edərək, üc transformatorun paralel işləmə sxemini
şəkil 2.46-dakı kimi göstərmək olar.

63
Şəkil 2.46

Bu sxemə görə gərginlik düşgüsü ∆U = U 1 - U 2 ′ transformatorların hər üçündə eynidir, yəni:

İ 1 Z k1 = İ 11 Z k11 =İ 111 Z k111

Məlumdur ki, paralel dövrələrdən axan cərəyanlar həmin dövrələrin müqavimətlərinə tərs
mütənasibdir:

I I I
İ 1 : İ 11 : İ 111 = : : (2.79)
Z k1 Z k11 Z k111

bu tənliyi aşağıdakı şəklə gətirmək olar:

I n1 I n11 I n111
İ 1 : İ 11 : İ 111 = : : (2.80)
I n1 ⋅ Z k1 I n11 ⋅ Z k11 I n111 ⋅ Z k111

2
Un
(2.80) ifadəsinin sol tərəfini U 2 cosϕ 2 -yə, sağ tərəfini isə -ə vursaq alarıq:
100
S n1 S n11 S n111
P 1 : P 11 : P 111 = : : (2.81)
U k1 U k11 U k111

(2.81)-dən görünür ki, qısa qapanma gərginliyi kiçik olan transformator daha çox yüklənir.
Beləliklə, ymumi yükün paralel qoşulan transformatorların nominal güclərinə mütənasib olaraq
paylanması üçün onların qısa qapanma gərginlikləri bərabər olmalıdır. Bu tələbin praktiki olaraq ödənməsi
üçün paralel işləyən transformatorların qısa qapanma gərginliklərininfərqi onların orta arifmetik qiymətinin
±10%-dən artıq olmamalıdır.
Əgər paralel işləyən transformatorların qısa qapanma gərginlikləri müxtəlifdirsə, onda kiçik U k -sı,
yəni kiçik Z k -sı olan transformator artıq yüklənir. Belə olmasın deyə paralel işləyən transformatorlar
qrupunun ümumi yükünü azaltmaq lazım gəlir ki, bu da transformatorların qoyulmuş gycyndən tam istifadə
etməyə imkan vermir.
Paralel işləyən transformatorların qısa qapanma gərginliklərinin aktiv və reaktiv mürəkkəbələri
bərabər olmadıqda, onların cərəyanları fazca müəyyən bucaq qədər fərqlənir. Onda ümumi yük cərəyanı
bütün transformatorların cərəyanlarının vektor cəminə bərabər olur ki, bu da onların cəbri cəmindən xeyli
kiçik alınır. Deməli, bu halda da transformatorların nominal gücündən tam istifadə edilmir. Böyük güclü
transformatorlarda U kr böyük, U ka isə kiçik olur. Odur ki, nominal güclərinin nisbəti üçdənçox olan
transformatorların paralel qoşulması məsləhət görülmür.

TRANSFORMATORLARDA GƏRGİNLİYİN

64
TƏNZİMLƏNMƏSİ

Müxtəlif şəbəkələrə görə şəbəkədə gərginlik dəyişir. Bu olmasın deyə müxtəlif tənzimləmə
üsullarından istifadə edirlər. Belə ki, birinci tərəf gərginliyinin hansı istiqamətdə dəyişməsindən asılı
olmayaraq, ikinci tərəf gərginliyi sabit qalsın. Bu üsullardan bir transformatorun transformasiya əmsalını
dəyişməkdir. Bunun üçün dolaqlardan hər hansı birinin işdə olan sarğılar sayını müəyyən faizlə dəyişirlər.
Belə dəyişmə aparmaq üçün dolaqlardanbirindən, adətən, yüksək gərginlik dolağından əlavə uclar çıxarılır,
çünki bu dolağın sarğılar sayı çox olduğundan transformasiya əmsalını istənilən faizlə dəqiq dəyişmək olur
və digər tərəfdən yüksək gərginlik dolağı kiçik cərəyanlı olduğundan çevirgəc qurğunun ölçüləri kiçik olub
ucuz başa gəlir.

Şəkil 2.47

Tənzimləmə iki üsulla aparılır: 1) yüksüz halda; 2) yük altında.


Yüksüz halda tənzimləmə aparmaq üçün hər iki dolaq dövrədən açılmalı və sarğılar sayı dəyişdikdən
sonra dövrəyə qoşulmalıdır. Bu üsulla əlavə uclardan hansının qoşulmasından asılı olaraq gərginliyi ±(2,5 -
5,0)% dəyişmək olur. Əlavə uclar hər bir faz dolağında ya sıfır nöqtəsi yaxınlığından, ya da dolağın
ortasından çıxarılır. Birinci halda hər faz dolağından yalnız üc uc çıxarılır (şəkil 2.47, a) və bu halda orta uc
nominal transformasiya əmsalına, digər iki uc isə nominaldan ±5% fərqlənən transformasiya əmsallarına
uyğun gəlir. İkinci halda faz dolaqlarını iki hissəyə bölüb hərəsindən altı əlavə uc çıxarılır (şəkil 2.47, b). Bu
əlavə ucları müəyyən qanunauyğunluqla öz aralarında birləşdirməklə nominaldan ±2,5% və 5% fərqlənən
daha dörd transformasiya əmsalı almaq olar. Əlavə ucları qoşmaqdan ötrü birinci halda hər üç faz dolağı
üçün ümumi bir çevirgəc qoyulur (şəkil 2.48, a), ikinci halda isə hər faz dolağının ayrıca çevirgəci olur
(şəkil 2.48, b). Çünki ikinci halda ayrı-ayrı fazlardan ayrılan əlavə uclar arasında təxminən 0,5U n qədər
gərginlik təsir edir.
Çevirgəclər yağ transformatorlarında çənin içərisində yerləşdirilir, onların kontaktları isə ümumi vala
geydirilərək çənin qapağı üstünə bərkidilmiş dəstəklə əlaqələndirilir. Mayesiz transformatorlarda əlavə uclar
kontakt lövhəsi üzərinə çıxarılır və öz aralarında istənilən qaydada birləşdirilə bilir.
İri sənayemüəssisələrində işlədicilərin fasiləsiz enerji təchizinə nail olmaq üçün transformator
gərginliyinin yük altında tənzimi böyük əhəmiyyətə malikdir.
Bununla əlaqədar olaraq yük altında gərginliyi ±(10-16)% hədlərində tənzimlənən transformatorların
istehsalı sürətlə artır. Belə transformatorlarda da gərginliyin tənzimlənməsi transformasiya əmsalının
dəyişdirilməsinə əsaslanır. Lakin burada tənzimləmə zamanı bir əlavə ucdan digərinə keçərkən, cərəyan
dövrəsi qırılmamalıdır. Bu məqsədlə hər faz dolağı xüsusi çevirgəc qurğu ilə təchiz edilir. Cərəyan dövrəsini
qırmadan bir əlavə ucdan digərinə keçərkən hər hansı aralıq vəziyyətdə iki qonşu uc və bu uclar arasında
qalan dolaq hissəsi qısa qapanır. Qısa
qapanma cərəyanını məhdudlaşdırmaq
məqsədilə bu çevirgəc qurğularda reaktor və
ya rezistorlardan istifadə edilir.

65
Şəkil 2.48

Belə çevirgəc qurğulardan birinin prinsipial sxemi şəkil 2.49-da göstərilmişdir. Burada cərəyan
məhdudlaşdırıcı element kimi reaktordan istifadə edilir. Başlanğıc işçi vəziyyətində K1 və K2 kontaktorları
bağlıdır, reaktorun hər iki qolu transformator dolağının əlavə uclarından birinə, məsələn X1 ucuna qoşulub.
Bu zaman reaktorun paralel qollarından axan cərəyanlar qiymətcə bərabər, istiqamətcə əks olduğundan
reaktor nüvəsində maqnit seli praktiki olaraq sıfırdır, yəni onun induktiv müqaviməti çox kiçikdir.

Şəkil 2.49

X1 ucundan X2 ucuna keçmək üçün əvvəlcə K2 kontaktoru açılır, çevirgəcin cərəyansız kontaktı X2
ucuna keçirilir və K2 yenə də bağlanır. Bu aralıqvəziyyətində reaktorun hər iki paralel qodundan cərəyan bir
istiqamətdə axır, nüvə maqnitlənir və onun induktiv müqaviməti artaraq qapalı dövrədə cərəyanın qiymətini
məhdudlaşdırır. Bundan sonra K1 açılır, cərəyansız kontaktı X2 ucuna keçirilir və beləliklə çevirgəc ikinci
işçi vəziyyətini alır.
Yük altında gərginliyi tənzimləməkdən ötrü tətbiq edilən başqa bir çevirgəc
qurğusunun prinsipial sxemi şəkil 2.50-də göstəilmişdir.Bu sxemdə cərəyan
məhdudlaşdırıcı element kimi R 1 və R 2 rezistorlarından istifadə edilmişdir. Şəkildə
göstərilən vəziyyətdə transformator X2 ucuna qoşulmuşdur. X1 ucuna keçmək üçün
əvvəlcə çevirgəcin P1 kontaktı bu uca keçirilir, sonra xüsusi mexanizmin köməyi ilə
böyük sürətlə göndərilən P çevirgəci 1 və 2 kontaktlarını qapayır. 3 və 4 kontaktlarının
açılması, 1 və 2 kontaktlarının bağlanması prosesində işçi cərəyanının dövrəsi qırılmır.
Aralıq vəziyyətdə R 1 və R 2 rezistorlarının qızmaması üçün P çevirgəc bir işçi vəziyyətdən
digərinə çox böyük sürətlə keçirilir.

Şəkil 2.50

AVTOTRANSFORMATORLAR

Adi transformatorlarda birinci və ikinci tərəf dolaqları arasında yalnız maqnit əlaqəsi mövcuddur.
Bəzi hallarda dolaqları həm maqnit və həm də elektrik əlaqəsində olan transformatorların tətbiqi iqtisadi
cəhətdən daha sərbəst olur.Belə transformatorlar avtotransformator adlanır.
Avtotransformatorun maqnit dövrəsi adi güc transformatorunun maqnit dövrəsindən fərqlənmir. Lakin
burada alçaq gərginlik dolağı yüksək gərginlik dolağı ilə elektrik əlaqəsində olub, onun bir hissəsini təşkil
edir. Dolaqların quruluşu və onların nüvə üzərində yerləşdirilməsi də adi transformatorda olduğu kimidir,
lakin elektrik əlaqəsinə görə həriki dolağın izolyasiyası yüksək gərginliyə hesablanmalıdır.
66
Şəkil 2.58

Avtotransformatorlar yüksəldici və alçaldıcı olur. Tutaq ki, alçaldıcı avtotransformatorun sxemində


(şəkil 2.58) birincitərəf dolağına (A və X uclarına) U 1 gərginliyi tətbiq edilib, ikinci tərəf dolağının a və x
ucları isə açıqdır. Dolağın hər bir sarğısında induksiyalanan EHQ-nin E = E 1 /W 1 = 4,44fΦ m olduğunu bilib,
E 1 ≈U 1 nəzərə alsaq, baxdığımız yüksüz işləmə rejimi üçün a və x uclarında alınan gərginliyi tapa bilərik:

U1 U
U 2 = E 2 = E 2 W 2 = 4,44fΦ m = W2 = 1 (2.98)
W1 K

burada K - transformasiya əmsalıdır.


Yük rejimində, itkilər nəzərdən atılsa, U 2 İ 2 =U 1 İ 1 olar. Buradan

U1
İ2 = I1 = K I 1 (2.99)
U2

Deməli, avtotransformator dolaqlarının EHQ və cərəyanları arasındakı münasibətlər tamamilə adi güc
transformatorunda olduğu kimidir.
Avtotransformatorda birinci tərəfdən ikinci tərəfə və oradan da yükə verilən keçidgücü (S KD ) və ikinci
dövrəyə elektromaqnitsahəsilə verilən hesabi güc (S h ) anlayışlarından istifadə edirlər. İtkilər nəzərdən
atılarsa keçid gücü

S KD = U 1 İ = U 2 İ 2

hesabi güc isə

Sh = U2 İ
burada İ - dolağın ax hissəsindən axan cərəyandır.
Yüksüz işləmə cərəyanı nəzərdən atılsa düyün nöqtəsi a üçün (şəkil 2.58) yazmaq olar:

İ2 = İ1 + İ (2.100)
Onda keçid gücü

S KD = U 2 İ 2 = U 2 (İ 1 + İ)= U 2 İ 1 + U 2 İ (2.101)

(2.99) ifadəsini nəzərə alsaq

67
I2
S KD = U 2 + U 2 I = Sel + Sem (2.102)
K

Burada S em = U 2 İ = S h - avtotransformatorun hesabi gücü (elektromaqnit sahəsilə ikinci rəfə verilən


güc); S el = U 2 İ 2 /K = S KD /K - dolaqlar arasındakı elektrik əlaqəsi ilə ikinci tərəfə verilən gücdür.
(2.102) -dən avtotransformatorun hesabi və ya elektromaqnit gücü belə ifadə olunar:

SK D  1
S h = S em = S KD - = S K D 1 −  (2.103)
K  K

Avtotransformatorlarda material sərfiyyatı, qabarit ölçüləri və dəyəri hesabi gücün qiymətilə təyin
edlir. Adi ikidolaqlı transformatorlarda S em = S h = S KD və S el =0. Avtotransformatorlarda isə eyni keçid gücü
şəraitində, elektromaqnit gücü (hesabi güc) ikidolaqlı transformatorda olduğundan kiçik alınır ki, bu da
avtotransformatorun ölçülərini və kütləsini kiçik hazırlamağa imkan verir. Hesabi gücün keçid gücünə
nisbəti sərfə əmsalı adlanır.
Sh 1
Kc = =1− (2.104)
SK D K
(2.103) və (2.104) ifadələrindən görmək olur ki, transformasiya əmsalı K artdıqca avtotransforma-
torun hesabi gücü, yəni maqnit əlaqəsilə verilən gücü artır. Məsələn, K=2 olduqda S h =0,5S KD , K=10
olduqda S h =0,9S KD olur. K artdıqca avtoransformatorun kütləsi və ölçüləri artaraq eyni güclü, ikidolaqlı
transformatorun ölçülərinə yaxınlaşır. Transformasiya əmsalı vahidə yaxınlaşdıqca avtotransformatorun
hesabi gücü azalır. Odur ki, kütlə, qabarit ölçüləri və güc itkilərinin azalması nöqteyi nəzərindən onun
tətbiqi daha sərfəli olur. Elə buna görə də transformasiya əmsalı K ≤ 2,5 olan astotransformatorlardan
istifadə etməyə çalışırlar.
Beləliklə, avtotransformatorun eyni güclü adi transformatora nisbətən üstünlükləri aktiv material (mis
və elektrotexniki polad) sərfiyyatının az, FİƏ-nin yüksək, ölçülərinin kiçik və ucuz olmasıdır. Böyük güclü
avtotransformatorlarda FİƏ 99,7% -ə çatır. Hesabi güc nə qədər az olsa bu üstünlüklər o qədər nəzərə çarpır.
Avtotransformatorun əsas mənfi cəhəti onun ikinci tərəf dolaqlarının birinci (YG) dövrə ilə, elektrik
əlaqəsində olmasıdır. Belə ki, AG dolağının və bu dolağa qoşulan işlədicilərin də izolyasiyası YG dolağının
izolyasiyasına hesablanmalıdır.
Avtotransformatorlar böyük güclü sinxron və asinxron mühərriklərin alçaldılmış gərginlik şəraitində
işə salınmasında tətbiq olunur. Kiçik güclü avtotransformatorlardan rabitəqurğularında və avtomatikada, ra-
diotexnikada və laboratoriya stendlərində daha çox istifadə edirlər. Son vaxtlar böyük güclü avtotrans-
formatorlar yüksək (110, 151, 220, 330, 500, 750kV) gərginlikli şəbəkələri əlaqələndirmək üçün geniş miq-
yasda tətbiq edilir.

ÜÇDOLAQLI TRANSFORMATORLAR

Energetik qurğularda çox vaxt verilmiş hər hansı bir gərginliyi iki müxtəlif gərginliyə çevirmək üçün
üçdolaqlı transformatorlardan istifadə edilir (şəkil 2.59). Dolaqlardan biri, adətən, birinci dolaq, qalan ikisi
ikinci dolaq vəzifəsini görür və beləliklə, bir üçdolaqlı transformator iki ədəd ikidolaqlı transformatoru əvəz
edir. Əgər ikinci tərəf dolaqlarının açıq halında birinci dolağa gərginlik tətbiq edilsə, yüksüz iş rejimi alınar
və transformasiya əmsallarını təyin etmək olar.

68
U1 U1 U2
K 12 = ; K 13 = ; K 23 = ;
U2 U3 U3

İkidolaqlı transformatora uyğun olaraq üçdolaqlı transformatorun MHQ-nin müvazinət tənliyi belə
yazılır:

İ 1 W 1 + İ 2 W 2 + İ 3 W 3 = İ 0 W 1 və ya

İ 1 +İ 2 ′ + İ 3 ′ =İ 0 (2.105)
burada

I2 I3
I 2′ = ; I 3′′ =
K 12 K 13

Yük rejimində maqnitləndirici cərəyan İ 0 çox kiçik olduğundan nəzərdən atılsa:

İ 1 ≈ -(İ 2 ′ + İ 3 ′ ) (2.106)

Şəkil 2.59

(2.106) bərabərliyinin və eləcə də ikinci tərəf dolaqlarının eyni zamanda nominal yüklə
işləmədiklərini nəzərə alaraq birinci dolağı ikinci dolaqların nominal güclərinin cəbri cəmindən kiçik gücə
hesablayırlar. Bu hal üçdolaqlı transformatorun tətbiqinin iqtisali səmərəliliyini aydın göstərir.
Yük rejimi üçün aşağıdakı müvazinət tənliklərini yazmaq olar:

U 1 = − E1 + I1 R1 + jI1 X 1 = − E1 + I1 Z1

E 2′ = U 2′ + I2′ R2′ + j ′I2′ X 2′ = U 2′ + I2′Z 2′ (2.107)

E 3′ = U 3′ + I3′R3′ + j ′I3′ X 3′ = U 3′ + I3′Z 3′


I1 = −(I2′ + I3′ )

Üçdolaqlı transformatorun (2.107) tənliklər sisteminə uyğun olan əvəz sxemi və vektor diaqramı şəkil
2.60 və 2.61-də göstərilmişdir. Əvəz sxemindən görməkolar ki, ikinci tərəf dolaqlarından birinin yükünün
dəyişməsi o biri ikinci dolağın gərginliuinə də təsir edir, belə ki, bu halda birinci tərəf dolağının gərginlik
düşgüsü (İ 1 Z 1 ) dəyişir.

69
Əvəz sxeminin parametrləri hesablama yolu ilə və ya qısa qapanma təcrübələrinə əsasəntəyin edilə
bilər. Dolaqlardan hər hansı birini qısa qapayıb digərinə gərginlik verməklə üç qısa qapanma təcrübəsi
aparılır və alınmış nəticələrə əsasən parametrlər tapılır.

Z k12 = Z 1 + Z 2 ′ = R k12 + jX k12 =(R 1 + R 2 ′) + j(X 1 + X 2 ′)

Z k13 = Z 1 + Z 3 ′ = R k13 + jX k13 =(R 1 + R 3 ′) + j(X 1 + X 3 ′) (2.108)

Z k23 = Z 2 + Z 3 ′ = R k23 + jX k23 =(R 2 ′+ R 3 ′) + j(X 2 ′ + X 3 ′)

buradan

Z k12 + Z k13 + Z k 23
Z1 =
2

Z k12 + Z k 23 − Z k13
Z 2′ =
2

Z k13 + Z k 23 − Z k1
Z 3′ = (2.109)
2

şəkil 2.60

Uyğun olaraq R 1 , R 2 ′, R 3 ′ və X 1 , X 2 ′, X 3 ′ müqavimətləri də təyin edilə bilər.


Qeyd etmək lazımdır ki, əvəz sxeminin alınmış parametrləri birinci dolağın ikinci tərəf dolaqları
arasında yerləşən halı üçün düzgündür. Dolaqların yerləşmə vəziyyəti dəyişdikdə onların səpələnmə selləri
də dəyişdiyindən əvəz sxeminin parametrləri dəyişir.
Üçfazlı transformatorlar Y 0 /Y 0 /∆-0-11 və ya Y 0 /∆/∆-11-11; birfazlılar isə 1/1/1-0-0 birləşmə
qruplarına hazırlanır.

ÖLÇÜ TRANSFORMATORLARI

Elektrik-ölçü cihazlarını və mühafizə relelərini yüksək gərginlikli dəyişən cərəyan şəbəkəsinə qoşmaq
üçün ölçü transformatorlarından istifadə edirlər. Bununla cihazlar yüksək gərginlikli dövrədən təcrid
edilməklə onlarda xidmət təhlükəsizliyi təmin edilir və eyni zamanda cihazların cərəyan daşıyan hissələrinin
izolyasiyası yüngülləşdirilmiş olur. Bundan başqa ölçü transformatorları cihazların ölçmə hədlərini
genişləndirməy imkan verir, belə ki, kiçik cərəyan və gərginlikləri ölçməyə hesablanmış nisbətən sadə
cihazlar vasitəsilə böyük cərəyan vəgərginlikləri ölçmək olur.

70
Ölçü transformatorları cərəyan və gərginlik transformatorların ayrılır. Standart cihazlarla ölçü
aparmaq üçün birinci tərəf kəmiyyətinin qiymətindən asılı olmayaraq cərəyan transformatorunun ikinci tərəf
cərəyanı 1-5A-ə qədər, gərginlik transforrmatorun ikinci gərginliyi isə 100V-a qədər azaldılır. Cərəyan
transformatorları 5-100VA, gərginlik transformatorları isə 25-1000VA nominal gücə hazırlanır.
Cərəyan transformatoru. Əsasən ikidolaqlı yüksəldici transformator kimi həzırlanır (şəkil 2.62, a).
Birinci tərəf dolağı cərəyanı ölçüləcək dövrəyə ardıcıl qoşulur, ikinci tərəf dolağına isə daxili müqavimət
çox kiçik olan ölçü cihazları (ampermetr, vatmetrin cərəyan dolağı və s.) birləşdirilir. Buna görə də cərəyan
transformatoru praktiki olaraq qısa qapanma rejiminə yaxın rejimdə işləyir. Bu halda İ 0 çox kiçik olduğu
üçün nəzərdən atılsa, yəni İ 1 = -İ 2 ′ qəbul edilsə transformatorun cərəyana və bucaq fərqinəgörə xətaları sıfır
olar. Məhz buna görə çalışmaq lazımdır ki, Z 2 ′+ Z j ′<< Z m olsun.

Şəkil 2.62

Qeyd etmək lazımdır ki, maqnitləndirici cərəyan İ 0 =İ-yə görə baxdığımız transformatorda İ 1 ≠İ 2 ′ və
onların vektorları arasında 1800 -dən fərqlənən müəyyən bucaq alınır (şəkil 2.62, b) ki, bu da nisbi cərəyan
xətasının və δ 1 ilə ölçülən bucaq xətasının yaranmasına səbəb olur. Nisbi cərəyan xətası

I 2 K − I1
∆i% = ⋅100 % (2.110)
I1

Xətaların qiymətindən asılı olaraq cərəyan transformatorları beş dəqiqəlik sinfinə ayrılır, belə ki,
stasionar cərəyan transformatorları, 0,2 ; 0,5 və 10, laboratoriya transformatorları isə 0,01; 0,02; 0,05; 0,1 və
0,2 dəqiqlik siniflərinə malikdir. Bu rəqəmlər nominal cərəyana görə buraxıla bilən xətanın faizlə qiymətini
göstərir.
Normal iş rejimində cərəyan transformatorunun maqnit seli çox kiçik olduğundan onun maqnit
dövrəsi doymamış olur. Buna görə də cərəyan transformatorunun ikinci dövrəsinin qırıldmasına və bu
dövrənin açıq qalmasına yol verilmir. Çünki bu halda ikinci tərəf cərəyanının maqnitsizləşdirici təsir yox
olur və transformatorun maqnit seli on və hətta yüz dəfələrlə artır. İkinci tərəfdə həyat üçün təhlükəli
dərəcədə yüksək gərginlik yaranır. İzolyasiyanın dəyişməsi və eləcə də maqnit itkilərinin artması ilə maqnit
dövrəsinin həddən artıq qızması nəticəsində transformatorun özü sıradan çıxa bilər.
Birinci tərəfin gərginliyi və cərəyanın qiymətindən və iş yerindən asılı olaraq cərəyan
transformatorları olduqca müxtəlif quruluşlarda hazırlanır.
Gərginlik transformatoru. İkidolaqlı alçaldıcı transformator kimi hazırlanır (şəkil 2.63, a). Ölçü və
mühafizə cihazları transformatorun ikinci tərəf dolağına paralel qoşulur. Cihazların dolaqlarının
müqavimətləri çox böyük olduğundan gərginlik transformatoru praktiki olaraq yüksüz işləmə rejimində
işləyir. Bu rejimdə transformatorun dolaqlarında gərginlik düşgüləri nisbətən kiçik olduğundan onun xətaları
da az olur. Əslində isə yüksüz işləmə cərəyanı İ 0 transformatorda gərginlik düşgüsü yaradır. Odur ki, vektor
diaqramından (şəkil 2.63,b) göründüyü kimi, U 2 ′≠U və bu gərginliklərin vektorları arasında müəyyən faz
fərqi alınır. Nəticədə, ölçü zamanı aşağıdakı xətalar yaranır:

71
Şəkil 2.63

a) nisbi gərginlik xətası

K U 2 − U1
∆u% = ⋅100 % (2.111)
U1

b) bucaq xətası δ i gərginlik vektorları U 1 və U 2 ′ arasındakı bucaqla ölçülür. Bucaq xətası


vattmetrlərin, sayğacların, fazometrlərin ölçü nəticələrinə böyük təsir göstərir.
Xətaları azaltmaq məqsədilə gərginlik transformatorlarında dolaqların müqavimətlərini mümkün
qədər kiçik edib, maqnit dövrəsini yüksək keyfiyyətli poladdan böyük enkəsikli hazırlayırlar, belə ki, yük
rejimində maqnit dövrəsi doymamış olsun (B=0,6-0,8 Tl). Onda yüksüz işləmə cərəyanı İ 0 - çox kiçik olur.
Xətaların buraxıla bilən qiymətindən asılı olaraq stasionar transformatorları 0,5; 1 və 3, laboratoriya
gərginlik transformatorları isə 0,05; 0,1; 0,2 və 0,5 dəqiqlik siniflərinə ayrılır.

QAYNAQ TRANSFORMATORLARI

Qövslə qaynaq transformatorları qövsün etibarlı və dayanıqlı yanması üçün ikinci tərəfdə təxminən
60-75V-a qədər yüksüz işləmə gərginliyinə malik olmalı və nominal yüklənmə zamanı ikinci tərəf gərginliyi
30V-a qədər azalmalıdır.

Şəkil 2.64

Bu məqsədlə avtotransformatorlardan istifadə edilsəydi o yaxşı texniki-iqtisadi göstəricilərə malik


olardı. Lakin təhlükəsizlik nöqteyi-nəzərindən bu mümkün deyil, belə ki, qaynaqçı tam şəbəkə gərginliyi
altına düşə bilər. Odur ki, qaynaq transformatorlarında birinci və ikinci tərəf dolaqları həmişə maqnit əlaqəli
hazırlanır.
Qısa qapanma hallarında qaynaq cərəyanının məhdud olması və eyni zamanda qövsün dayanıqlı
yanması üçün transformatorun xarici xarakteristikası, yəni U 2 =f(İ 2 ) asılılığı, kəskin azalan olmalı, qaynaq
dövrəsi isə böyük induktivliyə malik olmalıdır. Bunun üçün qaynaq transformatorlarında dolaqlar maqnit
dövrəsinin ayrı-ayrı çubuqları üzərində yerləşdirilir və onlar ardıcıl birləşdirilir. Nəticədə onların qısa
qapanma müqaviməti Z k və qısa qapanma gərginliyi U k adi güc transformatorlarında olduğundan bir neçə
dəfə çox olur. Bəzi tipli qaynaq transformatorlarında ikinci tərəf dolağına ardıcıl olaraq reaktor (induktivlik)
qoşulur (şəkil 2.64). Qaynaq cərəyanının qiymətini tənzimləməkdən ötrü bu induktivliyin qiyməti

72
tənzimlənməlidir. Reaktorun maqnit dövrəsində hava aralığını dəyişməklə onun induktivliyini tənzimləyir və
beləliklə transformatorun xarici xarakteristikasının formasını dəyişirlər.
Əl ilə qövs qaynağı üçün transformatorlar 20kVA-ə qədər, avtomatik qaynaq üçün isə 100kVA və
daha böyük güclərə hazırlanır.

Müəllif: Osmanov Sabir Calal oğlu


Azərbaycan sənaye institutu
Elektromexanika
Texniki elmlər namizədi, dosent

73

You might also like